Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 1

Mǝktǝb vǝ Müǝllim на

Facebook. Если вам интересны


новости Mǝktǝb vǝ Müǝllim,
регистрируйтесь на Facebook
сегодня!

Присоединиться

или

Вход

Mǝktǝb vǝ Müǝllim
21 September 2018 г., 16:12 ·

MMV-dǝn

3-cü sinif imla mǝtnlǝri


Topladı: Esmira Kazımova
1. İMLA: ÜZÜM VƏ ARI (49 SÖZ) Azǝrb. dili kitabı
sǝh.15
Tǝnǝklǝrin arasında bir salxım üzüm qalmışdı.Arı onu
tapdı vǝ üzüm salxımına dostluq tǝklif etdi.Onlar dost
oldular.
Arı hǝr gün üzüm gilǝlǝrindǝn birinin üstünǝ qonur vǝ
şirǝsini sorurdu.Üzümün şirǝsi qurtarana kimi bu
dostluq davam etdi.Elǝ ki,axirinci üzüm gilǝsi
qurudu,arı özünǝ tǝzǝ dost axtarmağa başladı.
2. İMLA: KONFET BABA (49 SÖZ) Azǝrb. dili kitabı
sǝh.19
Nailǝnin babasının adı Şirindir.O,zavodda işlǝyir.Hǝr
gün işdǝn çıxanda yolunu
dükandan salır,nǝvǝsinǝ konfet,saqqız alır.Amma baba
gedǝn kimi Nailǝnin anası konfetlǝri onun ǝlindǝn alır.O
deyir ki,şirnidǝn adamın dişlǝri xarab olur.nailǝ hǝr
yerdǝ Şirin kişini göstǝrib fǝxrlǝ deyir ki,bu mǝnim
Konfet babamdır.

3. İMLA: BİZİM AİLƏ (48 SÖZ) Azǝrb. dili kitabı


sǝh.39
Bizim ailǝmiz böyükdür.Atam inşaat
mühǝndisidir.Onların müǝssisǝsi rayonumuzda stadion
tikir.Anam teatrda çalışır.O,istedadlı aktrisadır.Böyük
qardaşım Sǝid mǝtbǝǝdǝ müdir işlǝyir.Bacım Firuzǝ isǝ
hǝkimdir,xǝstǝlǝri müalicǝ edir.Mǝn üçüncü sinifdǝ
oxuyuram.Boş vaxtlarımda mütaliǝ etmǝyi sevirǝm,
hǝrdǝn şeir dǝ yazıram.Nǝnǝm mǝni balaca şair
adlandırır.
(Qirmizi rǝngdǝ verilmiş sözlǝrin yazılışına xüsusi
diqqǝt yetirilir.)
4. İMLA: BÖCƏK VƏ ÇİÇƏK Azǝrb. dili kitabı sǝh.47
İşıqlaşırdı.Günǝş üfüqdǝ görünürdü.Onun parlaq şüaları
çǝmǝnliyǝ yayıldı.Çiçǝk-lǝr gözlǝrini açıb sǝadǝt dolu
baxışlarla günǝşi seyr etmǝyǝ başladı.
Xallı böcǝk dǝ qanadlarını açdı.Günǝşdǝn qamaşan
gözlǝrini sǝmaya tuşladı vǝ uçdu.Çiçǝklǝr böcǝyǝ
tǝǝccüblǝ baxırdı.Böcǝk bu tǝǝccübün sǝbǝbini başa
düşǝ bilmirdi.Nǝhayǝt, o,bir çiçǝyin üstünǝ qondu.İndi
başa düşdü ki,o da bu çiçǝyǝ bǝnzǝyir.Çiçǝk kimi
onunda zil qara xalları vǝ qırmızı qanadları var.Çiçǝk vǝ
böcǝk xoşbǝxt-xoşbǝxt günǝşin altında qızındı.
(Qırmızı rǝngdǝ verilmiş sözlǝrin yazılışına xüsusi
diqqǝt yetirilir.)

