Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 16

Word 2010 - qısa variant

MS Word 2010 mətn prosessoru.


Mətn redaktoru və mətn prosessoru anlayışlarını qarışdırmamaq lazımdır. Mətn redaktorlarında
(Məs: Notepad) yalnız yazı yazmaq olur, lakin format vermək olmur. Mətn prosessorlarında isə (Məs:
Wordpad, MS Word, Lexicon, Chiwriter və s.) həm yazı yazmaq, həm də o yazıya format vermək
mümkündür.
MS Word 2010 mətn prosessorunun açılması üsulları:
1. Start\All Programs\Microsoft Office\Microsoft Word 2010 əmri icra edilir.
2. Task bar-da (Tapşırıq panelində) MS Word proqramı bərkidilibsə, həmin düyməyə basılır.
3. İş masasında MS Word 2010 prosessorunun qısayol piktoqramı və ya MS Word sənədlərinin biri
üzərində mausun sol düyməsini ikiqat kliklənir.
4. Disk və ya qovluqda hər hansı MS Word sənədi üzərində mausun sol düyməsi ikiqat kliklənir. Bu
halda həmin sənədin açılması ilə MS Word prosessoru açılmış olur.

Əgər yeni yaradılmış Word sənədinə ad verilməsə, həmin sənədin adı susmaya görə Document 1
olur. Genişlənmə isə susmaya görə hər zaman docx olur.

İndi isə MS Word proqramının pəncərə elementlərinə baxaq:

1. Title bar (Başlıq sətri) – Bu hissədə sənədin adı qeyd olunur.


2. Pəncərəni idarəetmə düymələri –Minimize, maximize, restore, close
3. Quick Access toolbars (Sürətli müraciət paneli) – Bu panel pəncərənin yuxarı sol hissəsində
yerləşir və tez-tez lazım olan əmrləri axtarmadan, rahatlıqla icra etmək üçün nəzərdə tutulmuşdur.
Susmaya görə bu hissədə 3 əmr olur (Save, Undo, Redo). Lakin öz istəyimizdən asılı olaraq
başqa əmrləri də bu panelə əlavə edə bilərik.
4. Help (Kömək) – Şəkildə göstərilən sual işarəsini basdıqda kömək pəncərəsi açılır(Qısayolu: F1).
5. Minimize Ribbon (Lenti yığ) – Kömək düyməsinin yanındakı ^ işarəsi isə Lenti gizlətmə
düyməsidir. Yəni həmin düyməyə basdıqda lent tabı pəncərədən itir (Qısayolu: Ctrl+F1).

1
6. Fayl tabı – MS Word proqramında fayl, lent tabı sayılmır. Çünki fayl tabı, digərlərindən fərqli
olaraq, üzərinə basıldıqda lent tabı şəklində deyil, menyu şəklində açılır. Ona görə də Fayl tabına
adətən Fayl Menyusu da deyilir.
7. Lent başlıqları – Bu hissə başlıq sətrinin altında yerləşir. MS Word 2010 proqramında 7 ədəd
lent başlığı mövcuddur: Home, İnsert, Page Layout, References, Mailings, Review, View.
Yuxarıda göstərilən hər lent başlığının üzərinə basdıqda ona uyğun lent tabı açılır. Hər lent
tabının tərkibində Lent qrupları, hər lent qrupunun da tərkibində Lent əmrləri mövcuddur.
8. Document area və ya Work area (İşçi sahə) – Mətnin yazıldığı və oxunduğu sahə.
9. Ruler (Xətkeş) - MS Word proqramında iki cür xətkeş vardır. Üfüqi xətkeş işçi sahənin yuxarı
hissəsində, Şaquli xətkeş isə sol hissəsində yerləşir.
10. Hərəkət zolaqları – Mətn sahəsi üzrə yuxarı-aşağı və ya sağa-sola hərəkət etmək üçün işçi
sahənin sağ və aşağı hissəsində hərəkət zolaqları mövcuddur.
11. Status bar (vəziyyət sətri) – Pəncərənin aşağı hissəsi boyunca uzanan panelə vəziyyət sətri
deyilir. Vəziyyət sətrinə aşağıdakılar daxildir: Səhifələrin sayı və cari səhifə, sözlərin sayı,
proofing (orfoqrafik və qrammatik səhvlərin yoxlanılması – bu zaman orfoqrafik səhvlərin
altından qırmızı, qramatik səhvlərin altından isə yaşıl dalğalı xətt çəkilir), klaviatura dili,
görünüş düymələri (5 görünüş düyməsi mövcuddur), Miqyas (Word 2010 proqramında
miqyas 10-500% arasında dəyişir).

Microsoft Word 2010-da Ribbon (Lent) interfeysi.


İlk dəfə Microsoft Word 2007 proqramında tətbiq edilən Ribbon (Lent) interfeysi Microsoft
Word 2010 proqramında daha da zənginləşmişdir. Lent interfeysi əvvəlki versiyalarda olan menyu paneli
və alətlər paneli vasitələrinin funksiyasını yerinə yetirən daha optimal və yığcam interfeysdir. Microsoft
Word 2010 mətn prosessorunda lentin tabları soldan sağa doğru yerləşir.
Lent tabları Main Tabs (əsas tablar) və Contextual Ribbon Tabs (kontekst lent tabları)
olmaqla iki hissəyə ayrılır. Əsas tablar Word proqramı açıldıqda avtomatikolaraq ekranda görsənir.
Bunlara aşağıdakılar aiddir:
1. Home (ev) – Bufer əmrləri, şriftlərlə bağlı, abzaslarla bağlı əmrlər, yazı stilləri və s. üçün.
2. İnsert (Əlavə et) – Mətnə cədvəl, şəkil, diaqram, səhifə nömrələri və s. əlavə etmək üçün.
3. Page layout (Səhifə düzəni) – Səhifə parametrləri ilə bağlı tənzimləmələr aparmaq üçün.
4. References (İstinadlar) – Ədəbiyyat siyahısı, Mündəricat, alt qeydlər və s. əlavə etmək üçün.
5. Mailings (Göndərişlər) – Məktubların hazırlanıb göndərilməsi üçün.
6. Review (İcmal) – Sənəddə səhvlərin tapılması, araşdırılması, şərh əlavə edilməsi və s. üçün.
7. View (Görünüş) – Sənədin görünüş rejimini, pəncərə quruluşunu və s. tənzimləmək üçün.
Contextual Ribbon Tabs (kontekst lent tabları) isə proqram açılan kimi susmaya görə pəncərədə
olmur. Yalnız müəyyən obyektlərlə işləyən zaman ortaya çıxır. Bunlara cədvəllərlə işləyərkən ortaya
çıxan Dizayn və Layout, şəkillər və digər obyektlərlə işləyərkən ortaya çıxan Format və s. tabları aid
etmək olar.
Hər lent tabı oxşar əmrləri özündə cəmləşdirən lent qruplarından ibarət olur. Məsələn Home lent
tabında bufer əmrləri (cut, copy, paste) ilə işləmək üçün Clipboard, Şirftlərlə bağlı tənzimləmələr üçün
Font, Abzaslarla bağlı tənzimləmələr üçün Paragraph, yazı stillərini seçmək üçün Styles, sənəddə
redaktə işləri aparmaq üçün Editing lent qrupları mövcuddur. Bu lent qruplarının da hər birinin daxilində
müxtəlif funksiyaları yerinə yetirən əmrlər vardır. Bunlara isə Lent əmrləri deyilir.

