Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 3

Azərbaycanın Fiziki Coğrafiyası 2014-2015 Nadirov Mahir A.

Böyük Qafqaz vilayətinin fiziki coğrafi rayonları

Samur- Dəvəçi fiziki coğrafi rayonu : B. Qafqazın şimal şərqi ilə Xəzər dənizi arasında
-26-27 m dən okean səviyyəsindən 200 m dən çox olan hündürlüklər arasında yerləşir.Şimal
hissədə eni 25-30 km, cənubda isə 3-4 km təşkil edir.Ərazi 4 cü dövrə aid olan çay ( allüvial ) və
dəniz çokmə süxurlarından təşkil olunmuşdur.Çayların gətirmə konusu və abrazion mənşəli
relyef formaları yayılıb.Ön Qafqaz tektonik zonasına aiddir.İqlimi qışı mülayim keçən
yarımsəhra quru- çöl iqlimidir.Günəşli saatların miqdarı 2200 saat, radiasiya 130 k.kal
( buludluğun çox olması ilə əlaqədar olaraq azalır) yağıntı isə 300- 400 mm .təşkil edir.B.
Qafqazın şimal- şərq çayları ərazidən keçərək Xəzərə tökülür.( yayda suvarmada istifadə
olunurlar ) .Ağzıbirçala gölü burada yerləşir.Ərazidən Samur- Abşeron və Xan -arx kanalları
çəkilmişdir.Son dövrlərdə Taxta körpü suanbarı tikilib istifadəyə verilmişdir.Rayonda qrunt
sularının səviyyəsi yer səthinə yaxındır ( 3- 5 m , Xəzər dənizinin təsiri ).Bu da ərazidə torpaq
bitki örtüyünə təsir etmişdir.Ərazidə əsasən çəmən- meşə , şorakətli boz qonur ( cənub şərqində )
və boz qonur ( cənubunda ) torpaqlar yayılmışdır.Ərazi düzən meşələr ( söyüd, qaraağac,
yalanqoz, qovaq, qızılağac , sarmaşıqlı bitkilər və.s) və yarımsəhra landşaftalarından ( yovşanlı-
efemerli bitkilər ) ibarətdir.Samur –dəvəçi fiz.coğ.rayonu intensiv antropogen təsirə məruz
qalmışdır.Rayonda antropogen ( mədəni) landşaftlar ( tərəvəz, üzüm , meyvə bağları )sahələri
geniş yayılmışdır.

Qonaqkənd fiziki coğrafi rayonu : Ərazi Samur- Dəvəçi ovalığından mütləq yüksəkliyi
4000 m dən artıq olan B.Qafqaz dağlarınnı suayırıcısına qədər ucalır.Ərazi Tufan, Şahdağ-Xızı,
Yan Silsilə, Təngi- Beşbarmaq kim iri relyef vahidlərindən ibarətdir.Alçaq dağlıq zonada Samur
çayı ilə Qudyalçay arasında Böyük Suval və Kiçik Suval tirələri və Qusar maili düzənliyi
yerləşir. Ərazidə mezazoy erasının yura , təbaşir yaşlı süxurları və kaynazoyun 3 dövr ( neogen )
süxurları yayılmışdır.Fiziki coğrafi rayon Böyük Qafqaz tektonik zonasında yerləşir.Yüksək və
orta dağlıq 8 ballıq,alçaqdağlıq isə 7 ballıq zəlzələ zonasına düşür.Rayonda sürüşmələr
( yağıntının çox, gilli süxurların geniş yayılması ilə ) , kanyonvarı dərələr ( Vəlvələçay dərəsi –
Azərbaycanın Fiziki Coğrafiyası 2014-2015 Nadirov Mahir A.o
yüksək meyllik və asan yuyulan süxurların olması ) və buzlaq mənşəli relyef formalaırı
yayılmışdır.Faydalı qazınıtılardan tikinti materialları, mərmər, yanar şist, gil ,mineral bulaqlar
( Xaltan , Xaşı, Cimi, Qalaaltı ) yayılmışdır.Ərazidə yağıntıları bərabər paylanan mülayim isti
iqlim, qışı quraq keçən soyuq iqlim və dağ tundra iqlim tipləri yayılmışdır.Rayon 400-800 mm
arası yağıntı alır.B.Qafqazın Şimal- şərq çayları ərazidən axırlar ( Hansı çaylardır və nə ilə
qidalanırlar ? ).Vəlvələçay ( Afruca ) və Qudyalçay üzərində şəlalələr vardır.Hündürlük üzrə
qəhvəyi , qonur meşə və dağ çəmən torpaqları yaılmışdır.Alçaqdağlıqda quru-çöl arid meşə,
ortadağlıqda dağ meşə landşaftları, yüksək dağlıqda isə dağ çəmən və subnival – nival
landşaftları yayılmışdır.Alçaq və orta dağlıq ərazilər antropogen təsirə daha çox məruz qalmışdır
( meyvə və tərəvəz sahələri ).Ərazidə Altıağac və Şahdağ milli parkları və Qusar yasaqlığı
yerləşir.

