Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 6

AMEA

Filologiya və Sənətşünaslıq, 2020, № 1


Səhifə: 150-155 ISSN: 2663-4368

UOT: 821(100) İlhami Cəfərsoy *

İTALİYANIN BAKUVİ SOYADLI ŞAİRİ


(e.ö. 220 – e.ö. 130)

Xülasə

Məqalə Azərbaycan filologiya elmi üçün çox aktual olan bir problemin tədqiqinə həsr olunmuşdur. Ön Asiyanın
bir çox kahin nəsilləri Troya şəhərininin süqutundan (e.ö.1334-cü il) sonra Cənub-Qərbi Avropaya, Aralıq dənizi adala-
rına köçmüş, orada qədim mədəniyyətlərin əsasını qoymuşdur.
Bizim üçün maraqlıdır ki, Elladanın yunanlara, İtaliyanın latınlara qədərki poeziyasını, faciə və komediyalarını
yaradan o şairlər türkcə Təndir, Kürəçi, Vergili, Xatun, Melibey, Bakuvi soyadları daşıyırdılar. Onlar latın dilində yaz-
salar da, bir zaman Troyadan, Ön Asiyadan gəldiklərini unutmurdular. Öz şəcərələrini bərpa edir, senatın yığıncaqların-
da fəxrlə deyirdilər ki, biz plebey yox, patrisi nəslindənik.
Bu məqalədə həmin tarixi şəxsiyyətlərdən ikisinin – Bakuvinin və Melibeyin etnik kimliyi tədqiqatın obyektinə
çevrilir.

Açar sözlər: Bakuvi, Melibey, Utili Xatun, Vergili, Mark Terenti Varron

Giriş. Qərbi Avropada elə bir millət tap- Həmin şairlərin və alimlərin məlumatları
maq çətindir ki, ruhən Azərbaycan xalqına ital- arxeoloji tapıntılar ilə təsdiq olunur. Keçən ilin
yanlar qədər yaxın olsun. Ölkələr arasında Ma- may ayında italyan alimləri bəyan etdilər ki,
carıstan istisna olmaqla, elə bir ölkə yoxdur ki, Romanın və Siciliyanın latınlara qədərki mədə-
tarixi toponimiyası Azərbaycanın yer adlarına niyyətinin kökləri Ön Asiyadan və Qafqazdan
bu qədər uyğun gəlsin. Troyanın süqutundan gəlir. Ancaq son 70 ildə nəşr olunan əsərlərdə
başlamış monqolların basqınlarına qədər Cənu- və internet saytlarında bu barədə kəlmə belə
bi Qafqaz və Ön Asiya etnosları Avropaya yoxdur (https://ru.wikipedia.org/).
köçmüş, İspaniyada romalılara, Serbiyada slav- Mark Terenti Varron yazır ki, İtaliyanın
yanlara, İtaliyada latınlara qədərki etnik mədə- qeyri-latın mənşəli şairləri, elm və din xadimlə-
niyyətlərin əsasını qoymuşlar. ri çox idi. Onlardan biri Mark Pakuviy soyadı
Bunun üçün İtaliyanın, Siciliyanın, Qalli- daşıyırdı [3, s.5]. Şairin adı və soyadı latın di-
yanın, Çexiyanın tarixi xəritələrinə baxmaq ki- lində Mark Pacuvius formasında yazıya alın-
fayətdir. [1, s.429, 467; 2, s.136]. Azərbaycan mışdır, -ius latın dilinə aid şəkilçidir.
xalqının əcdadları latınlardan çox qabaq Sicili- Azərbaycan tarixçilərinin ümumiləşmiş
ya ilə Qalliya arasında Azər, Qafqaz, Alpan, düşüncəsinə görə, Bakı şəhərinin və Bakuvi
Durna, Bulqar, Bərdə, Şuşa, Ağ Sona və b. şə- nisbəli tarixi şəxsiyyətlərin adları antik tarixçi-
hərləri salmışdılar. Latınlar sonradan gələrək lərin əsərlərində yoxdur. Guya, Bakı şəhərinin
Orda çayını Po, Alpan qalasını Alba lonqa, Bər- adı ilk dəfə 985-ci ildə çəkilir [4, s.43].
də şəhərini Neapol, Kent şəhərini Genuya ad- Düzdür, “Tarixi-Sistan” əsərinin namə-
landırmışlar. O yaşayış məskənlərinin necə ya- lum müəllifi yazır ki, xəlifə Əbdürrəşid 701-ci
ranması haqqında eradan öncə I əsrdə yaşamış ildə Bərdə və Bakı şəhərlərini tutmaq üçün qo-
Mark Terenti Varron “De linqua Latina”, Sili şun göndərdi [5, s.131], ancaq bu, ilk məlumat
İtalik “Pun müharibəsi”, Publi Maron Vergili deyil. Bakı şəhəri və kəndləri V-VII əsr kilsə
“Eneida” əsərində məlumat vermişdir. salnaməçilərinə daha öncədən məlum idi.

