Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 491

MÜXTƏLİF SUALLARA

CAVABLAR
MÜTLƏQ OXU
BƏLKƏ DƏ AXTARDIĞIN CAVAB BURADADIR
Mündəricat
Həyatımız məqsədsizdirmi?_______________________________________8
Mən niyə inanıram?____________________________________________12
Allahsız həyatın mənası yoxdur__________________________________17
Mənə Allahdan danış___________________________________________20
Allahı (c.c) görmək necə olur?___________________________________26
Ateizm yoxsa Din?_____________________________________________28
Nəhəng kainatdakı kiçik insanlara din göndərmək Yaradanın nəyinə
gərəkdir?” iddiasına cavab______________________________________34
Küfrə gedən yol: TƏKƏBBÜR___________________________________38
ABSURD ATEİZM VƏ TƏKAMÜL NƏZƏRİYYƏSİ__________________43
MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?____________________________51
İnsanlar ateist doğulurmu?______________________________________56
NƏ ÜÇÜN İSLAM?____________________________________________57
Peyğəmbərin (s.a.v) peyğəmbərliyini yalanlayanlara qısa cavab________66
“Quranı Məhəmməd peyğəmbər uydurub?” – deyənlərə______________68
Quranı peyğəmbər yazdı deyənlərə cavab___________________________78
QURANIN ALLAH KƏLAMI OLMASININ SÜBUTLARI____________85
Quranda niyə qorxutma ayələri var?______________________________94
Axirətin isbatı haqqında_________________________________________99
İslamda elm və mədəniyyət_____________________________________101
Dünyada İlk Universitet________________________________________101
İSLAM MƏDƏNİYYƏTİNİN AVROPAYA TƏSİRİ__________________103
Dünyanı heyrətləndirən məşhur müsəlman alimi Əl-Xarəzmi_________107
İnsan və təbiət – Yaradılış dəlilləri________________________________115
1|Page
Toxum möcüzəsi______________________________________________115
İnsan gözünün yaradılışı_______________________________________119
Çox təsirli dezinfeksiya edici: göz yaşı____________________________122
İnsan bədənindəki sümüklərin mükəmməl funksiyası________________123
Nəsil artırma sistemi kor təsadüflə meydana gələ bilərmi ?___________126
Təsadüf haqqında_____________________________________________130
Bir hüceyrənin təsadüfən əmələ gəldiyini düşünsək_________________130
Balıqların kürü tökməsi və təsadüf_______________________________134
Kainat və astrofizika – Yaradılış dəlilləri___________________________162
KAİNAT KİMİN ƏSƏRİDİR?___________________________________162
Kainatdakı həssas əyarlar______________________________________169
Kainatda qüsurlu dizayn mövcuddurmu?__________________________181
Kosmosdakı nəhəng boşluqlar___________________________________183
Kainat heçlikdən (yoxluqdan)  özü-özünə var ola bilərmi?____________185
Allah Təala (c.c) haqqında suallara cavablar_______________________189
Mənəvi dəyərlər arqumenti haqqında ateist iddiaya cavab____________189
Mənəvi dəyərlər arqumenti – Allahın varlığı_______________________193
Kosmoloji arqument – Allahın varlığı_____________________________198
ALLAHIN VARLIĞININ VƏ TƏKLİYİNİN MƏNTİQİ VƏ ELMİ
DƏLİLLƏRİ_________________________________________________204
Allahın varlığı haqqında semantik və mexaniki baxış açısı____________209
NİYƏ İNKAR EDİRLƏR?______________________________________211
“Müsəlmanlar 3999 Tanrını inkar edir, ateistlər isə 4000 tanrını” iddiası
____________________________________________________________214
Əgər mərhəmətli Allah varsa, onda niyə dünyada şər mövcuddur?_____216
Dünyada var olan bu qədər pisliyə Allahın maneə törətməməsinin
hikməti nədir?_______________________________________________219

2|Page
“Bağışlayıcı olan Allah inkarçıları heç cəzalandırarmı?” iddiasına cavab
____________________________________________________________222
“Allah mərhəmətlidirsə, onda niyə zalım insanları yaradır?” iddiası____224
Allah Təalaya (c.c) niyə ibadət etməliyik?_________________________225
“Allahı kim yaratdı?” sualı_____________________________________227
Allah qaldıra bilməyəcəyi daş yarada bilərmi?______________________230
Boşluqların Tanrısı – John Lennox______________________________235
“Allah” kəliməsi İslamdan əvvəl mövcud idimi?____________________238
Görmədiyimiz halda Allaha (c.c) iman etmək______________________240
Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar______________243
HZ MUHAMMƏDİN (S.A.S) BİR NEÇƏ QADINLA EVLƏNMƏSİNİN
SƏBƏBİ NƏDİR?____________________________________________243
Peyğəmbər qənimət sahibimi idi?________________________________256
Rəhmət Peyğəmbərinin (s.a.v) rəftarından nümunələr_______________259
Hz. Muhamməd (s.a.v) niyə Ərəb yarımadasına göndərildi?__________262
İtlərin öldürülməsi caizmidir?___________________________________264
“Əlimizdə Quran olduğu halda peyğəmbərin (s.a.v) hədislərinə ehtiyac
yoxdur” iddiasına cavab_______________________________________267
Bəni-Qureyzə (Qureyzə oğulları) xəyanəti_________________________268
Hz. peyğəmbərin (s.a.v) çoxlu xanımla evlənməsinin səbəbi nədir?_____277
Hz. Muhamməd qadına, var-dövlətə və hakimiyyətə sahib olmaq üçünmü
peyğəmbərliyini elan etdi?______________________________________281
Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar________________288
Yaxşılıq edən ateistlər niyə Cəhənnəmə gedir?______________________289
YOXLUQ VƏ ÖLÜM. ÖLÜM YOXLUQDURMU?__________________295
CƏHƏNNƏMİN YARADILMASINDA HİKMƏT NƏDİR?___________299
Müsəlman olmayanlar Cənnətə gedəcəkmi? (ateist iddiasına cavab)____304
Kafirlərin sonsuz cəhənnəm əzabı görəcək olmasının hikməti nədir?___306
3|Page
Ölüm sonrası həyat (çantacı Necmi abinin xatirələrindən)____________308
Cənnət rüşvətdirmi? (ateist iftirasına cavab)_______________________310
Əgər Allah Təala (c.c.) bizim Cənnətə yaxud Cəhənnəmə gedəcəyimizi
əvvəlcədən bilirsə, onda niyə bizi bu dünyaya göndərir?______________313
Quran ayələrindəki möcüzələr___________________________________315
QURANIN XƏBƏR VERDİYİ BƏZİ ELMİ HƏQİQƏTLƏR__________315
Göy üzünün qoruma funksiyası_________________________________319
Bir kitab var..________________________________________________322
Rum surəsi 1-5-ci ayələr_______________________________________324
Qurana qarşı iddialara cavablar_________________________________326
Kəbə təhlükəsizdirmi ?_________________________________________326
“Qadınlar sizin tarlanızdır” ayəsini necə anlamalıyıq?_______________328
“Zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun” ayəsini
necə anlamalıyıq? (Tövbə 29)___________________________________331
Yer və göylər 6 yoxsa 8 gündə yaradıldı?__________________________336
“Cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım”
ayəsinin izahı________________________________________________340
Şirin sulu dənizdə mərcan və mirvari olarmı?______________________345
Gəmilərin küləklə hərəkət etməsi sualı (Şura 32-33)_________________348
Allah göyü tutub saxlayır? (Həcc, 65)_____________________________352
Allah (c.c) qənimətləri nə edəcək?_______________________________356
XEYİR VƏ ŞƏRİN ALLAHDAN OLMASI NƏ DEMƏKDİR?_________359
Quran sorğulayıb öyrənməyi qadağan edirmi? (Maidə surəsi, 101-102-
ci ayələr)____________________________________________________362
Quran qorunubmu? Quranın kitab halına salınması necə olmuşdur?___366
“Ölümsüz canlı” iddiasına cavab________________________________372
“Nisa 78 və 79-cu ayələr bir-biriylə ziddiyyət təşkil edir” iddiası_______375

4|Page
Allah hər canlını cütlər halındamı yaratmışdır? (Zuxruf 12; Zariyat 49;
Yasin 36)____________________________________________________376
İblis cindir yoxsa mələkdir?____________________________________386
Quran yunanlardan kopyalandı iddiasına cavab____________________387
İddia: Quranda Kəhf surəsinin 86-cı ayəsində günəşin palçıqlı suda batdığı
yerdən bəhs edilir. Bu da elmə ziddir._____________________________389
Quranda elmi kəşflər yazırsa, müsəlmanlar niyə tapa bilmirlər?_______391
Niyə Quranda Amerika qitəsi, pinqvinlər, dinozavrların, heyvan və
bitkilərin yaradılışı və s. haqqında məlumat yoxdur?________________392
Lənətlənmə və qəlblərinə möhür vurulması ayəsi___________________395
“Onlar kar, lal və kordurlar” ayəsi_______________________________399
“O, yaratdığı hər şeyi gözəl yaratdı” ayəsi haqqında iftiralara cavab____400
Namaz, oruc, həcc ziyarəti ilə bağlı suallar________________________403
NAMAZ NİYƏ ƏRƏBCƏDİR?__________________________________403
Həcc vaxtı şeytanı daşlamağın izahı nədir?________________________405
Kəbədəki daş meteoritdir iddiasına cavab__________________________407
Həcc zamanı Səfa və Mərvə təpələri arasında qaçmaq ibadəti
bütpərəstlikdən mi gəlir?_______________________________________410
Orucun faydaları haqqında elmi araşdırma________________________413
Qadınlar haqqında suallara cavablar_____________________________415
İSLAMDA ÇOXEVLİLİYİN HİKMƏTİ NƏDİR?___________________415
Miras bölgüsündə kişi və qadın arasında fərq______________________428
Qadın Peyğəmbər Göndərilməməsinin Hikməti Nədir?______________430
Quranda qadınları döymə əmri varmı?___________________________432
Alın yazısı haqqında suallara cavablar____________________________439
“Yaradarkən məndən soruşdumu?”______________________________439
Taleyim əvvəlcədən yazılıbsa, mənim günahım nədir?_______________442
Digər peyğəmbərlər haqqında___________________________________445
5|Page
İlk insanın torpaqdan yaradılması_______________________________445
Coğrafi regionlar üzrə dinlərin yayılması iddiası____________________447
Peyğəmbər və din gəlməmiş insanların halı necə olacaq?_____________455
Quranda adı çəkilən peyğəmbərlərin çoxu niyə orta-şərqə göndərilib?__457
Niyə bütün peyğəmbərlər orta-şərqə gəlib?________________________462
Terror və müharibə____________________________________________468
Quranda “öldürməyi” əmr edən 7 ayənin qısa təhlili________________468
“Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğrayın”
ayəsi haqqında ateist ittihamlarına cavab__________________________481
F Ə L A K Ə T L Ə R : A C L I Q V Ə X Ə S T Ə L İ K L Ə R ____________484
Allah ruzi verirsə, niyə ac insanlar var? (İsra/31)___________________484
Allah insanı mükəmməl yaradıbsa, niyə bu qədər xəstəliklər var?______489
Afrikada insanlar niyə acdır?___________________________________493

6|Page
Həyatımız məqsədsizdirmi?

İnkarçılar insanın dünyaya gəliş məqsədini, səbəblərini


bilməyərək hər şeyə maddi yöndən ölçü verərlər. Bu
dünyada mənasız ömür sürüb, kef çəkib sonra yuxu imiş
kimi bu dünyadan köçəcəklərini fikirləşərlər. Çoxu isə
“onsuzda öləcəyik! Bu dünyada kefimizi çəkək, sonra ölək!”
deyib düşünərlər. Amma “insanlığın qayəsi, məqsədi nədir?”
deyə heç düşünməzlər!
İnsan həmişə özünü dərk etməyə çalışmışdır. Həmişə bu
barədə düşünmüş, ağlına gələn suallara cavab axtarmışdır.
Bu suallar içərisində ən geniş yayılanı isə budur: insan
kimdir, nədir? Nə üçün insan əbədi yaşamır, dünyaya gəlir
və gedir? İnsan haradan gəlir, haraya gedir? Nə üçün gəlir,
nə üçün gedir?
Doğrudan da, insan nədir, kimdir? Yalnız ət və sümük
yığınından ibarət bir maddi varlıqdırmı? Dünyaya gəlişinin
məqsədi mümkün olduqca çox yemək, çox içmək, çox kef
eləmək, həzz almaq, sonra da ləzzətli və gözəl dünyaya
əlvida deyib heçliyə getməkdirmi, yoxsa onun başqa
məqsəd və vəzifələri də vardır?
İnsan həm maddi olan bədəndən, həm də mənəvi olan
ruhdan ibarət olduğundan, o, eyni zamanda həm maddi
(bioloji), həm də mənəvi (ruhi) varlıqdır.
Lakin insan öz mahiyyətini təşkil edən bu iki ünsürdən birini-
maddi yönünü daim görüb, duyub o birini-mənəvi olan
yönünü görə bilmədiyindən üstünlüyü birinciyə, yəni maddi
olan bədəninə verir, ruhi, mənəvi tərəfini unudur. Halbuki,
insanda bədən üzvləri (baş, dil, ağız, göz, qulaq, mədə,
7|Page
bağırsaq, ürək, ciyər və s. ) ilə yanaşı mənəvi olan şüur, ağıl,
iradə, qəlb, nəfs və s.də vardır. Hamımız yaxşı bilirik ki, ruh
bədəndən çıxar-çıxmaz əsas kimi qəbul etdiyimiz bədən
gərəksiz, hətta iyrənc bir şeyə çevrilir, daha onu evdə
saxlamaq belə mümkün olmur (ateistlər ruha
inanmadıqlarından, mənəvi olan qəlb, nəfs, iradə, və s -i də
qəbul etmirlər və insana bir heyvan kimi baxırlar)

İNSAN HƏM DƏ ACİZ VARLIQDIR: O, təbiət qarşısında-sel,


tufan, boran, zəlzələ, ölümcül yoluxucu xəstəliklər, vəhşi
heyvanlar qarşısında olduğu kimi, öz həmcinsləri olan
insanlar qarşısında da acizdir. İnsanın qarşısında aciz qaldığı
bir başqa şeydə onun öz bədənidir. Məsələn insan öz
bədənindəki bir zərrəyə belə hökm edə bilməz. O, dırnağına,
başında, üzündə cücərən tüklərinə “çıxma! uzanma!” deyə
əmr edə bilirmi? Orqanizmdəki gözəgörünməz viruslara
qarşı müqavimət göstərə bilirmi? Bir az ehtiyatsızlıq etdimi,
xəstələnə, hətta ölə bilər. O, öz bədəninin köhnəlməsi-
qocalıq qarşısında acizdir və bir gün bu dünyanı tərk edəcəyi
qaçılmazdır.

İNSAN ÖYRƏNMƏYƏ VƏ TƏRBİYƏ EDİLMƏYƏ ƏLVERİŞLİ


VARLIQDIR:
İnsanın varlığının ümumi xüsusiyyətlərindən biri də məhz
budur-o, dünyaya gələrkən heç bir şey bilməyən, lakin
öyrənməyə və tərbiyə edilməyə əlverişli bir varlıq olaraq
gəlir. Bu barədə Quran-i Kərim belə deyir: “ALLAH SİZİ HEÇ
BİR ŞEYDƏN XƏBƏRSİZ, MƏLUMATSIZ İKƏN (BİR VARLIQ
OLARAQ) ANALARINIZIN QARNINDAN ÇIXARDI, ŞÜKR
EDƏSİNİZ DEYƏ SİZƏ QULAQLAR, GÖZLƏR, QƏLBLƏR VERDİ.
8|Page
” (NƏHL, 78)
İnsan başqa canlılara bənzəmir, heyvanlar, həşəratlar,
böcəklər, quşlar, balıqlar dünyaya hazır davranış qaydaları
ilə gəlirlər. Onları çox vaxt əlavə təlim görməyə, insan kimi
məktəbdə, universitetdə oxumağa, öz hiss və davranışlarını
nəzarəti altında saxlamağı öyrənməyə ehtiyacları yoxdur.
İnsan isə bütün ömrü boyu əvvəlcə ailədə, sonra məktəbdə,
daha sonra cəmiyyətdə öyrənməyə məhkumdur. Bəzən 70-
80 illik ömür adlanan zaman da ona kifayət etmir, çox vaxt
o, yenə də ən mükəmməli qazana bilmədən həyatı tərk edir.

BÜTÜN CANLILAR KİMİ İNSANDA BİR GÜN HƏYATA


ƏLVİDA DEYİB ÖLƏCƏK:
İnsan bir gün dünyanı tərk edəcəkdir və inkar edənlər
ruhlarında vicdan sızıntısını, kaş ki, inkar etməyəydim kimi
vicdan əzabını, titrəyişini hiss edəcəklər. Hiss edəcək və
yalvararaqlar! Ölüm anında milyon dəfə yalvaracaqlar.
Dünyaya geri dönüb, əməllərini düzəltmək üçün vaxt istəyib
yalvaracaqlar. Onların yalvarışları rədd ediləcəkdir və rəzil
olunmuş halda qalacaqlar. Onlar buna inanmazlar çünki,
gözləri kor, qulaqları kardır görməzlər, eşitməzlər, hiss
etməzlər lakin inkar edərlər, gülərlər, lağ edərlər,
cahilliklərinə salıb qəflət yuxusunda yatmağa üstünlük
verərlər! Hər şeyə gülüb özlərini ağıllı, bilikli, savadlı
apararlar, amma bilməzlər. Bir gün öləcəklərini bilməzlər,
əzab çəkərək öləcəklərini, imdad diləyəcəklərini, qəbirdə
torpaq olacaqlarını, çürüyüb mənasız sümük yığını
olacaqlarını bilməzlər. Həmişə yaşayacaqmış kimi
həyatlarını davam edəcəklərini düşünərlər. Heç
ölməyəcəkmiş kimi əbədi, dünyanın ucunu tutub ömür
9|Page
sürəcəklərini zənn edərlər, amma bir gün ölümlə
qarşılaşacaqlarını bilməzlər.
Bilməyənlər ölüm anında anlayarlar və olmayan vicdanları,
baş qaldırıb onların ruhlarına əzab verər. Allahı qəti şəkildə
rədd edənlər belə son anda vicdanlarına təslim olmuş, ən
sonda Onu təsdiq etməyə məcbur olmuşlar. Azərbaycan
dramaturgiyasının və materialist fəlsəfi fikrinin banisi Mirzə
Fətəli Axundov bütün ömrü boyu Allahın varlığını inkar
etmiş, təkcə inkar etməklə kifayətlənməmiş, dinə, xüsusən
də İslama qarşı düşmən münasibət bəsləyərək həmişə onun
əleyhinə çıxış etmişdir. O, “Mən bütün dinləri puç və əfsanə
hesab edirəm” deyirdi. Biz onu ərəb əlifbasının əleyhdarı,
kiril əlifbasının fəal təbliğatçısı kimi də tanıyırıq. Bu
məqsədinə çatmaq üçün o, əlindən gələn hər şeyi etmiş,
hətta yeni, latın və kiril əlifbaları əsasında yeni əlifba da
tərtib edərək onu təsdiq etdirmək üçün Şərq dövlətlərini
gəzmişdi.
Lakin ölüm yatağına düşəndə, bir daha sağalıb ayağa
qalxmayacağını başa düşəndə vicdanı (vicdan Allahı təsdiq
edən dəlillərdən biridir) baş qaldırmış, səhv etdiyini
anlamışdı. Yanına gələn dostları ondan soruşmuşdu:
Mirzə vəsiyyətin nədir, səni İslam qaydalarına görəmi dəfn
edək, yoxsa….
Mirzə Fətəli Axundov yoldaşlarının gözünə dik baxa
bilməmiş, başını divara tərəf çevirmiş və belə cavab
vermişdi:
Siz necə bilirsinizsə, elə də dəfn edin.
Ölüm bir gün hər kəs kimi sizin də başınızın üstünü alacaq o
zaman qəflət yuxusundan ayılıb gerçəkləri görəcəksiniz
amma gec olacaq. Çünki, ÇOX İNSAFLI, ƏDALƏTLİDİR
10 | P a g e
ÖLÜM…. Gəlmədən öncə neçə-neçə elçilər göndərir. Ancaq,
biz heç fikir vermərik o elçilərin xəbərdarlıqlarına….
Saysız elçilər göndərər bizə….Lakin biz, “xəstəlikdir keçər”
deyərik və əhəmiyyət vermərik…
Günbəgün tükənib bitdiyini görmürük…. Ömür, bitməyəcək
bir xəzinə kimi görünər gözümüzə, hər şeyin bir sona
məhkum olduğuna inanmaq istəmirik….
Zənn edərik ki, ancaq belə xoşbəxt olmaq olur.
Aldanırıq, amma başqa cür də qəbul etmərik….
Və bir gün ölüm gəlib çıxacaqdır qarşımıza…..
Çaşacağıq və həyəcanlı soruşacağıq; “Niyə xəbər vermədin
ki? ”
Cavab vermək məcburiyyətində deyildir ölüm…..
Çünki o, xəbərini çoxdan vermişdir…..

Mən niyə inanıram?

Mən inanıram, sorğulayaraq inanıram, elmi faktları dəlil


gətirərək inanıram, düşünərək inanıram.Həyatın bir təsadüf
əsəri olmadığına, ateizmin və deizmin boş bir şey olduğuna,
ağıl və iradə sahibi olan insanın məqsədsiz, başıboş
buraxılmayacağına inanıram.

İnanıram ki, Kainat, makro, meqo və mikroaləm təsadüflər


nəticəsində yaranmayıb. Canlı aləmin ağılsız və şüursuz
atomlardan, molekullardan məqsədsiz, plansız və kortəbii
şəkildə öz-özünə yaranmadığına, atomların yaradıcı qüvvə

11 | P a g e
olmadığına inanıram. Çünki, heç bir atom və molekul seçim
etmək gücünə malik deyil, yaradıcı gücünə malik deyil,
plansız yaratma gücünə malik deyil, özbaşına düşünmək,
fikirləşmək, plan qurmaq, başqa molekullarla birləşib
insanın və digər canlıların işinə yarayacaq ağıllı dizayn,
yaradılış gerçəkləşdirmək gücünə malik deyil. Hüceyrənin
mürəkkəb quruluşu bizə bir dizaynerin sənətini, bu sənətə
xas sənətkarın varlığından xəbər verir. Bu cür mükəmməl
hüceyrəni, onun orqonoidlərini: robosomları, lozisomları,
mitoxondriləri, holci kompleksini, nüvəsini, sitoplazmasını,
plazmatik membranını və onların hissələrinin hissələrini heç
bir molekul özbaşına yarada bilməz.

Adicə bir misal: məsələn, tutaq ki hüceyrənin mürəkkəb


üzvi tərkib hissəsindən biri olan zülalları (proteinləri) sintez
etmək lazımdır. Və biz bu zülalı almaq üçün şüurlu şəkildə,
məqsəd və plana uyğun olaraq sintez planını qururuq, yəni
fikirləşirik!

Məsələn ən sadə üsulu seçirik və bu sintezi reallaşdırmaq


üçün biz məlumatlanmalıyıq. Məlumat almalıyıq ki, zülallar
beta, qamma aminturşularından deyil məhz alfa-
aminturşularından əmələ gəlmişdir. (Gördüyümüz kimi bizə
məlumat, analiz etmək lazım oldusa, o zaman ağılsız atomlar
və molekullar bu məlumatı, yəni zülalların beta deyil,
qamma deyil, məhz alfa-aminturşularından əmələ gələ
biləcəyini hardan bilir və analiz edirlər?)

Bu və digər məlumatı aldıqdan sonra biz zülalın sintez


planını tərtib edirik. Məsələn, zülal sintez etmək üçün
əvvəlcə aminturşunu, özüdə alfa-aminturşunu almalıyıq.
Bunun üçün ən sadə aminturşu olan qlisini (aminsirkə
12 | P a g e
turşusu) götürək. Həmin aminturşunu laboratoriya şəraitində
hamının bildiyi aşağıdakı sadə sxemlərlə ala bilərik:

1. Əvvəlcə metanoldan sintez edə bilərik (oksisintez üsulu):

CH3OH+CO—–> CH3COOH

2. Alınan sirkə turşusuna xlorla təsir edərik:

CH3COOH +Cl2—–> CH2ClCOOH+HCl

3. Sonra alınan xlorsirkə turşusuna ammonyakla təsir


edərik:

CH2ClCOOH+NH3——> CH2NH2COOH+HCl

4. Nəhayət ən sadə aminturşu olan qlisini laboratoriya


şəraitində üç mərhələdə sintez edə bilərik. Lakin bununla iş
bitmir. Biz həmin aminturşudan zülal almalıyıq.

Bəs zülalı necə, sintez edə bilərikmi?

Xeyr, əsla sintez edə bilməyəcəyik. Çünki zülalı almaq


üçün bizə 20 müxtəlif alfa-aminturşuları lazımdır. Biz isə
sadəcə birini və ən sadəsini sintez edə bilərik, özüdə onun
sintezinə xeyli vaxtımız gedəcək. Deməli yerdə qalan 19
aminturşusu da sintez olunmalıdır. Onlarda alınandan sonra
həmin aminturşular məsələn, lizin, triptofan, qlütamin
turşusu, alfa-alanin və digər aminturşular kortəbii deyil,
dəqiq ardıcıllıqla birləşməlidirlər ki, hüceyrənin ən sadə

13 | P a g e
zülal makromolekulunu əmələ gətirə bilsinlər. Bunun üçün
həmin aminturşular:

nA———>zülal+(n-1)H2O tənliyi üzrə


polikodensləşməlidir. (Burada n-aminturşuların mol sayı,
“A” aminturşu sözünün baş hərfidir.

Laboratoriya şəraitində isə yalnız və yalnız həmin


aminturşulardan polipeptidlər ala bilərik. Zülal almaq üçün
isə bizə illər lazım olacaq (laboratoriya şəraitində alınan
insulin zülalı alimlərə uzun zaman müddətinə başa gəldi,
halbuki insulin mədə altı vəzi hüceyrələrində çox qısa
müddətdə sintez edilir)

GÖRDÜYÜMÜZ KİMİ MƏQSƏDLİ VƏ PLANLI ŞƏKİLDƏ ƏN


SADƏ AMİNTURŞUNU SİNTEZ ETMƏK BELƏ XEYLİ VAXTA
BAŞA GƏLDİ VƏ BİZ LABORATORİYA ŞƏRAİTİNDƏ QISA
MÜDDƏTDƏ ZÜLALI SİNTEZ EDƏ BİLMİRİKSƏ, AĞILSIZ VƏ
ŞÜURSUZ ATOMLAR, MOLEKULLAR BU SİNTEZİ NECƏ
BACARDI. HANSIKİ, ATOM VƏ MOLEKULLARIN AĞLI,
ŞÜURU, FİKİRLƏŞMƏK, NƏTİCƏ ÇIXARMAQ VƏ ANALİZ
ETMƏK QABİLYƏTİ YOXDUR. BU QABİLYƏTLƏRƏ SAHİB
OLMAYAN MOLEKULLAR KORTƏBİİ ŞƏKİLDƏ BU CÜR
MÜKƏMMƏL YARADILIŞI NECƏ GERÇƏKLƏŞDİRDİ???

Biri bizə: “ağılsız atomlar birləşərək öz-özünə toxuma və


orqanlar yaradıb”-desə, biz həmin adama axmaq və ya
şizofren kimi baxarıq.

14 | P a g e
Gəlin düşünək, bütün bunlara nəzərən ağılsız atomlara
yaradıcı qüvvə kimi baxmaq axmaqlıq və savadsızlıq
deyilmi???

MƏN İNANIRAM, islamın haqq din olduğuna, Allah


Rəsulu Muhammədin (sallallahu aleyhi vasəlləm) onun qulu
və elçisi olduğuna inanıram. 40 yaşına qədər yalan
danışmayan, heç bir yazma-oxuma bilməyən Allah
Rəsulunun, dar düşüncəli ateistlərin iddia etdiyi kimi 40
yaşından sonra özündən Qurani-Kərim kimi kainat kitabını
yazmadığına inanıram. Quranın Allah kəlamı olduğuna
inanıram. Çünki, Quranın Allah kəlamı olduğunu sübut edən
neçə-neçə dəlillər vardır.

Mən inanıram, axirətin varlığına inanıram. Yaradılışın


yalnız dünya həyatından ibarət olmadığına inanıram.
Doqquz aylıq dünyadan (ana bətni) bu dünyaya gəldikdən
sonra bu dünyanın varlığını hiss etdiyimiz kimi, öldükdən
sonra da axirəti hiss edəcəyimizə inanıram.

Miyonlarla insanların qanını içənlərin cəzasız


qalmayacağına, Allahın “ƏDALƏT” isminin axirətdədə
təcəlli edəcəyinə, axirətdə ədalətsizliyin bərpa olacağına,
zərrə qədər də olsun günah və savab işləyənlərin qarşılığının
veriləcəyinə inanıram.

İNANIRAM…..

15 | P a g e
Allahsız həyatın mənası  yoxdur
Amerikalı anropoloq, filosof, təbiət elmləri barəsində kitab
yazarı Loren Eiseley (1907-1977) “The Saturday Review”
jurnalının 1974-cü il, 23 fevral buraxılışında maraqlı bir
məqalə dərc edib. “Kosmik Yetim” adlanan bu məqalədə
Loren Eiseley insaniyyət üçün önəmli olan bir halı çox bədii
şəkildə oxucularına çatdırır.

“Mən, bir kəsin “mən kiməm?”, “mən nə üçün


buradayam?”, “mənim varlığımın mahiyyəti nədir?”,
“böyümək nə deməkdir?”, “dünya nədir?”, “nə qədər burada
yaşayacam?”, “görəsən sonra mənə nə olacaq” suallarını
verməyə başladığı o qeyri-müəyyən, lakin önəmli yaşda bir
gənc olduqda kiçik yoldaşımla çay üzərindən keçən
körpünün üstündə tez-tez gəzərdim. Körpünün hissələri
arasından təxminən on beş metr aşağıdakı parıltılı su səthini
görmək olurdu. O halda valideynlərimizin haqqında
xəbərdarlıq etdikləri təhlükəli bir işi görürdük. O qara
körpünün üstündə tutulsaydın heç də yaxşı olmazdı. Orada
çox faciəvi bir şey, ölüm adlanan bir şey baş verə bilərdi.”

Loren bu sözləri ilə məqaləsinə başlayır. İki nöqtəyə diqqət


çəkir; İnsanların daim axtarışda olmasına və ölümdən
çəkinməsinə. Məqalənin adı da maraqlıdır: “Kosmik Yetim”.
Bunu atası ilə uşaqlıqda etdiyi söhbətindən xatırlayırdı.
Atasına insanların bura necə gəldiyini soruşduqda atası ona
insanları yetim olaraq vəsf etmişdi: “Bir vaxtlar kasıb bir
yetim var idi ki, ona necə yaşamağı, özünü necə aparmağı
öyrədən heç kim yox idi. Bəzən ona heyvanlar, bəzən də
fövqəl-təbii varlıqlar kömək etdilər. Lakin hər şeydən öncə
bir şey aşkar idi; Yer kürəsinin digər sakinlərindən fərqli
16 | P a g e
olaraq ona birilərinin kömək etməsi lazım idi. O öz yerini
bilmirdi, onu tapması lazım idi. Bəzən təkəbbürlü idi, ona
görə də təvazökarlığı öyrənməli idi, bəzən qorxaq idi, ona
kimsə cəsurluğu öyrətməli idi…” Lorenin atası insanın necə
yetim olduğunu ona izah edirdi. Loren daha sonra bu
düşüncələrini böyükdükdən sonra da davam etdirdi. Ona
görə biz sadəcə təbiətdə yetim varlıqlar deyilik,
ümumiyyətlə kosmosda yetim olan varlıqlarıq. İnsan
kainatda yeganə varlıqdır ki, “mən kiməm?”, “mən burada
nə edirəm?”, “mənim sonum nə olacaq” suallarını verib
durur. İntibah dövründən, yəni dinlərin cəmiyyətlərdən
sıxışdırılıb çıxarılmağa başlandığı zamandan bəri insanlar bu
suallara Allah məfhumunu unudaraq cavab tapmağa
çalışırlar. Allahı bu suallarla bağlamaq istəməyənlər
axtardıqları və tapdıqlarını güman etdikləri cavablar ilə
sevinmədilər, əksinə aldıqları cavablar çox üzücü və faciəvi
idi. “Sən, ey insan, təbii proseslərin təsadüfü törətdiyi kənar
bir məhsulsan, maddə, vaxt və təsadüfün cəmindən əmələ
gəlmiş bir məhsulsan. Sənin mövcud olmağının heç bir
məqsədi/mahiyyəti yoxdur. Sənin bütün inancın/imanın
ölüdür.”

Müasir avropalı insan Allahdan “qurtulduqdan” sonra ona


təzyiq edən, onu əsarətə salan hər bir şeydən qurtulduğunu
güman edirdi. Əksinə “ilah” məfhumunu öldürməklə özünü
də öldürdüyünü dərk etdi, çünki əgər Allah yoxdursa o
zaman insanın həyatı mənasız olur.

Əgər Allah mövcud deyilsə o zaman insan və bütün kainat


ölümə məhkumdur. İnsan da digər bioloji varlıqlar kimi
mütləq ölməlidir. Ölümsüzlük, əbədilik ümüdü yoxdur,
insanın həyatı onu sadəcə və sadəcə qəbirə götürür. İnsanın
17 | P a g e
həyatı qaranlıq zülmətdə ani çıxan bir qığılcım kimidir,
anidən parıldayır, işıq saçır və həmişəlik solub gedir. Ona
görə də hər bir fərd “mövcud olmamaq təhlükəsi” ilə üzbəüz
gəlir. Bu gün var olduğumu, yaşadığımı bildiyim halda nə
zamansa var olmayacağımı, yaşamayacağımı bilirəm.

Uşaq zamanında pak kimliyimiz ölüm reallığını qəbul


etmir, çünki fitrətimizə ziddir, fitrətimiz əbədiyyat tələb edir.
Lakin allahsız insanlar böyüdükcə bu “reallıqla” barışırlar.
Ölüb yox olmağı qəbul edirlər, özlərini buna alışdırırlar.
Lakin təhrif olunmamış uşaq saflığı bunu qəbul edə bilmir.
Fransız filosofu Jean-Paul Sartre bununla bağlı deyir ki,
“ədəbiyyatı itirdikdən sonra sənin üçün bir neçə saat ilə bir
neçə il arasında fərq qalmır.”

Yox olmaq təhlükəsi sadəcə hər bir fərdi ayrıca təhdid


etmir. Bütün bəşəriyyət bu qaçınılmaz sonluğa doğru gedir.
Müasir elmin vardığı ən son nəticəyə görə kainat genişlənir
və genişləndikcə soyuqlaşır və enerjisi səpələnir, yayılır.
Sonunda bütün ulduzlar yanıb qurtaracaq və sönəcəklər,
bəşəriyyət məhv olub gedəcək. Bəşəriyyət üçün bir qurtuluş
axtarmaq mənasızdır, çünki bəşəriyyətin ölümünə doğru
inanılmaz sürətlə genişlənən bu nəhəng kainatı durdurmaq
imkansızdır. O zaman sadəcə olaraq insanlar ayrı-ayrılıqda
yox, bir varlıq olaraq yox olmaqla üz-üzə durublar.

Əgər Allah yoxdursa o zaman bu həyat tamamilə


mənasızdır. Bu, ölümə məhkum olunmuş məhbuslar kimi
edam olunmağı gözləməyə bənzəyir. O zaman bizim bu
yaşadığımız həyatın önəmli bir dəyəri yoxdur, bir məqsədi
yoxdur. “Önəmli olan özündən sonra ad buraxmaqdır”,
“önəmli olan tarixə düşməkdir” şəklində təsəlli üçün istifadə
18 | P a g e
olunan sözlər də əslində absurd görünür, çünki əgər
bəşəriyyət məhv olacaqsa, heç bir canlı qalmayacaqsa o
zaman tarix də olmayacaq. O zaman ümumiyyətlə nəyinsə
kainatda var olmasının bir mənası qalmayacaq. Başqa sözlə
kainatın və canlıların ümumiyyətlə əmələ gəlməsi ilə əmələ
gəlməməsi arasında heç bir fərq qalmır.

Allahsız həyatın bir mənası yoxdur. Allahsız həyat


absurddur!

Mənə Allahdan danış


ALLAHI NİYƏ GÖRMÜRƏM?

Allahı görmək istəyirsən? Heç çəkinmə! “Bəli, mən Allahı


görmək istəyirəm!”- de. Sənin istəyini başa düşürəm. Sənə
haqq verirəm. Çünki, mən də Allahı görmək istəyirəm.

Parlaq Günəşi göydən çıraq kimi asan Allahı mən də


tanımaq istəyirəm.

Qaranlıq gecəni Ay və ulduzlarla aydınladıb bəzəyən Allahı


kim görmək istəməz?!

Planetimiz Yerə bir bax! Nəhəng bir top kimi fəzada durur.
Xeyr, xeyr, səhv dedim. Durmur, Günəşin ətrafında fırlanır.
Həm də öz ətrafında dövr edir. Özü də çox sürətlə…
Həqiqətən, mən də Yer planetini səma boşluğunda fırladan
Allahı görmək istəyirəm.

19 | P a g e
Dünyanın üstünü mavi bir səma ilə örtən Allahı kim
tanımaq istəməz?!

Nəhəng buludları mavi səmada gəmi kimi üzdürən, üstəlik,


o iri buludlarla göllər, dənizlər qədər su saxlayan Allahı
tanımaq, bilmək arzusu kimin ürəyindən keçməz?!

Buludlardan damcı-damcı yağış yağdıran, bir-birindən


fərqli saysız-hesabsız qar dənələrini yaradan Allahı tanımaq
və görmək istəyirsənsə, burada qəribə nə var?!

Ağaclara bir bax! Kökləri ilə palçıqlı suyu içir, amma bal
kimi gilaslar, şipşirin almalar, ləziz armudlar, turşməzə
limonlar, meyxoş narlar yetirir.

Bütün bunları yaradan Allahı görməyi kim arzu etməz?!

Sual verirsən ki, “ALLAHI NİYƏ GÖRMÜRƏM?!”


Haqlısan. Onu görmək istəməkdə yerdən göyəcən haqqın
var.

Səni başa düşürəm.

Mən də Allahı görmək istəyirəm. Onu daha çox tanımaq və


daha çox sevmək istəyirəm.

Çiçəklərə bir bax! Laləyə, bənövşəyə, qərənfilə, qızılgülə


bir bax.

Bir-birindən gözəl, rəngarəng, ətirli çiçəkləri yaradan Allahı


tanımaq və görmək sənin haqqındır.
20 | P a g e
Az qala unutmuşdum!

Ağacların budaqlarında civildəyən sərçələrə bax! Leyləkləri


düşün! Parkda dən tökdüyün göyərçinləri fikirləş.

Gözlərini yum və tanıdığın bütün quşları gözünün önündə


canlandır. Gör nə gözəl qanad çırpırlar. Havada necə
məharətlə süzürlər?!

Nə gözəl səsləri var!

Nə gözəl lələkləri var!

Nə gözəl yuva qururlar.

Balalarını necə şəfqətlə yemləyirlər!

Bu quşları yaradan, onlara sivri dimdiklər, mükəmməl


qanadlar, iti caynaqlar və gözəl səs verən Allahı hər şeydən,
hər kəsdən çox tanımaq istəyirəm. Sən də mənim kimi
görmək istəyirsən və “Niyə görmürəm?”-deyə soruşursan.

Haqlısan, çox haqlısan. İkimiz də haqlıyıq.

Sən balaca bir hüceyrə idin. Sonra bu hüceyrə ana bətnində


bölünərək çoxaldı. Böyüdü, böyüdü və beləcə, sən dünyaya
gəldin. Səncə, bu möcüzə deyilmi?

Əllərin, barmaqların, üzün, gözlərin, ağzın, dilin,


qulaqların, saçların və qaşların bu bircə hüceyrədən əmələ
gəldi.
21 | P a g e
Zahirən sadə görünən bu işlər, əslində, o qədər qarışıq, o
qədər mürəkkəbdir ki?!

Ürəyin, ağciyərlərin, böyrəklərin, beynin və digər


orqanların öz yerinə qoyuldu və işləməyə başladı. İndi sən
Allahı tanımaq istəyirsən və: “MƏNİ VƏ KAİNATI
YARADAN ALLAHI NİYƏ GÖRMÜRƏM?”-deyirsən.

Haqlısan, çox haqlısan.

Sənə izah etməyə çalışacağım, amma əvvəlcə sənə bir şeyi


xatırlatmalıyam. Səbirli ol və məni axıracan dinlə.

Çünki, bu sualın cavabı elə də asan deyil.

Unutma ki, çətin sualların cavabı da uzun olur.

HƏR ŞEYİN SƏRHƏDİ VAR

Hər şeyin bir sərhədi vardır. Məsələn, sən ən çox neçə


kiloqram yük qaldıra bilərsən? Deyək ki, iyirmi, iyirmi beş
və ya otuz… Amma yüz kiloluq yükü heç vaxt qaldıra
bilməzsən. İki yüz kiloluq yükü isə heç vaxt… Çünki,
qollarındakı və bədənindəki əzələlərin ancaq müəyyən qədər
yük qaldırmağa gücü çatır. Ondan artığını qaldıra bilməzsən.
Qaldırmaq istəsən, ya əl-ayağın sınar, ya da yükün altında
qalıb əzilərsən.

Qulaqlarına da bir sərhəd qoyulmuşdur. Sinifdəki


müəllimin səsini eşidirsən. Ancaq qonşu otaqda vurmanı
izah edən müəllimənin səsini eşitmirsən.

22 | P a g e
Səsin də bir sərhədi var. Var gücünü toplayıb qışqır, kənddə
yaşayan nənən səsini eşitməz. Danışmaq istəyirsənsə, ya
zəng etməlisən, ya da kəndə getməlisən. Yaxud da nənən
sizə gəlməlidir.

Ayaqlarına baxaq!

Sürətin nə qədərdir?

Bəbirə çata bilərsən?

Ayaqlarının sürətinə də hədd qoyulmuşdur.

İstər sürətli qaç, istər yavaş addımla, fərqi yoxdur, əvvəl-


axır yorulub dayanacaqsan.

Bir dəfəyə neçə stəkan su içə bilərsən? İki və ya üç…


Çünki, mədənin də bir tutumu var.

İndi sualıma cavab ver: “ÜÇ VUR BEŞ, NEÇƏ EDİR?”

Yaxşı, yaxşı gülmə! Bilirəm, asan sualdır.


Yaxşı onda bu suala cavab ver:

2134594 × 777 =?

NƏ OLDU?!

Kalkulyator olmasa, çətin hesablayarsan. Eybi yoxdur. AXI


AĞILIN DA BİR SƏRHƏDİ VAR.

23 | P a g e
Bəzi şeyləri asan anlayırsan.

Bəzi suallara o saat cavab verirsən.

Bəzi məsələləri o dəqiqə başa düşmürsən. Hər suala dərhal


cavab verə bilmirsən.

Bəzi şeyləri heç vaxt özün öyrənə bilməzsən.

Bilənlərdən soruşmalısan mütləq. Bəzi şeyləri isə ömür


boyu dərk etməyəcəksən. Dediyim kimi, ağılın da bir sərhədi
var.

Düz tapdın, növbə çatdı gözlərinə.

Səncə, onların da sərhədi var?

Hər istədiyini görə bilərsən?

Əslində, gözlərin gördükləri ilə görmədiklərini müqayisə


etsək, deyərsən ki, insan məgər kor imiş.

Qəribə baxma, həqiqətən, elədir!

Elmi hesablamalara görə, yaşadığımız kainatın radiusu


təxminən 15 milyard işıq ilinə bərabərdir.

Gördüyün kimi, kainat çox böyükdür. Ancaq onun


böyüklüyünü qavramaq olduqca çətin məsələdir.

24 | P a g e
Radiusu 15 milyard işıq ili olan kainatımızın 70%-ini gözlə
görə bilmirik. Ona görə də alimlər bu 70%-ə “qara enerji”
adını veriblər.

Yerdə qalan 30 %-in 25%-i “qara maddə”dir. Biz insanlar


bu “qara maddə”ni də görə bilmirik.

Yerdə qaldı 5%.

Hal-hazırda insanın gördükləri bu 5%-in içindədir.

“Nə yaxşı” deməyə tələsmə!

Çünki insan 5%-ə daxil olan cisimlərin də hamısını görmür.


Biz 5%-in yalnız kiçik bir hissəsini görürük.

Qeyd etdiyimiz kimi, insan gördükləri ilə görmədiklərini


müqayisə etsə, özünü kor sanar.

Qısası, gözümüzün gördükləri kainatla müqayisədə yerdə


gəzən qarışqanın bir ayaq izindən kiçikdir.

O HALDA BƏS BU KAİNATI YARADAN VƏ


YARATDIĞI HEÇ BİR MƏXLUQA BƏNZƏMƏYƏN
ALLAHI NECƏ GÖRƏ BİLƏRİK? SƏNCƏ, BU,
MÜMKÜNDÜR?

25 | P a g e
Allahı (c.c) görmək necə  olur?
Ateistin birisi dedi ki, “Allahı görə bilmirəm, deməli
yoxdur”.

Kim deyir ki, “Allahı görmək mümkün deyil!” Əlbəttə,


mümkündür. Yetər ki, sən doğru bax. Zahiri yox, batini
görməyə çalış. Baxmağın da növləri var, görməyin də…
Baxılan baxana görə məna qazanar. Nəylə baxdığın, necə
baxdığın önəmlidir.
“O səsdəki məlahətə bir bax!” deyilsə, necə baxarsan? Təbii
ki, qulaqlarınla… Yoxsa ki, gözünü dikib səsdəki məlahəti
görməzsən…
Əgər sənə “Bu anadakı mərhəmətə bax!” deyilsə, mərhəməti
gözünlə görməyə çalışa bilməzsən. Sonra da “Baxdım,
amma nə mərhəmət gördüm, nə də ki, sevgi!” deyə
bilməzsən. Mərhəməti görmək üçün gözünü yox, ağlını
işlətməlisən.

Demək ki, hər cismə fərqli duyğu orqanı ilə baxmaq


gərəkdir. Var olmaqla birlikdə başqa varlıqlara bənzəməyən
Rəbbinə də baxacaqsan, amma gözünlə yox, əqlinlə,
məntiqinlə, zehninlə… Yaratdığı möhtəşəm əsərlərə baxaraq
görə bilərsən Onu… “Sənət sənətkarsız, elm alimsiz, kitab
katibsiz olmaz” deyiblər aqillər… Bir iz varsa əgər, şübhəsiz
ki, o izi buraxan da vardır.

Bir yerdə alov olduğunu anlamaq üçün mütləq orda olmana


ehtiyac olmaz, tüstüsünü görən kimi həmən anlarsan ki, orda
alov var… Rəsmə baxaraq rəssamı, kitaba baxaraq müəllifi
görərsən.

26 | P a g e
İndi özünə bax. Sən möhtəşəm bir əsərsən. Canlı bir
maşınsan. Və ya gözəl bir rəsmsən. Yaxud hərəkətli bir
heykəlsən. Sən vəznli, qafiyəli bir şersən. Əlbəttə ki, səni
yazıb yaradan, formaya salıb dizayn verən Birisi mütləq
vardır. Gözlərin görməsə belə, fəqət ağıl gözün görə bilər
Onu… Yetər ki, doğru bax, haqqı gör.

Gözlə görülə bilmək maddi varlıqlara xasdır. Gözlə


görülən, əllə tutulan, dillə dadılan, burunla qoxlanan bir
varlıq necə ilah ola bilər axı?

Məgər Allah maddi bir cisimdirmi ki, maddi gözlə görülə


bilsin?
Maddədən, cisimdən, ölçüdən, formadan yaradılmış
varlıqların xüsusiyyətlərindən uzaqdır. O, heç birinə
bənzəməz.
Kitabullahda Özünü necə tanıdırsa, O elədir:

Bismillahir–rəhmanir-rəhim!
1. (Ya Peyğəmbər!) de: “(Mənim Rəbbim olan) O Allah
birdir (heç bir şəriki yoxdur);
2. Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona
möhtacdır; O, əzəlidir, əbədidir!)
3. O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir
övlad götürməmişdir!)
4. Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”

Ateizm yoxsa Din?


27 | P a g e
Burada üzərində düşünülməsi vacib olan bəzi vacib
məqamları qeyd edəcəm və həmin məqamlarda ateizm ilə
dinin ictimai-sosial həyatla əlaqədar olan bəzi təlimlərini
müqayisə edəcəm, daha dəqiq desək öz prinsiplərinə sadiq
qalan ateizmdən doğan təsəvvürlər ilə dindən qaynaqlanan
təsəvvürlər arasında bir tutuşdurma edəcəm.

HƏYATIN MƏNASI

Günümüzün ən uca səsli ateistlərinin açdıqları müharibənin


qurbanlarından biri də “niyə?” sualıdır. Kainatın,
ümumiyyətlə həyatın nə məqsədlə mövcud olduğunu
soruşmağı doğru görməyən ateistlər ümumiyyətlə
“məqsədlə” bağlı sualları sevmirlər. Krauss ilə Lennox
arasındakı radio-şoudakı müzakirənin ilk toqquşma
nöqtələrindən biri bu idi. Ateistlərə görə mövcudiyyətin bir
məqsədi yoxdur, bizim varlığımızın hər hansı bir mənası
yoxdur. Həyat mənasızdır, sadəcə quru fiziki proseslərin əks
olunduğu bir səhnədir, heç səhnə də deyildir, sadəcə olaraq
təsadüfən ortaya çıxmış müşahidəçilər tərəfindən izlənilən
bir mənzərədir.

Din isə “məqsəd” sualına çox böyük əhəmiyyət verir. Dinə


görə kainatın, beləliklə də həyatın xüsusi bir mənası vardır.
Həyat mənasız deyildir. Mövcudiyyət yaradılışla başlayır və
yaradılışın məqsədi vardır. Həmin məqsəd Yaradıcı Allahın
muradıdır.
Nəticə budur ki, ateizm həyatı mənadan məhrum etdiyi
halda din həyata məna qatır, ona görə də azca dindarlığı
olan insan həyatında məna axtarır. Həqiqi ateistlər isə
28 | P a g e
həyatlarında məna axtarmırlar və ümumiyyətlə məna
axtarmağı boş vaxt itkisi hesab edirlər.

BƏŞƏRİN DƏYƏRİ

Ateist dünya görüşünə görə insan övladı, eləcə də digər


canlılar məqsədsiz, şüursuz fiziki proseslər nəticəsində
ortaya çıxmış yan məhsullardır. Sanki laboratoriyada baş
vermiş bir partlayış nəticəsində əmələ gəlmiş köpüklü
süngər kimidir. Bu təsəvvürə əsasən heç bir insanın fiziki
varlıq olaraq xüsusi bir dəyəri yoxdur, hamam böcəyi ilə
insan arasındakı dəyər fərqi onların ölçülərindən
qaynaqlanan kimyəvi elementlərin miqdarındakı fərqdir.
Həyat baxımından bir insanı xilas etmək üçün hamam
böcəyini öldürmək doğru deyildir, eləcə də bir hamam
böcəyini xilas etmək üçün insanı öldürməkdə ciddi bir
problem olmamalıdır. Hər ikisi də canlıdır, hər ikisi də eyni
prosesin nəticəsində ortaya çıxmış yan məhsuldur. Üstəlik
kainat o qədər böyükdür ki, bizim o böyüklüyün içində
əhəmiyyətimiz heç zərrəyə belə dəymir. Carl Sagan’ın dili ilə
desək

”biz, insanların sayından çox qalaktikası olan kainatın


hansısa unudulmuş bir küncünə dürtülmüş bir qalaktikada
mənasız ulduzların arasında itmiş bir planetdə yaşayırıq.”

Ateistin dünyaya baxışı budur. Bəşər övladının


mövcudiyyətinin xüsusi bir dəyəri yoxdur.
29 | P a g e
Din isə bəşər övladına xüsusi bir rol tanıyır. İnsan Tanrının
muradı ilə Yer üzündə xəlifə edilib, bütün canlılardan üstün
yaradılıb. Onun bir missiyası vardır və çox dəyərli varlıqdır.
Din bir şeyin dəyərinin onun ölçülərinə görə
ölçülməyəcəyini deyir. Bir şey böyük olduğu üçün daha
dəyərli olmaz, ona görə də insanların nəhəng kainatın içində
zərrədən də kiçik olmaqları onların dəyərsizliyini göstərməz.
Kainatın böyüklüyü insanın Yaradıcısının böyüklüyünə
işarədir. İnsan şüuru ilə, yaddaşı ilə, emosiyaları ilə,
qəhrəmanlıqları ilə, sevgisi, mərdliyi, comərdliyi ilə nəhəng
cansız planetlərdən və ulduzlardan dəyərlidir.

Bir ateist dünya görüşünə görə Yer üzünü dağıdacaq bir


silahın düyməsi əlimdə olarsa onu basmaqla kainatda ciddi
bir itkiyə səbəb olmayacam. Özüm də daxil olmaqla
kainatdan xüsusi bir dəyəri olmayan və yoxluqları heç hiss
olunmayan varlıqları mövcudiyyətdən silmiş olacam. Dini
dünya görüşünə görə isə belə bir addım kainatı onun ən
dəyərli parçasından məhrum etməkdir, kainatı praktiki
olaraq mənasız hala gətirməkdir.

İNTİHAR VƏ ÖLÜM PROBLEMİ

Ateist dünya görüşündə həyatda qoyduğun məqsədlərə


nail ola bilməmisənsə, nə iş karyerası, nə də gözəl bir ailə
qura bilməmisənsə, tamamilə uğursuzluqla üzləşmisənsə o
zaman intihar etməyində heç bir problem yoxdur, bəlkə də
şərtlərindən asılı olaraq insanın verəcəyi ən doğru qərar
hesab olunmalıdır. Cəmiyyətə fayda verə bilmirsənsə nə
üçün yük olmalısan, ondansa yaxşısı özünü öldürməyindir.
30 | P a g e
Eyni şəkildə heç kimsəsi olmayan, insanların vergisi hesabı
ilə xəstə yatağında yatan xəstələrə nə üçün pul
xərcləməliyik ki?! Ateist dünya görüşünə görə ən doğru
addım həmin qocanı iztirabından qurtarmaq, beləliklə də
cəmiyyəti yükündən azad etməkdir. Ona görə də qarnında
daşıdığı uşağı dawn sindromlu olduğunu bildiyi halda abort
etməyən anası Richard Dawkins “mənəviyyatsızlıqda”
ittiham edir. Ümumiyyətlə onun kimi ateistin nəyin moral,
nəyin qeyri-moral olduğunu söyləməsi özü ironiyadır. Amma
onun verdiyi cavab tamamilə quru hesab üzərində qurulmuş
bir cavabdır, ateist dünya görüşünün məhsuludur.
Dinin baxışı isə tamamilə fərqlidir. İntihara münasibət çox
neqativdir. İnsanların uğursuzluq üzündən özlərini
öldürməsi bağışlanılmaz hal kimi dəyərləndirilir. Cəmiyyətə
yük olan şikəstləri, xəstələri öldürməyi də qınayır, çünki
onların insan kimi ölçülməz, biçilməz dəyərə sahib
olduqlarını deyir.

Ona görə də Aleksandr Soljeniçin gözəl vurğulayır:

“Əgər bizim xalqın 60 milyon insanını udmuş dağıdıcı


İnqilabın ən əsas səbəbini qısa şəkildə ifadə etməyimi
məndən istəsələr bundan daha dəqiq ifadə edə bilmərəm:
“İnsanlar Allahı unudublar, buna görə də bunların hamısı
baş verdi…”

MƏNƏVİ MÜHAKİMƏ
Ateist dünya görüşünə görə mənəviyyat tamamilə
subyektivdir, hər bir fərddən kənarda onun üçün mənəvi
31 | P a g e
olaraq nəyin doğru, nəyin xəta olduğunu diktə edəcək bir
həqiqət yoxdur, bir mənəvi avtoritet yoxdur. Ona görə də
bu gün çirkin qarşıladığımız bir çox əməllər ateist dünya
görüşündə tamamilə normal qarşılanması gərəkən
əməllərdir. Misal üçün bacı ilə qardaşın, ana ilə oğulun, ata
ilə qızın cinsəl əlaqələrini ateist dünya görüşünə görə
qadağan etməyin bir əsası yoxdur. İki nəfər bir-birini sevirsə
ateistlərə görə bunu qadağan edəcək bir səbəb olmamalıdır.
İnsanla heyvan bir-birini sevirsə bir-biriləri ilə cinsi əlaqəyə
girə bilərlər, svinqer həyatı sürmək, fahişəlik etmək
tamamilə normal hallar ola bilər və bunları mənəvi olaraq
mühakimə etmək haqqı heç kimdə yoxdur.

“Əxlaqlı” və “Əxlaqsız”

Dinin buna baxışı isə məlumdur və din insanlar arasındakı


münasibəti “əxlaqsız” və “əxlaqlı” olaraq iki hissəyə ayırır.
Ona görə də dindar cəmiyyətlərdə bu münasibətlərə
məhdudiyyətlər qoyulur. Ateizmin güclü olduğu
cəmiyyətlərdə isə bu münasibətlərdə sərbəstliklər vardır.
Misal üçün İsveçin Norrköping şəhərində ölkənin ən böyük
svinqer klubu fəaliyyət göstərir və bu klubu işlədənlərin
məqsədi bu cür cinsəl münasibətləri cəmiyyətdə
normallaşdırmaqdır. İronik hal isə budur ki, klubun adını
“Adəm və Həvva” qoyublar.

Ateizmin bu baxımdan gətirdiyi nəticələr cəmiyyətlər üçün


çox təhlükəlidir. Mənəvi böhran insanlardan insanlığı alaraq
onları heyvan dərəcəsinə qədər gətirib çıxarır. İnsanı
heyvandan ayıran bəzi xüsusiyyətlər yox edilir; həya, qeyrət
32 | P a g e
anlayışları tamamilə mənasız, əksinə zərərli anlayışlara
çevrilirlər. İngilis mütəfəkkir, filosof və siyasi aktivist John
Locke (1632-1704) liberalizmin atası kimi tanınır, o,
cəmiyyətdə plüralizmin, ictimai tolerantlığın tərəfdarı kimi
çıxış edirdi. Bütün fikirlərə qarşı dözümlülük göstərməyə
çağırırdı, yalnız bir fikri bundan istisna edirdi: ateizmi. Çünki
ona görə ateizm cəmiyyəti bir-biri ilə bağlayıb sıx saxlayan
parçanı məhv edir və mənəvi dəyərləri yox edir. Belə bir
cəmiyyət fəlakətlərlə üzləşməyə məhkumdur.
Mənbə: yazı https://beyyine.net/ saytından götürülmüşdür.

Nəhəng kainatdakı kiçik insanlara din


göndərmək Yaradanın nəyinə gərəkdir?”
iddiasına cavab
Dinə qarşı ateist və dinsizlərin ən çox səsləndirdikləri
iddialardan biri də budur ki, kainatımız həddən artıq
böyükdür və bu nəhəng kainatda bizim Günəş sistemi, hətta
içində yaşadığımız Yer planeti və insanoğlu fiziki ölçülərinə
görə çox-çox kiçikdir. Hətta insanoğlu kainatın fiziki ölçüləri
ilə müqayisədə bəlkə zərrədən də kiçik və önəmsizdir. Yəni
bu iddianın təməlində duran əsas fikir ondan ibarətdir ki,
ucsuz-bucaqsız kainatda milyardlarla irili-xırdalı ulduz və
planetlər mövcud olduğu halda kiçicik bir Yer planetində
yaşayan zərrə boyda insanlara din, kitab və peyğəmbər
göndərərək onlara ilahi hökmlər qoymaq, yaşam qaydaları
öyrətmək uca Yaradanın nəyinə gərəkdir?

CAVAB: Fəlsəfədə bir şeyin böyüklüyü ilə onun önəmi


arasında heç bir məntiqi əlaqə qurulmur. Əslində hamımız
33 | P a g e
bunun fərqindəyik ki, bir şeyi önəmli və ya önəmsiz edən
onun böyüklüyü və ya kiçikliyi yox, ətraf mühütə verdiyi
töhfədir. Necə ki, bir magnit parçası özündən 10 qat böyük
olan metal parçasına təsir edə bildiyi üçün həmin metal
parçasından daha dəyərlidir . Kiçikliyin önəmsizlik
olmadığının hamı fərqindədir, eynən balaca bir almaz
daşının nəhəng bir qaya parçasından önəmli olmağı kimi.
Başqa misal daha verək :
Səhradakı bir toz dənəsini önəmsiz edən onun kiçikliyi yox,
səhraya ciddi anlamda təsir edə bilməməsidir. Əgər həmin
toz dənəsinin kütlə çəkim qüvvəsi güclü olsaydı və magnit
kimi səhradaki bütün tozları özünə çəkib parçalanmamaq
üzrə bir arada tuta bilsəydi, həmin toz dənəsi səhranın
özündən belə daha önəmli olardı.

Və ya qara dəlikləri ələ alaq. Qara dəliklərin kökündə bir


qənd parçası böyüklüyündə, yəni çox kiçik bir maddə durur,
amma həmin maddə sonsuz cazibə gücünə sahibdir və
ətrafındakı hər şeyi özünə çəkərək molekullara parçalayır,
fiziki ölçüsünə görə dəfələrlə kiçik bu qənd parçasını Yer
planetinin üzərinə atsaydılar, Yer planetini udub keçəcəyini
bilirdinizmi ?

Bəli, fiziki ölçü baxımından müqayisədə insan kainatda


həqiqətən də zərrədən də kiçikdir. Lakin qeyd etdiyimiz kimi
fiziki kiçiklik heç də insanı əhəmiyyətsiz etməz. İnsan
kainatda mövcud olan digər bir çox məxluqatdan, canlı və
cansızlardan daha üstün və dəyərlidir. Çünki öz fiziki
ölçüsünün kiçikliyindən asılı olmayaraq insanoğlu böyük bir
potensiala sahibdir və bunun əsasında insanın əqli
34 | P a g e
qabiliyyəti və iradəsi durur. Əgər söhbət ateistlərin dediyi
kimi sırf fiziki ölçüdən gedirsə, onda xırda bir brilliyant daşı
özündən qat-qat nəhəng bir qaya parçasından daha artıq
dəyərlidir. Kiçik insanın nəhəng kainatdakı dəyəri də bax
belədir. Önəmli olan fiziki ölçü deyil.

Nəhəng kainatda kiçik insana dəyər qazandıran meyar


onun fiziki ölçüsü yox, fiziki ölçüdən qat-qat daha vacib olan
ağıl, dərrakə və iradə sahibi olmasıdır. İnsanoğlu öz iradə və
zehni qabiliyyətlərindən istifadə edərək ulduzları,
qalaktikaları, bütövlükdə kainatı, kosmik prosesləri araşdırır,
insanı əhatə edən təbiəti, digər canlı və cansız bütün təbii
ünsürləri öyrənir. İnsan sahib olduğu zehni potensial
sayəsində okeanın dərinliklərinə enir, fəzaya kosmik gəmilər
göndərir, milyonlarla fərqli elmi ixtiralara imza atır və s.

İndi özümüzə sual verək:


– Məgər isanoğlunun etdikləri bu fəaliyyətləri, elmi ixtiraları
nəhəng bir ulduz edə bilərmi? Xeyr.
– Ən nəhəng bir planet və ya hər hansı başqa səma cismi
insanın malik olduğu bu cür qeyri-adi düşünmə potensialına
sahibdirmi? Xeyr.

Çünki ulduzlar yaxud planetlər insandan qat-qat nəhəng


olsalar da, şüur, düşüncə, iradə sahibi deyillər. Düşünmək,
təfəkkür edə bilmək, qərar vermək, plan cızmaq, araşdırmaq
və öyrənmək məxluqat içində yalnız insanoğluna verilmiş
böyük bir üstünlükdür.
Məsələn, “Sizin üçün Enşteyn və ya Nyuton kimi dahi alimlər
daha önəmlidir yoxsa 7000 metr hündürlüyə malik nəhəng
35 | P a g e
qaya parçası?” desək, ağlı başında olan hər kəs Enşteyn və
Nyuton cavabını verər, çünkü bu iki alim şüurlu və elmli
varlıqlardır. Həmin nəhəng qaya parçaları özlərinin nə
olduğunu belə bilmədiyi halda Nyuton və Enştetn kimi
alimlər öz balaca beynləriylə kainatı və miyonlarla işıq ili
uzaqlıqdakı qalaktikaları araşdıran, aya və digər planetlərə
peyklər göndərən və milyonlarla qalaktikalardan ibarət olan
kainatın ortaya çıxması haqqında elmi nəzəriyyələr ortaya
atan varlıqlardır, ancaq yenə də onlar nəhəng bir qaya
parçasından ölçücə çox kiçikdirlər.
Və ya bir anaya gedib uşağının kosmik ölçüdə bir toz zərrəsi
qədər kiçik olduğu üçün dəyərsiz olduğunu deməyə çalışın,
həmin Ana sizin dəli olduğunuzu fikirləşəcək, çünkü o ana
üçün uşağının kiçik bir təbəssümü dünyadan daha dəyərli və
əzizdir.

Deməli, şüur sahibi olan insan fiziki cəhətdən özündən qat-


qat nəhəng olan şüursuz ulduzlardan, planetlərdən,
qalaktikalardan çox-çox daha dəyərli və üstün varlıqdır.
Nəhəng ulduzlardan fərqli olaraq insan həm də azad iradə
sahibidir, nəyi necə edəcəyinə özü qərar verir.
Məhz, buna görə də Allah Təala (c.c) öz yaratdıqları içində
ən çox insana dəyər verir və Qurani-Kərimdə buyurur:
(17 – İSRÂ) 70 / ‫اإلسراء‬- Biz Adəm oğullarını hörmətli etdik,
onları quruda və dənizdə minik üstündə daşıdıq, onlara pak
ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli
üstün elədik.

Nəticə olaraq deyə bilərik ki, ateist və dinsizlərin ortaya


atdıqları iddia çox səhvdir. Ateistlərə görə insan kainatda
36 | P a g e
fiziki olaraq çox kiçik olduğu üçün bəlkə də əhəmiyyətsiz
varlıq kimi görünə bilər. Lakin əgər söhbət fiziki ölçüdən
gedirsə, fiziki ölçüsünə görə bir balinanın beyni insan
beynindən dəfələrlə böyükdür. Məgər bu o deməkdir ki,
balina beyni insan beynindən daha dəyərlidir? Yoxsa
balinalar insandan daha ağıllıdır?
Demək ki, fiziki ölçünün böyüklüyü əsas deyil və insanın
kainatdakı fiziki ölçüsünün kiçikliyi onun dəyərini əsla
azaltmaz. Məhz, buna görə də “Allah niyə bu boyda nəhəng
kainatda milyardlarla nəhəng qalaktikaların içindən zərrə
qədər kiçik bir planeti seçib orda yaşayan insana kitab, din
göndərdi?” demək son dərəcə absurd səslənir. Ona görə ki,
fiziki ölçü bir dəyər vahidi və ya kefiyyət meyarı deyil.
Nəhəng kainatda kiçik canlı olmaq insanın kainatdakı
dəyərini və əhəmiyyətini azaltmır. Bu baxımdan Allah
Təalanın insanlara din, kitab, peyğəmbər, ilahi hökmlər
göndərməsi heç də təəccüblü deyil.

Küfrə gedən yol: TƏKƏBBÜR


Bir çox dindarların düşündüyünün əksinə olaraq insanı
küfrə, Allahı inkara sövq edən əsas səbəb təkcə savadsızlıq,
bilgisizlik və ya cəhalət deyildir, başlıca amil həm də yüksək

37 | P a g e
təkəbbürdür. Təkəbbür insanı küfr bataqlığına sürükləyən ən
əsas səbəblərdən biridir. Bunu hardan öyrənirik?

Çünki Quran bizə bunu deyir. Diqqət edin. Şeytan Allaha


qarşı üsyan etdi və əbədi kafirlərdən oldu. Halbuki Şeytan
savadsız, bilgisiz birisi deyildi, heç cahil də deyildi. Şeytan
Allahın varlığını dəqiq bilirdi, hətta uzun illər Allaha
ibadətlə məşğul olmuşdu. Lakin sonda küfrə düşdü.
Bəs əsas səbəb nəydi?

Quranda bu barədə buyrulur:

(7 – A’RÂF) 11 / ‫األعراف‬- Sizi (babanız Adəmi) yaratdıq,


sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” –
dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan
olmadı.

(7 – A’RÂF) 12 / ‫األعراف‬- (Allah iblisə): “Mən sənə əmr


edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu.
(İblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən
məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi.

Göründüyü kimi səbəb yüksək təkəbbür və


özünübəyənmədir, yəni məl’un şeytanın özünü başqasından
(Hz. Adəmdən) üstün görməsi.
Bu gün biz əksər ateist alimlərin timsalında məhz bunun
şahidi oluruq. Sırf Allahın varlığını inkar etmək və
bilərəkdən haqqı gizləmək üçün onların ağzından hər cür
bəhanələr və yalanlar, gülünc iddialar eşidə bilərsiz. Məgər
bu insanlar savadsız və bilgisizdirlərmi? Xeyr.
Lakin onları kafir edən səbəb bilgisizlik və cəhalət yox, öz
təkəbbürləridir. Eynən şeytanın etdiyi kimi.
38 | P a g e
Şeytanın əqidədaşı olan bu ateist alimlər və onların neo-
ateist tərəfdarları özlərini o qədər ağıllı, intellektual hesab
edirlər ki, Allaha inanan insanları geridə qalmış, primitiv,
xurafatçı görürlər. İlahi varlığa və ya hansısa dinə inanan
kəsləri doqmatik, dəlil və sübutun dəstəkləmədiyi bir şeyə
inanan xurafatçılar hesab edirlər. Və öz mövqelərini daha da
ağırlaşdırmaq üçün iddialarına bir qədər istehza da əlavə
etməyi unutmurlar.

Lakin işin ən qəribə tərəfi budur ki, bu ateistlər, hətta


aqnostiklər özləri də elə batil şeylərə inanırlar ki, bu inanc da
onların standartlarına görə doqma hesab edilə bilər, çünki bu
inancların da hələ ki, elmi yollar ilə hər hansı bir sübutu
yoxdur.
Burada bəzi misalları qeyd etmək istəyirəm:

Lawrence Krauss və onun kimi bir çox təbii elmlər üzrə


alimlər inanırlar ki, kainat öz-özünə heçlikdən yaranıb.
Türkiyəli ateist alim Cəlal Şengör də kainatın təsadüfən
yarana biləcəyinə inanır.

Craig Venter və onun bənzərləri inanırlar ki, laborotoriyada


cansız maddələrdən canlı həyat yaratmaq mümkündür.
Baxmayaraq ki, bu günə qədər belə bir canlı varlıq yaratmaq
mümkün olmayıb, bu, onlara bunun mümkünlüyünə
inanmağa mane olmur.

Tanınmış ateist bioloq Lewis Wolpert isə xristian teoloq


Dr.Craiglə debatlarından birində Yaradanı inkar edərək
kainatı super komputerin yarada biləcəyi kimi gülünc
ifadələr səsləndirir.

39 | P a g e
Amerikalı araşdırmaçı jurnalist Ben Steinlə müsahibəsi
zamanı ateist bioloq Richard Dawkins açıq-aşkar etiraf edir
ki, biokimya və molekulyar biologiyanın detallarını
incələdiyinizdə, orda bir Dizaynerin imzasını görə bilərsiz.
Yəni bunu deyərkən əslində Dawkins dolayı yolla Ali Şüura
sahib bir Yaradan qüvvənin, Dizaynerin  mövcud olduğunu
etiraf edir. Amma sonra o boyda dünya şöhrətli alim nə desə
yaxşıdı? Deyir ki, yer üzündəki canlı həyatı Allah yox, bəlkə
də yadplanetlilər yaradıb. Yəni Dawkins qətiyyətlə ilahi
varlığın mövcudluğunu inkar etmək üçün Yer üzündəki
həyatın ayrı planetlərdəki daha intelektual varlıqlar
tərəfindən əkilməsi ehtimalını mümkün hesab edir, bu
ehtimalın zəif olduğunu desə də bunun mümkün olduğuna
inanır. Halbuki yadplanetlilərin varlığına dair heç bir real
elmi fakt tapılmayıb. Nə vaxtsa, tapılsa belə bu yenə də
Allahın yox olduğu mənasına gəlməz. Çünki o zaman ortaya
belə sual çıxacaq ki, “bəs yadplanetliləri kim yaradıb?”.
Qısaca desək, Dawkins burda “kim olursa-olsun, bircə Allah
olmasın” düşüncəsi ilə elmi əsası olmayan və sadəcə
fərziyyələr üzərində qurulmuş inkarçı bir mövqe tutur.

Bu gün dünyanın ən zəki alimlərindən biri ateist Stephen


Hawking sayılır. Stephen Hawking və ona uyanlar inanırlar
ki, kainatda heç bir şey olmasa da cazibə qüvvəsi özü-özünü
heç bir şeydən yarada bilər, belə bir şey mümkündür.
Deməli, Stephen Hawking daha əvvəlki kitablarında Allahın
var olub olmaması sualını cavabsız buraxırdı. Lakin “The
Grand Design” kitabında bu suala konkret bir cavab vermək
qərarına gəlir və görün nə cavab verir:

“Because there is a law like gravity, the universe can and


will create itself from nothing.”
40 | P a g e
Tərcüməsi: “Cazibə kimi qanun mövcud olduğu üçün kainat
özünü heçnədən yarada bilər və yaradacaq.”

İndi siz təsəvvür edin ki, belə böyük bir alimdən bu qədər
absurd, bu qədər gülünc, bu qədər safsata olan bir cümlə çıxa
bilər. Özünüz cümlənin üzərində düşünün. Bu alim deyir ki,
“kainat özünü heçnədən yarada bilər”. Nə üçün? “Çünki
cazibə kimi bir qanun vardır.” Əgər cazibə kimi bir qanun
varsa deməli burada “heçnə” sözü mənasız olur. Əgər bir şey
mövcud deyilsə, o zaman cazibə qanunu da yoxdur, kainat
da yoxdur. Belə çıxır ki, kainat həm yaradıcı olur, həm də
yaradılan. Bu söz əslində birinin belə deməyinə bənzəyir:
“Mənim anam özü özünü doğub.” Bu qədər absurd bir fikir
dünyanın ən zəki və ən daha bir beyindən çıxır. Nə üçün?
Çünki bunun adı küfrdür. Bu əlil, fiziki qüsurlu fizika alimi
yaradılışın əzəmətini, möhtəşəmliyini görsə də təkəbbür
səbəbindən öz dəhasını, zəkasını daha üstün bilir və
böyüklənir, boyun uzadır, bu möhtəşəmlik qarşısında həqiqi
mənada boyun əymək istəmir.

Bu bilim adamlarının bir çoxu inanır ki, təbii elmlər


kainatda baş verən və bizə fövqəl-təbii olaraq görünən hər
bir şeyi izah etməyə qadirdir. Bu inanc da heç bir elmi
sübuta dayanmır, lakin təbii elmlərin qüdrətinə inanmaqdan
başqa bir şey deyildir.

Bu misalları artırmaq olar. Lakin burada görülməsi lazım


olan tərəf budur ki, elmi yollar ilə sübut olunmamış, empirik
sınaqlardan keçməmiş bir şeyə inanmaq əgər insanın
xurafatçı, primitiv olmasını tələb edirsə o zaman müasir
dövrümüzün ateist bilim adamlarına da bu primitivliyin,
xurafatçılığın çox yaxşı bir payı düşür.
41 | P a g e
ABSURD ATEİZM VƏ TƏKAMÜL
NƏZƏRİYYƏSİ
(Əziz və hörmətli oxucu! Növbəti yazımızda, öz-özünə
əmələgəlmənin və təkamülün yaradıcı olmayan gücündən
bəhs edəcəyik. Odur ki, sözü “FƏLSƏFƏYƏ” verərək sizi
intizarda saxlamayaq. Yazı uzun olsada, sona qədər oxuyan
hər kəsə əvvəlcədən minnətdarlığımızı bildiririk. Ümidvarıq
ki, yazını oxuduqca, ateizmin və onun kökündə dayanan və
ateizmin əsas dayağını, ayaqda saxlayan sütununu təşkil
edən “TƏKAMÜL NƏZƏRİYYƏSİNİN” qeyri-elmi və
absurd olduğuna şahid olacaqsınız!)

VARLIQ ÖZ-ÖZÜNƏ ƏMƏLƏ GƏLƏ BİLƏRMİ?


Varlıq haqqında mövcud mülahizələrdən biri də onun öz-
özünə əmələ gəlməsi (inkişafı) nəticəsində indiki hala
düşməsidir. “ÖZ-ÖZÜNƏ VARDIR” demək, materiyanın
özünün özünü yaratması deməkdir. Bu iddianı irəli
sürənlərin məqsədi əslində Allahı inkar etmək, əvəzində
materiyanı əzəli və əbədi olduğunu qəbul etməkdir.
Bir şeyin əzəli olmasını iddia etmək onun həmişə var
olduğunu təsdiq etmək deməkdir, bu isə nə məntiqə, nə də
elmi nailiyyətlərə qətiyyən uyğun gəlmir. Əvvəla bunu
nəzərdən qaçırmamaq lazımdır ki, əgər BİR ŞEY ÖZ-ÖZÜNƏ
ƏMƏLƏ GƏLMİŞDİRSƏ, DEMƏK O, ƏVVƏLCƏ
OLMAMIŞDIR. ƏVVƏLCƏ OLMAMIŞDIRSA, O ZAMAN
SONRADAN OLMUŞDUR. ƏGƏR MATERİYA SONRADAN
OLMUŞDURSA, DEMƏK ƏVVƏLCƏ YOX İMİŞ. ELƏ İSƏ,

42 | P a g e
YERLİ-DİBLİ YOX OLAN BİR ŞEY SONRADAN ÖZ-ÖZÜNƏ
ƏMƏLƏ GƏLƏ BİLƏRMİ? AXI BƏRİ BAŞDAN DEYİRİK Kİ,
MADDƏ YOXDUR!
Fikrimizi daha sadə misalla təkrar edək: təsəvvür edək ki,
masa adlı bir şey yoxdur. Masa adlı bir şey yoxdursa, deməli
bu haqda anlayış da yoxdur. Başqa sözlə, masa olmadığına
görə, nə onun haqqında təsəvvür, nə də belə bir söz də yerli-
dibli yoxdur. Yox, əgər vardırsa, demək nə zamansa var
olmuşdur, daha doğrusu, sonradan olmuşdur. Sonradan
olmuşdursa, deməli nə əzəlidir, nə də əbədidir.

MATERİYA BİR-BİRİNƏ HAKİM, HƏM DƏ


MƏHKUM OLA BİLƏRMİ?
Hər varlıq atomlardan təşkil olunmuşdur. Adi gözlə
görünməyən bu kiçik varlıqlar kainatdakı cazibədən
faydalanaraq bir-birləri ətrafında dayanmadan fırlanır, bir-
birlərinə birləşir, bu birləşmə ilə də böyük varlıqlar əmələ
gətirməyə çalışırlar.
Bütün vücudlar baş-başa verərək bir qübbə meydana gətirən
daşlar kimi bir-birinə söykənən atomların təşkil etdiyi
üzvlərdən meydana gəlmişdir. Əgər Allahın varlığını qəbul
etməsək, o zaman üzvləri təşkil edən atomların həm əmr
edən, həm də əmrə itaət edən, başqa sözlə, həm hakim, həm
də məhkum vəziyyətində olduqlarını qəbul etməmiz lazım
gələcəkdir. Bu ona bənzəyər ki, bir atom digərinə gəl,
yanında durum, baş-başa verək, sən belə dayan, mən də
keçib o tərəfdə dayanım, filan varlığı meydana çıxaraq deyir.
Belə bir şeyi nəinki təsəvvür etmək, hətta düşünmək belə
ağılsızlıq olar. Yaxud, eyni sözləri başqa bir atom deməlidir.
Onlardan hansı dil açıb bu sözləri desə, o birilər ona tabe
olmalıdır. Bir-birinə bənzər və bir-birinin eyni olan şeylər
yenə də bir-birinin ya hakimi, ya da məhkumu olar. Eyni
43 | P a g e
zamanda da hər bir atom kainatdakı bütün tarazlıqlara,
qanunlara və şərtlərə uyğun olaraq istədikləri üzvü,
istədikləri canlını meydana gətirə biləcək qədər sonsuz elmə,
iradəyə və əhatəyə sahib olmalıdır.
Bu vəziyyətdə, əgər, Allahın(c.c) elmi, iradəsi və qüdrəti
inkar edilib, bir-birinin eyni və bənzər şeylərin həm hakim,
həm də məhkum ola biləcəyi qəbul edilsə belə, hər zərrəyə
ağıl düha vermək lazım gələcəkdir. Bu isə Cənab-i
Haqqa(c.c) layiq görülməyib, Ona verilməyən qüdrət, iradə,
elm və hikmətin bu şüursuz, ruhsuz və cansız atomlara layiq
görülməsi deməkdir. Belə bir cəfəngiyyat, əlbəttə, iradə, elm
və şüurdan məhrum ağılsızlara layiq bir iddiadır.
Barmağınızın ucuna baxın. Oradakı başbaşa vermiş
milyardlarla atom, bir növ qübbəni meydana gətirən daşlar
kimidir. Barmağı təşkil edən sümük, dırnaq, qan damarları,
sinirlər və s. hamısı atomların birləşməsilə meydana
gəlmişdir. Eyni zamanda, qəlbinizdəki və beyninizdəki bir
qisim atomlar müstəsna olmaqla (onlar da molekul halında
dəyişir) BƏDƏNİMİZ DƏYİŞİLİR. Bütün insanlar hər an
dəyişməkdədirlər. Beləliklə, bu dəyişmə prosesi ilə insan hər
üç-dörd ildən bir tamamilə başqa bir bədənə sahib olur.
Lakin, bu prosesində, bədən üzvlərimizi təşkil edən atomlar,
müxtəlif yollarla ayrılıb yerlərini yeni gələnlərə təhvil
verərkən, çox həssas bir hesab və plana uyğun olaraq hərəkət
edirlər. Belə ki, qulağımız və ya bir başqa üzvümüz heç bir
zaman nə kiçilir, nə də böyüyür. Gözlərinizin rəngi,
çənənizin şəkli, qaşlarınızın qövsü də DƏYİŞMƏZ QALIR.
Bəzi xəstəliklərin, qəzaların nəticəsində əmələ gələn
dəyişikliklər müstəsna olmaqla vücudumuzda heç bir köklü
DƏYİŞMƏ ƏMƏLƏ GƏLMİR.
Beləliklə, vücudumuz müntəzəm olaraq DƏYİŞMƏKDƏ
OLSA DA, BU DƏYİŞİKLİK HEÇ VAXT ŞƏKİL,
44 | P a g e
FORMA DƏYİŞİKLİYİ İLƏ NƏTİCƏLƏNMİR. İndi ki, bu
inkar edilməz faktır, o zaman insanın bir zamanlar meymun
olduğunu (meymunla ortaq atadan gəldiyini), sonra təkamül
edərək indiki şəkli aldığını iddia edənlər nəyə əsaslanırlar?

TƏKAMÜL NƏDİR?
Təkamül sadədən mürəkkəbə, bəsitdən mükəmmələ doğru
inkişaf edərək dəyişmək deməkdir. Bu nəzəriyyə təqribən iki
əsr əvvəl Avropada meydana çıxmışdır. Bu nəzəriyyənin ən
tanınmış nümayəndələri ingilis təbiətşünası Çarlz Darvin və
alman filosofu Fridrix Engelsdir. Darvinizm adlanan bu
nəzəriyyəyə görə ən başlanğıcda təkhüceyrəli olaraq bilinən
canlı orqanizm sonradan çoxhüceyrəliyə çevrilmiş, sonra
daha da inkişaf edərək suda yaşayana, sonra suda-quruda
yaşayana, ondan sonra quruda yaşayana çevrilmişdir.
Tədricən sürünən növdən məməliyə çevrilmiş, ağacdan-
ağaca, daha sonra meymunabənzər növə çevrilmiş, ondan
sonra da əmək prosesi onu insana çevirmişdir.
Əslində Darvinizm nəzəriyyəsi çoxdan, təqribən əlli il əvvəl
NÖVÜN DƏYİŞMƏZLİYİ QANUNUNUN kəşf edilməsi
ilə tam iflasa uğradı. Buna qədər də növün dəyişməzliyi
məlum idi. Ən qədim zamanlardan hamı bilirdi ki, hər hansı
bir ağaca vurulan calaq ağacın növünü müvəqqəti olaraq
dəyişir, lakin onun nəslini davam etdirə bilmir. Məsələn,
alma ağacına armud calaq etməklə yeni keyfiyyətdə armud
almaq olur, lakin bu yeni keyfiyyətli armud növü nəslini
davam etdirərkən yenə də əvvəlki şəklinə, almaya qayıdır.
Atla ulağın cütləşməsindən qatır doğulur, lakin qatır öz
növünü davam etdirə bilmir və s.
Yuxarıdakı fikirlərin heç birinin elmi izahı mümkün
olmadığı kimi, onlar heç bir məntiqlə də izah edilə
bilməzlər. Ən nəhayət, növün dəyişməzliyi qanununun kəşfi
45 | P a g e
də bir növün başqa növə çevrilməsinin mümkünlüyünü rədd
edir. İndiyədək heç bir ağac calaq nəticəsində növünü dəyişə
bilməmişdir. Heç vaxt meymun insana çevrilməmişdir. Bunu
genetika elmi də təsdiq edir.
Növü yaradıcı olaraq qəbul edən nəzəriyyənin tərəfdarlarına
inansaq, o zaman qəbul etməliyik ki, kainatda olan hər bir
növ özünü yaradır. Yəni belə deyək ki, almanı ona məxsus
olan qanunlar, armudu da armuda məxsus olan qanunlar
yaradır. Qarpızın yaranmasında bir qrup qanunlar, qovunun
yaranmasında başqa qrup qanunlar iştirak edirlər. Belə
olduqda hər bir meyvə, tərəvəz özü öz rəngini, dadını,
böyüklüyünü, inkişaf yolunu və s üçün lazım olan yüzlərlə
kimyəvi, bioloji, fiziki, riyazi qanunları özündə yaratmalıdır
ki, bu qanunları işə salıb məqsədinə çatsın. Gəlin, bunlar
üzərində düşünək.
1) BELƏ BİR TƏKAMÜLÜN (İNKİŞAFIN) BAŞ VERMƏSİNDƏ
AĞIL VƏ ŞÜUR ROL OYNAMALIDIR;
2) YAXUD BELƏ BİR TƏKAMÜLÜN (İNKİŞAFIN) BAŞ
VERMƏSİNƏ EHTİYAC OLMALIDIR;
3) NƏHAYƏT, BELƏ BİR TƏKAMÜLÜN (İNKİŞAFIN) BAŞ
VERMƏSİNƏ ZƏRURƏT OLMALIDIR.

MADDƏDƏ AĞIL VƏ ŞÜURUN VARLIĞI MÜMKÜNDÜRMÜ?


Bir növün təkamül edərək (inkişaf edərək) başqa növə
çevrilməsində ağıl və şüurun rolunu bəri başdan bir kənara
qoymaq deməkdir, çünki heç bir mikroorqanizmdə ona
məxsus şüur və ağıldan söz gedə bilməz. Maddəni təşkil
edən zərrəciklərdə, yaxud təkhüceyrəlilərdə şüur, ağıl
olsaydı, onlar təkhüceyrəli bəsit olmağın “qüsur” və
“nöqsanını” dərk edib çoxdan cüthüceyrəli olmaq qərarına
gələrdilər və bu gün YER ÜZƏRİNDƏ BİR DƏNƏ DƏ

46 | P a g e
OLSUN TƏKHÜCEYRƏLİ KİMİ BƏSİT VARLIĞA
RAST GƏLİNMƏZDİ.

TƏKAMÜL EHTİYACA GÖRƏ BAŞ VERƏ


BİLƏRMİ?
Hansı ehtiyac balıqkimiləri suda-quruda yaşayana, yaxud
hansı ehtiyac meymunu insana çevirmişdir? Əgər ehtiyac bir
növdən başqasına çevirirsə, o zaman nə üçün ilan
sürünməkdən bezib uçmaq ehtiyacı hiss etməyib? Nə üçün
daim yırtıcı heyvanların təqibindən təngə gəlmiş dovşan öz
ayaqlarını heç olmazsa bir metrədək uzada bilməmişdir? Nə
üçün eşşək daha ləyaqətli olan at növünə keçmək barədə
düşünmür? Nə üçün digər meymunlar daha mükəmməl
varlıq olan insana çevrilmək istəmirlər? Məgər onların buna
heç ehtiyacı yoxdur?
Bu mövzuda daha başqa bir sual: əgər varlıqların təkamül
edərək dəyişməsi ehtiyacdan irəli gəlmişdirsə, o zaman bu
ehtiyac nə üçün sonra dayanmışdır? Məsələn, deyək ki, balıq
suda-quruda yaşayana, sonra sürünənə, sonra dördayaqlıya,
sonra ikiayaqlıya çevrilmişdir. Bəs nə üçün indi
dördayaqlılar cütayaqlıya çevrilmək ehtiyacı hiss etmir?
Yaxud, insan həmişə quşa həsəd aparmış, uçmaq istəmişdir.
O zaman onun bu ehtiyacına görə nə üçün onun qanadları
çıxmamışdır?
Digər tərəfdən, əgər təkamülün ehtiyaca görə baş verdiyini
qəbul etməli olsaq, o zaman qanunların da ehtiyaca görə
dəyişməsini qəbul etməliyik. Axı heç bir hadisə ona aid
qanunlar olmadan meydana çıxa bilməz! Halbuki, qanunlar
dəyişməzdir və onları heç bir ehtiyac dəyişə bilməz.
DEMƏLİ, TƏKAMÜLÜN EHTİYACA GÖRƏ
DƏYİŞMƏSİ MÜLAHİZƏSİNİ DƏ QƏBUL ETMƏK
MÜMKÜN DEYİLDİR.
47 | P a g e
TƏKAMÜL ZƏRURƏTƏ GÖRƏ BAŞ VERƏ
BİLƏRMİ?
Əgər insan zərurətə görə, əmək prosesində meymundan
insana çevrilmişdirsə, nə üçün digər meymunlar bu zərurəti
hiss etmirlər? (Darvinə görə insan meymundan yaranmışdır.
Lakin sonradan təkamülçülər və təkamüldən öz xeyrinə
istifadə edən ateistlər, vəziyyətdən çıxış yolunu tapmaq üçün
bu iddiaya düzəlişlər edərək “ortaq ata” iddiasını ortaya
atdılar) Yaxud, insanın ən çox istifadə etdiyi bədən orqanları
onun əlləri, ayaqları, barmaqları, dodaqları, qulaqlarıdır.
Əgər zərurət onların inkişafına səbəb olursa, nə üçün
barmaqlarımız uzanıb bir-iki metr olmur? Dodaqlarımız
uzanmır, ayaqlarımız yoğunlamır və böyümür? Halbuki, bu
zərurətdir, dırnaqlarımız, saçlarımız bizim iradəmizdən asılı
olmayaraq uzanır. Dırnaqlarımıza “uzanma!” əmrini verib
onları tutmaq əziyyətindən niyə qurtara bilmirik?

İNSAN VƏ HEYVANLARIN QURULUŞ


FƏRQLİLİKLƏRİ. GENETİKA ELMİ TƏKAMÜLÜ
RƏDD EDİR.
Allah, insanı və digər məxluqları bir-birindən fərlqənəcək,
seçiləcək xüsusiyyətlərlə yaratmışdır. Bu fərqli xüsusiyyətlər
özü Yaradanı inkar edənlərə bir cavabdır. Xüsusən də
insanlarda və heyvanlarda olan irsən keçən xassələr.
Məsələn, doğulan hər insanda onun valideynlərindən keçən
oxşarlıqlar vardır. Hər bir insanın qaşı, gözü, burnu, yerişi,
səsi onun valideynlərindən birininkinə, baba-nənəsinin, əmi-
dayısının, xala-bibisininkinə bənzəyir. Bu zahiri
oxşarlıqlarla yanaşı, bir də mənəvi oxşarlıqlar da olur ki, biz
buna xasiyyət deyirik.
Xarakteristik quruluş və xüsusiyyətlərin nəsildən nəslə miras
olaraq keçməsi vücudu təşkil edən hüceyrələrdəki
48 | P a g e
xromosomlar və genlər vasitəsilə olur. İnsanla heyvanların
genetik quruluşu fərqlidir və hər birinin öz sabit sayı vardır.
Məsələyə sadəcə bu baxımdan, yəni varislik (genetik)
baxımdan yanaşılsa, heç bir heyvan heç bir zaman çevrilib
insan olmaz.
Genetika elmində saysız-hesabsız kəşflər, xüsusilə də XX
əsrin son nailiyyəti olan gen xəritələrinin kəşfi bir daha
göstərdi ki, hər bir yaradılışın həyat proqramı, hətta onun
xasiyyət və davranışları, xəstəlik və müsibətləri belə bu
genlərdə olduqca heyrətamiz dəqiqliklə dəqiqliklə toplanmış
və düzülmüşdür. Canlılar bu plan və proqrama görə var olur,
yaşayır və ölürlər. Onlara heç kəs nə müdaxilə edə bilir, nə
də dəyişə bilir. Əgər cüzi dəyişiklik edilsə, hər addımda
yüzlərlə əlavə müəmmalarla qarşılaşacaqdır.
Meymunun və insanın hüceyrəsindəki xromosom
iplikciklərinin sayı eyni deyildir. Bundan başqa,
xromosomlarda olan və yalnız çox həssas mikroskopla
görünən genlərə öz əcdadına oxşarlıq proqramı
yerləşdirilmişdir. Yeni doğulan körpənin də
valideynlərindən, yaxud qohumlarından birinə bənzəməsi bu
genlər sayəsində olur. Bu da onu sübut edir ki, meymundan
insan, insandan da meymun törəyə bilməz.
Təkamülçüləri aldadan canlıların müəyyən zaman keçdikdən
sonra cüzi dəyişikliyə məruz qalmasıdır. Məsələn,
yumurtadan çıxan qurbağa əvvəlcə balığa oxşadığı və sudan
kənara çıxmadığı halda, müəyyən müddətdən sonra, bədən
quruluşu təkmilləşdikdən sonra o, balıqlardan kəskin şəkildə
fərqlənən bir canlıya çevrilir. Üstəlik, qurbağa həm suda,
həm də quruda yaşaya bilir. Ağcaqanad da belədir,
sürfələrini su üzərində salır, yumurtadan çıxan balaları
qanadları çıxaranacan suda yaşayırlar, qanad çıxardıqdan
sonra isə sudayaşayandan uçanlara çevrilərək uçub gedirlər.
49 | P a g e
Təkamülçülər bir şeyi unudurlar: axı insan da ana bətnində
maye içərisində yaşayır, yalnız əsl vəzifəsini yerinə
yetirəcək keyfiyyətlər qazandıqdan sonra yer üzünə gəlirlər.
Bu və bunun kimi faktlar insanın təkhüceyrəlidən
çoxhüceyrəliyə çevrilməsini yox, eyni quruluşa malik
varlığın bir aləmdən başqa, tamamilə fərqli aləmə keçə
biləcəyini sübut edir.

BURADAN DA AŞAĞIDAKI NƏTİCƏYƏ GƏLİRİK: İNDİ Kİ,


VARLIQ:
TƏSADÜFƏN VƏ YA ÖZ-ÖZÜNƏ ƏMƏLƏ GƏLƏ BİLMƏZ;
ONU TƏBİƏT VƏ YA SƏBƏBLƏR YARATMIR;
ONLAR ƏBƏDİ DEYİLDİRLƏR VƏ NÖVÜN DƏYİŞMƏSİ
MÜMKÜN DEYİLDİR.

MÖCÜZƏLƏR BAŞ VERƏ


BİLƏRMİ?

MÖCÜZƏ-PEYĞƏMBƏRLİYİNİ İSBAT ETMƏK,


KAFİRLƏRİN İNADINI QIRMAQ VƏ MÖMİNLƏRİN
İMANINI MÖHKƏMLƏNDİRMƏK ÜÇÜN
PEYĞƏMBƏRİN ƏLİNDƏ ALLAHIN YARADIB
MEYDANA ÇIXARDIĞI XARİQƏ HALLARDIR.
Möcüzə insanların bildiyi, gördüyü və həmişə içərisində
yaşadığı həyatda rast gəldiyi, “adi işlər” adlandırdığı səbəb
50 | P a g e
və qanunların bir anda aradan qaldırılması, ağlın dərk
etmədiyi hadisələrin baş verməsidir. Hər şeyi yaradan
Allahdır, qanunları da yaradan Odur. O, hər şeyin sahibi
olduğu üçün bir qanunu qaldırıb yerinə başqa bir qanunu
qoymaq Onun üçün olduqca asan, asandan da asan bir işdir.
Biz bu qanunlara vərdiş etdiyimizdən onlar bizə qəribə
görünmür-hər gün yemək yeyir, su içir, işləyir, oxuyur, yatır,
qalxırıq, torpağa düşən toxum su, günəş və havadan lazımi
qidasını alıb cücərir, ağaca çevrilir, meyvə verir. Bunların
mahiyyətinə baxanda isə, nə qədər nəhəng, insan ağlını
heyrətə salan qanunların işləməsi olduğunu anlasaq da,
onlara möcüzə deyə bilmirik, çünki, onlarda hansı qanunlara
uyğun proseslərin getdiyindən az-çox xəbərdarıq.

Heç kəs cazibə qanununa müdaxilə edib onu dəyişdirə


bilməz, heç kəs yanan ocağı bir anda buz parçasına çevirə
bilməz, çünki bu işlərdə hansı qanunların var olduğunu və
işlədiyini bilirik.

Möcüzə bizə məlum olan qanunların bir anda yox olub


başqa bir qanunla əvəz edilməsi demək olduğundan onları nə
laboratoriyada təcrübədən keçirmək, nə riyazi
hesablamalarla anlamaq mümkün deyildir. Onlar adi hadisə
olmaqdan çıxmış, fövqəladə, qanunlarla izah edilə bilməyən
hadisələrdir. Məsələn, biri desə ki, ağac yeriyər, heç kəs
inanmaz. Amma gözlərimizlə görsək ki, böyük bir çinar
ağacı kökündən qopub bizə tərəf gəlir, o zaman inanmaqdan
başqa çarəmiz qalmaz, ancaq onu bildiyimiz qanunlarla,
səbəblərlə izah edə bilmərik.

MÖCÜZƏ VƏ KƏRAMƏT ANLAYIŞI:

51 | P a g e
Allah tərəfindən göndərilən hər peyğəmbər həmişə
ətrafındakı insanlar tərəfindən müxtəlif etirazlara məruz
qalmışdır. Bəzi insanlar onlardan öz peyğəmbərliyini sübut
etmək üçün qeyri-adi, heç kəsin görə bilməyəcəyi bir qisim
əlamətlər tələb etmişlər.

“Möcüzə” sözünün lüğəti mənası “aciz, qüdrətin ziddi olan


gücsüz vəziyyətə düşmək” deməkdir. Möcüzə elə bir şeyin
meydana çıxması deməkdir ki, onu başqa heç kəs edə
bilməsin və onun birbaşa Allah tərəfindən meydana
gətirildiyi aşkar olunsun.

Möcüzə kainatdakı qanunlarla bir araya sığmaz, əksinə,


mövcud qanunlara zidd olan bir hal kimi meydana çıxar.
Əgər mövcud olan qanunlara uyğun olsaydı, ona möcüzə
demək olmazdı. Məsələn, ağac parçasının çevrilib canlı ilan
olması. Bunu heç bir elmlə izah etmək mümkün deyildir.
Hər günkü yemək, içmək, adət etdiyimiz məişət hadisələri,
ağacların, dağların, daşların adət etdiyimiz sabit halları bizdə
qəribəlik oyandırmır. Lakin elə ki, bir qab xörəyi on adam
yeyib doydu, bir stəkan suyu yüz adam doyunca içdi, ağac
əkildiyi yerdən başqa yerə hərəkət etdi, dağlar durduğu
yerdən bir başqa istiqamətə çəkildi, o zaman mövcud
qanunların nə isə başqa bir qanunlarla əvəz olunduğunu
qəbul etməkdən başqa çarə qalmır. Bu baxımdan möcüzələr
adi hal olmayıb fövqəlbəşər, fövqəltəbiət hadisələrdir.

MÖCÜZƏ HƏR PEYĞƏMBƏRƏ ZAMANINA GÖRƏ


VERİLİRDİ.

Aləmlərin Rəbbi hər peyğəmbərə onun yaşadığı zamana


uyğun möcüzələr vermişdir. Məsələn, həz. Musanın (əs)
52 | P a g e
dövründə sehr çox geniş yayılmışdı. İnsanları sehrlə, cadu ilə
təəccübləndirmək, inandırmaq mümkün deyildi. Lakin Allah
həz. Musaya (əs) elə bir möcüzə verdi ki, o zamanın ən
məşhur sehrbazları belə bu hadisənin sehr yox, möcüzə
olduğunu etiraf etməli oldular. Allah ona əlindəki əsanı yerə
atmasını əmr etmiş, əsa yerə düşən kimi ilana çevrilmiş, həz.
Musa onu əlinə götürən kimi yenə də əsaya çevrilmişdir.

Həz. İsanın (əs) zamanında tibb çox geniş inkişaf etmiş və


yayılmışdı. Buna görə də o zamanın möcüzəsi ölünü
diriltmək oldu.

Peyğəmbərimizin zamanında şer, bəlağət, yəni gözəl söz


söyləmək çox geniş yayılmışdı. Hətta o qədər geniş
yayılmışdı ki,insanlara sözünə, şerinə görə dəyər verirdilər.
Belə bir zamanda Quranın nazil olması bir möcüzə oldu.
Onu dinləyən şairlər, söz ustaları onun cazibəsi qarşısında
dayana bilmədilər. Şer desən, şer deyildi, nəsr desən, o da
deyildi. Amma elə cazibədar, elə əsrarəngiz idi ki, insan onu
dinləyəndə anlamadığı halda belə qəlbi rahatlanır, yumşalır,
insandakı bütün müsbət əxlaqi keyfiyyətlər oyanırdı. Və ən
təəccüblüsü odur ki, onun bənzərini, ona oxşayanı heç kəs
deyə bilmədi və bilmir.

MÖCÜZƏLƏR İNKAR EDİLMƏZ.

İnsanların bir qismi möcüzəyə inanır, başqa bir qismi isə


inkar edir, “ağlım belə şeyləri kəsmir” deyir.

Əvvəla, möcüzəni, möcüzəni Yaradanı inkar etməyin insana


qazandıracağı heç bir şey yoxdur. Qaldı ki, ağıllı bir insana

53 | P a g e
yaraşan o dəqiqə “AĞLIM KƏSMİR” deyib inkar etmək
yox, düşünmək, anlamağa çalışmaqdır.

“AĞLIM KƏSMİR” deyə düşünmək, yaxud bunu düşüncə


halına gətirmək AĞIL VƏ ELM ADINA TƏHQİRDİR.
Çünki indiyənədək minlərlə, bəlkə milyonlarla elmi kəşflər,
texniki icadlar düşüncə və düşünməyə cəhdlər bahasına əldə
edilmişdir. İnsan başa düşməlidir: indi ki, ona düşünmək
kimi bir nemət verilmişdir, o zaman düşünmədən hökm
verməyə onun ixtiyarı yoxdur. Çünki düşünmək qabiliyyəti
verilməmiş nə qədər varlıqlar var ki, onlara bu qabiliyyət
verilmədiyi halda öz vəzifələrini çox mükəmməl yerinə
yetirirlər. İnsan düşünməyəcəksə, o zaman ağıldan, şüurdan,
düşüncədən məhrum varlıqlar da ondan üstün olacaqdır.

Allahın varlığından xəbərdar olan, Onun qüdrətinə bələd


olan heç kəs bunu inkar etməz. Gözümüz qarşısında nəhəng-
nəhəng planetləri, qalaktikaları səmada saxlamaq, onları
möhtəşəm bir nizam və intizamla milyard illər boyunca
hərəkət etdirməkmi çətindir, yoxsa bu möhtəşəm kainatdakı
bir yer kürəsinin bir yerində bir ağaca hərəkət verib
yeritmək?

Əgər qanunları yaradan Allahdırsa (ki, buna qətiyyən şübhə


etmirik), qazların qanunu mayelərin qanununa, mayelərin
qanunu bərk cisimlərin qanununa çevirən Allah üçün daha
bir qanunu başqa qanuna çevirmək nə qədər çətindir?

Biz Albert Eynşteynin möhtəşəm kəşflərinə inanır, onun


nəzəriyyələrini qəbul edirik. Elə isə peyğəmbərimizin meracı
hadisəsinə (zamanın nisbiliyi, merac hadisəsini sübut edir)
nə üçün şübhə ilə baxmalıyıq? Məgər biz ruhun maddənin
54 | P a g e
əsarətindən azacıq xilas olması ilə-yuxu, fikir, düşüncə ilə
bir anda Bakıdan Londona, Təbrizə, istədiyimiz qitə və
ölkələrə getmirikmi? Heç ağlımıza gəlməyən hadisələri
yaşamırıqmı? On dəqiqəlik yuxuda günləri, hətta ayları,
illəri yaşamırıqmı?

Hər şeyi ağılla, düşüncə ilə anlamaq mümkün deyildir.


Çünki ağılın da müəyyən səddi vardır. Biz bir litr su tutan
qaba on litr su tökməyə çalışsaq, onun doqquzu yerə axıb
gedəcəkdir. Eləcə də ağlımızla hər şeyi qavramamız
mümkün deyildir. Hər şeyin zamanı, vaxtı vardır. Siz 100 il
geriyə gedə bilsəniz, əcdadlarımıza telefonu, televizoru,
komputeri başa sala bilərsinizmi? Yox. Ona görə ki, 100 il
əvvəlki ağıl hələ bunları dərk etməyə hazır deyildi. Mənəvi
şeyləri isə heç zamanla da anlamaq mümkün deyildir, çünki
onlarda maddi heç nə yoxdur. Bu, ancaq Allahın insanlara
hidayət bəxş etməsilə olur.

Beləliklə, əgər qanunları yaradan, onun nizamlayan biri


varsa, həmin qanunları yaradan, yaratdığı qanunları heç
şübhəsiz dəyişmək, başqa qanunlarla əvəz etmək gücünə də
malikdir.Əgər bir qanun aradan qalxaraq, başqa qanunla
əvəzlənə bilirsə demək möcüzə qaçınılmazdır.

İnsanlar ateist doğulurmu?


Ateistlərin tez-tez iddia etdikləri yalanlardan biri
belədir: “İnsanlar ateist doğulur”. Halbuki, son elmi
araşdırma bu iddianın tamamilə səhv və saxta olduğunu üzə
çıxarmışdır. Belə ki, Oksford universitetindən olan iki alimin
rəhbərliyi altında həyata keçirilmiş 3 illik beynəlxalq
layihənin büdcəsi 1.9 milyon funt sterlinq dəyərindədir.
55 | P a g e
Layihəyə cəlb olunmuş 57 tədqiqatçı tərəfindən fərqli
mədəniyyətlərə malik, həm dini, həm də ateist cəmiyyətlərin
olduğu 20 müxtəlif ölkədə 40-dan çox araşdırma
aparılmışdır.

Nəticədə məlum olmuşdur ki, insanlarda Allaha və ölümdən


sonrakı həyata anadangəlmə təbii inanc duyğusu vardır.
Layihəyə rəhbərlik etmiş Oksford Universitetinin
Antropologiya və Düşüncə Mərkəzinin baş araşdırmaçısı
olan Dr. Justin Barrett deyir ki, uşaqlarda anadangəlmə
Allah inancı vardır. Dr.Barrett bildirir ki, gənc insanlar ilahi
qüvvənin varlığına inanmağa meyllidirlər, çünki onlar
düşünürlər ki, dünyadakı hər şeyin yaradılma məqsədi var. 
Daha sonra araşdırmaçı alim qeyd edir ki, hətta məktəbdə
yaxud ailədə din təhsili görməmiş gənc uşaqların da Allaha
inancı vardır. Dr.Barret əmin edir ki, hətta tənha adada
böyüyən uşaqlar da Allaha inanacaqlar.

BBC Radio 4-ün Today proqramına müsahibəsində


Dr.Barrett bunları deyir: “Son 10 il ərzindəki elmi dəlillərin
əksəriyyəti göstərir ki, dünyanın məqsədli şəkildə dizayn
edilməsi və həmin məqsədin arxasında şüurlu bir varlığın
olması fikri uşaqların düşüncələrinin təbii inkişafında
formalaşır.”

PS. Antropologiya – insanın bioloji təbiətindən bəhs edən


elmdir.

NƏ ÜÇÜN İSLAM? 

56 | P a g e
Desələr ki, bəs nə üçün müsəlmanlar bu qədər inanc və
dinlər arasında yalnız İslam dininin haqq din olduğuna
inanırlar? Bu, bir müsəlmana verilə biləcək ən önəmli
suallardan biridir. Əslində həqiqi müsəlman bu sualın
cavabını rahatlıqla verməlidir.

Biz bu suala çox uzun bir cavab yaza bilərik, ona görə də bu
barədə bəlkə bir neçə yazı yazdıq. Bu, bu silsilədə birinci
yazımız olsun. Bir müsəlman olaraq biz İslamın haqq din
olduğuna bir neçə səbəbə görə inanırıq. Bu səbəblər arasında
ən əhəmiyyətlilərindən biri bu dini bizə gətirmiş şəxsiyyətin
özüdür.

Miladi 570-ci ildə dünyaya gəlmiş Abdullahın oğlu


Muhəmməd yetim böyüyüb, anası Əminəni beş yaşı olarkən
itirir. Daha sonra iki il haşimilər soyunun böyüyü sayılan
babası Abdulmuttalib və sonra isə əmisi Əbu Talibin
yanında böyüyür. Muhəmməd əxlaqlı və dürüst bir gənc
kimi böyüyüb. Gördüyü işlərində o qədər dürüst, doğru və
səmimi davranardı ki, buna görə ona Məkkədə “Muhəmməd
əl-Əmin” adını verirlər, yəni etibarlı, dürüst olan
Muhəmməd. Məhz bu dürüstlüyünə və etibarına görə
özündən yaşca çox böyük olan Məkkənin zəngin
qadınlarından biri ona evlənməyi təklif etmişdi. Məhz buna
görə həmişə konfliktdə olan Qureyş qəbilələri Kəbədəki qara
daşı yerinə qaldırmaq şərəfini bölüşməkdə ona etibar etdilər.

Belə bir insan oxumaq və yazmaq bilmədiyi halda 40 yaşına


çatdıqda Allahdan ona vəhy göndərildiyini söyləməyə
başlayır. Bundan sonra 23 il bu vəhyi insanlara çatdırmaq
üçün inanılmaz əziyyətlərə qatlanır. Öz doğma əmilərindən
tutmuş digər qohumlarına qədər Məkkənin əksəriyyəti ona
57 | P a g e
düşmən kəsilir. Dəfələrlə döyülür, Taifdə daş-qalaq olunur,
al-qana boyanır. Ona tabe olan və sevdiyi müsəlman dostları
öldürülür və himayəsi olmayan zəif müsəlmanlar uzaq
ölkəyə hicrət etməli olurmar. Ona iman gətirmiş
müsəlmanlar ilə birlikdə məkkəlilər tərəfindən boykot
olunurlar. Heç kim onlara yeməyə və geyinməyə bir ticarət
malı satmır, heç kim onlara içməyə su vermir, heç kim
onlara evlənməyə qız vermir. Müsəlmanlar şəhərdən
çıxarılırlar. Yolların qırağında bitən otlarla, yaşıllıqlarla və
digər əziyyətli yollar ilə keçinməli olurlar. Bu müddətdə
Muhəmməd öz sevimli həyat yoldaşını və onu himayə edən
əmisi Əbu Talibi itirir. Daha sonra öldürülməklə üzləşir. Öz
doğma vətənini digər müsəlmanlar ilə birlikdə tərk edir.
Qürbət həyatına qatlanır. Mədinəyə köçən Muhəmməd orada
da bir neçə dəfə sui-qəsd cəhdi ilə üzləşir. Məkkəlilərin hərbi
təhdidlərinə qarşı müharibələrə qatlanmalı olur. Bu
müharibələrdə yaralanır. Yəhudilər tərəfindən əziyyət görür,
yəhudi qadının verdiyi zəhərli yemək səbəbi ilə ömrünün son
illərində xəstəlikdən əziyyət çəkir. Lakin bütün bunlara
baxmayaraq iyirmi üç il ərzində insanlara təbliğatını
tamamlayır. İyirmi üç il ərzində Allahdan aldığı vəhyləri
tamamlayır və bu ayə ilə Allahın göndərdiyi dinin
tamamlandığını elan edir. “Bu gün dininizi sizin üçün kamil
etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq
sizin üçün İslamı bəyənib seçdim.” (əl-Maidə, 3) Son həccini
yerinə yetirərək insanlara son nəsihətini edərkən artıq
yoldaşları onun yaxında onları tərk edəcəyini anlayırdılar.
Elə də olur və qəməri təqvim ilə 63 yaşında bu həyata vəda
edir. Tarixin bu qeyri-ordinar şəxsiyyətinin bir Allah elçisi
olduğuna müsəlmanlar inanırlar. Bunun doğruluğunu
sınaqdan keçirmək üçün belə bir test etmək olar. Muhəmməd
Allahdan vəhy aldığına dair söylədiklərində:
58 | P a g e
1) Səmimi deyildi, öz dediklərinə inanmırdı, bunu yalnız
dünyəvi məqsədlər üçün edirdi

2) Səmimi idi, öz dediklərinə özü də inanırdı, lakin bu,


hallüsinasiya idi, ona elə görünürdü

3) Səmimi idi və həqiqətən də Allahın insanların içindən


seçdiyi bir elçi idi

Birinci alternativə baxsaq mütəxəssis alimlərin hamısının


qəbul etdiyi ölçülərə görə Muhəmməd heç cür bu alternativə
uyğun deyildi. Bunu bir neçə yöndən izah etmək olar:

Birinci: Muhəmməd Allah tərəfindən seçildiyini


söyləmədən öncə öz qövmü tərəfindən dürüst və etibarlı biri
kimi tanınırdı. Əmanətə xəyanət etməyən, zəiflərə kömək
edən, yetimləri himayə edən biri kimi tanınıb.

İkinci: Muhəmmədin həyat tərzi heç cür buna uyğun


gəlmirdi. Çünki o, gündüzlər müsəlmanlarla bağlı olan işləri
idarə etdiyi halda, onlarla bağlı qərarlarını verdiyi halda,
orduları hazırladığı halda, müharibələr etdiyi halda gecələr
ayaq üstə duraraq dabanları şişərək partlayana qədər namaz
qılardı. Hətta buna görə onun həyat yoldaşı ona acıyar və nə
üçün özünə belə əziyyət verdiyini soruşardı. Səmimi
olmayan, öz çağırışına özü inanmayan insan belə hərəkət
etməz.

Üçüncü: Muhəmməd vəfat edərkən öz doğma qızına,


kürəkəninə və nəvələrinə heç bir miras buraxmamışdı.
Onlara nə bir dinar, nə də bir dirhəm qismət olmamışdı. Özü
59 | P a g e
də həyatda olduğu müddətdə evində nə bir dinar, nə də bir
dirhəm saxlamazdı. Əksinə Mədinədə aclıq dövrlərində
mədəsinə ağır daş bağlayaraq gəzərdi ki, mədəsinin aclıqdan
yığıldığını hiss etməsin. Hətta bir dəfə ona bahalı bir paltar
hədiyyə verirlər, lakin paltarın onu namazından
yayındırdığını görərək başqasına hədiyyə verir.

Gəlin bu barədə qeyr-müsəlman bir ekspertin, bir


orientalistin fikri ilə də tanış olaq. Edinburgh universitetinin
emeritus professoru, tarixçi və şərqşünas William
Montgommery Watt bu barədə yazır:

“One of the common allegations against Muhammad is that


he was an impostor, who to satisfy his ambition and his lust
propagated religious teachings which he himself knew to be
false. Such insincerity makes the development of the Islamic
religion incomprehensible. This point was first vigorously
made over a hundred years ago by Thomas Carlyle in his
lectures On Heroes, and it has since been increasingly
accepted by scholars. Only a profound belief in himself and
his mission explains Muhammad’s readiness to endure
hardship and persecution during the Meccan period when
from a secular point of view there was no prospect of
success. Without sincerity how could he have won the
allegiance and even devotion of men of strong and upright
character like Abu-Bakr and ‘Umar ? For the theist there is
the further question how God could have allowed a great
religion like Islam to develop on a basis of lies and deceit.
There is thus a strong case for holding that Muhammad was
sincere. If in some respects he was mistaken, his mistakes
were not due to deliberate Iying or imposture.”

60 | P a g e
“Muhəmmədə qarşı atılmış ən yayğın ittihamlardan biri də
budur ki, (guya) o saxtakar olub və öz ambisiyasını və öz
şəhvətini razı salmaqdan ötrü özünün də saxta olduğuna
inandığı dini təlimləri təbliğ edib. Belə bir səmimiyyətsizlik
İslam dininin inkişaf edərək ortaya çıxmasını dərk edilməz
(bir hal) edir. Bu nöqtə (və ya cavab) ilk dəfə ilk dəfə yüz il
öncə Thomas Carlyle tərəfindən Qəhrəmanlar haqqında
verdiyi mühazirələrində əzmlə qeyd edilib və bu cavab o
zamandan bəri daha çox alim tərəfindən qəbul olunub.
Qeyri-dindar baxış açısından uğur qazanmaq üçün heç bir
istiqbal görünmədiyi halda Məkkə dönəmindəki əziyyətlərə
və təqiblərə qatlanmaq üçün Muhəmmədin bu qədər
hazırlıqlı olmasını yalnız və yalnız onun özünə və öz
missiyasına olan dərin inancı izah edə bilər. Səmimi
olmasaydı Əbu Bəkr və Ömər kimi güclü və namuslu
xarakterə malik kişilərin vəfasını və sədaqətini necə qazana
bilərdi? Allaha inanan biri üçün burada daha bir sual vardır:
Allah necə İslam kimi əzəmətli bir dinin yalanlar və
aldatmacalar əsasında inkişaf edərək ortaya çıxmasına izn
verə bilərdi? Ona görə də Muhəmmədin səmimi olmasına
dair güclü arqumentlər vardır. Əgər o, bəzi məqamlarda
xətalı olubsa bu, məqsədli şəkildə yalan danışmağa görə və
saxtakarlığa görə olmayıb.”

(W. Montgomery Watt, ”Muhammad: Prophet and


Statesman”, səh: 229-235; Oxford University Press, 1961)

Bu fikir həmçinin onun kolleqası Richar Bell də bölüşür. Bu


fikir orientalist alimlər tərəfindən qəbul edilir, çünki
Muhəmmədin həyatını oxuyan insanda şəkk qalmaz ki, bu
insan öz həyat tərzi, hərəkətləri və dəvətinin nəticəsi ilə
göstərmişdir ki, o, öz dediklərinə inanan səmimi bir insan
61 | P a g e
olub. Çünki başqa heç bir izahat onun həyatı üçün uyğun
gəlmir. Onun dünya malı üçün bu qədər əziyyətlərə
qatlandığını deyə bilmirlər, çünki dünya malından özünə və
övladlarına bir şey götürməyib.

Muhəmmədin çağırışının Məkkənin liderləri üçün nə qədər


təhlükəli olduğunu anlayan bir insan heç bir zaman onun
qeyri-səmimi bir insan olduğunu iddia edə bilməz. Altıncı
əsrin Məkkəsini təsəvvür edin. Kəbənin ətrafında 360 büt
düzülüb və bu bütlərin hər biri ayrı-ayrı bölgələrdə yaşayan
ərəb qəbilələrinin sitayiş etdikləri bütlərdir. O dövrdə ərəblər
bu bütlərə sitayiş etmək üçün Məkkəyə axın edirdilər və bu,
Məkkənin böyüklərinə inanılmaz var-dövlət, sərvət gətirirdi.
Çünki bu mövsümlərdə ticarətdən çoxlu qazanc əldə
edirdilər. Belə bir şəhərdə bir kimsənin çıxaraq bütün
bütlərin saxta olduğunu, onların qırılmasının vacib olduğunu
təbliğ edərsə şübhəsiz ki, belə bir insanın ölümü göz önünə
alaraq bunu etdiyini qəbul etməyimiz lazımdır. Belə biri isə
qeyri-səmimi ola bilməz, çünki şüurlu şəkildə belə yola
gedən biri yalnız ideologiya sahibi biri ola bilər, yalnız
daşıdığı fikirlərin uğrunda ölməyə haqq qazandıran biri ola
bilər.

O zaman ikinci alternativə baxaq. Bəlkə Muhəmmədin


Allahdan aldığına inandığı vəhy əslində qarabasmalar,
hallüsinasiyalar olub? Bu, İslamın peyğəmbərinə qarşı irəli
sürülmüş ən qədim iddialardan biridir. Hələ Məkkədə
olarkən məkkəlilər Muhəmmədi dəli olmaqda ittiham
etmişdilər. Bu barədə Quran bizə xəbər verir: “(Kafirlər)
dedilər: “Ey özünə Zikr nazil edilən kəs! Doğrudan da, sən
dəlisən.” (Hicr, 6) İlk dövrlərdə xristianlar Muhəmmədin
epilepsiya xəstəliyindən əziyyət çəkdiyini iddia edirdilər.
62 | P a g e
Bunu ilk dəfə bizanslı tarixçi Theophanes kitabında yazır. O
dövrdə epilepsiya xristian aləmində şeytan tərəfindən idarə
olunmaq kimi qəbul olunurdu. Lakin son əsrlərdə xristian
dünyasının epilepsiya haqqındakı təsəvvürü dəyişdi və artıq
epilepsiyanın Muhəmmədi tənqid etmək üçün yararsız
olduğunu anladılar. Lakin epilepsiya ilə yanaşı onun
hallüsinasiyalardan əziyyət çəkdiyini iddia etdilər. Amma bir
insan Muhəmmədin həyatını və əldə etdiyi nəaliyyətləri bu
iddialar ilə qarşı-qarşıya qoyduqda başa düşürkü iddiaların
heç biri Muhəmmədin aldığı ilhamları izah edə bilmir.

