Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 7

1

Mədən geologiyası (050602) - 2017


Mühazirə 4. Çoxlaylı mədənin geoloji quruluşu. Onun şaquli
kəsilişinin öyrənilməsi (2 s).

Nəzərə alsaq ki, flüidlər yer təkində müəyyən həcmlərdə yerləşir, onda
tədqiqatlar X, Y və Z oxları üzrə aparılaraq nəticələri strukturun üçölçülü
modellərində əks olunmalıdır.
Strukturların stratiqrafik bölümlərində baş vermiş fasial dəyişmələr
haqqında məlumatların alınması neft geologiyasının ən vacib problemlərindən
biridir. Bu məsələni həll etmək üçün strukturun müxtəlif sahələrində
(nöqtələrində) qazılmış quyuların kəsilişindən əldə edilən geoloji-geofiziki
məlumatlar ətraflı öyrənilir.
Belə tədqiqatlar əsasən strukturda aparılan axtarış-kəşfiyyat işləri prosesində
və işlənilmənin ilk mərhələsində həyata keçirilir. Məhz bu dövrlərdə qazılan
müxtəlif təyinatlı quyuların kəsilişindən götürülmüş süxur nümunələri
öyrənilir və geofiziki üsullarla tədqiq olunur: layların stratiqrafik ardıcıllıqla
yatımı, onların qalınlığı və litoloji tərkibi, neftli-qazlı layların mövcudluğu və
onların yatma şəraiti və s. məlumatlar strukturun geoloji quruluşunun
öyrənilməsinə kömək edir. Məhsuldar təbəqələrin isə kollektorluq qabiliyyəti,
neftlə-qazla doyma dərəcəsi, fliudlərin fiziki-kimyəvi göstəriciləri, hasilat
imkanları hər tərəfli tədqiq olunur ki, bu da həmin strukturun xalq təsərrüfatı
baxımından qiymətləndirilməsi ilə nəticələnməlidir.
Quyu kəsilişinin ö y r ə n i l m ə s i. Keçmiş dövrlərdə qazıma
prosesində kəsilişdən tam keyfiyyətli süxur nümunələrinin götürülməsi üçün
texniki imkanlar məhdud idi. Bu məqsədlə istifadə edilən müvafiq baltalar, yan
süxurgötürən cihazlar çox vaxt kəsilişin gilli hissəsindən nümunənin götürməsini
təmin edirdisə, qum fraksiyalı nümunələrin yer səthinə qaldırılmasına nail olmaq
isə çətin olurdu: onların qismən və ya tamamilə dağılması baş verirdi. Son nəticədə
yatağın kəsilişinin eyni dərəcədə tədqiqi mümkün olmurdu. Lakin müasir dövrdə
qazıma prosesində istifadə olunan çox effektli avadanlıqlar süxur nümunələrini
fasiləsiz və keyfiyyətli götürülməsini təmin edir ki, bu da strukturların kəsilişinin
2
təsvir edilməsinə imkan verir. Onu da qeyd edək ki, quyulardan fasiləsiz süxur
nümunəsinin götürülməsi (xüsusi ilə böyük dərinliklərdə yatan laylardan) və
laboratoriyalarda tədqiqi baha başa gələn bir prosesdir. Odur ki, quyu kəsilişinin
öyrənilməsində geofiziki üsullardan geniş istifadə edilir. Bu üsulların tədqiqatlara
cəlb etmək üçün bir qayda olaraq aşağıdakı ardıcıllıqdan istifadə edilir: əvvəlcə
strukturda qazılan ilk quyulardan süxur nümunələri (kern) götürülür və tədqiq
olunur. Sonra həmin quyularda geofiziki tədqiqat üsulları vasitəsilə də kompleks
tədqiqatlar aparılır. Hər iki üsulla alınan ölçü qiymətləri xüsusi cədvəllərdə əks
etdirilir. Onların müqayisəsi vasitəsilə bütün lay parametrlərinin (məsələn,
məsaməliyin) geofiziki qiyməti təyin edilir. Bu isə həmin strukturda sonralar
qazılan quyularda süxur nümunələri götürülmədən belə onun kəsilişində rast
gələn bütün layların parametrlərinin yalnız geofiziki tədqiqatlarla öyrənilməsini
təmin edir.
Beləliklə, quyuların qazılması prosesindən kompleks geoloji-geofiziki
üsullarla əldə edilmiş lay parametrlərinin qiymətləri müvafiq cədvəl və
xəritələrdə göstərilir ki, bu da strukturun müxtəlif hissələrində (nöqtələrində)
kəsilişi öyrənməyə kömək edir. Bu məlumatların ümumiləşdirilməsi isə
strukturun daxili quruluşunun müəyyən ehtimallıqla təsvirini təmin edir.
Yuxarıda qeyd edildiyi kimi, quyu kəsilişlərinin öyrənilməsində geofiziki
üsulların imkanları artmaqdadır.Neft yataqlarının tədqiqində istifadə edilən əsas
