Download as doc, pdf, or txt
Download as doc, pdf, or txt
You are on page 1of 18

Məhəbbət, seks və qarşılıqlı münasibət

haqqında... SİRLƏR

A | A | A


 

 

 

 

 

 

AzNews.az bundan sonra Azərbaycanda nəşr olunan maraqlı kitabları oxucularına
təqdim edəcək.

AzNews.az bundan sonra Azərbaycanda nəşr olunan maraqlı kitabları


oxucularına təqdim edəcək.
İlk olaraq Barbara de Anjelisin "HƏR BİR KİŞİNİN
BİLMƏSİ VACİB OLAN QADINLAR HAQQINDA SİRLƏR" kitabını
ixtisarlarla, hissə-hissə təqdim edirik. Bu kitabda ailələri və çütlükləri narahat
edən çox vacib suallara cavab tapılır. Məhəbbət, seks və qarşılıqlı
münasibət haqqında olan bu əsər "Qanun" nəşriyyatına çap edilib.
Tərcüməçisi Nəzakət Ağayeva, redaktoru: Elçin Zahiroğludur.

Qeyd edək ki, Barbara de Anjelis dünya şöhrətli psixoloq, şəxsiyyətlərarası


münasibətlər üzrə ekspertdir. Onun kitablarını oxuyan hər qadın özünü daha
yaxşı dərk etməyi, kişilər isə partnyorunun məhəbbətə, seksə, ünsiyyət və
yaxınlığa olan münasibətini anlaya biləcək.
(I HİSSƏ)

Qadınlara məktub

Bu kitabı həm siz, həm də sevdiyiniz kişilər üçün yazmışam. Hər bir qadının
belə bir kitabın yazılmasını arzuladığına inanıram. Əgər belə bir kitab
olardısa, onu partnyoruna verər, o da oxuyub qadınını necə sevəcəyini həmən
anlardı. "Bunu oxu, – o deyərdi, – məni anlayarsan".
Həyatım boyu dəfələrlə belə bir kitabın olmasını arzulamışam. Çünki
partnyoruma tələblərimi anlada, nə qədər çalışsam da, vəziyyətin əsaslı
şəkildə dəyişməsi və hər ikimiz üçün münasibətlərimizin daha da yaxşı
olması istiqamətində onun edəcəyi kiçicik bir hərəkət və ya jestinin yetərli
olmasına inandıra bilmirdim. Arzularımdan, mənim üçün vacib olan
məsələlərdən ona heç vaxt danışa bilməmişəm. Nəticədə partnyorum məndən
incimiş, məni olduqca tələbkar hesab etmiş, onsuz da xoşbəxt olmağım üçün
hər şeyin olduğunu hesab edərək, artıq heç nə etmək istəməmişdi. Belə halda
min illər boyu qadınların etdiyi kimi dərindən köks ötürmüş və onun qəlbini
tərpədə, məni başa düşməyə məcbur edə biləcəyim anın gələcəyini
arzulamışam.
Əgər siz qadınsınızsa, bu misraları oxuyarkən bu köks ötürmənin nə
olduğunu yaxşı başa düşəcəksiniz. Bu köks ötürmə sənə bunu pıçıldayır:
"Mən heç nə istəmirəm, sadəcə, onun mənə qarşı diqqətli olmasını və
nəhayət, mənim kim olduğumu anlamasını istəyirəm". İnsana həmişə onun
başa düşülməsinə, ona dəyər verilməsinə və onu var olduğu kimi qəbul
edilməsinə səy göstərməsi xasdır. Əlbəttə, hamımıza başqa bir adamın bizi
tamamilə anlaması hissi tanışdır. Ancaq o da təəccüblüdür ki, digər qadınlarla
– bu rəfiqəmiz, bacılarımız, həmkarlarımız ola bilər – yəni bizdən olanlarla,
tələblərimizi daha yaxşı anlayanlar arasında əlaqələrimiz heç bir çətinlik
olmadan, praktiki olaraq ani yaranır.
Belə bir hadisə sizə tanış gəlmir ki?
Rəfiqənizlə nahar etməyə çıxmısınız. Gec-tez söhbət problemlərə, şəxsi
münasibətlərinizə və ya partnyorunuzla olan məsələlərinizə gəlib çıxacaq.
Demək olar ki, bir neçə sözdən sonra rəfiqəniz sizin nə demək istədiyinizi
dəqiqliyilə anlayacaq. O, acıyırmış kimi başını yellədəcək, lazım olan yerdə
narahatçılıq ifadə edəcək, hətta bəzən sizin başladığınız cümləni belə ən
uyğun sözlərlə bitirəcək. Və siz də, əlbəttə, razılıq hissilə ona baxacaq,
sevinclə dərindən nəfəs alacaqsınız. "Bəli! Həqiqətən də bu demək istədiyim
şey idi... Rəfiqəm nə hiss etdiyimi dəqiq anlayır!"

Söhbət davam edir və on dəqiqədən sonra siz və rəfiqəniz son on il ərzində


əriniz və sizin aranızda güclü mübahisələrə səbəb olan çoxsaylı problemlər
haqda tam fikir birliyinə gəlirsiniz. Rəfiqənizlə söhbətinizin çox asan
alınması, emosiyalarınızın onun tərəfindən dəqiqliyilə anlaşılması,
reaksiyalarınıza cavab verməsi və sizin tələbləriniz barədə danışması sizi
olduqca təəccübləndirəcək. Partnyorunuzla da bax belə danışa bilsəniz?!
Onunla bu barədə danışmağa başlayan kimi "divarla", hirslə, kənara çəkilən
baxışlarla üzləşir, cansıxıcı köks ötürmələri eşidirsiniz. Sanki onunla
tamamilə fərqli dillərdə danışırsınız – o qəti şəkildə nə demək istədiyinizi
anlamır!
Naharı bitirəndə rəfiqənizə ona anlayış göstərdiyinə görə təşəkkür edirsiniz.
Sonra isə bütün qadınların rəfiqələrinə və qohumlarına dedikləri sözləri
dilinizə gətirirsiniz: "Ərim də məni sizin kimi anlasaydı... Təəssüflər olsun ki,
sən qadınsan, yoxsa biz ideal ər-arvad olardıq!"

Və sizin rəfiqəniz razılıq əlaməti olaraq başını yellədir, çünki indi də o sizin
nə demək istədiyinizi çox gözəl anlayır...

→ Kişilərə bu kitab niyə lazımdır?

