Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 8

1

Mədən geologiyası (050602) - 2017


Mühazirə 11. Neft-qaz yataqlarının təbii rejimləri (2 saat).
Layın işlənilmə prosesində həm təbii, həm də süni amillərdən asılı olaraq
müəəyən qüvvələrin təsiri baş verir. Təbii amillər lay quruluşunun geoloji
xüsusiyyətləri, laydakı mayenin və qazın xassələri, təzyiq, temperatur və s. ilə
əlaqədardır. Bunlara quyuların yerləşmə və istismara daxil olma ardıcıllığı,
mayenin çıxarılma sürəti, laylara təsir edilmə və s. daxildir.
Neftli-qazlı horizontların işlənilməsinin layihəsi, təhlili və tənzim edilməsi
layın rejimini, yəni yatağın istismarı prosesində lay enerjisinin təzahür formasını
bildirmək çox əhəmiyyətlidir. Rejimlərin hazırda mövcud olan təsnifatı layda
müəyyən növ enerjinin təzahürünə əsaslanır. Adətən, bir layın ayrı-ayrı hissəsində
müxtəlif rejimlər olur. Rejimə belə ad vermək olar: işlənilmə prosesində lay
enerjisinin üstünlük təşkil edən formasına lay rejimi deyilir.
Təsir edən qüvvələrin təbiətindən asılı olaraq aşağıdakı əsas rejimlər mövcuddur:
subasqı rejimi, elastitk subasqı rejimi, qaz basqı (qaz papağı) rejimi, neftdə həll
olmuş qaz rejimi, qravitasiya rejimi.
Layın rejiminin müəyyən edilməsi mürəkkəb məsələdəir. Bunun üçün bütün
geoloji-mədən məlumatları dəqiq təhlil edilməli, layın litoloji-fiziki xassələrini,
lay təzyiqinin və debitinin dəyişməsi, konturların hərəkəti və quyuların sulaşma
dinamikasını və s. öyrənmək lazımdır. Layın işlənilməsi rejimdən asılı olaraq
neftvermə əmsalının müxtəlif qiymətləri olacaqdır. Buna görə də müəyyən növ
rejimlərin baş vermə səbəblərini bilmək geoloq üçün çox vacibdir. Bir çox
yataqların öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, layların rejimi
qırışıqların tektonik xüsusiyyətlərindən, kollektolrların geoloji-fiziki xassələrindən,
habelə neftin, suyun, qazın fiziki-kimyəvi xassələrindən də asılıdır.
Tektonika suyun hərəkət istiqamətinə və gücünə, beləliklə, də neft yatağının
əmələ gəlməsinə xeyli təsir göstərir. Həmçinin layın rejimi litologiyadan da
asılıdır. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycanda yataqların heç
biri konkret olaraq rejimlərlə sərbəst xarakterizə olunmurlar. Yataqların
hidrodinamiki xassələri mürəkkəb halda özünü göstərir ki, bu da eyni bir layda
2
müxtəlif rejimin birgə təsirinin nəticəsidir. Məsələn, tədqiqatçıların fikrincə,
Suraxanı yatağında QÜQ və V horizontlar sərbəst subasqı rejimi ilə
səciyyələnirlər.Lakin burada lay təzyiqi işlənilmə prosesində sabit qalmamış, neft-
su kontaktının bərabər hərəkəti isə qeyd edilməmişdir. Bu hal neftdə həll olmuş
qaz rejimli yataqlara da aiddir.
Aşağıda təbii rejimlər haqqında məlumatlar verilmişdir.
Subasqı rejimi- ən effektiv rejimlərdən biridir. Bu rejimdə nefti quyudibinə
hərəkət etdirən əsas hərəkətetdirici qüvvə kontur və yaxud, daban sularının
yaratdığı təsir qüvvəsidir. Yatağın işlənilməsi dövründə kontur sularının təsiri
altında SNK layın tağhissəsinə doğru hərəkət edir ki, bu da yatağın həcmini
kiçildir. İşlənilmə zamanı yataqdan çıxarılan neftin lay şəraitində əvəz edicisi
kənarvəya kontur sular olur.
Subasqı rejimində adətən istismar praktiki olaraq yüksək vəsabit quyudibi təzyiq
ilə aparıldığından, neftin və qazın quyu dibinə sıxışdırılması prosesində neftin
ağırlıq qüvvəsinin həcmi, süxurun elastik xassələri nəzərə alınmaya bilər. Su basqı
rejimli yataqlardai lk lay təzyiqinin sabit qalması qaz amilinin az və sabit olmasına
səbəb olur (şəkil 1).
Bu rejim üçün aşağıdakılar səciyyəvidir:
- yataqdan çıxarılan ümumi mayenin həcmi ilə kontur və ya daban sulardan
yatağa daxil olan suyun həcmi bərabərdir;
-lay təzyiqi dəyişmir, və yaçox cüzi dəyişir;
- SNK işlənilmə prosesində kəskin dəyişir;
- Son neftvermə əmsalı 0,6-0,70 arasında ola bilər;
- yatağın işlənilməsində V mərhələnin olması mümkündür.
3
СУБАГ ЫРЕЖ
ИМИИЛЯ СЯЪИЙЙЯЛЯНЯН ЙАТАГ ЛАРЫ
Н
ИШЛЯНИЛМЯ Г РАФИК И

