69, 70, 73 Felsefe

You might also like

Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 7

69.

Cəmiyyət və onun altsistemləri

Cəmiyyət insanların sadəcə məcmusu deyildir, fərdlərin özünəməxsusluğunu


və əlaqələrini əzərə almayan mücərrəd bütövlük də deyildir. Cəmiyyət mürəkkəb, bütöv
sosial-mədəni sistemdir, başqa sözlə, sosial sistemin xüsusi növüdür. Sosial-fəlsəfi
axtarışlar cəmiyyətin tədqiqində ilkin metodoloji prinsipi üzə  çıxarmışdır:
bu, cəmiyyətə sistem kimi yanaşılmasıdır. Elmdə, o cümlədən sosiologiyada müxtəlif
mürəkkəbliyə malik olan təşəkkülləri tədqiq etmək üçün sistem yanaşmadan uğurla
istifadə olunur. 

«Sistem» termini hələ Qədim Yunanıstanda işlənilsə də, XVII-


VIII əsrlərdə elmi dövriyyəyə daha geniş daxil olmuşdur; onun
ilkin mənası  nəyinsə mürəkkəb və  rəngarəng vəhdətini ifadə etmişdir
(məsələn, təbiətin sistemi, biliklərin sistemi, əlamətlərin sistemi və s.). XX əsrin
ortalarından etibarən «sistem» termini daha dərin elmi məzmun kəsb etmişdir.
Sistemlərin ümumi və xüsusi nəzəriyyələri meydana gəlmiş, sistem yanaşma biliyin, 
tədqiqatını xüsusi metodologiyası kimi etiraf olunmuşdur. Hazırda sistemlilik hər bir
emin mərkəzi kateqoriyalarından biri hesab edilir. 
Universal anlayış olan sistem həm maddi, həm də mənəvi aləmin
mühüm xassələrini əks etdirir. Onun ən mühüm əlamətləri bütövlük, diferensiallıq,
elementlərin əlaqəsidir. Elmi ədəbiyyatda belə bir cəhətə xüsusi diqqət yetirilir
ki, fəaliyyət baxımından hər bir sistemi üç əlamət səciyyələndirir. Birincisi, davamlılıq -
bu, sistemin həyat prosesində özünü qoruyub saxlaması qabiliyyətini ifadə edir. 

 İkincisi, müvazinət - bu, sistemin saxlanılması naminə kompromis, qarşılıqlı güzəşt


kimi başa düşülə bilər. 

Üçüncüsü,  əks  əlaqə - bu, fəaliyyətə olan təsirə  və onun


sonrakı  dəyişilməsinə göstərilən reaksiyanın 
spesifikasını əks etdirir. 
Sistemin fəaliyyətinin bu əlamətləri homeostazis anlayışında birləşdirilə bilər.
Həmin anlayış xarici mühitlə qarşılıqlı  təsir prosesində  cərəyan edən
əyat fəaliyyətində sistemin özünü, öz əsas xassələrini və funksiyalarını qoruyub
saxlamaq qabiliyyətini ifadə edir. Sistemlərin kifayət qədər müxtəlifliyi,
rəngarəngliyi  şəksiz həqiqətdir. Elmi sistematologiyada onların müxtəlif təsnifatı təklif
olunmuşdur. Məsələn, maddi və ideal, təbii və süni, bioloji və sosial, dinamik və statik,
açıq və qapalı ifadə olunan və ifadə olunmayan, adaptiv, özünü təşkil edən, inkişaf edən
və s. sistemləri fərqləndirirlər. 
Sistemlərin xüsusi tipi olan sosial sistemlər komponentlərinin çoxluğu, həmin
komponentlər arasında, bütövlükdə sistemlə mühit arasında qarşılıqlı  əlaqələrin
rəngarəngliyi ilə  səciyyələnir. Görkəmli sosioloq T. Parsons qeyd edirdi ki, sosial
sistemlər ən əvvəl qarşılıqlı fəaliyyətdə, təsirdə olan fərdlərin
sistemidir; fərdlər eyni zamanda həm canlı orqanizmlərdir, həm
də şəxsiyyətlərdir və müəyyən mədəni sistemlərə mənsubdurlar. Sosial sistemləri
genetik əlamət baxımından maddi və ideal sistemlərə ayırmaq olar. Maddi sosial
sistemlərə kiçik sosial qrupları (ailə, peşə qrupları, partiya özəkləri); böyük sistemləri
(dövlət, partiyalar, həmkarlar təşkilatları konfederasiyası və s.); mürəkkəb sistemləri
(dövlətlər birliyi, hərbi-siyasi bloklar, iqtisadi ittifaqlar və s.) aid edilə bilər.  İdeal
sistemlər insanın  ətraf aləmi dərk etməsi ilə bağlıdır. Bu sistemlər də kiçik
(fərdi  şüur,  şəxsiyyətin mənəvi dünyası), orta (müəyyən fərdlər qrupunun baxışlar
sistemi, etnik qrupların adət və  ənənələri), böyük 
(iqtisadi nəzəriyyə, sosiologiya elmi və s.), habelə universal
(dünyagörüşü, mifologiya, din və sair) sistemlərə ayrıla bilər

Cəmiyyətin ən mühüm altsistemlərinin əlaqələndirilməsi vasitələri pul və hakimiyyətdir.


