Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 3

29. Passionarlığın psixologiyası. L.

Qumilovun pasionarlıq nəzəriyyəsi

“Passionarlıq” anlayışına qavrama dərinliyinə və genişliyinə görə biri o birindən


fərqlənən bir neçə izah verməklə Qumilyov alim və tədqiqatçıları özündən sonrakı
uzun illər üçün “işlə təmin edib”. Onun şagirdi və davamçısı M. I. Kovalenkonun
dediyi kimi: “... Qumilyovun bu fenomena verdiyi şərh çoxplanlı və çoxmənalıdır.
Onun fundamental traktatlarının səhifələrində passionarlıq və passionarlar
haqqında çoxlu xatırlatmalar var”. Bununla belə, insanın varlığının, davranışının
hansısa real qatlarını, aspektlərini, tərəflərini, nüanslarını bəzən də intuitiv biliklər
səviyyəsində əks etdirən Qumilyov passionarlığı özünə dərhal diqqət çəkdi.
O, bütün insanları passionar, harmonik və subpassionar deyə üç qismə ayırırdı.
Passionarlardan danışanda Qumilyov deyirdi ki, “etnosun tərkibində onların sayı
olduqca az dur”. Lakin onun fikrincə, məhz bu adamlar etnosun təşəkkül
tapmasında həlledici rol oynayırlar. “Biz o adamları passionar adlandırırıq ki,
onlarda bu impuls istər fərdi, istərsə də növə xas özünüqoruma instinktindən
güclü dür”.
Harmonik adamlara Qumilyov insanların böyük əksəriyyətini aid edir. Onun
fikrincə, passionarlıq və subpassionarlıq impulsunu tarazlayan, öz mühiti ilə yola
gedən, yüksək aktivlik nümayiş etdirməyən, yararlı intellektual və işgüzar fəallıq
göstərə bilən şəxsi harmonik şəxsiyyət adlandırmaq olar.
Və “nəhayət, etnosların tərkibində, demək olar, həmişə mənfi yüklü passionar
adamlar kateqoriyası fəaliyyət göstərir. Başqa sözlə desək, onların davranışlarını
passionar gərginliyə zidd olan impulslar idarə edir”.
Qumilyov irəli sürdüyü təsnifatın şagirdi K. P. Ivanovla birgə daha detallı formada
sxemini də cızmışdı”. Çəkilmiş sxem və cədvəllər onun ideyalarını əyani şəkildə
nümayiş etdirsə də, insanların real tipologiyasını yarada bilmədi.
Lev Qumilyovun tədqiqatları yalnız etnoqrafları, tarixçiləri, kulturoloqları yox,
onun kəşfində, dediyimiz kimi, konkret insanın müəyyən xarakteroloji
xüsusiyyətlərini tapan psixoloqları da maraqlandırmışdı. “Passionarlıq - insan
xarakterinin xüsusi əlamətidir” yazan Qumilyov özü də buna işarə vururdu.
Passionarlığın konkret xüsusiyyətlərinin, mənbələrinin axtarışı passionarlıq
psixologiyasının başlıca istiqamətlərindən birinə çevrilib. Təəssüf ki, passionarlığın
psixoloji xassələrinin öyrənilməsi üzrə işlərin sayı o qədər də çox deyil. Bununla
belə, onlardan bəzilərini ayrıca xatırlamaq lazımdır. Məsələn, M. İ. Kovalenkonun
“Passionarlıq psixoloji fenomen kimi” məqaləsində deyilir: “... passionarlar yüksək
ümumi psixi aktivlik və emosionallıqla xarakterizə olunurlar... onlar entuziast,
fədakar, fanatik və cəfakeşdirlər, onları həm də özünüaktuallaşdırma tələbatının
dominantlığı ilə xarakterizə etmək olar”. Yazıda o da vurğulanır ki, “passionarlıq
həm də sosial baxımdan çox əhəmiyyətli xüsusiyyətdir. Onun dərəcəsi şəxsiyyətin
yönümünə həlledici təsir göstərir... Bu, mühiti və özünü dəyişmək bacarığı,
qalibiyyət ehtiyacıdır”. M. A. Abramov adlı başqa bir müəllifin fikrincə,
passionarlar:
