Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 5

Elmi əsərlər – Ученые записки – Scientific works №1, 2017 İSSN 1815-1779

Riyaziyyat-Математика-Matematics

UOT 22.1 A.62


XƏTTİ CƏBRİN TƏTBİQİ İLƏ İKİ TƏRTİBLİ SƏTHLƏRİN ÜMUMİ
TƏNLİYİNİN KANONİK ŞƏKLƏ GƏTİRİLMƏSİ

N.İ.ŞIXƏLİYEV, Ə.A.MƏMMƏDOV
Azərbaycan Texniki Universiteti

Xülasə: Texniki ali məktəblərdə riyaziyyatın tədrisi üçün ayrılmış saatların miqdarı, son illərdə ciddi
azaldığından bu fənnin elə bölmə və mövzuları var ki, onlar tədris olunmur və ya kifayət qədər araşdırılmır.
Bunu nəzərə alaraq təqdim olunan məqalənin hazırlanmasını metodiki nöqteyi nəzərdən önəmli hesab edirik.
Açar sözlər: matris, kvadratik forma

Fərz edək ki,


f ( x, y, z )  ( x, y, z )  0 (1)
tənliyi verilmişdir. Əgər
f ( x, y, z )  a11 x 2  a22 y 2  a33 z 2  2a12 xy  2a13 xz  2a23 yz , (2)

( x, y, z )  2ax  2by  2cz  d (3)

şəklində olarsa, onda (1) ikitərtibli səthlərin ümumi tənliyi olar.


Tələb olunur ki, (1) tənliyini kanonik şəklə gətirək. (2) bərabərsizliyinin sağ tərəfi üç
dəyişənin kvadratik formasıdır. Əvvəlcə onu kanonik şəklə gətirək, yəni fəzada koordinatların
çevrilməsinin köməyilə elə edək ki, yeni dəyişənlərə nəzərən onların hasilləri olan hədlər kvadratik
formada iştirak etməsinlər. Yəni, yeni koordinatları x, y , z  ilə işarə etsək, (2) bərabərliyi
f ( x, y , z )  1 x 2   2 y  2  3 z  2 (4)
şəklinə düşsün. (4) bərabərliyi (2) kvadratik formasının kanonik şəklidir. Buradakı 1 ,  2 ,  3 hər
üçü birdən sıfır olmayan naməlum ədədlərdir. Bu ədədləri tapmaq lazımdır.
(2) bərabərliyindəki əmsallardan düzəldilmiş
 a11 a12 a13 
  (5)
M   a21 a22 a23  (aij  a ji )
a a32 a33 
 31
simmetrik matrisinə bu kvadratik formanın matrisi deyilir. Onda (2)-nin kanonik şəkli olan (4)-ün
matrisini
 1 0 0
 
N   0 2 0 (6)
0 0  3 

kimi yaza bilərik.
Tutaq ki, Oxyz koordinat sistemi O nöqtəsi ətrafında fırlanaraq Oxy z  vəziyyətinə
düşmüşdür. Onda fəzanın ixtiyari ( x ; y ; z ) nöqtəsi yeni koordinat sistemində ( x ; y  ; z ) olar.
Göstərmək olar ki, bu nöqtənin köhnə və təzə koordinatları bir-biri ilə
x  11 x  12 y   13 z  , 

y   21 x   22 y    23 z  , (7)
z   31 x   32 y    33 z  

N.İ.Şıxəliyev, Ə.A.Məmmədov
Xətti cəbrin tətbiqi ilə iki tərtibli səthlərin ümumi tənliyinin kanonik şəklə gətirilməsi
99
Elmi əsərlər – Ученые записки – Scientific works №1, 2017 İSSN 1815-1779
Riyaziyyat-Математика-Matematics


x  11 x   23 y   31 z , 

y   12 x   22 y   32 z , (8)
z   13 x   23 y   33 z 
çevirmə düsturları ilə ifadə olunur. Buradakı əmsallar çevirmə matrisi adlanan
 11 12 13 
 
Ç    21  22  23  (9)
 
 31  32  33 
matrisinin elementləridir. Bu matris ortoqonal matrisdir. Onun hər bir sətrinin elementləri köhnə
ortonormal bazisin bazis vektorunun yeni bazisə nəzərən ayrılışının koordinatlarıdır. Eləcə də hər
bir sütunun elementləri təzə ortonormal bazisin bazis vektorunun köhnə bazisə nəzərən ayrılışındakı
koordinatlarıdır. Ç ortoqonal olduğundan Ç 1  Ç * olur. Burada Ç 1 matrisi Ç-nin tərs matrisi, Ç *
isə çevrilmiş matrisidir.
Əgər
 x  x 
   
