Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 53

Vüqar Süleymanlı vuqar.s.f@gmail.

com

İnformatika
üzrə

Konspekt

Süleymanlı Vüqar

2021 – 2022

1
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com

2
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Əziz oxuyucular

Əziz oxuyucular

Bu konspekti sizlər üçün hazırlamaqda əsas məqsədim İnformatika kimi çətin bir fənni
sadələşdirilmiş vəziyyətə gətirməkdir. İncəliklərlə bol olan bu fənnin ən xırda detalına qədər
diqqət edib, sizin üçün bu vəsaiti hazırlamışam. Vəsaiti rəngli çap edib oxumağı tövsiyyə
edirəm, çünki, rənglər burada çox iş görür. İzahları diaqramlar, cədvəllər, şəkillərlə etməkdə və
rəngli yazmaqda məqsədim göz yaddaşının gücündən istifadə etməkdir. Konspekt sırf
DÖVLƏT QULLUĞU istiqaməti üçün hazırlanıb.

Qeyd: ASCII VƏ UNICODE, Fayl sistemləri, Lokal şəbəkələr və Access 2010 proqramı
BB istiqamətini əhatə etmir.

Hər bir müdavimə uğurlar arzulayır, ona bu konspektdən istifadə edərək yüksək nəticələrə
çatmağı diləyirəm.

Konspekt tərəfimdən yazılıb və müəlliflik hüquqları şəxsən qorunur. Plagiata əl atmamalı


və müəlliflik hüquqları pozulmamalıdır.

Möhür yeri:

Ünvanımız İçərişəhər, Asəf Zeynallı 31/33. Müəllimlər:


Qanunvericilik üzrə Turan Məmmədli, Məntiq və İnformatika üzrə Vüqar Süleymanlı, Azərbaycan dili üzrə Pakizə Xələfova
+994557012555 +994555147484 +994556812288

Dövlət Qulluğuna hazırlıq mərkəzi +994505595554, +994515482529

Video dərslərlə youtube kanalından tanış ola bilərsiniz. Bunun üçün QR kodu oxutmağınız kifayətdir.

3
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
İnformatika elmi, ilkin anlayışlar, ölçü vahidləri və kodlaşdırma sistemləri
İnformatika elmi öyrənir: informasiyanın avtomatlaşdırılmasını və informasiya proseslərini
İnformasiya – latın sözü olub, xəbər, məlumat mənasına gəlir.
İnformatika elminin qolları:

Hardware Texniki və ya aparat təminatı

Alqoritmləşdirmə Brainware Software Proqram təminatı

İnformasiya mübadiləsi prosesi:

İnformasiya Rabitə İnformasiya


Koder Dekoder
kanalı
mənbəyi qəbuledicisi

Verilən – kompüterin yaddaşında saxlanılan informasiyadır.

Verilənlərin tipləri:

hesabi

mətni Verilən məntiqi

göstərici

1. Hesabi – rəqəm tipli;


2. Məntiqi – “0” və ya “1”;
3. Mətni – simvol tipli;
4. Göstərici – proqramlaşdırma üçün;
4
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Bilik – dərkolunma vasitəsi ilə əldə edilən və ya qərar qəbul etməyə imkan yaradan informasiyadır.
İnformasiya üzərində aparılan proseslər 4 cürdür:

İnformasiya prosesləri İnformasiyanın xassələri

İnformasiyanın toplanması Aydınlıq Tamlıq Əlçatanlıq

Faydalılıq Dəqiqlik Aktuallıq


İnformasiyanın saxlanması
Adekvatlıq Obyektivlik Mövcudluq
İnformasiyanın ötürülməsi
Etibarlılıq Qiymətlilik
İnformasiyanın emalı

Formasına görə informasiya

analoq kəsilməz duyğu orqanları vasitəsilə qəbul edilən informasiya


İnformasiya
formaları
rəqəmsal diskret kompüterlər tərəfindən emalı mümkün olan
informasiya

Kompüterin yaddaşında saxlanılan informasiyanın tipləri:

məntiqi

ədədi mətni

kompüterin
yaddaşında
saxlanılan
verilənlərin
qrafiki tipləri multimedia

audio video

Məntiqi – “1” və ya “0” Qrafiki – şəkil, qrafik Multimedia – fərqli tiplərin qarışığı
Mətni – sözlər, cümlələr Audio – səs
Ədədi – ədədlər və rəqəmlər Video – videogörüntülər

5
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com

İnformasiyanın verilmə (təqdim olunma) üsulları


mətn Qrafiki qarışıq (kombinasiyalı) ədədi səs

Kodlaşdırma sistemləri

Kodlaşdırma
ASCII UNICODE
sistemləri

Kodlaşdırma sistemi Maksimal simvol sayı Hər simvolun yaddaşda tutduğu yer
ASCII 256 (0 – 255) 1 bayt (8 bit)
UNICODE 65536 (0 – 65535) 2 bayt (16 bit)

Verilmiş sənədin (kitabın) yaddaş həcmini hesablamaq üçün isə aşağıdakı düsturdan istifadə etmək olar:

Y= Səh Sət Sim ASCII


Y= 2 Səh Sət Sim UNICODE

İnformasiyanın ölçü vahidləri və keçid cədvəli

bit
Bayt = 8 bit = 23 bit
Kbayt = 1024 bayt = 210 bayt = 213 bit
Mbayt = 1024 Kbayt = 210 Kbayt = 220 bayt = 223 bit
Gbayt = 1024 Mbayt = 210 Mbayt = 220 Kbayt = 230 bayt = 233 bit
Tbayt = 1024 Gbayt = 210 Gbayt = 220 Mbayt = 240 bayt = 243 bit

Vurma qaydası
23
bit
bayt
210
Kbayt Bit – ikilik koddur, ən elementar ölçü vahididir.
210
Mbayt
210 Bayt – əsas ölçü vahididir.
Gbayt
210
Tbayt
Bölmə qaydası

6
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Nümunə: “İnformatika_fənnini_sevərək_oxuyuruq!” cümləsində ümumilikdə neçə simvol olduğunu
sayırıq (dırnaq işarələri cümləni mətndən ayırmaq məqsədilə verildiyi üçün, onları nəzərə almırıq).

“İnformatika_fənnini_sevərək_oxuyuruq!”

37

Nümunədə göründüyü kimi, 37 simvol vardır. Deməli, bu cümlə ASCII standartı ilə verilsə idi, 37 bayt (hər
simvol 1 bayt olduğuna görə), UNICODE standartı ilə isə 74 bayt (hər simvol 2 bayt olduğuna görə) yer zəbt
edərdi. Hərçənd ki, bu cümlə ASCII standartı ilə təqdim oluna bilməz, çünki, bu standartda Azərbaycan hərfləri
mövcud deyil [ ].

Bəzi nümunələrdə ASCII və UNICODE kodlaşdırma sistemlərinin və ölçü vahidlərinin ətrafında yarana
biləcək suallara aydınlıq gətirək:

Nümunə 1: “101010001010100011010101010100011110101010011011” Verilmiş kodlar toplusu üçün aşağıdakı


sualları cavablandıraq.

Sual 1. ASCII kodlaşdırma sistemi ilə kodlaşdırılmış bu nümunədə neçə simvol var?
Sual 2. ASCII kodlaşdırma sistemi ilə kodlaşdırılmış bu nümunədə neçə fərqli simvol var?
Sual 3. ASCII kodlaşdırma sistemi ilə kodlaşdırılmış bu nümunədə neçə eyni simvol var?
Sual 1 – in həlli:
Bilirik ki, ASCII kodlaşdırmasında hər simvol səkkiz 0 və ya 1 – dən təşkil edilir. Ona görə də, bu
nümunədəki simvolların ümumi sayını tapmaq üçün nümunəni sağdan sola doğru səkkizlik hissələrə bölmək və bu
hissələrin sayını tapmaq lazımdır:

101010001010100011010101010100011110101010011011
A A B C D E
Nümunə 6 hissəyə bölündüyünə görə ilk sualın cavabı 6 – dır.

Sual 2 – nin həlli:


Hissələrə bölünmüş “səkkizlik” – lərə diqqətlə baxsaq, 1 – ci və 2 – ci hissələrin tamamilə eyni olduğunu görürük
və başqa bu tipli hal yoxdursa, həmin hissələri eyni simvol qəbul edib, şərti olaraq adlandırırıq. Beləliklə, görürük
ki, A, B, C, D və E simvolları fərqlidir, yəni 5 fərqli simvol vardır.
2 – ci sualın cavabı 5 – dir.
Sual 3 – ün həlli:
Nümunədə görünür ki, ilk iki “səkkizlik” bir – biri ilə eynilik təşkil edir. Və buna görə də, demək olar ki, 2 simvol
eynilik təşkil edir.
3 – cü sualın cavabı isə 2 – dir.
Qeyd: Bu tipli suallar UNICODE standartı ilə soruşularsa, nümunəni 16 – 16 hissələrə bölmək lazımdır. Çünki,
UNICODE standartında hər simvol 2 bayt yaddaşa malikdir, yəni 16 bit. Bu isə 16 ədəd 0 və 1 deməkdir.

7
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
HARDWARE – texniki və ya aparat təminatı.

Kompüterin əsas tərkib hissələri


Monitor Sistem bloku Klaviatura

Məlumatları xaric edir Vacib qurğuları daxilində saxlayır Məlumatları daxil edir.

Sistem bloku daxilindəki qurğular


kuller (sərinkeş) qidalanma bloku naqillər toplusu (sistem şini) sərt disk (hard disc) Ana plata

Kuller qızmasının qarşısını alır, ventilyatordur. Qidalanma bloku enerjini alır və ötürür. Naqillər toplusu
sistem bloku daxilindəki qurğular arası əlaqəni təmin edir. Sərt disk istifadəçinin məlumatlarını saxlayır. Ana
plata (motherboard) üzərində vacib qurğuları saxlayır.

Ana plata üzərindəki qurğular:

Ana plata
Mikroprosessor RAM ROM BIOS CMOS Keş registr səskartı videokart çipset portlar

Qeyd: Riyazi soprossesor, takt impulsları generatoru, sayğac kimi qurğular da ana plata üzərindədir.
Mikroprosessor –hesabi və məntiqi əməliyyatları icra və emal edir.
RAM – əməli yaddaş, operativ yaddaş, daimi olmayan (müvəqqəti), elektrik enerjisindən asılı yaddaşdır.
ROM – daimi yaddaşdır. Kompüterin zavod parametrlərini saxlayır. Enerjidən asılı deyil.
BIOS – əməliyyat sisteminin yüklənməsini və testləşdirməni edir. İki funksiyası var – BOOT və POST.
CMOS – Tarix və zaman konfiqurasiyalarını yadda saxlayan qurğudur.
Keş yaddaş (Cache) – əməli yaddaşa sürətli müraciəti təmin edir.
Registr yaddaş – prosessor tərkibində yerləşən və informasiya emal edən oyuqlardır.
Səskartı (audiocard) – mikrofon və səs gücləndirici qurğuları birlikdə fəaliyyətə təşviq edir.
Videokart (videocard) – monitor və veb kameranı idarə edir.
Qeyd: Səskartı və videokart çevirici qurğu hesab olunur.
Çipset – ana plata üzərində yerləşən qurğuları əlaqələndirir.

8
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Portlar – xarici qurğuların kompüterə qoşulması üçün yuvalardır. Portlar 2 növdür:

Portlar
Ardıcıl Paralel
PS/2, COM, USB, LAN, Audio, HDMI, IEEE 1394 (Firewire) LPT, VGA

PS/2 portu (yaşıl) – mausu qoşur.


PS/2 portu (bənövşəyi) – klaviaturanı qoşur.
COM – maus, klaviaturanı qoşur.
LPT – printer, faks qoşur.
LAN – internetə və lokal şəbəkələrə qoşulan zaman istifadə olunur.
Audio – səsgücləndirici və ya mikrofonu qoşur.
VGA – monitoru, proyektoru qoşur, yalnız görüntünü ötürür.
HDMI – monitoru, proyektoru qoşur, həm görüntünü, həm də səsi ötürür.
USB – universaldır, bütün qurğuları qoşur.
IEEE1394 USB portuna rəqib kimi istehsal olunub.
Kontroller – xarici qurğularla kompüteri əlaqələndirən mikrosxem.
Drayver – xarici qurğuların sazlanmasını təmin edən proqram.
Ümumiyyətlə, daxili yaddaş qurğularını sürət və tutum həcminə görə səciyyələndirə bilərik:

Sürətinin azalmasına görə (üzü aşağı) Həcminin artmasına görə (üzü aşağı)

Registr Registr

Cache Cache

RAM RAM

ROM ROM

9
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Periferiya qurğuları – istifadəçinin işini sadələşdirən, kompüterə məlumatlar daxil edən və kompüterdəki
məlumatları xaric edən qurğulardır.

Daxiletmə qurğuları Xaricetmə (çıxış) qurğuları Həm daxiletmə, həm xaricetmə qurğuları

Klaviatura Monitor Modem


Dicitayzer Proyektor Faks
Mikrofon Plotter Kombayn (printer + skaner)
Veb – kamera Səs gücləndiricilər Optik – disk oxuyucusu
TV – tüner Printer Toxunuşlu ekran (Touchscreen monitor)
Skaner Şəbəkə adapteri
Videokart
Səskartı

Daxiletmə qurğuları
Klaviatura – 104 – 110 arası düyməsi olur. Düymələrin 4 tipi var:
1. Hərf və rəqəmlər (simvollar) 2. İdarəetmə (xüsusi)
3. Funksional düymələr 4. Hərəkət düymələri
Dicitayzer (Qrafiki Planşet) – memarlar və dizaynerlər üçün qrafiki planşet.
Mikrofon – analoq formalı səsi daxil edir.
Veb – kamera – videogörüntüləri daxil edir.
TV – tüner – müxtəlif formatlı televiziya verilişlərinin monitorda göstərilməsini təmin edən daxiletmə
qurğusudur. Kompüter vasitəsilə televiziyaya baxmağa imkan yaradır.
Skaner – verilənləri qrafiki formada daxil edir.
Skaner
Əl ilə işləyən (Heldbed) Stolüstü (Desktop)
Barkodoxuyucu (marketlərdə rast gəlinir) Fladbed, Sheeffed və Overhead

Xaricetmə (çıxış) qurğuları


Monitor (Displey) – kompüter daxilindəki informasiyanı vizual formada istifadəçiyə çatdırılmasını təmin edən
xaricetmə qurğusudur.
Monitorun üç növü vardır.
CRT elektron şüa borulu köhnə monitor
LCD enerjiyə qənaət edən maye kristallik ekran
Plazma yüksək qiyməyə sahib ionlaşdırılmış monitor

Proyektor – verilənləri vizual formada istifadəçiyə çatdırır.