2
Lent tabları arasında keçidin və lent əmrlərinin icrasının maus olmadan, klaviatura ilə yerinə
yetirilməsi rejimi Type Key rejimi adlanır. Bu rejimə keçmək üçün Alt və ya F10 düymələrindən istifadə
olunur.

Mətnlərin daxil edilməsi və silinməsi


Word mətn redaktorunda yeni sənəd yaratdıqda ilk olaraq 1 boş səhifə açılır və sənədə mətnin
daxil ediləcəyi yer kursor işarəsi (I) ilə qeyd olunur. Sənədə mətnin hansı dildə daxil ediləcəyini Taskbar
(Tapşırıq Paneli) üzərindəki dil panelindən təyin edə bilərik. Klaviatura dilini dəyişdirmək üçün,
Alt+Shift düymə kombinasiyasından da istifadə edilir.
Şritflərin böyük hərflə yazılması üçün Caps Lock basmaq lazımdır. Eyni zamanda, Shift
düyməsini basılı vəziyyətdə saxlayaraq yazdıqda da mətn böyük hərflərlə yazılır.
Word proqramında sətrdən sətrə keçmək üçün xüsusi düyməyə ehtiyyac yoxdur, sətrin sonuna
gəldikdə kursor özü növbəti sətrə keçir. Növbəti abzasa keçmək üçün isə klaviaturadan Enter düyməsi
sıxılmalıdır. Bir səhifəni yarıda saxlayıb korsoru növbəti səhifəyə keçirmək üçün isə klaviaturadan
Ctrl+Enter düyməsi sıxılmalıdır.
Səhv yazılmış mətn hissələrini silmək lazım gələrsə. BackSpace (kursordan sola doğru silir) və
Delete (kursordan sağa doğru silir) düymələrindən istifadə olunur.

Mətn hissələrinin seçilməsi


Müəyyən mətn hissəsi üzərində əməliyyatlar aparmaq üçün (silmək, kopyalamaq, kəsmək,
formatlaşdırmaq və s.) öncə həmin mətn hissəsi seçilməlidir. Mətn hissələrini maus ilə, klaviatura ilə, və
ya hər ikisi ilə seçməl mümkündür:
Maus ilə seçim:
 Mətn üzərində mausun sol düyməsini 2 qat sıxmaq: Bir söz
 Mətn üzərində mausun sol düyməsini 3 qat sıxmaq: Bir abzas
 Sol boşluq sahədə mausun düyməsini 1 dəfə sıxmaq: Bir sətir
 Sol boşluq sahədə mausun düyməsini 2 qat sıxmaq: Bir abzas
 Sol boşluq sahədə mausun düyməsini 3 qat sıxmaq: Bütün sənəd

Klaviatura ilə seçim:


 Kursordan sağa bir simvol: Shift +  Sətrin sonuna kimi: Shift+End
 Kursordan sola bir simvol: Shift +  Sətrin əvvəlinə kimi: Shift+Home
 Kursordan sağa bir söz: Shift + Ctrl +  Sənədin sonuna kimi: Shift+Ctrl+End
 Kursordan sola bir söz: Shift + Ctrl +  Sənədin əvvəlinə kimi: Shift+Ctrl+Home
 Kursordan yuxarı bir sətir: Shift +  Bir ekran boyu aşağı: Shift+PageDown
 Kursordan aşağı bir sətir: Shift +  Bir ekran boyu yuxarı: Shift+PageUp
 Kursordan yuxarı bir abzas: Shift+Ctrl+  Kursordan mausun düyməsi kliklənən yerə
 Kursordan aşağı bir abzas: Shift+Ctrl+ kimi: Shift+Mausun düyməsi

3
Həm maus, həm Klaviatura ilə seçim:

 Shift+Mausun sol düyməsi – Kursordan mausun düyməsinin klikləndiyi yerə qədər seçilir.
 Ctrl+Mausun sol düyməsi – Hansı cümlənin üzərində sıxılarsa həmin cümlə seçilir.
 Alt+Mausun sol düyməsi – Düzbucaqlı şəklində seçim edilir.
 Kursoru mətnin hər hansı yerinə qoyaraq F8 düyməsini 2,3,4,5 dəfə sıxmaq – Uyğun olaraq
sözün, cümlənin, abzasın və bütün sənədin seçilməsini təmin edir.

Müəyyən mətn hissəsini seçdikədən sonra onun yerini dəyişə bilərik. Bunun üçün iki yol mövcuddur:
1. Drag and Drop texnologiyası – Seçilmiş mətn hissəsinin mausla sürüklənərək başqa bir yerə
köçürülməsi.
2. Bufer əmrləri (Cut, Copy, Paste) – Seçilmiş mətn hissəsi kəsilərək (Ctrl+X), ya da
kopyalanaraq (Ctrl+C) mübadilə buferinə yerləşdirilir, daha sonra isə lazım olan yerə yapışdırılır
(Ctrl+V).

Diqqət! Windows 7 əməliyyat sisteminin bufer əmrləri ilə, MS Word 2010 mətn prosessorunun bufer
əmrlərinin bəzi fərqləri vardır:
 Windows 7 əməliyyat sistemində mübadilə buferində eyni zamanda yalnız bir obyekt yerləşə
bilər. MS Word 2010-da isə mübadilə buferi pəncərəsini açdıqda orada eyni zamanda 24-ə qədər
mətn hissəsi yerləşdirmək mümkündür.
 Windows 7 əməliyyat sistemində kəsilmiş obyekti yalnız bir dəfə, kopyalanmış obyekti isə
istənilən sayda yapışdırmaq olur (buferdən silinənə qədər). MS Word 2010-da isə həm kəsilmiş,
həm də kopyalanmış obyekti, buferdən silinənə qədər istənilən sayda yapışdırmaq olar.

