Download as doc, pdf, or txt
Download as doc, pdf, or txt
You are on page 1of 12

Deflyasiya

Vikipediya, azad ensiklopediya


Jump to navigationJump to search
Deflyasiya (lat. deflatio — şişirmə) — yerli valyutanın alıcılıq qabiliyyətinin artması.
Deflyasia əks istiqamətdə inflyasiyadır. Bir sıra səbəblərə görə inflayasiyadan
ağır faktor hesab edilir.
Bu tədbir daxili iqtisadi vəzifələrin həllinə yönəlib, lakin kənar effekt kimi tədiyə
balansının vəziyyəti də yaxşılaşır. Hesab edilir ki, deflyasiya siyasəti üçün ənənəvi olan
nəticələr – istehsalın, investisiyaların və gəlirlərin həcminin aşağı düşməsi
– idxalın azalmasına və ixracın genişləndirilməsi üçün ehtiyat güclərin artımına gətirib
çıxarır. Deflyasiya üçün xarakterik olan faiz dərəcəsinin artırılması ölkəyə qısamüddətli
kapital axınına səbəb olur. Lakin, deflyasiyanın digər aspekti də vardır: o, ixracı azaldır
və idxalı artırır, çünki deflyasiya zamanı milli valyutanın nübadilə məzənnəsi yüksəlir ki,
bu da idxalatçıların imkanlarını genişləndirir. Ixracatçılar üçün isə milli valyutanın yüksək
məzənnəsi ixracdan əldə edilən valyuta gəlirinin milli valyutaya dəyişdirilməsi zamanı
daha az mənfəət əldə etmək deməkdir ki, bu da heç də ixracın stimulaşdırılmasına
kömək etmir.

Devalvasiya
Vikipediya, azad ensiklopediya
Jump to navigationJump to search
Devalvasiya — (lat. de — enmə, lat. valeo — dəyəri) pul vahidinin qızıl məzmununun
rəsmi azalması, yaxud milli valyutanın qızıla, gümüşə, xarici valyutaya görə
məzənnəsinin aşağı düşməsi deməkdir. Müasir şəraitdə termin stabil valyutalara
nisbətən enən milli valyutada işlənilir.[1]
Devalvasiya milli banklarda milli valyutanın idarə olunması aləti kimi baxılır,
revalvasiyaya əks olaraq.

Mündəricat

 1Devalvasiya və inflyasiya
 2Növləri
o 2.1Rəsmi devalvasiya
o 2.2Gizli devalvasiya
o 2.3Fərqləri
 3Devalvasiya nümunələri
o 3.1Azərbaycanda devalvasiya
 4Müsbət tərəfləri
 5Mənfi tərəfləri
 6İstinadlar
 7Həmçinin bax

Devalvasiya və inflyasiya[redaktə | əsas redaktə]


İnflyasiya termini devalivasiya termininə yaxındı, amma birinci milli valyutanın yerli
bazarda alıcılıq qabiliyyətinə aiddi, ikinci isə xarici valyutaya görə alıcılıq qabiliyyətinə.
Mənaca ikisi də alıcılıq qabiliyyətini xarakterizə edir. Valyutanın devalvasiyası ölkə
daxilindəki inflyasiya səbəbindən də ola bilər. Xarici valyutanın inflasiyaya
uğramasından da milli valyuta devalvasiyaya uğramadan inflyasiyaya uğraya bilər. Əgər
xarici valyuta deflyasiyaya uğrasa devolvasiya inflyasiyasız ola bilər.

Növləri[redaktə | əsas redaktə]
Devalvasiyanı 2 yerə ayırırlar: rəsmi(açıq) və gizli devalvasiya.
Rəsmi devalvasiya[redaktə | əsas redaktə]
Rəsmi devalvasiyada Mərkəzi Bank milli valyutanın devalvasiyanı rəsmən təsdiq edir.
Gizli devalvasiya[redaktə | əsas redaktə]
Gizli devalvasiyada dövlət pulun əsl qiymətini xarici valyutaya görə dövrdən
çıxarmayaraq aşağı salmağa başlayır.
Fərqləri[redaktə | əsas redaktə]
Rəsmi devalvasiyada əmtəə qiymətlərini aşağı qiymətə düşməyə doğurur, amma gizli
devalvasiyada bu öz özünə olmur.

Devalvasiya nümunələri[redaktə | əsas redaktə]


1992-ci ildə funtun enməsini misal göstərmək olar, Corc Soros bundan böyük gəlir əldə
edə bilmişdi. Spekulyantların təzyiqi altında dövlət qərara aldı ki, valyutanı saxlamağa
lüzum yoxdur. Funtun alman markasına qarşı enişi o vaxt 12% təşkil edirdi.
Azərbaycanda devalvasiya[redaktə | əsas redaktə]
Azərbaycanda devalvasiya 21 fevral 2015-ci ildə baş verdi.[2] Milli bank manatın
1 dollara görə dəyərini 1.05 AZN təyin etdi.[3][4] Devalvasiya 33.8% oldu. 21 dekabr
2015-ci ildə isə 2-ci devalvasiya oldu və 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,55 manat
səviyyəsində qərarlaşdı [5]

Müsbət tərəfləri[redaktə | əsas redaktə]