müasir geofiziki üsullar haqqında məlumatlar aşağıda verilir.
1. Elektrik karotajı (fərz olunan xüsusi müqavimət və quyu potensialı üsulları:
yan karotaj zondlama üsulu, yan karotaj üsulu, induksiya karotajı).
2. Radioaktiv karotajı (qamma karotaj üsulu, qamma–qamma karotaj üsulu,
neytron karotaj üsulu, neytron-qamma karotaj üsulu, impuls neytron karotaj
üsulu və s.).
3. Akustik karotaj (sürətə görə akustik karotaj, sönməyə görə akustik karotaj
və s.).
4. Termometriya üsulu.
5. Kavernometriya, inklinometriya.
3
6. Qaz karotajı.
7. Debitometriya (sərf ölçən).
Strukturlarda k ə s i l i ş l ə r i n ö y r ə n i l m ə s i. Hər hansı bir
strukturu öyrənmək üçün onun sahəsində qazılmış hər bir quyunun geoloji və
geofiziki üsullarla kəsilişi öyrənilməli və müqayisəli təhlil edilməlidir.
Quyular qazılarkən baltanın keçdiyi hər bir layın yatma dərinliyi, qalınlığı,
litoloji tərkibi, neft-qazlılığı və s. göstəricilər haqqında məlumatlar əldə edilməli
və xüsusi cədvəl və qrafiklərdə əks etdirilməlidir. Bütün bu məlumatları əyani
göstərmək üçün hər bir quyu üçün şaquli kəsiliş sütunu tərtib edilir. Sütun
müəyyən miqyasla (məsələn, 1:500, 1:1000) qurulur və ardıcıl olaraq aşağıdakı
əməliyyatların yerinə yetirilməsini nəzərdə tutur: lay dəstələrinin, horizontların
və nəhayət layların ayrılması və geoloji-geofiziki məlumatların şərhi. Burada
müxtəlif stratiqrafik çöküntü komplekslərin geoxronoloji yaşı, ümumi və effektiv
qalınlığı, neftliliyi, qazlılığı və s. göstəricilərinin geoloji-petrofiziki (kern) və
geofiziki qiymətlərinin alınması və təhlili nəzərdə tutulur.
Strukturda (onun müxtəlif sahələrində) sonralar ikinci, üçüncü və s.
quyular qazıldıqda da eyni yanaşmalarla onların geoloji-geofiziki kəsilişləri tərtib
olunur və bir-biri ilə müqayisə olunur. Bu kəsilişlərin müəyyən istiqamətlərdə
(eninə və uzununa) izlənilməsi isə son nəticədə öyrənilən strukturun daxili
quruluşu haqqında məlumatların alınmasına kömək edir.
Strukturda qazılmış quyuların kəsilişlərinin bu cür müqayisəsinə mədən
geologiyasında korrelyasiya əməliyyatı deyilir. Bu əməliyyat qoyulan məsələnin
mahiyyətindən asılı olaraq aşağıdakı üsullarla həyata keçirilir.
1. Regional korrelyasiya. Adından göründüyü kimi bu əməliyyat region
(hövzə) miqyasında aparılır və buranın geoloji quruluşunun ilkin öyrənilməsində
istifadə edilir. Regionun müxtəlif strukturlarında qazılan quyuların kəsilişlərinin
stratiqrafik bölünməsi, çöküntü komplekslərinin lay dəstələrinə (bəzən laylara)
ayrılması, onların qalınlıqları və dəyişmə intervalları haqqında ən ümumi
məlumatlar əldə edilir.
4
Regional korrelyasiya materiallarından əsasən axtarış və kəşfiyyat
işlərində istifadə edilir.
2. Ümumi korrelyasiya. Korrelyasiyanın bu üsulu konkret strukturlarda
qazılmış quyuların kəsilişlərinin müqayisəsini təmin edir ki, bu da həmin
strukturun quruluşu haqqında məlumatlar almağa imkan verir. Bu mərhələdə
strukturun kəsilişində gedən laylaşmanın xarakteri, neft-qazlılıq imkanları və s.
haqqında ilkin məlumatların alınması təmin olunur.
Bu dövrdə yataq üçün normal və tipik kəsilişlər tərtib edilir. Nəzərə almaq
lazımdır ki, neft yataqlarının böyük əksəriyyəti müxtəlif yatma bucaqları ilə
səciyyələnən laylarla əlaqədardır. Bu səbəbdən və quyu gövdəsinin əyilməsi
üzündən layların quyulardakı qeyd olunmuş (görünən) qalınlığı ilə onların həqiqi
qalınlığı arasında müəyyən fərqlərə təsadüf olunur (şək.1). Layın şaquli
kəsilişindən həqiqi qalınlığa keçmək üçün sadə hesablama üsulundan istifadə
edilir.
h = b·cos
burada h – layın həqiqi qalınlığı, m-lə; b – layın görünən qalınlığı, m-lə; 
– layın yatma bucağı (inklinoqramma vasitəsi ilə ölçülür).