Zaqtala –Lahıc fiziki coğrafi rayonu : B.Qafqazın cənub yamacında Gürcüstanla


sərhəddən başlayaraq şərqdə Girdimançayla , cənubda isə Qanıx – Əyriçay vadisi ilə əhatə
olunur.500- 600 m dən Bazardüzünə qədər mütləq hündürlüyü əhatə edir.Ərazi əsasən yura və
təbaşir yaşlı süxurlardan təşkil olunmuşdur.Dağ ətəklərində isə 4 cü dövr süxurlarına rast
gəlinir.B. Qafqaz tektonik zonasında yerləşir.7- 8 ballıq zəlzələ zonasına aidir.Relyefin kəskin
dəyişilməsi, yamacların dik olması və yumşaq süxurların üstünlüyü sel , uçqun və sürüşmə
halllarını sürətləndirir.Sürüşmələr xüsusi ilə Mazımçay , Göyçay və Girdimançay hövzələirndə
aktivdir.Ərazi üçün dar sıldırımlı dərələr və buzlaq mnəşəli relyef formaları xarakterikdir.Tikinti
materialları , polimetal ( Filizçay ), yanar şist və mineral bulaqlarla ( İlisu , xalxal )
zəngindir.Rayonda əsasən yağınıtıları bərabər paylanan mülayim isti iqlim , bütün fəsillərdə bol
yağıntılı soyuq iqlim və dağ tundra iqlimi hakimdir.800- 1600 mm arası yağıntı düşür.B,
qafqazın cənub yamac çayları bu ərazidən axırlar ( hansı çaylar ?).Çaylarda tez-tez daşlı və daşlı-
palçıqlı sellər olur ( hansı çaylarda ?).Tufangöl bu əraziyə aiddir.Ərazidə qəhvəyi , qonur və dağ-
çəmən torpaqları ayayılmışdır.600- 2000m arası dağ meşə landşaftaları , 2200- 3000 m arası dağ
çəmən landşaftları və 3000m dən yuxarı isə subnival və nival landşaftaları yayılmışdır.Ərazidən
dəmyə əkinçilik , meyvəçilik və turizm məqsədi ilə istifadə olunur.Zaqatala , İlisu , Qəbələ və
İsmayıllı dövlət qoruqları bu ərazidə yerləşir.

