Tibbi Sigorta Haqqinda Azerbaycan Respub

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 24

“Tibbi sığorta haqqında” Azərbaycan

Respublikasının Qanununda dəyişiklik


edilməsi barədə Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü
maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan


Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4; 2001, № 3, maddə 141; 2007, №
12, maddə 1212; 2008, № 11, maddə 960; 2014, № 4, maddə 331; 2015, № 4, maddə 352; 2016,
№ 3, maddə 419; 2018, № 4, maddə 651) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

1.0.1. xidmətlər zərfi – baza və əlavə hissələrdən ibarət olmaqla icbari tibbi sığortanın maliyyə
mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi
xidmətlərin toplusu;

1.0.2. xidmətlər zərfinin baza hissəsi – sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq
göstərilən ilkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidməti;

1.0.3. xidmətlər zərfinin əlavə hissəsi – sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq
göstərilən ixtisaslaşdırılmış tibbi yardım;

1.0.4. sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində bu Qanunla


müəyyən olunmuş qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;

1.0.5. sığortaçı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən


sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində
nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə
müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin
tərəfi olan yerli hüquqi şəxs, icbari tibbi sığortaya münasibətdə isə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum);

1.0.6. sığortalı – sığorta müqaviləsini bağlamaq vəzifəsi daşıyan, öz adından və ya sığortaolunan


adından sığorta haqqı ödəyən və sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan
şəxs və ya bu Qanunla nəzərdə tutulmuş hallarda sığorta müqaviləsinin tərəfi;
1.0.7. sığortaolunan – sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış Azərbaycan
Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

1.0.8. sığorta ödənişi –sığorta hadisəsi baş verdikdə icbari tibbi sığortaya münasibətdə xidmətlər
zərfinə və tariflərə, könüllü tibbi sığortaya münasibətdə isə könüllü tibbi sığorta müqaviləsinə
uyğun olaraq bu Qanunla nəzərdə tutulmuş qaydada tibb təchizatçısına, tibbi ərazi bölməsinə və
ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxsə ödənilən maliyyə vəsaiti;

1.0.9. sığorta limiti – icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfində nəzərdə tutulduğu
hallarda sığortaolunana sığorta ili müddəti ərzində göstərilən tibbi xidmətlərin say həddi;

1.0.10. sığorta hadisəsi – bu Qanuna əsasən sığorta ödənişinin ödənilməsi üçün əsas olan, sığorta
müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal (o cümlədən
profilaktik müalicə üsullarının tətbiqi);

1.0.11. sığorta ili – icbari tibbi sığorta üzrə sığorta haqqının ödənildiyi ilin yanvar ayının 1-dən
dekabr ayının 31-dək olan dövr;

1.0.12. tibb təchizatçısı – “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa
əsasən özəl tibb fəaliyyəti və ya özəl tibbi praktika ilə məşğul olan hüquqi və ya fiziki şəxslər,
habelə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əczaçılıq
fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər;

1.0.13. tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilə – icbari tibbi sığorta


çərçivəsində tibbi xidmətlərin göstərilməsi məqsədilə tibb təchizatçısı və ya tibbi ərazi bölməsi
ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında bağlanan
müqavilə;

1.0.14. tibbi ərazi bölməsi – Azərbaycan Respublikasında dövlət səhiyyə sisteminə daxil olan və
icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisəsi.”;

1.2. aşağıdakı məzmunda 1-1-ci maddə əlavə edilsin:

“Maddə 1-1. Tibbi sığorta və onun formaları

1-1.1. Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla,
sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat
verir.

1-1.2. Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir.

1-1.3. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı
sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi
çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir.
1-1.4. Könüllü tibbi sığorta sığortaolunanların əlavə tibbi xidmət və dərman yardımı almasını
təmin edir.”;

1.3. aşağıdakı məzmunda 2-1-ci maddə əlavə edilsin:

“Maddə 2-1. Tibbi sığortanın subyektləri

Tibbi sığortanın subyektləri sığortaolunanlar, sığortalılar, sığortaçılar, tibb təchizatçıları və tibbi


ərazi bölmələridir.”;

1.4. II fəslin adı aşağıdakı redaksiyada verilsin:

“II fəsil. Könüllü tibbi sığorta”;

1.5. 3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 3. Könüllü tibbi sığortada sığortalılar

3.1. Könüllü tibbi sığortada sığortalılar – sığorta olunan şəxslər və onların mənafeyini ifadə edən
hüquqi şəxslərdir.

3.2. Könüllü tibbi sığortanın subyektləri arasındakı mübahisələrə inzibati qaydada və ya


məhkəmə qaydasında baxılır.”;

1.6. 4-cü maddə üzrə:

1.6.1. birinci – beşinci hissələr 4.1-ci – 4.5-ci maddələr hesab edilsin;

1.6.2. adına, 4.1-ci, 4.3-cü və 4.4-cü maddələrdə “Tibbi” sözü “Könüllü tibbi” sözləri ilə əvəz
edilsin;