Birinci: Muhəmməd dövlət başçısı olub, uğurlu hərbi


yürüşlərə rəhbərlik edib. Öz rəiyyəsi üçün qanunlar çıxarıb
və onları icra edib. Yəhudilərin və düşmənlik edən ərəb
qəbilələrinin bir arada yaşadığı Yəsrib şəhərində inanılmaz
bir balans qurmağa nail olub. İnsanlara mənəvi dəyərləri,
dürüstlüyü öyrədərək xütbələr verib, aşkar fəsahət ilə onlara
moizə verib.

İkinci: Muhəmməd aldığı vəhyi yazmaq üçün vəhy katibləri


tutub və onlara eşitdiyi ayələri yazdırıb. Bu gün Quran
olaraq tanıdığımız və iyirmi üç il ərzində yazılmış bu kitab
dünya tarixinin tanıdığı ən fəsahətli, ən bəlağətli və ən
zəngin dillərindən biri olan ərəb dilində yazılmış ən
möhtəşəm, ən fəsahətli və bəlağətli kitab sayılır. Bu kitab 14
əsrdən bəridir ki, insanlığa onun mislində bir şey
yazmaqlarına dair meydan oxuyur və bu günə qədər də
gözəlliyində, innovativ üslubunda, lirikasında və eyni
zamanda insanlara verdiyi yeni təlimlərdə bir tayı olmayan
bir kitabdır. Quran möcüzəsi haqqında daha sonrakı
yazılarımızın birində geniş məlumat verəcəyik.

63 | P a g e
Üçüncü: Hallüsinasiya və qarabasmalardan əziyyət çəkən
insan tərəddüd və iztirab içində olur. Yəni hər zaman eyni
fikrə müvafiq olan vizyonlar görməz, əksinə bir-birinə zidd
olan, bir-birilərindən tamamilə fərqlənən, bir-birilərini inkar
edən şeylər görər. Muhəmməd isə iyirmi üç il ərzində eyni
fikirə, eyni missiyaya sadiq qalan bir vəhyin daşıyıcısı olub.

Dördüncü: Əgər gördükləri sadəcə hallüsinasiyalar və


qarabasmalardan ibarət idisə o zaman o hallüsinasiyalarda
gəlib keçmiş peyğəmbərlər haqqında məlumatı necə ala
bilirdi? İslam dininə inanmayan tarixçilər bu məqamı belə
izah edirlər ki, Muhəmməd ticarət üçün səfərlərində bu
məlumatları öyrənib. Bu izaha əsasən belə deməyə
məcburdurlar ki, Muhəmmədin yazdırdığı vəhy
“hallüsinasiyalardan” əldə etdiyi məlumatlar deyildi, lakin
ticarət üçün etdiyi səfərlərdə öyrəndiyi məlumatlar idi, o
zaman Muhəmmədin səmimi olmadığını söyləməkləri
lazımdır. Halbuki buna birinci alternativdə cavab verdik,
cavab verdik ki, Muhəmməd şübhəsiz öz dediklərinə inanan
ideologiya sahibi biri şəxsiyyət olub, öz qövmü tərəfindən
heç bir zaman yalanda ittiham edilməmiş dürüst bir insan
olub.

Muhəmməd bu gün tarixçi alimlər tərəfindən ən uğurlu


reformist hesab olunur. Onun nəaliyyətləri arasında sosial və
mənəvi reformlar var. Qadınların ictimaiyyətləki hallarını
inanılmaz dərəcədə yaxşılaşdırdı. Bir mənəvi reformist
olaraq qadınların mənəvi varlıqlar olaraq kişilərlə bərabər
olduğunu cəmiyyətdə bir norma kimi qəbul etdirdi. Qadınlar
artıq mülk sahibi ola bilərdi, sahibkarlıq etmək haqqına
malik oldu, artıq kişilər kimi varis ola bilərdi. Daha öncə
kişilərə istədikləri qədər qadın almaq icazəli idi, hətta bəzi
64 | P a g e
hallarda qadın özü bir mülk kimi atadan oğula keçirdi.
İslamda bütün bu cahiliyyə qaydaları ləğv edildi. Eləcədə
cəmiyyətdə hüquqi islahatlar aparıldı. Sübut məsuliyyətinin
müttəhimin üzərinə düşdüyünü bir prinsip kimi yerləşdirdi,
müasir terminlə desək təqsirsizlik prezumpsiyasını hüququn
ayrılmaz hissəsi kimi isbat etdi. Həmçinin hərbi ədəb
qaydalarını da hüququn ayrılmaz hissəsinə çevirdi,
müsəlmanlara müharibələrdə qadınları, uşaqları, yaşlıları,
rahibləri öldürmək qadağan edildi. Muhəmmədin gətirdiyi
islahatlar haqqında yazsaq ayrıca bir kitab yazmalı olacağıq.
Bir sözlə bütün bu prolifik islahatlar Muhəmmədin yüksək
intellekt, səlim ağıl və tam bir mənəviyyat sahibi olmasının
göstəriciləridir. Belə xüsusiyyətlərə sahib olan insanın
insanlar arasında inam qazanması şüurlu və məntiqli bir
prosesin nəticəsidir. Bu, çox saylı səbəblərdən biridir ki, biz
müsəlmanlar İslam dininin haqq din olmasına inanırıq. Digər
səbəblər haqqında sonrakı yazılarımızda yazacağıq.

Peyğəmbərin (s.a.v) peyğəmbərliyini


yalanlayanlara qısa  cavab

Gəlin bir az düşünək…

Ərəbistan çöllərində oxumağı, yazmağı bilməyən bir insan


çıxır. Ömrü boyunca ticarətlə məşğul olmuş, kiçik ikən
yetim qalmış, heç bir kitabxanası, laboratoriyası olmayan bir
səhra diyarında yaşamış və 40 yaşında özünə peyğəmbərlik
gəldiyini elan etmişdir. O günə qədər tək xüsusiyyəti etibarlı
və doğru sözlü olmasıdır. Başqa hər hansı bir xüsusiyyəti ilə

65 | P a g e
tanınmamışdır. Ancaq birdən-birə necə olursa bu insanda, 40
yaşına qədər heç olmayan xüsusiyyətlər meydan çıxır.
Bir anda ömürünü şairliyə həsr etmiş insanları heyrətə salan
və şairlikdə zirvələr fəth etmiş insanları aciz buraxacaq
poetik ifadələr söyləməyə başlayır.
Bir anda, ömürünü sehrə həsr etmiş cadugərlərə göstərdiyi
möcüzələrlə “bu bir cadugər ola bilməz” dedirdir.
Bir anda ömürünü dövlət rəhbərliyinə, siyasətə həsr etmiş
insanların bacarıqlarının fövqünə çıxaraq dövləti idarə
edəcək hala gəlir.
Bir anda ömürünü orduya, döyüş texnikalarına verən
komandirləri, döyüşlərdə məğlub edəcək döyüş texnikaları
düşünə biləcək səviyyəyə çatır və ordu idarə edir, Bədirdə
313 nəfər orduyla 1000 nəfərlik ordunu, Əhzabda 2000
nəfərlik ordu ilə 24000 nəfərlik ordunu, Təbükdə 30000
nəfərlik ordu ilə 100000 nəfərlik ordunu darmadağın edir.
Bir anda, yalnız dövrün tarix məlumatında irəli getmiş bir
neçə alimin belə bildiyi şeyləri onlardan öyrənməməsinə
baxmayaraq belə bilir, tarixi yaşamış kimi izah edir.
Bir anda, yəhudi, xristian, atəşə tapınan, bütə tapınan və
inanclarıyla böyük nüfuz qurmuş güc sahibi insanların
nüfuzlarını əllərindən ala biləcək gücə, ağla çatır.
Bir anda yəhudilik, xristianlıq, bütpərəstlik kimi dinlərə baş
tutub, bu qədər dünyaya yayılmış güclü inancları və o
inanclardan olan insanların inanclarınına qalib gələ bilir.
Bir anda, sanki oxuma bilirmiş və 40 yaşına qədər elm
öyrənmiş kimi elm və mədəniyyət sahibi hər insanı öz safına
çəkə bilir.
Bir anda, cahiliyyə adətləriylə insanlıqdan çıxmış, gözəllik,
düzgünlük, yaxşılıq, insanlıq nədir bilməyən on minlərlə
insanı mələk səviyyəsinə gətirir və sonunda gətirdiyi
təlimləri təqdim edir. Üstəlik yalnız dövrünün deyil,
66 | P a g e
özündən sonra 14 əsr boyunca gəlmiş insanların həyatlarına,
söylədiyi əxlaq qaydalarıyla sevgi, güvən, xoşgörüş, ədalət
mühiti təmin etdirir.
Bir anda, əsrlər boyunca böyük dövlətləri ədalət içərisində
yaşada biləcək və varlığını davam etdirmələrini təmin
edəcək qaydalar ortaya qoyur.
DİQQƏT ET. Bu insan 40 yaşına qədər insanların dilində
yalnız doğru sözlü olaraq tanınan bir insan idi. 40 yaşında
bir anda bu insana nə oldu ki, bu və daha saya bilmədiyimiz
minlərləsini edə biləcək vəziyyətə gəldi?
Bunu edən bir insandırmı yoxsa bunları ona (s.a.v) etdirən
Sonsuz güc və qüdrət sahibi, elm sahibi bir YARADANmı
etdirmişdir?
Məntiqli düşünmək çoxda çətin deyil…

bədbəxtlər, əlbəttə, əbədi cəhənnəmə layiqdirlər.

“Quranı Məhəmməd peyğəmbər uydurub?”


–  deyənlərə

Maraqlıdır, Məhəmməd peyğəmbər (s.a.s.) Quranı


özümü uydurmuşdu? Öz əsəri olmadığını haradan bilə
bilərik? Biz bu məqalədə bu məsələylə bağlı bütün mümkün
faktları gözdən keçirərək Quranın bir insan tərəfindən
uydurulma ehtimalını araşdıracağıq və məsələyə analitik
baxış sərgiləyəcəyik:

67 | P a g e
1) Birmingem universitetinin professoru Tomas hal-hazırda
həmin universitetdə mövcud olan ən qədim Quran parçasıyla
müasir çap olunan Quranı müqayisə etdiyini və heç bir fərq
görmədiyi üçün təəccübləndiyini bildirir. O qədim
nüsxələrin karbon tarixləmə üsuluyla araşdırılaraq
Məhəmməd peyğəmbərin ölümündən sonrakı iki onilliyə aid
olduğunu bildirir.[1] Oksford universiteti xüsusi tarix təyin
etmə üsulu ilə qədim parçanın təxminən 568-645 illər
arasına aid olduğunu müəyyənləşdirmişdir[2]. Məhəmməd
peyğəmbər bu cümləni özü Qurana necə daxil edə bilərdi?-
“Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu
(hər cür təhrif, artırıb-əskiltmədən) qoruyub
saxlayacağıq!”[3] O “öz” əsərini öldükdən sonra necə
qoruya bilər axı? Belə şey məntiqsiz olardı.

2) Quranın İncil və Tövrat əsasında tərtib edildiyi iddiasına


baxaq. Bütün elmi mənbələrə görə Məhəmməd peyğəmbərin
dövründə İncil və Tövrat ərəb dilinə tərcümə edilməmişdi.
Çünki həmin dövrdə qəbilə quruluşunda yaşayan ərəblərdə
elm və yazı mədəniyyətinin inkişafı zəif idi. Hastinqs və
Jeyms bu haqda deyir: “İslamdan əvvəl İncilin hər hansı
hissəsinin ərəb dilinə tərcümə edildiyinə dair heç bir sübut
yoxdur.[4] Hastinqsin Bibliya Lüğəti ilk ərəb dilinə tərcümə
edilən İncilin 10-cu əsrə aid olduğunu bildirir[5]. Həmçinin
məşhur Judaika Ensiklopediyası da ilk ərəbcə İncil Hüneyn
ibn İshaq (IX əsr) və Səid ibn Yusifə (X əsr) aid olduğunu
bildirir.[6] Pol Vegner deyir: “Ərəbistandakı xristian və
yəhudi adət-ənənələri yazılı kitaba əsaslanmır, Suriya yəhudi
və xristianlarının dini, eşitdikləri və tətbiq etdikləri şifahi
ənənələrə əsaslanırdı. Ərəbistanın xristian və yəhudi qrupları
ortodoks inanca sahib deyildilər və bir sıra qruplara
bölünürdülər”.[7] Yeni Katolik Ensiklopediyasında deyilir:
68 | P a g e
“Ərəb xristianlar hər məsələdə dövrün Xristian Elm
Mərkəzlərindən kənar idilər”.[8] Deməli onların əllərində
yazılı ərəbcə İncil yox idi. Üstəlik bir çox məsələdə Tövrat,
Quran və İncildə fərqli hökmlər, zidd fikirlər vardır. Məs;
İncildə qadın yalnız ailədə kişi olmadıqda varis haqqına
sahibdisə[9] Quranda qadınən vərəsəlik və mülkiyyət
hüquqlarına dair həddən çox ayə vardır. (Məs; Nisə 7)
Məhəmməd peyğəmbərin yoldaşı Xədicənin dayısı kor
Varaqa ibn Nofəl xristian idi. Lakin Məhəmməd peyğəmbər
peyğəmbərlik iddiasına başlayandan cəmi bir neçə gün sonra
artıq dünyasını dəyişmişdi.[10] Bütün bunlar Məhəmmədin
peyğəmbərin Quranı İncil və Tövratdan kopyalaması fikrini
alt-üst edir.

3) Dövrün bütün tarixçiləri peyğəmbərin oxuma yazma


bilmədiyini deyir. Deməli onun başqa kitablar oxuması və
Quranı ona bənzədərək uydurması mümkün deyil. Bu,
Quranda da öz əksini tapmaqdadır: “(Ya Rəsulum!) Sən
bundan (bu Qurandan) əvvəl nə bir kitab oxumusan, nə də
onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar
(onun barəsində) şəkk-şübhəyə düşərdilər (Onu hardansa
oxuyub öyrənmişdir, deyərdilər)”.[11] Bu kimi fikirlər yeni
deyil. Peyğəmbərin salləllahu əleyhi və səlləmin yaşadığı
dövrdə də eyni ittihamlar irəli sürülürdü, lakin əksinə onun
tərəfdarları daim artaraq son xütbəsində 125 minə çatmışdı.
“Özü uydurdu” kəlməsini daim eşidən insanlar necə oldu ki,
bunu vecinə almadılar, Qurana qulaq asdıqca valeh olub bu
dinə girirdilər? Ateistlərin bu sualı hansı “məntiqlə”
cavablayacaqları çox maraqlıdır.

4) Yenə Məhəmməd peyğəmbərin gələcəyi haqda həm 3500


il əvvəl nazil olan Tövratda və 2000 il əvvəl nazil olan
69 | P a g e
İncildə işarələr vardır. Tarixdə bu işarələrə görə son
peyğəmbərin gələcəyini gözləyən yüzlərcə xristian və
yəhudinin olduğu və onların İslamı qəbul etdiyi faktları
vardır. Tövratda: Onlar üçün (İsrail oğulları) qardaşları
arasından sənin kimi bir peyğəmbər çıxaracağam və
sözlərimi onun ağzına qoyacağam və ona əmr etdiyim hər
şeyi onlara söyləyəcək. Mənim adımdan ayəmlə söylədiyi
sözlərə itaət etməyənlərdən şəxsən Mən intiqam alacağam”.
[12] Bu tarixi faktdır ki, yəhudilər İbrahim peyğəmbərin
oğlu İshaqın nəslindən, ərəblər isə İshaqın qardaşı İsmayılın
nəslindəndir. İsmayılın nəslindən indiyə kimi yalnız bir
Peyğəmbər –Məhəmməd salləllahu əleyhi və səlləm
gəlmişdir. Ayədə İsrail nəslindən deyil qardaşlarının
nəslindən deməsi buna açıq sübutdur.

Xristianların müqəddəs kitabı İncilə baxaq: “Məsih belə


dedi: “Artıq mən sizinlə çox danışmayacam. Çünki bu
aləmin rəisi gəlir …”[13] Yenə başqa bir yerdə belə deyilir
“Əgər məni sevirsinizsə, əmrlərimi yerinə yetirin. Mən
Rəbbə yalvaracam və o sizə başqa bir təsəlli, həqiqət ruhunu
verəcək ki, daim sizinlə birlikdə olsun …”[14]. Bu bir tarixi
faktdır ki, İsa peyğəmbərdən sonra yolunu milyonlarla insan
izləyəcək Məhəmməd peyğəmbərdən başqa bir peyğəmbər
gəlməmişdir. Öz təxəyyülündən əsər yazmış başqa bir insan
göstərin ki, insanlar “kiminsə kağız parçası olan əsəri”
uğrunda hətta canlarından keçməyə hazır olsunlar.
Məhəmməd peyğəmbər özündən ən azı 2000 il əvvəl
mövcud olan yəhudilərin müqəddəs kitabı Tövratı və
özündən 600 il əvvəl mövcud xristianlığın müqəddəs kitabı
İncili də mi uyduraraq özünə aid ayələr qoyub? Əlbəttə bu
iddialar gülüncdür və məntiqə ziddir. Ateistlər hər zaman
ağıl və məntiqdən dəm vururlar. Amma nədənsə bu danılmaz
70 | P a g e
faktları inkar etmək üçün bir “ağıl” ortaya qoya bilmirlər.
Çünki tarix artıq baş vermişdir. Ateistlər istəsə də bunu
geriyə çevirə bilməzlər.

5) Quranda: “Məryəm oğlu İsa da “Ey İsrail oğulları! Mən


sizə Allah`ın elçisiyəm. Məndən əvvəl nazil olmuş Tövratı
təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir
peyğəmbərlə müjdə verən (gəldim)” demişdi. Lakin onlara
açıq-aşkar möcüzələr gətirdikdə onlar “Bu, açıq-aşkar bir
sehrdir” dedilər”.[15] İncildə: “(İsa dedi) Faraklid gələndə
bütün aləmi səhvləri səbəbiylə qınayar və onları tərbiyə edər
…”[16] Barnabas İncilinin italyan dilinə tərcümə edildiyi
latınca mətndə Faraklit kəliməsi Periklitos olaraq keçir.
“Təriflənməyə layiq”, “Çox mədh edilən” mənalarını verən
Periklitos sözünün mənası ilə Məhəmməd adı ilə eyni
mənadadır. Əhməd və Məhəmməd, eyni kökdən törəmiş
adlardır. Əhməd, “Çox təriflənən, təriflənməyə layiq”
deməkdir. Məhəmməd adının mənası isə “Təkrar təkrar
təriflənmiş” deməkdir.

7) Əgər Məhəmmədpeyğəmbərin uydurmasıdırsa niyə


Quran ritmik, poetik janrda olduğu halda hədisləri normal
ərəbcə danışıq tərzində söyləyib? Həmçinin Məhəmməd
peyğəmbər şair olmayıb, o zaman Quranı poetik olaraq necə
uydurub?

8) Quranda Təhrim[17], Bəqərə[18], Tövbə[19] və İsra[20]


surələrində Məhəmməd peyğəmbərə qarşı az qala tənbeh
kimi səslənəcək ayələr vardır. Maraqlıdır insanları idarə
etmək, nüfuz qazanmaq istəyən hansı insan öz əsərində
özünü tənbeh edər.

71 | P a g e
9) Bütün məşhur tarix kitabları vurğulayır ki, Utbə ibn
Rəbiənın başçılığı ilə Məkkə böyükləri Məhəmməd
peyğəmbərə mal-mülk, Kəbənin açarlarını, qəbilənin lideri
olmağı təklif etdilər yetər ki, o bu dini təbliğ etməsin[21].
Quranı özü tərtib etsəydi, O bir kitab qarşılığında bu qədər
cazibəli təkliflərə yox deyərdimi? İnsan nəfsi rahatlıq, cah-
cəlal, gözəllik arzular. Bəs O bunları niyə rədd etmişdi?

10) Əgər Ayələr öz beyninin məhsulu idisə niyə görə bunu


23 il ərzində insanlara öyrətdi, daha tez tətbiq edib işini
sürətləndirə bilməzdimi? Tarixçilər bildirir ki, ən son enən:
“Bu gün sizə dininizi tamamladım və sizin üçün İslamı
bəyənib seçdim”[22] məzmunlu ayəsindən az müddət sonra
Məhəmməd peyğəmbər dünyasını dəyişdi. Maraqlıdır öz
ölüm tarixini hardan bilirdi ki, bu ayəni seçib son vaxtlarına
saxlamışdı?

11) Məlumdur ki, Məhəmməd peyğəmbər hər kəsdən öncə


Qurana tabe olmuş, Quranı həyatına ən çox o tətbiq etmişdir.
Hətta qızı Fatimə olsa belə oğurluq etdiyi zaman Qurandakı
əmrə uyğun olaraq onun əlini kəsməyə hazır olduğunu
bildirmişdir[23]. Kitabı özü yazsaydı daha çox şəxsi
mənafeyini güdməli deyildimi?

12) Quranda “De”, “Ey Rəsulum” kimi onlarla ifadə vardır.


“Kitabı özü hazırlayan” və “nüfuz sahibi” olmaq istəyən
şəxs niyə bu fikirləri Qurana əlavə edib?

13) Quranda bir çox riyazi faktlar tapmaq mümkündür ki,


bir insanın bu qədər dəqiq xırdalığa gedə bilməsi
ağlasığmazdır. Cinn surəsində deyilir: O hər şeyi ayrı-
ayrılıqda hesaba alır.[24] Quranda:
72 | P a g e
“yeddi qat göy” kəlməsi 7 dəfə keçir
“gün” kəliməsi 365 dəfə keçir – bir ildə 365 gün var
“ay” kəlməsi 12 dəfə keçir – bir ildə 12 ay var
“kişi” və “qadın” kəlmələrinin hər biri 23 dəfə keçir – uşaq
yaranarkən hər iki valideyndən 23 xromosom götürür
“torpaq” kəlməsi 13, “dəniz” kəlməsi 32 dəfə keçir – Bu gün
Yer kürəsində torpağın (13/45 = 29%) dənizə (32/45 = 71%)
nisbəti məlumdur.
14) Elmin inkişaf etmədiyi, dövrə görə elmi inkişafda çox
geridə qalan qəbilə quruluşlu ərəb bir insanın bir çox elmi
faktları deməsi sadəcə mümkünsüzdür. Onun romalıların
dünyanın ən alçaq yerində (Lut gölü) məğlub olduqdan sonra
sasaniləri tezliklə məğlub edəcəyini[25] gələcək haqda xəbər
verməsi və ya dövrün ən inkişaf etmiş mədəniyyətləri olan
Bizans və Sasanilərdə belə bilinməyən və yalnız 20-ci əsrdə
ortaya çıxan uşağın ana bətnində inkişaf mərhələri[26] kimi
elmi fikirlər bildirməsi ağlı başında olan insana gerçəyi
göstərər. Dünyanın ən alçaq yeri Lut gölü hövzəsi yəni
bizanslıların məğlubiyyətə uğradığı yerdir.[27] Burada
diqqət edilməsi lazım olan nöqtə, Lut gölünün dərinliyinin,
yalnız müasir dövrdəki ölçümlərlə təsbit edilmiş olmasıdır.
Bu ayələr 620-ci ildə nazil olmuş və Rum surəsinin
əvvəlində Bizanslıların bir neçə il ərzində qalib gələcəkləri
bildirilir və 7 il sonra 627-ci ildə Bizans Sasaniləri ağır
məğlubiyyətə uğratdı.

Ənbiya surəsi 33-cü ayədə isə Kainat həqiqətləri verilmişdir


“Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur.
Onların (həmçinin ulduzların) hər biri (özünə məxsus) bir
göydə üzür (öz hədəqəsində, öz dairəsində hərəkət edir”.
Digər bir ayədə “Dəmiri Biz endirdik”[28] ayəsini və
dəmirin meteroitlə Yerə endiyini haradan bilə bilərdi?
73 | P a g e
15) Quranın uydurma bir kitab olmadığının ən güclü
sübutlarından biri də elə Quranın özündəki ayələrdir. Allah
təala Quran kimi ikinci bir təsirli, bəşəriyyətə xitab edən və
1000 ildən çoxdur əzbərlənərək tətbiq olunan kitabın
insanlar tərəfindən ortaya çıxarıla bilməyəcəyinə zəmanət
verir. Artıq 1400 ildir heç kəsin belə bir şey edə bilmədiyini
tarix sübut edir. Bəqərə, Yunis və Hud surələrində bu
buyrulur: “Yoxsa: “Onu özündən uydurdu!” – deyirlər. De:
“Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və
Allah`dan başqa, kimə gücünüz çatırsa, onu da köməyə
çağırın!”[29] Əgər bəndəmizə nazil etdiyimizə şəkkiniz
varsa, siz də ona bənzər bir surə gətirin və əgər doğru
deyirsinizsə, onda Allah`dan savayı şahidlərinizi çağırın!
Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da
bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı
insanlardan və kibrit daşlarından ibarət olan oddan çəkinin!”.
[30]

16) Məhəmməd peyğəmbər qureyşlilərin arasında


“Məhəmməd`ul-əmin” (hər cəhətdən etibarlı) ləqəbiylə
bilinərdi. Belə ki, peyğəmbərliyini elan etdikdən sonra belə
müşriklər, mallarını ona əmanət edərdilər. Çünki Peyğəmbər
salləllahu əleyhi və səlləm zarafat belə olsa əsla yalan
danışmamışdır. Hətta İslamın ən azılı düşmənləri belə, onun
yalan deməyəcəyinə təsdiq etmişlər. Tarixi mənbələrdə
Bizans kralı Herakl ilə o dövrdə hələ kafir olan, İslamın
yayılmasına şiddətlə qarşı çıxan və müsəlmanlara qarşı Bədr,
Uhud, Xəndək kimi döyüşlərdə öncüllük edən Qureyş qəbilə
başçısı Əbu Süfyan arasında keçmiş Şam görüşündən bir
parçaya baxaq:

– O sizə nələr əmr edir?


74 | P a g e
– Allah təalaya ibadət etməyi, Ona heç bir şeyi şərik və
ortaq qoşmamağı

– Ona tabe olanlardan daha sonra ona hirslənib dini


bəyənmədiyi üçün dindən dönən var mı?

– Xeyr.

– Sayları artırmı, azalırmı?

– Əksinə artır.

– Peyğəmbərlik iddia etmədən əvvəl onu heç yalançılıqla


ittiham etdinizmi?

– Xeyr.

– Bütün bu izah etdikləri, peyğəmbərlərin vəsfidir! Əgər o


şəxs haqqında bu söylədiklərinin hamısı doğru isə, şübhəsiz,
o bir peyğəmbərdir[31]

17) Məhəmməd peyğəmbər kitabı özü tərtib edibsə, buna


görə də “ziddiyyətlidirsə” bu ayəni nə üçün Qurana əlavə
etmişdir? : “Onlar Quran barəsində (onun Allah kəlamı
olması haqqında) düşünməzlərmi? Əgər o, Allah`dan qeyrisi
tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf,
uyğunsuzluq) tapardılar”.[32] Heç bir ağlı başında olan insan
(guya) uyğunsuzluqlar bu qədər rahat aydın olacağı bir
mətnə insanları arxasından çəkmək üçün üstünə basa-basa
bu ayəni əlavə edərmi?! Üstəlik ziddiyyətlər olsaydı
Məhəmməd peyğəmbərə savaş açan Məkkə böyükləri bu

75 | P a g e
ziddiyyətləri ortaya çıxarıb yayar və onun “uydurduğu” kitab
tez bir zamanda dəyərini itirərdi.

Quranda bir mövzunu axtararkən o mövzu ilə əlaqədar


bütün ayə və ya hədisləri bir araya gətirmək lazımdır. Çünki
eyni mövzudakı ayələri bir araya gətirdikdə məlum olur ki,
bəzi ayələr daha əvvəl nazil olan ayənin hökmünü
genişlətmiş, ona yeni ölçü gətirilmiş və ya hökmünü
daraltmış ola bilər. Bir nümunə verək; içki mərhələli olaraq,
cəmiyyətin durumunun bu içkiyə bağlılığı nəzərə alınaraq
zamanla qadağan edilmiş, cəmiyyət məlumatlandırılması və
təhsil səviyyəsinin müəyyən bir səviyyəyə gəlməsi
gözlənmiş, cəmiyyət buna hazırlanmışdır. Məsələn; bir
ayədə “içkili ikən namaza yaxınlaşmayın”[33] buyurulur.
Həyatlarının hər anlarını içkiylə keçirən insanlar müəyyən
zamanla içkidən uzaq dayanmağa zehinlərini hazır vəziyyətə
gətirdikcə mərhələ-mərhələ ayələrlə içki tamamilə qadağan
edilmişdi[34]. İndi biz içkili ikən namaza yaxınlaşılmaması
ayəsini götürüb “Quranda içki qadağası sadəcə namaza
aiddir” deyə bilərikmi? Halbuki spirtli içkilər ümumən
qadağandır. Quranda olan digər ayələr də bu cür sistemli
şəkildə anlaşılmalıdır.

18) Gəlin Quranın 111.ci surəsinə baxaq. Təbbət və ya Əbu


Ləhəb adlı bu surədə Peyğəmbərə qarşı düşmənçilik edən
Əbu Ləhəbin iman etməyəcəyi bildirilmişdir. İslama savaş
açan bu şəxs surə endikdən sonra bir neçə il yaşadı. ([35])

Əbu Ləhəb istəsəydi yalandan da olsa iman edib bu ayənin


“uydurma” olduğunu göstərməyə çalışardı ama yenə də bunu
etməyərək öldü. Digər tərəfdən əgər Quranı Hz Məhəmməd
uydursaydı bu cür ayə “düşünməklə” belə riskə girməzdi,
76 | P a g e
çünki əks təqdirdə kafirlər üçün bu fürsət olardı. Bu hadisə
sübut edir ki, Quranı nazil edən Allah keçmiş və gələcəyi
əksiksiz biləndir və bu cür dəqiqlik bir insan tərəfindən
uydurula bilməz.

Quranı peyğəmbər yazdı deyənlərə cavab

Quranı, peyğəmbərin (s.a.v) yazdığını əgər fərz edəsi


olsaq, onda:

– Nə üçün, “yaxında Məkkə fəth olunacaq” deyə ayə


endirib, fəth edə bilməmə ehtimalına qarşı iddiasını riskə
atır?

– Nə üçün, “Rumlar Farslara qarşı güc toplayıb onları


məğlub edəcək, 3-9 il arasında” deyə, Rumların məğlub
olduğunu bilə-bilə belə bir ayə endirib, 3-9 il arasında
məğlub olma ehtimalı qarşısında iddiasını riskə atır?

– Nə üçün, dövrünün şairlərinə baş qaldırıb “bənzərini əsla


gətirə bilməyəcəksiniz” deyib iddiasını riskə atır? Özü bir şair
olmamasına rəğmən və bəlkə bənzərlərini gətirə biləcəkləri
ehtimalına rəğmən.

– Sizcə Quranı Peyğəmbər öz əlləriylə yazsaydı,  ən çətin və


ən məşəqqətli namaz olan, gecənin bir yarısı oyanıb min bir
zəhmətə girərək qılınan TƏHƏCCÜD NAMAZını ömürünün
sonuna qədər özünə “FƏRZ” edər idimi?
– Belə çətin bir hökmü, yuxusuz qalaraq özünə əziyyət
77 | P a g e
etmək üçün Qurana yazar idimi?
“Gecənin bir qisimində də oyanaraq sənə məxsus çox bir
ibadət olmaq üzrə təhəccüd namazı qıl ki, Rəbbin səni
Məqam-ı Mahmuda çatdırsın. “(İSRA 79)

Hz. Aişə radıyallahu anhâ deyir:  “Rəsulullah (aleyhissalâtu


vesselâm) gecə (təhəccüd) namazını heç tərk etməzdi. Hətta
xəstələnəcək və ya ağırlıq hiss edəcək olsa oturaraq
qılardı.”  (Ebu Dâvud, Salât 307).

– Nə üçün, hələ Quran yeni endirildiyi vaxtda Əbu Ləhəbin


iman etməyəcəyinə dair ayə yazdırıb, onun yalandan da olsa
iman etdim deməsi ehtimalını gözə alaraq iddiasını riskə
atır?

– Nə üçün, özünə əziyyət və sui-qəsdlərin çox olduğu


Məkkə dövründə, “Səni düşmənlərindən qoruyacağıq” deyə
ayə endirib sonra da “Rəbbim məni qoruyacaq, məni
qorumanıza ehtiyac yoxdur” deyib, sui-qəsdlərin baş vermə
ehtimalına qarşı iddiasını riskə atır?

– Nə üçün, “Allahın nurunu, İslamı tamamlayacağına” dair


ayə yazdırıb, Quran ayələrinin hələ bitmədən, önündəki bir
çox döyüşü də gözə alaraq, vəfat edə bilmə ehtimalına qarşı
iddiasını riskə atır? Və üstəlik döyüşlərdə ən ön sırada
döyüşür və düşmənə döyüşdə ən çox yaxınlaşan adam olub
özünü və iddiasını riskə atır? Quran ayələri bitmədən vəfat
etsəydi, iddiasının batil olacağını insanların anlaya bilmə
ehtimalına qarşı …

78 | P a g e
Bu “NƏ ÜÇÜN” lər çoxdur. Bu qədər “NƏ ÜÇÜN” ün
nəticəsində mübarizəsinin heç bir səhv olmadan davam
etməsi, ayələrin bir-bir çıxması təsadüfdürmü? Peyğəmbər
öz nəfsindən Quranı yazdırdığı üçün bu qədər riskli ayə
yazdırmışdır, yoxsa Allah (c.c) Quranı yazdırdığı üçün bu
qədər möcüzəvi xəbəri heç çəkinmədən Qurana
qoymuşdur?!

Əgər Quranı peyğəmbərin yazdığını fərz edərsək, bəs onda


sadəcə bir bəşər olan Hz. Məhəmməd (s.a.v):

————————-ASTRONOMİYA————————–

Necə planetlərin orbitləri olduğunu bilə bilər? (Zəriyət 7;


Ənbiya 33)

Necə bütün göy cisimlərinin harmoniya içində hərəkət


etdiyini öyrənə bilər? (Mülk 3)
Necə Big Bang-ın ilk saniyələrində başlayan ayrılmağı bilə
bilər? (Ənbiya 30)

Necə kainatın genişləndiyini bilə bilər? (Zariyat 47)

Necə kainatın yoxdan var olduğunu bilə bilər? (Ənam 101)

Necə kainatın sonunun olduğunu bilə bilər? [Big Crunch]


(Ənbiya 104)

Necə dünyamızı qoruyan atmosferi və elektromaqnit


sahələr olduğunu bilə bilər? (Ənbiya 32)…
79 | P a g e
————————–GEOLOGİYA————————-

Necə dağların bu qədər sabit və zəlzələni əngəlləyici


olduğunu bilə bilər? (Ənbiya 31; Nəbə 6-7)

Necə yağışın mərhələlərini bilə bilər? (Rum 48)

Necə dənizlərin dərinliklərindəki daxili dalğaları bilə bilər?


(Nur 40)

Necə dağların əslində hərəkət etdiyini öyrənə bilər? (Nəml


88)…

————————-BİOLOGİYA————————-

Necə insanın palçıqdan meydana gəldiyini bilə bilər? (İnsan


toxumalarının 95%-i palçıqdakı elementlərdən ibarətdir)
(Saffat 11)

Necə insan orqanlarının inkişaf sırasını öyrənə bilər?


(Muminun 78; Nəhl 78; Ənam 46; İnsan 2)

Necə balın qida dəyəri ən yüksək qidalar arasında olduğunu


bilə bilər? (Nəhl 68-69)

Necə qida dövrünü bilə bilər? (Ənam 95)

Necə yuxudaykən əslində qulaqlarımızın duyduklarımızı


şüuraltında saxladığını bilə bilər? (Kəhf 11)

80 | P a g e
Necə barmaq izlərinin bu qədər kompleks olduğunu
vurğulaya bilər? (Qiyamət 4)…

————————-TARİX————————-

Necə Bizansın Farslarla döyüşünün nəticəsini öyrənə bilər?


(Rum 1-4)

Necə Məkkənin fəth olunacağını bilə bilər? (Fəth 27)

Necə fironun ən yaxın adamı və sağ qolu olan Haman-ı bilə


bilər? (Qasas 38)

Necə Hz.Musa zamanında hökmdara “firon”, Hz. Yusuf


zamnındakı hökmdara da sultan, kral deyildiyini bilə bilər?
(Yusuf 50)

Necə həlak edilmiş İrəm şəhərini və nəhəng sütunlarını bilə


bilər? (Fəcr 6-8)

—————FİZİKA və RİYAZİYYAT—————–

Necə insanların həyatını ən çox asanlaşdıran elementin


(dəmirin) əslində kometlərdən gəldiyini bilə bilər? (Hədid
25)

Necə zamanın əslində nisbi olduğunu bilə bilər? (Səcdə 5;


Məaric 4)

81 | P a g e
Necə Qurandakı riyazi nizamı quran zəkaya sahib ola bilər
və niyə (bunu bilirsə) yaşadığı müddət ərzində bunu xalqa
açıqlamaz? [Quranda əksər sözlərin (məs, cənnət 77,
cəhənnəm 77 ) ona zidd mənalı sözlərlə eyni sayda, ya da 2
dəfə çox keçməsi]

Necə yalnız yaşıl ağacdan yandırarsınız deyərək oksigeni


təsvir edə bilər? (Yalnız xlorofil olan bitkilər oksigen istehsal
edir və xlorofil yaşıl rəngdədir) (Ya sin 80)…

Ərəbistan Çölünün ortasında birdən birə biri insanların


uydurma ilahlara sitayiş etməsinə görə narahat olacaq.
Daha sonra “beynində bir Tanrı yaradıb”, bu Tanrının ona
bir sıra sözlər söylədiyini bildirəcək. Üstəlik bu İlah heç bir
şeyə bənzəməyən (Yaratdığı növdə olmayan), doğmamış,
doğulmamış bir İlah olacaq (İxlas Surəsi)(Halbuki Tanrının
dağların başında yaşayan, göydə uçan maddi bir şey
olduğunu da söyləyə bilərdi.)

Kainatın yaradıldığını, hər şeyin tək bir nöqtədən bitişik


ikən ortaya çıxarıldığını (Ənbiya Surəsi) və yaradılan bu
kainatın genişləndiyini (Zariyat Surəsi) söyləyəcək. (Halbuki
hər şey yaradılmış, amma təklik yox da deyə bilərdi, ya da
kainat get-gedə kiçilməkdədir tərzində olan, elmə zidd olan
ayə də ola bilərdi.)

Tanrını Ontoloji olaraq Din anlayışının mərkəzinə qoyaraq,


boş yerə var olmadığımızı, varlığın sirrinin axirət və hesab
günü olduğunu, bütün insanlığa o dövrün ədəbiyyatda
inkişaf etmiş cəmiyyətinə bu Quranın bir bənzərini gətirin,
82 | P a g e
əgər haqlısınızsa deyəcək və meydan oxuyaraq “qumar
oynayacaq”.

Dünyanın həmişə olmadığını, başlanğıcının olduğunu


söyləyəcək, dağdan, daşdan, milçəkdən mükəmməl
nümunələr verib, insanlara bunların yaradıldığını çatdıracaq,
günəş üçün “baxın necə də dönür ətrafımızda” deməyəcək,
o günəşin özünə xas bir orbiti olduğunu söyləyəcək (Loğman
Surəsi 29). Günəş və ulduzlara “çıraq” mənasına gələn istilik
və işıq qaynağı sifətlərini (xüsusiyyətlərini) verərkən, Ay
üçün sadəcə “nur” deyəcək (Nuh 16, Mülk 5).(Halbuki ay
üçün də eyni xüsusiyyəti istifadə etsə, bütün mənzərə
pozulacaqdı).

Sonra Ayın orbitini əyri bir xurma budağına bənzədəcək


(Yasin 39). Daha sonra bəzi bitkilərin cinsiyyət sahibi
olduqlarını bildirəcək (Yasin 36). Bitkilərdə tozlaşmanı
bilirmiş kimi küləklərə “dölləyici” deyəcək (Hicr 22).
.
Bir-biriylə uyğun olan və yanlış olduğu əsrlər sonra belə
sübut edilə bilinməyəcək bir kitab yazacaq. Bu kitabda
insanı, insandan daha yaxşı tanıyan birinin təsbitləri yer
alacaq. İnsanların axtardığı ən böyük suallara cavab verəcək,
var olma amaclarının nə olduğunu izah edəcək. Və eniş
sırasına görə sondan 3-cü surə olan Maidə surəsindəki “dini
artıq tamamladım, üzərinizdəki nemətimi tamamladım”
ayəsini yazana qədər ölməyəcək, o qədər müharibədən və
bəlkə də bir o qədər sui-qəsd cəhdindən uğurla sağ çıxacaq.
Böyük bir “qumar oynayıb” Bizans ilə farslar arasındakı
müharibənin nəticəsini doğru söyləyəcək və səbəbsiz və
83 | P a g e
məqsədsiz uydurduğu bütün yalanları tək və mənasız
ehtimala buraxacaq.

Belə bir şey olmadığı onsuz da bəlli. İndiki vaxtda


insanlardakı inkar inadı elə bir səviyyəyə gəldi ki, “Baxın,
Quranda bir səhv tapdıq” deyib, “Baxın bu möcüzə yalan”
deyib saytlar açan, öncədən mühakimə yürüdərək sadəcə
bir şeylər demək üçün bir şeylər deyən qərəzli çoxlu insanlar
törədi. Milyonlarla insan 2+2=3 desə də, bu 2+2-nin 4
olduğu gerçəyini əsla dəyişdirməyəcək…

QURANIN ALLAH KƏLAMI


OLMASININ  SÜBUTLARI

İslamofob ateistlərə görə Quran kimi mükəmməl kitabı


heç bir məktəb oxumayan, oxuma-yazma bilməyən Hz
Muhamməd özündən yazmışdır. Üstəlik peyğəmbərimiz
(s.a.v) Quranı yazarkən antik yunan və çin fəlsəfəsini
mənimsəmiş, bir sözlə bütün şumer və babillərin əsərlərini
oğurlayaraq Qurana yazmışdır.
Üstəlik heç bir texnikanın inkişaf etmədiyi dövrdə insan
ruşeyminin inkişaf mərhələlərini, kainatın genişlənməsini,
nisbilik nəzəriyyəsini (zamanın nisbiliyi), dəmirin yer
elementi olmadığını və s-nı da bilmiş və Qurana
köçürmüşdür.

Ateistlərin bu iddialarını görəndə adamın onların udaraq


sərf etdiyi oksigenə heyfi gəlir. Çünki, Allah-Təalanın
yaratdığı oksigeni udan, suyunu içən, hər cür naz-
84 | P a g e
nemətlərini mənimsəyən ateistlər, utanmadan Allahı və
Onun kitabını saxta və gülüncdoğuran fərziyyələrlə inkar
edirlər.

Beləliklə, növbəti yazımızda Quranın Allah kəlamı olmasını


sübut edən əsas doqquz fakta toxunmuşuq. Oxuyan hər kəsə
əvvəlcədən təşəkkür edirik!)

1. HEÇ TƏHSİL VƏ TƏLİM GÖRMƏMİŞ ADAMIN


KİTAB, HƏM DƏ QURANİ KƏRİM KİMİ BİR MÖCÜZƏ
KİTAB YAZMASI MÜMKÜNDÜRMÜ?

Quranın səmavi kitab olmasının, onun Allah Kəlamı


olmasının ən təkzibedilməz sübutu elə Quranın özüdür.
Qurani Kərimdə peyğəmbərimizə (s.a.v) xitabən Allahın
(c.c) buyurduqlarından birinin mənası belədir: ƏGƏR
QULUMUZA ENDİRDİYİMİZ (BU QURANA AZACIQ
DA OLSA) ŞÜBHƏNİZ VARSA, BUYURUN, ONUN
KİMİ BİRCƏ SURƏ GƏTİRİN. ALLAHDAN BAŞQA
ŞAHİDLƏRİNİZİ (KÖMƏKÇİLƏRİNİZİ) DƏ ÇAĞIRIN.
ƏGƏR İDDİANIZDA DOĞRU İSƏNİZ” (BƏQƏRƏ, 2/23)

Tarixdən hamıya yaxşı məlumdur ki, Peyğəmbərimiz hələ


anadan olmamış atası, anadan olandan bir müddət sonra isə
anası vəfat etmiş, qohum-əqrabasının himayəsində
böyümüşdür. Ömrü boyu təhsil görməmiş, nə yazmaq, nə də
oxumaq bacarmışdır. Qurani Kərimdə bu barədə olan
Ayədən də bunu öyrənirik: “SƏN BUNDAN ÖNCƏ NƏ
BİR KİTAB (YAZI) OXUYAR, NƏ DƏ ƏLİNLƏ ONU
YAZARDIN. ELƏ OLSAYDI, BATİLƏ UYANLAR,
ŞÜBHƏ EDƏRDİLƏR.” (ƏNKƏBUT, 29/48)

85 | P a g e
“SƏN (ÖNCƏDƏN) KİTAB NƏDİR, İMAN NƏDİR
BİLMƏZDİN” (ŞURA, 42/52) deyərək, Onun oxuyub
yazmasının olmadığını bəyan və elan etməkdədir.
Peyğəmbərimizin tarixindən də bildiyimiz və tarixi faktların
da təsdiq etdiyi kimi, müşriklər belə onların arasında
böyüyüb başa çatan həz Muhammədin (s.a.v) heç bir təhsil
görmədiyi, oxuma-yazma bilmədiyini etiraf etmişlər.

2. OXUMAQ-YAZMAQ BİLMƏYƏN BİR ADAMIN


QURANİ KƏRİM KİMİ BÜTÜN ELMLƏRDƏN BƏHS
EDƏN BİR KİTAB YAZMASI İNANDIRICIDIRMI?

Heç elə bir yazıçı olarmı ki, tarixi hadisələrdən bəhs etsin,
hadisələri bütün təffərrüatı ilə şərh etsin, sonra da “mən
bunları izah edirəm, amma nə o hadisələrin içində olmuşam,
nə də o haqlarında heç nə oxumamışam,” desin? Belə bir şey
heç mümkündürmü? HALBUKİ, QURANİ-KƏRİM HƏM
PEYĞƏMBƏRİMİZİN (s.a.v) SAVADININ
OLMADIĞINI, ƏVVƏLLƏR ƏLİNƏ BİR KİTAB ALIB
OXUMADIĞINI, HƏR HANSİ BİR KİTAB
YAZMADIĞINI BİLDİRİR (ƏNKƏBUT, 29/48), çox-çox
qədimdə baş vermiş hadisə və əhvalatlar haqqında xəbər
verə-verə peyğəmbərliyindən əvvəl o hadisələr haqqında heç
bir məlumatı olmadığı bildirir. (Al-i İmran, 3/44, Hud,
11/49, Kasas, 28/44). Bunlar Quran nazil olanadək də
Məkkəlilərə yaxşı məlum idi. Hz Muhamməd (s.a.v) onların
gözü qarşısında böyüyüb 40 yaşına çatmışdı.

Oxuma yazması olmayan, əvvəllər əlinə kitab almayan,


beləliklə də, uzaq keçmişdə baş verən hadisələrdən xəbərsiz
olan bir adamın elmin hər sahəsində çox dəqiq məlumatlar
verməsi, həm də təkcə öz dövrünə və ona yaxın əsrlərə aid
86 | P a g e
olanı deyil, min, min beş yüz il sonra ediləcək kəşflər barədə
məlumatlar verməsi O şəxsin Allah tərəfindən
məlumatlandırıldığını və Allahın Rəsulu (s.a.v) olduğunu
sübut etmirmi?

3. BUNDAN BAŞQA, DİLÇİLİK ELMİ İLƏ AZ-ÇOX


TANIŞ OLAN, ƏRƏB DİLİNƏ BƏLƏD OLAN HƏR KƏS
QURANİ KƏRİMİN İFADƏ VƏ BƏYAN TƏRZİ İLƏ
PEYĞƏMBƏRİMİZİN (s.a.v) İFADƏ VƏ BƏYAN TƏRZİ
ARASINDA KƏSKİN FƏRQ OLDUĞUNU DƏRHAL
GÖRÜR VƏ HİSS EDİR.

Quranın ifadə və bəyan tərzi ilə hz. Muhəmmədin (s.a.v)


ifadə və bəyan tərzi arasındakı fərq asanlıqla sezilir.
QURANIN BƏLAĞƏT (xitab etdiyi kəslərə görə uyğun və
tam yerində düzgün həqiqət olan gözəl söz söyləmə sənəti)
VƏ FƏSAHƏTİNƏ (doğru və düzgün söyləyiş. Açıq və
gözəl danışmaq) ÜSTÜN İFADƏ GÜCÜNƏ HEÇ BİR
İNSANIN YETİŞMƏSİ MÜMKÜN DEYİLDİR. Onun
digər yönləri kimi, bu yönünü də izah etmək üçün əsrlər
boyu elmi tədqiqatlar aparılmış, cild-cild elmi əsərlər
yazılmışdır. Məsələn, sadəcə bir “ƏLHƏMDULİLLAH”
sözünün izahı ilə əlaqədar neçə-neçə kitablar yazılmışdır.

Qurani-Kərimdə seçilən hər bir kəlimə və hərfin yeri, sayı,


səs və daxili musiqi ahəngi, yerləşdiyi yer və bütün
QURANLA OLAN MÜNASİBƏT VƏ BAĞLANTI O
QƏDƏR RƏNGARƏNG, O QƏDƏR MÜXTƏLİFDİR Kİ,
ONLAR BİR RƏSM ƏSƏRİNDƏ EYNİ RƏNGLƏRİN
MÜXTƏLİF ÇALARLAR İFADƏ ETMƏSİNƏ
BƏNZƏYİR. Belə olan halda, on beş əsrə yaxın dövrdə həm
müsirlərinin, həm də bugünədək yaşamış nəhəng elm
87 | P a g e
adamlarını, ədibləri, filosofları, siyasətçiləri heyrətə salan
Qurani-Kərim kimi bir kitabı savadsız biri necə yaza bilərdi?

4. QURANIN ƏVƏZSİZ ŞERİYYƏTİ O DÖVRDƏ VƏ


İNDİYƏDƏK YAŞAYAN BÜTÜN ŞAİRLƏRİ HEYRƏTƏ
SALMIŞDIR.

Quranın nazil olduğu dövrdə şer o qədər geniş yayılmışdı


ki, insanlar bir-birləri ilə söhbətlərində, hətta
mübahisələrində belə bir-birlərinə az qala şerlə müraciət
edir, şerlə cavab verirdilər. Məkkə şəhəri və onun ətrafında
hər il şer müsabiqələri keçirilir, bəyənilən şerlər qızılı
hərflərlə yazılıb, Kəbə divarına asılırdı. Milli qəhraman
səviyyəsində qəbul edilən şairlərin sözlərinin təsiri ilə bəzən
qəbilələr bir-birinə qılınc çəkir, vuruşur və ya barışırdılar.

Məkkəlilərin gözü qarşısında boya-başa çatmış hz.


Muhəmmədin (s.a.v) o zamanacan nə şerlə, nə qafiyə ilə, nə
də nəsrlə məşğul olmaması hamıya bəlli idi. Halbuki, onun
dilindən ifadə edilən Quranın möcüzəvi və ecazkar ifadələri
nə Onun, nə də başqasının ifadələrinə bənzəmir, nə şerin, nə
qafiyənin, nə də nəsrin ölçülərinə uyğun gəlməməklə yanaşı,
öz orijinallığı ilə hər kəsi bir növ sehrləyirdi. Buna görə də o
dövrün ən məşhur şairləri də Quran haqqında danışanda
etiraf edib deyirdilər: “Şer desək, şer deyil, qafiyə desək,
qafiyə deyil, kahin sözü desək, o da deyil, cinlərin əsərinə
heç bənzəmir.”

İş o yerə çatdı ki, o zamanın məşhur şairlərindən Xansa və


Ləbid kimi haqpərəstlər müsəlmanlığı qəbul etdikdən sonra
şer yazmaqdan birdəfəlik əl çəkdilər. Onlardan şer oxumağı
xahiş edənlərə Qurandan bir surə yazıb göndərir və Quranı
88 | P a g e
oxuduqdan sonra “mən şer yazmaqdan həya edirəm,”
cavabını verirdilər.

5. QURANIN NAZİL OLMASI İLƏ ƏRƏB DİLİNDƏ


ELƏ BİR SIÇRAYIŞ, ELƏ BİR İNQİLAB BAŞ VERDİ Kİ,
İNDİYƏDƏK DÜNYA DİLLƏRİNİN HEÇ BİRİNDƏ
BELƏ BİR HADİSƏYƏ RAST GƏLİNMƏMİŞDİR.

Çox qəribədir ki, şeriyyətin çox geniş yayılmasına


baxmayaraq, o zaman ərəb dili metafizik mənalar, elmi, dini
və fəlsəfi məfhum və ifadə şəkillərindən, mədəni bir
lüğətdən məhrum idi. Sadəcə çöl bədəvisinin duyğu və
düşüncələrini onun dar həyatını ifadə etməyə yarayan bu dil
Quranla birdən-birə elə bir qiymət və zənginlik qazandı ki,
elmi, iqtisadi, hüquqi, ictimai, siyasi, idari və metafizik-
bütün mövzu və məsələləri ifadə edə biləcək bir səviyyəyə
çatdı.

Dil tarixində belə bir hadisəyə rast gəlmək mümkün


deyildir. Belə bir FİLOLOJİ İNQİLABI nəinki məktəb üzü
görməmiş birisindən, heç yüzlərlə DİLÇİ ALİMDƏN DƏ
GÖZLƏMƏK MÜMKÜN DEYİLDİR.

6. ƏRƏB DİLİ VƏ DİLÇİLİK ELMİNDƏN AZACIQ


XƏBƏRDAR OLAN HƏR KƏS QURANİ KƏRİMİN DİL
VƏ İFADƏ BAXIMINDAN BƏNZƏRSİZLİYİNİN
ŞAHİDİ OLA BİLƏR.

Ərəb dili və dilçilik elmindən azacıq xəbərdar olan hər kəs


Qurani-Kərimi diqqətlə tədqiq edərsə, onun dil və ifadə
baxımından heç bir kitaba bənzəmədiyinin şahidi olacaqdır.
Digər tərəfdən, üslub, məna və məzmun baxımından da
89 | P a g e
Quranın bənzərinə, ya da onunla müqayisə edilə biləcək
ikinci bir kitaba rast gəlmək mümkün deyildir. O zaman belə
bir fərqli qənatə gəlmiş oluruq: Quran indiyədək yazılmış
bütün kitablardan üstündür.

İndi ki, on beş əsrə yaxın dövrdə insan Quranın bir


surəsinin belə bənzərini yaza bilməmişdir, buna gücü
çatmamışdır, o zaman Quran insan ağlının, istedadının
məhsulu deyildir. Allah kəlamı olan Qurani-Kərim bunun
əksi olan fikrin müəlliflərinə meydan oxuyur: “YOXSA
DEYİRLƏR ONU (MUHAMMƏD) UYDURDU? DE Kİ:
ƏGƏR SİZLƏR DOĞRU İSƏNİZ ALLAHDAN BAŞQA
(ÇAĞIRMAĞA) GÜCÜNÜZÜN ÇATDIQLARININ
HAMISINI ÇAĞIRIN, HEÇ OLMAZSA, ONA
BƏNZƏYƏN SURƏ GƏTİRSİNLƏR” (YUNİS, 10/38)

7. İNDİYƏDƏK QURANIN BİR SÖZÜNÜN BELƏ


YANLIŞ, XƏTALI OLDUĞUNU BİR AYƏNİN DİGƏR
AYƏNİ TƏKZİB ETDİYİNİ SÜBUT EDƏN BİRCƏ
FAKTA DA RAST GƏLMƏK MÜMKÜN OLMAMIŞDIR.

Yenə də Qurani Kərimə müraciət edək: “HƏLƏ DƏ


QURAN HAQQINDA LAZIMINCA
DÜŞÜNMÜRLƏRMİ? ƏGƏR O, ALLAHDAN BAŞQASI
TƏRƏFİNDƏN GƏLMİŞ OLSAYDI, ONDA BİR ÇOX
UYĞUNSUZLUQLAR TAPARDILAR” (NİSA, 4/82)
ayəsində də Allah (c.c) Quranın insan sözü olmadığını sübut
edən bu həqiqəti nəzərimizə çatdırır.

Doğrudan da, tarix boyu yüzlərlə, minlərlə, bəlkə


milyonlarla, milyardlarla fikirlərin, nəzəriyyələrin sonradan
tamamilə yanlış, yaxud qüsurlu, xətalı olduğu meydana
90 | P a g e
çıxmışdır. Fizika, kimya, biologiya kimi təbiət elmlərinin
inkişafı prosesində onların daha əvvəl irəli sürdükləri bir çox
sübutların, nəzəriyyələrin sonradan yanlış olduğu aydın
olmuşdur.

Lakin indiyədək Quranın bir sözünün belə yanlış, xətalı


olduğunu, bir ayənin digər ayəni təkzib etdiyini sübut edən
bircə fakta da rast gəlmək mümkün deyildir.

8. QURAN ALLAH TƏRƏFİNDƏN MÜHAFİZƏ


EDİLİR, BUNA GÖRƏ DƏ İNDİYƏDƏK ONA HEÇ BİR
DƏYİŞİKLİK, ƏLAVƏ VƏ YA DÜZƏLİŞ ETMƏK
MÜMKÜN OLMAMIŞDIR.

Heç bir yazıçı əsərində, özünün və əsərinin qorunacağını və


bəhs etdiyi həqiqətlərin bir gün bütün dünyaya yayılacağını
dəqiq bir dillə ifadə edə bilməz. Çox məqalələr, kitablar,
mahnılar bir müddət dillər əzbəri olmuş, sonra isə unudulub
getmiş, yerlərinə başqaları gəlmişdir. Zaman keçdikcə, onlar
da köhnəlir və bu proses həmişə belə davam edir. Halbuki
Quranın özündə: “ALLAH SƏNİ İNSANLARDAN
QORUYACAQDIR” (MAİDƏ, 5/67) və “QURANI BİZ
ENDİRDİK VƏ ONUN QORUYUCULARI DA BİZİK”
(HİCR, 15/9) deyilərək, peyğəmbərimiz də, Quranın da hər
cür təhlükə, köhnəlmə, sui-qəsd və ağıla gələ biləcək maddi-
mənəvi hücum və hiylələrdən qorunacağı, mühafizə
olunacağı açıq-aydın elan edilir və bu elan qüvvəsinin on beş
əsrə yaxındır ki, saxlayır və Qiyamətə qədər də saxlaycaqdır.

9. BÜTÜN PROBLEMLƏRƏ HƏLLEDİCİ DÜSTURLAR


GƏTİRMƏSİ VƏ DÜNYA SƏADƏTİ İLƏ YANAŞI,
AXİRƏT SƏADƏTİNİ ƏHATƏ EDƏN PRİNSİPLƏR
91 | P a g e
QOYMASI BAXIMINDAN DA QURANIN BƏŞƏR
KƏLAMI OLMADIĞI GÖZ QABAĞINDADIR.

İnsanı maddi-mənəvi bütün cəhətləri ilə izah etməsi, həyatın


hər sahəsinə aid mövzulardan bəhs etməsi, ictima, iqtisadi,
hüquqi, siyasi bütün problemlərə həlledici düsturlar
gətirməsi və dünya səadəti ilə yanaşı Axirət səadətini əhatə
edən prinsiplər qoyması baxımından da Quranın bəşər
kəlamı olmadığı göz qabağındadır. Doğrudan da, bir insanın
bütün sahələrdə rəhbər və mütəxəssis olması mümkün
deyildir. Hər əsrdə, hər cür şərtlər altında və hər səviyyədə
ortaya insanın problemlərini həll edə biləcək prinsiplər
qoymağa heç vaxt bir insanın gücü çatmaz.

İlahi Kitaba, vəhyə istinad etməyən bəşəri sistemlərin heç


biri dəyişikliyə, yeniləşməyə məruz qalmadan heç 50 il də
yaşaya bilməz. İnsan ağlının məhsulu olan qaydalar,
qanunlar, sistemlər, fikirlər, düşüncə və ideologiyalar
sonradan köhnəlir, bir müddət keçdikdən sonra gərəksiz
olur, hətta mənfi təsir göstərməyə də başlayır. Zaman
keçdikcə belə sistemlər dəyişdirilir, təzələnir.

Dünyanın bütün ölkələrinin Parlamentlərinə baxın. Yüz


illərdir, hətta min illərdir, insanlar, hətta ən seçkin insanlar
yığışıb qanunlar, qaydalar düşünür, yazır, müzakirə edir,
səsə qoyurlar. Bu gün qəbul edirlər, bir müddət sonra isə ona
ya əlavə və düzəlişlər edir, ya da yenisini yazırlar.

Halbuki, Quranın heç bir mövzusunda, heç bir məsələsində


dəyişilmək zərurəti tapmaq mümkün deyildir.

92 | P a g e
Quranda niyə qorxutma ayələri  var?

CAVAB: Ateistlərin adətən Qurana qarşı sevə-sevə irəli


sürdükləri əsassız iddialardan biri qorxutma ayələri
haqqındadır. Ateistlər iddia edərlər ki, sanki İslamın bizə
tanıtdığı Allah insanları daim qorxu altında saxlamağa cəhd
edir. Quranda keçən cəza və qorxutma ayələri bir qayda
olaraq  inkarçılara, cəhalət və təkəbbürləri səbəbindən
Allaha qarşı küfrdə həddini aşanlara, məzlumlara qarşı zülm
edən zalım idarəedicilərə, iftira, qiybət, şayiə yaymaq kimi
bəd əməl sahiblərinə qarşı xəbərdarlıq mahiyyəti daşımaqla,
eyni zamanda bu ayələrdəki əsas məqsəd bütün insanları, o
cümlədən möminləri pis davranışlardan, haqsızlıqdan,
haramlardan çəkindirmək və uzaqlaşdırmaq üçündür. Çünki
demək olar ki, böyük əksəriyyət insanların psixologiyasında
daima mövcud qayda və qanunları pozma meyli mövcuddur.

Bunu ən bəsit formada belə izah edə bilərik. Məs, çox insan
səmimi olaraq etiraf edər ki, bəzi istisnalar olmaqla heç kəs
könüllü olaraq öz xoşuyla hər səhər tezdən şirin yuxusuna
haram qatıb mürgüləyə-mürgüləyə işə yaxud dərsə getmir.
Burda bir məcburiyyət və ya cəza qorxusu var. İşə və ya
dərsə gecikən hər bir şəxs müəyyən formada cəza (töhmət,
danlaq) almaqdan, ən pis halda isə qovulmaqdan qorxur.
Əgər insanlar işə (yaxud dərsə) yubanacaqları  halda onlara
qarşı heç bir cəza forması tətbiq edilməsəydi, əslində nə baş
verə bilərdi? Yəqin ki, kiçik istisnalar olmaqla, hər kəs təyin
olunmuş vaxtda yox, ancaq özünə sərf etdiyi vaxtda işə
(dərsə) getməyə vərdiş edərdi. Deməli, cəza-qorxu tədbirləri
heç olmazsa yaxud qeyri-effektiv səviyyədə olarsa,

93 | P a g e
qaydaların pozulmasını ictimai həyatımızın hər sferasında
davamlı müşahidə edə bilərik.

Başqa bir misal. Məsələn, Fransa, Almaniya, İngiltərə kimi


inkişaf etmiş cəmiyyətlərdə ictimai nəqliyyat bileti
almadığına və ya səhv yerdə avtomobil park etməyə görə
böyük məbləğdə pul cərimələri tətbiq edilir. Həmin
ölkələrdə yaşayanların çoxu bu cəzaları bilir, bilməyənlər isə
bircə dəfə böyük pul cəzasına məruz qaldıqdan sonra bir
daha qorxusundan o səhvi təkrar etmir. Çünki
insan psixologiyası demək olar ki, hər yerdə oxşardır.
İnsanların çoxu əslində qanunları sevdikləri üçün yox, qanun
pozuntusuna görə alacaqları cəzadan qorxduqları üçün
qanuna əməl edirlər. Şəxsi təcrübəmə əsasən onu da əlavə
edə bilərəm ki, İngiltərə, Fransa, Almaniya kimi inkişaf
etmiş əksər ölkələrdə adətən paytaxt şəhərlərin mərkəzi
hissələrindəki basırıq küçələrdə  avtomobili qanunla icazə
verilən yerlərdə normal qaydada park etmək üçün insanlar
bəzən yarım saata qədər park yeri axtarmağa məcbur olurlar.
Səbəb dövlət tərəfindən avtomobillər üçün təyin edilmiş
yüksək məbləğdə parkinq cərimələridir. Yəni nəzərdə
tutulmuş parkinq qaydalarını pozan sürücülər
ciddi məbləğdə pul cəriməsi ödəməli olurlar. (P.S. Bir dəfə
başıma gəlib). Bunun kimi cəza-qorxu prinsipinin
fəaliyyətinə aid nümunələrə hər cəmiyyətdə və cəmiyyətin
bir çox ictimai-sosial sferalarında rast gəlmək əlbəttə
mümkündür.

Lakin Azərbaycan, bir çox Afrika ölkələri kimi rüşvət,


özbaşınalıq və korrupsiyanın geniş yayıldığı yerlərdə cəza-
qorxu sistemi effektiv çalışmadığı üçün ictimai qayda və
qanunların əksəriyyət insanlar tərəfindən müntəzəm qaydada
94 | P a g e
pozulmasına, cəmiyyətdə çoxlu haqsızlıqların,
özbaşınalıqların yayılmasına daha tez-tez rast gəlirik.
Məsələn, bir Azərbaycan vətəndaşı bilir ki, 50 manat rüşvət
verməklə, yəni daha ucuz vasitələrlə qanun pozuntusuna
görə ağır cəzadan (500 man) canını asanca qurtara biləcək.
Ona görə də qanun pozmaqdan bir elə qorxmur və nəticədə
ölkədə qanun pozuntusu baş alıb gedir. Bu bir faktdır.
Lakin bir fransız Fransada 50 avro rüşvət verib 500 avroluq
ağır cəzadan qaçacağını düşünmür və ona görə də alacağı
ağır cəzadan qorxub qanunu pozmur. Nəticədə cəza-qorxu
sistemi Azərbaycana nisbətən Fransada qat-qat effektiv
işləyir və cəmiyyətdə qanun pozuntusu azalır.

Mövzumuz ilə əlaqədar Sınıq Şüşələr Nəzəriyyəsinə


(Broken Windows Theory) qısaca nəzər salmağın faydalı ola
biləcəyini düşünürəm. Nəzəri olaraq 1982-ci ildə amerikalı
məşhur sosioloqlar James Q. Wilson və George L. Kelling
tərəfindən irəli sürülən bu nəzəriyyənin ümumilikdə
mahiyyəti ondan ibarətdir ki, bəzi şəxslər tərəfindən mövcud
davranış qaydalarının pozulması cəzasız qaldıqda yaxud
nəticələr aradan qaldırılmadıqda, belə hallar sürətlə
kütləviləşir, başqa adamları da analoji və ya digər qayda
pozuntularına sövq edir. Ayrı-ayrı qayda pozuntularının
yayılması ümumilikdə asosial davranışa zəmin yaradır.
Qarşısı alınmayan bir qəbil qayda pozuntularının epidemiya
kimi yayılmaq xassəsi ona gətirib çıxarır ki, insanlar
mümkün olan bütün hallarda hər növ qaydaları pozmağa
meyl göstərir, cinayətkarlıq artır, yekunda cəmiyyəti xaos
bürüyür.

Bu fakt da öz-özlüyündə bir daha onu sübut edir ki,


insanların daxilində daima mövcud qanunları pozmağa,
95 | P a g e
günah işləməyə, harama, pis əməllərə doğru gizli bir istək
vardır. Hər dəfə münasib şərait yarandıqca bu gizli istək
zamanla üzə çıxır və vaxtında qarşısı alınmazsa, tədricən
insanı pis əməllərin icrasına sürükləyir. Sonradan isə bu cür
vərdişlər davamlı xarakter ala bilər. Məs, siqaret, içki yaxud
zina virusu kimi. İlk dəfə azca siqaret çəkirsən, sonra isə bu
hal müntəzəm xarakter almağa meylli olur və nəhayət insan
asanlıqla siqaret düşkününə çevrilə bilər. İçkiyə,
narkomaniyaya, oğurluğa qurşanmış yaxud zinakarlığa
adətkar olmuş  birini etdiyi pis, murdar  əməllərdən
çəkindirmək get-gedə daha çətinləşir.

Məsələn, bir ərazidə oğurluq hadisəsi baş verdiyi zaman


həmin bölgədə yaşayan və əvvəllər oğurluq cinayətinə görə
məhkum olmuş adamlar da polis tərəfindən şübhəli şəxslər
qismində nəzərdən keçirilir. Çünki əvvəllər oğurluğa görə
məhkum olunmuş şəxslər potensial oğru riski daşıyırlar.
Eyni hal digər günah əməllərə də aiddir.

Rəsuli-Əkrəm Əfəndimiz (sallallâhu aleyhi və səlləm) insan


psixologiyasındakı bu həqiqəti bir hədisdə belə dilə gətirir:
“Qul bir günah işlədiyi vaxt qəlbinə qara bir nöqtə düşür.
Şayət o günahdan vaz keçər, əvf dilər, tövbə edib Allaha
dönərsə, qəlbi yenə parıldar. Əgər bunları etməz, günah və
xətaya davam edərsə, qara nöqtə artar və nəticədə bütün
qəlbini örtər. Uca Allahın: “Onların qəlbini qazandıqları
günahlar bürümüşdür.” (Mutaffifîn Sûrəsi, 83/14) ayəsində
zikr etdiyi günahlar bax budur.” (Tirmizi, Tefsiru’l-Kur’an
75; İbn Mâce, Zühd 27)

Beləliklə, aydın olur ki, yaratdığı insanların


psixologiyasındakı zəiflikləri hər kəsdən daha yaxşı bilən
96 | P a g e
Allah Təala nazil etdiyi kitabında cəza-qorxu ayələrini
yerləşdirməklə öz qullarını küfr, günah və haramlara qarşı
əvvəlcədən xəbərdar etmiş və onlardan nəfslərində olan gizli
bəd istəklərdən uzaq durmalarını istəmişdir. Çünki vaxtında
qarşısı alınmayan neqativ istəklər sonradan vərdişə çevrilə
və insan üçün daha böyük fəlakətlərə vəsilə ola bilər.
Quranın bir ayəsində Allah Təala öz qullarını təhlükədən
belə xəbərdar edir:

Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar


bir yoldur! (İsra, 32)

Göründüyü kimi Rəbbimiz nəinki “zina etməyin”, hətta


“zinaya yaxınlaşmayın” deyir. Çünki zina iyrənc bir şeydir.
Əgər bu iyrəncliyə bir dəfə yaxınlaşsan, şübhəsiz ki, çirkaba
bulaşa bilərsən. Və bir dəfə çirkaba bulaşdıqdan sonra insan
ruhundakı o ləkəni təmizləmək çox çətin olar.

Nur surəsində isə çirkin şayiələr yayanların Allah qatında


cəzasız qalmayacağı bildirilir:

(24 – NÛR) 19 / ‫النور‬- Möminlər barəsində iyrənc şayiələrin


yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı
bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz.

Mütəffifin surəsində isə Allah Təala insanları günahlardan


belə qorxudur:

Vay halına çəkidə və ölçüdə aldadanların!

97 | P a g e
O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman
onu tam ölçüb alar,

Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.

Məgər onlar (öləndən sonra) diriləcəklərini


düşünmürlərmi?!

Özü də dəhşətli bir gündə?!

O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin


(Allahın) hüzurunda duracaqlar!

Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl


dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin
ən alt təbəqəsi olan) Siccindədir!
Axirətin isbatı haqqında

Ateizmə görə kainatın yaranmasının və mövcudiyyətinin


heç bir məqsədi yoxdur. Çünki məqsədin olması bir
Yaradıcının olduğunu göstərir, lakin ateistlər Yaradanı inkar
etdikləri üçün iddia edirlər ki, kainat məqsədsiz şəkildə, öz-
özünə, təsadüfən meydana çıxmışdır. Məşhur təkamülçü
ateist professor R.Dokinz yazır:

“Müşahidə etdiyimiz dünya məhz bizim ondan gözləməli


olduğumuz xüsusiyyətlərə sahibdir: dizaynsız, məqsədsiz, nə
pis, nə də yaxşı, heç nə, sadəcə kor və qəddar eyniyyət.
DNA nə bilir, nə də onun üçün fərq etmir. O, sadəcə DNA-
98 | P a g e
dır. Və biz də onun çaldığı hava ilə oynayırıq.” (Richard
Dawkins, River out of Eden, 1996)
Əslində bu həm də o deməkdir ki, kainatın kiçik bir parçası
olan insan və onun var olma səbəbi məqsədsiz şəkildə
meydana çıxmışdır. Başqa sözlə, kainatın məqsədi yoxdursa,
o zaman insan həyatınn da heç bir məqsədi yoxdur.

Həyatımızın standart qısa tərifi təxminən belədir:


doğuluruq, böyüyürük, təhsil alırıq, işləyib karyera qururuq,
ailə sahibi oluruq, qocalırıq, ölürük, çürüyüb torpağa
qarışırıq… Bunun üçün mü burdayıq?

Ateistlərin iddia etdiyi kimi əgər həqiqətən də bizim bu


dünyaya gəlişimizin bir məqsədi yoxdursa və öldükdən
sonra tamailə yox olub gediriksə, onda fəlsəfi baxımdan bu
dünyada niyə və necə yaşadığımız bizim üçün o qədər də
önəmli deyil. Çünki “bu həyata niyə gəlmişdim və niyə də
gedirəm?” kimi insanlıq tarixindəki ən vacib sualın cavabı
ateizmdə yoxdur.

Əgər həyatımız boyu etdiyimiz yaxşı və pis əməllərə görə


sonunda heç bir məsuliyyət daşımadan sadəcə bir ovuc
torpağa dönüb yox olub gedəcəyiksə, əgər kainat məqsədsiz
şəkildə ortaya çıxdığı kimi sonunda məqsədsiz şəkildə məhv
olub gedəcəksə, onda mövcud olan hər şey boş və əbəsdir,
mütləq mənada məqsədsizdir.

Amma əsla elə deyildir. Çünki sağlam düşüncə və məntiq


bunun əksini deyir. Gəlin bir anlıq düşünək:
“Əgər çox bacarıqlı bir kimyagər böyük bir zəhmət və
çalışma sayəsində hər yarpağı on milyon manat dəyərində
olan son dərəcə gözəl və əsrarəngiz çiçəklər hazırlasa və
99 | P a g e
sonra onları adi bir saman çöpü kimi keçilərə yedirsə, nə
qədər əbəs və məntiqsiz olardı, deyilmi?
Əgər Axirət olmasaydı, insanların aqibəti də məhz bu cür
olardı.
O halda hər bir əzası on milyonlarla manatdan daha qiymətli
olan bu insanları, əlbəttə ki, Hakim-i Zülkəmal olan Allah
(c.c) sadəcə və sadəcə torpaq altındakı qurd və böcəklərə
yedirtmək üçün yaratmamışdır.”

İslamda elm və mədəniyyət


Dünyada İlk Universitet
İslamın həyat verən mesajlarını anlayan və buyurduqlarını
yerinə yetirən müsəlmanlar insanlığa çox önəmli
müəssisələr hədiyyə etmişdirlər.İngiltərənin Leeds
Universitetində müəllimlik edən, Samilər barədə
araşdırmalar aparan M.R.Y. Ebied ilə Ərəblər barədə
araşdırmalar aparan M.J.L. Young bu xüsusdakı bəyanlarını
belə açıqlayırlar:

“Orta əsrlər, modern dünyaya üç mühüm müəssisə verdi:


Xəstəxana, Rəsədxana və Universitet. Çoxdan bilirik ki,
100 | P a g e
bunlardan ikisi İslam Mədəniyyətindən dünyaya intiqal
etmişdir. Bir çox astronomik alətlər, yunanlılar tərəfindən
icad edilsə də, Rəsədxana müsəlman xəlifələrin, bir başqa
deyişlə İslam Peyğəmbərinin təqibçilərinin himayəsində
daimi bir müəssisə halını almışdır..”

(Les Arabes ont-ils invente I Universite? In le Monde de I


Education , No 20.September 1976, pp 41-42)
Qərbli elm adamlarının burada rəsədxana və xəstəxananı
müsəlmanlardan öyrəndiklərini etiraf etmələrinə
baxmayaraq, universiteti söyləməmələri qəribədir. Ancaq
tarixən sabit bir həqiqət var ki, universitet də İslamın
insanlığa bir hədiyyəsidir.

Necə?

Qərbli tədqiqatçıların təsbitlərinə görə özlərində qurulan ilk


Universitet, İtaliyanın şimalında “Qızıl Şəhər” deyilən
Boloniya şəhərindədir. Tarixi isə 1088-ci ildir. Ancaq üzərini
örtə bilmədikləri həqiqətə görə Əndəlus Əməvi Dövləti1,
Miladi 859-cu ildə yəni Avropada qurulan ilk Universitetdən
tam 229 il öncə Mərakeşin Fez (Fəs) şəhərində Qaraviyyin
Universitetini qurmuşdu. Avropa hələ dünyanın düz
olduğunu mübahisə edərək, yuvarlaq olduğunu söyləyənləri
həbs edib, hətta öldürərkən Əndəlus Universitetlərində
tələbələr yer kürəsinin rəsimlərini çəkməyə başlamışlardı.
859-cu ildən çox deyil, 25-30 il sonrasında Qurtuba, Fez,
Qaraviyyində Universitet sayı 28-ə çatmışdı. İllərlə Avropa
kralları və dövlət adamları müalicə olmaq üçün Qurtuba
Universitetinin Tibb Fakultəsinə gələrdilər.
101 | P a g e
(Hitti, Philip K, Siyasi və Mədəni İslam Tarixi, s-790)

İSLAM MƏDƏNİYYƏTİNİN
AVROPAYA TƏSİRİ

Tarixən dünyada istənilən sosial mühit yeni fikrin-


ideologiyanın formalaşma prosesində qarşılıqlı təsirini
göstərir. Müxtəlif tarixi şəraitdə cəmiyyət faydalı düşüncə
sistemini mənimsəyir. Bir-birini əvəz edən müxtəlif
düşüncələr mədəniyyətə də təsirini göstərir.
İlk əvvəl onu qeyd etmək lazımdır ki, miladi 313-cü ildə
rəqiblərini məğlub edərək Romaya daxil olan imperator
Konstantin, Xristianlıq haqqındakı məşhur
bəyannaməsindən sonra imperatorluğun mərkəzini Bizansa
(İstanbula) nəql etdi. IV əsrin sonlarında bu imperatorluq
Şərqi və Qərbi olaraq iki yerə bölündü. 470-ci ildə Qərbi
Roma çökdü. Təbii olaraq mədəniyyət naminə nəyi varsa
Xristianlığın təəssüb altında məhv oldu.
Avropanın mədəniyyət beşiyi olaraq baxdığı Afinada isə,
mövcud qalmış fikir qırıntıları da, Bizans imperatoru Yustinin
Afina fəlsəfə məktəbini bağlaması ilə aradan qaldırdılar.

Bu vəziyyətdə Avropanın mədəniyyət cəhətdən əhatə


dairəsi daha da daraldı. Şərqdə isə doğan İslam Mədəniyyəti
hər tərəfə işığını saçmağa, bu cəhətdən diriliş sərgiləyən
fəaliyyəti ilə diqqət cəlb edirdi. Avropanın zülmündən,
Xristianlığın təsirindən yıxılan Yunan və Latın
102 | P a g e
mədəniyyətinin fikir mənbəyini təşkil edən əsərlər İslam
diyarına sığınmağa məcbur qaldı. Bu mövcud vəziyyəti ifadə
edən Sismondinin şəhadətinə müraciət yerində qalacaqdır.

”Abbasi hökmdarlarından xəlifə Məmun (813-888) Bağdadı


ədəbiyyatın mərkəzi halına gətirdi. Onun üçün araşdırmalar,
bilgilər, kitablar yeganə məşğuliyyətini təşkil edirdi. Vəzirləri
sadəcə ədəbiyyatın inkişafı ilə məşğul idilər. Sanki xəlifəlik
taxtı sadəcə ilham pəriləri üçün qurulmuşdu. Dünyanın hər
tərəfindəki bütün alimləri sarayına dəvət edər, onları
qaranlıqlardan aydınlığa çıxarar, hədiyyələr və hər cür fəxri
mükafatları ilə sarayında saxlayardı. Hökmü altında olan
əyalətlərdən-Suriyadan, Misirdən və s. tapa bildikləri ən
qiymətli kitabları gətirdirdi. Bunlar hökmdarların istədiyi ən
qiymətli hədiyyələrdir. Bütün əyalət rəhbərləri, idarənin
bütün məmurları fəthedilmiş ölkələrdə hər şeydən əvvəl
ədəbiyyata aid zənginliklərə əl qoyur və bunları təqdim
edərlərdi. Sadəcə kağızlar və kitablarla yüzlərlə yüklü dəvə
Bağdada gəlir, xalqın biliyini, dünyagörüşünü artıracaq
əsərlər ərəb dilinə tərcümə edilirdi. Xəlifə Məmunun sarayı
ustadlar, peşəkar məmurlar, tərcüməçilər və təfsirçilər
arasında hərbçi bir imperatorluğun sarayından daha çox
akademiyaya bənzəyirdi”.

Bu xəlifə, qalib olaraq yunan imperatoru Mişelə sülh


şərtlərini diqtə edərkən hərb təzminatı olaraq kitab
kolleksiyası istəmişdi. Bağdad, xəlifələrin olduğu kimi
kitabların da paytaxtı sayılırdı. Bu sahədə Kufə və Bəsrə
Bağdaddan geridə qalmırdı. Şeirdə və nəsrdə çoxlu əsərlər
verirdi. Bəlx, İsfəhan və Səmərqənd böyük elm mərkəzləri
103 | P a g e
idi. Bu maraq dairəsi əhatə dairəsini genişləndirərək, ərəblər
tərəfindən Asiya sərhəddindən çox uzaqlara aparılmışdı.
Tudelili yəhudi Benjamin, “İtineraire” adlı kitabında
İsgəndəriyyədə iyirmi fəlsəfə məktəbinə rast gəldiyini yazıb.

Qahirədə də çox böyük məktəblər olub. Bu şəhərin böyük


küçələrindən biri olan Betzulia üzərindəki məktəb, o qədər
əzəmətli, möhkəm tikilmişdi ki, üsyan olduqda bir ordunun
qalası kimi istifadə oluna bilirdi. Məğribdə, Mərakeşdə çox
gözəl məktəblər var idi. Mərakeşdə və Larasdakı zəngin
kitabxanalar, dünyanın hər tərəfindən itmiş olan bir çox
qiymətli kitabları Avropa hesabına hədər olmaqdan
qurtardılar.

Bu mövzuda Sedillotun fikirləri maraqlıdı: “Bağdad


məktəbi, yeni dövrlərdə İskəndəriyyə yunan məktəbi
arasındakı boşluğu dolduran, Avropanı oyandırmaqla
kifayətlənməyib, eyni zamanda bütün Asiyanı aydınlatdı.
İslam elmi 1016-cı illərdə Qəznəvi Mahmudun hökmdarlığı
zamanında və Əl Biruni vasitəsilə Hindistana, 1076-cı ildə
Ömər Xəyyam vasitəsilə Səlcuqlara, 1260-cı ildə Marağa
rəsadxanasının qurucusu olan Nəsirəddin Tusi ilə
monqollara, 1337-ci ildə Osmanlılara, 1280-ci illər
ərəfəsində yuen sülaləsi hökmdarlarından Kubilay xan
dövründə co-çeo-king vasitəsilə Çinə nüfuz etdi. 1437-ci ildə
Uluğ bəy, Səmərqənddə Kubilay adına böyük və əbədi bir
abidə yüksəltdi”.

Müsəlman alimlər Yunan ədəbiyyat və fəlsəfəsini tədqiq


edərək daha da irəli gedərək və bu gün Aropadakı
104 | P a g e
mədəniyyətin təməllərini atmışdılar. Kar da Vo deyir ki: “
İslam fəlsəfəsi qısa müddət ərzində yəhudi və Xristiyan
məktəblərini keçdi və İslam fəlsəfəsi insan fikrini Qərbdə
tam dörd əsir öz təsirini göstərdi”.

Von Aster, Qərb fəlsəfəsini iki qismə ayırır. VI əsrdən XII


əsrə qədər davam edən I sxolastik əsas etibarilə
teologiyadan (ilahiyyat) ibarətdir. Daha doğrusu bu,
Xristiyan əqidəsini daha da inkişaf etdirə bilən teologiyadır.
Məşhur prinsip: “Əvvəla inanıram və inandığımın
doğruluğunu ondan sonra müdrikliyimlə idrak edirəm”.

XII əsrdən XVI əsrə qədər davam edən II qərb sxolastikası


Avropanın birinci renasansı da deyə bilərik. Avropa, XVI
əsrdə böyük renesansa girmədən əvvəl bu birinci renasansın
dörd əsr içində İslam-Türk elm və fəlsəfəsinin təcrübəsini
keçirdi. O uzun təcrübə olmasaydı XVI əsrdə başlayan o
renasansa girə bilməzdi.

Ancaq İslam-Türk mədəniyyətinin Avropaya təsiri, sadəcə


Avropanın dörd əsrlik II sxolastikasını hazırlamaqdan ibarət
qalmır. O təsir illərdir ki, öz təsirini saxlayır. Bunu qərb
alimləri özləri söyləyir: “Ortaçağ təfəkkür aləminin yeni
dövrə qədər təsir etdiyini və izlər qoyduğunu, Deskartesin,
Spinozanın əvvəlcə zənn edildiyindən daha çox bir miqyasda
Orta Çağ təsiri altında olduqlarını, Bakonun təbiət
araşdırmasına təməl olaraq təcrübəni göstərdiyi bir çox
fəlsəfələrə dayandığını artıq yaxşı bilirik”.

105 | P a g e
Qərbin islam mədəniyyətindən istifadələri əməli və fikri
olaraq iki hissəyə ayırmaq olar. Əməli istifadələrə ən geniş
imkan sahələrini Xaçlı Səfərləri açdı. Bu səfərlərdə Qərb
Şərqi qəbul etmədi. Xaçlılar Şərqdə milyonlarla itki verdi,
ancaq 2 əsrə yaxın davam edən bu səkkiz xaçlı müharibəsi
ibtidai qərbin yüksək şərqi tanımasına səbəb oldu. Elə bu
tanışlıq Qərbin idrakını açdı. Qərbilər külək dəyirmanını bu
sayədə öyrəndilər. Su kanalları ilə əkin işlərini də bu
səfərlərdə gördülər. Hərbiyə aid bir çox kəşfin sirrini də bu
səfərlə əldə etdilər. Müsəlman rəqəmi “chiffre Arab” deyə
qərbə bu səfərlər vasitəsilə keçdi. Hətta geyim, məişətdə
davranış, təmizlik mədəniyyətini də mənimsədilər.

Ərəblər, Səmərqənd istilalarında Türklərin kağız fabriklərini


gördülər. Abbasilər dövründə müxtəlif yerlərdə, Türk
sistemi fabriklər açdılar. Avropalılar kağızı Şamda gördükləri
üçün onunadına “Karta Damasana” dedilər.
Xaçlı səfərlərinin, Avropa üçün əməli sahədə, iki böyük
nəticəsi meydana gəldi. Qərb orta çağına, maddi qüvvətlər
şövalyalerin, mənəvi qüvvət də Papanın əlində idi. Krallar,
bu iki qüvvəyə qarşı təsirsiz vəziyyətdə idi. Bu səbəblə
qərbdə tam mənası ilə dövlət yox idi. Avropa, Şərqdə dövlət
gördü və Xaçlı Səfərləri, onları dövlətdən məhrum edən o iki
qüvvəti sarsıdaraq krallara meydan verdi.

Dünyanı heyrətləndirən məşhur müsəlman


alimi  Əl-Xarəzmi

106 | P a g e
Sivil dünyada İslam aləminin texniki tərəqqidən geri
qalması barədə çoxsaylı fikirlər səsləndirilir və bunun
günahını bəzən az qala dinimizdə axtarmağa cəhd edirlər.
Əslində isə çoxları bilmir ki, hazırda sivil inkişafın ən yüksək
mərhələsindən birini yaşayan bugünkü Qərb texniki-tərəqqi
sahəsində əldə etdiyi uğurlara görə məhz İslam aləminə,
İslam elm adamlarına borcludurlar.
Təbii ki, Şərq yalnız humanitar və mənəviyyat elmlərinin
vətəni deyil. Bunu son minillik ərzində bu regionda
yaranmış, fundamental elmlərin aparıcı mövqeyə malik
olduğu məşhur elm məktəbləri və akademiyalar da təsdiq
edir. Onların bir çoxunda isə şərqli alimlərlə bərabər,
Qərbdən gəlmiş, Avropadan təşrif buyurmuş elm fədailəri
də çalışırdılar. Bu cəhətdən Bağdaddakı “Beytül-Hikmət” və
məşhur Məmun akademiyalarının fəaliyyətini xüsusi qeyd
etməliyik. Mərkəzi Asiyadan yetişib çıxmış, şan-şöhrəti bu
günümüzə qədər gəlib çatmış məşhur mütəfəkkirlər bu
akademiyalarda üstünlük təşkil edirdilər. Xüsusən, Məmun
Akademiyasının əsas elmi istiqamətlərini müəyyənləşdirən
qüdrətli alimlər Orta Asiya torpaqlarında doğulub boya-başa
və kamala çatmış təfəkkür sahibləri idilər. Onların arasında
Əbu Nəsr ibn İraq, Mahmud Xocəndi, Əhməd ibn Həmid
Nəysəburi, Əbu Reyhan Biruni, Əbu Əli ibn Sina, Əhməd ibn
Məhəmməd Xarəzmi kimi dahilər vardı. Yeri gəlmişkən, onu
da deyək ki, adları çəkilən şəxslərin və onlarla başqalarının
misilsiz elmi cəsarətlərini çağdaş dünya yaddan çıxarmayıb.
Yenə də onu qeyd etməyi özümüzə borc bilirik ki, uzaq orta
əsrlərdə müsəlman ölkələrindəki elm mərkəzlərində yüksək
dərəcədə insana, bəşəriyyətə, bütün yaradılmışlara bəşəri
məhəbbət təbliğ edilib. Bu mərkəzdə dini-milli tolerantlıq
107 | P a g e
yüksək səviyyədə idi. Buna paralel olaraq, onu da
vurğulayaq ki, Bağdaddakı Məmun Akademiyasında yalnız
ərəb dünyası, Şərq ölkələrindən olan müsəlman elm
mütəxəssisləri deyil, eyni zamanda qeyri-müsəlman dinlərin
nümayəndələri, onlar arasından çıxan böyük alimlər də
vardı. Onlar Mərkəzdə sərbəst şəkildə işləmək, burada elmi
tədqiqatlarla məşğul olmaq, öyrənmək, müsəlman alimlərlə
elmi müzakirələr aparmaq imkanı əldə etmişdilər. Yəni
onlara münasibətdə sözün əsl mənasında tolerantlıq hökm
sürürdü.
Avropa etiraf edir
Sivil Avropada İslam aləminə düşmən mövqe tutan, İslam
dininə mənsub insanlara elmdən, mədəniyyətdən uzaq,
geridə qalanlar kimi baxan bəzi elm, dövlət adamlarının
olmasına baxmayaraq, həqiqəti hər şeydən uca tutanlar da
az deyillər.
Məsələn, Avropanın və dünyanın ən böyük alimlərindən biri
olan İsaak Nyuton Qərbin xaosda və qaranlıqda, cahillikdə
olduğu dövrlərdə İslam aləminin bəşəri elmin inkişafına
yüksək töhfələr verdiyini etiraf edib. Bu baxımdan İsaak
Nyuton orta əsrlər İslam dünyasının ən böyük alimlərindən
biri olan Əbu Reyhan Məhəmməd ibn Əhməd əl Biruni
haqqında belə yazıb: “O, (Biruni) əsl düha idi. Riyaziyyat,
astronomiya, fizika, botanika, coğrafiya, geologiya,
mineralogiya, etnoqrafiya, tarix və xronologiyaya onun
töhfələri əvəzsizdir”.
Dahi fizik Albert Eynşteyn isə həmişə deyirdi ki, Biruni Yerin
öz oxu ətrafında fırlandığı və Günəş ətrafında dövr
vurduğunu Qalileo Qalileydən 6 əsr əvvəl kəşf etmişdi:
“Biruni bəşəriyyət tarixinin ən böyük intellektualıdır”.
108 | P a g e
İsaak Nyutonla Albert Eynşteynlə bərabər, digər
həqiqətsevər Qərb alimləri də İslam elminin Qərbdə elmin
inkişafına təsir etdiyini dönə-dönə vurğulayıblar. Onlar
tərəfindən belə bir fikir vurğulanır ki, orta əsrlərin cəhalət
zəncirindən, qaranlıq zülmətindən xilas olaraq, texniki-
tərəqqi yoluna qədəm qoymasına görə Avropa, ilk növbədə,
orta əsrlərin məşhur müsəlman alimlərinə, müsəlman elmi
mərkəzlərinə, müsəlman incəsənəti və ədəbiyyatına özünü
borclu hesab edir.
Hər halda unutmaq olmaz ki, V-VII əsrlərdə və ondan
sonrakı dövrlərdə Avropa elmdən, mədəniyyətdən uzaq
düşmüşdü. Həmin dövrdə bəşəriyyətin min illər ərzində
yaradılan mədəniyyətlər, sivilizasiya yox olmaq dərəcəsinə
gəlib çatmışdı. Avropa isə sanki özlərindən əvvəl qoyulan
mədəniyyəti unutmuş və obrazlı şəkildə desək, daş dövrünə
qayıtmaq təhlükəsi ilə üzləşmişdi. Məhz belə bir taleyüklü
dövrdə İslam aləmində elm və texnika sürətlə inkişaf
edərək, bəşəriyyətin texniki-tərəqqisinə təkan verən onlarla
elm dahisi yetişdi. Beləliklə İslam aləminin elmi inkişafı
avropalıların cəhalətdən xilas olmasına yol açaraq gələcək
elmi-teniki tərəqqilərdə əvəzsiz xidmətlər göstərdi.
Xarəzmdən doğan türk günəşi
Orta əsrlər İslam dünyasının bəşəri sivilizasiyaya, elmi-
texniki tərəqqiyə bəxş etdiyi ən böyük alimlərindən biri isə
böyük türk alimi Əbu Əbdullah bin Musa əl-Xarəzmi idi.
Əbdullah bin Musa əl Xarəzmi 780-ci ildə Xarəzmdə (indiki
Özbəkistanın Xivə şəhərində) imkanlı bir türk ailəsində
anadan olub. Onun atası öz dövrü üçün mükəmməl hesab
edilən təhsil almışdı. O, müasir elmlərdən xəbərdar idi və
ona görə də övladlarının da elmli olmasını istəyirdi. Ona
109 | P a g e
görə də atası Əbdullahı türk mədəniyyətinin və
sivilizasiyasının mərkəzlərindən biri hesab edilən Xarəzmdə
o dövr üçün mükəmməl ibtidai təhsil verən məktəbə qoydu.
Bu məktəbdə Xarəzmi elmin sirlərinə yiyələnmək üçün ilk
addımlarını atdı. İbtidai təhsilini tamamlayandan sonra
balaca Əbdullah bir müddət nə edəcəyini bilmədi. O,
təhsilini davam etdirmək istəyirdi. Ancaq buna necə nail
olacağını o bilmirdi. Belə bir vəziyyətdə onun köməyinə
atası çatdı. O oğlunun təhsilini davam etdirməsi üçün onu o
dövrdə İslam dünyasının elm mərkəzi hesab edilən Bağdada
göndərdi. Bağdadda həmin dövrdə İslam aləminin elmi
mərkəzi hesab edilən və o vaxt üçün sivil elmi bilikləri
öyrədən mədrəsələr və indiki dövrün ifadəsi ilə desək, elmi
tədqiqat mərkəzi fəaliyyət göstərirdi. Bağdadda oxuması o
dövrdə gəldiyi, anadan olduğu yerin adı ilə tanınan Əbdullah
bin Musa əl-Xarəzminin həyatında önəmli rol oynayaraq,
onun türk-islam dünyasının məşhur alimi kimi yetişməsində
böyük rol oynadı. Necə deyərlər, Əbdullah bin Musa əl-
Xarəzmi gəncliyinin ilk illərində Bağdaddaki müasir, inkişaf
etmiş elm atmosferinə alışaraq burada özünün istedadını
üzə çıxarmaq üçün gecə-gündüz bilmədən çalışmağa
başladı. Elmi mövzulara hədsiz dərəcədə bağlı olan
Xarəzminin istedadı və elmləri olduqca dərindən bilməsi
qısa müddətdə ona böyük şöhrət gətirir. Əl-Xarəzminin
mahir elm bilicisi alim olması xəbəri həmin dövrdə
Abbasilərin Bağdad xəlifəsi olan Məmuna da gedib çatır.
Məmun əl-Xarəzmini öz yanına çağıraraq onunla şəxsən
tanış olur. O dövrün məşhur alimlərinin də iştirak etdikləri
məclisdə əl-Xarəzmi ilə söhbətdən sonra xəlifə onun,
həqiqətən, dövrünün ən böyük alimlərindən bir olduğu
110 | P a g e
qənaətinə gəlir. Ona görə də xəlifə Məmun əl-Xarəzminin
elmə daha da dərindən yiyələnməsinə yardım etmək üçün
onu qədim Misir, Mesopotamiya, Yunanıstan və Hindistan
mədəniyyətlərinə aid olan kitablarla zəngin Bağdaddakı
saray kitabxanasına rəhbər təyin edir. Bu kitabxanaya
rəhbərliyi dövründə əl-Xarəzmi qədim dövrə aid olan
kitablarla yaxından tanış ola bilir və bu onun elmi inkişafına
yeni bir təkan verir. Xəlifə Məmun həmin dövrdə bir çox
alimlərin müxtəlif dillərdə olan qədim kitabları oxuya
bilməmələrini və bu dilləri öyrənmələri üçün çox vaxt sərf
etdiklərini nəzərə alaraq, əl-Xarəzmini özü tərəfindən
qurulan Beytül-Hikmət Tərcümə Mərkəzinə rəhbər təyin
edir.
Əl-Xarəzmi həvəslə işə girişir və qısa müddətdə müxtəlif
dillərdə olan onlarla elmi, texniki məzmunlu əsərlərin ərəb
dilinə tərcümə edilməsinə nail olur. Bu tərcümə fəaliyyəti əl-
Xarəzminin elmlərə daha da dərindən yiyələnməsinə imkan
verir. Təbii ki, texniki elmlərlə dərindən maraqlandığı üçün,
ilk növbədə, əl-Xarəzmi astronomiyaya və riyaziyyata aid
əsərlərin tərcümə edilməsini önə çıxarır. Bu əsərlərin
tərcüməsi və onlarla tanışlıq isə həmin dövrdə İslam
aləminin elmi inkişafında onlarla məşhur alimin
yetişməsində böyük rol oynayır. Amma əl-Xarəzmi bunlarla
da kifayətlənmir, o daha çox öyrənmək istəyirdi. Həmin
dövrdə ona elə gəlirdi ki, oxuduqları azlıq edir. Ona görə də
əl-Xarəzmi Dəməşqdə fəaliyyət göstərən rəsədxanada
çalışan astronom alimlərlə də yaxından tanış olur və onların
elmi araşdırlmalarını oxuyur.

111 | P a g e
İslamın zorla yayılmasına dair iddialara
cavablar

Çox vaxt ateistlər İslamın məcburiyyətlə və qılınc gücü ilə


yayıldığını deyirlər. Məcburiyyətlə dini yaymaq nədir?
Məsələn, qılınc ya da digər silahla kimisə kəlmeyi-şəhadət
gətirməyə məcbur etmək. Həmin insan da ölüm
qorxusundan İslamı  qəbul edir. İslam dini baxımından zorla
iman etməyin heç bir mənası yoxdur. Çünki Quranda Bəqərə
surəsi 256-ci ayədə Allah Təala (c.c) buyurur ki, “Dində
məcburiyyət yoxdur”.  Tarixi faktlara baxaq.

1400 ilə yaxın müsəlmanların hakimiyyəti altında olan


Misirdə hazırda təqribən 11-13 milyon arasında xristian
əhali var.Əgər müsəlmanlar onlara qılınc gücünə, zorla
İslamı qəbul etdirsə idilər, indiyədək Misirdə nəinki 11-13
milyon, heç bir nəfər də qeyri-müsəlman yaxud xristian
qalmazdı.
Müsəlmanlar İspaniyanı  800 ilə yaxın (711-1492) idarə
etdilər. Əgər ispanlara qarşı hər hansı qılınc gücünə
məcburiyyət olmadan, hətta sadəcə iqtisadi sanksiyalar
tətbiq edilsə idi, 800 il ərzində İspaniyada bir nəfər də olsun
qeyri-müsəlman yaxud xristian qalmazdı. Hətta müsəlman
İspaniyası bəzən müsəlmanlar, xristianlar və yəhudilər
arasında dini və etnik dözümlülük və dinlərarası
harmoniyanın qızıl dövrü kimi təsvir edilir.

112 | P a g e
Müsəlmanlar yüz illərlə Hindistanı idarə etdilər. Təkcə bir
fakt kifayətdir ki, 2001-ci ilin statistikasına görə Hindistanda
əhalinin 80.5 faizi Hinduizm dininə inanır. Əgər İslam dini
Hindistanda insanlara zorla, qılınc gücünə qəbul etdirilsə idi,
orda nəinki 80.5 faiz, heç 1 faiz də hinduizm dininə sitayiş
edən qalmazdı. Amma hazırda orada cəmi 13.4 faiz
müsəlman, 80.5 faiz hinduist yaşayır.
Müsəlmanlar yüz illərlə Hindistanı idarə etdilər. Lakin 1947-
ci ildə ərazi bölgüsü baş verəndə müsəmanlar dörddə bir
ərazi (Pakistan) hissəsi aldılar, Hindistan isə dörddə üç ərazi
hissəsi aldı. Niyə? Çünki müsəlmanlar məcburiyyət tətbiq
etmədilər.

Hansı müsəlman qoşunları İndoneziyaya, Malaziyaya,


Sinqapura, Nigeriyaya yaxud Şərqi Afrikaya gedib orada
İslamı yaydılar?  Heç biri.

Ziyalılara, dindarlara, sıravi vətəndaşlara qarşı 70 il


repressiv olan ve bir çox qanlı cinayetler, sürgünlər törədən
kommunist-ateist Sovet sisteminin çöküşündən sonra
Azərbaycan və Orta Asiya ölkələrinin türk xalqları yenidən
öz istəkləri ilə İslama döndülər. Onları buna kim məcbur
etdi?  Heç kəs.

Bu günün özündə Amerikada, İngiltərədə, bir çox Avropa və


dünya ölkələrində qeyri-müsəlman cəmiyyətlərində
böyümüş insanlar hər il öz istəkləri ilə İslamı qəbul edirlər.
Onların arasında hətta xeyli sayda məşhur insanlar da var.
Yoxsa bu insanlar da İslamı zorla, qılınc gücünə qəbul
edirlər?
113 | P a g e
1925-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatı və 1938-ci
ildə Oskar mükafatı almış dünyaca məşhur İrlandiya əsilli
yazıçı Corc Bernard Şo belə demişdi: “Əgər önümüzdəki yüz
ildə İngiltərə və Avropaya hakim olacaq bir din varsa, o da
mütləq İslamdır.”

İnsan və təbiət – Yaradılış


dəlilləri

Toxum möcüzəsi
Quru taxta parçalarına oxşar toxumlar onlara şərait təmin
ediləndə heyrətamiz şəkildə yaşıllaşır və növbənöv bitki
əmələ gətirirlər. Yaxşı, görəsən bu kiçik, quru cisimləri bir
taxta parçasından ayıran nədir? Toxumları digər cisimlərdən
ayıran çox əhəmiyyətli bir xüsusiyyətləri vardır. Toxumların
daxilində aid olduqları bitkinin hər budağına, hər yarpağına,
bu yarpaqların sayına, formasına, qabığının hansı rəngdə
olacağına, qida və su daşıyan borularının genişliyinə, sayına,
bitkinin uzunluğuna, meyvə verib-verməyəcəyinə, verəcəksə
bu meyvələrin dadına, qoxularına, formasına və rənginə və s.
aid bütün məlumatlar vardır. Toxumlar əsasən toxum örtüyü,
qida anbarı və məlumatların saxlandığı embriondan ibarət
olurlar. Ancaq əsasən eyni quruluşda olmalarına
baxmayaraq, hər toxumun qida anbarının miqdarı, toxumu
114 | P a g e
örtən qoruyucu pərdənin cinsi, qalınlığı, onu örtən meyvənin
forması, dadı bir-birindən çox fərqlidir. Toxum qabıqlarının
forması, rəngi, tərkib hissələrindəki müxtəliflik, yəni hər şey
bitkilərin yaşadığı mühitə və bitkinin növünə görə dəyişir.

Bu baxımdan, bütün toxumlar bir dizayn möcüzəsi kimi


qarşımıza çıxırlar. İndi bu dizayn müxtəlifliklərinə
nümunələr üzərində baxaq. Ərikdə bir nüvə, yəni bir toxum
var və bu nüvə bərk qabığın içində çox yaxşı qorunur. Ətli
qism isə şəkərlidir və yemək üçün əlverişlidir. Bu hissə
quşlar, gəmiricilər, həşəratlar və digər heyvanlar üçün də
yaxşı qidadır. Ancaq meyvənin iki qisimdən meydana
gəlməsi bitki üçün də münasibdir. Çünki meyvənin
yeyilməsi ilə birlikdə əriyin ortasındakı toxum ortaya çıxır.
Toxum uyğun bir yerdə cücərərək yeni ağac kimi yetişir.
Başqa nümunə kimi kivini göstərək. Kivinin içindəki
nüvələri (toxumları) da yeyilir. Bunun üçün kivinin bir
toxumu deyil, çox toxumu vardır. Ətli meyvə olan kividə
toxumlar kiçikdir, amma bir yerdə və çox sayda olmaları
onun bitki kimi cücərməsini təmin edir.

Toxumların ümumi dizaynlarındakı müxtəlifliklə bərabər,


embrionu qoruyan toxumların örtükləri də ehtiyaca uyğun
xüsusiyyətdə yaradılmışdır.

Toxumun içindəki məlumatların saxlandığı embrion son


dərəcə qiymətlidir. Buna görə də, yeni bitki inkişaf edənə
qədər bu embrionun diqqətlə qorunması vacibdir. Toxum
örtüyünü əmələ gətirən maddə dözümlü olduğuna görə,
toxum xarici mühitin mənfi təsirlərindən qorunur. Bundan
başqa, örtüyü əmələ gətirən maddələr toxumların su üzərində

115 | P a g e
dayana bilməsi və ya küləklə uça bilməsi üçün vacib
faktordur.

Toxumların xarici örtükləri son dərəcə müxtəlif və


diqqətçəkici xüsusiyyətlərə malikdir. Bəzi xarici pərdələr
düşmənləri uzaqlaşdırmaq üçün acı maddə ilə örtülmüşdür.
Bəziləri isə “tanen” adlanan maddə ilə zəngindir ki, bu
maddə toxumlarda çürüməni məhdudlaşdırır. Toxumların
qoruyucu xarici layları (toxum örtükləri) çox sərtdir. Bu
xüsusiyyət toxumu qarşılaşacağı xarici faktorlardan qoruyur.
Məsələn, bəzi toxumların inkişaflarının son mərhələsində
xarici səthlərində möhkəm mumlu bir təbəqə yaranır, bunun
sayəsində toxumlar su və qazın təsirinə qarşı müqavimət
göstərirlər. Toxum örtükləri bitkinin növünə görə müxtəlif
vasitələrlə örtülə bilər; paxla dənəsində olduğu kimi incə
pərdə ilə, ya da albalı nüvəsində olduğu kimi odunvari və
sərt qabıqla örtülə bilər. Suya dözümlü olan toxumların
qabıqları digərlərinə görə daha sərt və qalındır.

Toxumlardakı dizayna gündəlik həyatımızda daha çox


qarşılaşdığımız bir bitkidən – paxla dənəsindən misal
gətirək: Paxla dənəsi növünə görə bir və ya iki örtüklə
örtülmüşdür. Bu örtüklər eynilə bir palto kimi toxumu xarici
mühitin soyuq hava, quraqlıq və çətin şəraitlərindən qoruyur.
Bura, eyni zamanda, xarici mühit ilə olan bütün əlaqələrin
qurulduğu bölgədir. Qısaca desək, toxumun böyüməsi
mövzusunda bu örtük əhəmiyyətli rol oynayır. Paxla
dənəsinin olduğu yerdən qoparıldığı nöqtədə oval bir iz
görünür Bu, dənənin, yəni toxumun ana bitki ilə olan əlaqə
nöqtəsidir. Diqqətli şəkildə araşdırıldı zaman burada
“micropyle” deyilən kiçik bir dəliyin olduğu görünəcək. Bu
dəliyi körpələrdəki göbək bağına bənzətmək mümkündür.
116 | P a g e
Bu xüsusi keçid yerindən yumurtacığın içindəki dişi
hüceyrəni mayalandırmağa yarayan balon girir. Bundan
başqa, su bu dəlikdən içəri girərək toxumun cücərməsini
təmin edir. Toxum qabıqlarının qalınlığı da bitkinin növünə
görə xüsusi şəkildə nizamlanmışdır. Hər bitkinin toxum
qabığı onun inkişafını təmin edən qalınlıqdadır; nə çox
qalındır, nə də çox nazik. Çünki qabığı qalın olan toxum
çətin şəraitdə yaşaya bilir; ancaq bir dezavantaj olaraq
həddindən artıq qalın qabıq embrionun çölə çıxmasına
problem yarada bilər. Nazik qabıqlı toxum isə bir çox xarici
faktor səbəbindən tez korlana bilər. Buna görə bütün
toxumlar olduqları mühitə uyğun yaradılmışlar. Bura qədər
izah edilənlərdən də açıqca görüldüyü kimi sadə xarici
görünüşə sahib olan toxumların, əslində, hərtərəfli dizaynı
vardır. İçindəki maddələrin nisbətlərindən qoruyucu üst
təbəqələrinə qədər bütün toxumların xüsusiyyətləri olduğu
iqlim şəraitinə, ətraf mühitə görə dəyişir. Yaxşı, bu
müxtəliflik və detallar necə ortaya çıxmışdır?

Bu sualın cavabını belə bir misalla verək: Bir şəkil


qalereyasına getdiyinizi və burada coxlu toxum rəsmi ilə
qarşılaşdığınızı fərz edək. Hər şəkildə fərqli bitkinin toxumu
ilə əlaqədar detallar çəkilmiş olsun. Qalereyanın sahibinə bu
qədər müxtəlif rəsmi kimin çəkdiyini soruşduğunuzu
düşünək. Əgər bu adam sizə “bu şəkillərin rəssamı yoxdur,
bunlar təsadüf nəticəsində təkamüllə ortaya çıxmışlar” desə,
nə düşünərsiniz? Əlbəttə, belə bir cavabın son dərəcə
məntiqsiz və ağılsiz olduğunu dərhal anlayar və rəssamın
olduğunu təkid edərsiniz.

Cansız toxum şəkillərinin “təkamül dizaynına” inana


bilməyəcəyinizə görə, tamamilə canlı quruluşlarda, içində
117 | P a g e
bir bitkiyə aid bütün məlumatları saxlayan, uyğun şərait və
mühitlərdə cücərərək nəhəng ağacları, yüz minlərlə meyvəni,
çiçəyi meydana gətirən toxumları anlamayan və şüursuz
təsadüflərin var etdiyinə də inana bilməzsiniz. Göründüyü
kimi, burada bu dizaynı, əslində, kimin etdiyi, necə etdiyi,
bitkinin bu dizayna uyğun quruluşa necə gətirildiyi və bunun
necə yerləşdirildiyi kimi sualların cavabının verilməsi
lazımdır.

Nəticədə, toxumların quruluşunda təkamülçülərin təsadüf


iddiaları ilə əsla açıqlana bilməyən çox açıq bir dizayn və
plan vardır. Əlbəttə ki, bu plan şüursuz təsadüflərin
nəticəsində, ya da hər hansı bir səbəblə ortaya çıxmamışdır.
Toxumlardakı qüsursuz dizayn isə sonsuz ağıl və üstün güc
sahibi olan Allaha aiddir. Bitkilərin həyatının hər
mərhələsində görünən bu ağıl onları yaradan üstün güc
sahibi olan Allahın varlığının aşkar sübutlarından biridir.

Göydən sizin üçün yağmur endirən Odur. Ondan (o


sudan) siz də, içində (heyvanlarınızı) otardığınız ağaclar
(və otlar) da içər (ağaclar və otlar da onun vasitəsilə
bitər). (Allah) onunla (o su ilə) sizin üçün əkin, zeytun,
xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünüb-
daşınanlar üçün bunda dəlillər vardır! (Nəhl surəsi, 10-
11)

İnsan gözünün yaradılışı


118 | P a g e
İnsanın düzəldə bilmədiyi və 576 meqapiksel görüntünü
təmin edən bir qurğu – göz – dizaynsız, plansız öz-özünə kor
təsadüfi rastlantılar nəticəsində ortaya çıxa bilərmi?

İnsan gözü təqribən 40 ayrı həssas hissənin birləşməsindən


ibarət kompleks sistemdir. Gözün görməsi üçün isə bu
orqanı təşkil edən təqribən 40 əsas hissənin hamısı eyni anda
birlikdə mövcud olmalı və ahəng içində işləməlidir. Göz
bülluru bunlardan sadəcə biridir. Buynuz qişa, gözün selikli
qişası, gözün qüzehli qişası, göz bəbəyi, gözün tor qişası,
orta qişa, göz əzələləri, göz yaşı vəzləri kimi bütün digər
hissələr olsa və fəaliyyət göstərsə, amma bircə göz qapağı
olmasa, göz qısa müddət ərzində zərər görər və görmə
funksiyasını itirər. Eyni şəkildə bütün orqanoidlər mövcud
olsa, amma göz yaşı ifraz olunmasa, göz bir neçə saat
ərzində quruyar, yapışar və kor olar.

Bu hissələrdən sadəcə birinin üzərində düşünək. Məsələn,


göz bülluru. Biz çox vaxt fərqinə varmırıq, amma cisimləri
aydın görməyimizi təmin edən şey göz büllurunun hər saniyə
heç dayanmadan “avtomatik fokuslama” etməsidir. İstəsəniz,
bununla bağlı kiçik təcrübə keçirə bilərsiniz: şəhadət
barmağınızı havada tutun. Sonra bir barmağınızın ucuna, bir
də arxasındakı divara baxın. Baxışınızı barmağınızdan
divara doğru hər çevirdikdə “tənzimləmə” olduğunu hiss
edəcəksiniz.

Göz cismə necə fokuslanır? Cisimləri aydın görməyimiz


göz büllurunun hər saniyə dayanmadan “avtomatik
fokuslama” etməsi ilə mümkün olur. Bu tənzimləmə göz
büllurunun ətrafındakı kiçik əzələlər tərəfindən həyata
keçirilir. Hər baxış dəyişdirdikdə bu əzələlər işə düşür və
119 | P a g e
göz büllurunun qabarıqlığını dəyişdirərək işığın düzgün
bucaq altında qırılmasını və istədiyiniz cismi aydın
görməyinizi təmin edir. Göz bülluru bu tənzimləməni
həyatınız boyu heç səhv etmədən hər saniyə həyata keçirir.
Fotoqraflar eyni tənzimləməni fotoaparatlarda əl ilə edirlər
və düzgün fokuslamanı əldə etmək üçün bəzən uzun müddət
çalışırlar. Müasir texnologiya son 10-15 ildə avtomatik
fokuslama edən kameralar istehsal etmişdir, amma heç bir
kamera göz qədər sürətli və qüsursuz şəkildə fokuslaya
bilmir. İnsan gözündən müqayisəedilməz dərəcədə primitiv
quruluşu olan fotoaparatın TƏSADÜFƏN ortaya çıxdığını
iddia etmək əlbəttə ağılsızlıq olar. Belə olan təqdirdə gözün
YARADILMIŞ olduğunu necə inkar etmək olar?

Gözdən Fotoaparata: Görmə Texnologiyası


Onurğalı heyvanların gözləri, işığın “göz bəbəyi” adı
verilən dəlikdən içəri girdiyi yumru toplara bənzəyir. Göz
bəbəyinin arxasında isə lupalar yerləşir. İşıq əvvəlcə bu
lupanın, daha sonra da göz yuvalarını dolduran mayenin
içindən keçir və retinanın üzərinə düşür. Retinanın üzərində,
“konus hüceyrələr” və “çubuq hüceyrələr” olaraq
adlandırılan təxminən yüz milyon hüceyrə vardır. Çubuqlar
işığı və qaranlığı ayırd edərkən, konuslar da rəngləri seçirlər.
Bu hüceyrələr, üzərlərinə düşən işığın təsiriylə yaranan imici
elektrik siqnallarına çevirib optik sinir şəbəkəsi vasitəsilə
beynə göndərirlər. Gözlər işıq sıxlığını göz bəbəyini əhatə
edən iris vasitəsilə nizamlayırlar. İris isə, quruluşunda
mövcud olan kiçik əzələlər sayəsində böyüyüb kiçilə bilir.
Bu, fotoaparatlara bənzər bir mexanizmdir. Aparata daxil
olan işıq miqdarı, “diafram” adı verilən mexaniki bir iris
vasitəsilə nizamlanmaqdadır. Fil Geyts (Phil Gates) – Wild
Technology adlı kitabında, fotoaparatın, gözü təqlid edən
120 | P a g e
sadə bir model olduğunu belə açıqlayır: “Fotoaparatlar,
onurğalı gözlərinin primitiv və mexaniki bir versiyalarıdır.
Bu maşınlar əslində eynilə göz kimi, qarşılarındakı aydınlıq
xaricində, içinə işıq keçirməyən qutulardır. Görüntünü isə,
retinanın əvəzinə bir film lenti üzərinə əks etdirirlər.
Gözlərdə görüntüyə fokuslanma, lupanın formasının
dəyişdirilməsi ilə mümkün olur. Fotoaparatlarda isə bu
əməliyyat, lupanın filmə olan məsafəsini dəyişdirməklə
reallaşdırılır.”

Gözün bu kompleks quruluşu qarşısında təkamül


nəzəriyyəsinin “sadələşdirilə bilən” iddiası bütün mənasını
itirir. Çünki göz işə yararlı olması üçün eyni anda bütün
hissələri ilə birlikdə mövcud olmalıdır. Təbii seçmə və
mutasiya mexanizmlərinin gözün bu qədər müxtəlif
orqanoidini, bu orqanoidlərə son mərhələyə qədər heç bir
“üstünlük” təmin etmədən əmələ gətirmələri, əlbəttə, qeyri-
mümkündür. Prof. Əli Dəmirsoy bu həqiqəti aşağıdakı
sətirləri ilə qəbul edir: “Üçüncü etiraza cavab vermək çox
çətindir. Kompleks bir orqanın, faydalı olsa da, birdən-birə
əmələ gəlməsi necə mümkün olmuşdur? Məsələn,
onurğalılardakı göz bülluru, tor qişa, optik sinir və görmək
üçün lazımlı olan digər hissələr birdən-birə necə əmələ
gəlmişdir? Çünki təbii seçmənin görmə sinirindən ayrı
şəkildə tor qişa üzərində seçici təsiri ola bilməz. Göz bülluru
əmələ gəlsə belə, tor qişa olmadan faydası olmaz. Görmə
üçün bütün orqanoidlərin birlikdə eyni anda
təkmilləşdirilməsi labüddür. Ayrı-ayrı təkmilləşdirilən
hissələr istifadəyə yararlı olmadığı üçün həm faydasız olar,
həm də bəlkə zaman ərzində məhv olar. Eyni zamanda
hamısını birdən təkmilləşdirmək də təxmin edilməyəcək
qədər kiçik ehtimalların eyni anda mövcud olmasını tələb
121 | P a g e
edir.”  Prof. Ali Demirsoy, Kalıtım ve Evrim, Meteksan
Yayıncılık, Ankara, 1995, 7. Baskı, s.475.

Çox təsirli dezinfeksiya edici: göz  yaşı


Bir çox insanın ancaq ağladıqda axan duzlu su hesab etdiyi
göz yaşı, əslində, çox xüsusi mayedir. Başlıca funksiyası
gözü mikroblardan qorumaqdır. Tərkibindəki lizozim
fermenti bir çox bakteriya növünü parçalayır və mikrobları
öldürür. Lizozim sayəsində göz infeksiyalardan qorunur. Bu
maddə binaları mikroblardan təmizləmək üçün istifadə
edilən güclü dezinfeksiya edici maddələrdən daha təsirlidir.

Bəs bu qədər güclü dezinfeksiya edici maddə necə olur ki,


göz kimi həssas orqana heç zərər vermir və əksinə, onu
mükəmməl qoruyur? Bu, Allahın üstün yaratma sənətidir.
Göz yaşı gözün kimyəvi quruluşuna ən uyğun şəkildə
yaradılıb. Yaradılışdakı möhtəşəm uyğunluq eyni şəkildə
göz və göz yaşına da aiddir.

İnsan bədənindəki sümüklərin


mükəmməl  funksiyası
Bədənin hərəkəti və qorunması kimi mühüm funksiyanı
yerinə yetirən sümüklər bu işi asanlıqla görəcək keyfiyyət və
122 | P a g e
möhkəmlikdə yaradılmışlar. Məsələn, omba sümüyü dik
formada bir ton ağırlığa tab gətirə bilir. Belə ki, atılan hər
addımda bu sümüyümüzə bədən ağırlığımızdan üç dəfə çox
ağır yük düşür. Hətta şüvüllə hündürlüyə tullanan bir
idmançı yerə enərkən çanaq sümüyünün hər kv sm-i 1400
kq-lıq təzyiqə məruz qalır.

