THE IMPACT OF THE LEGENDS "KORKUT ATA" AND "KITABI-DEDE KORKUT" ON KARAKALPAKS' NATIONAL THINKING, EPICS AND WRITTEN LITERATURE Summary

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 4

AMEA

Filologiya və Sənətşünaslıq, 2020, № 1


Səhifə: 239-242 ISSN: 2663-4368

UOT: 398 Şəbnəm Məmmədova*

“QORQUD АTA” ƏFSANƏLƏRİ VƏ “KİTABİ-DƏDƏ QORQUD”UN QARAQALPAQ


MİLLİ DÜŞÜNCƏSİNƏ, EPOSUNA VƏ YAZILI ƏDƏBİYYATINA TƏSİRİ

Xülasə
Məqalədə qaraqalpaq folklorşünasları, eposşünasları və ədəbiyyatşünaslarının tədqiqatlarına əsaslanaraq biz
“Qorqud ata” və “Kitabi-Dədə Qorqud” dastanlarının qaraqalpaq milli düşüncəsinə, epos yaradıcılığına və yazılı ədə-
biyyatına etdiyi təsirləri öyrənirik. Bu məqsədlə məqalədə tanınmış qaraqalpaq alimləri P.Palımbetovun, K.Aimbeto-
vun, K.Maksetovun, S.Bahadırovanın, A.Paxratdinovun, A.Kərimovun, K.Mambetovun, K.Allambergenovun, V.Jir-
munskinin və digərlərinin tədqiqat işlərinə nəzər salmaqla problemin işıqlandırılmasına çalışmışıq. Adlarını çəkdiyimiz
eposşünasların əsərlərində “Qorqud ata”, “Kitabi-Dədə Qorqud” nümunələri qaraqalpaq folkloru “Koblan”, “Yedige”
və digər dastanlarla müqayisə edilərkən təhlil obyekti kimi götürdüyümüz mövzu hərtərəfli faktik material üzərində nə-
zərdən keçirilmişdir.

Açar sözlər: “Qorqud ata”, “Kitabi-Dədə Qorqud”, milli düşüncə, qaraqalpaq, dastanlar, yazılı ədəbiyyat

