Download as doc, pdf, or txt
Download as doc, pdf, or txt
You are on page 1of 167

1.

Dəniz neft qaz yataqlarının mənimsənilməsində dəniz


qurğularının rolu
Neft qaz mədən qurğuları neft qaz sənayesinin maddi texniki bazasının əsas
hissəsidir.Kontinental şelfin təbii karbohidrogen ehtiyyatlarının ölkənin xalq təsərrüfat
dövrəsinə cəlb olunması yalniz ixtisaslaşdirilmiş çənin neft qaz qurğularının mövcudluğu
və müvafiq inkişafı nəticəsində təmin edilə bilər. Neft qaz yataqlarının sənayeyə
mənimsənilməsi aşağıdakılardan ibarət olan çox mərhələli və böyük zəhmət tələb edən
mürəkkəb texnoloji prosesdir:

─Kəşfiyyat axtarış işləri,o cümlədən sahənin geoloji quruluşunun öyrənilməsi üçün


struktur xəritələmə quyularının qazılmasını təmin edən mühəndis geoloji tədqiqatlar ,
yeraltı sərvətlərin dərinlik quruluşunun daha mükəmməl öyrənilməsinə imkan yaradan
geofizik və geokimyəvi tədqiqatlar , yatağın konturunun təyin edilməsi və
qiymətləndirilməsini təmin edən kəşfiyyat qazması;

─Dəniz neft qaz mədən obyektlərinin inşası;

─Neft yığım məntəqələri və kompressor stansiyalarının inşası magistral və mədən


daxili kəmərlərin , kabel xətlərinin çəkilişi və.s məqsədi ilə dəniz neft qaz mədənin
abadlaşdırılması;

─Neft qaz yataqlarının istismarı ;

Cədvəldə göstərilən qurğular əslində yuxarıdan göstərən texnoloji proseslərdə itifadə


olunur.

─Kəşfiyyat axtarış işlərində dəniz neft qaz obyektlərinin inşasında , magistral və


mədən daxili kəmərlərin və kabellərin çəkilişində amma bundan başqa xüsusi qurğular
neft qaz qurğularının istismarındadı.

─Statisionar platformalar

─Üzən hasilat platformaları

─Sualtı istismar sistemləri


2. Mühəndis geoloji və geofiziki işləri yerinə yetirən
qurğular
Sualtı neft qaz yataqlarının işlənilməsi ilə əlaqədar çoxmərhələli texnoloji prosesin
başlamaq mərhələsində mühəndis geodeziya , mühəndis hidroqrafiya , mühəndis geofiziki
təhqiqatlarindən ibarət olan dəniz mühəndis axtarışlarının tam kompleksi yerinə yetirilir.
Geodeziya tədqiqatları mərhələsindən dəniz akvatoriya mərhələsindən dəniz akvatoriya
sahəsinin qabaqcadan yoxlanılması nəticəsində alınmış məlumatlara əsasən geodeziya
dayaq şəbəkəsinin yaradılması , topoqrafiya çəkilişlərinin aparılması və.s barədə son qərar
qəbul edilir.

Mühəndis hidroqrafiya işləri dəniz dibinin , səthi süxurların süni və təbii mənşəli
sualtı obyektlərin hidrolokasiya müayinələrinin dəniz dibi relyefinin çəkilişlərini nəzərdə
tutur. Neft qazla bağlı dəniz tədqiqatlarında və geoloji kəşf işlərində istifadə edilən
geofiziki üsulların əsas kompleksin çöküntü qalınlığını kristallı özülün yerləşmə
dərinliyini və yatım sərhədlərinin qiymətləndirilməsi ilə dəniz dibinin geoloji
quruluşunun müəyyən edilməsindən ibarətdir.Uzun müddətli mühəndis hidrometroloji
işlər verilmiş tədqiqat rayonundan yatım sərhədlərinin qiymətləndirilməsi ilə dəniz dibinin
geoloji quruluşunun müəyyən edilməsindən ibarətdir. Uzun müddətli mühəndis
hidrometroloji işlər verilmiş tədqiqat rayonunda müxtəlif mövsümlərdə və hava şəraitində
axınların sürəti və istiqamətini dəyişmələri barəsində məlumatın əldə edilməsinə xidmət
göstərir.Mühəndis geoloji tədqiqatlar sahəsinin geoloji quruluşunu öyrənilməsi üçün
xəritələr və struktor quyularının qazılmasını , suxur nümunələrinin birbaşa gəmilərdə və ya
sahil labarotoriya express və labarotoriya təhlinini təmin edir. Yuxarıda göstərilənlərdən
görünür ki, daim dəniz geoloji geofiziki tədqiqatlar böyük müxtəlifliyi ilə fərqlənir. BU
qrupun özəyini şelfdə axtarış işlərini böyük həcmini yerinə yetirən mühəndis geoloji
geofiziki qurğular yerinə yetirir. Bu qurğuların qarşısından aşağıdakı tələblər irəli sürülür.

- Dəniz səfərinə yüksək manevirli qabiliyyətli və yararlı


- Universallıq (çox funksiyalılıq)
- Dənizdə qurğunun yerini müəyyənləşdirmə dəqiqliyi
- Kiçik sürətlər rejimindən uzunmüddətli sabit hərəkət
- Hidroakustik manelərin və vibratsiyaların cuzi kəmiyyətləri
- İş nöqtəsindən etibarlı saxlanma
- Göyərtədə boş sahələrin mövcudluğu ilə

Yuxarida göstərilən tələblər bütün elmi tədqiqat qurğularında tədqiq edilir.

• Dəniz səfərinə yüksək yaralılıq qurğunun açıq dənizdə qalma müddətinin mühüm
dərəcədə müəyyənləşdirir yəni istifadə səmərililiyini təmin edir.
Elmi işlərin aparılması 5 balla (6 baldan yuxarı məqsədə uyğun deyil) dalğalanma
şəraitində təmin olunmalıdır. Tədqiqatların aparılması zamanı dalğalanma balının daha
artıq olması texniki təminatı çətinləşdirir.
Köməkçi sükan qurğuların , dönən pər sükan kalonkalarının , ikivallı enerji
qurğularının və.s tətbiq edilməsi ilə tətbiq olunan yüksək manevrendirilən aparatlarla bağlı
tədqiqatların aparılması üçün həmçinin sualtı təhlükələr yaxınlığında dar yerlərdə üzərkən
olduqca zəruridir.
• Universallıq (çox funksiyalılıq)- yenidən əhəmiyyətli dərərcədə təchiz etməyə
ehtiyyac olmadan müxtəlif növ tədqiqatların yerinə yetirməsi üçün gəminin yararlığını
müəyyən edir.Bu tələbi yerinə yetirmək üçün stasionar labarotoriyaları ilə yanaşı daşına
bilən labarotoriya konteynerlərindən istifadə etmək mümkündür.Daşına bilən labarotoriya
konteynerləri istifadəsi gəminin reyse hazırlanma müddətini qısaltmağa imkan yaradır.

• Tədqiqatlı ölçmələrindən və ya yedəyə alınmış aparatlarla işləyərkən dəniz gəmilərinin


yerinin müəyyən edilmə dəqiqliyi aparılan tədqiqatların həqiqiliyini təmin edir.Bütün elmi
təhqiqat gəmilər mükəmməl radio naviqasiya sistemləri ilə təchiz edilir. Bu halda qlobal
təsirli peyk naviqasiya sistemləri xüsusi əhəmiyyət kəsb edir.Onlar yer üstü naviqasiya
təminat stansiyaları ilə müqayisədə qeyri məhdud təsir uzaqlığı maneələrin təsir etmə
dərəcəsi hər hansı metroloji şəraitdə gəminin yerini müəyyən edilməsini yüksək dəqiqliklə
bu çox üstünlüklərə malikdir. Yedəkdə olan aparatlarla işləyən zaman uzun müddətli sabit
kiçik sürətlə riyayaət etmək vacibdir. O ya dizel qurğusunun köməyi ilə tənzimlənmə
addımlı pərlə birgə ya da elektro hərəkətli enerji qurğusunun tətbiqi hesabına təmin edilir.

• Səs və vibrasiya səviyyəsinin maksimumunun azaldılması seysmik aparatların qeyd


edilən qurğularının işi ilə şərtləndirilmişdir. Yüksək həsaslı cihazların işindən mümkün
qədər az maeələrin yaradılması üçün əsas və köməkçi mexanizmlər amartizatorların
üzərinə qoyulur.Alçaq rəngli hava (konsellesdirme) nəzərdə tutulmur.Gəmi otaqlarının
izoliyasiyasi nəzərdə tutulur. Akustik ölçmələr üçün nəzərdə tutulmayan gəmilərdə daha
böyük qalınlığa malik olmalıdır.

• Qurğuların iş nöqtəsində etibarlı saxlanma qazma zamanı kernin seçilməsi və s. hallarda


zəruridir. Buna görə qurğular lövbər və dinamik sabitləşdirmə sistemləri ilə təmin edilir.

3. Kran gəmiləri
Dəniz neft və qaz yataqlarının mənimsənilməsi prosesində, kompleks şəklində aparılan
işlərdə (dayaq bloklarının daşınması, platformaların üst tikililərinin quraşdırılması
avadanlığın neft mədənlərinə çatdırılması və s. ) aparıcı rol dəniz kran gəmilərinə
məxsusdur.

Kran üzən vasitələri tərəfindən yerinə yetirilən müxtəlif xüsusiyyətli geniş iş diapazonlu
onların çox məqsədli universal təyinatını göstərir və bu üzən qurğuları istehsalat texnoloji
gəmilər qruplarına aid etməyə imkan verir. Kran gəmilərinin dəniz, neft qaz mədən
donanmasının tərkibində mövcudluğu onun struktur quruluşunu xüsusiyyətlərindən birini
özündə əks etdirir. Dəniz neft qaz çıxarma istehsalatının nəqliyyat istehsalat təminatında
kran gəmiləri bəzi hallarda yeganə üzən texniki vasitələrdi. Dəniz neft qaz mədən
obyektlərinin inşası və istismarı hər şeydən əvvəl obyektlərin istehsalat maddi texniki
bazalarından xeyli aralı olması eləcə də nəqliyyat və istehsalat texnolji proseslərinin
mürəkkəb iqlim şəraitlərində yerinə yetirilməsi ilə səciyyələnir. Eyni zamanda dəniz
yataqlarının abadlaşdırılması işlərinin yüksək dərəcədə sənayeləşdirilməsi quraşdırılması
və tikinti yerinə neft platformalarının istismara tam və ya nisbətən hazır olan iribloklu
monobloklu konstruksiyaların təcili çatdırılması zəruriyyətini ortaya çıxarır.

Nəqliyyat və istehsalat proseslərinin texnoloji və təşkilati xüsusiyyətləri əsas istismar


tələblərini müəyyənləşdirir və baxılan gəmi növləri üzrə ümum layihə konsepsiyalarını və
konstruktiv tərtibatını üzə çıxarır ki , bunlarda öz növbəsində aşağıdakıları təmin edir:

- Yük göyərtəsinin mümkün qədər böyük sahəsini və iri qabaritli ağır çəkili yüklərin
yerləşdirilmə və yerini dəyişmə şəraitini ;
- Güclü külək və dalğalı dəniz şəraitində gəmilərin istismarının mümkünlüyü ;
- Kranların üst tikililərinin zəruri xüsusiyyətlərini – qolun çıxışı , qarmağın qalxma
hündürlüyü . yüklərin qaldırılma və endirlmə sürətini ;
- Göyərtə və yük işlərinin mexanikləşdirilməsi;
- Sualtı texniki svay vurma işlərinin yerinə yetirilməsinin mümkünlüyü ;
Dənizdə neft qaz çıxarmanın mövcüd olduğu illər ərzində müxtəlif üzən kran vasitələri
yaradılmışdır. Onların inkişaf mərhələləri yeni kontruksiyalarının və dəniz neft
platformalarının inşaat üsullarının işlənib hazırlanması ilə sıx bağlıdır. Kran gəmi
qayırması sahilyanı dəniz neft mədən obyektlərinin inşası üçün nəzərdə tutulan özü
hərəkət edən nəqliyyat quraşdırma qurğularının yaradılmasına kimi texniki inkişaf
mərhələləri keçmişdir.
Neft qaz mədən qurğularında elekrointiqallı , dönən yük kranları geniş yayılmışdır.
Onların üstünlüyü idarəedilmə sadəliyindən daha yüksək məhsuldarlığında və işə daim
hazır olmasındadır.
Dəniz neft mədən akvatoriyasındakı kran gəmilərini isitismar xüsusiyyətləri, dönən
kranlara tətbiq edilən aşağıdakı əsas tələbləri irəli sürür:
- Səfər vəziyyətində bərkidilməsi (qollarla birlikdə) etibarlə olmalıdır.
- Mexanizmlərin o cümlədən yükün qaldırılma və ya endirilmə sürətini dəyişən
mexanizmlərin intiqaldan ayrıldığı halda və ya sürətlərin dəyişdirilməsi zaman yükün
düşməsinin və ya qolun öz-özünə yaranan hərəkətinin qarşısını almalıdır.
- Yük qaldıan qolun çıxışını dəyişən dönməsini təmin edən mexanizmlərin son
vəziyyətdə avtomatik dayandırılması nəzərdə tutulmalıdır.
- Yük qaldıran və qolun çıxışını dəyişən mexanizmlər yükün və qolun yalnız
intiqalla endirilməsini təmin etməlidirş
- Kranın yük qaldırma qabiliyyətinin qolun çıxmasından asılılığın nəzərə alaraq ,
qolun çıxışına müvafiq olan yük qaldırma qabiliyyətinin avtomatik göstəricisini nəzərdə
tutulmalı.
- Yük qaldıran qurğunun hər biri mexanizm səlis və (təkansit) işləyən tormuza malik
olmalıdır.
- Hidrointiqallı variantda hidrosistemin təzyiqi azaldıqda qolun öz-özünə baş verən
hərəkətinə yol verməyən qurğu nəzərdə tutulmalıdır.
4.Neft platformalarının elementlərini daşıyan üzən qurğuları

Dəniz neft qaz yataqlarının mənimsənilməsində nəqliyyat quraşdırma üzən kran vasitələri
ilə yanaşı neft platformalarının metal konstruksiyalarının daşınmasında özü hərəkət
etməyən üzən barjalardan da istifadə edilir. Onlar ənənəvi yedəklənmə üsuluna
əsaslanaraq dənizdə yedək gəmisinin arxasında məsafədə yedəklənirlər. Özü hərərkət
etməyən barjalar sadə formalı üzən vasitələrdir. Dəniz səfərinə yararlılıq keyfiyyətlərini
artırmaq məqsədiylə bir çox hallar onların burun hissəsi axarlı (oval) edilir. Digər barjalar
ucları kəsik gövdəyə düzbucaqlı şəklində göyərtəyə və yükün yerləşdirilməsi üçün xüsusi
tirlərə (sklizlərə) malikdir.

5. Dayaq bloklarının daşınması


Dayaq bloklar iri qabaritli ağır çəkili yüklərə aiddir. Onları daşımaq üçün böyük ölçülü
yük göyərtəsi və müvafiq yük qaldıran kranlara malik olan nəqliyyat quraşdırma
katamaran (iki gövdəli qurğu tipli) gəmiləri istifadə edilir. Katamaran tipli gəmilər yük
əməliyyatlarını ənənəvi şaquli üsulla yerinə yetirmə qabliyyətinə malikdirlər. Çox vaxt
dərin dəniz stasionar platformalarının dayaq bloklarının xərclərini nəzərə alaraq kran
quraşdırma qurğuları onların dənizdə yüklənməsi , daşınması və boşaldılması
əməliyyatlarının yerinə yetirə bilmir. Bu halda dərin dəniz stasionar platformasının dayaq
bloklarının daşınması və dənizdibində yerləşdirilməsi üçün xüsusi üzmə qabiliyyətindən
və ya ballast sisternlərindən , bloka bağlanmış pantonlardan yadaki xüsusi nəqliyyat
barjalarından istifadə etməklər həyata keçir. Bu cür xüsusi barjlar müəyyən ölçüsü olan
yük göyərtəsinin mövcudluğu ilə səciyyələnir.Bu barjaların arxa hissəsində dayaq
blokunun suya salınmasını təmin edən xüsusi qurğu dönən koromislo(balansir)
yerləşdirilmişdir.

Özlü blokların daşınması üçün Xəzər dənizində yükqaldırma qabliyyəti 18 min ton olan
özü boşalan və hərəkət etməyən barjadan istifadə edilir. Barjanın konstruktiv xüsusiyyəti
hər biri 127 m olan əsas göyərtədə yerləşdirilmiş 2 endirmə yolunun mövcudluğundan
ibarətdir. Bloku suya salan yolun arxa hissəsinin uzunluğu 30m, eni 3m olan 2seksiyalı
şaquli koromislo ilə bitir. Koromislonun hər şarniri maximum 8,5 min ton yükə
hesablanmışdır. Koromislonun hər seksiyası müvafiq olaraq 300 və 900 döndəriləbilər.

Dayaq bloklarının yüklənməsi və suya salınması üçün barjan hər birinin qüvvəsi 500 ton
olan 4 hidroitələyici ilə təchiz olunmuşdur. İşlənə zamanı işçi təzyiq 24 MPa, dalma
zamanı 32 Mpa - a bərabərdir. Blokun suya salındığı yolda hərəkət sürəti 0,35 m /dəq olur.

Texnaloji yüklənmə prosesi aşağıdakı kimi həyata keçirilir.

 Barjan dayaq blokunun ona yüklənməsi üçün arxa tərəfi ilə sahil körpüsünə
perpentikuliyar olaraq yaxınlaşır. Sonra Barjan müəyyən qədər ballastlanır və bu
vəziyyətdə sahilə verilən burastlarla ( kanatlar) və zavodun akvatoriyasındakı ölü
lövbərlərin köməy ilə bərkidilir. Bu zaman körpünün endirici yolları dayaq səthi ilə
bir-birinə uyğunlaşmalıdır.

 Dayaq bloku alt özülü ilə barjaya tərəf hərəkətə gətirilir. Dayaq blokunun barjaya
yüklənməsi sahiləki və ya barjadakı hidroitələyici ilə həyata keçirilir. Blok barjaya
keçirilərkən yüklənmənin qəbulunu təmin etmək və barjanın üfüqi vəziyyətini
saxlamaq üçün maye ballast boşaldılır.

 Barjaya keçirdikdən sonra bloku göyərtədə səfər vəziyyətində bərkidirlər. 3 sutkalıq


hava praqnozu olduğu zaman (külək 5 balldan, dalğalanma 3 baldan yuxarı
olmayaraq) xüsusi ekipaj dayaq blokunu və barjanı yedəyə alaraq iş nöqtəsinə aparır.

 Quraşdırma nöqtəsində dayaq bloku səfər bərkidilməsindən azad edilir. Ballastlama


yolu ilə barjanın arxa tərəfində different (fərq) yaradılır və itələyici qurğuların
köməyi ilə blok barjanın arxa tərəfinə istiqamətləndirilərək hərəkətə gətirilir. Bu
zaman karamislo dayaq blokunun ağırlığı ilə çevrilir və blokun suya sürüçüb
düşməsini təmin edir. Blokun aşağı hissəsinə bərkidilmiş sistemlər ballast qəbul
edərək blok şaquli vəziyyətə gətirilir və dənizin dibinə oturdulu.
6. Üzən qurğular
Kontinental şelfin karbohidratlarının mənimsənilməsi üçün nəzərdə tutulan texniki
vasitələrin ümumi kompleksində ənənəvi dəniz gəmilərindən memarlıq, konstruktiv
tərtibatına görə kəskin fərqlənən üzən qazma qurğuları əhəmiyyətli rola malikdir. Verilən
qazma nöqtəsindən tələb olunan dəqiqlikdə saxlanmasını , eləcə də güclü küləyin intensiv
təsiri və zamanı qurğunun etibarlı və təhlükəsiz istifadəsini təmin edən istismar şəraiti bu
qurğuların xarici görünüşünün formalaşmasına təsir edən başlıca amildir. Üzən qazma
qurğularına aşağıdakılar aiddir:

- Dalma qazma qurğusu (Submersible drilling units)


- Özü qazan qazma qurğusu (Jack up drilling units)
- Yarımdalma qazma qurğusu (Semsubmersible drilling units)
- Qazma gəmiləri və barjaları (Drillship units)

SSRİ –də 1ci üzən qazma qurğusu ilk dəfə 1956-1958 ci illərdə dəniz-neft layihə inşasına
başlamışdır.1966-ci ildə dənizin 15 m dərinliyində 1800 m dərinlikdə quyunun qaz üçün
“Abşeron” qazma qurğusu inşa edilmişdir. Sonralar dənizin 20 m -ə qədər dərinlik 3000
m-lik kəşfiyyat quyuunun qazılmasını təmin edən “Azərbaycan” qazmaqurğusu işlənilib
hazırlanmasıdır. İndi “Heydər Əliyev” adına qazma qurğusu istifadəyə verilib.

7. Dalma qazma qurğusu


Bu tip qurğular (20-25 m) əsasən kəşfiyyat eləcədə istismar qazmaları üçün nəzərdə
tutulmuşdur. Üzmə qabliyyətinə və davamlılığa malik olan bu qurğular böyük məsafələrə
yedəkdə aparıla bilər. İş nöqtəsinə gələn kimi qurğu balanslaşır, qravitasiya tipli
hidrotexniki qurğunun vəziyyətini alaraq dənizin dibinə oturdulur. Sonradan kontinental
şelfin dərin su sahələrinin mənimsənilməsi ilə əlaqədar olaraq belə qurğuların
yaradılmasına ehtiyac qalmamışdır. Belə qurğular indi kəşfiyyat işlərində az istifadə
olunur. Ona görə ki , dayaq sahələri böyük olur. 80- cı illərin əvvəllərindən başlayaraq
dayaz sulardakı yataqlara maraq yenidən artmışdır. Bu da dalma qazma qurğulrının
tikintisini labüt etmişdir.

Dalma qazma qurğularının əsas elementləri aşağıdakılardan ibarətdir:

- Üzən qazma avadanlığı, yaşayış otaqları, enerji qurğuları, texnoloji bloklar və s. olan
üst gövdə

- Biləvasitə danizin dibinə batan alt gövdə


- Alt və üst gövdəni birləşdirən dayaq sütunları

8. Özüqalxan üzən qazma qurğuları


Qaldırıcı mexanizmlərin köməyi ilə üzən gövdələrinin qaldırılmasını ilk dəfə Delong
şirkəti yerinə yetirir. 1954 cü ildə ABŞ da özü qalxan Delong modern qurğusu
yaradılmışdır. Özü qalxan dalma qurğuları dənizin 100-120 m dərinliyində kəşfiyyat və
istismar üçün effekli və etibarlı qurğulardır.

Bu qurğuların əsas konstruktiv elementləri aşağıdakılardır:

- Üzərində qazma enerji və s. avadanlıq yerləşən üzən gövdə (panton);


- Üzən gövdənin sudan yuxarı qaldırılmasını təmin edən mexanizmlər;

- Gövdənin (pantonun) şaquli istifadə hərərkətini təmin edən dayaq sütunları.

Bu qurğular üzən pantona və sayı 3 dən az olmayan dayaqlara malik olur. Özü qlxan
qazma qurğuları iş yerinə yəni qazma nöqtəsinə aparılan zaman (ayaqlar) dayaqlar yuxarı
qaldırılır.Qazma nöqtəsində süxurlar suya endirilir. Dəniz dibinə endirilir və öz ağırlığı ilə
basılaraq süxura daxil olur. Bundan sonar gövdə avadanlıq və ehtiyyatlarla birlikdə dayaq
sütunları boyu yuxarı qaldırılır. Qaldırma əməliyyatı hidravlik və ya elektromexaniki tipli
xüsusi qaldırıcı mexanizmlərin köməyi ilə həyata keçirilir. Qazma vaxtı panton dalğaların
onu vura bilmədiyi hündürlükdə yerləşdirilir.

Özü qalxan üzən qurğuları aşağıdakı elementlərə görə fərqlənir:

- Dayaq sütunlarının sayına görə ;


- Dayaq sütunlarının forması və konstruksiyasına görə;
- Pantonun formasına görə;
- Dayaq sütunlarının konstruktiv həllinə görə;
- Qaldırıcı mexanimlərin növünə görə;
- Qazma vişkasının yerləşdirilməsinə görə ;

Özü qalxan qazma qurğularında dayaq sütunları adətən gövdənin pantonun künclərində
(sütunların sayı 3-dən 5-ə qədər olduqda) və yasayı 6 olduqda pantunun uzun tərəfində
yerləşdirilir. Sütunlarının sayının seçilməsinə 1 çox amillər təsir edir. Onlara qazma
rayonunda dənizin hesablanmış dərinliyi və istismar hidrometeroloji şəraitinin , süxurların
vəziyyətini , dəniz dibinin relyefi , sütunların süxura basılması və ondan çıxarılması
üsulunu texnoloji və gəmi ehtiyyatları ilə birlikdə qaldırılan pantonun ümumi kütləsini ,
eləcədə inşa dəyəri və əmək tutumu anlayışlarını aid etmək olar. Bir qayda olaraq dənizin
45 m dərinliyində 3,4 və 5 dayaq üzərində olan özü qalxan qazma qurğularından istismar
olunur. Dənizin dərinliyi 60 m olduqda 3 dayaqlı qurğular istifadə olunur. 4 dayaqli
qurğuların sayı məhdudlaşdırılır və dayaqların sayı çox olan qurğulardan istifadə olunmur.
Dənizin 90 m dən çox dərinliklərindən əsasən 3 dayaqlı qurğular istifadə olunur.

Son vaxtlar qazma işlərinin daha böyük dərinliklərində ümumi sayı 3 artma
tendesiyasına malikdir. Göründüyü kimi paradoksal vəziyət baş verir.Dərinlik artdıqca
sütunların sayı azalır.Halbuki zənn edildiyi kimi çoxlu dayaq lazım olur , lakin dalğaların
təsir effekti xeyli yüksəlir.Bu səbəbdən sütunun yük möhkəmliyi və sabit dayanması və
durması şərtinə görə dayaqların en kəsik sahəsinin onun ətalət momentinin və nəticə
etibari ilə kütləsinin artırılması yolu ilə əldə edilir. Bu halda dayaqların sayının az olması
səmərəlidir. Bəzən bu qurğularda maili sütunlardan konstruktiv möhkəmlik üçün istifadə
edilir. Lakin mürəkkəb konstruksiya onların istifadəsini məhtudlaşdırır.

Dayaq sütunları forma və konstruksiyasına görə slindir və ferma şəkilli olurlar. Slindrik
konsturksiyalı dayaqlardənizin 45 m dərinliyində istismar edilən qurğularda istifadə
olunur. Onların üstünlüyü ferma şəkilli konstruksiyalara nisbətən hazırlanmasını daha az
iş tutumundadır. Çatışmazlıqları nisbətən daha çoxdur. Dalğa yükləmələri nisbətən daha
çox olur amma qurğunun (üstün olan bu yükdən ) böyük olmayan ümumi hündürlüyündə
bu yüklənmələr süxur üzərində sabit dayanması nöqteyi nəzərində tam düzgündür.

45-75 m arasında olan dərinliklərdə həm slindrik, həm də ferma dayaqlardan istifadə
olunur. Praktiki olaraq bütün slindrik qazma qurğuları dayaq döşəyi üzərində olan 3
dayaqlı qurğulardır. Lakin elə bu dərinlik diapozoununda ferma şəkilli qurğuların payı
50% -dən çoxdur.

75 m – dən çox dərinlikdə praktiki olaraq bütün özüqalxan qazma qurğuları dalğa
yüklənməsinə daha az məruz qalan ferma şəkilli dayaqlara malikdirlər.

Ferma şəkilli dayaq sütunlarının en kəsiyi ∆ və □ şəkilli olur. En kəsiyinin formasının


seçilməsi bir qayda olaraq şirkətin tətbiq etdiyi qaldırıcı mexanizmdən asılıdır. 3 tərəfli en
kəsik forması sütunun konstruksiyasını sadələşdirir .Çünki çarpazların (çəp qoyulan
dayaqlar) sayı azalır . Buda dalğa yüklənmələri və sütunun hazırlanması və metal tutumu
və iş həcminin azaldılmasına müsbət təsir göstərir. Pantonun və sütunların şaquli
istiqamətdə nisbi yerdəyişməsi qaldırıcı mexanizmin ilişməsini təmin edən dişli və ya
pəncərəli tamasanın köməyi ilə həyata keçirilir. Tamasanın konstruksiyası qaldırıcı
mexanizmin elektro mexanik və ya hidravlik növü olmasından asılıdır. Elektro mexaniki
qaldırıcıdan istifadə etdikdə tamasalar dişli kəsmələrə malik olmalıdır. Eger hidravliki
qladırıcı tətbiq eilərsə , onun ilişməsini təmin etmək üçün çıxıntılara , oyuqlara və
pəncərələrə malik olan istifadə olunur.

Pantonun forması dayaq sütunlarının sayına görə müəyyən olunur. Sütunların sayı
cütdürsə qurğunun gövdəsində □, 3 və ya 5-dirsə ∆ və ⌂ formasında olur. Dayaq
sütunlarının alt hissəsinin konstruktiv həllinə görə özü qalxan qazma qurğularını 3 növə
bölmək olar:

1. Dayaq döşəyinə bərkidilmiş


2. Süxura daxil ola bilən
3. Süxura daxil olmayanlar

Daha zəif süxurlar üçün “dayaq döşəklərinə bərkidilmiş” , daha sıx süxurlar üçün “süxura
daxil ola bilən” sütunlara malik qazma qurğuları tətbiq olunur.
Süxura daxil ola bilməyən sütun aralıq variant kimi sayılır.Bütün hallarda sütunların
süxura basılmasının yol verilən həddi yol verilən elə hesablanır ki , onları kənar vasitələrin
köməyi olmadan süxurdan çıxarmaq mümkün olsun. Hərəkət edən ortalın üzərinə qoyulan
qazma vışkasının yerləşdirilməsinə görə özü qalxan qazma qurğuları aşağıdakı kimi ola
bilər :

- Bilavastə gövdənin üzərində vışkası olan, bu halda quyununn və kipkəçli


(bağlayıcı –qoruyucu ) armature gövdənin daxilində nəzərdə tutulmuş yarıqda yerləşdirilir.
- Xüsusi konteynlər dayaq üzərində gövdə xaricinə konsul şəklində çıxarılma vışkası
olan – Bu halda quyunun ağzı gövdə xaricində yerləşdirilir.
Özü qalxan qazma qurğularında quyuların qazılma texnologiyası quruda edilən işlərdən
çoxda fərqlənmir.

9 Özü qalxan üzən qazma qurğularının istismar xüsusiyyətləri


İstismar xüsusiyyətləri 2 rejimdən müəyyənləşdirilir:
- Səfər vəziyyəti ilə;
- İstismar nöqtəsində dayanacaq rejimi ilə;
Gövdəni və dayaq sütunlarının su səthinə nisbətən yerləşdirilməsinə görə yuxarıda
göstərilən və bir-birindən fərqlənən istismar rejimləri bir sıra dəniz əməliyyatlarından,
yedəklənmədən, istismar nöqtəsinə qoyulmadan, nəql olunma vəziyyətindən işçi
vəziyyətinə və əksinə keçirilmədən qurğunun iş nöqtəsindən çıxarılmasından əvvəl
differensləndirilməsində, eləcə də dəniz şəraitində qəzalar zamanı qurğunun davamlılığını
və personalın sağ qalmasını təmin edən tədbirlərdən ibarətdir.
Özü qalxan qurğunu tam iş dövrünü aşağıdakı şəklində təsəvvür etmək olar:
- İstismar nöqtəsinə yedəklənən;
- Nöqtədə yerləşdirilməsinə hazırlıq;
- Dayaq sütunlarının dənizin dibinə qədər endirilməsi;
- Dayaq sütunlarının dəniz dibi süxura batması;
- Gövdənin sudan ayırmadan qaldırılması;
- Dayaqların süxur basılması;
- Gövdənin dəniz səviyyəsindən verilmiş hündürlüyə qaldırılması;
- Qaldırıcı mexanizmlərin stoporlanması;
- Pantonun fiksasiya edilməsi və qazmaya hazırlıq;
- Quyunun qazılması;
- Qurğunun nəql vəziyyətinə keçirilməsinə hazırlıq;
- Gövdənin suya endirilməsi;
- Dayaq sütunlarının süxurdan dartılıb çıxarılması, qaldırılıb çıxarılması və
qaldırılması;
- Dayaq sütunlarının nəql vəziyyətinə qaldırılması;
- Yeni nöqtəyə yedəkləmə;

Səfər vəziyyətində I əsas rejim

Bu rejimdə qurğuların gövdəsi suda üzən vəziyyətdə dayaq sütunları isə tam yuxarı
qaldırılmış vəziyyətdə olur. Belə vəziyyətdə qurğu hövzənin bir qazma nöqtəsindən
digərinə olduğu kimi keçirilə bilər. Bir qazma nöqtəsindən digərinə keçid yedək
gəmilərinin köməkliyi ilə həyata keçirilir. Lakin çox vaxt bir hövzədən digərinə keçmə
əməliyyatı iri qabaritli yüklərin daşınması xüsusi gəmilərlə yerinə yetirilir.12 saatdan az
davam edən keçidlər qısa müddətli ,çox davam edənlər isə uzunmüddətli okean keçidləri
olur.

Uzaq məsafələrə keçid əməliyyatı adətən texnoloji ehtiyatlar olmadan həyata


keçirilir.Bir qazma nöqtəsindən digərinə keçid zamanı isə qazma qurğularında əvvəlki
quyu qazıldıqdan sonra qalmış texnoloji ehtiyyatlar ola bilər.Qazıma qurğularının eni və
hündürlüyünü,böyük qabarit ölçülərini,eləcə də böyük yelkən sahəsini nəzərə alaraq keçid
marşrutu qabaqcadan diqqətlə işlənib hazırlanmalıdır.

Güclü fırtına zamanı hətda güclü yedək gəmiləriözüqalxan qazma qurğusunu verilən
kursda(yolda) saxlamaqda çətinlik çəkirlər, ona görə də elə marşrut seçmək lazımdır ki,
orada fırtınanın kəsilməsini gözləmək üçün münasib yer olsun. Bu imkan təkcə buxta və
ya mühafizəedici hidrotexniki qurğuların mövcudluğu ilə deyil həm də dənizdə dayaq
sütunları üzərində dayanmağa imkan verən dərinliklərin olması ilə qiymətləndirilir.Belə
imkan ona görə zəruridir ki, əlverişsiz meteroməlumat olduqda qazma qurğusu
qabaqcadan sütunlar üzərinə qaldırılsın və bununla da dreyf (dalğaların gəmini yerindən
oynatması) və güclü yırğalanmalara yol verilməsin.

Dayaq sütunlarının tam qaldırılması vəziyyətində keçid əməliyyatı adətən dalğalanma 5


bal və külək 7 balla məhdudlaşdığı halda yerinə yetirilir. Keçmə əməliyyatını başlamazdan
əvvəl göyərtədə və qurğunun daxili konstruksiyasındakı örtmələr, eləcə də dayaq
sütunlarını qaldırılmış vəziyyətdə fiksasiya edən qurğular diqqətlə yoxlanılır, adətən arxa
tərəfdə yerləşən vışka özüqalxan qurğunun orta hissəsinə çəkilir.

Özüqalxan qazma qurğusunun ikinci istismar rejimi

Qazma nöqyəsində bu rejimin xüsusiyyəti ondan ibarətdir ki, qazma nöqtəsində


dayanmalıdır bu zaman dayaq sütunları dənizin dibinə endirilir və süxura möhkəm basılır,
qurğunun gövdəsi su üzərində elə hündürlüyə qaldırılır ki, maksimal dalğa zərbələri
qurğunun pantonun altına dəyməsin.Gövdənin dibinin dəniz səthinə zəruri yüksəldilməsi

h=0.6hd+hq+∆h - ifadəsi ilə müəyyən edilir.Burada hd – dalğanın hesabat hündürlüyüdür.


hq –qabarmanın hündürlüyü, ∆h -dalğanın zirvəsi və özüqalxan qazma qurğularının dibi
arasındakı reqlamentləşdirilmiş aralıqlardır.

Xarici təsnifat cəmiyyətlərinin əksəriyyəti bu aralığı 1.5metr ölçüdə müəyyənləşdirir.


75-90 metr dərinliklərə qədər dəniz sahələrində qazma işləri aparılarkən quyunun ağzı
sudan yuxarıda olur,yəni suayırıci kəmər dənizin dibinə vurulmuş və yuxarı ucu su
səviyyəsindən yuxarı çıxarılmışdır.Bu halda ,suayırıcı kəmərin yuxarı ucu özü qalxan
qazma qurğusuna sərt bərkidilir.

Hərdən böyük dərinliklərdə işləyən özü qalxan qazma qurğularında quyuağzı sualtı
avadanlıqdan istifadə olunur. Bu halda quyuağzı dibdə yerləşdirilir və dib almaturu qurğu
ilə ancaq istiqamətləndirici traslar sistemi vasitəsi ilə əlaqələnir. Lazım olan sualtı
quyuağzı avadanlığın hissələri bu sistemlə endirilir və qaldırılır.

Özü qalxan qazma qurğuları bir nöqtədə bir ilə qədər qala bilər və bu vaxt ərzində dib
relyefindən , dərinlikdə olan axınlardan və süxur strukturundan asılı olaraq bəzi dayaq
sütunlarının ətrafında süxurun yuyulması baş verir. Qazma qurğusunun bir dayaq sütunu
altında süxurun yuyulması nəticəsində qəza halları məlumdur.Ona görədə dayaq
sütunlarının süxura çökməsinin daim izləmək lazımdır. Dayaq sütunları qeyri bərabər
çökdükdə qurğunun gövdəsində maillik baş verir və nəticədə özü qalxan qurğunun gövdəsi
dayaq sütunlarında pərcimlənir. Bu zaman gövdənin dayaq sütunlarına nisbətən hərərkəti
qeyri mümkün olur.Buna yol verməmək üçün özü qalxan qurğunun gövdəsinin mailliyinə
də nəzarət verilən həddi 0.5⁰ və 1⁰-dir. Baxılan 2 istismar rejimlərindən başqa bir işçi
vəziyyətindən digərinə keçidprosesində maraq kəsb edir. Qazma qurğusunun dayaq
sütunlarına istinad edərək qalxması ən ağır iş rejimlərindən biridir. Qurğunun dayaqlarla
qalxması və suya enməsi adətən nisbətən sakit havada yerinə yetirilir, dalğalanma 2-3
baldan çox olmamalıdır. Qazma qurğusunun sütunlarda dayanma təhlüəsizliyi 1 sütuna
düşən maksimal hesabat yükləməsindən artıq olan qüvvə ilə sütunların süxura basılması
ilə təyin edilir.

4 dayaqlı qazma qurğusunu üçün basılma qüvvəsi gövdənin çəkisinin 40-45 % -nı təşkil
edir. 3 dayaqlı qazma qurğusunda dayaqların süxura basılmasını balanslama yolu ilə
həyata keçirirlər.

4dayaqlı qazma qurğusunda isə gövdənin çəkisindən alınan yüklənmənin sütunlarının


arasında bölüşdürməklə əvvəlcə diaqanal üzrə yerləşən yüklənmədən azad edilir və
yüklənmə 2ci cüt sütuna ötürülür. Sonra ondan (2ci cütdən ) da azad edilib 1 ci cütə
ötürülür.

Böyük dalğalanmada dayaq sütunları diblə zərbəsiz təmassız təmin edilməsiylə


çətinliklər yaranır. Dibə toxunduqdan sonra dayaqların dəniz dibi süxura batırılma
əməliyyatı etdirildiyi müddətdə sütunları endirən mexanizmin işi dayandırılmır.Sütunlar
sonrakı basılması özü qalxan qurğunun gövdəsinin azacıq qaldırılması (sudan
ayrılmayaraq) yolu ilə həyata keçirilir. Bu zaman gövdənin oturumu və suyun saxlama
qüvvələrinin azaldılması dayaqlara düşən yükləmələri artırır. Bu isə öz növbəsində
dayaqların süxura batırılmasını artırır. Dayaqların süxura batırılması başa çatdıqdan sonar
fasilə verilir. Və dayaqlarda çökmə olmadığı halda özü qalxan qurğunun gövdəsi su
səthindən yuxarı hesabat hündürlüyüynə qaldırılır. Ö.Q. Qazma qurğusunun sabit
dayanması əsasən aşağıdakılardan asılıdır:

- Dəniz dibindəki süxurların daşıma qabiliyyətindən;


- Sütun və dayaqların konstruksiyasından , onların yerləşdirilməsindən və qaldırıcı
mexanizmlərin qaldırıcı quruluşundan;
- Dənizdə qazma qurğusunun iş nöqtəsində baş verən hidrodinamik proseslərdir.

Qazma işləri başa çatdıqdan sonra qurğu üzmə vəziyyətinə keçirilir. Gövdə suya salınma
rejimində işləyən endirici qaldırıcı mexanizmlərin köməyi ilə suya endirilir. Bu halda
gövdənin hesabat oturumundan aşağı suya qaldırmaqla əlavə saxlama qüvvəsi yaradılır.
Bu qüvvə sütunları suxurdan çıxarır. Hərdən sütunların çıxmasını təmin etmək üçün
süxuru xüsusi hidroyuma qurğusu ilə yuyub çıxarırlar(dağıdırlar).

Quyu lüləsi saxlanmadıqda qurğu nəql vəziyyətinə keçdikdən sonra yedəklənmə əmri
verilir. Quyu lüləsi saxlandığı halda isə bütün işlər qurtardıqdan sonra blok - konduktor
qoyulur.

Blok – konduktor qurğunun gövdəsinə yaxın olduğu üçün qurğunu ehtiyyatla aralamaq
lazımdır. Çünki qurğu ağırlığı ilə blok – konduktoru əzə bilər.

ÖQQ Qurğuları digər üzən qurğu və gəmilərlə müqayisədə daha az hava şəraitindən
asılıdır. Çünki onlar süxura dirənərək stasionar vəzziyyət alır. Bu da qurğunun
konstruksiyasını sadələşdirir, yırğalanma kompensatorunun tətbiqini tələb etmir və qazma
işlərinin dəyərinin azaldılmasına gətirib çıxarır.

ÖQQ Qurğuların aşağıdakı qüsurları var:

- Dəniz dibi süxurlarının daşıyıcı qabliyyətindən asılılıq


- Nəql vəziyyətində və iş nöqtəsində yerləşdirmə zamanı hava şəraitindən asılılıq

- Dəniz dibindən asılı olaraq istismar dərinliyi

10 Yarımdalma üzən qazma qurğuları


Bu qurğular əsasən şelfin 150m və daha artıq dərnliklərində kəşfiyyat işlərinin aparılması
üçün nəzərdə tutulmuşdur.Digər ənənəvi dəniz üzən vasitələr ilə müqayisədə gövdənin
qeyri adi forması ilə səciyyələnən bu qurğular dəniz səfərinə yüksək yaralılıq
keyfiyyətinə malikdir. Yarım dalma üzən qazma qurğuları aşağıdakı əsas elementləri
olan fəza konstruksiyalar:

- Qurğunu üzən vəziyyətdə saxlayan su basımlı pantonlar;


- Yaşayış və istehsalat otaqları olan üst tikililər
- Su basımlı gövdəni üst tikililərlə birləşdirilən sabitləşdirici sütunlar.

Sütunların hündürlüyü qurğunun işçi vəziyyətindən pantonların dəniz səviyyəsindən


aşağı batırılması və su üstü tikililərin dalğa zərbəsinə məruz qalmasına yol verilməyən
qaldırılması ilə seçilir.Yarımdalğa qurğuları memarlıq konstruktiv növlərinə görə
olduqca müxtəlifdir.

İlk yarımdalma qazma qurğuları sabitləşdirici sütunların çarpazların çox saylı olması
səbəbindən xarici görüşünə görə stasiona platformaların dayaq bloklarının ferma
konstruksiyalarını xatırladırdı. Su altı pantonlar bir qayda olaraq üfuqi silindir şəklində
idi. Biri-birindən aralı otaqları olan üst tikili ayrı-ayrılıqda yerləşdirilmiş əlavə tikililər
qrupu kimi görülürdü. Lakin tədricən belə qurğuların böyük istismar təcrübəsi geniş
hidrodinamik sınaqların keçirilməsi yarımdalma qurğuların səmərəli konstruksiyasının
yaradılmasına yol verdi. Sabitləşdirici sütunların sayı tədricən azaldıldı. Əvvəllər slindrik
formadan panton olan sxemləri sadələşdirdi.

Bütün müxtəlif yarımdalma konstruksiyasının ən çox yayılanı 2 paralel yerləşdirilmiş


sualtı pantona malik memarlıq konstruktiv qurğulardır. Az saylı stabilləşdirici sütunlarla
birlikdə pantonların bu cür yerləşdirilməsi çarpazların sayının azaldılmasına imkan
yaradır. Bu da inşaat texnologiyasının sadələşdirir. Yarımdalma qurğuları aşağıdakılara
görə fərqlənir:

- Sualtı pantonların sayına görə ;


- Su altı pantonların formasına görə ;
- Sabitləşdirici sütunların sayına görə;
- Su üstü hissəsinin forması və konstruksiyasına görə;
- Qurğunun iş nöqtəsində saxlamasının sisteminin tipinə görə;
- Bir istismar rayonundan digərinə keçmək üsuluna görə

Qurğunun təyinatı nəzərə alınmaqla qazma üçün qurğunun yerləşdirilməsinə görəsualtı


pantonlar sayına və formasına görə yarımdalma qurğularını aşağıdakı qruplara bölmək
olar:
- Gəmi formasında və ya ona bənzər formada iki paralel pantona malik qurğular;
- İki siğar şəkilli pantona malik qurğular müxtəlif konfiquriyasiyalı 3 və daha çox
pantona malik qurğular sabitləşdirici sütunların sayı adətən sualtı pantonların sayı ilə
müəyyən edilir.

