Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 16

Mövzu 2.

İKT-nin nəzəri əsasları

İnformasiya texnologiyası (İT) anlayışı. Yeni informasiya texnologiyaları (YİT) və onların əsas
xassələri. Müasir texnoloji prosesin xüsusiyyətləri.
İnformasiya-kommunikasiya texnologiyaları anlayışı. İKT-nin komponentləri. Müasir
cəmiyyətdə İKT-nin rolu. İKT-nin inkişafının informasiya cəmiyyətinin formalaşmasına təsiri.
Azərbaycanda İKT-nin inkişaf dinamikası.

İnformasiya texnologiyası anlayışı

Texnologiya techne yunan sözündən olub, incəsənət, ustalıq, məharət, bacarıq mənasındadır.
Texnologiya prosesdən başqa bir şey deyildir. Proses dedikdə qarşıya qoyulmuş məqsədə
istiqamətləndirilmiş müəyyən əməliyyatlar toplusu başa düşülür. Proses insan tərəfindən seçilmiş
strategiya ilə təyin olunur, müxtəlif vasitə və metodların köməyi ilə həyata keçirilir.

Maddi istehsal texnologiyası dedikdə xammal və ya materialın forma və xassələrinin,


vəziyyətinin dəyişməsi, hazırlanması və emalı üzrə vasitə və metodlar məcmusunu təyin edən proses
başa düşülür. Texnologiya maddi məhsulun alınması məqsədilə xammalın başlanğıc vəziyyətini və ya
keyfiyyətini dəyişir (şək. 1.):

Maddi İnformasiya
məhsulu
resurslar
Maddi
İnformasiya
Məhsul Verilənlər
istehsal
texnologiyası

Şək. 1. İnformasiya texnologiyası maddi resursların yenidən


işlənilməsi texnologiyasının analoqu kimi

İnformasiya neft, qaz, faydalı qazıntılar və s. kimi ənənəvi maddi resurslarla yanaşı, cəmiyyətin
ən qiymətli resurslarından biridir; deməli, informasiyanın işlənməsi də maddi re-sursların işlənməsi
proseslərinə analoji olaraq texnologiya kimi qəbul oluna bilər.

Bu mənada informasiya texnologiyasına belə tərif vermək olar:

İnformasiya texnologiyası – obyekt, proses və ya hadisənin (informasiya məhsulunun) vəziyyəti


haqqında keyfiyyətcə yeni informasiyanın alınması üçün verilənlərin (ilkin informasiyanın) yığılması,
emalı və ötürülməsi vasitə və metodları toplusundan istifadə edən prosesdir.
İnformasiya texnologiyasının maddi istehsal texnologiyasından prinsipial fərqi bundan
ibarətdir: İnformasiya texnologiyası kəsilməz ola bilməz, çünki o, özündə hesablama, surətin
çıxarılması, əməli uçot və s. kimi əməliyyatları və formallaşmamış yaradıcı əməyi (qərarın qəbul
edilməsi) birləşdirir. Maddi istehsal texnologiyası isə kəsilməzdir və məhsulun buraxılışı üçün bütün
əməliyyatların ciddi ardıcıllığını (prosesin konveyerləşdirilməsini) əks etdirir.
Maddi istehsal texnologiyasının məqsədi – insanın və ya sistemin tələblərini ödəyən məmulatın
buraxılışıdır.

1
İnformasiya texnologiyasının məqsədi isə - informasiyanın insan tərəfindən təhlil olunması və
onun əsasında hər hansı işın yerinə yetirilməsi üzrə qərar qəbuletmə üçün informasiya istehsalıdır.
Aydındır ki, eyni bir maddi ehtiyata müxtəlif texnologiya tətbiq etmək mümkündür. Bunu İT-yə də
aid etmək olar.

Misal 1. Riyaziyyatdan yoxlama işini yerinə yetirmək üçün hər bir tələbə öz texnologiyasını
tətbiq edir. İnformasiya məhsulu (məsələnin həllinin nəticələri) tələbənin seçdiyi texnologiyadan
asılıdır.

Müqayisə üçün cədvəl 1.-də bu iki texnologiya formasının əsas komponentləri verilmişdir:

Cədvəl 1.