1.6.3. 4.2-ci maddədə “Tibbi” sözü “Könüllü tibbi” sözləri ilə, “tibbi sığorta təşkilatları” sözləri
“sığortaçılar” sözü ilə əvəz edilsin;

1.6.4. 4.5-ci maddədə “Tibbi” sözü “Könüllü tibbi” sözləri ilə əvəz edilsin və həmin maddədən
“və icbari tibbi sığorta münasibətlərinin şamil edilmədiyi şəxslərin kateqoriyaları” sözləri
çıxarılsın;

1.7. 5-ci maddə üzrə:

1.7.1. birinci – dördüncü hissələr müvafiq olaraq 5.1-ci – 5.4-cü maddələr hesab edilsin;

1.7.2. adında, 5.1-ci və 5.4-cü maddələrdə “Tibbi” sözü “Könüllü tibbi” sözləri ilə əvəz edilsin;

1.7.3. 5.2-ci maddədə “İcbari və könüllü” sözləri “Könüllü” sözü ilə əvəz edilsin;
1.7.4. 5.3-cü maddədə “Tibbi” sözü “Könüllü tibbi” sözləri ilə, “müəssisəsinə” sözü
“təchizatçılarına” sözü ilə əvəz edilsin;

1.8. 6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 6. Könüllü tibbi sığorta üzrə sığortalının hüquq və vəzifələri

6.1. Könüllü tibbi sığorta üzrə sığortalının hüquqları aşağıdakılardır:

6.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi
qaydada könüllü tibbi sığorta müqaviləsi bağlamaq və ya onu ləğv etmək;

6.1.2. sığortaçını sərbəst seçmək;

6.1.3. könüllü tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək.

6.2. Könüllü tibbi sığorta üzrə sığortalının vəzifələri aşağıdakılardır:

6.2.1. sığorta haqlarını vaxtında ödəmək;

6.2.2. sığortaolunanların sağlamlıq vəziyyətinin göstəriciləri haqqında sığortaçıya məlumat


vermək.

6.3. Könüllü tibbi sığorta müqaviləsində sığortalı üçün digər vəzifələr də nəzərdə tutula bilər.”.

1.9. 7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 7. Könüllü tibbi sığorta üzrə sığortaolunanların hüquqları

7.1. Könüllü tibbi sığorta üzrə sığortaolunanların hüquqları aşağıdakılardır:

7.1.1. könüllü tibbi sığorta şəhadətnaməsini aldıqları andan bu Qanunla və könüllü tibbi sığorta
müqaviləsində müəyyən olunmuş hüquqları həyata keçirmək;

7.1.2. könüllü tibbi sığorta müqaviləsi ilə müəyyən edilən tibbi yardım növlərinə və həcminə
uyğun olaraq tibb təchizatçısından və ya tibbi ərazi bölməsindən hər hansı birini və həkimi
seçmək;

7.1.3. könüllü tibbi sığorta müqaviləsinin şərtlərinə uyğun olan tibbi xidmətdən istifadə etmək;

7.1.4. könüllü tibbi sığorta müqaviləsinə əsasən müraciət etdiyi tibb təchizatçısından və ya tibbi
ərazi bölməsindən sağlamlığının vəziyyəti, eləcə də tətbiq olunan müalicə metodları və onların
nəticələri barədə məlumat almaq;
7.1.5. sığortalıya, sığortaçıya, tibb təchizatçısına və ya tibbi ərazi bölməsinə qarşı, könüllü tibbi
sığorta müqaviləsinin şərtlərindən asılı olmayaraq, onların təqsiri üzündən vurulmuş zərərin
ödənilməsi də daxil olmaqla, məhkəmədə iddia qaldırmaq;

7.1.6. könüllü tibbi sığorta müqaviləsinin şərtlərində müəyyən edildiyi halda, istifadə edilməyən
sığorta haqqının bir hissəsini geri almaq.

7.2. Sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum), sığortaçılar, həmkarlar ittifaqı təşkilatları və digər
ictimai birliklər müdafiə edir.

7.3. Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının


könüllü tibbi sığortası Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə
əsasən həyata keçirilir.”;

1.10. 8-ci maddə üzrə:

1.10.1. birinci və ikinci hissələr müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələr hesab edilsin;

1.10.2. adına və 8.2-ci maddəyə “tibbi” sözündən əvvəl “könüllü” sözü əlavə edilsin;

1.10.3. 8.1-ci maddədə “tibbi sığorta sistemində” sözləri “könüllü sığorta üzrə” sözləri ilə əvəz
edilsin;

1.11. 9-cu, 11-ci, 12-ci və 14-cü maddələr ləğv edilsin;

1.12. 10-cu maddə üzrə:

1.12.1. adında “Tibbi” sözü “Könüllü tibbi” sözləri ilə əvəz edilsin;

