Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 3

Azərbaycan Tibb Universiteti

Müalicə-profilaktika 1
Qrup 118A7b
Cəfərli Elmir
Mövzu: Müxtəlif dərman formaları. Aerozollar
onlara aid reseptin yazılma formaları.
Sərbəst iş № 5
Bunlar, dispersion mühiti havadan, dispers fazası
isə bərk və yaxud maye dərman maddələrinin bir
neçə mikrometr həcmli hissəciklərindən ibarət
olan aerodispers sistemlərdir. Aerozol formasında
tibbi praktikada uçucu mayelərin, bərk dərman
maddələri məhlullarının, eləcə də bunların
qarışığının buxarından istifadə olunur. Məsələn
rinitlər zamanı işlənən “İnhakamf” cib
inhalyatorunun tərkibində kamfora, mentol, metil
salisilat və ekvalipt yağının qarışığını vardır. Tibb
müəssisələrində aerozollar ( tərkiblərinə efir
yağları, antibiotiklər və s. daxil olur ) xəstələrə
xüsusi stasionar inhalyatorlar vasitəsi ilə təyin
olunur. Son illər zavod şəraitində hazırlanan
içərisində müvafiq dərman maddələri olan
dozatorlu qapaqlarla təchiz olunmuş xüsusi
aerozol balonlardan geniş istifadə olunur. Bu
balonların qapağını basdıqda dozator nəfəs
yollarına lazım olan miqdarda aerozolun daxil
olmasına imkan verir. Nəzərə almaq lazımdır ki,
tibbi praktikada aerozol şəklində sistem təsirli
dərman maddələri də ( Nitroqliserinin sublinqual
aerozolu “Nitromint” ) təyin olunur. Aerozollar
təkcə inhalyasiya və ya sistem təsir almaq
məqsədilə deyil, həmçinin, xaricə tətbiq etmək
üçün də istifadə olunur. Sonunculara cərrahiyə,
ginekologiya və dermatologiya praktikasında
istifadə olunan müvafiq olaraq “Oksikort”,
“Amprovizol” və “Pantenol” kimi aerozolları misal
göstərmək olar. Aerozollar ancaq zavod şəraitində
hazırlanan ofisinal dərman formaları olduğuna
görə onlara resept yalnız ixtisar variantda yazılır.
Məsələn, 2 balon “Beklomet” aerozoluna resept
yazmalı. Gündə iki dəfə inhalyasiya etmək üçün.
Rp.: Aerosolum “Beklometum” №2
D.S. Gündə 2 dəfə inhalyasiya etməli
Son illər aerozolların digər bir növü spreylərdən də
geniş istifadə olunur. Sprey, dərman maddəsinin
daha lokal nahiyəyə püskürülməsinə imkan verir.
Bunlardan ağız boşluğu xəstəliklərinin
müalicəsində (kamillozan), lokal anesteziya
törətmək üçün (lidokain) və s. məqsədlərlə istifadə
olunur.

You might also like