Məhsul istehsalı texnologiyasının komponentləri

maddi informasiya

Xammal və materialların Verilənlərin və ya ilkin


hazırlanması informasiyanın yığımı

Maddi məhsul istehsalı Verilənlərin emalı və nəticə


informasiyanın alınması

İstehsal olunmuş məhsulların Nəticə informasiya əsasında


satışı qərar qəbuletmə üçün
informasiyanın istifadəçiyə
ötürülməsi

Beləliklə, informasiya texnologiyaları – istifadəçinin tələbinə uyğun olaraq aparat və proqram


vasitələrinin tətbiqi əsasında verilənlərin, informasiyanın və biliklərin yığım, toplanma, saxlanma,
axtarış, emal, təhlil və ötürülmə üsul və metodları sistemidir. İstənilən informasiya texnologiyasının
məqsədi verilmiş daşıyıcıda tələb olunan keyfiyyətdə zəruri informasiyanın alınmasıdır. İnformasiya
texnologiyası üç əsas komponentdən ibarətdir (şək.2.):

• texniki vasitələr kompleksi - hesablama, telekommunikasiya və təşkilati texnika;


• proqram vasitələri sistemi - ümumi (sistem) və funksional (tətbiqi) PT;
• təşkilati – metodik təminat sistemləri.

İnformasiyanın mahiyyətinin anlaşılmasında mühüm addım informasiya texnologiyalarının


öyrənilməsidir. İT insan cəmiyyəti ilə birgə meydana gəlsə də, XX əsrə qədər xüsusi öyrənmə
predmeti idi, yaxud da informasiya texnologiyaları öz rollarını o qədər təbii oynamışlar ki, onları
xüsusi öyrənməyə zərurət olmamışdır.

2
İnformasiya
texnologiyası

Texniki Təşkilati Metodik Proqram


vasitələr təminat təminat vasitələri

Hesablama Sistem
texnikası proqram
Telekommunikasiya təminatı
təminatı
Tətbiqi
Təşkilati proqram
texnika təminatı

Şək.2. İnformasiya texnologiyalarının strukturu

Öyrətmə - təlim informasiyanın öyrədilənə ötürülməsi olduğundan akademik V.H.Qluşkovun tərifinə


(informasiya texnologiyaları – informasiyanın yenidən emalı ilə əlaqədar proseslərdir) görə belə nəticəyə
gəlmək olar ki, informasiya texnologiyalarından təhsildə hər zaman istifadə olunmuşdur. Bundan başqa,
istənilən metodika və pedaqoji texnologiya öyrənənlər tərəfindən informasiyanın daha yaxşı formada mənimsə-
nilməsi üçün onun yenidən necə emal edilməli və ötürülməli olduğunu təsvir edir, yəni istənilən pedaqoji
texnologiya informasiya texnologiyasıdır.

“İnformasiya texnologiyası” termininin mənası 1970-ci illərin sonuna yaxın – informasiyanın emalı
üçün müasir elektron texnikasından istifadə olunduğu zamandan müəyyən oldu. İnformasiya texnologiyası
bütün hesablama və rabitə texnikasını, qismən məişət elektronikasını, televiziya və radio verilişlərini əhatə
edir. O, sənayedə, idarəetmədə, ticarətdə, təhsildə, tibbdə və hərbi sahədə öz tətbiqlərini tapır.

İnformasiya texnologiyası nəzəri olaraq tətbiqi elmdir, praktiki olaraq verilənlərin konkret texniki emal
sistemlərinin təşkili və layihələndirilməsi üzrə mühəndis fəaliyyətidir.

Nəzəri olaraq İT - nin mənbələri aşağıdakılardır:

• Sistem texnikası;
• hesablama sistemləri nəzəriyyəsi;
• proqramlaşdırma texnologiyaları;
• verilənlər bazası nəzəriyyəsi;
• erqonomika;
• dizayn və informasiya – texnoloji profilli digər elmlər.
İnformasiya texnologiyasında tədqiqat obyekti mexaniki və proqram vasitələri deyil, insan fəaliyyətidir,
yəni onun insan – kompüter – sosial mühit sistemində təsirləridir. Söhbət insan-maşın sistemləri modellərinin
təşkilindən və çevrilməsindən gedir. Bu modellərdə təşkil, istifadə və təkmilləşmə üzrə fəaliyyət birləşir və
ayrılmaz surətdə qarşılıqlı əlaqədədir.

3
Tədqiqatın predmeti olaraq informasiya texnologiyalarının təşkili və inkişafı metodlarının
qanunauyğunluqları çıxış edir.