Giriş. Xalq dastanlarının bədii müəllifli rında bu nəşrlərlə bağlı tənqidi məqalələr dərc
ədəbiyyata təsiri məsələsi indiyə qədər müxtəlif etdirməklə əfsanələrin bədii-tarixi məziyyətləri-
örnəklər əsasında öyrənilmişdir. “Qorqud аta” ni heçə endirməyə çalışmışdılar. Belə hucumla-
əfsanələri və “Kitabi-Dədə Qorqud”un yazılı ra baxmayaraq, prof. K.Ayımbetovun “Xalq
ədəbiyyata təsirindən bəhs edərkən, həm də bu müdrikliyi”, “Qaraqalapaq folkloru”, K.Makse-
möhtəşəm abidənin qaraqalpaq folkloruna, o tovun “Qaraqalpaq qəhrəmanlıq eposunun poe-
cümlədən qaraqalpaq eposuna təsirindən danış- tikası”, K.Mambetovun “Qədim qaraqalpaq
maq da zəruridir. ədəbiyyatı”, A.Paxratdinovun universitet tələ-
Qeyd edək ki, 1997-ci ildə qaraqalpaq ali- bələri üçün həmmüəlliflərlə birlikdə hazırladığı
mi Kamalbəy Sarsenbəyoviç Palımbetov “Dədə “Qaraqalpaq ədəbiyyatı tarixi” dərsliyində Də-
Qorqud” kitabı və qaraqalpaq folkloru (qaraqal- də Qorqudun türk xalq təfəkkürü və bədii siste-
paq eposunun materialları əsasında)” adlı nami- mində ümumi əcdad olub müdrik şair və ozanlı-
zədlik dissertasiyasında onların qarşılıqlı müna- ğı ilə bağlı nəzərəçarpacaq portret yazılar orta-
sibətlərini dərindən açmağa müvəffəq olmuşdur ya qoymuşlar. Əgər prof. K.Maksetovun “Kita-
[1]. Onu da bildirmək zəruridir ki, qaraqalpaq bi-Dədə Qorqurd” və folklor nümunələrində
ədəbiyyatşünaslığında “Kitabi-Dədə Qorqud” ənənəvi münasibətlərin izahına yer verilirsə, fi-
abidəsinə kompleks şəkildə müraciət edilməsə lologiya elmləri namizədi A.Kərimov və J.Xoş-
də, XX əsrin 50-ci illərinin əvvəllərindən “Qor- niyazovun araşdırmalarında “Kiabi-Dədə Qor-
qud аta” (“Dədə Qorqud”) əfsanələrinin öyrə- qud” eposunun yazılı bir nümunə olaraq qara-
nilməsinə bir sıra cəhdlər edilmişdir. Lakin belə qalpaq dastanları ilə əlaqələri lakonik şəkildə
əlaqələrin nəzərdən keçirilməsi bəzilərini nara- nəzərdən keçirilir. Qaraqalpaq ədəbiyyatşünas-
hat etmişdir. Belə ki, hələ 1952-ci ildə bu əfsa- lığında “Kitabi-Dədə Qorqud” nəğmələri
nələrin Qaraqalpaqstanda yayılmağa başladığı K.Ubaydullayev, B.İsmayılov, S.Əhmədov tə-
vaxtdan K.Muradov və N.Narınov kimi müəl- rəfindən “Qaraqalpaq ədəbiyyatı” [2], K. Mak-
liflər heç bir fakt və sübuta söykənmədən setov, A.Tejimuratov tərəfindən hazırlanmış
müxtəlif qəzet səhifələrində, mətbuat orqanla- “Qaraqalpaq folkloru” kitabında [3], A.Kərimo-
__________________________
*
Folklor İnstitutu. Filologiya üzrə fəlsəfə doktoru.
Şəbnəm Məmmədova www.phil-art.journal.az