Ölkədə daxili istehsal üçün mükəmməl imkanlar yaranır. Məsələn, əgər əvvəllər
kənd təsərrüfatı mallarını xaricdən gətirib satmaq daha sərfəli idisə, milli valyutanın
xarici valyutalara görə devalvasiyası nəticəsində kənd təsərrüfatı inkişaf edə bilər. [6]

Ölkədən eksport daha qazanclı olur.[6]

Devalvasiya həmçinin ölkənin makro-iqtisadi göstəricilərinədə müsbət təsir edə
bilər. Məsələn, ölkənin qızıl ehtiyatı artır və s.[6]

Mənfi tərəfləri[redaktə | əsas redaktə]



Devalvasiya əhalidə ödəniş qabiliyyətini aşağı salır. Əslində sırf məsələyə
makro-iqtisadi cəhətdən yanaşsaq devalvasiya əhalinin ödənişi qabiliyyətinə təsir
etməli deyil… AMMA nəzərə alsaq ki, söhbət insandan gedir, məsələ dəyişir.
Xaricdən gələn malların qiyməti qalxır, insanların aldıqları məvaciblər statik qalır və
nəticədə eyni pula daha az fayda əldə etmək olur. [6]

Banklarda milli valyuta hesablarından panikalaşdırılmış formada pulların
çəkilməsi başlayır… bu əslində milli valyutanın dəyərini dahada azaldır və
devalvasiya dahada dərinləşir.[6]

Devalvasiya yerli məhsullardada qiymətlərin qalxmasına stimul yaradır. Nəticədə
ölkədə inflayasiya faizi daha yuxarı qalxır. Gündən-günə pul “ölür”. İnsanlar, müştəri
qismində xaotik hərəkətlər edirlər.[6]

Kiçik və orta biznesin çətinləşməsi. Əhalidə olan ödəniş problemləri bazarın
daralmasına və nəticədə daha az məhsul istehlakını gətirib çıxarır. Xırda və orta
biznes bu xərclərə dözə bilmir.[6]

Xarici valyuta ilə olan kreditlərin problemli vəziyyətə düşməsi. Təbii ki, alınan
kreiditlər xarici valyuta ilə olduğundan ödəyicilər üçün vəziyyət heçdə xoşa gələn
olmur.[6]

İstinadlar[redaktə | əsas redaktə]
1. ↑ Киреев А. П. Изменение стоимости иностранной валюты // Международная
экономика. — М., 2001. — Т. 2.
2. ↑ Vüqar Bayramov: “Ölkədə kəskin devalvasiya getdi”
3. ↑ Azərbaycan Respublikası Mərkəzi Bankının bəyanatı
4. ↑ Azərbaycan Mərkəzi Bankı bu gündən 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,05
manat səviyyəsində müəyyən edib
5. ↑ Dollar bahalaşdı - 1,55 manat oldu
6. ↑ Jump up to:1 2 3 4 5 6 7 8 Manatın devalvasiyası: müsbət və mənfi tərəflər

Revalvasiya
Vikipediya, azad ensiklopediya
Jump to navigationJump to search
Revalvasiya — əmtəələrin qiymətinin dəyişməsidir. Bu termin əsasən valyutanın
revalvasiyası kimi istifadə olunur və sabit kursda ölkə pulunun xarici valyutalara
nisbətən dəyərinin yüksəlməsi deməkdir. Pulun alıcılıq qabiliyyətini dəyişmədən,
nominal dəyərini dəyişmək revalvasiya deyil, redenominasiyadır (bu köhnə valyutanı
dəyişmədən yeni, adətən yüksək, valyuatının çıxarılmasıdır. Yeni köhnəni əvəz edir).
Ümumi mənada, valyutanın revalvasiyası ölkənin rəsmi valyuta kursunun təməl xəttə
nisbətən hesablanmış tənzimlənməsidir. Təməl xətt əmək haqqından qızılın dəyərinə,
xarici valyutaya qədər hər şey ola bilər. Sabit kurs rejimində valyutanın rəsmi dəyərini
yalnız dövlət orqanı (məsələn: mərkəzi bank) tərəfindən verilən qərar dəyişə bilər.
Məsələn, təsəvvür edin dövlət öz valyutasının 10 pul vahidini bir Azərbaycan manatına
bərabər tənzimləyib. Dəyərini yüksəldərək, ölkə hər manata faizi 9.9 vahidə dəyişə bilər.
Bu insanların həmin valyutanı Azərbaycan manatı ilə daha baha alması ilə
nəticələnəcək.
Vergi revalvasiyası vergi səviyyəsini yavaşlatmaq və ya vergi gəlirlərindəki yüksəlişi
dayandırmaq üçün edilən tənzimlənmədir. Bu xərcləməyə həvəsləndirən mühafizəkar
ölçü hesab edilir. Əsasən, Daşınmaz əmlakın vergi revalvasiyasından istifadə edilir.
Revalvasiyanın əks prosesi Devalvasiyadır.