Fayl Menyusu

Fayl menyusu əmrlər və kateqoriyalardan


ibarətdir. Burada Save, Save As, Open, Close,
Options, Exit fayl tabının əmrləri, İnfo, Recent,
New, Print, Save & Send, Help isə fayl tabının
kateqoriyaları adlanır.
İndi isə fayl tabının əmr və kateqoriyalarına
ardıcıllıqla baxaq:
1. Save (Saxla – klaviatura qısa yolu: Ctrl+S)
– Bu əmr, edilmiş dəyişikliklərin həmin sənəddə
yadda saxlanması üçündür. Əgər sənəd daha əvvəl
yaddaşa verilməyibsə, yəni ilk dəfə yaradılıbsa, o
zaman save əmrini icra etdikdə Save As dialoq
pəncərəsi açılır.

2. Save As (Fərqli Saxla – klaviatura qısa


yolu: F12) – Bu əmr, edilmiş dəyişikliklərin cari
sənəddə deyil, başqa sənəddə yadda saxlanılması

4
üşündür. Yəni faylı fərqli yadda saxladıqda, cari fayl korlanmadan əvvəlki vəziyyətində qalır,
etdiyimiz bütün dəyişikliklər isə yeni yaradılan başqa bir faylda saxlanılır. Save As əmrini icra
etdikdə ekrana Save As dialoq pəncərəsi gəlir. Bu dialoq pəncərəsində aşağıdakıları etmək
mümkündür:
 Faylın adını dəyişmək
 Faylın tipini dəyişmək (docx, doc, txt, rtf, xml, dotx, docm, htm, html, pdf və s.)
 Faylı mövcud başqa qovluqda yadda saxlamaq, ya da yeni qovluq yaratmaq
 Fayla müəllif adı əlavə etmək
 Fayla tags (teqlər) əlavə etmək (sənədin tapılmasını asanlaşdıran açar sözlər)
 Fayla parol qoymaq – İki cür parol qoymaq mümkündür: Faylın açılışına parol (Password
to open), Faylın düzəlişinə parol (Password to modify). Faylın açılışına parol
qoyulduqda, həmin faylı açarkən sistem tərəfindən parol tələb edilir. Düzəlişinə parol
qoyduqda isə, faylı açmaq, düzəliş etmək, print etmək, mail ilə göndərmək və s.
mümkündür, sadəcə edilmiş dəyişiklikləri həmin faylda yadda saxlamaq mümkün deyil.
Bir sözlə, bu halda Save əmrini yox, Save As əmrini icra etmək mümkündür.

3. Open (Açmaq – klaviatura qısa yolu: Ctrl+O) – Bu əmr kompüterin yaddaşında olan hər hansı
Word faylını açmaq üçündür. Əmri icra etdikdə ilk olaraq Libraries\Documents qovluğu açılır.
Bu qovluqdan istədiyimiz word sənədini açırıq, ya da hərəkət paneli vasitəsilə başqa qovluqlara
keçib həmin qovluqlarda olan word sənədini açırıq.

4. Close (Bağlamaq – klaviatura qısa yolu: Ctrl+F4) – Bu əmri icra etdikdə cari sənəd bağlanır,
lakin Word proqramının pəncərəsi açıq qalır, bundan sonra Open əmri vasitəsilə başqa bir sənəd
aça bilər, ya da New əmri vasitəsilə yeni sənəd yarada bilərik.

5. Info (Məlumat) – Bu kateqoriya açılarkən cari fayl haqqında məlumat ekranda əks olunur. İnfo
kateqoriyası iki paneldə əks olunur. Sol Paneldə sənədin istənilən şəxs tərəfindən açıla, köçürülə
və dəyişilə bilinməsi üçün Protect Document (Sənədi qoru) düyməsi, sənəddə gizli xüsusiyyətlər
və fərdi informasiyanın axtarılması, sənədin görmə qüsurları olan şəxslərin oxumaqda çətinlik
çəkə biləcəyi məzmuna görə yoxlanılmasını təmin edən Check for Issues (Problemləri yoxla)
düyməsi, Word-ün əvvəlki versiyaları tərəfindən dəstəklənməyən xüsusiyyətlərinin axtarılmasını
təmin edən Manage Versions (Versiyaları idarə et) düyməsi mövcuddur. Info kateqoriyasının
Sağ Panelində isə cari sənədin xüsusiyyətləri əks olunur.

6. Recent (Son istifadə olunanlar) – Bu kateqoriya vasitəsilə Word proqramında son icra olunmuş
faylların siyahısına baxmaq mümkündür. Siyahıda maksimum 50-ə qədər sənəd yerləşə bilər.

7. New (Yeni – klaviatura qısa yolu: Ctrl+N) – Bu kateqoriya vasitəsilə yeni boş fayl və ya şablon
faylı yaratmaq mümkündür. Şablon fayl yaradarkən kompüterin yaddaşında olan şablonlardan
(Available Templates) və ya internetdən yüklənməsi mümkün olan şəblonlardan (Office.com
Templates) istifadə edilə bilər. Şablon əsasında yaradılmış faylın genişlənməsi Dotx olur.

