Download as doc, pdf, or txt
Download as doc, pdf, or txt
You are on page 1of 2

Sezar - onu necə öldürdülər?

Sezar çox xəyanətlərin şahidi olmuşdu. Ancaq o, belə bir xəyanəti heç vaxt gözləmirdi. Onun
üzərinə düşmənləri deyil, yaxın bildiyi dostları gəlirdi. Xəncərlər sıyrılaraq havaya qalxmışdı və
o, artıq hiss edirdi ki, ölümdən qaça bilməyəcək. Qorxudan rəngi sapsarı olmuşdu, hayqırmaq
istəyirdi, ancaq ağzını aça bilmirdi. Sanki hansısa bir əl onun ağzını möhkəm-möhkəm
bağlamışdı. Əslində qorxudan onun dili tutulmuşdu. Əllərini uzadaraq köksünə endirilən xəncər
zərbələrinə mane olmaq istəyirdi. Gözləri isə onu öldürənlərdən amaıı diləyir, yalvarır, yalvarır,
yalvarırdı. Bəlkə də başqası olsaydı, Sezarın bu dilsiz yalvarışlarının qarşısıııda tab gətirə
bilməz, əlləri boşalardı. Ancaq Sezarı öldürməyə gələnlərin gözlərini qan tutmuşdu. Onlar yalnız
qarşılarındakını didib-parçalamaqdan başqa bir şey düşünmürdülər… Sui-qəsdçilərin
amansızcasına məhv etmək istədikləri adam bir vaxtlar dağılmaqda olan Romanın fəxri sayılırdı.