1.12.2. birinci – ikinci hissələr ləğv edilsin;

1.13. III fəslin adı aşağıdakı redaksiyada verilsin:

“III fəsil. Könüllü tibbi sığorta üzrə sığortaçıların fəaliyyəti”;

1.14. 13-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 13. Könüllü tibbi sığorta üzrə sığortaçının hüquq və vəzifələri

13.1. Könüllü tibbi sığorta üzrə sığortaçının hüquqları aşağıdakılardır:

13.1.1. könüllü tibbi sığorta müqavilələri üzrə tibbi yardım və xidmətlər göstərilməsi üçün tibb
təchizatçısını və ya tibbi ərazi bölməsini seçmək;
13.1.2. tibb təchizatçısı və ya tibbi ərazi bölməsi tərəfindən müqavilənin şərtlərinin pozulduğu
hallarda tibbi xidmətlərə çəkilən xərcləri qismən ödəmək;

13.1.3. tibb təchizatçısının, tibbi ərazi bölməsinin və (və ya) tibb işçisinin təqsiri üzündən
sığortaolunana vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək;

13.1.4. zərərin sığortaolunan tərəfindən vurulduğu hallar istisna olmaqla, sığortaolunanın


sağlamlığına vurulmuş zərər üçün cavabdeh olan fiziki və ya hüquqi şəxslərdən sığortaolunana
tibbi yardım göstərilməsinə sərf olunmuş xərclərin ödənilməsini tələb etmək.

13.2. Könüllü tibbi sığorta üzrə sığortaçının vəzifələri aşağıdakılardır:

13.2.1. sığortaolunanlara könüllü tibbi sığorta müqaviləsinə uyğun tibbi yardım göstərilməsi
üçün tibb təchizatçısı və ya tibbi ərazi bölməsi ilə müqavilələr bağlamaq;

13.2.2. könüllü tibbi sığorta müqaviləsinin qüvvəyə mindiyi andan sığortaolunana könüllü tibbi
sığorta şəhadətnaməsini vermək;

13.2.3. tibb təchizatçısına və ya tibbi ərazi bölməsinə tibbi xidmətin haqqını müqavilədə nəzərdə
tutulmuş qaydada və müddətdə ödəmək;

13.2.4. könüllü tibbi sığorta müqaviləsində nəzərdə tutulduğu halda, sığorta haqlarının bir
hissəsini sığortaolunana qaytarmaq;

13.2.5. müqavilənin şərtlərinə uyğun olaraq tibbi yardımın həcminə, müddətinə və keyfiyyətinə
nəzarət etmək;

13.2.6. sığortaolunanın mənafelərini müdafiə etmək.”;

1.15. IV fəslin adı aşağıdakı redaksiyada verilsin:

“IV fəsil. Könüllü tibbi sığorta tarifləri”;

1.16. 15-ci maddə üzrə:

1.16.1. adında “Tibbi” sözü “Könüllü tibbi” sözləri ilə əvəz edilsin;

1.16.2. birinci və ikinci hissələr ləğv edilsin;

1.16.3. üçüncü hissədə “sığorta təşkilatı” sözləri “sığortaçı” sözü ilə, “tibb müəssisəsi” sözləri
“tibb təchizatçısı və ya tibbi ərazi bölməsi” sözləri ilə əvəz edilsin;

1.17. aşağıdakı məzmunda IV-I – IV-V fəsillər əlavə edilsin:

“IV-I fəsil. İcbari tibbi sığorta


Maddə 15-1. İcbari tibbi sığortanın əsas prinsipləri

15-1.0. İcbari tibbi sığortanın əsas prinsipləri aşağıdakılardır:

15-1.0.1. əhalinin tibbi xidmət almaq hüququna, habelə tibbi xidmətlərin əlçatanlığına və
keyfiyyətinin artırılmasına dövlət tərəfindən təminat verilməsi;

15-1.0.2. sığortalıların icbari tibbi sığorta münasibətlərində həmrəylik prinsipinə əsaslanaraq


iştirakının təmin edilməsi;

15-1.0.3. sığorta hadisəsi baş verdikdə, sığortaolunana xidmətlər zərfi çərçivəsində icbari tibbi
sığortanın maliyyə mənbələri hesabına tibbi xidmətlərin göstərilməsi;

15-1.0.4. sığorta haqlarının sığorta ödənişlərinə mütənasibliyinin təmin edilməsi yolu ilə icbari
tibbi sığortanın maliyyə sabitliyinin qorunması;

15-1.0.5. sığorta haqlarının sığortalılar tərəfindən müntəzəm ödənilməsinin məcburiliyi;

15-1.0.6. icbari tibbi sığortanın iştirakçılarının hüquqi bərabərliyi.

Maddə 15-2. İcbari tibbi sığorta üzrə sığortalı və sığortaolunanlar

15-2.1. Xidmətlər zərfinin baza hissəsinə münasibətdə Azərbaycan Respublikasının vətəndaşları,


Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər sığortaolunan hesab edilir.

