Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 3

“Sabahın alimləri” Respublika müsabiqəsi

Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI


siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq
fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi,
həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da
keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri”
Respublika Müsabiqəsi keçirilir.

Müsabiqənin kateqoriyaları:

- Riyaziyyat

- Fizika, astronomiya

- Kimya

- Biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya)

- Tibb və sağlamlıq

- Ekologiya, ətraf mühitin idarə olunması

- Mühəndislik

- Kompüter elmləri.
“Ən yaxşı təqdimat” müsabiqəsi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə hər il “Ən yaxşı
təqdimat” müsabiqəsi keçirilir.
Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi
Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi
tərəfindən təşkil olunur.
Müsabiqənin ölkə mərhələsində respublikanın bütün bölgələrindən şagird iştirak edir.
Şagirdlər Təhsil Nazirliyində yaradılmış işçi qrupunun qarşısında 10 dəqiqəlik təqdimat edir, onların
çıxışları əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında maksimum 10 balla qiymətləndirilir.
“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, şagirdlər diplom, tərifnamə və
qiymətli hədiyyələrlə təltif olunur.
Beynəlxalq fənn olimpiadaları

Riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilən beynəlxalq fənn


olimpiadaları hər il dünyanın müxtəlif ölkələrinin evsahibliyi ilə həyata keçirilir. Azərbaycan
məktəbliləri müstəqillik tarixinindən bu yana əsasən 1992-ci ildən günümüzədək hər il bu mötəbər
elm yarışlarında iştirak edirlər.

Beynəlxalq fənn olimpiadalarını formatına görə bir neçə qrupa bölmək olar. Əsasən
iştirakçıların yaş məhdudiyyətinə görə fərqlənən, eləcə də formatına görə fərqlənən olimpiadalar
mövcüddur.

Azərbaycan məktəbliləri, riyaziyyat fənni üzrə: Beynəlxalq Riyaziyyat Olimpiadası (İMO), Balkan
Riyaziyyat Olimpiadası (BMO), Yeniyetmələrin Balkan Riyaziyyat Olimpidası (JBMO), Avropa Qızlar
Riyaziyyat Olimpiadası (EGMO) Qafqaz Riyaziyyat Olimpiadası, Beynəlxalq Meqapolislər
Olimpiadası, Beynəlxalq Jautıkov Olimpiadası (İZHO) fizika fənni üzrə: Beynəlxalq Fizika
Olimpiadası (İPHO), Avropa Fizika Olimpiadası (EuPHO), Beynəlxalq Jauıtkov Olimpiadası (İZHO),
Yeniyetmələrin Elm Olimpiadası (İJSO) kimya fənni üzrə: Beynəlxalq Kimya Olimpiadası (İCHO),
Beynəlxalq Mendeleyev Kimya Olimpidası (İMCHO),  Yeniyetmələrin Elm Olimpiadası (İJSO)
biologiya fənni üzrə: Beynəlxalq Biologiya Olimpiadası (İBO), Yeniyetmələrin Elm Olimpiadası (İJSO)
informatika fənni üzrə: Beynəlxalq İnformatika Olimpiadası (İOİ), Yeniyetmələrin Avropa İnformatika
Olimpiadası (EJOİ), Beynəlxalq Jauıtkov Olimpiadası (İZHO) da iştirak edirlər.

Yuxarıda adları çəkilən beynəlxalq fənn olimpiadalarında iştirak edəcək Azərbaycan milli
komandasının seçim imtahanları Azərbaycan Respublikasının Təhsil İnstitutunun müvafiq şöbəsi
tərəfindən keçirilməsi təmin edilir. Seçmə imtahanlarına əsasən Respublika fənn olimpiadalarının
qalibləri və ya final mərhələdə iştirak etmiş şagirdlər dəvət edilirlər.

Məktəblilərimizin Beynəlxalq fənn olimpiadalarında daha uğurlu çıxışının təmin edilməsi


məqsədi ilə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzləri
yaradılmış və fəaliyyətə başlamışdır. Belə ki, 5 müxtəlif fənn üzrə və müxtəlif yaş qrupları üzrə 300-
dən çox şagird həmin mərkəzlərdə olimpiadalara hazırlıq prosesinə qoşulurlar. Bu mərkəzlərdə
şagirdlərin nəzəri və praktiki hazırlıqlarının təmin edilməsi üçün orta məktəblərdən, ali məktəblərdən
mütəxəssislər dəvət edilir, eyni zamanda əcnəbi mütəxəsislərin də dəstəyi ilə hazırlıqlar
aparılmaqdadır.

Bu mərkəzlərə istedadlı şagirdlərin cəlb edilməsi məqsədi ilə, və şagirdlərlə uzunmüddətli


çalışma imkanın olması məqsədi ilə aşağı sinif şagirdləri ( VI-VII sinif ) arasında fənn müsabiqələri
təşkil edilir və keçirilməkdədir. Həmin fənn müsabiqələrinin nəticələrinə əsasən qalib olan hər fənn
üzrə 30 yaxın şagird mərkəzlərə dəvət edilir.

1992-ci ildən günümüzədək Azərbaycan məktəblilərinin iştirak etdikləri müxtəlif beynəlxalq


fənn olimpidalarında 30 qızıl, 226 gümüş və 263 bürünc medal olmaqla 519 medal qazanmışlar. Son
5 ildə məktəblilərimiz 5 qızıl, 48 gümüş və 121 bürünc medal olmaqla ümumilikdə 174 medal
qazanmışlar.

You might also like