İnflyasiya
Vikipediya, azad ensiklopediya
Jump to navigationJump to search
2019
İnflyasiya[1][2](ing. Inflation, lat. inflatio - şişmə[3] deməkdir) ölkə həyatının bütün
sahələrilə sıx surətdə bağlıdır. Siyasi prosseslər, iqtisadi dəyişikliklər, beynəlxalq
münasibətlər və. s inflyasiya səviyyəsinə operativ formada təsir göstərmək qabliyyətinə
malikdir. Desək ki, inflyasiya yeni dövr tarixinin məhsuludur onda səhv edərik. Bir az
araşdırsaq görərik ki, bu tarix boyu cəmiyyətin qabaqcıl problemi kimi mövcud
olmuşdur. Bu proses metal pulun kağız pulla əvəz olunmasından sonra orytaya
çıxmışdır. Kağız pulların çapından sonra pull əmtəə kütləsinə nəzərən dəyərdən
düşməyə başlayırdı. Gələcəkdə inflyasiya adlandırılan bu proses-pulun alıcılıq
qabiliyyətinin azalması müasir dövrün ən böyük problemlərindən biri kimi ortaya
çıxmağa başladı.
Qiymətlərin hər cür artması inflyasiya demək deyildir. Qiymətlər məhsulun keyfiyyətinin
yaxşılaşdırılmasından, istehsal xərclərinin artmasından, bayramqabağı qiymətlərin
qalxımından ola bilər. İnflyasiya məcmu tələblə məcmu təklif arasında balansın
pozulması nəticəsində ölkənin bütün bazarlarında qiymətlərin ümumi artımına səbəb
olur.
İnflyasiya anlayışına, inflyasiya prosesinə müxtəlif istiqamətlərdə yanaşmaq olar:

 1.Ayrı-ayrı iqtisadi modellərin xüsusiyyətləri, obyektiv və subyektiv amillər, əmtəə


pul sisteminin deformasiya olunması, istehsalla istehlak arasında ziddiyyətlər, sosial
qrupların, cəmiyyətin, dövlətin bu prosesə yanaşması.
 2.İnflyasiya və milli gəlirin yenidən bölüşdürülməsi.
 3.İnflyasiya makroiqtisadi, ümumi iqtisadi problem, proses kimi.

Əvvəlki dövrlərdə inflyasiya adətən fövqəladə vəziyyətlərdə meydana gəlirdi. Məsələn


müharibə dövründə dövlət özünün hərbi xərclərini ödəmək üçün tədavülə külli miqdarda
kağız pul buraxırdı. Son 30-40 il ərzində isə bir çox ölkələrdə inflyasiya daimi xarakter
daşıyır və təkrar istehsal prosesinin bir amilinə çevrilmişdir.
Umumiyyətlə inflyasiyanın aşağıdakı növləri var:
Qiymətlərin artım sürətinə görə
Qiymətlərin tarazlıq səviyəsinə görə
Xarakterinə görə

Mündəricat

 1İnflyasiyanın növləri
 2İnflyasiyanın səbəbləri
 3İnflyasiyaya qarşı tədbirlər
 4Antiinflyasiya siyasəti
o 4.1Keynsinanti inflyasiya siyasəti
o 4.2Monetarist antiinflyasiya siyasəti
 5Antiinflyasiya tənzimlənməsi
 6İstinadlar
 7Həmçinin bax

İnflyasiyanın növləri[redaktə | əsas redaktə]


Qiymətlərin artım sürətindən asılı olaraq inflyasiyanın üç növü var:

 1.Mülayim (sürünən) inflyasiya


 2.Sürətli (dördnala çapan) inflyasiya
 3.İfrat (hiper) inflyasiya

İl ərzində qiymətlər 10% dən çox artmırsa, bu cür inflyasiyaya mülayim və ya


sürünən inflyasiya adlandırılır. Bəzi iqtisadi cərəyanlarda (Məs: Keynsçilik)
belə inflyasiyanı iqtisadi inkişaf üçün faydalı hesab edirlər. Bu halda pulun
izafi dəyəri saxlanılır. İnkişaf etmiş ölkələrin əksəriyyəti üçün bu növ
inflyasiya xasdır. Mülayim inflyasiya müəyyən
dərəcədə iqtisadiyyatı hərəkətə gətirir, onu stimullaşdırır. Çünki, əhali
qiymətlərin artımını gözlədikdə onlar daha çox məhsul və xidmətlərdən
istifadə etməyə çalışır, nəticədə istehsalçılar təklifi artırır, nəticədə bazarda
bolluq yaranır. Bu sahibkarlıq fəaliyyətini stimullaşdırır.
İl ərzində qiymətlər 10% dən 20%-ə qədər artarsa ölkədə sürətli inflyasiya
yaranacaqdır. Belə infilyasiya iqtisadiyyatda ciddi gərginlik yaradır. Ən
azından ölkənin maliyyə kredit sahəsinə ciddi təsir göstərir. Ölkəyə
investisiya qoyuluşu azalır. Sürətli inflyasiyada kağız pul qiymətdən düşür,
istehlak şeylərinin xidmətlərin dəyəri əhalinin pul gəlirlərini qabaqlayır.
İl ərzində qiymətlər 100% dən artıq artarsa ölkədə İfrat (hiper) infilyasiya
meydana çıxır. Bu inflyasiya zamanı qiymətlər faizlə yox dəfələrlə artır.
Pulun alıcılıq qabiliyyəti demək olar ki yox olur. Əhali ticarət əməliyyatlarını
barter üsulu ilə həyata keçirir. İstehsal təşkil oluna bilmir, kəskin aşağı düşür,
təklif azalır.
Hiper infilyasiya zamanı bank sistemi dağılır, bazar mexanizmini, sahibkarlığı
"iflic" edir. Hiper inflyasiya gözlənildiyi zamanı biznesdə təlaş yaranır.
Qiymətlərin tarazlıq səviyəsinə görə inflyasiyanın iki növü var:
tarazlaşdırılmış və tarazlaşdırılmamış.

