Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 7

3.

INTERNATIONAL BAKU SCIENTIFIC RESEARCH CONGRESS


October 15-16, 2021 / Baku, AZERBAIJAN / Baku Eurasia University

MÜASİR QLOBAL AKTORLAR VƏ PROPAQANDA


TEXNOLOGİYALARI
MODERN GLOBAL ACTORS AND PROPAGANDA TECHNOLOGIES
Doç.Dr. Cahangir Cahangirli,
Avrasiya Universiteti, Humanitar fənlər və regionşünaslıq kafedrası
ORCID NO: 0000-0001-7180-7416

MA. Cahandar Cabarov


İstanbul Universiteti, Sosyoloji bölümü
ORCID NO: 0000-0002-0075-2398

XÜLASƏ
Propaqanda tarixi ilə bağlı aparılmış tədqiqatlar göstərir ki, 20-ci əsrin dinamikası siyasi
propaqanda texnologiyalarının inkişafında xüsusi rol oynamışdır. I və II dünya müharibələri,
eləcə də ABŞ və SSRİ arasındakı soyuq müharibə siyasi propaqandanın inkişafına və yeni-
yeni propaqanda texnologiyalarının işlənib hazırlanmasına rəvac vermişdir. Propaqanda məhz
20-ci əsrdə genişlənmiş və onu təsnifatlaşdırmaq lazım gəlmişdir. Müasir siyasi elmdə
aparılan təsnifat əsasında propaqandanın yeni və müasir bir növü ayrılmışdır – beynəlxalq
propaqanda. Beynəlxalq propaqanda ölkələrarası propaqanda fəaliyyətlərinə verilən addır.
Təbiəti etibarilə daxili propaqandadan ayrılır və müharibə propaqandası ilə sinkretiklik təşkil
edir.
21-ci əsrdə isə propaqanda tədqiqatları öz zirvə dövrünü yaşamaqdadır. Bu həm siyasi, həm
də akademik ədəbiyyatın genişlənməsinə və dərinləşməsinə töhfə vermişdir. 21-ci əsrdə tək
qütblülüyün çox qütblülük ilə əvəzlənməsi dünya ölkələrinin xarici siyasətini daha da
mürəkkəb hala gətirərək ölkələri siyasi təmayüllərinə görə müxtəlif qütblərə ayırmışdır. Bu
qütblər arasında yeni bir soyuq savaş başlamış, qarşılıqlı ideoloji hücumlar artmış və bu
kontekstdə 21-ci əsrin ilk beynəlxalq propaqanda müharibəsinə start verilmişdir.
Müasir qlobal aktorlar arasındakı beynəlxalq propaqanda müharibəsi propaqandanın yeni
texnologiyalarının, texnika və metodlarının yaranmasına kömək etmişdir. Bu gün propaqanda
artıq sadəcə ölkədaxili və partiyalararası təbliğat-təşviqat kampaniyası kimi deyil, ölkələrarası
ideoloji savaşın əsas silahı kimi başa düşülür. Bu “silah” da özlüyündə müxtəlif yeni
texnologiyalar ilə gücləndirilməkdədir. “Çoxluğun gücü”, “Yüklənmiş dil”, “Süni çağırışı” və
s. kimi aktual propaqanda texnologiyaları bu qəbildən olan texnologiyalardır.
Məqalədə qlobal siyasi aktorlar arasındakı ideoloji savaşın tarixi dinamikası və bu dinamika
kontekstində müasir propaqanda müharibəsi təhlil edilməkdədir. Məqalədə həmçinin, müasir
propaqanda müharibəsində istifadə olunan texnologiyalar və sözügedən texnologiyaların
hansı mexanizmlərlə tətbiq edilməsi tədqiq edilməkdədir. Məqalədə interpretativ tədqiqat
metodlarından istifadə edilir.
Açar sözlər: aktor, qlobal, müharibə, propaqanda, texnologiya.

