Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 477

ƏSGƏR ŞAHİ

MƏHƏMMƏD FÜZULİ
QƏZƏLLƏRİNİN
İRFANİ ŞƏRHİ

III CİLD

BAKI - 2011
Redaktor:
Şahin Fazil –tarix elmləri doktoru, professor,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Məcməüş-şüəra"
ədəbi məclisinin sədri.

Kitabı əski əlifbadan latın qrafikasına çevirən


Mail Ağamirzəyev

Əsgər Şahi. Məhəmməd Füzuli qəzəllərinin irfani


şərhi. «Nurlar» nəşriyyat və poliqrafiya mərkəzi,
Bakı, 2011, 480 səh.

Kitab İran İslam Respublikasının Azərbaycandakı


Səfirliyinin Mədəniyyət Mərkəzində nəşrə
hazırlanmışdır.

© Əsgər Şahi 2011


MÜQƏDDİMƏ

Allahın adı ilə


Bu kitabın birinci cildində qeyd etdiyimiz kimi irfan elmi bir
məfhumdur ki, bəşər zehni onu onun mənəvi və ali dəyərləri arasından
dərk etmişdir. İrfan məbdə və məaddan tutmuş bütün kamillik və mərifət
ideyalarını özündə birləşdirir. Hicri qəməri üçüncü əsrdən başlayaraq
irfan ədəbiyyatı özünün zirvə nöqtəsinə çatdı və nəticədə bunu İbn Fariz,
Hafiz Şirazi, Cəlaləddin Rumi, Nizami Gəncəvi və başqa böyük
əsərlərində müşahidə etmək olar. Hicri onuncu əsrdə Əhli-Beyt (ə)
məktəbinə arxalanaraq hakimiyyətə gələn Səfəvilər dövründə irfan üçün
geniş imkanlar açıldı və Əhli-Beytin (ə) buyurduğu həqiqətlər və
mərifətlərin bəyan edilməsi üçün münasib zəmin yarandı. Şübhəsiz
Qafqaz xalqlarının, xüsusilə Azərbaycan xalqının hədsiz sevdiyi
Məhəmməd Füzuli Səfəvilər dövrünün ilk yüzilliyinin ən parlaq
simalarından biri idi.
Alimlər və tədqiqatçıların dediyinə uyğun olaraq, həmçinin Məhəmməd
Füzulinin əsərlərinə əsasən bu böyük şair haqqında aşağıdakıları
söyləmək olar:
1. Məhəmməd Füzuli din alimi olmuş və kəlam, fəlsəfə, irfan, fiqh, üsul,
hədis və təfsir elmlərini çox yaxşı bilmişdir.
2. O, əqli və nəqli elmləri mənimsəmişdir.
3. O, kamil bir ədib və şair idi. Ərəb, fars və azərbaycan dillərində
olmaqla üç dildə şer demiş və bununla fəxr etmişdir. Füzuli fars dilini
şer və ədəbiyyat dili hesab edirdi. Onun farsca divanı azərbaycanca
olan divanından iki dəfə böyük idi. Lakin azərbaycan dilində olan
əsərləri ədəbi, məna və məzmun etibarı ilə çox dəyərli əsərlərdir. Bəzi
alimlərin fikrincə Füzulinin azərbaycan dilində olan yazıları ilə yeni
bir üslub meydana gətirmişdir.
4. Füzuli böyük bir arifdir ki, seyr, süluk, şühud, zövq və həqiqət,
vəhdəti-vücud kimi irfan ünsürlərini zərif şəkildə ədəbiyyat dilində
bəyan etmişdir.
1105
5. Füzulinin mühüm xüsusiyyəti onun Quran və Əhli-Beyt (ə) tərəfdarı
olmasıdır və o, islamın əsas prinsipləri ilə yaxından tanış idi. Xüsusilə
qeyd etmək lazımdır ki, o, Əli (ə) və Hüseyn (ə) aşiqi idi və heç vaxt
bundan dönməmişdir.
Füzulinin elmi-mənəvi şəxsiyyəti ərəb, fars və azərbaycan
müsəlmanları arasında böyük şöhrət qazanmışdı, lakin məlum səbəblərə
görə azərbaycanlılar arasında daha çox məşhurlaşmışdır. Müasir dövrdə
də bu həqiqəti təbliğ etməkdə çalışmalıyıq, çünki və hər kəs belə əsərləri
şərh edə bilməz.
Allaha şükürlər olsun ki, indi bu məcmuə dəyərli Azərbaycan
oxucularına təqdim olunur. Bu mübarək əsərin dəyərli şərhçisi cənab
ustad Hacı Əsgər Şahi, ustad Murtəza Mütəhhərinin qeyd etdiyi iki
yüksək xüsusiyyətə malikdir. Birincisi, ustad Şahi uzun illərdir ədəbiyyat
və fəlsəfə sahəsində tədqiqat və araşdırmalar aparıb və böyük İslam
ariflərinin əsərlərini nəzərdən keçirib. Həmçinin o, bu sahədə ali
məktəblərdə dərs deməklə yanaşı İslam dünyasının ən məşhur və böyük
arifi olan Hafiz Şirazinin şerləri haqqında böyük bir tədqiqat aparmış və
hal-hazırda onun "Ta Qafe-əndişe" adlı Hafiz divanına yazdığı təfsiri bu
sahədə olan şərhlər arasında ən mötəbər əsərlərdən sayılır. İkinci cəhət
isə budur ki, o, şer və ədəbiyyat sahəsində də başdan-başa sənət və zövq
əhli olan İranın parlaq ulduzlarından biridir. Şübhəsiz ustad Şahi
azərbaycan və fars dillərində yazan müasir şairlər arasında ən məşhur
şairlərdən biridir və onun şerləri çox dərin mənaya, bənzərsiz gözəlliyə
və zərifliyə malikdir. Ustad Şahinin məqamı o dərəcədədir ki, şer və
şairşünas İslami İranın ədib və müdrik rəhbəri Həzrət Ayətullah əl-üzma
Xamneyinin xüsusi hörmətini qazanmışdır.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət
Mərkəzi Ustad Şahinin bütün bu xüsusiyyətlərini nəzərə alaraq ona
Məhəmməd Füzulinin azərbaycan dilində olan divanına şərh yazmaq
xahişi ilə müraciət etdi və o, böyük məmnuniyyətlə bu ağır və mühüm işi
öhdəsinə götürdü. Təklifimizi qəbul etdiyinə görə ustad Şahiyə dərin
təşəkkürümüzü və minnətdarlığımızı bildirir və möhtərəm müəllimlərə,
1106
oxuculara və bu əsərlə maraqlanan bütün insanlara yaxın gələcəkdə
üçüncü cildin çap olunması müjdəsini veririk.
Həmçinin bu əsərin birinci cildinin ərsəyə gəlməsində zəhmətləri
olan Seyid Əliəkbər Ocaqnejad cənablarına və professor Şahin Fazilə
dərin təşəkkürümüzü bildiririk. İİR-ın Azərbaycandakı Səfirliyinin
Mədəniyyət Mərkəzi böyük şair Məhəmməd Füzulinin iki ölkənin ədəbi
və mədəni həyatında oynadığı mühüm rolu, həmçinin Azərbaycan
Respublikasında kitabın birinci cildinin böyük maraqla qarşılandığını
nəzərə alaraq əsərin ikinci və üçüncü cildlərinin hazırlanmasını
sürətləndirdi.
Mədəniyyət Mərkəzi inanır ki, bu çalışmalar iki ölkə arasındakı
münasibətlərin, xüsusilə mədəniyyət sahəsində olan əlaqələrin daha da
möhkəmlənməsinə səbəb olar və bu zəmində Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasının bütün universitet müəllimlərinin, nəzər
sahiblərinin və alimlərinin əlini sıxır və həmişəki kimi bu sahədə
əməkdaşlığa hazır olduğunu elan edir.

İbrahim Nuri
İİR-ın Azərbaycandakı
Səfirliyinin Mədəniyyət Mərkəzi

1107
Q Ə Z Ə L 201

(1) Çırağ göydürəcək atəşi-nihanimdən,


Fitiləsin qılıram məğzi-üstuxanimdən.

(2) Açıldı girməgə qəm, can evinə rövzənələr,


Çəkəndə oxlarını cismi-natəvanimdən.

(3) Oxun təsərrüf edib cismi, qəsdi-can etdi,


Noleydi rəhm qılıb keçməsə idi canimdən.

(4) Bir iynə etdi məni zə`f, riştəm ol qandır


Ki, müttəsil tökülür çeşmi-xunfəşanimdən.

(5) Ədayi-şükri-xədəngindir ol səda ki, çıxar,


Zaman-zaman tökülən qətrə - qətrə qanimdən.

(6) Oxun müsahibətilə keçər xoş ovqatım,


Həlak olurdum əgər tərpənəydi yanimdən.

(7) Qəmi-nihanımı eylər Füzuli ellərə faş,


İyin əzabdəyəm naləvü fəğanimdən.

1109
Beyt 1: Çırağ göydürəcək atəşi-nihanimdən,
Fitiləsin qılıram məğzi-üstuxanimdən.
Sözlük: Nihan = gizli, fitilə = piltə, üstüxan = sümük
Nişanə 1: “Çıraq”: Maddi vücud küdurətini məhv edən mərifət
nuruna “çıraq” demişlər.
Qeyd 1: “Ami-təcəlli” ünvanlı mərtəbədə, bütün yaranmışlara, o
cümlədən insanın bədəninə, yaxud zahirinə həyat bağışlayan nura
“vücud nuru” demişlər.
Qeyd 2: Vücud nuru mütəal məbudun umumi rəhmətilə bağlı
nurdan ibarətdir.
Qeyd 3: Günəş nuru, yaxud fiziki nur, həm də şərif ayənin
buyurduğu: “ 1‫“( ”اﷲ ﻧﻮر اﻟﺴﻤﺎوات واﻻر ض‬Allah göylərin və yerin
nurudur”) nuru, yaxud digər şərif ayənin buyurduğu: “2‫”ﮐﻞ ﻳﻮم هﻮ ﻓﯽ ﺷﺎن‬
(“O, hər gün [kainatda] təsərrüf etməkdədir) ehsanından bəhrələndirən
nur vücud nurundan ibarətdir.
Qeyd 4: Umumi rəhmət ilə bağlı nurdan hasil olmuş istedad ilə
uyğun mərifətə “vücud yaxınlığı”, yaxud “icad qürbü” demişlər.
Qeyd 5: “Xas təcəlli” ünvanlı mərtəbədə bəşəri təfəkkür və idrak
qüvvəsini fani etməklə İlahi həyat, yaxud qəti-mərifət bağışlayan nura
“şühud nuru”, yaxud “vüsal qürbü” demişlər.
Qeyd 6: “Şühud nurundan, yaxud xüsusi təcəllidən bəhrələnmiş
insan qarşısında mələklər səcdə etmişlər”.3
Nişanə 2: “Atəşi-nihan”: Məcazi qatmacalarla bulaşmış ürəyi, əvvəl
saflaşdırıb sonra mənəvi səmalarda seyr etdirən “nari-məhəbbət” dən 4
ibarətdir. Bu nişanə həyat və hərəkətin hərarət ilə bağlı olduğuna da işarə
edir.
Nişanə 3: “Üstüxan yandırmaq”: Mənəvi mərifətlərə nail edən,
nəhayətə çatmış cəhd nişanəsidir.
Qeyd: Bədənin ayaq üstündə durmağı üstuxana bağlı olduğundan
ikinci misra, maddi vücud məğlubiyyətini təlqin edir.
Anlam: Beyt şühud nurundan, yaxud xüsusi təcəllidən bəhrələnməyə
hazırlaşmağı təlqin edir.

1
Quran, Nur surəsi, 35-ci ayədən bir hissə
2
Quran, Ərrəhman surəsi, 29-cu ayədən bir hissə
3
Şeyx Mahmud Şəbüstəri, Gülşəni-raz, səh. 340, 341
4
Qəzəl 54, beyt 7

1110
Beyt 2: Açıldı girməgə qəm, can evinə rövzənələr,
Çəkəndə oxlarını cismi-natəvanimdən.
Sözlük: Rövzənə = baca = kiçik pəncərə
Nişanə 1: “Qəm”: İlahi istedad və mərifət bağışlayan tükənməz ətəş
və tələbdən nişanədir1.
Nişanə 2: “Rövzənə”: Bu beytdə şühud nailiyyətini, yaxud mənəvi
görüşləri mümkün edən səbəbdən nişanədir. Elə buna görə də Mövləvi
İlahi görüşü ürəkdən açılmış rövzənələrə şərt bilib buyurmuşdur:
2
‫هﺮ ﮐﻪ را از ﺱﻴﻨﻪ ﺑﺎﺷﺪ ﻓﺘﺢ ﺑﺎب اوز هﺮ ﺷﻬﺮﯼ ﺑﺒﻴﻨﺪ ﺁﻓﺘﺎب‬
Nişanə 3: “Natəvan”: Məğlubluq müqəddiməsindən nişanədir.
Nişanə 4: “Ox”: Ox, fiziki vücudu unutmağa səbəb olan İlahi
qəbzlərdən nişanədir.
Anlam: Bu beyt də ötən beyt kimi xüsusi təcəllilər qarşısında bir
maneə kimi dikəlmiş maddi vücud hicabından xilas olmağa
hazırlaşmağı təlqin edir.

Beyt 3: Oxun təsərrüf edib cismi, qəsdi-can etdi,


Noleydi rəhm qılıb keçməsə idi canimdən.
Nişanə 1: “Ox”: Bax beyt 2, nişanə 3
Nişanə 2: “Can”:
A: Can, mənəvi mərifətlər idrakından aciz olan, “heyvani can”,
yaxud “bədən canı”ndan ibarətdir.
B: Can, mənəvi mərifətlər və İlahi cazibələr əxzinə layiq “ürək
canı”, yaxud “həqiqi can”dan ibarətdir.
Anlam: A: Aşiq cism təsərrüfündən azad olmuş bədən canını:
1-Qurbanlıq məqamına layiq bilməklə İlahi canalıcı
qəmzələrin ötüb keçdiyini tələb edir (oxun cana toxunmağı).
2-Bədən canını qurbanlıq məqamına nalayiq bilməklə, İlahi
qəmzələrin dayanmağını, yaxud cana toxunmağını tələb edir
çünki qurbanlıq ləyaqətini təhsil etmədən əvvəl candan
keçməyə boyun əyən fədakar aşiq məşuq hüzurunda
məhkəməyə məruz qalır.3
Qeyd: İkinci misra, ürək canının vəhdət mərkəzinə, yaxud
“innəllah” nöqtəsinə müraciət etməsinə işarə edir.

1
Qəzəl 112, beyt 1, nişanə 2
2
Mövləvi, Məsnəvi, birinci dəftər, 1435-ci beyt
3
Qəzəl 7, beyt 2, nişanə 1 , qeyd

1111
Beyt 4: Bir iynə etdi məni zə`f, riştəm ol qandır
Ki, müttəsil tökülür çeşmi-xunfəşanimdən.
Sözlük: Zə`f = zəiflik, çeşm = göz, xunəfşan = qan tökən = qan
yağdıran
Nişanə 1: “Zə`f”: “Dəqiqə”, “kəmər” və “riştə” ünvanlı mərtəbə-
lərdə, dünyəvi ilgilərini və məcazi bağlantılarını qat-qat soya-soya təcrid
nailiyyətinə, yaxud mücərrəd və mənəvi vücudlarla qovuşmağa imkan
verən incəlməkdən ibarətdir.1
Nişanə 2: “Qan”: Qan, yaxud çeşmi-xunfəşan çöl vücudu, yaxud
dünyəviliyi batil edən nişanədən ibarətdir.
Nişanə 3: “Riştə, müttəsil”: Maddi vücud fəaliyyətinə aman
verməyən haldan ibarətdir.
Anlam: Beyt dünyəvi əlaqələrini dəmbədəm məhv etməklə mənəvi
mərtəbələr nailiyyətinə hazırlaşmış aşiq halını təlqin edir.

Beyt 5: Ədayi-şükri-xədəngindir ol səda ki, çıxar,


Zaman-zaman tökülən qətrə - qətrə qanimdən.
Sözlük: Xədəng = ox = süngü
Nişanə 1: “Şükr”: Mehriban məbud ehsan etdiyi nemətləri, həm
dildə, həm də ürəkdə etiraf etməkdən ibarətdir.
Qeyd 1: Şükr, ülvi aləm qarşısındakı pərdələri aşiqin qəlbi kimi
yarıq-yarıq etdiyinə görə xədəngə bənzədilmişir.
Qeyd 2: Yarıq pərdə şühud pəncərəsi olduğundan, əda olunmuş
şükrün özünə də başqa bir şükr etmək lazımdır.
Anlam: İkinci misra, qurbanlıq ünvanlı nemət əlamətini bilməklə
buna şükr etməyin vacibliyini bildirir.

Beyt 6: Oxun müsahibətilə keçər xoş ovqatım,


Həlak olurdum əgər tərpənəydi yanimdən.
Sözlük: Müsahibət = müsahiblik = həmdəmlik = həmsöhbət olmaq
Anlam: Ox, yaxud dərdü bəla səfirini alqışlamaq, həmçinin bir an
müsibətsiz yaşamağı həlak olmağa bərabər bilmək kimi
kamal nailiyyətindən nişanədir.

1
Qəzəl 12, beyt 1

1112
Qeyd: Mütəal məbudun Füzuli kimi xalis dostları bir an bəlasız
olarlarsa, giley-nalələri və hay-həşirləri göylərə ucalar.1

Beyt 7: Qəmi-nihanımı eylər Füzuli ellərə faş,


İyin əzabdəyəm naləvü fəğanimdən.
Sözlük:Nihan = pünhan = gizli
Nişanə 1: “Qəmi-nihan”: Bu beytdə tələb və ətəş hərarətilə bağlı
batin biqərarlığından nişanədir.
Nişanə 2: “İyin əzab”: Bu beytdə aşiqi həsrət atəşində yetkinləş-
dirən “İlahi istiğna” sifətilə bağlı tənbihdən nişanədir.
Qeyd: İyin əzab İlahi lütfdən asılı azar olduğu üçün, yararlı və
istəklidir. Bu ləzzət almalı azara etibarını bildirmək məqsədilə
buyurmuşlar:
Cana azar xədəngin xoş gəlir, ey qaşı yay
Bir sifariş qıl ki, bizdən ötməsin azarsız.
Nişanə 3: “Naləvü fəğan”: Mənəvi ilgilər ilə aşiq qəlbindən baş
qaldırmış özəl münacat ünvanlı hay-həşirdən ibarətdir.
Anlam: Ətəş və tələb biqərarlığını (qəmi-nihan) örtbasdır etmək,
yandırıcı atəşi bürüyüb gizlətmək kimi mümkünsüzdür.

1
Qəzəl 23, beyt 1

1113
Q Ə Z Ə L 202

(1) Ucaldın qəbrim, ey bidərdlər, səngi-məlamətdən


Ki, məlum ola dərd əhlinə qəbrim ol əlamətdən.

(2) Məzarim üzrə qoymun mil, əgər kuyində can versəm,


Qoyun bir sayə düşsün qəbrimə ol sərvqamətdən.

(3) Görən saətdə ol qamət qiyamın, qıymadım canə,


Qiyamət həm gələ qurtulmayam mən bu nədamətdən.

(4) Qiyamətdə hesabı olmayanlardandır ol qafil


Ki, fərq eylər fəraqın şamini sübhi-qiyamətdən.

(5) Təriqi-səbrü tədbiri-səlamət ləzzətin bilmən,


Mənə eşqü məlamət yey gəlir səbrü səlamətdən.

(6) Təbiət inhirafın gör həvayi-eşqdən təndə,


Əlac et düşmədən, saqi, mizacım istiqamətdən.

(7) Füzuli, keç səlamət kuçəsindən, səbr kuyindən,


Fərağət olmayan yerdə səfər yeydir iqamətdən.

1114
Beyt 1: Ucaldın qəbrim, ey bidərdlər, səngi-məlamətdən
Ki, məlum ola dərd əhlinə qəbrim ol əlamətdən.
Sözlük:Səng = daş
Nişanə 1: “Bidərd”: Məhəbbətdən asılı möhnət ləzzətindən xəbərsiz
olan ürəkdən, yaxud əql əhlindən ibarətdir.
Nişanə 2: “Məlamət”: Dünyəvi həqir etibarlar maneəsindən azad
olmaq məqsədilə umumi hörmətlərdən çəkinmək nişanəsidir.
Nişanə 3: “Dərd əhli”: Dünyəvi ömür möhlətində mənəvi ölməz
həyata, yaxud hicrana çevrilmiş İlahi vüsala müraciət etmək xəyalı ilə
çalışqanlıq edən aşiqlərdən ibarətdir.1
Anlam : A: Beyt xüsusilə ikinci misra aşiq qəbrinin ziyarətgah oldu-
ğuna işarə edir.
B: Aşiq, qəbr ilə qiyamət arasındakı “bərzəx” adlı həyat
dünyasını dünyəvi əngəl olan hörmətlər sədəməsindən mü-
hafizə etmək istəyir.

Beyt 2: Məzarim üzrə qoymun mil, əgər kuyində can versəm,


Qoyun bir sayə düşsün qəbrimə ol sərvqamətdən.
Sözlük: Mil = minarə = çıraq sütunu
Nişanə 1: “Kuy”: Bu beytdə bəndəlik ərəfəsindən nişanədir.
Nişanə 2: “Sayə”: Bu beytdə həqiqətdən təsirləndirən məcazi
vasitədən ibarətdir.
Nişanə 3: “Sərvqamət”: Mütəal məbudun lütflər uzantısına nail edən
sifətindən ibarətdir.
Anlam: Qəbrin minarəli olması, dünyəvi maraqlar əlaməti olduğuna
görə bəndəlik məqamı ilə əlaqədar nailiyyətlər qarşısında
bir maneə kimi hesaba alınır. Demək bu beyt də ötən
beytdəki kimi dünyəvi etibarlar həqirliyini, həm də zərər-
ziyanı təlqin etmək istəyir.
Qeyd: İmamlar və peyğəmbərlər xarici vücudu daxili vücud ilə
həmcins edərək maddə və mənanı bir-birinə qatıb-qatışdırıblar. Buna
görə də onlarla əlaqədar dünyəvi maraqlar mənəvi güzgülər kimi
müqəddəsdirlər.2

1
Qəzəl 68, beyt 3, nişanə 2
2
Qəzəl 177, beyt 2

1115
Beyt 3: Görən saətdə ol qamət qiyamın, qıymadım canə,
Qiyamət həm gələ qurtulmayam mən bu nədamətdən.
Nişanə 1: “Qamət qiyamı”: İlahi əzəmətlər təzahürünü davam
etdirən mərtəbədən nişanədir.
Nişanə 2: “Qıymadım canə”: Cana qıymamaq qurbanlıq, yaxud
fanilik nailiyyətinə layiqsiz olmaqdan nişanədir.
Anlam: Aşiq, dünyəvi ömür bazarında, qurbanlıq qazancını əldə edə
bilməsindən peşimançılıq çəkir.

Beyt 4: Qiyamətdə hesabı olmayanlardandır ol qafil


Ki, fərq eylər fəraqın şamini sübhi-qiyamətdən.
Nişanə 1: “Qafil”: Yarı yer-yarı göy sakini insanın ülvi hissəsini
tanıtdıran “eşq” ünvanlı mənaşünas həqiqi əqldən məhrum bir şəxsə
“qafil”1, yaxud mənfi divanə demişlər.
Qeyd: Fəlsəfə iki növ divanəlik barədə bəhs etmişdir. O iki növ
aşağıdakılardan ibarətdir:
A: Xəstəliklə əlaqədar məcazi divanəlik.
B: İlahi parlamalarla əlaqədar adi əhvalat çevrilişi, yaxud mənəvi
və müsbət divanəlik.2
Nişanə 2: “Fəraqın şamı”: Mənəvi ölməz aləmdə, yaxud vəhdət
mülkündə, ya da mütəal canan hüzurunda yaşamış insanın maddi qurğulu
hicran dünyasında qəribliyə düşməsindən və bir sürgün kimi həyat
keçirməyindən nişanədir.
Anlam: Eşq dərdindən xəbərsiz bir insan ağılsız (mənfi divanə) oldu-
ğundan qiyamət günü məhkəməyə məruz qalmaqdan azad-
dır.

Beyt 5: Təriqi-səbrü tədbiri-səlamət ləzzətin bilmən,


Mənə eşqü məlamət yey gəlir səbrü səlamətdən.
Sözlük: Təriq = yol = hal = məzhəb = irfan yolu
Nişanə 1: “Birinci misra”: Məcazi etibarlara nail edən dünyaşünas
əql tədbirini təhqir etmək istəyir.
Nişanə 2: “Səlamət”: Bu beytdə ictimai varlıq sağalmasından

1
Qəzəl 93, beyt 7
2
Dovreyi-asare-Əflatun, tərcümə: Məhəmmədhəsən Lütfi, səh. 1257

1116
nişanədir, lakin bədən sağlamlığına da işarə edir.
Nişanə 3: “Səbr”: Bu beytdə eşq ilə bağlı bəlaların bitməsinə
ümidvar olmaq və rahat yaşayış gözlətməkdən nişanədir.
Anlam: Bu beyt isə birinci beyt kimi dünyəvi etibarlar həqirliyini
təlqin etmək istəyir.

Beyt 6: Təbiət inhirafın gör həvayi-eşqdən təndə,


Əlac et düşmədən, saqi, mizacım istiqamətdən.
Nişanə1: “Təbiət inhirafı”: “Tərki-adət” ünvanlı irfani xüsusi mər-
hələdə bədən həyatı ilə əlaqədar, yemək, yatmaq, özünü qorumaq, həvəs
etmək, və ləzzət almaq kimi adi işlər və təbii ehtiyacları, tədricən tərk,
yaxud əks etməkdən, nəhayət qeyri maddi həyat ərəfəsinə daxil
olmaqdan nişanədir.
Qeyd: “Əzdad” araşdırmasında qeyd olunduğu kimi1, mənəvi həyat
bağışlayan xüsusi havadan (havayi-eşq) bəhrələnmək cismi həyat bağış-
layan təbii havanı tərk etməklə mümkün olur.
Nişanə 2: “Saqi”: Bu beytdə həzrəti Cəbrail kimi mənəvi vasitədən,
yaxud mürşüd həzrətindən nişanədir.
Anlam: Aşiq, əcəli çatmaqdan əvvəl qurbanlıq, yaxud fanilik nemə-
tindən bəhrələnməyi təmənna edir. Çünki ölüm çatandan
sonra, fədakarlıq mümkün deyil.

Beyt 7: Füzuli, keç səlamət kuçəsindən, səbr kuyindən,


Fərağət olmayan yerdə səfər yeydir iqamətdən.
Nişanə 1: “Səlamət”: Bax beyt 5, nişanə 2
Nişanə 2: “Səbr”: Bax beyt 5, nişanə 3
Nişanə 3: “Fərağət”: A:Fərağət, tükənməz fürsətdən nişanədir.
B: Bir işi kamala çatdırmaqdan nişanədir.
C: Arxasında qəbz olmayan bəstdən nişanədir.
Nişanə 4: “Səfər”: Bu beytdə dünyəvilikdən çıxmaqla başlanarkən
mənəvilik səmasında özəl təcəlli nailiyyəti ilə sona çatan ürək səfərindən
ibarətdir.2
Anlam: Bəst məqamına nail olmaq, yaxud İlahi parlamalarla isiniş-
mək, aşiqin yeganə hədəfidir. Ancaq beyt, açıq-aydın qeyd

1
Qəzəl 41, nişanə 1, qeyd
2
Qəzəl 85, beyt 7, nişanə 2

1117
etdiyi kimi, guya səmavi bir elçi nailiyyətlər davamsız-
lığından xəbərdar edərkən daimi şühud və həmişəlik vüsal
həsrətində alovlanmış aşiqi özlüyündən keçib dünyadan
köçməyə (səfər) dəvət edir.

1118
Q Ə Z Ə L 203

(1) Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandan


Kim, ol can döndərər cismə, bu cismi ayırır candan.

(2) Tutub rahi - ədəm, bulmuş dəhanından könül kamın,


Mənə həm cəzmdir ol əzm, mən həm qalmazam andan.

(3) Qəmim şərh etmək üçün istərəm hər gördügüm saət,


Tutam damanını, dəgməz əlim çaki-giribandan.

(4) Təvafi-kuyin istərdim qılam bari-qəmi-eşqin,


Xəm etdi qamətim, yollar tutuldu xari-müjgandan.

(5) Nə xoş ülfət tutubdur natəvan cismimlə can, guya


Sanır bir tari-mudur ol səri-zülfi-pərişandan.

(6) Oxun gəldikdə çeşmim töksə bağrım qanın ondandır


Ki, bağrım qanına yer qalmadı sinəmdə peykandan.

(7) Sitəm daşı, məlamət xəncəri, bidad şəmşiri,


Füzuli, hər cəfa kim, gəlsə xoşdur canə canandan.

1119
Beyt 1: Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandan
Kim, ol can döndərər cismə, bu cismi ayırır candan.
Sözlük: Ruz = gün
Anlam: Mənəvi sifətlər, yaxud ölməz həyat nailiyyəti (qiyamət)
insanı maddi sifətlər və bəşəri həyat həbsindən azad edən
eşq ilə mümkündür.
Qeyd: Varlıq yoxluqdan asılı olduğundan, mənəvi həyat nailiyyəti
də maddi məmat (ölüm) ilə bağlıdır. Buna görə də “‫”ﻓﺎﻋﻠﻢ اﻧﻪ ﻻ اﻻهﻪ اﻻ اﷲ‬
(Bil ki, Allahdan qeyri heç Tanrı yoxdur 1 )buyurulmuşdur. Demək,
illəllah ünvanı ilə mütəal məbud cəlalını sübuta yetirmək, əvvəlcə “la”
(“yoxdur”) kəlməsi ilə o məbuddan başqalarını, yaxud əğyarı yox
bilməklə mümkündür.

Beyt 2: Tutub rahi - ədəm, bulmuş dəhanından könül kamın,


Mənə həm cəzmdir ol əzm, mən həm qalmazam andan.
Sözlük: Rahi - ədəm = yoxluq yolu, dəhan = ağız, cəzm = qət`ilik = əzm
toplamaq
Nişanə 1: “Ədəm”: A: Yaranış mərkəzinə, yaxud nişansızlıq alə-
minə (nişana sığmaz aləm) ədəm demişlər.
B: Həqiqi varlığı əks etdirən güzgüyə ədəm demişlər.
Qeyd: Günəşin özünü görmək imkansızdırsa, suda, yaxud güzgüdə
təzahürünü görmək mümkündür. Demək günəşin idrak edilməsi onun
azca –azca parlamağıyla mümkün olur. Beləliklə vəhdət günəşi, yaxud
İlahi camal cilvəsi başqa bir şeydə (məzhər) 2 , əks etdirilməsə onun
tanınmağı, yaxud dərk edilməyi imkansız olar.3 Bu dərin mətləbi məcazi
misalla açıqlamaq məqsədilə buyurmuşlar:
‫ﺕﻮان ﺧﻮرﺷﻴﺪ ﺕﺎﺑﺎن دﻳﺪ در ﺁب‬ ‫ﭼﻮ ﭼﺸﻢ ﺱﺮ ﻧﺪارد ﻃﺎﻗﺖ و ﺕﺎب‬
4
‫ﻋﺪم ﺁﻳﻴﻨﻪ ﯼ هﺴﺘﯽ اﺱﺖ ﻡﻄﻠﻖ ﮐﺰ و ﭘﻴﺪاﺱﺖ ﻋﮑﺲ ﺕﺎﺑﺶ ﺣﻖ‬

Nişanə 2: “Dəhan”: Mütəal məbudun əql və təcrübəyə sığmaz, “mü-


təkəllim” ünvanlısifətinə, yaxud vəhm və əfhmdən üstün İlahi işarələrə
dəhan demişlər.

1
Quran, Məhəmməd surəsi, 19-cu ayə
2
Qəzəl 103, beyt 2
3
Şeyx Məhəmməd Şəbüstəri,Gülşəni-raz, səh. 175
4
Göstərilən kitab, səh. 80, beyt 130, 132

1120
Qeyd: Nəhayətə çatmış xırdalıq, ədəm (yoxluq) ilə bərabər oldu-
ğundan, xırda ağızı nişanəsiz olan ədəm kimi bilmişlər.
Nişanə 3: “Könül”: Mənəvi məzələrdən dad alan batini qüvvəyə
könül demişlər.
Anlam: Xarici vücudum da daxili vücudum kimi ədəm mərtəbə-
sindən bəhrələnmək istəyir.
Qeyd: Bu anlam, “bədən” adlı xarici vücudun, “nur mutəmin” adlı
daxili vücud1 ilə həmahəng və həmcins olmasına işarə edir.2

Beyt 3: Qəmim şərh etmək üçün istərəm hər gördügüm saət,


Tutam damanını, dəgməz əlim çaki-giribandan.
Sözlük: Daman = ətək, çaki-giriban = açıq yaxa
Nişanə 1: “Qəm”: Bu beytdə tələb və ətəş biqərarlığından nişanədir.
Nişanə 2: “Tutaram damanını”: daman tutmaq yalvarıb-yaxarmaq-
dan nişanədir.
Nişanə 3: “Çaki-giriban”: Aşiqi “işraq” ünvanlı irfani mərtəbədə va-
himələndirən təcəlli nurundan ibarətdir (istedadsızlığa bağlı naməhrəm-
lik).
Anlam: İlahi cəlal heybəti gözəl məhbub hüzurunda, yaxud şühud
vəziyyətində dərdi-dil etməyi mümkünsüz edir.

Beyt 4: Təvafi-kuyin istərdim qılam bari-qəmi-eşqin,


Xəm etdi qamətim, yollar tutuldu xari-müjgandan.
Sözlük: Təvaf = bir şeyin dövrəsinə dolanmaq = xüsusi tərz ilə Allah
evinin dövrəsinə dolanmaq, bar = yük, xəm = hilali = əyri =
qövs, müjgan = kipriklər
Nişanə 1: “Təvafi-kuy”: Hicaz Kəbəsinin ziyarətini qənaətbəxş
bilməyərək “raz Kəbəsini”, yaxud yeganə məbudun hüzurunu ziyarət
etməkdən nişanədir.3
Nişanə 2: “Xəm etdi qamətim”: Xəm qamət bu beytdə: A: Aşiqin
“təvafi-kuy” nailiyyətinə layiqsiz olduğunu təlqin edir (zəhmətdən
ayılmış qamət).

1
Qəzəl 1, beyt 1, nişanə nur
2
Qəzəl 103, beyt 2
3
Qəzəl 133, beyt 3

1121
Qeyd: A: Nə qədər mərifət əlavə olursa, bir o qədər də layiqsizliyini
düşünüb etiraf etmək əlavə olur.
B: Aşiqin təvafi-kuy nailiyyətinə hazırlaşmağını təlqin edir (dairəvi
hərəkət ilə (təvaf) həmahəng olmuş qamət).
Nişanə 3: “Xari-müjgan”: Aşiqi gizli, yaxud aşkar naqis əməllərinə
görə İlahi şühud məhrumluğunda tənbih və tərbiyə etməkdən nişanədir.
Anlam: Şühud nailiyyətinə məşuqun heybəti (ötən beyt), təvəfi-kuy
ziyarətinə isə aşiqin naqisliyi mane olur.

Beyt 5: Nə xoş ülfət tutubdur natəvan cismimlə can, guya


Sanır bir tari-mudur ol səri-zülfi-pərişandan.
Sözlük: Ülfət =isinişmək = dostluq, tari-mu = tel
Nişanə 1: “Ülfət”: Bu beytdə mənəvi ləzzətlər məşğulluğundan
nişanədir.
Nişanə 2: “Tari-mu”: Bu beytdə bəsitlik və mücərrədlik məqamına
hazırlaşmış cismdən nişanədir.
Nişanə 3: “Zülfi-pərişan”: Yaradıcı məbud cilvələrini əks etdirən
yaranmışlardan (məzhər) nişanədir.
Anlam: Beyt “tən” adlı xarici vücudun, “can” ünvanlı daxili vücud
ilə həmcins olduğunu təlqin edir.1

Beyt 6: Oxun gəldikdə çeşmim töksə bağrım qanın ondandır


Ki, bağrım qanına yer qalmadı sinəmdə peykandan.
Sözlük: Çeşm = göz, peykan = ox ucu
Nişanə 1: “Ox”: Bu beytdə xarici vücudu, “tari-mu” məqamına
hazırlayan qəbzlər və qəmzələrdən nişanədir.
Nişanə 2: “Bağrım qanı”: Fiziki əngəl mahiyyətini, yaxud mənəm-
mənəmliyi batil etməkdən nişanədir.
Nişanə 3: “Peykan”: Aşiqi qurbanlıq məqamına hazırlayan qəhr
sifətilə əks etdirilmiş İlahi əzəmətdən nişanədir.
Anlam: Beyt təcrid, yaxud qurbanlıq məqamına hazırlaşmağı təlqin
edir.

1
Qəzəl 103, beyt 2

1122
Beyt 7: Sitəm daşı, məlamət xəncəri, bidad şəmşiri,
Füzuli, hər cəfa kim, gəlsə xoşdur canə canandan.
Nişanə 1: “Məlamət”: Aşiqin istiqamət və istedadını üzə çıxaran
ictimai sərki-danlaqlar və İlahi qəhrlərdən nişanədir.
Qeyd: “Şəth” vəziyyətində olmayan bir aşiqin mürşüd həzrətini,
yaxud mütəal məhbubu sitəmgər və cəfakar adlandırması kafirliyə
bərabərdir.1
Anlam: Beyt canan cəfalarını xoş bilməklə aşağıdakı nazik mət-
ləblərə işarə edir:
A: Bidad və iltifat sifətlərini bir-birindən fərqləndirmək
günahkarlıqdır. Çünki həmin sifətlərin ikisi də vəhdət
nöqtəsilə əlaqədardır.
B: Bidadlığı, iltifatdan başqa bilmiş aşiq ikiliyə (bir bidad,
bir də iltifat), yaxud kəsrət mənşəyinə giriftar olmuşdur.
Bunun üçün də sitəm və bidadı iltifat və vəfa kimi
alqışlamaq aşiqə vacib olmuşdur.

1
Qəzəl 24, beyt 1

1123
Q Ə Z Ə L 204

(1) Bəzmi-eşq içrə sirişkimdir şərabi-laləgun,


Qıldı qəm qəddim büküb, cami-şərabım sərnigun.

(2) Hər tərəf pürxun əliflərdir çəkilmiş köksümə,


Ya həvadan mövc urur bağrımdakı dəryayi-xun.

(3) Artırır əyyami-hicranın sirişkim hiddətin,


Müddəti - əyyam mey keyfiyyətin eylər füzun.

(4) Məskən etmiş yar mari-zülfi çeşmim rəxnəsin,


Pənd vermin kim, onu ondan çıxarmaz min füsun.

(5) Qət`i-ülfət, qaliba, düşvardır kim, eyləmiş


Nəqşi-Şirin ilə Fərhadı müqəyyəd Bisütun.

(6) Rişteyi-can eylədim peyvənd tari-zülfünə,


Ah kim, çəkməkdə imdad eyləməz bəxti-zəbun.

(7) Ey Füzuli, mən məlamət gövhərinin gənciyəm,


Əjdahadır kim, yatar çevrəmdə zənciri-cünun.

1124
Beyt 1 : Bəzmi-eşq içrə sirişkimdir şərabi-laləgun,
Qıldı qəm qəddim büküb, cami-şərabım sərnigun.
Sözlük: Bəzm = ziyafət məclisi = xeymə, sirişk = göz yaşı, sərnigun =
tərsinə çevrilmiş = başı aşağı olmuş
Nişanə 1: “Sirişk”: Məcazi mahiyyət ləkəsini, həqiqi vücuddan yu-
yub-təmizləyən səbəbdən ibarətdir.
Nişanə 2: “Şərabi-laləgun”: Dünyəvi məcburiyyətlərə qələbə çalmış
vəhdət rayihələrinə şərabi-laləgun demişlər.
Nişanə 3: “Cami-şərab”: Mərifət badəsilə dolmuş ürək deməkdir.
Nişanə 4: “Cami-şərabım sərnigun”: Bu nişanə “şərabi-laləgun”
nemətindən bəhrələnməyə layiqsiz olmağı təlqin edir.
Anlam: Beyt həmişəlik vüsal qarşısında maneə törətmiş dünyəvi
məcburiyyətlər, yaxud maddi bağlantılar tör-töküntüsün-
dən şikayət edir.

Beyt 2 : Hər tərəf pürxun əliflərdir çəkilmiş köksümə,


Ya həvadan mövc urur bağrımdakı dəryayi-xun.
Sözlük: Pürxun = qanlı, dəryayi-xun = qan dənizi
Nişanə 1: “Pürxun əliflər”: Dəmbədəm yeganə məbuddan təsirlən-
məklə digər təsirləri batil edən nişanədən ibarətdir, lakin mütəal
məbudun “əzəl” və “əbəd” ünvanlı sifətlərinə də işarə odur.1
Nişanə 2: “Həvadan mövc urmaq”: Bu nişanə həqiqi həyat
atmosferindən bəhrələnməyi təlqin etmək istəyir.
Nişanə 3: “Mövc”: maddi qurğulu dünyanın təfərrüatına, yaxud
kəsrət üzvlərinə “mövc” demişlər.
Nişanə 4: “Dərya”: Kamil insanın batininə, yaxud məhz varlığa
qovuşmuş qəlbə “dərya” demişlər.
Nişanə 5: “Xun”: Dünyəvi təsirləri həmçinin fiziki mahiyyəti batil
edən nişanədən ibarətdir.
Anlam: Bu beyt, ötən beytdə qeyd olunmuş tör-töküntüləri məhv
etmək müqəddiməsini təlqin edir.

Beyt 3 : Artırır əyyami-hicranın sirişkim hiddətin,


Müddəti - əyyam mey keyfiyyətin eylər füzun.

1
Qəzəl 42, beyt 2, nişanə 2

1125
Sözlük: Sirişk = göz yaşı, füzun = əlavə = artıq
Nişanə 1: “Əyyami-hicran”: Bu beytdə təbii dünyanı qəriblik və
sərgərdanlıq yeri bilmiş aşiqi vəhdət mülkünə, yaxud öz həqiqi vətəninə
müraciət etməyə tərbiyə edib yetkinləndirən vəziyyətdən nişanədir.1
Nişanə 2: “Sirişk”: Bax beyt 1, nişanə 1
Nişanə 3: “Mey”: Bax beyt 1, nişanə 2, (şərabi-lalə gun)
Anlam: Hicran maddi vücud tör-töküntüsünə qələbə çalan batini iq-
tidarı əlavə etməklə aşiqin istedad və istiqamətini üzə çı-
xarır.

Beyt 4 : Məskən etmiş yar mari-zülfi çeşmim rəxnəsin,


Pənd vermin kim, onu ondan çıxarmaz min füsun.
Sözlük: Mar = ilan, çeşm = göz, pənd = nəsihət = öyüd, füsun = əfsun
Nişanə 1: “Yar”: Ariflər mütəal məbudun “vəch” ünvanlı camalına
“yar” demişlər.
Nişanə 2: “Mari-zülf”: A: Fiziki əngəl mahiyyətini məhvlik
dərəcəsinə yaxınlaşdıran qəhrdən asılı lütfdən nişanədir.
B: Mənəvi əhvali-ruhiyyəni dünyapərəstlər, yaxud naməhrəmlərdən
qoruyan İlahi heybətdən nişanədir.
Qeyd: “Əzdad” baxımıyla2 mar canalıcı olduğuna görə canlanmaq
yaxud yeni həyat nişanəsidir.
Qeyd 2: “Həyyə” sözünün bir mənası da “diri” olduğundan ərəb
dilində ilana “həyyə” demişlər.
Qeyd 3: Fars ədəbiyyatında, “mar” sözünün bir mənası da “ana”
olduğundan, “mar” nişanəsi həyat əlamətidir. Çünki hər insanın dünyəvi
həyat mənşəyi anadan ibarətdir. Buna görə də həyatın xətərə düşməyinə,
yaxud xəstəliyə “bimarlıq” (“marsızlıq”) demişlər.
Qeyd 4: Məsihilər nəzərincə “mar” müqəddəs bir kəlmə olduğun-
dan ən əzəmətli adların əvvəlinə əlavə olunur. Bu baxımla yaqub
həzrətinə Mar Yəqub demişlər.3
Nişanə 3: “Çeşm rəxnəsi”: Çeşm rəxnəsi, mənəvi nur təzahür
etməyə hazırlanmış “məzhər” ünvanlı maddi vücuddan nişanədir.
Nişanə 4: “Əfsun”: Bu beytdə eşq həqiqətini inkar etmiş nəsihətçi

1
Qəzəl 34, beyt 3, nişanə 2
2
Qəzəl 84, beyt 6
3
Doktor Məhəmməd Moin, Fərhəngi-Moin

1126
pəndinin hiylə ilə qatışmağını bildirən nişanədən ibarətdir.
Anlam: Beyt dünyəvi tədbirlərin eşq qarşısında təsirsiz olduğunu
təlqin edir.

Beyt 5 : Qət`i-ülfət, qaliba, düşvardır kim, eyləmiş


Nəqşi-Şirin ilə Fərhadı müqəyyəd Bisütun.
Sözlük: Ülfət = isinişmək = dostluq, düşvar = çətin = müşkül, Bisütun =
Dara padşahın kitabələri-daş yazmaları ilə məşhur olan İran
Kirmanşahında “Pamçal” kəndinə yaxın bir dağ
Nişanə 1: “Ülfət”: Mənəvi ləzzətlər məşğulluğuna “ülfət” demişlər.
Nişanə 2: “İkinci misra”: Bisütun dağını yarmaqdan, yaxud Fərha-
dın müəyyən vüsal şərtindən nişanədir. Ancaq mənəvi məhdudsuz eşqi
məhdudlaşdırıb başa salmağa da işarə edir.
Anlam: Zəmanə, yaxud fələk, məcazi müqəddəs eşqin təsirini yaxud
sözsüz təbliğini məğlub etməyə qadir deyil.

Beyt 6 : Rişteyi-can eylədim peyvənd tari-zülfünə,


Ah kim, çəkməkdə imdad eyləməz bəxti-zəbun.
Sözlük: Nigun = tərsinə çevrilmiş = başı aşağı,
Nişanə 1: “Rişteyi-can”: “Batini təcrid” mərhələsində vəhdət
mərkəzi ilə əlaqə saxlayan daxili vücuddan nişanədir.
Nişanə 2: “Tari-zülf”: Bu beytdə bəndəni vəhdət mərkəzinə, yaxud
maddəni mənaya bağlayan “həblül mətin” 1 ünvanlı gözə görünməz
riştədən ibarətdir.
Qeyd 1: Fəlsəfə də irfan kimi, yaranmış insanı yaradıcı məbud
lütfünə bağlayan riştə barədə nəhəng bəhslərə girişmişdir. O cümlədən
Əflatun zənn etmişdir ki: “İnsanlar, gəlinciklər kimi vəhdət mərkəzindən
asılmış İlahi lütf sapına bağlanmış halda hərəkət edirlər,..., ancaq onlar,
necə hərəkət etməklərini (nəqşlərini və təkliflərini) bilməlidirlər”.2
Qeyd 2: İlahi sapa, yaxud tari-zülfə bağlanmaq, “‫ﺖ ﺑﺎﻟﻈﻬﻮر ﻇﻬﻮر‬ َ ‫اوﺟَﻴ‬
‫ ”اﻟﻤﮑﻮّﻧﺎت‬buyurulduğu kimi 3 müstəqillik vəhminin batil olduğunu sübut
edir.

1
Həblül-mətin = möhkəm sap (İlahi riştə)
2
Verneriger Pydya, səh. 1234, 1235
3
Qəzəl 40, beyt 5

1127
Qeyd 3: Əflatunun nəzərincə yalnız şairlər həblül-mətin ünvanlı
görünməz İlahi sapı görməyə qadirdirlər.
Nişanə 3: “Çəkməkdə imdad eyləməz”: Bu nişanə, ülvi yüksəliş
məhrumluğunu təlqin edir.
Nişanə 4: “Bəxti-nigun”: İstedadsız aşiqi İlahi ehsandan məhrum
saxlayan vəziyyətdən nişanədir.
Anlam: Asimani riştəyə bağlı vəziyyətdə, yer həbsində giriftar
olduğum öz istedadsız olduğumdandır.

Beyt 7 : Ey Füzuli, mən məlamət gövhərinin gənciyəm,


Əjdahadır kim, yatar çevrəmdə zənciri-cünun.
Sözlük: Gənc = xəzinə
Nişanə 1: “Məlamət”: İctimai hörmətlərdən çəkinməklə təcrid və
təfrid məqamına hazırlaşmaqdan nişanədir.1
Nişanə 2: “Əjdaha”: bax beyt 4, mar
Anlam: Dünyəvi xəzinə ətrafı təhlükəsiz olmadığı kimi, mənəvi
xəzinə yaxınlığı da dünyəvi və mənəvi təhlükələrdən xali
deyil. Buna görə də ictimai etibarlara bağlı əql sədə-
mələrindən salamat qalmağa zənciri-cünun, yaxud əjdaha
vasitəsilə qorunmaq gərəklidir.

1
Qəzəl 54, beyt 7

1128
Q Ə Z Ə L 205

(1) Əgərçi ignə tək keçdim cahanın hər nə varindən,


Hənuz ardımcadır qeydi-təəllüq zülfü-tarindən.

(2) Şəhidi-eşq olub, feyzi-bəqa kəsb eyləmək xoşdur,


Nə hasil bivəfa dəhrin həyati-müstə`arindən.

(3) Hübabi - əşkü ahi-pürşərər qılmış məni fariğ,


Cahanın qəsr - siməndudü kaxi-zərnigarindən.

(4) Görünməz surəti-ümmidi-vəslin lövhi-canımdan,


Mükəddərdir məgər ol ayinə cismim qübarindan?

(5) Uzanır rişteyi - tuli - əməl didar zövqilə,


Xəm açıldıqca ol gülçöhrə zülfi-tabdarindən.

(6) Sənədir iqtidası tovfi-kuyi-Leyli etməkdə,


Xəsü xarı qopar, ey naqə, Məcnun rəhgüzarindən.

(7) Füzulidən məlamət ehtirazın istəyən guya


Degil vaqif dili-suzanü çeşmi - əşkbarindən.

1129
Beyt 1: Əgərçi ignə tək keçdim cahanın hər nə varindən,
Hənuz ardımcadır qeydi-təəllüq zülfü-tarindən.
Sözlük: Hənuz = hələ, təəllüq = asılı olmaq = ürək bağlamaq = hər bir
şey ki, onunla əlaqə saxlamaq mümkündür.
Nişanə 1: “İgnə”: Bu beytdə məcazi bağlantılarını qırıb-tökmüş aşi-
qin mənəvi mücərrəd mövcudlara qovuşmaq istedadını təlqin edən
nişanədir.1
Nişanə 2: “Təəllüq”: Bu beytdə ürəyə yatan mənəvi rayihələrdən ni-
şanədir.
Nişanə 3: “Zülfü-tar”: Vəhdət rayihəli kəsrətdən nişanədir.
Anlam: Beyt, mücərrəd mövcudlar məşğulluğunu, yaxud batini zəbt
edən vəhdət rayihələrini məhz vüsal qarşısında duran
maneə (hicab) olduğunu bildirir.
Qeyd 1: Zülfü-tar vəhdət ətrafında örpək kimi olduğundan asılı
(təəllüq) hesaba alınmışdır.2
Qeyd 2: Mütəal məhbub öz rayihəsində məxfi olduğundan3 rayihə
məşğulluğunu mütəal məhbub məşğulluğundan fərqli hesaba alıb, təəllüq
bilmişlər. Bunun üçün də bütün yaranmışların, xüsusilə vəhdət rayihəli
kəsrətin bir üzünə “hadi”4, digər üzünə “hail”5 demişlər.

Beyt 2 : Şəhidi-eşq olub, feyzi-bəqa kəsb eyləmək xoşdur,


Nə hasil bivəfa dəhrin həyati-müstə`arindən.
Sözlük: Bəqa = axirət evi = əbədi həyat = əbədilik, dəhr = ruzgar =
zəmanə
Nişanə 1: “Şəhidi-eşq”: A: Mütəal məhbub camalından parlayan
ziyalar içində özlüyünü məhv etmiş aşiqə “şəhid” demişlər.
B: Yusif Razi “‫ﻓﻌﻒ و َﮐ ِﺘ َﻢ ﺛﻢ ﻡﺎت ﻓﻬﻮ ﺷﻬﻴﺪ‬
ًّ ‫ ”ﻡﻦ ﻋﺸﻖ‬demişkən, öz
müqəddəs eşqini gizli saxlamış halda dünyasını dəyişmiş aşiqə “şəhid”
demişlər.6
Nişanə 2: “Feyz”: Ürəyə ilham verən əvəzsiz İlahi ehsandan ibarət-
dir, lakin muzd və mükafat tələb etməyən aşiqin xeyir əməllərinə də

1
Qəzəl 201, beyt 4
2
Qəzəl 12, beyt 2, nişanə 1
3
Qəzəl 138, beyt 4
4
Hidayət edici
5
Hayil = maneəçilik törədən
6
Doktor Seyid Cəfər Səccadi, Fərhəngi-loğat və istilahat və təbirat-irfani

1130
“feyz” demişlər
Nişanə 3: “Bəqa”: Büsbütün bəşəri qüvvələrini İlahi sifətlər
müşahidəsilə məhv etmiş aşiqin çatdığı dərəcəyə “bəqa” demişlər.1
Qeyd 1: Bəşəri vücudun İlahi sifətlər güzgüsü (məzhəriyyət) olması
bəqa nailiyyəti ilə şərtlənir.
Qeyd 2: Bir neçə yol Mənsur Həllac kimi “ənəlhəq” demək bəqa
nailiyyəti ilə dəlilləşir.
Nişanə 4: “Bivəfa dəhr”: Bu beytdə təğyir edici qeyri sabit dünya-
dan nişanədir.
Nişanə 5: “Müstəar həyat”: Bütün yaranmışların, xüsusilə insanın
dünya adlı karvansaranı qəbr ünvanlı, axirət adlı məqsədə sarı dəmbədəm
tərk etməklərini təlqin edən nişanədir.2 Bu dayanmaz hərəkəti, yaxud bu
köçürməni xatırlamaq məqsədilə buyurmuşdurlar:
“Dəhr bir mənzil xəlayiq karvanı biş iməs,
Söz qamı əfsanə el əfsanəxani biş iməs”
Anlam: Beyt dünyəvi ömür möhlətində aid olmuş səbatsız etibarlar
məşğulluğunu tənqid edərək, əbədi (sabit) etibarlar
əzəmətini təbliğ etmək istəyir. Bu təbliğ, yaxud bu həqiqəti
açıqlamaq məqsədilə şair “fələkdə mehr zail, yar qafil, ömr
müstəcil” buyurmuşdur.

Beyt 3: Hübabi - əşkü ahi-pürşərər qılmış məni fariq,


Cahanın qəsri-siməndudü kaxi-zərnigarindən.
Sözlük: Hübab = köpük, əşk = göz yaşı, pürşərər = odlu, fariğ =
ehtiyacsız = xilas olmuş, siməndud = gümüşlü = gümüşlənmiş
Nişanə 1: “Hübabi-əşk”: Bu beytdə maddi bağlantılar küdurətini
yuyub-təmirləyən nişanədən ibarətdir.
Nişanə 2: “Ahi-pürşərər”: Ahi pürşərər, “nari-məhəbbət”3 vasitəsilə
mütəal məbud ilgilərindən başqa ilgiləri təmamilə yandırıb, külünü
şühud nəsiminə tapşıraraq aşiqi hübab məqamına yüksəldən nişanədən
ibarətdir.
Nişanə 3: “Fariğ”: İç vücudunu da çöl vücud ilə vahid paraleldə
üryan edərkən mücərrədlik məqamına nail olmuş aşiqə “fariğ” demişlər.
Bu mərtəbəyə istiqamətləndirmək məqsədilə buyurulmuşdur ki:

1
Qəzəl 109, beyt 3, nişanə 3
2
Qəzəl 127, beyt 1 və 2
3
Qəzəl 52, beyt 3, nişanə 1

1131
Mülki-təcriddir fərağət evi,
Tərki-mal eylə xanimandan keç.
Nişanə 4: “İkinci misra”: Dünyəvi davamsız etibarlardan nişanədir.
Anlam: Aşiq iç aləmə kök salmış dünyəvi xətərnak ilgilərdən xilas
olduğunu təlqin etmək istəyir.

Beyt 4 : Görünməz surəti-ümmidi-vəslin lövhi-canımdan,


Mükəddərdir məgər ol ayinə cismim qübarindən?
Sözlük: Lövh = səhifə = lövhə, mükəddər = kədərli
Nişanə 1: “Surət”: Bu beytdə vüsal mərtəbəsinə istiqamətləndirən
İlahi cilvələrdən nişanədir.
Nişanə 2: “Vəsl”: “Səfa” ünvanlı mərtəbədə şəxsi, ümumi və zehni
qatmacalardan (təəllüqlər) safa çıxmaqla aşiq ilə məşuq arasındakı
fasiləni yox dərəcəsinə çatdırmağa “vəsl” demişlər.1
Nişanə 3: “Lövhi-can”: Büsbütün təəllüqlərdən safa çıxmış daxili
vücuddan, yaxud “məzhər” ünvanlı batindən nişanədir.
Nişanə 4: “Ayinə”: Ayinə, vəhdət cilvələrini əks etdirmiş batini
məzhər, yaxud daxili vücuddan nişanədir.
Nişanə 5: “Cismi qübari”: Şühud nəsiminə qoşulmayan kül tör-
töküntüsündən nişanədir.
Anlam: Beyt dünyəvi ömür möhlətində maddi maneələrdən həmişə-
lik xilas olmağı mümkünsüz bildirməklə, həqiqi ölməz alə-
mi, yaxud insanın təğyirsiz əsli vətənini onun yadına salmaq
istəyir.

Beyt 5 : Uzanır rişteyi-tuli-əməl didar zövqilə,


Xəm açıldıqca ol gülçöhrə zülfi-tabdarindən.
Sözlük: Didar =görmək = görüş = camal, xəm = qövs = tabdar = buruq =
qövslü
Nişanə 1: “Tuli-əməl”: Bu beytdə daimi şühud xəyalı ilə əlaqədar
tükənməz tələb və ətəşdən nişanədir.
Nişanə 2: “Didar zövqü”: Şühud mərtəbəsinin daim nur yağdıran ilk
dərəcəsindən hasil olmuş əhvali-ruhiyyədən ibarətdir.2

1
Qəzəl 152, beyt 6, nişanə 2
2
Qəzəl 8, beyt 5

1132
Nişanə 3: “Xəm açılmaq”: Mənəvi sirlər kəşfindən nişanədir.
Nişanə 4: “Gülçöhrə”: Bəst məqamına nail edən İlahi cilvələrdən
nişanədir.
Nişanə 5: “Zülfi-tabdar”: Gah mütəal məbud cilvələrini təzahür
etdirən, gah da pünhan edən vəhdət ilə bağlı kəsrətdən nişanədir.
Anlam: İlahi mərifətləri təzələndirən mənəvi sirlər kəşf olduqca
tələb və ətəş də əlavə olur.

Beyt 6 : Sənədir iqtidası tovfi-kuyi-Leyli etməkdə,


Xəsü xarı qopar, ey naqə, Məcnun rəhgüzarindən.
Sözlük: İqtida = təqlid etmək = itaət = imam camaatın arxasında dayanıb
namaz qılmaq, tovf = təvaf = bir şeyin dövrəsinə dolanmaq =
xüsusi tərz ilə Allah evinin dövrəsinə dolanmaq, xəsü xar = kol-
kos, naqə = dəvə, rəhgüzar = yol
Nişanə 1: “Birinci misra”: Bəşəri naqis hüsnlərin İlahi kamil hüsn-
dən örnək kimi olduqlarını təlqin etmək istəyir.
Qeyd: Mütəal məhbub camalından parlayan nur gah mürşüdün
vücudunu, gahda bir bəşəri gözəl simanı güzgü edərək özünü onlarda
təzahür etdirir1, elə buna görə də Leyli kimi dünyəvi dilbərə aşiq olmuş
saf qəlbli bir şəxs bilər-bilməz asimani və İlahi eşq ilə tanış olmağa
hazırlaşır. Çünki bəşəri düzgün eşq, İlahi eşqin müqəddiməsi, yaxud
ərəfəsi kimi hesaba alınmışdır.
Nişanə 2: “Xəsü xar”: Asimani eşq qarşısında dikəlmiş maneələrdən
ibarətdir.
Anlam: Pak və düzgün eşq məcazi və dünyəvi səviyyədə də müqəd-
dəsdir.
Qeyd: Vəhdət nuru, yaxud İlahi camal cilvələri Məcnunun, Fərha-
dın və digər düzgün aşiqlərin istedadı qədər onlara təzahür edir.

Beyt 7: Füzulidən məlamət ehtirazın istəyən guya


Degil vaqif dili-suzanü çeşmi - əşkbarindən.
Sözlük: Dili-suzan = alovlu ürək, çeşmi-əşkbar = ağlar göz
Nişanə 1: “Məlamət”: Bu beytdə bütün ictimai hörmətlərdən çəkin-

1
Qəzəl 12, beyt 2, nişanə 3

1133
məklə öz zahiri və dünyəvi xarakterini sındırmaqdan nişanədir.1
Qeyd: Peyğəmbər və İmamdan başqa aşiqlərin zahiri şəxsiyyətləri
cilvələndikcə batini şəxsiyyətləri ləkələnir.
Nişanə 2: “Dili-suzanü çeşmi-əşkbar”: bu nişanələr ictimai etibarlar
ilə təzadlı əhval-ruhiyyədən istiarədir.
Anlam: Aşiqi dünyəvi etibarsızlıqdan (məlamət) çəkindirən nəsihətçi
mənəvi əhvali-ruhiyyədən xəbərsizdir.

1
Qəzəl 174, beyt 7

1134
Q Ə Z Ə L 206

(1) Yerə düşməz hər nə ox kim, atsa ol əbrukəman,


Gün şüailə onun çox fərqi var, ey asiman!

(2) Eşq namusi mənü Məcnunə düşmüş lacərəm,


Qəm yükün çəkməkdəyiz mən bir zəman, ol bir zəman.

(3) Yox rəhi-eşqində bir mənzil yaşım girdabinə,


Yol itirmişdir, işi sərgəştə gəzməkdir həman.

(4) Kam mümkündür uzun ömr ilə zülfündən, vəli


Bulmaq olmaz dövri-rüxsarında xəttindən əman.

(5) Hiç kim sirri-dəhanın bilməz ol İsaləbin,


Aləmi qovğayə salmışdır mücərrəd bu güman.

(6) Şəm`i-rüxsarın nihan tut çeşmeyi-xurşiddən,


Nuri - çeşmim, ehtiraz eylə yaman gözdən, yaman.

(7) Ey Füzuli, çəkmə sən, rahi-təvəkküldən qədəm,


Mənzili-məqsudə yetməkdir müqərrər, mən zəman.

1135
Beyt 1 : Yerə düşməz hər nə ox kim, atsa ol əbrukəman,
Gün şüa ilə onun çox fərqi var, ey asiman!
Sözlük: Əbrukəman = kaman qaşlı
Nişanə 1: “Yerə düşməz”: Bu nişanə aşiqin həm istedadlı olduğunu
həm də tükənməz tələb və hacətini təlqin etmək istəyir.
Nişanə 2: “Ox”: Bu beytdə eşq səmasından nazil olmuş qəhrli
hadisələrdən nişanədir.
Nişanə 3: “Əbrukəman”: Çöl vücuddan təsirlənmiş aşiqi dübarə
bəsitləndirən İlahi qəhr və qəmzədən nişanədir.
Nişanə 4: “Gün şüası”: Dünyəvi mərifət və yetkinlik bağışlayan
mərtəbədən nişanədir.
Anlam: Aşiq dünyəvi mərifətlərdən üstün tanışlıqlar basğışlamaqla
daxili vücudu yetkinləşdirən İlahi qəmzələrdən təmamilə
bəhrələnməsi ilə iftixar edir.

Beyt 2 : Eşq namusi mənü Məcnunə düşmüş lacərəm,


Qəm yükün çəkməkdəyiz mən bir zəman, ol bir zəman.
Sözlük: Lacərm = labüd = lazımlı
Nişanə 1: “Birinci misra”: Mənəvi əhvali-ruhiyyədən müqəddəs
əmanət kimi himayət etmək zərurətini təlqin edən nişanədir.
Nişanə 2: “Qəm yükü”: Tələb və ətəş çətinliyindən, həm də ictimai
sərki-danlaqlara dözməkdən nişanədir.
Anlam: Beyt sağlam ürəyin, yaxud “ələst”i1 batin şəxsiyyətin aşiq ol-
mağa məcbur olduğunu təlqin edir. Ancaq bu məcburiyyət
ixtiyarsız yox, sağlamlığa və yuxarı aləmdə qol çəkilmiş
təəhhüdnamələrə əməl etmək deməkdir.

Beyt 3 : Yox rəhi-eşqində bir mənzil yaşım girdabinə,


Yol itirmişdir, işi sərgəştə gəzməkdir həman.
Sözlük: Rəhi-eşq = eşq yolu, sərgəştə = sərgərdan = avara
Nişanə 1: “Rəhi eşq”: A: Vəhdət mülkünə çatmaq məqsədilə kəsrət
maneələrini bir-bir geridə qoyub arxada buraxmaqdan nişanədir.
B: Rəhi-eşq qeyb aləmində “innəllah” nöqtəsindən öz dairəvi

1
Qəzəl 19, beyt 4

1136
hərəkətini başlamış salikin dünya üzərindəki yarım dairə yolundan,
yaxud hilali hərəkətindən ibarətdir.1
Nişanə 2: “Mənzil”: Aşıiqi kamala çatdırmaq məqsədilə silkələyib,
sınaqlara çəkən zöhd, səbr, təvəkkül və riza məqamlarının hər birinə
“mənzil” demişlər.
Qeyd 1: Hər mənzilə çatmaq bir çox başqa mənzillərdə sınağa
çəkilib sovuşmaqla mümkün olur.
Qeyd 2: “Məruf mülkünə”, yaxud vəhdət mərkəzinə tərəf səfərə
çıxmış salik 2 öz məqsədinə nail olmaq əzmilə, müxtəlif mənzillər
sovuşaraq, hər mənzildə yeni hadisələr və hər addımda təzə müşküllər ilə
üz-üzə gəlməlidir. Bu hadisələr qarşısında, bəzi saliklər dəhşətə düşərək
yoldan qayıtmaq məcburiyyətində öz seyr və səfərlərini tərk etmişlər,
onların bəziləri isə qaranlıq gecədə yolunu itirmiş müsafir kimi
sərgərdanlığa giriftar olmuşlar. Lakin eniş-yoxuş fikrini xamlıq və
kafirlik bilən bəzi ürəkli saliklər bütün mənzillərdən şir kimi sovuşaraq
son mənzilə, yaxud vəhdət mülkünə çatmağa nail olmuşlar.3
Nişanə 3: “Yaş girdabı”: Səfər yolundakı maneələri yuyub-məhv
edən bəşəri və şəxsi çalışqanlıqdan ibarətdir.
Anlam: Beyt aşiqin heyran və sərgərdanlığını təlqin etməklə onun
başqa təlimatlara və xüsusi feyzlərə möhtac olduğuna işarə
edir.

Beyt 4 : Kam mümkündür uzun ömr ilə zülfündən, vəli


Bulmaq olmaz dövri-rüxsarında xəttindən əman.
Sözlük: Rüxsar = camal = sima = surət
Nişanə 1: “Kam”: Bu beytdə arxasında hicran olmayan vüsaldan
nişanədir.
Nişanə 2: “Zülf”: Bu beytdə aşiqi məşuqdan ayıran kəsrətdən
nişanədir.
Nişanə 3: “İkinci misra”: Ətəş və tələbi sakinləşdirən özəl təcəllilərə
daimi nail olmaq mümkünsüzlüyünü təlqin edir. Ancaq İlahi camal
ətrafını örpək kimi almış nuru, həmçinin mütəal məbudun təzahür etdiyi
halda məxfi olduğuna da işarə edir.4

1
Qəzəl 1, beyt 1, (salik)
2
Qəzəl 122, beyt 5, nişanə 1(hicran)
3
Doktor Qasim Qəni, Tarixi-təsəvvüf dər islam, cild 2, səh. 207, 208
4
Qəzəl 138, beyt 4, qeyd 1

1137
Anlam: Kəsrət qurğulu maddi dünya fani olmadan (qiyamət) əvvəl,
həmişəlik vüsal nailiyyəti mümkünsüzdür.

Beyt 5 : Hiç kim sirri-dəhanın bilməz ol İsaləbin,


Aləmi qovğayə salmışdır mücərrəd bu güman.
Sözlük: Dəhan = ağız, qovğa = hay-küy
Nişanə 1: “Sirri-dəhan”: Bəşəri fəhm və təcrübəyə sığmaz, “mütə-
kəllim” ünvanlı İlahi sifətdən nişanədir.
Nişanə 2: “İsaləb”: Bu nişanə, şərif ayə: “...،‫ و اذ ﻧﺨﺮج اﻟﻤﻮﺕﯽ ﺑﺎذﻧﯽ‬،...”
(“Ey Məryəm oğlu İsa o zamanı xatırla ki ölüləri mənim iznimlə
[qəbirdən diri] çıxardırdın” 1 buyurulduğu kimi, Məryəm oğlu İsanın
ölünü qəbirdən diri çıxarmaq möcüzəsini yada salmaqla, içəridən ölmüş
bir insanın (eşqsiz qəlbin) həzrəti Məhəmməd (s), yaxud həzrəti mürşüd
təlimatı ilə, ya da mütəal məbudun “mütəkəllim” ünvanlı sifətilə bağlı
işarə - intibahlar vasitəsilə, yenidən həyata nail olmasını təlqin etmək
istəyir.
Nişanə 3: “Mücərrəd güman”: İnsanı mükəmməl mərifətdən məh-
rum edən acizlikdən nişanədir.
Anlam: Hər kəs mütəal məhbubu öz idrakı qədər vəsf edir. Ancaq
şərif ayə: “‫”ﻟ ﻴﺲ ﮐﻤﺜﻠ ﻪ ﺷ ﻴﯽ‬2 (“Onun bənzəri heç bir şey yox-
dur”) Buyurduğu kimi O (mütəal məbud) bütün vəsflərdən
üstündür.

Beyt 6 : Şəm`i-rüxsarın nihan tut çeşmeyi-xurşiddən,


Nuri - çeşmim, ehtiraz eylə yaman gözdən, yaman.
Sözlük: Nihan = pünhan = gizli, çeşmeyi-xurşid = günəş qursu
(dairəviliyi), nuri çeşm = göz yaşı
Nişanə 1: “Şəm`i-ruxsar”: Bu beytdə irfan nurunu əks etdirmiş mür-
şüd camalından nişanədir.
Nişanə 2: “Çeşmeyi-xurşid”: Bu beytdə dünyəvi üstünlük nişanəsi-
dir.
Anlam: Beyt mürşüd həzrətinin yaman gözdən qorunma zərurətini
təlqin edir.

1
Quran, Maidə surəsi, 110-cu ayədən bir hissə
2
Quran, Şura surəsi, 11-ci ayədən bir hissə

1138
Qeyd: Göz dəymək həzrəti mürşüdün qədərini bilməz aşiqi təlimat
nemətindən məhrum edən məhkumluğu təlqin edir.

Beyt 7 : Ey Füzuli, çəkmə sən, rahi-təvəkküldən qədəm,


Mənzili-məqsudə yetməkdir müqərrər, mən zəman.
Sözlük: Rah = yol, müqərrər = sabit = müəyyən = bərqərar, zəman =
zəmanət = zəmanət etmək
Nişanə 1: “Təvəkkül”: Mütəal məhbubu vücuduna hətta iradə -
ixtiyarına həqiqi vəkil (malik) bilməklə özünü ona təslim etmək,
təvəkkül məqamının başlanış dərəcəsindən ibarətdir.1
Nişanə 2: “Mənzili-məqsud”: “Səkinə” ünvanlı 2 daimi toxtaqlığa
nail edən hicransız vüsal mərtəbəsindən, yaxud vəhdət mərkəzindən
ibarətdir.
Qeyd: Özünü həkim məhbubun istək və iradəsinə təslim etmiş aşiqin
məbud hüzuruna, yaxud vəhdət mərkəzinə çatmağı qəti bir qanun kimi
şübhəsiz nailiyyətdir, beləliklə mənəvi zəmanətkarlıq kimi böyük iddia
etmək, “ələst”in, yaxud İlahi vədələrin həqiqi, həm də sabit (müqərrər)
olduğunu sübut edir. Elə buna görə də Hafiz demişdir: “Qiyamət günü
behişt bağlarını mənə verməkdə müzayiqə etsələr, cənnət gözəllərini bir-
bir eyvandan çəkib aşağı salaram”:
‫ﻓﺮدا اﮔﺮ ﻧﻪ روﺿﻪ ﯼ رﺿﻮان ﺑﻪ ﻡﺎ دهﻨﺪ‬
‫ﻏﻠﻤﺎن ز ﻏﺮﻓﻪ ﺣﻮر ز ﺟﻨﺖ ﺑﺪر ﮐﺸﻢ‬
Belə bir iddia mərifətə bağlı bir iqtidarı nişan vermək istəyir.3
Anlam: Füzuli şıdırğı bəlaları qəbul etməklə öz bəşəri sifətlərini
məhv edib, İlahi sifətlər qazanmış aşiqin vüsal məqamına,
yaxud vəhdət mərkəzinə nail olmasını zəmanət edir.

1
Qəzəl 192, beyt 1, nişanə 6
2
Qəzəl 154, beyt 1
3
Qəzəl 61, beyt 1, nişanə 4

1139
Q Ə Z Ə L 207

(1) Görüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanın,


Qaçıb bir dağə çıxdı kuhkən, qurtarmağa canın.

(2) Buraxmış itlərinə parə - parə könlümü ol məh,


Buluşdurmuş kəsib ərbabi-istehqaqə qurbanın.

(3) Mənim çaki-giribanım görüb eyb eyləməz ol kim,


Görər sərməst çıxdıqda onun çaki-giribanın.

(4) Könül qəm həmdəmidir, qanın, eu göz mərdümi, içmə,


Bilirsən qanə qandır, qəm sənə qoymaz onun qanın.

(5) Gözün kim, guşeyi-mehrab tutmuş din qılır yəğma,


Bu mülkün etmək olmaz fərq kafirdən müsəlmanın.

(6) Gözüm mərdümləri çoxdan qılırlar də`viyi-eşqin,


Nə hacət yaşların sormaq, anarlar Nuh tufanın.

(7) Füzuli, çəkmə yarın oxların hər ləhzə yarəndən,


Sənəmi qaldı çəkmək hər zaman bir yar hicranın?

1140
Beyt 1 : Görüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanın,
Qaçıb bir dağə çıxdı kuhkən, qurtarmağa canın.
Sözlük: Mühlik = həlak edən, bəhri-eşq = eşq dənizi, kuhkən = dağ
qoparan = dağ qazan = Fərhadın ləqəbi
Nişanə 1: “Mühlik”: Təbii ömür sona çatmazdan əvvəl ölmək (iradi
ölüm) müqəddiməsindən ibarətdir.1
Nişanə 2: “Bəhri-eşq”: Bəhr dənizdə boğulub ölməyi təlqin edərək
bəşəri mahiyyətin, yaxud mənəmlik-mənəmliyin ölməsini, ya da islam
Peyğəmbərinin buyurduğu “‫“( ”ﻡﻮﺕﻮ ﻗﺒﻞ ان ﺕﻤﻮﺕﻮ‬Ölməkdən əvvəl ölün”)
sözünə işarə etmək istəyir.2
Nişanə 3: “İkinci misra”: Fərhadın müəyyən vüsal şərti olan Bisütun
dağını yarmağı məhdudluq əlaməti bilməklə tənqid edir.
Anlam: Füzuli eşq aləmində Fərhaddan üstün olduğunu sübut gös-
tərmək istəyir.

Beyt 2 : Buraxmış itlərinə parə - parə könlümü ol məh,


Buluşdurmuş kəsib ərbabi-istehqaqə qurbanın.
Sözlük: İstihqaq = yararlılıq
Nişanə 1: “İt”: Bu beytdə toplansal hörmətlər məğrurluğundan
çəkinib mütəal məhbub ərəfəsində öz məmlüklüyünü-həqirliyini etiraf
etmiş aşiqdən istiarədir.
Nişanə 2: “Könül”: Bu beytdə kamil təcrid edilməyən ürəkdən nişanədir.
Anlam: Beyt özünü “hər təəlüüqdən olan xurşid tək aləmdə fərd”
məqamına (təcrid) çatdıra bilməyən aşiqin tənbih və tərbiyə
görmək zərurətini təlqin edir (feyz süfrəsindən bəhrələn-
mişlər qibtəsilə ürəyim parçalanır).

Beyt 3 : Mənim çaki-giribanım görüb eyb eyləməz ol kim,


Görər sərməst çıxdıqda onun çaki-giribanın.
Sözlük: Çaki-giriban = yaxa açmaq vəziyyəti = özünü unutmaq = açılmış
yaxa = biqərarlıq, sərməst = sərxoş
Nişanə 1: “Çaki-giriban”: Birinci misrada qayğı çəkməklər və bi-
qərarlıqlar əlamətidir.

1
Qəzəl 70, beyt 2, nişanə 2
2
Qəzəl 44, beyt 1

1141
Nişanə 2: “Sərməst”: Bu beytdə gözəl məbudun “istiğna” və
“səmədiyyət” sifətlərilə aşiqi heyran edən təclillərdən nişanədir.1
Nişanə 3: “Çaki-giriban”: İkinci misrada aşiqi “işraq” ünvanlı irfani
mərtəbədə vahimələndirən təcəlli nurundan ibarətdir.
Anlam: Mənim biqərarlığımı düşünüb təsdiq etməyə işraq mərtəbə-
sindən, yaxud istiğna təcəllilərindən xəbərdar olmaq gərək-
lidir.

Beyt 4 : Könül qəm həmdəmidir, qanın, eu göz mərdümi, içmə,


Bilirsən qanə qandır, qəm sənə qoymaz onun qanın.
Sözlük: Göz mərdümi = göz bəbəyi
Anlam: Beyt xarici vücudu daxili vücud ilə həmahəng və həmcins
olmağa (məzhəriyyət məqamına) dəvət edir. Ancaq hər
insanın etdiyi dünyəvi və mənəvi işlər nəticəsinin özünə
qayıtmasına da işarə edir.

Beyt 5 : Gözün kim, guşeyi-mehrab tutmuş din qılır yəğma,


Bu mülkün etmək olmaz fərq kafirdən müsəlmanın.
Sözlük: Mehrab = imam camaatın məsciddə namaz qıldığı yer = məclisin
yuxarı başı, yəğma = qarət = soyğun
Nişanə 1: “Göz”: Bu beytdə İlahi təsiri əks etdirmiş istiarədən iba-
rətdir.
Nişanə 2: “Mehrab”: Bu beytdə mütəal məhbubun öz nurunda pün-
han olduğundan nişanədir.
Nişanə 3: “Din”: Bu beytdə eşq, yaxud mənəviyyat mərtəbələrindən
aşiqi qəflətdə saxlayan şəri etibarlar razılığından nişanədir. (Şər`i
hökmlərin qabığını qənaətbəxş bilməklə məğzindən xəbərsiz qalmaq2).
Qeyd: Öz dini etibarlarından xəbərdar bir şəxs, ikilik hətta üçlük
ünvanlı kəsrət əngəllərinə giriftar olmuşdur (bir özü, bir etibarı, bir
məhbubu).
Anlam: A: Eşq mülkündə olan etibarlar və inamların üstü örtülü
olduğundan kafiri müsəlmandan ayırd etmək müşküldür.

1
Qəzəl 30, beyt 3, nişanə 1
2
Qəzəl 99, beyt 5

1142
B: Bir kafir və bir də müsəlman ikilikdən nişanədir. Lakin
vəhdət ikiliklə müxalifdir.

Beyt 6 : Gözüm mərdümləri çoxdan qılırlar də`viyi-eşqin,


Nə hacət yaşların sormaq, anarlar Nuh tufanın.
Sözlük: Də`vi = iddia = şikayət
Nişanə 1: “Göz mərdümi”: A: Yuxarı aləm, yaxud “ələst”1 mərtəbə-
sində mütəal məbudun hədiyyə etdiyi bəsirət nemətindən ibarətdir.
Nişanə 2: “İkinci misra”: Maddi qurğulu hicran dünyasına
gəlməkdən əvvəl insana hədiyyə olunmuş “eşq” adlı əmanətə işarə
etməklə onun (eşqin) “əzəli”2 olduğunu təlqin edir.
Qeyd 1: Şərif ayə “ələst” ünvanlı yuxarı aləmdə hədiyyə olunmuş
eşq mənalı İlahi əmanət barədə buyurmuşdur: “ ‫اﻧﺎ ﻋﺮﺿﻨﺎ اﻻﻡﺎﻧﻪ ﻋﻠﯽ‬
،3...،‫( ”اﻟﺴﻤﺎوات و اﻟﻌﺮض و اﻟﺠﺒﺎل ﻓﺎﺑﻴﻦ ان ﻳﺤﻤﻠﻨﻬﺎ و اﺷﻔﻘﻦ ﻡﻨﻬﺎ و ﺣﻤﻠﻬﺎ اﻻﻧﺴﺎن‬Biz
(İlahi) əmanəti göylərə, yerə və dağlara təklif etdik (göstərdik), onlar
onu götürməkdən qorxdular. İnsan isə onu götürdü...,)
Nişanə 3: “Yaş”: A: Başlanışı olmayan müddətdən, yaxud ürək öm-
ründən nişanədir.
B: Aşiqi cəzalandırıb paka çıxaran dalğalardan (Nuh tufanı) nişanədir.
C: Qərarsızlığa bağlı göz yaşından nişanədir.
D: “Yaş” eyb və günahdan istiarədir.
Nişanə 4: “Nuh tufanı”: Eşqin müşkül olduğuna işarə edən
nişanədən ibarətdir.4
Anlam: Beyt aşiqin maddi dünyaya gəlməzdən əvvəl sınaqlara çə-
kilib mərifət və qabiliyyət qazanmasını təlqin edir.

Beyt 7 : Füzuli, çəkmə yarın oxların hər ləhzə yarəndən,


Sənəmi qaldı çəkmək hər zaman bir yar hicranın?
Anlam: Beyt, dünyəvi ömür möhlətində hicran müsibətlərinin,
yaxud məhəbbətdən asılı möhnətlərin davam etməsini, nə-
hayət, ətəş və tələb atəşində daimi yanmağı mənəvi bir
qanun kimi təlqin etmək istəyir.

1
Qəzəl 19, beyt 4
2
Başlanış olmayan zamana əzəl demişlər. Əzəl İlahi feyzlərin davamlanma şərtidir. Əzəl
maddədə müddətdən üstün bir məna yağdıran İlahi zühurlar başlığıdır.
3
Quran, Əhzab surəsi, 72-ci ayə
4
Qəzəl 186, beyt 5, nişanə 2

1143
QƏZƏL 208

(1) Şəfa lütf et məni-bimarə lə`li-nuşxəndindən,


İkən həm olma, ey bidərd, qafil dərdməndindən.

(2) Səməndin qətlimə səgritdin, əmma qorxum ondandır


Ki, səbqət edə nagəh tövsəni-ömrüm səməndindən.

(3) Müradi-xatirin gər müşkül olmaqdır işim, olsun,


Nə çarə? Keçmək olmaz xatiri-müşkülpəsəndindən.

(4) Bilirdim səndə həm var ol həva kim, məndə var, ey ney,
Dəm urduqca əgər çıxsaydı atəş bənd-bəndindən.

(5) Həris eylər məni pəndin məzaqi-eşqə, ey naseh!


Dəriğ etmə ki, məhzunam sənin peyvəstə pəndindən.

(6) Kəməndi-dudi-ahindir, Füzuli, çərx boynunda,


Əcəb səyyadsən kim, çərx qurtulmaz kəməndindən.

1144
Beyt 1 : Şəfa lütf et məni-bimarə lə`li-nuşxəndindən,
İkən həm olma, ey bidərd, qafil dərdməndindən.
Sözlük: Nuşxənd = təbəssüm, dərdmənd = dərdli
Nişanə 1: “Şəfa”: “Mələkut” ünvanlı qeyri maddi aləmin aşiqi bəst
məqamına nail edən cəlalarından nişanədir.
Nişanə 2: “Bimar”: Bu beytdə tələb çalışqanlığının məchul
nəticəsindən hasil olmuş iztirabdan nişanədir.
Nişanə 3: “Lə`li-nuşxənd”: Rəhmani və mənəvi həyat bağışlayan
özəl feyzdən nişanədir.
Nişanə 4: “Bidərd”: Bidərd bu beytdə mütəal məhbubun “istiğna”
məqamında təzahür etmiş “səmədiyyət” ünvanlı sifətindən nişanədir.1
Nişanə 5: “Qafil”: Qafillik, yaxud “təğafül” kamala çatdırmaq
məqsədilə sınağa çəkilmiş aşiqin nalələrini qulaq ardına vurmaqdan
nişanədir.
Nişanə 6: “Dərdmənd”: Dərdmənd, yarı yer hissəsini, yarı göy his-
səsinə qovuşdurmaq məqsədilə (vəhdət) çalışıb taqətdən düşmüş aşiqdən
ibarətdir.
Anlam: Aşiq ürəyə bəst bağışlayan rəhmani feyzlərə daha çox möh-
tac olduğunu bəyan edir.

Beyt 2 : Səməndin qətlimə səgritdin, əmma qorxum ondandır


Ki, səbqət edə nagəh tövsəni-ömrüm səməndindən.
Sözlük: Sibqət = qabaqlamaq, nagəh = nagah = nagəhani, tövsən = vəhşi
= aramsız = üsyançı
Nişanə 1: “Qətl”: Dünyəvi həyatı məşuq həzrətinə fəda etməklə,
ikilik fasiləsini yox dərəcəsinə çatdıran mərtəbədən nişanədir.
Anlam: Aşiq qətlə çatdıran, yaxud fədakarlıq məqamına nail etdirən
ömür, yaxud vücud sərmayəsinin naqis olduğundan vahi-
mələnir.2

Beyt 3 : Müradi-xatirin gər müşkül olmaqdır işim, olsun,


Nə çarə? Keçmək olmaz xatiri-müşkülpəsəndindən.

1
Qəzəl 30, beyt 3
2
Qəzəl 7, beyt 2

1145
Nişanə 1: “İşin müşkül olmağı”: Müşkül iş yetkinlik müqəddiməsini
hazırlamaq məqsədilə ardı-arası kəsilməz sınaq və sıxıntılara dözməkdən
nişanədir.
Nişanə 2: “Xatiri-müşkülpəsənd”: Mürəkkəb vücudu qat-qat soya-
soya mücərrədləşdirən İlahi iradədən ibarətdir.1
Anlam: A: Müşkül iş həkim məbudun məsləhət bildiyi üçün əzizdir.
B: Əzab görmək yetkinlik müqəddiməsi olduğuna görə
əzizdir.

Beyt 4 : Bilirdim səndə həm var ol həva kim, məndə var, ey ney,
Dəm urduqca əgər çıxsaydı atəş bənd-bəndindən.
Nişanə 1: “Həva”: Bu beytdə: A: Dünyəvi həyat ilgilərindən boşal-
mış vücudu dolduran mənəvi həyat nəsimindən nişanədir.
B: Aşiqi öz İlahi əslinə tərəf istiqamətləndirən meyldən ibarətdir.
Nişanə 2: “Ney”: Bu beytdə ney çalan aşiqə işarə edən nişanədir.
Qeyd: Dünyəvi bağlantılardan təcrid olmayan halda ney çalmaq
mənəviyyətdən dəm vurmaqdan istiarədir.
Anlam: Qeybi yaşayış həsrətində qəlbini yandırıb haray qoparma-
yan bir insan mənim əhvali-ruhiyyəmdən xəbərsizdir.

Beyt 5 : Həris eylər məni pəndin məzaqi-eşqə, ey naseh!


Dəriğ etmə ki, məhzunam sənin peyvəstə pəndindən.
Sözlük: Pənd = öyüd = nəsihət, naseh = nəsihətçi, dəriğ = əsirgəmək,
peyvəstə = həmişə = daim = fasiləsiz
Nişanə 1: “Həris”: Həris tələb və ətəşini dəmbədəm əlavə edən
aşiqdən nişanədir.
Nişanə 2: “Məzaqi - eşq”: A: Mənəvi dad almaq qüvvəsindən
ibarətdir.
B: Şühud mərtəbəsinin ilk dərəcəsini idrak edən qüvvədən ibarətdir.
Nişanə 3: “Məhzun”: Şühud həsrətilə əlaqədar qüssələrdən ləzzət
alan aşiqə məhzun demişlər.
Anlam: Naseh etirazı (pənd) daha çox alqışa layiqdir. Çünki o
(pənd) aşiqin umumi hörmət və dünyəvi etibarlardan
(hicablar) kənar olmasını sübut edir.

1
Qəzəl 12, beyt 1, nişanə 1

1146
Beyt 6 : Kəməndi-dudi-ahindir, Füzuli, çərx boynunda,
Əcəb səyyadsən kim, çərx qurtulmaz kəməndindən.
Sözlük : Dud = tüstü, səyyad = ovçu
Nişanə 1: “Dudi-ah”: Maddi etibarlara qələbə çalan İlahi eşq şöləsi-
lə əlaqədar iqtidardan nişanədir.
Nişanə 2: “Boynunda olmaq”: Bu nişanə “hökmündə olmaq”dan
istiarədir.
Nişanə 3: “Səyyad”: Mənəvi istedad ilə dolu iç aləmə, yaxud səbr
qüvvəsindən üstün İlahi cazibəyə “səyyad” demişlər.
Anlam: Yer üzərindəki həyat və hərəkətin fiziki hərarət ilə bağlı
olduğu kimi, göylərin də həyat-hərəkəti aşiqin alovlu qəlbi,
yaxud eşq atəşilə bağlıdır.
Qeyd 1: Əql yer mülkünə hakim olan kimi eşq isə göy aləminə
hakimdir.
Qeyd 2: Eşq asimani olduğuna görə aşiq yer üzərində qərarlaşma-
yır.
Qeyd 3: Yer, göylərə yaxud müqəddərata məğlub olan kimi əql də
eşqə məğlubdur.

1147
QƏZƏL 209

(1) Ələ alır gəzicək ol güli-rə`na ətəgin,


Vəhm edər kim, tuta bir aşiqi-şeyda ətəgin.

(2) Bildi kim, xaki-rəh oldum ətəgin tutmaq üçün,


Götürər, düşməyə qoymaz yerə əmda ətəgin.

(3) Dadlər qılmağa ol kafir əlindən, gecələr


Çıxar ahim gögə ta tutə Məsiha ətəgin.

(4) Şamlər qanlu yaşım mövcünə, əlbəttə, dəgər,


Hər necə kim, götürür çərxi-müəlla ətəgin.

(5) Öylə üryan gərək avareyi-səhrayi-cünun


Ki, təəllüq tikəni tutmaya qət`a ətəgin.

(6) Rind xak olsa dəxi, dürdi-xümi-badə olur,


Nə isə, qoymaz əlindən meyi-səhba ətəgin.

(7) Güllər açıldı, Füzuli, yaxalar çak edibən


Gəl tutalım meyü məhbub ilə səhra ətəgin.

1148
Beyt 1 : Ələ alır gəzicək ol güli-rə`na ətəgin,
Vəhm edər kim, tuta bir aşiqi-şeyda ətəgin.
Sözlük: Şeyda = divanə = pozğun
Nişanə 1: “Güli-rə`na”: Aşiq vücudunu bəsitləşdirən dilbərdən
nişanədir.
Nişanə 2: “Ətək”: A: Aşiqi ən xətərnak hicab hesaba alınmış
müstəqillik vəhmindən xilas edən vüsal müqəddiməsindən nişanədir.
Qeyd: Müstəqillik vəhmini batil bildirmək məqsədilə şərif ayə
buyurmuşdur: “‫”ﮐﻞ ﻳﻮم هﻮ ﻓﯽ ﺷﺎن‬, “O (Allah) hər gün (kainatda) özünü
göstərməkdədir”.1
B: Ətək vasitəsiz əlaqə və görüşdən nişanədir.
Anlam: Həkim olan dilbər vasitəsiz dərdi-dil etməyə icazə verməyir.
Qeyd: Vasitəsiz əlaqə son dərəcəyə çatmış yetkinlik ilə şərtlənmiş-
dir.

Beyt 2 : Bildi kim, xaki-rəh oldum ətəgin tutmaq üçün,


Götürər, düşməyə qoymaz yerə əmda ətəgin.
Sözlük: Xaki-rəh = yol torpağı, əma = qəsdən
Nişanə 1: “Xaki-rəh olmaq”: A: Öz məmlük, yaxud bəndə olduğunu
etiraf etməkdən nişanədir.
B: Öz fiziki mahiyyətini bir ölü kimi fəaliyyətsiz etməklə fədakarlıq,
yaxud qurbanlıq mərtəbəsini tələb etmiş aşiqdən nişanədir.
Nişanə 2: “Ətək”: Bax beyt 1, nişanə 2
Anlam: Beyt, xaki-rəh mərtəbəsini vasitəsiz əlaqə saxlamağa, yaxud
fədakarlıq nailiyyətinə qənaətbəxş bilməməklə aşiqin naqis
yetkinliyini təkrar edir.

Beyt 3 : Dadlər qılmağa ol kafir əlindən, gecələr


Çıxar ahim gögə ta tutə Məsiha ətəgin.
Sözlük: Məsiha = Məryəm oğlu İsa
Nişanə 1: “Kafir”: Kafir sözünün bir mənası da örtücü olduğundan:
A: İlahi sirləri naməhrəm ünvanlı əql əhlindən, yaxud istedadsız
aşiqdən örtüb-basdıran mürşüdə “kafir” demişlər.

1
Quran, Ərrəhman surəsi, 29-cu ayədən bir hissə

1149
B: Bəşəri əql və təcrübəyə sığmaz elm və mərifətini məxfi etmiş
mürşüdə “kafir” demişlər.
C: Mənəvi və mücərrəd nişanələri öz vücudunda məxfi etmiş
mürşüdə “kafir” demişlər.
D: Öz nurunda pünhan olmuş mütəal məbuda “kafir” demişlər.1
E: Aşiqlər, “şəth” vəziyyətində mürşüd həzrətinə, yaxud mütəal
məhbuba “kafir” demişlər.
Nişanə 2: “Gecə”: A: Gecə, yaxud qaranlıq müxtəlif rənglər və
yöndəmlər üstünü örtən olduğuna görə kafir ünvanı ilə zühur etmiş
məşuq vəziyyətinə “gecə” demişlər.
B: Aşiqin əqlini örtüb-basdıran zühur mövqeiyyətinə “gecə”
demişlər.2
Nişanə 3: “Ah”: Kəsrət maneələrini, xüsusilə öz mənliyini yandırıb,
külünü şühud nəsiminə tapşırmış aşiqin həsrət və biqərarlığından
nişanədir.
Nişanə 4: “Məsiha”: Məsiha, içəridən ölmüş insana yenidən həyat
bağışlayan özəl zühurdan nişanədir.3
Qeyd : Məsiha nişanəsi, yaxud ikinci misra, Məryəm oğlu İsanın
mütəal məbud tərəfinə yüksəlməyinə də işarə edir.4
Anlam: Məsiha məqamlı mürşüd vasitəsilə mütəal məhbub ərəfəsinə
çatmaq istəyirəm.
Qeyd 1: Bu anlam, yer adamını Tanrıya qovuşduran məsum rəhbər
hidayətinə, yaxud aşiq ilə məşuq arasındakı “vasiteyi-feyz” adlı mənəvi
qənaət zərurətinə işarə edir.5
Qeyd 2: Ötən üç beyt, bəşəri simada İlahi hüsnlər əks etdirmiş
dilbəri, yaxud mürşüd həzrətini, ya da mütəal məhbubun özünü (şəth
vəziyyətində) ehtiva edir.

Beyt 4 : Şamlər qanlu yaşım mövcünə, əlbəttə, dəgər,


Hər necə kim, götürür çərxi-müəlla ətəgin.
Sözlük: Müəlla = uca = əla
Nişanə 1: “Şam”: Bax beyt 3, nişanə 2 (gecə)

1
Qəzəl 138, beyt 4
2
Qəzəl 25, beyt 1
3
Qəzəl 112, beyt 2
4
Qəzəl 153, nişanə 3
5
Qəzəl 23, beyt 8

1150
Nişanə 2: “Qanlı yaş mövcü”: Qanlı yaş mövcu bu beytdə
məhbubiyyətində dünyəviliyini yuyub batil etmiş aşiqin tələb və
munacatından nişanədir.
Nişanə 3: “Çərxi-müəlla”: A: Hal-məhəl 1 ünvanlı ədəbi sənətdən
bəhrələnməklə, Məsiha məqamlı mürşüd həzrətinə, yaxud digər İlahi
vasitəyə çərx demişlər.
B: Çərxi-müəlla İlahi ərəfədən rayihələnmiş məqamdan istiarədir.
Anlam: Daimi tələb və tükənməz ətəş ilə bağlı qan yaş mərtəbəsi,
yaxud nalə ünvanlı ardı kəsilməz munacat mütəal
məhbubun qapısını döymək kimidir.
Qeyd: İslamın ulu Peyğəmbəri qapı döyməyi məqsədə çatdıran
səbəb kimi təkid etmişdir. Mövləvi bu fərmayişə əsaslanaraq buyurmuş
dur:
2
‫ﮔﻔﺖ ﭘﻴﻐﻤﺒﺮ ﮐﻪ ﮔﺮ ﮐﻮﺑﯽ درﯼ ﻋﺎﻗﺒﺖ زان درﻳﻮان اﻳﺪ ﺱﺮﯼ‬

Beyt 5 : Öylə üryan gərək avareyi-səhrayi-cünun


Ki, təəllüq tikəni tutmaya qət`a ətəgin.
Sözlük: Cünun = məcnunluq, təəllüq = ürək bağlamaq = asılmaq = hər
şey ki, onunla əlaqə saxlamaq mümkündür, qət`a = qətən =
yəqinən = şübhəsiz
Nişanə 1: “Üryan”: A: Büsbütün məcazi bağlantıları və dünyəvi il-
giləri qat-qat soya-soya özünü riştə məqamına, yaxud təcrid mərtəbəsinə
çatdırmış aşiqə “üryan” demişlər.3
B: Öz əqlini, elmini, cismini, fikrini hətta dini imtiyazlarını unutmuş
aşiqə “üryan” demişlər.
Qeyd 1: Qeybi mərifətlər nailiyyətini üryanlığa məşrut olduğundan
müəllif bir qəzəldə demişdir ki:
“İstəsən pərdə dalından səni agah edələr
Gərək əvvəl soyunub varlığı üryan olasan”∗
Qeyd 2: İlahi ərəfə məhrəmliyinin əsas şərti üryanlıqdan ibarətdir.

Beyt 6 : Rind xak olsa dəxi, dürdi-xümi-badə olur,


Nə isə, qoymaz əlindən meyi-səhba ətəgin.

1
Qəzəl 162, beyt 2
2
Mövləvi, Məsnəvi, 3-cü dəftər, beyt 4833
3
Qəzəl 12, beyt 1, nişanə 1

Beyt Əsgər Şahinindir – Ş.F.

1151
Sözlük: Rind = zirək = hiyləbaz = batini zahirindən gözəl = ictimai adabı
tərk etmiş, xüm = bəsti = kuzə = su, yaxud şərab qabı, meyi-
səhba = qırmızı rəngli şərab
Nişanə 1: “Rind”: Maddi imkanları - əlaqələri qət` etmiş, dünyaya
sığmaz mürşüddən ibarətdir.1
Nişanə 2: “Xak”: Mürşüd həzrətinin bəşəri sifətlərini təmamilə
məhv edən mərtəbədən, yaxud rindliyin daha yüksək dərəcəsindən
nişanədir.
Nişanə 3: “Dürdi-xümi-badə olmaq”: Bu beytdə eşq mərtəbələrilə
əlaqədar iztirabdan azad olmaq, yaxud şərif ayədə “ ‫هﻮ اﻟﺬﯼ اﻧﺰل اﻟﺴﮑﻴﻨﻪ ﻓﯽ‬
‫ ”ﻗﻠﻮب اﻟﻤﻮﻡﻴﻨﻴﻦ‬2 (“Onların [möminlərin-saliklərin] qəlblərinə arxayınlıq
nazil edən odur [Allahdır]”) buyurulan səkinə ünvanlı toxtaqlığa nail
olmaq nişanəsidir. Bu nailiyyəti təbliğ etmək məqsədilə Füzuli “Sakin
olmaq seyrdən yey nöqteyi-pərgartək” buyurmuşdur.
Nişanə 4: “Meyi-səhba”: Bu beytdə ürək iztirabilə əlaqədar şövq və
zövqdən ibarətdir.
Anlam: Neçin həzrəti mürşüd “səkinə” məqamındada tələb və ətəşini
tərk etməyir, bilməyirəm.
Qeyd: Həzrəti mürşüd öz toxtaqlığını pünhan etməsə, onda ümum
aşiqlər, yaxud ürfan tələbələri toxtaqlıq bəhanəsilə ətəş və iztirab
feyzindən məhrum olurlar. Çünki aşiq, mürşüdün bütün əməllər və
sifətlərini təqlid etmək istəyir.

Beyt 7 : Güllər açıldı, Füzuli, yaxalar çak edibən


Gəl tutalım meyü məhbub ilə səhra ətəgin.
Sözlük: Çak = çat = açmaq
Nişanə 1: “Güllər açıldı”: Bu nişanə maddi küdurətlərdən durulmuş
ürəyə bəst bağışlayan İlahi rayihələrdən istiarədir.
Nişanə 2: “Yaxa çak etmək”: Çak olmuş yaxa ürəyindən pəncərə
açılmış aşiqin şühud nailiyyətinə hazırlaşmağından nişanədir.
Nişanə 3: “Mey”: Bütün vücudu zəbt edən eşq qələbələrindən
nişanədir.
Nişanə 4: “Səhra”: A: Ariflər, ruhani aləmə “səhra” demişlər.
B: Mümkünsüz nailiyyətləri imkan daxilində sığışdıran vəziyyətə

1
Qəzəl 90, beyt 4, nişanə 2
2
Quran, Əl-fəth surəsi, 4-cü ayədən bir hissə

1152
“səhra” demişlər.
Anlam: Beyt ürək pəncərəsini açmış aşiqləri ruhani aləmdən bəhrə-
lənməyə dəvət edir.

1153
QƏZƏL 210

(1) Görməsəm hər göz açanda ol güli-rəna üzün,


Göz yumunca əşki-gülgunim tutar dünya üzün.

(2) Gərçi kafərsən sənə, ey büt, yetər ol əcr kim,


Rəğbətin bütxanədən döndərdi yüz tərsa üzün.

(3) Pərdeyi-çeşmimdə nəqşi-cövhəri-tiğin sənin,


Mövcə bənzər kim, tutar təhrik ilə dərya üzün.

(4) Olma ey səhranişin qafil, degil hər su sərab,


Mövci - əşki-gərmi-Məcnundur tutan səhra üzün.

(5) Yadi-rüxsarilə ol mahın gözüm qan-yaş tökər


Hər görən saətdə xurşidi-cahanara üzün.

(6) Naz edib döndərmə, ey bidərd, üz üşşaqdən,


Bunca həm göstərmə fəqr əhlinə istiğna üzün.

(7) Ey Füzuli, dudi-ahim tirə eylər aləmi


Görməsəm bir ləhzə ol mahi-mələksima üzün.

1154
Beyt 1 : Görməsəm hər göz açanda ol güli-rəna üzün,
Göz yumunca əşki-gülgunim tutar dünya üzün.
Sözlük: Əşk = göz yaşı, gülgun = qırmızı gülə oxşar = qırmızıya çalan
Nişanə 1: “Güli-rəna”: Müxtəlif gözəl cazibələr ilə aşiqin qəlbini
bəsitləndirən İlahi camaldan istiarədir.
Nişanə 2: “Üz”: A: Surət ünvanlı güzgüdə, yaxud məzhərdə təzahur
etdirilən qeybi nura “üz” demişlər.
B: Xüsusi hicablar arxasından təzahür etdirilən qeybi nura “üz”
demişlər.
C: Aşiqin istedad və qabiliyyəti qədər olan İlahi camal nuruna “üz”
demişlər.
Qeyd: Qeybi cilvə, yaxud İlahi camal nuru pərdəsiz əks etdirilsə,
yaxud aşiqin istedad miqdarından əlavə təzahür etsə, onda şərif ayədə
“‫”ﻓﻠﻤﺎ ﺕﺠﻠﯽ رﺑﻪ ﻟﻠﺠﺒﻞ ﺟﻌﻠﻪ دﮐﺎ و ﺧ ﱠﺮ ﻡﻮﺱﯽ ﺻًﻌﻘﺎ‬1 (“Rəbbi dağa təcəlli edəndə
onu darmadağın etdi və Musa qəşş edib düşdü”) buyurulduğu hadisədən
daha çətin və təhlükəli bir hadisə qarşısında aşiq İlahi nur və mənəvi
əlaqədən həmişəlik məhrum olur.
Nişanə 3: “Əşki-gülgun”: Dünyəvi etibarları batil edən, yaxud bütün
kainatı təsirləndirən biqərarlıqdan nişanədir.
Anlam: Eşq əhlinə bir ləhzədə müşahidəsiz yaşamaq mümkünsüz-
dür.
Qeyd 1: Zahiri həyat “2‫( ”ﮐﻞ ﻳﻮم ﻓﯽ ﺷﺎن‬O. Hər gün [kainatda] özünü
göstərməkdədir.) mənası ilə bağlı olduğu kimi batini həyat da müşahidə
nuruna bağlıdır.
Qeyd 2: Qan dövranı, yaxud nəbz döyünməklə yox, bəlkə də yalnız
mütəal məhbub təsəvvürü ilə cilalanmış bir aşiqin müşahidə nurundan
bəhrələnməyə qadirdir.
Qeyd 3: “Riştə” ünvanlı mücərrədlik mərhələsində3 bütün hicabla-
rını soyub-tökmüş aşiq müşahidə ehsanından bəhrələnməyə qadirdir.
Qeyd 4: Öz daxili vücudunda, qeybi nur təzahürünü müşahidə
etməyə “gizli müşahidə” demişlər.
Qeyd 5: Öz xarici vücudunda, yaxud digər maddi yaranmışlarda
(məzhər) qeybi nur təzahürünü müşahidə etməyə “aşkar müşahidə”
demişlər. (Mənsur Həllacın “ənəlhəq” deməsi aşkar müşahidə ilə

1
Quran, Əraf surəsi, 143-cü ayədən bir hissə
2
Quran, Ər-rəhman surəsi, 29-cu ayədən bir hissə
3
Qəzəl 12, beyt 1

1155
əlaqədardır.)
Qeyd 6: Müşahidə ehsanından bəhrələnmək yalnız ulu mürşüd
təlimatı ilə mümkün olur.
Qeyd 7 : Ariflər nəzərincə həqiqi behişt müşahidə məqamından iba-
rətdir.
Qeyd 8: Aşiq müxtəlif əzabverici tənbehlərdən, hətta cəhənnəm atə-
şindən də qorxmayır, bəlkə yalnız müşahidə məhrumluğundan vahimə-
lənir.1

Beyt 2 : Gərçi kafərsən sənə, ey büt, yetər ol əcr kim,


Rəğbətin bütxanədən döndərdi yüz tərsa üzün.
Sözlük: Əcr = müzd = mükafat, tərsa = məsihi = vahimələnmiş
Nişanə 1: “Kafər”: Bəşəri simada İlahi hüsnlər əks etdirmiş
dilbərdən, yaxud mürşüd həzrətindən nişanədir.2
Nişanə 2: “Büt”: Əqli idrakı heyrətlə bir daş kimi qurudub işdən
salan hüsn nuruna “büt” demişlər.
Nişanə 3: “Tərsa”: Bu beytdə eşq cazibəsini, yaxud mənəvi hüsnləri
inkar etmiş əql əhlindən ibarətdir.
Anlam: Beyt, əql, elm və təcrübə həbsindən azad edilən eşq
iqtidarını təlqin edir.

Beyt 3 : Pərdeyi-çeşmimdə nəqşi-cövhəri-tiğin sənin,


Mövcə bənzər kim, tutar təhrik ilə dərya üzün.
Sözlük: Çeşm = göz
Nişanə 1: “Pərdeyi-çeşm”: Müşahidə məqamına hazırlaşmış ürək
gözündən ibarətdir.
Nişanə 2: “Nəqd”: Bu beytdə:
A: Mənəvi qiymətlərdən nişanədir.
B: Əql ilə əlaqədar dəlillərdən üstün halları araşdırmaqdan
nişanədir.
Nişanə 3: “Cövhəri-tiğ”: Bu beytdə maddə bağrını yaran İlahi
nurdan nişanədir. Ancaq yersiz və faydasız bəhs edib-dəlilləşməyə,
yaxud “tiğ” sözünün başqa mənasına da işarə edir.
Nişanə 4: “Mövc”: Mənəvi cilvələrin maddiləşmiş surətinə “mövc”

1
Qəzəl 106, beyt 3
2
Qəzəl 209, beyt 3, nişanə 1

1156
demişlər.
Qeyd: Bütün yaranmışlar, xüsusilə insanlar vəhdət dənizindən
qopan mövclərdirlər.1
Nişanə 5: “Təhrik”: Bu beytdə yaranmışları yaradıcı məbud tərəfinə
istiqamətləndirən hal və hərəkətdən nişanədir.
Qeyd: Təhrik, maddi vücudların hicab olduğuna da işarə edir.
Bunun üçün də hər mövcudun bir üzünə “hadi”, o biri üzünə “hayil”
demişlər.2
Nişan 6: “Dərya”: A: Ariflər vücuda “dərya” demişlər.
B: Ariflər həqiqi mütləq varlığa “dərya” demişlər.
Anlam: Bəhs və istidlal həqiqi mütləq varlığın üstünü örtən hicab
kimidir. Demək, varlığla düzgün tanış olmaq yalnız mü-
şahidə məqamına nail olmuş qəlb ilə mümkün olur.

Beyt 4 : Olma ey səhranişin qafil, degil hər su sərab,


Mövci - əşki-gərmi-Məcnundur tutan səhra üzün.
Sözlük: Səhranişin = evsiz-eşiksiz = çadırda məskən etmiş, əşk = göz
yaşı, gərm = isti
Nişanə 1: “Səhranişin”: Səhranişinlik heyranlıq və sərgərdanlıqdan
nişanədir.
Nişanə 2: “Sərab”: Dünyanın özünü, yaxud cilvələrini əks etdirən
mərhələyə “sərab” demişlər.
Qeyd: “Su” sözü tərəf mənasına da işarə edir.
Nişanə 3: “Mövc”: Bax beyt 3, nişanə 3
Nişanə 4: “Səhra”: Bu beytdə yer üzərindən nişanədir, ancaq ruhani
aləmə də işarə edir.
Anlam: Məcnunun naqis eşqi kamil aşiqin üstünü örtən hicab kimi-
dir.
Qeyd: Məcnun eşqi dünyəviləndirməklə ( çöllərə düşmək) ruhani
aləmdən xəbərsiz qalmışdır.

Beyt 5 : Yadi-rüxsarilə ol mahın gözüm qan-yaş tökər


Hər görən saətdə xurşidi-cəhanara üzün.

1
Doktor Seyid Cəfər Səccadi, Fərhəngi-loğat və istilahat və təbirate-irfani
2
Qəzəl 205, beyt 1

1157
Sözlük: Rüxsar = camal = üz, cəhanara = dünyanı bəzəyən
Nişanə 1: “Rüxsar”: Bax beyt 1 (üz)
Nişanə 2: “Mah”: Qaraca maddədə ağ nur təzahür etdirən İlahi
camaldan nişanədir.
Nişanə 3: “Qan - yaş”: Bax beyt 1 (əşki-gülgun)
Nişanə 4: “Xurşid”: İlahi nur əks etdirən məzhərlərin1 ən kamilinə
“xurşid” demişlər.
Anlam: Mütəal məbudun xurşid ünvanlı tam məzhərindən təlimat
alaraq, ən xətərnak hicab hesaba alınmış maddi vücudumu
(özlüyümü) batil və məhv etməyə çalışıram.

Beyt 6 : Naz edib döndərmə, ey bidərd, üz üşşaqdən,


Bunca həm göstərmə fəqr əhlinə istiğna üzün.
Sözlük: Üşşaq = aşiqlər, fəqr = fağırlıq = yoxsulluq, istiğna = toxluq =
özünü tox tutmaq = ehtiyacsızlıq = naz
Nişanə 1: “Naz etmək”: Aşiqi gah qüvvətləndirən, gah qüvvətsiz
edən, gah da ona bərk məstlik verən qəmzələrdən nişanədir.
Nişanə 2: “Bidərd”: Mütəal məbudun “istiğna” ünvanlı sifətindən
nişanədir.
Nişanə 3: “Fəqr əhli”: Bütün dünyəvi etibarlara, xüsusilə içəri və
çöl vücuduna, yaxud batin və zahirinə, malına, canına, elminə və
sənətinə mütəal məbudu həqiqi malik bilib, öz məmlüklüyünü düşünmüş
aşiqdən, yaxud həzrəti məhbub qarşısında mütləq acizlik və fağırlığını
etiraf etmiş bəndədən ibarətdir.
Qeyd 1: İslamın ulu peyğəmbəri fəqr məqamının daha yüksək
olduğunu təlqin etmək məqsədilə “‫“( ”اﻟﻔﻘﺮ ﻓﺨﺮﯼ‬fağırlıqla iftixar
edirəm”) buyurmuşdur2. Buna görə də fəqri mükəmməl mərifət nişanəsi
bilmişlər.
Qeyd 2: Bəşəri istiğna məqamına nail olmaq yalnız fəqr vasitəsilə
mümkün olur.
Qeyd 3: Dönə - dönə “əzdad” mövzusunda izah etdiyimiz kimi3 fəqr
əks nəticə verərkən, yer kürəsində malikiyyətlərini tərk etmiş fağıra

1
Qəzəl 148, beyt 2
2
Qəzəl 2, beyt 1 (anlam, qeyd 1, 2 və 3)
3
Qəzəl 3, beyt 2

1158
“bəşəri istiğna” ünvanlı səmavi malikiyyətlər bağışlayır. 1 Beləliklə o
(fağır) bütün iqtidarları təhqir etməklə öz ehtiyacını yalnız mütəal
məbuddan istəyir.
Nişanə 4: “İstiğna”: Aşiqin nalələrinə baxmayaraq, onu müxtəlif
bəlalarla sınaqlara çəkən mütəal məhbubun səmədiyyət sifətindən
nişanədir.
Anlam: Aşiq nalə ünvanlı munacatını mütəal məhbubun qulağına
çatdırmaqla, öz batini və zahiri ehtiyacını yalnız ondan
istəyir.

Beyt 7 : Ey Füzuli, dudi-ahim tirə eylər aləmi


Görməsəm bir ləhzə ol mahi-mələksima üzün.
Sözlük: Dud =tüstü, tirə = qara = rəngsiz
Nişanə 1: “Dudi-ah”: Bu beytdə maddi etibarlara qələbə çalan İlahi
eşq şöləsilə bağlı mübhəm iqtidardan nişanədir.
Nişanə 2: “Mah”: Bax beyt 5, nişanə 2
Anlam: A: Aşiq bir ləhzədə müşahidə nurundan məhrum yaşamağı
mümkünsüz təlqin edir.
B: Bütün kainatın varlığını müşahidə nuruna bağlı bildir-
mək istəyir.
Qeyd : Eşq, müşahidə nuruna bağlı olan kimi dünya eşq cilvəsinə
bağlıdır.

1
Qəzəl 21, beyt 1, nişanə 1

1159
QƏZƏL 211

(1) Sün` me`marı yapan saətdə gərdun məxzənin,


Dudi-ahim çıxmağa açmış kəvakib rövzənin.

(2) Gün batıb ulduz çıxar sanmın ki, göy dehqanının


Gecə ahim dağıdar gündüz yığılmış xərmənin.

(3) Göz tökər israf ilə xunabə lə`lin guiya


Kim, cigər dağində ol lə`lin bulubdur mə`dənin.

(4) Dözmək olmaz tiği-bidadinə şirinləblərin,


Gər fələk Fərhadvəş daş etsə üşşaqin tənin.

(5) Sübhvəş çak et, Füzuli, pirəhən eşq içrə kim,


Bilməyə kimsə giribanından onun damənin.

1160
Beyt 1 : Sün` me`marı yapan saətdə gərdun məxzənin,
Dudi-ahim çıxmağa açmış kəvakib rövzənin.
Sözlük: Sün` = yaratmaq = yaranış = ehsan = yoxu var etmək, gərdun =
fələk = asiman, məxzən = xəzinə, dud = tüstü, kəvakib =
ulduzlar, rövzən = deşik = baca
Anlam: Yaradıcı məbud ulduzlar vasitəsilə göydə bacalar açma-
saydı, onda ahım tüstüsü yer üzünü təsərrüf etməklə
yaşayışı mümkünsüz edərdi.
Qeyd 1: Beyt “hüsni-təlil” ünvanlı ədəbi sənətdən bəhrələnmişdir.1
Qeyd 2: Aşiq dudi-ahın, yaxud alovlu qəlbinin göylərdə yüksək aləm
ilə əlaqədar olduğunu işarə edir.

Beyt 2 : Gün batıb ulduz çıxar sanmın ki, göy dehqanının


Gecə ahim dağıdar gündüz yığılmış xərmənin.
Sözlük: Dehqan = kəndxuda = kəndçi
Anlam: Beyt, “hüsni-təlil” sənətindən bəhrələnərkən aşiqin “bəşəri
istina” ünvanlı mərtəbədə səmavi iqtidarına işarə edir.
Demək, yerdən əlini üzmüş məmlük aşiq əlçatmaz göylərə
malik olarkən, təkcə bir dua ilə ulduzlara təkan verməyə
qadir ola bilir.2

Beyt 3 : Göz tökər israf ilə xunabə lə`lin guiya


Kim, cigər dağində ol lə`lin bulubdur mə`dənin.
Sözlük: Xunabə = qan yaş, guiya = guya
Nişanə 1: “Xunabə”: Fiziki mahiyyəti yuyub batil edən nişanədən
ibarətdir.
Nişanə 2: “Lə`l”: Həqiqi ölməz mahiyyəti canlandıran nişanədən
ibarətdir.
Nişanə3: “Cigər dağı”:Aşiqin qəlbinə taxılmış İlahi nişandan ibarət-
dir.
Anlam: Ötən beytlər qeyd etdiyi iqtidara (istiğna) malik olmaq fiziki
mahiyyəti yuyub batil etməklə mümkün olur

1
Qəzəl 133, beyt 5
2
Qəzəl 133, beyt 5

1161
Beyt 4 : Dözmək olmaz tiği-bidadinə şirinləblərin,
Gər fələk Fərhadvəş daş etsə üşşaqin tənin.
Sözlük: Fərhadvəş = Fərhad kimi, üşşaq = aşiqlər
Nişanə 1: “Tiği-bidad”: Aşiqi kamal mərtəbəsinə qaldırmaq məqsə-
dilə tərbiyə edən hicran və qəbz sınaqlarından nişanədir.
Nişanə 2: “Şirinləblər”: A: İlahi hüsnlər bəşəri simada təzahür
etdirmiş gözəllərdən nişanədir.
B: Mənəvi gözəl vasitələrdən nişanədir.
Anlam: Aşiqin bədəni (maddi vücudu) Fərhad yonduğu dağ kimi
bərk olsa da, tiği-bidad önündə, yaxud şirinləblər bərabə-
rində taqət gətirməkdən acizdir.
Qeyd: Bu beyt də ötən beytlər kimi fiziki mahiyyətin batilliyini
bildirir.

Beyt 5 : Sübhvəş çak et, Füzuli, pirəhən eşq içrə kim,


Bilməyə kimsə giribanından onun damənin.
Sözlük: Sübhvəş = sübh kimi, çak = çat = rəxnə = para, pirahən =
köynək, damən = ətək
Nişanə 1: “Sübh”: İnsanı tövhid günəşinə yaxınladan üryanlıq və
mücərrədliyə işarə edir.1
Nişanə 2: “Pirahən çak etmək”: Bu nişanə məcazi varlıq, yaxud
fiziki mahiyyət hicabından xilas olmağı təlqin edir.
Nişanə 3: “İkinci misra”: Məcazi varlığın məhvlik həddinə yaxınlaş-
masından nişanədir.
Anlam: Mənəvi həyat dərəcəsi dünyəvi həyatı unutmaq miqdarı ilə
bağlıdır.

1
Qəzəl 25, beyt 1

1162
QƏZƏL 212

(1) Qurutmuş qaliba şövq odu Fərhadın gözü yaşın


Ki, gər axsaydı, lə`l eylərdi, bişək, Bisütun daşın.

(2) Bəla yolunda qovğayə qaçan∗ mən tək dözər Məcnun


Qaçan olmaz durantək, yey bilür hər kimsə yoldaşın.

(3) Demən göz yaşı ilə dəf` olur eşq atəşi təndən,
Bu od hər yerə düşsə fərq qılmaz qurusun, yaşın.

(4) Bəyani-eşqə bəsdir lövhi-rüxsarimdə xuni-dil,


Bəsarət əhlinə zahir qılır hər nəqş nəqqaşın.

(5) Füzuli, badəxari “duzəxi” der xəlq, heyranəm


Ki, Həq neyçün salıbdır cənnətə meyxanə ovbaşın.


haçan – Ş.F.

1163
Beyt 1 : Qurutmuş qaliba şövq odu Fərhadın gözü yaşın
Ki, gər axsaydı, lə`l eylərdi, bişək, Bisütun daşın.
Sözlük: Bişək =şəksiz = şübhəsiz, Bisütun = Dara padşahın kitabələri-
daş yazmaları ilə məşhur olan İran Kirmanşahında “Pamçal”
kəndinə yaxın bir dağ. (Bisütun dağını qazmaq Fərhadın
müəyyən vüsal şərti imiş.)
Nişanə 1: “Şövq”: Bu beytdə aşiqin yarı ölü, yarı diri obrazlı biqə-
rarlığından nişanədir.
Nişanə 2: “Göz yaşı”: Aşiqin yarı ölü hissəsini təmamilə yuyub
məhv edən biqərarlıqdan nişanədir.
Nişanə 3: “Lə`l”: Zavalısz həyat, yaxud əbədiyyətə qovuşmuş
vücuddan nişanədir.
Anlam: Fərhad öz həqiqi ölməz obrazına əgər təmamilə malik
olsyadı, onun vücudu mənəvi maqnitə çevrilməklə Bisütun
dağını da zavalsız varlığa nail edərdi.
Qeyd 1: Aşiq bir çox kainatda görünməyə qadirdir.
Qeyd 2: Zavala məruz qalmış vücudu zavalsız mərtəbəyə çatdıran
yalnız eşqdir.

Beyt 2 : Bəla yolunda qovğayə qaçan mən tək dözər Məcnun


Qaçan olmaz durantək, yey bilür hər kimsə yoldaşın.
Sözlük: Qövğa = hay-küy = savaş
Anlam: Müxtəlif müsibətlər, məlamətlər və sərki-danlaqlar qarşı-
sında möhkəm durmağım və Məcnun kimi çöllərə pənah
aparmağım sübut edir ki, məndə Məcnundan füzun aşiqlik
istedadı var (yəni bəlalardan qaçan qovğaya dözə bilməz).
Qeyd : İkinci misra bu anlamı açıqlamaq istəyir.

Beyt 3 : Demən göz yaşı ilə dəf` olur eşq atəşi təndən,
Bu od hər yerə düşsə fərq qılmaz qurusun, yaşın.
Nişanə 1: “Göz yaşı”: Bu beytdə bəşəri çalışqanlıq və şəxsi tədbir
görməkdən nişanədir.
Nişanə 2: “Eşq atəşi”: Bu beytdə vücudun iç üzünü alovlayan “nari-
məhəbbət1”i çöl üzündə əks etdirilmiş hərarətdən ibarətdir.

1
Qəzəl 54, beyt 7

1164
Nişanə 3: “İkinci misra”: Nalayiq zahiri layiq batin ilə həmahəng və
həmcins edən qüvvədən, yaxud “Lütfdən hər necə baxsam təninə can
görünür” mərtəbəsindən nişanədir. Ancaq günahsızın, günahkar kimi
nazil olunmuş bəlaya giriftar olmaq hikmətinə də işarə edir.
Anlam: Məcnun kimi çöllərə düşməklə, yaxud bəşəri əql və cəhd ilə
eşq müşkülünə tədbir etmək mümkünsüzdür.

Beyt 4 : Bəyani-eşqə bəsdir lövhi-rüxsarimdə xuni-dil,


Bəsarət əhlinə zahir qılır hər nəqş nəqqaşın.
Sözlük: lövh = səhifə-rüxsar = üz= camal, xuni-dil = ürək qanı, bəsarət =
bəsirət
Nişanə 1: “Xuni-dil”: Eşq oxu ilə yaralanmış ürəyin qurbanlıq
sərmayəsindən nişanədir.
Nişanə 2: “Bəsarət”: Bəsarət bu beytdə bilicilik və idrak nişanəsidir.
Ancaq ürəyin 4-cü mərtəbəsindəki şühud mərkəzinə də işarə edir.1
Anlam: Batin ilə zahir arasındakı “tənasüb” ünvanlı əlaqə qanunu
aşiqin, yaxud daxili əhvali-ruhiyyənin ört-basdır edilməsini
mümkünsüz edir.
Qeyd 1: Biliksiz bir şəxs zahirdə əks etdirilmiş batini əhvali-ruhiyyə
dərkindən acizdir.
Qeyd 2: Batin ilə zahirin “tənasüb”, “təsir” və “təcnis” ünvanlı
mərtəbələrdə geniş izahlı bəhsləri vardır.

Beyt 5 : Füzuli, badəxari “duzəxi” der xəlq, heyranəm


Ki, Həq neyçün salıbdır cənnətə meyxanə ovbaşın.
Sözlük: Badəxar = badənuş, duzəxi = cəhənnəm əhli, ovbaş = alçaq =
tərbiyəsizlər = tərbiyəsiz
Nişanə 1: “Badəxar”: İlahi parlamalar önündə silkələnmiş qəlbini
məğlub etməklə əql və elm qanunlarından azad olmuş aşiqə badəxar
demişlər.
Nişanə 2: “Cənnət”: Aşiqlər, İlahi camal cəlalarından bəhrələndirən
vəziyyətə “behişt” demişlər. Ümumxalq, yaxud əql əhli “rizvan behişti”
adlı bağlı-bağçalı behişti tələb etdiyi halda, eşq əhli “rəhman behişti”

1
Qəzəl 13, beyt 1

1165
ünvanlı şühud uzantısını istəmişlər.1
2
Nişanə 3: “Meyxanə”: Müsbət bixudluq məqamında mənəvi
müşahidələr mərtəbəsinə “meyxanə” demişlər
Anlam: Əqli və ictimai ənənələri tərk etmiş aşiqə “cəhənnəm əhli”
deyirlər, əksinə o (aşiq) həmin maddi dünyada behişt içində
yaşayır və bu daha qəribədir.
Qeyd: Rizvan behiştini tələb edənlər rəhman behiştindən xəbərsiz-
dirlər.