3-5 pantonu olan qurğular hər pantonda bir sabitləşdirici sütuna malikdir. İki paralel
sualtı gövdəsi olan qurğular cüt sayılı (4,6 və 8) sütunlara malikdir daha mürəkkəb sualtı
panton sistemi olan ya dalma qurğular çox sabitləşdirici sütunlara malikdir. Sabitləşdirici
sütunların sayının çox olması urğunun konstruksiyasının “ dalğa şəfalılığını” azaldır , 4
panton isə nəql etmə zamanı katamaran tipli qurğulara nisbətən daha zəifdir. Üst tikililərin
etibarlı , möhkəm və əlavə çarpazlar tələb edilmədən birləşdirilməsi , dairəvi pantonları
olan yarımdalma qazma qurğusunun konstruksiyasında təmin edilir. Lakin kursda sabit
durmaması barədə və yedəkdə aparıldığı zaman böyük müqavimətin mövcudluğu
barədə bu tip qurğuların qüsuru sayıllır. Sabitləşdirici sütunlar adətən silindir
formasında olub amma en kəsiyi düz bucaqlı şəklində küncləri kəsilmiş formaya malik
yarımdalma qurğularında məlumdur.Üst tikililərin forma və konstruksiyasına görə
qurğuları 2 qrupa bölmək olar.

- Üst tikililəri olan meydança şəklində ;


- Tərkibində hər cür xidməti və yaşayış otaqları yerləşən və qurğunun ümumi
möhkəmləndirilməsini təmin edilməsində iştirak edən vahid həcmli konstruksiya şəklində;

Nöqtədə saxlama qabiliyyətinə görə yarımdalma qurğular 3qrupa ayrılır:

- Lövbərli mövqe saxlama sistemləri ilə ;


- Dinamik mövqe saxlama sistemləri ilə;
- Kombinasiya edilmiş sistemlərlə (Lövbər və dinamik mövqe saxlama sistemləri)

Lövbərli mövqe saxlama sistemina malik yarımdalma qurğuları adətən 8-12 lövbər zəncir
və ya trosu ilə təchiz olunur.Onlar bir qayda olaraq qurğunun künclərində yerləşdirilir və
dənizin 200-300 metrliyində tədqiq edilir. Hər bir lövbərin kütləsi 20 tona çatdırılır.

(Böyük dərinliklərində dönən hərəkətverici qurğular güclü köməkçi sükan qurğulardan


avar pərlərindən və avtomatlaşdırılmış idarə etmə sistemlərindən ibarət dinamik mövqe
saxlama sistemlərindən ibarət ola bilər.Bu cür yarımdalma qurğuları dənizin 1000 m və
daha çox dərinliyində işlədilə bilir. Lakin bu tipli sistem çox böyük güc tələb edir. Zəif
dalğalanmada iş zamanı yarımdalma qurğuların saxlanması passiv lövbər sistemi ilə təmin
edilir. Böyük dalğalanmada və güclü küləyin təsiri zamanı aktiv dinamik mövqe saxlama
işə qoşulur. İri ölçülü yarımdalma qurğusu yedək gəmilərin köməyi ilə qazma nöqtəsinə
nəql edilməsi zamanı böyük çətinliklə baş verir.Bu səbəbdən bəzi yarımdalma
platformalarında onların balaca sürətlə hərəkətini təchiz edən elektrik mühərrikləri
quraşdırılır.)

11.Yarımdalma qazma qurğularının istismar xüsusiyyətləri


Əslində onların istismar xüsusiyyətləri 4 rejimdə səciyyələnir: Keçid əməliyyatı ,
yedəkləmə, fırtına zamanı dayanma, dənizdə sağ qalma.

Yarımdalma qurğularının yedəkləməsi özü qalxan qurğularda olduğu kimi xüsusi


hazırlanmış keçid əməliyyatını təmin edən layihə üzrə həyata keçirilir. Layihədə
məsafədən , üzmə rayonundan və uzun müddətli meteroloji zonadan asılı olaraq yedək
sürəti və keçidi təmin edən yedək gəmilərinin sayı və gücü müəyyən edilir. Keçid zamanı
külək tutan səthin azaldılması məqsədlə bəzi qurğularda nəql etmə zamanı üst gövdənin su
səthinə nisbətən hündürlüyü 40 metrəyə çatır. Üfuqi yerləşdirilən qazma vişkaları təmin
edilir.Yedəkləmə zamanı qurğunun üzərində adətən qazma işlərindən sonra qalmış
müəyyən miqdarda texnolojji və naviqasiya ehtiyyatları yerləşdirilir. Bu miqdarın həddi
davamlılıq nöqteyi nəzərindən və nəql etmə zamanı tələb olunan oturum ilə müəyyən
edilir. Bir qazma sahəsi dairəsində əlverişli hava şəraitində keçid əməliyyatı qazma
rejiminə müvafiq oturumda , yəni yarımdalma qazma qurğunun alt pantonları suyun
üzərinə çıxarılmadan yerinə yetirilə bilər.Üzən qazma qurğusunun adətən 2-3 güclü yedək
gəmisi yedəkləyir.Özü hərəkət etməyən yarımdalma qazma qurğusunun yedəkləyən zaman
dartıcı yedək gəmilərindən əlavə qurğunu kursda saxlayan yedək gəmisindən də istifadə
edilir. Keçid əməliyyatı başa çatdıqdan sonra yarımdalma qurğusu əvvəlcədən seçilmiş iş
nöqtəsində müəyyən edilmiş mövqeni tutmalıdır.İş nöqtəsində lövbərlərin və lövbər
zəncirlərin nəzərdə tutulmuş nöqtələrə daşınması müəyyən sxem üzrə yerinə
yetirilir.Bütün lövbərlər dəniz dibinə salındığından sonra lövbər zəncirlərinin
bucurqadlarla çəkilməsinə başlayaraq ilkin adlandırılan tarımlama yaradılır.Qurğu istismar
müddətinin çox hissəsinin bu rejimdə olur.Quyunun qazılması ilə bağlı olan bütün növ
işlər qazma rejimində aparılır.Sualtı quyuağzı vadanlıq dənizin dibinə endirilir, qazılan
quyunun dəniz suyundan izolyasiyasını təmin edən su ayrıvcı kəmərin (rayzerin)
seksiyalara şarnil ona birləşdirilir.Küləyin , dalğalanmanın , axınların təsiri altında üzən
qurğu ilkin vəziyyətinə nisbətən yerini dəyişə bilər.Fırlanan qazma kəmərinin sınması və
ya pərçimlənməsi baş verməməsi üçün yol verilən yerdəyişmə həddi keçilməməlidir.
Qurğunun qazma rejimində üfuqi yerdəyişmə kəmiyyəti suayrıcı kəmərin elastikliyindən
(əyilmə qabiliyyətindən) və onun şarnirinin konstruksiyasından asılı olaraq
müəyyənləşdirilir. Yarımdalma qurğusu qazma rejimində ən çox texnoloji ehtiyyatlara
malik olmalı və küləyin , axının və dalğalanmanın birgə təsirinə tab gətirməlidir ki, işi
davam etdirmək mümkün olsun. Bu o demekdir ki , iş nöqtəsində işin dayandırılması
yarımdalma qurğusunun xarici təsirlərə reaksiyasının xarakterindən asılıdır.Xarici reaksiya
növlərindən biri yarımdalma qurğunun şaquli yırğalanmasıdır. Yarımdalma qurğusunda
qazma prosesində şaquli rəqslər qazma kəmərinə ötürülməsin deyə kəmərin asqı
sistemindən 5 metrə qədər işçi gedişi olan xüsusi yırğalanma kondensatorlardan istifadə
olunur. Müasir yarımdalma qurğuları qazma rejimində 10-12 m hündürlüyüyndə dalğaya
və 18-24 m/s küləyə dözümlüdür. Axının sürəti 1,5 m/s çata bilər. Küləyin sürəti və
dalğanın hündürlüyü artarkən qurğunun qazma rejimi üçün üfuqi , şaquli və maili
yerdəyişmə həddini təmin etmək mümükün olmadıqda yarımdalma qurğusunun digər
istismar rejimində fırtına işi dayandırma və havanın yaxşılaşmasını gözdəmə rejimə
keçməlidir. Bu rejimdə qazma dayandırılır, qazma kəmərini quyudan qaldırılar, aşırlar və
onun seksiyalarını qazma vışkasının daxilində 'şamdan' adlandırırlar. Şamdan adlanan
xüsusiyyət qurğuda yerləşdirilər (Şaquli vəziyyətdə). Quyu ilə əlaqə elastik şlanqlar
vasitəsi ilə yerinə yetirilir və onun köməyi ilə qazma məhlulu quyuya vurulur. Lövbər
zəncirlərinin və qurğunun su ayrıcı kəmər və sualtı avadanlıqla əlaqələndirən trosların
tarımlığı boşaldılır ki, küləyin və dalğalanmanın onlara olan təsiri azalsın.Bu rejimdə
texnoloji ehtiyyatların yerləşdirilməsi , miqdarı su ballastı qazma rejmində olduğu kimi
qalır. Qazma kəməri quyudan çıxarıldığına görə şaquli yerdəyişmələrə qoyulan
məhdudiyyət götürülür. Eləcə də quyunun ağzına nisbətən platformanın üfuqi yerdəyişmə
həddi dənizin dərinliyinin 7-10% -ə qədər artır. Bu rejimdə təminat gəmilərin yaxınlaşması
və vertalyotun qurğu üzərinə enməsi qadağandır. Fırtınanın daha da güclənməsi ehtimalı
olduqda yarımdalma qurğusu qabaqcadan sərt fırtına vaxtı ya iş yerində quraşdırılan və ya
ordan çıxarılan , ya da qurğunun iş yerinə yedəkləmə zamanı baş verir. Sərt fırtına
rejimində (xaricu ədəbiyyatda bu rejim survivor etc. dənizdə sağ qalma rejimi adlanır) bu
halda qurğu dənizin dibində yerləşən quyuağzı avadanlığı ilə yalnız tarımlığı daha çox
azaldılmış troslarla əlaqəlidir. Qurğunun ağırlıq mərkəzinin endirilməsi və yelkən
sahəsinin azaldılması məqsədi ilə qazma kəmərlərinin şamlarını qazma vışkasından
yığışdırıb göyərtə qəfəslərində yerləşdirirlər. Lövbər zəncirlərini o dərəcəyə qədər
boşaldırlar ki, onların qırılma təhlükəsi yaranmasın.Üst gövdənin konstruksiyalarına
böyük dalğa zərbələrinin qarşısını almaq məqsədi ilə pantonlardan ballastın bir hissəsinin
boşaldılması və platformanın oturumunun azaldılması yolu ilə şaquli klirens 1 üst
gövdənin dəniz səviyyəsindən yüksəkliyi artırılır.Yarımdalma qurğusu üzrı qayda olan
təsnifat cəmiyyətlərinin əksəriyyəti hesab edir ki, maksimum dalğanın zirvəsi ilə üst
gövdənin alt konstruksiyaları ilə məsafə 1,5 m olmalıdır.

12. Qazma gəmiləri


Bu qurğular neft və qaz qazmaları üçün xüsusi inşa edilmiş və ya yenidən təchiz edilmiş
üzən qurğulardır. Qazma gəmiləri memarlıq konstruktiv növünə görə əsasən bir gövdəli
üzən qurğularıdır. Onlar vertalyot meydançasının və adətən gəminin orta hissəsində
yerləşdirilmiş qazma vışqasının , eləcə də burun hissəsində yerləşdirilmiş üst tikililərin
mövcudluğu ilə səciyyələnir. Bu cür gəmilər böyük yük qaldırma qabiliyyətinə, qazma
borularının və suayrıcı kəmərlərin saxlanması , lazım olan qazma avadanlığının
yerləşdirilməsi üçün kifayət qədər böyük sahəyə malikdir. Qazma gəmilərinin yüksək
mobilliyi və avtonomluğu bazadan uzaq rayonlarda dənizin 300-metrdən böyük
dərinliyində kontinental şelfin geniş sahəsində müayinə aparılması lazım olduqda, neft və
qazla bağlı kəşfiyyat qazmaları zamanı demək olar ki, onları əvəzsiz edir. Qazma
gəmisinin konstruksiyasına olan əsas tələblərdən biri qazma nöqtəsində etibarlı
sabitlənməsidir. Qazma gəmisi dalğalı dənizdə ilkin vəziyyətinə nisbətən kiçik üfuqi və
inhiraf (şaquli vəziyyətdən kənara çıxma) bucaqlarını təmin etməlidir. Dənizdə qazma
zamanı gəmini küləyin və dalğanın istiqamətinə nisbətən elə yerləşdirmək lazımdır
ki,onların gəmiyə təsiri az olsun. Eninə və uzununa yırğalanma nəticəsində qazma kəməri
böyük əyilmə gərginliyinə məruz qalır. Gəminin böyük şaquli yerdəyişmələri zamanı
qazma baltası periodik olaraq quyunun dibindən ayrıla və zərblə quyu dibinə dəyə bilər ki,
bu da qazma prosesini çətinləşdirir və gücün səmərəsiz sərf edilməsinə səbəb olur. Belə
hallarda qazma kəmərlərinə oxboyu böyük yüklənmə ötürülür, bu da güclü sıxılma
gərginliyinin əmələ gəlməsinə və kəmərin sınmasına səbəb olur. Qazma gəmilərinin
qazma prosesində yan tərəfə və uzununa yırğalanma zamanı həmcinin şaquli
yerdəyişmələr olduğu hallarda onun sabitləşdirilməsi məqsədiylə lövbər və dinamik
mövqe saxlama sistemləri, şaquli yerdəyişmə kompensatorlarından istifadə olunur.

Mövqe saxlama ( sabitləşdirici sistemlər) 3 variantda olur:

I – Lövbərli sabitləşdirici sistem;

II – Dinamik sabitləşdirici sistem;

III – kompleks (lövbərli və dinamik) sabitləşdirici sistem;

 Lövbərli sabitləşdirici sistemlər dayaz sulardakı yataqların istismarı üçün nəzərdə


tutulmuş qazma gəmilərində istifadə olunur.

 Dinamik sabitləşdirici sistem böyük dərinlikli sularda istifadə olunur (250m dən
çox)
 Kompensatorlar qazma baltasına düşən daimi yüklənməni saxlayır və qazma
kəmərinin quyu dibinə nisbətdə daimi vəziyyətini təmin etməklə maximum qazma
effektivliyinə və qazma avadanlığının xidmət müddətinin artırılmasına nail olur.

Dənizin olduqca böyük dərinliyində istismar olunan qazma gəmiləri üçün dinamik
sabitləşdirici sistemlərindən istifadə edilir. Qazma gəmilərinin qazma nöqtəsində
saxlanılması üçün avadanlıqların elektrik mühəriklərinin və köməkçi sükan qurğularının
daimi işləmə zərurəti ilə əlaqədar olaraq olaraq enerji qurğuları böyük gücə (9-15 min at
gücündə arasında) malikdir. Enerji qurğularının tərkib hissəsi qazma gəmilərinin istismar
xüsusiyyətləri nəzərə alınmaqla seçilir. Onun iş rejiminin səciyyəvi paylanması
aşağıdakılardan ibarətdir:

- Qazma əməliyyatlarına 43%-ə qədəri vaxt sərf edilir;


- Nümunələrin götürülməsi üçün 15.7 %-ə qədəri vaxt sərf edilir;
- Boş işsiz dayanmalara 0.5 %- ə qədəri vaxt sərf edilir;
- Qoruyucu kəmərlərin endirilməsi üçün 12.5%-ə qədəri vaxt sərf edilir;
- Quyunun tədqiqinə 10.5%-ə qədəri sərf edilir;
- Suayrıcı kəmərlərin quraşdırılması üçün 9% qədəri sərf edilir;
- Gəmilərin işyerinə yerləşdirilməsinə 5.6%-ə qədəri sərf edilir;
- Gəmilərin iş rayonunda yerdəyişməsinə 0.5 %-ə qədəri sərf edilir;
- Avadanlıqların və mexanizmlərin təmir edilməsi 1%-ə qədəri sərf edilir;
- Digərlər 0.8%- ə qədəri sərf edilir;
Dənizdə qazma təcrübəsində kompensatorlar bir qayda olaraq qarmaq və
talblok arasında və bəzi hallarda crown blok altında quraşdırılır. Bu cür
kompensatroların əksəriyyəti hidropnevmatikdir və onlarda müxtəlif
texniki üsullar tətbiq edilmişdir.Onların konstruksiyası işçi slindirlərin
sayına , yerləşdirilməsinə , tal blokun konstruksiyası və .s -ə görə bir-
birindən fərqlənir.Şaquli yerdəyişmə kompensatorları praktiki olaraq
amartizatorsuz keçinməyə və qazma işlərinin aparılmasına imkan
yaradır.

Qazma gəmilərinin texnaloji avadanlığının qarşılıqlı əlaqədə olan və eyni


dərəcədə vacib 3 elementi vardır: 1. Asqı 2.Quyu ağzını bağlayan
blok 3. Dib sərt birləşməsi

Qazma gəmilərinin əsas texniki istismar xarakteristikaları mövqeinin və kursun


dəyişdirilməsində yüksək mobillik, iş nöqtəsindən sürətli çıxarılması, yüksək avtonomluq,
lövbərlərin nəzərtə tutulmuş nöqtəyə daşınmasını və təchizat əməliyyatlarını həyata
keçirən təminat gəmilərinə ehtiyacın olmaması qazma gəmilərinin yenidən yaradılmasını
təmin edən mühüm amillər oldu.

Yeni nəsil qazma gəmiləri dənizin 3000 m və daha çox dərinliyində işlər apara bilir.
13. Körpüyə yan almadan doldurma qurğuları
Əsas ölçülərin (uzunluğu, eni və oturumu) ilə əhəmiyyətli dərəcədə səciyyələnən super
tankerlərin istismara buraxılması, limanlarda yükləmə-boşaltma işini kəskin şəkildə
çətinləşdirdi. Dəniz limanları akvatoriyasının məhdud dərinliyi su basımı 150000 ton və
daha artıq olan super tankerlərin, bilavasitə sahil yanalma, körpü xətlərinə yanalması
imkanını istisna etdi. Bu səbəbdən neftin açıq dənizdə qəbulu və boşaldılması üçün yeni
imkanların araşdırılması zəruri idi. Bir çox texniki üsullar arasında açıq dənizdə neftin
körpüyə yan almadan doldurulmasını təmin edən bir nöqtəli yanalma sistemlərinə üstünlük
verildi- (single point mooring SPM) .

Yanalma ,yükləmə və boşaltma qurğuların funksiyasını birləşdirən körpüyə yan almadan


doldurma qurğusu iri ölçülü tankerlərlə yükləmə boşaltma əməliyyatlarını açıq dənizdə
liman akvatoriyasının dərinləşdirilməsi kimi bahalı işləri istisna edərək həyata keçirməyə
imkan verdi. Körpüyə yan almadan doldurma qurğusu suda üzən müxtəlif formalı bir
birinə şarnir birləşmələri ilə bağlanmış çox elementli, sualtı , uzun ölçülü
konstruksiyalardan ibarət mürəkkəb dinamik sistemdir. Bu nöqtəli yanalma sisteminin
əsas elementləri aşağıdakılardır:

- Üzən buy.
- Lövbər zəncirlər sistemi vəya buyu saxlayan dib özürlər.
- Monifolt, Hansı ki, sualtı nəql boru xəttini buya birləşdirən körpüyə yan almadan
doldurma qurğusu

Buyla birləşdirilmiş tanker həm neft anbarı ilə kombinasiyada həm də neft anbarı olmadan
istifadə edilə bilər. Körpüyə yan almadan doldurma qurğusu üzən quyuların lövbərləmə
növünə görə çox lövbərli, lövbərli və lövbərsiz qurğulara bölünür.

Çoxlövbərli körpüyə yan almadan doldurma qurğuları

Onlara bir buylu yanalma qurğuları (Single Buy mooring) SBM və üzən neft anbarı ilə
birləşdirilmiş bir buylu yanalma qurğuları (Single Buy Storeg) SBS aiddir.

Hər iki qurğu dalğa, axın və küləyin birgə təsirinə görə ən kiçik müqavimət vəziyyətini
qəbul edərək gəmiyə quyu ətrafında sərbəst fırlanma imkanı yaradır. Bu halda gəmiyə və
birnöqtəli körpüyə təsir edən qüvvələr ən kiçik ölçüyə malikdir.
14. Bir lövbərli körpüyə yan almadan doldurma qurğuları
Bu qurğular çoxlövbərli qurğulardan konstruktiv fərqi ondan ibarətdir ki, onların dəniz
dibində kardan- şarnir qurğuları var. Bu cür qurğuların əsas elementləri aşağıdakılardır:
-Neft avadanlığının su üstü hissəsində yerləşdirilməsi və kardan şarnirin vasitəsi ilə
sualtı qravitasiya özülünə (ölü lövbərə) birləşdirilməsi üçün nəzərdə tutulmuş metal və ya
beton sütun.
-Sütunun konstruksiyasında water line kifayət qədər yaxın məsafədə quraşdırılmış ,
onun sabit,şaquli vəziyyətdə yaxın saxlanılması üçün zəruri olan panton.
- Nəql etmə və ya iş nöqtəsində quraşdırılma zamanı sütunun üzmə qabiliyyətini təmin
edən ballast bölmələri.
Sütunun dib massivi ilə şarnir birləşməsi onun gövdəsinin inhirafına imkan yaradır.Amma
bu zaman yaranan qüvvələr sütunun əvvəlki statik tarazlıq vəziyyətinə qayıtmasını təmin
edən bərpaedici moment yaradır.Şarnirli sütunun yuxarı bucağı elə məhdudlaşdırılmalıdır
ki, şarnirli sütunun xüsusi rəqs periodu dalğa perioduna görə çox da qısalmasın.Adətən
ekstrimal şəraitdə şarnirli sütunlarda yol verilən ən böyük inhiraf bucaqları onların
funksional təyinatından asılı olaraq 12-25 dərəcə diapozonda olur.Bu halda şarnirli
sütunların xüsusi öz rəqs periodları 30-50 san təşkil edir. Şarnir quruluşlu bir lövbərli
təyinatlarına müvafiq olaraq müxtəlif iş rejimlərində istifadə edilə bilər:
-Körpüyə yan almadan doldurma qurğularının ,
-Yataqda hasil olunan qazın yandırılmasını təmin edən məşəl qurğusunun ,
-Fəaliyyətdə olan qurğularda sualtı siyirtmələrin idarə edilməsinin ,
-İşlənmiş hədlərdə quyuların bağlanmasını,
-Qoruyucu kəmərlərin siyirtmələrindəki sızmalara nəzarəti,
-Hidratların yaranmasının qarşısını almaq üçün metanolun vurulmasını və başqa
prosesləri təmin edən istismar qurğusunu .
Üst tikililərin memarlıq konstruktiv tərtibatı aşağıdakı müvafiq funksional blok modullarla
komplekləşdirilə bilən sütunların təyinatına görə müəyyən edilir:
- Yaşayış , istismar,
-Enerji , vertalyot meydançası, qazın yandırılması üçün məşəl , neft şlanqını saxlamaq
üçün yük qaldırma qurğusu, yanalılıq, burazın bərkidilməsi və amortizasiyasi üçün qurğu
və s.

Pantonun həcmini nizamlayaraq sütunun əsas funksional təyinatını yerinə yetirmək üçün
onun tələb olunan kifayət qədər sabitliyini təmin etmək mümkündür:məs: əgər yaşayış
otaqları olan və ya rəqsi hərəkətlərə həssas olan aparat və cihazlarla təchiz olunmuş
sütundan gedirsə , ekstrimal iş şəraitində şaquli həddən əhəmiyyətsiz dərəcədə kənara
çıxmanı təmin etməsi üçün pantonun kifayət qədər iri həcmini tutmaq lazımdır.Lakin
yuxarı su üstü hissəsi olduqca sadə , məşəl sütunu şəklində olduqca böyük inhiraf
bucağının mövcüdluğuna və əsas pantonun həcminin müvafiq olaraq azaldılmasına yol
verilə bilər.

15. Dənizdə neft - qaz quyularının işlənməsini təmin edən


qurğular
Kəşfiyyat qazmasının nəticəsinə əsasən müəyyən yatağın qiymətləndirilməsi aparılır.
Əgər bu yatağın səmərəli olduğunu göstərirsə, onda mədən daxili işlənilmə üçün qərar
qəbul edilir.

Dəniz neft qaz hasilatı və dəniz yataqlarının işlənilməsi üçün müəyyən edilmiş qurğular 3
qrupa ayrılır:
- Stasionar platformalar
- Üzən hasilat platformaları
- Sualtı istismar sistemləri
Səmərəli üsulun seçilməsi, müəyyən edilmiş yataq üçün işlənmə üsullarının
qiymətləndirilməsi aşağıdakılardan ibarətdir:
Dənizin dərinliyi, kollektorun tikintisi və yerləşdirilməsi, nefti və qazın nəqlinin
mümkünlüyü.
Dənizin stasionar platformalar qrupundakı avadanlıqların istismar zamanı daim dəniz
dibinə bərkidilən dayaq hissəsi müxtəlif formalıdır və aşağıdakılardan ibarətdir :
- Svay tipli polad ,
- qravitasiyalı,
- elastik,
- buza davamlı
Dəniz sualtı yataqlarının işlənməsində sualtı yataqların işlənməsində sualtı yatağın
qurtaracağında baha başa gələn istismar stasionar platformanın yerləşdirilməsi səmərəli
olur. Belə şərtlərdə daşınan istismar avadanlıqların sualtı zonasında yerləşdirilməsi həm
iqtisadi cəhətdən, həm də bu vaxt yatırım nəzərə çatacaq dərəcədə azalır və yatağın
istismar müddəti stasionar platformanın istifadəsi ilə müqayisədə azalır.Üzən
avadanlıqların stasionar avadanlıqlardan fərqi ondan ibarətdir ki , dəniz dibinə söykənir və
ya öz çəkisi hesabına ya da ankerli svayın hesabına bərkiyir və dənizin səthində öz üzmə
qabiliyyəti hesabına dayanır.
Üzən dəniz istismar avadanlıqları aşağıdakılardan ibarətdir:
- Dartılı bərkidilən (gərilmə dayaqlı yarım batmış )yarım batırılmış platformalar
(Tension Leg Platform - TLP)
- Bir kalonlu yarım batırılmış dartılı bərkidilən platformalar (Mini TLP –see star)
- SPAR tipli platformalar
- Üzən hasilat sistemləri (Floating Prodaction System - FPS) və onun müxtəlif
modifikasiyaları
- Neftin hasilatı, saxlanması və yüklənməsi üçün üzən qurğular (Floating Prodaction
Storeg and Offloading)
- Qazma hasilat, saxlanma və yükləmə üçün üzən qurğular (Floating,Drilling
Prodaction Storeg and Offloading)
- Üzən anbarlar (FS)
Hal-hazırda neft şirkətlərinin üzən hasilat platformalarına və qurğularına olan maraq
artımı görülməməkdədir.Yeraltı dinamikanın izlənməsi dənizdə neft qaz yataqlarının
işlənməsi prosesində bu qurğuların istifadəsi bu nəticəyə gətirir. 2010 cu ildə dənizdə neft
hasilatı zamanı istismar prosesində 170-dən çox üzən istismar platformalar var idi.
Bununla əlaqədar üzən istismar qurğularının keyfiyyətinin daima artırılması dəniz neft-qaz
sənayesi bazarında üzən istismar qurğularının müsbət inkişaf dinamikasını
müəyyənləşdirir. Xüsusi ilə TLP tipli platformalarda yanaşı bu sahədə yarı batırılmış Sea
star və Spar tipli platformalara üstünlük verilir. Gücləndirilmiş istifadə imkanları olan
müxtəlif işçi nöqtələrdə əsaslandırılmış operativ imkanlarla xarakterizə olunan üzən
hasilat avadanlıqlarının istifadəsi dəniz neft qaz yataqlarının mənimsənilməsində
iqtisadiyyata müsbət təsir göstərir. Bu və ya digər platformaların və ya qurğuların
seçilməsində əsas faktor dənizin dərinliyidir. Dünya təcrübəsinə əsasən neft qaz
yataqlarının mənimsənilməsində məlum avadanlıqlarının istifadəsi aşağı maksimum
dərinliklərdə nəzərdə tutulub:
 Svay tipli platformalar- 430m- ə qədər
 Qravitasiyalı platformalar- 300-310 m – ə qədər
 Elastik platformalar – 900-920 m
 Buza davamlı platformalar- 15-50 m
 Dartılı yarımbatırılmış platformalar-1500 m
 SPAR tipli platformalar-2300 m
Gəmi tipli
 Üzən hasilat qurğuları
 Sualtı istismar sistemləri
Praktikada dərin sualtı yataqların mənimsənilməsi zamanı istismarda qazmanın böyük
hissəsi işlənmə sahəsində hasilat platformaları ilə birgə aparılır. Buna görə də üzən qazma
qurğularında yerləşdirilən və texnoloji göstəriciləri oxşar komplekslə uyğun qazma
komplekslərinin platformalarda təchiz edilməsi zərurəti yaranır. Bununla əlaqədar
platformaların tikintisi, qazma və istismar prosesinin quyuda birgə işi nəticəsində aparılır
və bu çox mərtəbəli istismar blok-modullarına istifadə olunduğu halda digərlərdə blok-
modul qazma kompleksi tətbiq olunur.Bütünlükdə neft qaz platformalarının tikintisidə
təyin olunmuş avadanlıqların böyük funksiya imkanlarına malik olması onların həm
quyuların qazılmasında , həm də karbohidrogen hasilatında tətbiq edilməsinə imkan verir.

16 . Dayaq bloklu svay tipli dəniz stasionar platformaları


Svay tipli dəniz stasionar platformaları (first offshore platform Pİle -FOP pile) davamlı
avadanlıqdır və dəniz platforma tikintisinin qədim konsepsiyalardan biridir. Əvvəllər dəniz
neft qaz yataqlarının mənimsənilməsində kəşfiyyat qazmasında üzən qurğuların olmadığı
vaxtda svay tipli stasionar platformalar həm kəşfiyyatda , həm də istismarda istifadə
olunurdu. Ən dərin svay tipli stasionar platforma Şel şirkətinin Bull Vankil platformasıdır.
O dənizin 412 m dərinliyində Meksika körfəzində 1988-ci ildə quraşdırılıb. Bu
platformada 44500 ton polad konstruksiyası və 9500 t svay tipli istifadə olunub. Piramida
formalı konstruksiya dəniz dibində 2,13 m diametrli 28 polad svayla bərkidilib. Svay isə
dənizin 120 m dərinliyinə vururlub. Svay tipli platformalar özündə bəndə oxşar metallik
boru şəkilli elementlərdən ibarət hər iki tərəfi açıq qəfəs şəkilli konstruksiyanı əks etdirir.
Bəndin konstruksiyalardan asılı olaraq piramida və ya prizmatik dayaq blokları
müəyyənləşdirilir. Prizmatik formalı dayaq bloklar piramida formalı konstruksiya ilə
müqayisədə dənizdə quraşdırılan vaxtı daha azdır. Svay tipli platformalarda istifadə
olunan dayaq bloklarının keyfiyyətindən asılı olaraq praktikada Xəzər dəniz hidrotexniki
tikintisində çox bloklu (2,3,4 bloklu) və ya monobloklu svay tipli stasionar platformalara
üstünlük verilir. 2 bloklu platformaların layihələndirilməsində əsas şərt bloklar arasındakı
məsafənin seçilməsi sayılır. Hansı ki , bu dalğa fazasından çox olmalıdır. Nəticədə təcrübi
olaraq təkcə 1 dayaq bloku dalğanın təsirinə məruz qalır və bununla da bütün avadanlıqda
dalğanın təsiri azalır . Konstruktiv təsirlərinə görə 3 bloklu platformalar müxtəlif
hündürlükdə dəyişən və bütün blok boyu və meydançada dalğa və küləyin təsirini
azaltmağa imkan verən bloklu platformalardır. Quraşdırılma müddətində (svayla
bərkidilməyə qədər) dəniz dibində yerləşdirilmiş monobloklu çox bloklu konstruksiyanın
hər bir blokundan daha çox davamlığa malikdir . Bir neçə dayaq blokda platformalar 100
m dərinliyinə qədər qədər quraşdırılır. Yerləşdirilmiş bir qayda olaraq 100 m dərinlikdən
başlayaraq daha dərin yerlərdə çox saylı dayaq bloklu konstruksiyalardan istifadə olunmur
. Belə dərinliklərdə piramida konstruksiyalı svay tipli monobloklu stasionar
platformalardan istifadə olunur. Svay tipli dəniz stasionar platformalarda dayaq bloklarının
əsasını avadanlığın dayanıqlığını təmin edən dayaqlar təşkil edir. Dayaqların diametri
dənizin dərinliyindən və platformanın çəkisindən asılı olaraq 0,70 -3 m arası və daha çox
ola bilən xüsusi hallarda məs: dayaq bloka üzmə qabiliyyətini verdiyimiz halda üzən
hissəsinin dayağı digərləri ilə müqayisədə nəzərə çarpacaq dərəcədə böyük götürülür.
Dayağın diametrinin artırılması mono-bloklu dayaq konstruksiyasının üzməsinin təmin
etməkdə yanaşı az müddətli üzmə slindrik sistemlər və pantonları suya buraxdıqda dayaq
bloka bərkidilmə üçün istifadə olunur. Diametrin artırılması çoxlu metal sərfinə və dayaq
blok konstruksiyasının davamlılığına təsir göstərir.Monobloklu dayaq konstruksiyalarda
bu neqativ halları azaltmaq üçün dayaq blokun hündür boyu dayağın diametri və
qalınlığının pilləli dəyişməsindən istifadə olunur. Dayaq sarğısı boru şəkili sarğılarla
həyata keçirilir( horizontal və diaqanal dirəkllər dayaq blokunun kənar sahəsinin və
köndələn diaqanalını formalaşdırır .Bütün sistemə möhkəmlik verir. Dayaq blokda qəfəs
konstruksiyasının elementləri əsasən polad borulardan hazırlanır . Dayaq bloklarda
köndələn dirəklər L. Z. X formalarda olur. Dirəklərin L formalı obrazı daha geniş
yayılmışdır. Horizontallarla kənar dirəklərin bucağı 30 -60 arasıdır.Z formalı kiçik ölçülü
platformalarda istifadə olunur. X formalı dirəklər dərin platformalarda geniş istifadə
olunur. Horizontal və diaqanal dirəkləri mümkün qədər daimi rütubətli sahələrdə istifadə
edilməlidir.Ona görə ki, bu hissə intensiv korroziyaya səbəb olur.Konstruksiyanın
hazırlanma texnologiyasını yüksəltmək üçün əsas hədəf , qaynaq işlərinin həcmi və qəfəs
konstruksiyasının formalaşdırılmasında gərginliyin azaldılması quraşdırma qaynaq
işlərinin keyfiyyətinin minimum həddə gətirməklə aparılır.Sualtı dərin dəniz stasionar
platformaların dayaq bloklarının aşağı sualtı hissəsi başmaq altlıqda qurtarır, dayaq blokun
svaya vurulana qədər dəniz dibində dayanıqlığını təmin edir. Dayaq altlığının yuxarı
hissəsi elə seçilir ki, dayaq monoblokun verilmiş təzyiq 0,02 Mpa olmalıdır.Bu isə qruntun
xarakteristikasından asılı olaraq lildən başlayaraq sərt gilə qədər tərkibli ərazilərdə
platformaların quraşdırılmasına imkan verir.Bundan başqa sualtı hissədə dayaqlar
istismarçı stəkanlarla təchiz olunur.Hansı ki, svayın buraxılması və dayaq monoblokların
ona fiksasiya olunması üçün nəzərdə tutulub. Stəkanlar dayaqlarla kranlarla və bucaqlı
vasitəsiylə birləşir.Hansı ki, dalğanın yerli təsiri və platformanın çəkisi nəticəsində
yaranan əyilmə və dönmə hallarını götürə bilər bilir. Svay tipli platformaların konstruktiv
cəhətlərindən biri yanalma minik qurğusuna əasən neft qaz quyularının istismarı üçün
nəzərdə tutulmuş sadələşdirilmiş konstruksiyalı polad avadanlıqdır.Yanalma minik
qurğusu dəniz platformalarda nəzərdə tutulmuş sadələşdirilmiş polad konstruksiyadır.

Üzən qazma qurğuları və dəniz stasionar platformaların tikintisi və təchiz edilməsi


qaydalarının tələblərinə əsasən dəniz stasionar platformaların svay bünövrəsi baş verə
biləcək istismar hallar qeyd edilməklə layihələndirilməlidir:
 Sistemin daşıma qabiliyyətini itirməsi bütün bünövrənin , ya da istismar prosesini pozan
ayrı-ayrı hissələrinin deformasiyaya uğraması
Dəniz stasionar platformalarının svay bünövrəsi layihələndirildikdə aşağıdakı digər halları
qeyd etmək vacibdir:
 Horizontal gərginliyin təsirində və dönmə hallarında svay və svay dirəklərinin
elastikliyində negativ hallar
 Dinamik təsir nəticəsində qruntların halları
 Nəzərə çarpacaq dərəcədə dayaq yaxınlığında dənizin dibinin yuyulması
Qeyd etmək lazımdır ki , dayaq blokunun bərkidilməsi və işçi nöqtəyə çatdırılması prosesi
ləngildilmədən həyata keçməlidir. Əks halda blokların boşalması baş verə bilər. Məs: 1982
-ci ildə noyabrda Xəzər dənizinin 28 may adına yatağında dənizin 124 m dərinliyində
prizmatik konstruksiyalı dayaq bloku yerləşdirilmişdirşLakin vaxtında bərkidilmədiyi
üçün 1983 cü il yanvarda küləyin təsiri ilə batmışdır.Bərkidilmə prosesinin opertiv yerinə
yetirilməsi üçün ciddi cavabdehlik tələb olunur. Belə ki, layihəyə əsasən svayın hansı
dərinlikdə qruntda yerləşdirilməsi diametri və qalınlığı , svayın sayı tökmə üsulu və s .
müəyyən edilir.Dəniz stasionar platformaları dəniz dibini saxlayan vaylar şəklindən ,
həmçinin qurğulara dalğa və küləyin təsirindən yarana biləcək əyici momonet qarşı
davamlı olmalıdır.Dəniz dibində dayaq bloka birləşmiş svaylar bir qayda olaraq özündə
diametri metrə -2,5 m olan qalın divarlı boruları əks etdirir.məs: Azəri yatağında dənizin
120 m dərinliyində çəkisi 14000 ton dan artıq olan dayaq blokun mono blok
konstrukiyasının bərkidilməsində hər birinin uzunluğu 150-160 m çəkisi 600-625 ton olan
16 svay istifadə olunub . Qruntun yumşaqlığı nəzərə alınaraq yataqda bu svaylarla yanaşı
dayaq blokun dibində kus şəklində istiqamətləndirici stəkanlar yerləşdirilmişdir.
Praktikada hidrotexnikidə zərbə ilə vurulan və qazma doldurma svaylar istifadə olunur.
Zərbə ilə vurulan svalar güclü svay vuran avadanlığın istifadəsi ilə bağlıdır. Qazma
doldurma svaylar üçün güclü svay vuran tələb olunur. Lakin bu svayların texnologiyasına
nəzər yetirdikdə görünür ki , quyunun qazılması proyektlərində svayın yerləşdirilməsi və
bərkidilməsi proyektləri arasındakı vaxt olduqca çox sərf olunur. Məhz bu səbəbdən dəniz
stasionar platformalarda dayaq bloklarının bərkidilməsi üçün zərbə ilə vurulan svaylar
geniş istifadə olunur.

Beləliklə svaylama işləri böyük hazırlıq tələb edən işlərlə yekunlaşır:


 Svayın qaldırılması , istifadəci stəkanların dayaqlarına quraşdırılması, endirilməsi,
svayda özü vuran mexanizmin quraşdırılması , svay vurulandan sonra özü vuran
mexanizmin götürülməsi , yeni seksiyaların birləşdirilməsi və quraşdırılması olduqca
çətin və svayın dənizdə tikintisində əhəmiyyətli prosesdir.
Dəniz stasionar platformalarında dayaq blokların dənizin 110-120 m-dən artıq dərinlikdə
yerləşdirilməsində svayın vurulması dənizin səthində buxar və ya hava ilə işləyən svay
vuran çəkidə həyata keçirilir. Sualtı dərin tikintidə 120 m-dən dərin svayın su üstü
birləşdirilməsi səmərəli olmur. Buna görə də svayın hidravlik çəkic vasitəsilə sualtı
vurulması həyata keçirilir.Hidravlik çəkicə enerji, elektrik və ya dizelli ötürücülük
hidravlik qurğu ilə verilir.İşi maya 2 şlanq vasitəsilə verilir.və 3cü şlanq vasitəsilə operator
buferin hərəkət nəticəsində yüklənmə gücünə nəzarət edir. Müxtəlif çəkiclərin istifadəsi ilə
səmərəliliyin müqayisəli analizi hidravlik çəkiclərə üstünlük verir. Belə ki, istifadə zamanı
svayın vurulma müddəti 40 %- dən aşağı düşür və vurma enerji itkisi azalır. Dayaq
blokunun dəniz stasionar svay tipli platformaya birləşəndən sonra platformanın üst
hissəsinin quraşdırılmasına başlanılır.

17. Üzən istismar hasilat sistemləri


Dəniz neft-qaz yataqlarının əsas bir hissəsi ağzı su üstündə yerləşən quyularla istismar
olunur.Bu cür istismar üçün boru kəməri ilə sahil neft anbarına yerləşdirilmiş svay tipli
stasionar istismar platformaları və estakada yanı meydançalar ,həmçinin neftin
saxlanılması üçün xüsusi rezervuarlarla təchiz olunmuş polad və ya dəmir beton
platformalar tətbiq olunur.

İnşası və montaji nisbətən baha başa gələn stasionar platformaların tətbiqi (xüsusilə
böyük dərinliklərdə) suüstü tamamlamanın əsas xüsusiyyətidir. Böyük dərinliklərdə neft
və qaz yataqlarının işlənməsində suüstü tamamlamada bir qayda olaraq dəyəri xeyli az
olan sualtı tamamlama üsulu daha münasibdir. Quyuağzı avadanlığın dənizin dibinə
keçirilməsi istismarın etibarlılığının yüksəldilməsinə imkan verir,avadanlığı küləyin və
dalğanın yüklənmələrinin mənfi təsirindən qoruyur ,həmçinin normal və təhlükəsiz
gəmiçilik üçün maneələri aradan qaldırır. Bu səbəbdən dərin sularda yerləşmiş məhdud
neft-qaz və kondensat ehtiyatına malik olan yataqların işlənməsi zamanı neft-qaz istismar
qurğularının yaradılmasını tələb edən suüstü tamamlama sualtı tamamlama ilə müqayisədə
üstünlüyünü itirir.Belə şəraitdə üzən (mobil) istismar sistemlərindən sualtı tamamlama ilə
birgə istifadəsi iqtisadi cəhətdən daha sərfəlidir.Çünki bu halda stasionar platformalarla
müqayisədə kapital qoyuluşu və yataqların istismara verilməsi müddəti xeyli azalır.Üzən
istismar sistemlərinin başlıca üstünlüyü mobil olmaları ,yəni yeni iş nöqtələrinə köçürülmə
imkanı,yatağın mənimsənilməsi iqtisadiyyatına müsbət təsir göstərir.Üzən istismar
sistemlərinin əsas tərkib elementləri aşağıdakılardır:

─Neftin hasilatı,yığılması və çıxarılmasını həyata keçirən üzən vasitə;

─Sualtı quyuağzı avadanlığına malik quyu ;

─Üzən vasitəni sualtı quyuağzı ilə birləşdirən suayırıcı kəmərlərdir

─Hər quyuda sualtı armaturun köməyi ilə üzən istismar sistemləri neftin bir neçə quyudan
hasilatının idarə olunmasını təmin edir.

─Neft quyularından mərkəzi sualtı manifolda sonra isə istismar dib borusu (rayzor)
vasitəsilə məkik tankerlərinə ötürülmək üçün emal olunduğu üzən istismar qurğularına
daxil olur.

18. Qravitasiya tipli platformalar


Qravitasiya tipli platformaların özülləri ilə əsaslarının parametrlərinin arasında olan asılılıq aşağıdakı cədvəldə
verilir :

Nisbi əlaqə L/H Hb/L Hb/b b/L dk

Orta qiymət 0.68 0.52 0.36 0.15 9-17

Cədvəldə H –suyun dərinliyi , Hb – dayağın (özülün) hündürlüyü , L=B əsasın eni və


uzunluğu , dk – dayaq sütunun diametri , b- dayaq yuvasının (yaçeykanın ) enidir.

Vahidləşdirilmiş dəmir-beton özüllərin və əsasların kütlələri çox böyük olur, məsələn


Kondip T-200 də olduğu kimi. Odur ki çalışırlar ki özülü və əsası şaxələndirsinlər . Şimal
dənizində 530 metr dərinlikdə tikilmiş Kondip T-300 kimi. Ümumi ağırlığı 220 min ton
olan bu qurğuda 3 maili dayaq (β=160 ) və 1 mərkəzi dayaq vardır. Üzərində tikilmiş
meydançanın ölçüləri BxL=76x76 m-dir. Bu tip qravitasiya yükü ilə və əsasları müxtəlif
bənzətmələrlə fərqlənən platformalar dünya praktikasında geniş tətbiq olunurlar .

Platformaların üst tikintiləri ,hansına ki ,texnoloji avadanlıqlar yığılır ,ferma şəklində və


hündür profilli qabırğa kimi metaldan və dəmir betondan hazırlanır . Hər birinin
özünəməxsus üstünlüyü və çatışmazlığı vardır. Metal konstruksiyalar nisbətən yüngül
alınırlar . Ancaq əlaqələndirmələrdə kəsmə və qaynaqlama işləri çoxdur və baha başa
gəlir. Dəmir-beton konstruksiyalarının hazırlanmasının texnoloji baxımdan asan olmasına
baxmayaraq çox ağırdırlar və əlaqələndirmə sistemində vaxt alan çətinliklər
vardır(yaradır). Bununla belə ucuz başa gəlirlər.