ABSTRACT
Research on the history of propaganda shows that the dynamics of the 20th century played a
special role in the development of political propaganda technologies. World Wars I and II, as
well as the Cold War between the United States and the Soviet Union, contributed to the
development of political propaganda and the development of new propaganda technologies.
Propaganda expanded in the 20th century and had to be classified. On the basis of the
classification made in modern political science, a new and modern type of propaganda has

579
3. INTERNATIONAL BAKU SCIENTIFIC RESEARCH CONGRESS
October 15-16, 2021 / Baku, AZERBAIJAN / Baku Eurasia University

been distinguished: international propaganda. International propaganda is the name given to


inter-country propaganda activities. By nature, it is separated from domestic propaganda and
forms syncretism with war propaganda.
In the 21st century, propaganda research is at its peak. This has contributed to the expansion
and deepening of both political and academic literature. In the 21st century, the replacement
of unipolarity by multi-polarity has further complicated the foreign policy of the world's
countries, dividing them into different poles according to their political tendencies. A new
Cold War broke out between these poles, mutual ideological attacks increased, and in this
context, the first international propaganda war of the 21st century was launched.
The international propaganda war between modern global actors has contributed to the
emergence of new technologies, techniques and methods of propaganda. Today, propaganda
is understood not only as a domestic and inter-party propaganda campaign, but also as the
main weapon of ideological war between countries. This "weapon" is itself strengthened by
various new technologies. "Loaded language", " Bandwagon", " Snob appeal" and so on are
this kind of actual propaganda technologies.
The article analyzes the historical dynamics of the ideological war between global political
actors and the modern propaganda war in the context of this dynamics. The article also
examines the technologies used in modern propaganda warfare and the mechanisms by which
these technologies are applied. The article uses interpretive research methods.
Keywords: actor, global, war, propaganda, technology.

Giriş
Harold Lassvellin tərifinə əsaslansaq, propaqanda ümumi mənada xüsusi simvollar
vasitəsilə hədəf kütləni manipulyasiya edərək kollektiv davranışların idarəedilməsidir.
Propaqandanı iki müstəvidə təhlil etmək mümkündür: 1. xüsusi siyasi texnologiya olaraq, 2.
sözügedən siyasi texnologiyanın elmi-nəzəri tədqiqatı olaraq. 1-ci müstəvidə propaqandanın
tarixi qədim dövrlərə qədər gedib çıxır. 2-ci müstəvidə isə propaqanda tədqiqatlarının əsasən
20-ci əsrdə inkişaf etməyə başlayıb 21-ci əsrdə bu tədqiqatların daha da intensivləşdiyini və
genişləndiyini söyləmək mümkündür. 20-ci əsrdə bu tədqiqatlar əsasən siyasi psixologiya
çərçivəsində aparılmış, 21-ci əsrdə isə müstəqil tədqiqat sahəsi kimi görülməkdədir.
Müasir qlobal aktorların propaqanda müharibəsində isə propaqanda texnologiyaları
daha da intensiv istifadə olunur. Müasir qlobal aktorlar və propaqanda texnologiyalarına həsr
olunan məqaləmizdə isə bu texnologiyalardan Etibarsız İstinad, Albalı Toplama, Çağrışım
(Assosiasiya), Ağ-Qara Yanılması, argumentum ad hominem, Böyük Yalan, Düşmənin
İblisləşdirilməsi kimi propaqanda texnologiyaları tədqiq edilir.

1. Beynəlxalq propaqanda müharibəsi anlayışı: konseptual çərçivə


Beynəlxalq propaqandanın tərifini verən ilk politoloq olan Harold Lassvelldən bəri,
dövlətlərarası propaqanda təcrübələri böyük bir təkamül keçirdi və beynəlxalq propaqandanın
akademik-elmi səviyyədə tərifinə müxtəlif yanaşmalar meydana çıxmağa başladı. Amerikalı
politoloq Harold Lassvell, ilk dəfə 1927-ci ildə nəşr olunan "Dünya Müharibəsində
Propaqanda Texnologiyası" kitabında Birinci Dünya Müharibəsindən sonra beynəlxalq
propaqandaya böyük bir maraq yarandığını qeyd edir. Bunun əsas səbəbi, sadəlövh ütopik

