Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 2

V sinif Ksq 5

Ad_____________________ Soyad___________________________
1-5-ci suallar aşağıdakı mətnlə bağlıdır.

Əks –səda

. Ata oğlunu dağa gəzməyə çıxarır.Birdən uşağın ayağı ilişib yıxlır və “Ah...”
deyə qışqırır.İrəlidəki qayadan “Ahhhhh...”-deyə bir səs eşidir və təəccüblənir.”Sən
kimsən?”- deyə qayaya doğru səslənir.Aldığı cavab “Sən kimsən?” olur.Uşaq bu
cavaba hirslənib:”Sən qorxaqsan!”- deyə təkrar qışqırır.O, sözünü bitirməmiş eyni
səsi eşidir.Axırda uşaq üzünü atasına tutub soruşur(....)

(....)Ata(.....)bu nə səsdir(....) Bir buna bax, mənə qorxaq deyir.

..1..Ata oğlunu başa salmaq üçün dağa tərəf dönüb:”Sənə heyranam!”- deyə
qışqırır.Gələn cavab “Sənə heyranam!” olur.Ata təkrar qışqırır:”Sən möhtəşəmsən!
”Cavab gəlir: ”Sən möhtəşəmsən!”Oğlan mat qalır. 2. Bunu görən ata söyləyir:

-Oğlum,buna ək-səda deyirlər. .3..Əslində, bu, həyata bənzəyir.O, daim sənə sənin
verdiklərini qaytarır. 4..Həyat etdiyimiz hərəkətlərin aynasıdır.
1.Mətndə mötərizədəki boşluqların yerinə uyğun gələn durğu işarələrinin ardıcıllığını
müəyyən edin.
A)qoşa nöqtə,tire,vergül,sual
B)nöqtə,tire,nida,sual
C)sual,tire,vergül nida
D)qoşa nöqtə,dırnaq,vergülŞdırnaq

2.Aşağıdakı cümlə mətndə hansı rəqəmin yerinə yazıla bilər?


Əks-səda səs dalğalarının müxtəlif maneələrdən keçərək qayıtma hadisəsidir.
A)1 B)2 C)3 D)4

3.Hansi atalar sözü mətnin məzmununa uyğun deyil?


A)Nə əkərsən, onu da biçərsən.
B)Nə tökərsən aşına, o da çıxar qaşığına.
C)Pis söz qəlp puldur, yiyəsinə qayıdar.
D)Dağ dağa rast gəlməz,insan insana rast gələr.

4.Hansı fikir atanın sözlərini davam etdirə bilməz?


A)Daha çox sevgi istədiyin zaman daha çox sev.
B)Dağların sirri çoxdur,onları öyrən.
C)İnsanların səbirli olmasını istəyirsənsə, sən də səbirli olmağı öyrən.
D)Hörmət istəyirsənsə,insanlara daha çox hörmət et.
5.Mətnin adı ilə bağlı səhv fikir hansıdır?
A)Təbiət hadisəsini bildirən sözdür C)Əksmənalı sözlərin birləşməsindən yaranıb.
B)Mürəkkəb isimdir. D)Ahəng qanununa tabe deyil.

6.Sıranı davam etdirin.


Bər-bəzək,mer-meyvə,...
A)tör-töküntü B)söz-söhbət C)tar-qaval D)qapı-baca

7.”Yağmaq” feili bayatıda hansı mənada işlənib?


Gəl mənim ağa dostum,
Dolan gəl bağa,dostum.
Gözlərim yaz buludu,
Qorxuram yağa,dostum.
A)darıxmaq B)saralmaq C)sancmaq D)ağlamaq

8.”Qorxmaz” sözü hansı cümlədə xüsusi isimdir?


A)Qorxmaz çətinlikdən bizim qəhrəman. C)Qorxmaz əsgərlər cəsarətlə irəliləyir.
D)Qorxmaz oğul çətinlikdən qaçmaz. D)Qorxmaz vətənə əzmlə xidmət edir.

9.Hansı mürəkkəb sözdür?


A)qoruyucu B)gözucu C)boğucu D)oxucu

10.Cümləni davam etdirin.


O çox utancaq idi,heç kimə...
A)dəyib-toxunmurdu C)qaynayıb-qarışmırdı
B)deyib-gülmürdü D)açıb-ağartmırdı

11.Yol, tərəf, əmək sözlərinin hamısına artırıla bilən şəkilçi hansıdır?


A)-çı4 B)-keş C)-daş D)-la2

12.Hansı cümlənin sonunda sual işarəsi qoyulmalıdr?


A)Sən ki bunu bilirdin
B)Axır ki işimizi bitirə bildik
C)Sən necə də tədbirlisən
D)Bəs axşam teatra getməyəcəyik

You might also like