Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 2

Əliağa Kürçaylı

Kədərin Rəngi

Kədər insanın itkiyə çox təbii cavabıdır. Sevdiyimiz birisini itirəndə çox vaxt ağrı və ya boşluq hissi
keçiririk. Kədər hissi sadəcə qəm deyil. Bu hiss şokdan günah hissinədək, qəzəbə və inamsızlığadək bir
çox gözlənilməz duyğular şəklini ala bilər.

Əliağa Kürçaylı öz “Kədərin Rəngi ” əsərində istifadə etdiyi bədii təsvir və ifadə vasitələri ilə şeirə
emosianallıq qataraq şeirin təsir gücünü artırır. Eləcə də dərdin , kəmin hər hansısa bir rənglə ifadə
olunmayacağını bunu yalnız onu yaşayan insanların gözündə və sahib olduqları acıda tapdıqlarını
görsədir.Əsər doğma birisinin itkisini yaşamış və ümumiyətlə bir ananın yaşaya biləcəyi kəmin onun
gözlərində necə ifadə etdiyindən bəhs edir.

Atam evimizdən uzaq düşəndə

Ilk dəfə dizimə yamaq düşəndə

Bir insan əlindən çomaq düşəndə

O rəngi anamın gözündə gördüm.

Verilmiş bənd də övladın yaşadığı itki və zamansız itirdiyi həyat yoldaşının qadının , puç olmuş
ümüdlərindən bəhs edir.Yazılış tərzindən anladığımız kimi şeir övladın dilindən yazılaraq əsəsən həyatda
yaşaya biləcəyi anasının kədərindən bəhs edir.Buradan biz başa düşə bilərik ki şeirdəki əsas obraz övlad
ilə onun anasıdır.Bəndin təsir gücünü artirmaq üçün şair qafiyənin aaab quruluşundan istifadə edib.Bənd
də həmçinin epiforaya rast gəlmək olar . Bundan əlavə olaraq müəllif ikinci ve dördüncü misrada
inversiyadan istifadə edərək emosiyaları daha dolğun şəkildə oxucuya ötürmüşdür.

Şeirin ilk bəndindən şair bizə artıq kədərin rənginin ölçülə bilməyəcəyindən xəbər verir. Bənddə,müəllif
bizə insanın yaşadığı sevincin belə bir rəngə sahib olduğu yalnız kədərin heç bir sözlə ifadə edəmiyəcək
qədər çətin olduğunu bizə söyləmək istəyir.Bu bəndə də digərlərində olduğu kimi sonuncu misrada
inversiyaya rast gəlmək olar .Şair misralarında təşbehdən istifadə edərək gözləri dastana,cahana
bənzətmək istəyir. Həmçinin burada üçüncü misrada təzada rast gəlmək olar.

Dəyişir yer səma səhər rəngini

Qəm qüssə rəngini dəyişmir ancaq

Sən görmək istəsən kədərin rəngini

Öz doğma ananın gözlərinə bax.

Az öncə də dediyim kimi şair nə qədər də kədərə rəng verməyə çalışsada onu tapa bilməyərək bir ananın
çəkdiyi acıların artıq əvvəl ki kimi gözlərinin içinin parlamayacağını və onun sevincinin işığının
öldüyündən bizə xəbər verir.Şeirin bu bəndinin birinci və üçüncü misralarında inversiyaya nəzər salmaq
olar ki buda şeirdə emosiyaların daha dolğun şəkildə oxuculara çatdırdığını müşahidə edə bilərik.Şeirin
konfliktinə nəzər keçirsək mənim fikrimcə burada şair ananın daxlində yaşadığı kədərin onun həyatını
puç eləməsinə səbəb olur və buda daxili konfliktin yaranmasına səbəb olur.Xarici konflikt isə həyat və
müəllif arasındadır.Həyatda baş verən bu realistik hadisələr müəllifi kədərləndirərək ona mənfi hisslər
yaşadırdı.
Şeirdəki ananın kədəri onun sevdiklərinə gələn zərərdən həmçinin itirdiyi həyat yoldaşından sonra
emosiyaların və hisslərin hələdə qalıb onun dərd içində saxlamaği bizə konkret zamandan xəbər verir.
Məkana gəldikdə isə demək olarki, ümumi məkanın Azərbaycan olduğu qənaət olunur və bu müəllifin
milliyətinə bağlanır.

Bədii nümunədə göstərilmiş bu ideya və fikirlər realistik həyatı özündə əks etdirərək oxuculara kədərin
ala biləcəyi rəngdən deyl də insanin həyatında parlayan rəngləri götürməyə qadir olduğundan bəhs edir.

You might also like