 Tarazlaşdırılmış inflyasiya zamanı müxtəlif əmtəə qruplarının qiymətləri


bir-birinə nisbətən sabit qalır.Tarazlaşdırılmış infilyasiya sahibkarlıq
fəaliyyəti üçün bir o qədər qorxulu deyil.Bu zaman yalnız vaxtaşırı olaraq
əmtəələrin qiymətini qaldırmaq lazım gəlir.
 Tarazlaşdırılmamış inflyasiya şəratində isə müxtəlif əmtəələrin qiyməti
bir-birinə nisbətən və həm də müxtəlif proporsiyalarda daim
dəyişir.Tarazlaşdırılmış inflyasiya isə sahibkarlıq fəaliyyəti üçün əsl
bəladır. Belə şəraitdə kapital qoyuluşu üçün sərfəli sferanı tapmaq, bu
məqsədlə gəlirlilik baxımından ən əlverişli variantları müəyyən etmək
mümkün deyildir.
Monetarist iqtisadçılar xarakterinə görə inflyasiyanı 2 yerə bölmüşlər.

 Gözlənilən
 Qəfil

Gözlənilən inflyasiya müəyyən dövr üçün əvvəlcədən proqnozlaşdırılır


müəyyən olunur. Belə inflyasiya zamanı banklar kreditlərin faizini artırır,
istehsalçılar öz əmtəə və xidmətlərinin qiymətini qaldırır. Bir sözlə gözlənilən
inflyasiyanın iqtisadiyata ciddi zərəri gözlənilmir. Qəfil inflyasiya ani anda baş
verir. Birdən-birə qiymətlərdə sıçrayış baş verir. Hətta 10%-lik inflyasiyada
belə iqtisadi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdirir. Pul sisteminə və vergi
sisteminə mənfi təsir göstərir.
Rəqabətli bazar şəraitinin hökm sürdüyü ölkələrdə açıq inflyasiya gedir. Bu
şəraitdə qiymətlər qeyri bərabər sürətdə yüksəlir, iqtisadiyyatda tarazlıq
pozulur, belə olmasına baxmayaraq bazar mexanizminin fəaliyyət prinsipi
pozulmur.Belə ki, tələb və təklif arasında istər istəməz tarazlığın yaranması
bazar mühitini normallaşdırır. Əmtəə və xidmətlərin qiymətinin yüksəlməsi
iqtisadiyyata əlavə sərmayə qoyuluşuna gətirib çıxarır. Bu isə istehsalın
artmasına və təklifin artmasına qiymətlərin normal hala düşməsinə gətirib
çıxarır. Açıq inflyasiya bazar iqtisadiyyatı ölkələri üçün xarakterikdir.
İnflyasiyanın ölçülməsi, miqdarca qiymətləndrilməsi vacibdir. İnflyasiyanın
ölçülməsi və ortaya çıxarılan rəqəm iqtisadiyyatın ümumi mənzərəsini əks
etdirir. İnfilyasiyanın mövcudluğunu və səviyyəsini ÜDM–un defliyatoru,
istehlakçı və istehsalçı qiymətləri indexi və d. üsullarlarla ölçürlər.

İnflyasiyanın səbəbləri[redaktə | əsas redaktə]


İnflyasiyanın səbəbiləri çox məhəllidir. İnflyasiyanın əmələ gəlmə səbəbləri
həm daxili, həm də xarici ola bilər. Xarici səbəblərə əsasən xarici ticarətdən
mədaxilin azalması, xarici ticarət və ödəniş balansının mənfi saldosu aid
edilir. Daxili səbəblərə ölkə, hökumət daxilində inflyasiyaya səbəb olan
prosesləri aid etmək olar.
Doğurdan da inflyasiyanı yaradan səbəbləri müəyyən etmək ən vacib
məsələdir. İnflyasiyanı yaradan səbələrə aiddir konkretləşdirək.:

 İqtisadiyyatın hərbiləşdirilməsi.
 Azad rəqabətin inhisarla əvəz olunması.
 Gəlirlərin yenidən bölgüsü.
 Pul krediti və vergi sahəsində düzgün olmayan siyasətin aparılması da
inflyasiyaya səbəb olur.
 Büdcə kəsrinin mövcudluğu.
 Pul tədavülü qanununa əməl olunmaması.
 Sərmayə qoyuluşunun həcmi.
 Əmək haqqının əmək məhsuldarlığına nisbətən üstün artması.
 Xarici iqtisadi amillər.