Bütün üst yığım vahid saxlayıcı konstruksiyadır, sahildə yığılıb modul kimi gətirilib
dayaq bloklarının üstünə qoyulur. Son zamanlar platformanın üst yığımı bütünlüklə
sahildə ,xüsusi meydançada ,yaxud barjanın üstündə yığılır,avadanlıqlaşdırılır,hazır
gətirilib DB-lərin üstünə qoyulur.

Qravitasiya tipli blokların yerə saldığı xüsusi təzyiq qüvvəsini azaltmaq üçün onun özül
söykənəcəyinin ölçülərini böyüdürlər.Başqa halda qurğu kompozisiyalı tikilir ─ aşağı
hissəsi dəmir-betondan ,yuxarı hissəsi metaldan.Belə olduqda blokun ağırlığını 2-4 dəfə
azaltmaq mümkün olur.

Dənizdə tikilən hidrotexniki qurğular mahiyyətinə görə çoxdur.Demək olar ki quruda


tikilən qurğuların böyük hissəsi dənizlərdə də tikilir: o cümlədən , zavod , elektrik
stansiyaları ,müxtəlif növ mayeləri saxlama anbarları ,yanalma qurğuları ,aeroport,
müxtəlif məqsədli bina və kommunikasiya xəttləri ,körpülər,tunellər ,kanallar və s.

Bunların əsasları və özülləri hidrotexniki qurğu hesab olunurlar. Qurğuların əsasları və


özülləri geniş mənada dəmir betondan tikilir və əsasən dəyanətliyi qravitasiya üsulu ilə
təmin edilir.

Bu tip qurğularda bünövrə plitəsi , bünövrə blokunun yuvası və sütunlar monolit dəmir-
betondan hazırlanır. Dalğaqoruyucu dəyişən profilli örtüklər və yuva örtükləri yığma
dəmir-betondan tikilir.Bəziləri üçün böyük çala qazılır ,məsələn `Kondip`- platformasının
saxlayıcı plitəsi üçün qazılan çalanın planda ölçüləri 150x150 m olub,çala sualtı
ekskavatorla və buldozerlə qazılır. Çalanın qazılma dərinliyi (10 m-ə qədər) qurğunun
dəyanətliliyini və əsasını təmin etməklə yanaşı ,möhkəmliyini ,texniki və iqtisadi təlabatı
təmin etməlidir.Elementlərin sualtında idarə olunmasını asanlaşdırmaq üçün bəzilərinin
altına ,yanına böyük hava kisələri bərkidirlər. 'Kondip' platformasının tikilməsinin
texnoloji ardıcılığı Şəkil 11.42- də göstərilmişdir.Akvatoriyanın yanında qurğununtikintisi
üçün iriləşdirilmiş çala qazılır və çalanın torpağından onun ətrafına qoruyucu damba
tikilir. O mümkün olmadığı damba qurşağı qabaqcadan quru torpaqdan tökülür, su
kənarlaşdırılır və sonra çala qazılır.
19. Elastik (rəqqas) tipli platformalar
Son vaxtlar bir neçə xarici neft kompaniyaları və şirkətləri mayatnik tipli platformaların və
onun hidrotexniki bazası dayaq blokunun üstündə
işlər aparılır.Mayatnikin üstünlüyü odur ki, o külək
dalğa və axın yülərindən qurğunu azad edir. (ş 11.44)
Üzərində 10-25 dərəcəlik bucaq altında əyilən
platforma dayaqları (2) ağır saxlayıcı (1) plitələrə
(şəkil 11.45) oynaq(5) vasitəsilə birləşdirilir.Oynağın
üstündə dayağa bərkidilmiş maye ballast çəni(6)
vardır. Dayağın yuxarı hissəsində ona üzgüçülük
verən böyük panton (3) vardır.Platformanın üst yığını
(4) dəniz səviyyəsindən 18-20 m yuxarıda
yerləşdirilir. Pantonlar, qurğunu dalğa və külək
əydikdə onu daima üzən vəziyyətdə saxlayırlar, blozu nəql etdikdə ona üzgüçülük verir və.
S plitənin qaldırıcı- əyici yükə gücü çatmaqdıqda o svaylaşdırılır.
Blokun yaxşı üzgücülüyü və ballastlığı olduğu üçün quraşdırılması yerə bərkidilməsi
böyük çətinliklərlə üzləşmir.Çətinlik neft axıdıcı kəmərlə şaquli borunun
birləşdirilməsində və onun istismarındadır.Bu tip yanlarına saxlayıcı-tarımlaşdırıcı troslar
bağlanmış dayaq-platforma qurğusunda şimal dənizində sınaqdan çıxarılıb.
Meksikanın “Konyak” neft yatağında dənizin 313 m dərinliyində SP-nin dayaq bloklarının
tikintisi, hissə-hissə aparılmışdır.Monobloklu qurğunun üst hissəsinin ölçüləri 54x60 m ,
əasın ölçüləri 115x123 m , üst hisəsinin ağırlığı 14000 m ton , orta hissənin 8500 ton ,
aşağı hissənin ağırlığı 11000 ton , SP-nin ümumi ağırlığı 41000 ton olub. Blok 24 svayda
137 m dərinlikdə qrunta bərkidilib. Svayların diametri 2100 mm , divarın qalınlığı 57 mm
və birinin kütləsi 500 ton olub(ş 11.45)

Elastik dəniz stasionar platformalara Meksika


körfəzinin 311 m dərinliyində tikilmiş metal şəbəkəli
dayaq hissəli dor qurğusu aiddir.Bu platformanın doru
ölçüləri 30x30 olan kvatrat en kəsikli fəza fermasından
ibarət olub , 4 boru dirək və dioqanal və horizantal
əlaqələndiricilərdən təşkil olunmuşdur.Konstruksiyasına
görə dorun aşağı hissəsi metal özül plitəsindən ibarət
olub. Oynaq dayağı rolunu daşıyır.Dartılar dənizin
dibinə xüsusi lövbərlər vasitəsilə bərkidilir.

Şəkil 2.31. Əymə məqamlarının epüri (cizgisi).


Elastik platformaların sonrakı inkişafı təhlükəsizlik və etibarlılıq məsələlərinin metl
tutumluluğu və nəqliyyat logistikası ilə ağıllı uyğunlaşdırılması zərurəti ilə əlaqəlidir.
Elastik platformanın növünün seçilməsi funksional təyinatı ilə, hidrometeoroloji şəraitin
xüsusiyyətləri ilə, dənizin dərinliyi ilə müəyyən olunur, eləcə də, texnoloji avadanlığın
keyfiyyəti və həcmi ilə, sahil infrastrukturunun inkişafı ilə, kadrların peşəkar hazırlığı ilə
və sair bağlı konyunktura məqamları da nəzərə alınır.

20. Buza davamlı platformalar

Tədqiqatlar göstərir ki, platformaya buzun təsir qüvvəsi eyni şəraitdə dalğa , külək və
axının birgə qüvvəsindən 1000 dəfə çox olur. Buzun təsirinə davamlı hidrotexniki
qurğuların təsnifatına aid xeyli işlər vardır. Qravitasiya tipli qurğular buzun təsirinə
davamlı qurğulardır. Xarici neft şirkətləri tərəfindən dənizin dərinliyi 15-36 m üçün
konuvari beton konstruksiyalı platforma işlənmişdir. Bu platformada qoyulmuş həlqəvi
əksetdirici qurğu platformanın buz qatlarının təsirindən mühafizə edir. Bəzi platformalarda
buz qatlarının təsiri lövbərlər sistemi ilə dəf edilir.
Buza davamlı platformalar (İce-resistant platforms) – arktik və donan dənizlər şəraitində
şelflərdə bütün il boyu istismar müddətində buz yükünə müqavimət göstərmək
qabiliyyətinə malik olan qurğulardır.
Neftin və qazın şimal yataqlarının öyrənilməsi xüsusiyyətləri geoloji – axtarış və
istismar işlərinin spesifikası ilə müəyyən olunur.
Kəşfiyyat işləri adətən, bütün hasilat dövründə fasiləsiz həyata keçirilən quyuların
istismarından fərqli olaraq buz dövrlərinin aralıqlarında yerinə yetirilir.
Karbohidratların hasilatı ilə, istismar və təzyiq quyularının qazılması ilə əlaqədar işlərin
bütün il boyu həyata keçirilməsi buz şəratini nəzərə alarq, bütün fəsli meteoroloji
dəyişikliklər üçün etibarlı və təhlükəsiz neft – qaz platformalarının yaradılmasını tələb
edir.
Buza davamlı stasionar platformanın konstruktiv növü əsasən hərəkət edən buz
örtüyünün təsir həcmi ilə müəyyən olunur (2).
Buz təsirinin həcmi və onun təsir xarakteri aşağıda qeyd olunanlarla müəyyən olunur:
 Qurğunun ölçüləri, konfiqurasiyası və buz təsirinin altına düşmə dərəcəsi ilə;
 Syun dərinliyi və buz örtüyünün platformaların konstruktiv elementləri ilə əlaqə
şəraitləri ilə;
 Buz qatlarının həndəsi (buzun qalınlığı) və fiziki – mexaniki (möhkəmliyi)
parametrləri ilə;
Şərh olunanları nəzərə alaraq, buza qarşı davamlı platformaların layihələndirilməsi
zaman buzun qurğuya təsirinin azaldılması aşağıda qeyd olunan konstruktiv həllər yolu ilə
əldə olunur:
 Su xətti rayonunda və ya üst qurğuları saxlayan konstruksiyanın daralma rayonunda
dayaq elementlərinin sayının azaldılması ilə;
 Qurğunun konstruktiv elementlərinin buz örtükləri ilə bilavasitə təmasından
zədələnməsinin qarşısını almaq üçün dayaqların ətrafında qoruyucu örtüklərin
quraşdırılması ilə;
 Dayaq konstruksiyasının xarici səthinə konus formasının verilməsi ilə.
Dayaq elementlərinin sayının azaldılması dayaq blokunun su xətti rayonunda
keçiriciliyinin artmasına səbəb olur ki, bu da konstruksiyanın təhlükəsizliyinə müsbət təsir
göstərir, çünki bu zaman buz qırıntılarının qalması və bilavasitə üst tikilinin göyərtəsinin
altında buz yığıntısının əmələ gəlməsini istisna edir.
Qoruyucu örtüklərin təyinatı onların adında əks olunur. Onlar dayaq blokunun
konstruktiv elementlərini buz örtüyü ilə bilavasitə əlaqədən qoruyur və bununla da
zədələnmə hallarını istisna edir.
Buza davamlı qurğuların dayaq bloklarının layihələndirilməsi üzrə dünya təcrübəsində
stasionar buza davamlı platformaların buz kəsici hissəsinin iki konfiqurasiyası istifadə
olunur: silindr şəkilli və konus şəkilli.
Silindr şəkilli dayaq ilə təmas zamanı buz örtüyü sıxılma hesabına parçalanır, bu zaman
təsirin həcmi bir neçə yüz mN ola bilər.
Konik formalı dayağın səthinə təmas zamanı buz örtüyü yan konstruksiyasının arxasına
keçərək, əymə hesabına parçalanır.
Bu zaman buz təsirlərinin səviyyəsi silindr şəkilli dayaq ilə müqayisədə bir neçə dəfə
azalır. Kəşfiyyat işlərinin fəsli xarakteri buz əleyhinə müdafiəsi olan üzən qazma
qurğularının istifadə olunmasına imkan yaradır. Yatağın kəşfiyyatı və neft – qaz
buruqlarının istismarı üzrə işlərin xarakteri əvvəl qeyd olunduğu kimi, etibarlı və
təhlükəsiz buza qarşı davamlı stasionar platformaların yaradılması zərurəti ilə bağlıdır.
Sonuncular qismində aşağıdakıların istifadə olunması mümkündür: davamlılığı qumun və
ya çınqılın tökülməsi ilə təmin olunan buz qıranın konus şəkilli forması olan dayaq özülü
ilə təchiz olunmuş qüllə tipli qravitasiya platformalarının.
Bu növlərin hər biri öz növbəsində, buza qarşı davamlı qurğuların çoxsaylı xəttini əhatə
edir ki, onlar memarlıq - konstruksiya tərtibatının müxtəlifliyi ilə fərqlənir. Onlardan
qravitasiyalı kesson qurğuları, qaynaqlı bir sütünlü qurğuları, platformanın ferma – dayaq
bloku ilə kombinasiya olunmuş qurğuları qeyd etmək olar.
Hal hazırda praktiki istifadə üçün üstünlük planda düzbucaq və ya dairəvi formada
kesson ilə nəhəng dayaqlı qravitasiya növlü platformalara verilir. Kessonlar qismində
beton bloklar, sərt platformalı və ya platformasız polad halqalı konstruksiyalar istifadə
oluna bilər.
Şəkil 2.32-də İslandiya şelfində (DORİS yatağı) tikilmiş halqalı konstruksiyaya malik
buza qarşı davamlı platformalardan biri
göstrilmişdir.
Şəkil 2.3.2. DORİS (İslandiya şelfi) yatağı üçün
layihələndirilmiş halqalı konstruksiyalı
BQDDSP.
Ada tipli qurğular şimal şelfinin daha az
ekvator üzərində daha geniş istifadə olunur.
Lakin, ada tipli bütün qurğular əsasən kəşfiyyat
xarakterli qazmaların həyata keçirilməsi üçün
nəzərdə tutulmuşdur.
Rusiyanın arktik şelfə fəal çıxışı dünyada
Arktikada işləmək üçün ilk buza qarşı davamlı
“Prirazlomnaya” platformasının yaradılması ilə yaddaşlara həkk olunmuşdur. Buza qarşı
davamlı “Prirazlomnaya” dəniz stasionr platforması qravitasiya tipli neft hasilatı
qurğusudur. Bu qurğu quyuların qazılmasını, hasilatı, ilkin emal işlərini, karbohidrat
xammalının saxlanılmasını və yüklənilməsini təmin edir. BQDDSP dayaq özüldən
(kessondan) və üst tikilidən (qurğudan) ibarətdir. Bu qurğu 25 il ərzində ekstremal təbii
iqlim şəraitlərində, hərəkətli buz örtüklərinin siklik təsirləri altında istismar üçün nəzərdə
tutulmuşdur.
21. Dəniz stasionar platforma konstruksiyasına olan əsas
tələbatlar
1.1. İnşaat normasının bütün tələbləri, yeni yaradılan və bərpa edilən (genişləndirilən) və
tikintisi dəniz neft-qaz yataqları da bu nəzərdə tutulmuş bütün bu DSP-lərin
layihələndirilməsi tətbiq olunmalıdır.

1.2. DSP dəniz neft-qaz yataqlarının mənimsənilməsinin əsas obyekti olub və onlara 1-ci
sinif qurğulara aiddir.

1.3. DSP layihələndirilərkən, hazırkı inşaat tələbləri ilə yanaşı, bu sahədəki dövlət
standartlarının (norma və qaydalarının) polad konstruksiyaların layihələndirilməsinin
texniki şərtləri və sanitar qaydaları, o cümlədən tikinti və istismar zamanı işin
təhlükəsizliyinin tələbləri

1.4. ÜSt tikinti konstruksiyasından və boru-fəza konstruksiyasından yaradılmış dayaq


blokundan ibarət olan DSP-nin qabarit ölçüləri minimum olmaqla möhkəmlik və
dayanıqlıq şərtlərini ödəməlidir.

DSP konstruksiyasının seçilmasi aşağıdakı şərtlər daxilində olmalıdır:

- Bir neçə variantın araşdırılması yolu ilə;

-Neft-qaz buruqlarının qazma istismar və təmir işlərinin tələbləri nəzərə alınmaqla;


-Kompleks texnoloji avadanlıqların quraşdırılması və sökülməsi işlərinin tələbləri
nəzərə alınmaqla;

-DSP-nin tikinti müddətinin və dəyərinin (qiymətinin) aşağı salınmasını təmin edəcək


tələblər nəzərə alınmaqla;

-Platformanın dayaq bloklarının sayı yuxarıdakı tələblər daxilində minimum sayda


olmalıdır.

1.5. DSP layihələndirilməsi qurğunun istismar müddətində onun təhlükəsiz və fasiləsiz


normal şəraitini təmin edəcək bütün tələbləri ödəməlidir.

1.6. DSP layihələndirilməsi verilmiş layihələndirmə tapşırığı əsasında yerinə


yetirilməlidir. Həmin tapşırılan layihələndirilmə üçün aşağıdakı məlumatlar daxil
edilməlidir:

-lahiyə qədər olan sənaye tikinti (zavod yığma quraşdırma sahələri), onların texniki
təchizatı (yükqaldırma avadanlıqları, hazır bloklarən suya salınması üçün qurğular,
qaynaq texnikası və s.) haqqında məlumatlar;

-hazır blokların tikinti nöqtəsinə daşınması şərtləri- daşıyıcı quraşdırıcı gəmi kranlarının
növləri, xüsusi daşıma pantonları, istifadə olunacaq barja və üzən avadanlıqlar, onların
texniki xüsusiyyətləri (su tutumu, kran-gəmilərinin yükqaldırma qabiliyyəti), onların su
batımının maksimal qiyməti;

-qurğunu istismar olunma müddəti.

1.7.Konstruktiv həllini tapmış DSP qazma noqtəsində, cəhətlərə görə elə


yerləşdirilməlidir ki, quruğuya ən böyük külək və dalğa təsiri kiçik olsun. Bu halda
yaşayış modulunun-küləyin hökmranedici istiqamətində, qazma qurğusunun və fakelin isə
onun əksi istiqamətdə yerləşdirilməsi təmin edilməlidir.

Xüsusi hallarda qurğunun yerləşdirilməsi əvvəlcədən bəzi istismar tələbləri əsasında


müəyyənləşdirilibsə( məsələn, eskadayanlı stasionar platformalar layihələndirilərkən və
s.) qurğu həmin tələbləri əsasında və xarici qüvvələrin ( külək, dalğa və axın) faktiki
istiqamətindəki təsirini nəzərə almaqla layihələndirilməlidir.

1.8. Dəniz stasionar platformasının yüksəklik vəziyyəti, hesabat dalğası zirvəsinin


nöqtəsi ilə qurğunun üst tikintisinin aşağı həddi arasındakı məsafə ilə küləkdən yaranan su
toplusunun ən böyük hündürlüyü və su qabarmasının hündürlüklərinin cəmi kimi qəbul
olunmalıdır. Bu məsafədən başqa platformanın yüksəklik vəziyyətini təyin edərkən,
təminatı 0,1% olan dalğa zirvəsi hündürlüyünün 10%-ni təşkil edən hündürlüyünü də
nəzərə almaq lazımdır.

1.9. DSP-in Layihələndirilməsində, platformanın hazırlanmasında, daşınmasında,


quraşdırılmasında, qazıma nöqtəsində dəniz dibinə bərkildilməsində meydana çıxan bütün
məsələlərin həllində sənaye üsulu ilə istehsalı mümkün olan və ümumiləşdirilmiş
həllərdən istifadə olunmalıdır. DSP bloklarının suya salınması, daşınması və və qazma
nöqtəsində quraşdırılması RD39-040-90 normativ sənədinin tələbləri əsasında yerinə
yetirilməlidir. DSp konstruksiyalarının və onun digər köməkçi yığma elementlərinin əsas
ölçüləri, modullanmış və unifikasiya olunmuş hissələrin ölçüləri nəzərə alınmaqla təyin
olunmalıdır.

1.10. DSP-in layihələndirilməsində və tikilməsində qəbul edilmiş konstruksiya sxemi və


texniki həllər, hazırkı normanın tələblərinə uyğun olaraq aşağıdakı şərtləri təmin
etməlidir:

a) platforma hazırlanarkən, daşınılırkən, quraşdırılarkən, istismar edilərkən qurğunun və


onu digər hissələrinin möhkəmliyi, dayanıqlığı və həndəsi ölçüləri dəyişilməz qalmalıdır.

b) platformanın tikintisində qovşaq nöqtələrində, birləşmələrdə, dayaqlarda yaranan bütün


işlər yüksək keyfiyyətlə aparılmalıdır və qurğu konstruksiyalarının vəziyyətini asanlıqla
yoxlamaq mümkün olmalıdır.

c) Yüksək məhsuldarlıqlı avadanlıqlardan və qabaqcıl texnologiyadan istifadə etməklə


zavod və yığma-quraşdırma sahələrində platforma hissələrinə ləğv konstruksiyalarının
hazırlanma prosesinin sadəliyi təmin olunmalıdır.

d)Layihələndirmə tapşırığında göstərilmiş texniki avadanlıqların işgörmə qabiliyyətlərini


nəzərə almaqla platforma konstruksiyalarının bir neçə hissələrə bölünməsi, həmin
hissələrin maneəsiz yüklənməsini, daşınmasını, quraşdırılmasını və tikinti nöqtəsində
bərkidilməsini təmin etməlidir.

e)Platforma konstruksiyalarının, birləşmələrinin və digər elementlərinin əsas platformada


təbii sınağının aparılması təmin olunmalıdır.

1.Platformanın tikintisi üçün ayrılmış sahədə dəniz dibinin mailliyi i=0.1-dən artıq
olmamalıdır. Dayaq bloklarının konstruksiyaları və dirək əsasları hazırkı normativ sənədin
tələbləri əsasında hesablanmalıdır.

2.Neft-qaz quyularının qazılması, sınağı və istismarı zamanı ətraf mühiti çirkləndirməmək


məqsədi ilə dəniz stasionar platformalarının döşəmələri, polad lövbərdən və ya dəmir-
beton örtüklərdən Layihələndirilməlidir ki, bu da platforma düşməmələrinin möhkəmliyini
və su keçirməzliyini təmin etməlidir.

3.Platforma döşəməsinin konstruksiyası, hazırkı normanın tələblərinə uyğun olaraq,


platforma bortunun bütün parametrini əhatə etməklə, müəyyən mailliklə kanalizasiya
sisteminin, axar yağış və dəniz sularının xüsusi çənlərə toplanmasını təmin etməlidir.

4.DSP-in layihələndirilməsində riyazi modelləşdirmə üsulunu tətbiq etmək lazımdır.

5.DSP-in Dəniz səviyyəsindən yuxarda tikilmiş bütün elementlərinə sərbəst giriş və çıxışı
olmalıdır ki, həmin elementləri vaxtı-vaxtında təhlükəsiz yoxlamaq və qulluq etmək
mümkün olsun.

Bu məqsədlə müxtəlif yüklər, yollar nərdivanlar, xüsusi baxma sahələri və s. nəzərdə


tutulmalıdır ki, platformanın istismarı müddətində yaranmış müxtəlif səpkili işləri yerinə
yetirmək mümkün olsun.

6.Gəmilərin yanalması və işçi qüvvələrinin təhlükəsiz qəbul olunması və yola salınması


məqsədi ilə dəniz stasionar platformaları yanalma-minik meydançaları ilə təchiz
olunmalıdırş Həmin meydançalar platformanın iki tərəfində qurulmalıdır və dəniz
səviyyəsindən , yan alacaq gəmilərin yanalma xüsusiyyətləri nəzərə alınmaqla dəniz
səviyyəsindən 1,5 m-dən az olmayaraq hündürlükdə yerləşdirilməlidir.

22. Dəniz Neft - Qaz Qurğularına təsir edən qüvvələr və


onların əsas xüsusiyyətləri
Dəniz neft- qaz qurğularını layihələndirərkən onların nəqli, quraşdırılması və istismar
mərhələlərindən onlara təsir edən müxtəlif xarici qüvvələr nəzərə alınmalıdır. Həmin
qüvvələrin (yüklərin) xarakteristikaları və qurğuların konstruksiyalarını nəzərə almaqla
qurğuların hesabı müxtəlif normativ texniki sənədlərə əsaslanır. Həmin sənədlərdə dəniz
neft -qaz qurğularına əsasən : dalğa, axın, külək, buz, seysmik və başqa qüvvələr ayrı -
ayrı və ya birlikdə təsir edirlər.

Ümumiyyətlə dəniz neft - qaz qurğularına təsir edən qüvvələri aşağıdakı növlərə
bölmək olar.

1. Daimi qüvvələr
2. Uzun müddətli qüvvələr
3. Qısa müddətli qüvvələr
4. Xüsusi qüvvələr
 Daimi qüvvələrə - Dayaq bloklarının , platformanın üst tikililərin , taxta döşəmə və ya
yuxarı tikintinin elementləri, izolyasiya edici, qoruyucu və digər örtüklərin çəkiləri
aiddir.
 Uzun müddətli qüvvələrə - avadanlıq, çən və texnaloji boru xətlərini doldurmuş
mayeni, qazma vışkası və stasionar avadanlıqların çəkiləri, avadanlıq bunker və
texnaloji boru kəmərlərini doldurmuş avadanlıqların çəkiləri, Qazma boruları, kimyəvi
reagentlər və digər materialların çəkiləri, yüklə birlikdə stasionar yükqaldırıcı
vasitələrin yaratdığı yüklər aiddir.
 Qısamüddətli qüvvələrə - külək , dalğa və axın yükləri, gəmilərin və vertalyotların
yaratdığıyüklər, tikinti və quraşdırma yükləri aiddir,
 Xüsusi qüvvələrə - Seysmik təsirlərdən yaranan yeklər aiddir.

Qeyd etmək lazımdır ki, istər daimi istər sə də müvəqqəti qüvvələrin qiymətləri
quyuların və dənizin dərinliklərindən asılıdır. Həmin qüvvələr quyuların qırılması və
istismarı mərhələlərindən fərqlənirlər. Belə ki, quyuların qazılması mərhələsində əmələ
gələn müvəqqəti qüvvələr istismardakına nisbətən çox olur.

Qeyd etmək lazımdır ki, neft – qaz quyularının layihəlndirilməsi zamanı həmin
qurğuların nəqli, quraşdırılmasında və istismarı mərhələlərində əmələ gələn xarici yüklər
nəzərə alınır. Bu yüklərin xarakteristikaları müxtəlif tikinti norma və qaydalarına əsasən
verilmişdir. Həmin normativ sənədlərdəki dəniz Neft - Qaz qurğularına təsir edən
hidrodinamik qüvvələr (dalğa, külək, axın, buz, seysmik və b.)qurğuların
layihələndirilməsinin əsas amilləri sayılır.

Dəniz Neft – Qaz mədənlərində qurğuların layihələndirilməsi zamanı dalğa, külək və


şaquli (texnaloji) qüvvələrin birgə təsiri və həmin qüvvələr üzrə etibarlılıq əmsalı nəzərə
alınmalıdır.

- Əgər dalğa, külək və şaquli qüvvələr eyni vaxtda təsir edirsə, onda həmin
qüvvələrdən kiçiyini ardıcıl əmsala yəni 0,8 ə vurmaq lazımdır;
- Vışka altı konstruksiyanı istismar kəmərinin çəkisinə hesablayarkən dalğa və külək
yüklərindən hesablanan şaquli qüvvələri 0,4 əmsalla nəzərə almaq lazımdır;
- Dəniz nəqliyyat estekadasını şaquli yükün təsirinə hesblayarkən küləyin sürəti 20
m/san qədər qəbul edilir;
- Platformanın quraşdırılması prosesində onun dalğalılığını yoxlayarkən hesablanmış
külək və dalğa yükləri 0,25 əmsalla nəzərə alınmalıdır.
Xəzər dənizinin neft yataqları seysmik zonada yerləşdikləri üçün Dəniz Neft – Qaz
qurğuları Seysmik zonalarda və rayonlardakı norma və qaydaların tələblərinə uyğun
olmalıdır.
Xəzər sahilinin əksər hissəsi 7 - 8 ballıq zona, Türkmən ərazisində isə 200 km
uzunluğunda 9 ballıq sahə vardır.

Ümumiyyətlə Xəzər dənizi ərazisi müxtəlif seysmik dərəcəli sahələrə ayrılır. Ərazinin
böyük sahəsi 5,6 və7 ballıq , az hissəsi 8 - 9 ballıq , 1 sahəsi isə 10 ballıqdır.

Titrəyişi 1,8 dən çox olan Dəniz Neft - Qaz qurğularının kütləsinə təsir edən seysmik
yükü aşağıdakı kimi hesablamaq olar.

Burada : – qurğunun yolveriləbilən zədələnməsini nəzərə alan əmsal (

- qurğunun konstruktiv həllini nəzərə alan əmsal (

– qurğunun sərtliyinin nəzərə alan əmsal ( )

A - əmsaldır, qiyməti 7,8 və 9 bal üçün hesablanmış seysmikliyə uyğun olaraq


0,1; 0,2 və 0,4 qəbul edilir.

- Dinamiklik əmsalı (

k -cı kütlənin mərkəzinə düşən platformanın çəkisinin müəyyən hissəsi


(platformanın çəkisi 20% daimi yükləri və 80% isə uzunmüddətli yükləri) nəzərə almaqla
təyin edilir.

qurğunun titrəməsi zamanı deformasiyanı nəzərə alan əmsaldır .

Titrəyişi 1,8 ə qədər olan dəniz neft – qaz qurğularına təsiredən seysmik yükü aşağdakı
düstur ilə hesablamaq olar.

Burada yuxarı diafraqma səviyyəsinə gətirilmiş platformanın çəkisi.

90% daimi və 80% uzunmüddətli yükləri nəzərə almaq şərti ilə


platformanın yuxarı tikililərinin şəkisi
dirəklərin və qazma konduktorlarının çəkilərini nəzərə almaqla platformanın
dayaq hissəsinin çəkisi

Əgər qurğunun seysmikliyi akvatoriyasına uyğun olarsa onda dinamiklik əmsalı 2,7 - ə
qədər olur.
Abşeron körfəzində yerli buzun əmələgəlməsi 1940 – 1950 ci illərin qışında olmuşdur. 7 yanvar
1950 ci ildə bütün abşeron ərazisi ( Buzovnadan darvin bankası daxil olmaqla) Abşeron
bankasına qədər sahil donmuşdur. Pirallahı adası və Gürgən dəniz neft mədənlərinin cənubu
qalın buz ilə örtülmüşdür . Sənaye akvatoriyası tam donmuşdur.

1953 – 1954 – cü illərdə orta Xəzərin qərb sahilində üzən buzun qalınlığı 60 sm idi.
Bəzilərində isə 100 sm ə çatırdı.

Qeyd edək ki, Xəzər dənizinin Neft - qaz qurğularının layihələndirilməsində, tikilməsində və
istismarında buz drefinin təsiri nəzərə alınmır. Buz drefinin sürəti küləyin və buzaltı axının
sürətindən asılıdır .

Əgər küləyin istiqaməti buzaltı axının istiqaməti ilə eyni olarsa buz drefinin sürəti artar, əks
halda sürət azalar.

Buz drefinin sürəti yuxarıdakı amillərdən asılı olaraq 0,04 – 1,1 m/san arasında olur.
Aparılmış tədqiqatlar göstərir ki, küləyin sürəti W – ilə buz drfinin sürəti V 1 arasında aşağıdakı
asılılıq vardır.

V1 = 0,045 W

Xəzər dənizindəki Buzun sıxlığı onun əmələgəlmə şəraitindən asılı olaraq 0,660 – 0,950
q/san3 arasında dəyişir . Buz örtüyünün sıxılmaya möhkəmlik həddi payızda 35,5 – 180, qışda
30,4 – 284,5 və yazda 14 – 56 MPa arasında dəyişir.

Dəniz Neft – qaz qurğularının yüklərini 2 növə ayırırlar – statik və dinamik


 Dinamik yüklər üzən buz kütləsinin dəniz qurğularına zərbəsi zamanı əmələ gəlir və
zərbə qüvvəsinin qiyməti buzun sürətindən , ölçülərindən, sıxlığı və formasından asılı
olur.
 Statik yüklər isə əsasən yüklərin və axının təsiri ilə horizontal istiqamət ilə sərbəst üzən
buzun təsiri ilə əmələ gəlir və həmin təsir qüvvəsinin qiyməti temperaturun
dəyişməsindən asılıdır.

Üzən buzun zərbəsi zamanı əmələ gələn dinamiki yükü P aşağıdakı düsturla təyin edilir .

Burada: V - buzun sürəti - m/san

h – müvafiq olaraq buz kütləsinin uzunluğu - m

n – zərbə zamanı buzun hansı hissəsinin iştirakını nəzərə alan əmsal

E - buzun elastiklik modulu - MPa

a - yükün təsirindən konstruksiyanın əyilməsi - m

- Buzun sıxılmaya müqaviməti - MPa ( dəniz suyu üçün 2 MPa)

Dəniz Neft qaz qurğularının buz kütləsindən müdafiəsi üçün ən səmərəli tədbir buzun
əmələ gəldiyi yerdən və hərəkəti boyu buzu müxtəlif vasitələrlə (buzqıran gəmilər, təyyarələr və
s.) mümkün qədər maximum parçalamaq və xırdalamaqdır .

23. Fırtına külək xüsusiyyətlərinin hesablanması


Küləkdən yaranan su toplusunun və külək dalğasının elementlərini təyin ederkən
qurğuların sinfindən asılı olaraq hesabat qasırğalarının təminatını aşağıdakı kimi götürmək
lazımdır:

 I ,II sinif qurğuları üçün 2% li (50 ildə 1 dəfə)

 III , IV inif qurğuları üçün 4% li (25 ildə 1 dəfə)

 Xüsusi əsaslandırılmış hallarda I və II sinif hesabat qasırğaların təminatını 1% (100


ildə 1 dəfə) götürmək olar.

Dəniz stasionar platformaların layihələndirilməsində küləyin sürətinin qiymətini ,


istiqamətini və cəhətlər üzrə külək sürətini və istiqamətini , paylanmasını göstərən külək
kütlələrini çox illik ( ən azı 50 illik) müşahidə materiallardan götürmək lazımdır.
Müşahidə materialları olmadıqda və ya az olduqda dəniz səviyyəsindən 10 m yüksəklikdə
küləyin hesabat sürətini aşağıdakılar kimi təyin etmək lazımdır:

Vw=kk1v1

Küləyin sürəti (v1)  10  20  30  40


K1-əmsalının qiyməti  1.10  1.09  1.09  1.08

v1 - dəniz səviyyəsindən 10 m yüksəklikdə 10 dəq intervalında külək sürətinin orta


qiyməti olub cədvəldən götürülür.

k - Küləyin flugerlərlə ölçülmüş sürətinin hesablanma əmsalı olub,qiyməti 1-dən çox


olmamalıdır.

k1 ─ külək sürətinin su səviyyəsinə köçürülmə əmsalı olub, qiyməti küləyin su


əviyyələrində ölçülməsində qiyməti vahidə bərabər olur.

Dalğa elementinin ilkin təyin olunmasında küləyin verilmiş hesabat sürətində Vw ,m/san
qovulma məsələsinin orta qiymətini L aşağıdakı kimi təyin etmək lazımdır .

L = KvisVw

Burada: Kvis - əmsal olub qiyməti 6•1011 - ə bərabərdir.

havanın kinematik özlülük əmsalı olub 10-5 m2/san

Məhdud qovulma məsafəsinin əsilmiş külək sürəti üçün qiyməti cədvəldən götürülür.

Küləyin sürəti Vw 20 25 30 40 50

Məhdud qovulma məsafəsi 1600 1200 600 200 100


3
Ln•10 , m

24 . Aerohidrometroloji amillər və onların kriteriyalarının


təyin olunması
Dəniz stasionar platformalarının kriteriyaları tikiləcəyi neft qaz yataqları rayonlarda
platformaların layihələndirilməsində , tikilməsində və istismarında lazım olan
hidrometroloji amillərin tədqiqi , araşdırılması və ümumiləşdirilməsi ilə Dövlət Neft
Şirkətinin elmi-tədqiqat şöbəsi və Dövlət Hidrometreologiya komitəsi məşğul olmalıdır.
Hidrometroloji amillərin ölçülməsində , toplanmasında və ümumilikdə ümumdünya
standartlarına qəbul edilmiş qaydalarla yanaşı platformanın layihələndirilməsindən
tikilməsindən və istismarından yaranan tələblər əsas götürülməlidir. Dəniz stasionar
platformaların layihələndirilməsində istifadə olunan hidrometroloji amillərdən külək
dalğanın hesabat qiymətini 100 ildə 1 dəfə mümkün olan ən böyük qasırğadan alınan
nəticələrdən götürmək lazımdır. Əgər hidroloji amillərin təbbi şəraitdə ölçülmüş
qiymətləri , hesablama üsuluilə alınan qiymətlərdən çox olarsa, bu halda təbbi şəraitdə
alınan qiymətlər qəbul olunmalıdır. Həmin qiymətlər qurğulara küləyin, dalğanın və dəniz
axının təsirindən yaranan yüklərin heablanmasında tətbiq olunur. Hidrometrik amillərin
hesablanma üsulu ilə alınmış qiymətləri , təbbi və laboratoriya şəraitində alınmış
nəticələrlə dəqiqləşdirilməlidir. Xəzər dənizinin Azərbaycan bölməsində neft qaz
yataqları yerləşmiş rayonlar üçün hidrometroloji amillərin qiymətləri, inşaat normasının
tələblərinə uyğun olaraq hesablanmış və dəniz stasionar platformalar layihələndirilməsində
, tikilməsində və istimarında istifadə olunmaq üçün inşaat normasında əlavələr kimi daxil
edilmişdir.

29. Dəniz neft qaz qurğularına təsir edən külək


qüvvələrinin hesabı
Dəniz stasionar platformalarına və onun konstrukiyasının elementlərinə külək təsirindən
yaranan yükləri külək sürətinin 2 dəq müddətindən orta qiymətinə əsasən hesablanmış
statik və dinamik toplananların cəmi kimi təyin etmək lazımdır. Külək təsirindən yaranan
yüklər 1 qayda olaraq platformanın dayaq bloklarının simmetriya oxu istiqamətində ,
boyuna və eninə uyğun istiqamət üçün təyin olunmalıdır. Platformanın konstruksiyasının
və ya onun şərti olaraq bölünmüş ayrı-ayrı hissələrinə külək təsirindən yaranan yüklərin
toplananlarının cəmi aşağıdakı kimi təyin edilir:

Qni = Qnsi+Qndi

Qnsi- küləyin maili istiqamətdə toplusunun norma statik təzyiq yüküdür ,kN.

Qndi- küləyin maili istiqamətdə toplusunun norma dinamik təzyiq yüküdür , kN

Külək yükünün toplusunun statik norma qiyməti Qnsi aşağıdakı kimi təyin olunur:

Qnsi=qnsi Api

qnsi- külək təzyiqinin toplananlarının normallaşdırılmış qiyməti olub, aşağıdakı kimi


təyin olunur: qnsi=K qo
K- əmsaldır, yüksəkliyə görə sürət təzyiqinin dəyişməsinin göstəricisidir, qiyməti cədvəl1
dən götürülür.

Dənizin hesabat
səviyyəsindən
10 20 30 40 50 60 80 100 150
asıl olan
hündürlükləri,m
Əmsal K 1,00 1,25 1,35 1,50 1,60 1,70 1,85 2,00 2,25

qo- küləyin sürət təzyiqinin normal qiyməti olub, aşağıdakı cədvəl 2 də verilib.

Xəritədəki
regionları Ia I II III IV V VI VII
n sırası
q0 kPa 0,17 0,23 0,30 0,38 0,48 0,60 0,73 0,85

Qeyd: ümumiyyətlə az öyrənilmiş dəniz akvatoriyası, dağlıq zonalar və bu kimi rayonlar


üçün qo- aşağıdakı kimi tapılır.

qo= ρ Co V2w

Co- təzyiq əmsalı, xüsusi halda (Co=1); ρ – havanın sıxlığı (ρ =1,25 kq /m3) Vw- küləyin
norma sürətidir. Xəzər dənizi üçün ehtimalı i= 2% olan fırtına, külək xəritəsində Vw =28-
35 m /san . Hesabat əsasında deyə bilərik ki, Xəzər dənizi cədvəlin VI sırasındakı
kriteriyanı təmn edir.

Api- i saylı konstruksiyasının və ya onun hissələrinin hesabat sahəsi olub, aşağıdakı


kimi təyin olunur: Api= Aii •φii •Ci •li.

Ai- i saylı konstruksiyalarının və ya onun hissələrinin i saylı kontur sahələri olub,


konstruksiyalarının və ya onun hissələrinin xarici konturlarının külək axını istiqamətinə
perpendikulyar olan müstəviyə olan proyeksiyasının sahəsinə = (m2)

φi – doldurma əmsalı olub, şəbəkə şəkilli konstruksiyalar üçün konstruktiv elementin


proyeksiyaları sahəsi cəminin onların kontur üzrə sahəsinə olan nisbətindən təyin olunur.

Ci - aerodinamiklik əmsalı olub, normativ sənədlərdən təyin olunur.


li – ekranlanma əmsalı olub, normativ sənədlərdən təyin olunur.Külək təsirinə məruz
qalmış konstruksiyaların və ya onun hissələrinin yerdəyişməsi ümumilikdə platformanın
işçi pabulası səviyyəsindəki yerdəyişməsi kimi qəbul edilir.

Qndi = Mk ak ξ ν μ Qp

Mk - k saylı konstruksiyasının və ya konstruktiv hissəsinin mərkəzə gətirilmiş kütləsidir,


ton. ak- qurğunun birinci titrəyişində k saylı kütləli mərkəzinin üfuqi istiqamətindəki nisbi
yerdəyişməsi .

ξ – loqarefmik dekrementi 0,3 dən qurğunun titrəyişində dinamiklik əmsalı olub Ts ,V(2)
parametrlərdən aılı olaraq cədvəldən təyin olunur.

Ts,V(2),m 20 40 60 80 120 160 200 240 300


ξ 1,3 1,4 1,55 1,7 1,8 1,87 1,93 2,0 2,08
ak – qurğunun birinci faza titrəyişinndə k - saylı kütləli mərkəzinin üfüqi istiqamətdəki
nisbi yerdəyişməsidir.

μ – qurğu titrəyişinn dinamiklik xarakteristikasıdır.

Qp- qurğuya külək təsirindən yaranan pulsasiya toplananının xarakteristikasldır.

Əgər külək təsirinə məruz qalmış platforma konstruksiyası və ya onun hissələrinin kütləsi ,
qurğunun tam kütləsinin 70%-ni təşkil edirsə, işçi palubasına tətbiq olunmuş külək
təsirindən yaranan yüklərin dinamiki toplananı aşağıdakı sadələşdirilmiş düsturla təyin
edilir:

Qn= ξ ν Qp

25. Dəniz neft qurğularına təsir edən dalğa və axın


qüvvələrinin hesabı
Stasionar dəniz neftqaz qurğularına təsir edən dalğa və axın qüvvələrini təyin etmək üçün
statik qüvvələri dinamiklik əmsalına vurmaq lazımdır.

Dinamikin əmsalının (Kd) qiyməti isə Tc / T və Qt /Qb, max nisbbətlərindən asılı olaraq cədvəl
1-də verilmişdir. Burada Tc /T qurğunun titrəmə periodunun dalğanın orta perioduna olan
nisbətidir.

Qt/ Qb, max-axın qüvvəsinin dalğanın maksimal statik qüvvəsinə nisbətidir.

Dinamik əmsalı
Te /T Kd
Qt /Qb, max 1,10 0,10 0,20 0,30 0,40
0,0 1,15 1,15 1,20 1,30 1,40
0,04 1,12 1,12 1,16 1,24 1,32
0,10 1,11 1,11 1,15 1,23 1,31

Qurğuya eyni vatxda dalğa və axının zamanı axının xətti sürətinin dəyişməsi U1 –dən və
U2- yə qədər qəbul edilməlidir.

U1′ =(U1+U2) U2

Burada, U1′- H hündürlükdə axın sürəti;

U1-d hündürlükdə axının sürəti;

U2- dənizin dibində axının sürəti;

Dənizin təlatümlü səthinin (η) hesabat səviyyəsinə nisbətən artması aşağıdakı düstur ilə
təyin edilir:

η=ηr h

burada, h-dalğanın hündürlüyü, m;


η2- dənizin təlatümünün nisbi artımı olub ψ, φ və -- kəiyyətlərindən asılı olaraq cədvəl 2-

(ψ= dalğa mailliyi; φ = dənizin nisbi dərinliyi; m = – nisbi absisi.) verilmişdir.

Stasionar dəniz neft qaz qurğularına təsir edən qüvvə, onun dalğa profilindən aşağıda olan
bütün element və ya sahələrinə təsir edən qüvvələrin cəmidir.

Qurğununharizontal elementinə təsir edən qüvvə (q), bu qüvvələrin horizontal (qx) və


vertikal (qz) toplananlarının cəminə bərabərdir, yəni

q=

qx= 0,5 ρ b Cv Kv2 Vx+ 0,25π ρa b Ci Kv Wx

qz=0,5 ρa Cv Kv2 Vz+0,25 πρ a b Ci Kv Wz

Burada,ρ- dəniz suyunun sıxlığı, t / m3; b və a – elementinin en kəsiyinin ölçüləri, m;

Cv və Ci – müvafiq olaraq, sürət və ətalət müqavimətləri əmsalları;

Vx və Vz –dalğa və axın zamanı mayenin sürətinin horizontal və vertikal proyeksiyaları;


Kv - əmsaldır;

W x və Wz –dalğa zamanı mayenin təcilinin horizontal və şaquli proyeksiyalarıdır.

Dənizin təlatümlü səthinin nisbi artımı


Ω

φ 0 0,05 0,10 0,15 0,20 0,25 0,30 0,35 0,40 0,50

ψ=8

0,2 0,63 0,57 0,39 0,18 -0,01 -0,14 -0,21 -0,26 -0,32 -0,37

0,3 0,60 0,55 0,40 0,22 0,04 -0,10 -0,20 -0,28 -0,34 -0,40

0,5 0,59 0,54 0,40 0,23 0,05 -0,09 -0,20 -0,28 -0,35 -0,41

0,2 ψ=10

0,3 0,62 0,56 0,40 0,20 0,02 -0,12 -0,21 -0,28 -0,33 -0,38

0,5 0,58 0,54 0,41 0,24 0,06 -0,08 -0,20 -0,29 -0,36 -0,42

0,57 0,53 0,41 0,25 0,08 -0,08 -0,20 -0,29 -0,36 -0,43
0,2 ψ=40

0,3 0,54 0,50 0,41 0,28 0,12 -0,04 -0,18 -0,30 -0,39 -0,46

0,5 0,52 0,49 0,41 0,28 0,13 -0,02 -0,17 -0,30 -0,40 -0,48

0,52 0,49 0,41 0,29 0,13 -0,02 -0,17 -0,30 -0,40 -0,48

26. Dəniz neft qurğularına metal konstruksiya üzərində əmələ gələn “bitki”
örtüyünün təsiri
Dəniz neftqaz qurğularının istismarı zamanı metal konstruksiyanın dayaq bloklarının və
digərlərinin səthlərində dəniz orqanizmlərindən, balıqqulaqlarından, yosunlardan və
digərlərindən ibarət qalın örtük əmələ gəlir və bu həin hissələrin yerli korroziyasını artırır,
istismar müddətini azaldır, bitki örtüyü ilə örtülmüş dayağın və ya hissəsinin diametri və
kələkötürlüyü artığından təsir edən qüvvələrin qiyməti də artır.

