M 8 Ekoloji Tərbiyə

You might also like

Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 2

Ekologiya və ətraf mühitin saflaşdırılması.

Ekoloji tərbiyə yaxın zamanlarda tərbiyənin tərkib hissələrindən biri kimi elmi pedaqogikada özünə yer
tapsa da, şifahi xalq yaradıcılığı nümunələrində və klassiklərimizin əsərlərində ətraf mühitin mühafizəsilə
bağlı kifayət qədər məlumatlara rast gəlmək olar. “Elmi pedaqogikada tərbiyənin tərkib hissələri
sırasında verilmiş ekoloji tərbiyənin əsas ideyaları, ən vacib istiqamətləri etnopedaqogikaya istinad
edilərək sistemə salınmışdır. Deməli, elmi pedaqogikada mövcud olan pedaqogikanın əsas mənbəyi
etnopedaqoji nümunələrdir” (Bax. Ə.Həşimov, F.B.Sadıqov. Azərbaycan xalq pedaqogikası. Dərslik Bakı,
Ünsiyyət, 2000, səh. 250). Müstəqillik qazandığımız hazırki şəraitdə yetişən nəsli milli-mənəvi
dəyərlərimizə məhəbbət ruhunda tərbiyə etmək, onları ətraf mühitin saflaşdırılmasına düzgün
istiqamətləndirmək qarşıda duran ən mühüm vəzifələrdəndir. Bu vəzifələr içərisində gənclərimizi əvəzsiz
və bənzərsiz milli dəyərlərimizdən sayılan etnopedaqoji materiallarla yaxından tanış etmək, onları
buradakı biliklərlə silahlandırmaq mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyev göstərir ki, “Bizim gənclərimiz gərək hazırlaşsınlar ki, XXI əsrdə Azərbaycanın inkişafını
təmin edə bilsinlər. Bunun üçün biliklənmək, təhsil almaq, düzgün həyat tərzi keçirmək, milli-mənəvi
dəyərlərimizə daim söykənmək və ümumbəşəri dəyərlərdən səmərəli 169 istifadə etmək lazımdır. Mən
əminəm ki, bizim gənclərimiz Azərbaycanın gələcəyini bizdən də yaxşı təmin edəcəklər”. Böyük
öndərimizin başqa bir tezisdə gənclərimizin qarşısında duran başlıca vəzifələri də müəyyənləşdirir. Yeni,
XXI əsrdə Azərbaycanın inkişafını təmin etməyə qadir olan gənclərimizi ilk öncə yaşadıqları ekoloji mühiti
sevib qorumağa hazırlamaq çox zəruridir. Bundan ötrü isə ata-babalarımızın müdrik kəlamlarına, ulu
nənələrimizin deyimlərinə, nəsihətlərinə, xalq hikmətlərinə, tarixi salnaməmizin qızıl səhifəsi sayılan
oğuznamələrdəki, nağıllardakı, dastanlardakı, atalar sözlərindəki, zərbməsəllərdəki, bayatılardakı tövsiyə
və fikirlərə istinad etməyə böyük ehtiyac duyulur. Çünk gənclərimizin ekoloji tərbiyəsini düzgün təşkil
edərək, bugünümüzün ekoloji bəlalarına qarşı mübarizə aparmaq üçün özünəqayıdış kontekstinə
müraciət etməyə böyük ehtiyac vardır. Günü-gündən artan ekoloji fəlakətin qarşısını almaq məqsədilə
gənclərimizi ətraf mühitin mühafizəsinə və saflaşdırılması uğrunda mübariz olmağa hazırlayarkən
etnopedaqoji materiallarımıza müraciət etmək çox faydalı olar. Bu gün üçün qlobal təhlükə olan dəniz
suyunun çirklənməsi, toksik maddələrin tətbiqi, müxtəlif bitki növlərinin, canlı orqanizmlərin nadir
nümunələrinin məhv edilməsi, maddələrin biokimyəvi dövranın texnogen pozulması, atmosferdə,
litosferdə, hidrosferdə tarazlıqların pozulması kimi ekoloji bəlalar yetişən nəslin ahəngdar inkişafı üçün
böyük əngəllərə çevrilir. Torpaqlarımızın 20 faizini işğal edən erməni faşistlərinin elan olunmadan
yaratdıqları müharibə şəraiti də ekoloji bəlalarımızı daha da çoxaltmışdır. Meşələrimiz qırılmış,
yaşıllıqlarımız xarabazara çevrilmiş, çaylarımızın suyu zəhərli kimyəvi maddələrlə, radioaktiv tullantılarla
çirklənmiş, bir sözlə, xalqımız həm maddi, həm mənəvi, həm də ekoloji cəhətdən böyük
məhrumiyyətlərə düçar olmuşdur. Bütün bu bəlalardan xilas olmaq üçün əzmlə işləmək, çalışmaq və
mətanətlə mübarizə aparmaq lazım gəlir. Bu sahədə respublikamızda həyata keçirilən planlı və
mütəşəkkil işləri, o cümlədən, iqtisadi və ekoloji islahatları xüsusi qeyd etmək lazımdır. Son zamanlar