Рпл Рнас QН Q b rp
Q

Рпл
Рна с

rp

0 10 20 30 40 50 60 70
Нефтеотдача, %

График эксплуатации пласта при водонапорном режиме.


Кривые. QН - добычи нефти;
Qв - добычи воды; Рнас - давления насыщения.
P L - пластового давления; rp - газового фактора;

Elastik və ya sərt subasqı rejimi. Lay kollektorlarının məsamələrində olan


neft və süxurlar arasında elastik qüvvə ilə yanaşı kontur və ya daban sularının
yaratdığı təzyiq qüvvəsinin nəticəsində neft quyu dibinə hərəkət edir. Bu rejim
üçün aşağıdakı əsas xüsusiyyətlər səciyyəvidir:
- yataqdan çıxarılan mayenin həcmi laya daxil olan suyun miqdarından çoxdur;
- lay təzyiqi işlənilmə prosesində azalır;
-izobar xəritəsinin qurulması lazımdır;
-SNK az dəyişir;
- son neftvermə əmsalı 0,5-0,55 olur.
4
- işlənilmə prosesində layda təzyiqi bərpa etməküçün suvurma prosesinin
istifadəsi məqsədəuyğundur.
Elastik subasqı rejimi ilə subasqı rejimi arasında fərq ondan ibarətdir ki,
laydan ardıcıl olaraq maye və qaz hasil edildikcə, subasqı rejimində təzyiqin az
dəyişməsi, elastik subasqı rejimində isə tədricən dəyişməsi ilə səciyyələnir
(şəkil 2).

СЯРТ СУ БАСГ ЫРЕЖИМЛИЛАЙЛАРЫ


Н ИШЛЯНИЛМЯ
Г РАФИК И

Qн Qв Pпл Гр Pнас

Гр
Pнас

Pпл

10 20 30 40 50 60
Нефтеотдача, %

График эксплуатации пласта при


упруго-водонапорном режиме.

Qazbasqı rejimi. Bu rejimdə nefti quyu dibinə hərəkət qüvvə etdirən qaz
papağında olan qazın genişlənməsidir. İşlənilmə dövründə yataqdan neft hasil
edildikcə neft-qaz kontaktının layın neftli hissəsinə tərəf tədricən hərəkət etməsi
nəticəsində neftli hissənin sahəsi və lay təzyiqi getdikcə azalır. İşlənilmənin ilkin
dövründə kontur suları (əgər mövcuddursa) fəal hərəkət etmir. Lakin qaz
papağında təzyiq aşağı düşdükcə kontur sularının da hərəkəti baş verə bilər. Qaz
5
papağında təzyiqin düşməsi nəticəsində aralıq suların hərəkəti də yaranır ki, bu da
sulaşmanın artmasına səbəb olur. Qeyd etmək lazımdır ki, bu rejimdə qaz
papağında olan qazı hasil etmək, quyuları yüksək qaz amili ilə istismar etmək
məqsədəuyğun deyil. Rejimin xarakterik xüsusiyyətləri (şəkil 3):
- laydan çıxarılan neftin həcmi qaz papağında qazın genişdəndiyi həcmi ilə
tənzimlənir;
- lay təzyiqi kəskin aşağı düşür;
- izobar xəritəsinin qurulması lazımdır;
- SNK dəyişmir;
- qaz amili informativ göstricidir;
- son neftvermə əmsalı 0,40-0,45 olur.
Г А ЗБА СК ЫРЕЖИМИИЛЯ СЯЪИЙЙЯЛЯНЯН ЙА ТА Г ЛА РЫ
Н
ИШЛЯНИЛМЯ Г РА ФИК И