__________________________
*
Nəsimi adına Dilçilik İnstitutu. Filologiya üzrə elmlər doktoru. E-mail: cfrsoy@mail.ru
www.phil-art.journal.az İlhami Cəfərsoy

Musa Xorenli və Ananiya Şiraklı yazırlar Lidiya abidəsində Bakili [14, s.321] formasında
ki, Albaniyanın bir vilayəti Bakunia, vilayətin yazıya alınmışdır.
mərkəzi qalası Bakunik adlanır [6, s.226; 7, Kayseri yaxınlığındakı Kültəpədən tapı-
s.31]. Bakunik bakılı, Bakunia Bakı nəslinin lan kitabədə Bakulu tacir icma başçılarından bi-
yurdu deməkdir. Ancaq Azərbaycan tarix elmi- ri kimi təqdim edilir [13, s.101]. Bu, o demək-
nə Bakı şəhərinin adı məlum olsa da, Bakı nəs- dir ki, Baku yalnız bir tacirin adı deyil, öz
linin adı məlum deyildir. dövlət qurumu, iqtisadi resursları, sərvəti, pulu
Azərbaycan dilçilərinin ümumiləşmiş dü- olan etnosun adıdır.
şüncəsinə görə, Baku təpə deməkdir. Düzdür, Baku nəslinin patriarxları yalnız tacir de-
türk dillərində təpə mənasında baku sözü vardır yildilər. E.ə. II-I minilliklərin uzaqgörən siya-
[8, s.67]. Mahmud Kaşğarinin divanında baku sətçiləri idilər. Onlar yunanlarla əhəmənilərin
sözü təpə mənasında verilmişdir [9, s.214]. An- döyüşlərində əhəmənilərin tərəfini saxlamış, o
caq Bakı şəhərinin adı bilavasitə təpə sözü ilə xidmətin qarşılığında İudeyanın hakimi olmuş-
bağlı deyil. Bütün təpələrə yox, başı göylərə di- dular. Bəzi mətnşünaslar patriarx Bakunun adı-
rənən və ayağı suda olan müqəddəs təpələrə nı Baqo kimi oxuyurlar [15, s.74].
Baku [10, s.37-38], həmin təpələrə tapınan nə- Belə hesab edirəm ki, qədim Misir mən-
sillərə Bakulu deyilirdi. bələrindəki Baku və Maku eyni və ya qohum
Bakuya – müqəddəs təpəyə tapınan türk- etnosların adıdır. Firon I Amenxotepin papiru-
lər Xəzər dənizi çevrəsindən Fələstinə və Misi- sunda yazılıb ki, Suriyada Maku adlı tayfa ya-
rə qədər yaxın və uzaq ölkələrdə yurd salmış, şayır. Onlar Misirin sadiq dostlarıdır [16, s.36].
Troyanın süqutundan sonra onların bir qolu İta- Bu məlumat onu göstərir ki, Baku və Maku qə-
liyaya köçüb getmişdir. İtaliyadakı Baku nəs- dim Ön Asiyanın güclü etnosları kimi Misir ilə
lindən şair Mark Bakuvi çıxmışdır. Mark Baku- ittifaqda xettlərin şimaldan cənuba yürüşlərinin