1
Qəzəl 80, beyt 6
2
Qəzəl 91, beyt 1

1166
QƏZƏL 213

(1) Kuhkən künd eyləmiş min tişəni bir dağilən,


Mən qoparıb salmışam min daği bir dırnağilən.

(2) Qəm yolunda mən qalıb, getdisə Məcnun, yox əcəb,


Sayruya düşvardır həmrəhlik etmək sağ ilən.

(3) Gərdi-rahin verməsə göz yaşinə təskin, nola,


Tutmaq olmaz böylə seylabın yolun toprağilən.

(4) Qəm oğurlar eşq bazarında nəqdi-ömrümü,


Qılmaq olmaz sud sövdadə yaman ortağilən.

(5) Rövzeyi-kuyində tapmışdır Füzuli bir məqam


Kim, ona cənnət quşu yetməz min il uçmağilən.

1167
Beyt 1: Kuhkən künd eyləmiş min tişəni bir dağilən,
Mən qoparıb salmışam min daği bir dırnağilən.

Beyt 2: Qəm yolunda mən qalıb, getdisə Məcnun, yox əcəb,


Sayruya düşvardır həmrəhlik etmək sağ ilən.
Sözlük: Kuhkən = dağ qoparan = Fərhadın ləqəbi, düşvar = çətin =
müşkül, həmrəhlik = yoldaşlıq
Nişanə 1: “Kuhkən”: Kuhkən, yaxud Fərhad, bəşəri simada gördüyü
İlahi hüsnləri qənaətbəxş bilməklə özünü məcazi müqəddəs eşq
dairəsində məhdud etmiş naqis aşiqdən nişanədir.
Nişanə 2: “Birinci misra”: Bisütun dağını yarmaq, yaxud Fərhadın
müəyyən vüsal şərtini bildirməklə şair məcazi eşq iqtidarının məhdud
olduğunu təlqin etmək istəyir.
Nişanə 3: “İkinci misra”: Qeyri məcazi, yaxud mənəvi eşqin dağ-
daşa qələbə çalan möcüzəyə bənzər iqtidarını təlqin edən nişanədir.
Qeyd: Məşuqu öz içində hazır görməyən aşiq (Fərhad) yüzlərcə
Bisütun dağı kimi maneələr ilə qarşı çıxaraq məğlub olmalıdır. Demək
peyğəmbərlər, imamlar və bir çox düzgün aşiqlər, oda-suya məruz qalib,
İlahi iqtidar və möcüzəni batinlərində hazır olan məşuqdan əxz edərək
hasilə yetirmişlər.
Nişanə 4: “Tişə”: Bu beytdə dünyəvi səbəblər məşğulluğundan
nişanədir.
Qeyd: Mərifətin ən yüksək mərtəbəsinə çatmış ariflər səbəblər
məşğulluğunu səbəbkar Tanrıya şərik bilmişlər. Onların nəzərincə pey-
ğəmbərlərə möcüzə iqtidarı bağışlayan səbəbsiz mənalar tanışlığıdır.1
Nişanə 5: “Qəm”: Tələb çalışqanlığından ibarətdir.
Nişanə 6: “Üçüncü misra”: Bu nişanə Məcnun kimi çöllərə pənah
aparmağı:
A: Səbatsızlıq nişanəsi bildirir.
B: Səbəblərə əsir olduğu üçün onu təhqirə məruz qoyur.
Nişanə 7: “Dördüncü misra”: Bu nişanə qeyri hissi hadisəni hissiləş-
dirməklə mənəvi eşqin məcazi eşqdən daha üstün olduğunu təlqin edir.
Anlam: Bu iki beyt, məcazi eşqi mənəvi eşq müqəddiməsi bilməyən
eşqləri təhqirə məruz qoyur.

1
Qəzəl 28, beyt 7

1168
Beyt 3 : Gərdi-rahin verməsə göz yaşinə təskin, nola,
Tutmaq olmaz böylə seylabın yolun toprağilən.
Sözlük: Gərd = toz, rah = yol, seylab = sel
Nişanə 1: “Gərdi-rah”: Mənaşünas gözü qüvvətləndirən qeyri maddi
səbəbdən, yaxud İlahi ərəfə rayihəsindən nişanədir.
Nişanə 2: “Göz yaşı”: Fiziki əngəl mahiyyətini yuyub-məhv edən
biqərarlıqdan nişanədir.
Anlam: Mənəvi rayihələr və səbəblər biqərar aşiqə təskinlik
verməyir. Çünki o (aşiq) həqiqi toxtaqlığı yalnız məşuqun
öz hüzuruna çatmaqla mümkün sanır.

Beyt 4 : Qəm oğurlar eşq bazarında nəqdi-ömrümü,


Qılmaq olmaz sud sövdadə yaman ortağilən.
Sözlük: Sud = mənfəət = bəhrə, sövda = sevda = alqı-satqı
Anlam: Dünyəvi həyatın tələb və həsrət atəşində fəda olmağı mənəvi
bir qanun kimidir.
Qeyd: İkinci misra əvvəlki misranın qeyri hissi mənasını hissiləş-
dirmək istəyir.

Beyt 5 : Rövzeyi-kuyində tapmışdır Füzuli bir məqam


Kim, ona cənnət quşu yetməz min il uçmağilən.
Sözlük: Rövzə = bağ = gülzar
Nişanə 1: “Rövzeyi-kuy”: Bu beytdə “rəhman behişti” ünvanlı şü-
hud uzantısından nişanədir.
Qeyd: İnsanın kəsrət mülkünə atılmadan əvvəl vəhdət aləmində
mənəvi yaşayış səviyyəsinə “rəhmani behişt” demişlər.
Anlam: Beyt, rəhman behiştinin rizvan behiştindən daha üstün
olduğunu, yaxud mütəal məhbub hüzuruna çatmaq ləzzə-
tini təlqin etmək istəyir.

1169
QƏZƏL 214

(1) Gərdi-rəhin, ey əşk, yudun çeşmi-tərimdən,


Tərki - ədəb etdin, nola düşsən nəzərimdən.

(2) Xunin müjələrdirmi və ya mərdüm əlilə


Oxlar çəkilib, dişrə atılmış cigərimdən,

(3) Hər badə ki, sənsiz içirəm bəzmi-bəladə,


Xunab olub, əlbəttə, çıxar didələrimdən.

(4) Seylabi-sirişkilə xoşam eşq yolunda,


Xaşaki-təəllüq qoparır rəhgüzərimdən.

(5) Daşlarə döyüb başımı, rüsva gəzər oldum,


Ey əql, qaçıb qurtula gör dərdi-sərimdən.

(6) Kəs mehrini, ey çərx, günəşdən, sənə hər sübh


Bir şölə yetər atəşi-ahi-səhərimdən.

(7) Simabi-sirişk etdi məni qərqə, Füzuli,


Ta dövr cüda qıldı büti-simbərimbən.

1170
Beyt 1 : Gərdi-rəhin, ey əşk, yudun çeşmi-tərimdən,
Tərki - ədəb etdin, nola düşsən nəzərimdən.
Sözlük: Gərd = toz, rah = yol, əşk = göz yaşı, çeşmi-tər =ağlar göz =
gözü yaşlı
Nişanə 1: “Gərdi-rəh”: Bu beytdə mürşüd astanından, yaxud eşq
ərəfəsinin tozundan nişanədir.
Anlam: Beyt, gərdi-rəh vasitəsilə cism gözünü kor edə bilməyən
istedadsız aşiqi tənqid etmək istəyir.

Beyt 2 : Xunin müjələrdirmi və ya mərdüm əlilə


Oxlar çəkilib, dişrə atılmış cigərimdən,
Sözlük: Xunin = qanlı, müjə =kiprik, mərdüm = göz bəbəyi =camaat =
xalq
Nişanə 1: “Mərdüm əli”: A: Göz bəbəyi vasitəsilə tənbeh olmaqdan
nişanədir.
B: İctimai sərki-danlaq vasitəsilə tənbeh olmaqdan nişanədir.
Nişanə 2: “İkinci misra”: İstedadsız batindən nişanədir.
Anlam: Aşiq ötən beytdə qeyd olunmuş istedadsızlığına görə:
A: Göz bəbəyi vasitəsilə tənbeh olunur.
B: Məşuqun hikmətinə bağlı ictimai məlamətlərlə tənbeh
olunur.

Beyt 3 : Hər badə ki, sənsiz içirəm bəzmi-bəladə,


Xunab olub, əlbəttə, çıxar didələrimdən.
Sözlük: Bəzm = ziyafət məclisi = məclis = xeymə, xunab = qan-yaş, didə
= göz
Nişanə 1: “Badə”: Bu beytdə əql və elm maneələrini, yaxud fiziki
mahiyyəti təmamilə aradan qaldıra bilməyən məstlikdən nişanədir.
Nişanə 2: “Bəzmi-bəla”: Aşiqi kəsrət bağlantılarından xilas edərək
vəhdət mülkünə istiqamətləndirən imtahan edici sıxıntılardan nişanədir.
Nişanə 3: “İkinci misra”: İlahi mərifətlər idrakından aciz olan
heyvani can, yaxud bədən canını son dərəcədə məğlub edə bilməyən,
yaxud özünü “yar vəslin istəyən kəsmək gərək candan təmə`” məqamına
çatdıra bilməyən aşiqi tənbeh edən nişanədən, beləliklə də təsirsiz tələb
və ətəşdən əlamətdir

1171
Anlam: Bax nişanə 3 (ikinci misra)

Beyt 4 : Seylabi-sirişkilə xoşam eşq yolunda,


Xaşaki-təəllüq qoparır rəhgüzərimdən.
Sözlük: Seylab = sel, sirişk = göz yaşı, xaşak = kol-kos, təəllüq = asılı
olmaq = ürək bağlamaq = hər bir şey ki onunla əlaqə saxlamaq
mümkündür, rəhgüzər = yol keçidi
Nişanə 1: “Seylabi-sirişk”: Mətlə` beytində tənqid edilmiş aciz əşki
qüvvətləndirməklə aşiqi kəsrət bağlantılarından, xüsusilə də fiziki
mahiyyət hicabından xilas edən nişanədən ibarətdir.
Nişanə 2: “Xoş”: “Qürub” (yaxınlıq) rayihəsindən hasil olmuş ürək
ləzzətləndirən haldan nişanədir.
Nişanə 3: “Xaşaki-təəllüq”: Bu beytdə maddi bağlantılar, məcazi
ürəyə yatan şeylər, xüsusilə heyvani can tör-töküntüsündən nişanədir.
Nişanə 4: “Rəhgüzər”: Vəhdət ərəfəsinə tərəf istiqamətləndirən hal
və hərəkətdən ibarətdir.
Anlam: Bu beyt, ötən beytlərdə tənqid olunmuş istedadsızlığa tədbir
görməyi təlqin edir.

Beyt 5 : Daşlarə döyüb başımı, rüsva gəzər oldum,


Ey əql, qaçıb qurtula gör dərdi-sərimdən.
Sözlük: Dərdi-sər = baş ağrısı
Nişanə 1: “Birinci misra”: Başda yerləşmiş dünyaşünas əqli məğlub
etməklə ürəkdə yerləşmiş mənaşünas əqli (eşqi) canlandırmaqdan ni-
şanədir.1
Nişanə 2: “Rüsva”: Bu beytdə öz əlilə özünü tənbeh etməkdən nişa-
nədir.
Anlam: Aşiq, ötən beytlərdə qeyd olunmuş istedadsızlıqlar mənşəyi
olan dünyaşünas əqlinə tam qələbə çalmağı təlqin edir.

Beyt 6 : Kəs mehrini, ey çərx, günəşdən, sənə hər sübh


Bir şölə yetər atəşi-ahi-səhərimdən.
Sözlük: Mehr = məhəbbət, günəş = dostluq

1
Qəzəl 93, beyt 7

1172
Nişanə 1: “Günəş”: Bu beytdə dünyəvi yüksəlişlər və etibarlardan
nişanədir.
Nişanə 2: “Ahi-səhər”: Bu beytdə tovhid günəşi ilə tanış aşiqin bir
çox maddi kainatı bürüyən mənəvi iqtidarından nişanədir.
Anlam: Hər bir mənəvi məqama tərəf istiqamətlənmək bir dünyəvi
məqamı arxada buraxmaqla mümkün olur. Elə buna görə
də 13 və 14-cü əsrlərdə (h.q) yaşamış məşhur arif və şair
Məhəmməd İsfahani, yaxud Səfi Əlişah öz İlahi əlçatmaz
məqamından xəbərdarlıq istəyən insanı dünyəvi ömür
möhlətində, yaxud yer kürəsində tanış olub sahib çıxdığı
varlıqları təmamilə məğlub və məhv etməyə dəvət etmişdir.1

Beyt 7 : Simabi-sirişk etdi məni qərqə, Füzuli,


Ta dövr cüda qıldı büti-simbərimbən.
Sözlük: Simab = civə, qərqə = qərq = boğulmuş, dövr =dövran, cüda =
ayrı = uzaq, simbər = ağbədən = gənc
Nişanə 1: “Simabi-sirişk”: Aşiqi məhvlik, yaxud fanilik ərəfəsinə
çatdıran bitablıq və biqərarlıqdan nişanədir.
Nişanə 2: “Büti-simbər”: Mənəvi sirlər kəşfi ilə aşiqin əqlini-
idrakını daş kimi qurudub karsız edən dilbərə “büti-simbər” demişlər.
Anlam: Şair bu beytdə hicrandan asılı vüsalı, yaxud dünyəvi məh-
rumluğa bağlı mənəvi sirlər kəşfini təlqin etmək istəyir.

1
‫از ﺣﺴﺎﺑﺖ ﺕﺎ ﺧﺒﺮدارت ﮐﻨﻢ‬ ‫( ﺟﻤﻊ هﺴﺘﯽ را ﺑﺰن ﺑﺮ ﻧﻴﺴﺘﯽ‬Şerlər divanı, müxəmməslər)

1173
QƏZƏL 215

(1) Ta sirişki-dideyi-Fərhadi gördü laləgun,


Çeşmələr suyini gözdən saldı kuhi-Bisütun.

(2) Ta ələm qaldırdı ahi-atəşinim şərm edib,


Qıldı xurşidin fələk zərrin ləvasın sərnigun.

(3) Daş bağırlı olmasaydı Bisütun, Fərhad üçün,


Su yerinə gözlərindən axıdardı seyli-xun.

(4) Ey görən min dağ ilə səbrü səbatım, eyləmə


Nisbətim Fərhadə kim, bir dağ ilə olmuş zəbun.

(5) Quş yuvası sanma kim, sərgəştə Məcnun başinə


Xarü xəs cəm eyləmiş girdabi-dəryayi-cünun.

(6) Ta göründü səfheyi-hüsnündə xəttin, rəşkdən,


Daşə çaldı afitabi-sadəlövhin çərxi-dun.

(7) Ey Füzuli, xaki-kuyi-yarə yetdim, hanı Xizr


Kim, verəm kamın, olam abi-həyatə rəhnümun.

1174
Beyt 1 : Ta sirişki-dideyi-Fərhadi gördü laləgun,
Çeşmələr suyini gözdən saldı kuhi-Bisütun.
Sözlük: Sirişk = göz yaşı, didə = göz, kuh = dağ, Bisütun = bax qəzəl
212. beyt 1
Nişanə 1: “Sirişki laləgun”: Bu beytdə şəxsi və dünyəvi etibarları
yuyub-batil edən biqərarlıqdan nişanədir.
Nişanə 2: “İkinci misra”: A: Bu nişanə öz çeşmələrinin həqirliyin-
dən xəbərdar olmuş dağın halını əks etdirmək istəyir.
B: Müxtəlif çeşmələr axıtmaqla Fərhad qəmində ortaqlıq edən dağ
halını əks etdirmək istəyir. (3-cü beytdə bu mənanı təsdiq edir.)
Qeyd: Beytdə bulaqların axmağını, yaxud qurumağını təbii illət-
lərdən ayırıb ədəbi illətlərə mənsub etməklə “hüsni-təlil” ünvanlı ədəbi
sənətdən istifadə olunmuşdur.1
Anlam: Şair bu beytdə aşiqanə əhval-ruhiyyənin dağ və daş kimi bir
çox kainata təsir edici iqtidarını təlqin etməklə məcazi
müqəddəs eşqin irfan və iman ilə bağlı olduğuna işarə edir.

Beyt 2 : Ta ələm qaldırdı ahi-atəşinim şərm edib,


Qıldı xurşidin fələk zərrin ləvasın sərnigun.
Sözlük: Xurşid = günəş, zərrin = zərli, ləva = bayraq = ələm, sərnigun =
başı aşağı
Nişanə 1: “Ahi atəşin”: İç aləmin çöl aləmdəki təsir edici hal və hə-
rarətindən nişanədir.
Nişanə 2: “Xurşid”: Bu beytdə dünyəvi yüksəliş və etibar nişanə-
sidir.
Anlam: Bax beyt 1 (anlam).

Beyt 3 : Daş bağırlı olmasaydı Bisütun, Fərhad üçün,


Su yerinə gözlərindən axıdardı seyli-xun.
Sözlük: Xun = qan
Anlam: Bisütun dağı əgər fəlsəfənin izah etdiyi zəif canını və
idrakını2 yetkinləşdirə bilsəydi qan bulaqları axıtmaqla
(qan ağlamaqla) Fərhad qəminə ortaq olardı.

1
Qəzəl 133, beyt 5
2
Qəzəl 4, beyt 1, haşiyə, qeyd 2

1175
Beyt 4 : Ey görən min dağ ilə səbrü səbatım, eyləmə
Nisbətim Fərhadə kim, bir dağ ilə olmuş zəbun.
Sözlük: Zəbun = xar= həqir = aciz = zəif = məğlub
Nişanə 1: “Dağ”: Bu beytdə aşiqin yetkinliyinə gərəkli qəhr və qəbz
mərtəbələrinin davam etdirilməyini, yaxud vüsal qarşısında Bisütun dağı
kimi dikəlmiş maneələr möhkəmliyini təlqin edir.
Nişanə 2: “Səbrü səbat”: Müxtəlif bəlalar və müşküllər qarşısında,
razılıq göstrəməyə, yaxud şikayətlənmək sifətini yerli-dibli tərk etməyə
səbrü səbat demişlər.
Qeyd: Mənəvi səadət nailiyyəti səbr və səbat mərtəbəsilə bağlı
olduğundan “1‫ ”ﻃﻮﺑﯽ ﻟﻤﻦ ﻳﺴﺎﻋﺪ اﻟﺼﺒﺮو و اﻟﺼﻼت‬buyurulmuşdur.
Anlam: Füzuli məcazi müqəddəs eşq aləmində Fərhad kimi şöhrət-
lənmiş aşiqlərdən min bərabər üstün olduğuna görə fəxr
etməklə, səbr və səbat kimi eşq prinsiplərini təbliğ etmək
istəyir.

Beyt 5 : Quş yuvası sanma kim, sərgəştə Məcnun başinə


Xarü xəs cəm eyləmiş girdabi-dəryayi-cünun.
Sözlük: Sərgəştə = avara = sərgərdan = heyran, xarü xəs= kol-kos,
cünun=məcnunluq=divanəlik
Nişanə 1: “Quş yuvası”: Bu beytdə əql və təcrübə ilə, yaxud
təcrübəsiz istedad ilə (fitrət ilə) əlaqədar işlərdən istiarədir.
Nişanə 2: “Sərgəştəlik”: Örtüksüz camal həsrətilə heyran və
sərgərdan olmaqdan nişanədir.
Nişanə 3: “İkinci misra”: Bəşəri əngəl şəxsiyyətini məhvlik həddinə
yaxınlaşdıran təhqir və qələbədən nişanədir.
Anlam: Bəşəri fitrət və heyvani təbiət də əql və təcrübə kimi
məcnunluq halını dərk etməkdən acizdir.

Beyt 6 : Ta göründü səfheyi-hüsnündə xəttin, rəşkdən,


Daşə çaldı afitabi-sadəlövhin çərxi-dun.
Sözlük: Rəşk =qısqanma=qısqanclıq, afitab = günəş, çərxi-dun = alçaq
asiman = həqir asiman

1
Qəzəl 40, beyt 2

1176
Nişanə 1: “Səfheyi-hüsn”: Mütəal məhbuba həsr olunmuş, bir yerdə
cəmləşən kamallar təzahürünə “səhifeyi-hüsn” demişlər.
Nişanə 2: “Xətt”: Bu beytdə: A: Mənəvi həyat əlamətindən ibarət-
dir.1
B: Hicab arxasından təzahür etdirilmiş hüsndən nişanədir.
Nişanə 3: “Rəşk”: Bu beytdə başqa bir şəxsin xeyirxahlıqla yararlı
halını arzulayan “qibtə” ünvanlı ilgidən ibarətdir.
Nişanə 4: “İkinci misra”: Dünyəvi yüksəlişlər həqirliyini təlqin edən
nişanədir. Ancaq günəşin batmaq illətinə də “hüsni-təlil” 2 baxımıyla
işarə edir.
Anlam: Dünyəvi hüsnlər mənəvi hüsnlərlə müqayisədə daha həqir və
alçaqdırlar.

Beyt 7 : Ey Füzuli, xaki-kuyi-yarə yetdim, hanı Xizr


Kim, verəm kamın, olam abi-həyatə rəhnümun.
Sözlük: Xak = torpaq, abi-həyat = dirilik suyu, rəhnümun = yol göstərən
= yol bələdçisi
Nişanə 1: “Xaki-kuyi-yarə yetmək”: Bu nişanə: A: Vəhdət ərəfə-
sində fani olmaq əlamətidir.
B: Mütəal məhbub qarşısında qul, yaxud məmlük olmaq əlamətidir.
Nişanə 2: “Abi-həyat”: Ariflər insana mənfi fanilikdən nicat verən
eşq və məhəbbət çeşməsinə abi həyat demişlər.
Qeyd 1: Həqiqi və batini həyatdan ayrılmaq mənfi fanilikdən
ibarətdir.
Qeyd 2: Rəvayətdə söylənilir ki, abi-həyat, yaxud abi Xızır, ya da
abi- bəqa şimalda “zülmət” adlı qaranlıq bir məntəqədə özəl bir
çeşmədən ibarətdir ki, guya İsgəndər onu çox axtardı, ancaq tapa
bilmədi, lakin Xızır peyğəmbər ona çatarkən suyundan içib əbədi bir
həyata nail oldu.3
Anlam: “Zülmət” adlı məntəqədə pünhan olunmuş dirilik çeşməsi,
zahiri can, yaxud bədən həyatını əbədiləşdirirsə, Füzulinin
tapdığı eşq və irfan çeşməsi isə batini dirilik, yaxud ürək
həyatını əbədiləşdirir.

1
Qəzəl 48, beyt 1
2
Qəzəl 133, beyt 5
3
Doktor Məhəmməd Moin, Fərhənge-Moin, Əlam

1177
QƏZƏL 216

(1) Cəm` könlün dövr cövründən pərişan olmasın,


Çərx fərmanınla gəzməkdən peşiman olmasın.

(2) Yer işi, gög conbeşi-rəyinlə bir dəm olmasa,


Yeddi iqlimü doquz gərdun gərdan olmasın.

(3) Bir binadır dövlətin, olmuş pənahi-xasü am,


Ol bina, yarəb, cahan olduqca viran olmasın.

(4) Qılmasa aləm muradınca mədar, olsun xərab,


Olmasa dövran sənin rəyinlə dövran olmasın.

(5) Cizginirkən dustlər kamınca fərmanində çərx,


Hakimi-təqdirdən təğyiri-fərman olmasın.

(6) Tabe olsun cümleyi-aləm sənin fərmanına,


Cümleyi-aləmdə səndən qeyri sultan olmasın.

(7) Ləhzə - ləhzə gülşəni-məhdində guya olmasa,


Bülbüli-nitqi Füzulinin xoşəlhan olmasın.

1178
Beyt 1 : Cəm` könlün dövr cövründən pərişan olmasın,
Çərx fərmanınla gəzməkdən peşiman olmasın.
Qeyd: Bu qəzəl təmamilə mürşüd həzrətinə, yaxud bəşəri simada
İlahi hüsnlər əks etdirmiş dilbərə xitab edir, şünki bütün kainatda
“ələst” 1 ilə əlaqədar təkliflər əncamını tələb etməklə mütəal məbudun
özünə də xitab etmək olur.
Nişanə 1: “Cəm`”: A: Bütün camaatı, hətta öz vücudunu unutmuş
aşiqin müşahidə nailiyyətinə “cəm” demişlər.
B: Vəhdət şəraitində şühud nailiyyətinə, yaxud xüsusi müşahidəyə
“cəm” demişlər.
C: Xarici və daxili vücudu məhbub eşqinə məğlub etməyə “cəm”
demişlər.
D: Şərif ayə “2‫“( ”هﻮ اﻟﺬﯼ اﻧﺰل اﻟﺴﮑﻴﻨﻪ ﻓﯽ ﻗﻠﺐ اﻟﻤﻮﻡﻴﻨﻴﻦ‬Onların [saliklər
və möminlər]qəlblərinə arxayınlıq nazil edən odur [Allahdır]”)
buyurduğu “səkinə” ünvanlı mərtəbədə könül razılığına, yaxud batini
toxtaqlığa “cəm” demişlər.
Nişanə 2: “Dövrü cövr”: Dövr cövrü pərişanlıq məcburiyyətindən
istiarədir.
Nişanə 3: “Pərişan”: Pərişanlıq yaradıcı məhbubun yaranmışlarda
əks etdirilmiş cilvələri ilə məşğul olmağı qənaətbəxş bilməklə məhz
həqiqətdən kənar olmaq, yaxud “təfriqə” giriftarlığından nişanədir.
Qeyd: Məhz məşğulluq, hətta ibadət və itaət məşğulluğu, təfriqəyə
giriftar edən məşğulluqdur. Əksinə hər bir xeyr iş məşğulluğunu İlahi
lütflərə bağlı bilib şükür etmək “cəm`” məşğulluğudur.
Nişanə 4: “İkinci misra”: Bütün kainatı birbəbir məna yolunda xid-
mətçi etməklə dövr cövrünə qələbə çalmaqdan nişanədir.3
Anlam: Şair bu beytdə mürşüd həzrətinə, yaxud mənəvi cazibəli
dilbərə dua etməklə:
A: Şükür etmək ünvanlı təklifinə əncam vermək istəyir.
B: İlahi təlimat və hidayətlərin davamını arzu edir.

Beyt 2 : Yer işi, gög conbeşi-rəyinlə bir dəm olmasa,


Yeddi iqlimü doquz gərdun gərdan olmasın.

1
Qəzəl 19, beyt 4
2
Quran, Fəth surəsi, 511-ci ayədən bir hissə
3
Qəzəl 2, beyt 4 (haşiyə)

1179
Sözlük: Conbeş = hərəkət = əməl, gərdun = asiman = fələk, gərdan =
dövretmə = hərəkət edici
Nişanə 1: “Yer işi göy conbeşi”: Bu nişanə təqdir qələminin hərəkət
əlamətidir.
Nişanə 2: “Yeddi iqlim və doqquz gərdun”: Bu nişanə bütün kainat,
yaxud maddi varlıq əlamətidir.
Qeyd 1: Əvvəldən axıra kimi yer üzünə yeddi iqlim demişlər.
Qeyd 2: Qədim əfsanələr, yer kürəsini də göy kimi yeddi qatlı,
yaxud yeddi mərtəbəli vəsf etmişlər.
Qeyd 3: Uzaq keçmişdə kəşf edilmiş yeddi səyyarə, həmçinin yeddi
rəng və onların bir çox misli kimi bəzi təbii amillər, yeddi sıralı ədədin
müqəddəs və mənəvi üstünlüyünə səbəb olaraq, bir çox mürəkkəb adlar
və fellər düzəlməsinə səbəb olmuşlar. O cümlədən: Yeddi mərtəbəli ürək,
yeddi qatlı asiman, yeddi dəniz, yeddi üzv (namazda yerə qoyulan
üzvlər), yeddi bətn (Quranın məfhumu), yeddi cədd, yeddi bənd, yeddi
çeşmə, yeddi peykər (Nizami-Məsnəvi) və s.
Qeyd 4: Qədim alimlər yeddi kəşf edilmiş səyyarələrin yuxarısında
“ətləs” və “fələkül-əflak” ünvanlı iki başqa fələk zənni ilə göyləri
doqquz qatlı bilmişlər.1
Anlam: “Ələst” qanunlarından, yaxud İlahi cazibələr feyzindən ay-
rılmış dünyanın məhv olması gərəklidir.

Beyt 3 : Bir binadır dövlətin, olmuş pənahi-xasü am,


Ol bina, yarəb, cahan olduqca viran olmasın.
Nişanə 1: “Dövlət”: A: “Əzəl” ünvanlı əvvəli olmayan zamana
bağlı İlahi ehsana “dövlət” demişlər.
B: Zamandan üstün olan zavalsız rəhmətə “dövlət” demişlər.
Anlam: Beyt, Qurani-Kərimin buyurduğu “2‫”و رﺣﻤﺘ ﯽ وﺱ ﻌﺖ ﮐ ﻞ ﺷ ﻴﯽ‬
(“və rəhmətim isə hər şeyi bürüyübdür”) ayəsinə
əsaslanaraq, İlahi rəhmətdən kənar varlığın, yaxud
müstəqil yaşayışın bir ləhzə də mümkün varlığını təlqin
edir. Bu məna “3‫“( ”ﮐ ﻞ ﻳ ﻮم ه ﻮ ﻓ ﯽ ﺷ ﺎن‬O hər gün [kainatda]
görünməkdədir.) ayəsinə işarə edir.

1
Doktor Məhəmməd Moin, Fərhənge-Moin, Əlam
2
Quran, Əraf surəsi, 156-cı ayədən bir hissə
3
Quran, Ər-rəhman surəsi, 29-cu ayədən bir hissə

1180
Beyt 4: Qılmasa aləm muradınca mədar, olsun xərab,
Olmasa dövran sənin rəyinlə dövran olmasın.
Anlam: Bax beyt 2.

Beyt 5: Cizginirkən dustlər kamınca fərmanində çərx,


Hakimi-təqdirdən təğyiri-fərman olmasın.
Nişanə 1: “Dust”: A: Mütəal məhbubun əql və təcrübəyə sığmaz
cilvələrini dərk etmiş aşiqə “dust” demişlər.
B: Dünya və axirət nemətlərini unudub, yalnız mütəal məbud ilə
əlaqə saxlayan aşiqə “dust” demişlər.
Anlam: Beyt, İlahi əlaqələr uzantısını, yaxud mənəvi həyat davamını
arzu edir.
Qeyd: Bir çox yol baş verə bilir ki, şükürdən qafil olmaq kimi bəzi
səhvlər, yaxud öz qul və bəndə olmasına razılıq göstərməklə insan özünü
yad etmək və ikilik xətasına giriftar olmaqla (bir məhbub bir də özü)
“fərman təğyiri” ünvanlı tənbehə bais olar.

Beyt 6: Tabe olsun cümleyi-aləm sənin fərmanına,


Cümleyi-aləmdə səndən qeyri sultan olmasın.
Nişanə 1: “Birinci misra”: “Ələst” aləmində qol çəkilmiş qanunlar
tabeliyindən nişanədir.
Nişanə 2: “Sultan”: Hüsn camallı, aşiqin əhvali-ruhiyyə mənşəyi və
əməllər səbəbi olmuş məhbubundan nişanədir.
Anlam: Beyt, bütün kainatın, xüsusilə insanların yeganə məbudun
özəl rəhmətindən, yaxud vəhdət nöqtəsindən, ya da “inna
lillah” mənşəyindən yaranmalarını, nəhayət, onların mütəal
məhbub ilə nisbətini əzizlənməyə və hifz edilməyə layiq
bilir. Elə buna görə də Şeyx Sədi bütün kainata aşiq
olmaqla, onların mütəal məhbub ilə nisbətini tanıtdırmaq
istəyir.1

Beyt 7 : Ləhzə - ləhzə gülşəni-məhdində guya olmasa,


Bülbüli-nitqi Füzulinin xoşəlhan olmasın.

1
‫ﺑﻪ ﺟﻬﺎن ﺧﺮم از ﺁﻧﻢ ﮐﻪ ﺟﻬﺎن ﺧﺮم از اوﺱﺖ‬
‫ﻋﺎﺷﻘﻢ ﺑﺮ هﻤﻪ ﻋﺎﻟﻢ ﮐﻪ هﻤﻪ ﻋﺎﻟﻢ از اوﺱﺖ‬

1181
Sözlük: Xoşəlhan = xoşavaz
Anlam: A: Beyt Füzulinin mərifət zirvəsinə nail olduğuna işarə edir.
Qeyd 1: Ləhzə - ləhzə mədh etmək isə həmd və şükür etmək kimi
mərifət mərtəbəsinin daha yüksək dərəcəsilə bağlıdır. Bir bəndə nə
qədər yaradıcı məhbubun özünü və rəhmətini yaxından düşünüb-tanıya
bilsə (mərifət) bir o qədər də mədhini və həmdini əlavə edir. Beləliklə,
mədh və həmd yaxınlıq meyvəsi tanınmış mərifət ilə bağlıdır.1
Qeyd 2: Mürşüd həzrətini mədh etmək isə mütəal məbudu mədh
etmək kimi aşiqin gərəkli təklifindən ibarətdir.
B: Füzuli, saf ürək ilə əlaqədar vasitə ilə insanın mədh və həmd
etməyini onun “ 2‫“( ”وﻟﻘﺪ ﮐﺮﻡﻨﺎ ﺑﻨﯽ ادم‬biz Adəm övladını şərəfli etdik”)
ünvanlı kəramət sahibi olduğuna əlamət bilir.
Qeyd: Şeyx Sədi insanı, heyvan ünvanlı digər mövcudlardan
fərqləndirən imtiyazı onun nitq və zikr adlı xüsusi qüvvəyə malik
olduğunda bildirmək məqsədilə “‫”ﺑﻪ ﻧﻈﻖ ادﻡﯽ ﺑﻬﺘﺮ اﺱﺖ از دواب‬
buyurmuşdur. Bu fərq, yaxud imtiyaz barədə fəlsəfə “zehn və dil” ünvanı
ilə irfan, mədh və həmd adı ilə izahlar aparmışdır.

1
Qəzəl 4, beyt 7, nişanə 2 (həmd)
2
Quran, İsra surəsi, 70-ci ayədən bir hissə

1182
QƏZƏL 217

(1) Torpaqdən götür məni, ey əşki-laləgun!


Başimdən etmə sayəni kəm, ey hübabi-xun!

(2) El tənəsindən istərəm ol kuyə getməyim,


Öz ixtiyarım ilə məni qoyma, ey cünun!

(3) Təskin bulur cigərdə hərarət sirişk ilə,


Suzi-dil ilə sinədə rahət olur füzun.

(4) Ey xuni-didə, kəsmə cigərdən təəllüqün,


Mehrin savutma sinədən, ey atəşi-dərun!

(5) Bir gün bizə səadəti-vəsl etmədin nəsib,


Bizdən götür nühusətin, ey talei-zəbun!

(6) Ol ğəmzə xəncərinə bir uğratmadın bizi,


Kəs bizdən aşinalığın, ey bəxti-vajigun!

(7) Ey çərx, qıl Füzulinin ahından ehtiraz


Kim, bir gün etməyə yedi taqini sərnigun.

1183
Beyt 1 : Torpaqdən götür məni, ey əşki-laləgun!
Başimdən etmə sayəni kəm, ey hübabi-xun!
Sözlük: Əşk = göz yaşı, hübab = köpük, xun = qan
Nişanə 1: “Torpaqdan götürmək”: A: Bu nişanə maddi bağlantılar
tör-töküntüsünə ilişib qalmış aşiqi azad etmək əlamətidir.
B: Mənəvi sərmayə ələ gətirməzdən əvvəl qurbanlıq, yaxud fədakar-
lığa boyun əymiş aşiqin üzrxahlıq etmək və yardım istəmək əlamətidir.1
C: Abır gözləmək əlamətidir.
Nişanə 2: “Əşki-laləgun”: Maddi tör-töküntüləri yuyub-batil edən
nişanədir.
Nişanə 3: “Hübabi-xun”: Qəlbi, yaxud batini dünya, təbiət və mən-
lik havasından boşaldan 2 və məcazi mahiyyəti batil edən mərtəbədən
nişanədir.
Anlam: Aşiq etiraf etməklə abrını satın almağını, həm də yeni
istedad nailiyyətini tələb edir.

Beyt 2 : El tənəsindən istərəm ol kuyə getməyim,


Öz ixtiyarım ilə məni qoyma, ey cünun!
Sözlük: Cünun = məcnunluq = divanəlik
Nişanə 1: “El tənəsi”: Bu nişanə: A: Dünyaşünas əqldən dəm vuran
şəxslərin3 sərki-danlağından ibarətdir.
B: Mənaşünas əql (eşq) vasitəsilə təcrid məqamına, yaxud vüsal
ərəfəsinə çatmış saliklərin tərbiyəvi danlağından ibarətdir.
Nişanə 2: “Kuy”: Eşq və irfan ərəfəsindən, yaxud bəşəri əql və idrak
ilə uyğunsuz hal və hərəkət şəraitindən nişanədir.
Nişanə 3: “İxtiyar”: Bu beytdə məcburiyyət qarşısında qeyd olun-
muş fəlsəfi mövzu yox, bəlkə dünyaşünas əqlin məsləhət bildiyi hərə-
kətdən, yaxud bəşəri iradə qüvvəsindən ibarətdir.
Nişanə 4: Cünun eşq qələbələrindən asılı məstlikdən nişanədir.
Anlam: Aşiq öz vücudunu bəşəri əql və ixtiyardan boşaldıb, İlahi
iradə və sifətlər ilə doldurmaq arzusu ilə:

1
Qəzəl 7, beyt 2
2
Qəzəl 1, beyt 2, nişanə 5
3
Qəzəl 93, beyt 7

1184
A: Əql əhli dikəldən məlamət ünvanlı maneələrə qalib ol-
maq istəyir.
B: Kamal zirvəsinə çatmışlar tənəsindən azad olmaq və
onlara qovuşmaq istəyir.

Beyt 3 : Təskin bulur cigərdə hərarət sirişk ilə,


Suzi-dil ilə sinədə rahət olur füzun.
Sözlük: Sirişk = göz yaşı, suzi-dil = ürək yanğısı, füzun = əlavə = artıq
Nişanə 1: “Birinci misra”: İstedadsız aşiqi irfani səmalar seyrini
davam etdirməkdən saxlayan “xəsarətli atəş” ünvanlı iztirab atəşindən
nişanədir (eşq imtahanının zahir yönü).
Qeyd: Hər bir mənəvi hərəkət isə (seyr) dünyəvi hərəkət kimi atəş
mənşəli hərarət ilə bağlıdır. Elə buna görə də ariflər ürək atəşinin art-
mağını yalvar-yaxar ilə tələb etmişlər. O cümlədən Vəhşi Bafqi demiş-
dir:
1
‫اﻟﻬﯽ ﺱﻴﻨﻪ اﯼ دﻩ ﺁﺕﺶ اﻓﺮوز در ﺁن ﺱﻴﻨﻪ دﻟﯽ و ﺁن دل هﻤﻪ ﺱﻮز‬
Nişanə 2: “İkinci misra”: İrfani səmalar seyrini davam etdirən batini
hərarətdən, yaxud faydalı atəşdən nişanədir (Eşq imtahanının batin
yönü).
Anlam: Xəsarətli atəş (zahiri müşküllər təsiri) qarşısında qalib
olaraq faydalı atəşdən bəhrələnməklə irfan səmalarının
seyri mümkün olur.

Beyt 4 : Ey xuni-didə, kəsmə cigərdən təəllüqün,


Mehrin savutma sinədən, ey atəşi-dərun!
Sözlük: Xuni-dide = qan yaş = göz yaşı, təəllüq = asılmaq = əlaqə
saxlamaq, mehr = günəş = məhəbbət, dərun = daxil = iç
Nişanə 1: “Xuni-dide”: Fiziki əngəl mahiyyətini batil edən çətinlik-
lər təsirindən nişanədir.
Nişanə 2: “Cigər”: İç vücudu doldurub yetkinləşdirən həsrət və ətəş
çətinliyindən nişanədir.
Nişanə 3: “Mehr”: Mənəvi mərtəbələr ilə tanış olmuş aşiqin öz İlahi
əslinə maraq göstərməyindən ibarətdir.
Nişanə 4: “Atəşi-dərun”: Bax beyt 3, nişanə 2

1
Vəhşi Bafqi, “Nazir və Mənzur” mənzuməsi

1185
Anlam: Bu beyt də ötən beyt kimi daxili vücudu alovlandıran
hərarəti, yaxud atəşi irfani seyrlər mənşəyi tanıtdıraraq çöl
vücud ilə iç vücudun həmahəng olmaq zərurətini bildirmək
istəyir.

Beyt 5 : Bir gün bizə səadəti-vəsl etmədin nəsib,


Bizdən götür nühusətin, ey talei-zəbun!
Sözlük: Nühusət = nəhslik = şumluq = uğursuzluq, zəbun = həqir = xar
= məğlub = aciz
Nişanə 1: “Səadəti-vəsl”: Bu beytdə aşiqi İlahi feyzlərdən vasitəsiz
bəhrələndirən mərtəbədən nişanədir.
Qeyd: İnsanları istəklərinə nail etdirən zəhmətsiz şərait mövqeiy-
yətinə “səadət” demişlər.
Nişanə 2: “ Nühusət”: Duaları təsirsiz edən qatma-qatışıq zaman,
yaxud giriftarlıq zamanına “nühusət” demişlər.1
Nişanə 3: “Talei-zəbun”: Nühusət şəraitinə giriftar olmuş bəxtdən
ibarətdir.
Anlam: Öz istedadsızlığım kimi təbii şərait nəhsliyi vüsal səadə-
tindən məhrum olmağıma bais olur.
Qeyd: Təbii şərait nəhsliyi bəşəri fikirə sığmaz hikmət ilə bağlıdır.

Beyt 6: Ol ğəmzə xəncərinə bir uğratmadın bizi,


Kəs bizdən aşinalığın, ey bəxti-vajigun!
Sözlük: Vajgun = tərsinə = başı aşağı
Nişanə 1: “Qəmzə xəncəri”: Dünyəvilik həbsindən azad olmağı
məşq etdirən, yaxud maddi çətinliklər təsirsizliyinə bais olan İlahi
feyzlərdən nişanədir.
Nişanə 2: “Bəxti-vajgun”: Bax beyt 5, (talei-zəbun)
Anlam: Bu beyt isə dünyəvi şərait nəhsliyindən şikayət edir.

Beyt 7 : Ey çərx, qıl Füzulinin ahından ehtiraz


Kim, bir gün etməyə yedi taqini sərnigun.
Sözlük: Taq = eyvan = asiman, sərnigun = tərsinə = başı aşağı

1
Qəzəl 71, beyt 4, nişanə 3 (dövri-qəmər)

1186
Nişanə 1: “Ah”: Dünyəvi ilgiləri yandırıb, külünü məhəbbət
nəsiminə tapşırmaqla aşiqi təbii qanunlar təsirindən xilas edən batini
atəşdən ibarətdir.
Nişanə 2: “Yeddi tağı sərnigun etmək”: Bu nişanə, insanların alın
yazısında təsir edici ulduzları təmamilə məğlub etmək əlamətidir.
Anlam: Aşiq 5 və 6-cı beytlərdə şikayət edici təbii şərait ilə qələbə
çalan iqtidarı yalnız öz batinindən hasil etməlidir.

1187
QƏZƏL 218

(1) Bari-möhnətdən nihali-qamətin xəm olmasın,


Başımızdan sayeyi-sərvi-qədin kəm olmasın.

(2) Hasilim rüxsarü ləlü çeşmü qəmzən olmasa,


Ömr bir an, bir nəfəs, bir ləhzə, bir dəm olmasın!

(3) Gərdi-rahin əzmi-gərdun etdi kim, bu qədr ilə,


Şöhreyi-aləm həmin İsayi-Məryəm olmasın.

(4) İltimas etdim səbadən tutiya çəkdirməyə,


Ağlama, ey göz, qübari-dərgəhi nəm olmasın.

(5) Sən tək afət gəldigin bilmişdi kim, həqdən mələk


İltimas eylərdi kim, aləmdə Adəm olmasın.

(6) Der imiş zahid ki, olmaq eybdir rüsvayi-eşq,


Bu sözü faş etməsin, rüsvayi-aləm olmasın.

(7) Ey Füzuli, zövqi-dərdi-eşqə nöqsan heyfdir,


Ehtiyat et, pənbeyi-dağində mərhəm olmasın.

1188
Beyt 1 : Bari-möhnətdən nihali-qamətin xəm olmasın,
Başımızdan sayeyi-sərvi-qədin kəm olmasın.
Sözlük: Nihal = pöhrə = körpə ağac, xəm = qövs = hilali
Qeyd : Bu qəzəl təmamilə mürşüd həzrətini, yaxud digər mənəvi va-
sitəni, ya da bəşəri simada İlahi hüsnlər əks etdirmiş gözəl dilbəri vəsf
edir.
Nişanə 1: “Bari-möhnət”: Bu beytdə aşiqi qəbz və qəhr giriftarlığın-
dan, yaxud İlahi parlamalar feyzindən məhrum edən maneələr nişanə-
sidir.
Nişanə 2: “Nihali-qamət”: Yeni hüsnlərin davam etdirilmiş
təzahüründən nişanədir.
Nişanə 3: “Sərvi-qəd”: Lütf və təlimat uzantısından nişanədir.
Anlam: Aşiq, mürşüd həzrətinə daimi nailiyyət arzu etməklə onun
təlimatından yeni faydalar və daimi bəhrələr istəyir.

Beyt 2 : Hasilim rüxsarü ləlü çeşmü qəmzən olmasa,


Ömr bir an, bir nəfəs, bir ləhzə, bir dəm olmasın!
Sözlük: Rüxsar = camal = üz, çeşm = göz
Nişanə 1: “Rüxsar”: Bu beytdə həzrəti mürşüdün aşiqi vəhdət
nöqtəsinə istiqamətləndirən gizli kamalının aşkar cilvələrindən nişanədir.
Nişanə 2: “Lə`l”: Bu beytdə “mühadisə”1 ünvanlı irfani mərtəbədə
həzrəti mürşüd ilə üz-üzə durmaq və dərdi dil etməkdən, yaxud hüzur
cilvələri ilə canlanmaqdan nişanədir.
Nişanə 3: “Çeşm”: Bu beytdə şühud məqamını tərbiyə edən
təlimatdan nişanədir.
Nişanə 4: “Qəmzə”: Bu beytdə mürşüd həzrətinin təlimatından gah
bəhrələndirən gah da məhrum edən hikmətdən nişanədir.
Anlam: Şair bu beytdə həkim Nizaminin buyurduğu həqiqi həyat-
dan, yaxud ürək həyatından bəhrələnməyi, birinci misranın
sadaladığı mərtəbələr nailiyyəti ilə mümkün olduğunu bil-
dirmək istəyir.

Beyt 3 : Gərdi-rahin əzmi-gərdun etdi kim, bu qədr ilə,


Şöhreyi-aləm həmin İsayi-Məryəm olmasın.

1
Qəzəl 36, beyt 3, nişanə 1

1189
Sözlük: Gərd = toz, rah = yol, gərdun = fələk = asiman, şöhrə = məşhur =
tanınmış = adlı-sanlı
Nişanə 1: “Gərdi-rah”: Mənaşünas gözü qüvvətləndirən qeyri maddi
səbəbdən, yaxud İlahi təlimat rayihəsindən nişanədir.
Nişanə 2: “Əzmi gərdun etmək”: Bu nişanə mələkləri bəhrələn-
dirməkdən istiarədir.
Nişanə 3: “İkinci misra”: Mənəvi yüksəlişlərə işarə edən nişanədir.1
Anlam: Mürşüd məktəbinin ərəfəsi mənəvi baxmdan Məryəm oğlu
İsa çatdığı 4-cü asiman kimi yüksəkdir.

Beyt 4 : İltimas etdim səbadən tutiya çəkdirməyə,


Ağlama, ey göz, ğübari-dərgəhi nəm olmasın.
Sözlük: Dərgəh = astana = eyvan = ərəfə
Nişanə 1: “Səba”: Həzrəti Cəbrail kimi İlahi vasitələrə “səba”
demişlər.
Nişanə 2: “Tutiya”: Bu beytdə aşiqin şühud istedadını qüvvət-
ləndirən məktəb ərəfəsindən nişanədir.2
Nişanə 3: “Ğübari-dərgəhi-nəm olmaq”: Bu nişanə tutiya nailiyyəti-
nin təxirə salınmağına bais olan bitablıq əlamətidir.
Anlam: Ey göz, çox ağlamağın, yaxud ey aşiq, səbirsizliyin tutiya
nailiyyətini saxlayan xətakarlıq kimi hesaba alınır.
Qeyd: Çox ola bilir ki, özünü mərifət zirvəsinə qaldırmış aşiqin
ağlamağı, səbirsizliyi, hətta dua etməyi xətakarlıq kimi hesaba alınır.
Çünki səbirsizlik, yaxud dua etmək, özünü bir şəxs, yaxud bir vücuda
malik bilib hacət diləməyə bərabərdir. Aydındır ki maillik təsəvvürü
məmlük, yaxud bəndə olmaqla müxalifət etməkdir. Ancaq zikr demək və
münacat etməklə öz məmlüklüyünü izhar etmək xatırladığımız duadan
başqa və fərqlidir.

Beyt 5 : Sən tək afət gəldigin bilmişdi kim, həqdən mələk


İltimas eylərdi kim, aləmdə Adəm olmasın.
Nişanə 1: “Afət”: Bu beytdə mənaşünas əql (eşq) zirvəsinə nail
etmək məqsədilə aşiqin dünyaşünas əqlinin-idrakının fəsada uğramasına

1
Qəzəl 153, beyt 2, nişanə 3
2
Qəzəl 34, beyt 3, nişanə 1

1190
bais olan gözəl dilbərdən nişanədir.
Anlam: Mələklər sənin yaranışına etiraz etdilər çünki onlar:
A: Sənin yer aləmində həmçinin əql çərçivəsində sığmamaz
olduğunu bilmişdirlər.
B: Sənin cəfakar (müsbət cəfa) olduğunu bilmişdilər.
Qeyd 1: Beyt şərif ayəyə əsaslanır ki, buyurulmuşdur: “ ‫و اذﻗﺎل رﺑﮏ‬
‫ﻟﻠﻤﻼﺋﮏ اﻧﯽ ﺟﺎﻋﻞ ﻓﯽ اﻻرض ﺧﻠﻴﻔﻪ ﻗﺎﻟﻮ اﺕﺠﻌﻞ ﻓﻴﻤﺎ ﻡﻦ ﻳﻔﺴﺪ ﻓﻴﻬﺎ و ﻳﺴﻔﮏ اﻟﺪﻡﺎء و ﻧﺤﻦ‬
1
‫[( ”ﻧﺴﺒﺢ ﺑﺤﻤﺪﮎ و ﻧﻘﺪس ﻟﮏ ﻗﺎل اﻧﯽ اﻋﻠﻢ ﻡﺎﻻ ﺕﻌﻠﻤﻮن‬Ya Məhəmməd] sənin
rəbbin mələklərə: “Mən yer üzündə xəlifə yaratdacağam” deyən vaxtda
mələklər: “Biz Sənə sitayiş etdiyimiz və Sənin təqdisinə məşğul
olduğumuz halda, aya, yer üzündə fəsad törədəcək və qan tökəcək bir
kəsi yaratmaq istəyirsənmi?” söylədilər . [Allah] buyurdu: “Həqiqətən
mənim bildiyimi siz bilməyirsiniz”).
Qeyd 2: Şair ədəbi sənət rüxsəti ilə “fəsad törədəcək” və “qan
tökəcək” sözünü dünyaşünas əqli fasidləşdirən eşq ilə, həmçinin qan
ağlamaq və qurbanlıq mərtəbəsilə əlaqədar təfsir etmişdir.

Beyt 6: Der imiş zahid ki, olmaq eybdir rüsvayi-eşq,


Bu sözü faş etməsin, rüsvayi-aləm olmasın.
Nişanə 1: “Zahid”: Eşq mərtəbələrini inkar edən nəsihətçidən
ibarətdir.
Nişanə 2: “Rüsvayi-eşq”: Mənəvi imtiyazlar, yaxud ikinci etibarlar
tanışlığı ilə dünyəvi hörmətlərdən çəkinmiş aşiqdən ibarətdir (Müsbət
rüsvaylıq).
Nişanə 3: “Rüsvayi-aləm”: Dünyəvi və mənəvi mərifət və məntiq-
dən kənar bir şəxsə “rüsvayi-aləm” demişlər (mənfi rüsvaylıq).
Anlam: Aşiqə etiraz etmiş zahid, özünün mərifətsiz və məntiqsiz
olduğunu sübut etmişdir. Beləliklə ona (zahidə) öz rüsvay-
lığını, yaxud etirazını gizlətmək məsləhətdir.

Beyt 7: Ey Füzuli, zövqi-dərdi-eşqə nöqsan heyfdir,


Ehtiyat et, pənbeyi-dağində mərhəm olmasın.
Nişanə 1: “Zövqi-dərdi-eşq”: Aşiqi mənliyindən ayırıb mücərrədlik
məqamına hazırlayan bəlalar ləzzətindən ibarətdir.

1
Quran, Bəqərə surəsi, 30-cu ayə

1191
Nişanə 2: “Pənbeyi-dağ”: A: Dünyəvi ömür möhlətində aşiqin
sağalmaz tələb və ətəş dərdinə işarə edən nişanədir.
B: Pənbeyi-dağ bədən üzvlərini tamamilə fəaliyyətsiz etməklə fiziki
əngəl mahiyyətindən xilas edən bəlalardan nişanədir.1
Anlam: Tələb və ətəş dərdinin bir ləhzə təskin tapması nəhəng bir
xəsarətə bərabərdir. Buna görə də Lisanül-qeyb Hafiz
demişdir ki:
‫ ﺕﺎ ﮐﺎم ﻡﻦ ﺑﺮ ﺁﻳﺪ‬،‫دﺱﺖ از ﻃﻠﺐ ﻧﺪارم‬
2
‫ﻳﺎ ﺕﻦ رﺱﺪ ﺑﻪ ﺟﺎﻧﺎن ﻳﺎ ﺟﺎن زﺕﻦ ﺑﺮ اﻳﺪ‬
Qeyd 1: Məbud həzrətini tanıyıb tapandan sonra hasil olmuş ətəş və
xahişə “tələb” demişlər.
Qeyd 2: Mütəal məhbub cazibələri ilə tanış olmağa “tələb mey-
vəsi”, yaxud “birinci mərifət” demişlər.
Qeyd 3: Öz batini və mənəvi ehtiyacını dərindən-dərinə tanımağa
“tələb səması”, yaxud “ikinci mərifət” demişlər.

1
Qəzəl 171, Beyt 1
2
Müəllif bu beyti “Ta Qafe-əndişe” kitabının 2-ci cildində şərh etmişdir.

1192
QƏZƏL 219

(1) Ey fəraqi-ləbi –canan, cigərim xun etdin,


Çöhreyi-zərdimi xunab ilə gülgun etdin,

(2) Cigərim qanını göz yaşına tökdün, ey dil,


Varə - varə onu Qülzüm, bunu Ceyhun etdin.

(3) Necə hüsn ilə səni Leyliyə nisbət qılayım,


Bilməyib qədrimi tərki-məni-Məcnun etdin.

(4) Söylədin kim, tutaram şad könüllərdə məqam,


Şad ikən, bu söz ilə könlümü məhzun etdin.

(5) Əhd qıldın ki, cəfa kəsməyəsən aşiqdən,


Aşiqi vədeyi-ehsan ilə məmnun etdin.

(6) Cür`ə - cür`ə mey içib, zibi-cəmal artırdın,


Zərrə - zərrə gözümün nurini əfzun etdin.

(7) Ey Füzuli, axıdıb seyli-sirişk ağlıyalı,


Eşq əhlinə fəğan etməgi qanun etdin.

1193
Beyt 1: Ey fəraqi-ləbi –canan, cigərim xun etdin,
Çöhreyi-zərdimi xunab ilə gülgun etdin.
Sözlük: Xun = qan, xunab = qanlı yaş, gülgun = qırmızı gülə oxşar =
qırmızıya çalan
Nişanə 1: “Ləbi-canan”: Yoxu var edən, yaxud mənəvi həyat
bağışlayan İlahi ilham-işarədən ibarətdir.
Nişanə 2: “Cigəri-xun etmək”: Bu nişanə yetkinlik müqəddiməsini
hazırlatmaq məqsədilə aşiqi müxtəlif sınaq-sıxıntıya giriftar etməkdən
nişanədir.
Nişanə 3: “Çöhreyi-zərd”: Seyr yolunda yorğun-arğın dayanıb dur-
maqdan nişanədir.
Nişanə 4: “Xunab ilə gülgun etmək”: Bu nişanə yorğun salikin
seyrini yenidən davamlandıran tələb çalışqanlığından ibarətdir.
Anlam: Beyt, seyr yolunun müşküllərini, həmçinin sıxıntılar məktə-
binin fiziki mahiyyəti batil edən təlimat əhəmiyyətini bildir-
məklə, “çöhreyi-zərdin Füzulinin tutubdur əşki-al” mərtə-
bəsini təkrar edir.

Beyt 2: Cigərim qanını göz yaşına tökdün, ey dil,


Varə - varə onu Qülzüm, bunu Ceyhun etdin.
Sözlük: Qülzum = dəniz = qırmızı dəniz = xəzər dənizi, Ceyhun = çay
Nişanə 1: “Birinci misra”: Fiziki əngəl mahiyyətini yuyub batil edən
müqəddimədən nişanədir.
Nişanə 2: “İkinci misra”: Özünü kamal zirvəsinə qaldırmış aşiqin
həqiqi varlığa nail olmasından nişanədir.
Nişanə 3: “Varə-varə”: Bu nişanə, qəhr və qəbz kimi çətinliklərin
hər birini, bir pilləkan kimi kamal zirvəsinə qaldıran vasitə olduğunu
bildirmək istəyir.
Anlam: Seyr mənzillərinin hər birindən bəhrələnmək bir çox
sıxıntılara dözməklə mümkün olur.
Qeyd: Hər bir mənzil xüsusi atəş ilə saliki hərəkət qabiliyyətindən
bəhrələndirir.

Beyt 3: Necə hüsn ilə səni Leyliyə nisbət qılayım,


Bilməyib qədrimi tərki-məni-Məcnun etdin.

1194
Anlam: Ey gözəl məhbub, mənim Məcnundan əlavə aşiqlik isteda-
dımı görə-görə Leyla vəfa etdiyi qədər lütfdən əsirgəyirsən.
Qeyd 1: Aşiq zahirən şikayət edirsə də batini bir şükrə işarə etmək
istəyir. Çünki Leyla, şəxsən Məcnunu əzaba salsaydı (tənbeh), onda
Məcnun yetkinliyə çatmaqla naqislik ittihamından azad olardı. Beləliklə
beyt, aşiqi Məcnundan daha üstün bildiyi kimi məşuqunda Leyladan
daha yüksək olduğunu bildirmək istəyir.

Beyt 4: Söylədin kim, tutaram şad könüllərdə məqam,


Şad ikən, bu söz ilə könlümü məhzun etdin.
Nişanə 1: “Şad könül”: A: Qaraca xasiyyətindən ayrılmaz maddə
(kəsrət) küdurətini tamamilə silib-durulmuş ürəkdən nişanədir.
B: Şad könül, həm qəbz, həm də bəst şəraitində öz razılığını bərabər
səviyyədə saxlamış ürəkdən nişanədir.
C: İkinci şad özünün küdurətsiz olduğundan, yaxud duruluğundan
razı qəlbin davamsız xoşhallığından nişanədir.
Qeyd: Şadlıq, yaxud razılıq, xalis iman əlaməti olduğundan,
Mövlana Rumi İslam Peyğəmbəri buyurduğu fərmaişin əsas-etibarı ilə
şad könülü (ürəyi) göyə-yerə sığmaz mütəal məbudun özəl evi (məqamı)
bildirmək məqsədi ilə buyurmuşdur:
‫ﮔﻔﺖ ﭘﻴﻐﻤﺒﺮ ﮐﻪ ﺣﻖ ﻓﺮﻡﻮدﻩ اﺱﺖ ﻡﻦ ﻧﮕﻨﺠﻢ هﻴﭻ در ﺑﺎﻻ و ﭘﺴﺖ‬
‫در زﻡﻴﻦ و ﺁﺱﻴﻤﺎن و ﻋﺮش ﻧﻴﺰ ﻡﻦ ﻧﮕﻨﺠﻢ اﻳﻦ ﻳﻘﻴﻦ دان اﯼ ﻋﺰﻳﺰ‬
1
‫ ﺑﮕﻨﺠﻢ اﯼ ﻋﺠﺐ ﮔﺮ ﻡﺮا ﺟﻮﻳﯽ در ﺁن دﻟﻬﺎ ﻃﻠﺐ‬،‫در دل ﻡﻮﻡﻦ‬
Nişanə 2: “Məhzun”: Məhzun bu beytdə öz naqisliyindən qüssə-
lənmiş aşiqdir.
Qeyd: Qəbz acılığını bəst şirinliyindən fərqləndirmək, yetkinləşmə-
mək və naqis olmaqdan nişanədir.
Anlam: Aşiq, öz naqisliyini etiraf etməklə (məhzun) özü üçün kamal
zirvəsinə yüksəlmək sərmayəsi hazırlamaq istəyir.

Beyt 5: Əhd qıldın ki, cəfa kəsməyəsən aşiqdən,


Aşiqi vədeyi-ehsan ilə məmnun etdin.
Nişanə 1: “Cəfa”: Aşiqi yetkinləşdirən, yaxud onun kamal zirvəsinə
yüksəldən istiqamət və istedadını üzə çıxaran tərbiyəvi qəbzlər və
qəhrlərə “cəfa” demişlər.

1
Mövləvi, Məsnəvi, birinci dəftər, beyt 2715, 2716, 2717

1195
Anlam: Aşiq cəfaları da vəfalar kimi alqışlamaqla: A: Mənəvi
mərifətinin yüksək dərəcəyə çatdığını sübut edir.
B: Vəhdət ərəfəsinə daxil olduğunu sübut edir. Çünki cəfanı
vəfadan fərqləndirmək ikilik əlamətidir.
C: Daimi şükür ünvanlı təklifdən xəbərdar olduğunu (məm-
nunluğunu) təlqin edir.
Qeyd: Hər bir cəfa yeni bir hal və mərifət bağışladığına görə hər
cəfa qarşısında özəl bir alqış və yeni bir şükür vacib olur. Bunun üçün də
Füzuli “Hər oxun bir neməti-qeyri mükərrərdir məna” buyurmuşdur.

Beyt 6: Cür`ə - cür`ə mey içib, zibi-cəmal artırdın,


Zərrə - zərrə gözümün nurini əfzun etdin.
Sözlük: Zib = zinət , əfzun = artıq = əlavə
Nişanə 1: “Cür`ə-cür`ə mey içmək”: Bu nişanə mürşüd həzrətinin
seyr etdiyi məqamlar sirrini, yaxud mənəvi cazibələrini tədricən nişan
verən mərtəbədən ibarətdir.
Nişanə 2: “İkinci misra”: Bu nişanə yavaş-yavaş əlavə edilmiş
mərifət əlamətidir.
Anlam: Beyt dünyəvi hicablar tərkini, həmçinin mənəvi məqamlar
dərkini tədric ilə məsləhət və mümkün bildirir. Buna görə də
İlahi eşq nailiyyətini gözəl bir insan simasındakı hüsnlər
qarısında fədakarlığı və özünü unutmağı məşq etməklə bağlı
bilmişlər. Bu məşqdən öncə, mənəvi eşq aləminə tərəf
istiqamətlənmiş bir aşiq, təhlükəli qaranlıq yollardan sovuşub,
birdən-birə gözü parlaq günəşə düşmüş nurdan adətsiz bir
müsafir kimi dəhşətlənməli, bəlkə də əks nəticə almalıdır.

Beyt 7: Ey Füzuli, axıdıb seyli-sirişk ağlıyalı,


Eşq əhlinə fəğan etməgi qanun etdin.
Sözlük: Sirişk = göz yaşı
Nişanə1:“Sirişk”: Aşiqin mənliyini yuyub-təmizləyən vasitədən nişanədir.
Nişanə 2: “Fəğan”: Yoxu var edən İlahi ilhamlardan xəbərdar aşiqin
ürək münacatından asılı tələb və biqərarlığından nişanədir.
Anlam: Sirişk və fəğan “ələst”1 aləminə bağlı iki dəyişilməz qanundur.

1
Qəzəl 19, beyt 4

1196
QƏZƏL 220

(1) Qıldı zülfün tək pərişan halimi xalin sənin,


Bir gün, ey bidərd, sormazsan nədir halin sənin?

(2) Getdi başından, könül, ol sərvqəddin sayəsi,


Ağla kim, idbarə tədbil oldu iqbalin sənin.

(3) Zinət üçün cism divarında etməzdim yerin,


Çəkməsəyədi eşq lövhi-canə timsalin sənin.

(4) Tiz çəkməzsən cəfa tiğin məni öldürməyə,


Öldürər axir məni bir gün bu ehmalin sənin!

(5) Ğərqi-xunabi-cigər qılmış gözüm mərdümlərin,


Arizuyi-xali-mişkinü rüxi-alın sənin.

(6) Damigahi-eşqdən tut bir kənar, ey mürği-dil,


Sınmadan səngi-məlamətdən pərü balin sənin.

(7) Sayəvəş çoxdan Füzuli xaki-kuyin yasdanır,


Ol ümmid ilə ki, bir gün ola pamalin sənin.

1197
Beyt 1: Qıldı zülfün tək pərişan halimi xalin sənin,
Bir gün, ey bidərd, sormazsan nədir halin sənin?
Nişanə 1: “Zülf”: A: Bu beytdə dünyəvi və mənəvi mübhəmlikdən
nişanədir.
B: Bu beytdə müxtəlif maneələr və hicablardan nişanədir.
Nişanə 2: “Pərişan”: Kəsrət maneələrinin, hətta yaradıcı məbudun
yaranmışlarda əks etdiyi cilvələrinin məhz həqiqət qarşısında bir hicab
kimi olduğuna “pərişanlıq” demişlər.
Nişanə 3: “Xal”: Nöqtəni açmaq və içərisini görmək mümkünsüz
olduğuna görə əqlə-idraka sığmayan gizli və görünməz vəhdət mərkəzinə
xal demişlər.
Nişanə 4: “Bidərd”: Bu beytdə mütəal məhbubun “istiğna” ünvanlı
sifətindən nişanədir.1
Nişanə 5: “İkinci misra”: “Təğafül” ünvanlı mərtəbədə kamala
çatdırmaq məqsədilə sınağa çəkilmiş aşiqin nalələrini qulaq ardına
vurmaqdan nişanədir.
Anlam: Beyt aşiqi kamala çatdıran sınaqlar zərurətini təlqin edir.

Beyt 2: Getdi başından, könül, ol sərvqəddin sayəsi,


Ağla kim, idbarə tədbil oldu iqbalin sənin.
Nişanə 1: “Sərvqəd”: Şühud nurunun ardıcıl parlamağından
nişanədir.
Anlam: Beyt maddi qurğulu hicran dünyasına atılmış aşiqin daimi
şühud nailiyyətindən məhrum olduğunu təlqin edir.

Beyt 3: Zinət üçün cism divarında etməzdim yerin,


Çəkməsəyədi eşq lövhi-canə timsalin sənin.
Sözlük: Lövh = səhifə
Anlam: Ey mehriban məbud, batinimdə əks etdirdiyin cəlalar:
A: Zahirmi də təsirləndirmiş,
B: Zahirimdə zəbt etmiş.
C: Zahirimdə güzgüyə təbdil etmişdir.
Qeyd: Zahiri vücud də digər əşyalar kimi mütəal məbuda mənsub

1
Qəzəl 30, beyt 3

1198
olmaqla əziz və hörmətlidir.1

Beyt 4: Tiz çəkməzsən cəfa tiğin məni öldürməyə,


Öldürər axir məni bir gün bu ehmalin sənin!
Sözlük:Ehmal = təxir = süstləşmək = səhlənkarlıq = boşlamaq
Nişanə 1: “Birinci misra”: Bu nişanə: A: Cəfa ünvanlı tərbiyəvi
qəhrlərdən məhrum olmağı təlqin edir.
B: Cəfa nemətindən xəbərdar olmaqla üstün mərifətə nail olduğunu
təlqin edir.
C: Ətəş ünvanlı ən önəmli imtiyazını təlqin edir.
Nişanə 2: “İkinci misra”: Bu nişanə: A: Cəfa nemətindən aşiqi
bəhrələnməyə layiqli edən “‫ ”ﻡﻮﺕﻮ ﻗﺒﻞ ان ﺕﻤﻮﺕﻮ‬sözləri ilə buyurduğu ixtiyari
ölümü, yaxud özünü unutmağı təlqin edir.
B: “Mənfi ölüm” ünvanlı batini məhrumluq əlamətidir. Ancaq bu
əlamət, yaxud bu məna digər nişanələr və məfhumlarla uyğun nəzərə
gəlməyir.
Anlam: Aşiqin həyatını mənalandıran mütəal məhbubun cəfaların-
dan (bəlalar) ibarətdir.

Beyt 5: Ğərqi-xunabi-cigər qılmış gözüm mərdümlərin,


Arizuyi-xali-mişkinü rüxi-alın sənin.
Sözlük: Xunab = qanlı yaş, mərdüm = göz bəbəyi, mişkin = qara = ətirli,
rüx = üz = camal
Nişanə 1: “Birinci misra”: Mənəm-mənəmliyini yuyub batil etmiş
aşiqin şühud tələbkarlığına işarə edir.
Nişanə 2: “Xali-mişkin”: A: Vəhdət nöqtəsindən rayihələndirən
mərtəbədən nişanədir.
B: Qaranlıqda mərifət qazanmaq imkanı yox dərəcəsinə yaxın
olduğuna görə, qara (xali mişgin) vəhdət nöqtəsilə mükəmməl tanışlığın
mümkünsüz olduğunu bildirmək istəyir.
C: Bax beyt 1, nişanə 3
Nişanə 3: “Rüxi-al”: A: Aşiqin xarici və daxili vücudunu məğlub
edən mənəvi parlamalardan nişanədir.
B: Rüxi-al: Aşiqin mənliyini batil edən İlahi camal cilvələrindən

1
Qəzəl 40, beyt 5

1199
nişanədir.
Anlam: Xali-mişkin və rüxi-al arzusu mənlik hicabından azad
olmağın müqəddiməsidir.

Beyt 6: Damigahi-eşqdən tut bir kənar, ey mürği-dil,


Sınmadan səngi-məlamətdən pərü balin sənin.
Sözlük: Damigah = dam yeri = tələ yeri = dünya, mürği-dil = ürək quşu,
səng = daş
Nişanə 1: “Damigahi-eşq”: Maddi qurğulu dünyanın məcazi hör-
mətlər və etibarlar bazarı olduğuna işarə edən nişanədir.
Nişanə 2: “Mürği-dil”: İrfan səmalarında seyrlə məşğul olmuş
ruhdan ibarətdir.
Nişanə 3: “Məlamət”: Özünü dünyəvi dikəlməkdən qorumaq istə-
yən aşiq, dünyadust insanların zənnicə sərki-danlağa layiq olduqlarından
nişanədir.
Anlam: Əql əhlinin sərki-danlağını təsirsiz etmək yalnız maddi qur-
ğulu dünya etibarlarını tam unutmaqla mümkündür.
Qeyd: Özünü unutmayan bir aşiqin dünyanı unutmağı daha çətin-
dir.

Beyt 7: Sayəvəş çoxdan Füzuli xaki-kuyin yasdanır,


Ol ümmid ilə ki, bir gün ola pamalin sənin.
Sözlük: Sayəvəş = sayə kimi, xak = torpaq, pamal = paymal = tələf
etmək
Nişanə 1: “Sayəvəş”: İçi boş qab kimi malikiyyətlər fikrindən xali
olmuş başdan nişanədir.
Nişanə 2: “Xaki-kuyin yasdanır”: Bu nişanə bəndəlik ərəfəsində
səcdəyə düşmək əlamətidir.
Nişanə 3: “İkinci misra”: Bu nişanə fanilik nailiyyətindən istiarədir.
Anlam: Səcdəyə düşmək, yaxud özlüyünü ayaq altına salmaq fanilik
nailiyyətinin əsas şərtidir.

1200
QƏZƏL 221

(1) Çeşmimi əşk ilə gənci-düri-məknun etdin,


Mərdümi-çeşmimi ehsan ilə Qarun etdin.

(2) Meyi-gülguni, dedin, əqlə ziyandır, zahid,


Bumudur əql ki, tərki-meyi-gülgun etdin?

(3) Canım aldın mey üçün, saqi, içirdin mənə qan,


Dad əlindən ki, məni al ilə məğbun etdin.

(4) Xəttinin afəti-can olduğunu bildirdin,


Lütf qıldın ki, məni vaqifi-məzmun etdin.

(5) Dil tutar mari-səri- zülfünü, vəhm eyləməyib,


Bilməzəm kim, ona təlim nə əfsun etdin.

(6) Tanımaz oldu məni tənə edən əhli-riya,


Şükr kim, halimi, ey eşq, digərgun etdin.

(7) Ey Füzuli, nə murad oldu müyəssər bilsəm,


Bunca kim, həsrəti-ləlilə cigər xun etdin?

1201
Beyt 1: Çeşmimi əşk ilə gənci-düri-məknun etdin,
Mərdümi-çeşmimi ehsan ilə Qarun etdin.
Sözlük: çeşm = göz, əşk = göz yaşı, gənc = xəzinə, düri məknun = gizli
mirvari = daha əla və qiymətli mirvari, mərdümi-çeşm = göz
bəbəyi, Qarun = Musa peyğəmbər əsrində yaşamış şöhrətbaz,
paxıl, həsud və daha sərvətli bir yəhudi.1 (Bəziləri onu [Qarunu]
Musa peyğəmbərin əmisi oğlu bilmişlər.2)
Nişanə 1: “Birinci misra”: Bəst və şühud nailiyyətindən saxlayan
keçmişlə əlaqədar maneələr, yaxud istedadsızlıqları yuyub batil edən
şəraitdən nişanədir.
Nişanə 2: “Qarun”: Qarun bu beytdə: A: Şühud hərisliyindən nişa-
nədir.
B: Dünyəvi əngəl varlığın, yaxud “təəllüq” ünvanlı bağlantıların
yerə batmağına işarə edən nişanədir.
Anlam: Aşiq həkim məhbub məsləhət bildiyi cəfaları (tənbeh) vəfa-
lar kimi təşəkkürə layiq bilməklə yüksəsk mərifətə nail ol-
duğunu işarə edir.

Beyt 2: Meyi-gülguni, dedin, əqlə ziyandır, zahid,


Bumudur əql ki, tərki-meyi-gülgun etdin?
Sözlük: Gülgun = qırmızı gülə oxşar = qırmızıya çalan
Nişanə 1: “Meyi-gülgun”: Dünyəviliyi-mənəmliyi məğlub və batil
edən nişanədən ibarətdir.3
Anlam: A: Zahid meyi-gülguna etiraz etməklə dünyaşünas əql məh-
dudluğunda giriftar olduğunu sübut edir.
B: Zahid dünyaşünas əqli müdafiə etməklə mənaşünas
əqldən qafil olduğunu sübut edir.
C: Zahid üçün meyi-gülgunu tərk etmək daha yararlıdır.
Çünki əql əhli meyi-gülgun mərtəbəsinə naməhrəmdir.

1
Doktor Məhəmməd Moin, Fərhənge-Moin, Əlam
2
Allah təala Qurani-Kərimin Qəsəs surəsinin 81-ci ayələrində buyurmuşdur: Qarun Musanın
qövmündən idi, onlara zülm etdi. Biz ona elə xəzinə vermişdik ki, açarları qüvvətli bir dəstəyə
ağır gəlirdi. Bir gün qövmü ona: “Şadlıq etmə! Çünki Allah [lovğalanıb] şadlıq edənləri dost
tutmaz” - dedi. (76-cı ayə) “Nəhayət Qarunu evi ilə birlikdə yerə batırdıq. Allah müqabilində ona
kömək edə bilən heç bir dəstə yoxdur. Özünə bir kömək edə bilmədi”. (76 cı və81-ci ayə)
3
Qəzəl 90, beyt 4, (meyi-ərğəvan)

1202
Beyt 3: Canım aldın mey üçün, saqi, içirdin mənə qan,
Dad əlindən ki, məni al ilə məğbun etdin.
Nişanə 1: “Mey”: Aşiqi maddi dünyadan xəbərsiz edən İlahi
cazibələr və mənəvi qələbələrə “mey” demişlər.
Nişanə 2: “Qan içirmək”: Sınağa çəkilmək çətinliyini, tərbiyə gör-
məyi və nəhayət, qurbanlıq məqamına hazırlaşmağı bildirən nişanədir.
Nişanə 3: “Al”: Bax nişanə 2, qan içirmək
Nişanə 4: “Məğbun etdin”: Məğbun olmaq fiziki mahiyyət acizli-
yindən xəbərdar olmaq nişanəsidir (mərifət).
Anlam: Beyt, qurbanlıq ərəfəsinə daxil olmuş aşiqin ikinci mərifət
ünvanlı xüsusi tanışlığa nail olduğunu təlqin edir.

Beyt 4: Xəttinin afəti-can olduğunu bildirdin,


Lütf qıldın ki, məni vaqifi-məzmun etdin.
Nişanə 1: “Xətt”: Aşiqi sona çatmış “əqrəb” (daha yaxın) ünvanlı
qürb məqamına çatdıran İlahi sifətlərdən nişanədir.1
Nişanə 2: “Afəti can”: Dünyaşünas əqlin fəsada uğramağına, yaxud
fiziki mahiyyətin unudulmağına bais olan gözəl dilbərdən nişanədir.
Nişanə 3: “Lütf”: Aşiqin vücudunu bəsitləşdirən İlahi diqqətdən
ibarətdir.
Nişanə 4: “Vaqifi-məzmun olmaq”: “İkinci mərifət” ünvanlı xüsusi
tanışlığa nail olmaqla bəzi əqlə -idraka sığmaz sirlərdən xəbərdar olmaq
nişanəsidir.
Anlam: Bax beyt 3, (anlam)

Beyt 5: Dil tutar mari-səri- zülfünü, vəhm eyləməyib,


Bilməzəm kim, ona təlim nə əfsun etdin.
Sözlük: Mar = ilan, səri zülf = zülf ucu
Nişanə 1: “Mari-səri-zülf”: Fiziki əngəl mahiyyətini məhvlik dərə-
cəsinə yaxınlaşdıran qəhrdən asılı lütfdən nişanədir.
Nişanə 2: “Əfsun”: Bu beytdə dünyaşünas əqli təsirsiz, yaxud məğ-
lub edən nişanədən ibarətdir.
Anlam: Beyt bəsitləşmiş batinin gizli iqtidarını təlqin etmək istəyir.

1
Qəzəl 48, beyt 1

1203
Beyt 6: Tanımaz oldu məni tənə edən əhli-riya,
Şükr kim, halimi, ey eşq, digərgun etdin.
Sözlük: Digərgun = başqalaşmış = dəyişmiş
Nişanə 1: “Digərgun hal”: Yeni hal, aşiqi keçmiş və gələcəkdən,
yaxud zamandan xəbərsiz və xilas edən ürək səmasında çaxmış
şimşəklərdən ibarətdir1 (əql və təcrübə çərçivəsinə sığmaz hal).
Nişanə 2: “Eşq”: Bu beytdə məşuq həzrətindən nişanədir. (mütəal
məbud).
Anlam: “‫”ﻡﺤ ﻮل اﻻﺣ ﻮال‬2 ünvanlı mütəal məbudun lütfünə bağlı (beyt
4) yeni hal və mənəvi həyat tapmaqla mən dünyəvi tənələr,
təcrübələr və mərifətlər çərçivəsinə sığmaz oldum.
Qeyd: Bu anlam: A: Tənə vuranlara yaxud əql əhlinin aciz
olduğuna işarə edir.
B: İçəridən dəyişilməyi (hal) İlahi lütf ilə bağlı təlqin edir. Elə buna
görə də təzə il, yaxud novruz başlanışı iman mədəniyyətində “ ‫ﻳﺎ ﻡﺤﻮل‬
‫”اﻟﺤﻮل و اﻻﺣﻮال‬: (“Ey illəri və halları yeniləşdirən [Allah]”) duası ilə
başlanır. Bu duanın qəbulluq şərti:
‫ ﺑﻪ ﺷﺮط ﻡﺰد ﻡﮑﻦ‬،‫ﺕﻮ ﺑﻨﺪﮔﯽ ﭼﻮ ﮔﺪاﻳﺎن‬
3
‫ﮐﻪ ﺧﻮاﺟﻪ ﺧﻮد روش ﺑﻨﺪﻩ ﭼﺮورﯼ داﻧﺪ‬
Beytində buyurulduğu kimi, öz ibadət-itaətinə mükafat və əvəz
istəməz bəndənin “səfa” məqamına nail olmağından ibarətdir.4

Beyt 7: Ey Füzuli, nə murad oldu müyəssər bilsəm,


Bunca kim, həsrəti-ləlilə cigər xun etdin?
Sözlük: Müyəssər = mümkün olan = asanlaşmış, xun = qan
Nişanə 1: “Həsrət”: Bu beytdə tükənməz mənəvi ətəşdən nişanədir.
Qeyd 1: Mənəvi nailiyyətlər, yaxud İlahi görüşlər hərisliyinə ətəş
demişlər.
Qeyd 2: Ətəşin miqdarı mərifətlə bərabərdir.
Qeyd 3: Çox yol baş verə bilir ki, xeyr işlər imkanını tapa bilməyən
bir şəxsin çəkdiyi həsrətin nəticəsi, nailiyyət nəticəsindən daha üstün

1
Qəzəl 42, beyt 7, nişanə 2
2
Qəzəl 37, beyt 1, nişanə 2, qeyd
3
Müəllif bu beyti “Ta Qafe-əndişe” kitabının 3-cü cildində şərh etmişdir.
4
Qəzəl 70, beyt 7, nişanə 3

1204
gələr. Elə buna görə də demişlər: Bir çox Allah evinin ziyarət həsrəti ilə
ürəyi alovlanmış yoxsul şəxs qiyamət günü həqiqi hacılar sırasına
qoşulmuş olur. Müəllif belə bir baxımla bir qəzəldə demişdir ki:
Ey əmiri-hac, çox naz etmə, həsrət neməti
Əlli min həccə bərabərdir ki vermişlər mənə.∗
Mövləvi, həsrət hikmətini açıqlamaq məqsədilə buyurmuşdur: “Öz
qəsrinin qapılarını bağlayıb bir guşədə yorğun-arğın yuxuya getmiş
Müaviyəni bir gözəl igid cildinə girmiş şeytan silkələyib-oyatmaqla, sübh
namazını qılmağa dəvət edir. Çünki o (Şeytan) haçansa keçmiş namaz
həsrətinin yüz vədə qəbul olunmuş namaza bərabər olduğunu bilirdi .1”
Nişanə 2: “Ləl”: Fiziki mahiyyəti batil etməklə, daxili həqiqi
vücudu canlandıran İlahi ilham –işarədən ibarətdir.
Nişanə 3: “Cigər xun etmək”: Məcazi mahiyyəti, xüsusilə mənəm-
mənəmliyini yuyub-batil edən həsrət və ətəşdən nişanədir.
Anlam: Seyr səmalarının cigəri-xun edən son mərtəbəsindən sonra,
onun daha hansı mərtəbləri olduğunu bilmək mümkün-
süzdür.
Qeyd: Cigər xun etmək, yaxud məcazi mahiyyəti batil etmək son
mənzildir.


Beyt Əsgər Şahinindir – Ş.F.
1
Mövləvi, Məsnəvi, 2-ci dəftər, 321-ci səhifədən 330-cu səhifəyə qədər

1205
QƏZƏL 222

(1) Şəm`i-ruyin afitabi-aləmaradır sənin,


Nuri-Həqq xurşidi-rüxsarında peydadır sənin.

(2) Sənsən ol cövhər ki, dürci-mümkinat içrə bu gün,


Mümkün olan eybdən zatın mübərradır sənin.

(3) Can verir ləlin təmənnasında min abi-həyat,


Feyzinə ləbtəşnə yüz Xizrü Məsihadır sənin.

(4) Sərvü gül nəzzarəsin neylər sənə heyran olan


Kim, qədin sərvü rüxün gülbərgi-rənadır sənin.

(5) Razi-eşqin xəlqdən qılmaq nihan mümkün degil,


Aşiqin ol vəchdən aləmdə rüsvadır sənin.

(6) Qıldı şövqün əşk qəvvası gözüm mərdümlərin,


Ey düri-tər, mənzilin guya bu dəryadır sənin.

(7) Cümlə afaq əhldən çəkmiş təəllüq damənin,


Ta Füzuli xəstəyə vəslin təmənnadır sənin.

1206
Beyt 1: Şəm`i-ruyin afitabi-aləmaradır sənin,
Nuri-Həqq xurşidi-rüxsarında peydadır sənin.
Sözlük: Ruy = üz = camal, afitab = günəş, aləmara = aləmi zinətləndirən,
rüxsar = üz = camal
Nişanə 1: “Şəm`i ruy”: Aşiqi bəşəri səviyyədən İlahi mərtəbəyə
yüksəldən mütəal məhbubun təcəlli nurundan, yaxud bir gözəl bəndə
camalında parlayan Allah ziyalarından, ya da mürşüd həzrətinin lütf və
rəhmətindən nişanədir.
Nişanə 2: “Afitabi-aləmara”: A: Günəşli-aylı dünyanı işıqlandıran
nur vasitəsindən, yaxud şərif ayənin buyurduğu
“1‫“( ”اﷲ ﻧﻮر اﻟﺴﻤﺎوات و اﻻرض‬Allah, göylərin və yerin nurudur”) ehsanından
nişanədir.
Qeyd: Nurdan bəhrələnməyən bir şeyin görünməyi mümkünsüzdür.
Demək hər bir gözə çarpan şeyin nurdan, yaxud İlahi ehsandan
bəhrələnməyinə görə məhəbbətə layiq olduğu sübut olur. Elə buna görə
də ulu Şeyx Sədi buyurmuşdur:
‫ﺑﻪ ﺟﻬﺎن ﺧﺮم از ﺁﻧﻢ ﮐﻪ ﺟﻬﺎن ﺧﺮم از اوﺱﺖ‬
‫ﻋﺎﺷﻘﻢ ﺑﺮ هﻤﻪ ﻋﺎﻟﻢ ﮐﻪ هﻤﻪ ﻋﺎﻟﻢ از اوﺱﺖ‬
B: Afitabi-aləmara, həzrət mürşüd kimi kamil insanın İlahi cəlalar
ilə dolu ürəyindən nişanədir.
C: Afitabi-aləmara, islam peyğəmbərinin kamil əqlindən nişanədir.2
Nişanə 3: “Xurşidi-rüxsar”: Bax şəm`i-ruy (Beyt 1).
Anlam: Şərif ayədə “‫“( ”ﮐ ﻞ ﻳ ﻮم ه ﻮ ﻓ ﯽ ﺷ ﺎن‬O hər gün [kainatda]
görünməkdədir) buyurulduğu kimi, dünya təfərrüatında və
bütövlüyündə hər ləhzə mütəal məbud camalından nur
almaqla varlığını davam etdirir.
Qeyd 1: Bütün insanlara, hətta dağ-daş kimi cansız yaranmışlara
lazım gəlir ki, varlıq bağışlayan İlahi nur qarşısında təşəkkür edərək
hörmət gözləsinlər. Bu hörmət və təşəkkür və təlqin məqsədilə Qurani-
Kərim buyurmuşdur:“ ‫ﻳﺴﺒﺢ اﷲ ﻡﺎ ﻓﯽ اﻟﺴﻤﺎوات و ﻡﺎ ﻓﯽ اﻻرض ﻟﻪ اﻟﻤﻠﮏ و ﻟﻪ اﻟﺤﻤﺪ و‬
3
‫“( ”هﻮ ﻋﻠﯽ ﮐﻞ ﺷﯽ ﻗﺪﻳﺮ‬Göylərdə və yerdə olan hər şey Allahı təsbih edir.
Hökmranlıq Ona aiddir. Həmd təmamilə Ona məxsusdur. O hər işə
qadirdir”).
Qeyd 2: Beyt bütün dünyanın gözəlliyini və bütün gözəlliklərin

1
Quran, Nur surəsi, 35-ci ayə
2
Qəzəl 33, beyt 2
3
Quran, Təğabun surəsi, 1-ci ayə.

1207
mütəal məhbuba mənsub olduğunu təlqin edir.
Qeyd 3: İrfan və fəlsəfə deyilmişkən, ariflər o cümlədən Mövləvi,
Kərbəla meydanında baş vermiş hadisələrin yaramaz olduğunda özünü
qərq etməyir, bəlkə O (Mövləvi) bir halda ki qan tökən qoşun zülmünü
məlamət və məhkum edir, Kərbəla şəhidlərinin eşqbazlıq, canbazlıq və
fədakarlıqlarının gözəl olduğunu görmək və göstərmək istəyir. Belə bir
baxımla həzrəti Zeynəb “Kərbəla hadisələrində gözəllikdən başqa bir şey
görmədim” buyurdu. Bu mənanı təlqin etmək məqsədilə “Tacüşşüəra”
Yəhyəvi buyurmuşdur:
“Bir aşiq ola, istədiyi yarı uzaqda,
Dildar evinə əzm edə eşq ətri damaqda,
Bu yolda tikan nizəsi sancılsa ayaqda,

Barmağına daş dəysə daşın qəhrini bilməz,


Müstəğriq olan eşqə tikan zəhrini bilməz.

Çün xaneyi-dildarə gedirdi şühədalar,


Bilməzdi ki, dəydi hara şəmşiri-cəfalar,
Mislinki dəyir təxtənin üstə o yaralar.

Hər fərd şəhidi ki at üstən yerə düşdi,


Qoydu qədəmin, xaneyi-dildarə yetişdi.”

Beyt 2: Sənsən ol cövhər ki, dürci-mümkinat içrə bu gün,


Mümkün olan eybdən zatın mübərradır sənin.
Sözlük: Dürc = sandıqça = cəvahir və ətir sandıqçası, mümkinat =
varlığı və yoxluğu öz zatına bağlı olmayan əmrlər, məfhumlar
və mövcudlar, mübərra = ittihamsız = pak
Nişanə 1: “Gövhər”: Öz vücudunu İlahi mənalar və sifətlərlə xəzinə
etmiş mürşüd həzrətindən nişanədir.
Nişanə 2: “Dürci-mümkinat”: Bu beytdə mütəal məbudun nuruna
bağlı maddi qurğulu dünyadan nişanədir.
Anlam: Beyt həzrət mürşüdün müqəddəsliyini təlqin edir.

Beyt 3: Can verir ləlin təmənnasında min abi-həyat,


Feyzinə ləbtəşnə yüz Xizrü Məsihadır sənin.
Sözlük: Abi-həyat = dirilik suyu, Məsiha = Məryəm oğlu İsa peyğəmbər

1208
Nişanə 1: “Lə`l”: Yoxu var edən İlahi ilham-işarədən nişanədir.
Nişanə 2: “Abi-həyat”: Bu beytdə dünyəvi varlığı davam etdirən
nailiyyətdən nişanədir.1
Nişanə 3: “Feyz”: A: Mütəal məbudun əvəzsiz ehsanına “feyz” de-
mişlər.
B: Bütün yaranmışların varlığını dəmbədəm yeniləşdirməklə onların
həyatını davam etdirən İlahi lütfə “feyz” demişlər.
Nişanə 4: “Xizr”: Bu beytdə dünyəvi kamal nailiyyətindən nişanə-
dir.2
Qeyd: Xizr sözü yaşıllıq mənasını təlqin etməklə dünyəvi həyatın
dəmbədəm yeniləşmək və davam etməyinə işarə edir (dirilik uzanışı).
Nişanə 5: “Məsiha”: Şərif ayə “‫”و اذ ﺕﺨﺮج اﻟﻤﻮﺕﯽ ﺑﺎذﻧﯽ‬3 ([“Ey Məryəm
oğlu İsa] ölüləri Mənim iznimlə [qəbirdən diri] çıxardırdın”4) buyurduğu
əsasda dünyəvi həyat bağışlayan vasitədən nişanədir.
Anlam: Bir çox Xizr və Məsiha kimi öz kamalından ehsan etmiş
peyğəmbərlər ləl ehsanından bəhrələnməyə möhtacdırlar.

Beyt 4: Sərvü gül nəzzarəsin neylər sənə heyran olan


Kim, qədin sərvü rüxün gülbərgi-rənadır sənin.
Sözlük:Nəzzarə = tamaşa etmək = baxmaq= nəzər, gülbərg = gül yarpağı
Nişanə 1: “Sərv”: Bu beytdə davam etdirilmiş dünyəvi tənasüblər və
məcazi yüksəlişlərdən nişanədir.
Nişanə 2: “Gül”:Ürək açan dünyəvi hüsnlərdən nişanədir.
Nişanə 3: “Heyran”: Bəşəri əql və idrak acizliyini sübut etmiş fikir
dayandıran sərgərdanlıqdan nişanədir.
Nişanə 4: “Qədi-sərv”: İlahi hüsnlərin ard-ardınca zühur etməyin-
dən nişanədir.
Nişanə 5: “Rüx, gülbərgi rəna”: Ürək açan şühud nurunu ehsan
etmiş İlahi camaldan nişanədir.
Anlam: Mənəvi hüsnlərdən xəbərdar aşiqin zavala uğramış dünyəvi
həqir hüsnlərlə məşğul olmağı mümkünsüzdür.

1
Qəzəl 215, beyt 7
2
Qəzəl 215, beyt 7
3
Quran, Maidə surəsi 110-cu ayədən bir hissə
4
Qəzəl 112, beyt 2, anlam, qeyd 1

1209
Beyt 5: Razi-eşqin xəlqdən qılmaq nihan mümkün degil,
Aşiqin ol vəchdən aləmdə rüsvadır sənin.
Sözlük: Raz = sirr, nihan = pünhan = gizli, vəch = cəhət = yol = üz
Nişanə 1: “Razi-eşq”: İç vücudda gizlənmiş ruhdan daha lətif olan
İlahi müşahidə mərkəzilə əlaqədar özəl əhval-ruhiyyədən ibarətdir.
Nişanə 2: “Rüsva”: Vəhdət rayihəsilə məna mülkünə tərəf istiqa-
mətlənmiş aşiqin kəsrət nemətlərindən, yaxud məcazi etibarlardan nifrət
etməyinə, nəhayət, ictimai hörmətlərdən çəkinməyinə “rüsvaylıq”
demişlər.
Anlam: Şeyx Sədi demişkən, eşq sirrini ürəkdə pünhan etmək odu
ipək dəsmalda gizlətmək kimi mümkünsüzdür.1

Beyt 6: Qıldı şövqün əşk qəvvası gözüm mərdümlərin,


Ey düri-tər, mənzilin guya bu dəryadır sənin.
Sözlük: Əşk = göz yaşı, qəvvas = üzgüçü, mərdüm = göz bəbəyi
Nişanə 1: “Şövq”: A: Aşiqin batininə daxil olan dünyəvi ilgiləri və
məhbub fikrindən başqa mövcud duyğuları yandırıb kül edən təəb
atəşindən ibarətdir.
B: Şövq məhəbbətin meyvəsidir.
Nişanə 2: “Əşk”: Aşiqin fiziki mahiyyətini yuyub –təmizləyən
biqərarlıqdan nişanədir.
Nişanə 3: “Göz mərdümi”: Şühud nurunu tələb edən biqərar qüvvə-
dən nişanədir.
Nişanə 4: “Düri-tər”: Keçmiş əməllər ilə əlaqədar hicabları aradan
qaldıran şühud tələbi ilə müvəffəq məbud lütfündən, yaxud mürşüd
hidayətindən nişanədir.
Nişanə 5: “Dərya”: Maddi vücudun məhz mənəvi varlığa söykənmiş
şühud nailiyyətinə layiq qüvvəsindən ibarətdir.
Anlam: Aşiq şühud nailiyyətinə hazırladığı istedadını təqdim etmək
istəyir.

Beyt 7: Cümlə afaq əhldən çəkmiş təəllüq damənin,


Ta Füzuli xəstəyə vəslin təmənnadır sənin.

1
‫ﻡﺎ هﻴﭻ ﻧﮕﻔﺘﻴﻢ و ﺣﮑﺎﻳﺖ ﺑﺪر اﻓﺘﺎد‬ ‫در ﺱﻮﺧﺘﻪ ﭘﻨﻬﺎن ﻧﺘﻮان داﺷﺘﻦ ﺁﺕﺶ‬

1210
Sözlük: Afaq-afaqlər = dünya, təəllüq = ürək bağlamaq = asılmaq = hər
bir şey ki, onunla əlaqə saxlamaq mümkündür.
Nişanə 1: “Birinci misra”: Bu misra, dünyəvi bağlantıları qat-qat
soyunmasına, mücərrədlik, yaxud fərdlik məqamına nail olmaqdan
nişanədir.
Nişanə 2: “Xəstə”: A: Xarici hicablardan xilas olmuş aşiqin, öz
cismi hicablarını (vücud duyğularını) bir-bir soyunmasıyla “xəstəlik”
demişlər.
B: Qurbanlıq məqamına müqəddimə hazırlamış aşiqə “xəstə”
demişlər.
Nişanə 3: “Vəslin təmənnası”: Məbud fikrindən başqa fikir-xəyalı
şühud nurunda məhv etmiş tələbdən nişanədir.
Nişanə 4: “Vəsl”: Bu beytdə aşiq ilə məşuq arasındakı fasiləni, ya-
xud, hicabları yox dərəcəsinə çatdıran mərtəbədən nişanədir.
Anlam: Vüsal nailiyyətini tələb edən bir aşiq Füzuli kimi şəxsi və
ümumi qatqılardan1 azad olmalıdır.

1
Qəzəl 142, beyt 1

1211
QƏZƏL 223

(1) Öylə rənadır, gülüm, sərvi-xuramanın sənin


Kim, görən bir gəz olur, əlbəttə, heyranın sənin.

(2) Kakilin tək başına cizginmək ustər xatirim,


Ey mənü yüz mən kimi sərgəştə qurbanın sənin.

(3) Arizin dövründə cəmiyyətdən olsun naümid


Olmayan aşüfteyi-zülfi-pərişanın sənin.

(4) Çün əcəbdir lə’lə guyalıq, nə möcüzdür bu kim,


Eylər izhari-süxən lə’li-dürəfşanın sənin.

(5) Çərx yayından atıldı qəsdimə tiri - əcəl,


Leyk ondan tizrək təprəndi müjganın sənin.

(6) Daği-hicranın odun bənzətmək olmaz duzəxə,


Olmasın kafər əsiri-daği-hicranın sənin.

(7) Ey Füzuli, öylə kim, bimari-dərdi-eşqsən,


Yoxdürür ölməkdən özgə hiç dərmanın sənin.

1212
Beyt 1: Öylə rənadır, gülüm, sərvi-xuramanın sənin
Kim, görən bir gəz olur, əlbəttə, heyranın sənin.
Sözlük: Xuraman = naz və təkəbbürlə addım atan
Nişanə 1: “Gül”: Mənəvi hüsnlər əks etdirməklə ürəyi bəst
məqamına nail edən dilbərə “gül” demişlər.
Nişanə 2: “Sərvi-xuraman”: Aşiqi biqərar edən cazibələrini davam
etdirmiş canandan nişanədir.
Qeyd: Canan mütəal məbudun özü, yaxud mürşüd həzrəti, ya da
bəşəri simada İlahi hüsn əks etdirmiş dilbərdən ibarətdir.
Nişanə 3: “Heyran”: Öz başında yerləşmiş əqlini-idrakını mənəvi
hüsnlər qarşısında quru bir ağac kimi aciz və karsız bilmiş aşiqə “hey-
ran” demişlər.
Qeyd 1: Ürəkdə yerləşmiş eşq ünvanlı həqiqi əqlin zühur və fəa-
liyyət şərti başdakı aciz əql həbsindən xilas olmaqdır. Çünki əql ilə eşqi,
yaxud iki əqli bir vücudda yerləşdirmək yalnız peyğəmbərlər və imam-
lara mümkündür. Çünki onlar dünyada varkən yoxdurlar.1
Qeyd 2: Eşq mərtəbəsinə yüksəlmək şövqü ilə başda yerləşmiş əql-
dən bir müqəddimə kimi istifadə etmək gərəkli olduğundan, ariflər əqlin
özünü deyil, bəlkə də onun çərçivəsində məhdud olmağı tənqid etmişlər.
Anlam: İlahi cazibələrdən xəbərdar aşiq, əqlindən-idrakından, ya-
xud özlüyündən xəbərsiz olmalıdır.

Beyt 2: Kakilin tək başına cizginmək ustər xatirim,


Ey mənü yüz mən kimi sərgəştə qurbanın sənin.
Sözlük: Kakil = kəkil, sərgəştə= sərgərdan =avara= heyran
Nişanə 1: “Kakil”: Kakil, küdurətli maddədə əks etdirilmiş İlahi
camal cəlalarından ibarətdir.
Nişanə 2: “Xatir”: Bu beytdə İlahi əhval yerləşmiş ürəkdən
nişanədir.2
Nişanə 3: “Sərgəştə”: İlahi əzəmətlər önündə əqlini-idrakını karsız
hiss etməklə heyran olmuş aşiqdən ibarətdir.
Nişanə 4: “İkinci misra”: Bu misra qurbanlıq məqamına sərmayə
hazırlamaq çətinliyinə işarə edir.3

1
Qəzəl 1, beyt 5
2
Qəzəl 121, beyt 5
3
Qəzəl 7, beyt 2, nişanə 1

1213
Anlam: Mənim də qəlbim bütün kainat kimi vəhdət nöqtəsinin ətra-
fını sərgərdan dolanmaqla:
A: “Təvaf” ünvanlı ziyarət feyzindən bəhrələnmək istəyir.
B: Təvaf ünvanlı təklifini əda etmək istəyir.1
C: Öz İlahi olan əsli vətənindən rayihələnmək istəyir. Bu
rayihədən xəbərdar olduğuna görə buyurmuşdur ki:
Məskənin bəzmgahi-vəhdətdir
Ey Füzuli, bu xakdandan keç

Beyt 3: Arizin dövründə cəmiyyətdən olsun naümid


Olmayan aşüfteyi-zülfi-pərişanın sənin.
Sözlük: Ariz = camal = surət = sima, aşüftə = pərişan
Nişanə 1: “Ariz”: Aşiqin ürəyində iman nurunu təzahür etdirmək
səbəbi ilə bəzi mənəvi sirləri açıb-ağardan İlahi cilvələrdən nişanədir.
Nişanə 2: “Cəmiyyət”: Bu beytdə: A: Qəhrləri lütflərdən asılı bilmiş
aşiqin rizalı qəlbinə nazil olunmuş “səkinə” ünvanlı arxayınlıq və
toxtaqlıqdan nişanədir.2
B: Özünü unutmuş aşiqlərə qoşulmaqdan nişanədir.
Nişanə 3: “Aşüftə”: İlahi təcəllilər önündə əqlini-idrakını karsız hiss
edən həyacana gəlmiş aşiqdən nişanədir.
Nişanə 4: “Zülfi-pərişan”: Bu beytdə İlahi cəlaları cürbəcür təzahür
etdirməklə vəhdət nöqtəsinə hidayət edən kəsrətdən nişanədir.
Anlam: 1-Dünyaşünas əql və idrak məhdudluğundan xilas olmayan
aşiqin:
A: İlahi camal ətrafını almış cəlalardan bəhrələnməyi müm-
künsüzdür.
B: İlahi camal nurundan bəhrələnməyi mümkünsüzdür.
C: Arizin hökumət etdiyi əsrdə (eşq mülkündə) “səkinə”
məqamına nail olmağı mümkünsüzdür.
2-Hər bir yaranmışda yaradıcı cilvəsini görə bilməyən
insanın cəmiyyət, yaxud səkinə məqamına nail olmağı

1
Qəzəl 133, beyt 3
2
Qəzəl 154, beyt 1

1214
mümkünsüzdür. Burada fəlsəfə də irfan kimi dərin
mübahisələr açmaqla ətraflı izahlar etmişdir. O cümlədən:
A: Tales hər bir şeyi İlahi sirlər sandığı bilməklə kəsrətin
vahid istiqamətini, yaxud cəmiyyət formalı vəhdətini sübut
etmək istəyir.1
B: Spinoza bütün aləmi İlahi sifətlər güzgüsü görməklə
kəsrətin vahid bir təklif ifaçısı olduğunu sübut etmək
istəyir.2

Beyt 4: Çün əcəbdir lə’lə guyalıq, nə möcüzdür bu kim,


Eylər izhari-süxən lə’li-dürəfşanın sənin.
Sözlük: Guyalıq = danışıq = nitq, süxən = söz, dürəfşan = dürsəpən =
gözəl danışan
Nişanə 1: “Lə`l”: Fiziki mahiyyətini batil etməklə batini həyatı
canlandıran, yaxud yoxu var edən ilham-işarədən ibarətdir.
Nişanə 2: “İzhari-süxən”: Bəşəri şüurda sığmaz “mütəkəllim” ün-
vanlı İlahi özəl sifətdən ibarətdir.
Nişanə 3: “Lə`li dürəfşan”: Aşiqi bəndəlik ərəfəsinə istiqamətləndi-
rən nişanədən ibarətdir.
Anlam: Səssiz-səmirsiz danışmaq (ilham), beləliklə yoxu var etmək,
yaxud yeni həyat bağışlamaq, daha möcüzəli və qəribə bir
işdir.

Beyt 5: Çərx yayından atıldı qəsdimə tiri - əcəl,


Leyk ondan tizrək təprəndi müjganın sənin.
Sözlük: Leyk = lakin, müjgan = kipriklər
Nişanə 1: “Müjgan”: Şühud aləminə pəncərə açmaq məqsədilə ürəyi
yaran İlahi qəmzə satmaqlardan nişanədir.
Anlam: Beyt “ələst” aləmində qol çəkdiyi əhdnaməyə vəfadar aşiqin
əcəl adlı müəyyən ölümdən öncə “iradi ölüm”, yaxud islam
peyğəmbərinin buyurduğu “‫ ”ﻡﻮﺕ ﻮ ﻗﺒ ﻞ ان ﺕﻤﻮﺕ ﻮا‬mərtəbəsinə
nail olmağa işarə edir.

1
Bertran Rassel, Tarixe-fəlsəfeye-qərb, Nəcəf Dəryabəndərinin tərcüməsi, səh. 59
2
Fredrik Kpilton. Spinoza, Məhəmməd Həkkakın tərcüməsi, səh. 106

1215
Beyt 6: Daği-hicranın odun bənzətmək olmaz duzəxə,
Olmasın kafər əsiri-daği-hicranın sənin.
Sözlük: Duzəx = cəhənnəm
Nişanə 1: “Daği hicran”: Hicran dağı bu beytdə qəlbi çulğalayan
qeyri maddi alovlardan ibarətdir.
Nişanə 2: “İkinci misra”: Bu misra kafirin zəif və layiqsiz olduğuna
işarə edir.
Anlam: Beyt hicran atəşinin cəhənnəm atəşindən daha yandırıcı
olduğunu təlqin edir.
Qeyd: Ariflərin nəzərincə hər bir maddi vücud, mənəvi müəyyən bir
vücuda örnək olduğu kimi cəhənnəm atəşi də hicran atəşindən xırda bir
nümunədir.

Beyt 7: Ey Füzuli, öylə kim, bimari-dərdi-eşqsən,


Yoxdürür ölməkdən özgə hiç dərmanın sənin.
Nişanə 1: “Bimar”: Cismi duyğularını, yaxud fiziki mahiyyətini
süqut mərhələsinə çatdırmaqla batini həyat nailiyyətinə, yaxud qurbanlıq
məqamına müqəddimə hazırlamış aşiqə “bimar” demişlər.
Nişanə 2: “Dərdi-eşq”: Tələb və ətəş atəşində alovlanan qəlbin
tükənməz iztirabından nişanədir.
Nişanə 3: “Ölmək”: bax beyt 6, anlam (iradi ölüm).
Anlam: İztirab əzabından xilas olmaq, yaxud səkinə məqamına çat-
maq:
A: İradi ölüm ilə mümkündür.
B: Müəyyən ölümdən öncə, yaxud dünyəvi ömür möhlətin-
də mümkünsüzdür.

1216
QƏZƏL 224

(1) Qıymadın sakini-kuyin olana peykanın,


Bir içim su ilə ağırlamadın mehmanın.

(2) Navəki-qəmzə dəriğ eyləmə aşiqlərdən,


Kəsmə ərbabi-vəfadən nəzəri-ehsanın.

(3) İstəyin can idi, xaki-dərinə tapşırdım,


Yetdi ol xud yerinə şimdi nədir fərmanın?

(4) Cana yetdim ələmi-hicrin ilə, ey zalim,


Rəhm qıl canın üçün var isə bir dərmanın.

(5) Dadxahəm sənə, damən nə çəkərsən məndən,


Yoxmu vəhmin ki, tutam həşr günü damanın?

(6) Zalim olsan nə əcəb, yox sənə duzəx vəhmi,


Sənə xud yetməyəcəkdir sənin öz hicranın.

(7) Vəsl əyyami rəvan yarə fəda eyləmədin,


Ey Füzuli, qəmi-hicran ilə çıxsın canın.

1217
Beyt 1: Qıymadın sakini-kuyin olana peykanın,
Bir içim su ilə ağırlamadın mehmanın.
Sözlük: Peykan = ox ucu
Nişanə 1: “Sakini-kuy”: Mütəal məbudu bütün özünün vücuduna
hətta iradə - ixtiyarına məhz malik tanımış aşiqin səcdəsindən ibarətdir.
Nişanə 2: “Peykan”: Ürəyi həm parçalayan, həm də özəl həyat və
mərifətə nail edən İlahi qəmzə satmaqlardan nişanədir.
Nişanə 3: “Su”: Quran icmalçıları, şərif ayədə “ ‫ﻳﺨﺮج اﻟﺤﯽ ﻡﻦ اﻟﻤﻴﺖ و‬
1
‫[“( ”ﻡﺨﺮج اﻟﻤﻴﺖ ﻡﻦ اﻟﺤﯽ‬Allah təala] dirini ölüdən və ölünü diridən
yaradır”) buyurulduğuna əsaslanaraq batini həyat və mənəvi mərifətə
“su” demişlər.
Qeyd: Su nişanəsi oxun ucuna zəhərli su çiləməyə işarə etməklə za-
hiri həyatın qəti məhvliyini (unudulmağını) batini varlığın canlanmağı-
nıda “əzdad” bəhsi açıqlamış kimi2 təlqin edir.
Anlam: A: Beyt istedadsız aşiqin İlahi qəmzələrə möhtac olduğunu
təlqin edir.
B: Beyt, istedadlı aşiqin İlahi qəmzələr tələbini təlqin edir.

Beyt 2: Navəki-qəmzə dəriğ eyləmə aşiqlərdən,


Kəsmə ərbabi-vəfadən nəzəri-ehsanın.
Sözlük: Navək = ox, dəriğ = əsirgəmək
Nişanə 1: “Navəki-qəmzə”: Aşiqin bağrını yararaq onun qəlbində
qorxu ilə ümid törədən həkim məbudun rəhmətinə bağlı qəzəbindən
nişanədir.
Nişanə 2: “Ərbabi-vəfa”: “Ələst” aləmində qol çəkilmiş öhdəlik
sənədinə dəqiqliklə əməl etmiş aşiqlərdən ibarətdir.
Nişanə 3: “Ehsan”: Birinci beytdə qeyd olunmuş “peykan” nişanəsi-
ni yenidən təkid edən mərtəbədən nişanədir.
Anlam: Bax beyt 1 (b - anlam)

Beyt 3: İstəyin can idi, xaki-dərinə tapşırdım,


Yetdi ol xud yerinə şimdi nədir fərmanın?
Sözlük: Xak = torpaq, dər = qapı, xud = öz

1
Quran, Ənam surəsi, 95-ci ayədən bir hissə
2
Qəzəl 3, beyt 2

1218
Nişanə 1: “Can”: Bu beytdə “bədən canı” adlı qurbanlıq sərmayə-
sindən ibarətdir.
Nişanə 2: “Xaki-dər”: Səcdəyə düşmüş aşiqi fanilik məqamına nail
edən vəhdət ərəfəsindən ibarətdir.
Anlam: Beyt öz İlahi əməllərinə həqiqi mərifət tapmış aşiqin tələb-
karlığını təlqin edir.1

Beyt 4: Cana yetdim ələmi-hicrin ilə, ey zalim,


Rəhm qıl canın üçün var isə bir dərmanın.
Nişanə 1: “Cana yetdim”: Cana yetmək, qurbanlıq, yaxud fanilik
məqamına hazırlaşmaqdan nişanədir.
Nişanə 2: “Ələmi hicr”: Canan cazibələrini qəlbində mühafizə etdiyi
halda müşahidə nurundan məhrum olmuş aşiqin həsrətindən nişanədir.
Nişanə 3: “Zalim”: Mənəvi həqiqətləri istedadsız aşiqdən gizli
saxlayan vasitədən ibarətdir (müsbət zülm).
Qeyd: Çox ola bilər ki, aşiq həyəcan, hicran və məcnunluq vəziyyə-
tində mürşüd həzrətini, yaxud digər İlahi vasitəni, ya da məhbub həzrə-
tini cəfakar və zalım kimi istiarələr ilə xitab etsin.2 (şəth).
Nişanə 4: “İkinci can”: A: Həzrəti mürşüdün, ya digər İlahi vasitə-
nin canından ibarətdir.
B: Mütəal məhbub ixtiyarında olan zahiri və batini canlardan
ibarətdir. Demək bütün canların həqiqi sahibi və maliki Allah-təaladır.

Beyt 5: Dadxahəm sənə, damən nə çəkərsən məndən,


Yoxmu vəhmin ki, tutam həşr günü damanın?
Sözlük: Dadxah = şikayətçi = məzlum, damən = daman = ətək
Nişanə 1: “Damən çəkmək”: Özünü saxlamaq və pəhriz etməkdən
nişanədir.
Anlam: Beyt aşiqin şəth şəraitində etdiyi giley-etirazını təlqin etmək
istəyir.3
Qeyd: Adi halda mütəal məhbuba etiraz etmək kafirliklə bərabərdir.

1
Qəzəl 80, beyt 5
2
Qəzəl 24, beyt 1
3
Qəzəl 24, beyt 1

1219
Beyt 6: Zalim olsan nə əcəb, yox sənə duzəx vəhmi,
Sənə xud yetməyəcəkdir sənin öz hicranın.
Sözlük: Duzəx = cəhənnəm
Anlam: Beyt: A: İlahi sifətlər vahidliyini, o cümlədən cəfa ilə vəfa-
nın, yaxud qəhr ilə lütfün fərqsiz və eyni olduğunu təlqin
edir.
B: Cəhənnəm əzabının hicran əzabından xırda bir örnək
olduğunu təlqin edir.
C: Məşuq vücudunun həqiqi behişt olduğuna işarə etməklə
behiştin (məşuqun) cəhənnəmdən vəhmsiz olduğunu təlqin
edir.

Beyt 7: Vəsl əyyami rəvan yarə fəda eyləmədin,


Ey Füzuli, qəmi-hicran ilə çıxsın canın.
Nişanə 1: “Vəsl əyyamı”: A: Maddi qurğulu hicran dünyasına atıl-
madan əvvəl qeyri maddi ülvi aləmdə təcrübə edilmiş mənəvi yaşayışdan
nişanədir. Bu yaşayışı yada salmaq məqsədilə Lisanül Qeyb Hafiz
buyurmuşdur:
‫ﻡﻦ ﻡﻠﮏ ﺑﻮدم و ﻓﺮدوس ﺑﺮﻳﻦ ﺟﺎﻳﻢ ﺑﻮد‬
1
‫ﺁدم ﺁورد در اﻳﻦ دﻳﺮ ﺧﺮاب اﺑﺎدم‬
Qeyd: Ariflərin nəzərincə insan yer kürəsinə, yaxud maddi aləmə
düşməzdən əvvəl, hahut, lahut, cəbərut və ələst ünvanlı ülvi aləmdə
mənəvi yaşayışı təcrübə etmişdir.
B: Vəsl əyyamı aşiqi özlüyündən xəbərsiz edən şühud ləhzələrindən
ibarətdir
Nişanə 2: “Rəvan”: Bax beyt 3 (can)
Anlam: Dilbər hüzurunda özünü fəda etməz bir aşiq hicran əzabı ilə
tərbiyə olunmağa məhkumdur.

1
Müəllif bu beyti “Ta Qafe-əndişe” kitabının 3-cü cildində şərh etmişdir.

1220
QƏZƏL 225

(1) Ey məh, mənimlə dustlərim düşmən eylədin,


Düşmən həm eyləməz bu işi kim, sən eylədin.

(2) Peykanlarınla doldu tənim, afərin sənə


Bidad çəkməyə tənimi ahən eylədin.

(3) Təhsin sənə ki, könlüm evin tirə qoymadın,


Hər zəxmi-navəkin ona bir rövzən eylədin.

(4) Olsun ziyadə rif`ətin, ey ahi-atəşin,


Möhnətsəramizi bu gecə rövşən eylədin.

(5) Əksilməsin təravətin ey əşki-laləgun,


Gül-gül damıb məqamımızı gülşən eylədin.

(6) Can çıxsa, mənzil etməyə ev tut hübabdən,


Ey göz yaşı ki, qəsdi-binayi-tən eylədin.

(7) Mümkün degil, cahanda Füzuli, iqamətin,


Bihudə sən bu mərhələdə məskən eylədin.

1221
Beyt 1: Ey məh, mənimlə dustlərim düşmən eylədin,
Düşmən həm eyləməz bu işi kim, sən eylədin.
Sözlük: Məh = mah = ay
Nişanə 1: “Məh”: Qaraca maddə də ağ nur təzahür etdirən camaldan
nianədir.
Nişanə 2: “Dust”: Bu beytdə hər bir ürək bağlamalı və əlaqə
saxlamalı şeydən ibarətdir.
Nişanə 3: “Düşmən”: Bütün yaranmışların məşuq qarşısında hicab
olduğuna işarə edir.
Qeyd 1: Hər bir şey “hadi” olduğuna görə “dust” hesaba alınır.
Qeyd 2: Hər bir şey “hail” olduğuna görə “düşmən” hesaba alınır.
Qeyd 3: Kəsrət aləmində hər bir yaranmışın bir üzü hidayət edici
(hadi) və bir üzü hicab (hail), yaxud maneəçidir.1
Nişanə 4: “İkinci misra”: Bu misranın “Heç düşmən eyləməz onu ki
etdim mən məna” misrası ilə, yaxud “sən” sözünün “mən” sözü ilə vahid
və eyni olduğu aşiqin vəhdət məqamına nail olduğunu, yaxud öz tələb
etdiyi məhbubu öz içərisindən tapmağına işarə edir.
Anlam: Mütəal məhbub, dostları düşmən etməklə aşiqi bir çox
əlaqələrdən ayırıb təcrid ərəfəsinə çatdırmaq istəyir.
Qeyd: Düşmən olmuş insanın cəfaları vəfalarından fərqsiz ola
bilməz.

Beyt 2: Peykanlarınla doldu tənim, afərin sənə


Bidad çəkməyə tənimi ahən eylədin.
Sözlük: Peykan = ox ucu (dəmir), ahən = dəmir
Nişanə 1: “Peykan”: Cismi, yaxud fiziki hicabdan xilas olmaq
məqsədilə yaralanmış ürəyi özəl mərifətə nail edən İlahi qəmzə
satmaqdan ibarətdir.
Nişanə 2: “Bidad”: Aşiqi kamal mərtəbəsinə çatdırmaq məqsədilə
tərbiyə edən hicran və qəbz sıxıntılarından nişanədir.
Nişanə 3: “Tənimi ahən eylədin”: Təni ahən etmək bu beytdə dün-
yəvi zərbələrin təsir etmədiyi mənəvi xarakterdən istiarədir.

1
Qəzəl 205, beyt 1 (anlam, qeyd)

1222
Anlam: Beyt aşiqin peykan vasitəsilə, yaxud cövrü cəfa tərbiyəsi ilə
dünyəvi uçurumlarda və maddi təhlükələrdə möhkəmlik
göstərən yeni tapılmış şəxsiyyətini təlqin edir.

Beyt 3: Təhsin sənə ki, könlüm evin tirə qoymadın,


Hər zəxmi-navəkin ona bir rövzən eylədin.
Sözlük: Təhsin = afərin = alqış, tirə = kədər = qaraya çalan = palçıqlı,
zəxm = yara, navək = ox, rövzən = baca = kiçik pəncərə
Nişanə 1: “Könül evi”: Qeyri maddi əhvali-ruhiyyə ilə fərəhlənmək
istedadına sahib olan ürəkdən nişanədir.
Nişanə 2: “Tirə”: Maddi qurğulu dünya havasından təsirlənmək ni-
şanəsidir.
Nişanə 3: “Zəxmi-navək”: Bu beytdə İlahi qəmzə satmaq təsirindən,
yaxud fiziki əngəl mahiyyət məğlubluğundan nişanədir.
Nişanə 4: “Rövzən”: Bu beytdə təbii vücudun maddi örpəyini yarıb
onun mənəvi əhvalını görmək və düşünməkdən nişanədir. Müəllif bu
mərtəbəyə nail olmayan insanları silkələmək məqsədilə bir qəzəldə
demişdir ki:
‫روزن ﺑﻴﺪﺱﺖ و ﭘﺎ ﻡﯽ ﮔﻴﺮد از ﺧﻮرﺷﻴﺪ ﺱﻬﻢ‬

‫از ﺧﺪا ﻧﻮر ارﻧﮕﻴﺮﯼ ﺧﻮارﺕﺮ از روزﻧﯽ‬
Anlam: Aşiq ötən beytin qeyd etdiyi yeni şəxsiyyətini, yaxud mənəvi
cazibələrdən bəhrələnməyə ləyaqət göstərmiş batinini
təqdim etmək istəyir.

Beyt 4: Olsun ziyadə rif`ətin, ey ahi-atəşin,


Möhnətsəramizi bu gecə rövşən eylədin.
Sözlük: Ziyadə = əlavə = artıq, rüfət = yüksəliş = rütbə almaq =
ucadılmaq, atəşin = atəşli, rövşən = işıq = derəxşan = nurani
Nişanə 1: “Ahi-atəşin”: Atəş su kimi paklayıcı maddə olduğu kimi,
ahi-atəşin isə “nari-məhəbbət” 1 ünvanlı mərtəbədə qəlbin müxtəlif
qatmacalarını yandırıb, onu xalis və pak etməklə “nuri məhəbbət” adlı
mərtəbədə cəlalanmaq rütbəsinə nail edər.
Nişanə 2: “Möhnətsəra”: Mənəvi maraqlar həsrətilə dolmuş könül


Beyt Əsgər Şahinindir – Ş.F.
1
Qəzəl 54, beyt 7

1223
evindən ibarətdir.
Nişanə 3: “Rövşən”: Maddi vücud küdurətindən xilas olmuş
batindən ibarətdir. Bu nailiyyətini təbliğ etmək məqsədilə Füzuli “Çıraq
köydürəcək atəşi-nihanımdan” buyurmuşdur.
Anlam: Beyt fiziki mahiyyət əhatəsini təsirsiz edən tələb atəşinə
təşəkkür edir.

Beyt 5: Əksilməsin təravətin, ey əşki-laləgun,


Gül-gül damıb məqamımızı gülşən eylədin.
Sözlük: Əşk = göz yaşı
Nişanə 1: “Təravət”: İrfani ruhiyyənin həm də İlahi tanışlıqların
dəmbədəm təzələnməyindən nişanədir.
Qeyd: Maddi vücudlar kimi, mənəvi əhvali-ruhiyyələr isə dəmbədəm
əzələnməyə möhtacdırlar.1
Nişanə 2: “Əşki-lalə gun”: Bu beytdə aşiqi əhatə etmiş dünyəvili-
yini və mənliyini yuyub batil edən nişanədən ibarətdir.
Nişanə 3: “Məqam”: A: Bax beyt 4, nişanə 2 (möhnətsəra)
B: Müxtəlif sınaqlara çəkilib sıxıntılar görmüş salikin çatdığı və
sovuşduğu mərtəbələrə “məqam” demişlər.
Qeyd 1: Salik üçün heç bir məqamda iqamət etmək yararlı deyil. O
bir məqama çatarkən onu arxada buraxıb, digər məqama tərəf seyr
etməlidir. Lakin şühud nuru təzahür etmiş məqamda iqamət etməyi
gərəklidir.
Qeyd 2: “İslam peyğəmbərinin ruhu ərş aləmini 2 , “üluləzm”
ünvanlı ümumdünya üçün [ümumxalq üçün] göndərilmiş peyğəmbərlər
ruhu kürsü aləmini3, rəsul ünvanlı peyğəmbərlər ruhu 7-ci səmanı, nəbi
ünvanlı peyğəmbərlər ruhu 6-cı səmanı, vəli adlı mütəal məbud
dostlarının ruhu 5-ci səmanı, mərifət əhlinin ruhu 4-cü səmanı, zahidlər
ruhu, 3-cü səmanı, abidlər ruhu 2-ci səmanı və mömin insanlar ruhu 1-
ci səmanı məqam etmişlər.4

1
Qəzəl 71, beyt 3, nişanə 4
2
Göylərin əhlinə ziyarəti vacib olmuş “fələkül-əflak” ünvanlı 7-ci göydən yüksək səmaya, yaxud
asiman Məkkəsi ünvanlı mütəal məbudun göydəki evinə “ərş” demişlər.
3
Şərif ayədə “‫( ”وﺱﻊ ﮐﺮﺱﻴﻪ اﻟﺴﻤﺎوات واﻻرض‬Onun kürsüsü [elm qüdrəti] göyləri və yeri öz əhatəsinə
alıbdır), buyurduğu əsasda, 8-ci asimana, yaxud Allah-təalanın elmi və qüdrəti cilvə edən səmaya
“kürsü” demişlər.
Quran, Bəqərə surəsi, 255-ci ayədən bir hissə
4
Doktor Seyid Cəfər Səccadi. Fərhəngi-loğat və istilahat və təbirati-irfani

1224
Qeyd 3: İrfan araşdırıcıları məqamlar barədə nəhəng bəhslərə
girişib saysız-hesabsız izahlar etmişlər.
Anlam: Beyt maddi küdurətlər əhatəsindən azad edən vasitələri o
cümlədən tələb atəşini (ahi atəşin) vəsf etmək istəyir.