Skelet bütün olaraq mükəmməl bir funksiyaya sahib


olmaqla yanaşı, onu meydana gətirən sümüklər də üstün bir
quruluşa sahibdir. Bədənin daşınması və qorunması kimi çox
vacib bir vəzifəni öhdəsinə götürən sümüklərimiz bu işi
rahatlıqla yerinə yetirə biləcək vəziyyətdə və möhkəmlikdə
yaradılmışdır. Hətta bədənin təmasda olacağı çətin
vəziyyətlər də hesablanmışdır. Məsələn, omba sümüyü
şaquli vəziyyətdə bir ton ağırlığı qaldıra biləcək bir
vəziyyətdədir. Necə ki, atılan hər addımda bu sümüyümüzə
bədən ağırlığımızdan üç dəfə artıq yük düşür. Hətta şüvüllə
tullanan bir atlet yerə enərkən omba sümüyünün hər kvadrat
santimetri 1400 kiloluq bir təzyiqə məruz qalır. O halda,
sümük deyilən və tək bir hüceyrənin bölünməsi nəticəsində
ortaya çıxan bu sistemi bu qədər qüvvətli edən nədir?

Sümüklərin daxili quruluşu insanların binalarda və


körpülərdə istifadə etdiyi qəfəs quruluş sisteminə bənzər bir
quruluşda yaradılmışdır. Sümük içindəki sistem insanın
inkişaf etdirdiyindən daha üstün və daha mürəkkəbdir. Bu
sayədə sümüklər həm möhkəm, həm də insanın rahatlıqla
istifadə edə biləcəyi yüngüllükdə olurlar. Əgər əksinə
olsaydı, yəni sümüklərin içi xarici kimi sərt və tamamilə
dolu olsaydı, həm sümüklərin ağırlığı insanın daşıya
biləcəyindən daha ağır olardı, həm də sümüyün quruluşu sərt
olub ən kiçik bir zərbədə çatlaya və ya qırıla bilərdi.
123 | P a g e
Bədənin hərəkəti və qorunması kimi mühüm funksiyanı
yerinə yetirən sümüklər bu işi asanlıqla görəcək keyfiyyət və
möhkəmlikdə yaradılmışlar. Sümüklərin quruluşunun
mükəmməlliyinin tam şəkildə başa düşülməsi üçün belə bir
bənzətmə edək. İnsanın istifadə etdiyi ən möhkəm və faydalı
materiallardan biri poladdır. Çünki polad həm möhkəm, həm
də elastik maddədir. Ancaq sümüklər bərk poladdan daha
möhkəmdir və 10 dəfə artıq elastikliyə malikdir. Sümüklər
poladdan ağırlıq baxımından da üstün quruluşdadır. Bir
polad karkas insan skeletindən 3 dəfə ağırdır. Sümüklərin
qüsursuz quruluşunu dövrümüzün inşaat obyektləri ilə
müqayisə etmək də mümkündür. XX əsrin ikinci yarısına
qədər böyük və hündür binalar inşa etmək insan üçün böyük
xərc və uzun vaxt tələb edən çətin bir işi idi. Lakin
texnologiyanın inkişafı ilə tikinti sahəsində bir çox üsul
inkişaf etdirildi. Bu üsulların ən mühümlərindən biri “qəfəs
sistemlər” kimi tanınan sistemdir. Bu üsula əsasən,
konstruksiyanı saxlayan dayaqlar tək hissəli deyil, bir-birinin
içinə keçmiş, qəfəs formasındakı dirəklərdən ibarətdir.
Kompyuterlərdə işlənən mürəkkəb hesablamalar sayəsində
bu üsuldan istifadə edilərək tikilən böyük körpülər və sənaye
obyektləri daha möhkəm və ucuz başa gəlir. Sümüklərin
daxili quruluşu da insanların binalarda və körpülərdə istifadə
etdiyi qəfəs sisteminə əsasən qurulmuşdur. Bir sümüyü kəsib
tədqiq etdikdə daxili quruluşunda olduqca maraqlı sistem
görmək olar. Minlərlə kiçik çubuq iç-içə keçərək mürəkkəb
sistem əmələ gətirir. Məhz bu forma sümüklərin içində
qurulmuş qəfəs sistemidir. Bu sayədə sümüklər həm çox
möhkəm, həm də insanın asanlıqla hərəkət etməsinə imkan
verəcək qədər yüngüldürlər. Əgər bunun əksi olsaydı, yəni
sümüklərin içi xarici kimi bərk və tamamilə dolu olsaydı,
həm sümüklərin ağırlığından insan hərəkət edə bilməzdi,
124 | P a g e
həm də sümüyün quruluşu bərk olduğundan ən kiçik
zərbədən çatlayar və yaxud sınardı. Müasir texnologiyanın
təqlid etməyə çalışdığı insan skelet sisteminin təsadüfən
meydana gəlməsi mümkün deyil, bu sistem üstün ağıl sahibi
olan Allah tərəfindən yaradılmışdır.

Nəsil artırma sistemi kor təsadüflə meydana


gələ bilərmi  ?
Hər bir bitki və heyvan hüceyrəsində genetik kodlar
məlumat paketləri deyə biləcəyimiz xromosomlar şəklində
paketlənir. Canlının bütün xüsusiyyətləri bu kodlarla hər bir
hüceyrənin içində saxlanır. Cinsi çoxalmada dişi və kişidən
gələn hüceyrələr birləşib balanı meydana gətirir. Əgər
döllənən çoxalma hüceyrələri də digər hüceyrələr kimi eyni
xromosomlara sahib olsaydı, hər bala ana və atasının iki qatı
qədər xromosom sahibi olardı. Halbuki ana və ata balanın
genetik quruluşunda bərabər miqdarda iştirak edir. Məsələn,
normal bir insan hüceyrəsində 46 xromosom var. Ancaq,
anadan gələn yumurta hüceyrəsi 23 xromosom və atadan
gələn sperma hüceyrəsi də 23 xromosom ehtiva edir. Cinsi
yolla çoxalan milyonlarla bitki və heyvanlarda eyni sistem
işləyir.

Bildiyin kimi, kişi bədəni yetkinlikdən yaşlılığa qədər


davam edən müddətdə sperma hüceyrəsi istehsal edir. Qadın
bədəni isə, daha embrion halındaykən təxminən iki milyon
potensial yumurtaları istehsal edib yarı inkişaf etmiş şəkildə
saxlayır. Sperma hüceyrəsi 23 xromosomdan ibarətdir.
Ancaq, saxlanılan dişi yumurtası 46 xromosom ehtiva edir.
Yetkinlikdən sonra saxlanılan yumurtalardan biri yetkin hala
125 | P a g e
gəlib ifraz olunur. İfraz olunan yumurta maraqlı bir şəkildə
dərhal ikiyə bölünür, ancaq normal hüceyrə bölünməsinin
əksinə olaraq, hər bir hüceyrəyə yalnız 23 xromosom
köçürür. Daha da maraqlısı, bu bölünmədən iki hüceyrəyə
bərabər miqdarda xromosom düşdüyü halda, sitoplazma və
orqanelləri, çoxu yalnız irəlidə yetkinləşib döllənməyə hazır
hala gələcək hüceyrəyə gedir. [1]

Bir digər maraqlı məqam odur ki, dişi yumurtası yalnız öz


növünün spermasını qəbul edir. Başqa canlıların sperması ilə
əsla döllənmir. Çünki hər bir dişi yumurtasında kimyəvi
kilidlər var. Sperma isə kimyəvi açar daşıyıcısıdır. Əgər açar
kilidə uyarsa, yəni eyni növün spermi isə, dişi yumurtasının
qapısı açılıb döllənmə reallaşır.

Sperma yumurtaya uyğun dizayn olunarkən, eyni zamanda,


yumurta da həyata toxum olmağa hazır vəziyyətə gətirilir.
Qadının xəbəri yox ikən yumurtalıqlarda əmələ gələn
yumurta əvvəlcə qarın boşluğuna buraxılır, dərhal sonra da
ana bətnində uşaqlıq boruları ilə tutulur. Daha sonra yumurta
hüceyrə uşaqlıq yolunun daxili səthindəki tüklərin hərəkəti
ilə irəliləyir. Yumurta hüceyrənin ölçüsü bir duz dənəciyinin
yarısına bərabərdir.

Yumurta hüceyrə ilə sperma uşaqlıq yolunda görüşürlər.


Burada yumurta xüsusi maye ifraz etməyə başlayır. Bu maye
vasitəsilə spermalar yumurtanın yerini tapırlar. Bu cəhətə
diqqət edək, yumurta xüsusi maye ifraz etməyə başlayır
deyərkən insandan və ya şüurlu varlıqdan danışmırıq. Bu
kiçik zülal yığınının öz-özünə belə bir şeyə qərar verməsi,
habelə, spermanı cəlb edən kimyəvi birləşmə hazırlayıb ifraz

126 | P a g e
etməsi təsadüflə açıqlana bilməz. Ortada açıq-aşkar yaradılış
var.

Allah Təala (c.c) orqanizmin çoxalma sistemini xüsusilə


yumurta ilə spermanı görüşdürəcək şəkildə yaratmışdır.
Qadın çoxalma sistemini spermalara, spermaları da qadın
orqanizminə uyğun yaratmışdır.

Heç bir riyaziyyat təhsili almamış ağılsız hüceyrələr necə


olmuş da artma hüceyrələri üçün normal xromosom sayının
yarısını hesaplaya bilmişlər? Həm niyə hər biri fədakarlıq
edib genetik kodlarının yalnız yarısını balaya köçürməyə
razı olmuş? Ayrıca, necə olmuş ki, kişi və dişi heyvan və
bitki hüceyrələri bir-birləriylə xəbərləşib eyni rəqəmdə
razılaşmışlar ? Həm necə olmuş da cinsi yolla çoxalan hər
canlı növü özlərinə məxsus kimyəvi açarlar inkişaf
etdirmiş ?

İngiliscədə cib telefonuna “cell phone” deyirlər. Sözbəsöz


tərcümədə “hüceyrə telefonu” mənasına gəlir. Bəlkə də
hüceyrələrdə görünməz cib telefonları var. Kişi və dişi
organizmalardaki hüceyrələr bir-birləriylə xəbərləşib
xromosom sayında razılaşmışlar.

Ana və atadan gələn xromosomlar ana bətnində yeni


mayalanmış yumurta hüceyrə formasındadır. Bu hüceyrə
sürətlə bölünməyə başlayır və hüceyrələr bölündükcə 
müxtəlifləşir, yəni müxtəlif funksiyalar qazanır və
orqanizmin hansı hissəsində olmalıdırlarsa, o hissəyə
gedirlər. Bir-birinin eyni olan hüceyrələrdən ibarət ət yığını
olmaq əvəzinə bir qismi, məsələn, göz hüceyrəsi məhz
lazımi yerə, bir qismi isə ürəyi təşkil edərək döş qəfəsindəki
127 | P a g e
yerinə gedir və ya dəri hüceyrəsi olub bütün bədəni örtür.
Hüceyrələrin proqramlanmış şəkildə müxtəlif zülallar hasil
edib fərqli orqanlara çevrilməsinə tibbi dildə
“müxtəlifləşmə” və ya “morfogenez” deyilir. Hüceyrələr bu
bölünmə mərhələsində çox dəqiqliklə və müştərək işləyirlər.
Bəs bu qədər mükəmməl nizam və mütəşəkkillik necə baş
verir? İsrailli biofizik dr. Li Spetner də buradakı möcüzəvi
yaradılışa belə diqqət çəkir:
“İnkişaf proqramı necə işləyir? Necə olur ki, bu qədər
mükəmməldir? Gördüyümüz kimi, inkişaf iki yerə bölünən
bircə hüceyrədən başlayır. İkisi daha sonra dörd yerə
bölünür və beləcə davam edir. Bir mərhələdən sonra
hüceyrələr müxtəlifləşir, daha doğrusu, xassələrini
dəyişdirirlər. Nəticədə, hüceyrələrin bir qismi bir toxuma və
ya orqana, digər hüceyrələr isə başqa orqanlara çevrilir. Bu
hər dəfə, demək olar ki, eyni qüsursuzluqla baş verir. Bu,
necə olur?” (Lee M. Spetner, Not By Chance, Shattering The
Modern Theory of Evolution, The Judaica Press İnc., 1997,
səh. 234)

Bu sualların cavabı çox açıqdır: canlılar qüsursuz şəkildə


yaradılıblar və yaradılışlarındakı sənət və elm hər şeyin
Rəbbi olan uca Allah’a aiddir. Bir ayədə belə xəbər verilir:
”O, göyləri və yeri haqq-ədalətlə xəlq etdi, sizə surət verdi,
surətlərinizi də gözəl yaratdı. Axır dönüş də Onun
hüzurunadır!” (Təğabun surəsi, 3)

Həm də xromosom sayı bir çox canlı növündə tamamilə


fərqlidir. Məsələn, meyvə milçəklərində 8, soxulcanlarda 36,
pişiklərdə 38, siçanlarda 42, dovşanlarda 44, şimpanzenin
48, kəpənəklərdə 380 xromosom var. Buğdada 42 və siqaret
tütünündə 48 xromosom varkən, bəzi bitkilərdə xromosom
128 | P a g e
sayı mini keçir. Meyvə milçəklərinin işi asan ola bilər.
Bölmə əməliyyatını nisbətən asan edə bilərlər. Yüzlərlə və
ya minlərlə xromosomu olan bitki və heyvan hüceyrələrinin
işi çox daha çətindir. Daha yaxşı dərəcədə riyaziyyat
bilmələri lazımdır.

Darvinist elmin cavabını verə bilmədiyi min bir sual var.


Neo-darwinçilərin qabaqcıl adlarından John Maynard Smith,
metobolizma, çoxalma sistemi, genetik kodlar, hüceyrələr,
ökaryotik hüceyrələr, cinsiyyət, çox hüceyrəli orqanizmlər ,
heyvan birlikləri və dilin inkişafının radikal dəyişmələr
olduğunu qəbul edir [2]. Təkamül nəzəriyyəsi , bütün
canlıların bir zamanlar bir-birindən törədiyini iddia edir.
Halbuki hazırda mövcud olan canlılardan bilirik ki, iki
növdən başqa bir növ meydana gəlməsi istisnadır. Qatır
nümunəsində olduğu kimi, yeni bir növ meydana gəldiyində,
ümumiyyətlə sonsuz olur. Yəni şoxalma ilə nəslini davam
etdirə bilmir. Çünki xromosom ədədləri fərqli olur. Qatır
nümunəsində, 32 cüt xromosom atdan və 31 cüt xromosom
eşşəkdən gəlir. Cəmdə, 63 xromosom olur. Xromosom sayı
tək sayı olunca nəsilin davamı mümkün olmur.

Elmin hələ sirrini həll edə bilmədiyi cinsi çoxalma


sisteminin xariquladə fəaliyyəti belə tək başına hədsiz elm,
qüdrət və hikmət sahibi Allahı bilmək üçün kafi ola bilər.

129 | P a g e
Təsadüf haqqında
Bir hüceyrənin təsadüfən əmələ
gəldiyini  düşünsək
  
Bir canlı hüceyrəsinin təsadüflərlə əmələ gəldiyini düşünən
bir insan aşağıda izah edəcəyimizə bənzər hekayəyə də
asanlıqla inanmalıdır. Bu, bir şəhər haqqında qısa hekayədir.
Fərz edək ki, bir gün qeyri-münbit bir ərazidə qayaların
arasında qalmış bir miqdar gilli torpaq yağan yağışlar
nəticəsində palçığa çevrilir. Palçıq günəş çıxdıqda
qayalarında arasında quruyub bərkiyir və təsadüfən müəyyən
forma alır. Daha sonra onun üçün qəlib vəzifəsini yerinə
yetirən qayalar ovulub dağılırlar və ortaya düzgün formalı,
möhkəm kərpic çıxır. Bu kərpic illərlə eyni təbii şərtlər
daxilində özü kimi başqa kərpiclərin də əmələ gəlməsini
gözləyir. Bu gözləmə eyni kərpicdən eyni yerdə yüzlərlə,
minlərlə kərpicin əmələ gəlməsinə qədər əsrlərlə, min illərlə
davam edir. Bu zaman böyük təsadüf nəticəsində əvvəlcə
əmələ gələn kərpiclər də dağılıb pozulmur. Min illərlə
fırtınalara, yağışlara, küləklərə, yandırıcı günəş şüalarına,
dondurucu soyuğa məruz qalan kərpiclər parçalanmır,
çatlamır, başqa yerlərə sovrulub dağılmır, eyni yerdə və eyni
möhkəmlikdə digər kərpiclərin əmələ gəlməsini gözləyirlər.

130 | P a g e
Kərpiclər lazımi miqdarda olduqda külək, fırtına, siklon
kimi təbii amillərin təsiri ilə sovrulur və təsadüf nəticəsində
yan-yana və üst-üstə planlı şəkildə düzülüb bir bina tikirlər.
Eyni zamanda kərpicləri bir-birinə yapışdıran sement, suvaq
kimi məmulatlar da “təbii amillərlə” əmələ gəlib qüsursuz
plan daxilində kərpiclərin arasına girir və onları bir-birinə
bərkidirlər. Bütün bu proseslər başlayarkən torpağın
altındakı dəmir filizləri də “təbii amillərlə” formaya düşüb
torpağın üstünə çıxaraq kərpiclərin əmələ gətirdiyi binanın
bünövrəsini qoyurlar. Nəticədə hər cür məmulatı, taxtası,
texniki qurğuları ilə birlikdə bütöv bir bina ortaya çıxır.

Əlbəttə, bina təkcə bünövrədən, kərpicdən və suvaqdan


ibarət deyil. Elə isə digər çatışmazlıqlar necə
tamamlanmışdır? Cavab sadədir: binanın ehtiyacı olan hər
cür məmulat torpaqda var. Şüşələr üçün lazım olan silisium,
elektrik kabelləri üçün lazım olan mis, simlər, şalbanlar,
mismarlar, su boruları və s. üçün lazım olan dəmir torpağın
altında bol miqdarda mövcuddur.

Bütün bu məmulatların formalaşıb binanın içinə


yerləşmələri də “təbii amillərin” hünəri ilə baş verir. Əsən
külək, yağan yağış, bir az fırtına və yeraltı təkanın da
köməyi ilə bütün texniki vəsait, taxta, aksesuarlar
kərpiclərin arasında yerli-yerində oturur. İşlər o qədər
yolunda getmişdir ki, kərpiclər sonradan təbii şərtlər
daxilində şüşə adlı bir şeyin əmələ gələcəyini bilirmiş kimi
lazımi pəncərə yerlərini qoyaraq düzülmüşdürlər. Hətta
sonradan yenə təsadüflərlə meydana gələn su, elektrik,
mərkəzi istilik sistemi qurğuları üçün yerləri də qoymağı
unutmamışlar. Bütün işlər o qədər yolunda getmişdir ki,
131 | P a g e
“təsadüflər” və “təbii amillər” qüsursuz dizayn meydana
gətirmişdir.

Bu hekayəyə inanan bir şəxs bu qədər açıqlamadan sonra


şəhərdəki digər binaların, qurğuların, tikililərin, yolların,
xiyabanların, kanalizasiya sisteminin, rabitə və nəqliyyat
sistemlərinin necə əmələ gəldiyini də düşünərək tapa bilər.
Hətta mövzu ilə bir az əlaqəlidirsə, şəhərin “kanalizasiya
sisteminin təkamül prosesi və mövcud tikililərlə
uyğunluğu” haqqındakı nəzəriyyələrini açıqladığı bir neçə
cildlik “elmi” əsər belə yaza bilər. Bu üstün fəaliyyətlərinə
görə akademik mükafata belə layiq görülə bilər, özünü
bəşəriyyət tarixini aydınladan düha olduğunu zənn edə
bilər.

Darvin öz dövründə hüceyrənin olduqca sadə quruluşa


malik olduğunu zənn edirdi. Darvini dəstəkləyən E.Hekel
dənizin dibindən çıxardığı üstdəki palçığın öz-özünə
canlanacağı fikrini də ortaya atmışdı.

Canlıların təsadüflərlə əmələ gəldiyini irəli sürən təkamül


nəzəriyyəsi elə bu qədər, bəlkə bundan daha çox
həqiqətdənkənardır. Çünki tək başına bir hüceyrə bütün iş
sistemi, rabitə, nəqliyyat və idarəetməsilə birlikdə böyük bir
şəhərə bənzəyən kompleksliyə malikdir. Məşhur
molekulyar bioloq Maykl Denton “Təkamül: Böhran içində
nəzəriyyə” (Evolution: A theory in crisis) adlı kitabında
hüceyrənin bu kompleks quruluşundan belə bəhs edir:

132 | P a g e
Həyatın molekulyar biologiyası tərəfindən üzə çıxarılan
reallığını qavramaq üçün bir hüceyrəni təqribən bir milyon
dəfə böyütməliyik, ta ki diametri 20 km-ə çatsın. Belə
olduqda hüceyrə Nyu York və ya London kimi böyük şəhər
qədər nəhəng ölçüdəki kosmik gəmiyə bənzəyəcəkdir.
Qarşımızda bənzərsiz dərəcədə kompleks sistem və
qüsursuz dizayn olduğunu görərik. Hüceyrəni lap yaxından
nəzərdən keçirsək, üzərindəki milyonlarla kiçik qapı ilə
qarşılaşarıq. Eynilə kosmik gəmidəki avtomatik qapılar
kimi bu qapılar daima açılıb-bağlanaraq hüceyrənin içinə və
ya xaricinə keçən maddə axınını tənzimləyirlər. Əgər bu
qapıların hər hansı birindən içəri girsək, qeyri-adi
texnologiya və heyrətamiz kompleksliklə qarşılaşarıq.
İnsanların istehsal etdiyi hər şeydən çox üstün olan bu
texnologiya bizim yaradıcı zəkamızın həddindən artıq
fövqündə durur. Bu sistem “təsadüf” anlayışının hər
mənada tamamilə “antitezisini” təşkil edir.

Balıqların kürü tökməsi və  təsadüf


Sual: Balıqların çoxlu sayda kürü tökməsinə baxmayaraq
bunlardan çoxu məhv olur. Sadəcə müəyyən qismi sağ qalır.
Bu fakt təsadüfə misal ola bilərmi?

CAVAB:

133 | P a g e
Milyonlarla kürüdən eyni anda hamısının deyil, sadəcə
bəzilərinin bala verməsi zahirən baxdıqda təsadüfi hadisə
kimi görünə bilər. Lakin bu bir təsadüf yox, intizamlı
sistemə nümunədir. Sadəcə olaraq,  ateistlər məsələyə
yanlış baxış bucağından baxdıqları üçün məsələnin kökünü
dərhal təsadüflərə bağlayırlar. Problem də bundadır.

Gəlin bir anlıq fərz edək ki, xüsusi bir balıq növünə aid
milyonlarla kürünün hamısı eyni anda bala verir. Əgər belə
hal olsaydı, onda həmin balıq növünün yaşadığı su
hövzəsində nələr baş verərdi?

Bu zaman həmin növə aid balıqların sayı inanılmaz sürətlə


artar, dominantlıq əldə edər və su hövzəsində mövcud olan
diger su canlılarının yaşaması üçün müxtəlif həyati
tehlükələr yaranardı. Beləliklə, bir növə aid qeyri-adi sürətli
artım yaşadığı ekosistemdə qeyri-balansın  meydana
çıxmasına səbəb olardı.

Təsəvvür etsək ki, eyni proses digər canlı növlerində də


baş verseydi, qısa müddet erzinde ekosistemde hansı böyük
pozuntu və qeyri-tarazlıqlara yol aça bilərdi.

Lakin göründüyü kimi adətən süni müdaxilələr olmadıqca


təbiətdə belə bir hal baş vermir və canlı növlərinin sayı
arasındakı balans təbii şəkildə tarazlanır. Çünki bir balıq
növü terefinden buraxılan çox saylı kürülerin bir qismi bala
verir, diger qismi ise başqa canlılar terefinden ovlanaraq
onların qida menbeyini teşkil edir.

134 | P a g e
Göründüyü kimi burada düşünülmüş nizamlı bir sistem
fealiyyet gösterir.

Bu yolla hem bir canlı növünün müeyyen nisbetde artımı


temin edilir, diger canlı növleri ise qida ile temin olunaraq
ac qalmasının qarşısı alınır. Bununla da sanki tebietde göze
görünmez el ile ekosistemdeki balans qorunur.

Qeyd etdiyimiz kimi milyonlarla balıq kürüsü əslində boş


yerə israf olmur, başqa canlıların qidasına çevrilir və bir
növ onların ruzisi rolunu oynayır və onların həyatda sağ
qalmalarına yardım edir. Balıq kürüsü müxtəlif faydalı
vitaminləri özündə ehtiva etməklə həm də sağlam yaşam
tərzi baxımından insanların qida rasionunda önəmli paya
sahibdir.

Ümumiyyetle, tebietde israf yoxdur, tebii özünü


tenzimleme mexanizmi var. Eslinde tekce suda yox, bütün
tebietde bu proses gedir. Müxtelif canlı növleri sağ qalmaq
üçün başqa canlılarla qidalanırlar. Bununla da hem bir canlı
növünün süretle artımının qarşısı alınır, hem de diger
canlıların ruzisi temin olunur. Allah Tealanın (c.c) tebietde
qoyduğu nizam budur.

Yuxarıdakı misalı köpək balıqlarının da timsalında izah


etmək olar. Zahirən, köpək balıqları yırtıcı və təhlükəli
heyvan növü kimi qəbul edilə bilər. Lakin onların yerinə
yetirdiyi funksiyaya baxdıqda isə hər şey aydın olur. Belə
ki, köpək balıqları okeanların ekosistemindəki tarazlığı
qorumaq üçün çox vacib amildir. Köpək balıqları ölü və

135 | P a g e
xəstə heyvanlarla qidalanmaqla “təmizləyici” funkiyasını
yerinə yetirir. Digər tərəfdən isə yırtıcı rolunu oynamaqla
başqa heyvan növlərinin sayına “nəzarət edir.” Onlar həm
də ən çox mövcud olan növləri ovlamaqla növlərin
müxtəlifliyini qoruyub saxlayırlar. Bir çox alimlər qeyd
edirlər ki, köpək balıqları olmadan okeanların
ekosistemindəki balans pozula və dağıdıcı effekt yarada
bilər.

“ÖZ-ÖZÜNƏ, TƏSADÜFƏN
YARADILIŞIN” MƏNTİQSİZ FƏLSƏFƏSİ

Ateistlərə görə kainat və canlı həyat “öz-özünə,”


“təsadüfən” yaranıb. Yəni, “ağılsız” və “şüursuz” atomlar
bir-birini kopyalayaraq, ağıllı dizayn edərək, səhvsiz,
qüsursuz hüceyrələr, orqanlar, orqanizmlər və s yaratmaq
qabiliyyətinə malikdirlər. Bir sözlə, ateistlər, tək yaradan
Allahı(c.c) inkar etməklə, əslində atomları ilah kimi qəbul
etmiş olurlar və bir Yaradan olan Allah(c.c) əvəzinə, çoxlu
ilahlara, yaradanlara (şüursuz və ağılsız atomlara) “iman”
edirlər.
Bu kiçik yazımızda “öz-özünə yaradılışın” mümkünsüz və
məntiqsiz olduğunu əqli-məntiqi dəlillərlə izah etməyə
çalışacağıq)

136 | P a g e
İnsanın bədəninə elə bir nizam qoyulub ki, orada heç bir
hüceyrənin özbaşına hərəkət etməsi mümkün deyildir. Hər
bir hüceyrə ağıllı və şüurlu varlıq kimi öz işini görür.
Məsələn, bədənin bir hüceyrəsinə nəzər salaq. Əgər o
hüceyrəni Sonsuz Qüdrət Sahibinin əmrləri ilə hərəkət edən
bir məmur hesab etməsək, o halda bununla razılaşmaq
lazım gəlir; o hüceyrə aid olduğu bədəni tanıyır, görür,
onun forma və quruluşunu bilir.

Məsələn, insanın həzm sistemini təsəvvür edək. Ağız


boşluğundan yoğun bağırsağa qədər uzanan orqanlar
mükəmməl ahənglə işləyir. İnsan bədənini bütün kainatla
əlaqəli olması göstərir ki, o, bütün kainatı görən bir göz,
vücudunun quruluşunu, nə cür işlədiyini, nə ilə
qidalandığını BİLƏN BİR AĞIL TƏRƏFİNDƏN İDARƏ
EDİLİR. Buradan belə nəticə çıxır ki, hər hüceyrə bir dahi
kimi ağıllı, bir ilah qədər qüvvətli olmalıdır. Nəticə
etibarilə, TƏK ALLAHI İLAH QƏBUL ETMƏYƏN BİR
İNSAN (İNKARÇI) KAİNATDAKI HÜCEYRƏLƏRİN
SAYI QƏDƏR İLAHLARI qəbul etmək kimi gülünc
vəziyyətə düşür.

İnsan bədəni min qübbəli sarayı xatırladır, o sarayın hər


qübbəsində daşlar baş-başa verib. Halbuki insanın vücudu
bu saraydan min dəfə artıq heyrətamiz quruluşa malikdir.
Çünki daima yenilənir. Əgər insanın vücudunu təşkil edən o
hüceyrələrin Sonsuz Qüdrətin məmurları olmadığını fərz
etsək, onda gərək HƏR BİR HÜCEYRƏ DİGƏR
HÜCEYRƏLƏRİN HƏM MÜDİRİ, HƏM DƏ İŞÇİSİ
OLSUN. Yəni həm başqa hüceyrələrə tapşırıq verib onları
lazımi yerlərə göndərməli, həm də özü onların lazım bildiyi
137 | P a g e
yerlərə getməlidir. Əlbəttə ki, hər ağızdan bir avaz gəldiyinə
görə burada heç bir nizam və nəticədən söhbət gedə bilməz.

Məsələn, gözdəki bir hüceyrə başqa nahiyədə də ola


bilərdi. O, göz adlı orqanda OLMAĞI ÖZÜ SEÇİB??? NƏ
ÜÇÜN BAŞQA HÜCEYRƏLƏR GÖZDƏ OLMAQ
İSTƏMƏYİBLƏR??? BƏLKƏ, BİR YERƏ YIĞIŞIB
RAZILIĞA GƏLİBLƏR??? Məsələ təkcə bununla da
bitmir. O göz hüceyrəsi Günəşdən gələn şüaları qəbul
etmək üçün xüsusi quruluşda yaradılmışdır. GÖZ ÖZÜ-
ÖZÜNÜ “YARADARKƏN” GÜNƏŞİ HARDAN
TANIYIRDI? YOXSA ÖZÜNÜ “YARADAN”DAN
SONRA GÜNƏŞİ ÖZÜNƏ UYĞUNLAŞDIRIB?
HÜCEYRƏLƏR HAVANIN TƏRKİBİNİ İNSAN
VÜCUDU ÜÇÜN NECƏ ƏLVERİŞLİ ŞƏKLƏ SALIB?
İNDİ HƏR BİR HÜCEYRƏYƏ İLAH DEMƏLİYİK?

Bir kitab götürək. “Bu kitabı bir müəllif öz elmindən


istifadə edərək yazmışdır,”–desək, fikrimiz sual doğurmaz.
Əksinə, “Bu kitab bir mətbəədə öz-özünə çap
olunmuşdur,”– desək, o zaman aşağıdakı sualları
cavablandırmalı olacağıq:

Kitab çap edən o dəmir hərfləri ard-arda kim düzmüşdü?


Yaxşı, tutaq ki, hərflər öz-özünə sıralanıb. Elə isə o dəmir
hərfləri istehsal edən zavoda, o zavodu tikmək üçün başqa
bir şirkətə və s-ə ehtiyac yoxdurmu?

Min ədəd dəmir hərf fiquru olan bir mətbəə təsəvvür edək.
Bir nəfər durub desə ki, külək qalxdı və o hərflər yerə

138 | P a g e
tökülüb öz-özünə mənalı sözlər meydana gətirdi, bəlkə də,
bunu hardasa təsəvvür edə bilərsiniz. “On cümlə alındı,”–
desə, (müşkül görünsə də) bunu da ehtimal edə bilərsiniz.
Lakin “Bircə hərf səhv olmadan mənalı bir şeir alındı,”–
desə, bu yerdə insaf axtarmalı olarsınız. Çünki on dənə
rəqəmin bir-birinin ardınca düzülmək ehtimalı on milyonda
birdir. Rəqəm sayı on ikiyə qalxsa, trilyonda bir ehtimal
olar. İyirmi iki olsa, trilyon dəfə trilyonda bir ehtimal
deməkdir. Elə isə min ədəd hərfin ÖZ-ÖZÜNƏ DÜZÜLÜB
ŞEİR ƏMƏLƏ GƏTİRMƏSİNİN NƏ QƏDƏR
MƏNTİQSİZ OLDUĞUNU ÖZÜNÜZ HAQQ-HESAB
EDİN.

İnsanda altmış trilyon hüceyrə və hər hüceyrədə bir milyon


protein var. Bir proteinin təsadüfən əmələ gəlməsi üçün
10+160 ədəd 0 (10^160) qədər ehtimal tələb olunur. Siz bu
ədədi hüceyrənin yaranması üçün bir milyona, bir insanın
yaranması üçün isə altmış trilyona vursanız, saysız-hesabsız
ədədlərdən ibarət cavab alınar.

Üstəlik, hər bir hüceyrənin yerli-yerində olmasından ötrü


digər ehtimallara da ehtiyac var. ÇÜNKİ GÖZÜN
HÜCEYRƏSİ İLƏ QULAĞIN HÜCEYRƏSİ bir-birindən
fərqlənir. Ən əsası da bu ehtimalların hamısı BİR
MƏRKƏZ TƏRƏFİNDƏN idarə olunmasa, heç bir nəticə
alınmaz.

Üstəlik, bütün bunları təsadüflərin ayağına yazmaq isə


olduqca gülüncdür. (Ateizmin gülünc olan əsas tərəfi)
TƏSADÜF DƏ OLSA-OLSA BİR DƏFƏ OLAR. EYNİ
ŞEYLƏR MÜNTƏZƏM ŞƏKİLDƏ BAŞ VERİRSƏ,
139 | P a g e
DEMƏK, ƏSLA TƏSADÜF DEYİL. TƏSADÜFÜN
TƏKRARI MÜMKÜN OLURSA, ONUN HARASI
TƏSADÜF OLDU??? Halbuki dünyada hər şeyin nizamlı
olduğunu və bir qanunla idarə edildiyini, yəni təbiət
qanunlarının mövcudluğunu görürük.

Əgər TƏSADÜF adlı bir şey olsa idi, o zaman


QANUNDAN, NİZAMDAN SÖHBƏT GEDƏ
BİLMƏZDİ. Bir nizam, bir qanun varsa, deməli, o nizamı
quran, o qanunu qoyan vardır. Nəticə etibarilə, dünyadakı
nizam və ahəng hər şeyi öz yerinə qoyan və hər şeyə gücü
yetən ALLAHIN VARLIĞINI aşkar surətdə göstərir.

Təsadüf yalanı və “meymun  teoremi”

Riyaziyyatda “Meymun Teoremi” adlanan bir teorem


vardır. Bu barədə vikipediya məqaləsi bunları
deyir:”Sonsuz meymun teoremi — bir yazı makinasının
düymələrinə sonsuz bir müddət boyunca təsadüfi şəkildə
basan bir meymunun müəyyən bir mətni (məsələn Vilyam
Şekspirin bütün əsərlərini) demək olar ki tam dəqiq olaraq
yaza biləcəyini iddia edən riyaziyyat teoremidir.
Burada “meymun” sözü həqiqi bir meymundansa, təsadüfi
hərflərdən ibarət olan bir təsadüfi ardıcıllığı sonsuzadək
davam etdirə bilən bir obyekti ifadə edir. Teorem çox
böyük, amma sonlu bir ədəd xəyal edərək sonsuzluq
haqqında fikir yürütmənin risklərinə diqqət çəkir. Bir
meymunun Şekspirin Hamleti kimi bir əsəri tamamən eyni
140 | P a g e
formada yaza bilmə ehtimalı o qədər kiçikdir ki, bu
hadisənin kainatın yaşı miqdarında bir vaxtda həyata keçmə
şansı çox azdır, amma sıfır deyildir.
Teoremin çox və ya sonsuz sayda printer olan versiyaları
olduğu kimi, hədəf mətnin böyüklüyü də bütün bir
kitabxana ilə tək bir cümlə arasında da dəyişə bilir.
Teoremin kökləri Aristotelin ‘Yaranma və Dağılma’ və
Siseronun ‘De natura deorum’ adlı əsərləri ilə Blez Paskal
və Conatan Sviftin düşüncələrinə əsaslanır. …..
Yazı yazan meymunlara olan xüsusi maraq televiziya,
radio, musiqi və İnternetdəki bir çox misaldan görünə bilir.
2003-cü ildə altı kəkilli qara meymunla (Macaca nigra) bir
sınaq həyata keçirilmişdir, lakin ortaya çıxmış kağız ‘S’
hərfinin üstünlük təşkil etdiyi beş səhifəlik bir yazı
nümunəsi olmuşdur.
Teoremin olduqca başa düşülən bir sübutu vardır. …
Yazı makinasında 50 düymə olduğu və yazılacaq sözün
“meymun” olduğunu güman edək. Düymələrə təsadüfi
şəkildə basıldığı nəzərə alınarsa, yazılan ilk hərfin m olma
ehtimalı 1/50-dir. Oxşar qayda ilə, ikinci hərfin e olma
ehtimalı da 1/50-yə bərabər olacaqdır. Ard-arda yazılan
hərflər bir-birindən asılı olmayan hadisələr olduğundan, ilk
altı hərfin “meymun” sözünü əmələ gətirdiyi ehtimalı
(1/50) × (1/50) × (1/50) × (1/50) × (1/50) × (1/50) = (1/50)6
= 1/15.625.000.000

olaraq hesablanır. Bu ədəd də 15 milyardda birdən kiçikdir.


Eyni səbəblə də yazılacaq sonrakı altı hərfin “meymun”
sözünü əmələ gətirməsi ehtimalı da (1/50)6-ya bərabər
olacaq və bu hal belə də davam edir.”
Məqalə bir qədər daha genişdir. Bəli, riyazi olaraq bu
teorem ehtimalın sıfırdan fərqləndiyini isbat edir. Lakin
141 | P a g e
ateistlərin bu cür teoremlərə əsaslanmaqları onların
intellektual krizis yaşadığını göstərir. Ateistlər həyatın
təsadüf nəticəsində əmələ gələ biləcəyini müdafiə etmək
üçün bu teoremi misal göstərirlər, yəni riyazi olaraq bunun
mümkün olduğunu demək istəyirlər.
Yəhudi fizikaçı alim və astrofizik Gerry Schroeder bu
arqumentin absurd olduğunu ən aşkar şəkildə göstərmişdir.
Shroeder ilk öncə məqalədə də qeyd olunan eksperimentə
toxunur. Britaniya Milli İncəsənət Şurasının apardığı
eksperimentdə qəfəsdəki altı meymunun yanına bir
kompyuter qoyulur. Meymunların bir ay ərzində
kompyuterə danqıldatmaqları nəticəsində əlli səhifə
yazıblar. Lakin bu əlli səhifənin içində tək bir söz belə
tapmaq mümkün olmayıb. İngilis dilində ən qısa söz bir
hərfdən ibarət ola bilər. Misal üçün “a” və ya “İ” sözləri
ingilis dilindəki ən qısa sözlərdir. “A” sözünün yazılması
üçün hərfdən öncə və sonra boşluğun gəlməsi şərtdir. Lakin
50 səhifəlik yazıda bu dərəcədə qısa bir söz belə əmələ
gəlməmişdi. Əgər klavyaturadakı düymələrin sayının otuz
olduğunu nəzərə alsaq belə qısa bir sözü yazmaq ehtimali
30 * 30 * 30 olmalıdır, yəni 27 000 olmalıdır. Yəni bir
hərfdən ibarət sözün yazılma ehtimalı 27 000-də birdir.
Shroeder daha sonra Shakespeare’in bir sonetasının bu yolla
yazılma ehtimalının nə qədər olduğunu müzakirə edərək
yazır. Sonetaların hamısı eyni uzunluqdadır və hər biri on
dörd sətr uzunluğunda olur. Shroeder bildiyi “Shall I
compare thee to a summer’s day?” sonetasına bunu tətbiq
edir və qeyd edir ki, sonetadakı hərflərin sayının 488
olduğunu təsbit edib. Meymunların sonetadakı ardıcıllıq ilə
klavyaturanı danqıldadaraq 488 hərfi doğru yazmaqları
ehtimalı nədir? Əldə edilən nəticə 26 üstü 488-dir, yəni 26-
nı 488 dəfə özünə vurmalısan. Başqa sözlə 10-un arxasına
142 | P a g e
690 dənə sıfır əlavə etməklə buna yaxın bir rəqəm əldə
ediləcək. Bəs kainatdakı zərrələrin – yəni protonların,
elektronların və neytronların – sayı nə qədərdir? Hesaba
əsasən onların sayı 10-un arxasına 80 sıfır qoşmaqla əldə
edilən rəqəmdir. Beləliklə də kainatda bunu cəhd etmək
üçün lazım olan qədər zərrəciklər yoxdur, yəni
meymunların təsadüfən Şhakespeare’in bir sonetasını
yazmaq üçün tələb olunan cəhd 10 üstü 690 olduğu üçün,
kainatdakı zərrəciklərin sayı isə 10 üstü 80 olduğu üçün
zərrəciklər təxminən 10 üstü 600 dəfə lazım olan saydan
azdır.
Shroeder sözünə davam edərək deyir ki, sən əgər bütün
kainatı götürüb onları kompyuter çiplərinə çevirsən və
onların hər biri bir qramın milyonda biri qədər çəkiyə malik
olsa və belə deyək bu çiplərdən hər biri saniyədə milyon
dəfə bu 488 cəhdi yerinə yetirməyə qadir olarsa, yəni bütün
kainatı mikrokompyuter çiplərinə çevirə bilsən və hər bir
çip saniyədə milyon dəfə təsadüfi hərfləri düzə bilərsə, o
zaman vaxtın başlanğıcından bura qədər edə biləcəyin
cəhdlərin sayı 10 üstü 90 cəhd olacaq. Yəni kainat ən
azından bundan 10 üstü 600 dəfə böyük olmalıdır ki, belə
bir sonetanın yazılış ehtimalına çata bilsin. Lakin buna
baxmayaraq meymunların bunu edə biləcəyinə inanan
beyinlər vardır.

Təsadüf varmı?

“Mən filankəsi təsadüfən gördüm, onunla təsadüfən


rastlaşdım”, “təsadüfən əlimdən düşdü”, “dünya
təsadüflərlə doludur” kimi cümlələr sanki nitqimizin və
söhbətlərimizin ayrılmaz hissəsinə çevrilib. Fərqinə
143 | P a g e
varmadan bu ifadədən yerli-yersiz istifadə edirik. Ancaq
onun həqiqi mənasını bir çox hallarda anlamırıq.

Təsadüf nədir? Bir hadisənin təsadüfən baş verməsi yaxud


təsadüfi proseslər dedikdə əslində nə nəzərdə tutulur?

Təsadüf – hadisələrin məqsədsiz və səbəbsiz şəkildə


cərəyan etdiyini təsvir etmək üçün işlədilən anlayışdır. Əgər
ortada hər hansı bir səbəb və məqsəd varsa, onda təsadüfə
yer yoxdur. “Təsadüf” sözünün mənası “özü-özünə
meydana gələn, hansısa bir səbəbdən asılı olmayan”
deməkdir. Yəni təsadüfi adlandırdığımız bir olay guya
hansısa səbəbdən baş vermir, özü-özünün səbəbi kimi
meydana çıxır. Beləliklə, təsadüf dedikdə bir şeyin səbəbsiz
meydana gəlməsini başa düşürük. Bəs səbəb nədir?
Aristotelə görə səbəb dörtdür: 1) Maddi səbəb; 2)
Formalaşdıran səbəb; 3)Aktiv səbəb; 4) Məqsəd (bir şeyin
qarşısına sırf bir məqsəd qoyaraq hərəkəti). Qeyd olunan ilk
3 səbəbsiz bir şey və ya hadisə meydana gələ bilməz. Bunu
heç bir materialist belə qəbul etmir. Elmdə bu müzakirə
absurddur. Təsadüfün digər mənası da hadisənin məqsədsiz
yaranmasıdır. Bu mənada kainatda təsadüf varmı? Təsadüf
mütləqdir yoxsa nisbi? Filosof Mürtəza Mütəhhəri bu
məsələyə belə şərh verir: “Hər bir səbəb hətta şüursuz olsa
belə, bir hədəfə doğru hərəkət edir. Əgər hər biri bir hədəfə
doğru hərəkət edən iki səbəblər silsiləsi olsa, mümkündür
ki, onlar müəyyən bir nöqtədə bir-biri ilə kəsişsin və bu
zaman bir hadisə baş versin. Bu hadisəyə təsadüf deyirik.
Məsələn, bir nəfər harasa getmək üçün yolu keçmək istəyir
və bu zaman bir avtomobil də harasa getmək üçün hərəkət
edir; Bir birlərinə diqqət etmirlər, təsadüfən müəyyən anda,
144 | P a g e
yolun müəyyən nöqtəsinə çatırlar və qəza baş verir.
Kainatda da bu cür təsadüf mövcuddur. Bu mənada
təsadüfün baş verməsi şüphəsizdir. Geniş və əhatəli baxışa
görə isə aləmdə təsadüf yoxdur. Avtomobil qəzasını təsadüf
hesab edirik. Qəza sürücünün və yolu keçənin hədəfi
baxımından təsadüfdür. Yəni heç birinin hədəfində bu qəza
yox idi, amma aləmin ümumi nizamı baxımından bunlar
təsadüf deyil. Əgər insan daha dəqiq düşünsə, görər ki,
aləmin ümumi nizamı nəzərindən bu qəza da hədəfin və
planın bir hissəsini təşkil edir. Bu hadisəni “Təsadüf”
bilmək bizim məlumatsızlığımızdan irəli gəlir. Bir şeyi
bilmədikdə deyirik ki, təsadüfdür. Belə bir misal çəkək: A
adlı bir insan su üçün quyu qazır və buradan xəzinə tapır.
Bu halda onun “Mən su üçün quyu qazırdım, təsadüfən
xəzinə tapdım” deməsi düzgündür. Ancaq başqa birisi
məsələn B adlı başqa bir insan orda həmin yerdə qızıl
olduğunu bilir. Və bilir ki, kimsə oranı qazsa xəzinəni tapar.
Bu halda B nin nöqteyi-nəzərindən baxdıqda bu hadisənin
baş verməsi təsadüf deyil. Ancaq A adlı insanın nöqteyi-
nəzərindən bu təsadüfdür” Filosofun yuxarıda çəkdiyi
avtomobil qəzası məsələsinə də diqqət etsək, bu qəza
sürücü və piyadanın nöqteyi-nəzərindən təsadüfdür. Ancaq
hər şeyi bilən Allah üçün təsadüf deyildir. Çünki o bilir ki,
piyada məhz bu vaxt, burdan, bu sürətlə keçsə, digər
avtomobil onu vuracaq. Deməli biz ümumi mənada qəbul
etməliyik ki, təsadüf mütləq yox, nisbidir. Biz hadisələrə
bizim elmimiz və məlumatsızlığımız üzündən təsadüf
deyirik. Bu tarixdən də məlumdur. 4-5 əsr bundan əvvəl
Aristotelin materialist nəzəriyyəsinin təsiri altında olan
Avropada elmdə “təsadüf” ifadəsi hadisənin daha böyük
hissəsini əhatə edirdi. Buna misal o dövrdə abiyogenez
üçün “sübutları” göstərə bilərik. Bu gün elmdə təsadüf
145 | P a g e
ifadəsi hadisənin çox kiçik hissəsini əhatə etdiyi halda, 4-5
əsr əvvəl abiyogenezə sübut üçün Nil çayı daşan zaman və
ya taxıl anbarında “birdən-birə” meydana gələn siçovulu
sübut göstərirdilər. “Taxıldan, çirkabdan təsadüfən siçovul
meydana gəldi.” Buna səbəb elm hadisəni öyrənərkən o
hadisəni tamamilə araşdıra bilməməsinə görədir. Kainatın
inkişafını öyrənərkən yaranan boşuqlara “təsadüf”
ifadəsindən istifadə olunur. Sadəcə son 4-5 əsri araşdırsaz
təsadüf ifadəsinin nə qədər kiçildiyini görəcəksiniz. Son
nəticə olaraq bizə məlum olur ki, təsadüf kainatda mütləq
yox nisbidir.

Kainatda nəhəng bir sistemin fəaliyyətdə olduğunu bilirik.


Onu da bilirik ki, bu sistemdə kiçik bir dəyişiklik
bütövlükdə sistemin dağılmasına səbəb ola bilər. Ayı Yerin
ətrafında, Yeri Günəş sistemində saxlayan da, planetlər
arasındakı tarazlığı qoruyan da məhz bu sistemdir. Bu
sistem sayəsində biz nə soyuqdan donuruq, nə də istidən
bişirik. Qısacası, kainatdakı hadisələrin hamısı müəyyən bir
nizam-intizam əsasında baş verir. Yəni burada təsadüflərə
qətiyyən yer yoxdur.
“Mən onunla təsadüfən rastlaşdım” cümləsinə baxaq.
Məsələn, fərz edək ki, sən çörək almaq üçün mağazaya
gedirsən. Orada uzun müddət görmədiyin bir tanışınla
rastlaşırsan. Söhbət zamanı məlum olur ki, o, xəstəxanaya
gedirmiş və xəstəxana da sənin gedəcəyin mağazanın
yaxınlığında yerləşir. İndi məsələni bir qədər də incələyək.
Sənin çörək almağın zərurətdir. Əgər almasan, ac
qalacaqsan. Tanışının da xəstəxanaya getməsi zərurətdir.
Getməsə, ağrıları artacaq. Yəni ortada zərurətlər var və bu
zərurətlər səbəblərin meydana çıxması üçün zəmin
hazırlayır. Zərurətlərdən isə təsadüflər doğa bilməz.
146 | P a g e
Belə bir fikir də səsləndirilə bilər ki, niyə məhz o xəstəxana
və ya mağaza seçilib? Təbii ki, sənin o mağazanı, tanışının
isə o xəstəxananı seçməyini zəruri edən səbəblər var. Ola
bilər ki, mağaza sənin evinin yaxınlığındadır və ya o
mağaza daha ucuzdur. Həmin xəstəxanada isə təcrübəli
həkim və ya xidmətlərin qiyməti sərfəli ola bilər. Bunlar
hamısı əslində seçimləri zəruri edən səbəblərdir.
Buna bənzər nümunələri artırmaq da mümkündür. Ola bilər
ki, hansısa olayı zəruri edən səbəb(lər)i ilk baxışdan
görməyək və ya anlamayaq. Ancaq bu, o demək deyil ki,
həmin səbəblər yoxdur. Bizim bilmədiyimiz və ya
görmədiyimiz o qədər səbəblər var ki!
Kainatda təsadüflərə yer yoxdur. Hər şey (bizim bildiyimiz
və ya bilmədiyimiz, gördüyümüz və ya görmədiyimiz,
duyduğumuz və ya duymadığımız) plan daxilində baş verir.
İslamda belə bir gerçək var: Allahın (c.c.) icazəsi olmadan
bir yarpaq belə budağından qopmaz. Bu gerçəyi
anlamayanlar küləyin “təsadüfən” əsdiyini, o yarpağın da
“təsadüfən” düşdüyünü zənn edirlər. Halbuki kainat
yaradılmazdan əvvəl hansı yarpağın hansı budaqda
cücərəcəyi, nə zaman yerə düşəcəyi bəlli idi. Bu dərəcədə
planlaşdırılmış bir olaya təsadüf adını vermək nə qədər də
ədalətsizlikdir?
Baxmaq fərqlidir, görmək fərqli. Görə bilməyənlər
hadisələri “təsadüflərə” bağlayırlar. Olayın dərinliyinə
baxmaq şərtdir. Zahiri əlamətlərə görə qiymət vermək
insanları bir çox hallarda aldadır və yanlış nəticələrin
çıxmasına səbəb olur.
Bir məsələni də xüsusilə vurğulamaq lazımdır. Bəzən
“təsadüf” sözünü ona görə işlədirik ki, hadisələrin əsl
mahiyyətini əks etdirən kəlməni bilmirik. “Təvafüq”
kəlməsi əslində belə məqamlarda tam yerinə düşür. Bu,
147 | P a g e
“nizamlanmış şəkildə bir-birinə rast gəlmək” mənasına
gəlir. Qısacası, həyatda təsadüflər yox, təvafüqlər var.

Bütün hadisələrin səbəbi yaxud səbəbləri vardır. Məsələn,


istifadə etdiyimiz adi bir qələmdən tutumuş ən yüksək
texnologiyaya sahib əşyalara, fotoaparatlara, telefonlara,
avtomobillərə, təyyarələrə və s. qədər hamısının bir səbəbi,
bir məqsədi vardır. İnsanlar düzəltdikləri bütün bu əşyaları
hansısa bir səbəbə və məqsədə bağlı olaraq edərlər, yoxsa
ki, kor-koranə, öz-özünə və təsadüfi olaraq etməzlər.
Məsələn, fotoaparatı təşkil edən hissələr yaxud onları təşkil
edən şüursuz və cansız molekullar milyard illər ərzində heç
vaxt öz-özünə, kortəbii şəkildə birləşib, məqsədli şəkildə
qərar verib, plan cızıb, dizayn edib hətta adi bir aşağı
texnologiyalı fotoaparatı belə istehsal edə bilməzlər. Buna
inanan adamın ancaq və ancaq əqli problemi ola bilər. Əgər
həmin cansız və şüursuz molekullar adi bir cansız
fotoaparatı düzəltmə qüdrətinə sahib deyllərsə, bəs onda
canlı və şüurlu varlıq olan insanı yaxud onun yüksək
texnologiyalı gözünü necə istehsal etməyi bacardıalr?
Əslində əksəriyyət ateistlər də bu həqiqəti çox gözəl bilirlər,
amma təkəbbürləri üzündən bunu etiraf etmək istəmirlər.
Ona görə də “uydurma təsadüf nəzəriyyələrini” elm adı
altında insanlara sırımağa çalışırlar.

Təsadüf nədir?
Təsadüf – ateistik təkamül fərziyyəsini izah etməyə
çalışarkən ateistlərin sığındığı son pənah yeridir.
Təsadüf – ateistlərin elm adı altında manipulyasiya etdikləri
“elmi faktdır.”
Təsadüf deyə bir şey əslinde yoxdur. Çünki təsadüfü qəbul
148 | P a g e
etmək eyni zamanda bütün səbəbləri inkar etməkdir.
Təsadüfü qəbul etmək hadisə və proseslərin səbəbsiz,
məqsədsiz və kor-təbii olaraq baş verdiyinə inanmaqdır.
Eynilə ateistlərin cansız maddələrin təsadüfən, öz-özünə
canlanması fərziyyəsinə (abiogenez) inandıqları kimi.
Yaxud bütün kainatın Yaradan olmadan təsadüfən,
məqsədsiz şəkildə, kor-təbii olaraq bir nöqtənin
partlamasından (Big bang) əmələ gəldiyinə inanmaqdır.
Lakin bildiyimiz kimi kainatda baş veren bütün hadisələr
müəyyən səbəb-nəticə əlaqələrinə sahibdirlər.
Bizə bəzən təsadüf kimi görünən hadisə və proseslər adətən
silsile səbəblər zəncirinə malik olurlar. Sebebler zencirinin
sonundan evveline doğru hereket etsek, zencirin ilk
halqasında ən başlanğıc (ilkin) sebeble qarşılaşacağıq.
Demek ki, bütün sebeblerin kəsişdiyi ilkin sebeb tesadüf
anlayışını tamamən aradan qaldıracaq.
Məsələn, bəzi ateistlər təsadüf anlayışını müdafie etmek
üçün deyirler ki, “senin Azərbaycanda anadan olmağın bir
tesadüfdür”. Tipik dar ölçülü ateist zehniyyeti.
Halbuki, bunu deyen şexs düşünmür ki, bir insanın
Azerbaycanda doğulmağı tesadüfe yox, səbəblər zəncirinə
(ana-atasının milli mənsubiyyəti, daha uzağa getsək ulu
babasının Azərbaycanda məskunlaşma məqsəd və səbəbləri
və s.) bağlıdır.

Təsadüfən nəyinsə sadədən mürəkkəbə doğru yarana yaxud


təkamül edə biləcəyinin mümkün olmamasını ən sadə və
hər kəs üçün başa düşülən bir misalla izah etməyə çalışaq.
Hamının bildiyi adi bir çörəyi bişirmək üçün bəzi təbii
inqrediyentlər tələb olunur: buğda, su, yağ, yumurta, istilik.
Bu maddələrin hamısı təbiətdə mövcuddur.
Lakin çöreyin meydana çıxması üçün tekce bunların
149 | P a g e
mövcudluğu bes elemir.Çünki arada bir çox prosesler
ardıcıl şekilde ve merhele-merhele deqiq icra olunmalıdır.
Buğda yığılmalı, qurudulmalı, temizlenmeli, üyüdülmeli,
elenmeli, un halında geldikden sonra müeyyen nisbetde
suyla qarışdırılmalı, …… ve s. prosesler merhelelerle deqiq
şekilde heyata keçirilmelidir.
Çöreyin bişirilmesi üçün teleb olunan bütün lazımi
maddeleri yan-yana düzüb getsek ve milyon iller sonra
qayıtsaq, hemin yerde hazır bişmiş çörek tapa bilerikmi?
Elbette ki, yox.
Sual olunur ki, hetta cansız madde ve besit quruluşa sahib
olan çörek bele milyon iller erzinde merhelelerle sadeden
mürekkebe doğru tesadüfen tekamül keçirib öz-özüne
yarana bilmirse, bes onda qat-qat daha mürekkeb ve
kompleks quruluşa malik olan bir hüceyre yaxud diger canlı
varlıqlarda bu tekamül kor-tebii formada nece baş vere
bilerdi?

Bir şeyin barəsində heç bir təsəvvür olmadan, əvvəlcədən


planlaşdırılmadan, gözlənilmədən və heç bir kənar təsir
olmadan meydana çıxmasına təsadüfən əmələ gəlmə deyilir.

Bu tərifdən anladığımız kimi, varlığın təsadüf nəticəsində


meydana çıx- masını qəbul etmək, bəri başdan qanun-
qaydanın, plan-proqramın, nizam- intizamın varlığını rədd
etmək deməkdir. Çünki bu iki məfhum bir-birinə tam
ziddir; əgər qanun və qanunauyğunluq vardırsa, təsadüf
yoxdur, yox, əgər təsadüf vardırsa, o zaman da qanun,
nizam-intizam, plan-proqram yoxdur.

150 | P a g e
Halbuki, hər birimiz kainatda riyazi, kimyəvi, fiziki, bioloji
və bir sıra başqa qanunların var olduğunu nəinki bilirik,
hətta onları orta məktəbdən başlayaraq sistemli şəkildə
öyrənirik. Bu qanunları kəşf edənlərin adlarını bilirik, bu
qanunlara adlar veririk və s. İndi ki, qanun, qayda, nizam,
intizam vardır, demək təsadüf yoxdur.

Təsadüflər bəzən real, doğru görünərək adamı aldada bilər.


Məsələn, birisi lövhədə yazılmış “Ana” sözünü göstərib
iddia edər ki, onu heç kəs yazmayıb, hərflər təsadüfən ard-
arda düzülmış və bu sözü əmələ gətirmişlər.

Bəlkə bu sözü deyənə inanan tapılar, lakin bu dəfə həmin


adam “Anam gəldi” cümləsini göstərib yenə də “Bu cümlə
təsadüfən, hərflərin ard-arda düzülməsi nəticəsində əmələ
gəlmişdir”,-desə, ya o adamı dəli zənn edər, ya da sizi ələ
saldığını düşünərək əsəbiləşərsiniz. Bir də qarşımızdakı bu
kitabı, yaxud hər hansı başqa hekayə, roman, şer kitabını
təsəvvür edin. Kim hərflərin, sözlərin təsadüf nəticəsində
birləşməsi ilə kitabın meydana gəldiyini ağlına gətirər?

Çünki hekayənin, povestin, romanın, poemanın, kitabın öz-


özünə əmələ gəlməsi üçün gərək ya onu təşkil edən
hərflərin şüuru, ağlı, üstəlik də güclü iste’dad və qabiliyyəti
olsun ki, onlar bir-birləri ilə sözləşib, razılığa gəlib bir
mə’na ifadə edəcək şəkildə birləşsinlər, süjet qursunlar.
Yaxud da kağız özü ağıllı və iste’dadlı olmalıdır ki, hərfləri
bu cür, mə’na ifadə edəcək şəklində öz izərində düzsün,
sonra da onları bitmiş bir fikir ifadə edən cümlələr şəklinə
sal- sın, daha sonra isə onları bir süjet xətti üzrə sıralasın.

151 | P a g e
İndi düşünün! Əgər bir söz belə təsadüfən, öz-özünə yazıla
bilmirsə, o zaman hər zərrəsi pozulmaz, minlərlə ayrı-ayrı
qanunlardan, nizam və intizamdan xəbər verən bu kainatın,
ondakı milyonlarla canlı-cansız varlıqların təsadüfən əmələ
gəlməsindən danışmaq nə qədər məntiqli olar?

Bəlkə inadcıl oxucu, yaxud ağlı gözlərinə enmiş maddəçi


yuxarıdakı məntiqlə razılaşmadı. Elə isə, nəzərlərimizi bizi
əhatə edən aləmə çevirək və məktəbdə öyrəndiyimiz,
həyatda rast gəldiyimiz ən sadə həqiqətlərə baxaq.

VARLIĞI TƏŞKİL EDƏN “KƏRPİCLƏR”.

Kainatda – yerdə və göydə nə vardırsa, hamısı molekullar,


atomlar adlanan çox kiçik zərrəciklərdən əmələ gəlmişlər.
Əgər siz Mendeleyevin Elementlərin dövri cədvəlinə
baxsanız, orada kainatda mövcud olan bütün elementlərin
sırasını görəcəksiniz. Kainatda oksigen, hidrogen, azot,
karbon, fosfor, kalsium, dəmir, civə və s. kimi bizə tanış
olan kimyəvi elementlər mövcuddur və onların hər birinin
özünəməxsus quruluşu vardır.

Qarşınızdakı kitabda sözlər, cümlələr, mətnlər cəmi 32


hərfin bir-birlərinə müxtəlif şəkildə birləşməsindən əmələ
gəldikləri kimi, kainatda mövcud olan hər şey bu
elementlərin, onları təşkil edən molekulların bir-birlərinə
müxtəlif şəkildə birləşməsi nəticəsində əmələ gəlmişlər.
Onlara elmi ədəbiyyatda varlığı əmələ gətirən kərpiclər də
deyirlər. Məsələn, bizim ən yaxından tanıdığımız və hər gün
işlətdiyimiz su və xörək duzunu götürək. Su iki hdrogen və

152 | P a g e
bir oksigen atomlarının birləşməsindən əmələ gəlmişdir.
Kimyaçılar onun quruluşunu (H2O) şəklində göstərirlər.
Xörək duzu isə 1 natrium və 1 xlor atomlarının (ionlarının)
birləşməsindən əmələ gəlmişdir. Onun kimyəvi formulu
(NaCl) şəklində ifadə edilir.

“KƏRPİCLƏRİN” YERİNİ DƏYİŞMƏK


MÜMKÜNDÜRMÜ?

Bilirik ki, maddələri təşkil edən molekulların tərkibi o


qədər sərt və ciddi quruluşa malikdir ki, onların tərkibinə
azacıq müdaxilə edilərsə, həmin maddə dönüb başqa şeyə
çevrilər. Məsələn, suyun quruluşuna azacıq müdaxilə edib
daha bir Oksigen atomu da əlavə edilsə, o, şəfalı su
olmaqdan çıxıb zəhərə – Hidrogen Peroksidə (H2O2)
çevrilər. Bu maddə qadınlara yaxşı tanışdır, onlar saçlarıni
boyamaq üçün “Pereks” dedikləri bu maddədən istifadə
edirlər. Amma indiyədək heç belə bir təsadüfə rast
gəlinməyib ki, şəfalı su təsadüfən dönüb “Pereks” –
hidrogen peroksid olsun və insanı zəhərləsin.

İNSANI TƏŞKİL EDƏN “KƏRPİCLƏR” –


HÜCEYRƏLƏR

Bir də canlı aləmə baxaq. Ondakı ən mükəmməl varlıq


insandır. Bütün canlılar kimi insan da ən kiçicik canlı
hissəciklərin–hüceyrələrin birləşməsindən ibarətdir. Bizim
əllərimiz, ayaqlarımız, dərimiz, gözlərimiz, qulaqlarımız,
153 | P a g e
beynimiz, ürəyimiz, bağırsaqlarımız, ciyərlərimiz, qan
damarlarımız, sümüklərimiz gözlə görünməyən canlı
kərpiclərdən“ – hüceyrələrin birləşmələrindən ibarətdir.
Protein birləşməsindən ibarət bu hüceyrələr də kainatdakı
materiallardan -oksigendən, karbondan, azotdan, fosfordan,
kalsiumdan, dəmirdən və s. ibarətdir.

İnsan orqanizmində orta hesabla 60 trilyon hüceyrə, hər


hüceyrədə isə 1 milyona yaxın protein vardır.Hər proteində
orta hesabla 8 min amin turşusu birləşməsi vardır.Hər belə
amin turşusu birləşməsinin də 5 elementdən ibarət olduğunu
nəzərə alsaq, bir protein 40 min müxtəlif atomların
birləşməsindən ibarətdir.Bu atomlar o qədər kiçik
zərrəciklərdən ibarətdir ki, onlardan 10 milyonunu bir-
birinin yanına düzsən, uzunluqları 1 mm belə olmaz. Belə
mürəkkəb bir quruluşa malik canlı varlığın təsadüfən, yaxud
öz-özünə meydana çıxmasını ehtimal etmək olarmı? Bu
sualın cavabını riyaziyyatçılar verirlər

ELM TƏSADÜFÜ RƏDD EDİR

Təsəvvür edək ki, binanı təşkil edən daşlar 1 rəqəmindən


başlayaraq 1,2,3,4,5,6,7 və s. ardıcıllıqla nömrələnmiş və bu
ardıcıllıqla hörülmüşlər. Bu binada daşların belə ardıcıllıqla
hörüldüyünü görən hər hansı bir şəxs heç düşünərmi ki,
daşlar binaya təsadüfən, yaxud öz-özünə ədədlərin sırası
qanununa görə hörülmüşdür?

Əvvəla, heç kəs yuxarıdakı iddiaları qəbul etməz, digər


tərəfdən, riyazi hesablamalar belə bu cür fikri qətiyyətlə

154 | P a g e
rədd edir. Onlar varlığın təsadüfən əmələ gəlməsini
yoxlamaq üçün çox sadə bir eksperimentə müraciət etmiş və
bu nəticəni almışlar: taxtadan, yaxud dəmirdən düzəldilmiş
1-dən 10-dək rəqəmləri nərdin zəri kimi qarışdırıb yerə
atmaqla nə zamansa onların 1-dən 10-dək
(1,2,3,4,5,6,7,8,9,10 şəklində) ardıcıl şəkildə yerə düşüb
düzülməsi ehtimalını hesablamışlar. Bilirsiniz, ortaya necə
bir hesab çıxmışdır? Mə’lum olmuşdur ki, belə bir
ardıcıllığın təsadüfən gerçəkləşməsi e’timalı 1/10 milyarda
bərabərdir, yəni bu hərəkəti 10 milyard dəfə təkrar etsən,
bəlkə 1 dəfə istədiyin nəticəni ala bilərsən. Əgər bu
rəqəmlərə daha ikisini -11 və 12-ni də əlavə etsək, bu dəfə
1-dən 12-dək rəqəmlərin ard-arda düzülmə ehtimalı daha 10
dəfə artaraq 1/100 milyard, 24-dək artırsaq, həmin ehtimal
1/100 milyard x 100 milyard qədər olacaqdır ki, belə bir
ehtimalın həyata keçməsini gözləmək qətiyyən ağla sığan iş
deyildir.

İndi özünüz düşünün: əgər 10 rəqəmin kortəbii olaraq,


təsadüfən ardarda sıra ilə düzülməsi mümkün deyildirsə, o
zaman bu rəqəmlərlə müqayisədə çox mürəkkəb olan
yüzlərlə mikrovahiddən ibarət ən sadə canlı orqanizmin-
proteinin təsadüfən əmələ gəlməsindən danışmaq olarmı?
Həmin qaydada hesablamalara görə bir protein
molekulunun təsadüfən əmələ gələ bilməsi üçün 1/10^160
ehtimal lazımdır. Bu ehtimalın həyata keçməsi üçün isə 1
bölünsün 10 rəqəminin arxasına 160 sıfır qoyduqdan sonra
alınan rəqəm qədər il lazımdır ki, tək bir proteinin
yaranmasına ümid bəslənə bilsin.

155 | P a g e
Məşhur Avropa alimləri, fizik və bioloq Frank Allon,
isveçrəli alim Çarlz Guye, kimyaçı professor İohan Adolf
Büxler və yüzlərlə başqaları belə bir fərziyyəni ağlasığmaz,
elmsizlik kimi dəyərləndirmişlər.

ATOMLARI HƏRƏKƏT ETDİRƏN QÜVVƏ


NƏDİR?

Müasir mikroskoplarla canlıların ən kiçik parçası və canlı


orqanizminin bir zərrəsi olan hüceyrəni tədqiq edərkən
heyrətamizliklərlə qarşılaşırıq. İlk nəzərimizə çarpan fərq
insan vücudunu təşkil edən hüceyrələrlə heyvanların və
bitkilərin hüceyrələrini təşkil edən maddənin quruluşu
olacaqdır. Məsələn, insan bədənindəki bir hüceyrənin
hemoglobilininin sayi 69 mindirsə, heyvan hüceyrəsindeki
hemoqlobinin sayi 40.mindir. Bu say heç bir zaman
dəyişməz. Bunların düzülüşü isə qarşı-qarşıya, zəncirvarı və
bir-birinə uyğundur.Bu zəncirin halqalarının hər hansı
birinə müdaxilə edildiyi an, zəncir pozulacaq və canlı
həyatdan məhrum olacaqdır.

Hər hüceyrənin içindəki kimyəvi maddələr fərqli miqdarda


və fərqli çeşiddədir. Birində dəmir, o birində fosfor, başqa
birisində isə magnezium olmaqla yanaşı onların miqdarları
da fərqlıdır. Bu dəyişməzlik, qanunauyğunluq və nizam
bizə: “Zərrələri hərəkət etdirən, atomlara yol göstərən,
bunları şəkilləndirib, nizama salaraq insanı, heyvanı, bitkini

156 | P a g e
və bütün əşyanı özünəməxsus xüsusiyyətlərlə ayrı-ayrı
yaradıb yaşadan Allahdır,” deyir.

Bu həqiqətlə rastlaşan Hegel və Buxner kimi Qərbin bəzi


kimya alimləri inadlarından dönməyib bu dəfə
“Protoplazma nəzəriyyəsi” adlanan bir fikir irəli sürdülər.
Onlar bu qənaətə gəlmişdilər: “Madam, yer üzündəki
atomlar insanı var etməyə, yaratmağa qadir deyildir, o
zaman ilk canlı da başqa bir planetdə meydana gəlmiş,
sonra kosmik fırtınalar nəticəsində həyat rüşeyimləri
halındakı protoplazmalar dünyamıza enmiş və həyata mənşə
olmuşlar. Sonra sitoplazma, sonra hüceyrə, daha sonra
canlılar meydana gəlmişdir.” Bu fikirlə ilk tanış olan kimi
ağla bu sual gəlir: elədirsə, onda o biri planet və ondakı
həyat rüşeyimi haradan meydana gəlmişdir?

AMERİKA ASTRONAVTININ QEYDLƏRİ

Amerika astronavtı Con Qlin yazırdı: “Kosmik”


Tədqiqatlar İnstitutunda işlədiyim vaxtlar idi. Bir gün əlimə
balaca bir kitab keçdi. Kitab fəza və fəzanın ölçüləri
haqqında idi. Kitabda fəzanın möhtəşəmliyindən bəhs edən
iki abzas diqqətimi cəlb etdi. Burada deyilənləri başa
düşmək üçün əvvəlcə işıq ilinin nə demək olduğunu bilmək
lazım gəlirdi. Yəqin siz də yaxşı bilirsiniz ki, işıq saniyədə
300 min kilometr məsafə qət edir. Bu isə bir saniyədə yer
ətrafını yeddi dəfə fırlanmaq deməkdir. Bu hesabla bir işıq
zərrəciyinin bir ildə qət etdiyi məsafə təqribən 9,5 milyon
kilometrin milyon mislinə bərabərdir. Bizim yaşadığımız
qalaktikanın diametri isə təqribən 30.000 işıq ilidir.
Qalaktikamızın öz oxu ətrafında fırlanma sürəti isə daha
157 | P a g e
böyükdür – 200 milyon işıq ili. İndi Günəş sisteminin nə
böyüklükdə olduğunu özünüz düşünün. Üstəlik, məsələ
təkcə ulduz və planetlər arasındakı məsafə ilə bitmir və
kainatda bizim qalaktikamızdan başqa milyonlarla başqa
qalaktikalar da vardır. Digər tərəfdən, təkcə teleskopla
gördüklərimizə baxıb kainatın ölçüsünü hesablamaq istəsək,
ən azı 2 milyard işıq ili kimi bir rəqəmlə qarşılaşacağıq.
İndi isə bizə məlum olan ən kiçik zərrəciklərdən birinin,
yəni atomun quruluşuna nəzər salaq. Görürük ki, atomların
da quruluşu Günəş sistemininki ilə eynidir. Kainatda hansı
qanunlar işləyirsə, insanın var olmasında da eyni qanunlar
işləyir. Bütün bunlar isə onu göstərir ki, insanı təşkil edən
atomlar da Günəş sistemi kimi eyni Qüdrətin əsəridir. Digər
tərəfdən, fəzada bu qədər cismin özbaşına, həm də heç bir
səbəbsiz-filansız hərəkət etməsinə inanmaq qeyri
mümkündür və mən buna inanmıram da… Çünki
qarşımızda möhtəşəm bir nizam var. İstər kainatın
böyüklüyü, istərsə də bu möhtəşəm nizam mənə Allahın
varlığından xəbər verir. Bir sözlə, ağıl sahibi olan bir
adamın bu Böyük Qüdrətin varlığını inkar edəcəyini heç cür
ağlıma gətirə bilmirəm. İndi də yuxarıdakı sürətlərlə bizim
peykimizin, yəni Merkurinin sürətini müəyyən edək.
Merkuri planetinin öz orbitinə daxil olması üçün saatda min
km. sürət lazımdır. Yerin sürəti ilə (160 min km/saat) bu,
böyük sürətdir. Lakin bütün hallarda fəzadakı sürətlərlə,
yəni bizim ulduz adlandırdığımız o nəhəng peyklərin sürəti
ilə müqayisədə çox astadır.İndi özünüz düşünün, bütün
bunlara təsadüf demək nə qədər doğrudur? Üstəlik, mən
kosmosda gördüklərimdən sonra təsadüf sözünü dilimə
gətirməkdən utanıram.”

158 | P a g e
Kainat və astrofizika –
Yaradılış dəlilləri

KAİNAT KİMİN ƏSƏRİDİR?


Bir kitabdır kainat. Açılır və səhifə-səhifə, sətir-sətir
oxunur. “Kitab sözüylə bir bənzətmə qurmuruq”. Çünki
kainat və içindəkilər həqiqətəndə “oxunmaq” üçün tərtib
edilmiş kitabdan başqa bir şey deyil. Hansı əşya və hadisəyə
nəzər yetirsək, bunu ilk baxışda görmək olar.
Bu gün elm olaraq bilinən bütün fənnlər öz varlığını
kainatdakı nizam və sənətə borcludur. Bildiyimiz bu
fənlərin hamısı kainat kitabının sətir-sətir tərcüməsindən
doğmuşdur. Əlbəttə bilirsiniz ki, bir iynə ustasız, bir kitab
da katibsiz ola bilməz. Mütləq o iynəni düzəldən bir usta və
kitabı yazan bir katib vardır.
Allahın varlığını ateistlər, bəzi materialistlər inkar
etməkdədirlər. Onlar hər zaman Allahın olmadığına özlərini
inandırmağa çalışmışlar. Ancaq bu günə kimi məntiqsiz,
ağıldan uzaq fikirlərinə (təsadüfən yaranma və s.) qüvvət
verəcək bir dəlil irəli sürülməmişdir və sürülməyəcəkdir də.
Çünki günəş palçıqla suvanmaz. Ateistlər ortaya tutarlı
fikirlər atıb insanları inandırmağa çalışmaq əvəzinə, həmişə
qarşı tərəfin fikirlərini təkzib etmə və iddialarını tənqid
159 | P a g e
etmə yolunu seçmişlər. Ateistlərin düşündüyü kimi Allahın
varlığını qəbul etməmək o qədər də bəsit (sadə) bir iş
deyildir. Rədd etmək üçün bir çox teorik riskin və
məntiqsizliyin göz önünə alınması lazımdır. Allahı inkar
etmək və bunun üçün yalanlar və təsadüflər kimi
cəfəngiyyatlar uydurmağa çalışmaq Kür çayını tərsinə
axıtmaq qədər imkansızdır. Ateistlərin bu inkarları ya
onların cəhalətindən, yəni bilgisizliyindən, ya da inadından
qaynaqlanır.
Bilgisizliyin üç növü var: Lazım olan şeyi bilməmək, pis
şeyi bilmək və lazımsız şeyi bilmək (ateizmi yaradan
səbəblər)
Əgər inkar cəhalətindən irəli gəlirsə, bunun həlli asandır,
yetər ki, onda inad olmasın. İnadkar isə elmli olsa da,
olmasada, öz qüruru, inadı naminə haqqı batil hesab
etməyə, həqiqətə yalan damğası vurmağa hazırdır
(islamofoblar). İnad insanın həqiqi ideallarına çatmasına
əngəldir. Çünki inadın xislətində eqoizm yatmaqdadır.
Eqoizm “sadəcə mən, yalnız mən” kimi düşüncələri özündə
ehtiva edir və bu çürük fikirlər daima yıxılmağa
məhkumdur.
Ateistlər kainatın və təbiətin təsadüflərlə yarana biləcəyini
iddia edər və bu çürük fikirlərini durmadan dəstəkləyər.
Amma inadkarlıqları üzündən dedikləri “təsadüf” sözündəki
məntiqsizliyi belə görməzlər. Hətta elmin təsadüfləri
dəstəklədiyini tutuquşu kimi təkrarlayarlar.
Ateistlər Allahı qəbul etməz və yaradılışını başqa şeylərə
bağlayarlar. Dinsizlər yaradılışla bağlı üç fikir irəli sürə
bilərlər:
Birincisi: Kainatı səbəblər yaradır. Səbəblərin
toplanmasıyla kainat yaranır;
İkincisi: Hər şey öz-özünə təsadüfən yaranır və məhv olur;
160 | P a g e
Üçüncüsü: Hər şey təbiidir, yəni hər şeyi təbiət yaradır;
Biz isə dördüncü yolun tərəfdarıyıq və deyirik ki, kainat və
kainatdakı hər şey Qadiri-Mütləqin (Allahın) yaratmasıyla
mövcuddur.
İndi isə bu üç iddiaların məntiqsiz olduğuna baxaq
Birinci iddia: Bütün varlıqları səbəblər yaradır.
Bu iddianı dərman maddələrinin misalında izah edək:
Bir əczaxanada müxtəlif növ kimyəvi maddələrlə dolu
yüzlərlə şüşə qab var. Şüşədəki bu maddələrdən bir dərman
istənildi. Xəstəliklərə şəfa verən bir dərmanın meydana
gəlməsi üçün bu maddələrdən konkret miqdarda, yəni 5
qram bundan, 13 qram digər maddədən və.s toplayıb bunları
meydana gətirmək lazımdır. Əgər bu maddələrdən 1
milliqram az və ya çox alınsa, o zaman bu, dərman
xüsusiyyətini itirər və insanı öldürən bir zəhər olar.
Haqqında danışılan dərman bir deyil, beş deyil, yüzdən çox
maddəni özündə ehtiva edir. Görəsən, heç elə bir ehtimal
varmı ki, o qablardan alınan müxtəlif miqdarlar qabların
qəribə bir təsadüf və ya fırtınalı bir havanın vurmasıyla
(səbəblər) aşmağı nəticəsində hər birindən lazım olan qədər
axsın, dəqiq kütlə nisbətində qarışaraq o dərmanı təşkil
etsinlər? Düşünün bundan daha batil daha məntiqsiz bir şey
varmı???
Məsələn, bir alma düşünək. Çox dadlı görünüşüylə insanın
yemə iştahasını cəlb edən bir almanın içindəki vitamin
insanın bir günlük ehtiyatı qədərdir. İnsanın mahiyyətini
bilən QÜDRƏT SAHİBİ almanı bu şəkildə
proqramlamışdır.
Almanın tərkibindəki C vitaminini çürütməmək üçün içinə
iki dəmir (Fe) elementi (atomu) qoymuşdur. Əgər dəmir
olmasa, C vitamini çox qısa müddətdə çürüyər. Digər
tərəfdən C vitaminini mühafizə etmək üçün almanın
161 | P a g e
tərkibində olan meyvə turşuları [alma turşusu-
(hidroksikəhraba turşusu) və s] mədəyə mənfi təsir göstərir
və mədədəki turşunun miqdarını artırır. Buna görə almaya
karbonat ionu da qoyulmuşdur. Bir alma yediyiniz zaman
gəyirərsiniz. Bunun səbəbi almanın tərkibindəki karbonat
ionudur. O Qüdrət sahibi almanı bizim süfrələrimizə hazır
vəziyyətdə gətirmişdir. İndi siz düşünün insanın
mahiyyətini bilməyən, onun arzu və istəklərindən xəbəri
olmayan, nəyin insanın vücuduna xeyir və ya zərərli
olduğunu bilməyən cansız, şüursuz maddələr (səbəblər)
belə mükəmməl bir meyvəni necə yarada bilər?
İkinci iddia: Kainat öz-özünə (təsadüfən) yaranmışdır.
Cavab: Ey ateist! Sənin vücudun ağıllı insan əli ilə inşa
olunmuş min qübbəli bir saraya bənzəyir. Ancaq sənin
vücudun bu saraydan daha möhtəşəmdir. Çünki
vücudundakı zərrələr həyatın boyunca daima
yenilənməkdədir. Bir hüceyrə ölər, başqa birisi meydana
gələr. İnsan vücudundakı zərrələr 6 aydan bir
yenilənməkdədir. Mütəmadi olaraq təzələnən bu zərrələr
çox həssas bir ölçü daxilində baş-başa verərək göz və dil
kimi möcüzələri meydana gətirirlər. Meydana gələn bu
sənət əsərlərinin mütləq, bir planı və proqramı olmalıdır.
Vücudun meydana gəlməsi üçün, yəni möhtəşəm proqramın
həyata keçirilməsi üçün zərrələr həm əmr vermək, həm də
tabe olmaq istedadına malik olmalıdır ki, intizamlı
proseslərin icrasında nöqsan və qüsur olmasın. Yoxsa
vücudda anarxiya olar. Əgər bu mükəmməl işləri zərrələr
bacarırsa, o zaman hər zərrədə sadəcə Allaha məxsus bir
elmin, iradə və qüdrətin olduğunu qəbul etmək lazımdır.
Təbiətşünas alim Corc İril öz fikirlərini belə ifadə
etməkdədir: ” KAİNATIN ÖZ-ÖZÜNÜ YARATMASI
MÜMKÜN OLSAYDI, BU, O DEMƏK OLARDI Kİ,
162 | P a g e
KAİNAT ALLAHA XAS OLAN BÜTÜN
XÜSUSİYYƏTLƏRƏ MALİKDİR. BELƏ
VƏZİYYƏTDƏ KAİNATIN İLAH OLDUĞUNA
İNANMAQ MƏCBURİYYƏTİNDƏ QALARDIQ.
BELƏ BİR İLAHIN VARLIĞINI QƏBUL EDƏRDİK.
ANCAQ İLAHIMIZ ÇOX QƏRİBƏ OLARDI, HƏM
MADDİ, HƏM DƏ QEYBİ BİR İLAH….MƏN
ŞƏXSƏN MADDİ ALƏMİ YARADAN İLAHA
İNANMAQ İSTƏYİRƏM. ÇÜNKİ O, KAİNATIN BİR
PARÇASI DEYİLDİR”
Kainatın və ondakı bütün yaradılmışların, canlı-cansız
hamısının yaranmasında şüur, elm və iradə (tərcih) vardır.
Materialist (atayiz) elm adamları bunu bir yandan təsadüfi
və öz-özünə yaranmasını xəyal edərkən, bir yandan da
təbiətdəki qanunlardan danışırlar. Bu ikisi arasında
ziddiyyət var. Çünki qanun da öz-özünə yaranmağı rədd
edir. Sokratın sözü ilə desək: “KAİNATDA TƏSADÜFƏ
TƏSADÜF ELƏMƏK OLMAZ”
Kainatda saysız-hesabsız fiziki, kimyəvi, bioloji qanunlar
mövcuddur. Kainat o qanunlarla idarə olunur. Heç bir
qanun öz başına iş görə bilməz. Mütləq qanunları qoruyan
və onu tətbiq edən bir hakim olmalıdır. Əgər belə
olmasaydı, məhkəmələrdə hakimlərə gərək qalmazdı.
Düşünmək lazımdır, əgər bir qanun yaradılmışların ən
üstünü, ağıllı və şüurlu olan insanı hakimsiz idarə edə
bilmirsə, o zaman təbiətdəki hər hansı bir fiziki qanun
cansız, ağılsız və şüursuz maddə və varlıqları “hakimsiz”
necə idarə etsin? Demək ki, onlara da bir hakim lazımdır.
Kainatdakı bütün təbii prosesləri tənzimləyən qanunları
yaradan da, onları qoruyan da, tətbiq edən də hər şeyə qadir
olan ALLAH (c.c) dır.
Elm təsadüfləri rədd edir: Kainatda və təbiətdə təsadüf
163 | P a g e
deyilən bir şey yoxdur. Başqa sözlə desək hədəf düz
vurulursa, bu, təsadüf deyildir. Kainatda təsadüf deyil,
təvafüq (Allahın diləməsiylə müvafiq olma, rast gəlmə halı,
bir-birinə uyğunluq) vardır. Təsadüfün mümkünsüzlüyünə
aşağıdakı misalda baxaq!
Təsəvvür edək ki, binanı təşkil edən daşlar 1 rəqəmindən
başlayaraq 1,2,3,4,5,6,7 və s. ardıcıllıqla nömrələnmiş və bu
ardıcıllıqla hörülmüşlər. Bu binada daşların belə ardıcıllıqla
hörüldüyünü görən hər hansı bir şəxs heç düşünərmi ki,
daşlar binaya təsadüfən, yaxud öz-özünə ədədlərin sırası
qanununa görə hörülmüşdür?
Əvvəla, heç kəs yuxarıdakı iddiaları qəbul etməz, digər
tərəfdən, riyazi hesablamalar belə bu cür fikri qətiyyətlə
rədd edir. Riyaziyyatçılar varlığın təsadüfən əmələ
gəlməsini yoxlamaq üçün çox sadə bir eksperiment
aparmışlar və aşağıdakı nəticəni almışlar: taxtadan, yaxud
dəmirdən düzəldilmiş 1-dən 10-dək rəqəmləri nərdin zəri
kimi qarışdırıb yerə atmaqla nə zamansa onların 1-dən 10-
dək (1, 2, 3, 4, 5, 6, 7, 8, 9,10 şəklində) ardıcıl şəkildə yerə
düşüb düzülməsi ehtimalını hesablamışlar. Məlum
olmuşdur ki, belə bir ardıcıllığın təsadüfən gerçəkləşməsi
ehtimalı 1/10 milyarda bərabərdir, yəni bu hərəkəti 10
milyard dəfə təkrar etsən, bəlkə 1 dəfə istədiyin nəticəni ala
bilərsən. Əgər bu rəqəmlərə daha ikisini əlavə etsək, bu
dəfə 1-dən 12-dək rəqəmlərin ard-arda düzülmə ehtimalı 10
dəfə artaraq 1/100 milyard, 24-dək artırsaq 1/100
milyard×100 milyard qədər olacaqdır ki, belə bir ehtimalın
həyata keçməsini gözləmək qətiyyən ağla sığan iş deyildir.
İndi özünüz düşünün: əgər 10 rəqəmin kortəbii olaraq,
təsadüfən ard-arda sıra ilə düzülməsi mümkün deyildirsə, o
zaman bu rəqəmlərlə müqayisədə çox mürəkkəb olan
yüzlərlə mikrovahiddən ibarət ən sadə canlı orqanizmin-
164 | P a g e
proteinin, ucu-bucağı bilinməyən kainatın təsadüfən əmələ
gəlməsindən danışmaq olarmı?
Məşhur Avropa alimləri, fizik və bioloq Frank Allon,
isveçrəli alim Çarlz Guye, kimyaçı professor İohan Adolf
Büxler və yüzlərlə başqaları belə bir fərziyyəni ağlasığmaz,
elmsizlik kimi dəyərləndirmişlər.
Üçüncü iddia: Kainatı təbiət yaradıb və yaradır.
Düşünün ki, cahil bir adam səhrada qurulmuş hər cür
texnika ilə təchiz edilmiş bir fabrikə girir. Fabrikin quruluş
mükəmməlliyi qarşısında mat qalır. Elə fikirləşir ki
(cahilcəsinə), bu saraya xaricdən müdaxilə olunmayıb,
fabrikin içindəki əşyalardan biri bu fabriki təsis etmişdir.
Başlayır fabrikin təsisatçısını axtarmağa. Sonra o, fabrikin
təşkilat proqramını və idarə qanunları içində yazılı olan bir
dəftər görür. Əlsiz, gözsüz, çəkicsiz, baltasız olan o dəftər
içindəki digər şeylər kimi heç bir qabiliyyəti yoxdur ki, o
fabriki qursun və təchiz etsin. Ancaq əlacsız qalaraq, nə
edəcəyini bilməyərək, dəftərin digər əşyalara nisbətini
düşünərək, onun fabrikdəki hər şeyi özündə əks etdirdiyini
nəzərə alaraq fabrikin qurucusu kimi onu qəbul edir.
Eynilə bu misal kimi, Allahın möhtəşəm bir fabriki olan bu
kainata bir ateist (inkarçı) girir. Allahın hikmətindən gələn
kâinatı tənzimləyən mənəvi qanunları maddi təsəvvür
edərək, ona təbiət donu geydirərək, Allaha aid olan
yaradıcılıq fəaliyyətini təbiətə isnad etməsi misaldakı
cahilin hərəkətindən daha vəhşət və gülüncdür.
Yazıq cahil adam! Sən haradan biləsən ki, bu fabriki
quracaq olan fabrikdəkilərin cinsindən ola bilməz. Onu
quracaq olanın, mütləq qüdrət sahibi olmağı lazımdır.
Kainatda nəyə baxsaq, bütün varlıqlar öz diliylə Allahı
təsbih, təqdis və tövhid etməkdədir. Kainatın dilini bilmək
üçün arif olmaq lazımdır.
165 | P a g e
Yoxsa, Günəşin altında durub gözümüzü yumaraq aydınlıq
gündüzü özünə gecə edənin vəziyyətinə düşərik. Gözünü
yuman yalnız və yalnız həyatı özünə zülmət edər.
Kainatdakı həssas əyarlar
XX əsrin sonlarına doğru elm aləmində işlədilməyə
başlayan həssas əyarlar (fine tuning) ifadəsi kainatın
təsadüflər yığını olmadığını, əksinə, hər detalda insanın
həyatına xidmət edən dizayn və nizam olduğunu göstərdi.
Kainatdakı bir çox xüsusiyyət kainatın həyat üçün xüsusi
dizayn olunduğunu göstərir. Fizik alim Karl Giberson bu
həqiqəti belə ifadə edir: “Son 40 ildir ki, fizika və
kosmologiyadakı irəliləyişlər elmi lüğətə dizayn sözünü
geri qaytardı. 1960-cı illərin əvvəlində fiziklər insan həyatı
üçün “həssaslıqla nizamlanmış” kainatın örtüyünü açdılar.
Həyatın kainatdakı labüd və qüsursuz müvazinətə malik
amillərlə bağlı olduğunu kəşf etdilər.” (K. Giberson, “The
Anthropic Principle”, Journal of Interdisciplinary Studies,
9-cu cild, 1997, səh. 63-90, Steven Yates’den cevap, səh.
91-104)
Arizona Universitetinin professoru, kosmologiya, kvant
nəzəriyyəsi və astrobiologiya sahəsində ixtisaslaşmış 
məşhur ingilis fizik Paul Davies belə deyir: “Əgər bir az
fərqli ölçülər seçilsəydi, kainat daha fərqli yer olacaqdı və
böyük ehtimalla, onu görmək üçün biz burada
olmayacaqdıq…İnsan kosmologiyanı tədqiq etdikcə bu
ağlasığmazlıq getdikcə daha artır. Kainatın başlanğıcı
haqqındakı bu kəşflər kainatın heyranedici həssaslıqla
nizamlandığını göstərir.” (The Accidental Universe, 1982,
ön söz.)

166 | P a g e
Toronto universitetindən Kanadalı astrofizik Dr.Hugh Ross
“Dizayn və İnsani Prinsip” başlıqlı bir məqaləsini belə
bitirir:  “Ağıllı və üstün bir Yaradıcı kainatı var etmiş
olmalıdır. Ağıllı və üstün bir Yaradıcı kainatı dizayn etmiş
olmalıdır. Ağıllı və üstün bir Yaradıcı Dünya planetini
dizayn etmiş olmalıdır. Və yenə ağıllı və üstün bir Yaradıcı
həyatı hazırlamış olmalıdır.” (Hugh Ross, “Design and the
Anthropic Principle”, Reasons To Believe, CA, 1988)

İndi özü bir Yaradıcıya inanmayan astrofizik Martin


Rees’in “Sadəcə altı rəqəm” (Just six numbers) kitabına
baxaq. 
Astrofizik Rees “Just six numbers” adlı kitabında kainatda
həyatı təmin edəcək altı önəmli rəqəmin olduğunu ifadə
edir. Bu rəqəmləri bir yemək reseptindəki vəsaitlər olaraq
da düşünə bilərik. Əgər bir vəsait əskik və ya bir az fərqli
olsa istədiyimiz konsistensiyada bir yeməyi olurşturmamız
mümkün olmaz. Eyni şəkildə, əgər bu rəqəmlərdə kiçik bir
dəyişiklik olsaydı kainatda həyatın meydana gəlməsi qeyri-
mümkün olardı. Bu nümunələrin mövcud olan bütün incə
nizam nümunələri olmadığını ifadə etməkdə fayda var. Bu
kitabın yazarı bir yaradıcıya inanmadığı üçün yəni obyektiv
olması üçün bu nümunələrin üçü üzərində dayanacağıq.

1. ω- omeqa. Bu omeqa simvolu kainatdakı maddə


miqdarını təmsil edir. Omeqa tam olaraq birə bərabərdir.
Astrofizik REES bu dəyərin Big Bangdan dərhal sonra bir
saniyə içində birdən bir az fərqli olsaydı həyatın meydana
gəlməyəcəyini söyləyir. Əgər omeqa birdən bir az daha
böyük olsaydı kainat uzun zaman əvvəl çökərdi və həyat
meydana gələ bilməzdi. Əgər omeqa birdən bir az daha
167 | P a g e
kiçik olsaydı qalaktikalar belə meydana gələ bilməzdi.
Omeqanın həyatın çıxmasını təmin edən dəyəri 10^15 kimi
bir incə nizamdır. Yəni Omeqaın təsadüfən bu dəyərdə
olma ehtimalı 1/10^15 -dir (1 / 1.000.000.000.000.000).

2.Elektromaqnetik qüvvətin nizamı ilə cazibə qüvvətinin


nizamı bir-biriylə müəyyən bir nisbətdədir. Bu nisbət ” N ”
olaraq ifadə edilir.Bu nisbət 10^36 kimi bir incə
nizamdadır. Yəni N’nin təsadüfən bu dəyəri alma ehtimalı
1/10^36 dır.
(1/1.000.000.000.000.000.000.000.000.000.000.000.000).

Əgər söz mövzusu nizam bir az daha kiçik olsaydı


qarışqadan böyük heç bir canlı meydana gələ bilməzdi. Bu
nizamın bu dəyərdə olması insanların meydana gəlməsi
üçün son dərəcə əhəmiyyətlidir.

3. λ (lambda). Lambda Kainatın sürətlənərək


genişlənməsini təmin edən kosmik sabit olaraq bilinir və
dəyəri 0,7-dir.Kosmik sabit elm dünyasının ən təəccüblü
kəşflərindən biridir.Son məlumatlara görə kosmik sabit incə
nizamı tam olaraq 10^-122 dir. Bu ağıllara durğunluq verən
nizamın təsadüfən meydana gəlmə ehtimalı isə aşağıdakı
kimidir: 1/10^122 dir.
(1/100.000.000.000.000.000.000.000.000.000.000.000.000.
000.000.000.000.000.000.000.000.000.000.000.000.000.00
0.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.0
00).

İngilis astrofizik prof. Corc F. Ellis kainatımızdakı həssas


ölçüdən belə bəhs edir: “(Kainatdakı) bu kompleksliyi
mümkün edən qanunlarda heyrətamiz həssas ölçü görünür.
168 | P a g e
Kainatda mövcud olan bu kompleksliyi möcüzə sözü ilə
belə tərif etmək çox çətindir.” (F. Bertola, U. Curi, The
Anthropic Principle: Laws and Environments, Cambridge
University Press, 1993, səh. 30).
Elmi nailiyyətlərin bizə işarə etdiyi çox əhəmiyyətli bir
məqam var. Kainatın möhtəşəm böyüklüyü! Dünyada
tanınmış astrofizikçi professor Corc Qrinşteyn bu
heyrətamiz böyüklüklə bağlı “The Symbiotic Universe” adlı
kitabında belə yazır: “Əgər ulduzlar bir-birlərinə bir az daha
yaxın olsaydılar, astrofizika çox da fərqli olmazdı.
Ulduzlarda, nebulalarda və digər göy cisimlərində davam
edən təməl fiziki proseslərdə heç bir dəyişiklik olmazdı.
Uzaq məsafədən baxdıqda qalaktikamızın görünüşü də
indikiylə eyni olardı. Gecə çəmənlər üzərinə uzanıb
izlədiyim səmada çox sayıda ulduz görünərdi. Amma üzr
istəyirəm, bəli; bir fərq daha olardı: Bu mənzərəni seyr edən
“mən” olmazdım… Kosmosdakı bu nəhəng boşluq, bizim
var olmağımızın vacib şərtidir.” (George Greenstein, The
Symbiotic Universe. s. 21)
Uzun müdət NASA’nın astronomi uzmanı olmuş
Prof. John O’Keefe:
“Biz astronomik standartlar göz önüne alındığında, çok
fazla özen gösterilmiş, kollanmış ve şefkat gösterilmiş bir
grup yaratığız… Eğer evren şu anki en hassas kesinliğinde
yapılmış olmasaydı hiçbir zaman var olamazdık. Benim
görüşüme göre mevcut şartlar, evrenin insanın içinde
yaşaması için yaratıldığını gösteriyor”(Heeren, F. 1995.
Show Me God. Wheeling, IL, Searchlight Publications, p.
200.)
Big Bangin partlayış sürəti
Kainatın əmələgəlmə anı olan Big Bang-də qurulan
tarazlıqlar kainatın təsadüfən əmələ gəlməsinin qeyri-
169 | P a g e
mümkün olduğunu göstərən dəlillərdən biridir. Fizika
professoru Pol Deyvisin fikrincə, Big Bangin ardınca baş
verən genişlənmənin sürəti əgər milyard dəfə milyardda bir
faiz (1/1018) fərqli olsaydı, kainat meydana gəlməzdi. (Paul
Davies, Superforce: The Search for a Grand Unified Theory
of Nature, 1984, səh. 184)
Stefan Houkinq də “Zamanın qısa tarixi” adlı əsərində
kainatın genişlənmə sürətindəki bu qeyri-adi müvazinəti
belə qəbul edir: “Kainatın genişlənmə sürəti o qədər kritik
nöqtədədir ki, əgər Big Bangdən sonrakı birinci saniyədə bu
nisbət yüz min milyon dəfə milyonda bir daha az olsaydı,
kainat indiki vəziyyətinə çatmadan içinə çökərdi.” (Stephen
Hawking, A Brief History Of Time, Bantam Press, London,
1988, səh. 121-125.) 
Yer-Ay ikili planet sistemi Günəş sisteminin
tarazlığının qorunmasında mühüm amildir
Yer-Ay sistemi olmadıqda Yupiterin nəhəng kütləsi
Merkuri, Venera kimi daxili planetlərdə böyük qeyri-
sabitliyə səbəb olardı. Bu da müəyyən müddət
sonra Merkuri və Venera planetlərinin orbitlərini bir-birinə
həddindən artıq yaxınlaşdırar, belə bir yaxınlaşma isə
Merkurinin sistemdən kənara atılması, Veneranın da
orbitinin dəyişməsi ilə nəticələnərdi. Günəş sisteminin
kompyuter simulyasiyasını quran elm adamları sistemdə
milyardlarla il davam edən müvazinət və sabitliyin ancaq bu
planetlərin ideal kütlə və mövqeləri sayəsində mümkün
olduğunu, bu müvazinətdə ən kiçik dəyişikliyin belə Günəş
sisteminin, eləcə də bəşəriyyətin məhv olmasına səbəb
olacağını bildiriblər.

1998-ci ilin noyabr ayında məşhur astronomiya jurnalı


“The Astronomical Journal”da dərc edilən son astronomik
170 | P a g e
tədqiqatların biri haqqındakı yazıda Günəş sistemindəki bu
qeyri-adi müvazinət “əsas kəşflərimiz Günəş sistemindəki
uzunmüddətli sabitlik və müvazinətin təmin edilməsi üçün
bir növ ilk dizayna ehtiyac olduğunu göstərir” ifadəsilə
vurğulanır.  (Innanen, Kimmo, S. Mikkola, and P.Wiegert.
1998. The Earth-Moon System and the Dynamical Stability
of the Inner Solar System. The Astronomical Journal 116:
səh. 2055-2057)
Günəş sisteminin quruluşu insan həyatı üçün qeyri-adi
dərəcədə xüsusi yaradılışla nizamlanmışdır.

Yerin fəzada fırlanma sürəti


Kainatdakı milyardlarla ulduz və qalaktika mükəmməl
uyğunluq içində onlar üçün müəyyən edilmiş orbitlərində
hərəkət edirlər. Ulduzlar, planetlər və peyklər həm öz
ətraflarında, həm də bağlı olduqları sistemlərlə birlikdə dövr
edirlər. Hətta bəzən içində 200-300 milyard ulduz olan
qalaktikalar bir-birinin içindən keçib gedirlər. Lakin bu
zaman kainatdakı böyük nizamı pozan hər hansı toqquşma
baş vermir.

Kainatdakı sürət anlayışı Yer kürəsinə uyğun ölçülərlə


müqayisədə ağlasığmaz ölçüdədir. Milyard, trilyon tonlarla
çəkisi olan ulduzlar, planetlər və ancaq riyaziyyatçıların
anladığı dəyərlərə malik qalaktikalar və qalaktika topaları
kosmosda qeyri-adi sürətlə hərəkət edirlər.

Məsələn, Yer saatda 1670 km sürətlə öz oxu ətrafında


fırlanır. Ən sürətli güllənin saatda 1800 km sürətə malik
olduğunu düşünsək, Yerin nəhəng ölçüsünə baxmayaraq,
sürətinin nə qədər böyük olduğu məlum olur.

171 | P a g e
Yerin Günəş ətrafındakı sürəti isə güllənin sürətindən 60
dəfə çoxdur: saatda 108.000 km (bu sürətdə nəqliyyat növü
icad edilsəydi, Yerin ətrafını 22 dəqiqədə dolanardı). Bu
ölçülər sadəcə Yer kürəsinə aiddir. Günəş sistemi isə daha
maraqlıdır. Bu sistemin sürəti məntiq hüdudlarını aşır.
Kainatdakı sistemlər böyüdükcə sürət artır. Günəş
sisteminin qalaktika mərkəzi ətrafındakı fırlanma sürəti
saatda 720.000 km-dir. İçində təqribən 200 milyard ulduz
olan Südyolu qalaktikasının kosmosdakı sürəti isə saatda
950.000 km-dir.

Şübhəsiz, bu cür mürəkkəb və sürətli sistemin içində


nəhəng qəzaların baş vermə ehtimalı çoxdur. Ancaq bu baş
vermir və biz təhlükəsiz şəkildə həyatımıza davam edirik.
Çünki kainatdakı hər şey Allah`ın qoyduğu qüsursuz
nizama əsasən işləyir. Elə bu səbəbdən, ayədə bildirildiyi
kimi, bütün bu sistemin içində heç bir ziddiyyət yoxdur.

Sistemdəki digər planetlər Yerin təhlükəsizliyi və orbiti


üçün mühüm əhəmiyyət kəsb edir.
Yupiterin mövqeyi buna misaldır. Günəş sisteminin ən
böyük planeti olan Yupiter, əslində, Yerin müvazinətini
təmin edir. Astrofizik hesablamalar Yupiterin orbitinin
Günəş sistemindəki Yer kimi digər planetlərin orbitlərinin
sabitliyini qoruduğunu üzə çıxarmışdır. Digər bir çox ulduz
sistemində də Yupiterə bənzər planetlər var. Ancaq onlar
aid olduqları sistemin sabitliyini və ya sistemlərindəki digər
planetləri qorumurlar. Vaşinqton Universitetindən prof.
Piter D. Uord deyir: “Bu gün müşahidə olunan bütün
yupiterlər pisdir. Yeganə yaxşı Yupiter bizimkidir və belə
olmalıdır, əks təqdirdə, ya qaranlıq kosmosa, ya da
Günəşinizə doğru sovrulardınız”. (Peter D. Ward and
172 | P a g e
Donald Brownlee, “Rare Earth: Why Complex Life is
Uncommon in the Universe”)
Yupiter baxımından digər mühüm cəhət də budur: Yupiter
olmasaydı, çoxlu sayda quyruqlu ulduz toqquşmalarına görə
yer üzündə həyat olmazdı. Lakin Yupiter nəhəng kütləsinin
əmələ gətirdiyi maqnetik sahə sayəsində Günəş sisteminə
daxil olan meteorit və kometaların orbitlərini çaşdıraraq
Yerə istiqamət götürmələrinin qarşısını alır. Beləliklə, Yer
üçün qalxan funksiyası yerinə yetirən nəhəng maqnetik
qoruyucu çətir əmələ gətirir. Yupiterin Yeri qoruyan ikinci
funksiyasını planetoloq Corc Vetherill “Yupiter nə qədər
əhəmiyyətlidir” adlı məqalədə belə açıqlayır: “Yupiterin
yerində əgər bu böyüklükdə bir planet olmasaydı, Yer
planetlərarası boşluqda hərəkət edən meteoritlər və
kometaların min dəfə artıq hədəfinə çevrilərdi… Əgər
Yupiter indiki yerində olmasaydı, hal-hazırda biz də Günəş
sisteminin mənşəyini tədqiq etmək üçün mövcud
olmazdıq”. (G.W. Wetherill, “How Special is Jupiter?”,
Nature, vol. 373, 1995, səh. 470)
Günəşin cazibə qüvvəsi və planetlərin
mərkəzdənqaçma qüvvəsi arasında müvazinət var.
Planetləri kosmik fəzaya sovrulmaqdan qoruyan təsir
Günəşin cazibə qüvvəsi ilə planetin mərkəzdənqaçma
qüvvəsi arasındakı müvazinətdir. Günəşin böyük cazibə
qüvvəsi bütün planetləri cəzb edir, onlar da fırlanmaları
nəticəsində mərkəzdənqaçma qüvvəsi sayəsində bu
cazibədən xilas olurlar. Ancaq əgər planetlərin fırlanma
sürəti bir az yavaş olsaydı, onda planetlər sürətlə Günəşə
cəzb olunar və Günəş tərəfindən partlayışla udulardılar.
Bunun əksi də mümkün ola bilərdi. Əgər planetlər daha
sürətlə fırlansaydılar, bu dəfə də Günəşin cazibə qüvvəsi
onları saxlaya bilməz və planetlər kosmik fəzaya
173 | P a g e
sovrulardılar. Halbuki, çox həssas müvazinət qurulmuşdur
və sistem bu müvazinəti qoruduğu üçün davam edir.
Kainatdakı həssas tarazlıq və nizamı ən açıq müşahidə
etdiyimiz sahələrdən biri də Yer kürəsinin yerləşdiyi Günəş
sistemidir. Günəş sistemindəki böyüklü-kiçikli planetlərin
bənzərsiz nizamı sistemin 4 milyard ildən artıq müddət
ərzində sabit quruluşunu qorumuşdur.
Yerin forması iqlimlərə təsir edir.
Yer kürə formasında olduğuna görə, ekvatorla qütblər
arasında qalan sahələr il ərzində fərqli miqdarda günəş
enerjisi alırlar. Məlum olduğu kimi, ekvator xəttindəki
sahələr ən çox günəş enerjisi alır, qütblərə doğru getdikcə
enerjinin miqdarı azalır. Bu şəkildə, ekvatordan qütblərə
doğru atmosfer kütlələrinin isinmə ölçüləri də fərqlidir.
Ekvator və tropiklər arasında qalan bölgələr il boyu daha
çox enerji alaraq çox isinir, beləcə, isti tropik qurşaq
meydana gəlir. Oğlaq və xərçəng tropikləri ilə qütb dairəsi
arasında qalan sahələr isə daha az enerji topladıqlarına görə
az isinirlər və mülayim qurşaq adlanırlar. Qütb dairəsində
yerləşən hissələrə isə günəş şüaları digər qurşaqlara
nisbətən daha maili düşdüyünə görə böyük sahəni isitməli
olur, enerji azlığına görə qütb iqlimi meydana gəlir. Əgər
Yer bu formada olmasaydı, bu qədər iqlim qurşaqları və hər
qurşağa xas canlılar və insanların həyat tərzi olmazdı.
İnsanların qidasından sığınacaqlarına qədər hər şeydə
iqlimin təsirini görmək mümkündür.
Yerlə Günəş arasındakı məsafə uyğun temperatur üçün
xüsusi yaradılmışdır.
Yerlə Günəş arasındakı məsafə Yerin öz oxu ətrafındakı
dövretmə sürəti, oxunun mailliyi, yer üzünün landşaftı kimi
bir-birindən asılı olmayan bir çox amil planetin həyat üçün
əlverişli isinməsini və temperaturun planetin səthində
174 | P a g e
mütənasib paylanmasını təmin edir. Yerlə Günəş arasındakı
məsafənin xüsusi amil olduğunu qəbul etmək istəməyənlər
belə bir məntiq qururlar: “Kainatda Günəşdən daha böyük
və ya kiçik ulduzlar var. Onların da öz planet sistemləri ola
bilər. Bu ulduzlar əgər Günəşdən daha böyükdürsə, onda
həyat üçün ideal planet Yerlə Günəş arasındakı məsafədən
daha uzaqda olar. Məsələn, bir qırmızı nəhəngin ətrafında
Plutonun məsafəsində dövr edən planet bizim Yer kürəmiz
kimi mülayim atmosferə malik olar. Belə bir planet həyat
üçün Yer qədər uyğun olardı”. Bu iddia çox mühüm cəhətə
görə əsassızdır: müxtəlif kütlələrə malik ulduzların fərqli
şüalar yaydığı nəzərə alınmır. Ulduzların yaydığı şüaların
hansı dalğa uzunluğunda olacağını müəyyən edən amil bu
ulduzların kütləsi və kütlələri ilə birbaşa əlaqədar olan səth
temperaturlarıdır. Məsələn, Günəşin yaxın ultrabənövşəyi,
görünən işıq və yaxın infraqırmızı şüalar yaymasının səbəbi
60.000 ºC-yə yaxın səth temperaturudur. Əgər Günəşin
kütləsi bir az çox olsaydı, səth temperaturu daha yüksək
olardı. Onda Günəşin yaydığı şüaların enerji səviyyəsi artar
və Günəş öldürücü təsirə malik ultrabənövşəyi şüaları daha
çox yayardı. Bu isə göstərir ki, həyata imkan verən şüaları
yayan ulduzlar mütləq bizim Günəşimizin kütləsində
olmalıdır. Bu ulduzların bir planetdə həyatı dəstəkləməsi
üçün isə planet məhz hal-hazırda Günəşlə Yer arasındakı
məsafə qədər uzaqlıqda olmalıdır. Başqa sözlə, bir qırmızı
və ya mavi nəhəngin, yaxud da kütləsi Günəşdən fərqli olan
müəyyən bir ulduzun ətrafında dövr edən hər hansı bir
planet həyat üçün əlverişli ola bilməz. Həyatı dəstəkləyən
yeganə enerji mənbəyi Günəş kimi ulduzdur. Həyat üçün
uyğun yeganə planet məsafəsi isə Yer-Günəş məsafəsidir.
Yer kürəsinin səthindəki temperatur həssas ölçüdədir.
Amerikalı geoloqlar Frank Press və Reymond Siver də
175 | P a g e
Yer kürəsinin səthinin temperaturundakı incə əyara diqqət
çəkirlər. Onların bildirdiyinə görə, həyat çox məhdud
temperatur intervalında mümkündür və bu temperatur
intervalı Günəşin temperaturu ilə mütləq sıfır arasındakı
mümkün temperatur ölçülərinin təqribən 1%-ini təşkil edir.
Yerin temperaturu isə məhz bu dar intervaldadır. (F. Press,
R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4)
Bu temperatur intervalının qorunması, əlbəttə, Günəşlə Yer
arasındakı məsafə qədər Günəşin yaydığı istilik enerjisi ilə
də yaxından əlaqədardır. Hesablamalara əsasən, Yerə çatan
günəş enerjisindəki 10%-lik azalma Yer üzünün metrlərlə
qalınlıqda buzlaq təbəqəsi ilə örtülməsinə səbəb olar.
Enerjinin bir az artması isə bütün canlıların qovrularaq
ölməsi ilə nəticələnər.

Dünyanın ideal olan temperaturunun planet içində sabit


formada paylaması da son dərəcə əhəmiyyətlidir. Necə ki,
bu sabitliyin təmin edilməsi üçün çox xüsusi olan bəzi
tədbirlər alınmışdır. Məsələn, Yer kürəsinin xəyali oxunun
orbit müstəvisinə 23° 27′ -lik meyilliyi qütblərlə ekvator
arasındakı atmosferin formalaşmasında əngəl yarada
biləcək həddindən artıq temperaturun qarşısını alır. Əgər bu
meyillilik olmasaydı, qütb bölgələri ilə ekvator arasındakı
temperatur fərqi daha çox artar və yaşamağa imkan yaradan
atmosferin mövcud olması qeyri-mümkün olardı.

Hər şey müəyyən ölçüdə və mükəmməl şəkildə Allah


tərəfindən yaradılmşdır.

Yer kürəsi məhz lazımi ölçüdədir.


Yerlə Günəş arasındakı məsafə, Yerin fırlanma sürəti və
forması qədər ölçüsü də vacibdir. Yer kürəsini kütləsinin
176 | P a g e
sadəcə 8%-i böyüklükdə olan Merkuri və ya Yerdən 318
dəfə artıq kütləyə malik Yupiterlə müqayisə etdikdə
planetlərin çox fərqli ölçülərdə olduğunu görürük. Bu qədər
müxtəlif ölçülərdəki planetlər arasında Yer kürəsinin ölçüsü
təsadüfən müəyyən edilməyib. Yer kürəsinin
xüsusiyyətlərini təhlil etdikdə yaşadığımız bu göy cismini
Allah’ın məhz lazımi böyüklükdə yaratdığını görürük.
Amerikalı geoloqlar Press və Siver Yerin bu uyğunluğu
haqqında belə məlumat verirlər: “Yer kürəsi məhz lazımi
böyüklükdədir. Daha kiçik olsaydı, yerin cazibə qüvvəsi
çox zəifləyər və atmosferi ətrafında saxlaya bilməzdi, daha
böyük olsaydı, bu dəfə də yerin cazibə qüvvəsi çox artar və
bəzi zəhərli qazları da saxlayaraq atmosferə öldürücü
xüsusiyyət qazandırardı…” (F. Press, R. Siever, Earth, New
York: W. H. Freeman, 1986, səh. 4)

Kainatda qüsurlu dizayn  mövcuddurmu?


“Kainatda qüsurlu dizayn mövcuddurmu?” sualı bir çox
insanın şübhəyə düşməsinə səbəb olmuş, hətta bunu
arqument halına gətirib, teizm əleyhinə təqdim edən
ateistlər belə olmuşdur. Burada ortaya atılan arqument bu
şəkildədir:

177 | P a g e
1. Əgər Tanrı varsa, o mükəmməldir.
2. Əgər Tanrı varsa, o kainatın yaradıcısıdır.
3. Bir varlıq mükəmməldirsə, yaratdığı hər şey də
mükəmməl olmalıdır.
4. Amma kainat mükəmməl deyil.
5. Bu səbəbdən mükəmməl bir varlıq kainatın yaradıcısı ola
bilməz.
6. Bu səbəbdən, Tanrının var olması qeyri-mümkündür.

Bu arqumentin əsas səhvi ‘mükəmməl’ anlayışının səhv


başa düşülməsi və səhv şərh olunmasıdır. Mükəmməllik
zənn edildiyi kimi ”ən bəyənilən” demək deyil.
Mükəmməllik məqsədə uyğunluqdur. Sadə bir misalla
göstərsək; Əgər bir mühəndis dizayn edəcəyi göydələni tam
3 ayın sonunda yıxılacaq şəkildə planlarsa və göydələni
buna görə dizayn edərsə, göydələn tam 3 ay sonra yıxılınca
bunu mühəndisin səhvi olaraq görməmiz və bu göydələnin
qüsurlu olduğunu idda etməmiz doğru olarmı? Təbii ki
xeyr. Əksinə, bu göydələnin tam 3 ayın sonunda yıxılması
mühəndisin məqsədinə çatdığını, yəni müvəffəqiyyətli
olduğunu göstərir. Əgər göydələn illərlə yıxılmadan
qalsaydı, bizim mühəndisi çox davamlı bina hazırladı deyə
təbrik etməmiz doğru olardımı?

Qısacası, bizə qüsur olaraq görünən bəzi şeylər bəlkə də


Allah (c.c) qatında planlanmış və bu şəkildə nəzərdə
tutulmuşdur. Allahın (c.c) hansı varlığı, hansı məqsədlə
yaratdığını heç bir zaman anlaya bilməyəcəyimiz üçün heç
bir şey haqqında qüsurlu deyə bilmərik. İki planetin
orbitlərinin kəsişməsi və bu planetlərin toqquşması bizim
gözümüzlə qüsur olaraq qəbul edilə bilər, lakin Yaradıcının
bəlkə də bu planetlərin aqibətini bu şəkildə hazırlamış və bu
178 | P a g e
planetlərin ömrünü bu şəkildə seçmiş ola biləcəyini də
düşünsək, bu vəziyyət əsla problem təşkil etməz.

Başqa sözlə; Bu gün elmi istifadə edərək təbiətdə qüsur


olaraq xarakterizə etdiyimiz şeylərin qüsurdan daha çox
zəruri bir ehtiyac olduğunu sonrakı illərdə anlaya bilərik.
Elm dibi görünməyən akvarium kimidir. Son nöqtəyə
çatmadan bu akvariumda bu balıq olmamalıydı deyə
bilmərik. Bəlkə də gərəksiz olaraq gördüyümüz balıq,
akvariumdakı qida zəncirinin meydana gəlməsində
əhəmiyyətli bir rol oynayır.

Kainatda mövcud olan mükəmməl nizam və həssas əyarlar


arqumentinə qarşı ateistlərin ən çox istifadə etdiyi ifadə
təxminən belədir: “Kainat mükəmməl deyil. Kainatda xaos
var. Kainatda çoxlu təbii fəlakətlər baş verir.”

Burada ateistlərin yol verdikləri məntiq xətası mütləq və


nisbi mükəmməllik anlayışlarının səhv salınmasından irəli
gəlir. Əslində yaşadığımız kainatda mütləq mükəmməllik,
mütləq gözəllik, mütləq güclülük və s. anlayışlar mövcud
deyil. Çünki mütləqiyyət yalnız Allah Təalaya (c.c) məxsus
bir xüsusiyyətdir və mütləq mənada mükəmməl olan yalnız
Allah Təaladır (c.c).  Kainatda mövcud olan anlayışlar isə
nisbidir və müqayisə əsasında təyin olunur. Amma bu heç
də bizə həmin anlayışlardan imtina etməyə əsas vermir.
Əgər belə olsa idi, onda gərək biz heç bir qadına “Sən
gözəlsən” deməyəydik. Çünki əslində ondan daha gözəl
qadınlar ola bilər. Digər tərəfdən isə ən gözəl qadın belə
qocaldıqca öz gözəlliyini itirir. Deməli, gözəllik anlayışı
mütləq deyil. Bu halda biz “gözəl” anlayışından mütləq

179 | P a g e
mənada imtina etməli olardıq. Əslində isə bu, qeyri-
mümkündür.

