Professional Documents
Culture Documents
8e907 Ziqmund Freyd Yuxularin Yozumu PDF
8e907 Ziqmund Freyd Yuxularin Yozumu PDF
8e907 Ziqmund Freyd Yuxularin Yozumu PDF
Qeyd: Az Book Library tərəfindən hazırlanan kitablar sadəcə səhifə üçün paylaşılır. Heç bir nəşriyyatla və ya bir
saytla əlaqəmiz yoxdur. Digər portallardan endirdiyiniz reklamlı, keyfiyyətsiz kitablar üçün məsuliyyət
daşımırıq.
Ziqmund Freyd
Yuxuların yozumu
Ziqmund Freydin bu məşhur kitabı dəfələrlə nəşr olunduğu üçün haqlı olaraq XX yüzilin
ən məşhur bestsellerlərindən biri hesab olunur.
ISBN 9789952267259
Qanun Nəşriyyatı
e-mail: info@qanun.az
www.qanun.az
www.fb.com/Qanunpublishing
Onu öpdüm.
II
Dante Aligyeri
«Kiçik əsərlər»
Ön söz
Freyd yuxuları öyrənməyə XIX yüzilin 90-cı illərinin əvvəlində başlayıb. 1895-ci ildə o
qəflətən yuxugörmə nə-zə-riyyəsinin əsas müddəasını (yuxugörmə – arzuların gerçəkləşməsidir)
özü üçün «kəşf edib». Hadisə kiçik bir Vyana restoranında baş verib. Freyd zarafat edib ki, həmin
axşam (dəqiq tarix – 24 iyul 1895-ci il) onun oturduğu stolun üzərindən kiçik bir xatirə lövhəsi
asmağa dəyərdi. Hər bir zarafatda müəyyən qədər zarafat payı var, yerdə qalanı həqiqətdir.
Freyd öz kəşfini doğrudan da olduqca yüksək qiymətləndirmişdi.
«Yuxuların yozumu» ilk dəfə 1900-cü ildə çap olunub. Z.Freydin kitabın ilk altı nəşrinə
yazdığı önsözlər psixoanalizin inkişaf yolunu və yayılmasını izləməyə imkan verir. Bizim üçün
mühüm olan odur ki, birinci nəşr ərəfəsində artıq yuxugörmə nəzəriyyəsinin işlənib hazırlanması
praktiki olaraq tamamlanmışdı. Bundan sonra Freyd yalnız bir sıra düzəlişlər və dəqiqləşdirmələr
apardı. Dördüncü nəşrdən başlayaraq Freydə onun yaxın şagirdlərindən biri olan Otto Rank
kömək edərək, ədəbiyyat siyahısını tamamlayır, qeydləri tərtib edir, eyni zamanda Freydin
kitabının altıncı fəslinə özünün iki məqaləsini əlavə edir. Lakin bu dəqiqləşdirmələr və
tamamlamalar prinsipial deyil. Freyd yuxugörmə probleminə dəfələrlə qayıtmış, ancaq bir çox
hallarda bu onun baxışlarının sadələşdirilməsi, fikirlərinin daha asan ifadə olunmasıyla müşayiət
olunub: «Psixoanalizin tarixi haqqında beş mühazirədən» üçüncüsü (1989-cu ildə onlar
«Psixoanaliz haqqında» adı altında çap olunub, ondan əvvəl isə «Xarici psixologiyanın tarixi
müntəxəbatı»na daxil edilib), «Yuxugörmələr haqqında» kiçik bir əsər («Yuxu psixologiyası») və
nəhayət, «Psixoanalizə girişin» beşinci və on beşinci mühazirələri.
Z.Freyd ömrünün son illərində yuxugörmələr probleminə bir daha qayıdır, bu qayıdış
auditoriyaya heç vaxt oxunmayan «Mühazirələrin» üçüncü bölümündə əks olunmuşdur: o vaxt
müəllif çox qoca və xəstə idi. Onun mühazirələrindən biri – «Yuxugörmələr nəzəriyyəsinə
yenidən baxılması» yuxugörmələr nəzəriyyəsi haqqında xeyli əlavə məlumat verir və Freydin öz
nəzəriyyəsində nəyi əsas götürdüyü, nəyi ikinci dərəcəli hesab etdiyi haqda mühakimə
yürütməyə imkan yaradır. «Yuxugörmə və okkultizm» adlı ikinci mühazirənin məzmunu
yuxugörmə problemindən yetərincə uzaq olsa da, burada biz Freydin bu gün də dəbdə olan
astrologiya, qabaqcadan xəbər vermə, falçılıq barədə fikirlərilə tanış ola bilirik. Freyd burada da
özünə sadiqdir!
Lakin araşdırılan mövzunun öz əhəmiyyətinə görə borclu olduğu bu sıx qarşılıqlı əlaqə
təklif olunan işin həm də səbəbini ehtiva edir. Araşdırmamızdakı problemlər o qədər çoxdur ki, o
qədər təmas nöqtələrinə uyğun gəlir ki, həmin nöqtələrdə yuxugörmələrin əmələ gəlmə
problemi psixopatologiyanın daha ümumi problemlərinə daxil olur. Burada onlar işıqlandırılmır,
əgər vaxtımız və gücümüz çatsa, sonrakı tədqiqatlarımız həmin məsələlərə həsr olunacaq.
Bir çox şeyləri düzəltməli və dəyişməli olduğumu məmnuniyyətlə qeyd edə bilərəm. Bəzi
yerlərdə yeni materiallar daxil etməklə, davamlı müşahidələrimə əsaslanan bir neçə qeyd əlavə
etmiş, bəzi hissələri isə yenidən işləmişəm. Yuxugörmələr və onların yozulması haqqında olan
bütün əhəmiyyətli məsələlər, eyni zamanda sonuncudan doğan ümumi psixoloji prinsiplər
olduğu kimi qalıb. Bütün bunlar hər halda subyektivdir və zamanın sınağına tab gətiriblər.
Mənim digər işlərimlə (etiologiya və psixonevroz mexanizmi haqqında) tanış olan hər kəs bilir ki,
mən heç vaxt hazır və tam olmayan şeyi tam kimi təqdim etməmişəm, hazır olanlar haqqında
fikrim dəyişəndə də qərarlarımı hər zaman dəyişməyə hazır olmuşam. Ancaq yuxuların
yozulması sahəsində öz ilkin qənaətimdə qalmışam. Nevroz problemi üzərində çalışdığım uzun
illər ərzində dəfələrlə tərəddüd etmiş, baxışlarımı dəyişmişəm; təkcə «Yuxuların yozumu»nda
həmişə möhkəm dayanmışam. Odur ki, çoxsaylı elmi rəqiblərim sayıqlıq göstərərək, yuxugörmə
problemi sahəsində mənimlə toqquşmaqdan çəkinirlər.
Kitabımın materialı əsas etibarilə köhnəliyinə görə qiymətdən düşmüş yuxulardır, mən
onları misal gətirməklə yuxuların yozulma prinsiplərini izah edirəm; yenidən nəzərdən keçirdikdə
onların da hər hansı dəyişikliyə ehtiyacı olmadığı aşkara çıxdı. Bu kitabın şəxsən mənimçün
başqa bir subyektiv əhəmiyyəti də var ki, onu yalnız işi başa çatdırdıqdan sonra anladım. Bu
mənim özüm haqda olan analizim – atamın ölümünə, insan həyatının ən böyük hadisəsinə və
ağır itkisinə qarşı reaksiyam idi. Bunu anladıqdan sonra həmin təsirin cizgilərini məhv etməyi
mümkünsüz hesab etdim. Amma oxucu üçün yuxuları dəyərləndirməyi və yozmağı hansı
materialın üzərində öyrənməyinin heç bir əhəmiyyəti yoxdur.
Zəruri qeyd əvvəlki ifadələrlə məntiqi əlaqəyə girə bilmədiyi yerlərdə onu kvadrat
mötərizələrə almışam (Sonrakı nəşrlərdə mötərizələr yığışdırılıb).
Elmi təfəkkürün inkişafı «Yuxuların yozumu»nu kənarda qoymamışdı. 1899-cu ildə mən
bu kitabı yazanda «seksual nəzəriyyə» hələ mövcud deyildi, psixonevrozların mürəkkəb
formalarının analizi isə yenicə doğulmuşdu. Yuxuların yozumu nevrozların analizini həyata
keçirmək üçün köməkçi vasitə rolunu oynamalıydı. Sonuncuların dərindən öyrənilməsi öz
növbəsində yuxuların yozumuna da təsir göstərməyə başladı. Sonuncunun öyrənilməsi bu
kitabın birinci nəşrində yetərincə aydın müəyyən olunmamış yolla aparıldı. Şəxsi təcrübəm,
V.Ştekelin və digərlərinin əsərləri sayəsində yuxulardakı (ya da, daha doğrusu, qeyri-şüuri
təfəkkürdəki) simvolik mənaların həcmini və mahiyyətini düzgün qiymətləndirməyi öyrəndim.
Beləliklə, bu illər ərzində özünə xüsusi diqqət tələb edən xeyli şey toplandı. Mən
mətndəki qeydlərin və çoxsaylı haşiyələrin köməyinə müraciət edərək bunların hamısından
istifadə etməyə çalışdım. Əgər bu əlavələr bəzi yerlərdə mövzudan kənara çıxırsa, yaxud ilkin
mətni hər yerdə bizim bugünkü baxışlarımız səviyyəsinə qaldırmaq mümkün olmayıbsa, kitabın
bu qüsurlarına dözümlü yanaşmanızı xahiş edirəm; onlar yalnız bizim biliklərimizin sürətli inkişaf
tempinin nəticələridir. Bundan başqa, «Yuxuların yozumu»nun sonrakı nəşrlərinin hansı
istiqamətlərə meyillənəcəyini öncədən qeyd edirəm – təbii ki, əgər həmin meyillərə zərurət
duyulsa. Onlar poeziyanın, mifin, dilin və xalq məişətinin zəngin materialına yaxınlaşacaq, digər
tərəfdən, yuxugörmələrin nevrozlar və psixi pozuntularla əlaqəsinə indikindən daha ətraflı
toxunacaq.
Otto Rank2 mənə material toplamaqda olduqca qiymətli xidmətlər göstərdi və çap vərəqlərini
özü korrektə etdi, ona və digər zəhməti keçənlərə dərin təşəkkürümü bildirirəm.
Bundan bir il öncə (1913-cü ildə) doktor A.A.Brill3 bu kitabı Nyu-Yorkda ingilis dilinə
çevirib. (The Interpretation of dreams. G. Aleen amp; SU., London, 1913 q.).
Doktor Otto Rank bu dəfə mətni korrektə etməklə yanaşı, iki müstəqil məqalə ilə onu
zənginləşdirib. (VI fəslə əlavə)
Mən bu kitabı bizim çağdaş psixoanalitik görüşlərimizə uyğun və əsaslı şəkildə yenidən
işləyə və bununla tarixi özünəməxsusluğu məhv etməyə qərar verə bilmədim. Elə hey
düşünürəm ki, təxminən 20 illik mövcudluğu ərzində o öz vəzifəsini yetirib.
Hazırda çapla bağlı çətinliklər olduğundan kitab ona ehtiyac duyulduğu müddətdən qat-
qat gec işıq üzü gördü; bu səbəbdən bu nəşr ilk dəfə özündən əvvəlki nəşrin eynisidir. Yalnız
kitabın sonundakı ədəbiyyat göstəricisini doktor O.Rank davam etdirərək tamamlayıb.
Bu kitabın təxminən iyirmi illik mövcudluğu ərzində öz vəzifəsini yerinə yetirməsiylə bağlı
fərziyyələrim, beləliklə, öz təsdiqini tapmadı. Mənə elə gəlir ki, onun qarşısında yeni vəzifələr
durur. Əgər əvvəllər söhbət yuxugörmələrin mahiyyətini izah etməkdən gedirdisə, indi bu
izahatların qarşılaşdığı inadlı müəmmaları aşmaq bir o qədər mühümdür.
Yuxugörmələrin ibtidai dərki, aydındır ki, qədim dövr xalqlarının yuxugörməyə verdikləri
klassik qiymətə əsaslanır (Aşağıdakılar Bus-chenschiitz’in diqqətlə öyrənilməsinə əsaslanır).
İbtidai xalqlar hesab edirdilər ki, yuxugörmələr onların inandığı fövqəlbəşər varlıqlar aləmilə
bağlıdır, tanrılar və iblislər tərəfindən vəhy olunur. Eyni zamanda hesab edirdilər ki,
yuxugörmələr yuxugörən üçün mühüm məna kəsb edərək, bir qayda olaraq ona gələcəkdən
xəbər verir. Görülən yuxuların məzmunu və doğurduğu təəssüratlar son dərəcə müxtəlif
olduğundan, təbii ki, birmənalı dərk olunması da çətin idi. Ona görə də, yuxuları dəyərinə və
həqiqiliyinə görə çeşidli hissə və qruplara ayırmaq lazım idi. Bəzi qədim filosofların yuxugörmə
haqqında mühakimələri, şübhəsiz ki, onların, ümumiyyətlə, gələcəyi görmək sənətinə olan
münasibətlərindən asılı idi.
Aristotel bu məsələni araşdıran hər iki əsərində yuxugörməyə psixologiyanın obyekti kimi
baxırdı. Biz yuxuları Tanrının göndərmədiyini, Tanrı mənşəli deyil, iblis mənşəli olduğunu eşidirik,
çünki təbiət tanrıdan çox şeytan xislətlidir. Yuxugörmələr qətiyyən fövqəlbəşər vəhylərin
məhsulu deyil, onlar insan ruhunun (əlbəttə, tanrıya qohum olan) qanunlarından doğurlar.
Yuxugörmə yatan adamın yatdığı müddətdəki ruhi fəaliyyəti kimi qiymətləndirilir.
Məlum olduğu kimi, Aristotelə qədər yuxugörmə xəyala dalan ruhun məhsulu deyil,
tanrının vəhyi sayılırdı: biz artıq yuxuya və yuxugörməyə aid əldə olan bütün tədqiqatlarda
onlarla bağlı hər iki əks istiqamətlə tanışıq. Onlar həqiqi və qiymətli, yatanı xəbərdar etmək, ya
da gələcəyi ona xəbər vermək, onu təlaşlandırmaq, ya da məhvə göndərmək üçün lovğa, yalançı
və miskin qüvvələr tərəfindən göndərilən yuxuları bir-birindən ayırır.
Yuxuyozmaların elməqədərki bu dərki ruhi həyatda real olanı xarici aləmdə də real
şəkildə əks etdirən qədim dünyagörüşü ilə tamamilə uyuşurdu. Bu, yuxugörmələrin məzmununa
da (daha doğrusu, yuxulardan səhərə qalan təəssüratlara, yuxu xatirələrinə) aid idi. Bu xatirlərdə
sanki yuxu psixikanın adi məzmununa qarşı durur, sanki başqa bir dünyadan gəlmiş nəsə yad bir
şey kimi görünür. Yuxugörmələrin fövqəltəbii mənşəyi haqqında təlimin müasir dövrümüzdə
tərəfdarlarının olmadığını düşünmək yanlış olardı; əvvəllər mövcud olmuş və hələ də təbiət
elmləri tərəfindən fəth olunmayan geniş fövqəltəbii sferanın qalıqlarını hansısa mənalarla
doldurmağa çalışan poetik və mistik ruhlu bütün yazarlar bir yana, tez-tez hər cür şübhələrdən
uzaq və olduqca inkişaf etmiş insanlara rast gəlinir ki, onlar var qüvvələrilə fövqəltəbii ruhi
qüvvələrin mövcudluğu və müdaxiləsinə öz dini inanclarını məhz yuxu təzahürlərinin
izaholunmazlığı ilə əsaslandırmağa cəhd edirlər (Haffner). Yuxugörmələrin bəzi fəlsəfi sistemlər,
məsələn, şellinqçilər tərəfindən dərk olunması açıq-aşkar qədim zamanlarda yuxugörmələrin
ilahi mənşəyinə olan qəti inama əsaslanır. Yuxuların gələcəkdən xəbər vermək, «kahinlik»
qabiliyyətinin müzakirəsi hələ başa çatmayıb. Elmi dünyagörüşə sadiq olan hər bir insan,
yuxugörmələrin peyğəmbərlik gücünü inkar etməyə meyilli olsa da, toplanmış faktiki materialı
gücləndirmək üçün psixoloji yozum cəhdləri yetərli deyil.
Yuxugörmə probleminə olan elmi maraq bir-biriylə qismən kəsişən aşağıdakı ayrı-ayrı
məsələlərə gətirib çıxarır.
Lakin müəlliflərin böyük əksəriyyəti yuxu ilə ayıqlığın qarşılıqlı əlaqəsi məsələsində əks
mövqedə dayanırlar. Məsələn, Haffner hesab edir ki (s. 19): «Yuxugörmə, hər şeydən öncə, ayıq
durumun davamıdır. Gördüyümüz yuxular hər zaman buna qədər yaxın vaxtda şüurumuzda
mövcud olan təsəvvürlərlə əlaqədardır. Belə bir müşahidə həmişə yuxugörmə ilə bir gün əvvəlki
təəssüratlar arasında bağlılıq tapacaq». Veyqandt (s. 6) Burdaxın yuxarıda göstərilən fikrinə
birbaşa qarşı çıxır: «Yuxugörmələrin böyük əksəriyyətində onların bizi gündəlik həyatdan
qətiyyən ayırmadığını, əksinə, çox zaman ona qaytardıqlarını müşahidə edirik». Mori (s. 56) öz
yığcam düsturunda deyir: «Biz yuxuda, gerçəklikdə gördüklərimizi görür, danışdıqlarımızı danışır,
etdiklərimizi edir, arzuladıqlarımızı arzulayırıq». İessen 1855-ci ildə ortaya çıxan
«Psixologiya»sında daha ətraflı izahat verir (s. 530): «Yuxunun böyük və kiçik məzmunlu olması
həmişə fərdi xüsusiyyətlər, yaş, cins, ictimai mövqe, əqli inkişaf, adət olunmuş həyat tərzi və
yaşanmış həyatın faktları ilə bağlıdır».
Bu məsələylə bağlı daha dəqiq fikri filosof Y.Q.Maass Maass (Uber die Leidenschaften,
1805) söyləyir: «Təcrübə göstərir ki, biz yuxularımızda daha çox ən qızğın və ehtiraslı
arzularımızın nəyə yönəldiyini görürük. Buradan görünür ki, ehtiraslı arzularımız yuxularımızın
yaranmasına təmir göstərməlidir. Şöhrətpərəst adam öz yuxularında gələcəkdə qazandığı
uğurları (bəlkə də yalnız onun təsəvvüründə) gördüyü halda, aşiq olmuş adamın yuxuları şirin
ümidlərlə dolu olur… Ürəkdəki bütün arzular və nifrətlər – əgər onlar hansı əsasdasa oyanırlarsa
– o mənada təsir göstərə bilər ki, onlarla bağlı təsəvvürlərdən yuxugörmə yaransın və ya həmin
təsəvvürlər artıq mövcud olan yuxugörməyə qarışsın». (Vinterşteyn «Zbl. fur Psychoanalyse»də
xəbər vermişdir).
Qədimdə yuxugörmənin və həyatın qarşılıqlı asılılığını heç vaxt başqa cür təsəvvür
etməyiblər. Radeş-tokudan (s.139) sitat gətirirəm: «Yunanlar üzərinə yürüşdən əvvəl faydalı
məsləhətləri dinləməyən Kserks daimi yuxularının təsiri altında hərəkət etdikdə, qoca yuxuyozan
fars Aqtaban ona olduqca dəqiq tərzdə dedi ki, yuxugörmələr əksər hallarda insanların ayıq
halda düşündüklərini əks etdirir».
Lukresinin «Cisimlərin təbiəti haqqında» poemasında bir yer var (IV, V, 962):
Mən də öz işimdəyəm…
Siseron (De Divinatione II) da Morinin sonradan söylədiyini deyir: «Qəlbimizdən bir çox
hallarda ayıq vaxtımızda düşündüyümüz, yaxud etdiyimiz şeylərin izi keçir».
Yuxugörmə ilə ayıqlığın qarşılıqlı əlaqələri haqda hər iki görüşün ziddiyyətli məqamları,
görünür, həqiqətən bir-birinə qırılmaz surətdə bağlıdır. Burada yuxugörmənin özünəməxsus
xüsusiyyətlərini, ümumiyyətlə, tez-tez ziddiyyətlərə keçən «təzadlar silsiləsindən» (s. 8) başqa
cür təsvir etməyən F.V. Gildebrandtı (1875) xatırlamaq yerinə düşər. «Bu təzadlardan birincisi bir
tərəfdən yuxugörmənin gerçək həyatdan tam əlahiddəliyini, yaxud qapalılığını, digər tərəfdən
onların bir-biriylə daimi təmasını, daimi qarşılıqlı asılılığını yaradır. Yuxugörmə ayıq vaxtda
yaşanan gerçəklikdən ciddi şəkildə uzaq bir şeydir, necə deyərlər, gerçək həyatdan keçilməz
uçurumla ayrılan germetik qapalı təzahürdur. O bizi real həyatdan ayırır, həyat haqqındakı
normal düşüncələrimizi öldürür, bizi gerçəkliklə heç bir əlaqəsi olmayan başqa bir dünyaya
aparır…» Gilderbrandt bundan sonra deyir ki, yuxuda bizim bütün varlığımız sanki
«gözəgörünməz qapı» arxasında yox olur. Yuxuda, məsələn, müqəddəs Yelena adasına gedərək
Napoleona çox gözəl və nəfis mozelveyn üzümü aparırsan. Eks-imperator səni olduqca nəzakətlə
qarşılayır. Ayılanda maraqlı illüziyanın məhv olmasından müsbət peşmançılıq keçirirsən. Lakin
gördüyün yuxunu gerçəkliklə müqayisə etməyə başlayırsan. Sən heç vaxt üzümçü olmamısan və
olmaq da istəməmisən. Dəniz səyahətinə çıxmamısan və müqəddəs Yelena adasına da
getməmisən. Napoleona, ümumiyyətlə, heç bir simpatiyan yoxdur, hətta anadangəlmə patriotik
nifrətin var. Üstəlik, Napoleon adada öləndə sən heç dünyaya gəlməmişdin. Hansısa şəxsi
bağlılıq haqqında danışmağın da heç bir əsası yoxdur. Bütün yuxugörmələr (ayıq) həyatın iki
dövrü arasında bir-birinə tamamilə uyğun gələn və biri digərinin davamı kimi təzahür edən
hansısa yad fenomen şəklində təqdim olunur.
«Amma hər halda, – Gilderbrandt davam edir, – xəyali ziddiyyət tamamilə gerçək və
doğrudur. Məncə, burada qapalılıq və bir-birindən ayrı olma bir-birilə sıx surətdə bağlı və
ümumidir. Biz hətta deyə bilərik: yuxugörmə hər nə olursa olsun, o öz materialını gerçəklikdən
və bu gerçəkliyin fonunda oynayan ruhi həyatdan alır… O, real həyatla neyləsə də, heç vaxt
ondan ayrılmayacaq və onun ən komik, qəribə formaları öz materialını hər zaman ya gözlərimiz
qarşısındakı gerçək həyatdan, ya da ayıq təfəkkürümüzdə bu və ya digər yer tutan, qısa desək,
zahirən və daxilən yaşadığımız şeylərdən alacaq».
Hər şeydən öncə gözə sataşan odur ki, insan yuxudan ayıldıqdan sonra yuxugörmənin
məzmununda olan materialın öz bilik dairəsinə və təəssüratlarına məxsus olduğunu inkar edir.
O, gördüyü yuxunu xatırlasa da, bunları həyatda nə vaxtsa yaşadığını xatırlamır. O, gördüyü
yuxunun hansı mənbədən qaynaqlandığını müəyyənləşdirməkdə çətinlik çəkir; onu
yuxugörmənin müstəqil yaradıcı qabiliyyətinə inam yoldan çıxarır; ancaq gözlənilmədən, aradan
xeyli keçdikdən sonra yeni bir təəssürat xəyalən itirilmiş xatirəni daha əvvəl baş verən təəssürata
keçirir və yuxugörmənin mənbəyi tapılır. Bu halda etiraf etməli oluruq ki, insan yuxuda ayıq
vəziyyətdə xatırlamadığı hadisəni xatırlayıb (Vaşid iddia edir ki, insanın yuxuda xarici dili ayıq
vaxtda olduğundan daha sərbəst və səlis danışması dəfələrlə qeydə alınmış faktdır).
Delbef öz şəxsi təcrübəsindən xüsusilə xarakterik olan bu tipli bir nümunə gətirir. O,
yuxuda evinin qarla örtülmüş həyətini görüb; qarın altından iki yarıdonmuş kərtənkələ tapıb.
Heyvanları sevdiyi üçün onları götürərək isidib və divarın dibindəki yuvaya aparıb. Yuvaya eyni
zamanda bir neçə ayıdöşəyi yarpağı da qoyub, bildiyinə görə kərtənkələlər onları çox sevirmiş.
Yuxuda o, bitkinin adını da bilib: Asplenium ruta muralis. Yuxunun davamında ayıdöşəyi
yarpaqları üzərində daha iki sürünən görən Delbef təəccüblənib. O, başını qaldıraraq yola baxıb
və beşinci, altıncı kərtənkələləri görüb. Tezliklə bütün yol kərtənkələlərlə dolub və hamısı da
divarın dibindəki yuvaya gedirmiş.
Həqiqətdə Delbef çox az latınca botanika termini bilirmiş: aspleniumdan qətiyyən xəbəri
yoxmuş. Ancaq nə qədər təəccüblü olsa da, belə bir ayıdöşəyi bitkisinin həqiqətən
mövcudluğuna əmin olur. Bitkinin əsl adı: Asplenium ruta murariadır, yuxuda bir qədər təhrif
olunub. Təsadüfi uyğunluq barədə düşünmək çətin idi, odur ki, bu terminin yuxusuna haradan
girməsi Delbef üçün müəmma olaraq qalır.
O bu yuxunu 1862-ci ildə görüb; aradan on altı il keçdikdən sonra filosof bir dostunun
evində qonaq olarkən orada qurudulmuş bitkilərin yer aldığı bir albom görür, bu cür albomları
İsveçrədə turistlərə satırlar. Qəflətən yaddaşı oyanan filosof albomu açıb, aspleniumu tapır və
bitkinin altında öz xəttini görür. Dərhal hər şey aydın olur. 1860-cı ildə – kərtənkələlərlə bağlı
yuxunu gördükdən iki il əvvəl dostunun bacısı toy səyahəti zamanı Delbefə də baş çəkmişdi.
Onda qardaşı üçün aldığı herbari varmış və Delbef nəzakət əlaməti olaraq botanika
mütəxəssisinin diktəsi ilə hər bir bitkinin altına onun latınca adını yazıb.
Delbefin yuxusunun sirrini açan təsadüf ona həmin yuxunun başqa bir hissəsinin izahını
tapmaq imkanı da verir. Bir dəfə 1877-ci ildə onun əlinə şəkilli köhnə bir jurnal düşübmüş,
jurnalda onun 1862-ci ildə yuxusuna girən altı kərtənkələnin yürüşü təsvir olunubmuş. Jurnal
1861-ci ildə çıxmışdı və Delbef xatırlayır ki, o zaman bu jurnalın abunəçisi olub.
Markiz d’Grvey de Denis (Vaşidə görə, s. 232) xəbər verir ki, hipermnestik yuxugörmə
özünəməxsusluğu ilə seçilir, bu isə o deməkdir ki, onun ardınca gələn yuxugörmə əvvəllər qeydə
alınmayan xatirələrin identifikasiyasını həyata keçirir: «Mən bir dəfə yuxuda bacımla laqqırtı
vuran və ona eyni zamanda öz tikməsini göstərən qızılı saçlı bir qadın gördüm. Yuxuda o mənə
çox tanış gəldi, hətta mənə elə gəldi ki, onu dəfələrlə görmüşəm. Oyandıqdan sonra onun üzünü
daha da aydın gördüm, ancaq qətiyyən tanıya bilmədim. Sonra yenə yuxuya getdim; yuxugörmə
təkrar olundu. Yeni yuxumda həmin sarışın qadınla söhbət edərək, haradasa onu görmək
şərəfinə nail olub-olmadığımı soruşdum. Əlbəttə, qadın cavab verdi, Parnikdə dənizdə
çimməyimizi xatırlayır. Mən dərhal yenə oyandım və o gözəl çöhrəylə bağlı gördüyüm yuxunu
artıq bütün təfərrüatı ilə xatırladım».
“Tanış bir musiqiçi bir dəfə yuxuda ona tamamilə yeni gələn bir melodiya görür. Aradan
yalnız uzun illər keçdikdən sonra həmin melodiyanı köhnə musiqi pyeslərindən ibarət bir topluda
tapır, ancaq həmin pyes toplusunu nə vaxtsa əlində tutduğunu hələ də xatırlaya bilmir”.
Mier, təəssüf ki, mənimçün əlçatmaz olan əsərində (Proceedings of the Society for
psychical research) bu cür hipermnestik yuxugörmələrin böyük bir kolleksiyasını təqdim edir.
Zənnimcə, yuxugörmələrlə maraqlanan hər kəs yuxugörmələrin subyektin ayıq vaxtlarında qadir
olmadığı məlumat və xatirələri isbat etməsinin ən adi hadisə olduğunu etiraf etməli olacaq.
Aşağıda haqqında xəbər verəcəyim nevroz xəstələrilə aparılan psixoanalitik işlərdə mən, demək
olar ki, hər gün pasiyentlərə onların gördüyü yuxular əsasında izahatlar verməli oluram ki, onlar
müxtəlif növ sitatları, ədəbsiz ifadələri və s. şeyləri çox gözəl bildiklərindən yuxuda onlardan
istifadə edirlər, ancaq ayıq olanda yadlarından çıxır. Burada yuxugörmədəki hipermenziya ilə
bağlı daha bir məsum hadisə göstərəcəyəm, çünki yuxugörmə zamanı ortaya çıxan məlumatların
qaynaqlandığı mənbələri çox asanlıqla tapa bildim.
Pasiyent yuxuda görür ki, qəhvəxanada olarkən özüyçün «kontujuvka» tələb edir. Bu
haqda mənə danışarkən dedi ki, bu sözün nə demək olduğunu anlamır. Cavab verdim ki,
kontujuvka Polşa arağıdır: o bu adı yuxuda özündən uydurmayıb, bu marka plakat və elanlar
vasitəsilə çoxdan məlumdur. Əvvəlcə pasiyent mənə inanmadı. Ancaq yuxunu gördüyündən bir
neçə gün sonra həmin adı artıq neçə aydır ki, gündə ən azı iki dəfə keçdiyi küçədəki plakatlarda
görmüşdü.
Yuxugörmədəki ayrı-ayrı elementlərin mənşəyinin tədqiqinin hər cür təsadüflərdən nə
qədər asılı olduğuna öz yuxularım vasitəsilə əmin oldum. Beləcə, bu kitabın nəşrindən əvvəlki bir
neçə il ərzində məni ən adi zəng qülləsinin təsviri təqib edib, ancaq mənə elə gəlirdi ki,
həqiqətdə heç vaxt onu görməmişəm. Bir dəfə dəmir yolu ilə gedərkən, Zalsburqla
Reyhenqallem arasındakı stansiyalardan birində bir kənd zəng qülləsini gördüm və dərhal
tanıdım. Bu 90-cı illərin ikinci yarasında olub, oradan birinci dəfə isə 1886-cı ildə keçmişdim.
Sonrakı illərdə yuxugörmələri öyrənməklə məşğul olanda kifayət qədər qəribə bir mənzərə
mənə rahatlıq vermirdi. Mən daim yuxuda özümdən sol tərəfdə içərisində bir neçə əcaib daş
fiqur olan qaranlıq bir otaq görürdüm. Yaddaşımın işığı mənə bunun çaxır zirzəmisi olduğunu
desə də, tam əmin deyildim. Lakin bu yuxunun nə demək olduğunu, haradan qaynaqlandığını
aydınlaşdıra bilmədim. 1907-ci ildə təsadüfən Paduyaya gəldim, 1895-ci ildən bəri təəssüf ki,
orada olmamışdım. Gözəl universitet şəhərciyinə ilk ziyarətim uğursuz oldu: mən Madonna del
Arenada Cittonun freskalarını görə bilmədim; ora gedərkən yolda öyrəndim ki, bu gün kilsə
bağlıdır, ona görə də geri qayıtdım. İkinci dəfə on iki ildən sonra Padyaya yenidən gedəndə
itirdiyimi fürsətə görə özümü mükafatlandırmağa qərar verib, ilk olaraq kilsəyə yollandım. Ora
aparan küçənin sol tərəfində, çox güman ki, 1895-ci ildə geri döndüyüm yerdə yuxuda gördüyüm
həmin daş fiqurları olan otağı gördüm. Bu doğrudan da kiçik bir restoranın girişi idi.
Gilderbrandt (s. 23) «Yuxugörmənin bəzən fövqəladə reproduksiya gücüylə keçmişin ayrı-
ayrı və hətta unudulmuş faktlarını qarşımızda yenidən canlandırması şübhəsizdir».
Ştryumpel (s. 40): «Yuxugörmənin ayrı-ayrı şəxsləri, əşyaları və yerləri zamanın erkən
gənclik dövründəki dərin qatlardan təzə-tər, tamamilə toxunulmamış halda götürdüyünü
müşahidə etmək daha maraqlıdır. Bu yalnız yaranarkən canlı şüurun əmələ gətirdiyi və ya yüksək
psixi dəyərlərlə bağlı və nəticə etibarilə xatirə şəklində yuxuya qayıdaraq ayıq şüuru sevindirən
təəssüratlarla məhdudlaşmır. Yuxugörmə zamanı yaddaşın dərinliyi həm də ilkin dövrə aid o
şeyləri, obrazları, sifətləri, yerləri və təəssüratları əhatə edir ki, onlar ya şüurda əhəmiyyətli yer
tutmur, ya heç bir psixi dəyərə malik deyil, ya da həm bunu, həm də onu itirib. Ona görə də,
yuxugörmədə olduğu kimi, ayıq vaxtda da onlar ilkin mənşələri açılmayanadək tamamilə yeni və
yaddır».
Folkelt (s. 119): “Yuxuda uşaqlığın və gəncliyin tez-tez yenidən canlanması xüsusilə
diqqətəlayiq faktdır – o şeylər ki, artıq haqqında düşünmürük, bizim üçün bütün dəyərlərini
itiriblər, yuxugörmə bütün bunları hökmən bizə xatırladır».
Uşaqlıq xatirlərinin yuxuda yenidən canlanmasına dair eyni misalı Mori uşaqlığını
Monbrizonda keçirmiş F. adlı birinin dilindən danışır. Bu adam oradan ayrıldıqdan iyirmi beş il
sonra yenidən vətənini və ailəsinin o vaxtdan bəri görmədiyi köhnə dostlarını ziyarət etməyə
qərar verir. Yola düşməzdən əvvəlki gecə yuxuda görür ki, səfəri baş tutub və Monbrizon
yaxınlığında görünüşcə ona tanış olmayan bir adama rast gəlib, adam ona atasının dostu, adının
isə T. olduğunu deyir. Yatan adam həqiqətən uşaqkən bu soyadda adamı tanıdığını, ancaq zahiri
görünüşünü xatırlamadığını bilir. Bir neçə gündən sonra Monbrizona gəldikdə yuxuda gördüyü
yeri həqiqətən tapır və T. soyadlı adamı görüb tanıyır. Amma adam F.-nin onu yuxuda
gördüyündən yaşlı görünürmüş.
Mən burada şəxsən gördüyüm bir yuxunu da misal göstərə bilərəm, həmin yuxuda
yaddaşımdakı ortaya çıxan təəssürat müəyyən münasibətlə qarışmışdı. Mən yuxuda gördüyüm
sifəti elə yuxudaca tanıdım, o mənim ata yurdumda həkim idi. Mən ona yaxşı-yaxşı baxa
bilmədim, ancaq o hazırda hərdən rastlaşdığım gimnaziya müəllimlərimdən biriylə bağlı
təsəvvürümlə qarışırdı. Bu şəxsləri hansı münasibətin bağladığını oyandıqdan sonra da
aydınlaşdıra bilmirdim. Ancaq anamdan uşaqlıq illərimin ilk həkimi haqqında soruşanda
öyrəndim ki, onun bir gözü kor imiş, bu arada qeyd edim ki, şəxsiyyəti həkimlə qarışan gimnaziya
müəllimim də eyni şəkildə kor idi. Həmin həkimi otuz səkkiz il idi ki, görmürdüm və xatırladığım
qədərilə heç vaxt haqqında düşünmürdüm də, ancaq boynumdakı çapıq vaxtilə onun mənə
göstərdiyi tibbi yardımı xatırlada bilərdi.
Sanki bir çox müəlliflər uşaqlıq xatirələrinin yuxugörmələrdə fövqəladə rolunun əksinə
yuxuların əksəriyyətində yaxın dövrün elementlərini tapmağın mümkünlüyünü iddia edirlər.
Robert (s. 46) hətta deyir ki: «Normal yuxugörmə, ümumiyyətlə, yalnız son günlərin
təəssüratlarını əhatə edir». Lakin biz görürük ki, Robertin irəli sürdüyü yuxu-görmə nəzəriyyəsi
sonrakı təəssüratları geri, əvvəlki təəssüratları isə irəli çəkməyi israrla tələb edir. Robertin təsdiq
etdiyi fakt isə ədalətlidir, bunu şəxsi müşahidələrimə əsasən deyirəm. Amerikalı Nelson hesab
edir ki, yuxugörmələrdə tez-tez iki-üç gün öncənin hadisələrindən istifadə olunur, elə bil
sonuncu günün təəssüratları hələ kifayət qədər əxz olunmayıb.
Yuxugörmələrin məzmununun ayıq həyatla sıx əlaqəsinə şübhə etməyən bəzi müəlliflər
diqqət ediblər ki, ayıq təfəkkürü intensiv şəkildə idarə edən təəssüratlar günün düşüncəsi
müəyyən dərəcədə arxa plana keçəndə yuxuda təkrar olunur. Məsələn, vəfat edən yaxın adam
ilk vaxtlar, onunla bağlı qüssə sağ qalanın varlığına hakim kəsildiyi günlər yuxuya girir (Delaj).
Bununla belə, son müşahidəçilərdən olan miss Qallam əks xüsusiyyətlərə malik misallar toplayıb
və bu mənada psixoloji individuallıq mövqeyindən çıxış edir.
Gilderbrandt (s. II): «Ən maraqlısı odur ki, yuxu adətən öz elementlərini iri və əhəmiyyətli
faktorlardan, ötən günün ən mühüm və təhrikedici maraqlarından deyil, ikinci dərəcəli
hadisələrdən, necə deyərlər, yaxında, ya da əksinə, çoxdan yaşananların miskin qırıntılarından
götürür. Ailəmizdə baş verən sarsıdıcı ölüm hadisəsinin təəssüratı altında yuxuya getdiyimiz
zaman bu dəhşətli fakt yuxudan ayılanda ikiqat güclə şüurumuza qayıdanadək sanki
yaddaşımızdı sönür. Əksinə, qarşımıza çıxan yad adamın alnında gördüyümüz və yanından keçən
kimi dərhal unutduğumuz ziyil gördüyümüz yuxuda daha çox rol oynayır…»
Ştryumpel (s. 39): «…yuxugörmə tərkib hissələrinə ayrıldıqda belə hallar son və ya ondan
əvvəlki günün təəssüratlarından qaynaqlanmasa da, ayıq şüur üçün o dərəcədə əhəmiyyətsiz və
dəyərsiz olur ki, qavranan kimi də unudulur. Təsadüfən eşidilən cümlələr, qaçaraq görülən
hərəkətlər, şeylərin və sifətlərin ötəri qavranması, oxuduğunuz mətnlərdən kiçik epizodlar və s.
bu təəssüratlara aiddir».
Bins (s. 45) yuxugörmə zamanı yaddaşın bu xüsusiyyətlərindən öz yozduğu yuxu ilə bağlı
narazılığını dilə gətirə bilmək üçün istifadə edir: «Təbii yuxugörmə bizə analoji suallar verir. Niyə
yuxu həmişə son günün təəssüratlarını canlandırmır, niyə biz heç bir aşkar səbəb olmadan uzaq,
demək olar ki, unudulmuş keçmişə dalırıq? Niyə yuxugörmə zamanı şüur bu qədər tez-tez
əhəmiyyətsiz xatirələri qəbul edir və bu zaman yaşananların daha qıcıqlandırıcı olan izlərini
daşıyan beyin hüceyrələri, əsasən lal olurlar?» Yuxugörmə zamanı yaddaşın niyə mənasıza və
buna görə də əhəmiyyətsizə meyillənməsini, yuxugörmənin, ümumiyyətlə, ayıq həyatı təhrif
etməsi baxımından anlamaq asandır və hər halda, hər bir ayrıca hadisədə bu bağlılığın izləri var.
Bunun sayəsində miss Uayton Kalkins öz (və köməkçisinin) yuxularının statistik araşdırması
zamanı onların yalnız 11%-nin oyaq həyata aidiyyətini izləməyin mümkün olmadığını aşkar
etmişdir. Gilderbrandt əgər biz yuxugörmələrin mənşəyinin araşdırılmasına hər dəfə yetərincə
vaxt ayırsaq bütün yuxuların öz genetik bağları olduğunu görərik deməkdə sözsüz haqlıdır. O
bunu, əlbəttə, «olduqca çətin və xoş olmayan bir iş adlandırır. Axı əksər hallarda yaddaşın ən
dərin künclərində psixi anlamda tamamilə əhəmiyyətsiz olan hər cür şeyi tapmaq, eyni zamanda
həyatın çoxdan keçmişdə qalmış və çox güman ki, elə həmin andaca unudulmuş hər cür önəmsiz
anlarını çıxarmaq mümkündür». Lakin təəssüflə qeyd etməliyəm ki, müdrik müəllif düzgün
seçilmiş yoldan sapmışdır, çünki bu yol onu şübhəsiz yuxularının yozumunun düz mərkəzinə
aparardı.
Yuxugörmə zamanı yaddaşın işi, ümumiyyətlə, hər cür yaddaş nəzəriyyəsi üçün, şübhəsiz
ki, fövqəladə dərəcədə vacibdir. O göstərir ki, «ruhi halımızla bir dəfə bağlı olan heç nə tamamilə
ölə bilməz» (Şoltst, s. 84). Ya da Delbefin dediyi kimi, «Hər cür, hətta əhəmiyyətsiz təəssürat
belə, sonradan dəfələrlə özünü göstərən dəyişməz iz buraxır», buna misal olaraq ruhi həyatın
digər bir çox patoloji hadisələrini də göstərmək mümkündür. Digər yuxugörmə nəzəriyyələrinin
(əgər onlar yuxugörmənin gündüz qavramalarını və təəssüratlarını qismən unutmasını absurd
olaraq qiymətləndirməyə cəhd edirlərsə) labüddən ortaya çıxarmalı olduqları ziddiyyəti anlamaq
üçün yuxugörmə yaddaşının bu fövqəladə iş qabiliyyətini nəzərdən qaçırmaq olmaz.
Yuxugörmə haqqında tədqiqatları artıq bizimçün dəfələrlə rəhbər rolu oynayan Filisofun
oğlu kiçik Ştryumpel məlum olduğu üzrə bədən örtüyünün ümumi keyləşməsi və bəzi ali duyğu
orqanlarının iflicindən əziyyət çəkən bir pasiyent üzərində apardığı müşahidə barədə məlumat
verib. Həmin subyektin yerdə qalan azsaylı duyğu orqanlarını bağladıqda o, yuxuya gedib10. Biz
yuxuya gedəndə daim Ştryumpelin eksperimentinə analoji olan vəziyyətə düşmək istəyirik.
Mühüm duyğu orqanlarımızı, gözlərimizi bağlayır və digər hər cür qıcıqlandırıcı şeyləri, ya da
onları qıcıqlandıran hər cür dəyişikliyi aradan qaldırmağa cəhd edirik. Biz yuxuya gedirik, ancaq
öz məramımızı heç vaxt tam olaraq gerçəkləşdirə bilmirik. Biz nə duyğu orqanlarımızın
qıcıqlanmasını tam dayandıra, nə də bu orqanların həyəcanlanma qabiliyyətini tam söndürə
bilirik. Bizi hər zaman oyatmağa qadir az və ya çox dərəcədə qıcıqlandırıcı siqnal sübut edir ki,
«ruhumuz yuxuda da daim ətraf dünyayla fasiləsiz əlaqədədir». Yuxuda olduğumuz zaman bizə
təsir edən hissi qıcıqlanmalar son dərəcə asanlıqla yuxugörmənin mənşəyi ola bilir.
Onların arasında bir sıra tamamilə qaçılmaz, özüylə yuxu gətirən, yaxud buna məcbur
olan, hətta yuxuya son verən təsadüfi qıcıqlanmalara rast gəlinir. Bizim gözümüzə daha güclü
işıq düşə, qulaqlarımız səs eşidə, burnumuzun selikli qişasını hansısa qoxu qıcıqlandıra bilər. Biz
yuxuda qeyri-ixtiyari hərəkətlə bədənimizin bir hissəsini aça və bununla soyuq, ya da hansısa yad
predmetin təmasını hiss edə bilərik. Bizi milçək dişləyə, ya da nəsə bir neçə duyğu orqanımızı
eyni anda qıcıqlandıra bilər. Biz bir çox yuxular görürük ki, onlarda oyanmanın təsbit etdiyi
qıcıqlanma və yuxugörmənin qırıntıları bir-biriylə üst-üstə düşür, halbuki qıcıqlanma əslində
yuxugörmənin mənşəyi sayıla bilməz.
Az və ya çox dərəcədə təsadüfi olan obyektiv hissi qıcıqlanmaların səbəb olduğu bu cür
yuxugörmə toplusunu İessendən (s. 527) götürmüşəm: Dumanlı şəkildə qavranan hər bir səs-küy
müvafiq yuxugörməyə səbəb olur, göy gurultusu bizi döyüş meydanına aparır, xoruz banlaması
həyəcanlı insan fəryadına çevrilir, qapı cırıltısı quldur hücumu haqda yuxugörməyə səbəb olur.
Gecə yorğan üstümüzdən düşəndə yuxuda lüt gəzdiyimizi, ya da suya düşdüyümüzü görürük.
Yataqda naqolay vəziyyətdə uzananda, ya da ayaqlarımız çarpayıdan sallananda yuxuda qorxunc
uçurum kənarında dayandığımızı, ya da böyük yüksəklikdən yıxıldığımızı görürük. Başımız
yastığın altına düşəndə üzərimizdən nəhəng qaya asıldığını və bizi öz ağırlığı altda basdırmağa
hazırlaşdığını görürük. Toxumların bədəndə toplanması şirin yuxular, lokal ağrılar, dözülən
ağrılar, düşmən hücumları, ağır yaralanmalar və şikəstlik haqqında təsəvvürlər doğurur…
«Meyer (Lunatizmin təcrübi izahı. Qalle, 1758, s. 33) bir dəfə yuxuda görür ki, üstünə bir
neçə nəfər hücum çəkib: onlar onu yerə uzadıb, ayağının baş barmağı ilə ikinci barmağı arasında
yerə mıx vurublar. Yuxudan ayılanda görüb ki, ayaq barmaqları arasında saman çöpü var.
Genniqs (Yuxugörmələr və lunatiklər haqqında. Veymar, 1784, s. 258) isə bir dəfə yuxuda görüb
ki, onu asırlar, oyandıqda köynəyinin yaxalığının boynunu sıxdığını görüb. Hoffbauer gənc ikən
yuxuda görüb ki, hündür divarın üzərindən yıxılır: ayılanda görür ki, çarpayısı qırılıb və o
həqiqətən döşəməyə yıxılıb… Qreqori deyir ki, bir dəfə o, uzanıb yatarkən ayaqlarının altına
qaynar su ilə doldurulmuş butulka qoyur və yuxuda görür ki, Etnanın zirvəsində gəzir, qızmar
torpaq isə onun ayaqlarını yandırır. Başına qabarböcəyi qoyulmuş pasiyent yuxuda görüb ki,
hindlilər onun başının dərisini soyurlar; yaş köynəkdə yatmış biri isə çayda boğulduğunu görüb.
Yuxuda baş verən podaqra tutması pasiyentdə inkvizisiyanın əlinə düşdüyü və dəhşətli
işgəncələrə məruz qaldığı təsəvvürü yaradıb (Makniş)».
Əgər sistematik hissi qıcıqlanma yolu ilə yatanda yuxugörmə yaratmaq mümkün olsa,
yuxugörmənin qıcıqlanma ilə məzmununun uyğunluğuna əsaslanan arqumenti
möhkəmləndirmək olar. Maknişin sözlərinə görə, belə təcrübələri artıq Jirod de Buzarenq
aparmışdır. «O yatmazdan qabaq baldırlarını açıb və yuxuda görüb ki, gecə vaxtı dilicanda
(keçmişdə dördtəkərli minik arabası – tərc.) gedir. Bu zaman görür ki, səyyahlar yəqin ki, gecə
vaxtı dilicanda gedərkən adətən adamın baldırlarının donduğunu bilirlər. Başqa bir vaxt o, başını
örtür və yuxuda dini mərasimdə iştirak etdiyini görür. Məsələ burasındadır ki, yuxarıda
göstərilən hadisə istisna olmaqla, onun yaşadığı yerdə daim başıörtülü gəzmək adət imiş».
Mori özünün səbəb olduğu yuxugörmələrin müşahidəsi barədə xəbər verir. (Bir çox digər
təcrübələri uğur qazanmayıb).
• Bıçağı bir-birinə sürtürlər. O, əvvəlcə zəng səsləri, sonra isə həyəcan siqnalı eşidir; o,
1848-ci ilin iyun hadisələrində iştirak edir.
• Onun boynunu yüngülvarı çimdikləyirlər. Yuxuda görür ki, ona xal qoyurlar, uşaqlıqda
onu müalicə edən həkimi görür.
• Şam işığı qırmızı kağızdan keçərək onun üzərinə düşür. O, tufan və fırtına görür. O artıq
bir dəfə La-Manşda fırtınaya düşdüyü gəmidədir.
Folkelt (s. 68) deyir: «Bir dəfə bir bəstəkar yuxuda görür ki, məktəbdə dərs deyir və
şagirdlərə nəsə izah edir. Danışıb qurtardıqdan sonra oğlanlardan birindən soruşur: «Sən məni
başa düşdün?» Oğlan dəli kimi qışqırır: «O, ja!» O hirslənərək uşağa qışqırmağı qadağan edir.
Ancaq birdən bütün sinif qışqırır: «Orja!» Və nəhayət: «Feuerjo!» O, qışqırtıdan oyanır və görür
ki, küçədə «Yanğın» («Feuer!») var”.
Qarnye (Traite des facultes de Fame, 1865) deyir ki, bir dəfə Napoleon cəhənnəm
maşınının partlaması nəticəsində yuxudan oyanır: o, karetada yatıbmış və yuxuda görür ki,
Taqliamentoda avstriyalıların güclü top atəşlərinin altından keçir. Onu «biz minalanmışıq»
bağırtıları yuxudan oyadır. Morinin (s. 161) gördüyü bir yuxu çox məşhur olmuşdur. Mori xəstə
halda yatağında uzanıbmış; anası da yanında oturubmuş. Yuxuda inqilab dövründə terrorun
tüğyan etdiyini görür; o, dəhşətli qətllərdə iştirak edir və nəhayət, özü də tribunal qarşısında
dayanmalı olur. Orada Robespyeri, Maratı, Funkye-Tenvili və həmin dəhşətli dövrün digər bütün
qəhrəmanlarını görür, onların suallarını cavablandırır, mühakimə olunur və böyük bir kütlənin
müşayiəti ilə edam yerinə aparılır. O, eşafotun üzərinə çıxır və cəlladlar qollarını bağlayırlar;
gilyotinin tiyəsi düşür, o, başının bədənindən ayrıldığını hiss edir, qorxunc dəhşət içində yuxudan
ayılıb görür ki, üzərində yatdığı divanın mütəkkəsi başının altından sürüşdüyündən boynu
divanın kənarına dirənib.
Bu misallar yuxu zamanı baş verən obyektiv hissi qıcıqlanmaları daha dəqiq və sərt ifadə
olunmuş yuxugörmə mənbələri saymağa imkan verir. Bundan əlavə, onlar naşı adamların
təsəvvür və düşüncələrində mühüm rol oynayır. Əgər yuxugörmənin əmələ gəlməsi haqqında
ədəbiyyatla, ümumiyyətlə, tanış olmayan ziyalı bir şəxsdən onun necə yarandığını soruşsaq,
şübhəsiz, ona məlum olan hansısa yuxu əsasında cavab verəcək ki, yuxugörmə ayıq vaxtda
yaşanan obyektiv hissi qıcıqlanma ilə izah olunmalıdır. Ancaq elmi araşdırmalar bununla
kifayətlənə bilməz. Araşdırmanın davam etdirilməsinin səbəbi odur ki, yuxu zamanı duyğu
orqanlarına təsir edən qıcıqlanma yuxugörmədə öz gerçək halında ortaya çıxmayaraq, onunla
hansısa bağlılığı olan başqa təsəvvürlərlə əvəz olunur. Qıcıqlanmanı yuxunun sonuyla
əlaqələndirən bu bağlılıq, İorinin sözlərinə görə, «nə yeganə, nə də istisna olan istənilən
əlaqədir» (s.72). Götürək elə Gilderbrandtın11 üç yuxusunu. Burada belə bir sual ortaya çıxır:
niyə eyni qıcıqlanma müxtəlif yuxugörmələrə səbəb olur və niyə başqalarına yox, məhz
belələrinə (s. 37): «Erkən yaz səhərində yaşıl çəmənlikdə gəzə-gəzə qonşu kəndə gedirəm:
oranın sakinlərinin bayramsayağı geyindiyini, əllərində dua kitabları kilsəyə doğru getdiklərini
görürəm. Hə, elədir ki var. Bazar günüdür, tezliklə ibadət başlayacaq. Mən ibadətdə iştirak
etməyə qərar verirəm, ancaq mənə çox isti olduğundan kilsənin yanındakı qəbiristanlıqda bir az
sərinləmək istəyirəm. Baş daşlarındakı müxtəlif yazıları oxuyarkən zəngçalanın zəng qülləsinə
çıxdığını eşidirəm, orada ibadətin başlamasını xəbər verəcək kiçik bir zəng görürəm. Bir neçə
dəqiqə hərəkətsiz qalan zəng, sonra birdən cingildəməyə başlayır, elə bərkdən cingildəyir ki,
məni oyadır. Əslində zəng çalan mənim saatım imiş».
“İkinci kombinasiya. Aydın qış günüdür, küçə qarla örtülüb. Xizək gəzintisində iştirak
etməyə söz vermişəm, ancaq xizəkləri verməsi üçün dayəni xeyli gözləməli oluram. Nəhayət,
kürkümü geyinib, kirşəyə otururam. Ancaq biz hələ getmirik. Axır ki, cilovları bərkidirlər və
zınqırovlar tanış musiqini səsləndirməyə başlayır. Lakin o elə güclü səs çıxarır ki, yuxumu dərhal
pozur. Əslində yenə də çalan zəngli saat imiş».
«Üçüncü misal! Mən aşpaz qadının bir qalaq qab-qacaq əlində dəhlizlə yemək otağına
getdiyini görürəm. Onun əllərindəki farfor sütun məni qorxudur; elə bilirəm ki, indicə töküləcək.
«Ehtiyatlı olun!» – onu xəbərdar edirəm, «indi hamısını salacaqsan». O, əlbəttə, məni
sakitləşdirir: o buna adət edib və sair. Ancaq mən narahat halda onu izləməyə davam edirəm. Və
təbii olaraq, o qapının kandarında büdrəyir, qab-qacaq dəhşətli cingilti və gurultuyla çilik-çilik
olur. Amma gurultu həddindən artıq uzun çəkərək, nədənsə davamlı cingiltiyə çevrilir; ayıldıqda
bu cingiltinin də əvvəlki tək zəngli saatdan gəldiyini görürəm».
Yuxugörmə zamanı ruhun niyə obyektiv hissi qıcıqlanmanı təhrif etməsi məsələsini
Ştryumpel, eyni zamanda Vundt (s. 120) araşdırmışlar. Onlar hesab edir ki, ruh belə
qıcıqlanmalara qarşı illüziyaların yaranması şəraitində olur, hissi qıcıqlanma doğru dərk olunur,
tərəfimizdən qavranılır, yəni xatirələr qrupuna daxil edilir, əgər təəssürat güclü, parlaq və
yetərincə möhkəmdirsə və bununçün kifayət qədər vaxtımız varsa, ona bütün əvvəlki
təəssüratlar kimi yanaşırıq. Əgər bu şərtlər yoxdursa, onda obyekti öz təsəvvürümüzdə təhrif
edirik, bundan təəssürat yaranır və onun əsasında illüziyalar qururuq. «Kimsə geniş bir sahədə
gəzəndə və uzaqda hansısa bir predmeti dumanlı şəkildə görəndə əvvəlcə onu at zənn edə
bilər». Bir az yaxınlaşdıqda onun durmuş inək olduğunu düşünə bilər, daha yaxına gəldikdə isə
görər ki, bu, sadəcə, bir qrup uzanmış insandır. Ruhumuzun yuxuda xarici qıcıqlanmalardan
aldığı təəssüratlar da beləcə qeyri-müəyyəndir; ruh onların əsasında illüziyalar qurur, bu
təəssürat sayəsində müəyyən xatirələr yaranır və bu xatirələrdən də təəssürat öz psixi dəyərini
qazanır. Obrazların xatirələrin hansı sahəsindən gəlməsi və bu zaman hansı assosiasiyaların
qüvvəyə minməsi, Ştryumpelin fikrincə, qeyri-müəyyəndir və bütövlükdə ruhi həyatın iradə
azadlığından asılıdır.
Bütün etirazlara baxmayaraq, etiraf etmək lazımdır ki, yuxu zamanı obyektiv hissi
qıcıqlanmalar yuxugörmə yaratmaqda mühüm rol oynayırlar və əgər bu qıcıqlanmalar öz təbiəti
və bənzərsizliyi baxımından, bəlkə də, yuxuları yozmaq üçün əhəmiyyətli görünmürsə, digər
tərəfdən başqa yuxugörmə mənbələri (ancaq onlara bənzər) axtarıb tapmaq məcburiyyətində
qalırıq. Mən daxili (subyektiv) hissi qıcıqlanmaları xarici hissi qıcıqlanmalarla eyni sıraya qoymaq
fikrinin ilk dəfə kimin ağlına gəldiyini bilirəm; bu fikrə, şübhəsiz, yuxugörmələrin etiologiyası ilə
bağlı bütün ən yeni araşdırmalarda az və ya çox dərəcədə mühüm yer verilir. «Mənə elə gəlir ki,
Vundt deyir (s. 363), yuxugörmələrdə subyektiv görmə və eşitmə duyğuları əhəmiyyətli rol
oynayır – ayıq vəziyyətdə bizə tanış olan şeyləri gözlərimiz qapalı olanda tutqun formada hiss
etməyimiz, qulağımıza gələn səs və cingiltilər, xüsusilə də tor-tor qişanın subyektiv qıcıqlanması.
Yuxugörmənin yatanın gözləri qarşısında çox sayda analoji və ya bir-birinə tamamilə uyğun gələn
obyektlər əmələ gətirməyə son dərəcə meyilli olması da bununla izah olunur. Biz qarşımızda
saysız-hesabsız quşlar, kəpənəklər, balıqlar, alabəzək daşlar, quşlar və s. görürük. Görmənin
qaranlıq dairəsinin işıq tozu fantastik formalar alır, onun ibarət olduğu çoxsaylı işıq nöqtələri isə
yuxugörmə zamanı eyni dərəcədə çoxsaylı predmetlərdə ifadə olunur və işıq xaosunun hərəkəti
nəticəsində tərpənən əşyalar şəklində görünür. Yuxugörmənin ən rəngarəng heyvan fiqurlarına
güclü şəkildə meyillənməsinin kökü də bundadır, onların forma zənginliyi subyektiv işıq
şəkillərinin xüsusi formasına asanlıqla uyğunlaşır.
Analoji olaraq müxtəlif sözləri, adları və sairəni eşitmə hallüsinasiyası hipnaqogik şəkildə
meydana çıxa və sonradan yuxuda təkrarlana bilər, eynilə başlamaqda olan operanın
leytmotivindən xəbər verən uvertüra kimi.
Yuxugörmə məsələlərilə bağlı ədəbiyyatla tanış olanlar hökmən bəzi müəlliflərin (Mori,
Veyqant) öz xəstəliklərinin yuxularının məzmununa təsiri nəticəsində yuxugörmə probleminin
araşdırılmasına cəlb olunduqlarına diqqət edəcəklər.
Lakin yuxugörmə mənbələrinin sayı şəksiz müəyyən olunmuş bu faktlar əsasında ilk
baxışda görünə biləcək qədər artırılmır. Axı yuxugörmə sağlam adamlarda da müşahidə olunan
fenomendir, onu demək olar ki, hamı hər gün görür və üzvi (orqanik) xəstəlik qətiyyən onun
zəruri şərtlərindən biri deyil. Bizimçün isə hazırda xüsusi yuxugörmələrin haradan qaynaqlandığı
deyil, normal insanların gündəlik yuxugörmələrinin qıcıqlanma mənbəyi vacibdir.
Biz burada yuxugörmənin əmələ gəlməsinin tibb yazarları arasında daha çox populyar
olan nəzəriyyəsinə yaxınlaşırıq. Yuxugörmənin əmələ gəlməsində «mən»imizin (Tissyenin dediyi
kimi, «moi splanchnique») mahiyyətinin büründüyü qaranlıq və sirlilik bir-birinə o qədər
uyğundur ki, öz aralarında əlaqəyə də gətirilə bilirlər. Yuxugörmə törədicilərini vegetativ-üzvi
duyğulara çevirən fikirlərin hərəkəti həkim üçün başqa məna da daşıyır: bu hərəkət bir-birinə
yetərincə uyğun gələn iki hadisəni – yuxugörmə ilə ruhi pozuntunu etioloji baxımdan da
əlaqələndirməyə imkan verir, ona görə ki, daxili orqanlardan gələn ümumi hissiyyatın və
qıcıqlanmanın pozulması psixozun əmələ gəlməsi üçün son dərəcə mühüm əhəmiyyətə malikdir.
Bu səbəbdən fiziki qıcıqlanmalar nəzəriyyəsinin bir çox oyandırıcıya müncər edilməsi təəccüblü
deyil.
Bir sıra müəlliflər filosof Şopenhauerin 1851-ci ildə irəli sürdüyü baxışları müdafiə
edirlər14. Kainat bizimçün ona görə mövcuddur ki, intellektimiz kənardan alınan zaman, məkan
və səbəbiyyət formalı təəssüratlar istehsal edir. Orqanizmin daxildən qıcıqlanması simpatik sinir
sistemi ucbatından gündüzlər ruhi durumumuza ən yaxşı halda qeyri-şüuri təsirlər göstərir. Lakin
gecələr gündüz təəssüratlarının hədsiz təsiri kəsiləndə, daxildən gələn təəssüratlar diqqəti özünə
gündüzün səs-küyündə eşidilməyən çeşmə şırıltısı kimi cəlb edir. Axı intellekt bu qıcıqlanmalara
özünəxas funksiyaları yerinə yetirməkdən başqa necə reaksiya verə bilər? O onlara səbəbiyyətlə
qırılmaz surətdə bağlı olan zaman və məkan libası geyindirir; və beləcə, yuxugörmə yaranır. Fiziki
qıcıqlanmalarla yuxugörmələrin daha sıx qarşılıqlı əlaqəsini Şerner və Folkelt əsaslandırmağa
çalışmışlar, ancaq onların fikirlərinə yuxugörmələr nəzəriyyəsi fəslində toxunacağıq.
Psixiatr Krauss son dərəcə ardıcıl surətdə davam etdirdiyi bir araşdırmasında
yuxugörmənin əmələ gəlməsini psixozla, sərsəm ideyalarla və eyni elementlə – daxili
orqanlardan qaynaqlanan hissiyyatlarla əsaslandırmışdır. Orqanizmin elə bir hissəsini təsəvvür
etmək mümkün deyil ki, yuxugörmənin və sərsəm təsəvvürün çıxış nöqtəsi rolunda ola bilməsin.
Orqanların qıcıqlanmasıyla şərtlənən hissiyyatlar iki hissəyə bölünür:
Yuxugörmələrin fiziki qıcıqlanma yoluyla əmələ gəlməsi prosesini Krauss aşağıdakı şəkildə
təsvir edir:
Assosiasiyanın hər hansı qanununa əsasən hissiyyat özünə qohum olan təsəvvürlər
doğurur və bununla yanaşı bir üzvi bütövdə birləşir, ancaq şüur bu bütövə normal durumdakına
nisbətdə fərqli reaksiya verir. Şüur hissiyyatın özünə deyil, yalnız yanaşı gedən və eyni zamanda
onun niyə hələ də qeydə alınmamasının səbəbinə xidmət edən təsəvvürlərə diqqət edir (s. 11 və
sonr.). Krauss bu prosesi xüsusi terminlə yuxugörmələrdəki hissiyyatların «transsubstansiyası»
adlandırır (s. 24).
Yuxugörmələrin əmələ gəlməsinə üzvi fiziki qıcıqlanmaların təsiri hazırda hamı tərəfindən
qəbul olunur. Bu qarşılıqlı əlaqənin qanunauyğunluğu sualının son dərəcə müxtəlif, bəzən
yetərincə ziddiyyətli cavabları ortaya çıxır. Yuxugörmələrin fiziki qıcıqlanmalar nəzəriyyəsi
əsasında yozulması zamanı ortaya belə bir xüsusi məsələ çıxır: yuxugörmələrin məzmununun
onu doğuran üzvi qıcıqlanmalarla bağlanması. Əgər Şerperin qoyduğu qaydaları qəbul etməsək,
üzvi qıcıqlanmanın hökmən yuxugörmələrin məzmunu vasitəsilə meydana çıxması (xoşagəlməz)
faktıyla tez-tez qarşılaşmalı olacağıq.
M. Simon bir sıra analoji yuxugörmələrin müqayisəsindən yuxugörmələrə səbəb olan üzvi
qıcıqlanmaların təsiri haqqında bəzi qaydalar çıxara bilmişdir. O deyir (s. 34): «Normal durumda
effektin yaranmasında iştirak edən hər hansı orqan nədənsə yuxuda adətən bu effekt zamanı
düşdüyü həyəcan halında olanda, bu zaman görülən yuxu da həmin effektlə qarışıq halda olur».
Başqa bir qaydada deyilir (s. 35): «Əgər hansısa orqan yuxuda aktiv fəaliyyət, həyəcan və
ya pozuntu durumundadırsa, o zaman yuxugörmədə həmin orqana xas üzvi funksiyaya qarışıq
bir təsvir ortaya çıxacaq».
Murli Vol (1896) yuxugörmələrin bir sahədə əmələ gəlməsinə fiziki qıcıqlanma
nəzəriyyəsinin göstərdiyi təsiri təcrübi cəhətdən əsaslandırmağa çalışmışdır. O, yatan adamın
ətraflarının vəziyyətini dəyişmiş və görülən yuxunu bu dəyişikliklə müqayisə etmişdir. Bu zaman
aşağıdakı nəticələrə gəlmişdir:
2. Əgər subyekt yuxuda öz bədəninin hər hansı üzvünün hərəkətini görürsə, bu hərəkətin
vəziyyətlərindən biri, demək olar, həmişə gerçəkliyə uyğun olur.
5. Yuxuda sözügedən vəziyyətdə bədən üzvü heyvan və ya əcinnə forması da ala bilər, bu
zaman onunla digərləri arasında məlum analogiya mövcud olur.
6. Yuxugörmədə bədən üzvlərinin vəziyyəti ona hər hansı aidiyyəti olan obrazlar yarada
bilər. Məsələn, barmaqların hərəkətindən rəqəmlər törəyə bilər.
Şəxsən mən bu nəticələrdən çıxış edərək deyirdim ki, fiziki qıcıqlanma nəzəriyyəsi təşkil
olunan yuxugörmələrin şərtiliyindən xəyali azadlığı çıxara bilməz. (Bu tədqiqatçının bundan
sonra çap olunmuş protokollarının iki cildliyi haqqında aşağıda daha ətraflı tanış olmaq olar).
Yuxugörmələrin digər psixi mənbələri bizə məlum deyil. İrəlidə toxunacağımız Şernerin
nəzəriyyəsi istisna olunmaqla ədəbiyyatda müdafiə olunan bütün yuxugörmə nəzəriyyələri
böyük problemləri təsəvvür materialının yuxugörmə üçün daha xarakterik olduğundan söhbət
getdiyi yerlərdə tapırlar. Bu mənada müəlliflərin əksəriyyəti yuxugörmələrin əmələ gəlməsində
psixikanın rolunu azaltmağa meyillidir, bu isə yeri gəlmişkən, çox böyük çətinliklər yaradır.
Doğrudur, onlar yuxugörmələri sinir qıcıqlanmalarından yarananlara və assosiasiyalardan əmələ
gələnlərə ayırırlar – bunlardan sonuncusunun mənşəyi də ancaq reproduksiyalardır (Vundt, s.
365) – lakin onlar yuxugörmələrin oyandırıcı fiziki qıcıqlanmalar olmadan əmələ gəlməsi
şübhəsindən qurtulmaqda acizdirlər (Folkelt, s. 127). Sırf assosiativ yuxugörmənin
xarakteristikası da yetərli deyil: «Assosiativ yuxugörmələrdə möhkəm nüvədən xüsusilə söhbət
gedə bilməz. Burada zəif qruplaşma yuxugörmənin mərkəzinə də sızır. Təsəvvürlər ağıl və
dərrakədən onsuz da uzaqdır, burada qanunauyğun fiziki və ruhi qıcıqlanmalarla şərtlənmir və
tamamilə öz xaotik yerdəyişmələrinə uyğun meydana çıxır» (Folkelt, s. 118). Yuxugörmələrin
əmələ gəlməsində psixikanın rolunun azaldılmasını Bundt da vurğulamış və qeyd etmişdir ki,
«yuxugörmələrin fantaziyalarının xalis hallüsinasiyalar adlandırılması doğru deyil.
Yuxugörmələrdəki təsəvvürlərin əksəriyyəti böyük ehtimalla gerçəklikdəki illüziyalardır: onlar
yuxuda heç vaxt sönməyən zəif hissi təəssüratlardan doğurlar» (s. 369 və sonrakı). Eyni mövqeyi
müdafiə edən Veyqandt yalnız onu ümumiləşdirir. O bütün yuxugörmələrin mühüm səbəbinin
hissi qıcıqlanma olduğunu və reproduktiv assosiasiyaların bura sonradan gəldiyini iddia edir (s.
17). Qıcıqlanmanın psixi mənşəyinin daha arxa plana itələnməsi fikri Tissyeyə məxsusdur (s.
183): «Sırf psixi mənşəli yuxular mövcud deyil». Başqa bir yerdə (s. b): «Sizin yuxularınızın xarici
mənşəyi yoxdur». Filosof Vundt kimi müəlliflər orta mövqe tutur, yuxugörmələrin çoxunda
somatik qıcıqlanmaların və naməlum, yaxud məlum gündüz maraqları qismində olan psixi
oyandırıcıların fəaliyyətindən bəhs etməyə tələsirlər.
d) Niyə insan ayıldıqdan sonra yuxusunu unudur? Yuxugörmənin səhərə yaxın yoxa
çıxması hamıya məlumdur. Doğrudur, o, yaddaşda qala bilər. Çünki biz yuxuda gördüklərimizi
yalnız ayıldıqdan sonra xatırlayırıq; tez-tez bizə elə gəlir ki, yuxumuzu bütövlükdə xatırlamırıq;
gecə biz onu daha ətraflı bilirdik; səhər-səhər yuxugörmə haqqındakı son dərəcə canlı olan
xatirəmizi müşahidə edirik, ancaq gün ərzində o, yavaş-yavaş yoxa çıxır; biz çox vaxt yuxuda nəsə
gördüyümüzü bilir, amma məhz nə gördüyümüzü xatırlamırıq və yuxugörmənin unudulduğuna
elə adət etmişik ki, insanın gecə yuxuda nəsə görməsini, səhər oyandıqda isə onun məzmunu və
ümumiyyətlə, nələr hiss etdiyi haqqında heç bir şey xatırlamamasını qətiyyən absurd hesab
etmirik. Digər tərəfdən çox zaman yuxugörmə yaddaşda son dərəcə uzun müddət qalır.
Pasiyentlərimin bundan iyirmi beş il və daha da əvvəl gördükləri yuxuları da dəfələrlə təhlil
etmişəm. Ən azı otuz yeddi il öncə özümün də gördüyüm və yaddaşımda hələ də öz təzəliyini
qoruyan yuxunu da xatırlayıram. Bütün bunlar olduqca təəccüblüdür və ilkin dövrdə o qədər də
aydın deyil».
Ancaq Radeştok bununla tamamilə razı deyil (s. 168). O hesab edir ki, biz ən qəribə
yuxuları daha yaxşı yadda saxlayırıq.
Spitta da bu fikirdədir (s. 338), o hesab edir ki, ümumiyyətlə, biz yuxugörməni danışmağa
cəhd edərkən yuxuda öz aralarında zəif assosiasiya olunan elementləri nizama salaraq
əlaqələndirir, «bir-biriə yanaşı olan elementləri tabeçilik və qarşılıqlı əlaqə vəziyyətinə gətirir,
yuxugörmələrdə olmayan məntiqi bütövlük prosesi yaradırıq».
Yuxugörmə ilə ayıq həyatın fərqini heç kəs Fehnerin (15) öz «Psixofizikasının» bəzi
fəsillərində iddia etdiyi qədər qəti şəkildə əsaslandırmayıb və qəti nəticələrə gəlməyib (s. 520, c.
11). O hesab edir ki, «nə şüurlu ruhi həyatın adi zəifləmələri», nə də diqqətin xarici aləmdən
yayınması yuxugörmənin ayıq həyatdan fərqliliyinin özünəməxsusluğunu tam izah etmək üçün
yetərli deyil. Əksinə, o düşünür ki, yuxugörmədəki fəaliyyət sahəsi ayıq həyatdan tamamilə
fərqlidir. «Əgər yuxuda və ayıq həyatda psixofiziki fəaliyyətin sahəsi eyni olsaydı, o zaman,
məncə, yuxugörmə, sadəcə, ayıq həyatın adi, bir qədər intensiv olmayan davamı olar, məzmun
və formasını onunla paylaşmalı olardı. Əslində isə məsələ tamamilə başqa cürdür».
Ruhi fəaliyyətin yerini bu cür dəyişməklə Fehnerin nəyi nəzərdə tutması izah olunmadan
qalıb. Bildiyim qədərilə onun fikirlərini davam etdirən olmayıb. Beyin lokallaşdırması və ya hətta
beyin qabığının histoloji təbəqələşməsiylə müşayiət olunan anatomik izahı kənara qoymaq
zorundayıq. Bəlkə də onun fikri (əgər onu müxtəlif ardıcıl instansiyalardan ibarət ruhi aparata
keçirsək) haçansa məhsuldar olacaq.
Bəzi müəlliflər yuxugörmənin konkret psixoloji xüsusiyyətlərindən birini göstərməklə
kifayətlənib və onu izahlara və yozumlara böyük cəhd üçün çıxış nöqtəsi sayıblar.
Onlar tam haqlı olaraq təsdiqləyiblər ki, yuxugörmənin başlıca xüsusiyyətlərindən biri
artıq yuxuya getmə mərhələsində meydana çıxır və yuxu vəziyyətinə keçid halı kimi xarakterizə
oluna bilər. Şleyemaxerin fikrincə (s. 351), ayıq həyat üçün daha xarakterik olan təfəkkürün
obrazlarla deyil, qavrayışlarla formalaşmasıdır. Ancaq yuxugörmə obrazlarla düşünməyə
üstünlük verir; yuxunun yaxınlaşmasıyla birlikdə şüurlu fəaliyyətin çətinliklə qavradığı,
arzuolunmaz, müstəsna olaraq obrazlar kateqoriyasına aid olan təsəvvürlərin üzə çıxdığını
müşahidə etmək olar. Təsəvvürlərin bu şəkildə ortaya çıxmağa qadir olmaması, bunun bizə
məqsədli-sərbəst görünməsi və bu dağınıqlıqla bağlı obrazların meydana çıxması yuxugörmənin
iki mühüm xüsusiyyətidir, sonuncunun psixoloji təhlili əsnasında bunu onun ən mühüm
xassələrindən biri hesab etməli oluruq. Obrazlar haqqında – hipnaqogik hallüsinasiyalar – artıq
danışmışıq, onlar öz məzmunlarına görə belə yuxugörmələrlə eynidir. Q.Zilberer hətta yuxu
əsnasında mücərrəd fikirlərin eyni şeyləri ifadə edən əyani-plastik obrazlara çevrilməsinə dair
parlaq misallar gətirmişdir (Jahrbuch von Bleuler – Freud, Band, I, 1909).
Beləliklə, yuxugörmə əsas etibarilə görüntü obrazlarıyla düşünür, ancaq bu yeganə deyil.
O, eşitmə qavrayışlarından da, cüzi dərəcədə digər duyğu orqanlarından da istifadə edir.
Yuxugörmə zamanı çox şey elə ayıq həyatdakı kimi təsvir olunur. Xarakterik olan yalnız onun
məzmunundakı obrazlar şəklində ortaya çıxan elementlərdir, bunlar yaddaşdakı təsəvvürlərdən
daha çox qavrayışlara uyğundur. Hallüsinasiyanın mahiyyətilə bağlı hər bir psixiatra bəlli olan
fikir ayrılıqlarını aradan qaldırsaq deyə bilərik ki, yuxugörmə fikirləri sözlərlə qarışdıraraq
hallüsinasiya edir. Bu mənada görmə və eşitmə təsəvvürləri arasında heç bir fərq mövcud deyil;
qeyd olunmuşdur ki, səs haqqında yuxuya getməzdən öncə qavranılmış xatirə yuxuda o
melodiyanın hallüsinasiyasına çevrilir ki, oyanan zaman yenidən yaddaşdakı daha zəif və
keyfiyyətcə tamamilə başqa təsəvvürə yerini versin.
Ştryumpel təsdiqləyir ki, bu zaman ruhun fəaliyyət obrazı tamamilə korrektdir və daxili
mexanizmə tam uyğundur. Yuxugörmənin elementləri yalnız təsəvvürlərdən deyil, ruhun ayıq
vəziyyətdə duyğu orqanları vasitəsilə özünü göstərən əsl və həqiqi təəssüratlarından ibarətdir (s.
34). Ruhumuz ayıq halda düşündüyü və fikirlərini sözlərlə ifadə etdiyi halda, yuxugörmə zamanı
real obrazlardan istifadə edir (s. 35). Bundan başqa, yuxugörmə zamanı məkan şüuru ortaya
çıxır: hissiyyatlar və obrazlar ayıq durumda olduğu kimi müəyyən yerə keçir (s. 36). Beləliklə,
ruhun yuxugörmə zamanı öz obrazlarına və qavrayışlarına münasibətdə ayıq həyatdakı mövqedə
dayandığını etiraf etmək lazımdır (s. 43). Əgər bu zaman o yenə nəyisə qarışdırırsa, bu onunla
izah olunur ki, yuxuda ruhun xaricdən və daxildən alınan hissi qavrayışları bir-birindən ayıran
yeganə meyarı çatışmır. O bu obrazları onların obyektiv reallığını açan yeganə sınaqdan keçirə
bilmir. Bundan başqa, o, sərbəst şəkildə dəyişən obrazlarla bu sərbəstliyin olmadığı digərləri
arasında olan fərqə əhəmiyyət vermir və karıxır, çünki öz yuxugörməsinin məzmununa səbəb
əlaqəsi qanununu tətbiq edə bilmir (s. 58). Qısası, onun kənar aləmdən ayrılmasının kökündə
yuxugörmələrin subyektiv dünyasına inamının səbəbi də vardır.
Eyni nəticəyə qismən digər psixoloji mülahizələrdən çıxış edən Delbef də gəlir. Biz
yuxugörmələrin məzmununun gerçəkliyinə ona görə inanırıq ki, yuxuda müqayisəyə yarayacaq
fərqli təsəvvürlərə malik olmuruq və ona görə ki, xarici aləmdən tamamilə ayrılırıq. Ancaq
hallüsinasiyalarımızın həqiqiliyinə də yuxuda sınaq keçirmək imkanından məhrum olduğumuz
üçün inanmırıq. Yuxugörmə bütün bu sınaqları bizim qarşımıza qoya bilər, biz, misalçün, hansısa
predmetə toxunduğumuzu görə bilərik, buna baxmayaraq, biz onu hər halda yalnız yuxuda
görürük. Delbefə görə, nəyin yuxugörmə, nəyin canlı həqiqət olduğunun adi oyanma faktından
başqa sarsılmaz əsası yoxdur, o da yalnız praktiki olaraq. Əgər yuxudan ayılarkən soyunmuş
halda yataqda uzandığımı görsəm, yuxuya getməyimlə oyanmağım arasında bütün yaşadıqlarımı
illüziya saya bilərəm (s. 84). Yuxu zamanı mən yuxugörməni təfəkkürün xarici aləmin (təzadı
mənim «mən»im olan) varlığını zənn edən ayıqlığa meyilliliyinin nəticəsi olaraq həqiqi sayırdım.
«Yuxuda ruh xarici aləmdən təcrid olunur, periferiyadan uzaqlaşır… Lakin əlaqə tamamilə
pozulmur. Əgər subyekt yuxuda tamamilə heç nə eşidib hiss etməsəydi, onu oyatmaq,
ümumiyyətlə, mümkün olmazdı». «Hissiyyatın mövcudluğunu daha inandırıcı isbat edən yatan
subyektin hər zaman təəssüratın duyğu gücüylə deyil, təəssüratın psixoloji əlaqəsilə
oyanmasıdır; əhəmiyyətsiz sözə oyanmayan yatan adam adı çəkilən kimi ayılır… Beləliklə, ruh
yuxuda hissi qavrayışları ayırd edir… Ona görə də, digər tərəfdən subyekti hissi qıcıqlanmanı
aradan qaldırmaqla da oyatmaq olar: belə ki, subyekt şamın sönməsindən, dəyirmançı
dəyirmanın dayanmasından oyanır, yəni hissi fəaliyyətin dayanmasından, bu isə onu güman
etməyə əsas verir ki, bu fəaliyyət qavranılır, ancaq əhəmiyyətsiz olduğundan, ya da hətta ləzzət
verdiyindən ruhu həyəcanlandırır» (s. 460 və sonr.)
Əgər biz yetərincə mühüm olan bu etirazları istisna etsək, onda hər halda etiraf etməliyik
ki, yuxugörmələrin xarici aləmdən təcridolunmadan qaynaqlanan yuxarıdakı özəllikləri onların
şüurumuza yad olduğunu tamamilə izah edə bilməz. Çünki əks təqdirdə yuxugörmə
hallüsinasiyalarını yenidən təsəvvür və situasiyalara çevirmək, bununla da yuxugörmələrin
yozulması problemini həll etmək olardı. Biz belə edirik, oyanarkən yuxugörməni yaddaşımızda
canlandırırıq, ancaq bəzən əks çevrilmələr baş verdiyindən yuxugörmə adətən öz sirliliyini
qoruyur.
Bütün müəlliflər yuxugörmədə ayıq həyatdan gələn materialın daha dərin dəyişikliklərə
məruz qalması məsələsində həmfikirdirlər. Ştryumpel bu dəyişikliklərdən biri haqqında deyir (s.
17): «Ruh hissi fəaliyyətin və normal şüurun dayanmasıyla birlikdə duyğuların, arzuların, maraq
və hərəkətlərin əsaslandığı zəmini də itirir. Hətta ayıq vəziyyətdə yaddaşın obrazlarına xas olan
ruhi hallar – duyğular, maraqlar və meyarlar qaranlığa və ağırlığa məruz qalır… bunun
nəticəsində obrazlarla əlaqələri pozulur; ayıq həyatda əşyaların, şəxslərin, yerlərin, hadisələrin
və hərəkətlərin qavranılması ayrı-ayrılıqda olduqca sürətlə baş verir, ancaq onların heç birinin
psixi dəyəri olmur. Sonuncu onlardan ayrıdır, ona görə də onlar ruhda hansısa müstəqil vasitələr
axtarır…» Bu, obrazların öz psixi dəyərlərindən məhrum olmasıdır ki, xarici aləmdən təcrid
olunmaları və Ştryumpelin fikrincə, yaddaşımızda yuxugörmənin gerçək həyatla qarşı-qarşıya
qoyulmasıyla müşayiət olunan özgəliyin əsas səbəbilə izah olunur.
Biz yuxuya getmənin ruhi fəaliyyətin bir növündən – təsəvvürləri sərbəst şəkildə idarə
etməkdən imtina olunması mənasına gəldiyini gördük. Biz bunsuz da açıq-aşkar güman edirik ki,
yuxu vəziyyəti ruhi fəaliyyətlərə də yayılır. Bu və ya digər fəaliyyət demək olar ki, tamamilə
dayanır; başqalarının əvvəlki tək davam edib-etməməsi, normal qaydada gerçəkləşib-
gerçəkləşməməsi sual olaraq qalır. Belə bir fikir mövcuddur ki, yuxugörmənin xüsusiyyətləri psixi
fəaliyyətin yuxuda zəifləməsiylə izah olunur; yuxugörmənin ayıq mühakiməmizdə yaratdığı
təəssürat bu baxışa ziddir. Yuxugörmə rabitəsizdir, o ən kəskin ziddiyyətləri birləşdirir, hər cür
imkansızlıqlara yol verir, idrakımızı yox edir, etik və əxlaqi dəyərlərimizi korşaldır. Ayıq həyatda
kim özünü yuxudakı kimi aparar, biz yəqin ki, onu dəli hesab edərik; kim yuxuda danışdığı sözləri
gerçək həyatda danışar, əlbəttə, o bizə ağıldankəm təsiri bağışlayar. Bunu nəzərə alaraq, tam
əsasla deyə bilərik ki, yuxudakı psixi fəaliyyət son dərəcə miskindir və yüksək intellektual iş,
demək olar ya da tamamilə mümkün deyil.
Spittanın sözlərinə görə, Hegel yuxugörmədə hər hansı obyektiv rabitəliliyi inkar edib.
Dyuqa deyir: «Yuxu – psixi, emosional və əqli anarxiyadır. O öz-özünə verilmiş, nəzarətsiz
və məqsədsiz funksiyaların oyunudur. Yuxugörmədəki ruh – avtomatik ruhdur».
Daxili əlaqənin və ayıq vəziyyətdə mərkəzi «mən»in məntiqi gücüylə bağlı təsəvvürlərin
qarışmasının zəifləməsi haqqında danışan Folkeltin təliminə görə (s. 14), yuxu zamanı psixi
fəaliyyət qətiyyən hədəfsiz deyil.
Fehner deyir (s. 522): «Elə bil, ağıllı adamın beynindəki psixi fəaliyyət axmaq birinin
beyninə keçir».
Radeştok (s. 145): «Bu xaosda hansısa möhkəm qanunlar tapmaq həqiqətdə mümkünsüz
görünür. Ağıllı, ayıq vəziyyətdə iradənin rəhbər tutduğu təsəvvürlərin ciddi nəzarətindən və
diqqətdən yayınan yuxugörmə hər şeyi öz xaosunda kaleydoskopikcəsinə qarışdırır».
Bins (s. 33) özünün irəli sürdüyü yuxugörmə nəzəriyyəsinə istinad edir: «On
yuxugörmədən ən azı doqquzu absurddur. Biz onlarda aralarında heç bir əlaqə olmayan şəxsləri
və şeyləri birləşdiririk. Sonrakı anda isə eynilə kaleydoskopdakı kimi, qruplaşma tamamilə başqa
cür, bəlkə də, əvvəlkindən daha absurd və cəfəng olur. Mürgüləyən beynin dəyişkən oyunu biz
oyanana, əlimizi əlimizə, alnımıza vurub öz-özümüzə «görəsən ağlım yerindədirmi» sualını
verənə qədər davam edir».
Mori (s. 50) yuxugörmə ilə ayıq həyat arasındakı müqayisəni həkim üçün olduqca
əhəmiyyətli hesab edir: «Əgər ayıq vəziyyətdəki fikirlərin gedişatını məqsədyönlü, iradəyə tabe
hərəkətlərlə müqayisə etsək, o halda yuxugörmə obrazlarını xoreya və ifliclə müqayisə etmək
olar.
… Digər məsələlərdə yuxugörmə ona düşünmək və mühakimə yürütmək qabiliyyətinin
deqradapsiyasının bütöv bir seriyası kimi görünür» – daha doğrusu – «düşünmək və mühakimə
yürütmək qabiliyyətinin ardıcıl deqradasiyası kimi (s. 27)».
Morinin ruhi fəaliyyətin ayrı-ayrı ali formalarıyla bağlı fikrini təkrarlayan müəlliflərin
rəylərini söyləməyə, yəqin ki, ehtiyac yoxdur.
Lakin yuxugörmədə psixi fəaliyyət haqqında mənfi fikirlər söyləyən müəlliflər etiraf
edirlər ki, yuxugörmə ruhi fəaliyyətin qalığıdır. Təlimi yuxugörmə problemilə maraqlanan hər kəs
üçün çox dəyərli olan Vundt bunu qəti təsdiqləyir; lakin yuxugörmədə meydana çıxan normal
ruhi fəaliyyətin qalığının forma və xarakteri sual doğurur. Yuxuda reproduksiya qabiliyyətinin
daha az zərər görməsi və hətta ayıq vəziyyətin eyni funksiyasına münasibətdə bir qədər üstün
olmasıyla, demək olar ki, hamı razılaşır, halbuki yuxugörmənin absurdluğunun bir hissəsi məhz
bu elementin unudulmasıyla izah olunmalıdır. Spittanın fikrincə, yuxu ruhun sonradan
yuxugörmədə əks olunan daxili həyatına təsir etmir. Ruhun «daxili həyatı» dedikdə o, duyğuların
daimi kompleksini insanın gizli subyektiv mahiyyəti kimi nəzərdə tutur (s. 84).
Şolts (s. 37) yuxuda özünü göstərən ruhi fəaliyyət formasını yuxugörmənin materialının
məruz qaldığı «alleqorik dəyişiklik» şəklində görür. Zibek yuxugörmədə ruhun bütün qavranılana
münasibətdə «əlavə izahedici fəaliyyətini» də təsdiqləyir (s. 11). Çünki yuxugörmə haqqında biz
ümumiyyətlə yalnız şüurumuz sayəsində xəbər tuturuq, onun yuxuda ikən qorunub saxlandığına
isə heç bir şübhə ola bilməz; lakin Spittanın fikrincə, yuxugörmədə yalnız şüur qorunur, özşüur
deyil. Delbef bu fərqi başa düşmədiyini etiraf edir.
Mori əlavə edir: «Daha bir mühüm fərq də var: yatan adamın intellektual qabiliyyətləri
ayıq adam üçün xarakterik olan səviyyəyə bərabər deyil».
d’Erveyin kitabı haqqında bizə daha dolğun məlumat verən Vaşiddə müəllifin
yuxugörmələrin ehtimal etdiyi rabitəsizliyi haqqında aşağıdakı fikirləri söylədiyini tapırıq: «Yuxu
təsəvvürləri ideyaların surətidir, xəyal yalnız törəmədir. Bunu müəyyənləşdirdikdən sonra,
ideyaların gedişatını izləmək, yuxugörmənin məzmununu təhlil etmək lazımdır, o zaman
rabitəsizlik aydın olacaq, ən fantastik konsepsiyalar adi və məntiqi faktlara çevriləcək» (s. 146).
«Təhlil etməyə bacaranlar üçün ən qəribə yuxular məntiqi və ağıllı görünürlər» (s. 147).
İ. Şterne mənə məlum olmayan qədim müəllif Volf Davidzonun 1799-cu ildə
yuxugörmələrin rabitəsizliyinə analoji baxışına diqqət etmişdir (s. 136): «Təsəvvürlərimizin
yuxugörmələrdəki qəribə sıçrayışların assosiasiyalar qanununda öz əsasları var, lakin bu əlaqə
ruhda o qədər də aydın gerçəkləşmir, ona görə də, tez-tez bizə elə gəlir ki, təsəvvürlərin
sıçrayışını əslində heç bir sıçrayış olmadığı zaman müşahidə edirik».
İstər-istəməz sual verirsən: necə olur ki, eyni obyekt haqqında bu dərəcədə saymazyana
fikirlər və bu qədər canlı təriflər eşidirik? Yəni biriləri absurd yuxugörmələri, digərləri isə həyatın
da tam mənasını nəzərdən qaçırıb. Ancaq hər iki qiymətləndirməyə uyğun gələn yuxugörmələrə
rast gəlinirsə, onda yuxugörmələrin psixoloji xarakteristikasını axtarmaq mənasız məşğuliyyət
deyilmi? Məgər yuxugörmədə ruhi fəaliyyətin lap aşağı düşməsindən tutmuş qeyri-adi dərəcədə,
ayıq həyatdakından da çox yüksəlməsinə qədər hər şeyin mümkün olduğunu demək kifayət
deyilmi? Məsələnin bu şəkildə həlli nə qədər əlverişli olsa da, bütün yuxugörmə tədqiqatçılarının
səylərinin əsasını təşkil edən hər şey buna ziddir: onların hamısının fikrincə, bütün hallarda
yuxugörmənin mahiyyətcə yuxarıda göstərilən bütün ziddiyyətləri aradan qaldıran ümumi-
məcburi xarakteristikası mövcuddur.
Ağla dəqiq təbiət elmlərinin deyil, fəlsəfənin hakim olduğu çoxdan keçmişdə qalmış
intellektual dövrdə yuxugörmənin psixi fəaliyyəti daha məmnuniyyətlə etiraf olunurdu. Məsələn,
Şubertin fikrincə, yuxugörmə ruhun hissiyyatın buxovlarından, xarici təbiətin hakimiyyətindən
qurtulmasıdır. Yuxugörməni ruhi həyatın oyanması kimi xarakterizə edən kiçik Fixtenin (Haffnerə
və Spittaya bax) və digərlərinin analoji baxışları hazırda bizə o qədər də aydın deyil; hazırda
onlarla yalnız mistiklər (sufilər) və dini təmayüllü insanlar razılaşa bilər. Müdrik sufi Dyu Prel üzr
istəmək arzusunda olduğum azsaylı müəlliflərdəndir ki, bu kitabın əvvəlki nəşrlərində ona laqeyd
qalmışam, onun fikrincə, nə qədər ki metafizika insana aiddir, onun giriş qapısı ayıq həyat yox,
yuxugörmədir (Philosophic der Mystik, s. 59).
Təfəkkürün təbii-elmi obrazının inkişafı yuxugörmənin qiymətləndirilməsində də reaksiya
doğurmuşdur. Təbiblər yuxugörmənin psixi fəaliyyətini digərlərinə nisbətən daha əhəmiyyətsiz
və cüzi qiymətləndirməyə meyillidirlər, ancaq filosoflar və qeyri-peşəkar müşahidəçilər –
həvəskar psixoloqlar (bu sahədə onların rəyini qətiyyən gözardı etmək olmaz) yuxugörmənin
yüksək psixi dəyərini etiraf etməklə hələ də xalqın rəyini əsas götürürlər. Kim ki yuxugörmənin
psixi fəaliyyətini azaltmağa meyillidir, onun yuxugörmənin etiologiyasında somatik
qıcıqlanmalara üstünlük verməsi tamamilə başadüşüləndir; eyni zamanda, xəyal etdiyi subyektin
arxasında ayıq halda özünə xas olan qabiliyyətlərin böyük hissəsini görənlərin isə onun
arxasındakı yuxugörmələrlə bağlı sərbəst arzuları etiraf etməməyə heç bir əsasları yoxdur.
Əgər ağlı başında müqayisə aparsaq görərik ki, psixi fəaliyyətin bütün formaları içərisində
yuxugörmənin arxasında duran ən böyüyü yaddaşdır; biz artıq onun bütün qabarıq təzahürlərinə
ətraflı toxunmuşuq. Yuxugörmənin digər bir üstün cəhəti də onun zaman və məkan üzərində
hökmranlığa qadir olmasıdır, bunu asanlıqla aldadıcı da hesab etmək olar. Gilderbrandt açıq
şəkildə deyir ki, bu özəllik mübahisəsiz illüziyadır; yuxugörmə zaman və məkan üzərində ayıq
təfəkkürdən fərqli yüksəlliyə qalxmır, çünki özü də təfəkkür formasıdır. Yuxugörmənin zaman
məfhumuna münasibətinin digər üstünlükləri də var və zamandan başqa mənada da asılı olmaya
bilər. Məsələn, Morinin gilyotində edam olunması haqqında yuxarıda təsvir olunmuş yuxusuna
bənzəyən yuxugörmələr sübut edir ki, yuxugörmə qısa zaman kəsiyində psixi fəaliyyətimizin ayıq
halda malik olduğundan daha geniş məzmun kəsb edir. Lakin bu müşahidəyə müxtəlif
arqumentlərlə etiraz olunur; Le Lorrenin və Eggerin «yuxugörmələrin xəyali müddətinə dair» son
tədqiqatları maraqlı polemikanın əsasını qoymuşdur, ancaq bu çətin və mürəkkəb məsələdə hələ
nəticə yoxdur. Bu problemlə bağlı digər ədəbiyyat və tənqidi müzakirələrlə Tobolovskayanın
Paris dissertasiyasında tanış ola bilərsiniz (1900).
Çoxsaylı məlumatlar və Şabanenin təklif etdiyi nümunələr toplusu əsasında deyə bilərik
ki, yuxugörmə günün intellektual işini davam etdirməyə və son nəticəyə qədər aparmağa
qadirdir; eyni dərəcədə şübhələri və problemləri həll etməyə qadir olduğu, şairlər və bəstəkarlar
üçün ilham mənbəyi ola bilməsi də şəksizdir. Lakin faktın özü mübahisə doğurmasa da, bu onun
izahının böyük şübhə doğurmadığı anlamına gəlməz (Q. Ellisin «World of Dreams» tənqidi
əsərinə bax. s. 268).
Nəhayət, yuxugörmənin təsdiq olunmuş ilahi gücü mübahisəlidir, burada çətinliklə aşılan
şübhə inadla təkrarlanan inandırmalarla üst-üstə düşür 16. Bu müəlliflər tam əsaslı olaraq bu
mövzuyla əlaqədar bütün faktları inkar etməkdən çəkinirlər, çünki yaxın gələcəkdə bir çox
hallarda təbii-psixoloji izah mümkün olacaq.
f) Yuxugörmə zamanı əxlaq hissi. Yalnız yuxugörmələri şəxsən araşdırdıqdan sonra mənə
aydın olan motivlər əsasında yuxugörmə psixologiyası mövzusundan yuxugörmələrdə əxlaqi
dəyərlərin və ayıq həyata aid duyğuların hansı dərəcədə özünü göstərdiyini qismən ayıra bildim.
Yuxugörmədə xarakterik fəaliyyətlə bağlı bir çox müəlliflər arasında müşahidə etdiyimiz
ziddiyyətləri burada da gördük. Bəziləri yuxugörmənin əxlaqi tələblərlə heç bir əlaqəsi olmadığını
təsdiq etdiyi halda, başqaları, əksinə, insanın əxlaqi təbiətinin yuxugörmə zamanı da dəyişməz
olaraq qaldığını söyləyirlər.
Gündəlik müşahidələrə istinad, deyəsən, birinci fikrin doğruluğunu təsdiq edir. İessen
deyir (s. 553): «İnsan yuxuda nə yaxşılaşır, nə də mərhəmətli olur: əksinə, yuxugörmə zamanı
vicdan sanki susur, insan nə təəssüf, nə acıma duyğusu hiss edir və tam laqeydcəsinə, sonradan
heç bir peşmançılıq keçirmədən ağır cinayət törədə, oğurluq və qarət edə, adam öldürə bilər».
Radeştok (s. 146): «Nəzərə almaq lazımdır ki, yuxugörmə zamanı assosiasiyaların gedişatı
və təsəvvürlərin birləşməsi refleksin, ağlın, estetik zövqün və əxlaqi dəyərin iştirakı olmadan baş
verir; qiymətləndirmə ən yaxşı halda zəif olur və tam estetik biganəlik mövcud olur».
Folkelt (s. 23): «Hər kəsə məlum olduğu kimi, bu, seksual məzmunlu yuxugörmələrdə
xüsusilə parlaq şəkildə meydana çıxır. Yatan adam özü abır-həyadan məhrum olub, bütün əxlaqi
duyğularını və ağlını itirdiyi kimi, başqalarını, hətta ən hörmətli insanları da bu vəziyyətdə görə
bilir. Onların elə hərəkətlərini görür ki, ayıq həyatda bunları heç cür həmin insanlara
yaraşdırmaz».
Şopenhauerin fikirləri isə buna kəskin şəkildə ziddir, o hesab edir ki, hər bir şəxs yuxuda
öz xarakterinə tam uyğun hərəkət edir. V. F. Fişer (Grundziige des Systems der Anthropologie.
Eriangen, 1850 ( Spittda) təsdiq edir ki, subyektiv duyğu, affektə və ehtirasa cəhd yuxugörmədə
o formada meydana çıxır ki, sonuncularda şəxsiyyətin əxlaqi keyfiyyətləri əks olunur.
Haffner (s. 25): «Bəzi nadir istisnaları saymasaq, hər bir xeyirxah insan yuxugörmə
zamanı da xeyirxahdır; o, nəfsilə, nifrətlə, paxıllıqla, qəzəblə, bütün mümkün qüsurlarla
mübarizə aparır; ancaq əxlaqi dəyərlərdən məhrum insan yuxuda da ayıq halda gördüyü obraz
və səhnələri görür».
Şolts (s. 36): «Yuxugörmə zamanı həqiqət budur ki, yüksəklik və alçaqlıq maskasına baxmayaraq,
biz həmişə özümüzü tanıyırıq. Namuslu adam heç vaxt yuxuda namussuz hərəkət etmir, etsə də,
təbiətinə xas olmayan hərəkət kimi buna əsəbiləşir. Yuxuda imperatorun başını kəsdiyini görən
təbəələrindən birinin edam olunmasını əmr edən Roma imperatoru o qədər də haqsız deyildi,
onun fikrincə, belə yuxuları görənlər ayıq halda da belə şeylər düşünürlər17. Ona görə də,
ağlımıza gəlməyən bir şey haqqında çox dəqiqliklə deyirik: «Belə bir şey yatsam yuxuma da
girməz».
Bunun əksinə Platon güman edir ki, ən yaxşı adamlar yuxuda ayıq halda etdiklərini
görənlərdir.
Pfaf bu məşhur deyimi başqa cür ifadə edir: «Yuxunu mənə danış, sənin kim olduğunu
deyim».
Gilderbrandtın kiçik bir əsərindən artıq bir neçə sitat gətirmişəm: yuxugörmə
probleminin öyrənilməsinə ən yaxşı və dəyərli töhfə yuxugörmədə mənəviyyat probleminin ön
plana çıxarılmasıdır. Gilderbrandt da şübhə etmir ki: «Həyat nə qədər təmizdirsə, yuxugörmə də
bir o qədər safdır, birinci nə qədər biabırçıdırsa, ikinci də bir o qədər rüsvayçıdır».
İnsanın mənəvi təbiəti yuxugörmədə də dəyişilməz olaraq qalır: «Ancaq eyni zamanda,
adi hesablama məsələsindəki heç bir aşkar səhv, elmin heç bir romantik təmayülü, heç bir
gülünc anaxronizm şüurumuzu təhqir etmir, hətta bizə şübhəli görünmür, yaxşı ilə pis, düz ilə
əyri, xeyirxahlıqla əxlaqsızlıq arasındakı fərq heç vaxt gözümüzdən yayınmır. Ayıq həyatda
qarşımıza çıxanlar nə qədər unudulsalar da, Kantın qəti imperativi bizi hətta yuxuda da
qarabaqara izləyir… Bu fakt yalnız insanın təbiətinin, onun mənəvi mahiyyətinin fantaziyanın,
ağlın, yaddaşın və psixikamızın digər qabiliyyətlərinin məruz qaldığı kaleydoskopik qarışıqlıqda
iştirak etmək üçün kifayət qədər möhkəm olmasıyla ilə izah edilə bilər» (s. 45 və davamı).
Əslində isə, görünür, heç kəs nə qədər xeyirxah və ya qəddar olduğunu bilmir və heç kəs
yaddaşında qeyri-əxlaqi yuxugörmələrin olduğunu inkar edə bilməz. Çünki yuxugörmələrin
qiymətləndirilməsində bu ziddiyyətdən asılı olmayaraq, hər iki müəlliflər qrupunun qeyri-əxlaqi
yuxugörmələrin mənşəyini açmağa cəhd göstərdiyi aşkardır; onların son mənbəyinin psixi
həyatın funksiyalarında, yaxud somatik xarakterli hərəkətlərdə olub-olmamasıyla bağlı yeni
ziddiyyət yaranır. Faktların sarsılmaz gücü yuxugörmələrin məsuliyyət daşıması və daşımaması
tərəfdarlarını məcbur edir ki, qeyri-əxlaqi yuxugörmələrin hansısa xüsusi psixi mənbəyi olmasını
yekdilliklə qəbul etsinlər.
«Biz hansısa ədalətsiz ittihamı qəti rədd etməyə cəhd edəndə, xüsusilə də, əgər bu bizim
plan və niyyətlərimizə ziddirsə, deyirik: «Bu heç mənim yuxuma da girməzdi»; eyni zamanda
digər tərəfdən yuxunu öz fikirlərimizə görə məsuliyyət daşımalı olduğumuz çox uzaq bir sfera
hesab edirik, çünki oradakı fikirlər bizim həqiqi mahiyyətimizlə o qədər bağlıdır ki, onları şəxsən
özümüzünkü kimi qəbul etmək çətindir; biz bu fikirlərin həmin sferada da mövcudluğunu inkar
etmədən eyni zamanda hesab edirik ki, əgər özümüzü təmizə çıxarma cəhdimiz həmin sferadan
qaynaqlansaydı, tam ola bilməzdi. Və mənə elə gəlir ki, biz şüursuz olsa da, hər halda həqiqətin
dilində danışırıq» (s. 49).
«Yuxugörmə zamanı elə bir hərəkət təsəvvür etmək mümkün deyil ki, onun ən başlıca
motivi əvvəlcədən ayıq subyektin ruhundan arzu, niyyət və ya fikir şəklində keçməmiş olsun».
Keçmişdə qalmış təəssürat barədə onu yuxugörmə yaratmayıb, sadəcə inkişaf etdirib,
ruhumuzda olan tarixi materialın bir hissəsini emal edib demək lazımdır; o, apostolun sözlərini
ifadə edib: «Kim ki öz qardaşını sevmir, demək, onun qatilidir18». Əgər öz mənəvi gücünə əmin
subyekt yuxudan oyanan kimi öz günahkar yuxusunu təbəssümlə xatırlayırsa, həmin
yuxugörmənin ilkin əsasından həmin xəfif təbəssümlə ayrılması elə də asan deyil. İnsan
yuxugörmənin bütün elementlərinə görə olmasa da, müəyyən qisminə görə özünü cavabdeh
sayır. Burada İsa Məsihin çətin anlaşılan sözlərinə diqqət etməliyik: «Günahkar fikirlər ürəkdən
gəlir»19. Gördüyümüz hər bir yuxunun arxasında ruhumuzun azacıq da olsa günahı olduğu
fikrindən yaxamızı kənara çəkə bilmərik (s. 52).
Gilderbrandt ruhumuzda heç olmasa təsvir olunmuş, daim həvəslər formasında20 ortaya
çıxan rüşeymlərdə və kədərli meyillərdə qeyri-əxlaqi yuxugörmələrin mənbəyini görür və onları
şəxsiyyətin mənəvi-əxlaqi keyfiyyətləri ilə əlaqələndirir. Bu bütün dövrlərin mömin və
müqəddəslərinin onların bağışlanmaz günahkarlar olduqlarından şikayətləndikləri və bizə məlum
olan həmin düşüncə, həmin qiymətləndirmədir. Müqəddəs inkvizisiyanın bizim bu problemə
münasibətini öyrənmək də maraqlı olardı. Tomas Karenin «Tractatus de Officio sanctissimae In-
quisitionis» əsərində (Lion nəşri, 1659) belə bir yer var: «Əgər kimsə yuxuda küfr söyləyirsə, bu
inkvizitorlara onun həyatdakı davranışını izləməyə əsas verir, çünki yuxuda insanı gün ərzində
məşğul edən şeylər geri qayıdır» (Dr, Ehniger, S. Urban, Schweiz).
Bu ziddiyyətli fikirlərin hər kəsdə yaranmasına – bir çox insanlarda hətta mənəviyyat
sferasında – şübhə etmək olmaz. Lakin onların müzakirəsinə lazımi diqqət yetirilməmişdir. Biz
Spittada Tsellerin də rəyinin daxil olduğu aşağıdakı fikirləri görürük: (Erş və Qrauberin Ümumi
elmlər ensiklopediyasındakı «İrre» məqaləsi) (s. 144): «Ağıl qədər uğurlu təşkil olunmayıb ki,
daim tam gücə malik olsun və fikirlərinin daimi aydın gedişatı nəinki əhəmiyyətsiz, həm də
tamamilə absurd təsəvvürləri pozmasın; ən böyük mütəfəkkirlər belə onların dərin təfəkkürünü,
müqəddəs və ciddi düşüncələrini qarışdıran bu təəssüratların xəyali, darıxdırıcı və xoşagəlməz
xaosundan şikayətləniblər».
Folkelt deyir: «Ayıq şüurda demək olar ki, hiss olunmadan keçən ən böyük ehtimalla heç
vaxt yada düşməyəcək təsəvvürlər özlərini tez-tez yuxuda göstərirlər» (s. 105). Burada, nəhayət,
onu da xatırlatmaq lazımdır ki, Şleyermaxerin fikrincə, yuxuyagetmənin özü belə arzuolunmaz
təsəvvürlərin (obrazların) aşkara çıxmasıyla müşayiət olunur.
Digər müəlliflərin rəyinə görə, bizim bu cür nəticələrə gəlməyə haqqımız yoxdur. İessenin
fikrincə, yuxugörmədəki, o cümlədən ayıq həyatdakı, qızdırmalı vəziyyətdəki arzuolunmaz
təsəvvürlər «dayandırılmış iradi fəaliyyət xarakteri daşıyır və müəyyən dərəcədə də obraz və
təsəvvürlərin məcburi yolla mexaniki yenidəntəkrarıdır» (s. 360). Əxlaqsız yuxugörmələr yalnız
onu sübut edir ki, guya yatan adam haçansa, bəlkə də, təsadüfən məlum təsəvvürdən xəbərdar
olsa da, həmin təsəvvür heç vaxt onun psixikasının tərkib hissəsi olmayıb. Morinin bu haqda
fikrilə tanış olduqda onun yuxugörməyə ruhi fəaliyyəti, sadəcə, dağıtmaq üçün onu tərkib
hissələrinə parçalamaq xüsusiyyəti verməsindən şübhələnirik. O, insanın bütün əxlaqi hədləri
aşdığı yuxugörmələr haqqında deyir: «Bizi danışmağa və hərəkət etməyə sövq edən məhz
meyillərimizdir, bu zaman vicdanımız bizi dayandırmasa da, hərdən xəbərdarlıq edir. Mənim
nöqsanlarım və qüsurlu meyillərim var. Ayıq vəziyyətdə mən onlarla mübarizə aparmağa
çalışıram və çox vaxt onlara nəzarət edə, uymaya bilirəm. Ancaq yuxularımda həmişə onlara
uyur, yaxud daha dəqiqi onların verdiyi impuls əsasında hərəkət edərək, nə qorxur, nə də vicdan
əzabı çəkirəm. Əlbəttə, yuxugörmənin tərkib hissəsi kimi gözümə görünənlər mənə hiss etdiyim
və passiv iradəmin əngəlləməyə belə çalışmadığı meyillər tərəfindən diktə olunur» (s. 113).
Əgər yuxugörmənin yuxu görən subyektdə həqiqətən mövcud olan, ancaq əngəllənmiş,
ya da gizlədilmiş əxlaqi meylini açmaq qabiliyyətinə inansaq, Morinin (s. 115) verdiyindən daha
parlaq xarakteristika tapmaq mümkün deyil: «İnsan yuxuda özünün tam çılpaqlığı və təbii
yoxsulluğu ilə təzahür edir. O, iradəsini tətbiq etməyən kimi, ehtiraslarının oyuncağına çevrilir,
halbuki ayıq vəziyyətdə vicdanı, şərəf duyğusu və qorxusu onu bunlardan qoruyur». Başqa bir
yerdə (s. 462): «Yuxuda insanı instinktləri özünü göstərir… İnsan yuxu görəndə sanki öz təbii
vəziyyətinə qayıdır. Əxz etdiyi ideyalar onun ruhunun dərinliyinə nə qədər az işləyibsə, onlarla
razılaşdırılmayan tendensiyalar yuxuda öz təsirini qoruyub saxlayır». Sonra o, nümunə olaraq
yuxuda özünü dəfələrlə əsərlərində amansızcasına mübarizə apardığı xurafatın qurbanına
çevrildiyini görüb.
Lakin Moridə yuxugörmələrin psixoloji məzmununa dair bütün fikirlərin dəyəri onunla
azalır ki, özünün bu qədər düzgün qeyd etdiyi hadisədə yalnız, onun fikrincə, yuxugörmələrə
hökmranlıq edən «psixi avtomatizmin» isbatını görür. O bu avtomatizmi psixi fəaliyyətə qarşı
qoyur.
Ştriker öz təhlilinin bir yerində deyir: «Yuxugörmə yalnız aldadıcı illüziyalardan ibarət
deyil; əgər yatan yuxuda, misalçün, quldurlardan qorxursa, quldurlar xəyali olsa da, qorxu
tamamilə real olur». Bu o deməkdir ki, yuxugörmə zamanı affektin inkişafı yuxugörmənin digər
elementlərinin payına düşən dəyərləndirmələrə yol açır və qarşımıza yuxuda psixi proseslərdən
hansı daha realdır, başqa sözlə, onlardan hansı ayıq haldakı psixi proseslərə daxil olmağa iddia
edə bilər sualı çıxır.
Biz artıq yuxugörmə haqqında nəzəriyyə adına deyilən mənada çox və ya az dərəcədə
layiq ola biləcək bir neçə baxışla tanış olmuşuq. Yuxugörmənin insanların hərəkətlərini
yönləndirmək üçün tanrılar tərəfindən göndərilməsiylə bağlı qədimi inanclar yuxugörmənin
bütün suallarını cavablandıran tam bir yuxugörmə nəzəriyyəsi idi. Yuxugörmə bioloji
tədqiqatların obyekti olandan sonra aralarında kifayət qədər yarımçıq və tam olmayan bir sıra
yuxugörmə nəzəriyyələri tanıyırıq.
1. Yuxugörmə zamanı ayıq vəziyyətlə bağlı bütün psixi fəaliyyətin davam etməsini qəbul
edən nəzəriyyələr. Bu nəzəriyyənin təmsilçisi Delbefdir. Burada ruh yatmır; onun mexanizmi
toxunulmaz olaraq qalır, lakin ayıq vəziyyətdən ayrı şəraitdədir, təbii ki, normal fəaliyyət
göstərən ruh, ayıq vəziyyətdəkindən fərqli nəticələr verir. Bu nəzəriyyələr suallar verməyə
başlayır ki, onlar yuxunu müstəsna yuxu vəziyyəti şəraiti düşüncəsindən fərqləndirə bilərlərmi?
Bundan başqa, onlar yuxugörmənin funksiyalarına toxunmurlar; onlar insanın niyə yuxu görməsi,
ruh aparatının mürəkkəb mexanizminin özüyçün əlverişli olan şəraitə düşdükdə niyə öz işini
davam etdirməsi haqqında danışmırlar. Yuxugörməsiz yuxu, ya da üçüncü reaksiya (yuxugörmə
şəklində olan reaksiya) əvəzinə yuxunu pozan qıcıqlanmalar nəticəsində baş verən ayılma
yeganə məqsədəuyğun reaksiya olaraq qalır.
Yuxugörmə zamanı ruhi fəaliyyətin yalnız yuxunun iflic etdiyi bir hissəsinin təzahür
etdiyini qəbul edən nəzəriyyələr həkimlər və ümumiyyətlə elm aləmində daha populyardır.
Kim fizioloji baxışı daha düzgün, yaxud elmi sayırsa, bu nəzəriyyənin daha yaxşı şərhini
Vinsdə tapacaq (s. 43): «Bu durum (donma) səhərə yaxın sona çatır. Beynin ağ maddəsində
toplanan yorucu maddələr əhəmiyyətini itirir, parçalanır və ya qanın fasiləsiz dövr edən axını ilə
çıxıb gedir. Orada-burada ayrı-ayrı hüceyrə qrupları oyanır və bu arada ətrafdakı hər şey hələ də
donmuş vəziyyətdə olur. Bu anda tutqun şüurumuz qarşısına ayrı-ayrı qrupların təcrid olunmuş
işi çıxır; bu işə hələ beynin başlıca sferaları assosiasiyalar olan digər hissələrinin nəzarəti
çatışmır. Ona görə də, əsasən yaxın keçmişin maddi təsəvvürlərinə uyğun gələn obrazlar xaotik
şəkildə bir-birinin ardınca gedir. Xilas olan beyin hüceyrələrinin sayı getdikcə çoxalır və
yuxugörmənin absurdluğu tədricən aşağı düşür».
Təbii ki, bu anlayışdan çıxış edərək sonuncunun funksiyası haqqında nəsə demək
mümkün deyil. Yuxugörmənin durumu və əhəmiyyəti haqqında daha ardıcıl fikirlər Binsə
məxsusdur (s. 357): «Bizim müşahidə etdiyimiz bütün faktlar yuxunu maddi, hər zaman faydasız
və bir çox hallarda açıq-aşkar ağrılı proses kimi xarakterizə etməyə imkan verir…» Maddi
ifadəsinin yuxugörməyə münasibətdə tamamilə xüsusi mənası var. O hər şeydən öncə
yuxugörmənin etiologiyasına aiddir, Bins zəhərlər vasitəsilə təcrübə apararaq eksperimental
yuxuları tədqiq edərkən bununla xüsusi məşğul olmuşdur. Bu yuxugörmə nəzəriyyələri tamamilə
təbii olaraq onun mənşəyinin müstəsna dərəcədə somatik mənbələrdən doğan izahını tələb edir.
İfrat formada ifadə olunan bu nəzəriyyə aşağıdakı mənanı verir: biz qıcıqlanmanı özümüzdən
kənarlaşdırıb yuxu vəziyyətinə keçməklə səhərə qədər heç bir yuxugörməyə ehtiyac hiss etmirik.