X   y  , X    y  (10)
z  z 
   
sütun matrisərindən istifadə etsək, (7) və (8) düsturların matris şəklində
X  Ç  X , X   Ç 1  X (11)
kimi yaza bilərik. Eləcə də
X *  ( x y z ) , X *  ( x y  z )
çevrilmiş matrislərindən istifadə edərək,
X *  X *Ç 1 , X *  X *Ç (12)
yazmaq olar.
Matrislərin vurulması qaydasına əsasən göstərə bilərik ki, (2) bərbərliyini
f ( x, y , z )  X *  M  X (13)
şəklində yazmaq olar. Onda (4) bərabərliyi matris şəklində
f ( x, y  , z )  X   N  X  (14)
olar.
Əgər (13) bərabərliyinin sağ tərəfində (12) və (11) düsturlarından birincilərin nəzərə alsaq,
f ( x, y  , z )  X Ç 1 M Ç X  (15)
alarıq. Burada
Ç 1 M Ç  M 
işarələməsini aparsaq,
f ( x, y  , z )  X  M  X  (16)

olar. Bu bərabərliklə (14) bərabərliyinin müqayisəsindən

Ç 1 M Ç  N
alınır. Bu bərabərliyin hər iki tərəfini soldan Ç matrisinə vursaq,

MÇ ÇN (17)

N.İ.Şıxəliyev, Ə.A.Məmmədov
Xətti cəbrin tətbiqi ilə iki tərtibli səthlərin ümumi tənliyinin kanonik şəklə gətirilməsi
100
Elmi əsərlər – Ученые записки – Scientific works №1, 2017 İSSN 1815-1779
Riyaziyyat-Математика-Matematics

matris tənliyini alarıq. Buradakı N və Ç matrisləri naməlum matrislərdir. N və Ç matrislərini təyin


etmək üçün matrislərin vurulması qaydası ilə (17) bərabərliyinin hər iki tərəfində vurmanı yerinə
yetirdikdən sonra iki matrisin bərabərliyinə əsasən N və Ç matrislərinin elementlərinə nəzərən
aşağıdakı tənliklər sistemlərini alarıq:

(a11  1 ) 11  a12  21  a13 31  0 , 



a21 11  (a22  1 )  21  a23 31  0 ,  (18)
a31 11  a32  21  (a33  1 ) 31  0 ,

(a11   2 ) 12  a12  22  a13  32  0 , 



a 21 12  (a 22   2 )  22  a 23  32  0 ,  (19)
a31 12  a32  22  (a33   2 ) 32  0 ,

(a11   3 ) 13  a12  23  a13 33  0 , 



a21 13  (a22   3 )  23  a23 33  0 , (20)
a31 13  a32  23  (a33   3 ) 33  0 .

Bu sistemlərin hər üçü Ç çevirmə matrisinin elementlərinə nəzərən xətti bircins cəbri tənliklər
sistemidir. Onların sıfırdan fərqli həlli olması üçün, məlumdur ki, hər üçü üçün eyni olan və onların
determinantı adlanan determinant sıfır olmalıdır, yəni

a11   a12 a13


a21 a22   a23  0 (21)
a31 a32 a33  

olmalıdır. (21) tənliyi M matrisinin xarakteristik tənliyi adlanır. Bu tənliyi həll etməklə onun
1 ,  2 ,  3 köklərini tapırıq ki, bu da məchul N matrisinin tapılması deməkdir.
Xarakteristik tənliyin 1 ,  2 ,  3 köklərini (4)-də yerinə yazmaqla (2) kvadratik formanın
kanonik şəklə gətirmiş oluruq.
İndi isə  ( x, y  , z ) funksiyasını quraq. Bunun üçün Ç çevirmə matrisini tapmaq lazımdır. Ç
matrisinin elementlərini təyin etmək üçün xarakteristik tənliyin 1 ,  2 ,  3 qiymətlərini uyğun
olaraq (18), (19) və (20) sistemlərində yerinə yazıb alınan üç dənə xətti bircinsli cəbri tənliklər
sistemini həll etmək lazımdır. Təyin olunmuş  ij (i , j  1, 2 , 3) elementlərini (7) bərabərliklərində
nəzərə almaqla x , y , z koordinatlarını x, y  , z  ilə ifadə etmiş oluruq.
Nəhayət, f və  funksiyalarının x, y  , z  -ə nəzərən tapılmış ifadələrini (1) bərabərliyində
yerinə yazdıqdan sonra iki tərtibli səthin verilmiş tənliyini x, y  , z  yeni koordinatlara nəzərən
onların hasilləri olan hədlərin iştirak etmədiyi iki dərəcəli tənliyə gəlirik ki, onu da tam
kvadratlarına ayırmaqla kanonik şəklə gətirib hansı səthin tənliyi olduğunu təyin edirik.
Misal 1. 7 x 2  6 y 2  5 z 2  4 xy  4 yz  6 x  24 y  18 z  30  0 səth tənliyini kanonik şəklə
gətirək.
Həlli. Bu tənlikdə
f ( x, y, z )  7 x 2  6 y 2  5 z 2  4 xy  4 yz , ( x, y, z )  6 x  24 y  18 z  30 .

