Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 12

Azərbaycan Dillər Universiteti

Adı: Aytək

Soyadı: Daşpoladova

Fakültə: Filologiya və jurnalistika

İxtisas: Alman dili və ədəbiyyatı

Qrup: 335

Fənn: Mülki müdafiə

Mövzu: Respublika ərazisində torpağı çirkləndirən


mənbələr(məişət tullantıları, pestisidlər və s.)

Fənn müəllimi: Gülarə Salamzadə


Respublika ərazisində torpağı çirkləndirən mənbələr

Azərbaycan Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə


malik olan bir dövlət kimi geniş imkanlara malikdir. Lakin uzun illərdən bəri
yığılıb qalmış ekoloji problemlər vaxtında öz həllini tapmadığı üçün respublikanın
ətraf mühiti həddindən artıq çirkləndirilmişdir. Hazırda respublikamızda həllini
təcili tələb edən bir sıra ekoloji problemlər vardır: Bakı və digər iri şəhərlərdə
içməli suyun çatışmazlığı, su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və
sənaye sularının tullantıları ilə çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin
dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, sənaye mərkəzlərində atmosfer havasına
zərərli qazların yol verilən normadan artıq atılması, kənd təsərrüfatı üçün yararlı
torpaqların eroziyaya uğraması və şoranlaşması, iri sənaye və yaşayış
məntəqələrinin məişət tullantılarının mütəmadi qaydada yığışdırılmaması, tələb
olunan qaydada yerləşdirilməməsi, utilləşdirilməməsi və s.
Əsas ekoloji problemlərdən biri də kənd təsərrüfatı üçün yararlı olan 4,1 mln. ha
(respublika ərazisinin 47,7 faizi) torpaqların tədricən sıradan çıxmasıdır. Belə ki,
bu torpaqlardan hazırda 3,6 mln. ha eroziyaya məruz qalmışdır. Bunlardan 1,3 mln.
ha zəif, 1,16 mln. ha orta və 1,14mln.ha yüksək dərəcədə eroziyaya uğramışdır.
Torpaqların şoranlaşması prosesi də çox böyük narahatlıq doğurur. 1,5 mln. ha—
dan çox torpaq sahəsi artıq şoranlaşmışdır.
Aqrotexniki qaydalara tam əməl olunmaması, meşələrin sistemsiz qırılması,
suvarma suyundan qənaətlə və səmərəli istifadə edilməməsi, kolxoz, sovxoz və
kənd təsərrüfatı müəssisələrinin balansında olmuş daxili təsərrüfat suvarma və
kollektor—drenaj şəbəkələrinin baxımsızlıq üzündən bərbad vəziyyətə düşməsi və
s. eroziya və şoranlaşma prosesini sürətləndirən amillərdəndir.
Mineral ehtiyatların istismarı, xüsusən neft istehsalı və boru kəmərlərinin
çəkilməsi təqribən 30 min ha torpağın çirklənməsində əsaslı rol oynamışdır.
Torpağın deqradasiyası problemində ən kəskin vəziyyət Abşeron
yarımadasındadır. Belə ki, uzun illər ətraf mühitin mühafizəsi nəzərə alınmadan
müəyyən dövrlərdə mədənlərdən neftin amansız dərəcədə hasil edilməsi ilə
əlaqədar mazut gölləri yaranmış, 10 min ha torpaq sahəsi neftlə çirklənmişdir.
Qeyd olunan problemləri aradan qaldırmaq üçün dövlət tərəfindən xüsusi yardım
göstərilməlidir. Əks təqdirdə yararlı torpaqların sıradan çıxması ilə bərabər
respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün imkanlar
məhdudlaşmaqla ekoloji vəziyyət daha da gərginləşə bilər.
Hazırda beynəlxalq maliyyə təşkilatlarının (Dünya Bankı, Avropa İttifaqının
TASİS proqramı) və xarici dövlətlərin köməyi ilə neftlə çirklənmiş torpaqların
təmizlənməsi, tələb olunan avadanlıqların müəyyənləşdirilməsi sahəsində layihələr
işlənilməkdədir.
Torpaqların neft məhsulları, digər sənaye tullantıları, pestisidlər, mineral gübrələrlə
çirklənmə səviyyəsini, eləcə də bir sıra tullantıların, o cümlədən neft tullantı və
şlamlarının təhlükəliliyini müəyyən edərək qiymətləndirmək üçün normativlər və
elmi—metodik nəzarət baza sistemi yaradılmalıdır.
Ekoloji baxımdan dayanıqlı inkişaf prinsiplərinə müvafiq olaraq torpaq
ehtiyatlarından səmərəli istifadə olunması üçün aşağıdakı tədbirlərin həyata
keçirilməsi zəruridir:
kənd təsərrüfatına yararlı torpaq ehtiyatlarının mühafizə edilməsi və münbitliyinin
artırılması məqsədilə milli fəaliyyət planının hazırlanması;
eroziya proseslərinin qarşısının alınması və şoranlaşmış torpaqların meliorativ
vəziyyətinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi;
neftlə çirklənmiş torpaqlarda rekultivasiya işlərinin davam etdirilməsi, torpaqları
neftli birləşmələrdən təmizləyən istehsalat qurğularının yaradılmasına üstünlük
verilməsi;
mövcud drenaj—kollektor və suvarma şəbəkələrinin inventarlaşdırılması və
onların texniki vəziyyətinin yaxşılaşdırılması;
dağ—mədən işlərinin, yeraltı və yerüstü xətti qurğuların tikilməsi zamanı
münbitliyi pozulmuş torpaqların dövri monitorinqinin keçirilməsi və onların
rekultivasiya olunması üçün müvafiq tədbirlərin görülməsi;
iri sənaye mərkəzləri ətrafında (Sumqayıt, Gəncə) şlam saxlanılan tullantıların
ətraf mühitə vurduğu mənfi təsirin aradan qaldırılması məqsədilə tədbirlərin
görülməsi;
təbii və antropogen amillər nəticəsində əmələ gəlmiş süni gölməçə və bataqlıqların
qurudulması və torpaq sahələrinin münbitləşdirilməsi.
Ətraf mühiti çirkləndirən əsas mənbələrdən biri köhnə texnologiyalardan istifadə
edilməsidir.