580
3. INTERNATIONAL BAKU SCIENTIFIC RESEARCH CONGRESS
October 15-16, 2021 / Baku, AZERBAIJAN / Baku Eurasia University

fikirlərin müharibə nəticəsində məhv olmasıdır. Müharibə sülh pasifistləri arasında ümidlərin
ciddi bir formada puç olmasına səbəb oldu. Kitabda kütlələrin bu istiqamətdə yönləndirilməsi
propaqanda ilə izah edilir (Lasswell, 1938, pp. 1-3).
Bu baxımdan deyə bilərik ki, müasir propaqanda Birinci Dünya Müharibəsi zamanı
kəşf edilmişdir. Bu müharibə politoloji araşdırmaların istiqamətini propaqandanın
müharibənin tərkib hissəsi olduğuna şübhə etməyəcək şəkildə dəyişdi. Beləliklə, siyasi
propaqanda müasir mənada ensiklopediyalara daxil oldu və bir araşdırma obyekti olaraq
əhəmiyyət qazanmağa başladı. Propaqandanın bir çox tərifi olsa da, Terens Kualterə görə ən
uyğun tərif ən ümumi yanaşmadadır. Çünki bu tərif (məsələn) Göbelsin Propaqanda
Nazirliyindən Amerika Kəşfiyyat İdarəsinə qədər, Mühafizəkarlar Partiyasının seçki
manifestindən nüvə silahının yayılmasına qarşı kampaniyalara qədər çox geniş bir anlayışı
əhatə etməlidir. Ancaq bu tərif eyni zamanda propaqandaın limitlərini, sərhədlərini də
göstərməlidir ki, müəyyən bir fəaliyyətin propaqanda ilə qeyri-propaqanda olması arasındakı
fərqi göstərsin. Çünki bütün siyasi fəaliyyətlərin propaqanda adlandırılması əsaslı deyil
(Qualter, 1985, p. 112).
Beynəlxalq siyasi vəziyyətdəki gərginliyin artmasından sonra, 1939-cu ildə başlayan
İkinci Dünya Müharibəsi ilə propaqanda fəaliyyətləri yeni mərhələyə qədəm qoydu. Devid
Velç Birinci Dünya Müharibəsi Propaqandası: Müharibə Dövründə İnandırma Sənətinin
Analizi kitabında nasist propaqandasının bütün fəaliyyət sahələrini hərtərəfli əhatə edir və
nasistlərin İngiltərə və Bolşevizm əleyhinə propaqandasını "düşmən obrazı" vasitəsi ilə
araşdırır. Kitabda Velç, nasist propaqandasını (Göbbelsə istinadən) şərti olaraq "böyük yalan"
adlandırır və Stalinin rus xalqını böyük bir müharibəyə hazırlamaq üçün əks cəbhədə necə bir
propaqanda fəaliyyəti apardığını təhlil edir (Welch, 2017).
Bu dövr haqqında ən əhəmiyyətli tarixi araşdırmalardan biri də Auriol Veyqolda
aiddir. Veyqoldun kitabı nasist propaqandasına deyil, Amerika və İngiltərə propaqandasına
yönəlmişdir. Kitab boyunca, Ser Stafford Kripsin (İngilis diplomatı və siyasətçisi) propaqanda
aparmaq yolları ilə əlaqədar təkliflərindən bəhs olunur və çoxtərəfli bir analiz vasitəsilə təhlil
edilir. Bundan əlavə, Veyqold Çörçilin bu propaqanda kampaniyasını lazımlı hesab etməsinin
səbəblərini ustalıqla izah edir (Weigold, 2008).
20-ci əsrin sonrakı dövrlərinə gəldikdə, soyuq müharibənin başladığını və soyuq
müharibə dövründə propaqanda fəaliyyətlərinin çox artdığını görürük. ABŞ və SSRİ
arasındakı amansız propaqanda savaşı akademik ədəbiyyata da təsir etmişdir. Corc Allen kimi
bir çox tədqiqatçı iki supergüc arasındakı propaqanda müharibəsini araşdırmış və bu mövzuda
məqalələr dərc etmişdir. Allenin Propaqanda Müharibəsində Sovetlərmi qalib gəlir? Başlıqlı
məqaləsində ABŞ və SSRİ arasındakı beynəlxalq propaqanda müharibəsindən bəhs edilir. Bu
məqaləsində müəllif kənd və şəhər yerlərində propaqandanın təsirlərinin müqayisəsi
mövzusunda keyfiyyətli bir araşdırma aparır (Allen, 1961).
Soyuq Müharibə dövründə propaqanda mövzusunda başqa bir geniş araşdırma Geri D.
Ronsleyə aiddir. Ronsley bu mövzuda geniş araşdırmalar aparmış və 1950-ci illərdə Soyuq
Müharibə Propaqandası kitabında tarixşünaslıq metodları ilə populist propaqandanı və
Amerika mülki müdafiə propaqandasını təhlil etmişdir. Müəllif əsərində İngilis və Sovet film
propaqandalarını da konkret nümunələrlə təqdim edir (Rawnsley, 1999).
Soyuq müharibə propaqandası ilə bağlı ən dəyərli akademik araşdırmalardan biri
Fredrik Çarlz Barqrunun Sovet Xarici Propaqandası kitabıdır. Kitabda propaqanda yaratma
proseslərindən və düşmənin süni şəkildə yaradılmış imicindən tutmuş Sovet modeli
propaqanda texnologiyalarına qədər bir çox vacib məsələlər təhlil edilir (Barghoorn, 1964).