5
8. Print (Çap – klaviatura qısa yolu: Ctrl+P) – Bu kateqoriyanı açdıqda cari sənədin çapdan
əvvəlki görünüşü (Sağ tərəfdə) və sənədin çap xüsusiyyətləri (Sol tərəfdə) əks olunmuş dialoq
pəncərəsi ekrana çıxır.
Sənədi çap edərkən onun çap xüsusiyyətlərini nizamlamaq böyük önəm daşıyır. Print
dialoq pəncərəsinin sol tərəfində yerləşən bu panel vasitəsilə aşağıdakı əmrləri icra etmək və
xüsusiyyətləri nizamlamaq mümkündür:
 Print (Çap) – Bu əmr cari sənədi çapa verir.
 Copies (Nüsxələr) – Bu hissədə çap ediləcək
sənədin neçə nüsxədən ibarət olacağını təyin
edirik.
 Printer – Bu hissədə sənədi çap edəcək printer
qurğusunu seçirik.
 Print All Pages (Bütün səhifələri çap et) –
Adından göründüyü kimi, bu əmrin icrası
nəticəsində sənədin bütün səhifələri çapa hazır
olacaqdır.
 Pages (Səhifələr) – Bu hissə isə çap edəcəyimiz
konkret səhifələrin nömrələrini qeyd etmək
üçündür. Bu hissədə nömrələr 1,2,4,7,10-14 və s.
şəklində göstərilə bilər. Nömrələr arasında
vergül işarəsi qoyulduqda yalnız göstərilən
səhifələr, defs qoyulduqda isə həmin aralıqdakı
bütün səhifələr qeyd olunur.
 Print One Sided (Bir üzlü çap et) – Bu düymə
vasitəsilə səhifələri bir üzlü (Print One Sided),
və ya onun alt əmri vasitəsilə iki üzlü (Manually
Print on Both Sides) çap etmək olar.
 Collated (Dəstələnmiş) – Çox səhifəli sənədi bir neçə nüsxə çap etdikdə onun dəstələnməsi
Collated (1,2,3 1,2,3 1,2,3) parametri ilə, dəstələnməməsi isə Uncollated (1,1,1 2,2,2 3,3,3)
parametri ilə təyin edilir.
 Portrait Orientation (Portret istiqaməti) – Sənədin səhifədə dik, yəni kitab formasında çap
olunması üçün Portrait Orientation, yastı, yəni albom formasında çap olunması üçün isə
Landscape Orientation parametri seçilir.
 Page Size (Səhifə ölçüse) – Bu hissədə sənədin hansı kağız formasında (A4, A5 və s.) çap
olunacağı təyin olunur.
 Margins (Kənar boşluqlar) – Bu hissədə səhifənin sağ, sol, yuxarı və aşağı hissəsində nə qədər
boşluq qalacağını təyin edirik.
 Pages per Sheet (Vərəqdəki səhifələrin sayı) – Bu əmr vasitəsilə bir vərəqdə bir neçə səhifə çap
etmək mümkündür. Bir vərəqdə çap edilən səhifələrin sayı 1-dən 16-ya qədər ola bilər.

9. Save and Send (Yadda saxla və göndər) – Bu kateqoriya vasitəsilə, hazırlanmış sənədi müxtəlif
tiplərdə yadda saxlamaqla bərabər, onu təyin edilmiş ünvanlara göndərmək də mümkündür.

6
10. Help (Kömək) – MS Word mətn prosessorundan kömək və məlumat almaq üçün bu əmrdən
istifadə olunur.

11. Options (Seçimlər) – Word proqramı ilə bağlı əlavə seçimlər etmək və tənzimləmələr aparmaq
üçün bu kateqoriyadan istifadə olunur.

12. Exit (Çıxış - klaviatura qısa yolu: Alt+F4) – Bu əmr cari word faylını və bütövlükdə proqram
pəncərəsini bağlayır. Bu əmri proqram pəncərəsinin sağ yuxarı küncündəki X düyməsi ilə də
həyata keçirə bilərik. Əgər cari sənəddə edilən dəyişikliklər yadda saxlanılmayıbsa, əmrin icrası
zamanı dəyişiklikləri yadda saxlamaqla bağlı təklif ekranda əks olunur.
Qeyd: Fayl menyusunun Exit və Close əmrləri qarışdırılmamalıdır. Close (Ctrl+F4) əmri sadəcə
cari sənədi bağlayır, word proqramı isə açıq qalır. Exit (Alt+F4) əmri isə bütövlükdə proqramı
bağlayır.

7
Home Lent tabı
Word mətn prosessoru açıldığı zaman susmaya görə Home lent tabı aktiv olur. Lentin bu tabı
mətnin formatlaşdırılması, abzasların mövqeyinin tənzimlənməsi, mətnin üslubunun dəyişdirilməsi,
redaktəsi və s. üçün əməliyyatları öz tərkibində saxlayır. Home lent tabının aşağıdakı lent qrupları
mövcuddur: Clipboard, Font, Paragraph, Styles, Editing.

Clipboard (Mübadilə buferi) lent qrupu.


Windows əməliyyat sistemində olduğu kimi, Word proqramında da qeyd olunmuş fraqmentin bir
yerdən digər yerə surətinin köçürülməsi, ya da yerinin dəyişdirilməsi
mümkündür. Bu əməliyyatları yerinə yetirmək üçün Word proqramında
Home tabının Clipboard lent qrupundan istifadə olunur. Bu lent qrupuna
aşağıdakı əmrlər daxildir:
1) Cut (Kəsmək) – Klaviatura qısayolu Ctrl+X. Seçilmiş fraqmentin
mətn sahəsindən kəsilərək mübadilə buferinə düşməsini həyata
keçirir (fraqment əvvəlki yerində qalmır).
2) Copy (Köçürmək) – Klaviatura qısayolu Ctrl+C. Seçilmiş
fraqmentin surətinin mübadilə buferinə düşməsini təmin edir
(fraqment əvvəlki yerində də qalır).
3) Paste (Əlavə et) – Klaviatura qısayolu Ctrl+V. Kəsilmiş və ya kopyalanmış (surəti alınmış,
köçürülmüş) mətn fraqmentini mübadilə buferindən kursorun olduğu yerə əlavə edir.
4) Format painter – Seçilmiş fraqmentin özünü (məzmununu) deyil, formatını başqa bir fraqmentə
əlavə etmək. Yəni, bu əməliyyatın icrası nəticəsində müəyyən mətn hissəsinin ölçüsü, rəngi, stili
və s. başqa bir mətn hissəsinə köçürülür. Deməli bu əməliyyat zamanı mətnin məzmunu yox,
sadəcə xarici görünüşü dəyişir.
5) Paste special – Bu yapışdırma zamanı, yapışdırılacaq mətn hissəsinin hansı formatda, hansı
üslubda yapışdırılmasını, hətta qısayol kimi əlavə edilməsini təmin edə bilərik.
Qeyd: Word proqramında mübadilə buferində maksimum 24 obyekt yerləşə bilər.

Font (Şrift) lent qrupu.


Home lent tabının Font lent qrupu şriftlərlə bağlı
tənzimləmələr aparmağı təmin edən düymələrdən
ibarətdir. Bu düymələr vasitəsilə aşağıdakıları etmək
mümkündür.
1) Font face əmri (Ctrl+Shift+F) – Bu əmr
şriftin tipini dəyişdirməyə imkan verir. Word
proqramını ilk dəfə açdıqda susmaya görə Calibri
yazı tipi aktiv olur. Ən çox istifadə olunan yazı tipləri
isə Calibri, Arial və Times New Roman tipləridir.