Beyt 6: Can çıxsa, mənzil etməyə ev tut hübabdən,


Ey göz yaşı ki, qəsdi-binayi-tən eylədin.
Nişanə 1: “Can”: A: Bədən canı, yaxud qurban məqamının sərmayə-
sindən ibarətdir.
B: Ürək canı, yaxud bəşəri vücudun İlahi əhvalat dərk edən ölməz
hissəsindən ibarətdir.
Nişanə 2: “Mənzil”: “Mərifət mülkü” ünvanlı mərtəbəyə, yaxud
vəhdət mərkəzinə tərəf səfərə çıxmış salikin sovuşduğu mərtəbələrə
“mənzil” demişlər.1
Nişanə 3: “Hübab”: Bu beytdə A: Seyr mənzillərində iqamət
etməməkdən istiarədir.
B: Fiziki varlığını yox etməkdən, yaxud həqiqi varlığını yoxdan asılı
bilməkdən nişanədir.
Nişanə 4: “Göz yaşı”: Aşiqin dünyəvi əlaqələri-ilgiləri və məcazi
mənliyini silib-atmaqdan nişanədir.
Nişanə 5: “Binayi-tən”: Aşiqi öz əhatəsinə almış fiziki mahiyyətdən
nişanədir.
Anlam: Özünü yoxluq mənzilinə çatdırmış can maddi keçmişinə,
yaxud varlıq evinə qayıtmaqdan çəkinməlidir.

Beyt 7: Mümkün degil, cahanda Füzuli, iqamətin,


Bihudə sən bu mərhələdə məskən eylədin.
Sözlük: Bihudə = faydasız =batil = həqir
Anlam: A: Füzuli kinayə rüxsətilə dünyəvi varlığını yoxluqdan asılı
bilməyən şəxsləri tənqid edir.
B: “Ey Füzuli, bu xakdandan keç” hökmünü təxirə salmağı,
yaxud qulaq ardına vurmağı tənqid edir.

1
Qəzəl 206, beyt 3

1225
QƏZƏL 226

(1) Səba, lütf etdin əhli-dərdə dərmandan xəbər verdin,


Təni-məhzunə candan, canə canandan xəbər verdin.

(2) Xəzani-qəmdə gördün iztirabın bülbüli-zarın,


Bahar əyyamı tək gülbərgi-xəndandan xəbər verdin.

(3) Sözünü vəhyi-nazil gər der isəm hiç küfr olmaz,


Cəhanı tutmuş ikən küfr, imandan xəbər verdin.

(4) Dedilər yar, üşşaqin gəlir cəm` etməyə könlün,


Məgər kim, yarə üşşaqi-pərişandan xəbər vermiş?

(5) Süleyman məsnədindən divi-gümrəh rəğbətin kəsdin,


Dənizdə xatəmi-hökmi-Süleymandan xəbər verdin.

(6) Füzuli, ruzigarın tirə gördün şami-hicranın,


Nəsimi-sübh tək xurşidi-rəxşandan xəbər verdin.

1226
Beyt 1: Səba, lütf etdin əhli-dərdə dərmandan xəbər verdin,
Təni-məhzunə candan, canə canandan xəbər verdin.
Nişanə 1: “Səba”: Həzrəti-Cəbrail kimi İlahi vasitədən nişanədir.
Nişanə 2: “Əhli dərd”: Dünyəvi ömür möhlətində mənəvi ölməz
həyata, yaxud hicrana çevrilmiş İlahi vüsala müraciət etmək xəyalı ilə
çalışqanlıq edən aşiqlərdən ibarətdir.
Nişanə 3: “Dərman”: Bu beytdə vəhdət rayihəsindən ibarətdir.
Qeyd: Vəhdət rayihəsini hiss etmək maddi maneələri, xüsusilə fiziki
mahiyyəti unutmaqla mümkün olur.
Nişanə 4: “Xəbər”: Bu beytdə mənəvi mərifətdən nişanədir.1
Nişanə 5: “Tən”: “Lütfdən hər necə baxsam təninə can görünür”
buyurulan Füzuli özünü güzgü, yaxud “məzhər” məqamına nail etmiş
maddi vücuddan bir nişanədir.2
Nişanə 6: “Məhzun”: Bu beytdə ürək canı ünvanlı həqiqi can
həsrətində qüssələnmiş cismdən ibarətdir.
Nişanə 7: “Can”: Bu beytdə məcazi vücudun mənəvi əhvalat dərk
edən ölməz hissəsindən, yaxud ürək canından ibarətdir.
Nişanə 8: “Canan”: Mütəal məhbubun “qəyyum” ünvanlı sifətindən,
yaxud bəşəri tədbiri İlahi tədbirə çevirən xüsusi cazibələrindən ibarətdir.
Anlam: Beyt vüsal rayihəsindən bəhrələnməyi təlqin edir.

Beyt 2: Xəzani-qəmdə gördün iztirabın bülbüli-zarın,


Bahar əyyamı tək gülbərgi-xəndandan xəbər verdin.
Sözlük: Gülbərg = gül yarbağı
Nişanə 1: “Xəzan”: “Süluk” ünvanlı dünyəvi və mənəvi seyr
sifətinə “xəzan” demişlər (saliki iztiraba salan sifət).
Nişanə 2: “Qəm”: Tələb çalışqanlığından ibarətdir.
Nişanə 3: “Bülbüli-zar”: Bu beytdə eşq sirrini aşkara çıxaran səbir-
siz aşiqdən nişanədir.
Nişanə 4: “Bahar əyyamı”: İlahi seyrlə məşğul olan aşiqin mənəvi
elmlənməyindən, həmçinin batini fərəhlənməyindən nişanədir.
Nişanə 5: “Gülbərgi-xəndan”: Mənəvi mərifəti dəmbədəm təzələn-
dirən İlahi camal hüsnündən nişanədir.
Anlam: Bax beyt 1 (anlam)

1
Qəzəl 107, beyt 1, nişanə 7
2
Qəzəl 103, beyt 2

1227
Beyt 3: Sözünü vəhyi-nazil gər der isəm hiç küfr olmaz,
Cəhanı tutmuş ikən küfr, imandan xəbər verdin.
Nişanə 1: “Vəhy”: Şərif ayədə
“1‫ ان هﻮ اﻻ وﺣﯽ ﻳﻮﺣﯽ‬،‫“( ”و ﻡﺎ ﻳﻨﻄﻖ ﻋﻦ اﻟﻬﻮﯼ‬O hava-həvəs üzündən
danışmır. Bu ancaq etdirilmiş vəhydir”) buyurulduğu kimi “vəhy”
peyğəmbərliyə həsr olunmuş İlahi təlqindən ibarətdir.
Qeyd 1: Həzrət Cəbrail vasitəsilə nazil olunmuş Quran təmamilə
vəhydir.
Qeyd 2: İslam peyğəmbərinin qəlbinə təlqin olunmuş hədis ünvanlı
sözlər vəhydir.
Qeyd 3: Hədis ünvanlı sözlərin bəzisi həzrəti-Cəbrail vasitəsilə,
amma bəzisi vasitəsiz islam peyğəmbərinin qəlbinə nazil olunmuşdur.2
Nişanə 2: “Küfr ikinci misrada”: Küfr sözünün bir mənası da
örtmək olduğundan:
A: Bu nişanə (küfr) dünyəvi ömür möhlətində mənəvi örpəksiz
cilvələrdən bəhrələnməyin mümkünsüz olduğunu təlqin edir.
B: Hicab arxasından təhsil edilmiş elm və mərifətə işarə edir.
C: Şər`i hökmləri qulaq ardına vurmağı, yaxud ictimai xətakarlıqları
təlqin edir.
Nişanə 3: “İman”: A: Həzrət məbudun bəndələrinə bəxş etdiyi hida-
yət və mənəviyyətə “iman” demişlər.
B: Mehriban məbud xəyalından başqa xəyalları təmamilə unutmağa
“iman” demişlər.
C: Dünya və axirəti eşq nəsiminə tapşırıb yaddan çıxarmış aşiqin
qəlbində parlayan nura “iman camalı” demişlər.
Anlam: Mürşüd həzrətinin, ya digər İlahi vasitənin təlimatı vəhy
sözü kimi təsir edici və müqəddəsdir.
Qeyd: Bir çox insan öz batinini, yaxud qəlbini safa çıxarmaqla (səfa
mərtəbəsi) peyğəmbər həzrəti kimi İlham və vəhydən bəhrələnməyə layiq
olur. Bu mənanı təlqin etmək məqsədilə Hafiz buyurmuşdur:
‫ﻓﻴﺾ روح اﻟﻘﺪس ار ﺑﺎز ﻡﺪد ﻓﺮﻡﺎﻳﺪ‬
‫دﻳﮕﺮان هﻢ ﺑﮑﻨﻨﺪ اﻧﭽﻪ ﻡﺴﻴﺤﺎ ﻡﯽ ﮐﺮد‬

1
Quran, Nəcm surəsi, 3 və 4-cü ayələr
2
Doktor Seyid Cəfər Səccadi. Fərhəngi-loğat və istilahat və təbirati-irfani

1228
Beyt 4: Dedilər, yar, üşşaqin gəlir cəm` etməyə könlün,
Məgər kim, yarə üşşaqi-pərişandan xəbər vermiş?
Nişanə 1: “Yar”: A: Ariflər aşiqi müşahidə məqamına nail edən
cilvəyə “yar” demişlər.
B: Əlçatmaz gizli camalın ürək güzgüsündə təzahür etməyinə “yar”
demişlər.
Nişanə 2: “Cəm`”: Bu beytdə yaradıcı məbudun bütün yaranmış-
larda, o cümlədən aşiqin qəlbində əks etdirdiyi cilvələr nəticəsindən,
yaxud “səkinə” ünvanlı ürək toxtaqlığından nişanədir.1
Nişanə 3: “Pərişan”: Dünyəvi acizlikləri arxada buraxmış aşiqin
sərgərdanlığından nişanədir.
Anlam: Beyt mürşüd vasitəsilə, yaxud mənəvi təlimat ilə səkinə
məqamına hazırlaşmış qəlbin şövqlü və ümidvar olduğunu
təlqin edir.

Beyt 5: Süleyman məsnədindən divi-gümrəh rəğbətin kəsdin,


Dənizdə xatəmi-hökmi-Süleymandan xəbər verdin.
Sözlük: Məsnəd = məqam = mərtəbə = söykənəcək = məclisin yuxarı
başına salınmış qiymətli fərş, gümrəh = gümrah = yolundan
çıxmış
Nişanə 1: “Süleyman məsnədi”: Dünyəvi ömür möhlətində mənəvi
cilalı insanın İlahi hökmranlığından, xüsusilə öz xətakar iti nəfsinə hakim
olmağında nişanədir.
Nişanə 2: “Divi-gümrəh”: A: Maddi bədəndə əmanət qoyulmuş nəfs
ünvanlı yaramaz sifətlər mənşəyindən nişanədir.
B: İlahi seyrdən insanı saxlayan maneələrin ən xətalısına “div”
demişlər.
C: Bax qəzəl 107, beyt 4, nişanə 3, qeyd
Nişanə 3: “Xatəmi-hökmi-Süleyman”: Bu beytdə saliki mükəmməl
yetkinliyinə nail edən tam seyr mərtəbəsindən nişanədir.
Anlam: Beyt salikin tam seyrə nail olduğunu, yaxud həqiqi yetkinlik
ərəfəsinə çatdığını təlqin edir.

1
Qəzəl 115, beyt 2

1229
Beyt 6: Füzuli, ruzigarın tirə gördün şami-hicranından,
Nəsimi-sübh tək xurşidi-rəxşandan xəbər verdin.
Sözlük: Tirə = qaraya çalan = qara
Nişanə 1: “Şami-hicran”: Bu beytdə kəsrət küdurətinin şühud
məqamına maneə olduğundan nişanədir.
Nişanə 2: “Nəsimi-sübh”: İnsanı təcrid məqamına hazırlayan ardı-
arası kəsilməz rəhmətlər rayihəsindən ibarətdir.
Nişanə 3: “Xurşidi-rəxşan”: Yeganə məbudun idraka düşüncəyə sığ-
maz, vahid həqiqətindən, yaxud vəhdət ərəfəsindən ehsan olunmuş par-
lamalardan nişanədir.
Anlam: Dünyəvi qəhrlər və mənəvi qəbzlər önündə yorulmaz aşiq
vəhdət parlamalarından feyzyab olmalıdır.

1230
QƏZƏL 227

(1) Dəhənin dərdimə dərman dedilər cananın,


Bildilər dərdimi, yoxdur dedilər dərmanın.

(2) Olsa məhbublərin eşqi cəhənnəm səbəbi,


Hurü qılmanı qalır kəndisinə Rizvanın.

(3) Keçdi meyxanədən el məsti-meyi-eşqin olub,


Nə mələksən ki, xərab etdin evin şeytanın?

(4) Urmazam sihhət üçün mərhəm oxun yarəsinə,


İstərəm çıxmaya zövqi - ələmi-peykanın.

(5) Nə bilir oxumayan müshəfi-hüsnün şərhin,


Yerə göydən nə üçün endigini Qur`anın.

(6) Yerdən, ey dil, gögə qovmuşdu sirişkin mələgi,


Onda həm qoymayacaqdır oları əfğanın.

(7) Ey Füzuli, olubam qərqeyi-girdabi-cünun,


Gör nə qəhrin çəkirəm dönə - dönə dövranın.

1231
Beyt 1: Dəhənin dərdimə dərman dedilər cananın,
Bildilər dərdimi, yoxdur dedilər dərmanın.
Sözlük: Dəhən = ağız
Nişanə 1: “Dəhən”: Bu beytdə yoxu var edən, yaxud qəlbi dirçəldən
İlahi ilham- işarədən istiarədir.
Qeyd 1: Dəhən xırda olduğuna görə nöqtəyə bənzədilmişdir.
Qeyd 2: Nöqtə açılmaz olduğundan “yox” istiarəsi yaranmışdır.
Nişanə 2: “Dərd”: Aşiqin tərbiyəsinə gərəkli qəhr və qəbz
mərhələsinin davamlı olmasını təlqin edən nişanədir.
Anlam: Aşiqin dünyəvi ömür möhlətində daimi vüsal nailiyyəti,
yaxud iztirabsız və toxtaq yaşamağı mümkünsüzdür.

Beyt 2: Olsa məhbublərin eşqi cəhənnəm səbəbi,


Hurü qılmanı qalır kəndisinə Rizvanın.
Sözlük: Hur = huri, qılman = gözəl oğlanlar = xadimlər = behişt
xidmətçiləri, rizvan = behişt = behiştin qapıçısı
Nişanə 1: “Məhbub”: A: Allah-təala həqiqi və əbədi məhbubdan
ibarətdir.
B: Mürşüd həzrətinə, yaxud digər İlahi vasitələrə, həmçinin bəşəri
simada İlahi hüsnlər əks etdirmiş gözəllərə “məhbub” demişlər
Anlam: Aşiqlər cəhənnəm əhli olsalar (zahidin inkarı düz olsa) onda
behiştin gözəlləri sahibsiz qalırlar. (Gözəllər behişt bağında
həmişəlik gizli qalırlar.)

Beyt 3: Keçdi meyxanədən el məsti-meyi-eşqin olub,


Nə mələksən ki, xərab etdin evin şeytanın?
Nişanə 1: “Meyxanə”: Bu beytdə insanı mənəvi məstlikdən xəbərsiz
saxlayan məcazi sərxoşluqlar mənşəyindən ibarətdir. Mövləvi zavala
uğramış məcazi şərab həqirliyini, həmçinin ruhumu məst edən mənəvi
mey əzəmətini təlqin etmək məqsədilə buyurmuşdur:
‫ﺁن ﺑﺎدﻩ ﺑﺠﺰ ﻳﮏ دم دل را ﻧﮑﻨﺪ ﺑﯽ ﻏﻢ‬
‫هﺮﮔﺰ ﻧﺒﺮد ﻏﻢ را هﺮﮔﺰ ﻧﮑﺸﺪ ﮐﻴﻦ را‬
‫ﻳﮏ ﺟﺮﻋﻪ از اﻳﻦ ﺱﺎﻏﺮ ﮐﺎر ﺕﻮ ﮐﻨﺪ ﭼﻮن زر‬
1
‫ﺟﺎﻧﻢ ﺑﻔﺪا ﺑﺎﺷﺪ اﻳﻦ ﺱﺎﻏﺮ زرﻳﻦ را‬

1
Mövləvi. Divani-Şəms Təbrizi

1232
Qeyd 1: Müəllif mənəvi zavalsız məstliyini, yaxud İlahi sərxoşluğu
məhəbbət badəsinə həsr edərək bir qəzəldə demişdir:
Üzüm suyunda hanı ruhu məst edən qüdrət
Meyi məhəbbəti iç, məsti heybəti Allah ol. ∗
Qeyd 2: Lisanül Qeyb Hafiz məcazi mənfi şərabı həqiqi müsbət
şərabdan ayırd etmək məqsədilə buyurmuşdur:
1
‫ﻡﺴﺘﯽ ﻋﺸﻖ ﻧﻴﺴﺖ در ﺱﺮ ﺕﻮ روﮐﻪ ﺕﻮ ﻡﺴﺖ ﺁب اﻧﮕﻮرﯼ‬
Nişanə 2: “Məst”: İlahi cilvələr önündə maddi mənliyini məğlub və
məhv etmiş aşiqə “məst” demişlər.
Nişanə 3: “Meyi_eşq”: “Nari-məhəbbət” həqiqətindən xəbərdar
edici qələblər mənşəyindən nişanədir.
Nişanə 4: “Şeytan”: Ariflər hər bir şey və şəxsə ki insanı dünyəvi
maraqlara məşğul etməklə mənəvi məqamlardan qəflətdə saxlaya,
“şeytan” demişlər.
Qeyd 1: Bütün ariflər nəzərincə:
A: Şeytan insanı dünyanı abadlandırmaqla məşğul etməklə axirət
evini abad etməkdən qafil saxlayan bir mələkdən ibarətdir.
B: Şeytan insanı məzaci ləzzət almağa məşğul etməklə mənəvi
ləzzətlərdən məhrum edən mələkdir.
Anlam: Ey məhbub, əks etdirilmiş mənəvi hüsnlər qarşısında
dünyəvi hüsnlər həqirliyini açıb-ağartmaqla sən, şeytanın
işlətdiyi hiylələrin təsirsiz və batil olduğunu üzə çıxardın
(camaat məcazi şərab həqirliyindən xəbərdar olduqda onu
tərk etdi).

Beyt 4: Urmazam sihhət üçün mərhəm oxun yarəsinə,


İstərəm çıxmaya zövqi - ələmi-peykanın.
Sözlük: Peykan = ox ucu
Nişanə 1: “Ox yarəsi”: A: Aşiqin vücudunu maddi qüvvələrdən
ayırıb mənəvi qüvvələrə mindirən qəmzə satmaqlar nəticəsindən
ibarətdir.
B: Aşiqin vücudunu maddi təhlükəyə məruz edərkən onu qurbanlıq
məqamına hazırlayan qəbz və qəhrdən ibarətdir.
Nişanə 2: “Zövqi-ələmi-peykan”: Xarici vücudu daxili vücud


Beyt Əsgər Şahinindir – Ş.F.
1
Müəllif bu beyti “Ta Qafe-əndişe” kitabının 3-cü cildində şərh etmişdir.

1233
tabeliyinə vadar etmiş zərbələr ləzzətini dərk etməkdən ibarətdir.
Anlam: Aşiq mənəvi cəfaları vəfalar kimi alqışlamaqla həqiqi
mərifət nailiyyətini təlqin edir.

Beyt 5: Nə bilir oxumayan müshəfi-hüsnün şərhin,


Yerə göydən nə üçün endigini Qur`anın.
Sözlük: Müshəf = kitab = asimani kitab = Quran
Nişanə 1: “Müshəfi-hüsn”: A: Qurani-Kərimin İlahi hüsnlər mərkə-
zi kimi tanınmış batinindən ibarətdir.
B: Qurani-kərimin “Allah kəlamı”, yaxud sənət olduğundan
ibarətdir.
C: Quran nəsimindən bəhrələndirən camal hüsnündən nişanədir.
Anlam: Bəşəri hüsnün İlahi mənşəli olduğundan, yaxud məhz İlahi
hüsndən xəbərsiz bir insan Qurani-Kərimin gözəlliyini dərk
edə bilməz.
Qeyd 1: Gözəlliklə tanış olmayan bir şəxsin Qurani-Kərim ilə
həqiqi tanış olması mümkünsüzdür.
Qeyd 2: Beyt bütün gözəlliklərin mütəal məbuda mənsub olduğuna
işarə edir.

Beyt 6: Yerdən, ey dil, gögə qovmuşdu sirişkin mələgi,


Onda həm qoymayacaqdır oları əfğanın.
Sözlük: Sirişk = göz yaşı, əfğan = fəğan = nalə
Nişanə 1: “Sirişkim mələgi”: Sirişk mələyi bu beytdə çöl vücudu
yuyub paklamaqla içəri vücudun qanadlanmağını mümkün edən mər-
təbədən ibarətdir.1
Nişanə 2: “Əfğan”: Bu beytdə istedadsızlıqla bağlı səbrsizlikdən
nişanədir.
Anlam: Beyt dünyəvi ömür möhlətində daimi nailiyyət və toxtaqlığın
mümkün olmadığını təlqin edir.
Qeyd: Hicran vüsaldan asılı olduğu kimi, vüsal da hicrandan
asılıdır. Beləliklə, hicran qorxusuna, yaxud ürək iztirabına son qoymaq
mümkünsüzdür.

1
Bu qəzəlin başqa nüsxələrdə mövcud olmadığına görə müəllif “mələg” sözünü, “mələk” anlayı-
şında bilmişdir.

1234
Beyt 7: Ey Füzuli, olubam qərqeyi-girdabi-cünun,
Gör nə qəhrin çəkirəm dönə - dönə dövranın.
Sözlük: Qərqə = qərq = boğulmuş, cünun = məcnunluq = divanəlik
Nişanə 1: “Qərqeyi-girdabi-cünun”: Bu nişanə: A: Maddi maneələrə
xüsusilə cismi və şəxsi hicablara qalib gəlmiş aşiqin fanilik ərəfəsinə
daxil olduğunu təlqin edir.
B: Aşiqin dünyaşünas əql və ictimai maneələr həbsindən azad
olduğunu təlqin edir.
Nişanə 2: “İkinci misra”: Fanilikdən öncə mələk cinsli xarici şeytan
nəfs adlı şəxsi və batini şeytanın hiylə və sədəməsindən xilas olmağın
çətinliyinə, həm də mümkünsüzlüyünə işarə edir. Mövləvi bu xətərdən
xəbərdar etmək məqsədilə buyurulmuşdur ki:
‫ﻧﻔﺲ اژدرهﺎﺱﺖ او ﮐﯽ ﻡﺮدﻩ اﺱﺖ‬
‫از ﻏﻢ ﺑﯽ اﻟﺘﯽ اﻓﺴﺮدﻩ اﺱﺖ‬
Beləliklə xarici və daxili şeytan ilə daim mübarizə etmək lazım
gəlir.
Anlam: Aşiq dünyəvi maneələr və mənəvi maraqlardan bir ləhzə də
qafil olmadığını təlqin edir.

1235
QƏZƏL 228

(1) Gəlir ol sərvi-səhi, ey gülü lalə, açılın!


Vey məhü mehr çıxın, qüdrətə nəzzarə qılın!

(2) Əzmi-bağ eyləmiş ol sərvi-rəvan, ey güllər,


Bir nisar edə görün, cəm` yığılın, dərilin.

(3) Götürün oxların, ey didələrim, topraqdan,


Bu yarar nəsnələrin qədrini yaxşicə bilin.

(4) Eyləmən, ey dilü can, xəncəri-müjganinə meyl,


Bilirəm nolisər axər, gəlin ondan kəsilin.

(5) Göz yaşı tiğiniz içün tökülür, ey xublar,


Sizi ta etməyə rüsva, görünən dəmdə silin!

(6) Düşdü od canimə, ey təndə olan peykanlar!


Qızmadan mə`rəkə bir yanə ərinmin, çəkilin!

(7) Ey Füzuli, qədimiz qıldı fələk xəm, yəni


Vəqtdir çıxmağa dünya qapısından, əgilin.

1236
Beyt 1: Gəlir ol sərvi-səhi, ey gülü lalə, açılın!
Vey məhü mehr çıxın, qüdrətə nəzzarə qılın!
Sözlük: Səhi = təzə = müstəqim göyərmiş = təzə cavan, vey = v, ey, məh
= mah = ay, mehr = məhəbbət = günəş, nəzzarə = tamaşa etmək
= baxmaq = nəzər
Nişanə 1: “Sərvi-səhi”: Mütəal məhbub təclillərinin davam etməyin-
dən, yaxud şühud nurunun dəmbədəm yeniləşib çaxmağından nişanədir.
Qeyd: Xüsusi təlimat ilə aşiqin mərifətini yenişəldirən mürşüd
həzrətinə “sərvi-səhi” demişlər.
Nişanə 2: “Güli-lalə”: Gül və lalə bu beytdə dünyəvi ürək açan
hüsnlərdən nişanədirlər.
Nişanə 3: “Məhü mehr”: Məh və mehr bu beytdə dünyəvi istedadlar
və üstünlüklərdən nişanədir.
Nişanə 4: “Qüdrət”: A: Əməllərin vasitəsiz mənşəyinə “qüdrət” de-
mişlər.
B:Təsir şəraitini bir yerdə cəmləşdirən qüvvəyə “qüdrət” demişlər.1
Anlam: Beyt kəşf və kəramət mərtəbəyə nail olmuş aşiqin İlahi
zühurlardan xəbərdar olduğuna işarə edir.
Qeyd 1: Hicab arxasındakı mənəvi və qeyri-mənəvi əmrlərdən
xəbərdar olmağa “kəşf” ya “mükaşifə” demişlər.
Qeyd 2: Salikin gördüyü qeybi xüsusi keyfiyyətlər və batini aləm ilə
əlaqədar həqiqətlərə “kəşf” demişlər.
Qeyd 3: Mütəal məbudun “vəli”2 ünvanlı xüsusi dostlarından baş
vermiş möcüzəyə oxşar əmrlərə “kəramət” demişlər.

Beyt 2: Əzmi-bağ eyləmiş ol sərvi-rəvan, ey güllər,


Bir nisar edə görün, cəm` yığılın, dərilin.
Sözlük: Rəvan = cəld = hərəkət edici, nisar = hədiyyə = gəlin, yaxud
digər şəxsin başına cəvahir ya gül səpmək
Nişanə 1: “Bağ”: Bu beytdə maddi dünyanın vəhdət rayihəsilə
lətiflənmiş cəhətindən nişanədir.
Nişanə 2: “Sərvi-rəvan”: İlahi cəlaləri ard-ardınca təzahür etdirmiş
ulu canandan nişanədir.
Nişanə 3: “Güllər”: Bax beyt 1 (gül və lalə)

1
Doktor Məhəmməd Moin, Fərhəngi-Moin
2
Qəzəl 116, beyt 7

1237
Nişanə 4: “Cəm` yığılmaq”: Bu nişanə bütün dünyəvi hacətləri
həqir bilib unutmaq əlamətidir.
Anlam: Beyt İlahi hüsn rayihəsilə bəsitlənmişləri (güllər) şühud
cəlalarından feyziyab olmağa dəvət edir.
Qeyd: Mənəvi təcəllilərdən bəhrələnmək xüsusi qabiliyyət ilə (gül
kimi lətiflənmək) mümkün olur.

Beyt 3: Götürün oxların, ey didələrim, topraqdan,


Bu yarar nəsnələrin qədrini yaxşicə bilin.
Sözlük: Didə = göz
Nişanə 1: “Oxlar”: Dünyəvi imkanlarda zühur etmiş ürək yaran
mənəvi heybətdən nişanədir.
Nişanə 2: “Topraq”: Bu beytdə mənəvi heybət əks etdirmiş dünyəvi
imkandan nişanədir.
Nişanə 3: “Yarar nəsnələr”: İlahi qəhrlər, yaxud lütflər rayihəsindən
bəhrələnmiş əşyalardan ibarətdir.
Anlam: Beyt şühud anlarından mükəmməl surətdə feyziyab olmağı
təkid edir.

Beyt 4: Eyləmən, ey dilü can, xəncəri-müjganinə meyl,


Bilirəm nolduğun axər, gəlin ondan kəsilin.
Sözlük: Müjgan = kirpiklər
Nişanə 1: “Dilü can”: Bu beytdə zahiri vücud zəbtindən mükəmməl
surətdə xilas edilməyən batindən nişanədir.
Nişanə 2: “Xəncəri-müjgan”: Aşiqi qurbanlıq, yaxud qətl məqamına
hazırlayan qəhrlərdən nişanədir.1
Nişanə 3: “Kəsilin”: Bu beytdə qətl sərmayəsini ələ gətirməzdən
əvvəl xəncəri müjgan ünvanlı ürək yaran qəmzələrdən ictinab etməyi
(kəsilməyi) təlqin edir.
Qeyd: Hər bir ürfani cilvədən bəhrələnməyə, yaxud hər bir
fədakarlığa xüsusi bir istedad gərəklidir.
Nişanə 4: “Bilirəm nolduğun axər”: Bu nişanə istedadsız aşiqin qur-
banlıq ərəfəsindən mənfi, yaxud əks nəticə almağını bildirmək istəyir.
Anlam: Bax nişanə 4.

1
Qəzəl 23, beyt 1

1238
Beyt 5: Göz yaşı tiğiniz içün tökülür, ey xublar,
Sizi ta etməyə rüsva, görünən dəmdə silin!
Sözlük: Xub = gözəl = yaxşı
Nişanə 1: “Göz yaşı”: Bu beytdə fiziki mahiyyət ilə bağlı səbr və
qərarı yuyub məhv edən nişanədən ibarətdir.
Nişanə 2: “Tiğ”: A: Aşiqi bədən hicabından və maddə həbsindən
xilas edən qəhr və lütf qələbələrindən nişanədir.
B: Aşiqi etirazamiz nalələr önündə tənbeh etməkdən nişanədir.
Nişanə 3: “Xub”: A: Aşiqi tənbeh və tərbiyə edən mürşüd həzrə-
tindən, yaxud digər İlahi vasitədən nişanədir.
B: Bəşəri simada İlahi hüsnlər əks etdirmiş dilbərdən nişanədir.
Nişanə 4: “Rüsva”: Bu beytdə eşq və irfan ilə naməhrəm olan
şəxslər hüzurunda bəzi mənəvi sirləri faş etməkdən nişanədir.
Nişanə 5: “Silin”: Silmək aşkara çıxmış sirləri dübarə gizlətməkdən
nişanədir.
Anlam: Beyt qəhr və qəzəb sirrini gizli saxlamaq məqsədilə, yaxud
aşiqin qabiliyyət miqdarını nəzərə alaraq, hərdənbir lütf
etməyi məsləhət bilir.

Beyt 6: Düşdü od canimə, ey təndə olan peykanlar!


Qızmadan mə`rəkə bir yanə ərinmin, çəkilin!
Sözlük: Peykan = ox ucu
Nişanə 1: “Od”: Bu beytdə ürək paklayan yetkinlik və seyr
hərarətindən ibarətdir.
Nişanə 2: “Peykan”: Bu beytdə məcazi həyatdan xilas etmək məqsə-
dilə yaralanmış ürəyi yenidən yaralayan İlahi qəmzə satmaqlardan nişa-
nədir.
Nişanə 3: “Qızmadan mərəkə”: Fiziki mahiyyət ilə barışmayan
“od”, və “peykan” mərhələlərində tərbiyəvi tənbehlərin davam
etdirilməsindən nişanədir.
Anlam: Aşiq peykan mərtəbəsindən yüksək mərtəbəyə hazırlaş-
dığını, yaxud bütün bəlaları1 alqışladığını təlqin edir.

1
Qəzəl 7, beyt 2

1239
Beyt 7: Ey Füzuli, qədimiz qıldı fələk xəm, yəni
Vəqtdir çıxmağa dünya qapısından, əgilin.
Sözlük: Xəm = ayrı = qövs = hilali
Nişanə: “Xəm qəd”: Hilali qəd: A: Dünyəvi ömür möhlətində tora
düşmüş aşiqin azadlıq müqəddiməsidir.
B: Vəhdət nöqtəsindən hərəkət etmiş saliki dübarə haman nöqtəyə
qaldırmaq məqsədilə seyr dairəsindən bəhrələndirmək əlamətidir.
Anlam: Beyt, od və peykan mərhələsində Füzuli kimi fiziki mahiy-
yətdən xilas olmuş aşiqlərin vəhdət mərkəzinə, yaxud “inna
lillah” ünvanlı yaranış mənşəyinə müraciət etmək ləyaqət-
lərini təlqin edir.

1240
QƏZƏL 229

(1) Ləbin rəşki mizacın təlx qıldı badeyi-nabın,


Qaşın meyli üzini qiblədən döndərdi mehrabın.

(2) Girehlər buldu canım riştəsi təsbih tari tək,


Məna gör netdi axır arizuyi-zülfi-pürtabın.

(3) Ayağın tozuna üz sürməyə verməz səba rüxsət,


Üzün yüz kərrə şəbnəm yumadan, gülbərgi-sirabın.

(4) Səba ol zülfü təprətdikcə təşvişim ziyad eylər,


Saqın, təprətmə kim, bağrımdadır başı bu qullabın.

(5) Dərü divarinə güstax üz sürmüş deyə, gərdun


Üzini gecələr sürtər yerə ta sübh məhtabın.

(6) Məhəbbət zahir etmək cürminə, qan tökmək istərsən,


Həbibim, bunca həm rəğbət nədir cürminə əhbabın!

(7) Füzuli qəmzeyi-mərdümküşindən iltifat istər,


Sanır kim, iltifatı rəhm olur qurbanə qəssabın.

1241
Beyt 1: Ləbin rəşki mizacın təlx qıldı badeyi-nabın,
Qaşın meyli üzini qiblədən döndərdi mehrabın.
Sözlük: Rəşk = qibtə, nab = xalis, mehrab = imam camaatın məsciddə
namaz qıldığı yer = məclisin yuxarı başı
Nişanə 1: “Ləb”: “Rəhmani-həyat” ünvanlı həqiqi həyat bağışlayan
xüsusi feyzdən, yaxud İlahi ilham-işarədən nişanədir.
Nişanə 2: “Badeyi-nab”: A: Dünyəvi elm və əqli təsirsiz edərək,
mənəvi mərifətdən qəflətdə saxlayan məcazi sərxoşluq mənşəyindən iba-
rətdir.
B: Badeyi-nab dünyəvi əql və elm məhdudluqdan azad edib mənəvi
mərifətlərə nail edən vasitədən nişanədir.
Nişanə 3: “Qaş”: Bu beytdə aşiqi adab və əqldən ayıran mütəal
məhbubun həqiqətilə bağlı, parlamalar və hallardan nişanədir.
Nişanə 4: “Mehrab”: Dini əməllərin, xüsusilə namazın zahiri ada-
bına diqqətcillikdən nişanədir.
Anlam: Beyt: A: Yoxu var edən İlahi ilhamlar feyzinin məcazi və
mənəvi badə feyzindən daha üstün olduğunu təlqin edir.
B: Qaş mərtəbəsilə əlaqədar halların şəri ibadət ilə bağlı
hallardan üstünlüyünü təlqin edir.
C: Əql mülkündən eşq mülkünə qayıtmağı təlqin edir.

Beyt 2: Girehlər buldu canım riştəsi təsbih tari tək,


Məna gör netdi axır arizuyi-zülfi-pürtabın.
Sözlük: Gireh = düyün , riştə = sap, pürtab = çox düyünlü = çinli = hiylə
və məkr ilə dolu
Nişanə 1: “Birinci misra”: Bədən canı, yaxud zahiri həyatın müxtə-
lif çətinliyinə düşməsindən və nəhayət qurbanlıq məqamına hazırlaş-
masından istiarədir.
Qeyd: Təsbeh çevirmək məşğulluğunda zikr və duanın həqiqətindən
qəflətdə qalmağa işarə edir.
Nişanə 2: “Arzu”: Arzu bu beytdə tükənməz ətəşdən ibarətdir.
Nişanə 3: “Zülfi-pürtab”: Vəhdət sirlərindən rayihələnmiş kəsrətdən
nişanədir.
Anlam: Aşiq, mənəvi təlimatdan bəhrələnməyini üzə çıxarmaqla
qurban məqamına nail olmaq istəyir.

1242
Beyt 3: Ayağın tozuna üz sürməyə verməz səba rüxsət,
Üzün yüz kərrə şəbnəm yumadan, gülbərgi-sirabın.
Sözlük: Gülbərg = gül yarpağı, sirab = sulu = sudan doymuş
Nişanə 1: “Ayağın tozu”: Şühud və hüzur ərəfəsinə işarə edir.
Nişanə 2: “Səba”: Bu beytdə aşiq ilə məşuq arasındakı vasitə, yaxud
xidmətçidən ibarətdir.
Nişanə 3: “Gülbərgi-sirab”:
A: Bu beytdə məcazi ürək açan hüsnlərdən nişanədir.
B: Mənəvi hüsnlərin məcazi öz özlüyündən nişanədir.
Anlam: Səba mütəal məbud ərəfəsinin qübarını, yaxud həzrəti-mür-
şüdün, ya da digər müqəddəs hüsnlü məhbubun ayağının
tozunu silməyə layiq bilmək üçün, təzə gül yarpağını dönə -
dönə yuyur, ancaq yenə də onu (gül yarpağını) layiq və ya-
rarlı görməyir.
Qeyd: Dünyəvi imkanlarla mənəvi ərəfədə, yaxud məhbub qapısında
xidmətçi olmağa layiq olmaq mümkünsüzdür. Elə buna görə də ulu Şeyx
Sədi məşuq ərəfəsində candan-başdan keçməyi ən həqir xidmətçilik
bilərkən belə demişdir:
‫ ﭘﺴﻨﺪ ﺕﻮ ﺑﻮد‬،‫ﻡﻦ ﭼﻪ در ﭘﺎﯼ ﺕﻮرﻳﺰم ﮐﻪ‬
‫ﺱﺮو ﺟﺎن را ﻧﺘﻮان ﮔﻔﺖ ﮐﻪ ﻡﻘﺪارﯼ هﺴﺖ‬

Beyt 4: Səba, ol zülfü təprətdikcə təşvişim ziyad eylər,


Saqın, təprətmə kim, bağrımdadır başı bu qullabın.
Sözlük: Qüllab = qarmaq = çəngəl = qənarə = əsas musiqi notundan
əvvəl yerləşmiş bir neşə xırda not
Nişanə 1: “Səba”: Bu beytdə mürşüd həzrətindən, yaxud Həzrəti-
Cəbrail kimi İlahi vasitədən nişanədir.
Nişanə 2: “Zülf”: Bu beytdə: A: Canan camalının ətrafını bürümüş
cəlalardan nişanədir.
B: Canan camalının ətrafındakı örpəkdən, yaxud məna qarşısındakı
hicabdan nişanədir.1
Anlam: Beyt qürb (ən yaxınlıq) ünvanlı mərtəbədə vəhdət rayihələri
ilə isinişmiş qəlbin “səkinə”2 məqamından bəhrələnməyi

1
Qəzəl 12, beyt 2, nişanə 1
2
Qəzəl 154, beyt 1

1243
təlqin edir.

Beyt 5: Dərü divarinə güstax üz sürmüş deyə, gərdun


Üzini gecələr sürtər yerə ta sübh məhtabın.
Sözlük: Dər = qapı, güstax = ədəbsiz = həyasız = cəsur = utanmaz,
gərdun = asiman = fələk = zəmanə, məhtab = mahtab = ay
Nişanə 1: “Gərdun”: İnsanların alın yazısına təsir edici asimani
iqtidara işarə edən nişanədən ibarətdir.
Nişanə 2: “Üzünü sürtər yerə”: Üzünü yerə sürtmək alçaqlıq və
həqirliyini sübut etməklə xəcalət vermək və tənbeh etməkdən nişanədir
Anlam: Asiman öz məhtabını məhbub ərəfəsinə layiq xidmətçi
olmadığına görə dəmbədəm tənbeh edir.
Qeyd: Ay nuru məhbub ərəfəsinə düşməyə layiq deyil (bax, beyt 3,
anlam, qeyd).

Beyt 6: Məhəbbət zahir etmək cürminə, qan tökmək istərsən,


Həbibim, bunca həm rəğbət nədir cürmünə əhbabın!
Sözlük: Əhbab = həbiblər = dostlar
Nişanə 1: “Məhəbbət”: A: Mükəmməl mərifət nəticəsinə
“məhəbbət” demişlər.1
B: Arifin ülvi aləm ilə əlaqədar ən önəmli əhvalına “məhəbbət”
demişlər.
Qeyd: Hər bir şeyə həqiqətən məhəbbət salmış insan onunla eyni
olmalı, yaxud ona çevrilməlidir. Elə buna görə də hər bir aşiq məşuqunu
öz batinində axtarmalıdır.2
Nişanə 2: “Qan tökmək”: Qurban məqamına çatdırmaqdan istiarə-
dir.
Nişanə 3: “Həbib”: Dünyəvi mərtəbələr və şəxsi hacətləri aşiqin
fikrindən-xəyalından sildirən mütəal məhbubdan ibarətdir.
Nişanə 4: “Cürm”: İkinci misrada, aşiqi qurbanlıq məqamına
hazırlayan vəfaya qatışmış cəfalara dözmək qabiliyyətindən nişanədir.
Anlam: Dostluq mərtəbəsi yüksəldikcə bəlalar da ona əlavə olunur.
Qeyd 1: Bütün maneələrdən xətərnak və güclü olan mənəm-mənəm-

1
Doktor Qasim Qəni, Tarixe-təsəvvüf dər islam, səh. 333 (haşiyə)
2
Qəzəl 124, beyt 3, nişanə 1 (didare-dust)

1244
lik, yaxud müddəilik hicabından xilas olmağın yalnız bəlalarla mümkün
olduğuna görə müsibətlər miqdarı məhəbbət miqdarı ilə tənzimlənir.
Qeyd 2: Hər bir bəla, xüsusi bir ləyaqət tələb edir.
Qeyd 3: Maddiliyin tam məhv olmağı bütün bəlalara giriftar
olmaqla mümkün olur.
Qeyd 4: Həzrəti-imam Hüseyn əleyhissəlamın məhdud dünyaya
sığmaz qabiliyyəti, həmçinin kamil İlahilik ləyaqəti onun saysız-hesabsız
bəlalar çəkməyinə bais olur.

Beyt 7: Füzuli qəmzeyi-mərdümküşindən iltifat istər,


Sanır kim, iltifatı rəhm olur qurbanə qəssabın.
Sözlük: Mərdümküş = cəllad = adam öldürən
Nişanə 1: “Qəmzə”: Bu beytdə aşiqin qəlbində qorxuyla yanaşı
ümid törədən həkim olan məhbubun rəhmətinə bağlı qəzəblərindən
nişanədir.
Nişanə 2: “Mərdümküş”: Müxtəlif qəhr və qəzəblər ilə maddi vücud
maneəsini məğlub etməkdən nişanədir.
Nişanə 3: “İltifat”: Bu beytdə şühud ehsanından bəhrələndirməkdən
nişanədir.
Anlam: Beyt bəlalardan azad olmaq fikrini mərifətsizlik əlaməti
bildirmək istəyir.
Qeyd: İkinci misra qeyri-hissi əhvalı hissiləşdirmək istəyir.
Qeyd 2: Rəhm etmək, bəlaların saxlanılmasına, nəhayət aşiqin
yetkinlikdən məhrum olmasına bais olur. Bunun üçün də ariflər
rəhmsizliyi rəhm etmək ilə eyni bilmişlər.

1245
QƏZƏL 230

(1) Nə xoşdur arizin dövründə zülfi - ənbərəfşanın,


Bu dövranda nə xoş cəm`iyyəti var ol pərişanın.

(2) Rüxün dövründə bir divanədir sevdalı zülfün kim,


Pərişanlıqdan olmuş, mən kimi, məşhuri dövranın.

(3) Həvadən kakilindir təpərənən, ya rişteyi-candır


Ki, hər dəm cizginib başinə istər ola qurbanın.

(4) Müsəlsəl zülfi-mişkinindən artırmış rüxün rövnəq,


Zəhi sünbül ki, olmuş zivəri gülbərgi-xəndanın.

(5) Qaralıbdır tütün tək ruzgarım ol zamandan kim,


Tənim xaşakinə odlar urubdur bərqi-hicranın.

(6) İşimdir sayə tək yerdən-yerə üz urmaq ol gündən


Ki, başımdan gedibdir sayeyi-sərvi-xuramanın.

(7) Füzulini ayaqdan saldı bari-möhnəti-eşqin,


Neçün tutmazsan, ey kafər, əlini bir müsəlmanın?

1246
Beyt 1: Nə xoşdur arizin dövründə zülfi - ənbərəfşanın,
Bu dövranda nə xoş cəm`iyyəti var ol pərişanın.
Sözlük: Ariz = sima = üz = camal, ənbərəfşan = ətirli = ətirsaçan
Nişanə 1: “Ariz”: Aşiqi arzularından əlavə İlahi camal nurundan
feyzyab edən nişanədən ibarətdir.
Nişanə 2: “Zülfi-ənbərəfşan”: Kəsrət ünvanlı yaranmışları, yaxud
bütün mövcudatı vəhdət rayihəsindən bəhrələndirən mütəal məhbub
camalının ətrafını almış nurani örpəkdən nişanədir.1
Nişanə 3: “Cəmiyyət”: Bu beytdə qadir cananın istiğna, yaxud
səmədiyyət ünvanlı sifətilə bağlı içi doluluq, yaxud İlahi toxtaqlıqdan
nişanədir.2
Qeyd: Cəmiyyət nişanəsi mütəal məhbubun dəstə-dəstə aşiqlərinə
də işarı edir.
Nişanə 4: “Pərişan”: Bu beytdə şərif ayədə “ِ‫”ﻓﺎﻳﻨﻤﺎ ﺕﻮﻟﻮ َﻓ َﺘ ﱠﻢ وﺟ ِﻪ اﷲ‬3
(“Hər hansı tərəfə üz tutsanız [əslində] Allaha tərəf üz tutubsunuz”)
buyurulduğu kimi yaranmışları hər cəhətdən bəhrələndirən zülfi-
ənbərəfşan ilə bağlı İlahi sifətdən nişanədir (zülfi-ənbərəfşanın müxtəlif
cəhətli olması).
Anlam: İrfan qapıları üzünə açılmış aşiq bütün kainatın İlahi
nisbətini dərk etməklə onların fərəhləndirici olduğunu
alqışlayır.4

Beyt 2: Rüxün dövründə bir divanədir sevdalı zülfün kim,


Pərişanlıqdan olmuş, mən kimi, məşhuri dövranın.
Sözlük: Rüx = surət = üz = camal
Nişanə 1: “Rüx”: Vəhdət günəşindən, yaxud İlahi camaldan
nişanədir.
Nişanə 2: “Zülf”: Bax beyt 1, nişanə 2
Nişanə 3: “Divanə”: Bu beytdə bəşəri əql və idraka sığmaz
keyfiyyət, yaxud sifətdən nişanədir.
Nişanə 4: “Pərişan”: Bu beytdə hər ləhzə bir surətdə zahir olmaqdan
nişanədir. Ancaq aşiqin haldan-hala düşməyinə də işarə olunur.

1
Qəzəl 12, beyt 2
2
Qəzəl 62, beyt 4
3
Quran, Bəqərə surəsi, 115-ci ayə
4
Qəzəl 40, beyt 5

1247
Anlam: A: Ey mütəal məhbub, bütün kainat da mən kimi sənin
eşqinlə sərgərdandır.
B: Üz camalından parlayan cəlalar da sənə aşiqdir.

Beyt 3: Həvadən kakilindir təpərənən, ya rişteyi-candır


Ki, hər dəm cizginib başinə istər ola qurbanın.
Sözlük: Kakil = kəkil
Nişanə 1: “Həva”: Maddi qurğulu dünyanın bütövlüyünün,
təfərrüatının həmçinin onda əks etdirilmiş mənəvi sifətlərin, daimi
hərəkət seyrindən ayrılmaz olduğunu bildirən nişanədən ibarətdir. Ancaq
həvəsi, şövqü və yel əsməyi də təlqin edir.
Nişanə 2: “Kakil”: Bu beytdə İlahi camal təclillərinin kinayəli
nişanəsindən ibarətdir.
Nişanə 3: “Rişteyi-can”: A: Vəhdət nöqtəsinə bağlanmış bədən
canından nişanədir.
B:Vəhdət nöqtəsinə bağlanmış ürək canından (həqiqi can)
nişanədir.1
Anlam: Ey gözəl məbud: A: Sənin camalından parlayan cəlalar da
sənə qayıtmaq və səndə fani olmaq (qurban) istəyir.
B: Sənin cəlalarını təzahür etdirən kəsrət, yaxud kainat
səndə fani olmaq istəyir.

Beyt 4: Müsəlsəl zülfi-mişkinindən artırmış rüxün rövnəq,


Zəhi sünbül ki, olmuş zivəri gülbərgi-xəndanın.
Sözlük: Müsəlsəl = müttəsil = zəncirvari, mişgin = müşk rayihəli = qara
= ətirli, rüx = üz = camal, zəhi = afərin = əhsən, zivər = zinət,
gülbərg = gül yarpağı
Nişanə 1: “Müsəlsəl zülf”: İlahi camal ətrafını almış mübhəmliklərə
“müsəlsəl zülf” demişlər.
Nişanə 2: “Mişgin”: Müsəlsəl zülfün mübhəmlik törədən rayihəsin-
dən nişanədir.
Nişanə 3: “Rüx”: Bax beyt 2, nişanə 1.
Nişanə 4: “Sünbül”: Bax, müsəlsəl zülf.
Nişanə 5: “Gülbərgi-xəndan”: Bax, rüx.

1
Qəzəl 123, beyt 1

1248
Anlam: Özü özünü zinətləndirən, yaxud “zatihüsn” ünvanlı əbədi
gözəlliyə sahib olan camal yalnız mütəal məhbubun cama-
lıdır. Bu camalı vəsf etmək məqsədilə ulu Şeyx Sədi
demişdir ki:
‫ﺑﻪ زﻳﻮر هﺎ ﺑﻴﺎراﻧﻴﺪ روﯼ ﺧﻮﺑﺮوﻳﺎن را‬
‫ﺕﻮ ﺱﻴﻤﻴﻦ ﺕﻦ ﭼﻨﺎن ﺧﻮﺑﯽ ﮐﻪ زﻳﻮرهﺎ ﺑﻴﺎراﻳﯽ‬

Beyt 5: Qaralıbdır tütün tək ruzgarım ol zamandan kim,


Tənim xaşakinə odlar urubdur bərqi-hicranın.
Sözlük: Xaşak = kol-kos
Nişanə 1: “Qaralıbdır tütün tək ruzgarım”: Bu nişanə dünyəvi
mərifətlərin hicab kimi olduğunu bildirməklə “hicran əl-maarif” ünvanlı
mərtəbəyə nail olmaq əlamətidir.
Qeyd 1: Mal, dövlət, can sağlığı, övlad, dost və digər maddi vücud
ilə əlaqədar şeylər tanışlığından azad olub mənəvi mərifətlərə nail
etdirən mərtəbəyə “hicran əl-maarif” demişlər.
Qeyd 2: Hər bir təəllüq (əlaqə) bir mərifət ilə bağlı olduğundan
dünyəvi təəllüqlər miqdarı dünyəvi mərifətlər miqdarı ilə bərabərdir.
Beləliklə, hər bir dünyəvi mərifəti arxada buraxmaqla bir hicabdan xilas
olmağa, nəhayət, bir mənəvi mərifət nailiyyətinə imkan yaranır. Demək
hicran əl-maarif mərtəbəsində bütün dünyəvi mərifətlərdən xilas olmaqla
“Hər təəllüqdən ola xurşid tək aləmdə fərd” mərtəbəsinə çatmaq
mümkün olur.
Nişanə 2: “Təni-xaşak”: Məcazi mahiyyət tör-töküntüsündən nişa-
nədir.
Nişanə 3: “Bərqi-hicran”: Aşiqin maddi tör-töküntüsünə bağlı nöq-
sanlarını silib onun hicran əl-maarif məqamına qaldıran istedadlarını üzə
çıxaran ətəş atəşindən ibarətdir.
Anlam: A: Maddi vücudu yox dərəcəsinə (tör-töküntü) yaxınlaşdır-
maq:
A: Mənəvi mərifət ilə paralel ətəş və tələb atəşimi əlavə
etmişdir.
B: Dünyəvi ömür, yaxud məcazi vücud həbsində həyat
sürməyi daha da çətin etmişdir.
1-“A” və “B” vəziyyəti günümü qara etmişdir.

1249
Beyt 6: İşimdir sayə tək yerdən-yerə üz urmaq ol gündən
Ki, başımdan gedibdir sayeyi-sərvi-xuramanın.
Sözlük: Xuraman = naz və təkəbbürlə addımlamaq
Nişanə 1: “Birinci misra”: Tükənməz iztirab və xüsusi sərgərdanlıq
əlamətidir.
Nişanə 2: “Sayə”: İkinci misrada qəlbi fərəhləndirən vüsal, yaxud
şühud rayihəsindən nişanədir.
Nişanə 3: “Sərvi-xuraman”: “Aşiqi” bəşəri istiğna1 məqamına nail
etməklə dünyəvi ehtiyatlardan azad edən davam etdirilmiş İlahi lütf-
lərdən nişanədir.
Anlam: Beyt sayə məqamından məhrum olmaq çətinliyini təlqin
edərək, insanın ülvi aləmdən yer kürəsinə atılmağını da
işarə edir.

Beyt 7: Füzulini ayaqdan saldı bari-möhnəti-eşqin,


Neçün tutmazsan, ey kafər, əlini bir müsəlmanın?
Sözlük: Bar = yük
Nişanə 1: “Möhnəti-eşq”: Məhəbbətdən dəm vuran bir şəxsin qəl-
bini-canını sınaqlara çəkməklə onun nöqsanını, yaxud kamalını üzə
çıxarıb aydınlaşdıran tərbiyəvi qəhr və qəbzlərə bağlı çətinliklərə
“möhnət” demişlər.
Nişanə 2: “Kafir”: A: Öz əks etdirdiyi nurda məxfi olmuş mütəal
məhbubdan nişanədir.2
B: Aşiqlər şəth vəziyyətində mürşüdə, yaxud məbud həzrətinə
“kafir” demişlər.3
C: Mənəvi və mücərrəd nişanələri öz vücudunda məxfi etmiş
mürşüd həzrətinə “kafir” demişlər.
Nişanə 3: “Tutmazsan əlini”: Bu nişanə müəyyən kamal mərtəbəsi-
nə çatdıran istedad naqisliyini təlqin edir.
Nişanə 4: “Müsəlman”: Bu beytdə zahiri və batini vücudunu mütəal
məhbubun istək və iradəsinə təslim etməklə “ 4‫"( ”اﻻﺱﻼم هﻮ ﺕﺴﻠﻴﻢ‬İslam
təslim olmaqdan ibarətdir”) ayəsinin buyurduğu bəndəlik məqamına nail

1
Qəzəl 111, beyt 1
2
Qəzəl 138, beyt 4
3
Qəzəl 24, beyt 1
4
Qəzəl 98, beyt 1 nişanə 3, qeyd

1250
olmuş aşiqdən ibarətdir.
Anlam: Füzuli fanilik ərəfəsinə yaxınlaşıbdır lakin hələ də qəhr və
qəbz tənbehinə giriftardır.

1251
QƏZƏL 231

(1) Ey müsəvvir, yar timsalinə surət vermədin,


Zülfü rüx çəkdin, vəli tabü təravət vermədin.

(2) Eşq sevdasından, ey naseh, məni mən `eylədin,


Yox imiş əqlin, mənə yaxşı nəsihət vermədin.

(3) Dün ki, fürsət düşdü xaki-dərgəhindən kam alam,


Noldu, ey göz yaşı, göz açmağə fürsət vermədin.

(4) Göz yumub aləmdən, istərdim açam rüxsarinə,


Canım aldın, göz yumub-açınca möhlət vermədin.

(5) Bumudur rəhmin ki, xalin eylər ikən qəsdi-can,


Çıxdı xəttin kim, onu mən` edə, rüxsət vermədin.

(6) Vermə hüsn əhlinə, yarəb, qüdrəti-rəsmi-cəfa,


Çün cəfa çəkməkdə eşq əhlinə taqət vermədin.

(7) Ey Füzuli, öldün, əfğan etmədin, rəhmət sənə!


Rəhm qıldın, xəlqə əfğanınla zəhmət vermədin.

1252
Beyt 1: Ey müsəvvir, yar timsalinə surət vermədin,
Zülfü rüx çəkdin, vəli tabü təravət vermədin.
Sözlük: Müsəvvir =nəqqaş = rəssam = surət yaradan = yaradıcı, tab = nur
= hərarət
Nişanə 1: “Müsəvvir”: A: mütəal məbudun əmri ilə bütün
mövcudatı təsvir edən rəhmət mələkinə “müsəvvir” demişlər.
B: Şərif ayədə “1‫“( ” هﻮ اﻟﻪ اﻟﺨﺎﻟﻖ اﻟﺒﺎرﯼ اﻟﻤﺼﻮر‬O, yaradan, yoxdan var
edən, surət verən Allahdır”) buyurulduğu kimi mütəal məbudun bir adı
da müsəvvirdir.
C: Ümum mələklərə müsəvvir demişlər.
Nişanə 2: “Yar”: Şühud mərtəbəsində zühur etmiş İlahi camala
“yar” demişlər.
Nişanə 3: “Surət vermədin”: Surət vermək mükəmməl surətdə
təzahür etdirməkdən nişanədir.
Nişanə 4: “Zülf”: Bu beytdə maddi kainatı (kəsrəti) vəhdət rayihə-
sindən bəhrələndirən nişanədən ibarətdir.
Nişanə 5: “Rüx”: A: “Əyan” ünvanlı xarici mövcudlara zahiri və
batini vücud bağışlayan vahid məbudun camal təcəllilərinə “rüx” de-
mişlər.
B: İlahi müqəddəs adların zühuruna “rüx” demişlər.
Qeyd 1: Şərif ayədə “2‫”هﻮ اﻻول و اﻻﺧﺮ و ﻇﺎهﺮو اﻟﺒﺎﻃﻦ و هﻮ ﺑﮑﻞ ﺷﯽ ﻋﻠﻴﻢ‬
(“O, uludur, O, axırdır, O, zahirdir, O, batindir və O, hər şeyi biləndir”)
buyurulduğu kimi, bütün İlahi adlar, “əvvəl”, “axər”, “zahir”, “batin”
ünvanlı dörd İlahi ada bölünmüşlər.
Qeyd 2: Yuxarıda xatırladığımız dörd İlahi məxsus ada “adlar
anaları” demişlər.
Qeyd 3: Mütəal məbudun bütün adlarını, o cümlədən dörd məxsus
adını təmamilə öz əhatəsinə almış adlar, “Allah” və “Rəhman” ünvanlı
addan ibarətdir.3
Nişanə 6: “Tabü təravət”: Bax nişanə 3
Anlam: Aşiq İlahi camal cilvələrini vasitəsiz dərk edə bilməzli-
yindən, yaxud bütün kainatın, hətta İlahi camal ətrafını
almış cəlaların hicab olduğundan şikayət edir.

1
Quran, Həşr surəsi, 24-cü ayə
2
Quran, Hədid surəsi, 3-cü ayə
3
Doktor Seyid Cəfər Səccadi, Fərhəngi-loğat və istilahgat və təbirati-irfani

1253
Beyt 2: Eşq sevdasından, ey naseh, məni mən `eylədin,
Yox imiş əqlin, mənə yaxşı nəsihət vermədin.
Sözlük: Naseh = nəsihətçi, mən` = qadağan
Nişanə 1: “Eşq”: A: Həqiqət ümmanına dalmaqdan əlamətdir.
B: Qəlbin məşuq vasitəsilə qiyam etməsi, yaxud istiqamətlən-
məsindən ibarətdir.
C: Qəlbin həzrəti-məhbub ilə məşğul olmasından, yaxud həqiqi
həyatından ibarətdir.1
Nişanə 2: “Naseh”: Dünyaşünas əql və təcrübəni həqiqət və kamal
nailiyyətinə kafi bilmiş nəsihətçidən nişanədir.
Nişanə 3: “Yox imiş əqlin”: Bu nişanə: A: Ürəkdə yerləşmiş
mənaşünas əqldən (məad əqli) xəbərsizliyi təlqin edir.
B: Dünyaşünas sağlam əqldən (məaş əqli) məhrum olmağı təlqin
edir.
Anlam: A: Naseh məad əqlindən bəhrələnsəydi:
1-Eşq cazibələrini (sevda) inkar etməzdi.
2-Eşq bazarında müamilə2 (sevda = sövdə) edənlərə nəsihət
etməzdi.
B: Naseh məaş əqlindən bəhrələnsəydi: Öz nəsihətinin
təsirsiz olduğundan xəbərdar olaraq yersiz, yaxud karsız
nəsihətçidən ictinab edərdi.

Beyt 3: Dün ki, fürsət düşdü xaki-dərgəhindən kam alam,


Noldu, ey göz yaşı, göz açmağə fürsət vermədin.
Sözlük: Xak = torpaq, dərgəh = qapı = astana = ərəfə = qəsr
Nişanə 1: “Xaki-dərgəh”: Bədən gözünü örtməklə ürək gözünü qüv-
vətləndirib batini müşahidəyə nail edən səcdə ilə əlaqədar səbəbdən
nişanədir.
Nişanə 2: “Göz yaşı”: Bu beytdə şühud nailiyyətində peyda olmuş
batini vəcdin xarici vücudda təzahür etdirdiyi qışqırtı, ürək keçmə və
məcnunluq kimi təsirindən ibarətdir.3

1
Qəzəl 1, beyt 1, nişanə 2 (eşq)
2
Qəzəl 3, beyt 3, (müamilə)
3
Doktor Seyyid Cəfər Səccadi, Fərhəngi-loğat və istilahat və təbirati-irfani

1254
Qeyd 1: Mütəal məbudun istək və əmrinə bağlı hüzn, fərəh, həyəcan
və giryan olmaq kimi hallar qələbəsi ilə içəri obrazı dəyişdirən sirrə
“vəcd” demişlər.
Qeyd 2: Mömin şəxslər tanış olduğu, sözə-ibarəyə sığmaz İlahi sirrə
“vəcd” demişlər.
Qeyd 3: Mütəal məbudun yaradıcı kamallarına nəzər edərək
saliklərin qəlbində açılmış nura “vəcd” demişlər.
Qeyd 4: Salik qəlbində qeyb olmuş qüvvələrin qeyb aləmi ilə üz-üzə
gəlməyinə “vəcd” demişlər.
Qeyd 5: Bəşəri ixtiyar və şəxsi iradə ilə mənəvi hal axtaran bir şəxsi
ixtiyarsız edən həyəcana “vəcd” demişlər.
Qeyd 6: Batini müşahidə nailiyyətindən öncə “vəcd” ünvanlı
halların peyda olmağı mümkünsüzdür.
Nişanə 3: “Fürsət vermədin”: Vəcd mərtəbəsində peyda olmuş hal-
ların, o cümlədən təcəlli şimşəklərinin dayanmaz olduğundan nişanədir.
Anlam: Beyt “vəcd sürəti” ünvanlı mərtəbədən şikayət edir.
Qeyd: Təcəlli şimşəklərinin dayanmaz şəraitinə “vəcd sürəti”
demişlər.

Beyt 4: Göz yumub aləmdən, istərdim açam rüxsarinə,


Canım aldın, göz yumub-açınca möhlət vermədin.
Sözlük: Rüxsar = üz = camal = surət
Nişanə 1: “Rüxsar”: Bax beyt 1, nişanə 5 (rüx)
Nişanə 2: “Canım aldın”: Can almaq bu beytdə batini müşahidə
fürsətinin dayanmaz olduğundan nişanədir.
Qeyd: Ariflərin həyatı, yaxud həqiqi həyat müşahidə anlarından
ibarətdir.
Anlam: Bax beyt 3, anlam

Beyt 5: Bumudur rəhmin ki, xalin eylər ikən qəsdi-can,


Çıxdı xəttin kim, onu mən` edə, rüxsət vermədin.
Sözlük: Mən` = qadağan
Nişanə 1: “Rəhm”: Mərifət kimi nemətlər bağışlayan feyzə işarədir.
Nişanə 2: “Xal”: Ariflər idraka sığmaz gizli və görünməz vəhdət

1255
nöqtəsinə xal demişlər.1
Nişanə 3: “Qəsdi-can”: Qurbanlıq, yaxud fanilik məqamına nail
olmaqdan, ya da vəhdət ümmanına dalmaqdan nişanədir.
Nişanə 4: “Xətt”: Bu beytdə İlahi camal ətrafındakı nurdan
ibarətdir. Bu nur canan camalını məxfi etməkdə bir hicab kimidir.2
Anlam: Aşiq, vəhdət nöqtəsinin cazibələri ilə xətt hicabından azad
olduğunu təlqin etməklə şikayət deyil, bəlkə məmnunluq
göstərir.
Qeyd 1: “Rüxsət vermək” istedadsız aşiq haqqında rəhmsizlikdir.
Çünki qurban məqamına istedadsız nail olmuş aşiq məhkəməyə məruz
qalmalıdır.3
Qeyd 2: “Rüxsət vermək” istedadlı aşiq haqqında rəhm etməkdir.
Çünki onu, vücud hicabından həmişəlik azad edir.

Beyt 6: Vermə hüsn əhlinə, yarəb, qüdrəti-rəsmi-cəfa,


Çün cəfa çəkməkdə eşq əhlinə taqət vermədin.
Nişanə 1: “Hüsn əhli”: Hüsn əhli bu beytdə müxtəlif kamalları
vahid vücudunda cəmləşdirən mürşüd həzrətindən, yaxud digər İlahi
vasitədən nişanədir.
Nişanə 2: “Rəsmi-cəfa”: Bu beytdə aşiqin ürəyini mənəvi maraq-
müşahidə nemətindən məhrum edən sınaqlardan ibarətdir.
Nişanə 3: “İkinci misra”: Cəfa ünvanlı sınaqların daha çətin
olduğunu, yaxud aşiqin müşahidə məhrumluğuna dözə bilməyini təlqin
edən nişanədən ibarətdir.
Anlam: Beyt aşiqin cəfa mərhələsində səbirsizlik edib şikayətlənmə-
yindən (cəsurluğundan) vahiməli olduğunu təlqin edir.

Beyt 7: Ey Füzuli, öldün, əfğan etmədin, rəhmət sənə!


Rəhm qıldın, xəlqə əfğanınla zəhmət vermədin.
Sözlük: Əfğan =fəğan = nalə
Nişanə 1: “Öldün”: Ölmək bu beytdə fiziki mahiyyəti tam məğlub
etmək çətinliyindən nişanədir.
Nişanə 2: “Əfğan etmədin”: Bu nişanə cəfa mərhələsinə razılıq

1
Qəzəl 22, beyt 3
2
Qəzəl 138, beyt 4
3
Qəzəl 7, beyt 2, nişanə 1

1256
göstərmək əlamətidir.
Nişanə 3: “Rəhmət”: Bu beytdə məcazi vücudu mənəvi feyz
mənşəli etmiş İlahi ehsandan nişanədir.
Anlam: Bu beyt ötən beytdə qeyd olunmuş cəfa sınağına taqət gətir-
mək istedadına nail olmağı, yaxud aşiqin sınaqdan çıxma-
ğını təlqin edir.

1257
QƏZƏL 232

(1) Gör sirişkim şəbi-hicran, demə kim, qandır bu,


Zərrə - zərrə şərəri-atəşi-hicrandır bu.

(2) Sanmanız qanlı düyün, sinə dəlüb, baş çəkmiş


Şöleyi-atəşi-ahi-dili-suzandır bu.

(3) Kəsmə ümmid könül başına cizginməkdən,


Ola nagəh düşə fürsət ələ, dövrandır bu.

(4) Dəmbədəm canımı, ey dərdü bəla, incitdin!


Lütf edin bir-iki dəm kim, sizə mehmandır bu.

(5) Nə yaxarsan oxun, ey atəşi-dil, vəsl günü,


Bizə hicran gecəsi şəmi-şəbistandır bu.

(6) Könül istər ala bir bu səri-zülfündən, leyk,


Vermədən can dilər almaq, sanır asandır bu.

(7) Dün demişsən ki, Füzuli mənə qurban olsun!


Sənə qurban olayım, yenə nə ehsandır bu.

1258
Beyt 1: Gör sirişkim şəbi-hicran, demə kim, qandır bu,
Zərrə - zərrə şərəri-atəşi-hicrandır bu.
Sözlük: Sirişk = göz yaşı, şəbi-hicran = hicran gecəsi
Nişanə 1: “Sirişk”: Bu beytdə həqiqi, yaxud batini vücud təzahürünə
maneə törətmiş fiziki mahiyyəti yuyub-təmizləyən nişanədən ibarətdir.
Nişanə 2: “Şəbi-hicran”: Bu beytdə aşiqin “hal qürbəti” ünvanlı
qəribliyindən nişanədir.1
Nişanə 3: “Qan”: Sirişk ilə yuyulmuş mahiyyətin batil olduğunu
məlum edən nişanədən ibarətdir.
Nişanə 4: “Şərəri-atəşi-hicran”: Aşiqin mənliyini ard-ardınca
yandırıb külünü eşq nəsiminə tapşıran həsrət atəşindən nişanədir.
Anlam: Beyt batini hal və hərarətin zahirdə təzahür etməsini təlqin
edir.

Beyt 2: Sanmanız qanlı düyün, sinə dəlüb, baş çəkmiş


Şöleyi-atəşi-ahi-dili-suzandır bu.
Nişanə 1: “Qanlı düyün”: Eşq müşküllərinin maddi vücud maneəsi-
ni məğlub edən gizli hikmətindən nişanədir.
Nişanə 2: “İkinci misra”: Vücudun iç üzünü alovlayan “nari-
məhəbbəti” onun çöl üzündə əks etdirilmiş nişanədən ibarətdir.
Anlam: Bax beyt 1, anlam

Beyt 3: Kəsmə ümmid könül başına cizginməkdən,


Ola nagəh düşə fürsət ələ, dövrandır bu.
Sözlük: Nagəh = nagah = birdən birə = qəflətən
Nişanə 1: “Başına çizginmək”: “Təhəyyür” (heyrətlənmək) ünvanlı
vadiyə daxil olmaqdan nişanədir.
Qeyd: A: Tovhid dənizində qərq olmağa “təhəyyür” demişlər.
B: Eşq vadisində sərgərdan olmağa “təhəyyür” demişlər.
C: İlahi cəlal və camal önündə məhv olmağa “təhəyyür” demişlər.
D: İrfani təfəkkür meyvəsinə “təhəyyür” demişlər.
E: Mütəal məhbubu dönə - dönə axtarıb özünü tapmış aşiqin, özünü
axtarıb məhbubu tapmağına “təhəyyür” demişlər.
Ə: Seyr yolunun igidləri “ً‫ﺤﻴﱡﺮا‬ َ ‫ﺤﻴﱢﺮﻳﻦ زِدﻧﯽ َﺕ‬
َ ‫ﻞ اﻟ ُﻤ َﺘ‬
َ ‫”ﻳﺎ دَﻟﻴ‬: (“Ey

1
Qəzəl 34, beyt 3

1259
heyrətlənmişləri [sərgərdan aşiqləri] istiqamətləndirən məhbub, mənim
də heyrətimi əlavə et”) deməklə mehriban məhbubdan təhəyyür
nailiyyətini tələb etmişlər.1
Nişanə 2: “Fürsət”: Təəllüq ünvanlı maneələri təmamilə məğlub
etmiş aşiqin özünü unutmuş anlarına “fürsət” demişlər.
Anlam: Beyt Hafiz “‫ ”دﺱ ﺖ از ﻃﻠ ﺐ ﻧ ﺪارم ﺕ ﺎ ﮐ ﺎم ﻡ ﻦ ﺑ ﺮ اﻳ ﺪ‬buyurduğu kimi
daimi tələb halında olmağı, yaxud batini münacat davamını
təlqin etmək istəyir.
Qeyd: Daimi tələb mütəal məhbub qapısını dalbadal döymək
kimidir. Mövləvi qapı döyməkdən dönməz aşiqin məqsədə çatmağını qəti
bildirmək məqsədilə islamın ulu peyğəmbərinin buyurduğu fərmayişə
əsaslanaraq demişdir ki:
2
‫ﻋﺎﻗﺒﺖ زان در ﺑﺮون اﻳﺪ ﺱﺮﯼ‬ ‫ﮔﻔﺖ ﭘﻴﻐﻤﺒﺮ ﮐﻪ ﮔﺮ ﮐﻮﺑﯽ درﯼ‬

Beyt 4: Dəmbədəm canımı, ey dərdü bəla, incitdin!


Lütf edin bir-iki dəm kim, sizə mehmandır bu.
Nişanə 1: “Can”: Bu beytdə: A: Məcazi, yaxud heyvani can ünvanlı
bədən canından ibarətdir.
B: Həqiqi can ünvanlı ürək canından ibarətdir.3
Nişanə 2: “Dərdü bəla”: Bədən və ürək canını seyrdən saxlayan
dünyəvi maneələr və mənəvi qəhrlər ilə əlaqədar müşküllərdən nişanədir.
Qeyd 1: Bədən canı ilə seyr etməyə “afaq seyri”, yaxud dünyəvi
seyr demişlər.
Qeyd 2: Ürək canı ilə seyr etməyə “nəfs seyri”, yaxud mənəvi seyr
demişlər.
Qeyd 3: Bir çox mürşüdlər dünyəvi seyri (zahiri və xarici seyr)
mənəvi seyrdən (batini seyr) daha üstün və önəmli bilmişlər. Çünki:
A: Bütün insanları mütəal məhbubun mənsubları bilməklə dünyəvi
vücudun, həmçinin dünyanın düşmənliyini dostluğa çevirmək və hər
insandan İlahi rayihə almaq xarici seyr ilə mümkün olur.
B: Bütün insanlarda İlahi nur təzahürünü görmək və Qurani-Kərim
buyurduğu “4‫“( ”اﷲ ﻧﻮر ﺱﻤﺎوات و اﻻرض‬Allah göylərin və yerin nurudur”)
ayəsindən bəhrələnmək dünyəvi seyr ilə mümkün olur.

1
Doktor Seyyid Cəfər Səccadi, Fərhəngi-loğat və istilahat və təbirat-irfani
2
Mövləvi, Məsnəvi, 3-cü dəftər, 4833-cü beyt
3
Qəzəl 123, beyt 1
4
Qəzəl 19, beyt 4

1260
C: Yaradıcı məbud razılığı yaranmış bəndələri razılaşdırmaqla
mümkün olur. Buna görə də Mövləvi kamal mərtəbəsindən
bəhrələnməyini Şəms Təbrizi həzrətinə nişan vermək məqsədilə mənəvi
və batini seyrini yox, bəlkə dünyəvi və xarici seyrini üzə çıxarır və deyir1:
‫اﯼ ﭘﺎدﺷﺎﻩ ﻋﺎﺷﻘﺎن ﭼﻮن ﻡﻦ ﻡﻮاﻓﻖ دﻳﺪﻩ اﯼ‬
‫ ﺑﺎ ﻡﺮدﮔﺎﻧﺖ ﻡﺮدﻩ ام‬،‫ﺑﺎز ﻧﺪﮔﺎﻧﺖ زﻧﺪﻩ ام‬
D: Əxlaqsızlıqlar önündə əxlaqlı olmaq, yaxud islam peyğəmbərinin
ünsiyyətindən məaşirətindən örnək götürmək xarici seyr ilə mümkün
olur.
Anlam: Beyt məcazi və həqiqi canın bir əmanət olduğunu təlqin
etmək istəyir.
Qeyd: Əmanət verilmiş bir şeyin sağlam saxlanılması vacib olmuş
kimi:
A: Bədən və ürək canının “ələst”2 şəraitində (tam sağlam) saxlanıl-
ması, yaxud onları maddi küdurətlər və cismi alçaq meyllərdən qorumaq
lazım gəlir.
B: Canın əmanət (mehman) olduğunu etiraf etmək, onun ələsti və
mənəvi salamatlığını, yaxud yaranış (vəhdət) mərkəzinə qayıtmaq
istedadına işarə edir.
C:Canın ələsti sağlamlığını və vəhdət mərkəzinə qayıtmaq istedadını
təkid etmək məqsədilə Lisanül Qeyb olan Hafiz buyurmuşdur:
‫اﻳﻦ ﺟﺎن ﻋﺎرﻳﺖ ﮐﻪ ﺑﻪ ﺣﺎﻓﻆ ﺱﭙﺮد دوﺱﺖ‬
‫روزﯼ رﺧﺶ ﺑﺒﻴﻨﻢ و ﺕﺴﻠﻴﻢ وﯼ ﮐﻨﻢ‬

Beyt 5: Nə yaxarsan oxun, ey atəşi-dil, vəsl günü,


Bizə hicran gecəsi şəmi-şəbistandır bu.
Sözlük: Şəbistan = hərəmxana = yatacaq
Nişanə 1: “Ox”: Bu beytdə ürəkdən qapı açan İlahi qəmzələr
heybətindən nişanədir.
Qeyd: Şühud nailiyyəti, yaxud mənəvi mərifətlər əldə etmək ürəkdən
açılmış qapı ilə mümkün olur. Elə buna görə də Mövləvi İlahi görüşü
ürəkdən açılmış qapıya şərt bilib buyurmuşdur:
3
‫هﺮ ﮐﻪ را از ﺱﻴﻨﻪ ﺑﺎﺷﺪ ﻓﺘﺢ ﺑﺎب اوز هﺮ ﺷﻬﺮﯼ ﺑﺒﻴﻨﺪ ﺁﻓﺘﺎب‬
Nişanə 2: “Atəşi-dil”: Ürək paklayan yetkinlik və seyr hərarətinə

1
Müəllif bu beyti “Ta Qafe-əndişe” kitabının 3-cü cildində şərh etmişdir.
2
Doktor Cavad Nurbəxş. Sufi kist, səh. 11
3
Mövləvi. Məsnəvi, 1-ci dəftər, 1435-ci beyt

1261
“atəşi-dil” demişlər.
Nişanə 3: “Vəsl günü”: Bu beytdə aşiqi özlüyündən xəbərsiz edən
şühud anlarından, yaxud maddi dünyaya düşməzdən əvvəl yaşadığı
mənəvi aləm rayihəsindən nişanədir.
Nişanə 4: “Hicran gecəsi”: Bax beyt 1 ( şəbi-hicran)
Nişanə 5: “Şəm`i-şəbistan”: Kəsrət qaranlığında təzahür etdirilmiş
vəhdət nurundan ibarətdir.
Anlam: Maddi qurğulu qürbətlikdə mənəvi vətən rayihəsindən
bəhrələnmək ürək yaralayan qəhr və qəmzələr ilə mümkün
olur. Buna görə də qəmzələr heybətindən, yaxud ox
əzabından şikayət etmək mərifətsizlik əlamətidir.
Qeyd: Beyt cəfaların vəfalar kimi olduğuna işarə edir.

Beyt 6: Könül istər ala bir bu səri-zülfündən, leyk,


Vermədən can dilər almaq, sanır asandır bu.
Sözlük: Bu = rayihə = iy, səri-zülf = zülf ucu, leyk = lakin
Nişanə 1: “Bu”: A: Vəhdət aləmindən əsdirilən nəsimdən ibarətdir.
B: Yoxu var edən, yaxud yeni həyat bağışlayan “rəhmani nəfəs”
ünvanlı İlahi ehsandan ibarətdir.
Nişanə 2: “Zülf”: Bu beytdə mütəal canan camalının ətrafından
nişanədir.
Anlam: Özünü qurban etməzdən əvvəl İlahi rayihələr tələb etmək
mərifətsizlik əlamətidir.
Qeyd: Bir rayihə qiyməti bir candır.

Beyt 7: Dün demişsən ki, Füzuli mənə qurban olsun!


Sənə qurban olayım, yenə nə ehsandır bu.
Anlam: Aşiqin fədakarlığını, yaxud qurban olmağını qəbul etmək
İlahi bir ehsandır. Çünki onun vücudu məşuqa qovuşmağa
(qurban) layiq deyil.1

1
Qəzəl 7, beyt 2

1262
QƏZƏL 233

(1) Nihali-dərddir Məcnun, yer etmiş sayəsin ahu,


Başında quş qanadı börk, əyağində səlasil su.

(2) Mənə zali-fələk çəkdirdi ol muyi-miyan cövrün,


Görün bir tari-muyi necə əjdər etmiş ol cadu.

(3) Olur meyli-dil əfzun asitanın daşına hər dəm,


Əgərçi rəsmdir yasdıqdan ikrah eyləmək sayru.

(4) Tərəhhüm qıl bükülmüş qəddimə, vəhm eylə ahimdən,


Saqın çıxmayə nagəh yaydan ol ox, ey kəmanəbru.

(5) Nədir, - dedim, - rüxi-safində əksi-mərdümi-çeşmim?


Dedi: Gəlmiş gəmilə Rumə, dərya qət` edib hindu.

(6) Qaşın yayı fərağindən xədəngin kimi incəldim,


Necə bir çəkdirər eşqin məna zülmün, nə gücdür bu?

(7) Füzuli, ayrı düşdük yardən, səbr etməgə yer yox


Düşüb səhrayə əfğan edəlim sən ayru, mən ayru.

1263
Beyt 1: Nihali-dərddir Məcnun, yer etmiş sayəsin ahu,
Başında quş qanadı börk, əyağində səlasil su.
Sözlük: Nihal = pöhrə = körpə ağac, səlasil = silsilələr = zəncirlər
Nişanə 1: “Nihali-dərd”: A: İstedad azlığını təlqin edən nişanədir.
Elə buna görə də şair: “Məndə Məcnundan füzun aşiqlik istedadı var”
buyurmuşdur.
Qeyd: Məcnunun dərdi əfsanələrə, yaxud ibarəyə sığması onun
naqis aşiq olduğunu məlum edir. Elə buna görə də Füzuli: “Nə bənzər ol
məna, dərdi onun təqrirə qabildir” buyurmuşdur.
B: Nihali-dərd eşq ilə bağlı dərdlər mənşəyini təlqin edən nişanədən
ibarətdir. Bu təlqin ikinci misranın mənası ilə münasib nəzərə gəlir.
Nişanə 2: “Başqa quş yuvası börk”: Bu nişanə: A: Maddi dünyadan
xəbərsiz olmaq, həmçinin özünü unutmaq əlamətidir.
B: Başda yerləşmiş dünyaşünas əql və əndişə əlindən azad olmaq
əlamətidir.
Nişanə 3: “Ayağında səlasil su”: Bu nişanə: A: Fiziki mahiyyəti
yuyub-paka çıxaran göz yaşından istiarədir.
B: Seyr yolunda ayaq atmaq əlamətidir.
C: Seyr yolunun maneələrini ayaq altına salmaqdan istiarədir.
D: Dayanmaz seyr əlamətidir.
Anlam: Məcnun kimi özünü unutmuş aşiqin vücudu:
A: Təbii maneələrə qalibdir.
B: Əql və əndişə kimi şəxsi maneələrdən azaddır.
C: İctimai etibarlar torundan azaddır.
Beyt 2: Mənə zali-fələk çəkdirdi ol muyi-miyan cövrün,
Görün bir tari-muyi necə əjdər etmiş ol cadu.
Sözlük: Zal = başı, qaşı və kiprikləri ağarmış qoca = Rüstəm pəhləvanın
atası, muy = tük, muyi-miyan = beli incə, tari-muy = tük riştəsi
Nişanə 1: “Zali-muy”: Zal fələk bu beytdə cismi sifətləri, yaxud
dünyəvi etibarsız qüdrətləri cilovlamaqla mənəvi yüksəlişə zəminə
yaradan asimani iqtidardan nişanədir.
Nişanə 2: “Muyi-miyan”: A: Aşiqi özlüyündən, yaxud mənlik adlı
daha xətərnak hicabından, həm də digər dünyəvi hicablardan xilas edən
mürşüd nəzərinə “muyi-miyan” demişlər.1

1
Doktor Seyyid Cəfər Səccadi. Fərhəngi-loğat və istilahat və təbirati-irfani

1264
B: Aşiqi dəqiqə ünvanlı mərtəbədə1 təcrid məqamına tərbiyə edən
dilbərə “muyi-miyan” demişlər.
C: Əqlə, idraka, yaxud cismi hisslərə sığmaz incəliyə “muyi-miyan”
demişlər.
Nişanə 3: “Cövr”: Aşiqin vücudunu bürüyən tərbiyəvi qəhrlərdən
nişanədir.
Nişanə 4: “Əjdər”: Yeni həyat bağışlayan iqtidara “əjdər” demişlər.2
Nişanə 5: “Cadu”: Bax cövr.
Qeyd: İkinci misra İlahi məkrin bəşəri məkrlərə, yaxud eşq cilvə-
lərinin əql siyasətlərinə qalib olduğunu təlqin etmək məqsədilə aşağıdakı
şərif ayələrə işarə edir:
A: “3‫ﻞ اﻟﻴﻪ ﻡِﻦ ﺱِﺤ ِﺮهِﻢ اﻧﱠﻬﺎ ﺕَﺴﻌﯽ‬
ُ ّ‫”ﻗﺎل ﺑﻞ اﻟﻘﻮ ﻓﺎِذا ﺟﺒﺎﻟﻬﻢ و ﻋﺼﻴﱡﻬﻢ ﻳﺨﻴ‬: (“Dedi:
“[yox,] siz atın!” Onların sehri nəticəsində [Musaya] elə gəldi ki, onların
kəndirləri və çəlikləri [əjdaha kimi] çapalayır”).
B: 4‫“( ﻓﺎﻟﻘﯽ ﻡﻮﺱﯽ ﻋﺼﺎ ُﻩ ﻓﺎِذا هﯽ ﺕﻠﻘﻒ ﻡﺎ ﻳﺎﻓﻴﮑﻮن‬Sonra Musa öz əsasını atdı,
o dərhal onların uydurduqları şeyləri [ipləri] uddu”).
Anlam: Beyt dünyəvi mürəkkəb vücudu mənəvi mücərrəd vücudlara
qovuşduran mürşüd nəzərini, yaxud hüsn iqtidarını tərif
etmək istəyir.

Beyt 3: Olur meyli-dil əfzun asitanın daşına hər dəm,


Əgərçi rəsmdir yasdıqdan ikrah eyləmək sayru.
Sözlük: Əfzun = əlavə = artıq
Nişanə 1: “Meyli-dil”: Bu beytdə: A: Qeybi həqiqətlər tələbindən
nişanədir.
B: Mənəvi mərifətlər ətəşindən nişanədir.
Nişanə 2: “Asitan”: Bəndəlik ərəfəsinə, yaxud səcdə məqamına
“asitan” demişlər.
Anlam: “Əzdad” bəhsi əsasında5 əql əhli, yaxud bütün əhali
cansağlığı (bədən sağlığı) tələb etdiyi halda eşq əhli can
xəstəliyi (cismi xəstəlik) tələb edir. Çünki onların zənnincə
xəstəlik əngəl cismi, yaxud fiziki mahiyyəti fəaliyyətsiz

1
Qəzəl 12, beyt 1
2
Qəzəl 204, beyt 4
3
Quran, Taha surəsi, 66- cı ayə
4
Quran, Şüəra surəsi, 45- ci ayə
5
Qəzəl 3, beyt 2

1265
etməklə aşiqi bəsitlik, yaxud mücərrədlik, ya da qurbanlıq
məqamına hazırlayır.

Beyt 4: Tərəhhüm qıl bükülmüş qəddimə, vəhm eylə ahimdən,


Saqın çıxmayə nagəh yaydən ol ox, ey kəman əbru.
Sözlük: Tərəhhüm = rəhm etmək = mehribanlıq göstərmək =
bağışlamaq, nagəh = nagah, kəman əbru = kaman qaşlı
Nişanə 1: “Tərəhhüm”: Bu beytdə “rübubiyyət” ünvanlı tərbiyəvi
lütfdən nişanədir.
Nişanə 2: “Bükülmüş qədd”: Bükülmüş qədd:
A: Şərif ayə “1‫“( ”اﻧﺎ ﷲ و اﻧﺎ اﻟﻴﻪ راﺟﻌﻮن‬Biz Allaha aidik və əlbəttə ona
tərəf qayıdacağıq”) buyurduğu kimi “müstədir hərəkət”2 ünvanlı seyr ilə
İlahi əslə tərəf müraciət etməkdən nişanədir.
B: Torpağa düşməkdən, yaxud acizlikdən nişanədir.
C: Batini iqtidar təzahürünə yaranmış imkandan nişanədir.
Nişanə 3: “Ah”: Bax: nişanə 4, b
Nişanə 4: “Ox”: A: Aşiqi seyrdən saxlayan mürşid, yaxud məhbub
qəhrindən nişanədir.
B: Cismi iqtidara qalib gəlmiş batinin “şəth”3 və “vəcd”4 şəraitində
etdiyi şikayətindən nişanədir.
Nişanə 5: “Kəmanəbru”: Bu beytdə tərbiyəvi qəhrlər ilə əql və cism
adından aşiqi azad edən mürşüd, yaxud məhbubdan nişanədir.
Anlam: Qəhrlər önündə dözümsüz aşiqin şikayətlənməyi onun seyr-
dən saxlanılmağına bais olur.
Qeyd: Seyrdən saxlamaq, yaxud aciz olan qul və məmlükü tənbeh
etmək mürşüdə, yaxud məşuqa layiq deyil (Şəth), elə buna görə də şair
“vəhm eylə ahimdən” demişdir.

Beyt 5: Nədir, dedim, rüxi-safində əksi-mərdümi-çeşmim?


Dedi: gəlmiş gəmilə rumə, dərya qət` edib, hindu.
Sözlük: Rüx = üz = sima = camal, mərdümi-çeşm = göz bəbəyi
Nişanə 1: “Rüxi saf”: İlahi cəlaları əks etdirən “məzhər” ünvanlı

1
Quran, Bəqərə surəsi, 156 cı ayə
2
Qəzəl 24, beyt 1
3
“Şəth” şikayəti (Allah-Təalaya qəzəblənmək) barədə yuxarıda danışmışıq
4
Qəzəl 231, beyt3

1266
güzgüdən nişanədir.
Nişanə 2: “Əksi-mərdümi-çeşm”: Bu nişanə rüx qarşısında, yaxud
şühud önündə hicab kimi olmuş istedadsızlıq əlamətdir və vasitəsiz
şühudun mümkünsüz olduğuna işarə edir.
Nişanə 3: “Rum”: Aydın gündüzdən, günəşdən və nurani camaldan
istiarədir.
Nişanə 4: “Hindu”: A: Qaraltı, qaranlıq, gecə, güdükçü, kafir, oğru,
örtücü və beləcə mənaları təlqin edən istiarədən ibarətdir.
B: Elm, şüur, mədh və sifət imkanına sığmayan “xal” ünvanlı vəhdət
nöqtəsindən nişanədir.
Qeyd 1: Elm, şüur, mədh və sifət acizliyinə “cəhl”1 demişlər. Buna
görə də vəhdət nöqtəsi qarşısında insanın cahil olması, qara xal
istiarəsini dəlilləşdirə bilir.
Qeyd 2: Bir çox irfan araşdırıcıları bütün kainatı xal əks etdirmiş
cilvələr bilmişlər.
Qeyd 3: İrfan araşdırıcılarından bəzisi, o cümlədən Sayyənəddin
təkcə ariflər ürəyini xal mərtəbəsində əks olunmuş cilvələr bilmişdir.2
Qeyd 4: Xarici vücudunu təcrid edərək daxili vücudunu “Hər
təəllüqdən olar xurşid tək aləmdə fərd” buyurduğu “fərdlik” məqamına
çatdıran arif “xal” mərtəbəsindən feyzyab olmalıdır.
Qeyd 5: Nöqtənin (xalın) açılmaz olduğu kimi xal mərtəbəsindən
bəhrələnmiş aşiqin eşq dairəsindən xaric olmağı mümkünsüzdür.
Anlam: A: Maddi dünyada, yaxud maddi vücud ilə zülmətsiz ziyaya,
yaxud xalis (saf) nur feyzindən bəhrələnmək mümkünsüz-
dür. Çünki maddənin zatı da zahiri kimi qaralıqla qatqıdır.
B: Beyt dünyəvi vücudun mənəvi hədəf və hərəkətini təlqin edir.

Beyt 6: Qaşın yayı fərağindən xədəngin kimi incəldim,


Necə bir çəkdirər eşqin məna zülmün, nə gücdür bu?
Sözlük: Xədəng = süngü = ox
Nişanə 1: “ Qaşın yayı”: bax beyt 4, nişanə 5, (kəmanəbru)
Nişanə 2: “Xədəng”: Aşiqin yaralı qəlbini nalə ünvanlı özəl
münacat məşğulluğunda, bədən istəklərindən xəbərsiz edən qəmzə
satmaqdan nişanədir.

1
Cəhl batini qaranlıqdan ibarətdir.
2
Şeyx Mahmud Şəbüstəri, Gülşəni-raz, səh. 460-461

1267
Nişanə 3: “İncəldim”: İncəlmək büsbütün məcazi bağlantılarını və
dünyəvi ilgilərini soyub-tökmüş aşiqi təcrid məqamına hazırlayan
müqəddimədən ibarətdir.1
Nişanə 4: “Zülm”: Tərbiyəvi mərhələlər çətinliyini təlqin edən nişa-
nədir.
Nişanə 5: “Güc”: Bu beytdə lütfdən asılı qəhr hikmətinə işarə edən
nişanədir.
Anlam: Beyt cəfaların vəfalar kimi olduğundan, yaxud əkslərin
barışığından hasil olmuş səmərə vasitəsilə (əzdad 2)
heyrətlənməyi təlqin dir.

Beyt 7: Füzuli, ayrı düşdük yardən, səbr etməgə yer yox


Düşüb səhrayə əfğan edəlim sən ayru, mən ayru.
Sözlük: Əfğan = fəğan = nalə
Qeyd: Bu beytdə: A: Füzulinin daxili vücudu onun xarici vücudu ilə
“dərdi-dil” edir.
B: Füzuli özü kimi qürbətzədə aşiqlərlə “dərdi-dil” edir.
Nişanə 1: “Ayrı düşdük yardan”: Yardan ayrı düşmək “hübut” [sü-
qut] ünvanlı mərhələdə 3 vəhdət mərkəzindən maddi qurğulu hicablar
dünyasına atılmaq nişanəsidir.
Nişanə 2: “Səbr etməgə yer yox”: “Səbr etmək” bu beytdə, “tələb”
dayandıran haldan nişanədir.
Qeyd: “Tələb” mütəal məhbubu tanıyıb-tapmaqdan sonra hasil
olmuş ətəş və xahişdən nişanədir.4
Anlam: Beyt, xüsusilə ikinci misra, tələb və ətəş ünvanlı halların,
nəhayət, İlahi tanışlıqların dəmbədəm təzələnmək zərurə-
tinə işarə etmək istəyir.5

1
Qəzəl 12, beyt 1, nişanə 1
2
Qəzəl 3, beyt 2
3
Qəzəl 54, beyt 1
4
Qəzəl 114, beyt 7
5
Qəzəl 71, beyt 3

1268
QƏZƏL 234

(1) Bülbüli-dil gülşəni-rüxsarın eylər arizu,


Tutiyi-can lə`li-şəkkərbarın eylər arizu.

(2) Naməvü qasid pəyamilə xoş olmaz xatirim,


Öz ləbindən ləhceyi-göftarın eylər arizu.

(3) Sərvü gül nəzzarəsin neylər səna heyran olan,


Arizinlə qəddi-xoşrəftarın eylər arizu.

(4) Arizu eylər ki, mən tək müttəsil bimar ola


Kim ki, vəsli-nərgisi-bimarın eylər arizu.

(5) Hicr bimari tənim badi-səbadən dəmbədəm


Sihhət içün sihhəti - əxbarın eylər arizu.

(6) Zülməti-hicrində baxmaz şəm`ə çeşmim mərdümi,


Pərtövi-rüxsari-pürənvarın eylər arizu.

(7) Arizuməndi-vüsalındır Füzuli xəstədil,


Vəslin istər, dövləti-didarın eylər arizu.

1269
Beyt 1: Bülbüli-dil gülşəni-rüxsarın eylər arizu,
Tutiyi-can lə`li-şəkkərbarın eylər arizu.
Sözlük: Rüxsar = camal = üz = surət, tuti = tutuquşu. Şəkkərbar = daha
şirin
Nişanə 1: “Bülbüli-dil”: Münacat ünvanlı müxtəlif nalələr ilə eşq
sirrini aşkara çıxaran ürəkdən nişanədir.
Nişanə 2: “Gülşəni-rüxsar”: Gözəl canan camalından saçılmış ürək
açan (bəst) cəlalarından nişanədir.
Nişanə 3: “Arizu”: Bu beytdə ülvi aləmə, yaxud “inna lillah”
nöqtəsinə qayıtmaq həsrətindən nişanədir.
Qeyd: Arizu vəhdət mülkündən, yaxud “ələst”1 aləmindən gətirilmiş
şəxsiyyətin sağlamlığından nişanədir.
Nişanə 4: “Tutiyi-can”: A: Naləsi, münacatı, istəyi, ətəşi və tələbi
təmamilə İlahi cazibələr mənşəli olan “bülbüli-dil”dən ibarətdir. Hafiz
oxucuya özünün bu mənşə ilə əlaqədar olduğunu təlqin etmək məqsədilə
buyurmuşdur ki:
‫در ﭘﺲ ﺁﻳﻨﻪ ﻃﻮﻃﯽ ﺻﻔﺘﻢ داﺷﺘﻪ اﻧﺪ‬
2
‫ﺁﻧﭽﻪ اﺱﺘﺎد ازل ﮔﻔﺖ ﺑﮕﻮ ﻡﯽ ﮔﻮﻳﻢ‬
B: İlahi ilhamlarla əlaqədar batinə “tutiyi-can” demişlər
Nişanə 5: “Lə`li şəkkərbar”: Aşiqin cövhər ünvanlı həqiqi vücuduna
daxil olmuş əhvali-ruhiyyəsini dəmbədəm yeniləşdirən “rəhmani nəfəs”
ünvanlı İlahi feyzlərdən nişanədir.
Anlam: Aşiq maddi dünyada mənəvi feyzlər nailiyyətini tələb etmək-
lə ələsti, şəxsiyyətinin sağlamlığına, yaxud həqiqi məri-
fətlərdən bəhrələnməyinə işarə edir.

Beyt 2: Naməvü qasid pəyamilə xoş olmaz xatirim,


Öz ləbindən ləhceyi-göftarın eylər arizu.
Sözlük: Qasid = xəbər aparan = məktub paylayan. Pəyam = bir şəxsin
sözünü başqa şəxsə çatdırmaq = səlam = ilham = vəhy = əmr,
göftar = danışıq = söhbət
Nişanə 1: “Naməvü qasid pəyamı”: Bu nişanə müxtəlif vasitələr ilə
şühud nurundan bəhrələnməyi təlqin etmək istəyir.
Nişanə 2: “Xoş xatir”: İlahi rəhmətdən vasitəsiz bəhrələnmiş aşiqin

1
Müəllif bu beyti “Ta Qafe-əndişe” kitabının 3-cü cildində şərh etmişdir.
2
Qəzəl 19, beyt 4

1270
batini halından ibarətdir.
Qeyd: Bir çox hal baş verə bilər ki xatir mələyin gətirdiyi ilham
vasitəsilə xoş olar (vasitəli xoşhallıq), ancaq gah da şeytanın təlqin
etdiyi vəsvəsələr xatir xoşluğuna bais olar (mənfi xoşhallıq).
Nişanə 3: “Ləb”: Bəzi mürşüdlər “ləb” ünvanlı İlahi ilham-işarələri
bir çeşid vəhy bilmişlər.1
Nişanə 4: “İkinci misra”: “Əqrəb” ünvanlı nəhayətə çatmış “qürb”
məqamında mütəal məhbub cilvələrindən vasitəsiz feyzyab olmaq əla-
mətidir.
Anlam: Aşiq mütəal məhbub feyzlərindən vasitəsiz bəhrələnmək
istəyir.

Beyt 3: Sərvü gül nəzzarəsin neylər səna heyran olan,


Arizinlə qəddi-xoşrəftarın eylər arizu.
Sözlük: Nəzzarə = nəzər = baxmaq = tamaşa etmək, ariz = camal = üz,
xoşrəftar = xoş rəftarlı
Nişanə 1: “Sərv”: Dünyəvi tənasüblər davamından nişanədir.
Nişanə 2: “Gül”: Ürək açan məcazi hüsnlərdən nişanədir.
Nişanə 3: “Heyran”: Heyranlıq fikir dayandıran sərgərdanlıqdan ni-
şanədir.
Nişanə 4: “Ariz”: Batini bəst bağışlayan şühud nurundan nişanədir.
Nişanə 5: “Qəddi-xoşrəftar”: İlahi hüsnlərin ardı-arası kəsilməz
təzahüründən nişanədir.
Anlam: Bu beyt də mənəvi hüsnlərdən xəbərdar aşiqin dünyəvi
hüsnlərə etinasız olduğunu, yaxud:
“Sərvi-gül nəzzarəsin neylər səna heyran olan
Kim qədin, sərv rüxün gülbərgi-rənadır sənin”
Beytini təkrar və təkid edir.

Beyt 4: Arizu eylər ki, mən tək müttəsil bimar ola


Kim ki, vəsli-nərgisi-bimarın eylər arizu.
Sözlük: Nərgis = nərgiz
Nişanə 1: “Bimar”: Bimarlıq cismi duyğuların, yaxud fiziki mahiy-

1
Xürrəmşahi, Elm və din, səh 23

1271
yətin süqut dərəcəsinə çatmağından, nəhayət fəaliyyətsiz olduğundan
nişanədir.
Qeyd: Fəaliyyətsiz vücud mənəvi nailiyyətlər qarşısında maneə
törətməkdən acizdir.
Nişanə 2: “Nərgiz”: Mənəvi mərifətlər nəticəsinə “nərgiz” demişlər.
Nişanə 3: “Nərgizi-bimar”: Aşiqin mənliyini onun gözündən salan
şühud vasitəsinə “Nərgizi-bimar” demişlər.
Anlam: Mənəvi nailiyyət, yaxud xoşluq, maddi cismi fəaliyyətsiz
etməklə mümkündür. Buna görə də deytsə daim xəstəlik
arzu edilir.

Beyt 5: Hicr bimari tənim badi-səbadən dəmbədəm


Sihhət içün sihhəti - əxbarın eylər arizu.
Sözlük: Əxbar = xəbərlər
Nişanə 1: “Bimar tən”: bax beyt 4, nişanə 1
Nişanə 2: “Badi-səba”: Həzrəti mürşüd, yaxud Cəbrail kimi mənəvi
vasitələrdən nişanədir.
Nişanə 3: “Əxbar”: Bu beytdə ülvi aləm ilə əlaqədar elmlərdən
nişanədir.
Nişanə 4: “Sihhəti-əxbar”: Mənəvi mərifətlərin aydın və mükəmməl
olduğunu təlqin edən nişanədir.
Anlam: Şair bu beytdə “tən” adlı xarici vücudu “can” ünvanlı daxili
vücud ilə həmcins edən (sihhət) İlahi feyzdən bəhrələnmək
istəyir.1

Beyt 6: Zülməti-hicrində baxmaz şəm`ə çeşmim mərdümi,


Pərtövi-rüxsari-pürənvarın eylər arizu.
Sözlük: Çeşm mərdümi = göz bəbəyi, rüxsar = surət = camal, ənvar =
işıqlar = nurlar = çiçəklər
Nişanə 1: “Zülməti-hicr”: Aşağı aləm ünvanlı təbiət atmosferindən
ibarətdir.
Nişanə 2: “Şəm`”: Bu beytdə dünyəvi cəlalar və etibarlardan nişanə-
dir.
Nişanə 3: “Pərtövi-rüxsar”: bax beyt 1, nişanə 2

1
Qəzəl 103, beyt 2

1272
Nişanə 4: “Ənvar”: “lahut” 1 ünvanlı qeyri maddi yüksək aləmdə
yeddi əzəli2 nur mənbəyindən saçan nurlardan ibarətdir.
Qeyd 1: Əql, nəfs və zat kimi yaranmışlar xatırladığımız yeddi
nurdan yaranmışlar.
Qeyd 2: Maddi aləm üzərindəki həyat, elm, iqtidar, idrak, fel, iradə
və bəqa [zavalsızlıq] xatırladığımız yeddi əzəli nurun təsirindən
ibarətdir.3
Anlam: Mənəvi ətəşin dünyəvi səbəblər ilə təskinlik tapması müm-
künsüzdür.
Qeyd: Bu anlam mərifət zirvəsinə nail olmağa işarə edir.

Beyt 7: Arizuməndi-vüsalındır Füzuli xəstədil,


Vəslin istər, dövləti-didarın eylər arizu.
Sözlük: Didar = görüş
Nişanə 1: “Arizumənd”: bax beyt 1, arizu
Nişanə 2: “Vüsal”: Bu beytdə mütəal məbudun “vəch” ünvanlı
camalını vasitəsiz müşahidə etməkdən nişanədir.
Nişanə 3: “Xəstədil”: A: Şühud fürsətlərini əldən vermiş həsrətli
aşiqdən nişanədir.
Nişanə 4: “Dövlət”: Mütəal məbudun maddi və müddət çərçivəsinə
sığmayan “əzəli ehsan” ünvanlı xüsusi rəhmətinə “dövlət” demişlər.
Nişanə 5: “Didar”: Həqiqət simasını bəsirət gözü, yaxud “fuad” 4
gözü ilə görməyə “didar” demişlər.
Anlam: Bax beyt 2, anlam

1
Qəzəl 224, beyt 7
2
Başlanışı olmayan zamana “əzəl” demişlər
3
Doktor Seyid Cəfər Səccadi. Fərhəngi-loğat və istilahat və təbirati-irfani
4
Qəzəl 13, beyt 1

1273
QƏZƏL 235

(1) Rəməzan oldu çəkib şahidi-mey pərdəyə ru,


Mey üçün çəng dutub, tə`ziyə açdı geysu.

(2) Bildi mütrib ki, nədir hal, götürdü qopuzu,


Bəzmdən çəkdi əyağini sürahiyyü səbu.

(3) Bəzm qanuni pozuldu, nə üçün çəng ilə dəf


Yığılıb etməyələr hakim eşigində ğülu.

(4) Rəməzan ayı gərək açıla cənnət qapısı,


Nə rəva kim, ola meyxanə qapısı bağlu.

(5) Fəthi-meyxanə üçün oxuyalım fatihələr,


Ola kim, üzümüzə açıla bir bağlı qapu.

(6) Afitabi-qədəh etməz rəməzan ayı tülu`


Nə bəladır bizə, yarəb, nə qara gündür bu?

(7) İntizari-meyi-gülrəng ilə bayram ayına


Baxa-baxa enəcəkdir gözümüzə qara su.

(8) Rəməzan oldu, budur vəhmi Füzulinin kim,


Neçə gün içməyə mey, zöhd ilə nagəh tuta xu.

1274
Beyt 1: Rəməzan oldu çəkib şahidi-mey pərdəyə ru,
Mey üçün çəng dutub, tə`ziyə açdı geysu
Sözlük: Şahid = gözəl = məhbub, ru = üz = camal, təziyə = əza saxlamaq,
geysu = saç = hörük
Qeyd: A: Oruc şər’i təklif olduğuna görə əqli bir hörmətə layiqdir.
Çünki şər’in hökm etdiyi əmrlərə əql də hökm etmişdir.
B: Mey və çəng, eşq ilə bağlı hallar vasitəsi olduğuna görə əqli
hökmlər sırasından xaricdir.
C: Əql ilə eşq prinsiplərini birləşdirmək peyğəmbərlər və imamlardan
başqa şəxslərə mümkünsüzdür. Çünki yalnız onlar (peyğəmbərlər və
imamlar) huşlular kimi məst və məstlər kimi huşludurlar və nəhayət maddə ilə
mənanı vahidləşdirib əksləri cəmləşdirməyə qadir yalnız onlardır.
Anlam: Beyt Rəməzan ayını mey və çəng nailiyyətlərinə maneə bil-
dirməklə bu aydan şikayət etməyir, bəlkə:
A: Əql ilə eşq tələblərini vahidləşdirə bilməyən üz şəxsi
iqtidarından şikayət edir. Çünki o, (aşiq) namaz vaxtında
əql tabeliyində olduğu kimi rəməzan ayında da əql hökm
etdiyi adabı, yaxud orucun zahirini dəqiqliklə qorumalıdır.
B: Zahirə məşğul olmuş bir şəxs imam və peyğəmbər
olmazsa, batindən xəbərsiz qalmalıdır. Çünki zahir ilə
batini cəmləşdirmək əkslər vahidliyi kimi daha çətin bəlkə
də mümkünsüzdür. Elə buna görə də mey və çəng əzadarlıq
edirlər. Çünki aşiqlərin rəməzan ayında, mey və çəng
mərtəbəsindən bəhrələnməkləri oruc adabını qorumağa,
yaxud vacib hökmə boyun əyməməyə bərabərdir.
C: Oruc ünvanlı ibadəti xalisləşdirmək çəng və mey baza-
rına sərmayə hazırlamaq kimidir. Çünki eşq ilə bağlı
nailiyyətlərin önəmli şərti əqli ibadətlərin xalis olduğundan
ibarətdir.1 Elə buna görə də Hafiz:
“‫ ”ﺱﻪ ﻡﺎﻩ ﻡﯽ ﺧﻮر ﻧُﻪ ﻡﺎﻩ ﭘﺎرﺱﺎ ﻡﯽ ﺑﺎش‬buyurmuşdur.
D: Lisanül-qeyb Hafiz yuxarıda xatırladığımız mətləbləri
diqqətə layiq bilib buyurmuşdur:

1
Qəzəl 3, beyt 3

1275
‫ﺱﺎﻗﯽ ﺑﻴﺎر ﺑﺎدﻩ ﮐﻪ ﻡﺎﻩ ﺻﻴﺎم رﻓﺖ‬
1
‫در دﻩ ﻗﺪح ﮐﻪ ﻡﻮﺱﻢ ﻧﺎﻡﻮس و ﻧﺎم رﻓﺖ‬

Beyt 2: Bildi mütrib ki, nədir hal, götürdü qopuzu,


Bəzmdən çəkdi əyağini sürahiyyü səbu.
Sözlük: Səbu = kuzə = şərab qabı
Nişanə 1: “Mütrib”: Bu beytdə başda yerləşmiş əqli məğlub və
təsirsiz edən vasitədən nişanədir.
Nişanə 2: “Sürahiyyü səbu”: Mütrib ilə isinişdirən vasitələrdən
nişanədir.
Anlam: Aşiqanə təlimatın tətil olduğunu təlqin edir.

Beyt 3: Bəzm qanuni pozuldu, nə üçün çəng ilə dəf


Yığılıb etməyələr hakim eşigində ğülu.
Sözlük: Bəzm = ziyafət məclisi = xeymə
Anlam: Bu beyt çəng, dəf, sürahiyyü səbu kimi aşiqanə əhval vasitə-
lərini eşiyə tökülüb eşq məktəbini tətil etdirən hakim qar-
şısında:
A: Etiraz etməyə dəvət edir.
B: Etiraz etməməyə dəvət edir.
Qeyd 1: Birinci məna (A), dördüncü beytin mənası ilə uyğun nəzərə
çarpır.
Qeyd 2:İkinci məna (B)yuxarıda xatırladığımız mətləblər ilə
münasib nəzərə gəlir.

Beyt 4: Rəməzan ayı gərək açıla cənnət qapısı,


Nə rəva kim, ola meyxanə qapısı bağlu.
Nişanə 1: “Cənnət”: A: Dadlı-tamlı pak içkilər və meyvələr
behiştinə “əməllər cənnəti” demişlər.
B: İlahi iqtidar və əzəmət kənarında vahid məbudun camalını
müşahidə etmək nailiyyətinə “zat cənnəti” demişlər.
Nişanə 2: “Meyxanə”: Aşiqi təbii vücuduna bağlı sifətlərdən ayıran
mərtəbəyə meyxana demişlər.2

1
Müəllif bu beyti “Ta Qafe-əndişe” kitabının birinci cildində şərh etmişdir.
2
Qəzəl 27, beyt 7, nişanə 2

1276
Anlam: A: Əməllər cənnətindən bəhrələndirib zat cənnətindən
məhrum etmək heç də rəva deyil.
B: Din və iman ilə bağlı əməllərin zahirini mükafatlandırıb,
batinini, yaxud ruhunu inkar etmək rəva deyil.

Beyt 5: Fəthi-meyxanə üçün oxuyalım fatihələr,


Ola kim, üzümüzə açıla bir bağlı qapu.
Sözlük: Fəth = açmaq = açma = peyğəmbər, yaxud digər şəxsin
haqqında edilmiş İlahi yardım
Nişanə 1: “Oxuyalım fatihələr”: Quran icmalçıları Fatihə, yaxud
Həmd surəsini bir çox incə duyğularla əlaqədar müşküllərdən xilas edən,
həmçinin əql külliyatını öz əhatəsinə almış hidayətedici vasitə bilmişlər,
buna görə də Fatihə oxumağı batin üzünə bağlanmış qapıların açarı kimi
bilmişlər.1
Anlam: Beyt oruc ünvanlı ibadətin zahiri adabı ilə yanaşı batini ada-
bından, yaxud ruhundan xəbərdar olub bəhrələnməyi arzu
edir.

Beyt 6: Afitabi-qədəh etməz rəməzan ayı tülu`


Nə bəladır bizə, yarəb, nə qara gündür bu?
Sözlük: Afitab = günəş
Nişanə 1: “Afitabi-qədəh”: Mənəvi duyğular və nurani mərifətlər
aləminə qapı açan təlimatdan nişanədir.
Nişanə 2: “İkinci misra”: Mənəvi maraqlar məhrumluğundan nişa-
nədir.
Anlam: Beyt zahiri adab məşğulluğunda batini maarifdən məhrum
olmaqdan, yaxud ruhsuz ibadətdən şikayət edir.

Beyt 7: İntizari-meyi-gülrəng ilə bayram ayına


Baxa-baxa enəcəkdir gözümüzə qara su.
Sözlük: Gülrəng =qırmızı
Nişanə 1: “Meyi-gülrəng”: Aşiqin ürəyini mənəvi cazibələrə nail
etməklə onun həm cismdən, həm də ətrafından xəbərsiz edən təlimatdan

1
Doktor Əbülfəzl Davərpənah. “Ənvarül-irfan fi-təfsirül-Quran”, səh. 44

1277
nişanədir.
Qeyd 1: Cismdən xəbərsiz halda oruc adabını qorumaq, nəhayət,
oruc tutmaq imkandan xaricdir.
Qeyd 2: Cismdən xəbərsiz halda oruc tutmaq (aşiqanə oruc) yalnız
imamlara, peyğəmbərlərə, gah da, İlahi xəlifəlik məqamına çatmış başqa
insanlara mümkündür.
Anlam: Beyt mənəvi maraqsız yaşayışın müşkül olduğunu təlqin
edir.

Beyt 8: Rəməzan oldu, budur vəhmi Füzulinin kim,


Neçə gün içməyə mey, zöhd ilə nagəh tuta xu.
Sözlük: Zöhd = pəhrizkarlıq = təqva, nagəh = nagah, xu = adət
Nişanə 1: “Mey içməmək”: Eşq ilə əlaqədar məcnunluq və
həyəcanları pünhan etməkdən nişanədir.
Nişanə 2: “Neçə gün”: Mənəvi sərməstliklərin müvəqqəti
dayanmasını və onların orucluq ayından sonra qəzasını əmələ gətirməyi
təlqin edir. Bu qəza əməlinin gərəkli və qəti olduğunu təlqin etmək
məqsədilə Hafiz buyurmuşdur:
‫ ﺑﻴﺎ ﺕﺎ ﻗﻀﺎ ﮐﻨﻢ‬،‫وﻗﺖ ﻋﺰﻳﺰ رﻓﺖ‬
1
‫ﯽ و ﺟﺎم رﻓﺖ‬ّ ‫ﻋﻤﺮﯼ ﮐﻪ ﺑﯽ ﺣﻀﻮر ﺻﺮاﺣ‬
Anlam: Beyt Rəməzan ayında zahid, yaxud bütün əhali kimi əql
tabeliyində olmağı təlqin edir.
Qeyd: Füzuli 3, 4, 5 və 6 cı beytlərdə oruc ünvanlı ibadətin zahir və
batinini vahidləşdirməyə (ruhlu oruc), yaxud ümumxalq tutduğu orucdan
başqa oruc tutmağa (xüsusi ariflər orucu) qadir olduğunu təlqin etmək
istəyir. Elə bu iqtidar, yaxud bu istedad onu rəməzan ayından (əhalinin
tutduğu zahiri orucdan) şikayət etməyə vadar edir.

1
Müəllif bu beyti “Ta Qafe-əndişe” kitabının 1-ci cildində şərh etmişdir.

1278
QƏZƏL 236

(1) Əgər çıxsaydı dərdin cismdən, derdim ki, candır bu,


Nə hacət dərdini yeydir demək candan, əyandır bu.

(2) Dəmadəm xublar cövrilə artar ləzzəti eşqin,


Yamandır bu ki, təhqiq etmədən derlər yamandır bu.

(3) Xədəngi sayəsində xoş keçir ovqatını, ey dil


Ki, gülzari-həyatın zinəti sərvi-rəvandır bu.

(4) Tutuşdum atəşi-dildən, cigər qanilə qərq oldum,


Əgərçi bir şərarə oddur o, bir qətrə qandır bu.

(5) Cəhanə qəddin ilə kakilindən fitnələr düşmüş


Qiyamət ibtidası, fitneyi-axirzəmandır bu.

(6) Dedilər bixəbərlər baği-cənnət kuyinə bənzər,


Xəbər verdi mənə ondan gələn Adəm, yalandır bu.

(7) Füzuli, qıldı fəryadü fəğanın tirə gərduni,


Hənuz, ol mah sormaz kim, nə fəryadü fəğandır bu?

1279
Beyt 1: Əgər çıxsaydı dərdin cismdən, derdim ki, candır bu,
Nə hacət dərdini yeydir demək candan, əyandır bu.
Sözlük: Əyan = əyani = aşkar
Nişanə 1: A: “Dərd”: Bu beytdə yarı vücudu göydə saxlanılmış
aşiqin1 yer kürəsində yaxud dünyəvi həyat hissəsində toxtaqlıq tapmayan
acı-şirin qərarsızlığından nişanədir.
B: Vəhdət mərkəzinə qayıtmaq ətəşindən nişanədir.
Qeyd: Dərdin miqdarı mərifətin miqdarı ilə bərabərdir.
Anlam: Mənəvi mərifət ilə bağlı dərd:
A: Candan daha şirindir.
B: Aşiqin özünə özündən yaxındır.
C: Mütəal məbudun şərif ayədə “‫ﻞ اﻟﻮَرﻳ َﺪ‬
ِ ‫ب اﻟﻴﻪ ِﻡ ﻦ ﺣَﺒ‬ ُ ‫”و ﻧَﺤ‬2:
ُ ‫ﻦ اﻗﺮ‬
(“Və biz ona [insana] şah damarından daha yaxınıq”)
buyurulan, eşq dərdinin İlahi mənşəli olduğunu sübut edir.

Beyt 2: Dəmadəm xublar cövrilə artar ləzzəti eşqin,


Yamandır bu ki, təhqiq etmədən derlər yamandır bu.
Sözlük: Dəmadəm = dəmbədəm, xublar = gözəllər = yaxşılar
Nişanə 1: “Xublar”: Tərbiyəvi tənbeh edici mürşüdlər, yaxud İlahi
vasitələr ya da bəşəri simada İlahi hüsnlər əks etdirmiş gözəllər,
xublardan ibarətdir.
Nişanə 2: “Cövr”: Tərbiyəvi tənbehlərə “cövr” demişlər.
Nişanə 3: “Ləzzəti-eşq”: Ürəyin içindəki “məzaqi-can” ünvanlı gizli
qüvvə ilə idrak olunan mənəvi tamlardan ibarətdir. Bu məna əsasında
“Ey məzaqi-canə cövrün şəhdü şəkkər tək ləziz” demişdir.
Nişanə 4: “Təhqiq”: Bu beytdə təcrübə etməkdən nişanədir.
Anlam: Eşq ilə əlaqədar cəfalar əzab verici (yaman) deyil, bəlkə
fərəhləndirən vəfalar kimidirlər. Ancaq, aşiqanə təcrü-
bələrdən qafil şəxslər ləzzət almalı xüsusi əzabdan xəbərsiz
olduqlarına görə onu incidici (yaman) bilmişlər.

1
Qəzəl 80, beyt 5
2
Quran, Qaf surəsi, 16-cı ayədən bir hissə

1280
Beyt 3: Xədəngi sayəsində xoş keçir ovqatını, ey dil
Ki, gülzari-həyatın zinəti sərvi-rəvandır bu.
Sözlük: Xədəng = ox ucu = düz hədəfə dəyən ox
Nişanə 1: “Xədəng”: Müxtəlif qəmzə satmaqlarla aşiqin yaralı
qəlbini fəryad ünvanlı özəl münacata vadar etməkdən nişanədir.
Nişanə 2: “Ovqat”: A: Aşiqin qəlbini bəşəri ilgilərdən boşaldıb,
İlahi istəklər ilə dolduran feyzlərə “ovqat” demişlər.
B: Dünyəvi ömür möhlətində aşiqi öz keçmiş və gələcəyindən,
yaxud zaman ünvanlı ən xətərnak hicabdan xəbərsiz edən əhvala “ovqat”
demişlər.
Nişanə 3: “Gülzar”: Salik və arifin ürəyini açan (bəst) vəziyyətə
“gülzar” demişlər.
Nişanə 4: “Sərvi-rəvan”: Bu beytdə məbudun “istiğna” və “səmə-
diyyət” məqamında1 qəmzə satmağını davamlandıran sifətindən nişanə-
dir.
Anlam: Bu beyt də eşq ilə bağlı cəfaların vəfalar kimi olduğunu
tanıtdırmaq (mərifət bağışlamaq) istəyir.

Beyt 4: Tutuşdum atəşi-dildən, cigər qanilə qərq oldum,


Əgərçi bir şərarə oddur o, bir qətrə qandır bu.
Sözlük: Şərarə = qığılcım = qor
Anlam: A: Bir qığılcım qədəri eşq atəşi:
1-Ömür boyu insanın qəlbini işıqlandırmağa kafidir.
2-Ömür boyu batini seyr etdirməyə qadirdir.
3-Ömür boyu mənəvi mərifəti yeniləşdirməyə qadirdir.
B: Aşiqin qəlbini doldurmuş qanın bir qətrəsi:
1-Ömür boyu cəfa çəkməyə qadirdir.
2-Ömür boyu tərbiyələnməyə, yaxud yeniləşməyə qadirdir.
Qeyd 1: Beyt mütəal məbudun bir qətrə bətnində qoyduğu bir dəniz
qədəri qüvvəyə işarə edir.
Qeyd 2: Beyt mütəal məbudun zərrə ünvanlı təqsim olmaz bir cəza
bətnində pünhan etdiyi yerə - göylərə sığmaz iqtidara 2 , işarə edir.

1
Qəzəl 30, beyt 3, nişanə məst
2
Qəzəl 149, beyt 3

1281
Müəllif bu mənaları təlqin etmək məqsədilə demişdir:
Aləmi-eşqə gəlginə möcüzeyi-Xudanı gör,
Zirvədə xeymələr quran, yoxsulu, binəvanı gör,
Damcıda tap dəniz gücün, zərrədə kəhkəşanı gör,
Hər tük ucunda nöqtə bax, nəğməyə bax, nəvani gör,
Hər tərəfündə hər zəman Mərvəni gör, Səfanı gör.∗

Beyt 5: Cəhanə qəddin ilə kakilindən fitnələr düşmüş


Qiyamət ibtidası, fitneyi-axirzəmandır bu.
Sözlük: Kakil =kəkil, fitnə = imtahan = möhnət = fitnə = ixtilaf = əzab =
qızılı-gümüşü atəşdə qızardıb imtahan etmək
Nişanə 1: “Qədd”: İlahi əzəmətlər təzahürünü davam etdirmiş sifətə
“qədd” demişlər.
Nişanə 2: “Kakil”: Mütəal məhbubun camal cilvələrinə “kakil”
demişlər.
Nişanə 3: “Fitnə”: A: Fitnə dünyəvi və mənəvi sıxma-boğmalar,
hay-küylər, coşğunluqlar və əsirliklərdən nişanədir.
B: Fitnə İlahi əzəmətlər və sifətlər təzahürünü müşahidə etmiş
salikin iztirabından və həyəcanından nişanədir.
Nişanə 4: “Fitneyi-axirəzzəman”: Maddi dünyanın qiyamətə söy-
kənmiş axır anlarında peyda olmuş umumi iztirabdan nişanədir.
Anlam: Beyt əhalini heyrətləndirən və büsbütün dünyəvi və bəşəri
etibarlar və iqtidarları quru ağac kimi karsız edən suğra
(kiçik) qiyamət əlamətlərinə işarə etməklə, eşq ilə bağlı
həyəcanların qiyamət əlaməti olduğunu həmçinin aşiqlərin
“‫”ﻡﻮﺕﻮ ﻗﺒﻞ ان ﺕﻤﻮﺕﻮ‬1 buyurduğu əsasda, kübra (böyük) qiyamət
[ixtiyari qiyamət] qoparmaqlarına işarə edir.

Beyt 6: Dedilər bixəbərlər baği-cənnət kuyinə bənzər,


Xəbər verdi mənə ondan gələn Adəm, yalandır bu.
Nişanə 1: “Bixəbərlər”: Bu beytdə batini həyat bağışlayan həqiqi
elmdən2 (mərifət) mükəmməl surətdə bəhrələnməyən istedadsız aşiqlər-
dən nişanədir (eşq mənzillərinin bir çoxundan xəbərsiz aşiqlər).


Misralar Əsgər Şahinindir – Ş.F.
1
Qəzəl 6, beyt 6, nişanə 2, (zülm)
2
Qəzəl 107, beyt 1, nişanə 7 (xurşid)

1282
Nişanə 2: “Cənnət”: Bu beytdə “əməllər cənnəti” ünvanlı pak içgilər
və meyvələr behiştindən ibarətdir1.
Nişanə 3: “Kuy”: Aşiqin batinini fərəhləndirən bəndəlik məqamın-
dan, yaxud “zat cənnəti” ünvanlı hüzur ərəfəsindən nişanədir.
Nişanə 4: “Ondan gələn adam”: A: Lisanül-qeyb Hafiz:
‫ﻡﻦ ﻡﻠﮏ ﺑﻮدوم و ﻓﺮدوس ﺑﺮﻳﻦ ﺟﺎﻳﻢ ﺑﻮد‬
2
‫ﺁدم ﺁورد در اﻳﻦ دﻳﺮ ﺧﺮاب ﺁﺑﺎدم‬
buyurduğu kimi, maddi qurğulu dünyaya atılmadan əvvəl behişt
bağlarında yaşamış həzrəti-Adəmdən ibarətdir.
B: Həzrəti Adəm adlı ulu atasını, yaxud cənnət köklü olduğunu,
yaxud bağlı-bağçalı behişt ilə əlaqədar keçmişini yaddan çıxarmayan
şəxsdən nişanədir.
Anlam: Beyt zat behiştinin əməllər behiştindən3 daha üstün oldu-
ğunu təlqin etmək istəyir4

Beyt 7: Füzuli, qıldı fəryadü fəğanın tirə gərduni,


Hənuz, ol mah sormaz kim, nə fəryadü fəğandır bu?
Sözlük: Tirə = qaraya çalan = palçıqlı = küdar, gərdun = asiman =
zamanə, hənuz = hələ
Nişanə 1: “Fəryad və fəğan”: Fəryad və fəğan bu beytdə dözümsüz
aşiqin narazılıq və gileyindən nişanədir.
Nişanə 2: “Gərduni tirə qılmaq”: Bu nişanə:
A: Təbiət dünyasını təsirləndirmək əlamətidir.
B: Qeyri maddi əhvali-ruhiyyənin maddi surətdə təzahür etmiş
qələbələrindən əlamətdir.
Nişanə 3: “Mah”: Bu beytdə qaraca maddədə ağ nuru təzahür
etdirmiş canan camalından nişanədir.
Anlam: Asimani təsirləndirmiş əhval canan ərəfəsində qəbul
olunmağa layiq deyil.
Qeyd: Öz bəşəri və şəxsi vücudunu təsirləndirmək, yaxud özünə
qalib gəlmək (nəfs məğlubluğu) asimana qalib gəlməkdən daha çətin və
ən önəmlidir.

