Hərbi Qulluqçulara VƏ Xüsusi Rütbəli ŞƏXSLƏRƏ Pensiyanın Təyin Edilməsi

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 6

20.07.

2022, 15:52 Hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi

Hərbi qulluqçulara və xüsusi rütbəli


şəxslərə pensiyanın təyin edilməsi

Dövlət orqanı :
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Xidmətin məzmunu :
Bu xidmət hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi ilə
bağlı münasibətləri əhatə edir.

Xidmətin aid olduğu təsnifat :


Sosial müdafiə və sosial təminat (sığorta)

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun


struktur bölməsinin adı :
"DOST" mərkəzləri
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Sosial Müdafiə Fondu

Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya)


onun struktur bölməsinin adı :

Xidmətin hüquqi əsası :


“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu, “Əmək
https://www.dxr.az/xidmet/82D85BFB-97E2-4D95-9BD5-CE1E0B4CEE81 1/6
20.07.2022, 15:52 Hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi

pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək


pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə
keçirilməsi və ödənilməsi Qaydaları və Azərbaycan Respublikası Prezidentinin
"Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi
haqqında" 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanının 5.1-ci bəndinin 5.1.7-
ci yarımbəndi

Xidmətin həyata keçirilmə formaları :


Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə


məlumatlandırma forması :
Yerində (şifahi və ya yazılı) məlumatlandırma

Xidmətin həyata keçirilməsinin nəticəsi :


Yaşa görə əmək pensiyası təyin edilir və ya təyin olunmasından imtina edilir

Xidmət istifadəçisi barədə məlumat :


Fiziki şəxslər

Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu,


Xidmət haqqı, Ödənişin hüquqi əsası :

Müddət (Məbləğ) : 10 təqvim günü

Rüsum : Rüsum yoxdur

Ödənişin hüquqi Xidmət ödənişsiz həyata keçirilir


əsası :

https://www.dxr.az/xidmet/82D85BFB-97E2-4D95-9BD5-CE1E0B4CEE81 2/6
20.07.2022, 15:52 Hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun


vaxtı və müddəti :

Günlər : Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarında


həftənin 1-5-ci günləri

İşin başlama vaxtı : 09:00

İşin sona çatma vaxtı 18:00


:

Fasilənin başlama 13:00


vaxtı :

Fasilənin sona çatma 14:00


vaxtı :

Xidmətin göstərilmə yeri :


Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları, DOST mərkəzlərinin inzibati
binaları

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan


imtina edilməsinin hüquqi əsasları :
Ərizə forması düzgün və ya tam doldurulmadıqda, eləcə də tələb olunan sənədlər
təqdim edilmədikdə xidmətin göstərilməsindən imtina edilir.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və


onların təqdimedilmə forması :

Fiziki şəxsin şəxsiyyət vəsiqəsi


- Kağız daşıyıcıda

Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti


- Kağız daşıyıcıda

Ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər


https://www.dxr.az/xidmet/82D85BFB-97E2-4D95-9BD5-CE1E0B4CEE81 3/6
20.07.2022, 15:52 Hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi

- Sənədin əsli və notarial qaydada təsdiq edilmiş surətləri (kağız formada)

Ödənilmə üsulları :
Xidmət ödənişsizdir

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :


Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı
gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.
Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və sənədlərə

onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün
müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan
Respublikası vətəndaşlarının ərizələri və sənədləri onların konsulluq uçotunda
olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya
konsulluqları vasitəsi ilə təqdim edilir.
Sığortaolunanın əmək kitabçası üzrə
2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid
iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda sənədlərə onların
əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana
əmək pensiyası təyin edilir.
Təyinat aparıldıqdan sonra
növbəti ayın 1-dən əmək pensiyaları məbləğinin
ödənilməsi üçün əmək pensiyası təyin edən orqan tərəfindən müvafiq tapşırıq
verilir.
Müraciət
edən şəxsin əmək pensiyası hüququ olmadığı hallarda əmək pensiyası
təyin edən orqan pensiya təyin olunmasından imtina edilməsi barədə qərarı 5 gün
ərzində imtinanın səbəblərini göstərmək şərtilə bütün sənədlərlə birlikdə ərizəçiyə
(xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına onların konsulluq
uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya
konsulluqları vasitəsi ilə) göndərir.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin


məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları
barədə məlumatlar :
"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci
maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən
imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət
kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması
"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə
uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında"
Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində
baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar
qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi
məhkəməyə şikayət verə bilər.

https://www.dxr.az/xidmet/82D85BFB-97E2-4D95-9BD5-CE1E0B4CEE81 4/6
20.07.2022, 15:52 Hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya


sistemləri və ehtiyatları :
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron
informasiya sistemi

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi


məlumatların informasiya sistemləri :

Xidmətin elektronlaşma səviyyəsi :


Elektronlaşdırılmayıb

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :


Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Əmək


və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi

Ünvan: AZ 1009, Bakı şəhəri, Salatın Əsgərova küçəsi,


85

Telefon: (+994 12) 596-50-33

https://www.dxr.az/xidmet/82D85BFB-97E2-4D95-9BD5-CE1E0B4CEE81 5/6
20.07.2022, 15:52 Hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi

Faks: (+994 12) 596-50-34

E-poçt: info@mlspp.gov.az

Rəsmi internet informasiya http://www.sosial.gov.az/


ehtiyatının ünvanı:

VÖEN: 1700093011

Ödəmə rekvizitləri:

İş qrafiki və orqan Həftənin 1-5-ci günləri. 142 - "Çağrı mərkəzi"


tərəfindən zəruri hesab
edilən digər məlumatlar:

Bütün hüquqlar qorunur © 2015 - 2022. Azərbaycan Respublikasının Prezidenti yanında


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi.

https://www.dxr.az/xidmet/82D85BFB-97E2-4D95-9BD5-CE1E0B4CEE81 6/6

You might also like