Hal-hazırda informasiya texnologiyası daha xarakterik olan üç funksiyanı daşıyır:


• Fərdi kompüterlər əsasında hesablamaların fərdiləşməsi və FK istifadəçisinin intellektual interfeys 1
sistemi;
• verilənlər bazasından və biliklər bazasından istifadə;
• hesablama şəbəkələrinin tətbiqi.
Bu funksiyalar universal və ixtisaslaşdırılmış informasiya (informasiya – texniki, informasiya -
texnoloji) sistemləri və komplekslərinin vasitəsilə həyata keçirilir.
Hər bir təşkilat özünün fəaliyyəti dövründə qarşısında duran məqsədlərinə və tələbatlarına heç də hər
zaman uyğun olmayan çox iri iqtisadi, siyasi, beynəlxalq, bazar, texnoloji və sosial informasiya selləri ilə
daima rastlaşır. Məhz müasir informasiya texnologiyalarından istifadə hesabına keyfiyyətli informasiyanın
alınması hər bir təşkilatın mütəxəssislərinin məqsədyönlü və səmərəli işinin qurulmasına şərait yaradır.

Yeni informasiya texnologiyaları (YİT): əsas xassələr, seçim meyarları və keyfiyyət


xarakteristikaları
İnformasiya inkişafın zəruri şərti kimi müasir cəmiyyət tərəfindən anlaşılmışdır. Bu gün ən
kiçik iqtisadi uğur yalnız müasir kommunikasiya vasitələrindən, İT-dən və onun əlavələrindən fəal
istifadə edən müəssisələri müşayiət edir. Yeni İT və onlarla əlaqəli tətbiqi məsələlər yeni informasiya
mühitinin və eləcə də, informasiya resursları ilə idarəetmə sisteminin təşkilini tələb edir.

“Yeni informasiya texnologiyaları” (YIT) termini ilk dəfə akademik Q.S.Pospelov 2tərəfindən
daxil edilmişdir. Bu termin “kompyuter informasiya texnologiyaları” termininə görə daha dəqiqdir,
çünki o, informasiyalaşdırma sahəsində inkişafın bu mərhələsi üçün elm və texnikanın yeni
nailiyyətlərindən istifadəni xarakterizə edir. İnformasiya texnologiyasına bu “yeniliyi” verən prinsipcə
informasiyanın yeni çevrilmə metod və vasitələrindən istifadədir. Başqa sözlə, yeni anlayışı nisbidir
və bu termin müəyyən zaman kəsiyində istifadə oluna bilər.

YIT dedikdə hesablama texnikası vasitələrinin və informasiya sistemlərinin tətbiqi əsasında


informasiyanın yığımı, saxlanması, axtarışı, ötürülməsi və emalı üsullarının toplusu başa düşülür.

YİT kompüter sistemlərinin təşkili üçün işlənilir və tətbiq olunur. Bu texniologiyalar idarəetmə
prosesinin avtomatlaşdırılması ilə sıx əlaqədar olub, kompüterlərin və telekommunikasiya
vasitələrinin tətbiqinə əsaslanır.
Müasir mərhələdə hesablama texnikasından, mikroelektronikadan, süni intellektdən və eyni zamanda
lokal və qlobal şəbəkə vasitələrindən istifadə YİT-nin əsas əlamətləridir.

YİT-nin əsas xassələri aşağıdakılardır:

1. YİT kağızsız texnologiyadır, əsas informasiya daşıyıcısı kompüterlərin yaddaşında və ya


diskdə formalaşan və monitorda əks etdirilən ekektron sənədlərdir;

1
İnterfeys (interface –“xarici üz”) – kompüterin qurğularının, proqramların və insanın qarşılıqlı təsirini təmin edən vasitə
və qaydalar toplusudur.
2
Qermoqen Sergeyeviç Pospelov - avtomatik idarəetmə sahəsində sovet alimi, süni intellekt məktəbinin yaradıcısı
4
2. istifadəçi geniş imkanlı interaktiv rejimdə istənilən məsələnin həllinin gedişini idarə edir;
3. istifadəçinin kompüterlə ünsiyyət üsulu (interfeys) istənilən səviyyədə hazırlığı olan
istifadəçiyə işləmək imkanı verir;
4. bütün istifadəçilərin istənilən texniki, proqram və informasiya resurslarına operativ
müraciətini təmin edən kompüter şəbəkələri və telekommunikasiya vasitələrinin bazasında
məsələlərin kollektiv həlli üsullarından istifadə etmək imkanı yaranır.
YİT şəxsiyyətin təhsil sahəsində formalaşmasında aparıcı mövqelərdən biri kimi çıxış edir.
İnformasiya anlayışı bu prosesdə başlıca rol oynayır.