Aparılmış tədqiqatlar nəticəsində xətti dalğa yükünün təyin etmək üçün aşağıdakı emprik
düsturlar alınmışdır:

P1 = CvρD1Vx2; Cv P2D1

P2= C1vρD2Vx2; C1vP1D2

P2 = C1vD2 və ya C1v = P2D1


P1 CvD1 Cv P1D2
P2D1 / P1 D2 ni Kö ilə işarə etsək, onda

C1v = Kö Cv olacaqdır.

Burada, Kö – konstruksiyada örtünün əmələ gəlməsini nəzərə alan əmsaldır və onu


dalğanın elementlərindən (h/N) asılı olaraq təyin etmək olar.
Dayağa təsir edən dalğa təzyiqini təyin edərkən, örtüyü nəzərə almaqla dalğa qüvvəsinin
epürası qurulmuşdur.

Dayağa təsir edən dalğa qüvvəsinin epürası


a) Dayaq səthində bitki örtüyü olmadıqda
b) Dayaq səthində bitki örtüyü əmələ gəldikdən sonra
Aparılmış tədqiqatlar göstərir ki, suda olan dayaq bulokunun və onun hissələrinin
səthində əmələ gələn örtüyün qalınlığından və kələkötürlüyündən asılı olaraq dalğa
qurğusunun horizontal toplananının qiyməti 40%- ə qədər arta bilər.

27. Dəniz dərinliklərində dalğa elementləri


Dayaz dərinlikdə su dibinin maililiyi 0.002 və daha çox halda i % təminatlı dalğa
hündürlüyünü təmin etmək lazımdır .

hi = KT KR Ki h

KT - transformasiya əmsalı

KR refraksiya əmsalı

DlKi ümumiləşdirilmiş itki əmsalıdır

Transformasiya əmsalını qrafiki üzrə təyin edilir. Refreksiya əmsalı aşağıdakı kimi təyin
olunur
KR =

Dalğa şüası dərin dərinliklərdə refreksiya ( üst -üstə düşmə ) planından dalğanın yayılma
istiqamətində olub , dayaz dərinliklərdə verilmiş sxemə uyğun olaraq , həmin istiqamətdə
davam etdirilir.

Dayaz dərinliklərdə dəniz dibi maililiyi 0.001və ondan çox olduqda dalğanin orta
hündürlüyünü qrafikdən təyin etmək lazımdır. Dalğanın orta uzunluğunu dalğa dövrünün
məlum qiymətinə görə təyin etmək lazımdır.

28. Dəniz akvatoriyalarında dalğa, axın və suyun səviyyə


hesabı.
Dəniz akvatoriyalarında dalğa elementlərini təyin edərkən, aşağıdakı dalğayaradıcı
faktorları nəzərə almaq lazımdır: Küləyin sürətinin qiyməti və istqaməti, su səthində
küləyin fasiləsiz davamiyyət müddəti, küləyin əhatə etdiyi akvatoriyanın ölçüləri və
konfiquryasiyası, dəniz səviyyəsinin dəyişməsini nəzərə almaqla dənizin dərinliyi və dəniz
dibinin relyefi.

Dəniz səviyyəsini və külək xarakteristikalarını təyin edərkən, çoxillik(25-50 il)


müşahidə materiallarının statistik araşdırılmasından alınmış nətclrdən istifadə etmək
lazımdır.Dəniz səviyyəsinin üzərində qabarma-çəkilmə, fəsillərdə və il ərzində səviyyənin
dəyişməsi, küləkdən yaranan su toplusunun dəyişməsi proseslərini nəzərə almaq lazımdır.

Dalğa elementlərinin hesabatında dənizin dərinliyindən asılı olaraq, su sahəsini


aşağıdakı zonalara bölmək lazımdır:

1.dərin dərinliklər- dəniz dibinin relyefi dalğa elementlərinə təsir etmir;


2.dayaz dərinlikər- dəniz dibinin relyefi dalğa elementlərinə təsir edir;
3. sahilə yaxın dərinliklər-priboy zonası, bu haldadalğanın prosesi başlanır və sona çatır;
4. sahil zonası- dağılmış dalğanın yaranan su toplusu dövrlərdə sahilə diyirlənir.

Hidrotexniki qurğuların və onn elementlərinin dayanıqlğını və möhkəmliyini təyin


edərkən dalğalar sistemində dalğa hündürlüyünün hesabat təminatını cədvəldən götürmək
lazımdır.
Hidrotexniki qurğuların sinifləri Dalğalar sistemində-hündürlüyündə
təzyiq yükünün təminatı
Şaquli profilli qurğular:
İki tərəfi açıq, hamar səthli qurğular-
1
siniflər üzrə
5
I
13
II
III, IV
Sahilyanı qurğular-siniflər üzrə 1
I,II 2
III,IV

Hasar şəkilli maili profilli qurğular


bərkidilmə əlamətləri üzrə:
1
Beton piltələr
2
Daş yiğnaqlar, sadə və fasonlu
massivlər

Hidrotexniki qurğulara təsir edən yükləri təyin edərkən, dalğalar sistemində dalğa
hündürlüyünü verilmiş təminatla h1 və dalğanın orta dövrü τh qəbul etmək lazımdır.

Dalğa diyirlənməsini (nakat) təyin edərkən, dalğalar sistemində dalğa hündürlüyünün


hesabat təminatını 1% götürmək lazımdır.

Açıq su akvatoriyasında tikiləcək stasionar platformaların yüksəklik vəziyyətini təyin


edərkən, dalğa hündürlüyünün hesabat təminatını 0,1% götürmək lazımdır.

30. FPSO tipli istismar qurğuları


Yarımdalma qurğuları ilə yanaşı, adi gəmi formasında olan birgövdəli üzən
qurğulardan (supertankerlərdən) istifadə edən xüsusi təchiz edilmiş və yenidən inşa
edilmiş, Neft hasilatı, hasil edilmiş neftin saxlanılması və boşaldılması üçün nəzərdə
tutulmuş üzən istismar sistemləri də (Floating production, storage and offloading-FPSO)
geniş tətbiq edilmişdir [63,64].

FPSO istismar sistemində (şək 82) -ötürücü neft anbarı qismində , bir qayda olaraq,
su basımı 60 min ton və daha artıq olan tankerlərdən istifadə edilir.

Turel lövbərləşmə prinsipini istifadə edən üzən istismar sistemləri (FPSO) əslində ,
bir nöqtəli yanalma sistemlərinin (SPM) sonrakı inkişafıdır.

FPSO-nun SPM-dən əsas konstruktiv fərqi gəminin gövdəsinin xüsusi çaxtasında


yerləşdirilən və lövbərlərlə dənizin dibinə bərkidilən daxili slindir şəkilli yanalma
qurğusunun – turelin mövcüd olmasındadır.

Turelin aşağı hissəsi gəminin dib örtüyü ilə bir səviyyədə . Yuxarı hissəsi isə
göyərtənin üzərində yüksəldəlir. Şəkil 83- də FPSO-nun tərkib hissələri göstərilmişdir.
Ətraf mühitin təsiri altında gəmi turel ətrafında sərbəst fırlanır və bu zaman küləyin
və dalğanın istiqamətinə görə daha əlverişli vəziyyəti seçir( gəminin burun hissəsi küləyin
istiqamətinə qarşı dayanmaqla) , nəticədə gəminin yana (bort) yırğalanma amplitudası və
lövbər xətlətinə düşən yüklənmələr azalır.Bu halda turelin daxilində keçən lövbər trosları
və istismar rayzerləri fırlanmaya məruz qalmır.Rayzerlərə düşən kritik yüklənmələr,
gəminin dönməsinə imkan yaradan , fırlanan birləşmələrlə kompensasiya edilir.

FPSO tipli (Floating production starage and offloading units) qurğular geniş tətbiq
edilmişdir. FPSO sistemi istismar ötürücü neft anbarı qismində 1 qayda olaraq su basımı
60000 ton və daha artıq olan tankerlərdən istifadə edilir. Ekstrimal hava şəraitində lövbər
xətlərdə boru bağlanmalarda şarnir birləşmələrində , həddən artıq yüklənmələr baş
verməsin deyə turel FPSO nu sualtı quyulardan ayırmaq üçün xüsusi vasitələrlə təchiz
olunur.
31. Turelin FPSO-nun göyərtəsində yerləşdirilməsi
Mühüm məslələrdən biri gəminin göyərtəsi üzrə turelin yerləşdirilmiş sahəinin
seçilməsdir. Adətən turel qurğunun uclarda əsasandə burun hissəsində yerləşdirilir.
Bununla da gəminin küləyə görə fırlanma qabiliyyəti saxlanılır. Bu halda lövbər
sabitləşdirici istemi qurğu üçün qarşıdan əsən küləyə , gələn dalğaya və axıntılara ən az
müqavimət göstərən vəziyyətin passiv yolla seçilməsi imkan yaranır. Turelin aralıq
yerləşdirilməsi halında qurğunun modelin (ortaya yaxın) rayonunda şaquli yırğalanmanın
təsiri azalır, bu da öz növbəində lövbər xətlərinə və rayzerlərə dinamik yüklənmənin
azaldılmasına gətirib çıxarır . Bu amillər sözsüz ki, bütövlükdə sistemin təhlükəsiz
istismar səviyyəsini yüksəldir. Amma bu halda gəmi küləklərə , dalğalara və axınlara qarşı
ən kiçik müqavimət göstərən vəziyyətinin passiv yolla seçilmə qabiliyyətini itirir.
Göstərilən halda lövbər sabitləşdirici sistem ilə yanaşı köməkçi sükan qurğulardan da
istifadə etmək zəruridir. Xaricdə aparılan tədqiqatlarda müəyyən edilmişdir ki, tureldən
istifadə ederkən maksimal effektliyə nail olmaq üçün tureli gəminin burnundan arxaya
tərəf elə məsafədə yerləşdirmək lazımdır ki, yük water xəttini səviyyəsində ölçülən bu
məsafə qurğunun üzçülük qabiliyyətindən 19 %- dən çox olmasın . Qeyd etmək lazımdır
ki , turelin olduğu yer yaşayış üst tikilisində təhlükəsiz yerləşdirilməsini təmin edir. Ən
əlverişli variant üst tikilinin və turelin burun hissədə yerləşdirilməsidir. Bu halda turel
burundakı üst tikiliyə nisbətən arxa tərəfə doğru çəkilir. Üst tikilinin və bu cür qarşılıqlı
yerləşdirilməsi yanğın baş verərkən onun üst tikiliyə yayılması ehtimalını azaldır. Çünki
FPSO xarici amillərin təsiri altında turel ətrafında fırlanaraq burun hissəsi ilə küləyə qarşı
vəziyyəti tutur. Bu səbəbdən yenidən inşa edilmiş FPSO-da üst tikili və turel gəminin
burun hissəsində bir- birinin ardınca yerləşdirilir.

Digər vəziyyət üst tikilişi arxa hissədə yerləşdirilmiş , köhnə tankerlərin yenidən techiz
ediməsi yolu ilə inşa edilmiş , FPSO-larda müşahidə olunur. Bu halda yanğının üst tikiliyə
yayılma ehtimalı yüksəlir. Buna baxmayaraq dəniz təcrübəsində bu variantdan istifadə
olunur. Bu cür nəticənin əaslandırılmasında əhəmiyyətli olan dəlillərdən biri ondan
ibarətdir ki , qəza nəticəsində gəminin arxa tərəfdən tərk edilməsi daha
təhlükəsizdir.Bunları nəzərə alaraq , Britaniya təhlükəizliyi və sağlamlığı mühafizə
xidməti üst yaşayış tikilisinin həm burun, həm də arxa hissədə yerləşdirilməsi
variantlarının hər ikisinin mümkün sayılır.Şəkil 87- də müxtəlif memarlıq- konstruktiv
quruluşu olan FPSİO-lar göstərilmişdir.
Turelin və üst yaşayış tikilisinin gəminin uclarda yerləşdirildiyi halda yük tutumundan
maksimal istifadəyə nail olunur və əsas göyərtənin orta hissəsində böyük ölçülərə malik
geniş meydan yaranır, bu sahə (yırğalanmanın təsiri nəzərə alınmaqla) texnoloji
avadanlığın əsas göyərtənin həm üstündə , həm də altında quraşdırılması üçün ən əlverişli
zonadır.1-ci halda avadanlıqlar göyərtədən 1 qədər yüksəkdə yerləşdirilir ki, bu da onların
xidmətini və təmirini yüngülləşdirir, eləcə də məhsulu olan tanker-anbarların yanğından
mühafizə dərəcəsini yüksəldir. Avadanlığın göyərtə altında yerləşdirilməsi mürəkkəb
iqlim şəraitdə daha əlverişlidir. Çünki bu zaman onların ətraf mühitin birbaşa təsirindən
qorunması və xidmətçi , işçi heyəti üçün rahatlıq təmin edilir. Gəmidə yerdəyişmələrin ,
əsasən , yana yırğalanma nəticəsində əmələ gəldiyi üçün texnoloji avdanlıq , imkan
daxilində , gəminin diametral müstəvisinə paralel yerləşdirilməlidir. Tankerin FPSO üçün
yenidən təchiz edilməsinin mümkünlüyü də az əhəmiyyətli amil deyildir. Bu halda su
basımı 100 min ton olan gəmilərdən istifadə edilməsi daha üstün tutulan variantdır. FPSO
üçün yenidən təchiz etmə məqsədilə, seçilən tankerlərin aşağıda götərilən müəyyənedici
elementlərin mövcüdluğu zəruridir. Dəniz suyu ilə ballastlama üçün böyük miqdarda
ballast tankerlerı , təsirsiz qaz sistemləri tankların təmizlənmə sistemlərin tanklarının
zəruri həcmi , işlənən yatağın ehtiyatı , FPSO-nun boşaldılması qrafiki və hava şəraiti ilə
müəyyən olunur. Neft anbarının boşaltma məhsuldarlığı FPSO-nun müvafiq nasos
avadanlığının gücündən asılıdır. Bu halda , məhsulun ayrı-ayrı boşalma sisteminə ütünlük
verilir . Belə yanaşma , boşaltma sistemlərinin quraşdrılmasında çevikliyi təmin edir. Və
onun texniki istifadəsini və xidməti sadələşdirir. Bundan əlavə , imkan daxilində ,
boşaltma sistemləri seçilmiş yataqda hasil edilən məhulun konkret növünə
hesablanmalıdır. Müəyyən edilmişdir ki , boşaltmanın iqtisadi cəhətdən optimal
məhsuldarlığı 2385 kub metr /saat və 3975 kub metr/saat arasındakı diaqnozdadır.FPSİO
gövdə konstruksiyalarının yorğunluq möhkəmliyinin qeydiyyatı adi nəqliyyat gəmilərinin
layihələndirilməsinə nisbətən müəyyən qədər yüngülləşdirilmişdir, çünki FPSİO-lar ,
müəyyən hava və hidroqrafik xüsusiyyətlələ xarakterizə olunan , konkret akvatoriyada ,
dayanacaq rejimində istismar üçün nəzərdə tutulmuşdur.Yorğunluq gərginliyini əmələ
gətirən əsas mənbə , dalğanın təisindən yaranan , eninə yüklənmələrdir. Bu halda FPSO-
nun 20 illik istismarı dövründə yükləmə sistemlərinin sayı 108 bərabər qəbul edilir.
Dəyişən yükləmələrin təsiri zamanı gövdənin ayrı-ayrı elementlərdə gərginliyin
azaldılması məqsədilə gövdə konstruksiyasının yorğunluq möhkəmliyinin artırılmasına
imkan verən konstruktiv elementlərin rasional formasının yaradılması yolu ilə nail olmaq
mümkündür. Yorğunluq möhkəmliyinin nəzərə alınması FPSİO-nun bahalaşmasına gətirib
çıxarır. O cümlədən yeni gəmi üçün poladın sərf edilməsi orta hesabla 20%-ə müvafiq
olaraq dəyəri 13%-ə qədər yüksəlir. Mövcüd olan gəmi yenidən təchiz edildikdə xərclər
10% artır. Hal-hazırda FPSOlar Şimal dənizinin , Şimali Atlantikanın , Meksika
körfəzinin dərin su yataqlarda geniş tətbiq edilir. Onların Timur dənizində CənubŞərqi
Asiya və Qərbi Avstraliya şelfində geniş tətbiqi gözlənilir. FPSO-nun istifadəsinin artan
tendensiyası ayrı-ayrı dəniz ərazilərinin az gəlirli yataqlarının işlənilməsi və quyularının
uzunmüddətli tətqiqi zamanı onların tətbiq edilmə imkanı ilə bağlıdır.Üzən istismar
komplekslerinin inşasında aparıcı rol oynayan 'Tenvinq offshore' kompaniyasının törəmə
müəsisəsi 'Tentech' şirkətinin layihəsi üzrə inşa edilmiş FPSO-lar ağır hidrometroloji
şəraitdə iş zamanı daha yüksək istismar etibarlılığı və sabitliyi nümayiş etdirmişdir.
Cədvəl 9da Tentech şirkətinin lisenziyası ilə inşa edilmiş FPSO-nun əsas texniki
göstəriciləri verilmişdir. Aşağıda müxtəlif növ üzən istismar sistemlərinin təsviri
verilmişdir.

Petrofarl (layihə Tentech -685) gəmisi Şimal dənizinin mürəkkəb hidrometroloji


şəraitdə istismar üçün nəzərdə tutulmuş ilk Fpso-dur. Kəskin şəkildə burun tərəfə
uzadılmış və üzərində vertalyot meydançası olan üst tikili ilə səciyyələnən gəminin memar
konstruktiv quruluşu onların neftin hazırlanması və nəql edilməsi üçün texnoloji
qurğulardan təhlükəsiz uzaqlaşdırılmasını təmin edir.Gəminin ön hissəsində yerləşdirilmiş
turel birkanallı fırlanğıcla təchiz olunmuş və istismar rayzerlərinin qəbulu üçün
hesablanmışdır. FPSO Ətraf mühitin mühafizəsi üzrə Beynelxalq konvensiyanın
tələblərinə müfaviq olaraq, toqquşma və suya oturma zamanı konstruktiv mühafizəni və
yükün qorunmasını təmin edən 2 qat dibə və 2 qat yan tərəflərə malikdir.Yük otaqları, bir-
birindən eninə və uzununa su keçirməyən arakəsmələrlə ayrılan, maşın şöbəsinin arxa
arakəsməsindən -forpikin arakəsməsinə qədər məsafədə yerləşdirilmiş,yük tankları,
sisteməri yaradır. Gəminin iş nöqtəsində sabitləşdirilməsi, hər birinin kütləsi 13,4 t olan 8
lövbərdən və diametri 84 mm, uzunluğu 1600 m olan lövbər zəncirindən ibarət lövbər
sistemlərin köməyi ilə həyata keçirilir. Hər lövbər xəttinə dartı qüvvəsi 7, 25 MN a qədər
olan braşpillə xidmət edilir.

32. Gərilmə dayaqlı yarımbatırılmış platformalar


Dəniz neft va qaz sənayesi bazarında gərilmə dayaqlarla üzən istismar platformalarının
mövcudluğu dəniz texnologiyasının ən şəffaf innovasiya seqmentlərindən biridir.
Bu qurğular işlək vəziyyətdə əhəmiyyətli dərəcədə üzmə qabiliyyəti ilə xarakterizə
olunur,iş mövqeyində dib plitələrində bərkidilən dartılan dayaqlar (bağlar) vasitəsilə
saxlanılır. Dartılan(gərilmə) dayaqlı suya yarıya qədər batan hasilat platformalarının,
(Tension leg platform - TLP) prototipləri qismində əsasən kəşfiyyat məqsədi ilə qazma
üçün istifədə olunan suya yarıya qədər batan qazma qurğuları çıxış edir.
TLP tipli platformaların fərqləndirici xüsusiyyəti TLP-nin iş mövqeyində saxlanılmasını
təmin edən dayaq xəttlərinin (bağlamaların) əhəmiyyətli dərəcədə əvvəlcədən
dartılmasının mövcudluğudur. Bu zaman platformanın 50-70% suya basılmasını təmin edə
biləcək dayaq hissəsinin üzmə qabiliyyətinin müvafiq artımı ilə kompensasiya olunur.
Bu sxem “ Conoco ” şirkətinə məxsus olan, Şimal dənizində Şotlandiyanın şimal-şərq
sahillərindən 482 km-də Hutton yatağında təxmini olaraq 150 m dərinlikdə quraşdırılmış
dartılan şaquli dayaqlı suya yarıya qədər batan ilk hasilat platformasında reallaşdırılmışdır.
Əslində,bu platformanın istismara verilməsi dərin sulardan hasil olunan neft və qaz
yataqları sənayesinin inkişafı sahəsində yeni mərhələyə böyük addım olmuşdur.
Bu platformanın yaradılmasından əvvəl uzun müddətli ( təxminən 14 il ərzində ) elmi-
tədqiqat və təcrübə-konstruktor işləri həyata keçirilmişdir.
Şəkil 2.39-da iş mövqeyində dartılan dayaqlarla saxlanılan və həddindən artıq üzmə
qabiliyyəti olan TLP-nin tam iş siklinin sxemi və ümumi görünüşü göstərilmişdir.
Şəkil 2.39.Həddindən artıq üzmə qabiliyyəti olan gərilmə(dartılan )dayaqlı suya yarıya
qədər batan platforma. a) ümumi görünüş, b) TLP-nin iş mövqeyində bərkidilməsi üzrə
əməliyyatların ardıcıllığı.I –dartılan dayaqlar,birləşdirici düyün,quyunun sualtı ağzı,dib
plitəsi; II -dartılan dayaqlar,dib plitəsi,dartılan dayaqların dib plitəsi ilə birləşdirmək üçün
buraxılma istiqaməti; III –birləşdirici düyün,dartılan dayaqlar,dib plitəsi.
I –Platformanın suya endirilməsinə hazırlıq və dartılan dayaqların sonradan dib plitəsi
ilə birləşdirilməsi üçün suya buraxılması;
II –Suya buraxılmış vəziyyətdə şaquli dayaqların əvvəlcədən dartılmasının təmin
olunması üçün dartılan dayaqların dib plitəsinin müvafiq düyünlərində fiksasiyası
(bərkidilməsi) həyata keçirilir.
III -Əks ballastlama – dartılan şaquli dayaqların zəif yerlərinin seçimi üçün TLP-nin bir
qədər suyun içindən üzə qalxması.

Sxemdən göründüyü kimi,platforma suya yarıya qədər batan qazma qurğuları ilə
müqayisədə dalğa təsirləri üçün bir qədər sadələşdirilmiş(daha “şəffaf”) konstruksiyaya
malikdir.
Bu cür konstruksiya tərtibatı çəpinə vurulmuş dayaqların olmamağı və pontonlar
əvəzinə sabitləşdirici sütunların sualtı hissəsini birləşdirən nisbətən kiçik köndələninə
kəsikli kəmərlərin istifadəsi ilə əsaslandırılmışdır.
Sualtı hissənin sadələşdirilmiş konstruksiyası platformaya təsir edən qüvvələrin sxemi
ilə müəyyən olunmuşdur.
Dartılan dayaqlı suya yarıya qeder batan platformalarda sabitləşdirici sütunlar əsasən
dayaq birləşmələrində əvvəlcədən edilən əhəmiyyətli dartılmaların,çəki gücünün və
dəstəkləmənin təsiri altında yaranan şaquli qüvvələrə işləyir.Nəticədə çəpinə vurulan
dayaqlar hesabına əlavə sualtıqəfəsin yaradılması zərurəti aradan qalxmış olur.Dayaq
birləşmələrinin əvvəlcədən dartılması suya yarıya qədər batan hasilat platformasının iş
mövqeyində saxlanılması üçün əlverişli qüvvələr yaradır.
Dartılan dayaqlı suya yarıya qədər batan hasilat platformalarının ən mühüm və
mürəkkəb sistemlərindən biri platformanın istismar nöqtəsində saxlanılması
konstruksiyasıdır.
Şəkil 2.40-da həddindən artıq üzmə qabiliyyəti olan suya yarıya qədər batan qurğunun
Hutton yatağının istismar nöqtəsində bərkidilmə sxemi göstərilmişdir.

Şəkil 2.40.TLP tipli suya yarıya qədər batan qurğunun bərkidilmə sxemi (Hutton).1-
dartılan dayağın bərkidilmə yeri,2-elastik birləşdirici düyün,3-dartılan dayağın tutma
bloku,4-dartılan dayağın seksiyaları,5-anker birləşmələri,6-hərəkətsiz lövbər(dib plitəsi).

Bərkitmə(saxlama)sisteminin tərkibinə daxildir: anker birləşmələri ilə dəniz dibinə


bərkidilən hərəkətsiz lövbər,dartılma (dayaq) xəttinin seksiyaları,dayaq
podşipnikləri,darılan dayağın tutma bloku və digər elementlər.
Hərəkətsiz “ölü” lövbər qismində çoxbucaqlı və ya dairəvi formalı ağır dəmir-beton dib
plitələri istifadə olunur ki, onlar TLP-nin künclərində yerləşir.Hər dib plitəsində anker
birləşmələrinin aparılması, eləcədə də gərilmə(dartılan) dayaqların fiksasiyası
(bərkidilməsi) üçün xüsusi üçün kanallar (boşluqlar) nəzərdə tutulmuşdur.
Bundan əlavə, hər dib plitəsi plitənin dəniz dibinə nisbətində mövqeyinin düzlənməsini
təmin edən qurğu ilə təchiz olunur.
“ Hutton” TLP-da 32 anker birləşmələri qismində diametri 2,13 m olan və dəniz dibinə
55 m dərinliyə basdırılmış borular istifadə olunmuşdur.
Gərilmə(Dartılan) dayaqların (birləşmələrin) alt və üst hissələrində tsiklik yüklərin
yumşadılması (azaldılması) məqsədi ilə elastik birləşmələrdən istifadə olunmuşdur.
Dörd künc sütunun hər birinə, eləcə də dib plitələrinə dartılma dayaqların giriş
yerlərində yerləşən dayaq podşipnik düyünləri qismində elastomer əsasında xüsusi elastik
birləşmələrin istifadəsi dartılma dayaqların tələb olunan künc yerdəyişmələrini təmin edir
və bu zaman TLP-nın iş möqeyinə nisbətən yerinin dəyişməsindən yaranan bütün yükləri
öz üzərinə qəbul edir.
Boruların dartılma dayaqlarının yuxarı və aşağı uclarında elastik birləşdirici aqreqatlar
onların platformaya birləşmə düyünlərində gərginliyin azalmasına yardım edir.
Gərilmə (dayaq) xətti üçün minimal axıcılıq həddi 795 MPA olan orta karbonlu
aşqarlanmış poladdan hazırlanmış boru seksiyaları istifadə olunmuşdur. Hər bir boru
seksiyası 9, 45 m uzunluga, 260 mm xarici diametrə və 76 mm daxili diametrə malik idi.
Boru seksiyalarından dartma (dayaq) xəttinin formalaşdırılması qıfıllı birləşmələr
vasitəsilə həyata keçirilir ki, onlar iş prosesində dartılma zamanı əhəmiyyətli yüklərə
məruz qalan ağır qazma borularından (AQB) qazma kolonunun formalaşdırılması zaman
istifadəsi olunan birləşdirici elementlərə analojidir. Qıfıllı birləşmələr kifayət qədər
effektivdir, öz-özünə vintlərin açılmasına qarşı davamlıdır, bir şərtlə ki, qıfılın dəlikli
birləşmələrinə düşən sıxıcı yük yivli birləşmələrin üzərinə düşən dartıcı gücdən artıq
olsun.
Gərilmə (Dartılan) dayaqlı suya yarıya qədər batan hasilat platformalarının istismar
rejimi suya yarıya qədər batan qazma qurğularının istismar xüsusiyyətləri ilə analojidir.
Dərin sular olan ərazilərdə dartılan (dayaq) bərkitmələr və su ayırıcı sütunlar dəniz
axınlarının, küləyin və dalğaların təsiri altında şaquli xəttdən 70 bucağı altında kənarlaşa
bilər.

33.Gərilmə qurğuların iş tsikli


Bu platformaların tam iş siklini aşağıda göstərilən sxem kimi göstərmək olar:
• İstismar nöqtəsinə buksir etmə;
• Platformanın iş mövqeyində quraşdırma üçün hazırlanması;
• Gərilmə (Dartılan) dayaqların formalaşdırılması (quraşdırılması) ;
• Platformanın korpusunun ballast edilməsi (tarazlığının yaradılması);
• Gərilmə (Dartılan) dayaqların dib plitələrində fiksasiyası;
• Ballastın atılması (tarazlığın atılması) –həddindən artıq üzmə qabiliyyətinin əldə
olunması və, nəticə olaraq, dartılma dayaqların zəif yerlərinin seçilməsi;
• Quyuların istismarı;
• Platformanın nəql olunma mövqeyinə keçirilməsinə hazırlanması;
• Dayaq bərkitmələrinin dartılmasının aradan qaldırılması;
• Gərilmə dayaqların dib plitələrindən ayrılması;
• Gərilən dayaqların qaldırılması;
• Yeni mövqeye buksir etmə.
Gərilmə(Dartılan) dayaqlı suya yarıya qədər batan platformaların istismarının
etibarlılığını və təhlükəsizliyini təmin edən mühüm əməliyyatlardan biri platformanın
istismar noqtəsində mövqeyinin müəyyən edilməsi və bərkidilməsidir.
Gərilmə(Dartılan) dayaqların dib plitəsinə bərkidilməsi prosesində əlverişli hava
şəraitində-dalğanın hündürlüyü 2,5 metrden artıq olmadığı zaman platformanı yardımçı
gəmilər vasitəsilə iş mövqeyində saxlamaq lazımdır.
Küləyin və ya dalğaların təsiri altında platformanın yerdəyişmələrin neytrallaşdırılması,
eləcə də, dartılan dayaqlara düşən gücə nəzarət hidravlik dartılma kompensatorları
tərəfindən təmin olunur.
Gərilmə(Dartılan) dayaqların dib plitəsinin bərkitmə düyünlərinə nisbətdə istiqamətinə
teleidarə olunan sualtı aparatlar vasitəsilə nəzakət edilir ki, onlar, dartılan dayaqların dib
plitəsinin müvafiq bərkitmə düyünlərinə nisbətdə vəziyyətini tənzimləyərək, dartılan
dayaqların dib plitəsinin birləşdirici düyünlərinin dəliklərinə düşməsini təmin edir.
Gərilmə(Dartılan) dayaqların (birləşmələrin) dib əsasında dəqiq bərkidilməsindən sonra
dartılan dayaqların zəif yerləri seçilir və hər bir dayağın aşağı hissəsində 5,9 MN ilkin
dartılma təmin edilir. Bunun üçün platformanı ballastın atılması yolu ilə yükdən azad
edirlər, bu zaman, korpusun suyun üzünə qalxması ilə yük dartılan birləşmələrin üzərinə
düşür. Yükün həcmi hər dartılan elementin üzərinə 1000 -2000 ton təşkil edə bilər ki, bu
da ümumilikdə hava və ya istismar şəraitlərinin dəyişməsi zaman onlarin yerinin
dəyişməsi imkanini istisna edir.
Gərilmə(Dartılan) dayaqların sökülməsi əks ardıcıllıqla həyata keçirilir. Bu zaman
dartılan dayaqların dəniz dibinin əsasında açılması sıxma qurğusuna hidravlik təzyiqin
verilməsi ilə təmi olunur.
Gərilmə(Dartılan) dayaqlı platformanın Hutton yatağında istismar edilməsinin müsbət
təcrübəsi praktikaya müxtəlif konstruktiv tərtibatlı və əsas tələbə - sualtı hissəsinin dalğa
yüklərinin təsirinə qarşı maksimal “şəffaflığının” təmin olunması tələbinə cavab verən
geniş xəttli modifikasiya edilmiş platformaların tətbiq olunduğu dəniz neft – qaz
yataqlarının tətbiq edilməsinə yol açılmışdırş Bu tələblərdən irəli gələrək, ən əlverişli
konstruktiv forma kimi planda üçbucaq və ya dördbucaq əmələ gətirən üç və ya dörd
sabitləşdirici sütunu olan platformalar hesab olunur.
Gərilən dayaqlı suya yarıya qədər batan platformaların sonrakı inkişafı bir sıra
təkmilləşdirmələrlə əlaqələndirilir ki,onlardan əsası konstruksiyanın çəkisinin
azaldılmasıdır, çünki istənilən qurğunun qiyməti onun çəkisinə düz proporsionaldır.
Qabaritlərin qorunması ilə yanaşı konstruksiyasının çəkisinin azaldılması platformaların
tələb olunan üzmə qabiliyyətini təmin edir ki, buna da bir sıra təşkilati – texniki tədbirlərin
həyata keçirilməsi yolu ilə nail olmaq olar.
Xüsusilə, quyu dəstəsinin qazılmasını iş nöqtəsində dartılan dayaqlı suya yarıya qədər
batan qazma platformaları vasitəsi ilə həyata keçirmək lazımdır. Bunun sayəsində ağır
qazma qurğusu əvəzinə yatağın istismar edilməsi və quyuların əsaslı təmiri üçün nəzərdə
tutulmuş yüngül qurğunu quraşdırmaq olar.
Gərilmə(Dartılan) dayaqlar və su ayırıcı sütunlar mümkün qədər neytral üzmə
qabiliyyətinə malik olmalıdır.
Gərilmə(Dartılan) dayaqların (bərkitmələrin) platformadan çıxarılması bir neçə il
ərzində (bu dövr 4 – 20 il və daha artıq müddət təşkil edə bilər) bir dəfə həyata keçirilir,
tələb olunan uzunluqda dartılan dayaqları sahildə hazırlamaq və quraşdırma yerinə dib
buksiri və ya dənizin dibi üzərində orta dərinlikdə buksir yolu ilə nəql etmək məqsədə
uyğun hesab edilir.
Bu zaman əvvəlcədən hazırlanmış bərkitmələrin aşağı ucları dib özülündə bərkidilməli,
yuxarı ucları isə fərqləndirici siqnal üzgəclərinə bərkidilməlidir ki, onlar platformanın
yaxınlaşmasını gözləyərkən suyun üzərində qalsın. Nəticədə dartılan dayaqların bilavasitə
TLP tipli platformada formalaşdırılması və buraxılması üçün nəzərdə tutulmuş xüsusi
avadanlığın quraşdırılması zərurəti aradan qalxır.
Hutton yatağında platformanın istismar təcrübəsi göstərdiyi kimi dərin sularda dartılan
dayaqlar və su ayırıcı sütunlar uzunluqlarına görə dəniz axınlarının, küləyin və dalğaların
təsiri altında şaquli xətdən 70-dən artıq olan bucağa kənarlaşır.
Belə şəraitdə şaquli xətdən kənarlaşmalar kiçik olan zaman dayaqlarda əmələ gələn
gərginliklər kiçik olur və bu səbəbdən də Hutton platformasında istifadə olunan
Gərilmə(Dartılma) dayaqlarının və su ayırıcı sütunların istehsal edilməsi üçün yüksək
möhkəmliyə malik olan poladların istifadəsi zərurəti aradan qaldırılır.
Yeni innovasiya polimer və kompozit materiallarının ərsəyə gəlməsi ilə dartılma
dayaqları və su ayırıcı sütunlar qismində kevlər kimi materiallardan hazırlanmış tros və
boruların istifadəsinə yol verilir ki, onların möhkəmliyi daha yüksəkdir, xalis çəkisi isə
poladdın çəkisindən daha azdır.
“Pekonar” konsorsiumu tərəfindən hazırlanmış neft hasilatı platformasının layihəsi
praktiki maraq təşkil edir. Layihədə sınaqdan keçirilmiş dartılan boru bərkitmələri olan
platformaların və qravitasiya tipli stasionar platformaların üstünkükləri istifadə
olunmuşdur. Şəkil 2.41-də 350 m dərinliyə hesablanmış neft platformasının yeni tipi
göstərilmişdir.
Platforma aşağı hissədə qurğunun üzmə qabiliyyətini təmin edən şaquli beton silindrşəkilli
sisternlərdən ibarət halqa ilə birləşmiş dör dayaq sütunundan ibarət üzən beton özül
üzərində quraşdırılmış polad materiallı üst qurğunu daxil edir.
Sisternlərin bir hissəsi neftin saxlanılması üçün istifadə oluna bilər. Hündürlüyü 35 m olan
üzmə sisternlərinin halqası dəniz səthindən 45 m dərinliyə yerləşdirilir ki, burada dalğa
təsiri praktiki olaraq hiss olunmur.
Platformanın iş nöqtəsində quraşdırılması üzən konstruksiyanı özək tipli dib qravitasiya
bloku ilə birləşdirən dartılan dayaqlar vasitəsilə həyata keçirilir. Dartilan dayaqlar
qismində 24 bərkitmə bağının istifadə olunması nəzərdə tutulur.
Şəkil 2.41. “Pekonar” platformasının ümumi görünüşü.

Üzən beton özülün ümumi hündürlüyü təxmini olaraq 105 m təşkil edir, dayaq sütunları
dəniz səviyyəsindən 25 metr hündürə ucalır, dayaq sütunlarının diametri 18 m təşkil edir.
Bu dib qravitasiya özülünün xarici diametri təxminən 100 metrdir. Özülün
konstruksiyasında qravitasiya özülün iş nöqtəsində quraşdırılmasından dərhal sonra
istismar quyularının ilkin qazılmasının həyata keçirilməsi imkanın təmin olunması
məqsədilə dayaq üçün sualtı – quyu ağzı plitəsi nəzərdə tutulmuşdur.
Bu qravitasiya özülünün bölmələrinin hündürlüyü 35 m, hasil olunmuş neftin saxlanılması
üçün dib bölmələrinin tutum həcmi isə təxminən 80 min m2 təşkil edir.
34. Gərilmə (Dartılan)dayaqlı yarımbatırılmış bir sütunlu
üzən platformalar.

Hasilat platformalarının bu növü dartılan dayaqlı suya yarıya qədər batan platformaların
sadələşdirilmiş modifiksiyalarından biridir (mini TLP).
Üst tikililərin məcmu çəkisini əhəmiyyətli dərəcədə azaldan qazma avadanlığının
olmamağı yarıya qədər batan bir sütunlu platformaları (mini TLP) dayaz sularda və ya az
debitli dərin su yataqlarında istifadə etmək imkanını verir. Platformanın adı mini TLP və
ya “Sea Star” (qeydiyyata alınmış marka “dəniz ulduzu”) bu qurğunun tərtibatının
xüsusiyyəti – ulduz formasında yerləşmiş üçayaqlı böyuk mərkəzi (şaquli) slindri əks
etdirən pontonların maksiml azaldılmış çəkisi ilə əsaslandırılmışdır.
Dayaq sütununun ölçülərini: diametri təxmini olaraq 18 m, hündürlüyü 40 m,
ayaqlarının uzunluğu 5,4 m.
Şəkil 2.42. Mini platforma Morped “Sea Star” tipli. a) ümumi görünüşü, b) dayaq
hissəsinin nəql olunması, c) dayaq hissəsinin quraşdırılması, d) üst qurğunun dayaq
blokunun üzərinə otuzdurulması.
TLP tipli digər platformalarda olduğu kimi bu platformada da istismar mövqeyində
dartılan dayaqlar vasitəsilə saxlanılır – hər suya batırılan ayağa – pontona – iki dayaq.
Pontonların dib tərəflərindən yerləşən dartılan birləşmələrin bərkitmə düyünləri (şəkil 2.42
a) dənizin dalğalı səthində minimal şaquli kənarlaşmaları təmin edir.

36. SPAR tipli üzən yarımbatırılmış Lövbər bərkitməli


platformalar

Xarici ədəbiyyatda bu cür (ad holland rondhout – ranqoyut sözündən əmələ gəlir –
dairəvi formalı gəmi tipli göyərtə üstü konstruksiya) neft platformaları üçün qeyri-adi
konfiqurasiyaya – slindr formalı uzun bir sütunu konstruksiyalar adlandırılır.
Bir sütunlu slindr platformasının yaradılması dalğa güclərinin dartılan dayaqlı suya
yarıya qədər batan qurğulara təsirinin azaldıması məqsədi ilə işlək su xəttinin sahəsinin
minimuma endirmək və bununla da lövbər burazlarında dartılmanı 15 % göstəricisinə
qədər endirmək zərurəti ilə əsaslandırılmışdır.
Şəkil 2.43 –də uzadılmış slindr formasında istehsal olunmuş “SPAR” tipli platformaların
erkən klassik konstruksiyalarından birinin sxemi göstərilmişdir. “SPAR” tipli
platformaların dayaq kolonunun xarici örtüyünün gəmilərin mümkün olan zərbələrindən
zədələnmə təhlükəsini azaltmaq məqsədi ilə dəyişən su xətti sahəsində kolonun daxili
tərəfində əlavə özlük quraşdırılır.
İkiqat özlüyün mövcudluğu “SPAR” tipli platformaların etibarlı və təhlükəsiz istismar
imkanını əhəmiyyətli dərəcədə artırır.
Üst qurğunun sualtı avadanlıq ilə əlaqəsi slindrin daxilindən çəkilmiş kanal vasitəsilə
həyata keçirilir ki, burada tələb olunana kommunikasiyalar, rayzerlər, ballast bölmələri və
s. yerləşir və onlar platformanın şaquli vəziyyətdə sabit saxlanılmasını və platformanın
etibarlı istismarını təmin edir.
Slindrin daxilində yerləşən çoxsaylı göyərtələr bu kommunikasiya və qurğuların texniki
xidmətini və təmirini həyata keçirmək imkanını verir. Qasırğa axınlarından müdafiə üçün
slindrin səthinə spiral şəkildə qaynaq edilmiş polad kəmər istifadə olunur.
Platformanın üzərində üst qurğunu saxlamaqla müəyyən vəziyyətdə suyun üzündə
dayanmaq qabiliyyəti saxlama gücləri (üzmə qabiliyyəti) və çəki gücləri (ağırlıq) ilə təmin
olunur ki, onlar göstəricilərinə görə eynidir və istiqamətərinə görə bir birinə əksdir. Bu
zaman bu güclərin əvəzlyici qüvvələrinin təsir nöqtələri bir şaqulu xətt üzərində qərarlaşır.
Platformanın taraz vəziyyətdə qalmaq vəziyyəti lövbər birləşmələrinin aşırma anına əks
istiqamətdə təsir edən dartma gücünün bərpaedici anı hesabına təmin olunur.
Şəkil 2.43. polad korpuslu klassik konstruksiyalı “SPAR” platforması.
a) Xarici görünüşü, b) uzununa kəsik.
1 – qazma buruğu, 2 – məşl qurğusu, 3 – buruq kompleksinin göyərtəsi, 4 – istismar
kompleksinin göyərtəsi, 5 – yük göyərtəsi, 6 – yan alma, 7 – minik meydançası, polad
spiral şəkilli kəmər, 8 – lövbər burazlarının (kanatlarının) istiqamətləndirici blokları, 9 –
ikiqat özlük, 10 – elastik borulardan istismar dayaqları (rayzerlər), 11 – dəniz suyunun
dəyişən ballast bölməsi, 12 – istismar dayağı (rayzer), 13 – buksir etmə iş mövqeyində
saxlama prosesində tarazlama üçün (şaquli vəziyyətin qorunması üçün) balla bölmə, 14 –
iş mövqeyində dayanma qabiliyyətinin təmin olunması üçün sərt ballast üçün bölmə, 15 –
“Spar” platformasının iş mövqeyində müəyyən olumuş dərinliyə suya batırılması üçün
ballast dəniz suyunun bölmələri, 16 – polad korpusunun xarici üzlüyü.
Bu zaman bərpa etmə anının (suyun üzündə qalmanın əsas xarakteristikası) əsas
göstəricisi platformanın külək və dalğa gücləri nəticəsində yaranan əyilmə anının statik və
dinamik təsirlərinə davam gətirə bilməsi üçün kifayət qədər olmalıdır (şəkil 2.44).
Şəkil 2.44-də taraz və maili vəziyyətlərdə saxlama gücnün və çəki gücünün təsiri
göstərilmişdir.

