Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 1

26.

Şəxsiyyət haqqında nəzəriyyələr onun tipologiyasının


əsası kimi.
Şəxsiyyət—keçmjşin şüursuz meyillərinin və gələcəyə şüurlu canatmaların indiki
zamanda ifadə vasitəsidir. Bu baxımdan şəxsiyyətin tipologiyası insanın
özünüifadə vasitələrinin də tipologiyasını, alətlərin də fərqləndirilməsini nəzərdə
tutur. Şəxsiyyət tipologiyası real zaman rejimində psixikada şüursuzluqla şüurun
vəhdətini yaradan vasitələrlə bağlı təsəvvürlərimizi yetərincə dolğun əks etdirir.
Fəlsəfi və metodoloji yanaşmadan aslı olaraq müəllimlər psixikada gah
şüursuzluğa, gah da şüura üstünlük verməklə müxtəlif mövqelər tutublar. Çox vaxt
şüursuzluqla şüur arasında mübarizə bir tərəfin qələbəsi ilə bitir.
Şəxsiyyət nəzəriyyələri arasında insan psixikasının həm şüursuz, həm də
şüurlutendensiyalarının rolunu nəzərə alanlar da var. Bunlardan hər biri sonucda
şəxsiyyətin ya Freydsayağı, ya da vuntvari yozumuna söykənməklə şüurlu-şüursuz
dilemmasını ya birincinin, ya da ikincinin xeyrinə həll edib.
İnsan psixologiyasının bütün bəlli fenomenləri arasında yalnız ikisi müstəsna rol
oynayır: yaradıcılıq və şəxsiyyət. Yaradıcılıqda insanın şüursuz və şüurlu
meyillərinə həmişə yer var, lakin burada onlar əməkdaşlıq etməkdən çox rəqabət
aparır. Şəxsiyyət isə alətlər dəsti kimi, vasitə kimi özündə şüursuzluğun bütün
dərinliyini və şüurun hüdudsuzluğunu istənilən başqa bir insan fenomenində daha
çox birləşdirə bilər.
Əgər şəxsiyyət ifadə vasitəsidirsə, onda şəxsiyyət nəzəriyyələri də psixoloji
fenomenlərin müxtəlif ifadə üsullarını, təzahürlərini təsvir edir. Bu müddəa belə
bir hipotez irəli sürməyə imkan verir ki, psixoloq-alimlərin işləyib hazırladıqları
çoxsaylı şəxsiyyət nəzəriyyələri mahiyyətcə müxtəlif şəxsiyyət tiplərinin, yaxud
özünüifadə üsullarının təsvirindən başqa bir şey deyil.
İnsanın şəxsiyyətində altı strukturlayıcı element var: İblis, Şeytan, Qeyri-Mən,
Mən, Peyğəmbər və Allah.

You might also like