581
3. INTERNATIONAL BAKU SCIENTIFIC RESEARCH CONGRESS
October 15-16, 2021 / Baku, AZERBAIJAN / Baku Eurasia University

2. Qlobal aktorların propaqanda müharibəsində istifadə olunan texnologiyaları


Müasir dövrdə propaqandanın bir çox tətbiq metodu və üsulu var. Seçki
kampaniyaları da daxil olmaqla daxili propaqanda fəaliyyətlərində istifadə olunan üsullarla
beynəlxalq propaqanda fəaliyyətlərində istifadə edilən üsullar arasında kontekstual fərqlər
var. Bəzən eyni propaqanda texnikası daxili və xarici propaqanda üçün müxtəlif yollarla
istifadə edilə bilər. Konkret texnologiyalara keçməzdən əvvəl demək lazımdır ki, bütün
propaqanda texnologiyaları müasir siyasi elmdə üç kontekstdə işlənir. Yəni propaqanda
ümumiyyətlə təbiətinə görə üçə bölünür: ağ propaqanda, boz propaqanda və qara propaqanda
(Mattogno, 2004, p. 11).
Ağ propaqanda mənbəyini və mahiyyətini gizlətməyən propaqandadır. Elmi
ədəbiyyatda ən çox yayılmış propaqanda növüdür. Bu tip propaqanda tipik olaraq standart
ictimaiyyətlə əlaqələr (PR) metodlarından və birtərəfli qiymətləndirmələrdən istifadə edir
(AFR, 2019).
Boz propaqanda qismən doğru və qismən yalandan ibarət bir propaqanda növüdür.
Etibarlı bir məlumat mənbəyindən gələn bir propaqanda növüdür, ancaq hədəf kütlənin
propaqandaya məruz qaldığını gizlətməkdə və heç vaxt senzura olmadan birbaşa auditoriyaya
ötürülməməkdədir. Boz propaqanda siyasi (diplomatik) müharibənin əsas üsuludur. Bu
propaqandanın mahiyyəti yarım-ictimai və ya gizli ola bilər. Başqa sözlə, boz propaqanda
lazım olduğu təqdirdə hər hansı bir hökumət və ya rejim tərəfindən yayımlanan rəsmi
məlumatların qeyri-rəsmi şəkildə möhkəmləndirilməsi, dəstəklənməsi və ya təqdim edilməsi
üçün istifadə olunur (Yavaşgel, 2020, s. 281).
Qara propaqanda isə siyasi opponenti ləkələmək və nüfuzdan salmaq üçün tamamilə
yanlış məlumatlara söykənən bir propaqanda növüdür. Qara propaqandanın ən əhəmiyyətli
xüsusiyyəti, kütlələrin kiminsə onlara təsir etdiyini bilməməsi, propaqanda nəticəsində
müəyyən bir istiqamətə yönəldiyini hiss etməməsidir. Hökumətlər və ya rejimlər əsasən
aşağıdakı səbəblərə görə qara propaqanda aparırlar (Becker, 1949, pp. 223-224):
• Hökumətin və ya rejimin propaqanda kampaniyasına cəlb olunmasını gizlətmək və
fərqli formada düşünən bir auditoriya (kütlə) yaratmaq ehtiyacı;
• Hökumətin və ya rejimin xarici siyasətinə zərər verə biləcək fəaliyyətləri
zərərsizləşdirmək zərurəti və duran diplomatik səbəblər.
Bu çərçivədə, müasir qlobal aktorlar arasındakı beynəlxalq propaqanda savaşı ilə
əlaqədar nəşr olunan məqalə və sənədlərdə bəzi konkret propaqanda üsullarından istifadə
edilir. Bu texnologiyalardan birincisi Azərbaycan dilinə Etibarsız İstinad olaraq tərcümə
edilən Unreliable Testimonial texnologiyasıdır. Etibarsız İstinad bir fikri və ya ideyanı
dəstəkləmək və ya təkzib etmək üçün arqument gətirərkən verilən istinadın irəli sürülən fikri
və ya fikri əslində dəstəkləmədiyi vəziyyətdir (Kaid & Holtz-Bacha, 2008, p. 799). Bu
propaqanda texnologiyası siyasi ədəbiyyatda bəzən istifadə olunan bir texnologiyadır ki, heç
kimin istinad mənbəyini araşdıraraq mənbəyə qədər gedib çıxacağını düşünməyən müəllif
əslində onun fikrini dəstəkləməyən bir mənbəni onun fikrini dəstəkləyirmiş kimi göstərir.
Daha sonra isə bu məqalə və ya sənəd kütləvi şəkildə yayılır və hədəf auditoriyanın böyük bir
hissəsi həqiqətən bu istinadın gerçəkliyinə inanır. Məsələn, A adlı bir siyasi subyekt, B adlı
bir siyasi subyektin yaxşı bir idarəçi olmadığı qənaətindədir və B haqqında yazdığı məqalədə
bu fikri dəstəkləmək üçün C adlı bir alimin B ilə bağlı məqaləsinə istinad edir və elə
göstərməyə çalışır ki, C adlı alim B adlı siyasətçi haqqında mənfi fikirdədir. Ancaq C adlı
alimin məqaləsi diqqətlə araşdırıldıqda B haqqında mənfi fikirdə olmadığı görünür. Bu halda