Hadisələri qabaqlayaraq kişilərə aid olan və irəlidəki bölmələrdən birində


söhbət açacağım gizli bir məsələni sizinlə bölüşmək istəyirəm. Mən kişiləri
sevirəm! Məyusluqlara və incikliklərə baxmayaraq, həmişə kişiləri
sevmişəm. Onları sevməkdən, dostluq etməkdən və şəxsi münasibətlər
qurmaqdan yorulmamışam. Bu kitab heç də onların nə qədər dəhşətli və
düzgün birisi olmamaları barəsində deyil. Sizi düzgün anlamağı
bacarmadıqlarına görə onları nə tənqid etmək, nə də danlamaq fikrindəyəm.
Yazmaqda məqsədim kişilərin qadınları tamamilə başqa müstəvidən
görmələri və onları başa düşməyi bacarmalarına nail olmaqdır. Kişiləri –
oxucularımı, tələbələri, seminarlarımda iştirak edən dinləyicilərimi əla
anladığımı düşünürəm. Uzun müddətdir ki, on illərlə qadınların kişilərə izah
etməyə çalışdıqları məsələləri onlara anlatmağa çalışıram. Hər halda onların
məni eşidəcəklərinə ümid edirəm. Kişilərin qadının emosional axınına
uyğunlaşmasının, onun arzuladığı yaxınlığı verə bilməsinin, onun qəlbini və
ürəyini anlamağının çətin olduğunu başa düşürəm. Ancaq sevgi və hörmət
olan yerdə hər şey mümkündür və bu kitabı məhz sizin sevgi və hörmət,
ehtiramınıza inanaraq yazmışam.
Bu yaxınlarda ərzaq mağazasında yaxın rəfiqəmlə rastlaşdım. Hal-əhval
tutduq və bir neçə dəqiqəlik həyatımızın müzakirəsinə daldıq. "İndi nə
üzərində işləyirsən?" – o soruşdu. "Yeni kitab yazıram", – cavab verdim.
"Doğru deyirsən? Bu əla xəbərdir! – rəfiqəm çox sevindi. – Səbirsizliklə
Donoldumun onu oxuyacağı günü gözləyəcəyəm. Əlbəttə, o çox gözəl
insandır, ancaq yenə də kişidir. Yəqin ki, nə demək istədiyimi başa
düşürsən?"
Yaxınlığımızda ərzaq seçən kişi dayanmışdı. Rəfiqəmin iradlarını eşidən kişi
bizi dəhşətli baxışla süzdü, sanki demək istədi: "Siz qadınlar həmişə kişiləri
alçaltmağı sevmisiniz!" O, narazı halda başını yellədə-yellədə uzaqlaşdı, biz
isə təbəssümlə bir-birimizə baxdıq. Onun bizi qətiyyən başa düşmədiyini
anladıq. Rəfiqəm heç də ərini alçaltmaq və mühakimə etmək istəmirdi. O,
ərini sevir. O, sadəcə, bütün qadınlara yaxşı məlum olan məsələni dilinə
gətirmişdi – ən yaxşı kişilər belə qadın deyil, KİŞİ olaraq qalırlar və məhz bu
səbəbdən də onlara qadınları yaxşı başa düşmələri üçün kömək etmək
lazımdır.
Acı həqiqət aşağıdakından ibarətdir: kişilərin bizi sevməsi heç də bizi
anlamaları demək deyil. Kişilər tamamilə fərqli dünyada yaşayır. Kitabımı
oxuduqda siz qadın dünyasının onlara sirli gəldiyini anlayacaqsınız.
Müəmmalı və ziddiyyətli.
Məhz bu səbəbdən də qadınını ürəkdən və dərindən sevən ən yaxşı kişi onları
anlamırlar. Kişilər laqeyd, eqoist olduqlarına görə bizi anlamırlar. Sadəcə,
onlar bizim mürəkkəb təbiətimizi elə də yaxşı bilmirlər; kişilər məğlubiyyəti
sevmədiklərindən, bizi başa düşməyə çalışmırlar.
Bu kitabı yazmaqda məqsədim kişilərin daha asan uğur qazanmasına, bizi
anlamaları və istədiyimiz kimi sevmələrini bacarmağa, onların gözəl dost və
ər, sevgili və yoldaş olmalarına yardımçı olmaqdır. Tələblərinizi ifadə etməyi
öyrənmənizi, xasiyyətinizi izah etməyi və sevdiyiniz kişinin, nəhayət, sizi
başa düşməsini istəyirəm.

→ Bu kitabdan necə faydalanmalı?


