Bildiris

You might also like

Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 1

Büdcə səviyyə kodları barədə

Məlum olduğu kimi, Dövlət Vergi Xidməti tərəfindən vergi orqanlarının xətti ilə dövlət
büdcəsinə nəzərdə tutulan vergilər və digər büdcə daxilolmaları ilə yanaşı, məcburi dövlət
sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının uçotu da aparılır.
Ödənişlərin vaxtında və təyinatı üzrə düzgün işlənilməsi məqsədilə bir daha
nəzərinizə çatdırırıq ki, vergilər və digər büdcə daxilolmaları üzrə büdcə səviyyəsinin
kodu -1, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə büdcə
səviyyəsinin kodu -4, İcbari tibbi sığorta haqları üzrə büdcə səviyyəsinin kodu -7
müəyyən edilmişdir:

Büdcə səviyyəsinin kodu barədə məlumat

Büdcə Ad Ödənişin təyinatı


səviyyəsini
n kodu
1 Azərbaycan Respublikası Büdcəsi (mərkəzi) Vergilər və digər
büdcə daxilolmaları

4 Büdcədənkənar Fondlar (DSMF) Məcburi dövlət


sosial sığorta və
işsizlikdən sığorta
haqları
7 Depozit və tapşırıqlar (mərkəzi) İcbari tibbi sığorta
haqları

Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və


ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta
qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət
Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya
əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət
edə bilərsiniz.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

You might also like