Bununla belə yuxunu qıcıqlanmadan ayırmaq olmur: qıcıqlanmalar yatana hər yerdən, xaricdən,
daxildən, bədəninin ayıq halda heç bir əhəmiyyət vermədiyi bütün hissələrindən gəlir. Bunun
sayəsində yuxu pozulur, ruh qismən oyanır və sonra yenidən yuxuya getməyə şad olaraq bir
müddət oyanan hissəylə birlikdə fəaliyyətdə olur. Yuxugörmə öz-özlüyündə qıcıqlanmanın səbəb
olduğu yuxunu pozan reaksiyadır, amma bu reaksiya son dərəcə artıq və lüzumsuzdur.
Qismən ayıqlıq nəzəriyyəsi artıq çoxdan ciddi etirazlarla qarşılaşıb. Hələ 1830-cu ildə
Burdax deyirdi: «Əgər yuxugörmənin natamam oyaqlıq olduğunu qəbul etsək, bununla, əvvəla
nə oyaqlıq, nə yuxu izah olunur, ikincisi, yalnız o deyilir ki, bəzi ruhi qüvvələr yuxuda öz
fəaliyyətilə məşğuldur, digərləri isə bu zaman sakit vəziyyətdə olur. Lakin bu qeyri-bərabərlik,
ümumiyyətlə, bütün həyat boyu müşahidə olunur…» (s. 483).
Robertin 1866-cı ildə yuxugörmə ilə bağlı dediyi son dərəcə maraqlı izahat yuxugörmədə
«maddi proses» görən hökmran yuxugörmə nəzəriyyəsilə sıx bağlıdır və onun yuxugörmələrdə
faydalı nəticələrlə müşayiət olunan bəlli funksiyaları etiraf etməsi olduqca səmərəlidir. Robert öz
nəzəriyyəsinin təməlinə müşahidə etdiyi və bizim yuxugörmənin materialını qiymətləndirərkən
üzərində dayandığımız (s. 13) iki faktı qoyur, daha dəqiqi odur ki, insan yuxuda günün ikinci
dərəcəli təəssüratlarını tez-tez görürsə, daha əhəmiyyətli və maraqlı olanları olduqca nadir
hallarda görür. Robert aşağıdakı situasiyanı şübhəsiz doğru hesab edir: yuxugörməni heç vaxt
sonadək düşünülən deyil, necə deyərlər, insanın beynində qurdalanan, ağlından hiss olunmadan,
ya da ötəri keçən fikirlər yaradır (s. 10). «Ona görə də, yuxugörmələri bir çox hallarda keçmiş
günün yatanın şüuruna tam yerləşməmiş hissi təəssüratları kimi yozmaq olmaz». Təəssüratın
yuxugörməyə sızmasının şərti ya onun emal olunarkən pozulmasıdır, ya da o bu emal üçün
yetərincə əhəmiyyətsiz olmuşdur.
Yuxugörmə Robert üçün «öz ruhi reaksiyasında şüura çatan ayrılmanın fiziki prosesidir».
Yuxugörmə rüşeym halında ikən boğulan fikirlərin ayrılmasıdır. «Xəyala dalmaq qabiliyyəti
əlindən alınmış insan dəli olardı, çünki onun beynində o qədər düşünülməmiş fikirlər və ötəri
təəssüratlar yığılardı ki, onların ağırlığından hazır və bütöv halda yaddaşa yerləşmək istəyənlər
də sönərdi». Yuxugörmə həddən artıq yüklənmiş beyin üçün qoruyucu ventildir. Yuxugörmə
xilasedici və boşaldıcı qüvvəyə malikdir (s. 32).
Robertin yuxugörmənin mənşəyi ilə bağlı fikri hökmran nəzəriyyəyə kəskin şəkildə ziddir.
Bununla belə, bu nəzəriyyəyə görə, əgər xarici və daxili qıcıqlanmalar daim ruhu oyatmasaydılar,
insan ümumiyyətlə, yuxu görməzdi, Robertin fikrincə, yuxugörmənin mənbəyi ruhun özündə,
onun həddən artıq yüklənməsindədir və Robert son dərəcə ardıcıl surətdə bildirir ki,
yuxugörməni şərtləndirən və fiziki mənada qoyulmuş səbəblər ikinci dərəcəli rol oynayır: onlar
yuxugörmənin yaranması üçün ayıq şüurdan alınmış materialın olmadığı beyində yuxugörmə
əmələ gətirə bilməz. Lakin qeyd etmək lazımdır ki, yuxuda ruhun dərinliyindən törəyən fantaziya
məhsulları sinir qıcıqlanmalarıyla şərtlənə bilər (s. 48). Beləliklə, Robertə görə, yuxugörmə, hər
halda, bütövlükdə somatik qıcıqlanmalardan tam asılı deyil; o, psixi proses olmasa da, hər halda,
ruhi fəaliyyət aparatında gündəlik somatik prosesdir; o bu aparatın yüklənmədən qorunması,
yaxud da, müqayisəli dillə desək, ruhun zibillərdən təmizlənməsi funksiyasını yerinə yetirir.
Yaxın adamını itirən Delaj öz təcrübəsindən öyrənir ki, insan adətən yuxuda gündüz onu
məşğul edən şeyləri görmür, görsə də, bir müddət sonra, həmin şeyi başqa maraqlar
sıxışdırdıqdan sonra görür. Başqaları üzərində apardığı müşahidə onun bu inamını daha da
möhkəmləndirir. Delaj gənc ər-arvadların yuxusu barədə maraqlı fikir söyləyir: «Əgər onlar bir-
birinə möhkəm vurulublarsa, nikaha və bal ayına qədər bir-birini yuxuda görmürlər, əgər yuxuda
sevgi səhnələri görürlərsə, onların qəhrəmanları ya laqeyd olduqları, ya da düşmən münasibət
bəslədikləri adamlar olur».
Bəs insan yuxuda nələri görür? Delajın dediyinə görə, yuxugörmələrimizin materialı son
günlərin təəssüratlarının parçalarından və qalıqlarından ibarət olur. Yuxularımıza girən hər şeyə,
yuxugörməni yaratmağa meyilli hesab etdiyimiz hər şeyə yaxından nəzər salanda «Souvenir,
inconscient»-in (qeyri-şüurun hədiyyəsi) dərk olunmayan xatirəsi olduğunu görürük. Ancaq
bütün bu təsəvvürlər bir ümumi xarakterik cizgi yaradır: onlar, çox güman ki, ağlımızdansa
ruhumuza daha möhkəm toxunan, ya da meydana çıxdıqdan dərhal sonra diqqətimizdən
yayınan təəssüratlardan doğur. Təəssüratlar nə qədər az şüurludursa və bununla belə nə qədər
güclüdürsə, yuxugörmədə rol oynamaq şansları daha çoxdur.
Delaj da Robert kimi təəssüratların həminki iki kateqoriyasını bir-birindən ayırır: ikinci
dərəcəli və yarımçıq. Lakin təəssüratların yuxugörməyə əhəmiyyətsiz olduqları üçün deyil, məhz
yarımçıq olduqları üçün daxil olduqlarını düşünərək buradan başqa nəticə çıxarır. İkinci dərəcəli
təəssüratlar da müəyyən dərəcədə tam başa çatdırılmayıb. Yuxugörmə roluna zəif və demək olar
ki, sezilməyən təəssüratlardansa güclü təəssüratların daha çox şansı var, ancaq onlar emal
prosesində təsadüfən iflic olur, ya da qəsdən arxa plana çəkilir. Gün ərzində toplanan psixi enerji
təəssüratların boğulması və iflic olmasıyla gecələr yuxuların hərəkətverici qüvvəsinə çevrilir.
Yuxugörmə zamanı psixi cəhətdən boğulmuşlar özünü göstərir. Yazıçı Anatol Frans da eyni
fikirdədir («Qırmızı cizgi»): «Gecə gördüklərimiz gündüz təəssüratlarımızın miskin qalıqlarıdır.
Gündüzlər biganə qaldığımız şəxslər gecə revanş götürürlər, xor baxdıqlarımız isə əhəmiyyətli
olurlar».
Təəssüf ki, Delajin fikirlərinin gedişatı bu yerdə qırılır; o, sərbəst psixi fəaliyyətə cüzi rol
verir və öz yuxugörmə nəzəriyyəsi ilə birlikdə bilavasitə beynin natamam yuxusu haqqında
hökmran təlimə yaxınlaşır: «Yuxugörmənin yekununda dolaşıq fikrin hədəfsiz və istiqamətsiz, bu
fikrin qarşısına çıxıb, onu durdurmaq üçün intensivliyini yetərincə qoruyan xatirələr üzərində
ardıcıl surətdə dayanan əsəri var. Bu xatirələr arasındakı əlaqə yuxunun beyni nə dərəcədə təhrif
etməsindən asılı olaraq zəif və qeyri-müəyyən, ya da güclü və sıx ola bilər».
3. Üçüncü qrupa o yuxugörmə nəzəriyyələri aiddir ki, onlar xəyala dalan ruha xüsusi psixi
fəaliyyətə meyillilik qabiliyyəti də əlavə edir, halbuki o, ayıq vəziyyətdə ya buna tamamilə qadir
deyil, ya da olduqca cüzi dərəcədə qadirdir. Bu qabiliyyətlərin ortaya çıxmasından bütün hallarda
yuxugörmənin faydalı funksiyası törəyir. Köhnə psixoloqların yuxugörmə ilə bağlı baxışları əsas
etibarilə bu qrupa aiddir. Mən onların yerinə Burdaxın fikrinə istinad etdiyim üçün məmnunam,
həmin fikrə görə, yuxugörmə «fərdin gücüylə məhdudlaşmayan, özşüur tərəfindən pozulmayan,
özünütəyinlə şərtlənməyən, əksinə, hissiyyat mərkəzlərinin sərbəst oyunları ilə canlı qalan ruhun
təbii fəaliyyətidir» (s. 486).
Xüsusi güclərin bu azad oyununu Burdax və başqaları ruhun azad olması və vakansiyaya
bənzər gündüz işi üçün yeni qüvvə toplama forması durumunda təsəvvür edirlər. Burdax şair
Novalisin yuxugörmə haqqında fikirlərilə razılaşır və ondan sitat gətirir: «Yuxugörmə həyatın
yeknəsəqlik və məişət dayağıdır, təxəyyüllə bağlı azad istirahətdir, o, həyatın bütün obrazlarını
bir-birinə qarışdırır və yaşlı adamın daimi ciddiliyini şən uşaq oyunu ilə yarımçıq qoyur. Yuxu
görməsəydik, yəqin ki, vaxtından əvvəl qocalardıq, ona görə də, yuxugörmə, bəlkə də, bilavasitə
yuxarıdan göndərilməsə də, məzara doğru gedən yolda, hər halda, qiymətli hədiyyə, fərəhli yol
yoldaşıdır».
Yuxugörmənin mənşəyinin ruhun yalnız yuxuda sərbəst şəkildə özünü göstərən xüsusi
fəaliyyətindən çıxarılmasına daha orijinal və geniş cəhdə 1861-ci ildə Şerner təşəbbüs etmişdir.
Şernerin olduqca ağır və çətin üslubda yazılmış, ona görə də, oxucunu özünə cəlb edə bilməyən
canlı məzmunlu kitabı təhlil üçün elə böyük çətinliklər yaratdı ki, Şernerin təlimini bizə daha
aydın və sadə şəkildə təqdim edən filosof Filkelpin şərhindən məmnuniyyətlə faydalandıq.
«Mistik qalaqlardan, fikirlərin əzəmət və parıltısı arasından fikrin peyğəmbərcəsinə söylənmiş
mənası sızır, ancaq filosofun yolu yenə də aydınlaşmır». Şernerə verilən bu cür qiymətə hətta
onun davamçısında da rast gəlinir.
Şerner ruhun bütün qabiliyyətini yuxugörməyə keçirdiyini düşünən müəlliflər sırasına aid
deyil. Onun fikrincə, yuxugörmə zamanı mərkəzləşmə, şəxsiyyətin sərbəst enerjisi zəifləyir və bu
mərkəzdənqaçma nəticəsində idrak, hissiyyat, arzular və təsəvvürlər dəyişir, ruhi gücün qalığına
sırf ruhi xarakter deyil, yalnız mexanizmin özəlliyi xas olur. Buna baxmayaraq, yuxugörmədə
ruhun spesifik fəaliyyəti olan fantaziya idrakın hegemonluğundan, bununla da bütün maneə və
əngəllərdən azad olaraq qeyri-məhdud hökmranlıq səviyyəsinə çatır. O, ayıq şüurun yaddaşının
son dayaqları altında eşələnsə də, onun qırıqları altından ayıq şüurun inşaatına qətiyyən
bənzəməyən bir bina ucalır; o, yuxugörmədə yalnız reproduksiya deyil, həm də produksiya rolu
oynayır. Onun xüsusiyyətləri yuxugörməyə öz spesifik xarakterini verir. O, mübaliğəyə, miqyas və
ölçüdən məhrum hər şeyə meyillidir. Ancaq eyni zamanda, təfəkkürün əngəlləyici
kateqoriyasından azad olması sayəsində böyük elastiklik qazanır; o, ruhun bütün həssas
oyanmalarına qarşı son dərəcə zirəkdir, o dərhal daxili həyatı xarici psixi əyaniliyə keçirir.
Yuxugörmə fantaziyasının anlayış dilinin qüsuru ondadır ki, o, aşkar təsvirlər çəkdiyini demək
istəyir, halbuki burada anlayış zəiflədici təsir göstərməyib, əksinə, son dərəcə sürətlə, güc və
əzəmətlə çəkir. Dili nə qədər aydın və dəqiq olmasa da, bunun sayəsində ağır çəkili və az
hərəkətli olur. Onun dilinin aydınlığı ona görə xüsusilə çətin olur ki, obyekti onun həqiqi halında
ifadə etməyib, həvəslə yad obrazlar seçir, çünki onlar obyektin zəruri tərəfini verə bilirlər.
Fantaziyaların simvolik fəaliyyəti də bununla şərtlənir… Bundan başqa, çox mühüm olan
fantaziyaların şeyləri bitkin şəkildə təsvir etməyib, yalnız konturlarını göstərməsidir. Ona görə
də, onun rəssamlığı hansısa dahiyanə ilham təəssüratı doğurur. Lakin fantaziya predmetin sadə
təsviri üzərində dayanmır: o yuxu görən adamın «mən»ini az və ya çox dərəcədə həmin
predmetlə birləşdirməyə və bununla fəaliyyəti təsvir etməyə daxili ehtiyac hiss edir. Öz obyektilə
görmə qavrayışları olan yuxugörmə, məsələn, küçəyə tökülmüş qızıl sikkələr təsvir edir; subyekt
onları yığır, sevinir və özüylə aparır.
Fantaziyanın istifadə etdiyi material, Şernerin fikrincə, öz bədii materialı etibarilə ayıq
şüur üçün dumanlı olan üzvi fiziki qıcıqlanmalardan ibarətdir (s. 23-ə bax), odur ki,
yuxugörmənin mənbələri və oyandırıcıları ilə bağlı Şernerin son dərəcə fantastik nəzəriyyəsi ilə
Vundtun və digər fizioloqların son dərəcə ayıq təlimi, bir-birinə iki antipod kimi ümumiyyətlə
zidd olan təlimlər, burada tamamilə üst-üstə düşür. Ancaq eyni zamanda fizioloji təlimə uyğun
olaraq, daxili fiziki qıcıqlanmalara qarşı olan ruhi reaksiya hansısa müvafiq təsəvvürlər
nəticəsində tükənir, bu təsəvvürlər sonradan bəzi digər təsəvvürləri assosiasiya yoluyla köməyə
çağırır. Şernerin fikrincə, fiziki qıcıqlanmalar ruha öz fantastik məqsədlərində istifadə etmək
üçün yalnız material verir. Şernerə görə, yuxugörmənin əmələ gəlməsi yalnız onun başqalarının
baxışlarından gizləndiyi yerdə başlayır.
Lakin yuxugörmə zamanı fantaziya yalnız qıcıq doğuran orqanın formasına diqqət
göstərməyə də bilər. O, simvolizasiya obyekti kimi həmin orqanın məzmunundan da istifadə edə
bilər. Məsələn, bağırsaqdakı ağrının səbəb olduğu yuxugörmə palçıqlı küçələri əks etdirə bilər.
Ya da qıcıqlanmanın özü onun xarakteri şəklində simvolik əks oluna, yaxud da, ən nəhayət, yatan
öz vəziyyətinin simvolizasiyası ilə konkret əlaqəyə girə bilər. Məsələn, ağrılı qıcıqlanmalar zamanı
yuxuda görürük ki, qudurmuş itlə, ya da vəhşi öküzlə mübarizə aparırıq, yaxud seksual
yuxugörmə zamanı qadın lüt kişinin onu izlədiyini görür. Fantaziyanın bədii boyalarının
zənginliyini nəzərə almasaq belə, fantaziyanın simvolizə fəaliyyəti hər bir yuxugörmənin mərkəzi
gücü olaraq qalır. Folkelt bu fantaziyanın mahiyyətinə nüfuz etməyə və bu özünəməxsus
fəaliyyətdə onun yerini fəlsəfi ideyalar sistemində göstərməyə öz gözəl kitabında cəhd etmişdir,
lakin bu kitab fəlsəfi sistemləri dərk etməyə hazırlığı olmayanlar üçün az anlaşıqlıdır.
Şernerin fikrincə, yuxugörmədə fantaziyaları simvolizə edən fəaliyyətin heç bir faydalı
funksiyası yoxdur. Ruh xəyala dalaraq sərəncamında olan qıcıqlanmalarla oynayır. Bu oyunun
təhlükəli olduğunu güman etmək olar, ancaq eyni zamanda Şernerin nəzəriyyəsi ilə ətraflı
tanışlığımızın hər hansı mənası varmı sualını da vermək olar: axı bu nəzəriyyənin sərbəstliyi və
azadlığı hər hansı elmi tədqiqatın qaydalarından daha çox nəzərə çarpır. Burada Şernerin
təliminə qarşı hər hansı tənqidi müdaxilənin qarşısını almaq tamamilə yerinə düşərdi. Bu təlim
insanın, yuxugörmələrə çoxlu diqqət sərf edən və öz təbiəti etibarilə ruhi fəaliyyətlə bağlı
dumanlı məsələlər araşdırmağa son dərəcə meyilli olan insanın öz yuxusundan aldığı
təəssüratlara söykənir. Onun təlimi min illər boyu insanlar üçün sirr olaraq qalan, eyni zamanda
maraqlı olan, ciddi və dəqiq elmlərin mahiyyətini tam inkar etməkdən başqa heç nə əlavə edə
bilmədiyini etiraf etdiyi şeyləri şərh edir. Nəhayət, səmimi olaraq bildirək ki, biz özümüz də o
fikirdə olmuşuq ki, yuxugörmənin mahiyyətini izah etmək istərkən hər cür fantastikadan
yayınmaq çətin ki mümkün olsun. Fantastikanın hətta qanqlioz hüceyrələri də mövcuddur;
səhifə 66-da ayıq və dəqiq tədqiqatçı Binsdən gətirilən və beyin qabığının yatmış hüceyrələr
qrupu arasından sürətlə keçən oyanış Avrorasını əks etdirən sitat fantastikadan və Şernerin
yozum cəhdlərindən geri qalmır. Bundan sonra Şernerin cəhdinin arxasında çox sayda
reallıqların gizləndiyini göstərəcəyimə ümid edirəm. Ancaq bunlar son dərəcə qeyri-müəyyəndir
və yuxugörmə nəzəriyyəsinin iddia edə biləcəyi ümumilik xarakterindən məhrumdur. Hələliksə
Şernerin yuxugörmə nəzəriyyəsi öz tibbi ziddiyyətləri ilə bizə yuxugörmə probleminin həllinin
hazırda daha hansı ifrat uclar arasında tərəddüd etdiyini göstərməlidir.
h) Yuxugörmə ilə ruhi xəstəlik arasındakı əlaqə. Yuxugörmənin ruhi pozuntulara qarşı
münasibətindən danışarkən bunları nəzərdə tutmaq olar: 1. Etioloji və kliniki qarşılıqlı
münasibətlər, məsələn, əgər yuxugörmə psixiotik durumu əvəz edirsə, onun başlanğıcı olursa və
ya ondan sonra qalırsa; 2. Ruhi pozuntu halında yuxugörmənin məruz qaldığı dəyişikliklər; 3.
Yuxugörmə ilə psixoz arasındakı daxili qarşılıqlı əlaqə, daxili yaxınlığı göstərən analogiya. Hər iki
sırada mövcud olan hadisələr arasındakı bu müxtəlif qarşılıqlı əlaqələr əvvəllər də olmuşdur,
hazırda isə Spittanın, Radeştokun, Morinin, Tissyenin göstərdiyi elmi ədəbiyyatdan göründüyü
kimi, həkimlərin sevimli mövzusudur. Bu yaxınlarda Sant-de-Sankti də bu duruma diqqət
yetirmişdir. Bu əlaqələrin mahiyyətini şərh edən sonrakı müəlliflər bunlardır: Fere, İdeler, Laqos,
Pişon, Reji, Vespa, Hissler, Katsodovski, Paşantoni və başqalarıdır.
Radeştok bura material əsasında analogiya da əlavə edir: «Eşitmə, görmə və ümumi
hissiyyat sferasında hallüsinasiyaların və illüziyaların çoxluğu müşahidə olunur. Elementlərin çox
az olması yuxugörmələrdəki kimi iy və dadbilmə hissləri yaradır. Xəstədə də yatanda olduğu kimi
uzaq keçmiş haqqında xatirələr yaranır; yatan və xəstə şəxs ayıq və sağlam adama çoxdan
unudulmuş kimi gələn şeyləri xatırlayır». Yuxugörmə ilə psixozun analogiyası öz mahiyyətini
ailəvi oxşarlıqda taparaq, mimikalara, sifətin ən xırda detallarına qədər uzanır.
«Yuxugörmə fiziki və ruhi xəstəlikdən əziyyət çəkən üçün gerçəklikdə əlçatmaz olanları
açır: özünü yaxşı hiss etmə və xoşbəxtlik; beləcə, ruhi xəstə üçün xoşbəxt və işıqlı mənzərələr,
əzəmət və zənginlik təsvir olunur. Xəyalən rifaha qovuşmaq və arzuları həyata keçirmək
(onlardan imtina etmək dəliliyin psixoloji bazisi olardı) çox vaxt deliriyanın məzmununu yaradır.
Əziz övladını itirmiş qadına analıq səadəti bəxş olunur; müflis olmuş adam dəhşətli dərəcədə
varlanır; aldadılmış qız zərif məhəbbət hiss edir».
(Bu yerdə Radeştok qısa şəkildə arzuların həyata keçməsində yuxugörmə və psixoz üçün
ümumi elementi görən Qrizingerin (s. 111) fikirlərini şərh edir. Şəxsi müşahidələrim mənə
göstərdi ki, yuxugörmənin və psixoz psixoloji nəzəriyyəsinin açarını məhz burada axtarmaq
lazımdır).
Bu analizin köməyi ilə mümkün olduğundan daha dərini, bəlkə də, Kraussun yuxugörmə
ilə dəliliyin qohumluğunu etioloji cəhətdən (daha doğrusu, qıcıqlandırıcı mənbələrin uyğunluğu
ilə) əsaslandırmağa cəhd etməsidir. Onun fikrincə, hər iki element üçün ümumi olan, artıq
eşitdiyimiz kimi, üzvi cəhətdən şərtləndirilmiş hissdir, bütün orqanların duyğularından doğan
ümumi hissiyyatdır (Moridə Peyseyə bax, s. 52).
Birinci nəşrin işıq üzü görməsindən başlayaraq ikinciyə qədər niyə yuxugörmə problemi
ilə əlaqədar ədəbiyyatın nəzərdən keçirilməsini təklif etmədiyimə aydınlıq gətirməliyəm. Bəlkə
də, özümə haqq qazandırmağım oxucuya lüzumsuz görünəcək; buna baxmayaraq, buna
müstəsna dərəcə əməl etmişəm. Məni ədəbiyyatda yuxugörmə problemini nəzərdən keçirməyə
sövq edən motivlər haqqında bu fəsildə danışılıb və bəlkə də bu işin davam etdirilməsi mənə
fövqəladə zəhmət bahasına başa gəlsə də, çox az fayda gətirə bilər. Hazırda haqqında danışdığım
doqquz illik zaman fasiləsi nə təcrübi material toplamağa, nə də yuxugörmə probleminin
anlaşılmasıyla bağlı yeni baxışların formalaşmasına yeni və dəyərli heç bir şey gətirmədi. Mənim
işim digər çoxsaylı elmi işlər arasında toxunulmamış qaldı; o, necə deyərlər, yuxugörmə
tədqiqatçılarının da elə böyük marağına səbəb olmadı, bununla da onlar insana xas olan ən
sarsıdıcı örnəyi – yeni olan hər şeyi inkar etməyi – göstərmiş oldular. «Les savants ne sont pas
curieux» – deyib dahi masqaraçı Anatol Frans. Əgər elmdə revanş hüququ varsa, o halda mənim
də kitabımın ilk nəşri çap olunandan sonra meydana çıxan ədəbiyyata biganə qalmağa haqqım
var. Elmi jurnallarda ortaya çıxan azsaylı məqalələr bu cür ədəbsizlik və qanmazlıqlarla doludur
ki, mən bunlara yalnız öz kitabımın bir də oxunmasını tövsiyə etməklə cavab verə bilərəm. Bəlkə
də, onlardan bu kitabı ilk dəfə oxumalarını xahiş etmək lazımdır!
Yuxugörmə probleminə yanaşmada mənim baxışlarıma yaxın olan yalnız iki əsərin adını
çəkə bilərəm. V.Flissenin psixi həyat təzahürləri əsasında kəşf etdiyi bioloji dövriliyi yaymağa
çalışan (23-28 gün aralığında) gənc filosof Q. Svoboda, yeri gəlmişkən, öz fantastik əsərində bu
açarla yuxugörmənin də sirrini açmışdır (H. Swoboda, Die Perioden des menschliche
Organismus, 1904). Onun əsərində yuxugörmənin mənası çox az şeyə müncər olunur: onların
məzmunu bu gecə birinci və ya neçənci dəfə göstərilən bioloji mərhələlərdən birini başa çatdıran
xatirələrin bir-birinə uyğun gəlməsiylə izah olunur. Müəllifin şəxsi məlumatı əvvəlcə məni onun
özünün öz əsərinə ciddi yanaşmadığı qənaətinə gəlməyə məcbur etdi. Lakin demə yanılmışam;
başqa bir yerdə Svobodanın fikirlərilə bağlı sonuncu fikrimi təsdiqləməyən bir neçə müşahidəmi
misal gətirəcəyəm. Mənimçün son dərəcə gözlənilməz hadisə isə yuxugörmənin başa
düşülməsində mahiyyətcə mənimkinə daha çox uyğun olan yanaşmayla qarşılaşmağım oldu. Bu
əsərin meydana çıxdığı zaman onun mənim kitabımın təsiri altında yazılmasını tamamilə istisna
edir; ona görə də, bütün ədəbiyyat içərisində mənim yuxugörmə təlimimin mahiyyəti ilə üst-üstə
düşən bu əsərin müstəqil düşüncəli müəllifini alqışlamalıyam. Baxışlarıma bənzər fikirlərlə
rastlaşdığım kitab 1900-cu ildə Linkuesin «Realistin fantaziyaları» adıyla ikinci dəfə nəşr olunub.
Kitabıma verdiyim ad özü yuxugörmə anlayışını hansı ənənə ilə bağladığım haqda
məlumat verir. Mən qarşıma yuxuların yozulmasının mümkünlüyünü göstərmək məqsədi
qoymuşdum və problemin işıqlandırılmasına əlavələr mənə yalnız əsil məsələni həll etmək üçün
lazımdır. Yuxugörmənin yozulmasının mümkünlüyünü güman etməklə mən yuxugörmələr
haqqında hökmran olan təlimlə, ümumiyyətlə Şernerin təlimi istisna olmaqla bütün təlimlərlə
dərhal ziddiyyətə girmiş oluram, çünki «yuxugörməni yozmaq» onun «mənasını» açmaq, onu elə
bir şeylə əvəz etməkdir ki, həmin tam hüquqlu və tam dəyərli halqa kimi ruhi prosesimizin
ümumi zəncirinə daxil ola bilsin. Artıq gördüyümüz kimi, yuxugörməylə bağlı elmi nəzəriyyələrə
yuxuların yozulması problemi daxil deyil, çünki yuxugörmə onlarda. ümumiyyətlə, ruhi akt yox,
təkcə somatik prosesdir. Əks halda yuxugörməyə, demək olar ki, həmişə geniş publikanın nəzər
nöqtəsindən baxılır. Geniş kütlə yuxugörməni anlaşılmaz və absurd hesab etsə də, qeyri-ardıcıl
olmağı özünün haqqı hesab edir, lakin yuxugörmələrin arxasında olan hər hansı mənanı inkar
etməyə də qərar verə bilmir. Qeyri-müəyyən ön duyğunu rəhbər tutan kütlə yuxugörmənin, hər
halda, müəyyən mənası olduğunu güman edir, bəlkə də, bu gizlidir, başqa bir fikri prosesi əvəz
edir və bu gizli mənanı çözmək üçün həmin əvəzetmənin doğru açılmasının zəruriliyinə inanır.
Ona görə də, geniş kütlə həmişə yuxugörmələri «yozmağa» çalışmış və bu zaman
mahiyyət etibarilə fərqli olan iki üsuldan istifadə etmişdir. Bu üsullardan birincisi yuxugörmənin
məzmununu bütöv şəkildə nəzərdən keçirir və onu daha aydın olan, müəyyən mənada analoji
məzmunla əvəz etməyə çalışır. Bu yuxugörmələrin simvolik yozumudur; o, yəqin ki, elə lap
başdan iflasa uğrayır və həmin yuxugörmələr anlaşılmaz olmaqla bərabər, həm də qarışıq və
xaotik görünür. Bibliyadakı Yusifin fironun yuxularını yozarkən eyni üsuldan istifadə etməsi buna
misaldır. Yeddi kök inəyin ardınca onları yeyən yeddi arıq inəyin gəlməsi Misirdə baş verəcək
yeddiillik aclığın qabaqcadan xəbər verilməsinin simvolik əvəzlənməsidir, bu illər bolluq illərində
hər şeyi udacaq26. Poetik fantaziyaların yaratdığı süni yuxugörmələrin əksəriyyəti bu tipli
simvolik yozumlar üçün nəzərdə tutulur, çünki onlar şairin fikirlərini pərdələnmiş, yuxularımızın
məlum xüsusiyyətlərinə uyğunlaşdırılmış şəkildə ifadə edir. Yazıçı İensenin «Qradiva»
novellasında təsadüfən çox məharətlə uydurulmuş bir neçə süni yuxugörmə tapdım, onları sanki
müəllif uydurmamış, həqiqətən real şəxs görmüşdü.
Yazıçı sualıma cavab olaraq bəyan etdi ki, təlimimlə tanış deyil. Mən araşdırmamın
yazıçının yaradıcılığı ilə uyğun gəlməsindən yuxugörmə təhlillərimin doğruluğunu isbat etmək
üçün istifadə etdim (mənim «Qradiva»da V.İensenin sayıqlama və yuxuları» broşürümə baxın,
rusca tərcüməsinə «Həyat və ruh» (1912) nəşrində baxın). Yuxugörmənin guya gələcəklə
maraqlanması, gələcəyi görə bilməsi fikri əvvəllər yuxugörməyə sırınan peyğəmbərlik rolunun
qalığıdır və sonradan yuxugörmədə gələcək zamana aid edilən mənanın simvolik yozumunu
oyadan motivə çevrilir.
Bu simvolik yozuma necə yol tapmaq olar? Bu barədə, yəqin ki, heç bir dəqiq söz
söyləmək olmaz. Uğur müdriklikdən, subyektin bilavasitə intuisiyasından asılıdır, buna görə də,
yuxugörmələrin rəmzlər vasitəsilə yozulması aydındır ki, tamamilə xüsusi istedadla bağlı olan
incəsənətdən asılıdır. Aristotelin fikrincə, yuxuları ən düzgün şəkildə bənzərlikləri ən yaxşı tuta
bilən adam yoza bilər; çünki yuxugörmə obrazları suda əks olunan obrazlara bənzəyir,
tərpənəndə təhrif olunur və onları hamıdan yaxşı həqiqəti təhrif olunmuş şəkildə anlaya bilənlər
tapa bilər (Byuşenşyuts, s. 65). Ancaq yuxuların yozulmasının digər populyar üsulu bundan
uzaqdır. Bu üsulu «şifrələmə» adlandırmaq olar, çünki bu üsul yuxugörməyə özünəməxsus şərti
bir şifrə kimi yanaşır, həmin şifrəyə görə hər bir əlamət əvvəlcədən hazırlanmış açarla mənası və
mahiyyəti hamıya bəlli olan başqa bir əlamətlə əvəz oluna bilər. Məsələn, mən yuxuda məktub,
onun ardınca dəfn mərasimi və sairə gördüm: «yuxuyozma» kitabına baxıram, «məktub» –
«xiffət» mənası, «dəfn mərasimi» isə «nişanlanma» və başqa mənalar verir. Bundan sonra bu
anlayışları əlaqələndirmək və gələcəklə bağlamaq, əlbəttə, məndən asılıdır. Bu şifrələmənin
onun mexanikliyini müəyyən dərəcədə düzəldən maraqlı variantı Daltisli Artemidorun yuxu
yozumları haqqında əsəridir. Eramızın təxminən ikinci yüzilliyinin əvvəllərində anadan olan
Daltisli Artemidordan bizə yunan-roma aləmində yuxuların yozulmasının araşdırılmasıyla bağlı
olduqca bitkin və mükəmməl bir araşdırma qalıb. Hompersin qeyd etdiyinə görə, o, yuxuların
yozumunu müşahidə və təcrübə əsasında həyata keçirir, onun yozma sənəti digər aldadıcı
üsullardan fərqlənirdi. Hompersin şərhinə görə, onun sənətinin prinsipi magiya, assosiasiya
prinsipi ilə eynidir. Yuxugörmə elementi xatırlatdığı mənanı verir. O, yuxuyozana nə xatırladırsa,
o da başa düşülür. Sərbəstliyin və etibarsızlığın tükənməz mənbəyi eyni yuxugörmə elementinin
bir yozumçuya bir, digərinə isə tamamilə başqa şeyi xatırlatması faktındadır. Bundan sonra şərh
edəcəyim texnika antik texnikadan bu yeganə mühüm məqamla fərqlənir: o, yozma işini
yuxugörənin özündən tələb edir. Bu texnika yuxugörmənin bu və ya digər elementilə bağlı,
yuxuyozanın deyil, yuxugörənin ağlına gələn şeyə diqqət yetirir. Missioner Tfinkditin (Anthro-
pos, 1913), ən yeni məlumatlarına görə, Şərqin müasir yuxuyozanları da yozumda yuxugörənin
iştirakına böyük əhəmiyyət verirlər. Bir şahid Messopotomiyalı ərəb yuxuyozanlar haqqında
deyir: «Yuxugörmənin mənasını yaxşı izah etmək üçün, ən ağıllı yuxuyozanlar yuxunu yaxşı
yozmaq üçün onlara müraciət edən şəxsin bütün təfərrüatlar haqqında yaxşıca sorğu-suala
tutulmasını zəruri sayırlar. Yuxuyozanlar bütün suallarına cavab almayana qədər izahat
verməkdən imtina edirlər».
Bu suallar içərisində hər zaman ailənin yaxın üzvlərilə (valideynlər, arvad, uşaqlar) bağlı
ətraflı məlumatları aydınlaşdıran suallar, o cümlədən tipik «yuxudan əvvəl cinsi əlaqədə
olmusunuzmu?» sualı olur. – «Yuxugörmənin yozumunun əsas ideyası – yuxunun məzmununu
onun əksilə dəyişməkdir».
Burada yalnız yuxunun məzmunu deyil, yuxugörənin özünün şəxsiyyəti və həyat şəraiti
də nəzərə alınır, belə ki, yuxugörməyə aid eyni element zəngin, evli və natiq bir insan üçün bir,
yoxsul, subay və tacir olan digəri üçün başqa məna kəsb edir. Bu üsulun ən mühüm cəhəti
yuxunun bütövlükdə deyil, ayrı-ayrı elementlər şəklində yozulmasıdır, sanki yuxugörmə hər bir
hissəsinə xüsusi əhəmiyyət verilən konqlomeratdır. Bu üsulun yaramasının əsas səbəbi, təbii ki,
rabitəsiz, dolaşıq yuxulardır. Doktor Alf Robitzek mənim diqqətimi Şərq yuxuyozma kitablarına
yönəldir (onlarla müqayisədə bizimkilər miskin yamsılamadır), bu kitablarda yuxugörmənin
elementləri daha çox sözlərin oxşarlığı və səs tərkibinin bənzərliyinə görə yozulur27. Bu
analogiya dilimizə tərcümə edildikdə, şübhəsiz, mənasını itirir və nəticədə bizim xalq yuxuyozma
kitablarındakı yozumlar qəribə görünür. Qədim Şərq mədəniyyətindəki bu möhtəşəm söz oyunu
ilə bağlı Hüqo Vinkler daha ətraflı danışır. Yuxuların yozumuna dair qədim dövrdən bizə qədər
gəlib çatmış daha parlaq nümunə söz oyununa əsaslanır. Artemide xəbər verir (s. 255):
«Aristandr makedoniyalı İsgəndərə onun yuxusunu çox uğurla yozdu. O, Tiri mühasirəyə alanda
şəhərin inadlı mübarizəsindən dilxor olub, yuxusunda qalxanının üzərində rəqs edən Satiri
(yunan əsatirində: şərab və kef allahı, Vakxın əyyaşlıq yoldaşı) görüb; Aristandr təsadüfən Tirin
yaxınlığında, suriyalılara qalib gələn kralın məiyyəti arasında imiş. O, «satir» (Zatupos) sözünü
tərkib hissələrinə ayırıb (Za n fupos), kralın mühasirəni səylə aparıb, şəhəri almasına kömək edir.
(Satupos – «Tirin sənin»)”. Beləliklə, yuxugörmə öz sözlü ifadəsilə o qədər sıx bağlıdır ki, Ferensi
tamamilə haqlı olaraq hər bir dilin öz yuxugörmə dili olduğunu qeyd edir. Adətən yuxugörmə
başqa dillərə tərcümə olunmur və mənə də elə gəlir ki, bu kitaba bənzər kitab da başqa dillərə
tərcümə oluna bilməz. Buna baxmayaraq, doktor A.A.Brillyu «Yuxuların yozumunu» Nyu-Yorkda
ingilis dilinə çevirə bilib (London, 1913, George Alien amp; Co, Ltd), psixoanalitiklər doktor Hollos
və doktor Ferensi macar tərcüməsi üzərində işləməyə başlayıblar (1918).
Mövzunun elmi cəhətdən nəzərdən keçirilməsi üçün populyar olan hər iki yuxuyozma
üsulunun yaramadığı, əlbəttə, aşkardır. Simvolik üsul tətbiq olunmaq üçün son dərəcə məhdud
imkanlara malikdir və ümumi rola az və ya çox dərəcədə iddia edə bilməz. Şifrləmə üsulunda isə
hər şey «açarın», «yuxuyozma kitabının» etibarlı mənbə olmasına istiqamətlənib, buna isə, təbii
ki, heç bir təminat yoxdur. İstər-istəməz filosof və psixiatrlarla razılaşaraq yuxuları yozmaq
problemindən imtina etmək istəyir, buna lüzumsuz və qeyri-real bir iş kimi baxırsan. Bu kitabı
bitirdikdən sonra əlimə Ştrumpfın yuxugörmənin mənasız olmadığını və yozula biləcəyini sübut
etmək məsələsində mənimlə eyni qənaətdə olan əsəri düşdü. Lakin yozma onda alleqoriyalı
simvolikanın köməyi ilə, bu üsulun ümumi tətbiqinin zəmanəti olmadan həyata keçirilir. Ancaq
mən tamamilə başqa fikirdəyəm. Mən əmin oldum ki, burada yenə qarşımıza çıxan öncül
məsələlərdən biri xalq inancının həqiqətə müasir elmi mühakimələrdən daha yaxın olmasıdır.
Yuxugörmənin həqiqətən önəmli olduğunu və onun elmi cəhətdən yozulmasının mümkünlüyünü
təsdiq etməyi özümə borc bilirəm. Bu nəticəyə aşağıdakı yolla gəlmişəm.
Uzun illərdir ki, müalicə məqsədilə bir çox psixopatoloji hadisələri, isterik fobiyaları,
beyindən çıxmayan təsəvvürləri və s. öyrənirəm. Cozef Breyerin23 bir mühüm məlumatı
əsasında əmin oldum ki, xəstəlik simptomları kimi qəbul olunmuş belə təzahürlərin açılması və
bərpa olunması bir-biriylə üst-üstə düşür (Breuer und Freud. Sludien iiber Hysteric, Wien. 1895,
3. Aufl. 1916). Bu tipli patoloji hadisəni xəstənin ruhi həyatından qaynaqlanan ayrı-ayrı
elementlərlə əlaqələndirməyə nail olanda bununla da o aradan qalxır və xəstə ondan qurtulur.
Bizim digər terapevtik cəhdlərimizin gücsüzlüyü və bu durumun müəmmalığı halında mən
hədəfə çatmaq yolundakı çoxsaylı çətinliklərə baxmayaraq, Breyerin açdığı yolla getməyi
məqsədəuyğun saydım. Bu üsulun texnikasının sonda necə formalaşması, çalışmalarımın
nəticəsinin necə olduğu barədə sonra danışmaq imkanımız olacaq. Həmin psixoanalitik
məşğələlər zamanı mən yuxugörmələrin yozumu ilə qarşılaşdım. Bu məsələylə bağlı ortaya çıxan
bütün duyğu və düşüncələrini mənə danışmağa məcbur etdiyim pasiyentlər mənə öz yuxularını
danışdılar və bununla göstərdilər ki, yuxugörmə həmin patoloji ideyalardan xatirələrin
dərinliyinə uzanan psixoloji zəncirdə qapanıb qala bilər. Artıq yuxugörmənin özünü simptom
kimi nəzərdən keçirmək və ona da sonuncuya tətbiq olunan eyni yozma üsulunu tətbiq etmək
çətin deyildi29.
Bununçün, əlbəttə, xəstənin məlum psixi hazırlığı zəruridir. Ondan iki şey tələb olunur:
onun psixi xatirələrinə diqqətin artırılması və tənqidin aradan qaldırılması (bunun köməyilə o
adətən beynində yaranan fikirlərin seçimini aparır). Öz-özünü diqqətlə müşahidə edə bilməsi
üçün sakit vəziyyətdə olması və gözlərini yumması məqsədəuyğundur; qavranılan fikir və
duyğularla bağlı tənqidin aradan qaldırılması xüsusilə vacibdir. Ona demək lazımdır ki,
psixoanalizin uğuru onun beynindən keçən və ona əhəmiyyətsiz, absurd, ya da mövzuya dəxli
olmayan kimi görünən fikirləri boğmağa cəhd etməyən hər şeyi görməsində və xəbər
verməsindədir; ona görə ki, o, yuxugörmənin, beyninə girən fikrin və sairənin arzu etdiyi
yozumunu tapa bilmədiyi təqdirdə məhz bu tənqid mühüm rol oynayardı.
Burada tənqidi aradan qaldırılmış fikirlərin xəyali «sərbəst axını» ilə bağlı tələb
mexanizmi çoxları üçün son dərəcə çətindir. «Arzuolunmaz fikirlər» adətən onların zahirə
çıxmasına mane olan güclü müqavimətə səbəb olur. Ancaq bizim böyük mütəfəkkir şairimiz Fr.
Şillerə inansaq, eyni proses poetik yaradıcılıq üçün də zəruridir. Otto Rankın verdiyi məlumata
əsasən, Şiller Kernerlə yazışmalarının birində dostunun şikayətinə onun qeyri-kafi qabiliyyəti ilə
cavab verir: «Belə şikayətlərin səbəbi, mənə elə gəlir ki, sənin ağılının sənin təxəyyülünü buna
məcbur etməsidir. Mən burada bir fikir söyləyib, ona müqayisəylə qüvvət verəcəyəm. Əgər ağıl
ortaya çıxan fikirləri sanki onların niyyətini izləyərək son dərəcə kəskin tənqid edirsə, məncə, bu
ziyanlıdır. İdeya öz təcrid olunmuş durumunda, bəlkə də, son dərəcə miskin və təhlükəlidir,
ancaq digər şeylərlə və özündən sonra gələnlərlə birlikdə o, fövqəladə dərəcədə əhəmiyyətli ola
bilər; bu və ya digər ideyalarla, ayrı-ayrılıqda eyni cür əhəmiyyətsiz ideyalarla o, fikirlərin çox
maraqlı və əhəmiyyətli gedişatını əks etdirə bilər. Əgər ideya yerdə qalanlarla birlikdə nəzərdən
keçirilənədək ağıl onu qoruyub saxlaya bilmirsə, bütün bunlar haqqında mühakimə yürüdə
bilməz. Bunun əksinə, yaradıcı başdakı ağıl keşikçiləri qapıdan götürür, ideyalar nizamsız şəkildə
axdıqdan sonra onlara göz atır, hamısını birlikdə nəzərdən keçirir. Siz, cənab tənqidçilər, anidən
gələn dəlilikdən utanır və qorxursunuz, ancaq bu hər bir yaradıcı ağılda müşahidə olunur və
düşünən sənətkarı xəyalpərəstdən onun müddəti fərqləndirir. Sizin səmərəsizlikdən
şikayətləriniz də buradan qaynaqlanır: siz fikirləri həddindən artıq erkən aradan qaldırır və
həddindən artıq ciddi şəkildə çeşidlərə ayırırsınız» (1 dekabr, 1788-ci il tarixli məktub).
Bu üsulun tətbiqi zamanı ilk addım öyrədir ki, diqqət obyekti olaraq yuxugörməni
bütövlükdə deyil, onun məzmununun ayrı-ayrı elementlərini götürmək lazımdır. Əgər təcrübəsiz
pasiyentdən «Bu yuxunu görməyinizə nə səbəb olub?» soruşsam, o adətən öz əqli üfüqündə heç
nə tapa bilməyəcək; odur ki, yuxunu ayrı-ayrı hissələrə bölməli oluram və o hər bir hissəyə aid
xeyli fikir söyləyir ki, bu fikirləri yuxugörmənin bu elementlərinin «gizli fikirləri» hesab etmək
olar. Mənim yuxuları yozma üsulum bu ilkin vacib şərti ilə artıq populyar, tarixi və əfsanəvi
simvollaşdırma üsulundan fərqlənir və digər üsul olan «şifrələmə» metoduna yaxınlaşır. O da
sonuncu kimi, en masse yox, on detail yozma deməkdir: sonuncu kimi o da yuxugörməni
əvvəldən axıra qədər psixi hadisələrin konqlomeratı kimi götürür.
Əsəb xəstələrinə tətbiq etdiyim psixoanalizlərim zamanı, yəqin ki, bir neçə min
yuxugörmə yozmalı olmuşam, ancaq yuxuları yozmanın texnikası və mahiyyətinə giriş üçün
burada bu materialdan istifadə etmirəm. Bu yuxugörmələrin nevropatların yuxusu olduğu və
sağlam adamların yuxuları ilə analogiya aparmağa imkan vermədiyinin mənə irad tutulacağını bir
kənara qoyub, onlara müraciət etməməyimin başqa səbəbindən danışmaq istəyirəm. Bu
yuxugörmələrin aid olduğu mövzu, əlbəttə ki, hər zaman bu nevrozun əsaslandığı xəstəlik
tarixidir. Buna görə də, hər bir yuxugörmə üçün həddən artıq geniş yayılmış ön informasiya və
psixonevrozun mahiyyəti, etioloji şərtlərilə tanışlıq tələb olunur; bütün bunlar yüksək dərəcədə
maraqlıdır, ancaq, yəqin ki, bizim fikrimizi yuxugörmə probleminin özünün həllindən
uzaqlaşdırardı. Mənim məqsədim isə, əksinə, yuxuları yozmaqla daha çətin və mürəkkəb olan
nevroz psixologiyasının həllinə zəmin hazırlamaqdan ibarətdir. Əgər əsəb xəstələrinin
yuxugörmələrindən, öz başlıca materialımdan imtina edirəmsə, onda başqa materialla bağlı
həddən artıq inadkar olmamağa haqqım var. Mənə yalnız sağlam adamların təsadüfən danışdığı
və yuxugörmə problemi ilə bağlı ədəbiyyatdan tapdığım yuxular qalır. Təəssüf ki, bütün bu
yuxugörmələr analizdən məhrumdur, bunsuz isə mən yuxugörmənin mənasını aça bilmərəm.
Mənim üsulum populyar olan şifrələmə metodu qədər rahat deyil, çünki şifrələmə üsulu
yuxugörmələrin məzmununu daimi açar vasitəsilə açır; mən, əksinə, müxtəlif adamların fərqli
şəraitlərdə gördüyü eyni yuxuların tamamilə fərqli mənalar verə biləcəyinə hazıram30. Bütün
bunlara görə, mən daha zəngin və rahat material kimi öz şəxsi yuxularımdan istifadə etməyə
çalışıram; əvvəla bunlar kifayət qədər normal bir şəxsiyyətin yuxularıdır, ikincisi də, gündəlik
həyatın ən müxtəlif sahələrinə toxunur. Oxucular belə «öz analizin» etibarlılığına şübhə edə
bilərlər. Burada, əlbəttə, bir qədər sərbəstlik istisna olunmur. Lakin mənim fikrimcə,
özünümüşahidə başqalarını müşahidə etməkdən qat-qat rahat və məqsədəuyğundur;
özünüanalizin yuxugörmələrin yozulmasında hansı rolu oynadığını bütün hallarda
müəyyənləşdirməyə cəhd etmək olar. Digər əhəmiyyətli və böyük çətinliyi öz daxilimdə aşmalı
oldum. İnsan öz ruhi həyatının intim təfərrüatlarını açmaqla bağlı anlaşılan qorxu hiss edir:
həmişə ətrafdakıların anlayışsızlığı ilə qarşılaşmaq riski var. Ancaq bu qorxunu dəf etmək
lazımdır. «Hər bir psixoloq, – Delbef yazır, – öz zəifliyini etiraf etməlidir, əgər bu etiraf ona hər
hansı problemi açmağa imkan verirsə». Mənə elə gəlir ki, oxucuda da intim təfərrüatlarla bağlı
əvvəl yaranan maraq tezliklə öz yerini müstəsna olaraq bununla işıqlanan psixoloji problemin
dərinliklərinə verəcək.
Ona görə də, öz yozma üsulumu şəxsi yuxularımdan birini misal gətirərək izah edəcəyəm.
Hər bir belə yuxunun ilkin informasiyaya ehtiyacı var. Oxucudan mənim maraqlarımı
özününkünə çevirməsi və mənimlə birlikdə həyatımın təfərrüatlarına baş vurması üçün bir neçə
dəqiqəsini xahiş edəcəyəm, çünki belə bir zəruri köçürməni yuxugörmənin gizli mənasına maraq
tələb edir.
İlkin informasiya: 1895-ci ilin yayında mənimlə və ailəmlə sıx dostluq edən bir gənc
xanımı psixoanalizə cəlb etməli oldum. Tamamilə aydındır ki, münasibətlərin bu cür qarışması
həkim, xüsusilə də psixoterapevt üçün hər cür xoşagəlməz hadisələrin mənbəyi ola bilər.
Həkimin şəxsi marağı onun nüfuzundan daha əhəmiyyətlidir. Uğursuzluq yaxın pasiyentlərlə
dostluğa son qoya bilər. Mənim müalicəm qismən uğurla nəticələndi, xəstəm isterik qorxudan
qurtuldu, ancaq bütün somatik simptomlardan xilas ola bilmədi. O zaman mən isteriyanın tam
başa çatdığını bildirən əlamətlərdən tamamilə əmin deyildim, ona görə də, pasiyentimə
qəbuledilməz görünən «çözüm» təklif etdim. Onunla fikrimiz üst-üstə düşmədiyindən yayın
ortasında müalicəni dayandırmalı olduq. Günlərin bir günü gənc bir həmkarım yanıma gəldi, o,
yaxın dostlarımdan biriydi, bu yaxınlarda pasiyentim İrmanın və ailəsinin qonağı olmuşdu.
Dostumdan İrmanın necə olduğunu soruşdum və cavab belə oldu: qismən yaxşıdır, amma tam
yox. Dostum Ottonun bu sözləri yaxşı yadımdadır, çünki onların deyiliş tonu məni
əsəbiləşdirmişdi. Mənə elə gəldi ki, bu sözlərdə qınaq var, yəni guya mən pasiyentə həddən artıq
çox şey vəd etmişəm. Müalicəmdən xoşlanmadıqlarını artıq çoxdan hiss etdiyim pasiyentimin
doğmalarının mənə qarşı olan xəyali qərəzlərini Ottoya izah etdim. Lakin ovqatım təlx və kifayət
qədər dumanlı olsa da, heç nəylə büruzə vermirdim. O axşam İrmanın xəstəliyinin yetərincə
ətraflı tarixçəsini yazdım, onu özümə bəraət qazandırmaq üçün bizim ümumi dostumuz və son
dərəcə məşhur həkim doktor M.-ə verəcəkdim. Elə həmin gecə (daha doğrusu, səhərə yaxın)
aşağıdakı yuxunu gördüm və oyanan kimi dərhal yazdım.
Böyük bir zalda çoxlu qonaq qəbul edirik. İrma da onların arasındadır. Mən onun
qolundan tutub sanki yazdığı məktuba cavab vermək istəyirəm və onu mənim «çözümümü»
qəbul etmədiyinə görə qınayıram. Ona deyirəm: «Əgər hələ də ağrın varsa, bunun günahı
özündədir». O cavab verir: «Kaş ki boğazımın, mədəmin və qarnımın necə ağrıdığını biləydin,
məni əməlli-başlı qıc edir». Mən qorxub ona baxıram. Onun rəngi ağarıb, sifəti şişib. Ağlıma gəlir
ki, bəlkə də hansısa üzvi xəstəliyini sezməmişəm. Onu pəncərənin qarşısına aparıb, boğazına
baxıram. O, taxma dişləri olan bütün qadınlar kimi yüngülcə müqavimət göstərir. Öz-özümə
düşünürəm ki, axı bütün bunlar ona qətiyyən lazım deyil. O, ağzını açır, mən əvvəlcə ağ böyük
ləkə görürəm, bir az arxada isə burun boşluğuna oxşayan şiş var; mən onun bozumtul qabığını
görürəm. Dərhal doktor M.-i çağırıram, o müayinəni təkrarlayıb, təsdiqləyir… Doktor M.-in
görkəmi həmişəkindən tamamilə fərqlidir. Çox solğundur, axsayır və nədənsə saqqalı da
yoxdur… Dostum Otto artıq mənim yanımda dayanıb, dostum Leopold isə İrmanın ağ ciyərlərini
yoxlayır və deyir: «Onda sol aşağı tərəfdə zəifləmə var». O həm də sol çiyindəki infiltrasiyanı (1)
süzülmə, sızma; 2) orqanizmin hüceyrə və toxumalarına yad maddələrin keçməsi və orada
toplanması) göstərir (əynindəki paltara baxmayaraq, bunu mən də onun kimi hiss edirəm)… M.
deyir: «Bu, şübhəsiz infeksiyadır. Ancaq eybi yoxdur, onda dizenteriya olacaq və zəhər gəlib
töküləcək…» İnfeksiyanın haradan qaynaqlandığını biz də dərhal anlayırıq. Bu yaxınlarda xəstə
özünü pis hiss edərkən dostum Otto ona propila, propilen… propilen turşusu… trimetilamin
(onun formulunu gözlərim önündə açıq-aydın görürəm) vurub… Belə iynəni düşünmədən
vurmaq olmaz… Çox güman ki, şpris də tam təmiz olmayıb31.
Bu yuxunun başqaları qarşısında bir üstünlüyü var. Yuxunun ötən günün hansı hadisəsi ilə
bağlılığı, hansı mövzuya aid olduğu dərhal aydın olur. Ottonun İrmanın səhhəti ilə bağlı verdiyi
informasiya, axşamdan xeyli keçənədək onun xəstəlik tarixçəsini yazmağım mənim ruhi
fəaliyyətimi yuxu zamanı da məşğul edib. Buna baxmayaraq, ilkin məlumatla və yuxunun
məzmunu ilə tanış olmayan heç kəs mənim yuxumun nə məna verdiyini tapa bilməz. Bunu heç
mən özüm də bilmirəm. Yuxuda İrmanın mənə söylədiyi xəstəlik simptomlarına təəccüb edirəm,
çünki həmin simptomlar mənim müalicə etdiklərimə qətiyyən oxşamır. Mən propilen turşusu
iynəsi haqda mənasız ideyaya və doktor M.-in təsəllisinə gülümsəyirəm. Yuxunun sonu mənə
əvvəlindən dumanlı və anlaşılmaz gəlir. Bütün bunları yozmaq üçün, təfərrüatlı analizdən
istifadə edirəm.
Analiz:
Böyük zalda qəbul etdiyimiz çoxlu qonaq. Biz o yay Belvyu küçəsində kiçik təpənin
üzərindəki bir evdə yaşayırdıq. Ev bir vaxtlar restoran olub, ona görə də otaqları çox hündürdür
və zala oxşayır. Bütün bunlar bu evdə mənim yuxuma arvadımın doğum gününə bir neçə gün
qalmış girib. Gündüz arvadım mənə dedi ki, doğum günü çoxlu qonaqlarımız olacaq, İrma da
gələcək. Mənim yuxum həmin sözlərdən istifadə edib: arvadımın doğum günü, çoxlu adam,
onların arasında olan İrma, biz qonaqları Belvyudakı evin böyük zalında qəbul edirik.
Mən İrmanı mənim «çözümümü» qəbul etməməkdə qınayıram: ona deyirəm: «Əgər hələ
də ağrın varsa, bunun günahı özündədir». Bunu ona ayıqlıqda da deyə bilərdim, bəlkə də,
demişəm. O zaman o fikirdəydim (sonradan fikrimi dəyişdim) ki, mənim vəzifəm xəstəyə onun
simptomlarının gizli mənalarını söyləməklə məhdudlaşır: müalicənin bütün uğuru onların
«qərar» qəbul edib-etməməsindən asılıdır və buna görə mən məsuliyyət daşımıram32. Mənim
mövcudluğumu bir müddət asanlaşdırdığına görə artıq aradan qalxmış səhvimə minnətdaram,
çünki bütün labüd biliksizliyimə rəğmən terapevtik uğur qazanmalıydım. İrmaya dediyimi
cümlədən hiss edirəm ki, hər şeydən öncə onun hiss etdiyi bu ağrılara görə, günahkar olmaq
istəmirəm. Əgər onlara görə İrma özü günahkardırsa, o halda mən necə günahkar ola bilərəm?
Bəlkə yuxunun mənasını bu istiqamətdə aparaq?
İrmanın şikayətləri: boğazda, mədədə, qarında ağrı onu tamamilə qıc edir. Mədə ağrısı
mənim pasiyentimin adi xəstəlik simptomlarından biridir, ancaq əvvəllər onu elə də narahat
etmirdi, o yalnız ürəkbulanmadan və qusmadan şikayətlənirdi. Boğaz ağrısı isə onun
xəstəliyində, demək olar ki, heç bir rol oynamırdı. Yuxugörmənin niyə məhz bu simptomlar
üzərində dayandığına təəccüb edirəm, ancaq hələlik bu mənimçün qaranlıqdır.
Pasiyentimin sifətinin rəngi həmişə çəhrayı olurdu. Yuxuda onun başqa üzlə əvəzləndiyini
güman edirəm.
Bu tamamilə təbiidir, hər tərəfdə, demək olar ki, müstəsna olaraq əsəb xəstələrini görən
və demək olar, başqa həkimlərə üzvi görünən bütün təzahürləri isteriyaya aid etməyə öyrəşmiş
peşəkar qorxusudur. Digər tərəfdən qorxumun o qədər də vicdanlı olmamasıyla bağlı yüngül
şübhə bürüdüyü fikrinin haradan qaynaqlandığı düşüncəsi mənə hakim kəsilir. Əgər İrmanın
ağrılarının üzvi əsası varsa, mən onu yenidən müalicə etməməliyəm. Mənim müalicəm yalnız
isterik ağrıları aradan qaldırır. Mənə az qala elə gəlir ki, sanki diaqnoz qoymaqda belə səhvin
olmasını istəyirəm və bununla da uğursuz müalicəylə bağlı qınaq aradan qalxır.
Onu pəncərənin qarşısına aparıb, boğazına baxmaq istəyirəm. o, taxma dişləri olan bütün
qadınlar kimi yüngül müqavimət göstərir. Düşünürəm ki, axı bütün bunlar ona lazım deyil. Mən
heç vaxt İrmanın boğazına baxmamışam. Yuxugörmə mənə bu yaxınlarda gənc və gözəl qadın
təsəvvürü yaradan bir qulluqçunu müayinə etdiyimi xatırladır; o, ağzını açmazdan öncə öz
protezini gizlətməyə çalışdı. Həkim müayinələri və kiçik sirlər barədə bu zaman açılan başqa
xatirələr də məhz bununla bağlıdır. «Axı bu ona lazım deyil» – İrma üçün komplimentdir. Lakin
mən başqa bir mənadan da şübhələnirəm. Diqqətlə analiz edində bütün gizli fikirlərin sərf
olunub-olunmadığını hiss edirsən. İrmanın pəncərənin qarşısında dayandığı poza qəflətən başqa
bir xatirəni yadıma salır. İrmanın mənim çox böyük hörmət etdiyim yaxın bir rəfiqəsi var. Bir dəfə
axşam onun yanına gedərkən onu pəncərənin qarşısında bu vəziyyətdə görmüşdüm və həkimi
olan həmin doktor M. mənə dedi ki, onun boğazında difterit ləkələri var. Doktor M.-in şəxsiyyəti
və ləkələr yuxugörmənin sonrakı gedişində meydana çıxır. Yadıma düşür ki, son aylar İrmanın
rəfiqəsinin də isteriya xəstəsi olması barədə çox düşünmüşəm. Hətta İrma özü də bu barədə
mənə danışıb. Ancaq onun vəziyyəti haqqında nə bilirəm? Yalnız onun da, İrmanı yuxuda
gördüyüm kimi, boğazının isterik sıxılmasından əziyyət çəkdiyini. Beləliklə, yuxugörmə mənim
pasiyentimi onun rəfiqəsi ilə əvəz edib. Daha sonra yadıma düşür ki, onun rəfiqəsinin də xəstəlik
simptomlarından xilas olmaq üçün mənə müraciət edə biləcəyi barədə tez-tez düşünmüşəm.
Ancaq bunu inandırıcı saymamışam, çünki onun son dərəcə gizli təbiəti var. Başqa bir izahat
bunun ona lazım olmadığı mənasına gələ bilərdi, çünki o həqiqətən hələ də hər cür kənar yardım
olmadan da özünü çox gözəl idarə edir. Lakin həm İrmaya, həm də rəfiqəsinə uyğun gəlməyən
bir neçə detal qalır: solğunluq, şişkin görünüş, protez dişlər. Protez dişlər məni yuxarıda
xatırladığım qulluqçunun üzərində dayanmağa sövq edir; mən pis dişlər izahatıyla
kifayətlənməyə meyilliyəm. Ancaq birdən bu detalların aid ola biləcəyi başqa bir qadını
xatırlayıram. Mən onu da müalicə edirəm, ancaq onun pasiyentim olmasını istəmirəm, çünki
məndən utandığını hiss etmişəm, ona görə də, müalicə etmək çətin olacaq. O adətən çox solğun
və bəzən sifəti şişkin olur. İndiyədək izahı olmayan qarın ağrısını da həmin üçüncü şəxsə aid
etmək olar. Söhbət, əlbəttə ki, mənim arvadımdan gedir: qarın ağrısı mənə onun qorxduğu bir
hadisəni xatırladır. Etiraf etməliyəm ki, mən bu yuxugörmədə arvadıma və İrmaya o qədər də
nəzakətli yanaşmıram, ancaq onları yaxşı və sözəbaxan pasiyent idealı ilə müqayisə etməyim
faktı üzrxahlıq anlamına gələ bilər. Beləliklə, mən öz pasiyentim İrmanı müalicəyə eyni dərəcədə
müqavimət göstərə biləcək iki başqa qadınla müqayisə etdim. Bəs niyə yuxuda onu rəfiqəsi ilə
qarışdırmışam? Bəlkə bu dəyişikliyi bilərəkdən etmişəm. Bəlkə, İrmanın rəfiqəsi məndə daha çox
rəğbət doğurur, yaxud onun intellektuallığı haqda daha yüksək fikirdəyəm. Məsələ burasındadır
ki, mən İrmanı ağıllı qadın saymıram, çünki o mənim müalicəmdən razı qalmayıb. O biri özünü
daha ağıllı aparar və yəqin ki, mənimlə razılaşar. Ağız hər halda açılır, o mənə İrmadan daha çox
şey danışardı. Hiss edirəm ki, yuxunun bu hissəsinin yozumu gizli mənanı tam açmaq üçün
yetərli deyil. Əgər üç qadını müqayisə etməyə başlasam, onda mətləbdən çox yayınaram. Hər bir
yuxugörmədə həqiqətən naməlum qalan ən azı bir yer olur: bu yuxugörməni məchulla bağlayan
göbəkbağıdır. Mən boğazda nə görürəm: ağ ləkə və boz qabıqla örtülmüş burun boşluğu.
Ağ ləkə mənə difteriti, eyni zamanda İrmanın rəfiqəsini, bundan başqa iki yaşını keçmiş
qızımın ağır xəstəliyini və həmin dövrün bütün dəhşətlərini xatırladır. O zaman mən burun
boşluğunun xoşagəlməz şəkildə şişməsinə görə tez-tez kokaindən istifadə edir və bir neçə gün
əvvəl eşitmişdim ki, pasiyentlərimin birinin burnunun selikli qişası kokaindən nekroz
(orqanizmdə hüceyrələrin bir qrupunun, orqanın və ya onun bir hissəsinin ölməsi) olub. 1885-ci
ildə kokainlə bağlı apardığım araşdırmadan sonra ağır qınaqlara məruz qalmışdım. 1895-ci ildə
yaxın bir dostum kokaindən sui-istifadə etməsi nəticəsində ölümünü tezləşdirmişdi33.
Bu doktor M.-in bizim tərəflərdə malik olduğu reputasiyası baxımından tamamilə təbiidir.
Bu mənə kədərli bir hadisəni xatırladır. Bir dəfə o vaxtlar ziyansız hesab olunan preparatlardan
(sulfanol) birini ardıcıl yazmağım nəticəsində qadın xəstələrimdən birində ağır intoksikasiya
(zəhərlənmə) yaranmış, o da kömək üçün tələsik daha yaşlı və təcrübəli həmkarıma müraciət
etmişdi. Bu hadisəni xatırlamağım başqa bir halla da təsdiqlənir. İntoksikasiya olan xəstə mənim
böyük qızımın adaşı idi. İndiyədək bu heç ağlıma gəlməyib. İndisə bu mənə özünəməxsus məşum
bir təsadüf kimi görünür, burada sanki şəxslərin əvəzlənməsi davam edir. Bu, bir Matildanın
yerinə digər Matildadır. Mənə elə gəlir ki, həkim vicdanımın yetərsizliyinə görə qınağa tuş
gələcəyim mümkün halı axtarıram.
Doktor M.-in görkəmi doğrudan da son zamanlar onun dostlarını narahat edirdi. Digər iki
cizgini başqalarına aid etmək lazım gəlir. Mən xaricdə yaşayan böyük qardaşımı xatırlayıram:
onun saqqalı yoxdur və yuxuda gördüyüm doktor M.-ə çox oxşayır. Bir neçə gün qabaq ondan
məktub gəlmişdi, yazırdı ki, ayağı ağrıyır və axsayır. Yuxuda iki şəxsin bir-birinə qarışmasının
xüsusi səbəbi vardır. Hər ikisi bu yaxınlarda onlara etdiyim təklifi təxirə salmışdılar.
Həmkarım Otto xəstənin yanında dayanıb, həmkarım Leopold isə onu müayinə edir və
sol ağ ciyərindəki zəifləməni göstərir.
Həmkarım Leopold da həkimdir və Ottonun qohumudur. Onlar hər ikisi taleyin hökmüylə
eyni ixtisası seçərək rəqib olublar. Onları daim bir-biriylə müqayisə edirlər. Hər ikisi bir neçə dəfə
mənim assistentlərim olublar, o vaxt mən əsəb xəstəsi olan uşaqlara yardım işinə baxırdım.
Yuxuda gördüyümə bənzər səhnələrlə tez-tez qarşılaşırdım. Otto ilə bir diaqnoz üstündə
mübahisəmiz düşəndə Leopold pasiyenti yenidən müayinə edir və mənim rəyimin xeyrinə
gözlənilməz sübutlar gətirirdi. Onların arasında inspektor Breziq və dostu Karl arasında olduğu
kimi, xarakter etibarilə də fərq vardı. Yuxuda Ottonu ehtiyatlı Leopoldla müqayisə edərək,
aydındır ki, mən ikinciyə üstünlük vermişəm. Bu yuxarıda qeyd etdiyimi müqayisənin eynisidir:
sözə baxmayan pasiyent İrma və onun daha üzüyola rəfiqəsi. İndi mən həmçinin yuxugörmədəki
fikir bağlarının hərəkət etdiyi yollardan birini görürəm: xəstə uşaqdan uşaq xəstəlikləri
institutuna doğru. Sol ağ ciyərdəki zəifləmə məndə elə bir təəssürat yaradır ki, sanki bu,
Leopoldun öz ehtiyatlılığı ilə məni heyrətləndirdiyi hadisənin bütün təfərrüatlarıyla üst-üstə
düşür. Bundan başqa, ağlıma metastaz (xəstəlik törədicilərinin qan və ya limfalar vasitəsilə
bədənin başqa yerlərinə yayılması) kimi bir şey gəlir, lakin o, İrmanın yerində olmasını istədiyim
pasiyentə daha çox uyğun gəlir. Başa düşdüyüm qədərilə həmin pasiyent bunu imitasiya edir.
Əminəm ki, bu mənim hər dəfə gecə yuxuya gedə bilməyəndə çiynimdə hiss etdiyim öz
revmatizmimdir. Bu mənada yuxugörmədəki söz mənə qüvvət verir: əynindəki paltara
baxmayaraq, bunu mən də onun kimi hiss edirəm. Bununla demək istəyirəm ki, bunu öz
bədənimdə də hiss edirəm. Yəni «infiltrasiya olunmuş sahə»nin mənası mənə qəribə gəlir. Biz
adətən «soldan arxadan və yuxarıdan» deyirik; bu təyinat ağ ciyərə aiddir və bununla yenə də
vərəmə işarə edir.
Yəqin ki, bu, sadəcə, haşiyədir. Uşaq xəstəlikləri institutunda biz uşaqları, əlbəttə,
soyundurub müayinə edirik; bu, yaşlı pasiyentlərin müayinəsinə zidd bir şeydir. Tanınmış bir
klinisist (klinikada işləyən və praktiki həkimlikdən əlavə elmi müşahidə və tədqiqatla məşğul olan
həkim) haqqında danışırdılar ki, o öz pasiyentlərini yalnız paltarlarının üstündən fizikal
müayinədən keçirirmiş. Sonrası mənimçün aydındır; mən açıq şəkildə deyirəm ki, çox böyük
təfərrüatlara girmək istəmirəm34.
Doktor M. deyir: «Bu, infeksiyadır, ancaq eybi yoxdur. Dizenteriya olacaq və zəhər gəlib
töküləcək».
Bu əvvəlcə mənə gülməli gəlir, ancaq yerdə qalan digər şeylər kimi, bunu da analiz
edirəm. Diqqətlə nəzərdən keçirdikdə bunun da öz mənası var. Pasiyent qadını müayinə edərkən
onda lokal difterit aşkar etmişdim. Qızımın xəstəliyi zamanı, yadımdadır ki, difterit və difteriya ilə
bağlı mübahisə aparırdım35. Difteriya lokal difteritdən törəyən ümumi infeksiyadır. Leopold da
metastazın varlığını güman etməyə vadar edən zəifləməyə işarə edərək həmin infeksiyadan
danışır. Onlar mənə daha çox piyemiyanı (bədənin müxtəlif yerlərində irinliklər əmələ gəlməsi)
xatırladır.
Ancaq eybi yoxdur. Bu təsəllidir. Zənnimcə, onun mənası budur: yuxugörmə onu göstərir
ki, pasiyentin ağrıları ağır üzvi xəstəlikdən qaynaqlanır. Mənə elə gəlir ki, bununla da bütün
məsuliyyəti üzərimdən atmaq istəyirəm. Psixi müalicə üsulu difteritə görə cavabdehlik daşımır.
Buna baxmayaraq, özümü təmizə çıxarmaq üçün belə ağır bir xəstəliyi İrmaya yüklədiyimə görə
özümü naqolay hiss edirəm. Bu, böyük qəddarlıqdır. Beləliklə, mənə müsbət nəticəyə əmin
olduğumu ifadə etmək lazımdır, odur ki, bu təsəllini olduqca uğurla doktor M.-in ağzına
qoyuram. Burada mən, necə deyərlər, yuxugörmənin fövqünə yüksəlirəm, ancaq bu da xüsusi
izahat tələb edir.
Dizenteriya. Mən xəstə maddələrin bağırsaq vasitəsilə ifraz olunduğu barədə nəzəri
müddəa ilə tanışam. Bəlkə də, mən buradakı həddən artıq uzun izahatlara, doktor M.-in qəribə
patoloji birləşdirmələrinə gülürəm. Lakin dizenteriya ilə bağlı başqa bir şey də xatırlayıram. Bir
neçə ay bundan öncə kifayət qədər özünəməxsus mədə ağrısından əziyyət çəkən cavan bir
oğlanı müalicə edirdim. Digər həmkarlarım bu hadisəni «zəif qidalanma ilə bağlı anemiya» kimi
qiymətləndirirdilər. Mən bu xəstəliyin isterik mənşəli olduğunu müəyyənləşdirdim, ancaq ona
psixoterapiya tətbiq etmək istəmədim və xəstəni dəniz səyahətinə göndərdim. Bir neçə gün
bundan qabaq ondan həyəcanlı bir məktub aldım; o, Misirdən yazır və ağır tutmaları olduğunu
bildirirdi. Həkim onda dizenteriya aşkar etmişdi. Mən bu diaqnozun isteriyanı ciddi üzvi
xəstəliklə səhv salan təcrübəsiz həmkarımın səhvi olduğuna əmin olsam da, pasiyentimin isteriya
ilə yanaşı orqanik xəstəliyə tutulmasına imkan verdiyimə görə özümü qınamaya da bilmirdim.
Bundan əlavə, difterit difteriyaya bənzər səslənir; ancaq yuxugörmə zamanı sonuncunun adı
çəkilmir.
Bəli, yəqin ki, mən təskinedici proqnoz verərək, doktor M.-ə rişxənd etmək istəyirəm:
dizenteriya olacaq və sairə. Bir neçə ilə bundan qabaq onun mənə bir həmkarımız barədə analoji
hadisə danışdığını xatırlayıram. Həmin həmkarımız onu ağır bir xəstənin üstünə konsultasiyaya
çağırıbmış. O, pasiyentin sidiyində zülal tapdığını söyləməyi özünə borc bilib. Həmkar
karıxmadan sakitcə bildirib: Bunun əhəmiyyəti yoxdur, həmkar, zülal gəlib töküləcək. Beləliklə,
şübhə yoxdur ki, yuxugörmənin bu hissəsində isteriyanı yaxşı bilməyən həmkara qarşı istehza
var. Sanki bunun təsdiqi olaraq ortaya belə bir fikir çıxır ki, doktor M. İrmanın rəfiqəsində
müşahidə olunan və vərəmin varlığından ehtiyatlanmağa vadar edən halın isteriyaya aid
olunmamalı olduğunu bilirmi? O bu isteriyanı müəyyən edibmi, ya da ona baxıbmı? Həmkarıma
bu cür axmaq münasibət bəsləməyim üçün hansı motivlərim ola bilər? Bu çox sadədir: doktor M.
də İrma kimi mənim psixoanalitik «çözümümlə» tam razı deyil. Beləliklə, mən bu yuxugörmədə
iki şəxsdən qisas almışam: İrmadan «əgər ağrıların varsa, buna görə günah özündədir» sözlərilə,
doktor M.-dən isə bu dərəcədə absurd təsəllini onun ağzından səsləndirməklə.
Yuxugörmədəki bu birbaşa bilgi çox qəribədir. Axı bir az əvvəl bunu bilmirdik və infeksiya
barədə ilk dəfə Leopold məlumat verdi.
Pasiyent özünü pis hiss edəndə həmkarım Otto ona iynə vurub. Otto doğrudan da
danışırdı ki, İrmanın ailəsində olarkən onu qəflətən qonşuya çağırıblar və orada qəflətən özünü
pis hiss edən bir xanıma iynə vurub. İynə mənə kokaindən zəhərlənən bədbəxt dostumu
xatırladır. Mən bu vasitəni ona daxilə qəbul etmək üçün yazmışdım; o isə öz-özünə iynə vurub.
Bu niyə ağlıma gəlib? Xəstəlik tarixçəsini yazdığım o axşam arvadım etiketində «ananas»
yazılan bir şüşə likör açmışdı. «Ananas» sözü mənə olduqca qəribə şəkildə pasiyentim İrmanın
soyadını xatırladır. Bu mənada yuxugörməni uzaqgörən adlandırmaq olmaz. Digər məsələdə
yuxugörmə haqlıdır, çünki pasiyentimin «çözülməmiş», eyni zamanda günahını boynuma
götürmək istəmədiyim mədə ağrıları öd kisəsi daşlarından çəkiləcək ciddi ağrılardan xəbər
verirdi. Likörü bizə həmkarım Otto bağışlamışdı; onun hər cür münasibətlə hədiyyələr vermək
adəti vardı. Yəqin ki, arvadı bunu ona haçansa tərgidəcək. Likördən təmizlənməmiş araq qoxusu
gəldiyindən dadına baxmadım. Arvadım şüşəni xidmətçilərə vermək istəyirdi, ancaq icazə
vermədim ki, zəhərlənə bilərlər. Arağın iyi (amil…), yəqin ki, məndə bir sıra xatirələr oyadıb:
propil, metil və s. Lakin yuxugörmə dəyişiklik aparıb: mən propili amilin qoxusunu hiss etdikdən
sonra yuxuda görmüşəm, ancaq belə yerdəyişmələr hətta üzvi kimyada da mümkündür.
Trimetilamin36. Bu maddənin kimyəvi formulu gözlərim qarşısında açıq-aydın canlandı, bu
bütün hallarda yaddaşımın son dərəcə gərildiyini sübut edir, çünki formul kontekstdən çıxarılmış
xüsusilə mühüm bir şey kimi yağlı hərflərlə yazılmışdı. Bu nəyə lazımdır, bu Trimetilamin məni
nəyə xüsusi diqqət yetirməyə sövq edir? Uzun illər işlərimdən daim xəbərdar olan bir dostumla
söhbətim yadıma düşür. O vaxt o mənə seksual kimya sahəsində apardığı tədqiqat haqda
danışmışdı və sözarası demişdi ki, trimetilamində seksual maddələr mübadiləsi məhsullarından
biri mövcuddur. Beləliklə, bu maddə məni seksuallığa, əsəb xəstəliklərinin yaranmasında böyük
əhəmiyyət verdiyim məqama aparır. Pasiyentim İrma gənc dul qadındır; əgər mən müalicəmin
uğursuzluğuna bəraət qazandırmağa çalışsam, onun yaxın dostlarının dəyişmək istədikləri
məqama istinad etməyim daha məqsədəuyğun olar. Yuxugörmənin necə də qəribə hörmələri
var! Yuxuda İrmanın əvəzinə pasiyentim olmasını istədiyim digər qadın da gənc və duldur.
Yuxuda trimetilamini niyə belə aydın görməyimi artıq anlamağa başlayıram. Bu kimyəvi
terminin son dərəcə böyük əhəmiyyəti var: Trimetilamin yalnız seksuallığın mühüm əhəmiyyətini
göstərmir, həm də baxışlarımda özümü yalqız hiss etdiyim zaman məmnuniyyətlə xatırladığım
bir adamı yada salır. Yəni həyatımda bu qədər mühüm rol oynayan həmkarım yuxugörmənin
sonrakı gedişatına heç bir təsir göstərmir? Mən səhv etmirəm: o, rinologiya (tibb elminin burun
xəstəliklərindən bəhs edən şöbəsi) üzrə mütəxəssisdir. Burun boşluğu ilə qadın cinsi orqanının
qarşılıqlı əlaqəsi onu çox maraqlandırırdı (İrmanın boğazında üç qəribə şiş). Mən İrmanı müayinə
etmək üçün ona verdim, düşünürdüm ki, mədəsindəki ağrılar burun xəstəliyi ilə bağlı ola bilər.
Ancaq onun özünün burnundan irin gəlir; sonuncu məni həm də yəqin ki, piemiya baxımından da
narahat edir, yuxuda onu metastaz kimi qəbul edirəm.
Belə iynəni düşünmədən vurmaq olmaz. Düşüncəsizlikdə bilavasitə həmkarım Ottonu
qınayıram. Mənə elə gəlir ki, həmin gün Otto sözləri və baxışlarıyla mənə öz narazılığını ifadə
edərkən belə bir şey düşünmüşəm. Fikir, çox güman ki, belə olub: o, çox tez təsirə düşür, öz
mühakimələrində tələskənliyə yol verir. Bundan başqa, düşüncəsizlik (yelbeyinlik) qınağı özünə
kokain vurmuş mərhum dostumu yadıma salır. Yuxarıda qeyd etdiyim kimi, bu preparatı ona
verərkən iynə kimi istifadə olunmasını nəzərdə tutmamışdım. Həmkarım Ottonu təhlükəli
kimyəvi maddə ilə düşünmədən rəftar etməkdə qınamağım onu göstərir ki, məni analoji şəkildə
qınaya biləcək bədbəxt Matilda ilə bağlı hadisəni yenidən xatırlamışam. Görünür, mən burada öz
vicdanlılığımı sübut etməyə çalışır, ancaq bununla yanaşı əksini isbat edirəm.
Çox güman ki, şpris təmiz olmayıb. Həmkarım Ottoya qarşı yeni qınaq, lakin bunun başqa
əsasları var. Dünən təsadüfən gündə iki dəfə morfi vurduğum 82 yaşlı xanımın oğluna rast
gəldim. Qadın bağda yaşayır və eşitdim ki, venaları soyuqlayıb. Dərhal düşündüm ki, bəlkə də,
bunun səbəbi şprisin çirkli olması olub. Mən iki il ərzində vurduğum iynələrin yalnız xeyir
gətirməsiylə fəxr edirəm; çünki həmişə şprisin təmiz olmasının qayğısına qalıram. Venaların
soyuqlamasından xəyalən hamilə olarkən vena trombozundan (damarlarda qan laxtası əmələ
gəlməsi) əziyyət çəkən arvadıma keçirəm. Yaddaşımda üç analoji situasiya ortaya çıxır: arvadım,
İrma və mərhum Matilda, aydındır ki, onların oxşarlığı mənə yuxuda üç şəxsi bir-birinə
qarışdırmağa haqq verib.
Mən yuxunu yozub qurtardım. Aydın məsələdir ki, yozum işini yerinə yetirərkən ağlıma
gələnlərin hamısını demədim. Analiz zamanı mən yuxugörmənin məzmunu ilə onun arxasındakı
gizli məna arasında tutuşdurmadan alınan bütün fikirləri söyləməyə çalışdım. Yuxugörmədə
gerçəkləşən bütün arzu və niyyətlərimi, aydındır ki, sonuncunun motivləri əsasında baş verənləri
qeyd etdim. Yuxugörmə sonuncu axşamın hadisələri nəticəsində (Ottonun məlumatı və xəstəlik
tarixçəsinin tərtib olunması) məndə yaranan bir neçə arzunu gerçəkləşdirir. Yuxugörmənin
nəticəsi: İrmanın davam etməkdə olan xəstəliyində mənim günahım yoxdur, günahkar Ottodur.
Otto İrmanı yaxşı müalicə etməməyimə eyham vurmaqla məni əsəbiləşdirdi. Yuxum eyni qınağı
Ottoya yönəltməklə mənim heyfimi ondan çıxdı. Yuxugörmə İrmanın özünü pis hiss etməsini
başqa məqamlarla əlaqələndirərək (birdən-birə bir yığın əsas) məni məsuliyyətdən azad etdi. O
mənim arzu etdiyim situasiyanı yaratdı; beləliklə, onun məzmunu arzunun həyata keçməsi oldu,
onun motivi arzudur.
Yuxugörmədə başqa elementlər də var ki, onların mənim bəraətimlə bağlılığı açıq-
aydındır: qızımın və onun adaşı olan pasiyentimin xəstəliyi, kokainin zərəri, Misirə səfər edən
pasiyentimin xəstəliyi, arvadımın sağlamlığıyla bağlı qayğılar, qardaşım, doktor M., mənim şəxsi
xəstəliyim, burnundan irin gəlməsindən əziyyət çəkən uzaqdakı dostumla bağlı qayğılar. Əgər
mən bunların hamısını bir yerə toplasam, bütün bunların arxasında yalnız özümün və
başqalarının sağlamlığının qayğısına qalmağımın gizləndiyini görərəm; həkim vicdanı. Otto
İrmanın sağlıq durumu ilə bağlı mənə məlumat verərkən keçirdiyim xoşagəlməz hissi dumanlı
şəkildə xatırlayıram. Yuxugörmədə iştirak edən fikirlər dairəsindən mən bu ötəri hissə aşağıdakı
ifadəni əlavə edə bilərəm. Mənə elə gəlir ki, sanki o mənə dedi: «Sən öz həkimlik vəzifələrinə
yetərincə ciddi yanaşmırsan, sənin vicdanın yetərli deyil, öz vədlərini yerinə yetirmirsən». Bunun
ardınca mən nə dərəcədə namuslu olduğumu, doğmalarımın, dostlarımın və pasiyentlərimin
sağlamlığının qayğısına necə qaldığımı sübut etmək üçün bütün bu fikirlərdən istifadə edirəm.
Bu fikirlərin arasında nə qədər qəribə olsa da, mənim üzrxahlığımın xeyrindənsə, daha çox
dostum Ottoya etdiyim qınağın ədalətli olduğunu bildirən xoşəgəlməz xatirələr də var.
Göründüyü kimi, bütün material qərəzsizdir, ancaq yuxugörmənin əsaslandığı bazisin onun
qapalı (İrmanın xəstəliyi ilə bağlı bəraət arzusunun doğduğu) məzmunu ilə əlaqəsi hər halda
aydındır.
Mən bu yuxugörmənin mənasını tamamilə açdığımı və onun yozumunun hər hansı
boşluqlardan xali olduğunu qətiyyən təsdiqləmirəm.
Mən bu analizi davam etdirə və bir çox xırdalıqları izah edə bilərdim. Mənə hətta elə
məqamlar məlumdur ki, onların vasitəsilə müxtəlif assosiasiyaları izləmək olar; lakin öz yuxumun
hər cür analizi zamanı labüd olan bir çox mülahizələr bunu etməyə mənə mane olur. Kim ki məni
gizlilikdə qınamaq istəyir, ona axıradək səmimi olmağı məsləhət görürəm. Ona görə də, buradan
çıxardığım nəticəylə kifayətlənirəm: əgər burada göstərilən yuxuyozma üsulunu izləsək, məlum
olur ki, yuxugörmənin həqiqətən mənası var və heç bir halda, müxtəlif müəlliflərin qeyd etdiyi
kimi, beyin fəaliyyətinin zəifləməsinin nəticəsi ola bilməz. Bizim həyata keçirdiyimiz yozumlara
görə, yuxugörmə arzuların gerçəkləşdirilməsidir.
Dar cığırdan keçərək, qəflətən hər tərəfə yol olduğu yüksəkliyə qalxmaq qarşıda həm də
gözəl mənzərə açır, bir dəqiqəlik dayanıb hara getmək barədə düşünmək olar. Yuxugörməni ilk
dəfə yozduqdan sonra biz həmin yolayrıcındayıq. Gözlənilməz həqiqətin aydınlığı bizi
heyrətləndirir. Yuxugörmə naşı adamın deyil, hansısa kənar qüvvənin əlinin toxunduğu musiqi
alətinin qeyri-düzgün çalğısına bənzəyir; o, mənasız deyil, absurd deyil, o, ruhumuzun bir
hissəsinin yatdığını, başqa bir hissəsinin isə oyandığını güman etmir. Yuxugörmə mükəmməl bir
psixi haldır. O, arzunun gerçəkləşməsidir37. O, ayıq həyatın bizə aydın olan ruhi təzahürlərinin
ümumi zəncirinə daxil edilə bilər. O, son dərəcə mürəkkəb intellektual fəaliyyətin köməyilə
qurulur. Ancaq biz bu həqiqəti dərk edən kimi, dərhal bir çox suallar qarşısında dayanırıq. Əgər
yuxugörmə öz yozumuna görə arzuların gerçəkləşməsidirsə, onda arzuların büründüyü bu qəribə
və əcaib forma haradan qaynaqlanır? Ayıqlıqda xatırladığımız yuxugörmədə şəklini dəyişən
fikirlər hansı dəyişikliklərə məruz qalır? Yuxugörmədə hazırlanan material haradan gəlir?
Məsələn, bizim qeyd etdiyimiz kimi bir-birinə zidd fikirlərin xüsusiyyətləri haradan qaynaqlanır?
Yuxugörmə bizə psixi təəssüratlarımızla bağlı yeni nəsə öyrədə, onun məzmunu bizim qənaət və
baxışlarımıza hansısa düzəlişlər edə bilərmi? Hələlik bütün bu sualları kənara qoyub, başqa yolla
getməyi zəruri hesab edirəm. Biz yuxugörmənin arzunu gerçəkləşmiş formada həyata keçirdiyini
gördük. Bunun bütün yuxugörmələrə, yoxsa təsadüfən analizimizi başladığımız təkcə birinin
məzmununa aid xarakterik cizgi olub-olmadığını öyrənmək bizim yaxın maraqlarımıza daxildir.
Çünki hətta biz hər bir yuxugörmənin öz mənası və öz psixi dəyəri olduğuna inansaq belə, bu
mənanın hər cür yuxugörmədə eyni olmadığını güman etməliyik. İlk yuxugörməmiz arzunun
gerçəkləşməsi idi, ikincisi, bəlkə də, əndişəmizin reallaşması, üçüncüsü öz məzmunu etibarilə
refleks olacaq, dördüncüsü sadəcə hansısa xatirəni və sair əks etdirəcək. Ümumiyyətlə, arzunun
gerçəkləşməsi məzmununda olmayan yuxugörmə də olurmu?
Yuxugörmələr çox vaxt arzuların gerçəkləşməsi baxımından elə aydın xarakterdə olur ki,
onun dilinin bu vaxta qədər anlaşılmaz qaldığına təəccüb edirsən kimi düşünmək asandır.
Misalçün, mən istənilən vaxt müəyyən yuxunu görməyimi qabaqcadan təşkil edə bilərəm. Əgər
axşamdan sardelka və ya başqa bir duzlu yemək yesəm, gecə susayır və ayılıram. Ancaq
oyanmazdan əvvəl daim eyni məzmunlu yuxu görürəm: görürəm ki, birnəfəsə su içirəm; bu
mənə susuzluqdan yanan hər kəs kimi ləzzət verir. Sonra oyanıram və doğrudan da möhkəm su
içmək istəyirəm. Belə bir daimi yuxugörmənin səbəbi oyandıqdan sonra hiss etdiyim yanğıdır. Su
içmək arzusu da bundan doğur və yuxugörmə həmin arzunu gerçəkləşmiş şəkildə təqdim edir.
Bu zaman yuxugörmə bir az aşağıda söyləyəcəyim funksiyanı yerinə yetirir. Yuxum yaxşıdır;
yanğımı yuxuma girən şey, yəni guya içdiyim suyla söndürməyə nail olduqda qətiyyən
oyanmıram. Beləliklə, bu yuxugörmə rahatlıq haqqındadır. Yuxugörmə mənim həyatda etməli
olduğumu yuxuda edir. Təəssüf ki, yuxugörmə eynilə mənim həmkarım Ottoya və doktor M.-ə
qarşı qarşı olan intiqamım kimi, suya olan tələbatı da ödəyə bilməz; ancaq arzu hər ikisində
eynidir. Bu yaxınlarda həmin yuxugörmə bir qədər şəklini dəyişdi. Yatmazdan qabaq susadığım
üçün yatağımın yanındakı balaca stolun üstündəki bir stəkan suyu içdim. Bir neçə saatdan sonra
yenə su içmək istədim və özümü narahat hiss etdim. Su içmək üçün ayağa qalxıb arvadımın
yatağının yanındakı balaca stolun üstündəki stəkanı götürmək lazım idi. Buna uyğun olaraq
yuxuda gördüm ki, arvadım mənə böyük bir qabda su verir; bu qab tanışlarımdan birinin hədiyyə
etdiyi və İtaliyadan gətirdiyim köhnə etrusk urnasıdır. Onun içindəki su mənə elə duzlu gəldi ki
(çox güman ki, urnadakı külə görəydi), yuxudan ayıldım. Yuxugörmənin hansı rahatlığı yaratdığı
buradan məlum olur: onun yeganə məqsədi arzunu həyata keçirmək olduğundan tamamilə
eqoist olması mümkündür. Rahatlığa məhəbbətlə altruizm (öz mənafeyini unudub başqalarının
qeydinə qalma, başqalarına təmənnasız yardım etməyə hazır olma) bir araya sığmır. Urnanın
varlığı, böyük ehtimalla yenə arzunun gerçəkləşməsidir. Həmin urnanın məndə olmamasına
təəssüf edirəm, ancaq buna baxmayaraq, stəkandakı su arvadımın yanındadır. Eyni zamanda
urna məni oyanmağa məcbur edən duzlu dad hissinə dəqiq uyğun gəlir. Yanğıyla bağlı
yuxugörmə Beyhandtın da diqqətini cəlb edib, o bu haqda deyir (s. II): «Yanğı hissini hamı çox
dəqiq qavrayır, o daim bu tələbatın ödənilməsi barədə təsəvvür yaradır. Yuxugörmənin təqdim
etdiyi susuzluq yatırma üsulları müxtəlifdir və onun arxasında gizlənən xatirələrdən asılıdır.
Adətən susuzluğun yatırılmasından sonra xəyali yatırmanın cüzi effekti ilə müşayiət olunan
ümidsizlik yaranır». Lakin o, yuxugörmənin qıcıqlanmaya qarşı ümumi məcburi xarakterli
reaksiyasını göstərmir. Gecələr susuzluq hiss edən bəzi insanların yuxu görmədən ayılması bizim
fikirlərə zidd deyil, bu həmin adamların yuxusunun dərin olmadığını sübut edir.
Rahatlıqla bağlı bu yuxuları mən cavanlıqda çox tez-tez görürdüm. Gecədən xeyli
keçənədək işləməyə adət etdiyimdən vaxtında oyanmağa çətinlik çəkirdim. Tez-tez yuxuda
görürdüm ki, artıq qalxıb, əlüzyuyanın qarşısında dayanmışam. Bir neçə saniyədən sonra
yatağımda uzandığımı dərk etsəm də, yatmağa davam edirdim. Mənim kimi yatmağı sevən
həmkarlarımdan biri mənə xüsusilə müdrik formada meydana çıxan belə bir yuxugörmə
haqqında danışmışdı. Xəstəxanaya yaxın yerdə yerləşən qaldığı evin sahibəsinə hər səhər onu
oyatmaq haqqında ciddi əmr veribmiş, ancaq qadın onu oyadanadək xeyli əziyyət çəkməli
olurmuş. Bir səhər o yenə bərk yatıbmış: sahibə qapını döyərək deyib: «Oyanın, cənab Pepi,
xəstəxanaya getməlisiniz». O dərhal yuxusunda xəstəxanadakı otağı, uzandığı çarpayını və baş
tərəfindəki «Pepi Q… tibb namizədi, 22 yaş» yazılmış lövhəni görür və yuxudaca düşünür: «bir
halda ki, xəstəxanadayam, demək, mənə ora getmək lazım deyil», – və üzünü çevirib yatmağa
davam edir. Bu zaman o öz yuxusunun motivini açıq-aşkar etiraf edir.
Kiçik uşaqların yuxuları arzuların gerçəkləşməsini olduqca sıx-sıx ifadə edir, ona görə də,
böyüklərin yuxularının əksinə, demək olar ki, tamamilə maraqsızdır. Onlarda heç bir çətin
çözülən müəmma olmur, lakin yuxugörmənin öz mahiyyəti etibarilə arzuların gerçəkləşməsini
ifadə etməsi baxımından dəlil olaraq son dərəcə qiymətlidir. Burada öz uşaqlarımın gördüyü bir
neçə yuxunu misal gətirəcəyəm.
Gözəl Hallştatdakı gəzintiyə (1896-cı ilin yayında) iki yuxugörməylə borcluyam; onlardan
birini səkkizyaşlı qızım, digərini beşyaşlı oğlum görüb. Qabaqcadan qeyd etməliyəm ki, həmin
yayı biz Auszedə yaşamışdıq, orada hava yaxşı olanda Dahşteynə gözəl mənzərə açılırdı.
Müşahidə borusu ilə Simonihütte də yaxşı görünürdü. Uşaqlar müşahidə borusu ilə tez-tez ora
baxırdılar; ancaq nə qədər yaxşı gördüklərini deyə bilmərəm. Gəzintidən əvvəl uşaqlara danışdım
ki, Hallştat Dahşteynin ətəklərində yerləşir. Onlar gəzintiyə çox sevindilər. Biz Hallştatdan
Eşerntala keçdik, bura öz gözəl və dəyişkən mənzərələrilə uşaqları heyran etdi. Təkcə beşyaşlı
oğlum birdən şıltaqlıq etməyə başladı; yeni bir dağa rast gələn kimi o dərhal soruşurdu: «Bu
Dahşteyndir?» Mən cavab verməyə məcbur olurdum: «Yox». O bu sualı bir neçə dəfə
təkrarladıqdan sonra narazı halda susdu. Şəlalənin yanına getmək belə istəmədi. Elə bildim ki,
yorulub. Ertəsi gün o yanıma gəlib çöhrəsi işıq saçaraq dedi: «Gecə yuxuda gördüm ki,
Simonihüttedə olmuşam». Mən onu başa düşdüm: o, Hallştata gedərkən uşaqların haqqında çox
eşitdikləri dağı görəcəyinə ümid edirmiş. Sonradan dağları görməyəcəyini, kiçik bir təpə və
şəlaləylə kifayətlənəcəyini anlayanda ümidsizləşib. Buna görə yuxusu onu mükafatlandırmışdı.
Mən yuxugörmənin təfərrüatlarını soruşmağa başladım. Ancaq o mənə çox az şey danışdı. Onun
eşitdiyinə görə, «ora altı saat yol getmək lazımdır».
Həmin gəzinti zamanı səkkizyaşlı qızımda doğan arzu da, sonradan gördüyü yuxu da
gerçəkləşdi. Biz qonşumuzun 12 yaşlı oğlunu da özümüzlə Hallştata aparmışdıq, mənə elə gəlir
ki, o, əsl cəngavər kimi balaca qızın rəğbətini qazanmışdı. Ertəsi gün səhər o mənə bu yuxunu
danışdı: «Təsəvvür edirsən, yuxuda görürəm ki, Emil mənim qardaşımdır, o sizə «ata» və «ana»
deyir və böyük otaqda bizimlə birlikdə yatır. Qəflətən anam otağa girdi və bizimçün yorğanın
altına bir ovuc göy və yaşıl kağızlı şokoladlı konfet atdı». Onun yuxu yozmağı atalarından miras
almayan qardaşları yuxugörməni eynilə bizim müəlliflər kimi izah ediblər: mənasız yuxudur.
Ancaq qızım heç olmasa yuxugörmənin bir hissəsini müdafiə edib, bunun hansı hissə olduğunu
bilmək nevroz nəzəriyyəsi üçün də maraqlı olacaq: «Emil ilə bağlı görülənlər boş şey ola bilər,
amma konfetlər yox!» Sonuncu mənim özümə də anlaşılmaz göründü. Ancaq arvadım bu barədə
izahat verdi. Vağzaldan evə qayıdarkən uşaqlar avtomatın qarşısında dayanıb, analarından xahiş
ediblər ki, şokolad götürmək üçün ora xırda pul atsın. Lakin arvadım dedi ki, həmin gün arzuların
gerçəkləşməsi baxımından yetərincə zəngin olub və bu arzunu da yuxuya ötürüb. Mən bu
səhnəyə diqqət etmədim. Yuxugörmənin qızımın özünün belə rədd etdiyi hissəsini şərhsiz-
filansız başa düşdüm. Balaca Emilin yolda uşaqlara atanı və ananı gözləmək lazım olduğunu
dediyini özüm eşitmişdim. Bizim ailəyə bu müvəqqəti aidiyyəti qızımın yuxusu uzun müddətə
övladlığa götürməyə çevirmişdi. Şokoladlı konfetlərin niyə yorğanın altına atıldığını uşağı sorğu-
suala tutmadan izah etmək, əlbəttə, mümkün deyildi.
Oğlumun gördüyü yuxuya bənzər bir yuxunu bir dostumdan eşitmişəm. Onun səkkiz yaşlı
bir qızı var. Ata bir neçə uşaqla Rorerhütteni ziyarət etmək məqsədilə Doriblərə gəzintiyə çıxır;
ancaq gec qaldıqlarından məqsədlərinə çata bilmirlər və o, uşaqlara ora gələn dəfə gedəcəklərini
vəd edir. Geri qaydarkən onlar Qamoya yolu göstərən verst dirəyinin yanından keçiblər. Uşaqlar
dərhal Qamoya getmək istəyiblər, ancaq ata bu gəzintini sabaha qədər təxirə salıb. Ertəsi gün
səhər səkkizyaşlı qız atasına danışıb: «Ata, gecə yuxuda gördüm ki, sən bizimlə Rorerhüttedə və
Qamoda olmusan». Beləliklə, onun səbirsizliyi atasının vədini yerinə yetirməsini yuxuda
qabaqcadan sezib.
Bu cür birbaşa və başqa bir yuxunu o zaman üçyaşlı qızım Auszenin gözəl mənzərəsinin
təsirilə görüb. Qızım suyla ilk dəfə səyahət etdiyindən səfər ona çox qısa görünmüşdü. Biz sahilə
yan alanda o, qayıqdan düşmək istəməyərək acı-acı ağladı. Səhərisi günü dedi: «Bu gecə göldə
gəzmişəm». Ümid edək ki, bu səfərin davamı yuxuda onu daha çox məmnun edib.
O vaxt səkkiz yaşı olan böyük oğlum yuxuda öz fantaziyalarının reallaşdığını görüb. O,
Axill ilə birlikdə onun Diamedin idarə etdiyi arabasında gəzmişdi. Bir gün əvvəl o, böyük bacısının
hədiyyə etdiyi kitabı oxumuş və yunan mifologiyasına valeh olmuşdu39.
Əgər uşaqların yuxudan duran kimi danışdıqlarının gördükləri yuxuya aid olması
məsələsində mənimlə razılaşsaq, onda ilk olaraq topladığım yuxugörmələrdən birini danışa
bilərəm. Bir dəfə səhər-səhər 19 aylıq kiçik qızımda ürəkbulanması başladı, ona görə də, həmin
gün onu aclıq pəhrizində saxladıq. Aclıq keçirdiyi günün gecəsi onun həyəcanla qışqırdığını
eşitdik: Anna Freyd, moruq, çiyələk, qayğanaq, kisel. O, evə daxil olduğunu bildirmək üçün öz
adını çəkmişdi; yemək siyahısına, təbii ki, onun yemək istədikləri daxildir; iki variasiyada adı
çəkilən giləmeyvələr evdəki sanitar polisinin əleyhinə olan nümayişdir və dayənin onun
naxoşlamasını çoxlu moruq yeməsiylə bağlı əhəmiyyətsiz faktla əlaqələndirməsinə əsaslanır; ona
heç cür sərf etməyən bu reaksiyaya görə yuxuda qisas alır. Az müddətdən sonra 70 yaşlı nənə də
nəvəsinin gördüyü yuxunu təkrar gördü. Böyrəyinin verdiyi ağrılara görə yarımac keçirməyə
məcbur olduğu bir gündən sonra yuxuda görür ki (aydın məsələdir ki, bu zaman o sağlam qızlıq
illərinə qayıdıb), nahara və səhər yeməyinə «dəvət olunub» və onu hər dəfə ən yaxşı yeməklərə
qonaq edirlər. Əgər bizi uşaqlığımızı seksual ehtiraslardan xəbərsiz olduğuna görə alqışlayırıqsa,
onda onun yuxugörmələri üçün hansı zəngin ümidsizlik qaynaqlarının, məhrumiyyətlərin, eyni
zamanda vadaredici səbəblərin digər mühüm həyati tələbatlar olduğunu unutmamalıyıq.
Uşaqların ruhi həyatının daha ətraflı öyrənilməsi bizə göstərir ki, seksual element uşağın da psixi
fəaliyyətində kifayət qədər böyük rol oynayır, lakin yetərincə diqqət mərkəzində deyil: bu bizi
müəyyən dərəcədə uşaqlığın qayğısız sevinclərindən şübhələnməyə məcbur edir, adətən biz
böyüklər bu barədə tez-tez həyəcanla danışırıq. (Mənim «Cinsi həvəs nəzəriyyəsi haqqında üç
məqalə»mə baxın. Rusca tərcüməsinə Psixologiya və psixoanalitik kitabxanasının VII
buraxılışında baxın. Moskva, Qosizdat, 1924. Freydin bu işi eyni zamanda «Qeyri-şüurinin
psixologiyası» məcmuəsində də təkrar dərc olunmuşdur. Moskva, Prosveşenie, 1990.) 22 aylıq
bacım oğlu məni doğum günüm münasibətilə təbrik etmək və bu münasibətlə bu ilin nübarı olan
bir səbət albalı hədiyyə etməliydi. Bu vəzifə, deyəsən, ona çətin gəlirmiş, çünki durmadan
təkrarlayırmış: «Burada albalılar var». Onu səbəti əlindən buraxmağa məcbur etmək mümkün
deyilmiş. Ancaq o hər halda bunun acığını çıxa bilib. O vaxtdan hər səhər anasına danışırmış ki,
yuxusunda «ağ əsgər», haçansa küçədə rastlaşdığı qvardiya zabitini görür. Mənə ad günümdə
hədiyyə bağışlamasının ertəsi günü o yuxudan məmnun halda oyanaraq deyib: «He(r)man bütün
albalıları yedi». Qeyd etmək lazımdır ki, balaca uşaqlarda bəzən olduqca mürəkkəb və o qədər
də şəffaf olmayan yuxular müşahidə olunur, digər tərəfdən sadə infantil xarakterli
yuxugörmələrə tez-tez böyüklərdə də rast gəlinir. Dörd-beş yaşlı uşaqların yuxularının
gözlənilməz materialla nə qədər zəngin olmasına dair misallar mənim «Beş yaşlı oğlanın
fobiyalarının analizi» əsərimdə (rusca tərcüməsinə bax: Psixoterapevtik kitabxana, IX buraxılış,
Moskva, «Nauka» nəşr., 1913) və Yunqun «Uşaq ruhunun konfliktləri» əsərində (rusca
tərcüməsinə bax: Psixoterapevtik kitabxana, XI buraxılış, Moskva, Qosizdat, nəşr tarixi
göstərilməyib) var. Uşaq yuxularının analitik yozumu ilə eyni zamanda Huq-Helmutun,
Putnamanın, Raaltenin, Şpilreynin, Tauskun, həmçinin Banşierinin, Buzemannın, Doqlianın və
xüsusilə də onların arzuları gerçəkləşdirmə tendensiyasını qeyd edən Viqamanın əsərlərində
tanış ola bilərsiniz. Digər tərəfdən, böyüklərdə infantil tipli yuxulara xüsusilə o vaxt rast gəlinir ki,
onlar qeyri-adi həyat şəraitinə malik olurlar. Belə ki, Otto Nordskeld özünün «Antarktika»
kitabında bütün qışı keçirdiyi ekipaj gəmisi haqqında yazır (I c. s. 366); «Fikirlərimizi
istiqamətləndirmək üçün yuxularımız son dərəcə xarakterik idi, onlar o vaxtkı asanlıqları və
çoxsaylı olmalarıyla heç vaxt bu qədər seçilməyib. Hətta çox nadir hallarda yuxu görən
yoldaşlarımız belə hər səhər gördüyümüz yuxuların təəssüratlarını bölüşəndə uzun əhvalatlar
danışırdılar. Bu əhvalatlar hamısı bizim ayrıldığımız dünyaya aid idi, ancaq tez-tez hazırkı
həyatımıza da uyğun gəlirdi. Yoldaşlarımızdan birinin gördüyü son dərəcə xarakterik yuxulardan
biri beləydi ki, guya o, məktəb skamyasında oturub xüsusi olaraq tədris üçün nəzərdə tutulmuş
balaca suitilərdən birinin dərisini soyur. Ancaq yuxularımızın əksəriyyəti çox vaxt yemək və
içmək ətrafında fırlanırdı. Bizlərdən biri xəyalən bütün gecəni böyük bir məclisdə süfrə ətrafında
keçirmişdi və səhər tezdən «üç xörəkdən ibarət nahar etməsini» böyük sevinclə danışırdı; başqa
biri çoxlu tütün, üçüncüsü bütün yelkənlərini qaldırıb sürətlə üzən gəmi görmüşdü. Daha bir
yuxunu xatırlatmaq da yerinə düşər: poçtalyon gəlib niyə uzun müddətdir məktub olmamasının
səbəbini izah edir, çünki o, məktubları yanlış ünvana verib və sonradan çətinliklə geri ala bilib.
Ən qeyri-adi şeylərin yuxumuza girməsi tamamilə təbiidir, ancaq mənim və yoldaşlarımın
hamısının, demək olar ki, bütün yuxularımızda fantaziyanın kasadlığı müsbət mənada nəzərə
çarpır. Bu yuxuların hamısını psixoloji baxımdan qeydə almaq çox maraqlı olardı. Ancaq hər
birimizin ürəkdən arzuladığı şeyi verən yuxunun niyə bu qədər istənilən olduğunu asanlıqla
anlamaq olar». Daha bir sitatı Nyu Dreldən gətirirəm (s. 231): «Afrikaya səyahət edərkən
susuzluqdan əziyyət çəkən Munqo Park yuxuda bol sulu vadi və vətəninin çəmənliklərini görür.
Eyni şəkildə Maqdeburqun ulduzlu istehkamlarında aclıqdan əziyyət çəkən Trenk bol yemək-
içməklə əhatə olunduğunu, Franklinin ilk ekspedisiyasının iştirakçısı Georq Bak isə dəhşətli
məhrumiyyətlər nəticəsində acından ölmək təhlükəsilə üz-üzə qalanda daim fasiləsiz olaraq
çoxlu yemək görüb».
Biz görürük ki, əgər ümumişlək nitq ifadələrinə müraciət etsəydik, yuxugörmənin gizli
mənası haqqında nəzəriyyəmizə daha qısa yolla yetişə ola bilərdik. Yuxugörmələrdə xalq
müdrikliyi bəzən kifayət qədər nifrətlə ifadə olunsa da, onun elmi baxışı daha doğru hesab etdiyi
güman olunur. Xalq müdrikliyinə görə, yuxugörmə dəniz köpüyüdür (Traume sind Schau-me),
ancaq ümumişlək ifadələrdə yuxugörmələrdəki nitqlər adətən ən qiymətli arzuların
gerçəkləşməsi kimi təqdim olunur.
Əgər hər bir yuxugörmənin mənasının arzuların gerçəkləşməsi olduğunu, «arzular haqda
yuxugörmələr»dən başqa yuxuların olmadığını təsdiq etsək, mən qabaqcadan ən cəsarətli
etirazlar görürəm. Hər şeydən öncə mənə deyəcəklər: «Arzuların gerçəkləşməsini əks etdirən
yuxugörmələrin olması yenilik deyil, bu barədə artıq bir çox müəlliflər yazıblar (bax. Radeştok, s.
137-138, Folkelt, s. 110-111, Purkinye, s. 456, Tissye, s. 70, M.Simon, s. 42-də baron Trenkin ac
yuxuları haqqında və Qrizengerdə bir yerdə 41, 111). Yeni platonçulardan biri Plotin artıq deyib:
«Arzu oyananda, fantaziya gələndə sanki özüylə həmin arzunun obyektini də gətirir» (Dyu Prel,
s. 276). Lakin arzuların gerçəkləşməsindən başqa məna verən yuxuların olmaması yenə də,
xoşbəxtlikdən asanlıqla təkzib oluna biləcək qeyri-düzgün ümumiləşdirmələrdən biridir.
Məzmunu son dərəcə xoşagəlməz olan yuxulara da olduqca tez-tez rast gəlinir». Pessimist filosof
Ed. f. Hartmann42 arzuların gerçəkləşməsi nəzəriyyəsinə qəti qarşı çıxır. Özünün «Qeyri-şüurinin
fəlsəfəsi» əsərində (Stereotip nəşrin I h., s. 344) o deyir: «O ki qaldı yuxugörməyə, onunla
birlikdə ayıq həyatın bütün elementləri də yuxuya keçir. Müəyyən dərəcədə yalnız həyatla
barışan mədəni adamın elmi maraqları və estetik həzləri keçmir…» Lakin daha az narazı olan
müşahidəçilər qeyd edirlər ki, yuxugörmə məmnunluqdan daha çox narazılığı əks etdirir.
Məsələn, Qolts (s. 33), Folkelt (s. 80) və başqaları. Hətta qadınlardan Sara Uid və Florans Hallam
yuxugörmədəki narazılıq duyğularının üstünlüyünün rəqəmlə ifadəsini veriblər. Onlar
yuxugörmələrin 58%-ni xoşagəlməz, yalnız 28,6%-ni xoş hesab edirlər. Ayıq həyatın müxtəlif
xoşagəlməz duyğularının davamı olan yuxugörmələrdən savayı qorxulu yuxular da var ki, onlar
bizdə ən ağır və xoş olmayan duyğular oyadır; belə yuxuları adətən uşaqlar görürlər (Debarkerdə
Uber den Pavor nocturnus-a bax), biz onlarda arzularla bağlı yuxugörmələrin çoxluğunu təsdiq
edirik.
Bununla belə, bu saxta ədalətli etirazları təkzib etmək o qədər də çətin deyil. Yalnız ona
diqqət yetirmək lazımdır ki, bizim təlimimiz yuxugörmənin aşkar məzmununun müzakirəsinə
deyil, yalnız yozmadan sonra dərk olunan daxili məzmununa əsaslanır. Gəlin yuxugörmələrin
aşkar və gizli məzmununu tərtib edək. Heç bir şübhə yoxdur ki, bəzi yuxuların aşkar məzmunu
çox xoşagəlməz xarakter daşıyır. Amma bu yuxuları yozmağa, onların daxili məzmununu açmağa
kimsə cəhd edibmi? Əgər edən olmayıbsa, yuxarıdakı hər iki etiraz öz-özünə qüvvədən düşür.
Bundan çıxış edərək, fərz edə bilərik ki, xoşagəlməz və qorxulu yuxular yozulduqdan sonra
arzuların gerçəkləşməsi olduqları məlum olacaq. Oxucuların və tənqidçilərin necə inadkarcasına
bunu diqqətə almaq istəməmələri, yuxugörmənin aşkar və gizli məzmunu arasındakı mühüm
fərqə laqeyd yanaşmaları tamamilə inanılmazdır. Dzk. Sellinin «Kəşf kimi yuxular» məqaləsindəki
bir yer ümumi qayda içərisində parlaq istisnadır, bu məqalənin dəyəri ona yalnız burada istinad
etdiyim üçün azaldılmamalıdır: «Hər şeydən sonra anlamaq olar ki, yuxular tamamilə mənasız
cəfəngiyat deyil, halbuki Çoser, Şekspir və Milton kimi avtoritetlərdən sonra bu cür düşünmək
olardı. Gecə xəyallarının xaotik şəkildə üst-üstə qalaqlanması yeni biliklərdə ifadə olunur və
birləşir. Cırılıb parça-parça edilmiş bəzi məktublar kimi, «yuxuların yazılması» dərindən tədqiq
olunduqda ilkin cəfəng mənasını itirərək ciddi və dərk olunmuş məlumata çevrilir. Bu qədim
perqamentin, palimpsestin (perqament üzərində qədim yazı) öyrənilməsinə bənzəyir, onları
təmizləyəndə mənasız üst mətnin «alt qat»ı çıxır və biz qiymətli qədim informasiyanı öyrənirik»
(s. 364).
Hansısa problemin həlli son dərəcə çətinlik törətdikdə, həmin hallarda elmi işə digər bir
problemin həllini cəlb etmək lazımdır, çünki iki qozu birlikdə sındırmaq daha asandır. Buna görə
də, qarşımızda yalnız xoşagəlməz və qorxulu yuxuların necə arzuların gerçəkləşməsinə çevrilməsi
dayanmır, biz əvvəlki mülahizələrimizdən çıxış edərək başqa bir sual da verə bilərik: niyə
yozulduqdan sonra arzuların gerçəkləşməsini ifadə etdiyi məlum olan ən indifferent məzmuna
malik yuxugörmələrdə bu məna aşkar şəkildə görünmür? Götürək elə detallı təhlil etdiyimiz İrma
haqqındakı yuxunu. Həmin yuxugörmə qətiyyən xoşagəlməz xarakterdə deyil və yozulduqdan
sonra arzu gerçəkləşməsi olduğu son dərəcə aydın şəkildə bəlli olur. Ümumiyyətlə, yozum nəyə
lazımdır axı? Niyə yuxugörmə öz mənasını açıq surətdə bildirmir? İrma haqqındakı yuxu da
yatanın arzusunu gerçəkləşdirdiyini dərhal bildirmir. Oxucu bu təəssüratı ala bilmir, mən özüm
də analiz etməyənədək bunu ala bilmirəm. Əgər yuxugörmənin bu qəribə müraciətini onun
materialı təhrif etməsilə əlaqələndirsək, onda belə bir sual ortaya çıxır: bəs yuxugörmədəki bu
təhrifolma nədən qaynaqlanır?
Bu suala ən müxtəlif cavablar vermək olar, məsələn, demək olar ki, insan yatarkən öz
fikirlərini müvafiq ifadə etmək durumunda olmur. Lakin bəzi yuxugörmələrin analizi bizi
yuxulardakı təhrifləri başqa cür izah etməyə məcbur edir. Mən bunu ikinci yuxunun yozumu ilə
göstərmək istəyirəm, bu məndən böyük səmimiyyət tələb etsə də, bu qurbana görə, problemin
son dərəcə qabarıq izahıyla mükafatlandırır.