8
2) Font size (Ctrl+Shift+P) – Şriftin ölçüsünü dəyişdirməyə imkan verir. Word proqramında şriftin
ölçüsü Point (Punkt) ilə ölçülür və qısa olara pt şəklində yazılır (1pt=0,35mm). Susmaya görə
Word proqramında şriftin ölçüsü 11pt olur. Standart halda bu ölçünü 8pt–72pt arasında
dəyişdirmək olur. Lakin əl ilə daxil edərkən Word proqramında şriftin ölçüsü 1pt–1638pt
arasında dəyişir.
3) Grow font (Ctrl+>) – Şriftin ölçüsünü böyüdür.
4) Shrink font (Ctrl+<) – Şriftin ölçüsünü kiçildir.
5) Change Case (Shift+F3) – Qeyd olunmuş mətnin reqistrini dəyişir.
6) Clear formatting – Bu əmr verilmiş mətn hissəinin formatını təmizləyərək onu tamamilə
formatsız görüntüyə salır (Calibri, 11pt).
7) Bold (Ctrl+B) – Qalın şriftlə yazmaq
8) Italic (Ctrl+I) – Kursiv (maili) şriftlə yazmaq
9) Underline (Ctrl+U) – Altdan xətt ilə yazmaq.
10) Strikethrough – Yazının üstündən xətt çəkmək.
11) Subscript (Ctrl+=) – Mətnin yanında aşağı indekslər qoymaq. (Məs: H2, 10202(2) və s.)
12) Superscript (Ctrl+Shift+=) – Mətnin yanında yuxarı indekslər (qüvvət) qoymaq (Məs: 62, X5..)
13) Text Effects – Mətnin struktur, kölgə, parıltı və ya əksolunma kimi vizual effektlərini dəyişir.
14) Text Highlight Color – Mətnin fonunu təyin edilmiş rənglə rəngləyir (Flamaster kimi)
15) Font Color – Mətnin rəngini dəyişir

Paragraph (Abzas) lent qrupu. Microsoft Word proqramında abzad dedikdə sonu ¶ işarəsi ilə
qurtaran (bu işarə çapda görsənmir), məntiqi olaraq tamamlanmamış mətn fraqmenti başa düşülür. Siyahı
elementi, başlıq, boş sətir kimi obyektlər də abzasdır. Bir sözlə, enter düyməsi basılan zaman bir abzas
başa çatmış sayılır və növbəti abzasa keçilir. Abzasla bağlı əməliyyatları həyata keçirmək üçün Home
lent tabının Paragraph lent qrupunun düymələrindən istifadə edilir. Həmin düymələr aşağıdakılardır:
1) Bullets (Markerlər) – Markerlənmiş
siyahı yaradır.
2) Numbering (Nömrələmə) –
Nömrələnmiş siyahı yaradır.
3) Multilevel list (Çoxsəviyyəli siyahı) –
Çoxsəviyyəli siyahını yaradır. Müxtəlif hüquqi
və ya texniki sənədlərin hazırlanması zamanı
bəndlərin qarşısına çoxsəviyyəli nömrələrin
əlavə edilməsi lazım olduqda, bu düymədən
istifadə edilir.
4) Decrease İndent – Abzasın soldan boşluq səviyyəsini azaldır (Sola doğru sıxır).
5) İncrease İndent – Abzasın soldan boşluq səviyyəsini artırır (Sağa doğru açır).
6) Sort – Qeyd olunmuş siyahını əlifba sırası ilə düzür (A-Z və ya Z-A), və ya rəqəmli verilənləri
sıralayır (artmaya ya da azalmaya görə).
7) Show or Hide – abzas işarələrinin və ya digər formatlaşdırma simvollarının göstərilməsini və ya
gizlədilməsini təmin edir.
8) Align Text Left (Ctrl+L) – Abzası soldan düzləndirir.
9) Center (Ctrl+E) – Abzası mərkəzdən düzləndirir
10) Align Text Right (Ctrl+R) – Abzası sağdan düzləndirir.

9
11) Justify (Ctrl+J) – Abzası həm soldan, həm də sağdan düzləndirir.
12) Line spacing – Sətirlərarası intervalı dəyişir (Bu interval susmaya görə 1.0-3.0 arasında, əl ilə
daxil edildikdə isə 0-132 xətt arasında dəyişə bilər
13) Shading (Kölgə) – Qeyd olunmuş mətnin arxa planının rəngini dəyişir.
14) Borders and Shading – Seçilmiş abzasın və ya xananın sərhədlərini fərdiləşdirir. Yəni seçilmiş
abzasların yuxarı, aşağı, sol, sağ, orta sərhədlərini xətlə əhatələyir və ya mövcud əhatələnmə
xətlərini təmizləyir.
Qeyd: Paragraph lent qrupu Page Layout lent tabında da mövcuddur.

Styles (Üslublar) lent qrupu. Word proqramında formatlaşdırma üsulları o qədər çoxdur ki, bəzən
dəyişik formatlar vermək vaxt aparır. Bunun qarşısını almaq üçün hazır format nümunələri (üslublar)
mövcuddur. Bu nümunələri yazıya tətbiq etmək və ya yenilərini yaratmaq üçün Home lent tabının Styles
lent qrupundan istifadə olunur. Üslubların 4 növü mövcuddur:
1) Simvol üslubu. Bu üslub simvolların ölçüləri, forması, qalınlığı, intervalları da daxil olmaqla,
bütövlükdə simvolların formatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
2) Abzas üslubu. Bu üslubda isə abzasların formatlaşdırılması üçün istifadə edilən parametrlər
saxlanılır. Bunlara sətrlər arası interval, abzas boşluqları, düzləndirmə və s. parametrlər aiddir.
3) Siyahı üslubu. Bu üslub abzas üslubunun xüsusi halıdır və siyahıların formatlaşdırılması
parametrlərini təyin edir.
4) Cədvəl üslubu. Bu üslub cədvəllərin formatlaşdırılmasını sadələşdirir.

Editing (Redaktə) lent qrupu. Word proqramında sənədin redaktəsi üçün vacib hesab edilən axtarış,
əvəzetmə və seçmə əməliyyatları Home tabının sonuncu lent qrupu olan Editing lent qrupu vasitəsilə
həyata keçirilir. Bu lent qrupunda aşağıdakı düymələr mövcuddur:
1) Find (Tap) – Qısa yol düyməsi: Ctrl+F. Mətndə hər hansı sözün, cümlənin, abzasın və s.
tapılmasını təmin edir.
2) Replace (Əvəz et) – Qısa yol düyməsi: Ctrl+H. Hər hansı simvolun, sözün, və ya mətn
hissəsinin başqası ilə əvəz edilməsini təmin edir.
3) Select (seç) – Hər hansı mətn hissəsinin seçilməsini təmin edir.
Bunlardan başqa, Find, ya da Replace düymələrindən birinə basdıqda açılan dialoq pəncərəsində, Go to
(Qısa yol düyməsi: Ctrl+G) əmri də yerləşir. Bu əmr vasitəsilə sənədin hər hansı hissəsinə (sətir, abzas,
sahifə və s.) getmək olar.