5. İMLA :İTİN DOSTLUĞU. Azǝrb. dili kitabı sǝh.54


Qorxmazın iti xǝstǝ idi.Qorxmaz onun altına
şabalıd,söyüd ağacının budaqlarını kǝsib döşǝdi.Ona
qǝnd,isti süd verdi.Hǝtta Mǝstan da ona kömǝk etmǝk
istǝyirdi. Belǝ qulluqdan sonra it tez sağaldı.
Qorxmaz mǝktǝbǝ gedǝndǝ dǝ it onunla gedirdi.Yolda
iri şaftalı ağacları,çiyǝlǝk çǝmǝnliyi vardı.Bir gün
Qorxmaz şaftalı dǝrmǝk üçün ağaca dırmaşdı.Köynǝyi
ağacın budağına ilişdi,büdrǝyib yerǝ yıxıldı.İt tez kǝndǝ
qaçıb Qorxmazın qardaşı Rüstǝmi kömǝyǝ
çağırdı.O,Rüstǝmin qabağında irǝli-geri qaça-qaça
Qorxmazın yerini göstǝrdi.
(Qırmızı rǝngdǝ verilmiş sözlǝrin yazılışına xüsusi
diqqǝt yetirilir)

6. İMLA:QİŞ YUXUSU (53 söz) Azǝrb. dili kitabı


sǝh.67
Qarlı-şaxtalı qışgǝlmişdi.Qışın öz gözǝlliklǝri
var:dağlar,tǝpǝlǝr,düzlǝr pambıq kimi ağ vǝ yumşaq
qarla örtülmüşdü.Ağacların budaqları lülǝ-lülǝ qara
bürünmüş,axar sular donmuşdu.Arabir buludların
arasından Günǝşin soyuq şüaları süzüldükcǝ hǝr tǝrǝf
almaz kimi par-par parıldayır,gözlǝri
qamaşdırırdı.Quşbaşı qarın ağır-ağır yerǝ
enmǝsi,şaxtalı havanın yanaqları oxşaması adama ayrı
lǝzzǝt verirdi.
(Qırmızı rǝngdǝ verilmiş sözlǝrin yazılışına xüsusi
diqqǝt yetirilir)
7. İMLA: SƏHƏR (53 söz) Azǝrb. dili kitabı sǝh.71
Getdikcǝ dan yerinin qızartısı artırdı.Dǝrǝlǝrdǝn vǝ
çaylardan duman qalxırdı.Günǝş dağın arxasından
ahǝstǝ-ahǝstǝ çıxırdı.Hǝlǝ özü görünmürdü.Amma
şǝfǝqi qarşıdakı uca dağın başına düşmüşdü.Sonra
yavaş-yavaş qalxıb dağın dalından göründü vǝ ruh
verǝn qızıl zǝrrǝlǝrini alǝmǝ dağıdıb yatmışları
oyatdı.Çǝmǝnlǝrdǝ,seyrǝngahlarda çiçǝklǝrin
qönçǝlǝrindǝ gizlǝnmiş arıları vǝ pǝrvanǝlǝri
oyatdı.Quşların cǝh-cǝhi havaya ucaldı.
(Qirmizi rǝngdǝ verilmiş sözlǝrin yazılışına xüsusi
diqqǝt yetirilir)
8. İMLA: SARI PİŞİK (77 söz) Azǝrb. dili kitabı sǝh.74
Bir dǝfǝ sarı pişik meşǝyǝ quş ovuna getmişdi.Hündür
palıd ağacının başında quş gördü.Onlar budaqdan-
budağa sıçrayıb civildǝşirdilǝr.Sarı pişiyin ağzı
sulandı.Quşların birini tutub yemǝk istǝdi.Palıda
yaxınlaşdı ki,yavaşca yuxarı dırmaşsın.Elǝ bu zaman
qǝribǝ bir hǝnirti duyub ayaq saxladı.Tikanlı,sıx
ağacların arasından böyük bir pǝlǝng sıçrayıb pişiyin
qabağında durdu.qorxudan sarı pişiyin canına üşütmǝ
düşdü.Tüklǝrini bir az da pırpızladıb müdafiǝyǝ
hazırlaşdı.Lakin pǝlǝng ona baxıb dayandı.Pişiyin onun
cinsinǝ oxşaması pǝlǝngi tǝǝccüblǝndirdi.
(Qırmızı rǝngdǝ verilmiş sözlǝrin yazılışına xüsusi
diqqǝt yetirilir)