582
3. INTERNATIONAL BAKU SCIENTIFIC RESEARCH CONGRESS
October 15-16, 2021 / Baku, AZERBAIJAN / Baku Eurasia University

A adlı siyasi subyektin Etibarsız İstinad propaqanda texnologiyasını istifadə edərək B adlı
siyasi subyekt haqqında qara propaqanda apardığı hesab edilir.
Propaqanda müharibəsində qlobal aktorların istifadə etdiyi başqa bir texnologiya
Azərbaycan dilinə Albalı Toplama kimi tərcümə edilən Cherry Picking-dir. Dəlilləri
gizlətmək və ya saxtalaşdırmaqla tətbiq olunan, habelə öz fikirlərinə zidd ola biləcək
məlumatların əhəmiyyətli bir hissəsini görməzdən gələn Albalı Toplama propaqanda
texnologiyası, müəyyən bir mövqeyi təsdiq edən ümumiləşdirmələr aparmaq üçün fərdi
keyslərə və ya məlumatlara əsaslanmaq deməkdir (Kaid & Holtz-Bacha, 2008, p. 98).
Bu termin albalı meyvəsinin yığım prosesindən götürülmüşdür. Albalıları toplayan
fermerin yalnız ən sağlam və yetişmiş meyvələri seçib dərdiyi təcrübəsinə əsaslanır. Bu
propaqanda texnologiyasını adı seçilərkən albalı yığımından ilhamlanmışdır (Kaid & Holtz-
Bacha, 2008, p. 98). Albalı Toplama propaqanda texnologiyası mənfi bir məna daşıyır və tam
rəsmi görməyə, ümumi vəziyyəti qiymətləndirməyə xidmət edən dəlilləri görməzdən gəldiyi,
gözdən qaçırdığı və ya birbaşa basdırdığı üçün boz propaqanda tipinə aiddir.
Bəhs edəcəyimiz başqa bir texnologiya Azərbaycan dilinə Çağrışım kimi tərcümə
olunan Connotation propaqanda texnologiyasıdır. Çağrışım hərfi mənada bir düşüncənin,
obrazın və ya davranışın bir-birini xatırlatması deməkdir. Məsələn, bir tələbənin şəhərdə qışda
buz görəndə kənddə keçirdiyi buzlu qış günlərini yada salması çağrışım hesab olunur.
Propaqanda texnologiyası olaraq, Çağrışım oxşar mənaya malikdir. Kütlənin şüurunda
müəyyən bir hadisəni canlandırmaq və ya xüsusi bir qavrayış yaratmaq üçün bilərəkdən
istifadə olunur. Hər hansı bir siyasi subyektə nifrət və ya rəğbət yaratmaq üçün istifadə edilən
bu propaqanda texnologiyası, adətən hadisələr arasındakı əlaqə formasında tətbiq olunur
