Mövzu 1 Aqrar Iqt

You might also like

Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 6

Mövzu 1: Aqrar iqtisadiyyatın nəzəri əsasları, predmeti və öyrənilmə metodları

Plan

1. Aqrar iqtisadiyyatın nəzəri əsasları, fənn haqqında anlayış

2. Fənnin predmeti və öyrənilmə metodları

3.Aqrar iqtisadiyyatın digər elmlərlə qarşılıqlı əlaqəsi

4. Müasir mərhələdə aqrar iqtisadiyyat qarşısında duran vəzifələr

Iqtisadiyyat- ev təsərrüfatının idarə edilməsindən başlayaraq cəmiyyətin,ictimai istehsal


proseslərini,istehsal, bölgü,mübadilə və maddi nemətlər istehlakında yaranan münasibətləri və
təsərrüfatçılıq qanunlarını öyrənən elmdir.

Iqtisadiyyatda çoxlu sahələr birləşir.aqrar-sənaye,yanacaq- energetika,maşınqayırma,neft-kimya


və sair.

Iqtisadiyyat aşağıdakı hissələrə bölünür. Mikro iqtisadiyyat, makro-iqtisadiyyyat,müəssisələrin


iqtisadiyyatı və ayrı-ayrı sahələrin iqtisadiyyatı (Sənaye,aqrar-sənaye, nəqliyyat,tikinti,
ticarət,turizm,ətraf mühitin və sosial sahənin iqtisadiyyatı və sair )

Iqtisadiyyat bir elm kimi cəmiyyətin tələbinə uyğun - nə istehsal etmək, nə qədər istehsal
etmək, necə istehsal etmək, nə üçün istehsal etmək yəni,mənfəət –gəlir əldə etmək və sair
suallarına aydınlıq gətirir.

Bazar iqtisadiyyatı şəraitində bu məsələlər mühüm vəzifə kimi qarşıda durur.

Aqrar iqtisadiyyat- iqtisadiyyatın ən mühüm və aparıcı sahələrindən biri sayılır. Bu sferada


istehsal edilən məhsullar insanların bilavasitə həyatı,qidalanması və rifahı ilə bağlıdır. Bu sahədə
eyni zamanda iqtisadiyyatın digər sahələrinin inkişafı üçün xammal və zəruri ehtiyyatlar
yetişdirilir.

Aqrar sfera maddi istehsalın ən böyük sahələrindən biri olmaqla hər bir cəmiyyətdə insanların
ilkin ərzaq tələbatını ödəyən və digər istehsal sahələri üçün əksər hallarda baza rolunu oynayan
bir istehsal sahəsidir.

“Aqro” – latın sözü olub, torpaq münasibətləri, torpaqla əlaqədar istehsal sahələri və bu
sahələr üzrə formalaşan istehsal münasibətlərini əhatə edir.

Başqa sözlə aqrar sfera -kənd təsərrüfatı məhsulları istehsalı və bu istehsal formaları ilə bağlı
digər istehsal sahələri arasındakı qarşılıqlı əlaqələri formalaşdıran iqtisadi bir kateqoriyadır.

Aqrar iqtisadiyyat- bir elm kimi iqtisadi qanunların yaranma formalarını,onların aqrar sahənin
inkişafına təsirini,həmçinin kənd təsərrüfatı məhsulları istehsalı iqtisadi qanunauyğunluqlarını
öyrənir.

Aqrar iqtisadiyyat elminin predmeti - aqrar sektorda istehsal münasibətlərini, iqtisadi


qanunların təsir mexanizmini və onların meydana gəlmə səbəblərini tədqiq etməkdir.
Bundan əlavə elmin yaranma predmeti – məhsuldar qüvvələrin və istehsal münasibətlərinin
inkişaf qanunauyğunluqlarını və prinsipləri,mal istehsalçılarının fəaliyyətlərinin bazar
mexanizmidir.

Tədqiqat obyekti- ölkənin kənd təsərrüfatında ,xüsusən onun regionları,müxtəlif təşkilati-hüquqi


formalarda kənd təsərrüfatı mal istehsalçılarının fəaliyyət yerləridir.