9. İMLA: QARACA QIZ. Azǝrb. dili kitabı sǝh.101


Usta Zeynalın altı yaşında Tutu adlı bircǝ qızı vardı.Tutu
çox qarayanız bir qız idi.
Anası ona körpǝ vaxtından “Qaraca qız”deyib
ǝzizlǝdiyinǝ görǝ ǝsl adı unudul-
muşdu, hǝr kǝs onu bu adla çağırırdı.Qaraca qız çox
nadınc idi.Qız uşağı olsa da, qızlarla oynamağı
sevmirdi,hǝmişǝ oğlanlarla oynayırdı.Uşaqlar Qaraca
qızdan qorxardılar,çünki o,çox cürǝtli idi.
10. İMLA: QARA KÖPƏK.(63 söz) Azǝrb. dili kitabı
sǝh.106
Bağı oğrudan qorumağa Piri kişinin bircǝ kömǝkçisi
vardı.O da Qaraca qızı mağaradan çıxaran qara köpǝk
idi.Qara köpǝk çox heybǝtli vǝ hünǝrli bir it idi. Onun
qorxusundan heç kǝs bağa girǝ bilmǝzdi.Bu köpǝkdǝ
bir qǝribǝ xasiyyǝt bardı.Hǝr kǝs ki Piri kişiyǝ düşmǝn
idi,köpǝk onu yaxına qoymazdı.Piri kişi dost bir adamla
görüşǝndǝ köpǝk dǝ quyruq bulayıb o adama
yaxınlaşardı.
11. İMLA: NƏSİRƏDDİN TUSİ(61 söz) Azǝrb.dili kitabı
sǝh.117
Nǝsirǝddin Tusi 800 il ǝvvǝl Cǝnubi Azǝrbaycanın
Hǝmǝdan anadan olmuşdur. Sonradan o,Tus şǝhǝrinǝ
köçmüş,tǝhsilini dǝ burada almışdır.Öz çalışqanlığı vǝ
sǝyi nǝticǝsindǝ Nǝsirǝddin müǝllimlǝrin rǝğbǝtini
qazanmışdı.O,güclü hafizǝyǝ malik idi.Oxuduğunu vǝ
eşitdiyini mütlǝq öz mühakimǝsi ilǝ yoxlayırdı.Yeni
düsturlar,nǝzǝriyyǝlǝr,alǝtlǝr yaratmağı sevirdi.
Tusinin ǝn böyük xidmǝtlǝrindǝn biri Marağa şǝhǝrindǝ
rǝsǝdxananın vǝ kitabxananın yaradılması olmuşdur.

12. İMLA:BABƏK (51 söz) Azǝrb. Dili kitabı sǝh.122


Babǝk Ərdǝbil yaxınlığında,Bilalabad kǝndindǝ anadan
olmuşdu.Uşaq ikǝn atasını itirmiş,varlıların mal-qarasını
otarmış,sǝnǝtkar yanında şagird olmuşdu.Dǝvǝ
karvanının sarbanı olarkǝn o,çox yerlǝr,ölkǝlǝr
gǝzmişdi.Hǝr yerdǝ xalqın ağır
vǝziyyǝtini,bǝdbǝxtliklǝrini,yerli varlıların ǝrǝblǝrlǝ
birlǝşdiyini öz gözlǝri ilǝ görmüşdü.Buna görǝ dǝ onda
ǝrǝb işğalçılarına qarşı dǝrin nifrǝt yaranmışdı.