Nəzarət olunmayan sahələrə istehsalat və ya məişət tullantıları atılmaqdadır.


Tibbi tullantılar digər növ tullantılardan mənbədə ayrılmalı və insineratorlarda
yandırılmalıdır.

Tullantılar mənbədə növlərinə görə ayrılmır, vaxtlı-vaxtında daşınmır, küləklə


daha geniş ərazilərə sovrulur, açıq sahələrdə yandırılır.

TORPAQLARIN ÇİRKLƏNMƏSİ VƏ QORUNMASI


 
Torpaq yerin bitki bitən qatıdır. Bizim istifadə etdiyimiz ərzağın hamısı torpaqdan
alınır. Buğda, qarğıdalı, meyvə - tərəvəz torpağın məhsuludur. Biz torpaqda bitən
pambıqdanpaltar toxuyur, şəkər çuğundurundan isə qənd hazırlayırıq. Süd və ət də
torpaqda otlayanheyvanlardan alınır. Torpaq olmasa, insanlar yeməyə heç nə
tapmaz.
Hal-hazırda Yer kürəsi əhalisinin sayı artır. Get-gedə insanlara daha çox ərzaq
lazımolur. Çox ərzağı isə torpağın məhsuldarlığını artırmaqla almaq olar. Ona görə
də insanlartorpağa gübrə verir ki, ondan alınan məhsul çoxalsın. Əgər 1 hektar
təmiz torpaq 2 ton buğda verirsə, gübrə verilmiş torpaq 5 - 6 ton buğda verir.
Torpağa gübrəni çox verməkolmaz. Gübrənin tərkibində çoxlu zərərli maddələr də
var. Bu maddələr torpağınməhsuldarlığını çoxaltsa da, onu çirkləndirir. Çox gübrə
verilmiş torpaqda bitən meyvə - tərəvəzi yemək təhlükəlidir. Bu, insanlar arasında
çoxlu xəstəlik yaradır.
Torpağı çirkləndirən təkcə gübrələr deyil. İri zavodların ətrafında da torpaqlar çox
çirklənir. Gəncə aliminium zavodunun ətrafında çoxlu çirklənmiş torpaq var.
Zavodun borularından çıxan zəhərli maddələr yavaş-yavaş ətrafa çökür. Bu
torpaqlarda heç nə bitmir. Bakının neft mədənlərində isə torpaqlar neftlə çirklənir.
Son illər plastik qablardan çox istifadə olunması da torpaqların çirklənməsinə
səbəb olur. Plastik tullantılar heç vaxt çürümür və daim torpaqda qalır.
Bu gün bütün insanlar torpaqlarının çirklənməsinin qarşısını almaq üçün yollar
axtarırlar. Alimlər zəhərli gübrələri əvəz edə bilən təmiz gübrə növləri tapmaq
istəyirlər.
- Hələ 1896 - cı ildə İsveç alimi Arrenius hesab edirdi ki, havada zəhərli qazların
çoxalması havanın temperaturunu artıra bilər.
- Amerikada plastik butulka və avtomobil hissələrindən gəmi düzəldilib.
Gəminintikintisi zamanı 126 min plastik butulkadan və 12 avtomobilin plastik
hissələrindən istifadəedilib. Əgər bu qədər butulkanız olsaydı, siz nə
düzəldərdiniz?
- Çünki bəzi vilayətlərdə torpaq çatışmazlığı üçün evlərin damında da bitki əkirlər.
- Hollandiyada dəniz sahilləri qurudulur və yerində əkin sahəsi yaradırlar
- Abşeron yarımadasında neftlə çirklənmiş xeyli torpaq var. Bu torpaqlar hal-
hazırda tam yararsız hala düşüb. Kənardan baxanda torpaqlar mazut rənginə çalır.
- Gəncə aliminium zavodunun ətrafında qırmızı rəngli ərazi görünür. Bu,
çirklənmiştorpaq sahəsidir. Əslində, zavodun tullantıları çox - çox uzaqlarda da
torpağı çirkləndirir.
 