vun “Ədəbiyyatımızın geypara məsələləri” [4, Aral dənizi ətrafında yerləşmişdilər [10]. Buna
s.27-35], prof. K.Mambetovun “Qədim qaraqal- görə də qaraqalpaqların epos yaradıcılığına
paq ədəbiyyatı” [5], J.Xoşniyazovun “Qaraqal- “Kitabi-Dədə Qorqud” dastanlarının motiv,
paq qəhrəmanlıq dastanı” [6] kitablarında “Ki- süjet, ideya, obrazlar, məzmun və digər baxım-
tabi-Dədə Qorqud”dakı 12 boyun qısa məzmu- dan təsiri məntiqə uyğundur. Eyni zamanda X
nu verilməklə, oradakı süjetlərin qaraqalpaq əsrdən başlayaraq, oğuzların böyük bir hisssəsi
eposunun süjetləri ilə analogiya təşkil etdiyini Emba və Yaik çaylarını keçərək Azərbaycanda
qeyd etsə də, onlar elmi-nəzəri və müqayisəli- və Anadoluda yerləşmişdilər. Həmin dövrlərdə
tipoloji kontekstdə təhlillərə cəlb edilməmişdir. qıpçaqlar və onlarla birləşmiş digər qəbilələr
“Kitabi-Dədə Qorqud” dastanlarını filolo- oğuzları Sırdəryadan Amudəryaya tərəf sıxış-
giya elmləri doktoru Sarıgül Bahadırova isə bir dırdığından, onlar Xəzər dənizi ətrafında və
qədər fərqli yönümdə nəzərdən keçirmişdir. Türkmənistan ərazilərində məskunlaşmışlar.
Onun 1992-ci ildə nəşr etdirdiyi “Kitabi-Dədəm Buna görə də “Kitabi-Dədə Qorqud” dastanları-
Qorqud”, “Koblan”, “Yedige” və müasir ədə- nın türkmənlər arasında da populyarlığı başa
biyyatla bağlı düşüncələr” adlı tədqiqat işində düşüləndir.
“Kitabi-Dədə Qorqud”un üçüncü “Bamsı Bey- K.Palımbetov problemi dərindən və əsaslı
rək, Bayburabəy oğlu” adlı boyunun məzmu- öyrənmək məqsədi ilə qorqudşünaslığa öz la-
nunun “Alpamıs” eposunun məzmununa uyğun yiqli töhfələrini vermiş alimlərin V.Bartoldun,
olduğu, onlar arasında süjet epizodlarının ox- X.Koroğlunun, A.Şerbakın, M.Təhmasibin,
şarlığı, obrazların müqayisəli-tipoloji aspektdə Ə.Dəmirçizadənin, H.Araslının, K.İnostranse-
elmi təhlili verilmişdir [7]. vin, A.Samoyloviçin, A.Marqulanın, N.Rəhma-
K.Allambergenov “Yedige” eposu ilə novun, T.Mirzəyevin, A.Konıratbayevin və di-
bağlı çap etdirdiyi monoqrafik araşdırmasında gərlərinin məqalə və monoqrafik araşdırmala-
“Kitabi-Dədə Qorqud”la “Yedige”nin süjet, ob- rından yararlanaraq əsərin ədəbi-bədii, tarixi-et-
raz və bədii əlaqələrini sübut etməyə çalışmış- noqrafik və folklor-epik xüsusiyyətlərini yazılı
dır. K.Allambergenovun fikrincə, məhz “Kita- abidə kontekstində hərtərəfli elmi tədqiqata və
bi-Dədə Qorqud” boyları “Yedige” eposunun təhlillərə cəlb etmişdir.
ideya mənbəyi kimi xidmət etmiş və bu ideya K.Palımbetov adını çəkdiyimiz dissertasi-
digər qaraqalpaq dastanlarının da əsasını təşkil yasında “Kitabi-Dədə Qorqud” boyları ilə qara-
etmişdir. Bütün bunlar bir daha sübut edir ki, qalpaq xalq eposu arasındakı analoji süjet
“Qorqud Ata” əfsanələri və “Kitabi-Dədə Qor- strukturu və obrazların yapılmasında müqayisə-
qud” dastanları nəinki şifahi, həm də yazılı abi- li-tipoloji aspekt, müqəddəs abidənin məzmun
də olduğundan, onun boyları qaraqalpaq eposu- və obrazları ilə qaraqalpaq eposunun sujetinin
nun təşəkkülünə və inkişafına nəzərəçarpacaq formalaşmasında “Kitabi-Dədə Qorqud” süjeti-
təsir göstərmişdir. nin arxaik xarakteri arasında bağlılıq, bu yazılı
K.Allambergenovun “Qоrqud аtа кitabı” mənbənin proza və nəzm mətnləri ilə qaraqal-
məqaləsində “Каракалпакстан мугаллими” paq xalq eposu arasındakı səsləşmələrin uyğun-
jurnalında [8, s.39-48], “Qaraqalpaq xalq dasta- luğunu və oxşarlığını bədii-ifadə vasitələrinin
nı Yedige” [9, s.23-38] və digər dastanların bə- tətbiqi kontekstində əsaslandırmağa müvəffəq
dii-ifadə vasitələrinin öyrənilməsini diqqət mər- olmuşdur. Maraqlıdır ki, Dədə Qorqud boyları
kəzinə qoymuşdur. Qaraqalpaq alimləri doğru ilə qaraqalpaq xalq eposu arasındakı uyğunluq-
hesab edirlər ki, “Kitabi-Dədə Qorqud” sərlöv- lar “Alpamıs”, “Maspatşa”, “Yusif və Əhməd”
həsindən ortaya çıxan qənaətə görə, “oğuz qəbi- dastanlarının materiallarına söykənilərək daha
ləsinin dilində adı VI-VIII əsrlərin tarixi abidə- dərindən təhlil edilir. “Kitabi-Dədə Qorqud” və
lərində keçməklə, onlar türk xaqanlığı yarada- qaraqalpaq eposu arasındakı hadisələrdəki süjet
raq” Cənubi Altayda və şimal-qərbi Monqolus- situasiyalarının inkişafında qohum, yaxın mə-
tanda yaşamışlar. IX-X əsrlərdə oğuzlar artıq qamlar dərindən araşdırılır. Müəllif haqlı olaraq
Orta Asiya və Sırdəryanın aşağı hissələrində, belə bir qənaətə gəlir ki, “Kitabi-Dədə Qorqud”