Bu gün hər bir bacarıqlı istifadəçi konkret məsələnin həlli üçün daha səmərəli İT-nin seçilməsi
problemi ilə qarşılaşır. Müasir bazar çoxlu sayda kompyuter texnologiyaları təklif edir ki, bunlar
arasında da seçim aparmaq o qədər də asan iş deyildir. Predmet sahəsinin dinamik dəyişilməsi mütə-
xəssisdən iqtisa-diyyat və menecment sahəsində biliklərini daima artırmağı, dəyişkən situasiyalarda
sistemli təhsil və bacarığını yönəltmək qabiliyyətinə malik olmağı tələb edir. İqtisadçı texniki va-
sitələrin əsas xarakteristikalarını, məsələnin həll edildiyi əmə-liyyat mühitini bilməli və emal olunan
informasiyanın xüsusiyyətlərini seçməyi bacarmalıdır.

İqtisadiyyatın verilənlərin emalı ilə bağlı hər bir idarəetmə məsələsini həll etməzdən əvvəl
emalın məqsədini və məsələni formulə etmək, hesablama alqoritmini, riyazi modeli və bu modeli
realizə edən İT-ni düzgün seçmək zəruridir.

İT-nin realizasiya vasitələrinin qurulması aşağıdakı vasi-tələrə əsaslanır:

• İnformasiyanın emalının fərdiləşdirilməsi;


• informasiyadan kollektiv istifadə;
• qərarın qəbul edilməsi prosesində informasiyalaşdırma vasitələrinin qurulması;
• informasiyalaşdırma vasitələrinin istifadəçilərlə “dostluğu”.

Müasir texnoloji prosesin xüsusiyyətləri

İnformasiya texnologiyası texnoloji proseslə təsvir olunur və reallaşır.

Texnoloji proses – informasiyanın alındığı andan onun emalının nəticəsi alınana qədər yerinə
yetirilən qarşılıqlı əlaqəli əməliyyatların nizamlanmış ardıcıllığıdır. Müasir texnoloji informasiya
prosesi verilənlərin şəbəkə emalının telekommuni-kasiya vasitələrinin və hesablama texnikası
vasitələrinin tətbi-qinin əsas mərhələlərinin avtomatlaşdırılması metodlarına əsas-lanır.

Texnoloji prosesə aşağıdakı mərhələlər aiddir:

• informasiyanın daxil edilməsi;


• verilənlərə nəzarət və səhvlərin aşkarı;
• informasiya texnologiyalarının imkanlarına uyğun ola-raq verilənlərin təshih edilməsi və
formatlaşdırılması;
• informasiyanın saxlanması və yığılması;
• istifadəçinin sorğularına əsasən verilənlərin axtarışı;
• telekommunikasiya vasitələrindən istifadə etməklə in-formasiyanın ötürülməsi;
5
• həll olunan məsələyə uyğun olaraq verilənlərin emalı;
• istifadəçinin sorğularına əsasən verilənlərin çıxarılması.

Beləliklə, İT-nin keyfiyyəti üç əsas xarakteristika:

• aparat vasitələri (kompyuter, periferiya qurğuları, xüsusi avadanlıq, şəbəkənin texniki


xarakteristikaları və digər telekommunikasiya vasitələri);
• proqram təminatı (şəbəkə və lokal əməliyyat sistemləri, instrumental proqram vasitələri,
tətbiqi proqramlar);
• informasiyanın xüsusiyyətləri (mənbəyi, alınma vasitələri, həcmi, təqdimetmə formaları və s.)
ilə təyin edilir.
İqtisadiyyatın idarə edilməsində məqsədlərə çatmaq üçün bu və ya digər informasiya
texnologiyalarından istifadə edərkən texniki, proqram və informasiya komponentlərinin xarakterik
xüsusiyyətlərinə diqqət yetirmək lazımdır. İnformasiya texnologiyalarını reallaşdıran texniki
vasitələrin öyrənilməsindəki xüsusiyyətlər ondan ibarətdir ki, hər bir hesablama sisteminin
özünəməxsus unikallığı vardır. Aparat vasitələrinin əsas texniki parametrləri orta hesabla iki ildə bir
dəfə informasiyanın həcminin, informasiyanın yeni emal üsullarının və istifadəçilərin tələbatlarının
artması ilə əlaqədar çoxalır. Bu səbəbdən də iki-üç ildə bir dəfə proqram təminatı, beş-yeddi dəfə isə
stan-dartların, interfeyslərin və protokolların bazası dəyişilir.

