C-fakepathMьhazir 21. Neft ehtiyatlar n n t snifat v h cm ьsulu il hesablanmas

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 3

1

Mədən geologiyası (050602) - 2017


Mühazirə 21. Neft ehtiyatlarının təsnifatı və həcm üsulu ilə hesablanması
(2 saat).
Yataqlarda neft, qaz və kondensat yığımlarının həcmi onları xalq təsərrüfatı
baxımından qiymətləndirməyə imkan verir. Odur ki, ayrı-ayrı layların və
bütövlükdə mədənin ehtiyatları haqqında məlumatların alınması ən vacib
problem kimi qiymətləndirilməlidir. Problemin həlli müxtəlif çətinliklərlə
qarşılaşır. Belə ki, flüidlərin toplandığı geoloji mühit hər hansı bir həndəsi
formaya uyğun gəlmir, daxili quruluşu isə lay parametrlərinin müxtəlifliyi və
tektonik qırılmalarla səciyyələnir. Lakin yatağın axtarış və kəşfiyyat işlərinin
sonunda belə ən vacib elementlər haqqında ətraflı məlumatlar olmur. Belə
şəraitdə lay flüidlərinin ehtiyatlarını hesablamaq üçün müvafiq elm sahələrinin,
o cümlədən, geologiya, geofizika, riyazi statistika, ehtimal nəzəriyyəsi və s.
imkanlardan geniş istifadə edilir.
Problemin vacibliyini nəzərə alaraq tələbələrə “Neft, qaz və kondensat
ehtiyatlarının hesablanması” fənni tədris olunur. Bu səbəbdən də hazırkı
dərslikdə yataqların ehtiyatlarının hesablanması haqqında yalnız ümumi təsəvvür
verilir.
Beləliklə, lay süxurlarında toplanmış neft, qaz və kondensatın miqdarına
ehtiyat deyilir. Ehtiyat dəqiqlik dərəcəsinə görə xüsusi təsnifat əsasında
qiymətləndirilir. Yataqların ehtiyatları öyrənilmə dərəcəsinə görə aşağıdakı
kateqoriyalara ayrılır – A, B, C1və C2 kateqoriyaları.
A kateqoriyası. Yataqlar istismar edilən dövrdə onların informasiyası tam
əldə edilibsə, onun ehtiyatı A kateqoriyasına aid edilir. Bu halda yatağın forma
və qalınlığı, kollektor xassələri, neft və qazın fiziki-kimyəvi tərkibi, quyuların
hasilatı ilə yanaşı onların təbii rejimləri haqqında dəqiq məlumatların olması
tələb olunur. Bundan əlavə A kateqoriyalı ehtiyata malik yataqların sahəsi
tamamilə quyu şəbəkəsi ilə əhatə olunmalı və həmin quyulardan yatağın geoloji-
texnoloji parametrləri haqqında kompleks məlumatlar əldə edilməlidir.
2
B kateqoriyası. Yataqların ehtiyatının B kateqoriyasına aid edilməsi üçün
aşağıdakı amillər tələb olunur: yatağın müxtəlif hipsometrik hissələrində qazılan
quyulardan sənaye əhəmiyyətli neft və qaz hasil edilməli; lay neftinin və
qazının tərkibi dəqiq öyrənilməli və yatağın forma və ölçüləri, süxurlarının
kollektorluq qabiliyyəti haqqında müəyyən (təxmini) məlumatlar olmalıdır.
C1 kateqoriyası. Yataqların geoloji və geofiziki öyrənilməsi kifayət qədər
olmadıqda onun ehtiyatı C1 kateqoriyasına aid edilir. Lakin burada yataq üçün
ən azı aşağıdakı məlumatlar olmalıdır: yataqda qazılan bəzi quyularda sənaye
əhəmiyyətli hasilat qeyd edilməli; layların formasını və yatma şəraiti,