Bir dəfə axşam taleyi məni professor təyin olunmaq ümidlərimdən imtina etməyə
məcbur edən həmkarlarımdan biri yanıma gəldi. O, artıq uzun illər idi ki, professorluğa namizəd
idi, məlum olduğu kimi, bu titul bizim cəmiyyətdə həkimi yarımtanrıya çevirir; o mənim qədər
təvazökar deyil, təyinatını sürətləndirmək üçün arabir nazirliyə baş çəkir. Belə bir ziyarətdən
sonra mənim yanıma gəlmişdi, xəbər verdi ki, bu dəfə çox yüksək vəzifəli şəxslərdən birini divara
dirəyərək ondan soruşub: onun təyinatına müstəsna dərəcədə dini inancının mane olması
doğrudur?
Cavab belə olub ki, əlbəttə, indiki vəziyyətdə, zati-aliləri hal-hazırda məşğuldur və sairə.
«Artıq, ən azından işin nə yerdə olduğunu bilirəm», – dostum əhvalatı danışıb qurtardı. Son
məsələdə mənimçün yeni heç bir şey yox idi və o mənim qənaətimi yalnız möhkəmləndirdi. Eyni
dini inanc mənim də yolumda əngəl idi.
Bu ziyarətdən sonra gecə səhərə yaxın öz formasına görə də çox maraqlı olan aşağıdakı
yuxunu gördüm; yuxu iki fikir və iki obrazdan ibarət idi, yəni bir fikir və bir obraz bir-birini əvəz
edirdi. Ancaq mən burada onun birinci yarısını danışacağam, çünki ikinci hissəsinin burada
haqqında danışdığım ümumi məqsədimizə heç bir dəxli yoxdur.
I. Həmkarım R. – əmim. Mənim ona qarşı mehriban münasibətim var.
II. O, çox dəyişib. Sifəti uzanıb; böyük sarı saqqalı gözümə girir.
Sonra iki növbəti hissə gəlir, yenə fikir və yenə təsvir, onları buraxıram.
«R. Mənim əmimdir. Bu nə deməkdir? Mənim bircə əmim var – İosif əmi. Maraqlıdır ki,
burada – ayıq vəziyyətdə – yaddaşım analiz məqsədilə özünə hədd qoyur. Əslində mənim beş
əmim var, ancaq onlardan birini sevir və hörmət edirdim. Lakin o anda öz yuxumu yozmamaq
is-təyimi aşdıqdan sonra öz-özümə dedim: axı mənim cəmi bircə əmim var, o da yuxuda
gördüyümdür. Onun başına son dərəcə kədərli bir hadisə gəlib. Bir dəfə o (artıq onun yaşı
otuzdan çoxdur) böyük məbləğdə pul qazanmaq həvəsinə düşərək, qanunla ağır cəzalandırılan
hərəkətə yol verib və layiqli cəzasını da alıb. O zaman məyusluqdan bir neçə günə saçları ağaran
atam sonralar tez-tez deyirdi ki, İosif əmi pis adam deyil, sadəcə «axmaqdır». Beləliklə, əgər
həmkarım R. əmim İosifdirsə, yəqin mən bununla demək istəyirəm k, R. Axmağın biridir. Bu
ehtimal aşağıdır və çox pisdir. Ancaq bu zaman yuxuda gördüyüm sifəti xatırlayıram, uzun və
sarısaqqal. Mənim əmimin sifəti doğrudan da uzundur, səliqəli və sıx sarışın saqqalı var.
Həmkarım R. isə qaraşındır, ancaq qaraşınlar çallaşmağa başlayanda gənclik gözəlliklərinin
bədəlini ödəməli olurlar. Onların qara saçları yetərincə gözəl olmayan metamorfozaya məruz
qalır: onlar əvvəlcə saralır, sonra sarı-qəhvəyi olur və nəhayət, çallaşır. Həmkarım R.-in saqqalı
da həmin mərhələdədir; yeri gəlmişkən, nə qədər xoş olmasa da, mənimki də elədir. Yuxuda
gördüyüm sifət həm həmkarım R.-ə, həm də əmimə məxsusdur. O, Haltonun qarışıq fotoşəklinə
oxşayır, o, ailə oxşarlıqlarını müəyyən etmək üçün bir neçə şəxsi eyni lentə çəkməyi əmr etmişdi.
Ona görə də, həmkarım R.-in də əmim kimi həqiqətən axmaq olduğunu düşündüyümə qətiyyən
şübhə yoxdur.
Qəti əleyhinə olduğum bu qarşılaşdırmanı niyə apardığımı hələ bilmirəm. Lakin o kifayət
qədər səthidir, çünki əmim cinayətkar olduğu halda, həmkarım R.-in heç vaxt məhkəməlik işi
olmayıb. O yalnız bircə dəfə velosipedlə bir oğlanı vurduğuna görə məsuliyyətə cəlb olunub. Yəni
qarşılaşdırmanın səbəbi bu olub? Axı belə olsaydı, mənim yuxumu həqiqətən cəfəngiyat hesab
etmək olardı. Gözlənilmədən ağlıma başqa bir həmkarım N.-lə bir neçə gün öncə bu mövzuda
etdiyim başqa bir söhbət gəlir. Ona küçədə rast gəlmişdim; o da professorluğa namizəddir; mənə
olunan təklifi eşitmişdi və məni təbrik etdi. Mən onun təbrikini rədd etdim. «Bu barədə məhz
bizə zarafat etmək olsaz, siz ki belə təkliflərin qiymətini bilirsiniz». O, deyəsən, elə də ciddi cavab
vermədi: «Bilmək olmaz. Mənim əleyhimə çox ciddi etirazlar var. Məgər bir qadının bir vaxtlar
məni məhkəməyə verdiyini bilmirsiniz? İşin hətta təhqiqata qədər gedib çıxmadığından
danışmağa belə dəyməz: bu ən alçaq bir soyğunçuluq idi, sonradan ittihamçı qadını vicdansız
ittiham irəli sürdüyünə görə məhkəmədən qorumalı oldum. Ancaq bəlkə də nazirlikdə bundan
xəbərdardırlar və müəyyən dərəcədə nəzərə alırlar. Amma sizin tərcümeyi-halınızda belə şeylər
yoxdur». Budur, cinayətkar, həm də yuxumun yozumu qarşımdadır. Əmim İosif öz şəxsində
professor təyin olunmamış iki həmkarımı birləşdirir, birini «axmaq», digərini isə «sinayətkar
kimi». Mən artıq birləşmənin məqsədini də anlayıram. Əgər həmkarlarım R.-nin və N.-in
təyinatlarının təxirə salınmasında «dini etiqadları» rol oynayıbsa, onda mənim təyinatım da
böyük şübhə altındadır; əgər hər ikisinin təsdiq olunmaması mənə aidiyyəti olmayan başqa
səbəblərlə bağlıdırsa, onda hər halda ümid edə bilərəm. Mənim yuxum onlardan birini – R.-ni
axmağa, digərini – N.-i cinayətkara çevirir; mən ki heç birindən deyiləm; bizim maraqlarımızın
ümumiliyi pozulub, mən yaxında verilən qərara sevinə bilərəm, həmkarım R.-in yüksək vəzifəli
şəxsdən aldığı cavabın mənə dəxli yoxdur.
Yuxumda yozarkən hələ də diqqət yetirmədiyim daha bir elementi xatırlayıram. Yuxu
görən zaman əmimə qarşı çox incə duyğular bəsləyirəm. Bu hisslər kimə qarşıdır? Əmim İosifə
qarşı, əlbəttə, heç vaxt bu cür duyğularım olmayıb. Həmkarım R. mənimçün çox əzizdir, ancaq
onun yanına gedib, yuxudakı incə duyğulara uyğun tərzdə öz rəğbətimi ifadə etsəm, yəqin ki, çox
təəccüblənər. Ona qarşı nəzakətim mənə qeyri-səmimi və mübaliğəli görünür, onun əqli
qabiliyyəti haqqında da rəyim belədir: ancaq mübaliğə, əlbəttə, əks mənadadır. Mən məsələnin
mahiyyətini anlamağa başlayıram. Yuxudakı incə duyğular aşkar məzmuna deyil, yuxugörmənin
arxasında gizlənən gizli fikirlərə aiddir; onlar məzmunla ziddiyyət təşkil edir; onlar, yəqin ki,
yuxugörmənin əsil mənasını məndən gizlətmək istəyir. Bu yuxunu yozmağa hansı müqavimətlə
başladığımı xatırlayıram, onu elə hey təxirə salmaq istəyir və sırf cəfəngiyat olduğunu
düşünürdüm. Psixoanalitik məşğələlərim yuxugörməni yozmaq istəməmək arzusunun nə demək
olduğunu mənə dəfələrlə göstərib. Bu bir çox hallarda məsələnin həqiqi mahiyyətinə aid
olmayıb, yalnız səmimi hissləri ifadə edir. Mənim balaca qızım ona verilən almanı istəməyəndə
onun acı olduğunu iddia edir, halbuki heç dadına baxmayıb. Qadın pasiyentlərim özlərini qızım
kimi aparanda, bilirəm ki, söhbət onların haqqında danışmaq istəmədikləri təsəvvürdən gedir.
Eyni şeyi mənim yuxum haqqında da demək olar. Mən bu yuxunu ona görə yozmaq istəmirdim
ki, məzmununda mənimçün xoşagəlməz olan nəsə vardı. Amma indi bu yozumdan sonra
mənimçün nəyin xoşagəlməz olduğunu bilirəm: həmkarım R.-in «axmaq» olduğunu
təsdiqləməyim. Həmkarım R.-ə qarşı bəslədiyim incə hissləri yuxugörmənin aşkar məzmununa
aid edə bilmərəm, yalnız buna istəyimin olmaması ilə bağlaya bilərəm. Əgər gördüyüm yuxunu
öz gizli məzmunu ilə tutuşduranda təhriflər ortaya çıxırsa, onda yuxugörmədə özünü göstərən
incə hisslər məhz həmin təhrifə xidmət edir, ya da başqa sözlə desək, təhrifolunma burada
qəsdən, pərdələmə vasitəsi olaraq meydana çıxır. Mənim yuxugörmədə gizlənən fikirlərimdə R.-
in ünvanına özünəməxsus böhtan var, yuxugörmə bunu mənə hiss etdirməmək üçün birbaşa
əkslik – ona qarşı incə duyğular yaradır.
Bu, şübhəsiz, ümumi qayda ola bilər. III fəsildəki misallardan göründüyü kimi, bir çox
yuxugörmələr arzuların gerçəkləşməsini əks etdirir. Bu gerçəkləşmənin gizli olduğu, pərdələndiyi
yerlərdə arzuya tərs olan tendensiya ortada olmalıdır və bu tendensiyanın nəticəsində arzu
müstəsna dərəcədə təhrif olunmuş şəkildə meydana çıxa bilər. Mən bu hadisəni sosial həyat
hadisələrilə tutuşdurmaq istərdim. Psixi aktın analoji təhrifinə sosial həyatın harasında rast
gəlmək mümkündür? Yalnız iki şəxsin olduğu yerdə; onlardan biri güclü olmalı, digəri isə bu
güclə hesablaşmaq zorunda qalmalıdır. Bu zaman ikinci şəxs öz psixi fəaliyyətini təhrif edir, ya da
adi həyatda dediyimiz kimi, «riyakarlıq» edir. Bizim nəzakətimiz həmin «riyakarlıqdan» başqa bir
şey deyil; mən də öz yuxularımı oxuculara yozarkən belə təhriflərə yol vermək məcburiyyətində
qalıram. Bu cür təhriflərin zəruriliyindən hətta şair də şikayətlənir: «Das Beste, was du wiseen
kannst, darfst du den Buden doch nicht saqen» («Bildiyimiz bütün yaxşı şeyləri insanlara deməyə
cürət etmirik»). Acı həqiqətləri dünyaya çatdırmaq istəyən siyasi yazar da analoji durumdadır.
Onları dedikdə hakimiyyət onun fikirlərini boğacaq: əgər söhbət şifahi çıxışdan gedirsə, cavabı
ondan sonra gələcək, əgər mətbu çıxışdan gedirsə, siyasi yazarın fikirləri qabaqcadan boğulacaq.
Yazıçı senzuradan qorxmağa başlayır və buna görə də öz fikirlərini təhrif etməyə məcbur olur.
Həmin senzuranın hissetmə qabiliyyətindən asılı olaraq o ya məlum hücum formalarını saxlayır,
ya fikirlərini eyhamlarla ifadə edir, ya da, nəhayət, hücumlarını məsum maska altında gizlətməyə
məcbur olur. Məsələn, o, Orta İmperiyada iki mandarin arasında olan ixtilafdan yazaraq, əslində
öz vətənindəki iki dövlət məmurunu nəzərdə tuta bilər. Senzura nə qədər ciddidirsə, maska daha
az şəffaf, vasitələr daha müdrik olur, lakin buna baxmayaraq, oxucunu sözün həqiqi mənasının
izinə sala bilir. Doktor Huqtellmut 1915-ci ildə mənim «təhrif» terminim üçün heç bir yuxunun
yaraya bilməyəcəyi bir yuxugörmə (Intern. Zeitschr. f. arztl. Psychoanalyse III) haqqında xəbər
verib. Bu misalda yuxugörmədəki təhrif məktublardakı münasib olmayan yerləri qaralayan
senzuranın işini görür. Məktub senzurası onları oxunmayacaq dərəcədə qaralayırsa, yuxugörmə
senzurası onları anlaşılmaz mızıldanma ilə əvəzləyir.
İndi «məhəbbət qulluğu» barədə olan həmin yuxugörməni təqdim edirəm. Qadın 1 saylı
qarnizon hospitalına gedir və qapıçıya deyir ki, baş həkimi görməlidir… (bu zaman naməlum bir
soyadı söyləyir), çünki hospitala qulluğa girmək istəyir. Bu zaman «qulluğ»u elə vurğulayır ki,
unter-zabit söhbətin «məhəbbət» qulluğundan getdiyini dərhal anlayır. Onun yaşlı qadın
olduğunu görüb bir az ləngitdikdən sonra hospitala buraxır.
Hər iki psixi instansiyanın rolunu və şüura münasibətini nəzərə alaraq, biz yuxugörmə
zamanı mənim həmkarım R.-ə bəslədiyim və yozumdan sonra xeyli aşağı qiymət alan incə duyğu
ilə insanın siyasi həyatı arasında analogiya apara bilərik. Mən hökmdarın öz hakimiyyətinə son
dərəcə qısqanc yanaşdığı və canlı ictimai rəyə qarşı mübarizə apardığı ictimai həyata keçirəm.
Xalq sevmədiyi məmura qarşı üsyana qalxaraq onun istefasını tələb edir; hökmdar xalqın iradəsi
ilə hesablaşmadığını göstərmək üçün məmurun vəzifəsini böyütməlidir, halbuki, əks təqdirdə
bununçün heç bir səbəb yox idi. Beləliklə, mənim şüura giriş üzərində hakim olan ikinci
instansiyam həmkarım R.-ə həddindən artıq incə duyğu ilə yanaşır, çünki xüsusi marağa
əsaslanan birinci sistemin arzusu onu axmaq adlandırmağa çalışır. Bu cür riyakar yuxulara nə
məndə, nə də başqalarında az rast gəlinmir. Eyni zamanda, mən elmi işlə məşğul olmağa
başlayan kimi, bir neçə gecə dalbadal anlaşılmaz yuxular gördüm, onların məzmunu çoxdan
aralandığım bir dostumla barışmaq idi. Mən bu yuxunun mənasını beş dəfə təkrarlandıqdan
sonra, nəhayət, anladım. Bu ondan ibarət idi ki, həmin adama ayırdığım son diqqətimdən imtina
etməli və onunla birdəfəlik üzülüşməliyəm. Bir nəfərdən eşitdiyim «riyakar Edib yuxusunda»
düşmənçilik niyyətləri və ölüm arzusu yuxugörmənin aşkar məzmununda incə duyğularla
əvəzlənir («Gizli Edib yuxugörməsinə dair tipik misal»). Riyakar yuxugörmənin başqa bir növü
haqqında başqa bir yerdə danışacağıq (IV «Yuxugörmənin işi» fəslinə bax).
Burada belə bir təsəvvür yarana bilər ki, yuxugörmələrin yozumu ruhi aparatımızın
strukturunun bizim fəlsəfədən əbəs yerə umduğumuz izahatını verməyə qadirdir44. Lakin biz bu
yolla getməyəcəyik, əksinə, yuxugörmənin təhrifedici fəaliyyətini aydınlaşdırıb əsas
problemimizə qayıdacağıq. Biz belə bir sual vermişdik ki, axı xoşagəlməz yuxugörmələr arzuların
gerçəkləşməsini necə ifadə edə bilər. Artıq görürük ki, əgər xoşagəlməz məzmun yalnız xoş və
arzu olunanın pərdələnməsinə xidmət edirsə, bu, yuxugörmənin təhrifedici fəaliyyəti nəticəsində
də tamamilə mümkündür. İkinci psixi instansiya haqqında fərziyyəmizi nəzərə alaraq, artıq
təsdiqləyə bilərik: xoşagəlməz yuxugörmənin məzmununda ikinci instansiya üçün həqiqətən
xoşagəlməz nəsə var, ancaq eyni zamanda birinci instansiyanın arzusunu yerinə yetirir. Belə
xoşagəlməz yuxugörmələr ona görə arzuların gerçəkləşməsi mənasına gəlir ki, hər bir
yuxugörmə birinci instansiyadan qaynaqlanır, ikinci isə yalnız tormozlaşdırıcı təsir göstərir. Əgər
biz yuxugörməyə ikinci instansiyanın verdiklərilə kifayətlənsək, onda yuxugörməni heç vaxt başa
düşməyəcəyik. Alimlərin çoxunun həll edə bilmədikləri sirləri biz də çözə bilməyəcəyik.
Yuxugörmənin bir hissəsinin həqiqətən hər zaman arzunun gerçəkləşməsini ifadə edən
gizli mənasının olması hər bir ayrıca hal üçün analizin köməyi ilə isbat olunmalıdır. Mən
xoşagəlməz məzmunu olan bir neçə yuxu nümunəsi göstərib, onları təhlil etməyə çalışacağam.
Bu daha çox ətraflı ilkin məlumat, bəzənsə isteriya zamanı psixi hadisələrə nüfuz etmə tələb
edən isteriyalıların yuxularına aiddir. Təəssüf ki, məsələni şərh edərkən bu mürəkkəblikdən
yayına bilməyəcəyəm.
Psixi əsəb xəstəsinə mənim analitik müalicəmi tətbiq edən-də onun gördüyü yuxu, artıq
qeyd etdiyimiz kimi, söhbətimizin ən başlıca mövzularından biri olacaq. Bu halda mən ona çoxlu
müxtəlif psixoloji izahatlar verməli olur və onların köməyilə onun simptomlarını
müəyyənləşdirirəm; buna cavab olaraq ondan, demək olar, həmişə amansız tənqid eşidirəm –
belə tənqidləri ancaq qəddar rəqiblərimdən eşitməli oluram. Pasiyentlərin bütün yuxularının
arzularının gerçəkləşməsini ifadə etməsini daim süngüylə qarşılayırlar. Nəzəriyyəmi təkzib etmək
məqsədilə mənə danışılan bir neçə yuxugörmə örnəyini sizə təqdim edirəm.
Cavab verirəm ki, əlbəttə, yuxunun həqiqi mənasını yalnız analiz aydınlaşdıra bilər, ancaq
etiraf edirəm ki, yuxugörmə ilk baxışda tamamilə məntiqidir və doğrudan da guya arzuların
gerçəkləşməsi nəzəriyyəsinə ziddir. «Bu yuxu hansı materialdan qaynaqlanır? Siz ki
yuxugörmənin səbəbinin hər dəfə özündən əvvəlki günün təəssüratları olduğunu bilirsiniz».
Analiz: Pasiyentimin əri bir qədər yaşlı və vicdanlı ət alverçisidir, gündüz əvvəl arvadına
deyib ki, çox kökəlib və müalicə olunaraq bundan qurtulmaq istəyir. O, yuxudan erkən qalxacaq,
gəzəcək, ciddi pəhriz saxlayacaq və şam yeməyinə dəvətləri heç vaxt qəbul etməyəcək. Qadın
gülərək davam edir ki, əri restoranda bir rəssamla tanış olub, həmin rəssam onun portretini
çəkməyə qətiyyən razı olmayıb, ona görə ki, onun fikrincə, indiyədək heç vaxt belə xarakterik
baş görməyib. Amma əri də kifayət qədər kəskin cavab verib ki, hədsiz minnətdardır və tamamilə
əmindir ki, rəssam üçün qəşəng gənc qızın arxası onun bütün sifətindən daha xoşdur. Dem Maler
sitzen, Goethe-nin canlı modeli olmaq. “Und wenn er keinen Hintern hat, wie kann der Edie
sitzen?” (Əgər arxası yoxdursa, o nəcib adam necə otursun?)45. İndi mənim pasiyentim ərinə
əməlli-başlı vurulub və ona tez-tez sataşır. O, ərindən həm də ona kürü almamasını xahiş edib.
Bu nə deməkdir axı?
Məsələ burasındadır ki, o artıq çoxdan imiş ki, səhərlər kürü buterbrodu yemək
istəyirmiş, ancaq belə bir xərcə düşməyə risk etmirmiş. Əlbəttə, bu barədə ərinə desəydi, o
kürünü dərhal alardı. O isə əksinə, ərindən kürü almamasını xahiş edib ki, sonradan bununla
bağlı onu qınamaq imkanı olsun.
(Bu izahat mənə kifayət qədər bayağı görünür. Adətən bu cür qeyri-kafi məlumatların
arxasında hansısa fikirlər gizlənir. Berenheynin pasiyentlərini xatırlamaq kifayətdir: onlar
posthipnotik əmrləri icra edərək, motivlərlə suallara cavab verməyiblər: «Bunu niyə etdiyimi
bilmirəm», əvəzində isə həqiqətə uyğun olmayan izahatlar veriblər. Görünür, kürü məsələsində
də məsələ eynilə belədir. Mən hiss edirəm ki, pasiyentim həyatda özünə gerçəkləşməyən arzu
düzəltməyə məcburdur. Həmin gerçəkləşməyən arzu isə yuxugörmədə həqiqətən
mövcuddurmu?! Axı gerçəkləşməyən arzusu olmaq onun nəyinə lazımdır?) Yuxunun yozumu
üçün bunlar kifayət deyil. Mən əlavə izahatlar əldə etməyə çalışıram. Səmimi olmamaq arzusunu
aşmağa tam uyğun gələn qısamüddətli susqunluqdan sonra o, dünən ərinə qısqandığı bir
rəfiqəsinə baş çəkdiyini xəbər verir; əri ona daim komplimentlər söyləyirmiş. Xoşbəxtlikdən
həmin rəfiqəsi arıqdır, ərinin isə köklərdən xoşu gəlir. Bəs bu arıq rəfiqə nədən danışıb? Əlbəttə,
bir qədər kökəlmək arzusundan. Bundan sonra öz rəfiqəsindən soruşub: «Bizi nə vaxt evinizə
dəvət edəcəksiniz? Siz həmişə yaxşı qonaq qarşılayırsınız».
Bu yuxunu hətta bir əlavə şərtin zəruriliyini nəzərə alaraq başqa cür və daha incə şəkildə
də yozmaq olar. Yozumlar bir-birinə zidd deyil, hətta uyğundur və bütün digər psixoanalitik
hadisələr kimi, yuxugörmələrin ikimənalılığına dair son dərəcə geniş yayılmış parlaq misaldır. Biz
pasiyentin yuxugörmədən qabaq gerçəkləşməyən arzusu haqda (kürülü buterbrod)
düşündüyünü eşitdik. Rəfiqəsi də öz kökəlmək arzusunu dilə gətirib; odur ki, mənim
pasiyentimin yuxusuna rəfiqəsinin arzusunun yerinə yetməməsinin girməsi bizi
təəccübləndirməməlidir. Məsələ burasındadır ki, o, rəfiqəsinin arzusunun gerçəkləşməsini
(kökəlməsini) istəmir. Lakin bununla yanaşı, öz arzusunun da yerinə yetmədiyini görür. Əgər o
bu yuxuda özünü deyil, rəfiqəsini görürsə, rəfiqəsi onun yerini tutursa, ya da, daha doğrusu,
özüylə onu eyniləşdirirsə, yuxugörmə yeni yozum qazanır.
Mənim fikrimcə, o həqiqətən belə bir eyniləşdirmə aparıb və bunun sübutu olaraq
yuxusu gerçəkləşməyən arzunu ifadə edib. Bəs isterik eyniləşdirmənin nə mənası var? Bunu izah
etmək üçün mövzumuzdan bir qədər uzaqlaşmaq tələb olunur; eyniləşdirmə (identifikasiya)
isterik simptomların mexanizmi üçün son dərəcə mühüm məqamdır. Xəstələr bu simptom
vasitəsilə təkcə öz təəssüratlarını deyil, başqalarının təəssüratlarını da büruzə verirlər: onlar
sanki başqalarının yerinə əzab çəkir və böyük həyat pyesinin bütün rollarını təkbaşına oynayırlar.
Mənə etiraz edirlər ki, bu hamıya bəlli olan isterik imitasiyadır, isteriyalıların başqalarında
müşahidə olunan simptomları yamsılaması, reproduksiya səviyyəsinədək yüksələn özünəməxsus
mərhəmətdir. Lakin bununla yalnız isterik imitasiya əsnasında keçən psixi prosesin yolu
xarakterizə olunur; ancaq bu yol və bu yolla gedən həmin ruhi akt tamamilə başqadır. Sonuncu
isteriyalıların adi imitasiyasından bir qədər mürəkkəbdir; o qeyri-şüuri prosesə uyğundur. Mən
bunu misallarla göstərməyə çalışacağam. Əgər xəstəxanadakı palatada xəstələrin arasında
xarakterik qıcolmalardan əziyyət çəkən biri varsa, günlərin bir günü həkim həmin isterik
simptomun özünə təqlidçi tapdığını gördükdə təəccüblənməməlidir. O, sadəcə, düşünəcək: «Bu
simptomu görən başqaları onu yamsılamağa başlayıblar; bu, psixi yoluxmadır». Bəli, ancaq psixi
yoluxma təxminən aşağıdakı şəkildə baş verir. Xəstələr adətən bir-biri haqqında həkimin onların
hər biri haqqında bildiyindən çox bilirlər və həkim onları ziyarət edib qurtardıqdan sonra
ətrafdakıların xəstəliyi ilə çox maraqlanırlar. Pasiyentlərdən birində tutma baş verir; yanındakılar
dərhal bunun evdən aldığı məktubla, yaşadığı bədbəxtlik və s. ilə bağlı olduğunu bilirlər. Onlar
onun dərdinə şərik olur və onlarda şüura qədər gedib çatmayan belə bir fikir formalaşır: əgər
belə bir səbəb tutmaya gətirib çıxarırsa, bu cür tutma məndə də ola bilər, çünki eyni səbəblər
məndə də mövcuddur. Əgər bu fikir şüura çatırsa, onda o, çox güman ki, belə tutmadan qorxu
forması alır. Lakin bu fikir başqa bir psixi sferada yaranır və həmin simptomun reallaşmasıyla
qurtarır. Ona görə də, identifikasiya sadə imitasiya deyil, eyni etioloji şərait zəminində
mənimsəmədir.
İsteriya identifikasiyası daha çox seksual ümumiliyi ifadə etmək üçün işlənir. İsteriyalı
qadın daha çox öz xəstəlik simptomlarında özünü – əgər müstəsna deyilsə – cinsi əlaqədə olduğu
şəxslə, ya da həmin adamla cinsi əlaqədə olan başqa biriylə identifikasiya edir. Dil praktikası da
bu anlayışı ifadə edir: «zwei Liebende sind Bines» (İki sevən şəxs bir bütündür). (Azərbaycan
dilində: «Ərlə arvadın torpağı eyni yerdən götürülüb».) İsterik fantaziyanın identifikasiyası üçün
yuxugörmədə də kifayət qədər seksual münasibətlərlə bağlı təsəvvürlər var ki, onların real
olması qətiyyən vacib deyil. Öz rəfiqəsini qısqandığını ifadə edən pasiyent qadın bu yolla yalnız
isterik düşüncə tərzinə görə gedir (bununla belə, o bu qısqanclığı əsassız sayır), yuxugörmədə
özünü onun yerinə qoyur və simptom yaratmanın köməyilə (gerçəkləşməyən arzu) özünü onunla
eyniləşdirir. Daha dəqiqi, bu proses aşağıdakı şəkildə baş verir: o yuxuda rəfiqəsinin yerini tutur,
çünki rəfiqəsi də ərinin yanında onun yerini tutur və buna görə də, o ərinin gözündə ərinin onun
rəfiqəsinə verdiyi qiyməti almaq istəyir. Mən isteriya psixologiyasından belə haşiyələr misal
gətirməyin zəruriliyinə təəssüf edirəm: onlar çox az şey izah edir, çünki kontekstdən qoparılmış
haşiyə xarakterindədir. Bu haşiyələr mənim buradakı məqsədimə xidmət edir, təbii ki, əgər
yuxugörmələrlə psixonevrozlar arasında mövcud olan sıx əlaqəni göstərə bilirsə. Daha sadə
formada və bir arzunun gerçəkləşməməsinin digərinin gerçəkləşməsi anlamına gəlməsi sxeminə
əsasən, mənim yuxugörənlərim arasında ən ağıllısı olan digər pasiyentin də nəzəriyyəm əleyhinə
etirazı öz həllini tapmış oldu. Bir dəfə ona izah etdim ki, mənim fikrimcə, yuxugörmə arzunun
reallaşmasıdır; ertəsi gün o mənə xəbər verdi ki, yuxuda qayınanasıyla eyni bağa köçdüyünü
görüb. Mən onun yayı qayınanası ilə birlikdə keçirmək istəmədiyini, son zamanlar qayınanası ilə
birlikdə olmaqdan uğurla qaçdığını və onun daimi yaşayış yerindən xeyli uzaqda bağ
kirayələdiyini bilirdim. Lakin yuxugörmə arzunun gerçəkləşməsini gerçəkləşməməsinə çevirib;
məgər bu mənim nəzəriyyəmin parlaq təkzibi deyil? Əlbəttə, bu yuxunu yozmaq üçün ondan
nəticə çıxarmaq kifayət edərdi. Bu yuxu mənim haqsız olduğumu sübut etdi; beləliklə, onun
arzusu məni haqsız çıxarmaq idi və yuxugörmə də məhz onun arzusunu yerinə yetirmişdi. Lakin
mənim haqsızlığımla bağlı arzu, həqiqətdə başqa bir ciddi məsələyə aid idi. Məsələ burasındadır
ki, analizin həmin vaxta qədər əldə etdiyi material onu düşünməyə əsas verirdi ki, qadının
həyatında onun xəstəliyinə bilavasitə səbəb olan nəsə baş verib. O bunu inkar edir və belə bir
hadisəni xatırlaya bilmirdi. Ancaq tezliklə əmin olduq ki, mən haqlıyam. Beləliklə, onun məni
haqsız çıxarmaqla bağlı arzusu yuxusunda qayınanası ilə birgə yaşamaq şəklində meydana çıxıb
ki, bu da mənim şübhələndiyim hadisələrin heç vaxt aşkara çıxmamasıyla bağlı onun haqlı
arzusuna tam olaraq uyğundur.
Mənimlə birlikdə gimnaziyanı bitirmiş tanışlarımdan birinin yuxusunu heç bir analiz
aparmadan son dərəcə sadə fərziyyə vasitəsilə yozdum. Bir dəfə o mənim mühazirəmi
dinləyərək öyrəndi ki, yuxugörmə arzuların gerçəkləşməsidir. Mühazirədən sonra o, evə gedib və
yuxuda görüb ki, bütün məhkəmə proseslərini uduzub. Tanışım vəkil idi. O mənim yanıma gəlib
bu barədə danışdı. Ondan yaxamı qurtarmaq üçün dedim: «Bütün prosesləri udmaq olmaz axı»,
ancaq öz-özümə düşündüm: «əgər səkkiz il ərzində mən gimnaziyada birinci şagird olmuşamsa,
o isə ortabablardan biri olubsa, uşaqlıqdan onun ürəyində mənim əməlli-başlı biabır olmağımla
bağlı arzusunun qalması təəccüblüdür ki?» Daha qaranlıq xarakterli bir yuxunu mənim arzuların
gerçəkləşməsi nəzəriyyəmə etiraz edən başqa bir pasiyentim danışdı. Gənc qız olan pasiyentim
mənə bu yuxunu danışdı: «Yəqin bilirsiniz ki, mənim bacımın indi cəmi bir oğlu var: Karl. Otto
mən hələ onun evində yaşayanda ölüb. Mən Ottonu çox sevir, özüm tərbiyə edirdim. Kiçik oğlanı
da çox sevirdim, ancaq hər halda o biri qədər deyil. Bu gecə qəflətən yuxuda Karlın öldüyünü
gördüm. O, əllərini sinəsində çarpazlayaraq balaca tabutda uzanmışdı; ətrafında bir zamanlar
ölümü məni sarsıtmış Ottoda olduğu kimi şamlar yanırdı. Deyin, axı bu nə deməkdir? Siz məni
tanıyırsınız, məgər mən bacımın yeganə övladının ölümünü arzulayacaq qədər axmaq qızam?
Yoxsa mən həddindən artıq çox sevdiyim Ottonun yerinə Karlın ölməsini istəyirəmmiş?» Onu
sonuncu yozumun istisna olduğa inandırdım. Bir qədər düşünüb yuxunu düzgün yozdum və qız
bunu təsdiq etdi. Bu mənə də çətin olmadı, çünki pasiyentimin bütün həyat tarixçəsini bilirdim.
Erkən yaşda yetim qalmış qız böyük bacısının evində tərbiyə almış və orada qəlbində
silinməz izlər buraxan insana rast gəlmişdi. Əvvəl güclə sezilən bu münasibətlərin evliliklə
nəticələnəcəyini düşünürdülər, ancaq bacısı bu xoşbəxt sonluğa mane olur. Onun bu hərəkətinin
motivləri hələ də bəlli deyil. Araları dəyəndən sonra mənim pasiyentimə vurulan cənab daha
onun bacısının evinə gəlmir. Pasiyentim özü isə sox sevdiyi balaca Otto öldükdən sonra bacısını
tərk edir. Ancaq bacısının dostuna qarşı duyduğu şiddətli duyğudan sonra düşdüyü asılılıqdan
qurtula bilmir. Qüruru onunla görüşməsinə yol verməsə də, başqasını da sevə bilmir. Daim elm
adamı olan sevdiyi adamın mühazirələrinə getsə də, onun gözündən yayınmağa çalışır. Bu
günlərdə o mənə demişdi ki, professor konsertlərdə olduğu üçün, o da onu görmək üçün ora
getməyə hazırlaşır. Bu, yuxugörmə ərəfəsində idi, konsert də həmin gün olacaqdı. Ona görə də,
onun yuxusunu yozmaq mənə asan oldu. Ona sual verdim ki, balaca Ottonun ölümüylə bağlı hər
hansı hadisəni xatırlamır ki. Dərhal cavab verdi: «Əlbəttə, həmin gün professor bizə gəlmişdi,
mən onu uzun ayrılıqdan sonra oğlanın tabutunun başında gördüm». Bu mənim fərziyyəmə tam
uyğun idi, odur ki, onun yuxusunu belə yozdum: «Əgər ikinci oğlan ölsəydi, eyni hadisə təkrar
olunacaqdı. Siz bütün günü bacınızın evində olacaqdınız. Yəqin ki, professor da başsağlığı vermək
üçün ora gələcək və siz onu yenə həminki şəraitdə görəcəkdiniz. Yuxugörmə sizin onunla
görüşmək istəyinizdə bir qədər fərqli məna ifadə edir, siz bu arzu ilə daxilən mübarizə
aparırsınız. Mən bilirəm ki, sizin cibinizdə bugünkü konsertə bilet var. Sizin yuxunuz
səbirsizliyinizi ifadə edir, o sizin bu adamla bu axşam baş verən görüşünüzü əvvəlcədən xəbər
verir».
Aydındır ki, o öz arzusunu gizlətmək üçün belə arzuların asanca boğulmasının mümkün
olduğu bir situasiya seçib: elə bir situasiya ki, insan o dərəcədə qüssəyə batır ki, sevgisini belə
unudur. Bununla belə, ola bilər ki, yuxugörmənin düzgün əks etdirdiyi kimi, o real situasiyada da
çox sevdiyi oğlanın tabutu başında çoxdan görmədiyi professoru görəndə ona qarşı incə
duyğularını boğub.
Əvvəllər öz diribaşlığı, müdrikliyi və həmişə şən olmasıyla seçilən, müalicə zamanı bütün
bu keyfiyyətləri üzə çıxan başqa bir pasiyentimin analoji yuxusunu başqa cür yozdum. Bu xanım
yuxuda görüb ki, on beş yaşlı qızı ölüb və qarşısındakı böyük qutuda uzanıb. O da başqaları kimi,
mənim arzuların gerçəkləşməsi nəzəriyyəmin doğru olmadığını sübut etmək üçün bu
yuxusundan istifadə etmək istəyir, buna baxmayaraq, hiss edirdi ki, yuxudakı qutu
yuxugörmənin başqa cür yozulmasının yolunu göstərəcək(hisə verilmiş balığa görə baş tutmayan
şam yeməyi haqqında olan yuxugörmə kimi). Analiz edərkən dünən axşam bir məclisdə
olduğunu xatırlayıb. Orada söhbət çoxlu müxtəlif mənaları olan ingiliscə «box» (qutu, yeşik,
tənəkə qab və s.) sözündən gedirmiş. Həmin yuxugörmənin digər elementləri əsasında təsdiq
etmək olar ki, o, ingiliscə olan «box» sözünün almanca «buchse» (tənəkə qab) sözü ilə səs
uyğunluğu haqqında düşünüb və sonra da ağlına gəlib ki, «buchse» həm də qadın cinsi orqanının
vulqar adıdır. Onun topoqrafik anatomiya sahəsində biliklərinə dözümlü yanaşsaq, güman etmək
olar ki, «qutudakı» uşaq ana bətnindəki döl deməkdir. O bununla razılaşaraq, yuxugörmənin
həqiqətən onun arzularından birinə uyğun olduğunu inkar etmədi. Bir çox gənc qadınlar kimi,
hamiləlik onu da açmır və dəfələrlə uşağının ölü doğulmasını arzuladığını öz-özünə etiraf
etmişdi. Bir dəfə ərilə dalaşdıqdan sonra özündən çıxaraq uşağını öldürmək üçün yumruqlarıyla
qarnına döyəcləyibmiş. Ölü uşaq doğrudan da onun arzusunun gerçəkləşməsi idi, ancaq ən azı
on beş il öncə aradan qalxmış arzu. Ona görə də, belə bir arzunun gerçəkləşməsi dərhal nəzərə
çarpmayıb. Bu müddət ərzində bir çox şey dəyişilib.
Son iki yuxunun da aid olduğu yaxın adamların ölümüylə bağlı yuxugörmələri daha ətraflı
nəzərdən keçirməyə ehtiyac var. Ancaq mən onları tipik yuxugörmələri araşdıranadək təxirə
salıram: orada arzuolunmaz məzmunu olan bütün bu yuxugörmələrin əslində arzuların
gerçəkləşməsi olduğunu çoxlu misallarla sübut etmək imkanımız olacaq. Aşağıdakı yuxugörməyə
görə pasiyentimə deyil, son dərəcə ziyalı bir hüquqşünas tanışıma borcluyam; bu yuxu da mənə
arzuların gerçəkləşməsi nəzəriyyəsini tələsik yekunlaşdırmaqdan çəkindirmək məqsədilə
danışılıb. Tanışım deyir: «Yuxuda gördüm ki, bir xanımın qolundan tutaraq evimə yaxınlaşıram.
Orada məni bağlı bir kareta gözləyir, bir adam mənə yaxınlaşıb deyir ki, polis agentidir və məni
onun ardınca getməyə dəvət edir. Ondan işlərimi qaydasına salmaq üçün vaxt verməsini xahiş
edirəm. Sizcə, yəni mən doğrudan həbs olunmaq istəyirəm?» – «Əlbəttə, yox», – onunla
razılaşmalı oluram. – «Bəlkə sizi nəyə görə həbs etmək istəndiyini bilirsiniz?» – «Hə, deyəsən,
uşaq öldürdüyümə görə». – «Uşaq öldürdüyünüzə görə? Siz ki belə cinayətləri adətən yeni
doğulan körpələri öldürən anaların törətdiyini bilirsiniz». – «Haqlısınız». – «Bəs bu yuxunu hansı
şəraitdə görmüsünüz? Dünən axşam nə etmisiniz?» – «Mən yetərincə incə olan bu məsələni sizə
danışmaq istəməzdim». – «Necə istəyirsiniz, onda mən sizin bu yuxunuzu yozmaqdan imtina
etmək zorundayam». – «Yaxşı, qulaq asın, mən evdə gecələməmişəm, uzun müddət birgə
yaşadığım qadının yanında olmuşam». Subyektlər öz yuxularını çox vaxt tam danışmırlar,
yuxugörmənin ayrı-ayrı elementləri yalnız zamanı gələndə yaddaşda üzə çıxır. Yuxunun
yozumunun açarı da adətən sonda xatırlanan bu elementlər olur. «Səhərə yaxın ağır yatmışdım
və artıq sizin bildiyiniz yuxunu gördüm». – «O, ərli qadındır?» – «Bəli». – «Bəs siz ondan uşağınız
olmasını istəyirsiniz?» «Yox, yox, bu bizim sirrimizi dərhal faş edər». – «Sizdə yəqin cotius
normal deyil?» – «Hə, biz coitus interruptus tətbiq edirik» 46. – «Əgər bu gecə sizin bir neçə
dəfə bu cür cotius etdiyinizi və yuxuya gedərkən uşağınız ola biləcəyindən qorxduğunuzu güman
etsəm, səhv etmərəm ki?» – «Ola bilər». «Onda sizin yuxunuz, şübhəsiz, arzunuzun
gerçəkləşməsidir, siz gördüyünüz yuxu sayəsində sakitləşmisiniz: sizin uşağınız yoxdur, bu elə
sizin onu öldürməyiniz kimi bir şeydir. Bu da sizə vasitəçi həlqələr. Yada salın: bir neçə gün öncə
biz sizinlə hamiləlikdən qorunmaq üçün köməkçi vasitələrdən istifadəyə yol verilməsi haqqında
danışırdıq, ancaq yumurtalığın toxumlarla görüşündən sonra tətbiq olunan istənilən süni
tədbirin qanunla cinayət sayıldığını da qeyd etməyi unutmadıq. Bununla bağlı, orta əsrlərdə baş
verən bir mübahisəni xatırladıq, onun mahiyyəti ruhun dölə keçməsindən ibarətdir – uşaq
öldürmə anlayışı da bundan qaynaqlanır. Lenaunun47 şerini bilməmiş olmazsınız, o hamiləliyi
dayandırmaqla uşaq öldürməyi eyniləşdirir». – «Lenau barədə nədənsə bu gün səhər
xatırladım». – «Bu sizin yuxunuzun əks-sədasıdır. İndi sizin yuxunuzda daha bir əlavə arzu
gerçəkləşməsi tapmağa çalışacağam… Siz evinizə həmin qadının qolundan tutaraq yaxınlaşırsınız.
Beləcə, siz onunla gecəni keçirmək əvəzinə, evinizə aparırsınız. Sizin yuxunuzun mərkəzi nöqtəsi
arzunuzun gerçəkləşməsi olduğundan belə xoşagəlməz formada gizlənir və görünür, bunun bir
çox əsasları var. Mənim nevrozun etiologiyası haqqında məqaləmdən coitus interruptusun
nevrotik qorxuların əmələ gəlməsinin mühüm səbəblərindən olduğunu oxuya bilərsiniz. Belə bir
coitusdan sonra sizdə qorxu hissinin əmələ gəlməsində təəccüblü heç bir şey yoxdur, yuxunuzun
elementlərindən biri də budur. Siz bu duyğudan arzunuzun gerçəkləşməsini pərdələmək üçün
istifadə edirsiniz. Ancaq uşaq öldürmək bununla izah olunmur. Bu spesifik qadın cinayəti necə
olub ki, ağlınıza gəlib?» – «Sizə etiraf etməliyəm ki, bir neçə il bundan qabaq mən analoji
hadisəyə cəlb olunmuşam və mənimlə əlaqədə olan bir qızın bunun nəticəsindən qorxaraq öz
dölünü zəhərləməsində günahkaram. Əlbəttə, bu işdə bilavasitə iştirak etməmişəm, ancaq uzun
müddət işin üstünün açılacağından qorxmuşam». – «Tamamilə aydındır, bu xatirə uğursuz coitus
interruptus haqda düşüncələrinizin sizdə niyə bu qədər xoşagəlməz duyğular oyatmasının ikinci
səbəbidir».
Bu yuxugörmə haqqında mənim mühazirəmdə eşidən bir cavan həkim onunla çox
maraqlandı, çünki həmin gecə o başqa bir analoji yuxu görübmüş, lakin bu yuxunun obyekti
tamamilə başqa sahəydi. Bir gün əvvəl o, magistrata gəlirləri haqqında məlumat veribmiş; onlar
doğrudan da həqiqiymiş, çünki o, çox az qazanır. Lakin yuxuda görüb ki, vergi komissiyasından
olan bir nəfər onun yanına gəlib, bütün məlumatların doğru olduğunu, yalnız onun
məlumatlarının şübhə doğurduğunu söyləyir. Guya onu iri məbləğdə cəriməyə məhkum edirlər.
Bu böyük gəlirli həkim kimi tanınmaq arzusunun gerçəkləşməsini pis gizlədən bir yuxudur. Bu
yuxu ərə getməmək məsləhət görülən bir gənc qız haqqındakı məşhur əhvalatı xatırladır, ona
görə ki, nişanlısı çox hirslidir və evləndikdən sonra onu döyəcək. Qız belə cavab verib: «Hünəri
var mənə əl qaldırsın». Onun ərə getmək arzusu o qədər güclü olub ki, hətta nikahıyla bağlı
kədərli perspektivlə də razılaşıb, hətta sanki onu arzulayıb.
Mənim nəzəriyyəmə birbaşa zidd olduğu görünən kifayət qədər sıx rastlanan bu
yuxugörmələrə (onların hamısının məzmunu arzunun gerçəkləşməməsi, ya da arzuolunmaz
hadisənin baş verməsidir), mənə elə gəlir ki, iki prinsipdən yanaşmaq olar: onlardan biri – həm
həyatda, həm də yuxugörmə zamanı mühüm rol oynayan biri haqqında hələ danışmamışam. Bu
yuxugörmələrin səbəblərindən biri məni haqsız çıxarmaq arzusudur. Bu yuxugörmələr müalicə
zamanı pasiyentlər, necə deyərlər, müqavimət göstərdikləri halda daim baş verir və mən
arzuların gerçəkləşməsi nəzəriyyəmi pasiyentə ətraflı başa salarkən belə yuxugörmələri, demək
olar ki, həmişə süni şəkildə yarada bilirəm. Analoji yuxugörmələr haqqında dəfələrlə
tələbələrimdən də eşitmişəm: mənim «arzuların gerçəkləşməsi nəzəriyyəmlə» tanışlığın onlara
təsiri şəksizdir.
Mənim oxucularımın da belə yuxular görməsində təəccüblü heç nə yoxdur: onlar məni
haqsız çıxarmaq arzularını gerçəkləşdirmək üçün yuxugörmə zamanı hər hansı arzularından
həvəslə imtina edirlər. Bir gənc qızı müalicə edərkən müşahidə etdiyim daha bir yuxugörməni
misal gətirəcəyəm; o, yaxınlarının arzusuna və evdəki nüfuz sahiblərinin məsləhətlərinə zidd
olaraq məndə müalicə olunur; o belə bir yuxu görüb: Evdə ona mənim yanıma gəlməyi qadağan
ediblər. O mənə onu uzaq başı pulsuz müalicə edəcəyimlə bağlı verdiyim vədimi xatırladır,
mənsə ona deyirəm ki, maddi məsələlərdə heç kəsə güzəştə gedə bilmərəm.
Bu yuxuda arzunun gerçəkləşməsini izləmək həqiqətən çətindir, ancaq belə hallarda bir
müəmma başqa bir müəmmaya yol açır ki, onun həlli birincinin həllinə də kömək edir. O mənim
adıma çıxdığı sözləri görəsən haradan götürüb? Aydındır ki, mən heç vaxt belə sözlər
deməmişəm, ancaq ona daha çox təsiri olan qardaşlarından biri mənim haqqımda ona məhz
belə bir fikir söyləyib. Beləliklə, yuxugörmə isbat etmək istəyir ki, onun qardaşı haqlıdır; öz
qardaşını haqlı çıxarmağa isə o ancaq yuxuda cəhd etmir. Bu onun həyatının cəhdidir və
xəstəliyinin əsas motivlərindən biridir. Bir həkim (Avq. Ştreke) ilk baxışda arzuların gerçəkləşməsi
nəzəriyyəsi üçün xüsusi çətinliklər törədən bir yuxu görüb və onu yozub.
Bizdə, bəlkə də, bu yuxunu yozmaqdan imtina etmək həvəsi yaranacaq, çünki məzmun
baxımından ardıcıl və aydın olan yuxu, əlbəttə, arzuolunan deyil. Lakin analizin çətinliklərindən
qorxmasaq, «ilkin yaranın» («Primaraffekt») «prima affectio» (ilk məhəbbət) ilə eyni olduğunu
öyrənmək olar və Ştrekenin sözlərinə görə, iyrənc yara «güclü affektlə bağlı arzuların yerinə
yetirilməsinin» əvəzedicisidir (Zentralblatt fiir Psychoanalyse 11, 1911/12).
Arzuolunmaz faktların gerçəkləşməsini təsvir edən belə yuxugörmələrin başqa bir motivi
o qədər aşkardır ki, onu asanlıqla sezməmək də olar; uzun illər məndə məhz belə olub. Bir çox
insanların seksual konstitusiyasında xeyli mazoxist komponentlər var, bunlar aqressiv sadist
komponentlərin öz-özlərinə qarşı çevrilməsi sayəsində yaranır. Məruz qaldıqları fiziki əzablardan
deyil, alçaldılmaqdan və mənəvi əzablardan həzz alan adamlara «ideya» mazoxistləri deyilir.
Ətraflı izahat vermədən də aydındır ki, bu şəxslər arzunun gerçəkləşməməsini əks etdirən
məzmuna malik yuxular görə bilərlər, ancaq mazoxist meyillərdən məmnun qaldıqları üçün bu
onlara məhz arzularının gerçəkləşməsi kimi görünəcək. Belə bir yuxu örnəyi verirəm: erkən
yaşlarda öz homoseksual meyillərilə böyük qardaşına əzab verən cavan oğlan xarakterində köklü
dəyişiklik baş verdikdən sonra üç hissədən ibarət bir yuxu görüb. I. Böyük qardaşı onun
«zəhləsini tökür». II. İki yaşlı adam homoseksual məqsədlərlə bir-biriylə mazaqlaşır. III. Qardaşı
onun (pasiyentin) gələcəkdə rəhbərlik etməyi planlaşdırdığı müəssisəni satıb. Yuxunun son
hissəsindən sonra o, əzablar içində oyanır, ancaq buna baxmayaraq, bu, məzmununda arzu
gerçəkləşməsi olan mazoxist yuxudur; bu yuxunun izahı belədir: əgər qardaşım ona verdiyim
əzablara görə, məni müəssisəni satmaqla cəzalandırsa, əməllərimə görə payımı almış olacağam.
Bir az irəli qaçaraq burada yuxarıdakı formulu genişləndirən və şəklini bir qədər
dəyişdirən Otto Rankın fikrini sitat gətirmək istəyirəm: «Yuxugörmə həmişə sıxışdırılmış infantil-
seksual materialdan istifadə edərək, aktual və adətən erotik arzuları pərdələnmiş və simvolik
formada təsvir edir» («Öz-özünü yozan yuxu»).
Qaldı qorxulu yuxular; onlar xoşagəlməz məzmunlu yuxuların xüsusi növünü təşkil edir və
onlarda arzuların gerçəkləşməsinin mövcudluğu bir çox əleyhdarlar tərəfindən daha böyük
müqavimətlə qarşılaşır. Lakin qorxulu yuxular son dərəcə asan yozulur, onlar yuxugörmə
məsələsindən ortaya çıxacaq yeni problemlər yaratmır: söhbət sadəcə nevrotik qorxuların dərk
olunmasından gedir. Yuxuda hiss etdiyimiz qorxu, yuxugörmənin məzmunu vasitəsilə yalnız
yalandan izah olunur. Biz yuxugörmənin məzmununu yozmağa başlayanda hiss edirik ki, hər
hansı fobiya nəticəsində əmələ gələn qorxu bu fobiyanın əlaqədar olduğu təsəvvürlə son dərəcə
az izah oluna bilir. Buna baxmayaraq, misalçün, insan pəncərədən yıxılmaqdan qorxduğu üçün
pəncərəyə yaxınlaşanda onun ehtiyatlı olmağa əsası var, ancaq bu fobiya zamanı qorxu elə
böyükdür ki, xəstəyə pəncərəyə yaxınlaşmağa belə mane olur. Eyni izahat həm fobiyaya, həm də
qorxulu yuxuya aiddir. Qorxu burada da, orada da yalnız əlaqədar təsəvvürə birləşir, ancaq
tamamilə fərqli mənbələrdən qaynaqlanır. Yuxugörmədəki qorxunun nevrozlarla bağlı qorxuyla
əlaqəsinə toxunaraq birincini nəzərdən keçirərkən, ikinciyə istinad etməliyəm. Bir vaxtlar «qorxu
nevrozuna» (Neurolog. Zentralblatt, 1895) aid yazdığım kiçik məqalədə qeyd etmişdim ki,
nevrotik qorxu seksual həyatdan qaynaqlanır və boğulmuş, qeyri-kafi libidoya (cinsi həvəs)
uyğundur. Bir az irəli qaçaraq burada yuxarıdakı formulu genişləndirən və şəklini bir qədər
dəyişdirən Otto Rankın fikrini sitat gətirmək istəyirəm: «Yuxugörmə həmişə sıxışdırılmış infantil-
seksual materialdan istifadə edərək, aktual və adətən erotik arzuları pərdələnmiş və simvolik
formada təsvir edir»(«Öz-özünü yozan yuxu»). Bu formul o vaxtdan etibarən daim təsdiq
olunub. Buradan belə bir nəticə çıxarmaq olar ki, qorxulu yuxu seksual məzmunlu yuxunun
mahiyyətidir: libido onlarda qorxuya çevrilir. Aşağıda bəzi əsəb xəstələrinin yuxularını analiz
etməklə bu durumu təsdiqləmək imkanımız olacaq. Yuxugörmə nəzəriyyəsinə bundan sonrakı
yaxınlaşma cəhdlərimdə bu yuxuların müzakirəsinə və arzuların gerçəkləşməsi nəzəriyyəsinə bir
daha toxunacağam.
2. Yuxugörmənin ayıq yaddaşdan fərqli olan digər prinsiplər əsasında seçim etdiyini; o,
mühüm və vacib olanı deyil, ikinci dərəcəli və əhəmiyyətsiz olanı seçir.
1. Evə gəlirəm, amma məni güclə içəri buraxırlar; küçədə məni hansısa qadın gözləyir.
Mənbə: Axşam bir qadın qohumumla söhbətim var, onu istədiyini əldə edənədək
gözləməli oluram və s.
3. Küçədə iki qadın görürəm, ana və qız, sonuncu məndə müalicə olunur.
Mənbə: Qadın pasiyentlərimdən biri bu axşam mənə xəbər verdi ki, anası ona məndə
müalicəsini davam etdirməyə mane olur.
• Kitab mağazasında S., R. və mən illiyi 20 marka olan dövri nəşrə abunə oluruq.
Mənbə: Arvadım dünən yadıma salmışdı ki, aylıq xərclərimizlə bağlı ona 20 marka
verməliyəm.
Mənbə: Mən liberal seçki komitəsindən və həqiqətən üzvü olduğum humanitar birliyin
rəyasət heyətindən sirkulyar almışdım.
• Mən dənizin ortasındakı dik qayada bir adam görürəm. Mənzərə mənə Beklinin rəsmini
xatırladır.
Sual yaranır: yuxugörmə hər zaman əvvəlki günün hadisələrilə bağlı olur, yoxsa son
dövrün daha mühüm aralığının təəssüratlarına uzanır? Bu sualın, əlbəttə, xüsusi prinsipial
əhəmiyyəti yoxdur, ancaq hər halda, yuxugörmədən əvvəlki günün üstün rol oynadığını qeyd
etmək istərdim. Hər dəfə yuxugörmənin mənbəyinin iki-üç gün əvvəl qavranılmış təəssürat
olduğunu təsəvvür edəndə yaxından araşdıraraq əmin oluram ki, bu təəssürat bir gün əvvəl
yenidən təkrarlanıb və beləcə, təsəvvürün qavranıldığı günlə yuxugörmə arasında onun bir gün
öncə baş verən aşkar reproduksiyası var; bundan əlavə, hər dəfə daha erkən təəssürat haqqında
xatirəni əmələ gətirən yeni səbəb müəyyənləşdirməyə nail oluram. Bütün arzularıma rəğmən,
yeni yaranan təəssüratla onun yuxuda əks olunması arasında bioloji əhəmiyyət kəsb edən daimi
intervalın olduğunu heç vaxt təsdiq etməli olmamışam. (İlk belə intervalı Svoboda 18 saat hesab
edir).
Artıq birinci fəsildə qeyd etdiyim kimi, Q. Svoboda, Flissin ruhi fəaliyyət sferasında kəşf
etdiyi iyirmi üç və iyirmi səkkiz günlük bioloji intervala böyük əhəmiyyət verir və bu dövrlərin
yuxugörmədə bu və ya digər elementlərin varlığında həlledici rol oynadığını təsdiq edir.
Doğrudur, bu fikrin doğruluğu təsdiq olunacağı təqdirdə yuxuların yozumu qətiyyən dəyişməzdi,
lakin yuxugörmələrin materialının mənşəyi üçün yeni mənbə kəşf olunardı. «Dövrlər
nəzəriyyəsinin» yuxugörmə materialına tətbiq edilə bilməsini yoxlamaq üçün bu yaxınlarda öz
yuxularımı tədqiq etdim və bununçün görülmə vaxtları dəqiq təsdiq edilə bilən yuxuların
məzmununun xüsusilə aydın olan elementini seçdim.
Haşiyə… Mən haradasa İtaliyadayam. Üç qızım mənə nadir şeyləri göstərir və dizim üstdə
otururlar. Mən nadir əşyalara baxıram və onlardan birini görüb, deyirəm: Bunu sizə mən hədiyyə
etmişəm axı. Mən aydın şəkildə kiçik bir barelyef görürəm və Savonarolanın sifətini tanıyıram.
Mən universitet laboratoriyasında kimya ilə məşğulam. Hofrat P. mənə onunla harasa
getməyi təklif edir və yuxarı qaldırdığı əlində lapma, ya da başqa nəsə tutaraq dəhlizlə irəliləyir,
onun qəribə duruşu var, boynunu irəli uzadıb. Biz böyük bir meydandan keçirik… (Qalanını
unutmuşam).
Bu yuxuda ən çox nəzərə çarpan hofrat P.-nin lampanı (ya da lupanı) necə tutması və
məkana zənlə baxmasıdır. Mən P.-ni uzun illərdir görmürəm, ancaq onun kimisə əvəz etdiyini
anlayıram: Sirakuzlarda məhz həmin pozada lupa ilə dayanan və romalıların mühasirə
qoşunlarına baxan Arximedin heykəlini. Bu heykəli ilk (ya da son) dəfə nə vaxt görmüşəm?
Qeydlərimə əsasən Sirakuzda sentyabrın 17-də axşam olmuşam, beləliklə, yuxuya qədər aradan
13+10 = 23 gün keçib – Flissə görə, «kişi dövrü».
Təəssüf ki, bu yuxunun yozumu bu əlaqənin vacibliyini azaldır. Yuxugörməyə bir gün
əvvəl mühazirə oxuduğum auditoriyanın başqa yerə keçirilməsiylə bağlı aldığım xəbər səbəb
olub. Yeni yer qətiyyən xoşuma gəlmirdi və düşünürdüm ki, bunun auditoriyasız qalmaqdan heç
bir fərqi yoxdur; buradan da fikirlərim professorluq fəaliyyətimin əvvəlinə uçub, çünki o zaman
həqiqətən də auditoriyam yox idi və mənim onu əldə etməklə bağla cəhdlərim çox hörmətli
hofrat və professorların soyuq münasibəti nəticəsində uğursuz olmuşdu. O zaman müvəqqəti
olaraq dekan vəzifəsini icra edən və özümə yaxın saydığım P.-nin yanına getdim. O mənə kömək
etməyə söz versə də, vədinə əməl etmədi. Ancaq yuxugörmədə o, açıq-aydın Arximeddir və
məni doğrudan da başqa bir otağa aparır. Yuxudakı fikirlərə istənilən yozumun aşkara çıxardığı
kimi, nə qisas, nə də şəxsi ləyaqət hissi yad deyil. Lakin qeyd etməliyəm ki, əgər bu səbəb
olmasaydı həmin gecə Arximedi görməyəcəkdim; ancaq Sirakuzdakı heykəllə bağlı təəssüratın
fərqli bir müddətdən sonra daha güclü şəkildə ortaya çıxıb-çıxmayacağını deyə bilmərəm.
(Haşiyə)… Professor Ozer haqqında nəsə görürəm; o mənimçün menyu tərtib edir və bu
mənə sakitləşdirici təsir göstərir… (Qalanını unutmuşam).
Öz müddətinə görə bu cür müxtəlif dövrlər, dövrlər haqqında təlim üçün yenidən
işlənmədikcə bundan sonra istifadə oluna bilməz. Onlara mənim yuxularımda yuxugörmələrlə
əvvəlki günün hadisələri arasındakı əlaqədən müqayisəolunmaz dərəcədə çox rast gəlinir.
Beləliklə, mənə elə gəlir ki, hər bir yuxugörmənin yuxugörmə törədicisi var, bu törədici
«yaranma anından tək bircə gecə belə keçməyən» təəssüratlara aiddir.
Yuxunun məzmunu: Mən bir bitki haqqında monoqrafiya yazmışam. Kitab qarşımdadır,
mən onun içindəki rəngli cədvəllərə baxıram. Kitaba qurudulmuş bitki nüsxələri, herbarilər əlavə
olunub.
Analiz: Səhər-səhər bir kitab mağazasının vitrinində «Tsiklamen» adlı bir kitab
görmüşəm. Bu, çox güman ki, bitkilər haqqında monoqrafiya idi.
Tsiklamen arvadımın çox sevdiyi çiçəyin adıdır. Ona çox nadir hallarda çiçək
bağışladığıma görə, özümü qınayıram. «Çiçək bağışlamaq» haqqında düşünərkən bu yaxınlarda
dostlar arasında danışdığım bir epizodu xatırlayıram; mən sübut etmək istəyirdim ki, unutma bir
çox hallarda qeyri-şüuri niyyətin gerçəkləşməsidir və bütün hallarda unudanın gizli niyyətinin
olmasını güman etməyə imkan verir. Ad günündə ərindən çiçək hədiyyə almağa adət etmiş gənc
bir qadın bu il stolun üstündə gül görməyəndə ağlayır. Evə gələn əri onun göz yaşlarının
mənasını arvadı: «Bu gün mənim ad günümdür» – dedikdən sonra anlayır. Əri əlini alnına vurub,
ucadan deyir: «Bağışla, tamam yadımdan çıxıb» və gedib ona çiçək almaq istəyir. Ancaq qadın
bununla sakitləşmir, çünki ərinin unutqanlığında artıq onunçün əvvəlki tək önəmli olmadığının
sübutunu görür. Bir neçə gün əvvəl mənim arvadım həmin xanım P.-yə rast gəlib, o, arvadıma
özünü yaxşı hiss etdiyini söyləyərək, mənim əhvalımı da xəbər alıb. Onu bir neçə il əvvəl müalicə
etmişəm.
Yeni fikir axını: mən həqiqətən bir vaxtlar bir bitki haqqında monoqrafiyaya oxşar bir şey
yazmış, «koka» bitkisinin xüsusiyyətlərini araşdırmış və bununla kokainin anesteziya edici
xüsusiyyəti ilə maraqlanan K.Killerin diqqətini cəlb etmişəm. Mən öz əsərimdə alkaloidin bu
xüsusiyyətini qeyd etsəm də, ətraflı araşdırma aparmamışam. Yadımdadır ki, yuxunu gördüyüm
gecənin səhəri (onu yozmağa ancaq axşam başladım) mən kokain barədə ayıq halda ancaq
yuxudakı kimi düşündüm. Əgər mən qlaukomaya tutulduğumu düşünsəydim, Berlinə dostumun
yanına gedər və əməliyyat olunardım, ancaq dostumun məsləhət gördüyü həkimə adımı
deməzdim. Kimi əməliyyat etdiyini bilməyən həkim, yəqin ki, indi kokaindən istifadənin
sayəsində bu əməliyyatların xeyli asanlaşdığını mənə söyləyərdi; mənsə bu kəşfdə rolumun
olduğunu büruzə verməzdim. Bu fantaziyaya həkimin kömək üçün öz həmkarlarına müraciət
etməsinin necə çətin olduğu fikri də əlavə olunur. Məni tanımayan berlinli oftalmoloqun pulunu
verməyə də, əlbəttə, imkanım çatardı. Bu yuxu ayıqlıqda ağlıma gələndən sonra görürəm ki,
onun arxasında hansısa təəssüratımla bağlı bir xatirə gizlənir. Killerin kəşfindən az sonra atam
qlaukoma olmuşdu, dostu oftalmoloq doktor Köniqşteyn onu əməliyyat etdi; doktor Killer ona
kokain vurdu və bu zaman gördü ki, bu əməliyyatda kokainin keyləşdirici xüsusiyyətinin kəşf
edilməsinə görə təbabətin borclu olduğu bütün şəxslər iştirak edir.
Kokainlə bağlı əhvalatı son dəfə nə vaxt xatırladığımı öyrənmək üçün indi mənim
fikirlərim irəli uçur. Bu, bir neçə gün əvvəl qədirbilən tələbələrin müəllimlərinin və laboratoriya
müdirinin yubileyi şərəfinə buraxdığı və kollektiv əməyin məhsulu olan bir əsər əlimə keçərkən
olub. Bu laboratoriyanın xidmətlərini sadalayarkən aşkar etdim ki, Killer kokainin keyləşdirici
xüsusiyyətini məhz həmin laboratoriyada tapıb. Mən qəflətən anlayıram ki, yuxum əvvəlki günün
yaşantılarından biriylə əlaqədardır. Mən doktor Köniqşteyni evinə ötürmüş və məni çox
maraqlandıran bir məsələ barədə onunla söhbət etmişdim; onun qapısına çatanda professor
Gertner («Giirtner» tərcümədə «bağban» deməkdir) və onun cavan arvadıyla rastlaşdıq. Mən
kompliment deməkdən özümü saxlaya bilmədim: lap işıq saçırsınız. Professor Gertner az öncə
xatırlatdığım kollektiv əsərin müəlliflərindən biridir; görünür, onu görəndə həmin əsər yadıma
düşüb. Doktor Köniqşteynlə söhbətimizdə xanım P.-nin yuxarıda haqqında danışdığım ad
günündə üzləşdiyi xoşagəlməz məyusluğu da xatırlamışdım, amma başqa səbəbdən.
Qarşımda özümün yazdığım monoqrafiyanı görürəm. Bunun da öz əsası var. Dünən bir
dostum Berlindən mənə yazmışdı: «Sənin yuxugörmələr haqqında kitabın məni hədsiz
maraqlandırır, mən artıq onu qarşımda görür və hətta vərəqləyirəm». Onun bəsirətinə necə də
heyrət etdim! Kaş ki bu kitabı hazır şəkildə qarşımda görə biləydim!
Rəngli düzgün cədvəllər. Tələbə olarkən daim təbabəti dərsliklərdən deyil, ayrı-ayrı
monoqrafiyalardan öyrənməyə çalışırdım və o zamanlar məhdud maliyyə durumuma rəğmən,
çoxlu tibbi atlaslarım vardı. Onlardakı rəngli cədvəlləri çox sevirdim. Mən araşdırmalara ciddi
yanaşmağımla fəxr edirdim. Sonradan özüm də yazmağa başlayanda özüm də cədvəllər çəkməyə
başladım və yadımdadır ki, onlarda biri elə pis çıxmışdı ki, həmkarlarımdan biri qəşş edib mənə
güldü. Bura bir erkən uşaqlıq xatirəm də qoşulur, ancaq bunun necə baş verdiyini bilmirəm.
Atam mənə və böyük bacıma zarafatca rəngli cədvəlləri olan kitab bağışlamış (İrana səyahətin
təsviri) və bizə onu cırmağı əmr etmişdi. Pedaqoji baxımdan bunun ağıllı hərəkət olduğunu
demək çətindir. O zaman mənim beş, bacımınsa üç yaşı vardı və bizim həmin kitabı sevincək
şiltələməyimiz (ənginar kimi, yarpaq-yarpaq etdiyimizi deməliyəm) həyatımın o dövründən
plastik yaddaşıma həkk olunan, demək olar, yeganə hadisədir. Sonradan tələbə olanda, kitab
toplamağa həvəsim yarandı (analoji olaraq, bunu monoqrafiyadan öyrənmək meyli yuxuda Alp
bənövşəsi və ənginarla bağlı fikirlərin şişirdilməsidir). Mən kitab qurdu olmuşdum (bax: herbari).
Həyatdakı bu ilk ehtirasımı, özümü tanıyandan həmin uşaqlıq təəssüratımla bağlamışam, yaxud
bu uşaqlıq səhnəsinin sonrakı kitab həvəskarlığımı «ört-basdır edən xatirə» olduğunu etiraf
etmişəm. (Mənim «uber Deckerinnerungen» Monatschrift fiir Psychiatrie und Neurologle»
məqaləmə baxın, 1899). Mən bütün bu meyillərin xoşagəlməz tərəfləri də olduğuna, əlbəttə, çox
erkən əmin oldum. Kitabçıya borcumu ödəməyə gücüm çatmayanda on yeddi yaşım vardı və
atam pulu hər hansı başqa bir şeyə deyil, kitaba xərclədiyimi üzrlü belə saymadı. Bu gənclik
epizodu haqda xatirə məni dərhal dostum doktor Köniqşteynlə bağlı söhbətə aparır. Yuxudan bir
gün əvvəl onunla söhbətim məhz mənim həmin meyillərimlə bağlı qınaqlara aid olub.
Yuxuda mənasız təəssüratlar görməyimlə bağlı eyni vəziyyət yuxugörmənin özü kimi
bundan qat-qat əhəmiyyətli və mühüm təəssüratlarla şərtlənir və çox güman ki, qarşımızda yenə
yuxugörmənin təhrifedici fəaliyyətinin durmasıyla izah olunur ki, onu da senzura rolu oynayan
xüsusi psixi qüvvəyə aid edirik. Vitrində gördüyüm monoqrafiyanın xatırlanması yalnız
həmkarımla etdiyim söhbətə eyham rolu oynaması baxımından önəmlidir; bu, baş tutmayan şam
yeməyi yuxusundakı rəfiqə haqqında olan fikrin «hisə verilmiş qızıl balıq» təsəvvürüylə əvəz
olunmasıyla eynidir. Ancaq monoqrafiya haqqında təsəvvürün həmkarımla söhbətlə hansı
vasitəçi halqaların köməyi ilə bağlandığı sual olunur: onların qarşılıqlı əlaqəsi kifayət qədər
dumanlıdır. Baş tutmayan şam yeməyi örnəyində əlaqə nisbətən aydındır; «hisə verilmiş qızıl
balıq» rəfiqənin sevimli yeməyi olaraq yuxugörənin rəfiqəsinin şəxsiyyətinin səbəb verdiyi
təəssüratlar dairəsinə bilavasitə aiddir. Bizim yeni misalda isə söhbət bir-birindən uzaq olan,
yalnız eyni gündə qavranılmaları baxımından ümumilik təşkil edən iki təəssüratdan gedir.
Analizin buna verdiyi cavab belədir: hər iki təəssüratın əvvəlcə mövcud olmayan bu əlaqəsi
yalnız birinci ilə ikincinin məzmunları arasında sonradan yaranır. Mən sizi maraqlandıran vasitəçi
halqalar haqqında analizin lap əvvəlində xatırlatmışdım. Səhər monoqrafiya haqqında gördüyüm
təsəvvürü kənardan heç bir təsir olmadan yalnız Alp bənövşəsinin arvadımın sevimli çiçəyi
olması və xanım P.-yə hakim kəsilən məyusluqla əlaqələndirərdim. Lakin bu fikirlərin
yuxugörmənin yaraması üçün kifayət etdiyini düşünmürəm.
Mən ona da hazıram ki, bu izahat əsassız, hətta uydurma hesab oluna bilər. Əgər
professor Gertner öz işıq saçan arvadıyla bizə rast gələrkən pasiyentimi Flora deyil, Anna
adlandırsaydım, görəsən, onda nə olardı? Buna cavab vermək çətin deyil. Əgər bu vasitəçi
halqalar olmasaydı, onda yuxu başqalarını seçərdi. Zarafatcıl suallar və tapmacaların sübut etdiyi
kimi, tez-tez əyləndiyimiz bu cür qarşılıqlı əlaqələri yaratmaq çox asandır. Müdrikliyin sərhədləri
hüdudsuzdur. Mən davam edirəm: əgər günün hər iki təəssüratı arasında yetərli vasitəçi halqalar
olmasaydı, onda yuxugörmə də başqa formada baş verərdi: günün hər zaman çoxluq təşkil edən
və həmişə unutduğumuz digər mənasız təəssüratları yuxuda «monoqrafiyanın» yerini tutar,
söhbətin məzmununa qoşular, yuxugörmədə onun yerinə keçərdi. Əgər «monoqrafiyanın»
taleyini heç bir təəssürat bölüşə bilməyibsə, demək, o yuxugörmə üçün daha münasib olub.
Lessinqin axmaq İvanuşkası kimi «bu dünyadakı pulların çoxunun varlılara məxsus olduğuna»
təəccüblənmək lazım deyil.
Fikrimizcə, mənasız təəssüratı psixi baxımdan dəyərli təəssüratla bağlayan və sanki ona
üstün gələn psixoloji proses, hər halda, bizə çox qəribə və anlaşılmaz görünməlidir. Axırda biz
qeyri-məntiqi görünən bu əməliyyatın xüsusiyyətlərini aydınlaşdırmağa çalışacağıq. Ancaq
burada bizi yalnız çoxsaylı, daim təkrarlanan müşahidə və analizlər sayəsində ehtimal etdiyimiz
prosesin nəticəsi maraqlandırır. Bu proses daha çox ona bənzəyir ki, sanki sözügedən halqaların
köməyilə yerdəyişmə baş verir, – deyək ki, psixi mənada: əvvəlcə zəif intensivlikdə yüklənmiş
təsəvvürlər kənardan yüklənmələr sayəsində ilk olaraq daha intensiv güc əldə edir, bu da onların
şüura keçməsinə imkan verir. Söhbət affektlərin yerdəyişməsindən, ya da ümumiyyətlə, hərəki
fəaliyyətdən gedirsə, bu yerdəyişmələr bizi qətiyyən maraqlandırmır. Məsələn, qarımış qızın
heyvanlara incə hisslər bəsləməsi, qoca subay adamın ehtiraslı kolleksiyaçıya çevrilməsi, qoca
əsgərin bayraq adlanan alabəzək parçanı qanıyla qoruması, yaxud Otellonun burun dəsmalını
tapanda qəzəblənməsi bizi zərrə qədər təəccübləndirmir, bütün bunlar psixi yerdəyişməyə aid
misallardır. Lakin nəyin bizim şüurumuza daxil olmaq haqqının olması, nəyin kənarda qalması
məsələsinin eyni üsulla və eyni qaydalarla həll olunması bizdə nəsə xəstə bir təəssürat yaradır:
biz bunu ayıq halımızda düşüncə yanlışlığı adlandırardıq. Ancaq onu da deyək ki, sonradan
görəcəyimiz kimi, yerdəyişmə zamanı ortaya çıxan psixi proses xəstəlik olmasa da, hər halda,
ibtidaiyə daha yaxın proses olaraq tam normal ruhi fəaliyyət də deyil.
Bununla belə, Robertin nəzəriyyəsilə belə asanca vidalaşa bilmərik. Biz günün – və məhz
son günün – mənasız təəssüratlarından birinin daim yuxugörmənin məzmununa girməsi faktını
izah etmədik. Bu təəssüratla yuxugörmənin əsil mənbəyinin qarşılıqlı əlaqəsi qeyri-şüuridə lap
əvvəldən hər zaman olmayıb; artıq gördüyümüz kimi, yuxugörmə özü sonradan, sanki gözlənilən
yerdəyişmə məqsədilə yaranır. Beləliklə, çox güman ki, mənasız olsa da, məhz yeni təəssürat
istiqamətində əlaqə qurmağa ehtiyac var; sonuncu özünün hər hansı xassəsinə görə, bununçün
xüsusilə yararlı olmalıdır. Əks təqdirdə yuxugörmədəki fikirlər öz aksentlərini asanlıqla öz
təsəvvür dairələrinin hər hansı əhəmiyyətsiz tərkib hissəsinə köçürə bilər.
Növbəti müşahidə arzuladığımız yolu tapmaqda bizə kömək edəcək. Əgər biz gün ərzində
yuxuya səbəb olacaq iki və ya daha çox təəssürat yaşayırıqsa, o zaman sonuncu onları
birləşdirərək bütövləşdirir; bu zaman onlardan bütöv yaratmaq üçün o, hansısa ehtiyaca boyun
əyir. Məsələn, bir dəfə axşam mən kupedə bir-birini tanımayan iki tanışıma rast gəldim.
Onlardan biri mənim hörmətli həmkarım, digəri isə ailə həkimliyini etdiyim tanınmış bir ailənin
üzvüydü. Onları bir-biriylə tanış etdim, ancaq söhbət daim mənim vasitəçiliyimlə gedirdi.
Həmkarımdan xahiş etdim ki, yeni işləməyə başlamış ümumi tanışlarımızdan birinə kömək etsin.
O cavab verdi ki, mənim gənc dostumun biliyinə əmin olsa da, görkəmi yaraşıqsız olduğundan
yaxşı evlərə düşməsi çətin olacaq. Mən etiraz etdim: «onun məhz buna görə sizin köməyinizə
ehtiyacı var». Digər tanışımdan xalasının səhhətinin necə olduğunu xəbər aldım, onun xalası
xanım pasiyentlərimdən birinin anasıydı və o zaman ağır xəstə idi. Gecə elə həmin kupedə
yuxuda gördüm ki, kömək olunması üçün xahiş etdiyim gənc dostum qəşəng bir salondadır və
seçkin cəmiyyətin ortasında mənim ikinci yol yoldaşımın xalasının (yuxuda artıq ölmüş)
xatirəsinə nitq söyləyir (Etiraf edirəm ki, bu xanımla mənim münasibətlərim pis idi). Yuxugörmə
günün hər iki təəssüratı arasında əlaqə yaradaraq onları bütöv halda birləşdirmişdi.
Buna bənzər çoxsaylı müşahidələr əsasında belə bir tezis irəli sürməliyəm ki, yuxugörmə
özünün bütün mənbələrini bir bütövdə birləşdirmək zərurətinə tabe olur. Yuxugörmənin
bizimçün maraq kəsb edən hər şeyi eyni zamanda eyni məzmunda ifadə etməyə meyilliliyini bir
çox müəlliflərlə qeyd etmişlər. Məsələn, Delaj (s. 41), Delbef: rapprochement force (s. 236),
bunun gözəl örnəklərinə E.Qavelok (s. 35 və sonrakı səhifələr) və digərlərində baxmaq olar. Biz
bu zərurəti digər ilkin psixi proses olan qatılaşma (gərginləşmə) kimi növbəti fəsildə də
öyrənəcəyik.
Elə indi analizin bizi aparıb çıxardığı yuxuyaradan mənbənin hər zaman aparıcı (və
əhəmiyyətli) təəssüratlarla əlaqəsi olmalıdırmı, yoxsa bizim gündüz təəssüratlarımız, başqa
sözlə, psixi baxımdan dəyərli hadisənin xatırlanması yuxugörməni doğurma rolunu üzərinə
götürə bilərmi sualını müzakirə etmək istəyirəm. Çoxsaylı analizlərimiz bu məsələni sonuncu
fərziyyənin xeyrinə həll edir. Yuxugörməni sanki gündüz düşüncəsinin köməyilə bir qədər
təzələnən daxili proses də yarada bilər. Buradaca yuxugörmənin mənbələrini qarşımızda sxem
kimi açan müxtəlif şəraitləri bir-biriylə tutuşdurmaq yerinə düşər.
Yuxugörmənin mənbələri:
a) yuxugörməyə bilavasitə keçən təzə və psixi dəyəri olan təəssüratlar. İrmaya iynə
vurulması haqqında yuxu; həmkarım olan əmim haqqında yuxu.
c) yuxugörmədə eyni vaxtda əvəzlənən (amma mənasız təəssüratla) bir neçə yeni və
əhəmiyyətli təəssürat.
d) yuxugörmədə sonradan daim yeni, ancaq mənasız yuxugörmə ilə əvəzlənən mühüm
daxili həyəcan (təəssürat, fikir). Analiz edərkən mənim pasiyentlərimin əksəriyyətinin yuxusunun
bu cür olduğunu müəyyən etmişəm. Buradan da aydın göründüyü kimi, yuxuların hər cür
yozulmasının şərti əvvəlki günün yeni təəssüratının hər zaman yuxunun məzmununda
təkrarlanmasıdır. Bu element həmişə yuxugörmənin əsil oyandırıcısının hər hansı təəssüratlar
dairəsinə aid ola bilər; o, əhəmiyyətli də ola bilər, yuxunun əhəmiyyətsiz bir hissəsi də ola bilər,
ya da o, yuxugörməni doğuran sahə ilə hansısa şəkildə bağlı olan indifferent (laqeyd)
təəssüratlar sahəsindən qaynaqlanır. Şərtlərin xəyali çoxsaylığı müstəsna alternativdən asılıdır:
əvəzetmə olsa da, olmasa da, biz bu alternativin yuxugörmənin təzadlarını asanlıqla
aydınlaşdırmağa imkan verdiyini görürük, yuxugörmə haqqındakı tibbi nəzəriyyələrə belə bir
imkanı beyin hüceyrələrinin qismən ayıqlıqdan tam ayıqlığa qədər olan şkalası verir.
Buradan daha sonra aydın olur ki, psixoloji baxımdan dəyərli, ancaq «təzə» olmayan
element (fikirlərin gedişatı, xatirə) yuxugörməni yaratmaq məqsədilə yeni, lakin psixoloji
baxımdan indifferent (laqeyd) elementlə əvəzlənə bilər, ancaq bu zaman iki şərt yerinə yetirilir:
1. Yuxugörmənin məzmunu təzəcə yaşananlarla bağlı olmalı və 2. yuxugörməni doğuran psixi
baxımdan dəyərli təəssürat olaraq qalmalıdır. Yalnız bir halda (a) hər iki şərt eyni təəssürat
tərəfindən yerinə yetirilir. Əgər yuxugörmədə hələlik «təzə» olan eyni əhəmiyyətsiz
təəssüratlardan istifadə olunduğunu nəzərə alsaq, bir gün (ya da uzaq başı bir neçə gün) keçən
kimi, bu keyfiyyətlərini itirir; buradan belə bir nəticəyə gəlmək olar ki, təəssüratların təzəliyi ona
yuxugörmə yaratmaq üçün müəyyən psixi dəyər verir. Sonda yuxugörmə yaratmada yeni
təəssüratların bu dəyərinin nəyə əsaslandığını göstərəcəyik (VII fəsildə «köçürmə» haqda
hissəyə bax).
Bu arada, diqqətimiz ona yönəlir ki, gecə şüurumuz hiss etmədən xatirə və təəssüratların
bütün materialı ciddi dəyişikliyə məruz qala bilər. Hər hansı məsələnin həllinin çox vaxt səhərə
qədər təxirə salınması «gecənin xeyrindən gündüzün şəri yaxşıdır» zərb-məsəlində ifadə olunur
və sözsüz ki, bəlli məna daşıyır. Lakin artıq burada yuxugörmə psixologiyasından yuxu
psixologiyasına keçdiyimizi görürük və belə hala sonralar da tez-tez rast gələcəyik.
Yuxugörmənin yaranmasında təzə materialın roluna dair O.Petsl fikirlərlə son dərəcə zəngin olan
bir əsərində mühüm müddəalar irəli sürür (Experimentell erregte Traumbilder in ihren Bezi-
ehungen zum indirekten Seven. Zeitschr. f. die ges. Neurologie und Psychiatric, XXXVU, 1917).
Petsl sınaqdan keçirdiyi müxtəlif şəxslərə taxitoskopdan şüurlu şəkildə qəbul etdikləri bütün
şəkilləri çəkməyi təklif edir. Sonrakı gecə sınaqdan keçirilən şəxsin gördüyü yuxu ilə maraqlanır
və gördüyü yuxunun ayrı-ayrı hissələrini çəkməyi də ona təklif edir. Bu zaman şəksiz aydın olur
ki, sınaqdan keçirilən şəxsin taxitoskopa qoyulan şəkillərdə qavramadığı detallar gördüyü yuxu
üçün material verib, eyni zamanda şüurlu olaraq qavranan və şəkillərin birinci rəsmdə qeydə
alınan detalları yuxugörmənin aşkar məzmununda görünməyib. Yuxugörmə qavradığı materialı
yuxuyaradan tendensiyalara uyğunlaşdırmaq məqsədilə məlum «özbaşına», yaxud daha
doğrusu, müstəqil ruhda yenidən işləyir. Petslın araşdırmasında toxunulan məsələlər yuxuların
yozulması probleminin bu kitabda şərh olunduğu çərçivədən xeyli kənara çıxır. Qısaca olaraq
onu da qeyd etmək lazımdır ki, yuxugörmələrin əmələ gəlməsinin öyrənilməsinin bu yeni üsulu
yuxugörmənin məzmununa yuxunu pozan qıcıqlanmaların əlavə olunduğunu ehtiva edən əvvəlki
kobud texnikadan kəskin fərqlənir.
Sonuncu fikrimizi təkzib edə biləcək bir etiraz var. Əgər indifferent təəssüratlar yalnız
təzə olduqları müddət ərzində yuxugörmənin məzmununa düşə bilirsə, onda niyə, yuxugörmədə
həyatın çoxdankı dövrlərinin elementinə rast gəlinir? Halbuki, Ştryumpelin sözlərilə desək, təzə
olduqları müddətdə heç bir psixi dəyərə malik olmayıb və çoxdan unudulmalıydı, başqa sözlə, nə
təzəliyi, nə də hər hansı psixi dəyərilə seçilməyən elementlər olub.
Bundan əvvəlki şərhdən əsaslı olaraq belə nəticə çıxarmaq olar ki, mən indifferent
yuxugörmə yaradıcılarının, bununla birgə məsum (mənasının əhəmiyyətsizliyi baxımından)
yuxugörmələrin mövcud olmadığı fikrini irəli sürürəm. Bu həqiqətən mənim qəti qənaətimdir,
təbii ki, uşaqların gördüyü yuxuları və gecə hissiyyatlarının səbəb olduğu yuxugörmələri istisna
edirəm. İnsanın yuxuda gördüklərinin ya aşkar psixi dəyəri olur, ya da bizə təhrif olunmuş şəkildə
təqdim olunur, ona görə də, yuxugörmə məzmununun psixi anlamının açılması üçün yozuma
məruz qoyulur. Yuxular heç vaxt cəfəngiyatla məşğul olmur; biz xırda şeylərin yuxuda bizi
narahat etməsinə yol vermirik. «Yuxuların yozumunun» ən xoşniyyət tənqidçilərindən olan Q.
Ellis yazır: «Bizlərdən bir çoxumuz bu nöqtədən başlayaraq Freydin ardınca gedə bilmərik» (s.
169). Lakin Ellis heç bir analiz təşəbbüsündə bulunmamışdır və yuxugörmənin aşkar məzmunu
haqqındakı düzgün olmayan mülahizələr barədə düşünmək istəmir. Xəyali məsum yuxugörmələr
yozulduqdan sonra ciddiləşir; onların, əgər belə demək mümkünsə, «qoltuqlarının altında daş»
olur. Hər halda, etirazla qarşılaşa biləcəyim məqam olduğundan və ümumiyyətlə, yuxugörmənin
təhrifedici fəaliyyətini və işini misallarla göstərməyi vacib saydığım üçün burada bir neçə
«məsum» yuxunu təhlil edəcəyəm. 1. Təmkinli insan tipinə aid olan («suyun lal axanı» tipində)
bir gənc ziyalı və yetərincə ağıllı xanım danışır: «Yuxuda görürəm ki, bazara çox gec gəlirəm və
nə qəssabda, nə də tərəvəzçidə heç nə tapa bilmirəm». Əlbəttə, bu məsum bir yuxudur, ancaq
yuxugörmə belə olmur. Mən ondan yuxusunu daha ətraflı danışmasını tələb edirəm. Bundan
sonra o bunları danışır: O, bazara səbətini daşıyan qadın aşpazıyla gedir. O, qəssabdan nəsə
istəyir, qəssab cavab verir ki, «ondan daha yoxdur» və nəsə başqa şey vermək istəyərək deyir:
«Bu da yaxşıdır». O, qəssabın təklifini qəbul etmir və tərəvəz satan qadının yanına gedir. Qadın
ona dəstə şəklində bağlanmış qara rəngdə qəribə bir məhsul satmaq istəyir. O deyir: «Mən
bunun nə olduğunu bilmirəm, onu almıram».
Yuxugörmənin gündüz təəssüratları ilə əlaqəsi yetərincə sadədir. O həqiqətən bazara gec
getmiş və heç nə ala bilməmişdi. Ət dükanı artıq bağlanıbmış və bu təəssüratın təsviri bu şəkildə
əks olunur. Məgər bu kişinin paltarının pintiliyini, ya daha doğrusu, bunun əksini göstərmək
üçün istifadə olunan nitq ifadəsi deyil?49. Ancaq yuxugörən bu sözlərdən istifadə etməyib, bəlkə
də onlardan qaçıb; gəlin yozumu yuxugörmənin məzmunundakı detallarda axtaraq.
Yuxugörmədə danışıq xarakterində olan şeylər, yəni insanın düşünməklə bərabər, həm
də danışıb-eşitməsi (bunu əksər hallarda əminliklə ayırmaq olur) xam material kimi emal olunan,
parçalanan, azacıq dəyişilən, hər şeydən öncə mövcud olduğu əlaqədən qopan ayıq həyat
danışıqlarından qaynaqlanır. Deyəsən, yalnız bir müəllif yuxugörmədəki danışıqların mənşəyini
müəyyən edib: bu, onları «cliches» ilə müqayisə edən Delbefdir (s. 226). Yozum zamanı bu
danışıqlardan çıxış etmək olar. Bu mənada qəssabın sözləri haradan qaynaqlanır: «ondan daha
yoxdur?» Mənim özümdən; bir neçə gün qabaq ona izah etmişdim ki, ən erkən uşaqlıq
təəssüratları yoxdur, çünki onlar yuxugörmələrin və «köçürmələrin» analizi zamanı əvəzlənirlər.
Demək, qəssab mənəm və o, köhnə fikir obrazlarının bugünkü hissiyyatlara köçdüyünü qəbul
etmir. Yuxudakı söhbət haradan qaynaqlanır? «Mən bunun nə olduğunu bilmirəm, onu
almıram». Bu cümləni analiz etmək üçün hissələrə ayırmaq lazımdır. «Mən bunun nə olduğunu
bilmirəm» – yuxunu görməmişdən bir gün əvvəl mübahisə zəminində aşpazına deyib və əlavə
edib: «Özünüzü tərbiyəli aparın». Burada yerdəyişmə müşahidə olunur; onun aşpazına dediyi iki
cümlədən yuxugörmə heç bir əhəmiyyəti olmayanı seçib; dilxorcasına deyilmiş «özünüzü
tərbiyəli aparın» cümləsi yuxunun yerdə qalan məzmununa uyğundur. Ədəbsiz tələblər irəli
sürən və «ət dükanını bağlamağı unudan» hər kəsə belə demək olar. Tərəvəz satan qadınla olan
macəraya daxil olan eyhamlara həmahənglik bizim həqiqətən yozumun izinə düşdüyümüzü
göstərir. Dəstəylə satılan məhsul (əlavə olaraq söylədiyi kimi, uzunsov) nəsə başqa bir şeydir: bu,
yuxugörmənin birləşdirdiyi qulançar və ya qara turp (Rettig) ola bilər. «Qulançar» (Spargel)
elementi o qədər aydındır ki, onu yozmağa ehtiyac yoxdur, digər məhsul da onun kimi – səs
şəklində: Schwarzer, rett’dich! «Rettig» – turp, «rett’dich» – qurtul: və buradan tərcümə
olunmayan söz oyunu başlayır. Mənə elə gəlir ki, Y.K. bizim lap əvvəldə, yuxugörmənin
məzmununa «ət dükanı bağlıdır» ifadəsini əlavə edəndə aşkar etdiyimiz seksual mövzuya işarə
edir. Burada söhbət bu yuxunun mənasını tam anlamaqdan getmir; biz onun yetərincə ağıllı və
qətiyyən məsum olmadığını müəyyənləşdirdik. Maraqlananlar üçün bildirirəm ki, bu yuxunun
arxasında mənim ədəbsiz, ehtirasa gətirən seksual davranışım və xanımın buna etiraz etməsi
haqqında fantaziya dayanır. Bu yozumu təəccüblə qarşılayanlara isteriyalı qadınlar tərəfindən
həkimlərə qarşı irəli sürülən bu cür ittihamlarla bağlı çoxsaylı halları xatırladıram, bu zaman eyni
fantaziyalar nə təhrif olunmuş şəkildə, nə də yuxugörmə formasında deyil, şüurlu,
pərdələnməmiş və sayıqlama şəklində meydana çıxır. Qadın pasiyentlərin psixoanalitik müalicəsi
bu yuxugörmədən sonra başladı. Mən yalnız sonradan başa düşdüm ki, o öz yuxusu ilə aldığı və
nevroz halının qaynaqlandığı ilkin travmanı təkrarlayıb, o vaxtdan etibarən eyni davranışa
uşaqlıqda seksual xarakterli qəsdlərin qurbanı olan və sanki onların yuxuda təkrarlanmasını
istəyən başqa şəxslərdə də rast gəldim.
II. Həmin qadın pasiyentimin digər məsum yuxusu birinciyə müəyyən mənada ziddir: Əri
ondan soruşur: «Bəlkə royalı kökləməyə verək?» – O cavab verir: «Lazım deyil, onsuz da onu
yenidən düzəltmək lazım olacaq». Yuxugörmə yenə öncəki günün hadisəsini təqdim edir. Əri
həqiqətən ondan bu barədə soruşub və o da ərinə təxminən bu cür cavab verib. Buna
baxmayaraq, yuxunun gizli mənası da var. O, royalı pis səs çıxaran iyrənc qutu adlandırsa da
(toylarına qədər royal ərinin imiş), yozumun açarı bunda yox, onun «lazım deyil» sözlərindədir
(Yozumdan sonra aydın olduğu kimi, əksliklərin dəyişdirilməsində). Onun sözləri dünən
rəfiqəsigilə getməsilə izah olunur. Orda ondan jaketini çıxarmasını xahiş ediblər, ancaq o
razılaşmayıb və deyib: «Lazım deyil, mən onsuz da indi gedəcəyəm». Bunu danışarkən
xatırlayıram ki, dünən o, analitik araşdırma zamanı qəflətən düyməsi açılmış jaketindən yapışdı:
«Xahiş edirəm baxmayın, lazım deyil». Beləliklə, qutu (Kasten) döş qəfəsinə (Brustkasten)
çevrilir, yuxunun yozumu bizi bilavasitə onun bədəninin formasından narazı olduğu fiziki inkişaf
dövrünə aparır. Əgər «iyrənc» və «pis ton» elementlərinə diqqət etsək, bu yuxu bizi eyni
zamanda keçmişə aparır və yada salaq ki, eyhamlarda və yuxugörmədə qadın bədəninin kiçik
yarımkürələri tez-tez böyük yarımkürələrin yerini tutur (onların əksliyi və onları əvəz edən
element kimi).
III. Mən bu pasiyentin yuxularını kənara qoyub, cavan bir oğlanın qısa və məsum bir
yuxusunu misal gətirirəm. O, yuxuda görür ki, yenidən öz qış pencəyini geyir, ancaq bu ona
qəribə gəlir. Bu yuxugörməyə guya qəflətən düşən şaxtalar səbəb olub. Ancaq yuxunu daha
ətraflı nəzərdən keçirəndə görürük ki, yuxugörmənin hissələri bir-birinə uyğun gəlmir. Çünki
insanın qışda isti pencək geyməsində xüsusilə «qorxulu» nə ola bilər? Yuxunun məsumluğu
analiz zamanı ortaya çıxan ilk fikirdən dağılır, çünki dünən bir qadın açıq şəkildə ona deyib ki,
onun (qadının) sonbeşiyi dünyaya gəlməsinə görə cırılmış prezervativə borcludur. Bu xəbəri
aldıqda onda bir sıra fikirlər oyanır: nazik prezervativ təhlükəlidir, qalın da pisdir. Prezervativ
pencəyin analoqudur, onu da pencək kimi «geyinirlər». Həmin qadının verdiyi xəbər onun kimi
subay bir adam üçün həqiqətən «qorxuludur». İndisə yenidən məsum yuxular görən xanım
pasiyentimizə qayıdaq.
IV. O, şamı şamdana qoyur, ancaq şam qırıq olduğu üçün pis dayanır. Məktəbdəki
rəfiqələri onun çox bacarıqsız olduğunu deyirlər, qulluqçu bunun onun günahı olmadığını bildirir.
Real səbəb burada da var, dünən o həqiqətən şamdana şam qoyub, ancaq şam qətiyyən
qırıq olmayıb. Burada qarşımıza son dərəcə şəffaf bir simvolika çıxır. Şam qadın cinsiyyət
orqanını qıcıqlandırmağa qadir predmetdir; əgər o qırıqdırsa, bu onun ərinin impotentliyinə
işarədir («bu onun (qadının) günahı deyil»). Bəs şamın bu təyinatı yaxşı tərbiyə görmüş, hər cür
iyrəncliyə yad olan gənc qadına bəllidirmi? Bunu hansı təəssürata əsasən bildiyini o təsadüfən
müəyyənləşdirə bilər. Reyndə qayıqda üzərkən, başqa bir qayığa rast gəlib, orada oturan
tələbələr vulqar mahnı oxuyurmuşlar: «İsveç kraliçası Apollonun şamı ilə taxtabənd arxasında
olanda…» O, son sözü ya eşitməyib, ya da anlamayıb. Əri ona tələb olunan izahatı verməliydi. Bu
mahnı yuxuda bir dəfə pansionda naqolaycasına yerinə yetirdiyi məsum bir tapşırıqla əvəzlənib;
məsələ məhz taxtabənd arxasında olub. Onanizm haqqında mövzunun impotensiya ilə əlaqəsi
kifayət qədər aşkardır. Yuxugörmənin gizli məzmununda «Apollon» bu yuxunu bakirə Pallada
haqqında olan əvvəlki yuxu ilə əlaqələndirir. Beləliklə aydın olur ki, bu yuxunun məsum
xarakterindən söhbət belə gedə bilməz.
Bütün bu «məsum» yuxularda seksual məqam senzura motivi kimi nəzərə çarpır. Ancaq
prinsipial əhəmiyyət kəsb edən bu məsələni hələlik kənara qoyacağıq.
e) Yuxugörmənin infantil qaynaqları. Yuxugörmənin məz-mununun üçüncü xüsusiyyəti
barədə biz bütün müəlliflər (Robert də daxil) birlikdə bildirdik ki, yuxugörmədə həyatın erkən
dövrünün epizodları da öz ifadəsini tapa bilər, ayıq yaddaş onları canlandırmaqda gücsüzdür.
Bunun hansı sıxlıqda müşahidə olunduğunu demək, əlbəttə, çətindir, çünki oyandıqdan sonra
yuxugörmənin bu elementlərinin mənşəyini müəyyən etmək mümkün deyil.
Söhbətin uşaqlıq təəssüratları haqqında getdiyini obyektiv yolla isbat etmək lazımdır,
bununçün zəruri şərait nadir hallarda mövcud olur. Morinin 20 illik ayrılıqdan sonra öz vətənini
ziyarət etməyə qərar vermiş bir oğlan haqqında danışdığı əhvalat xüsusilə isbat olunmuş kimi
görünür. Yola düşməzdən öncəki gecə o, yuxuda görür ki, naməlum bir şəhərdədir və küçədə yad
bir cənabla rastlaşıb, onunla söhbət etməyə başlayır. Vətəninə gəldikdə həmin küçənin uşaqlığını
keçirdiyi evin yaxınlığında olduğuna əmin olur, yuxudakı tanımadığı cənab isə mərhum atasının
orada yaşayan dostu imiş. Göründüyü kimi, bu onun həmin küçəni və adamı uşaqlıqda
görməsinə son dərəcə inandırıcı sübutdur. Lakin cibində konsertə bilet olan qızın, ya da atası
Qamoya aparmağa söz verən uşağın yuxusunda və digər bənzər yuxularda olduğu kimi, bu
yuxuda da onun səbirsizliyinin ifadəsini görmək lazımdır. Uşaqlığın məhz bu təəssüratının
yuxuda meydana çıxmasının motivləri, əlbəttə ki, detallı analiz yoluyla açıla bilər.
Yuxusunun nadir hallarda təhrif prosesinə məruz qalmasıyla öyünən həmkarlarımdan biri
mənə xəbər verdi ki, bu yaxınlarda yuxuda atasının müdirini 11 yaşınadək onu tərbiyə edən və
evlərində qalan tərbiyəçi qadının yatağında görüb. Bu səhnənin baş verdiyi yer onun ağlına hələ
yuxuda ikən gəlib. Bu yuxuyla ciddi maraqlanaraq, onu dərhal böyük qardaşına danışır, qardaşı
gülərək bu yuxunun real olduğunu təsdiq edir. O həmin vaxt altı yaşında olduğunu xatırlayır.
Gecəni birlikdə keçirmək üçün əlverişli şərait yarananda sevgililər ona, böyük oğlana pivə içirdib
kefləndirirlərmiş. Ancaq bizim indiki yuxugörəni – o zaman tərbiyəçinin otağında yatan üç yaşlı
balaca oğlanı sevgililər veclərinə almırmışlar.
Başqa bir halda, hətta yozumun köməyi olmadan yuxugörmənin məzmununda uşaqlıq
dövrünün elementləri olduğunu əminliklə təsdiq etmək olar; yuxugörmənin məhz təkrar
xarakterdə olduğu halda, insanın uşaqkən yuxuda gördükləri sonradan zaman-zaman yenidən
yuxusuna girir. Bu cür məşhur misallara pasiyentlərimin danışdığı daha bir neçə örnəyi əlavə edə
bilərəm, ancaq özümdə bu cür təkrarlanan yuxuların olmasını xatırlamıram. Otuz yaşlı bir həkim
mənə danışıb ki, uşaqlıqdan ta bu günə kimi yuxusunda tez-tez iki sarı şir görür və bu obrazın
mənşəyi ilə bağlı ən dəqiq məlumatlar verə bilər. Yuxugörmədən tanıdığı şir bir dəfə həqiqətən
tapılıb və çoxdan atılmış farfor oyuncaq olduğu məlum olub; cavan oğlan anasından öyrənib ki,
həmin şir uşaqlıqda onun ən sevimli oyuncağı olub, ancaq özü onu tamamilə unudub.
Əgər yuxunun aşkar məzmunundan onun analizdən sonra bəlli olan mənasına müraciət
etsək, belə yuxularda uşaqlıq təəssüratlarının varlığını təəccüblə təsdiqləyəcəyik, ancaq
məzmunda bunlar qətiyyən olmur. Bu qəbildən olan son dərəcə təsirli yuxu haqqında xəbər
verdiyinə görə, «sarı şir» görən həmkarıma borcluyam. O, Nansenin qütb səyahəti haqqında
kitabını oxuduqdan sonra yuxuda görüb ki, guya buzlu bir səhrada cəsur səyyahı qalvanizasiya
(qalvanik cərəyanın müalicə məqsədilə tətbiqi) edərək, onu əziyyət çəkdiyi işias xəstəliyindən
müalicə etməyə çalışır. Bu yuxunun analizi əsnasında onun yadına uşaqlığından bir epizod
düşdü, həmin epizod olmadan yuxu anlaşılmaz qalardı. Üç-dörd yaşı olanda bir dəfə o,
böyüklərin qütb səyahəti haqqında söhbətini maraqla dinləyib: atasından bu xəstəliyin ağır olub-
olmadığını soruşub. Görünür, o «Re-isen» (səyahət) sözüylə «ReiBen» (ağrı) sözünü qarışdırıb.
Qardaş-bacılarının lağlağısı bu rüsvayçı epizodun onun yaddaşından silinməməsinə yardımçı
olub.
Digər yuxuların analizi göstərir ki, yuxugörmənin əmələ gəlməsinə səbəb olan arzu və
yuxugörmənin arzunun həyata keçməsiylə yaranması uşaqlıq xatirələrindən qaynaqlanır, belə ki,
subyekt üçün təəccüblü olsa da, yuxuda guya bütün arzuları və impulslarıyla birlikdə öz uşaqlıq
həyatını davam etdirdiyini görür.
Mən burada artıq bir dəfə qiymətli nəticə çıxardığımız bir yuxunun yozumunu davam
etdirəcəyəm: bu, həmkarım R. – əmim haqqında olan yuxudur. Həmin yuxunun yozumu bizə
göstərdi ki, onun əsasında, şübhəsiz, professor təyin olunma arzusu dayanır; yuxuda həmkarım
R.-ə bəslənən incə duyğuları biz yuxugörmədə hər iki həmkarıma qarşı olan təhqirlərə qarşı
etiraz kimi izah etdik. Bir halda ki, bu mənim öz yuxuma girib, mən verilən izahatla qətiyyən razı
olmadığımı bildirib, analizi davam etdirə bilərəm. Həmkarlarım barədə yuxunun məzmununa
daxil olan fikirlərin tamamilə başqa cür olduğu mənə məlum idi; mənim ayıq haldakı fikrimlə
yuxugörmənin gəldiyi qənaət arasındakı ziddiyyəti tam izah etmək üçün professor rütbəsilə bağlı
onların taleyini bölüşməmək arzusunun məndə həddindən artıq güclü olması mənə əhəmiyyətsiz
görünürdü. Əgər bu titula sahib olmaq istəyim şöhrət xəstəliyinə tutulmağımı sübut edəcək
dərəcədə güclüdürsə, bildiyim qədərilə mən bundan olduqca uzağam. Dost-tanışımın bu barədə
nə deyəcəklərini bilmirəm, bəlkə, mən doğrudan da şöhrətpərəstəm; əgər bu belədirsə, mənim
şöhrətpərəstliyim ekstraordinar professor titul və rütbəsinə deyil, artıq çoxdan başqa obyektlərə
yönələrdi.
Bəs yuxunun mənə sırıdığı şöhrətpərəstlik haradandır? Xatırlayıram ki, uşaqlıqda mənə
tez-tez mən doğulanda hansısa bir kəndli qarının anama böyük bir insana həyat bəxş etdiyini
söylədiyini danışırdılar. Belə bir proqnoz heç kəsi təəccübləndirmir; dünyada nə qədər arzusu çin
olmuş ana və hakimiyyətləri sona çatdığından gələcəyə müraciət edən qoca kəndli qarılar, digər
yaşlı qadınlar var. Bu iş, əlbəttə, peyğəmbərliklə məşğul olanlar üçün o qədər də ziyanlı deyil.
Yəni mənim şöhrətpərəstliyim həmin mənbədən qaynaqlanır? Ancaq mən daha həqiqətəuyğun
izahatı olan başqa bir analoji təəssürat da xatırlayıram. Bir dəfə axşam valideynlərimin məni də
tez-tez apardıqları Praterdəki restoranlardan birində (o zaman on bir-on iki yaşım olardı) biz
stoldan-stola gəzərək kiçik qonorar müqabilində yetərincə uğurlu şeirlər improvizə edən bir
adam gördük. Valideynlərim məni improvizatoru bizim masaya dəvət etmək üçün göndərdilər; o
mənə alicənab təsir bağışladı. Ondan nəsə xahiş edənə qədər mənə bir neçə qafiyə həsr etdi və
öz şerilə mənim nə vaxtsa «nazir» olacağımı ehtimal etdi. Bu ikinci peyğəmbərliyin təəssüratı çox
yaxşı yadımdadır. O zaman məhz mülki nazirlik dövrüydü; bundan az bir müddət əvvəl atam evə
yeni nazirlərin – Herbstin, Hiskrın, Ungerin, Bergerin və başqalarının portretlərini gətirmişdi. Biz
onları bəzəmişdik. Onların arasında yəhudilər də vardı və hər bir ümidverən yəhudi oğlan uşağı
qarşısında nazir portfeli görürdü. O dövrün təəssüratları arasında universitetə qəbul olmamışdan
əvvəl hüquq fakültəsinə daxil olmaq istəyim və son anda qərarımı dəyişməyim faktı var. Nazir
karyerası həkim üçün ümumiyyətlə əlçatmazdır. Yenidən yuxuma müraciət edirəm. Onun məni
indiki kədərli dövrdən ümidlərlə dolu mülki nazirlik dönəminə aparıb, o zamankı arzumu yerinə
yetirdiyini anlamağa başlayıram. Hər iki hörmətli həmkarımı yalnız yəhudi olduqlarına görə
təhqir etməklə, birini «axmaq», digərini isə «cinayətkar» adlandırmaqla mən özünəməxsus nazir
rolu oynayıram, deməli, yuxuda sadəcə nazir kürsüsünə əyləşmişəm. Zati-aliləri necə də qisasçı
imiş! O məni ekstraordinar professor təsdiq etməkdən imtina edir, mənsə ondan intiqam almaq
məqsədilə yuxuda onun yerini tuturam.
Başqa bir halda mən yuxudakı arzunun indiyə aid olsa da, uşaqlıq xatirələrilə xeyli
dərəcədə möhkəmləndiyini görə bilirəm. Söhbət Romada olmaq arzusunu ifadə edən bir çox
yuxulardan gedir. Bu arzu böyük ehtimalla hələ uzun müddət ancaq yuxularda həyata keçəcək,
çünki Romaya getmək imkanlarım ilin elə bir fəslinə düşür ki, həmin vaxt Romada olmaq
səhhətim üçün təhlükəlidir. O vaxtdan etibarən bilirəm ki, artıq çoxdan əlçatmaz hesab olunan
arzuların izahı üçün bir qədər cəsarətli olmaq lazımdır. Bir dəfə yuxuda gördüm ki, vaqonun
pəncərəsindən Tibrə və Mələklər Körpüsünə baxıram. Qatar yerindən tərpənir və ağlıma gəlir ki,
axı şəhərdə olmamışam. Yuxuda qarşımda açılan mənzərə bir gün əvvəl pasiyentimin qonaq
otağında gördüyüm məşhur qravüranı xatırladırdı. Başqa bir yuxuda bir adam məni dağa aparır
və dumana bürünmüş Romanı göstərir: şəhər məndən o qədər uzaqdır ki, qarşımda açılan
mənzərinin aydınlığına heyrət edirəm. Bu yuxunun davamı var, ancaq burada onun haqqında
danışmaq imkanından məhrumam. Lakin onda «həsrəti çəkilən yerə uzaqdan baxmağın»
motivini asanlıqla qeyd etmək mümkündür. Əvvəlcə dumanlar içində gördüyüm şəhər Lübekdir.
Şəhər öz əksini Hleyhenberqdə (almanca «Berg» – dağ deməkdir) tapır. Üçüncü yuxuda,
nəhayət, guya Romanın özündəydim; ancaq şəhərin özünü deyil, tünd rəngdə suyu olan bir çay
görürəm: bir sahilində qara qaya var, digərində hündür ağ çiçəkləri olan çəmənlik. Hansısa cənab
Tsukeri («Tsuker» tərcümədə «şəkər» deməkdir) görürəm (onu az tanıyıram) və ondan şəhərin
yolunu soruşmaq istəyirəm. Şəhəri yuxuda görməyə çalışmağım, aydındır ki, əbəsdir, çünki onu
ayıq həyatda heç vaxt görməmişəm. Əgər yuxunu ayrı-ayrı elementlərə ayırsam, ağ çiçəkləmə
mənə tanış olan Ravennaya işarə edir, o, bir müddət birincilik uğrunda Roma ilə mübarizə
aparıb. Ravenna ətrafındakı bataqlıqda biz ağ və çox gözəl dəniz çiçəkləri tapmışdıq; yuxuda
onlar bizim Auszedəki nərgizlər kimi çəmənlikdə bitib: Ravennada onları sudan dərmək olduqca
çətin idi. Sahildəki qara qaya Karlsbad yaxınlığındakı Tepl vadisini çox xatırladırdı. «Karlsbad» isə
yolu niyə cənab Tsukerdən soruşduğumu izah edir. Mənim yuxumun materialında iki məzəli
yəhudi lətifəsinin olduğunu görmək mümkündür, onlarda kədərli də olsa, müdrik həyati məna
var, biz danışarkən və məktub yazarkən onları tez-tez sitat gətiririk. Onlardan biri «konstitusiya»
haqqında əhvalatdır (burada bədən quruluşu mənasındadır). Bir kasıb cuhud biletsiz Karlsbada
gedən sürət qatarına minir; onu hər stansiyada düşürürlər və nəhayət, stansiyaların birində rast
gəldiyi tanışı ondan hara getdiyini soruşur. O cavab verir: «Əgər konstitusiyam dözsə,
Karlsbada». Başqa bir lətifə fransız dilini bilməyən və Parisə gələn cuhud haqqındadır. O, Rişelye
küçəsinə necə getmək lazım olduğunu soruşmaq məcburiyyətində qalır. Paris də uzun illər
mənim səylərimin hədəfi olub və ilk dəfə dünyanın mərkəzi olan bu şəhərə düşəndə məni
bürüyən bəxtiyarlıq duyğusu yerdə qalan bütün arzularımın yerinə yetəcəyinə zəmanət verdi.
Yolla bağlı suallar Roma ilə bağlıdır, məlum olduğu kimi bütün yollar Romaya aparır. Bundan
əlavə, Tsuker (şəkər) soyadı konstitusional xəstəlik olan şəkərdən əziyyət çəkən xəstələrin
hamısını göndərdiyimiz Karlsbada işarədir. Bu yuxunun səbəbi Berlindən olan dostumun Pasxada
Praqada görüşməklə bağlı təklifidir, onunla şəkər (Zucker) və diabetlə bağlı bəzi məsələləri
aydınlaşdırmalıydıq.
Üçüncü yuxudan az sonra gördüyüm dördüncü yuxu məni yenidən Romaya apardı. Mən
bir küçə görürəm və oraya yapışdırılmış alman plakatlarının çoxluğuna heyrət edirəm. Bir gün
əvvəl dostuma peyğəmbərcəsinə yazmışdım ki, almanlar Praqada çətin ki xoş vaxt keçirməyə
ümid etsinlər. Beləliklə, yuxu həm də onunla Bohemiya paytaxtında deyil, Romada görüşmək
arzusunu ifadə edir və bundan başqa, mənim Praqada alman dilinə daha dözümlü yanaşmanı
istəyən tələbəlik illərimin arzularına aiddir. Mən çex dilinə bələdəm, doğrudur, slavyanların
üstünlük təşkil etdiyi kiçik Marene qəsəbəsində doğulduğum üçün onunla uşaqlıqda təmasda
olmuşam (üç yaşıma qədər). Gəncliyimdə eşitdiyim çexcə bir şeir yaddaşıma elə həkk olunub ki,
sözlərinin mənasını anlamasam belə, bu gün də onu əzbər söyləyə bilərəm. Beləliklə, bu yuxular
da mənim erkən uşaqlığımın təəssüratlarıyla sıx bağlıdır.
İtaliyaya son səfərim zamanı Trazimen gölünün yanından keçəndə Tibri gördüm, ancaq
çox təəssüf edirəm ki, Romaya səksən kilometr qalmış geri dönməli oldum; nəhayət, mənim
şiddətli Əbədi şəhəri görmək arzumu (kənar təəssüratlardan) əsaslandıra bildim. Mən gələn il
Neapoldan keçərək Romaya getmək planı düşündüm və qəflətən yadıma çox güman ki,
klassiklərimizdən birindən oxuduğum cümlə düşdü: «Böyük sual otaqda səylə irəli-geri qaçıb,
nəhayət, Romaya yollanmağa qərar verdi, – konrektor (prorektor) Vinkelman, ya da sərkərdə
Hannibal». Mən axı Hannibalın izilə gedirdim, onun kimi mənim də taleyimdə Romanı görmək
yox idi, Romada bütün dünya onu gözlədiyi halda, o da Kampanyuya getmişdi. Mənimlə oxşarlığı
olan Hannibal gimnaziya illərimin sevimli qəhrəmanlarından olub; bu yaş dövrünü yaşayan bütün
həmyaşıdlarım kimi, mən də Punik müharibələrində romalılara deyil, karfagenlilərə rəğbət
bəsləyirdim. Sonradan yuxarı sinifdə oxuyanda mənşəyimin semit irqindən gəlməsinin tam
mənasını anlayanda bəzi dostlarımın antisemit baxışları məni bəlli mövqeyi tutmağa vadar etdi,
bundan sonra semit sərkərdə gözümdə daha da yüksəldi. Hannibal və Roma gənc insan üçün
yəhudilərin yaşamaq uğrunda mübarizəsi ilə katolik kilsəsi təşkilatı arasındakı ziddiyyəti
simvolizə edirdi. O vaxt antisemit hərəkatın mənim psixikam üçün kəsb etdiyi məna sonradan
həmin erkən dövrün fikir və duyğularını müəyyən edib. Beləliklə, Romaya getmək arzusu bir çox
digər çılğın arzuların simvoluna çevrilib, bu arzuların həyata keçməsi üçün tale Hannibala öz
həyat vəzifəsini yerinə yetirməkdə yardımçı olduğu kimi, sənə də kömək etdiyi müddətdə
səbirlə, karfagenli mətanətilə, dözümüylə çalışmalısan.
Mən yenə bütün bu hissiyyatlarda və yuxugörmələrdə zühur edən daha bir gənclik
təəssüratı ilə qarşılaşıram. Atam məni özüylə gəzintilərə aparmağa və ən müxtəlif şeylər barədə
mənimlə söhbət etməyə başlayanda ya on, ya da on iki yaşım vardı. Beləcə, bir dəfə mənim
dövrümün onunkundan nə qədər yaxşı olduğunu göstərmək üçün dedi: «Cavan olanda şənbə
günləri anadan olduğum şəhərdə əynimdə bayram paltosu, başımda qəşəng şlyapa gəzərdim. Bir
dəfə bir xristian mənə yaxınlaşıb, yumruqla şlyapama vurdu və qışqırdı: «Cuhud, səkidən rədd
ol!» – «Bəs sən nə etdin?» – «Mən döşəmə yola keçib, şlyapamı qaldırdım», – atam cavab verdi.
