Məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini X.
Novruzova ibtidai sinif müəllimləri ilə
“Şagirdlərə verilən ev tapşırığının həcmi və onların qiymətləndirilməsi” mövzusunda iclas keçirdi. İclasda müəllimlərin mövzu ilə bağlı fikirləri dinlənildi. Müəllimlərə məsləhət görüldü ki, ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin təlimə marağını artırmalı, idrakı inkişaflarına, həyati bacarıqlara yiyələnmələrinə müsbət təsir göstərməli, onlarda ömür boyu öyrənmək vərdişi formalaşdırmalıdır. Kiçik yaşlı uşaqların qiymətləndirməsinin daha həssas məsələ olduğunu vurğulayan X.Novruzova onlara bir misalın iki fərqli müəllim tərəfindən müxtəlif cür qiymətləndirməsinə nümunə göstərərək müəllimlərinn bu mövzuya xüsusi yanaşmasını məsləhət gördü.