Xərclərin inflyasiyası istehsalat xərclərinin artması nəticəsində qiymətlərin


artması deməkdir. Xərclərin qalxmasının müxtəlif səbəbləri var. Ölkə daxili
qiymətlərin (bütün növ qiymətlərin) dünya qiymətləri səvviyəsinə çatdırılması,
əmək haqlarının qaldırılması, monopolist firmalar tərəfindən qiymətlərin
aşağı salınması və s-dir.
Tələb inflyasiyası Keynsçi analizin məhsuludur. Belə ki, tam məşğulluq
şəraitində olan iqtisadiyyatda məcmu tələbdəki artım bir çox əmtəə
bazarında əmtəələrə olan tələbin artmasına səbəb olacaq və qiymətlər
qalxacaq.Yəni, tələb infilyasiyası o zaman meydana gəlir ki, pul gəlirləri
məhsul və xidmətlərdən artıq olsun.
Hər ölkənin özündə inflyasiya vaxtı milli xüsusiyyətləri mövcud olur. Bunu
ökələrin milli infilyasiyası adlandırmaq olar. Məsələn ABŞ-da (xüsusilə keçən
əsrin 60-70 ci illərində) infilyasiya pul, pul dövriyyəsi amili ilə şərtlənmişdir.
ABŞ da ərzaq, elektrik enerjisi, mənzil, nəqliyyat, tibbi xidmətlər, enerji
resursları, xammal materialları və s nin qiymətləri qalxdığına görə bu həm
əhalinin sosial vəziyyətinə, həm də orta və xırda sahibkarlığın inkişafına
mənfi təsir etmişdir. Amerika iqtisadçısı Q Minz göstərirdi ki, hələ 50-60-cı
illərdə ABŞ-da qiymət artımının ¾ hissəsi iri inhisarların qiymətləri süni
şəkildə qaldırması ilə əlaqədar olmuşdur.
Müasir inflyasiyanın fərqləndirici xüsusiyyətləri var: əgər əvvəllər lokal
xarakter daşıyırdısa indi o bütün sahələrə daxildir. Əgər əvvəllər
uzunmüddətli və qısa müddətli, ya da periodik idisə, indi xroniki hal almış və
istehsalda daimi faktordur. İnfilyasiyanın neqativ sosial, iqtisadi nəticələri
vardır.Bu özünü aşağıdakı istiqamətlərdə göstərir.

 1.Qiymət əmələ gəlməsinin bazar mexanizmlərinin, tələb strukturunun,


iqtisadi subyektlər arasında əlaqələrin deformasiyaya uğraması
 2.Pul əlirlərinin azalması, qiymətdən düşməsi
 3.Pul kredit sisteminin pozulması, kredit verməyə kreditorun marağının
azalması
 4.İnvestisiyaya mənfi təsir göstərməsi (kapitalın istehsaldan ticarətə meyl
etməsi,uzun müddətli sərmayə qoyuluşunda risklərin çoxalması)
 5.Dövlət mailiyyəsinə təsiri (Büdcə kəsrinin pul kütləsi artırılmaqla
qapanması,xərclərin qiymətdən düşməsi)
 6.Xarici iqtisadi əlaqələrə (tədiyyə balansına, milli valyutanın qiymətdən
düşməsinə,xarici borcların ödənilməsinə
 7.Az təminatlı əhaliyə mənfi təsiri

İnflyasiyaya qarşı tədbirlər[redaktə | əsas redaktə]


Antiinflyasiya siyasətinə nəzər salsaq görərik ki, buna əsas üç yanaşma var.
Birinciyə aktiv büdcə siyasəti (müasir keynsçilər) – dövlət gəlirləri və vergidən
istifadə edərək alıcılıq qabiliyyətli tələbə təsir etmək: dövlət öz xərcini azaldır
və vergini artırır. Lakin eyni vaxtda investisiyanın və istehsalın aşağı düşməsi
baş verə bilər və bu da qarşıya qoyulan məqsədin əksinə gətirib çıxara bilər.
Büdcə siyasəti həmçinin tələb aşağı olduqda onun genişləndirilməsi üçün də
həyata keçirilir. Tələbin kifayət qədər olmadığı halda dövlət kapital qoyuluşu
proqramları və digər xərclər (hətta büdcə kəsri vaxtı), vergilərin azaldılması
həyata keçirilir. Düşünülür ki, bu yolla istehlak mallarına və xidmətlərə tələbat
artır. Lakin tələbin büdcə yolu ilə stimullaşdırılması 60-70-ci illərdə göstərdi
ki, o, infilyasiyanı gücləndirə bilər. Özüdə ki, böyük büdcə kəsri dövlətin xərc
və vergilərinin bacarıqla istifadəsini məhdudlaşdırır.
İqtisadi nəzəriyyədə ikinci yanaşma monetarizm tərəfdarlarıdır. Onlar ilk öncə
ön plana pul-kredit siyasətini çəkirlər və iqtisadi hadisəyə dolayısı və
elastikliklə təsir edirlər. Bu cür tənzimlənmə mərkəzi bank tərəfindən həyata
keçirilir. Bu yanaşmanın tərəfdarlırı düşünürlər ki, dövlət alıcılıq qabiliyyətli
tələbatı məhdudlaşdırmaq üçün defilyasiya tədbirləri həyata keçirməli, çünki
iqtisadi artımın stimullaşdırılması süni yolla məşğulluğun həqiqi səviyyəsinin
aşağı salınması inflyasiya üzərində nəzarətin itirilməsinə gətirib çıxardır.
Üçüncü yanaşma – bir çox ölkələrin rəhbərliyi 60-cı illərdən başlayaraq
nəzarətdən çıxmış inflyasiyanın qarşısını almağa cəhd göstərərək belə
adlanan qiymət və gəlirlər, əsas məqsəd əmək haqqının məhdudlaşdırılması
siyasətidir. Belə ki, bu siyasət bazar strateqiyalı yox, inzibati mübarizə yolu
olduğundan o həmişə qarşıya qoyulan məqsədə çatmır. İnflyasiya ilə
mübarizə metodları birbaşa və dolayısı ola bilər.
Dolayısı metodlar:

 1.ümumi pul kütləsinin mərkəzi bank tərəfindən tənzimlənməsi;


 2.komersiya banklarının ssuda və hesabatlarının mərkəzi bank tərəfindən
tənzimlənməsi;
 3.Komersiya banklarının əsas ehtiyatları mərkəzi bankın açıq qiymətli
kağızlar bazarında hərəkəti.