15-2.2. Xidmətlər zərfinin baza hissəsinə münasibətdə sığortalı qismində müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir.

15-2.3. Xidmətlər zərfinin əlavə hissəsinə münasibətdə sığortaolunanlar aşağıdakı kateqoriyalara


bölünürlər:

15-2.3.1. Azərbaycan Respublikası Milli Məclisi, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə işləyən
şəxslər;

15-2.3.2. neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə
minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslər;

15-2.3.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi


qüvvəyə minmiş əmək müqaviləsi və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun
olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı
hallarda:

15-2.3.3.1. Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşınadək şəxslər;


15-2.3.3.2. peşə təhsili, orta iхtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma
forması üzrə təhsil alan 23 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları;

15-2.3.3.3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən


növündən asılı olmayaraq əmək pensiyası alan şəxslər;

15-2.3.3.4. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial


müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər;

15-2.3.3.5. “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanununa


uyğun olaraq ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

15-2.3.3.6. ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə


qadınlar, habelə doğuşdan sonra 42 gün müddətində qadınlar;

15-2.3.3.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial


məzuniyyətdə olan qadınlar.

15-2.3.4. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;

15-2.3.5. mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki
şəxslər;

15-2.3.6. bu Qanunun 15-2.3.1-ci – 15-2.3.5-ci maddələrində nəzərə tutulan şəxslər istisna


olmaqla, digər şəxslər.

15-2.4. Azərbaycan Respublikasının Milli Məclisi, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslərə münasibətdə onların təyin
olunduqları dövlət orqanı (qurumu), seçkili ödənişli vəzifə tutan şəxslərə münasibətdə isə onların
seçildiyi dövlət və ya bələdiyyə orqanı (qurumu), neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət
sektoruna aid edilən sığortalılarda Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq
bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə münasibətdə
isə sığortalı qismində işəgötürənlər çıxış edir.

15-2.5. Bu Qanunun 15-2.3.3-cü maddəsində nəzərdə tutulan şəxslərə münasibətdə sığortalı


qismində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir.

15-2.6. Bu Qanunun 15-2.3.4-cü – 15-2.3.6-cı maddələrində nəzərdə tutulan sığortaolunanlar


sığortalı qismində özləri çıxış edirlər.

15-2.7. Bu Qanunun şamil edilmədiyi şəxslərin əhatə dairəsi müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

15-2.8. Bu maddədə nəzərdə tutulan neft-qaz sahəsində fəaliyyətin və dövlət sektorunun


meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
olunur.
Maddə 15-3. Tibbi ərazi bölmələrinin və tibb təchizatçılarının icbari tibbi sığortada iştirakı

15-3.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş tələblərə cavab verən tibb təchizatçıları və ya tibbi ərazi bölmələri icbari tibbi sığortada
iştirak etmək hüququna malikdirlər.

15-3.2. Tibb təchizatçılarının və ya tibbi ərazi bölmələrinin bu Qanunun 15-3.1-ci maddəsinə


əsasən müəyyən edilən tələblərə uyğunluğunun qiymətləndirilməsini müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.

15-3.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bu Qanunun 15-
3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verən tibb təchizatçısı və ya tibbi ərazi
bölməsi arasında tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilə bağlanılır.

IV-II fəsil. İcbari tibbi sığortanın iştirakçılarının hüquq və vəzifələri

Maddə 15-4. İcbari tibbi sığorta üzrə sığortaolunanların hüquq və vəzifələri

15-4.1. İcbari tibbi sığorta üzrə sığortaolunanların aşağıdakı hüquqları vardır:

15-4.1.1. sığorta hadisəsi baş verdikdə bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinin
baza və ya əlavə hissələrinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək;

15-4.1.2. bu Qanunun 15-3.1-ci maddəsində nəzərdə tutulan tələblərə cavab verən tibb
təchizatçısını və ya tibbi ərazi bölməsini seçmək;

15-4.1.3. göstərilən tibbi xidmətin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri haqqında düzgün
məlumatın verilməsini tibb təchizatçısından və ya tibbi ərazi bölməsindən tələb etmək;

15-4.1.4. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa


əsasən həkim sirri təşkil edən məlumatların gizli saxlanmasını tələb etmək;

15-4.1.5. tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin təqsiri üzündən dəymiş zərərin əvəzinin
ödənilməsini tibb təchizatçısından və ya tibbi ərazi bölməsindən tələb etmək;

15-4.1.6. icbari tibbi sığorta sahəsində hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya məhkəməyə müraciət
etmək;

15-4.1.7. xeyrinə ödənilmiş sığorta ödənişləri barədə məlumat almaq;

15-4.1.8. sığortaçıdan icbari tibbi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb
etmək;

15-4.1.9. onları icbari tibbi sığorta etməyi, habelə sığorta haqqının tam həcmdə və vaxtında
ödənilməsini sığortalıdan tələb etmək.
15-4.2. İcbari tibbi sığorta üzrə sığortaolunanların vəzifələri aşağıdakılardır:

15-4.2.1. tələb edildiyi təqdirdə sağlamlıq vəziyyətinin göstəriciləri haqqında ona məlum olan
məlumatları tibb təchizatçısına və ya tibbi ərazi bölməsinə vermək;

15-4.2.2. tibb təchizatçısına və ya tibbi ərazi bölməsinə müraciət etdikdə, şəxsiyyətini təsdiq
edən sənədi ona təqdim etmək.