1
Qəzəl 235, beyt 4
2
Müəllif bu beyti “Ta Qafe-əndişe” kitabının 3-cü cildində şərh etmişdir.
3
Qəzəl 235, beyt 4
4
Qəzəl 111, beyt 1

1283
QƏZƏL 237

(1) Giryədir hər dəm açan qəmdən tutulmuş könlümü,


Əşkdir xali qılan qan ilə dolmuş könlümü.

(2) Ey pərivəşlər, cəfa rəsmin unutman, lütf edin,


Eyləmin bədxu cəfa mö`tadi olmuş könlümü.

(3) Və`deyi-vəsl ilə, ey gülrüxlər, etmin müztərib


Möhnəti-hicran ilə aram bulmuş könlümü.

(4) Xəncəri-bidad ilə hər dəm görər zəxm üzrə zəxm,


Hiç bir dəm görmədim onmuş, onulmuş könlümü.

(5) Payibəndi-lütf olub, bir yerdə sakin görmədim,


Dəşti-heyrətdə tərəddüddən yorulmuş könlümü.

(6) Simbərlərdən gələn daşları yığmış çevrəmə,


Eşq mə`mur eyləmək istər burulmuş könlümü.

(7) Hər zaman bir atəşinrüxsar sevdasın çəkər,


Ey Füzuli, gör bu odlarə urulmuş könlümü.

1284
Beyt 1: Giryədir hər dəm açan qəmdən tutulmuş könlümü,
Əşkdir xali qılan qan ilə dolmuş könlümü.
Sözlük: Giryə = ağlamaq, əşk = göz yaşı
Nişanə 1: “Giryə”: Bu beytdə zahiri vücudun batini təngləşdirən
təsirini yuyub təmizləyən vasitədən nişanədir.
Nişanə 2: “Hər dəm açan”: Bu nişanə, “bəst” məqamı ilə bağlı
ümidlər və xəyallar əlamətidir.
Nişanə 3: “Tutulmuş könül”: Bu nişanə “qəbz” uzantısı ilə təngləş-
miş ürək əlamətidir.
Qeyd: Qəbz və bəst arxa-arxaya vermiş ümid və qorxu yaradan iki
irfani əhvaldan ibarətdir.
Qeyd 1: “Ümumi məhəbbət” vadisində seyrini tamamlayıb, “xüsusi
məhəbbət” vadisinə daxil olmuş aşiqi şühud məqamına, yaxud digər
mənəvi mərtəbələr nailiyyətinə hazırlayan əhvala “qəbz” və “bəst”
demişlər1.
Qeyd 2: Qəbz və bəst eşq və irfan məktəbində orta mərtəbəyə nail
olmuş aşiqlərə nəsib olmuş əhvaldan ibarətdir.2
Nişanə 4: “Əşk”: Bax nişanə 1 (“giryə”).
Nişanə 5: “Xali qalmaq”: Bax nişanə 2.
Nişanə 6: “Qan ilə dolmuş”: Bax nişanə 3.
Anlam: Beyt aşiqin irfan məktəbində orta mərtəbəyə nail olduğunu
təlqin edir.

Beyt 2: Ey pərivəşlər, cəfa rəsmin unutman, lütf edin,


Eyləmin bədxu cəfa mö`tadi olmuş könlümü.
Sözlük: Pərivəş = pəriçöhrə = pərisima = gözəl, mö`tad = adətkərdə
Nişanə 1: “Pərivəşlər”: Rəhmani feyz gətirən mənəvi vasitələrdən,
yaxud mürşüddən, ya da bəşəri camalda İlahi hüsnlər əks etdirmiş
gözəllərdən ibarətdir.
Nişanə 2: “Cəfa rəsmi”: Ürəyin içindəki dünyəvi ilgiləri eşiyə
tullamaq məqsədilə onu təngləşdirən qəbz mərtəbəsinin dəyişilməz
qanununa “cəfa rəsmi” demişlər.

1
Qəzəl 2, beyt 5, nişanə 3, qeyd 1
2
Doktor Seyid Cəfər Səccadi, Fərhəngi-loğat və istilahat və təbirati-irfani

1285
Anlam: Aşiq tərbiyəvi cəfaları alqışlamaqla orta mərtəbə seyrini
tamamlayıb axır mərtəbə seyrindən bəhrələnmək xahişini
təlqin etmək istəyir.

Beyt 3: Və`deyi-vəsl ilə, ey gülrüxlər, etmin müztərib


Möhnəti-hicran ilə aram bulmuş könlümü.
Sözlük: Gülrüx = gül üzlü = gül çöhrəli
Nişanə 1: “Vəsl”: Bu beytdə özünü irfan məktəbinin axır mərtəbə-
sinə çatdırmış aşiqin daimi şühud məqamına nail olmağından ibarətdir.
Nişanə 2: “Gülrüxlər”: Ürəyi bəst məqamına nail edən İlahi vasitə-
lərdən nişanədir.
Nişanə 3: “Müztərib”: Orta mərtəbə ilə axır mərtəbə arasında əhval
nailiyyətindən məhrum qalmış sərgərdan aşiqdir.
Nişanə 4: “Möhnəti-hicran”: Maddi qurğulu dünyaya atılmış aşiqi
qəriblik möhnəti ilə tərbiyə etməkdən nişanədir.
Nişanə 5: “Aram”: Məhəbbətdən asılı möhnət ilə isinişməkdən nişa-
nədir.
Anlam: Beyt istedad miqdarından artıq tələb etməyi (vədeyi-vəsl)
narazılıq göstərmək, nəhayət, iztiraba düşməyin səbəbi
olduğunu bildirir.
Qeyd 1: Gülrüxlərin vədə xilaf çıxmağı aşiqin istedadsız olduğun-
dandır.
Qeyd 2: Öz istedadsızlığından xəbərdar aşiq gülrüxlərin vədə xilaf
çıxmağından vahiməyə düşür.

Beyt 4: Xəncəri-bidad ilə hər dəm görər zəxm üzrə zəxm,


Hiç bir dəm görmədim onmuş, onulmuş könlümü.
Sözlük: Zəxm = yara
Nişanə 1: “Xəncəri-bidad”: Aşiqin yaralı qəlbindən İlahi görüşlər
məqsədilə qapı açan qəmzə satmaqdan nişanədir.
Nişanə 2: “Zəxm”: Dünyəvi istəklər dadını ürək-damağında təlx
etməklə onu maddi ilgilərdən ayrılmağa hazırlayan vasitədən nişanədir.
Nişanə 3: “Onmuş”: A: Onmuş camaat lütfündən, yaxud ictimai
təvəccöhdən nişanədir.
B: Onmuş İlahi vasitələr, yaxud məcazi gözəllər diqqətindən
nişanədir.
Nişanə 4: “Onulmuş”: Unudulmaq irfan məktəbində tərbiyəvi

1286
sınaqlar ilə əlaqədar xüsusi müvəqqəti bir dəsturdur.
Qeyd 1: Bir çox hal baş verir ki, saliki ictimai adab ilə bağlı ən
xətərnak hicab kimi tanınmış hörmətlərdən ayırmaq1 məqsədilə əhalinin
gözündən salmaq lazım gəlir. Bu mərhələ yaxud bu dəsturun
əhəmiyyətini təlqin etmək məqsədilə mütəal məbud öz bəndəsinə xitab
edir:
‫ﺑﺎز ﮔﺮداﻧﻢ ز ﺱﻮﻳﺖ روﯼ ﺧﻠﻖ‬ ‫ﺕﺎﻧﮕﺮداﻧﯽ زﻡﻦ رو ﺱﻮﯼ ﺧﻠﻖ‬
‫ﺑﺪ ﮐﻨﻢ ﺑﺪﺑﺎﺕﻮ ﺧﻠﻖ و ﺧﻮﯼ ﺧﻠﻖ ﻧﺎدﻡﺖ ﺱﺎزم ز ﮔﻔﺖ و ﮔﻮﯼ ﺧﻠﻖ‬
2
‫ﺕﺎ اﻡﻴﺪ از ﻳﺎر و اﻏﻴﺎرت ﮐﻨﻢ‬
Qeyd 2: Camaat içində var ikən yox kimi yaşamağa qadir olmayan
bir salik, mürşüd əmr etdiyi əsasda, unudulmağa boyun əyməlidir.
Qeyd 3: İlahi camal müşahidəsindən məhrum edən cismi şəxsi
duyğulardan azad etmək, unudulmaq ilə mümkün olur.
Anlam: Beyt camaat diqqətindən, yaxud mənəvi vasitələr və
əlaqələrdən məhrum olmaq mərhələsini mənəvi məqamlar
nailiyyətinə gərəkli bir müqəddimə kimi təlqin etmək
istəyir.

Beyt 5: Payibəndi-lütf olub, bir yerdə sakin görmədim,


Dəşti-heyrətdə tərəddüddən yorulmuş könlümü.
Sözlük: Paybənd = ayağı bağlanılmış = giriftar = ilişib qalmaq, dəşt = çöl
Nişanə 1: “Paybəndi-lütf olmaq”: Bu nişanə ürək iztirabını müla-
yimləşdirən əhval davamından əlamətdir.
Nişanə 2: “Bir yerdə sakin olmaq”: Bu nişanə xüsusi bir mənzil və
bir mərtəbədə batini toxtaqlığa nail olmaq əlamətidir.
Nişanə 3: “Dəşti-heyrət”: Əql və idrakı aciz olmuş aşiqi sərgərdan
edən, “dünya” və “məna” arasındakı xüsusi vadidən nişanədir.
Nişanə 4: “Tərəddüd”: Bu beytdə öz dövrünə dolanmaq kimi
hədəfsiz gedib-qayıtma, yaxud nəticəsiz hərəkətdən nişanədir.
Qeyd: Mövləvi “‫ ”ﮐﻮﺷﺶ ﺑﻴﻬﻮدﻩ ﺑﻪ از ﺣﻔﺘﮕﯽ‬buyurduğu kimi hərəkət,
dövri (dairəvi) və hədəfsiz olsa da həyat əlaməti olduğuna görə alqışa
layiqdir.3

1
Bax qəzəl 54, beyt 7, məlamət
2
Səfi Əlişah, Şerlər divanı
3
Qəzəl 1, beyt 1, nişanə “salik”, beyt 2, nişanə “təşvir”

1287
Anlam: Beyt dünyəvi ömür möhlətində məcazi və mənəvi toxtaqlıq
davamının mümkünsüz olduğunu bildirmək istəyir.
Qeyd: “Təvəkkül” məqamından bəhrələnmiş aşiqin “səkinə”
ünvanlı toxtaqlığı da1 tələbdən ayrılmaz olduğuna görə daimi sakinlik,
yaxud məhz toxtaqlıq ola bilməz.

Beyt 6: Simbərlərdən gələn daşları yığmış çevrəmə,


Eşq mə`mur eyləmək istər pozulmuş könlümü.
Sözlük: Simbər = ağ bədən = gənc, məmur = abad
Nişanə 1: “Simbərlər”: Bəşəri vücudda İlahi hüsnlər əks etdirmiş
gözəllərdən ibarətdir.
Nişanə 2: “Daşlar”: Bu beytdə aşiqin dünyəvi əngəl etibarlarına
sədəmə vuran cəfalardan istiraədir.
Nişanə 3: “Məmur”: Zahiri dünyanı gözdən salmaqla ürək ünvanlı
batini dünyanı maraqlandırmaq nişanəsidir.
Anlam: Cəfaların əlavə olduğu istedadlı olmaq əlamətidir.
Qeyd: “Əzdad” baxımı 2 əsasında viranlıq (pozulmuş könül),
abadlıq müqəddiməsindən ibarətdir.

Beyt 7: Hər zaman bir atəşin-rüxsar sevdasın çəkər,


Ey Füzuli, gör bu odlarə urulmuş könlümü.
Sözlük: Atəşin = “suri” adlı xüsusi gül = atəşin rəngli, rüxsar = üz = surət
Nişanə 1: “Atəşin rüxsar”: A: Ürəyi bəst məqamına nail edən gözəl
simalı vasitədən nişanədir.
B: Batini bürüyən dünyəvi ilgiləri yandırıb külünü məhəbbət
nəsiminə tapşıran gözəl vasitədən nişanədir.
Anlam: Füzuli hər dəm yeni bir vasitə ilə təzə bir əhval nailiyyəti
istəməklə:
A: İrfani əhvali-ruhiyyənin, həm də İlahi tanışlıqların dəm-
bədəm təzələnmək zərurətinə işarə edir.3
B: “Məndə Məcnundan füzun aşiqlik istedadı var” misra-
sındakı buyurduğunu təkrar edir.

1
Qəzəl 154, beyt 1, nişanə 3
2
Qəzəl 3 , beyt 2
3
Qəzəl 71, beyt 3, nişanə 4

1288
QƏZƏL 238

(1) Aşiq oldum yenə bir tazə güli-rənayə


Ki, salır al ilə hərdəm məni yüz ğovğayə.

(2) Lət urub qalibi-fərsudəmi gəh həbs qılır,


Gəh sərasiməvü üryan buraxır səhrayə.

(3) Üzümün qanilə kimüxtini al etdim kim,


Aləti-sən`ət ola ol büti-bipərvayə.

(4) Bu nə işdir ki, bizi ignə kimi incəldib,


Salır iplik kimi hər dəm bir uzun sevdayə.

(5) Ayağın bağlamış avarələrin sən`ət ilə,


Yox nəhayət səri-kuyində gəzən şeydayə.

(6) Ləxt-ləxt olmuş ikən qəmzə dirəfşini çəkib,


Çarəsaz olmadı bir gün məni-qəmfərsayə.

(7) Yaxa çak edəni başmaq kimi salır ayağa,


Ey Füzuli, bax onun etdiyi istiğnayə.

1289
Beyt 1: Aşiq oldum yenə bir tazə güli-rənayə
Ki, salır al ilə hərdəm məni yüz qovğayə.
Sözlük: Qovğa = hay - küy
Nişanə 1: “Tazə gül”: Hər dəm yeni cilvə ilə zahir olmuş İlahi
vasitəyə tazə gül demişlər.1
Nişanə 2: “Al”: A: İstedadsız aşiqi kinayə və məkr ilə İlahi
nemətlərdən xəbərdar etmək əlamətidir.
B: Yarın gözəl camallı olmasına işarə etməklə aşiqin dünyəvi
etibarlarını batil edən mərhələni də təlqin edir.
Nişanə 3: “Qovğa”: Mənəvi cazibələrdən xəbərdar aşiqin müxtəlif
dünyəvi fitnələr və mənəvi məkrlərə giriftar olduğundan nişanədir.
Anlam: Aşiq hər dəm yeni bir tanışlıq tapmaqla mərifət dənizinə
qoşulmaq istəyir.

Beyt 2: Lət urub qalibi-fərsudəmi gəh həbs qılır,


Gəh sərasiməvü üryan buraxır səhrayə.
Sözlük: Qalib = qalıb = qəlib, fərsudə = ayağ altına alınmış = əskilmiş =
incimiş, gəh = gah
Nişanə 1: “Lət urub həbs qılır”: Lət urmaq və həbs qılmaq aşiqi
fiziki mahiyyətindən azad olmağa hazırlamaqdan nişanədir.
Nişanə 2: “Qalibi-fərsudə”: Batini seyr qarşısında bir maneə kimi
dikəlmiş maddi bədənin məğlubluq müqəddiməsidir.
Nişanə 3: “İkinci misra”: Fiziki mahiyyət tör-töküntüsü ilə ruhani
aləmə daxil olmaqdan nişanədir.
Anlam: Beyt təcrid mərtəbəsinə hazırlaşmağı təlqin etmək istəyir.

Beyt 3: Üzümün qanilə kimüxtini al etdim kim,


Aləti-sən`ət ola ol büti-bipərvayə.
Sözlük: Kimüxt = dəri, bot = büt, bi pərva = qorxusuz
Nişanə 1: “Üzü al etmək”: Zahiri vücudun əngəl cəhətini batil
etməkdən nişanədir.
Nişanə 2: “Sənət”: A: Buğdanı una çevirmək kimi, bir vücudun təbii
surətini dəyişdirməyə “sənət” demişlər.

1
Qəzəl 71, beyt 3, nişanə 4

1290
B: Yox edilmiş vücudu yeni surətdə var etməyə “sənət” demişlər.
C: Təzə bir vücud yaratmağa “sənət” demişlər.
D: Müsbət məkr ünvanlı tədbir görməyə “sənət” demişlər.
Nişanə 3: “Büt”: Daşdan yonulduğuna görə aşiqin əqlini, idrakını və
bütün bədən qüvvələrini “heyrət” ünvanlı irfani mərtəbədə daş kimi
qurudub fəaliyyətsiz edən gözəllərə, yaxud İlahi cazibələr və vasitələrə
“büt” demişlər.
Nişanə 4: “Bipərva”: Aşiqin bəşəri vücudunu zəbt etməyə qadir
olan mürşüddən, yaxud digər İlahi gözəl vasitədən nişanədir.
Anlam: Aşiq mürşüd həzrətinin “məkr” ünvanlı tədbiri ilə öz məcazi
mahiyyətinin mənəvi mahiyyətə çevrilməsini tələb edir.

Beyt 4: Bu nə işdir ki, bizi ignə kimi incəldib,


Salır iplik kimi hər dəm bir uzun sevdayə.
Nişanə 1: “İgnə kimi incəldib”: İncəlmək, “riştə”, yaxud “dəqiqə”
ünvanlı mərtəbəyə nail olmaqdan nişanədir.
Qeyd: Arif və aşiq “riştə” ünvanlı mərtəbədə dünyəvi ilgilərini və
büsbütün məcazi bağlantılarını qat-qat soya-soya öz vücudunu elə
nazikləndirir ki, əgər bir qat da soyularsa həmin vücud parlanarkən
məhv olar. Bu qədər incəlmək aşiqi “dünyəvi təcrid” ünvanlı mərtəbəyə
nail edər və ona təcrid aləmi ilə həmcins olduğu üçün “mücərrəd”,
yaxud “mənəvi vücudlara qovuşmaq” imkanı bağışlayar.
Nişanə 2: “Uzun sevda”: Eşq ilə əlaqədar dərdlər, hacətlər, ətəşlər
və tələblərin sonsuz olduğunu, yaxud aşiqin əbədiyyətə qovuşduğunu
təlqin edir.
Anlam: Beyt incəlmiş, yaxud özünü təcrid etmiş vücudun əbədiyyət
mərkəzindən dəmbədəm rayihə almasını təlqin edir.

Beyt 5: Ayağın bağlamış avarələrin sən`ət ilə,


Yox nəhayət səri-kuyində gəzən şeydayə.
Sözlük: Şeyda = divanə =məcnun = aşiq
Nişanə 1: “Avarə”: Mənəvi vəhdət aləmində ölməz yaşayışından xə-
bərdar insanın maddi qurğulu kəsrət dünyasında sərgərdan olduğundan
nişanədir.
Nişanə 2: “Sənət”: Bax beyt 3, nişanə 2
Nişanə 3: “Kuy”: Bəndəlik məqamına “kuy” demişlər.

1291
Anlam: Quran icmalçılarının bir çoxu demişkən, bütün yaranmış-
ların, hətta zahirən cansız olan mövcudatların batini hissəsi
həkim məbuda təsbih deməklə1, özünün aşiq olduğuna da
işarə edir.
Qeyd: Şərif ayədə: “‫ ”ﮐﻞ ﻳﻮم هﻮ ﻓﯽ ﺷﺎن‬2 ( “O hər gün[kainatda]
görünməkdədir”) buyurulduğu kimi, hər bir canlı və cansız yaranmış,
irili xırdılı mehriban məbudun rəhmət günəşindən ard-ardınca nur
almaqla öz varlığını davam etdirir. Bu tükənməz umumi ehsanı təsdiq
etmək məqsədilə həkim Füzuli buyurmuşdur ki:
“Dəmadəm əks alır mirati-aləm qəhrü lütfündən
Onunçun gəh küdurət zahir eylər, gəh səfa peyda”
Beləliklə, həm müxalif, həm müvafiq (küdurət, səfa), həm müsəlman
həm də kafir onun rəhmətilə bağlı həyatını davam etdirməklə istər-
istəməz içəridən ona minnətdar və aşiqdir. Elə buna görə də həkim
Sənayi buyurmuşdur ki:
3
‫ﮐﻔﺮ و دﻳﻦ هﺮ دو در رهﺖ ﭘﻮﻳﺎن وﺣﺪﻩ ﻻ ﺷﺮﻳﮏ ﻟﻪ ﮔﻮﻳﺎن‬
Nəhayət, onu inkar edən kafirin də batini vücudu onu təsdiq edir.

Beyt 6: Ləxt-ləxt olmuş ikən qəmzə dirəfşini çəkib,


Çarəsaz olmadı bir gün məni-qəmfərsayə.
Sözlük: Ləxt = para = tikə = hissə = bəhrə = əmud, dirəfş = xas, qıpıq =
bayraq, çarəsaz = çarə edən, qəmfərsa = qüssəli = qəmgin
Nişanə 1: “Ləxt-ləxt”: ləxt-ləxt olmaq fiziki mahiyyət məğlublu-
ğundan, yaxud fanilik müqəddiməsindən nişanədir.
Nişanə 2: “Qəmzə dirəfşi”: Qəmzə dirəfşi (qəmzə oxu) dünyəviliyi-
mənliyi məhv edən İlahi feyzdən asılı qəhrdən nişanədir.
Nişanə 3: “Çarəsaz”: Bu beytdə ləxt-ləxt olmaq əzabından nicat
verən məhvlikdən ibarətdir.
Anlam: Fanilik, yaxud qurbanlıq ərəfəsinə (ləxt-ləxt) daxil olmuş
aşiq fiziki vücud tör-töküntüsündən xilas olmaq istəyir.
Qeyd: “Dirəfş” bayraq mənasını ifadə etməklə kəfənlənməyə, yaxud
qurbanlığa nail edən ölümə də işarə edir.

1
Qəzəl 4, beyt 1, haşiyə “təsbih”
2
Quran, Ərrəhman surəsi, 29-cu ayə
3
Həkim Sənayi. Həqiqətəl-hədiqə

1292
Beyt 7: Yaxa çak edəni başmaq kimi salır ayağa,
Ey Füzuli, bax onun etdiyi istiğnayə.
Sözlük: Çak = yarıq = yarnaq = çat, istiğna = naz = ehtiyacsızlıq = toxluq
= özünü tox tutmaq
Nişanə 1: “Yaxa çak edən”: Yaxa çak etmək bu beytdə bitablıq və
səbirsizlik əlamətidir.
Qeyd 1: Bir çox mürşüdlər biqərarlığı, nalə etməyi, hətta dua etmə-
yi aşiqə eyb-irad bilmişlər. Çünki səbirsiz olmaq, yaxud dua etmək özünü
bir şəxs, yaxud bir vücuda malik bilib hacət diləməkdir və özünü malik
bilmiş aşiq:
A: Məmlüklüyünü1, yaxud bəndə olmağını inkar etməklə daha böyük
günaha batmışdır.
B: İki malikdən (bir Allah-təala, bir bəndə), yaxud ikilikdən söz
açmaqla vəhdət ilə müxalifət etmişdir.
Qeyd 2: Yuxarıda dediyimiz qeyd içindəki mətləblər bir çox başqa
paralel dəlillər olduğuna görə Mövləvi buyurmuşdur:
2
‫ﻗﻮم دﻳﮕﺮ ﻡﯽ ﺷﻨﺎﺱﻢ زوﻟﻴﺎ ﮐﻪ دهﺎﻧﺸﺎن ﺑﺴﺘﻪ ﺑﺎﺷﺪ از دﻋﺎ‬
Qeyd 3: Dua və hacət diləmək özünü bir şəxs bilməkdir və zikr de-
məkdən, münacatdan və məmlüklüyü izhar deməkdən başqa və fərqlidir.
Nişanə 2: “Başmaq kimi salır ayağa”: Başmaq kimi ayağa salmaq
aşiqin şəxsi etibarlarını, xüsusilə mənəm-mənəmliyini məhvlik
dərəcəsinə yaxınlatmaq nişanəsidir.
Qeyd: Aşiqi mənəvi səmalar seyrinə nail edən ilk şərt ayağa
düşməkdən ibarətdir. Elə buna görə də müəllif demişdir ki:
“O baş ki tac edir sorağ, onu dolandır et ayağ,
Sora həman ayağilən üruc edib Xudayə bax”∗
Nişanə 3: “İstiğna”: Aşiqin nalələrinə baxmayaraq, onu müxtəlif
bəlalarla sınaqlara çəkən mütəal məhbubun “səmədiyyət” ünvanlı
sifətindən nişanədir.3
Anlam: Beyt aşiqin ayağa düşmək sirrindən xəbərdar olduğunu,
yaxud mənəvi üstün mərifətini təlqin edir.

1
Qəzəl 1, beyt 6
2
Mövləvi. Məsnəvi, 3-cü dəftər, 1910-cu beyt

Beyt Əsgər Şahinindir – Ş.F.
3
Qəzəl 30, beyt 3

1293
QƏZƏL 239

(1) Olsaydı məndəki qəm Fərhadi-mübtəladə,


Bir ah ilə verərdi min Bisütuni badə.

(2) Versəydi ahi-Məcnun fəryadımın sədasın,


Quşmi qərar edərdi başındakı yuvadə?

(3) Fərhadü zövqi-surət, Məcnunü seyri-səhra,


Bir rahət içrə hər kəs, ancaq mənəm bəladə.

(4) Əşki-rəvanimə el cəm` oldu, var ümidim


Kim, ola varə - varə cəm`iyyətim ziyadə.

(5) Gəh qəmzən içmək istər qanimi, gah çeşmin,


Qorxum budur ki, nagəh qanlar ola aradə.

(6) Sərvərlik istər isən, üftadəlik şüar et


Kim, düşmədən əyağə, çıxmadı başə badə.

(7) Gər görməmək dilərsən rəsmi-cəfa, Füzuli,


Olma vəfayə talib dünyayi-bivəfadə.

1294
Beyt 1: Olsaydı məndəki qəm Fərhadi-mübtəladə,
Bir ah ilə verərdi min Bisütuni badə.
Sözlük: Bisütün = Dara padşahın kətibələri-daş yazmaları ilə məşhur
olan İran Kirmanşahında “Pamçal” kəndinə yaxın bir dağ
Nişanə 1: “Qəm”: Bu beytdə yeganə məhbub tələbində alovlanmış
َ ” 1 adlı mərkəzindəki çırpıntıdan nişanədir.
ürəyin “‫ﺣﺒﱠﻪ اﻟﻘﻠﺐ‬
Nişanə 2: “Bisütun”: Bu nişanə Fərhadın müəyyən vüsal şərti olan
Bisütun dağını yarmağa təlqin edir.
Anlam: Beyt Füzulinin Fərhaddan əlavə aşiqlik istedadını təlqin et-
məklə:
A: Dünyəvi eşqin mənəvi eşq kölgəsi olduğunu təlqin edə-
rək:
1-Dünyəvi eşqin həqir olduğunu təlqin edir.
2-Kölgənin həqiqət ilə əlaqədar olmasına görə dünyəvi eşqin
əziz olduğunu təlqin edir.
B: Mənəvi eşqin Bisütun dağı kimi dünyəvi maneələrə qalib
çıxmaq iqtidarını təlqin edir.

Beyt 2: Versəydi ahi-Məcnun fəryadımın sədasın,


Quşmi qərar edərdi başındakı yuvadə?
Nişanə 1: “Ah”: Bu beytdə aşiqin batini etibar miqdarından nişa-
nədir.
Nişanə 2: “Fərhad”: Bu beytdə batini etibar və iqtidara bağlı ürək
münacatından nişanədir.
Nişanə 3: “İkinci misra”: Bu nişanə maddi vücudun əngəl tör-
töküntüsünü tənqid edir.
Anlam: Məcnunun alovlu ürəyinin tüstüsü başından çıxsaydı, yaxud
başında eşqə layiq hay-küy olsaydı, onda quşlar ona yaxın
gəlməzdilər.
Qeyd: Bu beyt də şairin “Məndə Məcnundan füzun aşiqlik istedadı
var” buyurduğunu təkrar və təkid edir.

1
Qəzəl 13, beyt 1

1295
Beyt 3: Fərhadü zövqi-surət, Məcnunü seyri-səhra,
Bir rahət içrə hər kəs, ancaq mənəm bəladə.
Nişanə 1: “Surət”: Bu beytdə zavala məruz qalmış hüsnlərin bəşəri
camalda təzahür etməyindən nişanədir.
Nişanə 2: “Səhra”: Bu beytdə:
A: İctimai məlamətlər və müşküllərdən vahimələnmək və
qaçmaqdan nişanədir.
B: Batini vücuda hücum çəkmiş bəlalar önündə dözümsüz olmaqdan
nişanədir.
Nişanə 3: “Rahət”: Bu beytdə batin ilə zahirin bir-biri ilə müvafiq
olmalarından nişanədir.
Nişanə 4: “Bəla”: Bu beytdə “rahət” nailiyyətini mümkünsüz edən
sonsuz sınaqdan nişanədir.
Anlam: Beyt dünyəvi ömür möhlətində həqiqi eşq ilə bağlı sınaq-
sıxıntılardan azad olmağın mümkünsüz olduğunu təlqin
edir.
Qeyd: Beyt səhrayə pənah aparmaq, yaxud Bisütun dağını yarmaq
kimi çalışqanlıqların “təslim” 1 ünvanlı təklifi unutmaqla bərabər
olduğunu bildirir.

Beyt 4: Əşki-rəvanimə el cəm` oldu, var ümidim


Kim, ola varə - varə cəm`iyyətim ziyadə.
Sözlük: Əşk = göz yaşı
Nişanə 1: “Əşki-rəvan”: Bu beytdə biqərar aşiqin dünyəvi imkanlara
razılıq hissi göstərməsindən nişanədir.
Nişanə 2: “El cəm` oldu”: Elin cəm olması, ictimai etirazlar və
məlamətlərdən nişanədir.
Nişanə 3: “Cəmiyyət”: Mütəal məbud fikrindən başqa özgə fikirləri
beynindən, qəlbindən çıxarıb, öz zahiri və batini vücudunda əmanət qo-
yulmuş qüvvələri təmamilə həkim məbuda tərəf istiqamətləndirməkdən
nişanədir, ancaq el cəm olmasını da təlqin edir.

1
“‫ ”اﻻﺱﻼم هﻮ ﺕﺴﻠﻴﻢ‬buyurğuna əsasən islamın orijinal məzmunu təslim olmaqdır. (Doktor Cavad
Nurbəxş. Sufi kist, səh. 16)

1296
Anlam: Elin cəm olması, yaxud məlamətlər yarası1 aşiqi tədric ilə
özlüyündən ayırıb cəmiyyət məqamına nail etmək əlamə-
tidir.
Qeyd: İctimai etirazları və sərkiləri alqışlamaq cəmiyyət məqamı
ilə, həmçinin irfani seyr vadiləri ilə düzgün tanış olmaqdan nişanədir.

Beyt 5: Gəh qəmzən içmək istər qanimi, gah çeşmin,


Qorxum budur ki, nagəh qanlar ola aradə.
Sözlük: Gəh = gah, çeşm = göz, nagəh = nagah = yersiz = bihudə
Nişanə 1: “Qəmzə”: Bu beytdə həkim məhbubun rəhmətinə bağlı
qəzəbindən nişanədir.
Nişanə 2: “İçmək istər qanimi”: Qan içmək sınağa çəkilmək çətinli-
yini, tərbiyə görməyi və nəhayət, qurbanlıq məqamına hazırlaşmağı bil-
dirən nişanədir.
Nişanə 3: “Çeşm”: Allah-təalanın adlarında, yaxud elm güzgüsündə,
ya da əşyaların “əyan” ünvanlı mahiyyətində təzahür etdirilmiş şühud
nuruna “çeşm” demişlər.
Qeyd 1: Əyan olmaq ruhlara bədən kimi bədənlərə ruh kimidirlər.
Qeyd 2: Aşiqi İlahi camal müşahidəsindən məhrum edən tərbiyəvi
xəstəlik və məstlik çeşm nişanəsinin təsirindən ibarətdir.
Nişanə 4: “Qanlar ola aradə”: Bu nişanə ixtilaf əlamətidir.
Anlam: A: Beyt aşiqi həm qəmzə, həm də çeşm feyzindən məhrum
edən istedad səbatsızlığını təlqin etmək istəyir.
B: Beyt aşiqin iki sınağa (qəmzə, çeşm) çəkilməyini, yaxud
mükəmməl istedadını təlqin edir.

Beyt 6: Sərvərlik istər isən, üftadəlik şüar et


Kim, düşmədən əyağə, çıxmadı başə badə.
Sözlük: Sərvərlik = üstünlük = rəhbərlik = padşahlıq = soltanlıq, şüar =
adət = əlamət = yol
Nişanə 1: “Düşmədən ayağə”: Kuzədən ayrılıb ayağa düşmək,
yaxud cama dolmaq əksilməkdən (özünü həqir etməkdən) nişanədir.
Nişanə 2: “Çıxmadı başə badə”: Başa badə çıxmaq təsir etməkdən
nişanədir.

1
Qəzəl 1, beyt 5

1297
Anlam: İrfan mədəniyyətində həmçinin “əzdad” ünvanlı irfani və
fəlsəfi bəhslərdə1 yer sahəsində tanınmış etibarlar, məqam-
lar və mərtəbələr baş-ayaq olduğundan2, həqiqi sərvərlik də
üftadəlikdən asılı olmalıdır (mütəal məbud ərəfəsində həqir
olmaq). Elə buna görə də şairlər soltanı Xaqani buyur-
muşdur:
‫ﭘﺲ از ﺱﯽ ﺱﺎل روﺷﻦ ﮔﺸﺖ ﺑﺮ ﺧﺎﻗﺎﻧﯽ اﻳﻦ ﻡﻄﻠﺐ‬
‫ﮐﻪ ﺱﻠﻄﺎﻧﻴﺴﺖ دروﻳﺸﯽ و دروﻳﺸﺴﺖ ﺱﺒﻄﺎﻧﯽ‬
Qeyd 1: Yuxarıda xatırladığımız anlam “bəşəri istiğna” 3 ünvanlı
məqamda, həm də “səcdə” adlı mərtəbədə ayrı-ayrı izah olunmuşdur.
Qeyd 2: İkinci misra qeyri hissi mərtəbəni hissiləşdirmək istəyir.

Beyt 7: Gər görməmək dilərsən rəsmi-cəfa, Füzuli,


Olma vəfayə talib dünyayi-bivəfadə
Nişanə 1: “Birinci misra”: Bu misra qəbzsiz bəst, yaxud iztirabsız
əhvaldan nişanədir.
Nişanə 2: “İkinci misra”: Bu misra, Mövləvinin “ ‫زﻧﺪﮔﺎﻧﯽ ﺁﺷﺘﯽ‬
‫”ﺿﺪهﺎﺱﺖ‬4 buyurduğu kimi hər şeyin öz ziddi (əksi) ilə bağlı olduğuna
işarə etməklə cəfasız vəfanın yaranılmasını təlqin edir.
Anlam: Beyt: A: Cəfa, vəfa, iztirab, toxtaqlıq və vücud ilə bağlı di-
gər fikirləri başından atıb yalnız yeganə məhbub xəyalı ilə
canlanmağı təlqin etmək istəyir.
B: Maddi qurğulu dünyanın etibarsız olduğunu təlqin edir.

1
Qəzəl 3, beyt 2
2
Qəzəl 25, beyt 5
3
Qəzəl 111, beyt 1
4
Mövləvi, Məsnəvi. 1-ci dəftər, 1324-cü beyt

1298
QƏZƏL 240

(1) İstədim mərhəm oxundan cigərim yarəsinə,


Atdı min ox ki, dəgər hər biri bir parəsinə.

(2) Bir-birilə çəkişir gərdi-rəhinçün müjələr,


Gör nə qanlar düşəcəkdir oların arəsinə.

(3) Şəkməz oldu könül oxlar yükün, ol sərv məgər


Çəkərək atə oxun, rəhm edə biçarəsinə.

(4) Qanı göz yaşı kimi əhli-nəzər kim, yügürüb


Bir içim su verə dəşti-ğəmin avarəsinə.

(5) Hər tərəf əkslərimdir görünən, ya yığılıb


Gəldi su xəlqi sirişkim suyu nəzzarəsinə.

(6) Bilməzəm kim, nəzər əhli nəsini əksildər,


Ğəzəb eylər, nəzər etsəm məhi-rüxsarəsinə.

(7) Ey Füzuli, cigərim qanını qoymaz tökülə,


Can fəda ol sənəmin ğəmzeyi-xunxarəsinə.

1299
Beyt 1: İstədim mərhəm oxundan cigərim yarəsinə,
Atdı min ox ki, dəgər hər biri bir parəsinə.
Nişanə 1: “Mərhəm”: Bu beytdə əlavə istedad və müqavimət tələ-
bindən nişanədir.
Nişanə 2: “Ox”: Aşiqin qəlbini ardıcıl yaralayan qəmzələr və qəhr-
lərdən nişanədir.
Nişanə 3: “İkinci misra”: Bu nişanə, tərbiyəvi qəhrlər və qəmzələrin
əlavə olduğunu təlqin edir.
Anlam: Bax nişanə 3

Beyt 2: Bir-birilə çəkişir gərdi-rəhinçün müjələr,


Gör nə qanlar düşəcəkdir oların arəsinə.
Sözlük: Gərd = toz, rəh = yol, müjə = kiprik
Nişanə 1: “Gərdi-rəh”: Aşiqin istedadını qüvvələndirərkən onu şü-
hud məqamına hazırlayan bəndəlik ərəfəsindən, yaxud mürşüd astanasın-
dan nişanədir.
Nişanə 2: “İkinci misra”: Bu misra, “gərdi-rəh” tələbilə əlaqədar
çətinliklər əlamətidir.
Anlam: Beyt bəsirət, yaxud ürək gözündən xəbərdar aşiqin dayan-
maz tələbini təlqin edir.

Beyt 3: Şəkməz oldu könül oxlar yükün, ol sərv məgər


Çəkərək atə oxun, rəhm edə biçarəsinə.
Nişanə 1: “Ox”: Bax beyt 1, nişanə 2
Nişanə 2: “Çəkməz oldu könül oxları yükdən”: Bu nişanə aşiqin
sona çatmış taqət və müqavimətini təlqin edir.
Nişanə 3: “İkinci misra”: Bu nişanə ardıcıl qəbzlər ilə xəstələnmiş
aşiqi hərdən bir bəst ilə qüvvələndirmək istəyir.
Anlam: Beyt ardı-arası kəsilməz qəmzələr və qəhrlərə giriftar olmuş
aşiqin yetkinlik mərtəbəsinə yaxın olmasını təlqin edir.

Beyt 4: Qanı göz yaşı kimi əhli-nəzər kim, yügürüb


Bir içim su verə dəşti-ğəmin avarəsinə.
Sözlük: Dəşt = çöl = vadi
Nişanə 1: “Göz yaşı”: Bu beytdə aşiqin ətəş və tələbini əlavələn-
dirən biqərarlıqdan nişanədir.

1300
Nişanə 2: “Əhli-nəzər”: Zəngin fikirli mənəviyyətşünaslara “əhli
nəzər” demişlər.
Nişanə 3: “Bir içim su verə”: Bir içim su vermək aşiqin mənəvi
həyatını, beləliklə istedad və müqavimətini yeniləşdirməkdən nişanədir.
Nişanə 4: “Dəşti-qəmin avarəsi”: Dəşti qəm avarəsi “qeyb” və
“şühud” (dünya və məna) adlı iki aləm arasındakı sərgərdan olmuş
aşiqdən nişanədir.
Anlam: Həqiqi aşiq istədiyi yaxud tələb etdiyi məhbubu öz bati-
nində, yaxud özündə peyda etməyə cəhd etdiyi kimi1, seyr
vadilərində dikəlmiş maneələrə qələbə çalan yardımları da
öz göz yaşından tələb etməlidir.

Beyt 5: Hər tərəf əkslərimdir görünən, ya yığılıb


Gəldi su xəlqi sirişkim suyu nəzzarəsinə.
Sözlük: Sirişk = göz yaşı, nəzzarə = tamaşa etmək = nəzər etmək
Nişanə 1: “Su xəlqi”: bu nişanə:
A: Şərif ayədə: “‫”اﻟﻢ ﻧﺨﻠﻘﮑﻢ ﻡِﻦ ﻡﺎ ِء ﻡﻬﻴﻦ‬: (“Məgər sizi [bir damcı]
dəyərsiz sudan yaratmadıqmı?”2) buyurulduğu kimi bütün xalqın nütfə
suyundan yaranmasına işarə edir. Yaranış iqtidarını təlqin etmək
məqsədilə müəllif bir müxəmməsdə belə demişdir:
İki-üç qətrə nəcis abidən əvvəldə bəşər,
Kimdir etdi o suyu çeşmü ləbü sinəvü sər?
Bu qədər etmə “mənəm mən”, özüvə vurma zərər,
Yoxsa ol qaməti şümşadüvi min babi-xətər
Qaytarıb baz həman qətreyi-murdar edərəm∗
B: Şərif ayədə: “ّ‫“( ”ﻡِﻦ اﻟﻤﺎء ﮐﻞ ﺷﯽ ٍء ﺣﯽ‬Hər bir canlını sudan
yaratdıq”) buyurduğuna işarə edir.
C: Diriliyin suya bağlı olduğunu təlqin edir.
D:Dənizçilərə, həmçinin suçulara işarə edir.
E: Şəkilin sudan çıxmağını (şəkli düşmək) təlqin edir.
Anlam: Beyt daxili biqərarlığın xarici heybət və təzahürünü təlqin
edir.

1
Qəzəl 32, beyt 7, qeyd 1 və 2
2
Quran, Mürsəlat surəsi, 20-ci ayə

Misralar Əsgər Şahinindir – Ş.F.

1301
Beyt 6: Bilməzəm kim, nəzər əhli nəsini əksildər,
Qəzəb eylər, nəzər etsəm məhi-rüxsarəsinə.
Sözlük: Rüxsarə = üz = camal
Nişanə 1: “Nəzər əhli”: Bu beytdə hüsnlərini idrak etmiş aşiqlərdən
ibarətdir.
Nişanə 2: “Qəzəb”: Tərbiyəvi qəhrlərdən nişanədir.
Qeyd: Ardıcıl qəzəb aşiqin kamal zirvəsinə çatmaq istedadını
məlum edir.
Nişanə 3: “Məhi-rüxsar”: Vahid məhbubun kəsrət güzgülərində
təzahür etdirilmiş cəlalarından nişanədir.
Anlam: Beyt mənəvi qəhrlərin dərin hikməti olduğunu təlqin edir.

Beyt 7: Ey Füzuli, cigərim qanını qoymaz tökülə,


Can fəda ol sənəmin ğəmzeyi-xunxarəsinə.
Sözlük: Xunxarə = qan içən = rəhmsiz
Nişanə 1: “Cigər qanı”: Qurbanlıq sərmayəsindən ibarətir.
Nişanə 2: “Sənəm”: Kamal zirvəsinə istiqamətləndirən təcəlla nu-
rundan, yaxud mürşüd həzrətindən, ya da digər İlahi rəhbərdən nişanədir.
Nişanə 3: “Qəmzəeyi-xunxarə”: Aşiqi yüksək irfan və insanlıq
səviyyəsinə, yaxud kamal mərtəbəsinə qaldırmaq məqsədilə onu qəbzlər-
bəlalar zindanında sınağa çəkən həkim məhbubun qəmzə satmaq kimi
cəlal sifətlərindən nişanədir.
Anlam: Aşiq qurbanlıq məqamına layiq olmadan əvvəl cigər qanı
ünvanlı sərmayəni xərc etməkdən sərf-nəzər etməlidir.

1302
QƏZƏL 241

(1) Bağə gir, bülbülə ərzi-güli-rüxsar eylə,


Yıx gülün irzini, bülbül gözünə xar eylə.

(2) Bağ şahidlərinə zülf ilə çeşmin göstər,


Sünbülü dərhəm edib, nərgisi bimar eylə.

(3) Qönçəyə lafi-lətafətdə ağız açdırma,


Ləhzə - ləhzə onu şərməndeyi-göftar eylə.

(4) Sərvə azadəlik ismilə yaraşmaz yerimək,


Onu həm şiveyi-rəftarə giriftar eylə.

(5) Dari-dünyanı, könül, cəhd qılıb, tərk edə gör,


Xabi-ğəflətdə ikən özünü bidar eylə.

(6) Ey cigər zəxmi, ağız açma xədəngin görücək


Yetənə razi-nihanım yetər izhar eylə.

(7) Kəs, Füzuli, təməin qeyr təmənnalərdən


Qanda olsan tələbi-dövləti-didar eylə.

1303
Beyt 1: Bağə gir, bülbülə ərzi-güli-rüxsar eylə,
Yıx gülün irzini, bülbül gözünə xar eylə.
Sözlük: Rüxsar = üz = camal
Nişanə 1: “Bülbül”: Bu beytdə məcazi hüsnlərlə məşğul olmuş
biqərar aşiqdən istiarədir.
Nişanə 2: “Güli-rüxsar”: İlahi camalın ürək açan hüsnlərini təlqin
edən nişanədir.
Nişanə 3: “Gül”: İkinci misrada ürək açan dünyəvi hüsnlərdən
nişanədir.
Nişanə 4: “Yıx gülün irzini”: İrzini yıxmaq – tərbiyəvi təhqir və
tənbehdən nişanədir.
Nişanə 5: “Bülbül gözünə xar eylə”: Bax nişanə 3
Qeyd 1: Gül özünü həqiqi hüsn sahibi bildiyinə görə tənbeh
olunmalıdır.
Qeyd 2: Bülbül, həqiqi hüsndən xəbərsiz olduğuna görə tənbeh
olunmalıdır.
Nişanə 6: “Xar eylə”: A: Bülbülün gözünü xar ilə tənbeh etməkdən
nişanədir.
B: Gülü xar kimi göstərməkdən nişanədir.
Qeyd: Məcazi hüsn (gül), həqiqi hüsn ilə müqayisədə daha həqirdir
(xar).
Anlam: Beyt mənəvi eşqin dünyəvi eşqdən daha üstün olduğunu
təlqin edir.

Beyt 2: Bağ şahidlərinə zülf ilə çeşmin göstər,


Sünbülü dərhəm edib, nərgisi bimar eylə.
Sözlük: Şahid = gözəl = məhbub, çeşm = göz, nərgis = nərgiz
Nişanə 1: “Zülf”: Kəsrət güzgüsündə əks etdirilmiş vahid məhbub
cilvələrindən ibarətdir.1
Nişanə 2: “Çeşm”: Mütəal məbudun müqəddəs adlarında, yaxud
əşyaların mahiyyətində, ya da elm ünvanlı güzgüdə təzahür etdirilmiş
şühud nuruna çeşm demişlər.
Nişanə 3: “İkinci misra”: Bu nişanə mənəvi hüsnlər önündə dünyəvi
hüsnlərin nöqsanını və həqirliyini təlqin etmək istəyir.

1
Qəzəl 12, beyt 2

1304
Anlam: Bax: nişanə 3.

Beyt 3: Qönçəyə lafi-lətafətdə ağız açdırma,


Ləhzə - ləhzə onu şərməndeyi-göftar eylə.
Sözlük: Goftar = söhbət = danışıq etmək
Nişanə 1: “Qönçə”: Üç yarpaqlı olduğuna görə əqlə - ibarəyə sığ-
maz dünyəvi mübhəm hüsnlərdən nişanədir.
Nişanə 2: “Lətafət”: Təcrid məqamına, yaxud aşiqi ruhani mərtəbə-
yə nail edən duruluqdan (rəqiq) nişanədir.
Nişanə 3: “Goftar”: Bu beytdə:
A: Bəsitlənmiş batin ilə əlaqədar sözdən nişanədir. Bu nişanə
barəsində “xali-ləb” ünvanlı irfani mərtəbədə də bəhs olunmuşdur.
B: Vəhy və ilham ilə əlaqədar sözdən nişanədir.
Qeyd: Qönçə gözəllər ağzına bənzərsə də danışıqdan, xüsusilə vəhy
və ilham ilə əlaqədar söhbətdən acizdir.
Anlam: Bax beyt 2, nişanə 3

Beyt 4: Sərvə azadəlik ismilə yaraşmaz yerimək,


Onu həm şiveyi-rəftarə giriftar eylə.
Nişanə 1: “Sərv”: Bu beytdə məcazi tənasüblər davamından nişanə-
dir.
Nişanə 2: “Azadlıq”: Öz zahir və batinilə əlaqədar sifətlərini məhv
etmiş aşiqin sərgərdanlığına işarə edən nişanədir.
Nişanə 3: “Şiveyi-rəftar”: Gözəl dilbərin “naz” ünvanlı ürəyə yatan
məkrlərindən nişanədir (mübət məkr).
Anlam: Bax beyt 2, nişanə 3

Beyt 5: Dari-dünyanı, könül, cəhd qılıb, tərk edə gör,


Xabi-ğəflətdə ikən özünü bidar eylə.
Sözlük: Xabi-ğəflət = qəflət yuxusu, bidar = ayıq = oyaq
Nişanə 1: “Dünya”: Saliklər insanı həkim məhbubdan qəflətdə
saxlamış şeyə dünya demişlər.1
Nişanə 2: “Xabi-qəflət”: Dünyəvi naqis hüsnlər məşğulluğunda, mə-
nəvi kamil hüsnlərdən xəbərsiz qalmağa “xabi-qəflət” demişlər.

1
Qəzəl 153, beyt 1

1305
Nişanə 3: “Bidar”: A: Əşyaların mahiyyətini tanımaq bidarlıq nişa-
nəsidir.
B: Xarici və daxili vücudun ruh nurundan bəhrələnməyi “bidarlıq”
məzmununu özündə əks etdirir.
Anlam: Beyt insanları həqiqi mərifət və kamala tərəf istiqamətlən-
dirmək istəyir.

Beyt 6: Ey cigər zəxmi ağız açma xədəngin görücək


Yetənə razi-nihanım yetər izhar eylə.
Sözlük: Zəxm = yara, xədəng = ox = süngü, razi-nihan = gizli sirr
Nişanə 1: “Cigər zəxmi”: İlahi qəmzələr ilə yaralanmış qəlbin yeni
qəmzələr təmənnasından nişanədir.
Nişanə 2: “Xədəng”: Müxtəlif qəmzə satmaqla aşiqin yaralı qəlbini
nalə ünvanlı özəl münacata vadar etməkdən nişanədir.
Anlam: Tələb və feyzin miqdarı istedad və qabiliyyətin miqdarı ilə
bərabər (yetər) olmalıdır.
Qeyd: Feyz aşiqin qabiliyyətindən əlavə olsa onun yoldan
çıxmağına bais olur.

Beyt 7: Kəs, Füzuli, təməin ğeyr təmənnalərdən


Qanda olsan tələbi-dövləti-didar eylə.
Sözlük: Didar = görüş
Nişanə 1: “Döləti-didar”: İlahi parlamaları, yaxud həqiqət simasını
“fuad” ünvanlı ürək gözü ilə1 görməyə “dövləti-didar” demişlər.
Anlam: “Əzdad” bəhsində deyildiyi kimi, insanı vəhdət məqamı ilə
tanış edən bəsirət gözündən bəhrələnmək kəsrət (qeyr)
cazibələrindən ayrılmaqla mümkün olur.

1
Qəzəl 13, beyt 1

1306
QƏZƏL 242

(1) Uyub ahuyə düşdü mişk Məcnun tək biyabanə,


Nola çəksən onu zənciri-zülfi - ənbərəfşanə.

(2) Çəkər kafir gözün hər dəm cigərdən ğəmzə peykanın,


Nə gücdür bu, nə verdi alə bilməz bir müsəlmanə?

(3) Bəla navəklərin sancılmasınmı köksümə hər dəm,


Dolaşır şanə tək hər ləhzə ol zülfi-pərişanə.

(4) Oxun gəldikcə sinəmdən sədalərdir çıxan, bilmən


Dil eylər nalə, ya peykan dəgər sinəmdə peykanə.

(5) Sədayi-navəkin çıxdıqca can xürrəm olur, guya,


Bu zindani-bəladən çıxmağa rüxsət verər canə.

(6) Boyanıb qanə, olmuş parə - parə güllər ə’zası,


Məgər xəncər çəkib, sən sərv tək çıxdın gülüstanə?

(7) Məlamət oduna yandın, Füzuli, çıx bu aləmdən,


Tərəhhüm qıl, rəva görmə ki, aləm odunə yanə.

1307
Beyt 1: Uyub ahuyə düşdü mişk Məcnun tək biyabanə,
Nola çəksən onu zənciri-zülfi - ənbərəfşanə.
Sözlük: Mişk = Xütən ahusunun göbəyindən alınan qara təhər qəhveyi
bir ətirli maddə, ənbərəfşan = ətirli -ətrisaçan
Nişanə 1: “Mişk”: Mişk ahu göbəyindən kəsilmiş olduğuna görə
vüsal aləmindən hicran dünyasına atılmış vəhdət rayihəli kəsrətə işarə
edir.
Nişanə 2: “Biyabanə düşmək”: Mişkin biyabanə düşməyi:
A: Həqiqi vətəndən kənarlaşmağa işarə edir.
B: Özünü tədbir sahibi bilməkdən nişanədir.
C: Bütün səhranı rayihələndirməkdən nişanədir.
D: Səhranı rayihələndirmək bütün aləmə yayılmış İlahi asar və
ehsana işarə edir. Bu işarəni qüvvətləndirmək məqsədilə buyurulmuş ki:
“‫”ﻓﺎﻳﻨﻤﺎ ﺕﻮﻟﻮ ﻓ َﺘ ﱠﻢ وﺟﻪ اﷲ‬1 (“Hər hansı tərəfə üz tutsanız [əslində] Allaha tərəf
üz tutubsunuz”).
Nişanə 3: “Zənciri-zülf”: Kəsrət ünvanlı kainatın bir-birilə bağlı
olduğunu təlqin edən nişanədir.
Qeyd 1: Bağlılıq – maddəni kədər cəhətinə giriftar edən “təəllüq”
ünvanlı hicabdan nişanədir. Buna görə də şair “Hər təəllüqdən ola
xurşid tək aləmdə fərd” buyurmuşdur.
Qeyd 2: Bağlılıq – Əflatun demişkən 2 ,bütün vücudların “‫”ﺣﺒﻞ اﷲ‬
ünvanlı mütəal məbud riştəsinə bağlılığına işarə edir.3
Nişanə 4: “Ənbərəfşan”: Kəsrət ünvanlı yaranmışları, yaxud bütün
kainatı vəhdət rayihəsindən bəhrələndirən İlahi camal ətrafını almış nur
feyzindən nişanədir.
Anlam: A: Əslindən kəsilmiş mişkin biyabanlara düşməyi (sərgər-
danlıq) kimi vəhdət mərkəzindən ayrılmış kainat da sərgər-
dan (hərəkət) olmalıdır.
B: Əsli vətənə (Ənəllah) qayıtmaq üçün, tərbiyəvi çətinliklər
və sınaqlar (zənciri -zülf) görmək gərəklidir.
C: Beyt “hüsni-təlil” ünvanlı ədəbi sənət rüxsətilə zülfün
ətirli olduğuna mişk ilə əlaqədar işarə etmişdir.4

1
Quran, Bəqərə surəsi, 115-ci ayə
2
Verneriger Paydya, səh. 1234
3
Qəzəl 64, beyt 6
4
Qəzəl 133, beyt 5

1308
Beyt 2: Çəkər kafir gözün hər dəm cigərdən ğəmzə peykanın,
Nə gücdür bu, nə verdi alə bilməz bir müsəlmanə?
Sözlük: Peykan = ox ucu
Nişanə 1: “Kafir göz”: Salikdən baş vermiş təqsirlər üstünü
örtməklə onu etdiyi xətalardan xəbərdar edən rəhmət nuruna “kafir
(örtücü) göz” demişlər (Saliki xətalar təkrarından saxlayan lütf nuru).
Nişanə 2: “Qəmzə peykanın cigərdən çəkmək”: Bu nişanə:
A: Tərbiyəvi qəhrlər saxlanılmasını (məhrumluğu) təlqin edir.
B: Tərbiyəvi qəhrlər təkrarını təlqin edir.
Nişanə 3: “Müsəlman”: Bu beytdə zahiri və batini vücudunu
məşuqun istək və iradəsinə təslim etmiş aşiqdən nişanədir.
Anlam: Beyt, aşiqi “‫”اﻻﺱ ﻼم ه ﻮ ﺕﺴ ﻠﻴﻢ‬: (“İslam təslim olmaqdan
ibarətdir”) məqamında sabitləşdirən tərbiyəni təlqin edir.

Beyt 3: Bəla navəklərin sancılmasınmı köksümə hər dəm,


Dolaşır şanə tək hər ləhzə ol zülfi-pərişanə.
Sözlük: Navək = ox
Nişanə 1: “Bəla navəkləri”: Bu beytdə mehriban məbudun “rəhmani
nəzər” ünvanlı lütfündən gah gizli, gah da aşkar istifadə etmək nişanə-
sidir.
Nişanə 2: “Zülfi-pərişan”: A: Vəhdət rayihəli kəsrət nişanəsidir.
B: Aşiq ilə məşuq arasındakı maneələrdən nişanədir.
C: Aşiq ilə məşuq arasındakı vasitələrdən nişanədir.
Anlam: Zülfi pərişan aşiqi istedadı qədər İlahi lütf mənbəyindən
təzahür etdirilmiş maarifdən bəhrələndirir.1

Beyt 4: Oxun gəldikcə sinəmdən sədalərdir çıxan, bilmən


Dil eylər nalə, ya peykan dəgər sinəmdə peykanə.
Sözlük: Peykan = ox ucu
Nişanə 1: “Ox”: Gah istedadsız, gah da istedadlı aşiqi yaralamaq ilə
onu kamal mərtəbəsinə tərbiyə edən və yetişdirən qəmzə satmaqdan
nişanədir.

1
Qəzəl 23, beyt 8

1309
Nişanə 2: “Sədalar”: Səda aşiqin ürək münacatından nişanədir.
Nişanə 3: “Nalə”: Bax nişanə 2, səda
Nişanə 4: “Peykan dəgər sinəmdə peykanə”: Bu nişanə ürək müna-
catının mütəal məbud iradəsinə bağlı olduğunu təlqin edir.
Anlam: Nalə ünvanlı münacatı aşiqin dilinə gətirən mütəal məh-
bubun özündən ibarətdir. Elə buna görə də Mövləvi zikr
deməyi cavab eşitmək kimi bilib buyurmuşdur:
1
‫وان ﻧﻴﺎز و دردوﺱﻮزت ﭘﻴﮏ ﻡﺎﺱﺖ‬ ‫ ﺁن اﷲ ﺕﻮ ﻟﺒﻴﮏ ﻡﺎﺱﺖ‬،‫ﮔﻔﺖ‬

Beyt 5: Sədayi-navəkin çıxdıqca can xürrəm olur, guya,


Bu zindani-bəladən çıxmağa rüxsət verər canə.
Sözlük: Navək = ox, xürrəm = şad = xəndan = qədim musiqi pərdəsi
Nişanə 1: “Navək”: Bax beyt 4, nişanə 1, ox.
Nişanə 2: “Can”: Mənəvi mərifətləri əxz etməyə layiq ikinci can,
yaxud ürək canından nişanədir.
Nişanə 3: “Zindani-bəla”: Mənəvi canı maddi qəfəsdə həbs etmiş
bədəndən nişanədir. Hafiz bu qəfəsdən azad olmaq arzusu ilə
buyurmuşdur:
‫ﭼﻨﻴﻦ ﻗﻔﺲ ﻧﻪ ﺱﺰاﯼ ﭼﻮﻡﻦ ﺧﻮش اﻟﺤﺎﻧﻴﺴﺖ‬
2
‫روم ﺑﻪ ﮔﻠﺸﻦ رﺿﻮان ﮐﻪ ﻡﺮغ ان ﭼﻤﻨﻢ‬
Anlam: Tərbiyəvi qəhrlər davamı (sədayi-navək) bədən ünvanlı
qəfəsdən azad olmaq nişanəsidir.
Qeyd: Maddi qurğulu dünyada hər şeyin öz ziddi (əksi) ilə bağlı
olduğu 3 dünyəvi ömür möhlətində qəbsiz bəst, yaxud daimi şühud
nailiyyətini mümkünsüz edir. Buna görə də, həmişəlik şühud istəyən
ariflər, o cümlədən Lisanül-qeyb Hafiz maddi bədəndən azad olmağı
təmənna etmişlər:
‫ﺣﺠﺎب ﭼﻬﺮﻩ ﯼ ﺟﺎن ﻡﻴﺸﻮد ﻏﺒﺎر ﺕﻨﻢ‬
4
‫ﺧﻮﺷﺎ دﻡﯽ ﮐﻪ از ﺁن ﭼﻬﺮﻩ ﭘﺮدﻩ ﺑﺮﻓﮑﻨﻢ‬

Beyt 6: Boyanıb qanə, olmuş parə - parə güllər əzası,


Məgər xəncər çəkib, sən sərv tək çıxdın gülüstanə?

1
Mövləvi. Məsnəvi, 3-cü dəftər, 196-cı beyt
2
Müəllif bu beyti “Ta Qafe-əndişe” kitabının 3-cü cildində şərh etmişdir.
3
Qəzəl 139, beyt 2
4
Müəllif bu beyti “Ta Qafe-Əndişe” kitabının 3-cü cildində şərh etmişdir.

1310
Sözlük: Əza = üzvlər
Nişanə 1: “Birinci misra”: Ürək açan dünyəvi vəziyyətlərin (gülər)
mənəvi bəstlər ilə müqayisədə həqir olduğunu təlqin edir.
Qeyd 1: Hər gülün bir adı olduğuna baxmayaraq, qızılgülün isə adı
yalnız “gül”dür.
Qeyd 2: Qırmızı olmaq bu misrada qana boyanmaq və məğlubluq
əlamətidir.
Nişanə 2: “Sərv”: Bu beytdə davam etdirilmiş ülvi hüsnlər qələbəsi-
ni təlqin edən nişanədir.
Anlam: A: Bax nişanə 1
B: Beyt məcazi hüsnlərin mənəvi hüsn mənbəyinə qayıtmaq
şəraitinə işarə edir.

Beyt 7: Məlamət oduna yandın, Füzuli, çıx bu aləmdən,


Tərəhhüm qıl, rəva görmə ki, aləm odunə yanə.
Sözlük: Tərəhhüm = rəhm etmək = bağışlamaq = mehribanlıq
Nişanə 1: “Məlamət”: A: Eşq və məhəbbət mərtəbələrini inkar etmiş
şəxslərin sərki-danlağından, yaxud hörmətsizliyindən nişanədir.1
B: 5-ci beytdə qeyd olunmuş zindani-bəladan azad etmək məqsədilə
aşiqin istedadını təhrik edən mürşüd danlağından nişanədir.
C: Bədən hicabı ilə müdara etmiş aşiqin batini giley və şikayətindən,
yaxud özü-özünü məzəmmət etməyindən nişanədir.
Nişanə 2: “Bu aləm”: Müxtəlif cüz`lər və əkslər ilə mürəkkəbləşmiş
cahan dünyası və cism dünyasından nişanədir.
Nişanə 3: “İkinci misra”: Bu nişanə:
A: Məlamət edən şəxslərin, yaxud əhalinin cüz`vlənməyinə işarə
edir.
B: Maddi qanunların pozulmağına işarə edir.
C: Aşiqin zahiri vücudunu cüz`ələndirən mərhələni işarə edir.
Anlam: “Mücərrəd” ünvanlı mənəvi aləmi dərk etmək “müqəyyəd”
ünvanlı maddi aləmi tərk etməklə mümkündür.

1
Qəzəl 1, beyt 5

1311
QƏZƏL 243

(1) Qarardır afitabı sayə çəksən pərdə rüxsarə,


Dirildir qönçə xülqün dürci-ləlin gəlsə göftarə.

(2) Sənə bir söz deyincə keçdi ömrüm həsbətən-lilləh,


Sualım kami-dil verməklə möhtac etmə təkrarə.

(3) Dili-sədpareyi cəm’ eyləmək kuyində müşküldür,


Olurmu cəm’ə qabil hər itin ağzında bir parə!

(4) Səri-zülfündə hər mu, seyd qılmış bir dili-suzan,


Düşübdür sanəsən, bir şölə od şəm üzrə hər tarə.

(5) Təmənnayi-vüsalinçün degil giryəm, budur qəsdim


Ki, seyli - əşkdən yer qalmaya kuyində əğyarə.

(6) Başım qaldırmasın xaki-rəhindən, sərnigun çəksin,


Çəkər olsa müsəvvir surətim kuyində divarə.

(7) Füzuli, zəfi-tən üzrilə kəsmə naleyi-zarın,


Bizi çün çəng tək mötad qıldın naləvü-zarə.

1312
Beyt 1: Qarardır afitabı sayə çəksən pərdə rüxsarə,
Dirildir qönçə xülqün dürci-ləlin gəlsə göftarə.
Sözlük: Afitab = günəş, rüxsar = surət = camal, dorc = ətir, yaxud
cavahir sandıqçası, goftar = danışmaq = danışıq = söhbət
Nişanə 1: “Rüxsar”: Mütəal məhbub camalından saçılmış cəlalardan
nişanədir.
Nişanə 2: “Qönçə xülqü”: A: Öz batinini İlahi ilham-işarələr ilə
canlandıran aşiqlərdən nişanədir. Ancaq məcazi mübhəm gözəlliklərə də
işarə edir.
Nişanə 3: “Dürci-ləl”: Aşiqi bəzi sirlərdən xəbərdar edən İlahi
ilhamdan nişanədir.
Nişanə 4: “Goftar”: Aşiqin həqiqi vücudunu, yaxud batinini təsir-
ləndirməklə onun qəlbini ibadətə məşğul edən həkim məbudun “mütə-
kəllim” ünvanlı sifətilə bağlı işarələrindən nişanədir.
Anlam: Mütəal məbudun günəş güzgüsündə əks etdirilmiş camal
cəlaları qönçə və gül kimi təbii gözəlliklərə həyat bağışlayan
kimi “mütəkəllim” ünvanlı sifəti də gözəl fikirlər və batini
həyatlar yaranmasına bais olur.
Qeyd: Beyt şərif ayədə: “1‫ت و اﻻرض‬ِ ‫“( ”اﷲ ﻧﻮ ُر اﻟﺴﻤﺎوا‬Allah göylərin
və yerin nurudur”) buyurulduğu əsasda günəşin, ayın və bütün kainatın
mütəal məbud camalından hər ləhzə nur və həyat almağını təlqin edir.

Beyt 2: Sənə bir söz deyincə keçdi ömrüm həsbətən-lilləh,


Sualım kami-dil verməklə möhtac etmə təkrarə.
Sözlük: Həsbətən-lillah = İlahi əcr, möminlərə verilmiş əcr
Nişanə 1: “Sual”: Yalnız mütəal məbuddan hacət diləməyə “sual”
demişlər.
Nişanə 2: “Kami dil”: İlahi feyzlər davamından, yaxud daimi
şühuddan nişanədir.
Nişanə 3: “Təkrar”: Şərif ayədə: “2‫ب‬ ِ ‫ﺖ ﻋﻠّﺎ ُم اﻟﻐُﻴﻮ‬
َ ‫ﮏ اَﻧ‬
َ ‫“( ”ِاﱠﻧ‬Həqiqətən,
qeybləri bilən ancaq sənsən”) buyurulduğu əsasda, mütəal məhbub gizli
[və aşkar] hacətləri təmamilə bilmədiyinə görə, xüsusi ariflərin hacət
diləməyi, xüsusilə öz ehtiyacını təkrar ilə istəməyi ədəbsizlik və
xətakarlıq kimi hesaba alınmışdır. Elə buna görə Mövləvi buyurmuşdur:

1
Quran, Nur surəsi, 35-ci ayədən bir hissə
2
Quran, Maidə surəsi, 109-cu ayədən bir hissə.

1313
1
‫ﻗﻮﻡﯽ دﻳﮕﺮ ﻡﯽ ﺷﻨﺎﺱﻢ ز اوﻟﻴﺎ ﮐﻪ دهﺎﻧﺸﺎن ﺑﺴﺘﻪ ﺑﺎﺷﺪ از دﻋﺎ‬
Qeyd: Özünü, öz vücuduna malik bilib hacət istəmək öz
məmlüklüyünü inkar etmək və iki malikə, yaxud ikiliyə giriftar olub
vəhdət ilə müxalifət etməkdir və zikr deməkdən, munacatdan və
məmlüklük izhar etməkdən fərqlidir.
Anlam: Ey mütəal məhbub, taqətsiz aşiqi təkrarçılıq günahına düş-
məkdən hifz et.

Beyt 3: Dili-sədpareyi cəm’ eyləmək kuyində müşküldür,


Olurmu cəm’ə qabil hər itin ağzında bir parə!
Sözlük: Sədparə = yüz tikə
Nişanə 1: “Sədparə”: Hər dəm yeni bir arzu və ətəş ilə yaralanmış
qəlbin əhvalını hissiləşdirmək istəyir.
Nişanə 2: “İt”: Bu nişanə hacət diləmək və təkrar etmək (beyt 2)
günahına düşmüş aşiqi təhqir etmək istəyir.
Anlam: Beyt tələb və ətəş ilə bağlı hacət diləmək tərkini daha
müşkül bəlkə də mümkünsüz təlqin edir.

Beyt 4: Səri-zülfündə hər mu, seyd qılmış bir dili-suzan,


Düşübdür, sanəsən, bir şölə od şəm’ üzrə hər tarə.
Sözlük: Səri-zülf = tük ucu = zülf ucu, mu = tük, suzan = yandırıcı =
yanar = dağ, seyd = ov = şikar
Nişanə 1: “Səri-zülfündə hər mu”: İlahi rayihəli kəsrətin hər birinə
bir “tari-mu” demişlər.
Nişanə 2: “Seyd”: A: İlahi cazibələrdən nişanədir.
B: Tərbiyəvi hicrandan nişanədir.
Qeyd: Seyd ünvanlı cazibə, yaxud hicran toruna düşməyən bir şəxs
dünya toruna ilişməlidir. Elə buna görə də müəllif bir çox alimlər və
həkimlər sözünə, o cümlədən həkim Nizami buyurduğu fərmayişə
əsaslanaraq demişdir:
Bir uca zindandı bu dini-ələst
Kim bu uca yerdən aşa oldu pəst
‫ﻡﺮد ﺑﻪ زﻧﺪان ﺷﺮف ارد ﺑﻪ دﺱﺖ‬
1
‫ﻳﻮﺱﻒ از اﻳﻦ روﯼ ﺑﻪ زﻧﺪان ﻧﺸﺴﺖ‬

1
Qəzəl 37, beyt 4

1314
Nəfsivi zindanda elə pay bəst
Yoxsa o bədnamədi nam öldürər2
Anlam: Hər bir yaranmış (kafir olsun, yaxud mömin) xüsusi bir
cilvə və cazibə ilə sınağa çəkilir.
Qeyd: Hər bir tükü başqa bir şəm` ilə yandırmaq, yaxud ikinci
misra birinci misrada qeyd olunan qeyri hissi mətləbi hissiləşdirmək
istəyir.

Beyt 5: Təmənnayi-vüsalinçün degil giryəm, budur qəsdim


Ki, seyli - əşkdən yer qalmaya kuyində əğyarə.
Sözlük: Giryə = ağlama = ağlamaq
Nişanə 1: “Vüsal”: Vasitəsiz qürb (yaxınlıq) məqamına nail olmağa
“vüsal” demişlər.
Nişanə 2: “Giryə”: Aşiqin, şəxsi, umumi və zehni qatmacalarını
yuyub məhvlik dərəcəsinə yaxınladan əhvaldan nişanədir.3
Qeyd 1: Bəzi görünməz mərtəbələri görmək giryə ilə mümkündür.
Qeyd 2: “Qürb” ünvanlı mənəvi yaxınlıq giryə ilə mümkündür.
Nişanə 3: “Seyli-əşk”: Bax nişanə 2, giryə
Nişanə 4: “Kuy”: Qürb ərəfəsindən nişanədir.
Nişanə 5: “Yer qalmaya kuyində əğyarə”: Bu nişanə vasitəsiz əlaqə-
ni təlqin edir.
Anlam: Bax nişanə 5

Beyt 6: Başım qaldırmasın xaki-rəhindən, sərnigun çəksin,


Çəkər olsa müsəvvir surətim kuyində divarə.
Sözlük: Xak = torpaq, rəh = yol, sərnigun = başı aşağı, müsəvvir =
nəqqaş = rəssam = surət yaradan = yaradıcı
Anlam: Aşiq bu beyt ilə özünün məmlük və qul olduğunu etiraf edir.

Beyt 7: Füzuli, zəfi-tən üzrilə kəsmə naleyi-zarın,


Bizi çün çəng tək mötad qıldın naləvü-zarə.
Sözlük: Zə’f` =zəiflik, motad = adətkərdə

1
Həkim Nizami, Sirlər xəzinəsi
2
Əsgər Şahi. Dövləti-bidar (şeirlər divanı)
3
Qəzəl 142, beyt 1

1315
Nişanə 1: “Zəfi-tən”: Mücərrəd mənəvi vücudlara qovuşmaq imkanı
bağışlayan incəlməkdən nişanədir.1
Nişanə 2: “Naləvü-zar”: İlahi cazibələrdən xəbərdar ürəyin özəl
münacatına, yaxud tükənməz tələbinə “naləvü-zar” demişlər.
Qeyd 1: Aşiqin yuxarı aləmdən gətirdiyi qismətindən ibarətdir. Elə
buna görə də Lisanül-qeyb Hafiz demişdir:
‫ﺑﻨﺎل ﺑﻠﺒﻞ اﮔﺮ ﺑﺎ ﻡﻨﺖ ﺱﺮﻳﺎرﻳﺴﺖ‬
2
‫ﮐﻪ ﻡﺎ دو ﻋﺎﺷﻖ زارﻳﻢ و ﮐﺎر ﻡﺎ زارﻳﺴﺖ‬
Bu qismət, yaxud bu nalə hicran şəraitində deyi, bəlkə vüsal
vəziyyətində də aşiqə aman verməyir. Çünki, vüsal, yaxud hüzur ünvanlı
sonsuz rəhmət bərabərində təşəkkür etmək həqiqətən mümkünsüzdür. Elə
buna görə də, aşiq minnətdarlıq təklifini daşıya bilmədiyinə görə nalə
etməlidir. Bu növ naləni tanıtdırmaq məqsədilə Hafiz demişdir:
‫ﮔﻔﺘﻤﺶ در ﻋﻴﻦ وﺻﻞ اﻳﻦ ﻧﺎﻟﻪ و ﻓﺮﻳﺎد ﭼﻴﺴﺖ‬
3
‫ﮔﻔﺖ ﻡﺎ را ﺟﻠﻮﻩ ﯼ ﻡﻌﺸﻮق در اﻳﻦ ﮐﺎر داﺷﺖ‬
Nişanə 3: “Motad qıldın”: Bu nişanə “naləvü-zar” ünvanlı munacat
və minnətdarlığın daimi olduğunu təlqin edir.
Anlam: Aşiq təcrid mərtəbəsində (zəfi-tən) də, münacat və tələb
halında olmalıdır.

1
Qəzəl 12, beyt 1, nişanə 1
2
Əsgər Şahi “Ta Qafe-əndişe”, 1-ci cild
3
Göstərilən kitab

1316
QƏZƏL 244

(1) Ey dili-sərgəştəvü şikəsteyi-valeh!


Səlli və səllim ələn-nəbiyyə və aleh!∗

(2) Nə’ti-nəbidir kəmali - əql nişani,


Fə’ti bima şaə min sifati-kəmaleh.∗∗

(3) Daği-fəraqinə ehtimal nə mümkin,


Əhrəqəni nari-iştiyaqi-vüsaleh.∗∗∗

(4) Zikri ilə xoş keçir həmişə zamanın,


Müftəkirən fi cəmalih və cəlaleh.∗∗∗∗

(5) Eylə xəyali-rüxün nəzərdə müsəvvir,


Vəqtəbisin-nurə min şüai-cəmaleh.∗∗∗∗∗

(6) Mərziyü məşkurdur cəm’i-fiali,


Əhsən min xissətin cəmiü xisaleh.∗∗∗∗∗∗

(7) Tabei olmaqdadır nəcat, Füzuli,


Yəssərəkəllahu tabiən li fialeh.∗∗∗∗∗∗∗


Tərcüməsi: Peyğəmbər və onun övladına salavat və salam.
∗∗
Onun yayılmış kamal sifətlərindən zikr eylə.
∗∗∗
Onun vüsal şövqünün odu məni yandırdı.
∗∗∗∗
Onun böyüklüyünü və gözəlliyini fikr edirəm.
∗∗∗∗∗
Nuru onun camal şüasından götür.
∗∗∗∗∗∗
Onun xüsusiyyətlərindən hər biri gözəldir.
∗∗∗∗∗∗∗
Allah sənə işlərinə tabe olmağı müəssər etsin.

1317
Beyt 1: Ey dili-sərgəştəvü şikəsteyi-valeh!
Səlli və səllim ələn-nəbiyyə və aleh!
Sözlük: Sərgəştə = sərgərdan = heyran = avara, şikəstə = sınıq = məğlub,
ikinci misra = peyğəmbərə onun əhli beytinə salavat
söyləyin,səllim söyləyin.
Nişanə 1: “Dili-sərgəştə”: Mənəvi əzəmətlər önündə heyran olmuş
ürəkdən nişanədir.
Nişanə 2: “Şikəstə”: Mənəvi əzəmət və iqtidara bağlı ziyalar önündə
mat qalmaq nişanəsidir.
Anlam: Beyt islam peyğəmbərinin İlahi əzəmətini, həmçinin ona
təslim olmaq zərurətini təlqin edir.

Beyt 2: Nə’ti-nəbidir kəmali - əql nişani,


Fə’ti bima şaə min sifati-kəmaleh.
Sözlük: Nə’t = vəsf etmək, nəbi = peyğəmbər = islam peyğəmbəri
Nişanə 1:“N`ət`”:Həqiqi tanışlığa bağlı vəsf etməyə “n`ət” demişlər.
Nişanə 2: “Əql”: A: Öz yaranışını düşünən qüvvəyə “əql” demişlər.
B: İbadət və bəndəlik alətinə “əql” demişlər.
C: Haqqı batildən ayırd edən qüvvəyə “əql” demişlər.
D: İnsanın öz zatında təfəkkür edən ruhuna “əql” demişlər.
E: İslam peyğəmbərinin nuruna “əql” demişlər.
Qeyd: Yuxarıda xatırladığımız “əql” ürəkdə yerləşmiş “məadi-əqli”
ünvanlı hədiyyədən ibarətdir.1
Anlam: İslam peyğəmbərinin kamal sifətlərini tanıyıb təsdiq etmək
həqiqi əql (mərifət) əlamətidir. Əfsus ki insanlar, onun təli-
matından mükəmməl surətdə istifadə etmədilər.

Beyt 3: Daği-fəraqinə ehtimal nə mümkin,


Əhrəqəni nari-iştiyaqi-vüsaleh.
Sözlük: Ehtimal = taqət gətirmək
Nişanə 1: “Əhrəqni”: Yanmaq (“yandım”), batini vücudun paka
çıxmağını, nəhayət peyğəmbərin ziyarətinə hazırlaşmağa işarə edir.
Nişanə 2: “İştiyaq”: A: Məşuqa hopmuş aşiqin daimi ləzzət

1
Qəzəl 108, beyt 2

1318
almağına “iştiyaq” demişlər.
B: Vəcd halında məhbuba tərəf istiqamətlənmiş qəlbin halına
“iştiyaq” demişlər.
Anlam: A: Beyt həzrət peyğəmbər eşqilə çırpınan qəlbin halını təlqin
edir.
B: Beyt həzrət peyğəmbər eşqilə canlanmış batini vəsf edir.

Beyt 4: Zikri ilə xoş keçir həmişə zamanın,


Müftəkirən fi cəmalih və cəlaleh.
Sözlük: İkinci misra = Onun yetkinliyini, gözəlliyini, duyduğun vaxtda
Nişanə 1: “Xoş zaman”: Ürəyin bəst halında olmağından nişanədir.
Nişanə 2: “Zikr”: Bu beytdə həzrət peyğəmbərin xəyalı ilə ürəyi
canlandırmaqdan nişanədir.
Nişanə 3: “Müftəkir”: Ürəkdə əks etdirilmiş peyğəmbər surətinə
“müftəkir”, “təfəkkür” demişlər.
Nişanə 4: “Camal”: A: Həzrət peyğəmbərin “istiğna” və kamal
sifətlərinin zühuruna “camal” demişlər.
B: Həzrət peyğəmbərin lütf və rəhmətilə bağlı sifətlərinə “camal”
demişlər.
Nişanə 5: “Calal”: Həzrət peyğəmbərin əzəməti ilə bağlı qələbə
sifətlərinə calal demişlər.
Anlam: Ürəyin bəst nailiyyəti, həzrət peyğəmbərin calal və camalını
fikir etməklə mümkün olur.

Beyt 5: Eylə xəyali-rüxün nəzərdə müsəvvir,


Vəqtəbisin-nurə min şüai-cəmaleh.
Sözlük: Rüx = camal = sima, müsəvvir = surət verilmiş = naxışlanmış.
Anlam: Şərif ayədə “ 1‫ت و اﻻرض‬ ِ ‫”اﷲ ﻧ ﻮ ُر اﻟﺴ ﻤﺎوا‬: (“Allah göylərin və
yerin nurudur”) buyurulduğu fərmayiş məlum edir ki,
bütün kainatı İlahi nurdan bəhrələndirən vasitə, yaxud hər
mövcuda miqdarı qədər vəhdət mənbəyindən nur
bağışlayan islamın ulu peyğəmbəridir.2

1
Quran, Nur surəsi, 35-ci ayədən bir hissə
2
Qəzəl 23, beyt 8 (meğnatis)

1319
Beyt 6: Mərziyü məşkurdur cəmi-fiali,
Əhsənu min xissətin cəmiü xisaleh.
Sözlük: Mərzi = bəyənilmiş = pəsənd olmuş, məşkur = təşəkkürə layiq =
mədh olunmuş, fial = işlər = əməllər.
Anlam: İslam peyğəmbərinin bütün işləri və adətləri isə onun əxlaqı
kimi gözəldir.

Beyt 7: Tabei olmaqdadır nəcat, Füzuli,


Yəssərəkəllahu tabiən li fialeh.
Nişanə 1: “Nicat”: Maddi vücudu mənəvi yüksəlişdən saxlayan zat
və sifatlərindən azad olmaqdan nişanədir.
Anlam: Dünyəvi və mənəi müşküllərə asanlıqla qalib gəlmək həzrət
peyğəmbərin buyurduğu əmrlərə tabe olmaqla mümkün-
dür.

1320
QƏZƏL 245

(1) Yenə ol mah mənim aldı qərarım bu gecə,


Çıxacaqdır fələkə naleyi-zarım bu gecə.

(2) Şəm`vəş məhrəmi-bəzm eylədi ol mah məni,


Yanacaqdır yenə eşq oduna varım bu gecə.

(3) Həm vüsali urar od canıma, həm hicrani,


Bir əcəb şəm ilə düşdü sərü karım bu gecə.

(4) Nə tütündür ki, çıxar çərxə, dili-zarə məgər


Hicr dağini urur laləüzarım bu gecə?

(5) Sübhə saldı bu gecə şəm` kimi qətlimi hicr


Ola kim, sübh gəlincə gələ yarım bu gecə.

(6) Parə - parə cigarim itlərinə nəzr olsun


Ol səri-kuyə əgər düşsə güzarım bu gecə.

(7) Var idi sübh vüsalinə, Füzli, ümmid,


Çıxmasa həsrət ilə cani-fikarım bu gecə.

1321
Beyt 1: Yenə ol mah mənim aldı qərarım bu gecə,
Çıxacaqdır fələkə naleyi-zarım bu gecə.
Nişanə 1: “Mah”: Qaraya çalan maddəni mənəvi cəlalar ilə
işıqlandıran İlahi camala “mah” demişlər.
Nişanə 2: “Aldı qərarım”: A: Qərarsızlıq – başda yerləşmiş məişət-
şünas əql həbsindən azad olmuş aşiqin sərgərdanlıq və heyranlığından
nişanədir.
B: Qərarsızlıq – ürəyin xüsusi hərəkətindən nişanədir.
Qeyd: Hərəkət həyat və hədəf əlamətidir.
Nişanə 3: “Gecə”: Dünyəvi işləri saxlamadan, beləliklə məcazi bağ-
lantıları qırıb-tökməklə xəlvət bir şəraitdə bəsitlik məqamından bəhrə-
lənməkdən nişanədir.1
Nişanə 4: “Fələkə çıxmaq”: Bu nişanə yuxarı aləmi təsirləndirən
mənəvi hal əlamətidir.
Nişanə 5: “Naləvü zar”: Aşiqin ülvi aləmdən gətirdiyi həmişəlik
qismətindən nişanədir.2
Anlam: Aşiq bəsitlik, yaxud təcrid ərəfəsində də nalə ünvanlı muna-
cat ilə öz ehtiyacını (məmlüklüyünü) izhar etməlidir (təklif
əda etmək).

Beyt 2: Şəm`vəş məhrəmi-bəzm eylədi ol mah məni,


Yanacaqdır yenə eşq oduna varım bu gecə.
Sözlük: Şəmvəş = şam kimi, bəzm = ziyafət məclisi = xeymə
Nişanə 1: “Məhrəm”: Həqiqət ilə tanış salikə “məhrəm” demişlər.
Nişanə 2: “Mah”: Bax beyt 1, nişanə 1
Nişanə 3: “Hicr odu”: Ürək paklayan yetkinlik və seyr (ürək
hərəkəti) hərarətindən nişanədir.
Anlam: Mütəal məhbub, “məhrəm” ünvanlı xüsusi dostlarını müxtə-
lif atəşlər (bəlalar) ilə sınağa çəkib yetkinləşdirir.
Qeyd 1: Atəş, yaxud bəlanın miqdarı istedad, yetkinlik və qürb (ya-
xınlıq) miqdarı ilə bərabərdir.
Qeyd 2: Həzrət İmam Hüseyn əleyhissəlam tükənməz bəlaları qəbul
etdi, çünki O: A: Kamal zirvəsinə (daha yetkinliyə) nail olmuşdu:
B:Mütəal məbuda daha yaxın idi.

1
Qəzəl 20, beyt 1
2
Qəzəl 243, beyt 2

1322
Beyt 3: Həm vüsali urar od canıma, həm hicrani,
Bir əcəb şəm ilə düşdü sərü karım bu gecə.
Sözlük: Sərü kar = iş-güc = müamilə
Nişanə 1: “Şəm`”: Bu beytdə ürək alovlandıran İlahi cəlalardan
nişanədir.
Anlam: Ürək atəşi yalnız hicran vəziyyətində deyil, bəlkə vüsal
şəraitində də şölələnir. Çünki:
A: Aşiq fani olunca tərbiyə görməlidir (yetkinlik tərbiyəsi).
B: Aşiq fani olunca seyr etməlidir.

Beyt 4: Nə tütündür ki, çıxar çərxə, dili-zarə məgər


Hicr dağini urur lalə üzarım bu gecə?
Sözlük: Üzar = üz = camal = üzün narın tük çıxan yeri
Nişanə 1: “Tütün çıxmaq”: Bu nişanə biqərarlıqla qatışmış mərifət
əlamətidir.
Nişanə 2: “Dili-zar”: İlahi məqsədə çatmaq həsrətilə nalə ünvanlı
özəl munacatla məşğul olmuş ürəkdən nişanədir.
Nişanə 3: “Hicr dağı”: Məhvlikdən asılı məhrumluqdan, yaxud
həsrət atəşi ilə nişanlanmış ürəyin xüsusi əlamətindən ibarətdir.
Nişanə 4: “Laləüzar”: Fiziki mahiyyəti batil edib mənəvi mahiyyət
bağışlayan İlahi camal cəlalarından nişanədir.
Anlam: Beyt mənəvi həyata dolmaq məqsədilə dünyəvi həyatdan
boşalmaq çətinliyini təlqin edir (Həyatı dəyişməyə nail edən
qabiliyyət qazanmaq çətinliyi).

Beyt 5: Sübhə saldı bu gecə şəm` kimi qətlimi hicr


Ola kim, sübh gəlincə, gələ yarım bu gecə.
Nişanə 1: “Sübh”: Aşiqin dünyəvi məşğuliyyətlərdən kənar təcrid
müqəddiməsi törədən xəlvət şəraitinə “sübh” demişlər.
Nişanə 2: “Gecə”: bax beyt 1, nişanə 3
Nişanə 3: “Qətl”: Dünyəvi xarakterini eşq qılıncından keçirib
qurbanlıq, yaxud fanilik ərəfəsinə daxil olmağa “qətl” demişlər.1

1
Qəzəl 7, beyt 2

1323
Nişanə 4: “Hicr”: Canan cazibələrini qəlbində mühafizə etdiyi halda
müşahidə nurundan məhrumluq nişanəsidir.
Nişanə 5: “Gələ yarım”: Bu nişanə aşiq ilə məşuq arasındakı dün-
yəvi bağlantılar və fiziki mahiyyət kimi maneələrin yox dərəcəsinə
çatmağını, yaxud qürb məqamının son mərtəbəsini təlqin edir.
Anlam: Qətl, yaxud “əqrəb” ünvanlı nəhayətə çatmış qürb nailiyyə-
tinin ilk şərti sübh ünvanlı xüsusi xəlvətə nail olmalıdır.

Beyt 6: Parə - parə cigarim itlərinə nəzr olsun


Ol səri-kuyə əgər düşsə güzarım bu gecə.
Sözlük: Güzər = get-gəl etmək = getmək = yollanmaq, səri-ku = küçə
başı
Nişanə 1: “Parə-parə cigər”: Para-para olmaq, hər dəm yeni bir arzu
və ətəş ilə yaralanmaq nişanəsidir.
Nişanə 2: “İtlər”: Bu nişanə: Mütəal məhbub ərəfəsində öz xətakar
nəfsini zəlil etməyən həqir qullardan nişanədir.
Nişanə 3: “Səri-kuy”: Bəndəlik ərəfəsinə “səri-kuy” demişlər.
Anlam: Aşiq cigər ünvanlı dünyəvi həyat vasitəsini nəzr etməklə mə-
nəvi həyat tələb edir.

Beyt 7: Var idi sübh vüsalinə, Füzli, ümmid,


Çıxmasa həsrət ilə cani-fikarım bu gecə.
Sözlük: Fikar = yaralı = yorğun
Nişanə 1: “Sübhi-vüsal”: Xəlvət şəraitində vasitəsiz müşahidə
məqamına “sübhi-vəsl” demişlər.
Nişanə 2: “İkinci misra”: Bu misra qətl, yaxud qurban məqamına
nail olmazdan əvvəl ömrün sona çatmağından vahimələndirən nişanədir.
Anlam: Aşiq fədakarlığa layiq olmadığından, yaxud sınaqlardan çı-
xa bilmədiyindən vahimə edir.

1324
QƏZƏL 246

(1) Nihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrə,


Misali-nöqteyi-nun xalın ol mişkin hilal üzrə.

(2) Olub heyran, götürmən xəttü xalından nəzər, guya,


Gözüm mərdümləridir nöqtələr ol xəttü xal üzrə.

(3) Xəm etdin qamətim, gər tərki-sər qıldımsa mə’zurəm,


Nə üzrüm var əgər derlərsə olmaz nöqtə dal üzrə.

(4) Zülali-xuni-dildəndir gözüm peymanəsi məmlüv,


Hübab altındadır ol nüqtə kim, qorlar zülal üzrə.

(5) Yazar göz pərdəsinə əşk şərhi-hal, bilməz kim,


Oxunmaz qan ilə yazılsa xətt övraqi-al üzrə.

(6) Dəmadəm kilki-müjganilə tifli-mərdümi-çeşmim,


Xəti-sevdayi-xalın məşq edər lövhi-xəyal üzrə.

(7) Füzulinin təriqi-nəzmə təbin müstəqim etmiş


Xəyali-qamətin kim, bir əlifdir etidal üzrə.

1325
Beyt 1: Nihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrə,
Misali-nöqteyi-nun xalın ol mişkin hilal üzrə.
Sözlük: Nihal = pöhrə = körpə ağac , mişkin = qara = ətirli
Nişanə 1: “Nihal”: A: Aşiqin xəyalında canlanmış məşuq
cilvələrinə “nihal” demişlər.
B: Həyatın başlanışına “nihal” demişlər.
Nişanə 2: “Qəd”: Önü-sonu olmayan İlahi feyzlərdən nişanədir.
Nişanə 3: “Qaş”: Çöl vücuddan təsirlənmiş aşiqi dübarə bəsitləş-
dirən İlahi lütfdən asılı qəhrdən nişanədir.
Nişanə 4: “Xal”: Sözü ibarəyə sığmaz hüsnlər əks etdirmiş
mənşəyə, yaxud vəhdət nöqtəsinə işarə edən nişanədir.
Nişanə 5: “Mişkin hilal”: Vəhdət rayihəsini aləmə yaymış İlahi
camal ətrafını bürüyən zülf ünvanlı örpəkdən nişanədir.
Qeyd: Şair bəşəri simada xal nöqtəsinin dövründə həlqələnmiş zülfü
nun hərfinə bənzətmişdir.
Anlam: Beyt İlahi lütflər və qəhrlərin gözəlliyini və o gözəlliyin hik-
mət mənşəli olduğunu hissiləşdirmək istəyir.
Qeyd: Fars və ərəb əlifbası əsasında:
1-Nun (‫ )ن‬tərsinə çevrilmiş hilala bənzər olduğuna görə qaşa təşbih
olunmuşdur.
2-Nun hərfinin təkcə bir nöqtəsi vardır ki, o böqtə silinilməsə, nunun
qaşa təşbih olduğu naqis olur. Buna görə də şair “hüsni-təlil”1 ünvanlı ədəbi
sənət rüxsətilə “nihal” kəlməsinin nöqtəsini nun hərfindən alınma bilmişdir.
3-Nihal kəlməsinə məna bağışlayan nundan alınmış nöqtədən
ibarətdir, çünki bu kəlmə (nihal) nöqtəsiz oxunmaz və mənasız olur.
Beləliklə “nihal” ünvanlı həyat başlanışı da nun vasitəsilə mənalı olur.
4-Nihal kəlməsinin ilk hərfi (başlanışı) “nun” olduğundan həyatın
nun mənşəli olduğu məlum olur.
5-Şair, nihal kəlməsinin nun hərfi ilə başlanmağına da işarə
etmişdir.
6-Nun irfan ədəbiyyatında İlahi elmdən ibarətdir.2 Beləliklə aşiqin
xəyalında canlanmış cilvələrin İlahi elm ilə əlaqədar olduğu məlum olur.
7-Nun bütün kainatın alın yazısını yazan nun qələminin xüsusi
mürəkkəbidir. Elə buna görə də şərif ayədə “3‫”ن وَاﻗﻠﻢ و ﻡﺎ ﻳﺴﻄﺮون‬: (“Nun,

1
Doktor Seyid Cəfər Səccadi, Fərhəngi-loğat və istilahat və təbirati-irfani.
2
Qəzəl 133, beyt 3
3
Qəzəl 21, beyt 2

1326
and olsun qələmə ki, onunla yazdılar!”) buyurulmuşdur.

Beyt 2: Olub heyran, götürmən xəttü xalından nəzər, guya,


Gözüm mərdümləridir nöqtələr ol xəttü xal üzrə.
Nişanə 1: “Heyran”: Əqli-idrakı aciz olunmuş aşiqdir.
Nişanə 2: “Xətt”: Bu beytdə mütəal canan camalından parlayan
nurların mənəvi həyat bitirən mərtəbəsindən nişanədir.
Nişanə 3: “Xal”: Bax beyt 1, nişanə 4, bax qəzəl 74, beyt 2
Anlam: Şair göz mərdümlərini xəttü xal kəlməsinin üstündə qoyul-
muş nöqtələrə bənzətmişdir. Çünki ərəb əlifbası əsasında:
A: Nöqtə xətt və xal kəlməsinin ayrılmaz həmişəlik hissəsi-
dir (cüz’).
B: Mərdüm (bəbək) də gözün ayrılmaz və həmişəlik hissəsi-
dir.
C: Nəticə: Nöqtəni xət və xal kəlməsindən həmçinin bəbəyi
gözdən ayırmaq imkansız olduğu kimi mütəal məhbub
camalından göz götürmək də mümkünsüzdür.

Beyt 3: Xəm etdin qamətim, gər tərki-sər qıldımsa mə’zurəm,


Nə üzrüm var əgər derlərsə olmaz nöqtə dal üzrə.
Sözlük: Xəm = hilali = əyri, sər =baş, məzur = üzrlü
Nişanə 1: “Xəm etdin qamətim”: Qamətin xəm olmağı:
A: Baş endirmək və boyun əymək əlamətidir.1
B: Öz məmlüklüyünü etiraf etmək əlamətidir.
C: Başın ayağa düşmə müqəddiməsidir.
Qeyd: Başın ayağa düşməsi aşiqi seyr səmalarına qaldıran
müqəddimədən ibarətdir. Buna görə də bir qəzəldə deyilmişdir:
“O baş ki tac edir sorağ onu dolandır et ayağ
Sora həman ayağilə, üruc edib Xudayə bax”.∗
Nişanə 2: “Tərki-sər”: Tərki-sər etmək:
A: Başda yerləşmiş əqli, idrakı, fikir-xəyalı, məğrurluq və mənəm-
mənəmliyi tərk etməkdən nişanədir.
B: Fiziki mahiyyət həbsindən azad olmaq əlamətidir.

1
Məhəmməd Hüseyn Lütfi. Dövreyi-asari-Əflatun, səh 576

Beyt Əsgər Şahinindir – Ş.F.

1327
C: Qurban məqamına nail olmaq nişanəsidir.
Nişanə 3: “Dal”: Bükülmüş qamət nişanəsidir.
Qeyd 1: Ərəb əlifbası əsasında:
A: Dal (‫ )د‬hərfi bükülmüş qamət kimi, yaxud əyilmiş “Əlif” (‫ )ا‬kimi
əyridir.
B: Dal (‫ )د‬nöqtəsiz bir hərfdir.
C: Qamətin dal hərfinə bənzəməyi başın (nöqtənin) fəda olmağı ilə
mümkündür.
Nəticə: Füzuli, öz qamətinin dal kimi xəm olduğunu mükəmməlləş-
dirmək məqsədilə nöqtəyə bənzər başının tərk olunmasının
(fəda olmasını) gərəkli bildirir.
Anlam: Qədi bükülmüş aşiq başını fəda etməsə mürşüd məhzərində
məlamət görüb-məhkum olmalıdır.

Beyt 4: Zülali-xuni-dildəndir gözüm peymanəsi məmlüv,


Hübab altındadır ol nüqtə kim, qorlar zülal üzrə.
Sözlük: Xuni-dil = ürək qanı, peymanə = qədəh, məmlüv = dolu =
hübab = köpük
Nişanə 1: “Peymanə”: A: İlahi nurları əks etdirmiş bir şeyə “pey-
manə” demişlər.
B: Ülvi mənaları idrak etdirən qüvvəyə “peymanə” demişlər.
Anlam: Beyt şühud şövqü ilə özlüyünü batil etmiş aşiqin əhvalını
təlqin edir.
Qeyd: A: “Zülal” kəlməsinin nöqtəsi “z” hərfinin üstünə qoyulur
B: “Hübab” kəlməsinin nöqtəsi “b” hərfinin altına qoyulur.
C: Gözün bəbəyi “zülal” üstə qoyulmuş nöqtəyə bənzəyir, ancaq
“hübab” sözünün altına qoyulmuşdur.

Beyt 5: Yazar göz pərdəsinə əşk şərhi-hal, bilməz kim,


Oxunmaz qan ilə yazılsa xətt övraqi-al üzrə.
Sözlük: Əşk = göz yaşı, övraq = vərəqlər
Anlam: Qırmızı vərəq üstündəki, qırmızı yazı oxunulmaz olduğu
kimi aşiqin zahiri vücudunu görməklə batini əhvalını dərk
etmək mümkünsüzdür.
Qeyd: Bu anlam daxili vücudun xarici vücudda görünməməsinə
işarə edir.

1328
Beyt 6: Dəmadəm kilki-müjganilə tifli-mərdümi-çeşmim,
Xəti-sevdayi-xalın məşq edər lövhi-xəyal üzrə.
Sözlük: Dəmadəm = dəmbədəm = dalbadal,kilk = qələm , müjgan =
kipriklər, mərdümi-çeşm = göz bəbəyi, lövh = lövhə = vərəq
Nişanə 1: “Kilki-müjgan”: Bu beytdə aşiqin nöqsanını aradan qal-
dırmaqla onu özlüyündən azad etməyə hazırlayan nişanədən ibarətdir.
Nişanə 2: “Sevdayi-xal”: Batini vücudun vəhdət nöqtəsilə daimi
məşğulluğundan nişanədir.
Nişanə 3: “Xəyal”: Özünü Tanrıya çatdırmaq istəyən yer adamını
göylərə qaldıran özəl qüvvədən ibarətdir.
Anlam: Beyt aşiqin vəhdət mərkəzi ilə daim əlaqə saxlamasını təlqin
edir.

Beyt 7: Füzulinin təriqi-nəzmə təbin müstəqim etmiş


Xəyali-qamətin kim, bir əlifdir etidal üzrə.
Sözlük: Təriq = təriqət = rəsm = adət = iş, etidal = müstəqim olmaq =
düzlük = orta əndazə
Nişanə 1: “Xəyali-qamət”: Yalnız gözlərdən qayib məhbubu
pərəstişə layiq bilən aşiqin ürəyindən qapı açan qüvvədən ibarətdir.
Nişanə 2: “Qamət”: Bu beytdə önü-sonu olmayan İlahi feyzlərdən,
yaxud əbədi davam etdirilmiş mənəvi lütfdən nişanədir.
Nişanə 3: “Əlif”: Hər insanı, xüsusilə hər aşiqi onun miqdar və
istedadı qədər bəhrələndirən qamət sifətini təkrar edən nişanədir.
Qeyd: Ərəb əlifbasında, əlifin (‫“ )ا‬sədarət tələb” ünvanlı yazı məb-
dəyi olduğuna və bütün yazıların ondan sonra yazıldığı mütəal məbud-
dan əvvəl hər bir vücudun yoxluğuna işarə edir.
Anlam: Beyt Füzuli şerlərinin ilham məbdəyindən alınmağını təlqin
edir.
Qeyd 1: Əflatun zənn etmişdir ki, İlahi cazibələr ilə huşu başından
çıxmayan bir şairin səmavi həmasələr, şerlər yaratmağı, beləliklə
əbədiyyətə qovuşmağı əql, elm və sənət ilə yox, bəlkə İlahi işarələr və
ilhamlarla bağlıdır.
Qeyd 2: Bu qəzəli gözəlləşdirmiş işarələr, istiarələr, təşbihlər, xəyal
cilvələri və digər ədəbi incəliklər həqiqətən heyrətamizdir.

1329
QƏZƏL 247

(1) Müshəf demək xətadır ol səfheyi-cəmalə,


Bu bir kitab sözdür fəhm edən əhli-halə.

(2) Rüxsarə nöqtə qoymaq rəsmi-xət olmasaydı,


Düşməzdi mənzil etmək rüxsarın üzrə xalə.

(3) Heyrani-mahi-ruyin xurşidə mehr salmaz,


Müstaqi-taqi - əbrun əksik baxar hilalə.

(4) Qondurdu gərd xəttin ayineyi-muradə,


Qıfl urdu iqdi - zülfün gəncineyi-vüsalə.

(5) Dövran mənə qələm tək sevda qapısın açdı,


Ta qəddimi qəmindən dönərdi zə’f nalə.

(6) Rəsmi-vəfa, Füzuli, səndən kəmalə yetmiş,


Xoş kamili-zamansan, əhsəntə bu kəmalə.

1330
Beyt 1: Müshəf demək xətadır ol səfheyi-cəmalə,
Bu bir kitab sözdür fəhm edən əhli-halə.
Sözlük: Müshəf = bir cilddə yerləşmiş səhifələr = kitab = asimani kitab =
Quran
Nişanə 1: “Əhli-hal”: A: Dünyəvi ömür möhlətinin həm keçmişini,
həm də gələcəyini unutmaqla maddi dünyanın “zaman” adlı güclü bir
cəhətindən xilas olanlara “əhli-hal” demişlər.
B: Ürək içində çaxmış mənəvi şimşəklərdən xəbərdar şəxslərə “əhli-
hal” demişlər.
Anlam: Şərif ayələrdə: “‫”ﻟ ﻴﺲ ﮐﻤﺜﻠ ﻪ ﺷ ﻴﺊ‬1: (“Onun bənzəri heç bir şey
yoxdur”), “‫ن‬ ُ ‫ﺼ ﻔﻮ‬
ِ ‫ﷲ ﻋ ّﻤ ﺎ ﻳ‬ َ ‫”ﺱ ﺒﺤﺎ‬2: (“Allah onların vəsf
ِ ‫نا‬
etdiklərindən pak və müqəddəsdir”) buyurulduğu əsasda
beyt İlahi camal vəsfinin heç bir kitaba sığmaz olduğunu
təlqin etmək istəyir.

Beyt 2: Rüxsarə nöqtə qoymaq rəsmi-xət olmasaydı,


Düşməzdi mənzil etmək rüxsarın üzrə xalə.
Sözlük: Rüxsar = üz = surət
Nişanə 1: “Rüxsar”: Mütəal məbudun “vəch” ünvanlı surətinə
“rüxsar” demişlər.
Nişanə 2: “Nöqtə”: Kəsrət ünvalı kainatın başlanış və qayıdacağ
mərkəzinə “nöqtə” demişlər.
Qeyd: Bir çox icmalçılar Qurani-Kərimin batinini, yaxud sirrini
təmamilə “Bismillah” ayəsindəki “b” hərfinin altında qoyulmuş nöqtədə
bilmişlər. Elə bu baxımla Tacüş-şüəra demişdir ki:
Nöqtədən elm nəşr olur
Nöqtəyi-ba Hüseyn-Hüseyn3
Nişanə 3: “Xal”: Bu beytdə rüxsar hüsnünün nöqtə kimi açılmaz və
şərh olunmazlığından, həm də qaraca kəsrətin nurani vəhdətə bağlandığı
nöqtədən nişanədir.
Anlam: Mütəal məbud sifətlərini göstərməklə (təcəlla) özünü tanıt-
dırmağını məsləhət bilməsəydi, maddi dünya və kəsrət ün-
vanlı kainat yaranmazdı.

1
Quran, Şüəra surəsi, 11-ci ayədən bir hissə
2
Quran, Mominun surəsi, 91-ci ayədən bir hissə
3
Tacüş-şüəra Yəhyəvi. Əsrari-aşura.

1331
Qeyd: Ərəb əlifbasına əsasən:
A: “Rüxsar” kəlməsinin üstündəki nöqtə silinsə o kəlməni oxuyub
idrak etmək mümkünsüz olar.
B: Əzdad baxımı1 izah və sübut etdiyi kimi ağ surəti tanımaq qara
xal ilə mümkündür (hər şeyin öz əksilə tanımaq zərurəti2).
C: Vəhdət nuru kəsrət zülmətində təzahür etməklə tanınmamalıdır.

Beyt 3: Heyrani-mahi-ruyin xurşidə mehr salmaz,


Müstaqi-taqi - əbrun əksik baxar hilalə.
Sözlük: Ruy = üz = surət = sima, xurşid = günəş, mehr = məhəbbət =
günəş, müştaq = şövqlü , taq = hilali olmaq = əyrilik = kaman,
əbru = qaş
Nişanə 1: “Heyran”: Əqli-idrakı aciz olmuş aşiqdən nişanədir.
Nişanə 2: “Mahi-ruy”: Ağ nurunu qaraca madədə əks etdirmiş İlahi
camaldan nişanədir.
Nişanə 3: “Xurşid”: Bu beytdə dünyəvi üstünlüklər və yüksəlişlər-
dən nişanədir.
Nişanə 4: “Taqi-əbru”: Mütəal məhbubun lütfdən asılı qəhrdən, ya-
xud aşiqi özlüyündən azad etməyə hazırlayan qələbələrindən nişanədir.
Nişanə 5: “Hilal”: Bu beytdə dünyəvi hüsnlər yüksəlişlərindən nişa-
nədir.
Anlam: Mənəvi cazibələr ilə (qəhrlər və lütflər) tanış bir insan dün-
yəvi etibarlar və məqamların həqir olduğundan xəbərdar
olur.

Beyt 4: Qondurdu gərd xəttin ayineyi-muradə,


Qıfl urdu iqdi - zülfün gəncineyi-vüsalə.
Sözlük: Gərd = toz, qıfl = qıfıl, iqd = düyün = bənd = peyman, gəncinə =
xəzinə
Nişanə 1: “Gərdi-xət”: Bu beytdə, məhbub camalının ətrafını almış
hicabdan nişanədir.
Qeyd: Xət canan camalına ən yaxın hicab olduğundan 3 , vüsala
çatmış bir vasitə kimi bütün aləmi İlahi rayihələr və cazibələrdən feyzyab

1
Qəzəl 3, beyt 2
2
Qəzəl 139, beyt 2
3
Qəzəl 42, beyt 3

1332
edir.
Nişanə 2: “Ayineyi-murad”: A: Aşiqin İlahi cəlaları əks etdirmiş
elminə, yaxud zehninə “ayineyi-murad” demişlər.
B: Vəhdət nurunu əks etdirmiş kəsrətə (məzhər) ayinə demişlər.
Nişanə 3: “İqdi-zülf”: İlahi cəlalar feyzindən məhrum edən
hicabdan nişanədir.
Nişanə 4: “Gəncineyi-vüsal”: İlahi camal cəlalarından vasitəsiz
feyzyab olmağa “gəncineyi-vüsal” demişlər.
Anlam: Beyt müşahidə feyzindən məhrum edən xət və zülf bəla-
larını, yaxud tərbiyəvi tənbeh çətinliyini təlqin edir.

Beyt 5: Dövran mənə qələm tək sevda qapısın açdı,


Ta qəddimi qəmindən dönərdi zə’f nalə.
Sözlük: Zə’f = zəiflik, nal = hər bir şey ney kimi içi boşdur= neydən
düzəlmiş qələm = qələmin içindəki damara bənzər nazik rişə
Nişanə 1: “Qələm”: A: Bütün vücudlar mənşəyi olan ilk vücuda
işarə edən nişanədir.
Qeyd 1: İlk vücud hicran bəlalarının başlanışına işarə edir.
B: Qələm başını ayağ edib hərəkət etdiyinə görə, misrada başın
ayağa düşməyinə işarə olunur.
Qeyd 2: Başın ayağa düşməyi aşiqi seyr səmalarına qaldıran mü-
qəddimədən ibarətdir.
C: Qələm, aşiqin “ələst”1 aləmində öhdəyə götürdüyü bəlalar səhi-
fəsinə qol çəkməyinə işarə edən nişanədir.
D: Qələm başı yonuq olduğuna görə, “xəm etdin qamətim gər tərki-
sər qıldımsa məzurum”2 mərtəbəsinə işarə edir.
Nişanə 2: “İkinci misra”: Aşiqi təcrid məqamına nail edən incəl-
məkdən nişanədir.3
Anlam: Beyt dünyəvi bağlantılarını soyub-tökmüş aşiqin təcrid nai-
liyyətinə hazırlaşmağını təlqin edir.

Beyt 6: Rəsmi-vəfa, Füzuli, səndən kəmalə yetmiş,


Xoş kamili-zamansan, əhsəntə bu kəmalə.

1
Qəzəl 19, beyt 4
2
Qəzəl 246, beyt 3
3
Qəzəl 12, beyt 1

1333
Sözlük: Əhsəntə = afərin = əhsən
ُ ‫”اﻟﺴ‬1: (“Aya, Mən
Nişanə 1: “Vəfa”: Şərif ayədə: “‫ﺖ ﺑﺮﺑﮑﻢ ﻗﺎﻟﻮ ﺑَﻠﯽ ﺷَﻬﺪﻧﺎ‬
sizin rəbbiniz deyiləm? Onlar dedilər: Bəli, buna şahidik”) buyurulduğu
əsasda eşq və məhəbbət ilə əlaqədar təəhhüdnamələrə mükəmməl surətdə
əməl etməkdən nişanədir.
Nişanə 2: “Kamili-zaman”: Mütəal məbudun “‫ ”اهﻞ اﷲ‬ünvanlı ə’la
dərəcəyə çatmış dostlarına “kamillər” demişlər.2
Qeyd 1: Şəriət, təriqət və həqiqət 3 hökmlərinə mükəmməl surətdə
əməl etmək “kamillik” əlamətidir.
Qeyd 2: Səkkiz sifət yəni: Yaxşı danışıq, yaxşı əməllər, yaxşı əxlaq,
həqiqi mərifətlər, məhbubdan başqasını tərk etmək, xəlvət, qənaət və
şöhrətə uymamaq kKamillik əlamətidir.
Qeyd 3: Bütün camaata rəhbər olmağa layiq kamil insandan ibarət-
dir.
Nişanə 3: “Kəmal”: bax kamil (nişanə 2)
Anlam: Aşiq öz kamala çatmağını təlqin etməklə:
A: Fanilik nailiyyətini tələb edir.
B: Kamal mərtəbəsinə təbliğ və naqis aşiqləri hidayət etmək
istəyir.

1
Quran, Əraf surəsi, 172-ci ayə
2
Doktor Seyid Cəfər Səccadi, Fərhəngi-loğat və istilahat və təbirati-irfani
3
Qəzəl 99, beyt 5

1334
QƏZƏL 248

(1) Həzər qıl ah odundan, cövrünü üşşaqə az eylə,


Xəsü xaşaki yaqma, şöləsindən ehtiraz eylə!

(2) Sənəmlər səcdəsidir bizdə taət, Tanrıçün, zahid,


Kimi görsən sən öz dinində təklifi-nəmaz eylə!

(3) Həqiqət xəttini yazmaq dilərsən lövhi-zatında,


Xətin gülrüxlərin mənzur tut, məşqi-məcaz eylə!

(4) Sənəmlər səngdillərdir eşitməzlər sözü, zahid,


Yetər bihudə mən tək onlara ərzi-niyaz eylə!

(5) Sənin nazın görəndə əql qalmaz həsbətən lillah,


Aman ver talibi-didarə, bir dəm, tərki-naz eylə!

(6) Yolunda intizari-məqdəminlə xak olan çoxdur,


Xüram et bir qədəm, min xakisari sərfəraz eylə!

(7) Füzuli, canə tapşırdın xəyalın, şimdi rüsvasən,


Sənə kim der ki, hər naməhrəmə ifşayi-raz eylə!

1335
Beyt 1: Həzər qıl ah odundan, cövrünü üşşaqə az eylə,
Xəsü xaşaki yaqma, şöləsindən ehtiraz eylə!
Sözlük: Üşşaq = aşiqlər, xəsü xaşak = kol-kos
Nişanə 1: “Ah odu”: Həsrət və tələb atəşində alovlanan qəlbin
munacat ünvanlı naləsindən ibarətdir.
Nişanə 2: “Cövr”: Aşiqin batini və mənəvi qüvvələrinin üstünü
örtməkdən nişanədir.
Nişanə 3: “Üşşaq”: bax: Xəsü xaşak.
Nişanə 4: “Xəsü xaşak”: Ürəkləri ah odunda alovlanmış taqətsiz
aşiqlərdən istiarədir.
Anlam: Ey dilbər, yaxud ey həzrət mürşüd, yaxud ey mütəal məh-
bub, aşiqi taqətindən əlavə qəhrlər və məhrumluqlarla
səbrsizlik günahına, nəhayətdə isə eşq vadisindən qovul-
mağa vadar etmə (ehtiraz eylə).

Beyt 2: Sənəmlər səcdəsidir bizdə taət, Tanrıçün, zahid,


Kimi görsən sən öz dinində təklifi-nəmaz eylə!
Sözlük: Taət = itaət
Nişanə 1: “Sənəmlər”: A: Əql və təcrübəni karsız edən İlahi cazibə-
lər, mürşüdlər və vasitələrdən nişanədir.
Qeyd: Sənəmlərə səcdə qılmaq onların camalında cilvə etmiş İlahi
camal qarşısında səcdəyə düşməkdən ibarətdir. Çünki mütəal məbud ilə
vasitəsiz əlaqə saxlamaq mümkünsüzdür. 1 Seyid Əbülqasim Nəbati bu
itaəti təsdiq edərək buyurmuşdur:
Sənəmlər səcdəsi qılmaq Nəbati pişəsi olmuş
Üzün bunlar ayağında təkəllüfsüz türab istər2
B: Sənəmlər, dünyəvi etibarlar və qərəzlərdən nişanədir.
Qeyd: Müəllif dünyəvi qərəzlər ilə qarışmış dini əməlləri tənqid
etmək məqsədilə bir qəzəldə belə demişdir ki:
‫ ﺑﺎ ﻋﺸﻖ دﻧﻴﺎ ﻡﯽ ﮐﻨﻴﻢ‬،‫ﺑﺮ ﺧﺪا هﻢ ﺑﻨﺪﮔﯽ‬
‫وﻩ ﮐﻪ ﻃﺎﻋﺘﻬﺎﯼ ﻡﺎ ﺑﺪﺕﺮز ﻋﺼﻴﺎﻧﻬﺎﯼ ﻡﺎﺱﺖ‬
Nişanə 2: “Öz dinində”: Bu nişanə xalis dini və kamil mərifəti
təlqin edir.
Nişanə 3: “Təklifi-namaz” Mütəal məbuda layiq olan xalis namaz-

1
Qəzəl 23, beyt 8 (vasiteyi-feyz)
2
Seyid Əbülqasim Nəbati, Şerlər divanı

1336
dan nişanədir.:
Anlam: Ey zahid:
A: Aşiqin namazı naqisdir. Çünki o, əqldən xəbərsiz
olduğuna görə, namazın zahiri adabında, yaxud surətində
(şəriət) dəqiqlik göstərməkdən acizdir.
B: Zahidin namazı naqisdir. Çünki o, eşqdən xəbərsiz
olduğuna görə, namazın surətinə məğul və məhdud olmaqla
onun içindən, yaxud ruhundan (təriqət) qəflət etmişdir.
C: Dünyapərəst insanın namazı naqisdir. Çünki o, mənəvi
ibadəti dünyəvi istəklər və fikirlər ilə qatışdırmaqla “gizli
şirk” ünvanlı xətakarlığa giriftar olmuşdur.
Nəticə: Heç bir insan, ibadətini, nəhayət dini mərifətini xalis, kamil
və mütəal məbuda layiq edə bilməmişdir. Çünki hər insan
naqisdir (imamlar və peyğəmbərlər müstəsnadırlar.)

Beyt 3: Həqiqət xəttini yazmaq dilərsən lövhi-zatında,


Xətin gülrüxlərin mənzur tut, məşqi-məcaz eylə!
Sözlük: Lövh = lövhə = vərəqə, gülrüx = gül üz
Nişanə 1: “Həqiqət”: Kəsrət ünvanlı kainat fikrini, yaxud maddi
bağlantıları şühud nurunda məhv etməklə vəhdət ərəfəsinə daxil olmağa
“həqiqət” demişlər.1
Nişanə 2: “Zat”: Vücudun həqiqi zavalsız hissəsinə “zat” demişlər.
Nişanə 3: “Xət”: Ruhi hüsnlərin cismdə zühur etməsinə “xət” de-
mişlər.2
Nişanə 4: “Gülrüx”: Gözəlin camalında ürək açan hüsnlər əks
etdirmiş vasitələrə “gülrüx” demişlər.
Anlam: Beyt bəşəri gözəlliklərin İlahi hüsndən örnək olduqlarını təl-
qin edir.
Qeyd: Bir çox ariflər “‫ﻄ َﺮ ﻩ اﻟﺤﻘﻴﻘﻪ‬
َ ‫“( ”اَﻟﻤﺠﺎ ُز ﻗﻨ‬Məcaz həqiqət aləminə
çatdıran yol, yaxud körpü kimidir”) deməklə təbii və cismani eşqi, həqiqi
və İlahi eşq tanışlığına müqəddimə kimi bilmişlər.3

1
Qəzəl 114, beyt 6
2
Qəzəl 42, beyt 3
3
Qəzəl 114, beyt 6

1337
Beyt 4: Sənəmlər səngdillərdir eşitməzlər sözü, zahid,
Yetər bihudə mən tək onlara ərzi-niyaz eylə!
Sözlük: Səngdil = daş ürəkli, bihudə = hədər = batil = faydasız
Nişanə 1: “Sənəmlər”: bax: beyt 2
Nişanə 2: “Səngdil”: Səngdil bu beytdə tərbiyəvi qəhrlər zərurətini
təlqin edən nişanədən ibarətdir.
Anlam: İlahi vasitələr “qəhr və qəbz” kimi mənəvi qanunlar icrasına
məcburdurlar (mənəvi qanun, dəyişilməz və əbədidir).
Qeyd: Zahid də intixab etdiyi əql dairəsində müxtəlif çətinliklər ilə
tərbiyə görməlidir (hər şəxs öz miqdarı qədər yetkinləşməlidir).

Beyt 5: Sənin nazın görəndə əql qalmaz həsbətən lillah,


Aman ver talibi-didarə, bir dəm, tərki-naz eylə!
Sözlük: Həsbətən li-l-lah = İlahi əcr = möminlərə verilmiş əcr, didar =
görüş
Nişanə 1: “Naz”: Bu beytdə məkr ilə bağlı işvə satmaqdan, yaxud
“istiğna”1 göstərməkdən nişanədir.
Nişanə 2: “Əql”: Bu beytdə: A: Bəşəri iradə və ixtiyardan nişanədir.
B: Bəşərin zahiri və batini iqtidar və tədbirindən nişanədir.
Nişanə 3: “Əql qalmaz həsbətən lillah”: A: Bu nişanə Allah-təalanın
razı olduğu şər’i və qanuni vəzifələr əncamından aciz olmaq əlamətidir.
B: İkinci misradakı “tərki-naz” Allah-təala razılığından nişanədir.
Nişanə 4: “Didar”: Həqiqi hüsnləri “fuad” 2 ünvanlı ürək gözü ilə
görməkdən nişanədir.
Anlam: Beyt sənəm ünvanlı gözəllər və vasitələrin məkrsiz lütfünü
təmənna edir.

Beyt 6: Yolunda intizari-məqdəminlə xak olan çoxdur,


Xüram et bir qədəm, min xakisari sərfəraz eylə!
Sözlük: Müqəddəm = gəlmək vaxtı = ayaq izi = qədəmgah, xak = torpaq,
xüram = nazlana-nazlana addım atmaq = nazlanmaq, xaksar =
həqir = təvazökar = torpaq kimi, sərəfraz = başı uca
Nişanə 1: “Xak olmaq”: Həqir və təvazökar aşiqin alqış və istiqba-

1
Qəzəl 62, beyt 4
2
Qəzəl 13, beyt 1

1338
lından nişanədir.
Nişanə 2: “Xüram”: Bu beytdə məkrsiz naz və işvədən nişanədir.
Nişanə 3: “Xaksar”: Öz həqirlik və məmlüklüyünü etiraf etmiş
aşiqdən nişanədir.
Qeyd: İslami təsəvvüf məktəbinin “xaksar cəlalı-silsilə”sinə bağlı
şiə məzhəbli xüsusi bir firqəsinə “xaksarlar” demişlər. Bu firqə
mərasimində bəzi qədimi dinlərin təsiri müşahidə olunur. “Töhfeyi-
dərviş” və “Gəncineyi-övliya” ünvanlı iki kitab bu firqə vasitəsilə nəşr
edilmişdir. İranda Tehran və Məşhəd şəhəri, İraqdakı Kufə şəhəri
onların [xaksarların] mühüm mərkəzlərindən hesaba alınmışlar.1
Anlam: Beyt, aşiqi öldürüb-dirildən naz və müşahidə əzəmətini
təlqin etməklə islam peyğəmbərinin “‫”ﻡﻮﺕ ﻮا ﻗﺒ ﻞ ان ﺕﻤﻮﺕ ﻮ‬2
buyurduğu məqama işarə edir.

Beyt 7: Füzuli, canə tapşırdın xəyalın, şimdi rüsvasən,


Sənə kim der ki, hər naməhrəmə ifşayi-raz eylə!
Sözlük: İfşayi-raz = sirr açmaq
Nişanə 1: “Can”: Bu beytdə dünyəvi həyatdan bəhrələndirən birinci
can ünvanlı bədən canından ibarətdir.
Nişanə 2: “Xəyal”: Maddi vücudu mənəvi hallar səmasına qaldıran
yaxud hicran şəraitində vüsaldan rayihələndirən batini özəl qüvvədən
ibarətdir.3
Nişanə 3: “Rüsva”: Bu beytdə məşuq hüzurunda istedadsızlığa
məhkum olmuş aşiqdən ibarətdir.
Nişanə 4: “Naməhrəm”: Bu nişanə şərif ayədə: “ ‫ﻞ‬ ُ ‫ب اﻟﻴ ِﻪ ﻡِﻦ ﺣَﺒ‬
ُ ‫ﻦ اَﻗ َﺮ‬
ُ ‫ﻧَﺤ‬
‫”اﻟﻮَرﻳﺪ‬4 (“Biz ona şah damarından daha yaxınıq”) buyurulduğu fərmayişə
işarə edərək, aşiqin özünə özündən yaxın olan məşuqu tanıtdırmaq
istəyir. Beləliklə, həqiqi həyat nailiyyəti can ilə yox, eşq (ikinci can) ilə
mümkündür. Ulu Şeyx Sədi bu həqiqi həyatı tanıtdırmaq məqsədilə
buyurmuşdur:
‫ﻳﺎرﻧﺰدﻳﮑﺘﺮ از ﻡﻦ ﺑﻪ ﻡﻦ اﺱﺖ وﻳﻦ ﻋﺠﺒﺘﺮ ﮐﻪ ﻡﻦ از وﯼ دورم‬
Qeyd: Məşuqdan başqa hər bir vücud varsa, hətta onun öz canı
(bədən canı) naməhrəm hesaba alınır.