Təsadüfi deyildir ki, müasir sosial sistemlərdə həmin vasitələr sosial münasibətlərə fəal
təsir göstərir (məsələn, sosial münasibətlərin siyasiləşməsi). Cəmiyyətin təkamülünə T.
Parsonsun sistem yanaşması həm onun struktur yenidənqurmasına səbəb olan, həm də
ikinci dərəcəli olan hadisə və prosesləri aydın görməyə imkan verir. Lakin cəmiyyətin
inkişafı anlayışı ictimai sistemin normal vəziyyətindən kənara çıxması kimi şərh olunur,
yəni həmin anlayışın hüdudları xeyli məhdudlaşdırılır, sistemin təbii vəziyyəti yetərincə
nəzərə alınmır. Beləliklə, cəmiyyət sosial sistem olmaq etibarilə ən mürəkkəb və
mübahisəli tədqiqat obyekti olaraq qalır. Ona görə də cəmiyyətin inkişafı, təkamülü
barəsində. son dərəcə müxtəlif rəylərin, mövqelərin olması təbii sayılmalıdır.
70. Sosial qanunauyğunluqların özəllikləri. İctimai yeniləşmə və sosial rekonstruksiya.

Bütün elmlər üçün səciyyəvi olan ümumi metodologiya ilə yanaşı, sosiologiya öz xüsusi
idrak metodlarından, xüsusi olaraq işlənmiş alətlərdən və informasiya əldə etmə
mənbələrindən (sorğu, müsahibə, anketləşdirmə, müşahidə, eksperiment və b.)
yararlanır.

Sosiologiyanın cəmiyyətin fəaliyyət qanunauyğunluqları və mexanizmləri haqqında


topladığı biliklər sosial siyasətin işlənib hazırlanması, şəxsiyyətlərarası və qruplararası
münasibətlərin tənzimlənməsində, insanın iqtisadi, siyasi və hüquqi davranışına təsirdə
geniş istifadə olunur.

Bu mənada ictimai rəyin öyrənilməsi - insanların baxışlarının, dəyərlərinin, təhsil, ailə,


sağlamlıq, narkomanlıq və alkoqolizm təhlükəsinin artmasının və s. sosial problemləri
haqqında təsəvvürlərinin dəyişməsinin araşdırılması böyük rol oynayır.

Bu zaman sosiologiya təkcə ictimai inkişaf tendensiyaları aşkar edib təsvir etmir, həm
də onları izah və şərh edir, bu və ya digər problemlərin praktiki həll variantlarını təklif
edir, bununla da təbiət və tarixin çağırışlarına cavab verir.

XX əsrin 20-ci illərindən sosiologiyada geniş ixtisaslaşma gedir. Bu gün o, 40-dan çox
sahəni özündə birləşdirir. Bu, ailə, şəhər, hüquq, tibb, təhsil, əmək, qəza, elm, din,
sahibkarlıq, idarəetmə sosiologiyası və b.-dır. Həmçinin hər bir sahədə sosiologiyanın
daxilində öyrənilən hadisə və proseslərin dairəsi də genişlənir.

Ictimai yeniləşmə

Sosiologiyanın idarəetmə funksiyası ictimai proses və hadisələrin vəziyyəti və inkişaf


tendensiyaları haqqında informasiyanın daima yenilənməsini təmin edir. Belə
informasiya əsasında ictimai həyatın müxtəlif sferalarında idarəetmə qərarları işlənir.

Bu funksiya bu gün yeni iqtisadi reallıqlar şəraitində xüsusilə əhəmiyyətlidir. Əmək


sosioloqları qarşısında, məsələn, elə yeni problemlər çıxdı ki, hələ on beş-iyirmi il əvvəl
onları qabaqcadan görmək çətin idi: müxtəlif mülkiyyət formalarının, o cümlədən şəxsi
mülkiyyətin mövcudluğu, xarici firmalarla birgə müəssisələr, işsizlik təhlükəsi.