Şamaxı fiziki coğrafi rayonu: rayon şimalda Baş Qafqaz silsiləsinin suayırıcısı ilə , cənub
–qərbdə Şirvan düzü ilə sərhədlənir .Rayonun ən hündür zirvələri Baş Qafqazdakı Gülümdostu
və Dübrar (2205 m ) zirvələridir.Ləngəbiz və Nialdağın çox hissəsi rayon ərazisinə
düşür.Ərazidə əsasən təbaşir yaşlı və kaynozoyun paleogen yaşlı süxurları üstünlük təşkil
edir.Ərazidə intensiv sütrüşmə hadisələri baş verir.Rayonun cənub-şərqində arid denudasyon
relyef formaları üstünlük təşkil edir.Rayon Böyük Qafqaz tektonik zonasında yerləşir.Bu ərazi
yüksək seysmikliyi ilə seçilir.Şamaxı şəhəri və ətrafi 10 ballıq , digər ərazilər isə 8-9 ballıq
zəlzələ zonasında yerləşir.Rayon bitum, mineral boyaq ,əhəngdaşı, mərmər və mineral bulaqlarla
zəngindir.Ərazidə əsasən yayı quraq keçən mülayim isti və qışı quraq keçən mülayim isti iqlim
tipləri yayılmışdır, şimal qərbində isə qışı quraq keçən soyuq iqlim tipi xarakterikdir.300- 800
mm arası yağıntı düşür.Ağsuçay , Pirsaat , Ceyrankeçməz və Sumqayıtçay bu ərazidən
axırlar.Şirvançöl su anbarı burada yerləşir.Şabalıdı , qara , qəhvəyi dağ meşə və dağ çəmən
torpaqları geniş yayılmışdır.Ərazidə quru çöl , meşə- çöl,dağ meşə və dağ çəmən landşaftaları
şaquli qurşaqlıq yaradır.Rayondan dəmyə əkinçilik ( taxıl , meyvə və üzümçülük ) , otlaq –
biçənək və turizm məqsədi ilə istifadə olunur.Pirqulu dövlət qoruğu rayon ərazisində yerləşir.

Abşeron- Qobustan fiziki coğrafi rayonu :Rayon Cənub- Şərqi Qafqazın şərqində
alçaqdağlıq və dağətəyini əhatə edir.Geoloji cəhətdən neogen , paleogen və 4 cü dövr
süxurlarından təşkil olunmuşdur.Arid denudasion və abrazion mənşəli relyef formaları
Azərbaycanın Fiziki Coğrafiyası 2014-2015 Nadirov Mahir A.o
yayılmışdır.B.Qafqaz tektonik zonasında yerləşir.6- 7 ballıq zəlzələ zonasına aiddir.Ərazi palçıq
vulkanlarla zəngindir ( Torağay, Otmanbozdağ , Şıxzəyirli, Kənizədağ , Qalmaz, Lökbatan,
Axtarma -Paşalı, Bozdağ və .s).Faydalı qazıntıları: neft, qaz, gil, əhəng daşı, kvars qumu, yanar
şist, bitum, duz, müalicə palçığı, mineral sular ( Şıx, Suraxanı ) və.s.Ərazidə qışı mülayim keçən
yarımsəhra quru çöl iqlimi hakimdir.Günəşli saatlar 2200-2400 saat, radiasiya 130-135 k.kal/sm2
, illlik yağıntı isə 200-300 mm təşkil edir( ən az yağıntı Qobustanın cənub- şərqinə 50 mm düşür
).Xəzri və gilavar külələri ərazi üçün xas olan küləklərdir.Əsas çayları Pirsaat , Ceyrankeçməz,
Sumqayıtçaydır ( nə ilə qidalanırlar ? sel hadisələri baş verirmi ?).Gölləri qalıq mənşəlidir
Binəqədi , Böyükşor , Masazır, Hocahəsən , Kürdəxanı ( göl çuxurları necə
mənşəlidir?).Ərazidə Ceyranbatan su anbarı yerləşir ( hansı məqsədlə istifadə olunur və su
təchizatını nə təşkil edir ?). Sahil zonasında qumluqlar ,Qobustanın cənubunda və yarımadanın
qərbində şorakətli boz qonur, çox hissədə isə boz qonur torpaqlar yayılmışdır.Ərazidə əsasən
yarımsəhra və alçaqdağlığın yarımsəhra ( qobustanda ) landşaftları yayılmışdır.( yarımsəhra
bitkiləri hansılardır ?).Rayon ərazisi intensiv antropogen təsirə məruz qalmışdır ( texnogen
komplekslər , yaşayış məntəqələri).Qobustan ərazisi qış otlağı kimi istifadə olunur.Ərazidə
Qobustan dövlət qoruğu və Abşeron milli parkı yerləşir.

You might also like