Plotter – texnoloji sənədlərin, reklam, atlas və xəritələrin çapı üçün istifadə edilən xaricetmə qurğusudur.
Səs gücləndiricilər (Akustik gücləndiricilər) – səs (audio) məlumatların dinlənilməsi üçün istifadə olunan
xaricetmə qurğusudur.
10
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Printer – informasiyanı kağıza çap edən qurğu.

Printerlər
Zərbli (impact) Zərbsiz (non – impact)
Literli, matrisli Termoqrafik, termodinamik, şırnaqlı və lazerli

Həm daxiletmə, həm xaricetmə qurğuları


Modem – modulyasiya demodulyasiya işi görür. Beynəlxalq ölçü vahidi – bod (1 bod = bit/san).
Buraxılış qabiliyyəti – BPS.
BPS = bod bit
Faks – təhlükəsizliyin yüksək olduğu giriş – çıxış qurğu.
Kombayn – həm printerin, həm də skanerin funksiyalarını icra edən qurğu.
Optik – disk oxuyucusu (Optic Disc Driver) – sistem bloku üzərində giriş hissəsi olan bu qurğu CD və DVD tipli
disklərdəki məlumatları oxumağa və onlara məlumat yazılmasına imkan yaradır.
Toxunuşlu ekran (Touchscreen monitor) – toxunuşlu ekranlar (telefonlar, notbuklar, ödəniş terminalları və s.).
Şəbəkə adapteri – kompüterin şəbəkəyə qoşulmasını təmin edən qurğu.
Səs kartı – səs gücləndirici və mikrofonun idarəetməsini təmin edən idarəedici qurğudur.
Videokart – monitorun və kameranın (həmçinin proyektor) idarəetməsini təmin edən idarəedici qurğudur.
Qeyd: Çevirici dedikdə analoqu rəqəmsala, rəqəmsalı analoqa çevirən qurğu nəzərdə tutulur.
İdarəetmə qurğuları – kompüterin işini idarə edən, həmçinin daxiletmə işinə də kömək edən qurğulardır.
Maus (Mouse) – idarəetmə qurğusu hesab edilir, bəzən isə daxiletmə qurğusu kimi qələmə verilir. Müasir
növləri lazer şüası ilə işləyir. Mausun trekbol, joypad, joystick, penmaus və touchpad kimi növləri mövcuddur.

Funksional baxımdan yaddaş qurğuları daxili və xarici olmaqla iki hissəyə bölünür.

Yaddaş qurğuları
Daxili yaddaşlar Xarici yaddaş qurğuları
RAM, ROM, CMOS, keş, registr, video yaddaş və FDD, CD – R, CD – RW, DVD – R, DVD – RW, HDD,
fləş yaddaş SSD, Fləşkart, Strimer, Blue – Ray

FDD – çevik, maqnit, yumşaq, 3,5 düym diaqonala malik 1,44 Mbayt tutuma malik yaddaş qurğusu
CD disklər 700 Mbayt yaddaşa malik, 650 Mbaytı istifadə olunan kompakt disk. CD disklər CD – R və CD – RW
olmaqla iki yerə bölünür.
DVD disklər 4,7 Gb ölçüdən 17 Gb – a qədər intervalı əhatə edir. DVD disklərin də DVD – R və DVD – RW
növləri var.
R – yalnız oxuna bilən RW – həm oxunub, həm də yazıla bilən disklərə deyilir.

11
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Blue Ray – ortalama 25 Gbayt yaddaş tutumuna malik olur.
HDD – üst – üstə qoyulmuş kompakt disklərdən ibarət yaddaş qurğusu. Etibarlıdır, istifadəçi məlumatlarını
saxlayır, sistem bloku daxilində yerləşir.
SSD – HDD – ya nəzərən daha etibarlı, sürətli və təhlükəsizdir. SSD və HDD Gbayt və Tbaytlarla ölçülür.
Fləşkart – xüsusi interfeysə sahib, rahat daşına bilən yaddaş qurğusudur.
Strimer – maqnit lenti üzərində məlumatları saxlıyır, etibarsız hesab olunur (toy kasetləri).
Yaddaş qurğuları birbaşa və ardıcıl ünvanlanan olur. Strimer ardıcıl, digərləri isə birbaşa ünvanlanandır.

Monitorun əsas göstəricisi


dioqanalının ölçüsü, piksellərinin sayı (ayırdetmə), əksetdirmə qabiliyyəti, müdafiə dərəcəsi, müşahidə bucağı

Prosessorun əsas xarakteristikaları


Takt tezliyi 1 saniyədə yerinə yetirə bildiyi əmrlərin sayı, Mhz və Ghz – la ölçülür
Mərtəbəlilik Bir dəfəyə emal üçün götürülə bilən bitlərin sayı
İşçi gərginlik Emal üçün götürülən informasiya hissələrinin sürəti
Keş yaddaşın həcmi Keş yaddaşın sürətinin prosessora təsiri
Əmrlər toplusu Prosessorun icra edə bildiyi müxtəlif tip əmrlərin miqdarı

Fərdi kompüterin əsas xarakteristikaları


işləmə sürəti, məhsuldarlıq, yaddaş həcmi, hesablama dəqiqliyi, əmrlər sistemi, kompüterin qiyməti, iş etibarlılığı

12
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Fərdi kompüterin proqram təminatı – SOFTWARE
Əməliyyat sistemləri

Baza proqram təminatı Əməliyyat örtükləri


K
o
Şəbəkə əməliyyat sistemləri
m
Sistem
p proqram
ü təminatı Diaqnostika proqramları
t
e Antivirus proqramları
r Servis proqram təminatı
i Utilitlər/Drayverlər
n
Arxivator proqramları
p
r
o Proqramlaşdırma dilləri və sistemləri
q
r İnstrumental
a proqram Proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti
təminatı
m
Proqram kompleksləri

t
ə
m Ümumi təyinatlı (universal)
i
n Üsulyönlü
Tətbiqi
a proqram
t təminatı Problemyönlü
ı
Qlobal şəbəkələrlə iş proqramları

13
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Sistem proqram təminatı
Baza proqram təminatı Servis proqram təminatı
MS DOS, Windows 98, Windows 2000, Diaqnostika Disk Defragmenter, Cleanup, Scan
Windows NT, Windows Alta Vista, proqramları Disk, Back up, Drive Space
Windows XP, Windows 7, Windows 8,
Əməliyyat Windows 10, Windows 11, UNIX, DR.Web, DR.Solomon, Kaspersky,
sistemləri MacOS, Linux, Ubuntu, QNX, OS/2, Avira, Avast, Panda, Nod 32,
Antivirus Norton Antivirus, Aidstest,
NetWare, Solaris, Andrioid, IOS proqramları Personal, Antiviral Toolkit Pro
Scaner, AVP
Norton Commander, Windows Windows Accessories, Windows
Əməliyyat Commander, Dos Navigator, PC Shell Administrative Tools, Windows
Utilitlər
örtükləri System, Utilities, PC Tools Deluxe,
Mase Utilities
Şəbəkə Novell, NetWare, Windows Server, WinZip, WinRar, 7 – Zip, WinAce,
Arxivləşdirmə
əməliyyat UNIX, Linux PowerArchiver, ZipGenius,
proqramları
sistemləri PeaZip, CAB, Gzip, Jar, Tar, Rar

İnstrumental Proqram təminatı


Proqramlaşdırma dilləri və sistemləri
Aşağı səviyyəli proqramlaşdırma sistemi Assembler, Avtokod
Fortran, Lisp, Planner, Scheme, Common, Turbo
Paskal, C, C++, C#, Eiffel, Java, Javascript, SQL,
Yuxarı səviyyəli proqramlaşdırma sistemi HTML, XHTML, XML, Delphi, Ada, Alqol, Python,
Matlab, Borland, Builder, PHP, Perl, ASP, Snobol,
Icon, Symantee Cafe, Occam, Linda, Basic
Proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti
Proqramlaşdırma mühitləri isə yaradılmış proqramlaşdırma dilinin istifadəçilər üçün müəyyən əmr və
işləmə prinsiplərinin bir bazada saxlanması və o bazadan ortaq istifadəsi üçün nəzərdə tutulub.
Proqram kompleksləri
Proqram kompleksləri dedikdə isə iri firmaların öz gündəlik məsələlərini həll etmək üçün böyük xərclə
ərsəyə gətirdiyi güclü proqramlar nəzərdə tutulur.

Translyatorun (insan dilindən maşın dilinə çevirir) 2 növü var:


İnterpretator – hissə – hissə, kompilyator isə ümumilikdə çevirir. Çevirilməmiş proqram ilkin, çevrilmiş
proqram isə mütləq və ya işçi proqram adlanır.

Texniki interfeys Kompüterlərin öz aralarında birləşməsi və ya kənar qurğularla əlaqəsi


Aparat interfeysi Periferiya qurğuları ilə kompüterin əlaqələndirilməsi
Əlavələr interfeysi Tətbiqi proqramlarla əməliyyat sisteminin əlaqəsi
İstifadəçi interfeys İnsan və kompüter arasındakı əlaqə
İstifadəçi interfeysinin üç tipi var – əmrli (mətnli), obyektyönlü (qrafiki), səsli (audio)
14
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com

Tətbiqi proqram təminatı


Ümumi təyinatlı (Universal)
Microsoft Word, Word Perfect, Leksikon, Ami Pro, ChiWriter,
Mətn redaktorları və prosessorları
MultiEdit, Word Star, Notepad, Wordpad
Elektron cədvəllər və cədvəl
Lotus 1 – 2 – 3, Super Calc, Quatron Pro, Microsoft Excel
prosessorları
Microsoft Power Point, Movie Maker, Prezi, Powtoon, OpenOffice
Təqdimat proqramları
Impress
Paint, Adobe PhotoShop, Painter, Fauve
Rastrlı
Matisse, Pixel Paint Pro, Corel PhotoPaint,
Adobe PhotoPaint, Picture Publisher

Corel Draw, Adobe Illustrator, Macromedia


Vektorlu
Freehand

Qrafik redaktorlar Autodesk, 3D Studio Max, Maya, Network


Üçölçülü Lightwave, Softimage XSI, Rhinoceros 3D,
Cinema 4D, Zbrush
Avtomatlaşdırılmış layihələndirnə sistemləri
(CAD): AutoCAD, ArchiCAD, OrCAD
Fraktal Fraktal qrafika həndəsi fiqurların avtomatik
generasiya olunması üçün istifadə olunur.
Nəşriyyat sistemləri Aldus Page Maker, QuarkXPress, Page Maker, Vertura Publisher
Lüğət proqramları Polyglot, ABBVY Lingvo, Oxford, Style
Tərcümə proqramları Dilmanc, Prompt, Intelsoft, Socrat, Babylon, Translate
Mühasibat proqramları 1C, Smart, Uyum, Günəş
Dbase, FoxBase, Clipper, FoxPro, Paradox, MS Access, Dbase for
Verilənlər bazasının idarəedilməsi
Windows, R:Base, Informix, Ingress, Sybase, Progress, MySQL,
sistemləri (VBİS)
SQL Server, ORACLE
İnteqrallaşdırılmış paketlər Microsoft Office, Framework, Start – nave, Microsoft Works
Ekspert sistemləri EMYCIN, Expert – Ease
Üsulyönlü Tətbiqi Proqramlar Paketi
Üsulyönlü tətbiqi proqramlar isə riyazi iqtisadi məsələlərin müəyyən üsullarla həlli üçün nəzərdə tutulub.
MathCad, Matlab, Derive, TK Solver, Mathematica, Maple, Simplex, Starts Network
Problemyönlü Tətbiqi proqram paketləri
Sənaye sahələri, qeyri – istehsal sahələri, müxtəlif tətbiq sahələri üçün istifadə olunur.
Qlobal şəbəkələrlə iş proqramları
Netscape Navigator, Internet Explorer, Mozilla FireFox, Mozaik,
Brauzerlər
Google Chrome, Opera, Safari, Microsoft Edge
Elektron poçt Eduardo (Eudaro), Microsoft Outlook

15
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Əməliyyat sistemlərinin təsnifatı
Əməliyyat sistemi – kompüter resurslarını idarəedən, istifadəçi ilə kompüter arasında qarşılıqlı əlaqə yaradan,
xarici qurğular və digər proqramlar arasında ünsiyyəti təşkil edən proqramlar məcmusudur. Əməliyyat sistemləri
müxtəlif əlamətlərinə görə aşağıdakı metodlarla təsnif olunur:
1. Sistemlə eyni anda işləyə bilən istifadəçilərin sayına görə – bir istifadəçili və çox istifadəçili
2. Prosessorlarının sayına görə – bir prosessorlu və çox prosessorlu
3. Sistemin idarə olunması zamanı eyni anda yerinə yetirilən məsələlərin sayına görə – bir məsələli və çox
məsələli
4. Prosessorun mərtəbələrinin sayına görə – 8 mərtəbəli (bitlik), 16 mərtəbəli (bitlik), 32 mərtəbəli (bitlik) və 64
mərtəbəli (bitlik)
5. İstifadəçi ilə interfeysin tipinə görə – əmrli (mətnli), obyektyönlü (qrafiki) və səsli (audio)
6. Resurslardan istifadəyə görə – şəbəkə və lokal
7. İnformasiya emalı rejiminə görə – paket emallı, vaxt bölgülü və real vaxt miqyaslı
Əməliyyat sistemlərinin aşağıdakı əsas funksiyaları mövcuddur:
 Diskdə verilənlərin saxlanılması üçün fayl sistemini təşkil edir;
 Fayl sistemlərinə müraciəti təmin edir və emal imkanı yaradır;
 Nüvəsinin avtomatik yüklənməsini təmin edir;
 Proqramı əməli yaddaşa yükləyir və icrasını idarə edir.
Əməliyyat sisteminin yüklənməsi dedikdə, kompüter işə düşən zaman əməliyyat sisteminin lazım olan hissəsinin
(özəyinin/nüvəsinin) xarici yaddaş qurğusundan əməli yaddaşa yüklənməsi başa düşülür (proses BIOS tərəfindən
icra olunur).