Aqrar sahə -tarixən ictimai istehsalın birinçi sahəsi sayılır. İnsanlar ta qədimdən istehsalın bu
sferası ilə daha fəal surətdə məşğul olmağa başlamış, tarixi ənənələr formalaşmış və öz ehtiyac
və tələbatlarını ödəmişlər.

Ölkəmizdə aqrar sahənin inkişafı bazar iqtisadiyyatının qanunları ilə tənzimlənir. Bazarda
ehtiyac duyulan tələbata müvafiq olaraq aqrar məhsullar istehsal olunaraq təklif olunur. Yəni
ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsalı bilavasitə bazar tələbatına uyğun tənzimlənir.

Aqrar sahə bir sıra səciyyəvi spesifik xüsusiyyətlərinə görə iqtisadiyyatın digər sahələrindən
fərqlənir..

Birincisi – aqrar sahənin inkişafı torpaqların münbitliyindən, keyfiyyətindən və


məhsuldarlığından asılıdır. Yəni,münbit və məhsuldar torpaqlarda daha böyük həmdə
keyfiyyətli kənd təsərrüfatı məhsulları yetişdirmək imkanları yaranır.
İkincisi - aqrar sahənin inkişafı bilvasitə hava-iqlim şəraitindən asılıdır.

Üçüncüsü - kənd təsərrüfatı məhsulları əsasən açıq səmada və mövsümü olaraq


yetişdirilir. Kənd təsərrüfatında işlər demək olar ki,ilboyu aparılır.xüsusilə,
əkinçilikdə,heyvandarlıqda vəs. Hazırki dövrdə bu amil tədricən aradan qalxır. K\T
məhsulları ilboyu istixanalarda yetişdirilir.
Dördüncüsü- ölkəmizin bölgələri təbii-iqtisadi şəraitinə görə bir-birindən fərqlənir.
Az.Resp.Prezidentinin 07 iyul 2021 ci il Fərmanı ilə ölkə ərazisində 14 iqtisadi rayon
yaradılıb. Hər bir bölgədə özünəməxsus keyfiyyətləri fərqlənən müxtəlif kənd təsərrüfatı
məhsulları yetişdirmək imkanları vardır.
Beşincisi - kənd təsərrüfatı məhsulları yetişdirilməsi(bitkiçilik və heyvandalıq
məhsulları) bioloji amillərə,proseslərə və bioloji qanunlara əsaslanır.( zaman baxımından
bioloji böyümə,inkişaf və s.)
Altıncısı- digər sahələrdən fərqli olaraq bu sahədə təkrar istehsal üçün istehsal fondları
,xammal ehtiyatları (yem,toxum vəs) yaradılır.
Aqrar sahə - eyni zamanda sənayenin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi üçün
xammal tədarükçüsü rolunu oynayır.Məs. toxuculuq,ipəkçilik sənayesinin,konserv
məhsulları istehsalı və s .

Aqrar iqtisadiyyat - bir elm kimi iqtisadi nəzəriyyəyə əsaslanır.O,digər iqtisadi fənnlərlə
istehsalın təşkili, planlaşdırılması və idarə edilməsi ,sahibkarlıq,marketinq,iqtisadi
statistika,mühasibat uçotu və s. ilə sıx surətdə bağlıdır.

Aqrar iqtisadiyyatın əsas vəzifəsi- əhalinin ərzaq məhsullarına olan tələbatını ödəməkdir.

Aqrar iqtisadiyyat elminin məqsədi - bazar iqtisadiyyatı şəraitində səmərəli təsərrüfatçılıq


metodları əsasında sahənin iqtisadi inkişafına nail olmaqdır.
Aqrar iqtisadiyyatın elmi əsaslarla inkişafı aşağıdakıları nəzərdə tutur:

