Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 3

1.Elmi yaradıcılıqda tədqiqatlar və onların növləri.

Idrakın təşkil edilməsinin öyrənilməsi problemləri onun metodoloji qurulmasında, tədqiqatın sistem
strategiyasının dəqiq həyata keçirilməsindədir. Bu strateji tətqiqat onun strukturunun nəzəri təyin
edilməsinə habelə fəaliyyət göstərmə mexanizmlərinin eksperimental tətqiqatı və müxtəlif rejimlərdə
idrak prosesinin inkişaf qanunlarının, optimizasiya və inkişaf şəraitlərinin öyrənilməsinə yönəldilib.
Dərketmə fəaliyyəti mexanizmlərinin inkişaf mərhələləri bu mexanizmin struktur səviyyələrinə
transformasiya edilir və onların həllində funksional pillələr kimi problemlərin yeni situasiyalarında çıxış
edir.
Aşağı səviyyə-konkret biliklər özlüyündə sinkretik (parçalanmamış) modellərə müvafiq gəlir.
Yuxarı səviyyə - abstrakt biliklərə, hadisələrin daxilində keyfıyyətcə yeni qarşılıqlı fəaliyyət əmələ gətirir
və bu, abstrakt biliklərin sintezidir.
“Aspekt” anlayışını (nöqteyi-nəzər, nəyin isə anlayışı) hadisələrin tərəfləri adlanan anlayış kimi
istifadə edirik, yəni onların praktiki yolla parçalayanmayan bilməyən hissələridir. Onlar yalnız
abstraksiya yolu ilə seçilə bilərlər.
Biz insanın yaradıcılığının 2 (iki) tip aspektini-idrakın iki səviyyəsinə müvafıq olanlarını nəzərdən
keçirəcəyik: empirik səviyyəsi çərçivəsində aspektlər və bu səviyyənin yuxarı hüdudlarından çıxan
aspektlər.
Aspektlərin tipologiyasının əsaslarını təşkil edən idrak səviyyələrinin ümumi şəkildə meyarlarını
aşağıdakı kimi göstərə bilərik.
Empirik səviyyə - nəzəriyyənin birinci fazasını özündə birləşdirən, təcrübə ilə bilavasitə bağlı olan
dərketmədir.
Bu səviyyənin əsası qeyd etdiyimiz kimi, praktik və nəzəri məsələlərin sadə qarşılıqlı əlaqələri
haqqında təsəvvürlərdir. Misalda bunu belə başa düşmək olar. Tutaq ki, praktik bir məsələ həll edilib -
əşyaların vəziyyətində, onların tələblərini qane edən bəzi dəyişikliklər üsulunu üzə çıxarmaq lazımdır.
Əşyalar bir daha dəyişilmir. Praktik hərəkətin effektliyi analiz edilir. O, prosess və məhsula ayrılır.
Empiriyanın alı səviyyəsi — nəzəriyyənin ikinci fazasını özündə birləşdirən praktika ilə bilavasitə
bağlı olan dərk etmə.
Bu səviyyənin ümumi qəbul edilmiş adı yoxdur. Onu şərti rasional, səmərəli, fundamental və s.
adlandırmaq olar. Biz daha çox sonuncu adından istifadə edəcəyik.
Fundamental səviyyə empiriyanın üst qurumudur. Xarakter əlaməti - daxildən parçalanmadır —
predmet əlaqələrinin, onun qanunlarının aşkar edilməsi, “qara qutunun ” açılması.
Bu səviyyənin idrak mexanizmi açıqlanıb: prosessual tərəfdən - predmet daxili əlaqələrin məntiqi
ilə, bu da özündə subyekt - diskret, sonra isə analitik — sintetik hadisələr modellərini birləşdirir.
Emperik səviyyənin aspektləri. Emperik səviyyənin aspektlərini seçmək iiçün əsaslar
subyektivdir. Onlar praktik məsələlərin tələbləri ilə müəyyən edilir. Prinsipcə, belə aspektlərin sayı
sonsuzdur.
Elm sahəsində. Elmi yaradıcılıqda, daha geniş götürsək, elmi fəaliyyət sahəsində tətbiq olunan, ilk
növbədə qnoseoloji və ontoloji aspektlərdir.
Qnoseoloji aspekt geniş yayılıb və tam öyrənilib. O əsasən elmin nəticələrinə və onun idrak
mexanizminə yönəldilib. Elm burada biliklər məcmusu, ideal kimi, ictimai şüurun forması kimi çıxış edir.
Verilən aspektin mahiyyəti - əks olunanın adekvatlıq dərəcəsini müəyyən etmək məqsədi ilə varlıq
haqqında varlığın özünə aid olunan elmi biliklərin münasibərini aşkarlamaqla varlığın özünə varlıq
haqqında elmi münasibətləri tətbiq etməkdən ibarətdir.