İlk olaraq, onu demək istəyirəm ki, bu kitab sizə – qadınlara ünvanlanıb. Bu
kitabı yalnız kişilərin sizi yaxşı başa düşməsi məqsədilə yazmamışam. Bu
kitab kim olduğunuzu daha yaxşı tanımanız və əvvəlkindən daha yaxşı
anlamanız üçün yazılmışdır. Bununla yanaşı, özünüzü məhz belə hiss
etmənizi anlaya, bu və ya digər hərəkəti etmənizin səbəbini, bu və ya digər
bir şeyi istədiyinizin səbəbini bilmirsinizsə, onda istək və hərəkətlərinizi
kişiyə izah etməyi heç vaxt bacarmayacaqsınız. Səmimi olaq. Tez-tez
özümüzə sual veririk: Biz normalıqmı? Çox şey istəmirikmi? Bəlkə kişilər
bizi "olduqca həssas və tələbkar" adlandıranda düz deyirlər? Həqiqətən də
qadınlar heç də həmişə şəxsi arzularını və tələblərini dərindən və dəqiq
bilmirlər, bu da öz növbəsində ciddi özünətənqid, öz gücünə şübhə ilə
yanaşma və özünə daha az dəyər vermə kimi hallara səbəb olur.
"Hər bir kişinin bilməsi vacib olan qadınlar haqqında sirlər" kitabı vasitəsilə
siz hər şeydən əvvəl özünüzü kəşf edəcəksiniz. Sevdiyiniz kişi sonda sizin
davranış və emosiyalarınızın ciddi əsası olduğunu başa düşəcək. Görüşdən
öncə kişiyə on dəfə zəng etmək elə də asan iş deyil. Kişini narahat edən
məsələ barədə soruşduqda özünə qapılması bizi əsəbiləşdirir. Gələcək işləri
partnyorumuzla birlikdə planlaşdırmağı sevirik, ancaq planlarını bizimlə
bölüşmək istəməyəndə məyus oluruq. Bunun səbəbi heç də bizim çox əsəbi,
zəif və ya qətiyyətsiz olmamızda deyil. Səbəb bizim qadın olmamızdır – biz
kişilərdən fərqlənir və tamamilə onlardan fərqli yaşayış tərzimiz vardır.
Kitabım sizə bir şeyi izah edir: Biz şəxsi xasiyyətimizi anlamadıqca, davranış
və tələblərimiz kişilərə müəmmalı olaraq qalmaqda davam edəcək.
Kitabı yazmaq səbəblərimdən biri də elə budur. Mən biz qadınların özlərini
başa düşmələrini, özlərini günahlandırmaqdan əl çəkmələrini, dərin hisslər və
sevmək bacarıqlarını dəyərləndirməyi öyrənmələrini arzulayıram. Özünüzə
inam yarananda və özünüzü qadın kimi hiss edəndə, arzu və emosiyalarınızı
kişinin başa düşəcəyi tərzdə deməyi bacaracaqsınız. Onun reaksiyasının
ürəyinizcə olacağına zəmanət verə bilmərəm, ancaq hər halda yanınızda
özünü bütün problemlərin məntiqi izahını tapa biləcəyi daha rahat və sakit
hiss edəcək.
Nə demək istəyirəm? Təsəvvür edin ki, siz ərinizə son ana kimi gözləmədən,
şənbə-bazar günləri planını onunla və uşaqlarınızla bölüşməyinin nə
səbəbdən istədiyinizi izah etməyə çalışırsınız. Siz onun müqavimətini hiss
edirsiniz. Məsuliyyət və nəzarət hiss etmək xoşuna gəlmir və o deyir: "Axı nə
danışım? Niyə sən hər şeyi əvvəlcədən planlaşdırmaq istəyirsən? Niyə sən
belə qəfil və gözlənilməz hərəkət edə bilmirsən?"
Bu suallara verəcəyiniz cavablar haqqında düşünün, nə cavab verə bilərsiniz?
Planlaşdırmanın sizin üçün məntiqi baxımdan bir o qədər yox, emosional
cəhətdən belə vacib olmasını bilirsiniz? Ona hisslərinizi izah etməyi
bacarırsınızmı? Bir qayda olaraq biz bunu və ya başqasını istəmənizin
səbəbindən əmin deyilik. Nəticədə "Sadəcə, bu mənə lazımdır", ya da artıq
özümüzdən çıxdıqda "Unut bunları – onsuz da səni heç vaxt mənim
istəklərim maraqlandırmayıb" kimi ümumi ifadələrlə canımızı qurtarırıq.
İstəyirsiniz inanın, istəyirsiniz inanmayın, ancaq kişi sizə qulaq asır, o sizə
emosiya ilə deyil, ağılla qulaq asır. Davranışınızı məntiqi cəhətdən izah edə
bilməsəniz hərəkətlərinizin və istəklərinizin qeyri-mümkün olduğunu
düşünməyə vadar edəcəksiniz. Əgər siz partnyorunuzun beynini razı salacaq
həcmdə məlumat verməsəniz, o sizi heç xoşbəxt edə bilməz. O, sadəcə, sizin
istək və xahişlərinizi mənasız, ciddiyə alınmağa layiq olmayan fikirlər kimi
qəbul edəcək.
Bu kitabda mən, sadəcə, qadınların sevgidən, yaxınlıqdan, ünsiyyət və
seksdən nə istədiklərindən danışmıram, bunu NİYƏ istədiyimizdən, bunun
NİYƏ bizim üçün vacib olmasından, NİYƏ qadınların özlərini kişilər kimi
apara bilməməsindən danışıram. Bu izahlar kişilərdən daha çox, sizə aiddir.
Özünüzü, sözün əsl mənasında, dərk etməlisiniz, yalnız onda sizə yaxın olan
insanlarla səmərəli ünsiyyət saxlaya bilərsiniz. Sevdiyiniz kişiyə oxumaq
üçün bu kitabı vermədən öncə, özünüz oxuyun və onu dərk etməyə çalışın!

→ Bu kitabı kişilərlə necə bölüşməli?


Bu kitabı qadınlar üçün yazdığımı elə indicə söylədim. Ancaq təkcə onlar
üçün yox: bu kitabı həm də kişilər üçün yazmışam – sevməyi öyrənmək,
sevdikləri qadınları anlamaq və onunla tam harmoniyada yaşamağı öyrənmək
istəyən kişilər üçün. Əgər kişi ilə ciddi əlaqələriniz varsa və mənim kitabımı
oxuyursa, qarşısında dayanmaq çətin olan nəfsdən qorumaq istərdim. O, evə
gələrkən və ya növbəti dəfə onunla görüşərkən, əsla bu kitabı onun gözünün
önündə yellətməyin və ucadan deməyin: "Bax... BUNU OXU! Bu kitab uzun
illər boyunca sənə demək istədiklərimi izah edəcək! Ən yaxşısı, ONU
ƏZBƏRDƏN ÖYRƏN!"
Belə bir fikir sizə nə qədər cazibədar görünsə də, güman etmirəm ki, belə bir
davranış kişi ilə münasibətlərinizi yaxşılaşdırsın və bu kitabı oxumağa həvəs
oyatsın. Əksinə, siz onda düşmənçilik və zidlik hissi yaradacaqsınız. Bunu
haradan bilirəm? Bu barədə mənə hər beş dəqiqədən bir "Barbara deyir ki..."
cümləsini təkrar edən qadınların çoxsaylı kişiləri müraciət edərkən
söyləmişdilər. Bu bədbəxtlərin həyatı elə asan deyildi!

Belə kişilərdən biri ilə bir neçə həftə bundan əvvəl rastlaşdım. Qəhvə
mağazasında növbəyə durmuşdum, otuz yaşlarında cazibəli bir kişi mənə
müraciət etdi. "Siz Barbara de Anjelissiz?" – o soruşdu. Başımla təsdiqlədim
və o gülümsədi.

