Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 1

Kollokvium (ara imtahanı) və sessiya imtahanı (yekun imtahan)

zamanı aşağıdakı hallar

QADAĞANDIR

1. İmtahan zalına mobil telefon, “ağıllı” saat, mikroqulaqcıq, məsafədən


ötürmə cihazları, konsepkt, lüğət, cədvəl və digər yardımçı vasitələri (kalkulyator
və əvvəlcədən fənn müəllimi tərəfindən bildirilməklə əmsal cədvəlləri, hesablar və
s. istisna olmaqla) gətirmək və onlardan istifadəyə cəhd etmək.
2. İmtahanda digər tələbənin imtahan verdiyi kompyuterin monitoruna və ya
yazısına davamlı olaraq baxmaq və oradan köçürməyə çalışmaq.
3. İmtahanda digər tələbənin və ya tələbələrin köçürməsi üçün onlara şərait
yaratmaq (stulda arxaya söykənmək və ya yan tərəfə yıxılmış şəkildə oturmaq,
ekran görüntüsünü 100%-dən çox artırmaq, monitorunun istiqamətini qəsdən
çəpləşdirmək və s.). Bu halda köçürməyə cəhd edən tələbə ilə yanaşı, ona şərait
yaradan tələbə də eyni qaydada intizam pozuntusuna yol vermiş hesab edilir.
4. İmtahan başlayandan sonra yanaşı oturan tələbə və ya tələbələrlə
danışmaq, yaxud imtahan zalında səs-küy yaratmaq.
5. İmtahan zalındakı nəzarətçinin və ya imtahana məsul şəxsin əsaslı
xəbərdarlıqlarına qarşı etiraz və ya kobud rəftar etmək.
6. Başqa bir tələbənin əvəzinə imtahan verməyə cəhd etmək və ya öz yerinə
digər tələbənin imtahan verməsinə şərait yaratmaq.
QEYD: 1. Yuxarıda sadalanan intizam pozuntusuna yol verən bakalavr və
magistrantların pozuntu halı baş vermiş fənn üzrə imtahan nəticəsi “Azərbaycan
Dövlət İqtisad Universitetində (UNEC) təhsilalanların universitetdaxili intizam
qaydaları” əsasında ləğv edilir və onlar barəsində əlavə intizam-tənbeh tədbirləri
görülür.
2. Sessiya imtahanı (yekun imtahanı) zamanı intizam pozuntusuna yol
vermiş bakalavr və magistrantlar həmin semestrin nəticələri üzrə keçirilən təqaüd
müsabiqəsinə buraxılmır. İstədikləri halda həmin tələbələr intizam pozuntusuna
yol verdikləri fənn üzrə dinləmədən təkrar imtahan verə bilirlər.

You might also like