Eyni vəziyyət kainatda mövcud olan mükəmməl nizam və


həssas əyarlar üçün də keçərlidir. Kainatdakı mükəmməl
nizam dedikdə, müqayisəyə əsaslanan mükəmməllik
nəzərdə tutulur. Bu yanaşma kainatda mövcud olan canlı-
cansız digər obyekt və subyektlərə də aiddir. Məsələn, biz
insan gözü ilə fotoaparatı müqayisə edərək insan gözünün
fotoaparata nisbətən qat-qat daha mükəmməl quruluşu
olduğunu deyə bilərik. Lakin bu o demək deyildir ki, insan
gözü mütləq mənada mükəmməldir. Çünki insan gözü
zəifləyə bilər, zədələnə bilər və s. Amma elmi-məntiqi
mühakiməyə əsaslanaraq bizim gələ biləcəyimiz doğru
nəticə budur:  “Əgər insan gözünün təqlidi əsasında istehsal
olunmuş və yüksək elmi texnoligiyanın məhsulu olan bir
fotoaparatın istehsalçısı, bir dizayneri vardırsa, onda həmin
fotoaparatdan daha mükəmməl texnologiyaya malik olan
insan gözünün də bir Yaradıcısının olması mütləq
gərəkdir.”
Kosmosdakı nəhəng boşluqlar
Elmi nailiyyətlərin bizə işarə etdiyi çox əhəmiyyətli bir
məqam var. Kainatın möhtəşəm böyüklüyü! Kainatın
böyüklüyü üzərində düşündükdə qarşımıza çox böyük
rəqəmlər çıxır.

Bildiyimiz kimi, Yer planeti Günəş sisteminin bir


parçasıdır. Bu sistem kainatın içindəki digər ulduzlara görə
orta-kiçik ulduz olan Günəşin ətrafında dövr edən səkkiz

180 | P a g e
planetdən və onların əlli dörd peykindən meydana gəlir. Yer
bu sistemdə Günəşə ən yaxın üçüncü planetdir.

Günəşin diametri Yerin diametrinin 103 misli qədərdir.


Bunu bir bənzətmə ilə açıqlayaq: əgər diametri 12.200 km
olan Yeri üzüm çəyirdəyi böyüklüyünə gətirsək, Günəş də
bildiyimiz futbol topunun iki misli qədər böyüklükdə olan
dairəvi bir kürə halına gələr. Amma əsl maraq doğuran şey
aradakı məsafədir. Gerçəklərə uyğun bir model qurmağımız
üçün çəyirdək böyüklüyündəki Yer ilə top böyüklüyündəki
Günəşin arasındakı məsafəni təxminən 280 metr etməliyik.
Belə olan təqdirdə, Günəş sisteminin xaricində olan
planetləri isə kilometrlərlə kənara daşımağımız lazım
olacaq.

Ancaq bu qədər nəhəng bir ölçüyə sahib olan Günəş


sistemi içində olduğu Samanyolu qalaktikası ilə müqayisədə
olduqca kiçik ölçülərdədir. Çünki Samanyolu qalaktikasının
içində Günəş kimi və çoxu ondan daha böyük olan
təxminən 250 milyard ulduz var. Bu ulduzların içində
Günəşə ən yaxın olanı Alfa Sentavradır. Əgər Alfa
Sentavranı yuxarıda göstərdiyimiz ölçüyə, yəni Yerin üzüm
çəyirdəyi böyüklüyündə olduğu və Günəş ilə Yerin arasının
280 metr olduğu ölçüyə yerləşdirsək, onu Günəşin 78 min
kilometr uzağına qoymağımız lazım olacaq!

Dünyada tanınmış astrofizikçi professor Corc


Greenstein bu heyrətamiz böyüklüklə bağlı “The
Symbiotic Universe” adlı kitabında belə yazır: “Əgər
ulduzlar bir-birlərinə bir az daha yaxın olsalar, astrofizika
çox da fərqli olmazdı. Ulduzlarda, kvazarlarda və digər göy
cisimlərində davam edən təməl fiziki proseslərdə heç bir
181 | P a g e
dəyişiklik baş verməzdi. Uzaq bir nöqtədən baxdıqda,
qalaktikamızın görünüşü də indiki ilə eyni olardı. Tək fərq o
olardı ki, gecə çəmənlikdə yerə uzanıb izlədiyim səmada
daha çox ulduz görərdim. Lakin üzr istəyirəm, bəli, bir fərq
də olardı: Bu mənzərəni seyr edən “mən”
olmazdım… Kosmosdakı bu nəhəng boşluq bizim
varlığımızın vacib şərtidir.” (Corc Greenstein, The
Symbiotic Universe. s. 21)
Greenstein bunun səbəbini də açıqlayır; kosmosdakı böyük
boşluqlar bəzi fiziki dəyişikliklərin tam insan həyatına
uyğun şəkildə olmasını da təmin edir. Həmçinin Yerin
kosmos boşluğunda gəzişən nəhəng göy cisimləri ilə
çarpışmasına mane olan faktor da kainatdakı göy
cisimlərinin arasının bu cür böyük boşluqlarla dolu
olmasıdır.
Kainat heçlikdən (yoxluqdan)  özü-özünə var
ola  bilərmi?
Fizikaçı Lawrence Kraussa görə ola bilər. Lawrence
Krauss ”Heçlikdən Kainat” adlı kitabında kainatın
yoxluqdan özbaşına çıxa bildiyini və bu səbəbdən ”niyə heç
bir şey deyil də bir şeylər var?” sualına cavab verdiyini
iddia edir. Heçlikdən kainat yarana biləcəyini söyləyən
sənədli filmlər də vardır. İstər bu kitablar olsun, istərsə də
sənədli filmlər ateistlər tərəfindən sanki ”bax Allaha filan
ehtiyac yoxdur, kainat özbaşına meydana gələ bilər” deyə
önə sürülməkdədir. Yaxşı, xalqımızın aldadıldığını bilməyə
haqqı yoxdurmu?

Gəlin bu əsassız iddiaları birlikdə dəyərləndirək .


Heçlikdən (yoxluq) kainat iddiaları tamamilə təhrif etmədir
182 | P a g e
və bu iddiaların əsası yoxdur. Əvvəlcə ”yoxluq ” deyə bir
şey belə təsbit edilə bilməmişdir. Yoxluq belə yoxkən, necə
olur da yoxluqdan kainat çıxa bilir deyə soruşaraq başlaya
bilərik.

Kraussun yoxluq ilə nəzərdə tutduğu ”kvant vakuum” deyə


adlandırdığımız ”boş” havadır. Krauss burda əslində var
olan bir şeyə yoxluq deyərək “Fallacy of Equivocation”
deyə adlandırılan bir məntiq xətasına imza atır. Yoxluğun
və ya heçliyin mənası sabit olmasına baxmayaraq yeni bir
heçlik tərifi çıxararaq özünü haqlı çıxarmağa çalışır.

Kraussun nəzərdə tutduğu şey həm fəlsəfi baxımdan həm


də elmi baxımdan yoxluq deyil. Fəlsəfi baxımdan yoxluq
heç bir şeyin olmaması , bir başqa deyişlə ”varlığın
yoxluğudur”. Aristo yoxluğun tərifini bu şəkildə etmişdir:
”Yoxluq qayaların xəyal etdiyi şeydir” .

Elmi baxımdan bir şeyin yoxluq ola bilməsi üçün həmin


şeyin heç bir xüsusiyyəti olmamalıdır. Halbuki Kraussun
yoxluq deyə iddia etdiyi kvant vakumun bir çox təcrübi /
yanlışlanabilir xüsusiyyətləri vardır. Kvant vakumun
enerjisi vardır, dalğalanmaları vardır, ölçə biləcəyimiz
xüsusiyyətləri vardır. Vəziyyət belə ikən necə bu şeyə
yoxluq deyə bilərik ki?

Bunun nə qədər məntiqsiz bir fikir olduğunu başqa bir


nümunə üzərindən göstərə bilərik. Bildiyiniz kimi buz və su
tamamilə eyni maddədir. Buz suyun donmuş halıdır. Buzu
əritdikdə su əldə edirik. İndi biz əridilmiş buzdan çıxan su
üçün ”bu su yoxdan meydana gəldi” desək bu axmaqlıq
olmazmı ? Kraussun da etdiyi eynilə budur.
183 | P a g e
Kraussun bu ifadələri akademik çevrələrdə də çox tənqid
almışdır. Başda Alexander Vilenkin olmaq üzrə bir çox
kozmolog/fizikaçı Kraussun heçlik deyə tanıtdığı şeyin
heçlik olmadığını söyləmişlər . İstəyənlər bunu Vilenkinin
öz dilindən dinləyə
bilər : http://www.youtube.com/watch?
v=A7I3uM-kMPI (İngiliscədir)
İndi işin daha da dəhşətli qisminə keçək. Yoxluqdan kainat
meydana gəlməsini keçin, kvant vakuumda kainat meydana
gəlməsi düşüncəsi də elmi olaraq sübut edilmiş bir
nəzəriyyə deyil. Kvant vakuumda kainatın meydana
çıxması son dərəcə spekulyativ bir nəzəriyyədir və heç bir
dəlili yoxdur. Bunu dünyanın öndən gələn
kozmologlarından biri olan Corc Ellisin dilindən dinləyə
bilərsiniz : http://www.youtube.com/watch?
v=tq8-eLGpEHc ( 43:13 . -48:00 . Dəqiqə arası )
Krauss haqlı olsaydı belə problem yenə həll oluna
bilməzdi, çünki bu dəfə ”kvant vakuumda kainatı çıxardan
qanunlar haradan gəlir?” sualı doğardı və ”niyə heç bir şey
deyil də bir şeylər vardır ?” sualı yenə cavabsız qalardı.

İşin ironik qismi , müqəddəs mətnlərdə keçən keçmiş


qövmlərə verilən möcüzələrə gülənlər, heçlikdən yaranan
bir kainata inanırlar.

Ateistlər Qurani Kərimə inanmırlar.  Ancaq məsələnin


gülməli tərəfi odur ki, “heçlikdən yaranmış kainat” fikrini
dəstəkləməklə əslində ateistlər özləri də bilmədən
Qurandakı ayələri qismən təsdiqləmiş olurlar. Quranda
“heçlikdən yaradılma” haqqında deyilir:

184 | P a g e
            “Biz hər hansı bir şeyi (yaratmaq) istədikdə ona
sözümüz: “Ol!” deməkdir. O da dərhal olar.” (Nəhl, 40).
            “Allaha (özü üçün) övlad götürmək yaraşmaz.
O, pakdır, müqəddəsdir. O, hər hansı bir şeyi yaratmaq
istədikdə ona yalnız: “Ol!” deyər, o da dərhal olar.
“(Məryəm, 35).
            “Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın)
buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal
olar.” (Yasin, 82).
            “Dirildən də, öldürən də Odur. O, bir işi qərara
aldıqda (bir şeyi yaratmaq istədikdə) ona ancaq: “Ol!” –
deyər, o da dərhal olar.” (Mömin, 68)
Bəli, ayələrdə deyildiyi kimi “heçlikdən kainatın” sonsuz
elm və qüdrət sahibi olan Allah Təala (c.c) tərəfindən
yaradılması mümkündür.

Amma kainatın heçlikdən öz-özünə, təsadüfən var olması


mümkün deyil və qeyri-məntiqidir. Bir az məntiqlə
düşünsək və özümüzə sual versək: 
            Səbəbsiz olaraq öz-özünə heç nədən nəysə yarana
bilərmi?
            Səbəblərlə dolu olan kainatımız səbəbsiz olaraq
heçlikdən öz-özünə var ola bilərmi?
            Hətta nəhəng kainat bir yana dursun, səbəbsiz olaraq
adi bir hüceyrə təsadüfən yarana bilərmi?

Hüceyrənin təsadüfən yaranması haqqında məşhur ingilis


riyaziyyatçı və astronomu, “Big Bang” termininin müəllifi,
professor Ser Fred Hoyle kor təsadüflərin canlıları yarada
bilməsini mümkünsüz hesab etmiş və ateistlərin,
materialistlərin, təkamülçülərin bu batil inancı barədə belə
bir bənzətmə söyləmişdir:  “Təsadüfən bir hüceyrənin
185 | P a g e
meydana gəlməsi ilə metal yığınını sovuran qasırğanın
təsadüfən “Boeing-747” təyyarəsini meydana gətirməsi
arasında heç bir fərq yoxdur.” Mənbə: “Nature” jurnalı,
“Hoyle on Evolution,” № 294, 12 noyabr 1981, səhifə 105.

Allah Təala (c.c) haqqında


suallara cavablar
Mənəvi dəyərlər arqumenti haqqında ateist
iddiaya  cavab
Ateistlər tərəfindən mənəvi dəyərlərin əsası kimi daha çox
istifadə edilən alternativ isə təkamül nəzəriyyəsidir. Bu
prinsipə görə, təbii seleksiya nəticəsində insanlarda insan
cinsinin qorunması və genlərinin gələcək nəsillərə
ötürülməsi üçün ən əlverişli davranış şəkilləri onların
mənəvi dəyərlərinə çevrilib. Qısacası, Stalin ilə Tereza Ana
arasındakı fərq sadəcə və sadəcə genlərin və xromosomların
tərtibidir. Amma biz sırf genlərinə görə Stalini pis adam
adlandıra bilərik mi? Bu prinspin bir neçə ciddi zəifliyi var:

1. İlk növbədə təkamül nəzəriyyəsinin mənəvi dəyərləri


formalaşdırması intuisiyaya ziddir. Bəli, deyə bilərlər ki,
mənəvi dəyərlərin bir hissəsi, misal üçün insest, canlılar
arasında mənfi nəticələrə gətirdiyi üçün təkamül nəticəsində
tabu olub. Lakin mənəvi dəyərlərin bir hissəsi belə deyil.
Biz hamımız bilirik ki, ananın öz həyatını balası üçün fəda
verməsi gözəl və intuitiv bir şeydir. Lakin təbii seleksiyanın
qaydası heyvanların özlərini qoruması və həyatlarını davam
186 | P a g e
etdirmələridir. Nəyə görə ana öz canından keçməlidir ki,
başqa bir can yaşasın? Təbii seleksiyanın qaydası odur ki,
canlı ilk növbədə özünü düşünməlidir. Dişi aslan yeməyə
bir şey tapmayanda öz balaların yeyir. Əgər insan sadəcə
inkişaf etmiş heyvandırsa, nəyə görə insan belə edə bilməz?
Üstəlik Adolf Hitler yahudilərə qarşı soyqırım təşkil edəndə
insan cinsinin daha da inkişaf etməsinə, güclülərin sağ qalıb
öz genlərini gələcək nəsillərə ötürməsini əsas alırdı. Mayn
Kampf kitabını oxuyan, Hitlerin necə də Darvinin
nəzəriyyəsindən təsirləndiyini görə bilər.

2. Təkamülün obyektiv mənəvi dəyərlərin əsası olması


üçün üzləşdiyi ən böyük problem isə, təkamülün daim
dəyişikliyə uğramasıdır. Biz bilirik ki, təkamül
nəzəriyyəsinə görə, canlılar dəyişən təbii şəraitlərə daim
adaptasiya olaraq sağ qalmağa çalışırlar. Bu o deməkdir ki,
teoritik olaraq, bizim bu gün obyektiv şər hesab etdiyimiz
hər hansı bir şey, misal üçün zorakılıq, keçmişdə müəyyən
şərtlər altında doğru bir şey ola bilərdi, və ya gələcəkdə nə
zamansa doğru ola bilər. Həmçinin ola bilər ki, öz yaşamını
təmin etmək üçün insan öz balasını öldürməli olsun. Bu
prinsipə əsasən, o zaman biz bu əməlləri şər adlandıra
bilmərik. Lakin biz dedik ki, obyektiv dəyərlər vaxt və
məkandan asılı deyil. Hər bir insan bilir ki, nə zorakılıq nə
də balaca uşaq öldürmək doğru bir şey ola bilməz.
Beləliklə, təkamül obyektiv mənəvi dəyər və öhdəliklərin
əsasını təşkil edə bilməz. Bu prinsipə əsasən biz heç bir
zaman müəyyən qrup insanlarda mövcüd olan və bizim
mənəviyatsızlıq hesab etdiyimiz əməlləri qınaya bilmərik.
Misal üçün, pedofiliya ilə məşğul olan bir qrup insan bunu
təbii seleksiyanın nəticəsi olaraq izah edə bilər.

187 | P a g e
3. Bu prinsipin qarşılaşdığı üçüncü problem təkamülün
izahedici xarakter daşımasıdır. Təkamül nəzəriyyəsinə görə,
insan müəyyən funksiyaları müəyyən səbəblərə görə əldə
edib. Lakin mənəvi qanunlar izahedici xarakter daşımır,
onlar əmiranə xarakter daşıyır. Bu yöndən, təkamül nəyə
görə yəhudilərin soyqırımının bu vaxta qədər insan növü
üçün mənfi rol oynayacağını izah edir, lakin gələcəkdə
insan növü üçün nəyin xeyir olacağını izah edə bilmir. Ona
görə də, bu prinsipə əsasən, biz Hitlerin yəhudiləri
öldürməməlidir deyə bilmərik, çünki gələcəkdə bunun nə
nəticə verəcəyindən bixəbərik.

Məsələnin ironik tərəfi isə odur ki, əgər ateizm doğru bir
şeydirsə, və obyektiv mənəvi dəyərlərin mənbəsi
təkamüldürsə, o zaman insanlar nəyə görə mənəvi həyat
yaşamalıdırlar? Əgər müəyyən qədər gücü olan insan bu
mənəvi dəyərlərə qarşı çıxar, və istədiyi həyatı yaşayarsa,
bunu nəyə görə etməməlidir? Həyat qəbirdə bitəcəksə
Stalin, Hitler, Pol Pot, Kim İr Sen və əlləri milyonlarca
insanın qanına bulaşmış digər diktatorlar nəyə görə öz rifahı
və sağ qalmasını təmin etmək üçün insan öldürə bilməzdi?
Ateizm buna cavab verə bilməz. Qeyd etdiyimiz bütün
insanların ateist olması da diqqətimizdən qaçmamalıdır.

Deyilə bilər ki, son tədqiqatlar heyvanlarda rudimentar


mənəvi dəyərlərin mövcudluğunu göstərir. Aparılan sınaqda
bir qrup şimpanze öz bananlarını qrup ilə bölüşdürmək
istəməyən şimpanzeni yeməkdən məhrum edərək
“cəzalandırır”. Şimpanzelərin bu cür davranışı onlarda
mövcud olan rudimentar mənəvi dəyərlər ilə əlaqələndirilir.
Bu dəyərləndirmədə bir neçə problem var. İlk növbədə
burada mənəvi dəyərlər sadəcə xarici davranış ilə
188 | P a g e
sınırlandırılmışdır. Şimpanzelərin bu davranışı sadəcə və
sadəcə bu halda daha yaxşı sağ qaldıqları ilə izah oluna
bilər. Lakin bu heç cür bu şimpanzenin öz yeməyini
bölüşdürməyə borclu olduğunu, etmədiyi təqdirdə isə
mənəviyyatsız davrandığını bizə göstərmir.
Mənəvi dəyərlər sadəcə xarici davranışı deyil, əksinə niyyət
və motivi də ehtiva edir. Misal üçün bilmədən yaşlı xanımı
itələyən ilə bunu qəsdən edən arasında fərq var. Biz adətən
birinci halda olanı günahlandırmasaq da, ikincisinin əməlini
mənəviyatsızlıq hesab edirik. Üstəlik motiv də önəmlidir.
Yaşlı xanımı qatarın altına düşməkdən xilas etmək üçün
qəsdən itələyən insan mənəvi cəhətdən pis bir şey
etməmişdir. Qeyd olunan hallarda xarici davranış eynidir,
lakin niyyət və motivə görə əməl ya mənəvi cəhətdən doğru
ya da səhv olur. Bəzən isə bir insan heç bir əməl etmədən
də mənəviyyatsız ola bilir: insanlara qarşı şər düşünmüş,
lakin bunu yerinə yetirməyə gücü çatmayan birisi buna
misal ola bilər.

Bütün bunlar bizə göstərir ki, mənəviyyat sadəcə xarici


davranışdan ibarət deyil, və sadəcə xarici davranışla izah
oluna bilməz. Buna görə də şimpanzenin bu cür hərəkətini
mənəviyatsızlıq adlandırmaq doğru deyil.

Mənəvi dəyərlər arqumenti – Allahın  varlığı


Mənəvi dəyərlər arqumenti Yaradıcının obyektiv mənəvi
dəyərlər və öhdəliklər üçün yeganə ontoloji əsas ola
biləcəyini irəli sürərək Onun varlığını isbat etməyə çalışır.
Bu arqument aşağıdakı kimi təqdim oluna bilər:

189 | P a g e
1. Əgər Yaradıcı mövcud deyilsə, o zaman obyektiv
mənəvi dəyərlər və öhdəliklər mövcud deyil.
2. Obyektiv mənəvi dəyərlər və öhdəliklər mövcuddur.
3. Beləliklə, Yaradıcı mövcuddur.

İlk öncədən obyektiv dəyərlər ilə nəyi qəsd etdiyimizi izah


edək. Obyektiv mənəvi dəyərlər ilə biz zamandan və
məkandan, insanların istəkləri və seçimlərindən asılı
olmayan, daima doğru olan dəyərləri və öhdəlikləri qəsd
edirik. Bu dəyərlərə zidd əməl etmək isə obyektiv şərdir.
Misal üçün, İslamdan əvvəlki ərəb cəmiyyətində qız
uşaqlarını dir-diri basdırmaq adət halını almışdı. Lakin biz
hamımız bilirik ki, bu nə o zaman nə də bizim dövrümüzdə,
nə də heç bir vaxt doğru bir şey ola bilməz. Hətta bu adət
bütün dünyada yayılsa belə, yer üzündə yaşayan hər bir kəs
bu əməlin doğru olduğunu desə belə, biz yenə də bunun
doğru olmadığını anlayırıq. Bura həmçinin günahsız
insanları öldürməyi, zorakılığı və pedofiliyanı əlavə edə
bilərik. Mənəvi dəyərlər arqumentini istifadə edənlər
deyirlər ki, əgər Yaradıcı mövcud deyilsə, o zaman sizin bu
əməlləri həqiqətən də obyektiv olaraq şər əməl saymanızın
heç bir əsası yoxdur. Siz ərəblərin öz uşaqlarını
öldürməklərini səhv hesab edə bilərsiz. Lakin onlar belə
hesab etmirdilər. Sizin fikrinizin onların fikrindən daha
üstün olduğunu necə deyə bilərsiz? Bunu demək üçün bizə
bu əməlləri mühakimə edəcək və insan subyektivliyindən
üstün olacaq bir instansiya lazımdır. Teistlər bu
instansiyanın Yaradıcı olduğunu deyirlər.

Yuxarıda qeyd olunan arqumentasiya xətti tamamilə


məntiqlidir, beləliklə əgər ilk iki fərziyyə doğru olarsa, o

190 | P a g e
zaman nəticə də doğrudur. İlk əvvəl ikinci fərziyyədən
başlayaq.

1. Obyektiv mənəvi dəyərlər və öhdəliklər mövcuddur


İnsanların əksəriyyəti obyektiv mənəvi dəyərlərin və
öhdəliklərin mövcud olduğunu qəbul edirlər. Hətta
ateistlərin əksəriyyəti bir növ mənəvi dəyərlərin
mövcudluğunu inkar etmirlər. Lakin Jan Pol Sartr kimi
məsələni dərindən düşünən bəzi səmimi ateistlər
Yaradıcının mövcud olmadığı təqdirdə dəyərlərin də
mövcüd olmayacağını etiraf ediblər. Az bir qism olsa da,
bəzi ateistlər obyektiv mənəvi dəyər və öhdəlikləri inkar
ediblər.
Biz buna etik subyektivizm deyə bilərik. Bu dünya
görüşünə görə obyektiv mənəvi dəyərlər mövcud deyil,
əksinə mənəvi dəyərlər insandan insana dəyişir. Sənin üçün
doğru olan sənin üçün doğrudur, mənim üçün doğru olan
mənim üçün doğrudur! Bu dünya görüşün çürük olması açıq
aydındır. Bu dünya görüşünə sahib olan insan heç bir zaman
qəsdən məsum adam öldürməyə və ya zorakılığa şər deyə
bilməz. Maksimum edə biləcəyi: “bu mənə görə şərdir”
deməsidir. Bu cür insanları açıq aydın misallar ilə ifşa
etmək mümkündür. Balaca uşaqlara sadəcə əyləncə üçün
işgəncə vermək doğru deyil, ağlı başında olan insan bunun
mütləq bir şər olduğunu qəbul etməlidir. Lakin etik
subyektivizm prinsipinə inanan bunu deyə bilməz. Bu
əməldən xoşlanmaya bilər, lakin bunu edən birisinə şər
etdiyini deyə və onun əməlinin qarşısını ala bilməz, çünki
bunu edənin dünya görüşünə görə bu doğru bir əməldir! Bu
sistemin ərəsəyə gətirəcəyi insanları təsəvvür edin. Bu
insanlar zorakılığa uğrayan qadının yanından keçməli və
heç bir şey etməməlidirlər! Həmçinin siz bu cür düşünən
191 | P a g e
insana qarşı bir işgəncə tətbiq edib, heç bir etiraz
etməməsini gözləməlisiniz.

Obyektiv mənəvi dəyərləri inkar edən birisinə nə deyə


bilərik? Yuxarıda qeyd olunan açıq aşkar misallardan başqa
bir şey deyə bilmərik. Obyektiv mənəvi dəyərləri inkar
etmək bizim yaşadığımız və hisslərimiz ilə dərk etdiyimiz
real dünyanı inkar etmək kimi bir şeydir. Sonunda bu
dəyərləri inkar edən hansısa bir alim tərəfindən ixtira edilən
robot olmadığını, sadəcə bu dünyada yaşadığını təsəvvür
etməyə məcbur edilmədiyini necə isbat edə bilər? Matriks
filminə baxanlar nə dediyimizi anlayar. Ateist Piter Keyv
bunu anlayaraq deyir: “Günahsız birinin öldürülməsi şərdir
inancımıza qarşı istənilən arqument gətirilsin. Biz daim bu
arqumentin doğruluğundan daha çox günahsız birinin
öldürülməsinin şər olduğuna inanacayıq. Uşaqlara sadəcə
əyləncə üçün işğəncə vermək doğru deyil!” (Peter Cave,
Humanism, Oxford: OneWorld, 2009, p.146).

2. Əgər Yaradıcı mövcud deyilsə, o zaman obyektiv


mənəvi dəyərlər və öhdəliklər mövcud deyil.
Obyektiv mənəvi dəyərlərin bizə Yaradıcı tərəfindən
verildiyini hardan bilə bilərik?
İlk növbədə, yuxarıda da ya qeyd edildiyi kimi, bu mənəvi
dəyərlər insan şüurundan daha üstün, dəyişməz standartlara
əsaslanmalıdır, çünki bunlar insan faktorundan asılı deyil,
zaman və məkan ilə dəyişməz. Bunun üçün Yaradıcıdan
daha yaxşı alternativ yoxdur.
Həmçinin mənəvi dəyərlər direktiv şəkil daşıyır. Misal
üçün, biz bir fiziki obyekti yüksəklikdən atdığımız zaman
bu obyekt yerə düşür və yerə düşməsinin səbəbi cazibə
güvvəsidir. Bu əşya cazibə qanununa əsasən yerə düşür,
192 | P a g e
yəni cazibə qanunu onun düşməsinin səbəbidir. Lakin biz
deyə bilmərik ki, bu əşya yerə düşməyə borcludur. Burada
fiziki qanun izahedici xarakter daşıyır. Lakin mənəvi qanun
belə deyil, o mənim nəyi edib etməməyə borclu olduğumu
əmr edir. Mən cazibə qanununa qarşı heç bir zaman çıxa
bilmərəm, lakin mənəvi qanuna qarşı çıxıb doğru olanı
etməyə bilərəm. Francis J. Beckwith və Greg Koukl
deyirlər: “Bir əmr yalnız iki şüur arasında olduğu təqdirdə
bir məna daşıyır: biri əmr verir, digəri isə bu əmri qəbul edir
(Moral Relativism: Feet Firmly Planted in Mid-Air, Grand
Rapids, Michigan: Baker, 1998, p.166.). Əgər obyektiv
mənəvi qanunlar əmr olunmaq kimi bir xüsusiyyət
daşıyırsa, o zaman biz bu əmri insan dərrakəsindən üstün və
şüurlu Varlıqdan almalıyıq. Həmçinin, bu mənəvi dəyərlər
zaman və məkan, insan tərcihləri və seçimlərindən asılı
olmadığına görə, bu qanunlar İnsan şüurundan daha üstün,
mükəmməl mənəvi şüurdan gəlməlidir. Mənəvi dəyərlər
eyni zamanda xüsusi məqsəd daşıdığına görə, bu dəyərlərin
İradə sahibi tərəfindən əmr olunması lazımdır. Son olaraq,
mənəvi dəyərlər əmiranə xarakter daşıyır. Deməli bu
qanunları əmr edən bizə bu qanunları qəbul etdirmə gücünə
sahibdir, və beləliklə Qüdrət sahibidir. Qeyd etdiyimiz
bütün bu xüsusiyyətlər teistlərin inandığı Yaradıcı
məfhumunda mövcuddur.

Biz müəyyən bir mənəvi öhdəliyimizi yerinə


yetirmədiyimiz təqdirdə mənəvi günah hissi keçiririk. Bəzi
hallarda biz kimə qarşı günah hiss etdiyimizi açıq aydın
bilirik. Lakin bəzi hallarda kimin qarşısında günah sahibi
olduğumuzu bilməsək belə, günah hiss keçiririk. Diqqət
yetirin: kimin, nəyin qarşısında deyil. Abstrakt, şüursuz
varlıqlara qarşı günah hissi keçirmək heç cür ağıla sığmaz.
193 | P a g e
Misal üçün yeniyetmə əsəbləşib telefonununu sındıranda,
bu telefonu ona alan valideynlərinə qarşı günah hissə keçirə
bilər, lakin telefonun özünə qarşı günah hissə keçirilməz.

Bütün bunlar obyektiv mənəvi dəyərlərin Yaradıcı


tərəfindən gəldiyini açıq aydın izah edir. İki fərziyyənin
doğru olduğu isbat edildiyi halda, nəticə məntiqi olaraq
doğru qəbul edilməlidir.

Mənəvi dəyərlər arqumentinə qarşı tez-tez gətirilən


iradlardan biri insanın mənəvi dəyərlərinin din ilə
formalaşmadığı, əksinə dinlərin mövcudluğundan daha öncə
də mövcud olması iddiasıdır. Bunu deyənlər sizə yaxşı işlər
ilə məşğul olan bir çox ateisti də örnək olaraq göstərə
bilərlər. Bu məsələnin ontoloji tərəfi ilə epistomoloji
tərəfini qarışdırmaqdır. Biz demirik ki, Yaradıcıya
inanmayan bir insan müəyyən mənəvi dəyərlərə sahib
olaraq onlara əməl edə bilməz. Əksinə, ateistlərin belə bu
dəyərləri bilməsi və bəzən onlara əməl etməsi yalnız bizim
arqumenti gücləndirir. Lakin biz deyirik ki, Yaradıcı
məfhumu olmadan, bu obyektiv mənəvi dəyərlər üçün
ontoloji əsas mövcud olmur. Yəni, Yaradıcı olmadan
mənəvi dəyərlərin heç bir qaynağı ola bilməz. Bu ikisi
arasında fərqə diqqət yetirmək lazımdır.
Qarşılaşdığımız digər etiraz mənəvi dəyərlərin cəmiyyətin
təsiri nəticəsində formalaşmasıdır. Yəni, bəzi ateistlərə görə
nəyin doğru, nəyin doğru olmadığını təyin edən
cəmiyyətdir. Çoxluq qaydası – mənəvi dəyərlər sadəcə
qanuni olanlardır. Buna kanvensiolizm adını verirlər. Lakin
bu prinsipin doğru olmadığı aşkardır. Bu prinsipə görə, əgər
bir cəmiyyət yeni doğulmuş sarı saçlı uşaqları öldürməyə
qərar verərsə, bunu cəmiyyətin rifahı üçün ən sağlam yol
194 | P a g e
görərsə, o zaman bunda heç bir problem olmamalıdır,
əksinə, sarı saç ilə doğulmaq özü mənəviyatsızlıq olacaq.
Lakin bu prinsipin absurd olmasını göstərmək üçün belə
qəribə hipotetik cəmiyyət haqda fikirləşmək lazım deyil.
Keçən əsrin otuz-qırxıncı illərində Almaniyada hakim olan
prinsip kanvensiolizm prinsipi idi. Heç bir səbəb olmadan
yəhudiləri öldürmək qanuni bir şey idi. Həmçinin keçən
yazıda qeyd etdiyimiz kimi, bu prinsipə əsasən İslamdan
əvvəlki ərəblərin qız uşaqlarını diri-diri basdırmaqlarında
bir problem olmamalıdır, çünki onların cəmiyyətində bu
məqbul bir əməl idi.

Açıq aydındır ki, cəmiyyət heç bir zaman obyektiv mənəvi


dəyərlər üçün əsas ola bilməz. Cəmiyyətlər dəyişir,
beləliklə bu dəyərlər də dəyişikliyə uğraya bilər. Lakin biz
qeyd etdik ki, obyektiv dəyərlər insanlardan, cəmiyyətdən,
zaman və məkan məfhumlarından asılı deyil. Uşaqlara
əyləncə üçün işgəncə vermək şərdir və şər olaraq qalacaq,
bütün Kainat bunun doğru olduğuna dair konsensus halına
gəlsə belə.
Kosmoloji arqument – Allahın  varlığı
Müsəlman alimlərinin Allahın varlığını isbat etmək üçün
istifadə etdikləri arqumentlərdən biri Kosmoloji
arqumentdir. Bu arqument aşağıdakı kimidir:
1. Başlanğıcı olan hər bir şeyin səbəbi vardır.
2. Kainatın başlanğıcı vardır.
3. Beləliklə, Kainatın bir səbəbi vardır.
Bu arqumentasiya xəttinin tam məntiqə uyğun olmasında
heç bir şəkk ola bilməz. Əsas məsələ ilk iki fərziyyənin

195 | P a g e
doğru olub-olmamasını yoxlamaqdır. Doğru olduqları halda
nəticə də doğru qəbul edilməlidir.

Birinci fərziyyə.

Bu fərziyyənin doğru olması danılmazdır. Çünki bu


insanların bildikləri zəruri şeylər siyahısına daxildir. Bunu
inkar etmək, bir şeyin bütünün yarısından daha çox
olduğunu inkar etmək kimidir. Həmçinin, bu fərziyyəni
inkar etsək, yoxluqdan nəyinsə əmələ gəldiyi qəbul
etməliyik. Bu isə sehrbazlığa inanmaqdan daha betərdir.
Çünki, sehrbazlıqda ən azından sehrbaz mövcuddur. Digər
məsələ isə budur ki, əgər səbəbsiz bir şeyin mövcud olması
mümkündürsə, o zaman nəyə görə hər şey və ya bir qisim
şeylər səbəbsiz ərsəyə gəlmir? Elm, sağlam düşüncə və
bizim gündəlik müşahidələrimiz birinci fərziyyənin
danılmaz həqiqət olduğunu göstərir. Doktor Vilyam Leyn
Kreyq buna gözəl bir misal verir: “Fərz edin ki, səhrada
yürüyərkən birdən qarşınıza uşaq şarı çıxır. Əgər sizin
dostunuz bu şarın heç bir səbəb olmadan burada mövcud
olduğunu desə, bunu heç bir zaman qəbul etməzsiniz.
Sadəcə bu şarı götürüb Kainat ölçüsünə gətirmək, səbəbin
lazım olmamasını gərəkdirmir, əksinə bu məsələni daha da
qəlizləşdir.”

İkinci fərziyyə.

Kainatın səbəbsiz var olduğunu iddia edən bir çox ateist,


Kainatın başlanğıcı olmadığını iddia etməkdədirlər. İkinci
fərziyyənin isbatı üçün həm fəlsəfi, həm də elmi
arqumentləri istifadə edə bilərik.

196 | P a g e
Fəlsəfi arqument – faktiki sonsuzluğun mümkünsüzlüyünə
dayanır. Misal üçün, əgər bir insan sıfırdan başlayaraq
sonsuza qədər saymaq qərarına gələrsə, bunu heç bir zaman
edə bilməz. Çatdığı rəqəm nə qədər böyük olsa belə, daima
onun üzərinə bir əlavə etmək mümkün olacaq. İndi bunun
əksini düşünün. Mənfi sonsuzluqdan sıfıra qədər saymaq
istəyən buna nail ola bilərmi? Fərz edək ki, biz Kainatın
sıfırıncı ilində yaşayırıq. Əgər Kainatın əvvəli olmasa idi,
yəni sonsuz keçmişi olsa idi, heç bir zaman illərin sayı sıfıra
gəlib çata bilməzdi, lakin bizim mövcud olmağımız
Kainatın əvvəlinin olduğuna dəlalət edir. Əgər Kainatın
sonsuz keçmişindən xüsusi aparat hər keçən il üçün mənfi
sonsuzluqdan sıfıra qədər saysaydı, sıfıra heç bir zaman
çata bilməzdi. Çünki mənfi sonsuzluqdan nə qədər sayırsan
say, sıfıra çatmaq mümkün deyildir. Qeyd edək ki, sıfır il
sadəcə bir misaldır, mənfi sonsuzluqdan sayaraq mənfi
milyona və ya milyarda çatmaq da mümkün deyil. Bütün
bunlar göstərir ki, mənfi sonsuzluq məfhumu faktiki
Kainatda mövcud deyil. İndiki hala çatmaq üçün, Kainatın
mütləq bir başlanğıcı olmalıdır.
Digər bir misal verək: Fərz edin ki, siz dostunuzdan borc
almaq istəyirsiniz. Amma sizin dostunuzda pul yoxdur və o,
öz növbəsində öz dostundan borc alır. Lakin onun dostunda
da pul yoxdur və o, başqa bir adama müraciət edir. Əgər biz
bu silsiləni sonsuza qədər davam etsək, pul sizin əlinizə heç
bir zaman çatmaz. Əlinizə pulun çatması ona dəlildir ki,
sonda kimdəsə pul tapılıb. Kainatda bir-birini izləyən
səbəblər də belədir. Ateistlərin inancına görə, sizin
səbəbiniz sizin valideynlərinizdir, onların səbəbi isə öz
valideynləridir və beləcə ilk adamlara, sonra meymunlara
sonra bir hüceyrəli varlıqlara, sonra günəş sisteminə, ilk
qalaktikalara.. və bu cür davam edir. Əgər ilkin səbəb
197 | P a g e
olmasaydı və bu səbəblər sonsuza qədər – keçmişə davam
etsəydi, siz mövcud ola bilməzdiz, necə ki əgər pulu olan
bir nəfər tapılmadığı təqdirdə pul sizə heç bir zaman
ulaşmayacaqdır. Burada da sizin mövcudluğunuz sadəcə bir
misal idi. Bu gün mövcud olan istənilən əşyanın bir səbəbi
vardır, onun səbəb silsiləsini də misal vermək olar.
Səbəblərin sonsuza qədər – keçmişə getməsi mümkün deyil,
ilkin səbəbin olması labüddür.
Fəlsəfi yanaşmanın güclü tərəfi odur ki, sonsuz səbəblər
silsiləsinin mümkünsüzlüyü bizim Kainatdan kənarda da
doğrudur. Günümüzdə bir çox ateist sonsuz Kainat
teoriyasının dəstəklənilməsinin mümkünsüzlüyünü görüb
multikainat və ya digər teoriyalara əl atırlar. Lakin
multikainat teoriyası da sonsuz səbəblər silsiləsinin
mümkünsüzlüyünü atlaya bilməz, onun da mütləq ilkin
səbəbi olmalıdır.

Elmi arqumenti isə iki hissəyə bölə bilərik. Əgər məsələnin


kosmoloji tərəfinə nəzər salsaq, o zaman görərik ki,
Kainatın başlanğıcı haqda genişcə qəbul edilmiş teoriya –
Böyük Partlayış (Big Bang) teoriyasıdır. Bu teoriyaya
əsasən Kainat sözün əsl mənasında yoxluqdan əmələ gəlib.
Şübhəsiz ki, kosmik başlanğıc problemindən yaxa
qurtarmaq üçün digər teoriyalar irəli sürülmüşdür, lakin bu
teoriyalardan heç biri elmi dairələr tərəfindən Big Bang
teoriyasından daha inandırıcı olaraq qəbul edilməmişdir.
Bundan əlavə, termodinamikanın ikinci qanununa əsasən,
Kainat müəyyən bir zaman mövcud olduqdan sonra soyuq,
qaranlıq və həyat təmin etməsi mümkün olmayacaq bir hala
gələcək. Əgər Kainat başlanğıcsız mövcud olsa idi, o zaman
Kainatın çoxdan bu hala gəlməsi lazım olacaqdı. Bunun baş

198 | P a g e
verməməsi, Kainatın bir başlanğıcı olduğuna açıq-aşkar
sübutdur.

Bu iki fərziyyədən Kainatın bir səbəbi olduğu nəticəsinə


gəlirik. Məşhur ateist Deniel Dennet bu nəticə ilə razılaşır.
Lakin Kainatın səbəbinin Kainatın özü olduğunu deyir. Bu
isə açıq-aydın bir cəfəngiyatdır. Diqqət yetirmək lazımdır
ki, Dennet Kainatın özü özünü yaratmasından qabaq
mövcud olduğunu demir. Əksinə, Kainat mövcud
olmadığından qabaq özünü yaradıb. Lakin bir şeyə səbəb
olmaq üçün mövcud olmaq lazımdır. Qısası, Dennetə görə
Kainat mövcud olmaqdan qabaq mövcud olmalı idi! Bu isə
açıq-aşkar nonsensdir.

Lakin Kainatın ilkin səbəbinin hansı xüsusiyyətləri


olmalıdır? İlk növbədə bu Varlıq bizim anladığımız zaman,
materiya və məkan məfhumlarından üstün olmalıdır, onların
qanunlarına tabe olmamalıdır, çünki zaman, məkan və
materiya məfhumu Kainatın xüsusiyyətlərindəndir. İkinci
isə, bu Varlıq özü səbəbsiz mövcud olmalıdır, çünki
yuxarıda göstərildiyi kimi sonsuz səbəblər silisiləsi
mümkün deyil, səbəblər silsiləsinin hansısa bir nöqtəsində
ilkin səbəbin olması labüddür. Sonra, bu ilkin səbəb nəhəng
bir gücə və intellektə sahib olmalıdır. Çünki ilkin materiya
olmadan bu qədər nəhəng və dəqiq Kainatı yaratmışdır.

Və son olaraq, bu Varlıq İradə sahibi olmalıdır, çünki


Kainatı yaradıb-yaratmamaq arasında seçim etmək iradənin
mövcudluğuna işarədir. Deyilə bilər ki, nəyə görə iradə
sahibi olmalıdır, bəzi səbəblər iradəsiz belə təsir edir. Misal
üçün, od yandırır, lakin bilirik ki, o heç bir iradə sahibi
deyil. Buna cavab olaraq deyəcəyik ki, ilk növbədə Kainat
199 | P a g e
kimi bir varlığın iradəsiz varlıq tərəfindən yaradılması
inandırıcı deyil. Əgər bir saat götürsək və onun iradəsiz bir
varlıq tərəfindən icad olunduğunu desək, ateistlər bu sözə
gülərlər. Kainat isə saatdan qat-qat daha mürəkkəb, gözəl və
nəhəng varlıqdır. Cavabımızın ikinci tərəfi odur ki, iradəsiz
səbəbin öz nəticəsindən ayrı olması təsəvvür edilə bilməz.
Doktor Kreyq bu məsələdə də gözəl misal verir. Biz bilirik
ki, temperaturun sıfır dərəcədən aşağı olması suyun buza
dönməsinə səbəbdir. Əgər temperatur əbədi olaraq sıfır
dərəcəsindən aşağı olsa idi, orada olan su da ədəbi olaraq
buz şəklində olardı. Sıfır altından olan temperatur iradə
sahibi deyil. Ona görə özü ədəbi olduğu halda, nə zamansa
suyu buza döndərməyə başlaya bilməz. Lakin əbədi olaraq
oturan insanı təsəvvür edin. Bu insan istədiyi an ayağa dura
bilər və beləliklə nəticənin səbəb ilə bir yerdə əbədi mövcud
olması gərəkməz. Buradan anlayırıq ki, əgər Kainatın
səbəbi iradəsiz bir Varlıq olsa idi, Kainat da o Varlıq kimi
əbədi olaraq mövcud olmalı idi, lakin biz bunun belə
olmadığını bilirik. İradəli varlıq isə, özü əbədi mövcud
olmasına baxmayaraq, istədiyi an sonlu keçmişi olan
Kainatı yarada bilər.

Kosmoloji Arqument çox sadə və güclü arqumentdir. Onun


nəticəsində biz Kainatın bizim anladığımız zaman, materiya
və məkan məfhumlarından üstün, əbədi, səbəbsiz, inanılmaz
dərəcədə qüdrətli olan, intellekt və iradə sahibi olan bir
Varlıq tərəfindən ərsəyə gətirildiyini başa düşürük.

200 | P a g e
ALLAHIN VARLIĞININ VƏ TƏKLİYİNİN
MƏNTİQİ VƏ ELMİ DƏLİLLƏRİ

BİZİM MÜŞAHİDƏMİZ: Bir nəfər pəncərənin qarşısında


dayanıb həyətə baxırdı. Bu zaman bir futbol topu sürətlə
pəncərənin önündən keçdi. Topun ötüb keçdiyini görən
adam nə düşünə bilərdi? Cavab aşağıdakılardan biridir:
1) Top öz-özünə havaya qalxmış və uçaraq pəncərənin
önündən keçmişdir. 

Bu fikir heç kəsin ağlına gəlməz, çünki topun öz-özünə


hərəkət etməsi, yerindən qalxıb havaya uçması mümkün
deyildir.

2) Topda onu hərəkətə gətirən bir güc, enerji vardır. Bu


güc topu hərəkətə gətirmişdir. 

Bu fikir məntiqsizdir, çünki heç bir güc, enerji öz-özünə


topa təsir göstərə bilməz və belə fikir heç vaxt heç kəsin
ağlına gəlməz. 

3) Kimsə kənardan güc tətbiq etmiş, topa hərəkət etmək,


yerdən havaya qalxmaq, havada uçmaq enerjisi verən zərbə
vurmuşdur. Top ona tətbiq edilən gücdən asılı olaraq
havaya qalxmışdır və bir müddət bu enerji ilə uçacaqdır. Bu
enerji tükəndikdən sonra yerə düşəcəkdir.

Bu fikirlə hamı razıdır, çünki bunun isbata ehtiyacı yoxdur.


O zaman:

201 | P a g e
1) Hər hansı cismə hərəkət vermək üçün lazımi miqdarda
enerji tələb olunur. 

2) Bu enerji həmin cismə mütləq kənardan tətbiq


edilməlidir. 

3) Cismə xaricindən enerji tətbiq edən varlıq, hərəkət


verdiyi əşyadan daha üstün və daha mükəmməl olmalıdır. 

4) Enerjinin tətbiq edildiyi an hərəkətin başlanğıcıdır. 

Məlumdur ki, 1kq ağırlığında cismi (topu) A nöqtəsindən


1m məsafədə olan B nöqtəsinə hərəkət etdirmək üçün
müəyyən bir enerji (güc) tətbiq etmək lazımdır. Fizikada
belə bir iş üçün lazım olan enerji miqdarına “1 Coul” adı
verilmişdir. Əgər həmin top 2 kq-dırsa və 2 metr məsafəyə
hərəkət etdirilmişsə, o zaman enerji 2 Coulla, 10 metr
hərəkət etmişsə, demək 10 Coula bərabərdir. 

Biz hərəkətin sürətini təyin etdikdən sonra ona sərf edilən


enerjinin miqdarını da tapa bilərik. Tətbiq edilən enerjinin
miqdarı nə qədərdirsə, cisim də ona uyğun müddətdə
hərəkət edəcəkdir, enerji bitdiyi anda cismin hərəkəti də
dayanacaqdır. Demək, kənardan güc, enerji vermədən heç
nə yerindən tərpənə, hərəkət edə bilməz.İndi isə üzümüzü
Kainat Kitabına çevirək və orada cərəyan edən hərəkətə
baxaq. 

MÜŞAHİDƏLƏRİMİZİN ELMİ İSTİNADGAHLARI:

202 | P a g e
XX əsrin əvvəllərində astronomlar növbəti dəfə heyrətamiz
hadisə ilə rastlaşdılar. Məlum oldu ki, bu sakit, ilk baxışda
sabit görünən kainat özü daim genişlənməkdədir. Ulduzlar,
qalaktikalar böyük sürətlə bir-birlərindən uzaqlaşırlar.
Lakin kainat o qədər böyükdür ki, bəzi ulduzların işığı bizə
bir neçə milyon işıq ilinə gəlib çatır. Təsəvvür edirsiniz? Bir
neçə milyon işıq ilinə! Buna görə də oradakı hərəkət,
genişlənmə nəzərə çarpmır. 

Alimlərin Böyük partlayış (big bang) adı verdikləri bu kəşf


nədən xəbər verir, nələri izah edirdi? Bir neçə milyard il
əvvəl kainat sıxılmış qazlardan ibarət nəhəng top kimi imiş.
Çox nəhəng partlayış nəticəsində həmin “top” partlamış,
ondan ətrafa alovlar dağılmışdır. Sizin çoxunuz bayram
gecələri göyə atılan fişəngləri seyr etmisiniz. “Böyük
partlayış” hadisəsi həmin fişəngin partlayışını xatırladan,
ancaq təsəvvür edilə bilməyəcək dərəcədə böyük bir
partlayış idi. 

Milyard illər boyunca həmin alov parçaları ətrafa uçmuş,


getdikcə soyumağa başlamış, tədricən soyuyub bərkiyərək
bizə məlum olan planetləri, günəşləri, ayları, sistemləri
əmələ gətirmişdir. Bu gün də səmada çox sayda həmin
partlayışın qalıqları olan meteoritlər vardır və onlardan
bəziləri ara-sıra yerə də düşür, alimlər onları tədqiq edərək
kainatın yaradılışı haqqında daha çox məlumat almağa
çalışırlar.

Astronomlar bu gün də kainatda yeni sistemlərin əmələ


gəldiyini, digər sistemlərin isə sönüb getdiyini müşahidə
edirlər. Heyrətamiz olan budur ki, kainatdakı hərəkət,
genişlənmə prosesi özbaşına, kortəbii deyildir, əksinə, bu
203 | P a g e
proses çox ciddi nizam və intizam altında baş verir və
davam edir. Makroaləmdəki bir qum dənəsi belə kor-koranə
hərəkət etməməkdədir. Onların hər biri, eyni mikroaləmdə
olduğu kimi, öz hərəkətlərini ciddi qayda-qanun ilə, nizam
və intizam daxilində davam etdirirlər. 

O zaman onlar belə bir sualla üz-üzə qaldılar: indi ki kainat


durmadan genişlənir, deməli, bu hadisənin bir başlanğıcı
vardır. Başlanğıcı olan hadisənin isə mütləq sonu vardır. Bu
isə maddənin əzəli və əbədi olması haqqında materialist
dünyagörüşünə daha bir zərbə, həm də ən ağır zərbə idi.
Çünki bu kəşflə maddənin maddə olmaqdan əvvəlki
dövrünə, maddənin pərdə arxasına bir qapı açılırdı. 

Demək maddəni yaradan və ona hərəkət verən var! Həm də


O, bu qədər nəhəng bir aləmi yaratmış və ona hərəkət
vermişdirsə, demək çox böyük, hətta sonsuz güc, qüdrət
sahibidir. Kainatdakı qanun-qayda, nizam-intizam
içərisində davam edən hərəkətsə Onun sonsuz elmə sahib
olmasından xəbər verirdi.

Alimləri isə hələlik başqa məsələ düşündürürdü. Əgər


maddənin hərəkət anı, hərəkətinin başlanğıc anı vardırsa,
onu bu hərəkətə vadar edən bir güc, enerji də vardır. İndi bu
nəhənglikdə kainata həyat verən enerjinin Sahibinin
qüdrətini, gücünü azacıq da olsa təsəvvür edə bilirsinizmi? 

ELM DƏ, MƏNTİQ DƏ ALLAHIN VARLIĞINI


TƏSDİQ EDİR:

Qarşımızda bir rəsm əsəri vardırsa, biz onu çəkən bir


rəssam olduğunu inkar edə bilmərik, rəsm əsəri rəssamın
204 | P a g e
varlığına və onun ustalığına sübutdur. Qarşımızdakı kitab
onu yazanın varlığına sübutdur. Eləcə də bizi əhatə edən
aləmlər, təbiət, səma, kainat onları var edənin varlığına
dəlillərdir.

Qarşımızda kainat adlanan ucu-bucağı görünməyən bir


aləm vardır. O aləmdə futbol topundan milyard dəfələrlə
böyük “toplar”- planetlər uçmaqdadır. Əgər bir futbol topu
kənardan tətbiq edilən enerji olmadan yerindən tərpənə
bilmirsə, o zaman bu nəhənglikdə kainata hərəkət verən,
genişləndirən, həm də bütün bu ağlagəlməz dərəcədə
nəhəng işləri necə gəldi yox, çox ciddi qanunlar, qaydalar,
nizam və intizam içərisində həyata keçirməsini təmin edən
birinin olmadığını necə iddia etmək olar? 

BELƏLİKLƏ DEDİKLƏRİMİZDƏN AŞAĞIDAKI


NƏTİCƏ ÇIXIR:

1) Maddənin var olmasını təmin edən hərəkətdir. Əgər


hərəkət vardırsa, demək onu təmin edən enerji də vardır. 

2) Enerji vardırsa, demək onun başlanğıcı da vardır. Bir


şeyin ki, başlanğıcı vardır, demək onun sonu da vardır. O
şeyin ki, əvvəli və sonu vardır, demək o, nə əzəlidir, nə də
əbədidir, müvəqqətidir. 

3) Əbədi deyil, müvəqqətidirsə, demək yaradılmışdır. Əgər


yaradılmışdırsa, demək onu YARADAN vardır.
Allahın varlığı haqqında semantik və
mexaniki baxış  açısı
205 | P a g e
Kainatda gördüyümüz hər şey 2 cür ifadə edilə bilər:

1. Semantik yöndən.

2. Mexaniki, yəni sadələşdirilmiş yöndən.

Mexaniki baxış açısı nədir? Bir şey mexaniki yöndən


incələnərkən onu tərkib hissələri, yəni təşkil olunduğu
molekulları, atomları, hüceyrələri ələ alının tədqiq edilər.
Məsələn, mexaniki yöndən incələndikdə hər bir insan
təbiətdə zatən mövcud olan zülalların və müxdəlif fiziki-
kimyəvi maddələrin birləşməsidir, yəni mexaniki yöndən
incələyərkən insan təbiətdə mövcud olan maddələrin
kompleks (qarışıq, mürəkkəb) şəkildə birləşməsindən başqa
bir şey deyildir. İnsanı fərqli qılan tək şey bu maddələrin
kompleks və mükəmməl şəkildə bir araya gətirilməsidir.

Bəs semantik baxış açısı nədir? Bir şey semantik yöndən


incələnərkən həmin şeyin “məqsədi və daşıdığı məlumat”
ələ alınar, yəni semantik yöndən incələnərkən insan təkcə
atomlardan və ət-sümük parçasından ibarət bir canlı deyil.
Semantik baxış açısından insan “məqsədləri olan, sevən,
qorxan, nifrət edən, gələcəyini planlayan, ümid bəsləyən,
xəyallar quran, kiçik beyni ilə bütün kainatı araşdıran,
məntiqli, yeri gələndə sevdikləri üçün özünü fəda edəcək
qədər cəsur” varlıqdır.

Mexaniki yöndən insan DNT-si sadəcə atom və zülalların


birləşməsidir. Semantik yöndən isə insan DNT-si 3,5
milyon hərflik məlumat daşıyan inanılmaz bir programdır,
əsrarəngiz bir kitabdır. Yəni semantik yöndən insan
atomlardan üstün bir varlıqdır. Semantik yöndən insan
206 | P a g e
“şüurlu” varlıqdır, insan beyni atomlardan ibarətdir, yəni
beynimiz də hər hansı bir stol və ya bir stəkan kimi
atomların yan-yana gəlməsi ilə meydana gəlmiş maddə
yığınıdır. Taxta stolda necə atomlar müəyyən nizam içində
bir yerə gətirilibsə, sizin beyninizdəki atomlar da müəyyən
bir nizam içində bir yerə gətirilmişdir. Stolun atomları
düşünə bilmədiyi kimi, beyninizdəki atomlar da düşünə
bilməzlər. Və ya beyniniz də dırnağınız kimi hüceyrələrdən
ibarətdir, amma dırnağınız düşünə bilmir. Bu da onu
göstərir ki, semantik yöndən şüurunuz beyninizdəki
atomlardan, molekullardan, hüceyrələrdən daha fərqli bir
mənbədən gəlir.

Yəni hər şey 2 səviyyədə mövcuddur. Misal üçün hansısa


kitabı mexaniki yöndən incələyək. Mexaniki yöndən hər bir
kitab sadəcə onu təşkil edən mürəkkəb və kağızdan,
mürəkkəbi və kağızı təşkil edən karbon atomundan başqa
bir şey deyil. Ancaq bu həqiqətən həmin kitabın sadəcə
kağıız və yaxud mürəkkəbdən ibarət olduğu mənasını
verərmi? Xeyr. Əgər sizə “Tarixi-Nadir kitabı haqqında
məlumat ver” desələr, siz cavab olaraq bu kitab hansısa növ
mürrəkəblə hansısa kağız növünün birləşməsidir” deyə
bilərsinizmi? Əlbəttə ki, yox! Çünki mexaniki yöndən baxış
heç bir zaman kitabın əslində nə olduğunu üzə çıxarmaz,
çünki semantik yöndən kitab müəyyən informasiyalar və
yazarın oxucuya çatdırmaq istədiyi mesajlar toplusudur.

Semantik yöndən baxdıqda biz asanlıqla Yaradıcını, Onun


yaratdıqları vasitəsiylə verdiyi mesajları, kainatdaki sənət
əsərini və canlıların sadəcə maddədən ibarət olmadığını
düşüncə və ağıl gözümüzlə görə bilərik.

207 | P a g e
Yəni kainat və canlılar 2 hissədən ibarətdir: mexaniki
(hüceyrələr, atomlar və molekullar) və semantik (Yaradan,
Yaradanın yaratdıqları ilə verdiyi mesajlar, canlılardakı
sənət əsəri və məlumat, canlılarda olan məqsədlər).
Beləliklə, materiyanı əsas tutan ateistlərin müsəlmanlardan
əsas fərqi odur ki, onlar canlılara sadəcə mexaniki yöndən
baxırlar. Buna görə də Yaradanı və Onun məqsədlərini görə
bilmirlər!

NİYƏ İNKAR EDİRLƏR?


İslam dini haqqında olan islamofob düşüncələrin, sırf
cəhalətdən (məlumatsızlıqdan) gəldiyini dəfələrlə
görmüşük. İslamofobların, islam dini haqqında olan
məlumatları öyrənmək üçün yox, səhv axtarmaq və qarşı
tərəfi öyrəndiyi səhv arqumentlərlə susdurmağa çalışdığını
da dəfələrlə müşahidə etmişik! Cəhalətlə (məlumatsızlıq)
bağlı Will Rogersin aşağıdakı sözü yerinə düşür və “hər kəs
cahildir (məlumatsız), sadəcə öz sahələri istisna, “-deyir
Will Rogers. Məsələn, kompyuter mühəndisliyi bir həkim
üçün, tibb də mühəndis üçün bir cəhalət sahəsidir. Dini
inanclar isə dövrümüzdə bir çox insan üçün cəhalət
sahəsini təşkil etməkdədir. Bütün bunlara görədir ki, bəzi
adların hallandığı ünvanlar bizi aldadır. Onların inkarında
bir bilgi axtarmağa məcbur edir. Məsələn: Karl Marks.
F.Engels, M.F.Axundzadə və s kimilərini dilə gətirərək,
“Necə yəni, elə dahi şəxsiyyətlər azmı bilirdi ki, onlar qəbul
etmədilər?”-deyib onların inkarını təsdiq edirlər.
Axundzadə ədəbiyyatda dahi şəxsiyyətdir. Yazdığı
komediyalarla “Şərqin Molyeri” ünvanını qazanmış və
208 | P a g e
Azərbaycanı dünyada təmsil etmişdir. O, bu sahədə dahidir.
Ancaq imanda yoxsuldur, dinə biganədir. Bəlkə də dövrün
xurafatı, mövhumatçı dindarların cahilliyi onu dindən
uzaqlaşdırmışdır. O, İslamdakı həqiqəti görə bilməmişdir.
İndiki bir çox cahillər kimi müsəlmana baxıb İslama qiymət
vermişdir. İnkarçı dahilərə qarşı bizim də imanlı Allah
dostlarından Nizami Gəncəvini, Məhəmməd Füzulini və
möminin də, kafirin də hər zaman alqışladığı, halıyla,
davranışlarıyla, kəlamlarıyla aləmə misal olan, həyatının
heç bir səhifəsində yalan görülməyən, həyatında heç bir
günaha yer olmayan, insanlığın fəxri HZ.
MUHAMMƏDİ(s.a.v) göstərə bilərik.
Günəş yerdə deyil, səmadadır. Onu yuxarıda axtarmaq
lazımdır. Bizim ideallarımız mənfi dahiliyin təmsilçiləri deyil,
nur dahilərdir.İnkarın adından görüldüyü kimi,
tanımamaqdır, bilməməkdir, rədd etməkdir. Bunlar isə
yoxluq ifadə edən fellərdir. Yoxluğun bilgisi olmaz.
Tanımamaq bilginin deyil, bilgisizliyin ifadəsidir və
nəticəsidir. İnsan bilmədiyinin düşmənidir. İnsan başqa
sahələrdə nə qədər elmli olursa-olsun tanımadığı şey
haqqındakı cəhalətini mövcud elmiylə ödəyə bilməz. Eyni
ilə bioloji elmlə, savadla məhkəmədə hökm verməyin
mümkün olmadığı kimi….
Hər ağıllı ideal insan olmaya bilər. İçki içən, qumar
oynayan, bank soyan, ev yaran insanların hamısı ağıllıdır.
Ağıllı olmayan qumar oynaya bilməz, bank yara bilməz.
Onlar həm də çox ağıllıdır. Hər insan onların etdiklərini edə
bilməz. Ağıl suya bənzəyir, qoyulduğu qabın rəngini və
formasını alar. Ancaq burada qəlb müdaxilə edər və ağlın
sərsəmliyinə “yox” deyər. Gördüyümüz kimi, qəlb ağıla yön
209 | P a g e
verər. Vicdan dediyimiz şey elə qəlbin özüdür. Ağlın sükanı
qəlbə verildiyi zaman ideal məqsədə çatmaq mümkün olur.
Allahı qəbul etməyənlər ağlı deyil, qəlbi kor olanlardır.
GÖZLƏR KOR OLMAZ SİNƏDƏKİ QƏLBLƏR KOR OLAR.
(Həcc, 46)
İnkar etmək asandır. İnsan gözünü yumar, Günəş yoxdur
deyər. O, öz səviyyəsində doğrudur. Belələri ilə münaqişə
etmək də imkansızdır. Çünki, onlar olmayan şeyin olmayan
ünsürlərindən istifadə edərək müdafiə olunmaqdadır. Bu
inkarçıların bu qədər dəlillər qarşısında inkarlarında inad
etmələrinə də səbəb bunlardır. William. M. Macdoo-nun
dediyi kimi, “CAHİL BİR ADAMI MÜNAQİŞƏDƏ MƏĞLUB
ETMƏK MÜMKÜN DEYİL. ”
İman isə hansı səviyyədə olursa-olsun bir bilginin nəticəsi
və ifadəsidir. İmanın qüvvəti biliyin səviyyəsinə paralel
olaraq artmaqdadır. Nəyə inanıram? İman ilə bağlandığım
varlıq necə bir Zatdır? Xüsusiyyətləri, sifətləri nələrdir?
Necə yaradır, necə yaşadır? Məndən istədikləri nələrdir?
Mən Ondan nələr istəyə bilərəm? Bunun kimi sualların
gətirdiyi bilgilər iman dediyimiz hadisəni formalaşdırır.
Quran “Allahdan ancaq alimlər qorxar, “- buyurmaq
surətiylə imanın oxuyub-öyrənmənin nəticəsi olduğunu
açıqca bildirməkdə, göylərin və yerin “ağıl sahibləri” üçün,
“bilgi sahibləri” üçün Allahı tanıdacaq dəlillərlə dolu
olduğunu bir çox ayəsində xatırlatmaqdadır.
ƏGƏR BİR YERDƏ KİÇİK İNSANLARIN KÖLGƏLƏRİ BÖYÜK
GÖRÜNÜRSƏ, DEMƏK Kİ, ORADA GÜNƏŞ BATIR. (Çin atalar
sözü)

210 | P a g e
“Müsəlmanlar 3999 Tanrını inkar edir,
ateistlər isə 4000 tanrını”  iddiası
Ateistlərin adətən irəli sürdükləri qəribə bir argument var:
“Dünyada 4000 Tanrı (ilah) var, hər dinin mənsubu öz
ilahını qəbul edir və digər 3999-nu rədd edir, biz ateistlər
isə sadəcə sizdən 1 tanrı artıq inkar edirik. (Yəni
müsəlmanlar 3999 Tanrını inkar edir, biz ateistlər isə 4000
tanrını)”.

Bu ateistlərdə bir alışqanlıqdır ki, onlar həmişə mövzu


Yaradana gəldikdə elmi yöndən Yaradanın varlığını inkar
edə bilmədikləri üçün dünyada var olan saxta tanrıların
sayının çoxluğunu bir arqument kimi ortaya atırlar. Bununla
da öz aləmlərində guya Yaradanın yoxluğunu “sübut” etmiş
olurlar. Əslində bu iddia heç bir elmi-məntiqi mühakiməyə
və ya hər hansı ciddi elmi dəlilə əsaslanmır. Bu sadəcə
Yaradanın varlığını inkar etmək uğrunda ateistlərin sırf
emosional düşüncəsindən başqa heç nə deyil. Ateist
düşüncəyə görə çoxlu sayda ilahlar varsa, deməli heç bir
ilah yoxdur. Bu düşüncə tamamən səhvdir. Çünki çoxlu
yalanlar bir həqiqəti dəyişmədiyi kimi çoxlu saxta ilahların
olması da həqiqi bir İlahın olmadığına əsla dəlil sayıla
bilməz. 

Əslində mövzu bir Tanrı artıq inkar etmək qədər sadədir


mi? Yəni ateistlər 1 tanrı artıq inkar edərək sanki məntiqli
bir şey mi edirlər? Əlbəttə ki, yox! Vəziyyət tam olaraq
belədir:

211 | P a g e
Ortada bir kitab təsəvvür edin. Kitabın içində çox dəyərli
bilgilər və məlumatlar var, həmçinin kitabın üzərindəki
bəzəklərlə çox gözəl sənət əsəri olmuşdur. Lakin kitabın
üstündə Yazarın adı yazılmamışdır. Kitabın ətrafında isə
4000 nəfər təsəvvür edin və həmin 4000 nəfər kitabın
müəllifini axtarır və hər biri “Kitabın yazarı O yazıçıdır,
yox kitabın yazarı bu yazıçıdır” deyərək hər biri kitaba
fərqli müəlliflər təyin edərək bir-birinin təxminlərini inkar
edir. Lakin ateistlər neyləyir bilirsiniz mi? Ateistlər
ümumiyyətlə bu kitabın bir yazarı olmadığını deyir.
Ateistlər həmin kitabdakı məlumatların sahibi olmadığını və
kitabı heç kimin yazmadığını iddia edirlər! Yəni ki, bu kitab
mürəkkəbin təsadüfən kağız üzərinə tökülməsi və sonra
kağızların təsadüfən üst-üstə yığılıb cildlənməsi nəticəsində
öz-özünə meydana çıxıb. Deməli, burda məsələ 1 tanrı artıq
inkar etmək deyil. Məsələ ümumiyətlə Yaradanı, yəni
kainatdakı bilginin, məlumat və sənət əsərinin sahibini
tamamən inkar etmək və bunları kor-təbii, şüursuz təbiət
qüvvələrinə aid etməkdir!

Yuxarıda qeyd etdiyimiz misala uyğun olaraq


çıxaracağımız nəticə budur: Əgər bir kitab olsa və hər kəs
özünün həmin kitabın müəllifi olduğunu iddia etsə, bu
kitabın heç bir müəllifi olmadığı mənasına gəlməz. Kitab
varsa, Katib də vardır. Həqiqi Katibi tapmaq isə insan
düşüncəsinə həvalə edilib. Quran isə bununla bağlı bizə
bunları deyir:(21 – ENBİYÂ) 22 / ‫األنبياء‬- Əgər (yerdə və
göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də
(müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan
Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə
uzaqdır!

212 | P a g e
Əgər  mərhəmətli  Allah varsa,  onda niyə
dünyada şər  mövcuddur?

Ümumilikdə dinə və xüsusilikdə Allah inancına etiraz


edənlərin çox zaman istifadə etdikləri bir arqument vardır.
Bu arqument yunan filosofu Epikür’ün tezi kimi tanınır. Bu
arqument belə səslənir:
1. Əgər hər şeyə qadir, hər şeyi bilən və mərhəmətli Allah
mövcuddursa şər mövcud olmamalıdır.
2. Dünyada şər mövcuddur.
3. Deməli hər şeyə qadir, hər şeyi bilən və mərhəmətli
Allah mövcud deyildir.
Epikür’ün bu arqumenti günümüzdə ateistlər, deistlər,
kommunistlər, aqnostiklər və başqaları tərəfindən çox
istifadə olunur. Lakin bu arqumentin bir çox cavabı vardır.
Mən bu cavablardan ən əsas cavabı burada qeyd edəcəm.
Bu arqumenti gətirənlərə belə bir sual vermək lazımdır. Siz
dünyada şərin mövcud olduğunu hardan bilirsiz? Sizin şərin
mövcud olduğunu söyləməyiniz üçün şərin nə olduğunu
müəyyən etməyiniz lazımdır. Siz nəyin haqlı, nəyin haqsız
olduğunu haradan öyrəndiniz? Bir insan düz xəttin nə
olması haqqında bir anlayışa sahib olmadığı təqdirdə hər
hansı bir xəttə əyri xətt deyə bilməz. Bu dünyada baş
verənlərin şər olduğunu müəyyən etmək üçün götürdüyünüz
ölçü nədir?
Siz harda bilirsiz ki, bir insanın başqa insanı öldürməsi
şərdir, yəni doğru deyildir. Siz hardan bilirsiz ki, acından
213 | P a g e
ölən uşağa kömək etməmək şərdir, doğru deyildir? Bu
məsələdə dayandığınız əxlaqi ölçü nədir? 
Buna iki cavab vermək mümkündür:

1. Dayandığımız əxlaqi ölçü öz ağlımızdır, öz


düşüncələrimizdir, cəmiyyətin bizdə formalaşdırdığı
mənəvi dəyərlərdir, başqa sözlə desək “subyektiv
fikirlərimizdir”.
2. Dayandığımız əxlaqi ölçü bütün kainatda keçərli olan
universal, obyektiv əxlaqi dəyərlərdir.
Birinci cavabı versələr o zaman deyərik ki, sizin özünüzün
subyektiv fikriniz və sizin doğru saydığınız mənəvi dəyər
digər insanlar üçün ölçü ola bilməz, o, sadəcə sizin
özünüzün fikri ola bilər. Ona görə də siz cəmiyyət
tərəfindən beyninizdə formalaşmış mənəvi dəyərlərə
əsaslanaraq başqa insanlara etiraz edə bilməzsiz, o zaman
dünyada şərin mövcud olduğunu söyləməyiniz sadəcə
subyektiv bir fikir olacaq və həqiqəti təmsil etməyəcək,
çünki mütləq həqiqət sizin fikrinizdən asılı deyildir.
İkinci cavabı versələr deyəcəyik ki, bu, sizin öz əleyhinizə
dəlildir, çünki Adil, Rəhimli, Qadir, Alim olan Allaha
inanmırsızsa o zaman universal, obyektiv əxlaqi dəyərlər
mövcud ola bilməz. Çünki bütün kainat üçün doğru olan bir
ölçü kainatdan üstün olan, ondan kənar olan və onu yaxşı
bilən bir Üstün Qanun Verici tərəfindən yaradıla bilər, insan
şüuru belə bir universal, obyektiv, əxlaqi dəyəri yarada
bilməz, əks təqdirdə ziddiyyət olur. Sadə dildə belə izah edə
bilərik: misal üçün biz bir insanın digər insanın canını
almasını və ya malını zorla almasını doğru saymırıq və
bizdən “nə üçün doğru deyildir?” soruşsalar bunu məntiqi
ölçülər ilə izah edə bilmərik. Bu zaman mütləq bütün
insanlar, nəinki bütün insanlar, hətta bütün kainat üçün
214 | P a g e
keçərli olan ümumi universal obyektiv mənəvi ölçüyə
istinad edək və deyək ki, haqsız yerə insanı öldürmək,
haqsız yerə başqa birinin malını almaq bu universal
obyektiv dəyərlərə ziddir. Deməli bu universal, obyektiv
dəyərlər insanlardan və bütün kainatdan üstündür və nəticə
budur ki, bütün dəyərlərdə, qanunlarda olduğu kimi bu
dəyərləri, qanunları da mütləq o dəyərlərdən və qanunlardan
ali olan bir Varlıq, bir Qanun Verici Varlıq yaratmalıdır.
Yaratmaqdan başqa həm də bu dəyərlərin bir təsirinin
olduğunu düşünməliyik, yəni müəyyən bir şeyi etdikdə
buna görə cəzalanacağımıza inanmalıyıq.
Əgər bu ikinci cavab ilə razıdırlarsa o zaman mütləq
insanlar arasında qanun qoyan Allahın mövcudluğunu qəbul
etməlidirlər. Bunu qəbul etsələr artıq ateist, aqnostik və ya
deist olmaqları mümkün deyildir.
Əgər bunu qəbul etməzlərsə, lakin subyektiv mənəvi
dəyərlər ilə kifayətlənərlərsə o zaman onları belə bir reallıq
qarşısında buraxmalıyıq. Əgər sabah bir oğru sizin malınızı
oğurlasa, bir qatil sizin arvadınızı ələ keçirmək üçün sizi
öldürsə, bir kişi qızınızdan xoşlandığı üçün qızınızı zorlasa
onun etdiklərinin yalnış olduğunu deyə bilməzsiz, çünki ola
bilsin ki, o, öz subyektiv dəyərlərinə görə etdiyini doğru
hesab edir.
Nəhayət biz bu arqumetin üzərində durduğu masanı onlara
tərəf çevirib onlara qarşı belə bir arqument gətiririk:
[1] Əgər Allah mövcud deyilsə o zaman universal,
obyektiv mənəvi dəyərlər mövcud deyildir
[2] Universal, obyektiv mənəvi dəyərlər mövcuddur
[3] Deməli Allah mövcuddur.
Üstəlik ikinci müqəddimənin doğruluğunu təsdiq edən
tərəf budur ki, dünyada bəşəriyyətin böyük əksəriyyətinin
həqiqətən də üzərində razılaşdıqları mənəvi dəyərlər
215 | P a g e
mövcuddur. Bu mənəvi dəyərlərin haradan ortaya
çıxmasında fərqli fikirlərə sahib ola bilərik. Misal üçün
kiməsə görə bu mənəvi dəyərlər yalnız və yalnız tarix boyu
insanların yetişməsində rol oynamış dini dəyərlər vasitəsilə
günümüzə gəlib çıxıb və bizim cəmiyyətlərimizi idarə edən
qanun sisteminə inteqrə edilib. Yaxud da deyə bilərik ki,
bizdə şüur altında bu mənəvi dəyərlər mövcuddur, sadəcə
olaraq ictimaiyyətin tələbi ilə bunlar ya üzə çıxır, ya da
basdırılır. Hər bir halda bu, özlüyündə onu göstərir ki,
universal, obyektiv mənəvi dəyərlər mövcuddur.
Axırda onu da qeyd edim ki, Epikürün qarşıya qoyduğu
arqumentə qarşı digər əks-arqumentlər də vardır, lakin bu
arqumentlər daha çox dini təbiətli arqumentlərdir.

Dünyada var olan bu qədər pisliyə Allahın


maneə törətməməsinin hikməti  nədir?
SUAL:
Təcavüzə uğrayan milyonlarla qadın, haqsız yerə öldürülən
insanlar, yaxşı insanların başlarına gələn pisliklər,
döyüşlərdə əzab çəkən insanlar və daha nə qədər pisliklər.
Dünyada var olan bu qədər pisliyə Allahın maneə
törətməməsinin hikməti nədir? Buna görə Allaha olan
inancı sarsılan bir insan haqsızdırmı?

CAVAB:
İslami baxımdan sualınıza yaxınlaşacaq olsaq, Allah
insanları belə demək olarsa bir liftə mindirmiş və aşağı
qatlara enməklə yuxarı qatlara çıxmaq mövzusunda seçim
haqqını insanlara buraxmışdır. Yəni insan öz iradəsiylə
edəcəyi seçkilərlə yaxşılıq və pislik etmə mövzusunda
216 | P a g e
kəsləri sərbəst buraxmış ki, Əbu Cəhilliklərlə Əbu
Bəkirlərin fərqi ortaya qoyulsun. Pislik etmək istəyənlər
liftlə aşağı enməyi seçmiş, yaxşılıq etməyi seçənlərdə
yuxarı çıxmağı seçmişdir. Dünyada var olan pisliklər
aclıqdan ölümlər, döyüşlər, təcavüzlər insanların öz
əlləriylə etdikləri üzündən yer üzündə çıxan fitnələrdir.
Ancaq Allahın buna icazə verməsi onun mərhəmətli olduğu
gerçəyini dəyişdirməməkdədir. Çünki Allah yaxşılıq
edənlərin əməllərinin boşa getməyəcəyini söyləmiş və
onlara cənnəti vəd etmiş, pislik edənlərində etdiklərinin
yanına qalmayacaqlarını söyləmiş və onlara da cəhənnəmi
vəd etmişdir. Nəticədə bir mükafat cəza bölünməsi etmişdir.
Dünyada insanlara edilən pisliklərə mane olunmamasının da
bir çox hikməti vardır. Burada sualınızın digər qisimlərini
açmağa çalışaq . Dünyada çəkilən ağrıların hikməti o qədər
çoxdur ki, bu hikmətlər kəslərdən kəslərə görə dəyişər.
Bunlardan yalnız bir neçəsinə toxunaq.
a). “İnsanların öz işlədikləri (pisliklər) səbəbiylə quruda və
dənizdə pozulma ortaya çıxmışdır.
Dönmələri(ağıllanmaları) üçün Allah, etdiklərinin bəzi (pis)
nəticələrini (dünyada) onlara daddıracaq. (Rum Surəsi, 41)
Bəzi insanların başlarına fəlakətlər, pisliklər gəlir. Bəlalara
məruz qalar, işgəncələr görər vs. Bəzi insanlara öz əlləriylə
işlədiklərinin nəticəsi olaraq Allah, bu Dünyada bu cür ağır
şeyləri o kəslərə verər. Ki ayədə də ifadə edildiyi kimi, bu
onların işlədikləri günahlar nəticəsi özlərinə verilmişdir olar
da ağıllanarlar deyə.
b). Bəzi insanlara verilən bir sıra pisliklər də vardır ki, bu
kəslər günahsız olmalarına baxmayaraq Allah tərəfindən
ağır imtahanlara tutular ki hər insanın başına gələn pisliyin
hər insanda fərqli bir səbəbi olduğu kimi bu yenə adamdan
adama dəyişər. Allah qullarına “Sizə tərəfimizdən gələn
217 | P a g e
bəlalara səbr edin ki, səbr edənlər “Biz Allahdan gəldik
Allaha dönəcəyik deyərlər və o kəslərə Cənnət vardır”
demişdir. Bəzi insanlara Allah dərd verər, “Mənim
razılığım üçün səbr et” əmrini dinləyib dinləmədiyinə görə
adamı imtahana çəkər. Xəstəliklər, şiddətə məruz qalmalar
bu kəslər üçün görünüşcə çox əzab vericidir ancaq nəticələri
etibarilə Allah bu kəslərə cənnəti müjdələməkdədir. Necə ki
yer üzündə olan hər şey ya şəxsən gözəldir ya nəticələri
etibarilə gözəldir. Alma yemək şəxsən gözəldir. Dadı
qoxusu ləzzəti zövq verər və gözəldir. Ancaq məsələn
pəhriz etmək nəticələri etibarilə gözəldir. Adam çətinlik
çəkər ac qalar ancaq nəticəsində sağlam olar, dincliyə
qovuşar. Kəslərin yaşadıqları ağrılar da nəticələri etibarilə
onların yaxşılığınadır. Universitet imtahanına hazırlanan bir
adam, bir il çəkəcəyi çətinliyə səbr edib çətinliyin mükafatı
olaraq ömürü boyunca rahatlayacağı kimi, ömüründə bəlkə
illər tərəfindən çəkəcəyi çətinliklərə səbr edən adam, həm
günahlarına kəffarə olaraq həm də səbrinin mükafatı olaraq
axirət həyatında sonsuza qədər rahatlayacaq.
Çünki İslam dünyasına nə qədər xidmət etmiş böyük alim,
övliya varsa hamısının həyatı dərd kədər çətinlik və çətinlik
içərisində keçmişdir. Bunlardan da kənar ən böyük çətinlik
və ağrıları Peyğəmbərlər çəkmişdir. Ateist fəlsəfənin iddia
etdiyi şey dünyada var olan pisliklərdən yola çıxaraq
Allahın varlığını inkar etməkdir. Dünyada var olan
pisliklərdən ötəri insanların Allaha olan inancları azalacaq
olsaydı ən başda Peyğəmbərimiz(sav) inancı azalardı.
Demək ki, var olan bu ağrılara Allah tərəfindən icazə
verilməsi Peyğəmbərlərin inanclarını zərrə azaltmırsa, bu
ağrıların lazımlılığı, bir almanın daha ləzzətli və yetkin hala
gəlməsi üçün Günəşdə daha çox bişməsi lazım olduğu
kimidir.
218 | P a g e
Allah qatında bu dünyanın(dünya zövq və səfalarının)
ağcaqanad qanadı qədər qiyməti yoxdur. Dünyada az bir
ömür sürəcək bir insanın çəkəcəyi ağrılar, Allah qatında
həqiqi qiymətli olan Cənnət üçün bir viza funksiyası yerinə
yetirirsə, o ağrılara buraxaq Allahın mane olmamasını
Allahın bu ağrıları verməsini belə istəməyimiz lazımdır.
İmtahanın təbiətidir ki, xoşuna gələn şeylər qədər xoşuna
gəlməyən şeylər də olar. Bir müəllim imtahan edəcəkkən
“İstədiyiniz sualdan başlayın kimi xoşuna gələn icazələr
verdiyi kimi, köçürmək qadağandır kimi xoşuna gəlməyən
şeylərdə olar”. Bu imtahanın təbiətində vardır. Zülm, bir
başqasının mülkündə haqsız yerə qənaətdə olar, şəklində
təsvir edilər. Demək adamın öz mülkündə tədbir və qənaəti
zülm əhatəsinə girmir. Hər şey Allahın mülküdür, O da
mülkündə dilədiyi kimi tədbir və qənaət edər. Elə isə
Allahın mülkündən olan insanın etiraz və şikayətə haqqı
yoxdur.

“Bağışlayıcı olan Allah inkarçıları heç


cəzalandırarmı?” iddiasına  cavab
Bağışlayıcı olan cəzalandırmaz?!

Ateist deyir ki:


Sual: “Həcc surəsinin, (İnkar edənlər üçün atəşdən bir paltar
geydiriləcək və başlarına qaynar su töküləcək) mənasındakı
19. ayəsi ilə, Həşr surəsinin, (Allah rəhman rəhmdir
[əsirgəyən, bağışlayandır]) mənasındakı 22. ayəsi
ziddiyyətlidir. Bağışlayıcı olan Allah, inkarçıları heç
cəzalandırarmı?”

219 | P a g e
CAVAB:
Ziddiyyət bunun harasındadır?
Bağışlayıcı olmaq, məzlumun haqqını zalımdan
almamaqmıdır? Yaxud xainləri, caniları cəzasız
buraxmaqdırmı? Günahkarları ədalətlə cəzalandırmaq,
bağışlayıcı olmağa zidd olarmı? Dünyada günahkarları
cəzalandırmayan bir nizam vardırmı? Cəzasız, hüquqsuz
nizam olarmı?
Bu cəzalar, ölkənin kimində yüngül, kimində ağır olar.
Məsələn bəzi Avropa ölkələrində namusla əlaqədar
cinayətlər cəzası az, lakin pul ilə əlaqədar olan cinayətlər
ağırdır. Bu da onların pula, namusdan çox əhəmiyyət
verdiyini göstərməkdədir. Qatilə cəza verilmirsə və ya
yüngül cəza verilirsə, insana dəyər verilmir deməkdir. Ölən
insanın bir dəyəri olsaydı, əlbəttə qatilin layiq olduğu cəza
verilərdi.
Qatillərin, canıların ölümlə cəzalandırılmalarına da ateist
atəş püskürüb, (Qatillər öldürülsə, dünyada insan qalmaz)
deyir. Biri, birini öldürüncə, özünün də şübhəsiz
öldürüləcəyini bilsə, görəsən başqasını öldürə bilərmi?
Buna baxmayaraq öldürən çıxsa da, çox az olar. . Cəza
verilməzsə, qatillik o zaman daha çox artmazmı?

Bir cani, uşaq-muşaq demədən on adamı öldürür. Cəza


olaraq bu da öldürülməli deyilincə, (İnsanlığa yaraşarmı)
deyilir. Caninin on adamı öldürməsi insanlığa yaraşarmı?
Qırğınlara son vermənin çarəsi, öldürənin cəzasız
qalmamasıdır. Cəzaların yüngül olması, həbsə girincə bütün
ehtiyacların qarşılanması cinayətlərə təşviq olmazmı?

220 | P a g e
Hər şeyi yoxdan yaradan Rəbbimizin, əmrini
dinləməyənlərə cəza vermə səlahiyyəti yoxdurmu? Cəzanı
günahkarların özümü təyin edər?

Qurani Kərimdə buyurulur ki:


(Rəbbin əlbəttə həm bağışlayan, həm də çox ağrılı əzab
verəndir.) [Fussilət 43]
“Allah mərhəmətlidirsə, onda niyə zalım
insanları yaradır?”  iddiası
Ateist sual verir: Əgər Allah mərhəmətlidirsə, onda niyə
zalım insanları yaradır?

Dindar: Allah Təala (c.c) zalım insanlar yaratmaz. Necə ki,


sən ateist olmağı özün azad şəkildə seçmisən (Allah səni
buna məcbur etməyib), eləcə də insanlar zalım yaxud yaxşı
olmağı özləri seçirlər. Allah Təala (c.c) insanı zalım yox,
məsum və günahsız körpə şəklində yaradar. Sən heç yeni
doğulmuş zalım bir körpə gördünmü? Əlbəttə ki, yox.
Dinindən, dilindən, irqindən və s. asılı olmayaraq bütün
insanlar doğularkən günahsız, saf və məsum olurlar. Zaman
keçdikcə insan böyüyür və böyüdükcə insanı zalım edən
Allah yox, yaşadığı mühit, ətrafındakı insanlar, dostları və
başqa səbəblər olur. Allah Təala (c.c) Quranda insanlara
zülm etməyi yox, əksinə yaxşılıq edib, pis əməllərdən uzaq
durmağı buyurur:

‘Həqiqətən, Allah (Qur’anda insanlara) ədalətli olmağı,


yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb
qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı)
buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə
221 | P a g e
qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə
öyüd-nəsihət verir!’ (Nəhl, 90)

Allah Təalaya (c.c) niyə ibadət  etməliyik?


Ən son elmi araşdırmalar da göstərir ki, bütün insanların
fitrətində doğuşdan etibarən Yaradana inanc hissi olur.
(https://dinisuallar.wordpress.com/2014/07/16/
insanlar-ateist-dogulur-yalani/)
Ona görə də Yaradana dua və ibadət etmək hissi bütün
insanlarda daxildən gələn və psixoloji rahatlıq, yüngüllük
yaradan mənəvi bir ehtiyacdır. Dua etmək depresiyada və
ya xəstə olan insanın psixoloji durumuna müsbət təsir edir.
Ona mənəvi rahatlıq və daxili yüngüllük gətirir. Yəni biz
bunun pozitiv effektini ruhən, mənəvi olaraq hiss edə
bilərik, gözlə görə bilmərik.

Hətta ateist və dinsizlərdə də belə daxili-mənəvi ehtiyac


var. Sadəcə onlar bu ehtiyacı yerini başqa yollarla (yoqa,
meditasiya və s.) doldurmağa cəhd edirlər. Bir də ki,
məsələn dinsiz və ateist şəxslərdə intihar hallarının tez-tez
baş verməsi riski daha yüksəkdir. Çünki həyatda ağır
depresiyaya düşən bir ateistin mənəvi cəhətdən tuta biləcəyi
bir yer olmur, özünü tam olaraq mənəvi boşluqda hiss edir.
222 | P a g e
Dindar insanlar isə davamlı olaraq Allaha ibadət və dua
etməklə daxili stresi azalda və yenidən özgüvən qazana
bilirlər.

Allah Təala (c.c) insanı yaradaraq ona ağıl, düşüncə və


azad iradə vermişdir. Allah Təala (c.c) heç kəsi zorla ibadət
etməyə məcbur etmir. Çünki Allah Təalanın (c.c) bizim
ibadətlərimizə heç bir ehtiyacı yoxdur. İstəyirsən Allaha qul
ol, Ona ibadət et, istəyirsən də şeytana qul ol, Allahı inkar
et. Bəli, seçim etməkdə azadsan. 

Bəs onda bizim Allah Təalaya (c.c) ibadət etməli


olduğumuzun səbəbi nədir?

Təsəvvür et ki, rütbəcə səndən yüksək və imkanlı olan bir


şəxs qarşılıq gözləmədən sənə yaxşılıq edir, vəzifə verir, pul
verir, bahalı maşın verir, yemək verir və sairə. Sən də təbii
olaraq həmin adama təşəkkür edirsən və hörmət əlaməti
olaraq ona “cənab” və başqa xoş sözlərlə müraciət edirsən.
Necə ki, sənə yaxşılıq edən həmin şəxsə hörmət və
ehtiramla yanaşır və ona gözəl sözlərlə müraciət edirsən,
deməli bütün kainatı və məxluqatı xəlq edən, bizə nəfəs
aldığımız havadan tutmuş yediyimiz qidalara və s. kimi
sonsuz nemətlər verən Rəbbimizə niyə şükr və ibadət
etməyək ki? 

Deməli, Allah Təalanın (c.c) bizə bəxş etdiyi sonsuz


nemətlərə qarşılıq olaraq biz öz ibadətlərimizlə Ona şükr
edir və təşəkkürümüzü bildiririk. Beləliklə, sonsuz nemətlər
qarşılığında bizim də sonsuz ibadətə daima ehtiyacımız var.

223 | P a g e
Möhsin Qiraəti yazır: Hamı evini üzü günəşə tiksə, günəşin
işığı artmaz və əksinə, hamı evini arxası günəşə tiksə, onun
işığı azalmaz. Günəşin insanlara heç bir ehtiyacı yoxdur.
Amma insanlar günəşin işıq və istiliyinə ehtiyaclı
olduqlarından evlərini üzü günəşə tikirlər.

Namazı əmr etmiş Allahın bizim ibadətimizə heç bir


ehtiyacı yoxdur. Amma insanlar Allaha üz tutmaqla onun
lütfündən faydalanır və inkişaf edirlər.
Qur`anın “İbrahim” surəsinin 8-ci ayəsində buyurulur:
«Əgər bütün insanlar kafir olsalar, Allaha zərrəcə tə`sir
etməz. Çünki, O bütün insanlardan ehtiyacsızdır.»
“Allahı kim yaratdı?”  sualı
Əvvəla qeyd edək ki, “Allahı kim yaratdı?” sualını verənlər
Allah anlayışını öz düşüncələrinə uyğun maddi forma və
ölçülərə salmaq istəyən materialist təfəkkürlü ateistlərdir.
Yəni həmin ateistlər Yaradıcı qüvvəni ancaq materiya
xüsusiyyətlərinə sahib maddi varlıq konsepti daxilində izah
etməyə çalışırlar ki, zatən biz müsəlmanlar belə bir
Yaradana inandığımızı iddia etmirik.

Əslində “Allahı kim yaratdı?” sualının cavabı İxlas


surəsində var və həmçinin bu sual fəlsəfi baxımdan səhv və
məntiqsizdir. Çünki əgər bu sualın cavabı varsa, yəni ki,
əgər haşa Allahı kimsə yaradıbsa, onda yeni bir sual ortaya
çıxacaq: “Onda Allahı yaradanı kim yaratdı?”  Bu sual
sonsuzluğa qədər davam edəcək və hər dəfə sonsuz sayda
Yaradanlar meydana çıxacaq. Halbuki, biz Qurandan da
bilirik ki, zatən Allah Təala (c.c) sonsuzdur (əbədi və
əzəlidir). Əvvəli və axırı olmayan, sonsuzluq xüsusiyyətinə
224 | P a g e
malik olan bir varlığın digər sonsuz sayda varlıqlar
tərəfindən yaradılması imkansızdır. Ona görə bu sualın
verilməsi fəlsəfi cəhətdən yanlışdır.

“Allahı kim yaratdı?” sualı xüsusilə günümüz ateizminin


müdafiəçilərindən biri R. Dokinzin “Tanrı yanılqısı”
kitabından sonra məşhurlaşıb. J. Lennoks debat zamanı
Dokinzə belə cavab vermişdi: “Sənin kimi bir elm
adamından belə bir sual gözləməzdim, çünki bu sualdan
sonra Tanrı yaradılmışdır nəticəsi çıxır və yaradılan tanrılar
zatən yanılqıdır.”
(https://www.youtube.com/watch?
v=k5BHwTAFzOM)
“Allahı kim yaratdı?” sualının mahiyyəti əslində “Qırmızı
rəngin ağırlığı nə qədərdir?” yaxud “Hər şeyi su isladırsa,
onda suyu nə isladır?” yaxud “Od hər şeyi yandırırsa, onda
odu nə yandırır?” sualları kimi məntiqsiz və qeyri-
rasionaldır. Çünki rəng məfhumu çəkiyə sahib deyildir.
Eləcə də su digər şeyləri isladandır, amma özü islanan
deyildir. Od digər şeyləri yandırandır, amma özü yanan
deyildir. Analoji qaydada deyə bilərik ki, Allah yaradandır,
yaradılan deyil.

İnsan beyni zaman-məkan sisteminə uyğun və üçölçülü


dünyanı qavrayacaq şəkildə yaradılmışdır. Bu sual
“Allahdan öncə nə var idi?” sualı ilə analojidir. Sualı
verənlərin yol verdiyi xəta isə məsələni zaman-məkan
prinsipləri daxilində dəyərləndirmələridir. Bir şeyin
təşəkkül tapması üçün zamanın mövcudluğu mütləqdir.
Yəni ki, zamanın başlanğıcı olmalıdır ki, maddənin
yaranması oradan başlasın. Elm adamlarının ortaq
225 | P a g e
qərarınca, Big Bang partlayışından öncə zaman-məkan
anlayışı yox idi. Yəni zamanın özünün bir “başlanğıcı”
vardır. Elə bu da bizim sualımızın cavabıdır. Allah
zamandan və məkandan asılı deyildir. Zaman olmadığı
təqdirdə “öncə”, “sonra” anlayışları öz mənasını itirir və
bununla da “Allahdan öncə nə var idi?” sualı
məntiqdənkənar olur. Yəni zaman yoxdursa, Allahın nə
başlanğıcı var, nə də ki sonu. Demək ki, Onun təşəkkül
tapma prosesinə də ehtiyac yoxdur.

İnsan beyni zamansızlığı dərk etməkdə acizlik çəkir.


Məsələn, məşhur elm adamı S. Haukinqə “Big Bang-dən
öncə nə var idi?” sualı verildiyi zaman, Haukinq “bu, şimal
qütbünün şimalını soruşmağa bənzəyir” deyə cavab
vermişdir. Məsələyə zamansızlıq aspektindən baxdığımızda
isə, Allahın sonsuzdan bəri var olduğu həqiqəti ilə
qarşılaşırıq.

“Allahı kim yaratdı?” sualı bir paradoksdur. İzahı


“Yaradılmayan” ilə verilən bir varlığı çürütmək üçün “Kim
yaratdı?” sualını vermək məntiq xətasıdır. Bu günkü
fəlsəfədən anlaşılan budur ki, bir şeyin açıqlaması, həmin
şeyin açıqlamasına ehtiyac duymur. Məsələn, insan bir şəkil
çəkincə “İnsanı kim çəkdi?” və ya Richard kitab yazdıqda
“Richardı kim yazdı?” şəklində suallar verə bilməzsiniz.
“Allahı kim yaratdı?” sualı da bu tipdə paradokslu bir
cümlədir. Həm də sonsuzluq qavramına görə də bu sual
yalnışdır. Yəni Tanrının yaradıcı olduqda, onun da
yaradıcısı olmalıdır və onun da və sairə…  Bu zəncir
sonsuza qədər davam edər. Allah isə maddə yaxud məxluq
deyildir ki, yaradılsın. Əksinə Allah Təala (c.c) Xaliqdir,
xəlq edən və yaradandır. O, yaradılmış deyildir.
226 | P a g e
Qurani-Kərim isə buna belə cavab verir:  “De: “O Allah
Təkdir! Allah möhtac deyildir. Nə doğmuş, nə
doğulmuşdur. Onun bənzəri də yoxdur.” (İxlas surəsi)

Allah qaldıra bilməyəcəyi daş


yarada  bilərmi?
Məlumdur ki, İslam, Xristianlıq və Yəhudilikdə Allah hər
şeyə qadir olaraq vəsf olunmuşdur. Orta əsrlərdən bəri
ateistlər bu cür vəsfi olan ilahın mövcud ola bilməyəcəyini
isbatlamaq üçün “Mütləq Qüdrət Təzadını” (Omnipotence
paradox) istifadə edirlər. Bu “təzadın” bir çox növlərinin
olmasına baxmayaraq, biz ən məşhur olanı qeyd edək:
“Allah özünün belə hərəkətə gətirə bilməyəcəyi qədər
böyük daş yarada bilərmi”?

Fərz olunan odur ki, əgər cavab “bəli” olarsa, o zaman


Allah Mütləq Qüdrət sahibi deyil, çünki müəyyən daşı
hərəkətə gətirməkdən acizdir. Əgər cavab “xeyir” olarsa, o
zaman Allahın müəyyən daşı yaratmaqdan aciz olduğu
deyiləcək, və beləliklə Mütləq Qüdrət sahibi olmayacaq.
Yəni, bu “təzada” verilən istənilən cavab Allahın Mütləq
Qüdrət sahibi olmadığını göstərəcək, və beləliklə
təkilahlılıq dinlərinin inandığı Yaradıcının əslində mövcüd
olmadığını isbatlayacaq. Bu “təzada” cavab verməkdən
öncə qeyd etməliyik ki, dinə qarşı yönəlmiş bu cür şübhələr
yalnız məntiq elmindən cahil olan kəslər tərəfindən edilə
bilər.
227 | P a g e
Suala cavab verməzdən əvvəl “Mütləq Qüdrət Təzadının”
bəzi digər növlərini da sizlərə təqdim edək. Misal üçün:
“Allah başqa bir Allah yarada bilərmi”? “Allah Öz
mövcudluğuna son verə bilərmi”? və s. Bu suallar ateistliyə
yeni-yeni qədəm qoymuş məlumatsız insanların daha çox
verdiyi elementar, qeyri-məntiqi və ikibaşlı suallardan
bəziləridir. Bizim zamanda Avropa və Amerika elmi
dairələrində özünə hörmət edən heç bir ateist belə suallar
ünvanlamaz.

Əvvəla, qeyd etmək lazımdır ki, bu sualı soruşan şəxs


özlüyündə əvvəlcədən sərhədlənmiş subyektiv bir Yaradan
modeli qəbul edir və Allahın (c.c) gücünün və qüdrətinin
sonsuz olduğunu bilmədən bu sualı soruşur, yaxud bunu
bilsə belə istər-istəməz öz ağlında Allahın (c.c) qüdrətinə
bir sərhəd çəkməyə cəhd edir. Əgər həmin şəxs öz
düşüncəsində Allahın (c.c) gücünə və qüdrətinə bir sərhəd
çəkməmiş olsaydı, onda bu gücü və qüdrəti başqa bir
böyüklüklə (nəhəng daşla) müqayisə etmək gərəyi əsla
duymazdı. Yalnız iki müəyyən böyüklük bir-biri ilə
müqayisə oluna bilər, sonsuzluq başqa bir böyüklüklə
müqayisə oluna bilməz, çünki sonsuzluq bütün böyüklükləri
əhatə edir.

Riyaziyyatdaki sonsuz böyüklüyü düşünək. Bu sonsuzluğa


1 əlavə etsək bir əvvəlki sonsuzluqdan daha mı böyük olar?
Təbii ki xeyr, sonsuzluq yenə sonsuzdur. Əgər ilk başda
sonsuzluq saydığımız böyüklüyə 1 əlavə edincə daha çox
bir böyüklüyə çatsaq, onda bu o deməkdir ki, əvvəlki
böyüklüyümüz əslində sonsuz deyilmiş, çünki sonsuz
olsaydı, bir ədəd əlavə olunduğu zaman əvvəlki
böyüklüyündən daha böyüyü ola bilməzdi.
228 | P a g e
Burda bir də dil ölçüsü var. Yəni, necə ki, riyaziyyatda
müxtəlif paradokslar ola bildiyi kimi bizim danışıq
dilimizdə də bu tərz paradokslar ola bilər. Yəni cavab
şəklində konkret olaraq “hə” və ya “yox” deyə bilmərik bu
paradoksların cavabına.

Daha asan başa düşülməsi üçün bir sual əsasında nümunə


verək. Məsələn, “yaşıl rəngin uzunluğu onun çəkisindən
çox ola bilərmi?” Bu cür sualların “hə” yaxud “yox” deyə
konkret bir cavabı yoxdur. Çünki sualın özündə bir məntiq
xətası var. Yaşıl rəng nə ölçüyə, nə də ki, fiziki çəkiyə sahib
deyildir. Ona görə də biz yaşıl rəngin ölçü və çəkisini öz
düşüncəmizdə müəyyən bir çərçivəyə sala bilmərik.

Daha əvvəl heç dalaşmadığınız bir dostunuzun yanına


gedək və ondan belə bir sual soruşaq: “Səni məndən başqa
döyən oldu mu?”

Soruşduğumuz dostumuz bu suala “bəli” deyə bilməz,


çünki “bəli” dediyi təqdirdə bizim onu döydüyümüzü və
buna əlavə olaraq başqalarının da onu döydüyünü qəbul
etmiş olar, lakin biz bu dostumuzu döymədiyimizi demişdik
şərtdə. O halda geriyə “xeyr” variantı qalır, amma “xeyr”
cavabı da doğru bir cavab olmayacaq. Çünki “xeyr” dediyi
təqdirdə “Məni səndən başqa kimsə döymədi” demiş olar.
Bu vəziyyətdə yoldaşımız yalnız bizim tərəfimizdən
döyüldüyünü qəbul etmiş olur. Nəticə olaraq heç
dalaşmadığınız birindən “səni məndən başqa heç döyən
oldu mu?”sualını soruşduğunuzda “bəli” və ya “xeyr”
cavabının verilməsi qeyri-mümkündür. Yəni bu sual səhv
soruşulmuşdur.

229 | P a g e
Beləliklə,  “Allah özünün qaldıra bilməyəcəyi daş yarada
bilərmi?” sualı məntiqi cəhətdən tamamilə səhvdir. Çünki
bu sual əslində sonsuz güc-qüdrət sahibi və bütün
nöqsanlardan münəzzəh olan bir Yaradana gücsüzlük kimi
bir nöqsanı şamil etməyə yönəlmişdir.

“Mütləq Qüdrət Təzadını” (Omnipotence paradox)


haqqında yuxarıdakı suallara cavab vermək üçün biz eyni
zamanda məntiq elminin əsaslarından biri hesab olunan
“Ziddiyətsizlik qanunu” (Law of noncontradiction)
anlamalıyıq. Bu qanun deyir ki, iki ziddiyətli ifadə
(statement) eyni zamanda eyni aspektdən doğru və xətalı
ola bilməz: A bərabərdir B və A bərabər deyil B ifadələri
eyni zamanda hər ikisi doğru və yanlış ola bilməz. Misal
üçün bir heyvan eyni zamanda “it olub, it olmaya” bilməz,
bir kişi “evli olub, subay” ola bilməz. Yəni, bu cür
ziddiyətli məfhumlar həqiqətdə mövcud ola bilməzlər. Əgər
biz yuxarıdakı cümlələri də analiz etsək, görəcəyik ki,
həqiqətdə bu cümlələrdə ifadə edilən məfhumların mövcud
olması mümkün deyil.

Misal üçün “Allah başqa Allah yarada bilərmi”? sualını ələ


alaq. “Allah” məfhumunun tərifi “Hər şeyi Yaradan
Yaradılmamış varlıqdır”. Bu tərifi suala qoysaq alacağımız
nəticə: “ Allah Yaradılmamış bir şeyi Yarada bilərmi”
olacaq. Göründüyü kimi bu, yuxarıda qeyd etdiyimiz
məntiq qanununa ziddir, deməli mövcud ola bilməz.
Təzadın digər varianlarını da bu cür ələ alaq: “Allah heç bir
zaman mövcudluğu bitməyəcək varlığın ( yəni, Özünün)
mövcudluğuna son verə bilərmi”? Allahın hərəkə gətirə
bilməyəcəyi daşın mövcud olması mümkün deyil, bu zaman
ilk qeyd olunan sual belə qoyula bilər: “Allah yaradıla
230 | P a g e
bilməyəcək bir şeyi yarada bilərmi”? Bütün biz bunlardan
anlayırıq ki, Mütləq Qüdrət Təzadının bizə ünvanlandırdığı
bütün istəklər əslində mövcud ola biləcək məfhumlar deyil,
əksinə mövcudluğu mümkün ola bilməyəcək məntiqi
boşluqlardır. Bu suallara cavab olaraq biz “xeyr, Allah
bunları edə bilməz” cavabını veririk. Lakin bu cür cavab
verməmiz Allahın Mütləq Qüdrətini naqis etmir.

Ateistlərin anlamadıqları nöqtə “Mütləq Qüdrətin tərifidir.


Mütləq Qüdrət mümkün olan şeylərə aiddir, yəni Allah
mövcudluğu mümkün olan hər bir şeyə qadirdir,
mövcudluğu mümkün olmayan şeylərə qadir olmaması isə
naqislik deyil. Əksinə, onlara qadir olmaması onun
Qüdrətinin Kamiliyyinə işarədir. Misal üçün, əgər Allah
başqa Allah yaratmağa qadir olsa idi, o zaman iki Allah
olardı, və bu şübhəsiz ki, naqislikdir. Allahın tək olması və
bənzəri olmaması onun Kamilliyidir, naqisliyi deyil. Əgər
Allah öz mövcudluğuna son qoya bilsə idi, o zaman Allah
məxluqlar kimi fani olardı, və bu şübhəsiz ki, naqislikdir.
Onun Mövcudluğunun hətta Özü tərəfindən sona gətirilə
bilinməməsi isə onun Mütləq Kamil Həyata sahib olmasına
işarədir. Oxşar şəkildə, əgər Allah hərəkətə gətirə
bilməyəcəyi daşı yarada bilsə idi, o zaman naqis olardı,
çünki hansısa daşın hərəkətə gətirilməsindən aciz olacaqdı.
Lakin belə bir daşı yarada bilməməsi Onun istənilən şeyi
hərəkətə gətirə biləcək Mütləq Qüdrətindən xəbər verir.
Əslində biz deyə bilərk ki, belə bir daşın mövcudluğunun
imkansızlığı Allahın deyil, bu cür daşın özünün naqisliyidir,
çünki bu cür daş mövcud ola bilməz.

Mövcudluğu mümkünsüz olan şeyləri etməyi


bacarmamağın naqislik olmamasını sübut etmək üçün
231 | P a g e
sadəcə əlavə bir misal qeyd edək. Hamıya məlumdur ki, 1,2
və 3 rəqəmlərini tərtiblə yalnız 6 şəkil üzərə qurmaq olar:

1,2,3       1,3,2      2,1,3     2,3,1      3,1,2     3,2,1

Bu qeyd etdiyimizdə başqa şəkil üzərə bu rəqəmləri


qurmaq mümkün deyil. Əgər biz Kembric universitetinin
professoru Stephen Hawking’ə bu rəqəmləri mümkün ola
biləcək şəkillər üzrə qurmasını istəsək və o altı mümkün
variantdan yalnız dördünü qeyd edə bilsə, o zaman biz onun
riyaziyat elmində cahil olduğunu deyə bilərik. Lakin əgər o
mümkün olan bütün variantları bizə təqdim edərsə və biz
ondan yeddinci varinatı ixtira etməyi tələb etsək, mümkün
olmayan bir şeyi tələb etmiş olacağıq. Hawking’in bunu edə
bilməməsi heç cür onun riyaziyatda naqis olduğuna işarə
etməz. Beləcə, Allahın da mümkünsüz şeyləri edə
bilməməsi naqislik deyildir.

Boşluqların Tanrısı – John  Lennox

Məşhur Britaniyalı riyaziyyatçı alim, Oksford


Universitetinin professoru, filosof John Lennox deyir:

“Mənim kimi, Allaha inanan elm adamları bəzən


Boşluqların Tanrısına (God of the gaps) inanmaqla
günahlandırılır; Yəni. kainatda açıqlaya bilmədiyimiz
hadisələr olduqda, bunu Allahın işi olaraq açıqladığımızı
iddia edərlər. Bu boşluqlara bir azdan toxunacağam, amma

232 | P a g e
Allahın varlığının əsl dəlilləri; anlamadığımız şeylər deyil,
anladığımız şeylərdədir.

Sadəcə elmlə məşğul ola bilməmiz belə, kainatı yaradan


üstün ağıl sahibi bir varlıq olduğunun açıq-aşkar
dəlillərindən biridir. Və sonra açıq-aşkar gördüyümüz
şeylər, sadəcə göylər belə Allahın şanını elan etməyə
kifayətdir. Bunu tarixdə ən bacarıqlı elm adamlarından biri
olan Isaac Newton ilə ən yaxşı şəkildə açıqlayarıq. Newton
yerin cazibə qanununu kəşf etdiyi zaman “İndi planetlərin
necə hərəkət etdiyini anlayıram, buna görə Allaha ehtiyacım
yox” demədi, tam əksinə kainatı daha yaxşı anladıqca, o,
kainatı o qədər ağıllıca dizayn edən Yaradıcıya daha çox
ibadət etdi və heyranlıq duydu. Bu səbəblə Newton,
Boşluqların Tanrısına, yəni açıqlaya bilmədiyi üçün Allaha
inanmadı; tam əksinə, açıqlaya bildiyi üçün Allaha inandı.
Və bizə kainatı açıqlayan bu açıqlamaların möhtəşəmliyi və
riyazi düsturlar üzərində qurulmuş olması onsuz da Allahın
varlığının dəlilidir.

Planetlərin ellipslər şəklində hərəkət etdiyini ilk dəfə önə


sürən adam Kepler idi və Allahın, kainatdakı hər şeyin necə
çalışdığını gözlər önünə sərib bunları riyaziyyat ilə açıqlaya
bilməmizə imkan verməsinə duyduğu heyranlığı dilə
gətirdi. Bütün bu insanların Allaha ibadətləri, inancları və
heyranlıqları kainatı anlaya bilmədikcə deyil, anladıqca
artdı.

Bu boşluqlara gəlincə, iki növ boşluq vardır və bunların


fərqini qeyd etmək lazımdır; Elmin hələ açıqlaya bilmədiyi
şeylərə pis boşluqlar deyilir və bunları açıqlamaq üçün
elmin daha çox inkişafı lazımdır; Amma, bir də elm
233 | P a g e
tərəfindən genişlədilən və ya artırılan boşluqlar və
məlumatlar vardır. Bunların biri də kitabımda bəhs etdiyim
kimi, həyatın mənşəyi ilə əlaqədardır.

1953-ci ildə Miller və Urey etdikləri təcrübə ilə həyatın


elementləri olan proteinlərdəki amin turşularını kəşf etdilər
və bu, həmin dövrdə həyatın sirrinin kəşfi olaraq tərifləndi
və Nobel mükafatı aldılar. Onun üzərindən 50 ildən çox bir
müddət keçdi, amma hazırda daha böyük problemlərlə
qarşılaşırıq, çünki o dövrdə DNT kodunun rəqəmsal
quruluşu bilinmirdi. Məhz bu, elm tərəfindən ortaya
çıxarılan bir boşluqdur və işlər daha çox kompleksləşər
(mürəkkəbləşər).

Ümumiləşdirərək desək, mənim inandığım Allah,


Boşluqların Tanrısı deyil, yəni mənim Allaha iman etmə
səbəbim; kainatda hələ elmi olaraq açıqlaya bilmədiyim
şeyləri açıqlamaq üçün və o boşluğu doldurmaq üçün
deyildir. Elm Allahın varlığına dair açıq-aşkar dəlillər
təqdim edir və məni Allaha inanmağa yönəldən isə elmi
olaraq anlaya bilmədiyim şeylər deyil, elmi olaraq anlaya
bildiyim şeylərdir.”  

[Oxford Universiteti, Riyaziyyatçı və Elm fəlsəfəçisi,


Professor John Lennox]

234 | P a g e
“Allah” kəliməsi İslamdan əvvəl
mövcud  idimi?
“Allah” kəliməsi İslamdan əvvəl də ərəblər arasında
mövcud idi. Bununla bağlı Qurani Kərimdə deyilir:
“Həqiqətən, əgər onlardan: “Göyləri və yeri kim
yaratmışdır?!” – deyə soruşsan, mütləq: “Allah!” – deyə
cavab verəcəklər.” (Zumər, 38)

Bundan başqa peyğəmbər əfəndimizin (s.a.s) atasının ismi


Abdullah idi. “Abdullah“ isminin mənası  deməkdir.
Deməli, İslamdan əvvəl də ərəblərdə Allah inancı var idi.
Ancaq müşrik ərəblər bütləri Allaha yaxınlaşma vasitəsi
kimi görür və Ona şərik qoşurdular. Bununla bağlı Qurani
Kərimdə deyilir:
“Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha
məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar:
“Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət
edirik!” (deyirlər).” (Zumər, 3)

“İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik


qoşub, onları Allahı sevən kimi sevənlər də vardır.”
(Bəqərə, 165)

Bu ayələrdən məlum olduğu kimi peyğəmbərimizin


zamanında müşrik ərəblər Allahı qəbul edir, lakin “bizi
Allaha yaxınlaşdırsın deyə bütlərə ibadət edirik” deyirdilər.

Eyni şəkildə peyğəmbər əfəndimizin (s.a.s) babası


Əbdülmuttalib Fil hadisəsində Kəbə qapısının halqasından
tutaraq “Ey Allahım! Qul öz evini qoruyar, Sən də evini
235 | P a g e
qoru! onların xaçı və hiyləsi düşmən olaraq sənin tədbirinə
qalib gəlməsin!” deyə Allaha yalvarmışdı. 

Qurandan da göründüyü kimi “Allah” kəliməsi İslamdan


əvvəl də mövcud idi. Əslində burda qeyri-adi bir şey
yoxdur. Çünki bu kəlimə ilk insan və peyğəmbər olan
Hz.Adəmdən (a.s) başlayaraq insanlıq tarixi boyunca
əvvəlki bütün peyğəmbərlərin dövründə də mövcud
olmuşdur.  Lakin sonradan  küfrə düşən bəzi insanlar
əvvəlki peyğəmbərlərdən duyduqları bu kəliməni öz
bütlərinə aid etmiş və istifadə etməyə başlamışlar. 

Ərəbistan və xüsusilə də Məkkəyə bütpərəstlik Huzaa


qəbiləsinin (Bəni Harisə qolunun) lideri Əmr bin Luhay
tərəfindən gətirilmişdir. Əmr bin Luhay tutulduğu bir
xəstəliyin müalicəsi üçün Suriyanın Belka adlanan
bölgəsinə getmiş və orada yerdən çıxan isti su ilə müalicə
olunmuşdur. Həmin vaxt orada yaşayan insanların bütlərə
sitayiş etdiyini görmüş və bunun səbəbini soruşduqda
“Bunlar ibadət etdiyimiz ilahlardır. Onlardan yağış
istədikdə, yağdırarlar. Yardım istədikdə, yardım edərlər”
cavabını almışdır. Bundan sonra ona da bir ədəd büt
verilməsini xahiş etmiş və oradan aldığı “Hübel” isimli bütü
Məkkəyə gətirmişdir. Daha sonra insanları bütə sitayiş
etməyə çağırmışdır. İmam Fahrüddin-i Razi, hadisəni bu
şəkildə nəql edərkən xüsusilə bildirir ki, Amr bin Luhay
həmin vaxt Məkkəni idarə edən şəxs olmuşdur. 

Beləliklə, aydın olur ki, əslində Allah kəliməsi İslamdan


əvvəllər də mövcud olmuş, lakin Ərəbistan yarımadasında
bütpərəstlik yayıldıqdan sonra mənası təhrif edilərək bu ad
bütlərə şamil edilmişdir.
236 | P a g e
“Allah” kəliməsinin kökü və mənasının sonradan təhrif
edilməsi haqqında Râğıb el İsfahanî “el-Müfredat fi Garibi’l
Kur’ân” əsərində qeyd edir ki: 

“Allah ismi cəlalının əsli ilahdır. Başındaki həmzə ləğv


edilib, önünə əlif lam gətirilərək şânı uca Rəbbimizin ismi
olmuştur. Bununla bərabər insanlar ibadət etdikləri hər şeyə
ilâh ismini vermişlər. Günəşə ilâhə adını vermişlər. Çünki
onu (günəşi) özlərinə məbûd etmişlərdi.”

Bunu başqa misalla izah edək. Allahın isimlərindən biri


Rəhmandır. Rəhman sifəti ancaq Allaha məxsusdur. Lakin
zaman keçdikcə insanlar yanlışlıqla öz uşaqlarına Rəhman
adını qoya bilərlər. Amma bu o demək deyil ki, həmin
uşaqlar həqiqi ilahdırlar. Sadəcə olaraq həmin uşaqlar
Rəhman ismini daşıyırlar. Eynilə ərəb bütpərəstlər də öz ay
yaxud günəş tanrılarına el-ilah adını qoymuşdular. Ancaq
bu qətiyyən

Görmədiyimiz halda Allaha (c.c) iman  etmək


Sual: İslamın təməl dayağı olan KƏLMEYI ŞƏHADƏT-də
“Allahdan başqa haqq məbud olmadığına, Həzrəti
Məhəmmədin də onun qulu və elçisi olduğuna şahidlik
edirəm.” sözü keçir. “Şəhadət” sözü lüğəti mənada bir şeyi
görən və ya gördüyünü anladan, tamaşa edən deməkdir.
Allah Təalanı (c.c) görmədiyimiz halda kəlmeyi-şəhadət
gətirib iman etmək nə dərəcədə məntiqlidir və ya görmədən
necə şahid ola bilərsiz?

Cavab: Şahidlik etmək üçün hər zaman birbaşa olaraq


gözlə görməyə ehtiyac yoxdur. İnsan əqli-məntiqi
237 | P a g e
mühakimə yaxud inam (etibar) duyğusu əsasında da gözlə
görmədikləri haqqında şahidlik edə bilər. İki misalla izah
edək.

1. Məs, əqli-məntiqi mühakimə əsasında biz əminlikə


şəhadət edə bilərik ki, dükandan aldığımız qol saatını
düzəldən bir saatsaz var. Bəlkə də həmin saatsaz
Yaponiyada Seiko şirkətində çalışır və ömrümüz boyu biz
onu görə bilməyəcəyik. Amma həmin saatsazı gözlə
görmədən belə onun varlığı haqqında şəhadət gətiririk.
Çünki əqli-məntiqi mühakimə bizə deyir ki, bir saat öz-
özünə var ola bilməz. Buradan belə nəticəyə gəlirik ki,
deməli, kainat da öz-özünə təsadüfən var ola bilməz.
Kainatı xəlq edən bir Yaradan mütləq olmalıdır. Hətta biz
Yaradanı gözlə görməsək belə kainatdakı bütün məxluqat
Onun varlığını göstərir.

2. Biz inam (etibar) duyğusu əsasında da şəhadət gətirə


bilərik. Məs, ən çox etibar etdiyiniz dostunuz sizə
Amerikada başına gəlmiş bir hadisə haqqında danışsa, siz
həmin hadisəni görmədiyiniz halda onun doğruluğunu qəbul
edir və şəhadət gətirirsiniz. Çünki siz öz dostunuza son
dərəcə güvənirsiniz və onun dürüst bir insan olduğuna
inanırsınız. Deməli, gözlə görmədiyiniz halda onun
dediklərini təsdiq edirsiniz. Bu, inama əsaslanan şəhadətdir.
Beləliklə, biz möminlər Allahı gözlə görməsək də Onun
(c.c) göndərdiyi peyğəmbərlərin sözlərinə inandığımız üçün
Allahın da varlığını sözsüz qəbul edirik. Muhəmməd ibn
Qutbuddini İzniki qeyd edir ki, bütün peyğəmbərlərin sahib
olduqları 5 əsas xüsusiyyətdən biri “sidq” adlanır. Bu o
deməkdir ki, bütün peyğəmbərlər (aleyhimüssaləvatü
vəttəslimat) sözlərində sadiq olurlar. Hər sözləri doğrudur.
238 | P a g e
(Muhəmməd ibn Qutbuddini İzniki, Cənnət Yolu Elmihalı,
Bakı-2012)

Gözlə görmədiyimiz yaxud görə bilmədiyimiz şeylər bizim


üçün qeyb hökmündədir.  Qeyb – gözlə görülə bilməyəcək
səviyyədə qapalı (örtülü) şeyə deyilir. Gözlə görmədiyimiz
halda qeybə iman və şəhadətlə bağlı Bəqərə surəsi 3-5-ci
ayələrdə deyilir:

3. O kəslərki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və


qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz
ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq
sahiblərinə) sərf edirlər.

4. O kəslərki, sənə göndərilənə (Qur’ana) və səndən əvvəl


göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və
axirətə də şəksiz inanırlar,

5. Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru


yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb
Cənnətə qovuşanlar) da onlardır.