respublikamızda ekoloji problemlərin həllinə yönəlmiş tədbirlər dövlət səviyyəsində həyata keçirilir. Belə
ki, “Azərbaycan Respublikasının ekoloji konsepsiyası” işlənib hazırlanmış, “Azərbaycanda təbiətin
qorunması və təbii sərvətlərdən istifadə” qanunu (1992), Azərbaycanda ətraf mühitə təsirin
qiymətləndirilməsi prosesi haqqında əsasnamə (1996), “Azərbaycan Respublikasının Heyvanat aləmi
haqqında” qanunu, Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi əsasnamsəi.
Dövlət Ekologiya Komitəsi tərəfindən ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı (1998) hazırlanıb
qəbul edilmiş, 1999-cu ildə Xəzər dənizi üzrə beynəlxalq ekoloji proqramı həyata keçirmək üçün Bakı
şəhərində “Xəzər ekoloji mərkəzi” yaradılmışdır. 2001-ci ilin 170 sentyabrında Respublika prezidentinin
fərmanı ilə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi” yaradılmışdır.
Respublikamızın ekoloji problemlərinin həlli yollarında beynəlxalq təşkilatların da fəaliyyəti xeyli
genişləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası 1997-2000-ci illər ərzində Türkiyə, Norveç,
Gürcüstan, Qazaxıstan, Moldova, RF-nın Dağıstan Muxtar Respublikası ilə ətraf mühitin mühafizəsi
sahəsində hökumətlərarası birgə əməkdaşlıq sazişləri imzalamış, Beynəlxalq Konvensiyaya qoşulmuşdur.
1998-ci ildə qəbul edilmiş Milli Fəaliyyət Planına əsasən 9 fəaliyyət istiqaməti müəyyən edilmişdir: ətraf
mühit üzrə siyasət; qanunvericilik və sosial problemlər; Xəzər dənizinin ekoloji problemləri; sənaye,
energetika, nəqliyyat və tullantılar; su ehtiyatları və atmosfer havası; Abşeron yarımadasının ekoloji
problemləri; biomüxtəliflik, meşə və kənd təsərrüfatı; ekoloji sağlamlıq; mədəniyyət. Respublikamızda
ekoloji problemlərin həlli yollarında dövlət səviyyəsində həyata keçirilən tədbirlərin müəyyən bir
hissəsini də təhsil sahəsində görülən işlər təşkil edir. Çünki ətraf mühitin qorunub saxlanması sahəsində
görülən işlərin səmərəliliyini artırmaq üçün xalqın maariflənməsi əsas şərtlərdən biridir. Bu yaxınlarda
Milli Məclis “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikasının
Qanunu”nu qədul etmişdir. Bu qanun əhalinin ekoloji təhsili və maarifləndirilməsi ilə bağlı dövlət
siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir, bu sahədə münasibətləri tənzimləyir.
Məlumdur ki, ekoloji böhran iqtisadi böhranla nəticələnir. Böhranı aradan qaldırmaq üçün respublika
hökumətinin qəbul etdiyi qərarlar və onların yerinə yetirilməsi ilə əlaqədar qarşıda duran vəzifələri
həyata keçirmək üçün xalq təsərrüfatının bütün sahələrində ixtisaslı mütəxəssislərə kəskin ehtiyac
yaranır. Odur ki, mütəxəssis kadrlar hazırlayan ali məktəblərin, o cümlədən pedaqoji kardlar hazırlayan
pedaqoji təmayüllü ali məktəblərin üzərinə böyük məsuliyyət düşür. Bu gün Bakıda Ekoloji kollec
(texnikum), Azərbaycan Beynəlxalq Universitetində ekoloji fakültə gənc mütəxəssislərin-ekoloqların
hazırlığını uğurla həyata keçirir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və
Təcrübəçilik Mərkəzi və onun Suraxanı və Əzizbəyov rayonlarında məntəqələri fəaliyyət göstərir. Həmin
məntəqələr aid olduqları rayonun bütün məktəbləri ilə əlaqə saxlayır, məktəblərdə müxtəlif tədbirlər
keçirir, şagirdləri müxtəlif praktik işlərə cəlb etməklə onların ekoloji tərbiyəsinin formalaşdırılmasında
müəyyən rol oynayırlar. Respublikamızda həyata keçirilən Təhsil İslahatı da bu sahədə həyata keçirilən
işlərə böyük təkan verir. Təhsil İslahatına dair direktiv və proqramı sənədlərdə yetişən nəslə ekoloji
bilklərin verilməsi və etnopedaqoji materiallardan maksimum istifadə etməklə onların
tərbiyələndirilməsi tövsiyə olunur

You might also like