13. İMLA: KƏND MƏNZƏRƏSİ (39 söz) Azǝrb dili


kitabı sǝh.127
Kǝndin qǝrb tǝrǝfindǝki hündür tǝpǝlǝrin zirvǝsi narıncı
rǝhgǝ boyanmışdı. Sa- hildǝki söyüd ağaclarının
budaqları qızılı rǝngǝ çalırdı.Lap uzaqda bir oğlan at
çapırdı.Ətrafa sǝrinlik gǝtirǝn kölgǝ çökürdü...O
hǝrdǝnbir ayaq saxlayır,Kürün balıq qoxusu verǝn nǝm
havasını ciyǝrlǝrinǝ doldururdu.
Sual vǝ tapşırıqlar:
1.Mǝtndǝ günün hansı vaxtı tǝsvir olunur?
A) sǝhǝr B)günorta C) axşam
2.Sifǝtlǝrin altından xǝtt çǝkin.
14. İMLA: EL BAYRAMI (51 söz) Azǝrb. dili kitabı
sǝh.138
El dǝdǝ-baba adǝtincǝ bayram edirdi.Yurdun hǝr
bucağından ox atan,at oynadan igid cavanlar, adlı-sanlı
pǝhlǝvanlar axışıb gǝlmişdilǝr.Onların şǝrǝfinǝ mǝşhur
ozanlar saz çalıb,söz qoşurdular.Dağların döşündǝ
qoyunlar,quzular otlayırdı.Allı-güllü geyinib bǝzǝnmiş
uzunsaç,qaragöz qızlar.gǝlinlǝr dǝ yığışıb
gǝlmişdilǝr.Onlar da çǝmǝnlikdǝ gözǝl bir mǝclis
düzǝltmişdilǝr.
Suallar:
1.Hansı cümlǝnin mǝtnin mǝzmunu ilǝ bağlılığı yoxdur?
Altından xǝtt çǝkin
2.Hansı sözlǝr birlǝşǝndǝ mürǝkkǝb söz bitişik yazılır?
a)dǝdǝ,baba b)adlı,sanlı c) qara,göz

15. İMLA: QƏHRƏMAN ÇİNGİZ Azǝrb.dili kitabı


sǝh.146
Xocalı qırğınından sonra bu xǝbǝri bütün dünyaya
çatdırmaq üçün Çingiz Mustafayev misilsiz hünǝr
göstǝrdi.O zaman Çingiz Azǝrbaycan televiziyasının
müxbiri idi.Bu qanlı cinayǝtin üstünü açmaq üçün
o,hǝyatını tǝhlükǝ qarşısında qoyaraq hadisǝ yerinǝ ilk
gǝlǝnlǝrdǝn biri oldu.Çingizin hadisǝ yerindǝ çǝkdiyi
kadrlar bütün televiziya ekranlarını gǝzdi vǝ Xocalı
soyqırımını dünya xalqlarına nümayiş
etdirdi.Olümündǝn sonra Çingiz Mustafayev
Azǝrbaycan Milli Qǝhrǝma-nı adına layiq görüldü.
(Qırmızı rǝngdǝ verilmiş sözlǝrin yazılışına xüsusi
diqqǝt verilir.)
16. İMLA: BAYRAM GECƏSİ (71 söz) Azǝrb. dili kitabı
sǝh.152
Hǝmin gün kǝnd yerlǝrindǝ uşaqlar tonqal qalayır,qapı-
qapı gǝzib,bayram hǝdiyyǝlǝri toplayır,yumurta
döyüşdürürlǝr.Şǝnliklǝr gecǝ sǝhǝrǝ qǝdǝr davam
edir.Onlar oynayır,oxuyur,ǝylǝnirlǝr.Qızlar,oğlanlar
ürǝklǝrindǝ niyyǝt tutub,qapı- bacanı pusur,qulaq
falına çıxırlar.Yaxşı söz,xoş söhbǝtlǝr eşitdikdǝ
sevinir,gözǝl niyyǝtlǝrinin baş tutacağına ümid edir,pis
söz eşitdikdǝ narahatlıq keçirirlǝr.Odur ki,hǝmin axşam
hamı çalışır ki,evdǝ dedi-qoduya yol
vermǝsin,ürǝkaçan söhbǝtlǝr elǝsin,şǝn ǝhvali-ruhiyyǝ
yaratsın.
Sual vǝ tapşırıqlar:
1.Mǝtndǝ hansı bayramdan danışılır?
2 .Mürǝkkǝb sözlǝri sadalayın.Onlardan hansı bitişik
yazılır?