Müasir elmi nəzəriyyələr göstərir ki, cəmiyyətin sosial-iqtisadi sferası digər sahələrlə sıx
şəkildə bağlıdır. Onların bir-biri ilə uyğunlaşmayan inkişafı isə sonda ciddi ziddiyyətlərə
və sosiumun dağılmasına gətirib çıxarır. İqtisadi sahə keyfiyyətcə yeni səviyyəyə
keçirsə, sosial-mədəni sahə də eyni yeniləşmə ilə ayaqlaşmalı, hətta iqtisadi sıçrayışın
hərəkətverici qüvvəsinə çevrilməlidir. Müasir mərhələdə yeni sintetik elmi
metodologiyalara əsaslanan modellər cəmiyyətin bütün sahələri arasında sıx
bağlantıların olduğunu sübut edir. Bu mənada, Azərbaycanda iqtisadi sahədə keçid
dövrünün başa çatması sosial-mədəni, siyasi, ideoloji və başqa sahələrdə də ciddi
yeniləşmələr tələb edir. İlk növbədə iqtisadi inkişafın yaratdığı keyfiyyətcə yeni
sosiomədəni mühitin fəlsəfi-elmi cəhətdən təhlili son dərəcə vacibdir.
K.Marks və F.Engels «Alman ideologiyası» və digər əsərlərində insan
cəmiyyətində ünsiyyət formaları, insan fəaliyyətinin iki tərəfı (insanlar və təbiət arasında,
insanların öz arasında) haqqında geniş bəhs etmişlər. Burada göstərilir ki, məhsuldar
qüvvələr və ünsiyyət formaları arasındakı münasibəti məhsuldar qüvvələr ilə istehsal
münasibətlərinin dialektikası müəyyən edir. Həmin əsərdə onlar ictimai həyatın sistemli
təhlilin ilk prinsiplərini əsaslandırmış, ümumdünya tarixi prosesin mərhələlərini müəyyən
etməyə çalışmışlar.
Marks sübut etdi ki, insanlar maddi nemətləri şüurlu surətdə yaratsalar da, bu
istehsal fəaliyyətinin nəticəsi (yəni insanlar arasında yaranan istehsal münasibətləri)
artıq onlardan asılı olmur. Sosial münasibətlər fəaliyyət zamanı formalaşır, eyni
zamanda bu fəaliyyətdən asılı deyildir. İctimai həyatın müxtəlif sahələrində mövcud olan
obyektiv strukturların ümumi modeli məhz belə münasibətlər əsasında qurulur. Onun
fikrincə, «Cəmiyyət - ictimai münasibətlər çərçivəsində olan insanın özüdür». Tarix isə
insan fəaliyyətinin prosesi və nəticəsidir. Marks insan fəaliyyətinin cəmiyyətin maddi
şəraiti ilə müəyyən edildiyini göstərmişdir. Fəaliyyət predmetli xarakter daşıyır, özündə
hissi-praktiki və nəzəri formaları birləşdirərək, praktikanı təşkil edir. İnsan fəaliyyətinin ali
forması əməkdir.
73. İntellektual resursların idarəolunması və insan kapitalı.

Müasir dövrdə milli iqtisadiyyatın zənginləşməsi və iqtisadi artımın əsas mənbəyi kimi
insan bilikləri çıxış edir. Biliklər istehsal amillərinin digər tərkib hissələri olan kapital,
əmək və təbii sərvətlərdən ön plana çıxır.

İntellektual kapitala müxtəlif yanaşmalar mövcuddur. Məsələn, L. Edvinson və M.


Meloun hesab edirdilər ki, intellektual kapital insan bilikləri hesabına yaradılır və şirkətin
dəyərinin əsas mənbəyidir. [36]. T. Stüart intellektual kapitalı intellektual material kimi
dəyərləndirir və qeyd edir ki, ona biliklər, təcrübə, informasiya, intellektual mülkiyyət
daxildir. İntellektual kapital yeni dəyərlərin yaradılmasında iştirak edir [38, 10]
İntellektual kapitalın tədqiqi mikrosəviyyədə firma iqtisadiyyatı timsalında intellektual
kapitalın formalaşması, istifadəsi və onun şirkətin fəaliyyətinə təsiri təhlil olunur. [15,27].
Makrosəviyyədə milli intellektual kapital ölkə əhalisinin bilikləri, bacarıqları,
peşəkarlıqları, iqtisadi artımın vacib tərkib hissəsi kimi qəbul olunur. Digər tərəfdən o,
insan kapitalının intellektual tərkib hissəsidir. İntellektual məhsul təsərrüfat fəaliyyətində,
təhsildə istifadə olunur, gələcəkdə tələb olunan fundamental biliklərin toplanmasına
yönəlir.

