Mən nə üçün Quranı əzbərləyirəm, ona qulaq asıram?
Namazda vəya təravihdə.
Bu mənim öz niyyətimdən asılıdır. Çünki, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi vesselam belə buyurmuşdur. “Əməllər niyyətlətə görədir və hər insan üçün niyyət etdiyi qədərdir”. Quran bir çox təkliflərdə bulunur. Və mən nə üçün bütün bunlardan faydalanmayım ki? Və beləcə, mən Quranı öyrənirəm vəya onu dinləyirəm ki, hər oxuduğum hərf üçün 10 qat mükafat qazanım. Allahın əmrlərinə itaət edim, hansı ki, Cənabı Allah buyurur. “Quranı aram-aram oxuyun”. Allah Rəsulunun sallalahu aleyhi vassalam tövsiyəsinə uymaq üçün. O (sallalahu aleyhi vessellem) belə buyurur. “Quranı əzbərləyin”. Və beləcə, mən Allahın sözlərini önəmsəməyən kimsələrdən olmayım. Elm öyrənmək və onunla əməl etmək üçün. Və İslamın prinsipləri mənim üçün aydınlansın. O an və zaman üçün ehtiyacım olan həyat rəhbərini qazanmaq üçün. Allah ilə özəl, baş-başa söhbət edə bilmək üçün. Vücudumdakı xəstəliklərin çarəsini tapmaq üçün. Qəlbimdəki xəstəliklərin çarəsini tapmaq üçün. İmana dair qlbimdə olan şübhələrdən qurtulmaq üçün. Həsəd, qürur, göstəriş və başqa yanlış arzulardan qurtulmaq üçün. Qəlbimi daşlaşmaqdan qurtarmaq üçün, qəlbimim huzur tapması üçün. Mən Quran oxuyuram sükunət tapmaq üçün. Və beləcə, Cənabı Allah məni qaranlıqdan aydınlığa çıxarır. Allaha, mələklərə, Kitaba, peyğəmbərlərə, hesab günününə və qədərə olan imanımı artırmaq üçün. Ayətlər üzərində təfəkkür etmək, onlardan dərslər almaq və ən yaxşılardan olmaq üçün. Çünki, Peyğəmbər əfəndimiz sallallahu aleyhi vessellem bele buyurur. “Sizlərdən ən xeyirlisi Quranı öyrənən və öyrədəndir”. Mən Quranı oxuyuram, çünki Quran üzərində bütün növ ləzzətli təamların olduğu ziyafət masası kimidir. O təamlar ki, mənim ruhumu doyurmaq, düşüncələrimi təmizləmək və qəlbimi rahatlatmaq üçündür. Onlar mənim müdrikliyimi və ağlımı artrmaq üçündür. Mən Quran oxuyuram, hər cür cəzalandırılmalardan və ən əsası da cəhənnəm atəşindən uzaq olmaq üçün. Və beləcə Quran mənim leyhimə bir şahid olur. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi vəssəlləm buyuyurur. “Quran ya sizin leyhinizə yada əleyhinizə dəlildir”. Mən Quran oxuyuram, Hesab günündə Onun şəfaətinə ulaşmaq üçün. Və Beləcə, Əl-Bəqərə və Ali-İmran surələri Hesab günündə mənim leyhimə şahidlik edirlər. Və mən cənnət bağçalarında bir neçə mərtəbə yüksəlirəm. Və Allah məni bu dünyada da yüksəldir və Allah bu ümmətin dərəcələrini Quran ilə artırır. Və mən beləcə Allaha (subhana ve teala) yaxınlaşıram. Və mən özəlliklə seçdiyi qulları arasına qatılıram. Və Allahin izni və inayəti ilə bir gün sərraf dərəcəsinə yüksəlirəm və şərəf sahibi mələklərlə bərabər oluram Allah qatında. Və beləcə mən Allahın kompanyasındayam. Və durmadan doğru və gözəl əməllərlə məşğul oluram, yalan və pisliklərdən uzaq oluram. Şeytanın pis vəsvəsələri ilə və öz pis arzularımla mübarizə edirəm. Mən Quran oxuyuram və beləcə dünyanın içində itib batmıram. Və axirətə bədbəxt insan olaraq getmirəm. Allah meni dinimdə sabit və tutarlı edir. Allahdan başqa bütün qorxuları məndən uzaqlaşdırır. Və beləcə Quran mənim qəlbimin baharı olur. Və Allah üzüntünü, kədəri və rahatsızlıqları məndən Quran vasitəsilə uzaqlaşdırır. Mən Quran oxuyuram və beləcə Allah mənə Peyğəmbərimizin mənəviyyatına yüksəlmənin yollarını öyrədir. Çünki, Onun (sallallahu alehi vessellem) mənəviyyatı və yaşayışı elə Quranın özü idi. Mən Quranı başqalarıyla oxuyuram və Alah bizlərə səkinə endirir. Onun (celle celluhu) rəhməti bizləri kuşatır. Mələklər bizləri əhatə edir. Və Onun (celle celaluhu) mərhəməti bizim üzərimizə enir. Mən Quran oxuyuram və beləcə Quranda keçən mövzulardan xəbərdar oluram. Və hadisələrə baxış açımı Qurana gorə tənzimləyirəm və istənilən hadisəylə Quranın yanaşmasıyla mübarizə aparıram. Və mən Peyğəmbərimizin (sallallahu aleyhi vessellem) insanlara necə təbliğ etdiyini öyrənirəm. Və beləcə mən insanları İslama onu tamamiylə dərk edərək dəvət edə bilirəm. Mən Quran oxuyuram başarının açarını tapmaq üçün hansıki bunlar pozitiv yanaşma, minnətdarlıq, səbr, disiplin, ünsiyyət bacarıqları və sairdir. Cənabı Allah cümləmizə Quranı haqqıyla oxuyub, anlayıb, həyatımıza oturtmağı və təbliğ etməyi nəsib etsin. Amin! Salam və dua ilə.