10
Insert lent tabı
İnsert lent tabı mətnə müxtəlif obyektlər daxil etmək üçün nəzərdə tutulmuşdur. Bu lent tabının aşağıdakı
lent qrupları mövcuddur: Pages, Tables, Illustrations, Links, Heade & Footer, Text, Symbols.

Pages (Səhifələr) lent qrupu. Bu lent qrupunun əmrləri ilə sənədə:


 Cover page əmri ilə üz qabığı əlavə olunur.
 Blank page əmri ilə boş səhifə əlavə olunur.
 Page brake əmri ilə mətn yeni səhifəyə keçir (Bu əməliyyata səhifənin kəsilməsi deyilir).

Tables (Cədvəllər) lent qrupu. Bu düymə vasitəsilə mətnə cədvəl əlavə olunur. Hər bir cədvəl sətir
və sütunlardan və onların kəsişməsindən yaranan xanalardan ibarət olur. İnsert lent tabının Table
düyməsindən istifadə etdikdə ekrana cədvəlin sətir və sütunlarının sayını təyin etmək üçün pəncərə gəlir.
Buradan standard halda maksimum 10 sütun (column), 8 sətir (row) seçə bilərik. Xana (Cell) sayı isə
hər zaman sətir və sütunların sayının hasilinə bərabər olur. Əgər daha çox sətir və ya sütun əlavə etmək
istəyiriksə, rəqəmi klaviatura vasitəsilə daxil etməliyik.
Mətnə cədvəl əlavə etdikdə Table Tools (Cədvəl Alətləri) başlığı altında iki əlavə lent tabı açılır:
1) Design (Tərtibat) – Bu lent tabında cədvəl üslubun dəyişdirilməsi, xanaların və sərhəd xətlərinin
rənginin tənzimlənməsi, cədvəl elementlərinin çəkilməsi və s. əməliyyatlar yerinə yetirilir.
2) Layout (Düzən) – Bu lent tabında cədvələ yeni sətir, sütun, xana əlavə edilməsi və ya bunların
silinməsi, xanaların birləşdirilməsi və ya bölünməsi, xanalardakı mətnlərin istiqaməti və s.
əməliyyatlar yerinə yetirilir.

Illustrations (Şəkillər) lent qrupu. Bu lent qrupu vasitəsilə mətnə aşağıdakılar əlavə edilir:
 Picture (Şəkil) – Mətnə kompüterin yaddaşında olan hər hansı bir şəkil əlavə etmək üçün.
 Clip Art – Word proqramının hazır şəkillər, səslər və videolarını mətnə əlavə etmək üçün.
 Shapes (Fiqurlar) – Mətnə həndəsi fiqurlar əlavə etmək üçün.
 SmartArt – Mətnə maraqlı sxemlər (SmartArtlar) əlavə etmək üçün.
 Chart (Diaqram) – Mətnə diaqramlar əlavə etmək üçün.
 Screenshot (Ekranın ani görüntüsü) – Ekranın hər hansı bir hissəsinin ani görüntüsünü
çəkərək mətnə əlavə etmək üçün.
Qeyd: Bu obyektlərdən hər hansı biri əlavə olunduqda Format adlı kontekst lent tabı açılır.

Links (Əlaqələr) lent qrupu. Bu lent qrupunun düymələri vasitəsilə mətnə aşağıdakılar əlavə olunur:
 Hyperlink (Hiperəlaqə) – Hər hansı bir internet shifəsinin və ya kompüterimizdə olan hər
hansı bir sənədin hiperəlaqəsini mətnə əlavə etmək. Həmin hiperəlaqənin üzərində Ctrl
düyməsi sıxılı vəziyyətdə mausun sol düyməsini klikləsək, əlaqəli veb səhifəyə və ya sənədə
keçid təmin olunacaq.

11
 Bookmar (Əlfəcin) – Böyük həcmli mətnlərlə işləyərkən, mətnin lazım olan hissəsini
əlfəcinlə işarələmək (Kitabların arasına qoyulan əlfəcin kimi) üçün bu düymədən istifadə
olunur. Lazım olan vaxtda həmin əlfəcindən istifadə edərək mətn hissəsinə sürətli keçidi
təmin etmək üçün isə Go to (Ctrl+G) dialoq pəncərəsindən istifadə edilir.
 Cross-reference (Çarpaz istinad) – Bu düymə sənədin bir hissəsindən digər hissəsinə keçidi
təmin etmək üçün mətn daxili hiperəlaqələr əlavə edir. Yəni, bu hiperəlaqələr ilə başqa
sənədə ya da veb səhifəyə deyil, eyni bir mətn daxilindəki hər hansı səhifəyə, cədvələ və ya
şəkilə keçid təmin olunur.

Header & Footer (Yuxarı və aşağı sərlövhələr) lent qrupu. Bu lent qrupunun düymələri vasitəsilə
mətnə Header (Yuxarı sərlövhə), Footer (Aşağı sərlövhə) və Page Number (Səhifə nömrəsi) əlavə
edilir. Bunlardan hər hansı biri əlavə edildikdə Design (Tərtibat) adlı kontekst (köməkçi) lent tabı açılır
və həmin lent tabında bu obyektlərlə bağlı tənzimləmələr aparılır.

Text (Mətn) lent qrupu. Bu lent qrupunun düymələri ilə mətnə aşağıdakılar əlavə olunur:
Text Box (Mətn qutusu) – Sənədə düzbucaqlı çərçivədə əks olunan mətn qutusu əlavə edir.
Quick Parts (Çevik Hissələr) – Tez-tez istifadə olunan sözləri, söz birləşmələrini, cümlələri
və s. avtomətnlər şəklində mətnə daxil edir.
WordArt – Dekorativ mətnlər əlavə edir.
Drop Cap (İlk hərfi böyüt) – Mətnin ilk hərfini böyüdür (Qəzet məqalələrində, nağıl
kitablarında olduğu kimi).
Signature Line (İmza Sətri) – Mətni imzalamalı olan şəxs üçün imza sətri əlavə edir.
Date & Time (Tarix və Zaman) – Mətnə tarix və saatı yerləşdirir.
Object (Obyekt) – Mətnə digər fayllardan obyektlər və ya bütöv sənədləri əlavə edir. Buna
sənədlərin birləşdirilməsi də deyilir.

Symbols (Simvol) lent qrupu. Bu lent qrupunda iki düymə mövcuddur:


1) Equation (Düstur) – Mətnə riyazi düsturlar əlavə edir. Bu zaman Design konteks tabı açılır.
2) Symbol (Simvol) – Mətnə klaviaturada olmayan əlavə simvollar daxil edir.