Fayl sistemlərinin təsnifatı


Yaddaşın müəyyən hissəsində ümumi ad altında saxlanılan verilənlər yığımı fayl adlanır. Faylın adı iki
hissədən ibarət olur: istifadəçi tərəfindən verilən ad (name) və əməliyyat sistemi tərəfindən verilən ad /
genişlənmə (name extension). İstifadəçi tərəfindən verilən ad 1 – 255 intervalında, genişlənmə adətən 1 – 5 arası
dəyişir. Faylın adında qadağan olunmuş simvollar:

? “
*
<:>
|
/\
16
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Fayl və qovluğun adında qadağan olunmuş sözlər:
prn, aux, nul, con, com0, com1, com2, com3, com4, com5, com6, com7, com8, com9,
lpt0, lpt1, lpt2, lpt3, lpt4, lpt5, lpt6, lpt7, lpt8, lpt9 (yalnız verildiyi formada!!!)

Fayllar üçün bəzi genişlənmələr:

“.com”, “.exe” – maşın kodlarında ifadə olunmuş, yüklənməyə və icraya hazır olan proqram faylları;
“.bat” – əmrlər faylı;
“.wav” – səs tipli fayl;
“.bmp” – rəsm tipli fayllar;
“.jpg” – statik təsvir tipli fayllar;
“.gif” – animasiya tipli fayllar;
“.txt”, “.doc”, “.dot”, “.dotm”, “.pdf” “.rtf” və “.docx” – mətn və sənəd tipli fayllar;
“.xls” və “.xlsx” – elektron cədvəl faylı;
“.ppt”, “.pptx”, “.potx” və “.ppsx” – elektron təqdimat faylı;
“.mdb” , “.accdb” və “.dat” – verilənlər bazası faylı;
“.bas” – Basic dilində ilkin proqram faylı;
“.pas” – Paskal dilində ilkin proqram faylı;
“.bak” – faylın sürəti;
“.c” – C dilində ilkin proqram faylı;
“.sys” – sistem faylı;
“.tmp” – əməliyyat sistemi və ya proqram tərəfindən müvəqqəti yaradılan fayl;
“.dll”, “.lib”, “.obj” – kitabxana faylları;
“.hlp” – məlumat, kömək faylı;
“.zip, “.rar”, “.arj”, “.tar”, “.jar” – arxiv faylları;
“.avi”, “.mpg”, “.vob” – rəqəm formatında olan video fayllar;
“.pst”, “.pab” – elektron poçt;
“.html”, “.htm” – internet sənədinin formatı;
“.wav”, “.mp3”, “.mid” – rəqəm formatında olan səs fayllarının genişlənməsini göstərir.
Qeyd1: “.ppsx” – faylı birbaşa Slide Show formatında açır.
Qeyd2: “.txt” – formatı özündə saxlamır, Notepad – in genişlənməsidir.
Qeyd3: “.gif” – hərəkətli şəkillərin genişlənməsidir.

Maska simvolları

* ?
Sıfır, bir və ya bir neçə simvolu əvəz edir. Yalnız bir simvolu əvəz edir.

17
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Fayl sistemləri – faylların nizamlı şəkildə saxlanması üçündür.

Fayl sistemləri
FAT16 FAT32 NTFS
2 faylı özündə saxlayır, faylın yolu
16
2 faylı özündə saxlayır, faylın yolu
32
NTFS fayl sistemi fayllar haqqında
16 bit və ya 2 bayt qəbul olunur. 32 bit və ya 4 bayt qəbul olunur. məlumatları MFT cədvəlində saxlayır.

NTFS – in FAT – la müqayisədə üstünlükləri:


 Verilənlərin mühafizəsinin təşkili;
 Fayl və qovluqların şifrələnməsi;
 Fayl və qovluqların sıxılması;
 Fayl və qovluqların bərpası imkanı;
 Hər bir istifadəçi üçün ayrıca Səbət (Recycle bin) təmin olunması.

sektor
Faylların yaddaş disklərində nizamlı
yerləşdirilməsi, yəni sektor və klasterlərə bölünməsi
cığır
fiziki formatlaşdırma, C: və D: disklərinə
bölünməsi isə məntiqi formatlaşdırma adlanır.
Sektor – faylın yazılıb – oxunulması üçün ən kiçik klaster
disk hissəsidir, yaddaşı 512 baytdır.
Klaster – faylların yazılması üçün minimal disk
hissəsidir. 1 klaster maksimum 1 faylı yadda
saxlayır, yaddaşı adətən 4 – 64 Kb olur.

Fayl atributları
R (Read – Only) H (Hidden) S (System) A (Archive)
Yalnız oxumaq üçün gizlədilmiş və ya görünməyən əməliyyat sisteminin faylları Sıxışdırılmış faylları

 Faylların kompüterdə yerləşməsi iyerarxiya və ya ağacvari struktur adlanır.

 Faylların saxlanılması üçün yaradılmış vasitə qovluq (folder) və ya kataloq adlanır.


Obyektlərin solğun görünməsinə iki səbəb ola bilər:

1. Hidden atributunun tətbiqi 2. Cut əməliyyatının icrası


Disklərin adında bir simvoldan istifadə olunur.
A: – disket;
C: – sərt diskin əsas hissəsi;
D: – sərt diskin digər hissəsi;
E: – optik daşıyıcı;
F: – fləşkart.
18
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Windows 10 əməliyyat sistemi

Windows 10 əməliyyat sisteminin əsas komponentləri


Tapşırıqlar paneli Başlat menyusu İş masası

Windows 10 əməliyyat sisteminin əsas obyektləri


Fayl Qovluq Qısayol

Windows 10 – un Windows 7 – yə nəzərən üstünlükləri


Təhlükəsizlik tədbirləri (parol növləri) Vahid platforma (Continium xüsusiyyəti) Microsoft Edge brovseri
Bing axtarış sistemi Cortana səsli süni intellekt məhsulu Microsoft Store mağazası

Sistem qovluqları:
User’s file — istifadəçi fayllarını özündə saxlayır.

This PC — kompüterin daxili strukturuna baxmağa imkan verir.

Recycle bin — silinən obyektləri saxlayır və formatdan sonra belə ikonu ekranda qalır.

Control Panel — kompüterin tənzimləmələrini icra edir.

Network — şəbəkələri idarə edir.

Bəzi piktoqramların görünüşü:

Boş qovluq: Daxilində sənədlər olan qovluq: Qısayol qovluq:

MS Word 2010 faylı: Arxiv qovluqları: — rar, — zip.

Tapşırıqlar penli üzərində yerləşən düymələr


— Win (Başlat menyusu) — Search (Axtarış)

— Cortana (səsli interfeysi dəstəkləyən süni intellekt məhsulu) — Taskview

— Notification pane (saat, səs, internet, klaviatura dili və s.)

Action center — yenilənmə və xəbərdarlıqlar


Show desktop — ekranı şəffaflaşdırır, arxa fonu göstərir
19
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
İş masasının kontekst menyusu

View — görünüş ölçüsünə görə piktoqramları düzür.


Sort by — 4 xüsusiyyətə görə — ada, tipə, ölçüyə və dəyişiklik
tarixinə görə düzür.
Refresh — yeniləyir.
Paste — nüsxəsini yapışdırır.
Paste shortcut — qısayolunu yapışdırır.
New — yeni qovluq, qısayol və ya fayllar açır.
Display settings — ekran parametrlərini dəyişir (enini, uzunluğunu,
piksellərinin sayını).
Personalize — ekranı istifadəçiyə görə fərdiləşdirir (rəngini, şəklini
dəyişmək, ekran kilidi qoymaq və s.).
Qeyd: Obyekti Cut və ya Copy etdikdə Paste aktivləşir, Paste shortcut əmri isə obyekti Copy etdikdə aktivləşir.

Fayl və qovluğun kontekst menyuları:

Faylın kontekst menyusu

Open — açmaq;
Edit — redaktə etmək;
New — yenisini yaradır;
Print — çap edir;
Share — paylaşır;
Open with — hansı proqram vasitəsilə açılmanı təmin
etmək;
Send to — müxtəlif vasitələrlə göndərir;
Cut — mübadilə buferinə düşərək yerini dəyişmək;
Copy — mübadilə buferinə düşərək nüsxəsini yaratmaq;
Create shortcut — qısayolunu yaradır;
Delete — silir, zibil yeşiyinə düşür;
Rename — adını dəyişmək (iki dəfə fasiləli kliklə və ya
xüsusiyyətlər bölməsindən də dəyişmək olar);
Properties — xüsusiyyətlər.

Faylın kontekst menyusu ilə qovluğun kontekst menyusu eynilik təşkil edir.
Open with, New, Print və Edit əmrləri qovluğun kontekst menyusunda yoxdur.

Qeyd1: Mübadilə buferinin yaddaşı 1 əməliyyata bərabərdir. Cut olunmuş əməliyyat 1 dəfə, Copy olunmuş
əməliyyatlar mübadilə buferindən silinənə qədər istənilən sayda yapışdırıla bilər.

20
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Windows əməliyyat sisteminin standart proqramları
Snipping Tool — ekranın zəruri fraqmentini kəsir.
Steps Recorder — səs yazma proqramıdır.
File Explorer — fayl və qovluqları açır (fayl və ya qovluq bələdçisidir).
Internet Explorer — veb brauzerdir.
Microsoft Edge — veb brauzerdir.
Paint — qrafiki təsvirlər yaratmaq üçün proqramdır.
Calculator — riyazi hesablamalar aparmaq üçün istifadə olunur.

File explorer pəncərəsi


Quick access toolbar — özündə maksimum 7 obyekt saxlaya bilir.
Minimize — minimallaşdırır, taskbara göndərir.
Restore — köhnə vəziyyəti bərpa edir.
Maximize — tam ekran maksimallaşdırır.
Close — bağlayır.
1 düymə (File), 3 tab (Home, Share, View) var.
Home lent tabı

Clipboard lent qrupu


 Pin to Quick Access — qovluğu Quick Access panelinə yapışdırır.
 Copy — kopyalayır.
 Paste — nüsxəsini yapışdırır.
 Cut — kəsir.
 Copy path — cığırının (faylın tam adını) nüsxəsini yaradır.
 Paste shortcut — qısayolunu yapışdırır.
Organize lent qrupu
 Move to — mübadilə buferinə ehtiyac duymadan yerdəyiməsini təmin edir.
 Copy to — mübadilə buferinə ehtiyac duymadan köçürülməsini təmin edir.
 Delete — silinməni təmin edir (Recycle bin – ə düşür).
 Rename — adını dəyişir.
New lent qrupu
 New Folder — yeni qovluq yaradır.
 New item — yeni obyekt yaradır.
 Easy Access – seçilmiş obyektlərə asan müraciət üçün əlaqə yolu yaradır.
Open lent qrupu
 Properties — xüsusiyyətlərini göstərir.
 Open — hansısa bir proqramla açır.
 Edit — redaktə üçün açır.
 History — görülən işin tarixçəsini icra edir.
Select lent qrupu
 Select all — hər şeyi seçir.
 Select none — heçnəyi seçmir.
 Select selection — seçilmişləri seçmir, seçilməmişləri seçir.
21
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Share lent tabı

Sent lent qrupu


 Share — paylaşır.
 Email — emaillə göndərir.
 Zip — arxiv qovluğuna göndərir.
 Burn to disc — diskə yazır.
 Print — çap edir.
 Fax — faksla kiməsə göndərir.
Share with lent qrupu
Bu lent qrupunun əmrləri vasitəsilə şəbəkədə seçilmiş obyektlərə giriş icazəsi və ya məhdudiyyəti qoymaq olar.

View lent tabı

Panes lent qrupu


 Navigation pane (Naviqasiya paneli) — panelinin görünüb – görünməməsini təyin edir.
 Preview pane (Önbaxış panel) — panelinin görünüb – görünməməsini təyin edir.
 Details pane (Təfərrüatllar paneli) — panelinin görünüb – görünməməsini təyin edir.
Layout lent qrupu
Qrupun əmrləri vasitəsilə fayl və qovluqların görünüşünü dəyişmək mümkündür.

Extra large icons Large icons Medium icons Small icons List Details Tiles Content

Qeyd: Qırmızı rənglə işarələnmiş detallar iş masasının kontekst menyusunda da mövcuddur.


Current View lent qrupu
 Sort by — obyektlərin adına, dəyişdirilmə tarixinə, tipinə, ölçüsünə, yaradılma tarixinə və digər göstəricilərə görə
düzür.
 Group by — obyektlərin adına, dəyişdirilmə tarixinə, tipinə, ölçüsünə, yaradılma tarixinə və digər göstəricilərə görə
qruplaşdırır.
 Add columns — yalnız Details görünüş rejimində obyektlərin bir neçə sütunda düzülməsinə imkan verir.
 Size all columns to fit — Details görünüş rejimində bütun sütunların enini məzmuna uyğunlaşdırır.
Show/hide lent qrupu
 Item check boxes — seçim qutusu əlavə edir.
 File name extensions — genişlənmələri göstərir.
 Hidden items — gizlədilmiş obyektləri göstərir.
 Hide selected items — seçilmiş obyekti gizlədir.
 Options — parametrləri göstərir (neçə kliklə açılmanı təmin edir).
22
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Windows əməliyyat sistemində texnologiyalar:
OLE, Plug and Play və Drag and drop
OLE — bir proqram daxilində digər proqramın imkanlarından istifadə etməyə imkan yaradır.
Plug and Play — avtomatik sazlanmanı təmin edir, drayverə ehtiyac olmadan xarici qurğuların kompüterə
qoşulmasını təmin edir.
Drag and Drop — sağ düymə ilə açılan kontekst menyudan Ctrl ilə sürüşdürüldükdə nüsxəsi, Shiftlə
sürüşdürüldükdə özü (kəsmək), Alt və ya Shift+Ctrl düyməsi ilə sürüşdürdükdə isə qısayolu yaranır.

Mübadilə buferi ilə işləyir: Mübadilə buferinə ehtiyac duymadan işləyir:


Mausla sürüşdürəndə Ctrl (köçürür və yerində qalır)
Ctrl+X (kəsir)
düyməsi basılı saxlanıldıqda;
Mausla sürüşdürəndə Shift (yerdəyişmə və qalmır)
Ctrl+C (nüsxəsini yaradır)
düyməsi basılı saxlanıldıqda
Mausla sürüşdürəndə Alt və ya Ctrl+Shift (qısayolunu
Ctrl+V (yapışdırır)
yaradır) düyməsi basılı saxlanıldıqda

Qeyd: Obyekti sağ düymə ilə sürükləyən zaman açılan kontekst menyunun Copy here, Move here, Paste Shortcut
here əmrləri və File Explorer pəncərəsinin Home tabının Organize lent qrupunun Copy to və Move to əmrləri də
mübadilə buferinə düşmür.

