Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 2

Növbəti ilin sonuna (gözlənilən) və ötən 2 il üzrə cəmi borc göstəricisinin tərkibi

(faiz dərəcələri, faiz dərəcələrinin sabit və ya dəyişən olması, borcun daxili və


ya xarici mənbədən olması, geri çağırıla bilən borclar, ödəniş qrafiki, borcun
valyuta növləri üzrə bölgüsü, kreditorlar barədə məlumat, borcla bağlı risklərin
təhlili) barədə məlumatlar
01 yanvar 2018-ci il tarixinə xarici dövlət borcunun (birbaşa cəlb edilmiş və şərti
öhdəliklər) məbləği 9.398,3 milyon ABŞ dolları ekvivalenti və ya ÜDM-in 22,8 faizini
təşkil etmişdir. Xarici dövlət borcunun 81,1 faizi ABŞ dolları ilə, 9,4 faizi avro ilə, qalan
9,5 faizi isə digər valyutalarda cəlb olunan kreditlər olmuşdur. Daxili dövlət borcunun
məbləği isə 1.029,3 milyon manat və ya ÜDM-in 1,5 faizi olmuşdur. Dövlət borcunun
49,6 faizi dəyişkən faiz dərəcəsi ilə, 50,4 faizi isə sabit dərəcə ilə cəlb edilmişdir.

01 yanvar 2019-cu il tarixi vəziyyətinə xarici dövlət borcunun (birbaşa cəlb edilmiş
və şərti öhdəliklər) məbləği 8.927,1 milyon ABŞ dolları ekvivalenti və ya ÜDM-in 19,0
faizini təşkil etmişdir. Xarici dövlət borcunun 81,1 faizi ABŞ dolları ilə, 8,5 faizi avro ilə,
qalan 10,4 faizi isə digər valyutalarda cəlb olunan kreditlər olmuşdur. Daxili dövlət
borcunun məbləği isə 1.320,2 milyon manat və ya ÜDM-in 1,7 faizi olmuşdur. Dövlət
borcunun 29,2 faizi dəyişkən faiz dərəcəsi ilə, 70,8 faizi isə sabit dərəcə ilə cəlb
edilmişdir.

01 iyul 2019-cu il tarixi vəziyyətinə hökumət tərəfindən birbaşa cəlb edilmiş xarici
dövlət borcu 8.109,4 milyon ABŞ dolları ekvivalenti və ya ÜDM-in 17,3 faizini təşkil
etmişdir. Bu borclara əsasən avtomobil yolları, dəmir yolları, su təchizatı və
kanalizasiya, kənd təsərrüfatı və digər sahələrdə infrastruktur layihələrinin həyata
keçirilməsi məqsədilə cəlb edilmiş kreditlər, o cümlədən beynəlxalq maliyyə
bazarlarında emissiya edilmiş qiymətli kağızlar üzrə borclar daxildir. Bu borcun
tərkibində sabit faiz dərəcəsi ilə olan kreditlər borc məbləğinin 71,1 faizini (5.768,2
milyon ABŞ dolları), dəyişkən dərəcə ilə olan kreditlər isə 28,9 faizini (2.341,2 milyon
ABŞ dolları) təşkil etmişdir. Dəyişkən faiz dərəcələri cəlb edilmiş kreditlər üzrə istinad
dərəcələrinin (LİBOR və EURİBOR) dəyişməsindən asılı olaraq dövlət büdcəsində
xarici dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərin məbləği dəyişə
bilər. Dövlət müəssisələri tərəfindən xaricdən cəlb edilmiş və dövlət zəmanəti verilmiş
borclar üzrə şərti öhdəliklər 810,6 milyon ABŞ dolları məbləğində müəyyən
olunmuşdur. Dövlət borcunun idarə edən orqan tərəfindən bu kimi risklər mütəmadi
olaraq qiymətləndirilir və onlara nəzarət edilir.

Hökumət tərəfindən birbaşa cəlb edilmiş daxili dövlət borcu 1.184,0 milyon manat
və ya ÜDM-in 1,5 faizini təşkil etmişdir. Eyni zamanda dövlət müəssisələri tərəfindən
cəlb edilmiş daxili borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər 162,1 milyon
manat məbləğində müəyyən edilmişdir.

2019-cu ilin sonuna hökumət tərəfindən birbaşa cəlb edilmiş xarici dövlət
borcunun məbləği 8.107,6 milyon ABŞ dolları ekvivalenti, birbaşa cəlb edilmiş daxili
borcun məbləği isə 1.198,5 milyon manat məbləğində proqnozlaşdırılır. Dövlət
müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti
öhdəliklərin 826,2 milyon ABŞ dolları, daxili borclara verilmiş dövlət zəmanətləri üzrə
160,0 milyon manat məbləğində olacağı gözlənilir.
2020-ci ilin sonuna hökumət tərəfindən birbaşa cəlb edilmiş xarici dövlət borcunun
məbləği 7.996,2 milyon ABŞ dolları ekvivalenti, birbaşa cəlb edilmiş daxili borcun
məbləği isə 1.296,0 milyon manat məbləğində proqnozlaşdırılır. Dövlət müəssisələri
tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklərin
821,7 milyon ABŞ dolları, daxili borclara verilmiş dövlət zəmanətləri üzrə 155,0 milyon
manat məbləğində olacağı gözlənilir.

You might also like