12
Page Layout lent tabı
Page Layout (Səhifə Düzəni) tabının lent qruplarından istifadə etməklə səhifənin parametrlərinin
fonunun dəyişdirilməsi, həmçinin mövzular və abzaslar üzərində əməliyyatların yerinə yetirilməsi, qrafik
obyektlərin mətnlərə nəzərən vəziyyətinin idarə olunması və digər əməliyyatların icrası mümkündür. Bu
lent tabında aşağıdakı lent qrupları mövcuddur: Themes, Page Setup, Page Background, Paragraph,
Arrange.

Themes (Mövzular) lent qrupu. Bu qrupun elementləri vasitəsilə bütün sənəd üçün rəng və şrifti vermək
mümkündür. Bu qrupun düymələri:
 Thema Colors (Mövzu rəngləri) – Cari mövzu üçün rənglərin dəyişdirilməsini təmin edir.
 Thema Fonts (Mövzu Şriftləri) – Cari mövzu üçün şriftlərin dəyişdirilməsini təmin edir.
 Thema Effects (Mövzu Effektləri) – Cari mövzu üçün effektlərin dəyişdirilməsini təmin edir.

Page Setup (Səhifə Parametrləri) lent qrupu. Bu lent qrupunda aşağıdakı düymələr mövcuddur:
 Margins (Kənar Boşluqlar) – Bütün sənəd və ya cari bölmə üçün kənar boşluq ölçülərinin
seçilməsini təmin edir.
 Orientation (Səmtləşmə) – Sənədin səhifədə yerləşmə istiqamətini təyin edir. Bu bölmədən
Portrait (Portret), ya da Landscape (Albom) rejimlərindən biri seçilir.
 Size (Ölçü) – Sənədin yerləşdirildiyi səhifənin kağız ölçülərini təyin edir (A4, A5 və s.)
 Columns (Sütunlar) – Mətnin iki və ya daha çox sütunda yazılmasını təmin edir.
 Breaks (Kəsilmələr) – Mətnin bir hissəsini ayıraraq növbəti səhifəyə keçmək (Ctrl+Enter).
 Line Numbers (Sətir Nömrələri) – Mətndəki sətirlərin avtomatik nömrələnməsini təmin edir.
 Hyphenation (Sətirdən-sətrə keçirmək) – Sözlərin hecalarla sətrdən sətrə avtomatik
keçirilməsi.

Page Background (Səhifənin arxa planı) lent qrupu. Səhifələrin daha diqqətçəkən, daha cəlbedici
olması üçün aşağıdakı düymələrdən istifadə olunur:
 Watermark (Su nişanı) – Hər hansı bir söz və ya ifadəni solğun formada bütün səhifələrin arxa
fonunda göstərir.
 Page Color (Səhifə Rəngi) – Səhifələrin arxa planı üçün rənglərin seçilməsini təmin edir.
 Page Borders (Səhifə Sərhədləri) – Abzas və ya səhifələri çərçivəyə almaq. Bu düyməni
basdıqda Borders and Shading dialoq pəncərəsi açılır.

Paragraph (Abzas) lent qrupu. Abzasları sola və ya sağa doğru sürüşürməyi və abzaslar arasındakı
intervalı təyin edir. Bu adda lent qrupu Home lent tabında da mövcuddur.

Arrange (Nizamla) lent qrupu. Sənədə yerləşdirilmiş obyektlərin bir-birinə və ya mətnə nəzərən
yerləşmə vəziyyətini.

13
References lent tabı

Adətən elmi məqalələrdə, tədqiqat işlərində, nəşriyyat materiallarında və s. mətnin müəyyən


hissələri, eləcə də mətndə verilən ayrı-ayrı müxtəlif terminlər, ifadələr və s. haqqında əlavə izahat vermək
tələb olunur. Bunun üçün References (İstinadlar) lent tabının aşğıdakı lent qruplarından istifadə olunur:
 Table of Contents (Mündəricat) – Böyük həcmli sənədlərdə, word proqramı tərəfindən
mündəricatın hazırlanması. Bunun üçün öncə Home lent tabının Styles lent qrupu vasitəsilə
sənəddəki mətnlərə başlıqlar vermək lazımdır. Daha sonra isə References lent tabının Table of
Contents lent qrupu vasitəsilə həmin başlıqlardan ibarət mündəricat qurulur.
 Footnotes (Alr qeydlər) – Mətndə yazılmış hər hansı bir sözün, ifadənin, terminin və s. səhifənin
aşağı hissəsində və ya sənədin sonunda izah edilməsi.
 Citations and Bibliography (İstinadlar və Ədəbiyyat Siyahısı) – Sənəddə istinad edilmiş
müəlliflərin siyahısının və ədəbiyyat siyahısının qurulması üçün istifadə olunur.
 Captions (Başlıqlar) – Şəkil, cədvəl, diaqram və s. qrafik obyektlərin adlarının nömrələnərək
göstərilməsini təmin edir (Məs: Şəkil 4, Cədvəl 6 və s.)
 Index (Mövzu göstəricisi) – Böyük bir kitabda bəzi mövzulardan ayrı-ayrı səhifələrdə bəhs
edilərsə, həmin mövzuların siyahısı kitabın sonunda qurulur və hər mövzunun qarşısında onun
bəhs edildiyi səhifələr göstərilir. Bu yolla müxtəlif səhifələrdə bəhs edilmiş bir mövzunu
rahatlıqla araşdırmaq mümkün olur.
 Table of Authorities (Səlahiyyətlər Cədvəli) – Bəzən sənəddə mətnlərin müxtəlif formalı
ixtisarlarla yazılışından istifadə olunur. Həmin ixtisarların mənasını (açılışını) izah edən siyahı
sənədin əvvəlində və ya axırında göstərilir. Bu siyahının qurulması üçün Table of Authorities lent
qrupundan istifadə olunur.

Mailings lent tabı


Word proqramında müxtəlif ünvanlara göndərilməsi nəzərdə tutulan eyni tipli sənədlərin hazırlanması
üçün Mailings (Göndərişlər) lent tabından istifadə olunur. Word mətn prosessoru belə sənədlərin
hazırlanması zamanı sənədə avtomatik olaraq ünvanlar, adlar, telefon nömrələri və s. informasiya
birləşdirməyə imkan verir.