Qeyd: Qısayolun yaddaşı 1 — 4 Kb arası dəyişir. Qısayol silinən zaman obyektə heçnə olmur.

AERO interfeysinin növləri:


AERO Snap açılmış pəncərənin ölçülərini dəyişməyə imkan verir
AERO Shake silkələyərək digər aktiv qovluqları gizlədir
AERO Peek aktiv qovluqların siyahısına baxmağa və ekranı şəffaflaşdırmağa imkan verir
AERO Flip aktiv faylların və ya proqramların siyahısına Alt+Tab və Win+Tab düyməsi ilə baxmağa imkan verir.

Windows 10 əməliyyat sisteminin buraxılışları


Home PRO for EDUCATION EDUCATION
PRO PRO for WORKSTATIONS Enterprise

23
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
MS Word 2010
Microsoft Office 2010 paketinə aşağıdakı proqramlar daxildir:
Word 2010 PowerPoint 2010 Outlook 2010 OneNote 2010 Publisher 2010
Excel 2010 Access 2010 SharePoint Workspace 2010 Visio 2010 Project 2010

MS Word 2010 – mətn prosessorudur. Əsas genişlənməsi “.docx”. Bundan əlavə, “.txt”, “.doc”, “.dot”, “.dotm”,
“.pdf”, “.htm”, “.xml”, “.xps”, “.rtf” genişlənmələri də mövcuddur.
MS Word 2010 proqramı üçün minimal obyekt simvol, maksimal obyekt sənəddir. Worddə yaradılmış faylın adı
susmaya görə Document1, susmaya görə şrift Calibri, susmaya görə şriftin ölçüsü 11, susmaya görə şriftin intervalı
8 – 72 (ümumən 1 – 1638).
Başlıq sətrinin sol hissəsində Quick Access Toolbar (sürətli müraciət paneli);
sağ hissəsində isə minimize, maximize/restore, close düymələri yerləşir.

Word 2010 mətn prosessorunda əsas lent tabları aşağıdakılardır:


File (Fayl), Home (Ev), Insert (Əlavə et), Page Layout (Səhifə tərtibatı/Səhifə düzəni), References (İstinadlar),
Mailings (Göndərişlər), Review (İcmal), View (Görünüş)

File Home Insert Page Layout References Mailings Review View


File düyməsi
Save, Save as, Open, Close, Options və Exit əmr, Info, Recent, New, Print, Save & Send və Help isə
kateqoriyadır.
Save – sənədi yaddaşa verir.
Save as – sənədi fərqli formatda yaddaşa verir. Adını, tipini, yerini dəyişmək və parol
qoymaq olur.
Open – kompüterdəki digər Word fayllarını açır.
Close – cari və ya aktiv sənədi bağlayır.
Info – sənəd haqqında məlumatları göstərir. Protect Document vasitəsi ilə sənədə parol
qoymaq olur.
Recent – son açılmış faylların siyahısını göstərir. Limit 50 fayldır.
New – yeni sənəd yaratmaq üçündür.
Print – çap edir, vərəqin 1 üzünə maksimum 16 səhifə çap etmək olur.
Save & Send – sənədin yaddaşa verilərək göndərilməsini təmin edir.
Help – kömək pəncərəsidir.
Options – parametrləri tənzimləyir.
Exit – ümumi proqramı bağlayır.

24
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Home lent tabı
Home (Ev) lent başlığı özündə istifadəçi tərəfindən ən çox istifadə olunan və primitiv funksiyaları saxlayır. Home
lent başlığının lent qrupları aşağıdakılardır:
Clipboard lent qrupu
 Paste – yapışdırır.
 Cut – kəsir.
 Copy – nüsxəsini çıxardır.
 Format Painter – mətnin formatını başqa fraqmentə köçürür.
Mübadilə buferinin yaddaşı 24 – dür. Kəsilən və ya köçürülən obyekt mübadilə
buferindən silinənə qədər istənilən sayda yapışdırıla bilir.

Font lent qrupu

susmaya görə şriftin stili və ölçüsü.

uyğun olaraq şrifti böyütmək və kiçiltmək.

registri dəyişir.

formatı silir.
uyğun olaraq, qalın, kursiv, altdan xətt və üstündən xətt çəkir.
uyğun olaraq, indeks və qüvvət yazır.

mətnə müxtəlif effektlər verir.

seçilmiş mətn hissəsinə müxtəlif effektlər verir.

mətnin şriftinə müxtəlif rənglər vermək üçün istifadə olunur.

Paragraph lent qrupu


abzasları nömrələyir.
sol boşluğu azaltmaq və sağ boşluğu artırmaq üçün istifadə edilir.

mətnin əlifba sırası üzrə və ya əksinə sıralanmasını təşkil etmək üçün istifadə olunur.

çap zamanı görünməyən simvolları göstərir (probel (spacebar) və enter düyməsi (abzas)).

uyğun olaraq, sola, ortaya, sağa, sonuncu isə mətni soldan və sağdan düzləndirir.

sətirlər və paraqraflar arasındakı intervalı təyin edir.

mətnin arxa planını rəngləyir.


mətn hissəsini əhatəyə (sərhədlər) alır.

25
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Styles lent qrupu

Bu lent qrupu yazılara stillər verməyə və mündəricat hazırlamağa kömək olur.

Editing lent qrupu


 Find – sənəddə hər hansı bir sözü və ya fraqmenti axtarmaq üçündür.
 Replace – bir fraqmenti başqa bir fraqmentlə əvəz etmək üçündür.
 Select – mətn fraqmentlərinin seçmək üçündür.
Qeyd: Go to əmri sənədin bir səhifəsindən başqa bir səhifəsinə keçid üçündür. “+” və ya “–” – la işləyir. Sənədə
verilmiş keçid birdən kiçik ədəd alınarsa, birinci səhifədə, son səhifədən böyük ədəd alınarsa, sonuncu səhifədə
dayanır.
Insert lent tabı
Pages lent qrupu
 Cover Page – ön səhifəyə şablon əlavə etmək üçündür.
 Blank Page – sənədə yeni bir boş səhifə əlavə edir.
 Page Break – cari səhifənin boş qalan hissəsini buraxaraq növbəti səhifəyə keçir.

Tables lent qrupu


Table düyməsinin alt əmrləri vasitəsilə sənədə cədvəl əlavə etmək mümkündür.

Illustrations lent qrupu


 Picture – sənədə şəkil əlavə edir.
 Clip Art – Word proqramının yaddaşında olan şəkli əlavə edir.
 Shapes – həndəsi fiqurlar əlavə etmək mümkündür.
 SmartArt – müxtəlif formalı sxemlərin hazırlanması üçündür.
 Chart – sənədə diaqram əlavə etmək üçündür.
 Screenshot – ekranın ani görüntüsünü əlavə edir.

Links lent qrupu


Hyperlink – mətn daxilinə xüsusi keçid əlavə edir.
Bookmark – əlfəcin əlavə edir.
Cross-reference – çarpaz istinad.

Header & Footer lent qrupu


 Header (Yuxarı sərlövhə/kolontitul) – səhifənin yuxarı hissəsinə məlumat daxil etmək üçündür.
 Footer (Aşağı sərlövhə/kolontitul) – səhifənin aşağı hissəsinə məlumat daxil etmək üçündür.
 Page Number – səhifələri nömrələyir.

Text lent qrupu


 Text box – mətn qutusu əlavə edir.
 Quick Parts – sənədə şablon mətn hissələri əlavə edir.
26
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
 WordArt – xüsusi formalı yazı daxil etmək üçündür.
 Drop Cap – abzasın və ya mətnin ilk hərfini böyüdür.
 Signature Line – müəlliflik məlumatlarını mətnin sonuna əlavə edir.
 Date & Time – tarix və saat əlavə etmək üçündür.
 Object – digər proqrama aid obyekt əlavə etmək üçündür.

Symbols lent qrupu


 Equation – müxtəlif riyazi ifadələrin yazılması üçün istifadə olunur.
 Symbol – çoxsaylı simvolları mətnə daxil edir.

Page Layout lent tabı


Page Layout lent başlığı vasitəsilə səhifələrin tərtibatında düzəlişlər və nizamlamalar aparılır.

Themes lent qrupu


 Themes – sənədə şablon mətn formaları əlavə edir.
 Colors, Fonts, Effects düymələri xüsusi temalar yaradır.

Page Setup lent qrupu


 Margins – səhifənin kənar boşluqlarını dəyişir.
 Orientation – səhifənin oriyentasiyasını dəyişir (kitab və ya albom).
 Size – mətnin yerləşəcəyi vərəqin ölçüsünü seçir.
 Columns – səhifəni bir və ya bir neçə sütuna bölür.
 Breaks – mətni yeni səhifə və ya sütundan yazılması üçündür.
 Line Numbers – sətirləri avtomatik nömrələyir.
 Hyphenation – sözləri hecalara ayırır.

Page Background lent qrupu


 Watermrk – mətnin fonuna su nişanı əlavə edir.
 Page Color – səhifənin fonunu rəngləyir.
 Page Borders – səhifənin kənarlarına müxtəlif sərhədlər verir.

Paragraph lent qrupu


 Indent – seçilmiş abzası və ya bütün mətni sola və ya sağa sıxır.
 Spacing – abzaslar arasındakı məsafəni avtomatik nizamlayır.

Arrange lent qrupu


 Position – obyektin yerləşəcəyi mövqeni dəyişir.
 Wrap Text – mətnlə şəklin qarşılıqlı əlaqəsi.
 Bring Forward – seçilmiş obyekti önə keçirir.
 Send Backward – seçilmiş obyekti arxaya keçirir
 Selection Pane – obyektlərlə işləmək üçün xüsusi panel açılır.
 Align – obyektlərin yerini dəyişir (düzləndirir).
 Group – obyektləri qruplaşdırır.
 Rotate – obyektləri şaquli və ya üfuqi, 90 döndərir.

27
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
References lent tabı

 Table of Contents lent qrupunun köməyi ilə


mündəricatın avtomatik hazırlanmasını təşkil etmək olar.

 Footnotes lent qrupu vasitəsilə hər hansısa bir söz


haqqında izah vermək mümkündür.

References lent tabının digər qrupları vasitəsilə istinadların mənbəyini əlavə etmək, onları avtomatik
adlandırmaq, əlavə olunmuş istinadları siyahıya salmaq mümkündür.

Review lent tabı

Proofing lent qrupu


 Spelling & Grammar – orfoqrafik və qrammatik
səhvlərin tapılması üçündür. Burada orfoqrafik səhvlər
qırmızı dalğalı xətt, qrammatik səhvlər isə yaşıl dalğalı
xətlə göstərilir.
 Research – sözün mənasının axtarılması üçündür.
 Thesaurus – sözün sinonimlərinin axtarılması üçündür.
 Word Count – əmri vasitəsilə sənəd haqqında statistik məlumatları görmək mümkündür. Sözləri, sətirləri,
boşluqları nəzərə alaraq simvolları, boşluqları nəzərə almadan simvolları, səhifələri və abzasları sayır.
Language Lent qrupu
 Translate – mətn hissəsini tərcümə etmək üçün nəzərdə tutulub.
 Language – mətnin yazılacağı dili təyin etmək üçün istifadə olunur.

Comments lent qrupu vasitəsilə mətnə şərh əlavə etmək, silmək, öncəki və sonrakı şərhə keçmək olar.
Tracking lent qrupu vasitəsilə şərhləri izləmək və Comments lent qrupu ilə müştərək şəkildə işləmək üçün nəzərdə
tutulub.
Changes lent qrupu şərhlər üzərində dəyişiklik və düzəlişlərin gözdən keçirilməsi və qəbulu üçün nəzərdə tutulub
və Comments lent qrupu ilə müştərək işlənilir.
28
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Compare lent qrupunun əsas məqsədi, dəyişikliklərin olduğu sənədlə əvvəlki versiyanın müqayisəsini təşkil
etməkdir.
Protect lent qrupu sənədin başqaları tərəfindən dəyişdirilməsinin qarşısının alınması üçün istifadə olunur.

View lent tabı


Document Views lent qrupu
 Print Layout – standart halda bu görünüş rejimində açılır.
 Full Screen Reading sənədin rahatlıqla oxuna
bilməsi üçün istifadə olunur. Bu görünüş rejimi aktiv
olan zaman lent tabları və xətkeşlər gizlənir.
 Web Layout sənədi veb səhifə formatında açır.
 Outline yazılar hər absazın önündə işarə olmaqla
görünür, xətkeşlər və şəkillər isə yoxa çıxır.
 Draft mətnin yazı hissəsi ekranda kiçik formada əks olunur və bu rejimdə də şəkillər görünmür.

Show lent qrupu


 Ruler – ekrandakı xətkeşi yığışdırmaq və ya göstərmək üçün istifadə olunur.
 Gridlines – sənədə tor xətlərinin görünüb – görünməməsi üçün istifadə olunur.
 Navigation Pane – naviqasiya panelinin görünüb – görünməməsini təmin edir.

Zoom lent qrupu vasitəsilə sənədin miqyasını tənzimləmək olur. Minimal miqyas 10%, maksimal miqyas
500% – dir.
Window lent qrupu aktiv Word pəncərələrinin qarşılıqlı əlaqələrini və görünüşünü təmin edir.
Macros lent qrupunun əmri vasitəsilə tez – tez istifadə olunan obyektlər və mətn hissələri adlandırılaraq
Makro formasında saxlanıla bilər.

29
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Print əmri

 Print All Pages əmri seçilərsə, bütün səhifələr çap olunar.


 Print Selection əmri seçilmiş mətn hissəsini çap edir.
 Print Current Page əmri cari səhifəni çap edir.
 Print Custom Range əmri isə istifadəçinin daxil etdiyi səhifələri
çap edir.
 Only Print Odd Pages əmri yalnız tək səhifələri çap edir.
 Only Print Even Pages əmri yalnız cüt səhifələri çap edir.

Qeyd: Print Selection əmri ona görə aktiv deyil ki, mətnin hər hansı bir
fraqmenti və ya hissəsi seçilməyib.

