Rəşid Məcid Oğlu Behbudov

You might also like

Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 1

Rəşid Məcid oğlu Behbudov (14 dekabr 1915 – 9 iyun 1989) —

Azərbaycan müğənnisi, SSRİ-nin xalq artisti, SSRİ və Azərbaycan


Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstanın
xalq artisti, Gürcüstanın əməkdar incəsənət xadimidir. Rəşid
Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı
oğlunun ailəsində dünyaya gəlmişdir. 1943-cü ilin sonunda Bakı
kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri
əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. Bütün
Sovet respublikaları ilə
yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hi
ndistan, İran, İraq, İtaliya, Misir,Türkiyə və s. ölkələrdə geniş repertuarla
çıxış edən R. Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal
əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır.1955-ci ildə “Bəxtiyar”
filmində baş rolun ifaçısı olmuşdur.Əsərləri:”Alagöz”,”Ana”,”Küçələrə su səpmişəm”,”Bakının
ulduzları”,”Gözəlim sənsən”,”Sənə də qalmaz”,”Qızıl üzük” və s.

Küçələrə su səpmişəm - Azərbaycan xalq mahnısı. Mahnı məşhur müğənni Rəşid


Behbudov tərəfindən ifa olunduqdan sonra məşhurlaşmışdı.

Fortepiano ansamblı üçün işləyəni Sevda İbrahimova.

Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın.
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın.

Simavara od salmışam,
İstəkana qənd salmışam.
Yarım gedib, tək qalmışam,
Nə əzizdir yarın canı.
Nə şirindir yarın canı.

“Oyuncaq”-fransız filmindən musiqi

Rejissor: Fransis Veber

Bəstəkar:Vladimir Kosma

Baş rolda:Pyer Rişar

You might also like