(Kaid & Holtz-Bacha, 2008, s. 127). Məsələn, A və B xalqları arasında uzun zamandan bəri
davam edən bir düşmənçilik var. Başqa bir ölkənin (üçüncü ölkənin) rəhbəri olan C adlanan
bir siyasi subyekt isə öz çıxışında, “A xalqı və B xalqı bizim qardaşlarımızdır. Biz sülh
tərəfdarıyıq" demişdir. A ölkəsini təmsil edən D adlı bir media orqanı bu çıxışı "C: B xalqı
bizim qardaşlarımızdır!" başlığı ilə yayımlayır. Burada göründüyü kimi, təkcə Albalı Toplama
texnologiyası deyil, həm də Çağrışım (assosasiya) texnologiyası istifadə edilmişdir. Bu başlığı
oxuyan kütlə bilir ki, A xalqı və B xalqı düşməndir və "B xalqı bizim qardaşlarımızdır" deyən
C-nin avtomatik olaraq A xalqına düşmən olduğu görüntüsü yaranır. Çünki Kolumbiya
Universitetinin araşdırmasına görə, xəbərləri oxuyan hər 10 adamdan yalnız 4-ü məqalələrin
məzmununu oxuyur. Oxucuların 60%-i yalnız başlığa baxaraq digər xəbərlərə keçir (Dewey,
2016). Bu elmi məlumatları nəzərə alaraq yuxarıdakı nümunədə C adlı siyasi subyektə qarşı
Çağrışım (assosiasiya) texnologiyasından istifadə edərək D adlı media orqanı tərəfindən
qərəzli bir kampaniya aparıldığını söyləmək mümkündür.
İndi isə qlobal aktorların propaqanda müharibəsində tez-tez istifadə olunan başqa bir
texnologiyaya toxunacağıq. Dilimizə Ağ-Qara Yanılması kimi tərcümə edilən və eyni
zamanda yanlış dilemma olaraq da adlandırılan Black and White Fallacy propaqanda
texnologiyası, tədqiqatımıza daxil olan başqa bir propaqanda texnologiyasıdır. Bu texnologiya
mövcud variantları yanlış formada və bilərək məhdudlaşdıran bir texnikaya əsaslanır. Bu
propaqanda texnologiyası auditoriyaya alternativ qoymur, yalnız təklif etdiyi variantlardan
birini seçməklə kütləni yalnız iki seçim qarşısında qoyur. Propaqandaçı özü bilir ki, yanlış bir
dilemma yaradır, amma məqsəd onsuz da bu yanlış dilemmanı yaratmaqdır (Kaid & Holtz-
Bacha, 2008, s. 59). Məsələn, “A kapitalizmin əleyhinədir, demək o kommunistdir” deyərkən
yanlış bir dilemma yaranır. Misalda istisna olunan variantlardan biri, A-nın nə kommunist, nə
də kapitalist ola biləcəyi fikridir.