Şəkil 2.44. Taraz və maili vəziyyətlərdə saxlama və çəki gücləri

Platformanın aşma ehtimalını istisna etmək və ağırlıq mərkəzini göstəricinin mərkəzinə


nisbətdə azaltmaq üçün platformanın dib hissəsində sərt ballast üçün bölmə nəzərdə
tutulmuşdur ki, onun qismində metal külçələr, metal tullantıları və s. istifadə oluna bilər.
Platformaların uzadılmış sualtı slindr şəklində özünəməxsus konfiqurasiyası polad və
sintetik kanatlar şəklində lövbər burazları sisteminin istifadə zərurətini əsaslandırı ki, bu
kanatlar şaquli slindrin korpusu boyunca çəkilir, istiqamətləndirici bloka dolanır və suyun
altında anker birləşmələri ilə dəniz dibinə bərkidilmiş hərəkətsiz lövbərlərə birləşən
massiv zəncirləri halqalarla birləşir.
Anker birləşmələri, kanatlar və zəncirlər platformanın iş mövqeyinə gəlməsinə qədər
formalaşdırılır və dənizin dibində qalaraq, qurğunun gəlməsini gözləyir. Lövbər
burazlarının uclarının yerləşmə yeri idarəedici siqnal üzgəcləri vasitəsilə göstərilir.
“Spar” tipli platformaların əhəmiyyətli uzunluğu nəzəzrə alaraq, bu qurğuların buksirini
bir sıra hallarda üfiqi vəziyyətdə yerləşdirilən ayrı-ayrı seksiyalar şəklində həyata
keçirərlər, sonradan qaynaq edirlər.
İş mövqeyinə çatdırıldıqdan sonra ballast bölmələri suya endirilir və platforma asta şəkildə
şaquli vəziyyətə çevrilir.
Şəkil 2.46 –da müxtəlif konstruktiv tərtibatlara malik olan “Spar” tipli platformaların geniş
xətti göstərilmişdir. Konstruksiyadan asılı olaraq bu platformalar aşağıda sadalanan
növlərdə olur:
SPAR platformaların tipləri
Sualtı hissəsi birbaşa slindir formasında olan şəkil 2.46 – da müxtəlif konstruktiv
tərtibatlara malik olan “Spar” tipli platformaların geniş xətti göstərilmişdir.
Konstruksiyadan asılı olaraq bu platformalar aşağıda sadalanan növlərdə olur:
• Sualtı hissəsi birbaşa slindr formasında olan platformalar (Neptune, Genezis, Diana);
• Sualtı hissəsi kombinasiya edilmiş formada olan platformalar (Holstein, Horn,
Mountain v s.), onlarda platformanın dəniz səthindən yuxarıda qalan hissəsi slindr
formasındadır, qurğunun üzmə qabiliyyətini təmin edir, aşağı hissəsi – “dalğada şəffaf”
konstruksiya şəklində hazırlanıb və platformanın sualtı hissəsinə dalğa güclərinin təsirini
azaldır;
• Mini kombinasiya olunmuş platformalar – konbinasiya olunmuş konstruksiyanın
sadələşdirilmiş variantıdır (120-160 metr), diametri 18-20metr, qurğunun üzmə
qabiliyyətini təmin edənəsas slindr şəkilli konstruksiyanın yuxarı hissəsinin ətrafında
qruplaşmış boruşəkilli balonlar birləşməsini özündə əks etdirir.
Mini “Spar” tipli platformalar əsasən kiçik yataqlarda istifadə olunur, eləcə də, bir sıra
hallarda üzən neft rezervuarları kimi istifadə oluna bilər (şəkil 2.51).
Suya yarıya qədər batan “Spar” tipli platformaların konstruksiyalarının analizi göstərir ki,
arxitektura – konstruksiya tərtibatının inkişaf dinamikası əsasən qurğuların iş mövqeyində
sabir saxlanılması zərurəti ilə əsalandırılır.
Şəkil 2.46 göstərilən “Spar” tipli platformaların uzunluğu 142-227 diapazonunda,
diametri isə 19.5 – 45.5 diapazonunda dəyişir.
590 – 2384 metr geniş diapazonda dəniz dərinliyinin dəyişməsi bu platformaların
kontinental şelfin müxtəlif baseynlərində istifadə olunması üzrə innovasiya istehsalat
imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.

Platformanın üst tikililəri


37. Üst tikililərin formalaşması üzrə əsas istiqamətlər
Üst tikililər – dəniz neft-qaz qurğusunun dəyər göstəricilərini və istehsalat-texniki
imkanlarını müəyyən edən, platformanın əsas seqmentidir.

Nəzərə alaraq ki, platformanın üst tikilisinin (PÜT) orta dəyəri, yəni 3 və daha çox dəfə
konstruksiya və avadanlığın dəyərindən yüksəkdir (xarici mənbələrə görə), PÜT-ün
əhəmiyyəti, neft platformasının ümumi dəyərinə təsir edən, əsas seqment kimi, bir ton
dayaq hissəsinin orta dəyərindən yüksək olması tam aydındır.
Bununla belə, özündə bir sıra istehsalat və yaşayış yerlərini, sistem və qurğuları əks
etdirən platformanın üst tikilisi, əslinə baxanda, memarlıq ifadəliyini, formanın
səmərəliliyini və dəniz neft-qaz qurğusunun konstruktiv bütövlüyünü xarakterizə edən,
platformanın estetikliyinin göstəricisidir.

PÜT-ün memarlıq-konstruktiv tərtibatı estetikliyin inkişafı, belə qurğular üçün tələb


kimi qoyulan, əsas texniki-istismar tələbatların təminatını nəzərə almaqla, dayaq blokları
konstruksiyaların inkişafı ilə parallel baş verirdi.

Dəniz neft və qaz yataqların istifadə edilməsinin ölkə və xarici çoxillik təcrübəsi,
aşağıdakı nəticələrə gətirən, dərin özüllü neft platformaların yüksək üst tikililərin
formalaşması üzrə əsas istiqamətlərin ifadə edilməsinə imkan yaradır:

 işlənilən yataqda platformaların ümumi sayının azalması məqsədilə, yataqda


quyular sayının artırılması;

 platformalar sahəsinin və metal tutumunun azalması məqsədilə, nəql üçün


quyuların qazılması, quyu məhsulun alınması, yığılması və hazırlanması üçün,
çoxgöyərtəli PÜT-lərin istifadəsi;

 tikinti-montaj müddətlərin sənayeləşdirilməsi və azadılması məqsədilə, PÜT-lər


formalaşmasının blok-modul və monoblok üsulların geniş istifadəsi;

 dənizdə təhlükəsizlik və texnoloji əməliyyatların effektiv idarəetmənin yüksəlməsi


məqsədilə texnoloji proseslərin avtomatlaşdırma və telemexanikləşdirmə vasitələrin tətbiq
edilməsi.

Aşağıda PÜT konstruksiyaların mərhələli inkişafına baxılır.

Platformaların yuxarı tikililərin blok-modul formalaşması

İlkin mərhələdə PÜT formalaşmasının dəniz neft-qaz yataqların yaranması, çox vaxt
dənizdə bilavasitə tikinti yerində yığılan və qaynaqlanan, ayrı-ayrı yastı və yaxud
yarıhəcmli seksiyalarda keçirilirdi. Belə üst tikililər çox vaxt yöndəmsiz, özünəməxsus
fərdi memarlıq ifadəliyi olamayan tikililər kimi görünürdülər. Bu PÜT-lərin texnoloji
komplektasiyası, əsasən, kütlə qabarit xassələri və konstruktiv tərtibatı torpaq şəraitinə
uyğun olan, qeyr-dəniz ifasında olan neft-mədən avadanlıqla həyata keçirilirdi.

4.1. şəkildə, Xəzər dənizinin neft yataqların istifadəsinin ilkin mərhələsində istismar
olunan, neft platforması göstərilmişdir.
Şəkil 4.1. Platformanın ümumi görünüşü

250 t və daha çox yükqaldırma kranlarla təchiz olunmuş kran-montaj gəmilərin


yaranması PÜT-lərin formalaşması blok-modul üsulun istifadəsinə təkan vermişdir.
Dəniz neft platformaları konstruksiyaları inkişafının bu mərhələsində üst tikililər 500-600
t və daha artıq ağırlığında olan, ayrı-ayrı funksional muxtar, zavod istehsalı olan, nəql
olunan, texnoloji proseslərin və heyətin həyat təminatının dəstəklənməsi üçün zəruri
avadanlıqla komplektləşdirilmiş blok-modullardan formalaşırdılar. Bu zaman blok-
modulların ağır qabaritli xassələri kran üzən vasitələrin yükqaldırma qabiliyyəti ilə
məhdudlaşırdı. Platforma tikinti təcrübəsinə 2500-3000 t və daha ağır yükqaldırma
qabiliyyətli kran-montaj üzən vasitələrin praktikada tətbiq olunması, blok-modulların ağır
qabaritli xassələrin sonrakı artırılmasına səbəb olmuş və ümumilikdə, platforma üst
tikililərin yaranması üzrə işlərin sənayeləşdirməsinin yüksək dərəcəsini təmin etmişdir.
Konstruktiv olaraq, PÜT, profil prokat və yaxud qaynaq tir kimi istifadə olunan,
göyərtəaltı dəstlə (uzununa və köndələn) bərkidilən, özündə yastı list konstruksiyaları əks
etdirən, bir-birinin üzərində yerləşən bir neçə göyərtə ötürücüdən ibarətdir. Öz aralarında
PÜT körpü ötürücülərin sarınması boru formalı polad şaquli dayaq və çəp vurulmuş
dirəklərin, şaquli arakəsmələrin, çəpərlərin və s. köməyi ilə həyata keçirilir. Təyinatdan və
qəbul olunan texnoloji sxemdən asılı olaraq, PÜT-lər, bir qayda olaraq, çoxgöyərtəli
hazırlanır. 4.2. şəkildə PÜT-lərin mümkün olan konstruksiyalardan biri göstərilmişdir.

Şəkil 4.2. Tikilən PÜT-ün ümumi görünüşü

Göyərtə ötürücülərin göyərtəarası məsafə və konstruksiyası texnoloji komplekslərin


avadanlığın ağır qabaritli xassələri ilə nizama salınır.

Bilavasitə dayaq bloku üzərində quraşdırılmış göyərtə bütün PÜT-ün formalaşması üçün
dayaq göyərtə ötürücüsüdür (postamentdir) və yuxarı tikilinin ümumi möhkəmliyini uzun-
köndələn sərtliyini təmin edir.

Əgər PÜT-ün formalaşması vahid, bütöv monoblokla həyata keçirilirsə, dayaq göyərtəsi,
onun nəqliyyat vasitəsinə hərəkət prosesində, PÜT monoblokun sürüşməsini təmin etməyə
qadir olan möhkəm metal tirlərlə bərkidilir. Göyərtəaltı sürüşmə tirlərin ölçüləri PÜT
monoblokun nəqliyyat vasitəsinin yoluna hərəkət zamanı yaranan yüklərin qəbul şərtləri
üzrə seçilir.

PÜT-ün zavodun stapelində, dayaq göyərtəni istifadə etməyərək, formalaşma variantı


mümkündür. Bu halda PÜT-ün birinci (aşağı) göyərtəsi, PÜT-ün bütün yükünü qəbul edən
və dayaq blokun yuxarı hissəsi ilə əlaqəli olan, bütöv möhkəm konstruksiya kimi
hazırlanmalıdır.
PÜT-ün yuxarıda yerləşən göyərtələr onların üzərində texnoloji, enerji, yaşayış blok-
modulların və s. və həmçinin, müxtəlif yük və materialların yerləşdirilməsi üçün
meydançalar kimi xidmət edir.

Polad təbəqələrdən hazırlanan göyərtə döşəməsi dənizin istehsalat tullantılardan


qorunması üçün möhkəmliyi və keçirməmə qabiliyyətini təmin etməlidir. Döşəmənin
konstruksiyasında, çirkab sular bloku və s. tərəfinə meylliliklə, göyərtənin bütün perimetri
üzrə bortları nəzərdə tutmaq lazımdır.

Polad göyərtə döşəmənin, uzununa və köndələn göyərtəaltı tirlərin birgə işi zamanı,
köndələn səylərin hərəkəti zamanı bütün göyərtə ötürücüsünün möhkəmliyini və onların
səthində sıxılma zamanı göyərtə döşəmənin stabilliyini təmin edir.

Göyərtəaltı əlaqələr və təbəqə döşəmə ölçülərin müəyyən edilməsi, ilk əvvəl, onların
üzərində avadanlıq və yüklərin yerləşməsindən göyərtə ötürücülərin qəbul olunan səyləri
nəzərə almaqla, göyərtə təbəqələrinə kifayət qədər möhkəmlik və sərtliyin təminatından
ibarət olan, göyərtə ötürücülərin təyinatı ilə qaydaya salınır.

Göyərtəaltı dəst üçün hesab yükü kimi, dayaq konturla məhdudlaşan, bərabər
paylaşdırılan yerli yükləmə qəbul olunur.

4.3 şəkildə MSP yuxarı tikilinin blok-modulların mümkün olan tərtibat variantların
birinin sxemi göstərilmişdir. 1 – qazma kompleksin blok-modulları; 2 – istismar
kompleksin blok-modulları; 3 – yanğına qarşı post və vertolyot meydançası ilə yaşayış
kompleksin blok-modulu; 4 – enerji blok-modulu;

Şəkil 4.3 16716 layihənin neft platformasının blok-modulların yerləşdirmə sxemi


42. Blok modulların kateqoriyaları
Çoxgöyərtəli PÜT-lərin müxtəlif hündürlüklü göyərtələrdə yerləşən blok-modullar üç
kateqoriyaya bölünürlər: xüsusi, xidmət və həyat təminatı.
Ağır qabaritli blok-modulların xassələri 4.1. cədvəldə göstərilmişdir.

№ Adı Qabaritlər (m) Kütlə (t)


1 Manifoldun blok-modulu 20,3 x 16,6 x 8,0 252,4
2 Manifoldun blok-modulu 20,3 x 16,6 x 8,0 242,0
3 Separasiyanın blok-modulu 20,3 x 13,6 x 8,0 180,2
4 Ölçmənin blok-modulu 20,3 x 13,6 x 8,0 152,6
5 Təminatın blok-modulu 20,3 x 13,6 x 8,0 146,2
6 İdarəetmənin blok-modulu 20,3 x 13,6 x 8,0 153,7
7 Enerji blok-modulu 16,6 x 15,0 x 8,0 337,1
8 Enerji kompleksin blok-modulu 16,6 x 15,0 x 8,0 244,0
9 Atılmaya qarşı blok-modulu 20,3 x 16,6 x 8,0 213,7
10 Atılmaya qarşı blok-modulu 20,3 x 16,6 x 8,0 177,6
11 Qazma məhlulu rezervuarların 20,3 x 13,6 x 8,0 197,5
blok-modulu
12 Kimyəvi reagentlər hazırlamasının 20,3 x 13,6 x 8,0 171,0
blok-modulu
13 Qazma və şlam nasosun blok- 20,3 x 13,6 x 8,0 229,4
modulu
14 Qazma nasosun blok-modulu 20,3 x 13,6 x 8,0 211,6
15 Buruqaltı blok-modulu 22,5 x 14,65 x 9,9 283,3
16 Qazma buruğu 10,0 x 10,0 x 53,0 130,0
17 Yaşayış blok-modulu 17,4 x 16,8 x 8,9 376,7
18 Pnevmonəqliyyatın blok-modulu 16,6 x 10,6 x 8,0 136,6
19 Vertolyot meydançası 27,0 x 27,0 x 2,8 89,0
20 Qəza dizel-generator bloku 12,0 x 3,4 x 3,2 24,5
21 Konsol bloku 1,8 x 1,7 x 9,0 69,9
22 Köməkçi otaqların bloku 12,0 x 3,4 x 3,2 9,8
23 Antenalar və siqnal işıqlar üçün 1,8 x 1,7 x 9,0 5,7
dirək
24 Geofiziki avadanlığın və 11,6 x 7,0 27,6
preventorlarla qəza idarəetmə
bloku
25 Yanğınsöndürmə postu bloku 6,3 x 1,8 4,0

Xüsusi blok-modullar

Bunlar birbaşa təyinat üzrə neft-qaz qurğunun işləməsini təmin edən texnoloji bloklardır
(şəkil 4.4). Onlara qazma və istismar komplekslərin blok-modullar aiddir.

43. Qazma komplekslərin blok-modulları


Özündə aşağıdakıları əks etdirir:

- Qazma avadanlığı, o cümlədən, buruqaltı portalda yerləşən və qazma prosesində qazma


alətin quyuya asılma və verilmə üçün və həmçinin, dövrə boruların aşağı salınması və
qaldırması üçün və s. təyin olunanlar;

- Sement məhlulun hazırlanması, və əzilməsi üçün avadanlıq;

- Buruq məhlulun dövriyyə sistemi;

- Tozaoxşar materialların nəqli və saxlanması üçün avadanlıq;

- Kompressor stansiyası;

- Karotaj avadanlığı;

- Quyuların istifadəsi və sınağı üçün avadanlıq;

- Sualtı mənbə avadanlığı;

- Dəniz çirklənməsinin qarşısını almaq üçün avadanlıq.


Buruğun konstruksiyası (şəkil 4.5) heyətin 3 xüsusi təhlükəli zonalarda yüksək
təhlükəsizliyini təmin etməlidir: yuxarıda işləyən fəhlənin eyvanında, buruğun
döşəməsində və boru körpücüklərində, yəni o zonalarda ki, orada bədbəxt hadisələrin
böyük hissəsi müşahidə olunur. Bu məqsədlə qazma qurğusu, təhlükəli zonalarda heyətin
mövcudluğunu maksimal qısaltmaq məqsədilə qazmanı mexanikləşdirməyə və
avtomatlaşdırmağa imkan verən, yuxarı güc ötürücüsü ilə, ötürücü paz tutacaqla, hidravlik
boru açarla, boruların verilməsi və qoyulması sistemlərlə komplektləşdirilir.

Şəkil 4.4. Texnoloji təyinatlı blok-modullar: a) zavod körpüsündə standart texnoloji blok-
modullar; b) çoхyaruslu blok-modul

Şəkil 4.5. Qazma buruq tərtibatın ümumi görünüşü və sxemi

1 – kran blok;

2 – tal sistemi;

3–buruğunmetal konstruksiyası;

4 – tal bloku;

5 – fırlanğıc;

6 – qazma boruların şamları;


7 – boruların yerləşdirilməsi
üçün mexanizmlər komplekti.

Müasir qazma qurğuları, bir


qayda olaraq, vaxtın qeyri-qənaət
şəkildə qısaldılmasına səbəb olan,
iki rotor masalarla, iki qazma bucurğadla və iki ötürücülərlə (fırladıcılarla – Topdrive)
təchiz olunmuş, qazma burğusu da daxil olmaqla, qazmanın ikili sistemlə təchiz olunur.
Topdrive sistem istifadəsinin sadəliyi və yüngüllüyü, qazma qurğusunun əmsalını
dəstəkləyərək, qazma borularla effektiv işi təmin edir.

44. İstismar kompleksin blok-modulları


Özündə aşağıdakıları əks etdirir:

- Quyu məhsulun yığımı üçün avadanlıq;

- Qaz, neft və suyun separasiya avadanlığı;

- Lay suyun onun hazırlanmasından sonra təkrar laya vurma sistemi;

- Neft və qazın hazırlanması və nəqli üçün avadanlıq;

- Platformanın enerji təminatı və yaxud məşəl qurğusunun yandırılması üçün istifadə


edilən müşahidə qazın istifadə sistemi;

- Qazlift və ikinci dərəcəli üsullar və avadanlıq.

Xüsusi blok-modulların ölçüsü və miqdarı quyuların miqdarı ilə və müvafiq olaraq,


quyuların qazması və istismarı zamanı normal işi təmin etməyə qadir olan, texnoloji
avadanlıq və sistemlərin sayı ilə müəyyən olunur. Bu zaman, üzərində texnoloji blok-
modulların yerləşdirilməsi nəzərdə tutulan, PÜT göyərtələrin sayı və sahəsini, PÜT-lərin
optimal ölçülərinə nail olmaq məqsədilə, minimal yol verilən ölçülərlə təyin etmək və,
nəticə kimi, platformanın dəyər göstəricilərin aşağı salınması zəruridir.

Blok-modullarda texnoloji avadanlığın tərtibatı, istehsalat avadanlığın təhlükəsiz


yerləşdirilməsi üzrə tələblərin yerinə yetirilməsini və ətraf mühitin çirklənməsinin
qarşısını almağı nəzərə almaqla, quyu qazmasının texnoloji sxemlər layihəsində, neft və
qazın hasilatı layihədə qəbul olunan kimi həyata keçirilir. Bu zaman, PÜT blok-modulları
standart avadanlıqlarla dolğunluq dərəcəsini xarakterizə edən, unifikasiya göstəricisini
rəhbər tutmaq lazımdır.

PÜT minimal yol verilən ölçülərin təyin olunması və, təkrar istifadəsi üçün, blok-
modulların bir platformadan digərinə köçürülməsinin mümkünlüyü məqsədilə, xarici
praktikada, məsələn, Amerika neft institutu (API – American Petroleum İnstitute)
tərəfindən, unifikasiyalanmış blok-modullarda avadanlıq tərtibatın ölçü və sxemlərini
müəyyən edən, standartlar işlənib hazırlanmışdır.

Yuxarı tikilinin konstruksiyası və ümumi tərtibatı, külək təsirindən riski azaldan,


təhlükəsizlik tələblərini nəzərə almalıdır. Məhz buna görə də, yaşayış blokunu hökm edən
küləklər tərəfindən yerləşdirmək lazımdır, müşaiyət qazın yandırılması üçün məşəl
qurğusunu isə, elə yerləşdirmək lazımdır ki, küləyin hökm edən istiqaməti odu yaşayış
blokunun əks istiqamətinə aparsın.

Bir qayda olaraq, məşəl qurğusunu yaşayış blokun əks tərəfində - platformanın arxa
hissəsində yerləşdirirlər (şəkil 4,6a).

Şəkil 4.6 Dirəklər üstündə tikilmiş tipli dəniz stasionar platformasında məşəl qurğusunun
yerləşdirilməsi:

a) qazma qurğusunun arxasında, platformanın arxa hissəsində;

b) ayrıca özül üzərində

Çox vaxt, platformadan maksimal uzaqlaşdırma məqsədilə, məşəl qurğusunu, keçirici


körpücüklə (şəkil 4,6b) əsas platforma ilə birləşən, ayrıca özüldə yerləşdirirlər. Bu zaman,
platforma üzərində məşəl oxların maksimal mümkün olan yüksəlişə (maksimal
hündürlüyə) nail olmaq lazımdır, çünki bu halda, platformanın yanından keçən (şəkil 4,9a)
minimal hava axını zonasına məşəlin püskürməsi təmin olunur.

Neft və qazın hasilatı, hazırlanması və nəqli üzrə qapalı blok-modullar, H 2S, CO2
uzaqlaşdırmasını təmin edən, sorucu ventilyasiya ilə təchiz olunur. Hidrogen sulfidi (H 2S)
və karbon (CO2) qazlarin toplanması mümkün olan zonalarda ventilyasiya qurğuları
partlayışa qarşı təhlükəsizlik ifasında hazırlanır. Açıq blok-modullar elə yerləşirlər ki,
onlar təbii ventilyasiyanın – küləyin və konvektiv axınların – təsiri altında olsunlar.
Quyunun mənbəsi iki tərəfdən açıq olmalıdır.

Ümumilikdə, texnoloji blok-modullar PÜT-ün üzərində elə yerləşməlidilər ki,


mümküncə, əksər küləklərin üstünlüyünü istifadə etsin və hava axınının təhlükəsiz
hərəkətini təmin etsinlər.

45. Xidmət blok-modullar


Özündə quyuların qazması və istismarı üçün nəzərdə tutulan, neft-qaz qurğusu kimi
platformanın işləmə qabiliyyətini və qəzasız işləməsini təmin edən, otaqları əks etdirir.

Onlara aşağıdakılar aiddir:


- Enerji blok-modulu;

- Qəza dizel-generatorun blok-modulu;

- Əsas və köməkçi paylayıcı lövhələrlə mərkəzi idarəetmə pultun (MIP) blok-modulu;

- Otaqlar: nasos və qazanxana şöbələri, radio-rubka;

- PÜT metal konstruksiyalara qoyulmuş və yaxud daxil edilmiş yanacaq, sürtgü yağı,
texniki suyun istismar ehtiyatların sisternləri;

- Alətlərin və zəruri təsərrüfat ləvazimatın və s. saxlanması üçün ümumi platforma


anbarları.

PÜT-ə yanacağın qəbulu və vurulması qurğuları, 10 m az olmayaraq, yaşayış və xidmət


otaqlarından maksimal mümkün olan məsafəyə uzaqlaşdırılmalıdırlar.

Yarı batırılmış və üzən hasilat qurğularında xidməti blok-modullar tərkibinə, işçi


nöqtəsində passiv və yaxud dinamik pozisionlaşma sistemlərin məsafədən idarəetməni
təmin edən, baş idarəetmə postu (BIP) əlavə olunur.

46. Enerji blok modulu


Özündə platforma enerji qurğusunu (PEQ) əks etdirir – təyinatı üzrə onun istifadəsi
üçün zəruri olan, platformanı bütün növ enerji ilə muxtar şəkildə təmin etmək üçün
nəzərdə tutulan texniki vasitələrin kompleksidir (maşınlar, mexanizmlər, sistemlər,
elektrik avadanlığı və s.).

PEQ bəzən əsas enerji qurğusunu işə salır, köməkçi və qəza enerji qurğularından və
həmçinin, qəza paylayıcı lövhənin şinlərindən qidalanan avtomatik yükləyici qurğusundan
akkumulyator batareyalar sistemi kimi istifadə olunur.

Əsas enerji qurğusu neft və qazın qazma, hasilat, hazırlıq və nəqli zamanı istehlakçıların
enerji təminatı üçün nəzərdə tutulmuşdur.

Əsas enerji qurğusuna əlavə olaraq, köməkçi qurğu enerji təminatın ehtiyat mənbəsi
kimi nəzərdə tutulmuşdur.

Qəza enerji qurğusu, heyətin yaşaması, xilas edilməsi və evakuasiya üçün mübarizəsini
və həmçinin, qəzalardan sonra əsas və yaxud köməkçi enerji qurğuların yoxlamalarını,
hazırlığını və istismarını təmin edən, istehlakçıların enerji təminatı üçün nəzərdə
tutulmuşdur.

Qəza enerji qurğusu kimi, bir qayda olaraq, dizelin avtomatik işə salma sistemlərlə
təchiz olunan, dizel-generatorlar istifadə olunur. Qəza enerji qurğusunun işə salınması
xaricdən elektrik enerjinin istehlakı olmadan həyata keçirilir. Dizel-generatorun işə
salınması və generator tərəfindən yükləmə qəbulun ümumi vaxtı 45 saniyədən çox
olmamalıdır.

Enerji qurğular partlayış təhlükəsi olan yerlər və zonalardan kənarda yerləşdirilməlidir.


Qəza enerji qurğusu, bir qayda olaraq, yaşayış blokun rayonunda, ayrıca yerdə, gediş-gəliş
yerdə, təhlükəli zonalardan maksimal mümkün olan yerdə yerləşdirilir.

Enerji qurğuların idarə edilməsi həm mərkəzi idarəetmə postundan, həm də, xüsusi
yerlərdə yerləşən, lokal idarəetmə postlarından həyata keçirilir. Enerji qurğularla
idarəetmə postları, 5.2-də müfəssəl baxılan, mnemosxemlərlə təchiz olunmalıdır.

Enerji qurğuların işlənmiş boruları, küləyin hökm etdiyi istiqaməti nəzərə alaraq, iş
yerindən kənara çıxarılmalı və səsboğan-qığılcımtutanla təchiz olunmalıdır.

PEQ adı, iki əsas əlamətlərlə təsnifatlanan, əsas enerji qurğularınn tipləri ilə müəyyən
olunur: əsas mühərrikin tipi və, onun işini təmin edən, işçi istiliyin generasiya üsulu ilə.

Bu əlamətlərə müvafiq olaraq, neft stasionar platformalarda və üzən qurğularda dizel,


qaz-turbin və kombinasiyalı enerji qurğuları istifadə edirlər.

Enerji qurğunun növü, adətən, layihələşdirmə üçün texniki tapşırıqda danışılır. Lakin
real mümkün olan çərçivələrdə qurğunun seçim müstəqilliyi də istisna olunmur. Belə
halda, ilk əvvəl, qurğuların qənaətciliyin və kütlə qabaritliyin göstəricilərini rəhbər tutmaq
və həmçinin, təmir üçün ilkin qiyməti və xərcləri nəzərə almaq lazımdır. Göstərinlərə
əsasən, yüksək qənaətciliyi, etibarlığı və işə salma tezliyi ilə xarakterizə olunan, neft
platformalarda ən çox istifadə olunan dizel-generator aqreqatlarıdır.

Dizel-generatorlar üçün yanacaq kimi dizel yanacağı istifadə olunur. Daxili yanacaqlı
mühərrikin maye (yüngül və ağır) yanacaqla işləmək qabiliyyəti, havanın məhdud
işlənməsi, axın hissəsinin çirklənmələrə kiçik hissiyyatı, müşahidə qazın böyük həcmlərə
malik olan, metan, neft platformalarında işləmək üçün nəzərdə tutulan, kiçik dövrlü daxili
yanacaqlı mühərriklərin istifadə etməyə imkan verir.

Qaz-turbin enerji qurğusu, onda əsas mühərrik kimi qaz-turbin mühərriki istifadə
olunan, enerji qurğuların bir növüdür. Özündə, konstruktiv olaraq bütöv bir vahidə
birləşən, qaz turbinini, kompressoru və yanma kameranı əks etdirən qaz-turbin mühərriki
dizel-generatorlarla kombinasiyada üzən hasilat qurğularda, qazın əlavə sıxılması və suyun
təzyiqlə doldurması üçün platformalarda, karbohidrogenlərin qazması və hasilatı üçün
texnoloji platformalarda istifadə olunur.

Dizel enerji qurğularla müqayisədə qaz-turbin enerji qurğuların əsas üstünlükləri –


yüksək aqreqat gücü ilə kiçik kütlə qabaritli xarakteristikalar və həmçinin, qurğunun
müqayisəli sadəliyi onu qaz-turbin aqreqatların ölkə platforma tikintisi praktikasında daha
geniş istifadəsi üçün çox perspektivlidir.

47. Platformaların elektrik stansiyasiyaları


Elektrik enerjisinin istehsalı üçün nəzərdə tutulan, generator aqreqatların, əsas və
köməkçi paylaşdırıcı lövhələrin (ƏPL, KPL) kompleksidir. Elektrik stansiyanın tərkibinə,
oradan ƏPL və KPL şinalardan istehlakçılar üçün elektrik enerjinin paylaşması həyata
keçirilən mərkəzi idarəetmə pultu (MIP) daxildir. Əsas paylaşdırıcı - quyuların qazmasını
və istismarını təmin edən, texnoloji avadanlığın qidalanması üçün istifadə olunur.
Köməkçi paylaşdırıcı lövhə isə platforma üzərindəki bütün digər istehlakçıların elektrik
enerjisi ilə təminatı üçün xidmət edir.

İstehlakçılardan asılı olaraq platformalarda 380V, 220V və 127V gərginlikli dəyişən


cərəyan eklektik enerjisi və həmçinin 220V, 24 V gərginlikli sabit cərəyan eklektik
enerjisi istifadə edilir.

Neft platformaları və qurğuların elektrik avadanlığına daxildir: elektrik enerjisinin


istehsalı və onun istehlakçılara ötürülməsi üçün xidmət göstərən elektrik maşın, kabellər
və ötürücü, cihaz və aparatlar kompleksi, transformatorlar, qızdırıcı və işıqlandırma
qurğuları, komutator aparatları və s.

Platformaların elektrik avadanlığının digər təyinatlı elektrik avadanlığından əsas fərqli


xüsusiyyəti xüsusi konstruktiv dəniz avadanlığıdır ki, o da avadanlığı platforma üçün
yüksək vibrasiya, elektrik izolyatorların səthində cərəyan keçirən plyonkaları yaradan quru
ilə müqayisədə havada kifayət qədər yüksək duz tərkibli platforma otaqlarının havasının
nəmişliyi kimi spesifik amillərin dağıdıcı hərəkətlərdən, dəniz suyunun sıçrama və
damcılarının maşın , aparatların və s. korpusların içinə düşməkdən müdafiə etməyə imkan
verir.

AİQ-in (axtarış-istismar qurğusu) müvəffəqiyyətli istismarının şərti aşağıdakılardır:

- zavod təlimatlarının yerinə yetirilməsi,

- əsas və köməkçi maşın və mexanizmlərin iş rejiminin düzgün seçimi,


- texniki xidmətlər üzrə işlərin vaxtında və tam şəkildə yerinə yetirilməsi,

- aparılan təmir işlərin yüksək keyfiyyəti, istismar materialların qənaətli sərfiyyatı


(yanacaq, yağ və s.).

AİQ istismarına bütün tələblər platformaların yuxarı tikililərinin layihələşdirilməsi zamanı


qoyulur.

48. Həyat təminatının blok-modulu


Həyat təminatının blok-modulu neft platformasında personalın lazımi və təhlükəsiz
yaşayış şərtləri təmin edən yaşayış blokudur.

Çox yaruslu qurğu olan yaşayış blok-modulu əsas (işçi) göyərtə üzərinə qalxır və bura
daxildir: rəhbərlik və heyət üçün yaşayış kayutları, ictimai yerlər – kayut-kompaniya ,
yeməkxana, kitabxana, trenajor zalı, kinozal (şəkil 4.7). Bir sıra hallarda üzmə hovuzu;
sanitar-gigiyenik otaqlar - əl-üz yumaq üçün yer, hamamlar, duş otaqları və ayaqyolu;
inzibati, məişət-təsərrüfat otaqları – platforma dəftərxanası, kambuz, çörək bişirən yer,
bufet, azuqə anbarları və soyuducu kameraları, şirin su sisternləri, camaşırxana, paltar
qurudan yer, təmiz və çirkli yataq dəstləri anbarı, xüsusi geyimlərin saxlanılması və
qurudulması anbarı, tibbi otaqlar – lazaret, izolyator, ambulatoriya və s.

Yaşayış bloklar otaqlarının normal və təhlükəsiz fəaliyyət göstərməsi üçün


aşağıdakı: yanğın əleyhinə, içməli və yumaq üçün su, istilik, havanın soyudulması və
ventilyasiyası sistemləri, çirkab suların axdılması və digər sistemlərlə təchiz edilir.

şəkil 4.7. Digər interyerlərin variantları:

a) ikiyerli kayut

b) yeməkxana

c) kinozal

ç) trenajor zalı
Yuxarıda göstərilən otaqlara və blok-modullara xidmətlərin göstərilməsi üçün dəhliz,
vestibül şəklində kommunikasiyalar istifadə edilir, bəzi hallarda çoxyaruslu yaşayış
bloklarında yük sərnişin liftləri istifadə edilir.

Yaşayış blok-modulların layihələşdiriləsi zaman əsas tələb platforma heyətinin həyat


fəaliyyətinin təhlükəsiz və rahat şərtlərinin təmin edilməsidir. Məhz buna görə
platformanın istiqaməti (onun dənizdə quraşdırılmasından sonra) küləyin ən az orta illik
təkrar edilməsi tərəfdən yaşayış blokunun yerləşməsini təmin etməlidir.

Yaşayış blokunun yaruslarının hündürlüyü insanların normal həyat fəaliyyət şərtləri və


lazımi avadanlığın yerləşdirilməsi ilə müəyyən edilir. Yuxarı yaruslarda adətən yaşayış,
ictimai, inzibati, tibbi otaqlar və radio-rubka yerləşir.

Aşağı yaruslarda sanitar-gigiyenik və məişət-təsərrüfat otaqları yerləşir.

İnsanların təbii işıqlandırma olmayan və həmçinin bilavasitə yanacaq və yağ sisternləri


üzərində və onlarla yanaşı yerləşən yerlərdə yerləşdirilməsinə icazə verilmir.

Yaşayış bloku su keçirməyən qapılar və illüminatorlarla təchiz edilir. Heyətin


evakuasiyası zamanı operativliyin təmin edilməsi məqsədilə heyətin yaşayış blokunun
dayanmasının iki marşrutunu nəzərdə tutmaq lazımdır.

Heyətin yaşayış kayutlarının rahatlığının təmin edilməsi kayutların ölçüləri, onların


komplektasiyası və s. müəyyən edilir.

Heyətin qüvvədə olan sanitar norma və tələblərə, o cümlədən Rusiya gəmiçilik dəniz
registrinə uyğun olan əl-üz yuyan, radioyayım, işıqlandırma, yanğın və qəza siqnalizasiya,
soyutma, ventilyasiya, isitmə sistemləri ilə təchiz edilmiş bir və iki yerli kayutlarda
yerləşdirilməsi nəzərdə tutulur.

Yaşayış kayutların sahəsi, sanitar-gigiyenik və məişət-təsərrüfat otaqların müasir neft


platformalarındakı nisbi stabilliyi zamanı ictimai yerlərin sahəsinin fasiləsiz artması
tendensiyası müşahidə edilir. Onlar mütləq qaydada soyutma, teleradioyayım, yanğın və
qəza siqnalizasiya və s. təchiz edilir.

Əsas məsələlərdən biri DSB yaşayış blokunun təhlükəsiz vəziyyətdə yerləşdirilməsidir.


Heyətə təhlükəsiz xidmətin təmin edilməsi nəzərə alınmaqla əsas tələb partlayış təhlükəli
texnoloji zonalardan yaşayış blokunun maksimal dərəcədə aralı yerləşdirilməsidir.
41. Neft platformalarında təhlükəli zonalar
Neft platformalarında “Kontinental şelfdə neft və qaz yataqlarının axtarışı və işlənib
hazırlanması zamanı təhlükəsizlik qaydalarına” və “Üzən qazma qurğularının və dəniz
stasionar platformalardakı avadanlıq, tikili, təsnifat qaydalarına” uyğun olaraq aşağıdakı
partlayış təhlükəli zonalar mövcuddur:

 Zona 0 - daim və ya uzunmüddətli vaxt ərzində partlayış təhlükəli qarışıq yerləşən


sahə (yanacaq qaz və neft buxarların yayılması imkanı olmayan açıq texnoloji avadanlıq
və qurğular yerləşən bağlı yerlər; şaxta, kanal və digər analoji qurğuların daxili həcmi ;
yük şlanqları, rəngsaz avadanlıqları və s. saxlanılması üçün yer);

 Zona 1 – normal işçi rejimində partlayış təhlükəli qarışıqlar ola biləcək sahə
(texnoloji qurğular və tez alovlanan mayelər və duru yanacaq qazlar üçün qurğular
yerləşdirilən bağlı yerlər; neft dolduran nasos otaqları; hər tərəfdən 5 m məsafə ilə hasara
alınmış açıq texnoloji qurğu, tərkibində neft və neft qazları və yaxud tezalışan mayelər
olan aparatlar ətrafında açıq yerlər );

 Zona 2 – partlayış təhlükəli qatışığın işçi rejimində olan açıq sahələr və


yerlərdə olması istisna edilən sahələr, onun aşkar edildiyi halda isə bu qatışıq həmin
sahədə az müddətdə olur.

Yuxarıda göstərilən tələblər nəzərə alınmaqla platformaların layihələşdirmə


praktikasında yaşayış blokunun yerləşdirilməsinin aşağıdakı variantları mövcuddur.

Şəkil 4.8. KPQ-da yaşayış blokunun yerləşdirilməsi


KPQ-da ən geniş yayılmış variantı yaşayış blokunun əsas göyərtisinin burun hissəsində
(qazma buruğuna nisbətən əks tərəfdə) yerləşdirilməsi variantıdır. Bu zaman partlayış
təhlükəli zonalara yaxın yerləşən yaşayış blokunun divarı (şəkil 4.8.) fasiləsiz
(illüminatorsuz) ....... layihələşir yanmaya davamlı boya ilə örtülür və yanğın əleyhinə su
örtüyü sistemi ilə təchiz edilir.

Yaşayış blokunun təhlükəsizliyinin qaldırılması məqsədilə bir sıra hallarda yaşayış


blokunu ayrıca meydançada yerləşdirməklə onu (şəkil 4.9.) partlayış təhlükəli texnoloji
zonalardan maksimal dərəcədə uzaqlaşdırılması yolu ilə gedirlər. Bu çox pozitiv texniki
qərardır.

Şəkil 4.9. Ayrıca platformalarda yerləşən, texnoloji platformalar və keçid körpüləri ilə
birləşmiş yaşayış bloklarının ümumi görünüşü:

a) Cənubi Çin dənizində Tailand şelfi

b) Baltik dənizində “Kravtsov” platforması

Yaşayış blokunun ayrıca yerləşdirilməsi təhlükəsizlik səviyyəsini kifayət qədər qaldırır


və bununla da fövqəladə hallar yarandığı zaman dəniz praktikasında tətbiq edilən Walk
Way istifadə etməklə heyətin təhlükəli situasiyadan təhlükəsiz zonaya köçürülməsi ilə
yeddi evakuasiya üsullarından birinin müvəffəqiyyətlə keçirilməsini təmin edir.

MSP analoji olaraq SQQ yaşayış blokunun yerləşdirilməsi.

Bununla yanaşı qeyd etmək lazımdır ki, 3 dirəkli “Maersk İnnovator” SPBU
müvəffəqiyyətlə daxil edilən yaşayış blokunun bortdan kənar konsol çıxıntısı variantını
qeyd etmək lazımdır. Bu zaman dirəklərdən biri yaşayış blokunun içinə quraşdırılır (şəkil
4.10.) .

şəkil 4.10. “Maersk İnnovator” SPBU-nun ümumi görünüşü

Belə yerləşdirmə işçi göyərtənin kifayət qədər azad olunmasına və adi SPBU-dan fərqli
olaraq avadanlığın daha təhlükəsiz şəkildə yerləşdirilməsinə gətirib çıxarır.

Üzən hasilat qurğularında (FPSO) yaşayış qurğularının təhlükəsiz şəkildə yerləşdirilməsi


bir qayda olaraq turelin yerləşdiyi yerlə müəyyənləşdirilir.

Müasir FPSO-da daha əlverişli uyğunluq – sazlama və turellər istifadə edilir. Bu zaman
sonuncu gəminin dal tərəfi istiqamətindən bir az yerini dəyişmiş burnun yuxarı
hissəsindən imtina edir. (şəkil 4.11).
şəkil 4.11. FPSO “Asqard” üzən istismar sistemi sazlamanın burnun yuxarı hissəsinin
yerləşməsi ilə:

1- burun hissəsi

2- turel

3- yanğına davamlı arakəsmələr

Bu zaman əlavə tikili turel və partlayış təhlükəli texnoloji zonalardan yanğına davamlı
arakəsmə ilə hasarlanır. Yaşayış blokunun belə yerləşməsi yanğının yaranması zamanı
onun yayılması riskini azaldır, çünki FPSO xarici amillərin təsiri altında küləyin əks
tərəfinə turelin burun hissəsinin ətrafında çevrilmişdir.

Yaşayış bloklarının bilavasitə yaxınlığında evakuasiya meydançasında aşağıdakı


bölmələrdə ətraflı baxılan xilasedici qurğular yerləşir.

49.Vertolyot meydançasının yerləşdirilməsi


Stasionar platformaların yaşayış blokunun damında (şəkil 4.12b) bir qayda olaraq
vertolyot meydançası yerləşir. Bir çox hallarda vertolyot meydançasını yaşayış blokunun
damının mərkəzindən platformanın burun hissəsi tərəfdə yerləşdirilər. Bu halda vertolyot
meydançasının metal konstruksiyasının konsol çıxan hissəsi böyük kronşteynləri ilə
bərkidilir (şəkil 4.12 c).
şəkil 4.12 . Vertolyot meydançasının yerləşdirilməsinin mümkün variantları

a) vertolyot meydançasının ümumi görünüşü

b) yaşayış blokunun damında yerləşdirilməsi variantı

c) vertolyot meydançasının konsiol hissəsində çıxan yerləşdirmə variantı

Vertolyot meydançasının kənarları boyu dirəklər arasında müdafiəedici polad torlu


doldurulmuş leyer hasarını quraşdırılar. Vertolyotun “fırtına üzrə” bərkidilməsi üçün şvart
bəndləri quraşdırlır. Onlar konstruktiv şəkildə işsiz vəziyyətdə yığılır və meydançanın
horizontal səthi üzərindən çıxır.

Vertolyot meydançasının göyərtəsinə sürüşmə əleyhinə örtük çəkilir və onun üstündən


yanaşıb dayanmış vertolyotun təkərlərinin sürüşməsini istisna edən kip şəkildə kəndir
kanat çəkilir (şəkil 4.12a).

Vertolyot meydançası yanğın lokalizasiyası və ocaqların söndürülməsinin təmin


edilməsi üçün həmçinin işıq siqnalizasiyası və yanğın əleyhinə müdafiə ilə təchiz edilir.

VSP blok-modulu yaradılmasının baxılmasını bitirmək üçün qeyd etmək lazımdır ki, iri
blok-modul konstruksiyalarının istifadə edilməsi qaldırıcı əməliyyatların sayının
minimuma endirilməyə imkan vermişdir, deməli bu quraşdırma işlərinin təhlükəsizliyini
qaldırmış və platformaların istismara daxil edilməsini sürətləndirmişdir.

*Platformaların monoblok yuxarı tikililəri


Blok-modulların iri qabaritli xarakteristikalarının daim artması tendensiyası yarı endirilmiş
kran qurğularının texniki imkanları ilə məhdudlaşır. Bu qurğular çox bahadır.

Bu şəraitdə tikintini sürətləndirmək və VSP yaradılması ilə bağlı quraşdırma işlərinin


dəyərini aşağı salmaq səyi açıq dəniz şəraitində zavod şəraitində onun gələcəkdə nəql
edilməsi ilə sahildə yaradılmış və sınaq keçmiş blok modullarından ayrıca VSP
yaradılmasını nəzərdə tutan yeni innovasiya texnologiyalarının, çəkisi 14 000 t və daha
artıq olan VSP monoblokların yaradılmasına gətirib çıxarır.

Platforma tikintisi praktikasına ayrıca blok-modullardan ibarət olan, lazımi funksional


birlikdə VSP monoblok konstruksiyalarının tətbiq edilməsi quraşdırılmış kifayət qədər
vaxt və vəsaitlərə qənaət etməyə, dəniz əməliyyatlarının optimallaşdırılmasına və dəniz
neft platformalarının sürətli istismara daxil edilməsinı imkan verir və bununla da kapital
qoyuluşlarının tez dövriyyəsinə köməklik edir.

51. Monoblokların stapeldə yığılması


Hal-hazırda innovasiya texnologiyaları istifadə edilməklə açıq dənizdə müasir neft
mədənləri yaradılır. Onlar təsəvvürləri heyrətləndirən və memarlıq-mühəndis sənətinin
yüksək texnoloji əsərləri olaraq nadir dəniz platformalarından ibarətdir.
Misal qismində Bakı ş. sahilinin cənub-şərqindən 90 km məsafədə yerləşən Xəzər
dənizinin Azərbaycan sektorunda yerləşən Azəri yatağının öyrənilməsi sxemini göstərmək
olar. (şəkil 4.13).

Şəkil 4.13. Azəri dəniz neft-qaz yatağı işlənməsinin ümumi sxemi

Sxemdən göründüyü kimi, yatağın işlənməsi, quyuların və bir qaz-kompressor və su


basma platformanın qazmasını və istismarını təmin edən, üç stasionar platformaların
(Mərkəzi, Qərbi və Şərqi) istifadəsi ilə həyata keçirilir.