h b

h - həqiqi qalınlıq, m-lə


b – şaquli (görünən) qalınlıq, m-lə
 - layın yatma bucağı
Şəkil 1. Layın qalınlıqlarının təyini.
5
Kəsilişin qurulmasında yatağa qazılmış quyu fondunun məlumatlarından
maksimum istifadə edilməlidir. Burada elektrik və radioaktiv karotaj ölçülərinin
nəticələrinə xüsusi diqqət yetirilməlidir.
3. Müfəssəl korrelyasiya. Bu üsulun tətbiqi strukturlarda axtarış və
kəşfiyyatın son mərhələsində quyuların sayının nisbətən çox olduğu halda
mümkündür. Məhz bu mərhələdə kəsilişlərin tədqiqi nəticəsində həmin
strukturun ilkin geoloji modeli yaradılır. Bu modeldə laylaşma sərhədləri,
sahələri, məhsuldar layların ayrılması, qırılmalar və s. öz əksini tapmalıdır
(şək.2).
ŞQ
400 1
300 2 CŞ
4
. . . 3
. . . ... ..
200
.
. .. . . . . . . . .. . . ... . . .
100 . .. . . ... . . .
. . .
0 .. . . .
..
. . . .
-100
. . .. . . . . . . . .. .
. . . . . . .
-200 . . . . . .
..
. . .
-300 . .. .
. . .. .
-400 . . . .
. .. . .. ...... . . . .. . ...
. .. . . ..
..

-500 ..
.
-600
. . . .. ... .
-700 ... . .
-800

-900

-1000 ..
. .
. . .
-1100 . . . .
. . .. . . .
-1200 .
. . . .. .
. ..
-1300 ... . .
..
-1400
M

Şəkil 2. Strukturun korrelyasiya sxemi.