Birbaşa metodlar:

 1.dövlət tərəfindən birbaşa kreditlərin və pul kütləsinin tənzimlənməsi;


 2.dövlət qiymət tənzimlənməsi;
 3.əmək haqqının dövlət tərəfindən tənzimlənməsi;
 4.dövlət tərəfindən daxili ticarət, idxal və ixrac kapitalının və valyuta
kursunun tənzimlənməsi.

İnflyasiyanın sürətini salmaq deməli təsərrüfatda pul və mal kütləsi arasında


fərqi azaltmaq deməkdir. Bunun üçün iqtisadiyyatı tarazlaşdıran bütün
metodlar uyğun gəlir. Əsas tədbirlərə aşağıdakılar daxildir:

 1.Ölkədə ərzaq bolluğu yaratmaq.


 2.Xalq təsərrüfatı sahələrinin pozulmuş investisiya sahələrinin bərpası
 3. Müəssisələrarası alqı-satqı münasibətlərini nizama salmaq.
 4.Krizis vaxtı mərkəzləşdirilmiş bank sistemi təşkil etmək lazımdır.

İstehlak bazarını stabilləşdirmək məqsədə uyğundur. Kiçik biznesin istehsal


və xidmət sferalarında inkişafını stimullaşdıran sistem yaratmaq, istehsal
sahələrinin və dəzgahların icarəsinə (ardınca almaq imkanı olmaqda) dövlət
krediti və lizinq kreditinin verilməsi. Kiçik müəssisələrin ilk 3-5 il fəaliyyətinin
sığortalanması öhdəliyi - müflisləşmə riski xeyli çoxdur.
Böhran baş verən zaman daxili bazarın və şəxsi eksport fəaliyyətinə ciddi
nəzarət olunması üçün dövlət tərəfindən müdafiə üçün səmərəli siyasət
yeridilməlidir. Bütün eksport əməliyyatları dövlət tərəfindən idarə olunan bir
neçə iri firmalar və sindikatlar tərəfindən komission vergilər üzərində eksport
əməliyyatları yerinə yetirlməlidir. İnflyasiyanın qarşısını hər-hansı bir təşkil
edilmiş tədbir vasitəsi ilə alınması çox çətindir, deməsək ki, tamamilə
mümkün deyil. Bunun üçün iqtisadiyyatda baş verən disproporsiyaların
aradan qaldırılması üçün, struktur islahatlar keçirilməlidir.
İnflyasiya monetar və yaxud struktur xarakter daşıya bilər. İnflyasiyanı dövlət
büdcəsinin defisiti və mal göndərənlərlə istehsalçıların inhisarları
stimullaşdırır. Ona görə də inflyasiya prosesi ilə mübarizə metodları adətən
kompleks xarakter daşıyır.

Antiinflyasiya siyasəti[redaktə | əsas redaktə]