Ekoloji təhlükəsizlik
 
İstehsalat sektorunun, nəqliyyatın, energetika, kənd təsərrüfatında sənayeləşmənin
inkişafı antropogen təsirin kəskin artmasına səbəb olub. Hər il milyonlarla ton bərk
və qaz halında olan tullantılar təbiətə atılır, milyard kubmetrlərlə çirkab sular su
hövzələrinə axıdılır.
İnsanların məskunlaşdığı yerlər səslə, elektromaqnit sahələrlə və radioaktiv
şüalanma ilə "çirkləndirilir", oksigen ehtiyatları tükənir, Yer kürəsinin ozon
təbəqəsi dağılır.
Təbii mühitin çirklənməsi nəticəsində insanların sağlamlığı pisləşir, bitki və
heyvanat aləmi məhv olur, materialların, bina və tikililərin dağılması sürətlənir.
Ekoloji böhran təhlükəsi getdikcə reallaşır.
Ekoloji böhran - təbiət və ictimaiyyət arasında dinamik tarazlığın pozulması olub,
təbii mühitin, həyatın varlığı və inkişafı üçün vacib olan şəraiti qoruması, maddələr
və enerji mübadiləsi funksiyasının pozulması ilə təzahür edir.
Ətraf mühitin çirklənməsi riskinin aşağı salınmasında əsas vəzifələrdən biri əmtəə
istehsalında, xidmətlərdə, texniki sistemlərin istismarında yeni, tullantısız texnoloji
proseslərin yaradılıb tətbiq edilməsidir. Bununla yanaşı yaranan ekoloji böhran
vəziyyətində insanların dəyişilmiş və çirklənmiş mühitin təsirindən qorunması
qarşıda dayanan problemlərdən biridir. Bizim sağlamlığımız tənəffüs etdiyimiz
havadan, qidalardan, işləyib yaşadığımız şəraitdən çox asılıdır.
Hava bizim yaşamamız üçün vacib komponentdir. İnsan 5 həftə qidasız, 5 sutka
susuz, 5 dəqiqə havasız yaşaya bilər. Buna beşliklərin üçlüyü qanunu deyilir.
İnsanların təsərrüfat fəaliyyətləri nəticəsində hava mühiti müxtəlif maddələrlə
çirklənmiş olur:
- Müxtəlif qazlar, bunlar arasında karbon oksid daha çoxdur.
- Karbohidrat və turşu buxarları.
- Metallar, üzvi və qeyri - üzvi mənşəli müxtəlif tozlar.
Zəhərli maddələr, çirklənmiş hava insanların səhhətinə təsir edir ki, bu təsiri biz
birdən- birə hiss etmirik. Buna misal olaraq karbon oksidi göstərmək olar. O, iysiz,
rəngsiz və dadsız qaz olub yüksək dozalarda ağır nəticələrə gətirib çıxarır. Və ya
civə buxarları bilavasitə tənəffüs edəndə hiss olunmasa da, mərkəzi sinir sisteminin
və böyrəklərin işini pozur.
Avtomobil vasitələrinin havaya buraxdığı qurğuşun birləşmələri də insan
sağlamlığına təsir edir, sinir pozğunluğuna, qanazlığına, yaddaşsızlıq və korluğa
səbəb olur. Hava çirklənmələrinin ən ağır formalarından biri də turşulu yağışlardır.
Kükürd birləşmələri atmosferdə toplanıb sulfat turşusu yaradır. Buna görə kimyəvi
zavodlar, istilik stansiyalarının ətrafında olan rayonlara turşulu yağışlar yağır ki,
nəticədə bitki örtüyü məhv olur, yeraltı və yerüstü sular çirklənir.
Mənzillərdə olan hava da insan sağlamlığı üçün az zərər törətmir. Tədqiqatçıların
verdiyi məlumata görə mənzillərimizdə olan hava ümumi şəhər havasından 4-6
dəfə çirklidir, 8-10 dəfə toksikdir. Bəs bizim mənzillərimizi nə çirkləndirir?
Əlbəttə ki, qurğuşunlu boyalar, linoleum, sintetik liflərlə olan plastik xalçalar,
yuyucu tozlar və s. Amma mənzillərimizdə olan çirkli havanın çox hissəsi müasir
mebellərlə əlaqəlidir. Mebellərin ağac-yonğar lövhələrində çoxlu miqdarda
yapışdırıcı vasitələrdən istifadə edilir. Bundan başqa polimerlər, boyalar, laklar da
havanı toksiki kimyəvi maddələrlə çirkləndirir.
Otaq havasının çirklənməsi birbaşa səhhətimizə təsir etmir. Əvvəlcə özümüzü pis
hiss edirik, sonra baş ağrıları, yuxusuzluq, əsəbilik, yorğunluq yaranır.
Gündəlik həyatımızda havada olan toksik maddələrin zərərli təsirini necə zəiflədə
bilərik? Bunun üçün bəzi qaydalara əməl etmək lazımdır. Hər şeydən öncə
burnunuzla nəfəs almağı öyrənin. Burunun selikli qişasında çoxlu kiprikciklər
olduğu üçün nəm şotka kimi zərərli tozların, mikrobların çox hissəsini özündə
toplayır. Tez-tez burnunuzu təmizləyin. Avtomagistralların, zavodların
yaxınlığında dərindən tənəffüs etməyin.