Bu proses yatağın geoloji quruluşunun ümumi göstəricilərini özündə


cəmləşdirir və aşağıdakı ardıcıllıqla aparılır: sahədə qazılmış bütün quyularda
kəskin və qeyri sabit reperlərin sərhədləri (alt və üst), qalınlıqları və litoloji
quruluşu geoloji-geofiziki sütunda (sahə böyük olduqda – sütunlarda) yerləşdirilir.
Bundan sonra onlardan üstdə və altda yatan laylar və horizontların mövqeyi ardıcıl
olaraq müəyyənləşdirilir və sütunda yerləşdirilir. Beləliklə, yatağın müfəssəl
6
kəsilişi tərtib olunur və laylara geoxronologiyaya müvafiq adlar (indekslər)
verilir. Məsələn, bizim üçün maraq kəsb edən Cənubu Xəzər çökəkliyi
yataqlarında alt pliosen yaşlı çöküntü kompleksinin kəsilişində (stratiqrafik
dərinliklər artdıqca) suraxanı, sabunçu, balaxanı, fasilə lay dəstələri, qırməki üstü
gilli və qumlu, qırməki, qırməki altı və qala lay dəstələri ayrılır (cəd.1). Onu da
qeyd etmək lazımdır ki, hövzənin müxtəlif qalxımlarında özünəməxsus istinad
kəsilişləri tərtib olunmuş və müxtəlif cür indeksləşdirilmişdir.

Suraxanı lay dəstəsi


Üst şöbə

Sabunçu lay dəstəsi


Balaxanı lay dəstəsi
Məhsuldar Qat

Fasilə lay dəstəsi


Qırməki üstü gilli lay dəstəsi (QÜG)
Qırməki üstü qumlu lay dəstəsi (QÜQ)
Alt şöbə

Qırməki lay dəstəsi (QD)


Qırməki altı lay dəstəsi (QAD)
Qala lay dəstəsi (QaD)

Cəd.1. Cənubi Xəzər hövzəsində məhsuldar qat çöküntülərinin


stratiqrafik bölgü sxemi
Yuxarıda qeyd edildiyi kimi strukturun bütün sahəsində çox vaxt
laylaşma müxtəlif xarakterli olur. Belə hallarda strukturun daxili quruluşunu
ətraflı öyrənmək üçün onun müxtəlif zonalarında quyu kəsilişləri ayrılıqda
korrelyasiya edilməlidir. Bu zaman qalxımın sahəsində gedən fasial dəyişmələr,
onların paylanma arealları və səciyyələri (lay və laycıqların növbələşməsi və
kəsilişdə pazlaşması və s.) ətraflı öyrənilməlidir. Alınan nəticələr müvafiq xəritə
və profillərdə öz əksini tapmalıdır.
Strukturun bütün zonaları üçün aparılan sahəvi korrelyasiya
əməliyyatlarının nəticələri sonradan bir-biri ilə müqayisə edilir və son nəticədə
həmin yatağın daxili quruluşunun öyrənilməsini təmin edir.
Geoloji profilin tərtibi üsulu
Geoloji profillər yatağın daxili quruluşu haqqında qiymətli məlumatlar
verir. Onlar yatağın müxtəlif hissələrindəki kəsilişlərdə laylaşmanın xarakterini
7
(qalınlıqlarını, litofasial xüsusiyyətlərini və s.) əks etdirir. Bu məlumatlara
istinadən struktur xəritələr qurulur, müxtəlif təyinatlı quyuların qazılması üçün
layihələr tərtib edilir və s. Geoloji profillər strukturun uzununa və eninə
istiqamətləndirilir və strukturun geoloji-tektonik səciyyəsindən asılı olaraq
quyuların yerləşdirilmə sxemi əsaslandırılır.
Geoloji profillərin miqyası geoloji xəritənin miqyasına uyğun seçilməlidir.
Profillərin tərtibi aşağıdakı ardıcıllıqla həyata keçirilir:
- quyuların qazıldığı strukturun geoloji quruluşu haqqında ilkin
tədqiqatlar aparılır;
- dəniz səviyyəsi (Baltik dənizinin səviyyəsinə müvafiq) müəyyən
edilir və hər bir quyuda onun yeri qeyd edilir;
- qazılmış hər bir quyunun gövdəsinə paralel ikinci şaquli xətt çəkilir
və onlarda stratiqrafik-litoloji məlumatlar qeyd olunur (regionda
qəbul edilmiş şərti işarələrlə);
- geoloji izləmə üsulu ilə eyni adlı layların korrelyasiyası aparılır.

You might also like