583
3. INTERNATIONAL BAKU SCIENTIFIC RESEARCH CONGRESS
October 15-16, 2021 / Baku, AZERBAIJAN / Baku Eurasia University

Qlobal aktorların propaqanda müharibəsində istifdadə olunan bir digər texnologiya isə
argumentum ad hominem texnologiyasıdır. Argumentum ad hominem texnologiyası latın
dilindən gələn bir terminlə ifadə olunur. Termin əsasən manipulyativ mülahizələrə əsaslanır.
Bu siyasi propaqanda texnologiyası vasitəsilə opponentin şəxsiyyətinə hücum edilir. Əsasən
siyasi debatlar zamanı istifadə olunan bu siyasi propaqanda texnologiyası ilə debat zamanı
opponent tərəfindən ortaya atılmış arqumenti çürütmək üçün arqumentin özünü deyil, onu
səsləndirən opponentin şəxsi keyfiyyətlərini hədəf alan bir ritorikadan istifadə olunur. Bu
texnologiya əsasən cavablandırılması uyğun olmayan suallardan və ya kəsərli arqumentlərdən
yayınmaq üçün istifadə olunur. Argumentum ad hominem texnologiyasını bir modellə ifadə
etsək, A hər hansı bir x arqumentini irəli sürür. B isə öz növbəsində A-nın şərəf, əxlaq və
ləyaqətdən uzaq bir insan olduğunu iddia edir. Nəticədə auditoriya (kütlə) x arqumentinin
yanlış olduğu qənaətinə gəlir (Cabarov, 2021, s. 99).
Bu kontekstdə təhlil edilən digər texnologiya isə big lie texnologiyasıdır. Big lie
(böyük yalan) texnologiyası əsasən hərbi-siyasi məqsədlər üçün istifadə olunan bir
propaqanda texnologiyasıdır. Adından da göründüyü kimi yalan üzərinə qurulmuş bu
propaqanda texnologiyası ancaq sistemli və məqsədli yalanları ehtiva edir. Belə ki müharibə
zamanı qarşı tərəfin (düşmənin) açıqladığı məlumatları manipülə etmək məqsədilə deyilən
yalanlar bu propaqanda texnologiyasının əsas predmetidir. Faşist təbliğat maşınının qabaqcıl
simalarından olan Yozef Gebbelsin sözlərinə əsasən, “əgər kifayət qədər böyük bir yalan
danışıb, onu kifayət qədər tez-tez təkrarlaya bilsəniz, kütlə buna inanmağa başlayacaqdır.
Hərbi, siyasi və iqtisadi nəticələrindən qaça bildiyiniz qədər bu propaqanda texnologiyasını
davam etdirə bilərsiniz” (Goebbels, 2019, s. 67). Gebbelsin bu fikirlərinin doğruluğu 2020-ci
ildə baş vermiş 44 günlük müharibədə özünü bir daha göstərmişdir. Ermənistan tərəfi
müharibədə tez-tez böyük yalan texnologiyasından istifadə etmiş və həm Ermənistan
cəmiyyətini, həm də beynəlxalq auditoriyanı manipülə etməyə çalışmışdır (Cabarov, 2021, s.
99).
Qlobal aktorların propaqanda müharibəsində istifadə olunan texnologiyalardan tədqiq
edəcəyimiz sonuncu texnolgiya isə demonizing the enemy texnologiyasıdır. Demonizing the
enemy (düşməni iblisləşdirmək) propaqanda texnologiyası adından da göründüyü kimi
düşməni, yəni qarşı tərəfi iblis kimi və mütləq pis olaraq təqdim etməyə əsaslanır. Bu
texnologiya vasitəsilə kütlələrə, qarşı tərəfin (düşmənin) pisliyin və şərin təmsilçisi olduğu,
yalnız dağıdıcı xüsusiyyətlərə sahib olduğu, “biz”i təhdid edən, mənfur təcavüzkar olduğu
fikri aşılanır. Demonizasiya düşmənə qarşı nifrət oyatmağa yönəlmiş ən qədim propaqanda
texnologiyalarından biridir. Müasir dövrdə isə bu texnologiya propaqandaçılar tərəfindən
hədəf kütlənin düşmən tərəfə daha rahat zərbə vurmasını, misal üçün ordunun daha həvəslə və
amansız döyüşməsini, eləcə də düşmən tərəflə qeyri-insani formada davranmasını təmin
etmək və özünün düşmənə qarşı atdığı addımları, həmçinin müharibə və soyqırımları
legitimləşdirmək, bundan başqa həll variantı olmadığını aşılamaq məqsədilə istifadə olunur
(Cabarov, 2021, s. 102).
Yuxarıda qeyd etdiyimiz propaqanda texnologiyaları əvvəldə də söylədiyimiz kimi,
qlobal aktorların propaqanda savaşı çərçivəsində propaqanda fəaliyyətlərinin komponentlərini
təşkil edən texnologiyalardır.