Bu mənə, balaca oğlana, əlindən tutub aparan böyük və güclü adamın göstərdiyi çox kiçik bir
qəhrəmanlıq kimi göründü. Mən bu situasiyaya qarşı başqa birini – mənim duyğularıma daha çox
uyğun gələnini qoydum: Hannibalın atası Hamilkar Varkanın oğluna səcdəgah qarşısında
romalılardan qisas almağa and içdirməsi səhnəsi. O vaxtdan Hannibal mənim fantaziyalarımda
mühüm yer tutdu. Bu kitabın ilk nəşrində burada Hasbrubal yazılmışdı; bu dəhşətli bir səhv idi,
izahını «Adi həyatın parapsixologiyası» əsərimdə vermişəm. (Rusca tərcüməsi «Sovremennıye
problemı» nəşrində, Moskva, 1924).
Mənə elə gəlir ki, Karfagen sərkərdələrinə marağı uşaqlığımın daha dərin qatlarında
izləyə bilərəm, belə ki, burada söhbət yalnız artıq mövcud olan affektiv münasibətin yeni
obyektə köçürülməsindən gedir. Əlimə düşən ilk kitablardan biri Tyerin «Konsulat və
İmperiyanın tarixi»dir; yadımdadır ki, öz qalay əsgərlərimin üzərinə ilk imperator marşallarının
adı yazılmış kağızlar yapışdırmışdım və o zaman Massena (yəhudi adı Menasseyə bənzəyir)
mənim sevimlim idi. (Bu rəğbət arada yüz il fərq olsa da, doğum günlərinin üst-üstə düşməsiylə
izah olunmalıdır.) Napoleonun özünün Alp dağlarından keçməsi sayəsində Hanniballa bağlılığı
var. Bəlkə də bu hərbi idealın inkişafını məndən bir yaş böyük olan dostumla (o zaman mənim üç
yaşım vardı və zəif tərəfi təmsil edirdim) aramızda olan yarıdost-yarıdüşmən münasibət
sayəsində ortaya çıxan uşaqlıq arzularınadək izləmək olar.
Yuxarıda dedik ki, yuxugörmə çox nadir hallarda öz aşkar məzmununda dəyişilmədən
ortaya çıxan xatirələr doğurur. Bununla belə, bu hala aid də bir neçə misal tapmaq olar; mən
özümdən uşaqlıq xatirələrilə bağlılığı olan daha bir neçə yuxugörmə əlavə edirəm.
Pasiyentlərimdən birinin gördüyü yuxu bir seksual epizodun, demək olar ki, təhrif olunmamış
əksidir; bu fakt tam doğru bir xatirə kimi dərhal təsdiqləndi. Doğrudur, hadisə haqqındakı xatirə
hafizədən heç vaxt silinməmiş, ancaq zaman keçdikcə xeyli tutqunlaşmış və baş verən
psixoanalitik iş sayəsində yenidən canlanmışdır. Həmin pasiyent 12 yaşındaykən bir dəfə xəstə
yoldaşına baş çəkib; təsadüfən yorğan yoldaşının üzərindən sürüşərək düşüb və o, yataqda
çılpaq görünüb. Onun cinsiyyət orqanını görən pasiyentim özünəməxsus sırtıqlıq edərək
soyunub və yoldaşının penisinə toxunub. Lakin yoldaşı elə hirslənib və heyrətlənib ki, o pərt
olaraq gedib. Həmin səhnə 23 ildən sonra yenidən yuxuda əks olunub, fərq yalnız mənim
pasiyentimin aktiv deyil, passiv olmasındadır, məktəb yoldaşının şəxsiyyəti isə indiki
tanışlarından biriylə əvəzlənib.
Söz yox ki, uşaqlıq epizodları yuxugörmənin aşkar məzmununda yalnız ayrı-ayrı eyhamlar
şəklində ortaya çıxır və yalnız yozulduqdan sonra izah oluna bilir. Bu cür misallar o qədər də
inandırıcı deyil, çünki uşaqlıq təəssüratlarının doğruluğuna heç bir təminat yoxdur; hətta əksər
hallarda yaddaş da onları etiraf edə bilmir. Yuxulardakı bu cür uşaqlıq təəssüratlarını ümumi
fəaliyyəti yetərincə etibarlı olan çoxsaylı məqamlardan çıxış edərək psixoanalitik analizdən
keçirdikdə təsdiqləmək olar. Yozum məqsədilə öz kompleksindən çıxarılan yuxugörmələr,
yuxulardakı uşaqlıq təəssüratlarıyla bağlı bu cür məlumatlar, ola bilər ki, yetərli təəssürat
yaratmasın, ona görə ki, mən yozumun əsaslandığı bütün material haqqında belə məlumat
vermirəm.
1. Qadın pasiyentlərimdən biri belə bir yuxu görüb: O, hər cür maşınların olduğu böyük
bir otaqdadır; ona elə gəlir ki, guya ortopedik müalicə alır. Eşidir ki, mənim qətiyyən vaxtım
yoxdur və o digər beş pasiyentlə birlikdə müalicə olunmalıdır. O buna etiraz edir və onunçün
ayrılmış yatağa uzanmaq istəmir, ya da nəsə başqa bir şey. Mənim bunun yalan olduğunu
dediyimi eşitmək üçün küncdə durub gözləyir. Bu zaman o birilər ona gülürlər və bunun şıltaqlıq
olduğunu söyləyirlər. Bununla yanaşı ona elə gəlir ki, guya çoxlu balaca kvadratlar çəkir.
Bu yuxunun birinci hissəsi müalicənin mənim yanıma köçürülməsiylə bağlıdır. İkinci hissə
uşaqlıq epizoduna işarə edir; hər iki hissə öz arasında yatağın xatırlanmasıyla bir-birinə bağlanır.
«Ortopedik müalicə» mənim sözlərimlə izah olunur: bir dəfə onun müalicəsinin uzun çəkməsini
ortopedik xəstəxana müalicəsi ilə müqayisə etmişdim. Müalicəyə başlayanda ona demişdim ki,
hazırda ona çox vaxt ayıra bilmərəm, ancaq sonradan gündə bir saat sərf edə bilərəm. Bu onun
uşaqlar üçün son dərəcə xarakterik olan və isteriyaya meyilli köhnə duyğularını oyadıb. O
duyğularda sevgi aclığı var. Mənim pasiyentim altı bacının ən kiçiyi və atasının sevimlisi olub.
Buna baxmayaraq, ona elə gəlib ki, atası ona çox az vaxt ayırır. Onun mənim bunun doğru
olmadığını söyləməyimi gözləməsinin izahı belədir: dərzi ona öz köməkçisi vasitəsilə paltar
göndərib, o da ona pul verib ki, dərziyə çatdırsın. Sonra o, ərindən soruşub ki, əgər köməkçi pulu
itirsə, görəsən, ikinci dəfə ödəniş etmək zorunda qalmayacaq? Əri ona sataşmaq üçün (yuxuda
da sataşır) deyib: «Əlbəttə». O, ərindən əl çəkməyib və gözləyib ki, əri, nəhayət, bunun doğru
olmadığını söyləsin. Yuxunun gizli məzmununu əgər mən ona ikiqat vaxt ayırsam, onun mənə
ikiqat qonorar ödəməkdən qorxması şəklində qurmaq olar, xəsisliklə bağlı bu fikir ona xoş deyil,
«çirkinlikdir». (Uşaqlıqla bağlı pintilik yuxuda tez-tez xəsisliklə qarışır; «çirkinlik» sözü burada
bağlayıcı halqa rolu oynayır). Əgər yuxuda gözləmə barədə deyilənləri «çirkin» sözü ifadə
etməlidirsə, onda küncdə dayanma və yatağa uzanmaqdan imtina da bura aiddir: uşaqlıqda o bir
dəfə yatağını batırıb və buna görə küncə qoyulmaqla cəzalanıb; onu hədələyiblər ki, atası onu
daha sevməyəcək, bacıları ona gülüblər və s. Balaca kvadratlar ona hesab məsələsini göstərib,
«doqquz rəqəmini kvadratlarda necə yerləşdirmək olar ki, cəm bütün istiqamətlərdə 15 alınsın»
soruşan kiçik bacısı qızına işarədir.
II. Yuxuda kişilər: o, güləşən iki oğlan görür; onların çəlləkçinin (Fabinder) oğulları
olduqlarını ətrafdakı alətlərdən necə müəyyənləşdirə bilər; oğlanlardan biri o birini yıxdı, yıxılan
oğlanın göy qaşlı sırğaları var. O, əlindəki ağacı yuxarı qaldıraraq günah işləmiş oğlanı
cəzalandırmaq üçün ona doğru cumur. Oğlan taxta çəpərin yanında dayanmış qadının yanına
qaçır, qadın guya onun anasıdır. Amma bu qadın muzdlu fəhlənin arvadıdır, o, arxası yuxugörənə
sarı dayanıb. Nəhayət, üzünü döndərib dəhşətli baxışlarla ona elə baxır ki, o qorxub qaçır.
Gözlərinin alt qapaqlarından qırmızı ət çıxdığı görünür.
Yuxu əsasən əvvəlki günün bayağı hadisələrindən istifadə edib. Dünən o, küçədə
həqiqətən iki oğlan görüb, onlardan biri doğrudan da digərini yerə yıxıb. Onları aralamaq üçün
tələsik yaxınlaşmaq istəyəndə hər ikisi qaçıblar. Çəlləkçinin oğlu: bu element analizində Dem Fab
den Boden ausschla-gen (bütün işləri korlamaq) nitq ifadəsindən istifadə etdiyi növbəti yuxudan
sonra aydınlaşıb. Göy qaşlı sırğaları onun müşahidə etdiyinə görə əsasən fahişələr taxırlar.
Beləliklə, bura iki oğlan haqqında iki şeir də qoşulur: «O biri oğlanın adı Mariya idi… » (yəni qız
idi). Duran qadın: iki oğlanla bağlı epizoddan sonra o, Dunay sahilinə gəzməyə çıxıb, burada heç
kəsin olmamasından istifadə edərək, taxta çəpərin dibini isladıb. Bir az irəli getdikdə yaxşı
geyinmiş bir qadına rast gəlib, qadın ona gülümsünüb və öz ünvanını vermək istəyib.
Qadının adətən sidiyə gedərkən aldığı pozada dayanması o deməkdir ki, söhbət pəşov
edən qadından gedir və buna qırmızı ətin çıxması kimi qorxunc «görünüşü» də aid etmək
lazımdır ki, bu da yalnız çömələrkən cinsiyyət orqanlarının aldığı vəziyyətlə bağlıdır; uşaqlıqda
görülən bu mənzərə sonradan gecikmiş xatirə şəklində «artıq ət», «yara» kimi yenidən ortaya
çıxır. Yuxu iki səbəbi birləşdirir və bunlar əsnasında balaca oğlan balaca qızın cinsiyyət orqanını
görə bilər: yerə uzanarkən və sidik buraxarkən. Digər səbəblərdən də göründüyü kimi, nəticə
etibarilə o, balaca oğlanın seksual marağının hər iki halında cəzalandırılmasını, ya da atasının
təhdidini xatırlayır50.
III. Uşaqlıq xatirələrinin bir fantaziyada necə gəldi birləşməsinin bütöv kompleksi bir gənc
qadının aşağıdakı yuxusunda öz əksini tapır.
O, alış-verişə gedir və bərk tələsir. Qrabendə qəflətən çalınmış ot kimi dizi üstə yıxılır.
Camaat ətrafına yığışsa da, heç kəs kömək etmir. O, ayağa qalxmaq istəyir, ancaq bacarmır.
Nəhayət, qalxır və onu evə getməsi üçün faytona mindirirlər. Pəncərəsinə ağzınadək dolu böyük
səbət (bazar səbətinə oxşayır) atırlar.
Yuxunun birinci hissəsi, çox güman ki, yıxılan at görünüşü ilə izah olunur, yuxudakı
«çalınmış ot» elementi cıdıra işarədir. Gəncliyində o, at sürüb, uşaqkən də, yəqin özünü at kimi
təsəvvür edib. Onun yıxılmasının qapıçının küçədə epileptik qıcolması tutaraq yıxılan və faytonda
evə gətirilən 17 yaşlı oğluyla bağlı xatirəsilə əlaqəsi var. Bu barədə o, əlbəttə, yalnız eşidib,
epileptik qıcolma, «yıxılma» haqqında təsəvvür onun təxəyyülünün məhsuludur və sonradan
onun öz isterik tutmalarının formasına təsir göstərib. Qadının yuxuda yıxılma görməsi, demək
olar ki, həmişə seksual məna kəsb edir və o, «bədnam» olur; bizim yuxu üçün bu yozum heç bir
şübhə doğurmur, çünki o, Vyanada fahişələrin toplandığı yer kimi məşhur olan Qrabendə yıxılır.
Alış-veriş səbəti yozumdakından daha çox məna verir. O, səbət («Korb») qadının əvvəllər bütün
adaxlılarını dəfələrlə rədd etməsini və öz dediyinə görə, sonradan rədd olunmasını xatırladır.
Tərcümədə «Korb» həm 1) səbət, hə də 2) adaxlını rədd etmək deməkdir (bundan sonra
tərcümə olunmayan söz oyunu gəlir). Bura heç kəsin ona kömək etmək istəməməsi də aiddir və
o özü bunu etinasızlıq əlaməti kimi qiymətləndirir. Alış-veriş səbəti daha sonra artıq analiz
olunmuş fantaziyaları xatırladır, bu fantaziyalarda o, sosial durumu özündən aşağı olan adama
ərə gedir və indi bazara özü getməlidir. Nəhayət, alış-veriş səbəti xidmətçi atributu kimi də
yozula bilər. Sonrakı uşaqlıq xatirələri də bura aiddir: oğurluq üstündə qovduqları aşpaz qadın;
həmin aşpaz qadın da diz üstə yıxılmış və üzr istəmişdi. O zaman onun on iki yaşı varmış. Sonra
faytonçu ilə mazaqlaşdığına görə işdən qovulan qulluqçu, ancaq sonradan elə həmin faytonçuya
da ərə gedib. Bu xatirə beləcə yuxuda faytonçularla bağlı xatırlamanın mənbəyinə çevrilib (onlar
gerçəkliyin əksinə yıxılana kömək etmirlər). Qalır bircə səbətin niyə pəncərəyə atılmasını
aydınlaşdırmaq. Bu, kiçik stansiyalarda düşən sərnişinlərə yüklərinin pəncərədən atılmasını
xatırladır və kənddə olmaqla bağlantısı var. Bu həm də bir cənabın tanış xanımın pəncərəsinə
göyəm atmasını, xanımın balaca bacısının isə bundan sonra hansısa avaranın onların
pəncərəsinə baxmasından qorxmasını xatırladır. Bunun ardınca on yaşı olanda onlarda yaşayan
və nökərlə əlaqəsi olan tərbiyəçi qadınla bağlı tutqun bir xatirə üzə çıxır; biz bu hadisəyə bir çox
başqa yollarla yaxınlaşdıq. Vyanalılar yükə, sandığa saymazyana şəkildə «yeddi gavalı» deyirlər.
«Yeddi gavalını götür, sürüş».
Mənim kolleksiyamda belə yuxular həddindən artıq çoxdur, onların analizi dumanlı,
bəzən tamamilə unudulmuş, hətta üç yaşa qədərki uşaqlıq xatirələrinə aparır. Lakin onlardan
yuxugörmə nəzəriyyəsi üçün hansısa ümumi məna kəsb edən hər hansı nəticə çıxarmaq lazım
deyil. Onların hamısında söhbət əsəb xəstələrindən, hətta isteriyalılardan gedir və onlarda
uşaqlıq xatirələrinin rolu qətiyyən yuxugörmənin öz mahiyyəti deyil, nevrozun mövcudluğu ilə
şərtlənə bilər. Ancaq öz yuxularımın yozumu (kobud xəstəlik simptomları səbəbindən deyil)
zamanı da gizli məzmunda olduqca tez-tez gözlənilməz uşaqlıq epizodlarına rast gəlirəm; bəzən
hətta bir çox yuxular hansısa uşaqlıq təəssüratlarının izahına da yol verir; artıq buna dair misallar
gətirmişəm; gələcəkdə onların bir çoxu haqqında məlumat verməli olacağam. Bu fəsli özümün
gördüyüm bir neçə yuxu ilə başa vursam, bəlkə də, ən yaxşısı bu olar, bu yuxularda yeni
təəssüratlar və çoxdan unudulmuş uşaqlıq təəssüratları eyni şəkildə yetərincə mühüm rol
oynayır.
Şəhərdə xeyli gəzdikdən sonra yorğun və ac halda yatağıma uzananda böyük həyati
tələbatlar özünü yuxuda göstərməyə başlayır və yuxuda görürəm: mətbəxə keçib yemək üçün
mənə bir şey vermələrini xahiş edirəm. Orada dayanan üç qadının biri ev sahibəsidir; o, əlində
nəsə hərlədir, elə bil, kiçik xəmir kündələri düzəltmək istəyir. O məndən yemək hazır olanadək
gözləməyi xahiş edir (onun nitqi o qədər də aydın deyil). Mən səbirsizlik edib, incik halda
mətbəxdən çıxıram və paltomu geyirəm; ancaq ilk geymək istədiyim mənə çox uzun gəlir. Onu
soyunuram və xəz yaxalığı olduğuna təəccüblənirəm. İkinci paltoda nədənsə türk parçasından
uzun belbağı var. Uzunsifət, balaca saqqallı yad bir adam peyda olub, paltonu geyməyimə mane
olur, deyir ki, palto onundur61. Mən paltonun başdan-ayağa türk naxışlarıyla bəzədildiyini
göstərirəm. O soruşur: Türkün (naxışlarının, kəmərlərinin…) sizə nə dəxli var? Ancaq sonra bir-
birimizə qarşı çox mehriban davranırıq.
Bu yuxunu analiz edərkən qəflətən ağlıma 13 yaşında ikən ilk oxuduğum roman gəlir.
Ancaq mən onu oxumağa birinci fəslin sonundan başlamışdım. Romanın və müəllifinin adını heç
vaxt bilmədim, ancaq sonu yaxşı yadımdadır. Qəhrəman dəli olur və daim həyatda ona böyük
xoşbəxtlik və bədbəxtlik bəxş etmiş üç qadının adını təkrarlayır. Bu adlardan biri Pelatidir. Amma
bu xatirənin sonrakı analizdə hansı rol oynadığını hələ bilmirəm. Qəflətən bu üç qadın mənim
fikirlərimdə insanın taleyini qaraldan üç Qismətə çevrilir və bilirəm ki, bu qadınlardan biri
yuxuda, bəzən hətta, misalçün, mənə də həyat bəxş edən və ilk həyat qidası verən anadır. Sevgi
və aclıq qadın döşlərində kəsişir. Bir lətifədə deyilir ki, qadın gözəlliyinin pərəstişkarı olan bir
gənc söhbət onun gözəl dayəsindən düşəndə deyib: onun sinəsi üzərinə uzananda fürsətdən
yaxşı istifadə etmədiyinə çox təəssüf edir. Mən adətən bu lətifədən psixonevrozlar
mexanizmində gecikmə məqamını aydınlaşdıranda istifadə edirəm. Qismətlərdən biri əlində
nəsə hərləyir, sanki kündə qayırır. Qismət üçün qəribə məşğuliyyətdir, izahat tələb edir! İzahatı
başqa bir, daha erkən uşaqlıq xatirəsində tapıram. Altı yaşım olanda anam mənə dərs keçirdi və
demişdi ki, biz torpaqdan yaranmışıq və torpağa da çevrilməliyik. Bu mənim xoşuma gəlmirdi,
odur ki, şübhəylə yanaşırdım. O bunu eşidəndə yuxudakı ev sahibi kündə qayırarkən etdiyi kimi
əllərini bir-birinə sürtür (fərq yalnız əllərinin arasında xəmirin olmamasındaydı) və mənə ovucları
bir-birinə sürtdükdə əmələ gələn qara epiderma hissəciklərini göstərirdi. Bununla mənə
torpaqdan düzəldildiyimizi göstərmək istəyirdi. Mən bu ad oculos nümayişinə hədsiz
təəccüblənir və sonradan sözlərdən əxz etdiyim inancı mənimsəyirdim: «Öz ölümünlə təbiətə
borclusan». Bu uşaqlıq epizoduna aid olan hər iki affekt – labüd olana təəccüb və itaət bundan
bir az əvvəl gördüyüm və məni ilk dəfə bu uşaqlıq təəssüratı haqda xatirəyə qaytaran başqa bir
yuxuda da var. Beləliklə, mən mətbəxə, həqiqətən Qismətlərimin yanına gedirəm. Uşaqlıqda ac
olarkən tez-tez mətbəxə gedərdim, pilətənin yanında dayanan anam isə nahar hazır olanadək
gözləməyimi xahiş edərdi. Ancaq «kündələr» (Knodel)! Histoloji biliklərimə görə (epiderma)
borclu olduğum professorlarımdan birinin məhz «Knodel» sözüylə əlaqəsi var. Knedel professoru
onun əsərini plagiat etməkdə suçlayan adamlardan birinin soyadı idi. Plagiat etmək başqalarına
məxsus olanı mənimsəməkdir və bizi yuxunun ikinci hissəsinə aparır ki, burada mən guya
başqasının paltosunu oğurlayıram; bu mənə universitetin qarşısında uzun müddət tələbələrin
paltosunu oğurlayan oğrunu xatırladır. Mən «plagiat» sözünü qəsdən işlətmədim, ancaq indi
görürəm ki, o, yuxunun gizli məzmununa aiddir, çünki aşkar məzmunun ayrı-ayrı parçaları
arasında körpü ola bilər. Assosiasiya: Pelagi – plagiat – plagiostomalar (plagiostomaları qeyri-
ixtiyari xatırladım, onlar mənə həmin professorun imtahanındakı xoşagəlməz bir epizodu
xatırladır) (köpəkbalıqları) – balıq qabarcıqları – oxuduğum romanı Knedelin işi və palto
(Überzieher) ilə bağlayır ki, bunun da seksual texnika ilə əlaqədar olduğu aydındır.
(«Überzieher» həm palto, həm də kondomdur.)
(Morinin kilo-loto haqqında yuxusuna bax). Doğrudur, bu, həddindən artıq süni və
mənasız tutuşdurmadır, ancaq əgər o yuxuda hazır vəziyyətdə verilməsəydi, ayıq düşüncə onu
quraşdıra bilməzdi. Və sanki belə müqayisələrin heç bir sərhəd tanımamasını sübut etmək üçün
mənə əziz olan Bryukke (körpü) adı (söz körpüsünə yuxarıda bax) köməyimə gəlir və tələbə kimi
ən xoşbəxt günlərimi yaşadığım institutu mənə xatırladır, ancaq mənə qətiyyən lazım olmağı
halda («So wird’s Euch an der Weisheit Briisten mit jedem Tage mehr geliisten» – «Sizi hər gün
daha çox müdrikliyin ağuşuna çağıracaq») yuxuda mənə əzab verən acgözlüyün əksinə. Və
nəhayət, mənə əziz olan başqa bir müəllim haqqında xatirə – onun soyadı nəsə yeməli bir şey
kimi səslənir (Fleischi («Fleisch» – ət), Knodel kimi) – epidermisin (ana – ev sahibəsi)
pulcuqlarının rol oynadığı başqa bir kədərli epizod və latın mətbəxindən aclığı öldürən vasitə –
kokain üzə çıxır.
Beləliklə, fikirlərin dolaşıq gedişatı davam etdirilə bilər və bundan sonra mən yuxunun
bütün məzmununu əskiksiz yozaraq aça bilərəm, ancaq bundan imtina edirəm, çünki bu halda
xeyli şəxsi qurban vermiş olaram. Mən yalnız bilavasitə bütün bu xaosun əsasında dayanan fikrə
aparan bir ipucundan istifadə edirəm. Uzunsov sifəti və balaca saqqalı olan və mənə geyinməyə
maneçilik törədən yad adam Spalatoda gördüyüm bir taciri xatırladır, arvadım ondan çoxlu türk
parçası almışdı. Onu Popovik çağırırdılar; bu, şübhəli bir soyaddır, hətta yumorist Ştettenheymə
buna eyham vurmağa bəhanə verib («O mənə soyadını dedi və qızarıb, əlimi sıxdı».). Ancaq biz
burada da yuxarıdakı kimi soyaddan sui-istifadə görürük: Pelagi, Knedel, Bryukke, Fleyşel. Şəxs
adlarıyla bu cür oynamağın uşaq şıltaqlığı olduğunu, zənnimcə, kimsə inkar etməz; əgər bununla
mən məşğul oluramsa, bu əvəzləmə aktıdır, çünki mənim öz soyadım dəfələrlə belə səfeh
müdriklik hıqqınmalarının qurbanı olub. Göte bir dəfə insanın öz soyadına nə qədər həssas
olduğuna diqqət çəkib, bunu Gerder onun sanki dərisindən yaratdığı soyadıyla bağlı aşağıdakı
fikri söylərkən deyib: «Der du von Gottern abstammst, vom Goten oder vom Kote» – «So seid
ihr Gotterbilder auch zu Staub».
Hesab edirəm ki, soyadlarından sui-istifadədən bu şəkildə geri durmaq bizi yalnız bu
şikayətə hazırlamalıdır. – Spalatodakı alış-veriş Kattarodakı digər alış-verişləri xatırlatmalıdır: bir
az xəsislik etdiyinçün yaxşı şeylər almaq fürsətini qaçırdın (yuxarıda bax: «Dayənin sinəsi
üstündə fürsəti əldən verdim»). Ac yatan adama təlqin olunan fikirlərdən biri növbəti mənanı
verir: heç nəyi əldən vermək olmaz, yeməyə nə varsa götürmək lazımdır, həyat çox qısadır, ölüm
qaçılmazdır. Bu fikrin seksual anlamı da olduğundan və bu ədalətsizlik qarşısında
dayanmadığından, bu «saqre diem» senzuradan çəkinməli və yuxugörmənin arxasında
gizlənməlidir. Bütün əks fikirlər, yatanın yetərli miqdarda mənəvi qidasının olduğu həmin dövrlə
bağlı xatirələr, böyüklərin öyüd-nəsihətləri, hətta qorxunc seksual təhdidlərlə dolu cəzalar da
buna əlavə olunur.
Mən Auszeyə getmək üçün qərb vağzalına yollanıram, amma nədənsə İşlə yola düşən
qatarın perronuna çıxıram. Orada qraf Tunu görürəm, o da İşlə, imperatorun yanına gedir. Yağışa
baxmayaraq, o, açıq faytonda gəlib, sakitcə perrona çıxdı və onu tanımayıb biletini soruşan
gözətçini lal-dinməz, əl işarəsilə özündən uzaqlaşdırdı. Qatar İşlə yola düşür; mən perrondan
aralanıb, zala qayıtmalı oluram, bura çox istidir. Burada qalmağa çox çətinliklə icazə alıram. Mən
tanışlıqla kupeyə bilet almaq istəyənləri müşahidə etməklə vaxt öldürür və öz hüququmu
müdafiə etmək üçün qalmaqal salmağa qərar verirəm. Eyni vaxtda nəsə zümzümə edirəm,
sonradan bu «Fiqaronun toyu» operasından bir ariya olur: «Əgər qraf rəqs etmək, oynamaq
istəyirsə, Qoy desin, Mən onunçün çalaram».
(Yad adam bəlkə də bu motivi tuta bilməz) Bütün axşamı mən yetərincə yaxşı
əhvaldayam, kelner (aşxanada yemək gətirən xidmətçi) və faytonçulara sataşıram, ancaq bu
zaman heç birinin xətrinə dəymirəm. Başımda Fiqaronun sözlərinə və Bomarşenin baxdığım
Comedie francaise komediyası haqqında pendant (uyğun) hər cür cəsarətli inqilabi fikirlər
dolaşır. Yadıma «dünyaya gəlmək üçün zəhmət çəkən» böyük şəxsiyyətlər haqqında sözlər
düşür; Almavivanın Susannanın yanında istifadə etmək istədiyi cənabın hüququ düşür52; müxalif
jurnalistlərin qraf Tunu ələ salaraq, «Nichtsthun» (avara) adlandırmalarını da xatırlayıram. Ona
həsəd aparmıram; indi o, ağır missiya daşıyır. Əslində mən indi qraf Nichtsthun-am (avarayam);
mən səyahətə yollanıram. Hazırda mən tətildəyəm və rəngarəng planlarım var. Bir cənab mənə
yaxınlaşır; mən onu tanıyıram: o, tibb fakültəsinin imtahanlarında hökumət deputatıdır, bu rolda
sərgilədiyi davranışa görə haqlı olaraq özünə xoş gələn «hökumət quyruğu» ləqəbini qazanıb. Öz
yüksək vəzifəsinə arxalanaraq birinci dərəcəli yarım-kupe tələb edir, mən bir məmurun digərinə
bunları dediyini eşidirəm: «Bu cənabı hara yerləşdirək?» – Açıq-aşkar tərəfkeşlik! Mən birinci
dərəcəli yer üçün tam ödəniş edirəm. Nəhayət, özümçün kupe alıram, ancaq orta vaqonda deyil,
ona görə də, bütün gecəni voter-klozetdən məhrum olacağam. Məmura şikayətim uğur
qazanmır; sərnişinlərin rahatlığı üçün kupenin döşəməsindən dəlik açmağı təklif etməklə ondan
qisas alıram. Gecə saat üçdə doğrudan da sidiyə getmək üçün oyanıram. Bundan əvvəl görürəm:
Kütlə, tələbə yığıncağı. Qraf (Tun, ya da Taaffe) danışır. Almanlar haqqınla suala cavab olaraq o,
ironik tərzdə onları sevimli öskürəkotu çiçəyi adlandırır və yaxasına cırılmış yaşıl bir yarpaq taxır,
sanki əzilmiş yarpaq qırığıdır. Mən özümdən çıxıram, beləcə, çıxıram özümdən, ancaq germanofil
meylimə təəccüblənirəm. Sonra dumanlı şəkildə görürəm: Mən auditoriyadayam; bütün çıxışlar
bağlıdır, mənə qaçmaq lazımdır. Təkrar yuxunun mətnində gizlənib, görünür, dalğın olduğum
üçün unutmuşam, çünki analiz göstərir ki, onun öz mənası var. Mən gözəl sıralanmış otaqların
arasıyla qırmızı-bənövşəyi mebellə birlikdə canımı qurtarıram və nəhayət, dəhlizin sonuna
gəlirəm, burada bir qapıçı oturub, yaşlı kök qadındır. Onunla söhbətdən qaçıram, ancaq o
mənim buradan keçmək haqqımı qəbul edir, çünki lampa işığına ehtiyacım olub-olmadığını
soruşur. Mən ona izah edirəm, ya da deyirəm ki, pilləkəndə qalsın, nəzarətçidən qaça bildiyim
üçün öz bicliyimə özüm heyrət edirəm. Aşağı düşüb, ensiz, dik yuxarı qalxan keçid tapıram və
onunla gedirəm.
Yenə aydın görmürəm… Qarşımda ikinci vəzifə var: auditoriyadan çıxdığım kimi,
şəhərdən də çıxmaq. Fayton tutub, ona vağzala sürməyi əmr edirəm. «Oradan o yana sizinlə
getməyəcəyəm», – ondan çox yorulduğunu eşidib deyirəm. Ancaq mənə elə gəlir ki, artıq onunla
adətən dəmir yoluyla gedilən yolun bir hissəsini getmişəm. Vağzal büsbütün doludur.
Düşünürəm ki, bəlkə, Kreymsə, yaxud Tsnayma gedim, ancaq yadıma düşür ki, indi saray
rezidensiyası oradadır və Qrasa getməyə qərar verirəm. Tramvay vaqonunu xatırladan vaqonda
oturmuşam, yaxamda qəribə uzun bir saplaq var, üzərində hamının diqqətini cəlb edən möhkəm
materialdan qırmızı-bənövşəyi bənövşəsi var. Burada yuxugörmə qırılır.
Mən yenə yaşlı bir cənabla vağzalın önündəyəm; nəzərə çarpmamaq üçün plan
düşünürəm, ancaq planımın artıq icra olunduğunu görürəm. Ümumiyyətlə, burada fikir və
təəssüratlar bir-biriylə çulğaşıb. Yol yoldaşım kordur, uzaq başı bir gözü var və mən onun
qarşısında sidik şüşəsi tutmuşam (şüşəni biz ya almalıyıq, ya da artıq şəhərdən almışıq). Beləliklə,
mən onun sanitarıyam və şüşəni onun qarşısında tutmalıyam, çünki o, kordur. Əgər konduktor
bizi bu vəziyyətdə görsəydi, bizə hiss olunmadan getməyə icazə verərdi. Bu zaman yol
yoldaşımın pozasını plastik şəkildə görürəm və onun cinsi orqanı sidik ifraz edir. Oyanıram və
sidiyə getmək istədiyimi hiss edirəm.
Bütün yuxular yatanı 1848-ci il inqilabına aparan fantaziya təəssüratı yaradır, onunla
bağlı xatirəni 1898-ci il yubileyi, eyni zamanda Vaxauya kiçik gəzinti doğurur, orada Emersdorfu
görəndə əvvəlcə səhvən tələbə hərəkatının başçısı Fişhofun məzarı zənn etdim; yuxunun aşkar
məzmununun bəzi cizgiləri ona işarə edir. Assosiasiya sonra məni İngiltərəyə, arvadına
Tennisonun şerinin adı olan «Fifty years ago» cümləsilə sataşan (uşaqlar adətən buna «Fifteen
years ago»53 deyə cavab verirdilər) qardaşımın evinə gətirir. Qraf Tunun italyan kilsələrinin
fasadına oxşayan görünüşünün səbəb olduğu fikirlərlə əlaqəli olan bu fantaziyanın binaların
özüylə heç bir üzvi əlaqəsi yoxdur; lakin əksinə, bu fasad üçün o çoxdur, öz aralıqları, zədələri ilə;
onun ayrı-ayrı hissələri qeyri-müəyyəndir və adda-budda daxili məzmun elementlərilə qırılır.
Yuxugörmənin birinci situasiyası bölə biləcəyim bir neçə epizoddan ibarətdir. Yuxuda qrafın
təkəbbürlü ovqatı mənə 15 yaşım olarkən gimnaziyada baş vermiş bir epizodu xatırladır. Bizim
sevmədiyimiz kobud bir müəllimimiz vardı; ona qarşı sui-qəsd təşkil etmişdik. Qəsdin
ilhamvericisi özünü ingilis kralı VIII Henrixə oxşadan yoldaşım idi. Əsas zərbəni isə mən
vurmalıydım; gimnaziyaçıların açıq hiddətinin səbəbi Dunayın (Donau) (Vaxau) Avstriya üçün
əhəmiyyəti ilə bağlı idi. Sui-qəsdə ucaboy olduğuna görə «zürafə» ayaması verilən sinfimizdəki
yeganə aristokrat da cəlb olunmuşdu. Məktəbimizin tiranı olan alman dili müəllimi onu lövhəyə
çağıranda o özünü təxminən yuxudakı qraf kimi apardı. Sevimli çiçəyin xatırlanması və qrafın
yaxasına çiçəyə bənzər nəsə taxması (o mənim həmin gün həmkarlarımdan birinə gətirdiyim
səhləb çiçəyini, həm də iyerexon qızılgülünü xatırladır) Şekspirin kral faciəsindən Qırmızı və Ağ
qızılgüllərin vətəndaş müharibəsini əks etdirən səhnəni xatırladır; bu xatırlatmaya VIII Henrix
haqqında fikir səbəb olub. Qızılgüllərdən qırmızı və ağ qərənfillərə isə o qədər də uzaq deyil.
(Analizə qəflətən iki şeir daxil olur, biri alman, digəri isə ispanca: «Qızılgüllər, zanbaqlar,
qərənfillər – hamısı solur». – Isabelita, po llores que se marchitan las f lores. Fiqarodan ispan
şeri.) Ağ qərənfil bizim Vyanada antisemitlərin, qırmızı qərənfil isə sosial-demokratların açıq
nişanıdır. Bunun arxasında mənim gözəl Saksoniyaya (anqlosakslar) bir səfərim zamanı antisemit
hərəkətlə qarşılaşmağım barədə xatirə gizlənir. Birinci situasiyanın yaranmasına səbəb olan
üçüncü epizod mənim tələbəlik dövrümə aiddir. Bir alman tələbə dərnəyində fəlsəfə ilə
təbiətşünaslığın qarşılıqlı əlaqəsi mövzusunda diskussiya təşkil olunmuşdu. Mən, materialist
nəzəriyyənin ardıcıl tərəfdarı olan sütül gənc, birtərəfli baxışı yüksək səviyyədə müdafiə etməyə
başladım. Məndən sonra ayağa qalxan yaşca böyük bir yoldaş öz siyasi və kütlə təşkilatçısı
qabiliyyətini nümayiş etdirərək – onun soyadı bir heyvan adı idi – bizi necə lazımdır töhmət etdi.
O da uşaqlıqda donuz otarmış, ancaq sonradan peşman olub atasının evinə qayıtmışdı 54. Mən
özümdən çıxıb (yuxudakı kimi) kobudluq etdim (saugrob) (Sau – donuz) və cavab verdim ki,
donuzotaran olduğunu biləndən sonra artıq onun danışıq tonuna təəccüblənmirəm (yuxuda
mən öz germanofil meylimə təəccüblənirəm). Ümumi qəzəb; mənə öz sözlərimi geri götürməyi
təklif etdilər, ancaq imtina etdim. Təhqir olunan ona yönəlik təhqiri qəbul etmək üçün çox ağıllı
olduğundan baş verənə əhəmiyyət vermədi.
Birinci situasiyanın digər elementləri daha dərin qatlara aiddir. Qrafın «öskürəkotunu»
xatırlamasının mənası nədir? Mən bir sıra assosiasiyalara müraciət edirəm. Öskürəkotu almanca
«Huflattich» – lattica salat – Salathund deməkdir (Bu ifadə bizim bir məsələ bənzəyir: «Köpək
samanlıqda uzanıb, nə özü yeyir, nə də başqalarına verir»). Buradan bir sıra söyüşlərə o qədər də
uzaq deyil: zürafə, donuz, köpək. Mən yaşca böyük yoldaşın yuxarıdakı soyadı əsasında başqa bir
yolla söyüş ifadəsi olan «eşşək» sözünə də gedə bilər və bununla yenə də bir professorun
təhqirinə müraciət edərdim («Giraffe» sözündə «affe» elementi var ki, bu da tərcümədə
meymun deməkdir). Bundan sonra öskürəkotunu tərcümə edirəm – bilmirəm, doğrudur, ya yox
– Huflattich fransızca «pisse-en-lit»dir; mən bunu Zolyanın uşaqların həmin otu gətirdikləri
«Jerminal» romanı əsasında edirəm. Köpək – chien – mənə insan orqanizminin başqa
funksiyasının həmahəng bir şeyi xatırladır («chier» başqa bir funksiyanı yerinə yetirən «pisser»
sözünə bənzəyir). Artıq biz bütün bu ədəbsiz ifadələri izah edə bilərik; baş verəcək inqilabdan
bəhs edən elə həmin «Jerminal» əsərində Flatns adlanan qazabənzər ekskresiyalar ifrazatı üzrə
özünəməxsus bir yarış təsvir olunur. «Jerminal» romanında yox, «Torpaq» romanında. Bu səhvi
yalnız analizdən sonra gördüm. Bundan başqa, Huflattich və Flatus sözlərində eyni hərflərə
diqqət çəkirəm. Həmin «flatus»a doğru yolda artıq çiçəklərdən, ispan şerindən, İzabelladan və
armadanın İngiltərəyə qarşı mübarizəsindən bəhs edən və qələbədən sonra ingilislərin üzərində
Afflavit et dissipati sunt55 yazılmış medal buraxdıqları ingilis tarixindən uzaq keçirəm. Çünki
ispan donanmasını fırtına darmadağın etmişdi. Əgər nə vaxtsa öz baxışlarım və tarixin müalicə
üsulu haqda ətraflı hesabat verə bilsəydim, bu kəlamdan «Terapiya» fəslinə epiqraf olaraq
yarızarafat-yarıgerçək istifadə etmək istərdim.
Yuxunun son hər iki parçasının ətraflı analizindən imtina etməyə məcburam; onlardan
yalnız iki uşaqlıq epizoduna aid elementləri götürəcəyəm ki, bu yuxunu doğuran da ümumilikdə
məhz onlardır. Oxucu tamamilə haqlı olaraq məni analizdən imtina etməyə məhz seksual
materialın olmasının vadar etdiyini düşünə bilər; ancaq təkcə bu izahatla kifayətlənmək olmaz.
İnsan çox zaman başqalarından gizli saxladığı çox şeyi özündən gizlətmir; ancaq burada
söhbət məni analizin nəticələrini gizlətməyə vadar edən səbəblərdən deyil, yuxunun əsil
məzmununun özünü gizlədən daxili senzura motivlərindən gedir. Ona görə də deməliyəm ki,
mənim yuxumun bütün bu üç parçasının analizi onlardakı xoşagəlməz lovğalığı və mənimçün
yetərincə gülməli olan və ayıq həyatda çoxdan mövcud olmayan böyüklük iddiasını açır; sonuncu
hətta yuxunun aşkar məzmununda da meydana çıxır (mən öz hiyləgərliyimə təəccüblənirəm) və
yuxugörmədən əvvəlki axşam yekəxana davranışımı izah edir. Bu yekəxanalıq bütün
münasibətlərdə özünü göstərir; belə ki, Qrasenin xatırlanması bizi insanın öz puluyla
lovğalandığını zaman işlətdiyi bu nitq ifadəsinə gətirib çıxarır: Was kos-tet Graz?59 Kim Rablenin
Qarqantua və oğlu Pantaqruelin həyat və fəaliyyətlərini bənzərsiz şəkildə təsvir etməsini
xatırlayırsa, yuxugörmənin yuxarıda sözügedən hissəsinin məzmununu yekəxanalıq hesab edə
bilər. Yuxarıda göstərilən iki uşaqlıq epizoduna bunlar daxildir: mən səyahət üçün özümə
bənövşəyi-qırmızı çamadan almağım yuxuda bir neçə dəfə zühur edir (yükün yanında «qızları
ovlamaq üçün cihaz» adlandırılan və sərt materialdan olan bənövşəyi-qırmızı bənövşələr,
auditoriyadakı mebel). Yeni olan hər şeyin insanların gözünə sataşması uşaqların hamıya məlum
adi vərdişidir. Bir dəfə mənə uşaqlığımla bağlı bir epizod danışdılar, onunla bağlı xatirə hekayə ilə
bağlı xatirə ilə qarışıb. İki yaşım olanda yerimi isladarkən atamın qınaqlarına cavab olaraq, ona
N.-dən (yaxınlıqdakı şəhər) yeni qırmızı qəşəng yataq dəsti alacağımla təsəlli vermişəm. (Yuxuda
şüşə qabı şəhərdən aldığımız və ya alacağımız fikri buradandır; söz verdin, gərək yerinə
yetirəsən.) (Bundan başqa, kişi sidikqabısı ilə siyen rəngli çamadanın (box) tutuşdurulmasına
diqqət etmək lazımdır.) Uşağın böyüklük iddiasının hamısı bu vəddədir. Yuxuda uşağın sidiyini
saxlaya bilməməsinin mənasını bundan əvvəlki yuxugörmələrin birinin yozumu zamanı izah
etmişik. Əsəb xəstələrinin psixoanalizindən sidik saxlaya bilməməklə şöhrətpərəstlik xarakter
cizgisi arasında sıx əlaqə olduğunu da öyrənmişik.
Ev həyatı ilə bağlı 7-8 yaşıma aid və yaddaşımda çox gözəl qalan daha bir epizod var. Bir
dəfə axşam yatmazdan qabaq valideynlərimin əmrinə zidd olaraq, onların yataq otağında və
onların hüzurunda tələbatımı ödədim. Atam məni danlayıb dedi: «Səndən heç nə olmayacaq».
Bu, yəqin ki, mənim heysiyyətimə vurulan ən ağır zərbəydi, çünki bu epizodun təəssüratları daim
yuxuma girir və adətən xidmət və uğurlarımla əlaqəli şəkildə, sanki bununla demək istəyirəm:
«Görürsən, məndən, hər halda, nəsə oldu». Həmin uşaqlıq materialı yuxudakı son situasiya üçün
də material verib, ancaq yəqin ki, qisas məqsədilə rollar qarışdırılıb. Yaşlı cənab, aydındır ki,
mənim atamdır, gözünün kor olması onun qlaukoma xəstəliyi ilə izah olunur, bir vaxtlar mən
onun yanında sidik ifraz etdiyim kimi, indi də o mənim yanımda bunu edir. (Başqa bir yozum: o,
allahların atası Odin kimi təkgözdür. Odinin təsəllisi – Uşaqlıq epizodunda ona yeni yataq dəsti
alacağımı vəd etməyimlə bağlı təsəlli). Qlaukomanın köməyilə ona əməliyyat zamanı son dərəcə
faydası olmuş kokaini xatırladıram. Bundan başqa, ona rişxənd edirəm; o, kordur və mən şüşəni
onun qarşısında tuturam, bu mənim isteriya sahəsində qazandığım və çox fəxr etdiyim
uğurlarıma işarədir. Mən bura yozum üçün bəzi materiallar da qoşuram: şüşənin tutulması
eynəkçidən dalbadal bir neçə şüşə istəyən, amma yenə də oxumağı bacarmayan kəndli haqqında
əhvalatı xatırladır (Kəndliləri ovlamaq üçün cihaz – yuxunun əvvəlki parçasında qızları ovlamaq
üçün cihaz). Kəndlilərin ağıldankəm ata ilə davranışları Zolyanın «Torpaq» romanında təsvir
olunub. Atanın həyatının son günlərində yatağında uşaq kimi təmiz olmamasından doğan kədərli
məmnunluq. Burada fikir və təəssüratlar qovuşaraq Oskar Panitsin inqilabi dramını xatırladır,
əsərdə tanrıların atasıyla iflic qoca kimi rüsvayçı davranılır. Orada deyilir: «Onun iradə və
hərəkətləri bir-birinə qovuşub və onun mələyi, öz soyundan olan Qanimed onu söyüş
söyməkdən və lənət yağdırmaqdan saxlamalıdır, çünki həmin nifrinlər dərhal yerinə yetir». Plan
qurulması atama qarşı sonrakı tənqiddən qaynaqlanan qınaqdır, zati-alilərini təhqir etməyə və
ali rəhbərliyi ələ salmağa yönəlik hər cür qiyamçılığa bərabərdir. Yuxunun məzmunu atamın
əleyhinə etiraza çevrilir. Knyaz ölkənin atası adlanır, ata isə uşaq üçün ən böyük, birinci və vahid
avtoritetdir, insan sivilizasiyası tarixinin gedişindəki digər sosial hakimiyyətlər bu hakimiyyətin
bütövlüyündən qaynaqlanır (nə qədər ki analıq hüququ bu durumu lazımi qədər məhdudlaşdıra
bilmir). Yuxudakı fikir və təəssüratlar anlayışı burada bir-birinə qovuşaraq, kişi sidikqabısının
(Glas) aid olduğu isterik simptomların izahatını nəzərdə tutur. «Gschnas» prinsipini Vyana
sakininə izah etməməliyəm; bu o deməkdir ki, nadir və qiymətli görünüşü olan əşyalar, adi, daha
çox komik və qiymətsiz materialdan hazırlanır, məsələn, yaraq-əsləhəni mətbəx bardaqlarından,
süpürgə və duzqabılardan düzəldirlər (sənətkarlar bunu öz şən axşamlarında etməyi xoşlayırlar).
Mən isteriyalıların da belə hərəkət etdiklərinə diqqət yetirmişəm, onları həqiqətən məmnun
etməyən şeylərlə bərabər, şüursuz olaraq ən məsum və ən bayağı materialdan özləri üçün iyrənc
və əxlaqsız fantastik hadisələr yaradırlar. Simptomlar həqiqi hadisələr haqqındakı təəssüratlarla
deyil (onların ciddi xarakter daşımasından və eyni şəkildə məsum olmalarından asılı olmayaraq),
həmin fantaziyalarla bağlı olur. Bu izahat mənə bir çox çətinlikləri aradan qaldırmağa kömək etdi
və xeyli sevindirdi. Mən onun köməyilə yuxudakı kişi sidikqabısı (Glas) elementini isbat edə
bildim, belə ki, mənə sonuncu «gschnas axşamı» və orada Lukresi Borcianın içində zəhər olan
kasasının nümayiş olunduğu haqqında danışmışdılar, onun əsas tərkib hissəsi adətən
xəstəxanalarda istifadə olunan kişi sidikqabısı kimi istifadə olunurmuş.
Əgər uşaqlığımın işəmə ilə bağlı hər iki epizodu böyüklük iddiası mövzusu ilə bunsuz da
sıx bağlıdırsa, onlar haqqında xatirələrin Auszeyə səyahət zamanı oyanmasına həm də mənim
kupemdə voter-klozetin olmadığı təsadüfi hal kömək edib, çünki mən səfər zamanı narahatlıq
hiss etməyə hazır olmuşam. Səhər tezdən bu həqiqətən baş verdi və mən yuxudan təbii tələbat
duyğusuyla oyandım. Mənə elə gəlir ki, bu hissiyyatlara yuxugörməyə xüsusi səbəb olan rol
vermək lazımdır, ancaq mən başqa bucaqdan baxıram; bu isə ondan ibarətdir ki, yuxugörmədə
olan gizli fikirlərə yalnız sidiyə getmə tələbatı səbəb olmur. Mən heç vaxt yuxudan bu səbəbdən
oyanmıram, xüsusilə də, bu dəfəki kimi, çox erkən, yəni gecə saat 3-də. Bu fikrin əleyhinə daha
rahat şəraitdə etdiyim digər belə səfərlər zamanı erkən oyandıqdan sonra, demək olar ki, heç
vaxt sidik tələbatı hiss etmədiyimə qeydlərimdə rast gəldim. Nə isə, bu məsələni yozuma heç bir
ziyan vurmadan kənara qoya bilərəm.
Yuxuların analizi təcrübəsi məni inandırdı ki, arzu mənbələri tamamilə əlçatan və aşkar
olduğundan yozumu da ilk baxışdan mükəmməl olan yuxularda belə uzaq uşaqlıq dövrünə
uzanan fikirlər var; bundan çıxış edərək belə bir sual verməliyəm: bu xüsusiyyət hər cür
yuxugörmələr üçün mühüm şərt deyilmi? Bu fikri ümumiləşdirərək deyirəm ki, hər bir yuxu öz
aşkar məzmunu ilə təzə təəssüratlarla bağlıdır, onun gizli məzmununda isə daha əvvəlki
təəssüratlarla əlaqələr aşkar olunur. Məsələn, isteriyanın analizi zamanı həmin təəssüratlar son
günədək təzədir. Lakin bu fikri isbatlamaq elə də asan deyil; odur ki, yuxugörmələrin əmələ
gəlməsində erkən uşaqlıq təəssüratlarının mümkün roluna bir daha toxunmaq imkanımız olacaq
(VII fəslə bax).
Lakin son yuxugörmə analizlərimizdən birinin nəticələrini burada qeyd edəcəyəm. Yuxu
çox zaman çoxmənalı olur; onda yuxarıda gətirdiyimiz misallarda olduğu kimi yalnız bir neçə
arzunun gerçəkləşməsi birləşmir, ən sonuncu fikirdə erkən uşaqlıq arzusunun gerçəkləşməsiylə
qarşılaşanadək bir fikir, bir arzu gerçəkləşməsi digərinin üstünü örtə bilir; burada biz bir daha
özümüzdən soruşmalıyıq: bu cümlədəki «çox zaman» sözünü «həmişə» sözüylə əvəz etmək
doğru olmazmı? Yuxudakı bir mənanın digərinin üstünü örtməsi faktı ən çətin, bununla birgə
yuxuların yozulması problemində öz məzmununa görə ən zəngin faktlardandır. Bu imkanı
unudanlar çox asanlıqla yanılır və yuxugörmənin mahiyyəti ilə bağlı çoxlu əsassız mülahizələr
irəli sürməyə meyilli olurlar. Ancaq bu sahədə aparılan araşdırmalar çox azdır. Bu vaxta qədər
yalnız Otto Rank yuxulardakı sidikburaxma ehtiyacı simvolikasının ciddi qanunauyğun
təbəqələşməsinə əsaslı qiymət verib (aşağıya bax).
b) Yuxugörmələrin somatik mənbələri. Əgər psixologiya sahəsindən məlumatsız olan,
ancaq yuxugörmə problemilə maraqlanan ziyalı bir şəxsdən yuxugörmənin hansı mənbələrdən
qaynaqlandığını soruşsaq, bir çox hallarda görə bilərik ki, sual verilən bu problemin heç olmasa
bir hissəsilə bağlı öz yanaşmasının doğruluğuna əminlik ifadə edəcək. O dərhal yuxu zamanı
həzm prosesinin pozulmasının təsirini, bədənin təsadüfən aldığı vəziyyəti və yuxugörmənin
əmələ gəlməsində rolu olan digər əhəmiyyətsiz təəssüratları yada salacaq; ancaq o bütün
bunlardan əlavə xüsusi izahat tələb edən bir şeyin olduğunu güman etməyəcək.
Xarici qıcıqlanma mənbələrinin daimi mövcudluğuna dair ilk etirazla yanaşı, bu tip
yuxugörmə mənbələrini tətbiq edərkən alınan yuxugörmələri izah etmək üçün bu nəzəriyyənin
yetərsizliyinə dair ikincisini də irəli sürmək olar. Sözügedən nəzəriyyənin təmsilçiləri bizə əvvəlcə
xarici qıcıqlanmaların yuxuda niyə öz həqiqi halında deyil, təhrif olunmuş (yatanın ayılmasıyla
bitən yuxugörmələri müqayisə et) şəkildə təqdim olunması, ikincisi, qavrayan ruhun həmin təhrif
olunmuş qıcıqlanmaya reaksiyasının nəticəsinin bu qədər dəyişkən və qeyri-müəyyən olmasının
səbəblərilə bağlı izahat verməlidirlər. Buna cavab olaraq Ştryumpeldən eşitmişik ki, yuxu zamanı
ətraf dünyadan təcrid olunmuş ruh obyektiv hissi qıcıqlanmaları doğru izah edə bilmədiyindən
qeyri-müəyyən təhriketmə əsasında illüziyalarını yaratmağa məcbur olur. O deyir (s.108): «Yuxu
zamanı xarici və ya daxili sinir qıcıqlanması sayəsində hissiyyat, yaxud hissiyyat kompleksi
yaranan, duyğular, ya da ümumiyyətlə, hər hansı psixi proseslər onu mənimsəyən kimi, bu
proses ruhda ayıq şüurun təsəvvürlər dairəsinə aid olan obrazlar yaradır, yəni əvvəlki
qavrayışları ya xam şəkildə, ya da müvafiq psixi dəyərlərlə əlaqədə təkrar edir. O sanki ətrafına
az və ya çox miqdarda belə obrazlar toplayır, bundan da sinir qıcıqlanmasından qaynaqlanan
təəssüratlar öz psixi dəyərini alır. Bu cür yozum nəticəsində də biz sinir qıcıqlanmalarının səbəb
olduğu yuxular, yəni tərkib hissələri sinir qıcıqlanmalarının təkrar olunma qanunlarıyla ruhi
həyata öz psixi təsirini göstərməsi ilə şərtlənən yuxular əldə edirik».
Yuxugörmələrin somatik mənbələri nəzəriyyəsini müzakirə edərkən mən daim bizim yuxu
analizlərindən gələn arqumentlərə istinad edirəm. Əgər biz başqa müəlliflərin öz materialına
tətbiq etmədiyi üsulun köməyilə yuxugörmənin psixi akt kimi xüsusi dəyər daşıdığını, onun
yaranma motivinin arzu olduğunu və əvvəlki günün təəssüratlarının onun məzmunu üçün başlıca
material verdiyini müəyyən etdiksə, onda bu üsulu inkar edən və bununla bərabər yuxugörməni
somatik qıcıqlanmalara qarşı məqsədsiz və müəmmalı psixi reaksiya sayan hər cür başqa
yuxugörmə nəzəriyyəsinin heç bir əsası yoxdur. Bu halda yuxugörmənin iki müxtəlif növünün
olması ehtimalı, onlardan birinin yalnız bizim tərəfimizdən, digərinin əvvəlki yuxugörmə
tədqiqatçıları tərəfindən müşahidə edilməsi qətiyyən doğru deyil. Artıq biz somatik
qıcıqlanmalar haqqında geniş yayılmış təlimin söykəndiyi faktları öz nəzəriyyəmizlə
uyğunlaşdırmalıyıq.
Buna doğru ilk addım artıq yuxugörmənin fəaliyyəti onun bütün oyandırıcı məqamlarını
bütöv halda işləməyə məcbur edir deyərkən atmışıq. Biz gördük ki, əgər əvvəlki gündən iki və ya
daha artıq qiymətli təəssürat qalırsa, onda onlardan doğan arzu yuxugörmədə birləşir, həmçinin
yuxugörmənin materialı üçün psixi dəyəri olan təəssüratlar əvvəlki günün mənasız təəssüratları
ilə o şərtlə birləşir ki, birilərilə digərləri arasında bağlayıcı təsəvvürlər yarana bilsin. Beləliklə,
yuxugörmələr yatan ruhda hazırda aktual şəkildə mövcud olan hər bir şeyə reaksiya verir.
Əvvəlki yuxugörmə analizlərindən bilirik ki, onların materialı psixi rudimentlərin və arxasında,
etiraf etmək lazımdır ki (təzə və uşaqlıq dövrü materialına üstünlük verildiyinə görə), aktuallığın
psixoloji baxımdan qeyri-müəyyən xarakteri olan xatirə izlərinin toplusudur. Əgər yuxu
əsnasında bu materiala yeni material əlavə olunsa, nə baş verəcəyi sualına cavab vermək
bizimçün çətin olmayacaq: qıcıqlanma. Bu qıcıqlanmalar yuxugörmə üçün aktual olduqlarına
görə dəyər qazanır; onlar başqa psixi aktual məqamlarla birləşir və onlarla birgə yuxugörmə
materialı yaradır. Başqa sözlə, yuxugörmələr yuxu əsnasında arzuların gerçəkləşməsinə çevrilir,
digər tərkib hissələri isə əvvəlki günün məlum olan psixi qalıqlarıdır.
Lakin belə birləşmə vacib deyil; yuxu zamanı fiziki qıcıqlanmalara qarşı kənardan müxtəlif
münasibətlərin mümkünlüyü barədə eşitmişik. Bu münasibət harada olursa, yəqin ki,
yuxugörmənin hər iki mənbəyinə – somatik və psixi – ifadə verməyə qadir təsəvvürləri də orada
tapmaq mümkündür.
Yuxugörmənin psixi mənbəyinə somatik material əlavə olunanda onun mahiyyəti zərrə
qədər dəyişmir; onun ifadə olunması aktual materialla necə şərtlənir şərtlənsin, yenə də arzunun
gerçəkləşməsi olaraq qalır.
Burada mən xarici qıcıqlanmanın əhəmiyyətini yuxugörmə üçün dəyişkən edən bir sıra
xüsusiyyətlərə həvəslə yer ayıracağam. Təsəvvür edirəm ki, individual, fizioloji və təsadüfi
məqamların qarşılıqlı əlaqəsi insanın yuxuda ayrı-ayrı hallarda intensiv obyektiv qıcıqlanmaları
necə qavramasıyla şərtlənir; yuxunun adi və ya təsadüfi dərinliyi bəzən qıcıqlanmanın intensivliyi
ilə əlaqədar olaraq onu boğmağa o dərəcədə imkan verir ki, qıcıqlanma yuxunu qətiyyən
pozmur, ancaq başqa bir halda həmin qıcıqlanma adamı oyanmağa məcbur edə, yaxud da
qıcıqlanmanın yuxugörməyə daxil edilməsinə səbəb ola bilər. Buna uyğun olaraq xarici obyektiv
qıcıqlanmalar bir subyektin yuxusunda tez-tez, digərində isə o birinə nisbətən gec-gec peyda ola
bilər. Şəxsən mən əla yatıram və məni oyatmaq çox çətindir; xarici təəssüratlar mənim
yuxularımda olduqca nadir hallarda özünü göstərir, bununla belə psixi motivlər məni çox
asanlıqla yuxu görməyə məcbur edə bilir. Mən özümdə obyektiv əzablı qıcıqlanmaların olduğu
yalnız bircə yuxu qeydə almışam və xarici qıcığın hansı effekti doğura biləcəyini bu yuxunu misal
gətirərək göstərmək asandır.
Mən boz bir at sürürəm, əvvəlcə ürkək və qətiyyətsiz gedirəm, elə bil, naqolay
oturmuşam. Həmkarım P.-yə rast gəlirəm; o, yun paltarda atın üstündə əsl igid kimi oturub və
mənə nəyisə xatırladır (yəqin ki, çox naqolay oturduğumu). Mən öz ağıllı atımın üstündə yerimi
rahatlamağa çalışıram, daha yaxşı otururam və birdən görürəm ki, özümü evdəki kimi hiss
edirəm. Yəhərin yerində döşək kimi bir şey var; o, atın boynu ilə ağrısı arasındakı hissəni
tamamilə örtüb. Mən iki yük arabasının arasındakı ensiz yerdən keçirəm. Küçəni keçdikdən sonra
dönürəm və küçəylə üzbəüz qapısı açıq qəşəng kiçik kilsənin yanında atdan düşmək istəyirəm.
Sonra doğrudan da yaxınlıqdakı başqa bir kilsənin qarşısında düşürəm. Həmin küçədə karvansara
da var. Mən atımı ora tək də buraxa bilərəm, ancaq onu özüm aparıram. Hiss edirəm ki, guya ora
atın üstündə getməyi ayıb sayıram. Karvansaranın qarşısında bir oğlan dayanıb, o salıb itirdiyim
məktubu mənə göstərir və məni lağa qoyub gülür; məktubda «Yemək olmaz» yazılıb və altından
iki xətt çəkilib. İkinci cümlə (aydın deyil): «İşləmək olmaz». Ağır şəkildə hiss edirəm ki, sanki yad
bir şəhərdəyəm və heç bir işim-gücüm yoxdur.
Bu yuxunun hansısa xəstə qıcıqlanmanın təsirilə yarandığını söyləmək çətindir. Lakin bir
gün əvvəl məndə hərəkət etməyimə maneçilik törədən çiban olub; xayalığımdan alma
böyüklükdə iri bir çiban çıxmışdı və bircə addım atanda dözülməz ağrılar verirdi; əzginlik,
iştahasızlıq və xəstəliyə baxmayaraq gərgin iş məni hədsiz ruhdan salmışdı. Xəstələri qəbul
etməkdə çətinlik çəkirdim, ancaq bu, əlbəttə, mənim xarakterimə və xəstəliyimin yerinə görə at
sürmək qədər mümkünsüz bir iş deyildi. Lakin yuxugörmə məhz sonuncunu təsvir edib; bu
əzabın təsəvvür oluna biləcək ən ciddi inkarıdır. Mən, ümumiyyətlə, at sürmürəm, yuxuda da
heç vaxt at mindiyimi görməmişəm; ömrümdə cəmi bircə dəfə ata minmişəm, o da
yəhərlənməmiş olub; at sürmək xoşuma gəlməyib. Ancaq yuxuda at üstündə elə gedirəm ki,
sanki paçalarımın arasında heç bir çiban-zad yoxdur, daha doğrusu, məhz onları istəmədiyimə
görə. Mənim yəhərim isidici kompressor kimdir, elə onun sayəsində də dərhal yuxuya getmişəm.
Yəqin ki, əvvəlcə ağrı hiss etməmişəm. Sonra ağrı əmələ gəlib və məni oyatmağa çalışıb; ancaq
yuxugörmə peyda olaraq sakitləşdirici tonda deyib: «Yat, sən oyanmayacaqsan; səndə heç bir
çiban-filan yoxdur, sən at sürürsən. Axı çibanın olsaydı at sürə bilməzdin!» Yuxugörmə
sakitləşdirici rolunu oynaya bilib: ağrı kəsib və mən yatmağa davam etmişəm.
Lakin yuxugörmə mənə çibanın olmamasını mənim xəs-tə-liyimlə tamamilə bir araya
sığmayan təsəvvürün köməyilə «təlqin etməklə» kifayətlənməyib; o özünü uşağını itirən ananın,
ya da bütün var-dövlətini itirən tacirin qarabasma sayıqlamaları kimi göstərir; sonuncu
hissiyyatın təfərrüatları və onu boğan obraz, həm də yuxugörmə situasiyasını mənim ruhumda
aktual olanla əlaqələndirmək üçün ona material verir. (Bu haqda Qrizingerdən, eyni zamanda
mənim müdafiə psixonevrozları haqqında digər məqaləmdən oxuya bilərsiniz. Neurologisches
Zentraiblatt, 1896. (Sam-mlung kl. Schriften. I. Folge). Mən boz at sürürəm; atın rəngi bu
yaxınlarda həmkarım L.-ə rast gəldiyim istiot, ya da duz rəngli faytona dəqiqliklə uyğun gəlir.
Furunkulyoza görə mənə tünd yemək qadağan olunub; mən onu furunkulyoz xəstəliyi zamanı
daha çox ehtimal olunan şəkərdənsə, etioloji məqam saymağa üstünlük verirəm. Həmkarım P.
məni görəndə burnunu bir az yuxarı tutur, xüsusilə də, üzərində hər cür hoqqabazlıqlar etdiyim
bir qadın pasiyentimin evində mənim yerimi tutandan sonra. (Hoch zu Ross sitzen – eyni
zamanda: 1. İgid kimi oturmaq və 2. Burnunu yuxarı tutmaq mənalarını verir. Buradan tərcümə
olunmayan söz oyunu başlayır. – tərcüməçi). (Yuxuda mən əvvəlcə atın üstündə qəribə pozada
oturmuşam, lap sirkdəki kloun kimi, sanki hoqqabazlıq edirəm); ancaq qadın pasiyentim də
lətifədəki xam süvarinin atı kimi mənim başıma oyun açır. Beləliklə, at mənim pasiyentimin
simvolik ifadəsidir (o, yuxuda çox ağıllıdır). «Mən özümü lap evdəki kimi hiss edirəm» mənim
evdəki (həmkarım P.-nin məni əvəz etdiyi) vəziyyətimə uyğun gəlir. «Elə bilirdim, siz yəhərdəki
kimi möhkəm oturmusunuz», – bu yaxında mənim azsaylı xeyirxahlarımdan olan məşhur vyanalı
həkimlərdən biri mənə demişdi. Mənim ağrılarımla gün ərzində 8-10 saat psixoterapiya ilə
məşğul olmaq doğrudan da hoqqabazlıqdır, ancaq mən bilirəm ki, xəstə olduğuma görə uzun
müddət belə davam edə bilmərəm və yuxugörmədə məni təhdid edən situasiyaya qaranlıq
eyham var.
Kağız (məktub) adətən həkimin yanına gələn nevrasteniya xəstələrinin əlində olur:
Başqa bir yuxuda da mən bənzər şəkildə müdafiə oluna bildim, bu dəfə yuxumu pozmaq
istəyən duyğu orqanının qıcıqlanmasından. Ancaq yuxugörmə ilə yuxugörmə yaradan təsadüfi
qıcıqlanma arasında əlaqənin kəşfi xoşbəxt durumdan doğan nəticəydi. İsti yay günlərindən
birində Tiroldakı şəhərcikdə səhər yuxudan oyananda yadıma düşdü ki, yuxuda atamın öldüyünü
görmüşəm. Bu qısa, ancaq tamaşa xarakterli yuxunu yoza bilmədim. Bu yuxuyla bağlı yalnız bircə
dayaq nöqtəsi xatırlaya bildim: bundan bir müddət öncə qəzetdə zati-müqəddəslərin yüngülvarı
kefsizlədiyi haqda məlumat var idi. Ancaq səhər yeməyi zamanı arvadım məndən soruşdu: «Bu
gün səhər kilsə zənglərinin dəhşətli zanqıltısını eşitdin?» Mən eşitdiklərim barədə heç nə
bilmirdim, amma yuxumu artıq başa düşdüm. O mənim yuxudakı tələbatımın səsinə reaksiya idi,
mömin tirolluların məni oyatmaq istədikləri səs-küyə. Mən onlardan yuxumun məzmununun
çıxardığı nəticə ilə qisas alır və zəng səslərinə heç bir maraq göstərmədən yatmağa davam
edirəm.
Əvvəlki fəsildə sözügedən yuxular arasında sinir qıcıqlanmalarının emal olunmasına dair
parlaq misallar tapmaq mümkündür. Buna misal olaraq, birnəfəsə içməni göstərmək olar;
burada somatik qıcıqlanma, yuxugörmənin yeganə mənbəyi sayılır, susama hissiyyatının
doğurduğu arzu isə onun yeganə motividir. Analoji vəziyyət somatik yuxugörmənin arzunu öz-
özünə doğurduğu digər sadə yuxularda da görülür. Gecələr yanaqlarından sərinləşdirici aparatı
qoparan xəstənin gördüyü yuxuda da xəstə hissiyyatla bağlı gerçəkləşən arzuya yetərincə qeyri-
adi reaksiya aşkar olunur. Belə bir təəssürat yaranır ki, xəstə bir müddət narkoz altında olub və
öz ağrılarını başqa adama aid edib.
Mənim üç Park haqqında gördüyüm yuxuya, aclığın səbəb olduğu aydındır, ancaq bu
yuxu aclığı körpənin ana döşünə tələbatına qədər aparıb çıxarır və bəzək-düzəksiz şəkildə özünü
göstərən imkandan məhrum daha ciddi tələbatı ört-basdır etmək üçün məsum tələbatdan
istifadə edir. Qraf Tun haqqında yuxuda biz təsadüfi fiziki tələbatın ruhun daha güclü, ancaq
daha çox boğulmuş fəaliyyəti ilə necə birləşdiyini gördük. Və əgər Qarnyenin xəbər verdiyi
hadisədə Birinci Konsul partlayan cəhənnəm maşınının səs-küyünü müharibə haqqında yuxuya
çevirirsə, onda burada ruhi fəaliyyətin yuxu zamanı, ümumiyyətlə, hissiyyatlarla maraqlanması
cəhdi son dərəcə aydın şəkildə aşkara çıxır. İlk böyük çıxışı etdiyi gün nahardan sonra yuxulayan
gənc vəkil özünü Böyük Napoleon kimi aparır. O, Hüssiyatində (Hussiatyn) çıxışından tanıdığı
hansısa Q. Reyxi görü, ancaq Hüssiyatin elementi yuxuda israrla təkrarlanır; oyandıqda eşidir ki,
bronxitdən əziyyət çəkən arvadı möhkəm öskürür (husten).
Napoleonla bağlı həmin gözəl yuxunu yuxarıda sözügedən tələbənin digər bir yuxusu ilə
tutuşduraq; ev sahibəsi ona hospitala getmək vaxtıdır dedikdən sonra yuxuda görür ki, guya
artıq hospitaldadır və yatmağa davam edərək, öz-özünə deyir: «Bir halda ki hospitaldayam, onda
harasa getmək üçün qalxmağa ehtiyac yoxdur». Sonuncu yuxunun rahatlığa cəhd olması
aydındır; yatan öz yuxusunun motivini anlayır, ancaq bununla yanaşı ümumiyyətlə
yuxugörmənin sirrini açır. Bütün yuxular müəyyən mənada rahatlığa cəhddir, onlar oyanmaq
üçün yuxunu davam etdirmək arzusuna xidmət edir. Yuxugörmə yuxunun pozucusu yox,
keşikçisidir. Bu fikrin psixi məqamlara münasibətdə doğru olduğunu başqa yerdə isbat edəcəyik;
ancaq obyektiv xarici qıcıqlanmaların roluna tətbiqini burada əsaslandırmağa çalışacağıq. Ruh
yuxu vaxtı ya duyğularla tamamilə hesablaşmır – ancaq bu yalnız həmin qıcıqlanmaların
intensivliyə və dərk olunan mənalarına aiddirsə – ya bu qıcıqlanmaların varlığını inkar etmək
üçün yuxugörmədən istifadə edir, ya da üçüncüsü, onları etiraf etmək zorunda qaldığından elə
yozmaq istəyir ki, aktual hissiyyatlar yuxugörmənin arzu etdiyi və onunla razılaşdırılan
situasiyanın tərkib hissəsi olsun. Yuxugörmədə aktual hissiyyatlar qarışır və bununla da
reallıqdan məhrum olur. Napoleon yatmağa davam edə bilər, onun yuxusu yalnız Arkol altındakı
güclü top atəşini xatırlamaqla pozulur. Bu yuxunun məzmununu mən iki mənbədən fərqli şəkildə
eşitmişəm.
Şüurlu «mən»də yaranan və yuxugörmənin senzurası ilə (irəlidə həmçinin «təkrar emal»
olunaraq təsvir olunan) birgə yuxugörməyə material verən yatmaq arzusu yuxugörmənin əmələ
gəlmə motivi kimi hər dəfə nəzərə alınmalıdır və hər bir baş tutan yuxugörmə onun
gerçəkləşməsidir. Bu daimi və hər zaman hər yerdə eyni olan arzunun yuxugörmənin gah bir,
gah da digər şeyi gerçəkləşdirdiyi digər arzulara necə uyğunlaşması başqa bir araşdırmanın
mövzusu olacaq. Lakin bizim yatmaq arzumuzda Ştryumpel – Vundt nəzəriyyəsindəki boşluğu
doldura biləcək və xarici qıcıqlanmaların izahının qəribəliyini və dəyişkənliyini aydınlaşdıracaq
məqam var. Yatan ruhun qadir olduğu doğru yozumlar fəal maraq və yuxunun kəsilməsini tələb
edir; ruh məhz yatmaq arzusunun qəti senzurası ilə bir olan bir yozumu seçir. Məsələn, bu
bülbüldür, qaranquş deyil. Çünki əgər bu qaranquşdursa, onda yuxu başa çatıb, səhər açılıb.
Qıcıqlanmaların bütün mümkün olan yozumlarından yalnız ruhda olan arzularla daha sıx əlaqəyə
gətirilə bilənlər seçilir. Beləliklə, hər şey əvvəlcədən ciddi şəkildə şərtləşdirilib və heç bir halda
başlı-başına deyil. Doğru olmayan yozum illüziya deyil, belə demək mümkünsə, yalnız bəhanədir.
Ancaq burada hər halda normal psixi prosesin təhrif olunduğunu etiraf etmək lazımdır,
yuxugörmə senzurasının xeyrinə yerdəyişmə yoluya əvəzləmədə olduğu kimi.
Əgər xarici və daxili fiziki qıcıqlanmalar psixi reaksiya doğurmaq üçün yetərincə
intensivdirsə – bir halda ki, onların nəticəsi oyanma deyil, yuxudur – onlar yuxugörmələrin
yaranmasının əsasını və onun materialının möhkəm nüvəsini təşkil edir, sonradan buna iki psixi
qıcıqlanma arasında vasitəçi təsəvvür tapıldığı kimi (yuxarıya bax), müvafiq arzu gerçəkləşməsi
də tapılır. Bu bir sıra yuxugörmələr üçün o dərəcədə ədalətlidir ki, çünki onlarda somatik
element üstünlük təşkil edir. Yuxugörmələrin yaranmasının bu çarəsiz durumunda hətta aktual
olmayan arzular da oyanır. Lakin yuxugörmə gerçəkləşmiş arzudan başqa heç nəyi təsvir edə
bilməz. Onun məqsədi sanki aktual hissiyyatın köməyilə gerçəkləşdirmək üçün hansı arzunu
seçməyi təsvir etməkdir. Əgər aktual material xəstə və ya xoşagəlməz xarakter daşıyırsa, təkcə
buna görə yuxugörmə yaratmağa yararsız hesab olunmur. Ruhi həyatın sərəncamında
gerçəkləşməsi xoşagəlməz hisslər doğuran arzular da var; bu, anlaşılmaz görünə, ancaq iki psixi
instansiyanın və onlar arasındakı senzuranın varlığıyla izah oluna bilər.
Ruhi həyatda, artıq bildiyimiz kimi, birinci sistemə aid sıxışdırılmış arzular olur ki, onların
gerçəkləşməsinə qarşı ikinci sistem mübarizə aparır. Bu gündə qüvvədə olan belə bir rəy
mövcuddur ki, bu arzular əvvəlcə mövcud olub, sonra isə məhv olub, lakin psixonevrotikada
zəruri olan sıxışdırılma haqqında təlim təsdiq edir ki, sıxışdırılmış arzular mövcud olmağa davam
edir, ancaq onları ləngidən ağır maneələr də var. Belə impulsların «boğulması» haqqında
danışmağımız tamamilə düzgündür. Biz psixi vərdişləri ona görə qoruyur və onlardan istifadə
edirik ki, boğulmuş arzularımızı reallaşdıra bilək. Boğulmuş arzu gerçəkləşəndə ikinci sistemdən
(dərk olunmuş sayılan) gələn maneənin aşılması xoşagəlməz duyğu formasında təzahür edir. Bu
fikri belə xülasə edək: yuxuda somatik mənbələrdən qaynaqlanan xoşagəlməz xarakterli fikir
yarandıqda yuxugörmə hansısa boğulmuş arzunu gerçəkləşdirmək üçün bu konstellyasiyadan
istifadə edir, bu zaman senzura az və ya çox dərəcədə qalır.
Bu hal qorxuyla müşayiət olunan yuxuları, həmçinin arzu nəzəriyyəsinə zidd olan digər bir
sıra yuxuları izah edir, başqa bir mexanizmin varlığını aşkar edir. Yuxugörmələrdəki qorxu
psixonevrotik ola bilər; o, psixoseksual boşalmalardan qaynaqlana bilər. Lakin o özü sıxışdırılmış
libidoya uyğundur. Onda bu qorxu, bütün yuxugörmələr kimi qorxuyla müşayiət olunur, nevrotik
simptom anlamı qazanır və biz yuxuda arzuların gerçəkləşməsi tendensiyasının dağılmasının
astanasında dayanırıq. Digər yuxugörmələrdə qorxu hissəsi somatik yolla verilir (məsələn,
ağciyəri və ürəyi xəstə olanlarda tənəffüsdə təsadüfi çətinliklər yarananda); bu halda o,
yuxugörmədə elə ciddi şəkildə boğulmuş arzuların gerçəkləşməsində istifadə olunur ki, onların
yuxugörmədə psixi motivlər üzrə ortaya çıxması da qorxu hissinin nəticəsi olardı. Bu iki müxtəlif
hadisəni birləşdirmək qətiyyən çətin deyil. Bir-biriylə sıx bağlı olan iki psixi hadisədən, affektdən
və təsəvvürdən biri aktualdır və yuxuda digərini də doğurur; bəzən somatik baxımdan şərtlənən
qorxu təsəvvürün boğulmuş məzmununu oyadır, bəzənsə qorxunun yaranmasına oyadılmış və
seksual ehtirasla bağlı təsəvvür səbəb olur. Birinci hadisə haqqında demək olar ki, somatik
şərtləşdirilmiş effekt psixi yozum qazanır; digər hadisədə hər şeyin psixi əsası var, ancaq
təsəvvürün boğulmuş məzmunu qorxu hissinə uyğun gələn somatik yozumla asanlıqla əvəz
olunur. Burada anlama üçün yaranan çətinliklərin yuxugörmə ilə ortaq cəhətləri azdır; onlar
bizim bu fikirlə qorxunun yaranması və sıxışdırılması probleminə toxunmağımızdan qaynaqlanır.
Subyektin ümumi əhvalı, şübhəsiz, daha təsirli daxili xassəli qıcıqlanmalara aiddir. O,
yuxugörmənin məzmunu ilə şərtlənmir, ancaq sonuncunu yuxugörmə yaradan materialdan
seçim etməyə sövq edir, bu materialın bir, öz mahiyyətinə müvafiq hissəsini yaxınlaşdıraraq,
digərini itələyir. Bundan əlavə, əvvəlki günün ümumi əhvalı yuxugörmədə mühüm rol oynayan
psixi qalıqlarla sıx bağlı olur; həm də bu ovqat yuxugörmədə qorunur, ya da narazı olanda öz
əleyhinə çevrilir.
Analiz: Yuxudakı situasiya gündəlik gerçəklikdən götürülüb. Vyanada mənim bir binada iki
mənzilim var, onları bir-biriylə yalnız pilləkən birləşdirir. Birinci mərtəbədə qəbul otağı və
kabinet, ikincidə isə yaşayış otaqlarıdır. Axşamdan xeyli keçmiş oturub işləyəndən sonra gecələr
yataq otağıma bu pilləkənlə qalxıram. Yuxunu gördüyüm gecənin axşamı doğrudan da tam
geyinməmiş halda pilləkənlə qalxmışdım: mən yaxalığımı, qalstuk və manjetləri çıxarmışdım;
ancaq yuxuda bu yüngül ev paltarına çevrilmişdi, amma həmişə olduğu kimi, bir qədər dumanlı
şəkildə. Pillələri tullanaraq adlamağım çoxdankı vərdişimdir; ancaq yuxum arzularımdan birini
gerçəkləşdirir, pillələri belə yüngül qalxmaqla özümü ürəyimin yaxşı vəziyyətdə olmasına
inandırıram. Bundan başqa, pilləkəni bu üsulla qalxmaq yuxunun ikinci hissəsindəki bağlılıq
duyğusu ilə kəskin ziddiyyət təşkil edir. Bu üsul mənə göstərir ki, – bunu sübut etməyə də
ehtiyac yoxdur, – yuxugörmə hərəkəti bütün mükəmməlliyilə son dərəcə asanlıqla təqdim edir;
yuxuda uçmaq da buna parlaq misaldır!
Ancaq qalxdığım pilləkən evimin pilləkəninə oxşamır; əvvəlcə onu tanımıram, yalnız
qarşılaşdığım qulluqçu mənə harada olduğumu göstərir. Bu qulluqçu gündə iki dəfə evinə gedib
iynə vurduğum yaşlı bir xanıma xidmət edir; yuxudakı pilləkən də gündə iki dəfə qalxdığım həmin
pilləkənə çox oxşayır.
Pillələri tullanmağımla pilləkəndə hayqırmağım arasında sıx əlaqə var. Siqaret çəkməyə
görə boğazdakı katar və ürək xəstəliyi eyni dərəcədə cəzalandırır, bununla bağlı arvadımın
analoji qınaqları əskik olmur; mənə qarşı iki evdə lütfkar davranmırlar; yuxu bunları bir obrazda
birləşdirib.
Beləliklə, biz həmin tipik yuxugörmələri yozma texnikamıza əlavələri xüsusi olaraq
gözləyir və tamamilə həvəssiz olaraq etiraf edirik ki, bizim sənətimiz bu materialla bağlı özünü
tam təsdiqləmir. Tipik yuxugörmələri yozarkən adətən yuxugörənin əvvəllər bizi yuxugörmənin
mənasına gətirib çıxaran sərbəst fikri olmur, ya da bu fikir yetərsiz və anlaşılmaz olur, odur ki,
məqsədimizə çatmaqda onların köməyinə bel bağlaya bilmərik.
b) Yaxın adamların ölümüylə bağlı yuxular. Yuxugörmələrin tipik adlandırıla biləcək başqa
bir qrupu yaxın doğmaların, valideynlərin, qardaş-bacıların, uşaqların və sairənin ölümlərilə bağlı
təsəvvürlə əlaqəlidir. Bu yuxuların iki fərqli növünü qeyd etmək olar: birincisində yatan adam
ağır kədər keçirmir və ayılanda öz duyğusuzluğuna heyrət edir, ikincisində isə kədər və itki yuxu
zamanı real acı göz yaşlarına səbəb ola bilər.
Birinci növdən olan yuxuları bir kənara qoyuruq; onlar tipik hesab oluna bilməz. Onları
təhlil edərkən öz məzmunlarından tamamilə uzaq olduqlarına və hər hansı digər arzunun
müstəsna dərəcədə ört-basdır edilməsinə xidmət etdiyinə əmin oluruq. Bacısının yeganə oğlunu
tabutda görən xalanın yuxusu buna aiddir (s. 111). Bu onun kiçik bacısı oğlunun ölümünü
istəməsi anlamına gəlmir, yalnız uzun zamandan bəri görmədiyi sevimli adamı görmək arzusunu
gizlədir, həmin adamı eynilə bu cür uzun ayrılıqdan sonra bacısının digər oğlunun tabutunun
başında görmüşdü. Yuxunun əsil məzmununu təşkil edən bu arzu kədərli duyğulara səbəb vermir
və ona görə də, yatan da bunu hiss etmir. Buradan aydın olur ki, yuxudakı hissiyyat onun aşkar
məzmununa deyil, gizli məzmununa aiddir və yuxunun affektiv məzmunu təəssüratların payına
düşən təhrifə məruz qalır.
Xəstəlik affektinə bağlı olan yaxın əziz adamın ölümünün təsvir olunduğu
yuxugörmələrdə məsələ tamamilə başqa cürdür. Bu yuxuların mənası onların məzmununda əks
olunur; həmin şəxsin ölümünün arzu olunması. Bütün oxucularımın və yuxuda belə şey
görənlərin hamısının mənə etiraz edəcəklərini gözlədiyimdən bu məsələni mümkün qədər geniş
əsaslandırmağa çalışacağam.
Artıq təhlil etdiyimiz bir yuxudan yuxugörmədə gerçəkləşən arzunun hər zaman aktual
xarakter daşımadığını öyrənmişik. Yuxuda çoxdan unudulmuş, aradan qalxmış və sıxışdırılmış
arzular da gerçəkləşə bilər; bir halda ki, onlar yuxuda yenidən üzə çıxır, mövcudluqlarını
qorumağa davam etdiklərini etiraf etməliyik. Onlar bizim təsəvvürümüzdə mərhumlar kimi
ölməyib, Odisseyin qan içmiş kölgələri kimi yenidən oyanır. Qutudakı ölmüş uşaq haqqındakı
yuxuda söhbət on beş il öncə aktual olan və hələ də səmimi etiraf olunan arzudan gedirdi. Hətta
bu arzunun arxasında ən erkən uşaqlıq xatirələrinin gizləndiyini əlavə etsəm belə, bu,
yuxugörmə nəzəriyyəsi üçün əhəmiyyətsiz deyil. Qadın pasiyentlərimdən biri balaca uşaq
olarkən – məhz nə vaxt olduğunu müəyyənləşdirə bilmədim – eşidib ki, anası ona hamilə olarkən
melanxoliyadan əziyyət çəkib və bətnində olan körpəsinin ölümünü ürəkdən arzulayıb. Böyüyüb
hamilə qalandan sonra o da anasının yoluyla gedib.
Hər şeydən öncə, diqqətimizi uşaqların qardaş və bacılarına münasibətinə yönəldək. Mən
bilmirəm, biz bu münasibətlərdə sevginin üstünlük təşkil etdiyini deyərkən nəyə əsaslanırıq;
bizdə yetkin yaşda olan bacı-qardaşlar arasında düşmənçiliyin olmasına dair kifayət qədər misal
var və biz çox zaman bu düşmənçiliyin öz köklərinin uşaqlıqdan, hətta doğuluşdan
qaynaqlandığını söyləyə bilərik. Ancaq digər tərəfdən uşaqlıqda öz bacı-qardaşlarıyla daim
düşməncəsinə davranan, böyüdükdən sonra isə çox mehriban olan insanlar da var. Böyük uşaq
balacayla pis davranır, sataşır, vurur, oyuncaqlarını alır; balaca isə aciz qalaraq kin bəsləyir, ona
həsəd aparır və qorxur. Onun azadlığa və hüquqi düşüncəyə doğru ilk addımları zülmkarın
əleyhinə yönəlir66. Valideynlər uşaqların bir-birini çəkə bilməməsini söyləyir, ancaq bunun
səbəbini soruşduqda çiyinlərini çəkirlər. Lakin «yaxşı uşağın» xarakterinin böyük adamdakı eyni
xüsusiyyətə nisbətən bir qədər fərqli olduğunu müəyyən etmək çətin deyil. Uşaq tamamilə
eqoistdir, o, intensiv olaraq tələbatlar hiss edir və durmadan onları ödəməyə çalışır, xüsusilə də
rəqibləri olan başqa uşaqlara, başlıcası da bacı-qardaşlarına qarşı. Ona görə də, biz bu uşağa
«pis» yox, «axmaq» deyirik, o öz axmaq hərəkətlərinə görə nə bizim mühakimələrimiz, nə də
qanun qarşısında cavabdehlik daşıyır. Tamamilə ədalətlidir ki, biz hələ uşaqlıq dövründə həmin
balaca eqoistdə alturistik meyillər və əxlaqın yaranacağına ümid edirik. Meynertinin sözlərilə
desək, ikinci «mən» birincinin üzərinə öz ləpirini salaraq onu əzəcəkdir. Doğrudur, əxlaq duyğusu
bütün istiqamətlər üzrə eyni vaxtda oyanmır və qeyri-əxlaqi uşaqlıq dövrünün davamı ayrı-ayrı
fərdlərdə tamamilə fərqlidir. Psixoanalitik tədqiqatlar mənə göstərib ki, reaktiv-əxlaqi təlimin
vaxtından əvvəl müəyyən edilməsi (üç yaşa qədər) – yəni uşaq çox erkən «ağıllanıb» – sonrakı
həyatda nevrozun əmələ gəlməsini güman etməyə əsas verən məqamdır. Harada ki bu əxlaqın
inkişafı yoxdur, orada biz «degenerasiyadan» danışırıq; burada aydındır ki, qarşıya inkişafın
ləngiməsi çıxır. Ancaq ilkin xarakterin sonrakı inkişafla aradan qaldırıldığı hallarda da, o,
isteriyaya tutulma nəticəsində qismən üzə çıxa bilər. Uşağın isterik deyilən xarakterilə «axmaq»
xarakterinin oxşarlığı dərhal nəzərə çarpır. Nevroz isə zəhlətökənliyə, əksinə, hər zaman canlı
olan ilkin xarakterin üzərinə qoyulmuş olduqca ağırlaşdırıcı məqam kimi fövqələxlaqilik
boşluğuna uyğundur.
Beləliklə, hazırda öz bacı-qardaşlarını sevən, onların itkisini çox ağır qəbul edən çoxları
çoxdandan qalma və yuxularda meydana çıxa biləcək kinli arzuları şüursuz olaraq yaşadırlar. Üç
yaşınadək, hətta daha azyaşlı uşaqların özlərindən kiçik bacı-qardaşlarına münasibətlərini
müşahidə etmək olduqca maraqlıdır. Sonuncular dünyaya gələnə qədər uşaq ailədə yeganə
övlad idi; indisə deyirlər ki, leylək ona bacı və ya qardaş gətirib. Uşaq təzə gələnə baxıb qəti
surətdə deyir: «Qoy leylək onu geri qaytarsın». Yuxarıdakı araşdırmada fobiyası təhlil obyekti
olan üçyaşlı Hans bacısı doğulmamışdan bir az əvvəl dəli kimi qışqırıb: «Mənə heç bir bacı lazım
deyil». İl yarımdan sonra o, nevroza tutularaq arzusunu dilə gətirir: anası körpəni əlindən
vannaya salsın və o ölsün. Bütün bunlara rəğmən, Hans mehriban və ürəyiyumşaq uşaqdır; bir
neçə ildən sonra bacısına səmimi bağlandı və ona himayədarcasına davrandı.
Tam ciddi təsdiqləməyə hazıram ki, uşaq yeni doğulan bacısının və ya qardaşının ona
hansı ziyanı vuracağını şüurlu surətdə nəzərə alır. Hazırda öz kiçik bacısı ilə möhkəm dost olan
bir qohumumdan bilirəm ki, bacısının doğulması xəbərini eşidəndə deyib: «Mən öz qırmızı
papağımı ona verməyəcəyəm». Uşaq bu ziyanın təsirini sonradan hiss edəndə, düşmənçilik
hissləri də onda başlayır. Mənə üçyaşlı qızın öz balaca qardaşını beşikdə boğmaq istəməsiylə
bağlı bir hadisə məlumdur, çünki qardaşının yaşamağa davam etməsi ona yaxşı heç nə vəd
etmirdi. Bu yaşda uşaqlar həddindən artıq, bəzən hətta fövqəladə dərəcədə qısqanclığa meyilli
olurlar. Daha bir misal gətirək: yeni doğulan uşaq həqiqətən ölür; valideynlərin nəvazişi yenidən
böyük uşağın payına düşür; ancaq leylək yenə bir bacı və ya qardaş gətirir. Məgər uşağın birinci
körpənin ölümüylə ikinci körpənin doğulması arasındakı vaxtdakı kimi özünü yenidən əziz,
sevilən hiss etməsi üçün yeni rəqibin də birincinin yaşadığı eyni taleyi yaşamasını arzulaması
təbii deyil? Əlbəttə, uşağın kiçik bacı-qardaşlarına qarşı bu münasibəti normal şərtlərdə, sadəcə,
yaş fərqinin funksiyasıdır. Aradan bir qədər çox vaxt keçsəydi, böyük qızda zəif körpəyə qarşı,
əksinə, analıq duyğuları oyana bilərdi.
Dünyaya bir-birinin ardınca gələn uşaqlarım üzərində bu cür müşahidə aparmaq fürsətini
əldən qaçırdım; indi bunun əvəzini balaca bacım oğlundan çıxmağa çalışıram, onun təkbaşına
hakimiyyəti on beş ay sonra gənc rəqibinin peyda olmasıyla sona çatıb; mən balaca oğlanın öz
bacısına əsl cəngavər kimi yanaşdığını, onu tumarladığını, əlini öpdüyünü eşitsəm də, görürəm
ki, hələ iki yaşına çatmasa da, onun fikrincə, gərəksiz olan rəqibinə qarşı tənqidi nitq söyləyir.
Söhbət bacısından düşən kimi, o dərhal müdaxilə edərək narazı tonda deyir: «O elə balacadır,
elə balacadır ki». Son zamanlar qızcığaz əla inkişaf edərək, bu saymazyana nidaya layiq
olmadığını göstərəndən sonra oğlan böyüklərin diqqətini bacısından yayındırmaq arzusunu
başqa üsulla əsaslandırmağa başlayıb. Hər fürsət düşəndə də, düşməyəndə də deyir: «Onun
dişləri yoxdur». Üçyaşlı Hans bacısına qarşı məhvedici tənqidi məhz bu sözlərlə ifadə edir. O
hesab edir ki, bacısı dişləri olmadığı üçün danışa bilmir.
Uşaqlıqda yaşanan bu cür ölüm halları bəzən ailədə unudulur, lakin psixoanalitik
araşdırma göstərir ki, onların sonradan yaranan nevrozlar üçün böyük əhəmiyyəti var. Başqa bir
bacımın altıyaşlı böyük qızı xalalarına bir neçə dəfə belə bir sual verib: «Doğrudan Lüsi hələ heç
nə başa düşmür?» Lüsi ondan iki yaş yarım balaca idi.
Yüksək düşmənçilik hissinə uyğun olan qardaşın və ya bacının ölümü haqqında yuxuları
mən bütün qadın pasiyentlərimdə müşahidə etmişəm. Yalnız bircə istisna ilə qarşılaşmışam ki,
analizdən keçirdikdən sonra o da ümumi qaydanı asanlıqla təsdiqləyib. Bir dəfə seans zamanı
belə yuxulara hər bir adamda rast gəlindiyini söyləyəndə (zənnimcə, bunun araşdırdığımız
növbəti simptomla əlaqəsi vardı), təəccüblü də olsa, o cavab verdi ki, yuxuda heç vaxt belə bir
şey görməyib. Ancaq onun yadına guya birinci yuxuyla əlaqəsi olmayan başqa bir yuxu düşdü; o
bu yuxunu ilk dəfə dörd yaşında görüb, o vaxt ailənin ən kiçik uşağı imiş; o vaxtdan yuxu
dəfələrlə təkrarlanıb. Çəmənlikdə çoxlu uşaq – bütün bacı-qardaşları, əmisi uşaqları oynayırlar.
Birdən kürəklərindən qanadları çıxır və uçub gözdən itirlər. Bu yuxunun mənası haqda onun
zərrə qədər anlayışı yox idi. Lakin bu yuxuda onun bacı-qardaşlarının ölümünü ibtidai,
senzuranın az təhrif etdiyi formada görmək çətin deyil. Mən bu yuxunu aşağıdakı şəkildə
yozmağı təklif edirəm. Əmisi uşaqlarından birinin ölümündən sonra – bu halda iki qardaşın
uşaqları doğma bacı-qardaşlar kimi birlikdə böyüyüblər – o zaman dörd yaşı olan pasiyentim
özündən böyük bir qohumundan soruşub: «Uşaqlar öldükdən sonra onlara nə olur?» Cavabında
eşidib: «Onların qanadları çıxır və mələk olurlar». Yuxugörmədə bütün bacı və qardaşların
mələklər kimi qanadları çıxır, ən əsası da onlar uçub gedirlər. Bizim balaca «mələk yaradanımız»
təkcə qalır. Uşaqların sonradan uçduqları çəmənlikdə oynaması tam aşkarlığıyla kəpənəklərə
işarədir, uşaq sanki qədim insanları Psixeyanı kəpənək qanadlarıyla təchiz etməyə sövq edən
assosiasiyaya əsaslanıb.
Məndən soruşa bilərlər: uşaqların öz qardaş və bacılarına qarşı düşmən impulsları
həqiqətən mövcud olsa da, uşaq qəlbinin birdən-birə öz rəqiblərinə və ya daha güclü yaşıdlarına
ölüm arzulayacaq qədər yaramazlaşması bəs necə baş verir? Sanki bütün günahlar və
ədalətsizliklər yalnız ölümlə yuyulmalıdır! Belə danışanlar, yəqin ki, uşaqların ölüm haqqında
təsəvvürünün bizimkiylə eyni olmadığından xəbərsizdirlər. Uşağın qəbir soyuqluğundan, dəhşətli
çürümədən, tamamilə yox olmaqdan və böyüklərin təsəvvüründə «ölüm» sözüylə bağlı olan
digər şeylərdən, o biri dünya haqqındakı miflərin nə demək olduğundan xəbəri yoxdur. Ölüm
qorxusu ona yaddır, ona görə də, o bu qorxulu sözlə oynayaraq, başqa uşaqları təhdid edir:
«Əgər bir də bunu etsən, Frans kimi öləcəksən». Bədbəxt ana qorxudan titrəyir, o yəqin ki,
insanların çoxunun yetkinlik yaşınadək yaşamamasını unuda bilmir. Hətta səkkiz yaşlı uşaq
hansısa təbiət-tarix muzeyindən qayıtdıqdan sonra anasına deyə bilər: «Ana, mən səni çox
sevirəm. Sən öləndə müqəvvanı düzəldib otağa qoyacağam ki, səni həmişə görə bilim».
Uşaqların ölüm haqqında təsəvvürləri bizimkinə bu dərəcədə az oxşayır. On yaşında çox ağıllı bir
oğlan uşağının atasının ölümündən sonra nə qədər təəccüblü olsa da, belə bir cümlə söylədiyini
eşitmişdim: «Mən atamın öldüyünü başa düşürəm, ancaq onun şam etməyə niyə evə
gəlmədiyini heç cür anlaya bilmirəm». Bu mövzuya aid daha geniş material doktor Huq-
Helmutun redaktə etdiyi bölmədədir. (Kinderseele v «Imago» Zeitschrift fiir Anwendung der
Psychoanalyse auf die Geisteswissen-schaften, Bd. I – V, 1912-1918.)
Beləliklə, əgər uşağın başqa uşağın yoxluğunu arzulamasına motiv varsa, buna ölüm
arzusu donu geyindirməyə heç nə mane ola bilməz: ölüm haqqında bu cür yuxulara psixi
reaksiya göstərir ki, mahiyyətcə fərqli olmasına baxmayaraq, uşağın arzusu böyüklərin eyni
arzusu ilə üst-üstə düşür.
Əgər uşağın bacı-qardaşlarının ölməsiylə bağlı arzusunu onun rəqabətdən doğan eqoizmi
ilə izah etmək olsa, onda uşaq üçün sevgi mənbəyi olan, onun bütün tələblərini yerinə yetirən,
şıltaqlıqlarına dözən valideynlərin ölümünü arzulamasını necə izah etmək olar? Halbuki eqoist
motivlərdən çıxış etsək, bunlar uşağın əbədi arzusu olmalıdır.
Bu çətin məsələnin həllinə valideynlərin ölümü haqda yuxuların əksər hallarda onlardan
birinə, yatanla eyni cinsdən olana aid olması kömək edir; yəni oğlanlar əksər hallarda atalarının,
qızlar isə analarının öldüyünü görürlər. Mən bunun danılmaz qanun olduğunu təsdiq edə
bilmərəm, ancaq örnəklərin mütləq əksəriyyəti o qədər inandırıcıdır ki, onlar hər hansı ümumi
mənaları baxımından izahat tələb edir. Kobud desək, oğlanlar sevgi rəqibi olaraq atalarını, qızlar
isə analarını görürlər ki, onların sıradan çıxması yalnız sərfəli olardı.
Bu iddianı tamamilə mümkünsüz bir şey kimi rədd etməzdən əvvəl, valideynlərlə
uşaqların münasibətlərini analiz etmək lazımdır. Bu münasibətdən valideynlərə ehtiram mədəni
məqamı nə tələb etməsilə, gündəlik müşahidələrin nə göstərdiyini ayırmaq lazımdır.
Valideynlərlə uşaqlar arasındakı münasibətlərdə düşmənçilik duyğularına rəvac verəcək xeyli
səbəb var; amma senzuranın tələblərinə cavab verməyən arzuların yaranması üçün də xeyli
şərtlər mövcuddur. Əvvəlcə ata ilə oğul arasındakı münasibətlərdə dayanaq. Mənə elə gəlir ki,
on davranış haqqında müqəddəs qaydalar həqiqi vəziyyətin nə yerdə olduğunu görməkdə bizə
mane olur. Biz bəşəriyyətin böyük hissəsinin dördüncü davranış qaydasını pozduğunu etiraf
etmək istəmirik. İnsan cəmiyyətinin istər yuxarı, istərsə də aşağı təbəqələrində valideynlərə
ehtiram digər maraqlar qarşısında arxa plana keçir. Miflərdən və insan cəmiyyətinin ibtidai
həyatı haqqında əfsanələrdən bizə gəlib çatan dumanlı məlumatlar ataların hakimiyyəti və
qəddarlığı haqqında kifayət qədər qəmgin təsəvvürlər verir. Xronos axta donuz digər donuzların
peyinini yediyi kim, öz övladlarını yeyir, Zevs isə öz atasını axtalayaraq onun yerinə keçir (Bu ən
azı bəzi mifoloji təsvirlərdə var. Başqa miflərə görə, yalnız Xronos atası Uranı axtalayır. Bu
motivin mifoloji mənasına Otto Rankda baxa bilərsiniz: «Der Mythus von der Geburt der Helden,
5, Heft der Schriften zur angew. Seelenkunde, 1909», und «Das Inzestmotiv in Dichtung und
Sage», 1912) Qədim ailədə ata nə qədər qeyri-məhdud hakimiyyətə malik olurdusa, varis hesab
olunan oğulun ona qarşı düşmən mövqedə dayanmağa bir o qədər çox əsası olur, hakimiyyəti
atanın ölümü vasitəsilə əldə etməyə daha çox səbirsizlənirdi. Hətta bizim burjua ailələrində də
ata oğulun müstəqilliyinə müdaxilə edərək, münasibətlərdə gizli qalan düşmənçiliyin təbii
rüşeyminin yaranmasına özü kömək edir. Atanın ölümüylə bağlı kədərin oğulun, nəhayət,
azadlığa çıxmasıyla bağlı sevinci boğa bilməməsini həkim tez-tez müşahidə edir. Bizim ailədə də
saxlanan potestas patris familias68–ın qalığını hər bir ata həyəcanla qoruyur; bu atalarla
oğulların əbədi mübarizəsini öz əsərlərində ön plana çıxaran bütün şairlərə yaxşı məlumdur. Ana
ilə qız arasında konflikt qız böyüyüb anasını özünün seksual azadlığına qarşı rəqib görəndə
qızışır, qızının böyüməsi isə anaya öz cinsi həyatından ayrılmağın vaxtının çatdığını xatırladır.
Bütün bunlar məlum və aydındır, ancaq hələ bizə valideynlərin ölümü haqqında yuxuları
yozmağa imkan vermir, amma valideynlərinə olan ehtiramları toxunulmaz və müqəddəs olan
insanlar belə yuxuları tez-tez görürlər. Bundan əvvəlki şərhlərimiz valideynlərin ölümünün
arzulanmasının da erkən uşaqlıq dövrünə aid olduğunu göstərir.
Bu fərziyyə bütün şübhələri istisna edərək, təkzibolunmaz şəkildə psixi əsəb xəstələrinin
analizində də təsdiqlənir. Sonuncu göstərir ki, uşağın seksual istəkləri sıx-sıx özünü göstərir (əgər
onların, əlbəttə, rüşeym halında ikən seksual adlanmağa haqları varsa) və qızın ilk meyli atasına,
oğlanınkı isə anasına yönəlir. Beləliklə, ata oğulun, ana isə qızın rəqibinə çevrilir, uşağın bu
duyğusunun ölüm arzusuna çevrilməsi üçün isə çox az şey lazımdır. Biz artıq analoji arzuları bacı-
qardaşlara qarşı münasibətdə görmüşük. Seksual obyektin seçimi adətən öz ifadəsini
valideynlərə münasibətdə tapır; təbii meyil elə təşkil edir ki, ata qızı, ana isə oğulu əzizləyir, eyni
zamanda hər ikisi cinsiyyətlərinin təsirinin niyyətlərinin saflığına xələl gətirmədiyini düşünərək,
uşaqların tərbiyəsinə eyni ciddiyyətlə yanaşırlar. Uşaq üstünlüyü hiss edir və ərköyünlüyə qarşı
çıxan valideynə qarşı üsyan edir. Böyüklərin sevgisini qazanmaq onunçün yalnız xüsusi tələbatın
ödənilməsi deyil, bu həm də onun iradəsinin bütün digər münasibətlərdə məmnun qalmasıdır.
Beləliklə, uşaq öz seksual meylinin ardınca gedərək, eyni zamanda valideynlərdən gələn meyli
yeniləşdirir – əgər onun valideynlər arasında seçimi onların seçiminə uyğun gəlirsə.
Bu cür meyillərin əlamətləri əksər hallarda nəzərə çarpmır, ancaq onlardan bəziləri hələ
erkən yaşlarda özünü göstərir. Tanışlarımdan birinin səkkiz yaşlı qızları anası stoldan qalxıb
mətbəxə keçən kimi, özünü onun varisi elan edir: «İndi ana mən olacağam! Karl, yenə göyərti
istəyirsən? Zəhmət olmasa, götür!» və sair. Səkkiz yaşlarında çox ağıllı və diribaş bir qızda uşaq
psixologiyasının bu əlaməti özünü daha parlaq göstərir, o hətta açıq şəkildə deyir: «Qoy anam
ölsün, atam mənimlə evlənsin və mən onun arvadı olum». Uşaq həyatında bu arzu onun anasını
çox sevməsini qətiyyən istisna etmir. Əgər balaca oğlan atası gedən kimi anasıyla yatırsa, o
qayıtdıqda isə öz otağına, daha az xoşladığı dayəsinin yanına qayıdırsa, onda çox asanlıqla
atasının daim evdə olmamasıyla və əziz, sevimli anasının yanında öz yerini qorumasıyla bağlı
arzu yarana bilər; bu arzuya çatmağın yollarından biri, aydındır ki, atanın ölməsi ola bilər, çünki
uşaq bilir: «ölülər» babası kimi heç vaxt olmurlar, onlar heç vaxt qayıdıb gəlmirlər69.
Əgər balaca uşaqlar üzərindəki bu müşahidələr bizi yuxarıdakı nəticələri çıxarmağa sövq
edirsə, onlar hələ yaşlı əsəb xəstələrini psixoanaliz müayinəsindən keçirən həkimin əminliyini
tam yaratmır. Burada müvafiq yuxugörmələr elə ətraflı olur ki, onlarda həmin arzular heç bir
şübhə doğurmur. Bir dəfə bir qadın pasiyentimin ağladığını gördüm. O deyirdi: «Mən öz
qohumlarımı bir daha görmək istəmirəm, mən onları ancaq qorxuduram». O mənə mənasını,
əlbəttə, anlamadığı bir yuxunu xatırlaması haqda danışır. Bu yuxunu o, dörd yaşında görüb.
Görüb ki: Evin damında hansısa heyvan gəzir, ya vaşaq (Luchs), ya da tülküdür (Fuchs), sonra
nəsə düşür, ya da o özü yıxılır. Sonra isə birdən evdən ölmüş anasını çıxarırlar və o, acı göz
yaşları tökür. Mən ona izah etdim ki, ananın ölməsiylə bağlı bu yuxu uşaqlıq arzusu olmalıdır və
o məhz bu yuxuya görə yaxınlarında yalnız qorxu yaratdığını düşünür. Mənim sözlərimə cavab
olaraq o dərhal yuxugörmənin materialı haqda xəbər verdi. «Luchsaug» (süləngi) – sözünü o, bir
dəfə uşaqkən bir küçə uşağından eşidib; üç yaşı olanda anasının başına damdan kərpic düşüb və
bərk yaralayıb.
Bir dəfə bir çox psixi durumlara məruz qalmış gənc bir qızı uzun müddət müşahidə etmək
fürsətim olub. Onun hədsiz həyəcanlanma və dolaşıqlığa düşmək tutmasından başlayan xəstəliyi
anasına qarşı nifrətlə müşayiət olunub, anası onun yatağına yaxınlaşan kimi onu döyüb-söyməyə
başlayırmış, bu arada böyük bacısına qarşı incə duyğular bəsləyir, hər sözünə qulaq asırmış. Bu
tutmaların ardınca ağlında xeyli aydınlanma yaranır, ancaq davamlı apatiya və yuxusuzluqdan
əziyyət çəkirmiş; onun müalicəsinə bu fazada başladım və yuxularını analiz etdim. Onların xəstə
qismi ananın ölümünü müəyyən gizli formada şərh edirdi: o gah hansısa yaşlı qadının dəfnində
iştirak edir, gah da özünü və bacısını matəm içində görürdü; yuxuların mənası barədə, əlbəttə,
heç bir şübhə ola bilməzdi. Onda yaxşılaşma getdikcə isterik fobiyalar yaranmağa başladı;
onların ən əzablısı anasına nəsə olacağıyla bağlı qorxu idi. Harada olurdusa, anasının sağ
olduğuna əmin olmaq üçün evə tələsirdi. Bu hal mənim digər müşahidələrimlə bağlı son dərəcə
faydalıdır; o, psixi aparatın eyni dərəcədə həyəcanlandırıcı təsəvvürlərə reaksiyasının müxtəlif
üsullarını göstərir. İkinci psixi instansiyanın birinci tərəfindən boğulduğu kimi başa düşdüyüm
həyəcanlanma və çaşqınlıq durumunda adətən boğulmuş vəziyyətdə olan anaya qarşı şüursuz
düşmənçilik motor hərəkətlərində özünü göstərib; sonra ilk sakitləşmənin yaranmasıyla çaşqınlıq
aradan qalxanda və senzuranın hökmranlığı bərpa olunanda, həmin düşmənçilik üçün yeganə
mümkün sfera yuxu olub və ananın ölümüylə bağlı arzunu gerçəkləşdirib; sağalma prosesi bir az
da irəlilədikdə, o, isterik əks-reaksiya olaraq anaya qarşı həddindən artıq şişirdilmiş qayğını
yaradıb. Bu mənada isterik qızların analarını ehtirasla sevmələrinin səbəbi tamamilə aydındır.
Başqa bir vaxt mən beyinəgirmə nevrozundan əziyyət çəkən cavan bir oğlanın qeyri-şüuri
ruhi həyatına baş vurdum, o qarşısına çıxan hər bir adamı öldürə biləcəyindən qorxduğu üçün
küçəyə çıxa bilmirdi. O bütün vaxtını özünə alibi toplamaqla keçirirdi ki, birdən şəhərdə
törədilmiş hansısa cinayətə görə, ona qarşı cinayət işi qaldıra bilərlər. Mənə onun həddindən
artıq əxlaqlı və ziyalı bir şəxs olduğunu xatırlatmağa ehtiyac yoxdur. Onun durumunun analizi
göstərdi ki, bu ağır zəhlətökən ideyanın səbəbi onun həddən artıq ciddi atasını öldürmək
arzusudur; ona təəccüblü gəlsə də, bu arzu onda yeddi yaşında ikən tamamilə şüurlu surətdə
yaranıb, ancaq şübhəsiz ki, daha erkən uşaqlıq dövrünə aiddir. Atası otuz bir yaşında ağır
xəstələnib öldükdən sonra xəstədə zəhlətökən qınaq hissi yaranır və yuxarıda sözügedən fobiya
şəklində başqalarına qarşı çevrilir. Düşünmək olar ki, öz doğma atasını qayadan uçuruma
itələmək arzusu hiss edən biri yad adamlara ümumiyyətlə rəhm etməz; ona görə də, bu adamın
öz otağına qapanıb, küçəyə çıxmamağa əsası var.
Çoxsaylı müşahidələrimə əsasən deyə bilərəm ki, valideynlər sonradan əsəb xəstəsi
olmuş bütün uşaqların ruhi həyatında üstün rola malikdirlər; onlardan birinə məhəbbət, digərinə
nifrət psixi materialın dəyişməz, eyni zamanda sonradan ortaya çıxan nevrozun simptomatikası
üçün son dərəcə mühüm tərkib hissəsini əmələ gətirir. Ancaq mən psixi əsəb xəstələrinin bu
məsələdə digərlərindən kəskin fərqləndiyini düşünmürəm. Onların öz valideynlərinə qarşı dost
və düşmən münasibətlərilə yalnız mübaliğə prosesini ifadə etməsi – bu, normal adamlar
üzərində aparılan təsadüfi müşahidələrlə təsdiqlənir – daha doğrudur; bu, uşaqların
əksəriyyətində az və ya çox dərəcədə intensiv və aydın şəkildə özünü göstərir. Bu həqiqətin
təsdiqi üçün qədim dövr bizə son dərəcə inandırıcı mif miras qoymuşdur, onun dərin və əhatəli
mahiyyəti yalnız uşaq psixologiyasının yuxarıda sözügedən cizgilərinin müəyyən olunması ilə
aydınlaşır.
Mən çar Edip haqqındakı mifi və Sofoklun eyni adlı faciəsini nəzərdə tuturam. Edip Fiva
çarı Layın oğludur. O, dünyaya gələn kimi valideynləri tərəfindən atılır, çünki kahin atanı
xəbərdar etmişdi ki, dünyaya gələcək oğlu onun qatili olacaq. Edipi xilas edirlər və öz
mənşəyindən şübhələnib kahindən kim olduğunu soruşana və vətənindən uzaq durmaq barədə
məsləhət alana qədər (çünki atasını öldürməli və anasının əri olmalıdır) başqa bir çarın sarayında
tərbiyə alır. Xəyali vətəninə gedərkən yolda çar Laya rast gəlir və təsadüfən qızışan döyüşdə onu
öldürür. Sonra Fivaya yaxınlaşır, yolunu kəsən sfinksin dediyi tapmacanı tapdığı üçün mükafat
olaraq Fiva taxtına seçilir və İokasta ilə evlənir. O, uzun müddət şəhəri sülh və əmin-amanlıqla
idarə edir, ana-arvadından iki qızı və iki oğlu dünyaya gəlir. Qəflətən yayılan taun xəstəliyi
fivalıları yenidən kahinə müraciət etməyə məcbur edir. Sofoklun faciəsi də buradan başlayır.
Çapar kahindən xəbər gətirir ki, taun yalnız Layın qatili şəhərdən qovulduqdan sonra kəsəcək.
Bəs o haradadır? Bu qədər qədim cinayətin izini kim tapacaq?
Faciədə hadisələr tədricən oyanan və süni şəkildə ləngidilən xətlə inkişaf edir –
psixoanaliz prosesində də belədir. Edip həm Layın qatili, həm də Layla İokastanın oğludur. Öz
dəhşətli bəd əməlindən dəhşətə gələn Edip gözlərini kor edir və vətənindən baş götürüb gedir.
Kahinin proqnozu gerçəkləşir.
«Çar Edip», necə deyərlər, taleyin faciəsidir; onun tragik inkişafı tanrıların hər şeyi əhatə
edən iradəsilə dəhşətli fəlakətə düçar olan insanların əbəs müqaviməti arasındakı ziddiyyətə
əsaslanır; faciənin sarsılmış tamaşaçısı tanrıların iradəsinə itaətə, öz acizliyinə əmin olmalıdır.
Müasir yazıçılar da öz poetik əsərlərində həmin ziddiyyəti təsvir edərək, həmin hədəfə can atır,
yalnız bunu öz dəst-xətlərilə edirlər. Ancaq tamaşaçı günahsız insanların bütün müqavimətlərinə
rəğmən başları üzərindən asılmış lənətin gerçəkləşməsinə tabe olmalarına biganə qaldı, laqeyd
baxdı; taleyin sonrakı faciələri də, demək olar ki, heç bir uğur qazana bilmədi.
Ancaq «Çar Edip» çağdaş insanı da antik yunan qədər sarsıdırsa, onda bu yunan
faciəsinin mənasının səbəbi tale ilə insan iradəsi arasındakı ziddiyyətin təsvirində deyil, bu
ziddiyyətin əsasında dayanan mövzunun öz xüsusiyyətlərindədir. Əlbəttə, qəlbimizdə «Edip»də
taleyin qarşısıalınmaz iradəsini etiraf etməyə hazır bir səs var, ancaq eyni zamanda «Ulu nənə»
və ya digər tale faciələrində biz öz qərarlarımızı sərbəst hesab edirik. Belə məqam çar Edipin öz
tarixində həqiqətən var. Onun taleyi bizə ona görə belə təsir edir ki, o bizim də taleyimiz ola
bilər, çünki kahin bizi də Edip kimi anadan olana qədər lənətləyib. Bəlkə də, hamımızın alnına öz
ilk seksual duyğumuzu anamıza, ilk nifrətimizə və zorakı arzumuzu atamıza qarşı yönəltmək
yazılıb; gördüyümüz yuxular bizi buna inandırır. Öz atası Layı öldürən və anası İokasta ilə evlənən
çar Edip yalnız bizim uşaqlıq arzularımızın təcəssümüdür. Ancaq bundan daha böyük xoşbəxtlik
seksual duyğularımızı anamızdan qoparmağımız, atamıza qarşı olan qısqanclığımızı
unutmamızdır. Bu cür ibtidai uşaq arzusunu gerçəkləşdirən insan bizi diksindirir, biz uşaqlıqdan
bəri ruhumuzdakı bu arzulara dözən sıxışdırma prosesinin bütün gücüylə ondan uzaqlaşırıq.