 
239 | P a g e
Məhəmməd peyğəmbərə
(s.a.v) qarşı iddialara
cavablar

HZ MUHAMMƏDİN (S.A.S) BİR NEÇƏ


QADINLA EVLƏNMƏSİNİN
SƏBƏBİ  NƏDİR?
Ateistlər, Peyğəmbərimizin (s.a.s) müxtəlif vaxtlarda bir
neçə qadınla ailə qurmasını təhqir edir, islama və
müsəlmanlara böhtanlar atırlar.
Bu məsələdə artıq-əskik danışan ateistlər hеç nə охumayan,
araşdırmayan, düşünməyən və ya düşünmək istəməyən
şəxslərdir. Əgər bu sualı verən ateistlər «Məğazi»
(Pеyğəmbərimizin iştirak etdiyi səfərlərdən bəhs еdən
əsərlər) və «Siyər» (Pеyğəmbərimizin həyatından və
xüsusiyyətlərindən bəhs еdən əsərlər) kitablarına azacıq
nəzər salsaydılar, bеlə bir sual vermək hеç ağıllarına da
gəlməzdi.

Pеyğəmbərlər Sultanının (s.ə.s) bağladığı nikahların


müхtəlif səbəbləri var: Zatı-Əhmədiyyə (s.ə.s.) ilə əlaqədar
оlan хüsuslar, ümumi оlaraq nikahların hədəf və məqsədi,
müəyyən zərurətlər və zövcələrin хüsusi halları ilə əlaqədar
yеrinə yеtirilməli məsələlər…

İndi bu məsələləri ardıcıllıqla və bir-bir təhlil еdək.


240 | P a g e
Mövzunun ilk öncə О pak şəхsiyyətlə bağlı yönünü təhlil
еdək. Hər şеydən əvvəl unutmayaq ki, о Zat 25 yaşına qədər
еvlənməmişdi. О isti məmləkətin xüsusi şəraiti də nəzərə
alınarsa, Onun bu müddət ərzində iffətli yaşaması və bu
iffətliliyin əvvəllər də, indi də hamı tərəfəindən qəbul və
təslim еdilməsi Оnun olduqca iffətli, iradə və nəfsinə
müdhiş dərəcədə hakim оlduğunu göstərir. Əgər bu
məsələdə kiçik bir inhiraf (xəta, yoldan sapma) оlsaydı,
Onun dünənki və bugünkü düşmənləri dərhal bütün
dünyaya car çəkərdilər. Halbuki köhnə və yеni − bütün
düşmənlər Оna ağla gəlməyən, olmayan şеylər istinad
etsələr də, bu xüsusda bir şеy deməyə cürət etməmişlər.

Pеyğəmbərimiz (s.ə.s) ilk nikahı 25 yaşında bağlamışdı. Bu


nikah Allah və Rəsulunun nəzərində çох uca və müstəsna
idi, amma 2 dəfə ailə qurmuş 40 yaşlı bir dul qadınla baş
tutmuşdu bu nikah. Bu хоşbəхt yuva düz 23 il davam еtmiş
və pеyğəmbərliyin 8-ci ilində acı həsrətlə (Hz. Xədicənin
vəfatı ilə) sоna çatmışdı. Allah Rəsulu (s.ə.s) əvvəlki kimi
yеnə yalnız qalmışdı. Bəli, ailə, оğul-uşaqla birlikdə 23 illik
məsud həyatdan sоnra yеnə 4-5 il tək yaşamış, 53 yaşına
çatmışdı.

Bəli, bundan sonrakı bütün еvliliklər nikaha həvəsin


azaldığı bu yaşdan sоnra başlamış və davam еtmişdir. İsti
bir yerdə 55 yaşından sоnra bağlanan nikahları bəşəri və
şəhəvi hеsab еtmək nə insafa, nə də məntiqə sığır.

Burada ağıla gələn bir məsələ də pеyğəmbərliklə


çохеvliliyin bir-birinə müvafiq gəlməsidir. Buna da bir-iki
cümlə ilə tохunmaq istərdik.

241 | P a g e
1. Çох qadınla еvlənmə məsələsini dilə gətirənlər ya hеç
bir din və prinsip qəbul еtməyən kəslərdir ki, оnların da
bеlə bir şеyi qınamağa əsla haqqı yохdur. Çünki оnlar
əslində bütün prinsiplərin əleyhinədir, hеç bir qayda-qanuna
əməl etmədən çохlu qadınla münasibət qurur (azad seks),
hətta məhrəmləri ilə nikahı nоrmal sayırlar. Yaхud da
bunlar müəyyən kitablara əsaslanan bəzi din mənsublarıdır.
Оnların hücumu da insafsızcasına, qərəzli və həzm edə
bilməməkdəndir, hətta onlar adına üzüləcək bir haldır.
Çünki əllərindəki kitabların və kitablara bağlı camaatların
qəbul və itaət еtdiyi böyük pеyğəmbərlərin bir çoxu bir
neçə qadınla еvlənmiş və daha çox izdivaca girmişlər.
Təkcə Sülеyman (ə.s) və Davud (ə.s) pеyğəmbəri düşünsək,
onlara bağlı olduqlarını iddia edənlərin bu məsələni dilə
dolamalarında insaflı davranmadıqları açıqca ortaya çıxar.
Bеləliklə, çохlu qadınla nikah Pеyğəmbərimizlə (s.ə.s)
başlamadığı kimi, nübuvvətin (pеyğəmbərliyin) ruhuna da
zidd dеyildir. Əksinə mövzunun davamında da görəcəyik
ki, çохеvlilik pеyğəmbərlik nöqtеyi-nəzərindən hədsiz
faydalar ehtiva edir.

Bəli, çохеvlilik, хüsusilə, hökmlərlə gələn pеyğəmbərlər


üçün bir mənada zəruridir. Çünki dinin ailə məhrəmiyyəti
ilə bağlı bir çох cəhəti var və bunu da ancaq insanın zövcəsi
bilir. Buna binaən dinin bu yönlərini anlatmaq üçün istiarə
və kinayədən istifadə etmədən − bu çox vaxt məsələnin
anlaşılmasını çətinləşdirir − hər şеyi açıq-aşkar anladan
mürşidələrə еhtiyac var idi..

Hər şеydən əvvəl pеyğəmbər хanəsində (evində) оlan bu


təmiz və pak zövcələr qadınlıq aləmi üçün irşad və təbliğ
vəzifəsində mükəlləfiyyət daşıyırdılar. Bu məsələ istər
242 | P a g e
pеyğəmbərlər, istər pеyğəmbərlik, istərsə də qadınlıq aləmi
üçün gərəkli və vacibdir.

2. Digər bir məsələ də ümumi mənada pеyğəmbərimizin


(s.ə.s) zövcələri ilə əlaqədardır:

a) Zövcələr arasında yaşlı, оrta yaşlı və gənclər оlduğu


üçün bu yaş dövrlərinə aid müхtəlif hökmlər söylənilmişdir.
Məhz pеyğəmbər хanəsində оlan bu pak zövcələr sayəsində
həmin hökmlər tətbiq оlunurdu.

b) Zövcələri müхtəlif oymaqlardan оlduğu üçün ilk


növbədə həmin qəbilələr arasında, eləcə də
Pеyğəmbərimizin müəzzəm şəxsiyyəti ilə qоhum olan
toplumlarda köklü bir sеvgi və bağlılığa yol açılırdı. Hər
qəbilə və tayfa Оnu (s.ə.s) özününkü bilir və dini hissiyyatla
yanaşı, qohumluğa görə də Ona bağlanırdılar.

c) Hər qəbilədən aldığı qadın istər Оnun (s.ə.s) sağlığında,


istərsə də dünyasını dəyişəndən sоnra öz qəbiləsində dinin
yayılmasına mühüm vəsilə оla bilirdi. Uzaq-yaxın
qоhumlarına zahiri və batini Əhmədiyyə (s.ə.s) haqda
dоlğun məlumat vеrirdilər. Beləcə оnların qəbiləsi də
Quranı, təfsiri və hədisi öyrənir və dinin ruhunu qavraya
bilirdi.

d) Bu izdivaclar vasitəsilə Nəbiyyi-Əkməl (s.ə.s) bütün


Ərəbistan yarımadası ilə yaхınlıq təsis еdərək hər bir evin
əziz qоnağı olmuşdu. Hər kəs bu yaхınlıq vasitəsilə о
məhabət (təmkin, ciddilik) abidəsinə yaхınlaşa bilir və dini
əmrləri öyrənmə fürsətini əldə еdirdi. Еyni zamanda hə bir
qəbilə və əşirət özünü Ona yaхın sayır və bununla fəхr
243 | P a g e
еdirdi. Mahzumоğulları Ümmü Sələmə, Əməvilər Ümmü
Həbibə, Haşimilər Zеynəb binti Cahş (r.anhumə) vasitəsilə
özlərini Оna (s.ə.s) yaхın bilib bəхtiyar sayırdılar…

3. Buraya qədər söylənilənlər ümumi mənada və müəyyən


cəhətlərdən digər pеyğəmbərlərə də şamil olunur. İndi isə
хüsusi mənada hər zövcəni ayrı-ayrı хaraktеrizə еdək:

Bəli, burada da görəcəyik ki, məntiq vəhylə dəstəklənən O


zatın həyatı qarşısında çох cılızdır, başqa sözlə, bəşər
düşüncəsi О Böyük Fətanət (s.ə.s) qarşısında rükuya gеdib
ikiqat оlur…

A. İlk zövcəsi Sеyyidətinə Hz. Хədicədir (r.anha).


Rəsulullahın özündən 15 yaş böyük оlan bu nadir qadınla
izdivacı hər bir nikah üçün örnəkdir. О (s.ə.s), ömrü bоyu
zövcələrinə dərin vəfa və sədaqətlə bağlı qaldığı kimi
vəfatından sоnra da оnu unutmamış, hətta hər fürsətdə
оndan söz açmışdır.

Hz. Хədicədən sоnra Pеyğəmbərimiz (s.ə.s) 4-5 il


еvlənməmişdi. Yetimlərinin qayğısına qatlanmış, onlara
həm analıq, həm də atalıq etmişdi. Оnun (s.ə.s) qadınlara
qarşı bir zəifliyi, zəif cəhəti оlsaydı, bеlə hərəkət еdərdimi?

B. Nikah ardıcıllığına uyğun olmasa da ikinci zövcəsi


Aişeyi-Siddiqədir (r.anha). Rəsulullahın ən yaхın dоstunun
qızıdır. Allah Rəsulunun acılı-şirinli həyatda yol yoldaşı
olan bu böyük insana ən gözəl hədiyyəsidir. Qohumluğun
heç nəyə fayda vermədiyi gün Onun yanında olma şərəfi
ancaq bununla mümkün olacaqdır. Aişeyi-Siddiqə ilə Hz.
Əbu Bəkr həm nəsil bağlılığı ilə, həm də mənən qurbu-
244 | P a g e
Nəbəvi (pеyğəmbərimizə yaхınlıq) ilə şərəflənmişdi.
Bundan başqa zəkasına görə nadir qadınlardan biri оlan Hz.
Aişə Nibuvvət məfkurəsinə əsl varis di. Еvlilikdən sоnrakı
həyatı və daha sоnrakı хidmətləri ilə qəti şəkildə sübut
еtmişdir ki, о uca qadın ancaq pеyğəmbər zövcəsi оla
bilərdi. Çünki, о lazım gəldikdə ən böyük hədisçi, ən
mükəmməl təfsirçi və ən nadir fiqhçi olmuş, zahiri və batini
Məhəmmədiyyəni mükəmməl bildiyinə görə dini layiqincə
təmsil еtmişdir.

Buna görə də Rəsulullaha (s.ə.s) yuхusunda оnunla


еvlənməsi işarə olunur və о qadın gözlərinə başqa hеç bir
хəyal girmədən pеyğəmbər хanəsinə qədəm basırdı…

Bunun sayəsində Hz. Əbu Bəkr üçün şərəf vəsiləsi olacaq


və bütün istеdad və qabiliyyətini inkişaf etdirərək qadınlıq
aləminin mürşidə və mübəlliğəsi (müəllimə və təbliğçi)
kimi hazırlanacaqdı. Bеləcə о həm bir zövcə, həm də bir
tələbə kimi səadət хanəsinə daхil оlurdu.

C. Yenə izdivac ardıcıllığna görə olmasa da, üçüncü


zövcəsi Ümmü Sələmədir (r.anha). Mahzunоğullarından və
ilk müsəlmanlardan оlan Ümmü Sələmə Məkkədə müхtəlif
təzyiqlərə məruz qalmış; ilk оlaraq Həbəşistana, ikinci dəfə
də Mədinəyə hicrət еtmiş və ilklər arasında yеrini
tutmuşdur.

Həyat yoldaşı da onunla birlikdə bu uzun və məşəqqətli


yоlun çətinliklərinə qatlanmışdı. Ümmü Sələmənin
nəzərində ərinin tayı-bərabəri yox idi. O əziyyətli günlərdə
zövcəsinin yanında olan Əbu Sələmə Mədinədə vəfat etmiş
və Ümmü Sələmə uşaqları ilə tənha, köməksiz qalmışdı.
245 | P a g e
Yurdundan-yuvasından uzaq və bir külfət yеtimin dolanışığı
çiyinlərinə yüklənmiş bu qadına ilk şəfqət əlini Əbu Bəkr
və Ömər (r.anhuma) uzatdı, fəqət о, bu təklifləri qəbul
еtmədi. Çünki оnun nəzərində heç kim Əbu Sələmənin
yеrini dоldura bilməzdi…

Nəhayət Allah Rəsulu (s.ə.s) nikah təklifi ilə əlini оna


uzatdı. Bu еvlilik də çох təbii idi, çünki ərəblərin ən sоylu-
köklü qəbilələrindən оlan, İslam və iman uğrunda bütün
fədakarlıqlara qatlanan bu qadın artıq tək-tənha qalmışdı və
onu dilənçiliyə məhkum etmək olmazdı. Хüsusilə, iхlasına,
səmimiyyətinə və İslamiyyət yolunda qatlandığı çətinliklərə
görə оna mütləq əl uzadılmalı idi. Və Kainatın Fəхri (s.ə.s)
оnunla еvlənməklə bеlə bir köməyi etmiş oldu. Bəli,
Rəsulullah gəncliyindən yerinə yetirdiyi kimsəsizlərə və
yеtimlərə yardım etmə iş və vəzifəsini ogünkü şərtlərin
tələbinə görə bu şəkildə yerinə yetirirdi.

Ümmü Sələmə də Hz. Aişə kimi təcrübəli və fətanətli bir


qadın idi. Bir mürşidə və mübəlliğə qədər istedadlı idi. Оna
görə də bir tərəfdən şəfqət əli оnu himayəsinə alır, digər
tərəfdən isə qadınlıq aləminin daim şükürlə andığı bir
tələbəni еlm və irşad məktəbinə qəbul еdirdi.

Əks halda 60 yaşına yaхınlaşmış Fəхri Kainatın (s.ə.s)


çохlu uşağı оlan dul bir qadınla еvlənməsini və еvlənərək
əziyyət və məsuliyyət yükünü çiyinlərinə götürməsini başqa
hеç bir şеylə izah еdə bilmərik. Bunu qadınlara düşkünlük
və şəhəviliklə əlaqələndirmək isə qətiyyən mümkün deyil.

D. Digər zövcəsi isə Rəmlə binti Əbu Sufyandır (Ümmü


Həbibə) (r.anha). Bir müddət Pеyğəmbər (s.ə.s) və
246 | P a g e
pеyğəmbərlik əleyhinə küfr cəbhəsini təmsil еdən bir
insanın qızı… О da ilk müsəlmanlardan biri… Məkkənin
məşəqqətli günlərində Həbəşistana hicrət еtmiş, оrada həyat
yоldaşının əvvəlcə хristianlığı qəbul еtməsinə, sоnra isə
vəfatına şahid оlmuş iztirablı bir qadın…

О günlərdə səhabələr sayca az və yохsul idilər. Başqa bir


insanın dolanışığını təmin etməyə, baxmağa imkanları yox
idi. İndi Ümmə Həbibə nə еdəcəkdi? Ya хristianlığı qəbul
еdib оnlardan yardım alacaq, ya küfr yuvası оlan ata еvinə
dönəcək, ya da qapı-qapı gəzib dilənçilik еdəcəkdi. Ən
dindar, ən sоylu və ailəcə ən zəngin bir qadın bunların hеç
birini edə bilməzdi. Bircə yol qalırdı; о da Rəsulullahın
(s.ə.s) müdaхiləsi və imdada yetişməsi …

Allah Rəsulu Ümmü Həbibə ilə nikah bağlamaqla məhz


bunu edirdi. Bəli, bu еvlilikdə də dini yolunda hər cür
fədakarlığa qatlanmış, yurd-yuvasından uzaqda və zəncilər
arasında, həyat yоldaşının dindən dönməsi və vəfatı ilə
sarsıldığı günlərdə, Nəcaşinin hüzurunda Pеyğəmbərimizlə
(s.ə.s) nikaha daхil оlurdu və bu, ən təbii bir hal idi. Bunu
nəinki qınamaq, əksinə Peyğəmbərimizin “Rəhmətən lil-
Aləmin (Aləmlərə Rəhmət)” olma xüsusiyyətinin təzahürü
sayaraq alqışlamaq lazımdır.

O ki qaldı bu böyük qadın da Rəsulullahın digər zövcələri


kimi müsəlmanların ürfan həyatına çox şeylər bəxş
edəcəkdi. Beləcə o da həm bir zövcə, həm də bir tələbə kimi
səadət хanəsinə daхil оlurdu.

Еyni zamanda bu izdivac sayəsində Əbu Sufyan ailəsi də


pеyğəmbər еvinə rahatca gəlib getmə imkanı əldə еdir və
247 | P a g e
yumşalırdı. Bu hadisə mahiyyət etibarilə nəinki Əbu Sufyan
ailəsinə, hətta bütün Əməvilərə müsbət təsir etmişdi. Hətta
dеyə bilərik ki, оlduqca sərt və təəssübkeş оlan bu ailə
Rəsulullahın Ümmə Həbibə ilə nikahı sayəsində xeyli
yumşaldı və hər cür xeyirli işləri qəbul еtməyə hazır
vəziyyətə gəldi.

Е. Səadət хanəsinə girənlərdən biri də Zеynəb binti Caşhdır


(r.anha). Оlduqca əsilzadə və еyni zamanda zərif xarakterli,
zəngin mənəviyyatlı bir qadın оlan Hz. Zеynəb həm də
Nəbilər Sultanının yaхın qоhumu və gözünün qabağında
böyüyüb yetişmiş bir qadın idi. Allah Rəsulu (s.ə.s) оnu
Zеydə (r.a.) istəyəndə ailəsi əvvəlcə çəkinmiş, tərəddüd
etmiş və Hz. Zeydə deyil, Pеyğəmbərimizə vеrmək
istəmişdilər. Lakin Pеyğəmbərimizin (s.ə.s) israrı ilə Zеyd
b. Harisəyə vеrməyə razı оlmuşdular.

Zеyd əvvəllər azadlığını itirib əsir düşən, sоnralar isə


Kainatın Fəxri tərəfindən hürriyyətə qоvuşdurulmuş bir
azadlı (azad edilmiş keçmiş kölə) idi. Pеyğəmbərimiz (s.ə.s)
Zeydlə Zeynəbin nikah qurmasını israr etməklə insanlar
arasında birliyi təsis və təhkim еtmək istəyir, bu çətin işə də
yaхınlarından başlayırdı. Amma Zеynəb kimi uca təbiətli
bir qadın sırf əmrə itaət xatirinə qurulan bu izdivacı çox
davam etdirməyəcəkdi. Bu еvlilik Zеydə də xoşbəxtlik
gətirməmiş, sadəcə iztirab və həsrətə çevrilmişdi.

Nəhayət bоşandılar; lakin Rəsulullah (s.ə.s) Zеydi bu


fikirdən daşındırmağa və еvliliyin davam etməsinə çalışırdı.
Elə bu əsnada Cəbrayıl (ə.s) gəldi və Zеynəbin
Pеyğəmbərimizlə nikah bağlaması haqda səmavi fərman
gətirdi. İlahi imtahan оlduqca ağır idi, çünki Rəsulullah о
248 | P a g e
günə qədər hеç kimin cəsarət еtmədiyi işi еdir və bununla
kök salmış adətlərə qarşı müharibə еlan еdilirdi. Bu, çох
çətin mücadilə idi, amma Allah əmr еtdiyi üçün yerinə
yetirilməli idi. Rəsulullah da dərin bir qulluq şüuru ilə
nəzih, pak şəxsiyyətinə ağır gələn bu işi еtdi. Hz. Aişənin
dеdiyi kimi, əgər Pеyğəmbərimizə vəhydən bir şеy
gizlətmək caiz olsaydı, Zеynəblə nikah bağlanmasını əmr
еdən ayələri gizlədərdi. Bəli, bu məsələ Pеyğəmbərimizə bu
qədər ağır gəlmişdi…

İlahi hikmət isə bu təmiz və uca varlığı Pеyğəmbər


хanəsinə daхil еtmək, еlm və ürfan yönündən hazırlamaq və
ona irşad və təbliğ vəzifəsini vermək istəyirdi. Nəhayət,
bеlə də оldu. Və pak həyatı bоyu pеyğəmbər zövcəliyinə
xas incəliklərə riayət еtdi.

Bundan əlavə, Cahiliyyə dövründə övladlığa götürülmüş


şəxslərə övlad dеyilir və оnların həyat yоldaşı da övladın
həyat yоldaşı – gəlin kimi qəbul еdilirdi. Allahu Təala bu
Cahiliyyə adətini ləğv etməyi murad еtdi (arzu etdi) və ilk
оlaraq bu məsələ Rəsulullah (s.ə.s) vasitəsilə tətbiq еdildi.

Nə övladlığa götürülənlər övlad, nə də onların zövcəsi


gəlin sayılır.(“Əhzab” surəsi, 33/4,37)

Zеynəblə izdivac məsələsi ilə bağlı çох şеy söyləmək оlar,


amma bu sual-cavab mövzusuna sığmır, burada kəsmək
daha məqsədəuyğundur.

F. Səadət хanəsi ilə şərəflənənlərdən biri də Hz.


Cüvеyriyyə bintül-Harisdir (r.anha). Onun qəbiləsi
müsəlman dеyildi və оnlarla Müsəlmanlar arasında döyüş
249 | P a g e
olmuş, kişi-qadın − bütün qəbilə əsir edilmişdi. Heysiyyəti
alt-üst оlmuş, qüruru qırılmış bu saray qadını Rəsulullahın
(s.ə.s) qarşısına gətiriləndə kin və nifrət hisləri ilə dolu idi.
Məhz bu zaman Fətanəti-Əzəm (s.ə.s) məsələni çох
asanlıqla və bir dəfəyə həll еtdi.

Pеyğəmbərimiz (s.ə.s) Hz.Cüvеyriyyə ilə (r. anha) nikah


bağlayınca, о qadın möminlərin anası məqamına yüksəldi
və səhabələrin nəzərində bir еhtiram abidəsi oldu. Üstəlik
səhabələrin “Pеyğəmbərin əqrabaları əsir еdilə bilməz”
dеyib əsirləri azad etməsi həm Cüvеyriyyə (r.anha), həm də
qəbiləsinin könlünü fəth etdi. Aydın görünür ki,
Pеyğəmbərimiz (s.ə.s.) 60 yaşı ərəfəsində bağladığı nikahla
bir çох məsələni birdən həll еdir, qopan qiyamətdə sülh və
əmin-amanlıq məltəmləri əsdirirdi.

G. Bu bəхtiyar qadınlardan biri də Safiyyə bintu Huyеydir


(r.anha). Хеybər əmirlərindən birinin qızı оlan Safiyyə
məşhur Хеybər hadisəsində atasını, qardaşı və həyat
yоldaşını itirmiş, qəbiləsi də əsir olmuşdu. Qəzəb və
intiqam hissi ilə alışıb-yanırdı. Nikahın bağlanması ilə
möminlərin ehtiram göstərdiyi Rəsulullah zövcəsi
məqamına yüksələn Hz. Safiyyə bir tərəfdən Əshabın
(r.anhum) “Anam, anam” təzimləri və bir tərəfdən də
Rəsulullahın (s.ə.s) ucalığı qarşısında olanları unutdu və
Pеyğəmbərimizə (s.ə.s) zövcə оlmaqla iftiхar еtməyə
başladı.

Bundan əlavə, Hz.Safiyyə vasitəsilə bir çох yəhudinin


Rəsulullahı yaхından tanıma və İslama münasibətdə
yumşalma imkanı (еhtimalı) doğurdu. Bir şеylə hər şеyi
еdən və hər icraatında minlərlə hikməti оlan Allah (c.c)
250 | P a g e
bütün izdivaclarda оlduğu kimi bu еvlilikdə də bir çох хеyir
və bərəkət yaratmışdı.

Həmçinin ola bilsin ki, Rəsulullah düşmənlərin daхili


aləmini öyrənməklə bağlı ümmətinə yol göstərirdi.
Hz.Safiyyə və onun kimi başqa millətlərə mənsub
qadınların о millətlərin daхili aləminə nüfuz еtmə
baхımından böyük əhəmiyyəti var; amma gərək insan
onların хain olanları vasitəsilə öz sirrini düşmənlərə
vеrməsin.

H. Bu bəхtiyarlardan biri də Hz.Sеvda anamızdır. О,


ilklərdən olub həyat yоldaşı ilə Həbəşistana hicrət еtmiş və
Ümmü Həbibə kimi ərinin vəfatı ilə kimsəsiz, tək-tənha
qalmışdı.

Allah Rəsulu da bu qəlbisınıq qadının “yarasını sarıdı”:


оnu pərişanlıqdan qurtardı, ona dost oldu. Оnsuz da sadəcə
Rəsulullahın nikahında оlmağı düşünən bu böyük qadının
başqa bir istəyi yoxdu.

Bəli, bütün еvlilikləri belə hikmət və məsləhətlər ehtiva


edən Pеyğəmbərimiz (s.ə.s) bu addımları əsla nəfsani
hislərlə atmamışdır. Ya Rəşid Xəlifələrin ilk ikisinə qarşı
olduğu kimi, vəzirləri ilə bir yaxınlıq tesis etmək məqsədilə,
zövcəsi olacaq qadının istedad və qabiliyyətinə görə və
digərlərində gördüyümüz kimi, başqa hikmət ve
məsləhətlərlə evlənmiş ve büyük yük ve məsuliyyətin altına
girmişdir.

Bunlardan başqa Pеyğəmbərimizin (s.ə.s) bu qədər qadının


məskən (ev), paltar və nəfəqə (zəruri ərzaq) kimi
251 | P a g e
еhtiyaclarını ən adil şəkildə təmin еtməsi və оnlarla
rəftarında həmişə ədalətin və haqqın tərəfində оlması,
onların arasında еhtimal оlunan prоblеmlərin qarşısını
əvvəlcədən alması, yola getməmə kimi problemləri dərhl
həll etməsi Bеrnard Şоunun ifadəsi ilə “Ən böyük
prоblеmləri qəhvə içmə rahatlığı ilə həll еdən” Rəsulullahın
(s.ə.s) pеyğəmbərliyinə dəlalət еdir.

Bir qadın və bir-iki uşağın idarə edilməsinin nə qədər çətin


оlduğunu görən və bilən bizlər əvvəllər ailə qurmuş,
müхtəlif ailə adətlərinə şahid оlmuş və gəlin köçdüyü
yеrlərdə fərqli хaraktеrlər qazanmış bir çох qadını bir şеr
ahəngi və ritmi ilə idarə еdən о Uca Varlıq qarşısında baş
əyirik!

Bir məsələ də qaldı, о da Rəsulullahın zövcələrinin


ümmətinə icazə vеrilən saydan daha çох оlmasıdır. Bu
хüsusi bir hökmdür, bildiyimiz və bilmədiyimiz bir çох
məsləhət və hikmətləri var. Bеlə ki, bir müddət bu məsələdə
izn vеrilmiş, sоnralar isə müəyyən məhdudiyyət qоyulmuş
və bu qədər qadınla еvlənmə yasaq еdilmişdir. (Əhzab,
33/52)

252 | P a g e
Peyğəmbər qənimət sahibimi  idi?
●Yığılan qənimətlər Peyğəmbərin keyfi üçünmü
xərclənirdi?

Ateistlər Allah Rəsulunun qənimət düşgünü və zəngin


birisi olduğunu iddia edərək aşağıdakı ayəni dəlil gətirirlər:

(Ya Peyğəmbərim!) Səndən (müharibədə əldə edilmiş)


qənimətlər (onların kimə çatması) haqqında soruşarlar. De:
“Qənimətlər Allahın və Peyğəmbərinindir (onun bölünməsi
Allaha və Peyğəmbərinə aiddir). Buna görə də əgər (həqiqi)
möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri
düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin! (Ənfal-
1)

Doğurdan da ilk baxışdan çox maraqlı görünən bu ayə


islam düşmənləri və qəlbində fəsad olanlarda “Muhəmməd
tamahkar və zənginliyə düşgün birisi olub” iddiasını oyadır.
Halbuki ayəni dəlillərlə araşdırsaq əslində kimin
“tamahkar” olduğu asanlıqla ortaya çıxacaqdır.

Ayə, bütün qənimətləri Peyğəmbərə vermək barədə yox,


onun bölüşdürülməsində Peyğəmbərin başçılıq etməsi
barədə enib.Bunu sübut üçün təfsirlərə baxmaq kifayətdir:

“Onlara de ki: “Qənimət sizin deyil, Allah’ın və


Rəsulunundur. Onu dilədiyi yerə verər.” (Təbəri təfsiri,
Ənfal 1-izahı) 

253 | P a g e
İkrimə, Mücahid, Dəhhak, Abdullah b. Abbas və İbn-i
Zeydə görə ayədəki məqsəd qənimətlərin
bölüşdürülməsinin Peyğəmbərin öhdəliyində olmasıdır.
Çünki həmin ayə Bədr döyüşü zamanı müsəlmanların bir
hissəsinin düşməni qovmaq, bir hissəsinin isə qənimət
malları yığmaqla məşğul olmaları səbəbi ilə döyüş sonrası
onların bölüşdürülməsində çıxan problemlərə görə
enmişdir. Bu barədə Ubadə bin Sabidin rəvayət etdiyi
hədisə baxıla bilər. (Əhməd b. Hənbəl, Müsnəd, Cild: 5,
Səh: 324)

Ateistlər öz səhifələrində dəfələrlə sanki, qənimətləri


Peyğəmbərin yığmasını sübut edərcəsinə sevinirlər. Halbuki
qənimətin 5-də biri Peyğəmbər və onun yaxınlarına,
kasıblara çatırdı. Çünki Ənfal surəsinin 1-ci ayəsindəki
qənimətlərin bölünməsi barədə hökm tətbiq edilərkən
qənimətlər Mədiəyə yaxın olan bir yerdə döyüşdə iştirak
etmiş mücahidlər arasında bərabər və yerli-yerində
bölünmüşdü.

📚(Əhməd, I ,178; V 323-324 ; Əbu -Davud , “Cihad” 144-


145, 2737-2744)

Dediyimiz qənimətin 5-də birinin Peyğəmbər və onun


yaxınlarına, kasıblara, yetimlərə, yolda qalmış müsafirlərə
çatması haqqında ayə isə belədir: 

“(Ey möminlər!) Əgər siz Allaha və haqla batilin ayırd


edildiyi gün – iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr
günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə)
iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı
qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-
254 | P a g e
əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu
qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə
qadirdir!” (Ənfal , 41)

Allahın Rəsulu , onun qohumları, yetimlər, yoxsullar və


yolda qalmışlara paylanandan sonra geriyə qalan qənimət
Beytül-mala (xəzinəyə) qoyulmuş və bu müsəlmanların və
ordunun ehtiyaclarına xərclənmişdir. 

📚(Buxarı, “Fəraiz” 3, “Xüms” 1, “Nafaqat” 3 ; Müslim


“Cihad” 49 )

#DİQQƏT edilməsi gərəkən ən vacib məqam isə bundan


sonraki hissədir.

Amr bin Abbas-nun dediyinə görə “Rəsullullah qiblə


istiqamətində bir qənimət dəvəsini sütrə saxlayıb bizə
namaz qıldırdı. Namaz qılındıqdan sonra heyvanın
yanından bir tük xətt çəkdi( və əlində tutub göstərərək):

“-Qənimətlərinizdən xümsdən başqa bu qədəri belə mənə


halal deyil. Əslində xüms də sizə xərclənir, – ” buyurdu.

📚(Əbu Davud , “Cihad” , 149, 2755)

Bəhreyndən gələn malları isə Peyğəmbərimiz istəyənlərə


paylamış, onu 1 dirhəm qalmayanadək malın hamısını
paylamadan oradan ayrılmazdı. 📚(Buxari,”Səlat” 42,
“Cizyə” 4, “Cihad” 172)

255 | P a g e
Gördüyünüz kimi, Allah rəsulu qəniməti yığaraq özünə
saraylar tikməmiş, daim yoxsulları doyurmaq, onların
dərdlərinə vaxt ayırmaq uğrunda malını xərcləmişdir.
Ateistin Peyğəmbərimizi sərvətpərəst göstərməyə çalışması,
onun qənimətlərlə kef etməsi kimi iddialarını çürüdəcək
dəlilləri yazdıq. Bunların sayını artırmaq da olar. Son olaraq
isə bu barədə olan başqa bir hədislə bitirmək
istəyirəm.Həzrət Ömər bir gün Allah Rəsulunun hüzuruna
girdi. Peyğəmbərimiz həsirin üstündə uzanmış, üzündə də
həsirin izləri qalmışdı. Otağının bir tərəfində işlənmiş bir
dəri, bir başqa küncündə də, içində bir neçə ovuc arpa olan
kiçik bir kisə vardı. Allah Rəsulunun otağında olan əşyalar
bundan ibarət idi. Həzrət Ömər (r.a.) bu mənzərə qarşısında
riqqətə gəldi və ağladı. Allah Rəsulu nə üçün ağladığını
soruşanda : 

“Ya Rəsulullah! İndi kəsralar, padşahlar saraylarında quş


tükündən yataqlarda yatır, Sən quru bir həsir üstündə
yatırsan və üzündə həsirin izi qalır. Gördüklərim məni
ağlatdı, cavabını verdi.

Allah Rəsulu Ömərə (r.a.) belə buyurdu: “İstəmirsənmi, ya


Ömər! Dünya onların, axirət də bizim olsun?! 

📚(Buxari, Təfsir (66) 2; Müslim, Talaq 31.)

Rəhmət Peyğəmbərinin (s.a.v)


rəftarından  nümunələr

256 | P a g e
Hz.Muhəmməd (səllallahu əleyhi və alihi) dəfələrlə
təhqir və təqiblərə məruz qaldığı hadisələrdə əsl əxlaq
nümunəsi göstərmişdir.
1. Peyğəmbərimiz (səllallahu əleyhi və alihi) hər dəfə
küçələrdən keçərkən yaşlı bir xanım onun üstünə zibil
atardı.
O heç bir zaman cavab verməzdi. Bir gün isə onun üzərinə
zibil atan həmin qadını görmədi. Sözügedən qadın
barəsində camaatdan xəbər aldı. Onun xəstə olduğunu
dedilər. Beləliklə, Peyğəmbərimiz (səllallahu əleyhi və
alihi) ona baş çəkmək üçün getdi və sağalması üçün dua
etdi.
2.Peyğəmbərə (səllallahu əleyhi və alihi) öz əmanətini
etibar edənlər, daha sonra ona qarşı hücum cəhdi etmişdilər.
Düzgün və etibarlı (Əl-Sadiq və Əl-Amin) bir şəxs kimi
tanındığı üçün hətta düşmənləri belə Ona öz sərvət və
mülklərinin qeydinə qalınması üçün etibar edirdi. Bir gecə
onu öldürmək üçün plan quruldu, Peyğəmbər (səllallahu
əleyhi və alihi) oranı tərk edərək xilas oldu və əmisioğlu
İmam Əlini (əleyhis-səlam) öz yerinə qoymaqla onu
təlimatlandırdı ki, həmin şəxslərin etibar etdiyi mal və
mülkün haqqıyla geri qaytarıldığına əmin etsin.
3. Taif məntəqəsinin uşaqları onu daşladığı zaman…
Taifin uşaqları Peyğəmbəri (səllallahu əleyhi və alihi)
daşlamışdılar və nəticədə yaralanmış və müxtəlif yerləri al
qana boyanmışdı. Mələklər şəhərin məhv edilməsi üçün
icazə istədikdə, O, “Mən mərhəmət üçün göndərilmişəm,
cəza üçün deyil”, – deyə cavab vermişdi.
4. Peyğəmbərin (səllallahu əleyhi və alihi) əmisi Həmzəni
öldürmüş şəxsi bağışlaması
Vəhşi adlı bir şəxs qəddarcasına Peyğəmbərin əmisi
Həmzəni qətlə yetirmişdi. Allah Rəsulu (səllallahu əleyhi və
257 | P a g e
alihi) əmisinin qətlinin kədərini yaşarkən belə Vəhşini
bağışladı.
5. Peyğəmbər (səllallahu əleyhi və alihi) onun əleyhinə
danışmış şəxsi müdafiə etmişdi.
Süheyl adlı bir şəxs daima Peyğəmbərə (səllallahu əleyhi
və alihi) qarşı danışardı. Ömər onun bir daha danışmaması
üçün həmin şəxsi cəzalandırmağı təklif etmişdi. Peyğəmbər
(səllallahu əleyhi və alihi) isə “Mən aləmlərə mərhəmət
olaraq göndərilmişəm” demiş və “Ola bilsin ki, Süheyl
gələcəkdə Sizi məmnun edəcək bir iş görəcək”, – deyə
əlavə etmişdi.
6. Onu təqib edən şəxslərin yanına qayıtmış və “Bu gün
mərhəmət günüdür”, – demişdi.
Ona zülm etmiş, təqiblərə məruz qoymuş, sui-qəsd
hazırlamış, vətənindən didərgin salmış, din və inancı səbəbi
ilə səhabələrini öldürmüş və işgəncələr vermiş Məkkə
əhlinin yanına qayıtdıqda səhabələrdən biri “Bu gün
intiqam günüdür “, – demişdi. Peyğəmbərimiz (səllallahu
əleyhi və alihi) əvəzində “Xeyr, bu gün mərhəmət
günüdür”, – deyə cavab vermişdi.
7. Doğma vətəni Məkkədə onu təqib etmiş demək olar ki,
hər kəsi bağışlaması.
Məkkəyə vaxtilə onu təqib etmiş və intiqamdan qorxan
düşmənlərinin yanına qayıtdıqda Peyğəmbər (səllallahu
əleyhi və alihi) “Gedin Siz artıq azad insanlarsınız”, – deyə
buyurmuşdu. Səhabələrdən biri Ona düşmənləri lənətləməyi
təlif etdikdə, Allah Rəsulu (səllallahu əleyhi və alihi) “Mən
aləmlərə mərhəmət üçün göndərilmişəm”, – deyə cavab
vermişdi.
8. Məkkədə vaxtilə ona hücumlar etmiş əhalinin yanına
qayıtmış və “Allahım, bu insanları əfv et, çünki onlar
bilməyiblər” , – deyə dua etmişdi.
258 | P a g e
Məkkəyə geri dönüşündən sonra əhali tərəfindən davamlı
hücumlara məruz qaldıqda belə, həmin insanlara görə dua
edir və “Allahım, bu insanları əfv et, çünki onlar bilmirlər”
deyirdi.
9. Bir şəxs Məscidi mundarladıqda…
Bu davranış Peyğəmbərin (səllallahu əleyhi və alihi) bir
çox səhabəsinin əsəbinə səbəb olmuş və onlar həmin şəxsə
cavab vermək istəmişdilər.
Peyğəmbər (səllallahu əleyhi və alihi) səhabələrin qarşısını
alaraq, həmin şəxslə mülayim və qəzəbsiz şəkildə
danışmışdı.
10. Quran dəfələrlə Peyğəmbərin (səllallahu əleyhi və
alihi) ancaq “xəbərdar edən” və “təbliğçi” olduğunu qeyd
edir.
Quran dəfələrlə Peyğəmbərimizin (səllallahu əleyhi və
alihi) işinin cəza deyil, ancaq xəbərdar etməkdən ibarət
olmasını bildirməkdədir. Buna misal olaraq, aşağıdakı ayəni
qeyd etmək olar:
(Ya Rəsulum!) Müşriklərin: “Heç olmasa,
(Peyğəmbərliyinin doğruluğunu təsdiq etmək üçün) ona bir
xəzinə endiriləydi və ya onunla birlikdə bir mələk gələydi!”
– deməklərindən dolayı, bəlkə də, sənə gələn vəhyin bir
hissəsini tərk etməli (bəzi ayələri dərhal təbliğ etməyib
təxirə salmalı) olacaqsan və (bəzən) buna görə ürəyin
qısılacaq! Sən ancaq (müşrikləri və kafirləri Allahın əzabı
ilə) qorxudan bir peyğəmbərsən. Allah isə hər şeyə vəkildir!
(Hud, 12)

Hz. Muhamməd (s.a.v) niyə Ərəb


yarımadasına  göndərildi?

259 | P a g e
Sualla əlaqədar diqqət yetirməmiz lazım olan iki əsas
məqam vardır.

— Birincisi peyğəmbərimiz başqa bir yerə göndərilsəydi,


yenə eyni sual soruşulacaqdı.

— İkinci məsələ isə bu problemin cavabını verə bilməzsək


belə, buradan din əleyhinə heç bir nəticə çıxmayacağıdır.
Çünki peyğəmbərimizin ərəb yarımadasına endirilməsi və
bunun səbəblərini bilməməmizdən din əleyhinə bir nəticə
çıxarmaq mümkün deyil.

Cavaba gəldikdə isə:

1) İlk diqqət çəkən nöqtə Ərəb yarımadasının, İslam dinin


yayılması üçün uyğun olan mövqesidir. Üç qitəyə yaxındır
və dövrün mədəniyyət mərkəzləri ilə təmas halındadır.

2) İkinci bir nöqtə Avropada əhli kitab dini Xristianlıq


hakimkən, Ərəb yarımadası və ətrafında bütpərəstlik hakim
idi. Hətta bizə gələn məlumatlar doğrudursa bütpərəstlik
yanında, bu bölgələrdə böyük bir əxlaqi çöküntü vardı.
Ərəb yarımadası və ətrafının peyğəmbərə daha çox ehtiyacı
vardı.

3) İslam həqiqətən çox sürətli yayılan bir dindir. Şübhə yox


ki bu sürətli yayılmanın arxasında, endiyi bölgə və zaman
açar rol oynamaqdadır. Başqa sözlə Ərəb yarımadasının
seçilməsinin səbəblərindən biri də bu ola bilər. Allah,

260 | P a g e
İslamın ən sürətli Ərəb yarımadasından yayılacağını görüb
peyğəmbərimizi oraya göndərmiş ola bilər.

4) Peyğəmbərimizi cəmiyyətin qəbul edib, onun safına


keçməsi çox əhəmiyyətli idi. Bu Ərəb cəmiyyətində
reallaşmışdır. Ancaq başqa cəmiyyətlərdə reallaşacağını
zəmanət edə bilmərik. Avropada çıxsaydı məsələn bəlkə də
peyğəmbərimiz iddialarından ötəri diri-diri yandırılacaqdı.

5) Ərəb yarımadasının seçilməsinin hikmətlərindən biri bu


ola bilər. Yenə vəhyin qorunması baxımından,
Peyğəmbərimizin endiyi cəmiyyətin oxuma yazma bilməsi
lazım idi, Afrika ya da Avstraliyaya ensəydi oralarda yazı
olmamasından ötəri vəhy təhlükəyə girərdi. Yenə
Avstraliya ya da Afrikadan dinin qərbə yayılmasının nə
qədər güc ola biləcəyini asanca təxmin edə bilərsiniz. Ərəb
yarımadasının seçilməsi bu bucaqlardan çox əhəmiyyətlidir.

Biraz fikirləşsək Ərəb yarımadasının seçilməsinin başqa


hikmətlərini də tapa bilərik. Ancaq burada bəhs etdiyimiz
hikmətlər üstünə belə baş yorsaq, Ərəb yarımadasının
müxtəlif aspektlərdən doğru bir seçim olduğuna qənaət
gətirə bilərik. Belə doğru bir seçimi şübhəsiz ancaq zaman
və məkan üstü müdrik bir varlıq edə bilərdi. (1)

Mənbə:

1. https://www.facebook.com/kuranarastirm
alarigrubu

261 | P a g e
İtlərin öldürülməsi caizmidir?

İslam düşmənləri tərəfindən mənası tez-tez təhrif edilən


bir hədis belədir:

“Cabir b. Abdullah, Rəsulullah(səv), itlərin öldürülməsini


əmr etdi. (Biz də itləri öldürdük) hətta çöldən gələn bir
qadının itini belə öldürmüşdük. Daha sonra itlərin
öldürülməsini qadağan etdi və, “Xalis (düz) qara olanını, iki
nöqtəli olanını öldürün. Çünki o, şeytandır” buyurdu
demişdir.” (Səhihi Müslim Müxtəsəri, 1,1572)

“Rəsulullah(səv), itlərin öldürülməsini əmr etdi. Daha


sonra, ‘Xalqın (bütün) itlərlə bir çətinlikləri yoxdur’
buyurdu və daha sonra ov iti ilə çoban itinə icazə verdi”
demişdir. (Səhihi Müslim Müxtəsəri, I, 1573)
Əl-Kəlb əl-Akur – vəhşi it deməkdir. Bütün rəvayətlərdə it
üçün bu xüsusiyyət istifadə edilmişdir. Bu da öldürmə
əmrinin normal itlər haqqında olmadığı, itin it olduğu üçün
belə bir cəzaya hədəf olmadığını göstərməkdədir. Hədis
alimləri və fiqhçilər bu hədislərə əsaslanaraq hər itin
öldürülə bilməyəcəyini, ancaq zərəri toxunacaq itlərin və
canlıların öldürülə biləcəyinin fətvasını veriblər.

İmam Nəvəvi, bu hədisi açıqlayarkən, bu görüşlərə yer


verər: “Alimlərin böyük əksəriyyətinə görə, hədisdə keçən
“əl-Kəlb əl-Akur” (vəhşi it) kəliməsi, bütün yırtıcı
heyvanlar üçün etibarlıdır. Çünki itin xüsusiyyəti olaraq
keçən “əl-akur” sözü, vəhşi, yırtıcı mənasını verir. Buna
görə, hədisdə keçən “vəhşi it” termini, aslan, qaplan, qurd
262 | P a g e
kimi yırtıcı heyvanların hamısı üçün keçərlidir. (bax.
Nəvəvi, Şərhi Müslim, əlaqədar hədisin şərhi).
İmam Malikə görə hədisdə sözü gedən “vəhşi it”dən
məqsəd; aslan, kaftar, qurd kimi insanlara hücum edən,
parçalayan hər cür vəhşi heyvanlardır. (İbn Kudamə, əl-
şerhu’l-Kebir, əl-Mektebetu’ş-Şamilə, III/302). Əslində
qurd kimi insana hücum edən, əziyyət verən bütün
heyvanlar “vəhşi it” mənasındadır və öldürülmələri caizdir.
Lakin əziyyət etməyənləri öldürmək caiz deyil. (İbn
Kudamə, a. g. e – bərabər-Şamıla- IV/14).
Məşhur İslam alimlərindən İbnu Abdilbər’ə görə zərər
vermədikcə heç bir köpək öldürülməz. Çünki peyğəmbər
(s.a.v) canlıları silaha hədəf almağı yasaq etmişdir. Üstəlik
həm köpəyə, həm də başqa canlılara su vermənin savab
olduğuna dair hədis vardır. Həmin hədisdə deyilir:

Hz.Əbu Hureyrə (r.a) nəql edir ki, Hz.Peyğəmbər (s.a.v)


belə buyurdu:

“Bir adam yolda gedərkən çox susadı. Bu vaxt bir quyuya


rast gəldi. İçinə girib su içdi. Çölə çıxanda susuzluqdan
ləhləyib toprağı yeyən bir köpək gördü. Adam öz-özünə:
‘Bu köpək də mənim kimi susamışdır’ deyib təkrar quyuya
endi, ayaqqabısını su ilə doldurub ağzıyla tutaraq çölə çıxdı
və köpəyə su verdi. Allah onun bu davranışından məmnun
qaldı və onu əfv etdi.”

Hz. Peyğəmbər (asm)‘ın yanında olanlardan bəziləri:  Ey


Allah’ın rəsulu! Yəni heyvanlara etdiyimiz yaxşılıqlar üçün
də bizə bir mükafat varmı?” deyə soruşdular.
Allah Rəsulu: “Bəli! Hər yaş ciyər (sahibi olan canlılara
edilən yaxşılıqlar) üçün bir mükafat vardır.” buyurdu.
263 | P a g e
(Buhârî,Şirb, 9, Vudu, 33; Müslim, selam, 153; Ebu Dâvud,
cihad, 47).
Digər bir rəvayətdə isə peyğəmbərimiz (s.a.v) belə
buyurmuşdur: “Pis yolda olan bir qadın, isti bir gündə, bir
quyunun ətrafında dolaşan bir köpək gördü. Köpək
susuzluqdan dilini çıxarıb ləhliyirdi. Qadın ayaqqabısını
çıxarıb onunla köpəyə su verdi. Bu səbəbdən
bağışlandı.”(Müslim, Tövbə, 155).

Bu hədislərdən də açıq şəkildə göründüyü kimi İslam’da


Allah’ın yaratdığı bütün canlılara qarşı mərhəmət hissi
əsasdır.

Beləliklə, rəvayətlərdən anlaşıldığı kimi öldürmə əmri


bildiyimiz adi köpəklərlə əlaqəli deyildir. Bu əmr yırtıcı
heyvanlara aiddir.

“Əlimizdə Quran olduğu halda peyğəmbərin


(s.a.v) hədislərinə ehtiyac yoxdur”
iddiasına  cavab

Hədis inkarçıları deyirlər ki, “Əlimizdə Quran olduğu


halda heç bir hədisə və alimlərin fətvalarına ehtiyac
yoxdur”.

Bu yanlış iddianın cavabını Quran verir:

Söylə: “Allaha və Peyğəmbərə (Onun Peyğəmbərinə) itaət


edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da
kafirləri (haqdan üz çevirənləri) sevməz!” (Ali İmran, 32)

264 | P a g e
“Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış
olasınız!” ( Ali İmran, 132)
“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən
olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş
barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə
inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu
daha xeyirli və nəticə e’tibarilə daha yaxşıdır.” (Nisa, 59)

“Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət


etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni
onların üzərində gözətçi olaraq göndərməmişik.” (Nisa, 80)

“Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan


edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın
cəzası çox şiddətlidir.” (Həşr, 7)

Bəni-Qureyzə (Qureyzə oğulları)  xəyanəti

Ateistlərin müsəlmanlara qarşı növbəti təhrif olunmuş


iddialarından biri Bəni-Qureyzə hadisəsi haqqındadır. Bu
iddiaya görə guya Məhəmməd peyğəmbər (s.a.v) Bəni-
Qureyzədən olan yəhudilərə qarşı qətliam törədib. Halbuki,
məsələnin əsl mahiyyətində müsəlmanlara qarşı yəhudilər
tərəfindən bilərəkdən törədilmiş ciddi xəyanət motivi durur.
Gəlin hadisəni incələyək. Əslində nə baş verib?

265 | P a g e
Bəni-Qureyzə xəyanəti hicrətin 5-ci ilində (miladi 627) baş
vermiş Xəndək savaşı ərəfəsində vaqe olmuşdur.
Əslində Xəndək müharibəsinin baş verməsində Səlam ibn
Əbil-Huqayq, Huyeyy ibn Ahtab, Kinanə ibn Əbil-Huqayq,
Həvzə ibn Qeys və Əbi Amir kimi iyirmiyə yaxın nüfuzlu
yəhudi rəhbərləri aktiv rol oynamış və Məkkə müşriklərini
sayca az olan müsəlmanlara qarşı savaşa təhrik edərək
onlara dəstək vermişdilər. Həmin savaş zamanı Mədinə
şəhəri Məkkəli müşriklərin ordusu tərəfindən uzun müddət
mühasirədə saxlanılmışdı. Bu müharibədə müsəlmanların
ancaq 3.000 döyüşçüsü olduğu halda, müşriklərin bundan 3
dəfə çox, yəni ki, 10.000 döyüşçüsü, 300 at və 1500 dəvəsi
var idi. Başqa sözlə, Məkkə ordusu müsəlmanlardan sayca
və silah-sursat baxımından bir neçə dəfə üstün idi.

Mədinədə yaşayan Bəni-Qureyzə yəhudiləri (Qureyzə


oğulları) Hz.Məhəmmədlə (s.a.v) aralarında olan sazişə
əsasən müsəlmanlarla çiyin-çiyinə duraraq Xəndək
müharibəsi zamanı Mədinə şəhərini müdafiə etməli idilər.
(Sîre, 2/147-148). Lakin Bəni-Qureyzəlilər nəinki bunu
etmədilər, hətta üstəlik müsəlmanlarla olan sazişi heçə
sayaraq müharibənin ən qızğın vaxtında Məkkəli
müşriklərlə iş birliyinə girişdilər. Əslində bundan əvvəl
digər yəhudi qəbiləsi olan Nadir oğulları (Bəni-Nadir) da
eyni xəyanəti edərək müsəlmanlarla aralarındakı sülh
müqaviləsini pozmuş və peyğəmbərə (s.a.s) qarşı savaş
açmışdılar. Nəticədə peyğəmbərimiz (s.a.v) Bəni-Nadir
tayfasını məğlub edərək onları Mədinədən sürgün etdiyi
halda Bəni-Qureyzə yəhudilərini əfv etmiş və onlarla yeni
sülh müqaviləsi bağlamışdı.

266 | P a g e
Buna baxmayaraq Bəni-Qureyzə yəhudiləri müsəlmanlara
qarşı gizli düşmənliklərini davam etdirirdilər. Ona görə də
Qureyzə oğulları Xəndək döyüşü zamanı Bəni-Nadir
yəhudilərinin təxribatına uyaraq düşmən tərəfinə dəstək
verməklə müsəlmanlara gözlənilmədən arxadan xaincəsinə
zərbə vurmağa başladılar. (el-Vakidî, el-Meğâzî, Kahire
1367/1948, s.290).

Xəyanət xəbərini ilk eşidən Hz. Ömər  olur. Birbaşa Allah


Rəsulunun hüzuruna gəlir və məsələdən Onu da xəbərdar
edir. Allah Rəsulu (s.ə.s.) kədərlənir. Hadisənin təfərrüatını
öyrənmək üçün Sad ibn Ubadə, Sad ibn Muaz, Abdullah ibn
Rəvaha, Havvat ibn Cübeyr və Üseyd ibn Hudayrdan ibarət
bir heyəti Bəni-Qureyzə yurduna göndərir.

Tapşırığı alan heyət yola çıxıb özünü Bəni-Qureyzə


yurduna çatdırır. Deyilənlər doğru idi. Bəni-Qureyzə nəinki
müqaviləni pozmuş, hətta Məkkə ordusuna maddi yardım
da göstərirdi: bazarlarını onların düşərgələrinə daşıyır, bu
yolla düşmən ordusunun ərzaq ehtiyaclarını ödəyirdi. Eyni
zamanda, onları at, dəvə və başqa döyüş vasitələri ilə təmin
edir, Məkkə ordusunun çatışmazlıqlarını tamamlamağa
çalışırdı. Bəni-Qureyzənin bu davranışı müsəlmanlar üçün
Mədinədə yeni və daha təhlükəli bir cəbhənin açılması
mənasına gəlirdi.

Qureyzəoğulları etdikləri bu xainliklə yanaşı  peyğəmbərin


(s.a.v) sülh üçün göndərdiyi heyətə həqarət etdilər və
“Rəsulullah da kimdir? Məhəmmədlə aramızda heç bir
müqavilə yoxdur”dedilər. Hətta daha da irəli gedərək
peyğəmbər (s.a.v) haqqında ədəbsiz sözlər işlətməkdən belə
çəkinmədilər. (Sire, 3/233; Tabakât, 2/74; Müslim, 3/1389).
267 | P a g e
Bəni-Qureyzəlilər bunula da kifayətlənmədilər. Mədinə
üzərinə hücum təşkil edərək müdafizəsiz qalmış müsəlman
ailə və uşaqları qılıncdan keçirməyə təşəbbüs etdilər. Bu
hərəkətləri ilə mühasirədə qalmış müsəlmanları daha çox
təlaşa və qorxuya düşürdülər. Bu, açıq-aşkar müsəlmanlara
qarşı nankorluq və xəyanət idi.

Rəsulullahın yoxluğunu fürsət bilən on nəfər yəhudi Onun


(sallallahu aleyhi vasəlləm) ailəsi və bibilərinin yaşadığı
yerə gəlir, oranı ox yağışına tuturlar. Hətta bir yəhudi
qapıya qədər gəlir və içəri girməyə çalışır. Bu bir xəyanət
idi; ər meydanında igidliklə vuruşmaq əvəzinə, qalaya
sığınmış köməksiz, günahsız qadın və uşaqlara hücum
etməklə xəndəkdə savaşan müsəlmanları təşvişə salmaq
istəyirdilər. Demək ki, Bəni-Qureyzə də öz acı aqibətini
hazırlayırdı. (Ebu Yala, Müsned, 2/43 (683); Heysemi,
Mecmauz-Zevaid, 6/134)

Sayca üstün olmalarına baxmayaraq Məkkə müşrikləri


Xəndək müharibəsində məğlub olaraq geri çəkildilər. Savaş
vaxtı sülh müqaviləsini xaincəsinə pozaraq düşmənlərə
kömək etmiş Bəni-Qureyzə yəhudiləri də tez Mədinədən 2
saatlıq məsafədə yerləşən möhkəm qalalarına çəkilmişdilər.

Xəndək savaşı bitdikdən sonra müsəlman ordusu onlara ən


ağır zamanda xəyanət edən Qureyzə oğullarını
cəzalandırmaq üçün yola çıxdı. Ordudan öncə yola çıxmış
olan Hz.Əli (a.s) Qureyzə oğullarının qalasına yaxınlaşaraq
bayrağı qalanın dibinə sancdı. Onun gəlib Rəsulullahın
bayrağını qarşılarına sancmasına qəzəblənən Bəni-
qureyzəlilər ağızlarına gələni danışır, Allah Rəsulu  ilə
möminlərin analarına təhqir yağdırırdılar. Utancverici
268 | P a g e
ifadələr idi. Səhabələr eşitdikləri qarşısında donub
qalmışdılar, amma yenə də özlərinə yaraşanı edərək
susurdular. Bəni-Qureyzəlilər bu davranışları ilə
müsəlmanlara qarşı etdikləri xəyanətdən əsla peşman
olmadıqları və təslim olmayıb müqavimət göstərəcəkləri
açıq-aydın bəlli olurdu.

Müsəlman ordusu qalanı mühasirəyə aldı. Hər iki tərəf


qarşılıqlı olaraq ox yağdırmağa başladılar. Beləcə savaş
başladı. Günlər bir-birini əvəz edirdi. Bəni-Qureyzəlilər
mühasirənin uzandığını görüncə sıxılmağa və qorxmağa
başladılar.

Kab bin Əsəd Qureyzə oğullarının rəislərindən biri idi.


Bütün bu olanlardan sonra o, vəziyyətin ciddiliyini anladı
və yəhudilərə müraciət etdi:

– Ey Bəni-Qureyzə camaatı! Başımıza nələr gəldiyini


hamınız görürsünüz, mən sizə üç variant təklif edirəm. Siz
istədiyinizi qəbul edə bilərsiniz.

– Hansı variantları? – deyə soruşurlar.

Təcrübəli lider deyir:

– Bu adama tabe olub Onu təsdiq edək. Onsuz da, onun


Allah tərəfindən göndərilmiş bir peyğəmbər olduğu açıq-
aydın bilindi. Kitabınızda xüsusiyyətlərini gördüyünüz Nəbi
Odur. Bununla siz canlarınızı, mallarınızı və qadınlarınızı
qorumuş olacaqsınız. Allaha and olsun ki siz, Məhəmmədin
peyğəmbər olduğunu bilə-bilə susursunuz. Onun Bəni-
İsraildən deyil, Allahın dilədiyi yerdən – ərəblərdən
269 | P a g e
göndərilməsinin həsədini çəkməyimiz Onu qəbul
etməyimizə mane olur. Bildiyiniz kimi, mən Onunla
anlaşmanın pozulması tərəfdarı da deyildim. Bütün müsibət
və uğursuzluqları burada oturan bu adam (Huyeyy ibn
Ahtab) başımıza gətirdi!

Qureyzə bu təkliflə oğulları razılaşmırlar və:

– Biz Tövratın hökümlərini əsla tərk etmərik, onu başqası


ilə dəyişdirmərik! – deyə donquldanırlar.

Bunun ardından Kab ikinci təklifini irəli sürür:

– Madam ki, bu təklifi qəbul etmirsiniz, onda gəlin


uşaqlarımızla xanımlarımızı öldürək və qılınclarımızı çəkib
Məhəmmədin qarşısına çıxaq. Beləliklə, Allah
Məhəmmədlə aramızda hökmünü verənə qədər ailələrimizə
görə narahat olmarıq. Həlak olsaq da, birlikdə həlak olarıq.
Əgər işdi qalib gəlsək, o zaman hər halda başqa qadınlarla
evlənib onlardan da çoxlu oğul-uşaq sahibi olarıq!

Kab’ın çıxılmaz vəziyyətdə olduğunu onlar da görürdülər.


Başqa vaxt olsa idi, belə sözlər danışmazdı. Göründüyü
kimi, gedişat təxmin etdiklərindən də pis idi. Deyəsən,
etdikləri xəyanətin əvəzində ölümdən başqa seçimləri yox
idi və Kab da gələcək müsibətdən ən az zərərlə qurtulmaq
üçün yollar axtarırdı. Ancaq birinci təklif kimi ikinci təklif
də qəbul olunmur:

– Bu yazıqları necə öldürə bilərik? Həm də onlar olmasa,


yaşamağın nə mənası var? – deyə etiraz edirlər.

270 | P a g e
Bu dəfə Kab son təklifini irəli sürür:

– Madam, əvvəlki təklifləri qəbul etmədiniz, barı bunu


dinləyin. Bu gün şənbədir və Məhəmmədlə yoldaşları bizim
hücum etməyəcəyimizdən arxayındılar. Gəlin bu gecə
onlara qəfil zərbə endirək.

Yenə söylənməyə başlayırlar:

– Şənbə günümüzə hörmətsizlik edib bizdən əvvəlkilərin


etmədiyini biz edəcəyik? Daha əvvəllər buna təşəbbüs
edənlərin başına nələrin gəldiyini, meymuna çevrildiklərini
sən bizdən daha yaxşı bilirsən!

Bu təklif də qəbul olunmur. Camaat heç bir qərarla


razılaşmırdı. Hər cür ehtimal məntiqdən kənar hesab olunur
və bir çıxış yolu tapılmırdı. Elə bu zaman Bəni-Qureyzəyə
və Bəni-Nadirə mənsub olmayan Hüzeyl qəbiləsindən
Sayənin oğulları Üseyd və Sələbə qardaşları ilə onların
əmisi oğlu Əsəd ibn Ubeyd irəli çıxaraq deyir:

– Ey Bəni-Qureyzə camaatı! Allaha and olsun ki, Onun


Rəsulullah olduğunu siz də bilirsiniz. Onun əlamətləri
kitablarımızda vardır! Ondan həm bizim, həm də Bəni-
Nadirin alimləri daim bəhs etmişlər! (Huyeyy ibn Ahtabı
göstərərək) Bax bu da Cübeyr ibn Heyyəban ilə onların
başında gəlir! Bizim aramızda ən doğru adamdır və o, vəfat
etməmişdən əvvəl bizə Onun əlamətlərindən bəhs etmişdi.

Bu söz də Bəni-Qureyzəlilərin xoşlarına gəlmir:

271 | P a g e
– Biz Tövratı atmarıq, – deyirlər. Bəni-qureyzəlilərin tərs
damarı tutmuşdu. Bütün bunlara baxmayaraq, adamlar göz
görə-görə ölümü seçirdilər. (İbn Abdilberr, İstiab1/96; İbn
Hacer, el-İsâbe, 1/52 (100))

Fəqət Sayənin oğulları Üseyd və Sələbə qardaşları öz


dediklərindən vaz keçmədilər:

– Vallahi, bu adam gələcək olan o peyğəmbərdir! Allahdan


qorxun və ona iman edin! – dedilər. (Sîre, 3:228; İsâbe,
1:33).

Bundan sonra Sayənin oğulları Üseyd və Sələbə qardaşları


ilə onların əmisi oğlu Əsəd ibn Ubeyd qaladan enib
müsəlman oldular. ( Sîre, 3:227-228)

Günlər keçdikcə zaman Bəni-Qureyzənin əleyhinə


işləyirdi. Babalarının Allahın əmrini yerinə yetirməmək –
buzovu qurban etməmək üçün ağlagəlməz bəhanələr
uydurduğu kimi, bunlar da müxtəlif vasitələrə əl atmış,
amma bütün bu cəhdlərin şərtləri ağırlaşdırmaqdan başqa
bir “fayda”sı olmamışdı. Bütün yollar bağlı idi və axırda
Rəsululahın verəcəyi hökmlə razılaşmaq məcburiyyətində
qalıb 25 günlük mühasirədən sonra təslim oldular. Bəni-
Qureyzəlilər özləri haqqında hökm vermək üçün Sad bin
Muazın (a.s) hakim təyin edilməsini peyğəmbərdən (s.a.v)
xahiş etdilər və xahişləri qəbul edildi. Beləliklə, Qureyzə
oğullarının öz istəkləri əsasında seçdikləri hakimin
Tövratda adı keçən hökmə görə verdiyi cəza tətbiq
edilmişdir. (Sîre, 3/246-351; Tabakât, 3:422-325; Taberî,
3/56)

272 | P a g e
Hz.Sadın hökmü belə idi:

– Mən onların həddi-büluğa çatmış kişilərinin öldürülməsi,


qadınları ilə uşaqlarının əsir alınması, yurdlarının ancaq
mühacirlər arasında bölüşdürülməsi və mallarının da
qənimət olaraq möminlərə paylanması hökmünü verirəm!

Hz. Sad’ın bu hökmü Tövratın müvafiq hökmlərinə


tamamilə uyğundur. (Tesniye/Yasanın tekrarı, 10-14). Hətta
etdikləri xəyanətə görə ölüm hökmünə məhkum olunmuş
bəzi yəhudilər əvvəllər etdikləri yaxşı əməllər qarşılığında
peyğəmbər (s.a.v) tərəfindən əfv edildilər. Bəli,
peyğəmbərin (s.a.v) yaxşılığa verdiyi dəyər budur:
“Düşmən belə olsa, yaxşı insanı əfv etmək”.

Nəticə olaraq, qısaca olaraq qeyd edək ki, Bəni-Qureyzə


qəbiləsi müsəlmanlarla sülh müqaviləsi bağladıqdan sonra
müharibə vaxtı gizlicə düşmənlərlə iş birliyinə girmiş və
müsəlmanlara qarşı xəyanət etmişdilər. Bəni qureyzə
qəbiləsi bundan əvvəl də bir dəfə müsəlmanlara xəyanət
etmiş və peyğəmbər (s.a.v) onları bu xəyanətə görə əfv
etmiş, onlara toxunmamış, bir çox yaxşılıqlar etmiş və
tərəfdaşlıq haqqında müqavilə imzalamışdı. Amma
sonradan 2-ci dəfə müsəlmanlara xəyanət etdilər. Ona görə
də öz müqəddəs kitabları olan Tövratın hökmlərinə uyğun
olaraq cəzalandırıldılar.

Təsəvvür etsək ki, Azərbaycanda yaşayan bir qrup insan


müharibə vaxtı bizə xəyanət edərək düşmən ermənilərlə
ittifaqa girirlər. Dövlətə, vətənə qarşı belə alçaq xəyanətin
cəzası nə olmalıdır?

273 | P a g e
Hz. peyğəmbərin (s.a.v) çoxlu xanımla
evlənməsinin səbəbi  nədir?

Son vaxtlar bu iddia İslam düşmənləri tərəfindən tez –tez


səslənir. Həmin islamafoblar iddia edirlər ki, guya ki, Hz.
Peyğəmbər (s.a.v) öz “nəfsi istəyinə“ görə bu qədər qadınla
evlənmişdi. (haşa)
Hz. Məhəmmədin (s.a.v) həyatını dürüst şəkildə oxuyanlar
şübhəsiz anlarlar ki, Onun çox qadınlarla evlənmə səbəbi
heç bir zaman dünya zövqü üçün olmamışdır. Məkkənin ən
yaraşıqlı, ağıllı və güvənilən gənclərindən olan Hz.
Peyğəmbər (s.a.v) istəsəydi, ilk evliliyini özündən gənc və
çox gözəl olan bir xanımla qurardı. İlk olaraq onu qeyd
etmək lazımdır ki, əgər Hz. Məhəmmədin (s.a.v), belə bir
niyyəti olsaydı, peyğəmbərlik iddiasından əl çəkməsi üçün
Məkkənin ən gözəl qadınlarını təklif edən müşriklərin
təklifini dərhal qəbul edərdi. Lakin bunu etmədi.

Bu evliliklərin çoxu sosial reform, qəbilələrarası


münaqişələrə son vermək və İslam dinini yaymaq məqsədi
daşıyırdı. Məsələn, o vaxtı güclü bir qəbilə olan və
müsəlmanlarla savaş halında olan Bəni Mustəlik
qəbiləsindən Hz. Cuvəyriyyə (r.anha) ilə evliliyidir. Bu
evlilikdən sonra müsəlmanlarla Bəni Mustəlik qəbiləsi
arasında sülh bağlandı. Başqa bir digər misal isə Nəcid
qəbiləsinin rəisinin qohumu Hz. Meymunə (r.anha) ilə olan
evliliyidir. Bu qəbilə 70 hafizi şəhid eləmişdi.Bu evlilikdən
sonra da müsəlmanlarla qəbiləsi Nəcid qəbiləsi arasında
274 | P a g e
sülh bağlandı. Eləcədə digər bütün bu evliliklərdə Ümmü
Həbibə, Safiyə, Ümmü Sələmə və s. bunun kimi Əbu Bəkr
və Ömərin qızları Aişə və Həfsə ilə də evlilikləri səhabələr
arasında əlaqələri gücləndirmək məqsədi daşıyırdı.

1. Peyğəmbər (s.a.v) ilk dəfə evləndiyində 25 yaşındaydı,


və evləndiyi xanımı 40 yaşında idi. Evlilik təklifi də
xanımından gəlmişdi. Peyğəmbərimiz (s.a.s) əmin (etibarlı,
sadiq), dürüst olduğu üçün hz.Xədicə (r.a) ona evlənmək
təklif etmiş və onlar arasında izdivac baş tutmuşdu. Və əgər
Hz. Peyğəmbər (s.a.s) öz nəfsi istəklərinə görə
evlənmişdisə, onda:

– O zaman niyə ilk evliliyini 25 yaşında ikən özündən 15


yaş böyük və 2 dəfə dul qalmış 40 yaşlı Hz. Xədicə (r.a) ilə
evlənirdi?

Təxminən 15 il onunla evli qaldı və başqa heç kimlə


evlənmədi. Üstəlik ilk xanımı Hz. Məhəmməd (s.a.s) ilə
evlənmədən əvvəl 2 dəfə dul qalmışdı.
– Qadın düşkünü olan biri bir qadın ilə uzun zaman birlikdə
qalarmı? Bu, qadın arxasında qaçan birinə bənzəmir, elə
deyilmi?

Hz. peyğəmbər (s.a.s) Hz. Xədicə (r.anha) vəfat edənə kimi


heç kimlə evlənməmiş və Hz. Xədicə (r.a) vəfat edəndə Hz
Peyğəmbərin (s.a.s) 50 yaşı var idi. Və evliliklərinin
çoxunuda məhz 53-56 yaş arası elədi. Hz Peyğəmbərin
(s.a.s) öz nəfsi istəklərinə görə evlənmişdisə onda niyə bu
yaşlı vaxtında evliliklər edirdi?
Hz peyğəmbərin (s.a.s) evləndiyi qadınların hamısı yaşlı dul
(Aişə xaric) qadınlar idi. Evləndiyi qadınların cəmi 2-sinin
275 | P a g e
yaşı 36-dan aşağı idi, qalanlarının yaşı 36-50 arasında idi. O
zaman niyə yaşlı və dul qadınlarla evlənirdi? Daha gənc
qadınlar ilə də evlənə bilərdi.
Hz peyğəmbərin (s.a.v) cəmi 7 uşağı olmuşdur. Bu yeddi
uşağının altısı Həzrəti Xədicədən, yeddincisi Həzrəti
Mâriyetü’l-Kıbtiyye (Ümmü İbrahim) (r.a)-dən idi. Hz.
Fatimə (r.a) xaric uşaqlarının çoxu erkən yaşda vəfat edir.
Digər qadınlardan uşağı yoxdur.

2. İkinci evliliyi Hz.Sevda ilə reallaşdı, rəvayətlərə görə


onun yaşı 55-65 arasında idi. Hz. Sevda yaşlı bir qadın idi,
qalacaq bir yeri də yox idi. Peyğəmbərimiz (s.a.s) evinə alıb
onunla evləndi.

3. Hz. Xuzeymə ilə evləndiyində, Hz. Xuzeymə 60 yaşında


idi. Əri şəhid edilmiş olan, tək başına və kimsəsiz qalan biri
idi.

4. Hz. Aişə xaric evləndiyi xanımlarının hamısı dul


qalmışdılar, xanımlarının əksəriyyətinin əvvəlki yoldaşları
savaşda öldürülmüşdü. Xanımları da uşaqları ilə ortada
qalmışdılar.

4.1 Xanımlarından yalnız ikisi xaric (Hz.Aişə və Hz.


Zeynəb), hamısının yaşları 36-nı keçirdi.

– Qadınlara düşkün olan biri gənc və bakirə olan birini


tələb etməzmi?

5. Hz.Məhəmmədin (s.a.s) evliliklərinin hamısı ya ictimai


islahat, ya da siyasi bir məqsəd üçün edildi. Heç bir zaman
özünü düşünmədi.
276 | P a g e
5.1 Bəziləri üçün təəccüblü olmaya bilər bu vəziyyət.
Lakin özünüzə sualınız; siz edərdinizmi bütün bunları?
Başqası üçün özünüzü belə bir şəkildə fəda edərdinizmi?!

6. Yuxarıda göstərilən nümunələr kimi: Hz. Səfiyə Yəhudi


bir liderin qızı idi, evliliklərindən sonra Yəhudilər və
Müsəlmanlar arasında sülh təmin edildi. Hz. Cüvəyriyə ilə
evlilik ilə bir çox müsəlman əsirin sərbəst buraxılmasını
təmin etmişdir.

– Günümüzdə bir insan küçədəki ac bir pişiyi evinə


aldığında təriflənərkən, kimsəsiz və yaşlı bir qadını evinə
alana, necə olur ki qadın düşkünü deyirsiniz?
Nəticə : İslamı təbliğ etməsin deyə Məkkənin varlı
müşrikləri tərəfindən dəfələrlə peyğəmbərə (s.a.s)
Məkkənin ən gözəl qadını ilə evlənmək təklif edildi, var-
dövlət və vəzifə təklif edildi. Əgər peyğəmbər (s.a.s)
bunlara düşkün olsa idi, dərhal bunları qəbul edərdi. Yoxsa
ki, öz həyatını və yaxınlarını təhlükə altına qoyub illərlə
əziyyət və təhqirlərə qatlaşmazdı. Hazır vəzifə, var-dövlət
və gözəl xanımı qoyub sonu bilinməyən sıxıntı və işgəncəli
həyatı kim seçər ki?
İslam düşmənlərinin iddia etdiyi kimi Hz Muhəmməd
(s.a.v) öz nəfsi istəklərinə görə evlənmirdi.Bu evliliklərin
çoxu sosial reform,qəbilələrarası münaqişələrə son vermək
və İslam dinini yaymaq məqsədində idi. Mövzunu uzatmaq
olar, lakin hər şey aydındır. Əslində öz mənfəəti üçün
çalışan birini yox, özünü başqaları üçün fəda edən birini
görürük…

277 | P a g e
Hz. Muhamməd qadına, var-dövlətə və
hakimiyyətə sahib olmaq üçünmü
peyğəmbərliyini elan  etdi?

İslam düşmənləri adətən iftira edirlər ki, guya


peyğəmbərimiz (s.a.s) qadın, var-dövlət və hakimiyyətə
düşkün idi. Lakin Hz. peyğəmbərin həyatını diqqətlə
oxuduqda əslində bu iddiaların əsassız və çirkin bir iftira
olduğunu görməmək mümkün deyil. Əvvəla qeyd edək ki,
zatən peyğəmbərin zamanında ərəb cəmiyyətində
çoxarvadlılıq ənənəsi geniş yayılmışdı və hər kəs tərəfindən
normal qarşılanırdı. Hətta o dövrdə qadınlara dəyər
verilmirdi, zina və fühuş adi hal sayılırdı, bir sıra ərəb
qəbilələrindəki vəhşi adət-ənənəyə görə qız uşaqları diri-diri
torpağa basdırılırdı və s. Bir sözlə, demək olar ki, qadının
cəmiyyətdə heç bir dəyəri yox idi.

Əgər peyğəmbərin (s.a.v) məqsədi çoxlu qadınlara sahib


olmaq idisə, onsuz da bunu açıq şəkildə istədiyi qədər və
istədiyi vaxt edə bilərdi. Yəni çoxlu qadına sahib olmaq
üçün peyğəmbərlik elan etmək zərurəti yox idi. Qarşısında
heç bir ictimai-mənəvi əngəllər yox idi. Halbuki
peyğəmbərin (s.a.v) həyatından da bəllidir ki, 25 yaşına
qədər əxlaqlı həyat sürmüş, heç bir qadınla yaxınlıq
etməmiş, zina və fühuşdan uzaq olmuşdu. Hətta
peyğəmbərlik gəldikdən sonra onun ən qatı düşmənləri olan
Məkkə müşrikləri belə peyğəmbəri əxlaqsızlıqda
günahlandırmaq üçün heç bir səbəb və ya bəhanə tapa
bilməmişdilər. Sizcə belə bir şəxs heç qadına düşkün birinə
bənzəyirmi? Xeyr.

278 | P a g e
Digər tərəfdən peyğəmbərin (s.a.v) var-dövlətə nə ehtiyacı
ola bilərdi? Zatən hələ peyğəmbərlik gəlməzdən əvvəl də
Hz.Muhamməd ticarətlə məşğul olurdu, ticarət illərində
əmisi Əbu Talibə yardım edirdi. Eyni zamnada babası
Əbdülmütəllib Qureyşin zəngin liderlərindən idi, əmisi Əbu
Talib zəngin və nüfuzlu insan idi və s.

İslamı təbliğ etməsin deyə Məkkənin varlı müşrikləri


tərəfindən dəfələrlə peyğəmbərə (s.a.s) Məkkənin ən gözəl
qadını ilə evlənmək təklif edildi, var-dövlət və vəzifə təklif
edildi. Əgər peyğəmbər (s.a.s) bunlara düşkün olsa idi,
dərhal bunları qəbul edərdi. Yoxsa ki, öz həyatını və
yaxınlarını təhlükə altına qoyub illərlə əziyyət və təhqirlərə
qatlaşmazdı. Hazır vəzifə, var-dövlət və gözəl xanımı
qoyub sonu bilinməyən sıxıntı və işgəncəli həyatı kim seçər
ki?

Əgər peyğəmbər (s.a.s) bütün bunlara düşkün olsa idi,


Məkkənin fəthindən sonra özünə qızıldan saray tikdirərdi,
bahalı əlbisələr geyərdi, təmtəraqlı və zəngin bir həyat
sürərdi. Peyğəmbər istəsə idi, Məkkənin fəthi zamanı 10
minlik qoşunla Məkkə müşriklərinə divan tutar və onların
sərvətini talayardı. Halbuki peyğəmbər (s.a.s) bunların heç
birini etmədi və özünə ən qatı düşmən olan insanları əfv
etdi. Sadə, kasıb və mütəvazi bir həyat tərzi sürdü.
Heç hakimiyyətə, var-dövlətə və qadına düşkün birinə
bənzəyirmi? Xeyr.

Tarixdən də məlumdur ki, siyasi hakimiyyətə gəlmək


istəyən şəxslər üçün ən önəmli məsələ çox qısa zamanda öz
ətrafına çoxlu tərəfdarlar toplamaqdır. Xüsusən də
cəmiyyətdə söz sahibi olan nüfuzlu, varlı müşrik ərəblərin
279 | P a g e
rəğbətini və dəstəyini qazanmaq hakimiyyəti ələ
keçirməkdə peyğəmbərə xeyli kömək edəcək ən yaxşı
taktika ola bilərdi. Əgər əsl məqsəd hakimiyyəti ələ
keçirmək idisə, niyə görə peyğəmbər yaşadığı cəmiyyətdəki
varlı və güclü bütpərəst ərəbləri öz tərəfinə çəkmək üçün
onların bütlərini tərifləmək əvəzinə güclü tənqid atəşinə
tutur və beləcə zəngin ərəblərin nifrətinə səbəb olurdu?

Əgər peyğəmbər həqiqətən hakimiyyəti ələ keçirmək üçün


Quranı yazmışdısa, niyə görə Quranda xaçpərəst və
yəhudilərə (kitab ehli) qarşı ayələr “yazaraq” onlarla dərin
konfliktə girərək onları özündən uzaqlaşdırmışdı. Bununla
da xeyli tərəfdar itirmiş və çoxlu düşmənlər qazanmışdı.
Heç hakimiyyətə gəlmək istəyən birinə oxşayırmı?

Əgər peyğəmbər (s.a.s) həqiqətən diktator olsa idi, bütün


diktatorlar kimi O da Məkkənin fəthindən sonra güc sahibi
olduqdan sonra

– Öz şəkillərini çəkdirər və hər yerdən asdırardı.

– Öz heykəllərini düzəltdirər və hər yerə göndərərdi.

– Öz adına pul kəsdirər və şəklini pulun üstünə həkk


etdirərdi.

– Özü haqqında mədhiyyə və tərifnamə kitabları


yazılmasını əmr edərdi.

– Dəbdəbəli saraylarda yaşayar və bahalı əlbisələr geyərdi.

280 | P a g e
– Özünü “sultanlar sultanı”, “ümumimilli lider”, “xalqın
atası” adlandırardı. Halbuki, o, özünü qul adlandırırdı və
“Mən Allahın qulu və elçisiyəm” deyirdi.

– Ona sui-qəsd hazırlayan, başına pul qoyan, özünə və


müsəlmanlara çoxlu zülümlər edən Məkkə müşriklərini
Məkkənin fəthi zamanı bağışlamaz və dərhal məhv edərdi.

Əgər peyğəmbər (s.a.s) həqiqətən diktator olsa idi, heç


kəsin fikrini dinləməz və öz istədiyi kimi hərəkət edərdi.
Halbuki, İslamda diktatura yoxdur. İslamda şura (məclis,
iclas) deyilən bir anlayış var. Hətta Quranda da Şura surəsi
var. Peyğəmbər həmişə qərar qəbul edəndə şura çağırar və
səhabələrlə məşvərət edər, onların da fikirlərini öyrənər və
çoxluğun razılığı əsasında məclis halında qərar qəbul
edərdi. Heç diktator birinə bənzəyirmi? Xeyr.

Məhəmməd peyğəmbər (s.a.s) hələ gənc yaşlarında ikən


Məkkə cəmiyyəti içərisində əmin (son dərəcə sədaqətli və
etibarlı adam) kimi ad çıxarmışdı. Hətta onu sevməyən
Məkkə müşrikləri belə onun bu xüsusiyyətini etiraf etmək
məcburiyyətində qalmışdılar. Məkkəlilər Ona təkcə adı ilə
deyil, “əl-Əmin” ləqəbi ilə müraciət edirdi. Bəli, O, bu
məziyyəti ilə tanınırdı. Kəbə təmir edilmişdi və növbə
Həcərül-Əsvədi (Biz “Həcərül-Əsad” “xoşbəxt daş” deyək)
əvvəlki yerinə qoymağa çatanda qəbilələr qılınclarını
yarıyacan sıyırmışdılar: hər kəs bu şərəfə özü nail olmaq
istəyirdi. Nəhayət, belə bir qərara gəldilər: Kəbəyə ilk girən
şəxs bu məsələnin həlli üçün hakim olacaqdı. Hər kəs
intizarla gözləyirdi və təbii ki, Allah Rəsulunun heç bir
şeydən xəbəri yox idi. Onun dost-düşmənin etibarını
qazanmış gül üzü görününcə sevinclə: “Əmin gəlir”, –
281 | P a g e
dedilər və Onun hökmünə qeydsiz-şərtsiz razı olacaqlarını
söylədilər (Əhməd b. Hənbəl, əl-Müsnəd, 3/425; Hakim, əl-
Müstədrək, 1/628; İbn Hişam, əs-Siratün-nəbəviyyə, 1/209).

Çünki Ona tam etibar edirdilər. Allah Rəsulu o gün hələ


peyğəmbər göndərilməmişdi, amma hər kəsin etimadını
qazanmışdı və bir peyğəmbərə xas bütün xüsusiyyətləri
özündə birləşdirirdi. Bəli, fəzilət odur ki, düşmənlər belə
qəbul və təsdiq edir. Peyğəmbərimizin (s.a.s.) ən qəddar
düşməni olan Əbu Süfyan belə Onun doğruluğunu təsdiq
edirdi:

Allah Rəsulu yaxın ölkələrin hökmdarlarına namələr


göndərirdi. Bu məktublardan birini də Roma imperatoru
İrakliyə (Heraklius) göndərmişdi. İrakli məktubu axıra
qədər oxudu. O əsnada Şam bölgəsində olan Əbu Süfyanı
çağırtdırdı. Onların arasında belə bir dialoq oldu:

– Onun ardınca daha çox kimlər gedir, varlılar, yoxsa


kasıblar?
– Kasıblar.
– Ona inananlar arasından dönənlər oldumu?
– İndiyə qədər xeyr.
– Sayları artır yoxsa, azalır?
– Gündən-günə daha da çoxalırlar.
– Həyatında heç yalan danışdığını eşitmisinizmi?
– Xeyr, heç birimiz Onun yalan danışdığını eşitməmişik.

Məktubdan bərk təsirlənən İrakli hələ o vaxtlar


Müsəlmanların ən amansız düşməni olan Əbu Süfyanın
verdiyi cavablardan heyrətə gəldi, özünü saxlaya bilməyib
belə dedi: – Bir insan indiyəcən insanlara yalan
282 | P a g e
danışmamışsa, Allaha qarşı yalan danışması mümkün deyil
(Buxari, Bədül-vəhy 6; Müslim, Cihad74).

Mövzumuzla bağlı hissəsini qısaca verdiyimiz bu hadisədə


Allah Rəsulunun doğruluğuna iki dəlil vardır. Birincisi,
Bizans imperatoru İraklinin qənaətidir. İkincisi isə, o gün
hələ İslamı qəbul etməmiş Əbu Süfyanın verdiyi cavabdır.
Əslində, İraklinin sözlərində dərin məna var. Bəli, qırx yaşı-
nadək zarafatla da olsa, yalan danışmayan bir insanın
axirətə üz tutduğu bir dövrdə, üstəlik də Allah-Təala
qarşısında yalan danışması mümkündürmü?! Qırx
yaşınacan Onun yalan söz söylədiyini və ya sözündə dur-
madığını bir kimsə nə görmüş, nə də eşitmişdi. Heç yalan
danışan birində belə xüsusiyyətlər ola bilərdimi?

Daha sonra səhabə olma şərəfini qazanan bir şəxs deyir:


“Cahiliyyə dövründə Allah Rəsulu ilə bir yerdə görüşmək
barədə vədələşmişdik”. Belə deyir o səhabə: “Söz verdiyimi
unutmuşdum. Üçüncü gün yadıma düşdü, dərhal qaçaraq
razılaşdığımız yerə getdim. Allah Rəsulu orada gözləyirdi.
Mənə nə hirsləndi, nə də incidi. Yalnız: “Ey gənc, mənə
əziyyət verdin. Üç gündür burada səni gözləyirəm”, –
dedi”(Əbu Davud, Ədəb 82).

Allah Rəsulu (s.a.s) var-dövlət istəmirdi və kasıb idi. Ömrü


boyu arpa çörəyi ilə də olsa qarnını doyurmamışdı. Bəzən
günlərlə, həftələrlə, hətta aylarla Onun evində ocaq asılmaz,
şorba qaynamazdı. (Buxari, Hibə 1; Riqaq 17; Müslim,
Zühd 28-36).

Əbu Hureyrə (r.a.) nəql edir: “Bir gün Allah Rəsulunun


hüzuruna getdim. Namazı oturaraq qılırdı. Qurtarandan
283 | P a g e
sonra soruşdum:
– Ya Rəsulallah, xəstəsinizmi?
– Xeyr, aclıq, ya Əba Hureyrə, – dedi. Ağlamaya başladım.
Hörmətinə kainat yaradılan və Rəbbin ən sevgili qulu olan
bir Rəsulun aclıq üzündən ayağa qalxmağa taqəti yox idi,
namazını oturaraq qılırdı. Mənim ağladığımı görüncə təsəlli
etdi:
– Ağlama, ya Əba Hureyrə! Bu dünyada aclıqdan iztirab
çəkən o biri aləmdə ilahi əzaba məruz qalmayacağına əmin
olacaq, – dedi. (Əbu Nuaym, Hilyətül-övliya, 7/109; 8/42-
43).

Ənsardan bir qadın Ona döşək kimi bir şey gətirmiş və


Həzrət Aişə (r.a.) onu Allah Rəsulunun həmişə istirahət
etdiyi həsirin üstünə sərmişdi. Evə gələndə bu mənzərəni
görən Allah Rəsulu onun nə olduğunu soruşmuş və belə
buyurmuşdu:

– Aişə, Onu dərhal geri qaytar. Allaha and olsun ki, əgər
arzu etsəydim, Allah mənim sağımda və solumda qızıldan
və gümüşdən dağlar döşəyərdi, lakin mən istəmirəm. (İbn
Əbi Asam, Kitabüz-zühd, s. 14; Təbərani, əl-Mücəmül-
övsat, 6/141; Beyhaqi, Şuabül-iman, 2/173).

Peyğəmbər (s.a.s) həyatı boyu kasıb və sadə yaşadığı faktı


əslində bir çox hədislərdə və peyğəmbərin həyatına aid
kitablarda öz əksini tapmışdır. Bəli, peyğəmbər (s.a.s) əgər
istəsə idi, firavan və təmtəraqlı yaşaya bilərdi, amma
istəmirdi. Bir gün bir mələk gəldi və Allahdan (c.c.) salam
gətirdi. Sonra da soruşdu: “Ya Rəsulullah, Allahın salamı
var, soruşur ki: hökmdar peyğəmbər olmaq istəyirsən,
yoxsa qul peyğəmbər?” Cəbrail imdada yetişdi: “Ya
284 | P a g e
Rəsulullah, (Rəbbinə qarşı) təvazökar ol!” Və Allah Rəsulu
seçimini etdi: “(Bir gün ac qalıb dua edən, bir gün tox olub
şükür edən) qul peyğəmbər olmaq istəyirəm”(İbnül-
Mübarək, əz-Zühd, s. 264-265; Əhməd b. Hənbəl, əl-
Müsnəd, 2/231; Nəsayi, əs-Sünənül-kübra, 4/171; Təbərani,
əl-Mücəmül-kəbir)

Ömər (radıyallahu anh) buyurdu: “Siz istədiyiniz qədər


yemək və içki tapa bilmirsinizmi? And olsun,
Peyğəmbərinizi (sallallahu aleyhi və səlləm) gördüm,
xurmanın ən incələrindən belə qarınını doyuracaq miqdarı
tapa bilmirdi.” [Səhih ət-Tərğib, V/154]

Mübarək həyatını diqqətlə incələdiyimizdə qarşımıza belə


bir tablo çıxır: Peyğəmbər Əfəndimiz bir gündə iki pay isti
yemək yeməmişdir. Bəzən aylarca evində isti yemək
tapılmazdı. Sirkə ilə quru çörək yeyər və “Nə gözəl
nemətdir” buyurardı. Krallar kimi yumşaq döşəklərdə deyil,
adi həsir üzərində yatar, oyandığı zaman vücudunda həsirin
izləri bəlli olardı. Müsəlmanlar yatarkən gecə yarısı qalxıb
səhərədək namaz qılardı, hətta iftar etmədən bir neçə gün
üst-üstə oruc tutduğu vaxtlar olardı.

Cənnət və Cəhənnəm, ölümlə bağlı


suallara cavablar

285 | P a g e
Yaxşılıq edən ateistlər niyə
Cəhənnəmə  gedir?

Sual: Ömür boyu çoxlu yaxşılıqlar etdiyi halda bir ateistin


Allahı inkar etdiyi üçün Cəhənnəmə getməsi nə dərəcədə
ədalətlidir?

Cavab:

Əvvəla, qeyd edək ki, bu sualın cavabının doğru şəkildə


anlaşılması ilk növbədə Allah inancına bağlı vacib bir
məsələdir. Əslində bu məsələnin mahiyyətini anlaya
bilməkdə ateistlərə mane olan təməl problem ondadır ki,
onlar Allahın varlığını ümumiyyətlə inkar edirlər. Və sonra
da varlığını inkar etdikləri o Allahı ədalətsizlikdə ittiham
edirlər. Burdakı açıq-aşkar paradoksu sezə bilirsinizmi?

Ateistlər Allahın varlığını və Onun hər şeyi yaratdığını,


insana sonsuz nemətlər bəxş etdiyi həqiqətini qəbul
etmədən kafirlərin niyə əbədi Cəhənnəm cəzasına məruz
qalacaqları məsələsinin əsl mahiyyətinə heç vaxt varmış
olmayacaqlar. Başqa sözlə, qəlbində Allah inancı olmayan
və bütün kainatın, insanlığın təsadüfən yarandığına inanan
bir ateistə bu sualın cavabını izah etmək çox-çox çətindir.
Bəlkə də qeyri-mümkündür. Ona görə də cavaba
keçməzdən öncə fərz edək ki, sualı verən şəxs özü
dindardır, Allahın varlığını qəbul edir, lakin onun fikirlərini
qarışdırdığı üçün bu sualın cavabını tapmağa çalışır.

286 | P a g e
Əslində buna bənzər sual Hz.Muhammədin (s.a.v)
həyatında baş vermiş önəmli bir ibrətamiz hadisə ilə
əlaqədardır. Ona görə də Allah Rəsulunun həyatından kiçik
bir örnək verməklə sualın cavabına aydınlıq gətirməyə
çalışacağıq. Söhbət Rəsullulahın doğmaca əmisi Əbu
Talibdən gedir.

Bilindiyi kimi Hz. Muhamməd hələ anasının bətnində ikən


atası Abdullah vəfat etdi. Sonra isə miladi 576-cı ildə anası
Aminə də xəstələnib fani dünyaya gözlərini yumdu. Daha 6
yaşlı uşaq ikən həm ata, həm də anadan yetim qalan
Hz.Muhammədi babası Abdulmuttalib öz himayəsinə alıb
böyütdü. Babasının ölümündən sonra Hz.Muhammədə
baxmaq vəzifəsi əmisi Əbu Talibin üzərinə düşür.

Beləliklə, Əbu Talib 8 yaşından etibarən Hz.Muhammədi


himayəsində saxlayır, ona atalıq şəfqəti göstərir, çoxlu
yaxşılıq edir və hətta peyğəmbərliyin ilkin ağır
dönəmlərində belə ona arxa durur.

Bütün bunlara baxmayaraq əmisi Əbu Talib


bütpərəstlikdən vaz keçib tək Allaha iman etməyi qəbul
etmir. Hətta son nəfəsində belə əmisinin iman gətircəyinə
ümid edən Hz.Muhamməd əlindən gələni etsə də, əmisini
nə qədər dilə tutsa da öz istədiyinə nail ola bilmir. Qureyşin
irəli gələnlərinin “ölümdən qorxduğu üçün Muhammədin
Allahına iman etdi” deyəcəklərini qüruruna sığışdırmadığı
üçün Əbu Talib tək Allaha iman etmədən 87 yaşında ikən
vəfat edir. (Ibni Hişam, A.g.e., c. 1, s. 60.dJ Kasas, 56.)

Buna rəğmən peyğəmbər əfəndimizin  mübarək qəlbi onu


candan sevən əmisinin, ona hər cür əziyyət və həqarəti rəva
287 | P a g e
görən müşriklərlə eyni aqibətə uğramaqdan dərin izdirab
duyur və “Ey əmi!.. Onu bilməlisən ki, Allah tərəfindən
bağışlanıncayadək sənin əfv edilməni istəyəcəm!” deyirdi.
(Buxari, A.g.e., c. 2, s. 326; Təbəri, A.g.e., c. 2, s. 219220.

Bunun üzərinə Cənâbı Haqq nazil etdiyi bu âyəti


kəriməylə, Rəsulullahın şəxsində bütün möminlərə xitab
etdi:

(28 – KASAS) 56 / ‫القصص‬- Şübhəsiz ki, sən istədiyini


doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini
doğru yola yönəldir. O, doğru yolda olanları daha yaxşı
tanıyır.

İndi burada oxşar sual verilə bilər ki, əmisi Əbu Talib
Hz.Muhammədə çoxlu yaxşılıqlar etdiyi halda ancaq Allaha
iman etmədən öldüyü üçün Cəhənnəmə getməsi doğru
olarmı?

Əslində bu sualın cavabı elə sualın öz içində gizlidir. Suala


diqqət edin.

Ateist suala belə başlayır ki, “Çoxlu yaxşılıqlar ETDİYİM


halda”

Doğurdanmı belədir?
Həqiqətənmi insanın etdiyi yaxşılıqların gerçək və mütləq
sahibi özüdürmü?

Adətən, insanoğlu hər zaman özünün yaxşılıq etdiyini


düşünür. Elə düşünür ki, sanki yaxşılığı edən sadəcə o

288 | P a g e
özüdür. Amma belə deyil. Çünki hər insan istənilən bir
yaxşı əməli edərkən Allahın ona bəxş etdiyi fiziki (əllər,
ayaqlar, ürək, gözlər, qulaqlar, beyin və s.) və əqli (ağıl,
düşüncə, məntiq, yaddaş, iradə, vicdan və s.) nemətlərdən
davamlı olaraq istifadə edir. Bəs Allahın insana verdiyi o
varlıq nemətləri olmasa idi, insan hər hansı yaxşılıq etmək
qüdrətində ola bilərdimi? Xeyr.

Aydındır ki, Allahın insana verdiyi bu nemətlər olmasaydı,


insanoğlu nəinki heç bir yaxşı əməllər edə bilməz, hətta
mövcud olmazdı. Yəni ki, ateist bir insan nəinki yaxşılıq
etmək, hətta cismən və ruhən mövcudiyyət qazana bilmək
üçün belə inkar etdiyi o Allahın verdiyi sonsuz nemətlərə
möhtacdır.

Deməli, etdiyimiz yaxşılıqların mütləq mənada həqiqi


sahibi biz yox, bizə varlıq və həyat verən, yaxşılıq etmək
duyğusu və potensialını fitrətimizə yerləşdirən Allah
Təaladır. Lakin küfr-əhli olan ateist bir insan Allahın ona
qarşılıqsız olaraq bəxş etdiyi bu varlıq nemətlərindən hər an
rahatca istifadə etməklə Allahın ona verdiyi cüzi iradəsi
daxilində müəyyən yaxşılıqlar edib, sonra utanmadan
“Yaxşılığı edən MƏN ÖZÜMƏM. Allah yoxdur” deyərək
yaxşılığın mütləq Sahibini inkar etmiş olur.

Allahı inkar edərək yaxşılıq edən bir ateistin vəziyyəti


qüdrətli və çox zəngin bir Sultanın mal-mülkündən doyunca
faydalanıb, sonra “Sultan yoxdur, bu mülkün sahibi
MƏNƏM” deyən lovğa və kibrli miskinin halına bənzəyir.

Hətta ateist bir insanın ömür boyu yaxşılıq etdiyini fərz


etsək, Allahın ona anadangəlmə heç bir qarşılıq olmadan
289 | P a g e
pulsuz bəxş etdiyi sadəcə bir göz, beyin və ya qəlb
nemətinin borcunu qaytara bilərmi? Xeyr.

Deməli, bir insanın bu dünyada “yaxşılıq etməsi”,


“yaxşılıq sahibi olması” nisbidir. Bu nisbilik yalnız Allaha
iman edib yaxşılığın Həqiqi Sahibini tanımaqla mütləq
anlam və dəyər qazanır.

Sürücülük vəsiqəsi və lisenziyası olmayan bir insan


düşünün. Bu şəxs öz şəxsi avtomobili ilə insanlara pulsuz
xidmət göstərir. Yəni yaxşılıq edir. Lakin bir gün polis bu
şəxsi saxlayır və qanuni sənədləri olmadığı üçün onu
cərimələyir, hətta avtomobilini cərimə meydançasına aparır.
İndi həmin şəxs polisə “Mən insanlara yaxşılıq edirdim,
məni niyə cəzalandırırsız?” deyə bilərmi? Xeyr. Çünki
həmin şəxs dövlətin qanunlarını tanıyıb əməl etmədiyi üçün
onun etdiyi yaxşılıqlar cəzadan yayınmaq üçün bir səbəb
ola bilməz. Allahı inkar edən bir ateistin sonradan “Yaxşılıq
etdiyim halda Allah niyə məni Cəhənnəmə atır?” deməsi də
bir növ buna bənzəyir. İmansız insanın etdiyi yaxşılıq
lisenziyası olmayan sürücünün pulsuz nəqliyyat xidməti
göstərməsi kimidir.

Qanunu pozan sürücünün göstərdiyi pulsuz nəqliyyat


xidmətinin dövlət qarşısında bir dəyəri olmadığı kimi haqqa
qarşı küfr edən bir ateistin etdiyi yaxşılıqların da Allah
nəzdində heç bir mütləq dəyəri yoxdur.

Beləliklə, cəhalət və təkəbbür bataqlığı üzündən Allahın


varlığını inkar edən hər bir ateist əslində “Etdiyim
yaxşılığın əsl sahibi ANCAQ MƏNƏM, Allah yoxdur”
mesajını verərkən özünü bir növ ilahlıq mərtəbəsinə
290 | P a g e
qaldırmaqla Rəbbinə və Onun yaratığı külli məxluqata qarşı
ən böyük HAQSIZLIQ, NANKORLUQ və
TƏKƏBBÜRLÜYÜ nümayiş etdirərək Cəhənnəm cəzasına
layiq olur.

Allah Təala buyurur:

(3 – ÂLİ İMRÂN) 91 / ‫آل عمران‬- Həqiqətən də, kafir olub


kafir kimi də ölənlərin heç birindən dünya dolusu qızıl fidyə
versə belə, qəbul olunmayacaqdır. Onlara ağrılı-acılı bir
əzab hazırlanmışdır və onların köməkçiləri də
olmayacaqdır.

Bir də başqa sual yarana bilər ki, Allah Təala yaxşılıq


etmək duyğusu ilə yanaşı insanı pis əməllərə sövq edən
nəfsi də yaratmışdır. İnsanda nəfsani istəklərin olması onun
imtahan edilməsi səbəbindəndir. Çünki insan fitrətən ancaq
yaxşılıq edən bir varlıq olaraq xəlq edilsəydi, onda düşünüb
yaxşını pisdən, haqqı batildən ayırd etməsinə ehtiyac
olmazdı və onun düşünmədən qərarlar qəbul edən bir
robotdan fərqi olmazdı. Burda diqqətə alınası əsas məsələ
odur ki, Allah Təala insana verdiyi bütün sonsuz nemətlərin
qarşılığında sadəcə ondan iman etməsini və yaxşı əməllər
etməsini istəyir, pis əməllərdən isə uzaq durmasını əmr edir.
Pis əməllərdən, nəfsani istəklərdən uzaq dura bilməsi üçün
Allah Təala insanı dünya həyatında təkbaşına buraxmamış,
onu ağıl, düşüncə, iradə, yaxşını-pisdən ayırd etmək
qabiliyyəti kimi duyğularla təchiz etmiş, müxtəlif
zamanlarda göndərdiyi peyğəmbərlər və kitablar vasitəsilə
onlara doğru yolu göstərmişdir.

 
291 | P a g e
 

YOXLUQ VƏ ÖLÜM.
ÖLÜM  YOXLUQDURMU?

İnsan əbədiyyətə vurğunudur, o, əbədi var olmaq istəyir.


İstək insanın öz əlində deyildir və o, bu istəyi özü
qazanmamış, özü almamışdır. İndi ki, istək onda vardır və
bu hiss, bu duyğu ona verilmişdir, demək onun qarşılığı da
vardır. Məsələyə bu məntiqlə baxanda görürük: indi ki,
insan əbədiyyət aşiqdir, yox olmaq, heç olmaq istəmir,
əbədi var olmaq istəyir, demək onun istəyinin də qarşılığı
vardır. Bunun isbatı asandır, lakin gəlin əvvəlcə ölümün və
yoxluğun mahiyyətini araşdıraq.

ƏSLİNDƏ YOXLUQ ÖZÜ YOXDUR: Doğrudanmı, hər


şeyin sonu yoxluqdur? Bunun məntiqi və elmi izahına
baxaq. Məsələn, çörək yoxdur, su yoxdur, adam yoxdur
deyə bilərik. Bu dediklərimiz həmin şeylərin mütləq
yoxluğu demək deyildir. Vardır, amma mənim üçün, bu
saat, bu yerdə yoxdur. Bir dəmir kürənin içərisindən havanı
sorub çıxarsanız onun içərisində heç nə yoxdur deyə
bilməzsiniz. Çünki, boş dəmir kürənin həcmi vardır, onun
içi mütləq boşluğu təmsil etmir. Bu baxımdan, fəzanın
dərinliklərində də boşluq yoxdur. O, “əsir təbəqə” və ya
ionlar dediyimiz varlıqlarla doludur. Riyaziyyatda sıfır
rəqəmi (0) yoxluğu göstərir. Lakin sıfır yoxluq olduğu
292 | P a g e
qədər də varlıqdır. Belə ki, sıfırı iki rəqəmin sağına və
soluna qoysaq, iki fərqli (məs, 02 və 20) riyazi dəyər əldə
edəcəyik. Əgər yoxluq özü yoxdursa, o zaman ölən insan
hara gedəcək? Yoxluğa getməyəcək, çünki yoxluq yoxdur!
Yoxluq, varlığın ziddidir. Dünyamız izafi bir aləmdir. Bu o
deməkdir ki, bir şey öz ziddinə görə ya vardır, ya da
yoxdur. Məsələn, gündüz gecəyə görə vardır, gecə də
gündüzə görə vardır. Əgər biz daim qaranlıqda qalsaydıq,
işığın nə olduğunu bilməzdik. Bu halda “Bizdə xüsusi bir
işıq var, onu qaranlığa saldıqda hər şey görünür,”
desəydilər, bizim işığın varlığı haqqında, görmək haqqında
heç bir təsəvvürümüz olmadığından bu sözlərdən heç nə
anlamazdıq. Anlamadığımıza görə də deyilən sözlərə
inanmazdıq. Əgər biz daim şirin şeylər yemiş olsaydıq, acı
haqqında, daim duzsuz şeylər yesəydik, duz haqqında hər
hansı təsəvvürə malik olardıqmı? Eləcə də, bu gün dənizin
dərinliklərində üzən bir balığı bir nə qədər inandırmağa
çalışsan ki, çıx buradan, yer üzü çox maraqlıdır, o var, bu
var, balıq inanmaz, çünki onda sudan xaricdə bir varlıq
olduğu anlayış yoxdur. Bir də bunu ana bətnindəki hələ
doğulmamış körpə haqqında düşünə bilərik: əgər ana
bətnindəki körpəyə “gəl dünyaya çıxaq, ora işıqlıdır, hər
tərəf güllər və çiçəklər, meşələr, dənizlər, dağlar, dərələrdən
ibarət gözəlliklərdir. Orada rahat evlər var, elektrik,
televizor, kino, konsert var, yaxşı, dadlı yeməklər var və s.
bu kimi sözlərlə onu inandırmağa çalışaq, o körpə bizim bir
kəlməmizə belə inanmazdı, çünki bu dünyanı görməyib, nə
onun haqqında, nə də bəhs etdiklərimiz haqqında onda heç
bir təsəvvür yoxdur. Halbuki, onun buna inanıb-inanmaması
dünyanın var olmadığı demək deyildir ki! Bu məntiqi
müqayisələrdən bunu anlayırıq ki, hər şey öz ziddi ilə dəyər
qazanır. Buna izafi aləm, zidlər aləmi deyilir. Əbədiyyət
293 | P a g e
sifətinə malik olan Allah yaratdığı bəzi şeylərə əbədilik verə
bilir. Bununla Axirət aləmi izafilikdən çıxıb əbədiyyət vəsfi
qazanır.

ÖLÜM HEÇLİKDİRMİ? Bildiyimiz kimi, varlıqlar


maddi və mənəvi olaraq iki yerə ayrılırlar. Məsələn, acmaq,
qorxmaq, xəyala dalmaq, ağrı hiss etmək, sevinmək və s.
bütün bunlar mənəvi varlıqlardırlar. Bunlar vardırlar, lakin
maddi olmadıqlarından onları görmək, onlara toxunmaq
mümkün deyildir. Mənəvi varlıqlar gördükləri işlərlə
özlərini bəlli edirlər. Yuxu görməyən insana yuxunun nə
olduğunu başa salmaq mümkün olmadığı kimi, diş ağrısı
çəkməyən birisinə də bu ağrını başa salmaq mümkün olan iş
deyildir. Buna görə də “psixoloji hadisələr yaşanmaqla
bilinir” deyilir. Bunlar kimi ölüm də mənəvi varlıqdır,
özünü görə bilməsək də, gördüyü iş bizə yaxşı məlumdur.
Bir varlıq olduğundan insanın və ya hər hansı bir canlının
ölməsi onun yoxluğa getməsi demək deyildir. Çünki yoxluq
özü yoxdur, əvəzində ölüm adlanan varlıq vardır. Bizə görə
ölüm bu dünyadan gedişdir. Daha doğrusu, ölüm və doğum
eyni bir hadisənin müxtəlif adlarıdır. Bunu belə bir misalla
anlaya bilərik. Bakıdan Nyu-Yorka gedən bir səyyah vardır.
Onu yola salanlar üçün o, Bakını tərk edir, ortada ayrılıq,
bir müddət görüşməmək vardır. Buna görə də onu yola
salanlar darıxır, ağlayır, onun gedişindən kədərlənirlər.
Onlar üçün səyyahı gördüyü iş gedişdir. Bir də onu Nyu-
Yorkada qarşılayanlar vardır. Onlar çoxdan həsrətini
çəkdikləri adama qovuşduqlarından sevinir, şənlənirlər.
Onu qarşılamaq üçün gül-çiçək tədarük etmiş, evi
təmizləmiş, çay-çörək hazırlamışlar. Eyni hadisə səyyahı
qarşılayanlar üçün gəlişdir. Başqa misal: Təsəvvür edək ki,
ana bətnində əkiz uşaqlar vardır. Ana bətnindəki ikinci uşaq
294 | P a g e
üçün qardaşının (bacısının) bu gedişi ölümdür. Çünki,
hələlik ana bətnində həyatını davam etdirən ikinci uşaq
üçün dünya haqqında heç bir anlayış, təsəvvür yoxdur.
Uşağın qədəm basdığı dünyanın sakinləri üçünsə bu hadisə
doğuşdur. Tanıdığımız, bildiyimiz bir insanın bu dünyadan
köçməsi onun haraya getdiyini bilməyənlər, onun getdiyi
yer haqqında heç bir təsəvvürü olmayanlar üçün ölüm,
bilənlər üçünsə bir doğuşdur. Deməli, yoxluq məfhumu
nisbidir. Bizim üçün vardır. Əbədi olan üçün isə belə bir
anlayışın özü yoxdur. Dünyamızda əbədiyyətin izlərini,
əlamətlərini özündə daşıyan çox şey var ikən yoxluğun
əlamətini daşıyan heç bir şey yoxdur. Yoxluq xəyal edilə
bilməz. ÖLÜM QANUNDUR, QANUNDURSA, O
ZAMAN… Əgər bütün var olanlar hamısı insan üçündürsə,
bütün qanunlar insanın kamilləşməsi və əbədiyyətə
qovuşmasına xidmət edirsə, o zaman yaranış, dünyaya
gəlmə, doğum bir qanun olduğu kimi, ölüm də, Qiyamət də
bir qanundur və insanın əbədiyyəti üçün vardırlar. Qanunlar
bizim istəyib-istəmədiyimizdən asılı olmayaraq vardır,
mövcuddur. Bundan əvvəlki mövzuda da öyrəndiyimiz
kimi, qanunlar özbaşına, gərəksiz və lüzumsuz olaraq var
olmurlar, onlar var olan varlıqla birlikdə vardırlar.
Ümumiyyətlə isə, qanun bir haldan başqa hala keçməyin,
bir şəkildən başqa şəkilə düşməyin nizam və intizamı,
sistemli, ardıcıl keçidi deməkdir. Varlıq yoxdursa, qanun da
yoxdur, qanun vardırsa, varlıq da vardır. Bu baxımdan, əgər
doğulmaq, dünyaya gəlmək bir qanundursa, ölmək də başqa
qanundur. Var olmaq qanunları insanın bir aləmdən digər
aləmə-dünya həyatına gəlişinə xidmət edirsə, o zaman ölüm
qanunları, insanın bu dünyadan, axirətə, əbədiyyətə
gedişinə xidmət edir.

295 | P a g e
CƏHƏNNƏMİN YARADILMASINDA
HİKMƏT  NƏDİR?

(Ateistlər Allaha üsyan edərək: “Allah-Təala niyə inkarçı


qullarını cəhənnəmə atır? sualını verərək özlərini təmizə
çıxarmağa çalışırlar. Bu yazımızda həmin mövzuya bir neçə
misalla aydınlıq gətirməyə çalışmışıq!)

 Gəlin mövzuya bir misalla başlayaq. Kiçik bir şəhəri idarə


edən izzətli, şərəfli adil bir hakim təsəvvür edək. Ədəbsiz,
asi bir məmur bu hakimin qarşısına çıxır və kobud şəkildə:
“Mən sənin əmrlərini eşitmirəm, qanunlarını tanımıram. Bir
də ki, sən mənə heç nə edə bilməzsən, cəzalandıra
bilməzsən,”-deyir. Həm xalqın haqqını yeyir, hüquqlarını
tapdalayır, həm də israrla hakimin şərəfinə, izzətinə
toxunur. Həmin hakim o ədəbsiz adamı həbs etdirməzmi?
Əlbəttə ki, həbs etdirər, hətta orada həbsxana yoxdursa da,
sırf onun üçün bir həbsxana tikdirər.

 Bunun kimi küfr də Allaha üsyandır. Allah insanı yoxdan


var edib bir süfrə kimi süslədiyi yer üzünü, günəşi, ayı,
ulduzları onun əmrinə (istifadəsinə) verir, nemətlərini yağış
kimi insanın başından tökür. Sonra da deyir ki: “Ey insan,
Mən sənin Rəbbinəm, sən də Mənim qulumsan. Bu qədər
saysız-hesabsız nemətlərimin müqabilində səndən bircə şey
istəyirəm: Məni Rəbb olaraq tanı və yalnız Mənə ibadət et.
296 | P a g e
Sənə verdiyim ağıl, vicdan, şüur kimi qabiliyyətlər göyləri,
yeri və bu ikisi arasında bütün varlıqları yaradan rəhməti
sonsuz bir Yaradana işarə edir. Bununla yanaşı,
mərhəmətim səni özbaşına, rəhbərsiz də buraxmamışdır.
Sənə doğru yolu göstərmək üçün seçilmiş qullarından
peyğəmbərlər göndərmiş, onlarla yanaşı haqq və həqiqəti
açıq-aşkar bəyan edən səhifələr, kitablar nazil etmişəm.
Əgər Məni bilsən, Məni tanısan və Mənə itaət etsən, sənə
dünyada rahatlıq və xoşbəxtlikdən başqa sonsuz bir səadət
də vəd edirəm. Yox, əgər inkar və üsyan etsən, səni sonsuz
əzab, əbədi cəhənnəm gözləyir.”

 Kafir isə Allahı, axirət gününü, peyğəmbərləri, kitabları


inkar edərək Rəbbinə üsyan edir. “Sənə də, cəzana da
inanmıram. Mən istədiyim (ağlım kəsən kimi) yaşayıram,”–
deyərək Allaha qarşı çıxır. “Əlbəttə, Allah o hakimdən
dəfələrlə Əzizdir (izzətlidir) və ədəbsizcəsinə Ona üsyan
edən asiləri şanına yaraşan şəkildə cəzalandıracaqdır.
MƏHZ BU SƏBƏBƏ GÖRƏ DƏ KÜFR VƏ İNKAR
CƏHƏNNƏMİN VARLIĞINI HƏM İSBAT, HƏM DƏ
ZƏRURİ EDİR.
 Bu, məsələnin bir tərəfidir. Digər tərəfini də başqa bir
misalla açıqlamağa çalışaq. Bir ölkə fərz edək. Bu ölkədə
qanunlara əməl edən, dövlətinə sadiq, vəzifələrini,
öhdəliklərini layiqincə yerinə yetirməyə çalışan dürüst,
namuslu vətəndaşlar bu işlərinin, əməllərinin qarşılığını ala
bilmir. Digər tərəfdən də qanun, nizam tanımayan,
hökümətə, polisə, əsgərə (orduya) üsyan edən, onun-bunun
haqqını yeyən asilər cəzalandırmır. Elə bir ölkədə dinclik,
əmin-amanlıq və asayişdən əsər-əlamət qalarnmı? Burada
297 | P a g e
ədalətdən, qanundan, nizamdan danışmaq mümkündürmü?
 Əgər bir ölkədə yaxşı idarəetmə vardırsa, qanunlara
hörmətlə yanaşan, dürüst və çalışqan (zəhmətkeş)
vətəndaşlar mükafatlandırılacaq, dövlətə üsyan edən,
məsum insanlara zülm verən, təxribat törədən asi və
zalımlar da cəzalarını alacaqlar. Onun üçün də bütün
ölkələrdə haqq tapdalayan, təxribat törədən insanlar,
oğrular, qatillər üçün xeyli miqdarda pul xərcləyib
həbsxanalar tikirlər. Ağlı başında olan heç bir insan: “Bu
həbsxanalar üçün niyə bu qədər xərc çəkilir? Buna nə
ehtiyac var?–demir. Hətta nəfsinə və şeytana aldanıb
cinayət işləmiş insanlar da: “Mən cinayət etdim, cəzamı
çəkməyə razıyam,”–deyib təslim olurlar.
 Dövləti idarə edənlər bir kənara qalsın. Kiçik bir mağaza
və ya fabrik sahibi belə dürüst və çalışqan işçilərini
mükafatlandırır, iş rejiminə riayət etməyənləri və işin
normal gedişinə mane olanları hansısa formada cəzalandırır.
Əlbəttə ki, mütləq ədalət sahibi olan Uca Allah da Ona itaət
edən, ömür boyu ibadət edən, xeyirxah işlər görüb yaxşılıq
edən qullarını cənnətlə mükafatlandıracaqdır. Bununla
yanaşı, bitib-tükənməz nemətlərin müqabilində daim
nankorluq, haqsızlıq edən, haram yeyən, qul haqqını
tapdalayan, nahaqq qan tökən və adam öldürən, asi, zalım,
qəddar, qatil adamları da cəhənnəmlə cəzalandıracaqdır.
Ölkələri idarə edənlər və digər insanlar da nə qədər yaxşı
olsalar da, dünyada qüsursuz (nöqsansız, şəffaf) ədalət
bərqərar ola bilməz. Hətta bəzən ədalət adı altında qəsdən
və ya bilməyərəkdən haqsızlıq da edilir. Ancaq Mütləq Adil
olan Allah-Təala heç kimə haqsızlıq etməz. O biri dünyada
zərrə qədər yaxşılıq və ya pislik mükafat və ya cəzasız
qalmayacaq.
 Əlbəttə, həbsxanalar insanları cinayətlərdən müəyyən
298 | P a g e
qədər çəkindirir. Dövlət vətəndaşlarına deyir ki: “Qanunlara
riayət et, başqalarının haqqına hörmətlə yanaşı, sənə düşən
vəzifələri yerinə yetir, hüzur və əmin-amanlıq içində yaşa.
Yox əgər qanunlara tabe olmasan, haqsızlıq etsən, cəza var,
həbsxana var.” Beləcə onları cinayət işləməkdən
uzaqlaşdırmağa çalışır. Bunun kimi Allah-Təala da qullarını
əvvəlcə mərhəmətinə cəlb edir: “Mənə itaət edin, əmrlərimə
tabe olun, qadağalarımdan uzaq durun, beləcə həm dünyada
rahatlıq içərisində qardaşcasına yaşayan, həm də axirətdə
sizi əbədi cənnətimə daxil edim,”–deyə buyurur. Cənnət
kimi bir mükafat bəzilərinə yaxşılığa təşviq və pisliklərdən
uzaq durmaq üçün kifayət etmədikdə, bu səfər qəzəbi ilə
cəhənnəmlə xəbərdar edir ki, asi qulları üsyandan əl çəkib
yola gəlsinlər. Bəli, bu məqamda güc və sərvət sahiblərini,
ağıldan çox nəfs və həvəsi ilə hərəkət edən gəncləri yalnız
cəhənnəm fikri cilovlaya bilər. Beləcə cəhənnəmin varlığı
həm onların dünyanı dözülməz hala gətirməsinə, həm də
əbədi səadəti itirməsinə mane olur.