İnformasiya-kommunikasiya texnologiyaları anlayışı

Bildiyimiz kimi, İT – informasiya məhsulunun alınması üçün ilkin informasiyanın yığımı,


emalı, ötürülməsi və saxlanması prosesidir.

• Geniş mənada informasiya-kommunikasiya texnologiyaları ( İKT ) – informasiya ilə


əməli və səmərəli işləmək məqsədilə informasiya proseslərinin reallaşdırılması üçün
hesablama texnikası və telekommunikasiya vasitələrindən istifadə olunmasıdır.

• İstehsal aspektindən İKT – informasiya tələbatlarının ödənilməsi üçün informasiyanın


axtarışı, yığımı, təşkili, emalı, saxlanması, genişlənməsi və məhsul və xidmətlərin təqdimi
məqsədilə intellektual informasiya resurslarının və proqram-texniki vasitələrin bazasında
reallaşan tenoloji proseslərin məcmusudur.

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) – əhaliyə və təşkilatlara informasiya və


kommunikasiya məhsul və xidmətləri təqdim etmək üçün nəzərdə tutulmuş informasiya, kompüter və
telekommunikasiya texnologiyalarıdır.

İKT – nin 3 tərkib hissəsi vardır:

6
İKT

İnformasiya
resurslarının idarə
edilməsinin texniki Proqram vasitələri Təşkilati-metodik
vasitələr kompleksi kompleksi təminat

Şək.1. İKT-nin tərkib hissələri

Kommunikasiya texnikası vasitələri informasiya resurslarını idarəetmə sistemində


informasiyanın ötürülməsini və ətraf mühitlə mübadiləni təmin edir. İnformasiya resurslarının idarə
edilməsinin texniki vasitələr kompleksinin tərkibinə kompüter, kommunikasiya və təşkilati texnika
vasitələri daxildir.

Kommunikasiya texnikası vasitələrinə aiddir:

• Stasionar və mobil telefon rabitəsi

• Teleqraf rabitəsi

• İnformasiyanın faksmil ötürülməsi və modem rabitə

• Kabel və radio əlaqəsi

İKT-nin proqram vasitələri kompleksi aşağıdakı kateqoriyalara bölünür:

• Sistem

• Tətbiqi

• İnstrumental vasitələr

İKT – nin təşkilati-metodik təminatına daxildir:

• Sənədlərin hazırlanması üzrə normativ-metodik materiallar

• Texniki vasitələrin istismarı üzrə insrtuktiv materiallar

• Konkret İKT çərçivəsi daxilində personalın işinin təşkili üzrə insrtuktiv normativ-metodik
materiallar

7
İKT-nin komponentləri

Təchizat Proqram təminatı (PT) İT-xidmətlər İT-məhsullar

FK (stolüstü, Sistem PT, tətbiqi PT, Telekommunikasiya Veb-sayt (kontent,


portativ), serverlər, instrumental vasitələr, xidmətləri. Şəbəkə xidmətlər),
periferiya qurğuları nəzarət və testləşdirmə inteqrasiyası (işlənmə, kommunikasiya
(monitor, printer, üçün proqram vasitələri tətbiq). İstismar (PT, vsitələri, dizayn və
...), telekommuni- İT- autsorsinq). Texniki texnologiyalar. Web-
kasiya təchizatları vasitələrə xidmət, PT- portal. Elektron
(simsiz naqillər, nin dəstəklənməsi, kitabxana. Şəbəkədə
telefoniya), xüsusi tranzaksiyalara xidmət. elektron kataloq. VB
audio – video Təlim və treyninqlər. (internet-resurslar,
təchizat Verilənlərin saxlanma təşkilatlar, personal,
sistemləriinin işlənməsi konfranslar).
və inteqrasiyası.İT- İnteraktiv xidmətlər.
konsultasiya. Dizayn, İnformasiya axtarış-
reklam, marketinq. arayış sistemləri.