Edipin cinayətini işıqlandıran şair bizi boğulmuş halda olsa da, hələ də o impulsların tərpəndiyi öz
«mən»imizi tanımağa sövq edir. Xor bizi həmin müqayisə ilə tərk edir:
Heç bir psixoanalitik kəşf uşaqların qeyri-şüuri insestioz meyilləri qədər qəddar hücuma
məruz qalmamış, bu qədər quduz müqavimətlə qarşılaşmamış, tənqidçilər arasında bu qədər
gülməli çəkişmələrə səbəb olmamışdı. Son vaxtlar hətta bu insesti, bütün təcrübələrə rəğmən,
yalnız simvolik adlandırmağa cəhd edirlər. Şopenhauerin bir məktubuna əsaslanan Ferensi
(Imago, I, 1912) Edip haqqında mifi ətraflı şərh etmişdir. İlk dəfə «Yuxuların yozumu»nda
toxunulan Edip kompleksi sonradan öyrənilərkən insan tarixinin, dinin və əxlaqın inkişafının dərk
edilməsində mühüm əhəmiyyət kəsb etmişdir (Bax: «Totem və tabu»).
Öz məzmunu ilə ilk seksual meyl sayəsində valideynlərə münasibətdə əzablı yanlışlıq olan
Edip haqqında mifin qədim yuxugörmə materialından yaranması barədə Sofoklun faciəsinin
mətnində kifayət qədər şəffaf göstəricilər var. İokasta məsələnin əsil mahiyyətinin nə yerdə
olduğunu hələ anlamayan, ancaq hər halda kahinin sözlərindən qayğılanan Edipə təsəlli verir; o,
Edipə çox şey görülən, ancaq onun fikrincə, heç bir mənası olmayan yuxunu xatırladır:
«Sənə qədər çox adam yuxuda anasıyla nikah taxtında olduğunu görüb, ancaq onlar azad
və sərbəst yaşayırlar. Axmaq peyğəmbərliklərə kim inanmır?!»
Ana ilə cinsi əlaqə haqqında yuxu o vaxt da, indi də bunu çaşqınlıq və təəccüblə
qarşılayan bir çox insanlarda müşahidə olunub. Faciənin açarı da məhz bu yuxudur və atanın
ölümü haqqında yuxuya uyğundur. Edip haqqında mif hər iki tipik yuxugörməyə reaksiyadan
doğan fantaziyadır, əgər bu yuxular böyüklərdə ikrah hissi yaradırsa, o halda mif də öz məzmunu
ilə dəhşət və özünücəzalandırma ifadə etməlidir. Faciənin yekununda onun sonradan tarixi
düzəlişə məruz qalmasıyla bağlı cizgilər var; mifə teoloji tendensiya verməyə çalışıblar
(Ekshiisionizm haqqında yuxu materiallarına bax). İlahi qüdrəti insan məsuliyyətilə birləşdirmək
cəhdləri hər cür digər materialda olduğu kimi, burada da iflasa uğramalıydı.
Digər böyük bir faciə olan Şekspirin «Hamlet»i də «Çar Edip»in söykəndiyi eyni bazisə
əsaslanır. Lakin eyni materialın dəyişdirilmiş şəkildə işlənməsi bir-birindən bu qədər uzaq iki
mədəni dövrün psixi həyatındakı bütün fərqləri, bəşəriyyətin ruhi həyatındakı sıxışdırma
prosesinin çoxəsrlik tərəqqisini aşkar edir. «Edip»də, eynilə yuxudakı kimi, uşağın arzusu üzə
çıxaraq, gerçəkləşir; «Hamlet»də isə o sıxışdırılmış qalır və biz onun varlığını – nevroz
vəziyyətindəki kimi – ondan qaynaqlanan ləngimələrdə görürük. Bu faciənin müasir dramların
fəthedici təsirlərilə özünəməxsus ümumi cizgiləri var, daha konkret desək, qəhrəmanın xarakteri
tamamilə aydın deyil. Dram Hamletin onun üzərinə düşən intiqamı almaqda tərəddüd etməsi
üzərində qurulub; bu tərəddüdün əsasları və ya motivləri barədə mətndə heç nə yoxdur, dramın
şərhinə yönəlik çoxsaylı cəhdlər isə bu barədə çox az şey verib. Hələ də hökmran olan Hötenin
şərhinə görə, Hamlet elə bir insan tipidir ki, onun həyat enerjisi təfəkkürünün hədsiz inkişafı
sayəsində iflic olur («Fikirlərinin solğunluğu nəticəsində xəstə duruma düşüb»). Başqa bir fikrə
görə, Şekspir zəif, qətiyyətsiz, nevrasteniyaya meyilli xarakter yaratmağa çalışıb. Lakin dramın
fabulası bizə göstərir ki, Hamlet qətiyyən aciz deyil. Biz onun hərəkətlərini iki dəfə görürük:
birinci dəfə o, gözlənilməz affekt vəziyyətində pərdə arxasından gizlicə qulaq asan Poloniyanı
öldürür, ikinci dəfə isə qəsdən, hətta hiyləgərcəsinə iki əyanı ölümə göndərir. Bəs atasının
kölgəsinin ona təlqin etdiyi tapşırığı həyata keçirməkdə ona nə mane olur? Burada yenə ağla
tapşırığın tamamilə xüsusi olması fikri gəlir. Hamlet hər şeyə qadirdir, ancaq atasını aradan
götürüb anasının yanında onun yerini tutan, onunçün sıxışdırılmış uşaqlıq arzularını həyata
keçirən adamdan qisas almağa yox. Onda intiqam hissi oyandıracaq nifrət özünüqınama və hətta
vicdan əzabı ilə əvəz olunub, ona deyirlər ki, onun sözün həqiqi mənasında cəzalandırmalı
olduğu cinayətkardan heç bir fərqi yoxdur. Bununla mən yalnız qəhrəmanın ruhunda şüursuz
olaraq mürgüləyən şeyi şüur sahəsinə keçirirəm; əgər kimsə Hamleti isterik adlandırsa, mən
bunu yalnız öz yozumumun nəticəsi hesab edəcəyəm. Hamletin Ofeliya ilə söhbəti zamanı ifadə
etdiyi seksual ikrah burada mühüm rol oynayır, sonrakı illərdə Şekspirin özünün qəlbini daha çox
bürüyən və öz yekun nəticəsini «Afinalı Timon»da tapan həmin seksual nifrətdir. «Hamlet»də,
söz yox ki, şairin öz ruhi həyatı ifadə olunur; Georq Brandesin Şekspir haqqında kitabından
(1896) bilirik ki, bu faciə onun atasının ölümündən sonra (1601), yəni soyumamış dərdin və
uşağın ataya münasibətinin dirçəlməsinin təsiri altında yazılıb. Şekspirin dünyadan erkən köçmüş
oğlunun adının Hamlet olması da (Hamnet adına oxşar) bəllidir. Əgər «Hamlet» oğulun
valideynlərə münasibətini əks etdirirsə, ona yaxın vaxtda qələmə alınmış «Maqbet» sonsuzluq
mövzusundadır. Buna uyğun olaraq hər cür nevrotik simptomun yuxugörmənin özü kimi ən
müxtəlif yozumları var və hətta anlaşılması üçün xeyli sayda yuxugörmə tələb edir. Beləcə, hər
cür həqiqi poetik əsər də şairin qəlbinə bir motivdən sızmır və bir izahı yoxdur. Mən burada
Şekspirin həyatının daha dərin qatını açmağa çalışdım. E.Cons «Hamlet»in yuxarıdakı analitik
təhlilini tamamlayaraq, ədəbiyyatda mövcud olan digər şərhləri tənqid etmişdir (Das Problem
des Hamlet und der Odipus-komple, 1911). «Maqbet»in digər təhlillərinə mənim «Einige
Charaktertypen aus der psychoanalytischen Arbeit, Imago» (IV, 1916, i u L. İekelə Shakespeares
Macbeth, Imago V, 1918.) məqaləmdə bax.
I. Dördyaşlı oğlan danışır: yuxuda böyük bir boşqabda qızarmış iri ət tikəsi görüb.
Qəflətən həmin ət doğranmadan yeyilir. Əti yeyən adamı o görmür. Yuxudakı hər şeyin böyük,
bol miqdarda, həddindən artıq şişirdilmiş vəziyyətdə görünməsi şübhəsiz, yuxugörmədəki uşaq
xarakteri xüsusiyyətini daşıyır. Uşağın ən ehtiraslı arzusu böyümək və hər şeydən böyüklərin
aldığı qədər pay almaqdır; uşağı məmnun etmək çətindir: o daim xoşuna gələn və ya dadlı olan
şeyin təkrarını tələb edir. Aza qane, ciddi olmağı o yalnız tərbiyə sayəsində öyrənir; məlum
olduğu kimi, əsəb xəstələri də ölçüsüzlüyə və şişirtməyə meyilli olurlar.
Uşağın yuxuda gördüyü bol nahar edən o adam görəsən kim olub? Bunu aydınlaşdırmaq
üçün əvvəlki günün təəssüratlarına müraciət etmək zorundayıq. Həkim oğlana bir neçə günlük
süd pəhrizi təyin edibmiş; yuxunu gördüyü gecənin axşamı o, dəcəllik edib və buna görə axşam
yeməyindən məhrum olunub. Əvvəllər də bu cür cəzalar çəkdiyi üçün özünü kişi kimi aparıb. Ona
heç nə verilməyəcəyini bildiyindən aclıq hiss etdiyinə kiçicik eyham belə vurmayıb. Tərbiyə öz
təsirini göstərməyə başlayır; o artıq təhrifedici fəaliyyətin rüşeymini aşkar edən yuxuda özünü
göstərir. Şübhə yoxdur ki, arzusu bol nahar etməyə yönələn həmin adam o özüdür. Ancaq
cəzalandırıldığından heç bir şey yeməyə haqqı olmadığı üçün yuxuda belə süfrəyə oturmağa və
dadlı yeməyi yeməyə cürət etmir; ac uşaqlar yuxuda adətən belə edirlər (balaca Annanın moruq
haqqında gördüyü yuxuya baxın).
II. Bir dəfə yuxuda görürəm ki, bir kitab mağazasının vitrinində mənim adətən aldığım
seriyanın qəşəng cildli buraxılışı var (Rəssamlar, tarix, incəsənət məsələləri və sair haqqında
monoqrafiyalar). Yeni seriya belə adlanır: «Məşhur natiqlər (yaxud nitqlər)» və ilk buraxılış
doktor Lexerə həsr olunub.
III. Başqa bir vaxt görürəm ki, bir tanış universitet müəllimi deyir: «Mənim oğlum. Mi-
on». Sonra qısa sual-cavablardan ibarət dialoq gəlir. Bunun ardınca özümü və öz oğullarımı
görürəm; yuxugörmənin açıq məzmunu üçün ata və oğul (professor M.) yalnız məni və
oğullarımı gizlədən yalançı şəxslərdir. Digər xüsusiyyətinə görə bu yuxuya sonra qayıdacağam.
IV. Növbəti yuxugörmə öz arxasında qayğıları gizlədən həqiqi alçaq eqoist hissləri aşkara
çıxarır.
Dostum Otto çox pis görünür, üzünün rəngi birtəhərdir, gözləri nəsə qəribə tərzdə
dombalıb.
Həmkarım Otto mənim ailə həkimimdir, ona çox minnətdaram, çünki artıq bir neçə ildir
uşaqlarımın sağlamlığına nəzarət edir və onları uğurla müalicə edir; bundan əlavə onlara hər cür
kiçik münasibətdən dolayı hədiyyələr bağışlayır. Yuxugörmədən əvvəlki gün o bizdəydi, arvadım
onun yorulduğunu və yaxşı görünmədiyini hiss etdi. Gecə yuxuda görürəm ki, onda bazedov
xəstəliyinin (qalxanvarı vəzinin fəaliyyətinin artması nəticəsində əmələ gələn xəstəlik) bəzi
əlamətləri var. Mənim yuxuları yozma qaydalarımı izləyənlər bu yuxunu mənim dostumun
səhhətindən narahatlığım və bu narahatlığın yuxuda özünü göstərməsi kimi yozurlar. Ancaq bu
təkcə mənim yuxuların arzuların gerçəkləşməsi olması haqda nəzəriyyəmin əleyhinə deyil, həm
də onun yalnız eqoist maraq və məqsədlərə xidmət etdiyinə qarşıdır. Ancaq kim ki yuxuları belə
yozur, onda qoy aydınlaşdırsın görək, niyə mən Ottoda bazedov xəstəliyi olmasını güman
edirəm, axı belə bir diaqnozu qoymaq üçün mənim zərrə qədər əsasım yoxdur. Amma mənim
analizim altı il bundan öncə baş verən bir epizodla bağlı aşağıdakı materialı verir. Professor R.-
nin də olduğu kiçik dəstəylə gecə bizim bağın bir neçə saatlığında olan meşəylə gedirdik. Kefli
faytonçu bizi faytondan yerə atdıqdan sonra sırf təsadüf nəticəsində salamat qaldıq. Ancaq
yaxınlıqdakı mehmanxanada gecələməli olduq və orada başımıza gələn bədbəxtliklə bağlı xəbər
bizə qarşı böyük şəfqət doğurdu. Bazedov xəstəliyinin son dərəcə aydın əlamətlərinə malik bir
cənab – yeri gəlmişkən, onun dərisinin rəngi qəhvəyi idi və gözləri dombalmışdı; yuxudakı
strumalar (vəzlərin şişkinliyi) yox idi – öz xidmətlərini təklif edib, başqa bir şeyə ehtiyacımız olub-
olmadığını soruşdu. Professor P. öz adi tərzində cavab verdi: «Yalnız sizin gecə köynəyinizə
ehtiyacım var». Ancaq o xeyirxah insan cavab verdi ki, «təəssüf ki, onu verə bilməz» və getdi.
Bu analizi xatırlayaraq düşünürəm ki, «Bazedov» təkcə həkimin deyil, həm də məşhur
pedaqoqlardan birinin soyadıdır (ancaq ayıq vəziyyətdə bunun belə olduğuna o qədər əmin
deyiləm). Bu arada mən həmkarım Ottodan xahiş etmişdim ki, əgər mənə nəsə olsa, uşaqlarımın
fiziki inkişafıyla bağlı vəzifəni öz üzərinə götürsün, xüsusilə də, yetişkənlik çağında (gecə köynəyi
də bununla bağlıdır). Yuxuda yuxarıda xatırlatdığım xəstə adamın simptomlarını həmkarım
Ottoya aid etməklə mən, yəqin ki, bunları demək istəmişəm: «Əgər mənə nəsə olsa, nəzakətli
təklifinə baxmayaraq, ondan baron L.-dən gözlədiyindən artığını gözləməyə dəyməz». Bu
yuxudakı eqoist tendensiya tamamilə aşkardır. Doktor Ernest Cons Amerikadakı elmi
mühazirəsində yuxugörmələrdəki eqoizm haqqında danışarkən bir alim xanım qeyri-elmi hesab
etdiyi bu ümumiləşdirməyə etiraz edərək, bəyan etmişdir ki, müəllif yalnız avstriyalıların
yuxularına əsasən mühakimə yürüdə bilər və amerikalıların yuxularına qarşı bu cür ittihamlar
irəli sürmək haqqı yoxdur. O özünün bütün yuxularının altruistik olduğuna tam təminat verə
bilər.
Yaxşı, bəs arzunun gerçəkləşməsi hanı? Əlbəttə, deyəsən, bəxtinə yuxularımda pis rolları
oynamaq düşən Ottadan intiqam almaq deyil; arzunun gerçəkləşməsi tam başqa şeydə özünü
göstərir. Yuxuda Ottonu yuxarıda sözügedən nəcib insanla əvəz etməklə mən, eyni zamanda
özümü də məhz professor R. ilə eyniləşdirirəm, çünki Ottodan professor R.-in baron L.-dən
başqa məqsədlə tələb etdiyini tələb edirəm. Tapmacanın cavabı da məhz buradadır. Professor R.
də mənim kimi öz karyerasını universitetdən asılı olmadan qurub və yalnız qocaldıqdan sonra
layiq olduğu rütbəni ala bilib. Beləliklə, mən yenidən professor olmaq istəyirəm. Bu hətta «qoca
yaşda belə» arzunun gerçəkləşməsidir, çünki mənim çox yaşayacağım və yetişkənlik dövründə
də uşaqlarımın qayğısına qalmaq istəyim anlamına gəlir.
a) İmtahan haqqında yuxu. Kamal attestatından imtahan verməli olan hər kəs yuxuda
imtahandan kəsildiyi, növbəti ilə qaldığı və s. bu kimi tərsliklərin onu təqib etməsindən
şikayətlənir. Akademik diplomu alan şəxs üçün bu tipik yuxunu başqası əvəz edir: o, yuxuda guya
imtahanları verdiyini, hətta çoxdan təcrübə keçdiyini, privat-dosent olduğunu, yaxud iş başında
olduğunu söyləyərək, onlara qarşı nahaq yerə üsyan etdiyini görür. Bütün bunlar – uşaqlıqda
etdiyimiz günahlara görə məruz qaldığımız cəzalar haqqında və dərs məşğələlərimizin iki əsas
bəndilə, ciddi imtahanların «dies irae, dies ilia72» ilə bağlı ruhumuzda oyanan unudulmaz
xatirələridir. «İmtahan qorxusu» əsəb xəstələrində də öz mənbəyini həmin uşaq qorxusunda
tapır. Biz artıq uşaqlıq yaşından çıxmışıq, artıq bizə cəza verən valideynlərimizdən,
tərbiyəçilərimizdən, müəllimlərimizdən asılı deyilik; bundan sonrakı tərbiyəmizlə həyatın
amansız səbəb əlaqəsi məşğul olur və hər dəfə hansısa günahımız ucbatından, nəyisə düzgün
etmədiyimiz üçün bir işimizin alınmayacağından qorxanda, hər dəfə məsuliyyət hissi bizi sıxanda
yuxularımıza gimnaziya, ya da universitet imtahanları (hətta o vaxt özündən əmin olaraq
qorxmayanların belə) girir.
İmtahanlar haqqında yuxuların bundan sonrakı izahıyla bağlı təcrübəli bir həmkarımın
qeydinə borcluyam; bir dəfə elmi söhbət zamanı o qeyd etdi ki, imtahan haqqında yuxulara
yalnız bu imtahanları verə bilənlərdə rast gəlinir, kəsilənlərdə belə yuxular heç vaxt olmur.
Qorxuyla müşayiət olunan və dəfələrlə təsdiq olunduğu kimi, yalnız subyektin ertəsi gün
məsuliyyətli addım atacağından, ya da hər hansı rüsvayçı fiaskodan qabaq görülən imtahan
haqqında yuxu material olaraq keçmişdən qorxumuzun əsassız olduğunu bildirən və uğurlu
nəticə ilə təkzib olunan hər hansı epizodu seçir. Bu doğrudan da yuxugörmənin ayıq instansiya
tərəfindən anlaşılmamasına dair son dərəcə parlaq misaldır. Adətən qəzəblə müşayiət olunan
etiraz – mən ki artıq həkiməm və sair – əslində özüylə «sabahkı gündən qorxma, buraxılış
imtahanlarından necə qorxduğunu, amma, hər halda onları verdiyini yadına sal» mənalı
yuxugörmə gətirən təsəllidir. Sən artıq həkimsən və sairə. Ancaq bizim yuxunun ayağına
yazdığımız qorxu gündüz baş verənlərin qalıqlarıdır73.
İmtahanlarla bağlı yuxuların yozumunda da əvvəlcədən xəbər verdiyim kimi, bir çox tipik
yuxugörmələr üçün xarakterik olan çətinliklərə rast gəlinir. Yuxugörənin bizə təqdim etdiyi
assosiativ material yozum üçün nadir hallarda yetərli olur. Bu yuxuların yaxşı başa düşülməsi
üçün bir sıra örnəklərə müraciət etmək lazım gəlir. Bu yaxınlarda qəti əmin oldum ki, «Sən axı
artıq həkimsən və s.» cümləsi özündə yalnız təsəlli deyil, həm də məzəmmət gizlədir.
Sonuncunun mənası belədir: «Artıq sənin xeyli yaşın var, bu qədər həyat təcrübəsi qazanmısan,
buna baxmayaraq, uşaq kimi səfehlik edirsən». Özünütənqid və təsəllinin bu qarışığı imtahan
haqqında yuxunun gizli məzmununa uyğun gəlir. O halda, «səfehlik» və «uşaqlıq»la bağlı bu
qınaqların son analiz olunmuş örnəklərdə partnyor tərəfindən müqavimətlə qarşılanan cinsi
əlaqənin təkrarlanmasına aid edilməsində təəccüblü heç nə yoxdur74.
Yuxarıda sözünü etdiyim həmkarım (Vyanadan olan doktor Ştekel) «yetişkənlik» sözünün
ikimənalılığına diqqət çəkir; o müşahidə edib ki, guya kamal attestatı imtahanı yuxuya o vaxt tez-
tez girir ki, ertəsi günü adamı seksual «sınaq» gözləyir. Bir alman həmkarımız buna etiraz etdi
(görünür, tamamilə haqlı) ki, alman dilində bu imtahanların adı başqadır (Abiturium), ona görə
də burada ikiqat məna axtarmaq mümkün deyil.
Analoji təəssürat sayəsində qatara gecikmə haqqında yuxunu da bu qrupa aid etmək
olar. Onun yozumu bu fikri təsdiqləyir. Bu yuxugörmə yuxuda hiss edilən qorxuyla (ölüm
qorxusu) bağlı təsəllini ehtiva edir. «Getmək» – ölümün daha çox işlənən və başa düşülən
simvollarından biridir. Yuxugörmə bizi sakitləşdirir: «Qorxma, sən ölməyəcəksən
(getməyəcəksən)», – imtahan haqqında yuxuda da belədir: «Qorxma, kəsilməyəcəksən». Bu
yuxugörmələrin hər iki növünün başa düşülməsindəki çətinlik qorxu hissinin məhz təsəllinin
ifadəsilə bağlı olmasıyla izah olunur. Ölüm rəmzləri barədə Ştekel özünün «Yuxuların dili»
kitabında ətraflı bəhs edir.
Pasiyentlərimdə qismən analiz etdiyim diş ağrısıyla bağlı yuxuların mənası mənə uzun
illər sirli görünüb, çünki onları analiz edərkən daim hər cür əngəllərlə qarşılaşmışam.
Nəhayət, qəti əmin olmuşam ki, bu yuxuları doğuran güc kişilərdə yetişkənlik dövründəki
onanist meyillərdir. İki belə yuxunu analiz edəcəyəm. Hər ikisini bir qədər qısıq olsa da, kəskin
ifadə olunan homoseksual təmayüllü cavan bir oğlan danışıb.
Birinci yuxu: «O, operadadır və «Fidelio»ya qulaq asır; parterdə dərin rəğbət bəslədiyi və
dostluğuna çoxdan nail olmaq istədiyi L.-in yanında əyləşib. Qəflətən o, parterin üzərilə lojalara
qədər uçur, barmağını ağzına salır və iki dişini çıxarır».
Uçuşu o özü belə təsvir edir ki, sanki onu «havaya buraxıblar». Bunun baxdığı operanın
təsiri aydın olduğundan, şairin «gözəl qıza kim sahib oldu» sözləri də bura aiddir. Ancaq «gözəl
qıza sahib olmaq» mənim pasiyentimin arzusunu əks etdirmir. Ona dərhal daha iki sətir əlavə
olunur: «Kimin bəxtinə öz dostunun dostu olmaq düşüb…» Bundan sonra tərcümə olunmayan
səs ahəngi gəlir. Subyekt «havaya buraxıldığını» görür. Şeirdəki «Wurf»un mənası: birincisi, səs
ahənginə görə «buraxma», ikincisi, məcazi mənada «bəxt, uğur».
Başqa bir yuxu: «Mənim əvəzimə onu iki məşhur professor müalicə edir. Biri onun
penisinə nəsə edir; o, əməliyyatdan sonra qorxur. Digəri ağır bir şeylə ağzından vurur və bir, ya
da iki dişi düşür. Onu dörd ipək dəsmalla bağlayıblar».
Mənə elə gəlir ki, diş ağrısı haqqında tipik yuxuların müxtəlif modifikasiyaları, məsələn,
yatanın dişini başqa bir adamın çıxarması və sair də analoji şəkildə yozula bilər. Lakin yuxarıda
göstərilən mənanın diş ağrısının səbəb olduğu qıcıqlanmanın arxasında necə gizlənməsi aydın
deyil. Mən burada diqqəti seksual elementlərin sıxışdırılması zamanı bu qədər sıx-sıx müşahidə
olunan «aşağıdan-yuxarı köçürməyə» yönəldirəm, onun köməyilə isteriya zamanı cinsi sferaya
aid olan hissiyyatlar bədənin müxtəlif yerlərində özünü göstərə bilər. Ağız və dodaqlar tez-tez
uşaqlıq yolunu, «cinsiyyət dodaqlarını», burun penisi, başdakı saçlar cinsi hissədəki tüklər
simvolizə edir və s. Yalnız bədənin bir hissəsi müqayisə olunmur – dişlər; məhz bu durum
sonuncuya seksual elementlərin sıxışdırılmasının təsiri altında təsvir olunması üçün xüsusi status
verir75.
Psixoanalitik biliklərdən belə bir nəticə çıxarmaq olar ki, bu yuxular əsas etibarilə
uşaqların xoşuna gələn hərəkətli oyunlara aid olaraq, uşaqlıq dövrü təəssüratlarını canlandırır.
Yaxınları uşaqları tez-tez əlləriylə yuxarı qaldırıb otaqda qaçaraq «uçurdur», ya da onları dizləri
üstündə oturdub ayaqlarını qəflətən aralayaraq «yıxılmalarını» stimullaşdırırlar. Uşaqlar bu
zaman gülür və oyunun davam etməsini tələb edirlər, xüsusilə də, bu oyun yüngülvarı qorxu və
başgicəllənmə ilə müşayiət olunursa. Bu oyunlar aradan uzun illər keçdikdən sonra yuxularda
təkrarlanır, fərq onda olur ki, böyüklər bu zaman əllərini heç nədən tutmur, havada sərbəst
şəkildə uçaraq, həqiqətən yıxılırlar. Balaca uşaqların belə oyunları, eyni zamanda yelləncəkdə
yellənməyi sevməsi hər kəsə bəllidir: sirkdə sonradan gimnastik və akrobatik hərəkətləri
görəndə öz erkən uşaqlıq oyunlarını xatırlayırlar. Bir çox oğlan uşaqlarında isterik tutmalar yalnız
belə məşğələlər onlar tərəfindən böyük ustalıqla edildikdə baş verir. Bu məsum oyunlar zamanı
çox vaxt seksual duyğular da oyanır. Tamamilə sağlam olan gənc bir həmkarım deyir: «Öz
təcrübəmdən bilirəm ki, əvvəllər yelləncəkdə yellənəndə, xüsusilə də, arxaya uçanda cinsi
sferamda özünəməxsus duyğu hiss edirdim, bu o qədər xoş olmasa da, hər halda şirin adlandırıla
bilərdi».
Pasiyentlərimdən tez-tez eşidirəm ki, xoş hissiyyatla müşayiət olunan ilk ereksiyanı ağaca
çıxarkən müşahidə ediblər.
Psixoanalizlərdən aydın olur ki, seksual duyğuların ilk işartıları çox zaman uşaqların
qaçması, tutuşması və dalaşması əsnasında hiss olunur. Bu cür uşaqlıq təəssüratlarını əks etdirən
uçmaq, yıxılmaq, başgicəllənməsi haqda yuxular və sair bunlarla bağlı xoş duyğuları qorxu
hissinə çevirir. Ancaq demək olar, bütün analar bilir ki, bu oyunlar uşaqlar üçün çox zaman göz
yaşlarıyla nəticələnir.
Doktor P.Federn (Vyana) maraqlı bir fərziyyə irəli sürür ki, uçma haqqında yuxuların
böyük əksəriyyətinin ereksiya haqqında təsəvvürlə əlaqəsi var, çünki insan fantaziyasını daim
məşğul edən ereksiya hadisəsi cazibə qüvvəsinin yox olması təsəvvürü yaradır. (Qədim dövrün
qanadlı falloslarına bax)76.
Yıxılma haqqında yuxular əsas etibarilə qorxu xarakterlidir. Onların yozumu qadınlarda
heç bir çətinlik törətmir, çünki bu yuxular, demək olar ki, «yıxılmanı» həmişə qadının erotik
həvəsə düşməsi kimi simvolizə edir. Yıxılma haqqında uşaq yuxularının mənbələrinə hələ
toxunmamışıq; bütün uşaqlar, demək olar ki, yıxılır – onları qaldırır və əzizləyirlər: gecələr
yataqlarından yıxılan kimi, dayələr onları dərhal qaldırıb, qayğıyla yerlərinə uzandırırlar.
Yuxuda üzdüyünü, dalğaları ləzzətlə yarıb keçdiyini və s. görən şəxslər uşaqlıqda gecə
sidiklərini saxlaya bilməməkdən əziyyət çəkənlərdir və yuxuda bunu çoxdan tərgitdiklərinə görə,
xoş hisslər keçirirlər. Bu yuxugörmələrdə hansı elementlərin olduğunu irəlidə nəzərdən
keçirəcəyik.
Məsum yuxugörmələrin ilk baxışdan kobud erotik arzulara ifadə verməsini artıq yuxarıda
gördük və indi bunu çoxsaylı yeni misallarla təsdiqləyə bilərik. Mənasız olduğu görülən,
məzmununda xüsusi heç bir şeyə rast gəlinməyən yuxugörmələr də analiz zamanı çox vaxt ən
gözlənilməz xüsusiyyətlərə malik şəksiz seksual arzulara aid edilir.
Analiz olunana qədər kim aşağıdakı yuxuda seksual meylin olduğunu düşünə bilərdi?
Subyekt deyir: «İki sarayın arasında balaca bir ev var; qapısı bağlıdır. Arvadım məni küçəylə
həmin evə aparır, qapını itələyir və mən tez bir qədər yüksəyə qalxan həyətə girirəm».
Yuxuyozma sahəsində müəyyən təcrübəsi olanlar sıx otaqlara girməyin və bağlı qapıları
açmağın daha çox işlənən seksual simvolikalar olduğunu dərhal görür və bu yuxunu asanlıqla
coitus’a a posteriori79a cəhdin təsviri kimi yozurlar. Yüksəyə qalxan ensiz həyət, şübhəsiz,
uşaqlıq yoludur, arvadının göstərdiyi kömək göstərir ki, gerçəklikdə yalnız arvada hörmət bu
cəhdin həyata keçməsinə əngəl olub; alınan məlumata görə, yuxudan əvvəlki gün yatanın evinə
onda sərfəli təəssürat və yəqin ki, onun belə bir təklifini rədd etməyəcəyi fikri yaradan gənc
qulluqçu gəlib. İki saray arasındakı balaca ev Praqa haqqında xatirələrdəndir və eyni zamanda
əslən həmin şəhərdən olan qulluqçuya işarədir.
Bu miflər və yozumlar tamamilə doğru psixoloji nəticələrə işarə edir. Ancaq mən bir şeyə
də əmin oldum ki, uşaqlıqda anaların nəyə görəsə üstünlük verdikləri şəxslər sonrakı
həyatlarında özlərindən elə əmin və elə optimist olurlar ki, bu onları çox zaman qəhrəman kimi
göstərir və həmin subyektlərə həqiqətən həyatda uğur qazandırır.
Bəzən yuxuda elə yerlər və mənzərələr görülür ki, yatan elə yuxudaca qətiyyətlə təsdiq
edir: «Mən burada nə vaxtsa olmuşam!» Bu yer hər zaman ananın cinsi sferasıdır; və
təəccüblüdür ki, insan heç bir yer haqqında bu qədər əminliklə məhz həmin yerdə olduğunu
deyə bilmir.
Qorxu hissilə müşayiət olunan və məzmununda ensiz küçə, suda üzmə olan yuxuların bir
çoxunun əsasında ana bətnindəki həyat və doğuş aktı haqqında fikirlər yatır. Burada cavan bir
oğlanın yuxusunu misal gətirəcəyəm, o öz xəyalında valideynlərinin cinsi əlaqəsini müşayiət
etmək üçün ana bətnində olmasından istifadə edir: «O, dərin bir şaxtadadır: şaxtanın
Zemmerinq tunelindəki kimi pəncərəsi var. Həmin pəncərədən əvvəlcə hansısa boş landşaft
görür, bunun ardınca isə öz xəyalında həmin boşluğu dolduran tablo yaradır. Tabloda kotanla
şumlanan yer təsvir olunur. O irəli gedir və pedaqogika üzrə açıq kitab görür… və seksual
duyğuya (uşağın) bu qədər diqqət ayırdığına təəccüblənir. Bu zaman məni xatırlayır»81.
Başqa bir yuxu qadın pasiyentimə aiddir; bu yuxu onun sonrakı müalicəsi üçün xüsusi rol
oynadı.
«O, bağda yaşayır; bir dəfə gecə özünü ayın solğun işığının hamar səthdə əks olunduğu
yerdə gölün qara sularına atır».
Bu tip yuxular doğuş haqqındadır; əgər onların aşkar məzmunundakı faktı tərsinə
çevirsək, yəni «suya atılmaq» əvəzinə «sudan çıxmaq» etsək, məna aydın olur, başqa sözlə,
doğulmaq anlamına gəlir. Bəs onun bağda yaşadığı yerdə «doğulmaq» nə deməkdir? Ondan
bunu soruşuram və tərəddüdlə cavab verir: «Məgər müalicə məni yenidən doğmadı?» Beləliklə,
bu yuxuda müalicəni bağda davam etdirmək, yəni onu orada ziyarət etmək haqqında təklif var;
burada, bəlkə də, onun özünün ana olmaq arzusuna xeyli dərəcədə dumanlı bir eyham vurulub.
Ana bətnində olmaq haqqında fantaziyaların və qeyri-şüuri fikirlərin mənasını mən yalnız bu
yaxınlarda tam dolğunluğuyla öyrənmişəm. Onların hamısı həm insanların diri-diri
basdırılmasından qorxması82, həm də axirət dünyasına (doğuma qədər olan sirli həyatın
gələcəkdəki davamı) dərin qeyri-şüuri inamının əsaslandırılması kimi izah olunur. Doğum aktı
qorxunun yalnız ilk dəfə hiss olunması, eyni zamanda bu hissiyyatın mənbəyidir.
Doğum haqqında başqa bir yuxunun yozumu ilə birlikdə Consun (95) kitabından
götürmüşəm: «O (qadın), dənizin sahilində dayanıb suyu şappıldadan balaca oğlana (yəqin öz
oğludur) baxır. Uşaq suyla o qədər irəli gedib ki, tamamilə suyun altındadır, ancaq suyun
səthində irəli-geri hərəkət edən başı görünür. Qəflətən bu mənzərə otelin adamlarla dolu zalına
çevrilir. Əri çıxıb gedir və o hansısa yad kişiylə «söhbətə başlayır».
Yuxunun ikinci hissəsi analiz zamanı ərindən ayrılma və üçüncü şəxslə əlaqəyə girmək
kimi yozuldu. Yuxunun birinci hissəsi isə doğuş haqqında açıq-aşkar fantaziyadır. Mifologiyada
olduğu kimi, yuxularda da uşağın döl suyundan çıxması tərsinə təsvir olunur: uşağın suya
girməsi; bir çox digərlərilə yanaşı, Adonisin, Ozirisin, Moiseyin və Vakxın doğulması haqqında
miflər yaxşı misallardır. Uşağın başının suda hərəkəti qadın pasiyentə dərhal yeganə hamiləlik
zamanı bətnindəki dölün hərəkətini xatırladır.
Beləliklə, yuxunun ikinci hissəsi evdən getmə ilə bağlı fikirlərə məna verir; sonuncu ikinci
hissənin əsasında dayanır. Birinci hissə ikincisinin gizli məzmununa uyğundur. Yuxarıda
xatırladılan çevrilmədən başqa yuxugörmənin hər iki hissəsində başqa çevrilmələr də var. Birinci
yarıda uşaq suyla irəliləyir və başını tərpədir. Yuxunun əsasındakı təsvirdə əvvəlcə uşağın
hərəkəti, sonra isə sudan çıxma var (ikiqat çevrilmə). İkinci hissədə isə, əri onu atır; əslində isə o,
ərini atır.
Doğuş haqqında başqa bir yuxu barədə Abraham (79)83 xəbər verir.
Hamiləlikdən azad olmağı gözləyən gənc qadın yuxuda görür: «Otağın döşəməsindəki bir
yerdən qaranlıq bir kanal düz suya gedir (doğuş yolu – döl suyu). O, döşəmədəki lyuku qaldırır və
dərhal tüklü kürkdə suitini xatırladan bir məxluq peyda olur. Məxluq yatanın uşaqlıqdan ana kimi
sevdiyi kiçik qardaşıdır».
Bunu xatırladaraq, çox işlənən simvolları sadalayıram: kral və kraliça çox zaman yatanın
valideynlərini, şahzadə və şahzadə xanım isə yatanın özünü əks etdirir. Bütün uzunsov
predmetlər – taxtalar, əl ağacları, çətirlər (ereksiyaya bənzər), bütün uzun və iti silahlar: bıçaqlar,
xəncərlər, şişlər kişi cinsi orqanını təsvir etmək üçündür. Bunun çox işlənən, ancaq az başa
düşülən simvollarından biri də dırnaqyonandır.
Qutular, tənəkə qutular, yeşiklər, şkaflar, sobalar qadının cinsi sferasına uyğun gəlir.
Yuxulardakı otaqlar əsas etibarilə qadınlardır (burada səs ahəngi var: «Zimmer» və
«Frauenzimmer»). «Açma» və «bağlama» qərarları da bura aiddir. Yatanın otaqlar arasındakı
qapılardan keçərək xilas olmağa çalışdığı yuxular fahişəxananı əks etdirir. Pilləkənlər, onlarla
qalxmaq və düşmək koitusun (cinsi əlaqə) simvolik təsviridir84. Yatanın dırmaşdığı çılpaq
divarlar, evin fasadından əsasən qorxa-qorxa düşməsi ayaq üstə dayanan insan bədəninə uyğun
gəlir və yuxuda, böyük ehtimalla, uşağın valideynin bədəninə dırmanmasını əks etdirir. «Hamar»
divarlar kişilərdir; yatan tez-tez evin «çıxıntılarından» da yapışır. Stollar, əsasən qadınlardır; çox
güman ki, onların hamar səthinin qadın bədəninin qabarıqlığı ilə təzadının nəticəsidir. «Masa və
yataq» nikahın zəruri atributları olduğundan, yuxuda birinci tez-tez ikincini əvəz edir və hərdən
seksual təsəvvürlər kompleksini «yemək» kompleksinə daşıyır. Qadın şlyapası, demək olar ki,
həmişə kişi cinsiyyət orqanlarını təsvir edir. Kişilərin yuxusunda qalstuk çox zaman penisin
simvolu olur, yalnız uzunsov formada olduğuna görə deyil, həm də «sallandığına» və kişinin
xarakterik atributu olduğuna, qalstuku hər kəs öz arzusuna uyğun seçə bildiyinə görə – bu
simvolun əsil mahiyyətinə görə azadlıq qətiyyən yolverilməzdir. Yuxuda bu simvoldan istifadə
edənlərin adətən böyük qalstuk kolleksiyası olur və onları tez-tez dəyişirlər85. Yuxuda bütün
mürəkkəb maşın və cihazlar əsas etibarilə cinsiyyət orqanlarıdır, onların təsvirində yuxugörmə
simvolikası son dərəcə ixtiraçıdır. Eyni dərəcədə bir çox landşaftları da bura aid etmək lazımdır,
xüsusilə də meşəylə əhatə olunmuş körpülərin və dağların olduğu mənzərələri. Nəhayət,
müxtəlif anlaşılmaz yeni söz yaradıcılığı cinsi həyatla bağlı bir neçə sözün birləşməsi ola bilər.
Azyaşlı uşaqla əlləşmək, ona fiziki cəza vermək adətən onanistik aktın təsviri rolunu oynamağa
xidmət edir. Bir çox digər, ancaq doğrusu hələ yetərincə yoxlanmamış simvolları müxtəlif
misallarla Ştekel (114) göstərir. Onun fikrincə, sağ və sol tərəf etik baxımdan yozulmalıdır. Sağ
yol hər zaman mömin insanların, sol isə cinayətkarların yoludur. Beləliklə, birinci
homoseksuallığı, pozğunluğu, ikinci isə, nikahı, fahişələrlə cinsi əlaqəni və sairəni əks
etdirməlidir. Hər şey, əlbəttə, yatanın fərdi əxlaqi keyfiyyətlərindən asılıdır (s. 466). Yuxudakı
qohumlar əsasən cinsi hissələrin rolunu oynayır (s. 473). Faytona çata bilməməyi Ştekel yaş
fərqini ört-basdır edə bilməməkdən doğan təəssüf kimi təqdim edir. Səyahətə çıxarkən özünlə
aparmalı olduğun yük insanın boynundakı ağır günah yüküdür. Ştekel yuxuda tez-tez rast gəlinən
rəqəm və tarixlərə də müəyyən simvolik mənalar verir, halbuki bunu sübut etmək çətindir və bu
cür geniş ümumiləşdirməyə tabe olmur, lakin bu cür yozum ayrı-ayrı hallarda həqiqətən doğru
ola bilər. B.Ştekelin bu yaxınlarda çapdan çıxan və istifadə edə bilmədiyim «Yuxugörmənin dili»
kitabında (s. 72) daha çox işlənən seksual simvolların siyahısı var ki, bu da bütün seksual
simvolların biseksual mənada işləndiyinin sübutudur. «Elə bir simvol yoxdur – nə qədər ki
fantaziya heç olmasa qismən buna yol verir – həm kişilərə, həm də qadınlara aid edilə bilməsin!»
Bu «nə qədər ki» Ştekelin iddiasını xeyli dərəcədə məhdudlaşdırır, çünki məhz fantaziya buna
hər zaman yol vermir. Lakin mən onu da əlavə etməyi zəruri hesab edirəm ki, Ştekelin fikri geniş
müxtəlifliyin etirafı qarşısında uzaq plana keçməlidir. Kişi və qadın cinsiyyət orqanlarını bu qədər
sıx-sıx təsvir edən simvollardan əlavə, daha çox, yaxud müstəsna dərəcədə bir cinsə uyğun gələn
rəmzlər də mövcuddur; elələri də var ki, mənaları yalnız ya kişiyə aiddir, ya da yalnız qadına.
Uzunsov predmetlərdən qadın cinsiyyət orqanlarının, içiboş (yeşiklər, qutular və s.) şeylərdən isə
kişi cinsiyyət orqanlarının simvolu kimi istifadəyə fantaziya yol vermir. Yuxugörmənin və qeyri-
şüuri fantaziyanın seksual simvollardan biseksual mənada istifadəyə meyilli olması arxaik
xarakter daşıyır, çünki cinslərin fərqi uşaqlara məlum deyil, odur ki, eyni cinsi orqanları hər iki
cinsə aid edir.
Mən burada belə simvolikalara aid yalnız bir neçə yuxugörmə misal gətirəcəyəm; bu
misallar simvolika haqqında təlimdən imtina edərək yuxuların yozumunun mümkünsüzlüyünü
göstərdiyi kimi, onun bir çox hallarda ilk plana çəkilməsini də israr edir.
Yuxuda gördüyü şlyapa ilə bağlı heç bir fikrə gələ bilmədiyindən ona deyirəm: «Şlyapa,
çox güman ki, ortası yuxarı qalxmış və kənarları aşağı sallanmış kişi cinsi orqanıdır». Hər iki
tərəfinin bərabər uzunluqda olmamasını yozmaqdan qəsdən yayınıram; amma adətən düzgün
yozuma aparan yol belə təfərrüatlardan keçir. Mən davam edirəm: əgər onun ərinin belə yaxşı
cinsi orqanı varsa, onda zabitlərdən qorxmağına dəyməz, həm də öz fobiyasına görə, təkbaşına
küçəyə çıxmır. Qorxunun bu cür izahını mən ona əvvəllər də dəfələrlə başqa materialla bağlı
verə bilərdim.
Şlyapa bir simvol olaraq bu yuxu haqqında məlumata qədər də məlum idi. Daha az şəffaf
olan digər mənbələrdən əmin oldum ki, şlyapa qadın cinsiyyət orqanlarının da simvolu ola bilər.
«Onun anası onun qızını harasa göndərir ki, o, tək getsin. Sonra o, anasıyla dəmir yolu ilə
gedərkən qızının düz relslərə doğru qatarın altına getdiyini görür. O, sümük xırçıltısı eşidir (bu
zaman xoşagəlməz nəsə hiss edir, ancaq bu dəhşət deyil). O, hissələrini görmək üçün vaqonun
pəncərəsindən arxaya baxır və körpəni tək qoyduğu üçün anasını qınayır».
Analiz. Bu yuxunun tam yozumu çox çətindir. O, digər yuxugörmələrin bütöv bir
silsiləsinə daxildir və ola bilər ki, yalnız onlarla birlikdə tam olaraq yozulsun. Burada xüsusilə
çətin olan simvolikanı müəyyən etmək üçün zəruri olan materialı əlahiddə şəkildə ayırmaqdır.
Pasiyent qadın dəmir yolu ilə gedişini əsəb klinikasından qayıtmasıyla özü uyğunlaşdırır,
deyəsən, onun rəhbərinə də vurulub. Ora onun ardınca anası gəlib, vağzaldan onu yola salmağa
isə həkim də gəlib və bir dəstə çiçək gətirib; anasının bu iltifata şahid olması onu açmayıb.
Beləliklə, burada anası onun sevgi səylərinin pozucusudur; analoji rolu o, həqiqətən
pasiyentimin gəncliyində də oynayıb. Sonrakı fikir yola aiddir. O dönüb baxır ki, arxada hissələrin
görünüb-görünmədiyinə əmin olsun. Yuxuda, yəqin ki, söhbət qatarın vurduğu qızın bədəninin
qalıqlarından gedir. Ancaq onun fikirləri iki istiqamətdədir. O xatırlayır ki, bir dəfə atasını
arxadan lüt görüb, cinsi fərqlər haqqında danışır və kişilərdə cinsi orqanın arxadan da
göründüyünə, qadınlarda isə görünmədiyinə işarə edir. Bununla əlaqədar olaraq, o özü yuxunu
belə yozur ki, balaca qız cinsi orqanları ifadə edir, onun öz qızı isə (onun 4 yaşında qızı var) onun
öz cinsiyyət orqanlarını. O, anasını qınayır ki, ondan sanki ümumiyyətlə, cinsi orqanları yoxmuş
kimi yaşamasını tələb edir və bu qınağın ifadəsini yuxunun birinci hissəsində tapır: anası onun
balaca qızını harasa göndərir ki, o tək getsin. Onun düşüncəsinə görə, küçəylə tək getməyin
mənası belədir: kişisi olmamaq, cinsi yaxınlıq etməmək (coire – birlikdə getmək), o isə buna
qadir deyil. Onun dediyinə görə, uşaqlıqda atası ona açıq-aşkar üstünlük verdiyindən həqiqətən
anasının qısqanclığından əziyyət çəkib. «Balaca uşaq» haqqında cinsiyyət orqanlarının simvolu
kimi (kişi və qadın) artıq Ştekel ümumişlək nitq ifadələrinə istinad edərək bəhs edib («Yuxuların
yozumu haqqında oçerklər» «Jahrbuch flir psychoa-nalyt. und psychop. Forsch. T. I, 1909, s. 473.
Orada (s. 475) (impotent) kişini simvolizə edən ortasında lələyi əyri durmuş şlyapa haqqında
yuxudan bəhs edilir).
Bu yuxunun daha dərin yozumu həmin gecə görülən başqa bir yuxudan gəlir, həmin
yuxuda o, qardaşıyla özünü eyniləşdirir. Uşaqlıqda o doğrudan da oğlana oxşayırmış və ona tez-
tez deyirmişlər ki, heyif, səndən yaxşı oğlan olardı. Bu identifikasiya ilə əlaqədar olaraq, «balaca
uşağın» cinsi orqanlar mənasına gəldiyi tamamilə aydın olur. Cinsiyyət orqanıyla oynadığı üçün
anası ona axtalayacağı ilə hədələyir; beləliklə, identifikasiya göstərir ki, uşaqlıqda o özü də
onanizmlə məşğul olub, ancaq bu onun yaddaşında qardaşıyla bağlı qalıb. Kişi cinsiyyət
orqanlarının görünüşü ilə sonradan unudulan tanışlıq ikinci yuxuya əsasən erkən uşaqlıq
dövrünə aiddir. İkinci yuxu həm də guya qızların axtalanmış oğlanlar olduqları barədə uşaq
seksual nəzəriyyəsini əks etdirir.
Beləcə, birinci yuxuda qız uşağının harasa göndərilməsi də axtalama hədəsinə aiddir.
Bundan başqa, onu oğlan doğmadığı üçün anasına qarşı qəzəblidir.
Bu yuxudan «basıb əzmənin» cinsi əlaqə olduğu aşkar olmasa da, bir çox yuxularda bu
təsdiq olunur.
Birinci şaxtadakı uzunsov platformanı və ikinci şaxtanı o, bioqrafik baxımdan izah edir. Bir
vaxtlar o, cinsi əlaqədə olub, sonra dayandırmaq məcburiyyətində qalıb və indi müalicənin
köməyilə yenidən başlamağa ümid edir. Yuxunun sonu o qədər də aydın deyil.
4. Şəxslərlə simvolizə olunan kişi, landşaftlarla simvolizə olunan qadın cinsi orqanları (Əri
gözətçi işləyən sadə qadının yuxusu. B. Dattner məlumat verib).
… Evə kimsə girir və o, qorxaraq gözətçini çağırır. Ancaq o, oğrularla birlikdə bir neçə
pillədən keçərək (kotius simvolu) sakitcə kilsəyə gedir (uşaqlıq yoluna); kilsənin arxasında dağ
(qasıq), yuxarıda isə sıx meşəlik (qasığın üzərindəki tüklər) var. Gözətçinin başında dəbilqə,
əynində cübbə (cübbəli iblislər, mütəxəssislərin dediyinə görə, həmişə fallik (fallos – kişi tənasül
aləti) xarakteri daşıyır) var; onun böyük kürən saqqalı var. Onunla birlikdə gedən oğrular uzun
kisəyəbənzər döşlüklər (xayalığın iki hissəsi) taxıblar. Kilsədən dağa yol var. Yolun hər iki tərəfi
otluq və kolluqdur və getdikcə qalınlaşaraq, dağın zirvəsində qalın meşəliyə çevrilir.
«Pilləkənlə balaca bir qızın dalınca aşağı yüyürürəm, mənə nəsə etdiyi üçün onu
cəzalandırmaq istəyirəm. Aşağıda kimsə (yetkin qadındır?) qızı saxlayır; mən onu tuturam, ancaq
bilmirəm ki, vururam, ya yox, çünki qəflətən pilləkənin ortasına düşürəm və qızla cinsi əlaqədə
oluram (sanki havada). Əslində buna heç cinsi əlaqə də demək olmaz: mən yalnız penisimlə onun
cinsi hissələrinə toxunuram və bu zaman arxaya əyilmiş baş görürəm. Kotius zamanı özümdən
sol tərəfdə (yenə də sanki havada) iki kiçik şəkil görürəm, şəkillərdə yaşıllıqla əhatə olunmuş ev
təsvir olunub. Daha kiçik olan birində rəssamın imzasının yerinə mənim adım yazılıb, guya tablo
mənə doğum günümdə hədiyyə olunub. Tabloların önündən kağız da asılıb və onlarda daha ucuz
tablolar almağın mümkünlüyü barədə yazılıb; (sonra tutqun şəkildə özümü görürəm, guya
pilləkənin yuxarı meydançasında yataqdayam) və pollyusiyadan (Pollyusiya – kişilərin yuxuda
sperma ifraz etməsi) islandığımı hiss edib oyanıram».
Yozum. Yuxugörmədən əvvəlki gün pasiyent kitab mağazasında olub və orada yuxuda
gördüyü süjetə uyğun tablolara baxıb. Kiçik tablolardan biri onun xüsusilə xoşuna gəlib və
yaxınlaşaraq tamamilə tanımadığı rəssamın adını oxuyub.
Elə həmin axşam bir cəmiyyətdə olarkən öz nikahdankənar uşağını pilləkəndə doğmasıyla
fəxr edən bir qulluqçu barədə eşidib. Bu qeyri-adi hadisənin detallarıyla maraqlanaraq öyrənib
ki, qulluqçu öz pərəstişkarıyla birlikdə valideynlərinin evinə yollanıb, orada rahatlıq
olmadığından ehtirasları coşan pərəstişkar kotiusu birbaşa pilləkəndə həyata keçirib.
İki tablonun real mənasından əlavə, simvolik mənalarının da olması barədə daha bir neçə
söz: bu artıq yuxugörənin iki tablo – biri böyük, digəri balaca – görməsindən aydın olur və iki
qadına – biri yetkin, bir də qızcığaz – analojidir. «Daha ucuz şəkillər almağın mümkünlüyü» isə
fahişəliklə bağlı təsəvvürə gətirib çıxarır.
Əminliklə demək olar ki, seksual təzahürlərin və istəklərin təsvirinə aidiyyəti olmayan heç
bir təsəvvür dairəsi yoxdur.
Bu fəsli öz onanistik vərdişlərini qadınla yaxınlığa dəyişən cavan bir kimyaçının yuxusu ilə
yekunlaşdırıram.
II Yuxugörmə. O, ailəsilə birlikdə X. adlı yerdədir. Saat on ikinin yarısında bir xanımla
görüşü var, ancaq düz on ikinin yarısında oyandığından öz-özünə deyir: «Artıq gecdir, mən gedib
çatanadək birin yarısı olacaq». Bu zaman bütün ailənin bir yerə toplanıb nahar etdiyini görür;
anasıyla qulluqçunu şorba boşqabıyla daha aydın görür. Düşünür: «Bir halda ki, artıq nahardır,
çətin çıxa biləm».
Analiz. Şübhə yoxdur ki, birinci yuxu da gözlənilən görüşlə bağlıdır. Onun izahat verdiyi
tələbə olduqca murdar bir subyektdir; ona deyir: «Bu doğru deyil, ona görə ki, maqnezium hələ
qətiyyən olmayıb». O da sanki bunun ona heç bir dəxli yoxmuş kimi cavab verir: «Qoy düz
olmasın». Bu tələbə yəqin ki, onun özüdür; o öz analizinə də, həmin sintez qədər laqeyddir.
Digər tərəfdən, analiz (sintez) onun özüylə aparılır. Söhbət müalicənin uğurundan gedir. Yuxuda
ayaqlar yuxugörmə ərəfəsindəki axşamı xatırladır. O, bir xanımla rəqs edirmiş, onu özünə necə
möhkəm sıxıbsa, qadın hətta bir dəfə çığırıb. Onun ayaqlarına toxunarkən, qadının müsbət
cavabını hiss edib. Beləliklə, bu situasiyada qadın retortadakı maqneziumdur, onunla işlər yoluna
düşür. Mənə qarşı münasibətdə o, qadınsayağıdır, qadına münasibətdə isə qız kimidir. Əgər
qadınla məsələ yoluna qoyulsa, müalicə də qaydasında olacaq. Ayaqların və bütün bədənin
əllənməsi onanizmə və əvvəlki günün yorğunluğuna işarədir. Görüş doğrudan da on ikinin
yarısına təyin olunub. Onun arzusu bu saatı yatıb yuxuya qalmaq və adət etdiyi ev şəraitində
qalmaqdır, bu (yəni onanizmlə məşğul olmaq) onun müqavimətinə uyğundur.
Yuxunun fikir və məzmunu qarşımızda eyni məzmununun iki müxtəlif dildə olan iki təsviri
kimi dayanır, yaxud yuxugörmənin məzmunu bizə fikirlərin başqa dilə tərcüməsi şəklində təqdim
olunur; bu dilin işarə və qanunlarını bu tərcüməylə orijinalı qarşılaşdıraraq öyrənəcəyik.
Yuxugörmənin fikirləri bizə onları öyrənən kimi, heç bir izahatsız-filansız məlum olur. Məzmun
sanki heroqliflərdən ibarətdir, onun ayrı-ayrı işarələri fikirlərin dilinə tərcümə olunmalıdır. Biz bu
işarələri daxili mənasına görə yox, onların aydın mənaları əsasında oxumaq istəyəndə, şübhəsiz,
yanılırıq. Təsəvvür edək ki, qarşımızda rebus var: damında qayıq olan ev, sonra ayrı-ayrı hərflər,
sonra qaçan adam, onun başının yerində isə apostrof var və s. İlk baxışdan biz bu mənzərəni və
onun ayrı-ayrı elementlərini mənasız hesab etmək istəyirik. Qayığı evin damına qoymurlar,
başsız adam isə qaça bilməz; bundan başqa, şəkildəki adam evdən yuxarıdadır, əgər şəkil
bütövlükdə mənzərəni əks etdirirsə, təbiətdə heç vaxt görmədiyimiz hərflərin bura nə dəxli var?
Rebusun düzgün tədqiqi yalnız bütövün hamısına və onun ayrı-ayrı hissələrinə qarşı bu cür
tələblər qoymadığımız, onun hər biri elementini təsvir olunmuş predmetlə hər hansı qarşılıqlı
əlaqədə hər hansı heca və ya sözlə əvəzləməyə çalışdığımız təqdirdə mümkündür. Bu zaman
alınan sözlər artıq absurd deyil, onlar öz aralarında birləşərək gözəl və dərin mənalı kəlamlar
yarada bilirlər. Yuxugörmə də belə bir rebusdur və sələflərimiz həmin rebusu taparkən ona
rəssamın kompozisiyası kimi baxmaqla səhvə yol veriblər. Buna görə də, o təbii olaraq hər cür
mənadan məhrum absurd kimi görünüb.
Yuxu zamanı yuxugörmədən əvvəlki psixi durumu necə təsəvvür etmək lazımdır? Fikirlər
bir-biriylə yanaşıdırmı, yoxsa bir-birinin ardınca meydana çıxır, ya da nəhayət, fikirlərin eyni
andakı müxtəlif gedişi eyni mərkəzdən yönəldilir və sonra birləşir? Mənə elə gəlir ki,
yuxugörmələrin əmələ gəlməsi zamanı psixi durum haqqında biz qətiyyən özümüzdə plastik
təsəvvür yaratmamalıyıq. Yalnız bir şeyi unutmamalıyıq ki, burada söhbət qeyri-şüuri
təfəkkürdən gedir və proses özü bizim öz şüurlu, qərəzli təfəkkürümüzdə müşahidə etdiyimizdən
çox-çox asanlıqla tam başqalaşa bilir.
Yuxugörmənin arxasında gizlənən aşkar olunmuş fikirlərdən yalnız az bir hissəsinin onda
olduğunu fərz etsək, onda sıxlaşmanın kənar etmə yoluyla gerçəkləşdiyini təsdiqləmək lazımdır:
yuxugörmə dəqiq tərcümə, yaxud fikirlərin proyeksiyası deyil, onların natamam və qeyri-
müəyyən şəkildə əks olunmasıdır. Tezliklə bu fikrin, şübhəsiz, doğru olmadığını öyrənəcəyik.
Ancaq hələlik onun üzərində dayanaq və öz-özümüzdən soruşaq: əgər yuxunun məzmununa
fikirlərin çox az elementi düşürsə, o halda bu seçimi hansı şərtlər müəyyən edir?
Ancaq yalnız «Botanika monoqrafiyası» mürəkkəb təəssüratı deyil, onun hər bir elementi
də – «botanika» və «monoqrafiya» da ayrı-ayrılıqda müxtəlif birləşmələrin vasitəsilə
yuxugörmənin fikir «şəbəkəsinin» dərinliyinə daxil olur. «Botanikaya» professor Gertnerin
şəxsiyyəti, onun işıq saçan arvadı, mənim Flora adlı pasiyentim və unudulmuş çiçəklər barədə
danışdığım əhvalatın aid olduğu xanım haqqında xatirələr aiddir. Gertner bizi yenidən
laboratoriyaya və Köniqşteynlə söhbətə gətirir; hər iki pasiyentlə bağlı xatırlamalar da bu
söhbətə aiddir. Fikirlərin gedişatı çiçəkli xanımdan arvadımın sevimli çiçəklərinə istiqamətlənir,
digər tərəfdən həmin fikirlər mənim bu ərəfədə gördüyüm kitabın – monoqrafiyanın adına doğru
gedir. Bundan başqa, «botanika» anlayışı bir gimnaziya epizodunu və universitetdəki imtahanı
xatırladır, söhbət zamanı mənim maraqlarım barədə toxunduğumuz mövzu isə sevimli tərəvəzim
ənginar vasitəsilə unudulmuş çiçəklərdən gələn fikirlərin gedişinə bağlanır. «Ənginarların»
arxasından xatirələr üzə çıxır, bir tərəfdən İtaliya haqqında, digər tərəfdən mənim kitablara
məhəbbətimi ifadə edən həmin uşaqlıq epizodu haqqında. «Botanika» anlayışı, beləliklə,
yuxarıda sözügedən söhbətlə birbaşa bağlı olan çoxsaylı fikir zəncirinin kəsişdiyi ən yüksək düyün
nöqtəsini təqdim edir.
İbtidai araşdırma belə bir təəssürat yaradır ki, guya «botanika» ilə «monoqrafiya»
elementlərini yuxugörmənin məzmunu ona görə qavrayıb ki, onlar yuxugörmənin arxasında
gizlənən fikirlərin əksəriyyəti ilə daha çox təmas nöq-tələri aşkar edir, yəni fikirlərin
əksəriyyətinin kəsişdiyi düyün nöqtəsi yaradır, ya da, yenə də başqa cür desək, onlar yuxunun
yozumuna münasibətdə «çoxmənalıdır». Bu izahatın əsasında olan durum bəlkə də başqa
şəkildə ifadə olunub: yuxugörmənin məzmununun hər bir elementi müxtəlif şəkildə şərtləşdirilir,
determinasiya olunur, yəni yuxugörmənin arxasında gizlənən fikirlərdə xeyli sayda müvafiq
nöqtələrə malik olur.
Əgər yuxugörmənin digər tərkib hissələrinin ideya mənbələrini izləsək, daha çox öyrənə
bilərik. Mənim vərəqlədiyim rəngli cədvəllər yenə də yeni mövzuya aiddir: araşdırmalarımın
həmkarlarım tərəfindən tənqid olunmasına və artıq yuxuda təqdim olunan maraqlarıma; bundan
əlavə, həm də şəkilli kitabı məhv etdiyim uşaqlıq xatirələrimə. Qurudulmuş bitki nüsxələri
herbari ilə bağlı gimnaziya epizoduna aiddir. Beləcə, mən yuxugörmənin məzmunu ilə onun
arxasında gizlənən fikirlərin qarşılıqlı əlaqəsinin necə olduğunu görürəm: yuxugörmənin
elementləri yalnız fikirləri müxtəlif yollarla determinasiya etmir, yuxugörmənin ayrı-ayrı fikirləri
də müxtəlif elementlərlə təqdim olunur. Yuxugörmənin bir elementindən assosiativ yol bir neçə
fikrə, bir neçə fikirdən də yuxugörmənin bir neçə elementinə aparır. Sonuncu ona görə bu
şəkildə yaranmır ki, əhali öz nümayəndələrini seçdiyi kimi, ayrıca bir fikir və ya fikirlər qrupu
yuxugörmənin bir hissəsini, növbəti fikir isə növbəti hissəsini verir, əksinə, yuxugörmənin bütün
fikir kütləsi məlum emal prosesindən keçir və bundan sonra daha qabiliyyətli elementlər
yuxugörmənin məzmununa daxil edilmək üçün seçilir. Hansı yuxunu bu cür hissələrə ayırıramsa-
ayırım, yuxugörmənin həmişə bütün fikir kütləsindən yaranmasının və onların hər birinin
müxtəlif yollarla fikirlərin ümumi kompleksində determinasiya olunmasının elementlərinin
təsdiqini tapacağam.
Yuxunun məzmunu ilə onun arxasında gizlənən fikirlərin qarşılıqlı əlaqəsini bu əlaqənin
son dərəcə məharətlə hörülmüş yeni örnəyi üzərində təsdiqləməyi zəruri sayıram. Yuxunu mənə
klaustrofobiyadan (qapalı yerlərdən qorxma) əziyyət çəkən pasiyentlərimdən biri danışıb. Bu
maraqlı yuxunu niyə «Gözəl yuxu» adlandırdığımı irəlidə biləcəyik.
«O, çoxlu adamla birlikdə X. küçəsilə gedir, küçədə kiçik bir karvansara var (həqiqətdə bu
doğru deyil). Karvansarada tamaşa göstərirlər, o gah tamaşaçı olur, gah da aktyor. Nəhayət,
şəhərə qayıtmaq üçün paltarlarını dəyişməli olur. Heyətin bir hissəsi parterə, bir hissəsi də yuxarı
yarusa çıxır. Dava düşür. Yuxarıda duranlar aşağıdakıların hazır olmamasına hirslənirlər və ona
görə çıxa bilməzlər. Onun qardaşı yuxarıda, özü isə aşağıdadır, onu itələdiklərinə görə qardaşına
hirslənir. (Yuxugörmənin bu hissəsi bir qədər dumanlıdır). Karvansaraya gəlməmişdən kimin
yuxarıda, kimin aşağıda olacağı qərarlaşdırılıbmış. Sonra təkbaşına həmin X. küçəsilə dağa qalxır,
o çətinliklə və ağır-ağır gedir, yerindən tərpənə bilmir, bir cənab ona yaxınlaşır və İtaliya kralını
söyməyə başlayır. Dağın zirvəsinə yaxınlaşanda getmək qat-qat asanlaşır».
Qalxmağın çətinliyi o dərəcədə aydın olub ki, oyandıqdan sonra bu hissi yuxuda, yoxsa
ayıqlıqda keçirdiyinə bir neçə dəqiqə şübhə edib.
Aşkar məzmununa əsasən bu yuxunu tərifləmək mümkün deyil. Adətimə xilaf olaraq
onun yozumuna yatana daha aydın görünən yerdən başlayacağam.
Pasiyentimin gördüyü çətin qalxma və təngnəfəslik onda həqiqətən bir neçə il əvvəl
olmuş simptomdur. Həkimlər bu simptomu digər hallarla birlikdə vərəm xəstəliyinə (çox güman
ki, isterik əsasda stimullaşan) aid ediblər. Biz artıq exshibisionist yuxulardan bağlılıqla bağlı
özünəməxsus duyğu ilə tanışıq və burada yenidən görəcəyik ki, onlar daim ortada olan material
kimi, istənilən digər təsvirin yaradılmasında iştirak edir. Yuxugörmənin dağa qalxmanın əvvəldə
nə qədər çətin olduğunu, sonda isə xeyli asanlaşdığını göstərən hissəsi mənə A.Dodenin
məharətlə qələmə aldığı «Safo»nun giriş hissəsini xatırlatdı. Orada cavan bir oğlan pilləkənlə
əvvəlcə ona quş kimi yüngül gələn sevgilisini qaldırır; bu səhnə Dodenin gənclərə aşağı
təbəqədən və şübhəli keçmişi olan qızlara ciddi yanaşmamaqla bağlı xəbərdarlığını simvolizə
edir. Mən pasiyentimin bir aktrisayla əlaqəsi olduğunu və yalnız bu yaxınlarda ondan
uzaqlaşdığını bilsəm də, hər halda, yozumumun doğru olacağına ümid edirəm. Bundan əlavə, biz
“Safo”da yuxugörmənin əksini müşahidə edirik; yuxugörmədə qalxma əvvəlcə çətin olur,
sonradan asanlaşır: romanda isə o əvvəldə yüngül, sonda isə ağır yük olması halında simvolikaya
xidmət etmiş olur. Mənimçün təəccüblü olsa da, pasiyentim bu yozumun yuxudan əvvəlki axşam
teatrda baxdığı pyesin məzmununa uyğun olduğunu söyləyir. Pyes «Vyananın seyri» adlanır və
yaxşı ailədə tərbiyə olunan, sonra yüksək cəmiyyətə düşən, yüksək vəzifəli şəxslərlə əlaqələr
quran, «əvvəlcə yüksələn və nəhayət, düşən» bir qızın həyatından bəhs edirmiş. Pyes ona bir
neçə il qabaq gördüyü «Pillələrdən pilləyə» adlı başqa bir tamaşanı xatırladıb. Analizə davam
edək. X. küçəsində onun sonuncu əlaqədə olduğu aktrisa yaşayırmış. Həmin küçədə karvansara
yoxdur, ancaq həmin xanıma görə yayın bir hissəsini Vyanada keçirəndə onun evinin
yaxınlığındakı kiçik mehmanxanada qalırmış. Mehmanxanadan gedərkən faytonçuya deyib:
«Şadam ki, orada heç olmasa həşəratlar görmədim». (Bu da onun fobiyalarından biridir).
Faytonçu cavab verib: «Siz orada necə qalmısınız? Ora ki mehmanxana yox, əməlli-başlı
karvansaradır!» Karvansara ilə bağlı o dərhal Ulandın bir şerini xatırlayır:
Şeirdəki sahib böyük və qəşəng alma ağacıdır. Bunun ardınca dərhal «Faust»dan bir yer
yadına düşür:
Faust:
Gözəlçə:
Burada alma və alma ağacı adı altında nəyin nəzərdə tutulduğuna zərrə qədər şübhə
yoxdur. Aktrisanın mənim pasiyentimi özünə bağlamasında onun gözəl döşlərinin də rolu böyük
olub.
Bu yuxunun hansısa uşaqlıq təəssüratına aid olduğunu düşünməyə tam əsasımız var.
Əgər bu doğrudursa, onda pasiyentimin hazırda əlli yaşı olacaq dayəsinə aid ola bilər. Dayə də
Dodenin «Safo»su kimi bu yaxında atdığı sevgilisinə eyhamdır.
Yuxuda pasiyentin qardaşı (böyük) da peyda olur; o yuxarıda, pasiyentim isə aşağıdadır.
Bu yenə də əsl gerçəkliyin «çevrilməsidir», çünki bildiyim qədərilə, onun qardaşı öz sosial
mövqeyini itirib, pasiyentimin isə əla reputasiyası var. Bu «çevrilmənin» xüsusi mənası var. Onun
yuxugörmənin məzmunu və fikirlərilə digər qarşılıqlı münasibət baxımından anlamı var. Onun bir
də harada qarşıya çıxdığını artıq xatırlamışıq: yuxunun sonunda yüklə bağlı məsələ «Safo»
romanındakının əksidir. «Safo»da kişi onunla cinsi münasibətləri olan qadını aparır;
yuxugörmədəki fikirlərdə isə, əksinə, qadın kişini aparır və bir halda ki, bu hal yalnız uşaqlığa aid
edilə bilər, onda bu öz yetişdirməsini çətinliklə aparan dayəyə aiddir. Beləliklə, yuxunun sonunda
yenə də Safo və dayə haqqında təsəvvürlər birləşir.
Dode «Safo» adını onu məşhur peyğəmbərlə əlaqələndirmək üçün seçdiyi kimi,
insanların bir qisminin yuxarıda, bir qisminin isə aşağıda olduğu yuxular da mənim pasiyentimi
həm də nevroz halıyla şəksiz əlaqədə olan boğulmuş instinktlər kimi məşğul edən seksual
xarakterli fantaziyalara işarə edir. Yuxu uşaqlıq macəralarıyla bağlı xatirələri deyil, məhz bu
fantaziyanı təsvir etdiyindən yozum da öz-özlüyündə onları aşkara çıxara bilmir; onları bizə yalnız
fikirlərin məzmunu verir və mənalarını müəyyənləşdirməyə şərait yaradır. Həqiqi və xəyal edilən
hadisələr yalnız burada – həm də təkcə burada deyil, yuxugörmədən daha əhəmiyyətli psixi
fenomenlər yaradılarkən – bərabər dərəcədə təqdim olunur. Çoxlu adam, artıq bildiyimiz kimi,
sirr anlamındadır; qardaş qadınlarla əlaqəli bütün rəqiblərinin əvəzedicisi kimi nəsə başqa bir
şeydir; bunun başqa biri deyil, məhz qardaş olması yenə də yuxunun uşaqlıq xatirələrilə qarşılıqlı
əlaqəsilə izah olunur. İtaliya kralını söyən cənabla bağlı epizod təzə və öz-özlüyündə indifferent
təəssürat vasitəsilə yenə də aşağı zümrədən olan şəxslərin yüksək cəmiyyətə daxil olmasına
aiddir. Görünür, Dodenin gənclərə etdiyi xəbərdarlıq südəmər körpəyə olunan analoji
xəbərdarlıqla yanaşı qoyulur.
II. Yuxunun məzmunu: qadın xatırlayır ki, onda qutuda iki may böcəyi var, onları azad
etməsə, boğula bilər. O, qutunu açır, böcəklər tamamilə gücdən düşüb; onlardan biri açıq
pəncərədən bayıra uçur, digəri isə pəncərəni bağlayarkən ramanın arasında qalıb əzilir,
pəncərəni bağlamağı kimsə ondan tələb edir.
Analiz: Onun əri çıxıb gedib, yanında 14 yaşlı qızı yatır. Axşam qız ona stəkandakı suyun
içərisinə kəpənək düşdüyünü göstərib, ancaq o, kəpənəyi çıxarmağı unudub və səhər zavallı
həşəratın halına acıyıb. Yatmazdan qabaq oxuduğu romanda oğlan uşaqlarının pişiyi qaynar suya
atmasından və pişiyin çəkdiyi əzablardan bəhs edilirmiş. Yuxugörmə bax bu iki indifferent
səbəbdən yaranıb. Heyvanlara qarşı qəddarlıq mövzusu onu maraqlandırır. Bir neçə il bundan
öncə o, bağda yaşayarkən qızı da heyvanları eyni qəddarlıqla incidərmiş. Bir dəfə iynəyə
keçirilmiş kəpənəyin otaqda uçduğunu görüb; başqa bir vaxt qız bir neçə tırtılı acından ölməyə
məcbur edib. Bu qızın erkən uşaqlıq çağında böcək və kəpənəklərin qanadlarını qoparmaq kimi
axmaq adəti varmış. Hazırda o, əlbəttə, belə qəddar hərəkətlər etmir və çox mehribandır.
Bu ziddiyyət onu maraqlandırır; bu ona Eliotun91 «Adam Bed» romanında təsvir olunan
zahirlə fikir obrazı arasındakı digər ziddiyyəti xatırladır. Gözəl, şöhrətpərəst və səfeh bir qızın
yanında eybəcər, amma nəcib olan başqa bir qız. Səfehi yoldan çıxaran aristokrat, təbiətcə və
hərəkətlərinə görə nəcib fəhlə. Qəlbin nəcibliyini insanda dərhal görmək olmur. Onun hissi
məmnuniyyətsizlikdən əziyyət çəkməsi kimin ağlına gələr?
Elə həmin il qız yaşadıqları yerdə kəpənək kolleksiyası toplayarkən may böcəklərinin
çoxluğundan möhkəm əziyyət çəkib. Uşaqları həşəratları topa-topa öldürürmüşlər. O özü mayda
doğulub, mayda da ərə gedib. Toyundan üç gün sonra valideynlərinə çox xoşbəxt olduğu barədə
məktub yazsa da, əslində bu doğru olmayıb.
Qızlarından biri Mopassanın axmaq kitabını oxuduğuna görə, o özünü qınayır. Qızının
istədiyi arsen ona «Nabobe»də qraf de Moranın gənclik qüvvətini qaytaran arsen həblərini
xatırladır.
«Azad etmək» məsələsi onun yadına «Sehrli fleyta»dan bir yeri salır:
Və «Tangeyzer»dən: «Sən çox ziyanlı ehtirasın təsiri altındasan…» O çıxıb getmiş ərinə
görə qayğı və qorxu içindədir. Qorxur ki, birdən yolda ona nəsə olar, ağlına cürbəcür şeylər gəlir.
Bundan bir az əvvəl analiz zamanı o özünün qeyri-şüuri fikirlərində onun «taqətsizliyindən»
narazı olduğunu tapıb; yuxusunun arxasında gizlənən arzu, bəlkə də, onda tam aydın olacaq ki,
yuxugörmədən bir neçə gün öncə onda ərinə müraciətlə qəflətən «Özünü as!» fikrinin
yaranmasından qorxduğunu sizə xəbər verəcəyəm. Məlum oldu ki, bundan bir müddət əvvəl o
haradansa oxuyub ki, asılma zamanı güclü ereksiya yaranır. Ereksiya yaratmaq arzusu da onda
belə dəhşətli formada ortaya çıxıb. «Özünü as» o demək imiş ki, «Nəyin bahasına olursa-olsun
ereksiyaya nail ol». Doktor Yenkinsin «Nabobe»dəki arsen həbi də bura aiddir; pasiyentim güclü
aphrodisiacum92un, qabarböcəklərin öldürülməsi vasitəsilə hazırlandığını bilirmiş:
yuxugörmənin əsas tərkib hissəsini də bu fikir təşkil edib.
Pəncərənin açılması və bağlanması onunla əri arasında baş verən dava-dalaşın daimi
səbəblərindəndir. O, pəncərələr açıq olanda yatmağı xoşlayır, əri isə bağlı olanda. Onun son
zamanlar şikayətləndiyi başlıca simptom taqətsizlikdir.
Mən iki və ya daha çox şəxsin fərqli xüsusiyyətlərini yuxuda bir obrazda birləşdirərək
özümçün başqa yolla da kollektiv şəxsiyyət yarada bilərəm. Doktor M.-in obrazı məhz bu yolla
ortaya çıxıb. Mənim yuxumda o, doktor M.-dir, onun kimi danışır və hərəkət edir; ancaq onun
xarakteristikası və xəstəliyi başqa şəxsə, mənim böyük qardaşıma aiddir; yalnız bir cizgi –
sifətinin solğunluğu iki dəfə determinasiya olunub, həqiqətdə o həm buna, həm də digərinə
uyğundur. Əmim haqqında gördüyüm yuxuda analoji kollektiv şəxs doktor R.-dir. Lakin burada
kollektiv obraz yenə də başqa üsulla təşkil olunub. Mən birinə xas olan cizgiləri başqasının
cizgilərilə birləşdirməmiş və bununla da onların hər biriylə bağlı xatirələri ixtisara salmışam,
ancaq Haltonun93 öz ailə portretlərini çəkərkən istifadə etdiyi üsulu tətbiq etmişəm: o, iki şəkli
bir-birinin üstünə çəkir və bu zaman ümumi cizgilər daha parlaq görünürdü, zidd olanlar isə bir-
birini aradan qaldırır və ümumi portretdə aydın görünmürdü. Əmim haqqında yuxuda iki şəxsə
aid fizionomiya seçilir və buna görə də, son dərəcə qeyri-müəyyən, sarı saqqal birləşdirici halqa –
çallıq sayəsində həm mənə, həm də atama aiddir.
Mən digər analizlərdə olduğu kimi, burada da fikirlərin birləşdirilməsi üçün müxtəlif tipli
assosiasiyaların və dəyərlərin tətbiq olunmasının üzərindən keçir və yuxugörmənin
məzmunundakı fikirlərdə amilenin propilenlə əvəz olunması prosesini daha plastik təsvir
etməyin mümkünlüyünə güzəşt etməyə bilmirəm.
Burada məni başa düşməyən, məni məzəmmət edən və mənə amilen qoxuyan likyor
bağışlayan dostum Otto haqqında bir qrup təsəvvür var; ziddiyyət qanununa görə, məni başa
düşən və seksual proseslərin kimyası haqqında məsələlərlə bağlı mənə çoxsaylı dəyərli məlumat
verdiyinə görə minnətdar olduğum dostum Vilhelm haqqında da Otto qrupuyla bağlı olan
təsəvvür qrupu mövcuddur.
«Otto» qrupundan mənim diqqətimi çəkməli olanlar yuxugörməyə səbəb olan yeni
təəssüratlarla şərtlənir; ami-len yuxugörmənin məzmununu müəyyənləşdirən element-lə-rə
aiddir. «Vilhelm» haqqında zəngin təsəvvür qrupu «Otto» qrupu ilə ziddiyyət sayəsində üzə çıxır
və özündən digər qrupdan ayrılan elementlərə analogiya yaradan elementlər ayırır. Mən bütün
yuxu boyu xoşuma gəlməyən şəxsdən ona qarşı qoya biləcəyim digərinə keçirəm. Beləliklə,
«Otto» qrupundakı amilen digər qrupda kimya sahəsilə bağlı təsəvvürü əmələ gətirir; müxtəlif
istiqamətlərdən özünü gücləndirən tritelamin yuxugörmənin məzmununa daxil olur. «Amilen»
də yuxugörməyə düşə bilərdi, ancaq o, «Vilhelm» qrupunun təsirinə məruz qalır; bu adın
arxasında gizlənən xatirələr kompleksindən «amilenə» ikiqat determinasiya verə bilən element
seçilir. Assosiasiya baxımından «propilen» də «amilen» qrupundan uzaq deyil, «Vilhelm»
qrupundan Münhen Propileyalarla ona doğru gəlir. Hər iki təsəvvür qrupu «propilen –
propileya»da kəsişir və bu orta element sanki kompromis yoluyla yuxugörmənin məzmununa
keçir. Beləliklə, burada ümumi orta tərtib olunur və mürəkkəb determinasiyaya yol açır. Çünki
mürəkkəb determinasiya yuxugörmənin məzmununa girişi asanlaşdırmalıdır. Həmin ortanın
yaradılması məqsədilə də fikirlərin həqiqi fikirdən ona yaxın olan assosiasiyaya doğru
yerdəyişməsi baş verir.
Yuxugörmədə sıxlaşma prosesi obyekt olaraq sözləri və adları seçdikdə özünü daha
konkret formada göstərir. Sözlər yuxugörmədə həddən artıq sıx-sıx şeylərin rolunu oynayır və
bununla da həmin birləşmələrə, yerdəyişmələrə, həmçinin sıxlaşmaya məruz qalır və şeylər
haqqında təsəvvürlərə çevrilir. Belə yuxugörmələr nəticəsində biz sözlərin komik və qəribə
kombinasiyalarına rast gəlirik. Bir dəfə pasiyentlərimdən biri mənə göndərdiyi məqaləsində,
mənim düşüncəmə görə, yeni bir fizioloji kəşfin əhəmiyyətini son dərəcə şişirtmiş və onu ən
təmtəraqlı şəkildə tərifləmişdi. Növbəti gecə yuxuma, çox güman ki, həmin məqaləylə bağlı bir
cümlə girdi: «necə də norekdal üslubdur». «Norekdal» sözünün mənasını tapmaqda böyük
çətinlik çəkdim; bu sözün «dəbdəbəli, təmtəraqlı» və sair sözləri parodiya etdiyinə şübhə yox idi,
ancaq haradan qaynaqlandığını demək çətin idi. Lakin bu söz qəflətən şüurumda iki ada
bölündü: İbsenin iki məşhur dramındakı iki ad: Nora və Ekdal. Yuxuda tənqid etdiyim həmin
həmkarım bu yaxınlarda İbsen haqqında kiçik bir məqalə yazmışdı.
II. Qadın pasiyentlərimdən biri mənə mərkəzində mənasız söz kombinasiyaları dayanan
qısa biri yuxu danışmışdı.
«Oma ərilə birlikdə kənddə bayramdadır və deyir: o, ümumi başa «Maistollmutz» ilə
çatacaq. Bu zaman onda dumanlı bir fikir yaranır ki, bu qarğıdalıdan olan xəmir xörəyidir,
polenta (qarğıdalıdan olan italyan xəmir xörəyi) tipində».
III. Bir dəfə dəniz səyahətindən bəhs edən uzun və son dərəcə dolaşıq bir yuxuda gördüm
ki, yaxındakı növbəti dayanacağın adı Gerzinq, ondan sonrakının adı isə Flissdir. Sonuncu
Berlində yaşayan və tez-tez yanına getdiyim dostumun soyadıdır. Gerzinq – bizim Vyananın
şəhərətrafı yollarındakı stansiyaların kombinasiyasıdır, onların hamısının adı, demək olar ki, -inq
və ingiliscə Hearsay (şayiələr) ilə qurtarır ki, bunun da iftira ilə bağlılığı olduğundan
yuxugörmənin indifferent oyandırıcısı ilə – yuxugörmə ərəfəsində «Fliegende Blatter»dən
oxuduğum şeirlə birləşir. «inq» şəkilçisini Fliss adıyla birləşdirəndə qardaşımın həmişə geri
qayıtdığı «Flissinqen» alınır ki, bunun mənası «qızarmaqdır» və məndə tez-tez müalicə olunan
bu cür fobiyalardan əziyyət çəkən pasiyent qadınları, eyni zamanda Bexterevin bu nevroza həsr
olunmuş və məni məmnun etməyən bu yaxındakı məqaləsini yada salır94.
IV. Başqa bir vaxt iki ayrı hissədən ibarət bir yuxu gördüm. Birinci mərkəzi yeri
«avtodidasker» sözü tutur, digəri isə professor N.-i görəcəyimlə bağlı yuxu ərəfəsində məndə
yaranan fikrə aiddir; ona deməliydim ki, «bu yaxında müayinə etdiyiniz pasiyent sizin güman
etdiyiniz kimi, doğrudan da yalnız nevrozdan əziyyət çəkir». «Avtodidasker» sözü özündə yalnız
«qatı fikir» mənasını daşımır, bu fikir həm də mənim professor N.-i məmnun etmək niyyətimlə
sıx əlaqədədir.
Adlarla oyunun başqa, daha dərin mənası da var. O mənim qardaşım üçün xoşbəxt ailə
həyatı arzusunu aşağıdakı şəkildə ifadə edir. Zolanın mahiyyətcə öz fikirlərilə sıx bağlı olan
«L’ouevre»96 romanında müəllif, məlum olduğu kimi, özünü və öz ailə xoşbəxtliyini təsvir edib.
Romanda o, Sando adıyla çıxış edir. Bu adı fikirləşərkən, o çox güman ki, belə edib. Zola soyadını
tərsinə oxuyanda Aloz alınır. Ancaq bu ona çox aydın göründüyündən, həm də Aleksandr
sözünün birinci hecası olan «al»ı həmin adın üçüncü hecası olan «sand» ilə dəyişib və Sando
(fransızca «Sandos») alınıb. Mənim «vtodidasker» sözümdə də məsələ eyni cürdür.
Mənim doktor N.-ə bizim ümumi pasiyentimizin yalnız nevrozdan əziyyət çəkdiyi barədə
xəbər verməli olduğum fikri isə yuxugörməyə bu şəkildə düşüb. İş günümün qurtarmasına az
qalmış yanıma bir pasiyent gəldi, ancaq onun xəstəliyinə dəqiq diaqnoz qoymağa qərar verə
bilmədim. Onda güman etmək olardı ki, onurğasında hər hansı dəyişiklikdən əmələ gələn üzvi
xəstəlikdir, ancaq aşkar əlamətlər yox idi. Nevroz diaqnozu qoymaq çox xoş olar və bütün
şübhələrə son qoyardı. Ancaq bunu edə bilmədim, çünki xəstə hər hansı cinsi anemneziyanın
varlığını qətiyyətlə inkar etdiyindən, mənim dərin inancıma görə, nevroz ola bilməzdi. Nə
edəcəyimi bilmədiyimdən nüfuzu qarşısında həvəslə baş əydiyim həkimi köməyə çağırdım. O
mənim şübhələrimi dinləyib, onlarla razılaşdı, ancaq hər halda dedi: «Pasiyenti müşahidə edin.
Onda hər halda ancaq nevrozdur». Onun nevrozların etiologiyası barədə mənim baxışlarımı
bölüşmədiyini bildiyimdən etirazımı bildirmədim və cavabından razı qalmadığımı sadəcə büruzə
vermədim. Bir neçə gün sonra pasiyentə dedim ki, onunla nə edəcəyimi bilmirəm və başqa
həkimə müraciət etməsini məsləhət bildim. Mənimçün nə qədər təəccüblü olsa da, cavabında o
üzr istəyərək, yalan danışdığını etiraf etdi; o, çox utansa da, öz cinsi həyatı barədə məlumat
verməyə hazır idi. Məlum oldu ki, o həqiqətən cinsi anemneziyadan əziyyət çəkirmiş, bu isə
nevrozu müəyyənləşdirmək üçün zəruridir. Bunu eşidərkən bir tərəfdən məmnun qalsam da,
digər tərəfdən də utandım; etiraf etməliydim ki, məsləhətçim anemneziyanın olmamasından
çaşmadığı üçün məndən daha uzaqgörən imiş. Ona görə də, qərar gəldim ki, onu görəndə
yanıldığımı səmimi şəkildə boynuma alım.
Yuxuda mənim etdiyim də məhz budur. Ancaq bir halda ki mən haqsız olduğumu etiraf
edirəm, burada hansı arzunun gerçəkləşməsindən söhbət gedə bilər? Ancaq mənim arzum elə
budur: mən öz əndişələrimlə bağlı haqsız olmaq istəyirəm, daha dəqiqi, narahatlıqları mənim
yuxumun arxasında gizlənmiş fikirlərə daxil olan arvadımın haqsız olmasını istəyirəm. Yuxularda
«haqlılıq» və «haqsızlığın» aid olduğu mövzu mənim fikirlərimdə həqiqətən mövcud olan
elementdən uzaq deyil. Burada da qadınlardan, daha dəqiqi, cinsi həyatdan gələn üzvi və ya
funksional alternativdən söhbət gedir.
Professor N. bu yuxuda yalnız bu analogiya deyil, həm də mənim haqsız çıxmaq arzum
sayəsində və onun Breslaval ilə yaxın əlaqəsi, ora ərə getmiş xanımla dostluğu nəticəsində deyil,
bizim yuxarıda xatırlatdığım məsləhətləşmədən sonra etdiyimiz kiçik söhbət nəticəsində mühüm
rol oynayır. O öz həkimlik borcunu yerinə yetirərək mənimlə ailəm barədə danışdı. «Neçə
uşağınız var?» – «Altı». – «Oğlan, yoxsa qız?» – «Üç oğlan, üç qız – onlar mənim qürurum və
sərvətimdir». – «Baxın, qızlarla elə də çətin deyil, ancaq oğlanları tərbiyə etmək asan deyil».
Mən onların olduqca sözəbaxan uşaqlar olduqlarını söylədim; çox güman ki, oğullarımın gələcəyi
ilə bağlı bu iki dialoq pasiyentimlə bağlı birinci dialoq qədər mənim az xoşuma gəlib. Bu hər iki
təəssürat öz arasında bir-birini bilavasitə izləməklə bağlıdır və əgər mən nevrozla bağlı hadisəni
yuxuya daxil edirəmsə, o halda yuxugörmənin fikirlərilə daha çox bağlılığı olan tərbiyə haqqında
söhbəti onunla əvəz edirəm, çünki o, arvadımın bir gün əvvəl səsləndirdiyi narahatlıqlara daha
yaxındır. Beləliklə, professor N.-in mənim oğullarımın tərbiyəsinin çətinliyinə dair haqlı
olmasından yaranan əndişə də yuxugörmənin məzmununa daxil olur: o mənim arzumun
təsvirinin arxasında gizlənir ki, mən öz əndişələrimdə haqsız olum. Eyni fikir dəyişməz halda
alternativin hər iki əks tərəfinin təsvirinə xidmət edir.
Yuxugörmələrdəki söz yaradıcılığı paranoyya zamanı baş verən eyni halı xatırladır; onlar
isteriyada da, zəhlətökən təsəvvürlərdə də məlum rolu oynayırlar. Uşaqların bəzən sözlərə, yeni
dillər və süni sözlər yaradan əşyalara dair filoloji fokusları burada həm yuxugörmələr üçün, həm
də psixonevrozlar üçün ümumi mənbə əmələ gətirir.
b) Yuxugörmədəki sıxlaşma prosesi ilə bağlı misalları nəzərdən keçirərkən diqqəti cəlb
edən, böyük ehtimalla, heç də az əhəmiyyətli olmayan digər məqam yerdəyişmənin işidir. Biz
yuxugörmədə onun mühüm tərkib hissələri kimi seçilən elementlərin yuxunun arxasında
gizlənən fikirlərdə qətiyyən eyni rolu oynamadıqlarını görə bilərdik. Əksinə, fikirlərdə üstün
əhəmiyyətə malik olanlar yuxuda ifadə olunmaya da bilər. Yuxugörmə sanki tamamilə başqa cür
qurulur, onun məzmunu əsasını təşkil edən fikirlərdənsə, digər elementlərin ətrafında yerləşir.
Mənə elə gəlir ki, yerdəyişmə prosesində özünü göstərən psixi qüvvənin mahiyyətilə
tanışlıq bizə çətin olmayacaq. Bu yerdəyişmənin nəticəsi yuxugörmənin məzmununun öz
mahiyyəti etibarilə onun arxasında gizlənmiş fikirlərə uyğun gəlməməsi və yuxugörmənin yalnız
həyatın təhrifini qeyri-şüuridə əks etdirməsidir. Yuxugörmənin təhrifedici fəaliyyəti bizə artıq
tanışdır; biz onu bir psixi instansiyanın digərinə münasibətdə tətbiq etdiyi senzura ilə izah
etmişik. Yuxugörmədəki yerdəyişmə prosesi bu cür təhrifin əldə olunması üçün ən başlıca
vasitələrdən biridir. Is fecit, cui profuit97. Yerdəyişmə prosesinin məhz həmin senzuranın təsiri
sayəsində həyata keçdiyini güman edə bilərik. Yuxugörmənin təhrifedici fəaliyyətinin senzuranın
təsiri ilə izahını yuxugörmə nəzəriyyəmin mərkəzi maddəsi hesab etdiyim üçün burada
Linkeusun «Realistin fantaziyaları» kitabından (Vyana, 1890) «Yuxu və ayıqlıq» novellasının
təlimimin dominant cizgisini tapdığım yekun hissəsini sitat gətirəcəyəm: «Yalnız ağıllı yuxular
görmək kimi qəribə qabiliyyəti olan insan haqqında…» «Sənin ayıq ikən düşündüyünü xəyal
etmək kimi qəribə xüsusiyyətin xeyirxahlığın, mehribanlığın, ədalətli olmağın və həqiqətə olan
sevginlə izah olunur: sənin ruhunun mənəvi saflığı mənə hər şeyi izah edir».
«Ancaq yaxşıca düşünsək, – o biri cavab verdi, – mənə elə gəlir ki, bütün insanlar mənim
kimi yaradılıblar, heç kəsin yuxusuna heç vaxt mənasız şeylər girmir. Dəqiq xatırladığın, sonradan
danışa bildiyin və buna görə də, qızdırma sayıqlaması olmayan yuxunun həmişə dərin mənası var
və bunun olmaması mümkün deyil! Çünki bir-birinə zidd olan, ümumiyyətlə, heç vaxt bir
bütövdə birləşə bilməz; yuxugörmənin məkana və zamana münasibətdə yol verdiyi xətalar onun
dərk olunmasına zərrə qədər ziyan vurmur, çünki hər ikisinin onun məzmununu üçün heç bir
əhəmiyyəti yoxdur. Biz ayıq vəziyyətdə də çox vaxt belə edirik. Nağıllar haqqında, təxəyyülün
son dərəcə cəsarətli və dərin mənalı fantaziyaları haqqında fikirləş, yalnız cahil adam onlar
haqqında deyə bilər: «Necə də absurddur, axı bu mümkün deyil!» «Hə, əgər yuxuları həmişə
düzgün yozmaq mümkün olsaydı, onda sənə nə ehtiyac vardı!» – o biri dedi.
«Bu, doğrudan da asan deyil, ancaq yuxugörən bir az diqqətli olsa, öz yuxularını həmişə
yoza bilər. Niyə buna hər zaman nail ola bilmirik? Yuxularınızda həmişə gizli nəsə olur, ona görə
də, onları tez-tez mənasız, bəzən isə tamamilə sarsaq və absurd hesab edirsiniz. Lakin onlar
əsasları baxımından qətiyyən belə deyil; onlar ən azı bir şeyə görə mənasız ola bilməz ki, ayıq
olan da, yuxu görən də həmişə eyni adamdır».
Bu suala belə cavab verməli oluruq ki, yuxugörmə, hər şeydən öncə, fikirlər arasındakı
məntiqi əlaqəni təsvir etmək üçün vasitələrə malik deyil. Analiz bu bağlayıcı birləşmələri əsas
etibarilə kənarda saxlayır və həmin fikirlərin yalnız obyektiv məzmunu üzərində işləyir. Yozum bu
əlaqəni, yuxugörmənin məhv edilmiş fəaliyyətini sonradan bərpa etməlidir.
Bəlkə də, burada mənə etiraz olunacaq ki, yuxugörmə məntiqi əlaqənin təsvirindən
imtina etməməlidir. Axı bir çox yuxular var ki, onlarda ən mürəkkəb əqli əməliyyatlar olur, biz
onlarda ayıq vəziyyətimizdə olduğu kimi, arqumentləşdirmələr və ziddiyyətlər, müqayisələr və
əlaqələr görürük. Ancaq bu yalnız illüziyadır. Belə yuxunu yozduqda görəcəyik ki, bu yalnız
yuxugörmənin materialıdır, onda təsvir olunmuş intellektual iş deyil. Yuxugörmədə xəyali
təfəkkür yalnız fikirlərin məzununu verir, onların təfəkkür tərəfindən qurulmuş qarşılıqlı
əlaqəsini vermir. Buna misallar gətirəcəyəm. Ancaq ən asanı yuxugörmədə müşahidə olunan
bütün danışıqların, dialoq və nitqlərin yatanın yaddaşında mövcud olan danışıq və dialoqlardan
fərqlənmədiyini, ya da çox cüzi fərqləndiyini təsdiq etməkdir. Danışıq çox zaman yuxunun
arxasında gizlənmiş fikirlərə həkk olunmuş hadisəni göstərir. Yuxugörmənin mənası isə tamamilə
fərqli olur.
Mən yuxugörmənin əmələ gəlməsində fikirlərdən sadəcə material çıxaran tənqidi
təfəkkürün də iştirak etməsinə etiraz etməyəcəyəm. Bu amilin təsirini araşdırmamızın sonunda
aydınlaşdıracağam. O zaman görəcəyik ki, təfəkkürün bu işinə səbəb yuxugörmənin arxasında
gizlənən fikirlər deyil, bəlli mənada hazır yuxugörmənin özüdür.
Beləliklə, görürük ki, fikirlər arasındakı məntiqi əlaqə yuxugörmədə xüsusi ifadəsini
tapmır. Məsələn, harada ki yuxugörmədə ziddiyyət var, orada həqiqətən ya ziddiyyət bütün
yuxugörmənin əleyhinədir, ya da hansısa fikrin məzmunundadır; yuxugörmənin arxasında
gizlənən fikirlər arasında ziddiyyətə yalnız yuxugörmədə son dərəcə gizli formadan verilmiş
ziddiyyət uyğun gəlir.
Lakin rəssamlıqda təsvir olunan şəxsin nitqini və duyğularını kağızsız ifadə etmək
mümkün olduğu kimi, yuxugörmə də öz fikirləri arasında özünəməxsus təsvirlərin müvafiq
modifikasiyası vasitəsilə müəyyən əlaqə yaratmağa imkan tapdı. Biz bu zaman müxtəlif
yuxugörmələrin müxtəlif cür etdiyini müşahidə edə bilərik; bir yuxu öz materialının məntiqi
strukturunun yanından keçdiyi halda, digər onu mümkün qədər yaratmağa çalışır. Bu zaman
yuxugörmə ona işləmək üçün təqdim olunan mətndən bu və ya digər dərəcədə uzaqlaşır.
Yuxugörmə arxasında gizlənmiş fikirlərin müvəqqəti əlaqəsi ilə də belə əlaqə qeyri-şüuridə
yarananda bu cür rəftar edir.
Yuxugörmənin fəaliyyəti çətin yaranan məntiqi əlaqəni hansı vasitələrlə əks etdirməlidir?
Mən daha çox müşahidə olunan məntiqi əlaqələrin hər birini nəzərdən keçirməklə bu məsələnin
həllinə yaxınlaşmağa çalışacağam.
Yuxugörmə hər şeydən öncə, arxasında gizlənən fikirlərin bütün elementlərinin ümumi
əlaqəsini nəzərə alır, belə olduğu halda, bütün bu materialı bütöv halda, hansısa situasiya, ya da
hadisə formasında nə birləşdirir. O, məntiqi əlaqəni təkzamanlı formada verir. Bu zaman yenə,
misalçün, filosofları və ya rəssamları eyni Afina məktəbində, yaxud Panasda təsvir edən rəssam
kimi hərəkət edir; onlar, əlbəttə, heç vaxt oralarda olmayıblar, ancaq düşünən baxış üçün,
şübhəsiz, bölünməz bir bütöv təşkil edirlər.
Yuxugörmə də eyni təsvir üsulundan istifadə edir. İki elementi bir-birinin yanında təsvir
edən kimi, bununla da onların fikirlərdəki müvafiq elementləri arasındakı sıx əlaqəni sübut edir.
Bu eynilə bizim məktub sistemimizdəki kimidir: «ab» o deməkdir ki, hər iki hərf bir hecada
tələffüz olunmalıdır; «a» və «b» arasındakı məsafə isə, «a»-nın bir sözün sonuncu hərfi, «b»-nin
isə növbəti sözün birinci hərfi olması fikrini formalaşdırır. Bu kombinasiyası nəticəsində
yuxugörmə materialın istənilən tamamilə ayrı-ayrı deyil, bir-biriylə sıx əlaqədə olan və fikirlərdə
yuxugörmənin əsasını təşkil edən tərkib hissələrindən yaranır.
Səbəb əlaqəsinin təsviri üçün yuxugörmənin sərəncamında mahiyyətcə eyni olan iki üsul
var. Daha çox istifadə olunan təsvir üsulu budur: məhz bu və məhz bu belə olduğundan, məhz
bu və məhz bu da baş verməlidir. Bu üsul o deməkdir ki, səbəb əvvəlcədən nəzərdə tutulmuş
yuxugörmə, sonuncu isə onun əsas hissəsi şəklində təsvir olunur. Əgər səhv etmirəmsə, ardıcıllıq
tərsinə də ola bilər, ancaq nəticə yuxugörmənin əsas hissəsinə həmişə uyğun olur.
Bu cür səbəb əlaqəsinə parlaq misalı bir dəfə bir pasiyentim söylədi, onun yuxusunu
sonradan tam olaraq danışacağam. Həmin yuxugörmə qısa girişdən və son dərəcə geniş əsas
hissədən ibarətdir.
Giriş belədir: «O (qadın), mətbəxə iki qulluqçunun yanına gedir və onları «belə boş
şeylərin» öhdəsindən gələ bilmədikləri üçün danlayır. O, mətbəxdə çoxlu cürbəcür qab-qacaq
görür; qulluqçular su ardınca gedirlər, bununçün evə, ya da həyətə qədər gələn çaya
girməlidirlər».
Bunun ardınca gələn əsas hissə belə başlayır: «O, hansısa qəribə pilləkənlə yuxarıdan
aşağı düşür və bu zaman donunun heç nəyə ilişməməsinə sevinir və s.». Giriş mənim
pasiyentimin valideynlərinin evinə aiddir, mətbəxdəki sözləri o həqiqətən anasından çox eşidib.
Qab-qacaq qalağı onların binasında yerləşən qab-qacaq dükanına aiddir. Yuxugörmənin ikinci
hissəsində onun qulluqçuların ardınca sürünən və daşqın zamanı (evləri çayın sahilindədir)
soyuqlayaraq ölən atasına eyham var. Girişin arxasında gizlənən fikir bunları xəbər verir. Mən
mənşəcə bu evdən, bu aşağı, fərəhsiz şəraitdənəm. Yuxunun əsas hissəsi də eyni fikri qəbul
edərək, mən ali mənşəliyəm formalı arzudan doğan dəyişikliklə təsvir edir. Beləcə: mən aşağı
təbəqədən olduğumdan həyatım filan-filan olub.
Bildiyim qədərilə, yuxugörmənin iki qeyri-bərabər hissəyə bölünməsi hər iki hissənin
fikirləri arasında hər dəfə səbəb əlaqəsi anlamına gəlmir. Adama çox vaxt elə gəlir ki, sanki hər
iki yuxuda eyni material müxtəlif nöqteyi-nəzərlərdən təsvir olunur; ya da hər iki yuxu materialın
müxtəlif mərkəzlərindən qaynaqlanaraq, məzmunda bir-biriylə kəsişir, belə ki, bir yuxuda
mərkəz olan digərində dolayı göstəriş olur və əksinə. Lakin bir çox yuxularda giriş hissəyə və
geniş əsas hissəyə bölünmə həqiqətən hər iki hissənin qarşılıqlı səbəb əlaqəsinə uyğun gəlir.
Səbəb əlaqəsi təsvirinin digər üsulu çox da geniş olmayan material zamanı tətbiq olunur
və yuxugörmədəki bir obrazın (şəxsin və ya əşyanın) başqasına çevrilməsindən ibarət olur. Biz
yuxugörmənin yalnız bu cür çevrilmə olan hissəsində qarşılıqlı səbəb əlaqəsindən danışa bilərik,
ancaq bir obrazın yerində başqa bir obrazın yarandığını gördüyümüz yerdə qətiyyən olmaz.
Artıq səbəb əlaqəsinin hər iki təsvirinin mahiyyətcə bir-birinə uyğun gəldiyini demişəm;
hər iki halda səbəb əlaqəsi ardıcıl olaraq dəyişir – bir halda yuxugörmələrin ardıcıllığı sayəsində,
digərində isə bir obrazın bilavasitə başqasına çevrilməsi nəticəsində. Doğrudur, səbəb əlaqəsi
əksər hallarda, ümumiyyətlə, təsvir olunmur, yuxugörmədə də elementlərin labüd ardıcıllığı
nəticəsində dəyişilir.
Yuxugörmədə «ya – ya da» alternativi, ümumiyyətlə, təsvir olunmur. Bu alternativin
halqaları yuxuya bərabər dəyərli elementlər kimi daxil olur. Bunun klassik örnəyi İrmaya iynə
vurulması haqqında olan yuxudur. Amma onun gizli fikirlərinin mənası belədir: mən İrmanın
xəstəliyinə görə günahkar deyiləm; bunun səbəbi ya onun mənim müalicəmə müqavimət
göstərməsindədir, ya yaxşı seksual həyat yaşamır ki, bunu da mən dəyişə bilmərəm, ya da ki,
onun xəstəliyi, ümumiyyətlə, isterik deyil, üzvi xarakterlidir. Ancaq yuxugörmə bir-birini istisna
edən bütün bu imkanları həyata keçirir. «Ya – ya da» alternativini biz ancaq yozum zamanı aşkar
edirik.
Lakin yuxunu danışan «ya – ya da» ifadəsi işlədəndə (mən yuxuda ya bağ, ya da otaq
gördüm) yuxugörmənin arxasında gizlənən fikirlərdə alternativ deyil, «və» bağlayıcısı ilə
xarakterizə olunan sadə tutuşdurma olur. Biz «ya – ya da»nın köməyilə yuxugörmənin adətən
hər hansı qeyri-müəyyən xarakterini təsvir edir, onu xatırlayıb izah etməyə çalışırıq. Bu halda
yozum qaydası belədir: xəyali alternativin ayrı-ayrı hissələrini bir-biriylə tutuşdurmaq və «və»
bağlayıcısı vasitəsilə bağlamamaq lazımdır. Məsələn, yuxuda görürəm ki, İtaliyada yaşayan
dostumun ünvanını axtarıram, mənə həmin ünvanı xəbər verən teleqram alıram. Mən onu
teleqraf blankında görürəm: birinci söz aydın deyil, ya «Via», ya da «Villa»dır, ikinci dəqiqdir:
Sezerno.
İtalyan adı ilə həmahəng olan və mənə bizim etimoloji mübahisələrimizi xatırladan ikinci
söz həm də onun öz yerini məndən gizlətdiyindən narahatlığımı ifadə edir; birinci söz haqqındakı
fərziyyələrdən hər biri isə analiz zamanı fikirlər sırasının müstəqil çıxış nöqtəsi şəklində qarşıya
çıxır.
Atamın dəfn mərasimi ərəfəsində gecə yuxuda adətən vağzallarda asılan siqaret çəkməyi
qadağan edən çap edilmiş cədvəllər, ya da plakatlar gördüm. Plakatdan oxudum: ya gözlərinizi
yummağı xahiş edirlər, ya da gözünüzü yummağı xahiş edirlər.
Bu yazının hər birinin öz xüsusi mənası var və yozum zamanı müxtəlif yollarla aparır. Mən
dəfn mərasimini qəsdən mümkün qədər sadə keçirməyə qərar verdim, çünki mərhumun
arzusunu bilirdim. Ancaq ailənin digər üzvləri mənim bu puritanlığımla razı deyildilər; onlar
bunun ayıb olduğunu düşünürdülər. Ona görə də, yazılardan biri «Gözünüzü yummağı xahiş
edirlər» (almanca: «Ein Ange zuzudriicken» məcazi mənadadır) güzəştlə bağlı xahişi ifadə
edir100. Burada «ya – ya da» vasitəsilə təsvir etdiyimiz qeyri-müəyyənlik ilk baxışdan aydındır.
Yuxugörmə öz əsasında duran fikrin vahid, birmənalı sözlü ifadəsini tərtib edə bilməyib. Ona
görə də, fikirlərin hər iki sırası artıq yuxugörmənin öz məzmununda bölünür.
Bəzi hallarda yuxugörmənin iki bərabər hissəyə bölünməsi həqiqətən yozuma çətin gələn
alternativi ifadə edir.
Yuxugörmənin əkslik kateqoriyasına münasibəti son dərəcə maraqlıdır. Bu kateqoriya
yuxuda, demək olar ki, ifadə olunmur; əksliklər adətən vahid halda birləşir, ya da uzaq başı, bu
şəkildə təsvir olunur. Yuxugörmə isə hətta daha da irəli gedərək ayrı-ayrı elementləri də onlar
arasındakı ziddiyyətin köməyilə təsvir edir, yəni özünə birbaşa əkslik tapan heç bir element
yuxugörmədə müsbət və ya mənfi xarakterdə olduğunu dərhal büruzə vermir. Yuxarıda
sözügedən və birinci hissəsini artıq yozduğumuz yuxugörmələrdən birində («filan mənşəli
olduğum üçün») qadın pasiyentim pillələri düşərkən əlində çiçəkli budaq olur. Bu zaman onda
belə bir fikir yaranır ki, Blaqoveşşeniye (xristian bayramlarından birinin adı) mərasimində mələk
(onun adı Mariyadır) əlində zanbaq tutduğundan və o, yaşıl budaqlarla bəzənmiş küçəylə gedən
qızları ağ paltarlarda gördüyündən, yuxudakı çiçəkli budaq şübhəsiz cinsi məsumluğa işarə edir;
lakin budaq başdan-başa qırmızı çiçəklərə bürünüb ki, bu hamıya kameliyanı xatırladır. Onun
yolunun sonunda bütün çiçəklər, demək olar ki, düşür; bundan sonra aybaşının göstərilməsi
gəlir. Bununla da zanbağı xatırladan və guya bakirə qızın apardığı budaq, məlum olduğu kimi, hər
zaman ağ, aybaşı vaxtı isə qırmızı kameliyalar gəzdirən «kameliyalı xanıma» işarə edir.
Çiçəkli budaq cinsi məsumluğu, eyni zamanda onun əksini təsvir edir. Öz həyatını
qüsursuz yaşaya bildiyi üçün fərəh hissini ifadə edən eyni yuxugörmənin bəzi hissələrində
(məsələn, güllərin düşməsi) fikirlərin əks gedişi onun seksual bakirəlik və məsumluq məsələsində
xırda günahlardan xali olmadığına (uşaqlıqda) işarə edir. Yuxugörməni analiz edərkən hər iki fikir
sırasını aydın izləyə bilirik: onlardan fərəhli yuxarıda, kədərlisi isə aşağıdadır; hər iki sıra paralel
gedir, amma əks tərəflərə yönəlir. Onların eyni, ancaq əks elementləri öz ifadəsini yuxugörmənin
müvafiq elementlərində tapır.
Yuxugörmənin hər iki şəxsin cizgiləri təsvir olunan yeri adətən senzuranın təsvirinə mane
olduğu digər gizli bənzərliyin olmasını göstərir. Burada təsvirin müəyyən dərəcədə
asanlaşdırılması məqsədilə ümumi cizgilər sahəsində yerdəyişmə baş verib. Ümumi indifferent
cizgiləri olan kollektiv şəxs qətiyyən yuxugörmənin arxasında gizlənmiş fikirlərdəki ümumi
indifferent cizgilərin olmasını göstərmir.
Yuxugörmədə identifikasiya, yaxud kollektiv şəxslərin yaranması müxtəlif məqsədlərə
xidmət edir; birincisi, ikinci şəxsin ümumi cizgilərinin təsvirinə, ikincisi, yeri dəyişmiş bənzərliyə,
üçüncüsü də, yalnız arzu olunan bənzərliyin təsvirinə. İki şəxsdə oxşar cizgilər tapmağın
arzulanması çox zaman onların yerdəyişməsilə üst-üstə düşdüyündən, yuxugörmədəki qarşılıqlı
əlaqə də identifikasiya ilə ifadə olunur. Mən İrmaya iynə vurulması haqda olan yuxuda bu
pasiyenti başqasıyla dəyişmək istəyirəm; beləcə, mən istəyirəm ki, İrma necə mənim
pasiyentimdirsə, başqası da elə olsun. Yuxugörmə bu arzuyla hesablaşaraq mənə İrma adını
daşıyan şəxsi təqdim edir, ancaq mən arzuladığım başqa bir pasiyenti müayinə edirəm. Əmim
haqqında yuxuda bu yerdəyişmə yuxugörmənin mərkəzi nöqtəsi olur, mən özümü nazirlə
identifikasiya edirəm, öz həmkarıma onun yanaşdığı kimi yanaşıram.
Yuxugörmələrin mütləq və müstəsna olaraq yatanın özünü təsvir etdiyini artıq dəfələrlə
xatırlatmışam. Əgər yuxugörmənin məzmununda mənim öz «mən»im deyil, başqası təsvir
olunursa, öz «mən»imin identifikasiya yoluyla həmin şəxsin arxasında gizləndiyini güman
etməyə tam haqqım var. Başqa bir halda mənim «mən»im yuxugörmədə həqiqətən mövcud
olduqda, onun yerləşdiyi situasiya göstərə bilər ki, mənim «mən»imin arxasında identifikasiya
yoluyla başqa şəxs gizlənir. Yuxugörmə göstərir ki, onu yozarkən mən həmin şəxsə xas olan
müəyyən şeyləri – gizli ümumi cizgiləri – özümə keçirməliyəm. Elə yuxular da olur ki, mənim
«mən»im başqa şəxslərlə yanaşı ortaya çıxır, analiz zamanı identifikasiya aşkar edildikdən sonra
onlar da elə mənim «özüməm». O halda həmin identifikasiyaların köməyilə qavranılmasına
senzuranın qarşı çıxdığı məlum təsəvvürləri öz «mən»imlə əlaqələndirməliyəm. Beləliklə, mən
yuxuda öz «mən»imi müxtəlif yollarla təsvir edə bilərəm. Bəzən hətta eyni anda: ya bilavasitə, ya
da digər şəxsləri identifikasiya etmək vasitəsilə. Bəzi belə identifikasiyalar son dərəcə zəngin fikir
materialının sıxlaşmasına kömək edir. Əgər öz «mən»imi yuxugörmədə hansı şəxsin arxasında
axtarmağıma şübhəm varsa, onda növbəti qaydaya əməl etməliyəm: mənim yuxu vəziyyətində
hiss etdiyim affekti yuxugörmədə hiss edən şəxs öz arxasında həmişə mənim «mən»imi gizlədir.
Yuxarıda yuxugörmənin əkslik, ziddiyyət kimi münasibətləri ifadə etmək üçün vasitələrə
malik olmadığını təsdiq etmişdim. Amma bunu təkzib etməyə çalışacağam. Özündə əkslik
elementini daşıyan müəyyən hallar müqayisə əvəzetmə və yerdəyişmə ilə bağlı ola bildikdə,
sadəcə identifikasiya vasitəsilə təsvir olunur. Buna aid artıq misallar gətirmişik. Yuxugörmənin
arxasında gizlənən və «bunun əksinə», «əksinə» bağlayıcı birləşmələrilə ifadə olunan fikirlərdəki
ziddiyyətin digər hissəsi yuxularda öz ifadəsini son dərəcə orijinal şəkildə aşağıdakı kimi tapır.
Məntiqi müqayisə olan «əksinə», «bunun əksinə» yuxugörmənin məzmununda öz-özünə ifadə
olunmur, öz varlığını yuxu materialında onunla göstərir ki, hər hansı bir element yuxugörmənin
artıq yaranmış məzmununda sanki sonradan «çevrilir». Bu prosesi təsvir etməkdənsə, misallarla
izah etmək daha asandır. «Safo» yuxusunda qalxma Dodenin romanının giriş hissəsində təsvir
olunan qalxmanın tamamilə tərsinə təsvir olunur; yuxugörmədə yatan əvvəlcə çətinliklə, sonra
asan gedir, amma romanda əksinədir. Qardaşına nəzərən «yuxarıda» və «aşağıda» olmaq da
yuxuda əks formada təsvir olunur. Bu yuxugörmənin arxasında gizlənən fikirlərdəki materialın iki
hissəsi arasındakı ziddiyyətin nisbətini göstərir: yatanın uşaq fantaziyasında dayə onu romanda
qəhrəmanın öz sevgilisini qolları üstündə aparmasının əksinə qucağına götürüb aparır. Mənim
Hötenin cənab M.-in üzərinə cumması haqqında yuxumda (aşağıda bax) da belə «çevrilmə» var,
yuxunu yozmağa başlamağa imkan verən də elə onun çözülməsidir. Sonuncuda Hötenin cavan
oğlan olan cənab M.-in üzərinə hücum çəkməsi doğrudan da yuxugörmənin arxasında gizlənən
fikirləri göstərir: mənim həmkarım olan görkəmli bir adam naməlum gənc müəllifin hücumuna
məruz qalır. Mən yuxuda Hötenin vəfat tarixi haqda hesab aparıram; həqiqətdə isə hesab iflic
olmuş xəstənin doğum ili haqqında aparılır. Yuxugörmənin materialında dominant olan fikir
Höteyə dəli kimi baxmağın lazımlığına ziddir. Əksinə, yuxu deyir, əgər sən kitabları başa
düşmürsənsə, müəllif yox, cahilsən.
Burada qeyd etmək lazımdır ki, əsasında sıxışdırılmış homoseksual meyillər dayanan
yuxugörmələr bu prosesdən tez-tez istifadə edir.
Çevrilmə, əks şəklə düşmə yuxugörmənin ən çox sevdiyi təsvir vasitələrindən biridir; o
özünü ən rəngarəng şəkillərdə göstərir. O hər şeydən əvvəl fikirlərdəki hansısa elementə zidd
olan arzunun gerçəkləşməsinə xidmət edir. Heç olmasa bunun əksi olaydı! – xatirələrdəki
xoşagəlməz elementə mənim «mən»imin ən yaxşı münasibəti çox zaman belə olur. Bu vasitə ən
qiymətli xidməti senzura zamanı göstərir və təsvir olunan materialın təhrifinə o dərəcədə məruz
qalır ki, yuxunun yozumunu tamamilə iflic edir. Buna görə də, yuxugörmə öz mənasını israrla
gizlədəndə, hər halda, onun aşkar məzmununun bəzi hissələrini «tərsinə çevirməyə» cəhd
etmək olar, bundan sonra yuxu çox zaman tamamilə şəffaflaşır.