Maddə 15-5. İcbari tibbi sığorta üzrə sığortalıların hüquq və vəzifələri

15-5.1. İcbari tibbi sığorta üzrə sığortalıların aşağıdakı hüquqları vardır:

15-5.1.1. sığortalıların (sığortaolunanların) qeydiyyatı və uçota alınması haqqında məlumatları


müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə etmək;

15-5.1.2. icbari tibbi sığorta sahəsində hüquqlarını və qanuni mənafelərini müdafiə etmək.

15-5.2. İcbari tibbi sığorta üzrə sığortalıların aşağıdakı vəzifələri vardır:

15-5.2.1. bu Qanunun 15-13.2-ci maddəsində nəzərdə tutulmuş formada icbari tibbi sığorta
müqaviləsini kağız daşıyıcıda və ya elektron formada bağlamaq;

15-5.2.2. sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək.

Maddə 15-6. İcbari tibbi sığorta üzrə sığortalıların (sığortaolunanların) fərdi uçot qaydası

15-6.1. Bu Qanunun 15-6.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla icbari tibbi sığorta üzrə
sığortalı və sığortaolunanların fərdi uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) tərəfindən aparılır.

15-6.2. Bu Qanunun 15-2.3.1-ci, 15-2.3.2-ci, 15-2.3.4-cü və 15-2.3.5-ci maddələrində nəzərdə


tutulan sığortaolunanların və sığortalıların uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır.

15-6.3. Sığortalı və sığortaolunanların fərdi uçotunun aparılması qaydası müvafiq icra


hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 15-7. İcbari tibbi sığorta üzrə tibb təchizatçısının və tibbi ərazi bölməsinin hüquq və
vəzifələri

15-7.1. Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin aşağıdakı hüquqları vardır:

15-7.1.2. bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verdikdə,
icbari tibbi sığortanın həyata keçirilməsində iştirak etmək;
15-7.1.3. bu Qanunun 15-19-cu maddəsinə uyğun olaraq bağlanmış müqavilə əsasında
göstərilmiş tibbi xidmətə görə sığorta ödənişini müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqandan (qurumdan) tələb etmək;

15-7.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunla
nəzərdə tutulmuş qaydada apardığı ekspertizanın nəticələrini mübahisələndirmək.

15-7.2. Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin aşağıdakı vəzifələri vardır:

15-7.2.1. bu Qanunun və tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilənin şərtlərinə


uyğun olaraq sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərmək;

15-7.2.2. icbari tibbi sığorta çərçivəsində və tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında


müqavilənin şərtlərinə uyğun olaraq tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və
şərtlərinə təminat vermək;

15-7.2.3. icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətin uçotunu aparmaq;

15-7.2.4. icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətin növünə, həcminə,
müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarətin həyata keçirilməsi məqsədilə sığortaolunanlar,
onlara göstərilən tibbi xidmətlərin növü, müddəti, keyfiyyəti, şərtləri, o cümlədən “Əhalinin
sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onlarla
bağlı həkim sirri təşkil edən məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqana (quruma) vermək;

15-7.2.5. icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmət barədə hesabatları bu Qanunla
nəzərdə tutulmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqana (quruma) təqdim etmək;

15-7.2.6. onun təqsiri üzündən sığortaolunanların sağlamlığına dəymiş zərərin əvəzini ödəmək;

15-7.2.7. tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilədə nəzərdə tutulmuş


ixtisaslaşdırılmış tibbi yardım xidmətinin göstərilməsi mümkün olmadıqda, təcili və
təxirəsalınmaz hallarda tibb təchizatçısı və ya tibbi ərazi bölməsi tərəfindən öz maliyyə vəsaiti
hesabına sığortaolunanı bu xidməti göstərən digər tibb təchizatçısına və ya tibbi ərazi
bölmələrinə göndərmək.