17. İMLA: FƏXRƏNDƏ QARI (65 söz) Azǝrb. dili kitabı


sǝh.167
Qırxbuğumlu düzündǝ cǝrgǝ ilǝ çadırlar
qurulmuşdu.Onların birindǝ Fǝxrǝndǝ qarı Bakıdan
gǝlmiş nǝvǝlǝri Araz vǝ Afaqla qalırdı.Qırx il müǝllim
işlǝmiş Fǝxrǝndǝ qarının yaşı yetmişǝ çatmışdı.Amma
özünü gümrah hiss edirdi.Hǝr il yay ayları gǝlǝndǝ
yaylağa köçǝrdi.İçdiyi bulaq suyu.tǝzǝ süd,yediyi
qatıq,göy-göyǝrti olardı.
Fǝxrǝndǝ nǝnǝ nǝvǝlǝrinǝ hǝr sǝhǝr nehrǝ yağı,dadlı
qaymaq,beçǝ balı yedizdirǝr,tez-tez
qırxbuğum,quzuqulağı,gicitkǝn kǝtǝsi hazırlayardı.
(Qırmızı rǝnglǝ verilmiş sözlǝrin yazılışına xüsusi diqqǝt
yetirilir.)

18. İMLA: NAĞILLAR (71 söz) Azǝrb.dili kitabı sǝh.172


Balaca Kamal nǝnǝsinin nağıllarını çox xoşlayardı.Bu
nağıllarda adamlar qǝribǝ xalçalara minib göydǝ
uçardılar.Quşlar qǝhrǝmanları qanadlarına alıb yeddiillik
yolu bir göz qırpımında gedǝrdilǝr.
Kamal anasından,nǝnǝsindǝn soruşardı:
---Xalça necǝ uçur?Bǝs bizim xalçamız niyǝ uçmur?
Nağıllardakı quşlardan bizim meşǝlǝrdǝ,dağlarda
varmı?Bǝs adamın niyǝ qanadları yoxdur?
Ancaq onların cavabı oqǝdǝr dǝ aydın olmazdı.Başları
qarışıq olanda isǝ Kamala heç cavab vermǝzdilǝr,ona
acıqlanardılar:
---Mane olma,get işinlǝ mǝşğul ol!

19. İMLA: YAZDA TƏBİƏT (61 söz) Azǝrb. dili kitabı


sǝh.178
Doğrudur,yaz hǝr yerdǝ yaxşıdır.Amma bizim yerlǝrin
yazı daha sǝfalıdır.Adam hǝyǝtǝ çıxanda ǝtirdǝn valeh
olur.Meyvǝ ağaclarının çiçǝyi,qızılgül qönçǝlǝri
rǝngdǝn-rǝngǝ çalır.Torpaqdan yenicǝ baş qaldıran
bitkilǝr yerin sirlǝrindǝn xǝbǝr verir.
Qarlı-buzlu yamaclardan sızıb birlǝşǝn bahar suları
axdıqca qüvvǝtlǝnir,ǝtrafa sǝs salır.Quşların cǝh-
cǝhi,arıların çiçǝklǝr arasındakı vızıltısı,kǝhriz suyunun
şırıltısı,yoldan gǝlǝn ayaq vǝ tǝkǝr sǝslǝri bir-birinǝ
qarışır.
(Qırmızı rǝnglǝ verilmiş sözlǝrin yazılışına xüsusi diqqǝt
yetirilir)
20. İMLA: NEFT FONTANI (80 söz) Azǝrb. dili kitabı
sǝh.190
Mǝdǝndǝ şiddǝtli yanğın vardı.Bu,ǝsl tǝbii fǝlakǝt
idi.Bir neçǝ gün ǝvvǝl qazılmış quyu neçǝ saat idi
ki,fontan vururdu.Neft fǝvvarǝsi qeyri- adi bir qüvvǝtlǝ
daşı,torpağı göyǝ sovururdu.Müǝyyǝn tǝdbirlǝr görülsǝ
dǝ,fontanı bağlamaq mümkün olmurdu.Buruğun
ǝtrafında neftdǝn gölmǝçǝlǝr ǝmǝlǝ gǝlmişdi.Alovun
onlara keçmǝmǝsi üçün çox diqqǝtli olmaq lazım
idi.Bunun üçün gölmǝçǝlǝrin ǝtrafına torpaqdan sǝdd
çǝkilmişdi.
Dǝnizdǝn ǝsǝn soyuq dekabr külǝyi alovu üfürdükcǝ
yanğının daiǝsi genişlǝnirdi.Belǝ yanğınlar sǝkkiz-
doqquz gün,hǝtta bir neçǝ hǝftǝ davam edirdi.
(Qırmızı rǝngdǝ verilmiş sözlǝrin yazılışına xüsusi
diqqǝt yetirilir.)