«Tərsinə çevrilmə» ilə yanaşı əslində zamanla bağlı analoji prosesi də xatırlamaq lazımdır.
Yuxugörmə öz təhrifedici fəaliyyətində tez-tez hansısa hadisənin sonunu və ya fikir zəncirinin
sonuncu halqasını təsvir edir, sonda isə çıxış nöqtəsini, yaxud hadisələrin səbəblərini yerləşdirir.
Yuxugörmənin təhrifedici fəaliyyətinin bu texniki vasitəsini nəzərə almayanlar onun yozumuna
yanaşmada ümumiyyətlə acizdirlər. Eyni texnikadan bəzən isterik tutmalar da öz mənalarını
seyrçilərin baxışlarından gizlətmək məqsədilə istifadə edir Məsələn, bir isteriyalı qız tutması
zamanı tramvaydakı bir görüşlə bağlı fantaziyasının yaratdığı kiçik romantik macəranı təsvir edir.
Ayaqlarının gözəlliyinə valeh olmuş yad bir adamın onunla kitab oxuyarkən danışdığını, onlar
birlikdə gedərkən özünün çılğın məhəbbət səhnəsi yaşadığını təsvir etmək istəyir. Onun tutması
məhəbbət səhnəsinin təsvirindən başlayır; onda qıcolmalar əmələ gəlir (öpüşməyə hazırlaşan
dodaqların hərəkəti, qucaqlamağa hazırlaşan qolların hərəkəti), o, tələsik qonşu otağa keçib
stulda oturur, ayaqlarını göstərir, özünü kitab oxuyurmuş kimi göstərir və mənimlə danışır.
Yuxugörmənin məzmunu ilə onun arxasında gizlənmiş fikirlər arasındakı qarşılıqlı əlaqəni
izləmək məqsədilə çıxış nöqtəsi olaraq yuxunun özünü götürəcək və onun məzmununun bəzi
formal xüsusiyyətlərinin fikirlərə münasibətinin hansı məna kəsb etdiyi sualını verəcəyik.
Yuxugörmədə nəzərə çarpan həmin formal xüsusiyyətlərə, hər şeydən öncə, onun ayrı-ayrı
elementlərinin hissi intensivliyinin ayrı-ayrı hissələrin, yaxud bütövlükdə yuxugörmənin aydınlığı
fonunda fərqi aiddir. Ayrı-ayrı elementlərin intensivliyindəki fərq nadir rastlanan aydınlıqdan
tutmuş, yuxugörmə üçün adətən xarakterik hesab edilən xoşagəlməz qeyri-müəyyənliyədək olan
bütöv bir şkaladan ibarətdir, çünki mahiyyət etibarilə bu qeyri-müəyyənlik bəzən gerçək
obyektləri müşahidə edərkən qavradığımız qeyri-müəyyənliyə qətiyyən bənzəmir. Bundan
başqa, adətən biz yuxugörmədəki aydın olmayan elementdən aldığımız təəssüratı «ötəri»
adlandırırıq, hesab edirik ki, daha aydın elementləri daha uzun zaman ərzində qavraya bilərik.
Odur ki sual olunur: yuxugörmənin məzmununun ayrı-ayrı hissələrinin aydınlığındakı bu fərqlər
hansı şərtlərdən doğur?
Burada hər şeydən öncə bəzi labüd gözləntilər barədə xəbərdarlıq etmək lazımdır. Çünki
yuxu əsnasında yuxugörmənin materialına real hissiyyatlar da daxil ola bilər, onda böyük
ehtimalla güman etmək olar ki, bunlar yuxugörmənin elementləridir, ya da ondan çıxan və
xüsusi intensivliyilə fərqlənən başqa elementlərdir, yaxud da əksinə, yuxugörmədə bizə daha
aydın görünən və yuxu zamanı bu cür real hissiyyatlara aid oluna biləcək başqa bir şeydir. Lakin
mənim müşahidələrim bu fərziyyəni təsdiqləmədi. Doğru olmayan odur ki, yuxu zamanı real
təəssüratların nəticəsini əks etdirən yuxugörmə elementləri öz aydınlığı ilə öz mənşələrinə görə
xatirələrə borclu olan digərlərindən fərqlənir. Gerçəklik anının yuxugörmə elementlərinin
intensivliyinə dəxli yoxdur.
Daha sonra belə bir fikir ortaya çıxa bilər ki, intensivlik (yuxugörmənin ayrı-ayrı
elementlərinin aydınlığı) yuxugörmənin əsasında duran müvafiq təfəkkür elementlərinin psixi
intensivliyi ilə bağlıdır. Sonuncularda intensivlik psixi dəyərə uyğundur. Daha intensiv elementlər
fikirlərin mərkəzi nöqtələrini yaradan daha vacib elementlər olaraq bir qədər fərqlidir. Doğrudur,
biz məhz bu elementlərin bir çox hallarda senzura nəticəsində yuxugörmənin məzmununa
düşmədiyini bilirik. Ancaq hər halda belə də ola bilər ki, onları əvəz edən yaxın elementlər
yuxugörmə məzmununun mərkəzi olmadan da yüksək intensivlik göstərə bilər. Lakin bu fərziyyə
də yuxugörmə və onun materialını müqayisəli nəzərdən keçirdikdə dağılır. Birincidəki
elementlərin intensivliyi ilə ikincidəki intensivlik arasında ümumi heç nə yoxdur; yuxugörmənin
materialı ilə özü arasında həqiqətən bütün psixi dəyərlərin tam yenidən dəyərləndirilməsi gedir.
Yuxugörmənin ötəri, ancaq aydın (daha aydın və dəqiq gizlədilmiş) elementində çox tez-tez
yuxugörmənin arxasında gizlənən fikirlərdə üstünlük təşkil edən və mərkəzi nöqtəsi olan şeyin
birbaşa əksini görmək mümkündür.
Eyni gecədə görülən yuxular məzmunlarına görə birdir: onların bir neçə hissəyə, qruplara
bölünməsi və qarşılıqlı əlaqələrinin öz mənaları var və onların gizli məzmunlarıyla şərtlənir. Bir
neçə hissədən ibarət, yaxud eyni gecədə görülən yuxuların yozulması zamanı həmin müxtəlif,
ardıcıl yuxugörmələrin eyni məna daşımalarının mümkünlüyünü nəzərdən qaçırmaq olmaz. Bu
yuxugörmələrin birincisi çox zaman daha çox təhrif olunmuş və cəsarətsiz, sonrakılar isə daha
cəsarətli və aydın olur.
Hər hansı situasiyanı və ya epizodu əks etdirən bəzi yuxularda sonradan adətən bu
sözlərlə təsvir olunan fasilələr müşahidə olunur: «Sonra birdən məlum oldu ki, bura ora deyil,
başqa bir yerdir, bu deyil, başqa hərəkətdir» və s. Yuxugörmənin əsas gedişatını yarıda kəsən şey
qısa müddətdən sonra yenidən davam edir, materialın budaq cümləsinə, əsas fikrinə çevrilir.
Yuxugörmənin arxasında gizlənən fikirlərdəki şərt yuxuda eynizamanlılığın köməyilə təsvir
olunur.
Yuxuda bu qədər sıx-sıx hiss edilən və qorxuyla çox yaxından təmas edən bağlılıq
duyğusu nə deməkdir? Adam getmək istəyir, ancaq yerindən tərpənə bilmir; nəsə etmək istəyir,
ancaq daim maneələrlə qarşılaşır. Qatar dəmir yolunda yerindən tərpənir, insan ona çata bilmir;
o, təhqirə cavab vermək üçün əlini qaldırır, ancaq qolu sözünə baxmır. Biz bu hissiyyatla
ekhibisionist yuxuları analiz edərkən qarşılaşsaq da, onların izahına çox yaxınlaşa bilməmişdik.
Yuxarıda göstərilən hissiyyatın öz ifadəsini yuxulardakı hərəkət iflicində tapmasını izah etmək
həm son dərəcə asan, həm də son dərəcə yetərsizdir. Onda belə bir sual vermək olar ki, niyə biz
yuxuda həmişə belə bağlılıq hiss etmirik; güman etmək olar ki, həmişə yuxu vəziyyəti ilə bağlı
olan bu hissiyyat təsvirin hər hansı məqsədinə xidmət edir və yalnız bu təsvirin tələbilə
yuxugörmənin materialı tərəfindən oyadılır.
Aydındır ki, yuxugörmə mənim təmiz adam kimi qəbul olunmaq arzumu gerçəkləşdirir;
beləliklə, fikirlərdə buna zidd olan hər cür material var. Mənə getməyə icazə verən
məsumluğumun əlamətidir, əgər sonda yuxugörmə mənim getməyimə mane olunduğunu buna
görə təsvir edirsə, onda buradan belə bir nəticə hasil olur ki, sıxışdırılmış əks material öz
ifadəsini elə bunda tapır. Mənim şlyapamı tapa bilməməyimin mənası budur: sən hər halda
təmiz adamsan. Yuxuda nəsə etməyin mümkünsüzlüyü «yox, deyil» sözlərilə ifadə olunan
ziddiyyəti bildirir; beləliklə, biz yuxugörmənin guya bu məntiqi əlaqəni ifadə etməyə qadir
olmamasıyla bağlı fikrimizə dəyişiklik etməliyik.
Yuxugörmədə özünü tez-tez göstərən «axı bu yalnız yuxudur» fikrinin nə demək olduğu
və hansı psixi qüvvənin ayağına yazılmalı olduğu barədə irəlidə danışacağam. Onunla yanaşı
gedən maraqlı problemi – əgər yuxugörmənin bir hissəsi onun öz içində yuxugörənə yuxu kimi
gəlirsə – «yuxu içində yuxunu» Ştekel analizin köməyilə bir neçə son dərəcə inandırıcı misallar
gətirərək analoji yolla çözmüşdür. Yuxugörmədə «yuxugörmə» yenə də öz dəyərindən və
reallığından məhrum olmalıdır; bu cür «yuxugörmədən» oyandıqdan sonra görülən yuxu əsl
yuxugörmənin arxasında gizlənən arzudur, o məhv edilmiş reallığı yerinə qoymaq istəyir. Beləcə,
güman etmək olar ki, yuxugörmədə «yuxugörmə» reallığı, əsil xatirələri əhatə edir; bundan
sonrası isə yalnız yatanın arzu etdikləridir. Yuxugörmədə məlum məzmunun «yuxugörməyə»
daxil edilməsi nəticə etibarilə həqiqətdə olmayıb «yuxugörmə» kimi görünən arzuya uyğundur.
Yuxugörmənin fəaliyyəti etiraz forması kimi özünəməxsus «yuxugörmədən» istifadə edir.
d) İxtiraçılığa münasibət. Bu vaxta qədər biz yuxugörmənin onun arxasında gizlənmiş
fikirlər arasındakı qarşılıqlı münasibətləri necə təsvir etməsini araşdırmaqla məşğul olmuşuq.
Lakin bu zaman daha geniş bir məsələyə – yuxugörmənin materialının onu yaratması üçün
ümumiyyətlə hansı dəyişikliklərə məruz qalmasına toxunmamışıq. Biz öz daxili qarşılıqlı
əlaqələrindən əsasən məhrum olan bu materialın sıxlaşma prosesinə məruz qaldığını, eyni
zamanda, onun ayrı-ayrı elementlərinin yerdəyişməsinə bütün materialın psixi baxımdan
yenidən dəyərləndirilməsinin səbəb olduğu bilirik. Yerdəyişmə isə bir təsəvvürün assosiasiya
üzrə ona bu və ya digər dərəcədə müvafiq olan digərilə əvəz edilməsidir; o, sıxlaşmanın
məqsədlərinə xidmət edir: yuxugörməyə iki elementin yerinə ortaq və ümumi olan biri daxil
edilir. Yerdəyişmənin digər növü barədə hələ danışmamışıq. Analizlərdən aydındır ki, belə bir şey
həqiqətən mümkündür və fikirlərin sözlə ifadəsinin əvəzlənməsində aşkar olur. Hər iki halda
qarşımızda assosiasiya sırası boyu yerdəyişmə var, ancaq eyni proses müxtəlif psixi sferalarda da
baş verir. Birinci növün yerdəyişməsi nəticəsində bir elementin başqasıyla əvəzlənməsi baş verir,
ikinci növdə isə elementin sözlü ifadəsi başqasıyla əvəz olunur.
Bəzi hallarda sözlü ifadənin dəyişməsi sıxlaşma prosesinə daha qısa yolla kömək edir: iki
və ya daha çox məna ifadə edən ifadə tapılır. Yuxugörmələrin əmələ gəlməsində sözlərin
oynadığı rol təəccüblü deyil. Sözlər müxtəlif təsəvvürlərin qovşaq məntəqəsi kimi ən müxtəlif
mənalar ifadə edə bilər və nevrozlar da (zəhlətökən ideyalar, fobiyalar) yuxugörmələr kimi
sözlərin sıxlaşma və pərdələmə üçün təmin etdiyi faydalardan tez-tez istifadə edir.
Yuxugörmənin pərdələyici rolunun sözlü ifadələrin dəyişdirilməsindən uduşla çıxmasına zərrə
qədər şübhə ola bilməz. Müəyyən mənaları olan iki sözün dəyişdirilməsi sox asanlıqla dolaşıqlıq
yarada bilər; adi və sadə ifadənin məcazi ifadə ilə dəyişdirilməsi diqqətimizi xüsusilə həm də ona
görə cəlb edir ki, yuxugörmə heç vaxt onun elementlərini birbaşa, yaxud dolayı yolla izah etməyi,
yuxugörmənin materialında ona uyğun elementlərin bilavasitə, yaxud sözlü ifadələrin tərsinə
dəyişdirilməsi vasitəsilə axtarılıb-axtarılmamasını göstərmir. Yuxugörmənin hər bir elementinin
yozumu zamanı şübhə yaranır: a) ona müsbət, yoxsa mənfi mənada yanaşmaq lazımdır
(ziddiyyət əlaqələri); b) onu tarixi baxımdan yozmaq (xatirə kimi); c) yoxsa simvolik; d) yozum
onun sözlü ifadəsinə əsaslanmalıdır. Buna baxmayaraq, tamamilə anlaşılmaz görünən yuxu
yuxuyozan üçün, deyək ki, qədim heroqliflərin onları oxuyanlara törətdiyi çətinlikdən daha
böyük çətinlik törətmir. Artıq ikimənalı ifadələrin mühüm rol oynadığı yuxulara dair bir neçə
misal gətirmişəm (İrmaya iynə vurulması haqda yuxuda «Ağız hər halda açılır», sonuncu
yuxumda «mən hər halda gedə bilmərəm» və s.). İndi analizində mücərrəd fikrin
konkretləşdirilməsi ön planda duran bir yuxugörmə haqqında danışacağam. Bu cür yozumla
simvolikanın köməyi ilə aparılan yozum arasında fərq aydındır: simvolik yozum zamanı
simvollaşdırma açarı sərbəst şəkildə seçilir; bizim üsulumuzda isə açar hamıya məlumdur və
ümumişlək nitq ifadələrilə verilir. Münasib fikirlər mövcud olduqda bu cür yuxuları bütövlükdə,
ya da subyektlərin özlərinin iştirakı olmadan qismən yozmaq olar.
Tanış bir xanım yuxuda görüb: «Operadadır. Vaqneri çalırlar; tamaşa səhər saat səkkiz
qırx beşə qədər uzanır. Parterdə stollar düzülüb; tamaşaçılar yeyib-içirlər. Stollardan birinin
arxasında onun öz gənc arvadıyla toy səyahətindən yenicə qayıtmış əmisi oğlu oturub; onlarla
birlikdə bir aristokrat da var. Onun haqqında söz gəzir ki, gənc arvad onu özüylə şlyapa kimi
səyahətdən gətirib. Parterin ortasında platforması yuxarıda olan və dəmir barmaqlıqlarla əhatə
olunmuş qüllə ucalır. Orada sifətdən Hans Rixteri xatırladan bir dirijor dayanıb, o daim
platformada o yan-bu yana qaçaraq, qan-tər içində qüllənin aşağısındakı orkestri idarə edir. O
özü rəfiqəsi ilə (o da mənim tanışımdır) lojada oturub.
Kiçik bacısı parterdən ona böyük bir kömür parçası uzadıb deyir ki, o, belə çox
uzanacağını bilmirmiş, yəqin ki, çox üşüyüb. (Guya tamaşa uzun çəkən zaman lojaları
qızdırırlar)».
Yuxu mənasız olsa da, ancaq situasiyanı ümumilikdə çox uğurla təsvir edir. Teatrın
ortasında dirijorun başında dayanıb orkestri idarə etdiyi qüllə və bacısının verdiyi kömür! Mən
bilərəkdən tanışımdan heç bir izahat istəmədim; onun həyatı ilə ötəri tanışlıq yuxusunun ayrı-
ayrı elementlərindən sərbəst istifadə etmək mənə kifayət idi. Mən onun karyerasını ruhi xəstəlik
səbəbindən yarımçıq qoyan bir musiqiçiyə rəğbət bəslədiyini bilirdim. Mən parterdəki qülləni
hərfi mənada götürərək nəticə çıxardım ki, o bu adamı Hans Rixterin yerində, orkestrin digər
üzvlərinin hamısından qat-qat yüksəkdə görmək istəyir (almanca: Turm – qüllə, turm hoch
iiberragen – məcazi mənada başqalarından yüksəkdə olmaq). «Qüllə» – öz yüksəkliyi ilə bu
adamın yüksəkliyini təcəssüm etdirən mürəkkəb təsəvvürdür, arxasında qəfəsdəki heyvan kimi o
yan-bu yana qaçdığı barmaqlıq isə onun sonrakı taleyidir.
O özü və rəfiqəsi («qarımış qızlar») lojada oturublar; hələ ərə getmək şansını itirməyən
kiçik bacısı isə ona kömür verir: «O bu qədər uzanacağını bilmirmiş». Yuxuda nəyin uzanacağı
barədə danışılmır; danışanda biz onu əlavə edə bilərdik; ancaq yuxugörmədə biz bu fikri
ikimənalı saya və əlavə edə bilərik: «onun ərə getməsi». O halda «gizli məhəbbət» yozumu
arvadıyla parterdə əyləşmiş əmioğlu haqqında xatirə və onun arvadına qarşı irəli sürülən
aristokratla açıq aşiq-məşuqluq münasibətləri ilə möhkəmləndirilir. Yuxugörmənin mahiyyətini
də gizli və aşkar məhəbbət, onun ehtirası və gənc qadının soyuqluğu arasındakı ziddiyyət
müəyyənləşdirir. Lakin orada da buradakı kimi, vasitəçi ortaq halqa var: aristokratla böyük
ümidlər verən musiqiçini «yüksək mövqe» birləşdirir.
Qadın pasiyentimin yuxarıda bəhs etdiyim yuxusunu daha geniş danışaraq, onda seksual
məna kəsb edən hər şeyi qeyd edəcəyəm. İlk baxışdan çox gözəl olan bu yuxunu yozduqdan
sonra pasiyentimin xoşuna gəlmədi.
İlkin yuxu: «O, mətbəxdəki iki qulluqçunun yanına gedib, onları «belə boş şeyləri»
bacarmadıqlarına görə danlayır. O, mətbəx stolunun üzərində çoxlu hər cür qab-qacaq görür.
Qulluqçular su gətirməyə gedirlər, bununçün evə, ya da həyətə qədər gələn çaya girməlidirlər».
Əsas hissə (onun həyatı): «O aşağı düşür (yüksək mən-səb) və budaqlardan kiçik
kvadratlar şəklində hörülmüş hansısa qəribə çəpərləri, ya da hasarları aşır. (İki yeri birləşdirən
mürəkkəb kompleks; qardaşıyla oynadığı atasının evinin çardağı və ona tez-tez sataşan əmisinin
həyəti). Onlar mahiyyət etibarilə dırmaşmaq üçün qətiyyən yaramır: o daim ayağını qoymağa yer
axtarır və paltarının heç yerə ilişməməsinə, yaxşı göründüyünə sevinir (Gecələr yuxuda ikən
yorğanı üzərindən tez-tez atıb, çılpaqlaşdığı əmisinin evi haqqında real xatirəyə zidd arzu). Onun
əlində (mələk kimi zanbaq budağı) yekə ağaca oxşayan böyük bir budaq var: qırmızı güllərlə sıx
örtülü, budaqlı və iridir (Məsumluq, aybaşı, kameliyalı qadın). O, nədənsə albalı ağacının
çiçəkləri barədə düşünür, amma yox, çiçəklər, doğrusu, ağacda bitməyən çoxləçəkli kameliyaya
bənzəyir. Dırmaşarkən onun əlində əvvəlcə bir budaq var, sonra iki olur və sonra yenə bir (bir
neçə şəxsə, onun fantaziyasının obyektinə uyğun olaraq). O aşağı çatanda aşağıdakı güllər
hamısı, demək olar ki, tökülüb. Aşağıda o, nökəri görür: onun əlində də eyni budaqdan var və o
sanki mamır kimi qalın saçlarını «darayır», daha doğrusu ağac parçasıyla qaşıyır. Digər fəhlələr
də bağdan bir neçə belə budaq kəsib, küçəyə atıblar və elə orada da qalıb; keçənlər götürüb
aparırlar. O soruşur ki, budaqlardan birini götürə bilər? Bağda cavan bir oğlan var (ona qətiyyən
tanış deyil, yaddır); ona yaxınlaşıb soruşur ki, belə tingləri öz bağında necə əkə bilər (Budaq, ting
çoxdan penisin simvoludur). Oğlan onu qucaqlayır, ancaq o müqavimət göstərərək buna necə
haqqı olduğunu soruşur. Oğlan tam haqqı olduğunu, buna icazə verildiyini söyləyir (nikah
həyatındakı ehtiyatlara aiddir). Oğlan çubuqları necə basdırmağı göstərmək üçün onunla başqa
bağa getməyə hazır olduğunu bildirir və tam başa düşmədiyi yenə nəsə deyir: mənim onsuz da
üç metrim (sonradan o (qadın) deyir: kvadrat metr), ya da üç klafter torpağım çatmır. Qadına elə
gəlir ki, oğlan xoş münasibətə görə ondan mükafat tələb edəcək, sanki onun bağında özünü
mükafatlandırmaq, ya da ona zərər vurmadan qanunu pozmaq, özü üçün fayda əldə etmək
niyyəti var. Amma sonradan ona nəsə göstərib-göstərmədiyini xatırlamır».
Məndə bu vəziyyəti təsvir etmək üçün istənilən qədər material var, ancaq bu barədə
danışmaq nevrozun çox dərindən araşdırılmasına aparardı. Yuxarıda şərh olunanlar bizə o
nəticəni çıxarmağa imkan verir ki, yuxugörmə ruhun heç bir simvolizəedici fəaliyyətini nəzərdə
tutmur, o, qeyri-şüuri təfəkkürdə hazır vəziyyətdə olan simvolikadan istifadə edir, çünki öz
ixtiraçılığına görə, tez-tez və senzuradan azad olması sayəsində yuxugörmənin yaranması
tələblərinə daha çox uyğun gəlir.
Hər şeydən öncə yuxugörmədəki özünəməxsus, ya da qeyri-adi ifadə üsulu barədə bir
neçə misal.
Bir xanımın yuxusu: «Qulluqçu pilləkəndə dayanıb, pəncərəni yuyur. Onun əlində
şimpanze və qorilla var. O, heyvanları yatana tullayır. Şimpanze ona yaltaqlanır; bu çox
iyrəncdir».
Yuxugörmə yuxarıdakı nitqi götürüb ondan bu formada istifadə edərək son dərəcə sadə
yolla öz məqsədinə çatıb. «Meymun» ümumiyyətlə heyvan adı olsa da, söyüş kimi istifadə
olunur və yuxudakı situasiya ədəbsiz söz atmaqdan başqa məna vermir (almanca ümumişlək
ifadə: «mit Schimpfworten um sich werfen»).
Analoji vəziyyət digər yuxuda da müşahidə olunur: «Qadının qucağında uşaq var; uşağın
başı anadangəlmə eybəcər formadadır. Həkim deyir ki, uşağın başını düzəltmək mümkündür,
ancaq bunun beynə ziyanı olacaq. Qadın düşünür: bu ki oğlandır, onunçün bu fəlakət deyil».
1. Bir adam yuxuda ondan adının soruşulduğunu görür, amma adı yadına düşmür. O özü
bunun nə demək olduğunu soruşur: Es fallt mir nicht im Traume ein – yatsam heç yuxuma da
girməzdi. (Almanca ifadənin yalnız hərfi tərcüməsi yuxugörmə ilə əlaqə yarada bilər: «Yatsam,
heç yuxuma da girməzdi»).
2. Bir qadın pasiyent iştirakçılarının qeyri-adi dərəcədə ucaboy olduğu ilə bağlı yuxu
danışır. Bu o deməkdir ki, söhbət mənim erkən uşaqlığımla bağlı hansısa epizoddan gedir, o
zaman, təbii ki, bütün böyüklər mənə çox hündürboy görünüblər. O özü yuxugörmədə iştirak
etmir.
Uşaqlıq sferasına keçid başqa yuxugörmələrdə zaman uzaqlığının məkan uzaqlığıyla
əvəzlənməsi sayəsində fərqli təsvir olunur. Şəxslər və mənzərələr uzaqdan, sanki uzun bir yolun
sonundakı, ya da çevrilmiş durbinlə görünən kimi təsvir olunur.
3. Ayıq vaxtında mücərrəd ifadə formalarına meyilli olan subyekt bir dəfə yuxuda
perronda dayanıb qatar gözlədiyini görür. Ancaq qəflətən təsvir dəyişir: qatar perrona
yaxınlaşmaq əvəzinə, perron qatara yaxınlaşmağa başlayır. Bu detal yuxugörmənin
məzmununda «çevrilməyə» başqa bir şeyin məruz qalmalı olduğunu göstərir. Yuxugörmənin
analizi şəkilli uşaq kitabına aparıb çıxarır, həmin kitabda əlləri yerdə, ayaqları yuxarıda gəzən
adamlar təsvir olunubmuş.
4. Həmin subyekt öz texnikası etibarilə rebusu xatırladan daha bir yuxu danışır. Əmisi
onu avtomobildə öpür. Subyekt mənim ağlıma heç vaxt gəlməyəcək yozum verir: bu avtoerotizm
mənasındadır.
Bəzən yuxugörmə ən uzaq assosiasiyaların köməyilə hətta ən ağır material olan şəxsi
adlarla əməliyyat aparır. Bir dəfə yuxuda görürəm ki, müəllimimin göstərişilə hansısa preparat
hazırlayıram və bu zaman gümüş folqadan istifadə edirəm. (Bu yuxu haqqında ətraflı məlumat
irəlidə olacaq). Yozum bunları aşkara çıxarır: «Stanniol» (folqa) mənə balıqların sinir sistemi
haqqında məşhur tədqiqatın müəllifi alim Stanniusun adını xatırladır. Müəllimimin mənə
tapşırdığı ilk elmi çalışma həqiqətən balıq növlərindən birinin sinir sisteminin təsviri haqqında
idi.
Mən yetərincə özünəməxsus məzmunlu, həm uşaq yuxusu kimi maraqlı olan, həm də son
dərəcə asan analiz olunan bir yuxugörməni danışmaqdan imtina edə bilmərəm. Bir xanım deyir:
uşaqlıqda yuxuda guya başıma kağızdan sivri papaq qoyduğumu xatırlayıram. Belə papağı mənə
çox vaxt nahar zamanı geyindirirdilər ki, başqa uşaqlara nə qədər dadlı yemək verildiyini görmək
üçün boşqablarına baxa bilməyim. Tanrının hər şeyi görə bildiyini eşitdiyimdən, yuxumun mənası
odur ki, başıma kağız papaq qoysanız da, hər şeyi bilirəm.
II. Başqa bir yuxugörmədə rəqəmlər daha mürəkkəb bir rabitəni aşkar edir. Artıq ərdə
olan gənc bir xanım eşidir ki, tanışı və həmyaşıdı Eliza L. yenicə nişanlanıb. Bunun ardınca yuxuda
görür: «O, ərilə teatrda oturub və parterin bir tərəfi tamamilə boşdur. Əri ona deyir ki, Eliza L. də
nişanlısı ilə birlikdə onlarla gəlmək istəyirmiş, ancaq onlar 1 qul 50 kr-yə 3 pis yer tapa biliblər və
əlbəttə ki, götürmək istəməyiblər. O cavab verir ki, heç nə olmazdı».
İndisə yuxugörməni onun arxasında gizlənmiş fikirlərlə əvəz etməyə çalışacağam: «Erkən
ərə getmək necə də mənasızmış. Gərək tələsməyəydim; Eliza L.-ə baxanda düşünürəm ki, özümə
hər zaman ər tapa bilərdim və yüz dəfə yaxşısını (ər, bəzək-düzək), yetər ki, gözləyəydim
(qardaşı arvadının tələskənliyinin əksinə). Belə ərdən istənilən qədərini pula alardım (cehiz)!»
Beləliklə, bu yuxuda rəqəmlərin öz mənalarını və daxili əlaqələrini bundan əvvəlki yuxugörməyə
nisbətən qat-qat çox qoruduqlarını görürük. Burada çevrilmə və təhrifetmə prosesləri də xeyli
mürəkkəbdir ki, bu da fikirlərin təsvir olunanadək daxili psixi müqavimətin böyük bir qismini
aşmaq məcburiyyətində qalmasıyla izah olunur. Bu yuxugörmədə absurd elementin olduğunu da
unutmamalıyıq: iki nəfərin 3 bilet almaq istəməsi. Əgər yuxugörmənin məzmunundakı bu detalın
daha qabarıq fikir ifadə etdiyini görsək, həmin absurdluğu izah edərik: «Belə erkən ərə getmək
necə də mənasızdır!» Yuxugörmə iki şəxs arasındakı müqayisəni xarakterizə edən 3 rəqəmindən
(3 aylıq yaş fərqi) ona lazım olan absurdu yaratmaq üçün son dərəcə məharətlə istifadə etmişdir.
Real olan 150 quldenin 1 qulden 50 kreysterə qədər kiçildilməsi yuxugörənin tutqun fikirlərinə –
ərə olan hörmətin (ya da qardaşı arvadının aldığı bəzək-düzəyə verilən qiymətin) cüziliyinə
uyğundur.
III. Növbəti yuxu bizə yuxugörmənin hesablama qabiliyyəti haqda əyani misal təqdim
edir. Bir cənab yuxuda görüb: Yun B.-nin (yaxın tanışı) yanında oturub və deyir: «Mallini mənə
verməməyiniz necə də mənasızdır». – Bunun ardınca o qızdan soruşur: «Neçə yaşınız var?» – O
cavab verir: «Mən 1882-ci ildə doğulmuşam». – «Ah, sizin 28 yaşınız var».
Yuxugörmə 1998-ci ilə aid olduğundan, aydındır ki, hesab doğru deyil; əgər yuxugörənin
səhvi tamamilə fərqli izah olunmasaydı, riyazi qabiliyyəti daha çox şey arzulamağa imkan
verərdi. Mənim pasiyentim bir qadına belə biganə qalmayanlardandır. Mənim yanıma gələrkən
növbəsi bir neçə ay həmişə gənc bir xanımdan sonra çatırdı; onunla maraqlanır, məndən onun
barəsində soruşurdu. Elə ona da 28 yaş verirdi. Yuxugörmədə buraxılan riyazi səhvin izahı da, çox
güman ki, belədir. 1882 onun evləndiyi ildir.
IV. Son dərəcə şəffaf determinasiyası ilə seçilən daha bir «riyazi» yuxugörmə və yozumu
haqqında mənə B.Dattner məlumat verib.
«Ağam Şutsman yuxuda postda dayandığını görür. Ona mundirinin yaxasında 2262, ya da
2226 rəqəmi yazılmış bir inspektor yanaşır, rəqəmdə bütün hallarda bir neçə iki var. Yuxunu
danışarkən 2262 rəqəmini tərkib hissələrinə ayırmaq onların hər birinin xüsusi mənasının
olduğuna işarədir. Yuxugörən xatırlayır ki, dünən həmkarlarıyla birlikdə xidmətlərinin müddəti
haqqında söhbət edib. Söhbətə səbəb onların 62 yaşında tam pensiya ilə istefaya çıxmış keçmiş
inspektoru olub. O özü 22 il xidmət edib və 90 faizlik pensiya almasına 2 ay qalıb. Yuxugörmə
onun inspektor rütbəsi almaq arzusunu gerçəkləşdirir. Yaxasında 2262 rəqəmi olan rəis o
özüdür, o 2 il 2 ay xidmət edib və artıq 62 yaşlı inspektor kimi tam pensiya ilə istefaya çıxa bilər».
Yuxugörmə yeni dialoqlar yarada bilməz, çünki dialoqlar yuxularda etinasız, anlaşılan,
yaxud absurd şəkildə qaşıya çıxır; analiz göstərir ki, yuxugörmə onların arxasında gizlənən
fikirlərdən yalnız həqiqətən olmuş və ya eşidilmiş danışıqların parçalarını götürür və onlarla
istədiyi kimi davranır. Onları yalnız ümumi rabitədən qoparıb, xırda hissələrə ayırmaqla, bir
hissəni götürüb, digərini kənarlaşdırmaqla kifayətlənmir, həm də onlardan yeni birləşmələr
yaradır; ona görə də, yuxugörmədə ilk baxışdan rabitəli görünən dialoq analiz zamanı üç-dörd
hissəyə bölünür. Bu dəyişiklik zamanı yuxugörmə tez-tez öz əsasında dayanan fikirlərdəki
sözlərin mənasını əks etdirərək onlara tamamilə başqa məna verir; yuxulardakı dialoqlara daha
yaxından nəzər saldıqda rabitəyə xidmət edən aydın, dəqiq parçaları görmək olur və çox güman
ki, biz oxuyarkən buraxılmış heca və hərfləri yerinə qoyduğumuz kimi, tamamlanıb.
Bununla bağlı misallara artıq başqa səbəblərdən danışdığımız yuxuların analizi zamanı
rast gəlmişik. Belə ki, bazarda alver etmək haqqında «məsum» yuxuda «Bundan daha yoxdur»
cümləsi qəssabla eyniləşdirməyə, eyni zamanda başqa cümlədən parça olan «Bunu tanımıram,
ona görə almıram!» yuxugörməyə «məsum» xarakter verməyə xidmət edir. Yuxugörən yuxu
ərəfəsində aşpaz qadının hansısa ədəbsiz sözünə cavab verir: «mən bunu bilmirəm, özünüzü
tərbiyəli aparın» və həmin cümlənin ilk indifferent hissəsini yuxuya aparıb ki, onun vasitəsilə
yuxugörmənin əsasında dayanan növbəti fikrə eyham vursun, halbuki fantaziyası da buna tam
uyğun gələrdi, amma dərhal onu ifşa edərdi.
Eyni nəticələr verəcək xeyli sayda yuxunun əvəzinə daha bir misal.
«Meyitlərin yandırıldığı böyük bir həyət. O deyir: «Mən gedirəm, mən buna baxa
bilmərəm» (Bu cümlə aydın yadda qalmayıb). Bunun ardınca o, qəssab dükanından olan iki oğlan
uşağına rast gəlir və soruşur: «Hə, dadlı idi?» Biri cavab verir: «O qədər də yox. Elə bil, insan əti
idi».
Mərkəzi nöqtəsini təşkil edən son dərəcə aydın danışığı əks etdirdiyinə görə xəbər
verdiyim başqa bir yuxunun analizi daha ibrətamizdir, ancaq onu yalnız yuxugörmədəki
affektlərin rolunu aydınlaşdırarkən detallı yozacağam.
Yuxuda olduqca aydın şəkildə görürəm: «Gecə professor Bryukkenin laboratoriyasına
yollanıram və qapının yüngülcə döyülməsinə cavab olaraq onu professor (mərhum) Fleyşelə
açıram, o tanımadığım bir neçə nəfərlə daxil olaraq, nəsə deyir və öz stolunun arxasında oturur».
Bu yuxunun ardınca bilavasitə başqası gəlir: «Dostum F. iyulda təsadüfən Vyanaya gəlib;
küçədə ona dostum (mərhum) P. ilə rast gəlirəm və harasa gedirik; getdiyimiz yerdə onlar
üzbəüz otururlar; mən stolun ensiz tərəfində ortada əyləşirəm. F. bacısı haqqında nəsə danışır və
deyir: «Qırx beş dəqiqədən sonra artıq o yox idi». Sonra «Bu da sonu» kimi nəsə əlavə edir. P.
onu başa düşdüyündən, F. mənə müraciətlə P.-nin onun haqqında nə danışdığını soruşur.
Cavabında mən hansısa qəribə affekt içərisində F.-yə demək istəyirəm ki, P. (heç nə billə bilməz,
ona görə ki o ümumiyyətlə) sağ deyil. Ancaq səhv etdiyimi billə-bilə deyirəm: «Non vixit». Bu
zaman diqqətlə P.-yə baxıram, onun rəngi ağarır, gözləri əzab içində gömgöy göyərir və nəhayət,
qeyb olur. Mən buna hədsiz şad oluram və başa düşürəm ki, Ernst Fleyşel yalnız xəyal olub; belə
bir şəxsin indiyədək mövcud olması mənə tamamilə mümkün görünür, nə qədər ki, bunu
istəyirsən; və o başqasının sərbəst arzusuyla yox edilə bilər».
Bu maraqlı yuxuda son dərəcə müəmmalı cizgilər var: yuxugörmə zamanı tənqid; mənim
«non vivit» əvəzinə «non vixit»102 deyərək öz səhvimi hiss etməyim mərhumlarla bilavasitə
ünsiyyətdir, mən özüm yuxuda onların sağ olmadığını etiraf edirəm; son nəticənin absurdluğu və
nəhayət, sonuncunun məndə yaratdığı məmnunluq hissi. Bu sirli elementlərin hamısının
açmasını söyləməyi çox istərdim. Ancaq bunu edə bilmərəm, halbuki yuxuda bunu edirəm, mənə
bu qədər əziz olan insanları öz şöhrətpərəstliyimə qurban verirəm. Lakin bu yuxunun həqiqi
mənasını hər cür pərdələmə açıb göstərərdi. Ona görə də əvvəlcə burada, sonra da axırda
yuxugörmənin yalnız ayrı-ayrı elementlərinin yozumu ilə kifayətlənəcəyəm.
Lakin mən istifadə etdiyim və yuxuda hökm verdiyim «Non vixit» ifadəsinin mənşəyini
uzun müddət aydınlaşdıra bilmədim; nəhayət başa düşdüm ki, bu iki söz ona görə yuxuda bu
qədər aydındır ki, onları heç vaxt nə danışmış, nə eşitmişəm, amma görmüşəm. Bu yerdə onların
haradan gəldiyini dərhal xatırladım. İmperator İosifin Hofburqdakı heykəlinin pyedestalında
gözəl sözlər yazılıb: «Saluti patriae vixit non diu sed totus»103. Yuxumun arxasında gizlənən
fikirlərdəki düşmən elementlərə uyğun gələn sözləri həmin yazıdan götürmüşəm və mənası
belədir: ona nəsə deməyə dəyməz, o, sağ deyil. Burada yadıma düşdü ki, bütün bunları yuxuda
Fleyşelin universitet parkındakı heykəlinin açılışından bir neçə gün sonra görmüşəm; açılışdan
sonra mən elə orada Bryukkenin heykəlinə də baxmış (şüursuz) və çox güman ki, son dərəcə
istedadlı və elmə bütün qəlbiylə bağlı olan dostum P.-nin vaxtından əvvəl vəfat etdiyi üçün belə
bir heykələ haqqının olmamasına təəssüflənmişəm. Bu heykəli mən ona yuxuda qoymuşam;
dostum P.-nin adı İosif idi. Daha bir maraqlı detal: Bryukkenin qınaqlarına cavab olaraq, çox
uzaqdan – imperator İosif küçəsindən Veringerştrasseyə gəlməyimlə özümə bəraət
qazandırmışdım.
Yuxunun yozum qaydalarına görə, mənim hələ «non vivit» ifadəsini yaddaşımda
imperator İosifin heykəli ilə bağlı qoruduğum «non vixit» ilə dəyişməyə ixtiyarım yoxdur. Bu
dəyişiklik, aydındır ki, yuxugörmənin arxasında gizlənən fikirlərin digər elementlərinin təsiri
altında baş verib. Yuxugörmədə dostum P.-yə həm düşmən, həm də mehriban dost münasibəti
bəslədiyimə diqqət yetirməyə məni nə məcbur edir: yuxugörmədə birinci səthi, ikinci isə gizli
formada keçir, ancaq hər ikisi öz ifadəsini «non vixit» sözlərində tapır. Elm üçün göstərdiyi
xidmətlərə görə mən ona heykəl ucaldıram; ancaq pis niyyətim olduğuna görə (yuxunun
sonunda ifadə olunan), onu məhv edirəm. Burada mən özünəməxsus səsli cümlə yaradıram; heç
bir şübhə yoxdur ki, bu zaman hansısa örnəyi rəhbər tuturam. Lakin eyni şəxsə, hər ikisi öz
əsaslılığına iddia edən və bu zaman, hər halda, bir-birinə mane olmaq istəməyən hisslərə qarşı
analoji antitezaya, iki əks duyğunun analoji çarpazlaşmasına harada rast gəlinir? Oxucunun
yaddaşına həmişəlik həkk olunmuş bircə yerdə – Şekspirin «Yuli Sezar»ında Brutun bəraət
nitqində: «Sezar məni sevirdi və mən onu ağlayıram; mən xoşbəxt idim və buna sevinirdim;
şücaətlərinə görə, onu dəyərləndirirdim; lakin o, hakimiyyətpərəst idi və mən onu öldürdüm».
Məgər burada mənim yuxumun da əsasında dayanan fikirlərdə aşkar etdiyimizə bənzər
antitezalar yoxdur? Beləliklə, mən yuxuda Brutun rolunu oynayıram. Kaş ki yuxunun
məzmununda bu qəribə müqayisənin daha bir sübutedici izini tapaydıq! Mənə elə gəlir ki,
növbəti fərziyyəni irəli sürməyə haqqım çatır: dostum F. iyulda gəlir. Bu detalın həqiqətə heç bir
uyğunluğu yoxdur. Mənə məlum olduğu qədərilə dostum heç vaxt iyulda Vyanada olmayıb.
Ancaq iyul ayı Yuli Sezarın şərəfinə belə adlandırılıb və buna görə də, mənim Brutun rolunu
oynamağımla bağlı fikrin birləşdirici halqasına tam əsasla xidmət edə bilər.
Nə qədər qəribə olsa da, mən həqiqətən bir dəfə Brutun rolunu oynamışam. 14 yaşım
olanda məndən cəmi bir yaş kiçik qardaşım oğluyla Brutla Sezar arasında baş verən səhnəni
oynamışıq. Qardaşım oğlu o zaman bizə İngiltərədən gəlmişdi. O mənim yaddaşımda erkən
uşaqlıq dövrünün oyunlarını canlandırmışdı. Üç yaşımızadək biz bir-birimizdən ayrılmaz, bir-
birimizi sevərdik və bu dostluq, artıq bir dəfə xatırlatdığım kimi, mənim öz yaşıdlarıma qarşı
sonrakı münasibətlərimə ciddi təsir göstərmişdi. Qardaşım oğlu Con o vaxtdan çox dəyişmişdi və
bu onun varlığının mənim qeyri-şüuri yaddaşımda silinməz izlər buraxmış gah bu, gah da digər
tərəfini canlandırırdı. O, çox güman ki, dostluğumuzdan xeyli sui-istifadə etmişdi, mənsə öz
tərəfimdən öz tiranıma qarşı üsyan qaldırmağa cürət etmişdim, çünki sonralar mənə danışırdılar
ki, atam – onun babası tez-tez mənə sual verərmiş: «Niyə Conu vurdun?» Mən də cavab
verərmişəm ki, «O məni vurduğu üçün mən də onu vurdum» (almancasına bax: «Ich habe ihn
geachlagt, weil er mich geschlagt hat»); «non vivit» ifadəsinin «non vixit» ilə dəyişdirilməsini də
bu uşaqlıq epizodu izah edir, çünki uşaqların dilində «schlagen» «wichsen» mənasını verir;
dostum P.-yə qarşı düşmən münasibətin həqiqətdə bu qədər əsası yoxdur və şübhəsiz, mənim
Cona olan uşaqlıq münasibətlərimi əks etdirir.
Yuxugörmələrdə məzmunun absurdluğunun yalnız xəyali olmasıyla bağlı bir neçə misal
gətirəcəyəm: mənaya daha dərindən nüfuz edəndə o dərhal dağılır. Bu bir neçə yuxu ilk
baxışdan təsadüfən atanın ölümündən bəhs edir.
Aparıcı baxışa görə, bu yuxugörməni aşağıdakı kimi yozmaq lazımdır: atasının başına
gələn faciəni təsvir edən yuxugörən onun bir neçə il əvvəl öldüyünü unudub; lakin
yuxugörmənin sonrakı gedişində bu xatirə oyanır və onun öz yuxusuna təəccüblənməsinə kömək
edir. Halbuki, analiz bu izahatın, hər şeydən öncə, artıq olduğunu göstərir. Yuxugörən bu
yaxınlarda heykəltəraşa atasının büstünü sifariş edib. «Bədbəxt hadisə» də büstün başına gəlib
(alman ifadəsi «verungliickt» buna da uyğun gəlir): büst onun xoşuna gəlməyib. Heykəltəraş
onun atasını heç vaxt görmədiyindən, şəklə baxaraq işləyib. Yuxugörmədən əvvəlki gün
hörmətcil oğul ailənin qoca xidmətçisini büstlə bağlı fikrini bildirmək üçün atelyeyə göndərib:
oğula elə gəlirmiş ki, büstün sifəti çox ensizdir. Bundan sonra yuxugörmənin əmələ gəlməsinə
kömək edən xatirələr gəlir. Qayğılardan və ailədəki söz-söhbətdən təngə gələn atanın başını
əlləri arasına alıb sıxmaq vərdişi varmış, o sanki şişmiş başını sıxıb əvvəlki vəziyyətinə qaytarmaq
istəyirmiş. Mənim pasiyentim dörd yaşı olanda təsadüfən doldurulmuş tapançadan açılan
güllənin atasının gözlərini qaraltdığının şahidi olubmuş («gözləri aydın idi»). Pasiyentin yuxuda
yaranı gördüyü yerdə atası düşünərkən və kədərlənərkən dərin qırış əmələ gəlirmiş. Yuxuda bu
qırışın yara ilə əvəzlənməsi yuxugörmənin ikinci motivinə işarə edir. Pasiyentim öz balaca qızının
fotosunu çəkib; lövhəni aşkarladıqdan sonra təsadüfən əlindən döşəməyə salıb, lövhə qırılıb və
çatlaq düz balacanın alnına düşüb. Bunu görərkən mövhumi qorxudan yaxasını qurtara bilməyib,
çünki anası ölməmişdən qabaq da, onun şəkli olan lövhəni sındırıbmış.
Beləliklə, bu yuxunun absurdluğu yalnız bizim büstü insan fotoşəklindən ayıra bilməyən
nitqimizin yetərincə dəqiq olmamasındadır. Biz hamımız «Məgər atama oxşamır?» deməyə adət
etmişik. Yuxugörmənin xəyali absurdluğu, doğrudan da, hazırkı situasiyada bərpa olunandır.
II. İkinci analoji misal mənim öz yuxularımdandır (mən atamı 1896-cı ildə itirmişəm):
«Atam ölümündən sonra Macarıstanda mühüm rol oynayır və macarların siyasi birliyinə
nail olur. Mən dumanlı şəkildə belə bir mənzərə görürəm: parlamentdəki kimi çoxlu adam var,
atam bir və ya iki stulun üstündə dayanıb, kütlə də ətrafına toplaşıb. Ölüm yatağında ikən onun
Qaribaldiyə oxşadığı yadımdadır və bu əlamətin gerçəkləşməsinə sevinirəm».
Bu ona görə aşkar olur ki, yuxugörmədə bizdə adətən absurdluq təəssüratı oyatmayan
tam mümkün nitq ifadəsi doğru təsvir olunur. Yuxularda ölülərin son dərəcə tez-tez çıxış etməsi
və bizimlə danışmasıyla müşayiət olunana situasiya çoxdan təəccübə səbəb olmuş və ən qəribə,
çox zaman isə yuxuları anlamadığımızı bəlli edən yozumlara gətirib çıxarmışdır. Halbuki bu cür
yuxuların izahı heç bir çətinlik törətmir. Olduqca tez-tez düşünməli oluruq: əgər atamız sağ
olsaydı, buna nə deyərdi? Ancaq yuxugörmə bu «əgər»i yalnız həmin situasiyanın mövcudluğu
formasında ifadə edə bilərsə. Belə ki, misalçün, babasından böyük miras qalmış cavan bir oğlan
yuxuda babasının onu hədsiz bədxərclikdə məzəmmət etdiyini görür. Bizə yuxugörməyə etiraz
kimi görünən bu adamın artıq öldüyünə istinad həqiqətdə yalnız təsəllidən ibarətdir: mərhum
buna dözməli olmadı. Ya da məmnunluq: o artıq bizə heç nə deyə bilməz. Dünyasını dəyişmiş
yaxın adamlar haqqında olan yuxugörmələrdə rastlanan absurdluğun başqa bir növü ironiya və
istehza doğurmur, əksinə tam cəfəng tərzdə təqdim etmək istədiyin sıxışdırılmış fikrin təsvirinə
qarşı qəti etiraz şəkillərindən birinə xidmət edir. Belə yuxular yalnız yuxugörmənin arzu olunanla
reallıq arasında heç bir fərq qoymadığı şərait nəzərə alındıqda yozula bilir. Misalçün, xəstə vaxtı
atasına qulluq edən və onun ölümündən çox məyus olan bir cənab bir müddət sonra yuxuda
belə cəfəngiyat görür: «Atası yenidən sağdır və həmişəki kimi onunla danışır; ancaq, hər halda, o
ölüb, ancaq bunu bilmir».
Əgər «hər halda, o ölüb» sözlərinin əvvəlinə «yuxugörənin arzusu səbəbindən» sözlərini
qoysaq, «ancaq bilmir» sözlərinin ortasına isə «yuxugörənin belə bir arzusu olduğunu» sözlərini
əlavə etsək, yuxugörmə aydın olacaq. Oğul atasının xəstəliyi zamanı onun ölümünü dəfələrlə
arzulayıb, yəni tamamilə xoş niyyətlə ölümün sevdiyi adamın əzablarına son qoymasını istəyib.
Onun ölümündən sonra çəkdiyi dərd hətta qeyri-şüuri özünüqınaqlara rəvac verib ki, sanki
mərhumun həyatını o öz arzularıyla qısaldıb. Atasına olan uşaqlıq duyğularının oyanması
sayəsində bu arzunu yuxuda təsvir etmək mümkün olub, ancaq yuxugörmənin oyadıcısı ilə
yuxugörmədən əvvəlki günlərin fikirləri arasında olan bu qədər kəskin ziddiyyət mütləq absurd
forma almalıydı. («Psixi proseslərin iki prinsipi»nə bax: lahrbuch Bleuler – Freud, III, I. 1911).
III. Bu misalda mənim yuxugörməni qəsdən absurdluq yaratmaqda tutmaq imkanım var,
halbuki material buna zərrə qədər əsas vermir. Bu misal tətil səyahətinə çıxarkən məni qraf
Tunla görüşdürən yuxuya da aiddir. «Mən» faytonda gedirəm və ona vağzala sürməyi əmr
edirəm. «Ancaq dəmir yolu ilə, əlbəttə, sizinlə getməyəcəyəm» – onun yorulmasıyla bağlı
sözlərinin cavabında deyirəm; ancaq bu zaman mənə elə gəlir ki, onunla adətən qatarla gedilən
yolun bir hissəsini getmişəm».
Analiz bu dolaşıq və cəfəng əhvalatla bağlı aşağıdakı izahatı verir. Həmin gün məni
Dornbaxın ucqar küçələrindən birinə aparacaq fayton tutmuşdum. Ancaq o, yolu tanımırmış və
bunu mənə deməyib; nəhayət, bunu anladım və yolu göstərdim, bu zaman onun ünvanına bir
neçə istehzalı söz deməkdən də özümü saxlamadım. Bu faytonçudan bir bağ ayrılıb
aristokratiyaya gedir, ancaq buna irəlidə toxunacağam. Hələliksə onunla kifayətlənəcəyəm ki,
bizim, burjuaziya plebsinin (Plebs – 1. qədim Romada: qara camaat, sadə xalq, plebeylər; 2.
cəmiyyətin aşağı təbəqələri) gözlərinə aristokratiya tez-tez «arabaçıların» yerini həvəslə
tutmasıyla sataşır. Axı qraf Tun da Avstriyanın dövlət arabasını idarə edir. Yuxudakı növbəti
cümlə mənim qardaşıma aiddir, mən onu da arabaçıyla eyniləşdirirəm. Mən bu il onunla
İtaliyaya getməkdən imtina etmişəm («dəmir yoluyla sizinlə getməyəcəyəm»); bu imtinanın
səbəbi onun daim mənimlə səyahət edərkən yorulmasından şikayətlənməsiylə bağlıdır (bu,
yuxuya dəyişməz formada daxil olub), çünki heç yerdə uzun müddət qərar tuta bilmirəm. Yola
düşərkən qardaşım məni vağzala qədər ötürdü, ancaq bir baş Pukersdorfa yollanmaq üçün yolda
(biz vağzala tramvayla gedirdik) düşdü. Ona mənə bir az da yoldaşlıq edə biləcəyini və
Pukersdorfa tramvayla deyil, Qərb dəmir yoluyla gedə biləcəyini dedim. Yuxuda bu mənim
adətən dəmir yoluyla gedilən yolun bir hissəsini faytonla getməyim şəklində əks olunub.
Həqiqətdə isə məsələ tamamilə əksinə olub; mən qardaşıma dedim ki, o yolun tramvayla
getmək istədiyi hissəsini mənimlə qatarda gedə bilər. Yuxudakı bütün təhrif mənim «tramvay»
əvəzinə «fayton» görməyimdən ibarətdir, bundan əlavə həm də qardaşımın faytonçuyla
eyniləşdirilməsinə kömək edir. Lakin bunun ardınca yuxuda ilk baxışdan son dərəcə müəmmalı
görünən və mənim indicə dediyim «mən dəmir yoluyla sizinlə getməyəcəyəm» cümləmə zidd
olan absurd da var. Ancaq mənə tramvayı arabaçıyla qarışdırmaq ümumiyyətlə lazım
olmadığından, görünür, bütün bu müəmmalı əhvalatı qəsdən yaratmışam.
Lakin hansı məqsədlə? İndi biz absurdluğun yuxugörmədə hansı rolu oynadığını və ona
yol verilməsini, yaxud onun yaranmasını hansı motivlərin şərtləndirdiyini biləcəyik. İndiki halda
müəmmanın çözülməsi aşağıdakına gətirib çıxarır. Mənə yuxugörmədə hər hansı absurdluq və
«Fahren» (getmə) sözüylə bağlı anlaşılmaz bir şey lazımdır, çünki yuxugörmənin arxasında
gizlənən fikirlərdə təsvir tələb edən bir mülahizə var. Yuxugörməyə qədər bir gün axşam elə
həmin yuxuda «qapıçı» rolunda çıxış edən tanış bir xanımın evində qonaq olmuş və cavabını
tapa bilmədiyim iki tapmaca eşitmişdim. Oradakıların hamısı bu tapmacanı artıq bildiyindən,
mən onları tapmağa etdiyim öz uğursuz cəhdlərimlə komik təəssürat yaratdım. Tapmacalar
bunlardır:
1. Ağa əmr edir, arabaçı dərhal yerinə yetirir? Onlar tabutdadır, sağ deyillər. Ancaq bizim
hamımızda onlardan var.
Həmin axşam qraf Tun (vorfahren sah) mənim yanımdan yekəxana görkəmdə keçəndə və
mən qeyri-ixtiyari aristokratların zəhmət çəkib dünyaya gəlişini onların xidməti hesab edən
Fiqaronu xatırlayanda hər iki tapmacadan yuxugörmədəki ara halqalar rolunu oynamaq üçün
istifadə etmişəm. «Aristokrat» şüurda «faytonçu» ilə asanca əvəzləndiyindən (yuxarı bax) və
əvvəllər bizim ölkədə faytonçular «Herr Schwager» («kürəkən») deyə tərif edildiklərindən,
sıxlaşma prosesi qardaşımı da yuxuya daxil edə bilər. Yuxugörmənin əsasında duran fikrin
mənası isə budur: Əcdadlarla (Vorfahren) fəxr etmək mənasız işdir. Ən yaxşısı özümün əcdad
olmağımdır. Yuxugörmədəki mənasızlıq da bu fikrin («mənasız işdir» və sairə) nəticəsində
yaranıb.
Beləliklə, yuxugörmə o halda absurd olur ki, onun arxasında gizlənən fikirlərdə onun
məzmununun elementlərindən biri haqqında «bu mənasızdır» mülahizəsi olur və o,
ümumiyyətlə, yuxugörənin tənqid və ironiya ilə müşayiət olunan qeyri-şüuri fikirlərindən biri
olur. Ona görə də, absurd olan yuxugörmənin ziddiyyət yaratmasına kömək edən vasitələrdən
birinə xidmət edir, bu, yuxugörmənin məzmunu ilə fikirləri arasındakı qarşılıqlı əlaqənin şəklini
dəyişməsi, hərəki bağlılığın hiss olunmasından istifadə kimi bir şeydir. Lakin yuxugörmədəki
absurdluğu sadə «deyil» kimi qiymətləndirmək olmaz: o, yuxugörmənin arxasında gizlənən
fikirlərin özündəki ironiyaya və ziddiyyətə meyilliliyini canlandırmalıdır. Yuxugörmə yalnız bu
məqsədlə gülüşə layiq məzəlilik təqdim edir. O burada yenə də gizli məzmunun bir hissəsini
aşkar formaya çevirir.
Əslində qarşımızda absurd yuxugörmənin belə bir mənasının son dərəcə əsaslı bir örnəyi
vardı. Analiz etmədən yozduğumuz Vaqnerin səhər saat səkkizədək davam edən operası,
orkestr, qüllədə dayanan dirijor və sairə haqqında yuxu da, görünür, bu dünyada hər şeyin necə
mənasız olduğunu ifadə edir! Kimin ki, həqiqətən haqqı var, o heç nə əldə etmir, kimin ki heç nə
vecinə deyil, onun hər şeyi var – burada, aydındır ki, yuxugörən özüylə əmisi qızının taleyi
arasında paralel aparır. Absurd yuxularla bağlı yuxarıda gətirilən misallarda yuxugörmələrin
hamısının ölmüş atalar haqqında olması da qətiyyən təsadüfi deyil. Bu yuxularda belə
yuxugörmələrin yaranması üçün tipik formalı bütün şərait var. Ataya məxsus avtoritet uşağın
erkən tənqidinə səbəb olur, onun ciddi tələbləri uşağı atanın kiçicik bir zəifliyini belə izləməyə
sövq edir, lakin təfəkkürümüzdə atamızın şəxsiyyəti ilə yanaşı olan ehtiram duyğusu, xüsusilə də,
onun ölümündən sonra, bu tənqidi fəaliyyətin yaranmasını şüurdan sıxışdırıb çıxaran senzuranı
kəskinləşdirir.
IV. Ölmüş ata haqqında daha bir absurd yuxugörmə. «Mən doğma şəhərimin icma
şurasından 1851-ci ildə qospitalda saxlanmaya görə ödəniş tələb edən bildiriş alıram. Buna
gülürəm, çünki əvvəla 1851-ci ildə mənim izim-tozum da yox idi, ikincisi isə bunun aid ola
biləcəyi atam artıq vəfat etmişdi. Buna baxmayaraq, onun yataqda uzandığı qonşu otağa keçib,
bunu ona deyirəm. Mənimçün təəccüblü olsa da, o, 1851-ci ildə bərk sərxoş olduğu üçün onu
harasa apardıqlarını xatırlayır. Bu, o T. üçün işlədiyi vaxt olmuşdu. «Demək, sən içirsənmiş də? –
soruşuram. – Və bundan az sonra evlənmisən?» – Mən 1856-cı ildə doğulduğumu hesablayıram;
bu mənə bilavasitə bir-birinin ardınca gəlirmiş kimi görünür».
«Bəli, əgər mən professor, ya da qofrat oğlu olsaydım, yəqin, tezliklə irəli gedərdim».
Mən öz yuxumda atamı professor və ya qofrat edirəm də. Yuxugörmənin daha parlaq və qəribə
absurdluğu yenə də mənim 1856-cı ili 1851-ci illə eyniləşdirməyimdir, elə bil, beş illik fərqin heç
bir əhəmiyyəti yoxdur. Ancaq fikirlərin yuxugörmənin arxasında gizlənən məhz bu hissəsi öz
ifadəsini tapmalıdır. Dörd-beş il elə mənim yuxarıda xatırladığım həmkarımın dəstəyindən
istifadə etdiyim zaman kəsiyidir; həmin dövrdə mən nişanlı olmuşam və nəhayət, həmin illərdə
öz pasiyentimi tam sağalmasını gözləməyə məcbur etmişəm; sonuncu məsələ təsadüfi xarakter
daşısa da, yuxugörmə ondan həvəslə istifadə edir. «Beş il nədir ki?» – yuxugörmənin arxasında
gizlənən fikirlər sual verir. «Bu mənimçün vaxt deyil. Qarşıda hələ çox vaxtım var və elə sizin də
inanmadığınız şey gerçəkləşdiyi kimi, mən bunu da həyata keçirirəm». Bundan əlavə, yüzilliyin
rəqəmlərindən ayrılan 51 ədədi başqa əks fikirlə də şərtlənir; ona görə də, yuxugörmədə ona bir
neçə dəfə rast gəlinir. 51 yaş kişi üçün çox təhlükəlidir: bu yaşda bir neçə həmkarım vaxtsız
dünyadan gediblər, onlardan biri uzun zamandan bəri gözlədiyi professor təyinatını almazdan bir
neçə gün öncə ölmüşdü.
V. Rəqəmlərlə oynayan daha bir absurd yuxu. Tanışlarımdan biri olan cənab M., nə az-nə
çox, Hötenin özünün hücumlarına məruz qalır; bu hücumlar bizim ümumi rəyimizə görə, haqsız
xarakteri daşıyırdı. Bu hücumlar cənab M.-i, şübhəsiz, tamamilə məhv edirdi. O bizim ümumi
tanışlarımıza acı-acı şikayətlənir; onun Höteyə pərəstişində heç bir tərəddüdü yox idi, ancaq bu
şəxsi inciklikdən qaynaqlanırdı. Mənə inanılmaz görünən zaman nisbətini aydınlaşdırmağa
çalışacağam. Höte 1832-ci ildə ölüb; onun M.-ə hücumları, aydındır ki, erkən dövrə aid
olduğundan, o zaman M. çox gənc olub. Mənə elə gəlir ki, 15 yaşı olub. Ancaq indi hansı il
olduğunu bilmirəm, ona görə də hesablamalarım nəticə vermir. Cənab M.-ə hücum Hötenin
məşhur «Təbiət» əsərinin məzmununda var.
Bu yuxunun absurdluğunu aydınlaşdırmaq heç bir zəhmət tələb etmir. Ümumi
tanışlarımızdan birinin evində görüşdüyümüz cənab M. bu yaxınlarda əqli pozğunluq iflicindən
əziyyət çəkən qardaşını müayinə etməyimi xahiş etdi. Onun narahatlığı əsaslı imiş. Konsultasiya
zamanı xəstə qardaşını heç bir səbəb olmadan gənclikdəki günahlarıyla bağlı məzəmmət etməyə
başladı. Mən xəstədən onun doğum tarixini soruşdum və yaddaşın zəifləməsini yoxlamaq üçün
bir neçə hesablama aparmağa vadar etdim; o, sınaqdan güc-bəla ilə çıxdı. Mən artıq
yuxugörmədə bu iflicin yerinə keçdiyimin fərqindəyəm («mən indi hansı il olduğunu bilmirəm»).
Yuxugörmənin yerdə qalan materialı digər mənbəyə aiddir. Berlindəki bir tibb jurnalının şəxsi
tanışım olan redaktoru jurnalında həmkarım F.-in son kitabı haqqında yüksək dərəcədə sərt və
«öldürücü» bir resenziya dərc etmişdi; məqalənin müəllifi gənc və kəmsavad bir həkim idi. Mən
işə qarışıb redaktora müraciət etməyi özümə borc bildim; o, baş verənlə bağlı çox
təəssüfləndiyini, ancaq bunu jurnalın səhifəsinə çıxarmağın mümkün olmadığını söylədi. Buna
cavab olaraq jurnalla əlaqələrimi kəsdim, ancaq məktubumda redaktoru əmin etdim ki, şəxsi
münasibətlərimizə bundan zərrə qədər xələl gəlməyəcək. Bu yuxunun üçüncü mənbəyi bir qadın
pasiyentimin qardaşının psixi xəstəliyi haqqında danışdığı əhvalatdır, onun tutmaları «Təbiət,
təbiət!» söyləyən aramsız çığırtılarla müşayiət olunurmuş. Həkimlər bu nidaların Hötenin eni adlı
əsərinin mütaliəsi ilə bağlı olduğunu və xəstənin təbiət fəlsəfəsi ilə bağlı bilgilərlə həddən artıq
yüklənməsiylə bağlı olduğunu ehtimal edirlər. Ancaq mən burada seksual elementin
mövcudluğunu müəyyənləşdirməyə üstünlük verdim; tezliklə mənim rəyim təsdiq olundu;
quduzluq həddinə çatan tutmalar zamanı bədbəxt öz cinsiyyət orqanlarını eybəcər hala salırmış.
İlk tutması zamanı xəstənin 18 yaşı olub.
Lakin mən heç bir yuxugörmənin eqoizmdən başqa digər motivlərə əsaslanmadığını
göstərməyə söz vermişəm. Hazırkı durumda niyə ayağıma dostumla bağlı xoşagəlməz əhvalat
yazdığımı və onun yerinə keçdiyimi izah etməliyəm. Ayıq halda mənim rəyim o qədər də aydın
deyil. Ancaq burada növbəti məsələ rol oynayır: 18 yaşlı xəstəylə bağlı əhvalat göstərir ki, mən
psixonevrozların seksual etiologiyasının mövcudluğunu təsdiq etməklə həkimlərin bir çoxuyla
fikir ayrılığına malikəm. Mən öz-özümə deyə bilərəm: tənqid dostun kimi sənə də aid ola bilər,
daha doğrusu artıq çoxdan aiddir. Demək, indi mənim «o» elementini «biz» elementinə
dəyişmək haqqım var: «Bəli, siz haqlısınız, biz ikimiz də səfehik».
«Mea res agitur»-un mənə Hötenin bu kiçik, hədsiz gözəl əsəri haqqında kəskin
xatırlatmanı göstərməsi, məşhur mühazirələrdən birində bu əsərdən sitat gətirilməsi məni, gənc
və mütərəddid bir tələbəni təbii elmləri öyrənməyə təşviq etdi.
VI. Yuxarıda mənim «mən»imin olmadığı, buna baxmayaraq, eqoist olan daha bir yuxu
haqqında danışmağı da vəd etmişdim. Demişdim ki, bir dəfə yuxuda professor M.-in guya
«Mənim oğlum, Mion…» – dediyini görmüş və bunun yalnız mənim də rol aldığım digər bir
yuxunun giriş hissəsi olduğunu xatırlatmışdım. Absurd və anlaşılmaz sözdüzəltmənin bizdən
izahat tələb etdiyi əsas yuxugörmə bax budur.
«Romadakı hansısa hadisələrə görə bütün uşaqları şəhərdən çıxarmaq lazımdır. Hadisə
böyük antik darvazaların qarşısında baş verir (Porta romanae Siene, mən artıq bunu yuxuda
bilirəm). Mən quyunun yanında oturmuşam; heç kefim yoxdur, ağlamaq istəyirəm. Bir qadın –
qulluqçu, rahibə – iki oğlan uşağını gətirib atalarına təhvil verir. Ata mən deyiləm. Oğlanlardan
böyüyü mənim böyük oğluma oxşayır, kiçiyin üzünü görə bilmirəm; oğlanları gətirən qadın
vidalaşarkən onu öpmək istəyir. Qadının iri, qırmızı burnu var. Oğlan onunla öpüşmək istəmir,
ancaq əl verib deyir: „Auf Ceseres“, bizim ikimizə isə (ya da birimizə) ”Auf Ungeseres”.
Sonuncuda ehtiram ifadə olunduğunu tutqun şəkildə anlayıram».
Yuxugörmə teatrda baxdığım «Yeni getto» (orta əsrlərdə bəzi ölkələrin iri şəhərlərində
yəhudilər üçün ayrılan xüsusi məhəllələr; bəzi ölkələrdə zəncilərə və s. qarşı getto indi də tətbiq
edilməkdədir) tamaşasının məndə doğurduğu bütöv fikir kompleksinə əsaslanır. Yuxugörmənin
arxasında gizlənən fikirlərdə yəhudi məsələsini və vətənsiz uşaqların gələcəyini görmək çətin
deyil.
«Biz Babil çayı üzərində oturub ağlayırıq»105. Siyenna da Roma kimi özünün gözəl
quyularıyla məşhurdur; mən öz təsəvvürümdə Romanı başqa tanıdığım şəhərlərlə əvəz etmək
(yuxarı bax) istəyirəm. Porta romana yaxınlığında mən böyük gur işıqlandırılmış bina gördüm və
onun Manikomio (dəlixana) olduğunu tanıdım. Yuxugörmədən az öncə eşitmişdim ki, həkim
dindaşlarımdan biri dövlət dəlixanasında biri çox çətinliklə aldığı vəzifəni tərk etmək
məcburiyyətində qalıb.
Ancaq diqqətimizi oğlanın «Auf Ceseres» sözləri cəlb edir, həmin sözləri o, yuxuda şəraitə
uyğun olan «Auf Wiedersehen» (görüşənədək) və artıq tamamilə mənasız olan «Auf Ungeseres»
sözünün əvəzinə tələffüz edir.
Filoloqlardan aldığım məlumata görə, «geseres» – qədim yəhudi sözüdür, mənşəyi
«goiser» felindəndir və «taleyin qabaqcadan müəyyənləşdirdiyi əzablar» mənasını verir.
«Ungeseres»i mən özüm yaratmışam, ona görə də, xüsusi diqqətimi çəkir. Əvvəlcə başa düşə
bilmirəm. Ancaq bu sözdə «geseres»ə nisbətən müəyyən ehtiram olduğunu bildirən
yuxugörmədəki son deyim çaşqınlığımı dağıdır. Kürü ilə bağlı da analoji nisbət aparılır: duzsuz
duzludan («ugesalzen» və «gesalzen») baha qiymətləndirilir. Sadə camaatın gözündə kürü «ağa
nemətidir»; bunda mənim evimdə xidmət edən bir xanımla bağlı zarafat var, onun haqqında bu
fikirdəyəm ki, yaşca məndən kiçik olduğuna görə uşaqlarımın tərbiyəsi ilə daha yaxşı məşğul ola
bilər. Uşaqlarımın dayəsinin yuxudakı qulluqçunu (yaxud rahibəni) çox xatırlatması buna uyğun
gəlir. Lakin «Gesalzen – ungesalzen» və «Ceseres – Ungeseres» sıraları arasında vasitəçi halqa
çatışmır. Halqa «gesauert – ungesnuert» («mayalanmış – mayalanmamış») sırasındadır; İsrail
övladları Misirdən çıxarkən xəmirlərini mayalandıra bilməmişdilər və bununla bağlı xatirə olaraq
Pasxada hələ də şirin çörək yeyirlər. Bu Pasxada Berlindən olan həmkarlarımdan biriylə
Breslavlın mənə tanış olmayan küçələrindən birində gəzişdiyimizi xatırlayıram. Bir qızcığaz mənə
yaxınlaşıb bir küçəni soruşdu; mən tanımadığımı bildirdim və sonra yol yoldaşıma dedim ki, bu
qızın ona rəhbərlik edəcək insanları seçərkən böyük təcrübə sərgiləyəcəyinə ümid etmək
lazımdır. Bundan az sonra qapının üzərində «Doktor İrod» yazılmış bir lövhəcik gördüm. Dedim:
«Ümid edək ki, bu doktor uşaq xəstəliklərilə bağlı təcrübə keçir»106. Bu zaman yoldaşım
baxışlarının ikitərəfli simmetriyasının bioloji mənasını mənim üzərimdə inkişaf etdirərək sözünə
belə başladı: «Əgər alnımızın ortasında Təpəgöz kimi cəmi bir gözümüz olsaydı…» Bu bizi
professor M.-in yuxugörmənin girişindəki sözlərinə aparır: «Mənim oğlum, Miop…» Buradan
mən bilavasitə «geseres» sözünün mənşəyinə yaxınlaşıram. Bir neçə il bundan qabaq professor
M.-in indi məşhur alim olan oğlu məktəb skamyasında oturmuşdu, onun gözləri ağrıyırdı. Həkim
narahatlığını ifadə etsə də, xəstəliyin hələlik bir tərəfə toxunduğundan təhlükə olmadığını dedi;
əgər o biri gözə keçsə, onda ciddi tədbirlər görmək lazım gələcək. Birinci göz doğrudan da
tezliklə sağaldı, ancaq bir müddətdən sonra xəstəlik simptomları digər gözdə aşkarlandı.
Qorxmuş anası həkimi o zaman yaşadıqları kəndə çağırdı. Ancaq həkim hirsləndi. «Was machen
Sie fiir Geseres? (Niyə boş yerə təlaşlanırsınız?) – o qışqırdı. – Əgər bir tərəf sağalıbsa, o biri də
sağalacaq». O, haqlı çıxdı.
İndi isə bütün bunların mənimlə və yaxınlarımla əlaqəsi barədə. Professor M.-in oğlunun
uşaqlıqda məktəbdə oxuyarkən oturduğu skamya və partanı onun anası mənim böyük oğluma
hədiyyə edib və yuxugörmədəki vida sözlərini mən onun dilindən səsləndirirəm. Bu köçürməylə
bağlı arzulardan birini aşkar etmək çətin deyil. Həmin məktəbli partası öz konstruksiyasına görə,
həm də uşağı göz zəifliyindən və birtərəflilikdən qorumalıdır. Yuxugörmədəki Miop (onun
ardınca Təpəgöz) və ikitərəflilik haqqında mülahizə də buradandır. Birtərəfliliklə bağlı
narahatlığın müxtəlif mənaları var: burada fiziki birtərəflilikdən başqa, əqli inkişafın
birtərəfliliyindən də söhbət gedə bilər. Hətta bundan əlavə: məgər yuxugörmə bütün absurdluğu
ilə məhz bu narahatlığa zidd deyil? Vida sözlərilə bir tərəfə müraciət edən oğlan, sanki tarazlığı
qorumaq üçün digər tərəfə də məhz əks sözləri deyir. O sanki ikitərəfli simmetriya qaydasına
əməl edir.
Beləliklə, biz çox vaxt yuxugörmənin daha absurd göründüyü zaman daha dərin mənalı
olduğunu görürük. Axı həmişə nəsə demək istəyən, ancaq buna imkanı olmayan adamların
başına təlxək papağı qoyurlar. Belə bir yasaq söz üçün nəzərdə tutulan dinləyici ona yalnız
güldüyü halda və acı həbdə hər halda çoxlu əyləncəli şeylər olduğuyla təsəlli tapanda dözə bilir.
Faciədə özünü dəliliyə vurmuş Hamlet də eynilə yuxugörmədəki kimi hərəkət edir; ona görə də,
həqiqi şəraiti anlaşılmaz-zarafatcıla dəyişməklə Hamletin özü haqqında dediklərini yuxugörmə
barədə də söyləmək olar: «Mən ancaq şimal-şərqdə dəliyəm; əgər külək cənubdan əsirsə, onda
mən şahini vağdan ayıra bilirəm». Bu yuxugörmə, eyni zamanda, onu da sübut edir ki, eyni
gecədə görülən yuxular xatirə baxımından bir-birindən ayrılsa da, eyni zəminə və fikir
materialına əsaslanır. Mənim uşaqları Romadan çıxardığımı təsvir edən yuxugörmənin,
doğrudur, mənim uşaqlıqda yaşadığım analoji epizodla da bağlılığı var və ona görə də, mühüm
təhrifedici izlərə malikdir. Məna budur ki, mən bi neçə il öncə uşaqlarını başqa ölkəyə apara
bilən qohumlarıma qibtə edirəm.
Təsdiq edirəm: yuxugörmədə fikrin funksiyasının xəyali təzahür formasına malik hər şey
yuxugörmə fəaliyyətinin təfəkkür prosesi sayılmamalı, yuxugörmənin arxasında gizlənən fikirlər
materialına aid edilməlidir və oradan hazır və bütöv şəkildə onun aşkar məzmununa
keçirilməlidir. Bundan da artığını deyə bilərəm. Yuxudan ayıldıqdan sonra xatırlanan yuxuyla
bağlı deyilən fikirlərin böyük bir qismi də, bizdə yuxunun reproduksiyasına səbəb olan bu
hissiyyatlar da yuxugörmənin gizli məzmununa aiddir; onlar hamısı yuxunun yozumuna aid
edilməlidir.
I. Artıq yuxarıda buna aid əyani misal gətirmişəm. Bir pasiyent qadın yuxusunu çox
dumanlı olduğu üçün danışmaq istəmir. O, yuxuda kimisə görüb, ancaq onun əri və ya atası
olduğunu bilmir. Yuxugörmənin ikinci hissəsində onunçün aşağıdakı xatirəylə bağlı olan «çirkab
vedrəsi» (Misttrugeri) müəyyən rol oynayıb. Gənc evdar qadın olarkən o, bir qohumunun
yanında deyib ki, indi onun birinci vəzifəsi yeni çirkab vedrəsi almaqdır. Ertəsi gün səhər qohumu
ona belə bir vedrə göndərib, ancaq vedrə inciçiçəklərilə doluymuş. Analiz apararaq öyrəndim ki,
onun yuxusunun əsasında dayanan fikirlərdə uşaq vaxtı eşitdiyi bir əhvalatın izləri yatır: bir qız
doğduğu uşağın atasının kim olduğunu bilmirmiş. Burada yuxugörmənin fəaliyyəti, beləliklə, ayıq
təfəkkürə uzanır və yuxugörmənin elementlərindən birini onun hamısı haqqında ayıq halda
söylənmiş mülahizə ilə ifadə etməyə imkan verir.
Pasiyentlərimdən birinin yuxusu ona o qədər maraqlı gəlib ki, oyanan kimi öz-özünə
deyib: «Bunu həkimə danışmalıyam». Yuxunun analizi açıq-aşkar onun müalicə vaxtı qurduğu
sevgi münasibətləri barədə mənə heç nə deməməyə qəti qərar verdiyini göstərir. Yuxudakı qərar
və ya niyyət: «Bunu həkimə danışmalıyam» adətən psixoanalitik müalicə zamanı yuxuları
danışmağa müqavimət göstərən və tez-tez onun unudulmasıyla müşayiət olunan yuxugörmələrə
uyğun gəlir.
«Mən P. ilə birlikdə xəstəxanaya gedirəm. Biz çoxlu ev və bağların olduğu küçədən
keçirik. Mənə elə gəlir ki, bu yeri artıq yuxuda görmüşəm. Ancaq yolu tanımıram. P. mənə deyir
ki, tində restoran var. Mən ora gedib xanım Lonini xəbər alıram. Mənə onun üç uşağıyla birlikdə
kiçik bir otaqda yaşadığını deyirlər. Onun yanına gedərkən yanında mənim hər iki qızım olan bir
qadınla rastlaşıram. Onunla bir az dayandıqdan sonra qızları özümlə götürürəm. Guya onları
orada qoyduğu üçün arvadımın qarasına deyinirəm».
Oyandıqda məmnunluq hiss edir və bunu öz-özümə analizdən bunun nə demək olduğunu
öyrənəcəyimlə izah edirəm. Bu məsələylə bağlı «Revue philosophique»nın (yuxuda
paramneziya) səhifələrində geniş polemika olmuşdu. Ancaq analiz bunu mənə aydınlaşdıra
bilmir; o, məmnunluq hissinin yalnız yuxugörmənin gizli məzmununa (onunla bağlı
mühakimələrə deyil) aid olduğunu göstərir. Məmnunluğu uşaqlarım olduğuna görə hiss edirəm.
P. həyat yolumun bir hissəsini birlikdə keçdiyim bir adamdır; sonradan o sosial və maddi mənada
məni ötsə də, nikahda sonsuz oldu. Yuxugörmənin analizi iki motivi açır. Yuxugörmə ərəfəsində
qəzetdən hansısa xanım Dona A.-nın (Doni soyadı da buradandır) doğuş zamanı ölməsi haqqında
oxumuşdum: arvadım dedi ki, mərhumun uşağını onun körpəsini tutan mama tutub. Dona adı
nəzərimi ona görə cəlb etdi ki, bundan az müddət öncə ona bir ingilis romanında rast gəlmişdim.
Yuxugörmənin başqa bir mənbəyi onun ortaya çıxma zamanından bəlli olur; mən bu yuxunu
poetik istedadı olduğu güman edilən böyük oğlumun doğum günü ərəfəsində görmüşdüm.
IV. Atamın ölümündən sonra Macarıstandakı siyasi hadisələrdə mühüm rol oynaması
haqqında olan absurd yuxudan oyandıqdan sonra da mən bu cür məmnunluq hissi keçirmişdim:
bu duyğu yuxugörmənin sonuncu hissəsini müşayiət edən hissiyyatın davamıyla motivasiya
olunur: «ölüm yatağında onun Qaribaldiyə çox oxşadığını xatırlayır və həqiqətdə bunun
gerçəkləşdiyinə sevinirəm… (sonrası unudulub)». Analiz mənə yuxugörmənin bu boşluğuna
nəyin aid olduğunu göstərir: böyük bir adamın adını verdiyim kiçik oğlum haqqında xatırlatma;
gənclik illərimdə, xüsusilə də, İngiltərəyə gələndən sonra, bu adam məndə çox güclü təəssürat
doğurmuşdu. Uşağı gözlədiyimiz bütün ili ona bu adı verməyi niyyət etmişdim və dünyaya
gələrkən oğlan olduğunu biləndə bunu məmnunluq hissilə qarşıladım. Atadakı boğulmuş
böyüklük iddiasının onun fikirləri vasitəsilə uşaqlarına keçdiyini görmək çətin deyil; bunun həmin
cəhdin boğulmasını zəruri edən yollardan birindən keçməsiylə razılaşmaq lazım gəlir107. Oğlum
bu yuxugörməyə daxil olma haqqını həm uşaq, həm də ölüm ayağında olan adam üçün üzrlü
olan günah sayəsində əldə edib.
Bu yuxunun analizindən bilirəm ki, yalnız yuxugörmədə deyildiyi bilinən bu fikirlər onları
yuxunun yozumu üçün zəruri edən digər izahata yol açır ki, onun sayəsində fikirlərin absurdluğu
aradan qalxır. «Zaman nisbətini özümçün aydınlaşdırmağa çalışacağam» cümləsilə mən
doğrudan da həyatda zamanın rolunu aydınlaşdırmağa çalışan dostumun yerinə keçirəm. Bunun
sayəsində cümlə sanki özündən əvvəlkinin absurdluğuna müqavimət göstərən mühakimə
mənasını itirir. Onun «inanılmaz görünən» hissəsi ardınca gələn «Mənə elə gəlir ki»yə aiddir.
Mənə qardaşının xəstəliyi haqqında danışan xanıma təxminən üç kəlməylə cavab verdim:
«Təbiət, təbiət!» nidalarının Höte ilə hər hansı bağlılığının olması mənə inanılmaz görünür».
Doğrudur, buradakı mühakimə, söylənilən fikir yuxuya yox, aşkar duruma aiddir; onun səbəbi
yuxugörmənin arxasında gizlənən fikirlərdə xatırlanır və istifadə olunur. Yuxugörmənin
məzmunu əsasında duran digər fikirlər kimi bu mühakiməni də mənimsəyir.
VI. Mən əvvəl haqqında danışdığım yuxugörmələrdə zehni işə dair digər misallar
axtarıram. İcma şurasının məktubu haqqında olan absurd yuxuda mən soruşuram: «Bundan
dərhal sonra sən evləndin? Mən 1856-cı ildə doğulduğumu hesablayıram; bu mənə bilavasitə
bir-birinin ardınca gəlirmiş kimi görünür». Burada biz özünəməxsus hökm görürük. Atam 1851-ci
ildə evlənib; mən, böyük uşaq, 1856-cı ildə doğulmuşam. Bu doğrudur. Biz bilirik ki, bu arzunun
hökmüdür, yuxugörmənin arxasında gizlənən fikirlərdə bunlar var: 5 illik fərqin heç bir
əhəmiyyəti yoxdur. Lakin bu hökmün hər bir hissəsi həm məzmun, həm də forma baxımından
yuxugörmənin əsasında duran fikirlərdə fərqli determinasiya olunur. Müalicədən dərhal sonra
evlənməyə hazırlaşan mənim pasiyentimdir, onun hövsələsindən şikayət edən isə həmkarımdır.
Yuxuda mənim atama münasibətim sorğu-sualı və ya imtahanı xatırladır və tələbələri qeyd
edərkən «Nə vaxt doğulmusan?», «Atan kimdir?» kimi formal suallar verən bir universitet
müəllimi haqqında təsəvvürü yada salır. Biz atamızın adını ona latın sonluqlarıyla deyirdik;
düşünürdük ki, qofrat atamızın adıyla bağlı və tələbənin öz adı haqqında çox az bilgiləri əhatə
edən mühakimələr yürüdəcək. Beləliklə, yuxugörmədəki hökm yalnız yuxugörmənin arxasında
gizlənən fikirlərdəki materialın bir hissəsini təşkil edən digərinin təkrarıdır. Buradan yeni nəsə
öyrənəcəyik. Əgər yuxugörmənin məzmununda hökm varsa, o, yəqin ki, fikirlərdən qaynaqlanır;
fikirlərdə isə o, ya xatirə materialının bir hissəsi ola, ya da ayrı-ayrı fikir sıralarını məntiqi əlaqə
kimi birləşdirə bilər. Yuxugörmədə hökm hər iki halda onun əsasında duran fikirlərdəki hökmdür.
Bu qayda mənim məntiqi əlaqə ilə bağlı əvvəlki fikirlərimə müəyyən düzəlişdir. Buna
baxmayaraq, yuxarıda mən yuxugörmə fəaliyyətinin ümumi xarakterini təsvir etmiş, onun kiçik
detallarına toxunmamışam.
Yuxunun analizini davam etdirə bilərik. Professorun sorğu-sualı tələbə siyahısı haqqında
xatirə ilə bağlıdır (mənim dövrümdə latınca tərtib olunan). Sonra isə mənim dərslərim haqqında.
Tibb fakültəsində kurs keçmək üçün nəzərdə tutulmuş beş il mənə bəs etməyib. Tanışlarım
məndən nəsə «çıxacağına» şübhə edərək, məni avara saysalar da, oxumağa davam etdim və
imtahanları tezliklə verərək, istədiyimə nail oldum. Yuxugörmənin arxasında gizlənərək fikirləri
möhkəmləndirən yeni amil. «Siz mənə şübhə etsəniz də, mən, hər halda, istədiyimə nail oldum,
hər halda oxuyub qurtardım (zum Schluss gekommen)».
Eyni yuxugörmənin əvvəlində elə elementlər var ki, onların arxasındakı əsaslandırmanın
xarakterini etiraf etməmək mümkün deyil. Bu əsaslandırma heç absurd da deyil, o eyni uğurla
ayıq təfəkkürə də aid ola bilər. Mən yuxuda icma şurasının məktubuna gülürəm, çünki əvvəla,
1851-ci ildə mən hələ dünyaya gəlməmişdim, ikincisi də, bunun aid ola biləcəyi atam artıq
ölmüşdü. Hər ikisi nəinki ədalətlidir, həm də belə bir məktub alacağım təqdirdə gətirə biləcəyim
arqumentlərə tamamilə uyğundur. Əvvəlki analizdən bilirik ki, bu yuxugörmə acı sarkazmla dolu
fikirlər zəminində yaranmışdır; əgər bundan əlavə, senzuranın fəaliyyətinə təsir edən son dərəcə
mühüm motivləri də nəzərə alsaq, onda yuxugörmənin öz arxasında gizlənən fikirlərdən doğan
misallar əsasında absurd fərziyyələri mükəmməl şəkildə təkzib etməyə tam haqqı olduğunu başa
düşərik. Bütün bunlar ona bənzəyir ki, əgər hər hansı cəbr tənliyində + və – işarələrindən başqa
potensial və radikal işarələri də varsa, kimsə bu tənliyi yazarkən onu başa düşmədiyindən bütün
işarələri rəqəmlərlə birlikdə, tam nizamsız yazıb. Yuxarıda sözügedən hər iki arqumenti növbəti
materiala aid etmək olar. Psixonevrozların psixoloji baxımdan dərk olunmasının əsasına
qoyduğum bəzi qaydaları çap etdirdikdə onların inamsızlıq və gülüş doğurduğunu etiraf etmək
mənə xoş deyil. Beləliklə, misalçün, təsdiq edirəm ki, xəstələrin həyatının ikinci, hətta bəzən
birinci ilinin təəssüratları ruhda möhkəm iz buraxır, bunlar həddən artıq böyüsə də, yaddaşda
təhrif olunsa da, hər halda, isterik simptomların ilk və daha dərin əsaslarını müəyyənləşdirməyə
imkan verir. Lazımi məqamda bunu izah etdiyim pasiyentlər hələ həyatda olmadıqları dövrün
xatirələrini axtararaq mənim vəziyyətimi yamsılamağa çalışırlar. Zənnimcə, eyni şey xəstə
qadınların atalarının onların erkən seksual oyanma dövründə oynadığı rolu qəflətən açarkən baş
verə bilər. Bu da, o biri də, qəti hesab edirəm ki, tamamilə ədalətlidir. Bunu təsdiqləmək üçün
uşağın erkən yaşlarında atasını itirdiyi və başqa cür izah oluna bilinməyən sonrakı faktların
uşağın yaddaşında, hər halda, belə erkən itirdiyi yaxın adamı haqqında şüursuz xatirələrin
qaldığını göstərdiyi bir neçə misalı ağlımdan keçirirəm. Hər iki fikrimin doğruluğu etiraz
doğuracaq nəticələrə əsaslandığını bilirəm. Beləliklə, yuxugörmənin mükəmməl mühakimələr
qurması üçün məhz həmin nəticələrin materialından istifadə etməsinə yalnız arzunun
gerçəkləşdirilməsi kömək edir.
VII. Yuxarıda ötəri toxunduğum yuxugörmədə onun bəhs etdiyi mövzuyla bağlı təəccüb
ifadə olunur.
«Qoca Bryukke mənə hansısa təcrübəni aparmağı tapşırıb; söhbət mənim öz bədənimin
aşağı hissəsinin, çanaq sümüyümün və qıçlarımın qəribə şəkildə preparat halına salınmasından
gedir. Mən onları anatomik teatrdakı kimi, qarşımda görür, ancaq bu zaman qətiyyən ağrı və
dəhşət hiss etmirəm. Məndən Luiza N. preparat düzəldir. Çanağım əzələlərdən təmizlənir; mən
onu aşağıdan və yuxarıdan görürəm, əzələlərin qanlı düyünlərinə baxıram və babasil haqqında
düşünürəm. Çanağımın divarlarını örtən və gümüşü folqanı xatırladan hər şeyi soymağa hələ
ehtiyac var. Ancaq mən yenidən ayağa qalxıb, şəhəri gəzirəm və yorulduğum üçün fayton
tuturam. Mənimçün təəccüblü olsa da, faytonçu hansısa darvazadan içəri sürür; biz sola dönən
və açıq meydana çıxan dar bir keçidə düşürük. Sonra mən Alp bələdçisi ilə harasa yollanıram.
Ayaqlarım yorulub və məni o aparır. Ətraf bataqlıqdır, biz onun kənarlarıyla gedirik.
Torpağın üzərində adamlar oturub, aralarında qızlar da var; qaraçı köçü, ya da hindu məskəni
təəssüratı yaradır. Bundan əvvəl mən özüm də bataqlıq yerlə getmişəm və əməliyyat
olunmağıma baxmayaraq, bunu bacardığıma təəccüblənmişəm. Nəhayət, arxa divarının yerində
iri pəncərəsi olan balaca bir ağac evə gəlirik. Bələdçi məni döşəməyə atır və elə burada olan iki
taxtanı pəncərənin altına qoyur ki, mən pəncərənin altında qazılmış xəndəkdən keçə bilim.
Burada ayaqlarıma görə qorxuya düşürəm. Ancaq atılmış körpücüyün yerində divar boyu ağac
skamyalarda uzanmış iki yetkin kişi görürəm, yanlarında iki uşaq da var. Elə bil, keçid üçün lazım
olan körpü rolunu taxtalar yox, uşaqlar oynayacaq… Qorxu içində ayılıram».
Yuxugörmədə sıxlaşma prosesinin intensivliyi haqqında yetərincə təsəvvürü olan hər kəs
bu yuxunun analizinin neçə səhifə tutacağını asanlıqla anlayacaq. Lakin ifadənin səlisliyi
məqsədilə mən ondan yalnız təəccüb elementinə misal olaraq hazırkı məqamda «qəribə
şəkildə» frazasını istifadə edirəm. Yuxumun motivinə keçirəm. Onun səbəbi yuxuda mənim
bədənimi preparatlaşdıran Luiza N.-in özüdür. O mənim yanıma gəlib dedi: «Mənə oxumağa bir
şey ver». Mən ona Rayder Haqqardın «O» (qadın cinsində) romanını təklif edirəm. «Qəribə
kitabdır, ancaq içərisində çoxlu gizli mənalar var, – danışmağa başlayıram, – burada həm əbədi
qadınlıq, həm də ölməz duyğular var»… Ancaq o mənim sözümü kəsir: «Mən bu kitabı artıq
oxumuşam. Səndə özünə aid bir şey yoxdur?» «Yox, mənim özümə aid ölməz əsərlərim hələ
yazılmayıb». – «Bəs vəd etdiyin sonuncu əsərin nə vaxt çıxacaq ki, biz də oxuya bilək?» – o
soruşur. Mən onun diliylə başqasının danışdığını anlayır və susuram; düşünürəm ki,
yuxugörmələr haqqında əsərimi dərc etdirmək üçün özümlə mübarizə aparmalı olacağam, çünki
orada şəxsi həyatımla bağlı o qədər məsələlər var ki. Belə ki, yuxuda gördüyüm bədənimin
preparatlaşdırılması da öz yuxularımla bağlı analizdən başqa bir şey deyil. Qoca Bryukke burada
tamamilə yerinə düşür; elmi fəaliyyətimin ilk illərində işlərimdən birini çap etdirməyə onun ciddi
təsiri olmadan heç cür qərar verə bilmirdim. Lakin Luiza N. ilə söhbətlə bağlı sonrakı
düşüncələrin şüurlu olmaqdan ötrü çox dərin kökləri var; onlar Rayder Haqqardın «O»
romanının xatırlanması ucbatından öz yollarından sapır. Mənim «qəribə şəkildə» mühakiməm
bu kitaba və həmin müəllifin başqa əsəri olan «Dünyanın ürəyi» əsərinə də aiddir, halbuki
yuxugörmənin özünün çoxsaylı elementləri hər iki fantastik romandan götürülüb. Bələdçinin
məni keçirdiyi bataqlıq, körpücük vasitəsilə keçəcəyimiz xəndək və s. «O» romanına aiddir;
hindular, qız və ağac ev isə «Dünyanın ürəyi»nə. Hər iki romanın mərkəzi surəti qadındır, hər
ikisində söhbət təhlükəli macəralardan gedir. Yorğun ayaqlar yəqin ki, əvvəlki günlərin
təəssüratının real əksidir. Ümumi yorğunluq və «mən ayaqlarımı hələ nə qədər sürüyəcəyəm»
fikri, çox güman ki, ona uyğundur. «O» romanı qadın qəhrəmanın özü və başqaları üçün
ölümsüzlüyə nail olması əvəzinə, yer kürəsinin mərkəzindəki alovda ölüm tapmasıyla başa çatır.
Analoji qorxu hissi, şübhəsiz ki, yuxunun əsasında duran fikirlərdə də var. «Ağac ev» – tabut,
qəbirdir. Lakin bütün fikirlərin ən xoşagəlməzi və qorxuncu olan bu fikrin təsvirində yuxugörmə
arzuların gerçəkləşməsinin köməyi ilə olduqca mühüm məsələlər aşkar edir. Mən həqiqətən bir
dəfə qəbirdə, Orviyettodakı etrusk məqbərəsində olmuşam; bu iki divarı boyunca üzərində iki
skelet uzadılmış daş skamyalar qoyulan dar bir otaq idi. Yuxudakı ağac evin görünüşü də eynilə
belədir, fərq ancaq daşın ağacla əvəz olunmasındadır. Yuxu, yəqin ki, bunu demək istəyir: «Əgər
taleyində tabutda uzanmaq varsa, qoy bu, heç olmasa, etrusk qəbri olsun»; bu əvəzetməylə o,
kədərli fikri arzuya çevirir. Lakin təəssüf ki, aşağıda tanış olacağımız yuxu bunun əksinə, diqqəti
özünə deyil, yalnız effekti müşayiət edən təsəvvürə cəlb edə bilər. Ona görə də mən qorxu içində
oyanıram; ancaq ataların əldə edə bilmədiyini, bəlkə də, uşaqların əldə edə biləcəyi ilə bağlı fikir
qabaqcadan öz əksini tapır; amma bu uzun zaman davam edən nəsillər boyu şəxsiyyətin mühüm
cizgilərinin qorunmasıyla bağlı fikirlər təlqin edən fantastik romanın bir ideyasıdır.
VIII. Növbəti yuxugörmədə də yalanla bağlı təəccüb ifadə olunur, ancaq burada o,
orijinal, dərin, müsbət və ağıllı izahata cəhdlə bağlıdır ki, buna görə əgər yuxugörmədə bizi
maraqlandıra biləcək daha iki element olmasaydı, mən onu bütövlükdə analizdən keçirməyi
vacib sayardım. «18-dən 19-na keçən gecə mən cənub dəmir yollarıyla gedərkən kupedə yuxuda
eşitdim: «Hollutorn 10 dəqiqə!» Mən dərhal Holoturiya təbiət-tarix muzeyi haqqında
düşündüm; bu yerdə bir dəstə cəsur insan ölkə hakiminin despotizminə qarşı mərdliklə mübarizə
aparıb. Bəli, bəli, Avstriyadakı əks-inqilab. Bu yer sanki Ştiriyada, ya da Tiroldadır. Budur, mən
dumanlı şəkildə bu adamların xatirəsinin qorunduğu kiçik bir muzey görürəm. Vaqondan çıxmaq
istəsəm də, tərəddüd edirəm. Perronda tərəvəz satan çoxlu qadın var, onlar bardaş quraraq
oturub, zənbillərini sərnişinlərə uzadırlar. Mən qatarın gedəcəyindən qorxaraq vaqondan
çıxmadım: halbuki, o hələ stansiyadaydı. Qəflətən başqa bir kupedə zühur edirəm, burada
oturacaqlar elə ensizdir ki, kürəyim bilavasitə söykənəcəyə dirənir. Bu ifadə mənim özümə də
qaranlıqdır, ancaq mən yuxugörməni yazarkən yadıma düşənləri qeyd etmək qaydasına əməl
edirəm. Axı sözlə ifadə də yuxugörmə fəaliyyətinin təsvirinin bir hissəsidir. Mən buna da təəccüb
edirəm, ancaq yuxulu vəziyyətdə başqa kupeyə də keçə bilməzdim. Burada bir neçə adam var,
onların arasındakı bacı-qardaş ingilisdirlər. Divarlardakı rəflərdə çoxlu kitab var. Mən Maksvellin
qalın qəhvəyi kətan cildli «Wealth of nations» və «Matter and Motion» (108) görürəm. Qardaş
bacıdan Şillerin kitablarını götürüb-götürmədiyini soruşur. Divardakı kitablar guya gah mənə, gah
da ingilislərə aid olur. Mən onların söhbətinə qoşulmaq istəyirəm. Tər içində oyanıram. Kupenin
pəncərələri bağlıdır. Qatar Marburqda dayanıb».
Yuxugörməni yazarkən onun unutduğum daha bir hissəsi yadıma düşür. «Mən ingilislərə
kitablardan birini göstərib deyirəm: «It is from…» Ancaq dərhal da səhvimi düzəldirəm: «It is
by…» Qardaş bacıya deyir: «O, düz dedi».
Yuxu stansiyanın adından başlanır; bələdçinin qışqırtısı, aydındır ki, məni tam oyadır.
Mən Marburqu Hollutronla əvəz etmişəm. Mənim «Marburq» qışqırtısını eşitməyim yuxuda
Marburqda (təbii ki, Ştiriyada deyil) doğulan Şilleri xatırlamağımla bağlıdır. Şiller Marburqda
deyil, Marbaxda anadan olub; bu hər bir alman gimnazisti bilir; əlbəttə ki, mən də bilirəm. Bu
yenə də məzmunda qərəzli təhrifin əvəzlənməsi şəklində gizlənən səhvlərdən biridir ki, bunu
«Adi həyatın psixologiyası»nda aydınlaşdırmağa cəhd etmişəm.
Mən birinci dərəcəli vaqonda getsəm də, yerim çox narahat idi. Qatar ağzınadək doluydu,
kupedə bir cənabla bir xanım da vardı; onlar yetərincə ədəbsiz idilər və mənim içəri
soxulmağımdan narazı qaldıqlarını gizlətməyə belə çalışmadılar. Mənim nəzakətli təzimimə
cavab belə vermədilər; onlar üzbəüz skamyada yanaşı otursalar da, xanım öz çətirilə pəncərədən
sağdakı üçüncü yeri də tutmağa tələsdi. Qapını dərhal örtdülər və nümayişkaranə şəkildə
yelçəkən təhlükəsindən danışdılar. Yəqin ki, mənim istidən əziyyət çəkdiyimi görmüşdülər. Gecə
isti idi və hər tərəfi bağlı olan kupedə, dözülməz bürkü vardı. Adətən pulsuz biletlə gedən
sərnişinlərin özlərini belə apardıqlarını təcrübədən bilirəm. Doğrudan da, bələdçi gələndə mən
biletimi təqdim edərkən, qadından az qala hədələyici bir cikkə çıxdı: «Bizdə xidmətidir».
O, ucaboy, kök, qadın gözəlliyi üçün böhranlı yaşdaydı; əri susqunluğunu qoruyaraq,
hərəkətsiz oturmuşdu. Mən yuxulamağa qərar verdim və yuxuda nəzakətsiz yoldaşlarımdan
qəddarcasına qisas aldım. Yuxugörmənin birinci hissəsinin rabitəsiz elementlərində onların
ünvanını hansı təhqir və söyüşlərin olduğunu təsəvvür etmək çox çətindir. Bu yanğımı
söndürdükdən sonra məndə başqa kupeyə keçmək istəyi yarandı. Ancaq burada nəsə məni
yuxugörmədəki yer dəyişikliyinə izahat tapmağa vadar edir. Axı o biri kupeyə necə düşdüm? Axı
necə keçdiyimi xatırlamıram. Bircə ehtimal ola bilər: o da yuxulu halda keçməkdir, ancaq bu
qəribə haldır və bunun örnəkləri nevropatoloqlara tanışdır. Bizə insanın heç nə hiss etmədən
yarışüurlu vəziyyətdə gəzməsi halları məlumdur; aradan bir müddət keçdikdən sonra o özünə
gələndə öz xatirələrinə özü də təəccüblənir. Yuxugörmədə başqa kupeyə keçməyimi də mən
həmin «automatisme ambulatoire»109 halı hesab edirəm.
Analiz başqa bir yozumu da mümkün sayır. Məni təəccübləndirən izahat onu
yuxugörmənin özünə aid edəcəyim halda orijinal deyil və pasiyentlərimin birinin nevrozunun
surətidir. Mən artıq bununla bağlı olduqca mədəni və ümumiyyətlə mehriban cavan oğlan
haqqında danışmışam, o, valideynlərinin ölümündən dərhal sonra özünü qatil və cinayətkar
hesab edir və özünə qarşı tətbiq etdiyi ehtiyat tədbirlərindən əziyyət çəkir, bu meyillərin
mümkünlüyünün qarşısını almağı arzu edirdi. Bu zəhlətökən fikirlərin ağlı başındaykən ağır
forması idi. Əvvəlcə o, küçədə gəzərkən qarşısına çıxanların hara getməsi haqda düşünməkdən
əziyyət çəkirdi; kimsə onun baxışlarından yayınanda həmin adamı özünün «aradan
götürməsindən» şübhələnərək əzab çəkirdi. Yeri gəlmişkən, Kain haqqında təsəvvür də bunun
arxasında gizlənirdi, çünki axı «bütün insanlar qardaşdır». Axırda o, evdən çıxmağı dayandırdı və
mənzilinin dörd divarı arasında yaşamağa başladı. O, kiminsə vasitəsilə qəzetlər alırdı, amma
qətl hadisələrilə bağlı xəbərləri eşidəndə, axtarılan cinayətkarın özü olmasından şübhələnirdi.
Artıq bir neçə həftədir evdən çıxmadığını dərk edəndə isə əvvəlcə bu şübhələr kəsilir, ancaq bir
dəfə yenidən ağlına gəlir ki, evdən şüursuz vəziyyətdə də çıxıb cinayət törədə və təbii ki, bunu
unuda bilər. Həmin gündən etibarən o, giriş qapısını bağlayır və hətta tələb etsə də, açarın ona
verilməsini qəti qadağan edir.
Beləliklə, mənim şüursuz vəziyyətdə başqa kupeyə keçməyimlə bağlı izahatım da bura
aiddir; o, yuxugörməyə onun arxasında gizlənmiş fikirlərdən hazır vəziyyətdə keçib və məni
həmin pasiyentlə eyniləşdirməyi qarşısına məqsəd qoyub. Onunla bağlı xatirə növbəti
assosiasiya sayəsində oyanıb. Bir neçə həftə öncə mən həmin cənabla bir gecəni eyni kupedə
keçirməli oldum; o, tamamilə sağalmışdı və məni əyalətə konsultasiyaya dəvət edən
qohumlarının yanına aparırdı. Biz ayrıca bir kupe götürüb, pəncərəsini açdıq və xeyli söhbət
etdik. Mən onun xəstəliyinin köklərinin atasına qarşı olan düşmənçilik hisslərindən
qaynaqlandığını və seksual əsasları olduğunu bilirdim. Yuxugörmənin ikinci səhnəsi doğrudan da
ədəbsiz yol yoldaşlarımın incə tet-a-tetlərinə mane olduğuma görə mənə qarşı pis münasibətinə
aparır. Ancaq bu təsəvvür uşaqlıq xatirələrinə aiddir: yəqin ki, cinsi marağını gizlədə bilməyən
uşaq valideynlərinin yataq otağında gizlənib, ancaq atasının qəzəbli bağırtısıyla qarşılaşıb.
Əlavə misallar gətirməyi artıq hesab edirəm. Onlar hamısı yalnız artıq
araşdırdıqlarımızdan aldığımız nəticəni verəcəkdi: yuxugörmədəki mühakimə aktının yalnız onun
arxasında gizlənən fikirlərdəki örnəklərini təkrarlamasını təsdiq edəcəkdi. Əksər hallarda bu
təkrar heç bir şeylə bağlı olmur və yuxugörmənin əsasına pis uyğunlaşır; bəzənsə, bizim
misallardakı kimi, elə uğurla istifadə olunur ki, ilk baxışda yuxugörmədə sərbəst düşüncə
təəssüratı yaradır. İrəlidə biz yuxugörmələrin yaranmasında həmişə iştirak etməyən psixi
fəaliyyəti də nəzərdən keçirəcəyik, ancaq bu fəaliyyət mövcud olanda yuxugörmənin mənşəcə
fərqli olan elementlərini mükəmməl və şüurlu surətdə bütöv halda birləşdirir. Lakin əvvəlcə
yuxugörmələrdə ortaya çıxan affektləri nəzərdən keçirməli və onları yuxugörmənin əsasında
duran fikirlərdə analizin aşkar etdiyi affektlərlə müqayisə etməliyik.
h) Yuxugörmədəki affektlər. Ştrikerin son dərəcə dəqiq qeydi (77) diqqətimizi ona
yönəldir ki, yuxugörmədə affektlərin meydana çıxması oyandıqdan sonra yuxugörmənin
məzmununa laqeyd yanaşmamıza yol vermir. «Əgər yuxuda quldurdan qorxuramsa, quldurlar
illüziya olsa da, qorxu tamamilə real olur»; eyni hal yuxuda keçirilən sevinc hissinə də aiddir.
Bizim müşahidələrə əsasən, yuxuda hiss etdiyimiz affekt, ayıqlıqda olandan əhəmiyyətsiz deyil
və eyni intensivliyə malikdir; yuxugörmə öz affektlərilə ruhumuzun həqiqi həyəcanları sırasına öz
təəssüratlar dairəsinə nisbətən daha ciddi qoşulmalar tələb edir. Lakin biz bu qoşulmanı ayıq
halda hazırlamırıq, çünki affekti psixi baxımdan bəlli təəssürat dairəsindən kənarda dəyərləndirə
bilmirik. Əgər affekt və təsəvvür öz xarakterinə və intensivliyinə görə uyğun gəlmirsə, onda bizim
ayıq mühakiməmiz çaşqınlığa düşür.
Senzuranın təsirinə məruz qalan psixi kompleksdə yeganə toxunulmaz tərkib hissəsi
affektlərdir; yalnız onlar bizə yozumun düzgün yolunu göstərə bilər. Bu xüsusiyyət
yuxugörmələrə nisbətən psixonevrozlarda özünü daha qabarıq göstərir. Burada affekt ən azı öz
xarakterinə görə həmişə əsaslı olur; nevrotik diqqətin tərəddüdü nəticəsində yalnız onun
intensivliyi yüksələ bilər. Əgər isteriyalı hər hansı mənasız şeydən niyə qorxduğuna
təəccüblənirsə, əgər zəhlətökən təsəvvürlərdən əzab çəkən insan niyə hər hansı boş şeyin ağır
vicdan əzabına səbəb olduğunu anlaya bilmirsə, onlar hər ikisi həmin mənasız, yaxud boş şeyi
əhəmiyyətli hesab etməkdə səhvə yol verirlər; onlar bu təsəvvürləri öz təfəkkürlərinin əsas
əhəmiyyətsiz şeyi hesab edərək, əbəs yerə mübarizə aparırlar. Psixoanaliz isə, əksinə, affektin
özünü tamamilə əsaslandırılmış hesab edərək və ona aid, lakin əmələ gətirilmiş əvəzetmə ilə
sıxışdırılmış təsəvvür axtarıb taparaq, bizə düzgün yol göstərir. Əlbəttə, biz güman edirik ki,
affektin və təsəvvür dairəsinin təzahürü bizim alışdığımız həmin ayrılmaz üzvi tamı təşkil etmir:
bu iki hissə yalnız bir-birinə birləşdirilib və analizin köməyilə asanlıqla ayrıla bilər. Yuxuların
yozumu həqiqətdə məsələnin məhz bu cür olduğunu göstərir.
II. «Qadın səhrada üç şir görür, onlardan biri gülür, qadın onlardan qorxmur. Ancaq hər
halda onlardan xilas olmaq üçün qaçmalı olur və ağaca dırmaşmaq istəyir, ancaq onu əmisi qızı,
fransız dili müəlliməsi və sairə qabaqlayır». Analiz bizə növbəti materialı təqdim edir.
Yuxugörmənin indifferent motivinə ingilis dili dərsliyindəki ifadə səbəb olub: yal şirin bəzəyidir.
Atasının sifətini eynilə yal kimi əhatə edən böyük saqqalı olub. Onun ingilis dili müəlliməsinin adı
miss Lianeir (Lions – şirlər). Bir tanışı ona Leve (Lewe – şir) balladası cildini göndərib. Bu da üç şir;
onlardan niyə qorxmalıdır ki? O bu yaxında kütlənin zəncini təqib etməsi haqqında kitab oxuyub;
zənci ağaca çıxır. Bunun ardınca analoji xarakterli başqa xatirələr gəlir: yumoristik jurnalda
verilən şir ovunun resepti – səhranı götürüb ələkdən keçirmək lazımdır, qum ələnəcək, şirlər isə
qalacaq. Sonra bir qulluqçu haqqında məzəli, ancaq o qədər də ədəbli olmayan bir lətifə gəlir:
ondan nə üçün rəisin rəğbətini qazanmaq istədiyini soruşurlar; o cavab verir: mən girmək
istəyirdim, amma başqası məni qabaqladı. Yuxugörənin yuxudan bir gün əvvəl ərinin rəisini
evində qəbul etdiyini nəzərə alsaq, bütün bu material tamamilə aydın olacaq. O, çox
nəzakətliymiş, onun əlini öpüb və «yekəpər heyvanın biri» olmasına, paytaxtda «kübar aslan»
hesab edildiyinə baxmayaraq, qadın daha ondan qorxmayıb.
II. İkinci misaldan ötrü bacısının kiçik oğlunu tabutda görən qızın yuxusuna istinad
edəcəyəm, ancaq o, indi əlavə etdiyim kimi, heç bir qəm-kədər hiss etməyib. Bunun niyə belə
olduğunu analizdən öyrənəcəyik. Yuxugörmə yalnız onun sevdiyi adamı görmək arzusunu
gizlədir. Affekt məhz həmin arzuya yönəlib, onun gizlədilməsinə deyil. Kədərlənmək üçün heç bir
səbəb olmayıb.
Bəzi yuxugörmələrdə affekt, hər halda, özünə uyğun müəyyənləşdirdiyi təsəvvür dairəsi
ilə zəif əlaqəsini saxlayır. Digərlərində isə ayrılma prosesi daha qızğın gedir. Affekt ona uyğun
olan təsəvvürdən tamamilə ayrılaraq, yuxugörmənin elementlərinin yeni düzülüşündə onunçün
daha münasib olan hər hansı yerinə daxil olur. Burada məsələ yuxugörmədə mühakimə aktının
rol və əhəmiyyətinə analoji qaydadadır. Əgər yuxugörmənin arxasında gizlənmiş fikirlərdə hər
hansı bu və ya digər əhəmiyyətli hökm varsa, həmin şey yuxugörmənin özündə də olmalıdır;
ancaq sonuncuda o tamamilə başqa materiala aid olur. Bu yerdəyişmə çox zaman əkslik prinsipi
üzrə həyata keçir.
III. «Dəniz sahilində, ancaq sonradan dənizin deyil, dənizə gedən ensiz kanalın sahilində
qəsr. Qalanın qubernatoru Q.P.-dir. Mən onunla birlikdə böyük üçişıqlı zalda dayanmışam:
pəncərələrin qarşısında istehkamlar ucalır. Mən qarnizona göndərilmiş donanma zabitiyəm. Biz
düşmən gəmilərinin hücumundan ehtiyat edirik; qala mühasirə vəziyyətindədir. Q.P. getmək
niyyətindədir, o, hücum olacağı təqdirdə necə hərəkət etmək barədə mənə göstərişlər verir,
onun xəstə arvadı uşaqlarıyla birlikdə burada, qaladadırlar. Bombardman başlayanda böyük zalı
boşaltmaq lazım gələcək. O, ağır nəfəs alır və getmək istəyir. Ancaq mən onu saxlayır və lazım
olduqda necə məlumat çatdırmalı olduğumu soruşuram. O mənə nəsə deyir, ancaq qəflətən
yıxılıb ölür. Onu suallarımla, çox güman ki, yoruram.
Ancaq onun ölümü mənə təsir etmir, mən onun arvadının qəsrdə qalıb-qalmayacağı,
qubernatorun ölümü haqda ali baş komandana məlumat verib-verməmək və vəzifəcə ondan
sonra gəldiyimə görə qalaya rəhbərliyi öz üzərimə götürüb-götürməmək haqqında düşünürəm.
Pəncərənin qarşısında dayanıb, keçən gəmilərə baxıram, ticarət gəmiləri yaşıl suyun üzərilə
sürətlə üzür, bəzilərinin bir neçə borusu, bəzilərinin də maili damı (danışmadığım ilk
yuxugörmədəki vağzalın damına bənzər) var. Qardaşım yanımdadır; hər ikimiz pəncərədən
kanala baxırıq. Bir gəmi görüb qorxuruq və qışqırırıq: düşmən gəmisi! Ancaq sən demə bunlar
tanıdığım gəmilərdir və geri qayıdır. Tən yarıdan gülməli şəkildə kəsilmiş kiçik bir gəmi üzərək
yaxınlaşır; göyərtəsində qədəh və flakonlara bənzər qəribə predmetlər var. Biz bir ağızdan
qışqırırıq: «Fhihstiicksschiff» («səhər yeməyi gəmisi»)»
Gəmilərin sürətli hərəkəti, suyun tünd göy rəngi, borulardan çıxan qara tüstü – bunlar
hamısı birlikdə yetərincə ağır və sıxıcı təəssürat yaradır.
Burada mən fürsətdən istifadə edərək, yuxugörmədə çox gözəl və şüurlu şəkildə
qurulmuş situasiyanı absurd formada yekunlaşdıran «Friihstiicksschiff» sözünü daha ətraflı
analiz edəcəyəm. Yaddaşıma güc verərək gəminin qara rəngdə olduğunu xatırlayıram; o, kəsilmiş
tərəfindən etrusk şəhərlərindəki muzeylərdə diqqətimizi çəkən bir əşyaya bənzəyirdi. Həmin
əşya qara gildən hazırlanmış ikiqulplu düzbucaqlı kassa idi; onun içərisində qəhvə və ya çay
fincanlarına bənzəyən şeylər vardı; hamısı bir yerdə səhər yeməyi dəstini xatırladırdı (Fruhstiick).
Suallarımıza cavab verdilər ki, bu, etrusk qadınının ənlik-kirşan ləvazimatları tualetidir; biz
zarafatla dedik ki, onu arvadıma həmiyyə aparmaq pis olmazdı. Yuxugörmənin obyekti nəticə
etibarilə qara tualetin matəmə və ölümə işarə etdiyinə işarə edir. Yuxugörmənin obyektinin
digər tərəfi isə qədim zamanlarda meyidin üzərinə qoyulub suya buraxıldığı qayığı xatırladır.
Yuxugörmədə gəmilərin iyə qayıtması da bura aiddir.
Bu qayıdış gəmi qəzasından sonra (nach dem Schiff bruche) baş verir, gəminin yarısı
(abgebrochen) dağılıb. Bəs «Fruhstiicksschiff» adı haradandır? «İngilis» sözü də burada istifadə
olunur (yuxarı bax). Səhər yeməyi – Fruhsciick – breakfast – Brechen də Schiffgbruch-a aiddir,
Fasten (pəhriz) isə matəmlə əlaqədardır.