"Sizə nifrət etdiyim üçün yaxınlaşdım", – gülümsəməkdə davam edərək,


dedi. Ancaq mənim üçün gülməli deyildi və bu, sifətimdə ifadə olunurdu,
odur ki, o, izahat verməyə tələsdi: "İki il sizin pərəstişkarınız olan bir qadınla
görüşürdüm. Onun üçün siz əsl mələk idiniz. O bütün yazılarınızı sifariş edir,
kitablarınızı alırdı. Mənim eşitdiyim bircə şey var idi: "Barbara belə hesab
edir", "Barbara isə bununla razı deyil". O tam mənası ilə məni dəli edirdi.
Dalaşanda, eyni vaxtda iki qadınla – qız dostum və sizinlə savaşdığımı hiss
edirdim. Ayrılanda sizi görməyə gözüm yox idi və sizi bütün problemlərimin
səbəbkarı hesab edirdim.
Tam bir il qadınlarla dil tapa bilmirdim. Bir neçə ay bundan əvvəl dostum
çox gözəl bir kitab oxuduğunu, kitabın düzgün partnyoru tapmağın
yollarından bəhs etdiyini və "Mənə uyğun gəlirsinizmi?" adlandığını söylədi.
Telefonda kitabdan bir neçə paraqraf oxudu və onun dedikləri mənə ağıllı və
düzgün göründü. Nə kimi səhvlər etdiyimi anladım. "Əla, – dostuma dedim.
– O kitabı oxumaq üçün mənə verə bilərsənmi? " Dostum razılaşdı və
sabahısı gün gimnastika zalında görüşəndə üz vərəqində şəkliniz olan həmin
o kitabı mənə uzatdı. Bu gözəl kitabın müəllifinin qadın, həm də mənim tərəf
müqabilimlə münasibətlərimi darmadağın edən qadın olduğunu öyrənəndə,
yəqin ki, mənim təəccübümü təsəvvür edə bilərsiniz.
Bütün mənfi rəyə baxmayaraq, kitabınızı götürdüm və oxudum. Əlbəttə,
kitab elə başlanğıcdan məni "tutdu". Partniyorumun doğru olduğunu anladım,
hətta ona zəng edib, oxuduğum kitabın adını söylədim. Onunla çox gözəl
söhbət etdik. Odur ki, sizi burada görəndə, sizə yaxınlaşıb, artıq sizə nifrət
etmədiyimi söyləməli idim. Əksinə, siz çox gözəlsiniz".
Bu kişini qucaqlayıb, xoş söhbətinə görə təşəkkür etdim. Dəfələrlə belə
hekayətləri eşitdiyimi söyləsəm, yəqin ki, təəccüblənməzsiniz. Oxucularımın
çoxu tez-tez kitablarımı intellektual silah kimi istifadə edirlər, mən də qeyri-
ixtiyarı olaraq onların partnyorları ilə mübarizələrində müttəfiqlərinə
çevrilirəm. Yəqin ki, belə yanaşma həmişə özünü doğrultmur və belə halları
eşidəndə, dərindən təəssüflənirəm.
Sizə bir xahişlə müraciət edirəm: əgər siz bu kitabı sevdiyiniz kişi ilə
bölüşmək istəyirsinizsə, BUNU SEVGİ İLƏ ETMƏNİZİ XAHİŞ EDİRƏM!
Partnyorunuzun ünvanına istehzalı iradlar səsləndirməyin, mübahisənizin
qızğın yerində sifətinin önündə kitabımı yellətməyin, məktubla birlikdə balış
üzərində buraxıb getməyin: "Bax, sənə bu lazımdır!" Xahiş edirəm, mehriban
olun, müsbət hisslərə köklənin. Belə olduqda kitabım diqqətəlayiq hesab
olunarsa, partnyorunuz onu oxumaq istəyəcək və nə demək istədiyimi
anlayacaq.
Kitabı partnyorunuza təqdim etmənizə dair bir neçə məsləhət:
– Ona növbəti "Kişilərə müraciət" fəslini oxumağı təklif edin. O dəqiqə
kitabımın tərzini başa düşəcək və ola bilsin ki, onu axıra kimi oxumaq
istəyəcək!
– Kitabda bu qeydlər yazılmış nüsxəni oxumağa verin: "Səni sevirəm və
həmişə səninlə həm emosional, həm də seksual baxımdan gözəl münasibət
qurmağı istəmişəm". Hədiyyənizin böyük təəssürat yaratması üçün məktubla
yanaşı hər hansı bir erotik alt paltarı əlavə edin: "Bunu sənin üçün
geyinəcəyim anı səbirsizliklə gözləyirəm!" O, bu kitabı oxuyub qurtaranda
onu gözləyən mükafatın nə olduğunu o dəqiqə anlayacaq!
– Kitabda xüsusi işarə ilə qeyd edilmiş "Kişilər üçün" hissədən kiçik parçalar
seçib ona oxuyun və bu barədə onun fikirlərini öyrənin. Bu yolla onda kitaba
maraq oyadacaqsınız.
– Bu kitabı oxumaqda məqsədinizin onunla düzgün münasibət qurmağı
öyrənmək olduğunu söyləyin və öyrəndiklərinizdən ona nümunələr verin.
Belə olduqda o, kitabın yalnız ona aid olmadığını hiss edəcək.
– Rəfiqələrinizdən birindən bu kitabı dostunuza hədiyyə etməyi xahiş edin.
– Yataqda olanda seksə aid olan fəsildəki məsləhətləri ona oxuyun, sonra isə
kitabın davamını sakitcə özünüz oxuyun. Bu yolla onda maraq doğura
bilərsiniz, bəlkə də təkcə maraq yox...
– Kitabı vanna otağına qoyun, ən çox sevdiyiniz səhifələri qatlayın. Bir neçə
həftə kitabı vanna otağından götürməyin.
Ola bilsin ki, siz artıq bunu ağlınızdan keçirmisiniz: "Partnyorum bunu HEÇ
VAXT oxumayacaq". Mən isə sizin bu fikrinizə belə cavab verərdim: "Bu
qədər özünüzə əmin olmayın!" Bu kitabın kişilər üçün maraqlı olmasını
ürəkdən arzulamışam, bunun üçün əlimdən gələni etmişəm. İstəyirdim ki,
kitab oxunaqlı olsun, onu fasiləsiz oxusunlar. Kişilər onları sevdiyimi bilirlər,
bəzən onlar rəfiqələrindən və arvadlarından qəbul etmədikləri məsləhəti
məndən qəbul ediblər. Uzun müddət sizin onlara deməyə çalışdığınız
məlumatı məndən aldıqda, eşidəcəklərinə ümid edirəm. Bir şeyi qətiyyətlə
demək olar: bu kitabı oxumuş istənilən kişi anlayacaq ki, bu kitabı məhz
onun qadınları sevməsini asanlaşdırmaq, nə vaxtsa olmuş gərginlik və
küsüşmələri, inciklik və anlaşılmazlıqları unutmaq üçün yazmışam. Və heç
bir kişi əldə edilmiş belə gözəl nəticələrlə mübahisə edə bilməz!

Beləliklə, kitabı oxumağa kişiləri necə inandırmalı?


• Onu rəfiqənizin dostuna və ya ərinə hədiyyə edin – ona bu kitabın
lazım olduğunu, rəfiqənizin isə bu hədiyyəyə görə sizə minnətdar
olacağını bilirsiniz.
• Onu keçmiş sevgilinizə göndərməli. Əlaqənizin bitməsinə baxmayaraq,
digər bir qadınla münasibət qurmaqda ona böyük kömək etmiş
olacaqsınız. Əgər siz hələ də onu sevirsinizsə, onda bu kitab sizə qapıları
aça bilər.
• Onu qadınlarla münasibət yaratmağı bacarmayan kişi dostlarınıza
hədiyyə edin. Onların gələcək sevgililəri sizə minnətdar olacaqlar!
• Oxumaq üçün bu kitabı atanıza verin. Hələ gec deyildir, ananız da sizə
minnətdar olacaqdır.
• Oğlunuz belə bir hədiyyəyə dəyər vermək yaş həddinə çatmışsa, ona da
bu kitabı hədiyyə edin. Hər halda oğlunuzun bu informasiyanı başqa
birindən almasını istəməzdiniz!

→ Kişilərə müraciət

Sizə elə də hiyləgər fənd işlətməyə əl ataraq, sevimli qadınınızı sakitləşdirə


bildiyinizi və onun sizi özünüzdən çıxarmaqdan əl çəkdiyini bacardığınızı
söyləsəm necə qəbul edərsiniz?
Bir an içində sevdiyiniz qadını sizin həmişə arzu etdiyi ideal partnyor
olmanıza inandırmağı bacaran möcüzəli sözləri eşitsəniz necə olar?
Sevdiyiniz qadını sizinlə sekslə yaşamağı arzu etməyə vadar edəcək yolların
sirrini öyrətsəm, nə baş verər?