Maddə 15-8. İcbari tibbi sığorta üzrə sığortaçının hüquq və vəzifələri

15-8.1. İcbari tibbi sığorta sahəsində sığortaçının aşağıdakı hüquqları vardır:

15-8.1.1. icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı
funksiyasını həyata keçirmək;

15-8.1.2. tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlərin yaradılması, tibbi
xidmətlərin keyfiyyət və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək;
15-8.1.3. xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin əlçatanlığına təminat vermək;

15-8.1.4. bu Qanunla nəzərdə tutulmuş qaydada tibb təchizatçısı və ya tibbi ərazi bölməsi ilə
tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilə bağlamaq;

15-8.1.5. bu Qanunla və tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilədə nəzərdə


tutulmuş qaydada vəzifələrin tibb təchizatçısı və ya tibbi ərazi bölməsi tərəfindən yerinə
yetirilmədiyi və ya qismən yerinə yetirildiyi təqdirdə, icbari tibbi sığorta çərçivəsində göstərilmiş
tibbi xidmətlərin dəyərini ödəməmək, qismən ödəmək və ya tibb təchizatçısından və ya tibbi
ərazi bölməsindən ödənilmiş vəsaitlərin geri qaytarılmasını tələb etmək.

15-8.2. İcbari tibbi sığorta sahəsində sığortaçının vəzifələri aşağıdakılardır:

15-8.2.1. icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması üçün
tədbirlər görmək;

15-8.2.2. icbari tibbi sığortanın müntəzəmliyinə dövlət təminatı üçün tədbirlər görmək;

15-8.2.3. icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlərə görə tibb təchizatçısına və
ya tibbi ərazi bölməsinə sığorta ödənişini ödəmək;

15-8.2.4. sığortaolunanların səhhətinə dair məlumatların, həmçinin həkim sirri təşkil edən
məlumatların mühafizəsini və məxfiliyini təmin etmək;

15-8.2.5. sığortaolunanların icbari tibbi sığorta ilə bağlı hüquq və mənafelərini qorumaq;

15-8.2.6. icbari tibbi sığorta ehtiyatlarını yaratmaq və icbari tibbi sığorta vəsaitlərini idarə etmək;

15-8.2.7. sığortaolunanlara və sığortalılara icbari tibbi sığorta ilə bağlı ödənişsiz məlumat
vermək.

IV-III fəsil. İcbari tibbi sığortanın maliyyə təminatı

Maddə 15-9. İcbari tibbi sığortanın maliyyə mənbələri

15-9.0. İcbari tibbi sığortanın maliyyə mənbələri aşağıdakılardan ibarətdir:

15-9.0.1. sığorta haqları;

15-9.0.2. dövlət büdcəsinin vəsaiti;

15-9.0.3. subroqasiya hüququnun istifadəsi nəticəsində əldə edilən gəlirlər;

15-9.0.4. icbari tibbi sığorta üzrə sərbəst vəsaitlərin investisiyaya yönəldilməsi nəticəsində əldə
edilən gəlirlər;
15-9.0.5. bu Qanunun 15-28.3-cü maddəsinə əsasən müəyyən edilən əlavə xidmət haqqı;

15-9.0.6. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş


təqvim haqqından ayırmalar;

15-9.0.7. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək


qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş sığorta haqqından ayırmalar;

15-9.0.8. bank kreditləri;

15-9.0.9. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən


qrantlar, ianələr və yardımlar;

15-9.0.10. bu Qanunun tələblərinin pozulması ilə bağlı tətbiq olunan cərimələrdən və


hesablanmış faizlərdən daxilolmalar;

15-9.0.11. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzərdə
tutulan, habelə qanunla qadağan olunmayan digər mənbələr.

Maddə 15-10. İcbari tibbi sığorta üzrə sığorta haqları

15-10.1. İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən
edilir:

15-10.1.1. xidmətlər zərfinin baza hissəsi üzrə –təqvim ili üçün adambaşına 29 (iyirmi doqquz)
manat;

15-10.1.2. xidmətlər zərfinin əlavə hissəsi üzrə:

15-10.1.2.1. bu Qanunun 15-2.3.1-ci və 15-2.3.2-ci maddələrində nəzərdə tutulan şəxslər üzrə:

1. sığortalı tərəfindən – hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

2. sığortaolunan tərəfindən – işçinin əməkhaqqının 2 faizi;

15-10.1.2.2. bu Qanunun 15-2.3.3-cü – 15-2.3.6-cı maddələrində nəzərdə tutulan şəxslər üzrə –


təqvim ili üçün adambaşına 120 manat.

15-10.1.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən


(topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin,
dizel yanacağının və maye qazın hər litrinə görə – 0,02 manat;

15-10.1.4. energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə aksiz
markasının verilməsinə görə – verilən hər bir aksiz markasına görə 0,1 manat;
15-10.1.5. tütün məmulatlarına aksiz markasının verilməsinə görə – verilən hər bir aksiz
markasına görə 0,05 manat;

15-10.1.6. alkoqollu içkilərə aksiz markasının verilməsinə görə – verilən hər bir aksiz markasına
görə 0,1 manat;

15-10.1.7. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən


avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənilən təqvim
haqqının 50 faizi;

15-10.1.8. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək


qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa
əsasən sığortalının sığorta müqaviləsi üzrə sığortaçıya ödədiyi sığorta haqqının 5 faizi.