vi 12 faciənin və çoxlu satirik şeirin müəllifidir qarşısını almışdır.
(https://ru.vikipedia.org). Yalnız Bakı şəhəri yox, Güney Azərbay-
Qədim Misirin “Ölülər kitabı”nda başı canın Maku qalası çoxdan yer üzündən silinmiş
göylərə dirənən müqəddəs təpə və təpənin qədim Baku nəslinin adını yaşatmaqdadır. Bu
üstündəki məbəd Baku adlanır. İngilis arxeolo- istiqamətdə tədqiqatlar etnik tariximizin və tari-
qu Flinders Petri XX əsrin əvvəllərində həmin xi coğrafiyamızın bir çox qaranlıq məqamlarına
məbədin xarabalığında qazıntılar apardı və belə aydınlıq gətirəcəkdir.
nəticəyə gəldi ki, Misirdəki Baku məbədi ilə Azərbaycanın Bakı şəhəri yaxınlığında
İçərişəhərdəki Qız qalasının bir çox parametrlə- Um Bakı adlı qəsəbə var. Um Bakı, Bakı və
ri uyğun gəlir [11, s.208-213]. Maku bir-birinə qohum etnosların adıdır. Um
Sonra akademik Meşşaninov Misir-Qaf- Bakı etnosu eradan əvvəl II-I minilliklərdə har-
qaz etnogenetik bağlarını elmi tədqiqatın ob- dasa Urmiya gölü ətrafında, Elamın şimal-qər-
yektinə çevirdi. Sonuc olaraq bildirdi ki, qədim bində yaşayırdı.
Misir mədəniyyətinin kökləri Xəzər dənizinin Um Bakı alpları e.ə. VII əsrdə Assuriya
şərqindən və qərbindən gəlir [10, s.37-38]. ilə birləşib, Elam qoşunlarını məğlub etdilər.
E.ə. XXIII-XVIII əsrlərdə Misiri xan ti- Nəticədə onlar assurların hegemon olduqları
tullu Asiya fironları idarə edirdilər. Onların alp mürəkkəb siyasi şəraitdə salamat qaldılar [12,
igidlərindən biri Baku titulu daşıyırdı. Bu barə- s.2130] və bir qədər sonra İudeyada vassal
də qədim Misirin “Ölülər kitabı”nda dəyərli bil- dövlətin başçılarına çevrildilər.
gilər vardır [12,s. 258]. A.Anoxin keçən əsrin 20-ci illərində Dağ-
Baku kahin və zadəgan nəslinin bir neçə lıq Altayda etnoqrafik məlumatlar toplayarkən
qolu İtaliyaya və Nil vadisinə köçməyib, indiki görmüşdü ki, Altay şamanları öz əcdadlarından
Türkiyə ərazisində qalmışdı. Eradan öncə XIV birini Bakı Kam, yəni şaman Bakı adlandırırlar
əsrə aid Kültəpə mixi yazılı kitabəsində onların [17, s.143]. Çox maraqlıdır ki, Altay şaman
adı Bakulu [13, s.101], eradan öncə IV əsrə aid dualarında adı çəkilən əcdadların çoxunun adı

ANAS - 151 -
Philology and Art Studies, 2020, № 1
İlhami Cəfərsoy www.phil-art.journal.az

