Tarix 2 B PDF

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 2

88.

İzah: 1921-ci ilin mayında Hərbi kommunizm siyasətinin ləğvi və Yeni İqtisadi Siyasətə keçid yolunda
ilk addım Azərbaycan SSR-də Çanaq vergisinin tətbiqi ilə baş vermişdir.
Bal şkalası Meyar
2 bal • çanaq vergisi
• 8 kq. Taxıl (20 kirvəngə taxıl)
1 bal • məhsul vergisi (başqa yanlış cavab yazılmaması şərti ilə)
• doğru cavabla yanaşı 1 yanlış cavab yazmaq (Məs. çanaq, ərzaq vergisi və s.)
0 bal • Bütün digər cavablar

89.
İzah: Sovet hakimiyyətini mənbədə bəhs olunan dekreti Yeni İqtisadi Siyasətlə bağlı idi. Hakimiyyətin
bu dekreti qəbul etməyə məcbur edən səbəblər genişlənən kəndli çıxışları və qaçaq hərəkatı, əhalinin
narazılığı, kənddə yaranmış fəlakətli vəziyyət və əvvəlki idarəetmə formasının öz effektivliyini
itirməsi idi. Cavab vərəqində qeyd olunan səbəblərdən 2-sini yazmaq tələb olunur.
Bal şkalası Meyar
• Kənddə yaranmış fəlakətli vəziyyət
• Əhalinin narazılığı (Əhali təbəqələri arasında narazılıq, Əhali arasında artan narazılıq,
ölkədə etirazlar baş verməsi, Kəndlilər üsyana qalxa bilərdi, Kəndlilərin daha çox
sonuncu tikələrinin əllərindən alınmasından, at və digər iş heyvanlarının müsadirə
olunmasından narazılığı, kəndlilərin bazara məhsul çıxara bilməməsi, Kəndlilərin öz
məhsullarından istədiyi kimi istifadə edə bilməməsi, kəndlilərin acınacaqlı vəziyyəti)
• Genişlənən kəndli çıxışları və qaçaq hərəkatı
• Qaçaq hərəkatı
• “Hərbi kommunizm” siyasətinin Azərbaycanda kənd təsərrüfatı məhsullarının
istehsalına mənfi təsir göstərməsi (“Hərbi kommunizm” siyasətinin uğursuzluğu və ya
istənilən nəticəni verməməsi, “Hərbi kommunizm” siyasətindən narazılıq)
• ərzaq sapalağının kəndlilərin kütləvi narazılığına səbəb olması (Ərzaq sapalağının
iqtisadiyyata ziyan vurması, Ərzaq sapalağının kəndliləri pis vəziyyətə salması,
2 bal kəndlilərin kütləvi narazılığı və ya Bölgələrdə narazılıq,)
• Əhalinin güzəranın (rifahının və ya vəziyyətinin) pisləşməsi. (Əhalinin vəziyyətinin
yaxşı olmaması, Əhalinin sosial vəziyyətinin pis olması, Məhsul inhisarının kəndliləri
müflisləşdirməsi)
• bütün ölkənin (və ya kəndlilərin) ərzaq böhranı ilə üz-üzə qalması (kəndlilərin aclıqla
üz-üzə qalması, ərzaq qıtlığı, ölkədə aclıq hökm sürməsi, Azərbaycanın əksər bölgələrini
aclıq bürüməsi)
• qəzaların bir çoxunda taxıl ehtiyatının tükənməsi
• sərt ərzaq siyasətinin uğursuzluğu (soyğunçu ərzaq toplanması tədbirləri)
• Kəndlilərin öz əməyinin nəticəsinə olan marağının itməsi
• hökumət orqanlarının fövqəladə üsullarla xalq təsərrüfatının bərpasının qeyri-
mümkünlüyünü dərk etməsi
• İqtisadiyyatın inkişafına mane olması (iqtisadiyyatın zəifləməsi, iqtisadi böhran)
• Kəndlilərlə dövlət arasında ziddiyyətlər