 Yuxarıdakı misalla davam edək. Bəzən dövlət nə qədər


cəhd göstərsə də, zülmün qarşısını ala bilmir. Bəzən də
bilavasitə idarə edənlər və ya güclü olanlar zalımlıq və
qəddarlıq edirlər. Bu zaman zəif, gücsüz, məsum insanlar
daim haqsızlığa məruz qalır, əzilir, zülm və işgəncədən
əziyyət çəkir. Məhz burada məsum insanlar üçün ilahi
ədalət ən böyük təsəlli yeri olur. Yer üzündə elə zülmlər
edilir, elə cinayətlər törədilir ki, insan istər-istəməz:
“CƏNNƏT UCUZ, CƏHƏNNƏM DƏ LAZIMSIZ
DEYİL,”–deyir.
 Cəhənnəmin yaradılmasında bir çox başqa hikmətlər də
var. Ancaq burada çox önəmli bir məsələni vurğulamadan
keçməyək. Əslində, Allah-Təala heç bir qulunun
299 | P a g e
cəhənnəmə getməsini istəmir. ASİ VƏ GÜNAHKAR
QULLARINA DƏFƏLƏRLƏ FÜRSƏT VERİR, ONLARA
BƏZƏN MÜSİBƏTLƏR GÖNDƏRMƏKLƏ
XƏBƏRDARLIQ EDİR, BƏZƏN NEMƏTLƏRLƏ
QULLUĞA DƏVƏT EDİR. SON NƏFƏSİNƏDƏK DƏ
TÖVBƏ QAPISINI AÇIQ SAXLAYIR. AMMA
NANKOR İNKARÇI BU FÜRSƏTLƏRƏ GÖZ YUMUR,
GÜNAH İŞLƏMƏKDƏ, KÜFR ETMƏKDƏ, RƏBBİNƏ
ÜSYAN ETMƏKDƏ DAVAM EDİR VƏ SONRADA
SUAL VERİRKİ: “ALLAH KAFİR QULLARINI NİYƏ
CƏHƏNNƏMƏ GÖNDƏRİR? EY KÜFR EDƏN
İNKARÇI BƏS SƏNƏ VERİLƏN FÜRSƏTDƏN NİYƏ
YARARLANMADIN? SƏNƏ TÖVBƏ QAPILARI
AÇILDI, NİYƏ TÖVBƏ ETMƏDİN? BƏLA VƏ
MÜSİBƏTLƏRDƏN NİYƏ NƏTİCƏ ÇIXARMADIN?
HƏLƏ ÜSTƏLİK KÜFRƏ, ÜSYANA VƏ İNKARA
DAVAM ETDİN VƏ SƏNİN BUNA İXTİYARIN
VARMI?
 Rəbbimizin qullarına sonsuz mərhəmətini göstərən onlarla
ayədən birinə baxaq:

De ki” “EY MƏNİM (GÜNAH TÖRƏTMƏKLƏ)


ÖZLƏRİNƏ ZÜLM ETMƏKDƏ HƏDDİ AŞMIŞ
BƏNDƏLƏRİM! ALLAHIN RƏHMİNDƏN ÜMİDSİZ
OLMAYIN. ALLAH DİLƏYƏRSƏ, (TÖVBƏ ETDİKDƏ)
BÜTÜN GÜNAHLARI BAĞIŞLAYAR. HƏQİQƏTƏN, O
BAĞIŞLAYANDIR, RƏHM EDƏNDİR!” (“Zumər”
surəsi, 53)

300 | P a g e
 Şəfqət Peyğəmbəri Həzrəti Məhəmməd (s.a.v) də Allah-
Təalanın qullarına sonsuz mərhəmətini gözəl bir misalla
anladır:

 “Bir adam səfərdədir. Susuz səhrada dəvəsini itirmiş, onu


axtarır. Nəhayət, yorulub əldən düşən adam (susuzluq və
istinin təsiri ilə ölümcül halda yerə yıxılır), paltarını başına
çəkir. Məhz bu vaxt dəvəsini itirdiyi yerdə heyvanın ayaq
səslərini eşidir. Örtüyü başından çəkəndə qarşısında dəvəni
görür. Allah qulunun tövbəsinə həmin adamın bu məqamda
sevinməsindən daha çox sevinir (yəni razı olur).” (Kütubi-
Sittə, Tövbə:7271)

 Allah-Təalanın bu qədər ehsanına, lütf və bağışlamasına


baxmayaraq, küfr və üsyandan əl çəkməyən, zülm və
özbaşınalığını davam etdirən
Müsəlman olmayanlar Cənnətə gedəcəkmi?
(ateist iddiasına  cavab)

Ali İmran surəsi 85-ci ayədə deyilir: “Kim İslamdan


başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul
olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!”
Bəqərə surəsi 62-ci ayədə deyilir: “İman gətirənlərdən
(müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və
sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş
görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü)

301 | P a g e
onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə
görərlər.”
Ateistlər iddia edirlər ki, guya yuxarıdakı iki ayə arasında
ziddiyyət var. Birinci ayəyə görə qeyri-müsəlmanlar Cənnətə
gedə bilməzlər, ikinci ayəyə görə isə gedə bilərlər.
Əvvəla, qeyd edək ki, bu ayələr qətiyyən bir-birinə zidd
deyildir. Çünki bu ayələrdən birinin (Bəqərə, 62) hökmü
İslamdan əvvəlki dövrə, digərinin (Ali İmran, 85) hökmü isə
İslamdan sonrakı dövrə aiddir.
Bildiyimiz kimi Hz. Məhəmməd peyğəmbərdən (s.a.v)
əvvəl də çoxlu peyğəmbərlər yaşamış və dini təbliğlə məşğul
olmuşlar. Bütün peyğəmbərlərin öz qövmlərinə gətirdikləri
ilahi təbliğin əsasında hənif inancı (monoteizm) dururdu.
Hənif – doğru inanan, haqq yolda olan, İslamiyyətə sarılan,
Allaha şərik qoşmayan deməkdir. Bunula bağlı Ali İmran
surəsi 67, 68 və 95-ci ayələrdə deyilir:
67. İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif
(batildən haqqa tapınan, haqqa yönəlmiş olan) müsəlman
(Allaha təslim olan) idi və (Allaha) şərik qoşanlardan
deyildi.
68. Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun
ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman
gətirənlərdir. Allah mö’minlərin dostudur!
95. (Ya Rəsulum!) De: “Allah doğru buyurmuşdur. Ona
görə də hənif olan İbrahim dininin ardınca gedin, çünki o,
(Allaha) şərik qoşanlardan deyildi”
Beləliklə, aydın olur ki, Bəqərə surəsinin 62-ci ayəsindəki
hökm yalnız İslam dini gəlməzdən əvvəlki dövrdə yaşamış
və öz peyğəmbərlərinin gətirdiyi dinə tabe olmuş, Allaha
şərik qoşmayan, Axirətə iman edən ümmətlərə aiddir.
Bəs sonuncu peyğəmbər Hz.Məhəmməd (s.a.v) gəldikdən
sonra insanlar hansı dinin ardınca getməlidirlər?
302 | P a g e
Bu sualın cavabı isə Ali İmran surəsi 85-ci ayədə verilir: 
“Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç
vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər
çəkənlərdən olar!” (Ali İmran, 85)
Deməli, Ali İmran surəsinin 62-ci ayəsindəki hökm yalnız
İslam dini gəldikdən sonrakı dövrdə yaşayan bütün insanlara
aiddir.
Kafirlərin sonsuz cəhənnəm əzabı görəcək
olmasının hikməti  nədir?

Sual: Kafirlərin sonsuz cəhənnəm əzabı görəcək


olmasının hikməti nədir?  Ortalama 65 illik bir küfr
həyatının cəzasının sonsuz və heç bitməyəcək bir əzab
olmasının hikmətini açıqlaya bilərsinizmi? 

Cavab: Bir insanın silahıyla çaxmağa basaraq başqa bir


insanı öldürməsi sadəcə 2 saniyəlik bir işdir. İki saniyəlik bir
cinayət qarşısında bu insan hüquq sistemlərinə görə ortalama
30 il həbs cəzası alar. İndi hesablayaq:

30 il vur 365 gün vur 24 saat vur 60 dəqiqə vur 60 saniyə =


946.080.000 saniyə.
Yəni ki, bir insanın iki saniyəlik bir xətası üzündən ona
doqquz yüz qırx altı milyon, səksən min saniyə cəza verilər
və heç bir hüquq sistemi bunun ədalətsizlik olduğunu qəbul
etməz. Bəşəriyyətin 2 saniyəlik bir cinayət qarşısında
946.080.000 saniyə cəza verməsi necə ağla zidd görünmürsə,
kainatda yaradılmış saysız atom hüceyrələrindən saysız
canlılara, saysız ulduzdan saysız nemətə qədər hər birinin
303 | P a g e
varlıq məqsəd və hüququna təcavüz edib bunlara, baxaraq
Allahın sənət və yaradışını xor görmək və ona böhtan ataraq
yaradılmışların hüququna təcavüz etmək əlbəttə ki sonsuz
bir Cəhənnəm əzabını haqlı edər.

Çünki var olan ən kiçik zərrədən tutmuş nəhəng ulduzlara


qədər hər bir şey Allahın varlığını bəyan edib, Onun
mövcudluğunu göstərir. Bütün bu dəlillərin varlığını hər gün
gördüyü və üstəlik bunlardan istifadə etdiyi halda təkəbbürə
qapılaraq yenə də ateist olmağı seçən bir insan bununla da
nəinki Allahın varlığını inkar etmiş olur, həm də bütün
yaradılmış külli məxluqatın meydanagəlmə səbəb və
məqsədinə hücum edərək onları da inkar etmiş olur.

Üstəlik bu hücumuyla o, başqa insanların imanlarının


sönməsinə səbəb ola bilir. İçində min nəfər olan bir gəmiyə
hücum edib gəmiyə balta zərbəsi vuran insan yalnız özünü
öldürməz, eyni zamanda gəmidəki min nəfər və həmin min
adamın 10 min qohumuna da hücum etmiş olar. Elə isə
saysız və həddsiz cinayətə saysız və həddsiz cəza əlbəttə
ədalətin bərpasıdır. Bu adam yaxşı bir insan olsa da nəticə
dəyişməz. Çünki necə ki, bir insan çox yaxşı biri olsa, lakin
bir gəncə zina böhtanına görə həbs edilsə, yalnız gənc deyil,
həmin gəncin anası, atası, qardaşı və qohumları da bu
zülmdən təsirlənər. Və bu insanın nə qədər başqa yaxşı işləri
olsa da, yaxşılığına etimad edilməz.

Kainatı yaradan Allah, öz varlığının dəlillərini ortaya


qoyaraq saysız varlıqlar yaratmış və öz İsimlərini kainatda
təcəlli etdirmişkən, bu varlıqların Yaradıcısını inkara cəhd
edib, Allahın varlığına və saysız dəlilin varlıq səbəbinə
təcavüz edən adam nə qədər yaxşı olursa-olsun bu
304 | P a g e
yaxşılıqları axirətdə boşa çıxacaq. Qaldı ki, “Dünya
möminin cəhənnəmi kafirin cənnətidir” hədisindən də aydın
olduğu kimi kafirlərin yaxşılıq və gözəl işlərinin mükafatı
dünyada verilməkdədir, ya da dünyada özünə verilənlər bu
yaxşılıqlarına əvəz olmuşdur. Ancaq axirətdə bir nəsibləri
olmayacaq. 

Bütün bunların yanında da əbədi Cəhənnəm imanla


ölməyənlər üçün etibarlıdır və Allah kimin axirətə imanla
gəlib gəlməyəcəyi mövzusunda da əlbəttə ədalətlə hökm
verəcək. Müsəlmanların imanla getməsinin də bir zəmanəti
olmadığı kimi Allahın kafirə də son nəfəsində iman nəsib
etməyəcəyini kimsə bilə bilməz. Ürəklərə hakim olan ancaq
Allahdır. Ona görə bu cür məsələlər haqqında vəsvəsəyə
düşmək bizi yalnız gedəcəyimiz yoldan saxlayar və
həyatımızı maraqlandıran bir məktəbin imtahanına
hazırlanarkən görəsən işləməyənlərin halı nə olacaq deyə
düşünüb işimizlə çalışmaqdan bizi saxlayar. Biz imanla
gedəcəyikmi ki, başqaları üçün baş yoruruq!!! Hər kəs
səyinin qarşılığını alacaq, haqq edən layiq olduğunu alacaq,
kimsəyə haqsızlıq edilməyəcək və əgər bir insanın bir şeyə
gücü çatmırsa, Allah qatında gücünün çatmadığı bir şeydən
məsul tutulmayacaq. Allah qatında hər şey ədalətlə hökm
tapacaq və kimsəyə zərrə ağırlığın tərəfindən haqsızlıq
edilməyəcək.

Ölüm sonrası həyat (çantacı Necmi


abinin  xatirələrindən)

305 | P a g e
Ateist: Mən öldükdən sonra dirilməyə inanmıram. Boş
şeydir.

Necmi abi: Axı niyə inanmırsan?

Ateist: Məsələn, öldükdən sonra bədənim çürüyəcək və


mənim molekullarım torpağa qarışacaq. Artıq mən bir torpaq
olacam. Sonra mənim torpağımda otlar bitəcək və mənim
atomlarım torpaqdan ota keçəcək. Sonra bir inək gəlib
otlarımı yeyəcək və mənim atomlarım artıq inəkdə funksiya
göstərməyə başlayacaq. Yəni ki, mən insandan torpağa,
torpaqdan ota, otdan inəyə çevriləcəm və s.

Necmi abi: Doğru deyirsən. Amma bir de görək indi sənin


neçə yaşın var?

Ateist: 25 yaşım var.

Necmi abi: Bəs 26 il əvvəl harda idin?

Ateist: Yoxuydum.

Necmi abi: Təbii ki, var idin. Amma xatırlamırsan. Çünki


26 il əvvəl sən bir ispanaq (ot) idin, bir inək idin, bir keçi
idin. Sənin atan həmin ispanağı yedi, inək ətindən küftəni
yedi, keçi ətindən qızartmanı yedi, beləcə sən atanın
bədəninə keçib onun damarında bir spermaya çevrildin.
Sonra sən atandan anana keçdin. Məsələn, anan da doşab
yedi, şokolad yedi, Amerikadan gələn nescafe-ni içdi və sən

306 | P a g e
də ananın bətnində dönüb oldun insan. Heç bunlardan
xəbərin oldumu?
Gördünmü o qədər fərqli yerlərdən sənin molekullarını bir
yerə toplayıb insan şəkilnə salan Allah vaxtı gələndə əlbəttə
ki, yenidən toplar və səni yenidən yaradar. Bir işi birinci
dəfə etmək mi daha çətindir yoxsa ikinci dəfə etmək mi?

Ateist: Təbii ki, birinci dəfə.

Necmi abi: Birinci dəfə səni yaradan Allah ikinci dəfə daha
asan yaradar. Onun üçün hər şey asandır.

Cənnət rüşvətdirmi? (ateist iftirasına  cavab)

Ateist iddiası: Mən həmişə “Qurana əməl et – Cənnəti


qazan, əməl etmə – Cəhənnəmə get” məntiqini rüşvətə
bənzətmişəm.

Allah Təalanın (c.c) möminlərə Cənnəti vəd etməsi


rüşvətdirmi?

Cavab: İlk baxışdan aydın olur ki, bu iddianı irəli sürən şəxs
rüşvət anlayışının mahiyyəti haqqında tamamilə yanlış
təsəvvürə sahibdir.
Ona görə də əvvəlcə “Rüşvət nədir?” sualına qısa tərif verək.
Rüşvət – layiq olmadığı halda müəyyən bir qazancı haqsız
olaraq əldə etmək məqsədilə bir tərəfin digər tərəfə pul
307 | P a g e
yaxud natura formasında qeyri-leqal ödəniş etməsidir.
Deməli, rüşvəti verən tərəf verdiyi rüşvət müqabilində
haqsız olaraq müəyyən bir maddi qazanc əldə etmiş olur.
Başqa sözlə, rüşvət verən şəxsin əsas məqsədi bu və ya digər
formada haqsız yerə qazanc yaxud üstünlük əldə etməkdir.

O zaman sual olunur:


1. Əgər haşa Allah bizə Cənnəti “rüşvət” olaraq verirsə, o
zaman bu “rüşvət”in müqabilində Allahın əldə etdiyi hər
hansı bir qazancı varmı? Əlbəttə ki, yoxdur. Çünki İxlas
surəsində də bildirildiyi kimi Allah Təala (c.c) heç kimə və
heç nəyə möhtac deyildir, əksinə hər kəs və hər şey yalnız
Ona (c.c) möhtacdır.
2. Əgər haşa Allah bizə Cənnəti “rüşvət” olaraq verməsə, o
zaman Allahın itirəcəyi hər hansı bir şey varmı? Əlbəttə ki,
yoxdur.

Deməli, “Cənnətin rüşvət olaraq bizə verilməsi” iddiası


tamamilə əsassızdır və ateistlərin növbəti iftirasından başqa
bir şey deyildir.
Bəs Qurani-Kərimdə Allah Təalanın (c.c) bizlərə Cənnəti
vəd etməsinin hikməti nədir?

Suala belə cavab vermək olar:


Hazırda dünyada mövcud olan bütün sekyular hüquq
sistemlərində qanunların pozulmasına görə müxtəlif növ
cəzalar nəzərdə tutulur.
Qanunların pozulmasına görə cəza verilməsi mexanizmi
Quranda da tətbiq olunur. Çünki Qurani Kərim İslamın
təməl kitabı olmaqla ilahi qanunlar toplusunu özündə əks
etdirir. Əgər ateistlər sekyular sistemdə qanun pozuntusuna
görə cəza verilməsi prinsipini sözsüz qəbul edirlərsə, eyni
308 | P a g e
prinsipin İslamda da tətbiqini normal qarşılamalıdırlar. Ona
görə də ateistlərin çox vaxt verdikləri “Allah niyə
Cəhənnəmi yaratdı?” sualı mənasızdır. Beləliklə, sekyular
sistemdə olduğu kimi İslam şəriətində də insanların
qanunları pozduqları təqdirdə cəzalandırılması normaldır.

Yuxarıda qeyd edilən oxşarlığa baxmayaraq sekyular hüquq


sistemi ilə İslam dini arasında bəzi mühüm fərqlər var:

1. Sekyular hüquq sistemində qanun pozuntusuna görə cəza


verildiyi halda həmin qanunlara əməl edilməsinə görə demək
olar ki, heç bir mükafat nəzərdə tutulmur. Lakin bundan
fərqli olaraq İslamda nəinki qanunların pozulmasına görə
cəza verilir, eyni zamanda həmin qanunlara əməl edilməsinə
görə insanların ikiqat (dünya və axirətdə)
mükafatlandırılacağı deyilir. Ən önəmli olan isə möminlərin
əbədi olaraq qalacağı Cənnət mükafatıdır. Əslində mükafat
olaraq vəd edilən Cənnət – ilahi qanunlara riayət edilməsinə,
xoş əməllərə, dünyada çəkilmiş əziyyətə və sərf edilmiş
əməyə görə Allah Təalanın (c.c) insanlara lütf etdiyi misli
olmayan mükafat və bonusdur.

2. Digər tərəfdən İslam şəriətinə görə mükafat verilməsi


həm də insanları yaxşı əməllərə təşviq etməyə və bütövlükdə
cəmiyyətin mənəvi-əxlaqi səviyyəsini yüksəltməyə xidmət
edir. İslam dini nəinki ilahi qanunlara əməl edilməsinə görə,
hətta bizə xırda görünən yaxşılıqlara görə də insanlara
mükafat vəd edir. Məsələn, müsəlman olan şəxs adi bir
təbəssümlə yaxud xurma dənəsini sədəqə verməklə Allah
Təalanın (c.c) rizasını və mükafatını qazana bilər. Amma
sekyular hüquq sistemində belə mənəvi-əxlaqi cəhətdən xoş
olan əməllərə təşviqetmə mexanizmi yoxdur. Fərq budur.
309 | P a g e
3. Həm də digər bir nüans da var ki, İslam burada da
öndədir. Deməli, sekyular hüquq sistemində hər hansı
qanunu bilməmək səni cəzadan xilas etmir, yəni sən yolu
səhv keçsən, daha deyə bilməzsən ki, mən bilmirdim
buradan keçmək olmaz və cəza ödəməlisən. Amma İslamda
əgər bilmədən günah edirsənsə, tövbə edib davam edə
bilərsən, yani hökmü bilmədiyinə görə sənə ziyan gəlməz.
Məhz budur İslamın gözəlliyi.

Əgər Allah Təala (c.c.) bizim Cənnətə yaxud


Cəhənnəmə gedəcəyimizi əvvəlcədən bilirsə,
onda niyə bizi bu dünyaya  göndərir?

Qurani Kərimdə Allah Təala (c.c) buyurur ki, insanlar bu


dünyaya imtahan olunmağa gəlirlər. (Ənkəbut 2; Bəqərə
155).

Allah Təala (c.c) insanoğlunu imtahan meydanında tək


buraxmamış və imtahanı keçə bilmək üçün ona bir çox
nemətlər (zəka, iradə, məntiq, hafizə, təfəkkür, qavrayış və
s.) bəxş etmiş və doğru yol göstərən köməkçilər (kitablar,
peyğəmbərlər) göndərmişdir.

Bəs imtahan olunmadan insanlar birbaşa Cənnətə yaxud


Cəhənnəmə göndərilsəydi necə olardı?
310 | P a g e
Cavabı iki sadə misal ilə izah etməyə çalışaq.

Misal 1. Fərz edək ki, bu dünyada imtahan olunmadan


Həsən birbaşa Cənnətə, Arif isə birbaşa Cəhənnəmə
göndərilir. Bu, Arifə qarşı haqsızlıq olmazmı? Onda Arif
etiraz edər ki, mənim heç bir pis əməlim olmadan birbaşa
Cəhənnəmə gedirəm, Həsənin isə heç bir yaxşı əməli
olmadan birbaşa Cənnətə gedir. Axı bu necə ilahi ədalətdir?

Deməli, əgər insanlar imtahan olunmadan birbaşa


Cəhənnəmə göndərilsələr, onlara qarşı haqsızlıq olunar və
insanlar Allah Təalaya (c.c) qarşı etiraz edərlər.

Allah Təala (c.c.) isə ədalətlidir və heç kəsə zərrə qədər


haqsızlıq etməz (Zumər surəsi, 69).

Misal 2. Tutaq ki, sən universitetdə tarix imtahanı verirsən.


Səndən əvvəl imtahana girən tələbə yoldaşlarının əksəriyyəti
artıq həmin imtahandan kəsiliblər. Bu səbəbdən də tarix
müəllimi qərara gəlir ki, sən də imtahanı keçə
bilməyəcəksən və ona görə də əvvəlcədən səni imtahadan
kəsir. Bu sənə qarşı haqsızlıq olmazmı? Müəllimin imtahan
etmədən səni kəsməsinə etiraz etməzsənmi?

Beləliklə, Allah Təala (c.c.) insanları bu dünyada imtahan


etməklə, onlara şans verir ki, öz düşüncə və iradələri
əsasında seçim etsinlər və öz əlləri ilə qazandıqları nəticəyə
sonradan etiraz etməsinlər.

Bunula bağlı Qurani Kərimdə deyilir:

311 | P a g e
“Elə isə (vaqe olacağına) şübhə edilməyən bir gündə
(qiyamət günündə) onları (bir yerə) topladığımız zaman
(onların) halı necə olacaq? (O gün) hər kəsə qazandığının
(tutduğu əməllərin) əvəzi ödəniləcək və onlara heç bir
haqsızlıq edilməyəcəkdir.”  (Ali İmran, 25)

Quran ayələrindəki
möcüzələr

QURANIN XƏBƏR VERDİYİ BƏZİ


ELMİ  HƏQİQƏTLƏR

Quranın əsil məqsədi insana ibadət və vəzifələrini


öyrətmək, fərdi və ictimai həyatını sahmana salmaq və əbədi
səadətə çatmasına vəsilə olmaqdır. Bir sözlə, Quranın ən
birinci vəzifəsi insanın həyatını Yaradanın iradə və razılığı
çərçivəsində şəkilləndirməkdir.

 Digər məsələlərə isə onların mahiyyəti, önəmi və dəyəri


nisbətində yer verilir. Quran bu şəkildə deyil, məsələn, bir
qisim mədəniyyət xariqələrindən və elmi tərəqqidən açıq və
təfərrüatlı şəkildə bəhs etsə idi, O ZAMAN BİR ÇOX
MÜHÜM MƏSƏLƏLƏR VƏ YER ÜZÜNÜN ƏN
MÜKƏRRƏM VARLIĞI-İNSAN ARXA PLANDA
QALMIŞ OLARDI.

312 | P a g e
Bu baxımdan Quran bir çox elmi məsələlərə əsas məqsədlər
çərçivəsində yanaşmış, onlara yığcam və ecazkar üslubla
toxunmuşdur. Belə ki, Qurani-Kərimdə Uca Yaradanın
qüdrət, əzəmət və hikmətlərini göstərmək üçün kainatda
cərəyan edən bir çox hadisələrə bəzən aşkar, bəzən də
üstüörtülü toxunduğunu, ip ucları verdiyini deyə bilərik. 

Bunların bir neçəsinə misal verək:

 1. “Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən,


bitkiləri tozlandıran bir vasitə) kimi göndərdik, göydən
yağmur yağdırıb onu sizə içirtdik. Yoxsa onu yığıb saxlayan
(bir yerə toplayan) siz deyilsiniz!” [Hicr surəsi, 15/22]

 Bu ayə XX əsrdə aşkar edilən elmi bir həqiqətin 1400 il


əvvəl Quranda xəbər verildiyini göstərir. Küləklər su
buxarından meydana gəlmiş buludları toqquşdurur. Bu
toqquşma zamanı buludlarda müsbət və mənfi yüklü
elektronların boşalması hadisəsi baş verir, şimşək meydana
gəlir. Küləklər buludları qovalayıb yeri “tozlandırır,” yəni
yağış yağdırır (küləklərin qovduğu bu buludlar atmosferin
soyuq layları ilə toqquşduqda buxarın kondensasiyası
başlayır və yağış damlaları əmələ gəlir). Küləklər eyni
zamanda bitkilərin üzərindən əsərək erkəkciyin tozcuqlarını
dişiciyin ağızcığına qondurmaqla onları tozlandırır. Beləcə
bitkilərin çoxalmasına yardım edir. Bu ayə həmçinin göydən
enən yağış sularının yerin tərkində saxlandığına və bulud
açmaq, quyu qazmaqla istifadəsinin mümkünlüyünə də işarə
edir.

 2. “Biz hər şeydən cüt-cüt yaratdıq” [ Zəriyət surəsi,


51/49],
313 | P a g e
“Yerin yetişdirdiklərindən, onların (insanların) özlərini və
bilmədiklərini (erkək və dişi olmaqla) cüt yaradan Allah
pakdır, müqəddəsdir.” [ Yasin surəsi, 36/36] 

Elm adamlarının yaxın keçmişdə kəşf etdiyi bu həqiqəti


Quran neçə-neçə əsr əvvəl xəbər vermişdir. İnsanlar kimi
digər canlıların da cüt olduğunu bu gün hamı bilir. Hətta hər
şeyin əsasını təşkil edən atomlar da cütdür. Onların bir qismi
müsbət, bir qismi mənfi yüklüdür. Həmçinin hər şeydə
cazibə və itələmə qüvvəsi adlanan əks xüsusiyyətlər özünü
göstərir. İKİNCİ AYƏ İSƏ O DÖVRDƏ HƏLƏ MƏLUM
OLMAYAN BİR QİSİM ŞEYLƏRİN DƏ CÜT
YARADILDIĞINI BİLDİRİR: “…HƏLƏ SİZİN
BİLMƏDİYİNİZ ŞEYLƏRİ DƏ CÜT YARATDI…”

3. “Biz göyü qüdrətimizlə yaratdıq və onu


genişləndirməkdəyik.” [Zəriyət surəsi, 51/47]

 Qurani-Kərim bu ayədə bu gün elm mərkəzlərində hələ də


araşdırmaların tədqiqat obyekti olan məkan genişlənməsi
məsələsini 1400 il əvvəldən xəbər vermişdir.

4. “Günəş də (qüdrət əlamətlərimizdən) bir dəlildir və özü


üçün müəyyən olunmuş yerdə dövr edər.” [ Yasin surəsi,
36/38]

 Quran əsrlər əvvəl qədim astronomiya elminin əksinə


olaraq Günəşin bir yerdə durmadığını və öz yolu ilə hərəkət
etdiyini bildirmişdir.

314 | P a g e
5. “(O gün) dağlara baxıb onları donmuş (hərəkətsiz
durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi
keçib gedərlər.” [ Nəml surəsi, 27/88]

 Qurani-Kərim bu ayədə dünyanın bir parçası olan dağları


diqqət çəkərək hərəkət etdiyinə işarə eləmişdir.

 Göründüyü kimi, kainat kitabının bir tərcümanı olan


Quranda ən mükərrəm varlıq-insanla əlaqədar elmi məsələlər
və həqiqətlər də verilmiş, əhəmiyyət və mahiyyəti nisbətində
yerini almışdır.

 QURANDA BƏYAN EDİLƏN COĞRAFİ


HƏQİQƏTLƏRİ BİR SƏHRA SAKİNİN BİLMƏSİ
MÜMKÜNSÜZDÜR.

 Quranın Allah kəlamı olduğuna dair başqa bir dəlil isə


belədir: Təbiət təsvir edən yazıçı daha çox yaşadığı yerin
iqlimini, bitki örtüyünü, ümumiyyətlə, təbiətini, yaxud da
gəzib-gördüyü yerlərin cizgilərini verir. Halbuki Quranda
səhra və səhra həyatının təsvirindən çox gur çaylardan,
yamyaşıl mənzərələrdən, torpağa can verən yağmur yüklü
buludlardan, bağ-bağçalardan, dağlardan və dənizlərdən
bəhs edildiyini görürük. Məsələn, “Nur” surəsində əngin
dənizlərin zülmətindən danışılması, üst-üstə burulan
dalğalardan, dalğaların başının üstünü buludların almasından
və qatbaqat zülmətdə əlin görünməz olmasından bəhs
edilməsi [ Nur surəsi, 24/40] və təsvir zamanı qeyri-adi
bənzətmələrdən istifadə edilməsi nə o dövrün ərəb
coğrafiyası, nə də dənizçilik lüğəti üçün xarakterik idi.
Səhrada doğulub, səhrada böyüyən, yalnız gənc yaşlarında
səhradan keçməklə iki dəfə Şama gedən Peyğəmbərimiz
315 | P a g e
(s.a.v) nə Quranın bəhs etdiyi mənzərələri və bitki örtüyünü
görmüş, nə də dəniz səyahətinə çıxmışdı.

 “ƏNAM” SURƏSİNDƏ BİR İNKARÇININ HALI GÖYƏ


DOĞRU YÜKSƏLƏRKƏN ÜRƏYİ DARALIB SIXILAN
BİR İNSANIN VƏZİYYƏTİNƏ BƏNZƏDİLİR. [ Ənam
surəsi, 6/125] Bu gün elmi tərəqqinin nəticəsində sübut
olunmuşdur ki, lazımi cihazlardan istifadə etmədikdə
DAĞLARIN ZİRVƏSİNƏ QALXDIQCA OKSİGEN
AZLIĞINDAN İNSAN ÇƏTİNLİKLƏ NƏFƏS ALIR,
ÜRƏYİ DARALIB SIXILIR. Bunu isə ancaq hava şarı ilə
səmaya qalxmaqla və ya hündür dağlara dırmaşmaqla hiss
etmək mümkündür. Allah Rəsulunun dövründə hava şarı ilə
səyahət heç insanın xəyalına da gəlmirdi. Bir də ki,
Ərəbistan yarımadası yüksək hündürlüyə malik dağlardan
məhrumdur. Elə isə bu cürə bənzətmə və ifadə ancaq hər
şeyi bilən Allaha (c.c) aid ola bilər.

Göy üzünün qoruma  funksiyası

  
Allah göy üzünün maraqlı bir xüsusiyyətinə Quranda belə
diqqət çəkir:

“Göyü qorunub saxlanılan bir tavan etdik. Halbuki, kafirlər


ayələrimizdən üz döndərirlər”. (“Ənbiya” surəsi, 21/32)
316 | P a g e
Ayədə bildirilən göy üzünün bu xüsusiyyəti çox sonralar –
XX əsrdəki elmi tədqiqatlarla sübut edilmişdir. Yer
kürəsinin hər tərəfini əhatə edən atmosfer həyatın davam
etməsi nöqteyi-nəzərindən çox mühüm funksiyaları yerinə
yetirir. Atmosfer Yerə doğru yaxınlaşan irili-xırdalı bir çox
meteoriti əridib yox edir və onların Yer üzünə düşərək
canlılara zərər verməsinin qarşısını alır. Atmosfer həmçinin
kosmosdan gələn və canlılar üçün zərərli olan şüaları da bir
növ filtrdən keçirərək təmizləyir. Atmosferin bu
xüsusiyyətinin ən maraqlı tərəfi onun sadəcə olaraq zərərsiz
miqdarda şüaları, yəni işığı, infraqırmızı şüaları və radio
dalğaları keçirməsidir. Bunların hamısı həyat üçün lazımlı
şüalardır. Məsələn, atmosfer tərəfindən müəyyən dozada
keçməsinə icazə verilən ultrabənövşəyi şüalar bitkilərin
fotosintez imkanlarını, beləliklə də bütün canlıların həyatda
qalmasını təmin edir. Ancaq Günəş tərəfindən yayılan
şiddətli ultrabənövşəyi şüaların böyük hissəsi atmosferin
ozon təbəqəsində süzülür və Yer səthinə onların həyat üçün
zəruri olan az bir qismi çatır.
Atmosferin qoruyucu xüsusiyyəti təkcə bunlarla bitmir. Yer
kosmosun təqribən mənfi 270 dərəcəlik ölümcül soyuğundan
yenə atmosfer qatının sayəsində qorunur.

Yeri zərərli təsirlərdən qoruyan yalnız atmosfer deyil. “Van


Allen qurşaqları” adlanan və dünyanın maqnit sahəsindən
qaynaqlanan bir təbəqə də planetimizə gələn zərərli şüalara
qarşı qalxan vəzifəsini atmosferlə birlikdə yerinə yetirir.
Günəşdən və digər ulduzlardan davamlı olaraq yayılan bu
şüalar insanlar üçün öldürücü təsirə malikdir. Xüsusilə
Günəşdə tez-tez meydana gələn və parlama adı verilən enerji
partlayışları Yerdəki bütün həyatı məhv edəcək gücdədir. Bu
təhlükənin də qarşısını məhz Van Allen qurşaqları alır.
317 | P a g e
Doktor Hüq Ross (dr. Hugh Ross) Van Allen qurşaqlarının
həyatımız üçün əhəmiyyətini belə izah edir:

“Yer Günəş sistemindəki planetlər arasında ən yüksək


sıxlığa malikdir. Bu geniş nikel-dəmir nüvəsi böyük bir
maqnit sahəsindən də mühüm funksiyanı yerinə yetirir.
Yerin bu maqnit sahəsi Van Allen radiasiya qoruyucu
təbəqəsini meydana gətirir. Bu təbəqə Yer üzünü radiasiya
bombardmanından qoruyur. Əgər bu qoruyucu təbəqə
olmasaydı, Yerdə həyat olmazdı. Maqnit sahəsinə malik olan
və qayalıqlardan əmələ gələn digər tək planet Merkuridir.
Fəqət onun maqnit sahəsinin gücü Yerinkindən 100 dəfə
azdır. Van Allen radiasiya qoruyucu təbəqəsi Yer kürəsinə
məxsusdur”.

Keçdiyimiz illərdə təsbit edilən bir partlayışda ortaya çıxan


enerjinin Xirosimaya atılan atom bombalarından 100
milyard dəfə güclü olduğu hesablanmışdır. Partlayışdan 58
saat sonra kompasların əqrəblərində həddən artıq hərəkət
müşahidə edilmiş, Yer atmosferindən 250 kilometr
hündürlükdə istilik 25000 C-yə yüksəlmişdir.

Qısası, Yerin üzərində onu əhatə edən və xarici


təhlükələrdən qoruyan mükəmməl bir sistem işləyir. Allah
dünyanı əhatə edən göy üzünün bu qoruyucu zirehi barədə
əsrlərlə bundan əvvəl Quranda xəbər vermişdir.

318 | P a g e
Bir kitab var..

Bir kitab var: Onu oxuyanların hər birinin üzərində fərqli


təsiri olur: birinə şəfa olur, birinə məlhəm. Birinin üsyanına
vəsilə, birinin inkarına səbəb, birinə də HİDAYƏT olur.

Bir kitab var: “OXU!” deyə başlayır. Biri oxuyur – içində


təzad axtarmaq üçün. Biri oxuyur – bəlağəti xoşuna gəldiyi
üçün. Biri də oxuyur HİDAYƏTƏ varmaq üçün.

Bir kitab var: Oxunmaq üçün. Oxunub anlamaq üçün.


Anlayıb yaşamaq üçün. Yaşayıb şahid/şəhid olmaq üçün.
Bir kitab var: Onu Ömər oxuyur həzrət olur, xəlifə olur,
şəhid olur… Onu Vəlid bin Muğirə oxuyur kafirlərə prototip
olur, adını tarixə kafir örnəyi olaraq yazdırır.

Bir kitab var: “Oxunmazsa, sadəcə Mushaf olar, oxunarsa


Quran olar, anlaşılarsa bəyan olar, yaşanarsa insan olar.”

Bir kitab var: Oxunmasın deyə uğrunda 14 əsrdir ki,


insanlar qətl edilir, öldürülür, asılır…
Bir kitab var: Uğrunda 14 əsrdir ölənlər var. Nə ondan əvvəl,
nə də ondan sonra heç bir kitab uğrunda bu qədər şəhid
olmayıb.

Bir kitab var: Kitabların ANAsı. Dünyanı axirətə bağlayan


göbək bağı. Allahın insanlığa mesajı.
319 | P a g e
Bir kitab var: SEVGİ dastanı. Böyük sevgilərin böyük
etirafı. “ALLAH onları sevər, onlar da ALLAHI.”

Bir kitab var: Müəllifi Allah, katibi Rəsulullah, müxatabı


İnsan.

Sən ey dost!
Sən bu kitabı oxudunmu?
Oxudunsa kim oldun?
Və ya nə oldun?

O kitab da elə demirmi: Biz insanı “əhsəni təqvim” [gözəl


şəkildə] üzrə yaratdıq, “sonra o əfsəli səfil oldu.“ [Tin surəsi
4,5]

Əgər oxuyub Ömər oldunsa, şahidliyin mübarək, qaziliyin


mübarək, şəhadətin mübarək!
Əgər oxuyub Vəlid b. Muğirə oldunsa, o zaman
“Müzzəmmil” və “Müddəssir” surələrini bir də oxu… Yox,
bu bəd xəbəri sənə mən vermək istəmirəm. Qoy, müəllif
ÖZÜ söyləsin.

O kitabı bir də oxu!


…Amma anlamaq üçün, inanmaq üçün, yaşamaq üçün oxu.
Bu mənim sənə dost tövsiyəmdir. Necə olsa “insanlıqda
yoldaşıq.” Amma mən, səninlə “dində qardaş” olmaq
istəyirəm.
Səni bu dinə və bu kitaba dəvət etmək mənim fərz
ibadətimdir. Sənin bu dini seçməyin sənin fərz ibadətindir.
Bizim bir-birimizə “yaxşılığı əmr edib pislikdən
çəkindirməyimiz” bizim fərz ibadətimizdir. Gəl birlikdə –
sənli‐mənli, bizli‐sizli fərzlərimizi əda edək. Bir-birimizə
320 | P a g e
haqqı və səbri tövsiyə edək. Birlikdə dünyamızı və
axirətimizi nurlandıraq, aydınladaq…

Bir kitab var: İçində insanlığa mesaj daşıyır…

Bir kitab var: İnsan üçün göydən yerə nazil olub…

Bir kitab var: Bizi bizə tanıdır…

Bir kitab var: Oxunmaq üçün yazılıb…

Bir kitab var: Cənnət tablosunu gözlər önünə sərir…

Bir kitab var: Cəhənnəmdən çəkindirir, qoruyur,


uzaqlaşdırır…

Bir kitab var: Allah Orada insanla danışır…

Bir kitab var: …

RÜZGAR KESKİN
Rum surəsi 1-5-ci  ayələr

Rum surəsi 1-5-ci ayələr nə deyir?


Rumların ən aşağı (və ya ən yaxın) bir yerdə (fi ednal ard)
məğlub olduğu, fəqət bir neçə il içində qalib gələcəkləri
xəbər verilir. 17-ci ayə istisna (yaxud daxil) olmaqla bu
surənin bütövlükdə Məkkədə endirildiyi deyilir. Beləliklə,
bu ayələrin hicrətdən (622-ci ildən) əvvəl endirildiyi
321 | P a g e
məlumdur. Həqiqətən də, Quranda xəbər verildiyi kimi bir
neçə il sonra rumlar (bizanslılar) farslar (sasanilər) üzərində
qələbə çaldılar. Quranda illər əvvəl xəbər verilmiş bu tarixi
gerçəyi faktlar əsasında araşdıraq.
Tarixi məlumatlar nə deyir?
Burada iki universitetin internet səhifələrini qaynaq olaraq
verəcəyik. Beləcə, etibarlı mənbələrlə məsələni ələ almış
olacağıq və istəyən hər kəs mənbələri gözdən keçirə biləcək.

610-cu ildə Bizans imperatoru İrakli (610-641) taxta


çıxmışdır. Hökmdarlığının əvvəlində farslarla döyüşmüşdür
(613-628). Farslar 613-cü ildə Suriyaya girmiş və 614-cü
ildə Qüdsü işğal etmişdir. Daha sonra 616-cı ildə Misiri də
ələ keçirmişlər.
Bizansın əks hücumu isə 622-ci ildə olmuş və farsları
məğlubiyyətə uğratmışlar. Farslar vəziyyəti dəyişməyə
çalışsalar da, 627-ci ildə Ninova döyüşündə (Battle of
Nineveh) İrakli zəfər əldə etmiş və fars kralı II Xosrov
(Chosroes II) hakimiyyətdən devrilmişdir (628). Bu kral (II
Xosrov) peyğambərimizin (s.a.v) İslama dəvət məktubunu
hörmətsizliklə cırıb atan kraldır.
II Xosrovun ardından taxta keçən oğlu II Qubad (Kavadh II)
Bizanslıların lehinə sülh müqaviləsi imzalamışdır (628).
Beləcə, İrakli fars kralının qəyyumu (guardian) vəziyyətinə
gəlmişdir.

Fərqli bir mənbədən xronologiyaya təkrar baxaq:


-Heraclius/İrakli (610-641)
-613 Persians capture Damascus and Antioch (Farslar Şam
və Antakyanı ələ keçirir.)
-614 Persian Sack of Jerusalem (Farslar Qüdsü işğal edir.)
-618-19 * Persian Conquest of Egypt (Farslar Misiri
322 | P a g e
tuturlar.)
-622 * Heraclius launches counteroffensive vs. Persia (İrakli
farslara qarşı əks-hücuma başlayır.)
-627 * Battle of Nineveh: Destruction of Persian army
(Ninova Döyüşü; fars ordusunun məğlubiyyətə uğraması.)
-628 * Overthrow of Chosroes II, Heraclius imposes peace
on Persia (II Xosrovun devrilməsi. İraklinin farslara sülhü
qəbul etdirməsi.)

Qurana qarşı iddialara cavablar

Kəbə təhlükəsizdirmi ?

Dinə qarşı dinsizlər tərəfindən səsləndirilən iddialardan


biri budur ki, “Quranda Kəbənin təhlükəsiz yer olduğu
deyilir. Lakin tarixdən də məlumdur ki, Kəbə sel kimi təbii
fəlakətlərə məruz qalıb, elə isə Quranda səhv var.”

İddiaya cavab:

Həmin ayə Ali İmran surəsinin 97-ci ayəsidir. Bu ayədə


belə deyilir:
‫ۜ هّٰلِل‬
‫ت َم ِن‬ ِ ‫اس ِحجُّ ْالبَ ْي‬ِ َّ‫َات َمقَا ُم اِب ْٰر ۪هي ۚ َم َو َم ْن َدخَ لَهُ َكانَ ٰا ِمنًا َو ِ َعلَى الن‬ ٌ َ‫۪في ِه ٰاي‬
ٌ ‫ات بَيِّن‬
َ‫ع اِلَ ْي ِه َس ۪بياًل ۜ َو َم ْن َكفَ َر فَاِ َّن هّٰللا َ َغنِ ٌّي ع َِن ْال َعالَ ۪مين‬
Àَ ‫ا ْستَطَا‬
323 | P a g e
“Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora
daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır).”

Göründüyü kimi bu ayədə əmin-amanlıqdan,


təhlükəsizlikdən bəhs edilir, ancaq nə cür bir təhlükəsizlik
olduğu bildirilməyib. Belə olduqda bu ayədə əmin-amanlıq
(təhlükəsizlik) üçün istifadə olunan sözün digər ayələrdə
hansı məna bildirdiyinə baxmaq lazımdır. Əgər yoxdursa
lüğət mənasına baxılmalıdır.

Bu ayədə istifadə olunan söz ”aminen”dir. Bu söz Quranda


6 dəfə keçir. Buradakı təhlükəsizlik üçün istifadə olunan
”aminen” sözü ilə nəyin nəzərdə tutulduğunu anlamaq üçün
aşağıdakı ayələrə baxaq.

Fussilət Surəsi 40: ”Sözsüz ki, ayələrimizdən üz


döndərənlər Bizdən gizli qalmazlar. Onda oda atılan kimsə
yaxşıdır, yoxsa Qiyamət gününə TƏHLÜKƏSİZLİK (əmin-
amanlıq) içində gələn kimsə?…”

Bu ayədən təhlükəsizlik sözünün hansı mənada istifadə


edildiyini çox rahat şəkildə görmək olar. Burada bəhs olunan
fiziki bir təhlükəsizlik (əmin-amanlıq) deyil, axirət əmin-
amanlığıdır. Kəbəyə gedən Allah rızası üçün gedər və Allah
yolunda olan biri təhlükəsizlikdədir. Ölüm və ya hər hansı
bir fiziki zərər bu insana heç bir zərər verə bilməz.

Başqa bir ayəyə baxaq: Xatırla ki, bir zaman İbrahim belə
demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) ƏMİN-
AMANLIQ (təhlükəsizlik) yurdu et. Məni və oğullarımı
bütlərə tapınmaqdan uzaq elə!( İbrahim Surəsi 35.)

324 | P a g e
Bu ayədə isə təhlükəsizlik (əmin-amanlıq) ifadəsi ilə doğru
yolda olma nəzərdə tutulur. Hz. İbrahim Kəbə və ətrafını
axirətini qurtarmış olan (təhlükəsizlikdə olan) insanların
yurdu olmasını istəyir.

Digər tərəfdən klassik Ərəb dilində bu sözün ”qorxudan


qorunma” və ”şərdən qorunma” kimi mənaları var.
Gördüyünüz kimi bu söz bir neçə məna bildirir. Bu
mənalardan yalnız birinə baxaraq Quranda səhv var demək
çox böyük yanlışlıq olar.

“Qadınlar sizin tarlanızdır” ayəsini


necə  anlamalıyıq?

İslam düşmənlərinin ən çox vurğulamaqdan


xoşlandıqları ayə “Qadınlar sizin tarlanızdır. Onlara
dilədiyiniz şəkildə yaxınlaşın” ayəsidir (Bəqərə 223).

Onların iddiasına görə bu ayətdə qadın alçaldılır və bununla


kişilərin istədikləri şəkildə rəftar etmək haqqını ortalığa
qoyur.

Əslində bu tip iddialar daha çox məlumatsız insanların


şübhəyə düşürülməsi üçün Qurana qarşı atılmış böhtandır və
cavab verilməyi heç haqq etmir, çünki o qədər tutarsız və
mənasızdır ki. Tarla dedikdə, adətən ağla gələn ilk şey ruzi-
bərəkət mənbəyi sayılan torpaqdır. Bilmirəm bərəkətli,
325 | P a g e
məhsul verən torpaqdan üstün nə ola bilər? Ki qadınlar ona
bənzədilib. Torpaq həm də müqəddəslik və vətən, ana
rəmzlərini özündə daşıyır.

Tarlanın insan həyatında hələ hələ qədim dövr insanının


həyatında əkinçiliyin nə qədər önəmli olduğunu hamı bilir.
Toxum onu basdırılan tarla olmazsa heçbir faydası olmaz.
Ölkənin iqtisadiyyatının elə əkin biçinlə, torpaqla əlaqəli
olmasını düşünün bir. Quraqlıq dövrünün (indi su anbarları,
kanallar və s.kimi antropogen müdaxilələr o vaxtları axı yox
idi) qədim xalqların kabusunun olmasını bir düşünün.

Qadınların bərəkət verən tarlaya bənzədilməsinin hansı


mənfi, alçaldıcı tərəfləri var ki ? Oxuduğum fərqli ateist
məqalələrindən, insanların da bu mövzuya şərhlərindən buna
məntiqi cavab hələ ki qarşı tərəfdən rastlamamışam.
Günümüzün ən çox verilən və çox da normal olan sualı filan
pozanın İslamda halal vəya haram olması, cinsi
münasibətdəki qadağalar və s.dir. Hər bir evli insanı
maraqlandıracaq mövzuya Allah cavab verib ki, istədiyiniz
şəkildə yaxınlaşın. İstədiyiniz dedikdə niyə insanlar həmən
vəhşi və kobud birləşmə təsvir edirlər bunu da anlamaq
olmur demirəm, çünki insan nə cür düşünürsə ağlına da ilk o
gəlir.

Əslində qadının tarlaya bənzədilməsinin incə bir məqamı da


var, bu da İslamda yalnız təbii cinsəl münasibətin məqbul
olduğunun vurğulanmasıdır. Ayətdə toxum kişinin cinsəl
ifrazı ilə təsvir edilibsə (bu qədər incə və kibar təsviri
xəyalındakı çirkin fantaziyalara uyğun dəyişən insan mütləq
əxlaqdan sınıq insandır), qadın tarla kimi təsvir edilib.
Qadında toxumu qoyub, bəhrəsini görmək yalnız ön tərəfdən
326 | P a g e
edilən münasibətlə ola bilər. Allah da ayətdə buna vurğu
edir. Dilədiyiniz şəkildə yaxınlaşın dedikdə isə, rəvayətlərə
görə o dövrün insanlarında ələlxüsus yəhudilərdə belə bir
düşüncə var idi ki öndən olmaqla, arxadan birləşim uşaqların
çəpgöz doğulmasına gətirib çıxarır. Ayət isə belə bir qadağa
olunmadığını şərtin yalnız ön tərəf olması, birləşmənin isə
nə şəkildə arzu edərlərsə, o cür edilməsinə icazənin
olduğunu vurğulayır. Bəzən insanlar şəhvətin pis bir şey
olmasını düşünür, həmən bucür cinsi mövzularda beyinlərinə
neqativ fikirlər gəlir. Halbuki İslamda bunlar təbii, normal
şeylərdi sadəcə şərt halal çərçivədən edilməsidir.

Digər məqam isə ayətdən həmən sonra hər şeyin şəhvət


deyil, sonrasını düşünməyin İslamda daha üstün və dəyərli
olduğunun vurğulanmasıdır Allah tərəfindən. Özünüz üçün
qabaqcadan (yaxşı işlər) hazırlayın. Qadın kişi
münasibətlərində maksimum 20 dəqiqə civarında davam
edən intim münasibətin prioritet olmadığını, bundan
sonrasını düşünməyin və övlad kimi yaxşı bir hazırlıq
görülməsinin İslamda daha dəyərli və üstün tutulmasının
bundan o tərəfə hansı təsviri ola bilər ki ? Nə çoxdur plansız
və düşünülməmiş hamilə qalıb, övladlarını öldürən insanlar.
Ya da övlad dünyaya gətirib arxasını düşünməyən
valideynlər. Bir məqama da toxunmaq istərdik ayətdə
istədiyiniz şəkildə yaxınlaşın deyir, istədiyiniz vaxt demir.
Məsələn, hörmətli Ziya müəllimgilin tərcüməsində vaxt
yazılıb, amma bu qətiyyən yanlış tərcümədir. Zatən özünüz
baxsanız digər tərcümələrə hamısı istədiyiniz şəkildə deyir.
Bax bucür ayətdə ilişib qalan insanların beynindən də,
dürüstlüklərindən də şübhə edilər. Ayətin sonunda
vurğulandığı kimi : Möminləri müjdələ.

327 | P a g e
 
“Zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə
verincəyə qədər vuruşun” ayəsini necə
anlamalıyıq? (Tövbə  29)

Tövbə surəsi 29-cu ayədə deyilir:

“Kitab əhlindən Allaha və qiyamət gününə iman


gətirməyən, Allahın və Peyğəmbərinin haram
buyurduqlarının haram bilməyən və haqq dini (islamı) qəbul
etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə
verincəyə qədər vuruşun.” (Tövbə/29)

Əksər hallarda din düşmənləri bu ayəni əllərində bayraq


edərək guya İslamın əhli-kitab və digər qeyri-müsəlmanlara
qarşı zorakı və düşmən mövqedə olduğu fikrini təlqin
etməyə cəhd edirlər. Guya bu ayədə Allah Təala əhli-kitabı
zorla İslam dinini qəbul etdirməyə çalışır. Əlbəttə ki, bu cür
saxta anti-İslam təbliğatının heç bir ciddi əsası yoxdur.
Çünki Mümtəhinə surəsi 8-9-cu və Bəqərə 190-cı ayələrdə
Rəbbimiz müsəlmanlara qarşı düşmənçilik etməyən qeyri-
müsəlmanlarla necə rəftar etmək lazım olduğu barəsində
belə buyurur:

(60 – MUMTEHİNE) 8 / ‫ –الممتحنة‬Allah din yolunda


sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan
kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi
sizə qadağan etməz. Allah ədalətli olanları sevər!

328 | P a g e
(60 – MUMTEHİNE) 9 / ‫ –الممتحنة‬Allah sizə ancaq sizinlə
din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və
çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan
edər. Onlarla dostluq edənlər əsl zalımlardır!
(2 – BAKARA) 190 / ‫( –البقرة‬Ey mö’minlər!) Sizinlə
vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən
kənara çıxmayın. Allah həddi aşanları sevməz!
Göründüyü kimi bu ayələrdə İslamda savaş anlayışı açıq
şəkildə ortaya qoyulmuşdur. Buna görə kim olursa olsun,
savaşmaq istəyənlərə qarşı savaşmaq, sülh istəyənlərlə
barışmaq əsas şərtdir.

Tövbə 29-cu ayənin izahına keçməzdən öncə onu da


vurğulamaq lazımdır ki, Qurandakı əksər ayələrin mənasının
doğru anlaşılması üçün onların vahid konteksdən çıxarılaraq
tək-tək ələ alınması yanlış metoddur. Adətən, xəbis İslam
düşmənləri bu taktikadan tez-tez istifadə etdikləri üçün
ayələrin mənasını öz istədikləri şəkildə yozaraq və təhrif
edərək bu sahədə məlumatsız insanları çaşdırmağa çalışırlar.
Təəssüf ki, bəzən buna nail olurlar.

Əvvəla, hər müsəlmanın bilməli olduğu vacib xüsusiyyət


odur ki, Quranın düzgün anlaşılması üçün təməl prinsip
ayələrin bir-birilə əlaqəli şəkildə, kontekst daxilində və
bütöv halda oxunulmasıdır. Çünki sadəcə bir tək ayəyə
baxaraq ortaya hər hansı iddia atmaq çox vaxt
yanlış anlaşılmaya və məna pozulmasına yol aça bilər. Ayə
və hədislərin incəliklərini, nüzul və vürud (ortaya çıxma)
səbəblərini, ayənin endiyi dövrə aid  tarixi gerçəkliyi
bilmədən, İslamın təməl məqsədinə vaqif olmadan Quran
ayələri haqqında bir hökm çıxarmaq heç də asan məsələ
deyil.
329 | P a g e
Bütün bu deyilənləri nəzərə alaraq Tövbə surəsi 29-cu
ayənin izahına keçək. Qeyd edilən ayənin hicrətin 9-cu
ilində (miladi 630) nazil olduğu faktını göz önünə
aldığımızda bu ilahi mesajın müharibə dövrünə aid olduğunu
anlamaq olar. Həqiqətən də bu ayənin nazil olduğu tarixi
dönəmə diqqətlə nəzər saldığımızda həmin vaxt Bizans
imperiyasının hakimiyyəti altında olan Suriya bölgəsində və
bu yol üzərində yerləşən istər yəhudi, istərsə xristian
topluluqlar ilə müsəlmanlar arasında hicri 5-6-cı ilindən bəri
davam edən gərginliklər və hüquqi baxımından düşmən
siyasi münasibətlərin mövcudluğunu görürük.

Hicrətin 9-cu ili İslam dininin Ərəbistan yarımadasında


bütün əzəməti ilə yayıldığı ildir. Bir tərəfdən dalğa-dalğa
insanlar Mədinəyə gələrək Rəsuli Əkrəmə İslamiyyət
üzərinə biət edir, digər tərəfdən müsəlman olmuş qəbilələrin
dini və inzibati işlərini tənzim etmək məqsədiylə ətrafa
məmurlar və valilər göndərilirdi. Xülasə, Əsri-Səadətdə
İslam dini hicri 9-cu ildə ən parıltılı və ehtişamlı dövrünü
yaşayırdı.

Ancaq, parlayan bu İslam günəşinin ağırlığını çəkə


bilməyən dövlətlər də var idi. Onlardan biri zamanın ən
güclü dövlətlərindən biri olan Bizans idi. O vaxtkı Bizans
qeysəri Herakl ətrafdakı xristian ərəblərdən gördüyü təhrik
nəticəsində İslamı və onu qəbul edənləri aradan qaldırmaq
məqsədilə böyük bir ordu hazırlayırdı. Bu məqsədlə Lahm,
Amilə, Qassan və s. qəbilələr də Herakliusun bu ordusuna
qatılacaqlardı.

Eyni zamanda əhli-kitabdan olan Bəni Nadir və Bəni


Qureyzə yəhudiləri müsəlmanlara qarşı Məkkə
330 | P a g e
müşrikləriylə gizli iş birliyinə girmiş və müsəlmanlarla olan
sülh razılaşmasına namərdcəsinə xəyanət etmişdilər. Bu hal
Tövbə 29-cu ayədən sonra gələn hissədə, xüsusilə Tövbə 32-
ci ayədə həm yəhudi, həm də xristianların İslama qarşı mənfi
münasibət bəsləmələri və İslamı aradan qaldırmaq niyətilə
ciddi bir fəaliyyətdə olmalarının bildirilməsi ilə təsbit
edilmişdir:

(9 – TEVBE) 32 / ‫ –التوبة‬Onlar Allahın nurunu (dəlillərini,


islam dinini, Qur’anı) ağızları (batil sözləri) ilə söndürmək
istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz
nurunu (dinini) tamamlamaq istər.
Yuxarıda da göstərdiyimiz kimi Tövbə  surəsinin 29-cu
ayəsindəki ifadələr savaş dövrünə aid bir əmrdir. Bu ayənin
Hz. Peyğəmbərə (s.a.v) Bizanslılarla savaşmasını əmr etmə
ərəfəsində nazil olduğu və bu ayənin enməsindən sonra
müsəlmanların Təbuq səfərinə çıxdığı söylənmiş olub bu
görüş Mücâhid’dən rəvayət edilmiştir. (Bedreddin Çetiner,
Esbab-ı Nüzul, Çağrı Yayınları: 1/446)

Həmin vaxt Məkkənin fəthindən sonra Bizanslılar,


həmçinin Şam bölgəsində yaşayan və onların himayəsindəki
xristian Qassanilər müsəlmanlara hücum etmək üçün planlar
cızmış və böyük ordu hazırlamışdılar. Belə ki, xristian
ərəblər Bizans kralı Herakla yazdıqları məktubda: “O
peyğəmbərlik iddiası ilə ortaya çıxmış  adam var  ha, həmin
adam öldü və yoldaşları da qıtlıqdan qırılır. Mal və
mülklərindən əsər-əlamət qalmadı! Əgər onları da öz dininə
daxil etmək fikrin varsa, bu işin əsl vaxtıdır!” – deyir, onu
müsəlmanlara qarşı mübarizəyə təşviq edirdilər.

331 | P a g e
Bu arada Lahm, Cüzam, Amilə və Qassan kimi qəbilələr də
baş qaldırmış, Bizansın gələcəyi təqdirdə onunla birgə
hərəkət etməyə söz vermişdilər. Digər tərəfdən Allah
Rəsulunun elçisini öldürüb Mutədə qarşısına çıxan Qassan
məliki  Şurahbil ibn Amr Mədinəyə hücum etmək üçün
fürsət axtarırdı!

Görünür, ortada ümumi bir ssenari vardı. Belə ki, bu yandan


da yəhudilər Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlib: – Ya
Əbal Qasım, – deyirlər, – əgər söylədiklərin doğrudursa,
onda Şam tərəfə get. Çünki oralar peyğəmbərlər diyarıdır!
[“İsra” surəsinin 76-cı ayəsinin bu fəaliyyətlər barədə nazil
oması haqqında fikirlər var. Bax: Taberî, el-Câmiu’l-Beyân,
15/132; Vâhidî, Esbâbu Nüzûli’l-Kur’ân, 1/197; Süheylî,
Ravdu’l-Unf, 4/293 və b.]

Zaman seçimi baxımından bunların hamısı başa düşüləndir.


İslama kin-küdurət bəsləyən əhli-kitab mənsubları özləri
bacarmadıqları üçün o dövrün ən güclü dövlətlərdən biri
olan Bizansı hərəkətə gətirmək istəmiş və iştirak etmədən
uzaqdan tamaşa ilə məqsədə çatmaq üçün planlarını
qurmuşdular. Hadislərin qarşısını ala bilməyən düşmənlər bu
son vasitəyə əl atmışdılar.

Bu ərəfədə Şam tərəfdən Mədinəyə gələn bəzi tacirlər


Bizansın öncül qüvvələrinin Bəlkaya (İordaniyada bölgə)
çatması barədə xəbər gətirmişdilər. Bir cəhətdən bu, onsuz
da gözlənilən bir sonluq idi, çünki Bizans o dövrdə dünyaya
hökm edən iki dövlətdən biri idi və bu gün olmasa da, sabah
mütləq qarşı-qarşıya gələcəkdilər. Çünki İslam yalnız öz
ayaqları, öz bünyəsi üzərində inkişaf edirdi və bunu görən

332 | P a g e
“aktyorlar” bu qədər müstəqil bir inkişafı elə asanlıqla həzm
etmirdilər.

Burdan anlaşıldığı üzrə Tövbə 29-cu ayənin nüzul olma


səbəbi yəhudilər, xristian ərəblər və Bizans dövlətinin
Ərəbistan yarımadasında yenicə güclənməkdə olan İslama
qarşı savaş açmaq və fitnə-fəsad çıxarmaq niyəti
ilə əlaqəlidir. Bu səbəbdən də Allah Təala həmin ayədə
“zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər
onlarla vuruşun” deyə müsəlmanlara əmr etməkdədir. Belə
bir vəziyyətdə həmin ayənin enməsindən sonra Allah Rəsulu
(s.a.v) müsəlmanlara döyüşə hazırlıq əmrini vermiş və
miladi 630-cu ildə Təbuq səfəri gerçəkləşmişdir.

 
Yer və göylər 6 yoxsa 8 gündə  yaradıldı?

İddia: 

Quranda Yerin və göyün yaranması bəzi ayələrdə altı gün,


bəzilərində isə səkkiz gün deyə keçir. Bu ayələr arasında
ziddiyətin olduğunu göstərir. 
Məlum ayələr:  

Rəbbiniz, göyləri və yeri altı gündə yaradandır. (Ə’raf 54)

O, göyləri və yeri altı gündə yaradandır. (Hud 7)

Rəbbiniz, göyləri və yeri altı gündə yaradandır. (Yunus 3)


333 | P a g e
Bu ayələrdə isə guya 8 gündə yaradıldığı deyilir: 

(Ya Peyğəmbər!) De: “Doğrudanmı siz yeri iki gündə


yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O ki,
aləmlərin Rəbbidir!

O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli


etdi və (Allahdan ruzi) istəyənlər üçün bərabər olaraq orada
yer əhlinin ruzisini dörd gündə (mövsümdə) müəyyən etdi.
(Yaxud yerin və yer üzündə olanların neçə gün ərzində
yaradıldığını soruşanlar bilsinlər ki, Allah onların hamısını
birlikdə dörd gündə xəlq etdi).

Sonra Allah tüstü (duman, yerdən qalxan buxar) halında


olan göyə üz tutdu (göyü yaratmaq qərarına gəldi). Ona
(göyə) və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!”
Onlar da: “İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda
gəldik!” – deyə cavab verdilər.

Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə


əmələ gətirdi. (Beləliklə, iki gün ərzində yer, sonra iki gün
ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində göylər
xəlq edildi. Kainatın yaradılması altı gün ərzində başa çatdı).
O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı
göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və
(onu şeytanlardan, hər cür bəladan) hifz etdik. Bu, yenilməz
qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli
hökmü, qanunudur)!”(Fussilət 9,10,11,12)

CAVAB: 

334 | P a g e
Burada ayələr arasında ateistlərin iddia etdiyi kimi heç bir
ziddiyət yoxdur. “Qurani Kərimdə ziddiyət var” demək
əslində boş bir iddiadan başqa bir şey deyil ! Diqqətlə fikir
versəniz Fussilət surəsi 9-12 ci ayələrdə ateistlərin iddia
etdiyi kimi 8 gün deyil, 6 gün keçir. YER VƏ ÜZƏRINDƏ
OLANLARLA BIRLIKDƏ DÖRD GÜNDƏ
TAMAMLANDI. Göylər də iki gündə cəmi altı gün edir.
Bütün ayələrdə 6 gün keçir. Fussilət surəsində də həmçinin 6
günə yarandığı qeyd edilib . Bunun ikisi yer, ikisi yerin
üzərində olanlar, iki gündə də göylər. Hamısı birlikdə altı
gün edir.

Məsələn:

Bakıdan Beyləqana 10 saata, Gəncəyə də 14 saata getdim


dedikdə, Beyləqan- Gəncə arası məsafənin 14 saat olduğunu
demək heç bir ağıla məntiqə sığmaz. Beyləqan Gəncə arası
məsafə burada 14 -10 = 4 saat olduğu gün kimi aydındı.
Ateistlərin iddia etdiyi kimi fikirləşsək əgər Bakı Beyləqan
arası 10 saat , Beyləqan -Gəncə arası 14 saat olsa , Bakı
-Gəncə arası məsafə cəmi 24 saat olar bu da ki ,ciddi bir
səhvdi. Çünki Bakı ilə Beyləqan arası 10 saat , Beyləqan ilə
də Gəncə arası isə 4 saatdı.  

Eyni Fussilət surəsindəki məlum ayələrdə də vəziyyət


belədi. İki gündə yeri, iki gündə yer yer üzərində olanlar
(qidaları və s.) cəmi dörd gün edir,iki gün də göylər. Cəmi 6
gün. İddia edilən 8 gün hardan çıxdı bəs?  

Necəki əsrlər öncə yaşamış Təfsir alimi Beydavi də belə


açıqlayır:

335 | P a g e
Orada [yer üzündə hər məxluqatın] qidalarını [iki gün yerin
yaradılışı ilə birgə cəmi] dörd gündə yaratdı.

Quranın Elmaili Hamdi Yazır təfsirində Fussilət surəsi 10-


cu ayənin təfsiri:

“10- Hem onda üstünden baskılar yaptı; dağlar, yeryüzünün


kabuğunu tabanına çiviler gibi kazıklar. Bu “vav”,
istinafiyedir, fiiline atıf değildir, çünkü fasıl vardır. Ve onda
bereketler meydana getirdi. Yeryüzünde hayır ve hayrata
elverişli şeyler, sular madenler, doğma ve gelişme
kuvvetleriyle bitkiler ve hayvanlar gibi feyz ve bereket
kaynaklarını yetiştirdi. Ve onda azıklarını da takdir buyurdu,
yani bitkilerin ve hayvanların yaşamak için muhtaç oldukları
yağmur ve diğer hasılatı da miktar ve sayılarıyla tayin
buyurup yeryüzünde biçimine koydu. Dört gün içinde, yani
bütün bunları dört gün içinde yaptı. Yahut dört gün içinde
olarak yaptı. Önceki “iki”de içinde dahil olmak üzere, “dört”
ki, bunda da gösterdiğimiz şekilde öbürleri gibi iki mânâ
vardır. Birisi, madenlerin ve dağların yaratılması nöbeti, biri
de bitkilerin ve hayvanların yaratılması nöbeti ki iki önceki
ile dört olur. Birisi de dan hal olmasıdır ki, dört mevsimi
göstermiş olur, bu şekilde önceki iki burada dahil olmuş
bulunur. Benim aciz anlayışıma göre burada bu mânâ,
öbüründen daha ön plânda, ifadenin akışına daha uygundur.
Çünkü yeryüzünün bereketleri ve rızıkları her sene bu dört
mevsim içinde yetişir. Sayısı ve miktarı ile biçimini bunlar
içinde alır, bu sebepten dolayı nin, ve fiillerine bağlanması
dahi aynı mânâyı ifade edebilir. Ve bu mânâca şu kayıt da
açık olur. Bütün araştıranlar için eşit olmak üzere dört gün,
çünkü her yerde rızık isteyenlerin hepsinin rızkı bu dört
mevsim içinde yetişir, rızıklar eşit olmazsa da günler eşittir.
336 | P a g e
Dört mevsim hepsi için dörttür. Burada ye müteallık (bağlı)
olmaması ve meseleyi soranlar mânâsına olması da
düşünülebilir.”

“Cinləri və insanları yalnız mənə ibadət


etsinlər deyə yaratdım” ayəsinin  izahı

Möhtərəm müsəlmanlar! Uca Rəbbimiz belə


buyurur:“Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər
deyə yaratdım” (Zariyat,56) 

Demək ki, cinlər kimi bizlər də yalnız ibadət etmək üçün


yaradılmışıq. Bəs ibadət sadəcə namaz, oruc, həcc, zəkat və
sairdənmi ibarətdir. Xeyir. İbadət sözü geniş mənadadır.
Məsələn: Doğru söyləmək, əmanəti əhlinə təslim etmək, ata-
anaya yaxşılıq etmək, qohum əqrabanı, dost tanışları ziyarət
etmək, müqaviləni pozmamaq, yaxşılığı əmr etmək və
pisliklərdən çəkindirmək, qonşuya, yetimə, kasıba yaxşılıq
etmək ibadətdir. Dua, zikr, Quran oxumaq ibadətdir. Allah
və Rəsulunu sevmək, Allaha tövbə etmək ibadətdir. Allahın
hökmlərinə, qədərə səbr etmək, nemətlərinə şükr etmək,
bağışlamasını ümid etmək və əzabından qorxmaq, bütün
bunların hamısı ibadətdir. 

Uzun tarixlər boyunca müsəlmanların başına gələnlər və bu


gün bizim başımızda olan bir çox müsibət, sadəcə ibadət
337 | P a g e
anlayışındakı azma səbəbinə görədir. Çünki bir çoxusu
ibadətin sadəcə namaz, oruc, həcc, zəkat kimi şeylərdən
ibarət olduğunu fikirləşir. Ona görə də ibadət edərkən, başqa
saleh əməlləri tərk edər. Saleh bir əməl edərkən də ibadəti
tərk edər. Belələri bəzən “özəl həyatımıza, qadının geyiminə,
faizlə alış-verişə din niyə qarışmalıdır ki?” deyər. İslamın
bütün bəşəriyyətə Allah tərəfindən göndərilmiş bir həyat
tərzi olduğunu unudar və dini sadəcə məscidin divarları
arasında olduğunu zənn edər. Buna görə də, namaz qılan,
oruc tutan və Quran oxuyan bir müsəlmanın saxtakarlıq
etməkdən, faizlə alverdən və ya zülm etməkdən uzaq
durmadığını, namaz qılan, oruc tutan bir çox kişi və qadının
şəriətə müxalifət etdiyinin də şahidi oluruq. 

Əziz Müsəlmanlar! Yaşamaq üçün lazım olan əməllər, saleh


niyyətlə böyüyür və ibadət oluncaya qədər yüksəlir. Eyni
şəkildə mübahlar da əməl dəftərinə ibadət olaraq yazılır.
Əkinçi tarlasında, fəhlə fabrikində, tacir dükanında, məmur
iş yerində, həkim xəstəxanada, müəllim məktəbdə və ya hər
hansı bir işin sahibi öz işini, ibadət halına gətirə bilər. Əgər
iş ibadət olarsa, o zaman əkinçi də, fəhlə də, tacir də və ya
hər hansı bir iş sahibi işinə məsuliyyətlə yanaşar, xəyanət
etməz. Bu zaman həm də keyfiyyətli iş və xalqa xidmət
ortaya çıxmış olar. Usta “Əşi bas getsin, onsuz da öz evimiz
və ya maşınımız, qapı-pəncərəmiz, telefonomuz deyil ki”
deməz! Müəllim dərsinə gecikməz, dərsə zəngdən neçə
dəqiqə sonra girib, dərsdən də zəngdən neçə dəqiqə əvvəl
çıxmaz. Dərsdə şagirdlərə və ya tələbələrə faydalı olmağa
çalışar, onların qızıl kimi vaxtını lağ-lağa ilə israf etməz.
Yoxsa aldıqları maaşın bir hissəsi haram olar və axirətdə
hesaba çəkilərlər. İçimizdə belələri varsa qazanclarının bir
hissəsini sədəqə versinlər ki, haram yemiş olmasınlar. 
338 | P a g e
Bu ibadətin geniş mənasıdır. Bu cür saleh niyyət müsəlmanı
xeyir və rəhmət, fayda və bərəkət fışqıran bir bulaq halına
gətirər. Müsəlmanın Allaha ibadət, xalqa və millətə xidmət
üçün əzmini artırar. Gözü yaşlı olanların gözünü silər,
sıxıntıda olanın sıxıntısını azaldar, fəlakətə düçar olanın
yarasını sarıyar, ac olanın qarnını doydurar, zülmə məruz
qalanı müdafiə edər, üzr istəyənin xətasını əfv edər, ağır bir
borc altında olanın borcunu ödəyər, yolunu azana yol
göstərər, bilməyənə öyrədər, yoldan əziyyət verən şeyləri
qaldırar, daima insanlara yaxşılığı əmr edər və pisliklərdən
çəkindirər və o bunların hamısını ibadət duyğusu içində,
Rəbbinin razılığını, cənnətini qazanmaq üçün edər. 

Əziz Möminlər! Hər gün ümmətin, xalqın, millətin binasına


sağlam bir kərpic qoya bilərsiniz. İbadət və yaxşılıq
xananıza sizə adi və tərəzidə yüngül görünən, amma, axirət
tərəzisində ağırlığı və dəyəri olan əməllər əlavə edə
bilərsiniz. Allah Rəsulu s.a.v: “Sizə orucun, namazın və
sədəqənin dərəcəsindən daha üstün bir əməl bildirimmi?
demiş, səhabələr də bəli ey Allahın Rəsulu demişdilər. Allah
Rəsulu “İki adamın arasını düzəltməkdir. İki adamın arasını
vurmaq isə (dini) kökündən qazıyar” buyururmuşdur. (Əbu
Davud)

Başqa bir hədisdə: “Kim Allah üçün bir xəstəni və ya


qardaşını ziyarət edərsə, bir carçı ona belə sözləyər: Sən də,
yürüyüşün də qəbul oldu və cənnətdə özünə bir yer
hazırladın”(Tirmizi). 

Muslim səhihində Əbu Hureyrə (r.a) Allah Rəsulunun belə


dediyini rivayət etmişdir. “Bir adam yolda gedərkən tikanlı

339 | P a g e
bir budaq gördü və onu alıb yoldan kənara atdı. Etdiyinin
əvəzi olaraq Allah onu bağışladı” 

Ey Müsəlmanlar! Allahdan haqqı ilə qorxun. İbadəti pozan


və savabını yox edən şeylərdən çəkinin. Bunlardan birisi də
Allaha şirk qoşmaqdır. Riya və göstərişdir. Rabbimiz belə
buyurur: “Əgər onlar Allaha şirk qoşsaydılar, etdikləri
əməlləri boşa gedərdi”. (Muslim)

İnsanlara zülm etmək, canlarına, mallarına, və namuslarına


təcavüz etmək də, savabları boşa çıxaran əməllərdəndir. 4
şahid olmadığı halda bir adama zinakar demək də belədir.
Uca Allah Kitabında bir kəsə zinakar demək üçün 4 şahidin
gətirilməsini istəyir. Kamerada görmək, kimlərinsə deməsi,
onları yan-yana çılpaq yatdıqlarını görmək belə keçərli
deyildir. 4 şahidin dördünün də eyni anda, hadisəni gözləri
ilə görmələri şərtdir. Uca Allah bunu belə çətin şərtlərə
bağlamışdır ki, möminlər görmədikləri bir şeyi ətrafa
yaymasınlar. Allah şübhəsiz bunun hesabını axirətdə mütləq
soruşqcaqdır. Çünki, Quranda heç bir hökm boş-boşuna
endirilməmişdir.Bir kəsə zinakar deyib 4 şahid gətirə
bilməyənlərin cəzasını Uca Allah belə bildirir: “İsmətli
qadınlara zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək)
dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və
onların şahidliyini heç vaxt (əbədiyyən) qəbul etməyin.
Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir.
Bundan sonra tövbə edib özlərini islah edənlər istisnadır.
Çünki Allah (tövbə edənləri) bağışlayandır, rəhmlidir! (Nur,
3-4)

Rasulullah s.a.v belə buyurmuşdur: “Ümmətimdən iflas


edən kimsə odur ki, qiyamət günündə namazla, orucla,
340 | P a g e
zəkatla gələcək. Haqsız yerə birinə söymüş, birinə iftira
etmiş, birinin haqqını yemiş, birinin qanını tökmüş, bir
digərini isə döymüşdür. Bu adamın savablarından alınıb
onlara verilir. Savabları qurtarar, ancaq yenə üzərində haqlar
qalarsa, onların günahlarından alınıb buna yüklənir. Sonra da
cəhənnəmə atılır”(Muslim) 

Başqa bir hədisdə “İnsan, heç bir problem görməyərək


Allahı qəzəbləndirən bir söz söyləyər və bu söz səbəbi ilə
cəhənnəm atəşində 70 illik bir məsafəyə aşağı enər”(İbn
Macə)

İbadəti pozan və savabını yox edən şeylərdən birisi də Uca


Allahın yerinə höküm verməkdir. Allah Rasulu belə
buyurmuşdur: “Bir adam belə deyər: Allaha and olsun ki,
Allah flankəsi bağışlamaz. Allah t. belə buyurar: Flankəsi
bağışlamayacağam deyə mənim adıma and içən kimdir?
Şübhəsiz mən flanı bağışladım və sənin əməlini boşa
çıxardım” deyər.(Muslim) 
Ey Möminlər! Bütün bədən üzvlərinizlə Allaha qulluq edin.
Allah üçün baxın, Allah üçün qulaq asın. Dilinizi daim
zikirlə və Allahın sevdiyi gözəl sözlərlə məşğul edin. Yalan
şahidlikdən, başqasını ayıblamaqdan və qeybətdən uzaq
durun. Yaxşılığı əmr etmək, pisliklərdən çəkindirmək və
insanların arasını barışdırmaq kimi gözəl əməllər edin.
Əllərinizi və ayaqlarınızı Allahın razılığını qazandıracaq
işlərdə istifadə edin. Çünki Yasin surəsində Uca Allah
buyurmuşdur ki, “Onların elədiklərinə ayaqları şahidçilik
edəcək” (Yasin 65) Ayaqlarınızla, cümə və camaat
namazına, halal ruzi qazanma dalınca gedin. Qiyamətdə
ayaqlarınız məscidə namaz üçün getdiyinizə və digər saleh
əməllər üçün yeridiyinizə şəhadət versin. Günah iş üçün
341 | P a g e
yürüyən ayağınızı sındırın və bu ayəni tez-tez təkrarlayın
De:”Mənim namazım da, ibadətim də, həyatım və ölümüm
də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki
yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk
müsəlmanam!” 

Şirin sulu dənizdə mərcan və mirvari olarmı? 

Ateistlər Qurana tənə etmək üçün Qurandakı bəzi


ayələrə toxunurlar. Həmin ayələrin reallıqla uyğun
gəlmədiyini iddia edirlər. Misal üçün ər-Rahmən surəsində
(19-22) deyilir:”O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə
qovuşdurdu. Onların arasında maneə vardır, onu keçə
bilməzlər. Elə isə Rəbbinizin hansı nemətlərini yalan
sayırsınız? Onlardan mirvari və mərcan çıxır.”

Fatir surəsində isə (12) buyurur:

“İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və


içməyə rahat (boğazdan rahat keçən), digərininki isə
həddindən artıq şor və acıdır. Onların hər birindən təzə ət
(balıq) yeyir, taxdığınız (inci və mərcan kimi) bəzəklər
çıxardırsınız.”

Əsrlər boyunca İslama tənə edən xristianlar, orientalistlər və


ya ateistlər bu ayələri göstərərək deyərdilər ki, bu xətadır.
Çünki mirvari yalnız suyu duzlu olan dənizlərdən çıxarılır.
Müsəlman alimlər də bu etirazlara əsrlər boyunca müxtəlif
cavablar verirdilər. Bu cavablardan biri də bu olub ki,
342 | P a g e
mirvarilərin dəniz sularından çıxarılması heç də şirin sularda
onların olmamasına anlamına gəlməz. Həqiqətən də müasir
zamanımızda təbiət üzərində aparılmış dərin araşdırmalar bu
iddiaların hamısını çürütdü.

1. İlk öncə mirvarilər haqqında söz açaq. Mirvarilər əsasən


dənizdən çıxarılır. Lakin mirvarilər şirin sulardan da çıxır.
Əslində bu, yeni bir kəşf deyildir. Lakin müasir
zamanımızda bu məlumatlar daha geniş yayılıb. Əslində isə
hələ Çində qədim zamanlardan çaylardan və bəzi göllərdən
mirvarilər əldə edərdilər. Şirin su mirvari molyuskalarının
növləri çoxdur, lakin ən məşhuru elm aləmində
“Margaritifera margaritifera” adlanır.
(https://en.wikipedia.org/wiki/Freshwater_pearl
_mussel) Bu gün dünyada satılan şirin su mirvarilərinin
demək olar ki, hamısı insan əməyi ilə becərilən
molyuskalardan əldə edilir. Ən çox istifadə olunan molyuska
isə Hyriopsis schlegeli adlanır. Dünyada ən çox bu cür
mirvari toplayıb satan ölkə Çindir. Üstəlik şirin su
molyuskalarının dəniz molyuskalarından fərqi ondadır ki,
şirin suda olanlar içində eyni zamanda ondan çox mirvari
formalaşdıra bilir, dəniz molyuskaları isə çox zaman yalnız
birini formalaşdırır, ona görə də şirin su mirvariləri daha
ucuzdur.
2. Mərcana gəldikdə isə buradakı yalnış anlayış daha çox
tərcümədən ortaya çıxır. Çünki tərcümə etdikdə ərəbcə
“mərcan” sözünü ingilislərin “coral” (koral) adlandırdıqları
dəniz heyvanı olaraq tərcümə edirlər. Məlumdur ki, “coral”
yalnız duzlu və isti sularda yaşaya bilir, ona görə də şübhəsiz
ki, şirin sularda koral ola bilməz. Lakin ərəblərin dilindəki
“mərcan” sözü sadəcə “koral” üçün işlədilmir. Mərcan sözü
343 | P a g e
su altında yaşayan və daşlaşan, skeletləşən bitkilərin
hamısına verilən addır. Ona görə də “briozoylar” da
(https://en.wikipedia.org/wiki/Bryozoa) ərəb
dilində “mərcəniyyət” sinfinə daxildir. Çünki həm korallar,
həm də briozoylar daşlaşaraq elə bir struktur əmələ gətirirlər
ki, marinbioloqu olmayan kəslərin onları bir-birindən ayırd
etməsi çətindir. Briozoylar isə həm dəniz sularında, həm də
şirin sularda olur. Briozoylarların fossillərindən də dəyərli
daş-qaş düzəldirlər.
(http://jckmarketplace.jckonline.com/en/Exhibi
tors/468129/Elisa-
Ilana/Products/732186/Highborn-White-
Topaz-and-Bryozoan-Coral-Earrings)
3. Ateistlər daha bir şübhə gətirirlər. Onlar deyirlər ki, “şirin
sulu dəniz” necə ola bilər? Ərəb dilində ayədə keçən “bəhr”
sözü bizim dilimizə “dəniz” olaraq tərcümə olunur. Bəli,
azərbaycan dilində bu, qəribə səslənə bilər, çünki şirin sulu
olana biz göl və ya çay deyirik, eləcə də ingilislər şirin sulu
olanlara “lake” və ya “river” deyirlər. Lakin ərəb dilində
gölə də “bəhr” demək qəribə deyildir. Bu gün belə göllərə
“buheyr” deyilir, yəni hərfi mənada “kiçik dəniz” deyilir.

Üstəlik ərəb dilində “təğlib” üslubu vardır. Yəni iki eyni


cinsdən olan şeyi yalnız birinin adı ilə cür formasında
çağırmaq olar. Misal üçün ərəblər “qaməran” dedikdə hərfi
mənada “iki ay” başa düşülür. Lakin məlumdur ki, ay birdir,
iki dənə ay yoxdur. Lakin ərəblərin qəsdi ay və günəşdir.
Ərəblərdə bu cür dil üslubu qədimdən bəri bilinən bir şey
olub.

344 | P a g e
İstənilən halda bu ayələrdə reallığa və elmi həqiqətlərə zidd
heç bir şey yoxdur. Əksinə düşünən beyin özü-özünə sual
verməlidir ki, yeddinci əsrdə səhranın ortasındakı şəhərdə
doğulmuş və orada böyümüş ərəb necə bildi ki, mirvarilər
yalnız dənizlərdə deyil, həm də şirin sularda olur?
Gəmilərin küləklə hərəkət etməsi sualı
(Şura  32-33)

İslam dinini hər imkan düşdükdə tənqid etməyə


çalışanlar, Quranda xətalar tapmağa can-fəşanlıq edənlər
Şura surəsindəki bu ayələri misal gətirirlər.
“Dənizdə dağlar kimi üzənlər də Onun dəlillərindəndir. Əgər
(Allah) istəsə, küləyi sakitləşdirər, onlar da (suyun) üzündə
hərəkətsiz qalarlar. Həqiqətən, bunda səbrli olan və şükür
edən hər bir kəs üçün ibrətlər vardır.” (əş-Şura, 32-33)

Bu ayələri bizə göstərərək deyirlər ki, bu onu göstərir ki, bu


sözləri yazan gələcəkdə gəmilərin buxarla və ya dizel ilə və
ya atom enerjisi ilə işləyəcəyini bilmirdi. Bu isə – onların
iddiasına görə – Quranın ilahi bir vəhy olmadığını sübut
edir.

Biz bu iddialara cavab vermək üçün ayə ilə bağlı bəzi


nöqtələrə oxucuların diqqətini çəkmək istəyirəm. Bu
nöqtələri anlamadan ayədəki ilahi muradı anlamaq mümkün
deyildir.

1. Ayədə ümumiyyətlə gəmi sözü zikr olunmur, lakin


ayədəki “cəvari” sözü hərfi mənada “üzənlər” və ya
345 | P a g e
“süzənlər” və ya “axıb gedənlər” mənasını verir. Lakin
ayədəki vəsf bunu hər cür gəmiyə aid etməyə imkan vermir.
Çünki bu “üzənlər” dağlara bənzədilmişdir. Deməli burada
qəsd olunan həm həcminə görə, həm də formasına görə
dağlara bənzəyən gəmilərdir. Özünüz düşünün ki, formasına
və həcminə görə dağlara bənzəyən gəmilər hansı gəmilər ola
bilər? Əlbəttə ki, bu, iri həcmli yelkənli gəmilərdir. Çünki üç
bucaq formasını xatırladan dağlara ən çox bənzəyənlər
yelkənli gəmilərdir. Beləliklə də aydın olur ki, burada murad
xüsusilə yelkənli gəmilərdir.

2. O dövrdə də avarla hərəkət edən gəmilər olub. Hələ


qədimdən bəri iki mərtəbənin alt mərtəbəsində yerləşən avar
çəkənlərin vasitəsi ilə suda hərəkət edən gəmilər məlum idi.
Bu, həm Qərbdə, həm də Şərqdə geniş şəkildə işlədilən gəmi
növü idi, ərəblər də bunu çox gözəl bilirdilər. Ona görə də
ayədəki məqsəd bütün gəmilərin külək ilə hərəkət etdiyini
məlumatlandırmaq deyildir. Əgər elə olsaydı hələ o zaman
belə etiraz edənlər “avarla hərəkət edən gəmiləri” göstərib
ayəyə etiraz edərdilər. Lakin əsrlər keçməsinə baxmayaraq
belə bir etiraz edilməyib, çünki ayənin bununla əlaqəsinin
olduğunu başa düşürdülər.

3. Ayədəki məqsədi anladıqdan sonra səmimi insan başa


düşür ki, burada gələcəyi bilməmək ehtimalını qarşıya atmaq
düşüncəsizlikdir. Ayədə Allah insanlara qüdrətinin
böyüklüyünü və insanlara verdiyi nemətlərə işarə edir.
Ayədə külək ilə hərəkət edən gəmilər sadəcə bir misaldır.
Təsəvvür edin ki, mən bir kəsə Allahın nemətini başa
salmağa çalışıram və ona deyirəm:

346 | P a g e
– “Əgər yerə yıxılıb onurğa sümüyünü sındırsan hərəkət edə
bilməyəcək halda qalacaqsan. Bu, Allahın sənə nemətidir ki,
elastikliyi təmin edən fəqərələr üzərində qurulmuş onurğa
sütunu sayəsində hərəkət edirsən. Bunda düşünən insanlar
üçün ibrət vardır.”

– “Amma axı onurğa sümüyün qırılsa belə yenə hərəkət edə


bilərəm axı! Bu gün elektriklə təchiz olunmuş invalid
stolunun vasitəsi ilə hərəkət etmək olur. Həm də yaponlar
bel ilə ayaqları bir-birinə bağlayan robot mexanizm vasitəsi
ilə belindən zədələnənlərə hərəkət etməyi təmin edirlər.”

Belə bir cavab aldıqda əqli yerində olan insan başa düşür ki,
həmin şəxs sənin nəyi qəsd etdiyini anlamayıb. Bu gün
texnikanın olması heç də Allahın insana verdiyi nemətlərin
nemətliyini inkar etmir. Allah küləklə gəmilərin hərəkət
etdiyini misal olaraq göstərir ki, gözünüzə görünməyən bir
qüvvə vasitəsi ilə dağ boyda gəmiləri hərəkətə gətirə bilirsiz.
Bu, həm Allahın sizə nemətini, həm də qüdrətini göstərir.

4. Bu ayə ilə bağlı hələ 1935-ci ildə vəfat etmiş misirli


islam alimi Muhəmməd Raşid Rida’nın təfsirində zikr etdiyi
maraqlı bir halı xatırlatmaq istəyirəm. Muhəmməd Raşid
Rida bu ayənin şərhində deyir:

“Bu, ingilis (dəniz) kapitanının bu ayələrdə uzunca


düşünməsinə səbəb oldu, ona görə də Hindistanın cəbhə
bölgələrində yaşayan bəzi müsəlmanları tanımağa çalışmış
və onlara belə bir sual vermişdir: “Siz peyğəmbəriniz
Muhəmmədin dənizlərdə səyahət etdiyini bilirsizmi?”
Dedilər: “Xeyr, onun dənizdə səyahət etməsi barədə
qətiyyən heç bir şey rəvayət olunmayıb.” Buna görə də
347 | P a g e
Quranda (dənizlər, gəmilər haqqında yazılmış) sözü gedən
ayələrin Allah tərəfindən bu əzəmətli peyğəmbərə verilmiş
bir vəhy olduğuna etiqad etmişdir. Bundan da daha
əzəmətlisi Qurandakı tövhid, qanunvericilik və islah edici
ayələrdir ki, onlar insan əqlinə və fikrinə Tövratdan və
İncildən daha yaxındır, daha mükəmməldir. Beləliklə də
elmlə və bəsirət ilə İslamı qəbul elədi və bu şəkildə bir
müddət Quranın tərcüməsindən anladığına əsasən etiqad
etdi. Sonra dənizdəki işini tərk etmək üçün ona icazə
verdilər. Bundan sonra Misirdə iqamə etdi və ərəb dilini
öyrəndi, Misirin fəzilət sahibi kəsləri ilə yoldaşlıq etdi və o,
Mister Abdullah Breyvin – rahiməhullahu təalə – idi. Mən
onunla qarşılaşmışam və onu şəxsən tanımışam…”
[“Təfsirul-Mənar”, 11/279;]

Allah – cəllə cələluhu – əl-Bəqara surəsində buyurur:

“Əlbəttə, Allah (Quranda) ağcaqanadı və ya ondan daha


böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər
bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər,
kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?” -deyirlər.
Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir
çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri
zəlalətə düçar edir.”

Həqiqətən də Allah bu ayələri ilə İslamdan uzaq olan neçə-


neçə kəslərə hidayət edərək onları dininə gətirər və İslamda
xəta axtarmaqla məşğul olan neçə-neçə zehniyyəti də bu
şəkildə azdıraraq dinindən uzaqlaşdırar. Qurandan hər kəs öz
nəsibini götürür.

348 | P a g e
Allah göyü tutub saxlayır? (Həcc, 65) 

Ateistin iddiası (!) : Həcc 65 ayəsində “Göyü də Öz izni


olmadan yerə düşməsin deyə O tutub saxlayar. ” deyilir.
Necə yəni? Allah göyü tutub? Yerə düşməsin deyə?

 
Cavab: Məsələni aydınlaşdırmadan öncə demək istəyirəm
ki,indiyə qədər elə bir müsəlman tanımıram ki, bu kimi
ayələrə şübhə ilə yanaşsın və mənasını anlamasın. Burada
qəsd olunan məna Allahın insanlara yaşayış üçün yararlı bir
şərait yaratması və onlara sonsuz rəhmətidir. Ayəni təhsilatlı
şəkildə elmi və dini dəlillərlə nəzərdən keçirək:

“Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən


gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni
olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən,
Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir. ” (Həcc 65)

Yəni, Allah göyü və içində mövcud olan planet və ulduzları


cazibə qüvvəsi hesabına hər birinə bir orbit təxsis edərək
iradə və istəyi ilə qorumaqdadır. Ayəyə istinadən :

““Günəş də özü üçün müəyyən olunmuş yerdə axıb gedir.


Bu, yenilməz qüvvət sahibi olan, bilən Allah’ın təqdiridir”
(Yasir 38) , “Gecəni və gündüzü də, Günəşi və Ayı da
yaradan Odur. Onların hər biri öz orbitində üzür” (Ənbiya
33)” 

349 | P a g e
İstəsəydi göyə icazə verər və o da yerə düşərək insanları
həlak edərdi. Burada göy ilə yerin bir-birinə keçərək məhvi
nəzərdə tutulur ki, bu da yaradılışın həssas nizam üzərində
qurulduğuna bir dəlildir. Məsələn , Vaşinqton
Universitetindən prof. Piter D. Uord deyir: “Bu gün
müşahidə olunan bütün yupiterlər pisdir. Yeganə yaxşı
Yupiter bizimkidir və belə olmalıdır, əks təqdirdə, ya
qaranlıq kosmosa, ya da Günəşinizə doğru sovrulardınız”.
(Peter D. Ward and Donald Brownlee, “Rare Earth: Why
Complex Life is Uncommon in the Universe”) . 

Qaranlıq kosmosa və ya Günəşə doğru sovrulmaq məhz yer


ilə göy cisimlərinin toqquşması və ya Yer kürəsinin
kosmosda məhvidir. 1998-ci ilin noyabr ayında məşhur
astronomiya jurnalı “The Astronomical Journal”da dərc
edilən son astronomik tədqiqatların biri haqqındakı yazıda
Günəş sistemindəki bu qeyri-adi müvazinət “əsas kəşflərimiz
Günəş sistemindəki uzunmüddətli sabitlik və müvazinətin
təmin edilməsi üçün bir növ ilk dizayna ehtiyac olduğunu
göstərir” ifadəsilə vurğulanır. (Innanen, Kimmo, S. Mikkola,
and P.Wiegert. 1998. The Earth-Moon System and the
Dynamical Stability of the Inner Solar System. The
Astronomical Journal 116: səh. 2055-2057)

Günəş sisteminin quruluşu insan həyatı üçün qeyri-adi


dərəcədə xüsusi yaradılışla nizamlanmışdır. Məhz bu nizama
görə Yer kürəsində yaşayış davam edir və Planetimiz
qoruyucu təbəqələrlə əhatə olunduğu üçün göy cisimlərinin
təsirini zəiflədir. Ayəyə istinadən :

“Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı


dəlillərimizdən üz çevirirlər. “(Ənbiya , 32)
350 | P a g e
Nəzərə alaq ki, ərəb dilində “göy” dedikdə, eləcə də bizim
dilimizdə zarafatyana işlədilən “ayağın göydədir” ifadəsi
Göyün sadəcə səma yox, nisbətən yüksəklik mənasını
verməsinə sübutdur ki, məhz “Qoruyucu tavan” planetimizi
yad cisimlərin təsirindən qoruyan “ozon” təbəqəsinə işarə
sayıla bilər. Eləcə də təfsirlərdə ifadə olunduğu kimi tavan
edilən Göy hər hansı sarsıntı və ya nizamsızlıqdan uzaqdır.
Bu isə Allahın yaradıqları üzərində olan həssaslığını ifadə
edir. Elmi izah etsək :

İngilis astrofizik prof. Corc F. Ellis bu həssas ölçüdən belə


bəhs edir: “(Kainatdakı) bu kompleksliyi mümkün edən
qanunlarda heyrətamiz həssas ölçü görünür. Kainatda
mövcud olan bu kompleksliyi möcüzə sözü ilə belə tərif
etmək çox çətindir.” (F. Bertola, U. Curi, The Anthropic
Principle: Laws and Environments, Cambridge University
Press, 1993, səh. 30).

“Göyün və yerin Onun əmri ilə öz yerlərində (sabit) qalması


da Onun dəlillərindəndir… (Rum, 25)

Bu nizam Allahın iradə və istəyi ilə mövcuddur. Çünki elmi


faktlar onu göstərir ki, kainatın genişlənməsi onun məhvə
doğru aparır :

“Kainat da sonsuz varlığına davam edə bilməz, əvvəl-axır


bir gün öz enerjisinin əlverişlilik qabiliyyəti nərdivanının alt
pilləsinə çatmış olacaq. Həmin anda kainatdaki həyat
duracaq… Enerji əlverişliliyini itirmiş bir kainat isə artıq
ölmüşdür. Bundan şübhə etməyə, buna qarşı mübarizəyə
imkan yoxdur. Yer kürəsindəki bütün təcrübələrimiz buna o
dərəcədə haqq verir ki, bir etiraz payı velə qalmamışdır
351 | P a g e
“(Senih, s. 6-7 , Sir James Jeans “Ətrafımızdakı planet”
əsəri,)

Kainat sonlu bir sürətlə geri dönülməz bir şəkildə tükəndiyi


üçün əzəldən mövcud ola bilməz. Sonlu bir sürətlə tükənən
əzəli olmaz və indiyə qədər ölmüş olmalı idi.Beləcə, kainatın
ən sonunda yox olacağını göstərən bütün dəlillər eyni
dəqiqlikdə, onun zaman içində müəyyən bir başlanğıcının da
olduğunu göstərir (Barnett, s. 119; Davies, s. 25)

Başqa dəlillər üçün baxıla bilər : (Y Wang, J M Kratochvil,


A Linde, and M Shmakova, Current Observational
Constraints on Cosmic Doomsday. JCAP 0412 (2004) 006,)

Bunlar hamısı Allahın yaratdığı məxluqatın onun itaəti


altında olması və insanların yaşayışının Qiyamətədək onun
qoruması ilə mümkünlüyünü bildirir:

“Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur,


hamısı Onun itaətindədir!(Bəqərə 116) Halbuki göylərdə və
yerdə olanlar istər-istəməz Ona (Allaha) təslim olmuşlar və
Onun hüzuruna qayıdacaqlar.(Əli İmran 82)”

Başqa yerdə Allah buyurur : “Göy parçalanacağı zaman,


Ulduzlar dağılıb səpələnəcəyi zaman..” (İnfitar, 82/1-2). Və
bunlar hamısı kainatın Qiyamət günü Allah tərəfindən məhv
etdiriləcəyini göstərir. Həmin zaman isə nizam pozulacaq və
Qiyamət gərçəkləşəcək. Elmi faktlarda bunu təsdiq edir.

Əgər bu həssas sistem olmasaydı , ulduzlar bir-biri ilə


toqquşar, Yerüzü içindəkilərlə birgə həlak olardı.

352 | P a g e
Allahın yaratdıqları barədə qüsur tapmayan bu kimi bekar
insanlar , bütün həyatları boyu Allahın ayələrini lağa
qoymaq və insanları onun yolundan azdırmaq üçün boş-boş
sözlər satın alaraq özlərinə bəxş edilən gözəllikləri danmaqla
özlərini aldadırlar. 

“Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti


(hökmranlığı) ancaq Allaha məxsusdur və sizin Allahdan
başqa bir dostunuz və yardımçınız yoxdur?!” (Bəqərə 107)
Allah (c.c) qənimətləri nə  edəcək?

Ateistlərin iddiası: “Ənfal surəsinin 1-ci ayəsində döyüş


qənimətləri Peyğəmbərə və Allaha aiddir deyilir. Allah (c.c)
qənimətləri nə edəcək? Peyğəmbər özünə fayda təmin etmək
üçün bunu uydurmuşdur.”

Cavab: Qənimətlərin hamısı, yoxsa 1/5 -i? Ənfal 1-də


“qənimətlər Allahın və peyğəmbərindir” deyilərkən, Ənfal
41-də “qənimətlərin beşdə biri Allahın və peyğəmbərindir”
deyilir.

1) Bu iki vəziyyət ziddiyyətdirmi? 2) Niyə qənimətlər Allah


və peyğəmbərindir?

Əvvəla, bu ayənin nazil olma səbəbi Bədir savaşında əldə


edilmiş qənimətlərin bölünməsi ilə əlaqədar mücahidlər
arasında meydana çıxan mübahisələr olmuşdur. Bunun
üzərinə Allah Təala (c.c) qənimətlər üzərində hökm
verilməsi və onların möminlər arasında necə bölünməsi
353 | P a g e
haqqında həmin ayəni və başqa ayələri nazil etmişdir. Məs,
Həşr surəsi 7-8-ci ayələrdə də bu mövzu daha ətraflı
açıqlanmışdır:

(59 – HAŞR) 7 / ‫الحشر‬- Allahın Öz Peyğəmbərinə kəndlərin


əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-
əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus
edilmişdir ki, o, aranızdakı zənginlərin var-dövləti olub
qalmasın. Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də
qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən,
Allah şiddətli cəza verəndir.

(59 – HAŞR) 8 / ‫الحشر‬- Qənimət həmçinin yurdlarından


qovulmuş və mallarından məhrum olunmuş yoxsul
mühacirlərə məxsusdur. Onlar Allahın mərhəmətini və
razılığını qazanmağa can atır, Allaha və Onun Elçisinə
kömək edirlər. Doğru olanlar da məhz onlardır.

Göründüyü kimi İslam və haqq düşmənlərinin iddia etdiyi


kimi guya peyğəmbərin (s.a.v) bütün qənimətləri özünə
götürmək istəməsi çirkin yalan və iftiradan başqa bir şey
deyil. Çünki Hz.Muhammədin (s.a.v) həyatını oxumuş olan
hər kəs bilir ki, əgər hz peyğəmbərin (s.a.v) məqsədi qənimət
toplamaq, var-dövlət, taxt-tac sahibi olmaq olsaydı, bunu ilk
dəfə məkkə müşrikləri peyğəmbərə var-dövlət təklif edəndə
o, bu təkliflə dərhal razılaşardı.
Amma o (s.a.v) bütün baş verəcək təhlükələrə göz yumaraq
bu təklifi rədd etdi və ömrü boyu sadə, təvazökar, kasıb, yarı
ac, yarı tox həyat yaşadı. Evində günlərlə ocaq qalanmadı,
günlərlə yemək bişirilmədi. Hətta elə günlər oldu ki, yeməyə
adicə xurma belə tapa bilmədi. Hətta hədislərdə
Hz. Muhammədin (s.ə.s.) vəfat edərkən bir yəhudiyə borclu
354 | P a g e
olaraq vəfat  etdiyi deyilir. Əgər rəsulullahın (s.a.v) məqsədi
özünə qənimət,  var-dövlət toplamaq olsaydı, vəfat etdiyində
camaatın Ona (s.a.v) borcu olardı, Onun camaata yox. Bəli,
o (s.a.v) öz həyatı ilə bizə daim örnək oldu və olmaqda
davam edəcəkdir.

Mövzuyla bağlı əlavə olaraq onu da qeyd edək ki, Ənfal


surəsinin ilk ayəsində “Kulil enfâlu lillâhi ver rəsul” ifadəsi
vardır. Ayə cümlə olaraq: “Ənfal (qənimətləri) soruşanlara
cavab olaraq de ki: Onlar Allah və peyğəmbərədir”
deyilməkdədir. Yəni, ətrafdakı insanlar qənimətlərin necə
olacağını peyğəmbərə soruşmaqdadır. Quran da buna cavab
olaraq: “onlar Allaha və peyğəmbərə” deməkdədir.

Burada “qənimətlər Allaha məxsusdur və peyğəmbərindir”


deyilməməkdədir. Allahadır deyilməkdədir. Bunun mənası
da “qənimətlərin necə bölüşdürüləcəyi hökmü Allaha və
Onun Elçisinə aiddir” cümləsi olmalıdır. Allah (c.c) və
peyğəmbər iki ayrı hökm qaynağı deyil, onsuz da “rəsul”
demək elçi deməkdir.

“Allah və rəsulunun əmri” demək: Allahın (c.c) əmr edib


rəsulunun gətirdiyi əmr deməkdir. Allah (c.c) ilə elçisi ortaq
bir qərar almamaqdadır. Çünki belə olsaydı “Allah və
Məhəmməd” deyərdi. Ancaq “Məhəmməd”-in buradakı
funksiyası “rəsul” olması, yəni mesaj gətirmə xüsusiyyətidir.
Qısacası “Qəniməti soruşurlar, onların HÖKMÜ Allah və
rəsulunadır”. Yoxsa “qənimətin özü” deyildir.

Digər ayələrdə (41-ci ayə) də qənimətin özü nəzərdə


tutularaq  “1/5-i Allahındır” deyilmişdir. Burada Allah (c.c)
və Rəsulu bir müəssisə və dövlət hökmündədir. Çünki,
355 | P a g e
qənimət üçün “hökm” tamamilə dövlətin [Allah (c.c) və
Rəsulu]; miqdarın da beşdə biri dövlətindir. Qalanı
digərlərinin olar. Bu beşdə bir də peyğəmbərə, yaxınlarına,
yetimlərə və möhtaclara paylanacaqdır. Yəni, qərar orqanı
olan Rəsul (dövlət kimi) bunları Allah (c.c) adına [buna görə
Allah (c.c) və Rəsul deyilir] qənimətdəki hökmdə tək
hakimdir. Payda beşdə bir hakimdir. Qalanı digər haqq
sahiblərinə verilir.

Qənimətdən peyğəmbər də bir az götürər, çünki o da


insandır. Onun da pula ehtiyacı var. Ancaq, yenə də yetim və
möhtaclardan birinci dərəcə məsul şəxs də özüdür. Çünki,
digər müsəlmanlara nümunə olması lazımdır.

XEYİR VƏ ŞƏRİN ALLAHDAN OLMASI


NƏ  DEMƏKDİR?

Kainatda hər şey Allahın təqdiri, diləyi və yaratması ilə


var olur. İnsanların xeyir və şər (pislik)-hər cür əməli
Allahın təqdiri ilə meydana gəlir.
“Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah
yaratmışdır!” (“Saffat”,96) ayəsi bu həqiqəti açıq-aydın
ifadə edir.
Lakin burada mühüm bir məqama xüsusi diqqət yetirmək
lazımdır: xeyir və şər yaradılış baxımından Allahdandır, yəni
xeyri və ya şəri istəyən, seçən insan, yaradan isə Allahdır.
Bəli, bütün hərəkətlərimizi, əməllərimizi istəyən bizik,
yaradan isə Allahdır. Allah şərə, pisliyə razı deyil, ancaq qul
cüzi iradəsini o yolda istifadə edəndə Allah da onu həmin
istiqamətə yönəldir. Allah işə başlamaq vaxtı onu qaldırır,
356 | P a g e
qaçmaq lazım olanda qaçırdır, ona o işi görmək üçün lazım
olan güc, qüvvət və enerjini verir. Qaldıran, yerindən, enerji
verən Allahdır, ancaq şəri qazanan quldur və nəticəsinə görə
də qul məsuliyyət daşıyır.

Bunu sadə misalla izah etməyə çalışaq. Bir ata yeriyə


bilməyən uşağını kürəyinə alır və ona: “De görüm hara
getmək istəyirsən? Səni gəzdirəcəyəm,”-deyir. Uşaq da:
“Məni bu dağın başına çıxar,”-deyir. Ata uşağına xəbərdarlıq
edir: “Ora həm soyuqdur, həm də çox təhlükəlidir.
Üşüyərsən, xəstələnərsən və ya yıxılıb əzilərsən. Səni daha
gözəl və daha təhlükəsiz bir yerə aparım,”-deyir. Amma
uşaq israr edir. Atası istəməsə də, onu dağa aparır. İndi bu
uşaq: “Dağa mən öz gücümlə çıxdım,”-deyə bilərmi? Yaxud
orada üşüsə, ya da bir yerini əzsə, atasına: “Məni niyə bura
gətirdin?”-deyib etiraz edə bilərmi? Eynilə bunun kimi
hərəkətlərimizi, işlərimizi yaradan Allahdır, ancaq bunları
istəyən, seçən bizik. Məhz buna görə hal və
davranışlarımızın nəticələrindən də özümüz məsuluq.

İbadətlərə, xeyir və yaxşılıqlara gəldikdə isə onları əmr


edən də, diləyən də, yaradan da Allahdır. Burada qula sadəcə
xeyrə yönəlmək düşür. Başqa sözlə desək, insanın əlində
təkcə gözəl bir niyyət vardır. İnsan bəzən özündə böyük bir
güc görməklə, özünü güclü saymaqla xətaya yol verir.
Amma əslində, Allahın inayəti olmadan öz vücudunu belə
yerində tərpətməkdə acizdir. Yemək zamanı baş verən həzm
prosesinə bir nəzər yetirək. Əgər hava, su, torpaq, günəş,
böyümə və yetişmə qanunu olmasa idi, insan bu tikəni
haradan və necə əldə edəcəkdi? Deyək ki, o, tikəni ağzına
qoydu. Allah ağız suyu vəzilərini, dili, dişləri yaratmasa idi,
insan loğmanı necə çeynəyib yumşaldacaqdı? Loğmanı
357 | P a g e
çeynəyib yumşaltdıqdan sonra Allah nəfəs borusununun
avtomatik olaraq bağlanıb qida borusununun açılması
mexanizmini yaratmasa idi, o tikəni necə udacaqdı? İndi isə
deyək ki, bütün bunlar bir vasitə ilə həll olundu. Əsas məsələ
tikəni udduqdan sonra başlayır. Tikənin mədədə həzm
olunması, nazik bağırsaqlar vasitəsilə lazımi qidaların
qaraciyərə ötürülməsi, qaraciyərdə bir çox mərhələlər keçib
karbohidrat, protein və qlükoza şəklində qan-damar sistemi
ilə lazımi yerlərə göndərilməsi insanın əlindədirmi? Təkcə
qaraciyərin üç yüzə yaxın funksiyası var. Bütün bunları
nəzərə alanda həqiqi mənada “yemək yedim” demək yalan
olur. Deməli, bu sözü ancaq məcazi mənada işlədə bilərik.
Əslinə qalanda “Rəbbim mənə yemək yedirdi” demək daha
doğrudur.

Əgər bir yemək məsələsi belədirsə, digər fəaliyyətlərimizi,


işlərimizi bununla müqayisə edəndə görəcəyik ki, əlimizdə
niyyətdən başqa bir şey qalmır. O halda (“Ey insan!) Sənə
yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir
pislik isə nəfsindəndir” “Nisa,” 79) mallı ayədə bildirildiyi
kimi, hər cür xeyir və gözəllik bütünlüklə Rəbbimizdəndir.
Bu səbəbdən insanın gözəl işlərinə görə öyünməyə,
qürurlanmağa və təkəbbürlənməyə haqqı yoxdur.

İnsan övladı xəstəlik, qəza, zəlzələ kimi müsibətlərə məruz


qalır. Bu cür müsibətlərin əksəriyyəti də yenə qulun öz
xətalarından qaynaqlanır. “Sizə üz verən bir müsibət öz
əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin )
ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah
(günahlarımızın) çoxunu əfv edər” (“Şura, 30) mallı ayə bu
həqiqəti ifadə edir.

358 | P a g e
“Səbrli insanlar onlardır ki, başlarına bir müsibət gəldiyi
zaman: “Biz Allaha məxsusuq və (vaxtı gələndə) Onun
yanına (Onun hüzuruna) qayıdacağıq!”-deyirlər”
(“Bəqərə,”156)

“Ola bilsin ki, sizin xoşunuza gəlməyən hər hansı bir şeydə
Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuşdur”
(“Nisa,”19)

Quran sorğulayıb öyrənməyi qadağan edirmi?


(Maidə surəsi, 101-102-ci  ayələr)

Allah Təala (cəllə cəlalühü) Qurani Kərimdə Maidə


surəsinin 101-102-ci ayələrində möminlərə belə buyurur:

“101. Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı


qaraldacaq şeylər barəsində soruşmayın. Əgər onlar
haqqında Quran nazil edildikdə soruşsanız, onlar sizə aydın
olar. Allah onları (indiyə qədər verdiyiniz bu cür sualları)
bağışladı. Allah bağışlayandır, həlimdir!

359 | P a g e
102. Sizdən əvvəl bir tayfa (belə lüzumsuz şeyləri)
soruşmuş, sonra da buna görə (onlara aid olan hökmləri
inkar edib yerinə yetirmədikləri üçün) kafir olmuşdu.”

Adətən islamofobiya ilə məşğul olan ateistlər yuxarıda qeyd


etdiyimiz ayələrin mənasını təhrif edərək qəsdən elə şəkildə
təqdim edirlər ki, guya İslam dininə əsasən sual soruşmaq,
araşdırmaq insanı küfrə saldığına görə Allah Təala (c.c) bu
ayələrdə insanlara düşünüb araşdırmağı, soruşub öyrənməyi
qəti şəkildə qadağan edir. Halbuki məsələnin məğzini
araşdırdıqda məlum olur ki, ateistlərin Qurana qarşı bu
iddiası tamamilə əsassızdır. Burda mühüm olan odur ki,
Quran ayələrindəki hökmlərin mahiyyətini və ya söhbətin
nədən getdiyini düzgün anlamaq üçün əvvəlcə onların hansı
hadisə ilə əlaqədar nazil olma səbəbini bilmək
lazımdır. Elmalılı Muhammed Hamdi
Yazır təfsirində Maidə surəsi 101-102-ci ayələrin nazil
olmasının aşağıdakı iki hadisə ilə əlaqədar olduğu deyilir:
1-ci hadisə. Hz. Əlidən (r.a) rəvayət olunduğu üzrə “Gücü
çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi
insanların Allah qarşısında borcudur.” (Âl-i İmrân,
3/97) ayəsi nazil olduğu zaman Rəsulullah bir xütbə oxudu,
Allah Təalaya həmd və sənadan sonra, “Allah həcc etməyi
sizin üzərinizə fərz qıldı.” buyurdu.
Əsəd oğullarından Ukaşə b. Mihsan və ya başqa bir rəvayətə
görə Süraka b. Mâlik: “Hər il mi, ey Allahın rəsulü?” dedi.
Rəsulullah cavab vermədi, o da üç dəfə sualı təkrar edincə
peyğəmbər: “Xeyr, fəqət ‘bəli’ deməyəcəyimə necə əmin
oldun, vallahi ‘bəli’ desəydim (hər il həcc etmək sizə) vacib
olacaqdı, vacib olsaydı (bunun çətinliyinə) dözə
bilməyəcəkdiniz, tərk etsəniz də kafir olacaqdınız. O halda
360 | P a g e
mən sizi tərk etdiyim müddətcə siz də məni tərk ediniz,
sizdən öncəkilər həmişə çox sual soruşmaq və
peyğəmbərlərinə qarşı ixtilaf etmək səbəbindən məhv
oldular. Bir şeyi əmr etdiyim zaman, gücünüz çatdığı qədər
əməl ediniz. Bir şeyi yasaqladığım zaman da çəkininiz.”
buyurdu.(Müslim, Hac, 412)

2-ci hadisə. Hz. Ənəs və Əbu Hürəyrədən rəvayət edildiyi


kimi “İnsanlar, Rəsulullaha bir çox şeyləri soruşmuş, hətta
israr və təkid dərəcəsinə çatmışdılar. Bir gün Rəsulullah
əsəbi şəkildə xütbəyə çıxdı, Allaha həmd və sənadan sonra:’
Soruşun, Allaha and olsun ki, bu məqamda olduğum
müddətcə hər nə soruşsanız açıqlayacağam.’ buyurdu.”
Əshab-ı kiram başlarına bir təhlükə gəlmək üzrə olduğundan
qorxdular. Ənəs (r.a.) demişdir ki, ‘Sağıma, soluma baxdım,
hər kəs əlbisəsini başına çəkib ağlıyırdı. Qureyşdən Bəni
Səhmdən Abdullah b. Huzafə deyilən adam vardı ki, kişilərlə
bir münaqişə etdiyi zaman atasından başqasına nisbət
edilərdi. O qalxdı:
“Ey Allahın Nəbisi, mənim atam kimdir?” dedi.
Peyğəmbərimiz də:
“Atan, Huzafə b. Kays ez- Zühridir.” buyurdu. Digər biri də
qalxdı:
“Mənim atam hardadır?” dedi,
“Atəşdədir.” buyurdu. Sonra Hz. Ömər (r.a.) qalxdı:
“Biz, Rəbb olaraq Allaha, din olaraq İslama, Rəsul və Nəbi
olaraq Muhamməd Aleyhissəlama razı olduq, biz fitnələrdən
Allaha sığınırıq, hələ ki,  bir cahillikdən və şirkdən yeni
qurtulduq. Bu halda bizi əfv et, ey Allahın Rəsulu.” dedi,
Rəsulullahın əsəbi yatdı’.

361 | P a g e
Göründüyü kimi əslində həmin ayələrin nazil olma səbəbi
tam başqadır və ateistlərin iddiası ilə yaxından-uzaqdan heç
bir əlaqəsi yoxdur. Hər iki hadisədən anlaşıldığı üzrə
peyğəmbərimiz (s.a.v) müsəlmanlara nəyisə araşdırıb
öyrənməyi yasaq etmir. Sadəcə olaraq, həcc ibadətinin icrası
ilə bağlı sıxıntıya düşməmələri və onları məyus edəcək bəzi
xəbərləri eşitməmələri üçün müsəlmanların lüzumsuz suallar
verməkdən uzaq durmalarını istəyir.

Ümumiyyətlə, İslam dininə görə sual vermək insanı küfrə


düşürməz.  Lakin peyğəmbərə (s.a.v) sual verib, sonra aldığı
cavabdan razı qalmayaraq haqqı inkar etmək insanı küfrə
düşürə bilər. Çünki əvvəllər bir qrup yəhudilər peyğəmbərə
(s.a.v) çoxlu suallar vermiş, sonra aldıqları cavablardan
narazı halda bilə-bilə haqqı inkar etmişdilər.

Sual soruşmaq məsələsi ilə bağlı məşhur İslam alim və


qazılarındən biri olan İbn Abdil-Bərr deyir ki, bir kimsə
elmə olan arzusu və bilgisizliyini dəf etmək istəyilə dini
baxımdan bilinməsi gərəkli olan bir suala dair mövzunu
anlamaq haqqında sual soruşsa, bunda bir qəbahət yoxdur.
Çünki, cahilliyin əlacı sual soruşmaqdır. Kim də bilgisini
artırmaq və ya öyrənmək niyəti olmadan sadəcə bəhanələr
irəli sürmək məqsədilə sual soruşsa, az və ya çox da olsa
halal olmaz.

Deməli, bilmədiyini öyrənmək və elmini artırmaq


məqsədilə faydalı suallar soruşmaq İslamda əsla qadağan
deyil. Zatən diqqət edilərsə, Maidə surəsi 101-ci ayədə açıq-
aydın “Əgər onlar haqqında Quran nazil edildikdə
soruşsanız, onlar sizə aydın olar.” deyilir.

362 | P a g e
Qısacası, burdan bir daha aydın olur ki, Quranda Allahın
soruşulmasını istəmədiyi suallar elm öyrənmək məqsədi
daşımayan və möminlər üçün faydasız olan, habelə
açıqlanacağı təqdirdə sual verən şəxsi məyus edəcək gizli
sirrlər və ya soruşulması qeyri-etik olaraq qəbul edilən
mənasız suallardır.

Göründüyü kimi ateistlərin bu iddiası da bütünlüklə


əsassızdır və Qurana atılmıış növbəti iftiradan başqa bir şey
deyil. Təəssüf ki, ateistlər əksər hallarda ayələrin nüzul
səbəbini araşdırıb öyrənmədən öz təxəyyüllərinə uyğun
şəkildə Quran ayələrinə iftira atmaqla məşğul olurlar.

Quran qorunubmu? Quranın kitab halına


salınması necə olmuşdur?

Cavab tələb edən belə bir sual vardır:

“Kitabda keçən daha bir fikir budur ki, müsəlmanlar həmişə


xristianları tənqid edirlər ki, İncil bir araya toplanmamışdan
onun 400-dən çox fərqli kopyası var idi. Yaxşı bəs Quranın
görəsən neçə fərqli mushafını Osman yandırıb? 100-200
yoxsa 400?