Qnoseoloji aspektin nisbətən dərin öyrrənilməsini başa salmaq asandır.Cəmiyyəti təbiətin
dəyişilməsinin dərinliyi, dəqiqliyi, belə demək mümkünsə, təbiət elmi biliklərinin əsasları çoxdan
maraqlandırır. Təbiət elmlərinə belə tələblər həyatı labüd idi.
Bunu ontoloji aspektlərdən demək olmaz.
Ontoloji aspektlərdə elm, birinci növbədə, maddi fəaliyyət kimi çıxış edir. Bu fəaliyyət varlıq
haqqında biliklər, varlığın özünün öyrənilməsi istiqamətində elmi fəaliyyətin təcrübəsi kimi tədqiqinə
yönəldilib.
Son illərin təcrübəsi göstərir ki, empirik səviyyə tam şəkildə yaradıcılıq fəaliyyətinin rasional idarə
edilməsinin tələblərinə tam cavab vermir. Empirik səviyyədən yuxarı, predmetdaxili əlaqələri açıqlayan
səviyyəyə keçid mütləqdir.
Belə keçidi necə həyata keçirmək olar? Empirik səviyyə ayrı- ayrılıqda götürülmüş obyektlərin
öyrənilməsindən və sistem əlaqələrə keçidin baxılmasından imtina etməyi tələb edir . Fundamental
səviyyəyə keçid empirik modellərin konkret sisteminin kompleks abstrakt sistemlərə parçalanması ilə
bağlıdır. Bu kompleks keyfiyyətcə özünə məxsus predmet daxili əlaqələr tipi iyerarxiyasına müvafiq
gəlməlidir, yəni o, öyrənilən hadisənin quruluşunun struktur səviyyələri iyerarxiyasını əks etdirməlidir.
Struktur səviyyələr, nəticə etibar ilə, keyfiyyətcə özünəməxsus əlaqələrin konkret sistemlərin
bölünmə mexanizmi iyerarxiyasını təşkil edir. Göstərilən dialektik prinsip təbiətin, cəmiyyətin,
dərketmənin başa düşülməsinə şərait yaratmaqla, onların birliyini əks etdirir.
Təşkiletmənin struktur səviyyələri (transformasiya olunan inkişaf mərhələləri, özünəməxsus
predmetdaxili əlaqələr) fundamental səviyyənin aspektlərini aşkar etmək üçün obyektiv əsas rolunu
oynayır. Fəlsəfi məntiqin köklü yaradıcılıq problemləri qarşısında gücsüz olması, hələ müasir
elmşünaslıqdan çox-çox əvvəllər qeyd olunmuşdur. Məntiqi fikirlərdən tutmuş XVII əsrdə insanların
idrak maraqlarının yeni sosial-iqtisadi tələblərin təsiri altında canlı gerçəklikdə cəmləşməsinə qədər,
məntiqdə sübutun düzgün alətini görürdülər. Məntiqi sübutdan məntiqi kəşfə keçidi F.Bekonun adı ilə
bağlayırlar. Bekonun induksiyaya etibar etməyə çağırışı kəşflərə və ümumiləşdirmələrə faktlarırı
toplanması yolu ilə gedilməsi ətraf aləm haqqında idrak üsullarının köklü irəliləyişini, həm də fərdin
psixoloji imkanlarının başa düşülməsini təmin edirdi.
Məntiq elmi, yeni həqiqətlərin kəşfinin elə yüksək dərəcəsinə çatdırılmışdır ki, hər bir kəs fərdi
keyfıyyətlərindən və təbii istedadından asılı olmayaraq onlardan istifadə edə bilərdi. Bekon
konsepsiyasının rasional başlanğıcı onu göstərirdi ki, yaradıcılığa, elmi kəşflərin “edilməsinə” hər hansı
bir ayrı fəaliyyət növü kimi insanları öyrətmək olar.
Dünyanın görünüşünü dəyişən elmi kəşlər, induktiv məntiq tərəfdarlarının təsəvvürlərinə zidd
olaraq, digər məntiqi əsaslarda baş verirdi. Məhz buna görə bəşəriyyəti induktiv məntiqlə silahlandırmaq
və bununla da kəşflərin sayını artırmaq cəhdi boşa çıxdı. Aydın oldu ki, induktiv məntiq də deduktiv kimi
təfəkkür proseslərinin stimullaşdırılması və nizama salınması məsələlərində eyni ilə gücsüzdür.
Məlum oldu ki, , ümumiləşdirmə və müşahidə qaydaları, onlar nə qədər səmərəli olsalar da, həqiqəti
dərk etmək üçün deduktiv əqli nəticələri tərtib etmək üçün kifayət etmirlər. Burada hansı faktorlar
həlledici rol oynayır? Bu faktorların üzə çıxarılması üçün təkcə nəzəriyyəyə əhəmiyyət verilmirdi.