- 240 - AMEA
Filologiya və Sənətşünaslıq, 2020, № 1
www.phil-art.journal.az Şəbnəm Məmmədova

dastanlarının yazılı nümunələri qaraqalpaq epo- Xalq bədii mədəniyyəti insanları nəinki
sunun ideya mənbəyi kimi xidmət etmişdir [1, öz milli, həm də ümumibəşəri mədəniyyəti ilə
s.29-32]. Dissertasiya müəllifi qədim dövrlərdə qovuşdurur. Onlardakı uyğun xüsusiyyətlər,
yaranmış yazılı abidələrin və xalq dastanlarının müxtəlif xalqların bədii əsərlərində yer almış
türk etnik və dil birliyinin nümayəndələrinin süjetlər və motivlər insanlarda sevgi, sədaqət,
keçmiş həyatını, tarixini, adət və ənənələrini xeyirxahlıq və gözəllik aşılamaqla, həm də on-
daha dərindən əks etdirməklə yanaşı, həm də ların bədii zövqünə yeni çalarlar daxil edir.
qaraqalpaq ədəbiyyatı tarixinin folklorla qarşı- V.M.Jirmunski qeyd edirdi ki, “Alpamış” qa-
lıqlı kontekstdə nəzərdən keçirilməsinə imkan zax, qaraqalpaq eposu kimi qazaxlarda, özbək-
verdiyini söyləmişdir. lərdə və qaraqalpaqlarda vahid və qədim epik
“Kitabi-Dədə Qorqud” eposunda biz bədii süjet olmaqla onların içində yaranmaqla, yaxud
yazılı irsin və eposların süjetində qədim köçəri- “Jolbay” (”Koblandı”)“Koblandı-batır” olaraq
lərin adət-ənənələrini, dil xüsusiyyətlərini, qəh- qazaxlar, qaraqalpaqlar, noğaylar, başqırdlar,
rəmanların istək və arzularını, batırların cəsur- tatarlar içində geniş yayılıb, qıpçaq batırlarının
luğunu və s. görə bilirik. Bunu Buğacın, Basa- (Noğay ittifaqı) kalmıklarla mübarizəsinə həsr
tın və digərlərinin timsalında daha görümlü olunmuşdur [11, s.9-10].
illüstrasiya etmək mümkündür. Qeyd etdiklərimizdən də yaxşı görünür
K.Palımbetovun adını çəkdiyimiz disser- ki, “Qorqud Ata” əfsanələri və “Kitabi-Dədə
tasiyasının avtoreferatının konkret nümunələri- Qorqud” eposu əksər türklərin mühüm abidəsi
nə söykənilərək “Kitabi-Dədə Qorqud”la qara- olmaqla, türk xalqlarından hər birinin mədəni-
qalpaq eposu arasındakı sıx əlaqələrin mövcud- mənəvi, ədəbi-bədii təfəkküründə yetərincə ge-
luğu göstərilir. Belə ki, Bamsı Beyrəklə Banu- niş yer almışdır.
çiçəyin görüş detalları “Qırx qız” eposunun “Qorqud Ata” əfsanələri və “Kitabi-Dədə
süjetindəki Xarəzmdən olan batır Arslanla Qorqud” eposu xronoloji baxımdan həmcins ol-
Gülayimin görüş səhnəsi üst-üstə düşür. Yeri madığından, bu dastan yeni tarixi epoxanın ha-
gəlmişkən söyləyək ki, ədəbiyyatşünas S. Baha- disələrini əks etdirmir. Bununla belə, “Qorqud