– Quranı ilk dəfə bir kitab halına toplayan ilk xəlifə Əbu
Bəkr olub. Bu isə peyğəmbərin – salləllahu aleyhi va səlləm
363 | P a g e
– ölümündən sonra ikinci ildə baş verib. Səbəbi isə həmin
ildə, yəni hicri 12-ci ildə baş vermiş Yəməmə döyüşü idi. Bu
döyüşdə Quranı əzbər bilən bir çox səhabə öldüyü üçün Əbu
Bəkr Quranı bir yazılı kitab halında birləşdirməyə qərar alır.

– Beləliklə də hicri 12-ci ildə Əbu Bəkr əmri ilə Zeyd bin
Səbitin başçılıq etdiyi az sayda səhabədən ibarət olan bir
“komitə” quruldu. Bu “komitə”nin işi vəhy katiblərini,
vəhyin yazıldığı materialları və Quran hafizlərini toplamaq
və Quranı əsaslı şəkildə, ortada heç bir şəkk buraxmayacaq
şəkildə bir kitabda toplamaq idi. Quranı toplamış səhabələr
Quranı bir-başa peyğəmbərdən – salləllahu aleyhi va səlləm
– öyrənmiş səhabələr idilər və peyğəmbərin həyatının
sonuncu ilində Quranı peyğəmbərin onlara öyrətdiyi kimi,
tərtibi ilə, qiraətləri ilə bir kitab halına gətirdilər.

– Bu Qurana da qaynaqlarda keçdiyi kimi icma ilə “mushaf”


adını verdilər. Bu mushd xəlifə Əbu Bəkr’də qaldı, daha
sonra o mushafı xəlifə Ömər saxladı və xəlifə Ömər vəfat
etdikdə mushafı qızı Hafsaya tapşırdı.

– Beləliklə də İslamda hər zaman Quranın yalnız bir mushafı


olub, yəni yalnız bir versiyası olub, xristianlardakı kimi
yüzlərlə versiya olmayıb. Lakin Ömərin zamanında insanlara
öz mushaflarını tərtib etmək qadağan deyildi. Tərtib edilmiş
bəzi mushaflar əsas mushafdan bir neçə nöqtədə bəzən
fərqlənirdilər:
a) Şəxsi mushaflarda imla xətaları olurdu, çünki tərtib
edənlərin hamısı işin əhli olmayıblar.
b) Bu mushaflarda bəzən ayələrin təfsiri də mushafın içinə
364 | P a g e
daxil edilirdi, ayələrin nazil olma səbəbləri əlavə edilirdi
c) Lakin mushaflar arasındakı ən əsas fərq Quranın fərqli
ləhcələrdə oxunması idi, çünki peyğəmbər – salləllahu
aleyhi va səlləm – demişdir: “Quran yeddi hərf üzərində
nazil edilmişdir.” Bu isə ərəblərin fərqli ləhcələrindən irəli
gəlirdi və ilahi kitab ərəblərin Quranı hifz etməklərini
asanlaşdırmaq üçün onlara Quranın yeddi fərqli ləhcədə
oxunmasını müyəssər etmişdi və peyğəmbər – salləllahu
aleyhi va səlləm – də buna icazə vermişdi. Ləhcələr
arasındakı ən əsas fərqlər isə çox zaman hərflərdəki fərqli
tələffüz halları, sözlərin irablarındakı imkanlar idi və bəzi
hallarda isə sinonim sözlərin işlənməsi idi.

– Ona görə də Əbu Bəkrin zamanında cəm edilmiş ana


mushafdan başqa bəzi səhabələrin fərqli ləhcələrdə
yazdıqları mushaflar da var idi. Ərəblər üçün bu mushafların
mövcudluğu heç bir problem təşkil etmirdi, çünki onlar
ləhcələrdəki fərqləri başa düşürdülər və Quranın fərqli
ləhcələrdə gəlməyini başa düşürdülər. Lakin əcəmin avam
kütləsi bu nöqtədə ixtilafa səbəb olmağa başladı. Bu
mushafları səhabələr və ya başqaları İslam aləminin fərqli
yerlərinə götürmüşdülər. Lakin bəzi əcəm torpaqlarında
(məşhur görüşə görə Azərbaycanda) müəyyən bir ləhcə
üzərində yazılmış mushafa təəssübkeşlik başladı. Bunun
gələcəkdə təhlükə olacağını və insanların bunun üstündə
ixtilaf edəcəyini görə Huzeyfə bin əl-Yəmən o zaman xəlifə
olan Osmana məktub yazır və bu barədə fikrini ona bildirir.
Bunun üzərinə xəlifə Osman sözünü etdiyimiz bu az sayda
mushafın bir arada toplanaraq yandırılmasını əmr edir və
qərar verir ki, bir rəsm üzərində bir neçə mushaf yazılsın və
365 | P a g e
İslam torpaqlarına həmin mushaflar göndərilsin. Osman
Ömərin qızı Hafsadan ana mushafı göndərməsini xahiş etdi
və sonra o mushafın üzü bir neçə nüsxəyə köçürüldü və
fərqli ölkələrə göndərildi və birini özündə saxladı. Bu
dediklərimiz İmam əl-Buxari’nin “əs-Sahih” kitabında bu cür
zikr olunur:

“ ،َ‫ح أَرْ ِمينِيَة‬ ْ


ِ ‫ أَ ْه َل ال َّشأ ِم فِي فَ ْت‬À‫َازي‬ِ ‫ قَ ِد َم َعلَى ع ُْث َمانَ َو َكانَ يُغ‬،‫أَ َّن ُح َذ ْيفَةَ ْبنَ اليَ َما ِن‬
ُ‫ال ُح َذ ْيفَة‬ َ َ‫ فَق‬،‫اختِالَفُهُ ْم فِي القِ َرا َء ِة‬ ْ َ‫ع ُح َذ ْيفَة‬ Àَ َ‫ فَأ َ ْفز‬،‫اق‬
ِ ‫يجانَ َم َع أَ ْه ِل ال ِع َر‬ َ ِ‫َوأَ ْذ َرب‬
َ‫اختِالَف‬ْ ‫ب‬ ِ ‫ قَب َْل أَ ْن يَ ْختَلِفُوا فِي ال ِكتَا‬،َ‫ أَ ْد ِر ْك هَ ِذ ِه األُ َّمة‬، َ‫ يَا أَ ِمي َر ال ُم ْؤ ِمنِين‬: َ‫لِع ُْث َمان‬
‫ُف‬ِ ‫ «أَ ْن أَرْ ِسلِي إِلَ ْينَا بِالصُّ ح‬:َ‫صة‬ َ ‫ فَأَرْ َس َل ع ُْث َمانُ إِلَى َح ْف‬À،‫صا َرى‬ َ َّ‫اليَهُو ِد َوالن‬
َ ْ
‫ فَأ َم َر‬، َ‫صةُ إِلَى عُث َمان‬ َ ‫ت بِهَا َح ْف‬ َ
ْ َ‫ فَأرْ َسل‬،»‫ْك‬ ِ ‫ ثُ َّم نَ ُر ُّدهَا إِلَي‬،‫ف‬
ِ ‫اح‬ ِ ‫ص‬ َ ‫نَ ْن َس ُخهَا فِي ال َم‬
‫ث‬
ِ ‫ار‬ َ َ‫ َو َع ْب َد الرَّحْ َم ِن ْبن‬،‫اص‬
ِ ‫الح‬ ِ ‫ َو َس ِعي َد ْبنَ ال َع‬،‫الزبَي ِْر‬ ُّ َ‫ َو َع ْب َد هَّللا ِ ْبن‬،‫ت‬ ٍ ِ‫زَ ْي َد ْبنَ ثَاب‬
‫ «إِ َذا‬:‫ال ع ُْث َمانُ لِل َّر ْه ِط القُ َر ِشيِّينَ الثَّالَثَ ِة‬ َ َ‫ َوق‬،“ ‫ف‬ ِ ‫صا ِح‬ َ ‫ب ِْن ِه َش ٍام فَنَ َس ُخوهَا فِي ال َم‬
‫ نَ َز َل‬À‫ فَإِنَّ َما‬،‫ش‬ ٍ ‫ان قُ َر ْي‬
ِ ‫آن فَا ْكتُبُوهُ بِلِ َس‬ ِ ْ‫ت فِي َش ْي ٍء ِمنَ القُر‬ ٍ ِ‫اختَلَ ْفتُ ْم أَ ْنتُ ْم َو َز ْي ُد بْنُ ثَاب‬
ْ
َ‫ َر َّد ع ُْث َمانُ الصُّ حُف‬،‫ف‬ ِ ‫اح‬
ِ ‫ص‬ َ ‫ الصُّ حُفَ فِي ال َم‬À‫بِلِ َسانِ ِه ْم» فَفَ َعلُوا َحتَّى إِ َذا نَ َس ُخوا‬
‫ َوأَ َم َر بِ َما ِس َواهُ ِمنَ القُرْ آ ِن‬،‫ف ِم َّما نَ َس ُخوا‬ Àٍ ‫ق بِ ُمصْ َح‬ ٍ ُ‫ َوأَرْ َس َل إِلَى ُكلِّ أُف‬،َ‫صة‬ َ ‫إِلَى َح ْف‬
‫ق‬َ ‫ أَ ْن يُحْ َر‬،‫ف‬ ٍ ‫ص ِحيفَ ٍة أَوْ ُمصْ َح‬ َ ‫”فِي ُك ِّل‬

“Huzeyfə bin əl-Yəmən Osmanın yanına gəldi və o zaman


Ermənistan və Azərbaycanın fəthində İraq əhli ilə birlikdə
şam əhli ilə döyüşürdü. Onların qiraətdə ixtilaf etməhləri
Huzeyfəni qorxutdu və Huzeyfə Osmana dedi: “Ey
möminlərin əmiri, bu ümmət Allahın kitabı haqqında xristian
və yəhudilərin ixtilaf etdikləri kimi ixtilaf etmədən öncə
onlara yetiş!” Bunun üzərinə Osman Hafsaya xəbər
göndərdi ki, “bizə səhifələri göndər ki, onları bir neçə
mushafa köçürək, sonra onu sənə qaytaraq.” Hafsa onu
Osmana göndərdi. (Osman da) Zeyd bin Səbit, Abdullah bin
əz-Zubeyr, Said bin əl-As və Abdurrahmən bin əl-Həris bin
Hişəmə əmr etdi və onlar bunu bir neçə mushafa
366 | P a g e
köçürdülər. Osman bunlardan qureşyli olan üçlüyə (yəni
Abdullah, Said və Abdurrahmənə) dedi: “Əgər siz və Zeyd
bin Səbit Qurandan bir şeydə (yəni ləhcədə) ixtilaf etsəniz o
zaman onu Qureyşin dilində (yəni ləhcəsində) yazın, çünki
Quran onların dilində nazil olub.” Belə də etdilər və
səhifələri bir neçə mushafa yazdılar və Osman səhifələri
Hafsaya qayratdı. Sonra hər üfüqə köçürdüklərindən bir
mushaf göndərdi və ondan savayı bir səhifədə və ya
mushafda yazılmış bütün Quranların yandırılmasını əmr
etdi.”

Beləliklədə buradan başa düşürük ki, Osman Quranın ləhcə


baxımından fərqləndiyi yerlərin yazılarkən yalnız bir ləhcədə
yazılmasını istəmişdir və bu, qureyşlilərin ləhcəsi olmalı idi,
çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – qureyşli idi.
Beləliklə də rəsmdə Quran yalnız bir ləhcədə olacaqdı, lakin
qiraətdə isə əvvəlki kimi yeddi fərqli ləhcədə oxunmasına
icazə var idi.

Beləliklə də təqdim etdiyimiz bu məlumatlardan anlaşıldı


ki, peyğəmbərin – salləllahu aleyhi va səlləm – ölümündən
bu günə qədər müsəlmanların həmişə yalnız bir Quranı olub
və Quranın başqa versiyaları olmayıb. Bu, müsəlmanların və
peyğəmbərin – salləllahu aleyhi va səlləm – səhabələrinin
ittifaqı ilə kitab halına salınmış, Əbu Bəkrin zamanında Əbu
Bəkrdə, Ömərin zamanında Ömərdə, Osmanın zamanında
Hafsada qalmış, daha sonra isə Osmanın əmri ilə üzü
köçürülərək fərqli ölkələrə paylanmış Quran idi.

367 | P a g e
Onu da əlavə edim ki, Osmanın zamanında yazılmış
mushaflardan bəziləri bizim zamanımıza qədər gəlib çıxıb.
Onlardan biri Almaniyanın Tübingen universitetində
saxlanılır və bu nüsxə Prussiya konsulu Johann Gottfried
Wetzstein’in şəxsi kolleksiyasında olub və miladi 1864-cü
ildə Tübingen universitetinə hədiyyə edilib. Son illərdə
Quran üzərində araşdırma aparan Coranica layihəsi
çərçivəsində bu nüsxələrin dəqiq tarixi müəyyən edilmişdir
və C14 testlərinin nəticəsi onu göstərir ki, bu nüsxə miladı
649-cu il ilə 675-ci il arasına aiddir. Yəni peyğəmbərin –
salləllahu aleyhi va səlləm – ölümündən 17- 43 il içində
yazılıb. Bu isə bu mushafın Osmanın zamanında yazıldığını
göstərir.

Tübingen universiteti bu barədəki məlumatı öz


səhifələrində dərc ediblər:  http://www.uni-
tuebingen.de/landingpage/newsfullview-
landingpage/article/raritaet-entdeckt-koranhandschrift-
stammt-aus-der-fruehzeit-des-islam.html

“Ölümsüz canlı” iddiasına cavab

Ənkəbut surəsi 57-ci ayədə Allah Təala (c.c) buyurur:

“Hər bir canlı ölümü dadacaqdır. Sonra da hüzurumuza


qaytarılacaqsınız!”

368 | P a g e
Bir çox islamofob ateistlər ”Turritopsis Nutricula” adlı dəniz
canlısının ölümsüz olduğunu deyərək Quran ayəsinin guya
səhv olduğunu iddia edirlər.
Gəlin əvvəlcə adı çəkilən dəniz canlısı haqqında qısa
məlumat verək. Şəkildə gördüyünüz qəribə görünüşlü su
canlısı ”Turritopsis Nutricula” adlı həmin meduzadır. Bu
canlı 4-5 mm ölçüdə olmaqla dənizlərdə yaşayır və onun
inkişafı digər meduzalarda olduğu kimi iki əsas mərhələdən
ibarətdir:
1. Polip mərhələsi
2. Meduza mərhələsi.
Turritopsis Nutricula həyatının ilkin polip mərhələsini bitkiyə
bənzər şəkildə suyun dibində bir yerə “kök salaraq”
hərəkətsiz halda keçirir. Daha sonra inkişaf edərək həyatının
ikinci mərhələsinə daxil olur. İkinci mərhələdə bu canlı artıq
bir bitkiyə yox, meduzaya bənzəyir. Meduza mərhələsində
çətirə oxşar formaya sahib olur, istədiyi kimi hərəkət edə
bilir və cütləşərək çoxalır.
Digər meduzalar adətən ikinci mərhələdən sonra yaşlanaraq
ölürlər. Lakin Turritopsis Nutricula digər meduza
növlərindən fərqli olaraq yaşlanaraq ölmür. Çünki bu qeyri-
adi su canlısı özünü yeniləmə yaxud əvvəlki halına dönmə
qabiliyyətinə sahibdir. Beləliklə, Turritopsis Nutricula
yetkinlik (meduza) mərhələsinə çatdıqdan sonra yaşlanaraq
ölmək əvəzinə ilkin polip mərhələsinə geri dönür və bir
müddət sonra əlverişli vəziyyət yaranan kimi yenidən
meduza mərhələsinə girir, daha sonra təzədən polip
mərhələsinə qayıdır və s. Bu proses beləcə davam edir və
canlının yaşlanaraq ölməsinin qarşısı alınır. Təbii olaraq,
belə bir sual meydana çıxır:
369 | P a g e
Turritopsis Nutricula həqiqətən ölümsüzdürmü?
Araşdırmalar göstərir ki, əslində Turritopsis Nutricula-nın
yaşlanaraq ölməməsi heç də onun ölümsüz olduğu demək
deyildir. Həmin canlı haqqında “ölümsüz” sözü əslində
məcazi olaraq işlədilir. Çünki bu canlı qocalıb ölmədən
əvvəlki vəziyyətinə qayıda bilir, bu canlıda qocalmaya qarşı
mükəmməl bir müdafiə sistemi vardır. Lakin bütün digər
canlılar kimi həmin meduzanın da yaşadığı təbii ortamda
onun ölümünə səbəb olacaq müxtəlif təhlükələr var. Kənar
müdaxilələr olarsa, bu canlı özünü ölümə qarşı qoruya
bilmir. Məs, Turritopsis Nutricula xəstələnərsə, sinir sistemi
zədələnərsə, yandırılarsa, başqa canlı növləri tərəfindən
əzilərək yaxud ovlanaraq asanlıqla öldürülə bilər. Deməli,
Turritopsis Nutricula yaşlanaraq ölməsə belə yaşadığı ətraf
mühit şəraitində məruz qala biləcəyi digər müxtəlif
potensial təhlükə və səbəblərdən məhv ola bilər. 
Quranda adı keçən ayədə açıq-aşkar “hər canlı ölümü
dadacaqdır” deyə yazılıb. Yoxsa ki, Quranda “hər canlı
qocalıb öləcəkdir” kimi bir ifadə yoxdur. Bütün canlılar ya
yaşlanaraq, ya da başqa müxtəlif səbəblərdən məhv olurlar
və olacaqlar. Heç bir canlı sonsuzadək ölümsüz deyildir.
Quranda deyilən də budur.

Məsələnin başqa bir məqamı ondan ibarətdir ki, Qurana


qarşı yuxarıdakı iddianı irəli sürən ateistlər ölümsüzlük
məfhumunun həqiqi mahiyyətini belə doğru-dürüst
anlamaqda çətinlik çəkirlər. Çünki ölümsüz olmaq ölümə
qarşı müdafiə sisteminin olmasıdır. Amma Turritopsis
Nutricula canlısında ölümə qarşı yox, sadəcə olaraq

370 | P a g e
qocalmaya qarşı bir müdafiə sistemi vardır. Bunlar isə
tamamən fərqli-fərqli şeylərdir.

Digər tərəfdən müasir elmi nəzəriyyələr (Big Crunch, Big


Chill) kainatın bir sonunun olacağını xəbər
verməkdədir. Termodinamikanın 2-ci qanununa görə
(Entropi qanunu) kainatda nizamsızlıq (xaos) davamlı olaraq
artmaqdadır və bu tək istiqamətli (geri dönməyən) bir
prosesdir. Bu qanuna əsaslanaraq elm adamları kainatın
sonunun olduğunu söyləyirlər. Entropi qanununa görə
kainatın sonu var. Kainatın davamlı olaraq genişlənməsi
kainatın bu iki versiyadan biri ilə sonu olacağını göstərir.
1-Kainat durmadan genişlənəcək və Böyük Donma (Big
Chill) deyilən “soyuq ölüm” ilə sonlanacaqdır.

2-Sonda cazibə qüvvəsi qalib gələcək və qapanışa keçən


kainat Böyük Çöküşü (Big Crunch) yaşayaraq yox olacaqdır.

Hər iki versiyada da kainatın sonu olacaq. Kainatın sonunda


isə bütün canlıların, o cümlədən ən uzun ömürlü Turritopsis
Nutricula meduzasının belə məhvi son nəticədə labüd və
qaçılmazdır. Deməli, həmin canlının yaşlanmadan sonsuza
qədər ölümsüz qala biləcəyi iddiaları elmi cəhətdən
tamamilə əsassızdır.

Başqa sözlə, ateistlərin Quran ayəsinin guya səhv olması


haqqındakı iddiaları həmişəki kimi boş və mənasızdır,
növbəti iftiradan başqa bir şey deyil.

371 | P a g e
“Nisa 78 və 79-cu ayələr bir-biriylə ziddiyyət
təşkil edir” iddiası

Həmin ayələrə baxaq:

Nisa 78. Harada olursunuz olun, hətta uca (möhkəm)


qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. (Ya
Rəsulum!) Onlara bir xeyir yetişdikdə: “Bu Allahdandır!” –
deyərlər, bir pislik üz verdikdə isə: “Bu səndəndir!” –
söyləyərlər. (Onlara) de: “Hamısı Allahdandır”. Bu camaata
nə olub ki, az qala söz də anlamır!

Nisa 79. (Ey insan!) Sənə yetişən hər bir yaxşılıq


Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. (Ya
Rəsulum!) Biz səni insanlara peyğəmbər göndərdik. Allahın
buna şahid olması (sənə) kifayət edər.

İslomofoblar Nisa surəsinin 78-79-cu  ayələrinə baxaraq bir


ziddiyyət olduğunu iddia edirlər. Yaxşılıq və pislik Allahdan
gəlir, yoxsa yaxşılıq Allahdan, pislik insanın özündən gəlir?

Bu ayələr tərcümə edilərkən bir ziddiyyət yaradılmışdır.


Halbuki ərəbcəsində sözlər fərqlidir. Yuxarıda qeyd edilən iki
ayənin birində “min indillâh” digərində isə “minellah”
kəliməsi keçir. Bunun mənası odur ki, “hər yaxşılıq və pislik”
hamısı Allahın “DƏRGAHINDA, QATINDA” dır. Yəni hamısını
Allah xəlq edər. Ancaq yalnız “yaxşılıq” Allahın
RIZASINDAdır, pislik isə insanın iradəsindən gəlir. Bu iki ayə

372 | P a g e
əslində bu iki fərqi göstərir. Tərcümə edənlər isə bunu
fərqsiz kimi tərcümə etdiyi üçün ziddiyyət kimi
görünmüşdür. Halbuki bu iki ayənin mənaları arasında heç
bir ziddiyyət yoxdur.

Allah hər canlını cütlər halındamı


yaratmışdır? (Zuxruf 12; Zariyat 49; Yasin 36)

Problemin detalı:

Zuxruf surəsi 12-ci ayə: “Və O Allah ki, ciftlər xəlq etdi,
səyyar olduğunuz gəmiləri və heyvanları yaratdı.”

Zariyat surəsi 49-cu ayə: “Biz hər şeydən cüt-cüt yaratdıq.


Bəlkə, bir düşünüb ibrət alasınız!”

Yasin surəsi 36-cə ayə: “Yerin bitirdiklərindən, insanların


özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah)
pakdır, müqəddəsdir.”

Ateistlərin iddiası: Yuxarıda qeyd olunan ayələr elmi olaraq


səhvdir. Bu ayələrdə canlıların erkək-dişi olaraq cütlər
halında yaradıldığı deyilir. Lakin bakteriyalar, viruslar, New
Mexico qamçıquyruq kərtənkələsi (aspidoscelis uniparens)
erkək-dişi cütlər olmadan cinsiyyətsiz yolla çoxalırlar. Bu
ayəyə görə cinsiyyətsiz çoxalan canlılar necə olacaq? Bu ayə
elmə zidd deyilmi?”

373 | P a g e
CAVAB: Bu ayələrdə heç bir elmi bir səhv yoxdur. Bəziləri
bu ayələrin mənasını bilərək təhrif etməkdədirlər, bəziləri
isə həqiqətən də ayələrin məğzinə diqqətli baxmadıqları
üçün Quranda səhv olduğunu hesab edirlər. Digər tərəfdən
ateistlərin səhvi cüt deyilincə yalnız cinsiyyət mənasında
erkək və dişi anlamasından qaynaqlanır. Halbuki, cütlük
məfhumu yalnız canlılarla əlaqədar bir anlayış deyil və qeyd
edilən ayələrdə bütün canlıların erkək-dişi olaraq cüt
yaradılması və ya bütün canlıların ancaq cinsiyyətli yolla
çoxalması deyə bir iddia qəti şəkildə ortaya sürülmür.

Sualla bağlı əvvəla onu deyək ki, bakteriyalar təkcə


cinsiyyətsiz yox, həm də cinsiyyətli yolla (erkək-dişi cütlər
olaraq) törəyə bilirlər. Bakteriyalar yaşadıqları mühitdə
kifayət qədər su və qida maddəsinə sahib olduqları və
istiliyin əlverişli olduğu hallarda sürətlə bölünərək çoxalırlar.
Bu cür törəmə şəklinə cinsiyyətsiz artım deyilir.
Bakteriyaların bölünməsi mitoz bölünməyə bənzəsə də
ancaq nüvə membranı (nuclear membrane) və müəyyən bir
xromosom sayı olmadığı üçün tam bir mitoz deyildir. Buna
amitoz bölünmə deyilir.

Cinsiyyətli yolla artımda isə eyni növə aid iki bakteriya yan-


yana gələrək aralarında keçici sitoplazmik körpü
formalaşdırır. Bu körpü vasitəsilə DNA molekulu, tamamən
və ya qismən bir bakteriyadan digər bakteriyaya ötürülür.
Bu gen ötürülməsi (transfer)
hadisəsinə “konjuqasyon” deyilir. Konjuqasyon hadisəsi ilə
yeni xüsusiyyətlərə sahib və mühit şərtlərinə uyğunlaşmış
dayanıqlı bakteriyalar törəyir. Cinsiyyətli törəmədə gen
374 | P a g e
transferi edən bakteriya erkək, geni qəbul edən bakteriya
isə dişi fərd hesab edilir. Proses tamamlandığı zaman
bakteriyalar arasında qurulmuş olan sitoplazmik körpü
əriyir.
Viruslara gəldikdə isə virusların özlərinin canlı olub-
olmaması mübahisəlidir. Viruslar bölünərək törəməzlər.
Onlar canlı hüceyrəsinin DNA’sını istifadə edərək öz-özünü
kopyalayaraq artarlar. Viruslar ancaq canlı bir hüceyrənin
zülallarını istifadə edərək çoxala bilərlər. Bundan əlavə,
viruslar DNA və ya RNA’dan birinə sahib olsalar da, canlı
hüceyrələrdə olduğu kimi bunların ikisi birdən yoxdur.
Viruslar və canlı hüceyrələr, DNA və ya RNA, və proteinlər
kimi ortaq strukturlara sahibdirlər. Lakin biyokimyaçı
Wendel Stanley’nin izahına görə viruslar
biolojik molekullardan “bəsit” törəmələrdir. Organik
moleküllerin kendi kendilerine yapısallaşma özeliklerinin bir
sonucudurlar ve dolayısıyla canlı sayılmazlar. François Jacob
da virüsler hakkında “bir kültür ortamına
yerleştirildiklerinde virüslerin bir metabolik faaliyeti yoktur,
enerjiyi ne üretebilirler ne de kullanabilirler, ne büyür ne
çoğalabilirler, canlıların bu ortak özelliklerinden hiçbiri
yoktur onlarda” der. (François Jacob, Qu’est-ce que la
vie ? in La Vie, Université de tous les savoirs, Editions Odile
Jacob, 2002.) 
New Mexico qamçıquyruq kərtənkələsi (aspidoscelis
uniparens) isə partenogenez yolla çoxalan
canlıdır. Partenogenez çoxalma zamanı yeni orqanizm erkək
fərd tərəfindən mayalandırılmamış yumurta hüceyrədən
inkişaf edir. Burada maraqlı cəhət odur ki, New Mexico
qamçıquyruq kərtənkələləri sadəcə dişi fərdlərdən ibarət
375 | P a g e
olmaqlarına baxmayaraq artım zamanı kərtənkələlərdən biri
sanki erkək rolunu oynamağa başlayır və yumurtlamaq üzrə
olan dişinin üzərinə çıxır. Bu vəziyyət yüksələn hormon
səziyyələrinə bağlıdır və bu cür cinsəl davranışların varlığı
məhsuldarlığı artırır.

All desert grassland whiptail lizards are female. Their


reproduction process does not need male fertilization,
although researchers observed pseudo-copulation that
promotes fertilization during ovulation. This process
involves the alternation between male-typical and female-
typical sexual behaviors, driven by progesterone, in both
lizards; corresponding to the state of their partner. (Crews,
David (1987). “Courtship in unisexual lizards: A model for
brain evolution”. Scientific American. 257: 116–121.)

Bu məlumatları incələdikdən sonra bir daha yuxarıda qeyd


edilən ayələrə qayıdaq. Həmin ayələrin ərəbcədən sözbəsöz
tərcüməsi belədir:

43 – Zuxruf/12-

1.- və əlləzî : və o ki, o …dır


2.- xaləqa : yaratdı
3.- əl əzvəcə : ciftlər, cütlər
4.- küllə-ha : onun hamısı
5.- və cealə : və qıldı, etdi
376 | P a g e
6.- ləküm : sizin üçün
7.- min əl fülki : gəmilərdən
8.- və əl ən’âmi : və heyvanlar
9.- mâ : şey(lər)
10.- tərkəbünə : minirsiniz
 

51 – Zariyat/49-

1.- və : və
2.- min kulli şəy’in : hər şeydən
3.- xaləqnə : biz yaratdıq
4.- zəvcəyni : ikili, cüt-cüt
5.- lə alləkum : bəlkə
6.- təzəkkərun : düşünüb ibrət alasınız.

Ayələrdəki detallara diqqət etmək çox əhəmiyyətlidir.


Məsələn, Zariyat 49-cu ayədə deyilir: “Və min kulli şey’in
xaləqnə zəvcəyni lə’alləkum təzəkkərun”. Öncə qeyd edək
ki, burada “cüt, ikili” mənasında işlənmiş kəlimənin orijinalı
ərəbcə mətndə “zəvcəyni”-dir. “Zəvc” kəliməsi Quranda tək
(zəvc), cüt (zəvcəyn) və cəm (əzvac) formalarında çox
istifadə edilən sözlərdən biridir. Ərəbcədə hər bir söz
kökündən dəyişilərək müxtəlif mənalara, cəmə çevrilir,
amma kök hərfləri eyni olur. “Zəvc” sözü “əzvac” sözünün
təkidir. Burada da hər iki söz “z-v-c” kök hərflərindən əmələ
gəlir. Lakin “əzvac” kəliməsi cəmdə, “zəvc” isə təkdədir. Hər
iki söz “cüt” mənasına gəlir. Amma işlənmə yerinə görə
377 | P a g e
fərqlənirlər. “Zəvc” kəliməsi tək formada işləndikdə cütlüyü
əmələ gətirən iki elementdən yalnız birini ifadə edir, lakin
məna baxımından cütlüyün hər iki elementini əhatə edə
biləcək bir xüsusiyyətə sahibdir. “Zəvcan” yaxud “zəvcəyn”
şəklində istifadə edildikdə isə cütlüyü əmələ gətirən
elementlərdən hər ikisini də ehtiva edir. Zəvc kəliməsi
Quranda 81 yerdə keçir. Bu kəlimə 5 yerdə fel formasında,
17 yerdə zəvc (tək), 7 yerdə zəvcan və zəvcəyn (cüt), 52
yerdə isə əzvac (cəm) formalarında isim olaraq keçir.
(Muhammed Fuad Abdü’l-Baki, el-Mucemu’l-Müfehres Li
Eljiizi’l-Kur’an, İstanbul 1984, s.332-334.)

“Zəvc” kəliməsinin ərəb dilində aşağıdakı bir çox fərqli


mənalarda işlənə bilər:

1- Ər-arvad;

2-Cüt, qoşa;

3- Cins, növ, çeşid;

4- Sinif, qrup, topluluq;

5- Bənzəri.

Beləliklə, “zəvc” kəliməsi bəzi ayələrdə cinsiyyət (erkək-


dişi) mənasında işlənə bildiyi kimi digər ayələrdə fərqli
mənalar (sinif, qrup, növ, çeşid, cüt) ifadə edə bilir. Zatən bir
çox Quran təfsirlərində də buna işarə olunur. Müfəssirlər də
“hər şeydən cüt-cüt yaratma”nın mənasını açıqlayarkən
378 | P a g e
daha çox “gecə-gündüz, erkək-dişi, yer-göy, insan-cin, iman-
küfr, ay-günəş” kimi əks örnəklər üzərində durmuşlar.
(Təbəri, XXVII/8-9, Əlmalılı Təfsiri, VI/4543-4544 ).
Tanınmış İslam alimi və Quran müfəssiri Təbəri bu
ayəni “Cənâb-ı Allahın hər yaratdığının yanında məqsəd və
funksiya etibariylə ondan daha fərqli bir ikincisini
yaratması” şəklində anlamanın uyğun olacağı
qənaətindədir. Yenə Təbərinin izahına görə burada əsas
məqsəd Uca Allahın yaratma sifətinə diqqəti çəkməkdir.
Onun yaratmasını -məsələn atəşin yandırma xassəsi kimi –
tək nəticəli olaraq anlamamaq gərəkdir, O dilədiyi hər şeyi
dilədiyi biçimdə yaratma gücünə sahibdir (Təbəri, XXVII/8-
9).
İmamı Kurtubi həzrətləri buyurur ki:
“Hər şeyi cüt yaratdıq demək, hər şeyi iki cür və bir-birindən
fərqli iki növ halında yaratdıq deməkdir. Kişilə dişi, yer
üzüylə səma, günəşlə ay, gecəylə gündüz, işıqlıqla qaranlıq,
düzlükle dağlıq, cinlərlə insanlar, xeyirlə şər, sabahla axşam
kimi fərqli şeylər deməkdir.” (Camiul Əhkam)

“Kişilə dişi, yerlə göy, günəşlə ay, dənizlə quru, Yazla qış,
həyatla ölüm, tatlıyla turş, işıqlıqla qaranlıq kimi şeylər
deməkdir.” (Celaleyn, Medarik)

Göründüyü kimi, burada bildirilən, yalnız cinsiyyət


baxımından cüt olmaq deyil. Soyuqla isti, gecəylə gündüz,
pislə yaxşı, doğruyla səhv, haramla halal, çirkinlə gözəl,
cinlərlə insanlar, tək hüceyrəliylə çox hüceyrəli kimi, bir-
birinin əksi və ya fərqli cinsdə olan hər şey nəzərdə
tutulmuşdur.
379 | P a g e
Zəvc kəliməsi Quranda cinsiyyət (ər-arvad, erkək-dişi)
mənasında istifadə edildiyi bəzi ayələr bunlardır: Bəqərə-25,
35, 234, 240; Ali İmran-15; Nisa- 1,12, 20, 57; Ənam, 139;
Əraf -189; Tövbə-24; Ra’d-23, 38; Nəhl – 72; Taha-117;
Ənbiya-90; Nur-6; Furqan-74; Şuara-166; Rum-21; Ahzab-4,
6, 28, 37, 50, 52, 53, 59; Yasin-56; Zümər-6; Mü’min-8; Şura-
11l; Mümtəhinə-11; Təğabün-14; Təhrim-1,3, 5; Məaric-30.

Zəvc kəliməsinin qarışıq mənada (erkək-dişi və ya başqa


əksliklər) keçdiyi ayələr isə aşağıdakılardır: Hud-40; Rad-3;
Mü’minun-27; Fatır-11; Yasin-36; Zuhruf-12; Zariyat-49;
Nəcm-45; Qiyamət-39; Nəbə-8. Bunlardan dörd yerdə (Fatır,
Yasin, Zuhruf və Nəbə surələrində) əzvac (cəm), digərlərində
isə zəvcəyn (cüt) şəklindədir.

M. Hamdi Yazır öz təfsirində “zəvcəyn” kəliməsini belə


açıqlayır:

“Zevceyn; yani iki zevc, erkek ve dişi gibi zevc ve zevceden


mürekkeb bir çift eş demektir. Bunun bir de ‘isneyn’ diye iki
ile tavsıf olunması, tekid veya ikişer manasma tevzi’ için
oldugu söyleniyorsa da bunun bir taksim olması daha
zahirdir · ”
Şöyle ki her meyvenin çiçeğinde hayvanatın erkek ve dişisi
mesabesinde bir çift eş
vardır ki o meyve bunların izdivac ve telkıhinden hasıl olur.
Netekim ( ve erselna erriyaha levagıha ) buyurulmuştur.
Sonra bu zevceyn de iki kısımdır. Bir kısmı ayrı ayrı
menşelerde mesela incirin erkeği başka ağaçta, dişisi başka
ağaçta çıkar. Bir kısmı da
380 | P a g e
hem uzvi tezkir hemde uzvi tenisi haiz olan hunsa halinde
aynı menşede çıkar ki ekser
çiçekler böyledir. İşte zevceyn tabirile her meyvede çiftleşen
alelıtlak erkek ile dişi, isneyn, tavsıfıle de bunların hunsası ve
gayri hunsası anlatılmıştır .. ” (Yazır, M. Hamdi, a.g.e., IV.
2956.)

Zəvc kəliməsi 6 yerdə cins, növ və çeşid mənasında işlənir:


Taha-53; Hac-5; Şuara-7; Loğman-10; Qaf-7; Rəhman-52.

Zəvc kəliməsi Quranda 3 yerdə (Hicr-88; Taha-131 və Vakıa-


7 ayələrində) sinif, qrup, topluluq mənalarını daşıyır.

Qeyd etdiyimiz kimi “zəvc” kəliməsi cüt mənasını verdiyi


kimi növ və sinif mənasına da gəlir. Allahın aləmi bütün növ
və siniflərlə yaratdığını ifadə edər. Bu ayə, cüt anlayışının
insanlar kimi bitkilərdə də erkək və dişi ünsürlər ilə mövcud
olduğunu, hətta insanların müxtəlif dövrlərdə bilmədikləri
bir çox şeylərdə də cüt ünsürün olduğunu ifadə edər:
elektrikdə müsbət və mənfi yük, cisimlər arasında itələmə
və cazibə qüvvəti, maddənin təməli olan atomlarda müsbət
və mənfi elektronlar, bu ayənin möcüzəvi olaraq xəbər
verdiyi şeylər arasındadır. Bütün bunlardan məqsəd də, hər
şeyi cüt yaradan, bu qədər müxtəlifliyi ilə kainatı yaradan
Allahın tək olub tay və ortaqdan münəzzəh (qüsursuz,
təmiz, pak) olduğunu vurğulamaqdır.

Həqiqətən də, bu gün, maddənin cütlər halında yaradıldığı


bilinir. Bir toz zərrəsindən ulduzlara qədər bildiyimiz nə
varsa, hamısının özül daşlarını təşkil edən atom parçacıqları
381 | P a g e
və onlardan daha aşağı səviyyədəki parçacıqlar, yaradılarkən
daim antimaddələriylə birlikdə cüt olaraq yaradılarlar.

Bildiyimiz kimi hər maddə molekullardan təşkil olunub.


Molekul – maddənin kimyəvi xassələrini özündə saxlayan
kiçik hissəcik olub, iki və daha çox atomdan ibarət mürəkkəb
əlaqəli sistemdir.

Atom – nüvədən və onun ətrafında hərəkət edən mənfi (-)


yüklü elektronlardan ibarətdir. Atomun nüvəsi isə öz
növbəsində müsbət (+) yüklü protonlardan və
neytronlardan ibarətdir. Neytron elektrik yükü daşımır.

Standart Modelə görə məlum olan bütün zərrəciklərin eyni


kütlədə, amma tərs elektrik yükü daşıyan bir əksi vardır
(ayna görüntüsü kimi). Bunlara anti maddə
deyirik. Maddəylə anti maddə, yəni bir zərrəciklə öz anti
zərrəciyi toqquşduqda bir-birlərini yox edərək
(annihilyasiya) enerji yaradırlar. Məsələn:
mənfi (-) yüklü elektronun anti maddə qarşılığı, + yüklü
pozitron;
müsbət (+) yüklü protonun anti maddə qarşılığı, – yüklü anti
proton vs.

İblis cindir yoxsa mələkdir?


İddia:
Kəhf surəsinin 50-ci ayəsində iblisin (şeytanın) cin olduğunu

382 | P a g e
yazılıb, halbuki Bəqərə surəsinin 34-cü ayəsində iblisin bir
mələk olduğu aydın olur. Bu bir ziddiyyətdir.

Cavab :
Bəhs edilən ayə: ”O zaman Biz mələklərə: Adəmə səcdə
edin, demişdik. İblisdən başqa hamısı səcdə etdilər. O üz
çevirdi və böyüklük göstərdi , beləcə kafirlərdən oldu.”
(Bəqərə 34)

Bu ayənin ərəbcəsində iblisin bir mələk olduğu başa


düşülmür! Bəqərə surəsinin 34-cü ayəsi tərcümədə səhv
başa düşüldüyü üçün ayələrdə ziddiyyət olduğu sanılır. Bu
ayədə ərəbcədə ”Tağlib sənəti” deyə bilinən bir qrammatika
qaydası mövcuddur. Tağlib sənətinə görə əksəriyyətə xitab
edilir. Məsələn bir sinifdə yüz şagird varsa və bu yüz şagirdin
arasında yalnız bir dənə qız varsa və müəllim bütün oğlanlar
ayağa qalsın desə, ərəb dilindəki bu qaydaya görə o yeganə
qızı ayrı göstərməyə ehtiyac qalmır. Yəni, bütün oğlanlar
dediyi zaman avtomatik olaraq o bir qızı da əhatə edir.
(Təbii ki, bu tərsi üçün də etibarlıdır. Bir dənə oğlan olsaydı
da vəziyyət eyni olardı)

Eyni şəkildə ayədə iblisi ayrı göstərməyə ehtiyac yoxdur. Bu


səbəbdən bu ayədə iblisin mələk olduğu anlaşılmır. Kəhf
surəsinin 50-ci ayəsində iblisin açıq şəkildə cin olduğu yazılır.

Nəticə : İblis bir cindir və ayələrdə heç bir ziddiyyət yoxdur.

383 | P a g e
Quran yunanlardan kopyalandı
iddiasına cavab

Bəzi ateistlərin iddia etdikləri kimi Quranın qədim yunan


astronomiyası haqqında məlumatlara əsaslanması iddiası
tamamilə yanlışdır. Çünki qədim yunan astronomiyasına
görə göyün 9 təbəqəsi var idi. Halbuki Quranda ancaq 7 qat
səmadan bəhs edilir. İslamda təfsir alimlərinin
əksəriyyətinin fikri belədir ki, dünyanın üstündə bütün
ulduzların var olduğu maddi aləmin hamısı bir səmadır. Bu,
yeddi səmanın birincisidir. Bəzi İslam alimləri isə Quranda
yeddi rəqəminin bir sıra ayələrdə məcazi anlamda çoxluq
mənasında işləndiyini deyirlər.

Qədim yunan filosofları Ptolomey və Aristotelin geosentrik


kainat nəzəriyyəsinə görə Yer kainatın mərkəzində
yerləşirdi. Digər planetlər isə (Ay, Merkuri, Venera, Günəş,
Mars, Yupiter, Saturn) isə Yerin ətrafında  dövr edirdilər.
Daha sonra isə sonsuz sayda Ulduzlar yerləşirdi. Kainatın
sonunda isə İlkin Səbəb sahəsi (Sphere of the Prime Mover)
gəlirdi. Buradan aydın olur ki, göyün təbəqələrinin sayı 9 idi:

1-ci təbəqə Yer və Ay arasında

2-ci təbəqə Ay və Merkuri arasında

384 | P a g e
3-cü təbəqə  Merkuri və Venera arasında

4-cü təbəqə Venera və Günəş arasında

5-ci təbəqə Günəş və Mars arasında

6-cı təbəqə Mars və Yupiter arasında

7-ci təbəqə Yupiter və Saturn arasında

8-ci təbəqə Saturn və Ulduzlar

9-cu təbəqə Ulduzlar və İlkin Səbəb sahəsi

Mənbələr:

1. Elmalılı Hamdi Yazır, Hak Dini Kuran Dili, Bakara/29

2. Allah, yedi göğü ve yerden de onların benzerini yarattı…


(Talak Suresi, 12) ayetindeki yedi gök ne
demektir? http://www.sorularlaislamiyet.com/article/12611/
allah-yedi-gogu-ve-yerden-de-onlarin-benzerini-yaratti-
talak-suresi-12-ayetindeki-yedi-gok-ne-demektir.html
3. What Is Meant By ‘Seven Heavens’?

http://www.al-islam.org/philosophy-islamic-laws-ayatullah-
al-uzma-shaykh-nasir-makarim-shirazi-ayatullah-jafar-
subhani-35
385 | P a g e
4. The Universe of Aristotle and Ptolemy

http://csep10.phys.utk.edu/astr161/lect/retrograde/aristotle.h
tml
 

İddia: Quranda Kəhf surəsinin 86-cı ayəsində


günəşin palçıqlı suda batdığı yerdən bəhs edilir. Bu
da elmə ziddir.

Kəhf surəsi 86-cı ayədə deyilir: “Nəhayət, günəşin


batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə
batan gördü. O, çeşmənin yanında (Allahı tanımayan, kafir)
bir tayfa da gördü. Biz ona belə buyurduq: “Ya Zülqərneyn!
Sən onlara (imana gəlməsələr) əzab da verə bilərsən, (haqq
yola də’vət edib) onlarla yaxşı rəftar da edə bilərsən!”

CAVAB: Əvvəla, diqqət etsək bu ayədə “günəş palçıqlı suda


batır” deyə qəti bir ifadə, hökm və ya iddia yoxdur. Ayədəki
dəqiq ifadə “Zülqərneyn günəşi palçıqlı suda batarkən
gördü” kimi keçir. Yəni ki, burda günəşin batış anı
Zülqərneynin gözləri ilə bədii şəkildə təsvir olunur. Bundan
başqa ərəb dilində suda batmaq (qarq) və günəşin batması
(qarb) fərqli sözlərlə ifadə edilir. Əgər ateistlərin iddia
etdikləri kimi, ayədə günəşin bir palçıqlı suda batdığını
nəzərdə tutmuş olsaydı, onda “qarq” sözü işlədilərdi.
Halbuki, günəşin batması üçün “qarb” feli istifadə edilmişdir
(Kəhf , 86).  Bu da nəzərdə tutulan mənanın nə olduğunu
açıqlayır. Buradan anlaşıldığı kimi həmin ayədə günəşin
386 | P a g e
palçıqlı suda batdığı deyilmir, sadəcə olaraq günəşin batışı
anı Zülqərneynin gözü ilə bədii formada ifadə edilir. Əslində
bu “vizual təsvir” şəklində istifadə edilən bir
termindir. Hətta indinin özündə belə elmi məqalələrdə
meteroloqlar da “günəşin batması” kimi ifadələr işlədirlər.
Quranda onsuz da “qarb” sözü istifadə edilib və “günəşin
batdığı yer” deyilməsi insanların müşahidələrinə istinadən
zikr edilmişdir. Quranda suda batmaqdan bəhs edildiyində
isə fironun suda boğulması (Bəqərə, 50) nümunəsində
olduğu kimi “qarq” sözü istifadə edilir.

Əslində bu cür ifadələrdən başqa dillərdə də istifadə


olunur. Məsələn, ərəb dilində olduğu kimi ingilis dilində də
suda batmaq və günəşin batmasını ifadə edərkən fərqli
fellərdən istifadə edilir. Belə ki, ingiliscə suda batmaq üçün
“drown” yaxud “sink” felləri işlədildiyi halda günəşin
batması üçün “set” felindən istifadə olunur. Eyni qayda rus
dilində də var. Rus dilində suda batmağı təsvir edərkən
“тонуть” felindən, günəşin batmasını təsvir edərkən isə
“заходить” felindən istifadə olunur.

Quranda elmi kəşflər yazırsa, müsəlmanlar


niyə tapa bilmirlər?

1. Quran elmi bir kitab deyil, müqəddəs bir kitabdır. Bu


səbəbdən quruluşu etibarilə Qurana baxaraq bir elmi kəşf
etmək onsuz da mümkün deyildir. (Quran araşdırmanı,
öyrənməyi təşviq edər, lakin o ayrı bir mövzudur.)

387 | P a g e
2. Quran yalnız nəticəni birbaşa ortaya qoyar, lakin bu
nəticəyə necə çatacağını göstərməz. Məsələn kainatın
genişləndiyini araşdırmaq üçün nə lazımdır? Alimlər, bir
teleskop, kosmologiya elmi ilə bağlı məlumatlar, düsturlar
və s. və s. … Bu Quranda keçməz.  Quranda yalnız birbaşa
nəticə göstərilir: “Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə)
yaratdıq və Biz onu genişləndirməkdəyik.” (Zariyat, 47)

3. Yaxşı, bu gerçək Qurandakı möcüzələri əsassız edərmi?


Əlbəttə ki, XEYR. Bunu bir nümunə ilə izah edək: Mən sizə
deyirəm ki, “Bakıda X küçəsi Nömrə 1-də bir xəzinə
gizlədilib”. Lakin sizə yolu təsvir etmirəm (xəritəyə də sahib
deyilsiniz).

3.1 Siz necə tapacaqsınız oranı? Daha sonra biri bu xəzinəni


tapsa, siz onsuz da harda olduğundan xəbərdar olduğunuzu
bildirdiniz. Bu adam da “xeyr, bilə bilməzsən, yoxsa sən
tapardın” desə bu məqbul bir cavab olarmı? Bu cavab ilə, bu
adamın xəzinənin harada olduğundan xəbərdar olmadığını
isbat edərmi? Əlbəttə ki, xeyr, ateistlərin işlədikləri böyük
səhv də eynilə belədir.

3.2 Quranda da vəziyyət belədir, xəzinənin yeri bildirilir,


lakin yol təsvir edilmir.

Niyə Quranda Amerika qitəsi, pinqvinlər,


dinozavrların, heyvan və bitkilərin yaradılışı və s.
haqqında məlumat yoxdur?

388 | P a g e
Adətən, ateistlərin verdikləri bu tipli gülməli suallarla yəqin
ki, sosial şəbəkələrdə qarşılaşmısınız. Bütün dövrlərdə iman
etməyənlərin əlində n qədər bəhanələr var idi. Məsələn,
peyğəmbərin zamanında yaşayan kafirlər deyirdilər ki,
peyğəmbər sehrbazdır, şairdir, kahindir, məcnundur. Yaxud
da müşriklər iddia edirdilər ki, niyə peyğəmbər onlara mələk
cildində göndərilməyib və ya niyə Qurani Kərim bütöv halda
nazil olmayıb və sair və ilaxır.
İndiki dövrdə də ateistlər analoji olaraq iddia edirlər ki,
“Quranda heyvan və bitkilərin  yaradılışı və s. haqqında niyə
bilgi yoxdur.” Guya Quranda heyvan və bitkilərin yaradlılışı
və s. haqqında bilgilər olsa idi, ateistlər dərhal iman
edəcəkdilər. Başqa sözlə, bu bəhanələr yenilik deyil. 1400 il
keçib, amma köhnə əsassız iddialar olduğu kimi təkrarlanır.
Köhnə hamam, köhnə tas.
İlk öncə qeyd edək ki, Quran fizika, biologiya və s. üzrə
məqalələr toplusu deyil. Ancaq alimlər onun müxtəlif
ayələrində son dərəcə böyük məharətlə və dəqiq heca ilə
yazılmış bəzi elmi həqiqətləri yalnız yaxın zamanlarda kəşf
ediblər. Quranın nazil olunduğu dövrdə elmi üsullarla əldə
edilə bilməyən bu bilgilər bizim dövrün insanlarına bir daha
sübut edir ki, Quran uca və qüdrətli Allahın sözüdür.

Qurani Kərimdə bir sıra ayələrdə kainatın və canlıların


yaradılışı və s. haqqında ümumi şəkildə elmi məlumatlar
verilmişdir. Bu ayələrdə məqsəd insanların diqqətini Allah
Təalanın (c.c) yaratma qüdrətinə cəlb etməkdir. Qurani
Kərimdə bütün canlıların Allah Təala (c.c) tərəfindən
yaradıldığı qeyd olunur.
389 | P a g e
əl-Ənbiya (Peyğəmbərlər) surəsi, 30-cu ayə: “Məgər kafir
olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir
canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman
gətirməzlər? (Göylər ilk yaradılışda bir-birinə bitişik bir
təbəqə olduğu halda, onların arası hava ilə açılıb yeddi
təbəqəyə ayrılmış, yer də bir təbəqə ikən sonra yeddi
təbəqəyə bölünmüşdür. Bu, Allahın qüdrətini, əzəmətini
sübut edən ən tutarlı dəlillərdəndir).”
ən-Nur (Nur) surəsi, 45-ci ayə: “Allah hər bir heyvanı sudan
yaratmışdır. Onların bə’zisi qarnı üstə sürünür, bə’zisi iki,
bə’zisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır.
Həqiqətən, Allah hər şeyə qadirdir!”
əz-Zuxruf (Qızıl bəzəklər) surəsi, 12-ci ayə: “Və O Allah ki,
(bütün canlılardan erkək və dişi olmaqla) ciftlər xəlq etdi,
səvar olduğunuz gəmiləri və heyvanları yaratdı.”

ən-Nəcm (Ulduz) surəsi, 45-ci ayə: “(İnsanlardan və


heyvanlardan ibarət) iki cifti (hər bir cütü) erkək və dişi
olaraq yaradan Odur.”

Doğrudur ki, Qurani Kərimdə müxtəlif elm sahələrinə aid


bir çox faktlar öz əksini tapmışdır. Lakin bu o demək deyildir
ki, Qurani Kərim bir elm kitabıdır. Quranda dünyəvi elmlər
haqqında detallı məlumat verilmir. Bunun səbəbi odur ki,
İslam dini və Qurani Kərim insanlara zoologiya, biologiya,
arxeologiya, kimya, fizika, coğrafiya və s. kimi dünyəvi
elmləri öyrətmək üçün göndərilmiş bir dərslik vəsaiti yaxud
çoxcildli ensklopediya kitabı deyildir. Əslində buna heç
ehtiyac da yoxdur. Çünki həmin elmləri insanlar ağıllarını
işlədərək onsuz da öyrənə bilərlər. Amma yalnız dünyəvi
390 | P a g e
elmləri öyrənməklə insanlar kainatdakı sirləri, həyatın
məqsədi və kainatın yaradılma qayəsi kimi mühüm sualların
cavabını başa düşə bilməzlər. Çünki dünyəvi elmlərin
müxtəlif sahələr üzrə cavab verə bilmədiyi çoxlu sayda
suallar vardır. Digər tərəfdən dünyəvi elmlər insanlara
əxlaq, mənəviyyat, inanc kimi əhəmiyyətli məsələlərdə
fundamental həll yolları göstərə bilməz.

Hətta qatı təkamülçü bioloq Richard Dawkins də özünün


“Şeytanın keşişi” (Devil’s chaplain) kitabında elmin etika
(əxlaq) mövzusunu izah etmək gücündə olmadığını belə
etiraf edir: “Elmin nəyin etik (əxlaqi) olduğuna qərar verə
biləcəyi metodları yoxdur. Bu həm fərdlər, həm də cəmiyyət
üçün belədir” (Richard Dawkins, Devil’s chaplain, page 34).

Bu səbəbdən də Qurani Kərim insanlara mənəvi rəhbər


olaraq onlara doğru yolu və haqqı göstərmək üçün
göndərilmişdir. Yoxsa ki, Qurani Kərim zoologiya, biologiya,
kimya, arxeologiya yaxud paleontologiya və s. haqqında
kitab deyildir.  Bununla bağlı Allah Teala (c.c) Qurani
Kərimdə belə buyurur:

“Onlar (adları çəkilən peyğəmbərlər) Allahın doğru yola


yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub
get. De: “Mən bunun (islam dinin təbliği) müqabilində
sizdən bir əvəz istəmirəm. Bu (Qur’an) aləmlər (bütün
bəşəriyyət) üçün yalnız BİR MOİZƏDİR (ÖYÜD-
NƏSİHƏTDİR)”. (Ən’am, 90).

391 | P a g e
“Bu, (kafirləri cəhənnəm əzabı ilə) qorxutmaq və
mö’minlərə ÖYÜD-NƏSİHƏT VERMƏK ÜÇÜN SƏNƏ NAZİL
EDİLƏN KİTABDIR. (Ya Rəsulum!) Ondan (onun təbliğindən)
ötrü ürəyində bir sıxıntı olmasın! (Ə’raf, 2)”.

Lənətlənmə və qəlblərinə möhür


vurulması ayəsi

Sual: Quranda yəhudilərin lənətlənməsi və qəlblərinə


möhür vurulmasına aid ayələr var. Bu ayələr yəhudilərə
qarşı haqsızlıq deyilmi?

Cavab: Əvvəla qeyd edək ki, Qurandakı “lənətlənmə və


qəlblərinə möhür vurulması” haqqındakı ayələr bütün
yəhudilərə aid deyildir. Çünki Ali-İmran surəsi, 199-cu ayədə
kitab əhli (xristian və yəhudilər) haqqında belə deyilir:

“Həqiqətən, kitab əhli içərisində elələri də vardır ki, onlar


Allaha, həm sizə, həm də özlərinə nazil olanlara (Qur’ana,
Tövrata və İncilə) inanır, Allaha boyun əyərək Allahın
ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbbi yanında
mükafatları vardır. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab
çəkəndir.” (Ali İmran/199)
Bu ayədən də aydın olduğu kimi həm yəhudi, həm də
xristianlar içində Allahın nazil etdiyi bütün kitabları və
peyğəmbərləri, habelə İslamı haqq olaraq qəbul edənlər
vardır ki, onlar təkəbbür və küfrdən uzaq həqiqi iman
sahibləridir.

392 | P a g e
Bəs lənətlənmə və qəlblərinə möhür vurulması kimlərə
aiddir?
Həmin ayələri necə anlamalıyıq?

Nisa surəsi 153-157-ci və Bəqərə surəsi 83-88-ci ayələrdə


isə qəsdən şər əməllər işləyən, haqsız yerə qan tökən inkarçı
və fitnəkar yəhudilərin nə üçün LƏNƏTLƏNMƏSİ və
QƏLBLƏRİNƏ MÖHÜR VURULMASI çox aydın şəkildə izah
olunur və bir çox səbəbləri göstərilir. Quranı kontekst
daxilində oxuduqda ayələrin mənasını anlamaq asandır.
Həmin ayələri oxuyaq.

Bəqərə surəsi 83-88-ci ayələr:        83. Yadınıza gətirin ki, Biz


bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət
etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə,
yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş
danışın, namaz qılın, zəkat verin!” – deyə əhd-peyman aldıq.
Sonra, az bir qisminiz müstəsna olmaqla, ƏHDİNİZDƏN
DÖNDÜNÜZ, çünki siz (İsrail övladı haqdan) üz
döndərənsiniz.                                    84. Xatırlayın ki, yenə bir
zaman sizinlə: “Bir-birinizin qanını tökməyin, bir-birinizi
yurdunuzdan çıxarmayın!” – deyə razılığa gəldik. Sonra siz
(həmin əhd-peymana) şahid olub (onu) təsdiq etdiniz.     85.
(Ey yəhudilər!) Siz elə adamlarsınız ki, (bu əhddən) sonra
yenə bir-birinizi ÖLDÜRÜR, özünüzdən olan bir dəstəya
(tayfaya) ZÜLM və DÜŞMƏNÇİLİK etmək üçün köməkləşib,
onları öz yurdlarından kənar edirsiniz. Onlar (özünüzdən
olanlar başqalarına) əsir düşüb yanınıza gəlsələr, fidyə verib
azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq
sizə haram edilmişdi. Siz kitabın (Tövratın) bir hissəsinə
393 | P a g e
inanıb, digər qismini İNKAR EDİRSİNİZ? Sizlərdən bu cür işlər
görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə
isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç
birindən qafil deyildir.             86. Onlar (yəhudilər) axirəti
dünya həyatına satan kimsələrdir. Buna görə də onların nə
əzabı yüngülləşər, nə də onlara kömək olunar.            87. (Ey
İsrail övladı!) Biz Musaya kitab (Tövrat) verdik, ondan sonra
da bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm
oğlu İsaya aşkar mö’cüzələr (dəlillər) bəxş etdik və onu
müqəddəs ruhla (Cəbraillə və ya ismi-ə’zəmlə)
qüvvətləndirdik. Hər dəfə sizə ürəyinizə yatmayan bir şey
(əmr, buyuruq) gətirən peyğəmbərə
TƏKƏBBÜR göstərmirdinizmi? Məhz buna görə də onların
bir qismini TƏKZİB ETDİNİZ, bir qismini isə
ÖLDÜRDÜNÜZ (Zəkəriyya və ya Yəhya kimi).        88.
(Yəhudilər Qur’anı anlamaq və qəbul etmək barəsində)
DEDİLƏR: “Bizim qəlblərimiz örtülüdür (pərdəlidir)”. (Lakin
bu heç də belə deyildir). Əksinə, Allah onlara küfrlərinə görə
lə’nət eləmişdir. Buna görə də onların ancaq az bir hissəsi
(İbn Səlam və yoldaşları kimi) iman gətirər.

Mövzu ilə bağlı ən-Nisa (Qadınlar) surəsi, 153-157-ci


ayələrə də nəzər salaq:
153. (Ya Rəsulum!) Kitab əhli (yəhudilər) sənin onlara
göydən (birdəfəlik) bir kitab endirməyini istəyirlər. Halbuki
onlar (vaxtilə) Musadan bundan daha böyüyünü istəmiş və:
“Bizə Allahı aşkar göstər!” – demişdilər. Və öz
ƏDALƏTSİZLİKLƏRİ üzündən onları ildırım vurmuşdu. Sonra
onlara açıq-aydın MÖCÜZƏLƏR GƏLDİYİ HALDA, BUZOVA
SİTAYİŞ ETMİŞDİLƏR. Biz bundan da (onların bu günahından
394 | P a g e
da) keçdik və Musaya açıq-aşkar dəlil (parlaq mö’cüzələr)
verdik.
154. Əhdə riayət etsinlər deyə, Tur dağını onların (başları)
üzərinə qaldırdıq və onlara: “Qapıdan (ibadət çadırının
qapısından) səcdə edərək daxil olun, şənbə gününün qayda-
qanununu pozmayın!” – dedik. Və onlardan möhkəm əhd
aldıq.
155. Lakin onlar verdikləri ƏHDİ POZDUQLARI, Allahın
ayələrini İNKAR ETDİKLƏRİ, peyğəmbərləri HAQSIZ YERƏ
ÖLDÜRDÜKLƏRİ və: “ÜRƏKLƏRİMİZ PƏRDƏLİDİR!” –
DEDİKLƏRİ ucundan (Allahın lə’nətinə düçar oldular). Bəli,
ÖZ KÜFRLƏRİ ÜZÜNDƏN Allah onların ürəklərinə möhür
vurmuşdur (kilidləmişdir). Buna görə də onların yalnız az bir
hissəsi iman gətirər.
156. Onlar həm də KÜFR ETDİKLƏRİ (İsanı inkar etdikləri) və
Məryəmə qarşı böyük bir BÖHTAN DEDİKLƏRİ üçün (lə’nətə
düçar oldular).
157. (Onların lə’nətə düçar olmalarının BİR SƏBƏBİ DƏ: )
”Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük”, –
demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də
çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı.
Bu haqlı ixtilafda olanlar onun (şəxsən öldürülməsi)
barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna
dair heç bir mə’lumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar.
Həqiqətdə onu (İsanı) öldürməmişdilər.

Beləliklə, Quranda yəhudilərə qarşı heç bir haqsızlıq


yoxdur. Çünki Bəqərə surəsi 83-88 və Nisa surəsi 153-157-ci
ayələrdən göründüyü kimi “lənətlənmə və qəlblərinə möhür
vurulması” bütün yəhudilərə yox, ancaq açıq-aşkar dəlillər
395 | P a g e
gördükdən sonra yenə də öz təkəbbürləri üzündən küfrə
düşən, Allaha şəriklər qoşan, “ürəklərimiz pərdəlidir” deyən,
verdikləri sözə xəyanət edən, Allahın göndərdiyi
peyğəmbərləri öldürən, nazil olan kitabın bir qismini inkar
edən və insanlara iftira edən bədəməl yəhudilərə aiddir.

“Onlar kar, lal və kordurlar” ayəsi

Bəqərə surəsi 18-ci ayədə münafiq olan kafirlər


haqqında buyrulur: “Onlar kar, lal və kordurlar (haqqı
eşitməz, danışmaz və görməzlər). Buna görə də (öz pis
adətlərindən, yaramaz əməllərindən) dönməzlər.”

Sual: Əgər Allah onları kar, lal və kor yaradıbsa, onda


onların günahı nədir?

Cavab: Müxtəlif insan tiplərini təsvir etmək üçün bütün


dillərdə müəyyən fərqli bənzətmələrdən istifadə olunur.
Məsələn, bizim dilimizdəki bənzətmələrdən bəzi nümunələr:
yekəbaş (tərs insan),
qurd ürəkli (cəsur adam),
tülkü (hiyləgər adam),
aslan (güclü adam),
ağciyər (qorxaq adam),
quşbeyin (axmaq adam) və s. 
Məsələn, bir adama quşbeyin deməklə, onun beyni quş
beyninə dönməz. Bu sadəcə bir bənzətmə və məcazdır.
Yuxarıdakı ayədə adı çəkilən “kar, lal və kor” ifadələri də
münafiq (ikiüzlü), təkəbbürlü və inadkar insanlar haqqında
396 | P a g e
deyilən bənzətmədir. Əslində həmin insanlar fiziki cəhətdən
qüsurlu deyillər. Sadəcə olaraq həqiqəti bildikləri halda öz
təkəbbürləri üzündən yenə də Allahı inkar edən insanlardır.
“O, yaratdığı hər şeyi gözəl yaratdı” ayəsi
haqqında iftiralara cavab

Səcdə surəsi 7-ci ayədə deyilir:  “O, yaratdığı hər şeyi


gözəl yaratdı”.

İnternetdə ateist səhifələr fiziki qüsurlu yaxud xəstə insan


şəkilləri paylaşmaqla guya həmin ayənin “səhv” olduğunu
göstərməyə çalışırlar. Burada ateistlərin yol verdikləri ciddi
məntiq xətası əslində zahiri yanaşma üslubundan
qaynaqlanır. Adətən, gözəllik olaraq qavradığımız həqiqi
anlayış zahirdə deyil, batində (işin mahiyyətində) gizli olur.
Çünki

1. Zahirən sağlam olmaq, daha bacarıqlı olmaq demək


deyil.
2. Zahirən gözəl olmaq, daha istedadlı olmaq demək
deyil.
3. Zahirən fiziki cəhətdən güclü olmaq, daha ağıllı
olmaq demək deyil
4. Zahirən xoş görünmək, daha faydalı olmaq demək
deyil.
5. Zahirən çirkin görünmək, zərərli olmaq demək deyil
və sairə.
İnsanların fiziki qüsurlu olması onların “çirkin və yararsız”
olması mənasına gəlməz. Fiziki qüsurlu olmalarına
397 | P a g e
baxmayaraq müxtəlif sahələrdə uğurlar qazanmış, istedadlı
və məşhur insanlar tarixdə çoxdur. Məsələn, dünya
musiqisinə incilər bəxş etmiş şöhrətli klassik alman bəstəkarı
Bethovenin eşitmə qüsuru (karlıq) olmuşdur. Bir çox gözəl
rəsm əsərləri çəkən Meksika əsilli tanınmış rəssam Frida
Kahlo-da uşaq iflici xəstəliyi olmuşdur. Məşhur Amerikalı
müəllif, siyasi aktivist və mühazirəçi Helen Keller-in görmə
və eşitmə qabiliyyətindən məhrum idi. Hollivud ulduzu,
məşhur kino-aktyor Silvester Stallone doğuş zamanı üz
sinirləri zədələndiyi üçün uzun müddət(məktəb yaşlarına
qədər) yanaq, dodaq və dili iflic olmuş vəziyyətdə qalmış və
pəltək olmuşdur. İngilis alim Stefen Hokinq də fiziki
cəhətdən qüsurludur və ağır iflic xəstəsidir. Buna
baxmayaraq, Hokinq hazırda dünyanın ən məşhur
fiziklərindən biridir.

Aşağıdakı şəkildə göstərilən Nicholas Vujicic fiziki cəhətdən


qüsurlu və zəif olsa da, bir çox sağlam insanlardan daha
intellektual və bacarıqlıdır. Motivasiya üzrə dünyada məşhur
mütəxəssisdir.

Deməli, yuxarıda adları çəkilən şəxslər zahirən fiziki qüsura


malik olsalar da, mahiyyətcə gözəldirlər. Bu gözəlliyin
mahiyyətində onların sahib olduqları üstün zəka, istedad,
fərqli bacarıq və bəşəriyyətə verdikləri töhfələr
durur.Beləliklə, gözəllik anlayışının mahiyyətini yalnız zahiri
görünüş və imkanlarla məhdudlaşdırmaq yanlışdır və dar
düşüncə tərzinin məhsuludur. Gözəllik anlayışının
mahiyyətinə daha geniş spektrdə baxıldıqda Səcdə surəsi 7-
ci ayədəki həqiqət açıq şəkildə özünü biruzə verir.
398 | P a g e
Digər tərəfdən isə əgər Allah Təala (c.c) fiziki yaxud zehni
qüsurlu insanlar yaradırsa, digər tərəfdən də həmin insanları
sevəcək, onlara yardım və mərhəmət edəcək xoş niyyətli,
səbrli və gözəl əxlaqlı insanlar da xəlq edir.

Nəhayət, İslam dininə görə bu dünyada daha çox əziyyət


çəkən və səbr edən insanları Allah Təala (c.c) axirətdə
başqalarından daha çox mükafatlandıracaqdır.

Namaz, oruc, həcc ziyarəti ilə bağlı suallar

NAMAZ NİYƏ ƏRƏBCƏDİR?

Bilindiyi kimi müsəlmanlar namazda Qurani-Kərimin


bəzi hissələrini oxumaqla mükəlləfdirlər. Müsəlmanların ana
399 | P a g e
dili və vətəni nə olursa-olsun, bu üsul Hz. Peyğəmbər(s.a.v)
zamanından bəri dəyişməmişdir.
İlk olaraq möminə Allaha bildiyi və başa düşdüyü bir dildə
qulluq etməsi daha təbii görsənir. Ancaq bir az incələyəndə
başqa səbəblər ortaya çıxacaq.

Hər şeydən əvvəl bu mövzuda dua ilə namaz arsındakı fərqə


baxmaq lazımdır. Namaz xaricindəki duada mömin
ehtiyaclarını və istəklərini Rəbbinə istədiyi dildə bildirə
bilər. Bu şəxsi məsələdir. Ancaq namaz kollektiv və ümumi
bir ibadətdir və namazda iştirak edən digər möminlərin
ehtiyacları da nəzərə alınmalıdır. Namazı təkbaşına da
qılmaq olar, ancaq daha fəzilətli olduğu üçün bir qayda
olaraq camaatla qılınar. Hər kəs istədiyi və başa düşdüyü bir
dildə namaz qılsa, o zaman qabaqda namaz qıldıran namazı
hansı dildə qıldıracaq? Azərbaycan dilində qıldırsa, bu
zaman rus, rusca qıldırsa, türkiyəli başa düşməyəcək.

Əgər İslam hər hansı bir bölgənin, irqin və ya millətin dini


olsaydı, heç şübhəsiz, sadəcə həmin yerin və ya millətin
dilindən istifadə ediləcəkdi. Məsələn, çincə bilməyən bir
azərbaycanlı Çinə getdiyində küçələrdə çincə çox səslər
eşidəcək ancaq başa düşməyəcək. Əgər bu sözlər əzanın və
ya “Allahu Əkbər”in tərcüməsidirsə, onu anlamayacaq və
bəlkə də namazı vaxtında qıla bilməyəcəkdir. Eyni şəkildə
Azərbaycandakı bir çinli bir müsəlmanın məsciddə namaz
qılmağına baxmayaraq, öz dindaşıyla heç bir ortaq cəhəti
olmayacaqdır. Ancaq universal bir dinin bəzi müştərək
əsasları olmalıdır. Bu mövzuda əzan və qiraət iki əsas ünsürü
təşkil edir.

400 | P a g e
Beynəlxalq konqres və toplantılarda da bu vəziyyətin misalı
açıq şəkildə görülməkdədir. Məsələn, BMT-də hər kəs öz
dilinə görə deyil, fransız və ingilis dili kimi icazə verilən
dillərində çıxış edə bilər. Ümuminin mənfəəti üçün xüsusi
fəda edilir.

Bunun başqa bir yönü də var. Hər tərcümə əsla orginalın


yerini tuta bilməz. Ərəb dili çox zəngin dildir. Quranın o
dildə nazil olmasının səbəblərindən biri də odur. ƏRƏB
DİLİNDƏ 62 MİN KƏLİMƏNİN BAŞQA DİLLƏRDƏ
TƏRCÜMƏSİ YOXDUR. MƏSƏLƏN, “RUBUBİYYƏT,”
“ULUHİYYƏT” SÖZLƏRİ DƏ BUNLARDIR.
TƏRCÜMƏ EDİLDİYİ ZAMAN EMOSİONALLIQ VƏ
ECAZKARLIQ İTƏCƏKDİR VƏ İSTƏNİLƏN HAL
HASİL OLMAYACAQ.

Namazı xüşu ilə qılmaq üçün namazın öz dilində


tərcüməsini bilmək əsas deyil. Dediyini bilmək yaxşıdır,
amma şərt deyil. Namazda xüşu, deyilən kəlmələri daha
diqqətli, səhvsiz, təcvidə uyğun oxumaq və dünyəvi fikirləri
beynindən atıb özünü Allahın(c.c) hüzurunda hiss etməklə
əldə edilir.

Dünya işləri üçün cildlərlə lüğət əzbərləyənlər əbədi


səadətin vəsiləsi olan ibadətlərimiz üçün Allah kəlamından
bir səhifəlik əzbəri çox görürlərsə, bu həqiqəti xatırlasınlar:
ALLAHIN BİZİM İBADƏTLƏRİMİZƏ EHTİYACI
YOXDUR. ONA EHTİYACI OLANLAR SADƏCƏ BİZİK.
Həcc vaxtı şeytanı daşlamağın izahı  nədir?

401 | P a g e
Çox vaxt bəzi dinsiz və ateistlər həcc ibadəti zamanı
müsəlmanların şeytanı daşlamasını xurafat kimi təqdim
etməyə cəhd edirlər. Bu isə ondan qaynaqlanır ki, həmin
şəxslər şeytana daş atma mərasiminin həqiqi məna və
məzmunundan tamamilə bixəbərdirlər.

Əvvəla qeyd edək ki, şeytana daş atmağın İslamda olan


fələsəfisini anlamaq üçün ilk öncə onun tarixinə baxmaq
lazımdır. Şeytana daş atmaq İbrahim peyğəmbərin
zamanından qalan dini ritualdır. İbrahim peyğəmbərə
Allahdan öz oğlunu kəsmək əmri gəldiyində bir neçə illərdən
sonra dünyaya gələn ən sevdiyi insanı Allah yolunda qurban
verməklə imtahan olundu. İsmayıl İbrahimə dünyada hər
şeydən daha çox sevimli idi. Ancaq Allaha olan sevgisi daha
uca Allahın əmri daha öndə idi. İbrahim oğlunu Məkkədə
Mina ərazisində qurban kəsməyə apararkən şeytan onun
qarşısına çıxıb dedi: “Ey İbrahim, sən nə edirsən, ən
sevdiyin oğlunu öz əlinləmi öldürəcəksən?”

İbrahim peyğəmbər olduğu üçün şeytanı görürdü . O , onu


Allah yolundan , Allahın əmrindən mən etməyə çalışan
şeytana yerdən daş götürüb atdı və onu yanından qovdu.
Şeytan ona 3 dəfə görünüb hər dəfə onu Allahın əmrindən
mən etməyə çalışsa da, İbrahim onu daşlayaraq yolundan
qovdu. İbrahim imtahandan üzü ağ çıxdı və oğlunu qurban
kəsmək istədiyində Allah ona bir qoç göndərdi ki, əvəzində
onu kəssin. Bu isə insanlar arasında bir ibadət olaraq yayıldı.

Yəni qurbanlıq bayramının əsas hikməti İbrahim kimi Allah


yolunda ən sevdiyini, İsmayıl kimi isə canını qurban
verməyə hazır olmaq fəlsəfəsidir. O sadəcə bir ət bayramı
402 | P a g e
deyildir. Öz malını verərək qurban kəsmək hər ən sevdiyimi
və canımı belə Allah yolunda verərəm ibarəsini simvolizə
edir. Hacıların minada şeytana daş atmasına gəlincə isə o
Allahım sənin itaətinə,əmrinə aparan yolda olan bütün
maniələri , şeytanları özümdən dəf edəcəyəm təbirini
simvolizə edir. Yəni daş atmaqla İbrahim necə öz yolundan
bax burada şeytanı daşladı məndə hər zaman Allahın əmrini
yerinə yetirməyə mane olan hər bir şeyi dəf edəcəyəm
anlamındadır. Yoxsa orada şeytan var onu vuracam demək
deyildir. Yəni Qurban bayramının əsas fəlsəfəsi İbrahim
kimi Allah yolunda hər şeyimi verərəm təbirni simvolizə
etdiyi kimi daş atmaqda ibrahim kimi bu fədakarlığıma mane
olan hər şeyi dəf edəcəm təbirini simvolizə edir. Allah
yolunda İbrahim kimi ən sevdiyini, İsmayıl kimi isə canını
verməyə hazır olmayan birisi üçün ələbtdəki Qurban
bayramı sadəcə bir ət bayramıdır. Eləcə də Allah yolunda
olan maniələri dəf etməyə çalışmayan birisi üçün isə şeytana
daş atmaq dini ritualı sadəcə bir əyləncədir…..
Kəbədəki daş meteoritdir iddiasına  cavab

Ateistin iddiası: “Kəbədəki Həcərül-Əsvəd daşı büt kimi


oraya gələnlər tərəfindən ziyarət edilir, bu daş isə
meteoritdir. Bu daşı araşdıran Oksford universiteti geoloqları
onun sirrini açdılar.”

Cavab: Bu şübhə Qərb tərəfindən irəli atılmış və bəzi ateist


səhifələrində mübahisə mövzusu olmuşdur. Həcərul Əsvəd
daşının meteorit olmasını sübut etdikdən sonra
paylaşımlarında bu ifadəni işlədiblər:
403 | P a g e
“Tədqiqatçılar bu daşın mənşəyinə, eləcə də Islamın
yaranmasına aydınlıq gətirəcəklərinə ümid edirlər . Dini
tarixçi Əhməd bin Əlifə : meteoritə sitayiş edən
bütpərəstlikdən başlayan dinlərin, bir neçə əsrdən sonra
təkilahlılığa çevrilməsini və bütün dünyaya yayılması
səbəblərini bilmək çox maraqlı olardı”. “
Əvvəlcə gəlin yazılanları diqqətlə analiz edək. “..bu daşın
mənşəyinə, eləcə də islamın yaranmasına aydınlıq
gətirəcəklərinə ümid edirlər.” İndi sizə sual verirəm –
İslamın yaranması bir daşla bağlı idi? İslamda daşdan vəhy
gəlməsi, onunla təvəssül edilməsi (onunla Allaha vəsilə
etmək və s.) kimi hər hansı bir nəqlə rast gəlmisinizmi? Və
ya bir daşa dua etmək, ondan ruzi , şəfa gözləmək İslamda
yer alan bir şeydirmi? Belə bir şeyi iddia etmək doğurdan
çox gülüncdür. Çünki Quranı oxuyan hər bir kəs bunu görə
bilər:
“Allahı qoyub Qiyamət gününədək özünə cavab verə
bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim
ola bilər? Halbuki (o bütlər) onların yalvarışından
xəbərsizdirlər. (Əhqaf ,5)”
Bəs bu daş nə üçündür? Həcər-ul-Əsvəd Kəbənin tavafı
zamanı başlanğıc yerini bildirmək üçün qoyulmuşdur.
Kəbənin inşası zamanı Hz.İbrahim tərəfindən qoyulması
barədə rəvayətlər mövcuddur .Həcərül-Əsvədin meteorit
olmasının əslində heç bir əhəmiyyəti yoxdur. Çünki onun
cənnətdən gəlməsi və gələrkən ağ rəngdə olması, müşriklərin
və günahkarların günahlarının onu qaraltması barədə
hədislərdən məlumat ala bilərik. (Tirmizi,Həc 49/877;
Əhməd ,I,307 ;Ravi – İbn Abbas, Fəzilət bölümü, Kutubu
Sittə- hədis 4577)
Yəni onun meteorit olması və Yer üzünə kənardan
gəlməsində əslində İslama zidd bir dəlil yoxdur, əksinə onun
404 | P a g e
Cənnətdən gəlmə daş olması barədə məlumat verilmişdir.
Bunun meteorit xüsusiyyətləri daşıması İslama heç bir
ziddiyət təşkil etmir. Onun meteorit olması alimlər
tərəfindən 2004-cü ildən artıq sübut olunmuşdur. ( New
Light on the Origin of the Holy Black Stone of the Ka’ba.
Author: Thomsen, E. Journal: Meteoritics, volume 15,
number 1, page 87; Prescott, J.R., Robertson, G.B.,
Shoemaker, C., Shoemaker, E.M. and Wynn, J. (2004)
“Luminescence dating of the Wabar meteorite craters, Saudi
Arabia”, Journal of Geophysical Research, 109 (E01008),)

İndi isə əvvəlki faktlara qayıdaraq fikir bulanıqlığı


yaratmağın heç kimə xeyri olmadığını söyləyə bilərik.
Xüsusilə də bu əgər 11 il əvvəl sübut olunubdursa, bunun
indi mübahisə mövzusuna çevrilməsi, hələ əlavə olaraq da
“bütpərəstlikdən yaranan dinlərin bütün dünyaya yayılması”
kimi absurd bir anlayışla ortaya çıxması çox gülüncdür.
Anlaşılan mənbə kimi göstərilən dini (!) tarixçi belə hələ də
İslamın bütləri yıxaraq tövhid (Allahı vahidləmək) dini
gətirdiyindən xəbərsizdir. Bu daşın müşriklərin sitayiş etdiyi
bütlərdən fərqini isə belə izah edə bilərik :
Bu daş şəfaət, ruzi vermə və s. kimi şirk xüsusiyyətləri
daşımır , bu daşın xüsusiyyəti Kəbəni tavaf edərkən
başlanğıc nöqtəsini bildirməsi, daşın ona toxunanlara qarşı
axirətdə Allahı zikr edən hər bir məxluq kimi şahidlik
etməsi.
Bunun dəlili Peyğəmbərimizdən gələn hədisdir ki, bu da
ixlasla Həcərül-əsvədə toxunan və qarşılığını Allahdan
gözləyən hər bir kəsə şahidlik etməsidir
(Tirmizi , İbn Hibban, Əl Həkim rəvayət etmiş, Zəhəbi və
Şeyx Albani səhih olduğunu demişlər)
Yekun olaraq Kəbəni tavaf zamanı istilam edilən Həcərül-
405 | P a g e
Əsvəd daşının müşriklərin bütlərindən tamamilə fərqlənməsi
barədə ən güclü dəlilimizlə bitirmək istəyirəm:

Abis İbnu Rabiə (rahiməhullah) rəvayət edir: “Mən


Hz.Ömər (radıyallahu anh)-ı Həcərül-Əsvədi öpəndə
gördüm. Onu həm öpdü, həm də: “Bilirəm ki,sən bir daşsan
nə bir faydan nə də bir zərərin vardır. Mən Rəsulullah
-sallallahu aleyhi vəsəlləmi- səni öpəndə görməsəydim, səni
əsla öpməzdim” dedi.”
[Buxari, Həc 50, 57, 60; Müslim Həc, 248, 251, 120;
Muvatta, Həc 36, (1367); Tirmizî, Həc 37, (860); Əbu
Davud, Mənasiq 47, (1873); Nəsai, Həc 147, (5, 227); İbn
Macə, Menasiq, 27, (2943). Əhmed b. Hənbəl, Müsnəd, I,
17, 26, 34, 35, 36, 53, 54. ; Kutubi sittə . 4564]

Ən doğrusunu Allah bilir, saxtakar islamafoblar yox! Biz


sadəcə mənbələri doğru şəkildə çatdırmağa çalışırıq!
Həcc zamanı Səfa və Mərvə təpələri arasında
qaçmaq ibadəti bütpərəstlikdən mi  gəlir?

“Hətta kəbə ilə qonşuluqda Əs-Səfa Və Əl-Mərvə adlı


iki təpədə birincidə İshaf ,ikincidə isə Nailə adlı ilahənin
bütü yerləşirdi. Əfsanəyə görə bu qadın və kişi vaxtilə
kəbədə yaşayıb və sonradan öz ayıb hərəkətlərinə görə daşa
dönüblər. O vaxt Ərəb bütpərəstləri ziyarət zamanı bu
bütlərə toxunurdular. Müasir Müsəlmanlar da da bu iki
təpəyə qalxmaq rituala çevrilib. Və onun əsasında bütpərəst
adət ənənəsi durur.”

406 | P a g e
Qaraqanın yazdığı bu sətrlərdə oxucuya aşılamaq istədiyi
fikir budur ki, müsəlmanların həcc ibadətində Səfa və Mərva
təpələri arasında səy etmək, yəni yüngülcə qaçmaq ayininin
mənşəyi müşriklərin adətidir və İsəf-Nailə büt cütlüyü ilə
bağlıdır. Dəlili də budur ki, müşrik ərəblər bu iki bütü Səfa
və Mərva təpəsinə qoymuşdular. Bu iddiaya bir neçə yoldan
cavab verəcəyik.

Birinci: Səfa və Mərva təpələrinin üzərində bütlərin


olmasına dair təsdiqini tapmış tarixi mənbələr yoxdur, bəzi
kitablarda bunun qeyd edilməsi tarixi həqiqətlər kimi qəbul
edilməz, yoxsa nağıllarımızda deyilən hər şeyə inanmağımız
lazım gələrdi. Bu cür tarix kitablarında sonrakı dövrlərdə
gəlmiş şəxsiyyətlərin sənədsiz-isnadsız bəzi şeyləri iddia
etməsi dərhal fakt olaraq qəbul edilməməlidir, çünki
həmçinin İsəf və Nailə bütlərinin zəmzəm quyusunun
yanında da qoyulduğu haqqında iddialar vardır.

İkinci: Hətta bunun doğru olduğunu qəbul etsək belə bu,


həcdəki səy ibadətinin ordan qaynaqlanması anlamına
gəlməz. Çünki bu bütləri Məkkədə ərəblərə təqdim edən
Amr bin Luhey olub. Ərəblər daha öncə İbrahimin dini
üzərində olub. Lakin tədricən İbrahimin dininə ona zidd olan
bütləri daxil etdilər. Beləliklə də daha öncə yalnız tək Allaha
ibadət olunan Kəbədə bütlər əmələ gəlməyə başladı.
Doğrudur ki, Kəbənin içində və ətrafında bütlər var idi və
müşriklər Kəbəni tavaf edərdilər və bütlərə ibadət edərdilər.
Lakin bu gün biz Kəbəni tavaf ediriksə müşriklər etdiyi üçün
yox, ondan çox zaman öncə İbrahim peyğəmbər oğlu
İsmayıl ilə etdiyi üçün edirik.

407 | P a g e
Üçüncü: Səfa və Mərva təpələri arasında səy etmənin
mənşəyi isə İbrahim peyğəmbərin həyat yoldaşı, İsmayılın
anası Həcər ilə bağlıdır. İbn Abbasın rəvayət etdiyi xəbərdə
deyilir: “İbrahim Həcəri və oğlu İsmayılı gətirdi və Həcər
İsmayılı əmizdirirdi və onları Allahın evinin yanında tərk
etdi. O zaman Məkkədə heç kim yaşamırdı və su da yox idi.
Hər ikisini də orada tərk etdi və yanlarında xurma ilə su
buraxdı. Sonra İbrahim dönərək getdi. İsmayılın anası
arxasınca düşərək dedi: “Ey İbrahim, hara gedib bizi heç bir
insanın, heç bir şeyin olmadığı bu vadidə tərk edirsən?”
Bunu bir neçə dəfə təkrarladı, İbrahim isə geri dönüb
baxmadı. Sonra dedi: “Sənə bunu Allahmı əmr etdi?”
Dedi:”Bəli.” Dedi: “O zaman Allah bizi zay etməz.” Sonra
geri qayıtdı…. Sonra İsmayılın anası İsmayılı əmizdirməyə
başladı, özü də qabdakı sudan içməyə başladı. Qabdakı su
qurtardıqda susadı və uşağı da susadı. Uşağa baxıb onun
halsız düşdüyünü gördü və uşağa baxmağa dözə bilmədiyi
üçün ondan ayrıldı. Sonra Səfa’nın ən yaxın dağ olduğunu
gördü, ona görə də üzərinə çıxdı və vadiyə tərəf baxdı ki, bir
kimsənin olub olmadığını görsün. Sonra Səfa dağından aşağı
endi və vadiyə çatdıqda ətəyinin ucunu qaldırdı və yorğun
bir insan kimi qaçmağa başladı və vadini keçdi. Sonra Mərva
dağına çatdı, üzərinə çıxdı və bir kimsəni görüb
görməyəcəyi üçün baxdı, heç kimi görə bilmədi. Bunu yeddi
dəfə təkrarladı. İbn Abbas dedi: “Peyğəmbər – salləllahu
aleyhi va səlləm – buyurdu: “Buna görə də insanlar bu ikisi
arasında səy edirlər.” (“Sahih əl-Buxari”, 3364)
Gördüyümüz kimi İslamda həcdəki bu ibadətin əsli Həcər
anamızın etdiyinə bağlıdır, peyğəmbərimiz də –
aleyhissələm – bunu bizə bu şəkildə izah edib. Ona görə də
müsəlmanlar məhz Həcər anamızın etdiyi kimi dağdan
endikdə adi yürüyüşlə enirlər, lakin vadiyə çatdıqda isə
408 | P a g e
yüngül şəkildə qaçırlar və “səy” adlanması da “xəfifcə
qaçmaq” mənasındadır. Müsəlmanlar da bunu bu gün yeddi
dəfə edirlər. Bunun heç birinin iddia olunduğu kimi bütlərlə
heç bir əlaqəsi yoxdur. İslam dini bütləri qıran bir din kimi
tanınır və bütün dinlərin içində ən monoteist bir dindir.
Yalnız cahil və savadsız bir insan İslamdakı ibadətlərin
əslinin bütpərəstlikdən qaynaqlandığına inana bilər.

İndi mən deyirəm ki, hər bir araşdırmaçı kimsə kimi


Qaraqan da bu məlumatları araşdırıb tapa bilərdi. Çünki
kitabında qeyd etdiyi bu şübhənin çox bəsit bir şübhə
olduğunu savadı olan hər kəs bilir. Bununla maraqlanıb bu
barədəki məlumatları oxumaq çətin olmamalıdır, təbii ki,
burada bir azca insaf və şüur da lazımdır. “İkinci Addım”
kitabı bu cür ucuz məlumatlar ilə doludur.

Çox qəribədir ki, bizim cəmiyyətimizdə dini şüur hətta


sovet dövründəkindən də çox zəifdir. Mən sovet dövründə
yaşayan insanların nə olsa da heç bir zaman dini dəyərləri bu
dərəcədə ucuz bir şey qarşılığında satdıqlarını görməmişəm.
Ən azından peyğəmbərimizin adı çəkiləndə hörmət
edərdilər. Lakin indiki gənclik özünü müsəlman adlandırsa
da Qaraqan kimi şou-biznes aləmindəki simalara daha çox
könül qapdırıblar. Ona görə də Qaraqan onların mənəvi
dəyərləri olan dini dəyərlərini tapdaladıqda millət bu dini
dəyərlərin müdafiəsinə qalxmaq əvəzinə Qaraqanın cavabını
verənlərə qarşı Qaraqanın müdafiəsinə qalxırlar. Çox
acınacaqlı haldır.

409 | P a g e
Orucun faydaları haqqında elmi  araşdırma

Britaniyada dərc olunan EMEL jurnalı, tibbi araşdırmaçı


Dr. Norin A. Kassemin araşdırmaları əsasında,insan oruc
tutarkən onun bədəninin daxilində hansı proseslərin baş
verdiyi haqqda məlumat verən qısa video çarx təqdim edib.
Videoda bildirilir ki,insan oruc tutarkən bədənində artıq
yığılmış piylərin,karbohidratların və şəkərin yanması
nəticəsində enerji istehsal edir. Enerji istehsalı zamanı ən
mühüm rolu Qaraciyər oynayır. Qaraciyər piyləri keton
bədənçikləri adlı kimyəvi prepratalara çevirərək insan
enerjisnin əsas mənbəyi edir.
Dr. Kassemin fikrincə, detoksikasiya oruc tutmağın ən
əhəmiyyətli xeyirlərindən biridir. Müntəzəm detoksikasiya
prosesi zamanı insanın qalın
bağırsağı,ağciyəri,qaraciyəri,böyrək,limfatik düyünlər və
dəridə olan zəhərli maddələr neytrallaşdırılır və ya
təmizlənir. Yeməklərdən və ətraf mühitdən daxil olmuş və
qalın ehtiyatlatlarda saxlanılmış kimyəvi preparatlar və
toksinlər orucluq zamanı detoksikasiya prosesinin
güclənməsi nəticəsində təmizlənirlər.
Fiziki səviyyədə enerji və resurslar həzm sistemindən rədd
edildiyinə görə,insanın bədənində sağalma və bərpa
prosesləri baş verir.
Orucluq vaxtı metabolizma və ümumi fiziki funksiyalar

410 | P a g e
səviyyəsinin azalmasına görə bədənin temperaturunda kiçik
azaldılma müşahidə olunur. Həmçinin insann bədəni enerji
üçün metobolizmanın azalması nəticəsində və qaraciyərdə
yerləşən qlikogen rezervlərini istifadə etdiyinə görə qanda
şəkərin səviyyəsidə enir.
Gündəlik həyatda tez tez yüklənən həzm sistemi orucluq
vaxtı daha effektiv həzm və qidaları udmaq üçün özünü
bərpa edərək təmizləyir. Mədə və bağırsaq örtüyü vəz və
əzələləri bərpa edərək lazımsı toksinləri özündən
uzaqlaşdırır. 

Qadınlar haqqında suallara cavablar

İSLAMDA ÇOXEVLİLİYİN HİKMƏTİ


NƏDİR? 

Son dövrlərdə İslamın qadına münasibəti haqqında bir


çox araşdırmalar aparılmışdır. Bu araşdırmalarda daha çox,
İslamda qadın, onun hüquqları, şahidliyi, mirasdakı payı,
kişi ilə bərabərhüquqlu olub-olmaması, evlilikdəki mövqeyi,
iş həyatı, boşanma haqqı və s. mövzularla yanaşı İslam
dininin kişilərin birdən çox qadınla evlənməsinə icazə
verməsi mövzusu da öz əksini tapmışdır. Çoxevliliyə qarşı
çıxılmasına başlıca səbəb kimi, bunun qadın-kişi
411 | P a g e
bərabərliyini ortadan qaldırdığı, qadının hüquqlarına mane
olduğu, elecə də müasir həyat tərzinə uyğun gəlmədiyi
fikirləri göstərilmişdir.

Müsəlman olmayanlar İslamı ləkələmək üçün çoxevlilik


mövzusundan istifadə etməyi düşünmüş, bəzi müsəlmanlar
da ya iman zəifliyindən, ya da məsələnin hikmət və
səbəblərini qavraya bilmədiklərindən, Avropanın təsiri ilə
çoxevlilik haqqındakı tənqidlərə qoşulmuşlar. Müsəlman və
qeyri-müsəlman bəzi yazarlar da bu mövzudakı tənqidlərə
cavab vermişlər. Ancaq bunların bəzilərində feminizmə
meyl, bəzilərində isə Qərb mədəniyyətinin təsiri müşahidə
olunur.

Ümumiyyətlə çoxevlilik daha çox Avropalılar tərəfindən


tənqidə məruz qalmışdır. Amma bəzi qərbli mütəfəkkirlər
ictimai əxlaq və iqtisadi baxımdan çoxevliliyi münasib
görmüşlər. Onlar Avropadakı bir çox kişilərin bir qadınla
kifayətlənmədiyinə görə əxlaqsızlıqların baş alıb getməsinə
və nikahdankənar uşaqların dünyaya gəlməsinə qarşı
çoxevliliyin çarə olduğunu söyləmişlər. Biz isə bu yazımızda
məsələnin İslam hüququndakı yeri, hökmləri və şərtləri
haqqında məlumat verməyə çalışacağıq.

TARİXDƏ ÇOXEVLİLİK:

Çoxevlilik bəzilərinin düşündüyü kimi İslam dini ilə


başlamamışdır. İslamiyyətdən əvvəl Babilistan, Misir,
Yunanıstan, İran, Çin və Hindistan kimi bir çox
cəmiyyətlərdə mövcud olan çoxevlilik, İslamiyyətdən sonra
da digər mədəniyyətlərdə davam etmişdir. Çoxevliyiyi İslam
dini qanuniləşdirməmişdir. Brahmanizm və Zərdüştlük kimi
412 | P a g e
şərq dinlərində də çoxevlilik var idi. Yəhudilik və
xristianlıqda da çoxevliliyi qadağan edən hər hansı bir hökm
yoxdur. Kitabı-müqəddəsdə Hz. İbrahim, Hz. Yaqub, Hz.
Davud, Hz. Süleyman və bəzi peyğəmbərlərin birdən çox
qadınla evli olduğundan bəhs edilir. Digər tərəfdən
Hammurapi[1] qanunlarında da bir neçə qadınla evlilikdən
bəhs olunur. Qədim Roma hüququnda da istifraş (evli
olmadan bir qadınla birlikdə yaşamaq) adətinə rast gəlmək
mümkündür. Bütün bunlar göstərir ki, çoxevliliyə dini
məsələ olmaqdan çox ictimai məsələ olaraq ta qədim
dövrlərdən bəri bir çox cəmiyyət və mədəniyyətlərdə rast
gələ bilərik.[2]

Cahiliyyə dövründə də çoxevlilik mövcud idi. Çoxevlilik


ərəblər arasında geniş yayılaraq adət halına gəlmişdi və bunu
qadağan edən hər hansı qayda-qanun yox idi. Hətta o dövrdə
kişilər həyat yoldaşları üzərində hər cür haqqa sahib
olduğuna görə, qadınlar ərlərinin vəfatından sonra onun
varislərinə miras qalırdı. Həmin dövrdə çox qadınla
evlənmək sosial-iqtisadi mövqe ilə əlaqəli olduğuna görə
güc və sərvət əlaməti sayılırdı.

Rəsulullahın (s.ə.s) müsəlman olan bəzi səhabələrə dörddən


çox olan yoldaşlarını boşamalarını söyləməsi bu adətin
cahiliyyə dövründə də olduğunu göstərir. Məsələn, Qeys ibn
Harisin nikahında səkkiz qadın vardı. Müsəlman olandan
sonra bunu Allah Rəsuluna (s.ə.s) demiş, O (s.ə.s) da,
yoldaşlarından dörd nəfəri seçib qalanlarını boşamağı əmr
etmişdir.[3]

Qaylan əs-Səqafi də cahiliyyə dövründə evləndiyi on


xanımı ilə birlikdə İslamı qəbul etmiş, ancaq Rəsulullah
413 | P a g e
(s.ə.s) ona xanımlarından dörd nəfəri seçib geri qalanları
boşamağı əmr etmişdir.[4]Bunlardan əlavə müsəlman
olarkən Novfəl ibn Müaviyə əl-Kinaninin beş, Urvə ibn
Məsud əs-Səqafinin on, Safvan ibn Ümeyyə əl-Cumahinin
səkkiz xanımı olduğu və Rəsulullahın (s.ə.s) bu səhabələrə
xanımlarından dördünü seçməyi əmr etdiyi də rəvayət
edilmişdir.[5]

İSLAMDA ÇOXEVLİLİK:

Çoxevliliyi İslam dini gətirməmişdir. Yəni İslam tək evliliyi


çoxevliliklə (dörd) əvəz etməmiş, əksinə əvvəldən olan bu
prosesi daha da sistemləşdirərək dörd nəfərlə
məhdudlaşdırmış, bəzi hökm və şərtlərlə tənzimləmişdir.

 Çoxevlilik özünəməxsus bəzi çətinlikləri ehtiva edə bilər.


Ancaq bütün zaman və şərtləri nəzərə aldıqda çoxevliliyin
faydaları nisbətən daha çox olduğuna görə buna icazə
verilmişdir. Əslində eyni vəziyyət tək qadınla evlənən insana
da aiddir. Ola bilər ki, evlənməmək evliliyə nəzərən daha
üstün görünsün. Ancaq insanların ümumi vəziyyəti nəzərə
alınanda evliliyin labüdlüyü heç kim tərəfindən inkar edilə
bilməz. Bu baxımdan xüsusilə yaşadığımız mühiti düşünərək
çoxevliliyi mütləq şər kimi görmək doğru deyil. İslam
ümumbəşəri din olduğu üçün gətirdiyi hökmlərdə bütün
dövrlərin və insanlığın ehtiyacını əsas götürür.

Məsələyə bu nəzərdən baxanda müəyyən şərtlərlə icazə


verilən çoxevliliyin bəzi hikmətlərini belə sıralaya bilərik:
1. Zina və əxlaqsızlığın qarşısını almaq. 
2. Əhalinin artımını təmin etmək.
3. Bəzi şərtlərdə himayəsiz qalan qadınlara sahib çıxmaq.
414 | P a g e
4. Qadınların çox olduğu dövrlərdə onların ismət və
namuslarını qorumaq.[6]
Bu hikmətlərini nəzərə alaraq çoxevliliyə icazə verilməsinin
əsas məqsədinin səddi-zəraiyə[7]əsaslandığını görərik.
Bəzi Qərb ölkələrində nikahdankənar evlilikdən dünyaya
gələn uşaqların sayı normal evlilikdən dünyaya gələn
uşaqların sayından daha çoxdur. Bunu nəzərə alsaq, Qərbin
çoxevliliyə qarşı çıxmasına baxmayaraq bir çox qadınla
birlikdə olan insanların yaşadığı cəmiyyətlərdəki zina və
əxlaqsızlığın hansı səviyyəyə çatdığını görərik.
Müharibələrdən sonra bəzi ölkələrdə dul qalan yüz minlərlə
qadının məruz qaldığı çətinlikləri düşünəndə çoxevliliyin
hikmətlərini anlamaqda çətinlik çəkmərik. Çünki İslam
nəsəbə çox əhəmiyyət verdiyi kimi, “zinaya
yaxınlaşmayın”[8] əmri ilə də nəsəbi pozacaq bütün yolları
qapamışdır.
 İslamın hökmlərini ümumi olaraq dəyərləndirməliyik. Dini
hökmlərin tətbiqində ortaya çıxan problemlərin səbəbi həmin
hökmlərin mahiyyətindən deyil, mühitin – İslama uyğun
həyat tərzinin olmamasından qaynaqlanır.

ÇOXEVLİLİYİN HÖKMÜ:

“İslam hər kişiyə dörd qadınla evlənməyi əmr edir” kimi


yanlış anlayış çoxevliliyə qarşı çıxılmasının əsas
səbəblərindən biri olaraq göstərilir. Halbuki, birdən çox
qadınla evlənmək dini məcburiyyət – fərz və ya vacib əməl
deyil. Sadəcə olaraq ehtiyac olduğu təqdirdə buna icazə
verilmiş və qadağan edilməmişdir.[9] Buna görə istənilən
kişi öz imkan və şəraitini nəzərdən keçirərək ikinci dəfə
evlənmək haqqında özü qərar verə bilər. Qadın da evli bir
415 | P a g e
kişi ilə evlənib-evlənməmək məsələsində seçim haqqına
sahibdir. Əgər ikinci evliliyin gerçəkləşməsi birinci evliliyi
təhlükə altına salacaqsa bu təqdirdə ikinci dəfə evlənmək
doğru deyildir.
KİMLƏR EVLƏNƏ BİLƏR?

Onu da qeyd edək ki, istər tək evlilikdə, istərsə də


çoxevlilikdə tərəflərin imkanlarına görə evliliyin hökmü
dəyişir. İslam fiqhçiləri şəxsin xüsusi imkanlarını nəzərə
alaraq nikahın hökmünün dəyişə biləcəyini söyləmişlər. Zina
eləmə və haram əməl işləmə təhlükəsi ilə üzləşən bir adam
mehr ödəməyə[10] gücü çatırsa və ailənin zəruri
ehtiyaclarını təmin etməyə imkanı varsa, hətta bəzilərinə
görə oruc da tuta bilmirsə, onun evlənməsi fərzdir.
Mehr ödəməyə, ailənin dolanışığını təmin etməyə gücü çatan
və haram işləməkdən uzaq olsa da, sırf ehtiyatən ailə qurmaq
istəyən bir şəxsə evlənmək vacibdir.
Bəzi alimlərə görə, bir insanın ailə quracağı təqdirdə harama
girməsi, zülm və əziyyət verməsi mütləq deyil, ehtimal
daxilindədirsə, onun evlənməsi məkruhdur.
Mehr və nəfəqəyə sahib olmayan şəxsin zinaya düşmə
təhlükəsi olsa da evlənməsi məkruh sayılmışdır. Səbəb
olaraq da mehir və nəfəqənin qul haqqı olduğu, zinadan
çəkinməyin isə Allahın haqqı olduğu, bu iki haqq
qarşılaşısında qul haqqının seçiləcəyi göstərilmişdir. Ancaq
belə vəziyyətdə olan şəxsin başqalarından borc almaq
imkanı varsa evlənməsi məndub və ya vəziyyətə görə vacib
olar. Çünki ayədə bildirilir ki, iffətli və namuslu qalmaq
niyyəti ilə evlənmək istəyən şəxs kasıblıqdan
qorxmamalıdır.[11]
Hər hansı bir təhlükə, fiziki problem yoxdursa, evlənməyə
də arzu və istək vardırsa, belə bir şəxsin ailə qurması
416 | P a g e
sünnədir.[12] Çünki Rəsulullah (s.ə.s), “Ey gənclər! Sizdən
evliliyin məsuliyyətini yerinə yetirməyə gücü çatan
evlənsin”[13]– buyurmuşdur.
Bütün bunlardan anlayırıq ki, İslama görə insan necə gəldi
evlənə bilməyəcəyi kimi, ikinci və üçüncü dəfə necə gəldi
evlənə bilməz. Evliliyin hökmü şəxsin vəziyyətinə görə necə
dəyişirdisə, birdən artıq qadınla evlənərkən də həmin hökm
dəyişəcək. Bu hökm yerinə görə məcburiyyət ifadə edə
bildiyi kimi, məkruh və ya haram da ola bilər. Bu səbəbdən
ikinci qadınla evlənəcək kişinin maddi imkanları qadınların
mehrlərini verəcək, nəfəqələrini[14] təmin edəcək miqdarda
olmalı, ayədəki ədalət şərtinə tam mənada əməl olunmalıdır.

QURANDA ÇOXEVLİLİK:

Qurani Kərimdə evliliyin hikmət və faydalarından, qadın və


kişinin bir-birinə qarşı haqqlarından bəhs edən, həmçinin
tərəflərin bir-birinə qarşı xoşrəftar olmasını tövsiyə edən bir
çox ayələr mövcuddur. Ancaq biz burada yalnız
mövzumuzla əlaqli bəzi xüsuslara toxunacağıq.
Uca Allah Nisa surəsində “Onlarla yaxşı rəftar edin” [15]
buyuraraq ailə səadətinə və xoşrəftar olmağa diqqət çəkir.
Başqa bir ayədə isə “Ünsiyyətdə rahatlıq tapasınız deyə,
sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət
və mərhəmət salması da onun dəlillərindəndir.”[16]
buyuraraq ailə içində olması lazım olan ən əhəmiyyətli iki
şeyə – “rəhmət” və “bağrıbadaşlığa”[17]candan dostluğa
işarə edir.
Əraf surəsində, “Sizi tək bir candan xəlq edən, ünsiyyət
bağlayıb rahatlıq tapsın deyə ondan onun zövcəsini yaradan
odur…[18] – buyrularaq evlilikdə tərəflər arasındakı
417 | P a g e
səmimiyyət, xoşbəxtlik və sükunətə diqqət çəkilir.
Buradan anlayırıq ki, evlənməkdən məqsəd tərəflərin
xoşbəxt olacağı, qarşılıqlı hörmət, sevgi və məhəbbətin
olduğu ailə yuvası qurmaqdır.
Eyni zamanda Uca Allah “Onlar da sizdən möhkəmcə
təminat almışdılar”.[19] ayəsi ilə, evliliyin kişinin xanımına
verdiyi əhəmiyyətli təminat olduğunu bildirmişdir. Almalılı
Həmdi Yazırın açıqlamasına görə ayədəki “təminat” Allahın
əmri və Peyğəmbərin (s.ə.s) sünnəsinə uyğun kəsilən nikah,
kişinin evlilik müddətində xanımına qarşı xoşrəftar və
şirindilli olmasıdır.[20]
Ayələrə nəzər saldıqda görürük ki, yalnız tək evlilikdə yox,
bundan sonrakı evliliklərdə də bu xüsuslara diqqət
edilməlidir. Ər-arvad arasında gözəl davranış, sevgi, şəfqət,
hörmət və qayğının olması Qurana əsaslanır. Buna görə də
ikinci dəfə evlənmək fikrinə düşən kişi bunları nəzərə almaq
məcburiyyətindədir. Əks təqdirdə ikinci evliliklə şəxsin
birinci evliliyi təhlükəyə girəcəksə, Quranın qoyduğu
qaydalara riayət olunmayacaqsa, ətrafındakı insanların sui-
zənnə düşməsinə səbəb olacaqsa həmin şəxsin dinin verdiyi
ikinci evlilik səlahiyyətindən istifadə etməsi caiz deyil. Bu
səbəbdən məsələni bəzilərinin zənn etdiyi kimi yalnız şəhvət
hissləri ilə əlaqələndirmək doğru deyil.

QADINLARLA MÜNASİBƏTDƏ ƏDALƏT:

Qurani-Kərimdə çoxevliliyə icazə verilən ayə belədir:


“Yetim qızlara qarşı ədalətli olmayacağınızdan
qorxursunuzsa, onda xoşunuza gələn qadınlardan ikisi, üçü
və dördü ilə evlənin. Əgər (o qadınlarla) ədalətli
olmayacağınızdan qorxursunuzsa, onda (onlardan) biri ilə və
418 | P a g e
yaxud sahib olduğunuz cariyələrlə[21] (kifayətlənin). Bu,
haqsızlıq etməməyə daha yaxındır..”[22]Ayə iki, üç və ya
dörd qadınla evlənməyi ədalət şərtinə bağlamışdır. Qadınlar
arasında ayədəki ədaləti təmin etməkdən qorxan kişi tək
qadınla kifayətlənməlidir ki, bu vacibdir.[23]
Rəsulullah (s.ə.s) “Bir şəxsin iki xanımı olar, birinə daha çox
meyl edərsə, o kimsə qiyamət günü bir tərəfi əyri olaraq
gələr” buyuraraq məsələnin əhəmiyyətinə diqqət çəkmişdir.
[24]
Ayənin sonunda, “bu haqsızlıq etməməyə daha yaxındır”
buyurulmuşdur. Bu da onu göstərir ki, kişi çoxevliliklə ağır
məsuliyyətin altına girir. Yəni qadınlar arasında haqqa riayət
edə bilməyib ədalətsizlikdən qorxanlar bir qadınla evli
qalmalıdır.
Fiqh kitablarının nikah fəsillərinin “qasm” və “nəfəqə”
hissələrində ər-arvad arasında riayət edilməsi fərz olan
ədalətin necə təmin ediləcəyi təfərrüatı ilə izah edilmişdir.
Xülasə, birdən çox qadını nikahı altında tutan kişi, onlar
arasında cavan-yaşlı, bakirə-dul, xəstə-sağlam deyə
ayrıseçkilik eləmədən onların yanında bərabər müddətdə
qalmalıdır. Bura hər şey, gəzmək-əylənmək, yemək-içmək,
geyim-kecim və s. daxildir. Əgər kişi həyat yoldaşları
arasında ədaləti təmin etməz və qadınlardan biri onu
məhkəməyə şikayət edərsə, məhkəmə ona uyğun cəza tətbiq
etməli və ondan ədalətli olmağı tələb etməlidir[25]. 
Bunlar hüquqi yöndən kişinin riayət etməli olduğu
qaydalardır. Bunlardan əlavə kişi qadınlarına qarşı
hisslərindən məsuliyyət daşımır. Çünki, bu onun əlində
olmayan bir şeydir. Necə ki, Allah Nisa surəsində “Siz nə
qədər istəsəniz də, arvadlar arasında ədalətlə davrana
bilməzsiniz. (Birinə) tamamilə meyl edib, digərini asılı
vəziyyətdə qoymayın. Əgər (özünüzü) doğruldub (Allahdan)
419 | P a g e
qorxsanız, Allah Bağışlayandır, Rəhmlidir.[26]Buyuraraq
duyğularda tarazlığı qorumağın çətinliyini bildirmişdir.
Hz. Aişədən (r. anha) nəql edildiyinə görə Rəsulullah (s.ə.s)
xanımlarına qarşı ədalətli davranar və sonra da belə dua
edərdi “Allahım! Bu mənim gücümün çatdığı ədalətdir,
gücümün çatmadığından məni məsul tutma.”[27]

İSLAMDAKI ÇOXEVLİLİYİN HİKMƏTLƏRİ:

Mövzuya keçmədən əvvəl bir xüsusu nəzərə çatdırmaqda


fayda vardır. Bəzilərinin zənn etdiyi kimi, İslam tarixində
bütün kişilər çoxevlilik etməmişdir. Osmanlı dövlətində
belə, birdən çox qadınla evli olan kişilərin sayı, ən çox on
faizi təşkil edirdi ki, bu da on kişidən doqquzunun tək
qadınla evli olduğunu göstərir.[28] Hazırki İslam ölkələrində
isə bu nisbət daha da aşağıdır. Bu da onu göstərir ki, İslamın
yayıldığı ərazilərdə çoxevlilik qadınların haqqlarını əlindən
almamışdır. Tam əksinə İslamda səbəblərin və ehtiyacın
olduğu zamanlarda çıxış yolu olaraq çoxevliliyə icazə
verilmişdir.
Dövrümüzə nəzər salaraq belə bir qənaətə gələ bilərik: İslam
ölkələrində birdən çox qadınla evlənən kişilərin sayı
Avropada qadınlarla qeyri-rəsmi evli olanların nisbətindən
daha azdır. Dinin çoxevliliyə icazə verməsi nəticəsində,
İslam dünyasında nikahdankənar dünyaya gələn uşaqlara çox
rast gəlinmir. Eləcədə qadınlar himayəsiz və kimsəsiz
qalaraq başqalarına möhtac olmamış, əxlaqsızlığa
sürüklənməmişdir.
Tarixə nəzər salanda görərik ki, müharibələr nəticəsində dul
qalan qadınların sayı kişilərə nisbətən çox olmuşdur.
Məsələn, İkinci dünya müharibəsindən sonra Almaniyada
420 | P a g e
qadınların sayı kişilərdən 7.300.000 nəfər çox olmuş,
bunların 3 milyonu da dul qalmışdı. Müharibədən sonra
buna çıxış yolu olmadığına görə bir çox Alman qadını
məcburən kiçik mənfəətlər qarşılığında müttəfiq güclərin
əxlaqsız əməllərinə alət olmuşdur.
1948-ci ildə Münhendə təşkil edilən Beynəlxalq Gənclik
Konfransında cinslər arasındakı qeyri-bərabərliyin həlli
yollarını axtararkən iştirakçılardan bəzilərinin məhz
çoxevliliyi dilə gətirməsi diqqət çəkicidir.[29]
 Bu bir həqiqətdir ki, dünyanın müxtəlif yerlərində qadın və
kişilər arasında sayca tarazlıq pozulmuşdur. Məsələn,
Amerikada qadınların sayı kişilərdən 8 milyon çoxdur. Orta
Asiyada, Afrikada, Bosniya və digər üçüncü dünya
ölkələrində də qadınların sayı kişilərin sayından çoxdur.
Belə vəziyyətlərdə çoxevlilik qəbul edilmədiyi təqdirdə
nikahdankənar “evliliklər” və cəmiyyətin gələcəyini
təhlükəyə atan əxlaqsızlıqlar baş verəcəkdir.
Qadınlar kişilərə nəzərən daha uzunömürlüdürlər. Kişilərdən
daha əvvəl yetkin olduqlarına görə, qadınların övlad sahibi
olmaq arzusu da kişilərə nisbətən daha güclüdür. Qadınlar
fiziki olaraq kişilərdən daha zərifdirlər. Məhz bu və bənzəri
səbəbləri nəzərə alsaq onların qayğıya və şəfqətə daha çox
ehtiyacı olduğunu, onlara sahib çıxmağın vacibliyini daha
yaxşı anlayarıq.   
Quran, “Qadınlarınız sizin (övlad əkdiyiniz)
tarlanızdır…”[30] buyuraraq qadınların analıq xüsusiyyətinə
diqqət çəkir. Rəsulullah (s.ə.s) da “Ey insanlar! Vədud (ərini
çox sevən) və vəlud (çox uşaq dünyaya gətirən, doğan)
qadınla evlənin. Çünki mən (qiyamət günü) digər ümmətlərə
qarşı sizin çoxluğunuzla öyünəcəyəm”[31]buyuraraq
ümmətin çoxluğunun əhəmiyyətinə diqqət çəkmişdir. Buna
görə evlənməyin əsas məqsədinin nəslin artması olduğunu
421 | P a g e
düşündükdə, çox evliliyin daha bir hikmətini anlamış oluruq.
Son olaraq bir xüsusa da toxunaq. Hal-hazırki Avropa
mədəniyyətinin çoxevliliyi qəbul etməməsi o demək deyil ki,
bütün dünya qadınları bu fikirdədir. Xeyr, əksinə bir çox
Afrikalı qadınlar özünü tək hiss etdiyi zaman ərini təkrar
evlənməyə məcbur edir. Nigeriyanın bir şəhərində aparılan
sorğuda iştirak edən qadınların yüzdə altmışı ərlərinin başqa
bir qadınla evlənməyini məmnuniyyətlə qəbul etmişdir.
Başqa bir araşdırmaya görə Keniyada yüz qadından yetmiş
altısı çox evliliyə müsbət baxmışdır. Amerikada çox evliliyi
qəbul edən Mormon[32]qadınları da, xanımlardan birinin
digərinə kömək etdiyi üçün bu işi həm karyera, həm də
uşağa baxmaq yönündən daha ideal saymışlar.[33]

                            
ÇOXEVLİLİKDƏ QADININ ROLU:

Bəziləri çoxevlilik zamanı qadın-kişi bərabərliyinin


pozulduğunu, kişilərə verildiyi kimi də qadınlara da belə bir
haqqın verilməsinin vacibliyini söyləmişlər. Ancaq tarix
göstərir ki, qadınların birdən artıq kişi ilə evlənməyinə bir
neçə qəbilə və cəmiyyət xaricində rast gəlinməyib. Hal-
hazırda aparılan araşdırmalar nəticəsində məlum olub ki,
qadınlar bu fikri bəyənmir və bunu istəmirlər.[34] Çünki
qadının psixoloji vəziyyəti və fiziki quruluşu buna uyğun
deyil. İslam dini də bunu nəzərə alaraq ortaya çıxacaq böyük
fəsadların qarşısını almaq üçün belə bir işin mümkün
olmadığını bildirir. Həm də belə bir icazə nəsəbin
qarışmasına, evlilik maneələrinin ortadan qalxmasına səbəb
olardı. Sadalananlar isə İslamın əhəmiyyət verdiyi şeylərdir.
İnsan fitrəti ilə tərs mütənasib olan belə bir hərəkətə İslamın
icazə verməsi qeyri-mümkündür.
422 | P a g e
Digər tərəfdən kişinin birinci evləndiyi xanımının haqq və
hüququnu tapdayacağı və aralarında qısqanclığa səbəb
olacağı düşünülərək ikinci və ya üçüncü dəfə evlənməsinə
qarşı çıxmışlar. Xatırladaq ki, İslam, hökmləri duyğu və
hissləri göz ardı etmədən ağıl və məntiq üzərində
qurmuşdur. Cəmiyyətin təməlini meydana gətirən ailə
məsələsində də eynilə belədir. Bəziləri çoxevliliyi qəbul
etməsə də, məsələyə insan nəslinin artması, qadın-kişi
xarakterlərinin müxtəlifliyi yönündən baxdıqda bu
etirazların əsassız olduğunu görə bilərik. Hər qadın evlənmə
haqqına sahibdir. Evli olan kişi ilə evlənmək qərarını vermək
də qadının özünə aiddir.
Evlənmək istəyən qadın yoldaşının ikinci qadınla
evlənməyini istəmirsə əvvəlcədən ərindən təfvizi talaq
adlanan boşama haqqını almalı və beləliklə kişinin ikinci
evliliyinə mane ola bilər. Bu bir təmlik (haqq əldə etmə)
olduğuna görə ərin bundan boyun qaçırması mümkün deyil.
Bu vəziyyətdə qadının haqqının pozulmasından söhbət gedə
bilməz.
NƏTİCƏ:

İslam dini gətirdiyi hökmlərlə tarixdə bir çox cahil cəmiyyət


və mədəniyyətlərdə mövcud olan çoxevliliyi tənzimləmiş,
onu müəyyən sayla məhdudlaşdırmış və qadınlar arasında
haqq-ədalətin qorunmasını əmr etmişdir.
İslamın bu hökmünü bir əmr olaraq yox, şəxslərə və
cəmiyyətlərə görə dəyişə bilən bir məsələ kimi
düşünməliyik. Yaşadıqları mühitin təsirində qalaraq
çoxevliliyin yalnış olduğunu tənqid edənlər haqsızdırlar.
Çünki məsələni doğru anlamaq üçün, bütün dövrləri və bu
dövrdə yaşamış insanların vəziyyəti, qadın-kişi
xarakterindəki fərqlər nəzərə alınmalı ailə həyatının məqsədi
423 | P a g e
unudulmamalıdır. Bu səbəbdən dinin bu hökmündən istifadə
etmək istəyənlər buna ehtiyac olub-olmadığını, ilk
evliliklərinin aqibətini yaxşı düşünməli, cəmiyyətin
münasibətini nəzərə almalı, xüsusilə tək evliliyin çox olduğu
ərazilərdə daha çox diqqətli olmalı və oranın adət-ənənəsinə
sadiq qalmalıdırlar.
Nəticə olaraq onu deyə biərik ki, həqiqi möminin çoxevliliyi
İslamın imicini zədələyəcək və insanların dini yanlış
anlamasına, bəzilərinin də dindən uzaqlaşmasına səbəb
olacaqsa onun birdən artıq qadınla evlənmə qapısını açmağa
haqqı yoxdur.