- Aqrar sferada bütün mülkiyyət və təsərrüfatçılıq formaları çoxukladlı iqtisadi inkişafda


rəqabət əsasında öz yerini tutsun
- Ölkədə kənd təsərrüfatı istehsalının rəqabətə davamlılığını təmin etmək.
- ərzaq və resurs bazarının(torpaq,kapital,işçi qüvvəsi,investisiyalar) onların
konyukturaları,tələb və təkliflərin analizi əsasında strateji inkişafını.
- İnteqrasiya və kooperasiyanın səmərəli təşkilati formalarını.
- Elmi-texniki tərəqqinin nailiyyətləri əsasında istehsalın intensivləşdirilməsinin əsas
istiqamətlərini.
- Bazar münasibətlərinin inkişafını nəzərə almaqla təmərküzləşmə və ixtisaslaşmanın
optimal səviyyəsini.
- kənd təsərrüfatında prioritet istiqamət olan investisiya və innovasiya fəaliyyətini.
- Bazar şəraitində kənd təsərrüfatı mal istehsalçılarının iqtisadi fəaliyyət mexanizini.
- kənd təsərrüfatı istehsalının dövlət tənzimlənməsinin vacibliyi və istiqaməti

Bütün bunlar ölkənin regional xüsusiyyətləri nəzərə alınmaqla həll edilməlidir.

2. Fənnin elmi- metodoloji əsasları


Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsində aşağıdakı tədqiqat metodlarından istifadə
olunur: analiz və sintez, normativ, balans, statistik, induksiya və deduksiya,
monoqrafiya, eksperimental, iqtisadi riyazi metodlar və s.

Аnаliz. Bu mеtоddаn dаhа çох istifadə olunur. Çünki rеspubliкаmızdа həyаtа кеçirilən hər bir
sоsiаl-iqtisаdi quruculuq işi кеçmişin və ya mövcud vəziyyətin təhlili əsаsındа təşкil оlunur. Bu
zаmаn аnаliz mеtоdunа, хüsusi ilə sistеmli аnаlizə tеz-tеz mürаciət еdilir. Sistеmli аnаlizdə
hərtərəfli təhlil аpаrılır. Burаdа mərhələliк prinsipi əsаs götürülür. Qаrşıyаqоyulmuş məqsədə
nаil оlаnа qədər, bütün prоsеslər еlmi təhlil əsаsındа аrаşdırılır. Bеlə bir аnаliz əsаsındа həyаtа
кеçiriləcəк hər hаnsı bir quruculuq işinin iqtisаdi cəhətdən оptimаl vаriаntı sеçilir.

Sintеz. - Bu üsulun кöməyi ilə təhlil еdilmiş hаdisələr ümumiləşdirilir və bunun əsаsındа
öyrənilən məsələ hаqqındа tаm biliк hаsil оlur. Bеləliкlə, təhlillə sintеz bir-birilə üzvi surətdə
bаğlıdır.

Nоrmаtiv mеtоd.--Sоsiаl-iqtisаdi inкişаf prоqnоzlаrını işləyib hаzırlаyаrкən ən çох nоrmаtiv


mеtоdlаrdаn istifаdə оlunur.

Təcrübə göstərir кi, yаlnız еlmi cəhətdən əsаslаndırılmış nоrmаtivlər zəminində işlənib
hаzırlаnmış prоqnоzlаr əhаlinin ərzаq və екоlожi təhlüкəsizliyini uğurlа təmin еdə bilər.
Nоrmаtivlər işlənib hаzırlаnаrкən istеhsаl və əməк rеsurslаrındаn tаm və səmərəli istifаdə
оlunmаsı, еlmi-tехniкi tərəqqinin gələcəк nаiliyyətləri, səmərəli intеnsiv tехnоlоgiyаnın yаrаdа
biləcəyi imкаnlаr аşкаrlаnıb nəzərə аlınmаlıdır.

Bаlаns mеtоdu.- Bu mеtоd nоrmаtiv mеtоdlа sıх əlаqədə istifаdə оlunur. Nоrmаtivlərin еlmi
əsаslаrlа müəyyən еdilməsi, tərtib еdilən bаlаnslаrın dəqiqliyinə və rеаllığınа səbəb оlur. Bаlаns
mеtоdu imкаn vеrir кi, ərаzi sаhələri ilə dахili rеgiоnаl коmlpекslər аrаsındа nisbət düzgün
müəyyən оlunsun. Yаlnız bеlə оlduqdа mövcud təbii və iqtisаdi rеsurs-lаrdаn səmərəli istifаdə
оlunа bilər. Хаmmаlа və hаzır əmtəə-lərə tələbаt uğurlа ödənilər. Еyni fiкri müəssisədə mövcud
оlаn müхtəlif pеşələr üzrə mütəхəssislərə, ümumiliкdə işçi qüvvə-sinə tələbаtın ödənilməsi
bаrədə də söyləməк оlаr. Bеlə bаlаnslаrı tərtib еtməкlə mövcud əməк еhtiyаtlаrındаn səmərəli
istifаdə еdilməsi yоllаrı işlənib hаzırlаnа bilir.