dırova da analoji səhnədə xeyli uyğunluqlar аta” əfsanələri “Kitabi Dədə Qorqud” eposunun
tapmağa müvəffəq olmuşdur. Belə ki, “Kitabi- əsasını təşkil edərək onun ayrı-ayrı boylarının
Dədə Qorqud” da Banuçiçəyin düzəndə alaçıq yaranmasına və inkişafına təsir etməklə yanaşı,
qurub hərb sənətinə yiyələnməklə bağlı məşq həm də qaraqalpaq eposunun xeyli nümunələri-
etdiyi səhnə Gülayimin həyatı ilə üst-üstə nin mövzu, süjet, motiv, obraz, xarakter, qəhrə-
düşdüyünə işarə etməkdədir. Bu tipli detallar man, baxımından formalaşmasında iştirak et-
konkret olaraq qəhrəmanların etnik mənşəyinin mişdir. V.M.Jirmunski haqlı olaraq yazır ki,
bir-biri ilə nə qədər yaxından bağlı olduğunu “Qorqud xalq rəvayətlərinin köməyi ilə yaradıl-
sübut etməkdədir. mış birləşdirici obraz olmaqla, Orta Asiyada
Beləliklə, “Qorqud аta” əfsanələri və “Ki- yaşayan köçəri xalqların patriarxal əsərdəki
tabi-Dədə Qorqud” abidəsi ilə qaraqalpaq eposu ümumiləşmiş yaddaqalan sosial tipidir. Qorqud
arasındakı münasibətləri nəzərdən keçirdikcə obrazı üzərində V.Jirmunskinin digər müşahi-
biz tərəddüd etmədən inanırıq və belə bir qə- dələri də bu eposun qaraqalpaqlar arasında ge-
naətə gəlirik ki, adlarını çəkdiyimiz bu qədim niş yayılmasına işarə edir. Onun qənaətlərinə
yazılı abidələr qaraqalpaq eposunun (“Alpa- görə, Qorqud adı oğuzlarla qıpçaqlar bir yerdə
mış”, “Maspatşa”, “Yusif və Əhməd” və s.) et- yaşayıb aralarında çoxsaylı ümumiliklər olduğu
nik kökünü təşkil etmişdir. Buna görə də birmə- dövrdə ortaya çıxmışdır. Elə bu baxımdan da
nalı şəkildə təsdiqləmək olar ki, qaraqalpaq bə- qaraqalpaq tayfaları arasında bu eposun yayıl-
dii düşüncəsinin əsası lap qədim zamanlardan ması məntiqə müvafiqdir.
“Qorqud Ata” əfsanələri və “Kitabi-Dədə Qor- Nəticə. Qeyd olunanlar sübut edir ki, qa-
qud” dastanlarına bağlı olmuşdur. raqalpaq eposşünaslarının tədqiqatlarına görə,
“Kitabi-Dədə Qorqud” dastanlarının bir sıra xü-

ANAS - 241 -
Philology and Art Studies, 2020, № 1
Şəbnəm Məmmədova www.phil-art.journal.az

susiyyətlərindən lokal qaraqalpaq dastanlarında naslığı, həm də ümumilikdə türk xalqlarının


istifadə edilməsi bir sıra baxımdan maraq doğu- keçmiş ədəbi-bədii tarixinin öyrənilməsində
rur və onların bu sahədə apardıqları təhlillər nə- əhəmiyyətli məsələdir.
inki qaraqalpaq ədəbiyyatşünaslığı və eposşü-