14
Review lent tabı

Review (İcmal) lent tabı istifadəçilərə bir neçə xüsusi xidmət imkanları verir. Bu tabın lent qrupları və
düymələri vasitəsilə aşağıdakıları etmək mümkündür:
Proofing (Yazı Qaydaları) lent qrupu – Bu lent qrupunun düymələri vasitəsilə yazı qaydaları
ilə bağlı nizamlamalar aparmaq mümkündür. Burada yerləşən Spelling & Grammar
(Orfoqrafiya və Qrammatika) düyməsi vasitəsilə sənədin orfoqrafik və qrammatik yoxlanılması
təmin edilir (Qısa yolu: F7). Word sənədində olan hər hansı bir sözün və ya ifadənin araşdırılması
üçün Proofing lent qrupunun Research (Araşdır) əmrindən istifadə olunur. Mətndə sözün və ya
söz birləşməsinin sinonimini tapmaq lazım olarsa, bu zaman Thesaurus əmrindən istifadə olunur
(Qısa yolu: Shift+F7). Proofing lent qrupunun sonuncu əmri olan Word Count (Söz Sayı)
əmrini icra etdikdə açılan dialoq pəncərəsində simvolların, sözlərin, abzasların, səhifələrin və s.
sayına baxmaq mümkündür.
Language (Dil) lent qrupu – Bu lent qrupunun Translate (Tərcümə et) əmri vasitəsilə mətnin
bir dildən digər dilə çevrilməsi təmin olunur. Lakin word proqramı yalnız bəzi aparıcı dillərin
(ingilis, alman, fransız, ispan və s.) lüğət bazası ilə təchiz olunduğu üçün yalnız həmin dillərdə
tərcümə mümkündür. Bu lent qrupunun eyni adlı Language (dil) əmri ilə isə mətnin hansı dildə
yazıldığını təyin edə bilərik. Beləki, Word proqramı orfoqrafik və qrammatik səhvləri axtararkən,
həmin dilin lüğət bazasından istifadə edəcək.
Comments (Şərhlər) lent qrupu – Mətnin hər hansı hissəsinə təklif və ya iradla bağlı, ya da
sadəcə qeyd xarakterli şərhlər əlavə etmək və onları nizamlamaq üçün Review lent tabının bu lent
qrupundan istifadə olunur.
Tracking (İzləmə) lent qrupu – Bəzən bir sənəd başqa biri tərəfindən (Məs: Elmi rəhbər,
Redaktor və s.) yoxlanılır və ona düzəlişlər, dəyişikliklər edilir. Bu düzəlişlərin siyahısına
baxmaq üçün bu lent qrupundan istifadə olunur.
Changes (Dəyişikliklər) lent qrupu – Sənədə başqa mütəxəssis şəxslər tərəfindən edilmiş
düzəlişləri qəbul etmək (sənəddə saxlamaq), və ya ləğv etmək (sənəddən silmək) üçün bu lent
qrupundan istifadə olunur.
Compare (Müqayisə et) lent qrupu – Düzəlişlər edilmiş ayrı-ayrı sənələri müqayisə edib
birləşdirmək.
Protect (Qoru) lent qrupu – Sənədə arzuolunmaz müdaxilələrin və sənədlər üzərində aparılan
icazəsiz redaktə əməliyyatlarının qarşısını almaq üçün bu lent qrupunun əmrlərindən istifadə
edilir. Bu əmrlər formatlaşdırma və redaktə əməliyyatlarına məhdudiyyətlər qoymaqla sənədləri
qorumağa imkan verir.

15
View lent tabı
View (Görünüş) lent tabı pəncərənin xarici görünüşünü dəyişmək və sənədləri pəncərədə müxtəlif
formalarda əks etdirmək üçün nəzərdə tutulur.

Bu lent tabının qrupları və düymələri ilə aşağıdakıları etmək mümkündür:

Document Views (Sənədə baxış rejimləri) lent qrupu. Bu lent qrupunun əmrləri ilə sənədin görünüş
rejimləri təyin olunur (Bunu vəziyyət sətrinin sağ hissəsindəki düymələr vasitəsilə də edə bilərik). Sənədə
aşağıdakı görünüş rejimlərində baxmaq olar:
 Print Layout (Çap tərtibatı) – Sənədi çap görünüş rejimində göstərir (Normal görünüş rejimi).
Susmaya görə word sənədi bu rejimdə olur.
 Full Screen Reading (Tam Ekran Oxunması) – Sənədi tam ekran oxunuş rejiminə keçirir. Bu
zaman lent tabları görünmür. Ona görə bu taba sadəcə Oxunuş rejimi də deyirlər.
 Web Layout (Veb-Sənəd) – Bu rejim sənədi veb səhifədə əks olunduğu kimi göstərir.
 Outline (Struktur) – Bu rejim sənədin strukturunu görməyə və həmçinin başlıqları
sürüşdürməklə mətni kopyalamaq, yerini dəyişdirmək və yenidən formatlaşdırmağa imkan verir.
Bu rejimdə bütün abzasların qarşısında dairəvi qara işarələr mövcud olur.
 Draft (Qaralama) – Bu rejimdə də, Print Layout rejimində olduğu kimi, mətnin daxil edilməsi,
redaktəsi və formatlaşdırılması ilə bağlı bütün əməliyyatları aparmaq mümkündür. Lakin bu
rejimdə səhifə başlıqları, fon, qrafiki obyektlər və şəkillər görünmür.

Show (Göstər) lent qrupu. Bu lent qrupunun düymələri vasitəsilə Xətkeşin (Ruler xanasını
klikləməklə), Tor Xəttlərinin (Gridlines xanasını klikləməklə) və Hərəkət Panelinin (Navigation Pane
xanasını klikləməklə) ekranda görünüb görünməməsi təyin edilir.

Zoom (Miqyas) lent qrupu. Bu lent qrupu vəziyyət sətrindəki Zoom paneli ilə eyni funksiyanı yerinə
yetirir, yəni sənədin əks olunma miqyasını artırır və ya azaldır.

Window (Pəncərə) lent qrupu. Bu lent qrupunun əmrləri vasitəsilə ekranda görünən sənədin yeni
pəncərəsini açmaq (New Window əmri), açılmış bütün word pəncərələrinin ekranda görünüşünü
tənzimləmək (Arange All əmri), cari sənəd pəncərəsini iki hissəyə bölmək (Split əmri), pəncərələri yan-
yana göstərmək (View Side by Side), sənədləri paralel olaraq eyni vaxtda vərəqləmək (Synchronous
Scrolling), pəncərənin əvvəlki vəziyyətini bərpa etmək (Reset Window Position) və bir pəncərədən
digərinə keçmək (Switch Windows) əməliyyatlarını həyata keçirmək mümkündür.

Macros (Makroslar) lent qrupu. Tez-tez istifadə olunan əmrlərin avtomatlaşdırılaraq bir əmrdə
birləşdirilməsi üçün istifadə olunur.

16

You might also like