21. İMLA: ƏLAÇI SƏMƏD (81 SÖZ) Azǝrb. dili kitabı


sǝh.196
Sǝmǝd balacaboy,qarabuğdayı oğlandır.Onun qara
saçları,işıqlı qara gözlǝri var. O,ikinci sinifdǝ
oxuyur.Əlaçıdır.
Sǝmǝd sǝliqǝli oğlandır.Hǝr gün iki-üç dǝfǝ çantasını
yoxlayır.Dǝftǝr-kitabın yerindǝ olduğunu görüb rahat
olur.Axı o,evdǝki beş uşaqdan böyüyüdür.Kiçik bacı-
qardaşları onun çantasına hǝsrǝtlǝ baxırlar.Sǝmǝd
onlara deyir:
---Mǝktǝbli uşağın kitab-dǝftǝri tǝmiz olmalıdır.
Sinifdǝ Sǝmǝdin ǝn yaxın dostu Kǝrǝmdir.Sǝmǝddǝn
fǝrqli olaraq O,ucaboy,enlikürǝk oğlandır.Sǝmǝd
Kǝrǝmi dǝ,başqa sinif yoldaşlarını da çox
istǝyir.Ağsaçlı,gülǝrüz müǝlliminǝ isǝ böyük
mǝhǝbbǝtlǝ,hörmǝtlǝ yanaşır.
(Qırmızı rǝngdǝ verilmiş sözlǝrin yazılışına xüsusi
diqqǝt yetirilir.)

22. İMLA: AZƏRBAYCAN RESPUBLİKASI (64 söz)


Azǝrb. dili kitabı sǝh.201
Azǝrbaycan Respublikası Rusiya,Gürcüstan,Türkiyǝ,İran
vǝ başqa ölkǝlǝrlǝ hǝmsǝrhǝddir.Ölkǝmiz Xǝzǝr
dǝnizinin sahilindǝ
yerlǝşir.Gǝncǝ,Sumqayıt,Mingǝçevir,Şirvan
respublikamızın ǝn böyük şǝhǝrlǝridir. Naxçıvan Muxtar
Respublikası da Azǝrbaycanın tǝrkibinǝ daxildir.
Ölkǝmizdǝ ǝn böyük çaylar Kür vǝ Araz,ǝn uca dağlar
isǝ Bazardüzü vǝ Şahdağ- dır.Azǝrbaycanın Muğan vǝ
Mil kimi böyük düzlǝri,Kǝpǝz dağının ǝtǝyindǝ yerlǝ-
şǝn füsünkar Göygölü var.
Paytaxt şǝhǝrimiz isǝ günü-gündǝn gözǝllǝşǝn Bakıdır.
( Sözlǝrin böyük hǝrflǝ yazılışına dair qaydalardan
mǝqamında istifadǝ edilmǝsinǝ diqqǝt yetirilir.)