 Print One Sided əmri tək üzlü çap üçün nəzərdə tutulub
 Print on Both Sides əmri iki üzlü çap üçün nəzərdə tutulub. Bu
zaman ümumi səhifələrin sayı ikiyə bölünərək
yuvarlaqlaşdırılır.

 Bu əmr bir vərəq üzərinə neçə səhifənin çap olunacağı seçilir. Maksimal
say 16 – dır. Bu əmrin istifadəsi zamanı ümumi səhifələrin sayı göstərilən
ədədə bölünür və ədəd yuvarlaqlaşdırılır.

Qeyd: Yuvarlaqlaşdırma riyazi qaydalara əsasən hesablanmır. Məsələn 3,15 olsa


belə, 4 – ə yuvarlaqlaşdırma aparılır.

 Copies (Nüsxə sayı) – bu zaman alınmış ədəd nüsxə sayına vurulur və çap
olunacaq vərəqlərin sayı məlum olur.

30
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
MS Excel 2010
Excel 2010 – cədvəl prosessorudur. Əsas genişlənməsi “.xlsx”. Bundan əlavə, “.xls”, “.htm”, “.xlt”,
“.mht”, “.txt” genişlənmələri də mövcuddur. Excel 2010 – da Microsoft Office 2010 inteqrallaşdırılmış
proqramlar paketinə daxildir. Excel 2010 proqramında yaradılmış fayl kitab adlanır və faylın adı susmaya görə
Book1 adı ilə adlandırılır. Excel 2010 proqramında minimal obyekt xanadır. Miqyas 10 – 400 % arası dəyişir.
Başlıq sətrinin sol hissəsində Quick Access Toolbar (sürətli müraciət paneli);
sağ hissəsində isə minimize, maximize/restore, close düymələri yerləşir.

İngilis əlifbasının hərfləri ilə adlandırılan hissələr sütun, ədədlərlə adlandırılan hissələr isə sətir adlanır. Sətir və
sütunun kəsişməsi xana (oyuq) adlanır. Xana bəzən oyuq, dama, hücrə də adlandırılır. Excel səhifəsində 214
(16384) sütun və 220 (1048576) sətir mövcuddur. Xanaların sayı 234 – ə (214 220) bərabərdir.
Sətir və sütunları silmək, gizlətmək və ölçüsünü dəyişmək olar. Silinmiş sətir və ya sütunun yerinə yenisi
avtomatik olaraq əlavə olunduğu üçün sətir və sütunların sayında dəyişiklik olmur.

Ünvan qutusu – yalnız xanaların adlarını göstərir.

Düstur sətri – aktiv xananın məzmununu göstərir.

Sort&Filter əmrini Home lent tabının Editing lent qrupundan və Data lent tabının Sort&Filter lent qrupundan
icra etmək olar. Charts lent qrupundakı diaqramların ümumi tipi 11, alt tiplərinin sayı isə 73 – dür.

Xana ünvanları
Nisbi Qarışıq mütləq
A5, FC43 $B3, DF$11 $F$8, $BA$3

Qeyd: $ işarəsinin təyinatı nisbi ünvanı mütləq ünvana və ya əksinə çevirməkdən ibarətdir.
Düstur yerdəyişmələri zamanı dəyişilməsinə məhdudiyyət qoymaq istədiyimiz hissənin qarşısında (solunda) $
işarəsindən istifadə etmək olar. Ünvan daxilində sətirlərin nömrələri qarşısında və ya sütun adları qarşısında $
işarəsi varsa, sürüşmə zamanı bu sətrin və ya sütunun adı dəyişilməz qalacaq. $ işarəsi olmayan sətir və sütunlar isə
yerdəyişməyə uyğun olaraq dəyişəcəklər.
Nümunə kimi qeyd etmək olar ki, B3 xanasından F9 xanasına sürüşdürülürsə, bu halda düsturdakı bütün sütun
adlları 4 vahid sağa sürüşəcək, sətirlər isə 6 vahid aşağı sürüşmüş olacaq. F9 xanasından B3 xanasına
sürüşdürülürsə, bu halda isə düsturdakı bütün sütun adları 4 vahid sola sürüşəcək, sətirlər isə 6 vahid yuxarı
qalxacaq.
B3 F9
B––C––D––E––F

Nümunə: C3 xanasında verilmiş “=A12+$B7+$F$11+5” düsturu G1 xanasına sürüşdürülmüşdür. Bu halda


C sütunundan G sütununa keçid baş verdiyi üçün sütunlar 4 vahid sağa sürüşəcək. Sətirlər isə 2 vahid yuxarı
qalxacaq və düstur aşağıdakı formaya düşəcək. “=E10+$B5+$F$11+5”
Sürüşdürmədən də göründüyü kimi sabit ədədlər dəyişimə məruz qalmır.
31
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Xanalar aktiv və passiv olmaqla iki yerə bölünür. Mausla üzərinə sıxılmış xana aktiv hesab olunur və
çərçivəsi digərlərindən fərqlənir. Xanaların tərkibində yerləşən məlumatlara görə isə onlar ilkin və asılı olmaqla iki
yerə ayrılır. Verilənlərin daxil edildiyi xanalar ilkin xana, bu verilənlərin istifadə olunduğu düsturların yazıldığı
xanalar isə asılı xana adlanır.
Hər hansısa bir düzbucaqlı formasında qeyd olunmuş xanalar çoxluğu diapazon adlanır. Diapazon
göstərilən zaman onun sol üst küncdəki ilk xanası, daha sonra “:” işarəsi, sonra isə sağ aşağı küncdə yerləşən xana
ardıcıllıqla qeyd edilir. Şəkildəki nümunə B2:C4 diapazonunu ifadə edir.

Qeyd: “:” diapazonu, “;” isə xanalar çoxluğunu bildirir.


Bir nömrəli sətrin üstündə və A nömrəli sütunun solunda yerləşən işarə ( ) vasitəsilə bütün işçi vərəqi seçmək
olar. İşçi vərəqin hər hansı sətir və ya sütununu seçmək üçün mausun göstəricisini həmin sətir və ya sütunun
başlığına gətirib bir dəfə sıxmaq lazımdır.
Standart açılış zamanı 3 işçi vərəq görünür və birinci işçi vərəq aktiv olur. İşçi vərəqlərin adı uyğun olaraq,
Sheet1, Sheet2, Sheet3 olmaqla qeyd olunur. İşçi vərəq əlavə etmək üçün Home lent tabına müraciət olunur.
İşçi vərəqlərin adında maksimum 31 simvol ola bilər. Burada bəzi simvollardan istifadə etmək qadağandır.
: / \ ? * [ ]
Oyuqlar (xana) daxilində yerləşdirilmiş informasiya iki tipdə ola bilər: mətn tipli və ədəd tipli. Mətn tipli
informasiya xananın sol tərəfində, ədəd tipli informasiya isə xananın sağ tərəfində dayanır. Hər hansı ədəd tipli
məlumatı mətn tipli məlumata çevirmək üçün qoşa dırnaq (“ ”) işarəsindən istifadə olunur. Bu işarə vasitəsi ilə (’)
isə qeyd olunan məlumatın üzərində isə hesablama aparmaq olur.
Nümunə: B4:E11 diapazonundakı sətirlərin, sütunların və xanaların sayını hesablayın.
Sətirlərin sayını saymaq üçün böyük sətirin nömrəsindən kiçik sətirin nömrəsini çıxıb üzərinə bir gəlmək
lazımdır (11 – 4 + 1=8 – sətir). Sütunların sayını isə İngilis əlifbasının hərf sırasını pozmadan sayaraq təyin etmək
olar (B, C, D, E – 4 sütun). Xanaların sayının təyin olunması sətirlərin sayının sütunların sayına hasili ilə
hesablanır (8 4 = 32 xana).
Verilmiş nümunə üçün 8 sətir, 4 sütun və 32 xana var.
Ola bilər ki, diapazon göstərilən zaman “:” əvəzinə “;” işarəsi göstərilib. Bu halda diapazon deyil, ayrı –
ayrı xanalar nəzərdə tutulur.
Nümunə: B3;G7 burada üç və yeddinci sətir olmaqla iki sətir, B və G sütunları olmaqla iki sütun, B3 və
G7 olmaqla iki xana mövcuddur.
C6;F6 nümunəsində altıncı sətir olmaqla bir sətir, C və F sütunları olmaqla iki sütun. C6 və F6 xanaları olmaqla
iki xana mövcuddur.
G3;G9 nümunəsində üç və doqquzuncu sətirlər olmaqla iki sətir, G sütunu olmaqla bir sütun, G3 və G9 olmaqla iki
xana mövcuddur.
Qeyd: #DIV/0! – sıfıra bölmə xətası; #REF! – istinad yanlışdır; #NAME? – funksiya və ya ünvan adı səhvdir;
##### – düsturun nəticəsi xanaya yerləşmir; #NUMBER! – ədəd tipli düstura mətn daxil etdikdə; #VALUE! –
mətn və ədəd üzərində birgə əməliyyat aparanda çıxan xətadır.
32
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com

MS Excel funksiyalar
Riyazi funksiyalar Statistik funksiyalar Mətn funksiyaları Məntiqi funksiyalar
SUM, SUMIF, ABS, FACT, AVERAGE, COUNT, LEFT, RIGHT, LEN IF, AND, OR, NOT,
POWER, PRODUCT COUNTA, COUNTIF, TRUE, FALSE
MAX, MIN

Riyazi funksiyalar
SUM – seçilmiş diapazondakı və ya xanalardakı ədədlərin cəmini hesablayır.
SUMIF – verilmiş diapazondakı yalnız şərti ödəyən ədədləri toplayır.
ABS – ədədin modulunu tapır.
FACT – verilmiş ədədin faktorialını hesablayır.
POWER – birinci verilənin qüvvətinə ikinci veriləni qaldırır (qüvvətə yüksəldir).
PRODUCT – verilmiş xanalardakı ədədlərin hasilini tapır.

=SUM(B2:D3) = B2 + B3 + C2 + C3 + D2 + D3 = 23 A B C D
=ABS(A2) = | | = |– | = |– | = 2 1 3 1 3 6
=FACT(D2) = 5! = 1 2 3 4 5 = 120 2 –2 3 4 5
=POWER(A4;C1) = A4^C1 = 4^3 = 64 3 0 2 7 2
=PRODUCT(A1;C2) = A1 C2 = 3 4 = 12 4 4 6 –3 0

Statistik funksiyalar
AVERAGE – seçilmiş diapazonda olan ədədlərin ədədi ortasını tapır (toplayıb sayına bölür).
COUNT – seçilmiş diapazonda yalnız ədəd olan xanaları sayır.
COUNTA – seçilmiş diapazonda boş olmayan xanaları sayır.
COUNTIF – diapazonun müəyyən şərtini ödəyən ədədlərini saymaq üçündür.
MAX – verilmiş diapazondakı ədədlərin ən böyük olanını tapır.
MIN – verilmiş diapazondakı ədədlərin ən kiçik olanını tapır.

=COUNT(A1:C4) = 7 A B C
=COUNTA(A1:C4) = 11 1 5d “5” Azər
=MIN(A1:C4) = –4 2 6 66,6 Dd3
=MAX(A1:C4) = 100 3 7 3
=AVERAGE(A2:A4) = = =9 4 14 –4 100

33
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Mətn funksiyaları
LEFT – xanadakı məlumatın sol kənarından müəyyən sayda simvol seçməyə imkan verir.
RIGHT – xanadakı məlumatın sağ kənarından lazım olan sayda simvolları seçmək üçündür.
LEN – xanadakı simvolların sayını tapır.

=LEFT(C1;4) = Azər C D
=RIGHT(C1;5) = aycan 1 Azərbaycan 1048,576
=LEN(D1) = 8 2 İnfor matika
=C2&D2 = İnformatika

Məntiqi funksiyalar
IF – funksiyasından istifadə edərək şərtdən asılı olaraq hər hansı əməliyyatlardan birini icra etmək olar.
AND – məntiqi funksiyası ilə xanalardakı ədədlərə birdən çox şərt tətbiq etmək olar.
OR – verilmiş iki və ya daha çox sayda şərtdən ən az birini ödəyən verilənləri seçir.
NOT – əgər şərt ödənirsə, nəticə “FALSE”, əks halda “TRUE” olacaq, yəni nəticəni əksinə göstərir.
TRUE – xanaya “TRUE” qiymətini daxil edir.
FALSE – xanaya “FALSE” qiymətini daxil edir.

IF funksiyasının tətbiqi aşağıdakı kimidir:


IF (şərt, misal1, misal2)  şərt ödəndikdə misal1, ödənmədikdə misal2 həll edilir.
AND funksiyasının tətbiqi aşağıdakı kimidir:
AND (şərt1, şərt2, şərt3)  yalnız bütün şərtlər ödəndikdə cavab TRUE, digər hallarda cavab FALSE olur.
OR funksiyasının tətbiqi aşağıdakı kimidir:
OR (şərt1, şərt2, şərt3)  yalnız bütün şərtlərin cavabı ödənmədikdə FALSE, digər hallarda cavab TRUE olur.

=IF(A1>A2, B2/2, C2*2)


A1>A2 şərti ödənmədiyi üçün B/2 düsturu yox, A B C
C2*2 düsturu hesablanır. 1 140 50 300
600 2 = 1200 2 240 300 600

=AND(A1>B1, B1<C1, C2>B2)


Bütün şərtlər ödəndiyi üçün cavab TRUE;
=AND(A1>B2, C2>A2, C1>B1)
Şərtlərdən biri ödənmədiyi üçün ümumi cavab FALSE olacaq (ikisi də, üçü də, ... verilən bütün şərtlər ödənməsə
də cavab yenə də, FALSE olacaq)

=OR(A1>100, B1>400, B2>1000)


Şərtlərdən birinin ödənməsi kifayət etdiyi üçün ümumi cavab TRUE olacaq (daha çox şərt ödənsəydi, cavab yenə
də TRUE olacaq)
=OR(A2<240, B2<>300, C1>1000)
Heç bir şərt ödənmədiyinə görə cavab FALSE çıxır.

34
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
MS Power Point 2010
Microsoft Office 2010 paketinə daxildir. MS PowerPoint 2010 – təqdimat proqramıdır. Əsas genişlənməsi “.pptx”.
Bundan əlavə, “.ppt”, “.potx”, “.ppsx”, genişlənmələri də mövcuddur. MS PowerPoint 2010 proqramı üçün
minimal obyekt slayd, maksimal obyekt isə təqdimatdır. PowerPoint – də yaradılmış faylın adı susmaya görə
Presentation1 adlanır. İlk slayd titul vərəqi adlanır.

