Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 2

FİZİKİ TƏRBİYƏ

Hərtərəfli inkişaf etmiş şəxsin ən mühüm keyfiyyətlərindən biri onun


sağlamlığı, fiziki kamilliyidir. Sağlamlığın qeydinə qal-maq, fiziki gücün
artırılmasına qayğı göstərmək insanın əxlaqi key-fiyyətlərinin bir göstəricisidir.
Fiziki keyfiyyətlər arasında geniş formalaşdırılanlar – dözüm-lülük, cəldlik,
çeviklik, güclülük, elastiklik, surət fiziki tərbiyə vasi-təsilə həyata keçirilir.
Fiziki tərbiyənin əsas məqsədi fiziki cəhətdən sağlam, gümrah nəsil tərbiyə
etməkdən, onları əməyə və fəal ictimai həyata hazırla-maqdan ibarətdir. Bu
ümumi məqsədə nail olmaq üçün fiziki tərbiyə qarşısında aşağıdakı konkret
vəzifələr durur: 1) gənc nəslin normal fiziki inkişafını və sağlamlığını təmin
etmək;
2) məktəblilərə həyat üçün zəruri olan bacarıq və vərdişlər (düzgün yeriş, qaçış,
tullanmaq, üzmək və s.) aşılamaq;
3) uşaq və gənclərdə bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmağa, öz
bədənini möhkəmlətməyə tələbat yaratmaq;
4) fiziki mədəniyyətə, gigiyena və təbabətə aid bilik və vərdişlər aşılamaq;
5) böyüyən nəsildə təlim, əmək və vətən müdafiəsi üçün zəruri olan iradi-
mənəvi keyfiyyətlər (dözümlülük, çeviklik, cəldlik, qüvvə) tərbiyə etmək,
onlarda qorxu, inamsızlıq, səbirsizlik və s. ki-mi mənfi keyfiyyətləri aradan
qaldırmaq əzmi formalaşdırmaq.
Məktəbdə fiziki tərbiyə müxtəlif vasitə və formalarla həyata keçirilir.
Fiziki tərbiyənin vasitələrinə təbii amillər, fiziki təmrinlər, gigiyenik amillər
daxildir.
Fiziki tərbiyənin mühüm bir vasitəsi təbii amillərdən istifadə etməkdir. Təbii
amillər təbiətin sağlamlaşdırıcı qüvvələridir. Bura günəş, hava, su daxildir.
İnsan orqanizminin təmiz havaya (oksige-nə), suya, günəş şüasına böyük
ehtiyacı vardır. Təmiz hava insan orqanizmi, beyin, ciyər və ürəyin fəaliyyəti
üçün zəruridir. Çirkli hava (karbon qazı) beyni yorur, orqanizmin müqavimət
gücünü zəiflədir, belə havada mikrob çox olur.
Günəş həyat mənbəyidir. Günəş şüası mikrobları məhv edir, qan damarlarını
genişləndirir, orqanizmin müqavimətini artırır. Günəş düşməyən evdə insan tez
xəstələnir.
Su da böyük sağlamlaşdırıcı təsirə malikdir: su dərini təmiz-ləyir, tənəffüsü
yaxşılaşdırır, əsəbləri sakitləşdirir.
Fiziki təmrinlər fiziki tərbiyə vəzifələrinin həlli üçün xüsusi seçilib
tətbiq edilən əsas hərəkətlər və hərəkət əməliyyatlarıdır. Fi-ziki təmrinlərin
təsnifatına müxtəlif yanaşma halları vardır. Nisbə-tən geniş yayılmış təsnifat
fiziki tərbiyə vasitələrinin tarixən forma-laşmış sisteminə əsaslanır. Buraya
gimnastika, oyun, idman və turizm daxildir.
Gigiyenik amillər fiziki tərbiyə, sağlamlıq baxımından böyük əhəmiyyətə
malikdir. Gigiyenik amillərə qida, yuxu, istirahət, bədə-nə qulluq, normal
mənzil və iş şəraiti, rejim, rahat geyim və s. daxil-dir.
Sağlamlıq üçün normal qida vacib şərtdir. Yemək müəyyən hədd
daxilində olmalıdır: həddən çox və az yemək də zərərlidir.

Gigiyenik amillər içərisində düzgün gün rejimi böyük əhə-miyyətə


malikdir. Rejim insanın həyat tərzini nizama salan qay-daların məcmusudur. O,
iş və istirahəti tənzim edir, insanda intizamlılıq, səliqəlilik, dəqiqlik, təşkilatçılıq
tərbiyə edir, müsbət adətlər yaradır.
Ailədə və məktəbdə sanitar-gigiyenik tələblərə ciddi əməl edilməlidir.
Ailədə şagirdin iş otağı, məktəbin sinif otaqları gigiye-nik tələblərə (optimal
həcmi, hava tutumu, işıq və istilik rejimi, havasının dəyişilməsi, əşyaların yaş
əsgi ilə silinməsi və s.) cavab verməlidir.

Məktəbdə fiziki tərbiyənin təşkili formaları. Fiziki tərbiyənin həyata


keçirilməsi səmərəli formalar seçib tətbiq etməyi tələb edir. Belə formalara
bədən tərbiyəsi dərsləri, fakültativ məşğələlər, gün rejimində idman-sağlamlıq
tədbirləri, fiziki tərbiyə üzrə sinifdən-xaric və məktəbdənkənar tədbirlər
daxildir.
Bədən tərbiyəsi dərsləri fiziki tərbiyənin əsas, bütün şagirdlər üçün
məcburi olan məşğələ formasıdır.
Fiziki cəhətdən hazırlıqlı və idmana həvəs göstərən şagirdlər üçün
fakültativ məşğələlər keçirilir. Bu məşğələlər könüllülük əsasında həftədə iki
dəfə təşkil olunur.
Fiziki tərbiyənin mühüm forması kimi gün rejimində idman-sağlamlıq
tədbirləri böyük əhəmiyyətə malikdir. Bu tədbirlərə daxildir: səhər
gimnastikası; dərslərdə (xüsusən ibtidai siniflərdə) yorğunluğu götürmək üçün
2-3 dəqiqəlik bədən tərbiyəsi dəqiqələri; böyük tənəffüslərdə açıq havada oyun
və əyləncələr.
Fiziki tərbiyə üzrə sinifdənxaric işlər uşaq və gəncləri sistemli şəkildə
bədən tərbiyəsi və idmana cəlb etməyə, onların asudə vax-tını səmərəli təşkil
etməyə imkan verir. Sinifdənxaric fiziki tərbiyə tədbirlərinə idman dərnəkləri və
bölmələri, oyun və əyləncələr, idman yarışları, idman bayramları,
Spartakiadalar və s. daxildir.

You might also like