1
Doktor Məhəmməd Moin. Fərhənge-Moin
2
Qəzəl 70, beyt 2, nişanə 2
3
Qəzəl 21, beyt 2, nişanə 3
4
Quran, Qaf surəsi, 16-cı ayə

1339
Nişanə 5: “İfşayi-raz”: Əql çərçivəsinə sığmaz aşiqanə əhvali-
ruhiyyəni aşkara çıxarmaqla “aşiq baş verər, sirr verməz” qanunun
pozmaqdan nişanədir.1
Anlam: Beyt məşuq həzrətini özünə özündən yaxın bilməyən aşiqin
məhkumluğunu (rüsva) təlqin etmək istəyir. Beləliklə, aşiq
istədiyi, yaxud tələb etdiyi məhbubu təmamilə öz batinində,
yaxud özündə tapmalıdır.2

1
Qəzəl 114, beyt 1
2
Qəzəl 32, beyt 7

1340
QƏZƏL 249

(1) Batalı qanə oxun dideyi-giryan içrə,


Bir əlifdir sanasan kim, yazılır qan içrə.

(2) Yeridir sineyi-suzanıma külxən desələr,


Onca ki, batdı oxun sineyi-suzan içrə.

(3) Canı tən içrə nə saxlardım əgər bilsəydim


Ki, degil gizli qəmi-ləli-ləbin can içrə.

(4) Ala gör oxlarını didələrimdən, ey dil,


Heyfdir, olmaya nagəh itə müjgan içrə.

(5) Çak könlüm arasında yaraşır peykanın,


İqdi-şəbnəm xoş olur qönçeyi-xəndan içrə.

(6) Qəddinə sərv demiş, qönçələrin tənindən,


Duramaz badi –səba hiç gülüstan içrə.

(7) Ey Füzuli, kimə suzi-dilimi şərh edəyim?


Yox mənim kimi yanan atəşi-hicran içrə.

1341
Beyt 1: Batalı qanə oxun dideyi-giryan içrə,
Bir əlifdir sanasan kim, yazılır qan içrə.
Sözlük: Didə = göz
Nişanə 1: “Qan”: Fiziki mahiyyəti batil edən nişanədir.
Nişanə 2: “Ox”: Cismi varlığı unutmağa hazırlaşmağı təlqin edən
İlahi qəmzə satmaqdan nişanədir.
Nişanə 3: “Dideyi-giryan”: İlahi camal cilvələrini əks etdirmək
xəyalı ilə cəhd edib hazırlaşmağa işarə edən nişanədir.
Nişanə 4: “Əlif”: Bu beytdə yaranış nöqtəsindən təzahür etmiş
feyzlərin davamına işarə edən nişanədir.1
Anlam: Beyt hər bir qəhr və qəmzə ilə bir, yaxud bir neçə hicabdan
keçərək aşiqin mənliyin batil və məhv olmasını təlqin edir.

Beyt 2: Yeridir sineyi-suzanıma külxən desələr,


Onca ki, batdı oxun sineyi-suzan içrə.
Sözlük: Suzan = yanar, külxən = tulanbar = zibil yeri
Nişanə 1: “Suzan”: Aşiqi kamil bəndəlik məqamına nail edən həsrət
atəşindən ibarətdir (ürəyi püxtələşdirən atəş).
Nişanə 2: “Külxən”: Həsrət və tələb atəşində yanmış bağlantılar
külündən, yaxud məcazi varlıq tör-töküntüsündən nişanədir.
Anlam: Məcazi və cismi hicablar tör-töküntüsü, yaxud külü, aşiqi
kamal nailiyyətindən xəbərdar edən maneələrdir (məğlub
maneələr).

Beyt 3: Canı tən içrə nə saxlardım əgər bilsəydim


Ki, degil gizli, qəmi-ləli-ləbin can içrə.
Nişanə 1: “Can”: Bu beytdə aşiqi dünyəvi həyatdan bəhrələndirən
bədən canından ibarətdir
Nişanə 2: “Qəm”: Bu beytdə mənəvi mərifəti aşiqə əlavə edən
həsrətdən nişanədir.
Nişanə 3: “Ləli-ləb”: Bu beytdə yoxu var edən İlahi ilham-işarədən
ibarətdir.
Anlam: Dünyəvi ömür möhləti, yaxud bədən canı mənəvi həyat
sərmayəsi olduğundan qorumalı və əzizdir.

1
Qəzəl 42, beyt 2

1342
Qeyd: Mənəviyyət aləminə istiqamətləndirməyən dünya və həyat heç
və hədərdir.1

Beyt 4: Ala gör oxlarını didələrimdən, ey dil,


Heyfdir, olmaya nagəh itə müjgan içrə.
Sözlük: Nagəh = nagah, müjgan = kipriklər
Nişanə 1: “Oxlar”: bax: beyt 1, nişanə 2
Anlam: Aşiq qəlbinə toxunmayan oxları yenidən tələb etməklə hər
bir qəhr və qəbzə (bəla) xüsusi bir məsləhət və mənfəət ilə
bağlı olmağı təlqin edir.

Beyt 5: Çak könlüm arasında yaraşır peykanın,


İqdi-şəbnəm xoş olur qönçeyi-xəndan içrə.
Sözlük: Çak = rəxnə = çat, peykan = ox ucu, iqd = boyunbağı = riştəyə
düzülmüş mirvari
Nişanə 1: “Çak könül”: Bu beytdə maddi örpəyini yarıb mənəvi
əhvalını üzə çıxaran ürəkdən nişanədir.
Nişanə 2: “Peykan”: bax: beyt 1 (ox).
Nişanə 3: “Şəbnəm”: Bu beytdə öz mənəvi mərifətlərini şühud
məqamına çatdıran nəticəyə işarə edən nişanədir.
Nişanə 4: “Qönçeyi-xəndan”: Bu beytdə ürəkaçan İlahi ilhamlara
işarə edən nişanədir.
Anlam: Mənəviyyətşünas qəlbin həqiqi yaraşığı qəmzələr yarasından
ibarətdir.
Qeyd: Açılmış qönçə, yaxud gül içində mirvari kimi düzülmüş şehə
(ikinci misra) qeyri hissi mərtəbəni hissiləşdirmək istəyir.

Beyt 6: Qəddinə sərv demiş, qönçələrin tənindən,


Duramaz badi-səba hiç gülüstan içrə.
Sözlük: Tə`n = tə`nə = danlamaq = sancmaq
Nişanə 1: “Qəd”: İlahi hüsnlər uzanışına “qəd” demişlər.

1
Qəzəl 127, beyt 2

1343
Anlam: Şərif ayədə “‫ﺷ ﯽ ٌء‬
َ ‫ﺲ ﮐﻤﺜﻠ ِﻪ‬
َ ‫”ﻟﻴ‬: (“Onun bənzəri heç şey yoxdur”)
buyurulduğu kimi mütəal məbudun hüsn uzantısını sərvə
bənzətmək böyük xətakarlıq sayılır.
Qeyd: Şair “hüsni-təlil”1 ünvanlı ədəbi sənət rüxsətilə, qönçələr tə-
nəsindən qorxub-qaçmağı səba yelinin hərəkətedici səbəbi olmasını
bildirmişdir.

Beyt 7: Ey Füzuli, kimə suzi-dilimi şərh qılım,


Yox mənim kimi yanan atəşi-hicran içrə.
Sözlük: Suz = yanmaq = hərarət = eşq və məhəbbət
Nişanə 1: “Suzi-dil”: Ürəyi maddi atmosferdən yuxarı seyr etdirən
özəl hərarətdən nişanədir.
Nişanə 2: “Atəşi-hicran”: Bu nişanə aşiqin nöqsanını silib, onun ülvi
istedadını üzə çıxaran həsrət və şövq atəşindən ibarətdir.
Anlam: 4-cü beytin xatırladığı bənzərsiz dilbəri tələb edən bir aşiqin
qəmləri də (yanmağı) bənzərsiz olmalıdır.

1
Qəzəl 133, beyt 5

1344
QƏZƏL 250

(1) Arizin görsə fələk mehr buraxmaz ayə


Zərrə - zərrə qılıb anı buraxır səhrayə.

(2) Ləblərin əksin alıb bağə girir hər dəm su,


Rəşkdən qan içirir bərgi-güli-həmrayə.

(3) Yeridir əksinə ayinə dəmir bənd ursa,


Nə üçün qarşı durur sən kimi bihəmtayə.

(4) Bulduğu yerdə həsəddən gün urur sayənə tiğ


Ki, rəfiq olmaya sən mahi-mələksimayə.

(5) Oxa peykan degilir qəmzən üçün peyvəstə


Toxunur tənə oxu qaşın ucundan yayə.

(6) Ləli-nabin sifəti şəhdi-müsəffadır, leyk


Acı etmiş onu səfrayi-həsəd səhbayə

(7) Yar meylin sənə salmazsa, Füzuli, nə əcəb


Necə meyl etmək olur sən kimi bir rüsvayə.

1345
Beyt 1: Arizin görsə fələk mehr buraxmaz ayə
Zərrə - zərrə qılıb anı buraxır səhrayə.
Sözlük: Ariz = üz = camal, mehr = məhəbbət = dostluq = günəş
Nişanə 1: "Ariz": Öz cəlalarını hicabsız əks etdirmiş İlahi camala
“ariz” demişlər.
Nişanə 2: "Ay": Bu beytdə dünyəvi hüsnlər əks etdirmiş yüksək
mərtəbədən nişanədir.
Anlam: Mənəvi hüsnlər ilə tanış olmağın ilk əlaməti dünyəvi həqir
hüsnlərə nifrət etməkdir.
Qeyd: Gözəl məbud öz surətinin ətrafını almış nurda 1 , yaxud
təzahür etdiyi "məzhər" və "kəsrət" ünvanlı güzgülərdə pünhan
olmasaydı, onda heç bir yaranış, xüsusilə heç bir insan dünya həyatını
davam etdirməzdi (Bütün xalq dünyəvi varlığını həqir görərkən həyatı
tərk edərdi) Elə buna görə də dünyəvi hicabların bir cəhəti “həqir”,
başqa cəhəti “əziz”dir.

Beyt 2: Ləblərin əksin alıb bağə girir hər dəm su,


Rəşkdən qan içirir bərgi-güli-həmrayə.
Sözlük: Rəşk = qibtə = həsəd, bərg = yarpaq, həmra = qırmızı = şiddətli
hərarət
Nişanə 1: "Ləblər": Yoxu var edən açılmaz ilham-işarədən nişanə-
dir.
Nişanə 2: "Rəşk": Bu beytdə ləb hüsnündən xeyirxahlıqla bəhrələn-
mək arzusuna işarə edən nişanədir.
Nişanə 3: "Bərgi-güli-həmra": Bu nişanə ürək açan dünyəvi hüsnlər
əlamətidir.
Anlam: Beyt mənəvi hüsnlərin üstünlüyünü, həm də tam qələbəsini
təlqin edir.
Qeyd: İkinci-misra "hüsni təlil2" ünvanlı ədəbi sənət rüxsətilə qan
içməyi gülün qırmızı rəngli olmasına illət və mənşə bilmişdir.

Beyt 3: Yeridir əksinə ayinə dəmir bənd ursa


Nə üçün qarşı durur sən kimi bihəmtayə.

1
Qəzəl 138,beyt 4
2
Qəzəl 133, beyt 5

1346
Sözlük: Bihəmta = fərd = bənzəri olmayan
Nişanə 1: "Ayinə": Bu beytdə özünü "məzhər" ünvanlı İlahi camal
nurunu təzahür etdirməyə layiq bilmişlərdən nişanədir.
Nişanə 2: "Dəmir bənd": Bu nişanə qıfıllanmaq, yaxud möhkəm
bağlanmaqla tənbeh olmaq əlamətidir.
Anlam: Bu beyt də İlahi hüsnün dünyəvi imkan və bəşəri idraka
sığmazlığını təlqin edir.
Qeyd 1: İlahi hüsnü dünyəvi və bəşəri imkana sığışdırmaq
müddəilikdir və müddəi barədə: "‫"اﻟﻌﺎﺻﯽ ﺧﻴﺮ ﻡﻦ اﻟﻤﺪﻋﯽ‬: (“Günahkar
adam müddəidən yaxşıdır”) demişlər. 1 Elə buna görə də güzgünü üzü
üstə yıxmaqla (tərsinə çevirmək) tənbeh etmək lazım gəlir.
Qeyd 2: Beyt keçmiş zamanlarda güzgünün parıldadılmış dəmirdən
düzəldilməyinə də işarə edir.
Qeyd 3: Beyt dövrəsinə dəmir tutulmuş güzgüyə də işarə edir.

Beyt 4: Bulduğu yerdə həsəddən gün urur sayənə tiğ


Ki, rəfiq olmaya sən mahi-mələksimayə.
Nişanə 1: "Urur sayənə tiğ": Sayəyə tiğ urmaq, yaxud kölgəni
qılınclamaq düşmənlik əlamətidir.
Nişanə 2: "Rəfiq": Vəhdət dənizinə qoşulmaq qarşısında, yaxud aşiq
ilə məşuq arasındakı “rəqib” ünvanlı axır hicabdan nişanədir.
Anlam: Vəhdət dənizində fanilik istəyən aşiqin nəzərincə yeganə
məhbubun kölgəsi də rəqib, yaxud düşmən (maneə) kimi
hesaba alınır (Kölgə məhz faniliyə manedir).

Beyt 5: Oxa peykan degildir qəmzən üçün peyvəstə


Toxunur tənə oxu qaşın ucundan yayə.
Sözlük: Peykan = ox ucu, peyvəstə = daimi = həmişə
Nişanə 1: "Birinci misra": Ürəyi yaralayan qəmzə satmağın təkrarını
təlqin edən nişanədən ibarətdir.
Nişanə 2: "Qaş": Həkim məhbubun tərbiyəvi tənbehi ilə əlaqədar
qəhr sifətindən nişanədir.
Nişanə 3: "İkinci misra": Birinci misranın qənaətbəxş olmadığını
tənqid edən nişanədən ibarətdir.

Qəzəl 6, beyt 2 1

1347
Anlam: Dəmbədəm yaralanmış ürək fiziki mahiyyətdən təmamilə
azad olmadığına görə şiddətli qəhr ilə yenidən yaralanmalı-
dır.

Beyt 6: Ləli-nabin sifəti şəhdi-müsəffadır, leyk


Acı etmiş onu səfrayi-həsəd səhbayə.
Sözlük: Nab = xalis = saflaşmış, leyk = lakin, səfra = qəzəb = sarı rəngli
= səfra, səhba = qırmızı rəngli şərab, şəhd =bal = şirinlik,
müsəffa=xalis=saflaşmış=pakizə
Nişanə 1: "Ləli-nab": Aşiqi yoxu var edən İlahi ilham-işarədən
müstəqim bəhrələndirən əqlə - ibarəyə sığmaz mərtəbədən nişanədir.
Nişanə 2: "Şəhd": Can şirin olduğundan ləli-nab bağışladığı ikinci
canı şəhd (bal) bilmişlər.
Nişanə 3: "Səfrayi-həsəd": Bu nişanə arzu ilə bağlı həsrətdən
saralıb-solğunlaşmağa işarə edir.
Nişanə 4: "Səhba": Səhba bu beytdə dünyəvi möhnətlərə qələbə
çalan müvəqqəti sərxoşluq nişanəsidir.
Anlam: Bax: Beyt 2 (Anlam).

Beyt 7: Yar meylin sənə salmazsa, Füzuli, nə əcəb


Necə meyl etmək olur sən kimi bir rüsvayə.
Nişanə 1: "Yar": Ariflər İlahi camal müşahidəsinə, yaxud şühud
mərtəbəsinə “yar” demişlər.
Nişanə 2: "Meyl": Bu beytdə aşiqi "inna lillah" ünvanlı məqsə-
dindən rayihələndirən cilvədən ibarətdir.
Nişanə 3: "Rüsva": Bu beytdə öz istedadsızlığını etiraf etmiş aşiqdən
nişanədir.
Qeyd: Rüsvalıq aşiqi kamal zirvəsindən xəbərdar edən mərifətdən
nişanədir.
Anlam: Füzuli öz həqirliyini (rüsvalıq) təsdiq etməklə, aşiqanə iba-
dətlərinin naqisliyini etiraf edir. Bu etiraf üstün bir mərifət
əlamətidir. Belə bir mərifətdən bəhrələnmiş ariflər
barədə:"‫ "ﻋﺎﺻ ﻴﺎن از ﮔﻨ ﺎﻩ ﺕﻮﺑ ﻪ ﮐﻨﻨ ﺪ ﻋﺎرﻓ ﺎن از ﻋﺒ ﺎدت اﺱ ﺘﻐﻔﺎر‬de-
mişlər.1

1
Sədi. Gülüstan, bab 2, Əxlaqi-dərvişan

1348
QƏZƏl 251

(1) Yürütməniz ərəqi məclis içrə badə ilə,


Haramzadəni qoymın, halalzadə ilə.

(2) Verir sitəm səbəqin, tifli-xəttinə zülfün


Quman ol üzü qaranı bu lövhi sadə ilə.

(3) Mənə zaman ilə Məcnun müqəddəm olsa nola,


Oyunda şah bərabər degil piyadə ilə.

(4) Qaşın bəlasına düşdüm fələk qəmin çəkərək,


Bu güclü yayı çəkər oldum ol kəbadə ilə.

(5) Qapında xəm qədimi gəzdirir, yürür könlüm,


İtindurur, yüyürür hər tərəf qəladə ilə.

(6) Mənəm müdərrisi-elm-cünun, hani Məcnun?


Ki, bər murad ola dövrümdə istifadə ilə.

(7) Başım ayağına gər düşsə mə’nin eyləməzəm?


Nə eylədi mənə, nəm var bir fütadə ilə/

(8) Məni sağınma, Füzuli, qəm içrə Məcnun tək


Ki, mən ziyadəyəm ondan qəmi-ziyadə ilə.

1349
Beyt 1: Yürütməniz ərəqi məclis içrə badə ilə,
Haramzadəni qoymın, halalzadə ilə.
Sözlük: Ərəq = tər = gülab kimi ətirli su = müəyyən hərarət ilə başqa bir
suya təbdil olmuş xurma, üzüm, kişmiş və alma suyu
Nişanə 1: "Ərəq": A: Ürəyi məcazi və müvəqqəti bəst rayihəsində
bəhrələndirən səbəbdən ibarətdir.
Qeyd: Keçmişdə gülab kimi ətirli suları, xüsusilə başağrı dərdinə
təskin verici bilməklə ondan badə məclislərində istifadə edirmişlər.
Şairlər sultanı Xaqani bu məzmun əsasında buyurmuşdur:
‫ اﻟﺤﻖ ﻡﺎﺋﻴﻢ ﺑﻪ درد ﺱﺮ‬،‫از ﻧﻮﺣﻪ ﯼ ﺟﻐﺪ‬
1
‫ درد ﺱﺮ ﻡﺎ ﺑﻨﺸﺎن‬،‫از دﻳﺪﻩ ﮔﻼﺑﯽ ﮐﻦ‬
B: Ərəq, yaxud tər cismi və hissi əlaqələrdən nişanədir.
Nişanə 2: "Badə": Əql və elm maneələrini aradan qaldıran mənəvi
cazibələr və qələbələrdən nişanədir.
Nişanə 3: "Haramzadə": A: Üzüm şərabına öz əsli surətini dəyiş-
məyinə görə “haramzadə” demişlər.
B: Eşq mərtəbələrini inkar etmiş zahidlər, mənəvi badəni də
“haramzadə” bilmişlər.
Qeyd 1: Füzuli badəyə “haramzadə” deməklə zahid sözünə kinayəli
surətdə öz münasibətini bildirir.
Qeyd 2: Füzuli ərəqi “haramzadə” bilməklə badə qələbəsindən
başqa qələbələrə öz münasibətini bildirir.
Anlam: Beyt badə məclisinin digər cazibələrdən ehtiyacsız olduğunu
təlqin etmək istəyir. Bu anlamla əlaqədar, Lisanül-qeyb
Hafiz buyurmuşdur ki:
‫در ﻡﺠﻠﺲ ﻡﺎ ﻋﻄﺮ ﻡﻴﺎﻡﻴﺰ ﮐﻪ ﺟﺎن را‬
2
‫هﺮ ﻟﺤﻈﻪ ز ﮔﻴﺴﻮﯼ ﺕﻮ ﺧﻮش ﺑﻮﯼ ﻡﺸﺎﻡﺴﺖ‬

Beyt 2: Verir sitəm səbəqin, tifli-xəttinə zülfün


Quman ol üzü qaranı bu lövhi sadə ilə.
Sözlük: Səbəq = kitabın gündəlik oxunan miqdarı, lövh = vərəqə = lövhə
Nişanə 1: "Sitəm səbəqi": Aşiqi istedadı qədər kəsrət ünvanlı
maneələr ilə bəlalara giriftar etmək və sınaqlara çəkməkdən nişanədir.
Nişanə 2: "Tifli-xətt": İlahi camal ətrafını almış ilk hicabdan, yaxud

1
Nəzmi Təbrizi, Gülşəni-məani, səh. 148-149
Müəllif bu beyti “Ta Qafe-əndişe” kitabının 1-ci cildində şərh etmişdir.

1350
nur hicabından, ya da fasiləsiz hicabdan nişanədir.
Qeyd: Hicab ilə camal arasındakı fasilənin yox dərəcəsinin
çatmağına, yaxud vüsala çatmış hicaba “nur hicabı” demişlər.
Nişanə 3: "Zülf": Bu beytdə aşiq ilə məşuq arasında açılmış fasiləni
çoxaldan kəsrət ünvanlı müxtəlif hicablar və maneələrdən nişanədir.
Nişanə 4: "Lövhi sadə": A: Mütəal məbudun bütün insanlara
hədiyyə etdiyi məsum və İlahi zata “lövhi sadə” demişlər.1
B: "Ələst"2 aləmindən gəldiyi kimi də sağlam qalmış batinə “lövhi
sadə” demişlər.
C: Dünyəvi rənglər və rayihələrdən təsirlənməyən zatə “lövhi sadə”
demişlər.
D: Bəzi filosoflar bütün insanlar batinini doğuş zamanı “lövhi sadə”
bilmişlər. Əksinə bəzi filosoflar isə, “lövhi sadə”ni yerli-dibli inkar
edərək anadan olmuş uşaqlar batinində bir çox mərifətlərin mübhəm
qoyulmuş olduğunu bilmişlər.
E: “Lövhi sadə” bu beytdə dünyəvi rənglərdən təsirlənməyən tifli-
xəttdən ibarətdir.
Anlam: Aşiq ilk hicab, yaxud nur hicabından başqa hicablara
giriftar olmaqdan vahimələnir.

Beyt 3: Mənə zaman ilə Məcnun müqəddəm olsa nola,


Oyunda şah bərabər degil piyadə ilə.
Sözlük: Müqəddəm = qabaqcıl = öncül
Anlam: Bu beyt də Füzulinin "Məndə Məcnundan füzun aşiqlik
istedadı var" buyurduğu fikri təkrar və təkid edir.
Qeyd: Beyt Məcnunun müqəddəm olduğunu şahmat oyunundakı
piyadanın qabaqcıl hərəkət etməyi kimi təsəvvür etməklə onun istedadsız
olduğunu dəlilləşdirir.

Beyt 4: Qaşın bəlasına düşdüm fələk qəmin çəkərək,


Bu güclü yayı çəkər oldum ol kəbadə ilə.
Sözlük: Kəbadə = zəif və yumşaq kaman (məşq kamanı) = dəmirdən
hazırlanmış zorxana aləti. Bu alətin bir tərəfi iri halqalı zəncirdir

1
Qəzəl 178, beyt 2
2
Qəzəl 19, beyt 4

1351
ki haman zəncirin ortasında mildən qayrılmış bir əl tutucu hissə
var.
Nişanə 1: "Qaş": Bu beytdə həkim məhbubun qəhr və qələbə
sifətindən nişanədir.
Nişanə 2: "Fələk": Bu beytdə insanların alın yazısına təsiredici ay-
ulduz seyrindən (zamanə) ibarətdir.1
Nişanə 3: "Güclü yay": bax: Qaş.
Nişanə 4: "Kəbadə": bax: Fələk.
Anlam: Dünyəvi ömür möhlətində müxtəlif qəbzlər sınağına giriftar
olduğumu dəlilləşdirən fələk, yaxud “müqəddərat” ünvanlı
alın yazımdan ibarətdir (“Məni sənin qaşına giriftar edən
müqəddəratdan ibarətdir”).

Beyt 5: Qapında xəm qədimi gəzdirir, yürür könlüm


İtindurur, yüyürür hər tərəf qəladə ilə.
Sözlük: Xəm = əyri = hilali, qulladə = boğazdan asılmış şey = boyunbağı
Nişanə 1: "Xəm qəd": Hicran dünyasına atılmış aşiqi yenidən yuxarı
aləmə qaytaran bəlalar asarından nişanədir.
Nişanə 2: "İt": Bu nişanə həqirlik və məmlüklüyü etiraf etmək
əlamətidir.
Qeyd 1: Həqir və heç olmaq məhvlik müqəddiməsidir.
Qeyd 2: Hər şey öz ziddi ilə bağlı olduğundan məhvlik - yeni varlıq
nişanəsidir.
Nişanə 3: "Qəladə": Təslim olmaq nişanəsidir.
Anlam: Beyt həqiqət rayihəsindən bəhrələnmiş aşiqin tükənməz
tələbini təlqin edir.

Beyt 6: Mənəm müdərrisi-elmi-cünun, hani Məcnun?


Ki, bər murad ola dövrümdə istifadə ilə.
Sözlük: Müdərris = tədrisçi, cünun = məcnunluq = divanəlik
Nişanə 1: "Cünun": Həyəcan məğlubiyyətində qərarı əldən verməyə
“cünun” demişlər.
Qeyd: Peyğəmbər və imamlardan başqa insanları dünyəvi
bağlantılardan, xüsusilə mənlik-mənəmlik ünvanlı zəhmlı hicabdan azad

1
Qəzəl 71, beyt 4, nişanə 3

1352
edən səbəblərin ən güclüsü “cünun”dan ibarətdir. Elə buna görə də
Füzuli "cünun feyziylə azad olmuşam qeydi - əlayiqdən" buyurmuşdur.
Anlam: Beyt Məcnunun ruhunu, yaxud naqis aşiqi Füzuli məktəbin-
dən dərs almaqla kamala çatmağa dəvət edir.
Qeyd: Füzuli məktəbindən dərs almağa layiq yalnız Məcnundur. Bu
qeyd bir çox digər beytlər kimi Məcnunu naqis aşiq olduğuna görə
tənqid edir. Ancaq onun kamala çatmaq qabiliyyətində kinayəli təsdiq də
vardır.

Beyt 7: Başım ayağına gər düşsə mə’nin eyləməzəm,


Nə eylədi mənə, nəm var bir fütadə ilə.
Sözlük: Mən` = qadağan etmək = qarşısını almaq, fütadə = oftadə =
əldən düşmüş = zəifləmiş
Nişanə 1: "Başım ayağına gər düşsə": başın ayağa düşməyi:
A: Dünyəvi etibarlar məğrurluğunu məhv etmək nişanəsidir.
B: Öz əqlini, idrakını hətta fikrini və xəyalını unutmaqdan nişanədir.
Çünki öz fikrini təsdiq etmiş bir şəxs istər-istəməz ikiliyi (bir öz fikri, bir
də məhbub), hətta üçlüyü ( bir özü, bir fikri, bir də məhbub) təsdiq
etməklə vəhdət ilə müxalifət etmişdir.1
C: Hörmət göstərmək nişanəsidir.
D: Fədakarlıq istedadını göstərən nişanədir.
E: Məcazi həyatdan boşalıb mənəvi həyat ilə dolmaq istedadından
nişanədir. Elə bu baxımla müəllif bir qəzəldə belə demişdir:
“O baş ki tac edir sorağ onu dolandır et ayağ,
Sora haman ayağlan, üruc edib xodayə bax”∗
Nişanə 2: "İkinci misra": Bu misra:
A: Başın mənfəətsiz olduğunu təlqin edir (nə eylədi mənə).
B: Ulu Şeyx Sədi:
‫ﻡﻦ ﭼﻪ در ﭘﺎﯼ ﺕﻮ رﻳﺰم ﮐﻪ ﭘﺴﻨﺪ ﺕﻮ ﺑﻮد‬
‫ﺱﺮوﺟﺎن را ﻧﺘﻮان ﮔﻔﺖ ﮐﻪ ﻡﻘﺪارﯼ هﺴﺖ‬
buyurduğu kimi, başın məşuq qarşısında həqir (fütadə) olduğunu təlqin
edir.
Anlam: Mənəvi əziz varlıqdan xəbərdar aşiq məcazi həqir varlığın-
dan nifrət etməlidir.

1
Qəzəl 150, beyt

Beyt Əsgər Şahinindir – Ş.F.

1353
Beyt 8: Məni sağınma, Füzuli, qəm içrə Məcnun tək
Ki, mən ziyadəyəm ondan qəmi-ziyadə ilə.
Nişanə 1: "Qəm": Məhbub tələbi ilə əlaqədar çalışqanlıqdan
ibarətdir.
Qeyd: Mərifət miqdarı qəm miqdarı ilə bərabərdir.
Anlam: Beyt "Məndə Məcnundan füzun aşiqlik istedadı var" fikrini
təkrar və təkid edir.

1354
QƏZƏL 252

(1) Xoşdur ey gün, taleyin kim düşdün ol xaki-dərə,


Əhli-dövlət damənin tutdun, yetərsən bir yerə.

(2) Damə düşmüş bir şikarəm ki ədəm səhrasına


Mənzilimdən hər tərəf açmış əcəl min pəncərə.

(3) Lə`lin ətrafında xəttindən könül eymən degil,


Etimad olmaz yeni imanə gəlmiş kafərə.

(4) Xətt nə hacət, əhli-dil qəddinə rüxsarın yetər,


Aləmi tutmaqda gün möhtac olur müşküllərə.

(5) Sayə saldın suya sərvi-nazi rəşk öldürdü kim,


Mən durarkən dövləti-vəslin nə nisbət axərə.

(6) Başda hər tük eşq odundan bir tütündür kim, çıxar
Çizginən başım bəla bəzmində bənzər məcmərə.

(7) Ey Füzuli, məndə rahət qoymadı şeyda könül,


İstərəm ki, qurtulam ondan, verəm bir dilbərə.

1355
Beyt 1: Xoşdur ey gün, taleyin kim düşdün ol xaki-dərə,
Əhli-dövlət damənin tutdun, yetərsən bir yerə.
Sözlük: Tale`= tülu` edən = bəxt, xak = torpaq, dər = qapı, damən = ətək
Nişanə 1: "Xoşdur, ey gün, taleyin ": Taleyin xoş olması yaxın
zamanda nailiyyətə çatmaq nişanəsidir.1
Nişanə 2: "Xaki-dərə düşmək": Bu nişanə:
A: Dünyəvi etibarlar məğrurluğunu məhv etmək əlamətidir.
B: Bəndəlik ərəfəsinə daxil olmaq əlamətidir.
C: Səcdəyə düşmək, yaxud "A" və "B" nailiyyətini cəmləşdirmək
əlamətidir.
Nişanə 3: "Əhli-dövlət": Mütəal məbudun maddə və müddət çərçi-
vəsinə sığmayan "əzəli ehsan" ünvanlı rəhmətindən bəhrələnmişlərə
(mürşüdlər) “əhli-dövlət” demişlər.
Anlam: Günəş mürşüd qapısında xidmət etməklə (nur salmaq) yaxın
zamanda ən yüksək mərtəbəyə nail olmalıdır.
Qeyd: Üzünü mürşüd astanasına, yaxud bəndəlik ərəfəsinə qoymuş
(səcdə) bəndə mənəvi aləm səmalarına yüksəlməlidir.

Beyt 2: Damə düşmüş bir şikarəm ki ədəm səhrasına


Mənzilimdən hər tərəf açmış əcəl min pəncərə.
Sözlük: Ədəm = yoxluq = məhvlik
Nişanə 1: "Damə düşmüş bir şikar": Bu nişanə mənəvi cazibələr
toruna ilişmək əlamətidir.2
Nişanə 2: "Ədəm": A: Yaranış mərkəzinə “ədəm” demişlər. Çünki,
bu aləmin əql, idrak, hətta xəyal aləmində surəti yoxdur.3
B: Vəhdət rayihələrini əks etdirmiş kəsrət güzgüsünə “ədəm” demiş-
lər. Çünki, kəsrət bütövlüyündə həm də təfərrüatında "kövn" ünvanlı
qanun tabeliyində hər ləhzə olduğu surətdən yox olaraq başqa surətə
çevrilir.
Nişanə 3: "Mənzil": Bu beytdə fanilik vəziyyətindən nişanədir.
Nişanə 4: "Min pəncərə": Şərif ayədə "ِ‫"ﻓﺎﻳﻨﻤﺎ ﺕﻮﻟّﻮ ﻓ َﺘ ﱠﻢ وﺟ ُﻪ اﷲ‬: (“Hər
hansı tərəfə üz tutsanız [əslində] Allaha tərəf üz tutubsunuz)
buyurulduğu kimi bütün yaranmışlar da hətta öz maddi vücudunda İlahi

1
Qəzəl 71, beyt 4, nişanə 3
2
Qəzəl 243, beyt 4
3
Qəzəl 203, beyt 2

1356
camal təzahürünü görməkdən nişanədir.
Anlam: Aşiq kəsrətin, yaxud bütün kainatın vəhdət mərkəzinə tərəf
istiqamətləndirən cəhətindən feyzyab olmaq istedadını
(yetkinliyini) təlqin edir.

Beyt 3: Lə`lin ətrafında xəttindən könül eymən degil,


Etimad olmaz yeni imanə gəlmiş kafərə.
Sözlük: Xətt = üzdə təzə bitmiş yumşaq tük
Nişanə 1: "Lə`l": Bu beytdə iç aləmi şövqləndirən vasitəsiz ilham-
işarədən ibarətdir.
Nişanə 2: "Xətt ": İlahi camal ətrafını almış birinci hicabdan nişanə-
dir (birinci təcəllidən hasil olmuş nur hicabı).
Nişanə 3: "Yeni imana gəlmiş kafər": Bax 6 xətt.
Nişanə 4: "Yeni ": Nur hicabının ilk təcəllidən öncə, yaxud sifət
aləminə gəlməkdən əvvəl İlahi zat içində olduğunu təlqin edən nişanədir.
Nişanə 5: "İmana gəlmək": Zat aləmindən qıraqda (sifət aləmində)
olmaqla mümkündür.
Qeyd: Zat aləmində, yaxud vəhdət içindəki iman ikiliyi sübut edir
(bir zat, bir iman) və vəhdət ilə ikiliyin bir yerdə cəmləşməyi mümkün-
süzdür.
Nişanə 6: "Kafər ": A: “Kafər” sözünün bir mənası örtücü olduğun-
dan canan camalını örtən hicaba “kafər” demişlər.
B: İlk hicab, yaxud nur hicabı İlahi zat aləmindən sifət aləminə gəl-
diyi vaxta qədər həqiqətdən fasiləli olur və həqiqətdən fasiləli olmuş
adama “kafər” deyirlər.
Anlam: Aşiq hicab arxasından (ilk hicab) daimi feyzyab olmağa eti-
bar edə bilməyir.

Beyt 4: Xətt nə hacət, əhli-dil qəddinə rüxsarın yetər,


Aləmi tutmaqda gün möhtac olur müşküllərə.
Sözlük: Rüxsar = üz = camal, qeyd = həbs = məhbəsdə qalmaq = insan,
yaxud heyvan ayağına bağlanmış ip
Nişanə 1: "Xətt ": A: bax: beyt 3.
B: Xətt fərman verməyə işarə edən nişanədir.
Nişanə 2: "Əhli-dil": İçərisini təbii bulaşıqlardan pak saxlamış və
özündə İlahi cəlaları əks etdirmiş aşiqlərə “əhli-dil” demişlər.
Nişanə 3: "Rüxsar": İç aləmi nurani edən İlahi camal təcəllilərinə
1357
“rüxsar” demişlər.
Anlam: Həqiqi aşiqi "şəhadət" ünvanlı xarici aləmdə müxtəlif vasi-
tələr ilə şikar etmək lazım deyil, çünki o, öz batinindəki
İlahi cilvələr ilə şikar olmuşdur.

Beyt 5: Sayə saldın suya sərvi-nazi rəşk öldürdü kim


Mən durarkən dövləti-vəslin nə nisbət axərə.
Sözlük: Rəşk = qibtə
Nişanə 1: "Sayə aldın suya": Bu nişanə mənəvi və qeyri hissi cilvəni
hissiləşdirmək istəyir.
Qeyd: Günəşin həqiqətini görmək, yaxud hiss etmək imkansızdırsa,
suda, yaxud güzgüdə təzahürünü görmək mümkündür. Demək, onun
idrak edilməsi azca-azca parlamaqla mümkün olur. Beləliklə, vəhdət
günəşi, yaxud İlahi camal təcəllisi "məzhər" ünvanlı başqa bir şeydə əks
etdirilməsə onun tanıması, yaxud idrak edilməsi imkansız olar. Bu
mənəvi əmri məcazi misalla başa salmaq məqsədi ilə şair buyurmuşdur:
‫ﭼﻮ ﭼﺸﻢ ﺱﺮ ﻧﺪارد ﻃﺎﻗﺖ و ﺕﺎب ﺕﻮان ﺧﻮرﺷﻴﺪ ﺕﺎﺑﺎن دﻳﺪ در ﺁب‬
1
‫ﻋﺪم ﺁﺋﻴﻨﻪ ي هﺴﺘﻲ اﺱﺖ ﻡﻄﻠﻖ آﺰ و ﭘﻴﺪاﺱﺖ ﻋﻜﺲ ﺕﺎﺑﺶ ﺣﻖ‬
Nişanə 2: "Sərv": Bu beytdə dünyəvi hüsnlər uzantısından nişanədir.
Nişanə 3: "Dövləti-vəsl": Bu beytdə kəsrət güzgüsündə təzahür
etmiş vəhdət nurunda özünü unutmaqdan nişanədir.
Nişanə 4: "Axər": bax: su
Anlam: Sərv də vücudunu "məzhər" ünvanlı güzgüyə çevrilməklə
mənəvi hüsnlərdən bəhrələnmək istəyir.

Beyt 6: Başda hər tük eşq odundan bir tütündür kim, çıxar
Çizginən başım bəla bəzmində bənzər məcmərə.
Sözlük: Bəzm = ziyafət məclisi = xeymə, məcmər = manqal = ud kimi
ətirli şeylər yandırılanda istifadə olan manqal.
Nişanə 1: "Birinci misra": Bu misra, özlüyünü tələb şölələrində
məhvlik dərəcəsinə çatdırmaq əlamətidir.
Nişanə 2: "Baş": A: Məcazi həyatdan nişanədir.
B: Məcazi vücuddan nişanədir.
C: Şəxsi fikir-xəyaldan nişanədir.

1
Şeyx Mahmud Şəbüstəri, Gülşəni-raz, səh. 80, beytlər 130 və 132

1358
Nişanə 3: "Eşq odu": Məşuq ilə nisbətsiz ilgiləri aşiq qəlbində
yandıran xüsusi hərarətdən nişanədir.
Nişanə 4: "Bəla bəzmi": Bu beytdə aşiqi dünyəvi ilgi - əlaqədən,
xüsusilə fiziki mahiyyətdən qoparıb, kəsrət həbsindən vəhdət gülşəninə
çatdıran sınaq-sıxıntı vəziyyətindən nişanədir.
Nişanə 5: "Məcmər": Eşq ilə bağlı əzabların ləzzət almalı olduğunu
hissiləşdirən istiarədir.
Anlam: Beyt dünyəvi əngəl mahiyyətindən azadedici şərti, yaxud
vəhdət gülşəninə çatdırmağın təsirini təbliğ etmək istəyir.

Beyt 7: Ey Füzuli, məndə rahət qoymadı şeyda könül,


İstərəm ki, qurtulam ondan, verəm bir dilbərə.
Sözlük: Şeyda = divanə = aşiq = heyran
Nişanə 1: “Rahət”: Bu beytdə iztirabsız yaşayışdan nişanədir .
Nişanə 2: "Şeyda": Bu beytdə dünyəvi etibarlara, xüsusilə vücud
qanunlarına tabe olmayan ürəkdən nişanədir.
Qeyd: Məhdudsuz yuxarı aləmdən gəlmiş həqiqi ürək1 sinə içində,
yaxud bədən aləmində qərib və məhdud olduğuna görə daimi təşviş və
iztirabla çırpınmalıdır.
Nişanə 3: "İkinci misra": Bu misra həqiqi qəlb ünvanlı İlahi əmanəti
həqiqi malikinə, yaxud mütəal məhbuba qaytarmaqla daimi rahatlığa nail
olmaq istəyir. Bu rahatlığı təlqin etmək məqsədilə " ‫راﺣﻪ اﻟﻨﻔﺲ آﻠﻬﺎ ﻓﻲ‬
2
‫“( "اﻟﺘﺴﻠﻴ ﻢ‬Rahatlıq, nəfsi (könülü, canı) təmamilə təslim etməklə
[malikinə qaytarmaqla] mümkündür) demişlər, Lisanül-qeyb Hafiz bu
nailiyyət tələbi ilə buyurmuşdur:
‫اﻳﻦ ﺟﺎن ﻋﺒﺎرت آﻪ ﺑﻪ ﺣﺎﻓﻆ ﺱﭙﺮد دوﺱﺖ‬
3
‫روزي رﺧﺶ ﺑﺒﻴﻨﻢ و ﺕﺴﻠﻴﻢ وي آﻨﻢ‬
Anlam: Beyt yuxarı aləmdən, yaxud həqiqi vətənindən xəbərdar
aşiqin hicran qurğulu maddi dünyada, yaxud bədən
həbsində təngiməyini təlqin edir.

1
Qəzəl 13, beyt 1
2
Məhəmməd bin Münəvvər. “Əsrari-tovhid”
3
Müəllif bu beyti “Ta Qafe-əndişe” kitabının 3-cü cildində şərh etmişdir.

1359
QƏZƏL 253

(1) Ey vücudi-kamilin əsrari-hikmət məsdəri,


Məsdəri-zatın olan əşyayi sifatın məzhəri.

(2) Məzhəri hər hikmətin sənsən ki, kilki-qüdrətin


Səfheyi-əflakə nəqş etmiş xütuti əxtəri.

(3) Əxtəri-məsud olan oldur ki təb`i-pak ilən


Qabili-feyz ola lütfündən səfayi-cövhəri.

(4) Cövhəri məyub olan naqis mənəm kim, müttəsil


Sadədir xəttin xəyalından zəmirim dəftəri.

(5) Dəftəri-əmalimin xətti xətadandır siyah,


Qan tökər çeşmim xəyal etdikcə hövli-məhşəri.

(6) Məhşəri əşkim verir seylabə, gər ruzi-cəza


Olmasa məqbul-dərgahin sirişkim gövhəri.

(7) Gövhəridir eşq bəhrinin, Füzuli, abi-çeşm,


Leyk bir gövhər ki lütfi-həqq onadır müştəri.

1360
Beyt 1: Ey vücudi-kamilin əsrari-hikmət məsdəri,
Məsdəri-zatın olan əşyayi sifatın məzhəri.
Sözlük: Əsrar = sirlər = məxfiliklər, məsdər = hər şeyin əsli = mənşə =
sadir edilən məhəl, sifat = sifətlər, məzhər = zühur məhəlli =
təcəlli məhəlli = aşkara çıxmaq yeri = tamaşa yeri
Nişanə 1: "Vücudi-kamil": Yeganə məbudun vücuduna “vücudi-ka-
mil” edmişlər.
Nişanə 2: "Hikmət": A: Hər bir vücudun istedad miqdarını bildirən
elm əlamətidir.
B: Ariflər qəlbinə tərəf göndərilən ləşkərdən ibarətdir.
C: Əşyalar həqiqətini bəşəri iqtidar və idrak miqdarı ilə
uyğunlaşdıran mərifətdən ibarətdir.
D: Dünyəvi mərifətlər ilə ölçülməz mənəvi xeyir bolluğundan
nişanədir.
Qeyd: Şərif ayə hikmət ünvanlı xeyir barədə buyurmuşdur ki: " ‫ﻳُﻮﺕِﻲ‬
‫ﻲ ﺧﻴﺮًا آﺜﻴﺮًا و ﻡﺎ َﻳ َﺬ ﱠآ ُﺮ اﻻ اﻟُﻮ ﻟُﻮا اﻟﺒﺎب‬ َ ‫"اﻟﺤِﻜﻤَﻪ ﻡَﻦ ﻳَﺸﺎ ُء و ﻡَﻨﻴﻮ‬1 (“Allah
َ ‫ت اﻟﺤِﻜﻤَﻪ َﻓﻘَﺪ او ِﺕ‬
istədiyi şəxsə hikmət verər və [demək olar ki,] hikmət verilən adama
çoxlu xeyir verilibdir, əql sahiblərindən savayı bunu dərk edən olmaz”).
Nişanə 3: "Məzhər": Hər bir vücudun əql və hiss ilə tanınmış
surətinə “məzhər” demişlər.
Anlam: Ey mütəal məhbub, bütün kainat (əşya) öz sifətlərini sənin
zatın əks etdirdiyi cilvələrdən əxz etmişlər.
Qeyd 1: Bütün kainat, məzhər ünvanlı güzgü olmaq istedadına
malikdir.
Qeyd 2: Cinayətkar insanlar da qəhr və qəzəb sifətlərini məsdəri-
zatdan əxz etmişlər. Ancaq onlar cəhalətə giriftar olduqlarından, o
sifətlərdən onların əksinə, yaxud mənfi istifadə etmişlər.

Beyt 2: Məzhəri hər hikmətin səsnsən ki, kilki-qüdrətin


Səfheyi-əflakə nəqş etmiş xütuti əxtəri.
Sözlük: Kilk = qələm, əflak = fələklər, xütut = xətlər, əxtər = ulduz
Nişanə 1: "Məzhər": Bax: beyt 1
Nişanə 2: "Kilk": A: Əql ünvanlı ilk yaranmış vücuda “kilk”, yaxud
“qələm” demişlər.

1
Quran, Bəqərə surəsi, 269 cu ayə

1361
B: Elmi surətlər feyzindən bəhrələndirən vücuda qələm demişlər.
Nişanə 3: "Qüdrət": A: Əməllərin vasitəsiz mənşəyinə “qüdrət”
demişlər.
B: Təsir şəraitində bir yerdə çəmləşdirən qüvvəyə “qüdrət”
demişlər.
Nişanə 4: "Əflak": Yer əhlinin müqəddəratını müəyyən edən, yaxud
təbiət dünyasını dolandıran göylərdən ibarədir.
Nişanə 5: "Xütuti-əxtər": Ulduzların dəqiqliklə müəyyən olmuş
fasilələrindən nişanədir.
Qeyd: Ulduzların alın yazısına təsir etməsi onların arasındakı
müəyyən fasilələr ilə əlaqədardır.1
Anlam: Hər bir vücuda həm zat, həm də sifət bağışlayan yalnız
həkim olan məbuddur.

Beyt 3: Əxtəri məsud olan oldur ki təb`i-pak ilən


Qabili-feyz ola lütfündən səfayi-cövhəri.
Sözlük: Məsud = səadətli = xoşbəxt, təb` = zat = təbiət = mahiyyət
Nişanə 1: "Əxtəri məsud olan ": Əxtəri məsud olmaq, yaxud ulduzu
doğmaq müqəddərata hakim asimanlardan 2 , yaxud ülvi və mənəvi
aləmdən bəhrələnməklə özünü "məzhər" ünvanlı feyz almaq məqamına
çatdırmaqdan nişanədir.
Nişanə 2: "Təb`i-pak": Aşiqin maddi küdurətlərdən təsirlənməyən
şəffaf qəlbini, yaxud "ələst" aləmindən gətirdiyi şəxsiyyətinin sağlam
olduğunu təlqin edən nişanədir.
Nişanə 3: "Qabili-feyz": Bu nişanə İlahi camal cəlalarını əks
etdirməyə (məzhər) istedad göstərmək əlamətidir.
Nişanə 4: "Lütf": Zahiri batin ilə müvaziləşdirən təvəccöh və
tərbiyədən nişanədir.
Nişanə 5: "Səfayi-cövhər": Bax: Təb`i-pak.
Anlam: "Ələst" aləmindən gətirdiyi şəxsiyyətini sağlam saxlamaqla
qəlbini İlahi cəlalar əks etdirməyə hazırlayan bir şəxs
həqiqi xoşbəxtdir. Bu xoşbəxtliyi təlqin etmək məqsədilə
Lisanül-qeyb Hafiz buyurmuşdur:
‫ﮔﻮهﺮ ﭘﺎك ﺑﻴﺎﻳﺪ آﻪ ﺷﻮد ﻗﺎﺑﻞ ﻗﻴﺾ‬

1
Qəzəl 71, beyt 4, nişanə 3
2
Qəzəl 71, beyt 4, nişanə 3

1362
1
‫ورﻧﻪ هﺮ ﺱﻨﮓ و ﮔﻠﻲ ﻟﻮﻟﻮ و ﻡﺮﺟﺎن ﻧﺸﻮد‬

Beyt 4: Cövhəri məyub olan naqis mənəm kim, müttəsil


Sadədir xəttin xəyalından zəmirim dəftəri.
Sözlük: Məyub = eybli, zəmir = insanın batini = ürəyin içi = əndişə =
vicdan
Nişanə 1: "Cövhəri məyub": Bu beytdə aşiqin əxtəri-məsud
mərtəbəsindən tərbiyəvi məhrumluğunu təlqin edən nişanədir.
Nişanə 2: "Naqis": A: Bax: “Cövhəri məyub”.
B: Dünyəvi ömür möhlətində yarı hissəsi göydə saxlanılmış aşiqin
yarı yer hissəsindən tam azad ola bilməyindən nişanədir.
Nişanə 3: "Sadə": Bu beytdə bəhrəsiz olmaqdan nişanədir.
Nişanə 4: "Xəttin xalı": Xətt xalı İlahi camal ətrafını almış fasiləsiz
nur vasitəsilə özünü Tanrıya çatdırmaq arzusundan ibarətdir.
Nişanə 5: "Zəmirim dəftəri": Xəyali xətt nailiyyətini tələb edən
batindən nişanədir.
Anlam: Beyt feyz nailiyyətini arzu edir (beyt 1,əxtəri-məsud).
Qeyd: Öz naqisliyini etiraf etmək mərifət feyzindən bəhrələnmək
nişanəsidir.

Beyt 5: Dəftəri-əmalimin xətti xətadandır siyah,


Qan tökər çeşmim xəyal etdikcə hövli-məhşəri.
Sözlük: Əmal = əməllər, siyah = qara, çəşm = göz
Nişanə 1: "Birinci misra": Bu misra, mütəal məhbubun rəhmət və
əzəmətilə müqayisədə, aşiqin etdiyi ibadət-itaətləri tamamilə yüngül və
dəyərsiz göstərmək nişanəsindən ibarətdir.
Qeyd: Öz ibadət-itaətini naqis bilib xəcalət çəkmək mərifət
zirvəsindən xəbərdar olmaq əlamətidir.2
Nişanə 2: "Qan tökər çeşmim": Gözdən qan tökmək cövhəri məyub
edən ləkələri yuyub batil etmək məqsədilə biqərarlıq və çalışqanlıq
etməkdən nişanədir.
Nişanə 3: "Hövli-məhşər": Qiyamət gününün ibadətlər, dəyərsiz-
liyini aşkara çıxaran sahəsində xəcil olmaqdan nişanədir.

1
Müəllif bu beyti “Ta Qafe-əndişe” kitabının 2-ci cildində şərh etmişdir.
2
Qəzəl 3, nişanə 4

1363
Anlam: Sədi: "1‫ "ﻋﺎﺻ ﻴﺎن از ﮔﻨ ﺎﻩ ﺕﻮﺑ ﻪ آﻨﻨ ﺪ ﻋﺎرﻓ ﺎن از ﻋﺒ ﺎدت اﺱ ﺘﻐﻔﺎر‬buyur-
duğu əsasda, aşiq günahlarından utanan günahkar kimi öz
ibadətlərinin həqir olduğundan xəcalət çəkir.

Beyt 6: Məhşəri əşkim verir seylabə, gər ruzi-cəza


Olmasa məqbul-dərgahin sirişkim gövhəri.
Sözlük: Əşk = göz yaşı, seylab = sel, ruzi-cəza = cəza günü = qiyamət,
məqbul = qəbula keçmiş = bəyənilmiş = gözəl, dərgah = ərəfə =
qapı = qəsr = astana, sirişk = göz yaşı
Anlam: Öz həqir ibadətindən xəcalət çəkmiş aşiqin biqərarlıq və
üzrxahlığı qiyamət sahəsini təsirləndirməyə qadirdir.

Beyt 7: Gövhəridir eşq bəhrinin, Füzuli, abi-çeşm,


Leyk bir gövhər ki lütfi-həqq onadır müştəri.
Sözlük: Bəhr = dəniz, abi-çeşm = göz yaşı, leyk = lakin
Nişanə 1: "Gövhər": Bu beytdə ürəyi maddi eyblərdən paka çıxaran
vasitədən, həmçinin zavalsız obrazını itirəndən sonra özünü tapmış
vücuddan nişanədir.
Nişanə 2: "Eşq bəhri": Bütün kainata dalğaları ilə vücud bağışlayan
vəhdət dənizindən nişanədir.
Nişanə 3: "Abi-çeşm": Bax: beyt 5, nişanə 2.
Nişanə 4: "İkinci misra": Bu misra mərifət zirvəsi ilə əlaqədar
biqərarlıqdan nişanədir (arifanə biqərarlıq) Mövləvi məcazi həyatın
atəşdə bişmiş çörəklə bağlı olduğu kimi həqiqi həyatın suda (abi-çeşm)
bişmiş çörəklə bağlılığını təlqin etmək məqsədilə buyurmuşdur:
‫ﺧﻮﻳﺶ را ﻡﻮزون و ﭼﺴﺖ و ﺱﺨﺘﻪ آﻦ‬
2
‫ز ﺁب دﻳﺪﻩ ﻧﺎن ﺧﻮد را ﭘﺨﺘﻪ آﻦ‬
Anlam: Nöqsan ləkələrini pak edən vasitə xəcalət ilə bağlı dualardan
ibarətdir.

1
Sədi. Gülüstan, 2-ci bab, Əxlaqe-dərvişan.
2
Mövləvi, Məsnəvi, 6-cı dəftər, 2349-cu beyt

1364
QƏZƏL 254

(1) Ey vücudin əsəri, xilqəti-əşya səbəbi!


Nəbi ol vəqt ki, bilfe`l gərəkməzdi nəbi.

(2) Seyyidi - əbtəhiyü məkkiyü ümmiyyü zəki


Haşimiyyü mədəniyyü qüreyşiyyü ərəbi.∗

(3) Səbqəti-zat ilə eyvani-risalət sədri,


Şərəfi - əsl ilə fehristi-rüsul müntəxəbi.

(4) Əzmi-çərx etdi Məsiha ki, bula me`racın,


Yetmədi mənzili-məqsudə təriqi-tələbi.

(5) Ənbiyadan kimə sən tək bu müyəsərdir kim,


Adəmə vəchi-mübahat ola izzü nəsəbi.

(6) Xələfi-mö`təbəri-Adəmü Həvva sənsən,


Cə`ələllahü fədaən ləkə ümmi və əbi.∗∗

(7) Ya Nəbi! Qılma Füzulini qapından məhrum,


Əfv qıl, var isə dərgahdə tərki - ədəbi.


Tərcüməsi: Məkkəli, Mədinəli bir ağadır, zəkidir,
Haşimilərdəndir, mədənidir, qureyş qəbiləsindəndir, ərəbdir.
∗∗
Tərcüməsi: Allah ata-anamı sənə fəda etsin.

1365
Beyt 1: Ey vücudin əsəri, xilqəti-əşya səbəbi!
Nəbi ol vəqt ki, bilfe`l gərəkməzdi nəbi.
Sözlük: Nəbi = peyğəmbər, bilfe`l =fe`ldə = əməldə
Anlam: İslam peyğəmbərinin müqəddəs vücudu büsbütün kainatın
yaranma səbəbindən ibarətdir. Və O, maddi aləm, yaxud
əməllər və fellər ilə əlaqədar dünya yaranışından əvvəl
mənəvi, yaxud ülvi aləmdə peyğəmbər olmuşdur. (İslam
peyğəmbərinin nuru, büsbütün kainatdan əvvəl yaranmışdı
və o nur aləmində də peyğəmbər idi).
Qeyd 1: Beyt islam peyğəmbərinin: "‫ﺖ ﻧَﺒﱠﻴًﺎ و ﺁ َد َم ﺑَﻴﻦ اﻟﻤﺎء و اﻟﻄﻴﻦ‬ ُ ‫"آُﻨ‬
(“Həzrət Adəmin vücudu, su ilə palçıq arasında olan zaman mən
peyğəmbər idim”1) buyurduğu fərmayişə işarə edir.
Qeyd 2: Beyt mütəal məbudun: "َ‫ﺖ اﻻﻓﻼك‬ ُ ‫ﺧﻠَﻘ‬
َ ‫ك َﻟﻤّﺎ‬ َ ‫[“( "ﻟﻮﻻ‬Ey
peyğəmbər] əgər sən olmasaydın həqiqətən göyləri yaratmazdım” 2 )
buyurduğu fərmayişə işarə edir.
Qeyd 3: Beyt " ‫ﻞ ان‬ َ ‫ ﻗﺒ‬... ، ‫ﻖ ﻧﻮر ﻡﺤ ﱠﻤ ٍﺪ ﺻﻠّﻲ اﷲ ﻋﻠﻴ ِﻪ و ﺁﻟﻴ ِﻪ‬ َ ‫ك و ﺕﻌﺎﻻ ﺧَﻠ‬
َ ‫ن اﷲ ﺕَﺒﺎر‬‫اﱠ‬
.‫ﻖ اﻻﻧﺒﻴﺎ َء آﱡﻠﻬُﻢ‬
َ ‫ ﻗﺒﻞ ان ﺧﻠ‬، ‫ و‬،... ،‫ﻖ ﺁدَم‬ َ ‫ﻞ ان ﺧَﻠ‬ َ ‫ ﻗﺒ‬، ... ، ‫ت و اﻻرض‬ ِ ‫ﻖ اﻟﺴﱠﻤﺎوا‬َ ‫"ﺧَﻠ‬:
(“Həqiqətən Allah təbarək və təala göylərin və yerin... və Həzrət
Adəmin... və bütün peyğəmbərlərin yaranmasından əvvəl Həzrət
Məhəmməd (s) peyğəmbərin nurunu yaratdı”3) sözünü təlqin edir.

Beyt 2: Seyyidi - əbtəhiyü məkkiyü ümmiyyü zəki,


Haşimiyyü mədəniyyü qüreyşiyyü ərəbi.
Sözlük: Əbtəhi = Əbtəhi ölkəsinin qüreyş qəbiləsinə mənsub: (Əbtəh =
Məkkə ilə Mina arasındakı məşhur məntəqə, Seyyidi əbtəhi =
islam peyğəmbərinin ləqəbi), ümmi = dərs oxumayan = yazı-
pozu bilməyən, Məkki = Məkkə əhli (Məkkə = Ərəbistanın
birinci əzəmətli və islami şəhəri = müsəlmanların ziyarətgahı və
qibləsi), zəki = pak = pakizə = müqəddəs = arif, haşimi =
Əbdülmüttəlibin atası Haşim ibn Əbdülmanafa mənsub, mədəni
= Mədinə əhli: (Mədinə = Ərəbistanın ikinci əzəmətli və islami
şəhəri), Qüreyşi = qüreyş qəbiləsinə mənsub: (Qüreyş = ərəb
qəbilələrinin ən nəcabətli və şərafətlisi), ərəbi = ərəb dilində
danışan, ikinci misra = fəda olsun sənə anam və atam

1
Doktor Seyid Cəfər Səccadi. “Fərhəngi-loğat və istilahat və təbirati-irfani”
2
Əli Səadətpərvər. Camale-afitab, 2-ci cild, səh 304
3
Göstərilən kitab

1366
Anlam: Beyt islam peyğəmbərinin mənsub olduğu qəbilələr və
ölkələrin əzəmətini bəyan etməklə o həzrətin müqəddəs
keçmişini, yaxud dünyəvi şərəfini təlqin etmək istəyir.

Beyt 3: Səbqəti-zat ilə eyvani-risalət sədri,


Şərəfi - əsl ilə fehristi-rüsul müntəxəbi.
Sözlük: Səbqət = qabaqlamaq, eyvani-risalət = rəsulluq mərtəbəsi = pey-
ğəmbərlik mərtəbəsi, fuhrist = siyahı, rüsül = peyğəmbərlər,
müntəxəb = seçilmiş
Anlam: Bu beyt də islam peyğəmbərinin bütün peyğəmbərlərdən
öncə yaranmasını və üstün olduğunu təlqin edir.

Beyt 4: Əzmi-çərx etdi Məsiha ki, bula me`racın,


Yetmədi mənzili-məqsudə təriqi-tələbi.
Sözlük: Məsiha = həzrət İsa peyğəmbər, merac = islam peyğəmbərini
göylərə qaldıran möcüzə, təriq = yol = hal = irfan yolu
Nişanə 1: "Əzmi-çərx etdi Məsiha": Bu nişanə Məryəm oğlu İsanın
mütəal məbuda tərəf yüksəlməyini təlqin etmək istəyir.1
Nişanə 2: "Merac": İslamın ulu peyğəmbərinin "isra" gecəsi, yerdən
ayaq qaldırıb göylərə yüksəlməsindən nişanədir.
Anlam: Həzrət İsa peyğəmbər sənin merac ünvanlı məqamından
xəbərdar olmaq məqsədilə göylərə yüksəldi ancaq tələb
etdiyinə nail olmadı çünki sənin məqamın onun istedad və
idrakından daha üstün idi
Qeyd 1: Ədəbi rəvayətlər Həzrət İsa peyğəmbərin yaxasında ilişib-
qalmış təkcə bir iynəni (dünya malını) onun dördüncü göydə
saxlanılmasına səbəb bilmişlər.
Qeyd 2: Füzuli bəlkə də "hüsni-təlil"2 ünvanlı ədəbi sənət rüxsəti ilə
İsa peyğəmbərin merac məqamını dərk etməkdən daha aciz olduğu üçün,
onun 4-cü göydə saxlanılmasına səbəb bilmişdir.

Beyt 5: Ənbiyadan kimə sən tək bu müyəsərdir kim,


Adəmə vəchi-mübahat ola izzü nəsəbi.

1
Qəzəl 133, beyt 5
2
Göstərilən qəzəl

1367
Sözlük: Ənbiya = nəbilər = peyğəmbərlər, müyəssər = mümkün, vəch =
qəsd = üz = cəhət = yol, mübahat = fəxr etmək = naz etmək, izz
= izzət
Nişanə 1: "Adəm": A: Adəm bütün insanlardan nişanədir.
B: Adəm insanların atası olmuş ilk insandan nişanədir.
Qeyd: "... heç bir bəsirət insanlar atası Adəmin parlaq camalını
görməyə qadir deyil,..., O [Adəm] zənn etmişdir ki, bağçalı-bağlı
behiştdə əbədi qalmalıdır. Mütəal məbud tərəfindən: "Ey Adəm, biz
səndən həqiqi bir kişi [aşiq] yaratmaq istəyirik. " xitab oldu. “Ey Adəm,
sən gəlinlər kimi rəngli və ətirli [yöndəmləri] qənaətbəxş bilmisən. Ey
Adəm, Həvva boynundan qolunu aç, çünki sən qolunu eşq nəhənginin
boynuna dolamalısan... [sən kimi] bəlaları alqışlayan bir aşiqin behişt
rahatxanasında nə işi vardır?... həqiqi bir kişi olan günə qədər maddi
viranə dünyaya atılıb, bir tikə çörək və bir köhnə palarla həyatını
sürməlisən”.
Anlam: Heç bir peyğəmbər islamın ulu peyğəmbəri kimi insanlar
atası həzrət Adəmə, yaxud bütün insanlara iftixar səbəbi
olmayıbdır.

Beyt 6: Xələfi-mö`təbəri-Adəmü Həvva sənsən,


Cə`ələllahü fədaən ləkə ümmi və əbi.
Sözlük: Xələf = yararlı oğul = əvəz, ikinci misra = Allah anamı və atamı
sənə qurban etsin.
Anlam: Füzuli cismi vücud mənşəyini (ata, ana) və cismi vücudunu,
nuri vücud mənşəyinə (peyğəmbərə) fəda etmək istəyir. Demək O, aşkar
şəkildə, yaxud gizli ata-anasına və özünə dua edir.

Beyt 7: Ya Nəbi! Qılma Füzulini qapından məhrum,


Əfv qıl, var isə dərgahdə tərki - ədəbi.
Sözlük: Dərgah = qapı = astana = qəsr
Anlam: Ulu Şeyx Sədi: "‫ﻋﺎرﻓ ﺎن از ﻋﺒ ﺎدت اﺱ ﺘﻐﻔﺎر‬ ‫"ﻋﺎﺻﻴﺎن از ﮔﻨ ﺎﻩ ﺕﻮﺑ ﻪ آﻨﻨ ﺪ‬
1
buyurduğu kimi , Füzuli öz ibadət-itaətlərinin həqir
olduğundan üzrxahlıq edir.

1
Sədi. Gülüstan, 2-ci bab, Əxlaqe-dərvişan

1368
QƏZƏL 255

(1) Ey xoş ol günlər ki, rüxsarın mənə mənzur idi,


Çeşmi-ümmidim çiraği-vəsldən pürnur idi.

(2) Qürb şövqi afiyətbəxşi-təni-bimar olub,


Vəsl zövqi rahətəfzayi-dili-məhcur id .

(3) İzzətim şəm’i münəvvər, taleyim əzmi qəvi,


Dövlətim hökmü rəvan, eyşim evi mə’mur idi.

(4) Daməni-iqbalimə gərdi-təərrüz yetməyib,


Çeşmi-hasid çöhreyi-cəm’iyyətimdən dur idi.

(5) Adəm idim, qürbi-dərgahında bulmuşdum qəbul,


Mənzilim cənnət, meyim kövsər, ənisim hur idi.

(6) Bəxt mətlubim müyəssər qılmağa məhkum olub,


Dəhr əsbabim mühəyya qılmağa mə’mur idi.

(7) Hər dua qılsam, təvəqqüfsüz olurdu müstəcab,


Hər təmənna eyləsəm, ehmalsız məqdur idi.

(8) Hicr vəhmindən yetirməzdim küdurət könlümə,


Gərçi dövranın müxalif gəzməgi məşhur idi.

(9) Nola gər salsa Füzulini qəmi-hicranə çərx,


Vəsl əyyamında ol qafil ikən məğrur idi.

1369
Qeyd 1: Bu qəzəl təmamilə aşiqin mənəvi həyat başlanışı ilə bağlı
təcrübələrini təlqin etmək istəyir.
Qeyd 2: Həzrət Adəmin behişt bağlarında başlanmış həyatı kimi
aşiqin də mənəvi xüsusi həyat müqəddiməsi "ələst" 1 ilə yer arasında,
"vücud fəthi" ünvanlı xüsusi bir şəraitdə başlanmışdır. İrfan araş-
dırıcıları bu başlanışı "vədə günü" ünvanı ilə adlandırmışlar.2 Mütəal
məbud vədə günü büsbütün insanların zatını bəşəri surət ilə mürək-
kəbləşdirdi. Ancaq o mürəkkəb vücudlar qeyri maddi aləmdə olduqlarına
görə daimi şühud, yaxud qət olmaz müşahidədən bəhrələnirdilər.

Beyt 1: Ey xoş ol günlər ki, rüxsarın mənə mənzur idi ,


Çeşmi-ümmidim çiraği-vəsldən pürnur idi .
Sözlük: Rüxsar = üz = camal
Nişanə 1: "Rüxsar": İlahi lütf ilə bağlı tükənməz təcəllidən nişanədir.
Nişanə 2: "İkinci misra": İlahi lütf ilə bağlı bitməz şühud təcrübə-
sindən nişanədir.
Anlam: Aşiq təcrübə etdiyi təşvişsiz müşahidə məqamına (ikinci mis-
ra) yenidən nail olmaq arzu edir.

Beyt 2: Qürb şövqi afiyətbəxşi-təni-bimar olub ,


Vəsl zövqi rahətəfzayi-dili-məhcur idi .
Sözlük: Qürb = yaxınlıq = mərtəbə = dərəcə, afiyətbəxş = sağlamlaşdıran
= nicat bağışlayan, rahət əfza = rahatlıq artıran, məhcur
=ayrılmış = hicrana giriftar olmuş
Nişanə 1: "Qürb": Vasitə ünvanlı hicablardan xəbərsiz aşiqi fərəh-
ləndirən İlahi diqqətdən nişanədir.
Nişanə 2: "Təni-bimar": Beş mənəvi aləmi 3 arxada buraxmaq
dərdindən təsirlənmiş vücuddan nişanədir.
Nişanə 3: "Vəsl zövqü": Mütəal məhbub camalından daimi çaxan
cəlalar səmərəsindən nişanədir.
Nişanə 4: "Dili-məhcur": Bədən içində həbs olunmuş halda "lahut"
ünvanlı yuxarı aləmdən "vədə günü" adlı aşağı aləmə atılmış qəlbdən nişanədir.
Anlam: Bax beyt 1 (anlam)

1
Qəzəl 19, beyt 4
2
Doktor Seyid Cəfər Səccadi. Fərhəngi-loğat və istilahat və təbirati-irfani
3
Qəzəl 224, beyt 7

1370
Beyt 3: İzzətim şəm’i münəvvər, taleyim əzmi qəvi ,
Dövlətim hökmü rəvan, eyşim evi mə’mur idi .
Sözlük: Münəvvər = nurlu = ziyalı, məmur = abad
Nişanə 1: "İzzət": İzzət bu beytdə:
A: Hicran maneələrinə qələbə çalmaq əlamətidir.
B: Yeganə məbud ilə nisbətini düşünmüş aşiqin hörmətini təlqin
edən nişanədən ibarətdir.1
Nişanə 2: "Tale": Bu beytdə ürəyi istəyinə çatdıran asimani
iqtidardan, yaxud zəhmətsiz nailiyyətindən nişanədir.
Nişanə 3: "Dövlət": Mütəal məbudun xüsusi rəhmətindən, yaxud
əvəzsiz ehsanından ibarətdir.2
Nişanə 4: "Eyş": Mənəvi ləzzətlər ilə isinişməyə “eyş” demişlər.
Anlam: Beyt aşiqin mənəvi vəziyyətdə təcrübə etdiyi nigərançılıqsız
sərxoşluğunu təlqin edir.

Beyt 4: Daməni-iqbalimə gərdi-təərrüz yetməyib ,


Çeşmi-hasid çöhreyi-cəm’iyyətimdən dur idi .
Sözlük: Damən = ətək, gərd = toz, təərrüz = müxalifət = təcavüz, hasid =
bədxah = həsud = paxıl, dur = uzaq
Nişanə 1: "Birinci misra": Bax: Beyt 3, nişanə 2 (tale`)
Nişanə 2: "Çeşmi-hasid": A: Maneələr afətinə işarə edən nişanədir.
B: Çeşmi-hasid: İki nəhs ulduzun birləşməsindən3, yaxud məhrum-
luq şəraitindən nişanədir.
Nişanə 3: "Cəmiyyət": Yalnız yeganə məhbub xəyalı ilə ürək məş-
ğulluğu həmçinin batini toxtaqlıq yaradan səadətlər toplanışına “cəmiy-
yət” demişlər.
Anlam: Aşiq, qət` olunmaz şühud şəraitində təcrübə etdiyi ürək məş-
ğulluğunu arzu edir.

Beyt 5: Adəm idim, qürbi-dərgahında bulmuşdum qəbul ,


Mənzilim cənnət, meyim kövsər, ənisim hur idi .

1
Qəzəl 40, beyt 5
2
Qəzəl 171, beyt 4
3
Qəzəl 71, beyt 4, nişanə 3

1371
Sözlük: Dərgah = ərəfə = astana = qəsr, kövsər = behişt çeşməsi, hur =
huri
Nişanə 1: "Qürb": Bax: Beyt 2, nişanə 1
Nişanə 2: "Cənnət": Bu beytdə İlahi adlar və sifətlər ilə bağlı təclil-
lərdən nişanədir.
Nişanə 3: "Kövsər, hur": Aşiqi mənəvi hüsnlər və məstliklərdən
feyzyab edən nişanələrdirlər.
Anlam: Aşiq İlahi müqəddəs adlar və sifətlər cənnətində təcrübə
etdiyi feyzi arzu edir.
Qeyd: Beyt Həzrət Adəmin behişt bağlarında yaşadığı vəziyyətə
işarə edir.

Beyt 6: Bəxt mətlubim müyəssər qılmağa məhkum olub ,


Dəhr əsbabim mühəyya qılmağa mə’mur idi
Sözlük: Mətlub =istək = meyl, müyəssər = mümkün, dəhr = zamanə =
ruzgar, əsbab = səbəblər = vasitələr = mal və matah, mühəyya =
hazır = amadə, məmur = əmr olunmuş = icraçı
Nişanə 1: "Bəxt": Bax: beyt 3, nişanə 2 (tale`)
Nişanə 2: "Mətlub": Ariflər "‫"ه َﻮ ﻡﺎﻳَﻄﻠِﺐ ﺑﺎاﻟﺪّﻟﻴﻞ‬: (“O [mütəal məbud]
istiqlal tələb etməyir”), yaxud: (“O [məbud] özü, özünün dəlilidir”)
ayələrində buyurulan, öz varlığını sübuta çatdırmaq üçün heç bir dəlilə
hacəti olmayan məhbuba "mətlub" demişlər.
Qeyd: Şərif ayədə: "‫ت واﻻرض‬ ِ ‫ "اﷲ ﻧﻮر ﺱﻤﺎوا‬1 : (“Allah göylərin və
yerin nurudur”) buyurulduğu kimi, Allah təalanın nuru onun varlığını
sübut etməyə daha kifayətləndiricidir. Bunun üçün də Mövləvi:
‫ﺁﻓﺘﺎب ﺁﻡﺪ دﻟﻴﻞ ﺁﻓﺘﺎب‬
2
‫ﮔﺮدﻟﻴﻠﺖ ﺑﺎﻳﺪ از روي رخ ﻡﺘﺎب‬
buyurmuşdur. Demək o, (Mövləvi), günəşin nurunu onun varlığına
yeganə dəlil bildirməklə məbud vücudunun istidlaldan hacətsiz olduğunu
açıqlayıbdır.
Nişanə 3: "Dəhr": Bu beytdə lahut feyzlər ilə həmahəng fürsətdən
ibarətdir (maneəsiz feyzyab olmaq).
Nişanə 4: "Əsbab": bu beytdə kəsrət ünvanlı kainatın vəhdət
tabeliyində olduğunu təlqin edən nişanədir.

1
Quran, Nur surəsi, 35-ci ayədən bir hissə
2
Mövləvi. Məsnəvi, Birinci dəftər, beyt 116

1372
Anlam: Bu beyt də aşiq təcrübə etdiyi İlahi feyzlərdən manesiz
bəhrələnmək şəraitini yenidən tələb edir.
Qeyd: Asimanlara qələbə etmək iqtidarlı vücud əlamətidir halbuki
mütəal canan öz aşiqini vücudsuz istəyir (fanilik)

Beyt 7: Hər dua qılsam, təvəqqüfsüz olurdu müstəcab ,


Hər təmənna eyləsəm, ehmalsız məqdur idi .
Sözlük: TəvəqqÜfsüz = dayanmaz, müstəcab = qəbula keçmiş, ehmal =
süstlük = səhlənkarlıq, məqdur = mümkün = müqəddər olunmuş
Nişanə 1: "Dua": Lahut aləmi ilə əlaqədar sağlam şəxsiyyət və
ürəyin mənəvi hacət diləməklərinə “dua” demişlər.
Nişanə 2: "Təmənna": bax: Dua.
Anlam: Aşiq vədə günü hicablardan azad yaşamağı yenidən təcrübə
etmək istəyir.

Beyt 8: Hicr vəhmindən yetirməzdim küdurət könlümə ,


Gərçi dövranın müxalif gəzməgi məşhur idi .
Nişanə 1: "Küdurət": Aşiqi "Hər təəllüqdən ola xurşid tək aləmdə
fərd" mərtəbəsindən məhrum edən dünyəvi hicablara “küdurət” demişlər.
Nişanə 2: "İkinci misra": Bu misra, aşiqlərin vədə günü maddi
dünyanın "əzdad" 1 ünvanlı təzadlarından xəbərdar olduqlarını, yaxud
dünya haqqında əxz etdiyi məlumatlarını təlqin edən nişanədir.
Anlam: Beyt aşiqin vədə günü dünyəvi məlumatdan təsirlənməyini
təlqin edir (məhz mənəvi hallar məşğulluğu).

Beyt 9: Nola gər salsa Füzulini qəmi-hicranə çərx ,


Vəsl əyyamında ol qafil ikən məğrur idi.
Nişanə 1: "Vəsl əyyamı": Bu beytdə vədə günündəki qət` olmaz
şühud nailiyyətindən nişanədir.
Nişanə 2: "Məğrur": Bu beytdə müvəqqəti feyzyab olmağı daimi
bilməklə razılıq göstərmək, fəxr etmək və fədakarlıq təklifini unutmaq-
dan nişanədir.
Anlam: Vədə gününün sərxoşluğunda fədakarlıq təklifini unutmuş
aşiq hicran əzabı ilə tənbeh olunmalıdır.

1
Qəzəl 3, beyt 2

1373
QƏZƏL 256

(1) Ey təğafül birlə hər saət qılan şeyda məni,


Vaqif ol kim, öldürər bir gün bu istiğna məni .

(2) Zə’fim eldən yaşırıb, əhvalimi saxlar, vəli


Naleyi-biixtiyarımdır qılan rüsva məni.

(3) Gər məni xunabeyi-əşkim nihan eylər, nə sud,


Qanda olsam naləvü zarım qılır peyda məni.

(4) Valehi-zövqi-ləbi-meygunü çeşmi-məstinə ,


Saqiya, sanma xərab etmiş meyü səhba məni.

(5) Xali etmişdir məni məndən məhəbbət, dustlər,


Eyb qılmın, görsəniz aləmdə bipərva məni.

(6) Guşeyi-mehrabə tutmuşdum rəhi-zöhdü səlah,


Qoymadı öz halimə ol nərgisi-şəhla məni.

(7) Ey Füzuli, bir sənəm zülfünə könlüm bağladım,


Çəkdi zənciri-cünunə aqibət sevda məni.

1374
Beyt 1: Ey təğafül birlə hər saət qılan şeyda məni ,
Vaqif ol kim, öldürər bir gün bu istiğna məni .
Sözlük: Təğafül = bilə - bilə bilməməzliyini təsdiq etmək, şeyda = divanə
= Məcnun = aşiq = heyran, istiğna = toxluq = özünü tox tutmaq
= naz = ehtiyacsız olmaq
Nişanə 1: "Təğafül": Kamala çatdırmaq məqsədilə sınağa çəkilmiş
aşiqin nalələrini qulaq ardına vurmağa “təğafül” demişlər.
Nişanə 2: "Şeyda": Şiddətli eşq coşğunluğunda öz maddi vücudunu
unutmuş aşiqdən nişanədir.
Nişanə 3: "İstiğna": Aşiqin nalələrinə baxmayaraq, onu müxtəlif
bəlalarla sınaqlara çəkən mütəal məhbubun “səmədiyyət” sifətinə istiğna
demişlər.
Anlam: A: Beyt aşiqin taqətsiz olduğunu təlqin edir.
B: Dünyəvi həyat hicabından mükəmməl surətdə azad olmaq
müqəddiməsini təlqin edir.

Beyt 2: Zə’fim eldən yaşırıb, əhvalimi saxlar, vəli


Naleyi-biixtiyarımdır qılan rüsva məni .
Sözlük: Zə`f = zəiflik
Nişanə 1: "Zə`f": Aşiqi maddi vücud hicabından azad olmağa,
yaxud təcrid nailiyyətinə hazırlayan incəlməkdən nişanədir.
Nişanə 2: "İkinci misra": Bu misra aşiqin səbirsizliyini, nəhayət eşq
sirrinin faş olduğunu1 təlqin edən nişanədir.
Anlam: Bədənin zəifləməsilə əlaqədar xarici əzablar önündə taqət
gətirmək mümkün olursa həsrət və ətəş kimi içəri vücudu
təsirləndirən əzablara dözmək mümkün olmayır.

Beyt 3: Gər məni xunabeyi-əşkim nihan eylər, nə sud ,


Qanda olsam naləvü zarım qılır peyda məni .
Sözlük: Gər = əgər, xunabə = qan-yaş, əşk = göz yaşı, nihan = pünhan =
gizli, sud = fayda = hasil
Nişanə 1: "Birinci misra": Bu misra daxili əhvalın xarici vücudda
təzahür etdiyini gizlətmək nişanəsidir.

1
Qəzəl 114, beyt 1

1375
Nişanə 2: "Naləvü zar": İlahi cazibələrdən xəbərdar ürəyin biqərarlı-
ğından, yaxud tükənməz ətəşindən nişanədir.
Anlam: Bax: Beyt 2, nişanə 2

Beyt 4: Valehi-zövqi-ləbi-meygunü çeşmi-məstinəm ,


Saqiya, sanma xərab etmiş meyü səhba məni .
Sözlük: Meygun = qırmızı = şərab rəngində olmaq, çeşm = göz, səhba =
üzüm şərabı
Nişanə 1: "Valeh": Əqlini-elmini quru ağac kimi karsız hiss etmiş
aşiqdən ibarətdir.
Nişanə 2: "Ləbi-meygun": Məcazi varlığı batil etməklə həqiqi
varlığa nail edən İlahi ilham-işarədən nişanədir.
Nişanə 3: "Çeşmi-məst": Aşiqi heyran və sərgərdan edən şühud
təcəllilərindən nişanədir.
Nişanə 4: "Saqi": Bu beytdə məcazi məstlik vasitəsindən nişanədir.
Ancaq Həzrət Cəbrail kimi mənəvi vasitələrə də işarə edir.
Nişanə 5: "Xərab": Bəşəri sifətlərini unutmuş aşiqə “xərab”
demişlər.
Qeyd: Xərab olmaq İlahi sifətlərə yer açmaq nişanəsidir.
Nişanə 6: "Meyi-səhba": Bu beytdə əql və elm hicablarını aradan
qaldıran dünyəvi vasitələr və qələbələrdən nişanədir.
Qeyd 1: Meyi səhba, yaxud məcazi mey dünyəvi olduğuna görə mey
əhlini mənaşünaslığa hidayət edə bilməz, ancaq dünyaşünas əql və elm
hicabından azad edər.
Qeyd 2: Mövləvi:
‫ﺁن ﺑﺎدﻩ ي اﻧﮕﻮري ﻡﺮاﻡﺖ ﻋﻴﺴﻲ را‬
‫ را‬1‫اﻳﻦ ﺑﺎدﻩ ي ﻡﻨﺼﻮري ﻡﺮاﻡﺖ ﻳﺎﺱﻦ‬
‫ﺁن ﺑﺎدﻩ ﺑﺠﺰ ﻳﻜﺪم دل را ﻧﻜﻨﺪ ﺑﻴﻐﻢ‬
‫ هﺮﮔﺰ ﻧﻜﺸﺪ آﻴﻦ را‬،‫هﺮﮔﺰ ﻧﺒﺮد ﻏﻢ را‬
‫ﻳﻚ ﺟﺮﻋﻪ از اﻳﻦ ﺱﺎﻏﺮ آﺎر ﺕﻮ آﻨﺪ ﭼﻮن زر‬
2
‫ اﻳﻦ ﺱﺎﻏﺮ زرﻳﻦ را‬،‫ﺟﺎﻧﻢ ﺑﻔﺪا ﺑﺎﺷﺪ‬
buyurduğu kimi məcazi badənin (meyü səhba) dünyəvi əngəllərə qələbə
göstərməsi müvəqqətidir, lakin mənəvi badənin qələbəsi dünya durduqca
davam edərək axirətdə də intiqal olmalıdır.

1
Qəzəl 114, beyt 1
2
Mövləvi, Divane-Şəms

1376
Anlam: Aşiq öz ixtiyar və iraəsiz olduğunu gözə çəkməklə, İlahi
iradədən bəhrələnmək istəyir.

Beyt 5: Xali etmişdir məni məndən məhəbbət, dustlər ,


Eyb qılmın, görsəniz aləmdə bipərva məni .
Sözlük: Bipərva = qorxusuz = cəsur
Nişanə 1: "Xali etmişdir məni məndən": bu nişanə:
A: Bəşəri sifətlər və təbii istəklərdən boşalmış batin əlamətidir.
Qeyd 1: Boş batin macal verir ki, uluhiyyət quşu o batində yol
salsın.1
Qeyd 2: "Əzdad" 2 bəhsinə girişənlər demişkən, İlahi sifətlər ilə
dolmağın əsas şərti bəşəri sifətlərdən boşalmaqdır.
B: Təbiət və Tanrı ünvanlı iki başlanğıcdan mürəkkbə insanın öz
təbii hissəsini, yaxud fiziki mahiyyətini unutmağından nişanədir.
Qeyd 3: Ariflərin nəzərincə, öz təbiətini, ya özlüyünü, yaxud mənli-
yini tanımaq, bütün günahlardan üstün olan bir günahdır. Bunun üçün
də islamın ulu peyğəmbəri "‫س ﺑﻪ ذﻧﺐ‬ َ ‫ﺐ ﻻ ﻳُﻘﺎ‬
ٍ ‫ك ذَﻧ‬
َ ‫[“( "وﺟﻮد‬Ey insan] Öz-
lüyün bir günahdır ki, heç bir günahla müqayisə olmaz”) buyurmuşdur.3
Nişanə 2: "Məhəbbət": Məşuq tələbində döyüntüləri dayanmaz
ürəyin xüsusi atəşindən ibarətdir, aşiqin mənliyini yandırıb külünü
vəhdət nəsiminə tapşıran, yaxud ikiliyi aradan qaldıran bu atəşdir.
Nişanə 3: "Bipərva": Aşiqi qeyri təbii işlərə vadar edən sifətdən
nişanədir.
Anlam: Öz təbiətindən ayrılmış aşiq təbii prinsiplərdən də ayrılma-
lıdır.
Qeyd: Bu anlam aşiqin təbii və adi yaşayışında tanınmış məntiqlər
və qanunlarla uyğun və uyarlı olmayan işlərini dəlilləşdirir.

Beyt 6: Guşeyi-mehrabə tutmuşdum rəhi-zöhdü səlah ,


Qoymadı öz halimə ol nərgisi-şəhla məni .
Sözlük: Mehrab = imam camaatın məsciddə namaz qıldığı yer = evin
yuxarı başı, rəh = yol, zöhd = pəhrizkarlıq, səlah = yaxşılıq =
yararlılıq = sülhpərvərlik = məsləhət, nərgis = nərgiz

1
Qəzəl 1, beyt 2
2
Qəzəl 3, beyt 2
3
Qəzəl 1, beyt 6

1377
Nişanə 1: "Mehrab": Bu beytdə imam camaatın məşğul olduğu
məqsuddan nişanədir.
Nişanə 2: "Zöhdü səlah": Əql və şər`in tələb və təklif etdiyi işlər
tabeliyinə zöhd və səlah demişlər.
Nişanə 3: "Nərgisi-şəhla": Şühud cəlaları ilə əlaqədar, iztirabdan
asılı fərəhlənmək nişanəsidir.
Anlam: Aşiqlik yalnız İlahi istək və iradəyə bağlıdır. Deməl "ələst"1
aləmindən gətirdiyi şəxsiyyətini sağlam saxlamış hər bir
insan aşiq olmağa məcburdur.
Qeyd: İrfan sahəsində hər bir şeyin alt-üst olmağı qəti bir qanun
kimi olduğundan, aşiq olmaq məcburluğu da, məhz azadlıqla eynidir
(məcburluq eşq aləminin təbii təbiəti ilə bağlıdır).

Beyt 7: Ey Füzuli, bir sənəm zülfünə könlüm bağladım ,


Çəkdi zənciri-cünunə aqibət sevda məni.
Sözlük: Cünun = məcnunluq = divanəlik
Nişanə 1: "Sənəm": İlahi sifətlər təcəllisindən, yaxud mürşüd
həzrətindən, ya da məhbub rayihəli digər vasitədən ibarətdir.
Nişanə 2: "Zülf": Bu beytdə mənəvi mübhəm əlaqələr və İlahi
sirlərdən nişanədir.
Nişanə 3: "Zənciri-cünun": Aşiqi təbii prinsiplər və ictimai
qanunlardan azad edən əhvaldan nişanədir.
Anlam: Aşiq olmaq mürşüd kimi İlahi rəhbərlər hidayətinin əsas
şərtidir.

1
Qəzəl 19, beyt 4

1378
QƏZƏL 257

(1) Buraxdı xakə hüsnün afitabi-aləmarayi,


Götürdü yer üzündən möcizi-lə’lin Məsihayi.

(2) İki gözdən rəvan etmiş sirişkim qamətin şövqi,


Əsayi-möcizi gör kim, iki bölmüş bu dəryayi.

(3) Bükülmüş qəddimi, qurtarə gör qüllabi-zülfündən,


Xətadır, çəkməsin çox bağrı çökmüş bir sınıq yayi.

(4) Rüxün üzrə xəmi-əbruni görmək istərəm, əmma


İyin düşvar olur, gün var ikən görmək yeni ayi.

(5) Şərabi-nabə, lütf et, möhtəsib, qəhr ilə çox baxma,


Mükəddər qılma əksi-tirədən cami-müsəffayi.

(6) Yedi gündür ol ayi görmədim, ahim şərarilə


Nola qılsam Bənat ün-nəş ilə yeksan Sürəyyayi.

(7) Füzuli, əşk seylilə pərişan olma, səbr eylə!


Ona həm var ola axir, tutub durarmı dünyayi?

1379
Beyt 1: Buraxdı xakə hüsnün afitabi-aləmarayi,
Götürdü yer üzündən möcizi-lə’lin Məsihayi.
Sözlük: Xak = torpaq, afitab = günəş, aləmara = dünyanı zinətləndirən,
Məsiha = Həzrət İsa peyğəmbər
Nişanə 1: "Hüsn": Bu beytdə İlahi gözəlliklərin bəşəri camalda əks
etdirilməsindən, yaxud bütün kamalların vahid vücudda cəmləşmək
şəraitindən nişanədir.
Nişanə 2: "Afitabi aləmara": Bu beytdə:
A: Dünyəvi yüksəlişlər əlamətidir.
B: Dünyəvi həyatı davam etdirən vasitə əlamətidir.
C: Dünyəvi mərifətlərə nail edən vasitə əlamətidir.
Nişanə 3: "Götürdü yer üzündən": Bu nişanə şərif ayədə: " ‫ﷲ‬ ُ ‫ﺑَﻞ رَﻓ َﻌ ُﻪ ا‬
1
‫ﷲ ﻋﺰﻳ ًﺰ ﺣﻜﻴﻤًﺎ‬
ُ ‫نا‬
َ ‫“( "اﻟﻴ ِﻪ و آﺎ‬Əslində, Allah onu [Həzrət İsanı] öz tərəfinə
yüksəltdi və Allah izzət və hikmət sahibidir”) buyuruğuna işarədir.
Nişanə 4: "Ləl": Yoxu var edən İlahi ilham-işarədən nişanədir.
Nişanə 5: "Məsiha": Bu beytdə heyvani can, yaxud bədən canından2
ayrılmış vücudu yenidən canlandıran rəhbərdən nişanədir.
Qeyd: Beyt şərif ayədə: "3‫ج اﻟﻤﻮﺕﻲ ﺑﺎذﻧﻲ‬ ُ ‫“[ " َو اِذ ﺕﺨ ِﺮ‬Ey Məryəm oğlu
İsa] sən ölüləri mənim iznimlə [qəbirdən] diri çıxarırdın 4 ...”)
buyurduğu fərmayişə işarədir.
Anlam:Beyt aşağıdakı anlayışları təlqin etmək istəyir:
A: Günəşin İlahi camal ilə müqayisədə ən həqir olduğuna
görə maddi dünya səmasına atıldı. (Bu anlayış "hüsni-
təlil"5 sənətilə bağlıdır.)
B: Günəşin İlahi camal cəlalarından örnək olmasını
göstərmək məqsədilə o maddi dünya səmasına hədiyyə oldu.
C: Həzrət İsa əgər torpaq qəbrindən nicat verirsə, ləl
mərtəbəsi bədən qəbrindən azad edər.
D: Ölü canı diriltmək, ölü bədəni canlandırmaqdan daha
üstündür.

1
Quran, Nisa surəsi, 158-ci ayə
2
Qəzəl 123, beyt 1
3
Quran, Maidə surəsi, 110-cu ayədən bir hissə
4
Qəzəl 112, beyt 2
5
Qəzəl 133, beyt 5

1380
E: Həzrət İsa, yeni, yaxud həqiqi can bağışlayan lə’l mərtə-
bəsindən bəhrələnmək məqsədilə göylərə yüksəldi.

Beyt 2: İki gözdən rəvan etmiş sirişkim qamətin şövqi,


Əsayi-möcizi gör kim, iki bölmüş bu dəryayi.
Sözlük: Sirişk = göz yaşı, dərya = dəniz
Nişanə 1: "Sirişk": Aşiqin vücudunu maddi küdurətdən paklayan
vasitədən nişanədir.
Nişanə 2: "Qamət": Bu beytdə mənəvi hüsnlər nailiyyətini davam
etdirmiş mərtəbədən nişanədir.
Nişanə 3: "İkinci misra": Bu misra: Şərif ayədə: " ‫ﻓﺎَوﺣﻴﻨﺎ اﻟﻲ ﻡﻮﺱﻲ ان‬
1
‫ﻖ ﻓﻜﺎن آﻞ ﻓﺮق آﺎﻟﻄﻮدي اﻟﻌﻈﻴﻢ‬
َ ‫"ﺿﺮِب ﺑﻌﺼﺎك اﻟﺒﺤﺮ ﻓﺎﻧﻔﻠ‬: (“Onda Musaya vəhy
etdik ki: "Öz əsanı dənizə vur! Nəticədə [dəniz]yarıldı və [su, bir-birinin
üstünə qalanıb] hər parçası böyük bir dağ kimi oldu”) buyuruğuna işarə
edərək, qamət mərtəbəsinin möcüzə iqtidarını təlqin etmək istəyir.
Nişanə 4: "Dərya": Bu beytdə vahid varlıqdan nişanədir.
Anlam: Beyt qamət mərtəbəsinin əqlə - təcrübəyə sığmaz iqtidarını
təlqin edir.
Qeyd: Şair "hüsni-təlil" 2 ünvanlı ədəbi sənət rüxsətilə qamət
mərtəbəsini gözün iki olduğuna dəlil bilmişdir.

Beyt 3: Bükülmüş qəddimi, qurtarə gör qüllabi-zülfündən,


Xətadır, çəkməsin çox bağrı çökmüş bir sınıq yayi.
Sözlük:Qüllab = çəngəl = qarmaq
Nişanə 1: "Bükülmüş": A: Bükülmüş qədd, taqətsizlik nişanəsidir.
B: "Müstədir hərəkət" ünvanlı seyrə hazırlaşmaqdan 3 nişanədir.
Ancaq "başım ayağına gər düşsə mən` eyləməzəm 4 " buyurduğu kimi
maddi vücuda bağlı zavala uğramış həqir etibarlar və iqtidarları
unutmağı da işarə edir.
Nişanə 2: "Qüllabi-zülf": Aşiqin vücudunu öz əhatəsinə almış
tərbiyəvi qəhrlər dairəsinə, yaxud lütfdən asılı məhrumluqlara “qüllabi-
zülf” demişlər.

1
Quran, Şüəra surəsi 63-cü ayədən bir hissə
2
Qəzəl 133, beyt 5
3
Qəzəl 133, beyt 3
4
Qəzəl 251, beyt 7

1381
Nişanə 3: "Sınıq yay": Bax: Bükülmüş qədd.
Anlam: Beyt taqətsiz aşiqin şiddətli sınaqlardan şikayət etməsini
(azadlıq təmənnasını) təlqin edir.

Beyt 4: Rüxün üzrə xəmi-əbruni görmək istərəm, əmma


İyin düşvar olur, gün var ikən görmək yeni ayi.
Sözlük: Rüx = üz = camal, xəm = hilali = əyri = qövslü, əbru = qaş,
düşvar = çətin = müşkül
Nişanə 1: "Rüx": Məhz İlahi təcəllilərdən nişanədir.
Nişanə 2: "Xəm əbru": Bu beytdə bütün vücudlara surət bağışlayan
İlahi sifətdən nişanədir.
Nişanə 3: "İkinci misra": Bu misra gün var ikən ayın görünməməz-
liyi qeyri hissi mətləbi hissiləşdirən nişanədən ibarətdir.
Anlam: Beyt mütəal məbudun öz cəlaları əhatəsində pünhan olmuş
əzəmətini təsdiq edir.1

Beyt 5: Şərabi-nabə, lütf et, möhtəsib, qəhr ilə çox baxma,


Mükəddər qılma əksi-tirədən cami-müsəffayi.
Sözlük: Nab = xalis = qatqısız, möhtəsib = nəzarətçi = dini hökmlər
nəzarətçisi, mükəddər = qara = tutqun, tirə = qaraya çalan =
palçıqlı = kədər , müsəffa = xalis = pakizə = saflanmış = duru
Nişanə 1: "Şərabi-nab": Aşiqi təcəlla mərtəbəsinə yüksəldən mürşüd
təlimatından, yaxud cazibələr qələbəsindən nişanədir.
Nişanə 2: "Möhtəsib": Hər bir işin surətində dəqiqlik göstərməklə
mənasından, yaxud batinindən xəbərsiz qalmış zahiddən nişanədir.
Nişanə 3: "Əksi-tirə": Zahidin nəzər və hökmündən istiarədir.
Nişanə 4: "Cami-müsəffa": Bax: Şərabi-nab.
Anlam: Beyt əql əhlinin eşq mərtəbələrindən xəbərsiz olduğunu təl-
qin edir.

Beyt 6: Yedi gündür ol ayi görmədim, ahim şərarilə


Nola qılsam Bənat ün-nəş ilə yeksan Sürəyyayi.

1
Qəzəl 138, beyt 4

1382
Sözlük: Şərar = qor = qığılcım, Bənat ün-nəş (nə’ş qızları) = iki asimani
surət = yeddi bacılar və yeddi qardaşlar ünvanlı ayı bürcü şəkilli
xüsusi ulduzlar qrupu (kiçik ayı və böyük ayı), Sürəyya =
"pərvin" adlı altı saylı kiçik ulduz
Nişanə 1: "Yedi gün": Yeddi gün İlahi cilvələrdən məhrum olmaq
əlamətidir.
Qeyd: Yeddi sıralı ədədin müqəddəs olduğuna1, yeddi gün müşahidə
məhrumluğunun tərbiyəvi və rəmzli hikmətinə işarə edir.
Nişanə 2: "Ay": Qara maddədə əks etdirilmiş ağ nura (şühud nuru)
ay demişlər.
Nişanə 3: "Ah": Maddi qanunların bağladığı sədlərə, yaxud dünyəvi
etibarlara qələbə çalan alovlu ürək iqtidarından nişanədir.
Nişanə 4: "İkinci misra": Bu misra, Bənat ün-nəş və Sürəyya adlı
ulduzları, beləliklə də bütün səyyarələri mədarından çıxaran eşq
iqtidarını təlqin edir.
Anlam: Əql əhlinin alın yazısına göylər hakimdirsə2, eşq əhlinin
alovlu qəlbi göylərə hakimdir.

Beyt 7: Füzuli, əşk seylilə pərişan olma, səbr eylə!


Ona həm var ola axir, tutub durarmı dünyayi?
Sözlük: Əşk = göz yaşı
Nişanə 1: "Əşk": Bu beytdə aşiqin ətəş və həsrətini təlqin edən
biqərarlıqdan nişanədir.
Anlam: Hərəkət edici, yaxud qeyri sabit dünyada3 mənəvi məhrum-
luqlar da qeyri sabit və müvəqqətidir.

1
Qəzəl 216, beyt 2
2
Qəzəl 71, beyt 4, nişanə 3
3
Qəzəl 127, beyt 1

1383
QƏZƏL 258

(1) Məni candan usandırdı, cəfadən yar usanmazmı?


Fələklər yandı ahimdən, muradım şəm’i yanmazmı?

(2) Qami bimarinə canan dəvayi-dərd edər ehsan,


Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?

(3) Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,


Desəm, ol bivəfa bilmən, inanarmı, inanmazmı?

(4) Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,


Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?

(5) Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su,


Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

(6) Degildim mən sənə mail, sən etdin əqlimi zail,


Mənə tə’n eyləyən qafil səni görgəc utanmazmı?

(7) Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,


Sorun kim, bu nə sevdadır, bu sevdadən usanmazmı?

1384
Beyt 1: Məni candan usandırdı, cəfadən yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəm’i yanmazmı?
Nişanə 1: "Can": Bu beytdə birinci candan, yaxud bədən canından
nişanədir.1
Nişanə 2: "Cəfa ": Aşiqin yetkinliyinə gərəkli tənbeh-tərbiyədən
nişanədir.
Nişanə 3: "Fələklər yandı ahimdən ": Bu nişanə aşiqin göylərə təsir
edici əhvalını təlqin etmək istəyir.2
Nişanə 4: " Muradım şəm’i yanmazmı?": Bu nişanə, öz nöqsanlarını
tamamilə aradan qaldıra bilməyib, seyr yollarını sona çatdırmayan aşiqin
daimi müşahidə feyzindən məhrum olmaq əlamətidir.
Anlam: Asimanlara təsir edici əhval nailiyyəti ilə vüsal mərtəbəsinə,
yaxud daimi şühud məqamına çatmaq mümkün deyil.

Beyt 2: Qami bimarinə canan dəvayi-dərd edər ehsan,


Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?
Nişanə 1: "Bimar": Bu beytdə fiziki mahiyyəti fəaliyyətsiz edən
əzablarla əhatələnmiş aşiqdən ibarətdir.
Nişanə 2: "Dəva, dərman": Dəva və dərman bu beytdə mütəal canan
hüzurundan nazil olunmuş ürək lətifləndirən rayihədən nişanədir.
Anlam: Həkim canan, xüsusi dostlarının dərman edilməsini təxirə
salmaq istəyir. Çünki dərd hər ləhzə həm zahiri vücud
ləkəsini təmizləyir, həm də batini vücudu mənlik
havasından boşaldır. Demək dərdin davam etdirilməsi,
islamın ulu peyğəmbəri "‫س ﺑ ﻪ ذﻧ ﺐ‬
َ ‫ﺐ ﻻ ﻳُﻘ ﺎ‬
ٍ ‫ك ذَﻧ‬
َ ‫“( "وﺟﻮد‬Vücudun
[Özlüyün] bir günahdır ki, heç bir günahla müqayisə
olmaz”) buyurduğu kimi, aşiqi vücud adlı ən xətərnak
hicab tanınmış özlüyündən tamamilə azad edir.

Beyt 3: Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,


Desəm, ol bivəfa bilmən, inanarmı, inanmazmı?
Sözlük: Rövşən = aşkar = zahir
Nişanə 1: "Qəm": Bu beytdə yeganə məhbub tələbində çalışqanlıq-
dan nişanədir.

1
Qəzəl 123, beyt 1
2
Qəzəl 257, beyt 6, anlam

1385
Nişanə 2: "Bivəfa": Kamala çatdırmaq məqsədilə sınağa çəkilmiş
aşiqin nalələrini qulaq ardına vurmaqdan nişanədir.
Nişanə 3: "İnanarmı inanmazmı": Bu nişanə aşiqin öz yetkinliyində
şübhə etməsini təlqin edir.
Anlam: Bax: Nişanə 3.

Beyt 4: Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,


Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?
Sözlük: Şəb = gecə , çeşm = göz, əfğan = fəğan
Nişanə 1: "Şəbi-hicran": Bu beytdə "məruf mülkü" ünvanlı həqiqi
və mənəvi vətəninə1 qəribsəmiş aşiqin mübhəm biqərarlığından nişanə-
dir.
Nişanə 2: "Yanar canım": Bu nişanə:
A: Aşiqi kamil bəndəlik məqamına hazırlayan iltihab əlamətidir.
B: Seyr yollarını tamamlamağa təhrik edən iltihab əlamətidir.
Nişanə 3: "Tökər qan çeşmi-giryanım": Bu nişanə, maddi əngəl
vücudlarını yuyub batil etmək çalışqanlığından ibarətdir.
Nişanə 4: "Əfğan": İçəri iztirabların üzə çıxmağından nişanədir.
Nişanə 5: "Qara bəxt": Məruf mülkünə səfər etmək vəsayitini hazır-
laya bilməyən istedad nişanəsidir.
Anlam: Beyt həqiqi vətənə müraciət etmək çətinliyini təlqin edir.

Beyt 5: Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su,


Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?
Sözlük: Rüxsar = sima = üz = camal
Nişanə 1: "Güli-rüxsar": Ürəyi işıqlandırıb iç aləmi bəsitləndirən
İlahi camal təcəllilərindən nişanədir.
Nişanə 2: " Gözümdən qanlı axar su ": bax beyt 4, nişanə 3
Nişanə 3: "Fəsli-gül": Qəbzdən2 sonra hasil olmuş bəstdən3 nişanə-
dir.
Nişanə 4: "Axar sular bulanmazmı": Bu nişanə səfa mərtəbəsində,
yaxud fəsli-güldə durulmuş ürək halını hissiləşdirmək istəyir.

1
Qəzəl 122, beyt 5
2
Qəlbi təngləşdirən qəhrləri, yaxud cazibələr saxlanılmasına “qəbz” demişlər.
3
Qəlbi fərəhləndirən lütflərə “bəst” demişlər.

1386
Anlam: Aşiq İlahi cazibələr və rayihələrdən bəhrələnməyə hazırlaş-
mağını təlqin edir.

Beyt 6: Degildim mən sənə mail, sən etdin əqlimi zail,


Mənə tə’n eyləyən qafil səni görgəc utanmazmı?
Sözlük: Zayil = zay = zavala uğramış, tə’n = tə’nə
Nişanə 1: " Degildim mən sənə mail ": Bu nişanə bəndənin həqir və
heç olduğunu təlqin etmək istəyir.
Qeyd: Heç, yaxud yox ilə bərabər bir vücudda mail olmaq
qabiliyyəti yoxdur. Çünki meyl varlıq təzahüratıdır (özü olmayan bir
şeyin təzahüratı da yoxdur).
Nişanə 2: " Sən etdin əqlimi zail ": Bu nişanə, yoxu var edən
məbudun aciz əqli qadir əqlə (eşq) təbdil edən lütfünü təlqin edir.
Anlam: Beyt: A: Aşiqin İlahi ixtiyar və istəklə bağlı olduğunu təlqin
edir.
B: Aşiqin, "ələst"1 əhdinə vəfadar olduğunu təlqin edir.

Beyt 7: Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,


Sorun kim, bu nə sevdadır, bu sevdadən usanmazmı?
Sözlük: Rind = zirək = batini zahirindən gözəl = ictimai adabı tərk etmiş,
şeyda = divanə = məcnun = heyran
Nişanə 1: " Rindü şeyda": Rindü şeyda bu beytdə, iç vücudunu sağ -
salamat saxlayıb, çöl vücudunu sərkilərlə ləkələndirmiş arifdən ibarətdir.
Nişanə 2: "Rüsva": Toplansal təşrifat və mədəni adabı tərk etmiş
aşiqə “rüsva” demişlər.
Anlam: Beyt, aşiqin ictimai sədləri yıxıb arxada buraxmağını təlqin
edir.

1
Qəzəl 19, beyt 4

1387
QƏZƏL 259

(1) Getdi əldən sənəmin sünbüli-mişkəfşani,


Yenə dövr etdi pərişan məni-sərgərdani.

(2) Öylə mö’tad olubam atəşi-hicranına kim,


Görməsəm yandırar, əlbəttə, məni hicrani.

(3) Gögdə ahim yeli söndürdü çirağın günəşin,


Yerdə əşkim ayağa saldı düri-ğəltani.

(4) Göz bəyazinə çəkər lə’li-ləbin surətini,


Dəmbədəm xameyi-müjgan ilə bağrım qani.

(5) Çıxdı can, kimsəyə izhar edə bilmən dərdi ,


Nedəyim, ah bu dərdin nə olur dərmani ?

(6) Ey sitəm daşını bidərdlərə zaye’ edən!


Yapa gör bir neçə daş ilə dili-virani.

(7) Versə can, yetməsə cananə, Füzuli, nə əcəb


Hər kişi kim, sevər öz cani üçün canani.

1388
Beyt 1: Getdi əldən sənəmin sünbüli-mişkəfşani ,
Yenə dövr etdi pərişan məni-sərgərdani.
Sözlük: Mişkəfşan = ətirli
Nişanə 1: "Sənəm": Hər bir yaranışda öz ətrini və nurunu təzahür
etdirmiş vahid məhbuba “sənəm” demişlər.
Nişanə 2: " Sünbüli-mişkəfşani ": Bu nişanə, müxtəlif çeşidlərdə
təzahür etdirilmiş İlahi cazibələr və rayihələr əlamətidir.
Nişanə 3: "Dövr": Bu beytdə, ay-ulduz seyrinə, yaxud asimani
iqtidara bağlı pərişanlıq məcburiyyətindən nişanədir.1
Nişanə 4: "Pərişan": Bu beytdə, kəsrət ünvanlı yaranmışların "hail"2
cəhətinə məğlub olmaqdan nişanədir.
Nişanə 5: "Sərgərdan": Bəstlər heybətindən heyran olmuş aşiqin
qəbzlər şəraitində yeni heyranlığından nişanədir.
Anlam: Beyt İlahi rayihələrdən məhrum olmuş aşiqin sözə-ibarəyə
sığmaz əhvalını təlqin edir.

Beyt 2: Öylə mö’tad olubam atəşi-hicranına kim ,


Görməsəm yandırar, əlbəttə, məni hicrani .
Sözlük: Mö`tad = adətkərdə = isinişmiş
Nişanə 1: "Mö`tad": Həzrət İbrahim peyğəmbər kimi atəş içində
(eşq atəşi) özünü unudub, yalnız mütəal məbud ilə məşğul olmuş aşiqə
“mö`tad” demişlər.
Nişanə 2: "Hicran": Bu beytdə aşağıdakı mərtəbələrə işarə etdiyinə
görə əziz hicrandan ibarətdir:
A: Hicran aşiqin tərbiyə tapmağında və məna şirinliyini
dadmadığında gərəkli bir mərhələdir.
B: Vüsalın özəl dadını-tamını yalnız hicrandan sonra dadmaq və
düşünmək mümkün olur.
C: Vüsal ümidi hicrandan asılıdır.
D: Hicran həkim cananın istədiyi və məsləhət bildiyidir.
E: Aşiqi nalə ünvanlı özəl münacata vadar edən hicran ilə bağlı
əhvaldan ibarətdir.
Qeyd: Aşiqi özlüyündən ayıran ən güclü səbəb münacatdan
ibarətdir.

1
Qəzəl 71, beyt 4, nişanə 3
2
Qəzəl 4, beyt 3, nişanə 2; Qəzəl 62, beyt 6

1389
Anlam: Hicran atəşi, dünyəvi əlaqələri xüsusilə mənliklə bağlı meyl-
lər və hacətləri yandırıb aradan qaldırmağa görə daha əziz-
dir.

Beyt 3: Gögdə ahim yeli söndürdü çirağın günəşin,


Yerdə əşkim ayağa saldı düri-ğəltani.
Sözlük: Əşk= göz yaşı, düri-ğəltan = girdə dürr
Nişanə 1: "Ah": Bu beytdə "nari məhəbbət" atəşində1 dünyəvi ilgilə-
rini yandırmış aşiqin maddi qanunlar və etibarlara qələbə çalan batini
iqtidarından nişanədir.
Nişanə 2: "Günəş": Bu beytdə dünyəvi üstünlük və iqtidardan
nişanədir.
Nişanə 3: "Əşk": Aşiqin içəri etibarını üzə çıxaran biqərarlıqdan ni-
şanədir.
Nişanə 4: "Düri-ğəltan": Dünyəvi hüsndən və qiymətlənməkdən ni-
şanədir.
Anlam: Dünyəvi etibarlar və üstünlüklər, aşiqin etibar və iqtidarı ilə
müqayisədə aciz və qiymətsizdirlər.

Beyt 4: Göz bəyazinə çəkər lə’li-ləbin surətini ,


Dəmbədəm xameyi-müjgan ilə bağrım qani .
Sözlük: Xame = qələm, müjgan = kipriklər
Nişanə 1: "Ləli-ləb": Zahiri vücudu batil etməklə batini vücud
təzahürünə imkan yaradan İlahi ilham-intibahdan nişanədir.
Anlam: Zahiri vücudu batil edən ləli-ləb mərtəbəsi gözlərimi tama-
milə bürümüşdür.

Beyt 5: Çıxdı can, kimsəyə izhar edə bilmən dərdim ,


Nedəyim, ah bu dərdin nə olur dərmani ?
Nişanə 1: "Can": Bu beytdə birinci can, yaxud bədən canından
nişanədir.2
Qeyd: Bədən canı həqir olsa da, aşiqi yetkinləşdirən əzablar gör-
məyə layiq və gərəklidir.

1
Qəzəl 54, beyt 7
2
Qəzəl 123, beyt 1

1390
Anlam: Beyt: A: Aşiq, dünyəvi ömür möhlətində mənəvi məqsuda
nail ola bilməzliyindən vahimələnir.
B: Aşiq, qurbanlıq1 məqamına nail olmadan əvvəl əcəli
çatmağından vahimələnir.

Beyt 6: Ey sitəm daşını bidərdlərə zaye’ edən !


Yapa gör bir neçə daş ilə dili-virani .
Nişanə 1: "Birinci misra": Bu misra, dünyaşünas əql əhlini, yaxud
az tutumlu aşiqləri tənbeh edən İlahi qəhrlərdən nişanədir.
Anlam: Aşiqin batinini abadlandırmaqla onu zahiri vücud zəbtindən
azad etməyə bir az vəfaya qarışmış cəfa gərəklidir.
Qeyd 1: Qəhrlər və cəfalar saxlanılması, İlahi əlaqələrin qət` olma-
sından, yaxud tərbiyəvi tənbeh məhrumluğundan həmçinin təklifsiz və
rəhbərsiz yaşamaqdan nişanədir.
Qeyd 2: Bina qurumu onu möhkəmləndirən daşlarla bağlı olduğu
kimi, ürək qurumu bəlalarla bağlıdır.

Beyt 7: Versə can, yetməsə cananə, Füzuli, nə əcəb


Hər kişi kim, sevər öz cani üçün canani.
Anlam: A: Vüsal nailiyyətini nəzərə alıb fədakarlıq etmək (versə
can) şərti olan bir fədakarlıqdır. Aydındır ki, şərti bir iş
xalis ola bilməz. Hər bir şərtdən kənar və yalnız məhbub
eşqilə əlaqədar fədakarlıq xalisdir, başqa fədakarlıq mənfi
müamilə bəhsinə daxil olarkən batildir.2
B: Can nemətinin həqiqi maliki mütəal məhbubun özündən
ibarətdir. Çünki aşiq məmlükdür3 və məmlük malik ola
bilməz. Beləliklə malikin öz nemətini (canı) özünə qaytar-
maq tələbkarlıq (vüsal) səbəbi ola bilməz.

1
Qəzəl 7, beyt 2
2
Qəzəl 3, beyt 3
3
Qəzəl 1, beyt 6

1391
QƏZƏL 260

(1) Gecələr ta halimə gərdun təmaşa etmədi,


Tərk edib bidadını, bir mehr peyda etmədi .

(2) Navəkin gör kim, yarub əşkim, tutar göz pərdəsin ,


Ey deyən Musa əsası qət’i-dərya etmədi .

(3) Hər dəmindən min Məsiha zindeyi-cavid olur ,


Sən edən izhari-e’cazi Məsiha etmədi .

(4) Aşiyan ta rövzeyi-kuyində tutdu mürği-dil ,


Keçdi tovfi-Kə’bədən, uçmağə pərva etmədi .

(5) Hiç abid anmadı lə’lin ki, gözdən qan töküb


Səcdədən durduqca təğyiri-müsəlla etmədi .

(6) Zə’fi-tale’ kəsdi dünyadən nəsibin zahidin ,


Yoxsa öz rə’yilə zahid tərki-dünya etmədi .

(7) Etmədi eldən nihan bir gecə tovfi-kuyinu


Kim, Füzulini sədayi-nalə rüsva etmədi.

1392
Beyt 1: Gecələr ta halimə gərdun təmaşa etmədi ,
Tərk edib bidadını, bir mehr peyda etmədi .
Sözlük: Gərdun = asiman = fələk, mehr = məhəbbət = günəş =
mehribanlıq
Nişanə 1: "Hal": Həm batini, həm də zahiri zəbt edən dayanmaz
iztirabdan və iltihabdan nişanədir.
Nişanə 2: "Gərdun": İnsanların alın yazısındakı təsir edici asimani
iqtidardan nişanədir.1
Nişanə 3: "Bidad": Bu beytdə aşiq ilə mə’şuq arasında sədd
bağlamaqdan və onu müşahidə nurundan məhrum etməkdən nişanədir.
Nişanə 4: "Mehr peyda etmək": Bu nişanə:
A: Aşiqin qəminə ortaq olmaq əlamətidir.
B: Yardım göstərmək əlamətidir.
C: Günəşin doğması əlamətidir.
Anlam: Gecə mənim halımdan vahimə etməsəydi qiyamətə qədər
davam edərdi.
Qeyd 1: Eşq olmasaydı günəş doğmazdı və dünya qiyamətə qədər
zülmət bürümündə gizli qalardı.
Qeyd 2: Zülmət bürümündə:
A: Bitki, heyvan və insan həyatı, yaxud dirilik mümkünsüzdür.
B: Heç bir mərifət nailiyyətinə imkan yoxdur.

Beyt 2: Navəkin gör kim, yarub əşkim, tutar göz pərdəsin ,


Ey deyən Musa əsası qət’i-dərya etmədi .
Sözlük:Navək = ox, əşk = göz yaşı, dərya = dəniz
Nişanə 1: "Navək": Navək bu beytdə:
A: Aşiqin ahından istiarədir (navəkim).
B: İlahi qəmzə satmaqlardan isiarədir (navəkin).
Qeyd: (A) nişanəsi [ah] münasib nəzərə gəlir.
Nişanə 2: "İkinci misra": Bu misra, şərif ayədə 2 (“Musaya vəhy
etdik ki, əl ağacını dənizə sal. Dəniz paralandı və hər parça hündür dağ
kimi oldu”3) buyuruğunu işarə etməklə:
A: Eşiqin müqəddəs olduğunu təlqin edir.

1
Qəzəl 71, beyt 4, nişanə 3
2
Quran, Şüəra surəsi 63-cü ayə
3
Qəzəl 257, beyt 2, nişanə 3

1393
B: Eşqin müqəddəs olduğunu təlqin edir.
Anlam: Beyt: A: Aşiq ah ilə, iqtidarlı asimana təsir etdiyi halda öz
dərya heybətli göz yaşına “əşk” də təsir edir. (navəkim)
Qeyd: Özünə təsir etmək bütün dünyaya təsir etməkdən üstün və
çətindir.
B: Əşk dənizi də asimanlar kimi İlahi qəmzələr qarşısında acizdir
(navəkin).

Beyt 3: Hər dəmindən min Məsiha zindeyi-cavid olur ,


Sən edən izhari-e’cazi Məsiha etmədi .
Sözlük: Dəm = nəfəs = İlahi feyz, Məsiha = Həzrət İsa peyğəmbər,
cavid, ecaz = möcüzə, cavid = əbəd
Nişanə 1: "Dəm": A: Mütəal məbudun "övliya" ünvanlı xüsusi
dostlarının şəfabəxş nəfəsinə “dəm” demişlər.
B: Naqis aşiqi kamala çatdıran mürşüd nəfəsinə “dəm” demişlər.
ُ ‫ "واذ ﺕﺨﺮ‬1 :
Nişanə 2: "Məsiha": Məsiah, şərif ayədə: "‫ج اﻟﻤﻮﺕﻲ ﺑﺎذﻧﻲ‬
(“[Ay Məryəm oğlu İsa], sən ölüləri mənim iznimlə [qəbirdən
diri]çıxardırdın”) buyurduğu əsasda, həzrət mürşüdün yoxu var edən
nəfəsindən nişanədir.2
Anlam: Ey mürşüd, yaxud ey islam peyğəmbəri, Məryəm oğlu İsa
ölü bədəni dirçəldirdi, amma sən ölü ruhu (batini) diril-
dirsən.

Beyt 4: Aşiyan ta rövzeyi-kuyində tutdu mürği-dil ,


Keçdi tovfi-Kə’bədən, uçmağə pərva etmədi .
Sözlük: Aşiyan = yuva = məskən = mərtəbə, rövzə = bağ = gülzar,
mürği-dil = ürək quşu, tovf = bir şeyin dövrəsinə dolanmaq =
xüsusi tərz ilə Allah evinin dövrəsinə dolanmaq, Kəbə = Allah
evi = dörd guşəli yer = qiblə, pərva = rəğbət = fürsət, [pər, va] =
pər = qanad, va = açmaq
Nişanə 1: "Rövzeyi-kuy": "Rəhman behişti" ünvanlı İlahi hüzur
təsəvvürü ilə təbiət dünyasına həm də "rizvan behişti" adlı axirət
nemətlərinə etinasız olmaq məqamına “rövzeyi-kuy” demişlər.

1
Quran, Maidə surəsi, 110-cu ayədən bir hissə
2
Qəzəl 112, beyt 2

1394
Nişanə 2: "Mürği-dil": Ruhani aləm səmalarını seyr edən batinə
“mürği-dil” demişlər.
Nişanə 3: "İkinci misra": Bu misra, “Raz (sirr) Kəbəsi” ünvanlı
batini Kəbənin, Hicaz Kəbəsi ünvanlı zahiri Kəbədən üstün olduğunu
təlqin edir.1
Anlam: Ürək quşu Raz Kəbəsindən feyziyab olan gündən Hicaz
Kəbəsinə maraq göstərməz.2
Qeyd 1: Hicaz Kəbəsi, Raz Kəbəsinə hidayət edən nümunə kimidir.
Qeyd 2: Hicaz Kəbəsini qəbul etməyən bir şəxsin Raz kəbəsindən
xəbərdar olması mümkünsüzdür.

Beyt 5: Hiç abid anmadı lə’lin ki, gözdən qan töküb


Səcdədən durduqca təğyiri-müsəlla etmədi.
Sözlük: Müsəlla = namaz yeri = xüsusi yazı xətti
Nişanə 1: "Abid": Axirət mükafatına nail olmaq məqsədilə ibadət
edən şəxsə “abid” demişlər.
Qeyd: Ariflər nəzərincə abid:
A: İkiliyə, hətta üçlüyə (bir özü, bir mükafat, bir də mütəal məbud)
meyl etməklə vəhdət ilə müxalif olmuşdur.
B: İbadət-itaət qarşısında mükafat tələb edən bir şəxs şərti ibadət,
yaxud mənfi müamilə günahına giriftar olmuşdur.3
Nişanə 2: "Lə’l": Aşiqin bəşəri sifətlərini nəhayət, özlüyünü batil
edən İlahi intibahlara lə’l demişlər.
Nişanə 3: "Gözdən qan töküb": Gözdən qan tökmək bu beytdə
abidin etdiyi ruhsuz münacatdan nişanədir.
Nişanə 4: "İkinci misra": Bu misra, namaz ünvanlı ibadətin
surətində dəqiqlik göstərib, mənasından xəbərsiz qalmaq nişanəsidir.
Anlam: Abid yoxu var edən ləl mərtəbəsindən xəbərdar olsaydı, özü-
nü bəşəri sifətlər hicabında həbs etməzdi.

Beyt 6: Zə’fi-tale’ kəsdi dünyadən nəsibin zahidin,


Yoxsa öz rə’yilə zahid tərki-dünya etmədi.
Sözlük: Zə`f = zəiflik

1
Qəzəl 135, beyt 3
2
Qəzəl 131, beyt 4
3
Qəzəl 259, beyt 7 (anlam)

1395
Nişanə 1: "Tale`": İnsanın alın yazısına təsir etməklə onun dualarını
qəbula keçirən bəxt ulduzuna “tale`” demişlər.
Nişanə 2: "Kəsdi dünyadən nəsibin zahidin": Bu nişanə, dünyanın
mənaya hidayət edən cəhətindən (güzgü olduğundan) məhrum olmaq
əlamətidir.
Nişanə 3: "İkinci misra": Bu nişanə, zahidin, "mütəzəhhid" olduğu-
na görə cəzalanmağına işarə edir.
Qeyd: Mütəzəhhid – düzgün zahid deyildir. Çünki onun xarakteri
üzdə bir cür, arxada başqa cürdür.
Anlam: Zahid dünyaya bel bağlamağı üzdə tənqid edib, arxada təs-
diq etməklə dünyanın məna güzgüsü olduğundan xəbərsiz
oldu. O həqiqətən dünyanın müsbət cəhətinə arxa çevir-
məklə “zahid” kəlməsinin mənasını ifadə etdi (kinayəli mə-
na).

Beyt 7: Etmədi eldən nihan bir gecə tovfi-kuyinu


Kim, Füzulini sədayi-nalə rüsva etmədi.
Sözlük: Nihan = pünhan
Nişanə 1: "Tovfi-kuy": Bu beytdə yeganə məbud ərəfəsində İlahi
rayihələr ilə məst olmuş ürək münacatını təlqin edən nişanədir.
Nişanə 2: "Rüsva": Bir çox əməlləri və əhvalı əql və məntiq
ölçüsünə sığmaz aşiqə “rüsva” demişlər.
Anlam: Tovfi-kuy mərtəbəsilə əlaqədar nalələri (münacatı) pünhan
etmək mümkünsüzdür.
Qeyd: Tovfi-kuy nailiyyəti bəşəri ixtiyardan üstün olduğuna görə,
onunla əlaqədar münacatı pünhan etmək isə bəşəri iqtidardan xaricdir.
Lisanül-qeyb Hafiz bu məxfi olmaz təzahürü təlqin etmək məqsədilə
buyurmuşdur:
‫در ﻧﻤﺎزم ﺧﻢ اﺑﺮوي ﺕﻮﺑﺎﻳﺎد ﺁﻡﺪ‬
1
‫ﺣﺎﻟﺘﻲ رﻓﺖ آﻪ ﻡﺤﺮاب ﺑﻪ ﻓﺮﻳﺎد ﺁﻡﺪ‬

1
Müəallif bu beyti “Ta Qafe-əndişe” kitabının ikinci cildində şərh etmişdir.

1396
QƏZƏL 261

(1) Fariğ etdi mehrin özgə məhliqalərdən məni,


Hirz imiş eşqin sənin, saxlar bəlalərdən məni.

(2) Könlüm aldın, göstərib yüz lütfü minnət canıma,


Eylədin müstəğıni özgə dilrübalərdən məni.

(3) Vamiqü Fərhad tək rüsvayə qılman nsibətim ,


Bir fəqirəm, sanmanız ol xüdnümalərdən məni .