Başlıq sətrinin sol hissəsində Quick Access Toolbar (sürətli müraciət paneli);
sağ hissəsində isə minimize, maximize/restore, close düymələri yerləşir.

File (Fayl), Home (Ev), Insert (Əlavə et), Design (Tərtibat), Transitions (Keçidlər), Animations (Animasiyalar),
Slide Show (Slayd Göstərilməsi), Review (İcmal), View (Görünüş)

File Home Insert Design Transitions Animations Slide Show Review View

File düyməsi
Save, Save as, Open, Close, Options və Exit əmr, Info, Recent, New, Print, Save & Send və Help isə
kateqoriyadır.
Save – təqdimatı yaddaşa verir.
Save as – təqdimatı fərqli formatda yaddaşa verir. Adını, tipini, yerini dəyişmək və parol
qoymaq olur.
Open – kompüterdəki digər PowerPoint fayllarını açır.
Close – cari və ya aktiv təqdimatı bağlayır.
Info – təqdimat haqqında məlumatları göstərir. Protect Presentation vasitəsi ilə sənədə
parol qoymaq olur.
Recent – son açılmış faylların siyahısını göstərir. Limit 50 fayldır.
New – yeni slayd yaratmaq üçündür.
Print – çap edir, vərəqin 1 üzünə maksimum 9 slayd çap etmək olur.
Save & Send – təqdimatın yaddaşa verilərək göndərilməsini təmin edir.
Help – kömək pəncərəsidir.
Options – parametrləri tənzimləyir.
Exit – ümumi proqramı bağlayır.

Qeyd: PowerPoint proqramında Word – lə eynilik təşkil edən əmrlərin izahatı konspektdə yer almır. Word
proqramı ilə eynilik təşkil edən əmrlərin izahatına konspektin yuxarı hissəsində Word proqramının daxilində nəzər
yetirə bilərsiniz.

35
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Home lent tabı
Clipboard lent qrupu mətnin
müxtəlif hissələri üzərində işlər
görmək üçün nəzərdə tutulub.

Slides lent qrupu

 New Slide – təqdimata yeni slayd əlavə edir.


 Layout – seçilmiş slaydın düzənini dəyişdirir
 Reset – slayd üzərində aparılan dəyişilikləri ləğv edir.
 Section – slaydları müəyyən başlıq altında qruplaşdırır.

Font lent qrupu


Standart şrift ölçüləri – (8 – 96) [klaviaturadan daxil etdikdə 1 – 4000].

– seçilmiş mətn hissəsinə kölgə verir.


– simvollar arası məsafəni dəyişir.

Paragraph lent qrupu


– mətni müxtəlif istiqamətlərdə yazmaq üçündür.

– yazını yuxarıdan, ortadan və ya aşağıdan yazmaq üçündür


(üfüqi düzləndirmə).

– ağıllı diaqramların daxil edilməsi üçündür.

Drawing lent qrupu


Bu qrupun əmrləri vasitəsilə müxtəlif fiqurların
çəkilməsi və onlarla işləmək üçündür.

Editing lent qrupu


Bu qrupun əmrləri vasitəsilə mətn daxili axtarış etmək, sözləri və ya mətn hissəsini əvəz etmək, obyektləri seçmək
mümkündür.

Insert lent tabı


Tables lent qrupu
Slaydlara cədvəl əlavə edir.

Images lent qrupu


Slaydlara Picture (Şəkil), Clip Art, Screenshot (ekranın ani təsviri), Photo Album əlavə etmək mümkündür.
Illustrations lent qrupu
Slaydlara müxtəlif fiqur, ağıllı diaqramlar və diaqramlar əlavə etmək üçündür.

36
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Links lent qrupu
Slayda hiperəlaqələr
əlavə etmək üçündür.

Text lent qrupu


Slayda mətn qutusu, yuxarı və aşağı sərlövhə, WordArt, tarix və zaman, slayd nömrələri, müxtəlif proqramlara aid
obyektlər əlavə etmək üçündür.

Symbols lent qrupu


Slaydlara düstur və müxtəlif simvollar əlavə etmək üçündür.

Media lent qrupu


Slayda video və audio fayllar daxil etmək üçündür.

Design lent tabı

Page Setup lent qrupu


Slayd vərəqinin ölçülərini və slaydların oriyentasiyasını təyin edir.

Themes lent qrupu


Şablon temaları seçə və ya seçilmiş temalar üzərində dəyişikliklər aparmaq üçündür.

Background lent qrupu


Slaydlara müxtəlif fon stilləri əlavə etnək və arxa fonu gizlətmək mümkündür.

Transitions lent tabı

Preview lent qrupu


Slaydlara verilmiş keçid effektlərinə önbaxış etmək mümkündür.
Transition to This Slide lent qrupu
Bu qrupun əmrlərindən istifadə edərək slaydlara keçid effekti vermək mümkündür.
Timing lent qrupu
Slaydlara verilmiş keçidlərin vaxtla idarə olunmasını nizamlayır.

37
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Animations lent tabı

Preview lent qrupu


Slayd daxilindəki obyektlərə verilmiş animasiyalara önbaxış etmək üçündür.
Animation lent qrupu
Bu qrupun əmrlərindən istifadə edərək obyektlərə animasiya vermək mümkündür.
Advanced Animation lent qrupu

Timing lent qrupu


Obyektlərə verilmiş animasiyaların vaxtla idarə olunmasını nizamlayır.

Slide Show lent tabı

Start Slide Show lent qrupu


 From Beginning – nümayişə ilk slayddan başlayır.
 From Current Slide– nümayişə cari slayddan başlayır.
 Broadcast Slide Show – hazırlanmış təqdimatın internet vasitəsilə nümayişi üçündür.
 Custom Slide Show – nümayiş zamanı seçilmiş slaydları göstərir.
Set Up lent qrupu
 Set Up Slide Show – slaydların nümayiş parametrlərini sazlayır.
 Hide Slide – seçilmiş slaydı gizlədir.
 Rehearse Timings – nümayişin vaxtla idarəsini nizamlamaq üçündür.
 Record Slide Show – səsin yazılmasını təmin edir.
Review lent tabı

Proofing lent qrupunun köməyi ilə orfoqrafik səhvləri tapmaq, sinonimləri axtarmaq mümkündür.
Language lent qrupunun köməyi ilə mətn hissəsini tərcümə etmək və hansı dildə yazılacağını qeyd etmək olar.
Comment lent qrupunun köməyi ilə slaydın hər hansı bir hissəsinə şərh əlavə etmək mümkündür.
Compare lent qrupunun köməyi ilə dəyişikliklərin təklif edildiyi təqdimatla əvvəlki versiyanı müqayisə edir.
38
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
View lent tabı

Presentation Views lent qrupu


 Normal – təqdimat üzərində işləmək üçün ən ideal rejimdir. Slides və Outline kimi iki oblastı var. Clict to add
notes paneli mövcuddur.
 Slide Sorter – slaydları nizamlamaq üçün ən ideal rejimdir.
 Notes Page – slaydın aşağı hissəsindəki sahəyə mətnin daxil edilməsi üçündür (slayd üzərində deyil).
 Reading View – slaydlara tam ekran baxmaq, oxumaq üçündür. Bu zaman lent tabları gizlənir.
 Slide Show – hazırlanmış slaydı nümayiş etdirir.
Master Views lent qrupu
Bu qrupunun əmrləri vasitəsi ilə slaydların ümumi strukturunu dəyişmək, müxtəlif dizayner tərtib etmək
mümkündür.
Show lent qrupu
Bu qrupun əmrləri bəzi elementlərin göstərilib – göstərilməməsini təyin edir.
Zoom lent qrupu
Təqdimatın miqyasını tənzimləmək olur. Minimal miqyas 10%, maksimal miqyas 400%. Slide Sorter görünüş
rejimində isə minimal miqyas 20%, maksimal miqyas 200% – dir.
Color/Grayscale lent qrupu
Bu qrupun əmrləri vasitəsilə təqdimatın rəng sxemini idarə etmək mümkündür.

Qeyd: PowerPoint proqramında Animations və Transitions bir – birindən rahat ayırmaq üçün qeyd:

 Animations tabında bütün əmrlər slaydlara əlavə olunmuş obyektlərə aid hesab olunur.
 Transitions tabındakı bütün əmrlər isə slaydların özlərinə aid hesab olunur.

39
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
MS Access 2010
Verilənlərin hazırlanması, emal olunması, sorğuların aparılması və hesabatların hazırlanması üçün nəzərdə
tutulmuş proqramlardan biridir. Microsoft Office 2010 paketinə daxildir. MS Access 2010 proqramı üçün minimal
obyekt yazı (kortej / sətir) hesab edilir. Access – də yaradılmış faylın adı susmaya görə DataBase1 – dir. Əsas
genişlənməsi “.accdb”, köhnə genişlənməsi – “.mdb”. Digər verilənlər bazasına nümunə olaraq Dbase, FoxBase,
FoxPro, SQL Server, Paradox, Oracle, Clipper göstərmək olar.
Strukturuna görə verilənlər bazasının dörd növü olur.
İyerarxik – ağacvari və ya budaqlanan struktur kompüterlərin ilk yarandığı vaxtlarda istifadə olunurdu.
Şəbəkə – verilənlər bazasının bu növündə verilənlər bir – birindən asılı olurlar və iyerarxik strukturdan daha
sürətlidir.
Obyektyönlü – verilənlər bazasının son meydana gələn formasıdır, mürəkkəb olduğu üçün geniş yayılmayıb.
Relyasiya modeli – verilənlər bazasının müasir dövrdə ən çox istifadə olunan növüdür, cədvəllər üzərində işdir.
Relyasiya modeli dedikdə, cədvəl modeli başa düşülür.

Verilənlər bazasının daxilində cədvəllər arası əlaqə tipləri:


Birin – birə Birin – çoxa Çoxun – birə Çoxun – çoxa

İyerarxik və relyasiya modelində birin – birə, birin – çoxa, çoxun – çoxa, şəbəkə modelində isə əlavə olaraq
çoxun – birə növündən də istifadə olunur.

Verilənlər bazasında bəzi anlayışlar.

 Verilənlər bazası – kompüterdə saxlanılan verilənlərin xüsusi formasıdır.


 Verilənlər bazasının idarəetmə sistemi – kompüterdə saxlanılan verilənlər üzərində iş üçün nəzərdə
tutulmuş proqramdır.
 Relyasiya modeli – cədvəl şəklində verilənlər bazasıdır.
 Sahə – avtomatlaşdırılmış informasiya hissəsidir, sahə – domen – sütun eyni anlayışdır.
 Yazı – cədvəlin hər hansı bir sətridir, yazı – kortej – sətir eyni anlayışdır.
 Atribut – hər hansı bir sütunun başlığıdır.
 Rekvizit – sütun başlıqlarından (atributlardan) ibarət sətirdir.
 Nisbətin gücü – kortejlərin sayıdır.
 Nisbətin qüvvəti – domenlərinin sayıdır.
 Açar – verilənlərin birqiymətli təmin olunması üçündür.
Qeyd: İki cür açar var: Primary key (ilkin açar) – təkrarlanmaların qarşısını alır, sətirləri birqiymətli edir.
Foreing key (xarici açar) – cədvəllər arası əlaqə yaradır.
Cədvəllərə iş zamanı iki rejimdən istifadə olunur: Design (Konstruktiv) görünüş rejimi və Əməli (Operativ)
görünüş rejimi
Design görünüş rejimində cədvəllərin strukturu qurulur, sahə adları (field name), sahə tipləri (data type) və
verilənlərin izahatı (data description) daxil olunur. Bu struktur əsasında isə cədvəlin verilənlərinin daxil
olunması üçün Əməli rejimə keçid edilir.
Qeyd: Description 255 simvoldan çox ola bilməz. Bir cədvəldə sahələrin sayı 255 – dən çox ola bilməz.
Atributların adı 64 simvoldan çox ola bilməz.
40
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Sahələrin tipləri:
 Text – 255 – ə qədər simvoldan ibarət olan mətnlər üçündür.
 Memo – 255 – dən çox, 65535 – dən az sahə tipləri üçündür, kompüterin yaddaşında əlavə yer tutur.
 Number – ədəd tipli verilənlərin daxil olunması üçündür.
 Date&Time – tarix və zamanın avtomatik daxil olunması üçündür.
 Currency – pul vahidinin daxil olunması üçündür.
 AutoNumber – sayğac tipidir. Avtomatik nömrələməni yerinə yetirir.
 Yes / No – məntiqi tipdir, təsdiq və inkar üçün istifadə olunur.
 OLE Object – multimediya fayllarını saxlayır (şəkil, musiqi, video, audio və s.)
 Hyperlink – linklərin əlavə olunması üçündür.
 Attachment – qoşma fayllar əlavə etmək üçündür.
 Calculated – müxtəlif tip funksiyalardan istifadə edərək hesabatlar aparmaq üçündür.
 Lookup Wizard – cədvəllər arası əlaqələrinin yaradılması üçündür.

Access proqramının obyektləri:


 Cədvəllər – hər hansı mövzuya aid verilənlər toplusudur, sətir və sütunlardan ibarət olur.
 Sorğular – verilənlər bazasında ancaq müəyyən şərtə cavab verən məlumatlardan ibarət topludur.
Qeyd: Sorğular adətən cədvəllər əsasında qurulur.
 Formalar – informasiyanın daxil olunması və ona baxış üçün blankdır.
 Hesabatlar – verilənlər yığımının ekranda göstərilməsi və çapı üçündür.
 Makrolar – tez – tez lazım olan əməliyyatların avtomatlaşdırılması üçündür.
 Modullar – verilənlər bazası üzərində köklü dəyişikliklər üçündür.
 Səhifələr – lokal və qlobal şəbəkələr vasitəsilə bazaya daxil olmaq və orada işləməyə imkan verir.

Access proqramında adətən AND, OR və NOT məntiqi funksiyalarından istifadə olunur. AND məntiqi
funksiyası bütün şərtlərə cavab verdikdə TRUE çıxır, əks halda FALSE. OR funksiyası bütün şərtlərə cavab
vermədikdə FALSE, bütün əks hallarda TRUE. NOT funksiyası isə əməliyyatı tam əksinə icra edir. Yəni TRUE
olsa cavab FALSE, FALSE olsa TRUE çıxır.