Eramızdan əvvəl 101-ci ildə Romada dünyaya gələn Sezar hələ gənc yaşlarından gözlərini
hakimiyyət kürsüsünə dikmişdi. O, gündə özünü yüz dəfə taxtda görür və bunun üçün planlar
cızırdı. Sezar ətrafındakılara olduqca mədəni, zəkalı, ağıllı, demokratik ruhlu bir insan təsiri
bağışlayırdı. Məharətli danışığı ilə bir anda ətrafındakıları ələ ala, onları öz təsir dairəsinə sala
bilirdi. Ancaq о anlayırdı ki, indiki dövrdə imperiyanın taleyini yalnız hərbçilər həll edir və
hakimiyyət kürsüsünə gedən ən qısa yol da hərbdən keçir. Ona görə də, taxt-taca yiyələnmək
üçün Sezar orduya daxil oldu. Aristokrat bir gəncin hərbçilərə qoşulması sanki orduda vəziyyəti
dəyişdi. Az-çox hərb sənətindən baş çıxaran Sezar özünü ordu rəhbərliyinin yanında da təbliğ
etməyə başladı. Bu da ona tezliklə böyük şöhrət qazandırdı. Artıq Roma ordusunun sərkərdələri
Sezarın simasında ölkənin gələcəyini xilas edən bir şəxsi görməyə başladılar.
Sezar həmin dövrdə orduda mühüm vəzifələr tutan Pompeyin və Krassın köməyi ilə tezliklə
özünü İspaniya valisi elan etdirdi. Ətrafına topladığı adamlar Sezarı böyük canfəşanlıqla təbliğ
etməyə basladılar. Bu da öz nəticəsini verdi. O, ölkənin idarəçiliyində mühüm rol oynayan
konsul vəzifəsinə seçildi. Bunun ardınca Sezarın zəfər dövrü başladı. Eramızdan əvvəl 58-ci ildə
Senat ona Qalliyanı ələ kecirməyi tapşırdı. Sezar sərt Alp dağlarını aşaraq gözlənilməz zərbə ilə
Qalliyanı tutdu. Bunun ardınca Sezar 7 il ərzində bütün Avropanı Romaya tabe etdirdi. Senatda
hamı Sezardan danışırdı və o, ölkənin bir nömrəli adamına çevrilmişdi.
O, hakimiyyət uğrunda gedən mübarizədə özünə rəqib ola biləcək bütün adamları bir-bir aradan
götürürdü. Eramızdan əvvəl 50-ci ildə Romada vətəndaş müharibəsi bas verdi. Bu üsyanın
başında hakimiyyəti silah gücünə ələ keçirmək istəyən Pompey dayanmışdı. Pompey Sezarın
həm dost, həm də bir müttəfiq kimi ona dəstək verəcəyini gözləyirdi. Lakin Sezar hakimiyyət
uğrunda mübarizədə ən güclü rəqibi olan Pompeyi aradan götürmək üçün bəhanə axtarırdı. Ona
görə də, tərəddüd etmədən, Senatın üsyanı yatırtmaq əmrini həyata keçirdi və üsyanı qan içində
boğdu. Bundan sonra Senatı tamamilə öz təsiri altına alan Sezar imperator seçilməsi üçün bir çox
qanunlar qəbul etdirdi. İmperator Sulla öldükdən sonra isə, o, Senat tərəfindən özünün imperator
seçilməsinə (eramızdan əvvəl 49-cu il) nail oldu.
Az sonra Sezar hakimiyyəti təkbaşına, Senatsız idarə etməyə başladı. Faktiki olaraq, о, bu
hərəkətləri ilə Senatı siyasi səhnədən çıxartmışdı. Ancaq Sezar Senatı tamamilə ləğv etməyə
cəsarət etmədi. O, istədiyi vaxt Senatın iclaslarını çağırır, istədiyi vaxt Senatın üzvlərini işdən
azad edirdi.
Çox keçmədi ki, Sezar köhnə təqvimi ləğv etdi və yeni dövr üçün təqvim hazırladı. Bu təqvimdə
aylardan biri Yulius (iyul) adlanırdı. Ölkənin hər yerində isə Sezar özünün heykəllərini
qoydurmuşdu. Buraxılan pulların (sikkələrin) üzərində Sezarın rəsmləri həkk olunmuşdu.
Ölkədəki əhalinin sosial vəziyyəti Sezarı qətiyyən maraqlandırmırdı. Əhali aclıq və səfalət içində
yaşayır, Sezar isə vaxtını əyləncə ilə keçirirdi. Ona görə də, istər xalq arasında, istərsə də
Senatda Sezara qarşı nifrət artırdı. Sezar bunu hiss edirdi, lakin kef məclislərindən başı ayılmırdı.
O, demək olar ki, ölkənin idarəçiliyini özbaşına buraxmışdı. Yalnız ayıq vaxtlarında
şübhələndiyi adamları edam etdirirdi. Senatda heç kəs qorxudan səsini çıxara bilmirdi. Çünki
Sezar ona qarşı çıxanları dərhal edam etdirirdi. Bu da Senatda gizli qruplaşmaların yaranmasına
gətirib çıxardı. Onlar Sezarı öldürmək üçün plan hazırladılar. Sui-qəsdçilərin başında Sezarın ən
yaxın dostu Brut və Kassi dayanmışdı.
Eramızdan əvvəl 44-cü il mart ayının 15-də Senata gələndə Sezarın ürəyinə nə isə dammışdı. О,
hiss edirdi ki, ölkədə narazılıq artıb və bu narazılıqlar hökmən bir gün onun başında çatlayacaq.
Ona görə də, Sezar bu narazılığın qarşısını almaq üçün bir sıra islahatlar həyata keçirmək
istəyirdi. O, eyni zamanda Senatı toplayaraq onlara sərbəst danışmaq, hətta onu tənqid etmək
imkanı vermək niyyətində idi. Sezar həmişə olduğu kimi, ona qarşı çıxanları bu yolla üzə
çıxarmaq və aradan götürmək istəyirdi. O, rəqiblərini hansı üsullarla aradan götürəcəyini də
fikirləşmişdi. Əleyhinə çıxanların gözlərini çıxartdıracaq və iti qaçan atlara bağlayaraq parça-
parça etdirəcəkdi. Ancaq o, daha ağır cəza üsulları tapmaq niyyətində idi. Elə bir cəza ki, heç
kim ölənə kimi ona qarşı çıxmağa cəsarət etməsin.
Senatda oturanda da bütün fikri yeni bir cəza üsulu tapmağa yönəlmişdi. Senatorlardan bir
qrupunun gözlənilmədən ona qarşı çıxdığını görəndə fikirdən ayıldı və bir anlığa: «Onlar nə
cəsarətlə mənim əleyhimə çıxırlar. Bilmirlər ki, başlarını bu dəqiqə bədənlərindən ayıraram» —
deyə düşündü. Yerindən ayağa qalxmaq və var gücü ilə onların üstünə qışqırmaq istəyirdi. Lakin
gözlənilmədən senatorların xəncərlərini sıyırdıqlarını gördükdə, özünü itirdi...
Xəncərlər enib-qalxdıqca Sezarın bədənindən qan püskürürdü. Sezar öz taxtında çırpınır, xəncər
zərbələrindən xilas olmaq istəyirdi. Çətinliklə dizi üstə qalxa bildi və bu vaxt onu xəncərlə vuran
şəxslərdən birini gördü. Bu, ən yaxın silahdaşı Brut idi. Brutu görən kimi sanki Sezarın dili
birdən-birə açıldı və yalnız «Brut, sən də...» — deyə bildi. Ancaq Brut onu eşitmək istəmirdi və
xəncəri aramsız olaraq Sezarın bədəninə endirirdi. Sonradan məlum oldu ki, Sezara 35 xəncər
zərbəsi vurulubmuş.
Roma tarixində Senatda görünməmiş bir hadisə baş vermişdi. Bütün Romanı qorxu içində
saxlayan, zahirən özünü demokrat kimi göstərən, daxilən isə qanlı bir diktator olan Sezar elə
taxtında da qətlə yetirilmişdi. Sezarın ölümü isə xalq üçün toy-bayram idi...

You might also like