15-10.2. Bu Qanunun 15-10.1.1-ci və 15-10.1.2.2-ci maddələrində müəyyən olunmuş sığorta


haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal
əməkhaqqının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir və indeksləşdirilən sığorta
haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet
saytında yerləşdirilir.

Maddə 15-11. İcbari tibbi sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim
olunması

15-11.1. İcbari tibbi sığortanın maliyyə mənbələri üzrə daxil olan vəsaitlər icbari tibbi sığorta
fondunda cəmləşdirilir.

15-11.2. Bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə tutulan sığorta haqları, habelə bu


Qanunun 15-2.3.3-cü maddəsində göstərilən şəxslər üçün sığorta haqları dövlət büdcəsinin
vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
hər ay üçün bərabər hissələrlə növbəti ayın 15-dən gec olmayaraq ödənilir.

15-11.3. Bu Qanunun 15-10.1.2.1-ci maddəsində nəzərdə tutulan sığorta haqları sığortalı


tərəfindən hər ay üçün hesablanır, əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-
dən gec olmayaraq tam məbləğdə ödənilir.

15-11.4. Azərbaycan Respublikasının ərazisində benzinin, dizel yanacağının və maye qazın


istehsalı və idxalı ilə məşğul olan vergi ödəyicisi sığorta haqqını aylıq olaraq hesablayır və
hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödəyirlər.

15-11.5. Bu Qanunun 15-10.1.4-cü – 15-10.1.6-cı maddələrində nəzərdə tutulan icbari tibbi


sığorta haqqı vergiödəyicisi tərəfindən həmin aksiz markalarının alınmasına görə dövlət rüsumu
ilə eyni vaxtda ödənilir.

15-11.6. Bu Qanunun 15-10.1.7-ci maddəsində nəzərdə tutulan icbari tibbi sığorta haqqı İcbari
Sığorta Bürosu tərəfindən hər ay üzrə növbəti ayın 20-dək ödənilir.
15-11.7. Bu Qanunun 15-10.1.8-ci maddəsində nəzərdə tutulan sığorta haqqını “İstehsalatda
bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından
icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan sığortaçılar
aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödəyirlər.

15-11.8. Bu Qanunun 15-2.3.4-cü – 15-2.3.6-cı maddələrində nəzərdə tutulan şəxslər tərəfindən


sığorta haqqı icbari tibbi sığorta müqaviləsi bağlandığı tarixdən 30 (otuz) gün müddətində tam
məbləğdə və ya həmin müqavilənin bağlandığı tarixdən sığorta ilinin sonunadək olan ayların
sayına bölünməklə bərabər hissələrlə hər ay üçün növbəti ayın 15-dən gec olmayaraq ödənilir.
Həmin şəxslər tərəfindən sığorta haqqının ödənilməsi üsulu icbari tibbi sığorta müqaviləsində
əks olunur.

15-11.9. Bu Qanunun 15-2.1-ci və 15-2.3.3-cü maddələrində nəzərdə tutulan şəxslərə dair


statistik məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)
təqdim edilməsi və həmin şəxslər üzrə sığorta haqqının ümumi məbləğinin hesablanması qaydası
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

15-11.10. Bu Qanunun 15-2.3.3.2-ci – 15-2.3.3.7-ci maddələrində nəzərdə tutulan şəxslərin


həmin maddələrdə nəzərdə tutulan kateqoriyalara aidiyyətinin müəyyən olunması məqsədilə
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya resursları
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş
hədlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya
resurslarına inteqrasiya olunur.

15-11.11. Bu Qanunun 15-2.3.3-cü maddəsinə əsasən sığortalanmalı olan şəxslər həmin maddədə
nəzərdə tutulmuş iki və ya daha çox şəxslər kateqoriyasına aid olduğu təqdirdə, həmin şəxslərin
xeyrinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yalnız bir
dəfə sığorta haqqı ödənilir.

15-11.12. Bu Qanunun 15-2.3.4-cü – 15-2.3.6-cı maddələrində nəzərdə tutulan şəxslər bu


Qanunun 15-2.3.3-cü maddəsində nəzərdə tutulan şəxslər kateqoriyasına aid olub-olmamasından
asılı olmayaraq sığorta haqlarını öz vəsaiti hesabına ödəyirlər.

15-11.13. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 15-
11.2-ci maddəsinə əsasən ödənilən sığorta haqları barədə hesabatı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. Həmin hesabatın forması və təqdim
edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müəyyən
edilir.

15-11.14. Sığortalılar bu Qanunun 15-11.3-cü maddəsinə əsasən ödənilən sığorta haqları barədə
hesabatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
Həmin hesabatın forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) ilə razılaşdırmaqla müəyyən edilir.
15-11.15. Bu Qanunun 15-11.4-cü maddəsində nəzərdə tutulan vergiödəyiciləri ödənilən sığorta
haqları barədə hesabatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)
təqdim edir. Həmin hesabatın forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müəyyən edilir.