Access proqramına aid məsələ tipləri içərisində yer alan xüsusi bir tipə nəzər salaq:
İzahlı AND konspekt – i x ilə işarə etsək,
Sorğu Tapılmış səhifələr
izahlı – i ilə, konspekti – k ilə işarə etsək,
izahlı AND konspekt 5400
izahlı OR konspekt – y ilə işarə etsək,
izahlı 2300
y=i+k–x konspekt 4500
y = 2300 + 4500 – 5400 =1400 izahlı OR konspekt ?

Bu tənliklə istənilən bu qəbilədən olan sualları həll etmək olar.

41
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Kompüter şəbəkələri
Şəbəkə – kompüterlərin bir – biri ilə qarşılıqlı əlaqəsidir.
Şəbəkələr
Lokal şəbəkələr [LAN] Qlobal şəbəkələr [WAN]
Kompüterlərin öz aralarında qurğular və ya kabellər Simsiz əlaqə və uzaq məsafələri əhatə edən şəbəkə
vasitəsilə qoşulması və 1 – 2 km məsafəni əhatə etməsi

Topologiya – kompüterin bir – biri ilə qoşulma üsullarına deyilir.

Lokal şəbəkələrdə topologiyalar


Şin [BUS] Halqa [RING] Ulduz [STAR]
Naqil qırıldıqda ümumi sistemin işi Bir tərəfli və ya iki tərəfli axın olur. Mərkəzi hissədə server kompüteri
çökür, məlumatlar kompüterlər İki tərəfli axın zamanı iki qat naqil (administrator) olur. Mərkəzi server
arasında ötürülən zaman toqquşma çəkilir. Məlumatı göndərən kompüter kompüter olduqda belə topologiya
baş verərsə, xaos yaranır. marker adlanır. aktiv ulduz, hub və ya switch
olduqda isə passiv ulduz olur.
Bir kompüterin sıradan çıxması Hər hansı bir kompüterin və ya Hər hansı bir kompüterin və ya
ümumi sistemin işinə zərər vermir. naqilin sıradan çıxması sistemin işinə naqilin sıradan çıxması sistemin
zərər verir. işinə zərər vermir. Mərkəzi serverin
sıradan çıxması ümumi sistemin
işinə zərər verir.

OSI (Open System Intreconnection – Açıq sistemlərin qarşılıqlı əlaqəsi sistemi)


OSI etalon modelinin yeddi səviyyəsi var. Yuxarı səviyyə tətbiqi, aşağı səviyyə isə fizikidir.
Tətbiqi İstifadəçinin fayllara, printerə və s. müraciətini təmin edir
Nümayiş İnformasiyanın təsvir olunmasını təmin edir
Seans Qarşılıqlı əlaqəni idarə edir
Nəqliyyat Verilənlərin Seans və Nümayiş səviyyəsinə ötürülməsinin təmin edir
Şəbəkə Bir neçə şəbəkənin birləşdirilməsi
Kanal Rabitə kanalında daxil olan və xaric edilən informasiyanın idarə olunması
Fiziki Fiziki əlaqə kanalında informasiyanı ötürülməsi

42
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Qlobal şəbəkələr

İlk dəfə Amerikada ARPANET adı altında yaranıb. Daha sonra MILNET və INTERNET (Inter Connected
Network) şəbəkələrinə bölünüb.
İnternetə girişi təmin edən qurğu – modem, istifadə olunan texnologiya – Wi – Fi.
Modemin ölçü vahidi – bod, buraxılış qabiliyyəti – BPS

İnternetdəki ünvanlar
IP MAC DNS
İnternetə daxil olunmuş hər bir Cihazların identik ünvanı hesab Domen adlar sistemidir. Nöqtələrlə
kompüterə verilən ünvandır. olunur. 6 oktetdən ibarət olur, hər ayrılmış domenlərdən istifadə
 4 oktet olmalıdır; oktet 2 simvoldan ibarət olur, 0 – 9 – olunur. Ciddi bir məhdudiyyət tətbiq
 3 nöqtə olmalıdır; a qədər rəqəm və A – F – qədər edilmir. Adətən simvollardan
Hər oktet 1 bayt yer tutur. IP hərflərdən təşkil olunur. Oktetlər istifadə tövsiyyə olunmur. IP
ünvanın uzunluğu 4 baytdır. Heç bir arasında tire, qoşa nöqtə və ya ünvanların dəyişkənliyinin qarşısını
oktet sıfırla başlaya bilməz. İlk oktet boşluqdan istifadə olunur. MAC almaq üçün istifadə olunur.
sıfır ola bilməz. Hər bir oktet 0 – ünvanın yaddaşda tutduğu yer 6
255 arası qiymətlər alır. baytdır. Birinci oktet sıfırla başlaya
bilməz.

Doğru IP ünvana nümunə: 234.128.91.1  128.129.0.0  1.1.1.1  255.234.1.198  201.102.0.1


Yalnış IP ünvana nümunə: 09.12.123.65  259.34.21.134  234.212.254  12.13.32.3.1  1.190.12.12.
Doğru MAC ünvana nümunə: AB – CF – 09 – 7D – B3 – 11  10:23:FF:AA:A9:91  12 34 21 23 21 34
Yalnış MAC ünvana nümunə: 213 – AD – C2 – 0B – 11 – 00  AF:GC:09:90:19:12  BB AA AC CD F1
Doğru DNS ünvana nümunə: dim.gov.az  president.az  geoguess.com.tr  ebay.com.az
Yalnış DNS ünvana nümunə: dim/gov\az  presi dent.az  geoguesscomtr  e@bay.az

İnternet protokolları
TCP/IP İnternet şəbəkəsinin baza protokoludur. TCP və IP olmaqla iki protokoldan ibarətdir. IP
informasiya paketlərini göndərmək, TCP isə göndərməyə nəzarət üçün nəzərdə tutulub
HTTP Hiper mətnlərin ötürülmə protokolu
FTP Faylların ötürülmə protokolu
SMTP Elektron poçt protokolu, məktubların göndərilməsini təmin edir
POP3 Elektron poçt protokolu, məktubların qəbul edilməsini təmin edir
IMAP Elektron poçt protokolu, məlumatların qəbul ediməsini müəyyən şərtlə həyata keçirir
NNTP Telekonferansiya protokolu
WAP Mobil telefonlar üçün internet protokolu
GPRS İnformasiyanın paket şəklində ötürülməsi protokolu
43
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com

İnternet xidmətləri
WWW Ümumdünya hörümçək toru.
Usenet Telekonferans xidmətidir.
ICQ Real vaxt anında yazaraq qarşılıqlı əlaqənin qurulması xidmətidir.
Telnet Məsafədən digər kompüterlərin idarə edilməsi (emulyasiyası) sistemidir.
Gopher İnformasiya axtarış xidmətidir, iyerarxik formada məlumatları axtarır.
E – mail İnternet vasitəsilə məlumatların göndərilməsi və qəbul olunması xidmətidir.
FTP İnternetdə faylların ötürülməsi xidmətidir.

URL – informasiyanı internetdə saxlamaq üçün istifadə edilir.

URL – in ən ön hissəsində protokol yer alır. Daha sonra “:” və “//” istifadə olunur. İnternet xidmətini göstərən
“www” göstərilə və ya göstərilməyə bilər. Daha sonra domen (sayt adı) adı gəlir. Domen adın sağdan sola getdikcə
domenlərinin səviyyəsi azalır, ən sağdakı domen yuxarı səviyyəli domen, ortadakı domen aşağı səviyyəli domen,
soldakı daha aşağı səviyyəli domen adlanır. ... “/” – dən sonrakı hissə isə faylın adını bildirir və burada faylın ad
və genişlənməsi mövcud olur.

URL (Uniform Resource Locator)

DNS ad

https://www.informatika.com/testler.html
Hipermətn oxuma İnternet xidmətinin Alt domen adı Birinci səviyyəli faylın adı faylın
protokolu göstəricisi domen adı genişlənməsi

44
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Brauzerlər – internet resursları ilə işləmək üçün nəzərdə tutulmuş proqramlardır. İlk brauzer – Mozaic.
Wikipedia – elektron ensiklopediyadır, etibarsız mənbədir.
Bulud saxlama sistemləri (Cloud Storage) – istifadəçinin fayllarını etibarlı şəkildə saxlamaq üçün nəzərdə
tutulmuş internet xidmətidir.
Axtarış sistemləri – lazımi informasiyanı internet axtarış saytlarından istifadə etməklə tapmaq üçün istifadə olunur.
Sosial şəbəkələr – ünsiyyət və qarşılıqlı münasibətlər üçün istifadə olunur.

Mozaic, Internet Explorer, Google Chrome, FireFox, Mozilla, Opera, Safari, Yandex
Brauzerlər Browser, Microsoft Edge

Cloud
Google Drive, Dropbox, Onedrive, Apple iCloud Drive, Amazon Cloud
Sistemləri
Axtarış
Google, Yandex, Yahoo, Rambler, Bing, Altavistax WiseNut, Teema, Euroseek, Aliweb
sistemləri
Facebook, Instagram, Twitter, VK , Youtube, Google Plus, Tumblr, Ixbt,
Sosial şəbəkələr Snapchat, LinkedIn, Uber, Bolt, Pinterest, IMDb, Last.fm, Digg, Reddit,
Quora, 500px, MySpace, Vimeo, Tsu, Medium, Tiktok, Viber, Wolt, Line

Ethernet şəbəkəsi Şin topologiyasında istifadə olunur.


Token Ring şəbəkəsi Halqa topologiyasında istifadə olunur.
FDDI şəbəkəsi Halqa topologiyasında istifadə olunur.
ArcNet şəbəkəsi Ulduz topologiyasında istifadə olunur.

45
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Virusların təsnifatı
Viruslar – kiçik həcmə malik dağıdıcı proqramlardır.

Yaşayış mühitinə görə viruslar


Fayl virusları İcra olunan faylların və ya əmrlər faylının (.com, .exe .bat) daxilində yaşayır.
Yükləmə virusları Diskin yükləyici sektorunda və ya sərt diskin yükləyicisinə düşür.
Fayl – Yükləmə virusları Həm faylların tərkibində, həm də diskin yükləyici sektorunda yaşaya bilir.
Şəbəkə virusları Lokal və ya qlobal şəbəkələr vasitəsilə yayılır.

Yoluxma üsuluna görə viruslar


Rezident Qeyri – rezident
RAM – a yoluxur və kompüter aktiv olanda işə düşür RAM – a yüklənə bilmir

Destruktiv (dağıdıcı) imkanlarına görə viruslar


Ziyansız Təhlükəsiz Təhlükəli Çox təhlükəli

Alqoritminin xüsusiyyətlərinə görə viruslar


Worms (soxulcanlar) özlərini kopyalaya bilən viruslardır, internet və ya lokal şəbəkə vasitəsilə yoluxurlar
Trojan viruslar onları hazırlayan şəxsin əmrlərini icra edirlər
Parazit viruslar özlərinin surətini yaradır və faylların tərkibini dəyişir
Makro viruslar makro istifadəsinə imkan verən proqramların fayllarına yoluxur
Stels viruslar yüksək səviyyədə hazırlanmış (gözə görünməz) viruslardır
Polimorf viruslar davamlı şəkildə özünü yeniləyən viruslardır
Tələbə viruslar primitiv viruslardır
Hoaxlar virusa bənzəyən, amma virus olmayan proqramlardır

Viruslara qarşı müdafiə texnologiyasına görə antivirus proqramlarından istifadə edilir.

Antivirus proqramları
faylların və sistemin yaddaşının yoxlanılmasına və virusların
Skanerlər (Həkimlər)
akşarlanmasına əsaslanır
yaddaşdakı informasiyanı vaxtaşırı yoxlayır, cari vəziyyətlə əvvəlki
Disk müfəttişləri (Müfəttişlər)
vəziyyəti müqayisə edir
İmmunizatorlar (vaksinləşdirici) vaksinləşdirmə yolu ilə virusları aldadır. Rezident proqramlardır
Filtr proqramlar təhlükəli əməliyyatlara nəzarət edir, rezident proqramlardır
yaddaş qurğularının öz bazasında olan virusları axtarır və onları məhv
Dedektorlar
edir

46
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Elektron hökumət
Elektron sənəd – informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq
olunmuş sənəddir.
Elektron sənəd dövriyyəsi – informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya
proseslərini nəzərdə tutur. Elektron sənəd dövriyyəsində istifadə olunan proqramlar, texniki vasitələr və
texnologiyalar isə elektron sənəd dövriyyəsi vasitələri hesab olunur.
Elektron imza – elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Elektron imza anlayışı ümumi xarakter
daşıyır. İnsanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və
s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın
malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və
məlumatı göndərəni təyin edən bir ədədi koddur.
Elektron hökumət – hər hansı bir ölkənin dövlət strukturlarının fəaliyyətlərinin hər bir vətəndaş üçün açıq olan
şəbəkədə yerləşdirilməsi deməkdir. Qısaca qeyd etmək olar ki, dövlət orqanlarının vətəndaşlarla qarşılıqlı əlaqəsini
təmin etmək üçün onlayn sistemdir.
Elektron dövlət və ya e – dövlət – İKT – dən istifadə etməklə dövlət fəaliyyətinin informasiya aspektlərini həyata
keçirmək üçün nəzərdə tutulmuş üsuldur. Elektron dövlətin fəaliyyətini İKT – nin köməyi ilə icraçı hakimiyyət
(elektron hökumət), parlament (elektron parlament) və məhkəmə orqanları dəstəkləyir.
Elektron hökumət Elektron dövlətin bir qoludur.
E – dövlət xidmətləri hökumət vətəndaş (G2C), hökumət biznes (G2B), hökumət – hökumət (G2G), hökumət
qulluqçu (G2E) və hökumət qeyri – kommersiya təşkilatları (G2N) əlaqələri üzərində qurulmuşdur.
“Elektron hökumət” – in əsas fəaliyyət prinsipləri:
 Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə riayət edilməsi;
 İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması;
 İstifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin,
mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması;
 Dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü.