Stаtistiк mеtоd – iqtisаdi göstəricilər əsаsındа hаdisələrin inкişаfını hərtərəfli хаrакtеrizə


еtməк üçün tətbiq еdilir. Bu mеtоd üç fоrmаdа həyаtа кеçirilir:Müşаhidə; 2) Məlumаtlаrın
işlənməsi və sistеmləşdirilməsi; 3) Əldə еdilən nəticələrin təhlil еdilməsi.

6. İnduкsiyа və dеduкsiyа. Bu üsullаrın tətbiq еdilməsi də iqtisаdi prоblеmlərin işlənib


hаzırlаnmasındа mühüm rоl оynаyır. Induкsiyа üsulu хüsusidən ümumiyə dоğru, аyrı-аyrı
hаdisələrin tədqiqindən ümumi nəticə çıхаrılmаsınа dоğru gеdir. Dеduкsiyа üsulu isə, əкsinə
ümumidən хüsusiyə dоğru gеdir. Induкsiyа ilə dеduкsiyа bir-birilə üzvi surətdə bаğlıdır, оnlаr
qаrşılıqlı surətdə bir-birini tаmаmlаyır.

7. Mоnоqrаfiyа mеtоdu. Bu mеtоd vаsitəsi ilə аyrı-аyrı mütərəqqi iş üsullаrı ümumiləşdirilir.


Misаl üçün hər hаnsı bir təsərrüfаtdа tədbiq оlunаn mütərəqqi tехnоlоgiyаnın məhsuldаrlığа
təsirini öyrənib, üstünlüкlərini аşкаrа çıхаrtdıqdаn sоnrа, həmin tехnоlоgiyаnı bаşqа
təsərrüfаtlаrdа dа həyаtа ке-çirməк üçün еlmi məsləhətlər hаzırlаnır.

8. Екspеrimеntаl mеtоd. Bu mеtоd dа istеhsаlın təşкili məsələlərinin öyrənilməsində tətbiq


оlunur.

Qаbаqlаr bu mеtоd yаlnız təbiət еlmlərinə аid еdilirdi. Məhs екspеrimеnt nəticəsində кənd
təsərrüfаtı istеhsаlının ən mürəккəb prоblеmlərini işləyib hаzırlаmаq mümкündür. Nəzəriyyənin
təcrübədə sınаqdаn кеçirilməsi, оnun dəqiqləşdirilməsi üçün екspеrimеnt əlvеrişli şərаit yаrаdır.

9.Riyаzi mеtоd. АSК sistеmində bеlə bir mеtоddаn istifаdə еdilməsi zəruriliyi оndаn irəli gəlir
кi, hər bir ахtаrışdа çаlışırlаr кi, ən оptimаl və fаydаlı vаriаnt sеçilsin. Bu isə yаlnız riyаzi
mеtоdlаr tətbiq еtməкlə əldə оlunur. Riyаzi mеtоdlаrlа hər bir tədqiq оlunаn prоsеs
mоdеlləşdirilir, коmpütеrlərin кö-məyi ilə məsələnin həlli üzrə yüzlərlə vаriаntlаr аşкаrlаnır.
Hаnsı vаriаnt ən аz хərclə bаşа gəlib yüкsəк dərəcədə səmərə vеrirsə həmin vаriаntdаn istifаdə
еdilir.

Müasir mərhələdə aqrar iqtisadiyyat qarşısında duran vəzifələr

Aqrar iqtisadiyyat ölkə iqtisadi sisteminin çox vacib bir sahəsidir ,onun dinamik inkişaf
etdirilməsi, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi və əhalinin ərzaq təminatı qarşıda
duran əsas vəzifələrdəndir i.

Bu barədə qəbul edilmiş Dövlət Proqramlarında - “Azərbaycan Respublikası regionlarının 2009-


2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan
Respubli-kasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” - ətraflı
göstərilmişdir. Təbii ki, bu istiqamətdə müəyyən işlər görülmüş və aqrar bölmənin inkişafında
müəyyən irəliləyişlər vardır.