Baxmayaraq arvadınız və ya rəfiqəniz tez-tez bu qəbildən olan kitabları sizə


sırıyır, ancaq bu kitab heç də təkcə qadınlar üçün yazılmayıb.
Bu, heç də kişiləri hər şeydə günahkar olduqlarını inandırmağa çalışan
feminist kitab deyil.
Oxuduqda münasibətlərinizi müstəqil qurmayan, əmrlərə tabe olan birisi
olduğunuzu hiss etdirən dərslik və ya təlimatlar siyahısından ibarət deyil.
Bu heç də sizi qadına çevirən, sizləri cəsarətdən məhrum edən kitab da deyil.
Bu kitabı yazmaqda məqsədim, siz özünüzü daha da uğurlu, daha güclü hiss
edəsiniz və şəxsi həyatınıza təsir etmək qabiliyyətinə malik olasınız. Bu
kitabı yazmışam ondan ötəri ki, münasibətləriniz arzu etdiyiniz və istədiyiniz
kimi qurulsun, bu münasibətlərdə arzu etmədiyiniz heç nə olmasın. Bu kitab
xüsusi olaraq həyatınızın daha asan olması üçün yazılıb.
İyirmi ildir ki, minlərlə insanla işləyirəm və onların yarısı kişidir. Bütün
yaşlardan və sosial statusdan olan kişilər şəxsi münasibətlərində onları
narahat edən məsələləri bölüşmüş, qadınlarda onları həyəcanlandıran
məqamlardan, sevgi və seksdən gözlədikləri barədə söhbət açıblar. Onları
diqqətlə dinlədim və öyrəndiyim bunlardır:
Kişilər şəxsi münasibətlərinin uğurlu alınmasını arzulayırlar. Bu onlar üçün
itirmək istəmədikləri yaxşı işdir.
• Onlar çətinlikləri, stress və qalmaqalı xoşalmırlar.
• Onlar sakitlik, harmoniya və dinclik arzulayırlar.
• Onlar sevgililəri ilə tez-tez və ehtiraslı seks yaşamaq istəyirlər.
• Onlar daim emosiyalara qapılıb qalmaq, sanki özlərini ev işlərini
görmək məcburiyyətində olmuş kimi görmək istəmirlər.
• Onlar qadının onları az tənqid etmələrini, daha çox dəyər vermələrini
istəyirlər.

• Qadının onlarla xoşbəxt olduğunu hiss etmək istəyirlər.

Bu kitab sadalanan məqsədlərə nail olmanız üçün yazılıb. Necə? Qadınları


tanımağınıza kömək edəcəyəm. Onlarla ünsiyyət saxlamağı, özünüzü və
tərəf-müqabilinizi xoşbəxt etməyin və məmnun olmasının yollarını
öyrənəcəksiniz.
İndi isə sizə gözəl xəbərlərimi çatdırım.
Qadınların hansı cəhətlərinin xoşunuza gəlmədiyini çox gözəl bilirsiniz.
Mən bir şeyi anlamanızı istəyirəm: bütün bunlardan qurtulmaq mümkündür.
Bəlkə də qadın sizə izah etməyə cəhd edib: "Bəlkə sən bunu elə yox, belə
etsəydin, tamamilə başqa cür olardı". Və siz düşünürsünüz: "Hə, elədir ki,
var". Ancaq mən sizə bilə biləcəyiniz ən böyük qadın sirrini demək istəyirəm:
Qadınla nə etməyi və nə haqda danışmağı bilsəniz, onda xoşunuza gəlməyən
hər şeydən xilas olacaqsınız.
Siz düşünürsünüz ki, doğru olmaq çox yaxşıdır? Xeyr, bu belə deyil. Bu
kitabı ona görə yazmışam ki, siz lazımi informasiyanı əldə edəsiniz, həm də
bu informasiyanı məntiqli, aydın və anlaşılan şəkildə ardıcıl düzmüşəm.
Bütün bunlar sayəsində sevdiyiniz qadınla həmişə sizə arzuladığınız
məmnunluğu gətirən və heç bir səy tələb olmadan şad, sevincli
münasibətlərin qurulması mümkündür.
Bu kitabın dəyərli olduğuna inandınızmı? Cavabın müsbət olacağına ümid
edirəm!
→ Nə qədər çox bilsəniz, bir o qədər də güclü və uğurlu olacaqsınız.
Bu yaxınlarda bir qrup insan qarşısında məruzə ilə çıxış edirdim və bu
kitabdan öyrənə biləcəklərindən danışırdım. Suallara cavab verərkən, mənə
bunları söyləyən kişiyə gözüm sataşdı:
– Mən sizin "maço" adlandırdığınız kişi tipinə aidəm. Sizin dediklərinizlə
razılaşmaq mənə çətindir. Mənə elə gəlir ki, siz məni arvada çevirmək
istəyirsiniz, istəyirsiniz ki, mən qadın kimi hərəkət edim və düşünüm.
– Niyə sizin qadın olmanızı istədiyimi düşünürsünüz? – mən təəccübləndim.
– Əgər mən daim arvadımın nə istədiyini düşünsəm, sizin dediyiniz kimi
onun üç müqəddəs tələbini yadımda saxlasam, onun xoşbəxt olması üçün hər
şeyi edəsi olsam, məgər qadına çevrilmirəm?
– İcazə verin, sizə bir sual verim, – mən dedim. – Avtomobiliniz varmı?
Kişi başını yellətdi.
– Yaxşı maşındı? Onu uzun müddətə yaxşı vəziyyətdə saxlamaq
istəyirsinizmi?
– Təbii. Onu cəmi-cümlətanı bir neçə ay bundan əvvəl almışam.
– Sükan arxasına keçməmişdən öncə sürücülüyə dair təlimatı
oxumusunuzmu?
– Əlbəttə!
– Həmin təlimatda maşının necə idarə olunmasından, hansı yanacaqdan
istifadə edilməsindən, problemləri aradan qaldırmaq üçün hansı təhlükəli
əlamətlərə fikir verməkdən, texniki nəzarətin keçirilmə vaxtından,
avtomobilin qeydinə qalınmasından danışılır.
– Düz deyirsiniz, – müsahibim razılaşdı.
– Onda, – mən gülümsədim, – maşınınız haqqında hər şeyi öyrəndikdə,
onunla necə davranılmasını bildikdə, məgər siz maşına çevrildiniz? Məgər siz
təlimatı oxuduqdan sonra özünüzü maşın hiss etdiniz? Məgər maşını sizə
satan və təlimatı verənə "Ey cavan oğlan, məgər sən mənim maşına
çevrilməmi istəyirsən" dediniz?