Qн Qв Pпл Гр Pнас
Гр

Pнас

Pпл

10 20 30 40
Н ефтеотдача, %

График эксплуатации пласта


при газонапорном режиме.
6
Neftdə həll olmuş qaz rejimi (şəkil 4 ). Yataqların əsas enerjisini neftdə həll
olmuş qaz təşkil edir. Nefti quyu dibinə hərəkət etdirən qüvvə lay təzyiqinin
düşməsi ilə əlaqədar qaz qabarcıqlarının genişlənməsidir. Kontur sularının
hərəkəti zəif olduğundan SNK işlənilmənin sonunadək dəyişmir və yatağın həcmi
sabit qalır. Aşağıdakı xüsusiyyətlərə malikdir:
- yatağa kənardan maye daxil olmur;
- lay təzyiqi kəskin azalır;
- SNK dəyişmir;
- qaz amili informativ göstricidir;
- izobar xəritəsi mütəmadi olaraq qurulmalıdır;
- son neftverməəmsalı 0,2-0,3 arasında dəyişir;
- yatağın işlənilməsində II mərhələ çox az müddəti əhatə edir, bəzən isə heç
olmur.
Bu rejimli yataqlarda quyuların hasilatı və lay təzyiqi getdikcə aşağı düşür.
İşlənilmənin ilk dövründə qaz amilinin qiyməti müəyyən səviyyəyəqədər artır,
sonra isə yatağın enerjisi tükəndikcə azalmağa başlayır. Lay təzyiqinin düşməsi ilə
əlaqədar olaraq sərbəst qazın ayrılması neft üçün faza keçiriciliyinin xeyli
azalmasına səbəb olur. Buna görə də dicər rejimlərlə müqayisədə burad neftverm
əaz olur. Yataq subasqı və ya qazbasqı rejimləri ilə istismar edildikdə belə, yatağın
ayrı-ayrı hissələrində həll olmuş qaz rejimi təzahür edə bilər. Əgər layın hər hansı
bir hissəsində lay təzyiqi neftin qazla doyma təzyiqindən çox olarsa, bu zaman
layın həmin hissəsində neftdə həll olmuş qaz rejimi olacaqdır.
7
НЕФТДЯ ЩЯЛЛ ОЛМУШГ АЗ РЕЖИМИИЛЯ СЯЪИЙЙЯЛЯНЯН
ЙАТАГ ЛАРЫН ИШЛЯНИЛМЯ Г РАФИК И

Г н, Ппл , Гр, Рнас

Рнас

Гр

Рпл

Гн

A
10 20 30 40 A
НЕФТЕОТДАЧА, %
Гр а ф и к э кс п л у ат а ц и и п л а с т а
п р и р е ж и м е р а с т в о р е н н о го г а з а
А - А - гр авитацио нно й р еж им .
А - А - г рав итасий а режим и

Qravitasiya rejimi. Bu rejimli yataqlarda nefti quyu dibinə hərəkət etdirən


qüvvə neftin ağırlıq qüvvəsidir. Kiçik neftvermə ilə səciyyələnir (0,2 –ə qədər).
Rejim üçün xarakerik xüsusiyyətlər aşağıdakılardır:
- laydan çıxarılan nefti əvəz edən maye laya daxil olmur;
- lay təzyiqi kəskin düşür;
- SNK dəyişmir;
- son neftvermə əmsalı 0,1-0,2 –ə bərabərdir;
- yatağın işlənilməsində mərhələlər tam olmur.
Qarışıq rejim. Yuxarıda göstərilən rejimlər işlənilmə prosesində yatağın
müxtəlif hissələrində eyni vaxtda rast gəlinə bilər. Məsələn, yatağın qanadında su
basqı, tağ hissəsində isə qazbasqı rejimlərinin təsiri iləyaranan qarışıq rejim.
8
Yataqlarda işlənilmə prosesində əmələ gələn qarışıq rejimlərə misal olaraq
neftdə həll olmuş qaz rejimin tədricən yatağın müxtəlif hissəsində qravitasiya
rejiminə keçməsini göstərə bilərik. Ümumiyyətlə, qarışıq rejim ikinci rejimin
üstün olmasından daha çox asılıdır.

You might also like