Antiinflyasiya siyasəti – qiymətlərin ümumi səviyyəsinin sabitləşməsinə
yönəlmiş makroiqtisadi siyasət; inflyasiya kəskinliyinin yumşaldılması.
Antiinflyasiya siyasəti inflyasiya proseslərinə qarşı mübarizə ilə bağlı
tədbirlər sistemi vasitəsilə həyata keçirilir. Dövlətin antiinflasiya siyasəti əsas
ən, iki formada: aktiv (fəal) – inflyasiyanı törədən səbəbləri aradan
qaldırmaqla və adaptasiya (uyğunlaşma) – inflyasiyaya uyğunlaşmaq və
onun mənfi cəhətlərini azaltmaqla həyata keçirilir. Antiinflasiya siyasətinin
iki istiqaməti var: a) məcmu tələbin tənzimlənməsi; b) məcmu
təklifin tənzimlənməsi. Keynsçilər birinci istiqaməti, monetaristlər isə
ikincini müdafiə edirlər.
Keynsinanti inflyasiya siyasəti[redaktə | əsas redaktə]
İngilis iqtisadçısı C.M. Keynsin nəzəriyyəsinə görə, əhəmiyyətli dövlət
sifarişlərini iri özəl firmalara yönəldib səmərəli tələb
yaratmaqla təklifin səviyyəsini yüksəltmək olar. Multiplikasiya səmərəsi
nəticəsində istehsal həcmi artacaq və işsizlik azalacaq. Təklifin
çoxaldılmasının digər aləti əlavə investisiya cəlb edən ucuz kreditlərdir.
Beləliklə, dövlət sifarişləri və ucuz kreditlərlə fəallaşdırılmış məcmu təklifin
güclənməsi qiymətlərin enməsi və inflyasiyanın azalması ilə nəticələnir. Belə
Antiinflyasiya siyasəti dövlət büdcəsi kəsirini artırır və bu kəsiri ödəmək üçün
Keyns gələcəkdə ödəniləcək dövlət borclarından (istiqrazlarından) istifadə
edilməsini təklif edir. Bu siyasət uzun müddətli dövrdə müsbət səmərə verir.
Monetarist antiinflyasiya siyasəti[redaktə | əsas redaktə]
İnflyasiya ilə mübarizənin radikal üsulu. Monetaristlər təklif etmişdir.
Monetarizm istiqaməti sonralar – Keynsin inflyasiya ilə mübarizə alətlərinin
müsbət və mənfi cəhətləri təcrübədən bəlli olanda meydana gəlmişdir. Bir
sıra ölkələrin dövlət borcu o qədər artmışdı ki, artıq onun daha da çoxalması
praktiki cəhətdən mümkün deyildi. Monetaristlərin əsas ideyası məcmu
tələbin aşağıdakı istiqamətdə azaldılmasıdır: 1) müsadirə tipli pul islahatları,
yaxud əmanətlərin dondurulması (yerinə yetirilən proqramın birinci
mərhələsində həyata keçirilməlidir) və ölkədə pul kütləsinin azalması ilə
tələbin azaldılması; 2) sosial proqramların hesabına büdcə kəsirinin
azaldılması; bahalı kreditlər tətbiq etməklə
dotasiyaların, subsidiyaların azaldılması, bu öz növbəsində istehlakçı və
investisiya tələbini aşağı salır, qeyri-səmərəli
istehsalı müflisləşməyə, məhsul buraxılışını isə tənəzzülə aparır (proqramın
2-ci mərhələsində yerinə yetirilir); 3) güclü müəssisələrə aşağı vergi dərəcəsi
tətbiq etməklə onların həvəsləndirilməsi, bu, investisiyaların, əmtəə təklifinin
artmasına, həmçinin qiymətlərin düşməsinə səbəb olur və proqramın üçüncü
mərhələsində həyata keçirilir. Birinci iki mərhələdə məcmu tələbi azaldan, 3-
cü mərhələdə əmtəələrin həcmini artırmağı
mükafatlandıran mexanizmlər tətbiq edilir. Monetarizm inflyasiyanı tamamilə
pul fenomeni hesab edir, pul kütləsini kəskin azaltmağa və inflyasiyanı
tezliklə aşağı salmağa imkan verən şok terapiyası metodunu təklif edir. Lakin
bu metod istehsalın əhəmiyyətli dərəcədə aşağı düşməsi
və əhali məşğulluğunun ixtisarı ilə müşayiət olunur. İnflyasiya ilə mübarizədə
hansı konkret tədbirlərin seçilməsi onun hər bir ölkədə malik olduğu spesifik
xüsusiyyətləri və dərinliyi ilə şərtlənir.

Antiinflyasiya tənzimlənməsi[redaktə | əsas redaktə]


Antiinflyasiya tənzimlənməsi - inflyasiya ilə mübarizə tədbirlərinin həyata
keçirilməsi prosesi. Dünya ölkələrinin təcrübəsində tətbiq edilən əsas
tənzimləmə metodları: a) büdcə kəsirinin azaldılması; b) qiymətlərin
tənzimlənməsi; c) gəlirlərin tənzimlənməsi.[4]

Denominasiya
Vikipediya, azad ensiklopediya
Jump to navigationJump to search
Denominasiya — köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə
əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması
məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə “sıfırların silinməsi” də
deyilir.
Mal və xidmətlərin qiymətləri, tariflər, əməkhaqqı, pensiyalar, təqaüdlər, idarə və
müəssisələrin balanslarında, bank hesablarında olan pul vəsaitlərinin qalığı da bu
nisbətlə yenidən hesablanır.

Tarixin fantastik pul denominasiyaları[redaktə | əsas redaktə]