Tamaşaçılar güldülər, kişinin özü də onlara qoşuldu, çünki etiraz etməyə sözü
yox idi.
– Maşınınız sizə çox əzizdir, – mən söhbətimə davam etdim. – Siz ona pul
vermisiniz. Təbii, siz qoyduğunuz vəsaiti qorumaq və maşının yaxşı işləməsi
üçün lazım olan hər şeyi öyrənmək istəyirsiniz. Yanınızda mənim sözlərimin
ürəyincə olduğunu hiss etdiyim bir qadın əyləşib. Onun sizin həyat yoldaşınız
olduğunu düşünməkdə səhv etmirəm ki?
– Bəli, o məni çıxışınıza gəlməyə razı salıb, – müsahibim güldü.
– Onda sizə bunları deyim. O sizin kapitalınızdır, özü də maşına qoyduğunuz
puldan da böyük kapitaldır, mənə inanın! Onda niyə siz onun da "normal
işləməsi" üçün, əgər belə demək mümkündürsə, lazım olan hər şeyi
öyrənmək istəmirsiniz? İnanın mənə, bunu etməklə siz qoyduğunuz "vəsaiti"
qoruyacaqsınız... və sizin həyatınız daha gözəl və xoş olacaq!

Dinləyicilər məni xeyli alqışladılar. Kişi mənə təşəkkür etdi, əyləşdi və onu
bu toplantıya gətirməsindən məmnun olması açıq-aydın görünən arvadını
öpdü.

Söhbətlərim zamanı avtomobil misalına tez-tez müraciət edirəm, çünki bu,


fikirlərimi daha aydın şəkildə onlara çatdırmağa imkan verir. Yalnız sizə
(qadınlara) doğma və əziz olan məsələləri bilməklə, kişilər onlara məxsus
olanları müdafiə etməyi və qeydinə qalmağı anlaya bilərlər.
Arvadınıza və ya rəfiqənizə nəyin əziz olduğunu öyrəndikdə, kişi olaraq siz
daha da güclü olacaqsınız. Bu heç də sizin zəif və tez inciyən birisi olmanızı
ifadə etmir.

Həyatın digər sahələrində öyrənmək, təkmilləşmək və açıq olmaq olduqca


asandır. Siz heç vaxt yeni avtomobildən, videomaqnitofon və ya
kompüterdən istifadə etmək təlimatını oxumağın əksinə çıxmazsınız. Vacib
müştəri üçün çox gərəkli təqdimat keçirməyi planlaşdırarkən, siz hər şeydən
öncə onda yaxşı təəssürat yaratmaq üçün onun və firması haqqında mümkün
olduğu qədər çox şey öyrənmək istəyəcəksiniz. Axı siz heç vaxt rəisinizə "Nə
deyəcəklərim haqqında məsləhətə ehtiyacım yoxdur. Daim mənə göstəriş
verməyinizdən əl çəkin!" deyə bilməzsiniz. qolf, tennis və ya digər idman
növü ilə məşğul olmaq istəyəndə, siz əvvəlcədən çoxlu ədəbiyyat oxuyacaq
və təcrübəli məşqçiyə müraciət edəcəksiniz. Belə vəziyyətdə təkidlə sizin heç
bir köməyə ehtiyacınızın olmadığını deməyəcəksiniz, əgər siz kömək barədə
digər adamlardan məsləhət istəsəniz, özünüzü axmaq yerinə qoymuş
olarsınız.
Razılaşın ki, mən düz deyirəm. Şəxsi münasibətlər – həyatımızda etdiyimiz
ən dəyərli, ən vacib kapital qoyuluşudur. Qadınlar və məhəbbət haqqında nə
qədər çox bilsəniz, daha yaxşı ər və sevgili olacaq, şəxsi həyatınızı daha asan
idarə edə biləcəksiniz.
Bu yaxınlarda Nyu-Yorka uçurdum. Yanımda Asiya ləhcəsində danışan kişi
əyləşmişdi. O, Asiya firma və iş adamları ilə səmərəli əməkdaşlıq məsələsi
üzrə böyük şirkətlərin məsləhətçisi idi. Öz sahəsinin mütəxəssisi hesab
edilirdi və əməkdaşları yaponiyalı, çinli və sinqapurlu tərəfdaşlarla ünsiyyət
qurmaq üzrə təlimləndirdiyinə görə şirkətlər ona böyük məbləğdə pul
ödəyirdi. O, firmaların Asiyada iş qurduqları zaman üzləşdikləri maraqlı
hallardan geniş söhbət açdı:
"Təəccüblüdür, mədəniyyətlər arasındakı necə böyük fərqlilik vardır!
Halbuki bir neçə asan yolla səmərəli ünsiyyət qurmaq olar və bu, milyon
dollarla gəlir gətirə bilər. Uğurla uğursuzluğu olduqca nazik bir sərhəd
ayırır".

Bu ağıllı adama qulaq asdıqca, şəxsi işim barədə düşünməyə bilmirdim. O


sözünü bitirəndə, dedim:
– Deyəsən, biz eyni işlə məşğul oluruq.
– Doğrudanmı? – o təəccübləndi. – Siz də müxtəlif mədəniyyətlər sahəsində
məsləhətlər verirsiniz?
– Buna oxşar bir işlə, – mən gülümsədim. – Mən kişi və qadınlara bir-
birilərini anlamağı öyrədirəm.
– İşinizin mənimkindən çox-çox çətin olmasına şübhəm yoxdur, –
həmsöhbətim gülümsədi.

Hazırlıqsız işgüzar adam müxtəlif mədəniyyətlərə aid olan tərəfdaşlarını


hazırlıqsız anlaya bilmədiyi kimi, sizə də (kişilərə) yalnız sevdiyiniz üçün
qadınları anlayacağınız heç vaxt mümkün deyil! Niyə? Siz özünüz də bunun
cavabını çox gözəl bilirsiniz: qadınlar və kişilər müxtəlif mədəniyyətlərə
aiddirlər. Hələ qadın olaraq, biz bəzən bir-birimizi başa düşmürük. Və əgər
biz öz hərəkət və əməllərimizi anlamırıqsa, sizin onları anlayacağınızı necə
düşünmək olar? Bu kitabımı oxuyanda onun yalnız kişilərin qadınları başa
düşmələrinə deyil, həm də qadınların özlərini anlamalarına, sizinlə səmərəli
və düzgün ünsiyyət qurmalarına, eşidilmələri üçün danışmaq qaydalarını
öyrənməyə kömək etmək məqsədilə yazıldığını qəbul edəcəksiniz.
Qadınlar kişilərin onlar haqqında nələri bilmələrini istərdilər

Kitabımı sevdikləri qadınların və onları sevən qadınlar adından kişilərə


ünvanlanmış müraciətlə başlayıram.
Kişilərin bizi anlamalarını, kim olduğumuzu duymaq istəklərinin olmasını və
niyə məhz bunu əldə etməyə can atdığımızın səbəbini bilmələrini istəyirik.

Bizi başa düşmədiyinizi anlayanda, bu çox incidir və ağır gəlir.