Поделились: 25

Sabina Alizade
Çox kömǝk olur imlaları bura yiğmağiniz, çox
sağ olun
4 мес. Пожаловаться

Xǝyalǝ Eyvazova
Ela. Çox sağ olun

6 мес. Пожаловаться

Konul Aliyeva ответил(-а) · 1 ответ

Naride Qafarli
Kǝnd mǝnzǝrǝsindǝ sǝhvlǝr var uşağım
ordakı sǝhvlǝri dǝftǝrǝ yazdı
7 мес. Пожаловаться

Elvira Quliyeva
Çox sağolun
2 нед. Пожаловаться

Ilham Xelilli
İmlanın qiymǝtlǝndirilmǝsi necǝ aparılır xahiş
edirǝm nümunǝ yazın
11 мес. Пожаловаться

Günkaa Salmanoffa ответил(-а) · 2 ответа

Mahirǝ İsrafilqızı
Çox sağolun
10 мес. Пожаловаться

Sǝriyyǝ Mǝmmǝdov
Super
9 мес. Пожаловаться

Gunel Əmraliyeva
Əla. İmkanlardır
9 мес. Пожаловаться

Cefer Memmedov ответил(-а) · 2 ответа

Əli Əhmǝdli
İmlaların yazılması burada çox gözǝldir
3 мес. Пожаловаться

Cepi Ibadli
A
10 мес. Пожаловаться

Seva Seva
Tǝsǝkkurlǝr
5 мес. Пожаловаться

Terane Abbasova
ǝlllllllllllllla
3 мес. Пожаловаться

Yasin Qehramanov ответил(-а) · 1 ответ

Seid Ismayilzade
Elaaa
8 мес. Пожаловаться

Bǝxtiyar Babayev
Əla -dir imlalar kitabı
9 мес. Пожаловаться

Ramiz Mamedov
Gözǝl imlalar var
10 мес. Пожаловаться

Qoşqar Mikayılzadǝ
Yaxwidi
2 мес. Пожаловаться

Hǝsǝnov Rǝşad
Salam
11 мес. Пожаловаться

Sevinc Memedli
Mǝnǝ 90 sözlü imla lazımdır. Amma burada
heç yoxdur.
5 мес. Пожаловаться

Laz Fanat
İmlalar gözǝldir
3 нед. Пожаловаться

Sefer Novruzbeyli
Coxxxxxxx gozel
5 мес. Пожаловаться

Аиса Идрисова
Cok güzel
4 мес. Пожаловаться

Tebriz Baloglanli
Qeseng imlalardi
4 мес. Пожаловаться

Kemale Babayeva
Yaxşı
9 мес. Пожаловаться

Vusale Aslanli
Gözǝl imlalar var
7 мес. Пожаловаться

Ramil Accountss
Çox ǝla
2 мес. Пожаловаться

Nurana Xelefzade
Süper di imla
9 мес. Пожаловаться

Abbasov Kazim
Cox
7 мес. Пожаловаться

Yunis Əhmǝdli
Sağ olun
10 мес. Пожаловаться

Nergiz Memmedova
sarı pişik
11 мес. Пожаловаться

Muhammǝd Şirinov
Əla
4 мес. Пожаловаться

 Еще ĸомментарии…

Недавняя публиĸация Страницы

Mǝktǝb vǝ Müǝllim
11 August, 14:13 ·

https://youtu.be/mmSC-WTxsKQ

YOUTUBE.COM
" Vurğu " hǝlǝ belǝ sadǝ izah olunmamışdır - canlı
dǝrsdǝn - Ülvi Osmanlı
#Vurğu#Heca#MiQ#Sertifikasiya

Поделиться

Поделились: 1

Mǝktǝb vǝ Müǝllim
5 August, 20:33 ·

Yusmur Cahangirova
Beşinci sinifdǝ hǝyat bilgisi yoxdur?
3 нед. Пожаловаться

Похожие Страницы

ÇİNAR Yayimlari
Нравится: 17 тыс.
Tǝmǝlindǝ Sevgi Var...

Bağçadakı iş Fǝaliyyǝtim
Нравится: 807
https://www.youtube.com/channel/
UC0qTNy3jMR6uz8ewBAnGEgA

GƏNC MÜƏLLİMLƏR ŞURASI


Нравится: 4,9 тыс.
Sumqayıt Şǝhǝr Tǝhsil Şöbǝsi

Ещё

You might also like