Esteti̇k Tərbi̇yə

You might also like

Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 2

1

ESTETİK TƏRBİYƏ
"Estetika" yunanca "estezis" sözündən olub, hiss etmək, qavramaq
deməkdir. Estetik tərbiyə dedikdə, incəsənət və həyat-dakı gözəlliklərin
qavranmasına, estetik zövq və qabiliyyətlərin inkişafına yönələn təsirlərin
məcmusu nəzərdə tutulur.
Estetik tərbiyə insanları gözəllik aləminə yaxınlaşdırır, estetik zövqlər yaradır,
gözəlliyi görmə, qavrama, dərk edərək qiymətlən-dirmə bacarığı formalaşdırır,
yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir.
Estetik tərbiyə insanlarda gözəl hisslər yaratmaqla onları həyata gözəllik
ünsürləri daxil etməyə təhrik edir.
Tərbiyənin digər tərkib hissələri kimi estetik tərbiyə də əxlaq, əqli, fiziki, əmək,
hüquq və s. kimi keyfiyyətlərlə qarşılıqlı əlaqə-dədir.
Estetik tərbiyə şəxsiyyət tərbiyəsində böyük rol oynayır. O, tərbiyənin digər
tərkib hissələri ilə sıx bağlıdır. Estetik tərbiyə zehni tərbiyəyə kömək göstərir: o,
insana bilik verir, həyatı dərk etməyə yardım edir.
Estetik tərbiyə insan əxlaqına güclü təsir göstərir. Ədəbiyyat, incəsənət insan
mənəviyyatını zənginləşdirir, humanizm, xeyirxah-lıq, vətənpərvərlik və b.
müsbət keyfiyyətlər formalaşdırır.
Estetik tərbiyə prosesində öncə insanda estetik şüur yara-dılmalı, sonra
estetik hisslər inkişaf etdirilməli və daha sonra estetik davranışa nail olmaq
lazımdır.
Estetika – gözəllik haqqında elmdir. Gözəllik hissi insan qəl-bini təmizləyir,
saflaşdırır, onu yaxşı əməllərə yönəldir. Gözəl fikrə və qəlbə malik insan
pisliyə, bədxahlığa, qəddarlığa yol verməz. Bu mənada "Dünyanı gözəllik xilas
edəcək" fikrinə haqq qazandırmaq olar. Dahi şairimiz Hüseyn Cavid deyirdi:
“Mənim tanrım gözəllik-dir, sevgidir”.
Gözəlliyin başlıca mənbələrini təbiət, cəmiyyət, ədəbiyyat, incəsənət və insan
gözəlliyi təşkil edir. İnsanın gözəlliyi zahiri və daxili gözəlliyin vəhdətidir.
Estetik tərbiyə məktəblilərin həyata estetik münasibətlərini, bədii zövqünü,
gözəlliyi duyma, qavrama bacarıq və qabiliyyət-lərini, hisslərini inkişaf etdirir
və formalaşdırır.
Estetik tərbiyə geniş anlayış olub, bədii tərbiyəni də əhatə edir. Bədii tərbiyə
incəsənət əsərləri vasitəsilə həyata keçirilən estetik tərbiyə prosesidir.
Estetik tərbiyənin sisteminə ailədə və uşaq bağçasında estetik tərbiyə, məktəbdə
təlim prosesində və sinifdənxaric tədbirlərdə, məktəbdənkənar tərbiyə
müəssisələrində, habelə uşaq həyatının təşkilində, insan münasibətlərində
estetik tərbiyə işləri daxildir.
2

Estetik tərbiyənin bünövrəsi ailədə qoyulur. Ailə gözəlliyin, uşaq zövqünün ilk
məktəbi, ana laylası uşaqların ilk nəğməsidir. Ailədəki səliqə-sahman, təmizlik,
uşaq oyuncaqları, ev avadanlığı və əşyalarının gözəlliyi, valideynlərin oxuduğu
mahnı və şeirlər, danışdıqları nağıllar, təbiət gəzintiləri - bütün bunlar kiçik
yaşlarda uşaq zövqünü formalaşdırır.
Məktəbəqədər dövrdə estetik tərbiyə çox böyük əhəmiyyət kəsb edir. Estetik
tərbiyə uşaq bağçasında daha sistemli xarakter kəsb edir. Uşaqlarla estetik
məzmunlu məşğələlər - təbiətlə və ətraf aləmlə tanışlıq, musiqi, rəsm, gil,
applikasiya, quraşdırma işləri, əmək məşğələləri aparılır, musiqili-didaktik
oyunlar keçirilir, bay-ram və əyləncələr yüksək estetik formada təşkil edilir.
Estetik tərbiyənin vəzifələri: Estetik tərbiyənin başlıca vəzi-fələri şagirdlərin
estetik anlayışlarını, estetik mühakimələrini, este-tik zövq və baxışlarını, bədii
təxəyyülünü, gözəlliyi duymaq, qavra-maq qabiliyyətlərini formalaşdırmaq və
inkişaf etdirməkdir. Estetik mədəniyyətə yiyələnmək tərbiyəliliyin
meyarlarından biri, insanın mədəni səviyyəsinin göstəricilərindən biridir.
Estetik tərbiyə nəticə-sində yaranan estetik mədəniyyət mənəvi mədəniyyətin
tərkib hissə-si kimi əməkdə, incəsənətdə, davranışda gözəlliyi, xeyirxahlığı,
yaxşılığı duymağı, qiymətləndirməyi və fərqləndirməyi nəzərdə tutur.
Uşaqlara ictimai həyatda, incəsənətdə gözəlliyi duymağı və hiss etməyi
öyrətmək, uşağın qarşısında təbiət və cəmiyyətdəki gözəllikləri açmaq uşaqların
estetik qabiliyyətini inkişaf etdirmək vacib vəzifələrdəndir.
estetikasının çox təsirli vasitələridir.
Estetik tərbiyənin bir çox vasitələri mövcuddur. Bunların içə-risində: a)
insanların təbiətlə əlaqəsi; b) ictimai-sosial həyat; v) əmək fəaliyyəti mühüm yer
tutur. İnsanların gözəlliklə, təbiətlə əlaqəsi nəticəsində onlarda gözəl hisslər baş
qaldırır, təbiətə vur-ğunluq əmələ gəlir. Bu işdə təbiətə ekskursiyalar,
yaşıllaşdırma işin-də iştirak etmək və s. əhəmiyyətli yer tutur.

Ayrı-ayrı fənlərin tədrisində estetik tərbiyə imkanlarından geniş istifadə


etmək lazımdır.
Məktəbdə tədris edilən fənlərin hamısı estetik tərbiyənin vəzifələrini həll etmək
baxımından müəyyən əhəmiyyətə malikdir. Burada müəllim pedaqoji ustalıq və
yaradıcılıq göstərərək şagirdin hisslərinə təsir göstərməli, onun qavrama
qabiliyyətini, dərk etmə bacarığını və digər müsbət və mənfi xüsusiyyətlərini
göz önünə alaraq dərsi obrazlı şəkildə, bir aktyor məharəti ilə aktyorcasına
tədris etmək zərurəti duyulur.

You might also like