Müasir cəmiyyətdə İKT-nin rolu

Müasir İKT dedikdə informasiyanın təşkilinin, qeydiyyatının, yenidən işlənilməsinin və


genişləndirilməsinin müxtəlif üsulları başa düşülür. İctimai inkişafın indiki mərhələsində texnologiya
kateqoriyası dominant və daha üstün əhəmiyyət kəsb edir. Əgər öncəki əsrlər mədəniyyətə
münasibətdə ikinci dərəcəli hesab olunurdusa, son on ildə, texnologiya təkmilləşdirilməsi müasir
sənaye sivilizasiyasının inkişafının əsasnı təşkil edir, yeni texnologiyaların yaranması ilə insan
mədəniyyətinin prinsipcə yeni formaları da meydana çıxır. Texnologiya adi anlamda “ qarşıya
qoyulmuş məqsədə çatmaq üçün tamamilə müəyyən texnika əsasında və uyğun fəza-zaman
intervallarının qeyd olunmuş ardıcıllığında reallaşdırılan müxtəlif əməliyyat və vərdişlərin
məcmusudur”. Sosiumun inkişafı prosesində “texnologiya ictimai münasibətlər və fəaliyyət strukturu
sisteminə daxil edilmiş olir, texnologiya cəmiyyətin müxtəif sosial strukturlarına altsistemlərinə təsir
edərək müxtəlif ictimai dəyişiklikləriə və çevrilişlərə səbəb olan əsas amildir.

Elmi texnologiyalar sistemində başlıca yer tutan və əsas məhsulu ictimai inkişafın güclü və həlledici
amili – informasiya olan müasir İKT-nin əsas əlamətlərini nəzərdən keçirək. Yazı, kitab çapı, telefon,
teleqraf, radio, televizor kimi ənənəvi İT informasiyanın yalnız qeydə alınması, nüsxələnməsi və
genişlənməsi üsullarına istiqamətlənmişdir. Bütün bu texnologiyalar idrak prosesinin özünə, biliyin
yenidən alınması və məna çevrilmələrinə təsir etmir; əslində uzun müddət intellektual fəaliyyət “əllə”
həyata keçirilirdi. Müasir İKT, maddi istehsal sferasında mövcud olan digər texnologiyalardan fərqli
olaraq intellektual əmək sferasında nüfuzlu vasitədir. Müasir İKT prinsipcə yeni tipli texnologiyadır,
əvvəlki texnologiyalara xas olan sosioloji funksiyadan başqa, eyni zamanda həm mədəni, həm də
qneseoloji funksiyaları özündə daşıyır. Özünün medni funksiyasını yerinə yetirməklə müasir İKT
şəxsiyyətin formalaşmasına, şəxsiyyətlərarası münasibətlər sisteminə təsir edərək bütün kütləvi
kommunikasiyalara, təhsilə, tərbiyəyə, təlimə daxil olur. Bu texnologiyaların qneseoloji funksiyası isə

8
müasir kompüter və səbəkələr vasitəsilə idrakın inkişafına təsir etməklə yeni biliklərin alınması
prosedur və əməliyyatlarını özündə saxlayır.

Müasir İKT intellektual texnologiyaları doğururlar. Əlbəttə, İKT-nin rolu heç də çoxsaylı
əməliyyatlardan azad olmaq kimi say göstəriciləri ilə deyil, onların tətbiqindən bütün mədəni
yaradıcılığın və mənəvi-praktiki fəaliyyətin radikal dəyişiliklərə gətirən nəticəsi ilə əhəmiyyətlidir.
İnformasiyanın rolu artması son yarımildə - yeni texnologiyaların yaranmasının bu tarixi
mərhələsində onun yeni tipli cəmiyyətin inkişafında real resursa çevrilməsi ilə əlaqədardır.

İKT-nin inkişafının informasiya cəmiyyətinin formalaşmasına təsiri

Yeni informasiya texnologiyalarından istifadə etməklə informasiya sellərinin intensifikasiyası