Yadımıza salaq ki, biliklərin analizinin məntiqi konsepsiyası və nəticələrin çıxarılması psixoloji
təsəvvürlərlə bağlı idi. Bunlar isə fikrin struktur və forması məsələsinə deyil, intellektual məsələlərin
həllində real hərəkət məsələsinə aiddir. Əqli əməyin təcrübəyə təsiri perspektivi məntiqi nəzəriyyənin
işlənməsirıin motivini təşkil etməklə bərabər,elmi axtarışlarada geniş yol açırdı.
Hipotezasız heç bir kəşf mümkün deyil. Müşahidələr qabaqcadan induktiv ümumiləşdirmələrə yox,
hadisələri qabaqlamağa, qabaqcadan düşüncələrə gətirir. İlkin formada hər hansı bir həqiqət hipoteza
şəklində meydana çıxır, sonra isə nəzəriyyəyə çevrilir. Məsələn, N.Kopernikin kəşfi, nə sırf şüurun
deduksiyası deyil, nə də ayrı-ayrı sınaqların ümumiləşdırməsidir. Bu sübut olunmuş hipotezadır. Ancaq
məntiq hipotezasına müraciət yaradıcılığın əsasına gətirir, kəşflərin “dərinliklərini” açır. Ənənəvi
induktiv məntiq ehtimal edir ki, “kəşf etməyi bacarmaq” üçün müşahidə faktlarından başlamaq gərəkdir,
sonra isə onlardan müəyyən qaydalar əsasında ümumini nəticə çıxarmaq lazımdır. Lakin bu, əsl elm
adamlarının yaradıcılığında adətən, təcrübələrdən əvvəl yaranmış hipotezaların yoxlanılması üçün
aparılır. Belə fıkirlər K.Bernarın və digər təbiətşunasların fərdi yaradıcılıqlarının təhlili nəticəsində
yaranmışdır. Doğrudur, Bernar hesab edirdi ki, öz təcrübələrini izah edən təbiətşünasların bu nəticələrə
gətirən hipotezaları yada salmasına ehtiyac yoxdur. Əgər hipoteza yaxşıdırsa, onda o yeni faktorları kəşf
etməyə imkan verəcək. Onda elm aləminə hipoteza deyil, faktlar haqqında məlumat vermək lazımdır.
Lakin Navil, Bernarın bu fıkrinə etiraz edirdi. Bu da aydın idi ki, əgər tətqiqatçı, ideyanın
yaranmasından əvvəl əmələ gələn fikirlərdən yan keçərək, əsas diqqəti, öz axtarışlarının nəticələrinə
yetirirsə, onda müəyyən məmbələrdən kəşfdən qabaq yaranan fikirlərindən informasiya almaq olar. Və bu
halda hansı materiallar əsasında “məntiqi hipoteza” nəzəriyyə kimi, induktiv və deduktiv məntiqdən fərqli
olaraq qurulmuşdur. Navil Bernarla polemika apararkən qeyd edirdi: “Yaxşı hipotezalar - yeni faktların
kəşfinə gətirir” və onlar haqqında məlumatı xəbər vermək lazımdır, “alimləri bu faktların axtarışına
yönəltmək üçün... ”. Nəticələrin qabaqcadan müəyyən edilməsi aktı kimi hipotezaya müraciət, həqiqətən
elmi təfəkkürə yeni istiqamət verirdi. Buna baxmayaraq, anlaşılmayan bu aktın mexanizmləri və səbəbləri
var idi. Onun son əsası “öz-özündə törəyən dahi”, gizli, sonra parçalanmayan psixi qabiliyyətdir. Məhz
məntiqi elmdə “məntiqi hipotezalar ” qurmağın çox zəif olduğu aydın olurdu.
Məntiqin üstünlüyü formal xarakterli kateqoriya və sxemlərin formalaşmasındadır. Fərdiyyət üstü
olduğuna görə, onlar bir subyektdən o birisin, keçə bilərlər və bununla əqli fəaliyyətə təsir məqsədi ilə
istifadə oluna bilərlər. Lakin “hipoteza məntiqi” adlandırılan faktorlar yoxlama zamanı məntiqi (mütləq
formalaşan) sxem kimi yox, elmi axtarışlara yönəldilməsində subyektdə qabaqcadan yaranan ideyaların
yaranması qabiliyyəti olduğunu göstərirdi. Başqa sözlə desək, bu axtarışların ilkin əsası kimi subyektin
psixologiyası kimi çıxış edirdi.
Məntiqi faktorların rolu subyektin daxili “aləmində” yaranan rasional, tənqidi, sübut və
hipotezaların təkzib olunması səviyyəsinə endirilirdi. Onun fərdi mənəvi gücünün elmin obyektiv inkişafı
üçün həlledici rol oynamadığı üçün o, ilkin mənbə kimi izah edilirdi.

You might also like