kollektorluq haqqında quyu məlumatı məhdud olduğundan geofiziki və analoji
öyrənilmiş (qonşu strukturlara əsasən) metodlar vasitəsilə təsəvvür yaranmalıdır.
C2 kateqoriyası. Quyu məlumatı perspektiv strukturlarda geoloji-geofiziki
təsnifatlarla əsaslandırılan ehtiyatlar C2 kateqoriyasına aid edilir.
Neft yataqlarının ehtiyatı xalq təsərrüfatı baxımından iki tipə bölünür:
balans ehtiyatı – iqtisadi göstəricilərə görə istismarı məqsədə uyğun olan
yataqların ehtiyatı;
balansdan kənar ehtiyatı – müvafiq texnika və texnologiya ilə və ya
iqtisadi göstəricilərə görə cari dövrdə istismar edilməyən yataqların ehtiyatı.
Ehtiyatlar hesablanarkən aşağıdakı bölgülər nəzərə alınmalı və
əsaslandırılmalıdır: balans - ilk və qalıq (cari), çıxarılabilən - ilk və qalıq (cari).
Neft ehtiyatları
Neft ehtiyatının hesablanmasında ən çox istifadə edilən metod həcm
üsuludur. Bu üsul məsaməli həcmdə neftin toplanması xarakterinə əsaslanmışdır.
Q = F·h·m·β·ρ·θ
Q – sənaye əhəmiyyətli çıxarılabilən neft ehtiyatı, ton;
F – neftlilik sahəsi, m2;
h – layın effektiv qalınlığı, m;
m – süxurların açıq (effektiv) məsaməliyi, %;
β – layın neftlə doyma əmsalı;
ρ - yer səthində neftin sıxlığı;
3
θ - neftin həcminin(sıxlığının) yer səthində dəyişilməsini nəzərə alan hesablama
1
əmsalı θ = ,
b
b – lay neftinin həcm əmsalıdır.
Neftlilik sahəsi (F) - qazılan quyular və onların sınanması əsasında təyin
olunan məhsuldar sahədir. Bu sahə layın tavanı (və ya dabanına) görə qurulmuş
struktur xəritənin əsasında hesablanır. Yatağın ölçülərindən asılı olaraq 1:5000-
dən 1:50000-dək miqyaslarda qurulur.
Layın qalınlığı (h) - süxur nümunələri və karotaj diaqramları vasitəsilə
təyin edilir. Bundan başqa quyuların sınanma məlumatlarında qalınlığın
təyinində istifadə edilir. Alınan kəmiyyət göstəriciləri izopaxit xəritəsi qurmağa
imkan verir.
Açıq (effektiv) məsaməlik əmsalı sahə üzrə qazılan quyulardan götürülən
süxur nümunələrinin analizi və geofiziki üsullar vasitəsilə təyin olunur. Əgər
öyrənilən lay litologiyasına görə bircinslidirsə, orta ölçü vahidi hesablanır.
m  m  m ...  mn
mhesab = 1 2 3
n
Əgər sahə üzrə litoloji göstəricilər geniş dəyişməyə məruz qalırsa, orta həndəsi
ölçü vahidindən istifadə edilir: mhənd= n m1  m2 ...  mn

n – analizlərin sayı.
Neftlə doyma əmsalı (β). Bu əmsalın qiymətini tapmaq üçün müvafiq
laboratoriyalarda analizlərdən və geofiziki məlumatlardan istifadə edilir.
Neftin sıxlığı (ρ). Neftin sıxlığını təyin etmək üçün yatağa qazılmış
quyulardan nümunələr götürülür və yer səthində (200C) müvafiq analizlər aparılır.
Neftin həcminin yer səthində dəyişilməsini nəzərə alan hesablama əmsalı (θ)
- dərinlik neft nümunəsi götürən cihazla quyulardan qaldırılan nümunələr
vasitəsilə laboratoriyada təyin edilir və nəticədə yer səthinə qaldırılmış neftin
həcminin laydakı həcminə nisbəti müəyyən edilir.

You might also like