“Elektron hökumət”in əsas üstünlükləri


1. Hökumət üçün
 Müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması
 Büdcə vəsaitlərinə qənaət edilməsi, dövlət xidmətlərinin göstərilməsi müddəti və xərclərinin azalması
 Dövlət orqanlarının vahid informasiya fəzasının formalaşması və təhlükəsizliyinin təmin olunması
 Effektiv, şəffaf, nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması

2. Vətəndaşlar üçün
 Vətəndaşların dövlət idarəçiliyində fəal iştirak etməsi
 Vətəndaşların dövlət orqanları ilə təmaslarının sadələşdirilməsi və çevik formada həyata keçirilməsi
 İnformasiya tələbatının dolğun ödənilməsində rahatlıq
 Məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanı əldə etməsi

3. Biznes sektoru üçün


 Dövlət orqanları ilə səmərəli və operativ şəkildə əlaqələrin qurulması, xərclərin azaldılması
 İqtisadi aktivliyin, rəqabət qabiliyyətinin və xarici bazarlara çıxış imkanlarının artması

47
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Klaviatura Kombinasiyaları

Windows 10
Klaviatura düyməsi və ya kombinasiyası Gördüyü iş
Enter Qeyd olunmuş obyekti açır
F1 Kömək pəncərəsini açır
F2 Seçilmiş obyektin adını dəyişir
F3 File Explorer pəncərəsində axtarış sətirini aktivləşdirir
F5 Sistemi yeniləyir (Refresh)
Delete Seçilmiş obyekti silir
Win
Start menyunu açır
Ctrl+Esc
Ctrl+W Aktiv olan qovluq pəncərəsini bağlayır
Alt+F4 Aktiv olan qovluq və ya proqram pəncərəsini bağlayır
Alt+Tab Aktiv pəncərələrin birindən digərinə keçid
Win+Tab Task View pəncərəsinə keçid
Alt+Shift Klaviaturanın dilini dəyişir
Ctrl+Z Sonuncu əməliyyatın ləğvi
Ctrl+Y Ləğv edilmiş əməliyyatın bərpası
Ctrl+C Seçilmiş obyektin nüsxəsini çıxarır
Ctrl+X Seçilmiş obyekti kəsir
Ctrl+V Kəsilmiş və ya nüsxəsi çıxarılmış obyekti yapışdırır
Ctrl+A Pəncərədəki bütün obyektləri seçir
Shift+F10 Mausun sağ düyməsi ilə açılan kontekst menyunu açır
Win+D İş masasında olan bütün aktiv pəncərələri gizlədir
Win+L Əməliyyat sistemini kilidləyir
Win+P Proyektorun idarə olunması
Ctrl+Shift+Esc Task Manager – i açır
Shift+Delete Obyekti birdəfəlik silir (Recycle bin – ə düşmür)
Ctrl+Alt+Delete Windows logon screen pəncərəsini açlr

Qeyd: Ekranda və ya File Explorer pəncərəsinin daxilində obyektləri ardıcıllıqla seçmək üçün Shift, xaotik seçmək
üçün isə Ctrl düyməsinə müraciət edilir.

48
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com

Word 2010
Klaviatura düyməsi və ya kombinasiyası Gördüyü iş
F1 Kömək pəncərəsini açır
F7 Orfoqrafik və qramatik səhvlərin tapılması
F12 Sənədi yeni adla yaddaşda saxlayır (Save as)
End Kursoru cari sətrin sonuna aparır
Home Kursoru cari sətrin əvvəlinə sonuna aparır
Page Up Sənəd üzərində bir ekran boyu yuxarı hərəkət
Page Down Sənəd üzərində bir ekran boyu aşağı hərəkət
Alt+F4 Proqram pəncərəsini bağlayır
Ctrl+F4 Cari və ya aktiv faylı bağlayır
Ctrl+F1 Lent tablarını gizlədir
Ctrl+S Sənədi yaddaşda saxlayır (Save)
Ctrl+O Yaddaşdakı sənədi açır
Ctrl+N Yeni sənəd yaradır
Ctrl+P Sənədi çap edir
Ctrl+A Bütün sənədi seçir
Ctrl+Z Sonuncu əməliyyatın ləğvi
Ctrl+Y Ləğv edilmiş əməliyyatın bərpası
Ctrl+C Seçilmiş mətn hissəsinin surətini alır
Ctrl+X Seçilmiş mətn hissəsini kəsir
Ctrl+V Köçürülmüş və ya kəsilmiş mətn hissəsini yapışdırır
Ctrl+G Go to pəncərəsini açır
Ctrl+K Hiperlink əlavə edir
Ctrl+H Replace pəncərəsini aktivləşdirir
Ctrl+L Seçilmiş mətnin sol tərəfini düzləndirir
Ctrl+E Seçilmiş mətni mərkəzə görə düzləndirir
Ctrl+R Seçilmiş mətnin sağ tərəfini düzləndirir
Ctrl+J Mətni hər iki tərəfə düzləndirir
Ctrl+B Mətni qalın yazır
Ctrl+I Mətni kursiv yazır
Ctrl+U Mətnin altından xətt çəkir
Ctrl+ Mətn üzərində söz – söz sağa hərəkət
Ctrl+ Mətn üzərində söz – söz sola hərəkət
Ctrl+ Kursoru əvvəlki abzasın önünə aparır
Ctrl+ Kursoru sonrakı abzasın önünə aparır
Shift+F3 Registri dəyişir
Shift+F7 Sözün sinonimlərini tapır
Shift+ Kursordan sağa bir simvolu seçir

49
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Shift+ Kursordan sola bir simvolu seçir
Shift+ Cari sətrin kursordan sağ hissəsi, üstdəki sətrin isə
kursordan sol hissəsini seçir
Shift+ Cari sətrin kursordan sol hissəsi, üstdəki sətrin isə kursordan
sağ hissəsini seçir
Shift+Home Kursordan sətrin əvvəlinə qədər seçir
Shift+End Kursordan sətrin sonuna qədər seçir
Shift+Ctrl+Home Kursordan sənədin əvvəlinə qədər seçir
Shift+Ctrl+End Kursordan sənədin axırına qədər seçir
Shift+Ctrl+ Kursordan sağa bir söz seçir
Shift+Ctrl+ Kursordan sola bir söz seçir
Shift+Ctrl+ Abzaslar üzrə mətni yuxarıya doğru seçir
Shift+Ctrl+ Abzaslar üzrə mətni aşağıya doğru seçir
Shift+Alt+ Seçilmiş abzası bir mövqe yuxarıya aparır
Shift+Alt+ Seçilmiş abzası bir mövqe aşağıya aparır
Delete Kursordan sağa bir simvolu silir
Backspace Kursordan sola bir simvolu silir
Ctrl+Delete Kursordan sağa bir sözü silir
Ctrl+Backspace Kursordan sola bir sözü silir
Ctrl+Shift+C Mətnin xarici görünüşünü başqa mətn hissəsinə köçürür
Ctrl+Enter Cari səhifənin boş qalan hissəsini buraxaraq növbəti səhifəni
əlavə edir

F8 düyməainin müxtəlif sayda sıxılması nəticəsində aşağıdakı seçimlər baş verir:

F8 düyməsi 2 dəfə sıxılır – kursorun olduğu söz seçilir


F8 düyməsi 3 dəfə sıxılır – kursorun olduğu cümlə seçilir
F8 düyməsi 4 dəfə sıxılır – kursorun olduğu abzas seçilir
F8 düyməsi 5 dəfə sıxılır – bütün mətn seçilir

Cədvəlin hər hansı bir sətrinin, sütunun və ya xanasının silinməsini təmin etmək istəyiriksə – Backspace;
Cədvəlin hər hansı bir sətrinin, sütunun və ya xanasının daxilindəki məlumatların təmizlənməsi üçün – Delete;
Cədvələ yeni sətrin artırılması üçün istənilən sətrin sonunda (cədvəlin kənarında) – Enter;
Cədvələ yeni sətrin artırılması üçün sonuncu sətrin sonuncu xanasının daxilində və ya çölündə – Tab düyməsindən
istifadə olunur.
Enter düyməsi istənilən xananın daxilində xananın ölçüsünü (xana daxilinə sətir) artırır.
Mausu sətrin önünə (yazı yazılmağa məhdudlanmış sahəyə) gətirdikdə bir kliklə sətri, iki kliklə abzası, üç kliklə
mətni seçmək olar.

50
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Excel 2010
Klaviatura düyməsi və ya kombinasiyası Gördüyü iş
F1 Kömək pəncərəsini açır
F7 Orfoqrafik və qramatik səhvlərin tapılması
F12 Kitabı yeni adla yaddaşda saxlayır (Save as)
Alt+F4 Proqram pəncərəsini bağlayır
Ctrl+F4 Cari və ya aktiv faylı bağlayır
Ctrl+S Kitabı yaddaşda saxlayır (Save)
Ctrl+O Yaddaşdakı sənədi açır
Ctrl+N Yeni kitab yaradır
Ctrl+P Kitabı çap edir
Ctrl+A Bütün kitabı seçir
Ctrl+Z Sonuncu əməliyyatın ləğvi
Ctrl+Y Ləğv edilmiş əməliyyatın bərpası
Ctrl+C Seçilmiş mətn hissəsinin surətini alır
Ctrl+X Seçilmiş mətn hissəsini kəsir
Ctrl+V Köçürülmüş və ya kəsilmiş mətn hissəsini yapışdırır
Ctrl+G Go to pəncərəsini açır
Ctrl+K Hiperlink əlavə edir
Ctrl+H Replace pəncərəsini aktivləşdirir
Ctrl+B Mətni qalın yazır
Ctrl+I Mətni kursiv yazır
Ctrl+U Mətnin altından xətt çəkir
Alt+Enter Bir xananın daxilində iki sətirdə yazır
Enter Növbəti xanaya keçir
Ctrl+ Hər hansı sətrin son xanasına keçmək
Ctrl+ Hər hansı sətrin ilk xanasına keçmək
Ctrl+ Hər hansı sütunun ilk xanasına keçmək
Ctrl+ Hər hansı sütunun son xanasına keçmək

Xananı seçib sürüşdürdükdə Xananı seçib Ctrl düyməsi Xana içərisində olan tək
aralarındakı fərq qədər artır: basılı şəkildə sürüşdürdükdə: ədədi sürüşdürdükdə:

51
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
PowerPoint 2010
Klaviatura düyməsi və ya kombinasiyası Gördüyü iş
F1 Kömək pəncərəsini açır
F5 Nümayişə ilk slayddan başlayır
F7 Orfoqrafik və qramatik səhvlərin tapılması
F12 Təqdimatı yeni adla yaddaşda saxlayır (Save as)
Alt+F4 Proqram pəncərəsini bağlayır
Ctrl+F4 Cari və ya aktiv faylı bağlayır
Ctrl+S Təqdimatı yaddaşda saxlayır (Save)
Ctrl+O Yaddaşdakı sənədi açır
Ctrl+N Yeni təqdimat yaradır
Ctrl+P Kitabı çap edir
Ctrl+A Bütün kitabı seçir
Ctrl+Z Sonuncu əməliyyatın ləğvi
Ctrl+Y Ləğv edilmiş əməliyyatın bərpası
Ctrl+C Seçilmiş mətn hissəsinin surətini alır
Ctrl+X Seçilmiş mətn hissəsini kəsir
Ctrl+V Köçürülmüş və ya kəsilmiş mətn hissəsini yapışdırır
Ctrl+K Hiperlink əlavə edir
Ctrl+H Replace pəncərəsini aktivləşdirir
Ctrl+B Mətni qalın yazır
Ctrl+I Mətni kursiv yazır
Ctrl+U Mətnin altından xətt çəkir
Ctrl+M Yeni slayd yaradır
Shift+F5 Cari slayddan nümayişə başlayır

Slide Show görünüş rejimində:

Klaviatura düyməsi və ya kombinasiyası Gördüyü iş


Ctrl+P Ekrana qələm çıxarır
Ctrl+A Ekrana kursoru çıxarır
W Ekranı ağardır
B Ekranı qaraldır
S Nümayiş dayanır
Esc Slaydın nümayişindən imtina edir

52
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli
Vüqar Süleymanlı vuqar.s.f@gmail.com
Word 2010 və PowerPoint 2010 proqramlarının oxşar və fərqli cəhətləri

Word 2010 əsas tabları


File Home Insert Page Layout References Mailings Review View

PowerPoint 2010 əsas tabları


File Home Insert Design Transitions Animations Slide Show Review View

Word 2010 və PowerPoint 2010 kontekstual (köməkçi) tabları eynidir:


Design Layout Format

Word 2010 və PowerPoint 2010 proqramlarından əlavə olunan obyektlər zamanı aşağıdakı kontekstual tablar açılır.

Table – Design, Layout


Picture, Clip Art, Shapes, Screenshot, Text box, WordArt – Format
SmartArt – Format, Design
Chart – Format, Layout, Design
Equation – Design

Home lent tabında Word 2010 proqramında Styles adlı qrup var, hansı ki, həmin qrup PowerPoint 2010 – da
yoxdur. Drawing lent qrupu PowerPoint 2010 – da var, Word 2010 – da yoxdur. PowerPoint 2010 – da Slides lent
qrupu var, Word 2010 – da yoxdur. Font lent qrupunda və əmrləri PowerPoint 2010 – da var, Word
2010 – da yoxdur. Word 2010 proqramında Editing lent qrupunun daxilində “Go to” var, PowerPoint 2010 – da
yoxdur. Word 2010 proqramında Insert lent tabında Pages, Header & Footer qrupları var, PowerPoint 2010 – da
yoxdur. Images və Media lent qrupu PowerPoint 2010 – da var, Word 2010 – da yoxdur. Illustrations lent
qrupunun şəkillə bağlı olan əmrləri Images lent qrupuna daxil edilib. Page Layout tabı Word 2010 proqramında
səhifə parametrlərini icra edir, PowerPoint 2010 – da isə bu lent tabı Design ilə əvəzlənib. Review tabındakı bütün
əmrlər oxşarlıq təşkil edir. Word 2010 proqramında Document Views lent qrupundakı görünüş rejimləri: Print
Layout, Full Screen Reading, Web Layout, Outline, Draft; PowerPoint 2010 – da Presentations Views lent
qrupundakı görünüş rejimləri: Normal, Slide Sorter, Notes Page, Reading View (Slide Show görünüş rejimi isə
vəziyyət sətrindədir).
Word 2010 proqramında susmaya görə şrift Calibri, susmaya görə şriftin ölçüsü 11, susmaya görə şriftin intervalı
8 – 72 (ümumən 1 – 1638), PowerPoint 2010 – da susmaya görə şriftin intervalı 8 – 96 (ümumən 1 – 4000), Word
proqramında miqyas 10 – 500%, PowerPoint proqramında 10 – 400% təşkil edir.

53
+994555147484 suleymanli_vuqar mentiq_informatika_vuqar Vuqar Suleymanli

You might also like