Nəticə
Müasir qlobal aktorların propaqanda müharibəsində istifadə olunan siyasi propaqanda
texnologiyalarının tədqiq edildiyi məqalənin nəticələrinə əsasən söyləmək mümkündür ki,
siyasi propaqandanın hədəf auditoriyanı propaqandaçının istədiyi şəkildə düşünməyə təşviq

584
3. INTERNATIONAL BAKU SCIENTIFIC RESEARCH CONGRESS
October 15-16, 2021 / Baku, AZERBAIJAN / Baku Eurasia University

etmək üçün istifadə olunan texnologiya və metodların məcmusu olması kontekstində siyasi
propaqandanın özünəməxsus manipulyativ məqsədləri vardır. Bu məqsədlərin həyata
keçirilməsi baxımdan propaqandanın üç tipi (rəngi) vardır:
1. Ağ propaqanda
2. Boz propaqanda
3. Qara propaqanda
Məqalədə həmçinin konkret siyasi propaqanda texnologiyalarından bəhs edilir və
yeddi siyasi propaqanda texnologiyası ətraflı tədqiq olunur:
1. Etibarsız İstinad
2. Albalı Toplama
3. Çağrışım (Assosiasiya)
4. Ağ-Qara Yanılması
5. argumentum ad hominem
6. Böyük Yalan
7. Düşmənin İblisləşdirilməsi

İstifadə olunmuş ədəbiyyat siyahısı


AFR. (2019). Propaganda - Types of propaganda. Retrieved from American Foreign Relations:
https://www.americanforeignrelations.com/O-W/Propaganda-Types-of-propaganda.html

Allen, G. (1961). Are the Soviets Winning the Propaganda War? Annals of the American Academy of Political and Social Science, Vol. 336,
1-11.

Barghoorn, F. C. (1964). Soviet Foreign Propaganda. New Jersey: Princeton University Press.

Becker, H. (1949). The Nature and Consequences of Black Propaganda. American Sociological Review, Vol. 14, No. 2, 221-235.

Bernays, E. L. (1928). Propaganda. London: Liverlight.

Cabarov, C. (2021) Siyasi Propaqanda Texnologiyaları. Elm və İnnovativ Texnologiyalar, 17 (94-104).

Dewey, C. (2016, June 16). 6 in 10 of you will share this link without reading it, a new, depressing study says. Retrieved from Washington
Post: https://www.washingtonpost.com/news/the-intersect/wp/2016/06/16/six-in-10-of-you-will-share-this-link-without-reading-it-according-
to-a-new-and-depressing-study/

Goebbels, J. (2019). Büyük Yalanlar, çev. Duygu Bolut. İstanbul: Zeplin Kitap.

Kaid, L. L., & Holtz-Bacha, C. (2008). Encyclopedia of Political Communication. London: SAGE Publications.

Qualter, T. (1985). Opinion Control in the Democracies. London: Palgrave Macmillan.

Lasswell, H. (1938). Propaganda Technique in the World War. New York: Peter Smith.

Mattogno, C. (2004). The Bunkers of Auschwitz: Black Propaganda Versus History (translated by Henry Gardner). Chicago: Theses &
Dissertations Press.

Paul, C., & Matthews, M. (2016). The Russian "Firehose of Falsehood" Propaganda Model. Retrieved from RAND Corporation:
https://www.rand.org/pubs/perspectives/PE198.html

Rawnsley, G. D. (1999). Cold-War Propaganda in the 1950s. London: Palgrave Macmillan.

TDK. (2021). Çağrışım. Retrieved from Türk Dil Kurumu Sözlükleri: https://sozluk.gov.tr/

Weigold, A. (2008). Roosevelt and India: Propaganda During World War II. New York: Routledge.

Welch, D. (2017). World War II Propaganda: Analyzing the Art of Persuasion during Wartime. Santa Barbara: ABC-CLIO.

Yavaşgel, E. (2020). Siyasal İletişim. İstanbul: İstanbul Üniversitesi Press.

585

You might also like