Yer kürəsinin üst münbit qatı sayılan torpaq həyatımızın həm təməli, həm də
yekunudur. Torpağın əmələ gəlməsi üçün min illər tələb olunur. Torpaq hava, su,
istilik, bitki və heyvan orqanizmləri, xüsusilə də mikroorqanizmlərin iştirakı ilə yer
kürəsinin aşınması nəticəsində əmələ gəlir. Torpaq yerin bitki bitən hissəsidir.
Bitkiləri becərən zaman torpaqdan qida maddələrinin aparılması, torpağın
münbitliyini yüksəltmək üçün gübrələr verməklə insanlar torpağa dolayı yolla təsir
edir. Bizim istifadə etdiyimiz ərzağın hamısı torpaqdan alınır. Hazırda Yer kürəsi
əhalisinin sayı artır.
Get-gedə insanlara daha çox ərzaq lazım olur. Çox ərzağı isə torpağın
məhsuldarlığını artırmaqla almaq olar. Ona görə də insanlar torpağa gübrə verir ki,
ondan alınan məhsul çoxalsın. Amma torpağa gübrəni çox vermək olmaz. Çünki
gübrənin tərkibində çoxlu zərərli maddələr də var. Bu maddələr torpağın
məhsuldarlığını çoxaltmaqla yanaşı, həm də onu çirkləndirir. Çox gübrə verilmiş
torpaqda bitən meyvə-tərəvəzi yemək sağlamlığımız üçün təhlükəlidir. Bunun
nəticəsində çoxlu xəstəliklər yaranır. Torpağı çirkləndirən amillər tək gübrələrlə
kifayətlənmir. İri müəssisələr ətrafında da torpaqlar çox çirklənir. Son illər plastik
qablardan çox istifadə olunması torpaqların çirklənməsinə şərait yaradır. Çünki
plastik tullantılar heç vaxt çürümür və daim torpaqda qalır.
Torpaq tərkib etibarilə mürəkkəbdir. Onun əsas xüsusiyyət və keyfiyyət əlaməti
məhsuldarlığıdır. Torpağın mövcudluğunu, ehtiyacını ödəyən amillər su və
qidadan ibarətdir. Torpağın tərkibində su çox olduqda qrunt sularının səviyyəsi
qalxır, bataqlığa çevrilir və torpaqda aerasiya prosesi pozulur, nəticədə o,
şoranlaşır, əkin üçün yararsız, meliorativ vəziyyəti isə xarab olur.
Torpağın əsas xüsusiyyəti onun münbitliyidir. O, bunun sayəsində bitkiləri su, qida
maddələri və hava ilə təmin edir. Torpaqları qorumaq və onun münbitliyini
yüksəltmək hər bir vətəndaşın, xüsusilə kənd təsərrüfatı işçilərinin əsas vəzifəsidir.
Torpaqda daimi yaranma və dağılma prosesi gedir. Hesablamalar göstərir ki, 2-3
sm qalınlığında torpağın əmələ gəlməsi üçün əlverişli şəraitdə 200-1000 il vaxt
lazımdır. Lakin külək, su min illər ərzində əmələ gəlmiş torpağı 20-30 il ərzində
məhv edir. 
Quruluşuna və kimyəvi tərkib xüsusiyyətinə görə torpaq hər hansı səbəb
ucbatından ətraf mühitə düşən zərərli maddələri asanlıqla canına hopdurur və yığır.
Bu birləşmələrin parçalanma müddəti torpağa, havaya və suya nisbətən daha uzun
olduğundan torpağın çirklənməsi problemi illər boyu sezilməyə bilər.
Torpağın əsas mühafizə problemləri eroziya, şorlaşma, çirklənmə və bərkiməyə
qarşı mübarizə ilə bağlıdır. Mexaniki tərkibcə yüngül olan torpaqları eroziyaya
qarşı tədbirlər görülmədən becərmək olmaz. Eroziya nəticəsində kənd təsərrüfat
bitkilərinin məhsuldarlığı 20-40% aşağı düşür. Eroziyanın mənfi təsiri bununla
bitmir. Torpağın üst hissəsində yarğanlar, çökəkliklər əmələ gəlir ki, bu da
torpağın becərilməsini və məhsul yığımını çətinləşdirir. Eroziya bitkilərin
qidalandığı sahəni məhv etməklə bitkilərə, heyvanlara mənfi təsir göstərərək
yaranmış bioloji tarazlığı pozur. Yüksək aqrotexniki tədbirlərdən istifadə etməklə
eroziyanın zərərli təsirini minimuma endirmək olar. Eroziyaya qarşı mübarizə üçün
düzgün aqrotexnikadan istifadə etmək vacib şərtdir. Meşə qoruyucu zolaqlar
salmaq, torpağı çevirmədən şumlamaq, selə qarşı qoruyucular qurmaq, heyvanların
otarılmasını nizamlamaq eroziyaya qarşı mübarizə tədbirləridir. Yamacda ot
əkinlərindən istifadə edilməsi də eroziyanın qarşısını nisbətən alır. Kənd təsərrüfatı
işçiləri bilməlidir ki, eroziyanın qarşısını almaq onunla mübarizə etməkdən
asandır.
Növbəli əkinlərdən və gübrələrdən istifadə etmək torpaqların qorunmasında
mühüm rol oynayır. Növbəli əkinlərdə birillik və çoxillik otların əkilməsi torpağın
yağış damlalarının təsirindən qoruyur və sel axınının qarşısını alır. Gübrələrin
tətbiqi bitkilərin kök və yerüstü hissəsinin inkişafına təsir etməklə güclü bitki
örtüyünün yaranmasına səbəb olur. Bu da torpağı su və külək eroziyasından
qoruyur.
Torpağın şorlaşması da onun keyfiyyətinə pis təsir göstərir. Şorlaşma suvarmadan
düzgün istifadə etmədikdə qrunt sularının səviyyəsinin qalxması nəticəsində baş
verir. Bu zaman kapilyarlarla qrunt suları yuxarı qalxır və buxarlanaraq duzlar
torpaqda qalır. Şorlaşmanın qarşısını almaq üçün düzgün suvarma normasına riayət
edilməli, drenaj sistemi vasitəsilə torpaqlar yuyulmalı, qrunt suları drenajlarla
kənar edilməli, suvarma sistemi təmiz saxlanılmalı, suvarma zamanı mütərəqqi
üsullardan istifadə olunmalıdır. Şorlaşma məhsuldarlığı kəskin surətdə aşağı salır.
Mütəxəssislər hesab edirlər ki, şorlaşma 0,5-0,7% təşkil etdikdə pambığın
məhsuldarlığı 40-50% aşağı düşür. Torpağın meliorasiyasının əhəmiyyəti
böyükdür. İnsanların sənaye sahəsində fəaliyyəti təbiətin mühafizəsinin tələbləri ilə
əlaqələndirilmədikdə, ətraf mühitin, o cümlədən də torpaqların çirklənməsinə
səbəb olur. 
Torpaqların hesaba alınması, onun səmərəli və düzgün istifadə edilməsi, üzərində
nəzarətin olması, mövcud meşə zolaqlarının salınması torpağın çirklənmələrdən
(tullantılar və zərərli kimyəvi maddələr) qorunması, heyvanların otarılmasının
düzgün təşkil edilməsi, eroziyaya qarşı mübarizə tədbirlərinin təşkili, xüsusi
maşınların tətbiqi, çeyilliklərin qurudulması, suvarmanın düzgün təşkili, qum
hücumunun qarşısının alınması, suların tərkibinə nəzarət edilməsi, sanitariya-
gigiyena mühafizə tədbirlərinin yerinə yetirilməsi, tikinti və yol işlərində, kimyəvi
maddələrin tətbiqində mövcud tövsiyələrin gözlənilməsi, alaq otları ilə mübarizə
və s. torpağın mühafizəsinin kompleks tədbirləridir. Belə olduqda torpağın
məhsuldarlığı artır və xarab olmaqdan qorunur. Torpağı mühafizə etmək üçün
vaxtaşırı onun çirklənmə vəziyyəti sanitariya-epidemioloji stansiyalar tərəfindən
yoxlanılmalıdır. Bu zaman ərazidə torpağın fiziki, bioloji, kimyəvi göstəriciləri
nəzərə alınmalıdır.
Ekoloqların fikrincə, torpaq plansız surətdə istifadə olunduqda, ona nəzarət
edilmədikdə və çirkləndikdə xarab olaraq gücdən düşür. Torpağa xidmət edildikdə
isə hər 100 hektar torpaq sahəsi 5-10 dəfə daha çox əhalini taxılla təmin edə bilər. 
Torpağı mühafizə etmək üçün vaxtaşırı onun çirklənmə vəziyyəti sanitariya-
epidemioloji stansiyalar tərəfindən yoxlanılmalıdır. Bu zaman ərazidə torpağın
fiziki, bioloji, kimyəvi göstəriciləri nəzərə alınmalıdır. Torpaqlarn çirklənməsi,
dağılması və qorunması