(4) İşvəvü naz ilə dəf’ etdin qəmü ənduhimi,


Sehr ilən biganə qıldın aşinalərdən məni.

(5) Qıl təkəllüm zülfün ənduhini könlümdən götür,


Bir füsun ilə xilas et, əjdəhalərdən məni.

(6) Qayəti-zöhdü vərə’ zahid vüsali-hur isə,


Vəchi yox mən’ eyləmək huriliqalərdən məni .

(7) Hər cəfa qılsan, Füzuli tək şikayət qılmaram ,


Eşq ətvarında sanma bivəfalərdən məni.

1397
Beyt 1: Fariğ etdi mehrin özgə məhliqalardən məni ,
Hirz imiş eşqin sənin, saxlar bəlalərdən məni.
Sözlük: Fariğ = ehtiyacsız, mehr = məhəbbət = dostluq, məhliqa = gözəl
= aybəniz, hirz = pənahgah = qola bağlanan yazılı dua
Nişanə 1: "Mehr": Ülvi məqsədə çatmağı yəqinləşdirmiş aşiqi İlahi
aləmə tərəf seyr etdirən məhəbbət ilə bağlı hərarət və nurdan nişanədir.
Nişanə 2: "Məhliqalar": A: Bəşəri camalda İlahi hüsnlər əks etdir-
miş gözəllərdən nişanədir.
B: Məhliqalar aşiqi İlahi rayihələrdən bəhrələndirən vasitələrdən
nişanədir.
Nişanə 3: "İkinci misra": Bu misra pak eşqin asimani iqtidarına
işarə edərək dünyəvi və mənəvi gözəlliyin dünyaşünas əql və zahiri
xarakterə sədəmə vuran xasiyyətini də təlqin edir.
Anlam: Beyt aşiqin vəhdət cazibələri ilə bağlı əhvalını təlqin edir.

Beyt 2: Könlüm aldın, göstərib yüz lütfü minnət canıma,


Eylədin müstəğıni özgə dilrübalərdən məni.
Sözlük: Müstəğni = ehtiyacsız
Nişanə 1: "Könlüm aldın": Bu nişanə aşiqin batinini təsərrüf edən
İlahi cazibələr və cilvələr əlamətidir.
Nişanə 2: "Dilrübalar": Bax beyt 1, nişanə 2 (məhliqalar).
Anlam: Bax: beyt 1

Beyt 3: Vamiqü Fərhad tək rüsvayə qılman nsibətim,


Bir fəqirəm, sanmanız ol xüdnümalərdən məni.
Sözlük: Vamiq = Fərhad kimi məşhur aşiq = (İslamdan öncə İran əfsa-
nələrində "Vamiq və Üzra" adlı məşhur aşiq və məşuq hekayəti
rəvac tapmışdır), xüdnüma = özünə sitayiş edən = özünü üzə
çəkən = özü ilə iftixar edən
Nişanə 1: "Rüsva": Ümumən əql əhlinin sərkilərinə giriftar aşiqə
“rüsva” demişlər, amma əksinə bu beyt, eşq əhlinin məlamətlərinə
giriftar aşiqi “rüsva” bilmişdir. Bu rüsvalıq aşiqin naqis və tutumsuz
olduğunu təlqin edir.
Nişanə 2: "Fəqir": Dünya və axirət ilgilərinə bağlı təmayülatını

1398
tamamilə unutmuş aşiqə “fəqir” demişlər.1
Qeyd: Axirət ilgisi, ikilik hətta üçlük (bir aşiq, bir axirət, bir də
məşuq) yaratdığına görə vəhdət ilə müxalifdir.
Nişanə 3: "Xüdnümalar": A: Məcazi eşq dairəsində məhdud olduğu
halda özlüyündən xəbərdar aşiqə “xüdnüma” demişlər.
B: Cəfaları vəfalardan fərqləndirən aşiqə “xüdnüma” demişlər.
Anlam: Füzuli "Məndə Məcnundan füzun aşiqlik istedadı var"
misrasında buyurduğunu təkrar edir.

Beyt 4: İşvəvü naz ilə dəf’ etdin qəmü ənduhimi,


Sehr ilən biganə qıldın aşinalərdən məni.
Sözlük: Ənduh = qəm = qüssə
Nişanə 1: "İşvəvü naz": Aşiqi gah qüvvətləndirən, gah da qüvvətsiz
edən, gah da ona bərk məstlik verən cilvələrdən nişanədir.
Nişanə 2: "Qəm və ənduh": Bu beytdə aşiqin batini vücudunu
qidalandıran bəlalardan ibarətdir.
Nişanə 3: "Səhər": Hiyləbazlıqla əlaqədar olmayan heyrətəngiz
hünərdən nişanədir.
Nişanə 4: " Biganə qıldın aşinalərdən məni ": Bu nişanə: A: Mütəal
məhbubdan başqalarını tamamilə unutmaqla "Hər təəllüqdən olar xurşid
tək aləmdə fərd" buyurduğu fərdik məqamına hazırlaşmağa işarə edir.
B: Eşq ilə bağlı bəlaların (qəm və ənduh) həqiqi aşina olduqlarını
təlqin edir.
Qeyd: Həqiqi yardımçılıq və əbədiyyət tərəfinə istiqamətləndirən
xidmət qohum-qardaş vasitəsilə yox, bəlkə bəlalar vasitəsilə mümkün
olur. Buna görə də mütəal məbudun xalis dostlarından bəziləri bir an
bəlasız olsalar onların gileyləri, nalələri və hay-həşirləri göylərə
qalxar.2
Anlam: Yüksək mərifətin bir əlaməti də bəlaları (qəm və ənduh)
alqışlamaqdır.

Beyt 5: Qıl təkəllüm zülfün ənduhini könlümdən götür,


Bir füsun ilə xilas et, əjdəhalərdən məni.

1
Qəzəl 25, beyt 5
2
Qəzəl 23, beyt 1

1399
Sözlük: Təkəllüm = danışıq etmək = danışıq, füsun = əfsun
Nişanə 1: "Təkəllüm": Ürəyin "mühadisə" ünvanlı mərtəbədə
mehriban məbud ilə dərdi-dil eləməyindən və toxtaqlıq tapmağından
nişanədir.1
Nişanə 2: "Zülf": Ötən beytdə qeyd olunmuş aşinalardan, yaxud
kainatın hicab törətmiş "hail" cəhətindən nişanədir.2
Nişanə 3: "Füsun": Bax: beyt 4, nişanə 3 (səhər)
Nişanə 4: "Əjdahalar": bax: nişanə 2 (zülf)
Qeyd 1: Maddi kainatın “hicab” kimi tanınmış qara cəhəti, həqiqi
həyat bağışlayan şühud nurundan məhrum etdiyinə görə can alıcı
əjdahaya bənzədilmişdir.
Qeyd 2: Ürəkdə yerləşmiş qohum-qardaş, yaxud aşinalar məhəbbəti:
A: İlahi məhəbbət rəqibi olduğundan rəf olmalıdır.
B: Ürək evində məhbub yerini təngləşdirməyə görə rəf olmalıdır.
C: Bir ürəkdə neçə məhbubu yerləşdirməyə görə vəhdət ilə aşkar
müxalifdir.
D: Yuxarıda sadaladığımız maneələrə görə qohum-qardaş bağlılığı-
nı əjdəha kimi xətərli bilib: "‫"َاﻻَﻗﺎرِب آَﻠﻌﻘﺎرِب‬3 demişlər, müəllif isə bu
mənalara əsaslanaraq bir qəzəldə belə demişdir:
Yusifi-xoşkirdarın sal yada qardaşların,
Tut ətəgindən yarın, boşla qohum-qardaşı.∗
Anlam: Beyt vəhdət ilə bağlı təşvişsiz vəziyyət, yaxud fərdlik məqamı
ilə əlaqədar toxtaqlıq təmənna edir.

Beyt 6: Qayəti-zöhdü vərə’ zahid vüsali-hur isə ,


Vəchi yox mən’ eyləmək huriliqalardən məni .
Sözlük: Qayət = qayə, zöhd = pəhrizkarlıq = dünyaya arxa çevirmək, hur
= huri, vərə = zahid, vəch = yol = cəhət, mən` = maneəçilik =
qadağan, huri-liqa = huri camallı = gözəl
Nişanə 1: "Zöhdü vərə`": Bu beyt də axirət cəzaları qorxusunu,
yaxud behişt hüsnlərindən mükafatlanmağı nəzərə alıb, bir çox dünya
hüsnlərinə arxa çevirməkdən nişanədir (şərti vərə`).

1
Qəzəl 36, beyt 3, nişanə 1
2
Qəzəl 4, beyt 3
3
Qohumlar əqrəblər kimi xətərnakdırlar.

Beyt Əsgər Şahinindir – Ş.F.

1400
Qeyd 1: Şərti zöhd və vərə` isə şərti ibadət-itaət kimi mənfi müamilə
ilə bağlı olduğuna görə batildir.1
Qeyd 2: Mənəvi zərər-ziyandan qoruyan qüvvə həqiqi vərə’dən iba-
rətdir.
Qeyd 3: Vərə`, qorxu əlaməti, qorxu mərifət əlaməti və mərifət qürb
(mənəvi yaxınlıq) əlamətidir.2
Qeyd 4: İrfan və ədəbiyyatın çox faizi vərə’ mərtəbəsindən, riyakar-
casına istifadə etmiş şəxsləri “vərə’” adı ilə tənqid etmişdir.
Nişanə 2: "Huri-iqalar": Bəşəri simada İlahi hüsnlər əks etdirmiş
gözəllərdən, yaxud həzrət mürşüd kimi İlahi vasitələrdən nişanədir.
Anlam: Zahid axirətdə hurilər camalındakı hüsnlərdən bəhrələnmək
məqamına nail olmaq üçün pəhrizkarlıq edir. Halbuki, aşiq
də bu dünyada haman məqamdan bəhrələnir. Beləliklə,
aşiqi tənqid etmək dəlilsiz (vəchi yox) bir tənqiddən başqa
heç nə ola bilməz.
Qeyd 1: Beyt zahidi öz qəbul etdiyi dəlillər ilə məhkum etmək
istəyir.
Qeyd 2: Bəsirət gözündən bəhrələnmiş şəxslər axirət hüsnlərini
dünya güzgüsündə görməyə qadirdirlər.

Beyt 7: Hər cəfa qılsan, Füzuli tək şikayət qılmaram,


Eşq ətvarında sanma bivəfalərdən məni.
Sözlük: Ətvar = yollar = təriqətlər = rəsmlər = adablar
Nişanə 1: "Cəfa": Aşiqin tərbiyəsinə gərəkli qəhrlər və feyzlərdən
nişanədir.
Nişanə 2: "Şikayət": A: Şikayət etmək mənlik nişanəsi olduğundan
ikilikdən, yaxud vəhdət ilə müxalifət etməkdən nişanədir.
B: Şikayət etmək cəfalarla vəfaları fərqləndirəyə görə vəhdət ilə
müxalifdir.
Nişanə 3: "Eşq ətvari": A: Aşiqin və salikin dünyəvi ömür yolunda
seyr etdiyi, "tələb, eşq, mərifət, istiğna, vəhdət, heyrət, fəna" ünvanlı
yeddi çətin yoluna (yeddi vadi) “eşq ətvari” demişlər.
B: Salikin içəri vücudunda, yaxud ürəyində yeddi sıra ədədli yolu
seyr etdirən və yeddi mənəvi və Qurani mədən tanışlığına çatdıran

1
Qəzəl 259, beyt 7, (anlam)
2
Doktor Seyid Cəfər Səccadi. Fərhəngi-loğat və istilahat və təbirati-irfani

1401
mərtəbələrə “eşq ətvari” demişlər.1
Anlam: Beyt Füzulinin vəhdət dənizində qərq olmasını təlqin edir.

1
Qəzəl 13, beyt 1

1402
QƏZƏL 262

(1) Çöhreyi-zərdimdə gör həmdəm sirişki-alimi,


Ol güli-rə’nayə bu rəng ilə bildir halimi.

(2) Ta ki, sərvim basə gahi başim üzrə bir qədəm,


Ey müsəvvir, rəhgüzari üzrə çək timsalimi.

(3) Ey fələk, yoxdur pəlasi-fəqrdən arım mənim,


Ətləsindən bilmişəm üstün mühəqqər şalimi.

(4) Ey xoş ol kim, eşq hərfin bir dəxi təkrar edəm,


Həşr divanında görgəc nameyi-ə’malimi.

(5) Hiç kim yoxdur ki, aləmdən şikayət eyləməz,


Şükr kim, ərz eyləyən çoxdur sənə əhvalimi.

(6) Niyyətim oldur ki, rüxsarın görüb canım verəm,


Müshəfi-rüxsar ilə, qılğıl mübarək falimi.

(7) Sübhü şam ol qibleyi-əbru müqabildir mənə,


Ey Füzuli, Tanrı gözdən saxlasın iqbalimi.

1403
Beyt 1: Çöhreyi-zərdimdə gör həmdəm sirişki-alimi ,
Ol güli-rə’nayə bu rəng ilə bildir halimi .
Sözlük: Çöhrə = üz = camal, sirişk = göz yaşı, rəng = tərz
Nişanə 1: "Çöhreyi-zərd": Seyr yollarına, yaxud eşq vadilərinə son
qoymaqdan öncə yorğun-arğın dayanıb-durmadan nişanədir.
Nişanə 2: "Sirişki-al": Yorğun salikin seyrini yenidən davamlan-
dıran istiqamətləndirici əhvaldan nişanədir (yorğunluğa qələbə çalmaq).
Nişanə 3: "Güli-rəna": Ürək açan və ümid bağışlayan İlahi təcəl-
lilərdən nişanədir.
Anlam: Aşiq zahiri vücuduna qələbə çalmış batini əhvalını nişan
verməklə İlahi təcəllilərdən bir ehsan kimi bəhrələnmək
istəyir.

Beyt 2: Ta ki, sərvim basə gahi başim üzrə bir qədəm ,


Ey müsəvvir, rəhgüzari üzrə çək timsalimi .
Sözlük: Gahi = gah, müsəvvir = rəssam = nəqqaş = surət yaradan = şəkil
çəkən, rəhgüzar = yol = keçid
Nişanə 1: "Sərv": Bu beytdə mütəal məbud təclillərinin davam et-
məsindən nişanədir.
Nişanə 2: "Basa başim üzrə gahi bir qədəm": Başa qədəm basmaq
mənlik-mənəmlik iddiasını məhv etmək nişanəsidir.
Qeyd: Baş mənlik fikri yerləşmiş üzv olduğuna görə qədəm altında
qalmaqla tənbeh olmalıdır.1
Nişanə 3: "Timsal": Aşiqin kölgəsindən nişanədir.
Qeyd: Kölgə zahiri vücuddan nişanədir.
Anlam: Aşiq şəxsi əngəl fikirləri başdan atmağı məşq etmək istəyir.

Beyt 3: Ey fələk, yoxdur pəlasi-fəqrdən arım mənim ,


Ətləsindən bilmişəm üstün mühəqqər şalimi .
Sözlük: Pəlas = palaz, fəqr = fağırlıq = yoxsulluq, mühəqqər = həqir =
xar
Nişanə 1: "Pəlasi-fəqr": Dünyəvi malikiyyətləri, yaxud kəsrət ilə
bağlı etibarları silib-atmış aşiqin maraqsız zahirindən nişanədir.

1
Qəzəl 251, beyt 7

1404
Nişanə 2: "Ətləs": Dünyəvi etibar və məcazi maraqdan nişanədir.
Nişanə 3: "Mühəqqər şal": Bax: Pəlasi fəqr.
Anlam: Aşiq öz yoxsulluğuna yüksək bir etibar kimi iftixar edir.
Qeyd: Aşiq əgər zərrəcə dünyəvi maraqlarla bağlı təmayülatı olsa
də bir o qədər də məşuq ərəfəsindən kənarda qalmalıdır. Bunun üçün də
yoxsulluq (pəlasi-fəqr) ona edilən etibar və fəxrdir.

Beyt 4: Ey xoş ol kim, eşq hərfin bir dəxi təkrar edəm,


Həşr divanında görgəc nameyi-ə’malimi.
Sözlük: Ə`mal = əməllər = işlər
Nişanə 1: "Hərf": Mücərrəd bir əlamət olduğundan, digər hərf ilə
tərkib olmadan əvvəl məna yükünü daşımaqdan, yaxud müsbət və mənfi
təəllüqdən (bağlılıq və asılılıq) azaddır, bunun üçün də eşqin mücərrəd,
yaxud mənəvi olduğuna işarədir.
Anlam: Beyt aşiqi həşr divanından qorxudan zahidə kinayəli cavab
vermək istəyir.

Beyt 5: Hiç kim yoxdur ki, aləmdən şikayət eyləməz,


Şükr kim, ərz eyləyən çoxdur sənə əhvalimi.
Nişanə 1: "Birinci misra": Bu misra, aşağıdakı mətləbləri təlqin
etmək istəyir.
A: "Kövn" və "fəsad" ünvanlı ard-ardınca icad olub, zay olmaq
maddənin qəti xasiyyəti olduğuna görə, maddi dünyanın şadlıqları və
nailiyyətləri də özü kimi səbatsızlığa məhkumdur1 (qəmlərdən şikayət-
lənmək). Bu səbatsızlığı təlqin etmək məqsədilə buyurmuşdur ki:
“Bu çəməndə qönçələr, güllər görən arif bilir
Kim səbat üstündə qalmaz hiç qəbzü inbüsat”.
B: Dünyanın "hadi" üzü razılıq yaradırsa, "hail" üzü şikayət törədir.2
C: Dünyada hər şey və hər hal öz ziddi (əksi) ilə bağlı olduğuna
görə razılıq da şikayət ilə bağlıdır.3
D: Yuxarıda xatırladığımız mətləblər ilə yanaşı bir çox dərin mət-
ləbləri təlqin etmək məqsədilə şərif ayədə: "ٍ‫ن ﻓﻲ َآ َﺒﺪ‬ َ ‫"ﻟﻘﺪ ﺧﻠﻘﻨﺎ اﻻﻧﺴﺎ‬:

1
Qəzəl 64, beyt 4
2
Qəzəl 205, beyt 1
3
Qəzəl 139, beyt 2

1405
(“Həqiqətən, biz insanı məşəqqətlər içində yaratdıq”) buyurulmuşdur1.
Anlam: Hər insan dünyadan narazı olmaqla, istər-istəməz mənim
nalələrimi, yaxud dünyəvi həyatdan şikayət etməyimi təsdiq
edir.

Beyt 6: Niyyətim oldur ki, rüxsarın görüb canım verəm ,


Müshəfi-rüxsar ilə, qılğıl mübarək falimi .
Sözlük: Rüxsar = camal = üz, müshəf = kitab = cild = Quran = asimani
kitab
Nişanə 1: "Rüxsar": Bu beytdə Quran nəsimindən bəhrələndirən
İlahi camal hüsnündən nişanədir (müshəfi rüxsar).
Nişanə 2: "Canım verəm": Can vermək bu beytdə fədakarlıq
əlamətidir.
Nişanə 3: "Fal": Mübarizə etmədən İlahi əhsəndən bəhrələnməyə
“fal”, yaxud “iqbal” demişlər.
Anlam: Can, yalnız mütəal məhbub ərəfəsində fəda olmaq üçün qo-
runmalıdır.

Beyt 7: Sübhü şam ol qibleyi-əbru müqabildir mənə,


Ey Füzuli, Tanrı gözdən saxlasın iqbalimi.
Sözlük: Əbru = qaş
Nişanə 1: "Qibleyi-əbru": Mütəal məbudun qələbə və əzəməti ilə
bağlı sifətlərini təlqin edən nişanədir.
Nişanə 2: "İqbal": bax: beyt 6, nişanə 3 (fal)
Anlam: Aşiq, İlahi qələbə sifətləri ilə zəbt olunmuş vücudu ilə fəxr
edir.

1
Quran, Bələd surəsi, 5-ci ayə

1406
QƏZƏL 263

(1) Yar qılmazsa mənə cövrü cəfadən qeyri,


Mən ona eyləməzəm mehrü vəfadən qeyri.

(2) Ey deyən “qeyrə könül vermə”, hanı məndə könül,


Səri-zülfündə olan bəxti-qəradən qeyri?

(3) Qıldı Məcnun kimi çoxlar həvəsi-eşq, vəli


Doymadı dərdə, məni-bisərü padən qeyri.

(4) Mişki-Çin zülfün ilə eyləsə də’va nə əcəb,


Nə olur üzü qara qulda xətadən qeyri?

(5) Ləbinə çeşmeyi-heyvan deməzəm kim, ləbinin


Var bir canə yarar feyzi, bəqadən qeyri.

(6) Hiç kim bilmədi təhqiq ilə ağzın sirri ,


Sirri-qeybi nə bilir kimsə xudadən qeyri.

(7) Ey Füzuli, bizə təqdir qəm etmiş ruz ,


Qılalım səbr, nədir çarə rizadən qeyri.

1407
Beyt 1: Yar qılmazsa mənə cövrü cəfadən qeyri ,
Mən ona eyləməzəm mehrü vəfadən qeyri .
Sözlük:Mehr = məhəbbət = dostluq
Nişanə 1: "Yar": Ariflər şühud mərtəbəsində parlayan İlahi camala
“yar” demişlər.
Nişanə 2: "Cövrü cəfa": Aşiqin istiqamət və istedadını üzə çıxaran
qəbzlər və qəhrlərdən ibarətdir.
Nişanə 3: "Mehrü vəfa": Qəbz mərhələsini də bəst məqamı kimi
əziz tutmaqdan nişanədir.
Anlam: Qəhr də lütf kimi mütəal məhbuba mənsub olduğuna görə
əzizdir.

Beyt 2: Ey deyən “qeyrə könül vermə”, hanı məndə könül ,


Səri-zülfündə olan bəxti-qəradən qeyri ?
Sözlük: Səri-zülf = zülfün ucu
Nişanə 1: "Səri-zülf": Aşiqi gah güzgü kimi şühud nurunu əks
etdirən (hadi), gah da hicab kimi haman nurdan məhrum edən (hail)
kəsrətdən nişanədir.
Qeyd: Səri-zülf mərhələsi aşiqi dünyəvi və şəxsi malikiyyətlərindən
ayırmaqda bir müqəddimə kimidir.
Nişanə 2: "Bəxti qara": Gözün nuru onun qara bəbəyində, qəlbin
nuru isə onun "süveyda"1 ünvanlı qara mədənində olduğundan, irfan və
fəlsəfə araşdırıcıları qaralığı nur mədəni bilmişlər. Beləliklə bəxtin qara
olduğu, onun işıq tutumlu olduğunu, nəhayət, İlahi ərəfədə qəbula
keçməsinə işarə edir.
Anlam: Beyt iki dünyada yalnız bir dilbərə ürək bağlamağa işarə
edir.

Beyt 3: Qıldı Məcnun kimi çoxlar həvəsi-eşq, vəli


Doymadı dərdə, məni-bisərü padən qeyri .
Sözlük: Bisərü pa = aciz = həqir
Anlam: A: Füzuli "Məndə Məcnundan füzun aşiqlik iste’dadı var"
buyurduğunu təkrar və təkid edir.
B: Mənəvi eşqin məcazi eşqdən daha üstün olduğunu təlqin edir.

1
Qəzəl 13, beyt 1

1408
Beyt 4: Mişki-Çin zülfün ilə eyləsə də’va nə əcəb ,
Nə olur üzü qara qulda xətadən qeyri ?
Sözlük: Mişki-Çin = "Xütən"1 ahusunun göbəyindən alınan ətirli qaratə-
hər bir maddə, də’va = iddia = mücadilə = cidal
Nişanə 1: "Mişki-Çin": Dünyəvi ürək açan cazibələrdən nişanədir.
Nişanə 2: "Zülf": Aşiqi bu beytdə bəşəri səviyyədən İlahi mərtəbəyə
yüksəldən vəhdət rayihəli kəsrətdən nişanədir (mə’nəvi maraqlar).
Anlam: Bu beyt də ötən beytlər kimi mə’nəvi maraqların dünyəvi
maraqlarla müqayisə olmamazlığını təlqin etməklə şərif
ayədə: "‫ﻲ‬ ‫ﺲ آﻤﺜﻠ ِﻪ ﺷ ﻴ ﱞ‬َ ‫"ﻟﻴ‬: (“Onun bənzəri heç bir şey yoxdur”2)
buyuruğuna işarə edir. Ulu şeyx Sə’di İlahi camalın bənzət-
məyə sığmamazlığını təlqin etmək məqsədilə demişdir ki:
‫اي ﺑﺮﺕﺮ از ﺧﻴﺎل و ﻗﻴﺎس و ﮔﻤﺎن و وهﻢ‬
‫وز ﺁﻧﭽﻪ ﮔﻔﺘﻪ اﻧﺪ و ﺷﻨﻴﺪﻳﻢ و ﺧﻮاﻧﺪﻩ اﻳﻢ‬
Qeyd: İlahi hüsnü bəşəri hüsn ilə müqayisə etmək cahillik əlamət-
dir.

Beyt 5: Ləbinə çeşmeyi-heyvan deməzəm kim, ləbinin


Var bir canə yarar feyzi, bəqadən qeyri .
Sözlük: Çeşmeyi-heyvan = dirilik suyu = həyat çeşməsi3, bəqa = əbədilik
= əbədi həyat
Nişanə 1: "Ləb": Bütün yaranmışlara hətta "cövhər" adlı iç aləmə
həyat, yaxud varlıq bağışlayan "rəhmani nəfəs" ünvanlı İlahi feyzdən
ibarətdir.
Nişanə 2: "Feyz": İlham vasitəsilə aşiqin qəlbinə daxil olmuş əvəz-
siz ne’mətə “feyz” demişlər.
Nişanə 3: "Çeşmeyi-heyvan": Dünyəvi diriliyi əbədiləşdirən mənşə-
dən ibarətdir.
Nişanə 4: "Bəqa": Dünya üzərində əbədi yaşamaqdan nişanədir.
Anlam: Çeşmeyi-heyvan təkcə dünyəvi həyatı əbədiləşdirməyə qa-
dirdirsə, ləb mərtəbəsi mə’nəvi əbədiyyətə qovuşdurmağa,
həm də bir çox başqa möcüzələrə qadirdir.

1
Xütən, yaxud Xüta-Çin Türküstanında yerləşmiş bir ölkədir.
2
Quran, Şura surəsi, 11-ayədən bir hissə
3
Bax: Qəzəl 46, beyt 2

1409
Qeyd: Bu beyt də mə’nəvi nailiyyətin dünyəvi nailiyyətdən daha
üstün olduğunu təlqin etmək istəyir.

Beyt 6: Hiç kim bilmədi təhqiq ilə ağzın sirrin ,


Sirri-qeybi nə bilir kimsə xudadən qeyri .
Nişanə 1: "Ağzın sirri": Ağızın sirri mütəal məbudun "mütəkəllim"
ünvanlı sifətilə bağlı bəşəri əql və xəyala sığmaz özəl ilhamından
nişanədir.
Nişanə 2: "Sirri-qeyb": Bax ağız sirri.
Qeyd: Sirri qeyb, şərif ayədə: "ِ‫ﺖ ﻋﻠّﺎ ُم اﻟﻐﻴﻮب‬
َ ‫ﻚ اﻧ‬
َ ‫"اﱠﻧ‬: (Həqiqətən,
qeybləri bilən ancaq Sənsən1) buyurulan fərmayişə də işarə edir.
Anlam: A: Beyt İlahi ilham və işarənin bəşəri əql və ibarəyə sığmaz-
lığını təlqin edir.
B: Füzuli, öz eşqinin qeyb ilə əlaqədar olduğunu təlqin edir.

Beyt 7: Ey Füzuli, bizə təqdir qəm etmiş ruzi ,


Qılalım səbr, nədir çarə rizadən qeyri.
Nişanə 1: "Birinci misra": Bu misra təqdir, yaxud alın yazısı ilə bağ-
lı məcburluğu yox, bəlkə eşq aləminin təbii qanununu təlqin edir. De-
mək, qəmginlik və mübtəlalıq kimi müşküllər məna mülkünün, yaxud
eşq aləminin möhkəm və tanınmış qanunlarına bağlıdırlar.
Nişanə 2: "Səbr": Səbr bu beytdə bəşəri vücud təzahüratını, xüsusilə
şikayətlənmək sifətini yerli-dibli tərk qılmaqdan nişanədir.
Qeyd 1: Cəfa ilə vəfanı fərqsiz bilmək səbr əlamətidir.
Qeyd 2: Din alimləri həqiqi imanı "səbr" və "şükr" ünvanlı iki his-
sədən mürəkkəb bilmişlər.
Nişanə 3: "Riza": A: Bəlalardan ləzzət çəkmək mərtəbəsinə “riza”
demişlər.
B: Öz razılığını unudub, canan razılığını alqışlamağa “riza” demiş-
lər.
C: Batini vücudun məşəqqət, yaxud ləzzət içində, vahid halda
qalmağına riza demişlər.
Qeyd: İslamın ulu peyğəmbəri gülümsər halda asimana baxıb: "İla-
hi hökmdən və asimani qəzadan təəccüb edirəm ki nazil olunmuş məşəq-
qət nazil olunmuş ləzzət kimi imanlı bəndə (riza mərtəbəsində) haqqında

1
Quran, Maidə surəsi, 109-cu ayədən bir hissə

1410
xeyirlidir" buyurdu.1
Anlam: Beyt Füzulinin səbr və riza mərtəbəsinə nail olduğunu, ya-
xud mə’nəvi üstün mərifətini təlqin edir.

1
Doktor Seyid Cəfər Səccadi. “Fərhəngi-loğat və istilahat vətəbirati-irfani”.

1411
QƏZƏL 264

(1) Yıxdı saqi bir əyaq ilə məni-əfgari,


Bir təpik eylədi viran bu kühən divari.

(2) Gah mə’mur qılır badə məni, gah xərab,


Görünüz gah yapıb, gah yıxan me’mari.

(3) Gün çıxınca saçaram gövhəri-əşk əncüm tək,


Gecələr yadimə gəldikcə məhi-rüxsari.

(4) Dil yaxar dağ gözün fikri ilə hicr günü,


Bu çirağiləmi saxlar gecə ol bimari?

(5) Yox özündən xəbəri kim ki, gəlir dünyayə,


Bəzmdən dışra qomaz piri-muğan hüşyari.

(6) Bizə çün qədr bulunmaz, çıxalım dünyadən,


Müştəri yox, necə bir bəkliyəlim bazari.

(7) Qeydi-təqlid Füzuli, sənə bir afətdir


Bir həsar edə gör ondan özünə zünnari.

1412
Beyt 1: Yıxdı saqi bir əyaq ilə məni-əfgari ,
Bir təpik eylədi viran bu kühən divari .
Sözlük: Əfgar = yaralı = yorğun, kühən = köhnə
Nişanə 1: "Saqi": Saqi bu beytdə, mə’nəvi feyzlər bağışlayan mür-
şüd həzrətindən, yaxud digər İlahi vasitədən nişanədir.
Nişanə 2: "Məni-əfgari": "Viran" mərtəbəsinə hazırlaşmış vücuddan
nişanədir.
Nişanə 3: "Viran": Fiziki mahiyyət batilliyindən, yaxud cismani
əngəl olan həyatın karsız məğlub olduğundan nişanədir.
Qeyd: "Əzdad" baxımı demişkən 1 , viranlıq, yaxud zahiri vücud
karsızlığı, batini vücud fəaliyyətinə (abadlıq) aydın bir sübutdur.
Nişanə 4: "Kühən divar": Bax: məni-əfgar.
Anlam: Təkcə bir nümunə (təpik), yaxud bir feyz ilə viran olmaq:
A: Aşiqanə istedadın axır mərtəbəsindən nişanədir.
B: Arifanə təlimatın son dərəcəyə çatmasından nişanədir.

Beyt 2: Gah mə’mur qılır badə məni, gah xərab ,


Görünüz gah yapıb, gah yıxan me’mari .
Sözlük: Gah = gahi, mə’mur = abadan = abad
Nişanə 1: "Mə’mur": Bu beytdə İlahi sifətlərdən bəhrələnmək mü-
qəddiməsindən ibarətdir.
Nişanə 2: "Badə": Bu beytdə İlahi parlamalar önündə qəlbi silkə-
ləyən eşq bolluğundan nişanədir.
Nişanə 3: "Xərab": Bu beytdə bəşəri sifətlərdən ayrılmaq müqəddi-
məsindən ibarətdir.
Nişanə 4: "İkinci misra": Bu misra, "mə’mur" və "xərab" ünvanlı iki
mərtəbə arasındakı müvəqqəti sərgərdanlıq nişanəsidir.
Anlam: Beyt aşiqin gah "sokr" ünvanlı mərtəbədə şadlıq içində
özündən xəbərsizliyini, gah "səhv" ünvanlı mərtəbədə öz
bəsitlənmiş batinindən xəbərdar olduğunu təlqin edir.

Beyt 3: Gün çıxınca saçaram gövhəri-əşk əncüm tək ,


Gecələr yadimə gəldikcə məhi-rüxsari .

1
Qəzəl 3, beyt 2

1413
Sözlük: Əşk = göz yaşı, əncüm = ulduz = ulduzlar, məh = ay, rüxsar = üz
Nişanə 1: "Gün çıxınca": Günün çıxmağı: A: Aşiqin mənliyini qo-
paran İlahi camal cəlalarına işarə edir.
B: Təcrid, yaxud üryanlıq məqamına nail edən İlahi təcəllilərə işarə
edir.
Nişanə 2: "Gövhəri eşq": Maddi əngəl vücudun batil olmağına lazım
olan sərmayədən ibarətdir.
Nişanə 3: "Gecələr": Gecə: A: Ürək münacatının qəbulluq şəraitinə
işarə edən nişanədən ibarətdir.
B: Bəsitlik şəraiti olduğundan duaların qəbulluq zamanından
nişanədir.
Nişanə 4: "Məhrüxsar": Qara maddənin ağ nuru təzahür etdirən
vahid canan camalından nişanədir.
Anlam: Beyt məhrüxsar mərtəbəsi ilə tanış aşiqin ətəş və tələbini təl-
qin edir.

Beyt 4: Dil yaxar dağ gözün fikri ilə hicr günü ,


Bu çirağiləmi saxlar gecə ol bimari ?
Sözlük: Hicr = hicran
Nişanə 1: "Dağ": Aşiqin qəlbinə girmiş İlahi nişanla bağlı hərarət və
ətəşdən nişanədir.
Nişanə 2: "Göz": İlahi camal cəlalarından bəhrələndirən şühud
sifətindən nişanədir.
Nişanə 3: "Hicr günü": Bu beytdə şühud əlaqələri kəsiləndən
sonrakı xumarlıq və bimarlıqdan nişanədir.
Nişanə 4: "İkinci misra": Bu misra: A: Bimar aşiqi şühud zamanına
çatdırmaq məqsədilə qorumaqdan nişanədir.
B: Bimarlıq qurbanlıq sərmayəsidir, ancaq bu sərmayə kamil
olmaqdan əvvəl qurban olmaq, fədakarlıq yox, bəlkə xətakarlıq hesaba
alınır. Buna görə də bimarı qorumaq gərəkli olur.
Anlam: Aşiq İlahi nişan girmiş qəlbini şühud nuruna fəda etmək
məqsədilə mühafizə edir.

Beyt 5: Yox özündən xəbəri kim ki, gəlir dünyayə ,


Bəzmdən dışra qomaz piri-muğan hüşyari.
Sözlük: Bəzm = ziyafət məclisi = xeymə, piri-muğan = Zərdüşt məktə-
binin rəhbəri, hüşyar = huşlu
1414
Nişanə 1: "Bəzm": Bu beytdə piri-muğan məktəbindən, yaxud
ariflər əncümənindən nişanədir.
Nişanə 2: "Piri-muğan": Yer adamını aşiqanə tə’limat ilə özlü-
yündən ayırıb Tanrıya qovuşdurmağa tərbiyə edən İlahi rəhbərə “piri-
muğan” demişlər.1
Nişanə 3: "Huşyar": Bu beytdə bəşəri sifətlər tör-töküntüsündən
təsirlənmiş aşiqdən nişanədir.2
Qeyd: Huşyarlıq sifətindən mükəmməl surətdə azad olmayan
tələbəyə, irfan təlimat məktəbini, yaxud ariflər əncümənini tərk etməyə
rüxsət verməmişlər, çünki o (tələbə) naqis olduğuna görə eşq və irfan
sirrini gizli saxlamağa qadir deyil.
Anlam: İrfan dünyasına daxil olmağın əsas şərti fiziki mahiyyət
aləmdən xaric olmalıdır.
Qeyd: Birinci misra "bəzmdən dışra qomaz" hökmünü dəlilləşdir-
mək istəyir.

Beyt 6: Bizə çün qədr bulunmaz, çıxalım dünyadən ,


Müştəri yox, necə bir bəkliyəlim bazari .
Nişanə 1: "Qədr": Aşiqi özlüyündən çıxan anlarına “qədr” demişlər.
Nişanə 2: "Müştəri yox": Bu nişanə mərifətsizlik əlamətidir.
Nişanə 3: "Bazar": İlahi təcəllilər şəraitinə “bazar” demişlər.
Anlam: Beyt maddi dünyaya məşğul olmuşların mə’nəvi dəyərlərdən
(qədr) xəbərsiz olduğundan şikayət edir.

Beyt 7: Qeydi-təqlid Füzuli, sənə bir afətdir


Bir həsar edə gör ondan özünə zünnari.
Sözlük: Qeyd = həbs = məhbəsdə qalmaq, zünnar = qurşaq = zərdüştlərin
özəl qurşağı = xaç asılmış bağ
Nişanə 1: "Qeydi-təqlid": Bu beytdə: A: Eşq və irfan tələblərinin
Füzuli məktəbinə tabe olduqlarından nişanədir (Qeyde-təqlide-Füzuli).
B: Füzulinin batininə tabe olmuş zahirindən nişanədir (qeyde-
təqlide-Füzuli).
Nişanə 2: "Zünnar": Bu beytdə öz işlərinin zahirini əql tədbiri ilə

1
Qəzəl 23, beyt 8
2
Bax : beyt 2, anlam

1415
müvafiq etməkdən nişanədir1 (İctimai etirazlardan çəkinmək, yaxud eşq
sirrini gizli saxlamaq).
Anlam: Füzuli, irfan məktəbinin tələbələrinə, yaxud öz zahirinə
ictimai adab ilə açıq-aşkar müxalifət etməyi təlqin edir.
Qeyd: Hərdən zahiri adab-ənənə ilə həmahəng olmaq eşq sirrini
saxlamaqdan ötrü gərəkli olur.

1
Qəzəl 131, beyt 4

1416
QƏZƏL 265

(1) Nə görür əhli-cəfa məndə vəfadən qeyri ,


Nə bulur şəm’i yaxan kimsə ziyadən qeyri .

(2) Ey olan sakini-məscid, nə bulubsan bilmən ,


Buriyasında onun buyi-riyadən qeyri .

(3) Gəl xərabatə, nəzər saqiyə qıl kim, yoxdur


Rüxi-safü meyi-safinda səfadən qeyri .

(4) Sərbəsər vadiyi-möhnətdirü qəm mülki-vücud ,


Bir fərağət yeri yox şəhri-fənadən qeyri .

(5) Cümleyi-xəlq mənə yar üçün əğyar oldu ,


Qalmadı kimsə mənə yar Xudadən qeyri .

(6) Əzmi-kuyində könül yarlıq istər bizdən ,


Əlimizdən nə gəlir xeyr-duadən qeyri .

(7) Fəqr imiş fəqr, Füzuli şərəfi-əhli-vücud ,


Özünə eyləmə həmdəm füqəradən qeyri.

1417
Beyt 1: Nə görür əhli-cəfa məndə vəfadən qeyri ,
Nə bulur şəm’i yaxan kimsə ziyadən qeyri .
Nişanə 1: "Əhli-cəfa": A: Eşq mərtəbələrini inkar edən iradcıl
camaatdan nişanədir.
B: Gözdən qeyb olmuş İlahi vasitələrdən nişanədir.
Nişanə 2: "Vəfa": "Ələst"1 aləmində qol çəkilmiş öhdəlik sənədinə
dəqiqliklə əməl etməkdən nişanədir.
Nişanə 3: "Şəm`i yaxan kimsə": Ürəyi İlahi cəlalar ətəşilə dolmuş
aşiqdən nişanədir.
Nişanə 4: "Ziya": Bütün əşyaların həqiqətini, yaxud onların İlahi
nur əks etdirən cəhətini görməkdən nişanədir.
Anlam: Aşiq yuxarı aləmdən gətirdiyi xarakterinin sağlamlığını təl-
qin edir.

Beyt 2: Ey olan sakini-məscid, nə bulubsan bilmən ,


Buriyasında onun buyi-riyadən qeyri .
Sözlük: Buriya = həsir, buyi-riya = riyakarlıq iyi
Nişanə 1: "Məscid": Məscid bu beytdə ibadət-itaətin surətində
(adabında) dəqiqlik göstərməklə mənasından xəbərsiz qalmağa işarə edir.
Qeyd: Mövləvi: "‫"ﻧﻴﺴﺖ ﻡﺴﺠﺪ ﺟﺰ درون ﺱﺮوران‬2 buyurmaqla mə’nəvi
rəhbərlərin ürəyini, yaxud təlimatını həqiqi məscid bilmişdir (Məsciddən
bəhrələnmək İlahi rəhbərlər təlimatının şərtidir).
Nişanə 2: "Buriya": "Fəqr"3 mərtəbəsinə riyakarcasına hidayət edən
səbəbdən nişanədir.
Anlam: Beyt riyakar dindar ilə bir sırada durmaq və sinifdaş olmağı
tənqid edir.

Beyt 3: Gəl xərabatə, nəzər saqiyə qıl kim, yoxdur


Rüxi-safü meyi-safinda səfadən qeyri .
Sözlük: Xərabat = xarabalar = viranələr = meykədə, rüx = üz = camal
Nişanə 1: "Xərabat": A: Bütün kainatın vücudunu, işini, zahirini və
zatını vahid olan məbudun rəhmət sifətinə bağlı göstərməklə ikiliyi,

1
Qəzəl 19, beyt 4
2
Mövləvi, Məsnəvi, 2-ci dəftər, 3151-ci beyt
3
Qəzəl 21, beyt 1 və qəzəl 25, beyt 5

1418
yaxud vəhdətdən başqasını yox bildirən vəziyyətdən nişanədir.
B: Bəşəri iradə - ixtiyardan, həmçinin cism ilə əlaqədar sifətlər
qələbəsindən azad edən vəziyyətə (həqiqi məscid) “xərabat” demişlər.
Nişanə 2: "Saqi": Bu beytdə həzrət mürşüd, yaxud həzrət Cəbrail
kimi vasitədən nişanədir.
Nişanə 3: "Rüxi-saf": Vücudun içəri üzündən maddi küdurətləri
qoparan İlahi camal cəlalarından nişanədir.
Nişanə 4: "Meyi-saf": Vücudun bəşəri hissəsini məğlub etməklə
İlahi hissəsini vəhdət dənizinə qoşulmağa hazırlayan məstlik mərtəbə-
sindən nişanədir.
Nişanə 5: "Səfa": "Rüxi-saf" və "Meyi-saf" mərtəbələrindən
bəhrələndirmiş aşiqin bəsitlik məqamından ibarətdir.
Anlam: Beyt ötən beytdə qeyd olunmuş məscid əhlinin əksinə xəra-
bat (həqiqi məscid) əhlinin, xüsusilə mürşüd həzrətinin
riyasız olduğunu təlqin edir.

Beyt 4: Sərbəsər vadiyi-möhnətdirü qəm mülki-vücud ,


Bir fərağət yeri yox şəhri-fənadən qeyri .
Sözlük: Sərbəsər = başdan-başa
Nişanə 1: "Birinci misra": Bu misra "Kim səbat üstündə qalmaz heç
qəbzü inbisat" buyurduğu kimi maddi qurğulu dünyada (mülki vücud)
təşvişsiz fərağətdən bəhrələnməyin mümkünsüz olduğunu təlqin edir.1
Nişanə 2: "Şəhri-fəna": Seyr vadilərinin 7-ci, yaxud son vadisinə
“şəhri-fəna” demişlər.2
Qeyd 1: Şəxsi şüur və bəşəri sifətləri təmamilə unutmağa “fəna”
demişlər.
Qeyd 2: Qəbul olunmuş fədakarlıq, yaxud qurbanlıq nəticəsinə
“fəna” demişlər.
Anlam: İztirabsız həyat cismi təmayülata, yaxud maddi qurğulu
dünya ilgilərinə qələbə etməklı mümkündür.

Beyt 5: Cümleyi-xəlq mənə yar üçün əğyar oldu ,


Qalmadı kimsə mənə yar Xudadən qeyri .

1
Qəzəl 262, beyt 5
2
Şeyx Əttar, (Məntiqət-teyr) : "‫ "ﮔﻔﺖ ﻡﺎ را هﻔﺖ وادي در رﻩ اﺱﺖ‬misrasında deyilən mərhələ, seyr
vadiləri, tələb, eşq, mərifət, istiğna, vəhdət və fəna ünvanlı sınayıcı mərhələlərdən ibarətdir.

1419
Anlam: Aşiq kəsrət maneələrindən (cümleyi xəlq) azad olmağı vəh-
dət dənizinə qovuşduran müqəddimə kimi tanıtdırmaq
istəyir.

Beyt 6: Əzmi-kuyində könül yarlıq istər bizdən ,


Əlimizdən nə gəlir xeyr-duadən qeyri .
Nişanə 1: "Kuy": Bu beytdə vəhdət ərəfəsindən nişanədir.
Nişanə 2: "Könül": Bu beytdə mə’nəvi mərtəbələr tanışlığına qadir
olan batini vücuddan nişanədir.
Nişanə 3: "Yarlıq istəmək": Bu nişanə zahiri batin ilə həmahəng
etdirən tələb əlamətidir.
Nişanə 4: "Xeyr-dua": 3-cü nişanə ilə müvafiqət etmək əlamətidir.
Anlam: Beyt zahiri vücudun deyil batini vücud ilə həmahəng olmağı
təlqin edir.

Beyt 7: Fəqr imiş fəqr, Füzuli şərəfi-əhli-vücud ,


Özünə eyləmə həmdəm füqəradən qeyri.
Sözlük: Fəqr = fağırlıq = yoxsulluq, füqəra = fağırlar = yoxsullar
Nişanə 1: "Fəqr": Dünyəvi malikiyyətlərin, həmçinin şəxsi iradə-
ixtiyarın həqir və səbatsız olduğunu bildirən mərifətdən nişanədir
Qeyd: Şərəf ləbbadəsi, peyğəmbərlər libası, sülhpərvərlər köynəyi,
pəhrizkarlar tacı, möminlər zinəti və ariflər qəniməti “fəqr”dən
ibarətdir.1
Nişanə 2: "Əhli-vücud": A: Bu beytdə ruh və cism ünvanlı iki
hissədən yaranmış insandan ibarətdir.
B: Mütəal məbudun bütün dünyaya yayılmış ümumi feyzindən
bəhrələnmiş insana “vücud” demişlər.
Nişanə 3: "Füqəra": Dünyəvi mallar və halların heç birinə maraq
göstərməyib yalnız mütəal məbud razılığını tələb etmiş insanlara
“füqəra” demişlər.2
Anlam: Ülvi mərtəbələrə yüksəlməyin əsas şərti füqəra təlimatından
bəhrələnməkdir.

1
Doktor Seyid Cəfər Səccadi. “Fərhəngi-loğat və istilahat və təbirati-irfani.
2
Qəzəl 81, beyt 5

1420
QƏZƏL 266

(1) Tərəşşüh qəbrimin daşından etmiş çeşmimin yaşi,


Xəyal eylər görən kim, lə’ldəndir qəbrimin daşi.

(2) Nə zibasən ki, surət bağlamaz təsviri-rüxsarın,


Təhəyyür surət eylər, surətin gördükdə nəqqaşi.

(3) Nola girdabi-qəm dersəm, dili-sərgəştə dünyayə,


Sanır kim, cizginir aləm, kimin kim, cizginir başi.

(4) Sipehri-pürkəvakibdən degil dərdə dəva mümkün,


Xəyal etmə verə tiryaki-zəhri-qəm bu xəşxaşi.

(5) Bəqasi mümkün olmaz, olsa gər divari-ömründə


Məhü xurşiddən xiştü bina, əflakdən kaşi.

(6) Verər əmvatə ehya badə, guya kim, çıxıb hər dün,
Salır feyzi-Məsiha badəyə xümxanə xoffaşi.

(7) Füzulini rəhi-eşqində əşkü ah edər rüsva,


Bəladır hər kimin bir yolda qəmmaz olsa yoldaşi.

1421
Beyt 1: Tərəşşüh qəbrimin daşından etmiş çeşmimin yaşi ,
Xəyal eylər görən kim, lə’ldəndir qəbrimin daşi.
Sözlük: Tərəşşüh = damcılamaq = tərləmək, çeşm = göz
Anlam: Beyt eşq ilə bağlı tələb və ətəşin qiyamətə qədər davam et-
məsini təlqin etməklə, batin ilə həmcins olmuş zahiri vücu-
dun1 qəbr aləminə də xüsusi həyat sürməyini məlum edir.

Beyt 2: Nə zibasən ki, surət bağlamaz təsviri-rüxsarın ,


Təhəyyür surət eylər, surətin gördükdə nəqqaşi .
Sözlük: Rüxsar = üz = camal, təhəyyür surət = heyrət əks etdirmiş
üz
Nişanə 1: "Birinci misra": Bu nişanə İlahi camal hüsnün bəşəri ülgü
olduğunu, onun zehn və anlayışında sığmazlığını təlqin edir.
Nişanə 2: "İkinci misra": Bu nişanə, içəri heyrətin üzə çıxmağını
təlqin edir.
Anlam: Bax: Nişanə 1.

Beyt 3: Nola girdabi-qəm dersəm, dili-sərgəştə dünyayə ,


Sanır kim, cizginir aləm kimin kim, cizginir başi .
Sözlük: Sərgəştə = sərgərdan = heyran =avara
Anlam: Beyt yer üzərinə üz üzə toqquşub tozanaq qoparan yellər
kimi dəniz səviyyəsində qovzanmış su sütunları (girdab)
təsvir etməklə aşiqin batinində qopan tufandan təsirlənmiş
zahirini təsvir etmək istəyir.
Qeyd 1: İkinci misra mə’nəvi əhvalatı hissiləşdirmək və dəlilləş-
dirmək istəyir.
Qeyd 2: Dünya baş gicəllənmə tutmuş şəxsin başına dolanmaqla:
A: Onun əngəl əqlinin (dünyaşünas əql) aciz və fəaliyyətsiz
olduğunu alqışlayır.
B: Dünya, başını2 təmamilə unutmuş bir aşiqin ətrafına dolanmaqla
onu Kəbə kimi3 ziyarətə layiq bilir.

1
Qəzəl 103, beyt 2
2
Bəşəri iddialar və məğrurluqlara “baş” demişlər.
3
Qəzəl 135, beyt 3

1422
Beyt 4: Sipehri-pürkəvakibdən degil dərdə dəva mümkün ,
Xəyal etmə verə tiryaki-zəhri-qəm bu xəşxaşi.
Sözlük:Sipehr = asiman = göy, pürkəvakib = ulduzlarla dolu, xəşxaş =
xaşxaş
Nişanə 1: " Sipehri-pürkəvakib": Bu nişanə insanların alın yazısın-
dakı təsir edici ulduzlar seyrindən ibarətdir.1
Anlam: Aşiq ulduzlar seyri tələb və ətəş dərdinə dərman etməkdən
acizdir.
Qeyd 1: Asiman bu beytdə xəşxaş gülünə ulduzlar isə onun içindəki
narın dənlərə bənzədilmişdir.2

Beyt 5: Bəqasi mümkün olmaz, olsa gər divari-ömründə


Məhü xurşiddən xiştü bina, əflakdən kaşi .
Sözlük: Bəqa = müqavimət = dayanaq, məh = ay, xurşid = günəş, xeşt =
kərpic, əflak = fələkər = göylər
Anlam: Dünya öz bütövlüyündə, həm də təfərrüatında hərəkət
qanunun tabeliyində olduğundan, sakinlik və səbat (bəqa)
mərkəzi ola bilməz.3 Bu anlam ötən beyt ilə əlaqədar "
sipehri-pürkəvakib" acizliyini təkrar və təsdiq edir.

Beyt 6: Verər əmvatə ehya badə, guya kim, çıxıb hər dün ,
Salır feyzi-Məsiha badəyə xümxanə xoffaşi.
Sözlük: Əmvat = ölülər = meyitlər, Məsiha = Həzrət İsa peyğəmbər,
xümxanə = meykədə, xoffaş = şəbpərə = yarasa
Nişanə 1: "Əmvat": A: Əcəldən öncə şəxsin iradə- ixtiyarını
həmçinin bəşəri sifətlərini, yaxud özlüyünü məğlub və məhv etmiş
ariflərə “əmvat” demişlər.
B: Müşahidə nurundan məhrum olmuş qəlblərə “əmvat” demişlər.
Nişanə 2: "Əhya": Əhya bu beytdə "mərifət" ünvanlı ikinci, yaxud
həqiqi həyat nişanəsidir.
Qeyd 1: Mövləvi, hər bir insanın can miqdarını onun mərifət

1
Qəzəl 71, beyt 4, nişanə 3
2
Xaşxaş gülündən alınmış tiryək öldürücü zəhərə zidd olduğundan bir çox bədən ağrısının,
xüsusilə zəhərlənmənin dərmanı kimi tanınmışdır.
3
Qəzəl 127, beyt 1

1423
miqdarı ilə bərabər göstərmək məqsədilə:
" ‫ﺟﺎن ﻧﺒﺎﺷﺪ ﺟﺰ ﺧﺒﺮ در ﺁزﻡﻮن‬
‫"هﺮ آﻪ را اﻓﺰون ﺧﺒﺮ ﺟﺎﻧﺶ ﻓﺰون‬
buyurmuşdur.1
Qeyd 2: Bəşəri sifətlərini, yaxud mənliyini öldürmüş bir aşiq şərif
ayədə: "‫ﻦ ﻧُﺤﻲ اﻟﻤَﻮﺕﻲ‬ ُ ‫"اﻧﺎ ﻧَﺤ‬: (“Həqiqətən, ölüləri dirildən, əlbəttə, bizik”2)
buyurulan fərmayişdən bəhrələnməklə həqiqi ölməz həyata nail
olmalıdır.
Nişanə 3: "Feyzi-Məsiha": Məryəm oğlu İsanın ölüləri Allah izni ilə
qəbirdən diri çıxaran nəfəsindən (üfürməyindən) nişanədir.3
Nişanə 4: "Xümxanə": A: İlahi təcəllilərdən bəhrələnmiş qəlbə
“xümxanə” demişlər.
B: Eşq ilə bağlı məstliklərə məğlub olmuş ürəyə “xümxanə”
demişlər.
C: Bəndənin məbud ilə münacat etdiyi məhəllinə “xümxanə”
demişlər.
D: Ürək quşuna həqiqi ölməz həyat bağışlayan şəraitə “xümxanə”
demişlər.
Nişanə 5: "İkinci misra": Bu misra İsa peyğəmbərin düzəltdiyi quş
rəvayətini təlqin etmək istəyir.
Qeyd 1: Rəvayət: Bir gün İsa peyğəmbər palçıqdan quş surətində
bir şey düzəltdikdən, sonra ona üfürdü, və quş Allah iznilə həqiqi bir quş
kimi gözlərdən itincə uçdu, sonra yerə düşüb öldü. Mütəal məbud,
onunla eyni "xoffaş" adlı bir quş yaratdı.4 Şairlər sultanı Xaqani:
‫ﭼﺮا ﻋﻴﺴﻲ ﻃﺒﻴﺐ ﻡﺮغ ﺧﻮد ﻧﻴﺴﺖ آﻪ اآﻤﻪ را ﺕﻮاﻧﺪ آﺮد ﺑﻴﻨﺎ‬
buyurmaqla bu rəvayətə işarə edir.
Qeyd 2: Şərif ayə: "‫ن‬ ِ ‫ن ﻃﻴﺮًا ﺑﺎذ‬
ُ ‫ﺦ ﻓﻴ ِﻪ ﻓَﻴﻜﻮ‬
ُ ‫ﻦ َآﻬَﻴﺌ ِﻪ اﻟﻄﻴ ِﺮ ﻓَﺎﻧ َﻔ‬
ِ ‫ﻖ ﻟﻜﻢ ﻡِﻦ اﻟﻄﻴ‬
ُ ‫اﻧﻲ اَﺧُﻠ‬
‫ﷲ‬
ِ ‫"ا‬: (“Mən sizə palçıqdan quş surətində bir şey düzəldərəm, sonra ona
üfürərəm, o da Allahın izni ilə [həqiqi bir] quş olar” 5 ) buyurmaqla
xoffaş quşunun hikmətinə və nədən istiarə olduğuna işarə etmişdir.
Anlam: Həqiqi həyat nailiyyəti yalnız İlahi təcəllilər ilə ürək quşunu
canlandırmış ariflər təlimatı ilə mümkündür.

1
Qəzəl 107, beyt 1
2
Quran, Yasin surəsi, 12-ci ayədən bir hissə
3
Qəzəl 112, beyt 2
4
Doktor Məhəmməd Moin, Fərhənge-Moin, Ə’lam
5
Quran,Ali-İmran surəsi, 49-cu ayədən bir hissə

1424
Beyt 7: Füzulini rəhi-eşqində əşkü ah edər rüsva ,
Bəladır hər kimin bir yolda qəmmaz olsa yoldaşi.
Sözlük: Rəh = yol, əşk = göz yaşı, qəmmaz = həyəcanlaşdırıcı = qəmzə-
kar
Nişanə 1: "Əşkü ah": Bu beytdə eşq sirrini aşkara çıxaran həyəcan-
lardan nişanədir.
Anlam: Füzuli, "aşiq baş verər sirr verməz" sözünü, müqəddəs qa-
nun kimi icra edə bilmədən:
A: Ariflər nəzərincə rüsva olmalıdır.
B: Eşq mərtəbələrini inkar etmiş camaat nəzərincə rüsva ol-
malıdır.
Qeyd: Həm əql əhlinin həm də aşiqlərin nəzərindən düşmək kəsrət
hicabından tamamilə azad olmaq müqəddiməsindən ibarətdir.

1425
QƏZƏL 267

(1) Hasilim yox səri-kuyində bəladən ğeyri,


Qərəzim yox rəhi-eşqində fənadən ğeyri.

(2) Neyi-bəzmi-qəməm, ey ah, nə bulsan yelə ver,


Oda yanmış quru cismimdə həvadən ğeyri.

(3) Pərdə çək çöhrəmə hicran günü, ey qanlı sirişk


Ki, gözüm görməyə ol mahliqadən ğeyri.

(4) Yetdi bikəsliyim ol qayətə kim, çevrəmdə


Kimsə yox cizginə, girdabi-bəladən ğeyri.

(5) Nə yanar kimsə mənə atəşi-dildən özgə,


Nə açar kimsə qapım badi-səbadən qeyri.

(6) Pozma, ey mövc, gözüm yaşı hübabın ki, bu seyl


Qoymadı hiç imarət bu binadən ğeyri.

(7) Bəzmi-eşq içrə, Füzuli, necə ah eyləməyim,


Nə təməttö bulunur neydə sədadən ğeyri?

1426
Beyt 1: Hasilim yox səri-kuyində bəladən qeyri ,
Qərəzim yox rəhi-eşqində fənadən qeyri .
Sözlük: Rəh = yol
Nişanə 1: "Səri-kuy": Mütəal məbudun hürriyyətpərvər ərəfəsində
aşiqin qəlbindən cismani iradə-ixtiyarını qoparan bəndəlik məqamından
nişanədir.
Nişanə 2: "Bəla": Bu beytdə tərbiyəvi sınaq-sıxıntıdan nişanədir.
Nişanə 3: "Fəna": Bu beytdə fədakarlıq, yaxud qurbanlıq məqamına
nail olmaq əlamətidir.1
Anlam: Fədakarlıq hədəfindən qeyri başqa bir hədəfdə ikilik (bir
hədəf, bir də məhbub), yaxud kəsrət əlaməti olduğundan
vəhdət ilə müxalifdir.
Qeyd: Fədakarlıq təklif kimi olduğundan2, ikilik, yaxud rəqib hesa-
ba alınmamışdır.

Beyt 2: Neyi-bəzmi-qəməm, ey ah, nə bulsan yelə ver ,


Oda yanmış quru cismimdə həvadən qeyri.
Sözlük: Bəzm =ziyafət məclisi = xeymə = çadır
Nişanə 1: "Ney": Bu beytdə, dünyəvi istəklərdən kamil boşalmış
ürəkdən nişanədir.
Qeyd 1: Hər ürək dünyəvi istəklərdən kamil boşalaraq və yalnız bir
buğda qədər dünya, təbiət və mənlik havasını öz içərisində saxlasa, o
hava məşuq həzrətinə rəqib və əks sayılar, məşuq da rəqibin yolunda
hazır olmaz. Ona görə demişlər ki: "Boş zehn macal verir ki, uluhiyyət
quşu batində yol sala...,"3
Qeyd 2: Ney bir çox irfani başqa mərtəbələrdən istiarədir.4
Nişanə 2: "Bəzmi-qəm": Bu beytdə, bəşəri sifətlərdən boşalmaq
çalışqanlığından nişanədir.
Nişanə 3: "Ah": Oda yanmaq məqamına nail edən tələb və həsrət-
dən nişanədir.
Nişanə 4: "Yelə ver": Bu nişanə: A: Fiziki əngəl – mahiyyət tör-
töküntüsündən xilas olmaq tələbindən nişanədir.

1
Qəzəl 265, beyt
2
Qəzəl 64, beyt 6
3
Oşu, Xəllaqiyyət, səh. 59
4
Qəzəl 1, beyt 2

1427
B: Fiziki əngəl – mahiyyət tör-töküntüsünün məhv olmağını təlqin
edən nişanədir.
Nişanə 5: "Oda yanmaq": Məşuq ilə nisbətsiz ilgilərin aşiqin
qəlbində tüstüsüz bir alovda yanmağından nişanədir.
Nişanə 6: "Quru cism": Dünyəvi istəklər, xüsusilə bəşəri iradə-
ixtiyardan boşalmış vücuddan nişanədir.
Nişanə 7: "Həva": Bax: Quru cism.
Anlam: Bax: Nişanə 4.

Beyt 3: Pərdə çək çöhrəmə hicran günü, ey qanlı sirişk


Ki, gözüm görməyə ol mahliqadən ğeyri.
Sözlük: Çöhrə = üz = sima, sirişk = göz yaşı, mahliqa = aybəniz
Nişanə 1: "Hicran günü": Bu beytdə şühud məhrumluğundan nişa-
nədir.
Nişanə 2: "Qanlı sirişk": Kəsrət hicablarını məhv və batil edən
səbəbdən nişanədir.
Nişanə 3: "Mahliqa": Ürəkdə təcəlli etmiş İlahi camaldan nişanədir.
Anlam: Aşiq kəsrət maneələrindən tamamilə azad olmaq istəyir.

Beyt 4: Yetdi bikəsliyim ol qayətə kim, çevrəmdə


Kimsə yox cizginə, girdabi-bəladən qeyri.
Sözlük: Bikəslik = tənhalıq = adamsızlıq, qayət = qayə
Nişanə 1: "Bikəslik": Salikin qəlbini və canını mütəal məbud ilgi-
sindən başqa ilgilərdən boşaldan təcrid mərtəbəsinə işarə edən nişanədən
ibarətdir.
Nişanə 2: "Girdabi-bəla": Aşiqin batinində qopan tufandan təsir-
lənmiş zahirini təsvir edən nişanədir.1
Anlam: Beyt xarici maneələrə qalib gəlmiş batini, yaxud vəhdət
məqamına nail etdirən müqəddiməni təsvir etmək istəyir.

Beyt 5: Nə yanar kimsə mənə atəşi-dildən özgə ,


Nə açar kimsə qapım badi-səbadən qeyri .
Nişanə 1: "Atəşi-dil": Ürək paklayan yetkinlik və seyr hərarətindən
ibarətdir.

1
Qəzəl 266, beyt 3, anlam

1428
Nişanə 2: "Badi-səba": Bu beytdə bikəslik və içi boşluq nişanəsidir.
Qeyd: Həzrət Cəbrail kimi İlahi vasitələrdən bəhrələnməyin hətta
vüsal nailiyyətinin əsas şərti, içi boşluq, yaxud bəşəri ilgidən
boşalmaqdır.
Anlam: Aşiq, vüsal səbəblərini də məşuqun özü kimi öz batinindən
tapmalıdır.1

Beyt 6: Pozma, ey mövc, gözüm yaşı hübabın ki, bu seyl


Qoymadı hiç imarət bu binadən ğeyri.
Sözlük: Hübab = köpük
Nişanə 1: "Mövc": Dünyəvi mərtəbələrdə təzahür etdirilmiş mütləq
vücud təcəllilərinə “mövc” demişlər.
Nişanə 2: "Hübab, seyl": Seyl, xüsusilə hübab dünyəvi ilgilərdən
boşalmış xalis ürək mənşəli biqərarlıqdan nişanədir.
Nişanə 3: "Bu bina": Mücərrədlik məqamına çatdırmağa lazım olan
mürəkkəb vasitədən nişanədir.
Anlam: Biqərarlıq dünyəvi adətləri unutduran səbəb olduğundan:
A: Davam etməlidir.
B: Alqışlanmalıdır.

Beyt 7: Bəzmi-eşq içrə, Füzuli, necə ah eyləməyim ,


Nə təməttö bulunur neydə sədadən ğeyri?
Sözlük: Bəzm = ziyafət məclisi = xeymə = çadır, təməttö = bəhrələnmək
Nişanə 1: "Bəzmi-eşq": A: Ariflər əncümənindən nişanədir.
B: Dünyəvi ilgilərdən boşalıb mə’nəvi hacətlər ilə dolmuş batindən
nişanədir.
Nişanə 2: "İkinci misra": Bu misra aşağıdakıları təlqin edən
nişanədir:
A: Üluhiyyət quşu, dünyəvi ilgilərdən boşalmış ürəkdə hələ də yol
salmayır!
B: Ney kimi içi boş vücud duaları (səda) xalisdirsə, hələ də qəbula
keçməyir.
Anlam: Bax: Nişanə 2.

1
Qəzəl 142, beyt 1, qeyd 7

1429
QƏZƏL 268

(1) Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,


Surəti-halım görən surət xəyal eylər məni.

(2) Mehr salmazsan mənə, rəhm eyləməzsən bunca kim,


Sayə tək sevdayi-zülfün payimal eylər məni.

(3) Zə’fi-tale’ manei-tovfiq olur, hər necə kim,


Iltifatın arizuməndi-vüsal eylər məni.

(4) Mən gəda, sən şahə yar olmaq yox, əmma neyləyim,
Arizu sərgəşteyi-fikri-məhal eylər məni.

(5) Tiri-qəmzən atma kim, bağrım dələr, qanım tökər,


Əqdi-zülfün açma kim, aşüftəhal eylər məni.

(6) Dəhr vəqf etmiş məni növrəs cavanlar eşqinə,


Hər yetən məhvəş əsiri-xəttü xal eylər məni.

(7) Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,


Bu fəzilət daxili-əhli-kəmal eylər məni.

1430
Beyt 1: Heyrət, ey büt, surətin gördükdə lal eylər məni ,
Surəti-halım görən, surət xəyal eylər məni .
Nişanə 1: "Heyrət": Təfəkkür və elm qüvvələrini quru ağac kimi
qurudub karsız edən mərtəbədən nişanədir.1
Nişanə 2: "Büt": Əsasən daşdan yonulmuş ilahə olduğuna görə əqli
və idrakı daş kimi qurudub işdən salan (heyrət) İlahi hüsndən nişanədir.
Nişanə 3: "Surət": Birinci misrada:
A: Mütəal məbudun "vəch" ünvanlı camalından parlayan cəlalardan
nişanədir.2
B: Bəşəri simada əks etdirilmiş İlahi hüsndən nişanədir.
Nişanə 4: "Lal": Əql ilə təfəkkür nitq və danışıq mənşəyi
olduğundan, heyrət mərtəbəsində lal olmaq təbii bir əhvaldır. Bu əhvalı
təqdim etmək məqsədilə şair "nitqim tutulur qönçeyi-xəndanını görkəc"
buyurmuşdur.3
Nişanə 5: "Surəti-hal": Heyrət içində əqli-idrakı itib- batmış aşiqin
batini kimi aciz olmuş zahirindən nişanədir.
Nişanə 6: "Surət xəyal eylər məni": Bu nişanə aşiqin bədən
canından ayrılmış meyitə bənzər olduğunu, yaxud "Surəti-divar edibdir
heyrəti-eşqin bizi" dediyini təlqin etmək istəyir.
Anlam: Müqəddəs eşq, bəşəri vücudda təsərrüf etməlidir.

Beyt 2: Mehr salmazsan mənə, rəhm eyləməzsən bunca kim,


Sayə tək sevdayi-zülfün payimal eylər məni.
Sözlük: Mehr = məhəbbət = dostluq = günəş
Nişanə 1: "Mehr": İlahi əsldən, yaxud vəhdət günəşindən
bəhrələndirən cazibədən nişanədir.
Nişanə 2: "Rəhm": Bu beytdə: A: Müşahidə feyzindən bəhrələn-
dirən ehsandan nişanədir.
B: Seyr yollarının mə’nəvi yardımçılarından nişanədir.
Nişanə 3: "Sayə": Həqiqətin qabığına “sayə” demişlər.
Nişanə 4: "Sevdayi-zülf": Təcəlli etdiyi camaldan fasiləsiz nur və
ziyadan bəhrələnmək ətəşinə “sevdayi-zülf” demişlər.
Nişanə 5: "Paymal": Paymal olmaq bəşəri təfəkkürdən, yaxud
mənlik duyğusundan azad olmaq nişanəsidir.

1
Qəzəl 106, beyt 3
2
Qəzəl 99, beyt 3, nişanə 4
3
Qəzəl 53, beyt 1, nişanə 4

1431
Qeyd: Paymal olmaq mükəmməl istedad, həmçinin mə’nəvi yardıma
bağlıdır. Bunu üçün də ikinci misra həm razılıq, həm də şikayətdən
nişanədir.
Anlam: Beyt tərbiyəvi qəhrlər zərurətini təlqin etmək istəyir.

Beyt 3: Zə’fi-tale’ manei-tovfiq olur, hər necə kim ,


Iltifatın arizuməndi-vüsal eylər məni .
Sözlük: Zə`f = zəiflik, tovfiq = müvafiqət etmək = müvafiqət =
müvəffəqiyyət = kömək
Nişanə 1: "Zə`fi-tale": Aşiqi asimani və mənəi qüvvələr yardımın-
dan məhrum edən mərhələdən nişanədir.
Nişanə 2: "Tovfiq": A: Seyr yollarını maneəsiz seyr etdirən şərait-
dən nişanədir.
B: Seyr yollarında büsbütün kainatı xidmətçi etməkdən nişanədir.
C: Seyr yollarında öz malını, canını və ruhunu xidmətçi etməkdən
nişanədir.
Nişanə 3: "İltifat": Aşiqi gah qəhr, gah lütf ilə tərbiyə edən İlahi
əlaqədən nişanədir.
Nişanə 4: "Vüsal": Bu beytdə vəhdət dənizinə qovuşmaqdan
nişanədir.
Anlam: A: Beyt qəhr ilə lütfün fərqsiz olduğunu təlqin edir.
B: Beyt hər bir mərhələnin İlahi hikmət və məsləhət ilə bağlı
olduğunu təlqin edir.

Beyt 4: Mən gəda, sən şahə yar olmaq yox, əmma neyləyim,
Arizu sərgəşteyi-fikri-məhal eylər məni.
Sözlük: Gəda = dilənçi, sərgəştə = heyran = avara
Nişanə 1: "Gəda": A: Özünü heç bir şeyə hətta öz vücuduna da
malik bilməyən bəndədən nişanədir.
B: Bütün vücudunun İlahi feyzlərə möhtac olduğunu duyub-
düşünmüş bəndədən nişanədir.
Nişanə 2: "Şah": Aşiqin ürək mülkünü zəbt etmiş mütəal məhbuba,
yaxud mürşüd həzrətinə “şah” demişlər.
Nişanə 3: "Yar olmaq": Bu beytdə yararlılıq və tənasüb nişanəsidir.
Nişanə 4: "Arzu": Mövləvi:
‫ذوق ﺟﻨﺲ ازﺧﻮد ﺑﺎﺷﺪ ﻳﻘﻴﻦ‬

1432
1
‫ذوق ﺟﺰاواز آﻞ ﺧﻮد ﺑﺎﺷﺪ ﺑﺒﻴﻦ‬
buyurduğu kimi, arzu bu beytdə hər bir ayrılmışın bütövlüyünü tələb
edən təbii mənliyindən nişanədir.
Nişanə 5: "Sərgəştə": Bax: Beyt 1, nişanə 1.
Nişanə 6: "Fikri-məhal": Dünyəvi qanunlar çərçivəsinə sığmaz
təmənnadan nişanədir.
Qeyd: Əqlin və elmin mümkünsüz tanıdığı işlər (məhal) yalnız
mütəal məhbub iqtidarı ilə mümkündür.2
Anlam: Mövləvi: "‫"آ ﺎﻡﻠﻲ ﮔ ﺮ ﺧ ﺎك ﮔﻴ ﺮد زر ﺷ ﻮد‬3 buyurduğu kimi,
mümkünsüz işi mümkün edən məbud naqis və nalayiq
bəndəni kamala çatdırmağa (vüsal) qadirdir.
Qeyd: Özünü layiq bilib hacət diləmək günahkarlıq və nadanlıq
əlamətidir.

Beyt 5: Tiri-qəmzən atma kim, bağrım dələr, qanım tökər ,


Əqdi-zülfün açma kim, aşüftəhal eylər məni .
Sözlük: Əqd = düyün = riştə = bənd
Nişanə 1: "Tiri-qəmzə": Bu beytdə aşiqin ətəşini bir dəniz kimi
ləpələndirən qəhrdən asılı lütflərə bağlı həyəcandan nişanədir.
Nişanə 2: "Bağrım dələr, qanım tökər": Bu nişanə tutumsuz aşiqin
taqətsizliyini təlqin edir.
Qeyd: Aşiq mə’nəvi sərmayə (yetkinlik) hazırlamadan öncə qətlə
yetmək (qanım tökər) məhkumluğundan vahimələnir.4
Nişanə 3: "Əqdi-zülfün açma": Zülf açmaq: A: Müşahidə yolunu
hər tərəfdən bağlamaq nişanəsidir.
B: Hicabsız təzahür etməkdən nişanədir.
Nişanə 4: "Aşüftəhal": Bu beytdə öz təklifini unutmaq və ədəbsiz
olmaq nişanəsidir.
Qeyd 1: Təklif minnətdarlıqdan ibarətdir.
Qeyd 2: Taqətsiz şəxs vəzifə daşımaqdan acizdir.
Qeyd 3: Lisanül-qeyb Hafiz isə təklif əncamından aciz olduğunu
təlqin etmək məqsədilə demişdir:

1
Mövləvi, Məsnəvi, birinci dəftər, beyt 902
2
Doktor Məhəmməd Moin, Fərhənge-Moin
3
Mövləvi, Məsnəvi, birinci dəftər, beyt 1652
4
Qəzəl 7, beyt 2

1433
1
‫ﻧﺎز ﺑﻨﻴﺎد ﻡﻜﻦ ﺕﺎﻧﻜﻨﻲ ﺑﻨﻴﺎدم‬ ‫زﻟﻒ ﺑﺮﺑﺎد ﻡﺪﻩ ﺕﺎﻧﺪهﻲ ﺑﺮﺑﺎدم‬
Anlam: A: Həqiqi həyat bağışlayan İlahi qəhrlər və lütflərdən vasi-
təsiz bəhrələnmək mümkünsüzdür (zülfü açmaq).
B: Vəhdət mənşəli qəhrlər və lütflər əgər kəsrət güzgüsündə
təzahür etməsə həyat və varlıq mümkünsüz olur (zülfü yay-
maq).
Qeyd: İnsan hətta mə’nəvi həyat hissəsində İlahi camaldan vasitəsiz
bəhrələnməyə qadir deyil.

Beyt 6: Dəhr vəqf etmiş məni növrəs cavanlar eşqinə ,


Hər yetən məhvəş əsiri-xəttü xal eylər məni .
Sözlük: Dəhr = zamanə = ruzgar, növrəs cavan = yeniyetmə gənc = təzə
cavan, məhvəş = aybəniz = gözəl
Nişanə 1: "Dəhr": Bu beytdə aşiqin "ələst" 2 aləmindən gətirdiyi
şəxsiyyəti ilə müvafiq müqəddəratdan nişanədir.
Nişanə 2: "Növrəs cavanlar": A: Aşiqin ətəş və atəşini coşduran
İlahi vasitələrdən nişanədir.
B: Bəşəri simada İlahi hüsnlər təzahür etdirmiş gözəllərdən
nişanədir.
Qeyd 1: Hafiz növrəs cavanlar ünvanlı mə’nəvi kəsrət, yaxud mə’-
nəvi vasitələri “luli”, “şeyx”, “şirinkar” və “şəhraşub” istiarələri ilə
belə vəsf etmişdir:
‫ﻓﻐﺎن آﺎﻳﻦ ﻟﻮﻟﻴﺎن ﺷﻮخ ﺷﻴﺮﻳﻦ آﺎر ﺷﻬﺮ اﺷﻮب‬
3
‫ﭼﻨﺎن ﺑﺮدﻧﺪ ﺻﺒﺮ از دل آﻪ ﺕﺮآﺎن ﺧﻮان ﻳﻐﻤﺎرا‬
Qeyd 2: Ulu Şeyx Sə’di isə xatırladığımız vasitələr barədə belə de-
mişdir:
‫هﺮ ﮔﻠﻲ ﻧﻮ آﻪ در ﺟﻬﺎن ﺁﻳﺪ ﻡﺎ ﺑﻪ ﻋﺸﻘﺶ هﺰار دﺱﺘﺎﻧﻴﻢ‬
Nişanə 3: "Məhvəş": Bax: Nişanə 2 (növrəs cavanlar).
Nişanə 4: "Əsir": Saf qəlbli insanın (ələst) İlahi hüsnlər önündə
məğlub olduğundan nişanədir.
Nişanə 5: "Xəttü xal": Bu beytdə sözə-ibarəyə sığmaz hüsnlərdən
istiarədir.

1
Müəllif bu beyti “Ta Qafe-əndişe” kitabının 3-cü cildində şərh etmişdir.
2
Qəzəl 19, beyt 4
3
Müəllif bu beyti “Ta Qafe-əndişe” kitabının 1-ci cildində şərh etmişdir.

1434
Anlam: İlahi hüsnlər aşiqin əqlini-idrakını, nəhayət, mənliyini məğ-
lub etmək məqsədilə göylərdə və yerdə cilvələnir.

Beyt 7: Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim ,


Bu fəzilət daxili-əhli-kəmal eylər məni.
Sözlük:Təriq = yol = rəsm = məzhəb = adət, fəzilət = məziyyət = elm və
mərifət bolluğu = üstünlük
Nişanə 1: "Fəzilət": Bu beytdə üstün mərifətə nail olmuş şəxsin bəzi
hikmət ilə əlaqədar sirlərdən xəbərdar olduğunu təlqin edən nişanədir.
Nişanə 2: "Əhli-kamal": Şəriət, təriqət və həqiqət ünvanlı mərtəbə-
lərdən1 bəhrələnmiş insanlara “əhli-kamal” demişlər.
Anlam: İnsana layiq məziyyət onu kamala çatdıran mərifətdən iba-
rətdir.

1
Qəzəl 99, beyt 5

1435
QƏZƏL 269

(1) Aldı gülzar içrə su əksi-üzari-alini,


Çəkdi güllər surətin mənzur edib timsalini.

(2) Adın etmiş gün alıb bir əks mir’ati-fələk,


Sübh göstərdikdə sən rüxsari-fərrüxfalini.

(3) Şərhə bir gün qıldığın bidadi çəkməz həşrədək,


Ol mələk kim, yazmaq istər nameyi-ə’malini.

(4) Seyli-xun xalın xəyalilə pozub göz mərdümün


Mərdüm etmiş çeşmi-xunbarə xəyali-xalini.

(5) Mürği-dil qalmadı kim, seyd olmadı, bir dəm ona,


Sakin et pərvazdən şəhbazi-mişkinbalini.

(6) Qoymadın bir kimsə cövrün çəkməyə, rəhm et dəmi,


Mən’ qıl xunrizlikdən qəmzeyi-qəttalini.

(7) Qəm günü üstümdə səndən qeyri yox, ey dudi-ah!


Lütf qıl, məndən götürmə sayeyi-iqbalini.

(8) Ey Füzuli, bəs ki, qəmnak oldu əhvalın soran,


Qəmdən ölsən, hiç kim sormaz dəxi əhvalini.

1436
Beyt 1 və 2: Aldı gülzar içrə su əksi-üzari-alini,
Çəkdi güllər surətin mənzur edib timsalini.
Adın etmiş gün alıb bir əks mir’ati-fələ ,
Sübh göstərdikdə sən rüxsari-fərrüxfalini.
Sözlük: Üzar = camal = surət = üzün nazik tük bitən yeri, mir`at = güzgü,
rüxsar = üz = surət, fərrüxfal = xoşbəxttaleli = xoş iqballı
Nişanə 1: "Üzari-al": Bəşəri iradə-ixtiyarı məğlub edən İlahi kamal
zühurundan nişanədir.
Qeyd: İlahi kamal bir neşə dəfə həzrət mürşüd vücudunda, yaxud
digər İlahi vasitələr surətində zühur edir.
Nişanə 2: "Güllər": Mə’nəvi maraq yaradan dünyəvi hüsnlərdən
nişanədir.
Nişanə 3: "Gün": Bu beytdə məcazi etibar və dünyəvi üstünlükdən
nişanədir.
Nişanə 4: "Rüxsar": İlahi camal cəlalarını təzahür etdirən gözəl-
lərdən, xüsusilə mürşüd simasından nişanədir.
Anlam: A: Dünyəvi hüsnlər və ziyalar (gül, günəş) mə’nəvi mərtə-
bələr örnəyi olduğundan sevimlidirlər.
B: Örnəklər məşğulluğunda əsldən xəbərsiz qalmaq nadan-
lıq və xətakarlıqdır.
C: Bütün kainat və onda baş vermiş əhvalatlar suda əks
etdirilmiş nur, yaxud güzgüdə təzahür etmiş təsvir kimi
qeyri müstəqildirlər.
D: Şəkil, yaxud təsvir ilə məşğul olub həqiqətdən qəflət et-
mək nadanlıq və xətakarlıqdır.

Beyt 3: Şərhə bir gün qıldığın bidadi çəkməz həşrədək ,


Ol mələk kim, yazmaq istər nameyi-ə’malini .
Anlam: Əməllər və əhvalatı səbt edən mələk eşq ilə bağlı cəfaların
təkcə birini:
A: Qiyamətə qədər səbt edib qurtara bilməz.
B: Qiyamətə qədər səbt etməz.
Qeyd: Eşq ilə bağlı qəhrləri və qəzəbləri, hətta mə’nəvi və asimani
ölçülərdə sığışdırmaq mümkünsüzdür.

1437
Beyt 4: Seyli-xun xalın xəyalilə pozub göz mərdümün ,
Mərdüm etmiş çeşmi-xunbarə xəyali-xalini .
Sözlük: Xun = qan, göz mərdümi = göz bəbəyi, çeşmi-xunbar = qan
ağlayan göz
Nişanə 1: "Seyli-xun": Məcazi məhdud görmə qüvvəsini batil et-
məklə mə’nəvi məhdudsuz görməyə imkan yaradan nişanədən ibarətdir.
Qeyd 1: Fəlsəfi araşdırıcıların bəzisi o cümlədən Berkosen
görünməz mərtəbələrin bir çoxunu görməyə qadir olan qüvvvəyə, "can
gözü", yaxud "batin gözü" demişdir.1
Qeyd 2: Mövləvi: Bədən gözünə "axur gözü" deməklə, yalnız batin
gözünü insana layiq bilib buyurmuşdur:
2
‫ﭼﺸﻢ ﺁﺧﺮ ﺑﻴﻦ ﺕﻮاﻧﺪ دﻳﺪار اﺱﺖ ﭼﺸﻢ ﺁﺧُﺮ ﺑﻴﻦ ﻏﺮور اﺱﺖ و ﺧﻄﺎﺱﺖ‬
Qeyd 3: Lisanül-qeyb Hafiz:
‫دﻳﺪن روي ﺕﻮرا دﻳﺪﻩ ي ﺟﺎن ﺑﻴﻦ ﺑﺎﻳﺪ‬
3
‫وﻳﻦ آﺠﺎ ﻡﺮﺕﺒﻪ ي ﭼﺸﻢ ﺟﻬﺎن ﺑﻴﻦ ﻡﻨﺴﺖ‬
buyurmaqla, yalnız can gözünü İlahi camal cəlalarını görməyə qadir
bilmişdir.
Qeyd 4: Hatif İsfəhani:
4
‫ﭼﺸﻢ دﻟﺒﺎز آﻦ آﻪ ﺟﺎﻧﻲ ﺑﻴﻨﻲ ﺁﻧﭽﻪ ﻧﺎدﻳﺪﻧﻴﺴﺖ ﺁن ﺑﻴﻨﻲ‬
buyurmaqla, bədən gözünə görünməz mərtəbələrin can gözünə görün-
məyini mümkün bilmişdir.
Qeyd 5: Hər insan öz bədən qüvvələrini cilovlayıb can qüvvələrini
fəallaşdırmaqla özünü başqa bir insana təbdil etməlidir. Bu təbdil,
yaxud bu yeni xarakteri təbliğ etmək məqsədilə Hafiz buyurmuşdur ki:
‫ﺁدﻡﻲ در ﻋﺎﻟﻢ ﺧﺎآﻲ ﻧﻤﻲ ﺁﻳﺪ ﺑﻪ دﺱﺖ‬
5
‫ﻋﺎﻟﻤﻲ دﻳﮕﺮ ﺑﺎﻳﺪ ﺱﺎﺧﺖ وزﻧﻮ ﺁدﻡﻲ‬
Nişanə 2: "Xalın xəyalı": Batini vücudun vəhdət nöqtəsinə məşğul
olduğundan nişanədir.
Anlam: Beyt bədən gözünü qənaətbəxş bilməyən aşiqin can gözün-
dən bəhrələnməyini təlqin edir.

1
Məhəmməd Əli Füruğu, Seyri-hikmət dər Orupa, 3-cü cild, səh 296
2
Mövləvi, Məsnəvi, 1-ci dəftər, 2643-cü beyt
3
Müəllif bu beyti “Ta Qafe-əndişe” kitabının birinci cildində şərh etmişdir.
4
Hatif İsfəhani. Şeirlər divanı
5
Müəllif bu beyti “Ta Qafe-əndişe” kitabının 4-cü beytində şərh etmişdir.

1438
Beyt 5: Mürği-dil qalmadı kim, seyd olmadı, bir dəm ona,
Sakin et pərvazdən şəhbazi-mişkinbalini.
Sözlük: Mürği-dil = ürək quşu, seyd = ov = şikar, şəhbaz = şahbaz,
mişgin bal = qara rəngli qanad = ətirli qanad
Nişanə 1: "Mürği-dil": Ruhani aləm ilə tanış və əlaqədar ürəkdən
nişanədir.
Nişanə 2: "Sakin et": Bu beytdə məxfi olmayan zühur tələbindən
nişanədir.
Nişanə 3: "Şəhbazi-mişginbal": Zülf ünvanlı kəsrət pərdəsində gah
təzahür edən gah da məxfi olan İlahi camaldan nişanədir.
Anlam: İlahi camal gah zühur edib, gah da məxfi olmaqla bütün
aşiqləri iztirab və həyəcana giriftar etmişdir.

Beyt 6: Qoymadın bir kimsə cövrün çəkməyə, rəhm et dəmi ,


Mən’ qıl xunrizlikdən qəmzeyi-qəttalini .
Sözlük: Mən` = qadağan = önünü almaq, xunrizlik = qan tökmək, qital =
öldürücü = çox öldürən
Nişanə 1: "Cövr çəkmək": Bu beytdə tərbiyələnmək və imtahan ver-
məkdən nişanədir.
Nişanə 2: "İkinci misra": Bu misra qurbanlıq sərmayəsini hazır-
lamağa fürsət verməyən qəhrdən asılı qəmzələrdən nişanədir.
Anlam: Bax: Nişanə 1 və 2.

Beyt 7: Qəm günü üstümdə səndən qeyri yox, ey dudi-ah!


Lütf qıl, məndən götürmə sayeyi-iqbalini.
Sözlük: Dud = duda = tüstü =qurum
Nişanə 1: "Qəm günü": Bu beytdə şühud həsrətində aciz və heyran
qalmaqdan nişanədir.
Nişanə 2: "Dudi-ah": Şühud həsrətilə alovlanmış ürəyin iztiraba
qatışmış ümidindən nişanədir.
Anlam: Beyt öz batinindən hacət diləməyi təlqin edir.

Beyt 8: Ey Füzuli, bəs ki, qəmnak oldu əhvalın soran,


Qəmdən ölsən, hiç kim sormaz dəxi əhvalini.
Sözlük: Qəmnak = qəmgin

1439
Nişanə 1: "Əhval": Aşiqi ictimai adabdan, həm də bədən
hacətlərindən xəbərsiz edən əhval-ruhiyyədən nişanədir.
Nişanə 2: "İkinci misra": Bu misra kəsrət həbsindən azad olmaq
müqəddiməsini təlqin edən nişanədir.
Anlam: Həqiqi aşiq bəşəri yardımlardan hacətsizdir.
Qeyd: Həqiqi aşiq öz ehtiyacını özündən tələb etməlidir.

1440
QƏZƏL 270

(1) Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı,


Sayə tək bir yerdə durmağa qərarım qalmadı.

(2) Bir gün olmaz təl’ətin görmək müyəssər, ah kim,


Zərrəcə ol gül yanında e’tibarım qalmadı.

(3) Pak qıldı surətimdən zə’f dəhr ayinəsin,


Öylə məhv oldum ki, bir zərrə ğübarım qalmadı.

(4) Qəm günü həmdəmlərim qərq oldular göz yaşina,


Silməyə göz yaşimi bir ğəmgüsarım qalmadı.

(5) Ruzigarım xoş keçirdi, ah kim, dövran dönüb,


Oldu əhvalım xərab, ol ruzigarım qalmadı.

(6) Rahi-eşq içrə mənə ancaq fəna məqsud idi,


Şükr kim, məqsudə yetdim, intizarım qalmadı.

(7) Ey Füzuli, el qami əğyarım oldu yar üçün,


Suzi-dildən qeyri bir dilsuz yarım qalmadı.

1441
Beyt 1: Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı ,
Sayə tək bir yerdə durmağa qərarım qalmadı .
Sözlük: Xurşid = günəş
Nişanə 1: “Xurşidi-hüsn”: Aşiqin mənliyini qoparan İlahi camal
gözəlliklərindən nişanədir.
Nişanə 2: “İxtiyarım qalmadı”: İxtiyarsızlıq bu beytdə “ ‫اﻻﺱﻼ ُم هﻮ‬
‫”ﺕﺴﻠﻴﻢ‬: (“İslamın orujinal məzmunu təslim olmaqdır) mərtəbəsinə nail
olmaq nişanəsidir.
Nişanə 3: “Sayə”: Bu beytdə qeyri müstəqillikdən nişanədir.
Anlam: Beyt İlahi təcəllilər önündə (xurşidi-hüsn) həyəcanlanmağı
təlqin edir.

Beyt 2: Bir gün olmaz təl’ətin görmək müyəssər, ah kim,


Zərrəcə ol gül yanında e’tibarım qalmadı.
Sözlük: Tələt = görmək = camal = tülu`, müyəssər = mümkün
Nişanə 1: “Tələt”: Bax: Xurşidi-hüsn.
Anlam: Beyt xurşidi-hüsn təcəllilərinin saxlanması ilə əlaqədar pəri-
şanlığı təlqin edir.
Qeyd: Təcəlli önündə (birinci beyt) fəda olmayan aşiq şühud
həsrətilə (ikinci beyt) tənbeh olmalıdır (tərbiyəvi tənbeh).

Beyt 3: Pak qıldı surətimdən zə’f dəhr ayinəsin ,


Öylə məhv oldum ki, bir zərrə ğübarım qalmadı .
Sözlük: Zə`f = zəiflik, dəhr = ruzgar = fələk, ayinə = ayna
Nişanə 1: “Zə`f”: Bu beytdə aşiqi mücərrədlik məqamında tərbiyə
edən tənbehlər nəticəısindən nişanədir (beyt 2)
Qeyd: Birinci misra dünyəvi hadisələrin aşiq vücudunda təsirsiz
olduğuna işarə edir.
Nişanə 2: “Məhv”:Bəşəri əhval, adab, rəsmlər, adətlər və sifətləri ta-
mamilə unutmuş aşiqin özlüyündən xəbərsiz olmasına “məhv” demişlər.
Qeyd: Özünü məhv dərəcəsinə çatdırmış aşiq qəlbində yeni peyda
olmuş İlahi sifətlər ilə mə’nəvi mənşəyinə, yaxud İlahi əslinə qayıtmağa
hazırlaşa bilmişdir.
Nişanə 3: “Qübar”: Fiziki mahiyyət tör-töküntüsündən nişanədir.
Anlam: Dünyəvi hadisələr və maneələrdən azad olmaq “məhvlik”
mərtəbəsinə çatmaqla mümkündür.

1442
Beyt 4: Qəm günü həmdəmlərim qərq oldular göz yaşina,
Silməyə göz yaşimi bir ğəmgüsarım qalmadı.
Sözlük: Ğəmgüsar = qəmqoparan = dost = məhbub
Nişanə 1: “Qəm günü”: İkinci beytdə qeyd olunmuş təcəlli məhrum-
luğundan nişanədir.
Nişanə 2: “İkinci misra”: Bu misra yeganə məbuddan başqa qeyri
vücudların acizliyindən xəbərdar olmaqla (mərifət) onlardan ümidini
kəsmək mərtəbəsinə işarə edir.
Qeyd: Mütəal məbuddan başqasına hətta ibadət-itaət kimi
müqəddəs əməllərə ümid bağlamaq ikilik və neçəlik (kəsrət) əlaməti
olduğundan vəhdət ilə müxalifət etmək kimidir.
Anlam: Bax: Nişanə 2.

Beyt 5: Ruzigarım xoş keçirdi, ah kim, dövran dönüb ,


Oldu əhvalım xərab, ol ruzigarım qalmadı .
Nişanə 1: “Birinci misra”: Bu misra:
A: Sınaqlar məşəqqətindən azad yaşamaq nişanəsidir.
B: İlahi təcəllilər mühitində (birinci beyt) yaşamaq əlamətidir.
C: Həşr atəşindən azad yaşamaq əlamətidir.
Nişanə 2: “İkinci misra”: Bu misra, istedadsız aşiqi sınaqlara çəkən
məhrumluqlardan nişanədir.
Anlam: Beyt İlahi cilvələr ləzzətini dadıb tanıyandan sonra məhrum
olmaq çətinliyini təlqin etmək istəyir.

Beyt 6: Rahi-eşq içrə mənə ancaq fəna məqsud idi,


Şükr kim, məqsudə yetdim, intizarım qalmadı.
Sözlük: rah = yol
Nişanə 1: “Fəna ”: A: Nəhayətə çatmış İlahi seyrdən nişanədir
(həqiqi fəna).
B: İlahi zühurlar qələbə etmiş daxili vücuddan nişanədir (mütləq
fəna).
C: Nəhayətə çatmış fədakarlıqdan nişanədir (məcazi ya dünyəvi
fəna).
Anlam: Həqiqi fəna mərtəbəsinə nail olmasam da, məcazi fənaya
nail olmuşam.

1443
Qeyd 1: Məcazi fəna həqiqi fəna layihəli olduğundan hörmətlidir.
Qeyd 2: Məcazi fəna aşiqi ən xətərnak hicab kimi tanınmış öz şəxsi
vücudundan azad etdiyinə görə hörmətlidir. Lisanül-qeyb hafiz: “ ‫ﺕﻮ ﺧﻮد‬
‫ ”ﺣﺠﺎب ﺧﻮدﯼ ﺣﺎﻓﻆ از ﻡﻴﺎن ﺑﺮﺧﻴﺰ‬buyurmaqla məcazi fənanın həqiqi fənaya
müqəddimə olduğunu təlqin etmişdir.

Beyt 7: Ey Füzuli, el qami əğyarım oldu yar üçün ,


Suzi-dildən qeyri bir dilsuz yarım qalmadı .
Sözlük: Suzi-dil = ürək yanğısı, dilsuz = mehriban = ürək qəminə canı
yanan
Nişanə 1: “Birinci misra”: Bu misra aşağıdakıları təlqin edir:
A: Mə’nəvi əhval-ruhiyyədən, yaxud İlahi eşq təzahüründən
xəbərsiz məlamətçilər, yaxud tbütün əql əhli, ya da bütün xalq (el) məni
tərk etdilər.
B: Mən əql əhlini, yaxud bütün xalqın əğyar olduğunu bilməklə
onları tərk etdim.
Nişanə 2: “Suzi-dil”: Dünyəvi ilgiləri yandırıb külünə süpürgə
çəkmiş ətəş və tələb hərarətindən nişanədir.
Anlam: Aşiq bütün istəklərini öz batinindən tələb etməlidir.

1444
QƏZƏL 271

(1) Hər görən eyb etdi abi-dideyi-giryanimi,


Eylədim təhqiq, görmüş kimsə yox cananimi.

(2) Ləhzə-ləhzə xublar gördüm ki, dil qəsdindədir,


Parə-parə eylədim mən həm dili-suzanimi.

(3) Çox yetirmə göylərə əfğanım, ey kafir, saqın!


Incinir nagəh Məsiha eşidib əfğanimi.

(4) Qılma hər saət məni rüsvayi-xəlq, ey bərqi-ah,


Eyləmə rövşən şəbi-ğəm külbeyi-əhzanimi.

(5) Çıxma, ey divanə, bazari-məlamətdən deyiv,


Müttəsil çaki-giribanım tutar damanimi.

(6) Qansı bütdür bilməzəm, imanımı qarət qılan,


Səndə iman yox ki, “sən aldın” deyəm imanimi.

(7) Ey Füzuli, canə yetmişdim könüldən, şükr kim,


Bağıladım bir dilbərə, qurtardım ondan canimi.

1445
Beyt 1: Hər görən eyb etdi abi-dideyi-giryanimi,
Eylədim təhqiq, görmüş kimsə yox cananimi.
Sözlük: Abi-dide = göz yaşı
Nişanə 1: “Dideyi-giryan”: Bu beytdə şühud nuru qət’ olandan
sonrakı tələb və ətəş biqərarlığından nişanədir.
Nişanə 2: “İkinci misra”: Bu nişanə, şərif ayədə: “ ‫ﻻ ﺕُﺪ ِر ُﮐ ُﻪ اﻻﺑﺼﺎ ُر و ه َﻮ‬
‫ﻒ اﻟﺨﻴ ُﺮ‬ ُ ‫”ﻳُﺪ ِر‬1: (“Gözlər onu görməz o isə gözləri idrak
ُ ‫ﮎ اَﺑﺼﺎ َر و هﻮ اﻟﻠﻄﻴ‬
edər. O, lətifdir, (Gözə görünməzdir) və hər şeydən xəbərdardır)
buyurulan fərmayişi təlqin edərək, mütəal məhbub eşqinin bəşəri idrakda
sığmazlığına da işarə edir.
Anlam: Mütəal məhbubu görə bilsəydilər, mənim dideyi-giryarıma
irad etməzdilər.
Qeyd: Beyt etiraz əhlinin İlahi mərifətdən məhrum olduğlarına işarə
edir.

Beyt 2: Ləhzə-ləhzə xublar gördüm ki, dil qəsdindədir,


Parə-parə eylədim mən həm dili-suzanimi.
Sözlük: Xublar = gözəllər = yaxşılar, suzan = yanar
Nişanə 1: “Xublar”: Bu beytdə:
A: Bəşəri simada İlahi hüsnlər əks etdirmiş gözəllərdən nişanədir.
B: Eşq aləminə yönəldən İlahi vasitələrdən nişanədir.
Nişanə 2: “Dil qəsdindədir”: Dil qəsdində olmaq:
A: Ürəyi dünyəvi ilgilər və cismi bağlantılardan azad etmək
nişanəsidir.
B: Aşiqin batinini zəbt etməkdən nişanədir.
Nişanə 3: “İkinci misra”: Bu misra dil qəsdində olan vasitələri
alqışlamaqdan nişanədir.
Anlam: Eşq çətinliyliklərini alqışlamaq, yüksək mərifət nişanəsidir.

Beyt 3: Çox yetirmə göylərə əfğanım, ey kafir, saqın!


İncinir nagəh Məsiha eşidib əfğanimi.
Sözlük: əfğan = fəqan, nagəh = nagah, Məsiha = Həzrət İsa
peyğəmbər
Nişanə 1: “Kafir”: Kafir sözünün bir mənası da “örtücü” olduğun-

1
Quran, Ənam surəsi 103-cü ayə

1446
dan:
A: Həqiqi xarakterini yoxluq (dünyəvisizlik) qaranlığında pünhan
etmiş mürşüdə “kafir” demişlər.
B: İlahi sirləri əql əhlindən, həmçinin istedadsız aşiqdən ört-basdır
mürşüdə “kafir” demişlər.
C: Bəşəri əql və təcrübəyə sığmaz mərifətini məxfi etmiş mürşüdə
“kafir” demişlər.
D: Mə’nəvi və mücərrəd nişanələri öz vücudunda məxfi etmiş
mürşüdə “kafir” demişlər.
E: Hicablı gözəllərə “kafir” demişlər.
F: Əks etdirdiyi nurda pünhan olmuş mütəal məhbuba “kafir”
demişlər.1
G: “Şəth” vəziyyətində məğlub olmuş aşiq, məşuq həzrətinə “kafir”
demişdir.
Nişanə 2: “Məsiha”: Bu nişanə Həzrət İsa peyğəmbərin dördüncü
səmada saxlanılmasına işarə edir.2
Anlam: Beyt aşiqin yuxarı aləmlər ilə əlaqədar olduğunu təlqin edir.
Qeyd: Nalə ünvanlı ürək münacatı asimanlara təsir etməyə qadir-
dir.

Beyt 4: Qılma hər saət məni rüsvayi-xəlq, ey bərqi-ah,


Eyləmə rövşən şəbi-ğəm külbeyi-əhzanimi.
Sözlük: rövşən = işıq = nürani, külbeyi - əhzan = pərişan daxma =
qəmlər daxması
Nişanə 1: “Birinci misra ”: Bu nişanə eşq sirrini faş etmiş (bərqi-ah)
aşiqin:
A: Kamil aşiqlər hüzurunda rüsvay olmağını təlqin edir.
B: Eşq mərtəbələrini inkar etmiş camaat hüzurunda rüsvay olmağını
təlqin edir.
Nişanə 2: “Eyləmə rövşən”: Rövşən etmək sirri faş etməyə şərait
yaradan nişanədən ibarətdir.
Nişanə 3: “Külbeyi-əhzan”: Öz istedadsızlığını etiraf etmiş başı
aşağı aşiqin qüssələnmək vəziyyətindən nişanədir.

1
Qəzəl 138, beyt 4.
2
Qəzəl 153, beyt 2.

1447
Anlam: Beyt batini müqvimət tələbini təlqin edir.

Beyt 5: Çıxma, ey divanə, bazari-məlamətdən deyiv,


Müttəsil çaki-giribanım tutar damanimi.
Sözlük: Çaki-giriban = yaxa açmaq = biqərarlıq, daman = ətək
Nişanə 1: “Məlamət”: Dünyəvi dikəlmək və toplamsal hörmətlər
sədəməsini təsirsiz edən sərkilərdən nişanədir.1
Nişanə 2: “İkinci misra”: Ətək ilə yaxanın bir olduğu, daha şiddətli
olan biqərarlıq və rüsvaylıqdan nişanədir.
Anlam: Məlamət bazarını tərk etmək divanəlikdir. Çünki aşiqin ən
xətərnak hicab kimi tanınmış mənliyini məğlub və məhv
edən ən güclü səbəblərdən biri məlamətdir.
Qeyd: Müsbət divanə məlaməti alqışlar, lakin mənfi divanə ondan
çəkinməlidir.2

Beyt 6: Qansı bütdür bilməzəm, imanımı qarət qılan,


Səndə iman yox ki, “sən aldın” deyəm imanimi.
Nişanə 1: “Büt”: Əsasən daşdan yonulmuş ilahə olduğuna görə əqli-
idrakı daş kimi qurudub işdən salan hüsündən nişanədir.
Nişanə 2: “Səndə iman yox”: Bu nişanə aşağıdakı mətləblərə
əsaslanaraq mütəal məbudun, yaxud həzrət mürşüdün, ya da digər İlahi
vasitələrin imana hacətsiz olduğunu təlqin edir:
A: İman əqidəyə bağlanmaq əlamətidir.
B: İman-ehtiyac əlamətidir.
C: İman-tabelik nişanəsidir.
D: İmanın zəifləməsi mümkündür.
E: İmanın qüvvələnməsi mümkündür.
G: İman ürək qatqılarını silib-süpürmək səbəbidir.
Qeyd 1: Vəhdət dənizində qərq olmuş mürşüd kəsrət aləminə
məxsus imandan, yaxud ikilik əlaməti olan tabelikdən azaddır.
Qeyd 2: Bütün vücudunu vahid məbud hüsnlərinə güzgü etmiş gözəl
dilbər ikilikdən pak olduğuna görə imandan azaddır.
Anlam: Mə’nəvi vasitələrin etdiyi cəfalar vəfalar kimi müqəddəsdir.
Çünki onların əməlləri qərəzsiz və əvəzsizdir.

1
Qəzəl 54, beyt 7
2
Qəzəl 145, beyt 3

1448
Beyt 7: Ey Füzuli, canə yetmişdim könüldən, şükr kim,
Bağıladım bir dilbərə, qurtardım ondan canimi.
Nişanə 1: “Canə yetmək”: Bu beytdə təşviş və nigaranlıq əlamətidir.
Nişanə 2: “İkinci misra”: Bu misra “vəkil” sifətli mütəal məhbub
eşqinə əqlsiz və tədbirsiz bir ölü kimi təslim olmağı, yaxud “ ‫اﻻﺱﻼ ُم ه َﻮ‬
‫”ﺕﺴﻠﻴﻢ‬: (“İslamın orijinal məzmunu təslim olmaqdır”) mərtəbəsini təlqin
edən nişanədir.
Anlam: Beyt mütəal məhbubu bütün vücuduna, hətta iradə - ixtiya-
rına həqiqi vəkil bilməklə “təvəkkül” məqamına nail olmağı
təlqin edir.1

1
Qəzəl 192, beyt 1

1449
QƏZƏL 272

(1) Canımın cismilə zövqi-ittisali qalmadı,


Ah kim, sənsiz dirilmək ehtimali qalmadı.

(2) Şükrlillah, bəxt yar oldu, yetirdim tiğinə,


Başımın bir qılca boynumda vəbali qalmadı.

(3) İstədim ol mahə ərzi-hal edim, heyrət mənə


Öylə qalib oldu kim, bir söz məcali qalmadı.

(4) Bilməzəm xalin xəyalın qanda təsvir eyləyim,


Dağıdən bir yer tənü canımda xali qalmadı.

(5) Hər kimi gördünsə qəm üftadəsi, tutdun əlin,


Vəh ki, məndən qeyri bir qəm payimali qalmadı.

(6) Ey xoş ol sərməst kim, könlündə şövqü zövqdən


Axirət əndişəsi, dünya xəyali qalmadı.

(7) Afərin, ey cam, kim, sildin könül ayinəsin,


Xatiri-pakimdə dünyanın məlali qalmadı.

(8) Dürd nisbət, payimali-qeyddir hər kim ki, var,


Bəzmi-dəhr içrə hərifi-laübali qalmadı.

(9) Gör, Füzuli, eşq tüğyanın, ədəm mülkün gözət,


Əzmi-künc et kim, həvanın e’tidali qalmadı.

1450
Beyt 1: Canımın cismilə zövqi-ittisali qalmadı,
Ah kim, sənsiz dirilmək ehtimali qalmadı.
Sözlük: İttisal = ittihad = vəslət
Nişanə 1: “Birinci misra”: Bu nişanə ölüm-dirim arasında sərgər-
danlıq, yaxud fanilik müqəddiməsini təlqin etmək istəyir.
Nişanə 2: “İkinci misra”: Bu misra hicran şəraitində dünyəvi və
mə’nəvi həyatdan həqiqi bəhrələnməyin mümkünsüz olduğunu təlqin
etmək istəyir.
Anlam: Bax: Nişanə 1.

Beyt 2: Şükrlillah, bəxt yar oldu, yetirdim tiğinə,


Başımın bir qılca boynumda vəbali qalmadı.
Sözlük: Şükrlillah = Allaha şükür
Nişanə 1: “Bəxt”: Aşiqin istedadına baxmayaraq onu İlahi əvəzsiz
ehsandan bəhrələndirməkdən nişanədir.
Nişanə 2: “Tiğ”: Bu beytdə aşiqi bədən hicabından azad edən
lütfdən asılı qəhrdən nişanədir.
Nişanə 3: “Baş”:
A: Fiziki həyat mənşəyinə “baş” demişlər.
B: Bəşəri qürur mənşəyinə “baş” demişlər.
C: Bəndəni müstəqillik fikrinə, yaxud ikilik günahına giriftar edən
qüvvəyə “baş” demişlər.
D: Məğrurluq mənşəyinə “baş” demişlər.
Anlam: Beyt müstəqillik və mənlik fikrini məhv etmiş aşiqin vəhdət
dənizinə qoşulmağa hazırlaşmasını təlqin edir.

Beyt 3: İstədim ol mahə ərzi-hal edim, heyrət mənə


Öylə qalib oldu kim, bir söz məcali qalmadı.
Nişanə 1: “Mah”: Bu beytdə aşiqi maddi qara hicab arxasında ağ
İlahi cəlalardan məhrum saxlayan camaldan nişanədir.
Nişanə 2: “Heyrət”: Heyrət bu beytdə aşiqin əqlini-fikirini daş kimi
qurudub qüvvədən salan mərtəbədən nişanədir.
Anlam: Söz-söhbətin yeganə mənşəyi əql və təfəkkür olduğundan,
heyrət halında danışmaq, hətta dua və münacat etmək

1451
mümkünsüzdür. Demək: “‫”ﺱ ﮑﻮت اﻟﻠﺴ ﺎن ﻓ ﯽ ﻓﻨ ﻮن اﻟﺒﻴ ﺎن‬1: (“Büs-
bütün bəyan yollarını itirmiş dil”) heyrət məqamının aydın
əlamətidir.

Beyt 4: Bilməzəm xalin xəyalın qanda təsvir eyləyim,


Dağıdən bir yer tənü canımda xali qalmadı.
Nişanə 1: “Xal”: Bu beytdə ürək yaranışının mənşəyi ilə əlaqədar
mübhəm təsəvvürlərdən ibarətdir.
Nişanə 2: “Dağ”: Dərmansız dərdə giriftar olmuş üzvü yandırıb
məhv etmək əlamətidir.
Anlam: Aşiqin batini vücudu da xarici vücudu kimi “Pənbeyi-daği-
cünun içrə” pünhan olmuşdur.

Beyt 5: Hər kimi gördünsə qəm üftadəsi, tutdun əlin,


Vəh ki, məndən qeyri bir qəm payimali qalmadı.
Sözlük: Vəh = əcəba = alqış = afərin
Anlam: Beyt: Aşiqin istedadlı olduğunu təlqin edir. Çünki istedadsız
aşiqin davam etdirilmiş sınaqlara dözməyi, beləliklə özün-
dən mükəmməl surətdə ayrılmağı mümkünsüzdür (İstedad-
sız aşiqdə sonsuz bəlalar tutumu yoxdur).

Beyt 6: Ey xoş ol sərməst kim, könlündə şövqü zövqdən


Axirət əndişəsi, dünya xəyali qalmadı.
Sözlük: Sərməst = sərxoş
Nişanə 1: “Sərməst”: Varlığı büstbütün mütəal məbud eşqinə məğ-
lub etməklə İlahi istiğnadan2 bəhrələnmiş mürşüdə, yaxud salikə və aşiqə
“sərməst” demişlər.
Nişanə 2: “Zövq”: Xalis ürəyə daxil olmuş qeybi mənalar
nəticəsində mövcud olan mə’nəvi müşahidə mərtəbəsinin ilk
dərəcəsindən ibarətdir.3
Nişanə 3: “Şövq”: Kamal dərəcəsinə çatmış zövqdən ibarətdir.4
Qeyd: Aşiq şövq mərtəbəsində yavaş-yavaş fiziki mahiyyətini unu-

1
Doktor Seyid Cəfər Səccadi. Fərhəngi-luğat və istilahat və təbirati-erfani
2
Qəzəl 30, beyt 3
3
Qəzəl 1, beyt 7
4
Qəzəl 60, beyt 1

1452
darkən mə’nəvi və həqiqi həyatını tapmağa-tanımağa nail olur.
Nişanə 4: “Axirət əndişəsi, dünya xəyalı”: Dünya və axirət fikrini
etmək kəsrəti alqışlamaq, yaxud vəhdət ilə aşkar müxalifət etmək
deməkdir. Çünki bir dünya, bir axirət, bir bəndə və bir məbud dördlük
əlamətidir.
Qeyd: “Rizvan behişti” adlı bağlı-bağçalı behiştdən xəbərdar ol-
maqla dünya ne’mətlərini həqir bilmiş insan kimi, “rəhman behişti”
ünvanlı İlahi hüzurdan xəbərdar aşiq də axirət ne’mətlərini həqir
bilmişdir.1
Anlam: Beyt sərməstlik nailiyyətini, yaxud dünya və axirət hicabın-
dan azad olmağı arzu edir.

Beyt 7: Afərin, ey cam, kim, sildin könül ayinəsin,


Xatiri-pakimdə dünyanın məlali qalmadı.
Sözlük: məlal = qəm = kədər = bezmək
Nişanə 1: “Cam”:
A: Ürəyi İlahi cəlalar ilə dolu mürşüd həzrətinin təlimatına işarə
edən nişanədir.
B: Aşiqin, “səfa”2 ünvanlı mərtəbədə maddi küdurətlərdən (təəlüq-
lərdən) saflanmış qəlbindən istiarədir.
Nişanə 2: “Könül ayinəsi”: İlahi camal cəlalarını əks etdirməyə
hazırlaşmış batindən nişanədir.
Nişanə 3: “Xatiri-pak”: Bax: Könül ayinəsi
Anlam: Maddi küdurətlər həbsindən, yaxud şühud və hüzur maneə-
lərindən xilas olmaq tərbiyəvi tənbehlərə dözməklə müm-
kün olur.

Beyt 8: Dürd nisbət, payimali-qeyddir hər kim ki, var,


Bəzmi-dəhr içrə hərifi-laübali qalmadı.
Sözlük: Dürd = camın təkinə çökən yağın, yaxud şərabın qaraya çalan
maddəsi, qeyd = həbs = məhbəsdə qalmaq, bəzm = ziyafət
məclisi = xeymə, dəhr = ruzigar = zəmanə

1
Qəzəl 111, beyt 1
2
Qəzəl 2, beyt 7, nişanə 4, qeyd 2

1453
Anlam: Beyt, şərif ayədə: “ٍ‫ن ﻓ ﯽ َﮐ َﺒ ﺪ‬
َ ‫ﻖ اﻻِﻧﺴ ﺎ‬ َ ‫”ﻟﻘ ﺪ‬1: (“Həqiqətən biz
َ ‫ﺧَﻠ‬
insanı məşəqqətlər içində yaratdıq) buyurulan fərmayiş
əsasında dünyəvi ömür möhlətində müxtəlif müşküllər ilə
üz-üzə gəlməyi qəti bir qanun kimi bildirməklə şairin “Heç
kim yoxdur ki aləmdən şikayət eyləməz” buyurduğunu
təkrar və təkid edir.2

Beyt 9: Gör, Füzuli, eşq tüğyanın, ədəm mülkün gözət,


Əzmi-künc et kim, həvanın e’tidali qalmadı.
Sözlük: Ədəm = yoxluq, etidal = mülayimlik = mötədillik = bərabərlik =
düzlük = düzləşmək
Nişanə 1: “Ədən mülkü”: Yaranış mərkəzinə, yaxud nişansız
(nişana sığmaz) aləmə “ədən mülkü” demişlər.3
Nişanə 2: “Əzmi-künc et”: Bu nişanə daxili vücudu və yalnız
mütəal məhbuba istinad etmək məqsədilə bədən adlı xarici vücudu
büstbütün maddi təcrübələr və fiziki yöndəmlər, yaxud kəsrət
hicablarından ayıran xəlvət mərtəbəsindən ibarətdir.4
Nişanə 3: “Həva”: Bu beytdə dünya fəzasının müşküllər törədən
təbii şəraitindən nişanədir.
Anlam: Ədən ərəfəsinə daxil olmaq dünyəvi maneələr, yaxud maddi
küdurətlərdən mühafizə edən xəlvət ilə mümkündür.

1
Quran, Bələd surəsi, 5-ci ayə
2
Qəzəl 262, beyt 5
3
Qəzəl 203, beyt 2
4
Qəzəl 69, beyt 4

1454
QƏZƏL 273

(1) Sanma kim, bülbül açar uçmağa balü pərini,


Gül yaqıb onu, savurmuş gögə xakistərini.

(2) Gözümü üzüm arasında çəri çəkdi müjəm


Ki, gözümdən su çıxıb yumaya xaki-dərini.

(3) Mövci-əşkim görüb, əbruyə salır çin, nə əcəb


Ki, su urmaq çıxarır ol qılıcın cövhərini.

(4) Düşdü vəsfi-düri-dəndani ağızdan ağıza,


Eşidib saldı biyabanə dəniz gövhərini.

(5) Göz yüzün görməsə qanlar tökülər, ah, nola,


Fitnə yasına, müşərrəf qıla göz mənzərini.

(6) Rəşheyi-cam bizi tutdu, nola gər saqi


Gələ qurtarə bizi, alə əyaği-tərini.

(7) Oldu nəzzarəmizə cəm’, Füzuli, ətfal,


Gəl tutalım bu sipah ilə cünun kişvərini.

1455
Beyt 1: Sanma kim, bülbül açar uçmağa balü pərini,
Gül yaqıb onu, savurmuş gögə xakistərini.
Sözlük: Xakistər = kül
Nişanə 1: “Bülbül”: İlahi hüsnlər həsrətində biqərarlıq edən aşiq
halına işarə edən nişanədir.
Nişanə 2: “Gül”: Ürək açan İlahi hüsnlərə işarə edən nişanədir.
Anlam: Beyt maddi hissəsini faniləşdirmiş vücud halını hissiləşdir-
mək istəyir.

Beyt 2: Gözümü üzüm arasında çəri çəkdi müjəm


Ki, gözümdən su çıxıb yumaya xaki-dərini.
Sözlük: Müjə = kiprik, xak = torpaq, dər = qapı
Nişanə 1: “Xaki-dər”: Dünya məhəbbətini ürəyindən qoparmış
aşiqin məşuq ərəfəsinə mənsub olduğuna işarə edir.
Anlam: Beyt məşuq ərəfəsinin hörmətini təlqin etmək istəyir.
Qeyd: Məşuq ərəfəsində səcdəyə düşməyin ilk şərti dünyəvi
malikiyyətlərdən ayrılmaqdır.

Beyt 3: Mövci-əşkim görüb, əbruyə salır çin, nə əcəb


Ki, su urmaq çıxarır ol qılıcın cövhərini.
Sözlük: Əşk = göz yaşı, əbru = qaş
Nişanə 1: “Mövci-əşk”: Bu beytdə narazılıq, yaxud etiraz ilə əlaqə-
darlıqdan nişanədir.
Nişanə 2: “Əbruyə çin salmaq”: Bu nişanə tərbiyəvi tənbeh ilə
əlaqədar qəhrlər əlamətidir.
Qeyd: İkinci misra:
A: Polad əridən dəmirçilərin qılınca su verməyinə işarə edir.
B: Zəhər ilə su çilənmiş qılınc yarasının öldürücü olduğuna işarə
edir.
Anlam: Mövci-əşk istedadsızlıq əlaməti üzə çıxarırsa, tərbiyəvi tən-
beh ilə də (əbru) feyzyab edir.

Beyt 4: Düşdü vəsfi-düri-dəndani ağızdan ağıza,


Eşidib saldı biyabanə dəniz gövhərini.
Sözlük: Dəndan = diş

1456
Nişanə 1: “Diş”: Hüsnlər xülasəsi, yaxud gözəlliklər nümunəsinə
“diş” demişlər.1
Nişanə 2: “Gövhər”: Bu beytdə dünyəvi zavalsız etibardan nişanə-
dir.
Anlam: Diş rəmzindən xəbərdar olmuş dəniz öz gövhərlərini həqir
görərkən onları eşiyə buraxır.
Qeyd: Füzuli:
“Nə gühər bulsa bəgənməz, buraxır yazıya dərya
Qalibən kim ona məqsud dişin kimi gühərdir”

Beyt 5: Göz yüzün görməsə qanlar tökülər, ah, nola,


Fitnə yasına, müşərrəf qıla göz mənzərini.
Sözlük: müşərrəf = şərəf verilmiş = şərəflənmiş, mənzər = bəbək =
tamaşaxana
Nişanə 1: “Üz”: İlahi camal cəlalarından nişanədir.
Nişanə 2: “Görməsə”: Şühud məhrumluğundan nişanədir
Nişanə 3: “Qanlar tökülür”: Aşiqin şühud məhrumluğunda bərk
qan-yaş tökməyindən nişanədir (tükənməz ağlamaq və biqərarlıq).
Qeyd: Bütün insanlar şühud hüsnündən xəbərdar olsaydılar, yaxud
qan dövranı əvəzinə müşahidə nuru ilə canlansaydılar, dünya üzərində
müharibədən və qan tökməkdən əsər-əlamət olmazdı.
Nişanə 4: “Fitnə”:
A: Bax: Qanlar tökülür.
B: Fitnə, fəsada girifdar edən sınaqdan nişanədir.
Anlam: Beyt şühud nailiyyətini tələb etməklə fitnələrdən qorunmaq
istəyir.

Beyt 6: Rəşheyi-cam bizi tutdu, nola gər saqi


Gələ qurtarə bizi, alə əyaği-tərini.
Sözlük: Rəşhə = damcı
Nişanə 1: “Rəşhə”: Bu beytdə mürşüdin seyr etdiyi mərtəbələrin ilk
dərəcəsindən xəbərdar olmuş aşiqin heyrətlənməyindən nişanədir.
Nişanə 2: “Cam”: Mürşüd həzrətinin mərifət badəsilə daşqın ürəyin-
dən, yaxud təlimatından nişanədir.

1
Qəzəl 85, beyt 3

1457
Nişanə 3: “Əyaği-tərini”: Bax: Rəşhə.
Anlam: Aşiq onu heyrət həbsindən xilas edən tərbiyə, yaxud əlavə
istedad (təlimat) tələb edir.

Beyt 7: Oldu nəzzarəmizə cəm’, Füzuli, ətfal,


Gəl tutalım bu sipah ilə cünun kişvərini.
Sözlük: nəzarə = tamaşa, ətfal = tifillər = uşaqlar = tifil sözünün cəmi,
sipah = qoşun, cünun = məcnunluq = divanəlik, kişvər =
məmləkət = ölkə
Nişanə 1: “Ətfal”:
A: Məaş əqlindən dəm vuran yaşlı şəxslərin məad əqlindən1, yaxud
həqiqi əqldən xəbərsiz olduqlarına işarə etməklə onların tifilliklərini
təhqir edir.
B: Uşaqlar pak və məsum olduqlarına görə cünun, yaxud eşq qoşunu
sayılmışlar.
C: Ətfal kimi ağılsız yaşlıların sərkiləri aşiqi maddi dünya
rəğbətindən azad edən qoşun kimidir.
Nişanə 2: “Cünun kişvəri”: İctimai adab və təbii məcburiyyətlərdən,
yaxud əql məhdudluğundan azad yaşamaq şəraitindən ibarətdir (içində
yaşamaq).
Anlam: Aşiq onu ictimai adab darısqallığından azad edən müqəddi-
mə nailiyyətini təlqin edir.

1
Qəzəl 175, beyt 1

1458
QƏZƏL 274

(1) Tabi-suzi-sinədən əksilməsəydi göz nəmi,


Göz yumub-açınca seylabə verərdim aləmi.

(2) Hər gözüm pürmövc dəryadır, o dərya üzrə kim,


Hər qaşımdır mövcdən bir sərnigun olmuş gəmi.

(3) Muyi-julidəmdədir cəm’iyyəti-əsnafi-qəm,


Mülki-sevdanın budur guya səvadi-ə’zəmi.

(4) Hicr var, ey didə, vəsl əyyamı tökmə xuni-dil,


Saxla kim, əlbəttə, anın həm gələr bir gün dəmi

(5) Adəmidən çox olur zahir pərivəşlər, vəli


Az olur vaqe’ pərivəşlərdə sən tək adəmi.

(6) Vəsl yadilə, könül, söndürmə ahim atəşin,


Külbeyi-tarimdən ikrah etməsin hicran qəmi.

(7) Ey Füzuli, qıldı canım riştəsin pürpiçü tab,


Bir pərivəş dilbərin sevdayi-zülfi-pürxəmi.

1459
Beyt 1: Tabi-suzi-sinədən əksilməsəydi göz nəmi,
Göz yumub-açınca seylabə verərdim aləmi.
Sözlük: tab = hərarət, suz = hərarət = iltihab, seylab = sel
Nişanə 1: “Suzi-sinə”: Mütəal məbud eşqindən başqa eşq və tələbi,
xüsusilə aşiqin özlüyünü yandırıb külünə süpürgə çəkmiş hərarətdən
nişanədir.
Nişanə 2: “Göz nəmi”: Ətəş və tələbi əlavələndirən biqərarlıqdan
nişanədir.
Anlam: Aşiq göz yaşı ilə, yaxud bir ah ilə büstbütün dünyanı viran
etməyə qadirdir.

Beyt 2: Hər gözüm pürmövc dəryadır, o dərya üzrə kim,


Hər qaşımdır mövcdən bir sərnigun olmuş gəmi.
Sözlük: sərnigun = tərsə = başıaşağı
Nişanə 1: “Gəmi”: Batini fırtınalar (nəfs) və xarici tufanlar (dünya)
təhlükəsindən nicat verən vasitədən nişanədir. Buna görə də Həzrət
Hüseyn (ə) nicat gəmisi buyurmuşdur:
1
‫ﺱﻔﻴﻨﻪ اﻟﻨﺠﺎﻩ ﺣﺴﻴﻦ ﻡﺪﻳﻨﻪ اﻟﺮﺟﺎ ﺣﺴﻴﻦ‬
Anlam: Beyt xarici vücudun batini əhvala məğlub olmasını (sərnigun
gəmi) təlqin edir.
Qeyd: Maddi vücud eşq ilə əlaqədar göz yaşı qarşısında müqavimət
etməkdən acizdir.