[1] Hammurapi (e. ə. 1792-1750) — Babil hökmdarı.


Mərkəzi hakimiyyəti möhkəmləndirmiş, qanunlar vermişdi.
Bu qanunlarda xüsusi mülkiyyətin, insanların hüquqlarının
möhkəmləndirilməsi və təbiətin qorunması məsələlərinə
xüsusi diqqət yetirilmişdi.

Miras bölgüsündə kişi və qadın arasında  fərq

Sual: İslama görə qadınlara mirasdan 1 pay, kişilərə isə 2


pay düşür. Bu ədalətsizlik deyilmi?

CAVAB: Bu iddia sahibləri ya bu hökmün səbəbini İslami


kitablarda görmədən bunu söyləyirlər ya da qərəzli olaraq
həqiqəti demək istəmirlər.

Əvvəla qeyd etmək lazımdır ki, bərabərlik hər zaman


ədalətin mövcud olması demək deyildir. Bərabərlik və ədalət
fərqli məfhumlardır. Ədalət anlayışı mövcud vəziyyət və
424 | P a g e
şərtlərə görə müxtəlif formada izah oluna bilər. Məsələn, ailə
və ya cəmiyyətdə bir-birindən fərqli vəzifə və
mükəlləfiyyətlər daşıyan iki insanın yüzə-yüz bərabər imkan
və vasitələrə malik olması əslində ədalət sayıla bilməz. Bu
hal həm cəmiyyətə, həm də ailə fərdlərinə də aiddir.

İslam şəriətinə görə evin dolanışıq vəzifəsi və qadının,


uşaqların ehtiyaclarının qarşılanması vəzifəsi sırf kişiyə
aiddir. Daha dəqiq desək, İslam şəriətinə görə hər kişi öz
ailəsini maddi cəhətdən təmin etməlidir, ailəsini qorumalı və
himayə etməlidir, qazandıqları mallarından ailəsi yolunda
xərcləməlidir və s. Bundan başqa kişi evlənərkən qadına
mehir vermək öhdəliyi varkən, qadının isə belə bir
məcburiyyəti yoxdur və sahib olduğu mal tamamilə özünə
aiddir.

Deməli, 2 pay miras alan kişi sahib olduğu maddi vəsaitdən


evləndiyi qadına mehir vermək, habelə uşaqlarının və
yoldaşının ehtiyacları üçün də xərcləmək
məcburiyyətindəykən, mirasdan 1 pay alan qadının aldığı bu
pay tamamilə özünə aiddir. Dolayısı yolla ədalət təmin
edilmiş olur. Ailənin bütün maddi yükü xərcləri kişinin
üzərinə düşdüyündən bu addim kişini düşəcək çətin
vəziyyətdə buraxmamaq üçündür. Bu hökmlər, evində
iqtisadi müstəqilliyini itirəcəyi zaman anlayışsız bir ər
tərəfindən əziləcək qadını əzdirməmək hikmətindədir. Belə
dərdi olmayan qadın yoldaşıyla malını paylaşa bilər.

425 | P a g e
Kimsə belə sual verə bilər ki, “Bəlkə kişi öz malından ailəsi
üçün xərcləməyəcək?”

Bu əslində sadəcə sual xətrinə verilmiş sualdır. Bəli, elə kişi


ola bilər ki, İslamın qaydalarını pozaraq öz malını ailəsi
yolunda xərcləməz, xəsislik edər, amma bu o kişinin haqlı
olduğu yaxud Qurandakı hökmün səhv olduğu anlamına əsla
gəlməz.

Çünki İslamdan xəbəri olan hər kəs bilir ki, İslama görə
ailəyə baxmaq, onun maddi (yemək, içmək, paltar və s.) və
digər tələbatlarını ödəmək mükəlləfiyyəti hər bir müsəlman
kişinin üzərinə düşən bir borcdur. Qurani Kərimdə
buyurulur:

“Anaların yeməyi və geyimi şəriətə müvafiq qaydada


uşağın atasının üzərinə düşür.” (Bəqərə/233)

Göründüyü kimi Allah Təala (c.c) bunu bir mükəlləfiyyət


olaraq kişinin üzərinə qoymuşdur, qadının deyil. Kişinin bu
hökmə əməl edib-etməməsi ise başqa məsələdir. Əməl
edərsə, əlbəttə savab qazanar, Allah (c.c) qatında
mükafatlandırılar, əməl etməzsə, günaha girər və
cəzalandırılar.

Qadına geldikde isə əgər qadın işləyib aile büdcəsine xeyir


verirse, kişiden ferqli olaraq bu onun üçün bir mükəlləfiyyət
yox, sadece seçimdir. Yəni ki, İslam kişidən fərqli olaraq
qadının üzərinə ailəyə baxmaq, ailəni maddi cəhətdən təmin
etmək kimi ağır bir yük qoymamışdır.

426 | P a g e
Qadın Peyğəmbər Göndərilməməsinin
Hikməti Nədir?
Quran ayələrində bildirildiyi kimi peyğəmbərlərin
xüsusiyyətlərindən biri də onların kişi olmalarıdır. “Səndən
əvvəl (peyğəmbər olaraq) göndərdiklərimiz şəhər xalqından
özlərinə vəhy edər olduğumuz rical (kişi) adamlar idi.
“(Yusuf 12/109; ayrıca bax ən/en-Nəhl 16/43; əl-Ənbiya
21/7.)

Qadınların peyğəmbər olaraq göndərilməməsinin əsl


səbəbini, əlbəttə ki, Allah Təala (c.c) bilir, ancaq “Bunun
hikməti nə ola bilər?” sualına belə cavab verilə bilər.

1. Peyğəmbərlik ağır bir yük və məşəqqətli vəzifədir. Qadın


isə yaradılışı etibarıyla fiziki cəhətdən zəif və ruhən daha
zərif olduğundan belə ağır və çətin bir işin öhdəsindən gələ
bilməz. Çünki peyğəmbərlik davamlı bir şəkildə səbir və
mübarizə etmək istər. İstisnasız olaraq bütün peyğəmbərlər
haqq dini izah edərkən, müxtəlif bəlalara və çətinliklərə
məruz qalmışlar. Hz.Adəmdən (a.s) başlamış Peyğəmbərizə
(s.a.v) qədər əksəriyyət peyğəmbərlərə müxtəlif böhtan və
təhqirlər edilmiş, bir çoxu işgəncələr görmüş; başda Hz.
Zəkəriyya, Hz. Yəhya olmaq üzrə yüzlərlə elçi şəhid
edilmişdir. Peyğəmbərlərin hamısı da bütün bu zülm və
əziyyətlərə qarşı tam bir səbir və dözüm göstərmişlər.
Cənabı Haqq belə çətin və ağır bir vəzifəni qadınlara
yükləməmişdir.

427 | P a g e
2. Peyğəmbərlərin göndərildiyi cəmiyyətlərdə adətən
insanların əksəriyyəti peyğəmbərlərə qarşı üsyan etmişlər.
Peyğəmbərlər göndərildikləri qövmlərin bütpərəst rəis və
kişiləri tərəfindən xeyli əziyyətə və müxtəlif fiziki və mənəvi
təzyiqlərə məruz qalmışlar. Belə bir vəziyyətdə qadın
cinsindən olan bir peyğəmbər üçün vəziyyət daha çətin
olardı. Bundan başqa əvvəlki cəmiyyətlərin çoxunda qadının
sözünə etibar edilməz və onların fikirlərinə dəyər
verilməzdi. Qadınların fikirlərinə dəyər verilməsi Hz.
Məhəmmədin (s.a.v) gəlişi ilə birlikdə tam olaraq
oturmuşdur. (Məs, qadınlardan da beyət alınması vs.).

3. Ayrıca qadının bioloji quruluşunun digər istiqamətləri də


bir maneədir. Çünki, peyğəmbərlik vəzifəsini ayda 15 gün
aybaşıdan ötəri edə bilməyəcək, imamətə keçə bilməyəcək,
orucunu tuta bilməyəcəkdi. Bir də lohusalık vəziyyəti var və
hələ hamiləykən, işləri icra etməsi tamamilə çətinləşəcəkdi.
Çünki uşağı qarınında və ya qucağında daşıyarkən, insanları
idarə edəcək ordu komandiri olacaq; strategiya təsbitində
olacaq və fiziki vəziyyətinin gərəyi, bütün boşluqlara
baxmayaraq, ən qabaqda tapılması lazımlı olan bir insan
qədər çevik olmalıdır.

Quranda qadınları döymə əmri varmı?

İslamofoblar Nisa surəsi 34-cü ayədəki 3-cü cümləni


konteksdən çıxardaraq mənasını bilərəkdən təhrif edir və
428 | P a g e
insanları çaşdırmağa çalışırlar. Guya həmin ayədə qadınların
döyülməsi əmr edilir və qadın hüquqları pozulur. Əslində isə
belə deyil. Gəlin əvvəlcə həmin ayəni bütöv şəkildə diqqətlə
oxuyaq:

“Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların


hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün
etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf
etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib
Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini,
mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey
kişilər!) ÖZBAŞINALIQ  ETMƏLƏRİNDƏN 
QORXDUĞUNUZ qadınlara nəsihət edin, (yola gəlməzsə)
onlardan yatağınızı ayırın və (xəfifcə) döyün! Sizə itaət
etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol
axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!”
Əvvəlcə qeyd edək ki, bu ayədə iki əks xarakterli
qadınlardan bəhs olunur:

1. Əməlisaleh qadınlar –  ərlərinin sirlərini, mal-dövlətini,


namus və şərəfini qoruyub saxlayırlar. Bunlar ərlərinə
hörmət edən qadınlardır. Quranın Elmalili Hamdi Yazır
təfsirində bu ayədə bəhs edilən əməlisaleh qadınlar
haqqında aşağıdakı kimi deyilir: “Bundan dolayı saliha olan
kadınlar da Allah’a itaat ederler. Kocalarının huzurunda
hazır olarak bekleyip haklarına riâyet ederler. Kocalarının
gıyabında can, mal, namus, itibar (onur) ve aile sırları gibi
korunması lazım gelen hususları Allah’ın korumasına
dayanarak korurlar. Çünkü Allah bunun korunmasını
emretmiştir. Peygamber Efendimiz (s.a.v.)’den rivâyet
429 | P a g e
edilmiştir ki: “Kadınların hayırlısı o kadındır ki, baktığın
zaman seni sevindirir, emredersen itaat eder, gıyabında
bulunduğun zaman da seni malında ve nefsinde korur.”
buyurmuş ve bu âyeti okumuştur.” (Kuran tefsiri, Nisa
suresi 34-cü ayet, Elmalili Hamdi Yazır)
2. Özbaşınalıq edən qadınlar – bunlar isə əməlisaleh
qadınların tam əksidir. Başqa sözlə, bu tip qadın ya öz ərinin
sözünü dinləməz yaxud sirrini, mal-dövlətini və şərəfini
qorumaz, bu və ya başqa formada öz ərinə qarşı
hörmətsizlik və özbaşınalıq edər.

Bu ayənin 3-cü cümləsindəki fikri aydın şəkildə başa


düşmək üçün diqqətə almalı olduğumuz əsas kəlimə
“ÖZBAŞINALIQ  ETMƏLƏRİNDƏN  QORXDUĞUNUZ
QADINLAR” kəliməsidir. İslamofoblar bu kəliməni sanki
görməməzlikdən gəlirlər. Həmin kəlimədən aydın olur ki,
ayədə qeyd edilən 3-cü cümlə bütün qadınlara yox, ancaq
ÖZBAŞINALIQ ETMƏYƏ MEYLLİ OLAN (ərlərinə qarşı
hörmətsizlik edən, onları saymayan) QADINLARA AİDDİR.
Başqa sözlə, Qurani Kərimdə xəfifcə döyməyə icazə verilən
yeganə hal – ailənin rahatlığına, ahənginə və şərəfinə xələl
gətirən, öyüd-nəsihət dinləməyən və həyat yoldaşına qarşı
özbaşınalıq edən qadının halıdır.

Quranın Elmalili Hamdi Yazır təfsirində belə izah olunur:  


NÜŞÛZ: Aslında lugatte yükseklik ve tümseklik
mânâsından alınarak kadının kocasına kafa tutup baş
kaldıracak bir durum almasıdır ki, sözde kendisini yüksek
sayıp itaatını ortadan kaldırmış olur. Bunu açıklamak için
büyük müfessirlerden şu açıklamalar yapılmıştır: Kadının
430 | P a g e
nüşûzu kocasına isyan etmesi (İbnü Abbas), koku
sürünmemesi, kocasını birleşmekten men etmesi, önceleri
kocasına yaptığı muameleyi değiştirmesi (Ata), kocasından
hoşlanmaması (Ebu Mensur), kocasının şer’î mesken
olarak belirlediği konutta beraber oturmaktan kaçınıp
onun istemediği bir yerde oturmasıdır (denilir) ki, bu
mânâlar az çok birbirlerine yakındırlar. Böyle bir durum
karşısında önce bunlara vaaz ve nasihat ediniz. İkinci
olarak onların yataklarından ayrılın. Üçüncü olarak onları
hafifçe ve kusur bırakmayacak bir şekilde biraz
dövünüz. (Kuran tefsiri, Nisa suresi 34-cü ayet, Elmalili
Hamdi Yazır)
Qurani Kərimdə öz ərlərinə qarşı özbaşınalıq (hörmətsizlik)
edən, ərlərini saymayan qadınlara qarşı birdən-birə cəza
verilməsi əmr edilmir, əksinə onlara qarşı mülayim rəftar
olunması və xoş sözlərlə nəsihət edilməsi hökm olunur.
Özbaşınalıq etməyə meylli olan bu tip qadınlarla necə rəftar
edilməli olduğu Quranda 3 mərhələdə izah olunur:

1. Əvvəlcə nəsihət edin, başqa sözlə, onlara doğru yolu


göstərin, məsləhət verin, xoş sözlə onları özbaşınalıq
etməkdən çəkindirməyə çalışın. Bəlkə bununla
özbaşınalıqdan əl çəkərlər.

2. Əgər deyilən sözü qəbul etməyib, öyüd-nəsihətə qulaq


asmasalar, doğru yola gəlməyərək yenə də özbaşınalıq
etməyə davam etsələr, o zaman onlardan yatağınızı ayırın.
Bu, özbaşınalıq edən, söz dinləməyən qadına qarşı yüngül
cəzadır. Bəlkə bununla özbaşınalıqdan əl çəkərlər.

431 | P a g e
3. Bütün bunlardan sonra yenə də öz bildiklərini
(özbaşınalıq, hörmətsizlik) etməkdən əl çəkməsələr,
inadkarlıq edib pis əməldən çəkinməsələr, onda onları
xəfifcə döyün.

Nəhayət, ayənin sonu belə bitir: “Sizə itaət etdikdə


(özbaşınalıq etməkdən vaz keçdikdə) isə daha onlara
(əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah
ucadır, böyükdür!”

Diqqət etsək, Allah Təala bu ayədə sanki özbaşınalıq


etməyə meylli olan üç fərqli qadın tipindən söhbət açır:

1. Nəsihət edərkən söz dinləyən və bununla da


özbaşınalıqdan əl çəkən mülayim qadın tipi.

2. Yüngül formada cəza aldıqdan (yatağı ayırdıqdan) sonra


öz səhvini anlayıb özbaşınalıqdan əl çəkən qadın tipi.

3. Yalnız daha ağır formada cəza (döyülmək) aldıqda


qorxaraq özbaşınalıqdan əl çəkən qadın tipi.

Əslində real həyatda bu 3 qadın tipləri bu və ya digər


formada mövcuddur. Yəni elə qadın tipi var ki, öyüd-nəsihət
dinləyib öz səhvini anlayır və ailəsinin huzuru pozulmasın
deyə ərinə qarşı özbaşınalığa son qoyur.

Elə qadın da var ki, öyüd-nəsihət eşitmir, ancaq müəyyən


formada yüngül cəza almaqla səhvini anlayır. Ayədə yüngül
cəza kimi “onlardan yatağınızı ayırın” deyir.
432 | P a g e
Lakin elə tərs, inadkar qadın tipi də var ki, ona söz və
yüngül cəza təsir etmir. Yalnız daha ağır cəza aldıqdan sonra
pis əməldən əl çəkir ki, bu da ayədə nəsihət dinləməyən,
yüngül cəza almaqdan çəkinməyərək özbaşına əməlinə yenə
davam edən qadını “döyün” kimi ifadə olunur.

Növbəti 35-ci ayədə isə belə deyilir: “(Ey mö’minlər!) Əgər


ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman
kişinin adamlarından bir nəfər və qadının adamlarından da
bir nəfər münsif (vasitəçi) tə’yin edib (onların yanına)
göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq
istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər
şeyi) biləndir, (hər işdən) xəbərdardır!”

Əgər həqiqətən də Quranda qadınların döyülməsi haqqında


əmr olsa idi, bunu hamıdan qabaq hz. Məhəmməd (s.a.v)
peyğəmbər icra edərdi. Halbuki, peyğəmbərin (s.a.v)
həyatını oxuduqda tamamilə başqa mənzərə ilə qarşılaşırıq.
Qadınlarla bağlı hədislərə baxaq:

1. Hz.Peyğəmbər (s.a.v.) Əfəndimiz: “Sizin ən xeyirliniz


qadınlarına qarşı ən xeyrli olanlarınızdır.”1 buyurmuşdur.
2. Hz.Aişə (r.anha)’dan nəql olunur ki: “Rəsulullah (s.a.v.)
həyatında nə bir qadın döymüşdür, nə də bir xidmətçi.”2
3. Hz.Peyğəmbər (s.a.v.) xanımlarına əziyyət edən zalım
kişiləri pis adamlar olaraq adlandırmışdır: “Qadınlara ancaq
kərîm olanlar ikram edərlər (dəyərli olanlar dəyər verərlər);
onlara pislik edənlər isə leîm (pis) kişilərdir.”3

433 | P a g e
4. Bir başqa hədis-i şərifdə də Hz.Peyğəmbər (s.a.v.)
“Gündüz xanımını kölə kimi qamçılayan birisi axşam onunla
eyni yatağa necə girəcək?” deyə soruşmaqdadır.4

5. “Möminlərin iman baxımından ən kamil olanı əxlaqı


gözəl və ailəsinə nəzakətli davranandır.5
6. Bir mömin kişi, bir möminə qadına kin bəsləməsin.
Çünkü onun bir xüsusiyyətini bəyənməzsə, başqa bir
xüsusiyyətini bəyənər. 6
7. Vida xütbəsində peyğəmbərimiz (s.a.s): “Qadınların
haqqlarını yerinə yetirməklə bağlı Allahdan qorxunuz! Çünki
siz onları Allâhın bir əmânəti olaraq aldınız.”  buyurmuşdur.7
8. Rəsulullah (sallallahu aleyhi və səlləm) buyurdu: “Kişi
zövcəsinə baxdığı zaman və zövcəsidə ona məhəbbətlə
baxdığı zaman Uca Allah onlara rəhmlə baxar. Kişi
zövcəsinin əllərini tutan zaman isə onların günahları
barmaqları arasından tökülər.”  (“Səhih əl Cəmi əs Sağir”
1977)

9. Həzrəti Ömər (r.a) deyir:  “Biz İslamdan əvvəl


qadınları adam yerinə qoymazdıq. İslam gəlincə onlara həm
ayətlərdə, həm də hədislərdə yer verdi, kişilər kimi haqqları
anlatıldı. Ondan sonra biz qadınların da kişilər kimi haqqları
olduğunu düşünür bir vəziyyətə gəldik!” (Buhari, Müslim).

Mənbələr:

(1) Müslim, Radâ 62; Tirmizî, Radâ 11

434 | P a g e
(2) Müslim, fedail 79; İbn Mace, nikah 51; Dârîmî, nikâh 34,
Ahmed b. Hanbel, V,32, 206, 229,232,281

(3) İbn Mâce, Edeb 3; Ebû Dâvud, Edeb 6, Rikak 22, İ’tisâm
3; Müslim, Akdiye 11

(4) Ebû Dâvûd, Nikâh, 60 Buhârî, nikâh 93, tefsir, sûre (91)
1; Müslim, Cennet 49; Ibn Mâce, nikâh 51

(5) Nesâî, Işretu’n-Nisâ, 229; Tirmizî, İman hadis no: 2612

(6) Müslim, Radâ’ 61, hadis no: 1469

(7) Ebû Dâvud, Menâsik, 56; İbn Mâce, menâsik, 84; Dârimî,
menâsik, 34, Akseki, Ahmet Hamdi, Yeni Hutbelerim,
Ankara, 781-782, Acluni, Keşfu’l-Hafa, Beyrut, 1351, I.36

Alın yazısı haqqında suallara cavablar

“Yaradarkən məndən soruşdumu?”

435 | P a g e
Ateistlərin səsləndirdikləri növbəti məntiqsiz suallardan biri
belədir:

“Allah bizi yaradırkən niyə bizdən yaradılıb, yaradılmamız


barədə soruşmadı? Bəlkə mən imtahanı bacara bilməməkdən
qorxduğum üçün ondan bu həyat borcunu almaq
istəməyəcəkdim? Məsələn: Biz birindən borc tələb edəndə o
da verər, amma biz Allahdan tələb etmədiyimiz halda o
verdi”

Cavab:

Bu sual özü-özlüyündə fəlsəfi olaraq bir paradoksdur.

a) Bu sual ontoloji baxımdan səhvdir. Çünki sual sahibi


Allah-insan münasibətini “insan-insan” münasibəti
üzərindən mühakimə edir. Halbuki borcluluq münasibəti
“insan-insan” baxış bucağından baxaraq dəyərləndirilə
bilməz. Çünki Allah (c.c) ilə insan varlıq baxımdan çox
fərqli müstəvilərdədir. Allah (c.c) yaradan, insan isə
yaradılandır. Allah Təala cümlə kainatın və varlığın ilkin
yaradılış səbəbi, insan isə nəticəsidir. Demək ki, Allah və
insan haqqında ateistlərin bu cür yanaşma tərzi qərəzli bir
mühakimədir.

b)
1. Əgər sən bu sualı soruşa bilirsənsə deməli bu sualı
müstəqil iradən ilə soruşursan. Biz birindən borcu nə ilə
tələb edərik? Söz, dil, səs, danışma bacarığı və s. və bütün
bunların ardında gizlənən vasitə nədir? Yəni bu sualı vermək
üçün sənin bir müstəqil iradəyə ehtiyacın var. O iradə
olmasa bu sualı verə bilməzdin.Bu sualı vermək üçün
436 | P a g e
istifadə etdiyin müstəqil iradəni belə sənə verən Allahdı. O
zaman etirazının tutarlı olması üçün Allahın əmanət olaraq
vermədiyi bir vasitə tapıb onunla bu sualı verin.
İradəni belə səni xəlq edən Rəbbinə borclusan ey insan!
O iradə sənə verilmədən əvvəl hansı iradəylə tələb etməyi
düşünürdün?
Bu etirazı etmək üçün istifadə etdiyin bütün vasitələr Ona
aid. Ona etirazda haqlı olmaq üçün, Onun əmanət etdiyi
vasitələr xaricində istifadə edəcəyin vasitələr tap, onları
istifadə et ki, haqqlı olasan. Yoxsa bu məntiqli olarmı?

2. Tutaq ki, İradə verildikdən sonra bu sualı verdik: O


zaman burdada bir paradoks yaranır:
Əgər Allahın sənə nəyi verəcəyi barədə müstəqil iradənlə
sual verirsən. O zaman niyə sənə bu sualı vermək üçün
istifadə etdiyin müstəqil “iradə”-nin sənə verilib-
verilməyəcəyi barədə sual vermirsən? Onu niyə bu suala
daxil etmirsən?

3. “Bəlkə mən imtahanı bacara bilməməkdən qorxduğum


üçün ondan borc almaq istəməyəcəkdim. Bu anda fikrimiz
soruşulmadan biz istəmədən borclu vəziyyətinə salındıq”.

Bu iki cümlə içərisində olan tam yeddi dənə söz bu sualı


bünövrəsindən əsassız hala gətirir.

O sözlər bunlardı: “mən”, “almaq”, “istəyəcəkdim”,


“bizim”, “fikrimiz”, “biz, “istəmədən”…

Məsələn “mən” deyirsən? Mən ilə nəzərdə tutduğun öz


varlığını hansı dəlilə söykəyərək “borc” xaricində tutursan?
Bu mənliyi sənə verən Allah deyilmi?
437 | P a g e
Məsələn “almaq” və “istəməkdən” danışırsan. Yaxşı amma
istəmə bacarığının özü borc deyilmi?

“Fikrimiz” deyirsən. O var etmədən əvvəl sən yox idin ki,


bir fikirin olsun. Bəs niyə görə “fikrimiz” deyərkən, onu
niyə borc xaricində tutursan?
Bu səbəbdən “fikrimiz” deyərkən, gördüyün kimi ey insan,
hələ varlığının əvvəlinə belə fikirlə çatmaqda acizliklər
içindəsən və bu çox təbiidir.

Qısaca olaraq desək bu sual fəlsəfi olaraq yanlış olub,


paradokslarla dolu olan bir sualdır və Allaha iman etməyən
birinin bunu soruşmağa haqqı yoxdur
Taleyim əvvəlcədən yazılıbsa, mənim
günahım  nədir?

“Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm


üçün yaratdıq.“  (Əraf surəsi 179-cu ayə)
Əraf surəsi 179-cu ayəni oxuyan bəzi insanlarda belə suallar
yaranır:
– Əgər Allah Təala (c.c) insanlardan bir çoxunu Cəhənnəm
üçün yaradıbsa, onda onların günahı nədir?
– Əgər etdiyimiz yaxşı-pis əməllər və Cəhənnəmə
gedəcəyimiz əvvəlcədən alnımıza yazılıbsa, bundan ötrü
niyə görə biz məsuliyyət daşımalıyıq?

Əslində bu tip sualların meydana çıxması həmin ayənin


düzgün başa düşülməməsi və “alın yazısı” mövzusu ilə bağlı
bəzi insanların ilkin təsəvvürlərinin yanlış olmasından
438 | P a g e
qaynaqlanır. Əvvəlcə qeyd edək ki, Allah Təala (c.c) heç
kəsi zorla qolundan tutub günah işlətməyə məcbur etmir ki,
sonra da həmin adamı bilərəkdən Cəhənnəmə atsın. İnsanın
etdiyi əməllər onun öz ağlı və sərbəst iradəsi daxilində baş
verir. Yəni ki, insan nəsə etmək istədikdə özü qərar verir və
buna görə də məsuliyyət daşıyır.

Bəs onda alın yazısı varmı və nədir?

Alın yazısı var və Allah Təalanın (c.c) elmidir. Allah Təala


(c.c) öz sonsuz elmi ilə gələcəkdə insanların nə edəcəyini
əvvəlcədən bilir və yazmışdır. Başqa sözlə, Allah Təala (c.c)
gələcəkdə insanların nə edəcəyini bildiyi üçün yazmışdır,
yoxsa ki, Onun (c.c) yazdığı üçün insanlar etmirlər.

Bir neçə sadə misal ilə izah edək.

Misal 1. Meteroloqlar meteorologiya elmi sahəsində sahib


olduqları biliklər və hesablamalar sayəsində sabah havanın
yağışlı olacağı proqnozunu verirlər. Doğurdan da, sabah
hava yağışlı olur. Meteroloqlar sabah havanın yağışlı ola
biləcəyini bildikləri üçün deyirlər, yoxsa ki, onların dedikləri
üçün yağış yağmır.

Misal 2. Mütəxəssislər təhlil və hesablamalar əsasında


növbəti ildə iqtisadi böhran ola biləcəyini proqnozlaşdırırlar.
Doğurdan da, növbəti ildə iqtisadi böhran baş verir.
Mütəxəssislər böhran ola biləcəyini bildikləri üçün deyirlər,
yoxsa ki, onların dedikləri üçün böhran olmur. Əks halda,
hökumət həmin mütəxəssisləri həbs edərdi ki, “siz
əvvəlcədən dediyiniz üçün ölkədə böhran baş verdi”.

439 | P a g e
Misal 3. Tikinti sahəsində uzun müddət təcrübəsi olan bir
mühəndis yeni tikilmiş hər hansı yaşayış binasının istismar
müddətinin 30 il ola biləcəyini ustalıqla hesablaya bilər.
Başqa sözlə, mühəndis deyə bilər ki, təxminən 30 ildən
sonra bina istismar üçün yararsız olacaq.

Göründüyü kimi insanlar müxtəlif elm sahələrində sahib


olduqları müəyyən elmi biliklər sayəsində gələcəkdə nələrin
baş verə biləcəyini müəyyən dəqiqliklə hesablaya və deyə
bilərlər. Belə olan halda, mütləq mənada Alim və sonsuz elm
sahibi olan Allah Təalanın (c.c) gələcəkdə baş verəcək bütün
hadisələri bilməsi şübhəsizdir. Əgər Allah Təala (c.c)
gələcəyi bilməsəydi, onda O,  Allah ola bilərdimi?  Haşa,
Allah Təala (c.c) gələcəyi bilməsəydi, onda Onun elmi və
gücü hər şeyə yetməzdi və məhdud olardı. Bu isə məntiqdən
çox uzaqdır.

Deməli, Allah Təala (c.c) özünün sonsuz elmi ilə


gələcəkdə cinlərdən və insanlardan çoxunun
Cəhənnnəmə gedəcəyini əvvəlcədən bildiyi üçün
yuxarıda qeyd olunan Əraf surəsi 179-cu ayəni nazil
etmişdir.
Həyatı bir labirintə bənzətsək, son çıxış nöqtəsinə (ölümə)
gedib çatmaq üçün çoxlu yollar və gedişlərin olması
mümkündür. Hansı yolu və gedişi seçəcəyimiz bizdən
asılıdır. Seçimi biz sərbəst şəkildə edirik. Amma bu yolların
və gedişlərin hansı nəticələrə gətirib çıxaracağını Allah
Təala (c.c), əlbəttə ki, əvvəlcədən bilir.

Digər tərəfdən onu da qeyd etmək vacibdir ki, Allah Təala


(c.c) heç bir canlıya və məxluqata bənzəməz. Allah Təala
(c.c) zamandan və məkandan münəzzəhdir, uzaqdır. Zamanı
440 | P a g e
və məkanı Allah Təala (c.c) xəlq etmişdir.  Keçmiş, indiki və
gələcək zaman məfhumları yalnız və yalnız insanlar və
yaradılmış digər bütün məxluqat üçün keçərlidir. Allah Təala
(c.c) qatında keçmiş, indiki və gələcək zaman məfhumları
eynidir. Zamanı başdan-sonadək yaradan Allah Təala (c.c)
olduğu üçün zamanın həm əvvəlini, həm də sonunu bilmək
Onun (c.c) qüdrəti daxilindədir.

Digər peyğəmbərlər haqqında

İlk insanın torpaqdan yaradılması


Ateistlər iddia edirlər ki, guya ki, Qurani Kərimdə ilk insanın
(Hz.Adəm) müxtəlif maddələrdən yaradılması haqqında
ayələr bir-birilə ziddiyyət təşkil edirlər. Əslində isə heç bir
ziddiyyət yoxdur. Çünki Qurani Kərimdə adları çəkilən
müxtəlif maddələr ilk insanın yaradılması prosesinin ardıcıl
mərhələlərini təsvir edir:

1-ci mərhələ. Torpaq (3/59, 22/5, 30/20, 35/11, 40/67)

2-ci mərhələ. Palçıq və yapışqan palçıq (6/2, 7/12, 17/61,


32/7, 38/71, 38/76, 37/11)

3-cü mərhələ. Tərtəmiz (süzülmüş) palçıq (23/12)

4-cü mərhələ. Qoxumuş qara palçıq (15/26, 15/28, 15/33)

441 | P a g e
5-ci mərhələ. Quru palçıq (55/14)

İlk insanın yaradılışında birinci mərhələ torpaq (türab);


ikincisi, palçıq kimi yumşaq, yapışqan çamur (tîn) ve bundan
alınıb süzülmüş bir palçıq (sülâletün min tîn);  üçüncüsü,
insan skeleti halına gətirilən qara, qoxumağa hazır bir şəklə
salınmış palçıq (hame-i mesnun); dördüncüsü, bişirilmiş,
qurudulmuş palçıqdır (salsâl). Bunlar, ilk insanın təşəkkül
mərhələlərini əhatə edir.
Bunu sadə bir misalla izah edək. Məsələn, çörəyin
hazırlanma prosesi aşağıdakı mərhələləri təşkil edir:

1-ci mərhələ. Sünbül

2-ci mərhələ. Buğda

3-cü mərhələ. Un

4-cü mərhələ. Xəmir (un+su)

5-ci mərhələ. Çörək

Əslində biz çörəyin fərqli maddələrdən hazırlandığını


müxtəlif cür ifadə edə bilərik:

– Çörək sünbüldən hazırlanır

– Çörək buğdadan hazırlanır

– Çörək undan və sudan hazırlanır


442 | P a g e
– Çörək xəmirdən hazırlanır.

Göründüyü kimi bu ifadələrin hamısı doğrudur. Amma


çörəyin hazırlanma mərhələlərini bilməyən adam bunun
ziddiyyət olduğunu düşünəcək. Çünki hər mərhələdə
müxtəlif maddədən istifadə olunur.

Quranda deyilir: “Həqiqətən, Biz, insanı palçıq cövhərindən


yaratdıq.” (Muminun surəsi, 12)

Müasir texnologiya ilə aparılan elmi təhqiqatların


nəticələrinə görə, torpaqdakı elementlərlə insan
bədənindəki elementlər bir-birləriylə tamamilə eynidir:

Oksigen – Karbon – Hidrogen – Azot – Kalsium – Fosfor –


Kalium – Kükürd – Xlor – Natrium – Maqnezium – Silikon –
Dəmir – Sink – Mis – Boro – Kobalt – Vanadium – Yod –
Selenium – Manqan – Molibden – Xrom

Coğrafi regionlar üzrə dinlərin


yayılması  iddiası

Qaraqan yazır:”Niyə dinlərin çoxluğuna baxmayaraq


coğrafi əraziyə görə insanlar demək olar ki, eyni dinə qulluq
edirlər. Yəni əgər din universal bütün dünya üçün nəzərdə
tutulmuş bir inanc olsaydı o zaman necə ki, dünyada 1
443 | P a g e
milyarddan çox xristiyan və 1 milyarddan çox müsəlman
varsa, onların ümumi faizi bütün ölkələrdə eyni olmalı idi.
Amma xəritəyə baxanda nə baş verir. İslamın 90 faizi ərəb
ölkələrində xristianlığın 90 faizi Avropa və qərb ölkələrində,
Buddizm və hinduizm necə son 4000 il Hind və Çində indi
də eləcə. Bu heç Allahın göndərdiyi həqiqətə bənzəyir? Bu
necə həqiqətdir ki, sərhəddən o yana keçə bilmir? Yoxsa din
də milli mətbəx, milli bayramlar kimi yalnız bir coğrafiyaya
aiddir? Məsələn pizza və suşinin dünyaya yayılması bütün
dinlərdən daha yaxşı alınıb. Burada bir İroniya varmı? Əgər
din coğrafi sərhədləri belə çətin qət edirsə nə üçün Allah
daha universal, daha yaxşı işləyən bir sistem yaratmayıb?

Mənə müsəlman dostlarım deyirdi ki, Quran bu dəqiqə ən


ucqar kəndlərdə də var. Hər kəs onu oxuyub İslamı qəbul
edə bilər, günah insanlardadır. Yaxşı onlar doğrudan mı
inanırlar ki, məsələn Kanadanın əhalisinin 90 faizi İslamı
kafir olduqları üçün qəbul etməyib? Eləcə də Avstraliyada o
boyda adamın cəmi bir neçə faizi kafir deyil. Amma tutaq ki,
Küveytdə birdən-birə bütün mömin adamlar dünyaya gəlib
və Quranı oxuyan kimi qəbul ediblər. Azca, lap xırdaca
məntiq bəs edir ki, anlayasan – din 99 faiz ehtimalla
valideyndən övlada keçir. Və yalnız az qism insan həyatı
boyu dinini dəyişir. Deməli Allahın dini yaymaq sistemi
nəsə düz işləmir? Çünki necə 10-cu əsrdə Yaponiyada
müsəlman yox idi, eləcə də üstündən 1000 il keçib və
Yaponiyada müsəlmanlar yox dərəcəsindədir. Beləcə
düşünərək qərara gəlirdim ki, hər şey gözəl gözəldir, din
gözəldir, həqiqət gözəldir, amma ortada bəzi anlaşılmaz
məsələlər var.”

444 | P a g e
Biz Qaraqanı narahat etmiş bu şübhəyə ilk öncə bəzi
düzəlişlər edək. Birinci xristianlardan başlayaq.
Xristiyanlığın 90 faizi Avropada deyildir. ” Center for the
Study of Global Christianity” (Global Xristianlığı Araşdırma
üzrə Mərkəz) tərəfindən edilmiş araşdırmanın nəticəsi bu
olub ki, dünya xristiyanlarının yalnız 26 faizi bu gün
Avropada yaşayır. 37 faiz Şimali və Cənubi Amerikada, 24
faiz Afrikada və 13 faiz Asiyada yaşayır. Araşdırma 2010-cu
il üçündür. Müsəlmanlara gəldikdə isə müsəlmanlar
haqqında yazdığı məlumatlar da tamamilə yalnışdır, bir
insan məqsədli şəkildə müsəlmanlar haqqında yalnış
məlumat yazmaq istəsəydi ancaq bu qədər yalnış yaza
bilərdi. Həqiqətdə isə dünyanın müsəlman əhalisinin yalnız
və yalnız 20 faizi ərəb ölkələrində yerləşir. Dünyanın
müsəlmanlarının əksəriyyəti İndoneziya, Pakistan, Hindistan
və Banqladeş kimi ölkələrə düşür. Təkcə Çindəki
müsəlmanların sayı Suriyadakı müsəlmanlardan çoxdur və
Rusiyadakı müsəlmanların sayı İordaniya və Liviyadakı
müsəlmanların sayından çoxdur.

Qaraqan yazır ki, 10-cu əsrdə Yaponiyada müsəlman yox


idi. Görəsən bunu hardan bilir? Əksinə müsəlmanlar İslamın
ilk əvvəlindən Yaponiyaya qədər gedib çıxıblar. Əbul-Qasim
Ubeydullah İbn Xurdəzbih miladi 820 və 912-ci illər
arasında yaşamış məşhur müsəlman tarixçi və səyyahdır.
Məhz İbn Xurdəzbih “Kitəb əl-Məsəlik val-Məməlik” adlı
kitabında Yaponyanı və Koreyanı təsvir etmişdir. Bu, onu
göstərir ki, Allahın dini elə ilk əvvəllərdən dünyanın hər
tərəfinə yayılmışdı, yəni Allahın sözünü dünyanın şərqinə və
qərbinə yayan elçilərimiz olub. Miladı 13 və 14-cü əsrlərdə
Çinin müsəlman əhalisinin Yaponlar ilə ticari əlaqələri olub.
Misal üçün Çinin Minq dinastiyasının hakimiyyətə
445 | P a g e
gəlməsində əsaslı rolu olan general Lan Yu əslən müsəlman
olub və məlumdur ki, on dördüncü əsrdə bu general
yaponlardan qılınc alarmış. Donald F. Lach “Asia in The
Making of Europe” adlı kitabında [1-ci cild, səh: 517-518]
qeyd edir ki, 1555-ci ildə Portuqaliyanın Malacca portuna
bir müsəlman dənizçi, səyyah gəlir və onun Yaponiyadan
gəldiyi qeyd edilir. Həmin müsəlman səyyahın
danışdıqlarından anlaşılır ki, yerli xalqı İslama dəvət etmək
üçün Yaponiyada olub. Bunlar qeydə düşənlərdir, qeydə
düşməyənlər əlbəttə ki, daha çoxdur. Bütün bunlar onu
göstərir ki, müsəlmanlar Allahın risaləsini İslamın ilk
əvvəllərindən Yer üzünün qərbinə və şərqinə çatdırmaq üçün
çalışıblar.

Qaraqanın xətalarına düzəliş etdikdən sonra və bəzi maraqlı


məlumatlar paylaşdıqdan sonra Qaraqanın zikr etdiyi
şübhəyə cavabımızı verək. Qaraqan deyir ki, İslam dini əgər
universal dindirsə nə üçün yalnız dünyanın müəyyən bir
hissəsinə məhduddur? Nə üçün İslamın yayılmasına
sərhədlər mane olur? Buna bir neçə yöndən cavab vermək
olar:

Birinci: İslam dünya xəritəsinə geniş bir şəkildə yayılıb və


bir yerdə məhdud deyildir. İslam ilk əvvəllərdən şərqdə
İndoneziyadan başlayaraq Qərbdə Mavritaniya və
İspaniyaya qədər yayılmışdı. Nəzərə almalıyıq ki, o dövrdə
dünyanın əhalisinin əksər hissəsi bu bölgələrdə yaşayırdı.
İngilislər Avstraliyaya gəlmədən öncə oradakı əhalinin
sadəcə təxminən 300 000 olduğu təxmin edilir. Bütün
Amerikadakı əhalinin isə Kolumbdan öncə 30 milyon ilə 70
milyon arasında olduğu deyilir və başqa rəqəmlər də verilir.
Lakin ümumən qəbul edilən görüş budur. Yəni bunlar
446 | P a g e
dünyanın ümumi əhalisinin yalnız az bir hissəsini təşkil
edirdi. Demək istədiyimiz budur ki, İslam işin ilk əvvəlindən
dünyanın böyük hissəsinə yayılmağa və daha da böyük
hissəsinə çatmağa nail olub. Qaraqanın söylədiyi kimi yalnız
ərəb ölkələri ilə məhdud olmayıb. Əksinə işin ən maraqlı
tərəfi budur ki, İndoneziyaya, Tayland, Myanmar kimi
ölkələrə tək bir müsəlman əsgərinin ayağı dəymədiyi halda
bu gün İndoneziya ən çox müsəlman əhalisi olan ölkə sayılır.

İkinci: Tutaq ki, Qaraqan dediyində xəta etmir, tutaq ki,


İslam lap ərəb ölkələri ilə məhduddur. Məgər bu, İslamın
universal din olmaması anlamına gələrmi? Cavabımız budur
ki, xeyr! İndi nəyi qəsd etdiyimi oxuculara bacardığım qədər
sadə dildə izah etməyə çalışacam. Bir dinin mükəmməl
olması üçün onun universal olması ilə yanaşı insan
cəmiyyətləri üçün ən təbii, ən münasib olması, Allahın
məqsədinə ən uyğun olması və nəticə etibarı ilə ən uğurlu
olması lazımdır. Burada Qaraqanın sözünə bir düzəliş
etməyimiz lazımdır. Dinin universallığı onun yayılma
coğrafiyasının miqyasına görə ölçülmür. Dinin universallığı
onun insanlığa gətirdiyi dəyərlərinin universallığı ilə ölçülür.
İslam bu kriteriyalara cavab verirmi? Şübhəsiz ki, cavab
verir. Bu gün həccə gedən hər bir müsəlman bunun şahidi
ola bilər. Ağ dərilisi ilə qara dərilisi çiyin-çiyinə tavaf edir,
Muzdəlifədə bir yerdə yatır, eyni paltarı geyinir, eyni qabdan
yemək yeyib su içirlər. İslam insanların Allah qatında
rənglərinə, var-dövlətlərinə, nəsəblərinə, əsli nəcibətlərinə
görə deyil, lakin əməllərinə və təqvalarına görə
dəyərləndirildiklərini öyrədir. İslam “ey mömin kişilər və ey
mömin qadınlar” deyə xitab edən yeganə dindir. İslam
dünyada sosial həyatda qadınla kişi arasında real fərqlərin
olduğunu nəzərə almaqla yanaşı Allahın gözündə qadınla
447 | P a g e
kişinin bərabər olduğunu öyrədən yeganə dindir. Yəni həm
praktiki dindir, həm də universaldır, dəyərləri universaldır.
Bu, İslamın universallığı haqqında idi.

Məgər Allahın İslam dini ilə istədiyi Yer üzündəki hər bir
fərdə İslam dininin çatmasıdırmı? Əgər desək ki, Allahın
İslam dinini göndərməklə istədiyi dinin Yer üzündəki
fərdlərə çatması olubsa o zaman İslam bunun öhdəsindən
gəlməyib. Bəs o zaman Allahın sözünün hər bir fərdə
çatması üçün başqa hansı alternativlər var idi? Gəlin
fikirləşək. Ya Allah Quranı eyni anda bütün dünyaya
göndərməli idi, lakin bunun üçün bütün dünyanın eyni dildə
danışması lazımdır. Bilirik ki, dünya əhalisinin hamısı eyni
dildə danışmır. O zaman bu versiyanın imkansız olduğunu
dərhal anlayırıq. Ya da Allah eyni zamanda müxtəlif dillərdə
danışan peyğəmbərlər göndərməli idi. Lakin bunun da ən
aşkar problemi budur ki, bu, tərəfkeşliyə, parçalanmaya
gətirəcəkdi və vahid bir risalə əvəzinə hər qövm öz risaləsini
daha doğru sayacaqdı. Çünki insanlar arasında həmişə
təhrifə meyl vardır. Tarix bunun şahididir.

Gəlin bunu kiçik bir modelin üzərinə tətbiq edək. Bir


milyon nəfərdən ibarət bir insan koloniyası təsəvvür edin.
Onlara haqq sözü çatdırmaq üçün ya onların içindən birinə
Allah vəhy endirir və onları haqqa dəvət edir. Ya da onların
hər birinə haqqı ilham edir və haqqı qəbul etdirir. İkinci
variantda ümumiyyətlə insanların sınağa çəkilməsi
reallığından əsər-əlamət yoxdur, əgər insanların hər birinə
haqq bu şəkildə asan yolla çatdırılacaqsa o zaman onlar necə
sınağa çəkiləcəklər?! Deməli insanların haqq söz ilə sınağa
çəkilməkləri üçün onların içindən bir nəfərin peyğəmbər
olaraq seçilməsi və insanlara ümumən haqq sözün onu
448 | P a g e
dəstəkləyən dəlillər və sübutlar ilə təqdim edilməsi ən uyğun
və təbii variantdır. Bu zaman həmin peyğəmbərin bu bir
milyon fərddən hər bir kəslə şəxsən görüşüb ona haqqı izah
etməsini gözləmək ağılsızlıq olardı, çünki insanların sınağı
təbii şərtlərdə baş verməlidir. Sınaq elə buna deyilir. Haqq
sözü öyrənən insanlar onu digər insanlara çatdırmaqla
mükəlləfdirlər, bu, onların vəzifəsinə çevrilir və beləcə də bu
şəkildə haqq sözü dərk etmiş və onu mənimsəmiş hər bir
fərd onu axtaran və ya axtarmayan digər fərdlərə çatdırmaqla
sınağa çəkilir. “Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı
işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir
camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır.” [Ali-İmran,
104] Digər insanlara gəldikdə isə onların haqqı axtarmaqları
üçün ətraflarında kifayət qədər işarələr qoyulmuşdur, onlar
da bu şəkildə sınağa çəkilirlər. Yəni məqsəd bütün
bəşəriyyətin eyni anda iman gətirib doğru yola gəlməsi
deyildir, məqsəd bundan daha böyükdür, məqsəd insanların
fərqli hallarda haqq söz ilə sınağa çəkilməkləridir. Dünya da
məhz bu kiçik modelə uyğundur. Allah Yer üzündəki
xalqlardan birini seçmiş, o xalqın içindən də bir nəfəri
seçmişdir. Həmin nəfər öz missiyasını yerinə yetirərək
həmin xalqa Allahın sözünü çatdırmış, həmin xalq da öz
missiyasını yerinə yetirərək onlarla xalqa bu missiyanı
çatdırmışdır, beləliklə vəzifə digər xalqların boynundadır,
onlar da Allahın sözünü digər xalqlara çatdırmalıdırlar. Bu
onların sınağıdır. “Siz insanlar arasında üzə çıxarılmış ən
xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis
əməlləri qadağan edir və Allaha iman gətirirsiniz.” [Ali-
İmran, 110]

449 | P a g e
Bu izah etdiyimizdən anlaşılması lazım olan budur ki, ilkin
məqsəd heç də hər kəsin eyni anda müsəlman olması
deyildir, bu heç bir zaman belə olmayıb.

Heç kim düşünməməlidir ki, müsəlman torpaqlarında


doğulan insan daha şanslı və daha bəxtəvərdir, lakin qeyri-
müsəlmanlar arasında doğulan şanssız zavallıdır. Çünki
müsəlman torpaqlarında doğulan dərhal valideynlərindən
İslamı öyrənir, amma qeyri-müsəlman torpaqlarında doğulan
isə İslamdan cahil qalır və beləliklə də haqq sözdən cahil
qalır. Bu cür düşünmək Allahın hikmətindən uzaq
düşməkdir. Bilmək lazımdır ki, İslamın təliminə əsasən
haqqı bilmək insanın məsuliyyətini artırır, yəni sənin sınağın
artıq başqa şərtlərdə keçir. Artıq sən yaxşılığı əmr edib,
pisliklərdən çəkindirməklə, hər bir günahdan uzaq durmaqla
əmr olunursan. Vəzifələrin artır və bu işlərin öhdəsindən
gəlməlisən. Lakin dünyanın o biri başında yaşayan bir qeyri-
müsəlman sizcə zinanın nə olduğunu bilmədiyi halda etdiyi
zinaya görə günah qazanırmı? Əlbəttə ki, qazanmır.
Müsəlmanlar arasında yaşayan müsəlman isə zina və bunun
kimi dünya şəhvətlərinin qadağan edildiyini bildiyi halda
bunları etdikdə cəzalanacağını bilir. Görəsən bu halda kimin
şanslı, kimin şanssız olduğunu biz deyə bilərikmi?
Düşünürəm ki, bunu heç kim deyə bilməz. Hə, burada biz
önəmli bir nöqtəyə gəlib çıxırıq. O zaman dünyanın qeyri-
müsəlman hissəsinin sınağı nədən ibarətdir?

İslam dininin gözəlliyi budur ki, bu kimi mövzular


haqqında bizlərə bolca məlumatlar verib. Qeyri-müsəlman
əhalinin ilk vəzifəsi bu dünyada yaradılışı və yaradılışın
əlamətlərini gördükləri üçün Yaradanı axtarmaqdır. Onlar
hər şeydən öncə bununla sınağa çəkilirlər. Ona görə də İslam
450 | P a g e
alimlərinin əksəriyyətinə görə bu dünyada mövcud olan bu
qədər aşkar dəlillərə baxmayaraq, sənətkarın bizə göstərdiyi
sənət əsərlərinə baxmayaraq Allahın varlığını inkar edən
ateistlərə peyğəmbərlərin sözləri çatmasa belə onlar
məzəmmətə tabedirlər. Bu alimlərə görə onlar Allahın
varlığını qəbul etməkdən sonra geridə qalan məsələlərdə
cahil qalmaqlarına görə qınanıla bilməzlər.. Beləliklə də bu
kimi insanlar üçün ilk sınaq Allahı axtarmaq, Onun
insanlardan nə istədiyini öyrənmək üçün axtarış etmək
vəzifəsidir. Bunu onların ilk sınağı saya bilərik. Bunun üçün
İslam dininin onlara çatması şərt deyildir.

Bütün bu izah etdiklərimizdən başa düşülməlidir ki,


Qaraqanın gətirdiyi şübhə əslində ağıl sahibləri yanında bir
şeyə dəyməz. Başa düşülməlidir ki, din buna ilk əvvəldən
cavabını verib.
Peyğəmbər və din gəlməmiş insanların halı
necə  olacaq?

İslam terminologiyasında peyğəmbərlərin sözlərinin


çatmadığı insanlara, qövmlərə fətrə əhli deyirlər. İslam dini
bizə öyrədir ki, insanların dünyadakı adları heç də onların
Axirətdəki adları ilə eyni olmasını gərəkdirməz. Yəni bu
dünyada müsəlman adlandırdıqlarımızın hamısının Cənnətə
girəcəyini demirik və bu dünyada kafirlər
adlandırdıqlarımızın hamısı Cəhənnəmə daxil olmayacaq.
Ona görə də alimlərimiz deyirlər ki, heç bir müsəlmana
müəyyən olaraq – “o, cənnətlikdir” – deməyimiz doğru
deyildir. İslam dini bu cəhətdən bütün şübhələrin cavabını
451 | P a g e
verib. Bunun təfsilatını növbəti sətrlərdə izah etməyə
çalışacam və fətrə əhli haqqında önəmli olan məlumatları
paylaşacam.Allahu Təalə buyurur: “Kim doğru yolla getsə,
xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun
öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını
daşımaz. Biz elçi göndərməmiş (heç kəsə) əzab vermirik.”
[əl-İsra, 15] Allahın bu sözlərindən iki möhtəşəm ədalət
prinsipini öyrənə bilirik. Allah heç kəsə başqasının günahına
görə cəza verməz və Allah heç kəsi haqq barədə xəbərdar
etmədən əzaba tabe tutmaz. Allahın elçilərinin sözündən
xəbərsiz olan insanlara biz yuxarıda dediyimiz kimi fətrə
əhli deyirik.
Allahın elçisi – salləllahu aleyhi va səlləm – buyurur:
“Qiyamət günü dörd qrup insan olacaq: heç bir şey
eşitməyən kar insan, dəli insan, çox yaşlı insan və fətrə
halında ölən insan; Kara gəldikdə deyəcək: “Rəbbim, İslam
gəldi və mən bir şey eşitmirdim.” Dəli isə deyəcək:
“Rəbbim, İslam gəldi və uşaqlar mənə təzək atırdılar.” Çox
yaşlıya gəldikdə isə deyəcək: “Rəbbim, İslam gəldi və
mənim ağlıma heç bir şey batmırdı.” Fətrə halında ölən isə
deyəcək: “Rəbbim, sənin elçin mənə gəlmədi.” Allah
onlardan daha sonra itaət etməklərinə dair söz alacaq, daha
sonra onlara atəşə daxil olmaqlarını tələb etmək üçün adam
göndərəcək. Muhəmmədin canı əlində olan Allaha and olsun
ki, əgər daxil olsalar onlar üçün sərin olacaq və salamat
olacaqlar.” Beləliklə də biz peyğəmbərin bu sözlərindən başa
düşürük ki, qeyri-müsəlmanların arasında üzrlü olanlar
vardır ki, onlar Qiyamət günü Ərasatda sınağa çəkiləcəklər.
Biz həmin sınağın necəliyini tam dərk edə bilməsək də bu
sınağın adil və müvazinətli bir sınaq olduğundan əminik,
çünki dinimiz bizə Allahın adil olduğunu öyrədir.

452 | P a g e
Bütün bunlar kasıb ilə zənginin misalına bənzəyir. Kasıbın
malı olmasa da ən kiçik şeylər belə kasıbı xoşbəxt edir,
zəngin isə malı çox olduqca ən kiçik şeylərə sevinmək
şansını itirir və gündəlik həyatında sevinməsi üçün kasıbdan
çox mal xərcləməli olur və bu, ilahi müvazinətdir. Bu
dünyada haqqı bilən müsəlman üçün sınaq o haqqın haqqını
ödəməkdir, bu dünyada qeyri müsəlmanlar üçün sınaq isə
haqqı axtarmaqdır və haqqı tapdıqdan sonra onu inkar edənə
üzr yoxdur, axtarmağına rağmən haqqı tapa bilməyənlər
üçün isə Qiyamət günü Ərasatda xüsusi sınaq olacaq və bu
sınaq da dünyada müsəlmanların sınağı bərabərində bir sınaq
olacaq.

Əlavə olaraq baxın:

http://www.sorularlaislamiyet.com/qna/16031
2/her-ummetin-bir-peygamberi-vardir-yunus-
47-ayeti-gore-her-millete-bir-peygamber-
gonderildigine-gore-fetret-devrinde-
ummetlere-peygamberlerin-gelmemesi-bir-
celiski-olmaz-mi.html
Quranda adı çəkilən peyğəmbərlərin çoxu
niyə orta-şərqə  göndərilib?

Çünki bu bölgə, yəni orta-şərq sivilizasiyanın beşiyi


olmuşdur. İnsanlığın böyük hissəsi bu bölgələrdə yaşamışdır.
Onsuzda o dövrdə dünya üzərində insanların sayı 170-200
453 | P a g e
milyondan çox deyildi və bu 170-200 milyonun çox hissəsi
orta şərq bölgələrində yaşıyırdılar.

Eramızdan əvvəlki illərdə yaşayan insanların sayı barədə


aşağıdakı statistikaya baxaq:
e.ə 10000 1 milyon insan
e.ə 8000 5 milyon insan
e.ə 6500 5 milyon insan
e.ə 5000 5 milyon insan
e.ə 4000 7 milyon insan
e.ə 3000 14 milyon insan
e.ə 2000 27 milyon insan
e.ə 1000 50 milyon insan
e.ə 500 100 milyon insan
e.ə 400 162 milyon insan
e.ə 200 150 milyon insan
eramızın 1-ci əsri 170-200 milyon insan

Mənbə
(1)
:https://www.census.gov/population/internation
al/data/worldpop/table_history.php
Yəni ki, eramızdan öncə dünya üzərindəki əhali sayısı elə
də çox olmayıb. Eyni zamanda dünya üzərində əhalinin
böyük qisminin bu bölgələrdə yaşaması, bu bölgələrə daha
çox peyğəmbər göndərilməsinin əsas səbəblərindən
biridir.Sonradan İnsanlığın sayı artınca digər bölgədəki
insanların sayıda artıb.Buna görədə tarixin ən qədim və
böyük mədəniyyətə sahib şəhərləri bu bölgələrdə mövcud
454 | P a g e
olmuşdur. Bu baxımdanda bu bölgələrə daha çox peyğəmbər
göndərilmişdir.

Qədim dövrlərdə insanların böyük əksəriyyətinin orta-


şərqdə yaşaması barədə tarixi-arxeoloji dəlillər mövcuddur:
1) Ən qədim böyük və əzəmətli şəhərlərin bu bölgədə
yerləşməsi
2) Əkinçiliyə keçidin ilk dəfə bu bölgədə olması

Tarixçilər Tertius Chandler, Gerald Fox, və George


Modelski insanlıq tarixinin gördüyü ən böyük 16 şəhəri
seçmişdir.Bu 16 şəhərdən 7-si miladdan öncəyə aiddir.Və
biz burada eramızdan öncəki şəhərlərə baxacağıq.Çünki
müxaliflərin “peyğəmbərlərin çoxu niyə orta şərqdəndi?”
deyə ünvanlandıqları sualdakı peyğəmbərlərin böyük
əksəriyyəti eramızdan öncə yaşamışdır. İstisna olaraq Hz İsa
1-ci əsrdə, Hz Muhammed isə 7-ci əsrdə yaşamışdır.

Tertius Chandler, Gerald Fox, ve George Modelskinin


miladdan öncə mövcud olmuş 7 ən böyük şəhərdən 6-sı orta
şərqdə yalnız 1-i Çində yerləşmişdir. (2)

Bu 7 şəhər aşağıdakılardır:
1) Fələstinin qərbində yerləşən miladdan öncə 7000-2000 –
ci illər arasında mövcud olmuş “Eriha” şəhəri
2) Miladdan öncə 3500 -2000 ci illərində mövcud olmuş
Şumerlərin “Uruk” şəhəri
3) Miladdan öncə 2500-cü illərdə mövcud olmuş
Mesopotimayın mərkəzində yerləşən “Mari” şəhəri
4) Miladdan öncə 2100-cü illərdə mövcud olmuş Bəsrə
körfəzi yaxınlığındakı “Ur” şəhəri
5) Miladdan öncə 1300-cü illərdə mövcud olmuş Çində
455 | P a g e
“Yinxu” şəhəri
6) Milladdan öncə 700-cü illərdə mövcud olmuş “Babil”
şəhəri
7) Milladdan öncə 300-cü illərdə mövcud olmuş Tunisin
yaxınlığında yerləşən “Karfagen”

Miladdan öncəyə aid dünyada mövcud olmuş 7 ən böyük


şəhərdən 6-sının orta-şərqdə olması bu bölgədə yaşayan
əhalinin digər bölgələrdə yaşayan əhalidən qat –qat çox
olduğunu göstərir.

Eyni zamanda bildiyimiz kimi Miladdan əvvəl on minli


illərdə insanlıq tarixindəki ən əhəmiyyətli anlardan  biri olan
əkinçiliyə keçişlə birlikdə əhali sahəsində bir inqilab
yaşanmışdır. İnsanlıq tarixində böyük bir inqilab olan à
Taxıl istehsalı və heyvanların əhilləşdirilməsi və əhalinin
oturaq həyata keçməsi əkinçiliklə baş vermişdir.Əkinçiliyə
ilk olaraq orta şərqdə “Bərəkətli Hilalda” keçilmişdir (3). Bu
isə qədim dövrlədə bu bölgənin əhalisinin sayının çox
olmasını göstəricisidir.

Eyni zamanda əhalinin artımında çox mühüm rol oynayan


əkinçiliyə keçid inqilibadı məhz bu orta-şərq bölgəsində
“Bərəkətli Hilal” adlanan yerdə baş vermişdir.

Lakin bununla belə bəzi ayələrdə digər bölgələrə


göndərilmiş peyğəmbərlərədə işarə vardır.
1. And olsun əncirə və zeytuna!
2. And olsun Sinay dağına!
3. And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)!

456 | P a g e
Burada Əncir və Zeytundan qəsd peyğəmbərlərin vəhy
aldıqları yerlər nəzərdə tutulur.
Bəzi bu iki kəlmə “əncir” və “zeytun” meyvələri şəklində
anlaşılmışdır. Lakin ayələrin bir-biri ilə bağının olduğunu
nəzərə alaraq sözü gedən kəlmələri meyvə olaraq deyil,
bölgə şəklində anlamaq daha doğru olar. Çünki ardınca
gələn digər 2 ayədə məhz iki bölgənin adı zikr olunur.
Meyvə və bölgə arasında bir bağ qurmaq mümkün
olmadığına görə bunların da bir bölgə olduğu qənaəti daha
güclüdü.

.
Quranda keçən ayələrdən məlum olduğu kimi, Sina dağı Hz
Musanın, təhlükəsiz yer olan Məkkə isə Hz Muhammedin
vəhy aldıqları yerlərdir. Zeytun dağı, zeytun və ya zeytun
ağacı: Hz. İsanın vəhy aldığı mübarək və müqəddəs qılınmış
bölgəni simvollaşdırır.

Lakin ayədə keçən “Əncir” dən qəsdin hansı peyğəmbərin


vəhy aldığı yer barədə ixtilaflar vardır (4). Lakin bunnan
qəsdin budda-nın vəhy aldığı əncir ağacının olması fikirli
daha qənaətbəxşdir.Buddist inancına görə; Siddhartha
Gautamanın bir əncir ağacının altında oyanmış, yaşamış və
beləcə Buda (oyanmış) olmuşdur. Bu səbəblə əncir (Bodhi)
ağacı, o gündən bəri Budist sənətində bir simvol olaraq
istifadə edilməkdədir. Əncir ağaclarına Budist məbədlərində
və cədvəllərində tez-tez yer verilmişdir. (5)

Bu baxımnan Budda-da peyğəmbər ola bilər.Lakin


buddanın gətirdiyi mesajı sonradan təhrif olub şirk dininə
çevrilə bilər.Necəki xristianlar Hz İsanın gətirdiyi ilahi
mesajı təhrif etdilər.Buddanın gətirdiyi mesaj təhrif olmasına
457 | P a g e
baxmayaraq onun adına əsrlər sonra Tripitika kimi uydurma
kitablar yazılsada buddist inancında bəzi şeylər az bir şəkildə
təhrifə uğramadan bizim dövrümüzə çata bilər. Məsələn
buddizmdə öldürmək, oğurluq etmək, zina etmək, yalan
danışmaq, içki içmək qadağan edilmişdir.

Qısaca demək olarsa Buddanın Çinə göndərilmiş bir


peyğəmbər ola bilər.Hal hazır ki, buddist inancın şirklə dolu
olması buddanın gətirdiyi mesajın təhrif olduğunu göstərir.
Tin surəsi 1-ci ayəsində peyğəmbərlərin vəhy aldıqları yer
olaraq bildirilən “Əncir” ağacının buddanın vəhy aldığı yer
olması fikiri daha güclüdü.

NƏTİCƏ:
1 Qurana əsasən bütün millətlərə elçilər
göndərilmişdir.Mövcud arxeoloji dəlillər bunu sübut edir.
2 Quranda adı keçən peyğəmbərlərin çoxunun orta-şərqdən
çıxmasının əsas səbəbi bu bölgələrdə dünya üzərindəki
əhalisinin böyük hissəsinin yaşaması, iri şəhərlərin və
sivilizasiyaların burda yerləşməsi
3 Qurani Kərimdə Çinə göndərilən peyğəmbərlərə dair
işarənin olması

Niyə bütün peyğəmbərlər orta-şərqə  gəlib?

Bütün peyğəmbərlərin Orta şərqə göndərildiyi iddiası


səhvdir və Quranın iddiaları ilə açıqca ziddiyyət təşkil edir.
Bu ayələr bunu açıqca ortaya qoyur:

458 | P a g e
“Həqiqətən, Biz səni haqla müjdə verən və qorxudub
xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki,
ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın.” (35-Fatır
24)

Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”–


deyə, elçi göndərdik. (16-Nahl 36)

“Səndən əvvəl elçiləri xalqlarına açıq-aşkar dəlillərlə


göndərdik. Cinayət törədənləri də cəzalandırdıq. Möminlərə
yardım etmək Bizim borcumuz idi.” (30-Rum 47)

Bu səbəbdən bu sual mənasızdır, çünki peyğəmbərlər yalnız


Ərəb yarımadası və ətrafına deyil, hər cəmiyyət və millətə
göndərilmişdir. Necəki müasir antropolji tapıntılar bunu
təsdiq edir. İstər Mesapotamiyada, istərdə Misir’ də edilən
araşdırmalar nəticəsində, qədim mədəniyyətlərdə saysız tanrı
və müqəddəs varlıq inancına rast gəlinir. Ancaq araşdırmalar
dərinləşdikcə belə bir həqiqət ortaya çıxır:
Bütün bu tanrı, yarı-tanrı varlıqlar arasında bir uyğunluq
mövcuddur. Və hamısının üzərində tək bir tanrı var. Bu
həqiqət, istisnasız bütün çox tanrılı inanclardada belədir.
Yəni çox tanrılı dinlərin içində, hər zaman tək tanrılı bir din
gizlidir. Bu həqiqəti ilk olaraq ortaya çıxaran antropoloq,
Oxford Universitetindən Stephan Langdon idi. Langdon
1931-ci ildə əldə etdiyi tapıntıları elm dünyasına çatdırarkən,
çatdığı bu nəticələndirərin heç gözləmədiyi bir şey olduğunu
da etiraf etməkdə idi. Çünki onun tapıntıları dinlərin
təkamülü inanışının tamamilə tərsinəydi. Xüsusilə bütün
dünya mədəniyyətlərini təsir etmiş olan Şumerler üzərinə
edilən qazıntı və araşdırmalar, başlanğıcda qətiliklə tək

459 | P a g e
tanrılı bir dinin var olduğunu, ancaq zamanla pozularaq çox
tanrılı bir inanc halına gəldiyini qəti olaraq sübut etdi.

Ancaq bu gün hələ qədim Şumer yazılarında “Nuh Tufanı”


kimi Tövrat, İncil və Quranda bəhs edilən hadisələrə bənzər
hadisələrin izlərini görən bir sıra araşdırmaçılar, bu işarələri
tərsindən oxuyaraq müqəddəs kitabların mənşəyini bu Şumer
yazılarına bağlamağa çalışmaqdadırlar. Söz mövzusu
idddiaya görə, Tövrat və İncil bu qədim Şumer
kitabələrindən yığılmışdır. Hətta Quran belə-haşa- qədim
Şumerden qalma söz-söhbətlərin təsiriylə ortaya çıxmış bir
kitabdır. Halbuki bu ortaq mövzuların izi, ilk insan ilk
peyğəmbər Hz. Adəm ilə başlayan həqiqi insanlıq tarixinin
ip uclarını göz önünə sərməkdədir.Tövratda, İncildə və
Quranda keçən tufan hadisəsinin, Şumer kitabələrindədə də
keçməsi, bizlərə tək bir şey söyləyər: Dinlərin tək bir ilahi
qaynaqdan gəldiyini…

İllər sonra Tell-Esmar adındakı qədim bir şumer şəhərində


edilən qazıntıların nəticəsi də eyni həqiqətə işarə edirdi.
Qazıntı işlərini idarə edən Henry Frankfortun rəsmi
hesabatında bildirdiyinə görə, dinlər insanların təbiət
hadisələrinə, pis ruhlara tapınmalarıyla ortaya çıxmış
deyillər idi. Başlanğıcda tək bir ilahı olan din, zamanla təhrif
edilmiş və iman edilən ilahın sifətləri başqa başqa tanrılar
şəklində ortaya çıxmışdı.Aydın olan o ki, söz mövzusu
qövm, özlərinə bir olan Allaha dəvət edən
peyğəmbərlərindən sonra, Rəblərinin sifətlərində səhvə yol
vermişlər və tövhid əqidəsindən sapmışlar idi. Elm bizə
bunu söyləyirdi. Məsələn, möhürlərin üzərindəki şəkillərdə
ümumiyyətlə ilahlara edilən tapınmalar təsvir edilir. Ancaq
bu şəkillərin bütünündə bu məbəddə yalnız tək bir Tanrı
460 | P a g e
inancının olduğu görülməkdədir. “”Bu səbəblə, ən qədim
zamandakı Şumer-Akkad inanc sistemi içində, bu tək İlahın
dəyişik sifətlərinin ayrı ilahlar olaraq görülmədiyi aydın
olur.” (1)
(Allah son kitabı Quran da belə azmış qövmlərdən, onların
başlarına gələn fəlakətlərdən, özlərinə yol göstərici olaraq
göndərilən peyğəmbərlərin və o peyğəmbərin qövmləriylə
olan mübarizələrindən, çox bəhs edilməkdədir.)

MİSİR, HİNDİSTAN VƏ DİGƏRLƏRİ


Şumerlərdə görülən degenerasiya, tanrılarıyla və fironlarıyla
məşhur Misir mədəniyyətində də görülmüşdü. Misirlilər də
ilk başlarda tək tanrılı bir inanca sahib idilər, ancaq Misir
dini pozuldu və saysız ilahlar ortaya çıxdı. İş bununla da
qalmayıb, krallarına belə üluhiyyət verərək, onları da, bir
yarı-tanrıya çevirdilər. Və beləcə Misir, bir fironlar
mədəniyyəti halına gəldi.
Tək tanrılı bir dindən çox tanrılı dinə keçişə ən təəccüblü və
canlı nümunə, Hind mədəniyyətidir. Tarixi keçmişi, Şumer
və Misir qədər olmasa belə, qədim bir mədəniyyət olan
Hindlilərdə bu gün belə adları alt alta yazılsa,
yüzlələrlə,minlərlə çox tanrı ortaya çıxar. Ancaq Hindlilərin
müqəddəs Veda kitabını araşdıran araşdırmaçı Max Müllerin
ifadəsiylə,  Vedada tək tanrılı inanc çox tanrılı inancdan
daha qədimdir.

–“Tək və sonsuz bir tanrının xatirəsi, göyü bir sis kimi örtən
bütpərəst anlayışın içində mavi göyün meydana çıxması
kimi meydana çıxar” (2)

Gələk Yunan tanrılarına. Eynilə digər nümunələrdə olduğu


kimi, Qədim Yunanlarda da, bir din degenerasiyası və haqq
461 | P a g e
dindən uzaqlaşma görülməkdədir.
Qədim Yunan dini inancları üzərinə araşdırmalar etmiş olan
Axel W. Persson, Tarix Əvvəli Yunan adlı əsərində söylə
deyər:
“İlk başdan bəri mövcud olan Tək Tanrı, daha sonra Yunan
əfsanələrinde gördüyümüz saysız tanrıya çevrilmişdir. Mənə
görə, bu vəziyyət, tək və bir olan tanrının sifətlərinin
zamanla fərdiləşdirilməsindən qaynaqlanmışdır.” (3)

“Eyni təhrifatın izlərini İtaliyada da görmək mümkündür.


Arkeolog Rosenzweig, “erkən Etrusk dövrünə təsadüf etmiş
Iguvine mənbələri üzərində etdiyi araşdırmalarda “ilahlar ilk
olaraq sifətlərin dəyişik xüsusiyyətlər olaraq şərh
olunmasından ortaya çıxmaqdadır”

XRİSTİANLIQ VƏ YƏHUDİLİK
Hər nə qədər bu gün yer üzündə olan üç Tək Tanrılı dindən
ikisi sayılsalar belə Yəhudilərin Tövratı, Xristianların isə
İncili təhrif etmələri, insanlıq tarixinin gördüyü ən son iki
din degenerasiyasıdır. Bilindiyi kimi, Tövrat, Hz. Musaya
vəhy edildiyi kimi qalmamış, əsrlər boyu Yəhudi alimlərin
tərəfindən dəyişdirilmiş və yenidən yazılmışdır.
İncilin vəziyyəti də Tövratdan fərqli deyil. Bu gün dörd
dəyişik İncil mövcuddur və aralarında ciddi ayrılıqlardır.
Əsrlərcə Xristian alimləri də eynilə Yəhudilər kimi İncili
təhrif edib dəyişdirmişlər. Ancaq Xristian aləmindəki əsl
böyük təhrif , ‘teslis’ inancıdır. Xristianlar, ata-oğul və
müqəddəs ruh üçləməsiyle (teslis nəzəriyyəsi) tövhiddən
uzaqlaşmışlar və Hz. İsaya Allahın qulu və elçisi olaraq
462 | P a g e
deyil də uluhiyyətin bir parçası və ortağı nəzəriylə baxmağa
başlamışlar.
Mənbələr:
1) (H. Frankfort, Third Preliminary Report on Excavations
at Tell Asmayar (Eshnunna): Quoted by P. J. Wiseman en
New Discoveries en Babylonia about Genesis, Marshall,
Morgan and Scott, s. 24. )
2) .”(Max Muller, History of Sanskrit Literature: Quoted by
Samuel Zwemer, s. 87 )

3) ( Axel Persson, The Religion of Greece en Prehistoric


Times, University of Kaliforniya Press, 1942,s. 124 )

4.” (Book review, American Journal of Archaeology, 43


(1939): ss. 170-171 )

5. http://custance.org/Library/Volume4/Part_II/
chapter1.html

Terror və müharibə
Quranda “öldürməyi” əmr edən 7 ayənin
qısa  təhlili

463 | P a g e
Müasir dünyada İslamafobların (istər dinsizlər istər digər
dinlərin nümayəndələri) dezinformasiyanın nəticəsində və ya
İslama qarşı olan nifrətlərindən dolayı “İslam terror dinidi”,
“İslam dinc qeyri-müsəlmanları öldürün deyir” tipli əsassız
ittihamlar yönəldirlər. ”Cihad” qavramını çox zaman dinc
qeyri-müsəlmanların öldürülməsinə səbəb ola bilən
“müqəddəs savaş” mənasında qərb mənbələri qeyd edir.
Halbuki Cihad sözünün əsas mənalaırndan biridə cəhd
etməkdir. İnsanın öz nəfsinə qarşı mübarizəsidə cihad
sayılır.

Qurani Kərimdəki müharibə əmri ancaq, müsəlmanların


camaatına və ya dövlətinə qarşı edilən bir hücum, yaxud
onun təhlükəsizliyini açıq şəkildə və tərəddüdə yer
buraxmayacaq şəkildə təhlükəyə salan bir təhdidin
mövcudluğu halında keçərlidir.
Heç bir ayədə müsəlmanlara qarşı savaş açmayan DİNC
QEYRI-MÜSƏLMANLARIN ÖLDÜRÜLMƏSI
BARƏSINDƏ AYƏ YOXDU.

İslamafoblar öz iddiaları üçün müdafiə xarakterli tipli


savaşlar üçün gələn ayələrin əvvəlinə, sonuna və Quranın
ümumi bütünlüyü və surə bütünlüyü çərçivəsində
dəyərləndirmədən, ayəni sahib olduğu bağlamdan çıxararaq
istədikləri öz mənanı verib “Baxın İslam qeyri-müsəlmanları
öldür” deyib hay-həşir salırlar.
İstənilən bir mətndə olan bir cümlənin əvvəlinə, sonuna və
ümumi mətn çərcivəsində dəyərləndirmədən çıxartsaq, o
ayəyə istənilən mənanı vermək mümkündür.

464 | P a g e
Məsələn Teistlər Einşteinin “dinsiz elm topal, elmsiz din
kordur” sözünü Einşteinin bir dini olduğuna dəlil gətirdikdə,
qarşı tərəf o dəqiqə “Einşteinin bütün sözlərinə baxmadan
onun teistik bir dinə inandığını demək yanlışdı. Einşteinin
nəzərdə tutduğu din, Teizmin dediyi din deyil, daha çox
kosmik-panteistik bir dindi” deyirlər.

Bu onun göstəricisidi ki, bir cümləni, daxil olduğu ümumi


mətnə bağlı olaraq dəyərləndirmədikdə, cümləni çıxardıb
mətndən kənar müstəqil olaraq dəyərləndirikdə təkcə quran
yox istənilən mətndə “xəta” yaranır.
Lakin İslamafob-ateistlər məsələ Einşteinə gəldikdə o dəqiqə
“ümumi mətnə görə dəyərləndirmə” metoduna keçirlər.

Quran barəsində isə “tək bir cümləyə” əsasən


dəyərləndirmə metodundan istifadə edirlər. Çünki əksi sərf
etmir 🙂 .
Üstəlik qarşı tərəfin bu inanılmaz “mətn anlama” metodu ilə
getdikdə nəinki Quranın dinc qeyri-müsəlmanları
öldürdüyünü, hətta Namaz qılmağı “günah” gördüyüdə çıxır.
“Vay namaz qılanların halına”. Maun surəsi 4-cü ayə
Bəli, bu metoda əsasən Maun surəsində Namaz qılmaq pis
əməl hesab olunur.

İndi isə keçək məlum ayələrin izahına;

İDDIA EDILƏN AYƏ 1: TÖVBƏ SURƏSI 5-CI AYƏ


Ayənin tərcüməsi:
“Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm,
səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada
görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin
və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə
465 | P a g e
etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın
(işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm
edəndir!”

İddia: “Allah bu ayədə haram aylardan sonra kafirləri yəni


müsəlman olmayanları harda gördünüz öldürün deyir. Qeyri-
müsəlmanları sırf dinlərinə görə öldürməyi əmr edən kitab
Allah sözü ola bilməz”

Cavab: Sözügedən ayəni 2 yöndən təhlil edək.

a) Quranın özü nöqteyi nəzərdən

Ayənin surə bütünlüyünə baxdıqda o dəqiqə, ayənin mənası


məlum olur.

Tövbə surəsi 1-ci ayə


(Bu, )Allah və Onun Elçisi tərəfindən əhd bağladığınız
müşriklərə bir xəbərdarlıqdır.
Ayədən məlum olur ki, Müşriklərlə Müsəlmanlar arasında
bir sülh müqaviləsi bağlanıb.

Tövbə surəsi 4-cü ayə yəni İddia edilən Tövbə surəsi 5-ci
ayədən öncəki ayə

“Saziş bağladıqdan sonra onu pozmamış və sizin əleyhinizə


heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla
olan müqavilənizi, müddəti bitənədək yerinə yetirin.
Həqiqətən, Allah müttəqiləri sevir.”

466 | P a g e
Bu ayədən isə məlum olur ki, Müşriklərdən bəziləri
müqaviləni pozub. Sülh Müqaviləsin pozmaq, müharibə elan
etmək deməkdir. Yəni Müqaviləni pozanlar, savaş elan
ediblər. Lakin bəzi müşriklər isə müqavilənin gərəyini yerinə
yetirib. Ayə buna görə onlara toxunulmaması əmrini verib.
YƏNI İDDIA EDILƏN AYƏ MÜQAVILƏNI POZUB
MÜSƏLMANLARA QARŞI SAVAŞ ELANI VERƏN
MÜŞRIKLƏRLƏ BAĞLIDI. MÜHARIBƏ MÜDAFİƏ
XARAKTERLIDI.

Qeyd: Tövbə surəsi 12-ci ayənin də izahı, 5-ci ayə ilə


eynidi. Çünki bir-birinin davamıdı.

b) Tarix nöqteyi nəzərdən

Tarixi mənbələr və qədim təfsirlər (İbn Kesir və s.) Ayədə


keçən müqavilənin Hüdeybiyyə müqaviləsi olduğunu
vurğulayır.

Skan: http://bit.ly/1yCITXr
Hüdeybiyyə müqaviləsinin şərtləri:
1- Müsəlmanlarla müşriklər on il müddətinə
savaşmayacaqlar, bir birlərinə hücum etmiyəcəklər.

2- Müsəlmanlar bu Kəbəni ziyarətdən imtina edərək geri


dönəcəklər, ancaq gələcək il ümrə edəcəklər, müşriklərin
boşaldıcağı Məkkədə 3 gün qalacaqlar və yanlarına yol
qılınclarından başqa silah daşımayacaqlar.

467 | P a g e
3-Məkkədən birisi müsəlman olaraq Mədinəyə sığındığı
zaman geri qaytarılacaq, lakin Mədinədən Məkkəyə
sığınanlar qaytarılmayacaq.

4-Ərəb qəbilələri istədikləri tərəflər müqavilə bağlamaqda


sərbəst olacaqla
http://www.enfal.de/itarih21.htm
Müqavilənin ilk maddəsinə görə Müsəlmanlarla, Müşriklər
arasında 10 illik sülh olacaq və heç bir tərəf bir digər tərəfə
hücum etməyəcəkdir.
Müşriklər tərəfindən sülh müqaviləsi olan Hüdeybiyyə
müqaviləsinin pozulması müharibə elanı deməkdir. Bu
vəziyyətdə müsəlmanların üstünə düşən bu təhlükəyə qarşı
müdafiə olunmaqdır.

Etiraz: “Ayə haram aylar çıxınca deyir hücum et deyir.


Müharibə zamanı özünümüdafiə qəsd edilsə haram aylar
çıxınca deməzdi.”

Etiraza Cavab:
Ayədə keçən haram aylar Həcc ziyarəti müddətinində daxil
olduğu 4 aydır.
Haram aylarda Ərəblər qəbilələri arasında Hz İbrahimdən bu
yana olan görüşə görə müharibə etmək qadağan idi. İslam
öncəsi ərəb qəbilələri öz aralarında olan daxili müharibələri
bu aylarda müvəqqəti olaraq dayandırırdı. Təbəri Bəqərə
surəsi 217-ci ayənin təfsirində qeyd edir: “Cahiliyyə
dövründə bu 4 aya hörmət edilirdi. Birisi, öz atasının qatilini
görsə belə ona toxunmazdı və bu aylarda müharibə olmazdı”
.
Skan: http://bit.ly/15kyvZa
468 | P a g e
Həmdəki bu ayə cahiliyyə ərəbləri arasındada həcc ayı
olduğu üçün müharibədən çəkinməyə üstünlük verirdilər.
Ənfal surəsi 35-ci ayə Cahiliyyə ərəblərinində Kəbəni
ziyarət edib ibadət etdiklərini bildirir.

“Onların Beytullahın (Kəbənin) yanındakı namazı (duaları)


fit verib əl çalmaqdan başqa bir şey deyildir”
Ərəblər arasında Hz İbrahimdən qalan bu faydalı ənəni
İslamda sonrada təsdiq etmişdi.
Beləki bu 4 ayda döyüşçülərin düşünmə fürsəti taparaq
döyüşü sonlandırması, barış və hüzura dəvət etmək, həcc
ibadətini yerinə yetirmə imkanı və ticarətə işarə etmək
imkanı yaranırdı. Zaman zaman bu ənənə pozulsa belə hər
kəs bu qaydaya əməl etməyə çalışırdı.

Ona görə ayədə müharibənin “haram aylardan” sonra


olacağını bildirirdi. Əlbəttə qarşı tərəf bu qaydaya riaəyət
etməyib tez hücuma keçsə, cavabda veriləcəkdi. Lakin hər
iki tərəf bu qaydaya riayət etdiyi təqdirdə müharibənin
haram ay daxilində olma ehtimalı yoxdu.

Qısaca: Haram aylarda döyüşməmək bir növ “beynəlxalq


qayda” idi. Və bu qaydanı qəbul edən həm müsəlmanlar
həmdə müşriklər qaydaya riaəyət etməli idilər.

Nəticə: Tövbə surəsi 5-inci ayə həm qurani cəhətdən,


həmdə ki, tarix nöqteyi nəzərdən sülh müqaviləsini pozaraq,
müsəlmanlara müharibə elan edən Məkkəli müşrikləri
nəzərdə tutur.

2) İDDIA EDILƏN AYƏ 2: TÖVBƏ SURƏSI 29-CU


AYƏ
469 | P a g e
Məlum ayə: “(Yəhudilər və xristianlar kimi səmavi) kitab
verilmiş kəslərin Allaha və axirət gününə iman gətirməyən,
Allahın və Onun Peyğəmbərinin haram buyurduğunu haram
hesab etməyən və haqq dinə (İslama) tabe olmayanları ilə
onlar tam təslim və zillətlə öz əlləri ilə (İslam hökümətinin
hakimiyyəti altında) cizyə ödəyincəyə qədər vuruşun. “

a) Quran nöqteyi nəzərən


Quran nöqteyi nəzərdən qeyri müsəlmanlarla müharibə üçün
qarşı tərəfin savaş elan etmələri şərt qoyulur.

“(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda


vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları
sevməz.“ Bəqərə 190

“Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan


çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə
rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları
sevər!” Mumtəhinə 8

“Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi


yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə
dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl
zalımlardır!” Mumtəhinə 9
“Dində məcburiyyət (zorakılıq) yoxdur”. Bəqərə 256

“(Ya Rəsulum, müşriklərə) de: “İstər (Qurana) inanın,


istərsə də inanmayın. ” İsra 107
Və s.

Əhli kitabla (yəhudi, xristian) savaş qaydalarını nizamlayan


Tövbə surəsi 29-cu ayənin, surənin başlarında (tövbə1-6)
470 | P a g e
keçən müşriklərlə savaş məntiqinin əhli kitab səviyyəsində
bir əksi olduğu görünür. Çünki surənin başlarında və bağlı
olan digər ayələrdə göstərildiyi kimi quranın savaş məntiqi
müdafiə xarakterlidi.

b) Tarixi nöqteyi nəzərdən


Bütün təfsircilər bu ayənin “Təbük” savaşı üzərinə gəldiyini
iddia edir. Məsələn məşhur təfsirçi Təbəri (9-10-cu əsrlər)
bu barədə belə qeyd edir:

“Müfəssirlər, bu ayənin, Rəsulullahın, Bizanslarla


savaşmasını əmretmek üzərinə endiyini və bu ayənin
enməsindən sonra Rəsulullah, Bizanslılara qarşı Təbük
savaşını etdiyini söyləmişlərdir”

Skan: http://bit.ly/1yCJZ5K
İndi isə Təbük savaşının səbəblərinə baxaq. 10-cu əsrdə
yaşamış təfsirci Əbu l Leys Əl Səmərqəndi məlum ayənin
təfsirini edərkən Təbük savaşı barədə aşağıdakıları qeyd
edir:

“Bu ayənin nüzul səbəbi budur: Peyğəmbərimiz (s.a.s) iman


edənlərə Təbük hərbinə çıxmalarını demişdi. Təbük, Mədinə
ilə Şam arasında bir yerin adıdır. Bizanslılar Ərəb
yarımadasını işğal etməyi düşünürdülər. Və bu işi Suriyada
yaşyan Qassanilərə buraxmışdılar. Hicrətin 9-uncu ilində
Qassanilər Bizans Kralı Herakliusa Peyğəmbərin öldüyünü,
Hicazda böyük bir qıtlıq başladığını və xalqın üsyan etdiyini
bildirərək yardım istəmişdilər. Heraklius onlara 40 min
nəfərlik bir ordu göndərmişdi. O gün üçün bu çox böyük bir
ordudur. Peyğəmbərimiz vəziyyətdən xəbərdar olur,

471 | P a g e
Bizanslıların belə bir hazırlıq içində olduğunu öyrənir,
dərhal ümumi səfərbərlik elan edir”

Skan: http://bit.ly/1CcRd0V
Təbük savaşının səbəbi üçün bu yazınıda oxuya
bilərsiz: http://www.enfal.de/itarih27.htm
Ayənin nüzul səbəbindən müəyyən olur ki, ayə müsəlman
dövlətinə hücum edən Bizanslılara qarşı vuruşma əmrini
nəzərdə tutur.

Nəticə: Tövbə surəsi 29-cu ayə həm Quranın bütünlüyü


çərçivəsində həmdə qədim təfsirlərdə bizə gələn məlumatlar
əsasında yəni tarix nöqteyi nəzərdən dinc qeyri
müsəlmanların öldürülməsini deyil, əksinə müsəlman
torpaqlarına hücum edən xristian qoşunlarına qarşı
müdafiəni buyurur.

3) İDDİA EDİLƏN AYƏ 3: TÖVBƏ SUrƏSİ 73-CÜ


AYƏ

Məlum Ayə: “Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə


qarşı vuruş! (Kafirləri qılıncla, münafiqləri isə dəlil-sübutla,
sözlə məhv et!) Onlarla sərt davran!”

Cavab: Bu ayədə əvvəl izah etdiyimiz tövbə surəsi 29-cu


ayə ilə bağlıdı.
Ayə müsəlman torpaqlarına hücum xristian qoşunları və
daxili düşmən münafiqlər barədədi. Tarixi Mənbələrdə də bu
ayənin Təbük müharibəsi zamanı baş verən hadisələr zamanı
endiyi bildirən rəvayətlar var.

472 | P a g e
Məsələ İbn Kəsir öz təfsirində Süddidən belə nəql edir:
“Rəvayətə görə Allah Rəsulu Təbük müharibəsində ikən
yürüyüş sırasında gecələrdən birində münafiqlərdən bir qrup
Hz Peyğəmbərə suiqəsd etməyə niyyət etmişlərdi. 10-dan
artıq idilər. Dəhhaq, bu ayənin onlar haqqında nazil
olduğunu deyir. Bu, Hafiz Əbu Bəkr Əl-Beyhəqi-nin
“Dəlailün-Nübuvvə” adlı kitabında rəvayət elədiyi hədisdə
açıqca görülür.”
Skan: http://bit.ly/1yCKnBg
4) İDDİA EDİLƏN AYƏ 3: NİSA SURƏSİ 74-CÜ AYƏ

Məlum Ayə: “Elə isə, qoy dünyanı verib əvəzində axirəti


satın alanlar Allah yolunda vuruşsunlar. Hər kim Allah
yolunda vuruşaraq ölərsə və ya (düşmənə) qalib gələrsə, ona
böyük mükafat verəcəyik.”

Cavab:
Bu şübhə də digərləri kimi, çox bəsit şübhədi. Sonrakı ayəyə
yəni Nisa surəsi 75-ci ayəyə diqqət etməmiz məsələni izah
edir.

Nisa surəsi 75-ci ayə:


“(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda (hicrət
etməyib, yaxud əsir kimi Məkkədə qalıb): “Ey Rəbbimiz,
bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara
çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı
yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar
uğrunda vuruşmursunuz?”

NƏTİCƏ: Ayədən məlum olur ki, Allah müsəlmanları zülm


görən müsəlmanları xilas etmək üçün vuruşmağı buyurur.

473 | P a g e
Burdada “dinc qeyri-müsəlmanları öldür” deyə bir şey
yoxdu. Zalıma qarşı vuruşub, yardım istəyən dinc insanları
qurtarma var.

5) İDDİA EDİLƏN AYƏ 4: NİSA SURƏSİ 91-Cİ AYƏ


Məlum Ayə:

“Siz elə kəslərə də rast gələcəksiniz ki, onlar həm sizdən,


həm də öz camaatından arxayın olmaq istərlər. (Sizin
yanınızda özlərini müsəlman kimi, qəbilələrinə qayıtdıqda
isə kafir kimi aparırlar). Bunlar da hər dəfə fitnə-fəsad
törətməyə sövq edildikdə başıaşağı ora atılarlar (cani-dildən
bu işə qoşularlar). Əgər onlar sizi tərk edib getməsələr, sülh
təklif etməsələr və sizdən əl çəkməsələr, onda onlara harada
rast gəlsəniz, tutub öldürün. Biz onların əleyhinə çıxmaq
üçün sizə açıq fərman verdik.”

Cavab: Bu ayədə də “dinc qeyri-müsəlmanların öldürülməsi


deyə bir şey yoxdu. Ayə onlarla savaşmağı yalnız “Əgər
onlar sizi tərk edib getməsələr, sülh təklif etməsələr və
sizdən əl çəkməsələr” şərtinə bağlayıb.

Fəxrəddin Razi (12-ci əsr) öz təfsirinə məlum ayənin təfsiri


barədə belə qeyd edir:
“”Alimlərin çoxu,” Bu ifadə, onlar bizimlə savaşmaz, sülh
bağlamaq istəsələr və bizə əziyyət etməkdən əllərini
çəkərlərsə, bizim onlarla nə savaşmamızın, nə də onları
öldürməmizin icazəli olmayacağına dəlalət edər” demişlər.
Bu ayənin bənzəri də, “Allah sizi, sizinlə din mövzusuna
savaşmamış olanlara yaxşılıq etməyi qadağan etməz”
( Mumtəhinə 8), “Sizinlə savaşanlarla, Allah yolunda sizdə
savaşın” (Bəqərə 190) ayələridir Beləcə savaş əmri, bizimlə
474 | P a g e
savaşmayanlara deyil, savaşanlara aid edilmiş olur.””
Skan: http://bit.ly/1uiDUvl
NƏTİCƏ: AYƏ MÜDAFİƏ ƏMRİNİ NƏZƏRDƏ
TUTUR.

6) İDDİA EDİLƏN AYƏ 6: MUHAMMƏD SURƏSİ 4-


CÜ AYƏ
Məlum Ayə: “İnkar edənlərlə qarşılaşdığınızda boyunlarını
vurun. Sonunda üstün gəldiyinizdə onları əsir alın; onları ya
qarşılıqsız və ya fidyə qarşılığında azad edin. Müharibə
vəziyyəti ortadan qalxıncaya qədər bunu tətbiq edin. Allah
istəsəydi sizi savaş dərdinnən qurtarardı; ancaq O sizi beləcə
birbiriniclə sınamaqdadır. Allah yolunda öldürülünlərə
gəlincə, onların etdikləri boşa çıxmayacaqdır.”

Cavab: Ayədə “dinc qeyri müsəlmanları öldür” deyə bir


ifadə yoxdu. Ayə davamında “Müharibə vəziyyəti ortadan
qalxıncaya qədər” deyə bir şərt qoyur. Yəni bu ayə müharibə
zamanı düşmən gücə qarşı savaşmaqdan bəhs edir.

Etiraz: “”Deyək ki, müharibə zamanını nəzərdə tutur. Lakin


ayədə “boyunlarını vurun” deyir. Bəs bu necə? “

Etiraza Cavab: Burada qəribə bir şey yoxdu. Ayənin


mahiyyətini anlamamaqda irəli gələn bir yanlışlıqdı. Quranın
endiyi vaxtlarda müharibələr qılıncla edildiyi üçün savaş
zamanı düşmən gücü məhv etməyin yeganə yolu qılıncdan
istifadə etmək lazımdır. Yəni ayədə “boyunları vurun”
ifadəsi müharibələrdə qılıncın düşmən gücünü məhv eləmək
üçün tətbiq edilməsindən dolayı yaranan bir haldı. Ayənin
mahiyyəti isə savaş zamanı düşmən gücü məhv eləməkdi.

475 | P a g e
Bu keçmişdə qılıncla idisə, indiki dövrdə odlu silahla,
gələcəkdə isə ola bilsin hər hansı lazer silahla (misal üçün)
olsun . Forma zamana uyğun dəyişilə bilər lakin mahiyyət
eyni olaraq qalır.

7) İDDİA EDİLƏN AYƏ 7: BƏQƏRƏ SURƏSİ 191-Cİ


AYƏ
Məlum Ayə: “Onları (Məkkə müşriklərini) harada görsəniz
öldürün. Sizi çıxartdıqları yerdən (Məkkədən) siz də onları
çıxardın. Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir.
Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca, siz də
onlarla orada vuruşmayın! Əgər (orada) sizinlə vuruşsalar,
siz də onları öldürün. Kafirlərin cəzası ancaq budur!”

Cavab: Ayənin öncəsinə və sonrasına baxaraq, ayənin


müdafiə müharibəsini nəzərdə tutduğunu görmək olar.
Bəqərə surəsi 191-ci ayədən:

–1 ayə əvvəlki 190-cu ayə: “SIZINLƏ VURUŞANLARLA


SIZ DƏ ALLAH YOLUNDA VURUŞUN, lakin həddən
kənara çıxmayın. Allah həddi aşanları sevməz!”

–1 ayə sonrakı 192-ci ayə:” Əgər onlar vaz keçərlərsə,


şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!”

İddia edilən 191-ci ayədə “öldürün” kəliməsindən sonrakı


cümlələr:
–Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca, siz də
onlarla orada vuruşmayın!
–Əgər sizinlə vuruşsalar, siz də onları öldürün.

476 | P a g e
NƏTİCƏ: AYƏ MÜDAFİƏ MÜHARİBƏSİNİ
NƏZƏRDƏ TUTUR.

Qeyd: Ayələrin tarix nöqteyi nəzərdən təhlilini, Quranın


quranla təfsirini “fırlamaq olaraq” qəbul edən İslamafoblar
üçündü. Əslində tarixi nöqteyi nəzərdən təhlilə ehtiyac
yoxdu. İddia edilən ayələrə Ayənin öncəsi əvvəli, surə
bütünlüyü, quran bütünlüyü nöqteyi nəzərdən yanaşdıqda,
ayənin İslamafobların dediyi mənada olmadığı

“Onların boyunlarını vurun, bütün


barmaqlarını (əl-ayaqlarını) doğrayın” ayəsi
haqqında ateist ittihamlarına  cavab

Ənfal surəsindəki 12-ci ayədə belə deyilir:

“(Ya Peyğəmbərim!) Xatırla ki, o zaman Rəbbin mələklərə


belə vəhy edirdi: “Mən də sizinləyəm. Mö’minlərə qüvvət
(mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam.
Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-
ayaqlarını) doğrayın.”

İslamofob düşüncəli ateistlər Quranın digər ayələrində


olduğu kimi bu ayəni də konteksdən çıxararaq onun nazil
olma səbəbi və şəraitini göstərmədən qəsdən mənasını təhrif
etməyə çalışır və guya Allahın öz bəndələrinə qarşı amansız
və qəddar olduğunu iddia edirlər. (haşa)
Halbuki, bir əvvəlki ayəni (Ənfal, 11) oxuduqda aydın olur
ki, əslində adı çəkilən ayə müharibə dövrü haqqındadır və
477 | P a g e
ayədə düşmən ordusuna qarşı döyüş səhnəsi canladırılır.
Zalıma qarşı savaşmaq və torpağını, vətənini qorumaq
İslama görə müsəlmanların üzərindəki ən vacib fərzlərdən
biridir. Başqa sözlə, bu ayələr müsəlmanlarla müşriklər
arasında baş vermiş ilk savaş – Bədr savaşı ilə əlaqədar nazil
olmuşdur. Bəs Bədr savaşının baş verməsinin səbəbi nə idi?
Bilindiyi kimi İslamın yayılmağa başladığı ilk vaxtlarda
Məkkəli müşriklər Hz. peyğəmbər (s.a.v) də daxil olmaqla
yenicə İslamı qəbul edənlərə qarşı amansız işgəncə və
zülmlər etməyə, hətta insanları İslamdan döndərmək üçün
müsəlmanları öldürməyə başladılar. Nəticədə, müsəlmanlar
öz evlərini, mal-mülklərini, bir sözlə, sahib olduqları hər
şeyi Məkkədə buraxaraq canlarını qurtarmaq üçün məcburən
Mədinəyə hicrət etməli oldular. Müsəlmanların bir hissəsi
isə Həbəşistana (indiki Efiopiya) köç etdilər.

Lakin müsəlmanların hicrət etmələri müşriklərin onlara və


İslama olan kinlərini sakitləşdirmədi. Hətta Həbəşistana
elçilər göndərərək orada sığınacaq tapmış müsəlmanların
geri dönmələrini tələb etdilər.
Daha sonra müsəlmanların Mədinəyə hicrət edərək orda
dövlətlərini qurub yerləşmələri məkkəli müşriklərə çox ağır
gəldi. Müşriklər İslamın uğurlarının qarşısını almaq üçün
yollar axtarmağa başladılar. Məkkəli müşriklər dəfələrlə
müsəlmanları hədələyib, onlara imkan düşdükcə Mədinə
yaxınlıqlarında zərər vururdular. Bir sözlə, müşriklərin əsas
məqsədi Bədr savaşında sayca onlardan zəif olan
müsəlmanları tamamilə məhv etmək idi.

Müsəlman ordusunun sayı 305 nəfər idi. Müsəlmanların


yalnız üç atı və yetmiş dəvəsi var idi. Miniklərinə növbə ilə
minmək məcburiyyətində idilər. Məkkəli müşriklər isə
478 | P a g e
zirehlər içərisində idilər. Sayları da 1000 nəfərə yaxın idi.
Bunun yüz nəfəri süvari, yeddi yüzü dəvəli və geri qalanları
piyada idi. Bu say İslam ordusunun üç qatı idi. Məhz, bu
səbəbdən də, Allah Təala (c.c) mələklər vasitəsilə azlıqda
olan və kafirlərin haqsız hücumuna məruz qalan
müsəlmanlara yardım göndərdi və İslamı qorudu. Əslində
Ənfal surəsi 12-ci ayədə açıq şəkildə bu hadisəyə işarə
olunur: “(Ya Peyğəmbərim!) Xatırla ki, o zaman Rəbbin
mələklərə belə vəhy edirdi: Mən də sizinləyəm. Mö’minlərə
qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu
salacağam.”

Digər tərəfdən isə həmin ayədə ateistlərin xüsusilə ən çox


təhrif etməyə çalışdıqları hissə son cümlədir: “Onların
boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını)
doğrayın!”
Bunula da ateistlər guya Allahın öz bəndələrinə qarşı qəddar
olduğu kimi iftira xarakterli iddialar edirlər. Halbuki,
yuxarıda qeyd etdiyimiz kimi həmin ayə müharibə dövrü
haqqındadır və ayədə düşmən ordusuna qarşı döyüş səhnəsi
canladırılır. Dünya tarixindən az-çox məlumatı olan hər kəs
yaxşı bilir ki, Hz. peyğəmbərin (s.a.v) yaşadığı dövrdə
tapança, avtomat, pulemyot və s. kimi müasir döyüş
sursatları yox idi. Həmin vaxt döyüşlərdə silah vasitəsi kimi
qılıncdan, xəncərdən, oxdan, nizədən istifadə olunurdu.
Döyüş vaxtı düşmən əsgərini öldürmək üçün onun başını,
bədən üzvünü qılıncla kəsmək yaxud nizəylə deşmək lazım
idi. Bu o dövrün döyüş qaydaları idi. Burda qeyri-adi heç nə
yoxdur. Hətta indinin özündə də düşmənlə əlbəyaxa döyüş
zamanı oxşar tipli üsullardan istifadə olunur.

479 | P a g e
Anoloji olaraq, müqayisə aparmaqla  ayənin izahını
aşağıdakı misal əsasında izah edə bilərik. Fərz edək ki,
erməni əsgərləri cəbhə xəttində yerləşən Azərbaycana
məxsus kəndlərdən birinə hücum edirlər. Kənddə yaşayan
əhalinin sahib olduğu özünü müdafiə alətlərinə soyuq
silahlar (bıçaq, balta) daxildir. Belə bir vəziyyətdə düşmən
əsgərlərinin bıçaqla, baltayla vurularaq, kəsilərək məhv
edilməsi vacibdir və qaçınılmazdır.

F ƏLAK ƏT L ƏR: ACL IQ V Ə


X ƏST ƏL İK L ƏR
Allah ruzi verirsə, niyə ac insanlar
var?  (İsra/31)

Allah Təala belə buyurur:


(17 – İSRÂ) 31 / ‫اإلسراء‬- Yoxsulluq qorxusundan uşaqlarınızı
öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk.
Onları öldürmək, həqiqətən də, böyük günahdır.

Adətən, ateistlər bu ayəni göstərib soruşurlar ki, əgər Allah


hamıya ruzi verirsə, niyə dünyada ac insanlar var?

CAVAB:

480 | P a g e
Burda əsas problem ondadır ki, bu sualı verən ateistlər
Allahın ruzi verməsini sanki “göydən sehrli süfrənin
enməsi” kimi təsəvvür edirlər. Bu düşüncə tərzi çox səhvdir.

Bəs Allahın insanlara ruzi verməsi nədir?

Məsələn, Allah Təala Azərbaycan məmləkətinə neft, təbii


qaz, qızıl və s. yeraltı və yerüstü təbii resurslar verib ki,
insanlar öz ağılları ilə bunlardan səmərəli istifadə edib
faydalansınlar, firavan yaşasınlar, ac qalmasınlar. Allahın
insanlara verdiyi ruzi bax budur.

Amma ölkədə hazırkı rüşvətxor hökumət və məmurlar neft-


qaz satışından gəlirləri israf edir, talayır və düzgün iqtisadi-
siyasi idarəçilik sistemi yoxdur. Nəticədə xalq kasıb yaşayır.
Lakin Norveç hökuməti ağlını işlədib neft-qazdan gələn
pulları səmərəli istifadə edir və xalqı zəngin yaşayır. Fərqi
görürsünüzmü?

Başqa bir misal.

Yaponiya ve C. Koreya tebii resurslardan demək olar ki,


məhrum ölkelerdir. Üstəlik Yaponiyada tez-tez zəlzələlər
olur. Bəs onlar niyə ac və yoxsul deyillər? Bəs niyə bu qədər
yüksək tərəqqi ediblər?

Bəlkə Allah gəlib onlara necə avtomobil, telefon, komputer,


və robotlar düzeltmeyin sirrini öyredib?

Bəlkə bu gün onların sahib olduqları mütərəqqi texnoloji


vasitələri Allah göydən sehrli zənbildə hazır endirib?

481 | P a g e
Yaxud C.Koreya və Yaponiyadan fərqli olaraq
Azərbaycanın bu qeder nefti-qazı, qızılı var, bes niye
insanların çoxu kasıb veziyyetde yaşayır?

Demək ki, əsas səbəb Allahın verdiyi maddi (neft, qaz,


qızıl, gümüş və s) və qeyri-maddi (ağıl, düşüncə, iradə)
nemətlərdən necə istifadə etmək məsələsidir. Deməli, əsas
səbəb iqtisadi-siyasi və sosial siyasetin nece qurulması və
tətbiqi meselesidir.

Məsələn, Afrika qitəsi dörd bir tərəfdən okeanla əhatə


olunub.

Əgər Afrikadakı rəhbərlər Allahın onlara verdiyi təbii


resurslardan səmərəli istifadə etsəydilər, öz
iqdisadiyyatlarını inkişaf etdirərdilər, kənd təsərrüfatı və
sənaye komplekslərini qurardılar, Avropada olduğu kimi
sutəmizləyici texnologiyaları inkşaf elətdirib okeandan su
kanalları çəkərdilər və s.

Qısacası, müharibe, aclıq, xestelik ve s. kimi hadiselerin


esas sebebkarı insanlardır. Qeyd etdiyimiz kimi Allah Teala
(c.c) dünyada her kese artıqlaması ile bes edecek qeder çoxlu
ruziler, tebii resurslar yaratmış ve bunları axtarıb tapmaq,
doğru şekilde istifade ve teqsim etmek mesuliyyetini
insanların düşünce, irade ve ixtiyarına buraxmışdır. Çünki
Allah (c.c) insana ağıl ve azad irade nemeti bexş etmekle
onu diger mexluqatdan çox-çox daha şerefli ve üstün
etmişdir. Lakin insanların qurduğu edaletsiz idareetme
sistemleri neticesinde bezileri çox varlı, bezileri çox kasıb
yaşayır, cemiyyetde resurslar düzgün bölüşdürülmür. Eger
istenilen cemiyyetde tebii resursların adil idareetme ve bölgü
482 | P a g e
sistemi mövcud olsaydı, çetin ki, yer üzünde aclıqdan
eziyyet çeken insanlar tapılardı. Afrikada ve başqa
bölgelerde insanların aclıq çekmesinin sebebi Allah (c.c)
yox, zalım ve tamahkar insanların qurduğu edaletsiz ve
istismarçı prinsiplere dayanan idareetme-bölgü sistemidir.
Buna göre de cemiyyetde hedden artıq varlı ve hedden artıq
yoxsul ehali qrupları formalaşır.

Allah (c.c) öz kitabında zenginleri acları doyurmağa, sedeqe


vermeye, Allah yolunda dünya malını xerclemeye teşviq
edir. Eger zengin insanlar xesislik edib bunu etmirse, Allahı
nece günahlandırmaq olar?

Quranda Allah Təala buyurur:

(90 – BELED) 12 / ‫البلد‬- Sən nə bilirsən ki, sərt yoxuş nədir?

(90 – BELED) 13 / ‫البلد‬- O, bir kölə azad etməkdir

(90 – BELED) 14 / ‫البلد‬- və ya aclıq günündə möhtaca


yemək verməkdir

(90 – BELED) 15 / ‫البلد‬- qohumluq əlaqəsi çatan bir yetimə,

(90 – BELED) 16 / ‫البلد‬- yaxud aclıqdan yerə uzanmış


kasıba!

Nəticə:

Beləliklə, Afrika ölkələri sahib olduqları neft-qaz, almaz,


uran və s. zəngin nemətlərdən gələn gəlirlər əsasında öz
483 | P a g e
sənaye və kənd təsərrüfatlarını, bütövlükdə iqtisadiyyatlarını
inkşaf etdirib bölgəyə kifayət qədər su boruları çəkə
bilərdilər. Suvarmaçılq sistemini genişləndirə bilərdilər.
Bununla da aclıq və susuzluq problemi çoxdan həll
olunardı.

Demək ki, insanları acından öldürən Allah deyil, Allahın


yaratdığı nemətləri ədalətsiz şəkildə mənimsəyən zalım
və tamahkar rəhbərlərdir. Əgər Allah insanları ac
saxlamaq istəsəydi, ağaclarda çeşid-çeşid meyvələr,
dənizlərdə çeşid-çeşid balıqlar və dəniz məhsulları,
torpaqda növ-növ tərəvəzlər və başqa nemətlər
yaratmazdı. Halbuki Allah Təala (c.c) ər-Rəzzaq isminin
yer üzündə təcəllisi olaraq dünyada hər kəsi
artıqlamasıyla doyuracaq qədər çeşid-çeşid nemətlər
yaradıb. Lakin bir çox tamahkar idarəedicilərin
acgözlüyü, rüşvətxorluğu, mövcud siyasi-iqtisadi
sistemlərin istismarçı xüsusiyyətləri, qida istehlakındakı
ifrat israfçılıqlar, qeyri-ekvivalent resurs bölgüsü
səbəbindən bu gün müxtəlif Afrika və Asiya ölkələrində
hələ də aclıq və səfalət hökm sürür.
Cahil ateistlər isə bu kimi həqiqətlərə göz yumaraq
günahkar kimi yalnız Allahı görürlər.
Allah insanı mükəmməl yaradıbsa, niyə bu
qədər xəstəliklər  var?

SUAL: Çox vaxt ateistlər sual verirlər ki, əgər Allah insanı
mükəməl yaradıbsa, bəs onda niyə bu qədər xəstəliklər və ya
xəstə insanlar var?
484 | P a g e
CAVAB:Əvvəlcə qeyd edək ki, bu sualı verən şəxs özü
mükəmməlliklə ölümsüzlük, əbədilik anlayışlarının fərqini
doğru başa düşə bilməyib. Ümumiyyətlə, insan orqanizminin
mükəmməl yaradılış dizaynı deyərkən insanın heç bir
xəstəliyə məruz qalmayan ölümsüz bir vücuda sahib əbədi
canlı olduğu nəzərdə tutulmur. Yəni hər bir insan fitrətən
ölümlü canlıdır. Bu səbəbdən də əbədi ola bilməz. Demək
ki, mükəmməl dizayn olunmuş orqanizm deyərkən insanın
mütləq xəstəliksiz və ölümsüz, mütləq mükəmməl və hər
şeyə qadir bir canlı olduğu fikri qəsd edilməz. Çünki bu
sifətlər yalnız və yalnız Allah Təalaya xasdır. Burdan
anlaşılır ki, Allah Təala xaricində mükəmməllik məfhumu
nisbilik xarakteri daşıyır. Çünki ölümlü, sonlu bir varlıq olan
insan mütləq mənada mükəmməl ola bilməz.

Heç bir insanoğlu bu dünyada əbədi, sonsuz və başdan-sona


firavan bir həyat yaşamaq üçün yaradılmayıb. İnsanın bu
dünyadakı yaradılış və yaşam qayəsi zatən bu deyil. Qurani-
Kərimdə də bildirildiyi üzrə bütün insanlar sonlu və ölümlü
bir varlıq olaraq yaradılıblar. Quranda bu haqda belə
buyrulur:
(29 – ANKEBÛT) 57 / ‫العنكبوت‬- Hər bir kəs (hər bir canlı)
ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza
qaytarılacaqsınız!

Demək, məhz bu səbəbdən də Allah Təala (c.c) kainatda


insanın sonunu (əcəlini) gətirəcək bir çox gizli və açıq
səbəblər xəlq etmişdir ki, fərqli canlı və cansız ünsürlərin hər
biri bu səbəblərin icraatında müxtəlif rol oynamaqdadırlar.
Yer üzündə müxtəlif xəstəliklərin, zərərverici və virusların
varlığı misalı da buna ən sadə bir örnəkdir.

485 | P a g e
Digər tərəfdən xəstəliklərin mövcudluğu səbəbini izah
etməyə çalışsaq, yəqin ki, məsələyə başqa aspektdən də
yanaşmaq olar. Bilindiyi kimi yaradılış etibarilə insan
fitrətinə xas olan bir sıra fiziki məhdudiyyətlər vardır. Yəni
insanın fiziki və zehni bacarıqları heç də sərhədsiz və sonsuz
imkanlara malik deyildir. Ən bəsit formada izah etsək,
məsələn, insan quş kimi uça bilmək qabiliyyətinə sahib
deyil, at kimi sürətli qaça və ya balıq kimi sürətli üzə bilmir,
fil kimi fiziki güclü deyil, səhra canlıları kimi çox isti və
qütblərdə yaşayan canlılar kimi kəskin soyuğa qarşı dözümlü
deyil və s.

İndi belə bir sual qoyaq:

İnsan orqanizminə xas müxtəlif fiziki məhdudiyyətlərin


mövcud olması yaxşıdır yoxsa pis?

Əlbəttə, ilk baxışda bu cür məhdudiyyətlərin olması bəlkə


də mənfi təəssürat yarada bilər. Əslində isə belə deyil. Gəlin
məsələni bəzi suallarla izah edək:

– Əgər insan quşlar kimi yüksəklərdə uça bilsəydi, onda heç


ağlını işlədib təyyarə, helikopter kimi uçan aparatları kəşf
etməyə ehtiyac duyardımı? Xeyr.

– Əgər insan at kimi sürətli qaça və uzun məsafələr qət edə


bilsəydi, onda öz zehni potensialını ortaya qoyub avtomobil,
motosiklet və digər motorlu nəqliyyat vasitələri icad etməyi
düşünərdimi? Xeyr.

– Əgər insan su canlıları kimi dənizdə və su altında uzaq


məsafələrə üzmək imkanlarına sahib olsa idi, onda  qayıqlar,
486 | P a g e
katerlər, gəmilər, sualtı gəmilər ixtira etməyə gərək
duyardımı? Xeyr.

– Əgər insan fil kimi fiziki gücə malik olsaydı, onda traktor,
kran, kombayn, ağır tonajlı yük maşınları,
avtomatlaşdırılmış istehsal sistemləri və s. düzəltməyə
həvəsli olardımı? Xeyr.

– Əgər insan səhra heyvanları kimi istiyə yaxud qütb


heyvanları kimi soyuğa dözümlü olsa idi, onda kondisioner
və başqa isitmə-soyutma sistemləri kimi modern
texnologiyalar kəşf edərdimi? Xeyr.

Göründüyü kimi fiziki məhdudiyyətlərin olması əslində bir


çox cəhətdən yaxşıdır. Çünki insanın zehni inkişafına təkan
verən ən əsas səbəblərdən biri məhz həmin fiziki
məhdudiyyətlərin mövcudluğudur. Bu məhdudiyyətlərin
öhdəsindən gəlməyə çalışan insanoğlu yeni-yeni kəşflər
edərək elmi tərəqqini daha da sürətləndirir.

Eyni fikirləri xəstəliklər haqqında da söyləmək olar.


Təsəvvür edin ki, müəyyən bir xəstəliyin səbəbləri və
müalicə yollarını öyrənmək üçün alimlər aylarla, bəzən
illərlə araşdırmalar aparmalı olurlar. Bu araşdırmaların
gedişatında təbiətin və canlı orqanizmlərə aid müxtəlif
sahələr tədqiq olunur, yeni-yeni faydalı biliklər qazanılır,
yeni elm və araşdırma sahələri ortaya çıxır və s. Yuxarıdakı
sualımızı bir qədər fərqli formada burda da təkrarlayaq:

– Əgər yer üzündə xəstəliklər olmasa idi, onda tibb elmi və


onunla bağlı olan digər müxtəlif elmi-praktiki sahələrin

487 | P a g e
(anatomiya, fiziologiya, genetika, nevrologiya, biologiya,
kimya və s.) inkişafı üçün stimul olardımı?  Əlbəttə ki, xeyr.

Deməli, müxtəlif xəstəliklərin mövcud olması insanı fərqli


müalicə üsulları tapmağa məcbur edir. Nəticədə, insan öz
ağlını işlədərək təbiəti araşdırır, canlıların fiziki-bioloji
quruluşunu və maddələrin kimyəvi tərkibini öyrənir,
təcrübələr aparır, laboratoriyalar düzəldir, tədqiqat cihazları
və metodları icad edir və sairə. Beləliklə, xəstəliklərin
olması dolayı yolla insanın zehni inkişafına və yeni elmi
kəşflərə imza atmasına zəmin yaradaraq sanki gizli
motivator rolunu oynamış olur.

Məsələyə digər aspektdən yanaşsaq, əlbəttə ki, xəstəliklərin


mövcud olmasının insanı Allah Təalanın (c.c) bəxş etdiyi
sağlamlıq neməti haqqında düşünməyə və şükr etməyə vadar
edən ibrətamiz cəhəti də vardır.

Xəstəliklər həm də insanoğluna öz acizliyini, ölümü və


əbədi olmadığı gerçəyini xatırladan ilahi bir mesajdır. Bəlkə
də başqa vaxtlarda axirəti unudaraq başı yalnız dünya
həyatına qarışmış insanoğlu xəstələnib yatağa düşüncə
dünya zövqlərinin fani və keçici olduğunu bir daha anlayır,
düşünür və günahlardan tövbə edərək daha çox dua, istiğfar
edir. Başqa sözlə, xəstəlik bir növ insanın həyata baxış
fəlsəfəsini dəyişir, onu öz yaradılış qayəsi üzərində təfəkkür
etməyə sövq edir. Demək ki, xəstəliklərin var olma
hikmətlərindən biri də insanı Rəbbinə yaxınlaşdırmağa
vəsilə olmasıdır.

Bəli, göründüyü kimi əslində xəstəliklərin mövcud


olmasının da insanoğlu üçün bir çox zehni faydaları və
488 | P a g e
hikmətləri vardır. Allah Təala (c.c) heç nəyi səbəbsiz və boş
yerə yaratmamışdır. Bu səbəbdən də xəstəliklərin varlığı
məhz ilahi nizamın bir parçasıdır.
Afrikada insanlar niyə  acdır?

Dünyada ac və yoxsul insanların olmasının, müharibələrin


və xəstəliklərin olmasının səbəbkarı Allah Təala (c.c) yaxud
da səmavi dinlər deyildir. Səbəbkar zalım insanlar və
idarəedicilərdir. Eger Allah Teala (c.c)  yaratdığı qullarını
heqiqeten de ac saxlamaq isteseydi, o zaman ağaclarda
müxtelif meyveler, torpaqda çeşid-çeşid bitki ve terevezler,
denizlerde balıq ve su mehsulları, quruda yaşayan ve
qidalandığımız canlılar ve daha sayını bilmediyimiz minlerle
ferqli nemetler xelq etmezdi.
Bəli, Allah Təala (c.c) yer üzündə bütün insanlara
artıqlaması ilə çatacaq qədər müxtəlif nemətlər yaratmış və
insanlara ağıl və iradə vermişdir ki, bu nemətlərdən rasional
formada faydalansınlar. Lakin bir sıra zalım insanların
qurduğu ədalətsiz idarəetmə və bölgü sisteminin nəticəsi
olaraq insanların bir qismi həddən artıq varlı, digər qismi isə
həddən artıq kasıbdır. Məs, Allah Təala (c.c) Afrika qitəsinə
qızıl, platin, almaz, neft, qaz, dəmir, manqan, titan, xrom,
fosfor, qrafit və s. zəngin nemətlər bəxş etmişdir. Amma
Avropadakı müstəmləkəçi dövlətlər Afrika xalqlarının
sərvətlərini əsrlər boyu istismar etmiş və Afrika xalqlarını
kölə halına gətirmişlər. Digər tərəfdən hazırda əksəriyyət
Afrika ölkələrindəki korrupsiayaya bulaşmış hakimiyyətlər
bu ölkələrdəki xalqların səfalət içində yaşamasının əsas
səbəblərindən biridir. Göründüyü kimi insanların öz əlləri ilə

489 | P a g e
törətdikləri pis əməllərə görə Allahı yaxud dinləri
günahlandırmaq ən böyük iftira və haqsızlıqdır.

Digər iddialara cavablar

490 | P a g e

You might also like