   Torpaq yer kürəsinin üst münbit qatıdır. Torpaq həyatımızın həm təməli, həm də
yekunudur.Torpağın əmələ gəlməsi üçün min illər tələb olunur. Torpaq hava, su,
istilik, bitki və heyvan orqanizmləri, xüsusilə də mikroorqanizmlərin iştirakı ilə yer
kürəsinin aşınması nəticəsində əmələ gəlir. Torpaq yerin bitki bitən qatıdır.
Bitkiləri becərən zaman torpaqdan qida maddələrinin aparılması, torpağın
münbitliyini yüksəltmək üçün gübrələr verməklə insanlar torpağa dolayı yolla təsir
edir. Bizim istifadə etdiyimiz ərzağın hamısı torpaqdan alınır.Hal-hazırda Yer
kürəsi əhalisinin sayı artır. Get-gedə insanlara daha çox ərzaq lazım olur. Çox
ərzağı isə torpağın məhsuldarlığını artırmaqla almaq olar. Ona görə də insanlar
torpağa gübrə verir ki, ondan alınan məhsul çoxalsın. Əgər 1 hektar təmiz torpaq 2
ton buğda verirsə, gübrə verilmiş torpaq 5 - 6 ton buğda verir. Torpağa gübrəni çox
vermək olmaz. Gübrənin tərkibində çoxlu zərərli maddələr də var. Bu maddələr
torpağın məhsuldarlığını çoxaltsa da, onu çirkləndirir. Çox gübrə verilmiş torpaqda
bitən meyvə - tərəvəzi yemək təhlükəlidir. Bu, insanlar arasında çoxlu xəstəlik
yaradır.