Efiopiya kahinlərinin cadu mətnlərində olduğu Kukeli Baku və Dib Baku [22, s.67] onların səl-
kimi xatırlanır [18, s.193]. Bu da ondan irəli gə- cuqlardan qabaq yaşamış bəyləridir.
lir ki, qədim dünyanın Bakı kahin nəslinin bir Bakı nəsilləri özbəklər və qırğızlar arasın-
qolu yeni çarlıq dövrü fironlarının təzyiqilə Mi- da da var idi. V.V.Radlov XIX əsrin sonlarında
sirdən Efiopiyaya köçmüş, orada uzun əsrlər Orta Asiyada olarkən görmüşdü ki, özbəklərin
boyu öz varlığını qoruyub saxlamışdır. bir boyu özünü Baki Meşey, bir boyu Baki Muş-
İosif Flavi (I əsr) yazır ki, Efiopiya patri- çu adlandırır [23, s.721].
arxları əsrlər keçsə də, bir zaman Qafqazdan və Özbək tarixçisi K.Ş.Şaniyazov yazır ki,
Ön Asiyadan gəldiklərini unutmurdular [18, qırğızların bir tayfası Çonq Bakı adlanır, Çonq
s.25] və çətin anlarda geri qayıdıb, vətəndə qa- Bakı böyük Bakı deməkdir [24, s.144].
lan soydaşlarına dayaq olurdular. Belə bir hadi- XVIII əsrdə Alagöz dağının ətəyində və
sə Troya şəhərinin mühasirəsi zamanı baş ver- Dağlıq Qarabağda Baku, Krımda Baki Ulan ad-
mişdi. Vilhelm Vaqner “Ellada” kitabında yazır lı kəndlər var idi [25, s.41]. Hələ indiyədək
ki, Troyanı yunanlardan qorumaq üçün Efiopi- uzaq Sibirdə Amur çayına tökülən Ussuri çayı-
ya alpları da gəlmişdilər [19, s.156]. nın bir qolu Baku adlanırsa [26, s.428], Bakı
Nə qədər redaktə olunsa da, bəzi adlar ta- nəsli son zamanlara qədər ucsuz-bucaqsız türk
nınmaz hala salınsa da, bir çox qiymətli bilgilər torpaqlarında öz varlığını qoruya bilmişdir.
yalnız antik dövr mənbələrində yox, həm də İtaliyanın latınlara, Elladanın yunanlara
Cənubi Qafqazın və Ön Asiyanın kilsə tarixçi- qədərki mədəniyyətini yaradan etnoslardan biri
lərinin əsərlərində qorunub qalmışdır. Aramey malıbəylərdir. Bu gün Malıbəy deyəndə Laçı-
və qrabar mətnlərində efiopiyalılar Etnovaçik nın işğal altında olan Malıbəy və Şuşanın Malı-
adlandırılır. Bildirilir ki, onlar da yerli döyüş- bəyli kəndləri yada düşür.
çülərlə birlikdə Troyanı yunanlardan qoruyur- Bunlardan əlavə XIX əsrdə Qəbələnin
dular [6, s.48]. Etnovaçik İtovacıq, yəni totemi Nic köyündə Malıbəyli adlı məhəllə var idi [27,
it olan etnosun yurdu deməkdir. Yunanlar onla- s.257]. Onlar zorla xristianlaşdırılsalar da, son
rın ölkəsini İteopiya, ruslar Efiopiya adlandırır- zamanlara qədər öz dillərini unutmamışdılar.
lar. Utilərin dilindən fərqlənən bir ləhcədə danışır-
Troyanın süqutundan sonra Durna, Ana, dılar. Bakilər kimi malıbəylər də antik dövr Av-
Sona və b. etnoslarla yanaşı, Baku alpları da ropasının qədim mədəniyyətini yaradan etnos-
İtaliyaya köçdülər. Mark Terenti Varronun Pa- lardan biri idilər!
kuvi soyadı ilə təqdim etdiyi şair [3, s.5] onla- Şair Melibey - Mark Terenti Varronun
rın tarixi şəxsiyyətlərindən biridir. (e.ə. I əsr) yazdığına görə, İtaliyanın Roma
Əldə olan tarixi və etnolinqvistik bilgilər dövründən qabaq Melibey soyadlı şairi olmuş-
birmənalı şəkildə söyləməyə imkan verir ki: 1. dur.
Bakı qədim Ön Asiyanın kahin və zadəgan nə- Melibey ən əvvəl İtaliyanın epik poeziya-
sillərindən biridir. 2. İtaliyanın Bakuvi soyadlı nı himayə edən ilahəsi idi. Publi Maron Vergili
şairi Bakı nəslindən çıxmışdır. şeirlərinin birində Roma imperatoru Oktavian
Dünyanın heç bir dilində Bakı adı türk Avqustu tanrıya bənzədir. İlahə Melibeyə xitab
dillərində olduğu kimi geniş yayılmamışdır. Xi- edir ki, qanadlarını onun başı üstünə gərsin, şai-
və xanı Əbülqazi Bahadur xanın gənclik adı rə ilham versin ki, əsərini yazıb başa çatdırsın
Baki idi [20, s.5, 7]. [28, s.417; 29, s.12].
XVII əsrdə yaşamış Buxara tarixçisi Ha- Vergilinin “Bukoliklər” əsəri ilahə Meli-
fiz Dərviş Əli Səngi yazır ki, oğuzların Şax Ba- beyin ilahə Tərtərlə söhbəti ilə başlayır. İtaliya-
kı adlı bəyi olmuşdur [21, s.239]. Bundan əvvəl nın latınlardan öncəki panteonunda ilahə Meli-
Bakı nəslinin bəyləri türkmənlərin ən döyüşkən bey epik poeziyanı, Tərtər faciə janrında yazı-
boylarına başçılıq edirdilər. Əbülqazi Bahadur lan əsərləri himayə edirdi [29, s.29].
xanın “Şəcəreyi-tərakime” əsərində bəhs etdiyi Vergilinin arxeoloji qazıntı zamanı barel-
yefi tapılmışdır. Təsvirdə şair oturmuş, sağ çi-

