Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 4

Azərbaycan Tibb Universiteti

Müalicə-profilaktika 1
Qrup: 118A7b
Cəfərli Elmir
Mövzu: Populyasiya. Populyasiyanın quruluşuvə dinamikası
Sərbəst iş №3
Populyasiya arealın müəyyən hissəsində, elə həmin növün başqa
birləşmələrindən uzun müddət təcrid olunmuş halda yaşayan, ümumi
genofonda malik, sərbəst çarpazlaşaraq döllü nəsil verən fərdlər
birliyinə populyasiya deyilir. Şmalhauzen populyasiyaya tekamülün
elementar vahidi Şvars isə növun elementar yaşama forması təsəvvür
etmişdir. Populyasiyalar bir-birindən quruluşuna genofonduna və s.
Əlamətlərə görə fərqlənirlər. Bununla belə təbii populyasiyalar
müxtəlif kateqoriyalara görə xarakterizə olunurlar. Ayrıcinsli növlərdə
erkək və dişi fərdlərin bir birinə nisbəti populyasiyanın cins tərkibidir.
Qametlərin xromosom quruluşundan asılıdır. İstənilən populyasiya
müəyyən məkanda yayılmışdır. Bitkilərdə və oturaq canlılarda
məkana uyğunlaşma maksimum səviyyədədir. Az hərəkətli
heyvanlarda da məkan amili özünü göstərir. Quşlarda və çox hərəkətli
məməlilərdə bu məsələ fərqlidir. Bununla belə onların da məkan
quruluşu mövcuddur. Bu quruluş müəyyən marşurutla həyata
keçirilir. Məkan daxilində fərdlər qruplar şəklində toplanmış, təsadüfi
və ya bərabər sıxlıqda yayıla bilərlər. Bu da müxtəlif növlərdə müxtəlif
formalarda olur. Ətraf mühiti dərk etməyə çalışan hər kəs
populyasiya anlayışının prinsipial əhəmiyyətini dərk
etməlidir.Unutmaq olmaz ki, populyasiya bioloji növün yaşamaq
formasıdır.
Bioloji növü təşkil edən fərdlər onun arealı daxilində müxtəlif
qaydada yerləşirlər. Ona görə müəyyən sahə vahidinə düşən fərdlərin
sayı, yəni populyasiyanın sıxlığı fərqli olur. Populyasiyanın sıxlığı
yüksək olan yerlər ilə onun sıxlığı aşağı olan yerlər növbələşirlər. Eyni
populyasiyanın sıxlığı eyni bir yerdə bir il yeksək, o biri il isə aşağı ola
bilər. Bütün bunlara görə populyasiyaya belə tərif verilir: Bioloji
növün arealı daxilində konkret ərazidə yerləşən, uzun müddət (çoxlu
nəsillər boyunca) real imkanlar əsasında bir-biri ilə sərbəst cütləşib öz
sayını tənzim edə bilən və müəyyən mexanizimlərlə (coğrafi, ekoloji
və etoloji mexanizimlərlə) az-çox təcrid olunmuş fərdlər qrupuna
populyasiya deyilir. Deməli populyasiyanı müəyyn etmək üçün əsas
əşərtlər aşağıdakılardır:
Konkret sahədə uzun illər yaşayıb öz sayını tənzim edə bilmək. Stabil
olmayan qısa müddətli fərdlər qrupuna populyasiya deyilir.
MüəyyənMüəyyən dərəcədə sərbəst cütləşmək üçün imkanın olması,
özü də real imkan-real gen mübadiləsi. Bu baxımdan növün ümumi
imkanı populyasiyaya nisbətən daha genişdir. Növün fərdləri arasında
sərbəst cütləşmək üçün potensial imkan da vardır. Bu imkanlar növün
nisbi stabilliyini gücləndirir. Populyasiyanın sərbəst cütləşmək imkanı
onun quruluşunun təkamülünü təmin edir.
Populyasiyalar az-çox təcrid olunmuş halda yaşayırlar. Onları coğrafi,
ekoloji və etoloji mexanizimlər təcrid edir.