Beləliklə ölkənin intellektual kapitalı elmi-texniki və ali təhsil sferasında formalaşır, insan
kapitalı onun tərkib hissəsidir. Bu sahənin fəaliyyəti yüksək kvalifikasiyası olan işçilərin
əməyi nəticəsində formalaşır, və elmi-texniki ideyaların gələcəkdə
kommersiyalaşdırılmasına imkan verir. Milli intellektual kapital deyəndə, onun iqtisadi
artımı, rəqabət qabiliyyətini təmin edən, kommersiya dəyəri olan hissəsi, başqa sözlə,
intellektual kapitalın iqtisadi səmərə verən hissəsini nəzərdə tutulur.

XX-ci əsrin 70-ci illərindən başlayaraq beynəlxalq iqtisadi qurumlar tərəfindən insan
kapitalı probleminə maraq artmağa başladı. BMT-nin iqtisadi və sosial şurası davamlı
inkişaf strategiyası üzrə sənəd hazırlamışdır. Bu sənədə əsasən insan kapitalının bəzi
tərkib hissələrinin hesablanma metodikaları yaradılmışdır. Bu metodikaya bir nəslin orta
ömür müddəti, aktiv əmək qabiliyyəti dövrü, iş qüvvəsinin balansı və digər insan amili ilə
bağlı göstəricilər daxil olmuşdur. Beləliklə XX-ci əsrin ikinci yarısından iqtisadi inkişafda
insan amilinin rolu və əhəmiyyətinin artması problemi qoyulmuşdur. Beynəlxalq
qurumlar tərəfindən insan kapitalının qiymətləndirmək üçün bir neçə göstəricinin
qiymətləndirilməsi tövsiyə olundu. Bunlara təhsilə və yeni işçilərin hazırlanmasına
çəkilən xərclər, ixtisasartırma xərcləri, tərbiyəyə, xəstəliyə görə itkilər, ölüm və sair
çəkilən xərclər daxildir.

İntellektual kapitala – konkret insanların bilik, təcrübə, iş vərdişləri, qeyri-maddi aktivlər,


proqram təminat, məlumat bazaları, ticarət nişanları daxildir. İntellektual kapital gəlirin
maksimuma çatmasında istifadə edilir. Müasir inkişaf göstərir ki, məhz intellektual
kapital yaratdığı dəyər önəmli rola malikdir və postindustrial inkişafın əsas şərtlərindən
biridir. Şirkətlərin işçi heyətinin bilikləri məhsulun rəqabətqabiliyyətini təmin edir.
İntellektual kapitalın şirkət üçün daha böyük strateji mahiyyətə malikdir, nəinki onun
maddi və maliyyə aktivləri. Qabaqcıl ölkələrdə intellektual kapitalın düzgün
qiymətləndirilməsi, inkişafı və səmərəli istifadəsi böyük önəm təşkil edir və müasir
şirkətlərin bazar dəyərinin əsasını təşkil edir. Ölkədə fəaliyyət göstərən şirkətlərin
yüksək intellektual kapitala malik olması onun rəqabət üstünlüyünü təmin edir. İnsan
kapitalının tərkib hissəsi olaraq, ölkənin intellektual kapitalı elmitexniki və ali təhsil
sferasında formalaşır. Bu sahənin fəaliyyəti yüksək kvalifikasiyası olan işçilərin əməyi
nəticəsində formalaşır, və elmi-texniki ideyaların gələcəkdə kommersiyalaşdırılmasına
imkan verir. Milli intellektual kapital deyəndə onun iqtisadi artımını, rəqabətqabiliyyətini
təmin edən 5 kommersiya dəyəri olan hissəsi nəzərdə tutulur, yəni intellektual kapitalın
iqtisadi səmərə verən hissəsini. İnsan yaşadığı dövrdə əldə etdiyi biliklər intellektual
kapitala çevrilir. İntellektual kapitalın tədqiqinin əsasında insan kapitalı nəzəriyyəsi
durur. İnsan kapitalı sağlamlıq, əmək qabiliyyəti, intellektual, sahibkarlıq, mədəni-
mənəvi, sosial və s. kapitalın məcmusudur. İnsan kapitalına daxil olan bu tərkib
hissələrdən ən səmərəlisi intellektual kapitaldır. Korporasiyaların institusional
nəzəriyyənin işləyib hazırlamış C. Helbreyt qeyd edirdi ki, insan intellektinə qoyulan bir
dollar dəmir yolları, avadanlıq, və s. qoyulan bir dollardan çox milli sərvətin artımına
şərait yaradır. Başqa sözlə, təhsil kapital qoyuluşların yüksək səmərə verən tərkib
hissəsinə çevrilir.

You might also like