Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 1

Melizm işarələri (kiçik melodik bəzəklər)

Forşlaq
Forşlaq iki növdən ibarətdir: uzun və qısa.
1. Uzun forşlaq - əsas səsin əvvəlində kiçik not şəklində yazılır və onun uzunluğunun yarısına bərabər
olur.

2. Qısa forşlaq - bir və ya bir neçə qısa səsin əsas notun əvvəlində cəld ifa olunmasına deyilir.

Trel
İki səsin, yəni əsas və yuxarı köməkçi səsin növbə ilə ardıcıl iti çalınmasına trel deyilir. Trelin ifa
müddəti üstündə "trel" sözü yazılmış notun əsas ölçü sayına bərabərdir. Belə işarə olunur - tr -
(notun üstündə yazılır)

Qruppetto
Bir qısa səslərdən, yəni yuxarı köməkçi səs, əsas səs, aşağı köməkçi səs və yenə əsas səsdən
ibarət olan melizm işarəsiqruppetto adlanır. Belə işərə olunur: (notun üstündə və ya iki notun
arasında yazılır)

Mordent
Yüksəkliyi eyni olan iki əsas səs arasında yuxarı və ya aşağı səsin cəld ifa
olunmasına mordent deyilir. Belə işarə olunur: (notun üstündə yazılır.)

You might also like