Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 4

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

TƏLƏBƏ: İsmayılova Lətifə

MÖVZU: Onlayn təhsilə münasibətini şərh et

MÜƏLLİM:         Vidadi Bəşirov

İXTİSAS:         İngilis dilinin tədrisi metodikası və metodologiyası


(Magistratura, Qrup M20-114)

KURS:        1-ci  kurs

FƏNN:      Ali məktəb pedaqogikası

Kafedra:          Pedaqogika

BAKI – 2021
Onlayn təhsilə münasibətini şərh et.
Sosial-iqtisadi həyatın tərkib hissəsi kimi, təhsil-müvafiq tədris müəssisəsində
müəyyən müddətdə məqsədyönlü, planlı və mütəşəkkil öyrədilən, tərbiyə və
psixoloji inkişaf imkanları olan, təlimin bir halda zəruri şərti, digər halda isə
nəticəsi kimi özünü göstərən, habelə milli və ümumbəşəri səciyyəli biliklər,
bacarıq və vərdişlər sistemidir.
Təhsilin növləri. Təhsil geniş həcmli kateqoriyadır. Onun bütün növləri və
formaları bu kateqoriyada cəmləşir. Ümumi təhsil, ibtidai təhsil, natamam orta
təhsil, texniki peşə təhsili, orta ixtisas təhsili, ali təhsil, fasiləsiz təhsil,
təkmilləşmə təhsili, dini təhsil, özünütəhsil və s. təhsil kateqoriyasının
məzmununa aiddir.
Təhsilin formaları. Tədris müəssisələrində təhsil beş formada (əyani, qiyabi,
axşam təhsili, eksternat və məsafədən təhsil formalarında) həyata keçirilir.
Məsafədən(distant) təhsil
“Distant” – latıncada uzaq, ayrı mənasını verir. Distant təhsil ənənəvi təhsildən
fərqli olaraq birbaşa kontakt olmadan həyata keçirilir. Əksər vaxtlarda, bütün
materiallar, tapşırıqlar və s. öyrənənə email və ya distant təhsil platformaları
vasitəsi ilə göndərilir. Bu materiallar əsasında öyrənən fərdi şəkildə uzaqdan
təhsil alır. Burada vaxt və məkan cəhətdən azadlıq var. Əksər hallarda öyrənən və
öyrədən arasında yeganə əlaqə son qiymətləndirmə tapşırığını təhvil verərkən
olur.
Hal hazırda dünyada və eləcə də ölkəmizdə olan pandemiya səbəbindən dərslər
distant təhsilin bir növü kimi-onlayn formada həyata keçirilir. Buna baxmayaraq,
distant təhsil ilə onlayn təhsilin fərqli cəhətləri də var.
Distant təhsildən fərqli olaraq onlayn təhsil “uzaqdan” keçirilmir. “Online” –
ingiliscədə kompüterə və ya internetə qoşulmuş mənasını verir. Bu baxımdan
deyə bilərik ki, heç də bütün distant dərslər onlayn deyil (çünki distant təhsil
sadəcə məktublaşma, telefon, televiziya və s. kommunikasiya vasitələri ilə aparıla
bilər) və bütün onlayn dərslər də distant deyil. Fiziki olaraq öyrənən və öyrədən
uzaq olsa da, onlayn təhsil zamanı kontakt hər zaman olur və öyrənənin
nailiyyətləri yaxından izlənilir. Bu baxımdan, onlayn təhsil distant təhsildən daha
çox ənənəvi dərslərə oxşardır. Ənənəvi dərslər kimi, onlayn təhsil zamanı da
əksər hallarda müəllimlərlə öyrənənlər onlayn canlı bağlantıda görüşür, dərs izah
olunur, suallar verilə bilir və s.
Onlayn təhsilin bir sıra üstünlükləri vardır. Rəsmi təhsildən fərqli olaraq onlayn
dersler, tələbələrin vaxtından və məkanından asılı olmayaraq istədiyi zaman,
istədiyi yerdə təhsil almasını təmin edir. İnternetin mövcud olduğu hər yerdə
istənilən vaxt əldə edilən təlimlər, dərsə gecikmək, dərsi buraxmaq, müəllimə
beynindəki sualı verməkdən çəkinmək kimi problemləri aradan qaldırır. Onlayn
dərslərin ənənəvi dərslərdən fərqi odur ki, ənənəvi təhsildə müəllimlər müəyyən
fənnlərə müəyyən vaxt ayırırlar, lakin hər bir şagirdin qavdayışı və öyrənmə vaxtı
fərqlidir. Onlayn təhsil tələbə yönümlüdür,buna görə də hər bir tələbə öz öyrənmə
sürətinə görə istədiyi qədər təhsili təkrarlaya bilir.
Niyə məhz onlayn dərslər?
 Hər kəsin təhsil almasına imkan verir.
 Yaşından, cinsindən, irqindən və əlilliyindən asılı olmayaraq hər kəsin
bərabər təhsil almaq hüququ vardır.
 İşçilər, evli insanlar və uşaq sahibi olan şəxslər üçün ən uyğun təlim
modelidir.
 Hər bir tələbənin öz öyrənmə sürətində təhsil almasına imkan verir.
 Təlim müasir, inkişaf etmiş və interaktiv vasitələrlə təmin olunur.
 Kurs materiallarına məhdudiyyətsiz giriş təmin edir.
 Ənənəvi təhsil modeli ilə ortaya çıxan nəqliyyat, qidalanma və s. xərclərini
ortadan qaldırır.
 İnternet vasitəsi ilə istənilən mühitdən əldə edilə bilər və materiallar
kompüterlərə, tabletlərə və ya telefonlara yüklənərək internet olmadan istifadə
edilə bilər.
 Statistikaya görə, bir müəllim ənənəvi təhsil sistemi ilə ildə maksimum 100
şagird əldə edə bilər, onlayn təhsil ilə eyni vaxtda minlərlə şagird əldə edilə
bilər.
 Şagird yarımçıq hiss etmədiyi və vaxtını natamam hiss etdiyi fənlərə
yönəldə biləcəyi mövzulara qulaq asmaq məcburiyyətində deyil.

Üstün cəhətlərinə baxmayaraq onlayn təhsilin çatışmazlıqları da vardır.


Texnologiya nə qədər inkişaf etmiş olsa da, bəzi təlimlər ənənəvi metodlarla
aparılmalıdır. Çünki labaratoriya mühitindəki təcrübələr, sahə araşdırmaları və s.
tələblər təcrübə üsulu ilə həyata keçirilməsi məcburiyyətindədilər. Buna görə də
müəyyən fənnlər üzrə online dərsler üstünlüyünü itirir. İstədiyi yerdə, istədiyi
vaxt təhsil ala biləcəyini bilən bəzi tələbələr bu fürsətin verdiyi rahatlığı ilə
təhsillərinə diqqətlərini yayıındıra bilərlər. Çünki onlayn təhsilin təməl daşı
tələbənin öz motivasiyasıdır.

You might also like