   Torpağı çirkləndirən təkcə gübrələr deyil. İri müəssisələr ətrafında da torpaqlar


çox çirklənir.. Son illər plastik qablardan çox istifadə olunması da torpaqların
çirklənməsinə səbəb olur. Plastik tullantılar heç vaxt çürümür və daim torpaqda
qalır.
   Torpaq aşağıdakı əsas altı funksiyanı yerinə yetirir: Biokutlə istehsalcısı kimi,
yəni butun yerustu ərzaq silsiləsinin əsasıdır. . Torpaq olmasa, insanlar yeməyə heç
nə tapmaz.Məhv olmuş orqanizmlərin curumə prosesi də torpaqda baş verir;
Yeraltı suların təmizlənməsinə xidmət edən təbii suzgəc və stabilləşdirici buffer
rolu oynayır; Torpaqda və ya onun səthində yaşayan və coxalıb artan kulli
miqdarda mikroorqanizm, gobələk, bitki və heyvanların məskunlaşdığı yerdir;
Torpağın ana suxurları bina və tikililərin, nəqliyyat və digər infrastrukturların fiziki
ozuludur;
Xammalın və enerjinin yenidən (təkrar) yaranma (kuləş, torf, ağac tullantıları və s.
xammal) mənbəyidir; Tarixi və mədəni irsin qiymətli obyektlərinin saxlanıldığı
muhitdir.