Tikinti texnologiyaların, dizayn və mühəndis fikirlərin son nailiyyətlərini nəzərə


almaqla layihələşdirilən və tikilən bu platformaların üst tikilisi – öz memarlıq-konstruktiv
tərtibatın genişliyi və cəsarəti ilə təsir edən möhtəşəm qurğulardır.
Şəkil 4.14-də “Azəri” yatağında qurulan platformaların struktur sxemləri və ümumi
görünüşləri göstərilmişdir.
48 neft quyusunun istismarı üçün nəzərdə tutulan, çəkisi 14000 t bir az artıq olan
texnoloji platformanın üst tikilisi, platformanın aramsız istismarını təmin etməyə qadir
olan, zəruri texnoloji avadanlıq və sistemlərlə komplektləşdirilmişdir.
Neft quyuların qazma və istismarı ilə əlaqədar olan, əsas işlərin dəstəklənməsi üçün,
VSP bir sıra köməkçi sistemlərlə təchiz olunmuşdur. Bunlara əsas enerji qaz-turbin
qurğusu, əsas paylaşdırıcı lövhə ilə mərkəzi idarəetmə postu, yanacaq, suyu soyudan,
qumun uzaqlaşdırılması, məşəl və s. sistemləri aiddir.
Bundan başqa, platformaların hər üçü 180 nəfərlik heyətin daimi yaşayışı və 100
nəfərlik inşaatçıların, məzuniyyətə gələnlərin müvəqqəti yaşayışı üçün yaşayış blokuna
malikdir.
Keçid körpüsü ilə Mərkəzi Azəri platforması ilə birləşən qaz-kompressor və su basma
platforması (qazın axıra qədər sıxılması və suyun basılması üçün platforma) qeyri-yaşayış
sahəsidir, o aşağıdakı istehsalat əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə
tutulmuşdur:
-hasilatı stimullaşdırmaq üçün, yataqdan alınan qazın və qazliftin laya vurulması
qəbulu və hazırlanması üçün;
-üç platformalardan lay suların qəbulu, lay təzyiqin saxlanması üçün, onların
hazırlanması və sonradan istismar quyulara vurulması üçün;
-istismar platformalara elektrik enerjinin hasilatı və verilməsi üçün.

50. Yuxarı tikintilərin monobloklarının formalaşması


VSP monobloklar formalaşmasının xüsusiyyətləri
Stapeldə VSP monoblokun formalaşması, bir qayda olaraq, əvvəlcədən hazırlanan
blok-modullardan həyata keçirilir və VSP-nin tələb olunan montaj hündürlüyündə sonrakı
formalaşmasını təmin edən, dayaq göyərtənin (postamentin) qoyulması ilə başlayır. Bu
zaman, göyərtə fundamentli tikili dayaqlara elə qoyulur ki, monoblokun daşıyıcı
konstruksiyaları VSP-nin xüsusi dayaq-nəql qurğularında (DNQ) barjanın göyərtəsinə
hərəkətin mümkünlüyü üçün stapel yolların üzərində yerləşsin.
Dənizdə VSP monoblokların sahildə yığılması və montajı üzrə texnoloji sxem özündə
aşağıdakı əməliyyatları əks etdirir:
- zavod stapelində VSP-nin formalaşması;
- VSP üçün dayaq-nəql qurğuların qurulması;
- üzən vasitəyə yüklənməsi üçün tikinti yerindən suyun səviyyəsinə qədər (sahil xəttinə
qədər) “dayaq-nəql qurğunun + VSP” sistemin hərəkəti;
-üzən vasitənin göyərtəsinə “dayaq-nəql qurğunun + VSP” sistemin yüklənməsi;
-dənizdə “dayaq-nəql qurğunun + VSP” sistemin işçi nöqtəyə çatdırılması;
-yükləmə əməliyyatların su ilə gətirilmiş üsulun istifadəsi ilə, dənizdə əvvəlcədən
dayaq blokların üzərində qurulan VSP monoblokların montajı (oturulması).

53. Monoblokların stapelin çalovunda yığılma üsulu


Stapeldə tam formalaşmış VSP-nin hərəkəti, sonradan onun üzən vasitəyə yüklənməsi və
onun işçi nöqtəyə çatdırılması çox mürəkkəb əməliyyatlardan biridir.
Hərəkət əməliyyatına VSP monoblokun metal konstruksiyaların bütün yığma və qaynaq
stapel işlərin bitməsindən sonra başlayırlar.
VSP-nin stapel yolları və sonradan üzən vasitənin yolları ilə hərəkəti xüsusi “dayaq-
nəql qurğunun” (DNQ) üzərində həyata keçirilir.
“Dayaq-nəql” qurğular üçün konstruktiv ölçülər VSP monoblokun möhkəmliyi şərti və
nəql üzən vasitələrin texniki-istismar xarakteristikalarla müəyyən olunur.
Bu qurğuların nümunəsi kimi dünya praktikasında ferma konstruksiyasının uzun və
yaxud nöqtəli dayaq ramaları istifadə olunur (şəkil 4.15).

Şəkil 4.15. VSP monoblokların hərəkəti və nəqli üçün ferma konstruksiyasının raması
şəklində metal dayaq-nəql qurğuları.
Layihələşdirmə mərhələsində dayaq-nəql (DNQ) qurğusu növünün seçilməsi zamanı,
açıq dənizdə monoblok VSP-nin montajı üzrə şərtlər və tələbləri və platforma dayaq
özülün konstruksiyasını rəhbər tutmaq lazımdır.
Uzun konstruksiyanın dayaq-nəql qurğusu istifadə olunur, əgər VSP-nin montajı iki
bloklu özül üzərində həyata keçirilməlidir. Bu halda, bir qayda olaraq, dayaq blokları
arasına daxil olunan, monoblokun nəql xarakteristikalarına müvafiq olan, xüsusi barja
istifadə olunur. Bu zaman, barjanın araya daxil olandan sonra VSP-nin və dayaq blokların
çıxan hissələrin üst-üstə düşmə imkanı üçün, VSP monobloku barjanın hər iki bortundan
asılan yüklərlə nəzərdə tutulub.
Nöqtəli DNQ, əsasən, monoblokun yuxarı tikililərin iki barjada daşınması zamanı
istifadə olunur. Bu zaman, daşınan yük – katamaranın birləşdirici körpüsü kimi işlənilən
VSP, onların qəbulu VSP dayaq göyərtəsinin konstruksiyasının ağırlaşması zərurətinə
gətirib çıxaran, əhəmiyyətli dərəcədə yükləmələrə məruz qalır, bu da nəticədə dənizin çox
dərin yerlərində montaj işlərini bahalaşdırır və mürəkkəbləşdirir. Nöqtəlli dayaq-nəql
qurğuların istifadəsi ilə katamaran tipli nəqliyyat sistemi VSP-nin dayaq özülə oturmasını
elə təmin edir ki, üzən sistemin – VSP-nin dayaq özülünə istiqamətləndirmə prosesində
sonuncu katamaran sistemin gövdələrin arasında olsun.
Şəkil 4.16-da, VII bölmədə daha müfəssəl baxılan, montajın axın üsulu ilə istifadə
olunan, “SPAR” tipli yarıbatırılan bir sütunlu platformanın üzərinə VSP monoblokun
oturulması üzrə əməliyyatlardan biri göstərilmişdir.

Üst tikililərin montaj üsulları


Şəkil 4.16. SPAR birsütunlu platformanın üzərinə VSP monoblokun oturulması
əməliyyatı:
a) katamaranın yedəyə götürülməsi; b) katamaran, birləşmə hissələrin üst-üstə düşməsi
üçün, yarıbatmış özülə tuşlanır; c) birləşmə hissələrin üst-üstə düşməsi; d) sudan çıxandan
sonra qurulan yuxarı tikili ilə birsütunlu platforma
VSP stapelində tam formalaşmış dayaq-nəql qurğuların göyərtə altına salınması üçün
sonuncu, xüsusi “Push-up system”-lə, dənizdə yerləşən, VSP-nin su üzərinə çıxan dayaq
blokun konstruksiyaları üçün maneəsiz, təhlükəsiz keçilməsini təmin edən hündürlüyə
qaldırılmalıdır.
Qaz-kompressor, su qızdırıcı platformanın yuxarı tikili timsalında DNQ-nin VSP-nin
altına tuşlanma prosesi göstərilmişdir.
İki dayaq-nəql qurğuların hazır VSP monoblokun altına yerləşdirilməsi, yuxarı
tikilinin 13 m (şəkil 4.17a) hündürlüyə sinxron qaldırma yolu ilə, Danimarkanın
“Mammoet” şirkətinin 8 hidroqaldırıcının köməyi ilə, iki gün ərzində həyata keçirilmişdir
(hər bir hidroqaldırıcıya maksimal yüklənmə 2400 t təşkil edir).

Şəkil 4.17. Səkkiz hidroqaldırıcının köməyi ilə qaz-kompressor platformasının yuxarı


tikilisinin qaldırılması:
a) 13 m hündürlüyə qaldırılan qaz-kompressor platformasının yuxarı tikilisinin ümumi
görünüşü; b) “Push-up system” hidroqaldırıcıların montajı

13 m hündürlük VSP-nin, dayaq bloklar arasına barjanın daxili prosesində, yəni,


dəniz üzərində yüksələn, dayaq blokların suüstü hissəsinin dayaqların hündürlüyü,
əvvəlcədən dənizdə qurulmuş dayaqlar üzərindən təhlükəsiz keçidin təminatı zəruriliyi
üçün müəyyən olunmuşdur.
Hidrodomkratların idarə edilməsi, yüksək təzyiqli elastik şlanqların köməyi ilə
qaldırıcı mexanizmlərlə birləşdirilən, hidravlik nasos stansiyasından təmin olunur.
Konstruktiv olaraq, stansiya iki variantda yerinə yetirilə bilər: bütün domkratlar üçün
ümumi hidroötürücü və hər domkrat qrupu üçün ayrıca hidroötürücü ilə.
Sonra VSP monoblokun daşıyıcı konstruksiyaların altına, hərəsinin çəkisi təxminən
800 t olan, ferma konstruksiyasının raması şəklində, iki güclü dayaq-nəql qurğusu daxil
edilmişdir (şəkil 4.18). Onların daxil edilməsindən sonra, hidroqaldırıcılar yığılmışdır və
beləliklə, VSP monoblokun kütləsini, xüsusi yollarda qurulan, dayaq-nəql qurğularına
köçürdülər.

Şəkil 4.18. 14000 t çəkisi olan qaz-kompressor və su basma platformanın yuxarı tikili
altına uzun dayaq-nəql qurğuların yerləşdirilməsi

52. Tikinti nəql montaj üzən sistemlər


DNQ-nin VSP-nin altına yerləşdirilməsi və sonradan VSP-nin tikinti yollardan
barjaya hərəkəti kimi texniki mürəkkəb əməliyyatların keçirilməsini istisna edən
istiqamətlərdən biri də T- və U-şəkilli tikinti-nəql montaj üzən sistemlərin (TNMÜS)
istifadəsidir.
Bu üzən sistemlərin spesifikası onların adlarında əks olunur. Memarlıq-konstruktiv
tərtibat xüsusiyyətləri səbəbindən, bu sistemlər üç əməliyyatın keçirilməsini təmin etməyə
qadirdir: monobloku bilavasitə öz göyərtəsində formalaşması və həmçinin, açıq dənizdə
işçi nöqtəsində tam formalaşmış VSP monoblokun nəqli və montajı.
T-şəkilli TNMÜS özündə sadə haşiyələrlə özü yeriməyən bir göyərtəli üzən vasitəni
əks etdirir. Gövdənin ensiz hissəsində, üzərində VSP monoblokun formalaşması təmin
olunan, fundament blokları yerləşir.
Dənizdə işçi nöqtəsində VSP monoblokun dayaq bloka oturulması (boşalması), VSP
və dayaq blokun birləşdirici hissələrin üst-üstə düşməsinə qədər, T-şəkilli üzən sistemin
ensiz hissəsinin platformanın dayaq blokunun arasına daxil olması yolu ilə həyata keçirilir
(şəkil 4.19a).
U-şəkilli TNMÜS özündə katamaran tipli, üzən vasitənin burun hissəsində yerləşən,
birləşdirici körpünün inkişaf etmiş konstruksiya ilə, özü yeriməyən bir göyərtəli üzən
vasitəni əks etdirir.
İşçi nöqtədə VSP monoblokun oturulması (boşalması) üçün U-şəkilli üzən vasitə
dayaq blokuna elə tuşlanır ki, VSP və dayaq blokun birləşdirici hissələrin üst-üstə
düşməsinə qədər katamaran üzən vasitənin gövdələri arasında yerləşsin (şəkil 4.19b).

Monoblokların Tvə U şəkilli tikinti üzən nəql sistemləri

Şəkil 4.19. Tikinti-nəql montaj üzən sistemlər:


a) T-şəkilli formada; b) U-şəkilli formada
Belə barjaların tikinti sahələri (üzən stapellər) kimi istifadəsi, istismar vaxtın çox
hissəsi dayanacaq iş rejiminə düşməsi səbəbindən, digər yükləri daşımaq üçün bu üzən
vasitələrin istifadəsinin nəql imkanları məhdudlaşır.
Bu planda daha elastik və səmərəli olan, o da stapeldə VSP monoblokun hərəkəti üzrə
çox mürəkkəb prosesi istisna edən, VSP-nin bilavasitə sahil stapeldə formalaşması
üsuludur.
Bu işlənib hazırlanan və 439742 N-li müəllif şəhadətnaməsi ilə mühafizə olunan,
ixtiralar bülleteni № 26 (müəlliflər R.N.Qarayev, Y.Q.Prokopenko), stapeldə VSP-nin
hərəkəti üzrə mürəkkəb əməliyyatı istisna edərək, nəzərdə tutur ki, zavod stapelində tam
formalaşan VSP-ni barja yükləməsi üçün yükləmə əməliyyatların axın üsulu istifadə
olunsun.

53. Stapelin divarında çalovun yerləşdirilməsi


VSP-nin barjaya yüklənməsi üzrə axın üsulu ilə realizə imkanı, ona üzən vasitənin daxili
üçün zəruri olan sahil stapelin divarında çalovun mövcud olması ilə müəyyən olunur.
Bu üsula müvafiq olaraq (şəkil 4.20, a,b), sahil stapelin divarında yerləşən çalova (2)
nəql barjası daxil edilir. Ballastın boşalması yolu ilə barja yuxarı qalxır, bunun nəticəsində
kilbloklarda (1) çalov üzərində yerləşən VSP (3) sonunculardan sürüşür və bununla da
VSP monoblokun nəql barjasının göyərtəsinə yükləmə baş verir. Bundan sonra bortunda
yüksək tikili ilə montaj rayonuna yola düşür.
Şəkil 4.20. Zavod şəraitində yükləmənin axın üsulun sxemi.
a) VSP yığılan stapelin çalovuna barjanın daxil olunması; b) VSP-nin stapeldən
sürüşməsi; c) dayaq blokun arasına VSP ilə barjanın daxil olunması; d) dayaq blokun
üzərinə VSP-nin oturulması.

İşçi nöqtədə barja (şəkil 4.20 c, d) MSP dayaq blokun arasına daxil olur, sonra
barjanın ballastirovkasının köməyi ilə dayaq blokuna (5) oturulur (köçürülür), sonra isə
barja VSP altından çıxarılır.
Barjanın yığılan VSP-nin altına sonrakı daxil edilməsi və işçi nöqtəsinə qədər
yedəkləməsi ilə VSP monoblokun çalov üzərində yığımını nəzərdə tutan baxılan üsul sahil
stapelindən barjaya VSP kütlə qabaritli konstruksiyasının hərəkəti üçün çox mürəkkəb
əməliyyatı istisna edir, əhəmiyyətli dərəcədə ağırlığı azaldır və tikinti-montaj işlərin
təhlükəsizliyini və etibarlığını azaldır.

54. Mono-blok tipli dayaqlar


Dənizin 80m-dən böyük dərinliyində yerləşən neft-qaz yataqlarını mənimsəmək üçün
stasionar platformaların dayaq bloklarının konstruksiyaları dəyişdirilmişdir. Bu sahədə
əsas işlər. Mövcud-kran quraşdırma gəmisini və blokların hazırlanma bazasını nəzərə
almaqla hazırlamışdır.

Dənizin dərinliyi 84 m olan hissəsi üçün 1973-cü ildə “Dənizneftqazlahiyə” İnstitutu


tərəfindən MSP-1 tipli dəniz stasionar platforması “Azərdəniznefttikinti” trestinin metal
konstruksiya zavodu tərəfindən sınamaq nümunəsi hazırlanmışdır. Bu platforma dərinliyi
6000 m- ə qədər olan bir kəşfiyyat quyusu qazıyıb qurtardıqdan sonra daha üç quyu
qazımqğa imkan verdi. Platformanın metal konstruksiyasının kütləsi 2180,5 tondur.

Bundan başqa dayaq blokunun konstruksiyasında ciddi dəyişikliklər etmədən həmin


platdormada daha 4 quyunun qazılması layihələndirilmişdir. Bu halda platformanın metal
konstruksiyasının kütləsi 2424 ton olmuşdur. Əlavə metalın əksər hissəsi suayırıcı
kəmərə sərf olunmuşdur. Modernləşdirilmiş variantda üçüncü blokun kütləsi 235 ton
təşkil edir və buda yükqaldırma qabiliyyəti 250 ton olan “Koroğlu” kran-quraşdırma
gəmisi ilə quraşdırmağa imkan verir. Bu variantda qazılmış quyuların istismara verilmə
müddəti xeyli azalır. Hazırda həmin platforma 28 MAY adına yataqda dənizin H=84,5 m
dərinliyiində quraşdırılmışdır.

55. Svay vurma əməliyyatı


Bərkidilmə prosesinin operativ yerinə yetirilməsi üçün ciddi cavabdehlik tələb olunur-
belə ki, layihəyə əsasən svayın hansı dərinlikdə qrunta yerləşdirilməsi, diametri və
qalınlığı, svayın sayı, tökmə üsulu və s. müəyyən edilir.

Dəniz stasionar platformalarını dəniz dibində saxlayan svaylar - avadanlığın çəkisindən


həmçinin avadanlığa dalğa və küləyin təsirindən yarana biləcək boşalmalara qarşı davamlı
olmalıdır.

Dəniz dibində dayaq bloka birləşmiş svaylar bir qayda olaraq özündə diametri 1,5-2,5m
olan qalın divarlı boruları əks etdirir. Məsələn, “ Azəri” yatağında dənizin 120 m
dərinliyində çəkisi 14000 tondan artıq olan dayaq blokunun mono blok konstruksiyasının
bərkidilməsində hər birinin uzunluğu 150-160 m, çəkisi 600-625 t olan 16 svay istifadə
olunub. Qruntun yumşaqlığı nəzərə alınaraq, yataqda bu svaylarla yanaşı dayaq blokun
dayaqları içərisinə keçirilmiş svaylar quraşdırılmışdır.

Praktikada hidrotexniki tikintidə zərbəylə vurulan və qazma-doldurma svaylar istifadə


olunur. Zərbəylə vurulan svaylar güclü svayvuran avadanlığın istifadəsilə bağlıdır. Qazma
–doldurma svaylar üçün güclü svay vuran tələb olunmur, lakin, bu svayların
texnologiyasına nəzər yetirdikdə görünür ki, quyunun qazılması prosesində svayın
yerləşdirilməsi və bərkidilməsi prosesləri arasındakı vaxt olduqca çox sərf olunur. Məhz
bu səbəbdən , dəniz dəniz stasionar platformalarda dayaq blokların bərkidilməsi üçün
zərbəylə vurulan svaylar geniş istifadə olunur.

Beləliklə, svaylama işləri böyük hazırlıq tələb edən işlərlə yekunlaşır –svayın
qaldırılması, istiqamətləndirici stəkanlara dayaqların quraşdırılması , endirilməsi, svayda
özüvuran mexanizmin quraşdırılması, svay vurulduqdan sonra özüvuran mexanizmin
götürülməsi, yeni seksiyaların birləşdirilməsi və s. olduqca çətin və svayın dənizdə
tikintisində əhəmiyyətli prosesdir.

Dəniz stasionar platformalarının dayaq bloklarının dənizin 110-120 m –dən az


dərinlikdə yerləşdirilməsində svayın vurulması dəniz səthində buxar və ya havayla işləyən
svayvuran çəkiclə həyata keçirilir. Buna görə də, svayların yuxarıdan birləşdirilməsindən
istifadə olunur.

Sualti dərin tikintidə (120 m –dən dərin) svayın suüstü birləşdirilməsi səmərəli olmur,
buna görə də svayın hidravlik çəkic vasitəsilə sualtı vurulması həyata keçirilir. Hidrovlik
çəkicə enerji, elektrik və ya dizelli üçölçülü hidrovlik qurğu ilə verilir. İşçi maye 2 şlanq
vasitəsilə verilir və 3- cü şlanq vasitəsilə operator buferin hərəkət nəticəsində yüklənmə
gücünə nəzarət və idarə edir.
Müxtəlif çəkiclərin istifadəsilə səmərəliyin müqayisəli analizi, hidravlik çəkiclərə
üstünlük verir. Belə ki, istifadə zamanı svayın vurulma müddəti 40% aşağı düşür və vurma
enerjisi itkisi azalır.

Dayaq blokun dəniz stasionar svay tipli platformaya birləşdirilməsindən sonra


platformanın üst hissəsinin quraşdırılmasına başlanılır.

Xilasetmə qurğularının suya endirilməsinin üsulları


Dəniz praktikasında xilasetmə qurğuların (qayıqlar,kapullar) suya endirilməsininn 3 növü
var.
- 4 oynaqlı qravitasiya tipli suya endirilmə üsulu
- Şaquli endirilmə üsulu
- Sərbəst düşmə
57. 4 oynaqlı qravitasiya tipli qurğular
Platformanın göyərtəsində yerləşdirilən xüsusi qurğudur.(Şulubalka). Qurğunun suya
endirilmə prosesində düzgün icra növbəliliyinə riayət etmək vacibdir. Qurğunun
qollarının bortdan kənara çıxarılmasının ilk anında naytovların ( kanatların) azad olması
avtomatik baş verir. Bu halda yükün bir hissəsi və qayığın bir hissəsi qolun buynuzlarına
düşür. 4oynaqlı qravitasiya tipli şulubalkanın tərkibinə həmçinin elektrik mühərrikli qayıq
bucurqadı daxildir. (Şəkil 19)

Qadağan edilir:
- Hərəkət edən kanatların yolunda durmaq .
- Hərəkət edən hissələrə toxunmaq.
- Işləyən bucurqadın yaxınlığında kənar şəxslərin olması.
Bucurqadın istismarı zamanı aşağıdakılara nəzarət etmək:
-Bucurqadların dartısız , taqqeltısız, səlis, rəvan, qeyri-normal səs salmadan işləməsinə
-Kanat şlaqlarının bucurqad barabanına düzgün dolanmasına
-Kanat bucurqad barabanından açıldıqda heç olmasa onun üstündə ən azı üç sarğı kanat
qalmasına

58. Şaquli endirilmə üsulu


Xarici özüllərdə (ÜQQ-üzən qazma qurğuları,DSÖ-dəniz stasionar özülləri) olan kimi
yerli üzən qazma qurğularında xilasetmə qayıqları özülün qabaritində kənara çıxarılmış
xüsusi konstruksiyaların üstündə qoyulur.
Bununla bərabər əyilən 4 oynaqlı qravitasiya şlyupbalkalarından fərqli olaraq qayıqların
üfuqi müstəvidə yerdəyişməsi lazım olmur.Yalnız şaquli endirmə təmin olunan xilasetmə
qurğusunun belə konstruktiv tərtibatı xilasetmə vasitələri 2(twin fall) və (single fall)
loparlarda endirməyə əsaslanan ənənəvi sistemləri əhəmiyyətli dərəcədə sadələşdirir və
onların etibarlılığını artırır. Neft platformalarında kollektiv yerləşdirilməsi və qoyulmasına
irəli sürülən tələblər bu vasitələrdəki bütün minik yerlərinə sərbəst girişi həmçinin
partlayış təhlükəli otaqlardan, istehsalatxanalardan tezliklə uzaqlaşmanı təmin etməyə
gətirib çıxarır.
Şəkil 21-də neft özüllərində xilasetmə qayıqların yerləşdirilməsinin mümkün variantları
göstərilmişdir.

59.Xilasetmə kapsulu
Xilasetmə kapsulu ilk dəfə ABŞ-ın Sahil mühafizəsi və bir neçə cəmiyyətləri tərəfindən
dəniz neft özüllərində istifadə edilmişdir.
Kapsuldan bilavasitə üstündə qoyulmuş bir loparlı (kanatlı) endirmə qurğusu loparın
burulma və fırlanma imkanını istisna edən fırlanğıcın və qarmağın köməyi ilə kapsulu
saxlayır. Kapsulu suya endirdikdən sonra loparlara olan yükün azaldılmasından sonra
ayrıcı qurğu avtomatik olaraq saxlayıcı qarmağı azad edir.Saxlayıcı qarmaq kapsulun
daxilindən əllə də açıla bilər.Kapsulun bort kürplərindən keçirilmiş bridel şəklindəki
yedək qurğusu kilvater üsulu ilə yedəkləməni təmin edir. Lakin kapsulun yedəkləmə
zamanı çox vaxt sükana baxmasını nəzərə alaraq laqla (bort-borta) yedəkləmə daha etibarlı
hesabolunur.(şəkil22-24)

60. Sərbəst düşmə (free fall) ilə endirilən xilasetmə qayıqları.


Xilasetmə əməliyyatının effektivliyi artıq dərəcədə xilasetmə vasitəinin adamlara
bərabər təhlükəsiz və tez suya endirilməsi , məhv olan obyektdən uzaqlaşması ilə müəyyən
olur. Bu əməliyyatların icra müddətini azaltmaq sərfi yeni tip xilasetmə vasitələrinin
-sərbəst düşən qayıqların (Şəkil 25) yaradılmasına gətirib çıxarırdı.

Böyük enmə meydançasını və qayığın geniş giriş lyuku tez və asan minməni təmin edir.
Suya enmiş qayıq yanar neft məhsulları zolağını keçərək özüldən ətalətlə 10-12 düyün
sürətlə uzaqlaşmalıdır. Platformada qayıqların suya enməsini maili slip qurğusu təmin
edir.
2 loparlı endirmə sistemlərindən (twin fall) fərqli olaraq sərbəstdüşmə qayıqlarının
tutumu daha çoxdur və möhkəm konstruksiyası var.
Qayıqlar kirşələrdə qoyulur və qarmağın köməyi ilə slipdə saxlanılır. Qarmaq qayığın
içərisindən açılır. Qayığı sudan özülə qaldırma A şəkilli, bortdan xaricə əyilə bilən
çərcivənin köməyi ilə yerinə yetirilir.
Qayığın yönəldicilərlə öz ağırlıq qüvvəsinin təsiri ilə sərbəst düşməsi zamanda salondakı
sərnişinlər zərbəli təcilə məruz qalır.Bu halda ani qulaq batmasıdan açıq şok vəziyyətinə
qədər orqanizmin pis reaksiyası ilə şərtlənmiş başın , boyunun , fəqərə sümüklərinin
travma olma ehtimalı belə şəraitdə kəskin sürətdə yüksəlir.Bununla beraber suya düşmənin
tez baş verməsi və yerdəyişmənin mütləq qiymətinin az olması , ani amortizasiya edici və
başqa qurğuların köməyi ilə zərbə təsirləri zamanı mənfi effekt əhəmiyyətli dərəcədə
azalıq.
Sərbəst düşən qayıqları bir sıra üstünlüklərə malikdir.
-Sərbəst üsulu ilə endirmə zamanı qayıqların özüllərinin metal konstruksiyasına dəyməsi
istisna olunur.
-Endirmədən sonra qayıq, həttə işə salınmamış mühərriklə belə od zonasını keçərək qəzalı
özüldən çox uzaqda olur.
-Salonun konstruksiyası təxliyə olunanlar minən zaman qayığın tam tutumundan istifadəni
təmin edir.

61. Xilas etmə salları


Xilasetmə salları passiv kollektiv istifadə vasitələrinə aiddir. Xilasetmə sallarına olan
tələblər Təsnifat cəmiyyətlərinin qaydaları və insan həyatının dənizdə qorunması üzrə
Beynelxalq konvensiya (Solas) ilə müəyyən olunur.
Xilasetmə sallarının konstruksiyası , forması və ölçülərinin nisbəti onlar tam sayda
adamlar və tam miqdarda təchizatla yüklənmiş halda üzmə qabiliyyətini (üzgəcliyi),
ləpəyə davamlılığı, su basmamağı və salın suüstü bortunun hündürlüyünün kifayət qədər
olmasını təmin etməlidir.
Hər bir xilasetmə salı hər hansı dəniz şəraitində 30 gün ərzində üzən vəziyyətdə davam
gətirməyə qabil olmalıdır. Xilasetmə salının konstruksiyası və onun avadanlığı salı tam
adam və təchizat dəsti ilə sakit suda 3 düyün sürəti ilə yedəkləmə imkanını təmin
etməlidir.
Xilasetmə salları elə olmalıdırlar ki, onların dəniz obyektində saxlanıldıqları yerdən suya
salanda nə sal nə də onun təchizatı zədələnməsin. Dəniz neft praktikasında əsasən
Xilasetmə salları 3 tipli olur:
-Üfürülən xilasetmə salları
-Endirilən sallar
-Sərt xilasetmə sallarına

62. Üfürülən xilasetmə salları


Konstruksiyalarına görə 1 və 2 kameralı sallara ayrılır. Planda sallar dairəyə cızılmış
çox üzlü və ya oval formalarında olabilər.
Birkameralı konstruksiyalar oval formalı üfürülən sallar, ikikameralılar isə çoxüzlü üçün
səciyyəvidir.
Üfürülən salların tutumunu 6-25 adamlıq ola bilər. Neft özüllərində adətən 10 və ya 20
adamlıq üfürülən xilasetmə salları (PSN-10, PSN-20) qoyulur.
Salları hazırlamaq üçün birqatlı rezinlənmiş sintetik parçadan və bir neçə qat pambıq
parçadan istifadə olunur.Tez -tez kapron və neylon də işlədilir(şəkil 27)
Üfürülüb atılan sallardan istifadə təcrübəsi göstərirki , xilas etmə vasitəsi kimi onlar bəzi
hallarda xilasetmə qayıqlarından daha effektivdirlər.
Müsbət keyfiyyətlərinə aşağıdakıları aid etmək olar:
- İşə hazırlıq sürəti və onlarda praktiki olaraq bütün hallarda istifadə mümkünlüyü
- Özüllərdə böyük olmayan sahələrdə yerləşdirmə imkanı verən yığcam konstruktiv
tərtibi
-Xilas olanların özüldən sal üstünə tullandıqda , onların travma olmasını istisna edən
yüksək elastikliyi
Müsbət keyfiyyətləri ilə yanaşı üfürülən salların mühüm nöqsanları da vardır:
-Onlar özügedən deyil və praktiki olaraq idarəedilməzdilər , onların hərəkəti bütünlüklə
küləkdən və axından asılıdır.
-Onlara minik yalnız onları suya atıldıqdan sonra mümkündür.Bu əməliyyat xüsusi
yüksəkbortu qurğulardan məs: neft özüllərindən daha çətindir.
-Suya atılmış sal bəzi hallarda 'çevrilmiş halda'- dibi ilə yuxarı acıla bilər, bu zaman salı
işçi vəziyyətə gətirmək çətin əməliyyatdır.
Yuxarıdan göstərilən nöqsanları aradan qaldırmaq üçün xüsusi dönən endirmə
qurğularının köməyi ilə salları adamlarla birlikdə suya salınan xilasetmə salları
işlənmişdir.
63. Endirilən sallar
Əsasən suya atılan sallara oxşayır. Onlar xilasetmə vasitəsinin üzgəcliyini və ləpəyə
davamlılığını, adamların pis havadan və s. qorunmasını təmin edən konstruktiv
elementlərə malikdirlər. Fərqləndirici cəhət ondandır ki , tentin zirvəsində yük halqasının
olmasıdır. Onun köməyi ilə göyərtədə açılan sal, endirmə qurğusunun qarmağından
asılır(sal balkasından). Yük (ağırlıq) halqadan dibə və üzgəclik kameralarına salın
perimetri üzrə yerləşdirilmiş bort strop -qayışları vasitəsi ilə verilir.
Endirilən salların xüsusi sal-balkalara kombinasiyada istifadə olunması , suya atılan
sallardan fərqli olaraq aşağıdakıları istisna edir:
-Adamların sal üstünə və ya suya tullanmağını
-Salın suda çevrilməsini , çünki artıq qurğunun bostunda açılmış xilasetmə vasitəsinin
endirilməsi normal vəziyyətdə yerinə yetirilir.(şəkil 28)

64. Sərt xilasetmə salları üfürülən


Üfürülən sallar meydana gəlmə qədər xilasetmə qayıqlarına yeganə alternativ vasitələr
idi. Səyyar saxlanılma zamanı çox yer tutan sərt sallar iri və ağır olduqlarına görə
özüllərdə və gəmilərdə geniş yayılmışdır. Sərt xilasetmə salların yüngül xəlitələrdən və ya
şüşə -plastikdən hazırlanırlar : üzgəclik kameralarının içi penoplastla doldurulmuşdur.
Göyərtə üzgəclik kameralarının ortası səviyyəsində yerləşir ki, bu da salın suda hər hansi
tərəfi ilə suya oturmasından asılı olmayaraq dayaqların qoyulmasını və tentin açılmasını
salın hər hansı bir tərəfdən yetirmək mümkündür. ( şəkil 29 )

Həyəcanlarının növləri üzrə cədvəl


Dəniz obyektlərinin ( DSÖ , ÜQQ, gəmilər ) davamiyyətliyi uğrunda üzrə təşkilat -
texniki tədbirləri müəyyən edən sənəd HƏYƏCANLARI ÜZRƏ CƏDVƏLİDİR. Bu
sənədə görə aşağıdakı həyəcanlarının növləri təyin edilir.

65. Dəniz stasionar özüllər (DSÖ ) üçün :


1) Ümumözül Həyıcanı aşağıdakı hallar elan olunur :
- DSÖ - nü qabaqcadan ehtimal olunan hər hansı bu təhlükənin qarşısını almaq lazım
gəldikdə ,
- Quyu qazılması zamanı və başqa qəza vəziyyətlərində partlayıcı, yanğın , neft-qaz-su
təzahürü , tullanış yarandıqda .
1. ÜMUMÖZÜL Həyəcan siqnalı yeddi qısa və bir davamlı hündür zəngdən ibarətdir.
Siqnal 3-4 dəfə təkrar olunur. Qəza imkan növündaxilində qəza yeri göstərilməklə səslə
geniş xəbərdarlıq transilyasiyası vasitəsilə elan edilir. Yanğın baş verdiyi halda əlavə
olaraq tifonla səs siqnalı verilir.
2. " Suda Adam " Həyəcanı suya adam düşdükdə və ya suda adam aşkar olunduqda elan
edilir . " Suda Adam " həyəcan siqnalı 3 davamlı hündür zəng səsindən ibarətdir. Siqnal
3-4 dəfə təkrar olunur .

3. " Hamı DSÖ - nü tərk etsin " həyəcanı siqnalı 7 qısa və bir davamlı hündür zəng
səsindən ibarətdir, siqnal 3-4 dəfə təkrar olunur.
Bütün həyəcanlarının növləri səslə radioveriliş transilyasiyası vasitəsilə təkrarlanır.

66. Üzən qazma qurğuları (ÜQQ) üçün:


Yuxarıda təyin olunmuş 3 həyəcan növü saxlanılır , lakin ÜQQ - nın konstruktiv
xüsusiyyətlərini və istismar şəraitini ( istismar müddətinin 5% -ə qədər nəql dövrünə
düşür ) nəzərə alaraq ümumözül həyəcanı çərçivəsində " ÜQQ - nü qazma nöqtəsindən
çıxarılmağa qəza hazırlığı ", "ÜQQ - nün qəza vaxtı suya endirmə ", həmçinin ÜQQ
-nün gövdəsi daxilində bortxarici su gəldiyi halda " Su ilə mübarizə " həyıcan elan edilir.
Bütün həyəcan hallarının keçməsi səslə transilyasiya vasitəsilə elan edilir.
Özül heyyətinin bütün üzvlərinin xüsusi vəzifələrini və onların həyəcanları üzrə toplanış
yerlərini nizama salan həyəcanlar cədvəli özülün xüsusiyyətini və heyyətin sayını nəzərə
alaraq tərtib edilir.
Ümumözül həyəcanları cədvəli aşağıdakıları müəyyən edir- qəza partiyalarının sayı,
tərkibi və toplanış yeri, qəza yerindən asılı olaraq heyyətin əsas vəzifələri və
fəaliyyətlərini
Ümumözül “Su ilə mübarizə” həyəcanı üzrə ÜQQ-nın heyətinin hərəkətləri
aşağıdakılardan ibarətdir:
- Bütün sukeçirməz qapılar kip bağlanır
- Gövdə hermetiklənir, bütün qapılar kip bağlanır
- Bütün daşınan və stasionar su boşaltma vasitələri istifadə üçün tam hazırlanır
- Qəza partiyasının komandiri qəza rayonuna kəşfiyyat qrupu göndərir
- Zəruri olduqda dalğıclar hazırlanır
- Imkan daxilində ÜQQ-nun nəqli dayandırılır

75. Siqnalizasiya sistemləri


Mümkün qəza vəziyyətlərini aşkar etmək və qabaqlamaq, qarşısını almaq üçün neft
özüllərində aşağıdakılar nəzərdə tutulur:

- Hava mühitinə qaz nəzarəti sistemi;


- Yanğına qarşı siqnalizasiya sistemi;
- Avral siqnalizasiyası.

HAVA MÜHİTİNƏ QAZ NƏZARƏTİ SİSTEMİ otaqlardakı hava mühitini neft qazları və
buxarlarının, həmçinin hidrogensulfidin olmasına avtomatik nəzarət üçündür.

Sistem bu otaqlarda qoyulmuş vericilərdən və operator otağındakı idarəetmə pultundan


ibarətdir. Hər hansı bir ötürücüdən impuls alındıqda, idarəetmə pultunda səs və işıq
siqnalları işə düşür. Eyni zamanda vericilərin qoyulduğu yerlərdə səs və işıq
siqnalizatorları işləməyə başlayır və heyətə qaz yığılmasının qarşısını almaq üçün təxirə
salınmaz tədbirlərin görülməsinin zəruriliyi haqqında xəbərdarlıq edir.

Müvafiq idarəetmə postuna işıq və səs siqnallarının verilməsi neft qazlarının və


buxarlarının konsentrasiyasının AAH-ın (20±10)% diapazonunda və hidrogensulfidin
konsentrasiyası 3mq /m3 qiymətinə qədər olduqda təmin edilir.

YANĞIN SİQNALİZASİYASI SİSTEMİ yanma mənbələrini aşkarlamaq və onların ləğvinə


tədbirlər görmək məqsədilə heyəti xəbərdar etmək üçündür. Bu sistem bölmələrdə,
anbarlarında – adam az olan yerlərdə yanğını aşkarlmaq üçün xüsusilə lazımdır.

Yanğın siqnalizasiyasına bir sıra tələblər irəli sürülür ki, bunlardan da əsasları
aşağıdakılardır:

- Yanğın mənbəyini tez aşkarlamaq;


- Fövqaladə vəziyyət haqqında məlumatı tez ötürmə;
- Həyəcan siqnalını işəsalma.

Sistem , başlamış yanğın və ya özülün hər hansı böməsində və yaxud otağında real yanğın
təhlükəsi haqqında özülün idarəetmə pultuna avtomatik olaraq, siqnallar ötürülməsi üçün
olan siqnal aparatlarından (ötürücülərdən- xəbərdaredicilərdən) ibarətdir. Ötürücülərdən
siqnal aldıqda, alovlanma başlanmış yeri göstərərn işıqlanan tablo işə düşür. Eyni zamanda
özülün rəhbərliyini yanğından xəbərdar edən səs və işıq siqnalizatorları işləməyə başlayır.

Neft özülləri həmçinin, yanğını aşkar edən şəxsə təcili surətdə yanğın haqda Mərkəzi
yanğın postuna xəbər verməyi imkan yardan əl yanğın – xəbərdarlıq siqnalizasiyası ilə
təchiz olunurlar. Əl yanğın xəbərdarlıqediciləri partlayış təhlükəli otaqlar və fəzalar
rayonunda yerləşdirilir.

Dəniz təcrübəsində bir neçə cür yanğına qarşı siqnalizasiya konstruksiyaları var. Lakin ən
çox yayılanı ətraf mühitin temperaturuna reaksiya edən xəbərdarlıqediciləri elektrik
sistemində istifadə olunan siqnalizasiyadır.

Otqalarda qoyulan xəbərdarlıqedici-vericilər alov, yüstü göründükdə və ya havanın


temperaturu artdıqda, elektrik dövrəsini qapayır, bunun da nəticəsində işıq və ya səs
siqnalı yaranır. Şək. 7 –də yanğın siqnalizasiyasiya qurğusunun prinsipial sixemi
göstərilmişdir.

Sistem oddan qorunan otaqlarda siqnal-xəbərdarlıqedicidən (2) və elektrik dövrəsinə


qoşulmuş akkumulyator batreyalarından (1 və 10) ibarətdir.

Elektrik müqaviməti (4) əhəmiyyətli dərəcədə böyük olduğuna görə, cərəyan əsasən
xəbərdarlıqedici olan dövrədən keçir, bu səbəbdən şaxələrdə yanğın sincinin (6), siqnal
zənginin (8) və qırmızı lampaların (5 və 9) işləməsinə cərəyanın gücü kifayyət deyil.
Temperatur xəbərdarlıqedici elektrik dövrəsini açdığı zaman solenoidlər (3,7 və 11)
şaxələrin kontaktlarını qapayırlar, solenoid (3) müqaviməti (4) şuntlayır və elektrik
cərəyanı siqnal şəbəkəsinə axır, idarəetmə postundakı müvafiq aparatları hərəkətə gətirir.
Hər bir yannan qırmızı lampa qorunan otağın nömrəsinə uyğundur.

AVRAL SİQNALİZASİYA SİSTEMİ təcili hallarda fövqəladə vəziyyət yaranması haqqənda


heyəti xəbərdar etmək üçündür.Xəbərdarlıq, özülün hər yerində qoyulmuş səs və işıq
(təhlükəli və səs-küylü otaqlar üçün) siqnalizatorlarının köməyi ilə edilir. Siqnalizasiyanın
işə salınması özül rəyisinin kayutundakı postlardan, operator kabinasından və radiorabitəsi
qovşağından idarə olunur.

76. Yanğınları söndürmə üsulları və od söndürmə vasitələri.

Dəniz neftqazmədən qurğularının istismar təcrübəsi göstərir ki, yalnız ehtiyat, qarşısı
alınma tədbirlərilə dəniz qurğularında yanğınları istisna etmək olmaz.

Yanğını söndürmək- yanmanı kəsmək, yəni yanar maddənin havadakı oksigenlə


ekzotermik kimyəvi reaksiyalarını dayandırmaq, istilik balansını pozmaq deməkdir.
Yanmanın müəyyən edilmiş prosesi zamanı istilikayırma istilikverməyə bərabərdir.

Istilik ayırma artıqca yanma temperaturu və sürəti artır. İstilikötürmə ( xarici təsirin
vasitəsilə) artdıqca yanma temperaturu aşağı düşür və yanma prosesi dayanır, başqa sözlə,
yanmaya kömək etmək üçün kifayət etməyəcək.

Yanğını söndürmək üçün istilikayırmanı azaltmaq və ya yanğın mənbəyinin


istilikverməsini fiziki və kimyəvi yolla ( ekzotermik reaksiyanı endotermikə çevirməklə)
artırmq lazımdır.

FİZİKİ ÜSUL- reaksiya verən maddələri soyutmadan , durulaşdırmaqdan zəiflətməkdən və


onları bir-birindən izolə etməkdən ibarətdir.

KİMYƏVİ ÜSUL-od, alov zonasına hələ yanma reksiyasına qarışmamış aralıq qazhallı
məhsulları ilə reaksiyaya girmək yanmayan aktiv maddələri daxil etməklə, yanma
reaksiyasının kimyəvi tormozlanmasından ibarətdir. Bu halda istilikayırma
istilikötürmədən az olur.

Yuxarda deyiənlərdən belə çıxır ki, odla mübarizədə əsas rol yanğını lokallaşdırmağa,
onun yayılmasını dayandırmağa, yanğın mənbəyinin ətrafında yanmaya kömək etməyən
şəraiti yaratmağa qabil olan odsöndürən vasitələrə verilir.

Odsöndürən agentlər aşağıdakı, dəniz şəraiti üçün səciyyəvi olan, tələblərə cavab
verməlidir: dəniz obyektlərində uzunmüddətli saxlama zamanı öz keyfiyyətlərini saxlmaq;
toksik olmamaq; yanğını söndürmə zamanı avadanlığı, otaqların bəzəyini korlamamalı,
mexanizmləri və avadanlığı korroziyaya uğratmamaq.

Odsöndürücü agentlərin seçilməsində bunları nəzərə almaq lazımdır;

Onların məlum yanar maddənin söndürülməsində istifadə olunması imkanı və


effektivliliyi; xilas olmuş maddı dəyərlərə zərərsizliliyi; qiymətləri və defisitliyi.

Odsöndürücü vasitələr kimi sudan, köpükdən karbon qazından, odsöndürücü tozdan və


mayelərdən (bromlu etil, xladondan ) və s. istifadə olunur.

SU universal vasitə kimi yanma zonasını soyutmaqda, odu zəiflətmədə və söndürmədə


tətbiq olunur.Ondan yığcam şırnaqlar və su tozu şəklində istifadə olunur.Soyuducu
tədricən başqa , buxar halındakı su qazhallı yanma reaksiyası məhsullarını durulaşdırır,
bunulada oksigenin konsentrasiyasını azaldır. Vahiddən kiçik yanar maddələrin, elektrik
qurğularının, su ilə birləşdikdə yanar maddələr ayıran maddələrin söndürülməsində sudan
istifadə olunmur.