Lakin bu gəminin yalnız adını yuxugörmə yaradıb. O özü həqiqətən mövcud olub və mənə
son səyahətimin olduqca gözəl anlarını xatırladır. Akvileydəki yeməklərə şübhəylə
yanaşdığımızdan Gertsdən özümüzlə ərzaq götürmüş, Akvileydən isə əla şərab almışdıq. Kiçik
poçt gəmisi asta-asta delle Mee kanalı ilə üzərək Qradaya doğru irəliləyəndə biz yeganə
sərnişinlər olaraq göyərtədə zövqümüzü heç vaxt bu dərəcədə oxşamayan əla səhər yeməyi
hazırladıq. Deməli, bu elə «Fruhstucksschiff» imiş və yuxugörmə naməlum, müəmmalı gələcəyi
məhz bu ləzzətli məmnunluq haqqında xatirənin arxasında gizlədirmiş.
Bəlkə də, həqiqət başqa cürdür: yuxugörmənin özündə affektlərin intensiv təzahürünə
rast gəlmək olar; ancaq biz hələlik bir danılmaz fakt üzərində dayanacağıq; yuxugörmələrin
əksəriyyəti bizə son dərəcə indifferent şəkildə təqdim olunur, halbuki, onun arxasında gizlənən
fikirlər daim dərin və yüksək hissiyyatla bağlıdır.
IV. «Yüksəklik; onun üzərində ayaqyolu kimi bir yer var; uzun skamyanın bir ucunda
böyük dəlik. Bütün arxa tərəf müxtəlif böyüklükdə və təzəlikdə nəcislərlə örtülüb. Skamyanın
arxasında kolluq var. Mən skamyanın üzərinə işəyirəm; sidiyimin uzun şırnağı bütün nəcisləri
yuyub aparır. Qurumuş nəcislər qoparaq dəliyə düşür. Ancaq axırda yenə nəsə qalır».
Analiz göstərir ki, bu yuxugörmənin əmələ gəlməsinə ən xoş fikirlər kömək edib. Analiz
zamanı ağlıma dərhal Heraklın təmizlədiyi Avgi tövlələri (son dərəcə zibilli, nizamsız, çirkli,
natəmiz yer) (bu ifadə qədim yunan əfsanəvi padşahı Avginin adından götürülmüşdür; əfsanəyə
görə həmin padşahın 30 il ərzində təmizlənməmiş tövlələrini Herakl adlı bir pəhlivan bir günün
içində təmizləmişmiş) gəlir. Həmin Herakl mən özüməm. Yüksəklik və kolluq hazırda uşaqlarımın
yaşadığı Auszeyə aiddir. Mən uşaq nevrozunun etiologiyasını tapmış və bununla öz uşaqlarımı
xəstəlikdən qorumuşam. Skamya, əlbəttə, dəlik istisna olaraq, mənə alicənab bir xanım
pasiyentimin hədiyyə etdiyi mebeli xatırladır. Bu, pasiyentlərimin məni qiymətləndirdiklərini
sübut edir. Hətta insan nəcisinin toplanması belə ən məsum yozuma yol açır. Nə qədər qəribə
olsa da, bu yalnız gözəl İtaliya haqqında xatirədir; oradakı kiçik şəhərciklərdə, məlum olduğu
kimi, son dərəcə primitiv düzəldilmiş vaterklozlar var. Hər şeyi yuyan sidik şırnağı, şübhəsiz,
böyüklük iddiasına işarədir. Liliputların törətdiyi yanğını da Qulliver eynilə bu üsulla söndürür,
doğrudur, buna görə miniatür kraliçanın qəzəbinə gəlir. Ancaq ustad Rablenin Qarqantuası
analoji üsulla parislilərdən intiqam alır; o, Notr-Dam kilsəsinin üzərində oturaraq sidiyini şəhərə
doğru yönəldir. Rablenin, Qarnyenin illüstrasiyalar çəkdiyi kitabını elə həmin yuxunu gördüyüm
gecənin axşamı vərəqləmişdim. Çox maraqlıdır: özümü fövqəlinsan hesab etməyimə dair daha
bir sübut. Notr-Dam meydanı yayda Parisin ən sevimli yerlərindən olur; mən hər gün orada
qəribə və qorxunc əjdahaların arasında gəzişirdim. Nəcislərin belə tez yoxa çıxması bir zamanlar
isteriya terapiyasına aid yazdığım oçerkə epiqraf qoyduğum «affauit etdissipati sunt» kəlamına
aiddir.
Yuxugörmənin fəal səbəbi də budur. İsti yay axşamlarının birində mən isteriyanın
pozğunluqla əlaqəsi barədə mühazirə oxuyurdum; nədənsə dediklərim məni qane etmir,
əhəmiyyətsiz və bekara görünürdü. Mən yorulmuşdum və işdən heç bir həzz almırdım. Bu insan
çirkabının içində qurdalanmaqdan çıxıb uşaqlarıma və İtaliyanın gözəlliklərinə doğru can atmaq
istəyirdim. Belə bir əhvali-ruhiyyədə auditoriyadan kafeyə yollandım ki, təmiz havada oturub, bir
az qəlyanaltı edim; amma iştaham yox idi. Dinləyicilərimdən bir də mənimlə gəldi; o, qəhvə
içdiyim müddətdə mənimlə oturmağa icazə istədi və məni tərifləməyə başladı: məndən o qədər
şeylər öyrənib ki, artıq hər şeyə başqa gözlə baxır, mən nevroz təlimini bütün yanlışlardan və
xurafatdan təmizləmişəm, bir sözlə, böyük adamam. Bu mədhiyyədən əhvalım daha da pozuldu,
ürəyim bulandı və ondan canımı qurtararaq tez evə gəldim, Rablenin kitabını vərəqləyərək,
K.Meyerin «Bir oğlanın əzabları» hekayəsini oxudum.
Ancaq yuxugörmə fikirlərin arxasında gizlənmiş affektləri nəinki öz məzmununa daxil edə
və ya boğa bilər, onların vasitəsilə başa əməliyyatlar da apara bilər. O onları öz əksinə də çevirə
bilər. Yozum qaydalarını nəzərdən keçirərkən dedik ki, yuxugörmənin hər bir elementi yozumda
öz əks mənasında ola bildiyi kimi, öz mənasında da ola bilər. Bunu əvvəlcədən demək mümkün
deyil; burada həlledici sözü vahid tamın ümumi əlaqəsi deyir. Bu məsələ xalq müdrikliyində də
təsdiqlənib: xalq yuxuyozanları çox vaxt təzad prinsipindən istifadə edirlər. Əksliyə bu cür
yanaşma daxili assosiativ çəpləşmə sayəsində baş verir ki, bu da fikrimizdəki təsəvvürü ona zidd
olan hansısa predmetlə bağlayır. Hər cür yerdəyişmə kimi o da senzuranın məqsədlərinə xidmət
edir, ancaq çox zaman arzuların gerçəkləşməsinin silahına çevrilir, çünki sonuncu xoşagəlməz
təsəvvürün ona zidd olanla əvəzlənməsindən başqa bir şey deyil.
Artıq affektlərin yuxugörmədəki senzura məqsədilə bu cür çevrilməsinə dair əla bir
misalla tanışıq. «Saqqallı əmi» yuxusunda mən dostum R.-yə incə duyğular bəsləyirəm, ancaq
eyni zamanda yuxugörmənin arxasında gizlənən fikirlər onu axmaq hesab edir. Affektlərin
çevrilməsinə aid bu misaldan yuxugörmədə senzuranın olması səbəbindən birinci nəticəni
çıxardıq. Yuxugörmənin yenidən əks effekt yaratdığını güman etməyə burada da bizim əsasımız
yoxdur; yuxugörmə adətən onu fikir materialında hazır halda tapır və yalnız əks motivlərin psixi
gücü vasitəsilə yuxugörmənin əmələ gəlməsi üçün yararlı olana qədər yüksəldir. Əmim haqqında
sözügedən yuxugörmədə əks-affekt, göründüyü kimi, uşaqlıqdan qaynaqlanır (bunu yuxunun
davamı da aydınlaşdırır), çünki əmi ilə qardaşoğlunun münasibətləri erkən uşaqlığımın
özünəməxsus xarakteri sayəsində mənimçün bütün dostluq və düşmənçilik hisslərinin
mənbəyinə çevrilib.
Bir qrup yuxugörmə «riyakar» və arzuların gerçəkləşməsi nəzəriyyəsini ağır sınağa məruz
qoyan ada xüsusilə iddia edir. Mən buna xanım doktor M. Gilferdinq «Vyana psixoanalitik
cəmiyyətində» Rozeggerin əsərindən aşağıdakı maraqlı yer haqqında məlumat verəndə diqqət
yetirdim.
İllər bu qorxunc yeknəsəqliyin təkrarlanmasıyla bir-birini əvəz edirdi. Günlərin bir günü
ustayla yanında təlim gördüyüm kəndi Alpelhoferin işini görəndə usta mənim işimdən xüsusilə
narazı qaldı. «Kaş ki sənin daim nə düşündüyünü biləydim!» – o, hirslə dedi və mənə baxdı. Mən
fikirləşdim ki, ən yaxşısı ayağa qalxıb ustaya yalnız nəzakət xatirinə işlədiyimi demək və çıxıb
getməkdir. Ancaq bunu etmədim. Ustanın daha bir köməkçi tutmasına və mənə taxtın üstündə
ona yer verməyimi əmr etməsinə sakitcə yanaşdım. Küncə çəkilərək tikişə davam etdim. Həmin
gün daha bir köməkçi tutuldu, o, on doqquz il əvvəl bizimlə işləmiş və o zaman aşxanadan
gələrkən çaya düşmüşdü. O, işə başlamaq istədi, ancaq oturmağa yer yox idi. Mən sualedici
nəzərlə ustaya baxdım, o mənə cavab verdi: «Sənin dərziliyə qabiliyyətin yoxdur. Gedə
bilərsən». Məni qorxu hissi elə bürüdü ki, yuxudan oyandım.
Pəncərədə boz səhər günəşi parıldayırdı. Məni sənət əsərləri əhatə etmişdi; orijinal kitab
şkafında məni əbədi Homer, nəhəng Dante, bənzərsiz Şekspir, ağıllı Höte – ölməz fikir dahiləri
gözləyirdi. Qonşu otaqdan oyanmış və analarına naz edən uşaqların cingiltili səsləri gəlirdi. Elə bil
həyatın idillik, şirin, sakit, poetik, işıq dolu və insanın dərin xoşbəxtliyini tez-tez hiss etdiyim
ruhuna yenidən sahiblənmişdim. Buna baxmayaraq, ustanı özüm xəbərdar etmədiyim, işdən
özüm imtina etmədiyim, onun məndən imtina etməsinə görə narahat idim. Ancaq bütün bunlar
çox qəribəydi! Ustamın məni «işdən azad etdiyi» o gecədən etibarən rahatlıqdan həzz alıram;
artıq çoxdan keçmişdə qalmış və həqiqətən dərzi şagirdi olduğum o iddiasız, özünəməxsus
gözəlliyi olan, buna rəğmən sonrakı həyatıma bu qədər uzun kölgəsini salan vaxtlar yuxuma
girmir».
O.Rank mənim diqqətimi Qrimm qardaşlarının qoçaq dərzi haqqında nağılındakı analoji
yuxugörməyə cəlb etdi. Sonradan kral olmuş dərzi bir dəfə yuxuda əvvəlki sənətini görür; o
sayıqlayır. Bundan şübhəyə düşən şahzadə arvadı gecə onun yanına sayıqlamalarını yazmaq
üçün adamlar qoyur. Ancaq dərzi xəbərdar edildiyindən, hər şey yaxşı qurtarır.
Məmnunluq hissini ayılmanın ilk anlarına köçürən iki yuxugörmədə bu məmnunluq bir
halda mənim gözləntimlə motivasiya olunur ki, indi də bunun nə demək olduğunu öyrənəcəyəm:
«mən artıq bunu yuxuda görmüşəm», digərində isə, indi «proqnozlaşdırılmış əlamət» kimi bir
şey baş verəcəyinə əminliklə; bu məmnunluq duyğusu bir zamanlar ikinci oğlum dünyaya
gələrkən keçirdiyim hisslərin eynisidir. Yuxugörmədə də onun arxasında gizlənən fikirlərdəki eyni
affektlər qalıb, ancaq məsələ bütün yuxugörmələrdə bu qədər sadə deyil. Onların hər ikisinin
analizinə dərindən baş vurduqda görəcəyik ki, bu senzuranın təsirinə məruz qalmayan
məmnunluq mənbədən dəstək aldığına görə senzuradan qorxmağa heç bir əsası yoxdur və onun
affekti, əgər o özü bircinsli, tamamilə başqa icazə verilmiş mənbədə yol verilən məmnunluq
affektinin arxasında gizlənməsəydi, yəqin ki, konfliktə səbəb olardı. Təəssüf ki, məni bunu
yuxugörmə örnəyi ilə isbat edə bilmirəm, ancaq başqa sahədən gətirdiyim misal fikrimi əyani
şəkildə göstərə biləcək. Növbəti durumu nəzərdən keçirək: yanımda nifrət etdiyim bir adam var,
onun başına bədbəxtlik gələcəyi təqdirdə mənim sevinməyim tamamilə təbiidir. Ancaq bu duyğu
mənim mənəviyyatıma ziddir, mən arzumu dilə gətirməyə cürət etmirəm. Əgər sonradan bu
adamın başına həqiqətən nəsə gəlirsə, mən məmnunluğumu zorla boğaraq, özümü təəssüf hissi
keçirməyə və bu qəbildən olan sözlər deməyə məcbur edirəm. Yox, əgər nifrət etdiyim adam
hansısa səbəbdən çoxluğun nifrətini qazanıbsa, onda mən məmnunluğumu azad şəkildə ifadə
edərək onun layiqli cəzasını aldığını deyəcəyəm. Bu məsələdə ona tamamilə qərəzsiz
yanaşanlarla həmfikir olacağam. Lakin mən onu da qeyd edə bilərəm ki, mənim məmnunluğum
başqalarına nisbətdə daha intensiv olacaq; o öz dəstəyini mənim nifrətimin mənbəyindən alır, o
daxili senzuranın təsiri nəticəsində hələ də özündən affekt ayıra bilmir, sadəcə, şəraitin
dəyişdiyini görüb, bu mənada tam azadlığa qovuşur. Belə hallara cəmiyyətin sevmədiyi
adamların, ya da sevilməyin azlıqlarının nədəsə günahkar olduğuna hər yerdə rast gəlmək
mümkündür. Onların günahı adətən günahlarına deyil, günahları və üstəgəl onlara yönəlik
nəticəsiz antipatiyaya uyğun olur. Bu zaman cəza verənlər şəksiz ədalətsizlik edir, ancaq uzun
zaman onları üzən ağır əzabdan doğan məmnunluq hissinin müqaviməti nəticəsində bunu dərk
etmirlər. Belə hallarda affektin yalnız keyfiyyətlə bağlı əsası olur, miqyasla bağlı bunu qətiyyən
söyləmək olmaz; bir nöqtədə sakitləşmiş özünütənqid, ikinci nöqtəyə sadəlövhcəsinə məhəl
qoymur. Əgər qapıları açsaq, içəri nəzərdə tutduğumuzdan daha çox adam girəcək.
Bu dolaşıq məsələnin bəzi izahları öz quruluşuna görə gözəl olan və «non vixit» ifadəsinin
mərkəzi yer tutduğu yuxugörmənin analizini verir. Bu yuxuda müxtəlif xarakterli affektlərin
meydana çıxmasına açıq məzmunun iki yerində rast gəlinir. Öz dostumu iki sözlə məhv etdiyim
yerdə düşmən və xoşagəlməz duyğular kəsişir. Yuxugörmənin sonunda mən sevinir və
rəqiblərimi yalnız bir güclü arzuyla məhv etmək imkanını (ayıq halda bunun absurdluğu etiraf
olunur) məmnuniyyətlə təsdiq edirəm.
Lakin yuxugörmənin motivlərində mənə tamamilə əks təsir göstərən başqa şeylər də
oldu. Əməliyyat haqqında xoşagəlməz xəbərlərlə birlikdə bu barədə heç kəsə danışmamaq
haqqında israrlı xahiş də gəldi; bu xahiş məni təhqir etdi, çünki ciddiliyimi şübhə altına alırdı. Bu
xahişin müəllifinin dostum olmadığını bilsəm də, bunu vasitəçilərin yersiz hərəkəti, ya da
həyəcanı ilə izah etsəm də, ondakı gizli qınaq yenə də məni incitdi, çünki tamamilə əsassız idi.
Əlbəttə, bu indiki duruma aid deyil, ancaq gənclikdə iki ayrılmaz dostla yaxınlıq edərkən
onlardan birinə digərinin onun haqqında nə dediyini ağzımdan qaçırmışdım. O zaman eşitdiyim
qınaqları hələ də unutmamışam. Aralarına nifaq saldığım həmin dostlardan biri professor
Fleyşel, digərinin adı isə İosif idi. Yuxuma girən dostum P.-nin adı da belədir.
Başqalarının sirrini qoruya bilməməyimlə bağlı qınağı yuxuda F.-in onun haqqında P.-yə
danışmağımla bağlı sualı sübut edir. Bu xatirənin yuxugörməyə daxil olması qınağı gec də olsa
indiki zamandan Bryukkenin laboratoriyasında işlədiyim dövrə keçirir; İosif tərəfindən
«məhvedilmə» səhnəsində ikinci şəxsi əvəz edərək, mən bu səhnəni təkcə gecikməyə görə olan
qınağı deyil, həm də yerdəyişməyə daha çox məruz qalan başqa bir şeyi – yad sirləri qoruya
bilməməyimi təsvir etməyə məcbur edirəm. Yuxugörmədə sıxlaşma və yerdəyişmə prosesləri,
həmçinin onların motivləri dərhal nəzərə çarpır.
Lakin dostumun əməliyyat sirrini qorumaq haqqında xahişlə bağlı hazırkı cüzi dilxorluq
dərinə gedən mənbələrdən dəstək alır və mənim həqiqətən çox sevdiyim şəxslərə qarşı
düşmənçilik duyğularının böyük axınına çevrilir. Bu dəstəyi verən mənbə öz başlanğıcını
uşaqlıqdan götürür. Bütün dost və düşmən hisslərin məndən bir yaş böyük olan qardaşım oğlu
ilə münasibətlərimizdən xəbər verdiyini demişəm; o məni incidir, mən də onunla mübarizə
aparmağı öyrənirdim; ümumiyyətlə, biz mehriban yaşayır və bir-birimizi sevirdik, ancaq
valideynlərimizin dediyinə görə, tez-tez dalaşır, bir-birimizdən şikayət edirmişik. Bütün sonrakı
dostlarım mənimçün məlum mənada həmin birinci düşmən dostumu təmsil ediblər. Yaxın dost
və nifrət etdiyim düşmən hər zaman mənim duyğularımın zəruri obyektləri olublar; mən qeyri-
şüuri olaraq daim onları yenidən özümdə tapmağa çalışmışam və uşaq idealı da tez-tez hətta o
dərəcədə həyata keçir ki, düşmənlə dost bir şəxsdə qovuşur; əlbəttə, mənim erkən uşaqlığımda
olduğu kimi, eyni vaxtda deyil.
Lakin bu şəraitdə affektlərin «təzə» səbəbinin onların izahından ötrü öz yerini uşaq
təəssüratlarına verməsi məq-sə-dilə onlara necə keçə biləcəyini burada nəzərdən
keçirmə-yə-cəyəm. Bu, qeyri-şüuri təfəkkürün psixologiyasına və nevrozların psixoloji izahına
aiddir. Yuxuların yozumu üçün gözlərimiz qarşısında aşağıdakı məzmunda uşaqlıq xatirələrinin
keçməsini, yaxud fantastik şəkildə canlanmasını güman etmək kifayətdir: iki uşaq indi bizimçün
əhəmiyyətsiz olan nə üstündəsə mübahisə edir, ancaq bunun xatirəsi, ya da illüziyası tamamilə
müəyyən olan şeyi nəzərdə tutur; onlardan hər biri birinci gəldiyini və əşyanın ona çatmalı
olduğunu iddia edir; məsələ davaya gedib çıxır və güclü ədalətliyə qalib gəlir; yuxunun verdiyi
məlumatlara əsasən, mən, yəqin ki, haqsız olduğumu etiraf etdim (mən öz səhvimi görürəm),
ancaq bu dəfə qələbə mənim tərəfimdədir, mənimlə davadan sonra məğlub babasının yanına
qaçıb şikayət edir, mənsə sonrada atamın dediyi sözlərlə müdafiə olunuram: mən onu o məni
vurduğuna görə vurdum. Beləliklə, bu xatirə, ya da daha doğrusu, yuxunun analizi zamanı
məndə yaranan fantaziya onun arxasında gizlənən fikirlərin elementidir, həmin fikirlərdə olan
affektlərin yığdığı elementdir – elə bil, hovuza hər tərəfdən su axır. Buradan da fikirlər aşağıdakı
şəkildə istiqamət götürür: sən mənə güzəşt etməli oldun və əcəb oldu; niyə mənə könüllü
güzəştə getmədin? Sən mənə lazım deyilsən, mən oynamağa özümə başqa yoldaş tapacağam və
sairə. Bundan sonra bu fikirlərin yuxuya daxil olduğu yollar açılır. Belə bir «ote – toi que je my
mette»112-də, çox güman ki, bir zamanlar dostum İosifi də məzəmmət etmişəm. İosif adının
mənim yuxularımda bu qədər mühüm rol oynadığı oxucunun diqqətini cəlb edə bilər (əmim
haqqında yuxugörməyə bax), ancaq bu adı daşıyan adamlarda mən öz «mən»imi asanlıqla
gizlədə bilirəm, çünki Bibliyadakı İosif – Yusif, məlum olduğu kimi, yuxuyozan olub. O,
Bryukkenin laboratoriyasına məndən sonra gəlib, ancaq orada irəliləmək çox çətin idi.
Assistentlər öz yerlərində möhkəm oturmuşdular və bu gəncliyin səbir kasasını daşdırırdı, mənim
dostum öz narazılığını utanmadan dilə gətirirdi. Çünki onun yerini tutmaq istədiyi assistent xəstə
adam idi, ancaq yerini təhvil vermək arzusu yetərincə ikimənalı idi. Buna qədər mənim də bir
neçə il eyni arzuyla yaşadığım tamamilə başadüşülən idi; iyerarxiyanın mövcud olduğu hər yerdə
boğulmağa ehtiyacı olan arzular üçün yol açıqdır. Şekspirdə xəstə atasının yatağı başında duran
şahzadə tacın onun sifətinə yaraşıb-yaşamadığını yoxlamaq arzusuna qalib gələ bilmir. Ancaq
yuxu bunu onun mənəviyyatsız arzusu (təbii ki, mənim yox) kimi cəzalandırır.
«O, hakimiyyətpərəst idi, mən də onu məhv etdim». O başqasının onu vəzifədən azad
edəcəyini gözləyə bilməzdi, buna görə də, özü özünü kənarlaşdırdı. Bu fikirlər məndə bilavasitə
universitetdə heykəlin açılışında iştirak etdikdən sonra yarandı. Yuxugörmədə mənim hiss
etdiyim məmnunluğun bir hissəsinin mənası belədir: ədalətli qarşılıqdır, sən ona layiqsən.
Bu dostu dəfn edərkən bir cavan oğlan nəzakətsiz bir fikir söylədi: natiq elə danışır ki,
guya bu bir adam olmasa dünya dağılar. Əslində o, səmimi kədəri lüzumsuz şişirtməylə pozulmuş
səmimi bir insanın narazılığını ifadə edirdi. Ancaq bu fikirdən sonra gələn düşüncələr bunlardır:
əvəzedilməz itki yoxdur; artıq neçəsini basdırmışam, özümsə hələ sağam, onların hamısının
başını yemişəm, yer də mənə qalıb. Mənim öz dostumu tapa bilməyəcəyimdən qorxduğum elə
həmin andaca buna bənzər fikir sonrakı inkişafa yol açır: mən daha bir adamı yola saldığım,
ölənin mən yox, o olduğu üçün, yuxarıda sözügedən uşaqlıq epizodundakı kimi qələbə çaldığım
üçün sevinirəm. Uşaqlıq mənbələrindən gələn bu məmnunluq yuxugörmənin qavradığı, demək
olar, bütün affektlərin üstünü örtür. Mən başqalarından çox yaşadığıma görə sevinirəm və bunu
lətifədəki ər-arvadlardan birinin sadəlövh eqoizmi ilə ifadə edirəm: «İkimizdən birimiz öləndə,
mən Parisə köçəcəyəm». Bu «birimizin» mən olmayacağıma heç bir şübhəm yoxdur.
Şəxsi yuxuları danışmaq və yozmağın böyük fədakarlıq tələb etdiyini etiraf etməmək
mümkün deyil. Özünü həyatı bölüşdüyün nəcib insanlar arasında hansısa bəd ruh kimi təsvir
etməli olursan. Ona görə də, rəqiblərin onlara dözdüyün müddətcə mövcud olduğunu, onları
arzuyla aradan götürməyin mümkünlüyünü tamamilə təbii hesab edirəm. Dostum İosif də, bax
beləcə, buna görə cəzalandırılıb. Lakin rəqiblər mənim uşaqlıq dostumun ardınca gələnlərdir;
buna görə də, mən onu daim kiminləsə əvəz etməyimdən məmnunam və indi yenə ona itirməyə
qorxduqlarım arasından əvəz tapacağam. Əvəzedilməz itki yoxdur.
Bəs burada yuxugörmənin senzurası haradadır? Niyə o bu kobud və eqoist fikirlərə qarşı
israrlı etiraz nümayiş etdirmir və onunla bağlı məmnunluğu ağır dilxorluğa çevirmir. Mənə elə
gəlir ki, məhz buna görə, elə həmin adamla bağlı digər nöqsansız fikirlər eyni məmnunluq hissinə
səbəb olur və öz affekti ilə uşaqlığını yasaq mənbəyindən gələn hissiyyatın üstünü örtür.
Yuxarıda sözügedən heykəlin açılışı zamanı digər fikir sferasında öz-özümə dedim: artıq nə qədər
dostumu itirmişəm, onlar vəfat edib, bəziləriylə ayrılmışıq; ancaq onlara əvəz tapmağım, mənə
bütün digərlərindən əziz olan dost qazanmağım və dostluq münasibətləri qurmağın çətin olduğu
bu yaşda həmişəlik qoruyub saxlaya biləcəyim, hər halda, çox yaxşıdır. Ölmüş dostuma əvəz
tapmağımla bağlı məmnunluğu yuxuya maneəsiz keçirə bilərəm, ancaq bu əvəzetmənin
arxasında həm də uşaqlıq mənbəyindən gələn düşmən xarakterli məmnunluq da gizlənib. İncə
uşaq duyğusu, şübhəsiz, indiki tam əsaslandırılmış hissiyyatın möhkəmlənməsinə kömək edir;
lakin yuxugörmənin məzmununda uşaq ədavəti də özünə yol açıb.
Ancaq yuxugörmədə fikirlərin məmnunluq duyğusu ilə əlaqəsi ola biləcək daha bir bağı
dəqiq göstərilib. Bu yaxında dostumun uzun intizardan sonra qızı anadan olub. Mən onun vaxtsız
vəfat etmiş bacısının xiffətini çəkdiyini bilirdim və ona yazdım ki, bacısına bəslədiyi sevgisini bu
uşağa keçirəcək; bu balaca qız, nəhayət, ona əvəzolunmaz itkini unutmağa kömək edəcək.
Ovqat da yuxu əsnasında ortaya çıxan hissiyyatla eyni şeyə məruz qalır: o ya tamamilə
diqqətə alınmır, ya da arzunun gerçəkləşməsi mənasında yozulur. Yuxu zamanı ağır əhval-
ruhiyyə yuxugörməyə səbəb verir: onlar yuxugörmənin həyata keçirməli olduğu israrlı arzuları
oyadır. Onların əlaqədar olduğu material arzuların gerçəkləşməsinin təsviri üçün yararlı
olanadək işlənir.
ğ) Təkrar emal. Ən nəhayət, yuxugörmələrin əmələ gəlməsində iştirak edən dörd şərtdən
sonuncusunu nəzərdən keçirəcəyik.
Lakin bu misal yuxugörmədəki hər şeyin onun arxasında gizlənən fikirlərdən gəlmədiyini,
onun məzmununa ayıq təfəkkürümüzdən fərqlənməyən psixi funksiyaların da əlavələr etdiyini
şəksiz sübut edir. Sual olunur ki, bu yalnız müstəsna hallarda baş verir, yoxsa adətən təkcə
senzura rolunu oynayan psixi instansiya yuxugörmələrin əmələ gəlməsində daim iştirak edir?
Biz heç bir tərəddüd etmədən ikinci fərziyyənin tərəfindəyik. Heç bir şübhə yoxdur ki, bu
vaxta qədər özünü yalnız yuxugörmənin məzmununu məhdudlaşdırmaqda, yaxud nəyisə ondan
çıxarmaqda göstərən senzuraedici instansiya, bundan başqa, onun tamamlanmasına və
mürəkkəbləşməsinə də xidmət edir. Bu tamamlamaları çox vaxt asanlıqla görmək olur; onlar
qətiyyətsiz olur və «guya», «sanki» sözlərilə müşayiət olunur, öz-özlüklərində çevik olmalarıyla
seçilmir və həmişə yuxugörmənin məzmununun iki hissəsini bir-birinə birləşdirə bildikləri
yerlərdə olur, onlar arasında əlaqə qurmağa xidmət edir. Onlar yuxugörmənin əsil materialının
zoğlarına nisbətən yaddaşda zəif qalır: yuxu yaddan çıxanda birinci növbədə onlar unudulur və
mən bizim tez-tez şikayətləndiyimiz «biz çox şey görürük, ancaq çoxusu yadımızdan çıxır, yalnız
ayrı-ayrı parçalar yadda qalır» sözlərinin məhz həmin birləşdirici fikirlərdə ani yoxa çıxmalara
əsaslandığından bərk şübhələnirəm. Bu əlavələri ətraflı analiz etdikdə tez-tez yuxugörmənin
arxasında gizlənən fikirlərdə onlara müvafiq materialın olmadığını aşkar edirik. Lakin daha
diqqətlə nəzərdən keçirdikdə mən bu halı son dərəcə nadir hesab etməliyəm; amma əksər
hallarda tamamlayıcı fikirlər öz material məlumatlarını yuxugörmənin əsasında dayanan fikirlərə
buraxır; lakin bu material nə öz dəyəri sayəsində, nə də determinasiya nəticəsində yuxugörməyə
daxil olmağa qətiyyən iddia edə bilməz. Yuxugörmənin yaranması zamanı hazırda nəzərdən
keçirdiyimiz psixi funksiya, göründüyü kimi, yalnız ən zəruri hallarda yenidən törəməyə müraciət
edir; çünki bəlkə də o, yuxugörmənin materialında tapa biləcəyi əlverişli məqamlardan istifadə
edir.
İndi bizə son dərəcə tanış gələn bu məlum, yuxuyaradan qüvvənin ardınca – o, doğrudan
da, yuxugörmənin dörd amilindən bizə daha yaxın və əlverişlidir – yuxugörməyə sərbəst şəkildə
yeni elementlərin gətirilmə imkanlarını qəti olaraq rədd etmək istəməzdim. Digər amillər kimi
onun da təsiri, doğrusu, əsas etibarilə yuxugörmənin arxasında gizlənən fikirlərdəki hazır psixi
materialın seçimi və çeşidlənməsinə əsaslanır. Onu yuxugörmə üçün sanki fasad ucaltmaqdan
əhəmiyyətli dərəcədə azad edən təkcə bir hal var ki, bu da yuxugörmənin arxasında gizlənən fikir
materialında hazır şəkildə öz tətbiqini gözləyən bu cür elementin olmasıdır. Mən bu elementi
adətən «fantaziya» adlandırıram; əgər dərhal ayıq vəziyyətə, oyaqkən görülən yuxuya istinad
etsəm, yəqin ki, çoxsaylı anlaşılmazlıqlardan canımı qurtara bilərəm. Bu elementin ruhi
həyatımızdakı rolunu psixiatriya tam olaraq araşdıraraq, izah etməyib: bu məsələdə yeganə
istisna, demək olar ki, M. Benediktdir. Bizim gündüz yuxularımız belə şairin heç nəyin mane ola
bilmədiyi bəsirətli baxışlarından yayına bilmir; Dodenin «Nabobe» romanında qəhrəmanlardan
birinin analoji durumunun təsvir olunduğu yer hamıya məlumdur. Psixonevrozların öyrənilməsi
bizi bu fantaziyalı, yaxud gündüz yuxugörmələrinin isterik simptomların, ya da buna bənzər
təzahürlərin yaxın müjdəçiləri olduğu barədə gözlənilməz nəticəyə gətirib çıxarır; isterik
simptomlar xatirələrin özüylə deyil, onların əsasında yaranan fantaziyalarla bağlıdır. Şüurlu
gündüz fantaziyalarının tez-tez ortaya çıxması bizə bu cür təzahürlərlə yaxından tanış olmaq
imkanı verir; lakin bu cür şüurlu fantaziyalara bənzər çox qeyri-şüuri fantaziyalar da var ki, öz
məzmunlarına, həm də kənar materialdan gələn mənşələrinə görə belə də qalır. Həmin gündüz
fantaziyalarının xarakterini daha dərindən araşdırdıqda, yuxugörmələrə xas xüsusiyyətlərin
mühüm hissəsinin onlarda da olduğu görünür; onların tədqiqi yuxugörmələrin dərk olunmasını
daha yaxınlaşdırar və asanlaşdırardı.
Yuxu yozumlarına dair misallar seçərkən mən mümkün qədər qeyri-şüuri fantaziyaların
mühüm rol oynadığı yuxugörmələrdən söhbət açmışam, çünki bu psixi elementin əlavə edilməsi
qeyri-şüuri təfəkkür psixologiyasının geniş şərhini tələb edərdi. Bu «fantaziyaların» üzərindən
tamamilə keçə bilmərəm, çünki onlar yuxugörməyə kifayət qədər tez-tez tamamilə daxil olur və
onda bundan da tez-tez tam aydın şəkildə üzə çıxır. İki müxtəlif, bir-birinə zidd, ancaq bəzi
yerlərində fantaziyaları uyğun gələn (onlardan biri səthi xarakter daşıyır, ikincisi isə sanki
birincinin izahına xidmət edir) daha bir yuxugörmə misal gətirəcəyəm. Bir neçə fantaziyanın üst-
üstə qalaqlanmasından yaranan belə bir yaxşı yuxugörmə örnəyini 1905-ci ildə yazdığım
«İsteriya analizindən parça» məqaləsində təhlil etmişəm. Lakin etiraf etməliyəm ki,
yuxugörmələrin yaranmasında bu fantaziyaların əhəmiyyətini əsasən öz (əsasında gündüz
fantaziyaları, başlıca olaraq mübahisələr və fikir konfliktləri duran) yuxularımı analiz edənə
qədər azaltmışam. Gecə yuxugörməsinin gündüzkü ilə tam analogiyasını başqa şəxslərə nəzərən
göstərmək qat-qat asandır.
«Yuxugörən gənc və subay bir cənab restoranda oturub. Birdən bir neçə şəxs peyda olur,
onlar onun ardınca gəliblər, biri onu həbs etmək istəyir. O, qonşu stolda əyləşənlərə deyir: «Mən
hesabı sonra ödəyəcəyəm, mən qayıdacağam». Ancaq onlar istehzayla gülümsəyib deyirlər:
«Çalınmış bayatıdır, hamı belə deyir». Gələnlərdən biri onun ardınca qışqırır: «Biri də gedir».
Onu darısqal bir otağa gətirirlər, burada qucağında uşaq olan bir qadın var. Onun yol
yoldaşlarından biri deyir: «Bu cənab Müllerdir». Komissar, ya da vəzifəli məmur kağızları gözdən
keçirərək təkrar-təkrar deyir: «Müller, Müller, Müller!» Nəhayət, ona sual verir və o təsdiq
cavabı verir. Bunun ardınca o, qadını başdan-ayağa süzür və uzun saqqalı əmələ gəldiyini görür».
Hər iki tərkib hissəni ayırmaq çətin deyil. Həbs haqqında fantaziya səthi xarakter daşıyır;
göründüyü kimi, o, yuxugörmənin fəaliyyəti tərəfindən yenidən yaradılıb. Lakin onun ardınca
kiçik dəyişikliyə məruz qalan material olaraq qadın haqqında fantaziya gəlir; onların hər ikisinə
aid ümumi cizgilər Haltonun qarışıq fotoşəklindəki kimi xüsusilə parlaq görünür. Subay gəncin
restorana qayıtmaq vədi, onun təcrübəli badə dostlarının inamsızlığı və «biri də gedir»
(evlənməyə) qışqırmaları – bütün bunlar son dərəcə xarakterik və tamamilə anlaşılan
simptomlardır. Polis məmuruna verilən təsdiq cavabı da eynilə belədir. Kağızların gözdən
keçirilməsi və bu zaman eyni adın təkrarlanması toy mərasiminin ikinci dərəcəli, ancaq yenə də
xarakterik cizgisinə uyğun gəlir; eyni adın təkrarlandığı bir top təbrik teleqramının oxunması. Bu
yuxugörmədə gəlinin konkret şəkildə meydana çıxması qadın haqqında fantaziyanın hətta onu
pərdələyən həbs haqqında fantaziya üzərində qələbə çalmasıdır. Həmin gəlinin saqqalının əmələ
gəlməsini isə mən yalnız bir məlumatın köməyi ilə aydınlaşdıra bildim (analizi ümumiyyətlə
aparmadım). Yuxugörən yuxudan əvvəlki axşamı onun özü kimi nikahın əleyhdarı olan dostuyla
birlikdə keçirib. Küçəni keçərkən onlar qarabuğdayı bir gözəl görüblər. Yuxugörən onu dostuna
göstərib. O isə cavabında yalnız bunu deyib: «Hə, ancaq kaş ki, illər ötdükcə bu qadınların ataları
kimi saqqalları çıxmayaydı!» Əlbəttə ki, bu yuxuda da yuxugörmənin təhrifedici fəaliyyəti
tərəfindən daha güclü dəyişikliyə məruz qalan elementlərdə qüsur yoxdur. Misalçün, «mən
sonra ödəyəcəyəm» ifadəsi, aydındır ki, cehizlə bağlı qayınatanın mümkün hərəkət tərzinə işarə
edir. Bütün ehtimallara görə, müxtəlif mülahizələr evlənməklə bağlı fantaziyalara tam aludə
olmaqda yuxugörənə mane olur. Bu mülahizələrdən biri insanın evləndikdən sonra azadlığını
itirməkdən ehtiyat etməsidir ki, öz ifadəsini həbs səhnəsində tapır.
Yeni müəlliflər bu son dərəcə geniş yayılmış nəticənin əleyhinə qətiyyətlə çıxdılar (Le
Lorren (45), Egge (20) və başqaları). Onlar Morinin özünün gördüyü yuxu haqqında dəqiq
məlumat verməsindən qismən şübhələnir, qismən də bizim ayıq təfəkkürümüzün sürətinin
yuxugörmənin sürətindən heç də geri qalmadığını göstərməyə çalışırlar. Bu mübahisə həlli,
zənnimcə, o qədər də yaxın olmayan bir çox prinsipial suallar doğurur. Lakin etiraf etməliyəm ki,
məsələn, Eggerin Morinin gilyotin haqqında yuxusu əleyhinə olan arqumentləri məndə inandırıcı
təəssüratlar yaradır. Mən bu yuxugörməni aşağıdakı kimi yozmağı təklif edərdim. Morinin
yuxusunun onun yaddaşında hazır şəkildə qorunan fantaziya olması və qıcıqlanma hiss etdiyi
anda oyanmasında qeyri-adi nəsə varmı? Bu zaman hər şeydən öncə, yuxugörənin ixtiyarında
olan belə qısa zamanda bu qədər detalları olan belə bir uzun hadisəni quraşdırmağın çətinliyi
qüvvədən düşür; bütün hadisə artıq əvvəlcədən tərtib olunub. Əgər Morinin ənsəsi taxtaya ayıq
vəziyyətdə dəysəydi də, bu fikrin yeri olardı: bu elə adamın başının gilyotinin altına qoyulması
kimi bir şeydir. Lakin o, başını yuxuda vurduğundan yuxugörmənin fəaliyyəti bu qıcıqlanmadan
tələsik arzunun gerçəkləşdirilməsi məqsədilə istifadə edərək, sanki düşünür: «Bir zamanlar
mütaliə vaxtı yaranan fantaziyanı həyata keçirməyin əsil vaxtıdır». Yuxuda görülən romanın
fantaziyalara uyğun olmasının adətən gənclərdə güclü təəssüratların təsiri ilə bağlı olmasına,
zənnimcə, zərrə qədər şübhə yoxdur. Kim kübar cəmiyyətin, kişilərin və qadınların, millətin
qaymağının ölümü sevərək qəbul etməyin və ən məşum sona qədər ağlın və ruhi gözəlliyin
təravətini saxlamağın necə olduğunu göstərdiyi terror epoxası ilə maraqlanmayıb! Eşafota
çıxmamışdan qabaq öz xanımının əllərini nəzakətlə öpən gənci təsəvvür etmək necə də
cəlbedicidir. Ya da əgər fantaziyanın baş motivi şöhrətpərəstlikdirsə, yalnız fikirlərinin gücüylə və
alovlu nitqlərilə o zamanlar insanlığın ürəyinin döyündüyü, minlərlə insanın inamla ölümə
göndərildiyi, Avropa tarixinin yeni yollarının salındığı və axırda öz başlarının da gilyotin altına
qoyulduğu şəhərə hakimlik edən qüdrətli şəxsiyyətlərdən birini təcəssüm etdirərək hansısa
jirondist, ya da Danton olmaq məgər cazibədar deyil! Morinin fantaziyasının məhz şöhrətpərəst
xarakterdə olduğunu yadda qalan bir element sübut edir: «böyük kütlə ilə əhatə olunmuş».
Bütün bu hazır fantaziya yuxuda tam dolğunluğu ilə qətiyyən əks olunmamalıdır; ona
azca «toxunmaq» tamamilə yetərlidir. Mən burada bunu nəzərdə tuturam. Əgər musiqi alətində
bir neçə takt səslənirsə və kimsə «Don-Juan»dakı kimi deyirsə: «Bu, Motsartın Fiqaronun toyu
əsərindəndir», ruhda dərhal xatirələrin xaosu üzə çıxır və buradan ayrı-ayrı detallar şüura qədər
gedib çatmır. Həmin bir neçə takt qıcıqlanma rolunu oynayır. Qıcıqlanma gilyotin haqqında
fantaziyaya yol açan psixi instansiyanı oyadır. Ancaq sonuncu artıq yuxuda deyil, oyanan adamın
yaddaşında üzə çıxır. Yuxudan ayılmış şəxs bu fantaziyanı bütün detalları ilə birlikdə xatırlayır;
yuxugörmədə isə ona yalnız bütövlükdə eyham vurulur. Bu zaman onun həqiqətən yuxuda
nəyisə görməsinin heç bir sübutu yoxdur. Eyni izahatı (burada söhbət qıcıqlanmanın köməyilə
oyanan hazır fantaziyalardan gedir) oyanan zaman hər hansı konkret qıcıqlanma ilə bağlı olan
başqa yuxugörmələrə də tətbiq etmək olar. Napoleonun cəhənnəm maşınının partlaması zamanı
gördüyü yuxu buna misal ola bilər. Lakin mən bütün belə yuxugörmələrin bu cür izahı olduğunu,
ya da yuxugörmənin sürətli fəaliyyət probleminin bununla tamamilə həll olunduğunu qətiyyən
iddia etmirəm.
Beləliklə, yuxugörmənin məzmunundan aydın olmasını hər hansı psixi instansiya deyil,
müstəsna olaraq bizim normal təfəkkürümüz tələb edir, onu ilkin yozuma məruz qoyaraq yalnız
qəlizləşməsinə səbəb olur. Yozum zamanı biz növbəti qaydaya əməl etməliyik: mənşəyi məlum
olmayan yuxugörmənin xəyali rabitəliliyinə əhəmiyyət vermək lazım deyil; həm aydın, həm də
dolaşıq yuxularda əks istiqamətə, onun materialının açılmasına doğru getmək lazımdır.
Yuxugörmənin normal təfəkkür sayəsində yaranan son növünü nəyləsə müqayisə etməyi
arzulayarkən bir çox jurnalların öz oxucularını «Hər şeydən bir az» bölməsində əyləndirdikləri
müəmmalı yazılardan münasib bir şey seçə bilmədim. Dialektdə təzad yaratmaq üçün ifadə
olunan və bəlkə də, daha çox zarafat mənasında işlənən hər hansı cümlə latınca yazıldığı
ehtimalını doğurur. Bu məqsədlə ayrı-ayrı hərfər fərqli qaydada yerləşdirilir. Bəzi yerlərdə
həqiqətən latın sözləri yerləşdirilir, bəzilərində bu sözlərin qırıqları bizə təqdim olunur, nəhayət,
bəzilərində də yazının pozulmuş hərfləri və boşluqlar bizi hər şeyin mənasız olmasıyla bağlı
dolaşığa salır. Biz aldanmamaq üçün yazının bütün rekvizitlərinə fikir vermədən yalnız hərflərlə
hesablaşmalı, mövcud yerləşmələrindən asılı olmayaraq, onları doğma dilimizin sözlərində
birləşdirməliyik.
Müxtəlif şəxslərin mənə danışdıqları yuxular arasında xüsusi diqqət çəkən bir yuxugörmə
var. Onu mənə yuxugörmə mövzusunda bir mühazirədə şəxsən eşitmiş bir qadın pasiyentim
danışıb; yuxunun əsil mənbəyi isə mənə məlum deyil. Bu yuxunun məzmunu həmin xanıma o
qədər dərin təsir edib ki, tezliklə həmin yuxunu özü də təkrarən görüb.
Nümunə yuxugörmənin məzmunu belədir. Bir ata gecə-gündüz öz xəstə uşağının yatağı
başında oturur. Uşaq ölür, ata qonşu otaqda uzanıb yatır, ancaq qapını açıq qoyur ki, uşağın iri
yanan şamlarla əhatə olunan cənazəsini görə bilsin. Meyitin yanında oturan qoca dua
oxuyurmuş. Bir neçə saatdan sonra ata yuxuda görür ki, uşaq onun yatağına yaxınlaşıb, əlindən
tutur və məzəmmətlə deyir: ata, məgər sən mənim yandığımı görmürsən? O oyanır və qonşu
otaqda parlaq işıq görür, ora cumur və görür ki, qoca yuxuya gedib, yanan şamlardan biri aşaraq
uşağın paltarını və bir qolunu yandırıb.
Bu təsirli yuxunu yozmağın heç bir çətinliyi yoxdur və xanım pasiyentimin xəbər verdiyi
kimi, mühazirəçi onu tamamilə düzgün şərh edib. Gur işıq yatanın üzünə açıq qapıdan düşüb və
onda ayıq vəziyyətdə yarana biləcək fikir yaranıb: qonşu otaqda şam aşıb və yanğın çıxıb. Bəlkə
də ata yuxuya gedərkən qocanın öz missiyasını vicdanla yerinə yetirə bilməyəcəyindən
əndişələnib.
Bu yozumda biz də heç nəyi dəyişə bilmərik, yalnız onu əlavə edə bilərik ki,
yuxugörmənin məzmunu, bəlkə də, mürəkkəb determinasiya olunub və uşağın sözləri onun
həyatda olduğu zaman həqiqətən dediyi və ata üçün mühüm təəssüratla bağlı sözlərdən tərtib
olunub. Onun «Mən yanıram» şikayəti onu tələf edən qızdırma ilə, «Ata, məgər sən
görmürsən?» sözləri isə bizə məlum olmayan, ancaq affektlərlə zəngin epizodla bağlı ola bilər.
Lakin bütün əvvəlki araşdırmalardan yuxugörmənin psixoloji proseslərin ümumi zəncirinə
daxil ola bilən tamamilə dərk olunmuş hadisə olduğuna əminliklə yuxugörmənin, sanki belə tez
ayılma tələb edən situasiyalarda necə yarandığına təəccüblənməyə tam haqqımız var. Lakin biz
bu yuxunun da arzunun gerçəkləşməsi olduğunu görürük. Yuxuda ölmüş uşaq özünü diri kimi
aparır, atasıyla danışır, onun yatağına yaxınlaşır və əlindən tutur; bunlar, yəqin ki, yuxugörmənin
uşağının nitqinin birinci hissəsini götürdüyü xatirədən qaynaqlanır. Atanın yuxusunun bir anlıq
davam etməsi də bu arzunun gerçəkləşməsinə görədir. Uşağı canlı göstərə bildiyinə görə
yuxugörməyə ayıq təfəkkürlə müqayisədə üstünlük verilmişdir. Əgər ata dərhal oyansaydı və
onda qonşu otağa getmək fikri yaransaydı, bununla sanki oğlunun ömrünü o an qədər qısaltmış
olardı.
Bu kiçik yuxugörmənin marağımızı özünə xüsusi cəlb etməsinin səbəbi aydın və aşkardır.
Bu vaxtadək biz əsasən yuxugörmənin gizli mənasının nədən ibarət olmasıyla, onu necə aşkara
çıxarmaqla və yuxugörmə fəaliyyətinin həmin fikri gizlətmək üçün hansı vasitələrdən istifadə
etməsilə maraqlanmışıq. Ancaq indi yozumu heç bir çətinlik törətməyən, öz mənasını açıq
formada göstərən yuxuyla qarşılaşmışıq və bu yuxugörmənin, hər halda, onu ayıq təfəkkürdən
fərqləndirən və izahat tələb edən mühüm cizgiləri qoruduğunu görürük. Yalnız yozuma aid olan
şeyləri aradan qaldırdıqdan sonra bizim yuxugörmə psixologiyamızın nə dərəcədə natamam
qaldığını görürük.
Lakin bu yeni yolla getməzdən qabaq vacib və mühüm olan nəyisə unudub-
unutmadığımıza əmin olmaq üçün biz dayanmalı və arxaya baxmalıyıq. Biz yolumuzun rahat və
xoş hissəsinin harda qaldığına əmin olmalıyıq. Bu vaxtadək keçdiyim bütün yollar, əgər səhv
etmirəmsə, bizi yalnız işığa, bitkinliyə və tam anlayışa aparıb; lakin yuxugörmələr zamanı ruhi
halların dərinliyinə nüfuz etmək istədiyimiz andan etibarən yolumuz tam qaranlığa gedir. Biz
yuxugörməni qətiyyən psixi proses kimi izah edə bilmirik, çünki «izah etmək»,yuxugörmələrin
psixoloji tədqiqatından doğan izahatın əsasına tabe edə biləcəyimiz məlum bir şeyə gətirib
çıxarmaqdır. Bizsə, əksinə, ruhi aparatın konstruksiyasına, ona xas və ilk məntiqi əlaqənin
hüdudlarını aşaraq çox dərinə gedəcəyindən ehtiyatlanmalı olacağımızı qüvvələrin fəaliyyətinə
toxunacaq bir çox yeni fərziyyələr qoymağa məcbur olacağıq, əks təqdirdə onların dəyəri
həddən artıq dumanlı və qeyri-müəyyən olacaq. Hətta əgər biz çıxardığımız nəticələrdə kiçicik
bir səhvə yol verməsək və bütün aşkar məntiqi imkanları hesaba alsaq belə, yenə də
elementlərin müəyyənləşdirilməsində tam ehtimal edilən natamamlığın olması təhlükəsi var ki,
bu da bütün hesabların tamamilə darmadağın olmasına bərabərdir. Yuxugörməyə və yaxud digər
hər hansı ən nadir hadisəyə ən dərin nəzəri baxış belə ruhi aparatın konstruksiya və funksiyası
haqda bizə tam təsəvvür verməz, yalnız bu məqsədlə bir çox psixi halların müqayisəli
öyrənilməsi zamanı daha çox daimi olan hər şeyi bizim ixtiyarımıza verər. Beləliklə,
yuxugörmələrin analizi prosesindən çıxardığımız psixoloji hallar sanki digər tərəfdən eyni
problemin mərkəzinə can atan başqa tədqiqatlardan alınan nəticələrlə birləşmələrini
gözləməlidir.
Yuxuları yozarkən biz hələ də bu məsələdən yan keçirik. Əksinə, yuxugörmənin xırda,
dumanlı və qeyri-dəqiq hissələrinin yozumu bizə həmişə onun dəqiq və aydın elementlərindən
qətiyyən az əhəmiyyətli görünməyib. İrmaya iynə vurulması haqqında yuxuda bir yer var: mən
tələsik doktor M.-i çağırıram; bizə elə gəlirdi ki, əgər xüsusi mənbə ilə bağlı xüsusi məlumat
olmasaydı, bu detal, yuxugörməyə şəksiz daxil olmayacaqdı. Biz onu həqiqətən öz yaşlı
həmkarımı köməyinə çağırdığım həmin bədbəxt pasiyent xanımla bağlı əhvalata keçirmişik. 51
və 56 arasındakı fərqi quantite negligeable sayan xəyali absurd yuxugörmədə 51 rəqəmi bir neçə
dəfə təkrarlanır. Bunu tamamilə təbii, həm də buna görə əhəmiyyətsiz hesab etmək yerinə, biz
bunun əsasında yuxugörmənin 51 rəqəminə aparan gizli məzmunundakı fikirlərin ikinci zənciri ilə
bağlı nəticə çıxardıq; bu yol bizi illər boyu özündən razı şəkildə «atılan» həmin dominant
fikirlərlə kəskin ziddiyyət təşkil edən 51 yaşın doğurduğu təhlükələrə apardı. «Non vixit»
yuxusundakı «P. onu başa düşmədiyindən F. məndən soruşur» cümləsi və sairə əvvəlcə mənə
heç bir mənası olmayan yamaq kimi göründü. Sonradan yozum çətinləşəndə mən bu cümləyə
qayıtmalı oldum və ondan orta düyün nöqtəsi kimi yuxugörmənin arxasında gizlənən uşaq
fantaziyasına yol tapdım. Bu, şairin növbəti sözlərinin köməyi ilə baş verdi: «Siz məni hərdən
anlar, mən sizi hərdən anlardım; biz yalnız palçığa batanda bir-birimizi dərhal anlamağa
başladıq».
Hər bir analiz həm yuxugörmənin ən xırda cizgilərinin yozum üçün nə qədər vacib olması,
həm də məsələnin həllinin niyə ləngiməsiylə bağlı (əgər onlara yalnız sonradan diqqət
yetirilərsə) misallar verir. Yuxuların yozumu zamanı biz yuxugörmə mətninin sözlü ifadəsinin hər
cür kiçik çalarına da bu cür əhəmiyyət vermişik, hətta qarşımızda mənasız, yaxud natamam mətn
olduqda belə, sözlü ifadənin həmin çatışmazlıqları ilə hesablaşmışıq. Qısası, əksər müəlliflərin
fikrincə, özbaşına və tələsik quraşdırılmış improvizasiya sayılanları hər zaman müqəddəs və
toxunulmaz saymışıq. Bu ziddiyyətin izahata ehtiyacı var.
Sonuncu bizim xeyrimizə hallanır, ancaq müəlliflərinin bir çoxunu da haqsız olmaqda ifşa
etmir. Yuxugörmənin əmələ gəlməsiylə bağlı bizim yeni baxışlarımıza əsasən, bütün ziddiyyətlər
öz aralarında əskiksiz barışırlar. Reproduksiyaya cəhd edərkən yuxugörməni təhrif etdiyimizi
inkar etmək olmaz; burada biz yenə də ikinci dərəcəli adlandırdığımız və yuxugörmənin normal
təfəkkürün instansiyası tərəfindən o qədər də tez-tez düzgün başa düşülməyən emalını görürük.
Ancaq bu təhrifin özü senzura sayəsində qanunauyğun olaraq yuxugörmənin arxasında gizlənən
fikirlərin məruz qaldığı emalın bir hissəsidir. Müəlliflər burada təhrifetmənin aşkar fəaliyyət
göstərən hissəsini seziblər; bizi isə bu az maraqlandırır, çünki biz bilirik ki, daha geniş təhrifetmə,
daha az hiss olunduğundan öz obyekti olaraq artıq gizli fikirlərdən ibarət yuxugörmə seçib.
Müəlliflər yalnız yuxugörməni sözlü ifadə halında xatırlayarkən onun modifikasiyasını sərbəst
(özbaşına) hesab etməkdə yanılırlar, yəni onun yozuma tabe olmadığını və yuxugörmənin
mahiyyətini dərk etmək baxımından bizi yalnız dolaşdırmağa qadir olduğunu düşünürlər. Onlar
psixi sferada determinasiyanın əhəmiyyətini azaldırlar. Orada özbaşına heç nə yoxdur. Fikirlərin
ikinci bağının birinci ilə şərtlənməyən elementin müəyyən olunmasını dərhal öz üzərinə
götürməsini istənilən misalla göstərmək olar. Məsələn, mən tam sərbəst şəkildə hər hansı bir
rəqəm uydurmaq istəyirəm; ancaq bu mümkün deyil. Ağlıma gələn rəqəm birtərəfli və labüd
şəkildə mənim fikirlərimlə şərtlənir və bəlkə də, mənim hazırkı niyyətimdən son dərəcə uzaqdır.
(«Adi həyatın psixopatologiyası»na bax, «Sovremennıye problemı» nəşri, rusca). Yuxugörmənin
ayıq vəziyyətdə məruz qaldığı redaktə zamanı dəyişikliklər də bu qədər az sərbəstdir. Onlar
yerini tutduqları məzmunla assosiativ əlaqədə qalır və bəlkə də, yenə də başqasını əvəz edən bu
məzmuna gedən yolu bizə göstərməyə xidmət edir.
Pasiyentlərimin yuxularını analiz edərkən aşağıdakı tipdən olan sınaqları adətən uğurla
aparıram. Danışılan yuxugörməni əvvəlcə başa düşəndə, danışandan onun təkrarlamasını xahiş
edirəm. Təkrar çox nadir hallarda yuxunu eyni sözlərlə ifadə edir. Dəyişikliyə məruz qalan
hissələri dərhal yuxugörmənin zəif pərdələdiyi yerlər kimi təsəvvür edirəm, mən onları Qogenin
Ziqfridin paltarları üzərinə tikilən nişanları anladığı qədər başa düşürəm. Ancaq yuxunun yozumu
elə onlardan başlaya bilər. Yuxunu bir daha təkrarlamaq xahişim hekayəçini yuxusunun
yozumuna xüsusi səy göstərəcəyimlə bağlı xəbərdar edir, ona görə də, müqavimət duyğusunun
təsiri altında o dərhal zəif yerləri qoruyur, onların xain ifadəsini dərhal başqa, az və ya çox
dərəcədə uzaq bir şeylə əvəz edir. Bununla o mənim diqqətimi dəyişilən ifadələrə cəlb edir. Mən
yuxugörmənin çözümünün qorunduğu səylər əsasında onun nə qədər pərdələnə bildiyi haqda
qənaət hasil edə bilirəm.
Yuxugörmənin unudulması da onun izahına psixi senzura cəlb olunana qədər anlaşılmaz
qalır. Gecə sanki çox şey görmüşəm, ancaq yadımda çox az şey qalıb duyğusu bir çox hallarda
xüsusi məna kəsb edir: məsələn, yuxugörmə fəaliyyəti bütün gecəni davam etsə də, ondan yalnız
qısa bir yuxugörmə qalıb. Əks təqdirdə, yuxugörmənin oyandıqdan sonra yavaş-yavaş yaddan
çıxmasından şübhələnmək mümkün deyil. Gərgin səylə xatırlamağa çalışsan da, onu tez-tez
unudursan. Lakin mənə elə gəlir ki, bu unutmanın dərəcəsi şişirdildiyi kimi, yuxugörmədəki
boşluqlarla bağlı onun tam öyrənilməməsi də şişirdilir. Unutma sayəsində yuxugörmənin
məzmunundan itənlər analiz vasitəsilə bərpa oluna bilər; ən azı bir çox hallarda hər hansı bir
qorunmuş parça əsasında yuxugörmənin özünü olmasa da – hazırda söhbət heç ondan getmir də
– onun arxasında gizlənən fikirləri tapmaq olar. Bu, analiz zamanı həddindən artıq böyük diqqət
və böyük səbir tələb edir; bu hamısı olsa da, buna baxmayaraq, onu göstərir ki, yuxugörmənin
unudulması ona düşmən olan hədəfinə çatır.
Çox zaman yozum əsnasında qəflətən yuxugörmənin hansısa buraxılmış və yaddan çıxmış
hesab edilən hissəsi üzə çıxır. Bu hissə, demək olar ki, həmişə vacib və əhəmiyyətli olur. O,
yuxunun yozumuna gedən yolun lap yaxınlığından keçir, bu səbəbdən də daha çox müqavimətə
məruz qalır. Əvvəlki fəsillərdə gətirdiyim yuxugörmə örnəkləri arasında məzmunun bir hissəsini
yalnız sonradan əlavə etdiyim biri var. Bu yuxugörmə ədəbsiz yol yoldaşıma qarşı qisas
haqqındadır; qismən ədəbsiz məzmununa görə, onun yozumu ilə məşğul olmadım. Buraxılan yer
belədir: «Mən kitablardan birini ingilislərə göstərərək deyirəm: „It is from…“ Ancaq dərhal da
səhvimi düzəldirəm: „It is by…“ Qardaş bacıya deyir: «O, doğru dedi».
İşin məlum mərhələsinə nail olan pasiyent eyni yolla üç, dörd gün və daha öncə görüb-
unutduğu yuxuları da xatırlaya bilər.
Burada haşiyə çıxaraq yuxuların yozumuna dair daha bir neçə örnək gətirəcəyəm, bunlar
öz yuxularının analizi vasitəsilə mənə nəzarət etməyi arzulayan oxucuya, bəlkə də düzgün
istiqamət götürməkdə kömək edə bilər.
Yuxuların yozumunu çətin ki kimsə çox sadə bir iş hesab etsin. Artıq, adətən hisslərin
diqqətindən yayınan endoptik və digər təzahürlərin qeydə alınması üçün heç bir psixi motivin
həmin qavrayış qrupuna müqavimət göstərməməsindən asılı olmayaraq, müəyyən təcrübə tələb
olunur. «Arzuolunmaz təsəvvürlərə» yiyələnmək olduqca çətindir. Bunu etmək istəyən hər kəs
bu səhifədə haqqında bəhs olunan nəticələri dərindən dərk edəcək; o mənim verdiyim
göstərişlərə əməl edərək, iş vaxtı içindəki hər cür tənqidi, hər cür yanlış ön mühakiməni, hər cür
affektiv və ya intellektual ehtirası boğmağa çalışacaq. O, Klod Bernarın fizioloji laboratoriyada
işləyənlər üçün qoyduğu qaydaları unutmayacaq: vəhşi kimi işlə! – yəni təkcə səylə yox, həm də
nəticələr barədə narahat olmadan. Kim bu qaydaya əməl etsə, bu vəzifənin öhdəsindən gəlmək
ona çətin görünməyəcək. Bundan başqa, yuxuların yozumu dərhal başa çatmır; çox vaxt analitik
qabiliyyətinin tükəndiyini hiss edirsən və həmin gün yuxugörmə artıq sənə heç nə deməyəcək;
bu halda ən yaxşısı işi buraxıb, ertəsi gün davam etdirməkdir. Onda yuxunun məzmununun digər
hissəsi diqqəti özünə cəlb edə bilər və yuxugörmənin arxasında gizlənən fikirlərin yeni qatına yol
tapılacaq.
Ən çətini yuxuyozmaya yeni başlayan adama yuxugörmənin mükəmməl yozumunu, onun
məzmununun bütün ağıllı, rabitəli və izahedici elementlərini tapmaqla onun işinin qətiyyən başa
çatmadığını təlqin etməkdir. Eyni yuxugörmənin dərhal baş tutmayan başqa yozumları da ola
bilər. Təfəkkürümüzdə öz ifadəsini tapmaq istəyən qeyri-şüuri fikirlərin bolluğunu təsəvvür
etməyin çox çətin olduğuyla və çoxmənalı ifadə forması olan yuxugörmənin fəaliyyət
qabiliyyətinə inanmağın daha asan olmadığıyla tamamilə razıyam, bu dərzi köməkçisi nağılında
bir zərbəyə yeddi milçək öldürmək kimi bir şeydir. Oxucu daim müəllifi öz müdrikliyini boş yerə
sərf etməkdə qınasa da, sonda səhv etdiyini anlayacaq.
Lakin hər bir yuxu yozula bilərmi sualının cavabı mənfidir. Unutmaq olmaz ki, yozum
zamanı yuxugörməni təhrif etməkdə günahkar olan psixi qüvvələrlə mübarizə aparmalı olursan.
Bu mənada məsələ qüvvələr nisbətindədir: subyekt öz intellektual marağıyla, öz
soyuqqanlılığıyla, psixi bilikləri və yuxuların yozumu sahəsindəki təcrübəsilə daxili müqaviməti
aşa birəmi? Bu müəyyən dərəcədə hər zaman mümkündür: yuxugörmənin dərk olunmuş
fenomen olduğuna subyekt, demək olar ki, hər zaman əmin olur, əksər hallarda isə bu mənanın
mahiyyətinə də varır. Çox vaxt sonradan görülən yuxu özündən əvvəlkinin doğruluğunu
təsdiqləyərək yozumunu davam etdirməyə imkan verir. Bir neçə həftə, yaxud ay davam edən bir
çox yuxular çox vaxt eyni bazisə əsaslanır; onlar hamısı birlikdə yozulmalıdır. Çox zaman bir-
birinin ardınca gələn iki yuxudan birində mərkəzi nöqtə rolunu oynayan şeyə ikincidə yalnız
dumanlı işarə olur və əksinə, ona görə də belə yuxular bir-birini yozum zamanı tamamlayır. Bir
gecədə görülən müxtəlif yuxuların da bütöv halda yozulmasının zəruriliyini mən artıq misallarla
göstərmişəm.
Ən aşkar şəkildə yozulan yuxularda çox zaman hər hansı bir hissəni aydınlaşdırılmamış
qoyuruq, çünki yozum zamanı orada yuxugörmənin məzmununa heç bir yeni element
gətirməyən fikir yumağının olduğunu görürük. Bu yuxugörmənin göbəkbağısıdır, həmin yerdə o,
anlaşılmayanla yanaşıdır. Yuxugörmənin arxasında gizlənən və yozum zamanı üzə çıxan fikirlər
yekunlaşmamış qalmalıdır və təfəkkürümüzün torşəkilli toxunuşu şəklində hər tərəfə
uzanmalıdır.
Qayıdaq yuxuların unudulmasına. Biz hələ bir dənə də ciddi nəticə çıxarmamışıq. Əgər
ayıq vəziyyət yuxu əsnasında yaranan yuxugörmənin ayıq olarkən ya bütövlüklə, ya da gün
ərzində hissə-hissə şəksiz unudulma niyyətini aşkar edirsə və bu unutmanın başlıca günahkarı
kimi yuxugörmənin artıq gecə öz işini görmüş psixi müqavimətini göstəririksə, onda belə bir sual
yaranır ki, həmin müqavimətə baxmayaraq bu yuxugörmənin əmələ gəlməsinə əslində nə imkan
verdi? Ayıq durumun yuxugörməni sanki ümumiyyətlə olmamış kimi inkar etdiyi son variantı
götürək. Əgər bu zaman psixi qüvvələrin fəaliyyətinə diqqət yetiriksə, onda müqavimət
gündüzkü kimi, gecə də inadkar olubsa, yuxugörmənin, ümumiyyətlə, yaranmadığını deməliyik.
Buradan belə bir nəticə çıxır ki, müqavimət gecə öz gücünün bir hissəsini itirir. Biz onun
bütövlükdə aradan qaldırılmadığını bilirik: biz onun izlərini yuxugörmənin yaranması əsnasında
onu təhrif edərkən gördük. Ancaq biz onu da aydın gördük ki, gecə müqavimət o qədər israrlı
olmur və yuxugörmənin yaranması da məhz onun zəifləməsinin nəticəsidir; və biz asanlıqla başa
düşürük ki, ayılarkən tam gücüylə bərpa olunaraq həddən artıq zəif olarkən yol verdiyi şeyləri
aradan qaldırır. Təsvir psixologiyası bizi öyrədir ki, yuxugörmənin əmələ gəlməsinin başlıca şərti
ruhun yuxulu vəziyyətidir; biz bunu belə izah edə bilərik: yuxu vəziyyəti yuxugörmənin
yaranmasına imkan verir, endopsixi senzuranı aşağı salaraq zəiflədir.
Bizim yuxuların yozumu üsulumuza qarşı digər etirazlar da var və onlarla indi məşğul
olmalıyıq. Burada biz aşağıdakı kimi davranırıq: təfəkkürümüzə hakim olan bütün məqsədli
təsəvvürləri buraxıb, diqqətimizi yuxugörmənin hər hansı elementinə yönəldərək, arzuolunmaz
fikirlərimizdən hansının ona uyğun gəldiyini görürük. Sonra yuxugörmə məzmununun növbəti
tərkib hissəsini götürərək eyni şeyi onun üzərində təkrarlayırıq və fikirlərimizin bizi cəlb etdiyi
yola əhəmiyyət vermədən onların ardınca düşürük. Bu zaman daim qəti əmin oluruq ki, nəhayət,
heç bir köməyimiz dəymədən yuxugörmənin qaynaqlandığı fikirlərə gəlib çıxacağıq. Bu
tənqidçiyə qarşı çıxan təxminən aşağıdakıdır. Yuxugörmənin hər bir elementinin hər hansı
müəyyənliyə gətirib çıxarmasında təəccüblü heç nə yoxdur. Assosiasiya üzrə hər bir təsəvvürlə
nəyisə əlaqələndirmək olar; qəribə olan yalnız odur ki, bu zaman məqsədsiz və sərbəst təfəkkür
yuxugörmənin arxasında gizlənən fikirlərədək gedib çıxır. Bu, çox güman ki, sadəcə
özünüaldatmadır; assosiasiya zənciri üzrə bir elementdən fikir heç bir görünən səbəb
gözlənilmədən qırılmayanadək hərəkət edir; sonradan ikinci element dövriyyəyə girəndə, onda
tam təbii olaraq assosiasiyanın ilkin hədsizliyi daralmaya məruz qalır. Fikirlərin əvvəlki bağı
yaddaşda hələ də təzədir, ona görə də, ikinci təsəvvürün analizi zamanı birinci zəncirin halqaları
ilə müəyyən ümumiliyi olan uzaqdakı fikirləri tapmaq asandır. Bu zaman analitik yuxugörmənin
iki elementi arasında düyün nöqtəsi rolu oynayan fikri tapdığına özünü inandırır. Adətən
fikirlərin birləşdirilməsi zamanı hər cür sərbəstlik rəva görüldüyündən və normal təfəkkür
durumunda qüvvəyə minən mahiyyətcə bir təsəvvürdən digərinə keçid istisna olunduğundan,
axırda «ara fikirlər» cərgəsindən nəsə uydurmaq çətin olmur; bunlar sonradan yuxugörmənin
arxasında gizlənən fikirlər adlandırılır və sübut olmadan yuxugörmənin psixi bazisi kimi qələmə
verilir. Lakin bütün bunlarda özbaşınalıq və təsadüfdən ağıllı istifadə var, bu cür məqsədsiz işə
girişən hər kəs istənilən yuxunu istədiyi kimi yoza bilər.
Təsəvvürlərin istənilən assosiativ zəncirlə sərbəst yerdəyişməsi, bəlkə də, deduktiv üzvi
beyin prosesləri zamanı ortaya çıxır; bunun nə demək olduğu, bəlkə də, psixonevrozlarda
məqsədli təsəvvürlərin gizlətməkdə davam etdikləri bir sıra fikirlərə senzuranın ön plana çəkilən
təsiri ilə həmişəlik izah olunub. Bu məsələnin parlaq isbatına K.Yunqun «Erkən kəmağıllığın
psixologiyası» əsərində baxa bilərsiniz. Məqsədli təsəvvürlərdən məhrum assosiasiyaların şəksiz
əlaməti meydana çıxan təsəvvürlərin (yaxud obrazların), göründüyü kimi, necə deyərlər, səthi
assosiasiyaların (yəni səsləşmənin, sözlü ikimənalılığın, mənadan asılı olmayaraq vaxt
uyğunluğunun, bizim lətifələrdə və söz oyunlarında istifadə etdiyimiz bütün assosiasiyaların
köməyilə) bağlarıyla öz aralarında bağlanması sayılırdı. Bu əlamət bizi yuxugörmənin
məzmununun ayrı-ayrı elementlərindən «kollaterallara», buradan isə yuxugörmənin arxasında
gizlənən həqiqi fikirlərə aparan fikir bağlarına aiddir; biz bir çox analizlərdə bunun örnəklərinə
rast gəlmişik və onlar tam təbii olaraq, bizim təəccübümüzə səbəb olmalıydı. Bu zaman heç bir
assosiasiya cüzi sayılmayıb, heç bir məzəli söz bir fikirdən digərinə keçməyə xidmət etməyəcək
qədər əhəmiyyətsiz görünməyib. Lakin bu güzəştin doğru başa düşülməsi çətin deyil. Hər dəfə
hansısa psixi element qəribə və səthi assosiasiyanın köməyilə digərinə bağlananda senzuranın
müqavimətinə məruz qalan biriylə digəri arasında həm də başqa, daha təbii və dərin əlaqə olur.
Burada mahiyyət etibarilə bir-birinə qovuşan iki halı qeyd etmək olar. Ya senzura yalnız
hər biri ayrı-ayrılıqda onda etiraz doğurmayan iki fikrin birləşməsinə qarşı yönəlir. Bu zaman hər
iki fikir növbəylə şüura daxil olur; onların əlaqəsi gizli qalır, ancaq biz onlar arasındakı səthi
rabitəni görürük, əks halda, bu bizim ağlımıza gəlməzdi, çünki adətən boğulmuş, ancaq mühüm
təsəvvürlərin qaynaqlandığı nöqtədən daha çox başqa təsəvvürlər kompleksi nöqtəsindən gəlir.
Ya da ki, hər iki fikir öz məzmunlarından dolayı öz-özünə senzuraya məruz qalır; bu halda onlar
hər ikisi düzgün deyil, modifikasiya olunmuş formada qarşıya çıxır: onları əvəz edən fikirlər
növbəti şəkildə seçilir: səthi assosiasiyanın köməyilə onları əvəz edən fikirlərin olduğu mühüm
əlaqəni ifadə edir. Hər iki halda senzuranın təzyiqi altında normal təbii assosiasiyanın səthi və
absurd görünənlə yerdəyişməsi baş verir.
Nevrozların psixoanalizi bu hər iki qaydadan geniş istifadə edir: şüuri məqsədli
təsəvvürlərin aradan qaldırılmasıyla təsəvvürlərin gedişi üzərindəki hökmranlıq gizli hala necə
keçirsə, səthi assosiasiyalar da eyni şəkildə yalnız boğulmuş və daha dərin təsəvvürləri əvəzləyir;
hər iki durum hətta həmin psixoanalizin bütün texnikasının əsasını təşkil edir. Pasiyenti bütün
düşüncələrini kənara qoyub, mənə ağlına gələni danışmağa məcbur edəndə bununla onun
müalicəsilə bağlı təsəvvürləri özündən uzaqlaşdıra bilməyəcəyini güman edirəm və haqlı olaraq
buradan belə bir nəticə çıxarıram ki, mənə xəbər verdiyi xəyali məsum və sərbəst hər şey onun
naxoş durumuyla əlaqədardır. Pasiyentin ağlına gəlməyən ikinci məqsədli təsəvvür mənimlə
bağlı təsəvvürdür. Bu məsələnin tam qiymət verilərək ətraflı nəzərdən keçirilməsi bu səbəbdən
psixoanalitik texnikanın terapevtik üsul kimi şərhinə aiddir. Burada biz yuxuların yozumu
probleminin hüdudlarını aşan nöqtələrdən birinə yaxınlaşırıq.
Bu fəslin əvvəlində həlli bizi gözləyən bir müəmmanı xatırlatmaq üçün bir yuxugörmə
haqqında məlumat verdik. Yanan uşaq haqqında olan bu yuxunun yozumu tam olaraq bizim
üsulla aparılmasa da, bizə heç bir çətinlik törətmədi. Belə bir sual verdik ki, ümumiyyətlə subyekt
oyanmaq əvəzinə niyə yuxu görüb və gördük ki, yuxugörmənin motivi uşağı bir daha canlı
görmək arzusudur. Burada daha bir arzunun da rol oynadığını irəlidə görəcəyik. Beləliklə,
yuxunun fikri prosesi, hər şeydən öncə, arzunun gerçəkləşdirilməsi naminə yuxugörməyə
çevrilib.
Sonuncudan başqa, psixi həyatın hər iki növünü fərqləndirən yalnız bir xüsusiyyət qalır.
Yuxugörmənin arxasında gizlənən fikrin mənası: mən cənazənin olduğu otaqda işıq görürəm.
Bəlkə, şam aşıb və uşaq yanıb. Yuxugörmə bu fikrin nəticəsini dəyişməz şəkildə verir, ancaq onu
indiki zamanda və ayıqlıq vəziyyətinin təəssüratı kimi qavranmalı olan situasiya formasında
təsvir edir. Lakin bu yuxugörmənin olduqca xarakterik xüsusiyyəti ilə izah olunur; arzu olunan
fikir adətən yuxugörmədə obyektivləşir, situasiya şəklində, ya da bizim düşündüyümüz və
yaşadığımız kimi əks olunur. Bəs yuxugörmənin bu xarakterik xüsusiyyəti nəylə izah olunur,
yaxud daha sadə ifadə etsək, yuxugörməni psixi təzahürlərin ümumi zəncirinə necə salmaq olar?
Psixi lokallıq ideyasına da eyni cür yanaşırıq. Burada bəhs olunan ruhi aparatın bizə
anatomik preparat kimi məlum olmasını tamamilə kənara qoyacaq, psixi lokallığı hər hansı
anatomik anlamda müəyyənləşdirmək istəyindən yayınmağa çalışacağıq120. Biz psixoloji zəmin
üzərində dayanıb, yalnız ruhi fəaliyyətin məqsədinə xidmət edən alətin mürəkkəb mikroskop,
fotoaparat və sairə kimi bir şey olduğunu təsəvvür edəcəyik. Psixi lokallıq həmin aparatın
obrazın ilkin mərhələlərindən birinin gerçəkləşdiyi hissəsinə uyğun gəlir. Bu, mikroskopda və
müşahidə borusunda, məlum olduğu kimi, yalnız aparatın heç bir konkret tərkib hissəsinin
yerləşmədiyi ideal nöqtələr və sahələrdir. Bu və bütün digər analoji müqayisələrin qeyri-
mükəmməlliyinə görə, üzr istəməyi artıq sayıram. Onlar yalnız bizim psixi fəaliyyətin
mürəkkəbliyini izah etmək cəhdimizə kömək etməlidir: biz onu ayrıca hissələrə parçalayıb,
aparatın ayrı-ayrı hissələrinə uyğun qoyacağıq. Ruhi alətin strukturunu belə bir ayırmanın
köməyilə müəyyənləşdirmək cəhdi, bildiyim qədərilə, heç vaxt həyata keçirilməyib. O mənə
tamamilə məsum görünür. Mənə elə gəlir ki, əgər soyuq mühakiməmizi qoruya bilsək, öz
fərziyyələrimizə tam sərbəstlik verə bilər, bünövrəsini bina saymarıq. Bir halda ki, naməluma
yaxınlaşmaq üçün köməkçi təsəvvürlər lazımdır, onda hər şeydən əvvəl daha konkret və kobud
fərziyyələr irəli sürəcəyik.
Tutaq ki, qavrayan ucda hansısa diferensiasiya baş verir. Qəbul etdiyimiz qavrayış psixi
aparatımızda «xatirə» adlandırdığımız iz buraxır. Xatirəyə aid funksiyaya yaddaş deyilir. Əgər biz
psixi prosesləri sistemlərlə əlaqələndirmək niyyətinə ciddi yanaşsaq, onda xatirələr bizim
qarşımızda sistemin ayrı-ayrı elementlərinin sürəkli dəyişiklikləri şəklində çıxacaq. Lakin bundan
sonra çətinlik yaranır: sistem öz elementlərinin məruz qaldığı dəyişiklikləri dəqiq qorumalı, eyni
zamanda dəyişikliklər üçün yeni səbəbləri qavramağa hazır olmalıdır. Təcrübəmizdə əsas
götürdüyümüz prinsipə görə, bu hər iki funksiyanı müxtəlif sistemlərə ayıracağıq. Fərz edəcəyik
ki, birinci sistem qavrayışları alır, ancaq onları qorumur, çünki yaddaşı yoxdur, bunun ardınca da
birincinin ani qıcıqlanmalarını xatirənin möhkəm izlərinə çevirən ikinci sistem gəlir. Onda psixi
aparatımızın mənzərəsi aşağıdakı şəkildə olacaq:
Biz bilirik ki, B sisteminə təsir edən qavrayışlar bizə yalnız öz məzmununu və daha nəsə
saxlayır. Qavrayışları yaddaşda bir-birinə bağlanmış şəkildə təsəvvür edirik, onları bir-birinə
bağlayan, əsas etibarilə, zaman baxımından uyğun gəlmələridir. Biz bunu assosiasiya faktoru
adlandırırıq. Aydındır ki, əgər B sisteminin yaddaşı olmasa, o, assosiasiya üçün izləri də qoruya
bilməz; əgər əvvəlki əlaqənin qalığı yeni qavrayışa mane olsaydı, B-nin ayrı-ayrı elementlərinin
funksiyaları iflic olardı. Daha çox xatirə sistemini assosiasiyanın əsası hesab etməli oluruq. O
halda assosiasiya faktı ondan ibarət olur ki, elementlərdən birindən gələn qıcıqlanmaya
müqavimətin təsiri nəticəsində P üçüncüyə yox, ikinciyə verilir121.
Daha yaxından nəzər saldıqda hesab edirik ki, bir deyil, B elementlərinin verdiyi eyni
qıcıqlanmanın müxtəlif təsbitlərə məruz qaldığı bir neçə P sisteminin varlığını güman etmək
lazımdır. Həmin P sistemlərindən birincisi özündə eynizamanlılıq üzrə assosiasiyanın təsbitini
saxlayacaq, digərlərində isə eyni material uyğunlaşmanın digər növləri üzrə yerləşdiriləcək və
ona görə də, sonrakı sistemlər bənzərlik münasibətlərini və sairəni təsvir edəcək. Bu sistemin
psixi mahiyyətini izah etmək, təbii ki, artıqdır. Onun xarakteristikası elementlərinin xatirələrin
xam maddəsi ilə sıx əlaqəsindədir, başqa sözlə, müfəssəl nəzəriyyəyə görə, bu elementlərlə bağlı
müqavimətin modifikasiyalarındadır.
Bura ümumi xarakterli, bəlkə də, mühüm bir şeyi göstərən daha bir fikri daxil edək.
Dəyişikləri saxlamağa qadir olmayan, yəni yaddaşı olmayan B sistemi hissi qavrayışın bütün
müxtəlifliyini şüurumuza verir. Bunun əksinə, bizim xatirələrimiz, ən dərinləri də daxil, öz-
özlüyündə şüursuzdur. Onları şüura qədər aparmaq olar; ancaq şübhə yoxdur ki, onlar bütün
fəaliyyətlərini məhz şüursuz vəziyyətdə göstərir. Bizim xarakterimiz adlandırdığımız şey məhz
bizə daha güclü təsir edən təəssüratlar haqqında xatirələrə, adətən heç vaxt şüura qədər gəlib
çatmayan erkən gəncliyimizin təəssüratlarına əsaslanır. Bu xatirələr şüura çatdıqda heç bir hissi
xarakter aşkar etmir, ya da hər halda qavrayışlarla müqayisədə bu çox cüzi olur. Əgər yaddaşla
keyfiyyətin «Fi» sistemlərdəki şüur üçün bir-birini istisna etdiyini isbat etmək mümkün olsaydı,
onda nevrozların qıcıqlanma şəraitini də müəyyənləşdirmək olardı.
Tənqid edən instansiya, bildirdiyimiz kimi, şüara tənqid olunandan daha yaxın olur. O,
tənqid olunanla şüur arasında şirma kimi dayanır. Bundan başqa biz tənqid edən instansiyanı
ayıq şüurumuzu istiqamətləndirən və azad, şüurlu fəaliyyətimizi şərtləndirən şeylə
eyniləşdirməyin əsasını tapdıq. Əgər biz bu instansiyaları bizim hipoteza sistemlərilə əvəzləsək,
ondan indi sözügedən nəticə sayəsində tənqid edən sistem hərəkət ucuna doğru çəkiləcək. Hər
iki sistemi bizim sxemə salaq və onların şüura olan münasibətlərini onların adları ilə ifadə edək.
Bu sistemlərdən hansını yuxugörmələrin yaranmasına aid edirik? Sadəlik naminə onu Bzs.
sisteminə aid edəcəyik. Amma irəlidə bunun o qədər də doğru olmadığını, yuxugörmənin
yaranmasının ön şüur sisteminə aid olan fikirlərlə yanaşı getməyə məcbur olduğunu görəcəyik.
Lakin yuxugörmənin arzusundan danışarkən görəcəyik ki, onun hərəkətverici qüvvəsi Bzs.
sistemindən qaynaqlanır. Elə bundan çıxış edərək yuxugörmənin çıxış nöqtəsi olaraq qeyri-şüuri
sistemi götürürük. Digər bütün qıcıqlanmalar kimi yuxugörmənin bu oyanmasında da Prs.
sisteminə girməyə, oradan da şüura yol salmağa cəhd var.
Müşahidələr göstərir ki, gündüz ön şüurdan şüura gedən yol müqavimət senzurası
sayəsində yuxugörmənin arxasında gizlənən fikirlər üçün bağlı olur. Ancaq gecələr onlar şüura
doğru özlərinə yol açır. Lakin belə bir sual ortaya çıxır: necə və hansı dəyişiklik nəticəsində? Əgər
bu gecələr qeyri-şüuri ilə ön şüurun hüdudlarında yerləşən müqavimətin zəifləməsinin
nəticəsidirsə, onda yuxugörmələr bizim təsəvvürlərimizin materialında özünü göstərər və bizi
maraqlandıran hallüsinasiya xarakteri daşımazdılar.
Buna görə də, Bzs. və Prs. sistemləri arasında senzuranın zəifləməsi yalnız
«avtodidasker» kimi yuxuları izah edərdi, ancaq misalçün, bu fəslin başlanğıcında əsas problemi
əks etdirən kimi bəhs etdiyimiz yanan uşaqla bağlı yuxuları əsla.
Ümid edirəm ki, biz bu qaydaların mənasıyla bağlı başımızı itirməkdən uzağıq. Biz yalnız
izaholunmaz hadisəyə ad verməklə kifayətləndik. Biz yuxugörmədə təsəvvür geri qayıdaraq
yenidən haçansa tərtib olunduğu hissi obraza çevriləndə reqressiyadan (tənəzzüldən) danışdıq.
Əgər ad heç bir şey izah etmirsə, onda o nəyə lazımdır? Lakin mənə elə gəlir ki, «reqressiya» adı
bizə məlum olan faktı müəyyən istiqaməti olan ruhi aparatın sxemi ilə bağlayacaq qədər
faydalıdır.
Bu sxem bizə yuxugörmələrin əmələ gəlməsinin daha bir xüsusiyyətini izah edir. Əgər
yuxugörmə prosesinə güman etdiyimiz ruhi aparatın içərisindəki reqressiya kimi baxsaq, onda
epirik cəhətdən müəyyənləşdirilmiş fikirlərin bütün nisbətinin yuxugörmənin fəaliyyəti zamanı
ya yoxa çıxması, ya da qeyri-dəqiq, dumanlı ifadə olunması fakt aydın olur. Bu nisbətlər bizim
sxemimizin ilk P sxemində deyil, sonrakılarda olur; reqressiya zamanı onlar öz ifadələrini
qavranan obrazlaradək itirir. Yuxugörmənin arxasında gizlənən fikir bağları reqressiya zamanı
xam maddəyə doğru yox olur.
Mən 40 yaşlı isteriyalı qadının danışdığı və hələ sağlam ikən keçirdiyi hallüsinasiyanın
«həllini» də buraya aid edə bilərəm. Bir gün səhər o, gözlərini açanda otaqda öz qardaşını görür,
halbuki onun dəlixanada olduğunu bilirdi. Balaca oğlu da onunla eyni yataqda yatıbmış. Uşaq
qorxmasın deyə və dayısını görərkən qıcolmasının tutmaması üçün adyalı onun başına çəkir,
ancaq bu zaman qarabasma yoxa çıxır. Bu hallüsinasiya pasiyent xanımın bir uşaqlıq xatirəsinin
işlənmiş şəklidir, ancaq şüurlu da olsa, onun ruhundakı bütün qeyri-şüuri materialla sıx
əlaqədədir. Dayəsi ona danışırmış ki, erkən ölmüş anası (anası o, yaş yarımında olanda vəfat
edib) epileptik və ya isterik qıcolmalardan əziyyət çəkirmiş; sonuncular qardaşı (pasiyentimin
dayısı) başına adyal keçirərək otaqda qarabasma kimi peyda olub onu qorxutduqdan sonra
yaranıbmış. Hallüsinasiyada da xatirələrdə olan eyni məqamlar var: qardaşının peyda olması,
adyal, qorxu və onun nəticəsi. Bu elementlər bir-biriylə bağlıdır, ancaq fərqli formada başqa
şəxslərə aid olunur. Hallüsinasiyanın aşkar motivi, fikri onun əvəz etdiyi qorxudur ki, dayısına çox
oxşayan balaca oğlunu da onun taleyi gözləyə bilər.
Hər iki örnək müəyyən dərəcədə yuxu vəziyyəti ilə bağlıdır və bəlkə də, mənə lazım olan
isbat üçün yaramır. Ona görə də, fikirlərin reqrediyent çevrilməsinə dair bu cür hallarda
boğulmuş, yaxud şüursuz qalmış xatirənin (əsasən də uşaqlıq dövrünə aid) təsirini nəzərə
almamağın mümkünsüzlüyünü qeyd etmək üçün paranoyya hallüsinasiyaları analizlərimə və hələ
çap olunmamış psixonevrozların psixologiyasının tədqiqinə dair122 məqaləmə istinad
edəcəyəm. Bu xatirə onunla əlaqədə olan, lakin senzura sayəsində öz ifadəsini tapmayan fikri
onun özünün psixi cəhətdən iştirak etdiyi forma kimi reqressiyaya doğru itələyir
(«Nevropsixozlar haqqında gələcək qeydlər» «Neurologisches Zentralblalt», 1896, № 10).
İsteriya ilə bağlı araşdırmalarımın yekunu olaraq deyə bilərəm ki, uşaqlıq epizodlarını
(istər xatirə, istərsə də fantaziya olsun) şüura qədər gətirib çıxarmaq mümkün olduqda, qarşıya
hallüsinasiya formasında çıxır və yalnız bilindikdən sonra öz xarakterlərini itirir. Hətta yaddaşı
zəif olan şəxslərdə də erkən uşaqlığın xatirələri ahıl yaşlara qədər öz canlılığını və aydınlığını
qoruyub saxlaya bilir.
c) Arzuların gerçəkləşməsi. Yanan uşaqdan bəhs edən yuxarıdakı yuxu bizə arzuların
gerçəkləşməsinin öyrənilməsiylə bağlı qarşılaşdığımız çətinlikləri araşdırmağa imkan verir.
Əvvəlcə, yəqin ki, hamımızı yuxugörmənin arzuların gerçəkləşməsindən başqa bir şey olmadığı
fikri xeyli təəccübləndirdi, həm də yalnız indiki halda qorxulu yuxunu ifadə edən ziddiyyətə görə
deyil. İlk analizdən yuxugörmənin arxasında məlum fikrin və müəyyən psixi dəyərin gizləndiyinə
əmin olduqdan sonra, bu fikrin birtərəfli təyinatını qətiyyən gözləmirdik. Aristotelin tamamilə
doğru, ancaq çox yığcam tərifinə görə, yuxugörmə yuxu zamanı davam etdirilən fikirdir. Ancaq
əgər təfəkkürümüz gündüzlər də bu qədər müxtəlif psixi aktlar, mülahizələr, mühakimələr,
təkziblər, gümanlar, niyyətlər və s. yaradırsa, gecələr onu yalnız arzular yaratmaqla
kifayətlənməyə nə vadar edir? Məgər tamamilə fərqli psixi aktdan istifadə edən istənilən qədər
yuxu yoxdur (məsələn, qayğılar) və məgər yuxarıdakı uşaq haqqında olan son dərəcə şəffaf yuxu
elə bu xarakterdə deyil? Yuxu halında üzünə düşən işıq onu nəticə çıxarmağa vadar edir ki, şam
aşıb və mərhumun bədəni yana bilər; bu nəticəni o, yuxuya çevirir, mövcud situasiyanın və indiki
zamanın formasına bürüyür. Bəs burada arzunun gerçəkləşməsi hansı rolu oynayır və ayıq
vəziyyətin davamı olan, yaxud yeni hissi təəssüratdan doğan fikirlərin üstün təsirini necə
görməmək olar?
Yuxugörmələri iki qrupa ayırmağa bizi arzuların gerçəkləşməsi vadar etdi. Biz bəzi
yuxugörmələrin arzuları açıq-aşkar gerçəkləşdirdiyini, digərlərinin isə bu elementi hər vəchlə
gizlətməyə çalışdığını gördük. Sonuncularda senzuranın fəaliyyətinin izlərini gördük. Aşkar təhrif
olunmamış arzuların olduğu yuxulara daha çox uşaqlarda rast gəlinir; lakin analoji qısa
yuxugörmələrə böyüklərdə də rast gəlinir.
Sual oluna bilər ki, yuxugörmədə hər dəfə həyata keçən arzu haradan qaynaqlanır?
Ancaq biz bu «haradan»ı hansı ziddiyyətə, yaxud müxtəlifliyə aid edirik? Mənə elə gəlir ki, yalnız
şüurlu gündüz həyatı ilə yalnız gecələr ortaya çıxa bilən qeyri-şüuri psixi fəaliyyət arasındakı
ziddiyyətə. Bununla da arzunun mənşəyinə dair üç imkanı müəyyən edirəm. Bunlar: 1) gündüz
oyanmaq və kənarda baş verən hadisələr nəticəsində rahatlıq tapmamaq; bu halda gecə etiraf
olunmuş və gerçəkləşməmiş arzu ortaya çıxır; 2) arzu gündüz yaranır, ancaq aradan qaldırılır; bu
zaman qarşımızda gerçəkləşməyən, boğulan arzu olur; 3) onun ayıq həyata aidiyyəti olmaya və
məhdudlaşdırılmış durumdan dolayı gecələr oyanan arzulara aid ola bilər. Psixi aparat sxemimizə
qayıdaraq birinci növdən olan arzunu Prs. sisteminə aid edə bilərik. Güman edirik ki, ikinci növ
arzu Prs. sistemindən Bzs. sisteminə itələnib və orada qeydə alınıb. Nəhayət, üçüncü növ
arzulara qaldıqda isə, hesab edirik ki, o, ümumiyyətlə, Bzs. sistemindən kənara çıxmağa qadir
deyil. Özümüzdən soruşaq: müxtəlif mənbələrdən qaynaqlanan bu arzular yuxugörmə üçün eyni
dəyərə malikdir və yuxugörməyə eyni dərəcədə səbəb ola bilir?
Sualımıza cavab vermək üçün ixtiyarımızda olan yuxugörmələrin xülasəsi, bizi hər şeydən
öncə, dördüncü mənbə kimi gecələr peyda olan intensiv arzuları əlavə etməyə sövq edir
(məsələn, yanğı, cinsi tələbat). Bununla arzuların mənşəyinin onun yuxugörmə yaratmaq
qabiliyyətini dəyişmədiyinə əmin oluruq. Mən heç olmasa qızın gündüz yarımçıq qalan dəniz
səyahətinin davamı olan yuxusunu və digər uşaq yuxularını xatırladacağam; onlar
gerçəkləşməyən, ancaq boğulmayan gündüz arzuları kimi izah olunur. Gündüz boğulan arzunun
gecə yuxuda öz ifadəsini tapmasıyla bağlı saysız-hesabsız misallar göstərmək olar; bu cür çox
sadə yuxugörməni indi burada misal gətirəcəyəm. Yaxın rəfiqəsi adaxlanan kifayət qədər ağıllı
bir xanım daim tanışlarının suallarına cavab verməli olur: rəfiqəsinin nişanlısını tanıyırmı, ondan
xoşu gəlirmi? O, adaxlını hamıya tərifləyir və dilində daim niyə bir cümlənin fırlandığını barədə
düşünməli olur: «Onun kimiləri bir düjünə on nəfərdir». Gecə yuxuda görür ki, ona yenə həmin
sualı verirlər və o, stereotip kommersiya deyimi ilə cavab verir: «Təkrar sifarişlər zamanı
nömrəni göstərmək kifayətdir». Bütün yuxugörmələrdə təhrifə məruz qalmış arzuların qeyri-
şüuridən qaynaqlanmasını və ayıq şüura qədər gəlib çatmamasını analizlərlə dəfələrlə qeyd
etmişik. Beləliklə, bütün arzular, göründüyü kimi, yuxugörmənin əmələ gəlməsində eyni dəyərə
və eyni gücə malikdir.
Burada mən əslində məsələnin bir qədər fərqli olduğunu isbat etmək imkanından
məhrumam; lakin yuxuda arzunun daha ciddi şərtlərinin olduğunu güman etməyə meyilliyəm.
Gündüzlər həyata keçməyən arzuların gecələr yuxugörmə oyandırıcısına çevrilməsi uşaq
yuxularında zərrə qədər şübhə doğurmur. Lakin uşaq arzusuna uşaqlığın spesifik gücünün xas
olduğunu unutmaq olmaz. Mən böyük adamlarda gerçəkləşməyən arzunun yuxugörmə
yaratmaq üçün yetərli olacağından şübhələnirəm. Əksinə, mənə elə gəlir ki, instinktiv həyatımız
üzərində proqressiv dominantlıq edən təfəkkür sayəsində biz getdikcə uşaqlara xas olan belə
intensiv arzuların yaranmasından, yaxud qeydə alınmasından daha çox imtina edir, bunu
tamamilə mənasız sayırıq. Bu məsələdə, əlbəttə, individual fərqlər ortaya çıxa bilər: uşaqlara xas
ruhi proseslər birində digərinə nisbətən çox ola bilər; analoji fərqlər aydın görmə təsəvvürlərinin
ilkin dövrdə zəifləməsində də mövcuddur. Ancaq hər halda mən belə hesab edirəm ki, böyük
adamlarda gündüz həyata keçməyən arzu yuxugörmənin yaranması üçün kifayət etmir. Şüurlu
sferadan gələn arzunun yuxugörmənin əmələ gəlməsinə təkan verə biləcəyini isə həvəslə
mümkün hesab edirəm. Ancaq bir şərtlə: əgər ön şüur arzusu digər sferadan dəstək almasa,
yuxugörmə ümumiyyətlə olmazdı.
Bu sfera – qeyri-şüuri sferadır. Mənə elə gəlir ki, şüurlu arzu yalnız eyni əhəmiyyətli
qeyri-şüurini oyada və onda özünə dəstək, arxa tapa biləndə yuxugörmənin oyadıcısı olur.
Həmin qeyri-şüuri arzular nevrozların psixoanalizindən alınan nəticələrə əsasən, daim mənə
intensiv, şüurlu arzuyla birləşməyə və onun cüzi intensivliyinə öz yüksək intensivliyini köçürməyə
fürsət düşən kimi daim öz ifadəsini tapmağa hazır kimi görünür. Onlar bu bölünməz
xarakterlərini hamıyla həqiqətən şüursuz, yəni müstəsna olaraq Bzs. sisteminə aid olan ruhi
aktlarla paylaşır. Sonuncular heç vaxt kəsilməyən və hər dəfə qeyri-şüuri qıcıqlanmalar onları
tutanda qıcıqlanma prosesinin verilməsinə kömək edən həmişəlik salınmış yollardır. Kiçik bir
müqayisə aparaq: onlar da hər dəfə doyunca qan içdikdən sonra yeni həyata oyanan Odisseyin
yeraltı dünyasındakı kölgələr kimi yalnız bu cür məhv ola bilər. Ön şüur sistemindən asılı olan
hadisə və proseslər tamamilə başqa mənada dağılmaya məruz qalırlar. Nevrozların
psixoterapiyası da həmin fərqə əsaslanır. Onda bizə elə gəlir ki, guya yalnız şüurlu arzular
yuxugörmədə reallaşır və bu yuxugörmə formasının kiçik detalı qeyri-şüuri sferadan olan
qüdrətli köməkçinin izlərini necə tapmaqda göstərici kimi bizə xidmət edir. Qeyri-şüuri
sferamızın hər zaman fəal olan, qədim zamanlardan tanrıların üzərlərinə yüklədiyi ağır dağ
massivlərini çiynində gəzdirən və onları əzələlərinin bircə hərəkətilə titrədən mifik titanları
xatırladan, necə deyərlər, ölməz arzuları, sıxışdırılmaya məruz qalmış bu arzular özləri də,
nevrozların psixoloji araşdırması göstərir ki, öz-özlüyündə uşaqlıqdan qaynaqlanır. Buna görə də,
yuxarıda söylənən arzunun mənşəyinin heç bir rolu yoxdur və onu yuxugörmədə təsvir olunan
arzu uşaqlığa aid olunmalıdır fikrilə əvəz etmək lazımdır iddiasını kənara qoymaq istərdim.
Böyüklərdə o, Bzs. sistemindən qaynaqlanır; Prs. ilə Bzs. arasında hələ bölgü və senzuranın
olmadığı uşaqlarda isə bu ayıq həyatın həyata keçməyən və sıxışdırılmayan arzusudur. Və mən
çox gözəl bilirəm ki, bu baxışı isbat etmək, ümumiyyətlə, çox çətindir; lakin bunun belə olduğunu
və sübut edilməsinin mümkünlüyünü təsdiqləyirəm və əksinə, bütün etirazlar ona dəyərək
darmadağın olur.
Gündüz həyatının həmin, xüsusilə də, «həll olunmamış» qalıqlarıyla yuxuya keçən psixi
intensivliklərin mahiyyətini azaltmaq doğru deyil. Bu qıcıqlanmalar, şübhəsiz, gecə də ifadə
olunmağa çalışır: eyni əsasla onu da güman etməyə haqqımız var ki, yuxu vəziyyəti qıcıqlanma
prosesinin adi davamını qeyri-şüuridə, yekunlaşmasını isə şüurda mümkünsüz edir. Fikri
proseslərimizi normal yolla dərk etdiyimiz müddətdə yatmırıq. Prs. sistemində yuxu vəziyyətinin
hansı dəyişikliyə məruz qaldığını göstərə bilmərəm; lakin şübhə yoxdur ki, yuxunun psixoloji
xarakteristikasını elə yuxuda iflic olana keçid üzərində hökmranlıq edən həmin sistemin
məzmunundakı dəyişikliklərdə axtarmaq lazımdır. Yuxugörmələrin psixologiyasında buna əks
olan və bizdə yuxunun Bsz. sistemində yalnız təkrar dəyişiklik aparmadığı qənaətini doğuran bir
səbəb də bilmirəm. Prs. sisteminin gecə qıcıqlanmasının Bzs.-dən gələn arzunun getdiyi yoldan
başqa yolu qalmır; o, Bzs-in dəstəyini aramağa məcbur olur və qeyri-şüuri qıcıqlanmaların
dolama yollarıyla gedir. Bəs gündüzün ön şüur qalıqları yuxugörməyə hansı münasibətdədir?
Şübhə yoxdur ki, onları yuxugörməyə artıqlamasıyla daxil olur və onun məzmunundan şüura
gedib çatmaq üçün istifadə edir; onlar hətta bəzən yuxugörmənin məzmununda dominantlıq
edərək onu gündüzkü fəaliyyəti davam etdirməyə vadar edir. Gündüz qalıqlarının arzu
xarakterindən başqa, istənilən digər xarakter daşımaları da şübhə doğurmur; lakin yuxugörməyə
yol tapmaq üçün onların hansı şərtlərə cavab verməsi arzuların gerçəkləşməsi nəzəriyyəsi üçün
yüksək dərəcədə maraqlı və olduqca mühümdür.
Artıq mən qeri-şüuri arzunun yuxugörmə üçün nə de-mək olduğunu daha dəqiq
müəyyənləşdirə bilərəm. Zən-nimcə, elə yuxugörmələr var ki, onların yaranması üçün gündüz
həyatının qalıqları hətta müstəsna dərəcədə üs-tünlük təşkil etməlidir və mənə elə gəlir ki, əgər
gündüz qayğılarımın qalıqları dostumun səhhətilə bağlı olmasaydı, haçansa nəhayət
ekstraordinar professor olmaq arzum, yəqin ki, bu gecə mənə rahat yatmağa imkan verərdi.
Lakin yuxugörməni bu qayğı yaratmayıb; yuxugörmənin ehtiyac duyduğu hərəkətverici qüvvəni
arzu verməliydi və qayğının işi belə bir arzunu tapmaq olub. Kiçik bir müqayisə aparaq: tamamilə
mümkündür ki, gündüz fikri yuxugörmə üçün sahibkar rolunu oynayır; lakin adətən ideyaları və
onları gerçəkləşdirmək arzuları olduğu deyilən sahibkar, hər halda, kapitalsız heç nə edə bilmir;
ona xərclərini qarşılayan kapitalist lazımdır. Yuxugörməyə psixi kapital verən həmin kapitalist,
gündüz fikirləri hər nə olursa-olsun, şübhəsiz, onlarla birlikdə qeyri-şüuri sferadan gələn arzudur.
Digər hallarda kapitalist özü həm də sahibkardır; bu hətta yuxugörmə üçün daha adi
haldır. Gündüz fəaliyyəti qeyri-şüuri arzunu oyadır, o da yuxugörməni yaradır. Burada iqtisadi
münasibətlərlə müqayisə qismində göstərdiyimiz bütün digər imkanlar və yuxugörmə prosesləri
paralel olaraq qalır; kapitalın bir hissəsini sahibkar özü də qoya bilər; bir kapitalistə bir neçə
sahibkar müraciət edə bilər və nəhayət, bir neçə kapitalist birləşərək sahibkara lazım olan vəsaiti
verə bilərlər. Belə ki, özündə bir arzunu deyil, bir neçə arzunu əks etdirən yuxugörmələr var ki,
onlar bizim üçün xüsusi maraq kəsb etmir. Araşdırmamızda olan boşluqları, yuxugörmədə
arzunun rolu və əhəmiyyətini irəlidə tamamlayacağıq.
Beləliklə, görürük ki, artıq indiferent təəssüratlar kimi yanaşa biləcəyimiz gündüz qalıqları
yuxugörmənin yaranmasında iştirak edərkən nəinki Bzs. sistemindən heç nə qəbul etmir, ondan
kənarlaşdırılmış126 arzunun malik olduğu hərəkətverici qüvvəni almər, əksinə özləri qeyri-
şüuriyə lazım olan bəzi şeyləri verir. Əgər biz psixi proseslərə dərindən varmaq istəsəydik, onda
ön şüurla şüur arasındakı xatirə oyununu daha aydın işıqlandırardıq; bizi buna nevrozların
öyrənilməsi sövq edir, yuxugörmənin isə buna heç bir dəxli yoxdur.
Gündüz qalıqlarına dair daha bir qeyd. Onların yuxugörmənin deyil, yuxunun əsil
pozucuları olduğuna heç bir şübhə yoxdur. Əslində yuxugörmə yuxunu qorumağa çalışır. Bu
məsələyə bir daha qayıdacağıq.
Bu vaxtadək biz yuxugörməyə qoyulmuş arzunu nəzərdən keçirir, onu Bzs. sistemindən
çıxarır və onun öz növbəsində ya arzu, ya hər hansı fərqli psixi hərəkət, ya da sadəcə təzə
təəssürat olan gündüz qalıqlarına münasibətini araşdırırdıq. Bununla biz ayıq təfəkkürün bütün
müxtəlifliyi ilə birlikdə yuxuyaratma əhəmiyyətinin xeyrinə ola biləcək bütün tələbləri
qarşılamağa çalışırdıq. Əgər biz bir sıra fikirlərimizə əsaslanaraq, yuxugörmənin gündüzkü
fəaliyyətin davamçısı kimi ayıq durumun həll etmədiyi məsələni uğurlu sonluğa gətirib çıxardığı
ən ifrat halları izah etsəydik də, bunda qeyri-mümkün heç nə olmayacaqdı. Bizim yalnız analizin
köməyi ilə uşaq arzusunun və ya sıxışdırılmış arzunun mənbəyini açmaq üçün örnəyə ehtiyacımız
var, belə bir nümunə ön şüurun fəaliyyətini xeyli dərəcədə möhkəmlədərdi. Lakin biz niyə qeyri-
şüuri yuxuda arzunun gerçəkləşdirilməsi üçün hərəkətverici qüvvədən başqa heç nə vermir
sualının cavabına bir addım da yaxınlaşa bilməmişik. Bu suala cavab arzunun psixi təbiətinə işıq
salmalıdır. Biz bu cavabı psixi aparat sxemimizlə əlaqəli verməyə çalışacağıq.
Şübhə etmirik ki, bu aparat da öz indiki mükəmməlliyinə yalnız ardıcıl inkişaf səviyyəsində
çatıb. Onun təkamülünün daha erkən mərhələsini nəzərdən keçirməyə cəhd edək. Əks tərzdə
əsaslandırılan fərziyyələr bizə deyir ki, aparat əvvəlcə özünü qıcıqlanmalardan qorumağa cəhd
edib və buna görə də öz ilk konstruksiyasında reflektor aparat sxemini qəbul edib ki, bu da ona
kənardan daxil olan bütün hissi qıcıqlanmaları hərəkət yoluyla dərhal kənarlaşdırmaq imkanı
verib. Lakin həyati zərurət bu çox sadə funksiyanı pozur; psixi aparat sonrakı inkişafındakı
sıçrayışda da ona borcludur. Həyati zərurət əvvəlcə onun qarşısına mühüm fiziki tələbat
formasında çıxır. Daxili tələbatın səbəb olduğu qıcıqlanma «daxili dəyişiklik», ya da «ruhi
hərəkətin ifadəsi» adlandırıla biləcək hərəkiliyə özüyçün yol axtaracaq. Ac uşaq aciz halda
qışqıraraq çapalayır. Lakin situasiya dəyişməz olaraq qalır, çünki daxili tələbatdan doğan
qıcıqlanma ani olaraq itələyən deyil, fasiləsiz fəaliyyətdə olan qüvvəyə uyğundur. Dəyişiklik
yalnız kənar kömək sayəsində uşağın daxili qıcıqlanmanı aradan qaldıran məmnunluq hiss
etməsilə gələ bilər. Bu təəssüratın mühüm tərkib hissəsi müəyyən qavrayışın (məsələn, yemək)
varlığıdır ki, onun xatırlanması həmin andan etibarən məmnunluğun xatırlanmasıyla həmişəlik
assosiasiya olunur. Növbəti dəfə bu tələbat yarananda hazırda mövcud olan assosiasiya
sayəsində ilk qavrayış haqqında xatirəyə səbəb olmağa, başqa sözlə, əvvəlki məmnunluq
situasiyasını təkrar canlandırmağa cəhd edən psixi hərəkət yaranır. Elə həmin psixi hərəkəti də
biz arzu adlandırırıq; qavrayışın təkrar meydan çıxması arzunun gerçəkləşməsidir, məmnunluğun
hiss olunmasıyla bağlı qavrayışın tam bərpası isə bu gerçəkləşməyə qısa yoldur126. Psixi
aparatın prosesin həqiqətən bu yolla getdiyi, yəni arzunun hallüsinasiyaya çevrildiyi primitiv
durumunu ehtimal etməyə bizə heç nə mane olmur. Həmin ilk psixi fəaliyyət nəticə etibarilə
qavrayışın eyniliyinə, başqa sözlə, tələbatın məmnun edilməsiylə bağlı qavrayışın təkrarına
yönəlib.
Qeyri-şüuri arzular, məlum olduğu üzrə, gündüzlər də meydana çıxmağa çalışır; köçürmə
faktları, eyni zamanda psixozlar göstərir ki, onlar ön şüur sistemindən keçərək şüura daxil
olmağa və hərəkət sistemini idarə etməyə çalışır. Varlığı bizi yuxugörməni etiraf etməyə tam
mənasıyla vadar edən Bsz. ilə Prs. sistemləri arasındakı senzurada biz, beləcə, ruhi
sağlamlığımızın qorunduğunu görürük. Lakin məgər gecələr bu qorumanın zəifləməsi
ehtiyatsızlıq edərək Bsz. Sistemindən olan sıxışdırılmış hərəkətlərə öz ifadəsini tapmağa və
yenidən hallütinativ reqressiyaya yol verməyə imkan yaratmır? Mənə elə gəlir ki, yox, çünki
tənqidi qoruma dincələndə bizdə onun möhkəm yatmamasına dair sübut olur və o hərəkət
sferasına olan yolu bağlayır. Adətən boğulan Bsz. sistemindən hansı elementlərin səhnəyə
çıxmasından aslı olmayaraq, onlara tam sakit yanaşmaq lazımdır, onlar tamamilə məsumdur,
xarici aləmə yeganə modifikasiya edici təsir göstərməyə qadir hərəkət aparatını tərpətməyə
qadir deyil. Yuxu vəziyyəti qorunan qalada cinayət olmayacağına təminat verir. Güclərin
yerdəyişməsi tənqidi senzuranın sayıqlığının zəiflədiyi gecə zəifləmələri zamanı deyil, Prs. sistemi
arzuolunmaz elementlərlə məşğul, hərəkiliyə giriş isə açıq olarkən qeyri-şüuri qıcıqlanmaların
patoloji zəifləməsi, yaxud patoloji güclənməsi zamanı baş verir. Məsələ daha sadədir. Bu zaman
qoruma məğlub olur, qeyri-şüuri qıcıqlanmalar Prs. sistemini özünə tabe etdiyindən nitqimizə və
hərəkətlərimizə hakim olur, ya da zorla hallütinativ reqressiya yaradaraq, qətiyyən onlar üçün
nəzərdə tutulmamış aparatı psixi enerjimizin paylanmasını qavrayan cəzbetmə sayəsində
yönləndirir; biz bu vəziyyətə psixoz deyirik.
Bzs. və Prs. sistemlərinə daxil etdikdən sonra yarımçıq qoyduğumuz psixoloji binanı
yüksəltməyi davam etdirmək üçün əlimizə son dərəcə əlverişli fürsət düşüb. Lakin bizim əlimizdə
hələ yuxugörmənin yeganə psixi hərəkətverici qüvvəsi olan arzunun üzərində dayanmaq üçün
kifayət qədər motiv var. Biz yuxugörmənin hər dəfə arzunun gerçəkləşməsinə xidmət etməsi
barədə izahatı qəbul etdik, ona görə ki, o, arzunun gerçəkləşməsindən başqa fəaliyyət məqsədi
güdməyən və arzunun gücündən başqa qüvvəyə malik olmayan Bzs. sisteminin məhsuludur.
Əgər biz bir anlığa da olsa, yuxuların yozumu yoluyla bu qədər dərin psixoloji spekulyasiyalar129
tərtib etmək hüququmuz üzərində israr etsək, bunu dərhal isbat etmək vəzifəsi də ortaya
qoyulmalıdır; bunun sayəsində biz yuxugörməyə digər psixi törəmələri də əhatə edə bilən
ümumi zənciri daxil edirik. Əgər Bzs. sistemi, ya da ona bənzər bir şey mövcuddursa, onda
yuxugörmə onun yeganə ifadəsi ola bilər; hər bir yuxugörmə arzu gerçəkləşməsi ola bilər, ancaq
yu-xugörmədən başqa, anormal arzu gerçəkləşmələrinin di-gər formaları da ortada olmalıdır.
Doğrudan da, bütün psixonevrotik sistemlər nəzəriyyəsi qeyri-şüuri sferadan olan arzuların
gerçəkləşməsi kimi etiraf olunan qaydaya gətirib çıxarır. Bizim yanaşmamıza uyğun olaraq
yuxugörmə psixiatr üçün son dərəcə mühüm olan zəncirin birinci halqasını əmələ gətirir, bunun
dərk olunması psixiatriya məsələsini sırf psixoloji tərəfdən həll etməyə bərabərdir. Arzuların
gerçəkləşməsinin bu sırasının digər halqalarında, misalçün, isterik simptomlarda yuxugörmədə
olmayan mühüm xüsusiyyət var. Bu kitabda dəfələrlə xatırlanan tədqiqatlardan bilirəm ki, isterik
simptomun yaranması üçün ruhi həyatımızın hər iki axınının varlığı və bir-birinə uyğun gəlməsi
lazımdır. Simptom təkcə qeyri-şüuri arzunun ifadəsi deyil; bura ön şüur sferasından olan və eyni
simptomun köməyilə gerçəkləşən arzu da birləşməlidir, çünki sonuncu konfliktdə olan
sistemlərin birinə ən azı, iki cür, iki arzuyla determinasiya olunur. Bundan sonrakı
determinasiyaya isə yuxugörmədəki kimi, heç bir məhdudiyyət qoyulmamışdır. Bsz.-dən
qaynaqlanan determinasiya, zənnimcə, qeyri-şüuri arzuya, məsələn, özünü qınamaya
reaksiyadır. Mən nəticə etibarilə ümumiyyətlə deyə bilərəm: isterik simptom yalnız bir ifadədə
müxtəlif psixi sistemlərdən biri üzrə iki bir-birinə zidd arzu gerçəkləşməsi üst-üstə düşəndə
yaranır (Girşfeldin «Zeitschrift fur Sexualwissenschaft» jurnalında mənim isterik simptomların
əmələ gəlməsiylə bağlı sonuncu araşdırmama baxın, 1908). Burada misallar heç nə verməyəcək,
çünki bu mürəkkəb komplektin yalnız tam çözülməsi onun mahiyyətini aça bilər. Ona görə də,
mən yalnız bir təsdiqlə kifayətlənir və burada onun isbat gücü xatirinə deyil, yalnız əyaniliyinin
nəticəsi olaraq misal gətirirəm. Xanım pasiyentlərimdən birinin isterik öyüməsi bir tərəfdən
onun gənclik illərinə aid qeyri-şüuri fantaziyasının gerçəkləşməsi idi, o mümkün qədər tez-tez
hamilə olmağı və çoxlu uşaq doğmağı arzulayırmış; sonradan bura əlavə fikir də qoşulub:
mümkün qədər çox sayda kişidən. Bu qəribə arzu son dərəcə güclü müqavimət və etirazla
qarşılanıb. Çünki pasiyentim öyümə nəticəsində həm də doluluğunu və gözəlliyini itirər, heç bir
kişinin xoşuna gəlməzdi; bu simptom qara fikirlərə də əsas verərək ikitərəfli gerçəkləşməyə nail
olub. Bu, arzunun yerinə yetməsinin Parfiniya çariçasının triumvir Krassa qarşı istifadə etdiyi
həmin üsuludur. Çariçanın fikrincə, Krass yürüşü mənfəətpərəst olduğu üçün qəbul etmişdi, ona
görə onun meyitinin boğazına əridilmiş qızıl tökməyi əmr etdi. «Al, bu da sənin istədiyin»130.