1 iyul tarixində Belarusiyada ölkə tarixində milli valyutanın ən geniş miyqaslı
denominasiyası başladı. İndi ən böyük nominallı banknot 500 rubl olacaq. Yeni
banknotlarda sıfırların sayı 4 ədəd azalacaq, mübadilə faizi isə 10 000 : 1-ə nisbəti təşkil
edəcək.
10-cu yer – 1 milyon ley dəyərində valyuta
1 iyul 2005-ci il tarixində Rumınya milli valyutadan 4 sıfır sildi. Dövriyyəyə “ağır ley”
adlandırılan valyuta buraxıldı və 500 ley ən iri həcmli banknot oldu.
9-cu yer – 2 milyon zloto dəyərində banknot
1 yanvar 1995-ci il tarixindən etibarən Polşa da maliyyə vəziyyətini sabitləşdirmək
məqsədilə milli valyutada mövcud olan 4 sıfırdan imtina etdi. Dövriyyəyə 200 zloto
dəyərində banknot və 50 qəpik buraxıldı. Denominasiyadan əvvəl ölkədə ən iri həcmli
banknot 2 milyon zloto idi.
8-ci yer – 1 milyon karnobans dəyərində banknot
Ukraynada denominasiya sayəsində yeni milli valyuta peyda oldu. 25 avqust 1996-cı
ildə ölkə prezidentinin fərmanı əsasında qrivna milli pul vahidi adını qazandı. 2 sentyabr
tarixindən isə artıq 100 000 krb : 1 qrivna nisbəti ilə mübadilə prosesi başlamışdı.
Keçmiş valyuta 16 sentybar tarixinə qədər qəbul edilirdi. O dövrdn etibarən milli
valyutanın denominasiyası həyata keçirilməsə də, milli valyutanın dəyəri əhəmiyyətli
dərəcədə enib.
7–ci yer – 30 min gürcü larisi dəyərində kupon
Eyni vəziyyət 1996-cı ildə Gürcüstanda da müşahidə edilirdi. Ölkə rəhbərliyi
hiperinflyasiyadan qaçmaq məqsədilə banknotlardan 6 sıfırı silir. Bu zaman gürcü
larisini SSRİ-nin süqutundan sonra dövriyyədə olan kuponlar əvəz edirdi. Denominasiya
isə 2 oktyabr 1995-ci ildə 1:1 000 000 nisbəti ilə başlayır. Banknotlarla yanaşı
dövriyyəyə tetri qəpikləri buraxılır.
6-cıyer – 1 milyon türk lirəsi dəyərində banknot
Xarici ölkələrdə mövcud olan hiperinflyasiya həmçinin türk lirəsinin də
denominasiyasına səbəb olmuşdu. 1 yanvar 2005-ci ildən başlayaraq dövriyyəyə yeni
banknot və qəpiklər buraxıldı. 31 dekabr 2005-ci ilə qədər isə bütün köhnə banknotlar
dövriyyədən yığışdırılmışdı.
5-ci yer – 500 min drahm dəyərində banknot
Yunanıstanda denominasiya ölkənin alman-faşist qüvvələrindən xilas olandan dərhal
sonra başlanır. Yeni drahma 11 noyabr 1944-cü ildə dövriyyəyə buraxılır. İşğal
dövründə hiperinflyasiya səbəbindən drahm 50 milyar dəfə denominasiya edilmişdi.
4-cü yer – 1 milyard kağız mark dəyərində banknot
Almaniyada denominasiya köhnə Papiermark-ın əvəzlənməsi ilə üst-üstə düşdü. 30
avqust 1924-cü il tarixindən onu yavaş-yavaş Reyxsmarkdan çıxarmağa başlayırlar. O
1948-ci ildə öz yerini alman markına təhvil verir. 2002-ci ildə isə ölkə avroya keçdi.
3 və 2-ci yerlər – 1 trilyon zimbabve dolları dəyərində banknot
1 avqust 2008-ci il tarixində Zimbabve milli valyutası 10 milyard dəfə dəyərsizləşdi. 2
fevral 2009-cu ildə 12 sıfır itirdi. 30 iyun 2009-cu ildə Zimbabve Ehtiyat bankının qərraı
ilə zimbabve dolları öz fəaliyyətini dayandırdı. Hazırda ölkədə qonşu dövlətlərin
valyutaları və Amerika dolları istifadə edilir.
1-ci yer – 1 sekstilyon penge dəyərində banknot
Maliyyə tarixidə ən inanılmaz denominasiya 1946-cı ildə Macarıstanda baş vermişdi.
Müharibə başa çatdıqdan sonra inflyasiya nəzarətdən çıxmışdı və pul sutkada 400%
sürətilə ucuzlaşırdı. Bu zaman dövriyyədə penge var idi. Ən iri həcmli banknot
sekstilyon idi. Lakin hətta bu inflyasiya ilə mübarizə aparmağa kifayət etmir. Ölkə
rəhbərliyi artıq 100 sekstilyon dəyərində valyuta buraxmağa hazırlaşırdı. Lakin valyuta
tam zamanında forint ilə əvəzlənir. Mübadilə faizi 400 oktilyon təşkil edirdi. Macarıstan
hələ də nisbətən sabit olan forintdən istifadə edir.

Ədəbiyyat[redaktə | əsas redaktə]

 Dövlət maliyyəsi terminləri lüğəti. Bakı 2008

Həmçinin bax[redaktə | əsas redaktə]

 Azərbaycan manatı
 Devalvasiya
 Revalvasiya
 İnflyasiya
 Deflyasiya

Staqflyasiya
Vikipediya, azad ensiklopediya
Jump to navigationJump to search
Staqflyasiya (ing. stagflation) — inflyasiya və işsizliyin eyni anda baş verməsi halını
ifadə edir. Bu zaman iqtisadi inkişaf yavaşlamağa və işsizlik səviyyəsi yüksəlməyə
başlayır.[1] Başqa perspektivdən, bir iqtisadiyyatda inflasiya yüksəkdirsə buna rəğmən
iqtisadiyyat böyüyə bilmirsə, yəni sıfıra yaxın real böyümə müşahidə edilirsə, o
iqtisadiyyatda staqflyasiya (inflasiya içində durğunluq) halının mövcudluğu güman edilir.
[2]

Mənbə[redaktə | əsas redaktə]
1. ↑ "Makroiqtisadiyyat" Rudiqer Dornbuş, Stenli Fişer, Riçard Stars(tərcümə:S.Adıgözəlov,
A.Qasımov) 2015, s 611
2. ↑ Nicat Muradzadə. "İqtisadi böhran terminologiyasından 7 seçmə".

Həmçinin bax[redaktə | əsas redaktə]

 İnflyasiya
 Deflyasiya
 Devalvasiya
 Revalvasiya
 Slumpflyasiya
 Staqnasiya

Kateqoriyalar: 
 İnflyasiya
 İqtisadi terminlər

You might also like