Ancaq bu da həqiqətdir ki, biz də bəzən özümüzü anlamırıq.
Məsələn, güclü və özünə inanan bir qadın, necə ola bilər ki, bir dəqiqədən
sonra zəif və gücsüz birinə çevrilir?
Qadının özünü gah güclü ilahə, gah da köməksiz balaca qız kimi hiss etməyə
nə vadar edir?

Niyə biz hamıya kömək etməyə, hamını həvəsləndirməyə və müdafiə etməyə


hazır olduğumuz halda, özümüz üçün bunların heç birini edə bilmirik? Niyə
biz asanlıqla başqalarına müdrik məsləhətlər veririk, ancaq özümüz onlara
riayət etmirik?

Niyə biz eyni vaxtda asanlıqla milyon işin öhdəsindən gəlirik, sonra isə çox
ağır yükün və böyük məsuliyyət qarşısında qollarımızı sallayırıq?
Niyə bəzən biz harasa çəkilib, hər şeydən uzaqlaşmağı və qayğılarımızı
başqasının çiyinlərinə atmağı çox istəyirik?

Bu dərəcədə dərindən və ehtirasla sevmək üçün gücü haradan alırıq?


Niyə biz belə asanlıqla başqalarının arzu və tələblərini yerinə yetirmək üçün
şəxsi arzularımızı və tələblərimizi qurban veririk?

Niyə biz beləyik?

Kişilər də bizim haqqımızda eyni sualı özlərindən soruşurlar. Bunu etiraf


etməyə hazırıq, ya yox, ancaq biz də öz haqqımızda olan eyni sualları
özümüzə veririk. Sevindirici hal odur ki, verilən sualların cavabı var; bu
cavablar bizim necə hiss və hərəkət ediriksə, niyə elə də hiss və hərəkət
etdiyimizin izahını verir. Kitabımda bu suallara cavab tapacaqsınız. Və bu
cavablar qadınlar kimi kişilərə də faydalı olacaq. Onlar qadın təbiətinə,
dərrakəsinə və ürəyinə, onun arzu və tələblərinə aydınlıq gətirəcəkdir.

İcazə verin sizi heç olmasa, bir anlığa qadın ürəyinə dəvət edim. Aşağıda
oxuyacağınız hekayələr özünüdərketmənin necə çətin mübarizə olduğunu
sizə nümayiş etdirəcək.
Sevdiyiniz kişinin biznesə aid olan əsaslı qərarlar verməklə əlaqədar ağır
günlər keçirdiyini bilirsiniz. O, narahatdır və sizə yetərincə diqqət yetirə
bilmir, ancaq ona çox kömək etmək istəyirsiniz. Bir dəfə şam yeməyindən
sonra onun vəziyyəti, baş verənlər, problemin həll edilmə yolları, birgə atıla
biləcək addımlar barədə düşüncələrinizdən söz açırsınız. Ancaq sizin bu
hərəkətinizdən məmnun qalmaq əvəzinə, onun daha da qaşqabaq tökdüyünü
müşahidə edirsiniz. Budur, onun tamamilə sizdən təcrid olunduğunu hiss
edirsiniz, sanki o heç sizin dediyiniz sözləri eşitməyib.
– Nə olub, əzizim? – siz təşviş içində soruşursunuz.
– İşlərimi müstəqil olaraq həll etmək istəyirəm, – o sərt cavab verir. – Sənin
məsləhətlərinə ehtiyacım yoxdur.
– Ancaq mən kömək etmək istədim... – Mən pərt halda cavab verdim.
– Bəlkə məni sakit buraxasan? Məgər mənə etibar etmirsən? – O özündən
çıxır. Mənə əmr verməyə və nəzarət etməyə başlayanda, dözə bilmirəm!

O, otaqdan çıxır, qapını çırpır.


Siz isə oturub ərinizin gedişini seyr edirsiniz. Ağrıdan ürəyiniz sıxılır,
gözləriniz isə yaşla dolur. Onun dalınca qaçmaq istəyirsiniz, ancaq
hisslərinizi, ona kömək etmək və dəstək olmaq istədiyinizi ifadə etmək üçün
lazım olan sözləri seçə bilmirsiniz. Və sizin bütün səyləriniz nəticəsiz qalır.
Vəziyyət daha da gərginləşir. Siz uğursuzluğa düçar olduğunuzu hiss
edirsiniz. Qəlbinizin dərinliyində şübhələr yaranmağa başlayır: "Bəlkə o düz
deyir? Bəlkə doğrudan da ona nəzarət etməyə çalışıram?"

Çoxdan gözlədiyiniz bayram gəlir və siz onu dostunuzla birgə keçirmək


istəyirsiniz. Bunu onun söyləməsini gözlədin, ancaq o susur və siz narahat
olmağa başlayırsınız. Axşam telefonla danışarkən sizi narahat edən məsələ
barədə özünüz söhbət açırsınız.
– Sən artıq bayramı necə keçirəcəyini düşünmüsən?
– Hələ yox, – o cavab verir.
– Nə etmək olar, – siz bir az pərt halda deyirsiniz. – Ümid edirdim, birlikdə
keçirərik. Bəlkə bir yerə gedərdik.
O susur, bir neçə dəqiqədən sonra narazı halda deyir:
– Bu barədə sonra danışarıq.
Niyə sonra? Bununla nə demək istəyir? Siz əsl vəlvələyə düşürsünüz.
– Sən bayramı mənimlə keçirmək istəmirsən? – titrəyən səslə soruşursunuz.
– Əlbəttə, istəyirəm, – hirslə cavab verir. – Amma hər şeyi öncədən
planlaşdırmağa nə ehtiyac var? Məgər biz bunu qəfildən edə bilmərik? Sən
elə həmişə bu və ya digər məsələ barədə narahat olmalısan?
Buna nə cavab verəcəyinizi bilmirsiniz. Yalnız onu bilirsiniz ki, bayram
günlərində onunla birlikdə olmanıza əmin olsaydınız, özünüzü daha yaxşı
hiss edərdiniz. Ancaq bu barədə artıq dediniz, daha deməyə heç nə qalmadı.
Söhbət kəsilir. Siz dəstəyi asırsınız, ancaq ürəyiniz sizi incidir və ağrı heç
vəchlə kəsmir. Və siz düşünürsünüz: "Bəlkə o düz deyir? Bəlkə elə doğrudan
da mən çox narahat oluram?"

Əriniz ezamiyyətə gedib. Lazım olan məntəqəyə çatdıqdan sonra o, zəng


edib, sağ-salamat mənzil başına çatdığı və axşam işgüzar tərəfdaşı ilə şam
yeməyində olacağını söyləyir. Axşam yatanda telefonun zəng çalacağını
gözləyir. Bir neçə dəfə mehmanxanaya – ona zəng edirsiniz, ancaq əriniz
cavab vermir. Siz ona telefonla bir neçə məlumat göndərirsiniz, ancaq yenə
də heç bir cavab almır, gözləyir, gözləyir, gözləyirsiniz. O, zəng etmir... Gecə
saat ikidir və narahatçılıqdan yata bilmirsiniz. Bu haradadır, niyə bu vaxta
qədər zəng etməyib? Niyə o zəng edib, bizə "Gecəniz xeyrə qalsın" demək
istəmir? Sonda siz narahatlıq içində yuxuya gedirsiniz.