• 2 və daha çox törəmə cavaba (mahiyyətcə eyni cavab) 1 bal verilir.
1 bal • 2 doğru və 1 yanlış cavab=1 bal
• 1 doğru cavab=1 bal
• 1 doğru və 1 yanlış cavab=1
• 1 doğru və 2 yanlış cavab=0 bal
0 bal • Bütün digər cavablar
• Məqsədlər yazmaq (Məs. əhalinin güzaranını yaxşılaşdırmaq)
90.
İzah: Mənbədə bəhs olunan iqtisadi siyasətin – yeni İqtisadi Siyasətin kənd təsərrüfatı və kəndlilərin
vəziyyətinə təsirinin aşağıdakı nəticələri oldu:
- Azərbaycan kəndlisinin vəziyyəti xeyli yüngülləşdi;
- Kəndlilər artıq qalmış kənd təsərrüfatı məhsullarından istədikləri kimi istifadə etmək hüququ əldə
etdilər;
- Kəndli vergini ödəyəndən sonra qalan məhsuldan sərbəst şəkildə istifadə edə, hətta bazarda sata
bilərdi;
- Şəhərlə kənd arasında əlaqələr genişləndi və azad ticarət canlandı;
- Əkin sahələrinin böyük sürətlə azalmasının qarşısı alındı;
- Taxıl istehsalı yenidən artmağa başladı.
Cavab vərəqində yuxarıda qeyd olunan nəticələrdən 3-nün yazılması tələb olunur.
Bal şkalası Meyar
• Azərbaycan kəndlisinin vəziyyəti (və ya rifahı) xeyli yüngülləşdi (yaxşılaşdı).
• Artıq qalmış kənd təsərrüfatı məhsullarından istədikləri kimi istifadə etmək hüququ
əldə etdilər. (kəndli vergini ödəyəndən sonra qalan məhsuldan sərbəst şəkildə istifadə
edə, hətta bazarda sata bilərdi).
• azad ticarətin inkişafına gətirib çıxardı.
• kənd təsərrüfatı inkişaf etdi
• Azərbaycanda əkin sahələrinin böyük sürətlə azalmasının qarşısını aldı. (Əkin sahələri
artdı)
• Taxıl istehsalı yenidən artmağa başladı. (Taxıl və pambıq sahələri genişləndi.)
• əkinçiliyin mexanikləşdirilməsinə başlandı.
• Mal-qaranın sayı nəzərə çarpacaq dərəcədə artdı.
2 bal • Azərbaycan kəndlərində ortabab və varlı kəndli (qolçomaq) təsərrüfatlarının xüsusi
çəkisi xeyli artdı. (Qolçomaqların sayı artdı)
• Torpaqların icarəyə verildi.
• muzdlu əməkdən istifadəyə icazə kənd təsərrüfatının böhrandan çıxmasına səbəb oldu.
• bazar iqtisadiyyatının inkişaf etdi.
• əmtəə mübadiləsinin canlandı.
• Şəhərlə kənd arasında əlaqələr genişləndi və ticarət canlandı.
• ərzaq çatışmazlığı aradan qalxdı.
• Məhsul tədarükü artdı. (bazar ilkin tələbat məhsulları ilə təmin edildi.)
• Kəndlilərin əməyə marağı artdı.
• Daxili bazar canlandı
• Vergi azaldıldı
• 2 və daha çox törəmə cavaba (mahiyyətcə eyni cavab) 1 bal verilir.
• 2 doğru cavab=1 bal
1 bal • 1 doğru cavab=1 bal
• 1 doğru və 1 yanlış cavab=1
• 2 doğru və 1 yanlış cavab=1
• 1 doğru və 2 yanlış cavab=0 bal
• Bərabərsizlik artdı
• Qolçomaqlar və ya varlı kəndlilər yarandı.
• Sosial təbəqələşmə yarandı.
0 bal
• Üsyan yatdı
• Köklü dəyişikliklər baş verdi və s. mənbədən götürülən cavablar
• Torpaq sahibi olan kəndlilər artdı.
• Bütün digər cavablar

You might also like