Beyt 3: Muyi-julidəmdədir cəm’iyyəti-əsnafi-qəm,


Mülki-sevdanın budur guya səvadi-ə’zəmi.
Sözlük: muy = tük = qıl, julidə = pırtlaşıq = pərişan, əsnaf = tacirlər =
sinif sözünün cəmi, sevda = alqı-satqı, səvadi-əzəm = böyük
məntəqə = paytaxt
Nişanə 1: “Muyi-julidə”:
A: Muy (tük) çoxsaylı olduğundan qəm-qüssə bolluğuna işarə edir.
B: Muy julidə (pırtlaşıq) olduğundan aşiqanə əhvalın mübhəm
olduğunu təlqin edir.
C: Muy julidə olduğundan aşiqanə əhvalın nizamsız oldğunu təlqin

1
Tacüş-şüəra Yəhyəvi Ərdəbili. Axərin asar

1460
edir.
Nişanə 2: “Cəmiyyəti-əsnafi-qəm”:
A: Bu nişanə bütün qəmlərin birləşməsini təlqin edir.
B: Hər bir qəm ilə əlaqədar yeni bir mərifət və təzə bir hal
naliyyətini təlqin edir.
Nişanə 3: “Mülki-sevda”: Maddi dünyaya müamilə meydanı
olduğuna görə “mülki-sevda” demişlər.
Qeyd 1: Dünyəvi kainat, o cümlədən insan özü və əhvalı bir göz
qırpımı qədər sabit qalmayıb damia dəyişilmək prinsipini qəbul edərək,
dalbadal ilk durumunu itirərkən, yeni bir vəziyyət ələ almaqla dünyanın
alqı-satqı (mülki-sevda) bazarı olduğunu sübut edir.1
Qeyd 2: Dünyanın mülki-sevda olduğu:
A: Hər ləhzə yeni bir mərifət əldə etməyi tələb edir.
B: Dünyəvi sərmayə kimi mə’nəvi sərmayə (ibadət-itaət) qazanmağı
lazım bilir.
Nişanə 4: “Səvadi - əzəm”: Müamilə mərkəzindən nişanədir.
Anlam: Beyt mə’nəvi tutum üstünlüyünü təlqin edir.

Beyt 4: Hicr var, ey didə, vəsl əyyamı tökmə xuni-dil,


Saxla kim, əlbəttə, anın həm gələr bir gün dəmi
Sözlük: didə = göz, vəsl = vüsal, xuni-dil = ürək qanı
Nişanə 1: “Birinci misra”: Bu nişanə eşq ilə bağlı biqərarlıqlar və
istirabların şühud nailiyyətində də davam etdiyini göstərir.
Anlam: Hicran bazarı də vüsal bazarı kimi sərmayə tələb edir.
Qeyd: “Dəm” sözünün bir mənası da qan olduğundan, beyt ədəbi
işarə (işarə) sənətindən də bəhrələnmişdir (Füzuli qəzəllərinin ədəbi
incəliklərini tanıtdırmaq üçün müstəqil bir şərh gərəklidir).

Beyt 5: Adəmidən çox olur zahir pərivəşlər, vəli


Az olur vaqe’ pərivəşlərdə sən tək adəmi.
Sözlük: Adəmi = Adəm övladı = insan, pərivəş = pərisima = gözəl
Anlam: Mələk kimi insanlar çoxdursa da insan kimi mələklər azdır.
Qeyd 1: Beyt mürşüd həzrətini, yaxud digər İlahi vasitəni vəsf edir.
Qeyd 2: Beyt bəşəri simada təzahür etmiş İlahi cəlalar qarşısında

1
Qəzəl 3, beyt 3

1461
mələklərin səcdəyə düşməyinə işarə edir.
Qeyd 3: Məhbub mələk sürətilə zühur etsə də mələkdən daha
üstündür.

Beyt 6: Vəsl yadilə, könül, söndürmə ahim atəşin,


Külbeyi-tarimdən ikrah etməsin hicran qəmi.
Sözlük: Külbə = daxma
Nişanə 1: “Atəşi-ah”:
A: Batini vücudu püxtələşdirən hərarətdən nişanədir.
B: Aşiqi dünya mühitindən yüksək səmalar seyrinə nail edən
hərarətdən nişanədir.
Nişanə 2: “Hicran qəmi”: Tələb nişanəsi olduğundan əzizdir.
Anlam: Beyt aşiqin qiyamətə qədər tələb və ətəş halında olmaq zəru-
rətini təlqin edir.1

Beyt 7: Ey Füzuli, qıldı canım riştəsin pürpiçü tab,


Bir pərivəş dilbərin sevdayi-zülfi-pürxəmi.
Sözlük: pürpiçü tab = buruşuqlu = buruq-buruq, xəm = qövs = hilali =
hilal görünüşlü
Nişanə 1: “Birinci misra”: Təcrid qarşısındakı mübhəm maneələr-
dən nişanədir.
Anlam: Hər bir vücud İlahi camal cilvəsini əks etdirməklə qəlbimi
bürüməkdədir (Hər bir vücud təcrid nailiyyəti qarşısında
bir maneə kimidir).
Qeyd: Xatırladığımız anlam yeddi vadili eşqin vəhdət ünvanlı beşin-
ci vadisində məhdud olmaq nişanəsidir.

1
Qəzəl 114, beyt 7

1462
QƏZƏL 275

(1) Qərqi-xunabi-dil etdi dideyi-giryan məni,


Onca qan tökdüm ki, bu rəng ilə tutdu qan məni.

(2) Hər tərəf yüz qəm həlakim qəsdin etmiş, Tanrıçün


Bir dəm ey gözdən axan xunabə, qıl pünhan məni.

(3) Yox məcalim özgə gülrüxsarə sənsiz baxmağa,


Eyləmiş hicri-rüxün öz halıma heyran məni.

(4) Ruzi-hicr, ey gün, çəkib bir tiğ, minnət qoy mənə,


Yoxsa minnətsiz həlak eylər şəbi-hicran məni.

(5) Qərqi-xunab oldu cismi-xaksarim, ah, kim,


Dürdvəş saldı ayaqlarə qəmi-dövran məni.

(6) Pənbeyi-dağim nihan etmiş sərasər cismimi


Kim, məlamət qılmaya hər kim görüb üryan məni.

(7) Bir məhi-bimehrəyəm mail, Füzuli, yox əcəb,


Qılsa hər yan, zərrə nisbət, çərx sərgərdan məni.

1463
Beyt 1: Qərqi-xunabi-dil etdi dideyi-giryan məni,
Onca qan tökdüm ki, bu rəng ilə tutdu qan məni.
Sözlük: xunab = qan-yaş, didə = göz, rəng = tərz = qayda
Nişanə 1: “Xunabi-dil”: İç vücudu paka çıxaran və mənliyi batil
edən ürək biqərarlığından nişanədir.
Nişanə 2: “Dideyi-giryan”: Bu beytdə “xunabi-dil” ünvanlı iç əhvalı
üzə çıxaran mərhələdən nişanədir.
Nişanə 3: “Qan tökdün”: Qan tökmək bu beytdə mənliklə mübarizə
aparmaq və özlüyünü batil etməyə çalışmaq nişanəsidir.
Nişanə 4: “Tutdu qan məni”: Qan tutmaq bu beytdə aşiqin
vücudunu tamamilə əhatələmiş qan-yaşdan, yaxud maddi vücud fəaliy-
yətini mümkünsüz edən biqərarlıqdan nişanədir.
Anlam: Beyt eşq məhkəməsində paklığını sübut etmiş aşiqin müka-
fatlanmağına (tərsə cəzalanmaq) işarə edir.

Beyt 2: Hər tərəf yüz qəm həlakim qəsdin etmiş, Tanrıçün


Bir dəm ey gözdən axan xunabə, qıl pünhan məni.
Nişanə 1: “Qəm”: Bu beytdə aşiqin tutum və istedadına sığmayan
qəbzlər və qəhrlərdən nişanədir.
Nişanə 2: “Həlak”: Bu beytdə taqəti sona çatmış aşiqin sınaqdan
çıxmasının mümkünsüz olmasını bildirən və ona tərbiyə dairəsindən
xaric olmaq imkanı təlqin edən nişanədir.
Nişanə 3: “İkinci misra”: Bu misra aşiqin zahiri varlığını batil et-
məklə onu vücud ilə əlaqədar taqətsizlikdən azad edən nişanədən
ibarətdir.
Anlam: Aşiq maddi vücudunu batil etməklə onun taqətsizlik ünvanlı
təzahüründən azad olmaq istəyir.

Beyt 3: Yox məcalim özgə gülrüxsarə sənsiz baxmağa,


Eyləmiş hicri-rüxün öz halıma heyran məni.
Sözlük: gülrüxsar = gülüzlü = gülçöhrə, rüx = üz = camal
Nişanə 1: “Gülrüxsar”: Bu beytdə bəşəri hüsn ilə məhdud olmuş
camaldan nişanədir.
Nişanə 2: “Rüx”: Bu beytdə məhz İlahi təcəllidən nişanədir.
Nişanə 3: “Heyran”: Heyran olmaq əql və idrak acizliyindən nişanə-
dir.

1464
Anlam: Beyt İlahi cəlalar ilə nisbətsiz hüsünlərin həqir olduğunu
təlqin etməklə aşiqin yüksək mərifətə nail olduğuna işarə
edir.
Qeyd: İlahi hüsndən xəbərdar aşiq bəşəri məhdud hüsnlərinə
rəğbətsiz olur.

Beyt 4: Ruzi-hicr, ey gün, çəkib bir tiğ, minnət qoy mənə,


Yoxsa minnətsiz həlak eylər şəbi-hicran məni.
Sözlük: ruzi-vəsl = vüsal günü, şəbi-hicran = hicran gecəsi
Nişanə 1: “Ruzi-vəsl”: Bu beytdə müşahidə anlarından nişanədir.
Nişanə 2: “Gün”: Məhz İlahi təcəllilər mənşəyindən istiarədir.
Nişanə 3: “Şəbi-hicran”: Şühud nurundan məhrum aşiqin öldürücü
zülmətdə giriftar olduğundan nişanədir.
Anlam: Aşiq şühud nurunda məhv olmağı təmənna edir.
Qeyd: Əzdad baxımı 1 əsasında, hər şeyi görmək (mərifət) onun
nurdan əxz etdiyi rəngə bağlı olduğu kimi hər bir şeyi görməmək də
(cəhl) onun şiddətli nur önündə qaralmağı ilə əlaqədardır. Demək, nur
həm varlıq, həm də yoxluq mənşəyidir. Beləliklə, fiziki nur şiddəti gözü
qamaşdırıb karsız və kor edən kimi mə’nəvi nur, yaxud şühud cəlaları isə
rəng ilə tanınmış maddi vücudları qaraldıb məhv etməlidir. Beləliklə,
aşiq nur içində yox olmaqla, yoxu var edən “ləb” ünvanlı mərtəbədən
bəhrələnmək istəyir (Dünyəvi varlığı yox etməklə mə’nəvi varlıqdan
bəhrələnmək).

Beyt 5: Qərqi-xunab oldu cismi-xaksarim, ah, kim,


Dürdvəş saldı ayaqlarə qəmi-dövran məni.
Sözlük: Xunab = qan-yaş, xaksar = həqir = torpaq kimi = təvazökar, dürd
= torta = camın təkinə çökmüş yağın, yaxud şərabın qaraya
çalan maddəsi
Nişanə 1: “Birinci misra”: Aşiqin taqətsiz bəşəri vücudundan
nişanədir.
Nişanə 2: “Saldı ayaqlara”: Ayağa düşmək yüksəliş müqəddiməsini
təlqin edən nişanədir.

1
Qəzəl 3, beyt 2

1465
Qeyd: Hər şey öz ziddi ilə bağlı olduğu üçün1 , başda olmaqdan,
yaxud etibar nailiyyətinin əsas şərti olan ayağa (yerə) düşməkdən
ibarətdir.
Nişanə 3: “Qəmi-dövran”: Dünyəvi ömür möhləti ilə bağlı mə’nəvi
məhrumluqlardan nişanədir.
Anlam: Bax: Nişanə 3.

Beyt 6: Pənbeyi-dağim nihan etmiş sərasər cismimi


Kim, məlamət qılmaya hər kim görüb üryan məni.
Sözlük: nihan = pünhan, sərasər = başdan-başa
Nişanə 1: “Birinci misra”: Bu nişanə maddi əngəl vücudun mücər-
rədlik, yaxud qurbanlıq və fanilik nailiyyətinə hazırlaşmasını təlqin edir.2
Nişanə 2: “Məlamət”:
A: Əql əhlinin sərkilərindən nişanədir (Aşiqin istedadlı olması).
B: Arif və kamil insanların irad-etirazından nişanədir (Aşiqin
istedadsız olması).
Nişanə 3: “Üryan”:
A: Təcrid məqamına hazırlaşmış aşiqin bəşəri adət və ictimai
adabdan çəkinməyinə işarə edən nişanədir.
B: Vücudunu məhvlik dərəcəsinə çatdırmayan aşiqin sərmayəsiz
olduğundan nişanədir.
Anlam: A: Beyt aşiqin təcrid və fəna məqamına hazırlaşmasını təl-
qin edir.
B: Beyt sərmayəsiz aşiqin xəcil olduğunu təlqin edir.
Qeyd: Əvvəlki anlam (A) münasib nəzərə gəlir.

Beyt 7: Bir məhi-bimehrəyəm mail, Füzuli, yox əcəb,


Qılsa hər yan, zərrə nisbət, çərx sərgərdan məni.
Sözlük: məh = ay, bimehr = məhəbbətsiz
Nişanə 1: “Məhi-bimehr”: Aşiqi dünyanın qaranlıq fəzasında, yaxud
kədərli maddə pərdəsində gah şühud nurundan bəhrələndirib, gah
məhrum etməklə yetkinləşdirən məhbubdan nişanədir.

1
Qəzəl 139, beyt 2
2
Qəzəl 171, beyt 1

1466
Nişanə 2: “Zərrə nisbət”: Bəsit cövhər, yaxud əsil vücud1 ilə həma-
həng əhval-ruhiyyədən, yaxud təcrid mərtəbəsinə nail olmuş aşiqdən
nişanədir.
Nişanə 3: “Sərgərdan”: Bu beytdə maddə ilə məna arasındakı
təklifsizlikdən nişanədir.
Anlam: Mə’nəvi mərtəbələrə nail olmuş aşiq dünyəvi ömür möh-
lətində sərgərdan olmalıdır.

1
Qəzəl 149, beyt 3 (Layetəl-cəzza)

1467
QƏZƏL 276

(1) Xoşdur irmək ol bədən vəslinə pirahən kimi,


Gəh əl öpmək astin tək, gəh ayaq damən kimi.

(2) Əks salmaz peykərim güzguyə baxsam, zə’fdən,


Aləmi-surətdə bir şeyda bulunmaz mən kimi.

(3) Cəm’dir könlün sənin kim, var mən tək çoxların,


Mən pərişanəm ki, tapılmaz mənə bir sən kimi.

(4) Bu çəmən gülrüxlərinə dərdi-dil qılmaz əsər,


Yüz dilin var isə, xamuş ol, könül, susən kimi.

(5) Gər dilərsən edəsən nəzzareyi-didari-yar,


Kənduzin görmə aradə dideyi-rövşən kimi.

(6) Damənin doldursa gərdun dürr ilən, tök əbr tək,


Dürr üçün təlx etmə kamın bəhri-tərdamən kimi.

(7) Sal nəzərdən lə’li həm görsən sirişki-al tək,


Lə’l üçün hər daşə urma başını, mə’dən kimi.

(8) Kargahi-sün’dən bir surət et nəqşi-zəmir,


Min xəyalın tutmagil, sərrişteyi-suzən kimi.

(9) Göz yaşilə danə-danə cəm’i-əsbab etmə kim,


Yelə verər dəhr onu, pamal edib xirmən kimi.

(10) Bəhrlər seyr eyləsən, mütləq tər olmaz damənin,


Gər həvayi-eşq ilə məmlüvvsən yelkən kimi.

(11) Qanda olsan, qapı lövhi tək gözət ismət yolun,


Açma göz divarlərdən hər evə rövzən kimi.

(12) Ey Füzuli, mənzili-məqsudə yetmək istəsən,


Hiç rəhbər yoxdürür ətvari-müstəhsən kimi.

1468
Beyt 1: Xoşdur irmək ol bədən vəslinə pirahən kimi,
Gəh əl öpmək astin tək, gəh ayaq damən kimi.
Sözlük: pirahən = köynək, gəh = gah, astin = qol, qolçaq, damən = ətək
Nişanə 1: “Bədən”: A: Mürşüd həzrəti kimi İlahi vasitələr
vücudundan nişanədir.
B: Qeyri hissi hüsnlərin hissi təzahüründən nişanədir.
Nişanə 2: “İkinci misra”: Bu misra aşiqin məmlük olduğuna
dəmbədəm etiraf etmək nişanəsidir.
Qeyd: Mürşüdlər nəzərincə məmlüklüyə etiraf etmək özəl münacat
sayılır.
Anlam: Beyt kəsrət hicabından, xüsusilə özlüyündən azad olub vəh-
dət dənizinə qoşulmağı hissiləşdirmək istəyir.

Beyt 2: Əks salmaz peykərim güzguyə baxsam, zə’fdən,


Aləmi-surətdə bir şeyda bulunmaz mən kimi.
Sözlük: Peykər = cism = surət = heykəl, zə’f = zəiflik, şeyda = divanə =
məcnun = aşiq
Nişanə 1: “Zə`f”: Fiziki mahiyyət hicabını aradan qaldırmaqla aşiqi
təcrid ərəfəsinə daxil edən nişanədən ibarətdir.
Nişanə 2: “Aləmi-surət”: A: Əql və idrak ilə əlaqədar aləmə “aləmi-
surət” demişlər.
B: Hər bir insanın maddi licim arxasında pünhan olmuş həqiqi
vücuduna “aləmi-surət” demişlər.
Nişanə 3: “Şeyda”: Eşq coşğunluğunda öz fiziki mahiyyətini unut-
muş aşiqə “şeyda” demişlər.
Anlam: Heç bir şeyə bənzər olmaz vahid məhbub1 eşqində dəm vu-
ran aşiqin də əhvalı iradət və məhəbbət kimi bənzərsiz
(yeganə) olmalıdır.

Beyt 3: Cəm’dir könlün sənin kim, var mən tək çoxların,


Mən pərişanəm ki, tapılmaz mənə bir sən kimi.
Anlam: Beyt “sənin minlərcə mən kimi aşiqin varsa, mənim üçün
heç də sən kimi bir məşuq tapılmaz” deməklə: şərif ayədə:

1
‫ ﻟﻴﺲ َﮐﻤِﺜِﻠ ِﻪ ﺷَﻴﯽ‬: “Onun bənzəri heç bir şey yoxdur”. (Quran, Şura surəsi, 11-ci ayə)

1469
“‫ﯽ اﻟﺤﻤﻴ ُﺪ‬
ُ ‫ﷲ ه َﻮ اﻟﻐﻨ‬ ِ ‫”ﻳﺎ اﻳﻬﺎ اﻟﻨﺎس اﻧﺘﻢ اﻟﻔﻘﺮا ُء اﻟﯽ ا‬1 (“Ey insanlar! Siz
ُ ‫ﷲ وا‬
Allaha möhtacsınız, Allah isə hər şeydən müstəğni və həm
də layiqdir”) buyuruğu fərmayişə işarə edərək aşağıdakıları
təlqin etmək istəyir:
A: Aşiq hər bir halda, hətta mə’nəvi yüksəlişin son
dərəcəsində də məmlük və möhtacdır.
B: Mütəal məhbub mütləq hacətsizdir.

Beyt 4: Bu çəmən gülrüxlərinə dərdi-dil qılmaz əsər,


Yüz dilin var isə, xamuş ol, könül, susən kimi.
Sözlük: Gülrüx = gül üzlü = gül çöhrəli
Nişanə 1: “Çəmən gülrüxləri”: Aşiqi mütləq kamaldan, yaxud
həqiqi vəhdətdən rayihələndirən İlahi vasitələrdən nişanədir.
Nişanə 2: “Qılmaz əsər”: Bu nişanə İlahi vasitələrin “təğafül” sifə-
tini təlqin edir.
Qeyd 1: Təğafül, kamala çatdırmaq məqsədilə sınağa çəkilmiş aşi-
qin nalələrini qulaq ardına vurmaqdan nişanədir.
Nişanə 3: “Xamuş”: Salikin ən önəmli adab və təkliflərindən biri də
xamuşluqdan ibarətdir.
Qeyd 1: Mütəal məhbubdan başqası ilə əlaqəsiz olmaq məqsədilə
dili danışıqdan saxlamaq, xamuşluq mərtəbəsinin aşağı, yaxud ilk dərə-
cəsindən ibarətdir.
Qeyd 2: Yaramaz nəfs ilə əlaqəsiz olmaq məqsədilə ürəyi danışıq-
dan saxlamaq xamuşluğun əla, yaxud son dərəcəsindən ibarətdir.
Anlam: Yuxarı xüsusi mərtəbəyə nail olmuş aşiqin dərdi dil etməyini
xətakarlıq bilmişlər. Çünki dərdi-dil etmək:
A: Mənlik əlamətdir.
B: Lütf ilə qəhri fərqləndirmək əlamətidir.

Beyt 5: Gər dilərsən edəsən nəzzareyi-didari-yar,


Kənduzin görmə aradə dideyi-rövşən kimi.
Sözlük: Nəzzarə = tamaşa = nəzər salmaq, didar = görmək = görüş, dide
= göz, rövşən = işıq

1
Quran, Fatir surəsi, 15-ci ayə

1470
Nişanə 1: “Didari-yar”: İlahi camal cəlalarını, yaxud həqiqət
səmasını “fuad” ünvanlı ürək gözü ilə görməkdən ibarətdir.
Nişanə 2: “Kənduzin görmə aradə”: Bu nişanə islamın ulu
peyğəmbərinin: “‫س ﺑ ِﻪ ذﻧﺐ‬
َ ‫ﺐ ﻻ ﻳُﻘﺎ‬
ٍ ‫ﮎ ذﻧ‬
َ ‫”وﺟﻮ َد‬: (“Ey insan, özlüyün bir gü-
nahdır ki, heç bir günahla müqayisə olmaz”) buyurduğu fərmayiş
əsasında fiziki əngəl mahiyyətini təmamilə unutmaq və “Eşq kilki çəkdi
xət hərfi-vücudi-aşiqə” buyurduğu mərtəbəyə nail olmaq əlamətidir.1
Qeyd: Lisanül-qeyb Hafiz: “‫”ﻳﮏ ﻧﮑﺘﻪ ات ﺑﮕﻮﻳﻢ ﺧﻮد را ﻡﺒﻴﻦ ﮐﻪ رﺱﺘﯽ‬
buyurmaqla dünyəvi və mə’nəvi məşəqqətlərdən xilas olmağı fiziki
mahiyyəti unutmaqla mümkün bildirmişdir.
Anlam: Özünü görmədən şühud məqamına istiarə olmuş göz kimi,
özlüyünü unutmuş aşiq didar ne’mətindən bəhrələnməlidir.

Beyt 6: Damənin doldursa gərdun dürr ilən, tök əbr tək,


Dürr üçün təlx etmə kamın bəhri-tərdamən kimi.
Sözlük: Damən = ətək, gərdun = asiman = zəmanə, əbr = bulud, kam =
ağız = kam, bəhr = dəniz, tərdamən = ətəyi nəm = günahkar
Nişanə 1: “Damənin doldursa gərdun dürr ilə”: Bu nişanə dünyəvi
nailiyyətlər əlamətidir.
Nişanə 2: “Tök əbru tək”: Bu nişanə dünyəvi etibarlardan çəkinmək
nişanəsidir.
Qeyd 1: Aşiq dünyəvi və mə’nəvi etibarları cəmləşdirməkdən
acizdir. Bunun üçün də birincisinə məşğul olmaqla, başqasından
məhrum olmalıdır. Lakin imam və peyğəmbər bu qanundan müstəsnadır.
Qeyd 2: Hər bir dünyəvi imtiyazı unutmaqla bir mə’nəvi imtiyaz
nailiyyəti mümkün olur.
Qeyd 3: Məşuq həzrətini (həqiqəti) tapmaq özünü unutmaqla
mümkün olur. Buna görə də Xacə Abdullah Ənsari: “İlahi yetkinlik
hamıya müsibətdirsə də mənə qənimətdir” buyurmuşdur.2
Anlam: Dünyəvi ne’mətlər, dəniz suyu kimi görünməkdə xoş olsalar
da xasiyyətcə acıdırlar.
Qeyd 1: İkinci misra dürr (etibar) tamahını dəniz suyunun acılıq
illəti bilməklə hüsni-təlil ünvanlı ədəbi incəlikdən istifadə etmişdir.3

1
Qəzəl 1, beyt 6
2
Doktor Cavad Nurbəxş. Sufi kist, səh. 4
3
Qəzəl 133, beyt 5

1471
Qeyd 2: Dürr tamahı dənizin günahkar (tərdamən) olduğuna səbəb
olmuşdur.

Beyt 7: Sal nəzərdən lə’li həm görsən sirişki-al tək,


Lə’l üçün hər daşə urma başını, mə’dən kimi.
Sözlük: Sirişki-al = qırmızı (qanlı) göz yaşı
Nişanə 1: “Ləl”: Bu beytdə dünyəvi etibarlar davamından nişanədir.
Nişanə 2: “Sirişki-al”: Bu beytdə İlahi müamilə bazarına gətirilmiş
sərmayə həqirliyini təlqin edən nişanədir.1
Anlam: Bu beyt də dünyəvi ne’mətlər həqirliyini təlqin edir.
Qeyd 1: Dünyəvi ne’mətlərin mə’nəvi ne’mətlərdən xəbərsiz edən
cəhətləri həqirdir.
Qeyd 2: Dünyəvi ne’mətlərin mə’nəvi ne’mətlərdən örnək olmuş
cəhətləri əzizdir.

Beyt 8: Kargahi-sün’dən bir surət et nəqşi-zəmir,


Min xəyalın tutmagil, sərrişteyi-suzən kimi.
Sözlük: Sün` = iş görmə = icad etmə = ehsan, zəmir = batin = ürəyin için
= əndişə, sərriştə = sapın ucu, suzən = iynə
Nişanə 1: “Kargahi-sün`”: Bu beytdə İlahi ehsan süfrəsindən, yaxud
mütəal məbudun dünyaya yayılmış vəhdət rayihəli ne’mətlərindən
nişanədir.
Nişanə 2: “Bir surət et nəqşi zəmir”: Bu nişanə:
A: Yalnız mütəal məhbubun “vəch” ünvanlı surət2 cəlalarını ürəkdə
saxlamaqdan nişanədir (irfani nəsihət).
B: Üzdə bir cür arxada başqa cür (riyakar) olmaq sifətinə işarə edir
(ictimai nəsihət).
Anlam: Bax: Nişanə 2.
Qeyd: İkinci misra irfani, yaxud ictimai məzmunu hissiləşdirmək
istəyir.

Beyt 9: Göz yaşilə danə-danə cəm’i-əsbab etmə kim,


Yelə verər dəhr onu, pamal edib xirmən kimi.

1
Qəzəl 3, beyt 3
2
Qəzəl 99, beyt 3

1472
Sözlük: Əsbab = səbəbələr = vasitələr = mal-dövlət = bəy, yaxud gəlin
başına səpilən noğul, dəhr = ruzgar = zamanə, pamal = paymal
= ayaq altda əzilmək
Nişanə 1: “Göz yaşı”: Bu beytdə dünyəvi və cismi məşəqqətlərdən
nişanədir.
Nişanə 2: “Əsbab”: A: Yaradıcı məbud ilə yaranmış insanlar ara-
sında mövcudluq göstərən vəsilələrə “əsbab” demişlər.1
B: Özü var ikən başqa bir şey onunla hasil olan mövcuda “əsbab”
demişlər.
Qeyd 1: Səbəblərə ümidvar olub onlara ürək bağlamaq, səbəbkar
məbudu inkar etməyə bərabərdir.2
Qeyd 2: Mal, dövlət, məqam və övlad kimi dünyəvi imkanlar,
həmçinin elm və hünər kimi şəxsi imtiyazlar, hətta ibadətlər və itaətlər,
nəhayət, mütəal məbuddan başqa zahirdə və batində hər nə varsa,
“əsbab” sayılmışdır.
Anlam: Beyt dünyəvi imkanların etibarsız olduğunu təlqin edir.
Qeyd: Dünyaşünas əql ilə bağlı imkanlara etibarsızdırlar.

Beyt 10: Bəhrlər seyr eyləsən, mütləq tər olmaz damənin,


Gər həvayi-eşq ilə məmlüvvsən yelkən kimi.
Sözlük: Bəhr = dəniz, damən = ətək, gər = əgər, məmlüvv = dolmuş =
dolu
Nişanə 1: “Bəhr”: Bəhr bu beytdə: A: Kəsrət aləminin xasiyyətcə
hadisələr və təhlükələr meydanı olduğundan nişanədir.
B: Dünyəvi hüsnlər məşğulluğunda xətalar və günahlara düşmək
nişanəsidir.
Nişanə 2: “Mütləq tər olmaz damənin”: Bu nişanə dünyəvi
təhlükələri təsirsiz edən mərtəbə əlamətidir.
Nişanə 3: “Həvayi-eşq”: Bu beytdə bəhr hadisələrinə üstün gələn
mərtəbədən nişanədir.
Nişanə 4: “Yelkən”: Bax: Həvayi-eşq.
Anlam: Asimani və mə’nəvi mərtəbələrdən əgər düzgün bəhrələnmiş
olsan, yer üzərində həyat sürmək məcburiyyətində maddi
aldadıcı hüsnlər və gizli təhlükələr ilə əhatələnsən də,

1
Qəzəl 28, beyt 7
2
Göstərilən qəzəl

1473
zərrəcə onlardan təsirlənməzsən (Asimandan, yaxud
mə’nəviyyatdən bəhrələnmiş insanlar dünyəvi hadisələrə
qalibdirlər) Lisanül-qeyb Hafiz bu mə’nəvi qanunu təlqin
etmək məqsədilə buyurmuşdur ki:
‫ﺁﺷﻨﺎﻳﺎن رﻩ ﻋﺸﻖ در اﻳﻦ ﺑﺤﺮ ﻋﻤﻴﻖ‬
1
‫ﻏﺮﻗﻪ ﮔﺸﺘﻨﺪ و ﻧﮕﺸﺘﻨﺪ ﺑﻪ ﺁب ﺁﻟﻮدﻩ‬

Beyt 11: Qanda olsan, qapı lövhi tək gözət ismət yolun,
Açma göz divarlərdən hər evə rövzən kimi.
Sözlük: Lövh = vərəq, ismət = nəfsini günahdan qorumaq = günahdan
çəkinmək, rövzən = baca
Anlam: Bu qəzəl müxtəlif irfani mərtəbələr feyzini təlqin edəndən
sonra, “iltifat” ünvanlı ədəbi sənət rüxsətilə ictimai adab və
əxlaqa mail olaraq, özgələrin həddinə və həqqaniyyətinə
ictimai bir qanun kimi hörmət gözləməyi, gözünü, yaxud
baxışını paklamağı təlqin edir.

Beyt 12: Ey Füzuli, mənzili-məqsudə yetmək istəsən,


Hiç rəhbər yoxdürür ətvari-müstəhsən kimi.
Sözlük: Ətvar = tövr sözünün cəmi = davranışlar = rəsmlər = yollar,
müstəhsən = sitayişə layiq = bəyənilmiş
Nişanə 1: “Mənzili-məqsud”: Bu nişanə qeyri maddi həyat ilə
vəhdət mülkünə köçmək əlamətidir.
Nişanə 2: “Ətvari-müstəhsin”: Salikin içəri vücudunda, yaxud
ürəyində yeddi sıra ədədli yolu seyr etməsindən və yeddi mə’nəvi
Qurani-mə’dən tapmasından nişanədir. Ancaq eşq yolunun: “tələb, eşq,
mərifət, istiğna, vəhdət, heyrət və fəna” ünvanlı yeddi vadisinə də işarə
edir.
Anlam: Vəhdət mülkünə çatdıran rəhbər, aşiqin öz içindəki ətəş və
tələbdən ibarətdir.

1
Müəllif bu beyti “Ta Qafe-əndişe” kitabının 4-cü cildində şərh etmişdir.

1474
QƏZƏL 277

(1) Mey peyapey sunma, saqi, qılma layə’qil məni,


Etmə bir dəm dövləti-didardən qafil məni.

(2) Zəhri-qəhrin içmədən var isə qəsdin, qətlim et,


Abi-heyvan içsəm öldürmək olur müşkil məni.

(3) Ar qətlimdən sənə, mən təşnə abi-tiğinə,


Öldürər həsrət gər öldürməzsən, ey qatil, məni.

(4) Mən sənə heyranü məndən qeyri səndən bixəbər,


Şükr ona kim, eşqinə qılmış haman qabil məni.

(5) Ey xoş ol sərməstlik vəqti ki, rəf’ olub hicab,


Zövqi-mey biixtiyar eylər sənə mail məni.

(6) Dönə-dönə lə’li-meygunin öpər, ey qönçələb,


Qılmasınmı rəşki-cami-badə xunindil məni.

(7) Zövq nöqsani bir afətdir mənə, ey piri-deyr!


Qoyma naqis, bir neçə cam ilə qıl kamil məni.

(8) “Qurtulam qəmdən” derəm kuyində, əmma bilməzəm,


Qurtararmı bəhri-qəm mövcündən ol sahil məni.

(9) Ey Füzuli, dövləti-baqi fənadəndir məna


Kim, fənadır eyləyən məqsudimə vasil məni.

1475
Beyt 1: Mey peyapey sunma, saqi, qılma layə’qil məni,
Etmə bir dəm dövləti-didardən qafil məni.
Sözlük: peyapey = dalbadal, layə’qil = ağılsız, didar = görüş
Nişanə 1: “Mey”: Bu beytdə aşiqin iç aləmini taqətsiz edən ülvi
qələbələrdən nişanədir.
Nişanə 2: “Saqi”: Həzrət Mürşüd, yaxud Həzrət Cəbrayıl kimi İlahi
vasitələrə “saqi” demişlər.
Nişanə 3: “Layəqil”: Bu beytdə məad əqlinin (eşq) məaş əqli 1
(dünyaşünas əql) kimi karsız olduğundan nişanədir (Heyrət mərhələsi).
Nişanə 4: “Dövləti-didar”: Həqiqət simasını, yaxud İlahi camal
cəlalarını “fuad” ünvanlı ürək gözü ilə görmək nailiyyətinə dövləti-didar
demişlər.
Anlam: Beyt ard-ardınca hədiyyə edilmiş ülvi qələbələrin aşiqin
istedadına əlavə olunduğunu təlqin edir.

Beyt 2: Zəhri-qəhrin içmədən var isə qəsdin, qətlim et,


Abi-heyvan içsəm öldürmək olur müşkil məni.
Sözlük: abi-heyvan = dirilik suyu (Bax: Qəzəl 46, beyt 2)
Nişanə 1: “Zəhri-qəhr”: Bu beytdə aşiqi əcəldən öncə öldürən (bir
ölü kimi özlüyündən xəbərsiz edən) tərbiyəvi qəzəblər və qəmzələrdən
nişanədir.
Nişanə 2: “Abi - heyvan”: Aşiqə həqiqi həyat bağışlayan İlahi
təcəllülərdən nişanədir.
Nişanə 3: “Öldürmək olur müşkil məni”: Bu nişanə ölümü, yenidən
öldürmək mümkünsüzlüyünü (müşkül) təlqin etmək istəyir.
Anlam: Beyt zəhri-qəhrin abi-heyvan ilə eyni olduğunu təlqin edir.

Beyt 3: Ar qətlimdən sənə, mən təşnə abi-tiğinə,


Öldürər həsrət gər öldürməzsən, ey qatil, məni.
Sözlük: ab = su
Nişanə 1: “Təşnə”: Təvazökarlıqla əlaqədar əhvala “təşnəlik” (ətəş)
demişlər.
Nişanə 2: “Abi - tiğ”: Bax: Zəhri-qəh.
Nişanə 3: “Həsrət”: Seyr yollarında saxlanılmış aşiqin təəssüflən-

1
Qəzəl 175, beyt 1

1476
məyinə “həsrət” demişlər.
Nişanə 4: “Qatil”: Qurbanlıq məqamına nail edən məhbuba “qatil”
demişlər.
Anlam: Beyt aşiqin qurbanlıq bazarına hazırladığı sərmayə naqisli-
yini təlqin edir.1

Beyt 4: Mən sənə heyranü məndən qeyri səndən bixəbər,


Şükr ona kim, eşqinə qılmış haman qabil məni.
Nişanə 1: “Heyran”: Ülvi bir vücud qarşısında əqli-idraki aciz və
mat qalmış bir aşiqə “heyran” demişlər.
Qeyd: Heyranlıq mərifətin son dərəcəsilə əlaqədardır.
Nişanə 2: “Bixəbər”: Heyranlıq dərəcəsinə çatmayan şəxslərə
“bixəbər” demişlər.
Nişanə 3: “Qabil”: Heyranlıq dərəcəsinə çatmış aşiqə “qabil”
demişlər.
Anlam: Füzuli ötən beyti davam etdirərkən “heyranlıq” ünvanlı sər-
mayənin “qətl”, yaxud “qurbanlıq” bazarında qəbul
olunmasını təmənna edir.

Beyt 5: Ey xoş ol sərməstlik vəqti ki, rəf’ olub hicab,


Zövqi-mey biixtiyar eylər sənə mail məni.
Sözlük: sərməst = sərxoş
Nişanə 1: “Sərməstlik”: Bütün varlığını mütəal məhbub eşqinə
məğlub etməkdən ibarətdir.
Nişanə 2: “Hicab”: Bu beytdə qəlb ilə məhbub arasında maneə
törətmiş bədəndən, yaxud fiziki mahiyyətdən ibarətdir.
Nişanə 3: “Zövqi-mey”: Şühud nailiyyətinin ilk dərəcəsindən ləzzət
alan qüvvədən ibarətdir.
Anlam: Mütəal məhbub fiziki mahiyyətdən azad olmuş ürəyi bir
maqnit kimi özünə tərəf cəzb edir.

Beyt 6: Dönə-dönə lə’li-meygunin öpər, ey qönçələb,


Qılmasınmı rəşki-cami-badə xunindil məni.

1
Qəzəl 7, beyt 2

1477
Sözlük: meygun = qırmızı = şərab rənginə çalan, rəşk = qibtə, xunindil =
ürəyi qan
Nişanə 1: “Ləli-meygun”: Məcazi varlığı batil etməklə həqiqi
varlığa nail edən ilham-işarədən istiarədir.
Nişanə 2: “Qönçələb”: Lə’l mərtəbəsilə əlaqədar açılmaz sirdən
nişanədir.
Nişanə 3: “Rəşk”: Kamal zirvəsinə yüksəlmişlər məqamına maraq-
landıran həsrətdən nişanədir.
Nişanə 4: “Cami-badə”: Mürşüd həzrətinin vüsala çatmış ürəyinə
“cami-badə” demişlər.
Nişanə 5: “Xunindil”: Bu nişanə həsrət əzabından istiarədir.
Anlam: Aşiq bədən hicabından azad olmaqla, ürək quşunu həzrət
mürşüd yüksəldiyi vəhdət səmasına qaldırmaq istəyir.

Beyt 7: Zövq nöqsani bir afətdir mənə, ey piri-deyr!


Qoyma naqis, bir neçə cam ilə qıl kamil məni.
Nişanə 1: “Zövq”: Şühud feyzinə nail etdirən istedad və qüvvədən
ibarətdir.
Nişanə 2: “Piri-deyr”: Şərif ayədə: “َ‫”وﻟﻘﺪ ﮐﺮﻡﻨﺎ ﺑﻨﯽ ﺁ َدم‬1: (“Biz Adəm
övladını şərəfli etdik) buyurulduğu kamil insanlıq məqamına nail olmuş
rəhbərdən nişanədir.
Nişanə 3: “Cam”: Bu beytdə ürəyi İlahi cəlalar ilə dolu “piri-deyr”
təlimatından feyziyab olmaq nişanəsidir.
Anlam: Aşiq zövq nöqsanını aradan qaldıran təlimat vasitəsilə ka-
mal zirvəsinə yüksəlmək istəyir.

Beyt 8: “Qurtulam qəmdən” derəm kuyində, əmma bilməzəm,


Qurtararmı bəhri-qəm mövcündən ol sahil məni.
Sözlük: Bəhr = dəniz
Nişanə 1: “Qəm”: Bu beytdə həsrət ilə əlaqədar iztirabdan nişanədir.
Nişanə 2: “Kuy”: Özünün bəndə (məmlük) olmasından etiraf və
iftixar etmək məqsədilə səcdəyə düşmək vəziyyətindən nişanədir.
Nişanə 3: “Bəhri-qəm”: Bax: Nişanə 1
Nişanə 4: “Sahil”: Bax: Nişanə 2

1
Quran, İsra Surəsi, 70-ci ayədən bir hissə

1478
Anlam: Aşiq səcdə kimi ibadətlərinin naqis olduğundan vahimələnir.

Beyt 9: Ey Füzuli, dövləti-baqi fənadəndir məna


Kim, fənadır eyləyən məqsudimə vasil məni.
Sözlük: Dövləti-baqi = sabit dövlət = zavalsız dövlət
Nişanə 1: “Dövləti-baqi”: Mütəal məbudun önü-sonu olmayan
“əzəli” və “əbədi” ünvanlı rəhmətindən daimi bəhrələnmək əlamətidir.
Nişanə 2: “Fəna”: Özünü bir ölü kimi bəşəri sifətlər, yaxud fiziki
mahiyyətdən azad etməyə “fəna” demişlər.
Nişanə 3: “Məqsud”: Hicransız vüsal mərtəbəsində “səkinə” 1
ünvanlı daimi toxtaqlıq mərtəbəsindən ibarətdir.
Qeyd: Dünyəvi ömür möhlətində, yaxud bədən həbsində “səkinə”
məqamına nail olmaq mümkünsüzdür.
Anlam: A: Nə qədər fiziki mahiyyətdə iz varsa bir o qədər də məq-
suda çatmaq mümkün deyil.
B: Hicran qurğulu dünyada məqsuda çatmaq mümkün de-
yil.

1
Qəzəl 154, beyt 1

1479
QƏZƏL 278

(1) Mərhəm qoyub önərmə, sinəmdə qanlı daği,


Söndürmə öz əlinlə yandırdığın çiraği.

(2) Uymuş cünunə könlüm, əbrunə der məhi-növ,


Nə e’tibar ona kim, seçməz qaradan aği.

(3) Qəddin qəmində sərvin sormağə zə’fi-halın,


Gülzardən kəsilməz irmaqların əyaği.

(4) Dür tək dişin sözünü hər dəm eşitmək istər,


Bəhrin müdam onunçün sahildədir qulaği.

(5) Zülfü siyəh sənəmlər olmuş sənin əsirin,


Eşqində hər birinin öz lütfü boynu baği.

(6) Gər mişk dersə aşiq ol buyi-zülfə, saqi,


Tünd olma, bir qədəh ver, tər eyləsin dəmaği.

(7) Dövran həvadisindən yox bakimiz, Füzuli,


Darül-əmanımızdır meyxanələr bucaği.

1480
Beyt 1: Mərhəm qoyub önərmə, sinəmdə qanlı daği,
Söndürmə öz əlinlə yandırdığın çiraği.
Nişanə 1: “”Dağ: Aşiqin qəlbini safa çıxaran atəş əlamətidir.
Qeyd 1: Ürək yandıran dünyəvi və mə’nəvi hadisələrə səbr etmək
xüsusi savaba malik olduğuna görə, yüksək mərifətdən bəhrələnmiş
aşiqlər (ariflər) bəlalar atəşini alqışlamışlar.
Qeyd 2: “Bir çox ürəyin xalisliyini və bir çoxunun karsız olduğunu
üzə çıxarmaq məqsədilə onları atəş içində sınağa çəkilmiş qızıllar kimi
imtahan etmişlər” (Safa çıxmış ürəklərə dağ ilə nişan qoymuşlar).
Qeyd 3: “Rəvayətlərdəki “dağ” bütün günahları ürəkdən silib məhv
edən qızdırma əlamətindən ibarətdir.1 Bu qızdırma ne’mətindən feyzyab
olmaq xahişi ilə Vəhşi Bafqi demişdir:
2
‫اﻟﻬﯽ ﺱﻴﻨﻪ اﯼ دﻩ ﺁﺕﺶ اﻓﺮوز در ﺁن ﺱﻴﻨﻪ دﻟﯽ وان دل هﻤﻪ ﺱﻮز‬
Nişanə 2: “Qanlı”: Qan ürək ləkələrini (xətalar) batil edən nişanə-
dən ibarətdir.
Nişanə 3: “Çırağ”: Bu beytdə “dağ” mənşəli hidayət nurundan nişa-
nədir.
Anlam: Aşiq ürək yandıran atəş ilə əlaqədar hidayət nurunun da-
vam etməsini tələb edir.

Beyt 2: Uymuş cünunə könlüm, əbrunə der məhi-növ,


Nə e’tibar ona kim, seçməz qaradan aği.
Sözlük: Cünun = məcnunluq = divanəlik, əbru = qaş, məhi-nov = hilal =
təzə ay
Nişanə 1: “Cünun”: Eşq qələbələrindən asılı məstlikdən nişanədir.
Nişanə 2: “Əbru”: Gözəl məbudun həqiqətini gizlədən qəhr və
qəzəb sifətlərindən nişanədir.
Nişanə 3: “Məhi növ”: Qara bir fəzada dalbadal parlayan mə’nəvi
işıqdan nişanədir.
Nişanə 4: “Seçməz qaradan ağı”: Bu nişanə: A: İslamın ulu
peyğəmbəri: “‫ﻖ ﻡَﻌﺮ َﻓﺘِﮏ‬
ّ‫ﺣ‬
َ ‫ﮎ‬ َ ‫ ”اﻟﻬﯽ ﻡﺎ‬3 (“Ey mütəal məbud sənin
َ ‫ﻋﺮَﻓﻨﺎ‬
həqiqətinlə tanış olmaq bizim üçün mümkünsüz oldu”) buyurduğu əsasda
təkcə hicran qurğulu maddi dünyada yox, bəlkə axirət aləmində, yaxud

1
İmam Məhəmməd Qəzzali. “Kimyayi-səadət” səh. 898
2
Vəhşi Bafqi. “Məsnəviye-nazir və mənzur”
3
Əllamə Məclisi. Biharül-ənvar, 67-ci cild səh. 338, 59-cu bab

1481
vüsal mərtəbəsində də mütəal məbudun həqiqəti ilə tanış olmağın
mümkünsüz olduğunu təlqin edir. Bu mənaya aid bir çox filosoflar hər
şeyin öz ziddi (əksi) vasitəsi ilə tanınmağına istinad edərək, mütəal
məbudun ziddi (əksi) olmadığına görə onun həqiqətinə moərrifət
yetirməyi mümkünsüz bilmişlər.1
B: Qəhr ilə lütfün fərqsiz olduğunu təlqin edir.
Anlam: Beyt bəşəri moərrifətlərin naqis olduğunu təlqin edir.

Beyt 3: Qəddin qəmində sərvin sormağa zə’fi-halın,


Gülzardən kəsilməz irmaqların əyaği.
Sözlük: zə`f = zəiflik
Nişanə 1: “Qədd”: İlahi hüsnlər təzahüdünü davam etdirmiş
mərtəbədən nişanədir.
Nişanə 2: “Sərv”: Bu beytdə məcazi hüsnlər uzantısından nişanədir.
Nişanə 3: “Zə`fi-hal”: Bu beytdə həqirlik, yaxud qibtə vasitəsi ilə
xəstələnməkdən nişanədir.
Anlam: A: İrmaqlar can üstə olan sərvi canlandırmaq məqsədilə
onun ayağına axıdılar.
B: İrmaqlar xəstə sərvin halını sormaq məqsədilə gülzardan
axınılır.
Qeyd: Yuxarıda xatırladığımız anlayışlar “hüsni təlil” ünvanlı ədə-
bi sənət ilə bağlıdır.2

Beyt 4: Dür tək dişin sözünü hər dəm eşitmək istər,


Bəhrin müdam onunçün sahildədir qulaği.
Sözlük: bəhr = dəniz, müdam = həmişə = daimi, sərab = ardı arası
kəsilməyən yağış
Nişanə 1: “Diş”: Hüsnlər xülasəsi, yaxud gözəlliklər nümunəsinə
“diş” demişlər.3
Nişanə 2: “Bəhr”: Bu beytdə bütün varlığa (vücud) işarə edən
nişanədir.

1
Qəzəl 3, beyt 2
2
Qəzəl 133, beyt 5
3
Qəzəl 85, beyt3

1482
Anlam: Bütün varlığın çırpıntısı, yaxud dayanmaz hərəkəti İlahi
hüsnlərdən feyziyab olmaq tələbi ilə bağlıdır.

Beyt 5: Zülfü siyəh sənəmlər olmuş sənin əsirin,


Eşqində hər birinin öz lütfü boynu baği.
Sözlük: siyəh = qara
Nişanə 1: “Zülfü siyəh sənəmlər”: Kəsrət aləmindəki vəhdət
rayihəli gözəllərdən nişanədir.
Anlam: Vəhdət rayihəli gözəllər isə İlahi camal ilə müqayisədə öz
hüsünlərinin daha naqil və həqir olduğundan xəcalət
çəkirlər.
Qeyd: Bəşəri hüsnlər də bəşəri məərifətlər kimi naqisdirlər.

Beyt 6: Gər mişk dersə aşiq ol buyi-zülfə, saqi,


Tünd olma, bir qədəh ver, tər eyləsin dəmaği.
Sözlük: Gər = əgər, buy = iy = qoxu
Nişanə 1: “Buyi-zülf”: Kəsrət aləmində zühur etmiş vəhdət rayihə-
sinə “buyi-zülf” demişlər.
Nişanə 2: “Saqi”: Mürşüd həzrətinə, yaxud Həzrət Cəbrayıla, yaxud
digər İlahi vasitələrə “saqi” demişlər.
Nişanə 3: “Qədəh”: İlahi feyzlərdən bəhrələnmək istedadını qüvvət-
ləndirən təlimata “qədəh” demişlər.
Nişanə 4: “Tər eyləsin damağı”: Damağı tər eyləmək istedadı əlavə-
ləndirən məərifət və təzə rayihədən nişanədir.
Anlam: Beyt mə’nəvi hüsnün dünyəvi hüsn ilə müqayisə edilməz
olduğunu təlqin etmək istəyir.
Qeyd: İlahi hüsnü, bəşəri hüsn ilə müqayisə etmək məərifət
naqisliyini sübut edir. Buna görə ulu Şeyx Sədi buyurmuş ki:
‫اﯼ ﺑﺮﺕﺮ از ﺧﻴﺎل و ﻗﻴﺎس و ﮔﻤﺎن ووهﻢ‬
‫وز ﺁﻧﭽﻪ ﮔﻔﺘﻪ اﻧﺪ و ﺷﻨﻴﺪﻳﻢ و ﺧﻮاﻧﺪﻩ اﻳﻢ‬

Beyt 7: Dövran həvadisindən yox bakimiz, Füzuli,


Darül-əmanımızdır meyxanələr bucaği.
Sözlük: həvadis = hadisələr, darül - əman = aman evi = pənahgah
Nişanə 1: “Meyxanə”: Aşiqin bəşəri əngəl tifaqını dağıdıb, onun
İlahi mahiyyətini üzə çıxaran mürşüd məktəbindən nişanədir.

1483
Anlam: A: Meyxanə şəraitində bəşəri sifətlərini, yaxud fiziki mahiy-
yətini unutmuş aşiq təbii hadisələr təsirindən azaddır.
Qeyd: Çöl aləm ilə bağlı hadisələr iç aləmə təsir etməkdən acizdir.

1484
QƏZƏL 279

(1) Qamətin xidmətinə sərvin əgilməz başi,


Nə bilir əhli-təriqin rəvişin ol naşi.

(2) Ögünür didə ki, heyranəm əzəldən üzünə,


Oldu mə’lum bu lafında ki, çoxdur yaşi.

(3) Əşk lə’li rəhi-eşqində tutubdur ətəgim,


Qorxuluqdur, necə salıb gedəlim yoldaşi?

(4) Yetdi ol qayətə zə’fim ki, çəkər təsvirim


Hər zaman daireyi-heyrətə min nəqqaşi.

(5) Möhtəsib, Tanrı üçün’ gəl mənə çox vermə əzab,


Meyli-məscidmi edər meykədələr ovbaşi?

(6) Kəsdi mən şiftədən əhli-səlamət yolunu,


Bəs ki, ətrafıma cəm’ oldu məlamət daşi.

(7) Ey Füzuli, nə bəla oxları kim, gəlsə mənə,


Səbəb ol qaşları yayin gözüdür, ya qaşi.

1485
Beyt 1: Qamətin xidmətinə sərvin əgilməz başi,
Nə bilir əhli-təriqin rəvişin ol naşi.
Sözlük: Təriq = irfan yolu = məzhəb = yol = hal, rəveş = tərz
Nişanə 1: “Qamət”: İlahi hüsnlər uzantısından nişanədir.
Nişanə 2: “”Sərv: Məcazi hüsnlər uzantısından nişanədir.
Nişanə 3: “Əhli-təriq”: Mə’nəvi, yaxud batini seyr ləzzətini dadmış
aşiqlərə “əhli-təriq” demişlər.
Nişanə 4: “Əgilməz başi”: Baş əymək mərifət əlamətidir.
Nişanə 5: “Naşi”: Məcazi hüsnlərin həqiqi mənşəyindən, yaxud
mə’nəvi hüsnlərdən xəbərsiz insana “naşi” demişlər.
Anlam: Beyt, məcazi hüsnlər məğrurluğunda mə’nəvi maraqlardan
xəbərsiz qalmağı tənqid etmək istəyir.

Beyt 2: Ögünür didə ki, heyranəm əzəldən üzünə,


Oldu mə’lum bu lafında ki, çoxdur yaşi.
Sözlük: Didə = göz
Nişanə 1: “Didə”: İnsanın “məzhər” ünvanlı güzgüyə çevrilmiş vü-
cuduna “didə” demişlər.
Qeyd 1: “Mütəal məbud öz cəlalarına “didə” ünvanlı vücudda
tamaşa edir.”
Qeyd 2: İnsan mütəal məbud cəlalarına öz didə ünvanlı vücudunda
tamaşa edir.1
Nişanə 2: “Heyran”: Bu beytdə İlahi hüsnlər önündə bəşəri idrakı
karsız olmuş aşiqdən nişanədir.
Nişanə 3: “Əzəl”: Əzəl bu beytdə zaman adlı başlanışdan azad
yuxarı aləmə işarə edən nişanədir.
Nişanə 4: “Üz”: Şərif ayədə: “ِ‫ل و َ اﻻﮐﺮام‬ َ ‫ ”وﻳَﺒﻘﯽ وَﺟ ُﻪ َرّﺑ‬2
ِ ‫ﮏ ذُواﻟﺠَﻼ‬
(“Ancaq əzəmət və kəramət sahibi olan Rəbbinin “vəchi” daymidir”)
buyurulduğu kimi, mütəal məbudun “vəch” ünvanlı camalına “üz”
demişlər.3
Nişanə 5: “İkinci misra”: Bu nişanə aşağıdakı məzmunları təlqin
edir:
A: Heyranlıq ünvanlı maddi vücud ilə əlaqədar sifəti mə’nəvi aləmə

1
Şeyx Mahmud Şəbüstəri. “Gülşəni-raz”, səh. 177-178
2
Quran-kərim, Ərrəhman surəsi, 27-ci ayə
3
Doktor Seyid Cəfər Səccadi. “Fərhəngi-loğat və istilahat və təbirati-irfani”

1486
nisbət vermək günahkarlıq (yaş) əlamətidir.
B: Öyünmək sifəti layiqlik və müddəilik əlaməti olduğundan
günahkarlıq hesaba alınmışdır, elə bu əsasda ariflər: “ ‫اﻟﻌﺎﺻﯽ ﺧﻴﺮ ﻡﻦ‬
‫”اﻟﻤﺪﻋﯽ‬: (“Günahkar adam müddəidən yaxşıdır”) demişlər.
C: “Yaş” sözü ömrə işarə etdiyi kimi ömür də hicran müddətinə
işarə edir.
Qeyd: Hicran müddəti bəşəri ömür başlanışıyla başlanır.
D: “Əzəl” bütün vücudların mütəal məbudun elmində mövcud
olduğu mərtəbədən, yaxud heyranlıq kimi sifətlərdən (heç bir sifətdən)
təsirlənməyən İlahi elm aləmindən ibarətdir.
Anlam: Yuxarı aləmdə isə mükəmməl mərifət nailiyəti mümkünsüz-
dür.

Beyt 3: Əşk lə’li rəhi-eşqində tutubdur ətəgim,


Qorxuluqdur, necə salıb gedəlim yoldaşi?
Sözlük: Əşk = göz yaşı, rəh = yol
Anlam: Beyt “hüsni-təlil”1 ünvanlı ədəbi sənət rüxsətilə “əşk”
ünvanlı biqərarlıqdan ayrılmaz olduğunu dəlilləşdirmək
istəyir.

Beyt 4: Yetdi ol qayətə zə’fim ki, çəkər təsvirim


Hər zaman daireyi-heyrətə min nəqqaşi.
Sözlük: Qayət = qayə, zə’f = zəiflik
Nişanə 1: “Zə’f`”: Bəşəri vücud bağlantılarını qat-qat soyub-tökmüş
aşiqin təcrid nailiyyətindən nişanədir.2
Nişanə 2: “Dayireyi-heyrət”: Bu beytdə əql əhlinin mərifət və
istedadlarını aciz edən şəraitdən nişanədir.
Anlam: Aşiq “təsvirim nəqqaşları heyrət dairəsinə çəkir” deməklə:
A: Mücərrəd vücudun təsvirsiz olduğuna işarə edir.
B: Mücərrəd vücudun əql və hünər çərçivəsinə sığmazlığını
təlqin edir.
C: Mücərrəd vücudun bənzərsiz olduğuna işarə edir.

1
Qəzəl 133, beyt 5
2
Qəzəl 142, beyt 1

1487
Beyt 5: Möhtəsib, Tanrı üçün’ gəl mənə çox vermə əzab,
Meyli-məscidmi edər meykədələr ovbaşi?
Sözlük: Möhtəsib = nəzarətçi = dini hökmlər nəzarətçisi. Ovbaş =
tərbiyəsizlər = veyllənmiş güruh = avara kütlə
Nişanə 1: “Möhtəsib”: Hər bir işin surətində dəqiqlik göstərməklə
mənasından, yaxud batinindən xəbərsiz qalmış zahid kimi irad-etiraz
əhlinə “möhtəsib” demişlər.
Nişanə 2: “Məscid”: Dini əməlləri dünyəvi hədəflərə qatışmış
vəziyyətə “məscid” demişlər.
Nişanə 3: “Meykədə”: Aşiqi bəşəri sifətlərdən ayırıb İlahi sifətlərə
əsaslandıran mövqeiyyətə “meykədə” demişlər.1
Nişanə 4: “Ovbaş”: Burada batini zahirindən gözəl aşiqlərə “ovbaş”
deyilmişdir.
Qeyd 1: Zahid nəzərincə dünyaşünas əql tabeliyində olmayan
aşiqlər ovbaşdırlar.
Qeyd 2: Meykədə əhli məcazi əngəl mahiyyətlərini təhqir etmək
məqsədilə özlərinə “ovbaş” demişlər.
Anlam: Ey möhtəsib, ictimai adabı tərk etmiş tərbiyəsiz aşiqlərə
məsciddən söhbət açmaq həqiqətən nəticəsizdir.
Qeyd: Batindən xəbərdar şəxslər zahirə meyl etməzlər.

Beyt 6: Kəsdi mən şiftədən əhli-səlamət yolunu,


Bəs ki, ətrafıma cəm’ oldu məlamət daşi.
Sözlük: Şiftə = aşiq = divanə = heyran
Nişanə 1: “Şiftə”: Bütün vücudunu mütəal məhbub eşqinə məğlub
etmiş aşiqə “şiftə” demişlər.
Nişanə 2: “Əhli-səlamət”: Dünyəvi etibarını, yaxud zahiri xarakte-
rini dəqiqliklə qoruyan əql əhlinə “əhli-səlamət” demişlər.
Anlam: Uğurlar olsun o sərkilərə ki səlamət əhlini bədnamlıqdan
qorxudub mənimlə əlaqəsiz etdi.

Beyt 7: Ey Füzuli, nə bəla oxları kim, gəlsə mənə,


Səbəb ol qaşları yayin gözüdür, ya qaşi.

1
Qəzəl 24, beyt 7

1488
Nişanə 1: “Göz”: Bu beytdə müşahidə məqamına nail edən lütf
nurundan nişanədir.
Nişanə 2: “Qaş”: Müşahidədən məhrum edən qəhr mərtəbəsindən
nişanədir.
Anlam: Beyt bəlaların İlahi lütf və qəhr ilə bağlı olduğunu, yaxud
cəfa ilə vəfanın fərqsizliyini təlqin edir.
Qeyd: Vəhdət mərkəzindən bəhrələnməyin ilk əlaməti cəfa ilə vəfanı
fərqsiz bilməkdir.

1489
QƏZƏL 280

(1) Xoş gəldi dün ol ayə sirişkim nəzarəsi,


Bir iş düşər ki, aşiqin işlər sitarəsi.

(2) Ey hər mərəz ilacinə hökm eyləyən həkim,


Bimari-dərdi-eşq olanın yoxmu çarəsi?

(3) Çıxmaq dilər səfineyi-tən cünbüşiylə can


Dəryayi-eşqdən ki, ədəmdir kənarəsi.

(4) Derlər ki, var Vamiqü Məcnun, əcəb degil,


Dağılmış ola atəşi-eşqim şərarəsi.

(5) Noldu gətirmədin ələ sədparə könlümü,


Vəhm eylədinmi əl kəsə bu şişə parəsi?

(6) Səndən həmişə tiri-bəladır gələn mənə,


Böylə olurmu aşiqü mə’şuqin arəsi?

(7) Ey söyləyən Füzuliyə eşq içrə səbr qıl,


Söylə, bu mərhəm ilə kimin bitdi yarəsi?

1490
Beyt 1: Xoş gəldi dün ol ayə sirişkim nəzarəsi,
Bir iş düşər ki, aşiqin işlər sitarəsi.
Sözlük: Sirişk = göz yaşı, nəzarə = nəzər salmaq = tamaşa etmək, sitarə =
ulduz
Nişanə 1: “Ay”: Qarasayaq maddəni mə’nəvi cəlalar ilə işıqlandıran
İlahi camaldan istiarədir.
Nişanə 2: “Sirişk”: Bu beytdə şühud həsrətilə bitablıq və qərarsızlıq
etməkdən nişanədir.
Nişanə 3: “İkinci misra”: Bu misra iki səadət ulduzunun birləşmə-
1
sinə , yaxud nailiyyət zamanının yaxınlaşmasına ümidvar olmaq əlamə-
tidir.
Anlam: Ardı-arası kəsilməz qərarsızlıq (daimi tələb) də nalə ünvanlı
münacat kimi mütəal məhbubun qapısını dalbadal döymək
kimi hesaba alınmışdır.
Qeyd: İslamın ulu peyğəmbəri qapı döyməyi məqsədə çatmaq
əlaməti buyurmuşdur. Elə buna görədə Mövləvi demişdir ki:
‫ﮔﻔﺖ ﭘﻴﻐﻤﺒﺮ ﮐﻪ ﮔﺮ ﮐﻮﺑﯽ درﯼ‬
2
‫ﻋﺎﻗﺒﺖ زان در ﺑﺮون ﺁﻳﺪ ﺱﺮﯼ‬

Beyt 2: Ey hər mərəz ilacinə hökm eyləyən həkim,


Bimari-dərdi-eşq olanın yoxmu çarəsi?
Nişanə 1: “Bimar”: Fiziki mahiyyət darısqallığında əzab görmüş
aşiqə “bimar” demişlər.
Nişanə 2: “Dərdi-eşq”: Yarı vücudu göydə saxlanılmış insanın yer
sakinliyində, yaxud bədən məhbəsində acı-şirin iztirabına “dərdi-eşq”
demişlər.
Nişanə 3: “Yoxmu çarəsi”: Xəstələnmiş bir şəxsin istəyi failiyyətsiz
üzvi yenidən fəaliyyətli etməkdən ibarətdir (çarə), əksinə aşiqin istəyi
büsbütün üzvləri nəhayət maddi əngəl vücudunu fəaliyyətsiz etməklə
islamın ulu peyğəmbərinin buyurduğu: “‫ﻞ ان ﺕَﻤﻮﺕﻮ‬َ ‫ ”ﻡﻮﺕﻮا ﻗﺒ‬3 (“Ölümdən
əvvəl özünüzü öldürün) məqamına nail olmaqdır.
Anlam: Bax: Nişanə 3.
Qeyd: Eşq bimarı mütəal məhbubun öz şikarı olduğundan: “ ‫ﺐ‬
ُ ‫اَﻟﻄَﺒﻴ‬

1
Qəzəl 71, beyt 4, nişanə 3
2
Qəzəl 88, beyt 4
3
Qəzəl 70, beyt 3

1491
‫”اَﻡ َﺮﺿَﻨﯽ‬: (“Öz təbibim məni xəstə etmişdir”) demişlər.1

Beyt 3: Çıxmaq dilər səfineyi-tən cünbüşiylə can


Dəryayi-eşqdən ki, ədəmdir kənarəsi.
Sözlük: səfinə = gəmi, cünbüş = hərəkət = istirab = təkan, ədəm =
yoxluq, kənarə = sahil = guşə
Nişanə 1: “Ədəm”:
A: Eşqə biganə insanın bir ölü kimi olduğuna işarə edir.
B: Elm və əql ilə, yaxud nişan və əlamət ilə məlum olmayan yaranış
mərkəzinə işarə edir.
C: “‫ ”ﻡﻮﺕﻮا ﻗﺒﻞ ﺕﻤﻮﺕﻮ‬mərtəbəsinə işarə edir.
Nişanə 2: “Dəryayi - eşq”: Bu beytdə eşq ilə bağlı sonu-sahili peydə
olmayan bəlalara işarə edir.
Anlam: Can cisimdən bir xidmətçi kimi istifadə etməklə2 vəhdət
mülkündə (ədəm)3 həqiqi toxtaqlığa nail olmaq istəyir.

Beyt 4: Derlər ki, var Vamiqü Məcnun, əcəb degil,


Dağılmış ola atəşi-eşqim şərarəsi.
Sözlük: Vamiq = məcnun kimi məşhur aşiq4, şərarə = qığılcım
Anlam: Füzuli “Məndə Məcnundan füzun aşiqlik istedadı var” bu-
yurduğunu təkrar və təkid edir.
Qeyd 1: Vamiq və Məcnun yuxarı aləmdə Füzulinin qurduğu eşq
məktəbində bir tələbə kimi təhsil almışlar.
Qeyd 2: Təzə əsrlərdə Vamiq və Məcnun kimi peyda olmuş aşiqlər
Füzuli məktəbindən bəhrələnmişlər.

Beyt 5: Noldu gətirmədin ələ sədparə könlümü,


Vəhm eylədinmi əl kəsə bu şişə parəsi?
Sözlük: sədparə = yüz parça = yüz tikə
Nişanə 1: “Sədparə”: Təkrar-təkrar qəbzlərə giriftar olmuş qəlbin
halını təsvir etmək istəyir.

1
Əli Səadətpərvər. “Cəmale-Afitab”, səh 290
2
Qəzəl 2, beyt 4, Haşiyə
3
Qəzəl 203, beyt 2
4
Qəzəl 261, beyt 3

1492
Nişanə 2: “İkinci misra”: Bu misra, sədparə könülün nalayiq
olduğunu, yaxud qəbzlər sınağıdan əzab çəkmiş qəlbin qeyri-hissi halını
hissiləşdirmək istəyir.
Anlam: Bax: Nişanə 2.
Qeyd: Aşiq batini əhvalının ibarəyə sığmaz olduğuna görə məcazi
təsvirdən istifadə etmişdir. Ancaq bu təsvir “şəth” ünvanlı mərtəbədə də
dəlilləşməlidir.1

Beyt 6: Səndən həmişə tiri-bəladır gələn mən,


Böylə olurmu aşiqü mə’şuqin arəsi?
Nişanə 1: “Tiri-bəla”: Bu beytdə təkrar edilmiş qəbzlərdən
nişanədir.
Anlam: Bu beyt də arxasında bəst olmayan qəbzlər çətinliyini, yaxud
aşiqin taqətsiz olduğunu, həmçinin bəst təmənnasını təlqin
edir.

Beyt 7: Ey söyləyən Füzuliyə eşq içrə səbr qıl,


Söylə, bu mərhəm ilə kimin bitdi yarəsi?
Nişanə 1: “Eşq”: Şair “icazi həzf” ünvanlı ədəbi sənət rüxsətilə
atəşi-eşq, yaxud bəlayi-eşq əvəzinə eşq kəlməsindən istifadə etmişdir.
Nişanə 2: “Səbr”: Bu beytdə:
A: İztiraba qalib gəlmək nişanəsidir.
B: Tələb və ətəşi tərk etmək nişanəsidir.
Anlam: A: İstiraba qalib gəlmək əgər mümkündürsə, daimi vüsal
nailiyyəti, yaxud qəbzsiz bəst mümkün deyil.
B: Tələb və ətəşi tərk etməklə həqiqi toxtaqlıq, yaxud hic-
ran həbsindən xilas olmaq mümkün deyil.

1
Qəzəl 24, beyt 1

1493
QƏZƏL 281

(1) Məgər xab içrə gördün, ey könül, ol çeşmi-şəhlayi


Ki, qıldın türfətül-eyn içrə ğərqi-əşk dünyayi.

(2) Yetirdi ahimi gərdunə ol büt, gör nə kafirdir,


Deməz kim, gögdə nagəh incidə naləm Məsihayi.

(3) Çəkərsən, ey müsəvvir, surətin ol məhvəşin, əmma


Nə mümkündür muradincə çəkilmək qaşları yayi.

(4) Bəladır şəhrlərdə mən kimi rüsvayi-xəlq olmaq,


Nə xoş Fərhadü Məcnun mənzil etmiş kuhü səhrayi.

(5) Görünməz yar, xəlq əşkim təmaşasinə cəm’ olmuş,


Əgər nagəh görünsə ol pəri, gəl gör təmaşayi.

(6) Tutub quşlar başımda aşiyan, fəryadə gəlmişlər,


Çıx, ey ahim odu, bir dəm başımdan sav bu qovğayi.

(7) Füzuli, xətti sevdasın qələm tək başa salmışsan,


Gedər başın, əgər başdan gedirməzsən bu sevdayi.

1494
Beyt 1: Məgər xab içrə gördün, ey könül, ol çeşmi-şəhlayi
Ki, qıldın türfətül-eyn içrə ğərqi-əşk dünyayi.
Sözlük: Xab = yuxu, çeşm = göz, türfətül-eyn = bir göz qırpımı, əşk =
göz yaşı
Nişanə 1: “Xab”: A: Maddə sərhəddində ölüm-dirim arasındakı
sərgərdanlıqdan nişanədir.
B: Bir çox yol insanın qəlbini dirçəldən “rəhmani nəfs” ünvanlı
həqiqini göylərdə seyr etdirmək müqəddəs yuxu ünvanlı “xab”
mərtəbəsində mümkün olur.
Qeyd: Ariflər həmçinin din alimləri Qurani-Kərimin bəzi ayələrinə
o cümlədən: “‫ﻦ‬ َ ‫ﮏ ﻧَﺠﺰِب اﻟﻤُﺤﺴِﻨﻴ‬
َ ‫ن ﮐَﺬاِﻟ‬ َ ‫”ﻗﺪ ﺻﺪﱠﻗ‬1: (“Sən [İsmaili üzü
‫ﺖ اﻟﺮﱡءﻳﺎ ِا ﱠ‬
üstə yerə yıxdığın, yaxud təslim olduğun zaman] yuxunu doğrultdun.
Həqiqətən, biz yaxşı iş görənlərə belə əcr verərik”) ayəsinə istinad
edərək, müqəddəs yuxunu:
A: Peyğəmbərliyin bir qisməti bilmişlər.
B: Vəhy mənşəyi ilə əlaqədar bilmişlər.
Nişanə 2: “Çeşmi-şəhla”: Bütün vücudu iztirablandıran şühud
cəlalarından nişanədir.
Nişanə 3: “Əşk”: Bu beytdə maddi əngəlin dünyaya qələbə çalan
biqərarlığından nişanədir.
Anlam: Beyt vəhdət cilvələrindən bəhrələnmiş aşiqin kəsrət məhbə-
sindən azad olmaq müqəddiməsini təlqin edir.

Beyt 2: Yetirdi ahimi gərdunə ol büt, gör nə kafirdir,


Deməz kim, gögdə nagəh incidə naləm Məsihayi.
Sözlük: gərdun = asiman, Məsiha = Həzrət İsa peyğəmbər
Nişanə 1: “Ah”: Mə’nəvi seyrə nail edən İlahi eşq şöləsindən
ibarətdir.
Nişanə 2: “Büt”: Daşdan yolulmuş ilahə olduğuna görə aşiqin
əqlini-idrakını və digər bədən qüvvələrini, “heyrət” ünvanlı mərtəbədə
təzahür etdirilmiş cəlalar ilə daş kimi qurudub işdən qoyan məhbuba
“büt” demişlər.
Nişanə 3: “Kafir”: “Kafir” sözünün bir mənası da “örtücü”
olduğundan:

1
Quran, Səffat surəsi, 105-ci ayə

1495
A: Öz həqiqətini maddi və mə’nəvi örpəklər ilə pünhan etmiş
məhbuba “kafir” demişlər.
B: Öz əks etdirdiyi cəlalar ilə məxfi olmuş məhbuba “kafir”
demişlər.
C: Bəşəri əql və idrak üstünü örtən məhbuba “kafir” demişlər.
D: İlahi sirləri aşiqdən örtüb-basdıran mürşüdə “kafir” demişlər.
Qeyd: Aşiq “şəth” vəziyyətində mürşüd həzrətinə, yaxud məhbubun
özünə kafir demişdir.1
Nişanə 4: “Məsiha”: Bu nişanə Məryəm oğlu İsanın dördüncü
səmada saxlanılmasına işarə edən nişanədir.2
Qeyd: Ariflər nəzərincə ruhların seyr etdiyi müəyyən səma
dördüncü səmadan ibarətdir.
Anlam: Füzulinin
“Çox yetirmə göylərə əfqanın ey kafir, sağın
İncinir nagəh Məsiha eşidib əfqanini”
buyurduğu beyt məzmunu təkrar etməklə aşiqin asimanlara təsir
edici iqtidarını təkid etmək istəyir.

Beyt 3: Çəkərsən, ey müsəvvir, surətin ol məhvəşin, əmma


Nə mümkündür muradincə çəkilmək qaşları yayi.
Sözlük: müsəvvir = rəssam = nəqqaş = surət yaradan, məhvəş = aybəniz
= gözəl
Nişanə 1: “Müsəvvir”: Bu beytdə eşq cilvələrini əql və sənət çərçi-
vəsinə sığışdırmağa çalışqanlıq edən xəyalpərvərdən nişanədir.
Nişanə 2: “Surət”: Bu beytdə naqis məərifət ilə məhdud edilmiş
sonsuz hüsndən nişanədir.
Nişanə 3: “Məhvəş”: Ağ nurunu qarasayaq maddədə əks etdirmiş
məhbuba məhvəş demişlər.
Nişanə 4: “Qaşların yayı”: Mütəal məhbubun cəlalına və qələbəli
sifətlərinə “qaş” demişlər.
Anlam: Mütəal məhbubun sifətləri də həqiqət kimi idraka, anlama,
elmə və sənətə, hətta ariflərin və aşiqlərin dedikləri
istiarələrə sığışmaz. Beləliklə hər aşiq, yaxud hər insan

1
Qəzəl 24, beyt 1
2
Qəzəl 153, beyt 2

1496
(müsəvvir) öz məərifəti və istedadı qədər mütəal məhbub
sifətlərindən rayihələnir.1 Elə buna görə də İlahi məərifət
yollarını insanlar sayca bilmişlər.

Beyt 4: Bəladır şəhrlərdə mən kimi rüsvayi-xəlq olmaq,


Nə xoş Fərhadü Məcnun mənzil etmiş kuhü səhrayi.
Sözlük: kuh = dağ
Anlam: Fərhad və Məcnun kimi çöllərə pənah aparmaq ictimai
məlamətlərdən çəkilməyi nəhayət, istedadsız olmağı sübut
edir. Elə buna görə də “Məndə Məcnundan füzun aşiqlik
istedadı var” buyurmuşdur.
Qeyd: “İnnəllahdan” alma heysiyyətli şəxslər, sərkilər və günah-
larla əhatələnsələr də onlardan zərrə qədər də təsirlənməzlər.

Beyt 5: Görünməz yar, xəlq əşkim təmaşasinə cəm’ olmuş,


Əgər nagəh görünsə ol pəri, gəl gör təmaşayi.
Sözlük: Nagəh = nagah = qəflətən
Nişanə 1: “Yar”: Ariflər şühud nuruna, yaxud mütəal məbudun
“vəch” ünvanlı camalını müşahidə etməyə yar demişlər.
Nişanə 2: “Pəri”: Bax: Yar
Nişanə 3: “Əşk”: Fiziki mahiyyəti yaddan çıxaran biqərarlıqdan
nişanədir.
Anlam: A: Beyt müşahidə məstliyində “şəth”2 demiş aşiqin mə-
lamətçilər qoşunu ilə əhatələnməyini təlqin edir.
B: Beyt vasitəsiz şühud mümkünsüzlüyünü təlqin etməklə
şərif ayəyə işarə edir ki buyurur: “Musa bizim miqatımıza
(qərar qoyduğumuz yerə) gəlib çatanda Rəbbi onunla
danışdı. [Musa] dedi: “Pərvərdigara!!! Özünü mənə göstər
ki, səni görüm. “Buyurdu: “Sən məni əsla görə bilməzsən,
lakin dağa bax, əgər o yerində qalsa, sən də məni görə
bilərsən!!!” Rəbbi dağa təcəlli edəndə onu darmadağın etdi
və Musa qəşş edib yerə yıxıldı. Ayılandan sonra dedi: “Sən

1
Qəzəl 21, beyt 3
2
Qəzəl 24, beyt 1

1497
pak və müqəddəssən, sənə tövbə etdim və mən möminlərin
birincisiyəm.”1

Beyt 6: Tutub quşlar başımda aşiyan, fəryadə gəlmişlər,


Çıx, ey ahim odu, bir dəm başımdan sav bu qovğayi.
Sözlük: aşiyan = yuva, qovğa = haray-həşir = fəryad = fəğan
Nişanə 1: “Birinci misra”: Bu misra bəşəri təfəkkürdən xali olmuş
başdan, yaxud vücud ilə bağlı etibar və qürur məhvliyindən nişanədir.
Nişanə 2: “İkinci misra”: Bu misra, zahiri iqtidarını məhv etmiş
aşiqin batini iqtidarından nişanədir.
Anlam: Aşiq quşlar aşiyan etmiş başdan ayrılmaqla vücud nişanəsini
məhv etmək istəyir (Başdan və quşlardan xəbərdar olmaq
vücud nişanəsidir).

Beyt 7: Füzuli, xətti sevdasın qələm tək başa salmışsan,


Gedər başın, əgər başdan gedirməzsən bu sevdayi.
Nişanə 1: “Xətt”: Bu beytdə fasiləsiz “qürb” (yaxınlıq), yaxud
beşinci beytdən işarə olmuş vasitəsiz şühuddan nişanədir.
Nişanə 2: “Qələm”: Başı yonulmuş olduğundan eşq havası ilə
dolmuş başın fəna olmağını hissiləşdirmək istəyir.
Anlam: A: Beyt, beşinci beytdə qeyd olunmuş Musa həzrətini qəşş
etdirən edən təcəllilərdən vasitəsiz bəhrələnməyi mümkün-
süz bildirmək istəyir.
B: Beyt vüsal nailiyyətinin faniliklə bağlı olduğunu təlqin
edir.

1
Quran, Əraf surəsi 143-cü ayə

1498
QƏZƏL 282

(1) Mübəddəl qılmağa sübhi-vüsalə şami-hicrani,


Mənim ahim alıbdır sübhü şamü çərx damani.

(2) Gözüm yaşilə həmrəng olduğiçün kəşfi-razımda,


Basırkən bağrıma, düşdü gözümdən bağrımın qani.

(3) Dili-pürxunmudur sinəmdə, ya ol qaşları yayın


Çəkilmiş navəki, cismimdə qalmış qanlı peykani

(4) Üzün görmək təmənnasindəyəm, əmma budur müşkül


Ki, dəm düşdükcə açdırmaz mən göz əşk tüğyani.

(5) Dedin, ey Xizr, bənzər yar lə’li abi-heyvanə,


Bu tə’zim ilə topraqdan götürdün abi-heyvani.

(6) Nisari-xaki-payin layiqi bir gövhər istərdim,


Qamu gözdən keçirdim qətrə-qətrə əşki-ğəltani.

(7) Füzulinin yetər eşqinə inkar eylə, ey gərdun


Güvahi-hal yetməzmi sənə, fəryadü əfğani?

1499
Beyt 1: Mübəddəl qılmağa sübhi-vüsalə şami-hicrani,
Mənim ahim alıbdır sübhü şam çərxi damani.
Sözlük: Mübəddəl = dəyişilmiş, daman = ətək
Nişanə 1: “Sübhi-vüsal”: Dünyəvi məcburiyyətlərə qələbə çalarkən
mə’nəvi həyat, yaxud daimi şühud başlanışına “sübhi-vüsal” demişlər.
Nişanə 2: “Şami-hicran”: Kəsrət küdurətinin şühud məqamına
yetişməsindən, yaxud hicran qaranlığından nişanədir.
Nişanə 3: “Ah”: Bu beytdə kəsrət ünvanlı maneələri, xüsusilə aşiqin
özlüyünü məğlub etməyə mübarizə aparan tələb və ətəş hərarətindən
nişanədir.
Nişanə 4: “İkinci misra”: Bu misra ahın dayanmaz olduğunu təlqin
edir.
Qeyd: Sübh başlanma və şam qurtarma əlaməti olduğundan, sübhü
şam zaman bütövlüyünü təlqin edir.
Anlam: Beyt aşiqin bütün dünya ilə mübarizə aparmaq iqtidarını
təlqin edir.
Qeyd: Aşiq vəhdət məqamına nail olan zamana qədər kəsrət ilə
mübarizə etməlidir.

Beyt 2: Gözüm yaşilə həmrəng olduğiçün kəşfi-razımda,


Basırkən bağrıma, düşdü gözümdən bağrımın qani.
Sözlük: raz = sirr
Nişanə 1: “Göz yaşı”: Bu beytdə eşq sirrini aşkara çıxaran qərarsız-
lıqdan nişanədir.
Nişanə 2: “Basarkən bağrıma”: Bağra basmaq bu beytdə pünhan
etməkdən istiarədir.
Nişanə 3: “Düşdü gözümdən”: Gözdən düşmək həqirlik nişanəsidir,
ancaq göz yaşının yağdırılmasını da təlqin edir.
Nişanə 4: “Bağrımın qanı”: Bu nişanə fiziki əngəl mahiyyəti, yaxud
şəxsi vücud hacətini batil etmək əlamətidir.
Anlam: Bağrım qanı “aşiq baş verər, sirr verməz”1 qanununu poz-
madan gözümdən düşdü.

1
Qəzəl 114, beyt 1

1500
Beyt 3: Dili-pürxunmudur sinəmdə, ya ol qaşları yayın
Çəkilmiş navəki, cismimdə qalmış qanlı peykani
Sözlük: Pürxun = qanlı, navək = ox, peykan = dəmir ox ucu
Nişanə 1: “Dili-pürxun”: Qurbanlıq bazarına sərmayə aparmağa
hazırlaşmış ürəkdən nişanədir.
Nişanə 2: “Qaşları yay”: Bu nişanə aşiqi, seyr yollarında dikəlmiş
təhlükəli maneələrə tam qələbə etmək məqsədilə lütfdən asılı qəhr ilə
dönə-dönə tərbiyə etmək əlamətidir.
Nişanə 3: “Qanlı peykan”: Aşiqin maddi əngəlli həyatına sədəmə
toxunduran və onu enerjidən, işdən qoyan, nəhayət mənliyindən ayıran
İlahi lütflərə bağlı qəhrlər əlamətindən ibarətdir.
Anlam: “Sübhü vüsal” nailiyyəti tələb etmiş ürək can alıcı qəhrlər və
qəmzələr ilə sınağa çəkilməlidir.

Beyt 4: Üzün görmək təmənnasindəyəm, əmma budur müşkül


Ki, dəm düşdükcə açdırmaz mənə göz əşk tüğyani.
Sözlük: Dəm = qan = ləhzə, əşk = göz yaşı
Nişanə 1: “Üz”: Mütəal məbudun “vəch” ünvanlı surətinə1, yaxud
İlahi camal cəlalılarına “üz” demişlər.
Nişanə 2: “Dəm düşdükcə”: A: Dəm düşmək, göz yaşının ürək qanı
ilə qatı olduğundan (ikinci misra), yaxud fiziki mahiyyət tör-töküntüsünü
batil edən qərarsızlıqdan nişanədir.
B: Dəm düşmək şühud anlarını, yaxud təcəlli ləhzələlərini təlqin
edən nişanədir.
Nişanə 3: “Açdırmaz mənə göz”: Bu ibarə, fürsət tapmaqdan
istiarədir.
Anlam: Beyt vücud tör-töküntüsünün şühud qarşısında maneə ol-
masını, yaxud tərbiyəvi çətinliklərin davam etmək zərurətini
təlqin edir.

Beyt 5: Dedin, ey Xizr, bənzər yar lə’li abi-heyvanə,


Bu tə’zim ilə topraqdan götürdün abi-heyvani.
Sözlük: Xizr = Müsəlmanların nəzərincə Musa peyğəmbərə bələdçilik
etmiş başqa peyğəmbərdir. Qərb araşdırıcıları Xizri tanımaq

1
Qəzəl 99, beyt 3

1501
barədə ixtilaflı olmuşlar, bəziləri “İlya” peyğəmbər və mömin
“Bərcis”i Xizr cildində zühur etmiş bilmişlər. Həmçinin islami
rəvayətlər onun (Xizrin) əbədi həyata nail olduğunu şərh
etmişlər1, demək O (Xizr), zülmət içində yaşayış suyuna
çatarkən bir qurtum ondan içmiş və əbədi həyat tapmışdır,
abi-heyvan = dirilik suyu2, təzim = ehtiram = əziz tutmaq
Nişanə 1: “Yar lə`li”: “Yar lə`li” yoxu var edən İlahi ilham-işarədən
nişanədir.
Nişanə 2: “Torpaqdan götürdün”: Torpaqdan götürmək bu beytdə
həqirlikdən azad etmək, yaxud ehtirama qaldırmaqdan nişanədir.
Anlam: A: Abi-heyvan bənzərsiz lə`l ilə müqayisə edildiyindən xəcil
olub özünü zülmətdə pünhan etdi. (Bu anlam “hüsni-təlil”
sənətindən bəhrələnməyə işarə edir.)
B: Abi-heyvan da lə`l məqamına möhtacdır (Abi-heyvan,
lə`l ilə bənzər olduğuna görə şərəflənmişdir).
Qeyd: Dünyəvi şərəflər və etibarlar:
A: Mə’nəvi mənşə ilə bağlı olduqlarına görə əzizdirlər.
B: Müstəqillik baxımı ilə həqirdirlər.3

Beyt 6: Nisari-xaki-payin layiqi bir gövhər istərdim,


Qamu gözdən keçirdim qətrə-qətrə əşki-qəltani.
Sözlük: Nisar = hədiyyə = gəlin, yaxud digər şəxsin başına salınmış
cəvahir, xak = torpaq , pa = ayaq
Nişanə 1: “Xaki-pa”: Aşiqin “axur görən” gözünü qaraldıb “axirət
görən” gözünü işıqlandıran bəndəlik ərəfəsinin torpağından ibarətdir.4
Nişanə 2: “Əşk”: Bu beytdə aşiqin öz həqirliyini etiraf etmək
nişanəsi olduğundan gövhər kimi qiymətlidir.
Qeyd: Mövləvi ürək münacatı ilə əlaqədar göz yaşını şəhid qanı
kimi İlahi vüsal sərmayəsi bildirmək məqsədilə buyurmuşdur:
5
‫اﺷﮏ را در ﻓﻀﻞ ﺑﺎ ﺧﻮن ﺷﻬﻴﺪ‬ ‫ﮐﻪ ﺑﺮاﺑﺮ ﻡﯽ ﻧﻬﺪ ﺷﺎﻩ ﻡﺠﻴﺪ‬
Beləliklə, şərif ayədə: “َ‫”ﻋِﻨ َﺪ َرﺑﱠﻬﻢ ﻳﺮزَﻗﻮن‬6: (“Rəbbləri yanında onlara

1
Doktor Məhəmməd Moin. “Fərhənge-Moin”, Ə’lam
2
Qəzəl 215, beyt 7
3
Qəzəl 40, beyt 5
4
Qəzəl 269, beyt 4
5
Mövləvi, Məsnəvi, beyt 1619
6
Quran, Ali-İmran surəsi, 169-cu ayədən bir hissə

1502
ruzi verilir”) buyurulduğu kimi göz yaşı ilə mənliyini yuyub unutmuş
aşiqin də şəhid kimi mütəal məbud ziyafətində nur təamından qidalan-
mağı məlum olur.1
Anlam: Göz yaşı vüsal bazarına layiq sərmayədir.

Beyt 7: Füzulinin yetər eşqinə inkar eylə, ey gərdun


Güvahi-hal yetməzmi sənə, fəryadü əfğani?
Sözlük: gərdun = asiman, güvah = şahid, əfğan = fəğan
Nişanə 1: “Gərdun”: Bu beytdə yer müqəddəratında təsir edici
asimani iqtidardan nişanədir.
Nişanə 2: “Fəryadü əfğan”: Bu beytdə aşağıdakı mərhələləri təlqin
etməklə istedadsızlıq əlaməti hesaba alınır:
A: Qəlbin narazı olduğuna işarə edir.
B: Kinayəli etiraza işarə edir.
C: “Təslim” və “Təvəkkül” ünvanlı ən önəmli məqamlardan
xəbərsiz olmağa işarə edir.
Anlam: Kamal zirvəsinə yüksəlməyən aşiq fəryad və əfğan etməlidir.
Qeyd 1: Bəzi vaxt fəryad və əfğanı özəl münacat əlaməti olduğuna
görə alqışa layiq bilmişlər.
Qeyd 2: Aşiq seyr səmalarına yüksəlməyincə fəryad kimi heyrət
dənizində qərq olmalıdır.
Qeyd 3: Fəryad seyrin başlanışında münacat dua kimi gözəl və
gərəkli sayılmışdır.
Qeyd 4: Fəryad seyrin sonlarında (yüksək mərtəbədə) natamamlıq
və cəsurluq sayılmışdır.

1
Qəzəl 1, beyt1

1503
QƏZƏL 283

(1) Yetər, ey fələk, bu cəfa, yetir məni-zarə sərvi-rəvanimi,


Məhi-təl’ətilə münəvvər et, dilü dideyi-nigəranimi.

(2) Rüxum üzrə xətti-sirişkimi, dəfəatilə qələmi-müjəm,


Rəqəm etdigiçün el oxuyub, bilir oldu razi-nihanimi.

(3) Cigərim odunu nihan ikən, elə zahir etdi mürur ilə,
Görəyim yerə keçə abi-çeşmi-təri-şərarəfşanimi.

(4) Tutalım ki, zülfi-siyahını tutan üzrə sabit olur günəh,


Nə rəva ki, qəmzeyi-qatilin, günəh etmədən tökə qanimi?

(5) Bu bəlayə saldı məni qədin ki, yaşırdı yer üzünü yaşım,
Bu yerə yetirdi məni qəmin ki, fələk eşitdi fəğanimi.

(6) Necə qəddü xalü xətü rüxün qəmü rəncü dərdü bəla ilə,
Bükə qəddimi, tökə yaşımı, yıxa könlümü, yaxa canimi.

(7) Sitəmin daşiylə başı sınıq, bədəni şikəstə Füzuliyəm,


Bu əlamətilə bulur məni, soran olsa namü nişanimi.

1504
Beyt 1: Yetər, ey fələk, bu cəfa, yetir məni-zarə sərvi-rəvanimi,
Məhi-təl’ətilə münəvvər et, dilü dideyi-nigəranimi.
Sözlük: rəvan = hərəkət edici, təl`ət = camal = görüş = günəşin çıxması,
münəvvər = işıqlı = parlaq, dide = göz
Nişanə 1: “Yetər cəfa”: Bu nişanə tərbiyəvi tənbehlərə son qoymaq
tələbi ilə:
A: Aşiqin yetkinliyini təlqin edir.
B: Aşiqin istedadsızlığını təlqin edir.
Nişanə 2: “Sərvi-rəvan”: Davam etdirilimiş İlahi hüsünlər zühuruna
“sərvi-rəvan” demişlər.
Nişanə 3: “Tələt”: Mütəal məbudun “vəch” ünvanlı camalından 1
parlayan cəlalara “tələt” demişlər.
Nişanə 4: “Dideyi-nigəran”: Bu nişanə aşiqin daxili və xarici
vücudunu zəbt etmiş şühud həsrətini təlqin edir.
Anlam: Bax: Nişanə 1.

Beyt 2: Rüxum üzrə xətti-sirişkimi, dəfəatilə qələmi-müjəm,


Rəqəm etdigiçün el oxuyub, bilir oldu razi-nihanimi.
Sözlük: rüx = surət = üz, sirişk = göz yaşı, dəfəat = dəfələrlə, müjə =
kiprik, raz = sirr, nihan = pünhan = gizli
Anlam: Beyt, ulu Şeyx Sədi buyurduğu kimi:
‫ﻧﻮﮎ ﻡﮋﮔﺎﻧﻢ ﺑﻪ ﺱﺮﺧﯽ ﺑﺮ ﺑﻴﺎض روﯼ زرد‬
‫ ﺣﺎﺟﺖ ﮔﻔﺘﺎر ﻧﻴﺴﺖ‬،‫ﻗﺼﻪ ﯼ دل ﻡﯽ ﻧﻮﻳﺴﺪ‬
çöl vücudun içəri vücuda məğlub olduğunu, yaxud batinin zahirdə
təsərrüf və təzahür etməsini, beləliklə eşq sirrini gizli saxlamağın
mümkünsüz olduğunu təlqin edir.2
Qeyd 1: Fəlsəfə elmi zahir ilə batin arasındakı əlaqələr barədə
“təsir”, “tənasüb”, “təvafüq” (müvafiqət) və “təbdil” ünvanları ilə izah-
lar aparmışdır.

Beyt 3: Cigərim odunu nihan ikən, elə zahir etdi mürur ilə,
Görəyim yerə keçə abi-çeşmi-təri-şərarəfşanimi.

1
Qəzəl 99, beyt 3
2
Qəzəl 53, beyt 7

1505
Sözlük: Nihan = pünhan, mürur = vaxt keçdikcə = zaman durduqca =
tədrici, ab = su, çeşm = göz, şərarəfəşan = gur yağdırıcı = od
saçan
Anlam: Göz yaşı: “Razi eşqin saxlaram eldən nihan, ey sərvünaz”
iddiasını batil etdiyinə görə nifrinə layiqdir.
Qeyd 1: Aşağı mərtəbələrdə müncat ilə əlaqədar olduğuna görə
alqışa layiq sayılmışdır.
Qeyd 2: Göz yaşı xəlvət şəraitində ən önəmli ibadət kimi hesaba
alınmışdır.
Qeyd 3: Fiziki mahiyyət ilə əlaqədar göz yaşı məzəmmət
olunmuşdur.

Beyt 4: Tutalım ki, zülfi-siyahını tutan üzrə sabit olur günəh,


Nə rəva ki, qəmzeyi-qatilin, günəh etmədən tökə qanimi?
Sözlük: Siyah = qara, günəh = günah
Nişanə 1: “Zülfi-siyah”: Məhbub camalının birinci (yaxın) örpəyin-
dən nişanədir.
Nişanə 2: “Qəmzə”: Qəmzə, həkim məhububun rəhmətilə bağlı qə-
zəbindən nişanədir.
Anlam: Zülfi-siyah ilə əlaqədar günahın sabit olmamasından əvvəl
qəmzə ilə tənbeh olmağımın (tökə qanımı) səbəbi nədir
bilmirəm.
Qeyd: İstedad əxz etmədən yaxud tərbiyə tamam olmadan əvvəl zülfi
siyahdan dəm vurmaq (zülfdən rayihələnmək tələbi)
günahkarlıq sayılmışdır.

Beyt 5: Bu bəlayə saldı məni qədin ki, yaşırdı yer üzünü yaşım,
Bu yerə yetirdi məni qəmin ki, fələk eşitdi fəğanimi.
Nişanə 1: “Qədd”: Maddə ilə məna arasındakı İlahilik uzantısından
nişanədir.
Nişanə 2: “Yaş”: Göz yaşını, yaxud yer mülkünə sığmaz qərarsızlıq
əlamətini təlqin edərək, əql əhlinin nəzəricə aşiqin günahkar olduğuna da
işarə edir.
Qeyd: Yaş sözü “ətəyi yaş” kimi mürəkkəb kəlmələrdə günahkarlıq
mənasını daşıdığından bir çox cümlələrdə də həmin mənanı təlqin edir.
Nişanə 3: “Qəm”: Tələb və ətəş ilə əlaqədar çalışqanlıqdan nişanə-
dir.

1506
Nişanə 4: “Fələk eşitdi fəğanımı”: Bu nişanə eşq ilə bağlı əhval-
ruhiyyənin asimani iqtidarını təlqin edir.
Anlam: Yer adamı aşiqanə əhvalatı idrak etməkdən acizdir.
Qeyd: Yerdə qabiliyyət olsaydı onda aşiq nalələrini göyə qaldırmazdı.

Beyt 6: Necə qəddü xalü xətü rüxün qəmü rəncü dərdü bəla ilə,
Bükə qəddimi, tökə yaşımı, yıxa könlümü, yaxa canimi.
Sözlük: rüx = üz = camal, rənc = məşəqqət = cəhd
Nişanə 1: “Qədd”: Bax: Beyt 5, Nişanə 1.
Nişanə 2: “Xal”: Vəhdət nöqtəsilə mükəmməl tanışlığın mümkün-
süz olduğunu təlqin edən nişanədir.1
Nişanə 3: “Xətt”: Bu beytdə mütəal canan camalından parlayan
nurların mə’nəvi həyat bitirən mərtəbəsindən nişanədir.
Nişanə 4: “Rüx”: İç aləmi nurani edən İlahi camal təcəlilərindən
nişanədir.
Nişanə 5: “Qəmü rəncü dərdü bəla”: Bu nişanələr tələb və həsrət ilə
bağlı qərarsızlıqlar və çalışqanlıqları təlqin edir.
Nişanə 6: “İkinci misra”: Bu misra fiziki mahiyyət ilə bağlı
qüvvələr məğlubluğunu təlqin edən nişanədir.
Anlam: “Qəddü xalü xətü rüx” mərtəbəsindən bəhrələnmək şərti
fiziki mahiyyət ilə bağlı qüvvələr məğlubluğudursa, nədənsə
mən hələ də məhrum qalmışam?

Beyt 7: Sitəmin daşiylə başı sınıq, bədəni şikəstə Füzuliyəm,


Bu əlamətilə bulur məni, soran olsa namü nişanimi.
Sözlük: Şikəstə = şikəst = əlil = sınıq
Nişanə 1: “Sitəm daşı”: Tərbiyəvi tənbehlər ilə bağlı qəhrlər və
qəbzlərdən nişanədir.
Nişanə 2: “Başı sınıq”: Öz bəşəri qürurunu aciz etmiş aşiqdən
nişanədir.2
Nişanə 3: “Bədəni şikəstə”: Bax: Beyt 6, Nişanə 6
Anlam: Füzuli maddi vücud ilə bağlı sifətlərini məğlub etməklə
mə’nəvi sifətlər əxz etməyə hazırlaşmışdır.

1
Qəzəl 22, beyt 3
2
Qəzəl 251, beyt 7

1507
QƏZƏL 284

(1) Ey səfi-novki-müjən zülfi-məlamət şanəsi,


Hər gireh zülfündə bir dami-təhəyyür danəsi.

(2) Bülbüli-can övci-istiğınayi-hüsnün tairi,


Tairi-dil pərtövi-şəm’i-rüxün pərvanəsi.

(3) Könlümü qılmış xəyali-mərdümi-çeşmin vətən,


Şükr kim, mərdümnişin olmuş bu qəm viranəsi.

(4) Dövri-rüxsarində xəttin hey’əti eşq əhlinə,


Bəzmi-qəmdə qanilə dolmuş bəla pemanəsi.

(5) Şəm’i ruyin tabi xurşidi-qiyamət pərtövi,


Höqqeyi-lə’lin sözü xabi-ədəm əfsanəsi.

(6) Zaye’ olmaz vadiyi-vəhdətdə ol avarə kim,


Bəsteyi-zənciri-zülfündür dili-divanəsi.

(7) Qanlı yaşın bəs ki, saçmışdır Füzuli hər tərəf,


Lalərəng olmuş hübabi-mey kimi qəmxanəsi.

1508
Beyt 1: Ey səfi-novki-müjən zülfi-məlamət şanəsi,
Hər gireh zülfündə bir dami-təhəyyür danəsi.
Sözlük: növk = uc = ucluq, müjə = kiprik, gireh = düyün, təhəyyür =
heyranlıq = heyrət = sərgərdanlıq
Nişanə 1: “Müjə”: Şühud aləminə pəncərə açmaq məqsədilə ürəyi
yaran İlahi qəmzə satmaqlardan nişanədir.
Nişanə 2: “Zülfi-məlamət şanəsi”: Bu nişanə məlamətlərin nizama
düşməsini və dəlilləşməyini, yaxud sərki vuranların birləşməyini təlqin
edir.
Nişanə 3: “Hər gireh zülfündə”: Zülf girehi icad dairəsinə nazil
olmaqla, tələb və şövq əhlini heyrətləndirən hüsnlər xülasəsindən
nişanədir.
Nişanə 4: “Təhəyyür”: Əqli və idrakı quru ağac kimi karsız edən,
dünyəvi və mə’nəvi təcrübələrdən üstün xüsusi təcəlli nəticəsindən
ibarətdir.
Anlam: İlahi qəmzələr ilə bağlı xüsusi təcəllidən xəbərdar aşiq
əqldən xəbərsiz olmaqla (təhəyyür) ictimai sərki-danlağa
giriftar olmalıdır.

Beyt 2: Bülbüli-can övci-istiğınayi-hüsnün tairi,


Tairi-dil pərtövi-şəm’i-rüxün pərvanəsi.
Sözlük: övc = yüksəklik = yüksək dərəcə = “Üşşaq” avazında bir şöbə,
istiqna = naz = toxluq = özünü tox tutmaq = ehtiyacsız olmaq,
tayir = quş = uçağan, rüx = üz = camal
Nişanə 1: “Bülbüli-can”: Ruhani fəzanı seyr etməyə layiq aşiq
ürəyidir həkim Nizaminin:
‫زﻧﺪﻩ ﺑﻪ ﺟﺎن ﺧﻮد هﻤﻪ ﺣﻴﻮان ﺑﻮد‬
1
‫زﻧﺪﻩ ﺑﻪ دل ﺑﺎش ﮐﻪ ﺟﺎن ﺁن ﺑﻮد‬
buyurduğu “həqiqi can”dan, yaxud “ürək canı”ndan ibarətdir.
Nişanə 2: “İstiqnayi-hüsn”: Möhtac aşiqi gah ürəkləndirən, gah da
qüvvətsiz edən bir yerə cəmləşmiş hüsnlər cilvəsindən ibarətdir.
Nişanə 3: “Tayiri-dil”: Bax: Nişanə 1, Can.
Nişanə 4: “Pərtövi-şəm’i-rüx”: Vəhdət günəşindən, yaxud gözəl
məhbub camalından saçılmış cəlalardan nişanədir.
Nişanə 5: “Pərvanə”: Can, yaxud qəlbin şühud nurunda itib-batmaq

1
Həkim Nizami, Məxzənül-əsrar

1509
həvəsindən nişanədir.
Anlam: Həqiqi məərifətə nail olmuş aşiqin canı, yaxud batini yalnız
ruhani asiman seyri ilə maraqlanır.

Beyt 3: Könlümü qılmış xəyali-mərdümi-çeşmin vətən,


Şükr kim, mərdümnişin olmuş bu qəm viranəsi.
Sözlük: mərdümi-çeşm = göz bəbəyi, mərdümnişin = oturacaq yeri
(abad)
Nişanə 1: “Birinci misra”: Bu misra şühud duyğuları, yaxud
müşahidə təcrübəsi bürüyən batindən nişanədir.
Nişanə 2: “İkinci misra”: Bu misra, “əzdad” baxımı demişkən 1
abadlığın viranlığa şərt olduğuna işarə edir.
Anlam: Bax nişanə 1.

Beyt 4: Dövri-rüxsarində xəttin hey’əti eşq əhlinə,


Bəzmi-qəmdə qanilə dolmuş bəla pemanəsi.
Sözlük: rüxsar = camal = surət, bəzm = ziyafət məclisi = xeymə,
peymanə = cam, xətt = üzün təzə bitmiş yumşaq tükü
Nişanə 1: “Dövri-rüxsarində xəttin”: Üz üstünü almış (hicab) xəttin,
haman üzdən fasiləsiz olduğu kimi, İlahi camal ətrafını almış nur da
fasiləsiz örpək, yaxud ilk hicab sayılmışdır.2
Qeyd: Dövr xətt hökümətinə, yaxud bəla əsrinə də işarə edir.
Nişanə 2: “İkinci misra”: Bu misra xətt mərtəbəsilə əlaqədar
tükənməz ətəş və tələbdən nişanədir.
Anlam: A: Beyt xətt nuruna çatmaq ətəşini təlqin edir.
B: Beyt, xətt hicabının açılmasını arzu edir.

Beyt 5: Şəm’i ruyin tabi xurşidi-qiyamət pərtövi,


Höqqeyi-lə’lin sözü xabi-ədəm əfsanəsi.
Sözlük: ruy = camal = üz, tab = nur = parıltı = hərarət, xurşid = günəş,
höqqe = cəvahirat qutusu, xab = yuxu, ədəm = yoxluq
Nişanə 1: “Şəm`i-ruy”: Bax: Beyt 2, nişanə 4 (şəm`i-rüx).
Nişanə 2: “Xurşidi-qiyamət pərtövi”: Bu nişanə qiyamət bazarına

1
Qəzəl 3, beyt 2
2
Qəzəl 138, beyt 4

1510
toplaşmış saf qəlbli insanların rəhmət nurundan, yaxud tovhid
günəşindən1 bol-bol bəhrələnməklərinə işarə edir.
Nişanə 3: “Höqqeyi-lə’l”: Yoxu var edən İlahi ilham-intibahdan
nişanədir.
Nişanə 4: “Xabi-ədəm əfsanəsi”: Bu nişanə: A: “Lə`l” mərtəbəsin-
dən nöqtə kimi açılmaz olduğuna işarə edir.
B: Məcazi varlığı yox etməyin, yaxud lə`l mərtəbəsindən
bəhrələnmək şərtinin çətinliyinə işarə edir.
Anlam: Beyt xüsusilə lə`l və qiyamət sözü eşqin öldürüb-dirildən
iqtidarını təlqin edir (dünyəviliyi öldürüb, mə’nəviliyi di-
riltmək).

Beyt 6: Zaye’ olmaz vadiyi-vəhdətdə ol avarə kim,


Bəsteyi-zənciri-zülfündür dili-divanəsi.
Sözlük: Bəstə = bağlı
Nişanə 1: “Vəhdət”: A: Kəsrətin batininə “vəhdət” demişlər.
B: Vəhdətin zahirinə “kəsrət” demişlər.
C: Kəsrətin həqiqəti ilə vəhdətin həqiqəti eyni birdir.2
D: Bütün kainatı həqiqət dənizinin dalğaları kimi görməyə “vəhdət”
demişlər.
E: Şərif ayədə: “ِ‫”ﻓﺎﻳﻨﻤﺎ ﺕﻮﻟﻮ ﻓﺘ ﱠﻢ وَﺟ ُﻪ اﷲ‬3: (“Hər hansı tərəfə üz tutsanız
[əslində] Allaha tərəf üz tutubsunuz”) buyurulduğu kimi bütün kainatda
İlahi camal cilvəsini görməklə “‫”ﻟﻴﺲ ﻓﯽ اﻟﺪّار ﻏَﻴﺮﻩ دﻳّﺎر‬4: (“Dünyada ondan
[Allahdan] başqa heç kim yoxdur”) şüarını buraxmağa “vəhdət”
demişlər.
Nişanə 2: “Avarə”: Dünya ilə məna sərhəddində sərgərdan qalmış
aşiqə “avarə” demişlər.
Nişanə 3: “Zənciri-zülf”: A: Tələb uzanışına “zənciri-zülf”
demişlər.
B: Davam etdirilmiş İlahi cazibələrə “zənciri-zülf” demişlər.

1
Qəzəl 1, beyt 1, nişanə 1 (a)
2
Doktor Seyid Cəfər Səccadi, “Fərhəngi-loğat və istilahat və təbirati irfani
3
Quran, Bəqərə surəsi, 115-ci ayə
4
‫ ﻧﻤﺎﻳﺪت دﻳﺪار‬2"‫ ﺁﻳﺪت ﺑﻪ ﻧﻈﺮ "ه َﻮ ﻡﻌﮑﻢ‬1"‫"ﺛ ﱠﻢ وَﺟ ُﻪ اﷲ‬
‫اﻳﻦ ﺕﻤﺎﺷﺎ ﭼﻮ ﺑﻨﮕﺮﯼ ﮔﻮﻳﯽ ﻟﻴﺲ ﻓﯽ اﻟﺪّار ﻏﻴﺮﻩ دﻳّﺎر‬
Şeyx Əttar Nişapuri, Şerlər divanı (qəsidələr)
a) Yuxarıdakı ayədən bir hissə
b) “Mən sizinləyəm”

1511
Nişanə 4: “Dili-divanə”: İctimai adab və dünyəvi etibarları tərk
etmiş aşiqin əhval-tuhiyyəsini təlqin edən nişanədən ibarətdir.
Anlam: Bütün kainatın, xüsusilə öz vücudunun İlahi nisbətini
duyub-düşünmüş aşiq vəhdət dənizinə qovuşmalıdır.

Beyt 7: Qanlı yaşın bəs ki, saçmışdır Füzuli hər tərəf,


Lalərəng olmuş hübabi-mey kimi qəmxanəsi.
Sözlük: Hübab = köpük
Nişanə 1: “Qanlı yaş”: Qanlı yaş tökmək, yaxud qan ağlamaq:
A: Fiziki mahiyyəti, yaxud mənəm-mənəmliyi batil etmək
nişanəsidir.1
B: Şəhidlik feyzinə nail edən nişanədir.2
Nişanə 2: “Lalərəng”: Lalə rəngində olmaq:
A: Dünyəvi və şəxsi maneələrə qələbə çalmaq nişanəsidir.
B: Şəhidlik feyzindən bəhrələnmək müqəddiməsidir.
C: Mə’nəvi təcrübələr meyvəsindən nişanədir.
Nişanə 3: “Hübabi-mey”: Mə’nəvi sifətlər əxzinə layiq olan aşiq
vücudunu bəşəri sifətlərdən boşaldan mərtəbədən nişanədir.
Nişanə 4: “Qəmxanə”: Bu beytdə cismi yaşayış məcburiyyətilə
əlaqədar xarici, yaxud maddi qurğulu hicran dünyasından ibarətdir.
Anlam: Beyt: A: Fiziki maneələrdən azad olmaq müqəddiməsini
təlqin edir.
B: Beyt fiziki maneələrdən azad olmaq çətinliyini təlqin
edir.

1
Qəzəl 53, beyt 2, nişanə 1
2
Qəzəl 282, beyt 6, nişanə 2

1512
QƏZƏL 285

(1) Ayinə sevər candan rüxsareyi-canani,


Bir ğayətə yetmiş kim, ayrılsa çıxar cani.

(2) Fəryad ki, əks oldu ol kim görəyim derdim,


Ayineyi-rüxsarın lövhi-dili-heyrani.

(3) Ol çahi-zənəxdanda derdim görərəm könlüm,


Könlümdə görür oldum ol çahi-zənəxdani.

(4) Azadələrin könlün cəm’ etmiş ikən ğəflət,


Təprətmə səba, billah, ol zülfi-pərişani.

(5) Yarə qəmi-pünhanım izhar edə bilməzdim,


Şadəm ki, rəvan oldu gözdən cigərim qani.

(6) Dərdü qəmi-pünhanim fəhm etdi el ahimdən,


Yüz ah ki, faş oldu dərdü qəmi-pünhani.

(7) Hicran gecəsi görgəc duzəx ələmin, bildim


Kim, ruzi-qiyamətdir yarın şəbi-hicrani.

(8) Candan keçəli buldum rahət qəmi-aləmdən,


Xoş hikmət ilə buldum ol dərdə bu dərmani.

(9) Yarəb! Nə səbəbdəndir kim, hiç əsər qılmaz


Dildarə Füzulinin fəryad ilə əfğani.

1513
Beyt 1: Ayinə sevər candan rüxsareyi-canani,
Bir ğayətə yetmiş kim, ayrılsa çıxar cani.
Sözlük: Rüxsarə = camal = üz
Nişanə 1: “Ayinə”: A: Mə’nəvi cəlaları əks etdirmiş maddi vücuda
“ayinə” demişlər.
B: Özünü kamal zirvəsinə qaldırmış mürşüdün qəlbinə “ayinə”
demişlər.
C: Yaradıcı məbud cilvələrini əks etdirmiş yaranmışa “ayinə”
demişlər.
Nişanə 2: “Rüxsarə”: Ürəyi işıqlandırıb, iç aləmi nurani edən İlahi
camal təcəllilərinə “rüxsarə” demişlər.
Anlam: Kamal və mərifət əhlinə bir ləhzə də İlahi təcəllilərdən kənar
yaşamaq mümkün deyil.
Qeyd 1: Aşiqin həyatı həqiqətən məşuq cazibələrilə bağlıdır.
Qeyd 2: Həqiqi həyat İlahi camal cəlalarından asılıdır.

Beyt 2: Fəryad ki, əks oldu ol kim görəyim derdim,


Ayineyi-rüxsarın lövhi-dili-heyrani.
Sözlük: Lövh = vərəq
Anlam: Məzhər ünvanlı güzgüdə mütəal məhbub camalını görmək
istərdim, amma əksinə, güzgünün heyran ürəyindən
(içərisindən) başqa bir şey görə bilməzdim.
Qeyd 1: Güzgü də mən kimi heyrətə düşüb, təzahür təklifindən aciz
oldu.
Qeyd 2: Maddi və mə’nəvi vücud məzhər mərtəbəsinə nail olsa da
həqiqəti əks etdirməkdən acizdir.
Qeyd 3: Məzhər yaxud güzgü, öz əks etdirdiyi cəlalar qarşısında
heyran olduğuna görə yeni hicab sayılır.
Qeyd 4: “Ayineyi-rüxsar” sözü bu beytdə güzgüyə bənzər rüxsar
mənasını yox, bəlkə də güzgüyə məxsus rüxsar mənasını ifadə edir.
Demək, təşbihi ifadədə rüxsarın özünə “ayineyi-rüxsar” demişlər,
beləliklə rüxsar və ayinə ikisi bir şeydir, lakin məxsus ifadədə ayinə
başqa və rüxsar başqadır.

Beyt 3: Ol çahi-zənəxdanda derdim görərəm könlüm,


Könlümdə görür oldum ol çahi-zənəxdani.
Sözlük: Çah = quyu, zənəxdan = çənə = çənədəki çökək
1514
Nişanə 1: “Çahi-zənəxdan”: Zənəxdan və çah, aşiqin müvəqqəti
həbsdə istiqamətini sınayarkən onu daimi həbsdən (hicran) xilas edən
qəhr və qələbədən nişanədir.
Qeyd 1: Həkim Nizami həzrət Yusif peyğəmbərin dini və irfani yük-
səlişini onun quyuya və həbsə düşməyi ilə əlaqədar bilib buyurmuşdur:
‫ﻡﺮد ﺑﻪ زﻧﺪان ﺷﺮف ﺁرد ﺑﻪ دﺱﺖ‬
1
‫ﻳﻮﺱﻒ از اﻳﻦ روﯼ ﺑﻪ زﻧﺪان ﻧﺸﺴﺖ‬
Qeyd 2: Lisanül-qeyb Hafiz zənəxdan həbsində tərbiyə görməyən
aşiqin heç bir nailiyyətə layiq olmadığını təlqin etmək məqsədilə
buyurmuşdur:
‫اﯼ دل ﮔﺮ از ﺁن ﭼﺎﻩ زﻧﺨﺪان ﺑﺪر ﺁﻳﯽ‬
2
‫هﺮ ﺟﺎﮐﻪ روﯼ ﺑﺎز ﭘﺸﻴﻤﺎن ﺑﺪر ﺁﻳﯽ‬
Qeyd 3: “Çah (quyu)” sözü, süqut mənasını işarə etməklə, “əzdad
baxımı”3 demişkən yüksəliş mərtəbəsini də təlqin etmək istəyir.
Qeyd 4: Çah sözü, yuxarı aləmə, yaxud vəhdət mərkəzinə qaldıran
“şövq” ünvanlı əsas əhvala da işarə edir.4
Anlam:Aşiq müvəqqəti həbsdə məbud hüzuruna istiqamətlənmək
şəraitini təlqin edir.

Beyt 4: Azadələrin könlün cəm’ etmiş ikən qəflət,


Təprətmə səba, billah, ol zülfi-pərişani.
Sözlük: Billah = Allah haqqı üçün = Allah haqqında
Nişanə 1: “Azadə”: A: İlahi sifətlər həvəsilə öz əziyyətini və
sifətlərini unutmuş aşiqə “azadə” demişlər.
B: Heyrət məqamına nail olmuş aşiqə azadə demişlər.5
Nişanə 2: “Cəm`”: Bu beytdə qəflət mərhələsilə əlaqədar toxtaqlıq
və razılıqdan nişanədir.
Nişanə 3: “Qəflət”: Bu beytdə:
A: Toxtaqlıq arxasındakı iztirabdan xəbərsiz olmaq əlamətidir.
B: Aşiqi mütəal məhbub tələbində özündən xəbərsiz edən müsbət və
həqiqi qəflətdən ibarətdir.
Nişanə 4: “İkinci misra”: Bu misra arifi, “cəm`” nailiyyətindən
məhrum edən hikmətdən nişanədir.

1
Həkim Nizami, Məxzənül-əsrar
2
Müəllif bu beyti “Ta Qafe-əndişe” kitabının 4-cü cildində şərh etmişdir.
3
Qəzəl 3. beyt 2
4
Qəzəl 24, beyt 6
5
Qəzəl 106, beyt 3

1515
Anlam: Aşiq toxtaqlıq arxasındakı iztirabdan vahimələnir.

Beyt 5: Yarə qəmi-pünhanım izhar edə bilməzdim,


Şadəm ki, rəvan oldu gözdən cigərim qani.
Nişanə 1: “Qəmi-pünhan”: Ürək parçalayan tələb və ətəşdən
ibarətdir.
Nişanə 2: “Cigərim qanı”: A: Cigər qanı bəşəri sifətləri məğlub və
batil edən nişanədən ibarətdir.
B: Batini əhval-ruhiyyəni zahirdə əks etdirən nişanədən ibarətdir.
Anlam: Bir çox yol “dərdi-dil” etməyi (birinci misra), narazılıq gös-
tərmək və şikayətlənmək əlaməti bilmişlər. Bunun üçün də
aşiq içəri əhvalının üzə çıxmağı ilə “dərdi-dil” etməkdən
hacətsiz olduğuna maraq göstərmək istəyir.

Beyt 6: Dərdü qəmi-pünhanim fəhm etdi el ahimdən,


Yüz ah ki, faş oldu dərdü qəmi-pünhani.
Nişanə 1: “Dərdü qəmi-pünhan”: bax: beyt 5, nişanə 1.
Anlam: Yüz yol əfsus etmək (yüz ah) “aşiq baş verər, sirr verməz”1
sözünün müqəddəs qanun kimi olduğunu təlqin edir.

Beyt 7: Hicran gecəsi görgəc duzəx ələmin, bildim


Kim, ruzi-qiyamətdir yarın şəbi-hicrani.
Sözlük: Duzəx = cəhənnəm, ruzi-qiyamət = qiyamət günü ,
şəbi-hicran = hicran gecəsi
Nişanə 1: “Hicran gecəsi”: Yuxarı aləmdə gördüyü mərtəbə, yaxud
vəhdət mərkəzi üçün qəribsəmiş aşiqin “vətən qürbəti” və “hal qürbəti”
ünvanlı vəziyyətini təlqin edən nişanədir.2
Anlam: Beyt, hicran gecəsinin qiyamət günü kimi dəhşətli olduğunu
təlqin edir.
Qeyd: “Səkinə” ünvanlı məqamda 3 ürək toxtaqlığına nail olmaq
yalnız vəhdət dənizində qərq olmaqla mümkündür.

1
Qəzəl 114, beyt 1
2
Qəzəl 34, beyt 3
3
Qəzəl 154, beyt 1

1516
Beyt 8: Candan keçəli buldum rahət qəmi-aləmdən,
Xoş hikmət ilə buldum ol dərdə bu dərmani.
Nişanə 1: “Can”: Bu beytdə aşiqi dünyəvi həyata nail edən bədən
canından ibarətdir.
Qeyd: Bədən canı qurbanlıq bazarında xərclənməli olduğuna görə
önəmlidir.
Nişanə 2: “Candan keçəli”: Candan keçmək bu beytdə bədən canı
ilə əlaqədar sifətləri, yaxud bəşəri iradə - ixtiyarı tərk etmək, ya da yox
kimi var olmaq nişanəsidir.
Nişanə 3: “Hikmət”: Bu beytdə İlahi nurdan bəhrələnmiş ürəyin
mə’nəvi məərifətindən nişanədir.
Anlam: Dünyəvi və mə’nəvi dəhşətlərə qələbə çalmaq, hikmət ün-
vanlı mərifət ilə mümkündür.

Beyt 9: Yarəb! Nə səbəbdəndir kim, hiç əsər qılmaz


Dildarə Füzulinin fəryad ilə əfğani.
Sözlük: əfğan = fəğan
Nişanə 1: “Fəryad, əfğan”: Batini iztirabların xaricdə təzahür etmə-
yini, yaxud qərarsız aşiqin hacətini və həsrətini təlqin edən nişanədən
ibarət itilahlardır.
Anlam: Beyt mütəal məhbubun “istiğna” və “səmədiyyət” ünvanlı
sifətləri ilə1 bağlı “təğafül” mərtəbəsini təlqin edir.
Qeyd: Kamala çatdırmaq məqsədilə sınağa çəkilmiş aşiqin
nalələrini qulaq ardına vurmağa təğafül demişlər.

1
Qəzəl 30,beyt 3

1517
QƏZƏL 286

(1) Məhşər günü görüm, derəm ol sərvqaməti,


Gər onda həm görünməsə, gəl gör qiyaməti.

(2) Tərki-mey etdin, ey könül, əyyami-gül gəlir,


Əlbəttə, bu işin çəkilir bir nədaməti.

(3) Məcnun ki, padşahi-sipahi-vühuş idi,


Mən tək müsəxxər etmədi mülki-məlaməti.

(4) Səhranəvərd ikən, mənə təsviri-Kuhkən,


Öyrətdi şəhri-eşqdə rəsmi-iqaməti.

(5) Səngi-məlamət ilə çəkin çevrəmə həsar,


Əşkim fənayə verməsin əhli-səlaməti.

(6) Zahid, çox etmə tə’n mey üftadəsinə kim,


Çoxları yıxdı piri-müğanın kəraməti.

(7) Qəm zülmətində bulmağa dərdü bəla məni


Bəsdir, Füzuli, atəşi-ahim əlaməti.

1518
Beyt 1: Məhşər günü görüm, derəm ol sərvqaməti,
Gər onda həm görünməsə, gəl gör qiyaməti.
Nişanə 1: “Sərvqamət”: Batini cəlalandıran təcəllilərini davam
etdirmiş mütəal məhbubdan nişanədir.
Nişanə 2: “Görüm”: Bu nişanə öz əks etdirdiyi nuru öz camalına
hicab etmiş cananı1 hicabsız müşahidə etmək arzusunu təlqin edir.
Nişanə 3: “Qiyamət”: Qiyamət içində başqa bir qiyamət qoparmaq-
dan nişanədir.
Qeyd 1: Məhşər günü, yaxud vədə verilmiş qiyamət dəhşətlidirsə,
sual - cavab günü olduğuna görə əqlə - idraka sığışan qiyamətdir, lakin
“gəl gör qiyaməti” ifadəsinin buyurduğu başqa qiyamətdir, hesab-kitaba
sığışmazlığından məhşər günündən fərqli və daha üstün bir gündür.
Qeyd 2: “Başqa qiyamət” həqiqi və İlahi canı bəşəri vücud
qəbrindən çıxaran qiyamətdən ibarətdir.
Qeyd 3: Bəşəri vücud qəbrindən azad olmuş can “rəhman behişti”
ünvanlı mərtbədə onu mütəal məhbubun öz hüzurunda daimi feyzdən
bəhrələndirməyinə nail olur.
Anlam: Yalnız eşq ilə iqtidar qiyamət içində “başqa qiyamət” qopar-
mağa layiqdir.

Beyt 2: Tərki-mey etdin, ey könül, əyyami-gül gəlir,


Əlbəttə, bu işin çəkilir bir nədaməti.
Nişanə 1: “Tərki-mey”: Aşiqin “neçə gün içməyə mey, zöhd ilə
nagəh tuta xub” buyurduğu əsasda, bəzi məsləhətləri nəzərdə tutub əql
əhli ilə həmahəng olmaq məcburiyyətini təlqin edən nişanədir.
Nişanə 2: “Əyyami-gül”: İlahi əhvali-ruhiyyəni həmçinin mə’nəvi
mərifələri yeniləşdirən bəsitlik şəraitindən nişanədir. Lisanül-qeyb Hafiz
bu şəraiti alqışlamaq məqsədilə buyurmuşdur:
‫ﺣﺎﺷﺎ ﮐﻪ ﻡﻦ ﺑﻪ ﻡﻮﺱﻢ ﮔﻞ ﺕﺮﮎ ﻡﯽ ﮐﻨﻢ‬
2
‫ﻡﻦ ﻻف ﻋﻘﻞ ﻡﯽ زﻧﻢ اﻳﻦ ﮐﺎرﮐﯽ ﮐﻨﻢ‬

Nişanə 3: “İkinci misra”: Bu nişanə “tərki-mey”in verdiyi xəsarətə


işarə edərək aşiqi ayıq salmaq istəyir.