ƏDƏBİYYAT

1. К.С.Палымбетов. “Книга Деда Коркута” и каракалпакский фольклор (на материале каракалпакских


эпосов)”. Автор. дисс. канд. филол. наук. Нукус, 1997.
2. К.Убайдуллаев, Б.Исмайлов, С.Ахметов. Каракалпак эдебияты 8-класлар ушын. Нöкис, “Каракалпак
мемлекет баспасы”, 1952.
3. К.Максетов. Тежимуратов А. Каракалпак фолклоры. Нöкис, 1979.
4. А.Каримов. Эдебиятымызын гейпара меселелери. Нöкис, 1988.
5. К.Мамбетов. Древняя каракалпакская литература. Нукус, 1976.
6. Ж.Хошниязов. Каракалпак кахраманлык дестаны “Алпамыс”, Нöки.
7. С.Бахадырова. “Книга моего Деда Коркута”, “Коблан”, “Едиге” и размышления о современной
литературе. Нукус, 1992.
8. К.Алламбергенов. “Корьгыт ата китабы” // “Каракалпакстан мугаллими” журналы, 1994, № 2-4.
9. Каракалпак халык дестаны “Едиге”. Нöкис, 1995.
10. Книга Деда Коркута – пр… www.voslit.info
11. В.М.Жирмунский. Сказание об Алпамыше и богатырская сказка. Москва, “Наука”, 1960.

THE IMPACT OF THE LEGENDS “KORKUT ATA” AND “KITABI-DEDE KORKUT”


ON KARAKALPAKS’ NATIONAL THINKING, EPICS AND WRITTEN LITERATURE

Summary

Based on the research of Karakalpak folklorists, epicologists and literary scholars the article studies the influence
of legends, the traditions of “Korkut ata” and “Kitabi-Dede Korkut” on Karakalpaks’ national thinking, epic and written
literature. To this end, we have made an object of close study of the work of such scientists as K.S.Palymbetov,
K.Aimbetov, K.Maksetov, S.Bakhadyrov, A.Pakhratdinov, A.Karimov, K.Mambetov, K.Allambergenov,
V.Zhirmunsky and many others. In their studies are explored such problems as certain points of the legend “Korkut
ata”, “Kitabi-Dede Korkut”, Karakalpak folklore, epics “Koblan”, “Edige” and others, where the factual material is laid
down for a detailed study of this topics.

Key words: “Korkut ata”, “Kitabi-Dede Korkut”, national thinking, Karakalpaks, epics, written literature

ВОЗДЕЙСТВИЕ ЛЕГЕНД “КОРКУТ АТА” И “КИТАБИ-ДЕДЕ КОРКУТ” НА НАЦИОНАЛЬНОЕ


МЫШЛЕНИЕ КАРАКАЛПАКОВ, ЭПОС И ПИСЬМЕННУЮ ЛИТЕРАТУРЕ

Резюме

Опираясь на изыскания каракалпакских фольклористов, эпосоведов и литературоведов, в статье


изучается влияние легенд, переданий “Коркут aта” и “Китаби-Деде Коркут” на каракалпакское национальное
мышление, эпос и письменную литературу. С этой целью сделани объектом пристального изучения работы
таких ученых, как К.С.Палымбетов, К.Аимбетов, К.Максетов, С.Бахадырова, А.Пахратдинов, А.Каримов,
К.Мамбетов, К.Алламбергенов, В.Жирмунский и мн. др. В их исследованиях детальному анализу подвергаются
такие проблемы, как определенные моменты легенд “Коркут ата”, “Книга-Деда Коркута”, каракалпакского
фольклора, дастаны “Коблан”, “Едиге” и др., где заложен фактический материал относительно детального
изучения данной темы.

Ключевые слова: “Коркут aта”, “Китаби-Деде Коркут”, национальное мышление, каракалпакский,


дастаны, письменная литература

- 242 - AMEA
Filologiya və Sənətşünaslıq, 2020, № 1

You might also like