Yuxugörmə ilə bağlı biz indiyədək yalnız onun qeyri-şüuri sferadan olan arzunun gerçəkləşməsini
təsvir etdiyini bilirik: hökmranlıq edən ön şüur sistemi bu arzunu əvvəlcədən müəyyən təhrifə
məruz qoyaraq buraxır. Doğrudan da, arzuya zidd olan və həm də onun antaqonisti kimi
yuxugörmədə gerçəkləşən fikirlərin gedişatını izləmək mümkün deyil. Yalnız bəzi yuxugörmə
analizlərində biz münasibət məhsullarına dair göstərişlərə, məsələn, əmim haqqında olan
yuxugörmədə həmkarım R.-ə qarşı incə duyğulara rast gəldik. Lakin biz başqa yerdə ön şüur
sferasından olan passiv əlavə axtara bilərik. Yuxugörmə Bzs. sistemindən olan arzuya onun
müxtəlif təhriflərə məruz qalmasından sonra ifadə verə bilər, halbuki hökmran sistem yatmaq
arzusunun ətrafında konsentrasiya edir, onu reallaşdırır və bütün yuxu boyu davam etməsinə
dəstək olur. Bu fikirləri mən son zamanlar öz əsərilə («Du sommeil provoque», Parij, 1889.)
hipnotizmə maraq oyada bilən Lyebonun yuxu nəzəriyyəsindən götürmüşəm.
Ön şüur sferasından gələn həmin bu arzu yuxugörmənin əmələ gəlməsini xeyli azaldır.
Qonşu otaqdakı işığın təsiri ilə cənazənin yandığını güman edən atanın yuxusunu xatırlayaq.
Atanın görmə qıcığından oyanmaq əvəzinə yuxugörmədə bu nəticəyə gəlməsini sübut edən psixi
qüvvələrdən biri kimi biz onun yuxuda gördüyü oğlunun həyatını heç olmasa bircə anlıq uzatmaq
arzusunu göstərdik. Sıxışdırılmış sferadan gələn digər arzular, çox güman ki, diqqətimizdən
yayınır, çünki bu yuxunu analiz etmək imkanından məhrumuq. Lakin bu yuxunun ikinci
hərəkətverici qüvvəsi kimi atanın yuxudakı tələbatını fərz edə bilərik; yuxugörmə uşağın ömrünü
bir anlıq uzatdığı kimi, atanın yuxusunu da bir anlıq uzada bilər. Bu motivin mənası belədir: «Bu
yuxugörməyə imkan verməliyəm, yoxsa gərək oyanam». Bu və ya digər hər cür yuxugörmədə
yuxunun arzusu qeyri-şüuri arzuya köməklik edir. Yuxarıda biz rahatlıq motivləri olan
yuxugörmələrdən danışdıq. Əslində bütün yuxugörmələr bu xarakterdədir. Bu yolla xarici hissi
qıcıqlanmaları yenidən işləyən, yuxunun davam etdirilməsinə yol verən və yuxunu xarici aləmə
bildirəcəyi tələblərindən məhrum etmək üçün öz məzmununa qoşan yuxugörmələrdə yatmağa
davam etmək arzusu xüsusilə parlaq nəzərə çarpır. Lakin bu arzu yuxu vəziyyətini yalnız içəridən
poza bilən digər bütün yuxugörmələrin yaranmasında da iştirak etməlidir. Yuxugörmə çox dərinə
gedəndə Prs. sisteminin şüura dediyi «Narahat olma, yatmağa davam et, axı bu sadəcə
yuxugörmədir» sözləri bizim hökmran ruhi fəaliyyətimizin yuxugörmələrə münasibətinə ümumi
formada uyğundur. Buradan belə bir nəticə çıxarmalıyam ki, yuxu vəziyyəti davam etdiyi
müddətdə biz yuxuda nəsə gördüyümüzü dəqiq bilir və eyni zamanda guya yatırıq. Guya
şüurumuza heç vaxt bir fikir daxil olmur, digəri isə yalnız senzuranın özünü aldanmış hiss etdiyi
müstəsna hallarda daxil olur etirazına heç bir əhəmiyyət verməməliyik. Bunun əksinə, elə
adamlar var ki, yatdıqlarını və yuxu gördüklərini şəksiz etiraf edir və öz yuxugörmələrini şüurlu
şəkildə idarə etmək qabiliyyətlərinin olduğunu deyirlər. Belə subyekt, tutaq ki, yuxugörmənin
iradəsini qəbul etməyəndə onu yarımçıq saxlayaraq oyanır və öz pyesinə daha məqbul son
vermək istəyən məşhur yazıçı kimi yenidən başlayır. Ya da subyekt yuxuda yuxugörmənin onu
seksual sferanı oyandıran situasiyaya məruz qoyduğunu düşünə bilər: «mən yuxuda bunu
görmək istəmirəm, mən polyusiyaya düşüb boşalmaq istəmirəm».
Bizimçün psixi keyfiyyətləri qavrayan duyğu orqanı olan şüur isə ayıq vəziyyətdə
qıcıqlanmalar üçün iki nöqtədə açıqdır. Birincisi, bütün aparat periferiyasından, qavrayış
sistemindən; ikincisi, aparat daxilində enerjinin dəyişməsi zamanı yeganə psixi keyfiyyət olan xoş
və ya xoşagəlməz duyğunun qıcıqlanmasından. U sistemindəki bütün digər proseslər psixi
dəyərdən məhrumdur və buna görə də, şüurun obyekti deyil, çünki ona qavramaq üçün xoş və
ya xoşagəlməz duyğu vermir. Biz bu xoş və ya xoşagəlməz duyğunun şüurun doldurulması
prosesinin gedişini avtomatik tənzimlədiyini güman etməyə məcbur idik. Lakin sonradan daha
çətin fəaliyyətin asanlaşdırılması naminə təsəvvürlərin gedişinin qeyri-məmnunluq duyğusundan
asılılığını azaltmaq zərurəti aydın oldu. Bu məqsəd üçün Prs. sisteminə şüura cəlb edə biləcəyi öz
keyfiyyətləri lazım idi; o, çox güman ki, onları ön şüur proseslərinin sözlərlə bağlı xatirələrin
keyfiyyətdən məhrum olmayan sistemi ilə birləşməsi nəticəsində əldə etdi. Bu sistemin
keyfiyyətləri sayəsində bu vaxtadək yalnız qavrayış üçün duyğu orqanı olan şüur bizim fikri
proseslərin bir hissəsi üçün də bu cür olur. Beləliklə, sanki iki hissi müstəvi yaranır; onlardan biri
qavrayışlara, digəri isə ön şüurun fikri proseslərinə yönəlir.
Şüurun Prs. sisteminə baxan duyğu səthinin yuxu vəziyyəti sayəsində B sisteminə
nisbətən daha az qıcıqlanan olduğunu fərz etməliyəm. Gecəki fikri proseslərə marağın itməsi
tam məqsədəuyğundur. Təfəkkürdə heç nə baş verməməlidir; Prs. sistemi yatmaq istəyir. Lakin
yuxugörmə qavrayışa çevriləndə o artıq qazandığı keyfiyyət sayəsində yuxugörmə doğura bilir.
Bu hissi oyanma ümumiyyətlə funksiyası nədən ibarətdirsə, onu yerinə yetirir: o, Prs. sistemində
olan enerjinin bir hissəsini oyadıcı faktora göndərir. Beləliklə, yuxugörmə hər dəfə Prs.
sisteminin dincələn qüvvəsini fəaliyyətə sövq edir, lakin Prs. sisteminin bütövlük və əyanilik
naminə ikinci emal adlandırdığımız təsirinə məruz qalır. Bununla biz demək istəyirik ki, o,
yuxugörmə ilə də qavrayışın digər məzmunları kimi davranır; o bu cür gözləmə təsəvvürlərinin
təsirinə məruz qalır, əlbəttə, məzmununun imkan verdiyi qədər. Bir halda ki, yuxugörmə
fəaliyyətinin bu dördüncü hissəsi hər hansı yolla axıb gedir, həmin yol yenə də irəliləmə
xarakterindədir.
Artıq Dyuqa (18) Qoblonun öz nəzəriyyəsinin doğruluğunu isbatlamaq üçün çox zaman
faktiki materiallarla hesablaşmadığını qeyd etmişdir. Elə yuxugörmələr var ki, onlardan oyanmaq
olmur, məsələn, yuxuda nəsə gördüyümüzü gördüyümüz yuxular. Yuxugörmənin fəaliyyətilə
bağlı anlayışımıza uyğun olaraq, onun təkcə ayıqlıq mərhələsinə uzanmasıyla qətiyyən razılaşa
bilmərik. Biz, əksinə, yuxugörmənin öz fəaliyyətinin birinci hissəsinə gündüz, ön şüur sferasının
hökmranlığı zamanı başladığını fərz etməliyik. Onun ikinci hissəsi olan senzuranın təsiri altında
dəyişmə qeyri-şüuri fantaziyaların cəlb olunması və qavrayışa daxil olması sayəsində, şübhəsiz,
bütün gecəni davam edir; buna görə də, biz tamamilə haqlı olaraq bütün gecəni nəsə
gördüyümüzü, amma məhz nə gördüyümüz xatırlamadığımızı deyirik. Lakin mən düşünmürəm
ki, guya yuxugörmə proseslərinin dərk olunanadək bizim indicə xarakterizə etdiyimiz müvəqqəti
ardıcıllığı saxladığını etiraf etmək lazımdır: əvvəlcə köçürülmüş arzu peyda olur, sonra
senzuranın təsiri altında təhrif baş verir, daha sonra isə reqressiyaya dönüş və sairə. Şərh
edərkən biz bu ardıcıllığı qorumalı oluruq; həqiqətdə isə, söhbət daha çox bu və ya digər yolun
eyni zamanda sınaqdan keçirilməsindən gedir; qıcıqlanmalar gah bu, gah da o tərəfə yönəlir,
onların daha məqsədəuyğun paylanması nəticəsində hər hansı qruplaşma qeydə alınanadək bu
davam edir. Mənim bəzi müşahidələrim hətta onu göstərir ki, yuxugörmənin fəaliyyətinin öz
məhsulunu qəbul etməsi üçün bəzən bir gün və bir gecə bəs etmir, bu zaman yuxugörmənin
quruluşunun fövqəladə gücü öz qəribə simasını tamamilə itirir. Zənnimcə, hətta anlaşıqlığa
qavrayış qismində münasibət də yuxugörmə şüura çatana qədər baş verə bilər. Doğrudur, bu
andan etibarən proses xeyli sürətlənir, çünki artıq yuxugörmə də digər qavrayışların qarşılaşdığı
münasibətlə rastlaşır. O sanki indi uzun müddətə hazırlanan, ancaq bir anda yanan fişəngdir.
Yuxugörmənin fəaliyyəti nəticəsində onda gedən proses ya şüuru özünə cəlb etmək və
ön şüur sferasının zamandan və yuxunun dərinliyindən asılı olmayaraq oyanması üçün kifayət
qədər intensivləşir, ya da onun intensivliyi yetərincə deyil və ayılmadan bilavasitə öncə daha
hərəkətli bir diqqətlə rastlaşanadək gözləməlidir. Yuxugörmələrin əksəriyyəti, göründüyü kimi,
nisbətən əhəmiyyətsiz psixi intensivliklərdən istifadə edir, çünki oyanmanı gözləyir. Bizi yuxudan
oyadarkən adətən yuxugörmə kimi qəbul etdiyimiz şey, hər halda, bununla izah olunur. Qəflətən
oyandıqda ilk olaraq yuxugörmə fəaliyyətinin yaratdığı qavrayışın məzmununa, yalnız bundan
sonra kənardan alınan qavrayışa baxırıq.
Lakin daha çox nəzəri maraq doğuran yuxunun ortasında oyadan yuxugörmələrdir. Hər
tərəfdə hökmran olan məqsədəuyğunluğu nəzərə alaraq sual vermək olar ki, niyə yuxugörməyə,
başqa sözlə, qeyri-şüuri arzuya yuxunu pozmaq, yəni ön şüurun arzusunu yerinə yetirmək
hakimiyyəti verilib? Buna yalnız enerji nisbəti barədə biliklərimizin olduqca yetərsiz olmasıyla
cavab verə bilərik. Əgər bu biliklərə sahib olsaydıq, onda yəqin ki, yuxugörməyə sərbəstlik
verilməsinin və ona qarşı məlum xüsusi diqqət sərfinin qeyri-şüurinin gecələr də gündüz olduğu
kimi eyni çərçivədə qalmalı olmasıyla müqayisədə enerjiyə qənaət olduğunu görərdik131.
Müşahidələr göstərdiyi kimi, yuxugörmə gecə ərzində yuxunu bir neçə dəfə pozsa da, onunla
tamamilə bir araya sığır. Bir anlıq oyanan subyekt yenidən yuxuya gedir. Bu, yuxuda milçək
qovmaq kimi bir şeydir; yalnız ad hoc132 oyanırsan. Yenidən yuxuya gedərkən pozuntunu
aradan qaldırırıq. Yatmaq arzusunun yerinə yetirilməsi, dayə haqqında və digər yuxulardan
gətirilən məlum misallardan göründüyü kimi, həmin istiqamətdə məlum diqqət sərfinin
dəstəklənməsinə tamamilə uyğundur.
Lakin burada qeyri-şüuri proseslərlə dəqiq tanışlığa əsaslanan bir etirazın üzərində
dayanmaq lazımdır. Qeyri-şüuri arzuların hər zaman son dərəcə fəal və canlı olduğunu biz
özümüz də demişik. Buna baxmayaraq, gündüzlər onlar eşidilmək üçün kifayət qədər güclü
olmur. Ancaq yuxu vəziyyətinin və qeyri-şüuri arzunun yuxugörmə yaratmaq qabiliyyəti aşkar
olursa və onun köməyilə ön şüur sferası oyanırsa, onda yuxugörmə gerçəkləşdikdən sonra bu
qabiliyyət yoxa çıxır? Məgər yuxugörmə, zəhlətökən milçək kimi, daim yeniləşməli, nə qədər
qovsan da, daim qayıdıb gəlməli deyildi? Bəs yuxugörmənin yuxu pozuntusunu aradan
qaldırdığını hansı əsasla təsdiqləyirik?
Beləliklə, ayrıca qeyri-şüuri qıcıqlanma prosesi üçün iki çıxış var. O ya öz ixtiyarına
buraxılmış kimi qalır və bu zaman, nəhayət ki, haradasa özünə yol açaraq öz qıcıqlanmasına
metodikaya doğru birdəfəlik çıxış verir, ya da ön şüur sferasının təsirinə məruz qalır və
qıcıqlanma da bunun sayəsində aralanmır, əksinə bağlanır. Sonuncu yuxugörmə prosesində də
baş verir. Prs. sistemindən qavrayış rolu oynayan yuxugörməyə doğru gedən tamamlanmanı
şüurun qıcıqlanması düzəldir, yuxugörmənin qeyri-şüuri qıcıqlanmasını birləşdirir və pozucu
fəaliyyətini zərərsizləşdirir. Əgər yuxugörən bir anlıq oyanırsa, onda həqiqətən yuxusunu
pozmaq istəyən milçəyi qovmuş olur. Artıq biz başa düşürük ki, qeyri-şüuri arzuya sərbəstlik
vermək, reqressiyaya yolunu açmaq həqiqətən son dərəcə məqsədəuyğun və sərfəlidir ki, o,
yuxugörmə yaratsın, sonra isə yuxu zamanı ön şüur sferasını cilovlamaqdansa, ön şüur
fəaliyyətinin cüzi təsirinin köməyilə yuxugörməyə bağlanaraq onu tamamlasın. Axı onu da
gözləmək olardı ki, yuxugörmə əvvəlcədən məqsədəuyğun proses olmasaydı belə, ruhi həyatın
güclər mübarizəsində bəlli funksiyaya malikdir. Biz onun funksiyasının necə olduğunu görürük.
Yuxugörmə qeyri-şüuri sistemin sərbəst qıcıqlanmasını ön şüur sisteminin hökmranlığına tabe
etməyi qarşısına məqsəd qoyub; bu zaman Bzs. sisteminin qıcıqlanmasını uzaqlaşdırır, onunçün
ventil rolunu oynayır və eyni zamanda ön şüur sferasının yuxusunu ayıq fəaliyyətin cüzi
sərfiyyatından qoruyur. Beləliklə, o kompromis kimi eyni növdən olan digər psixi törəmələrə
analoji olaraq hər iki sistemə xidmət edir, hər ikisinin arzusunu həyata keçirir, çünki bu arzular,
təbii ki, bir-birinə uyğundur. Oxucunu birinci fəsildə nəzərdən keçirdiyimiz Robertin
nəzəriyyəsinə baxmağa göndəririk; biz görəcəyik ki, bu alimin yuxugörmənin funksiyasının
müəyyənləşdirilməsiylə bağlı irəli sürdüyü əsas şərtlə razılaşmalıyıq, ancaq digər məsələlərdə,
xüsusilə də yuxugörmə prosesinin qiymətləndirilməsində fikirlərimiz üst-üstə düşmür.
Qorxunun əmələ gəlməsinə kömək edən psixi prosesin, buna baxmayaraq, həm də
arzunun gerçəkləşməsi ola bilməsi artıq çoxdan bizi təəccübləndirə bilməz. Biz bu hadisəni
arzunun Bzs. sisteminə aid olmasıyla izah edə bilərik, halbuki Prs. sistemi həmin arzunu rədd edir
və boğur. Bzs. sisteminin Prs. sisteminə tabe olması tam psixi sağlamlıq halında da tam deyil; bu
tabeliyin dərəcəsi bizim psixi normallığımızı yaradır. Nevrotik simptomlar bizə hər iki sistemin
bir-biriylə münaqişə halında olduğunu göstərir; onlar ona vaxtından qabaq son hazırlayan bu
konfliktin kompromis nəticəsidir. Onlar bir tərəfdən Bzs. sistemində qıcıqlanma üçün çıxış rolunu
oynayır, digər tərəfdən Prs. sisteminə Bzs. sistemi üzərində müəyyən hökmranlıq etməyə imkan
verir. Məsələn, hər hansı isterik fobiyanın mahiyyətini araşdırmaq maraqlıdır. Misalçün, əsəb
xəstəsinin küçəylə tək gedə bilməməsini biz tam ədalətli olaraq simptom adlandırırıq. Bu
simptomu aradan qaldırmaq üçün pasiyenti qadir olmadığını etməyə məcbur etməyi yoxlayaq.
Bu zaman onda qorxu tutması baş verəcək; küçədə belə bir tutmanın baş verməsi artıq onunçün
dəfələrlə aqorafobiyanın inkişafına yol açıb. Ona görə də, biz simptomun qorxunun qarşısını
almaq üçün var olduğunu görürük; fobiya sanki qorxu üçün keşikçi qalası rolunu oynayır.
Biz bu proseslərdə affektlərin roluna toxunmadan mövzunu davam etdirə bilmərik; lakin
bunu tam miqyasda edə bilmərik. İlk olaraq ondan başlayaq ki, Bsz. sisteminin boğulması, hər
şeydən öncə, Bzs. sistemindəki təsəvvürlərin öz-özünə gedişinin əvvəlcə xoş xarakterdə olan,
kənarlaşma prosesindən sonra isə xoşagəlməz xarakterə girən affekti inkişaf etdirməsindən ötrü
zəruridir. Boğulma həmin xoşagəlməz affektin inkişafını xəbərdar etmək məqsədi güdür. O, Bzs.
sisteminin təsəvvürlərinə uzanır, ona görə ki, affekt məhz oradan çıxa bilər. Biz burada
affektlərin inkişafının mahiyyəti və xarakterilə bağlı tam müəyyənləşdirilmiş fərziyyəni əsas
götürürük. Sonuncu hərəkət və sekresiya aktıdır, bunun innervasiya açarı Bzs. sisteminin
təsəvvürlərindədir. Ön şüur sisteminin hökmranlığı sayəsində bu təsəvvürlər sanki zəifləyir və
affektləri inkişaf etdirən impuls göndərilməsi iflic vəziyyətə düşür. Prs. sistemi təsiri olmayanda
qeyri-şüuri qıcıqlanmaların affekti inkişaf etdirə bilməsindən ibarət olur və əvvəlcədən məruz
qalınmış sıxışdırılma nəticəsində yalnız qeyri-məmnunluq, qorxu formasında hiss olunur.
Bir çox mülahizələrdən dolayı əsəb xəstəsi olan pasiyentlərimin mənə xəbər verdikləri
çoxsaylı misalları müzakirə etmir, uşaqların və gənclərin gördükləri qorxu yuxugörmələrinə
üstünlük verirəm.
Mənim özümdə uzun illər boyu bir dənə də əsil qorxulu yuxu olmayıb. Yeddi-səkkiz
yaşlarımda belə bir yuxu gördüyümü xatırlayıram; aradan otuz il keçdikdən sonra onu yozdum.
Bu yuxu son dərəcə canlı və aydın idi, mənə qəribə dərəcədə sakit, üzünün ifadəsi sanki donmuş
sevimli anamı təsvir edirdi; onu quş dimdiyi olan iki (ya da üç) məxluq otağa gətirib yatağa
uzandırdılar. Mən çığıraraq göz yaşları içərisində valideynlərimi oyatdım. Qəribə geyimli, quş
dimdiyi olan ucaboy varlıqları Filipson nəşri olan Bibliyamdakı şəkillərdə görmüşdüm, mənə elə
gəlir ki, bunlar Misir qəbirüstü barelyeflərindən götürülmüş qırğı başlı tanrılar idi133. Lakin qalan
şeylərdə analiz mənə evimizin qarşısındakı çəmənlikdə daim bizimlə, uşaqlarla oynayan oğlanı
xatırladır; onun adının Filip olduğuna, demək olar ki, əminəm. Daha sonra mənə elə gəlir ki, cinsi
əlaqə mənası verən və qırğı başına bənzər şeyə bənzəyən bir şeyi yetərincə aydın xarakterizə
edən vulqar sözü ilk dəfə bu oğlandan eşitmişəm (burada alman dilində söz oyunu var). Bu sözün
seksual mənasını mən, çox güman ki, təcrübəli müəllimimin üzünün ifadəsindən anlamışam.
Anamın yuxudakı sifəti eynilə ölümündən bir neçə gün qabaq gördüyüm babamın üzünün
surətiydi. Beləliklə, yuxugörmənin təkrar işlənərək yozulması anamın ölməsi mənasına gəlirdi;
qəbirüstü barelyef də bura aid idi. Mən bu qorxunun təsiri ilə oyandım və valideynlərimi
oyatmayanadək sakitləşə bilmədim. Yadımdadır ki, anamın üzünü görən kimi sakitləşdim, elə bil,
mənə elə onun ölmədiyi ilə bağlı təsəlli lazım idi. Lakin yuxunun təkrar yozumu artıq inkişafı
etməkdə olan qorxunun təsiri altında baş vermişdi. Mən yuxuda anamın öldüyünü gördüyüm
üçün qorxmamışdım; mən yuxugörməni onun ön şüur mərhələsində ona görə belə yozmuşdum
ki, o zaman hələ də qorxunun təsiri altındaydım. Qorxu sıxışdırmanın köməyilə, şübhəsiz, öz
ifadəsini yuxugörmənin görmə məzmununda tapan tutqun seksual duyğuya çevrilir.
Bir ildən artıq ağır xəstəlikdən əziyyət çəkən 27 yaşlı bir cənab 11 – 13 yaşlarında olanda
bir neçə dəfə yuxuda əlində yaba olan bir adamın onu qovduğunu görür; o qaçmaq istəyir, ancaq
yerinə buxovlanmış kimi hərəkət edə bilmir. Bu zaman o hər dəfə güclü qorxu hiss edir. Son
dərəcə tipik və cinsi mənada tamamilə məsum olan qorxulu yuxu baxımından bu çox yaxşı bir
nümunədir. Analiz zamanı yuxugörən əmisinin sonradan danışdığı bir əhvalatla qarşılaşır (onun
üstünə küçədə naməlum bir subyekt hücum çəkibmiş) və buradan belə bir nəticə çıxarır ki,
yuxunu gördüyü dövrdə də, yəqin ki, belə bir hadisə haqqında eşidib. Yaba ilə bağlı yadına düşür
ki, elə həmin dövrdə bir dəfə əlini yaba ilə yaralayıbmış. Buradan da bilavasitə tez-tez döydüyü
və lağa qoyduğu kiçik qardaşına qarşı münasibətinə keçir; bir dəfə çəkməsini qardaşına ataraq
onun başını yaraladığı yaddaşına xüsusilə həkk olunub; onda anası deyibmiş: «Qorxuram, bir gün
onu öldürəsən». Görünür, o, zor mövzusu üzərində dayanaraq doqquz yaşına təsadüf edən daha
bir epizodu xatırlayır. Bir dəfə valideynləri axşam evə gec qayıdıblar; o özünü yatmışlığa vurub,
ata-anası uzanıb-yatıblar, tezliklə o, ağır nəfəsalma və başqa səslər eşidib, hətta onların
yataqdakı vəziyyətini də təsəvvür edə bilib. Sonrakı fikirləri göstərir ki, o, valideynlərinin bu
münasibəti ilə özünün kiçik qardaşına olan münasibəti arasında analogiya aparıb. O, valideynləri
arasında baş verənləri də zorakılıq hesab edib və beləliklə, bir çox uşaqlar kimi kotiusu sadizmtək
başa düşüb. Bunun sübutu isə anasının yatağında bir neçə dəfə qan görməsi olub. Böyüklər
arasındakı cinsi münasibətlərin bunu görən uşaqlarda qorxu yaratmasını biz hər yanda müşahidə
edirik. Bu qorxunu mən onların dərk etməyə qadir olmadıqları və buna görə də müqavimətlə
qarşıladıqları cinsi qıcıqlanma, onun valideynlərilə bağlı olması və bunun nəticəsində də qorxuya
çevrilməsilə ilə izah edirəm. Həyatın ən erkən çağlarında valideynlərin cinsinə əsasən əks cinsə
qarşı meyil sıxışdırılmaya məruz qalmır və gördüyümüz kimi, özünü tam sərbəst büruzə verir134.
Mən də uşaqlıqda bu qədər tez-tez rast gəlinən hallüsinasiyalı (pavor nocturnus) qorxu
tutmalarına eyni izahatı verərdim. Və burada biz qarşımızda yalnız anlaşılmaz və rədd edilmiş
seksual hissiyyatları görürük, onları təsdiq etdikdə, yəqin ki, düzgün dövrilik aşkar olunardı, çünki
seksual meylin yüksəlməsinə təsadüfi oyadıcı təəssüratlar olduğu kimi, daimi, dövri inkişaf da
səbəb olur.
Bu fikri sübut etmək üçün mənim zəruri materiala ehtiyacım var. Pediatrların isə, bunun
əksinə, bir çox məsələləri başa düşmək üçün həm somatik, həm də psixi nöqteyi-nəzərdən
yanaşma problemləri var. Tibbi mifologiyadan kor olub bu cür halların yanından ötməklə bağlı
Debakenin pavor nocturnus araşdırmasından tapdığım maraqlı bir misal gətirəcəyəm (17) (s.
66)135.
Sağlamlığı son dərəcə zəif olan 13 yaşlı bir oğlan qorxaq və ürkək olmağa başlayır; yuxusu
narahat olur və həftədə bir dəfə müntəzəm olaraq qorxu tutması hallüsinasiya ilə yarımçıq
oyanır. Bu yuxugörmələrlə bağlı xatirələr həmişə çox aydın olur. O danışır ki, şeytan ona qışqırdı:
«Aha, axır ki, əlimizə düşdün!» Ətraf qətran və kükürd qoxuyur və dərisini alov qarsır. Bu
yuxudan qorxu içində ayıldıqda əvvəlcə qışqırmağa gücü olmur, sonra səsi qayıdır və o, aydın
şəkildə deyir: «Yox, yox, məni yox, mən bir daha etməyəcəyəm!» «Yox, yox, mən bir daha
etməyəcəyəm!» Bir dəfə hətta deyib: «Albert bunu etməyib!» O, paltarlarını geyinməyə
başlayıb, çünki dediyinə görə, «alov onu ancaq çılpaq olanda yandırır». Bu yuxular onun
səhhətini korlaya bilərdi, odur ki, onu kəndə apardılar. Orada il yarım qaldıqdan sonra o özünə
gəldi və bir müddət sonra etiraf etdi: «Mən xayalığımda daim sancma və yüksək ehtiras hiss
etdiyimi boynuma almağa cəsarət etmirdim; axırda bu məni o dərəcədə özümdən çıxartdı ki,
yataq otağının pəncərəsindən özümü atmaq istəyirdim». Ehtimal etmək çətin deyil ki:
• Oğlan əvvəlcə onanizmlə məşğul olur, çox güman ki, öz günahını inkar edir və daimi
hədələrlə qarşılaşırmış (Onun çığırtıları: «Mən bir daha etməyəcəyəm», «Albert heç vaxt bunu
etməyib»).
• Onda libidonu boğan və qorxuya çevirən müqavimət yaranıb və nəticə etibarilə ağır
cəza qarşısında qorxunu da özünə daxil edib.
Ancaq gəlin müəllifin çıxardığı nəticələri də dinləyək. «Araşdırmamızdan aydın olur ki:
• Sağlamlığı zəif olan gənclərdə cinsi yetişkənliyin təsiri ümumi zəifliyə, hətta beyin
anemiyasına səbəb ola bilər.
• Bütün bu hallar havada çox olmaq, fiziki hərəkətlər, kişiləşmə dövründən sonra gücün
bərpa olunması nəticəsində keçib getdi.
Burada bizi daha çox maraqlandıran məsələyə yalnız dərindən baş vurmaqla məsələnin
mahiyyətini anlaya bilərik.
Biz yuxugörmənin gündüz həyatımızdan gələn və bir-biriylə tam məntiqi surətdə bağlı
olan bir çox fikirləri əks etdirdiyinə əmin olduq. Ona görə də, bu fikirlərin bizim normal ruhi-
mənəvi həyatımızdan qaynaqlandığına şübhə edə bilmərik. Yuxugörmənin arxasında gizlənən
fikirlərdə ayıq düşüncələrimizdə yüksək qiymətləndirdiyimiz və onları yüksək ranqlı mürəkkəb
məhsullar kimi xarakterizə edən xüsusiyyətlər tapırıq. Yox, bu fikrin yuxu zamanı həyata
keçdiyini güman etməyə heç bir zərurət yoxdur; ancaq bu yuxunun psixi durumu haqqındakı
təsəvvürümüzü dağıda bilərdi. Lakin bu fikirlər daha çox gündüz fəaliyyətindən gələ bilər; onlar
şüura hiss etdirmədən yuxulama dövründə də hazır şəkildə qarşıya çıxa bilər. Bütün bunlardan
yalnız çox mürəkkəb fikri fəaliyyətin şüurun iştirakı olmadan da mümkünlüyü nəticəsini çıxara
bilərik; bu bizə, yeri gəlmişkən, istənilən isteriyalının, yaxud zəhlətökən təsəvvürlərdən əziyyət
çəkən şəxsin psixoanalizindən məlumdur. Yuxugörmənin arxasında gizlənən bu fikirlər, öz-
özlüyündə, şübhəsiz, şüura qədər gedib çıxmağa qadirdir; əgər gün ərzində onları dərk etmiriksə,
bunun xeyli müxtəlif səbəbi var. Dərketmə müəyyən psixi funksiyaya – göründüyü kimi,
müəyyən miqyasda istifadə olunan diqqətə yönəlmə ilə bağlıdır. Bu fikirlərin şüura
aparılmaqdan çıxarıldığı digər üsul aşağıdakından ibarətdir. Şüurlu təfəkkürümüz göstərir ki,
diqqətdən istifadə edərkən biz müəyyən yolla gedirik. Əgər bu yolda biz tənqidin təsirinə
dözməyə qadir olmayan təsəvvürə rast gəliriksə, onda geri dönürük. Başlanan və saxlanan
fikirlərin gedişi, əgər hansısa nöqtədə diqqəti cəlb edən xüsusilə yüksək intensivliyə çatmırsa,
sonradan diqqətin iştirakı olmadan davam oluna bilər. Fikri şüurun köməyi, təfəkkür aktı üçün
qeyri-düzgünlüyü, yaxud yararsızlığının mühakimə vasitəsilə həyata keçirilən ilk rəddi, nəticə
etibarilə təfəkkür prosesinin yuxuya gedənədək şüura hiss etdirmədən davam etməsinə səbəb
ola bilər.
Fikirlərin bu cür gedişatını biz ön şüuri adlandırır, tamamilə qanuni sayırıq və hesab edirik
ki, o cüzi və əhəmiyyətsiz olduğu kimi, eyni dərəcədə natamam və boğulmuş ola bilər. Daha
sonra təsəvvürlərin gedişatının bizə necə göründüyünü qısaca qeyd edək. Bizə elə gəlir ki,
məqsədli təsəvvürdən onun seçdiyi assosiativ yol boyunca müəyyən qıcıqlanma vahidi hərəkət
edir. Belə qıcıqlanmanın «əhəmiyyətsiz» fikir gedişi, ümumiyyətlə, yoxdur; o, «boğulmuş»
təsəvvürdən geri qayıda bilər və hər ikisi öz qıcıqlanmalarına təqdim olunur. Fikirlərin
məqsədyönlü gedişi məlum şəraitdə şüurun diqqətini çəkməyə qadirdir, bu zaman onun
vasitəsilə «çevrilir». Şüurun xassə və funksiyaları haqda düşüncələrimizi aşağıda ətraflı şərh
edəcəyik.
Bu cür möhkəmlənmiş ön şüur sferası ilə fikirlərin gedişi gözlənilmədən yoxa çıxa, ya da
dayana bilər. Birinci hal bizə ondan çıxan enerjinin bütün assosiativ istiqamətlərdə diffuziya
etməsi şəklində görünür və fikirlərin bütün zəncirini bir anlıq saxlanan oyanma durumuna gətirir,
sonra isə birdən yox olur. Bu halda bütün prosesin yuxugörmənin əmələ gəlməsinə heç bir dəxli
yoxdur. Lakin ön şüur sferamızda şüursuz və daim fəal olan arzu mənbələrimizdən qaynaqlanan
digər məqsədli təsəvvürlər də var. Sonuncular fikir dairəsində öz-özlərinə verdikləri
qıcıqlanmaları əhatə edə bilər; onlar özləriylə qeyri-şüuri arzu arasında əlaqə yaradır, qeyri-şüuri
arzuya xas enerjini ona köçürür və bu andan etibarən fikirlərin əhəmiyyətsiz və ya boğulmuş
gedişatı özünü saxlaya bilir, halbuki bu möhkəmlənmə sayəsində o yenə də şüura girməyə iddia
edə bilmir. Bu vaxta qədər fikirlərin ön şüur gedişinin qeyri-şüuri sferaya keçdiyini söyləyə
bilərik.
Yuxugörmələrin əmələ gəlməsinin digər halları bunlar ola bilər: fikirlərin ön şüur gedişi
ən başda qeyri-şüuri arzuyla birləşir və buna görə hökmran məqsədli yönəlmənin müqavimətinə
rast gəlir; yaxud da qeyri-şüuri arzu digər, misalçün, somatik motivlərdən oyanır və sərbəst
şəkildə Prs. sisteminin şərtləndirmədiyi psixi qalıqların köçürülməsinə nail olmaq istəyir. Bütün
bu üç hal ən sonda bir nəticədə bir-birinə uyğun gəlir: ön şüur sferasında fikirlərin gedişi yaranır
və həmin sferanın dəstəyindən məhrum olduğundan qeyri-şüuri arzu tərəfindən başqa dəstək
tapır.
Bunun ardınca fikirlər xeyli dəyişikliyə məruz qalır, ancaq biz onları normal psixi proseslər
saymırıq və onlar nəticədə psixopatoloji hal yaratmır. İrəlidə bu dəyişiklikləri xarakterizə etməyə
və tutuşdurmağa çalışacağıq.
1. Ayrı-ayrı təsəvvürlərin intensivlikləri bir təsəvvürə elə keçir ki, nəticədə son dərəcə
yüksək intensivliyə malik təsəvvürlər alınır. Bu proses dəfələrlə təkrarlandıqdan sonra hərəkətdə
olan xeyli fikir axırda bir təsəvvürdə toplana bilir. Yuxugörmənin fəaliyyətini nəzərdən keçirərkən
tanış olduğumuz sıxlaşma, kompressiya prosesi də elə budur. Yuxugörmənin yaratdığı qəribə
təəssüratın başlıca günahkarı da odur, çünki ruhi həyatın dərk etməsi üçün normal və mümkün
olan analoji heç nə bilmirik. Biz burada həm də elə təsəvvürlərə malikik ki, onlar düyün
nöqtələri, yaxud bütöv fikir zəncirinin son nəticəsi kimi böyük psixi məna kəsb edir; lakin bu
qiymətləndirmə daxili qavrayış üçün aydın olan hər hansı xarakterdə aşkar edilmir; onunla bağlı
olan təsəvvür qətiyyən intensivləşmir. Sıxlaşma prosesində bütün psixi əlaqə təsəvvürlərin
məzmununun intensivliyinə çevrilir. Bu kitabdakı mətndə hər hansı sözə xüsusi əhəmiyyət
verdikdə onun yağlı şriftlə yığılmasına bənzəyir. Ancaq danışıqda mən bu sözü ucadan, ağır-ağır
və vurğuyla tələffüz edərdim. Birinci müqayisə bilavasitə yuxugörmənin fəaliyyətindən alınmış
misala aparır (İrmaya iynə vurulması haqda yuxugörmədə trimetilamin). İncəsənət tarixçiləri
bizim diqqətimizi qədim heykəltəraşların eyni prinsipə riayət etmələrinə yönəldirlər; onlar
düzəltdikləri heykəllərin ölçüsünü həmin heykəlin mənsub olduğu şəxsin sosial vəziyyətinə
uyğunlaşdırırmışlar. Çarın heykəli öz məiyyətinin heykəlindən iki-üç dəfə böyük olurdu. Roma
dövrünə aid heykəltəraşlıq əsərləri eyni nailiyyətləri əldə etmək üçün daha incə vasitələrdən
istifadə edirdilər. Heykəltəraş imperator fiqurunu mərkəzə qoyur, ona əzəmətli qamət verir,
onun fiqurunu işləyərkən xüsusi səy göstərir, düşmənlərini onun ayağının altına yıxır, amma onu
qətiyyən cırtdanlar arasında nəhəng kimi təsvir etmir. Lakin nökərlərin ağalarına təzimi indi də
həmin qədim təsvir prinsipinin qalığı sayılır.
3. Öz intensivliyini digərinə ötürən təsəvvürlər həm bir-biriylə son dərəcə zəif əlaqədə
olur, həm də təfəkkürümüzün əhəmiyyət vermədiyi və yalnız iti ağlın istifadə etdiyi
assosiasiyalarla birləşir. Əsasən bir-biriylə səsləşən assosiasiyalar bir-birinə bərabər tutulur.
4. Ziddiyyətli fikirlər qətiyyən bir-birini məhv etməyə çalışmır, onlar sanki aralarında heç
bir ziddiyyət yoxmuş kimi bir-birinin yanında olur, sıxlaşmanın məhsulu şəkində birləşir, ya da
təfəkkürümüzə heç vaxt bağışlamayacağımız, ancaq fəaliyyətimizdə həvəslə istifadə etdiyimiz
kompromislər yaradır.
Biz nevroz psixologiyası, xüsusilə də isteriyanın bir qədər dərinliyinə varmadan bu suala
cavab verə bilməzdik. Burada biz isterik simptomların əmələ gəlməsini qeyri-korrekt və digər
adını çəkmədiyimiz psixi proseslərin şərtləndirdiyini öyrəndik. İsteriyada biz şüurlu
təfəkkürümüzə bərabər olan bir sıra tamamilə korrekt fikirlər də hiss edirik, ancaq onların
mövcudluğu barədə bu formada heç nə öyrənə bilmərik və onları yalnız sonradan bərpa edirik.
Əgər onlar nə vaxtsa qavrayışımıza girirsə, onda əmələ gələn simptomun analizindən müəyyən
edirik ki, həmin normal fikirlər anormal təsirə məruz qalıb və sıxlaşma, kompromisin yaranması
vasitəsilə, səthi assosiasiyalardan keçərək, ziddiyyətlərin mühafizəsi altında, həmçinin reqressiya
yoluyla simptoma köçürülüb. Yuxugörmə fəaliyyətinin psixonevrotik simptomları təchiz edən
tam eyni özünəməxsus xüsusiyyətləri sayəsində isteriyanın verdiyi eyni nəticələri tam əsasla
yuxugörməyə də keçirə bilərik.
İsteriya haqqında təlimdən biz fikirlərin gedişatı zamanı bu cür anomal psixi emalın yalnız
uşaqlıq materialından qaynaqlanan və sıxışdırılmaya məruz qalan qeyri-şüuri arzunun
köçürülməsi olduğu müddəasını götürürük. Bu prinsip görə biz yuxugörmə nəzəriyyəsini onun
fəal arzularının həmişə qeyri-şüuri sferadan qaynaqlanması fərziyyəsi ilə əsaslandırdıq, ancaq
özümüzün də etiraf etdiyimiz kimi, bu hər zaman sübut oluna bilməsə də, inkar da oluna bilməz.
Artıq dəfələrlə qarşılaşdığımız «sıxışdırmanın» nə demək olduğunu dəqiq müəyyənləşdirə bilmək
üçün psixoloji binamızı yüksəltməyi bir qədər də davam etdirməliyik.
Motorikanın vasitəsilə xarici aləmi məqsədəuyğun şəkildə dəyişmək imkanı əldə etmək
üçün xatirə sistemində və həmin xatirə materialının müxtəlif məqsədli təsəvvürlər vasitəsilə
səbəb olduğu qarşılıqlı münasibətlərlə bağlı müxtəlif təsbitlərdə müəyyən miqdarda
müşahidələrin toplanması zəruridir. Fərziyyələrimizi davam etdiririk. İkinci sistemin əllə
yoxlanmaqla ortaya çıxan, enerji göndərən və onu yenidən qaytaran fəaliyyəti bir tərəfdən
xatirələrin bütün materialından sərbəst istifadə etməyə ehtiyac duyur; digər tərəfdən isə,
təfəkkürün ayrı-ayrı yollarına həddən artıq enerji göndərməsi israfçılıq olardı və bu halda həmin
enerji qətiyyən məqsədəuyğun şəkildə axmaz və xarici aləmin dəyişməsi üçün lazım olan miqdarı
məhdudlaşdırardı. Həmin məqsədəuyğunluğa görə də mən hesab edirəm ki, nəticə etibarilə,
ikinci sistem enerjinin əsas hissəsini qoruyub saxlaya və kənarlaşdırma üçün kiçik bir qismindən
istifadə edə biləcək. Bu proseslərin mexanizmi mənə qətiyyən məlum deyil: bununla ciddi
məşğul olmaq istəyən fizikadan analogiya seçməli və neyronların qıcıqlanması zamanı hərəkət
prosesini dərk etmək üçün özünə yol açmalıdır. Mən yalnız birinci sistemin fəaliyyətinin
qıcıqlanmaların sərbəst keçməsinə yönəldiyini, ikinci sistemin isə öz təsirləri sayəsində bu keçidi
sarsıtmasında israr edirəm. Mənə elə gəlir ki, ikinci sistemin hökmranlığı altında qıcıqlanmaların
keçməsi birinci sistemə nisbətən tamamilə fərqli mexaniki şərtlərə bağlanır. İkinci sistem öz
tənqidi-fikri işini qurtardıqda sarsılmış qıcıqlanma qüvvədən düşür ki, bu da onların hərəkət
sisteminə keçməsinə imkan verir.
Xoşagəlməz duyğu prinsipinin nəticəsi olan birinci sistem nəticə etibarilə təfəkkürün
ümumi zəncirinə xoşagəlməz nəsə daxil edə bilmir. Bunu bu sistem yalnız arzulaya bilər. Ancaq iş
yalnız bununla məhdudlaşsaydı, bütün mövcud xatirələrin göstərişinə ehtiyacı olan ikinci
sistemin fikri fəaliyyəti də iflic olardı. Burada iki yol açılır: ya ikinci sistemin fəaliyyəti xoşagəlməz
duyğu prinsipinin asılılığından xilas olaraq xoşagəlməz xatirələrə məhəl qoymadan yoluna davam
edir, ya da xoşagəlməz xatirəni elə əlaqələndirməyə imkan tapır ki, o xoşagəlməz duyğuya səbəb
olmur. İlk imkanı rədd etməliyik, çünki xoşagəlməz duyğu prinsipi ikinci sistemin qıcıqlanmasının
gedişində həm də tənzimləyici olur; bununla yalnız ikinci sistem əlaqələndirdiyi xatirənin bütün
təsirlərini, yeri gəlmişkən, həm də xoşagəlməz duyğunun oyanma prosesinin analoji hərəkət
innervasiyasını iflic edərək qalır. İkinci sistem tərəfindən möhkəmləndirmənin həm də
qıcıqlanmanın rədd olunmasının sarsıdılması mənasını verməsi fərziyyəsinə bizi iki çıxış nöqtəsi
gətirir: xoşagəlməz duyğu prinsipi və cüzi innervasiya sərfi prosesi. Beləliklə, deyə bilərik ki –
tutaq ki, bu elə sıxışdırma haqqında bütün təlimin açarıdır – ikinci sistem təsəvvürü yalnız ondan
gələn xoşagəlməz duyğunun inkişafını sarsıda biləcəyi halda möhkəmləndirə bilər.
Sarsıdıcı təsirdən yayınanlar ikinci sistem üçün əlçatmaz olaraq qalır və xoşagəlməz
duyğu prinsipi səbəbindən tərk edilməlidir: sonuncu qətiyyən tamamilə zəiflədilməməlidir;
əksinə, onun əvvəli buraxılmalı və o, ikinci sistem qarşısında xatirənin təbiətini və yararlılıq
dərəcəsini təfəkkürün qarşıya qoyduğu məqsəd üçün aşkar etməlidir.
Birinci sistemin sərbəst şəkildə yol verdiyi psixi prosesi artıq ilkin proses adlandıracağam;
ikinci sistemin təsiri altında gerçəkləşən digərini isə təkrar. İkinci sistemin ilkin prosesi hansı
məqsədlə düzəltməyə məcbur olduğunu daha bir bənddə göstərə bilərəm. İlkin proses
qıcıqlanmanın keçməsinə kömək edir ki, onun bu şəkildə toplanan həcminin yardımı ilə
qavrayışın bənzərini yaratsın; təkrar proses bu niyyəti kənara qoyur və onun yerinə başqasını –
təfəkkürün eyniliyini yaradır. Bütün təfəkkür yalnız məqsədli təsəvvür kimi qəbul olunan
məmnunluq haqda xatirədən həmin xatirəni bənzər şəkildə mənimsəməyədək dolayı yoldur ki,
buna da yenə hərəkət sistemi vasitəsilə nail olunur. Təfəkkür təsəvvürlər arasındakı birləşdirici
yollarla onların intensivliyinin təsirinə düşüb yanılmadan maraqlanmalıdır. Lakin aydındır ki,
təsəvvürlərin sıxlaşması, vasitəçi və kompromis törəmələr eyniliyin bu məqsədə nail olmasına
mane olur; onlar bir təsəvvürü digəri ilə əvəz edərək, birincidən gələn yoldan yayınır. Təkrar
təfəkkür belə proseslərdən əsaslı surətdə yayınır. Xoşagəlməz duyğu prinsipinin təfəkkürün
adətən mühüm çıxış nöqtələri verdiyi fikri proseslə eyniliyinə nail olması yoluna əngəl qoymasını
da anlamaq çətin deyil. Beləliklə, təfəkkür tendensiyası xoşagəlməz duyğu prinsipinin müstəsna
hökmranlığından azad olmağa meyillənməlidir; o, affektlərin inkişafını minimuma qədər
məhdudlaşdırmalıdır. Fəaliyyətin nəticəsinin bu cür yaxşılaşması yuxugörmə tərəfindən yeni
təsirin köməyilə gerçəkləşməlidir. Lakin biz bilirik ki, hətta çox normal psixi həyatda belə buna
son dərəcə nadir hallarda nail olunur: bizim təfəkkürümüz xoşagəlməz duyğu prinsipinin əlavə
olunması sayəsində həmişə təhrifə açıqdır.
Lakin bu bizim ruhi aparatımızın funksional qabiliyyətinin qüsuru deyil, onun sayəsində
təkrar fikri fəaliyyətin nəticəsi olan fikirlər ilkin psixi prosesin təsirinə məruz qalır. Bu düsturdan
biz indi nəticə etibarilə yuxugörməyə və isterik simptomlara gətirib çıxaran prosesin təsviri üçün
istifadə edirik. Mənfi hal inkişafımızın tarixindən olan iki məqamın üst-üstə düşməsi zamanı
müşahidə olunur; onlardan biri tamamilə ruhi aparata aiddir və hər iki sistemin əlaqəsinə güclü
təsir göstərir, digəri isə üzvi mənşəli hərəkətverici qüvvələri ruhi həyata daxil edir. Hər ikisi
uşaqlıq dövründən qaynaqlanır və psixi və somatik orqanizmimizin uşaqlıqdan məruz qaldığı
dəyişikliyin qalığıdır.
Əgər mən ruhi aparatdakı bir psixi prosesi ilkin adlandırdımsa, bunu yalnız iyerarxik
mülahizələr səbəbindən etmədim, həm də hər iki prosesin zaman daxilindəki nisbətini əldə
rəhbər tutdum. Təkcə bir ilkin prosesə malik psixi aparatın olmadığı və onun məhz buna görə
psixi funksiya olduğu bizə məlum olsa da, ilkin proseslərin onda lap əvvəldən olduğu şübhəsizdir,
təkrar proseslər isə birinciləri sarsıdaraq tədricən inkişaf etsə də, üzərimizdə yalnız həyatımızın
zenit nöqtəsində tam hökmranlıq edə bilir. Təkrar proseslərin həmin gecikən təzahürü
nəticəsində təbiətimizin qeyri-şüuri arzulardan ibarət nüvəsi toxunulmaz qalır və rolu qeyri-şüuri
sferadan qaynaqlanan arzulara gedən daha məqsədəuyğun yolların göstərişilə həmişəlik
məhdudlaşan ön şüur sferası tərəfindən sarsılmaya məruz qalmır. Bu qeyri-şüuri arzular bütün
sonrakı cəhdlərə onların tabe olmalı olduqları təzyiqi göstərir; lakin onlar onu rədd etməyə çalışa
və daha yüksək məqsədlərə yönəldə bilər. Xatirə materialının geniş sahəsi ön şüur sferasının
yubanmış təsiri sayəsində tamamilə əlçatmaz qalır.
Həmin sarsılmaz və əlçatmaz arzular arasında elələri var ki, onların gerçəkləşməsi təkrar
təfəkkürün məqsədli təsəvvürləri ilə ziddiyyət təşkil edir. Bu arzuların gerçəkləşməsi artıq xoş
deyil, xoşagəlməz duyğular doğura bilər ki, affektlərin çevrilməsi də budur, bizim «sıxışdırma»
adlandırdığımız və hökmün uşaqlıq mərhələsi hesab etdiyimiz (mühakimə vasitəsilə yayınma)
şeyin mahiyyəti də bundan ibarətdir. Burada yalnız ötəri toxunmağın yetərli olacağı sıxışdırma
prosesini də bu çevrilmənin hansı yolla, hansı hərəkətverici qüvvələrin köməyi sayəsində həyata
keçməsi yaradır. Affektlərin bu cür çevrilməsinin inkişaf müddətində (heç olmasa, uşaqlığın ilkin
dövründə olmayan nifrətin peyda olmasını xatırlayaq) baş verdiyini və onun ikinci sistemin
fəaliyyəti ilə bağlı olduğunu göstərmək bizə kifayətdir. Qeyri-şüuri arzunun affektləri ortaya
çıxardığı xatirələr Prs. sistemi üçün heç vaxt əlçatan olmur; ona görə də, affektlərin bu cür
zühuru sarsılmaya məruz qalmır. Affektlərin məhz bu təzahürü sayəsində artıq ön şüur
fikirlərinin də öz arzu güclərini köçürdükləri bu təsəvvürlərə əli çatmır. Səhnəyə xoşagəlməz arzu
prinsipi çıxır və Prs. sistemini bu fikirlərdən dönməyə məcbur edir. Sonuncular öz-özünə baş
verir və beləliklə, xatirələrin uşaq kompleksinin varlığı sıxışdırmanın əsas şərti olur.
Ən yaxşı halda xoşagəlməz duyğunun yaranması Prs. sistemi fikirlərdən dönən kimi
dayanır; bu hal xoşagəlməz duyğu prinsipinin müdaxiləsinin məqsədəuyğunluğunu xarakterizə
edir. Lakin sıxışdırılmış qeyri-şüuri öz fikirlərinə borc verə biləcəyi üzvi dəstək aldığı halda məsələ
fərqli olur; bununla da o hətta Prs. sistemi artıq onlardan üz döndərəndə belə, qıcıqlanma ilə
birlikdə onlara irəliyə getməyə cəhdə imkan verir. Bu zaman iş mübarizəyədək (Prs. sistemi
sıxışdırılmış fikirlərin əksinə gedəni möhkəmləndirir) və daha sonra qeyri-şüurinin daşıyıcısı olan
fikirlərin qələbəsinədək gedib çıxır; bu qələbə simptomun yaranmasında ifadə olunur. Lakin
sıxışdırılmış fikirlərin qeyri-şüuri arzu tərəfindən güclü dəstək aldığı və ön şüur sferası tərəfindən
tərk edildiyi andan etibarən onlar ilkin psixi prosesin təsirinə məruz qalır, istisna olaraq hərəkət
çıxışına, ya da, əgər yol açıqdırsa, qavrayışın arzuolunan eyniliyinin hallüsinator canlanmasına
yönəlir. Əvvəlcə biz empirik olaraq təsvir olunmuş qeyri-düzgün proseslərin yalnız sıxışdırılmaya
məruz qalmış fikirlərlə həyata keçirildiyini müəyyən etdik. İndisə irəliyə doğru davam edəcəyik.
Bu qeyri-düzgün proseslər psixi aparatdakı ilkin prosesin mahiyyətini təşkil edir; onlara
təsəvvürlərin ön şüur sferası tərəfindən atıldığı hər yerdə rast gəlinir, öz-özünə mövcud olur və
qeyri-şüuri sferadan çıxan azad, çıxışa can atan enerji sayəsində özlərini gerçəkləşdirə bilir. Bəzi
digər müşahidələr həmin bu, necə deyərlər, qeyri-düzgün proseslərin təfəkkürün normal
səhvlərinin saxtalaşdırılması deyil, yalnız psixi aparatın sarsılması mümkün olmayan fəaliyyət
forması olması fikrini dəstəkləyir. Beləcə, biz görürük ki, ön şüur qıcıqlanmasının motorikaya
köçürülməsi də eyni yolla aparılır və qeyri-şüuri təsəvvürlərin sözlərlə birləşdirilməsi
diqqətsizliyin ayağına yazılan bu cür yerdəyişmə və əvəzetməni asanlıqla aşkar edir. Nəhayət,
həmin ilkin proseslərin sarsıdılması zamanı zəruri olan fəaliyyətin böyüməsinin sübutu biz komik
effektə çataraq, təfəkkürün bu proseslərinə şüura girmək imkanı verəndə gülüş formasına düşən
müəyyən artıqlıq faktından irəli gəlir.
Psixonevrozlar nəzəriyyəsi qəti olaraq təsdiq edir ki, yalnız uşaqlıq dövrünə aid seksual
arzular inkişafın gedişində sıxışdırılma prosesinə məruz qala bilər (affektlərə çevrilmə); inkişafın
sonrakı mərhələlərində onlar yenidən dirilə bilir – istər ilkin biseksuallıqdan doğan seksual bədən
quruluşu, istərsə də xoş olmayan cinsi həyat nəticəsində – və istənilən psixonevrotik simptomun
əmələ gəlməsi üçün hərəkətverici rol oynayır. Hələ sıxışdırma nəzəriyyəsinin aşkar etdiyi
boşluqları yalnız həmin seksual qüvvələrin daxil olmasıyla doldurmaq olar. Mən seksual və uşaq
elementinin yuxugörmə nəzəriyyəsinə aid olub-olmaması məsələsini kənara qoyuram; mən bu
nəzəriyyəni ona görə yarımçıq qoyuram ki, yuxugörmə guya hər dəfə qeyri-şüuridən
qaynaqlandığı fərziyyəsi ilə isbat olunacaq məsələsinin sərhədlərini aşmışam. Araşdırmamın bu
və ya digər boşluqlarını mən tamamilə şüurlu olaraq saxlayıram, çünki onların tamamlanması,
bir tərəfdən həddindən artıq böyük zəhmət, digər tərəfdən isə yuxugörməyə tamamilə yad olan
material tələb edərdi. Beləliklə, misalçün, «boğulmuş» sözüylə «sıxışdırılmış» sözündən fərqli
məna nəzərdə tutub-tutmadığımdan yayınmış oluram. Əslində isə aydındır ki, əlbəttə, sonuncu
qeyri-şüuri ilə əlaqəni əvvəlkinə nisbətən daha qüvvətli şəkildə nəzərə çarpdırır. Mən
yuxugörmənin arxasında gizlənən fikirlərin senzura tərəfindən həm də şüura doğru irəliləyən
hərəkətdən imtina etdiyi və reqressiya yolunu seçdiyi hallarda təhrifə məruz qaldığı məsələsinə
də girişmədim. Mənim vəzifəm hər şeydən öncə yuxugörmə fəaliyyətinin sonradan
şaxələnməsinin apardığı məsələlərin çərçivələrini cızmaq və mövcud problemin kəsişdiyi digər
mövzuları göstərmək idi. Mətni ayrı-ayrı yerlərində yarımçıq saxlamağa qərar vermək mənimçün
həmişə çətin olub. Yuxugörmədə seksual təsəvvürlərin rolunu yetərincə tam
aydınlaşdırmamağım və açıq seksual məzmunlu yuxuları yozmaqdan yayınmağımın, yəqin ki,
oxucunun gözləntilərinə uyğun gəlməyən xüsusi motivləri var. Nevropatologiya sahəsində
müdafiə etdiyim baxış və görüşlərim cinsi həyatda həkimi və elmi tədqiqatçını
maraqlandırmayacaq hansısa yasaq sahə görməkdən son dərəcə uzaqdır. Daldisli Artemidorun
«Yuxugörmə simvolikaları»nın tərcüməçisinin seksual yuxugörmələr haqqında fəsli çap
etdirərkən mənəvi-əxlaqi prinsiplərə əsaslanması mənə gülməli gəldi. Sonradan o özü mənə dedi
ki, naşirin israrı nəticəsində belə hərəkət edib. Mənimçün yeganə həlledici məqam yalnız o idi ki,
seksual yuxugörmələri nəzərdən keçirərkən cinsi pozğunluq və biseksuallığın hələ də həll
olunmamış problemlərinin dərinliyinə baş vurmalı olardım; bütün bu materialı digər xüsusi
araşdırmanı qorumaq üçün ən yaxşısı hesab edirdim. Mən eyni zamanda yuxugörmələrin və
isterik simptomların əmələ gəlməsində psixi qüvvələrin özünü göstərməsindəki fərqlə bağlı
araşdırmanı da davam etdirmək niyyətində deyiləm; bunun üçün burada müqayisə olunacaq
halqalardan biriylə dəqiq tanışlığa ehtiyac var. Ancaq digər məqama daha böyük əhəmiyyət
verirəm və açıq etiraf etməliyəm ki, məhz bu məqamın xatirinə iki psixi sistemi, onların
fəaliyyətini və sıxışdırma prosesini hərtərəfli nəzərdən keçirmişəm. İndi söhbət bütün bu
psixoloji prosesləri düzgün, ya da qeyri-düzgün və qeyri-kafi başa düşməkdən getmir; bu cür
mürəkkəb məsələdə sonuncu tamamilə mümkündür. Psixi senzuranın yozumu, yuxugörmənin
məzmununun normal və ya anormal işlənməsi hansı istiqaməti qəbul edirsə-etsin, bu proseslərin
yuxugörmənin yaranmasında həqiqətən iştirak etməsinə, isterik simptomların yaranması zamanı
müəyyən etdiyimiz proseslərlə mahiyyətcə böyük bənzərlik göstərməsinə heç bir şübhə yoxdur.
Yuxugörmə patoloji hadisə deyil; o, psixi tarazlığın pozulmasını nəzərdə tutmur, psixi iş
qabiliyyətini zəiflətmir. Mənim və əsəb xəstələri olan pasiyentlərimin yuxuları əsasında guya
sağlam adamların yuxugörmələrilə bağlı mühakimə yürütməyin doğru olmadığını araşdırmadan
rədd etmək lazımdır. Əgər biz onların hərəkətverici qüvvələri haqqında beləcə, hadisələr
əsasında mühakimə yürüdürüksə, onda bu nəticəyə gəlirik ki, nevrozun istifadə etdiyi psixi
mexanizm qətiyyən ruhi həyatımızı bürüyən xəstəlik nəticəsində əmələ gəlməyib, psixi aparatın
normal strukturunda olur. Hər iki psixi sistem, onların arasındakı keçid senzurası, birinin digəri
tərəfindən sarsıdılması, hər ikisinin şüura münasibəti, yaxud daha doğru dərk olunmuş faktiki
vəziyyətdən çıxara biləcəyimiz şey – bunlar hamısı ruhi aparatımızın normal strukturuna aiddir
və yuxugörmə bizə bu strukturun dərkinə aparan yollardan birini göstərir. Əgər biz səhihliyi
şübhə doğurmayan biliklərin minimumu ilə kifayətlənmək istəyiriksə, onda deyə bilərik:
yuxugörmə bizə göstərir ki, boğulmuş sağlam adamlarda da mövcudluğunu davam etdirir, psixi
funksiyalarla bağlı qabiliyyətini qoruyub saxlayır. Yuxugörmə özü həmin qeyri-şüurinin
təzahürlərindən biridir; nəzəriyyədə həmişə onunla birgə olur, yuxugörmənin daha parlaq və
fərqli xüsusiyyətləri əsasında əksər hallarda rastlanan konkret müşahidələrdə isə ayıq vəziyyətdə
öz ifadəsini tapa bilməyən və daxili qavrayışdan təcrid olunan psixi cəhətdən boğulmuş gecə
həyatında kompromis törəmələrin hökmranlığı sayəsində şüura girmək üçün özünə yol və vasitə
tapır. «Mən Tanrılara səcdə etmirəm, ancaq yeraltı səltənətin güclərini hərəkətə gətirəcəyəm».
Yuxuların yozumu da ruhi həyatdakı qeyri-şüurinin dərkinə doğru Səltənət yoludur.
Yuxugörmənin analizini izləyərkən biz bu olduqca gözəl və sirli mexanizmin içinə girsək
də, o qədər də dərinliyinə varmırıq. Ancaq başlanğıc üçün bu da kifayət edir, digər patoloji
təzahürlər isə onun daha da dərinliyinə nüfuz etməyə kömək edəcək. Hər halda, haqlı olaraq
xəstəlik adlandırılan nəsnə bu aparatı dağıtmağı, onun mexanizmini yenidən parçalamağı
nəzərdə tutmur; onu gücləndirmə və normal funksiya zamanı çox şey gizlədən ayrı-ayrı
hərəkətverici qüvvələrin gücləndirilməsi yoluyla dinamik şəkildə izah etmək lazımdır. Başqa bir
yerdə bu aparatın iki instansiyadan yaranmasının normal fəaliyyətin (bir instansiyanın qətiyyən
gücü çatmır) dəqiqləşdirməsinə imkan verdiyini də göstərə bilərdik. Yuxugörmə
psixopatologiyanı psixoloji zəmində əsaslandırmağa imkan verən yeganə hadisə deyil. Hələ başa
çatdırmadığım «Monatsschrift fur Psychiatric und Neurologie» məqalələr silsiləsində
(unutmanın psixi mexanizmi haqqında, 1898; və gizlənən xatirələr haqqında, 1899) eyni
məsələləri isbat etmək üçün bir sıra gündəlik psixi hadisələri aydınlaşdırmağa çalışmışam.
Unutmalar, yanılmalar, xətalar və s. haqqında bu və bundan sonrakı məqalələri sonralar «Adi
həyatın psixopatologiyası» kitabımda toplamışam (rusca tərcüməsi «Sovremennıye problemı»
nəşrindədir).
Buna baxmayaraq, mən hər iki sistem haqqında əyani təsəvvürləri qorumağı
məqsədəuyğun və zəruri sayıram. Əgər təsəvvürlərin, fikirlərin və ümumiyyətlə psixi törəmələrin
sinir sisteminin üzvi elementlərində deyil, necə deyərlər, onların arasında, müqavimətin və
yolların onlara müvafiq korrelyat yaratdığı yerdə lokallaşmalı olduğunu xatırlasaq, hər hansı
anlaşılmazlıqlardan qaçacağıq. Daxili qavrayışımızın obyekti ola biləcək hər şey ən azı şüaların
kəsişməsindən alınan teleskopdakı təsvir kimidir. Psixi törəmələri öz-özünə verən və psixi
qavrayışımıza heç vaxt çata bilməyən sistemləri isə biz teleskopun təsvirin alınmasına kömək
edən ədəsəsilə (optik linza) müqayisə edə bilərik. Biz bu müqayisəni davam etdirərək, deyə
bilərik ki, iki sistem arasındakı senzura şüalar yeni mühitə düşən zaman onların sınmasına uyğun
gəlir.
Bura qədər biz müstəqil psixoloji araşdırma ilə məşğul olmuşuq; lakin müasir
psixologiyada hökmranlıq edən baxışlara toxunmağın və onların bizim nəticələrə olan
münasibətlərini aydınlaşdırmağın vaxtıdır. Lippsin dəqiq ifadəsinə görə, psixologiyada qeyri-şüuri
məsələsi nəinki psixoloji məsələdir, bəlkə daha çox psixologiyanın məsələsidir. («Psixologiyada
qeyri-şüurilik anlayışı». 1897-ci ildə Münhendə keçirilən üçüncü beynəlxalq psixoloji konqresdə
məruzə). Nə qədər ki psixologiya bu məsələni sözlərin izahıyla həll edir, misalçün, «psixini»
«şüurlu» ilə, «qeyri-şüuri psixi prosesi» isə aşkar absurdla eyniləşdirirdi, o vaxta qədər həkimin
anormal ruhi durumlardan psixoloji istifadəsi ümumiyyətlə mümkün deyildi. Həkim və filosof
yalnız hər ikisi qeyri-şüuri psixi proseslərin «mövcud faktların məqsədəuyğun və tam qanuni
ifadəsinə» xidmət etdiyini təsdiqləyən əməkdaşlığa getmiş olurlar. Həkim şüur da psixi olanın
zəruri fərqləndirici əlamətidir fikrinə yalnız çiyinlərini çəkməklə cavab verə, yaxud uzaq başı,
əgər filosofların baxışlarına onun hörməti yetərincə güclü deyilsə, onların müxtəlif şeylər
haqqında danışdığını və elmin ayrı-ayrı sahələrilə məşğul olduqlarını deyə bilər. Çünki çox
mürəkkəb fikri proseslərin (onlara psixi ad verməkdən qətiyyən imtina etmək olmaz) şüurun
iştirakı olmadan gerçəkləşdiyinə tam əmin olmaq üçün əsəb xəstəsinin ruhi həyatını, yaxud bir
yuxugörmənin analizini diqqətlə müşahidə etmək kifayətdir. Əlbəttə, şübhə yoxdur ki, həkim
həmin qeyri-şüuri proseslər haqqında yalnız onlar şüura təsir edəndə (məlumat və ya müşahidə
ehtiva edən təsir) xəbər tutur. Lakin bu şüuri effekt qeyri-şüuri prosesdən tamamilə fərqlənən
psixi xarakter daşıya bilər və daxili qavrayış qətiyyən birində digərinin əvəzini görə bilməz. Həkim
şüurun effektindən nəticə çıxarmaq yoluyla psixi prosesin qeyri-şüurisinə çatmaq hüququnu
qorumalıdır; bu yolla o, şüur effektinin qeyri-şüuri prosesin yalnız uzaq psixi nəticəsi olduğunu
və sonuncunun bu cür dərk olunmadığını öyrənir: o öz mövcudluğunu şüura heç nəylə
göstərmədən axır.
Bəs bir vaxtlar bu qədər qüdrətli olan, digər hər şeyi kənarda qoyan şüurun payına nə
düşür? Psixi keyfiyyətlərin qavrayışı üçün duyğu orqanı rolu. Sxematik təcrübəmizin əsas fikrinə
görə, biz şüurlu qavrayışı müstəsna dərəcədə qısaca olaraq Sz. kimi qeyd etdiyimiz xüsusi
sistemin sərbəst funksiyası formasında təsəvvür edə bilərik. Bu sistem öz mexaniki
xüsusiyyətlərinə görə B qavrayıcı sisteminə bənzəyir; o, dəyişikliklərin izlərini göstərməyə qadir
deyil, yəni yaddaşdan məhrumdur. Psixi aparat B sisteminin xarici aləmə yönəlik duyğu
orqanlarıyla birlikdə özü Sz. sisteminin orqanı üçün xarici aləm rolu oynayır və bunun teoloji
bəraəti həmin qarşılıqlı münasibətə əsaslanır. Aparatın ümumi strukturunda hökmranlıq etdiyi
görünən instansiyaların keçid prinsipi burada bir daha qarşımıza çıxır. Qıcıqlanma materialı Sz.
sisteminin duyğu orqanlarına iki tərəfdən axır: keyfiyyətlərlə şərtlənən qıcıqlanması şüurlu
hissiyyat olanadək, yəqin ki, yeni işlənməyə məruz qalan B sistemindən və kəmiyyət prosesləri
müəyyən dəyişikliklərə məruz qalanda keyfiyyətcə xoş və ya xoşagəlməz duyğu formasında hiss
olunan aparatın daxilindən.
Keçən il bir ziyalı qızın yanına konsiliuma dəvət olunmuşdum. Onun qəribə görkəmi vardı;
o zaman qadınların hamısı adətən səliqə-sahmanlarıyla seçildikləri halda, o, çox pinti geyinmişdi:
corabının biri az qala dabanına düşmüşdü, köynəyinin iki düyməsi çatmırdı. O, ayağındakı
ağrıdan şikayətləndi və bizim heç bir təklifimizi gözləmədən yubkasını qaldırdı.
Başlıca şikayəti isə eynən beləydi: «Elə bil qarnında nəsə var. Orada nəsə irəli-geri
hərəkət edir. Belə hallarda bəzən bütün bədəni sanki keyləşir». Həmkarım mənə baxdı, qadının
şikayəti ona qətiyyən ikimənalı görünmürdü. Amma xəstənin anasının heç nədən xəbərinin
olmaması hər ikimizə təəccüblü gəldi, halbuki qızı indi bizə danışdığı situasiyaya, yəqin ki,
dəfələrlə düşmüşdü. Qız özü öz sözlərinin mənasını anlamırdı, əks təqdirdə bunları danışmazdı.
Burada senzura elə kor edilmişdi ki, adətən qeyri-şüuri sferada qalan fantaziya burada sanki
məsum şikayət maskası altında şüura buraxılıb.
Başqa bir misal. Mən konvusiv tikdən (tik – əzələlərin, başın, çiyinin və sair qeyri-ixtiyari
olaraq atmasından ibarət əsəb xəstəliyi), isterik ürəkbulanması, baş ağrıları və sairədən əziyyət
çəkən on dörd yaşlı oğlanın psixoanalitik müalicəsinə başlayıram. Onu əmin edirəm ki, gözlərini
bağlayan kimi, haqqında mənə danışmalı olduğu şəkilləri görəcək və fikirləri xatırlayacaq. Onun
xatirələrində mənim yanıma gələnə qədər olan sonuncu təəssüratlar obrazlı şəkildə üzə çıxır. O,
əmisi ilə dama oynayırmış və indi qarşısında dama lövhəsi görür. O müxtəlif vəziyyətlər, edilməsi
gərək olmayan gedişlər haqqında düşünür. Birdən lövhədə xəncər görür; o, atasına məxsusdur.
Sonra lövhədə əvvəlcə oraq, onun ardınca isə dəryaz peyda olur; o, uzaqdakı malikanələrinin
qarşısındakı çəmənlikdə ot biçən qoca kəndlini görür. Bir neçə gündən sonra bu obrazların
ardıcıllığını aydınlaşdırmağa nail oldum. Oğlanın həyəcanlı durumu ailəsindəki xoşagəlməz
vəziyyətlə bağlıdır: anası ilə yola getməyən, təhdiddən başqa, heç bir pedaqoji üsul tanımayan
atasının qəddarlığı və çılğınlığı; atasının mehriban və xoşxasiyyət anasından ayrılması; atasının
ikinci dəfə evlənməsi və günlərin bir günü evə gənc arvadıyla – «yeni ana» ilə gəlməsi. Oğlanın
xəstəliyi də elə bundan bir neçə gün sonra özünü göstərir. Açıq eyhamlar bu obrazları atasına
qarşı boğulmuş kinə çevirir. Material mifologiya ilə bağlı xatirədən gəlib. Oraqla Zevs atasını
axtalayır, dəryaz və qoca isə öz uşaqlarını yeyən Zevsin qisas aldığı (oğulluq kimi deyil) qüdrətli
nəhəng Xronosu əks etdirir. Oğlanın cinsi orqanlarıyla oynadığına görə (dama oyunu; edilməsi
lazım olmayan qeyri-düzgün gedişlər; öldürməyə yarayan xəncər) atasından eşitdiyi bu qınaq və
hədələri yenidən ona yönəltməsinin səbəbi atasının evlənməyidir. Burada çoxdan sıxışdırılmış
xatirələr və onların şüursuz qalmış göz yaşları şüura keçir: onlar xəyali-anlamsız obrazlar maskası
arxasında dolama yollardan gizlicə keçir.
Ədəbiyyat göstəricisi
1. Aristotel. Yuxugörmə və yuxuların yozumu haqqında.
10. Chaslin Ph. Du r61e du reve dans revolution du delire. These de Paris, 1887.
11. Chabeneix. Le subconscient chez les artistes, les savants et les ecrivains. Paris 1897.
13. Claviere. La rapidide de la pensee dans le reve Revue philosophique. XLIII. 1897.
15. Delage Yues. Une theorie du reve. Revue scientific que. 1895.
22. Ellis Hauelock. On dreaming of the dead. The psychological review, II, Nr. 5, 1895.
23. Ellis Hauelock. The stuff that dreams are made of. Appleton’s popular science
monthly.
26. Fichte I. H. Psychologie. Die Lehre von bewussten Geiste des Menschen. I hissə.
Leypsiq, 1864.
29. Goblot. Sur le souvenir des reves. Revue philosophique. XLII. 1896.
33. Hallam Fl. und Sarah Weed A. Study of the dream consciousness Amer. J. et
Psychology. VII, Nr. 3, April 1896.
34. d’lleruey. Les reves et les moyens de les diriger. Paris 1867.
35. Hildebrandt F.W. Der Traum und seine Verwet-rung furs Leben. 1875.
39. Krauss A. Der Sinn in Wahnsinn. «Allgemeine Ze-itschrift fur Psychologie», XV, XVI.
1858-1859.
40. Ladd. Contribution to the psychology of visual dreams. Mind, April, 1892.
41. Leidesdorf M. Das Traumleben. Vyana, 1880.
49. Moreau J. De 1’identite de 1’etat de rere et de folie. Annales med. psych. 1855, s.
361.
51. Pilcz. iiber eine gewisse Gesetzmassigkeit in den Traumen. «Monatsschrift fur
Psychologie und Neurolo-gie». Mart, 1899.
52. Pfaff E. R. Das Traumleben und seine Dentung nach den Prinzipien der Araber,
Perser, Griechen, Indier und Agypter. Leypsiq, 1868.
56. Sante de Sanctls. Les maladies mentales et les reves 1897. – Extrait des Annales de la
Societe de medecine de Gand.
60. Schopenhauer. Versuch iiber das Geistersehen und was damit zusammenhangt. –
Parerga und Paralipome-na, I. T. 1857.
64. Spitta W. Die Schlaf – und Traumzustande der menschlichen. 2-e izd., 1892.
65. Stumpf E.J. G. Der Traum und seine Deutung. Leypsiq, 1899.
66. Striimpell L. Die Natur und Entstehung der Trau-me. Leypsiq, 1877.
67. Tannery. Sur la memoire dans le reve. Revue philo-sophique. XLV. 1898.
68. Tissi6 Ph. Les reves, physiologic et pathologie. 1898 – Bibliotheque de philosophic
contemporaine.
73. Void J. Mourly. Experiences sur les reves et en particulier sur ceux d’origine
musculaire et optique. 1896. – Referat v Revue philosophique. XLII. 1899.
78. Siricker. Studien iiber die Assoziation der Vorstel-lungen. Vyana, 1883.
82. Adier Alfred. Ein eriogener Traum (Zentralbl. f. Psychoanalyse. 1910, № 3).
84. Brill A.A.Dreams and their Relation to the Neurosis. New York Medical Journal, April
23, 1910.
85. Eilis Hauelock. The Symbolism of Dreams (The Popular Science Monthly, July 1910).
88. Freuds S. Uber der Traum. – (Grenzfragen les Nerven – und Seelenlebens. Vıp. 8). 2
izd. 1911.
80. Freuds S. Der Wahn und die Traume in W. Jen-sens «Gradiva». Schriften zur
angewandten Seelenkunde. 1-ci buraxılış, Vyana i Leypsiq, 1907.
91. Freuds S. Uber den Gegensinn der Urworte (Jahrbuch fur psychoanalyt. und
Pspchopatholog. Forschungen. T. II, 1910).
93. Freuds S. Nachtrage zur Traumdeutung. (Tam je, № 5.) 94. Hitschmann Ed. Freuds
Neurosenlehre. Nach ih-rem gegenwartigen Stande zusammenfassend dargestellt. Vyana i
Leypsiq, 1911. V fəsil: Yuxugörmə.
95. Jones Ernest. Freuds Theory of Dreams, American Journal of Psychology, 1910.
96. Janes Ernest. Some Instances of the Influence of Dreams on Waking Life (The Journal
of abnormal Psychology, 1911).
102. Meisi Alfred. Der Traum. Analytische Studien iiber die Elemente der psychischen
Funktion. 1907.
103. Onuf V. Dreams and their Interpretations as Diagnostic and Therapeutic Aids in
Psychology (The Journal of abnormal Psychology, 1910).
105. Prince Morion. The Mechanism and Interpretation of Dreams (The Journal of
abnorm. Psych. 1910).
106. Rank Otto. Ein Traum, der sich selbst deutet (Jahr-buch fur psychoanalyt. und
psychopatholog. Forschungen, 1910).
111. Robitsek Alfred. Die Analyse von Egmonts Traum (Jahrb. f. psychoanalyt. u.
psychopathol. Forschungen, 1910).
114. Stekel Wilhelm. Beitrage zur Traumdeutung (Jah-rbuch fur psychoanalytische und
psychopatholog. Forschungen, 1909).
115. Stekel Wilhelm. Nervose Angstzustande und ihre Behandlung (Vyana i Berlin, 1908).
116. Stekel Wilhelm. Die Sprache des Traumes. Eine Darstellung der Symbolik und
Deutung des Traumes in ihren Beziehungen zur kranken und gesunden Seele fur Arzte und
Psychologen (Visbaden, 1911).
117. Swoboda Hermann. Die Perioden des menschlic-hen Organismus (Vyana i Leypsiq,
1904).
Qeydlər
1. Paradiqma – burada «izahedici misal», yəni həmin misalı araşdıraraq daha ümumi
qanunauyğunluğu aydınlaşdırmaq mümkündür.
3. A.A. Brill (1874-1948) – Freydin ABŞ-dakı davamçısı, ilk dəfə Sürixdə E. Bleylerin və K.
Q. Yunqun klinikasından tanış olduğu psixoanaliz ideyalarının yorulmaz təbliğatçısı (A.A.Brill
haqqında Q. Uellsin «Psixoanalizin iflası» kitabında ətraflı tanış olmaq olar. – M.: Proqress.
1968).
6. Aristotel Staqarit (e. ə. 384-322) – antik dövrün dahi filosofu, məntiqin («Analitiklər»,
«Kateqoriyalar») və psixologiyanın («Ruh haqqında») banisi. Artemidor (eramızın II yüzilliyinin
ikinci yarısı) – yunan yuxu yozucusu və Lidiyalı (Daltis) yazıçı. 5 kitabdan ibarət «Oneyrokritika»
(yuxuların yozumu) onun yeganə qorunmuş əsəridir; bu kitablarda o, yuxugörmələrin təbiətinə
aid öz dövrünün baxışlarını sistemləşdirmişdir. Fəlsəfi görüşlərinə görə stoikdir. Artemidorun
kitabında seksual yuxugörmələrə aid fəsil tamamilə açıq-saçıqdır, buna görə də, kitabın XIX əsrə
aid bütün nəşrlərindən ədəb qaydalarına əsasən, çıxarılıb.
9. Daxili üzvi (orqanik) qıcıqlanma – daxili orqanlar tərəfindən verilən qıcıqlanma. Freyd
hər iki ifadəni ekvivalent olaraq işlətmişdir. Lakin «orqanik» termini «funksional» termininə zidd
olaraq həm də «morfoloji», «struktur» kimi də başa düşülür. Bununla əlaqədar olaraq, bundan
sonra ifadəni «daxili orqanlar tərəfindən verilən qıcıqlanma» şəklində işlədəcəyik.
13. Bu gün «hipnoqogik hallüsinasiyalar» termini bir qədər başqa məna kəsb edir. İ.
Müllerin təsvir etdiyi fenomenlər psixi baxımdan sağlam adamlara xasdır və həqiqətən
yuxugörmələrin fraqmentləridir. Bu gün hipnoqogik hallüsinasiyalar dedikdə, yuxulama zamanı
meydana çıxan əsil görmə hallüsinasiyalarının «rudimentar forması» başa düşülür. Hipnoqogik
hallüsinasiyalar alkoqol abstinent sindromunun klinikasında sıx görülür və adətən ağ qızdırmanın
inkişafını qabaqcadan xəbər verir.
14. Şopenhauer (1788-1860) – kor «yaşamaq arzusunu» insan ağlına qarşı qoyan alman
filosofu. Şopenhauerin «yaşamaq arzusu» Platonun «Ero»su ilə birlikdə Freydin «həyat instinkti»
(libido) nəzəriyyəsinə təsir etmişdir.
16. Yuxugörmənin İlahi təbiəti haqqında iddiaya son onilliklərin elmi araşdırmalarında da
rast gəlinir. Bundan başqa, telepatik «transpersonal» özəlliklər də aid edirlər: bir neçə şəxs eyni
anda eyni yuxunu görə bilər, bir adamın gündüz təəssüratları ona yaxın başqa birinin yuxusunda
da ortaya çıxa bilər.
17. Bu sərt hərəkət yuxu ilə ayıqlıq, insan və təsvir, bədən və kölgə arasında heç bir fərq
qoymayan «ibtidai təfəkkürün» (L.Levi Bryul) qanunlarına tamamilə uyğundur. Ötən yüzildə bir
çox Afrika qəbilələrində kölgə üzərində zorakılığa görə, ölümlə cəzalandırmaq ənənəsi vardı.
Başqasının kölgəsinə nizə taxmaq əsil cəzası ilə cəzalandırılırdı.
19. Hərfi-hərfinə: «Öz qardaşına nifrət edən hər kəs qatilidir və siz bilirsiniz ki, heç bir
qatil içində olduğu əbədi həyata malik deyil?» (Yəhyanın birinci məktubu, 3; 15).
Hərfi-hərfinə: «Ağızdan çıxan ürəkdən də çıxar; insanı murdarlayar. Çünki ürəkdən pis
fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar». (İncil,
Mattanın müjdəsi, 15; 18-19). Əgər «ürəyin» Bibliyada, sadəcə, anatomik termin deyil,
mürəkkəb, poetik və fəlsəfi simvol olduğunu xatırlasaq, bu sözlərin mənası aydın olar. (bax:
B.P.Vışeslavtsev «Xristian və hind mistikasında ürək», Vopr. filosofii. 1990, № 4. S. 62-87). Əhdi-
Cədidin katolik nəşrinin şərhi olan «Tanrıyla həyat»da göstərilir ki, bu parçadakı ürək «iradə və
alt-şüurun» simvoludur.
20. İlahiyyatda «günahın rüşeymi» mənasını verən «giriş» adlı xüsusi termin var.
21. İ.Kant (1724-1804) – böyük alman filosofu, Günəş sisteminin mənşəyi haqqında
fərziyyənin müəllifidir. İdrakın subyektivliyini qeyd etmiş, cisimlərin mahiyyətini dərkolunmaz
hesab etmişdir («özündə olan cisim» və «bizimçün olan cisim»). Dünya insanın qavrayışında
simvolların, heroqliflərin cəmidir. Freydin bəzi marksist tənqidçiləri olan həmvətənləri
yuxugörmənin simvolikalarını Kantın «heroqlifləri» ilə eyniləşdirərək onu kantçılıqda
suçlamışdılar. Burada yeganə arqument «filosofların» «subyektiv realizmi» Freydin ayağına
yazmaq arzularıydı.
24. Meydana çıxma baxımından yuxugörmələrə bənzəyən iki psixopatoloji sindrom var:
oneyroid (oney-ros-son) və deliri. Oneyroid təəssüratlar son dərəcə iri miqyaslıdır, miflərin
süjetlərinə xüsusi olaraq bənzəyir, coşqun-ekstatik emosional durumla müşayiət olunur. Zahirən
onlar daha çox «ayıqlıqda yuxu» olan fantaziyanı xatırladır. Yuxugörmələrlə daha böyük struktur
oxşarlığı delirioz təəssüratlarda görülür. Həm deliridən, həm də oneyroiddən əvvəl yuxu pozulur,
hətta bir neçə gün yuxusuzluq halı da ola bilir. Bu əsasən ağ qızdırmaya – alkoqol delirisinə
aiddir. Bəzən xəstələrdə psixozun inkişafından qabaq məzmunca psixiotik təəssüratlara yaxın
olan vahiməli yuxugörmələrə də rast gəlinir.
27. Səsləşmə üzrə assosiasiyalar təfəkkürdə mühüm rol oynayırlar. Hələ Aristotel onları
məntiqi səhvlərin növlərindən biri (paralogizmlər) adlandırmışdı. Bu assosiasiyaların bədii
yaradıcılığa, o cümlədən metaforaların (cinasların) formalaşmasına təsiri şəksizdir; bu barədə
Z.Freyd öz «Müdriklik və onun qeyri-şüuriyə münasibəti» monoqrafiyasında ətraflı bəhs
etmişdir. Səs uyğunluğundan istifadə qeyri-adi təfəkkür pozuntuları üçün tipikdir və Y.A.Şevalev
səs uyğunluğu üzrə assosiasiyanı «paraloji» təfəkkür mexanizmlərindən biri hesab edir. Bu
fenomen eksperimental-psixoloji araşdırmalar zamanı da üzə çıxır.
29. Z.Freydin bu fikri yuxugörmənin Freyd tərəfindən «qeyri-adi nevrotik simptom» kimi
qiymətləndirilməsiylə bağlı geniş yayılmış, ancaq tamamilə yanlış olan baxışa əsas verir. Freyd
yalnız yuxuların yozumu üçün də nevrotik simptomların mənasını aydınlaşdırmaq üçün istifadə
etdiyi eyni üsuldan istifadə edir, ancaq yuxugörmənin özünə hər bir sağlam insana xas olan
«mükəmməl psixi akt» kimi baxır. Yuxugörmə ilə psixopatoloji pozuntuların oxşarlığı isə yalnız
xəstəlik pozuntularının «yeni heç nə yaratmadığını, təkcə psixi irəliləmələrin normal qarşılıqlı
əlaqəsini təhrif etdiyini» qeyd edir.
30. Diqqətli oxucuya burada aydın olur ki, Z.Freydin növbəti «yuxuyozmalar» kitabı
(əsasən də seksual məzmunlu) yaratması açıq-aşkar ədalətsizdir. Eyni obraz tamamilə müxtəlif
fikirləri simvolizə edə bilər. Simvolun «deşifrə» edilməsinə yeganə yol onu pasiyentin sərbəst
assosiasiyaları ilə birlikdə izah etməkdir. Simvol hətta eyni mənanı verəndə belə, tamamilə
fərqli, hər bir konkret insanın təəssüratlarındakı subyektivcəsinə boyanmış «şəxsi anlam»
qazanır.
31. İynə vurulması günümüzdə çox adiləşsə də, Freydin zamanında kifayət qədər nadir və
məsuliyyətli həkim manipulyasiyası sayılırdı. Bu prosedura olan ehtiramlı münasibəti şprislərin
ucunun gümüşdən hazırlanması göstərir, kiçik sterilizatorlar da gümüşdən hazırlanırdı. Yuxunun
analizindən bəlli olur ki, iynə vurmaq üçün ayrıca həkim gəlməsi tələb olunurmuş, Z.Freyd öz
pasiyentlərinə iynə vurmaq üçün onların evinə gedirmiş.
32. Sonradan Freyd pasiyentə onun simptomlarını birbaşa xəbər verməyi kəskin tənqid
edir və hətta bu üsulu «vəhşi psixoanaliz» adlandırır.
33. Z.Freydin hazırladığı kokaini araşdırmaq onda ikili duyğulara səbəb olur. Hər şeydən
öncə, bu araşdırmanı sona çatdırmamasına və keyləşdirici təsiri olan kokaini kəşf etmək
şöhrətini özünün qazana bilməməsinə təəssüflənir. Kokaini ilk dəfə onun həmkarı – vyanalı
həkim Koller oftalmoloji praktikada tətbiq edib. Kokainin keyləşdirici təsirini ilk dəfə rus
farmakoloqu V.K.Anrep 1879-cu ildə, Freydin araşdırmasından 8 il əvvəl kəşf edib. Freyd
iradəsinə zidd olaraq güclü narkotik maddənin xassələrinin kəşfində bərabər iştirakından vicdan
əzabı çəkir. Öz əməyinin mənfi sosial nəticələri verə biləcəyi hər alimi maraqlandırmır. Kokainin
keyləşdirici xüsusiyyətinin kəşfi Freydin güman etdiyindən də qat-qat ağır nəticələr verdi. Bu gün
kokain aludəçiliyi Qərbdə narkomaniyanın ən geniş yayılmış ağır formalarındandır, siyasi
liderlərin də cəlb olunduğu narkomafiya ilə mübarizə bəzən qanlı müharibə xarakteri alır.
34. Həkimlər, xüsusilə də nevroloqlar arasında pasiyenti tamamilə çılpaq halda müayinə
etmək ənənəsi vardı. Bu ənənə indi də qorunur. Ancaq bu cür müayinə (xüsusilə kişi həkim gənc
və gözəl qadını müayinə edəndə) xeyli məlum problem yaradır. Ona görə də, isteriyadan əziyyət
çəkən qadın pasiyentlər tez-tez kişi həkimlərin ünvanına seksual xarakterli ittihamlar irəli
sürdüklərindən, həkimlər özlərini «sığortalamaq» üçün müayinəni xəstənin yaxın qohumunun
iştirakı ilə aparırdılar. L.N.Tolstoy «Anna Karenina» romanında xəstə Kittinin həkim
müayinəsindən keçməsinin parlaq təsvirini vermişdir.
35. Difteriya – qədim zamanlarda «Suriya xəstəliyi» adıyla tanınan ağır infeksion xəstəlik,
«boğucu xəstəlik». Daha çox badamcıq vəzlərində əmələ gələn və ağıza yayılan yerli iltihab
prosesinə (fibrinoz iltihab) difterit və ya krup deyilir.
39. Uşaq yuxularından ibarət bu toplunu şəxsi təcrübəmizdən olan iki misalla
tamamlayaq. İkiyaşlı Yulya yuxudan oyanır və «elə indicə yastığın üzərində olan» iri, qırmızı
almanı axtarır. Beşyaşlı Vityaya söz veriblər ki, onu opera teatrına, Çaykovskinin «Qu gölü»
baletinə aparacaqlar. Tamaşadan əvvəl uşaq yanıb və valideynləri «tamaşanın ləğv olunduğunu»
bəhanə edərək, onu teatra aparmayıblar. Gecə uşaq yuxuda görür ki, çuxurda oturub və nə
istədiyini soruşan uca bir səs eşidir. Cavab: «Mən qu gölünü görmək istəyirəm». Gözəgörünməz
qüvvə onu dərhal «quların zooparkdakı kimi üzdüyü» gölün sahilinə atır.
40. Bu gün biz artıq bu barədə nəsə deyə bilərik. Əvvəla, məməlilərdə yuxugörmədəki
kimi «gözlərin sürətli hərəkəti» mərhələsi, eyni zamanda yuxugörmə təəssüratı üçün xarakterik
olan elektroensefaloqram qeydə alınır. Heyvanlarının yuxusunun məzmunu haqqında mühakimə
yürütməyə yuxu zamanı əzələ tonusunun zəifləməsinə görə məsuliyyət daşıyan gövdə
strukturlarının dağılmasıyla müşayiət olunan eksperimentlər kömək edir. Üzərində təcrübə
aparılan heyvanlar özlərini yuxugörmənin məzmununa uyğun aparır. Məlum olub ki, onlar ya ov
edir, ya da «məhəbbətlə» məşğul olur.
41. Qrizinger (1817-1868) – alman həkimi, çağdaş psixiatriyanın banilərindən biri, «vahid
psixoz» konsepsiyasının müəllifi. Qrizinger psixi pozuntuların konkret formalarını yalnız vahid
üzvi təbiəti olan patoloji prosesin mərhələsi sayırdı.
45. Bu kobud zarafatın rusca analoqu Puşkinin məşhur sözləridir: Elmlər Akademiyasında
Dunduka böyük hörmət var. Knyaz Dunduk iclasda iştirak edir. Bəs niyə ilişib qalıb? Deyirlər,
layiq deyil, çünki gö...ü var.
47. Lenau Nikolaus (Nibşa fon Ştrelenaunun təxəllüsü; 1802-1850) – Avstriya şairi,
«Albiqoylar», «Faust», «İohan Jijka» və digər poemalar müəllifi.
48. Sürətli yuxugörmənin derivasiyası yaddaş səviyyəsinə seçim edərək təsir göstərir:
emosional neytralı, cüzi materialı yadda saxlama qabiliyyətini zəiflətmədən, əhəmiyyətli, affektiv
baxımdan zəngin materialı yadda saxlamaq qabiliyyətini pisləşdirir. R.Qrinberqin (1970) təcrübi
araşdırması göstərdi ki, sürətli yuxugörmədə lazımsız informasiyanın «atılması» fərziyyəsi doğru
deyil, əks təqdirdə sürətli yuxu görməyən insanlarda lazımsız «artıq» informasiya yığılıb qalardı
ki, bu da sınaqdan keçirilənlərin idrak fəaliyyətində özünü göstərməliydi.
49. «Ət dükanını bağla» – «qabağını bağla» (alman idiomatik ifadəsi). Azərbaycan dilində
də «dükanını bağla» deyirlər.
50. Uşağın bu təəssüratları Freydin sonrakı işlərində «axtalama kompleksi» adını alıb.
52. Söhbət «ilk gecə hüququndan» gedir: orta əsrlərdə feodalın öz təbəəsinə ərə gedən
istənilən qızla ilk gecəni keçirmək hüququ vardı.
53. «Əlli il öncə» və «on beş il öncə» (ing.). Bu ifadələr ingilis dilində, demək olar ki, eyni
səslənir.
54. «Donuzları otardı» ifadəsini hərfi mənada izah etmək doğru deyil. Söhbət ata evini
tərk edən, bütün var-dövləti havaya sovuran və donuz otarmaq (yəhudilərdə natəmiz heyvan)
səviyyəsinə düşən, onlarla birlikdə yeyib-yatan fərsiz oğul haqqındakı Bibliya pritçasından gedir
(Lukanın İncili, 15; 11-24).
60. Yada salmaq lazımdır ki, çılpaqlığın ifadəsi yalnız paltardakı qüsur ola bilməklə yanaşı,
çılpaqlıq özü də başqa bir şeyin simvolu ola bilər. Avropa mədəniyyətində çılpaqlıq yoxsulluğu,
azadlığı, qüsursuzluğu daha çox simvolik ifadə edir. Çılpaqlıqla yoxsulluq arasındakı assosiasiya
daha sadədir («Hərə bir sap versə, lütün də köynəyi olar»; «Anadan çılpaq doğulmuşam, çılpaq
da qayıdacağam», – yoxsulluğa düçar olmuş Əyyub peyğəmbər deyir). Çılpaqlıqla azadlıq
arasındakı əlaqə daha mürəkkəbdir və ziddiyyətdən qaynaqlanır: paltar çox zaman narahatlıq
yaradır, bizi sıxır (müəyyən hallarda ənənələrə uymaq və yayın istisinə baxmayaraq, ciddi
kostyum geymək zərurəti). Freydin dövründə geyimlə bağlı ciddi adətlər tam vacib sayılırdı və
onların pozulması azadlığa can atmağı ifadə edə bilərdi. Nəticə etibarilə uşaqlardakı
ekshibisionist akt (böyüklərdə daha yüksək dərəcədə) valideynlərin və cəmiyyətin qoyduğu
qadağalar əleyhinə özünəməxsus etiraz forması idi. Bu mənada ekshibisionizm «ən sosial» cinsi
pozğunluq sayılırdı. Çılpaqlıq 60-cı illərdə Qərbdə gəncliyin etiraz formalarından biri idi. Və
nəhayət, əgər Bibliyanı xatırlasaq, çılpaqlığın simvolik mənası olan günahsızlıq (qüsursuzluq)
qətiyyən paradokal deyil: çılpaqlığı gizlətmək cəhdi günahla birgə gəlib. Səhrada əlləşən misirli
müqəddəs Məryəm, cənnətdəki Həvva kimi tamamilə çılpaq idi, çünki günahlardan tamamilə
təmizlənmişdi (burada «azadlıq» və «günahsızlıq» simvolları üst-üstə düşür).
61. Geyim qüsuru bədən qüsurunu da simvolik ifadə edə bilər. Bədən qüsurundan fərqli
olaraq, geyimdəki səliqəsizlik asanlıqla düzələndir və buna görə də, yuxugörən üçün bu cür
əvəzetmə hər zaman arzuolunandır. Yaşa görə hörmətə layiq bir lətifə örnək göstərilə bilər:
qadın kişiyə irad tutur ki, onun smokinqi «biabırçı dərəcədə əzik və çirklidir». Kişi qadına cavab
verir, o özü «biabırçıdır» və smokinqi sabah dəyişəcəyini xatırladır (ancaq qadın öz sifəti ilə bağlı
bunu edə bilməz). Kobud fiziki qüsurları olan sifətlə bağlı bənzər motivi yuxugörmələrdə sıx-sıx
qeydə alırıq. Bu yuxularda arzunun gerçəkləşməsi prinsipini qısaca belə ifadə etmək olar:
«Mənim qüsurumu asanlıqla aradan qaldırmaq olar, həm də ətrafdakılar onu görmürlər». Bu cür
müşahidələr A. Adlerin nəzəri konsepsiyasına uyğundur.
62. Z.Freydin burada (və irəlidə) paranoyya haqqında yazdıqlarının bu xəstəliyin müasir
diaqnostikasına dəxli yoxdur. Bu gün «paranoyal psixopatiya» adlandırılan xəstəlik öz stenikliyi
(fərdin bir neçə sutka yatmadıqda belə yüksək iş qabiliyyəti, müxtəlif maneələrə və fasiləsiz
fəaliyyətə dözümü), rigid (proqram fəaliyyətinə şəraitin tələblərinə uyğun olaraq düzəliş vermək
qabiliyyətinin olmaması), yəni sərt, «fövqəldəyər ideyalara», eyni zamanda, köhnə «paranoyya»
anlayışına daha çox uyğun gələn «paranoyal şizofreniyaya» meyilli olmasıyla diqqəti cəlb edir:
tədricən formalaşan, sistemləşdirilmiş və real faktlarla sıx bağlı olan sayıqlama. Şəxsi şizofreniya
qüsuru cizgiləri zəif ifadə olunur, çox zaman «paranoyal şizofreniyanı» ümumi klassifikasiyadan
kənar, «xüsusi forma» kimi nəzərdən keçirir. Z.Freydin təsvir etdiyi təəssüratlar paranoyal deyil,
şizofreniyanın sayıqlama forması olan paranoid sindromuna daha çox uyğundur.
63. Q. Keller (1819-1890) – İsveçrə yazıçısı (alman dilində yazıb). «Yaşıl Henrix» (1855)
romanı Kellerin ən məşhur əsərlərindən biridir.
64. Navsikaya – feakların çarı Alkinoy və Aretanın gənc gözəl qızları. İlahi vəhy
nəticəsində rəfiqələrilə dənizin sahilinə gəlir və orada gəmi qəzasına uğramış Odisseyi görür.
66. Hazırda doğma bacı-qardaşlar arasında bəzən düşmənçilik həddinə çatan «rəqabət»
danılmaz faktdır. Z.Freydin zamanında onun mövqeyi qeyri-adi və yalan təsiri bağışlayırdı,
halbuki «ilk qardaşlar» olan Habil və Qabilin əhvalatı (eyni zamanda, onlardan heç də az məşhur
olmayan Romul və Remin) kimi ailədaxili münasibətləri son dərəcə idillik təsvir etməsi üzərində
düşündürməliydi.
67. Ölümə bu cür münasibət, ən azı öz ölüm perspektivlərinə bu tipli yanaşma uşaqlar
üçün heç də həmişə xarakterik deyil. Bu, uşaqlara min ildən sonra «sadəcə olmayacaqları» izah
edilən ateist tərbiyə verilən ailələrdə xüsusilə nəzərə çarpır. Beş yaşlı Vitinin yuxusunda bu
məlumat özünü belə göstərib: «Mən vaqonda gedirəm və ətrafa baxıram. Biz şəhərlə gedirik,
burada evlərin əvəzinə bizim divarımızdakı kimi saatlar var (söhbət sadə uşaq divar saatlarından
gedir), onlara siçanlar girib-çıxır. Kimsə onların siçan-dəqiqəciklər olduğunu deyir, onlar məni
tamamilə yox olanadək yeyəcək».
68. Ailədə atanın hakimiyyəti (lat). Atanın yalnız dinlə və ictimai rəylə məhdudlaşan
hakimiyyətini bildirən hüquqi termin.
69. Uşağın oyun zamanı reallaşdırdığı «Edip» fantaziyalarına dair əyani bir misal gətirək.
Dörd yaşlı Mişa valideynlərinə «Çoxdanışan milçək» oyunu oynamağı təklif edir: ataya
Hörümçək, anaya milçək rolu verilir, oğul özü isə Ağcaqanad rolunu oynamağa hazırlaşır.
K.Çukovskinin nağılını unudanlara xatırladaq ki, Ağcaqanad Hörümçəyi öldürərək Milçəklə
evlənir. Qalır yalnız «Edip kompleksinin» uşağın kəşf etdiyini, yoxsa müəllifdə qeyri-şüuri şəkildə
mövcud olduğunu müəyyənləşdirmək.
71. Solon (e. ə. 640-560-cı illərə yaxın) – Afina siyasi xadimi və şair. Antik dövrdə «Yeddi
müdrikdən» biri olub. Eramızın 594-cü ilində arxont (qədim Yunanıstanda hökumətin baş
məmuru) təyin olunaraq fövqəladə səlahiyyətlər əldə edib. Qanunvericilikdə islahatlar aparıb,
əsasən də, «borca görə köləlik» institutunu ləğv edib.
72. «Qəzəb günü bu gündür» (lat.) – katolik ölü messasına (katolik ibadətlərindən birinin
adı və bu ibadət zamanı çalınan musiqi) daxil olan sekvensiyanın (hər hansı bir motivin, qalxan
ya enən qammanın müxtəlif pillələrində təkrarı) birinci misrası, rekviyem. Mahnının mətni
Qorxunc Məhkəməni təsvir edir: «Qəzəb günü, bu gün dünyanı külə döndərəcək».
73. İmtahanlar haqqında yuxularla bağlı fərqli və son dərəcə maraqlı fikri A.Adler
söyləmişdir. Onun fikrincə, yuxugörmələrin əsas mənbəyi heç də həmişə seksual xarakter
daşımayan yaşanmış konflikt və problemlərdir. İmtahan haqqında yuxulara daha çox həyatları
təhlükəylə üzləşən, misalçün, hücuma hazırlaşan əsgərlərdə rastlanır. Lakin bu məlumatlar
Freydin yuxuda arzuların gerçəkləşməsi konsepsiyasına zidd deyil.
74. Burada «Yuxuların yozumunun» 1930-cu ildə almanca yeddinci nəşrinin doktor
Y.M.Koqan tərəfindən düzəlişlər edilərək tamamlanan M.K. tərcüməsi başa çatır. Mətnin bu
hissəsindəki müəllif qeydləri Y.K. işarəsi ilə verilmişdir.
75. Diş ağrısı haqqında yuxugörmələri analiz edərkən təəssüflər olsun ki, Freyd
«metaforik eyniləşdirmə» simvollarının şərhinin əsas prinsipindən geri çəkilir: diş ona görə kişi
cinsiyyət orqanını simvoluna çevrilir ki, onların arasında heç bir bənzərlik yoxdur. Beləliklə,
predmetlərin bir qismi cinsi orqana az-maz oxşadığından, digər qismi isə oxşamadığından onun
simvolu ola bilir. Buradan çıxan nəticə birdir: istənilən predmet cinsi orqanın simvolu ola bilər.
Onu da qeyd edək ki, bizim bəzi əsəb xəstələrində müşahidə etdiyimiz və yetkin yaşda
zəhlətökən mastrubasiya tendensiyasının olduğu yuxugörmələrdə diş ağrısı və diş çəkilməsi
motivi praktiki olaraq yoxdur. Diş ağrısıyla bağlı yuxular haqqında tamamilə fərqli, zənnimizcə,
daha real izahat mövcuddur. Bu, «dişli vagina» haqqında infantil vaginaya əsaslanır. Bu
fantaziyada qadın cinsiyyət orqanının dişi çıxır və cinsi yaxınlıq etmək istəyən qarşı təhlükəyə
çevrilir (axtalana qorxusu). Yuxuda diş çəkilməsi bu təhdidin aradan qaldırılmasını simvolizə edə
bilər. «Dişli vagina» qorxusunun reallığı Rorşarxın testi tətbiq olunmaqla aparılan eksperimental-
psixoloji tədqiqatlarda təsdiqlənib.
76. Fallos (yunanca) – kişi cinsiyyət orqanı. Qanadlı fallosların təsvirlərindən Qədim
Yunanıstandan tanrı Dionisin şərəfinə təşkil edilən bayramlar zamanı istifadə olunurdu. Z.Freyd
«Psixoanalizə giriş üzrə mühazirələri»ndə yuxularda uçuşla bağlı izahatlarını tam dəqiq
təsdiqləyir. Uçan cihazlar (hava şarları, təyyarələr, seppelinlər (böyük dirijabllar) da penisin,
yaxud qadınlarda klitorun ereksiyasının simvolik təsviri ola bilər. Ereksiya çox zaman «sürətli
yuxu» fazasında qeydə alınır (Qaraqan, 1970, 1975).
79. Hərfən «arxadan cinsi əlaqə» (lat) partnyorların seksual akt zamanı geniş yayılmış
pozalarından biri. Müasir seksual ədəbiyyatda fransızca «a la vaj» («inək kimi»), ya da diz-dirsək
vəziyyəti terminindən istifadə edilir. Freydin gətirdiyi örnək onun pasiyentlərinin seksual kölələr
olduğuna parlaq sübutdur.
80. Tarkvini – Etrusk şəhəri Tarkvinidən olan kübar soy, Roma çarlarından Prisk və
Məğrur Tarkvini bu nəsildəndirlər.
84. Dünya mədəniyyətində pilləkən simvolu seksual mənadan çox, mistik xarakter
daşıyır. Söhbət Yaqubun məşhur yuxusundakı torpaqla səmanı birləşdirən nərdivandan gedir:
«Və yuxuda gördü ki, nərdivan yerdə dayanıb, yuxarısı isə səmaya toxunur; və tanrının mələkləri
onunla qalxıb-enirlər» (Varlıq kitabı, 28; 12). D.Frezerin «Əhdi-ətiqdə folklor» kitabında «Səma
nərdivanı» bölməsinə baxın.
85. Qalstukların keyfiyyətini yoxlamaq üsulu bizə bir neçə il öncə məlum olub. Qalstuk
şaquli ox boyunca iki qatlanır və aşağısından iki barmaqla tutularaq hansı hündürlükdə «dayana»
biləcəyi yoxlanır. Uzunluq nə qədər çox olsa, qalstuk da bir o qədər yaxşıdır. Görünür, bu
«sınaq» üsulu Z.Freydin fikrini təsdiq edir.
89. Bundan sonra «Faust»un mətnində daha səmimi bir hissə var:
Mefistofel:
Qarı:
At ayaqlı mazaqçı,
Arvadbaz fırıldaqçı.
Yaxşı paya hazırla,
91. Corc Eliot (əsil adı Meri Ann Evans) (1818-1880) – ingilis qadın yazıçısı, romanlar və
mənzum dramlar müəllifi.
93. F.Halton (1822-1911) – ingilis aptropoloq alimi, yevgenikanın – insan nəslini bioloji
yolla yaxşılaşdırmaq haqqında nəzəriyyənin banisi.
96. Emil Zolyanın rus transkripsiyasında köhnə oxunuşu «Zola» saxlanılıb, əks təqdirdə
yuxugörmə analizinə dair verilən örnəkdə açar olan «söz oyunu» itir. Z.Freydin xatırlatdığı
«Yaradıcılıq» romanı 1886-cı ildə yazılıb.
98. «Kollateral» termini daha çox qan damarlarıyla bağlı tətbiq olunur. Əsas arteriyadan
başqa bu və ya digər orqanı qanla təmin edən damarlar və digər arteriyaların yan qolları ona aid
edilə bilər. Əsas arteriya sıradan çıxanda qan təchizatı kollateral damar vasitəsilə həyata keçirilir
və qüsuru qismən aradan qaldırır. Freydin istifadə etdiyi «kollateral fikirlər» termini obrazlı
müqayisədir (collateralis (lat.) – yan).
100. Azərbaycan dilində analoji ifadə «Nəyəsə göz yummaq», yaxud «Barmaqarası
baxmaq»dır.
101. Giriş məqaləsində soneti epiqraf kimi verilmiş İntibah dövrü italyan şairi Dante da
Mayanonun yuxusunun məzmunu məhz belədir.
104. Kralımız yolunda ölək! (lat.). Mariya Tereza (1717-1780) – Müqəddəs Roma
imperiyasının imperatriçəsi.
105. «Sionu xatırlayarkən Babilistanın çaylarının sahilində oturub ağladıq» – 136-cı Zəbur
surəsinin ilk misralarında sürgün olunmuş və əsir düşmüş xalqın itirilmiş Vətənlə bağlı kədəri
ifadə olunub. Surə dəfələrlə tərcümə olunub, Henrix Heynenin tərcüməsi xüsusilə məşhurdur.
Provaslav kilsəsinin Liturgiya (xristianların ən əsas ibadət ayini) təcrübəsində 136-cı surə Böyük
Pəhriz ərəfəsində oxunur.
106. Freyd çar İrodun əmrilə körpələrin döyülməsinə eyham vuraraq zarafat edir.
107. Bu fikri «bizə qismət olmasa da, uşaqlarımıza qismət olar» deyimi çox gözəl ifadə
edir. Ailədə rastlanan münaqişə və böhranların ən sıx rast gəlinən səbəblərindən biri elə
valideynlərin özlərinin həyata keçirə bilmədiklərini uşaqlarından ummalarıdır.
108. «Millətin zənginliyi» və «Materiya və hərəkət», sonra «Bu….. dandır», «Bu … aiddir»
(«qələminə aiddir» nə-zər-də tutulur).
110. Z.Freydin bu son dərəcə incə fikri təkcə yuxugörməyə deyil, həm də nəyisə
gizlətməyə çalışan insanın şüurlu davranışına da aiddir. Məlumdur ki, pis ovqatın səbəbini
gizlətmək, onun özünü gizlətməkdən qat-qat asandır. Biz yalnız sözlərin mənasını deyil,
danışanın emosional reaksiyalarını da dərk edirik. «Poliqrafiyanın» («uşaq yalanı» adlandırılan)
bütün üsulları bu prinsipə əsaslanır.
115. Azərbaycan dilində hər iki variant mümkündür: «it is from» – «bu N.-nin
əsərindəndir», «it is by» – «Bunu N. yazıb».
122. Bir çox hallarda olduğu kimi, Z.Freyd burada da müasir təsəvvürlərə uyğun olmayan
diaqnostik meyarlardan və xəstəliklərin təsnifatı prinsipindən istifadə edir. Qorxunc «qırmızı
gözlü yaşıl sifətlərin» hallüsinator təsəvvürlər olmadığı aşkardır, bu daha çox zəhlətökən obrazlı
təsəvvürlərdir. Dəlixanada olan qardaşla bağlı «qarabasma» daha çox yuxugörmə fraqmentidir.
Yuxarıda qeyd etdiyimiz kimi, çağdaş anlayışlara görə, hallüsinasiyalar paranoyyaya («paranoyyal
sindroma») xas deyil, Z.Freyd xəstələrin təəssüratlarını paranoid şizofreniyası kimi təsvir edir.
123. Z.Freydin oxucunun kitabın əvvəlindən rastlaşdığı və sonuna qədər izləyəcəyi ədəbi
üslubunun xüsusiyyətləri üzərində dayanmaq lazımdır. O, psixi strukturlar (şüur, qeyri-şüuri,
libido), yaxud fenomenlər (yuxugörmələr, fikirlər) haqqında elə yazır ki, söhbət sanki niyyətləri,
məqsədləri və xarakter xüsusiyyətləri olan insanlardan gedir. Xoşagəlməz fikirlər «öz ifadələrini
tapmaq üçün fürsətdən istifadə edir», «Yuxugörmə özü yol seçir… tapır… senzuranın təzyiqi
altında deformasiyaya uğrayır». Bu üslub xüsusiyyətləri Freydin tənqidçilərinə onu
antropomorfizmdə, yəni psixi fenomenlərə bütöv şəxsiyyət xüsusiyyətləri verməkdə suçlamağa
əsas verir ki, bu da təbiətin miflərdə insanlaşdırılmasına bənzəyir.
Z.Freydin hər bir arzuda, hər fikirdə, hər bir psixi strukturda ağıllı canlı varlıq gördüyünü
güman etmək sadəlövhlük olardı. Söhbət metaforadan gedir. Yuxarıda göstərilən «fikirlərin
hərəkət strukturlarından qavrayıcılara reqressiv axını» sxemi də metaforik xarakterdədir. Freyd
materialın şərhini didaktik məqsədlərlə sadələşdirsə də, sadələşdirilmiş halında belə asanlıqla
qavranmır. Analoji problemlər, məsələn, biokimyaya, yaxud neyrofiziologiyaya həsr olunmuş
elmi işlərdə də ortaya çıxır. «Sinaptik çatda yaranan neyromediatorlar» ifadəsini hərfən
oxuyanda neyromediatorların şəxsi iradə əsasında yarandığı mənasında da başa düşülə bilər.
Müəllifi «vahid düzgün Təlimdən» yayınmaqda da suçlamaq mümkündür.
125. «Köçürmə» (transfer) termini psixoanalizdə geniş yayılıb, lakin Z.Freydin «Yuxuların
yozumu»nda istifadə etdiyi mənada deyil. Söhbət adətən pasiyentin başqalarına, xüsusilə
valideynlərinə qarşı hiss etdiyi duyğuların psixoanalitikə köçürülməsindən gedir. Uşaqlıq
dövrünə aid bağlılıq və münaqişələr psixoanalitik terapiya prosesində sanki yenidən canlandırılır.
127. Bu fikirlərin tam inkişafına Z.Freyd «Məmnunluq prinsipinin o biri tərəfinə» əsərində
nail olur.
130. «Zəngin» ləqəbi verilmiş Mark Litsini Krass (e.ə. 115-53-cü illər) nəzərdə tutulur,
Sullan proskripsiyası (qədim Romada: siyasi cinayətkarların camaat qarşısında qanundan xaric
elan edilməsi) dövründə böyük var-dövlət toplamış, parfinlilərlə Karrax yaxınlığındakı döyüşdə
öldürülmüşdür. Krassın tərcümeyi-halını Plutarx qələmə almışdır. Hazırda o, əsasən Spartakın
qoşunlarına qalib gəlməsi ilə (e. ə. 71-ci il) tanınır.
134. Tanrı Qor (Xor) nəzərdə tutulur; o da şahin, yaxud qanadlı Günəş şəklində təsvir
olunub. Qəbir barelyeflərində tez-tez ölənin ruhunu aparan tanrı Anubislə (it başlı adam) təsvir
olunur.
134. Sonradan aparılan araşdırmalar göstərdi ki, cinsi əlaqəyə təsadüfən şahid olmuş
azyaşlı uşaqlar partnyorların hərəkətlərini aqressivlik kimi qiymətləndirir, «dava-dalaşa»,
«güləşə» bənzədirlər. Cinsi əlaqənin «dava-dalaş» və «güləş» obrazlı müqayisələri antik
ədəbiyyatda da geniş yayılmışdır. Misal üçün Apuleyin «Qızıl eşşəy»inə baxmaq olar.
135. Z.Freyd klinik təsvir olaraq Debakenin şərhlərinə açıq-aşkar istehzayla yanaşır.
Doğrudan da, həm Freydin dövründə, həm də indi oğlan uşağının gecələr qorxmasını baş
beyində qan çatışmazlığı ilə izah etməyə cəhd mütəxəssis üçün cəfəng bir şeydir. «Apiretik»
(temperatursuz) və «zəhlətökən» sayıqlama terminlərindən artıq çoxdan istifadə olunur. Öz-
özlüyündə «zəhlətökən» sifətinin «sayıqlama» terminilə uyğunluğu müəyyən mənada
paradoksaldır, çünki zəhlətökən fikirlər «yad» kimi qəbul olunur və doğru olmadığını pasiyent
dərk edir, sərsəm ideyaları isə pasiyent özününkü sayır və onlara qarşı qətiyyən tənqidi mövqedə
olmur. Sayıqlama ilə bağlı təəssüratların məntiqi düzəliş üçün əlçatmaz olması sayıqlamanın
başlıca əlamətlərindəndir. Lakin nevrotik, funksional pozuntuların hər hansı «üzvi» faktorların
təsirilə əlaqələndirilməsi tendensiyası indi də aktualdır.