N.İ.Şıxəliyev, Ə.A.Məmmədov
Xətti cəbrin tətbiqi ilə iki tərtibli səthlərin ümumi tənliyinin kanonik şəklə gətirilməsi
101
Elmi əsərlər – Ученые записки – Scientific works №1, 2017 İSSN 1815-1779
Riyaziyyat-Математика-Matematics

f ( x, y, z ) kvadratik formanı kanonik şəklə gətirmək üçün onun


7   2 0
 2 6   2  0
0  2 5

xarakteristik tənliyinin köklərini tapaq. Asanlıqla təyin etmək olar ki,  -ya nəzərən bu kub tənliyin
kökləri 1  3 ,  2  6 ,  3  9 -a bərabərdir. Onda (4) bərabərliyinə əsasən f ( x, y, z ) kvadratik
formanın kanonik şəkli
f ( x, y , z )  3 x 2  6 y  2  9 z  2

olur. ( x, y, z ) funksiyasını təzə x, y  , z  koordinatları ilə ifadə etmək üçün (18), (19) və (20)
sistemlərini bu misala uyğun həll edib, Ç matrisinin əmsallarını təyin etməklə, onu

 1/ 3 2 / 3 2/ 3 
 
Ç   2 / 3 1/ 3  2 / 3 
 2 / 3  2 / 3 1/ 3 
 

şəklində tapırıq. Onda (7) çevirmə düsturlarına əsasən

1 2 2 
x  x  y   z  , 
3 3 3

2 1 2 
y  x   y   z  ,
3 3 3 
2 2 1 
z  x  y   z  
3 3 3 

bərabərliklərini ( x, y, z ) funksiyasının yuxarıdakı analitik ifadəsində yerinə yazıb, müəyyən


çevirmələrdən sonra
( x, y , z )  6 x  24 y   18 z   30
alarıq.
f və  funksiyalarının təzə koordinatlarda bu ifadələrini səthin verilmiş tənliyində nəzərə
alsaq, alınan ifadəni x, y  , z  -ə nəzərən tam kvadratına gətirməklə onu

( x  1) 2 ( y   2) 2 ( z   1) 2
  1
2 1 2/3

şəklində salırıq ki, bu da mərkəzi (1, 2 ,  1) nöqtəsində, yarımoxları 2 , 1, 2 / 3 olan üçoxlu


ellipsoidin kanonik tənliyidir.
Qeyd edək ki, yuxarıdakı üsulla ikitərtibli xətlərin ümumi tənliyini asanlıqla kanonik şəklə
gətirmək olur.

N.İ.Şıxəliyev, Ə.A.Məmmədov
Xətti cəbrin tətbiqi ilə iki tərtibli səthlərin ümumi tənliyinin kanonik şəklə gətirilməsi
102
Elmi əsərlər – Ученые записки – Scientific works №1, 2017 İSSN 1815-1779
Riyaziyyat-Математика-Matematics

ƏDƏBİYYAT

1. R.Məmmədov. Ali riyaziyyat kursu. I hissə, Bakı, 1978.


2. С.Ф.Фролов, Р.Я.Шостак. Курс высшей математики. I том, М., 1971.
3. Сборник задач по математике для втузов. Линейная алгебра и основы математичес-
кого анализа. Под редакцией А.В.Ефимова, Б.П.Демидовича. М., 1981.

ПРИВЕДЕНИЕ ОБЩЕГО УРАВНЕНИЯ ПОВЕРХНОСТЕЙ ВТОРОГО ПОРЯДКА


К КАНОНИЧЕСКОМУ ВИДУ С ПРИМЕНЕНИЕМ ЛИНЕЙНОЙ АЛГЕБРЫ

Н.И.ШИХАЛИЕВ, А.А.МАМЕДОВ
Азербайджанский Технический Университет

Аннотация: Как известно, в последние годы количество часов, выделенных на обучение математики
в высших технических учреждениях, резко сократилась и поэтому некоторые разделы данного
предмета либо не изучаются, либо изучаются недостаточно. Учитывая это, с методической точки-
зрения, предложенную статью считаем важным.
Ключевые слова: матрица, квадратичная форма.

BRINGING GENERAL EQUATION SECOND ORDER SURFACE


TO THE CANONICAL FORM USING LINEAR ALGEBRA

N.I.SHYHALIEV, A.A.MAMEDOV
Azerbaijan Technical University

Abstract: As is known, in recent years the number of hours allocated to mathematics education in higher
technical institutions, has declined sharply, and therefore some parts of the subject are either not studied or
studied enough. Given that, from a methodological point of view, proposed article we consider it important.
Keywords: matrix, quadratic form.

Daxil olub: 30.01.2017


Rəyçi: p.e.d., prof. M.C.Mahmudov

N.İ.Şıxəliyev, Ə.A.Məmmədov
Xətti cəbrin tətbiqi ilə iki tərtibli səthlərin ümumi tənliyinin kanonik şəklə gətirilməsi
103

You might also like