PopulyasiyanınPopulyasiyanın 3 tipi vardır:

Coğrafi populyasiya-növün arealının müəyyən coğrafi ərazisində


yerləşən fərdlər qrupudur. Coğrafi populyasiya növaltına və ya
yarımnövə uyğun gəlir. Coğrafi populyasiyalar arasında gen
mübadiləsi zəifdir. Ona görə də belə populyasiyada səciyyəvi etoloji,
ekoloji və biokimyəvi xüsusiyyətlərlə yanaşı müəyyən morfoloji
fərqlər də formalaşır.
Ekoloji populyasiya-növün arealının eyni coğrafi ərazisində ekoloji
şəraitə görə fərqli sahədə yerləşən fərdlər qrupudur. Ekoloji
populyasiyanın təcrid edən mexanizimlər səciyyəvi yuva yerindən,
sutkalıq fəaliyyət ritmidən, qidalanma xarakterindən, enerji
balansından və başqa ekoloji xüsusiyyətlərdən ibarət ola bilər.
Etoloji populyasiya və ya elementar populyasiya- eyni coğrafi ərazidə
və ya eyni ekoloji şəraitdə eyni növə aid olan fərdlərin davranışına
görə fərqlənən qrupudur. Belə qrup özünəməxsus davranışını onu
qonşu qruplardan az-çox təcrid edib gen mübadiləsini zəiflədir.
Populyasiyanı təşkil edən fərdlər cinsiyyətə -erkək və dişi, ailəyə-
valideyinlər və onların balaları, yaşa-cavanlar və qocalar, habelə
sahədə yerləşməsinə görə qruplar əmələ gətirirlər. Belə qruplaşmalar
ekoloji şəraitdən səmərəli istifadə etməyə, vaxta qənaət etməyə və
özünü qorumağa imkan verir, rəqabəti azaldır. Məsələn cüt-cüt
yaşayan heyvanlar sahədə elə yerləşirlər ki, onlar bir-birindən uzaq
düşüb əlaqəsiz qalmasın, nə də çox yaxın olub aralarındakı rəqabəti
gücləndirməsin. Adətən qida bazası zəngin olan və sahədə bərabər
paylanmış həşartdan, otdan və bu kimi qidadan istifadə edən bübül,
qaratoyuq, alacəhrə, meşə sərçəsi və s. heyvanlar cüt-cüt yerləşir. Hər
cütün müəyyən sahəsi və qida üçün oradan uzağa getmirlər. Lakin
qida bazası, yuva yeri, və başqa ekoloji şəraiti müəyyən bir sahədə
olan heyvanlar düşərgələr-kolonyalr əmələ gətirirlər. Bunların
morfoloji strategiyası, yəni hərəkət qaydası, qida və su daşımaq
qabiliyyəti və s. morfo-fizioloji uyğunlaşmaları yuvasından çox uzağa
getməyə imkan verir. Məsələn, arılar, qarışqalar, göyərçin, zağca,
qağayı, antiloplar və s. heyvanlar balası olan yerdən çox uzağa gedib-
qayıda bilirlər. Su mühitində qida bazası ö qədər zəngindir ki, təkcə
cəld hərəkətli heyvanlar deyil, hətta su axını vasitəsi ilə passiv
yemlənən hidra, mərcan polipi, assidi və s. heyvanlar böyük
düşərgələr əmələ gətirib nəsil verirlər. Populyasiyanın çoxalma
dövründən sonra əmələ gətirdiyi qruplaşmalar köməkli formada
yemlənmək və qorunmaq üçündür, özü də bir növə məxsus, sərbəst,
eləcə də bir neçə növə aid qarışıq fərdlərdən ibarət sürü ola
bilər.Deməli heyvanların populyasiyasında koloniyanın əmələ
gəlməsinin əsas səbəbi normal nəsil verməyi təmin etmək, çoxalma
dövründən kənar vaxtda sürülərdə yaşaması və köməkli qidalanmaq
və geniş mənada qorunmaq üçündür.
Bir sıra heyvanların erkəkləri dişilərdən, cavanları qocalardan ayrı
qruplr əmələ gətirirlər. Bu da onların arasında növdaxili rəqabəti
azaldır. Beləliklə populyasiyanın quruluşu onun təkamülündə
formalaşmış uyğunlaşma strategiyasından asılıdır, özü də növdaxili
rəqabəti azaldıb, qrup effektini yüksəltməy yönəltmişdir.

You might also like