- 152 - AMEA
Filologiya və Sənətşünaslıq, 2020, № 1
www.phil-art.journal.az İlhami Cəfərsoy

yini üzərində ilahə Melibey, sol çiyini üstündə sahilində Melibey adlı iri şəhər var idi [31,
ilahə Tərtər dayanmışdır. Barelyef Tunis yaxın- s.255]. Deməli, qədim Ellada ərazisində bir
lığındakı Şuşa şəhərinin divarına həkk edilmiş, yox, bir neçə Melibey şəhəri olmuşdur.
Pun müharibəsi başa çatandan sonra İtaliyanın Yunanlar Balkan yarımadasının cənubun-
şimalındakı Şuşa şəhərinə aparılmışdır. Fasilə- dakı Melibey şəhərini dağıdıb, yerində Atena
lərlə 145 il davam edən Pun müharibəsi başa şəhərini saldılar. İndi həmin şəhər Afina adla-
çatandan sonra romalılar o şəhərin adını dəyişib nır. Yunanlar iddia edirlər ki, onlar Ellada mə-
Sequzia elədilər. dəniyyətinin yaradıcılarıdır. Akademik Marr
yazır ki, Ellada mədəniyyəti yunan mədəniyyəti
deyildir. Ellada mədəniyyəti iltisaqidilli Yafəs
övladlarının mədəniyyətidir. Yunan mədəniy-
yətini isə flektivdilli hind-avropalılar yaratmış-
lar. Antik yunan mədəniyyəti arxaik Ellada mə-
dəniyyətinin xarabalığı üzərində yüksəlmişdir
(32, giriş).
Rusiya İmperiyasının 1863-cü ildə tərtib
edilən xəritəsində göstərilir ki, Sibirin Barnaul
qəzasında Malibay adlı göl var. O gölün ətra-
fında köçəri qırğızlar yaşayırlar [1, s.139; 2,
s.159; 33, s.56].
Vilhelm Vaqner hələ 1901-ci ildə yazırdı:
- Melibeylər yunan yox, Ellada mənşəli tayfa-
dırlar. Onlar çox cəsur və döyüşkən idilər [19,
s.13-14]. Malıbəylər də, Quşçular da indi o tari-
xi şücaəti unutmaq üzrədirlər. Əgər Qarabağı
Publi Maron özünə türkcə Vergili, geri almasaq, şair Melibeyin ruhu bizi bağışla-
yəni vergi verilmiş təxəllüsü götürmüşdür. maz. Heç Bakuvi soyadlı şairimizin də ruhu bi-
zim Quşçularda yox, Abşeronda torpağa gö-
Melibeylər İtaliyaya köçənə qədər Ellada- mülməmizə şad ola bilməz.
da iki şəhər salmışdılar. Onlardan biri Qrek Nəticə. Bakuvi soyadlı şairlər, elm və
Fessaliyasında yerləşirdi. Biri isə indiki Afina mədəniyyət xadimləri çox olmuşdur. Ümumi-
şəhərinin yerində idi. Qədim yunan və latın ta- ləşmiş elmi düşüncəyə görə onlar orta əsrlərdə
rixçiləri həmin şəhərləri Melibey, Malıbey, bə- yaşamışlar. 985-ci ildən əvvələ aid mənbələrdə
zən də Malıca adlandırırlar [28, s.12; 29, s.417; Bakı şəhər adı və Bakuvi nəsil adı yoxdur.
30, s.352]. V-VII əsr xristian kilsə salnamələrində
Mark Terenti Varron yazır ki, melibeylər göstərilir ki, Cənubi Qafqazda Baku adlı şəhər
Aralıq dənizi hövzəsinə Aziyadan gəliblər [3, və kəndlər çox olmuşdur. Onların adları həmin
s.14-15]. O zaman Aziya deyiləndə indiki mənbələrdə Baku, Baki, Um Bakı, Mosul Bakı,
Türkiyənin cənub-qərbi başa düşülürdü. Meli- Kukeli Baku, Kam Bakı və s. formalarda yazıya
beylərin İtaliyaya Türkiyədən gəldiklərini Mark alınmışdır.
Ferenti Varron e.ö. I əsrin ortalarında yazıb. Baku məbəd adı kimi e.ə. XIX əsrdə Mi-
Biz bundan 21-ci əsrin əvvəllərində xəbər tut- sirdə, şəhər adı kimi e.ə. IX əsrdə Fessaliyada,
muşuq. Bakuvi soyadı kimi e.ə. II əsrdə İtaliyada var
Kvinta Kursiya yazır ki, Makedoniyalı İs- idi.
gəndərin zamanında e.ö. IV əsrdə Aralıq dənizi