1
Qəzəl 138, beyt 4
2
Müəllif bu beyti “Ta Qafe-əndişe” kitabının 3-cü cildində şərh etmişdir.

1519
Beyt 3: Məcnun ki, padşahi-sipahi-vühuş idi,
Mən tək müsəxxər etmədi mülki-məlaməti.
Sözlük: Sipah = qoşun, vühuş = vəhşi heyvanlar, müsəxxər = fəth
edilmiş = məğlub olunmuş
Anlam: Aram insanlardan çəkinib vəhşi heyvanlar ilə isinişmiş
Məcnun, camaatın sərki-danlağına mənim giriftar olduğum
qədər giriftar olmadı. Bu anlam: “Məndə Məcnundan
füzun aşiqlik istedadı var” buyuruğunu aşağıdakı qeydlər
ilə dəlilləşdirmək istəyir.
Qeyd 1: Məlamət qorxusundan çöllərə pənah aparmaq Məcnunun
naqis aşiq olduğunu sübut edir.
Qeyd 2: “Bəhrlər seyr eyləsən mütləq tər olmaz damənin” istifadəsi
əsasında, dünyəvi hadisələr (məlamətlər), mənəvi mərifət ilə mükəmməl
bəhrələnmiş aşiqə təsir etməkdən acizdir.

Beyt 4: Səhranəvərd ikən, mənə təsviri-Kuhkən,


Öyrətdi şəhri-eşqdə rəsmi-iqaməti.
Sözlük: səhranəvərd = çölləri addımlayan, kuhkən = dağ qoparan
Nişanə 1: “Səhranəvərd”: Bu beytdə:
A: Fərhadın dağa çatmaq məqsədilə səhraları addımlamağını təlqin
edir.
B: Füzulinin aşiqlər əhvalını mütaliyə etmək məqsədilə dünyəvi
seyrini təlqin edir.
Anlam: Fərhad isə dağa pənah aparmaqla Məcnun kimi naqis aşiq
olduğunu məlum etdi.
Qeyd: Fərhadın səhra və dağı danışdıran qabiliyyəti olsaydı,
onların hidayəti əsasında şəhərə qayıdıb Füzuli kimi məlamətlər və
qəmlər içində iqamət edərdi.

Beyt 5: Səngi-məlamət ilə çəkin çevrəmə həsar,


Əşkim fənayə verməsin əhli-səlaməti.
Sözlük: Səng = daş, əşk = göz yaşı
Nişanə 1: “Əşk”: Bu beytdə Hafiz: “‫”ﺕﺮﺱﻢ ﮐﻪ اﺷﮏ در ﻏﻢ ﻡﺎ ﭘﺮدﻩ در ﺷﻮد‬
buyurduğu kimi, içəri əhval ruhiyyəni üzə çıxaran qərarsızlıqdan
nişanədir.
Nişanə 2: “Fəna”: Bu beytdə əql əhlinin inamını dəyişdirən mərtə-

1520
bədən nişanədir.
Nişanə 3: “Əhli-səlamət”: İctimai xarakterini qoruyan əql əhlinə
“əhli-səlamət” demişlər.
Anlam: Füzuli özünü sərki-danlağa layiq göstərməklə əql əhlinə təsir
edici olmaqdan çəkinir. Çünki onlar “əql əhli” kimi
dünyanı unutmayıblar, beləliklə:
A: Hələ eşq aləminə naməhrəmdirlər.
B: Eşq ilə əlaqədar müsibətlər və təhlükələr qarşısında daha
acizdirlər.

Beyt 6: Zahid, çox etmə tə’n mey üftadəsinə kim,


Çoxları yıxdı piri-müğanın kəraməti.
Sözlük: piri-muğan = Zərdüşt məktəbinin rəhbəri
Nişanə 1: “Mey üftadəsi”:
A: İlahi qələbələr önündə başında yerləşmiş fikrini, iddialarını və
qürurlarını ayaq altına almış aşiqdən ibarətdir.
B: Öz mənliyini ayaq altına almış aşiqdən ibarətdir.
C: Seyr yolunda başını ayaq etmiş aşiqdən ibarətdir.1
D: Eşq ərəfəsində səcdəyə düşmüş aşiqdən ibarətdir.
Nişanə 2: “Yıxdı”: Yıxmaq, aşiqə öz bəşəri sifətlərinin etibarsız və
həqir olduğunu sübut etməklə onu “müddəilik” 2 hicabından azad edib
üftadəlik məqamına çatdıran nişanədən ibarətdir.
Qeyd: “Yıxdı” nişanəsi bir çox əqldən dəm vuran müddəilərə, yaxud
eşq əhlini inkar edən zahid kimi məlamətçilərə qələbə çalmağa da işarə
edir.
Nişanə 3: “Piri-muğan”: Piri-muğan aşiqi mütəal məhbub ərəfəsinə
hidayət edən “vasiteyi-feyz” ünvanlı İlahi rəhbərdən nişanədir.
Nişanə 4: “Kəramət”: Oda, suya qələbə çalan asiman mənşəli
iqtidarlar və əqlə, idraka sığmayan əmrlər və bir çox beləcə işlər əgər
peyğəmbər həzrətindən baş versə “möcüzə”dir, lakin piri-muğan kimi
eşq rəhbərindən görünsə “kəramət” sayılır.
Anlam: Beyt “piri-muğan” adlı eşq rəhbərinin asiman mənşəli iqti-
darını, yaxud arifpərvər təlimatını təlqin etmək istəyir.

1
Qəzəl 251, beyt 7
2
Qəzəl 69, beyt 4

1521
Beyt 7: Qəm zülmətində bulmağa dərdü bəla məni
Bəsdir, Füzuli, atəşi-ahim əlaməti.
Nişanə 1: “Qəm zülməti”: Hər bir şeyin görünməsi nur vasitəsilə
mümkün olduğundan, qəm zülməti aşiqi görünən şeylərdən, yaxud bir
çox kəsrət görüşündən azad edir.
Qeyd 1: Hər bir görünmüş şey bir kəsrət nümunəsi olduğuna görə
vəhdət qarşısında bir hicab kimi hesaba alınır.
Qeyd 2: Hər bir şeydən əks etdirilmiş nur göz vasitəsilə qəlbə
intiqal olub onu təsirləndirə bilir.
Qeyd 3: Qəlb mütəal məbudun özəl evi olduğundan, qəlbə intiqal,
yaxud daxil olmuş şeylər, o evin işğalçıları sayılır.(Hər bir görünmüş şey
öz miqdarınca məhbub yerini təng edir.1)
Nəticə: Qəm zülməti, görünüşü, yaxud kəsrət təzahürünü imkansız
etdiyinə görə vəhdət nailiyyətinə hazırlayan şərait sayılır.
Nişanə 2: “Dərdü bəla”: Bəşəri ixtiyar və tədbiri yox dərəcəsinə
çatdırmaqla aşiqi mənlik hicabından azad edən nişanədən ibarətdir.
Nişanə 3: “Atəşi ah”: Daxili həsrətin xaricdə təzahür etməsindən
nişanədir.
Anlam: Qəm zülməti vəhdət günəşindən bəhrələnmək müqəddimə-
sidir.

1
Qəzəl 69, beyt 4

1522
QƏZƏL 287

(1) Rəvacın nəqdi-peykanınla bulmuş hüsn bazari,


Keçər nəqdin əgər min Yusifin olsan xəridari.

(2) Məgər dövri-rüxün tərhin çəkər gül səfhəsi üzrə


Kim, olmuş gövhərəfşan bülbülün pərgar minqari.

(3) Çəkər min dairə çevrəmdə hirz üçün sirişkimdən,


Xəmidə qəddimin bihudə cizginməz bu pərgari.

(4) Keçər naləm fələkdən, xəm qədimi çəngə bənzətmən


Ki, çıxmaz pərdədən çəngin sədayi-naleyi-zari.

(5) Yeni aydan fələk səthində min qalib düzüb-pozmuş,


Verincə qaşların taqinə surət sün’ me’mari.

(6) Sənəmlər xidmətin taət bilən rind əcrsiz qalmaz,


Qılar min rişteyi-təsbih işin hər tari-zünnari.

(7) Füzulini dəhanın həsrəti bir dərdə salmış kim,


Nə pünhan etməyi mümkündür ol dərdin, nə izhari.

1523
Beyt 1: Rəvacın nəqdi-peykanınla bulmuş hüsn bazari,
Keçər nəqdin əgər min Yusifin olsan xəridari.
Sözlük: Peykan = ox ucu (dəmir), xəridar = müştəri, Yusif = Yəqub
peyğəmbərin oğlu.
Nişanə 1: “Peykan”: Aşiqin qəlbini yaralamaqla onu kamal
mərtəbəsinə tərbiyə edən və yetişdirən qəmzə satmaqlardan nişanədir.
Nişanə 2: “Nəqd”: Bu sözün bir mənası da qızıl əyarını bilmək
olduğundan bu nişanə (nəqd), “peykan” ünvanlı qəmzənin qiymətini
bildirmək istəyir.
Qeyd: Qızıl, əbədilik istiarəsi olduğundan, zavala məruz qalmış
maddi vücudun mə’nəvi çevrilişini, yaxud yenidən zavalsız surətini əldə
etməyinə də işarə edir.
Nişanə 3: “İkinci misra”: Bu misra həzrət Yusifin bir ticarət əmtəəsi
tək satılmağını təlqin edir.1
Anlam: Mənim aşiq olduğum canan məlakəyə bənzər Yusifdən daha
gözəldir.
Qeyd: Beyt mürşüd həzrətinin, yaxud digər İlahi vasitənin, ya da
mütəal məhbubun bənzərsiz hüsnünü tərif edir.

Beyt 2: Məgər dövri-rüxün tərhin çəkər gül səfhəsi üzrə


Kim, olmuş gövhərəfşan bülbülün pərgar minqari.
Sözlük: rüx = camal = üz, tərh = nəqşə = surət, govhərəfşan = gövhər
yağdıran, minqar = dimdik
Nişanə 1: “Dövri-rüx”: İlahi camal ətrafını almış “xətt” 2 ünvanlı
nurdan ibarətdir.
Nişanə 2: “Bülbül”: Bülbül bu beytdə qərarsız aşiq əhvalına işarə
edən nişanədir.
Nişanə 3: “Minqar”: Şairin qələminə işarə edən nişanədir.

1
Yusifin qardaşları onun ata yanında daha əziz olduğuna paxıllıq edərək atalarına dedilər:
“[Ata can,] səhər onu bizimlə göndər, [qoy] gəzib dolansın və oynasın. Biz onu mütləq
qoruyarıq”. Yusifi apardıqda hamılıqla onu bir quyunun təkinə salmaq qərarına gəldilər. Bir
karvan gəldi, suçularını göndərdilər, su qabını (dolçanı) quyuya salladı, dedi : “Müjdə! Bu bir
oğlandır. Yusifi bir ticarət əmtəəsi tək gizlətdilər... və onu az bir qiymətə (bir neçə dirhəmə)
satdılar (Quran-kərim, 12-ci, 15-ci, 19-cu, 20-ci ayə) Ancaq Yusif bir çox məşəqqətlər çəkib
məhbusluq görəndən sonra Misir ölkəsinin hakimiyyətinə (əziz) nail oldu.
2
Qəzəl 48, beyt 1

1524
Anlam: A: Füzulinin İlahi camal (xətt) vəsfində yazdığı şerin hər
kəlməsi bir dürr kimi qiymətlidir.
B: Gül üzrə əks etdirilmiş İlahi camal hüsnü bülbül nəğmə-
sini (minqar) cəvahir kimi qiymətləndirmişdir.

Beyt 3: Çəkər min dairə çevrəmdə hirz üçün sirişkimdən,


Xəmidə qəddimin bihudə cizginməz bu pərgari.
Sözlük: hirz = pənahgah = göz dəymə duası = qola bağlanan kağızda
yazılmış dua, sirişk = göz yaşı, xəmidə = əyilmiş = hilali,
bihudə = hədər = batil
Nişanə 1: “Sirişk”: Bu beytdə mərifət ilə əlaqədar qərarsızlıq əlamə-
tidir.
Nişanə 2: “Xəmidə qədd”: “İnnəllah” ünvanlı İlahi əslə tərəf qayıt-
maq nişanəsidir.1
Anlam: Aşiq İlahi əslə tərəf başladığı seyr hörmətini və təşəkkürünü
bir vacib əmr kimi bildirmək istəyir.

Beyt 4: Keçər naləm fələkdən, xəm qədimi çəngə bənzətmən


Ki, çıxmaz pərdədən çəngin sədayi-naleyi-zari.
Sözlük: Xəm = əyri = hilali
Nişanə 1: “Nalə”: Həm qəbz, həm də bəst vəziyyətində2 məmlük və
möhtac aşiqin qəlbinin etirafından, yaxud özəl münacatından nişanədir.
Anlam: Çəng müəyyən bir pərdədən yuxarı səslənməyə qadir deyil,
lakin aşiq ürək nəğməsini (münacat) göylərə qaldırıb
mələklərə çatdırmağa qadirdir.
Qeyd: Eşq ilə bağlı əhvalat mə’nəvi olduğundan dünyəvi təcrü-
bələrə sığmayandır.

Beyt 5: Yeni aydan fələk səthində min qalib düzüb-pozmuş,


Verincə qaşların taqinə surət sün’ me’mari.
Sözlük: qalib = qəlib, taq = hilalilik, sün` = icad etmə = iş görmə

1
Qəzəl 133, beyt 3
2
Qəzəl 2, beyt 5, nişanə 3, qeyd 1

1525
Anlam: Asimanlarda seyr edən yaradıcı xəyal da İlahi cəlal sifətini
(qaşlar tağını) vəsf etməkdən acizdir.
Qeyd: Mütəal məbudun cəlalına bağlı qəhr sifəti (qaşlar tağı) də
onun digər sifətləri kimi vəsf edilməz və bəyana sığmazdır.

Beyt 6: Sənəmlər xidmətin taət bilən rind əcrsiz qalmaz,


Qılar min rişteyi-təsbih işin hər tari-zünnari.
Sözlük: rind = zirək = batini zahirindən gözəl = ictimai adabı tərk etmiş
şəxsə, tar = riştə = sap, zünnar = qurşaq = zərdüştilərin özəl
qurşağı = boyundan asılan xaç bağı = bel bağı
Nişanə 1: “Sənəmlər”: Bu beytdə bəşəri simada İlahi hüsnlər əks
etdirmiş gözəllərdən ibarətdir.
Nişanə 2: “Xidmət”: İlahi iradət meyvəsindən ibarətdir.
Qeyd: Mütəal məbud eşqilə tanış olan arif ona xidmət emək
məqsədilə onun bəndələrinə də xidmət edir. O, yaranmışlara xidmətçi
olmağı yaradıcı məbuda iradət göstərmək kimi bir iş bilir. Ulu Şeyx Sədi,
xidmət qiymətini bildirmək məqsədilə buyurmuşdur ki:
‫ﻋﺒﺎدت ﺑﺠﺰ ﺧﺪﻡﺖ ﺧﻠﻖ ﻧﻴﺴﺖ‬
‫ﺑﻪ ﺕﺴﺒﻴﺢ و ﺱﺠﺎدﻩ و دﻟﻖ ﻧﻴﺴﺖ‬
Qeyd: Arif aşiqlər vacib dini əməllər əncamından sonra mütəal
məbud bəndələrinə xidmət etməyi gərəkli bilmişlər.
Nişanə 3: “Rind”: Toplamsal təşrifat və mədəni adabdan sovuşub
həqiqət dənizində məhv olmuş arifdən yaxud Füzulinin özündən (kinayə)
ibarətdir.
Nişanə 4: “Təsbih”: Dini adabını qoruyan şəxslərin yaxud əql
əhlinin duasından nişanədir.
Anlam: Sənəmlərə xidmət etmək qəbula keçmiş ibadət kimidir.
Qeyd 1: Eşq əhlinin bir duası əql əhlinin min duasından üstündür.
Qeyd 2: Eşq batin ilə bağlı olduğundan, aşiqin duası qəbula keçmə-
yə layiqdir. Çünki onun (aşiqin) batini zahirindən daha gözəldir.
Qeyd 3: Duanın eşq ilə, yaxud alovlu ürək ilə bağlı olduğunu təlqin
etmək məqsədilə Lisanül-qeyb Hafiz buyurmuşdur1:

‫دﻻﺑﺴﻮز ﮐﻪ ﺱﻮز ﺕﻮﮐﺎرهﺎ ﺑﮑﻨﺪ‬


‫ﻧﻴﺎزﻧﻴﻢ ﺷﺒﯽ دﻓﻊ ﺻﺪﺑﺎ ﺑﮑﻨﺪ‬

1
Müəllif bu beyti “Ta Qafe-əndişe” kitabının 2-ci cildində şərh etmişdir.

1526
Beyt 7: Füzulini dəhanın həsrəti bir dərdə salmış kim,
Nə pünhan etməyi mümkündür ol dərdin, nə izhari.
Sözlük: dəhan = ağız
Nişanə 1: “Dəhan”: İlahi işarələr mənbəyinə “dəhan” demişlər.
Nişanə 2: “Heyrət”: Əql və idrakı karsız edən mərtəbəyə “heyrət”
demişlər.
Nişanə 3: “Dərd”: Bu beytdə ətəş və tələb ilə bağlı qərarsızlıqdan
nişanədir.
Anlam: İlahi ilham-intibah ilə əlaqədar iztirab: A: Vücud çərçivə-
sinə sığmaz olduğuna görə aşkara çıxmalıdır.
B: Əql və təcrübə çərçivəsinə sığmaz olduğuna görə gizli
qalmalıdır.

1527
QƏZƏL 288

(1) Ey, hər təkəllümüm xəti-səbzin hekayəti!


Virdim həmişə müshəfi-rüxsarin ayəti!

(2) İrmiş səhih nəql ilə ərvahi-qüdsdən,


İsayə mö’cizi-ləbi-lə’lin rəvayəti.

(3) Dil kişvərini qarət edərlərdi xublər,


Mən’ etməsəydi şəhneyi-şövqün himayəti.

(4) Bildim təriqi-eşq xətərnakdir, vəli


Mən dönməzəm bu yoldan ölüm olsa qayəti.

(5) Qəddin həlakiyəm, düşə bilmən əyağinə,


Bir dərdə düşmüşəm ki, bulunmaz nəhayəti.

(6) Bəs kim, səni görəndə gedər məndən ixtiyar,


Gəlməz bəyanə möhnəti-eşqin şikayəti.

(7) Şükr et, Füzuli, qılma fəğan, yar qılsa cövr,


Kim, əhli-eşqə cövrdür onun inayəti.

1528
Beyt 1: Ey, hər təkəllümüm xəti-səbzin hekayəti!
Virdim həmişə müshəfi-rüxsarin ayəti!
Sözlük: Təkəllüm = danışıq, xətt = gənclər üzündə təzə göyərmiş tük,
səbz = yaşıl = məşuq, müshəf = kitab = Quran = asimani kitab,
rüxsar = sima = camal
Nişanə 1: “Təkəllüm”: Mütəal məbudun “mütəkəllim” ünvanlı sifəti
ilə bağlı yoxu var edən intibahlarından nişanədir.
Nişanə 2: “Xətt”: Çıxdığı yerdən etibarən fasiləsiz bitdiyinə görə
İlahi camal ətrafını almış fasiləsiz nurdan nişanədir.
Nişanə 3: “Səbz”: Yaşıllıq, yaxud göyərmək həyat əlaməti olduğuna
görə1 səbz xətt mərtəbəsindən alınmış mə’nəvi həyatı təlqin edir.
Nişanə 4: “Müshəfi-rüxsar”: Hidayət edici cəlalarını aşiq qəlbinə
nazil edən İlahi camaldan nişanədir.
Anlam: Ey gözəl məbud, İlahi camal ətrafını almış fasiləsiz cəlalar
(xətti səbz) ilə əlaqədar ilhamlar önündə vird və zikir
demək sənin hidayət edici təcəllilərindən (müshəfi-rüxsar)
və mənim daimi minnətdarlığımdan bir nişanədir.

Beyt 2: İrmiş səhih nəql ilə ərvahi-qüdsdən,


İsayə mö’cizi-ləbi-lə’lin rəvayəti.
Sözlük: səhih = dürüst = salim = məsum imama istinad edilmiş rəvayət,
nəql = rəvayət = mətləb, ərvahi-qüds = təmiz ruhlar = müqəddəs
ruhlar
Nişanə 1: “Ərvahi-qüds”: Mücərrədlər aləmindən, yaxud təcrid
səmasında seyr edənlərdən nişanədir.
Nişanə 2: “Ləbi-lə`l”: Bax: Beyt 1 (Təkəllüm).
Anlam: Yəqin ki, İsa peyğəmbər ölünü qəbrdən diri çıxaran möcüzə2
iqtidarını mücərrədlər aləmində ləbi - ləlindən edilmiş
vəsflərdən öyrənmişdir.

Beyt 3: Dil kişvərini qarət edərlərdi xublər,


Mən’ etməsəydi şəhneyi-şövqün himayəti.

1
Qəzəl 80, beyt 3
2
Qəzəl 112, beyt 2

1529
Sözlük: Kişvər = məmləkət = ölkə , xublar = gözəllər = bəyənilmişlər ,
mən` = qadağan , şəhnə = güdükçü = nizami hakim = darğa
Nişanə 1: “Xublar”: A: Bəşəri simada İlahi hüsnlər əks etdirmiş
gözəllərdən nişanədir.
B: İlahi vasitələrdən nişanədir.
Nişanə 2: “Şövq”: A: Yuxarı aləmə müraciət etmək həvəsinə
“şövq” demişlər.
Qeyd: Şövqlü aşiq yavaş-yavaş fiziki mahiyyətini unutmalıdır.
B: Nakamlıq və ətəş halında görüş və vüsal rayihəsindən bəhrələn-
mək intizarına “şövq” demişlər.1
Anlam: Hicran əzabına dözmək yalnız vüsal şövqü ilə mümkündür
(Kəsrət içində vəhdət rayihəsi ilə yaşamaq).

Beyt 4: Bildim təriqi-eşq xətərnakdir, vəli


Mən dönməzəm bu yoldan ölüm olsa qayəti.
Sözlük: Təriq = yol = məzhəb = irfan yolu , qayət = qayə
Anlam: Beyt: A: Aşiqin üstün mərifətini təlqin edir.
B: Aşiqin mə’nəvi və batini iqtidarını təlqin edir.
C: Aşiqin şövq mərtəbəsindən bəhrələnməyini təlqin edir.
D: Aşiq qurbanlıq (ölüm) məqamına çatan ləhzəyə qədər
kəsrət maneələri ilə mübarizə aparmalıdır.

Beyt 5: Qəddin həlakiyəm, düşə bilmən əyağinə,


Bir dərdə düşmüşəm ki, bulunmaz nəhayəti.
Nişanə 1: “Qədd”: İlahi hüsnlər təzahürünü davam etdirmiş mərtə-
bədən nişanədir.
Nişanə 2: “Həlak”: Bu beytdə bəşəri iradə - ixtiyarını unutmaq
əlamətidir.
Nişanə 3: “Düşə bilmən əyağına”: Ayağa düşmək bu beytdə
minnətdarlıq etmək, yaxud fədakarlıq təklifini icra etmək əlamətidir.
Nişanə 4: “İkinci misra”: Bu misra heyrət ilə təklif arasında iş
görmədən aciz olmuş aşiqin şərməndəlik nişanəsidir.
Anlam: İradə - ixtiyarsız vəzifə daşımaq mümkünsüzdür.

1
Qəzəl 24, beyt 6

1530
Beyt 6: Bəs kim, səni görəndə gedər məndən ixtiyar,
Gəlməz bəyanə möhnəti-eşqin şikayəti.
Anlam: Əql və idrakın iradə - ixtiyar ilə bağlılığı məlum edir ki, ixti-
yarsız aşiqin şikayət etməyi də vəzifə daşımağı kimi müm-
künsüzdür.

Beyt 7: Şükr et, Füzuli, qılma fəğan, yar qılsa cövr,


Kim, əhli-eşqə cövrdür onun inayəti.
Sözlük: İnayət = təvəccöh = ehsan etmək
Anlam: Beyt incə işarəli olduğundan aşağıdakıları təlqin etmək
istəyir:
A: Cövr aşiqi yetişdirən tərbiyəvi qəhr olduğundan şükrə
layiqdir (Birinci cövr, yaxud müsbət cövr).
B: Cövr inayət olduğuna görə şükrə layiqdir (İkinci cövr,
yaxud müsbət cövr).
C: İnayət tərbiyəvi qəhrdən məhrum etdiyinə görə aşiq
haqqında zülm etmək kimi sayılır (İkinci cövr, yaxud mənfi
cövr).
Qeyd: Müəllif (Əsgər Şahi – Ş.F.) inayət etməyi, yaxud cəfa saxla-
nılmasını aşiqin yetkinliyini təxirə salmaq və onun istedadsılığını davam
etdirmək kimi bilib qəzəldə demişdir:
‫ﻗﺮﺑﺎن ﺟﻔﺎﯼ ﺕﻮ ﮐﻪ اﻧﺪر ﺧﻮر ﺁﻧﻢ‬
‫ﻡﻦ ﭼﺸﻢ وﻓﺎ از ﺕﻮﻧﺪارم ﺧﻄﺮ اﺱﺖ اﻳﻦ‬

1531
QƏZƏL 289

(1) Göz qarası əşki-gülgunimdə xalın sədqəsi,


Əşki-gülgunim güli-rüxsari-alın sədqəsi.

(2) Dudi-ahimdən qararmış zarü sərgərdan tənim,


Atəşin rüxsar üzə mişkin hilalın sədqəsi.

(3) Şövqi-vəslin yandıran naqis vücudum, mah tək


Zərrə-zərrə afitabi-bizəvalın sədqəsi.

(4) Aşiyani-təndə mürği-ruhi etmən tərbiyət,


Olmasa pərvanə tək şəm’i-cəmalın sədqəsi.

(5) Hicrinə başım fəda olsun ki, canım almadın,


Etdim axir müjdeyi-zövqi-vüsalın sədqəsi.

(6) Yusifi-qomgəştə kimdir kim, sənə manənd ola?


Yüz ona manənd hüsni-bimisalın sədqəsi.

(7) Əfv edər xidmətdə hər nöqsanımız piri-müğan,


Ey Füzuli, canımız əhli-kəmalın sədqəsi.

1532
Beyt 1: Göz qarası əşki-gülgunimdə xalın sədqəsi,
Əşki-gülgunim güli-rüxsari-alın sədqəsi.
Sözlük: əşk = göz yaşı, gülgun = qırmızı gülə oxşar = qırmızıya çalan,
rüxsar = camal = sima
Nişanə 1: "Göz qarası əşki gülgunimdə": Bu nişanə:
A: Gözün bəbəyini, yaxud işığını məğlub edən qəbzlər əzabı ilə
əlaqədar qərarsızlıqdan nişanədir.
Qeyd: Mə’nəvi nur, ürəyin "süveyda" ünvanlı qara mərkəzindən1 və
məcazi nur, gözün bəbək adlı qara nöqtəsindən əks olunur.
B: Fiziki mahiyyətin qat-qat məğlub olmağından nişanədir.
Nişanə 2: "Xal": Əqlə-idraka sığmaz vəhdət nöqtəsindən, yaxud
həqiqət mərkəzindən nişanədir.
Nişanə 3: "Əşki-gülgun": Bax: nişanə 1: (B).
Nişanə 4: "Güli-rüxsari-al": Bu nişanə aşiqin batinini bürüyən İlahi
cəlalar nişanəsidir.
Nişanə 5: "Sədqə": Eşq ədəbiyyatında bədəni xidmətlə ürəyi vəfa ilə
məşğul etməyə “sədqə” demişlər.
Anlam: Aşiq xarici və daxili vücudunu mütəal məhbuba təslim
etməlidir.

Beyt 2: Dudi-ahimdən qararmış zarü sərgərdan tənim,


Atəşin rüxsar üzə mişkin hilalın sədqəsi.
Sözlük: Dud = tüstü = duda, mişgin = müşklü = ətirli = qara, rüxsar =üz
= camal
Nişanə 1: "Birinci misra": Bu misra aşiqin bəşəri sifətlərini karsız
etmiş vücuddan nişanədir.
Nişanə 2: "Atəşin rüxsar": Bəşəri duyğuları yandırıb, külünü şühud
nəsiminə tapşıran cəlaları təlqin edən nişanədir.
Nişanə 3: "Mişkin hilal": Mişkin hilal, qara bir fəzada ard-ardınca
parlayan incə işıqdan nişanədir.
Anlam: İlahi incə işıqdan bəhrələnmək ömür boyu məcazi nur
sahəsində həyat sürməkdən üstündür.

1
Qəzəl 3, beyt 1

1533
Beyt 3: Şövqi-vəslin yandıran naqis vücudum, mah tək
Zərrə-zərrə afitabi-bizəvalın sədqəsi.
Sözlük: Mah = ay, afitab = günəş
Nişanə 1: "Şövqi vəsl": Bax: qəzəl 288, beyt 3
Nişanə 2: "Mah": Bu beytdə:
A: Qeyri müstəqillik və möhtaclıq əlamətidir.
B: Kəsrət içində vəhdət mərkəzi ilə əlaqə saxlamış vücuddan
nişanədir.
Nişanə 3: "Zərrə-zərrə": Fiziki mahiyyət tör-töküntüsündən istiarə-
dir.
Nişanə 4: "Afitab": Hicabsız cəlalar ilə aşiqin mənliyini qoparan
İlahi camaldan nişanədir.
Anlam: Beyt yavaş-yavaş qurbanlıq, yaxud fanilik məqamına
yaxınlaşmağı təlqin edir.

Beyt 4: Aşiyani-təndə mürği-ruhi etmən tərbiyət,


Olmasa pərvanə tək şəm’i-cəmalın sədqəsi.
Sözlük: Aşiyan = yuva = ev, mürğ = quş = pərvaz edən
Nişanə 1: "Mürği-ruh": Bu beytdə ülvi aləm ilə əlaqədar bədən
canından nişanədir.
Nişanə 2: "Pərvanə": Aşiqin fanilik məqsədilə çalışqanlığına işarə
edən nişanədən ibarətdir.
Nişanə 3: "Şəm`i-camal": Aşiqin, yaxud salikin könlündəki dünyəvi
və maddi ilgiləri qat-qat yandırmaqla onu şühud şəraitinə hazırlayan,
yaxud bəşəri səviyyədən İlahi mərtəbəyə yüksəldən təclillər mənşəyinə
“şəm`i-camal” demişlər.
Anlam: Canan ərəfəsində fəda etmək məqsədilə canımı mühafizə
edirəm.

Beyt 5: Hicrinə başım fəda olsun ki, canım almadın,


Etdim axir müjdeyi-zövqi-vüsalın sədqəsi.
Anlam: Hicran dərdilə həlak olmuş aşiq, vüsal günü canfəşanlıqdan
məhrum olduğuna görə (əliboş olmaq) xəcalətli olmalıdır.
Qeyd 1: Bu anlam can qurmağı (ötən beyti) dəlilləşdirir.
Qeyd 2: Hicran ilə həlak olmaq istedadsızlıq əlamətidir.
Qeyd 3: Hicran ilə həlak olmaq, qurbanlıq sərmayəsini eşq ba-

1534
zarına çatdırmaqdan öncə xərc etmək kimidir.1

Beyt 6: Yusifi-qomgəştə kimdir kim, sənə manənd ola?


Yüz ona manənd hüsni-bimisalın sədqəsi.
Sözlük: Qomgəştə = itkin, manənd = misil = oxşar
Nişanə 1: "Yusif": Bu beytdə gözəllik örnəyinə işarə edən
nişanədir.2
Anlam: İlahi hüsnü bəşəri hüsn ilə müqayisə etmək mərifətsizlik və
xətakarlıq əlamətidir. Çünki onun (mütəal məhbubun)
bənzəri olan heç bir şey yoxdur.3

Beyt 7: Əfv edər xidmətdə hər nöqsanımız piri-müğan,


Ey Füzuli, canımız əhli-kəmalın sədqəsi.
Sözlük: piri moğan = Zərdüşt məktəbinin rəhbəri
Nişanə 1: "Piri-müğan": Seyr vadilərində sərgərdan olmuş salikləri
mütəal məhbuba tərəf istiqamətləndirən rəhbərə “piri-müğan” demişlər.
Nişanə 2: "Əhli-kəmal": A: Bax: Piri-müğan.
B: Özünü maddi asar və sifətlər nüfuzundan azad etmiş insanlara
“əhli-kəmal” demişlər.
Anlam: Beyt “piri-müğa”nın İlahi rəhmət mənbəyi olduğunu (kəma-
lını) təlqin etdiyi halda, zahidin irad- etirazla bağlı xam-
lığını (naqislik) da işarə edir.

1
Qəzəl 7, beyt 2
2
Qəzəl 287, beyt 1
3
"ٌ‫ﺲ َآﻤِﺜِﻠ ِﻪ ﺷَﻴﻲ‬
َ ‫“ "ﻟﻴ‬Onun bənzəri heç bir şey yoxdur” (Quran, Şura surəsi, 11-ci ayə)

1535
QƏZƏL 290

(1) Ləbin əksi gözüm yaşini mey tək laləgun etdi,


Zənəxdanın muradım dəstgahın sərnigun etdi.

(2) Sənə əksin müqabil durduğiçün hüsn lafilə


Onu cam içrə qeyrət ğərqeyi-girdabi-xun etdi.

(3) Özün nisbət qılardı zülfünə zəncir hər saət,


Bu sevdalər onu sərhəlqeyi-əhli-cünun etdi.

(4) Onun tək kim, pərişanlıq ziyasın artırır şəm’in,


Məna cövrün ziyad olmaq, sənə meylim füzun etdi.

(5) Müjən xəncərlərin könlüm basır bağrına, vəhm etməz,


Ona cadu gözün guya ki, tə’limi-füsun etdi.

(6) Bəqayi-surəti-Şirin üçün tovfiq me’marı


Binayi-eşqi-Fərhadın əsasın Bisütun etdi.

(7) Füzulidən səbatü səbrü cövrü qəhr az istə


Kim, ol biçarəyi dərdü qəmin bihəd zəbun etdi.

1536
Beyt 1: Ləbin əksi gözüm yaşini mey tək laləgun etdi,
Zənəxdanın muradım dəstgahın sərnigun etdi.
Sözlük:Zənəxdan = çənədəki çökək, sərnigun = başı aşağı = tərsə
Nişanə 1: "Birinci misra": Bu misra bəşəri tədbirləri təmamilə
məğlub və batil edən İlahi mübhəm intibahlardan nişanədir.
Nişanə 2: "Zənəxdan": Aşiqi daimi həbsdən xilas etmək məqsədilə
müvəqqəti həbsdə sınayan lütfdən asılı qəhrdən nişanədir.1
Nişanə 3: "Murad": Bu beytdə vüsal duyğularından nişanədir.
Anlam: Beyt Füzulinin "Gətirdi əcz, görüb eşq müşkül olduğunu"
buyurduğu əsasda İlahi eşq qarşısında bəşəri tədbir-
təcrübənin həqir olduğunu təlqin edir.2

Beyt 2: Sənə əksin müqabil durduğiçün hüsn lafilə


Onu cam içrə qeyrət ğərqeyi-girdabi-xun etdi.
Sözlük: Ğərqə = boğulmuş, xun =qan
Nişanə 1: "Əks": İlahi təcəllilər təsvirinə “əks” demişlər.
Nişanə 2: "Cam": Bu beytdə İlahi cəlaları təsvir etdirmiş ürəkdən
nişanədir.
Nişanə 3: "Qeyrət": Mütəal məbuddan başqa mayilliyə razılıq ver-
məyən əhval-ruhiyyədən nişanədir.
Anlam: Sənin ariflər ürəyində cəlalarından çəkilmiş təsvirin özünü
sənə bənzətmək günahı üzündən qan içində boğulmaqla
cəzalanır.

Beyt 3: Özün nisbət qılardı zülfünə zəncir hər saət,


Bu sevdalər onu sərhəlqeyi-əhli-cünun etdi.
Sözlük: Sevda = xəyal = müamilə = batil xəyal, sərhəlqə = dəstə başı = el
başı, cünun = məcnunluq = dəlilik
Nişanə 1: "Zülf": Bu beytdə aşiqi boynu bağlı qul kimi təhlükələr
arxasınca dolandıran eşq qələbələrindən nişanədir.
Nişanə 2: "Sevda": Bu beytdə mərifətsizlik və nadanlıq əlamətidir.
Qeyd: İkinci beyt, yaxud əksin qan içində tənbeh olmağı "sevda"
nişanəsinin mənfi (batil) olduğunu dəlilləşdirir. Yoxsa, "sevda" və

1
Qəzəl 285, beyt 3
2
Qəzəl 186, beyt 5

1537
"sərhəlqə olmaq" müsbət cəhətdən də izah olunmalıdır.
Anlam: Özünü heç bir bənzəri olmaz zülfə bənzətmək ağılsızlıq
(mərifətsizlik) əlaməti olduğundan zəncir dəlilərə qoşul-
muşdur.
Qeyd: Beyt zəncirin dəlilik silsiləsi olduğunu "hüsni-təlil"1 ünvanlı
ədəbi sənət vasitəsilə dəlilləşdirmişdir.

Beyt 4: Onun tək kim, pərişanlıq ziyasın artırır şəm’in,


Məna cövrün ziyad olmaq, sənə meylim füzun etdi.
Sözlük: Ziyad = ziyadə = artıq, füzun = ziyadə
Qeyd: Onun tək: "O" ötən beytdə qeyd olunmuş zülfdən ibarətdir.
Nişanə 1: "Pərişanlıq": Bu beytdə fiziki mahiyyəti ard-ardınca
pozğunlaşdıran təhlükələr əlamətidir (ötən beyt).
Nişanə 2: "Şəm`": Bu beytdə təhlükələr önündə, yaxud eşq atəşində
əriyib-incəlmiş (pozğun) vücuddan nişanədir.
Nişanə 3: "Cövr": Maddi vücud sifətlərinə sədəmə toxunduran
qəhrlər, yaxud təhlükələr əlamətidir.
Qeyd: Maddi vücudun hər bir qatına (bağlantısına) sədəmə vurmaq
bir hicabı karsız etmək və nəhayət yeni bir mərifət tapmaq şərti
olduğundan, cövr əzizdir.
Nişanə 4: "Meylim füzun etdi": Yeni meyl, yeni mərifət əlamətidir.
Anlam: Beyt ötən beytdə qeyd olunmuş zülf təhlükələrinə minnət-
darlıq göstərir.

Beyt 5: Müjən xəncərlərin könlüm basır bağrına, vəhm etməz,


Ona cadu gözün guya ki, tə’limi-füsun etdi.
Sözlük:Müjə = kiprik, füsun = əfsun = cadu
Nişanə 1: "Müjə": Bu beytdə məhbub qəmzələrindən asılı
qəbzlərdən nişanədir.
Nişanə 2: "Cadu gözün": İlahi cazibələrə “çeşmi-cadu” demişlər.
Nişanə 3: "Füsun": Bir şeyin xasiyyətini bilməklə, onunla əlaqədar
təcrübədən üstün iş göstərməyə “füsun” demişlər.
Anlam: Aşiq İlahi qəhrlər hikmətilə tanış olduğunu təlqin edir.

1
Qəzəl 133, beyt 5

1538
Beyt 6: Bəqayi-surəti-Şirin üçün tovfiq me’marı
Binayi-eşqi-Fərhadın əsasın Bisütun etdi.
Sözlük: Bəqa = daimiləşmək, tovfiq = müvəffəq etmək = İlahi yardımı =
səbəblərin Allah iznilə bəndə istədiyi kimi olması, Bisütun =
məşhur dağ1
Nişanə 1: "Bisütun": Bisütun nişanəsi dağ qazmağı, yaxud Fərhadın
müəyyən vüsal şərtini təlqin edir, ancaq bu sözün (Bisütunun) bir mənası
da "sütunsuz" olduğundan:
A: Sütunsuz binanın xarablığa məruz qalmasına işarə edir.
B: Şərif ayədə: "ٍ‫ﻋ َﻤﺪ‬ ِ ‫ "اﷲ اﻟّﺬي رَﻓ َﻊ اﻟﺴﱠﻤﺎوا‬2 : (“Göyləri, görə
َ ‫ت ﺑﻐَﻴ ِﺮ‬
biləcəyiniz sütunu olmayan halda ucaldan... məhz Allahdır”) buyuruğuna
əsaslanaraq məcazi pak eşqin asimani və mə’nəvi eşqdən rayihə-
lənməyinə işarə edir.3
Anlam: A: Eşq Fərhadın (aşiq) evini viran etməklə öz evini abad
etmişdir.
B: Fərhad Şirin hekayəsini dağa yazmaqla dağı səbata
mindirmişdir.
C: Fərhad bilər-bilməz asiman mənşəli eşq ilə giriftar
olmuşdur.

Beyt 7: Füzulidən səbatü səbrü cövrü qəhr az istə


Kim, ol biçarəyi dərdü qəmin bihəd zəbun etdi.
Sözlük: Bihəd = hədsiz, zəbun = həqir = məğlub = zəif
Nişanə 1: "Birinci misra": Bu misra Füzulinin bəşəri sifətlərdən
ayrılmağını təlqin edir.
Qeyd: Maddi vücudun mə’nəvi çevrilişi yalnız bəşəri sifətlərdən
ayrılmaq ilə mümkün olur.
Nişanə 2: "İkinci misra": Bu misra aşiqin hər cövr malikiyyətindən
qıraq, aciz və əliboş olduğunu təlqin edir.4
Anlam: Beyt: A: Füzulinin vəzifə daşımaqdan üzürlü olduğuna işarə edir.
B:Tərbiyəvi tənbehlərə son qoymaq təmənnasını təlqin edir.

1
Qəzəl 212, beyt 1
2
Quran, R’əd surəsi, 2-ci ayədən bir hissə
3
Qəzəl 114, beyt 6
4
Qəzəl 1, beyt 6

1539
Qeyd: Tənbehlərdən azad olmaq kamala çatmaq ilə mümkündür.
Beləliklə beyt kamala çatdırmaq xahişini də təlqin edir.

1540
QƏZƏL 291

(1) Ey saçın fikri qamu sevdalərin sərmayəsi!


Olmasın başimdən əksik sərvqəddin sayəsi.

(2) Baş qoyar hər sübhdəm xurşid xaki-payinə,


Bu səadətdən onun gəldikcə artar payəsi.

(3) Görməmiş məhdi-zəmin bir tifl sən tək, ta fələk


Dəhr zalın qılmış ətfali-rəyahin dayəsi.

(4) Sən səlamət kisvətin zivər qıl, ey əhli-səlah


Kim, mənə bəs muyi-julidəm cünun pirayəsi.

(5) Bərqi-ahindən Füzulinin göyərdi bixəbər,


Dünlər əfğanilə bidar olmasa həmsayəsi.

1541
Beyt 1: Ey saçın fikri qamu sevdalərin sərmayəsi!
Olmasın başimdən əksik sərvqəddin sayəsi.
Nişanə 1: "Saç": "Həblül-mətin" ünvanlı İlahi riştədən istiarədir.1
Qeyd: Tələb yollarını seyr edən salik İlahi riştəyə bağlanmalıdır.
Nişanə 2: "Fikir": Bu beytdə mə’nəvi anlayışlar səbəbindən
ibarətdir.
Qeyd 1: Yaradıcı məbudun yaranmışlarda əks etdirdiyi cilvələr
barədə fikir etdikdə, “mərifət” peyda olur.
Qeyd 2: Mütəal məbudun rəhmətilə bağlı ne’mətləri barədə fikir
etdikdə "məhəbbət" peyda olur .
Qeyd 3: Mütəal məbudun verdiyi vədələr barədə fikir etdikdə "itaət
rəğbəti" peyda olur.
Qeyd 4: İlahi tənbehlər barədə fikir etməklə müxalifətçilikdən
qoruyan "qorxu" peyda olur.2
Nişanə 3: "Sevdalərin sərmayəsi": Bu nişanə mə’nəvi rayihələrin,
yaxud batini ilgili olan halların da maddi kainat və məcazi fenomenlər
kimi müamilə qanunu altında olduğunu təlqin edir.3
Nişanə 4: "Sərvqədd": Bu beytdə mə’nəvi əlaqələr uzanışından
nişanədir.
Anlam: Aşiq mütəl məbuda tərəf istiqamətləndirən "saç" və
"sərvqədd" vasitələrindən daim bəhrələnmək istəyir.

Beyt 2: Baş qoyar hər sübhdəm xurşid xaki-payinə,


Bu səadətdən onun gəldikcə artar payəsi.
Sözlük: sübhdəm = sübh çağı, xurşid = günəş, xak = torpaq, pa = ayaq
Nişanə 1: "Xaki-pa": Mütəal məbud ərəfəsində səcdəyə düşmək əla-
mətidir.
Nişanə 2: "Birinci misra": Bu misra (astanaya nur düşmək) öz
özünü möhtac və məmlük olduğunu etiraf etməkdən nişanədir.4
Anlam: Şərif ayədə: "‫"و َﻟ َﻘ ﺪ آﺮﱠﻡﻨ ﺎ ﺑَﻨ ﻲ ﺁ َد َم‬5: (“Biz Adəm övladlarını
şərəfli etdik”) buyurulan ən yüksək məqama nail olmaq

1
Qəzəl 64, beyt 6
2
Doktor Seyid Cəfər Səccadi, “Fərhəngi-loğat və istilahat və təbirati-irfani”
3
Qəzəl 3, beyt 3
4
Qəzəl 1, beyt 6
5
Quran, İsra surəsi, 70-ci ayə

1542
səcdəyə düşmək və bəndəliyi (məmlüklüyü) etiraf etməklə
mümkün olur.

Beyt 3: Görməmiş məhdi-zəmin bir tifl sən tək, ta fələk


Dəhr zalın qılmış ətfali-rəyahin dayəsi.
Sözlük: Məhd = beşik, dəhr = ruzgar = zamanə, zal = başı, qaşı,
kiprikləri ağarmış qoca = Rüstəm pəhləvanın atası, ətfal =
tifillər (“tifl” sözünün cəmi), rəyahin = reyhanlar (“reyhan”
sözünün cəmi)
Nişanə 1: "Tifl": A: İlahi camal ətrafını almış yeni cəlalara “tifl”
demişlər.
B: Ssaf qəlbli olduğundan mürşüd həzrətinə “tifl” demişlər.
C: Tiflin qəzəbi də məhəbbəti kimi sevməli olduğundan gözəllərə
“tifl” demişlər.
Qeyd: İmamlar və peyğəmbərlər məsumdurlarsa onlara “tifl”
demək rəva deyil, çünki “tifl” yalnız eşq ədəbiyyatının istiarəsindən
ibarətdir.1
Nişanə 2: "Rəyahin": Reyhan məcazi gözəllik və paklıqdan
nişanədir.
Qeyd 1: Salik camalında peyda olmuş riyazət (məşəqqət) təsirinə
“reyhan” demişlər.
Qeyd 2: "Nari-məhəbbət"2 atəşində yanıb safa çıxmış ürəyin nuruna
“reyhan” demişlər.
Anlam: Kainat yaranışı başlanmış ləhzədən bu günə qədər dünya
güzgüsündə sənə bənzər bir gözəl təzahür etməmişdir.

Beyt 4: Sən səlamət kisvətin zivər qıl, ey əhli-səlah


Kim, mənə bəs muyi-julidəm cünun pirayəsi.
Sözlük: kisvət = paltar, səlamət kisvəti = salamatlıq, zivər = zinət, səlah
= yaxşılıq=yararlılıq (məsləhət), muy = tük, julidə = pırtlaşıq ,
cünun = məcnunluq = dəlilik, pirayə = zinət
Nişanə 1: "Səlamət": Bu beytdə mədəni şəxsiyyəti qorumaq nişanə-
sidir (məlamətdən çəkinmək).

1
Qəzəl 42, beyt 7
2
Qəzəl 9, beyt 3

1543
Nişanə 2: "Əhli-səlah": Məsləhəti həqiqətdən üstün bilmiş
şəxslərdən (məlamətdən çəkinmişlər) nişanədir.
Anlam: Bütün əhali divanəlik ittihamından çəkindiyi halda, aşiq
divanə olması ilə iftixar edir.

Beyt 5: Bərqi-ahindən Füzulinin göyərdi bixəbər,


Dünlər əfğanilə bidar olmasa həmsayəsi.
Sözlük:Əfğan = fəğan = nalə, bidar = oyaq qalmaq = oyanmaq, həmsayə
qonşu
Nişanə 1: "Əfğan": Aşiqin yalvar-yaxarını dəlilləşdirən özəl müna-
catına “əfğan” demişlər.
Anlam: Aşiqin nalələrindən çəkinməyən onun oduna yanmalıdır.
Qeyd: Beyt aşiqin əqlinə təsir edici olduğunu, yaxud onun
qalibliyini təlqin edir.

1544
QƏZƏL 292

(1) Dün könül dilbərə şərhi-qəmi-pünhan etdi,


Cəm’ ikən, könlünü bir parə pərişan etdi.

(2) “Yer tutam” derdi könül nalə ilə kuyində,


Yetmədi bir yerə hər necə ki, əfğan etdi.

(3) Və’də verdi cigərim qanın içə müjganın,


Intizar ilə bu həsrət cigərim qan etdi.

(4) Qəmzə tiğilə gözün könlümü yüz parə qılıb,


Hər birin bir hədəfi-navəki-müjgan etdi.

(5) Qıldı mehrabə qaşın fikri fəqihi mail,


Gör necə kafiri ol və’z müsəlman etdi.

(6) Görəyin çox yaşasın didə ki, mərdümlük edib,


Qəm hücumində məni əşk ilə ümman etdi.

(7) Ey əcəl, can təməin qılma Füzulidən kim,


Bir kəmanəbruyə çoxdan onu qurban etdi.

1545
Beyt 1: Dün könül dilbərə şərhi-qəmi-pünhan etdi,
Cəm’ ikən, könlünü bir parə pərişan etdi.
Nişanə 1: " Şərhi-qəmi-pünhan etdi ": Gizli qəm bəyan etmək:
A: “Tutum” naqisliyini təlqin edən nişanədir.
B: Şikayətlənmək əlamətidir.
Nişanə 2: "Cəm`": Bu beytdə ümiddən asılı intizar nişanəsidir.
Nişanə 3: "Pərişan": Bu beytdə məyusedici tənbeh nişanəsidir.
Anlam: Gizli qəmi şərh etmək məhz təslim olmaqla təzadlı oldu-
ğundan tənqidə layiqdir.
Qeyd 1: "Şərhi-qəmi-pünhan", yaxud hacət diləmək mütəal məbuda
təklif bildirmək kimi olduğundan xətakarlıq sayılmışdır. Çünki o məbud,
ِ ‫"ﻋﺎِﻟ َﻢ اﻟﻐَﻴ‬1 olduğuna görə, "gizlinlər və aşkarları bilən"dir. Bu
"‫ﺐ َو اﻟﺸﻬﺎدﻩ‬
əsasda Mövləvi hətta dua etməyi aşiqə eyb-irad bilərkən demişdir: "Mən
mütəal məhbubun "övliya" ünvanlı özəl dostlarından bir çoxunu
tanıyıram ki onlar ağızlarını duadan da bağlamışlar.2
Qeyd 2: Dua özünü bir şəxs, yaxud bir vücud maliki bilib hacət
diləməkdir. Və zikr deməkdən, yaxud münacat halında məmlüklüyünü
izhar etməkdən başqa və fərqlidir.

Beyt 2: “Yer tutam” derdi könül nalə ilə kuyində,


Yetmədi bir yerə hər necə ki, əfğan etdi.
Sözlük: Əfğan = fəğan = nalə
Nişanə 1: "Nalə": Bax: beyt 1, “qəmi-pünhan.
Nişanə 2: "Kuy": Məhrəmlik, yaxud bəndəlik ərəfəsinə “kuy”
demişlər.
Nişanə 3: "Əfğan": bax: nalə
Qeyd 1: Nalə və əfğan şəxsi istək əlaməti olduğundan çox vaxt
tənqid olunmuşdur. Çünki istək, heç bir günahla müqayisə olunmayan
mənlik günahı ilə əlaqədardır.3 Buna görə də özlüyündən qaçan bir arif:
" Ürəyin nə istəyir? Sormuş bir şəxsə, "Ürəyim mütləq istəksiz olmaq
istəyir" deməklə cavab verir.4
Qeyd 2: Həzrət Adəm bağlı-bağçalı behiştdə daimi iqamət istədi.
Nuh peyğəmbər Kənan adlı oğluna yüksək məqam istədi. Musa

1
Quran, Zümər surəsi, 47-ci ayə
2
‫( ﻡﻦ ﮔﺮوهﻲ ﻡﻲ ﺷﻨﺎﺱﻢ زوﻟﻴﺎ آﻪ دهﺎﻧﺸﺎن ﺑﺴﺘﻪ ﺑﺎﺷﺪ از دﻋﺎ‬Mövləvi. Məsnəvi, 3-cü dəftər, 1910-cu beyt)
3
Qəzəl 62, beyt 1
4
Doktor Cavad Nurbəxş. “Sufi kist”, səh 16

1546
peyğəmbər Allah talanı görmək istədi. Misir padşahı Firon Musa
peyğəmbərin həlak olmağını istədi. Və habelə bir çox digər istəklər şəxsi
olduqlarına görə səmərsiz oldular.1
Anlam: Şəxsi istək məhz təslim olmamaq, yaxud istedadsızlıq
əlamətidir.

Beyt 3: Və’də verdi cigərim qanın içə müjganın,


Intizar ilə bu həsrət cigərim qan etdi.
Sözlük: Müjgan = kipriklər
Nişanə 1: "Birinci misra": Bu misra aşiqi qurbanlıq məqamına
çatdıran qəmzə satmaqlar (müjgan) nişanəsidir.
Nişanə 2: "İkinci misra": Bu misra aşiqin "qətl", yaxud qurbanlıq
bazarına hazırladığı sərmayə naqisliyini təlqin edən nişanədir.2
Anlam: Bu beyt də ötən beyt kimi aşiqin naqis olduğunu özünə
bildirmək istəyir.

Beyt 4: Qəmzə tiğilə gözün könlümü yüz parə qılıb,


Hər birin bir hədəfi-navəki-müjgan etdi.
Sözlük: Navək = ox
Nişanə 1: "Qəmzə tiği": Qəmzə tiği gah iztirab, gah ümid törətmiş
İlahi cazibələrdən nişanədir.
Nişanə 2: "Göz": Şühud məqamına nail edən İlahi sifətdən
nişanədir.
Nişanə 3: "Yüz parə": Qurbanlıq müqəddiməsindən nişanədir.
Nişanə 4: "Navəki-müjgan": Bu beytdə həkim məhbubun diqqətinə
bağlı qəhrindən (tərbiyəvi qəhr) ibarətdir.
Anlam: Beyt aşiqi qurbanlıq nailiyyətinə hazırlayan rəhmətdən asılı
qəhrlər və qələbələr zərurətini təlqin edir.

Beyt 5: Qıldı mehrabə qaşın fikri fəqihi mail,


Gör necə kafiri ol və’z müsəlman etdi.

1
Doktor Seyid Cəfər Səccadi. “Fərhəngi-loğat və istilahat və təbirati-irfani”
2
Qəzəl 7, beyt 2

1547
Sözlük: Mehrab = imam camaatın məsciddə namaz qıldığı yer = məclisin
yuxarı başı = qiblə, fəqih = alim = bilici = şər`i hökmlər alimi,
və`z = nəsihət = şər`i hökmləri minbərdən bəyan etmək
Nişanə 1: "Mehrab": “Qaş” sifətini əks etdirən vəziyyətdən nişanə-
dir.
Qeyd: Mehrab sözünün bir mənası da "müharibə yeri"1 olduğundan
bu nişanə dünyaşünas əql ilə mübarizə aparmağa da işarə edir.
Nişanə 2: "Qaş": Bu beytdə mütəal məbudun qəhr və qələbə
sifətindən nişanədir.
Nişanə 3: "Fəqih": Bu beytdə özünü başda yerləşmiş əql çərçivə-
sində məhdud etmiş zahiddən nişanədir.2
Nişanə 4: "Kafir": Örtücü mənaya aid:
A: Məaş əqlinin məad əqlinə3 örpək kimi olduğunu təlqin edir.
B: Dünyəvi etibarların mə’nəvi etibarlara örtük olduğunu təlqin edir.
P: İrfani və dini həqiqətləri örtüb-basdırmağı təlqin edir.
Nişanə 5: "Müsəlman": "‫"َاﻻِﺱﻼ ُم ُه َﻮ ﺕﱠﺴﻠﻴﻢ‬4: (“İslamın orijinal mənası
təslim olmaqdır”) buyurduğu əsasda:
A: Məhz təslim olmağı təlqin edir.
Qeyd: Təslim məqamına nail olmağın ilk əlaməti nalə və əfğanı tərk
etmək və qəhr ilə lütfü fərqsiz bilməkdir.
B: Örtücü əql həbsindən azad olmağı təlqin edir.
C: Eşq həqiqətini təsdiq etməyi təlqin edir.
Anlam: Riyasız zahid, eşq mərtəbəsinə yüksəlməlidir.
Qeyd: İrfan və ədəbiyyatın çox faizi, "mütəzəhhid" (“riyakar
zahid”) ifadəsini “zahid” adı ilə tənqid etmişdir.5

Beyt 6: Görəyin çox yaşasın didə ki, mərdümlük edib,


Qəm hücumində məni əşk ilə ümman etdi.
Sözlük: Didə = göz, mərdümlük = adamlıq =igidlik, əşk = göz yaşı
Nişanə 1: "Qəm hücumu": Bu beytdə şıdırğı qəhrlər və qəbzlər
nişanəsidir.
Nişanə 2: "Əşk": Vücudun maddi cəhətini (sifətləri) yuyub aradan

1
Qəzəl 91, beyt 2
2
Qəzəl 93, beyt 7
3
Qəzəl 175, beyt 1
4
Qəzəl 1, beyt 2
5
Qəzəl 9, beyt 2

1548
qaldıran səbəb nişanəsidir.
Qeyd: Şəxsi istək və fikir ilə əlaqədar əşki nalə və əfğan kimi də
tənqid etmişlər.
Nişanə 3: "Ümman": Maddi cahana sığmayan batini tutum, yaxud
iqtidarın üzə çıxmağından nişanədir.
Anlam: Bax: nişanə 3

Beyt 7: Ey əcəl, can təməin qılma Füzulidən kim,


Bir kəmanəbruyə çoxdan onu qurban etdi.
Sözlük:Kəmanəbru = qaşı kaman
Nişanə 1: "Kəmanəbru": Xarici vücudundan təsirlənmiş aşiqi
yenidən bəsitlənməyə (maddi küdurətdən ayrılmağa) hazırlayan qəhr
sifətindən nişanədir.
Nişanə 2: "Çoxdan": Aşiq bu nişanə ilə "ələst" 1 aləmində qol
çəkdiyi fədakarlıq, yaxud qurbanlıq sənədini təsdiq etmək istəyir.
Anlam: Aşiq, qurbanlıq qərarına vəfadar olduğunu təlqin edir.

1
Qəzəl 19, beyt 4

1549
QƏZƏL 293

(1) Ey göz, ol nərgisi-xunxarə nigah etmə dəxi,


Ruzigarım qəmi-eşq ilə siyah etmə dəxi!

(2) Ey gözüm yaşı, bu sərgəştəligin tərkin qıl,


Sərvqamətlərə qət’i-səri-rah etmə dəxi!

(3) Ey könül, ömrümü verdin yelə aşiqlik ilə,


Baxma hər qönçələbü gülrüxə, ah etmə dəxi!

(4) Baxma, ey can, xətü rüxsarına məhbublərin,


Ehtiyat eylə, günah üzrə günah etmə dəxi!

(5) Qılma, ey eşq, mənə ərz pəriçöhrələri,


Surəti-halimi mehr ilə təbah etmə dəxi!

(6) Götür, ey nəfs, həvavü həvəsin aləmdən,


Hərzə-hərzə tələbi-rəf’əti-cah etmə dəxi!

(7) Ey Füzuli, meyü mə’şuq məzaqın tərk et,


Özünü asiyi-dərgahi-ilah etmə dəxi!

1550
Beyt 1, 2, 3: Ey göz, ol nərgisi-xunxarə nigah etmə dəxi,
Ruzigarım qəmi-eşq ilə siyah etmə dəxi!
Ey gözüm yaşı, bu sərgəştəligin tərkin qıl,
Sərvqamətlərə qət’i-səri-rah etmə dəxi!
Ey könül, ömrümü verdin yelə aşiqlik ilə,
Baxma hər qönçələbü gülrüxə, ah etmə dəxi!
Sözlük: Nərgis = nərgiz, xunxar = qaniçən, nigah = baxış = baxmaq,
siyah=qara, sərgəştəlik = heyranlıq = sərgərdanlıq, səri-rah =
yol üstü, gülrüx = gül üzlü = gözəl
Nişanə 1: "Nərgisi-xunxar": Şühud həsrətilə bağlı məcnunluq qələ-
bəsini təlqin edən nişanədir.
Nişanə 2: "Sərgəştəlik": Maddi aləm ilə mə’nəvi aləm sərhədində
sərgərdan olmaq nişanəsidir.
Nişanə 3: "Sərvqamət": Daxili vücudu, gah həyəcanlandırıb gah
heyran edən hüsnlər uzantısına “sərvqamət” demişlər.
Nişanə 4: "Ömrümü verdin yelə": Bu nişanə vəhdət dənizinə
qoşulmaq fürsətini əldən vermək əlamətidir.
Nişanə 5: "Qönçələb": Batini canlandıran mübhəm işarələr əlaməti-
dir.
Nişanə 6: "Gülrüx": Ürəkaçan cilvələrini əks etdirmiş canan əlamə-
tidir.

Beyt 4: Baxma, ey can, xətü rüxsarına məhbublərin,


Ehtiyat eylə, günah üzrə günah etmə dəxi!
Sözlük: Xət = üz ətrafında göyərmiş narın tük, rüxsar = üz = camal
Nişanə 1: "Xət": Gözəl camalın ətrafını almış hüsndən nişanədir.
Nişanə 2: "Rüxsar": Kədərli bədəndən lətif ruh aləminə qapı açan
cəlalardan (camal) nişanədir.
Nişanə 3: "Günah üzrə günah": Bu nişanə aşağıdakıları təlqin etmək
istəyir:
A: İstedadsız aşiqin xət feyzini tələb etməyi bir günah, rüxsar
feyzini istəməyi isə başqa bir günahdır
B: Vəhdət nailiyyətinə layiq (istedadlı) aşiqin kəsrət güzgüsü ilə (xət
və rüxsar) məşğul olmağı günahkarlıq sayılır.
C: Zahidin nəzərincə (kinayə) xət və rüxsardan dəm vurmaq
günahkarlıqdır.

1551
Beyt 5: Qılma, ey eşq, mənə ərz pəriçöhrələri,
Surəti-halimi mehr ilə təbah etmə dəxi!
Sözlük: Mehr = məhəbbət = dostluq = günəş, təbah = batil = zay = karsız
Nişanə 1: "Pəriçöhrə": Bax: beyt 2, gülrüx
Nişanə 2: "İkinci misra": Bu nişanə zahiri pərişanlığı, həmçinin
mədəni müşkülləri təlqin edir.

Beyt 6: Götür, ey nəfs, həvavü həvəsin aləmdən,


Hərzə-hərzə tələbi-rəf’əti-cah etmə dəxi!
Sözlük: Rəfət = ucalıq = yüksəklik, cah = məqam = dərəcə = cəlal
Nişanə 1: "İkinci misra": A: Dünyəvi ömür möhlətində həqiqi
yüksəlməyin imkansız olduğunu təlqin edir
B: Məcazi yüksəlişlərin etibarsız, yaxud həqir olduğunu təlqin edir.

Beyt 7: Ey Füzuli, meyü mə’şuq məzaqın tərk et,


Özünü asiyi-dərgahi-ilah etmə dəxi!
Sözlük: Dərgah = astana = qapı = qəsr
Nişanə 1: "Mey": Eşq qələbələrindən, yaxud batini sərxoşluqdan
nişanədir.
Nişanə 2: "İkinci misra": Kamal aləmindən, yaxud vəhdət mülkün-
dən xəbərdar aşiqin mey və məşuqdan dəm vurmağı ikilik (bir mey, bir
məşuq) əlaməti olduğundan asilik sayılır. Müəllif (Əsgər Şahi – redaktor)
bu mənaya əsaslanaraq bir qəzəldə belə demişdir:
“Otuz beş il meyü məşuqdən dedin, Şahi,
Beş-on sabah da, məşğuli-zikri-Allah ol”.
Anlam: Bu qəzəl təmamilə seyr yollarını başa çatdırıb vəhdət dəni-
zinə qoşulmağı təkid edir.
Qeyd: Ey aşiq, daha özünü “nərgis”, “xət”, “rüxsar” və digər
beləcə istiarələr məşğulluğundan, həmçinin “sərvqamət”, “qönçələb”,
“gülrüx” və “pəriçöhrə” kimi vasitələr möhtaclığından azad etməlisən
(çünki fanilik zamanı gəlib çatmışdır).

1552
QƏZƏL 294

(1) Könül! Yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi?


Ağardı muyi-sər, sevdayi-zülfi-yar yetməzmi?

(2) Yetirdi başini gərdun əyağə bari-möhnətdən,


Xəyali-həlqeyi-geysuyi-ənbərbar yetməzmi?

(3) Sənə yetdi əcəl peymanəsin nuş etməyə növbət,


Həvayi-çeşmi-məstü ğəmzeyi-xunxar yetməzmi?

(4) Yetər oldu qulağə bangi-rehlət dəhr bağından,


Nə durmuşsan, təmaşayi-güli-rüxsar yetməzmi?

(5) Yetər, cəm’ eylə bari-mə’siyət, təğyiri-ətvar et,


Həya qıl, yoxmudur insafın, ol kim var, yetməzmi?

(6) Hidayət mənzilinə yetdilər sə’yilə əqranın,


Zəlalət içrə sən qaldın, sənə ol ar yetməzmi?

(7) Füzuli, demə yetmək mənzili-məqsudə müşküldür,


Tutan damani-şər’i-Əhmədi-Muxtar, yetməzmi?

1553
Qeyd: Bu qəzəl də ötən qəzəl kimi vasitələr və cilvələr məşğullu-
ğunu kamal zirvəsinə yaxınlaşmış aşiqə layiq bilmədən onu vəhdət
dənizinə qoşulmağa dəvət edir (cilvə kəsrət güzgüsündə təzahür etdiyinə
görə kəsrət əlamətidir). Bunun üçün də biz bu qəzəlin şərhində icmala
qənaət edirik.

Beyt 1: Könül! Yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi?


Ağardı muyi-sər, sevdayi-zülfi-yar yetməzmi?
Sözlük: rüx = üz = camal, muyi-sər = başın tükü
Nişanə 1: "Rüx": Maddə ilə əlaqədar küdurətləri məhv edən cəlalar
nişanəsidir.
Nişanə 2: "Sevdayi-zülfi-yar": Bu nişanə aşiqi vəhdət ətirindən
bəhrələndirən kəsrət ilə məşğul olmaq əlamətidir.
Anlam: Füzuli dünyəvi ömür möhlətinin son dərəcələrə çatdığını
xatırlamaqla müəyyən qabiliyyətini üzə çıxarmaq, yaxud
"‫"اَﻟ ﺪﱡﻧﻴﺎ ﻡَﺰرَﻋ ٌﻪ اﻻ ﺧ ﺮﻩ‬: (“Dünya axirətin əkin yeridir”) qanunu
əsasında mə’nəvi aləmə hazırladığı hədiyyəni kamilləş-
dirmək istəyir.

Beyt 2: Yetirdi başini gərdun əyağə bari-möhnətdən,


Xəyali-həlqeyi-geysuyi-ənbərbar yetməzmi?
Sözlük: Gərdun = asiman, bar = yük, geysu = hörük = saç, ənbər = gözəl
qoxulu bir maddə, ənbərbar = ənbər yağdırıcı = ətirli
Nişanə 1: "Başın ayağa yetməsi": Bu nişanə: A: Həqirliyi etiraf
etmək əlamətidir.
B: Taqətsizlik əlamətidir.
C: Məhz təslim olmaq əlamətidir.
Qeyd: Beyt: A: "Hüsni-təlil" 1 ünvanlı ədəbi sənət rüxsətilə göyün
yer mühiti ilə yapışıqlı nəzərə gələn üfüq adlı dairəvi hissəsini onun
möhnət altında bükülməsindən, yaxud başını yerə qoymaqla təslim
olmasından nişanə bilmişdir.
B: Başın ətəyə düşməsini təlqin etməklə minnətdarlıq və acizliklə
bağlı xəcil olmağa işarə edir.
Nişanə 2: "Bari-möhnət": Bu nişanə: A: Maddilik müşkülündən

1
Qəzəl 133, beyt 5

1554
nişanədir.
B: Aşiqi xalis nur bəhrəsindən məhrum edən təbii küdurət giriftar-
lığından nişanədir.
Nişanə 3: "İkinci misra": Bu misra aşağı səmalara (seyr mərtəbələ-
rinə) nazil olunmuş rayihələr (geysuyi-ənbərbar) məşğulluğunda yuxarı
səma, yaxud 7-ci beytdə qeyd olunmuş "mənzili məqsud" səmasından
xəbərsiz qalmaq əlamətidir.
Qeyd: İrfan alimləri mənzili məqsuda tərəf seyr etməkdən saxlayan
rayihə məşğulluğunu, yaxud xüsusi tənbeh və tərbiyə səmasını "xum"
ünvanıyla araşdırmışlar.
Anlam: Beyt göyün bükülməsini təsvir etməklə:
A: Məhz təslim olmağı təlqin edir.
B: Baş yerə qoymaq, yaxud səcdəyə düşmək əzəmətini bil-
dirmək istəyir.1

Beyt 3: Sənə yetdi əcəl peymanəsin nuş etməyə növbət,


Həvayi-çeşmi-məstü ğəmzeyi-xunxar yetməzmi?
Sözlük: peymanə = cam = piyalə = ölçü qabı = mə’nəvi cilvələr təzahür
etdirən səbəb, çeşm = göz, xunxar = qaniçən
Nişanə 1: "Birinci misra": Bu misra axirətin əkin yerindən (dünya-
dan) bəhrələnmək fürsətinin sona çatmağını təlqin edir.
Nişanə 2: "Çeşmi-məst": Şühud qələbələrindən nişanədir.
Nişanə 3: "Qəmzeyi-xunxar" = İlahi qəhr qələbəsindən nişanədir.
Anlam: Beyt cilvələr məşğulluğunda (ikinci misra) mənzili-məqsud-
dan qafil olmaq xətərini xatırladır.

Beyt 4: Yetər oldu qulağə bangi-rehlət dəhr bağından,


Nə durmuşsan, təmaşayi-güli-rüxsar yetməzmi?
Sözlük: bang = fəryad = uca avaz = "İsrafil" adlı mələkin Qiyamət
şeypurunda üfürməyi2, rehlət = köçmə = fövt etmə = səfər, dəhr
= zamanə = ruzgar, rüxsar = üz = camal
Nişanə 1: "Güli-rüxsar":

1
Qəzəl 251, beyt 7
2
İslam rəvayətlərinə görə, İsrafil xüsusi şeypuru üfürdükdə, bütün ölülər qəbirdən baş qaldırıb
qiyamət sahəsinə toplanacaqlar.

1555
A: Dünyəvi ürək açan hüsnlərdən nişanədir.
B: Mə’nəvi ürək açan hüsnlərdən nişanədir.
Anlam: Bax: beyt 3, anlam

Beyt 5: Yetər, cəm’ eylə bari-mə’siyət, təğyiri-ətvar et,


Həya qıl, yoxmudur insafın, ol kim var, yetməzmi?
Sözlük: bari-məsiyət = günah yükü, ətvar = “tövr” (tərz, təhər) sözünün
cəmi = davranışlar = yollar = adablar = rəsmlər
Nişanə 1: "Məsiyət": Mütəal məhbuba layiq ibadət və şükr etmək
(vəzifə daşımaq) acizliyinə “məsiyət” demişlər. Elə buna görə də ulu
Şeyx Sədi buyurmuşdur:
‫از دﺱﺖ و زﺑﺎن آﻪ ﺑﺮ ﺁﻳﺪ آﺰ ﻋﻬﺪﻩ ي ﺷﻜﺮش ﺑﺪر اﻳﺪ‬
Qeyd: Bir çox ariflər mərifət zirvəsində olduqlarına görə
günahlarından utanan günahkarlar kimi öz ibadətlərindən xəcalət
çəkmişlər.1
Nişanə 2: "Təğyiri-ətvar": Batini əhval-ruhiyyəni yeniləşdirməyə
“təğyiri-ətvar” demişlər.
Qeyd 1: Bu nişanə, güzgü ünvanlı kəsrətin vəhdət nurunu əks
etdirməyə layiq olmadığını təlqin etmək istəyir.
Qeyd 2: Kəsrət məhdudluğundan İlahi cilvələri kamil surətdə əks
etdirməkdən acizdir.
Qeyd 3: Xarici seyri qənaətbəxş bilməyən aşiqin batini seyrdən
bəhrələnməyini təlqin edir.
Anlam: Bu beyt də cilvələr məhdudluğunda qəflət etməyi tənqid
edir.

Beyt 6: Hidayət mənzilinə yetdilər sə’yilə əqranın,


Zəlalət içrə sən qaldın, sənə ol ar yetməzmi?
Sözlük: Səy = cəhd, əqran = “qərn” sözünün cəmi = tay-tuşlar = yaxın
adamlar, zəlalət = azğın düşmək = azmaq
Nişanə 1: "Hidayət mənzili": A: Bax: beyt 7, mənzili-məqsud.
B: Batini yetkinləşdirən ikinci kamal ünvanlı mərtəbəyə “hidayət”
demişlər.
Nişanə 2: "Zəlalət": Bu beytdə:

1
Qəzəl 3, beyt 4

1556
A: İstedadsızlıq nişanəsidir.
B: Məhdud cilvələr nailiyyətinə razılıq göstərmək nişanəsidir.
C: Öz ibadət-itaətini kafi bilmək nişanəsidir.
Anlam: Bax: Beyt 6, anlam.
Qeyd: Ötən beytlər xüsusilə ikinci misralar dünyəvi cazibələr
məşğulluğunda mə’nəvi mərifətlərdən qəflət etmiş şəxsləri silkələmək və
oyatmaq istəyir (məcazi məna).

Beyt 7: Füzuli, demə yetmək mənzili-məqsudə müşküldür,


Tutan damani-şər’i-Əhmədi-Muxtar, yetməzmi?
Sözlük: Daman = ətək, Əhmədi-Muxtar = islamın ulu peyğəmbəri
Nişanə 1: "Mənzili-məqsud": A: Kamil insanlar kimi, "şəriət", "tə-
riqət" və "həqiqət" tələblərini cəmləşdirmək mərtəbəsinə “mənzili-
məqsud” demişlər.1
B: Maddi vücudunu unutmuş arifin vəhdət mülkündən bəhrələnmə-
yinə “mənzili-məqsud” demişlər.
Anlam: Eşq vadilərində sədd çəkmiş təhlükələrə qələbə çalmaq yal-
nız islam peyğəmbərinin təlimatı ilə mümkündür. Bunun
üçün də: "Müsəlmanlığı sufi, yaxud arif olmağın ilk şərti
bilmişlər. Çünki sufi, yaxud arif sözü Əli məktəbi tabe-
liyində olmaqla uyğundur və Əli (ə) özü də islam peyğəmbər
məktəbinin tələbəsidir (Əli ariflər mürşüdü olduğu kimi
peyğəbər isə Əli mürşüdüdür). Buna görə də irfan və
təsəvvüfü islam ağacının meyvəsi bilmişlər."2

1
Qəzəl 99, beyt 5
2
Doktor Cavad Nurbəxş. Sufi kist, səh. 27

1557
QƏZƏL 295

(1) Dil qarətinə tazə xətin çəkdi ləşgəri


Sındırdı min könüllü səfin bir yeni çəri.

(2) Xublar sənin qapına gəlirlər bölük-bölük


Getməzlər özgə qapıya, sənsən ağaləri.

(3) Göz dəftərinə salmışam oxu hesabını,


Aç, ey könül, tutanda gözün oxu dəftəri.

(4) Nola asarsa müjədə əşk qətrəsin,


Asar subaşı yol kəsici qanlı kafəri.

(5) Odlu könül evinə gir qəm günü oxun


Yoldurmu gecə oda yasa bir yaban əri

(6) Güzgüdə əksi xalını gördüm gəlib dedim


Qoymazmı dağ köksünə Rumun qələndəri

(7) Bilməm nədir günah Füzuli, çəkər mənə


Hər ləhzə ol cəfa qılıcı cövr xəncəri.

1558
Beyt 1: Dil qarətinə tazə xətin çəkdi ləşgəri
Sındırdı min könüllü səfin bir yeni çəri.
Sözlük: Xətt = üz ətrafında göyərmiş narın tük
Nişanə 1: "Tazə xət": İlahi camal ətrafından nazil olmuş yeni
cilvələri təlqin edən nişanədir.
Nişanə 2: "Çəri": bax: tazə xət
Qeyd 1: İlahi cilvə maddi vücud ilə əlaqədar taqətləri məğlub
etdiyinə görə qoşuna (çəri) bənzədilmişdir.
Qeyd 2: “Min könüllü” sözü:
A: Bir çox aşiq (könül əhli) mənasına ifadə edir.
B: Şübhəli olmaq mənasını ifadə edir.
C: Mərifət azlığını ifadə edir.
D: İqtidar və şücaət mənasını ifadə edir.
Anlam: Bir İlahi cilvə bir silsilə aşiqi:
A: Məğlub etməyə, yaxud özlüyündən ayırmağa kifayətdir.
B: Mə’nəvi yüksək mərifətə nail etməyə kifayətdir.

Beyt 2: Xublar sənin qapına gəlirlər bölük-bölük


Getməzlər özgə qapıya, sənsən ağaları.
Sözlük: xublar = gözəllər = bəyənilmişlər
Nişanə 1: "Xublar": A: İlahi eşq aləminə yönəldən mürşüdlərə
“xublar” demişlər.
B: Bəşəri simada İlahi hüsnlər əks etdirmiş gözəllərə “xublar”
demişlər.
C: Yalnız mütəal məbud razılığını nəzərə tutub İlahi niyyət ilə xeyir
iş bitirən şəxslərə “xublar” demişlər.1
Nişanə 2: "Ağa": A: İslamın ulu peyğəmbərinə “ağa” demişlər.
B: "Şəriət", "təriqət" və "həqiqət" hökmlərinə dəqiqliklə əməl etmiş
bir şəxsə, yaxud kamil insana “ağa” demişlər.2
Anlam: Ey mütəal məbud, aşiqlər, ariflər, hətta mürşüdlər öz ehti-
yaclarını səndən istəyirlər. Onların yeganə rəhbəri sənsən,
camalından parlayan cəlalardır.

1
Qəzəl 107, beyt 1
2
Qəzəl 99, beyt 5

1559
Beyt 3: Göz dəftərinə salmışam oxu hesabını,
Aç, ey könül tutanda, gözün oxu dəftəri.
Nişanə 1: "Ox": Aşiqin qəlbini ardıcıl yaralayan İlahi qəbzlər və
qəmzələr nişanəsidir.
Nişanə 2: "Oxu hesabını": Bu nişanə: A: Qəmzələr hesabını sayca
təlqin etmək istəyir.
B: Qəmzələr və qəhrlər hesabını keyfiyyətincə təlqin etmək istəyir.
C: Aşiqin qəmzələr önündə borcunu (təşəkkürünü) hesablamaq
istəyir.
Nişanə 3: "Tutanda gözün": “Göz tutmaq” cəzb olmaq, yaxud
“əlaqə saxlamaq” şəraitindən nişanədir.
Nişanə 4: "Oxu dəftəri": Dəftər oxumaq öz istedadını aramaq və
onu ağır-yüngül etmək əlamətidir.
Anlam: Aşiq öz vəzifəsinə aid işlərini aramaqla özünü hesab ayağına
çəkmək istəyir.
Qeyd: Saib Təbrizi: "‫ "ﻧﻔﺲ ﺷﻤﺮدﻩ زدن ذآﺮ اهﻞ ﻋﺮﻓﺎﻧﺴﺖ‬buyurduğu
əsasda qiyamətdən öncə [hər gün] özünü hesab ayağına çəkmək kamil
iman və yüksək irfan əlamətidir.

Beyt 4: Nola asarsa göz müjədə əşk qətrəsin


Asar subaşı yol kəsici qanlı kafəri.
Sözlük: müjə = kiprik, əşk = göz yaşı, su başı = qoşun fərmandehi
(osmanlı qoşununda)
Nişanə 1: "Asar": Giriftar etmək, cəzalandırmaq və öldürmək
əlamətidir.
Anlam: Yol kəsən cinayətkarı cəzalandıran qoşun fərmandehi kimi
göz isə öz əşkini müjədən asmaqla tənbeh edir.
Qeyd: Məşuq cilvəsinin yerini daraldan göz yaşı asılmağa
məhkumdur.

Beyt 5: Odlu könül evinə gir qəm günü oxun,


Yoldurmu gecə oda yasa bir yaban əri.
Nişanə 1: "Qəm": Bu beytdə qəbz ilə əlaqədar iltihabdan nişanədir.
Nişanə 2: "Ox": Bax: Beyt 3.
Nişanə 3: "Yaban": Bax: Ox.
Qeyd 1: Ox, başqa aləmdən gəldiyinə görə xarici (yaban, yabançı)
qonaq sayılmışdır.

1560
Qeyd 2: Ox yabanşı olduğuna görə “soyğunçu” kimi sayılmışdır.
Anlam: A: Xarici qonaq kimi qəlbimə daxil olmuş oxu atəş ilə incit-
mək rəva deyil.
B: Gündüz vaxtı evə daxil olan biganəyə atəş açmaq rəva
deyil.
C: Kişi olan şəxs (ər), tanınmaz biganəyə, yaxud qərib qona-
ğa (yabana) atəş açmaz (yaban, ər).
D: Mənim könlüm biganə insanın (yaban ər) atəş içində əza-
ba düşməyinə razılıq verə bilməz.
E: Qəmzə ünvanlı qonağa (ox) odlu ürəkdə yer verməyim-
dən xəcalət çəkirəm.

Beyt 6: Güzgüdə əksi xalını gördüm gəlib dedim


Qoymazmı dağ köksünə Rumun qələndəri
Sözlük: qələndər = dərviş
Nişanə 1: "Güzgü": Vəhdət cilvələrini əks etdirmiş kəsrətdən
nişanədir.
Nişanə 2: "Xal": Yaranış dairəsi bəşəri idraka sığmaz mərkəz nöqtə-
sindən, yaxud İlahi gizli sirrdən ibarətdir.
Nişanə 3: "Dağ": Dağ qoymaq nişanlı qul olmaq nişanəsidir.
Nişanə 4: "Qələndər": Özünü təcrid etmiş, yaxud Füzulinin "hər
təəllüqdən ola aləmdə fərd" buyurduğu fərdlik məqamına çatdırmaqla
heç bir şeydən təsirlənməyən dərvişə “qələndər” demişlər.
Qeyd: Rum sözü aydın gündüz, yaxud günəş, yaxud nurani camal
istiarəsi olduğundan, bəlkə də qələndərin üzü ağ olduğuna, yaxud yüksək
mərtəbəsinə işarə edir.
Anlam: Hər təəllüqdən azad olmuş dərvişi, dübarə əsir etməyə qadir
olan yalnız sənin xalındır.

Beyt 7: Bilməm nədir günah Füzuli, çəkər mənə


Hər ləhzə ol cəfa qılıcı cövr xəncəri.
Nişanə 1: "Cəfa, cövr": Tərbiyəvi qəhr və qəbzlərdən nişanədir.
Anlam: Sınaqdan çıxmış aşiqin (kamil aşiqin) yenidən sınanmağının
nə üçün olduğunu dərk edə bilməyirəm.

1561
QƏZƏL 296

(1) Daği-hicran ilə yanmaqdan cigər qan olsa yey,


Mülki-dil qəm mənzili olunca, viran olsa yey.

(2) Yarı əğyar ilə görmək aşiqə düşvar irür,


Böylə görməkdən əsiri-dərdi-hicran olsa yey.

(3) Sinəmə peykanını göndər könül də’finə kim,


Sinədə suzan könül olunca peykan olsa yey.

(4) Sirrimi rüsvalığım faş etmədən aləmlərə,


Zar cismim əşk girdabında pünhan olsa yey.

(5) Dağıdırsa, nola, iqdi-zülfünü hər dəm səba,


Fitnə əhli olanın cəm’i pərişan olsa yey.

(6) Dün Füzuli səhv edib, keçmiş meyü məhbubdən


Tövbə edib, bu yaman işdən peşiman olsa yey.

1562
Beyt 1: Daği-hicran ilə yanmaqdan cigər qan olsa yey,
Mülki-dil qəm mənzili olunca, viran olsa yey.
Nişanə 1: "Daği-hicran": Bu beytdə kəsrət əhatəsində giriftar olmuş
vəhdətdən xəbərdar aşiqin həsrətini təlqin edən nişanədən ibarətdir.
Nişanə 2: "Cigər qan olsa yey": Cigərin qan olmağı, varlığın batil
olmağından nişanədir.
Nişanə 3: "Qəm": Bu beytdə daği-hicran ilə əlaqədar həsrətdən
nişanədir.
Nişanə 4: "Viran olsa yey": Bax: nişanə 2.
Qeyd: "Əzdad" araşdırması göstərir ki,1 abadlığın ilk müqəddiməsi
viranlıq olduğuna görə, beyt ürək evinin yenidən abad olmağını, yaxud
təzə həyat tələbinə də işarə edir.
Anlam: Yoxluq, kəsrət içində var olmaqdan daha yaxşıdır.

Beyt 2: Yarı əğyar ilə görmək aşiqə düşvar irür,


Böylə görməkdən əsiri-dərdi-hicran olsa yey.
Sözlük: Düşvar = çətin
Nişanə 1: "Əğyar": Mütəal məhbubdan başqa hər bir vücuddan hətta
təsəvvürdən, fikirdən və ictimai mülahizələrdən nişanədir.
Qeyd: Bəzi ariflər İlahi camal ətrafındakı cəlalara da “əğyar”
demişlər.
Nişanə 2: "Əsiri-dərdi-hicran": Bax: Beyt 1, nişanə 1.
Anlam: Aşiq: A: Bir çix kamala çatmış insan məqamına qibtə edir.
B: Vasitəsiz vüsala, yaxud fanilik məqamına nail olmaq istə-
yir.

Beyt 3: Sinəmə peykanını göndər könül də’finə kim,


Sinədə suzan könül olunca peykan olsa yey.
Sözlük: Peykan = ox ucu, suzan = yanar
Nişanə 1: "Peykan": Məcazi varlığı yox edən vasitədən nişanədir.
Nişanə 2: "Suzan könül": Bu nişanə həsrət atəşilə alovlanmış batin
əlamətidir.
Anlam: Aşiq öz varlığını peykan vasitəsilə yox etmək istəyir.

1
Qəzəl 3, beyt 2

1563
Qeyd: Yoxluq, yeni varlıq nailiyyətinə işarə edir. Çünki peykan
əslində yoxu var edən səbəbdir.

Beyt 4: Sirrimi rüsvalığım faş etmədən aləmlərə,


Zar cismim əşk girdabında pünhan olsa yey.
Nişanə 1: "Rüsvalıq": Əql ölçülərinə sığmaz əhvalat nişanəsidir.
Nişanə 2: "Əşki-girdab": Bu beytdə vücud binasının üstən aşıb-
daşmış fəna dalğalarından istiarədir.
Anlam: Beyt: A: "Aşiq baş verər, sirr verməz" hökmünü hörmətə
mindirmək istəyir.1
B: Ötən beytlərdə qeyd olunmuş fanilik tələbini təkrar edir.

Beyt 5: Dağıdırsa, nola, iqdi-zülfünü hər dəm səba,


Fitnə əhli olanın cəm’i pərişan olsa yey.
Sözlük: Əqd = bənd, düyün, iqd = mirvari riştəsi
Nişanə 1: "Zülf": Bu beytdə vəhdət günəşinin kəsrət güzgüsündə
təzahür etdiyi mübhəm rayihələrindən ibarətdir.
Nişanə 2: "Səba": İlahi vasitədən ibarətdir.
Nişanə 3: "Fitnə əhli": A: zülfü sınayıcı olduğuna görə “fitnə əhli”
bilmişlər.
B: Aşiqi sınaqlara çəkildiyinə görə “fitnə əhli” demişlər.
Nişanə 4: "Cəm`": Bu beytdə: A: Toxtaqlıq və aram tutmaq
əlamətidir (aşiq ilə əlaqədar cəm`).
B: Bir halda və surətdə olmaq əlamətidir (zülf ilə əlaqədar cəm`).
Nişanə 5: "Pərişan": Bu beytdə: A: Sərgərdanlıq, yoxsulluq və
iztiraba düşmək əlamətidir (aşiq pərişanlığı).
B: Mübhəmlik və yozdurmaq əlamətidir (zülf pərişanlığı).
Anlam: A: Aşiq sınandığına görə pərişan olmalıdır.
Qeyd: Əql nəsihətini qulaq ardına vurub eşq bəlalarını alqışlayan
aşiq pərişan olmalıdır.
B: Zülf sınayıcı olduğuna görə pərişan olmalıdır.

Beyt 6: Dün Füzuli səhv edib, keçmiş meyü məhbubdən


Tövbə edib, bu yaman işdən peşiman olsa yey.

1
Qəzəl 114, beyt 1

1564
Nişanə 1: "Keçmiş meyü məhbubdən": Mey və məhbubdan keçmək
bu beytdə əql nəsihətini qəbul etmək, yaxud ictimai sərkilərdən
çəkinmək əlamətidir.
Anlam: İctimai qanun qaydanı, yaxud əql qanunlarını nəzərdə
tutmaq kəsrəti alqışlayıb vəhdətdən çəkinmək kimi daha
böyük günah sayılır.

‫ﻦ اﷲ ﺕﻮﻓﻴﻖ‬
َ ‫َو ِﻡ‬

Son

1565
Mündəricat

Çırağ göydürəcək atəşi-nihanimdən ............................................... 1109


Ucaldın qəbrim, ey bidərdlər, səngi-məlamətdən .......................... 1114
Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandan................... 1119
Bəzmi-eşq içrə sirişkimdir şərabi-laləgun ...................................... 1124
Əgərçi ignə tək keçdim cahanın hər nə varindən .......................... 1129
Yerə düşməz hər nə ox kim, atsa ol əbrukəman ............................ 1135
Görüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanın .................... 1140
Şəfa lütf et məni-bimarə lə`li-nuşxəndindən .................................. 1144
Ələ alır gəzicək ol güli-rə`na ətəgin ................................................. 1148
Görməsəm hər göz açanda ol güli-rəna üzün ................................. 1154
Sün` me`marı yapar saətdə gərdun məxzənin................................ 1160
Qurutmuş qaliba şövq odu Fərhadın gözü yaşın ........................... 1163
Kuhkən künd eyləmiş min tişəni bir dağilən.................................. 1167
Gərdi-rəhin, ey əşk, yudun çeşmi-tərimdən ................................... 1170
Ta sirişki-dideyi-Fərhadi gördü laləgun ......................................... 1174
Cəm` könlün dövr cövründən pərişan olmasın .............................. 1178
Torpaqdən götür məni, ey əşki-laləgun .......................................... 1183
Bari-möhnətdən nihali-qamətin xəm olmasın ................................ 1188
Ey fəraqi-ləbi –canan, cigərim xun etdin ........................................ 1193
Qıldı zülfün tək pərişan halimi xalin sənin..................................... 1197
Çeşmimi əşk ilə gənci-düri-məknun etdin ...................................... 1201
Şəm`i-ruyin afitabi-aləmaradır sənin ............................................. 1206
Öylə rənadır, gülüm, sərvi-xuramanın sənin ................................. 1212
Qıymadın sakini-kuyin olana peykanın .......................................... 1217
Ey məh, mənimlə dustlərim düşmən eylədin .................................. 1221
Səba, lütf etdin əhli-dərdə dərmandan xəbər verdin..................... 1226

1567
Dəhənin dərdimə dərman dedilər cananın ..................................... 1231
Gəlir ol sərvi-səhi, ey gülü lalə, açılın ............................................. 1236
Ləbin rəşki mizacın təlx qıldı badeyi-nabın .................................. 1241
Nə xoşdur arizin dövründə zülfi - ənbərəfşanın ............................ 1246
Ey müsəvvir, yar timsalinə surət vermədin ................................... 1252
Gör sirişkim şəbi-hicran, demə kim, qandır bu ............................ 1258
Nihali-dərddir Məcnun, yer etmiş sayəsin ahu .............................. 1263
Bülbüli-dil gülşəni-rüxsarın eylər arizu ......................................... 1269
Rəməzan oldu çəkib şahidi-mey pərdəyə ru .................................. 1274
Əgər çıxsaydı dərdin cismdən, derdim ki, candır bu .................... 1279
Giryədir hər dəm açan qəmdən tutulmuş könlümü ...................... 1284
Aşiq oldum yenə bir tazə güli-rənayə ............................................. 1289
Olsaydı məndəki qəm Fərhadi-mübtəladə ..................................... 1294
İstədim mərhəm oxundan cigərim yarəsinə ................................... 1299
Bağə gir, bülbülə ərzi-güli-rüxsar eylə ........................................... 1303
Uyub ahuyə düşdü mişk Məcnun tək biyabanə ............................. 1307
Qarardır afitabı sayə çəksən pərdə rüxsarə................................... 1312
Ey dili-sərgəştəvü şikəsteyi-valeh .................................................... 1317
Yenə ol mah mənim aldı qərarım bu gecə ...................................... 1321
Nihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrə .............................. 1325
Müshəf demək xətadır ol səfheyi-cəmalə........................................ 1330
Həzər qıl ah odundan, cövrünü üşşaqə az eylə .............................. 1335
Batalı qanə oxun dideyi-giryan içrə ................................................ 1341
Arizin görsə fələk mehr buraxmaz ayə........................................... 1345
Yürütməniz ərəqi məclis içrə badə ilə ............................................ 1349
Xoşdur ey gün, taleyin kim düşdün ol xaki-dərə ........................... 1355
Ey vücudi-kamilin əsrari-hikmət məsdəri ..................................... 1360

1568
Ey vücudin əsəri, xilqəti-əşya səbəbi ............................................... 1365
Ey xoş ol günlər ki, rüxsarın mənə mənzur idi .............................. 1369
Ey təğafül birlə hər saət qılan şeyda məni ...................................... 1374
Buraxdı xakə hüsnün afitabi-aləmarayi ......................................... 1379
Məni candan usandırdı, cəfadən yar usanmazmı .......................... 1384
Getdi əldən sənəmin sünbüli-mişkəfşani ........................................ 1388
Gecələr ta halimə gərdun təmaşa etmədi........................................ 1392
Fariğ etdi mehrin özgə məhliqalərdən məni .................................. 1397
Çöhreyi-zərdimdə gör həmdəm sirişki-alimi ................................. 1403
Yar qılmazsa mənə cövrü cəfadən qeyri ......................................... 1407
Yıxdı saqi bir əyaq ilə məni-əfgari .................................................. 1412
Nə görür əhli-cəfa məndə vəfadən qeyri ......................................... 1417
Tərəşşüh qəbrimin daşından etmiş çeşmimin yaşi ........................ 1421
Hasilim yox səri-kuyində bəladən ğeyri .......................................... 1426
Heyrət, ey büt, surətin gördükdə lal eylər məni ............................ 1430
Aldı gülzar içrə su əksi-üzari-alini .................................................. 1436
Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı .............................. 1441
Hər görən eyb etdi abi-dideyi-giryanimi ........................................ 1445
Canımın cismilə zövqi-ittisali qalmadı............................................ 1450
Sanma kim, bülbül açar uçmağa balü pərini ................................. 1455
Tabi-suzi-sinədən əksilməsəydi göz nəmi ....................................... 1459
Qərqi-xunabi-dil etdi dideyi-giryan məni ....................................... 1463
Xoşdur irmək ol bədən vəslinə pirahən kimi ................................. 1468
Mey peyapey sunma, saqi, qılma layə’qil məni .............................. 1475
Mərhəm qoyub önərmə, sinəmdə qanlı daği .................................. 1480
Qamətin xidmətinə sərvin əgilməz başi .......................................... 1485
Xoş gəldi dün ol ayə sirişkim nəzarəsi ............................................ 1490

1569
Məgər xab içrə gördün, ey könül, ol çeşmi-şəhlayi ....................... 1494
Mübəddəl qılmağa sübhi-vüsalə şami-hicrani ............................... 1499
Yetər, ey fələk, bu cəfa, yetir məni-zarə sərvi-rəvanimi ............... 1504
Ey səfi-novki-müjən zülfi-məlamət şanəsi ...................................... 1508
Ayinə sevər candan rüxsareyi-canani ............................................. 1513
Məhşər günü görüm, derəm ol sərvqaməti .................................... 1518
Rəvacın nəqdi-peykanınla bulmuş hüsn bazari ............................. 1523
Ey, hər təkəllümüm xəti-səbzin hekayəti ....................................... 1528
Göz qarası əşki-gülgunimdə xalın sədqəsi...................................... 1532
Ləbin əksi gözüm yaşini mey tək laləgun etdi ................................ 1536
Ey saçın fikri qamu sevdalərin sərmayəsi ...................................... 1541
Dün könül dilbərə şərhi-qəmi-pünhan etdi .................................... 1545
Ey göz, ol nərgisi-xunxarə nigah etmə dəxi .................................... 1550
Könül! Yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi.............................. 1553
Dil qarətinə tazə xətin çəkdi ləşgəri ................................................ 1558
Daği-hicran ilə yanmaqdan cigər qan olsa yey .............................. 1562

1570
Əlavələr

1. Müəllif, bu şərhin nöqsanları barədə, xüsusilə zamanı


keçmiş sözlərin mənalarına dair oxuculardan üzrxahlıq
edərək, Füzulişünas alimlərin yardımına möhtac
olduğunu etiraf edir.
2. Müəllif azərbaycanca ləhcə və danışıqların (dialekt)
müxtəlif çeşidli olduğunu nəzərə alarkən bu şərhin xüsusi
yazı üslubunu gözləməyi qərara almışdır.
3. Bu şərhdə Məhəmməd Füzulinin tədqiqatşı Əmin Sədiqi
tərəfindən çap olunmuş türkcə divanından istifadə
olunmuşdur:
‫ وزارت‬،‫ ﺕﻬﺮان‬،‫ ﻓﻀﻮﻟﻲ ﺕﺮآﻲ دﻳﻮاﻧﻲ‬،‫ش‬-‫ ﻩ‬١٣٧٤ ،‫اﻡﻴﻦ ﺻﺪﻳﻘﻲ‬
‫ ﻧﻴﺮوﭼﺎپ‬،‫ﻓﺮهﻨﮓ و ارﺷﺎد اﺱﻼﻡﻲ‬

1571
Yararlandığımız qaynaqlar

A – Qurani-Kərimin aşağıdakı surələri:

1-Ali-İmran surəsi 26-Taha surəsi


2-Əraf surəsi 27-Ənkəbut surəsi
3-İsra surəsi 28-Fatihə surəsi
4-İxlas surəsi 29-Fatir surəsi
5-Ənbiya surəsi 30-Əl –Fəth surəsi
6-Əhzab surəsi 31-Fəcr surəsi
7-Ənam surəsi 32-Fussilət surəsi
8-Ənfal surəsi 33-Qaf surəsi
9-Əhqaf surəsi 34-Qədr surəsi
10-İbrahim surəsi 35-Qəsəs surəsi
11-Əl-Bəqərə surəsi 36-Qəmər surəsi
12-Bələd surəsi 37-Maidə surəsi
13-Təğabun surəsi 38-Mücadilə surəsi
14-Tövbə surəsi 39-Məhəmməd (s) surəsi
15-Cümə surəsi 40-Mürəslat surəsi
16-Həcc surəsi 41-Məryəm surəsi
17-Hədid surəsi 42-Mülk surəsi
18-Həşr surəsi 43-Mominun surəsi
19-Həmd surəsi 44-Nəcm surəsi
20-Ərrəhman surəsi 45-Nəhl surəsi
21-Rəd surəsi 46-Nisa surəsi
22-Zümər surəsi 47-Nur surəsi
23-Şüəra surəsi 48-Yasin surəsi
24-Şura surəsi 49-Yusif surəsi
25-Saffat surəsi

1572
‫‪B:‬‬
‫‪-١‬ﺁهﻨﯽ ‪ ،‬ﻏﻼﻡﺤﺴﻴﻦ ‪ ،١٣٦٠ ،‬ﻡﻌﺎﻧﯽ ﺑﻴﺎن‪ -٢ ،‬ﺟﯽ ﭼﺎپ ‪ ،‬اﻧﺘﺸﺎرات ﺑﻨﻴﺎدﻗﺮﺁن‬
‫‪ -٢‬اُﺷﻮ‪ ، ١٣٨٠ ،‬ﺧﻼﻗﻴﺖ ‪ ،‬ﺕﺮﺟﻤﻪ ﻡﺮﺟﺎن ﻓﺮﺟﯽ ‪ -٢ ،‬ﺟﯽ ﭼﺎپ ‪ ،‬اﻧﺘﺸﺎرت ﻓﺮدوس‬
‫‪ -٣‬ﺑﺎﺑﺎﺋﯽ ﭘﺮوﻳﺰ‪ ،١٣٨٦ ،‬ﻡﮑﺘﺐ هﺎﯼ ﻓﻠﺴﻔﯽ ‪ -١ ،‬ﺟﯽ ﭼﺎپ ‪ ،‬اﻧﺘﺸﺎرات ﻧﮕﺎﻩ‬
‫‪ -٤‬ﺑﺎرﭘﻮر‪ ،‬اﻳﺎن ‪ ،١٣٦٢ ،‬ﻋﻠﻢ ودﻳﻦ ‪ ،‬ﺕﺮﺟﻤﻪ ﺑﻬﺎﻟﺪﻳﻦ ﺧﺮﻡﺸﺎهﯽ ‪ ،‬ﻧﺸﺮداﻧﺸﮕﺎهﯽ‬
‫‪ -٥‬ﺑﺎوﮐﺮ ﺟﺎن وﺱﺘﺮدﻳﻞ ‪ ، ١٣٨٣ ،‬ﻡﻔﻬﻮم ﺧﺪا ‪ ،‬ﺕﺮﺟﻤﻪ ﻋﺬرا ﻟﻮﻋﻠﻴﺎن ﻟﻨﮕﺮودﯼ‪،‬‬
‫ﻡﺮﮐﺰﭘﮋوهﺶ ﮐﺘﺎﺑﺨﺎﻧﻪ ﯼ ﻡﺠﻠﺲ ﺷﻮراﯼ اﺱﻼﻡﯽ‬
‫‪ -٦‬ﺑﻴﻀﺎﯼ اردﺑﻴﻠﯽ ‪ ،‬ﻡﺤﻤﺪ ﺻﺎدق ‪ ،١٣٧4 ،‬ﺷﻌﺮﻟﺮدﻳﻮاﻧﯽ ‪ -١ ،‬ﺟﯽ ﭼﺎپ ‪ ،‬هﻴﺌﺖ اردﺑﻴﻞ‬
‫ﺷﻨﺎﺱﯽ‬
‫‪ -٧‬ﺛﺮوﺕﻴﺎن ﺑﻬﺮوز‪ ،١٣٨٠ ،‬ﺷﺮح ﻏﺰﻟﻴﺎت ﺣﺎﻓﻆ ‪ ،‬ﭘﻮﻳﻨﺪﮔﺎن داﻧﺸﮕﺎﻩ‬
‫‪ -٨‬ﺟﺎﻡﯽ ﻋﺒﺪاﻟﺮّﺣﻤﺎن ‪،١٣٦٦ ،‬هﻔﺖ اورﻧﮓ ‪ ،‬ﺻﺒﺤﺔ اﻻﺑﺮار‪،‬ﻧﺸﺮﺱﻌﺪﯼ‬
‫‪ -٩‬ﺟﺮج ﺟﺮداغ ‪،١٣٧٥ ،‬اﻡﺎم ﻋﻠﯽ ﺻﺪاﯼ ﻋﺪاﻟﺖ اﻧﺴﺎﻧﯽ ‪ ،‬ﺕﺮﺟﻤﻪ ﺱﻴﺪ هﺎدﯼ ﺧﺴﺮوﺷﺎهﯽ ‪،‬‬
‫‪ -١‬ﺟﯽ ﺟﻠﺪ ‪ -٢ ،‬ﺟﯽ ﭼﺎپ ‪ ،‬ﻧﺸﺮﺧﺮّم‬
‫‪ -١٠‬ﭼﺎﻡﺴﮑﯽ ‪ ،‬ﻧﻮام ‪ ،١٣٧٧ ،‬زﺑﺎن وذهﻦ ‪ ،‬ﺕﺮﺟﻤﻪ ﮐﻮرش ﺻﻔﻮﯼ‪ -١،‬ﺟﯽ ﭼﺎپ ‪ ،‬ﺕﻬﺮان ‪،‬‬
‫اﻧﺘﺸﺎرات هﺮﻡﺲ‬
‫‪ -١١‬ﺣﺎﻓﻆ ‪ ،‬ﻏﺰﻟﻠﺮدﻳﻮاﻧﯽ‬
‫‪ -١٢‬ﺧﺰاﺋﻠﯽ ﻡﺤﻤﺪ ‪ ،١٣٦٨ ،‬ﺷﺮح ﮔﻠﺴﺘﺎن ‪ -٨ ،‬ﺟﯽ ﭼﺎپ ‪ ،‬اﻧﺘﺸﺎرات ﺟﺎوﻳﺪان‬
‫‪ -١٣‬اﻡﺎم ﺧﻤﻴﻨﯽ ‪ ،‬ﺷﻌﺮﻟﺮدﻳﻮاﻧﯽ ‪ ،١٣٧٢،‬ﻡﺆﺱﺴﻪ ﺕﻨﻈﻴﻢ وﻧﺸﺮﺁﺛﺎراﻡﺎم ﺧﻤﻴﻨﯽ‬
‫‪ -١٤‬داﻧﺶ ﭘﮋوﻩ ﻡﻨﻮﭼﻬﺮ‪ ،١٣٨٦ ،‬ﻓﺮهﻨﮓ اﺻﻄﻼﺣﺎت ﻋﺮﻓﺎﻧﯽ ‪ -٢ ،‬ﺟﯽ ﭼﺎپ‪ ،‬ﻧﺸﺮﻓﺮوزان‬
‫روز‪ ،‬ﺕﺒﺮﻳﺰ‬
‫‪ -١٥‬داورﭘﻨﺎﻩ اﺑﻮاﻟﻔﻀﻞ ‪ ،‬اﻧﻮاراﻟﻌﺮﻓﺎن)ﺕﻔﺴﻴﺮ( ‪ -١ ،‬ﺟﯽ ﺟﻠﺪ ‪ ،‬اﻧﺘﺸﺎرات ﺻﺪر‬
‫‪ -١٦‬دهﺨﺪا ﻋﻠﯽ اﮐﺒﺮ‪ ،‬ﻓﺮهﻨﮓ دهﺨﺪا‬
‫‪ - ٥‬ﺟﯽ‬ ‫‪ -١٧‬راﺱﻞ ‪ ،‬ﺑﺮﺕﺮاﻧﺪ ‪ ،١٣٦٥ ،‬ﺕﺎرﻳﺦ ﻓﻠﺴﻔﻪ ﻏﺮب ‪ ،‬ﺕﺮﺟﻤﻪ ﻧﺠﻒ درﻳﺎ ﺑﻨﺪرﯼ ‪،‬‬
‫ﭼﺎپ ‪ ،‬ﺕﻬﺮان ‪ ،‬ﻧﺸﺮﭘﺮواز‬
‫‪ -١٨‬رﻧﺠﺒﺮ اﺣﻤﺪ ‪ ،١٣٦٩ ،‬ﮔﺰﻳﺪﻩ ﺣﺪﻳﻘﻪ ﯼ ﺱﻨﺎﺋﯽ ‪ ،‬اﻧﺘﺸﺎرات اﻡﻴﺮﮐﺒﻴﺮ‬
‫‪ -١٩‬ﺱﺠّﺎدﯼ ﺱﻴﺪﺟﻌﻔﺮ‪ ،١٣٥٤ ،‬ﻓﺮهﻨﮓ اﺻﻄﻼﺣﺎت ﻋﺮﻓﺎﻧﯽ ‪ -٢ ،‬ﺟﯽ ﭼﺎپ ‪ ،‬ﻧﺎﺷﺮﻃﻬﻮرﯼ‬
‫‪ -٢٠‬ﺱﺠّﺎدﯼ ﺱﻴﺪﺟﻌﻔﺮ‪ ،١٣٧٥ ،‬ﻓﺮهﻨﮓ ﻋﻠﻮم ﻋﻘﻠﯽ ‪ ،‬اﻡﻴﺮﮐﺒﻴﺮ‬
‫‪ -٢١‬ﺱﺮوش ﻋﺒﺪاﻟﮑﺮﻳﻢ ‪ ،١٣٧٩،‬ﻧﻬﺎد ﻧﺎﺁرام ﺟﻬﺎن ‪ ،‬ﻡﺆﺱﺴﻪ ﺻﺮاط‬
‫‪ -٢٢‬ﺱﺮوش ﻋﺒﺪاﻟﮑﺮﻳﻢ ‪ ،١٣٧٣ ،‬ﻓﺮﺑﻪ ﺕﺮازاﻳﺪﺋﻮﻟﻮژﯼ ‪ ،‬ﻡﺆﺱﺴﻪ ﻓﺮهﻨﮕﯽ ﻡﻬﺮ‬
‫‪ -٢٣‬ﺱﺮوش ﻋﺒﺪاﻟﮑﺮﻳﻢ ‪ ،١٣٧٨ ،‬ﺑﺴﻂ ﺕﺠﺮﺑﻪ ﻧﺒﻮﯼ ‪ ،‬ﻡﺆﺱﺴﻪ ﺻﺮاط‬
‫‪ -٢٤‬ﺱﺮوش ﻋﺒﺪاﻟﮑﺮﻳﻢ ‪ ،١٣٧١ ،‬ﻗﺒﺾ وﺑﺴﻂ ‪ -٢ ،‬ﺟﯽ ﭼﺎپ ‪ ،‬ﻡﺆﺱﺴﻪ ﺻﺮاط‬
‫‪1573‬‬
‫‪ -٢٥‬ﺱﻌﺎدت ﭘﺮور ﻋﻠﯽ ‪ ،١٣٧٠ ،‬ﺟﻤﺎل ﺁﻓﺘﺎب ‪ -١،‬ﺟﯽ ﭼﺎپ ‪ ،‬ﺟﻠﺪ ‪٢‬و‪ ، ٣‬اﻧﺘﺸﺎرات ﺣﮑﻤﺖ‬
‫‪ -٢٦‬ﺱﻌﺪﯼ ‪ ،‬ﻏﺰﻟﻠﺮوﻗﺼﻴﺪﻩ ﻟﺮ‬
‫‪ -٢٧‬ﺱﻌﺪﯼ ‪ ،‬ﺑﻮﺱﺘﺎن‬
‫‪ -٢٨‬ﺱﻌﺪﯼ ‪ ،‬ﮔﻠﺴﺘﺎن‬
‫‪ -٢٩‬ﺱﻌﺪﯼ ‪ ،‬دﻳﺒﺎﭼﻪ‬
‫‪ -٣٠‬ﺱﻬﺮوردﯼ ﻋﺒﺪاﻟﻘﺎدر‪ ،١٣٨٤ ،‬ﺁداب اﻟﻤﺮﻳﺪﻳﻦ‪ ،‬ﺕﺮﺟﻤﻪ ﻋﻤﺮﺑﻦ ﻡﺤﻤﺪﺑﻦ اﺣﻤﺪ ﺷﻴﺮﮐﺎن ‪،‬‬
‫اﻧﺘﺸﺎرات ﻡﻮﻻ‪ ،‬ﺕﻬﺮان‬
‫‪ -٣١‬ﺷﺒّﺮ‪ ،‬ﻋﺒﺪاﷲ ‪ ،‬ﻡﺼﺎﺑﻴﺢ اﻻﻧﻮار‪ ،‬ﻧﺎﺷﺮﺑﺼﻴﺮﺕﯽ ‪ ،‬ﻗﻢ‬
‫‪ -٣٢‬ﺷﺒﺴﺘﺮﯼ ﻡﺤﻤﺪ ﺑﻦ ﻋﺒﺪاﻟﮑﺮﻳﻢ ‪ ، ١٣٨٢ ،‬ﮔﻠﺸﻦ راز‪ ،‬ﻧﺎﺷﺮﻃﻼﻳﻪ‬
‫‪ -٣٣‬ﺷﺎهﯽ ‪) ،‬ﻡﺆﻟﻒ( ‪ ،١٣٦٨ ،‬دوﻟﺖ ﺑﻴﺪار‪ ،‬ﺷﻔﻖ ‪ ،‬ﺕﺒﺮﻳﺰ‬
‫‪ -٣٤‬ﺷﺎهﯽ )ﻡﺆﻟﻒ( ‪ ،١٣٨٣ ،‬ﺕﺎﻗﺎف اﻧﺪﻳﺸﻪ ‪ ،‬داﻧﺸﮕﺎﻩ ﺁزاد اﺱﻼﻡﯽ واﺣﺪ اردﺑﻴﻞ‬
‫‪ -٣٥‬ﺻﺎﺋﺐ ﺕﺒﺮﻳﺰﯼ ‪ ،‬ﺷﻌﺮﻟﺮدﻳﻮاﻧﯽ‬
‫‪ -٣٦‬ﺻﺪراﻟﺪﻳﻦ ﺷﻴﺮازﯼ ﻡﺤﻤﺪ ‪ ،١٣٨٩ ،‬اﺱﻔﺎرارﺑﻌﻪ ‪ ،‬ﻡﮑﺘﺐ اﻟﻤﺼﻄﻔﻮﯼ ‪ ،‬ﻗﻢ‬
‫‪ -٣٧‬ﺻﺪراﻟﺪﻳﻦ ﺷﻴﺮازﯼ ﻡﺤﻤﺪ )ﻡﻼﺻﺪرا( ‪ ،١٣٦٢‬ﻡﺒﺪأوﻡﻌﺎد ‪ ،‬ﻡﺮﮐﺰﻧﺸﺮ داﻧﺸﮕﺎهﯽ‬
‫‪ -٣٨‬ﺻﻔﯽ ﻋﻠﻴﺸﺎﻩ ﺣﺎﺟﯽ ﻡﻴﺮزا ﺣﺴﻦ ‪ ،١٣٤١ ،‬زﺑﺪة اﻻﺱﺮار‪ ،‬ﺑﻨﮕﺎﻩ ﻡﻄﺒﻮﻋﺎﺕﯽ ﺻﻔﯽ‬
‫ﻋﻠﻴﺸﺎﻩ‬
‫‪ -٣٩‬ﺻﻔﯽ ﻋﻠﻴﺸﺎﻩ ﺣﺎﺟﯽ ﻡﻴﺮزاﺣﺴﻦ ‪ ،‬ﺷﻌﺮﻟﺮدﻳﻮاﻧﯽ ‪ ،‬اﻧﺘﺸﺎرات ﺻﻔﯽ ﻋﻠﻴﺸﺎﻩ‬
‫‪ -٤٠‬ﻋﺮاﻗﯽ ‪ ،‬ﻓﺨﺮاﻟﺪﻳﻦ ‪ ،١٣٦١‬ﺷﻌﺮﻟﺮدﻳﻮاﻧﯽ ‪ ،‬اﻧﺘﺸﺎرات ﮔﻠﺸﺎﺋﯽ‬
‫‪ -٤١‬ﻋﻄّﺎر‪ ،‬ﻓﺮﻳﺪاﻟﺪﻳﻦ ‪ ،١٣٦١‬ﺷﻌﺮﻟﺮدﻳﻮاﻧﯽ ‪ ،‬ﻧﺸﺮﭼﮑﺎﻡﻪ‬
‫‪ -٤٢‬ﻋﻄﺎر‪ ،‬ﻓﺮﻳﺪاﻟﺪﻳﻦ ‪ ،١٣٦١‬اﺱﺮارﻧﺎﻡﻪ ‪ ،‬ﻧﺸﺮﮔﻴﻼن‬
‫‪ -٤٣‬ﻏﺰّاﻟﯽ ‪ ،‬ﻡﺤﻤﺪﺑﻦ ﻡﺤﻤﺪ ‪ ،١٣٨٢‬ﮐﻴﻤﻴﺎﯼ ﺱﻌﺎدت ‪ ،‬ﺕﻬﺮان ‪ ،‬ﭘﻴﻤﺎن‬
‫‪ -٤٤‬ﻏﻨﯽ ﻗﺎﺱﻢ ‪ ،١٣٧٥ ،‬ﺕﺎرﻳﺦ ﻋﺼﺮﺣﺎﻓﻆ‪ -٧ ،‬ﺟﯽ ﭼﺎپ ‪ ،‬اﻧﺘﺸﺎرات زوّار‬
‫‪ -٤٥‬ﻓﺮوزاﻧﻔﺮ ﺑﺪﻳﻊ اﻟﺰﻡﺎن ‪ ،١٣٦١ ،‬اﺣﺎدﻳﺚ ﻡﺜﻨﻮﯼ ‪ ،‬اﻧﺘﺸﺎرات اﻡﻴﺮﮐﺒﻴﺮ‬
‫‪ -٤٦‬ﻓﺮوﻏﯽ ﻡﺤﻤﺪﻋﻠﯽ ‪ ،١٣٦٧ ،‬ﺱﻴﺮﺣﮑﻤﺖ دراروﭘﺎ ‪ ،‬اﻧﺘﺸﺎرات زوّار‬
‫‪ -٤٧‬ﻓﻴﺾ اﻻﺱﻼم ‪ ،١٣٦٩ ،‬ﻧﻬﺞ اﻟﺒﻼﻏﻪ ‪ ،‬ﻡﺘﺮﺟﻢ ﻋﻠﯽ دﺷﺘﯽ‬
‫‪ -٤٨‬ﮐﺎﭘﻠﺴﺘﻮن ﻓﺮدرﻳﮏ ‪ ،١٣٧٣ ،‬اﺱﭙﻴﻨﻮزا‪ ،‬ﻡﺘﺮﺟﻢ ﺱﻴﺪ ﻡﺤﻤﺪ ﺣﮑّﺎﮎ ‪ ،‬اﻧﺘﺸﺎرات ﺣﮑﻤﺖ‬
‫‪ -٤٩‬ﻟﻄﻔﯽ ﻡﺤﻤﺪ ﺣﺴﻦ )ﻡﺘﺮﺟﻢ( ‪ ،١٣٦٣ ،‬دورﻩ ﺁﺛﺎراﻓﻼﻃﻮن ‪ ،‬ﺧﻮارزﻡﯽ‬
‫‪ -٥٠‬ﻡﺠﻠﺴﯽ ﻡﺤﻤﺪ ﺑﺎﻗﺮ‪ ،‬ﺑﺤﺎراﻻﻧﻮار‪ ،‬ﺑﻴﺮوت ‪ ،‬ﻡﺆﺱﺴﻪ اﻟﻮﻓﺎء‬
‫‪ -٥١‬ﻡﺤﻤﺪزادﻩ ﺻﺪﻳﻖ ﺣﺴﻴﻦ ‪ ،١٣٨٤ ،‬دﻳﻮان اﺷﻌﺎرﺕﺮﮐﯽ ﻓﻀﻮﻟﯽ ‪ ،‬ﺕﺒﺮﻳﺰ‪ ،‬ﻧﺸﺮاﺧﺘﺮ‬
‫‪ -٥٢‬ﻡﻌﻴﻦ ﻡﺤﻤﺪ ‪ ،‬ﻓﺮهﻨﮓ ﻡﻌﻴﻦ‬
‫‪1574‬‬
‫‪ -٥٣‬ﻡﮕﯽ ﺑﺮاﻳﻦ ‪ ،١٣٧٤ ،‬ﻡﺮدان اﻧﺪﻳﺸﻪ ‪ ،‬ﻡﺘﺮﺟﻢ ﻋﺰت اﷲ ﻓﻮﻻدوﻧﺪ ‪ ،‬ﻃﺮح ﻧﻮ‬
‫‪ -٥٤‬ﻡﻨﻌﻢ ﻳﺪاﷲ ‪ -٥ ،١٣٨٨ ،‬ﺟﯽ ﭼﺎپ ‪ ،‬اﻧﺘﺸﺎرات ﻓﺎﺋﺰون‬
‫‪ -٥٥‬ﻡﻮﻟﻮﯼ ﺟﻼل اﻟﺪﻳﻦ ‪ ،‬ﻡﺜﻨﻮﯼ ‪ ،‬ﻧﺸﺮﻃﻠﻮع‬
‫‪ -٥٦‬ﻡﻮﻟﻮﯼ ﺟﻼل اﻟﺪﻳﻦ ‪ ،‬دﻳﻮان ﺷﻤﺲ ‪ ،‬اﻧﺘﺸﺎرات ﭘﮕﺎﻩ‬
‫‪ -٥٧‬ﻡﻮﻟﻮﯼ ﺟﻼل اﻟﺪﻳﻦ ‪ ،١٣٨٧ ،‬ﻓﻴﻪ ﻡﺎﻓﻴﻪ ‪ -٣ ،‬ﺟﻮﭼﺎپ ‪ ،‬اﻧﺘﺸﺎرات ﻧﮕﺎﻩ‬
‫‪ -٥٨‬ﻡﻴﻬﻨﯽ ﻡﺤﻤﺪﺑﻦ ﻡﻨﻮر‪ ،١٣٧١ ،‬اﺱﺮاراﻟﺘﻮﺣﻴﺪ ‪ ،‬اﻧﺘﺸﺎرات ﺁﮔﺎﻩ‬
‫‪ -٥٩‬ﻧﺒﺎﺕﯽ ﺱﻴﺪ اﺑﻮاﻟﻘﺎﺱﻢ ‪ ،١٣٧٢ ،‬ﺕﻮرﮐﯽ ﺷﻌﺮﻟﺮدﻳﻮاﻧﯽ ‪ ،‬اﻧﺘﺸﺎرات اﺣﺮار‪ ،‬ﺕﺒﺮﻳﺰ‬
‫‪ -٦٠‬ﻧﺴﻔﯽ اﺑﻮﺣﻔﺺ ﻧﺠﻢ اﻟﺪﻳﻦ ﻋﻤﺮ‪ ، ١٣٥٣ ،‬ﺕﻔﺴﻴﺮﻧﺴﻔﯽ ‪ -١ ،‬ﺟﯽ ﺟﻠﺪ ‪ ،‬اﻧﺘﺸﺎرات‬
‫ﺑﻨﻴﺎدﻓﺮهﻨﮓ اﻳﺮان‬
‫‪ -٦١‬ﻧﺼﺮ ﺱﻴﺪ ﺣﺴﻴﻦ ‪ ،١٣٨٣ ،‬ﺱﻨﺖ ﻋﻘﻼﻧﯽ اﺱﻼﻡﯽ دراﻳﺮان ‪ -٢ ،‬ﺟﯽ ﭼﺎپ ‪ ،‬اﻧﺘﺸﺎرات‬
‫ﻗﺼﻴﺪﻩ ﺱﺮا‬
‫‪ -٦٢‬ﻧﻈﺎﻡﯽ ﮔﻨﺠﻮﯼ اﺑﻮﻡﺤﻤﺪ ‪ ،‬ﺷﻌﺮﻟﺮدﻳﻮاﻧﯽ ‪ ،‬اﻧﺘﺸﺎرات زرّﻳﻦ‬
‫‪ -٦٣‬ﻧﻈﻤﯽ ﻋﻠﯽ ‪ ،١٣٦٤ ،‬ﮔﻠﺸﻦ ﻡﻌﺎﻧﯽ ‪ ،‬ﺕﺒﺮﻳﺰ‪ ،‬ﺧﻴّﺎم‬
‫‪ -٦٤‬ﻧﻮرﺑﺨﺶ ﺟﻮاد ‪ ،١٣٥٥ ،‬ﺻﻮﻓﯽ ﮐﻴﺴﺖ ‪ ،‬ﺧﺎﻧﻘﺎﻩ ﻧﻌﻤﺖ اﻟﻠﻬﯽ‬
‫‪ -٦٥‬هﺎﺕﻒ ﺱﻴﺪ اﺣﻤﺪ ‪ ،١٣٦٢ ،‬ﺷﻌﺮﻟﺮدﻳﻮاﻧﯽ ‪ ،‬ﻧﺸﺮﻓﺨﺮرازﯼ‬
‫‪ -٦٦‬هﺎرﺕﻨﺎﮎ ﻳﻮﺱﺘﻮس‪ ،١٣٧٦ ،‬ﻧﻈﺮﻳﻪ ﻡﻌﺮﻓﺖ درﻓﻠﺴﻔﻪ ﮐﺎﻧﺖ ‪ ،‬ﻡﺘﺮﺟﻢ ﻏﻼﻡﻌﻠﯽ ﺣﺪاد‬
‫ﻋﺎدل‪ ،‬اﻧﺘﺸﺎرات ﻓﮑﺮﻧﻮ‬
‫‪ -٦٧‬هﺠﻮﻳﺮﯼ‪ ،‬اﺑﻮاﻟﺤﺴﻦ ﻋﻠﯽ ﺑﻦ ﻋﺜﻤﺎن ‪ ،١٣٨٦ ،‬ﮐﺸﻒ اﻟﻤﺤﺠﻮب ‪ -٣ ،‬ﺟﻮ ﭼﺎپ ‪ ،‬اﻧﺘﺸﺎرات‬
‫ﺱﺮوش‬
‫‪ -٦٨‬هﺮوﯼ ﺣﺴﻴﻨﻌﻠﯽ ‪ ،١٣٦٧ ،‬ﺷﺮح ﻏﺰﻟﻬﺎﯼ ﺣﺎﻓﻆ ‪ ،‬ﻧﺸﺮﻧﻮ‬
‫‪ -٦٩‬ﻳﺤﻴﻮﯼ ﻋﺒﺎﺱﻘﻠﯽ)ﺕﺎج اﻟﺸﻌﺮا( ‪ ،١٣٧٥ ،‬اﺱﺮارﻋﺎﺷﻮرا ‪ ،‬اﻧﺘﺸﺎرات ﻡﺮﺕﻀﻮﯼ‬
‫‪ -٧٠‬ﻳﺤﻴﻮﯼ ﻋﺒﺎﺱﻘﻠﯽ ‪ ،١٣٧٥ ،‬ﺁﺧﺮﻳﻦ ﺁﺛﺎرﻳﺤﻴﻮﯼ ‪ ،‬اﻧﺘﺸﺎرات ﭘﻴﺮﯼ‬
‫‪ -٧١‬ﻳﮕﺮ ورﻧﺮ‪ ،١٣٧٦ ،‬ﭘﺎﻳﺪﻳﺎ ‪ ،‬اﻧﺘﺸﺎرات ﺧﻮارزﻡﯽ‬

‫‪1575‬‬
Yığılmağa verilmişdir: 07.03.2011
Çapa imzalanmışdır: 20.07.2011
Format 70x100 1\16. Fiziki çap vərəqi: 32
Ofset çap üsulu. Tiraj 1000.

You might also like