KÖPÜK- mexaniki köpüklü strukturu olan qaz və maye qarışığıdır. Köpük sudan neftdən
və neft məhsullarından dəfələrlə yüngüldür və onların səthində üzür. Maye səthində
yaranan izoləedici qaysaq oksigenin yanma zonasına keçməsinə mane olur, bununla da
təkrar alovlanmanın qarşısını alır. Başqa odsöndürücü agentlərdən fərqlin olaraq, onunla
dəniz səthində yanan neft məhsullarını effektlə söndürmək olar. Köpük insanlar üçün
təhlükəli deyil, elektrik keçirmir, yüləri və avadanlıqları korlamır, metalları korruziyaya
uğratmır.

Köpüyün əsas göstəriciləri – həcm nisbəti (köpüyün həcminin onun aldığı məhsulların
həcminə nisbəti), davamlılıq( yanan maddənin səthində uzun müddət dağılmamaq,
qabiliyyəti) özüllük, istilikkeçirmə və islatma qabiliyyətidir.

Köpük yaradıcının həcmi nisbətinən sılı olaraq, aşağıdakı köpüklər vardır: aşağı(kiçik)
həcmi nisbəti olan – təxminən 10:1; orta həcmi nisbəti olan -50:1 və 150:1 arasında;
yüksək həcmi nisbəti olan təxminən 1000:1.
Alınma üsuluna görə kimyəvi və hava-mexaniki köpükləri fərqləndirirlər.

KİMYƏVİ KÖPÜK- turşuların və qələvilərin mıhlullarının izoləedici qaysağını


möhkəmləndirən və ona yapışqanlıq verən xüsusi maddələrin iştirakilə gedən
reaksiyaların nəticəsində yaranır.

HAVA-MEXANİKİ KÖPÜK- köpükyaradıcı tərkibin suda həll olunması və bu məhlulun


atmosfer havası ilə qarışması nəticəsində alınır. Hazırda əsasən həcmə görə 90% havadan
9,8% sudan və 0,2% köpükyaradıcıdan (xüsusi tərkibli mayedən) ibarət hava-mexaniki
köpükdən istifadə olunur. Lakin hava-mexaniki köpüyün davamlılığı kimyəvi
köpüyünkündən azdır, ona görə onunla yanar mayenin səthini örtmək üçün daha qalın qat
lay lazımdır.

KARBON QAZI-sıxılmış vəziyyətdən genişlənmiş şəraitdə yaranan,-78,5℃ temperaturlu


qazşəkilli maddədir. O, qapalı otaqlarda bütün növ yanar maddələrin söndürülməsində
istifadə olunur, çünki o, elektriki keçirmir, yanan materiallarla reaksiyaya girmir və onları
korlamır, çünki sublimasiya olurm(qızdırıldıqda bərk haldan, maye halı almadan, bir başa
qaz halına keçir).

SO2-nin təsir prinsipi havadakı və yanma zonasındakı oksigenin parsial təzyiqlərinin


qiymətləri arasındakı fərqin azalmasına, həmçinin hələ yanma reaksiyasında iştirak
etməmiş qazhallı məhsullarının konsentrasiyasının azalmasına əsaslanır.

OD SÖNDÜRÜCÜ MADDƏLƏR kimi ən çox halloidləşdirilmiş karbohidrogenlər-bromlu


etil (73%) və tetraftordibrometandan (27%) və ya təmiz tetraftordibrometandan-freondan
(xladon 114-B2) istifadə olunur. Ətraf mühitə verdiyi zərərə görə freonun (xladonun)
istifadəsi məhduddur.Xladon baş gicəllənməsi yaradır, koordinasiyanı pozur,görmə
qabiliyyətini zəiflədir. Xlafdonun işçi zonadakı havada yol verilən həddi konsentrasiyası
7%-dir. Xladonun konsentrasiyası 10%-dən çox olduqda adam hüşünu itirir, 15-20%
konsentrasiyada ölüm baş verir. Ona görə də yanğın söndürüldükdən sonra, otaqlarda
hava təmizlənməlidir.
Odsöndürücü maye buxarları dolmuş otaqlara mühafizə vasitələri olmadan( tənəffüz
aparatları,respiratorlar və s.) qəti surətdə qadaandır.

TOZLAR-öz texniki əsasənd rütubəti udan və bununla da toplar yaranmasının qarşısını


alan soda olan xüsusi tərkiblər və ayrı-ayrı yanmayan maddələrdir. Onlardan kiçik
yanğınların söndürülməsində istifadə olunur.

77. Yanğınsöndürmə sistemləri

Yanğın mənbəyinə odsöndürücü maddələr yanğınsöndürən sistemlər vasitələrlə


verilir.Odsöndürücü agentin növündən və ondan istifadə üsulundan asılı olaraq, bir neçə
yanğınsöndürmə sistemi vardır.Cədvəl 5-də yerli və xarici dəniz stasionar özüllərində,
üzən qazıma qurğularında və neft qazmədən donması gəmilərində istifadə olunan müxtəlif
yanğınsöndürmə sistemləri verilir

Cədvəl 5

Sistemin adı İstifadə sahələri


Su (su ilə söndürmə) DSÖ, ÜQQ, gəmilər
Su suvarması DSÖ, ÜQQ, gəmilər
Su pərdəsi DSÖ, ÜQQ, gəmilər
Su tozlandırma
DSÖ, ÜQQ, gəmilər
Yanğın söndürmə (səpələmə)
Sprinkler DSÖ, ÜQQ, gəmilər
sistemləri
Köpüklə söndürmə DSÖ, ÜQQ, gəmilər
Karbon qazı ilə Neftqazmədən
söndürmə donmasının gəmiləri
Neftqazmədən
Maye ilə söndürmə
donmasının gəmiləri
Söndürmə üsuluna görə yanğınsöndürmə sistemlərini səthi və həcmini sistemlərə bölmək
olar. Birincilər yanğın mənbəyə səthinə soyuducu və ya yanma zonasına oksigen daxil
olmasını dayandıran maddə vermək üçündür. Bunlara su sistemləri və köpüklə söndürmə
sistemləri aiddir. Həcmi sistemləri qrupuna yanan otaqların həcmini tez buxarlanan
mayelərin qazları və buxarları ilə dolduran sistemlər daxildir. Onlara karbon qazı və maye
söndürmə sistemləri aiddir.

Yanğınsöndürmə sistemləri bir sıra tələblərə cavab verməlidirlər ki, onlardan əsasları
aşağıdakılardır:

- Daimi işə hazır olma;


- Yanğın mənbəyinin söndürməyin effektliyi;
- Sistemin yüksək davamiyyətliyi;
- Sistemin sadəliyi və təsir tezliyi;

Su ilə yanğınsöndürmə sistemi odu arasıkəsiləz su şırnağı ilə söndürməni təmin edir. Su
odla mübarizə üçün unversal vasitədir.Ondan konstruksiyanı soyutmaq , odu zəiflətmək və
söndürmək üçün istifdə olunur. Onunla yanan səthləri soyudaraq və buxarların təhlükəli
konsentrasiyaya qədər ayrılmalarına yol verməyərək yanğın yaranmasının qarşısını almaq
olar.

Su ilə yanğınsondürmə sadə və etibarlıdır. Su ilə yanğınsöndürmə yananan neft


məhsullarını söndürmək üçün istifadə etmək olmaz, cünki yanacağın yağın sıxlığı
suyunkindən azdır və onlar su səthinə yayılır, bu da odun , alovun sahəsini artırır. Su ilə
lakların və boyaların, həmçinin elektrik avadanlığını söndürmək olmaz, çünki su cərəyan
keçiricisi kimi, qısaqapanma yaradır.

Sistemin əsas elementləri: yanğın nasosları, maqistral boru kəmərləri şaxələrilə, yanğın
kranları və lüləli (brantspoylu) şlanqlar.
Su ilə yanğınsöndürmə sistemlərinin maqistral boru kəmərləri xətti və həlqəvi sxmlər üzrə
icra oluna bilər.Neft özüllərində həlqəvi boru kəəri tətbiq olunur. Bu sxem xətti sxemdən
bir qədər ağırdır,həcm tələb edir, lakin sistemin ən yüksək davamiyyətliliyini tələb edir.

Həlqəvi maqistrallı su ilə söndürmə sistemi ara birləşmələri olan qapalı halqadan ibarətdir.
Həmin maqistralda, həm də ara birləşmələrində ayırıcı klapanları qoyulmuşdur ki, onların
da köməyilə zədələr olduğu halda magistralın və ya birləşmələrin ayrı-ayrı hissələrini
ayırmaq, təcrid etmək mümkündür. Magistralların və ara birləşmələrindən yanğın
müştüklərinə şaxələr gedir. Ynağın müştüklərinin sayı və yerləşməsi elə olmaldır ki,
yanğının hər hansı nöqtəsinə müstəqil müştüklərdən iki su şırnağı vermək mümkün
olsun.Çoxyaruslu DSÖ-də istismar və qazılan quyuların ağızları yaxınlığındayanğın
müştükləri elə qoyulur ki, hər hansı quyu zonasına küləyin istənilən istiqamətində dörddən
az olmayaraq şırnaq verilməsi təmin olunsun.

Yanğın müştüyü bir tərəfdən boru kəmərilə birləşdirmək üçün flanes, o biri tərəfdən isə
yanğın şlanqına bərkitmək üçün tezbağlanan qayka olan qapayıcı klapandan ibarətdir.
Yanğın şlaqları yanğın lüləsilə yığma səklində və təyinatları üzrə dolanaraq, halqa halında
bilavasitə yanğın kranının yaxınlığınd yerləşdirilir ki, onları tez işə salmaq mümkün olsun.
Şlanqlar sərbəst dolanılmalı,sarğıları bir-birinə sıx yatmamalıdır.Açıq göyərtələr olan
səbətdə və ya şkaflarda saxlanılmalıdır; bağlı otaqlarda yanğın şlanqları daimi olaraq
yanğın kranlarına bağlı olmalıdır.

Hər bir stasionar özüldə həmçinin dayaq üstündə quradırılmış şaquli və üfüqi
müstəvilərdə fırlana bilən yanğın lüləsi olan, daima su ilə söndürmə sisteminə
birləşdirilmiş stasionar lafet lülələri qoyulur.

Lafet lülələrinin sayı buruğun işçi müydançası zonasına, buruqaltı portalın və ya istismar
quyusunun armaturlarının hər hansı vəziyyətində , iki yığcam şırnaqdan az olmayan şırnaq
vermək hesabı ilə müəyyən edilir.

Su ilə yanğınsöndürmə sistemlərinin nasoslardan və boru kəmərlərindən neft məhsulları və


başqa alışan mayelərin nəqli, həmçinin mayelərin qalıqları ola bilən otaqların qurudulması
üçün sitifadə olunması qadağandır. Su ilə yanğınsöndürmə sisteminin işləməsini, yanğın
nasoslarının və klaplarının kipgəc doldurulmalarının vəziyyətinə diqqət yetirərək, həftədə
bir dəfədən gec olmayaraq, yoxlama olmalıdır. Sistem yağma halda bilavsitə obyektdə
nasosun işçi təzyiqinə müvafiq olaraq , ancaq 1Mpa (10 kq /sm2)-dan olamayan təzyiqlə
sıxlığa sınanır. Su ilə yanğınsöndürmə sisteminin magirstral boru xətlərinə texnoloji və
başqa ehtiyaclar üçün su götürmək məqsədilə əlavə boru kəmərləri birləşdirməyə yol
verilmir.

Yanğın şlanqları birləşdirici armaturları dəstilə birlikdə vaxtaşırı müayinə olunmalı və


hidravlik sınama ilə möhkəmliyə yoxlanılmalıdır.

Şlanqların , o cümlədən ehtiyyatda saxlanılanların xarici müayinəsi hər ay və onlardan


yanğında istifadə edəndən və ya təlimdən sonra icra olunur.Müayinə zamanı şlanqların və
birləşdirici armaturun rezin kipgəclərin bütövlüyü , şlanq qaykalarının sazlığı, onların
bərkidilməsinin yüngüllüyü və etibarlılığı yoxlanılır. Şlanqın xarici səthinin rənginin yerli
dəyişməsi yağlı ləkələri və kif izləri olmamalıdır.

Şlanqların hidravlik şlanqla möhkəmliyə sınanması hər il dəniz obyektinin su ilə


yanğınsöndürmə sisteminin işçi təzyiqinə yoxlama ilə yerinə yetirilir.

Rezinlənmiş və rezinlənməmiş şılanqların sınanması qaydası eynidir. Şlanqların hər birini


növbə ilə və ya 5-6 eyni diametrli, bir qrupa aid, eyni möhkəmlikli və kateqoriyalı şlanqı
bir boru xətti kimi sınamaq olar.

Sınanan şılanqın və ya xəttin bir ucu üstündə nəzarət manometri olan keçirici vasitəsilə su
ilə söndürmə sisteminin yanğın müştüyünə (kranına) bağlanır. Şlanqın və ya xəttin o biri
(boş) ucu isə tıxacla bağlanır. Sınana şılanqların və istifadə olunan armaturun arasındakı
birləşmələrdə hermetiklik təmin olunmalıdır.

Hava xaric ediləndən və şlanq tədriclə su ilə dolduqdan sonra 2 dəq. ərzində şlanqdakı
təzyiqi yol verilən işçi təzyiqə qədər qaldırılır və şlanq bu təzyiq altında 2 dəq.
müddətində saxlanılır.Sonra təzyiq sıfıra qədər aşağı salınır və təkrar tədriclə 3 dəq.
ərzində sınaq təzyiqinə artırılır və şlanq bu təzyiq altınd 3 dəq. ərzində saxlanılır.
Sınaqdan çıxmış şlanqlar birləşdirici başlıqların bərkidilmə yerinə su keçirməməli,
parçalarında cırıq qovuq, boşluq və gizli cırıqlarından yaranmış nəmliklər olmamalıdır.
Sınaq zamanı onlar üçün müəyyən olunmuş təzyiqə davam gətirməmiş şlanqlar brak edilir
və hesabdan silinir.

Yanğın şlanqlarını bilavasitə öz təyinatları üzrə deyil, başqa məqsədlər üçün istifdə etmək
qadağandır.

Özlərinin bilavasitə təyinatlarından başqa su ilə yanğınsöndürmə su tozlandırıcı sistemi


dəniz(bortxarici) suyu ilə təmin edilə bilər.

Su tozlandırıcı yanğınsöndürmə sistemləri – qorunan səthlər üzərində suyu


tozlandırmanı və su pərdəsi yaratmanı təmin edir. Xırda tozlandırılmış su yanğın mənbəyi
üzərində böyük büxarlanma sahəsi yaradır ki, bu da soyutmanın effektliyini artırır. Bu
halda praktiki olaraq bütün su buxarlanır və yanğın mənbəyini ətraf havadan ayıran
oksigeni azalmış buxar-su təbəqəsi, qatı yaranır.

Dəniz neftqazmədən obyektlərində bir neçə növ su tozlandırıcı sistemdən istifadə olunur:
su pərdələri yaradan, suvarma, su tozlandırıcı və sprinklerli sistemlər.

SU PƏRDƏLƏRİ SİSTEMİ neft özüllərin üst tikililəri və gövdələrinin xarici səthlərini


yarıqlı sutuzlandırıcıların köməyilə yaradılan bütöv yastı (müstəvi şəkilli) pərdələrlə
(örtüklərlə) qorumaq üçündür.

SUVARMA SİSTEMİ manifoldun blok modulunu çəpərləyib qoruyan yanğına qarşı


arakəsmənin soyudulmasını , quyuların ağızlarını və fontan armaturlarının mühafizəsini
təmin edir.

SU TOZLANDIRICI SİSTEMİ maşın və nasos bölmələrində (otaqlarında) yanğınları


söndürmək üçündür. Sistemə su, oruyucu klapanla mühafizə edilmiş şırnaqlı və yarıqlı
sutozlandırıcı qoyulmuş tökmə boru kəməri ilə yanğın basqı maqistralından verilir.Şırnaqlı
və yarıqlı su tozlandırıcıların növlərindən birinin konstruksiyası şək. 8-də verilmişdir.

Yarıqlı su tozlandırıcılarının konstruksiyasında ştifin olması ucluqdan, demık olar ki,


horizontal yelpik şəkilli şırnaq kimi çıxan suyu su tozuna qədər tozlandırmanı təmin edir.
Çıxış deşiyinin diametri 3-7 mm-ə bərabərdir.

Şırnaqlı sutozlandırıcının klapanı yoxdur, ona görə onun çıxış deşiyi daim açıqdır.Su
yanğın magistralından gələn şırnaq deşikdən (2) çıxandan sonra, rozetkaya(4) dəyərək
aşağıya yönəldilmiş konusşəkilli şırnaq kimi tozlanır, yanğın mənbəyini aradan qaldırır.

SPRİNKLER SİSTEMİ dəniz neftqazmədən qurğularında tozlandırılmış su şırnaqları ilə


kayutlarda, salonlarda və xidməti otaqlarda odu söndürmək üçündür. Sistem öz adını
ondan istifadə olunan sprinklerlərindən-klapanlı və tezəriyən kilidi olan tozlandırıcı taxma
ucluqlardan almışdır.Otaqda temperatur müəyyən həddə çatdıqda , sprinklerlər avtomatik
olaraq açılır və suyu 2-3 m radiusda səpələyirlər. Sistemin boru kəmərləri həmişə alçaq
təzyiq altında olan su ilə dolu olur. Sprinkerlər mühafizə olunan otaqda havanın yüksək
temperatururnun təsirilə avtomatik olaraq işə düşür. Su sprinklərndən başqa, həmçinin
dəyişən təsirli və qarışıq tipli hava sprinkerləri də vardır.
Su sprinkerləri havası 0℃-dən aşağı olmayan otaqlarda tətbiq olunur.hava
sprinkerlərindən temperaturu 0℃-dən aşağı düşə biləcək isidilməyən otaqlarda istifadə

olunur.

Şək. 9-da mühafizə çərçivəsində qoyulmuş metal kilidi və şüşə kapsullu sprinker
başlığının konstruksiyası göstərilmişdir. Sprinkerlərin ştuseri(2) boru kəmərində
qoyulmuşdur. Ştuserlərn çıxış deşikləri işçi mühitin boru kəmərində salanılmasını təmin
edən şüşə klapanla (5) qapanan dəlikləri olan diafraqmalarla (7) bağlanır.

Meta kilidli (şək. 9a) sprinkerlərin konstruksiyasındakı şüşə klapanı (5) aşağı düşməkdən
asanəriyən metal kilid(8) saxlayır. Bu kilid yaşayış və xidməti otaqlarda temperatur
artdıqda (60℃) əriyir, tökülür və şüşə klapan (5) ştuserin deşiyinə verilən təzyiqlə
açılır.Su rozetkaya (4) dəyərək toz şəkilində səpələnir.
Şək. 9b- dəki klapanı (5) asanbuxarlanan maye doldurulmuş şüşə kolba (8) saxlayır.
Temperatur artdıqda maye genişlənərək kolbanı sındırır və klapan (5) düşərək suyun və
havanın sistemdən çıxış yolunu açır.

Köpüklə söndürmə sistemi-neft özüllərinin enerji modulunda , vertolyot meydançasında,


qazıma nasosları otağında , quyuağzı avdanlığı və b. bloklarında yanğınları söndürmək
üçündür.

Köpüklə söndürmə sisteminin tətbiqinə aşağıdakı hallarda yol verilir: yanğına kömək edən
oksigen və başqa oksidləşdrici ayıran kimyəvi maddələr olan otaqlarda, ətrafdakı mühitin
temperaturdan aşağı qaynama olan qazhallı məhsullar və mayeləşdirilmiş qazlar (butn,
propan ); su ilə reaksiyaya girən kimyəvi maddələr və metallar.

Köpüklə söndürmə sisteminin gərginliyi altındakı elektrik avadanlığında yanğını


söndürmək üçün istifadə etməyə yol verilmir.

Köpüyün növündən asılı olaraq kimyəvi və hava-mexaniki köpüklə söndürmə sistemləri


vardır.

Hava-mexaniki köpüklə söndürmə sistemi kimyəvi köpüklə söndürmə sisteminə nisbətən


bir sıra üstünlüklərə malikdir.Bu sistem üçün xüsusi köpük yaradan stansiya tələb
olunmur; kimyəvi köpüklə söndürmə sistemində olduğundan daha kiçik diametrli borular
lazımdır, çünki boru kəmərləri köpük deyil, köpükyaradıcı qarışıq nəql edir.
Köpükyaradıcı adi sisternalarda saxlanılır. O, temperaturun dəyişmsinə həssas deyil, 0℃-
dək öz köpükyaratma qabiliyyətini itirmir və kimyəvi köpüklə söndürmə sistemində
istifadə olunan köpük tozyndan fərqli olaraq, uzun müddət saxlandıqda xarab olur.Köpük
tozu çox böyük hidroskopikiyə malik olduğu üçün buxar generatorlarının bunkerlərində
uzun müddət saxlandıqda topalar yaradır.

Dəniz neftqazmədən obyektlərində əsasən orta və yüksək həcm nisbəti olan köpük
hazırlamaq qabiliyyətinə malik hava-mexaniki köpüklə söndürmə sistemi tətbiq olunur.
Yanğın yerinə köpük lafet lülələri və daşınan buxar generatorları və ya əl hava-köpük
lülələri vasitəsilə verilir.

Hava –köpük lüləsi qurğusu şək. 10-da göstərilmişdir.Daralan ucluqdan (3) keçən həll
olunmuş köpükyaradıcının(köpükyaradıcı mayenin) şırnağı böyük sürət alır və bu sürətlə
deşikli diffuzor (6) daxil olur. Diffuzorun deşiklərindən ətrafa sorulur və bunun
nəticədində havalı köpük yaranır.

Şək.11-də tez birləşən RS və ROT tipli qaykası olan tozlandırıcı başlıqdan (1),
konfuzordan (2), gövdədən(2) və flanslı(5) diffuzordan (4) ibarətdir. Başlığın qaykasına
generatora emulsiya verilən şlanq bağlayır, diffuzorda qoyulmuş tor yığcam köpük
şırnağının çıxmasını təmin edir.

Karbon qazı ilə söndürmə sistemi. Bu sistemin işinin məğzi karbon qazı ilə havanın
konsentrasiyasını dəyişmək və bununla da ondakı oksigenin miqdarını yanmanın
dayanması üçün lazım olan faizə qədər azaltmaqdır.Sistemin işlənmə prinsipi ondadır
ki,maye halında balonlarda olan qaz yanğın yerinə boru kəməriylə nəql olunmur. Qapalı
otağa daxil olan zaman karbon qazı (CO2) 450 dəfə genişlənmə nəticəsində qaz halına
keçir və otaqdakı hava ilə qatışaraq ondakı oksigenin miqdarını azaldır. Belə ki, otağa
həcminin 28,5% miqdarında qazı daxil edildikdə bu otağın atmosferində 56,5% azot və
15% oksigen olacaqdir ki, bu da yanma prosesinin dayanmasını, qurtarmasını təmin edir.

Havada oksigenin miqdarı 8% olduqda közərti belə sönür.


67. Məhv olan özüldən heyətin təxliyəsi
Qurğunun məhvi zamanı qəzanın get - gedə genişlənməsi prosesində heyətin təxliyəsi
zəruriyyəti yaranır.

Xilasetmə əməliyyatının bu həlledici mərhələsi çox məsuliyyətli, mürəkkəbdir və ən


böyük çətinliklərlə bağlıdır. Sonuncu qəza hallarının müxtəlifliyi müxtəlif tip neft
özüllərinin qəzalarının səciyyəvi şəraiti, xilasetmə vasitələrinin müxtəlifliyi, dəyişən
xarici şərait ve s. ilə müəyyən olunur.

Xilasetmə əməliyyatının bu mərhələsinin tamamlanmasından sonra insanlar elə


müqayisə oluna bilən, kifayət qədər yüksək effektivliyi olan məhdud saylı hallar
çərçivəsinə elə düşür ki, onlar üçün müəyyən yardımetmə tədbirləri tövsiyyə etmək olar.

Təxliyə altında " Hamı özülü tərk etsin " həyəcan siqnalı çərçivəsində həyata keçirilən
tədbirlər kompleksi başa düşülür, o cümlədən :

- heyəti təxliyə yerlərinin yaxınlığında toplamaq;

- adamları xilasetmə , nəqliyyat vasitələrinə toplamaq ;

- təxliyə olunanları təhlükəli zonadan çıxarmaq .

Bütün bu mərhələlərin müddətini azaldaraq, xilasetmə əməliyyatının uğurla


nəticələnməsi ehtimalı əhəmiyyətli dərəcədə artır.

Təxliyə üzrə əməliyyatların effektivliyi T1 < T2 şərti ilə müəyyən olunur , burada T1
-adamların təxliyyə müddəti , T2 -özülün məhvolma müddəti , yəni təxliyyənin uğurla
tamamlanması yalnız o zaman mümkündür ki, onun yerinə yetirilmə müddəti özülün
məhvolma müddətindən azdır.

Göründüyü kimi zaman bu mərhələdə müəyyənedici amildir .

Bu kəmiyyətlərin hər biri çoxlu sayda təsadüfi amillərdən asılıdır, ona görə , bir qayda
olaraq , bütün səylər özülün məhvolma müddətinə nəzarətin qeyri-mümkünlüyü ehtimalı
ilə birinci həddin qısaldılmasına yönəlməlidir.

Özülün məhvolma müddətinin müəyyən olunmas böyük çətinliklərlə , qəza prosesinin


intensiv keçməsinə təsir edən, mümkün olan çoxsaylı təsdufi amilərlə əlaqədardır.

Zaman meyari (T1 < T2 ) nəzərə alındıqda ən təhlükəli qəzalar , qəzanın başlanması
anından özülün mümkün məhvolma vəziyyətlərindən birinə qədərki müddəti xilasetmə
əməliyyatlarının aparılması müddəti ilə müqayisədə əvvəlcədən az olduğu məlum olan ,
sürətlə yayılan qəzalardır.

Quyunu və özülü xilas etmək cəhdində heyətin diqqəti , adətən, qəzanın ləğvinə
yönəlir. Nəticədə heyətin təxliyəsi üçün əlverişli vaxt əldə verilir, qəzalı özülün bortunda
olan adamların həyatına olan təhlükə daha da artır. Ona görə özülü tərk etmək üçün
vaxtında qəbul edilən qərar olduqca vacibdir.

" Hamı özülü tərk etsin " həyəcanı elan etmək qərarı özülün məhv olmasının labüdlüyü
aydın olandan sonra qəbul olnur.

Özülün davamiyyətsizliyi uğrunda mübarizənin perspektivsizliyi təsdiq olunduqdan


sonra heyətin təxliyəsi başlayır. təxliyə zamanı vaxtında görülmüş tədbirlər nəticəsində
insan tələfatları ehtimalı çox az ola bilər .

yuxarıda göstərilmiş 3 təxliyə prosesi mərhələsindən ən uzunmüddətlisi təxliyə yerləri


yanında heyətin toplanma mərhələsidir. Bu hər şeydən əvvəl özül heyətinin yaş və say
tərkibi , günün hansı vaxtı olması , otaqların vəziyyəti və yerləşməsi , meteoroloji şərait
və b. amillərlə müəyyən olunur.

" Hamı özülü tərk etsin " həyəcanı elan olunduqdan sonra ilin fəslinə və hava şəraitinə
uyğun geyinmiş heyət xilasetmə gödəkçələrində, təşkil olunmuş halda, çaxnaşmasız,
təşvişsiz, ən qısa yolla adamların nəqliyyat , xilasetmə vasitələrinə , minik yerlərinə
keçməlidirlər. Bunlarla bərabər adamların dəhlizlərdə , trap yanında çıxışlarda ,
pilləkənlərdə toplanmasına mümkün qədər yol verməmək lazımdır.

Neft özüllərində yaşayış və xidmət otaqlarından bütün mümkün olan təxliyə yolları
göstərilən "Təxliyə yollarının sxemləri " , heyətin mütəşəkkil, təhlükəsiz təxliyyəsi
məqsədilə görünən və yaxşı işıqlandırılmış yerlərdə yerləşdirmək lazımdır.

Təxliyə yollarında olan qapıları qıfıllamaq qadağandır. heyətin çıxarıldığı kayut və başqa
xidmət orqanlarının qapıları taybatay açıq olmalıdır.

Sonrakı iki mərhələ (adamların xilasetmə nəqliyyat vasitələrinə mindirilməsi və təhlükəli


zonadan təxliyə olunanları çıxarma ) qısamüddətlidir və əsasən təxliyə vasitələrinin
texniki vəziyyətindən, həmçinin xilasetmə vasitələrinin və təxliyənin təhlükəsizliyi
qrupunun hazırlıq səviyyəsindən , hərəkətlərin uzlaşdırılmasından asılıdır :

Dəniz təcrübəsində ən yayılmış təxliyyə üsullari aşağıdakılardır :

- Hava nəqliyyatında -vertolyotda ;


- Dəniz nəqliyyatında - gəmidə ;

- Walk way - təhlükəli özülün , estakadanın qəzaya uğrayan sahəsindən təhlükəsiz


sahısinə keçid ;

- xilasetmə qayıqalrından istifade ;

- üfürülən xilasetmə sallarından istifadə ;

- sərt sallardan istifadə ;

- step into the water suya addım atmaq .

69. Gəmilərdən istifadə ilə təxliyə


Qəza-xilasetmə gəmilərindən istifadə edərkən neft özülləri heyətinin təxliyyəsi bort
xarici nərdivanların, gəzdirmə körpülərin və ya asma köçürmə vasitələrinin köməyilə
yerinə yetirilə bilər.

Xəzər dənizi şəraitində gəmilərdən yanalma-köçürmə qurğuları (YKQ) atılan


nərdivanlar , gəzdirmə körpülər DSÖ-də tətbiq oluna bilər.ÜQQ-dən təxliyə zamanı,
əsasən, özüllərin qaldırıcı kranlarının qarmaqdan asılan asma qurğularından (nənnilərdən)
istifadə olunur.

Hər iki halda gəmilərin qəzaya uğrayan özülə yaxınlaşması külək döyməyən tərəfdən
yerinə yetirilir.Təxliyə zamanı asma köçürmə vasitələrindən və ya nərdivandan , körpüdən
istifadə istifadə etmək qərarını kapitanla özül rəisi hər bir konkret halda özülün texniki
vəziyyəti və təxliyyənin təhlükəsiz keçirilməsi nəzərə alınmaqla , birgə qəbul edirlər.

Qadağan olunur: yanalma-köçürmə qurğuları zədələnmiş neft özüllərinə gəmilərin


yaxınlaşması.

Yanalma-köçürmə qurğusundan istifadə etməklə heyətin təxliyəsi zamanı gəmi DSÖ-ə


yanı ilə yanaşdırılıb bağlanmalıdır.Yanalma meydançasına yaxınlaşdıqdan sonra , gəmi
şvartov kanatları ilə knextlərə bağlanır, daha sonra gəmidən DSÖ-ə bortxarici nərdivan və
ya gəzdirmə körpüsü verilir.Nərdivanın və ya gəzdirmə körpüsünün üst ucları gəmi
bortunda etibarlı bağlanmalıdır.Kapitanın vaxta köməkçisi bortxarici nərdivanın və ya
körpüsünün təhlükəsiz vəziyyətinə , leyer məhəccərinin sazlığına , nərdivanın hissələri
altında sudan yuxarıda torun olmasına , həmçinin nərdivanda linli (ipli)xilasetmə
dairəsinin olmasına nəzarət edir.Əgər nərdivan və ya gəzdirmə körpüsü flaşbortun
üstündən qoyulursa, o zaman nərdivanı gəminin flaşbortuna etibarlı bərkitmək
lazımdır.Nərdivanlara və ya köçürmə körpülərinə keçidlər azad olmalıdır.

Təxliyə olunan heyət qruplarla, mütəşəkkil qaydada DSÖ-nün marş pilləkənlərilə DSÖ-
nün yanalma meydançasına enir və gəminin bortxarici nərdivanı və ya korpusu ilə gəmiyə
keçir.

Qadağan olunur-adamların marş pilləkənində və yanalma-köçürmə meydançasında


toplanması.

Walk way-mahiyyəti qəzaya uğrayan özülün təhlükəsiz sahəsinə keçmək üçün üçünçü
təxliyə üsuludur.Bu üsuldan heyətin qəza mənbəyindən təhlükəsiz məsafəyə uzaqlaşmasını
təmin edən piyada üçün körpüləri və.b qurğuları olan dəniz hidrotexniki qurğularında
istifadə etmək olar.

68. Vertolyotlardan istifadə etməklə təxliyə


Dəniz təcrübəsində qəzalı, məhv olan özülə dəniz tərəfdən yanaşma çox vaxt
təhlükəli olur. Mürəkkəb meteroloji şərait, sərt fırtına, sualtı maneələr və s. elə böhran
vəziyyəti yaradır ki, bununla da gəmilərin məhv olan özülün aqibətinə düçar olması
təhlükəsi baş verə bilər.

Bu şəraitdə vertolyotların səyyarlıq, obyekt üzərində müxtəlif hündürlükdə


tərpənməz vəziyyətdə saxlaya bilmə qabiliyyəti və əlverişsiz hava şəraitində xilasetmə
əməliyyatların aparılması tezliyini təmin edən başqa yüksək taktiki-istismar
xarakteristikaları kimi çox vacib keyfiyyətləri bu hava nəqliyyatı növünü əvəzolunmaz
xilasetmə vasitəsi edir.

Vertolyotla təxliyyə hallarında dəqiq qarşılıqlı əlaqəni təmin etmək üçün


vertolyotun pilotu ilə yaxşı əlaqə yaradılmalıdır. Bu effektliyi daha da artırar və təxliyənin
aparılmasının tezliyini təmin edər.

Vertolyotun köməyi ilə heyətin təxliyəsinin 2 üsulu məlumdur:

- bilavasitə uçma-enmə vertolyot meydançasından;

-qaldırıcı trosdan və xilasetmə kəmərindən istifadə etməklə.

Birinci üsul vertolyotdan böhran vəziyyətdən istifadənin ən yaxşı variantıdır, ancaq o, o


halda mümkündür ki, vertolyot meydançasının texniki vəziyyəti vertolyotun qəzalı özülə
təhlükəsiz oturmasını təmin etsin.
Bununla bərabər, vertolyota minmə prosesində vertolyota yaxınlaşma zamanı
yaranan təhlükələri - vertolyotun burun və quyruq hissəsində iki təhlükəli zonanın
olmasını yadda saxlamaq lazımdır. (şəkil.46)

DİQQƏTLİ VƏ EHTİYYATLI OLUN!


Vintləri hərəkətdə olan vertolyota füzelyajın burun hissəsi tərəfdən təhlükəsiz zona
ilə yalnız düz bucaq altında yaxınlaşmalı (ondan uzaqlaşmalı).

Özüldə vintləri hərəkətdə olan vertolyota minmə (ondan düşmə) zamanı adamları
gözləyən (güdən) başqa bir təhlükə - vintin hava sorması və cəmlənmiş küləklər effektidir.

Vintin hava çəkməsi - dartısı (vint elementini hava dövrələyib keçdikdə yaranan
qaldırıcı qüvvə hesabına vint pəri elementinin yaratdığı tam itələmə qüvvəsinin bir hissəsi)
aşağı və yuxarı istiqamətlənə bilər.

Vertolyotun oturma və qalxma prosesində hava çəkmənin (sormanın) təsirinə yol


verməmək üçün adamların vertolyot meydançasında olması qadağandır.

Vintləri fırlanan vertolyota yaxınlaşarkən və ya ondan uzaqlaşarkən boş bağlanmış


baş geyimlərini geyməmək, kitab və qəzetlər daşımamaq lazımdır, çünki onlar
istiqamətlənmiş hava axını ilə asanlıqla aparıla bilər, mühərrikin ucluğuna düşə bilər ki
vəvertolyotun qəzaya uğramasına səbəb ola bilər.

Bir qayda olaraq, kifayət qədər hündürlükdə yerləşdirilmiş vertolyot


meydançalarında həmişə küləklər əsir. Sonuncuların vertolyot vintlərinin yaratdığı hava
axını ilə birləşməsi təhlükəli hava burulğanının yaranmasına gətirib çıxara bilər. Vertolyot
sərnişinləri hava burulğanı zonasına düşmək təhlükəsindən uzaq olmağa çalışmalı və
onların ayaqları altında etibarlı dayaq olmalıdır.

Vertolyot meydançasının metal konstruksiyası zədələndikdə, meydança zonasında


alov, tüstü və s. olduqda vertolyotun meydançaya oturmasına yol verilmir. Bu halda
heyətin təxliyəsi özülün başqa sahəsindən, vertolyotu özülə oturmadan yerinə yetirilir.

Bu halda vertolyot obyekt üzərində tərpənməz olaraq havada asılı qalır, kəmər
şəklində xilasetmə təchizatı vertolyot bucurqadının köməyi ilə yönəldici lin (ip) ilə
birləşmiş qaldırıcı trosda aşağı endirilir. Əməliyyatla nəzarət üçün adətən obyektə
xilasedici mütəxəssis endirilir. Əgər xilasedicinin endirilməsi təhlükəsiz deyilsə, özül
heyəti xilasetmə kəmərini (qurşağını) taxma və yönəldici lindən (ipdən) istifadə etmə
prosedurasını özü bilməlidir.

DİQQƏTLİ OLUN! Vertolyot gövdəsində və qaldırıcı trosda toplanmış statik


elektrik yükünü boşaltmaq üçün yönləndici lini (ipi)
tutmamışdan əvvəl onun göyərtə döşəməsinə toxunmasına
imkan verin.

Bucurqadın qaldırıcı trosunu və ya yönəldici lini (ipi) özülün hər hansı metal
konstruksiyalarına bağlamağa yol verilmir. Bu anda
vertolyot təhlükəyə məruz qalır, pilot trosu qıra bilər və
nəticədə xilasetmə əməliyyatı dayandırılar.

Vertolyot suya zərbə ilə dəydiyi zaman başı, sifəti, beli və


ayaqları zədələnmədən qoruyan vəziyyəti (şək.52) almaq
lazımdır. Bu halda ayaqlar (pəncələr) öz oturduğu və ya
qabaqdakı oturacağın altında olmamalıdır (suya enmə, düşmə və ya zərbə zamanı oturacaq
qırıla bilər).

Sərnişinlərə qaza çıxışını açmağa icazə verilir. Bu əməliyyatı vertolyot ekipajının


üzvlərindən biri yerinə yetirir, eyni zamanda, əgər bu mümkündürsə qaza çıxışı vertolyot
çevrilənə qədər açılmalıdır. Əgər

belə imkan yoxdursa, qaza qapısı vertolyot çevrildikdə və suyun salon daxilində təzyiqi
xarici (hidrostatik) təzyiqlə bərabərləşdikdən sonra açılır.

Vertolyot çevrilmiş halda suya batan kimi zərərçəkmişlər su dolmuş salonda


səmtlərini müəyyən etməyi bacarmalıdırlar, bununla bərabər qaydaları bilməli və onlara
dəqiq riayət etməlidirlər: bir əlin (qayışın hansı tərəfdən bağlanmasından asılı olaraq, sağ
və ya sol) təhlükəsizlik qarşınını toqqasında, o birisinin çıxışda olması həyatı xilas edə
bilər.

Qəza zamanı xilasetmə əməliyyatları zamanı ümidinizi itirməyin, sakitləşin və suya


təhlükəsiz enmə və su basmış, çevrilmiş vertolyotdan çıxma tələblərinin hamısına ciddi
yerinə yetirin. Bu tələblər aşağıdakılardır:

-təhlükəsizlik qayışını tarım çəkmək;

-suya batmadan əvvəl ciyərlərə hava almaq;

-müvafiq poza almaq;

-vertolyot suya düşəndən və çevriləndən sonra bir əli toqqada, o birisini-qəza çıxışı
istiqamətində saxlamaq (şək.53a);

-təhlükəsizlik kəmərlərindən azad olmaq;

-iki əldən istifadə edərək özünü qəza çıxışına itələmək- baş irəlidə olmaqla. Bununla
bərabər çabalamaq, əl-qol atmaq lazım deyil, özünü bölmədən, lyukdan itələyib çıxarmaq,
üzüb hərəkət etməkdən asandır (şək.53b,v);

-su basmış vertolyotdan çıxandan sonra gödəkcəni üfləmək, su üzünə çıxmaq və


sifəti qorumaq üçün örtüyü açmaq (əgər gödəkcə və ya hidrokostyum onunla təchiz
olunubsa);
-sala çatmaq (əgər belə imkan varsa), ona minmək və sakitliyi və inamı saxlayaraq,
xilasedicilərin yaxınlaşmasını gözləmək.
70. Xilasetmə qayıqlarından istifadə etməklə təxliyə
"Hamı özülü tərk etsin " (yeddi qısa və bir davamlı uca səsli zəng ) həyəcan siqnalını
eşidən qayıq ekipajları təcili olaraq bütün işləri saxlamalı və həyəcan siqnalı cədvəli üzrə
vəzifələrinə uyğun olaraq, öz qayıqlarına yaxınlaşmalı və aşağıdakı işləri icra etməlidirlər .

- qayıq komandiri qayığa təhkim olunmuş adamların mindirilməsinə , qayığa su, ərzaq
və başqa təchizatına verilməsinə, qayığın adamlarla suya endirilməsinə , endirmə -
qaldırma tərtibatının qarmaqlarını azad edilməsinə və qayığın məhv olan özüldən
uzaqlaşmasına rəhbərlik edir, bunula bərabər aşağıdakı qaydanın saxlanılmasını gözləyir ;

-qayıq starşinası ekipajın tərkibini ( əgər kimsə yerində deyilsə vəzifələri yenidən
bölüşdürmə lazımdır ), qarmaqların bağlanmasının etibarlılığını , endirmə qaldırma
tərtibatının nəzarət fiksatorlarının qoyulmasını , su götürmə qısaborusunun əl intiqalının
işinin yoxlayır, AT-30 qayıqlarındaki boşaltma tıxaclarını bağlayır, sərnişinlərin
təhlükəsiizlik qayışları ilə bağlanmalarının etibarlığını yoxlayır və qayığın endirilməyə
hazırlığı henəndə və saqqında komandirə məlumat verir, sonra komandirin göstərişi ilə
qayığın suya endirilməsini təmin edir;

- qayıq motorçusu mühərriki hazırlayr və onu yoxlama işəsalmasını yerinə yetirir. Bu


halda, endirmə zamanı, 2 dəq- dən çox olmamaqla , mühərriki işə salmalıdır.

-qayığın qəzalı özüldən mümkün qədər tez uzaqlaşması üçün endirmə prosesində
mühərriki lyukların açıq vəziyyətində işə salmaq lazımdır. Mühərrik işə düşdükdən
sonra lyuk kip bağlanır;

- iki nəfər qarmaqçı ( burun və arxa ) endirmə - qaldırma tərtibatınının (EQT) texniki
vəziyyətini yoxlayır və qayıq suya oturduqdan sonra komandirin komandasına görə
qarmaqların , qayığın EQT -nın şlyupbalkaların loparlarının uc halqalarından azad
olmasını təmin edirlər.

Yadda saxlamaq lazımdır ! Xilasetmə vasitəsini hazırlama müddəti 5 dəq dən çox
olmamalıdır.

Bu zaman qayıq komandiri siyahı üzrə mütəşəkkil halda minməyi təşkil edir. İlk növbədə
bort lyuklarından zərərçəkmişlərlə ( əgər varsa ) sanitar xərəklərinin qəbulunu yerinə
yetirir, sonra göyərtə lyuklarından özül heyəti düşür. Salona daxil olmuş adamlar
bağlama qayışlarıyla özlərini bağllamalıdırlar.

Yadda saxlayın ! Suya enəndə və dinamik zərbə zamanı qayıqda travma almamaq üçün
özünüzü təhlükəsizlik qayışları ilə bağlayın .
Endirilmədən qabaq şlyupbalkanı azad etmək üzrə işlər görülməlidir. Şlyupbalkanın bort
xaricinə əyilməsinə və qayığın endirilməsinə paraqraf 3.2 də ətraflı baxılır . Qayığın
hazırlanması üzrə bütün tədbirlər i yerinə yetirərək starşina komandirin əmrinə görə
əvvəllər paraqraf 3.2 də baxılmış 2 üsuldan biri ilə : bilavasitə qayıqda duraraq məsafədən
və ya göyərtədə yerləşdirilmiş irəli çıxarıla bilən idarəetmə postundan qayığın
endirilməsinə başlayır.

Adamalrın mindirlməsi və qayıqların " Hamı DSÖ - nü ÜQQ -nu tərk etsin " həyəcanı
üzrə suya endirilməsi müddəti qravitasiya tipli şlyupbalkalar olduqda 8 dəq dən çox
olamamalıdır.

DİQQƏT ! Qayığı suda yanan neftə endirmə zmanı ventilyasiya başlıqlarını bağlamaq ,
reduksiya klapanlarını açmaq və salona hava verməyə başlamaq.

AT - 42 qayıqları üçün aşağı təzyiq manometrində havanın təzyiqi 0.4 MPa ( 4kqq / sm2)
; AT-30 qayıqları üçün isə 0.2 MPa (2 kqq /sm2) -dır.

Qayıq suya oturduqdan sonra qarmaqları ( burun və arxa ) müvafiq şlyupbalkanın yük
loparlarının uc halqalarından azad etmək lazımdır. Bu əməliyyat çox məsuliyyətlidir və
icraçılardan dəqiq , ahəngdar və operativ hərəkətlər tələb edir. Qarmaqların azad
edilməsi həm məsafədən -hər iki qarmaq üçün eyni zamanda -sükançı postundan şturtros
ötürücünün köməyilə , həm də yerli -ayrılıqda hər bir qarmaq üçün -yumruqcuq
stoporların linglərindəki dəstəklərin köməyilə yerinə yetirilir.