ANAS - 153 -
Philology and Art Studies, 2020, № 1
İlhami Cəfərsoy www.phil-art.journal.az

ƏDƏBİYYAT

1. Географическо-статистический словарь Российской Империи. Т.1. Санкт-Петербург, Типография Рос-


сийской Имперский Акедемии Наук, 1863.
2. Всеобший географическо- статистический словарь. Москва, типография А.Семена, 1843.
3. Varron Mark Terentiy. De linqua latina. London, 1938.
4. Sara Aşurbəyli. Bakı şəhərinin tarixi. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1998.
5. Тарихи-Систан. Москва, «Наука», 1974.
6. Моисей Хоренский. История Армении. Ч.2. Санкт-Петербург, 1809.
7. Т.М.Мамедов. Албания в IV-VII вв. Баку, «Маариф», 1993.
8. И.М.Мурзаев. Словарь народных географических терминов. Москва, «Мысль», 1974.
9. Mahmud Kaşğari. Divanü-luğat-it-türk. с. III, Bakı, “Ozan”, 2006.
10. И.И.Мещанинов. Египет и Кавказ. Обшество Обследования и Изучения Азербайджана, Баку, 1927.
11. İlhami Cəfərsoy. Bir Misir mifində günəşli Bakı. AMEA “Məruzələr”, Bakı, “Elm”, 2008.
12. Г.Масперо. Ассирия. Москва, Типография Российской Имперской Акедемии Наук, 1916.
13. Янковский Н.Б. Клинописьные тексты из Кюл Тепе в собраниях СССР Н.Б.Янковской. Москва,
«Наука», 1968.
14. A.Хойбек. Лидийский язык. Древние языки Малой Азии. Москва, «Прогресс», 1980.
15. И.М.Волков. Законы Вавильонского царя Хаммурапи. Москва, Типография Российской Имперской
Академии Наук, 1914.
16. Б.А.Тураев. Рассказ египтянина Сунухета и образцы египетских документальных автобиографий.
Москва, Типография Российской Имперский Академии Наук, 1915.
17. А.В.Анохин. Материалу по шаманству у Алтайцев. Ленинград, 1924.
18. İосиф Флаввий. İудейские древности. Nəşr ili və son səhifələr yoxdur. AMEA Mərkəzi Elmi Kitabxanasının
Nadir Nüsxələr fondu, ш № 52390.
19. Вильгельм Вагнер. Эллада. Санкт-Петербург, Типография Российской Имперский Акедемии Наук,
1901.
20. Письменные памятники Востока. Москва, «Наука», 1979.
21. В.В.Бартольд. К истории орошения Туркестана. Санкт-Петербург, Типография Российской Имперский
Академии Наук, 1914.
22. А.Н.Кононов. Родословная Туркмен. Сочинения Абул Гази хана Хивинского. М.-Л., 1958.
23. В.В.Радлов. Из Сибири. Москва. Главная Редакция Восточной Литературы, 1999.
24. К.Ш.Шаниязов. К этнической истории Узбексого народа. Ташкент, ФАН, 1977.
25. В.А.Бушаков. Структурно-семантический анализ Крымских ойконимов. Советская тюркология, №-1,
Баку, «Элм», 1989.
26. Azərbaycan Sovet Ensiklopediyası, IV с. Bakı, Ensiklopediya, 1980.
27. А.А.Арзуманян. Свадебно-семейная обрядность у удин. Древний и Средний Восток. Москва, «Наука»,
2005.
28. Вергилий Публий Марон. Энеида. Москва, изд-во АН СССР, 1933.
29. Вергилий. Публий Марон. Энеида. Буколики. Георгики. Москва, «Наука», 1971.
30. Г.Нойман. Ликийский язык. Древние языки Малой Азии. Москва, «Прогресс», 1980.
31. Квинта Курция. История о Александре великим. Т.1. Санкт-Петербург, 1858.
32. Н.Я.Марр. Грамматика древнеармянского языка. Этимология. Санкт-Петербург, 1903.
33. Краткая древняя география. Сочинение Л.Мешерского. Москва, в Университетской Типографии, 1851.