Növbəti gün ərinizdən zəng gələcəyi ümidlə yuxudan oyanırsınız, ancaq


telefon yenə də susur. Ona haqq qazandırmaq istəyirsiniz, ancaq özünüzü
inandırmaq çətindir. "Deyək ki, axşam yorğun olub, səhər ki, zəng edə bilər!"
Saatlar keçir, zəng yoxdur ki, yoxdur. Narahatlığınız artaraq paranoyyaya
keçir. Siz artıq ən pisini düşünürsünüz. "Bəlkə nəsə olub, – fikirləşir. –
Birdən xəstələnər? Bəlkə məndən qaçır?" Və sonra ağlına ən dəhşətli fikir
gəlir: bəlkə o başqa qadınladır?
Nəhayət, axşam əriniz zəng edir, amma özünü heç nə olmamış kimi aparır.

– Nəyə görə nə axşam, nə də səhər zəng etmədin? – həyəcanla soruşursunuz.


– Çox narahat oldum.
– Mən ki, sənə hava limanından zəng etmişdim, – o, təəccüblə deyir. –
Axşam elə yorulmuşdum ki, şam yeməyindən sonra yıxılıb yatdım. Səhər isə
başqa bir görüşə hazırlaşmalı idim. Çox məşğul idim. Sənə sonra zəng
edəcəkdim.
Narahat olduğunuzu izah etməyə çalışırsınız, ancaq boş yerə. Sizə elə gəlir
ki, səsiniz inamsız və ağlayan sayağı səslənir. Əriniz sizə qulaq asır, ancaq
onun reaksiyasından əsəbiləşdiyi hiss olunur.
– Məgər mən hər bir addımım barədə sənə hesabat verməliyəmmi? – o,
acıqlı-acıqlı soruşur. – Sənə zəng etmədiyim üçün bütün gecəni yatmamısan?

Danışıq xoş olmayan notla bitir. Dəstəyi asır və özünüzü çox pis hiss
edirsiniz. Siz, sadəcə, onun üçün darıxdığınızı izhar etmək istədiyinizi
bildirmək istəyirdiniz. Sizin narahat olduğunuzu niyə anlamır axı? Narahat
olmanızda qəbahət nə var ki? Əgər o uzun müddət zəng etməzsə və zəng
edərkən dəstəyi qaldırmazsa, narahat olmanızda təəccüblü nə var ki? Bəlkə
də o doğru deyir? Siz düşünməyə başlayırsınız: "Bəlkə mən düzgün etmirəm?
Bəlkə mən ondan çox şey tələb edirəm?"

Əksər qadınlara bu situasiya və emosiyalar çox yaxşı tanışdır. Bu və ya digər


dərəcədə partnyorla ünsiyyət zamanı biz eyni hissləri keçirmişik. Bizim üçün
büsbütün təbii olan məsələlərə kişilərin reaksiya göstərməsi bizi
təəccübləndirir. Həddən artıq çox şey istədiyimiz barədə düşünməyə
başlayırıq. "Bu normaldırmı?" – özümüzdən soruşuruq.

Kişilərin bu hekayəni tamamilə başqa hisslə oxuduqlarından əminəm. "Bu da


sizin üçün qadınların kişilərdən anlaşılmayan şeylər istəməsinə və onları
özlərindən çıxarmasına ən gözəl nümunə!" – siz öz-özünüzə deyərdiniz. Və
siz tamamilə düzsünüz. Bu ssenarilər tipik olur: qadınlar çox hallarda özlərini
kişilərə məlum olmayan tərzdə aparırlar və bu hal onları çox əsəbiləşdirir.

Anlamadığımız adamı günahlandırmaq çox asandır. Əgər qarşılıqlı


münasibətlərdə müdrik və sağlam düşüncə əsas götürülməzsə, onda
münasibətlər başlamadan bitə bilər. Qadın xarakterinin unikal və müstəsna
xüsusiyyətləri heç də kişilərə o qədər gözəl görünmür. Bəzən qadınlar belə
özlərini anlamırlar. Ancaq qadın təbiətinin sirlərini dərindən öyrəndikcə, bir
vaxtlar sizi çıxılmaz vəziyyətdə qoyan məsələlər aydın olacaqdır. Sizə
mümkün olmayan məsələlər indi gözəl görünəcək, əsəbiləşdirən məqamlar
isə xoşumuza gedəcəkdir.

Kitabın bu fəslini yazmağa başlayanda, qarşıma çox sadə bir məqsəd


qoymuşdum. Bizə və sevdiyimiz kişilərə hisslərimizi və davranışımızı
anlamağa kömək edəcək qadın təbiətinin bəzi sirlərini sizə açmaq istəmişəm.
Öncədən aparılan tədqiqatlar zamanı qadınlara suallar verirdim:
"Sevdiyiniz kişiyə özünüz haqqında nəyi izah etmək istərdiniz?
Qəlbinizin hansı dərinliyinə kimi ona ürəyinizi açmaq istərdiniz?"
Partnyorunuza qadın təbiətinin hansı xüsusiyyətini açmaq istərdiniz? Hansı
cəhətiniz sizi tamamilə ondan fərqləndirir? Niyə siz dünyanı ondan fərqli
olaraq tamamilə başqa cür dərk edirsiniz?

Növbəti fəsillərdə qadınların kim olduğu, onlar niyə olduqları, kimi olmaları
və kişilərin onları necə sevmələri barədə bütün fikirlərimi bir araya gətirməyə
çalışacağam. İlk bir neçə fəsil qadını kəşf etmək istəyən hər kəsin anlamalı
olacağı üç əsas xüsusiyyətə həsr edilmişdir. Məhz bu üç xüsusiyyət sayəsində
qadınlar başqa cür deyil, olduqları kimi davranır, hiss edir və danışırlar. Bu
üç xüsusiyyət hansılardır?

Qadınların üç əsas xüsusiyyəti


• Qadın üçün əsas sevgidir.
• Qadınlar təbiət etibarilə yaradıcıdır.
• Qadınlarda vaxta tamamilə fərqli münasibət var.

4, 5 və 6-cı fəsillərdə hər bir qadına məxsus üç gizli tələbindən halı


olacaqsınız.
Burada siz kişiləri ən çox maraqlandıran suala cavab tapacaqsınız: "Görəsən,
həqiqətən də mən elə bir iş görməyə qadirəm ki, o (yəni qadın)
şikayətlənməsin və xoşbəxt olsun?" (Bəli, qadirsiniz!) Və nəhayət, 7-ci
fəsildə kişilərin qadınlar haqqında yeddi yanlış fikrindən (yeddi
yanılmasından) söhbət açacaq və onların tamamilə səhv olduqlarını müzakirə
edəcəyik.

You might also like