informasiyalaşdırma adlanan prosesin başlanğıcıdır. Əgər XX əsrin ortalarında informasiya və
kibernetika nəzəriyyələrinin inkişafı ilə əlaqədar informasiya fenomeni alimlərin diqqətini cəlb
edirdisə, sonuncu onilliklərdə bu, digər prizmadan – İKT-nin və informasiya cəmiyyətinin inkişafı
prizmasından görünür. İnformasiya cəmiyyətinin və onun inkişaf perspektivlərinin
konsepsiyalarından çıxış edərək aksent nəzəriyyədən praktikaya yerini dəyişir. Bu, tamamilə
qanunauyğundur, çünki informasiyanın rolu dəyişilir. İnformasiya insan, cəmiyyət və biosfera ilə
qarşılıqlı münasibətlər sisteminin prinsipal transformasiyasına imkan yaradır. Qeyd etmək lazımdır
ki, informasiya cəmiyyətinin yaranması və inkiafı prosesinin ən mühüm amillərindən biri XX əsrin
ortalarında informasiya nəzəriyyəsi və kibernetika tərəfindən təbiətdə və cəmiyyətdə informasiya
proseslərinin qanunauyğunluğunun vahidliynin təsdiqidir. Bu vahidlik, müxtəlif cinli sistemlərdə -
maddə ilə yalnız enerji arasındakı deyil, eyni zamanda informasiya arasındakı mübadilədə özünü
göstərir. Sənaye cəmiyyətinin inişafında informasiyanın və informasiyalaşdırmanın rolunun dərk
edilməsi informasiya cəmiyyətinin konsepsiyalarında öz əksini tapmışdır.

Bir qayda olaraq, informasiyalaşdırmanı onun son məqsədinə görə təyin edirlər. Bununla əlaqədar
olaraq kardinal metodoloji məsələlərdən biri yeni informasiya texnologiyalarının və cəmiyyətin
qarılıqlı təsir problemidir. İKT-nin inkişafı əsaslı surətdə indiki dövrdə riyazi modelləşdirməyə və
hesablama eksperimentinə əsaslanan elmi tədqiqatların metodoloji arsenalını yeniləndirir. Yeni İKT
əhəmiyyətli dərəcədə mürəkkəb qlobal proses və sistemlərin (ekoloji, iqtisadi, siyasi, sosila və d.)
inkişafını modelləşdirməyə və proqnozlaşdırmağa imkan verir. Bilavasitə istifadə üçün asan əldə
olunan informasiya və bilik müasir cəmiyyətin resursuna çevrilir. Maddi və texniki resurslardan frqli
olaraq informasiya resursu tükənməzdir və cəmiyyətin inkişaf və istehlak dərəcəsinə görə daima
artmaqdadır.Bu resurs subyektlərin əqli yaradıcı əməyinin nəticəsi kimi formalaşır və elmi biliyin
cəmiyyətin məhsuldar qüvvələrinin tərkibinə daxil olmaz forması kimi çıxış edir.

Informasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, sosial-iqtisadi inkişafın səviyyəsi informasiyanın
istehsalından, emalından, saaxlanmasından və ötürülməsindən asılıdır. Cəmiyyətin
informasiyalaşdırılması prosesini müasir İKT-nin köməyilə sənaye sosiumunun müxtəlif
altsistemlərinin keyfiyyətcə təkmilləşməsi kimi izah etmək olar. Cəmiyyətin informasiyalaşdırılması
sosial intellektləşmə proseslri ilə sx surətdə əlaqıdardır, bu da şəxsiyyətin yaradıcı potensialının və
onun informasiya mühitinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olur. Cəmiyyətin
informasiyalaşdırılması prosesi texniki-texnoloji, iqtisadi, sosial, siyasi və mənəvi-mədəni amillərin

9
məcmusu kimi özünü göstərir. Bu amillər müasir cəmiyyətdə informasiyadan gələcəkdə istifadə
məqsədilə onun alınmasını, mübadiləsinı və tətbiqini təmin edir.

Cəmiyyətin informasiyalaşdırılması – qlobal sosial istehsal və ümum resurs kimi informasiyadan


birgə istifadə prosesidir, burada əsas diqqət insan fəaliyyətinin bütün sahələrində müasir biliklərdən
tam istifadənin təmininə istiqamətlənmiş tədbirlər kompleksinə yönəldilir. Cəmiyyətin
informasiyalaşdırılması prosesi informasiyann sosial münasibətlərin çevrilmə aləti kimi fəaliyyət
göstərən istehsal, emal, saxlanma və ötürülmə vasitə və metodlarının kütləvi tətbiqini nəzərdə tutur;
yeni sosial reallığın mühüm formalaşma şərti qismində çıxış edir., keyfiyyətcə yeni tipli vasitələrin –
kommunikasiya vasitələrinin formalaşmasına gətirib çıxarır. Yeni İKT və innovasiyalar əsasında
informasiyanın bir-birindən uzaq məsafədə yerləşmiş daha çoxsaylı auditoriyaya çatdrılması mümkün
olur. Bütövlükdə müasir İKT informasiya sellərinin şəffaflığına nail olmağa imkan yaradır.