ITALIAN POET WITH THE SURNAME BAKUVI


(220 BC – 130 BC)

Summary

The Italian poet with the surname of Bakuvi says that many of the Asian ethnicities migrated to the
Mediterranean Islans, Italy and Spain after the fall of Trojan and laid the foundations of ancients cultures in the South-
Western Europe.
Those ethnicities were Baku, Melibey, Durna, Alban, Agh Sona, Barda, Tartar and others. The famous Italian
poet Bakuvi is from Baku. Publius Vergilius Maro was writing his name as Pakuviy.
The names of the Melibey, Tartar, Diri ect. are of proto-Turkic origin. Melibey patronized epic poetry and poets
who wrote the Tartar tragedy. The meaning of words of teponim origin are explained by the historical lexicon of the
- 154 - AMEA
Filologiya və Sənətşünaslıq, 2020, № 1
www.phil-art.journal.az İlhami Cəfərsoy

Turkic languages. 12 incomplete tragedies of Mark Bakuvi are known in the history of literature. Moreover, he was an
artist. In the temple of Hercules, a painting was found by him.

Key words: Bakuvi, Melibey, Utili Khatun, Virgil, Marcus Terentius Varro

ПОЭТ ИТАЛИИ ПО ФАМИЛИИ БАКУВИ


(до н.э. 220 – до н.э. 130)

Резюме

После падения Трои многие этносы Передней Азии, переселившись на средиземноморские острова, в
Италию и Испанию, заложили основы древних культур в юго-западной Европе.
Те этносы были: Баку, Мелибей, Дурна, Албан, Ак Сона, Барда, Тертер и другие. Из рода Баку вышел
выдающийся поэт Италии Марк Бакувий. Публий Марон Вергилий написал его имя в форме Пакувий.
Имена поколений Мелибей, Тертер, Дири и других являются именами прототюркского происхождения.
Во время италиков богиня Мелибей опекала эпическую поэзию, а Тертер поэтов, пишущих в жанре трагедии.
Понятие этих имен, имеющих теофорное происхождение, объясняется на основе исторической лексики
тюркских языков. 12 незавершенных трагедий Марка Бакуви известны истории литературы. Кроме этого, он
был художником. В храме Геркулеса была найдена картина, нарисованная им.

Ключевые слова: Бакувий, Мелибей, Утили Хатун, Вергилий, Марк Теренций Варрон

ANAS - 155 -
Philology and Art Studies, 2020, № 1

You might also like