  Torpaq tərkibinə görə mürəkkəbdir. Torpağın əsas xüsusiyyət və keyfiyyət


əlaməti onu məhsuldarlığıdır. Torpağın həyatında böyük rol oynayan, onun
mövcudluğunu, ehtiyacını ödəyən amillər su və qidadan ibarətdir. Torpağın
tərkibində su çox olduqda qrunt sularının səviyyəsi qalxır, bataqlığa çevrilir,
torpaqda aerasiya prosesi pozulur, şoranlaşır, əkin üçün yararsız olur, torpağın
meliorativ vəziyyəti xarablaşır.
  Torpağın əsas xüsusiyyəti onun münbitliyi olub, bitkiləri su, qida maddələri və
hava ilə təmin edir.   Torpaqları qorumaq və onun münbitliyini yüksəltmək hər bir
vətəndaşın, xüsusilə kənd təsərrüfatı işçilərinin vəzifəsidir. Torpaq mürəkkəb
orqanizm kimi daimi inkişaf edir və dəyişir. Bunda daimi yaranma və dağılma
prosesi gedir. Hesablamalar göstərir ki, 2-3 sm qalınlığında torpağın əmələ gəlməsi
üçün əlverişli şəraitdə 200-1000 il vaxt lazımdır. Lakin külək, su min illər ərzində
əmələ gəlmiş torpağı 20-30 il ərzində məhv edir. Quruluşuna və kimyəvi tərkib
xususiyyətiənə gorə torpaq hər hansı səbəb ucbatından ətraf muhitə duşən zərərli
maddələri asanlıqla canına hopdurur və yığır. Bu birləşmələrin parcalanma
muddəti torpağa, havaya və suya nisbətən daha uzun olduğuna gorə, torpağın
cirklənməsi problemi illər boyu sezilməyə bilər. Sudan və havadan fərqli olaraq
torpaq xususi mulkiyyət obyekti ola bildiyinə gorə bu amil bir sıra hallarda bu və
ya digər təbiəti muhafizə tədbirlərinin həyata kecirilməsini cətinləşdirir, cunki
torpaq sahibinin və ya onu istifadə edənin icazəsi lazımdır. Savadsız və həddindən
artıq intensive istifadə zamanı torpaq istismar edilir və keyfiyyəti pisləşir. Bunun
baş verməməsi ucun daim səy və qayğı gostərilməlidir, əks təqdirdə, torpağın
dağılması prosesinin qarşısı alınmasa o oz funksiyalarını lazımınca yerinə yetirə
bilməz.   Torpağın əsas muhafizə problemləri eroziya, şorlaşma, cirklənmə,
bərkiməyə qarşı mubarizə ilə bağlıdır.   Mexaniki tərkibcə yüngül olan torpaqları
eroziyaya qarşı tədbirlər görülmədən becərmək olmaz.   Eroziya nəticəsində kənd
təsərrüfat bitkilərinin məhsuldarlığı 20-40% aşağı düşür. Eroziyanın mənfi təsiri
bununla bitmir. Torpağın üst hissəsində yarğanlar, çökəkliklər əmələ gəlir ki, bu da
torpağın becərilməsini və məhsul yığımını çətinləşdirir. Eroziya bitkilərin
qidalandığı sahəni məhv etməklə bitkilərə, heyvanlara mənfi təsir göstərərək
yaranmış bioloji tarazlığı pozur. Yüksək aqrotexniki tədbirlərdən istifadə etməklə
eroziyanın zərərli təsirini minimuma endirmək olar. Eroziyaya qarşı mübarizə üçün
düzgün aqrotexnikadan istifadə etmək vacib şərtdir. Meşə qoruyucu zolaqlar
salmaq, torpağı çevirmədən şumlamaq, selə qarşı qoruyucular qurmaq, heyvanların
otarılmasını nizamlamaq eroziyaya qarşı mübarizə tədbirləridir. Yamacda ot
əkinlərindən istifadə edilməsi də eroziyanın qarşısını nisbətən alır. Növbəli
əkinlərdən və gübrələrdən istifadə etmək torpaqların qorunmasında mühüm rol
oynayır. Növbəli əkinlərdə birillik və çoxillik otların əkilməsi torpağın yağış
damlalarının təsirindən qoruyur və sel axınının qarşısını alır. Gübrələrin tətbiqi
bitkilərin kök və yerüstü hissəsinin inkişafına təsir etməklə güclü bitki örtüyünün
yaranmasına səbəb olur. Bu da torpağı su və külək eroziyasından qoruyur.
Eroziyaya qarşı mübarizə kompleksində meşə meliorasiyası mühüm rol oynayır.
Yamacların yuyulmasının qarşısını almaq və sel sularını saxlamaq üçün
hidrotexniki qurğular tikilir. Eroziyaya qarşı tədbirlər hazırlayıb həyata keçirmək
üçün bir sıra təsərrüfat işləri görülməlidir. Torpaqşünaslar və yerquruluşçuları