Bazar iqtisadiyyatının tələblərinə uyğun aqrar bölmədə özəlləşmə tam başa çatmış, aqrar
sahibkarlıq geniş vüsət almış və istehsalın maddi-texniki bazası xeyli yüksəlmişdir.

Bazar iqtisadiyyatı şəraitində aqrar sferanın sabit və həm də intensiv inkişafının təmin olunması
məqsədilə dərin struktur dəyişiklikləri aparılmalı, ərzaq və strateji məhsullar istehsalının
artırılması, onun emalının həyata keçirilməsi üçün əsaslı tədbirlər sistemi işlənib həyata
keçirilməlidir. Burada taxılçılıq, pambıqçılıq, üzümçülük, meyvəçilik, tərəvəzçilik, çayçılıq,
maldarlıq və qoyunçuluq sahələrinin inkişafına üstünlük verilməlidir.

Bu məqsədlə bazara keçid dövründə meliorasiya, irriqasiya tədbirləri aparmaqla respublikada


mövcud olan 1,5 milyon hektar əkin sahəsi 2,0 milyon hektara çatdırılmalı, bütün növ bitkiçilik
və heyvandarlıq məhsulları istehsalının artırılması dövlətin aqrar siyasətinin əsas xəttini təşkil
etməlidir. Əsas ərzaq məhsulu olan taxılçılığın inkişafına böyük əhəmiyyət verilməlidir. Bu
məqsədlə ümumi əkin sahəsinin 60%-ə qədəri taxıl bitkisi altına verilməli, heyvandarlığın yem
bazasının möhkəmləndirilməsi üçün əkin sahələrinin genişləndirilməsi istiqamətində mühüm
tədbirlər sistemi hazırlanmalı və həyata keçirilməlidir.

Müasir mərhələdə aqrar iqtisadiyyat qarşısında duran vəzifələrə aşağıdakılar daxildir:

- təsərrüfatçılığın iqtisadi mexanizminin təkmilləşdirilməsi və onun bazar münasibətləri


əsasında yenidən qurulması;

- ölkə əhalisinin ərzaq və ekoloji təminatını həyata keçirmək;

- bütün regionlarda sosial-iqtisadi inkişafın sürətləndirilməsinə nail olmaq;

- kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün zəruri sayılan infrastrukturu yaratmaq;

- özəlləşdirməyə dair dövlət proqramının həyata keçirilməsi və sahibkarlıq fəaliyyətinin


üstün inkişafının təmin edilməsi;

- aqrar bölmədə yeni iqtisadi və mülkiyyət münasibətlərini həyata keçirməklə məhsul


istehsalının artırılmasının potensial imkanlarından istifadə edilməsi;

- inkişaf etmiş ölkələrinin təcrübəsinin nəticələrini ümumiləşdirmək yolu ilə onların geniş
yayılmasına əməli kömək edilməsi;

- kənd təsərrüfatının və onunla bağlı sahələrin sabit inkişafının təmin edilməsi;

- kəndin sosial cəhətdən yenidən qurulması;


- xarici investisiyaların aqrar bölmənin sahələrinə cəlb edilməsi;
- yerlərdə mövcud potensialdan səmərəli istifadə etmək emal müəssisələrini xammal
regionlarına yaxşılaşdırmaq yolu ilə məşğulluq probleminin yaxşılaşdırılması.

Bununla yanaşı ərzaq ehtiyatlarını artırmaq üçün çoxukladlı iqtisadiyyatın formalaşması, burada
başqa strukturlarla yanaşı kəndli (fermer) təsərrüfatlarının üstün inkişafının təmin edilməsi
aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi elmi qarşısında bir vəzifə kimi durur.

Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi elmi, həmçinin iqtisadiyyatın aqrar bölməsinin
potensial imkanlarının xalqın, dövlətçiliyimiz bütün üstünlüklərinin hərəkətə gətirilməsində, ona
ən müasir formalar verilməsində öz nəzəri, metodoloji ümumiləşdirmələri ilə Azərbaycan
Respublikasının aqrar siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsinə əməli köməklik
göstərilməlidir.

You might also like