Qarmaqların ,komandirin : "Qarmaqların fiksatorlarını çıxarmaq " çixarmaq komandası


üzrə eyni zmanda məsafədən ayrılması halında nəzarət fikstorları çixarilir, onlari saxlamaq
üçün boş deşiklərə qoyulur vı icra haqqında məlumat verilir : " Fiksatorlar çıxarılıb ". İcra
haqqında məlumat alan komandir məsafə intiqalının sağ bort üzrə yerləşdirilmiş dəstəyini
taxma mildən azad edir, ani ( kəskin şəkildə ) olaraq, dəstəyi söykənəcəyə dirənənədək
qayığın əsas (horizontal ) müstəvisinə paralel və tros məftilinə perpendikulyar yönəldərək
özünə tərəf çəkir . Bundan sonra qarmaqlar açılır . Qarmaqların ayrıldıqda aralanmaları
halında , eləcə də komandirin əmrinə görə yuxarıda təsvir edilmiş nəzarət fiksatorlarının
azad olunması üzrə əməliyyat yerinə yetirilir. Bunlardan sonra eyni zamanda yerli
idarəetmə postlarinin yumruqcuq stoporlarının linglərindəki dəstəyi geri atılır, linglər
söykəncəyə qədər yuxarı özünə tərəf döndərir və qarmaq açılır.

Qarmaqların fırtınalı havada suya endirilməsi ən təhlükəli əməliyyatdır və onun


təhlükəsiz yerinə yetirilməsi qayıq starşinası və komandirinin dəniz tədris treninq
mərkəzlərində aldıqları peşəkar hazırlıq səviyyəsindən , praktiki vərdişlərdən asılıdır.
Starşinaya qarmaqla azad etmək üçün anı tutmaq və sözün əsl mənasında qəzalı özüldən
"geri sıçramaq " lazımdır. Bu vaxt üçün su pərdəsi (örtuyü ) işə salınmalı və işləməlidir.

Təxliyə prosesində bütün əməliyyatlar komanda üzrə və icra haqqında məlumat


verilməklə yerinə yetirilməlidir - bu ,adamlarla bərabər qayıqları suya tez və təhlükəsiz
endirilmısinin əsasıdır.

YADDA SAXLAYIN !

1. Mühərrikin starter işəsalması var, ona görə ikinci işəsalma cəhdini 5-10 san sonra
etmək lazımdır. Bilin ki , akkumlyatorun tutumu 6 ardıcıl işəsalmaya hesablanmışdır ,
qayığın ətrafı isə od tutub yanır .

2.Qayıqda hava tükənməz deyil. Od zonası keçmə prosesində salonda temperatur


yüksəlməyə başlayır, gövdənin bərk qızmış yerlərini, adamları sulamaq üçün əl
nasosundan istifadə etmək lazım gəlir, bununla da oksigen sərfi artır. " İdarə
olunmayanlar " lyuklara yaxın yerləşməyə can atırlar ki, onları açsınlar. Dayanın !
Qayıqda nizam -intizam - Sizin həyatınızın əsasıdr. Burada hər şey komanda üzrə yerinə
yetirlir. Od tutub yanan dəniz fonunda açıq lyuk adamların həlakına gətirib çıxara bilər.

3. Qayıq çevrildikdə təlaş edib kəməri açmayın. Çünki kəməri açılmış adam hərəkət
etməyə cəhd edir, nəticədə qayığın tarazlıq mərkəzi yerini dəyişir , ləpəyə davamlılıq
pisləşər və qayıq bir daha normal vəziyyətə qayıtmaz .

4. Təhlükəli zonadan çixdiqdan sonra lyukları açmağa tələsməyin . Ventilyasiya


başlıqlarını açın və atmosferin tənəffüsə yararli olmasını müəyyən edin və lyukları yalnız
bundan sonra açın və kömək gözləməklə qəzalı özldən təhlükəsiz məsafəyə uzaqlaşın .

71. Üfürmə xilasetmə sallardan istifadə etməklə təxliyə


Bu halda təxliyə zamanı hərəkət qaydası aşağıdakı kimidir:

1. Sallı konteyneri naytovlardan (calaq iplərdən) azad edirlər, bunun üçün talrep köməyilə
naytovlarda sallaq yaradılır və əl ilə qlaqol qarmaq açılır, bununla bərabər , işəsalma
lini( ipi) göyərtədəki metal konstruksiyalarda (leyer, bünövrələr və i.a ) bağlı qalır.

2.Sonra iki adam sallı konteyneri qaldırır və suya tullayır ( işəsalma lini göyərtədə bağlı
qalır).

3.Daha sonra işəsalma linini (ipini) yanalma-oturma (minik) meydançasına çəkirlər və


onun boşluğunu yığırlar (əvvəlcə göyərtədə bərkidilmiş ucunu açaraq). Bundan sonra
qazdoldurma sistemini işə salmaq üçün lini(ipi) kəskin hərəkətlə dartmaq lazımdır.
4.Sal qazla dolmağa başlayır , konteyner açılır və düşür , üfürülüb doldurulmuş salın
yanalma -minik qurğusu yanında saxlanılması davam etdirilir.

5.Dəniz təcrübəsində çox vaxt elə hallar yaranır ki ,sal dib yuxarı vəziyyətdə açılır, yəni
sal açılmış vəziyyətdə dibi yuxarı çevrilmiş halda olur.(ş 54 q)

Bu halda əməliyyatlar icra etmək -çevrilmiş salı düz vəziyyətə gətirmək lazım
gəlir.Çevrilmiş sal işçi vəziyyətə bir nəfər tərəfindən gətirilir , bunun üçün o aşağıdakıları
yerinə yetirir:

-salı elə çevirmək lazıdır ki, külək ona alt tərəfdən vursun,

-salın dibini port yazısı RİHGT/HEREyanında durmaq.

Dib uzunu çəkilmiş strop-burazları bərk tutmaq, qaz balonunun üstünə çıxma və kəskin
hərəkətlə dala əyilmək . Hər iki əlin qüvvəsi ilə dartı kantını özünə çəkmək lazımdır.Sal
çevrilib işçi vəziyyətə qayıdacaq.Əgər sal çevrilmirsə ,əməliyyat təkrar olunur, bu halda
stropdan mümkün qədər yuxarıda tutmaq, ayaqlara güc vermək və maksimum qüvvəyə
nail olmaq üçün geri əyilmək lazımdır.Düz vəziyyətə gətirilmiş sal zədə vurmayacaq ,
lakin küləkdə o, çox dreyf edir.Ona görə, salı itirməmək üçün əvvəlcə işəsalma linini
(ipini) belə bağlamaq lazımdır.İşəsalma lininin(ipinin) ucu baloncuqlar tərəfdən
bərkidilmişdir.

Salın açılması qaydası şəkil 54də göstərilmişdir.

Sal işçi formasını aldıqdan sonra adamları özüldən köçürmə əməliyyatını yerinə
yetirməyə başlamaq olar.

Adamları sala köçürmə üsulunun seçilməsi hava şəraitindən asılıdır.

Əlverişli meteroloji şəraitdə salı yanalma-minik qurğusu yanında saxlamaq imkanı


olduqda , adamlar sala tullanır və ya asılmış ştorm-trapla enirlər.Bu halda çarişə və ya
üfürülmə tağın üstünə düşməyə çalışmaq lazımdır ki, salın tenti altında olan adamlar
zədələnməsin.Həmçinin tenti ağır və mıxlı çəkmə ilə zədələməkdən çəkinmək
lazımdır.SOLAS-ın tələblərinə uyğun olaraq , üfürülən xilasetmə salları 4,5 m
hündürlükdən tullanışa tab gətirməlidir.

Əlverişsiz meteroloji şəraitdə salı yanalma-minik qurğusu yanında saxlamaq mümkün


olmadıqda , adamlar suya tullanır və üzərək sala çatır.Bu halda adam sala islanmış
paltarda çıxır. Bu da onun fiziki vəziyyətinə mənfi təsir göstərir.
72. Step into the water- suya addımlamaq (ayaq
basmaq)
Step into the water- suya addimlamaq (ayaq basmaq)-
olduqca arzuolunmaz təxliyə üsuludur. Ondan böhran
halında, özülü fərdi şəkildə tərk etmək lazım gəldikdə
istifadə etmək olar.

Suya addım atmaqdan (ayaq basmaqdan) əvvəl


aşağıdakıları yerinə yetirmək lazımdır:

-tam tənəffüslə nəfəs almaq, yəni qarın hərəkətilə


burundan bir neçə dəfə tam nəfəs almaq və nəfəs vermək. Bu
orqanizmi həyat enerjisi ilə doldurmağı təmin edir;

-suya enmə yerini müəyyən etmək;

-bir əllə (sol və sağ) burun və ağızı bağlamaq, eyni zamanda baş və şəhadət
barmaqları ilə burun pərlərini sıxmaq, əlin içi ilə isə ağızı örtmək, o biri əllə ağız-burunu
bağlayan əlləri sinəyə sıxmaq lazımdır(şək.55).

-bədəni düzəltmək və boşluğa addımlamaq, suya sifətlə dəyməmək üçün suya şaquli
enmək.

Suya düşdükdə məhv olan özüldən uzağa üzüb aralanmaq lazımdır. Su üzərinə
tökülmüş neftdən uzaq olmaq və ya ondan başı yüksək, ağzı bağlı tutaraq üzüb keçmək
lazımdır. Bilavasitə görünən təhlükəyə nisbətən səmtlənərək, ondan uzaqlaşmaq üçün nə
qədər ki, əllər sözə baxır, əynindəki paltar və gödəkcəni düzəltmək, ayaqları çarpazlayaraq
qarına tərəf çəkmək, əlləri yanlara və sinəyə sıxmaq lazımdır. Belə pozada su bədənin
soyuğa çox həssas olan yerlərlərini az əhatə edir, lakin suda belə poza çox da dayanıqlı
deyil. Ona görə ayaqları hərəkət etdirmə adama müəyyən davamlılıq verir. Bununla belə
suya düşdükdə enerjinizi boş yerə sərf etməyin, əllərlə və ayaqlarla lazımsız hərəkət
etməkdən çəkinin.

YADDA SAXLAYIN! Bədənin istilik enerjisini saxlamaq-suda sağqalmanın əsas


prinsipidir.
Neft özüllərinin yanğından mühafizəsi
Yanğın təhlükəsizliyi - qurğuların partlayış və yanğınların yaranmasına , yayılmasına və
onların neft özüllərinə təsirinə qarşı durmaq qabiliyyətinə malikdir.

Özüllərin yanğın təhlükəsizliyini təmin edən tədbirlərə aşağıdakılar daxildir :

- yanğına qarşı konstruktiv mühafizə ;

- yanğın haqqında siqnalizasiya və hava mühitinə nəzarət sistemi ;

-yanğın söndürən sistemlər ;

- yanğın söndürəən avadanlıq və inventar .

Göstərilən tədbirlər aşağıda baxılacaq.

73. Yanma prosesinin əsasları


Yanma- istilik və işıq ayıran (yaradan ) tez baş verən kimyəvi reaksiyadır. Yanma
üçün yanar maddə (yanma mənbəyi ) yanmaya kömək edən mühit (oksigen ) və yanan
əşyanın alışma temperaturuna qıdır qızdırılmasını təmin edən istilik lazimdir. Bu
amillərdən birinin olması , yanmanı, bir qayda olaraq, qeyri-mümkün edir. Sonuncu şərt
yanğınsöndürmə üsullarının əsası oldu .
Şəkil 6. da əyanilik üçün bütün yanğın üçbucağı təsvir olunub . Üçbucağın tərəflərinin
birini kənar etmək kifayətdir ki, yanma prosesi sonuncu isə aşağıdakı hallarda
mümkündür:

-soyutma yolu ilə istilik ayrılmasını azaltmaq və alışma temperaturunu aşağı salmaq ;

-yanmaya kömək edən oksidləşdiricinin düşməsini istisna etmək , məsələn , köpüyün


vasitəsilə;

-yanan əşyanı uzaqlaşdırmaq.

Yanma- yanma, partlayış və detonasiya şəklində ola bilər.

Yanma prosesinin xarakteristikalarindan biri onun ( külək (kq/saat) və xətti (m/dəq ) )


SÜRƏTİDİR. O, nə qədər böyükdürsə , maddə yanğın cəhətfən bir o qədər təhlükəlidir.
Hər bir maddənin yanma sürəti onun dispersliyindən , yanacağın hissəciklərinin oksigenlə
təmas sahəsindən , temperaturdan , təzyiqdən, maddənin konsentrasiyasından asılıdır.
Çox böyük suretlə yanma - partlayışdır. Partlayış zamanı istilik , işıq ayrılır və dağıntı
əmələ gətirən yüksək təzyiq yaranır.

Özüllərdə kifayət qədər yanar materiallar və əşyalar vardır - yanacaq, sürtkü materialları,
mayeləşdirilmiş qazlar və b. yanğın təhlükəli materiallar , elektrik avadanlığı və i.

Maddənin yanması zamanı tüstü , karbon qazı və karbon oksidi ayrılır. Tüstü kiçik
hissəciklərin - yanma məhsullarının (külün , kömürün ) qarışığıdır.

Karbon qazı rəngsizdir , iyi yoxdur, yanmır, yanmaya kömək etmir. Yüksək olmayan
temperaturda təhlükəli deyil, otaqda onun 8-9% i olduqda adam huşunu itirir, 10% dən
çox olduqda isə boğulmadan ölüm baş verir.

Karbon qazının rəngi iyi yoxdur. O, olduqca güclü zəhərləyici maddədir . Havada 1%
və ondan çox (həcmə görə ) karbon qazı olduqda ölüm , demək olar ani olaraq baş verir.

Od və partlayış dəniz neft özülləri üçün fövqəladə təhlükəlidir. Onlar adətən yanar
maddələrin və mayelərin, həmçinin havada neft qazları və buxarlarının olmasının
səbəbidir.

Yanar maddələrə açiq odun (alovun ) və ya elektrik qığılcımın təsiri ALOVLANMA


adlanır.

Alişdirma mənbəyindən alovlana bilən və sonra qarışıq üzrə yanmanın yayılması üçün
havada neft qazlarının buxarlarının minimal konsentrasiyası ALOVLANMANIN AŞAĞI
HƏDDİ (AHH ) adlanır.
ALOVLANMANIN YUXARI HƏDDİ (AYH ) -havada partlayış təhlükəli buxarların ən
böyük konsentrasiyasıdır. Alovlanmanın aşağı və yuxarı hədləri adətən havada buxarların
fazilə miqdarı ilə ifadə olunur. Alovlanmanın aşağı və yuxarı hədləri arasında partlayış
mümkün ola biləcək sahə vardır . Ən çox partlayış təhlükəli maddələrin AHH və AYH
qiymətləri cədvəldə verilib .

Maddələrin adları Aşağı hədd , % Yuxarı hədd %


BEnzin 1.3 7.8
Propan 2.2 10.0
Hidrogensulfid 4.3 46
2.5 2.5 80

Alovlanma bir neçə mərhələdə baş verə bilər.

Maddənin səthi üzərində onun buxarlarının xarici alov mənbəyindən alışdığı ən aşağı
temperatra - ALIŞMA TEMPERATURU deyilir. Əgər həmin şəraitdə maddə dayanıqlı
yanmaqla davam edirsə , bu - ALOVLANMA TEMPERATURUDUR.

Əgər ən aşağı temperatur şəraitində maddə alovlanır və xarici alışma mənbəyi olmadan
yanırsa, bu temperatura ÖZ -ÖZÜNƏ ALOVLANMA temperaturu deyilir. Müəyyən
şəraitdə istilik fiziki- kimyəvi və ya mikrobioloji proseslər nəticəsində bir sıra maddəlrin
öz - özünə qızması, sonra isə öz - özünə yanma qabiliyyətinə ÖZ -ÖZÜNƏ YANMAĞA
MEYL deyilir.

Məhdud fəzada , nəzarət altında və idarəolunma vəziyyətində yanma prosesi insanlığa


böyük fayda verir.

Lakin idarəolunan yanma prosesi ilə yanaşı elə hallar da olur ki, alov bizim iradəmizdən
asılı olmayaraq və genişlənrək fəlakətə - yanğına çevrilir, insanların həyatını təhlükə
altına alır, maddi ziyan vurur.

İDarəolunmayan yanma prosesləri olan YANĞINLAR aşağıdakı səbəblərdən ola bilər ;

- odla ehtiyatsıza davranmaq nəticəsində, bu halda yanğın təhlükəsinə qarşı mübarizə


qaydalarının pozulması kiçik bir od mənbəyindən ( kibritdən, şamlardan )yarana bilər ;

- sürtünən səthlərdə temperaturun artması nəticəsində sürtünmədən və zərbədən ,


həmçinin zərbə zmanı əmələ gələn qığılcımdan ;
- əgər yanar maddələr istilik şüalandran peçlərin və ya başqa qızdırıcı cihazlar və
konstruksiyaların yaxınlığında yerləşirsə -şüalandırıcı enerji təsirindən ;

-elektrik cərəyanı təsirindən , elektrik məftillərinin ,izolayisanın yanması üzündən ,


elektrik cihazlarının , qurğularının və avadanlıqlarının nasazlığı zamnı , cərəyan istilik
təsiri nəticəsində və qığılcım əmələ gəldikdə ;

- öz - özünə yanmadan , xüsusən yağlı iş paltarlarının , əski üskünün , silgi


materiallarının , pirotexnika vasitələrinin və i. saxlanılma şəraitin pozulması zamanı,

- qapalı qablarda təzyiq həddən artması nəticəsində baş verə bilən partlayışlardan ,
partlayış qarışıqlarının ani alovlanmasından .

Partlayış kimyəvi reaksiyalar və mexaniki təsirlər səbəb ola bilər . Partlayıcı maddələr və
ya qarışıqlar böyük sürətlə (saniyədə on metrlərdən yüz metrlərə qədər ) yanır, bu zman
yaranan qazlar ( partlayış məhsulları ) qızaraq tezcə genişlənir və ətraf mühitə - böyük
hərəkət sürəti olan hava dalğasına böyük təzyiq yaradır.

DSÖ də və ÜQQ də partlayış təhlükəli zonalar müəyyən olumuşdur. Bu zonalara


göstərilən qurgulardaki alovlana bilən qazların hava ilə qarışığı olması səbəbindən daimi
və ya vaxtaşırı partlayış təhlükəsi olan otaqlar və fazalar daxildir.

Partlayış təhlükəli zonalar aşağıdakılardır :

Zona 0 -daxilində daima və ya uzun müddət ərzində hava və qazın partlayış təhlükəli
qarışığı olan fəza ;

Zona 1 - daxilində normal iş şəraitində hava və qazın partlayış təhlükəli qarışığı olan fəza
;

Zona 2 - daxilində hava və qazın partlayış qarışığının əmələ gəlmə ehtimalı az olan fəza ,
yaranma halında bu qarışıq qısa müddətdə mövcud olur.

78. Yanğınsöndürmə təchizatı


Hər bir dəniz neft qaz mədən obyekti qəza yanğınsöndürmə təchizatı ilə təmin
olunmalıdır.

Üzən qazıma qurğuları üçün təchizat normaları bu qurğuların texniki istismarı


üzərində nəzarət yerinə yetirən müvafiq təsnifat orqanlarının Qaydaları ilə nzama salınır.
Xüsusən, yerli ÜQQ əksər hissəsinə Rusiya Gəmiçiliyinin Dəniz Reqistrinin qəbul etdiyi
Dəniz gəmilərinin təsnifatı və inşası qadalarının təchizatı normaları şamil edilir.

Dəniz hidrotexniki qurğularına (DSÖ, estakadalar və i.a.) “ Нормы оснащения


нефтегазопромысловых сооружений на Каспийском море пожарной техники для
зашиты объектов” (РД-39-82013602-01-90) aid edilir. DSÖ və ÜQQ-nın vertolyot
komplekslərinin yanğın avadanlığı “Общие авиационниые требования к средствам
обеспечения вертолетов на судах и приподнятых над водой платформах” (ОАТ ГА-
90) müvafiqdir.

Yanğınsöndürmə təchizatı dəstinə odsöndürənlər, həmçinin yanğın lülələr, əl


yanğın alətləri( dəstli qarmaq, qarmaq, balta, ling), yanğınsöndürnlərin fərqi mühafizə
vasitələri (sıxılmış hava ilə işləyən aparatlar, istilikdən mühafizə üçün yanğın konstyumu,
yanğın dəbilqəsi dəbilqəaltı papaqla birlikdə, yanğın karabinli kəmər, əlcəklər) yanğın
inventarı ( yanğın şkafı,lövhələr, vedrələr, su çəlləkləri, qum yeşiyi ) daxildir.

Ynağın mənbəyini ləğv etməklə ilkin odsöndürmələr böyük rol oynayır. Onlar
aşağıdakılara bölünürlər: nəql üsuluna görə;odsöndürən doldurmanın növünə görə.

Nəql üsuluna görə fərqləndirilir: daşınan (əl və çantalı) konstruksiyası və kütləsi


hansılar ki, inasan tərəfindən daşınan zaman rahatlıq təmin edir və təkərlərdə
quraşdırılmış-səyyar.

Odsöndürən doldurmanın (zaryadın) növünə görə aşağıdakı odsöndürənlər vardır6


sulu;köpüklü (hava-köpüklü, kimyəvi köpüklü); tozlu; qazlı(karbon qazlı, xladonlu və b.).

Xarici standartlar istifadə olunan odsöndürən agentin növündən asılı olaraq,


odsöndürənlərin rəngli kodlaşdırmasının nəzərdə tutur.

Su odsöndürəni qırmızı, köpüklü-sarı, tozlu-mavi, karbon qazlı-qara, xladonlu-yaşıl


rənglidir.

ÜQQ-nın və dəniz hidrotexniki qurğülarının təchizatı köpüklü (KO), karbon qazlı


(KQO), tozlu(TO) və aerozol xladonlu (AXO) odsöndürənlər və i.a. ibarətdir.
Sulu-köpüklü odsöndürən-köpükyaradan əlavələrin suda məlulu ilə doldurulmuş
odsöndürəndir. Kimyəvi köpüklü odsöndürən-işəsalma anında reaksiyaya girərək köpük
və izafi təzyiq yaradan kimyəvi maddələr doldurması (zaryadı) olan odsöndürəndir.

Köpüklə odsöndürənlər mayehallı yanar maddlrin, həmçinin izolə etməklə bərk


yanar maddələrin söndürülməsində tətbiq olunur.

Tozla odsöndürən-quru tozlar və müxtəlif yanmayan maddələr qarşığından ibarət


doldurması (zaryadı) olan odsöndürəndir. Tozla odsöndürənlər mütanol saxlanılan
yerlərdə, isidilmyən qızdırılmayan otaqlarda qoyulur.

Karbon 2- oksid və ya haloidləşdirilmiş karbohidrogenlər əsasında olan


odsöndürücü maddələrlə doldurucu qaz odsöndürnlərindən kiçik yanğın mənbələrinin,
közərən bərk materiallarının, gərginlik altındakı elektrik qurğularının söndürülməsində
istifadə olunur. Bu halda qeyd etmək lazımdır ki,yanar maddələri xladonlu odsöndürənlə
söndürmənin effektliyi karbon qazınınkından 4 dəfədən də artıqdır.

Odsöndürənlərlə bir adam işləyir , həm də şırnaq ən intensiv yanan yerlərə


yönəlməlidir. İstifadə olunmuş od söndürənlər təcili olaraq yenidən doldurulur.

Köpüklü odsöndürnlərinin gövdələrinin hidravlik sınanması, sonrakı yenidən


doldurulmaqla –ildə bir dəfə icra olunur.

Köpüklə və tozla əl odsöndürənləri ildə bir dəfə yenidən doldurulur.

Odsöndürənlərdə karbon qazının olması ildə bir dəfə təzəzidə çəkməklə


yoxlanmalıdır. Çəkisi müəyyən edilmiş çəkidən 10% az olan odsöndürənlər istismara
buraxılmır və əlvə doldurulmağa göndərilməlidir.

Odsöndürənlər qapayıcı ventil , nazim çarx, tozlandırıcı sındığı halda, həmçinin


dərin, cızıqların və ya gövdədə əzilmələrin olduğu halda dəyişdirilməlidirlər.

Səyyar köpüklü qurğuları işçi vəziyyətdə və istifadəyə hazır saxlamaq üçün


lazımdır ki:
- həftədə bir dəfə bütün klapanların dəstliyini, hərəkətliyini, plombların
bütövlüyünü, rezervuarlarda köpükyaradanın və balonlarda sıxılmış havanın olmasını
yoxlamaq;

- altı ayda bir dəfə nəzarət manometrinə görə işəsalma balonlarda havanın təzyiqini
sarğacların hərəkətliliyini, şlanqların və ucluqların (ağzıgenboruların) bütövlüyünü
yoxlamaq;

- yeyilmiş hissələri, armaturları və nəzarət –ölçü cihazlarını dəyişmək (zəruriyyət


varsa), qurğuları köpükyaradıcı və hava ilə doldurmaq.

İnsanın tənəffüz orqanlarını tüstüdən və zərərli qazdan mühafizəsi xüsusi


TƏNƏFFÜZ APARATLARI ilə təmin olunur. Yerli özüllərdə sıxılmış hava ehtiyatı olan
rezervuar (çən) aparatları növünə aid olan və açıq tənəffüz sxemli ASV-2 aparatları geniş
yayılmışdır. Göstərilən sxem üzrə, işlənmiş hava atmosferə (suya) verilir ki, bu da karbon
qazının yöğölmasının və onunla zəhərlənməni istisna edir.

ASV-2 aparatının (şək12) boğazlı başı aşağı yerləşmış və öz aralarında kollektorla


(borucuqla) (12) birləşmiş iki balonu (5) var. Balonlarda birində doldurma ştuser (10), o
birisində isə irəli çıxarıla bilən nazim çarxlı (15) qapayıcı ventil, reduktor (13) və ehtiyatı
işəsalma dəstəyi (14) qoyulmuşdur. Reduktora sol çiyinlik qayışında yerləşdirilmiş
manometr (19) üçün yüksək təzyiq borucuğu (18) birləşdirilmişdir. Belüstü astarın (9)
olması insanı çox soyuyan balonla bilavasitə təmasdan qoruyur.

ASV-2 tənəffüs aparatı 2 modifikasiyada buraxılır: su altında 20 m-ə qədər


dərinlikdə və çox tüstülü və tənəffüsə yararlı olmayan atmosferdə işləmək üçün istifadə
olunur. Ona görə mühüm konstruktiv elementlərdən biri-tənəffüz (ciyər) avtomatı da )4)
iki modifikasiyada buraxılır. Atmosferdə işləmək üçün istifadə olunan avtomatda nəfəs
vermə klapanı yoxdur , çünki avtomatdan adi əleyhqaz özünün nəfəsvermə klapanı olan
maskası ilə birlikdə istifadə olunur.

Aparat arxada iki çiyin (1) və qurşaq kəməri (16) ilə bərkidilir. Qurşaq kəmərində
tez bağlanan toqqa (17) taxılır, çiyinüstü dartı hissələrində (7) ibarət çiyin qayışları (1), iki
halqadan (6) olan toqqalarla bağlanır. Belə sistem çiyin qayışlarının uzunluğunun ilkin
uyğunlaşdırılmasını istisna edir, çünki qayışlardan dartısının dəqiq tənzimlənməsi adamın
üstündə geydiriləndən sonra təin olunur.

Aparatı taxmamışdan qabaq balondakı havanın təzyiqini, ehtiyatı işəslanın sazlığı və


maska-respiratorun bütövlüyünü yoxlamaq lazımdır. Aparatı geydikdən sonra çiyin
qayışlarını onların halqalarını dartaraq tənzimləmək. İşə başlamazdan əvvəl aparatı
qısamüddətli yoxlamaq tələb olunur. Bunun üçün maskanı geymək və qapayıcı ventilin
bağlı vəziyyətində nəfəs almaq.

Aparatdan yalnız doldurma (zaryad) ştuseri tıxacla bağlı olduğu halda istifadə
etməyə yol verilir. Əgər bu vəziyyətdə növbəti nəfəsalmaya imkan verməyən böyük və 2-3
san ərzində azalmayan müqavimət yaranırsa, aparat hermetikdir.

Sonra qapayıcı ventili açmaq və güclü nəfəsalma-nəfəsvermə ilə ciyər avtomatının


sazlığını yoxlamaq. Bu yoxlama zamanı nəfəsalma və nəfəsvermədə böyük müqavimət
olmamalıdır.
Şək.13-də tənəffüz AP-96 aparatının SOLAS Beynəlxalq Konvensiyasının
tələblərinə müvafiq olan daha mükəmməl modeli göstərilmişdir.

AP-96 aparatı yanğınların söndürülməsində və qəzaların ləğvi zaman insanın


tənəffüz orqanlarının və görmə qabiliyyətinin nəfəsalma üçün zərərli olan qaz mütitinin
təsirindən fərdi mühafizə üçündür.

İkinci addım ın xilası və təhlükəsiz yerə təxliyəsi zamanı lazım gələrsə əlavə
(xilasedici) maskanın işə qoşulması mümkündür.

ASV-2 aparatı kimi, AP-96 aparatının 4 l tutumlu , 200kq/sm2 işçi təzyiqə olan
balonu vardır. Mühafizə təsiri 45 dəq. qədərdir. Balondakı havanın təzyiqinə nəzarət
yalnız manometrlə deyil, həmçini səs siqnal qurğusu ilə də mümkündür.

Yanğın təchizatı elementlərindən ən vacibi qəza partiyaların üzvlərini yüksək


temperaturdan qorumaq üçün olan istiliyə davamlı, istiliyi əksetdirən kostyumlardır. Hər
bir kostyum müəyyən bir şəxsin adına yazılır ki, bu şəxs də kostyumunun saxlanmasına
və istifadəyə hazır olmasına cavabdehdir. Ayda bir dəfə özüldəki bütün tümpüratura
davamlı və istiliyi əksetdirən kostyumlar yoxlanmalı , qurudulmalı və aşkar edilmiş
nöqsanlar aradan qaldırldıqdan sonra saxlanma yerlərinə qoyulmalıdır.
Şək.14-də istiliyə davamlı kostyum modellərindən birinin dəstinə aşağıdakılar
daxildir:

- Yanğın zamanı şüalanan istidən, yanmalardan və kiçik travmalardan


qoruyan və suitələyici xassələri olan parçadan hazırlanmış gödəkçəli və əlcəkli
mühafizə kombinzonu;
- Rezin altlıqlı uzunboğaz çəkmələr;
- Sifəti və gözləri parlaq işıqdan qoruyub işıq süzgəcləri bərkidilmiş
xüsusi lövhəcikli ködəkçə ilə bütöv biçilmiş kapyuşon (başlıq).

Qəza partiyaların üzvlərinin təchizatı dəstinə yüksəklikdə işləyən zaman və


xilasetmə işləri yerinə yetirildikdə təhlükəsizlik üçün bağlanmanı təmin edən karbinli
xilasetmə kəməri, həmçinin elektrik keçirməyən materialdan dəstəyi olan yanğın
baltası.Təsnifat nəzarət orqanlarının əsas tələbi-yanğın əleyhinə avadanlığın və təchizatın
tam tabel miqdarı , onların sazlığı və işə hazırlığından ibarətdir.

74. Yanğından konstruktiv mühafizə


Yanğından konstruktiv mühafizə - aşaıdakılara yönəldilmiş passiv mühafizə
kompleksidir.

-yanğınların yaranmasının qarşısının alınması ;

-özüldə odun və tüstünün yayılmasının məhdudlaşdırılması


- özül heyətinin təhlükəsiz təxliyəsinə və həmçinin yanğını müvəffəqiyyətlə
söndürülməsinə şərait yaradılmasına.

Özülün layihələşdirilməsində və inşasında nəzərdə tutulan konstruktiv tədbirlər


aşağıdakılardı :

- yanar materialların minimal istifadə etmək, alovlanan maddələrə xüsusi kimyəvi


maddələrin hopdurmaq, odadavamlı rənglərdən istfadə etmək ;

- A tipli odadavmli konstruksiyaları və B tipli oduləngidən konstruksiyaları tətbiq


etmək ;

- yanğının və qazların mümkün ola bilən sızmasını axıb yayılmasının qarşısınnı


almaq ;

- mümkün ola bilen mexaniki zədələrdən və i. mühafizə tədbirlərinə riayət etməklə


yanacaq və yağ boru kəmərləri traslarını aydın yerlərdə yerləşdirmək.

A tipli odadavamlı kostruksiyalar - özülü yanğına qarşı zonalara ayıran yanğına qarşı
əsas arakəsmədir. Onlar zamandan asılı olaraq , bu zaman müddətində tüstü və odun
keçməsinin qarşısını alır və 60, 30, 15 və 0 dəq. odun təsirini əks tərəfində orta temperatur
saxlayır. A tipli konstruksiyalar müvafiq olaraq A-60, A-30 , A-15 , A-0 işarələri ilə
göstərilir.

Məsələn , A tipli konstruksiyalarla maşın bölmələri , həmçinin qəza halı üçün enerji
mənbələrinin otaqları partlayış zonalarından ayrılır - təcrid olnur. A tipli odadavamlı
konstruksiyalar hımçinin nərdivanları trapları ), yaşayış yerləri , özülün idarəetmə postları
qoruyur.

B tipli oduləngidən konstruksiyalar yanğın əleyhinə zonalarınn daxilində


keçməməsini saxlama , təmin etmək müddətindən asılı olaraq , 15 dəq B -15
konstruksiyaları , 0 dəq lik B - 0 konstruksiyalrı vardır.

Yanğına qarşı A və B tipli arakəsmələrdə qapı yerləri öz odadavamlılığına arakəsmənin


odadavamlığına bərabər qapılarla bağlanır.

Yanğına qarşı arakəsmələrin rolunu və əhəmiyyətini qiymətləndirməmək olmaz. Onları


saz halda saxlamaq - personalın hər üzvünün borcudur. Yanğına qarşı izolyasiyaya
vibrasiya yaradan hər hansı avadanlıq bərkitmək olmaz ; izolyasiya mexaniki zədələrdən
qorunmalıdır. Odadavaml və oduləngidən konstruksiyalardaki izolayasiyanin vəziyyəti
bir ildə bir dəfədən az olmayaraq yoxlanilmalidir. İzolyasiyadaki çatlaqlar və başqa
zədələr təcili olaraq , izolyasiya materialları ilə baglanmalıdır. Özülün yanğına qarşı
konstruktiv mühafizəsinin mühüm elementlərindən biri otaqların yerləşdirilməsidir.

ÜQQ - nin üst tikililərinin və rubkalarının yerləşməsi elə olmalıdır ki, quyuağzı rayonda
yanğın zamanı heç olmasa xilasetmə vasitələrinə olan bir təxliyə yolu yanğının istilik
təsirindən mühafizə təmin etsin .

DSÖ - də yaşayış və ictimai otaqlar quyunun yerləşməsinə nisbətən küləkdöyən


tərəfdən və partlayış təhlükəli zonalardan xaricdə yerləşməlidir.

79. Neft platformalarında yanğından mübarizə


Yanğınlarla mübarizə altında təşkilat - texniki tədbirlərin kompleksi, yanğının
qarşısının alınması məqsədi ilə aparılan, insanların evakuasiyası üçün təhlükəsiz şərait
yaratmaq və alovun yayılmasının məhdudlaşdırılması nəzərdə tutulur.

Platformalarda yanğından mübarizənin effektivliyi ilk növbədə daha münasib od


söndürən agentin tətbiqi, yani onun seçimi dərhal həll olunması ilə müəyyən edilir.

Od söndürən agentin düzgün seçimi A, B, C, D latın hərfləri ilə göstərilən


yanğınların dörd sinifinin təsnifatının tətbiqinin aparılması ilə xeyli yüngülləşdirilir.
Xüsusilə MYMB 10 (Milli Yanğından Mühafizə Birliyi) standartına uyğun olaraq
yanğınların aşağıdakı sinifləri nəzərdə tutulur.

A sinifinin yanğınları - su və su məhlulları köməyi ilə söndürülə biləcək bərk (kül


yaradan) yanacaq materialların yanmağı ilə bağlı yanğınlar. Bu cür materiallara: ağac və
ağac materialları, parçalar, kağız, rezin və bəzi plastmaslar aiddir. A sinifinin yanğınların
söndürülməsi üçün əsasən sudan istifadə olunur, bəzi hallarda aşağı tam bölünən köpükdən
(tərkibində yüksək səviyyədə olan sudan) istifadə oluna bilər.

B sinifinin yanğınları - alovlanan və ya yanar mayelərin, alovlanan qazların və digər


bənzər maddələrin yanmağı ilə törənən yanğınlar. Bu yanğınların söndürülməsi əsasən oda
qarşı oksigenin çıxışını bağlamaq və ya yanacaq buxarının ayrılmasının qarşısını almaq
üçün köpükdən istifadə etməklə həyata keçirilir.

C sinifinin yanğınları – elektrik avadanlıqların, naqillərin və ya elektrik qurğuların


gərginliyi altında olanların alovlanması zamanı yaranan yanğınlar. Bu cür yanğınlarla
mübarizə üçün elektrik ötürücüləri, xüsusilə karbon qazı СО2 olmayan od söndürən
maddələri istifadə edirlər.

D sinifinin yanğınları - yanar metalların alışması ilə bağlı yanğınlar: natrium,


kalium, maqnezium, titan və ya alüminium və s. Bu cür yanğınların söndürülməsi üçün
istilik udan od söndürən maddələr, məsələn, yanan metallar ilə reaksiyaya daxil olmayan
bəzi tozlar istifadə edirlər.

Eyni zamanda müxtəlif od söndürən elementlərindən istifadə edərkən yadda


saxlamaq lazımdır ki, eyni vaxtda su ilə söndürmədən və köpük ilə söndürmədən istifadə
yol verilmir, çünki su köpüyü parçalayacaq və dağıdacaq və yanğının söndürülməsinə
müsbət nəticə verməyəcək. Elektrik cərəyanı altında olan elektrik avadanlıqlar
yanğınlarının söndürülməsində СО2 istisna olmaqla hər hansı bir od söndürən maddələrin
tətbiqi qadağandır.

Dəniz obyektlərində yanğınla uğurlu mübarizə bir çox şərtlərdən asılıdır, onlardanda
əsası aşağıdakılar hesab edilir:

1. dəniz obyektində yanğın baş verdiyi zaman ümumi vəziyyəti tez və düzgün
qiymətləndirmək bacarığı və müvafiq qərar qəbul etmək;

2. platforma heyətinin hazırlıq səviyyəsi və yanğınla mübarizədə onlardan səmərəli


istifadə edilməsi;

3. yanan materialların növündən, yaranma yerindən və yanğının inkişaf şəraitindən


asılı olaraq od söndürmə maddələrinin düzgün seçimi;

4. platformaların heyətinin sərəncamında olan yanğınsöndürən vasitələrin vacarıqlı


tətbiqi;

5. odun daha da yayılma imkanını nəzərdə almaq bacarığı və bundan asılı olaraq,
yanğının lokallaşdırılması üzrə müvafiq tədbirlərin görülməsi.

Neft platformalarında yanğınlarla mübarizə ümumi platforma"Yanğın" həyəcanı


çərçivəsində həyata keçirilir. Bu halda yanğınla mübarizədə dəniz qurğularının heyət
hərəkətləri aşağıdakı tədbirlərdən yaranır:

 Yanğın barədə heyəti xəbərdar etmək;


 Ümumi platforma "Yanğın" həyəcanının elan edilməsi;
 Yanğının kəşfiyyatı;
 Yanğının yayılmasının məhdudlaşdırılması və onun söndürülməsi;
 Yanğının nəticələrinin aradan qaldırılması;
 Yanğınsöndürmə vasitələrinin hazır vəziyyətə gətirilməsi və yığışdırılması

Yanğını və ya onun əlamətlərini aşkar edən ilk insan yaxın xəbər edicidən və
istənilən digər üsulla platformasının rəisinə bu barədə məlumat verməyə borcludur və
gələcək əmrləri və kəşfiyyat və yanğının söndürmə qrup üzvlərinin gəlməsini
gözləmədən, bu rayonda olan bütün yanğınsöndürmə vasitələri ilə yanğınla mübarizəni
fəal şəkildə aparmaq.

Neft platformalarının heyəti ilə yanğınsöndürmənin təşkilati və texniki tədbirləri


(11) işdə kifayət qədər geniş baxılır.

Zərurət yarandıqda, dənizdə yanğınların söndürülməsinə qəza - xilasetmə


yanğınsöndürən gəmiləri qoşulurlar.

Suda neftin və ya yanan yanacağın söndürülməsi zamanı yanğınsöndürmə gəmisi


borcludur:

 gəminin korpusunun xarici konturu germetikləşdirmək;


 su örtüyünün, çəkmənin və yanan plyonkanın söndürülməsi sistemini
qoşmaq, bunların yoxluğunda isə bu məqsədlər üçün yanğınsöndürmə
gövdələrini istifadə etmək;
 əl ilə(əl gövdəsi) idarə etmə lafet gövdələrinin rəhbərlərindən başqa
insanları daxili otaqlara aparmaq, bu zaman gövdələri idarə edənlər qoruyucu
paltar geyinmiş olmalıdırlar, ehtiyac olduqda isə izolyasiya - tənəffüs
aparatlarını geyinməlidirlər.

Qəza - xilasetmə yanğınsöndürmə gəmilərinin hərəkətləri aşağıdakılarda göstərilir:

1. Qəza dəniz obyektinə yanaşmasından öncə su örtüyü sistemini qoşmaq lazımdır,


onun yoxluöu zamanı öz gəmisinin, qayıqlarının, xilasetmə sallarını, tentləri, taxta və
digər yanar məmulatlarının göyərtəsini və bortunu su ilə suvarmaq, zərurət olduğu halda
bağlama zamanı və ondan sonra bunu etməyə davam etmək;

2. Yanan dəniz platformasına küləkdöyən bortundan yanaşmaq lazımdır, mümkün


olmadıqda isə - arxa və ya burundan;

3. bağlamanın təmin edilməsi üçün bağlamanın işarələnmiş yerində yanğın


ocaqlarının söndürülməsiniaparmaq;

4. Əgər bağlama dərhal mümkün deyilsə, gəmi yanğın ocaqlarına minimal mümkün
olan məsafədə durmalıdır və onları lafet (əl ilə idarə olunanlar olmayanda) gövdələrlə
söndürülməlidir;

5. Bağlamadan dərhal sonra yanğının söndürülməsində iştirak etməyən insanların


yanan dəniz obyektindən evakuasiyasını təşkil etmək lazımdır, onlar üçün yanğının
söndürülməsinə mane olmayan yolları müəyyən edərək;
6. Eyni zamanda qəza partiyalarını yanan platforma üzərinə düşürmək lazımdır,
daxili otaqlarda insanların xilas edilməsinə və yanğının söndürülməsinə, yanğının
kəşfiyyatına, yuxarı göyərtədə açıq yanğın ocaqlarının söndürülməsinin başa çatmasına
keçmək lazımdır;

7. İlk növbədə yanğının söndürülməsini insanların evakuasiya yollarının


bloklaşdırılmasına gətirib çıxaran yanğının böyüməsi rayonlarda və yanan obyekt
yanğının söndürülməsi üçün vasitələrinin verilməsini həyata keçirmək lazımdır;

8. Brandspoytu idarə edən yanğınsöndürənlərdən birini mümkün qədər yüksəkdə


qoymaq lazımdır - o, yanğın ocağına su verir, digərləri isə onun su axını üzrə hərəkət
edirlər;

9. Konstruksiyaların soyudulmasını kənar gövdələrlə (ortaları isə yanğın ocağına


göndərmək) aparmaq lazımdır;

10.Açıq sahələrdən alovu kompakt su axınları ilə vurmaq lazımdır,


konstruksiyaların soyudulmasını səpələyən su ilə həyata keçirmək;

11. Əgər ocaq su axınlarına əlçatmazdırsa, onun üzərində bir – birindən bölünən
bir nöqtəyə yığılmış kompakt su axınlarından "günbəzi" yaratmaq lazımdır (şəkil 4.50).
Şəkil 4.50. Odla əhatə edilmiş platformada yanğının söndürülməsi prosesində qəza
- xilasetmə gəmilərin yerləşdirilməsi.

Dənizdə yanğınlarla mübarizə üçün qəza - xilasetmə əməliyyatlarında, bir qayda


olaraq, müvafiq qurğularla və sistemlərlə təchiz edilmiş təminat gəmiləri istifadə edilir.

Çəkmə, külək və odla əhatə edilmiş qəza platformasından təhlükəsiz məsafənin


saxlanılması zərurəti şəraitində adı göyərtədə yerləşən yanğınsöndürmə gövdəsi çox vaxt
səmərəli hərəkətləri təmin etmir.

Bu baxımdan dəniz səviyyəsindən 20-25 metrə qədər hündürlüyə çıxardılmış


teleskopik göyərtə üzərində quraşdırılmış yanğınsöndürən gövdələrlə təchiz edilmiş,
yanğının qarşısının alınması üçün yüksək səviyyəli sistemlərlə təhciz edilmiş təminat
gəmiləri praktiki maraq kəsb edirlər. (şəkil 4.51 )
Teleskopik dorlar üzərində quraşdırılan yanğınsöndürmə gövdəsindən istifadə
edilməsi od söndürən vəsaitin su axınının müdafiə hərəkət zonasını əhəmiyyətini artırır.
Onların istifadəsində təlabat yanğın ocağına od söndürən vəsaitin su axınını dəqiq
yönəltmək zamanı gəmi və söndürülən obyekt səviyyəsində böyük fərqi olduqda xüsusi
ilə artır. 4.51 şəkildə göstərildiyi kimi, müxtəlif yükgötürmə qabiliyyətinə malik olan
tankerlər timsalında adi və çəkilən dolu meydançalarında yerləşən yanğınsöndürən
gövdələrinin fəaliyyət zonası göstərilmişdir. Şəkil 4.51. Teleskopik dor üzərində
quraşdırılmış yanğınsöndürən gövdənin hərəkətləri və yerləşdirilməsi sxemi.

Göstərilən sxemdən göründüyü kimi, suyun üzərində 25 metr səviyyəyə yüksələn


55-58 metr korpusunun eni qaydasında yükqaldırma qabiliyyəti 250000 t. olan
supertanker. Teleskopik dor üzərində quraşdırılmış yanğınsöndürən gövdə praktiki olaraq
alova bürünən bütün zonanı örtür.

You might also like