1) özünü fəda etmək bacarığı
2) kreativlik
3) təşəbbüskarlıq
4) kütləni ruhlandırmaqmaraq qabiliyyəti
5) uzaqgörənlik
6) yüksək məsuliyyət duyğusu
7) şüurun instinktlər üzərində üstünlüyü
8) ictimai maraqlar prinsipi üzrə təşkilatçılıq kimi cəhətlərlə xarakterizə olunurlar.
Qumilyov özü də deyirdi ki, “ən çətini passionarlığın doğurduğu müxtəlif
istiqamətli dominantları hesaba almaq və anlamaqdır...”.
Qumilyovun müəyyənləşdirdiyi şəxsiyyət tiplərini təhlil etməyə maraqlı bir cəhdi
Y. V. Boqdanov həyata keçirib. Onun fikrincə “Qumilyovun şəxsiyyət tipologiyası
ilə psixoloji tipologiyanın qarşılıqlı münasibətləri məsələsini...” qaldırmaqla
passionarlığın və subpassionarlığın psixoloji mahiyyətini açmaq olar. Beləcə, o,
Qumilyovun şəxsiyyət tipologiyasını Leonqardın məşhur və “işlək” bariz
şəxsiyyətlər konsepsiyası ilə tutuşdurmağa cəhd göstərmişdi. Onun fikrincə, K.
Leonqardın “yaxşı strukturlaşdırılmış” nəzəriyyəsi Qumilyov tiplərinin fərdi
əlamətlərini dəqiq fərqləndirməyə kömək edərdi.
Bu mövqelərdən mühakimə yürüdən Y. V. Boqdanov belə nəticəyə gəlir ki,
“Hipertimlik passionarlığın başlıca simptomudur”. Subpassionarlığın əlamətləri isə,
əksinə, distimiya və həyəcandır. Beləliklə, Boqdanova görə ən “passionar”
birləşmə - hipertim introvertdir, özünəməxsus “ideya generatoru”, təşkilatçı,
beyin mərkəzi, başçıdır... Ən subpassionar birləşmə - distimik isterikdir; harmonik
şəxsiyyət isə davranış variasiyaları əhəmiyyətli ola biləcək bariz şəxsiyyət deyil”.
Passionarlığın Karaqandadan olan tədqiqatçısı İ. V. Andreyev də Boqdanovun
getdiyi yolla gedib. O da aktivliyi passi onarlığın təzahürü kimi götürür, üstəlik,
buna ( yəni aktivliyə ) axtarış istiqamətini də əlavə edir. Müasir psixologiyada geniş
tətbiq olunan “Big five” şəxsi xüsusiyyətlər modelindən yararlanan tədqiqatçı
passionarlığın təzahürü kimi şəxsiyyətin axtarışa yönəlik aktivliyi ilə adını
çəkdiyimiz model arasında əlaqə tapmağa çalışır. Onun fikrincə, subyektin yüksək
ax tarış aktivliyi onun neyrotizmi (N), uyğunlaşma qabiliyyəti, emosionallığı və
təcrübəyə açıqlığı (T) ilə korrelyasiya olunur. Təəssüf ki, yenə də Qumilyov
tiplərinin yaranma səbəblərinə aydınlıq gətirilmədən onların bu dəfə artıq “Big
five” terminləri ilə təsvirinə cəhd olunur.
İ. S. Ziminanın “Tənbəlliyi, apatiyanı, xəstəhallığı üstələmək vasitəsi kimi
uşaqlarda passionar keyfiyyətlərin inkişafı” adlı məqaləsində passionarlığı
xarakterizə etmək cəhdi bizə maraqlı göründü. Əvvəlki müəlliflərdən fərqli olaraq
o, passionarları sadəcə fəal insan yox, fəal həyat mövqeyi olan insanlar kimi
təqdim edir. Bu əsaslı fərq İ. S. Ziminaya passionarlığı təyin edən xüsusiyyətlər
sırasına məqsədyönlülük, sosial əhəmiyyətlilik və s. kimi keyfiyyətləri də artırmağa
imkan verir. Məqalədə yazılır: “Passionarlıq şəxsiyyətin özünü və cəmiyyəti
təkmilləşdirməyə yönəlmiş inteqrativ xüsusiyyətidir ki, insanın şəxsi aktivliyinə
əsaslanır və özündə bu kimi sosial əhəmiyyətli keyfiyyətlər daşıyır:
məqsədyönlülük, maneələri aşmaq və yüksək gərginliyə çatmaq bacarığı,
komplementarlıq, adaptivlik, kəskin intuisiya, konstruktiv aqressivlik və yetkin
emosionallıq”.

You might also like