aqronomla birlikdə torpaq eroziya planı hazırlamaq üçün torpaqları su və külək
eroziyasına uğrama kateqoriyalarını müəyyən edir.  Eroziyaya qarşı mübarizə qısa
müddətli kampaniya deyildir. Onu daima, ardıcıl və planauyğun aparmaq lazımdır.
Eroziya prosesi, onun xarakteri və davam etməsi insanların həyat fəaliyyəti ilə
əlaqədardır.    Düzgün aparılmayan təsərrüfat işləri eroziyaya səbəb olur. Kənd
təsərrüfatı işçiləri bilməlidir ki, eroziyanın qarşısını almaq onunla mübarizə
etməkdən asandır.   Torpağın şorlaşması da onun keyfiyyətinə pis təsir göstərir.
Şorlaşma suvarmadan düzgün istifadə etmədikdə qrunt sularının səviyyəsinin
qalxması nəticəsində baş verir. Bu zaman kapilyarlarla qrunt suları yuxarı qalxır və
buxarlanaraq duzlar torpaqda qalır. Şorlaşmanın qarşısını almaq üçün düzgün
suvarma normasına riayət edilməli, drenaj sistemi vasitəsilə torpaqlar yuyulmalı,
qrunt suları drenajlarla kənar edilməli, suvarma sistemi təmiz saxlanılması,
suvarma zamanı mütərəqqi üsullardan istifadə olunmalıdır. Şorlaşma məhsuldarlığı
kəskin surətdə aşağı salır. Şorlaşma 0,5-0,7% təşkil etdikdə pambığın
məhsuldarlığı 40-50% aşağı düşür. Torpağın meliorasiyasının əhəmiyyəti
böyükdür. İnsanların sənaye sahəsində fəaliyyəti təbiətin mühafizəsinin tələbləri ilə
əlaqələndirilmədikdə, ətraf mühitin, o cümlədən də torpaqların çirklənməsinə
səbəb olur.  Təbii sərvətlərdən su, bitki və heyvanlar aləmindən fərqli olaraq torpaq
sərvəti bərpa olunmur və süni torpaq yaratmaq mümkün deyildir. Buna görə də
əhalinin artımı, onun xammala tələbatı, habelə gələcəkdə də ölkənin xammalla
təmin etmək üçün torpağın mühafizə məsələləri böyük əhəmiyyət kəsb edir.
Torpağın mühafizə məsələləri əsasən elmi əsaslarla işlənilmiş, vaxtında və düzgün
görülən mübarizə tədbirlərindən ibarətdir.   Torpağın mühafizəsinin kompleks
tədbirləri aşağıdakılardır: torpaqların hesaba alınması, onun səmərəli və düzgün
istifadə edilməsi, üzərində nəzarətin olması, mövcud meşə zolaqlarının salınması
torpağın çirklənmələrdən (tullantılar və zərərli kimyəvi maddələr) qorunması,
heyvanların otarılmasının düzgün təşkil edilməsi, eroziyaya qarşı mübarizə
tədbirlərinin təşkili, xüsusi maşınların tətbiqi, çeyilliklərin qurudulması,
suvarmanın düzgün təşkili, qum hücumunun qarşısının alınması, suların tərkibinə
nəzarət edilməsi, sanitariya-gigiyena mühafizə tədbirlərinin yerinə yetirilməsi,
tikinti və yol işlərində, kimyəvi maddələrin tətbiqində mövcud tövsiyələrin
gözlənilməsi, alaq otları ilə mübarizə və s. Belə olduqda torpağın məhsuldarlığı
artır və xarab olmaqdan qorunur.  Torpaq plansız surətdə istifadə olunduqda, ona
nəzarət edilmədikdə, çirkləndikdə şübhəsiz xarab olur, gücdən düşür. Torpağa
xidmət edildikdə isə hər 100 hektar torpaq sahəsi 5-10 dəfə daha çox əhalini taxılla
təmin edə bilər.  Torpağı eroziyadan, şoranlaşmadan qorumaq üçün mövcud
kompleks təsərrüfat, təşkilat, aqrotexniki, meliorasiya, meşəsuvarma, hidrotexnika
və rekultivasiya tədbirləri görülməlidir. Gübrələrin, kimyəvi maddələrin
işlədilməsi və saxlanılmasına da fikir verilməli, torpağın sanitariya-texniki
mühafizə tədbirləri yerinə yetirilməlidir. Torpağı çirklənmədən qorumaq qanunu,
təşkilatı və sanitariya-texniki tədbirlərin yerinə yetirilmə sistemi torpağın
sanitariya mühafizəsi adlanır. Torpağı mühafizə etmək üçün vaxtaşırı onun
çirklənmə vəziyyəti sanitariya-epidemioloji stansiyalar tərəfindən yoxlanılmalıdır.
Bu zaman ərazidə torpağın fiziki, bioloji, kimyəvi göstəriciləri nəzərə alınmalıdır.

You might also like