İnformasiyalaşdırma prosesinin baş verdiyi müasir sənaye sivilizasiyasının inkişafı informasiya


cəmiyyətinin qlobal miqyasda cəmiyyətin bütün fəaliyyət sistemlərində informasiya resurslarının
istehlakını və formalaşmasını tələb edən keyfiyyətcə yeni sosial reallıq kimi anlaşılmasına gətirib
çıxarır. İKT-nin genişlənməsi onun nüfuzedici xarakteri ilə səçiyyələnir. Bu da, bütün növlərdə
informasiyanın istehsalının və istehlakının bütün məşğul əhalinin əsas fəaliyyət sahəsinə çevrilməsini
şərtləndirir. Bununla əlaqədar olaraq bütün inkişaf etmiş ölkələrdə dövlət siyasətinin mühüm məsələsi
kimi müasir İKT-nin inkişaf proqramının işlənməsi məsələsinə baxılır. Yalnız texnoloji deyil, həm də
sosial inkişaf, bütünlükdə ölkənin iqtisadi rəqabət qabiliyyəti, onun dünya istisadiyyatında yeri bu
proqramların işlənilməsindən və realizasiyasından asılıdır. Bu vəziyyətdə yalnız İKT-nin tətbiqinin
nəticəsi deyil, cəmiyyətdə meydana çıxan prinsipial imkanlar da mühüm rol oynayır.

Müasir cəmiyyətin informasiyalaşdırılması: informasiya sahəsində məşğul olanların


(istehsalçılar, informasiyanı emal edənlər, yayanlar və b.) sayının artması; YİT əsasında əməyin bir
çox növlərinin intellektuallaşdırılması, mütəxəssislərin ümumtəhsil hazırlığına və professional
hazırlığa tələblərin (əhalinin əksəriyyəti avtomatlaşdırılmış informasiya sistemləri ilə işləməyi
bacarmalıdır) artması; tamamilə yeni sənətlərin meydana gəlməsi və mövcud olanların aradan
qalxması (bir çox işçi ixtisasların robotlaşdırılması və süni intellekt 3 sisteminin tətbiqi ilə əlaqədar)
kimi sosial nəticələrə səbəb olmuşdur. Beləliklə, təhsilin informasiyalaşdırılması cəmiyyətin
inkişafında açar şərtlərə çevrilir.

Azərbaycanda İKT-nin inkişaf dinamikası

İKT sferasında İKT-nin inkişaf reytinqi — ICT Development Index

İKT-nin inkişaf indeksi müəyyən zaman müddətində (adətən, il ərzində) İKT-nin


inkişafındakı uğurları müqayisə edir.

İndeks 11 göstəricini qlobal, regional və milli səviyyədə müqayisəli təhlilin aparılması üçün
alət qismində istifadə olunan vahid bir meyarda cəmləşdirir.

3
Süni intellekt ( ing. Artificial intelligence) – informatikanın istiqamətlərindən biridir və məqsədi təbii dilin imkanları
daxilində proqramçı olmayan istifadəçiyə öz intellektual məsələlərini kompüterdə həll etmək imkanı verən aparat-proqram
vasitələrinin işlənilməsidir.
10
Bu göstəricilər İKT-yə daxil olmanı, ondan istifadəni, bu texnologiyalar haqqında bilik və
bacarıqları, xüsusi halda: ölkənin hər 100 sakininə düşən mobil və stasionar telefonlarının sayını,
internet istifadəçilərinin sayını, bu sahədə savadlılıq səviyyəsini və s. özündə saxlayır.

İKT-nin inkişaf indeksinin strukturu

İKT-nin dəyişmə səviyyəsi

Bütün ölkələr (Baltika, Rumıniya, Lyüksemburq, Birləşmiş Ərəb Əmirlikləri, İrlandiya, Makao
(Çin), Yaponiya, İtaliya və Fransa) son 5 ildə digər ölkələrlə müqayisədə öz İKT səviyyələrini 30 % -
dən çox artırmışlar.

Ən yaxşı indeks inkişaf etmiş ölkələrdən Səudiyyə Ərəbistanına, Çinə və Byetnama məxsusdur.

Azərbaycanda İKT-nin inkişaf dinamikası bir sıra göstəricələrlə səciyyələnir. Onlarla tanış olaq.

11
12
13
14
15
16

You might also like