15-11.16. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tütün
məmulatlarına, alkoqollu içkilərə, energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret
üçün mayeyə görə vergiödəyicilərinə verilmiş aksiz markaları barədə hesabatı müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. Həmin hesabatın forması və
təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla
müəyyən edilir.

15-11.17. İcbari Sığorta Bürosu tərəfindən bu Qanunun 15-11.6-cı maddəsinə əsasən ödənilən
sığorta haqları barədə hesabat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) təqdim edilir. Həmin hesabatın forması və təqdim edilməsi qaydası müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

15-11.18. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək


qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası
Qanununda nəzərdə tutulan sığortaçı bu Qanunun 15-11.7-ci maddəsinə əsasən ödənilən sığorta
haqları barədə hesabatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)
təqdim edir. Həmin hesabatın forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müəyyən edilir.

15-11.19. Bu Qanunun 15-2.3.6-cı maddəsində nəzərdə tutulan şəxslər tərəfindən (bu Qanunun
15-11.21-ci maddəsi nəzərə alınmaqla) icbari tibbi sığorta müqaviləsi sığorta ili ərzində
bağlandıqda, bu Qanunun 15-10.1.2.2-ci maddəsində müəyyən olunmuş sığorta haqqına icbari
tibbi sığorta müqaviləsinin bağlandığı ay da daxil olmaqla gecikdirilmiş hər ay üzrə 10 faiz əlavə
sığorta haqqı hesablanır.

15-11.20. Bu Qanunun 15-11.19-cu maddəsində nəzərdə tutulan faizlər sığorta haqqının


ödənilmədiyi bütün müddətə, lakin bir ildən çox olmamaq şərtilə hesablanır. Ödənilməmiş
sığorta haqları və əlavə sığorta haqları üzrə yaranmış borclar cari təqvim ili və əvvəlki son bir
təqvim ili üçün hesablanır.

15-11.21. Bu Qanunun 15-2.3.3 – 15-2.3.6-cı maddələrində nəzərdə tutulan şəxslər tərəfindən


icbari tibbi sığorta müqaviləsini bağlamaq öhdəliyi sığorta ili ərzində yarandıqda, həmin şəxslər
üçün icbari tibbi sığorta üzrə sığorta haqqı, bu Qanunun 15-10.1.2.2-ci maddəsində müəyyən
olunmuş sığorta haqqı 12-yə bölünməklə icbari tibbi sığorta müqaviləsini bağlamaq öhdəliyinin
yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanır.

IV-IV fəsil. İcbari tibbi sığortanın təşkili


Maddə 15-12. İcbari tibbi sığorta üzrə tibbi xidmətlərin göstərilməsi qaydası

15-12.1. Tibbi xidmətlər sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq icbari tibbi sığorta
fondunun vəsaiti hesabına göstərilir.

15-12.2. Sığorta haqları ödənilmədiyi hallarda xidmətlər zərfinin əlavə hissəsi çərçivəsində
göstərilən tibbi xidmətlər pasiyentlərin öz maliyyə vəsaiti hesabına göstərilir.

15-12.3. Bu Qanunun 15-2.3.1-ci və 15-2.3.2-ci maddəsində nəzərdə tutulan şəxslər təyin


olunduğu və ya seçildiyi orqan (qurum), o cümlədən işəgötürən tərəfindən sığorta haqqının
ödənilib ödənilməməsindən asılı olmayaraq sığortaolunan hesab edilir.

Maddə 15-13. İcbari tibbi sığorta müqaviləsi

15-13.1. İcbari tibbi sığorta müqaviləsi bu Qanunun 15-2.3.4-cü – 15-2.3.6-cı maddələrində


nəzərdə tutulmuş şəxslərlə elektron formada və ya kağız daşıyıcıda bağlanılır. Bu maddədə
nəzərdə tutulan şəxslərlə növbəti sığorta ili üçün icbari tibbi sığorta müqaviləsi cari ilin dekabrın
31-dək bağlanmalıdır. Bu Qanunun 15-2.3.3-cü – 15-2.3.6-cı maddələrində nəzərdə tutulmuş
şəxslərlə sığorta müqaviləsini bağlamaq öhdəliyi sığorta ili ərzində yarandıqda, icbari tibbi
sığorta müqaviləsi həmin öhdəliyin yarandığı təqvim ayından sonrakı ayın 10-dan gec olmayaraq
bağlanılır.

15-13.2. İcbari tibbi sığorta müqaviləsinin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

15-13.3. İcbari tibbi sığorta müqaviləsi üzrə sığorta təminatı Azərbaycan Respublikasının
ərazisində qüvvədədir.

15-13.4. İşçinin əmək müqaviləsinə xitam verildiyi hallarda, əmək müqaviləsinə xitam verildiyi
tarixdən 1 (bir) ay müddət ərzində həmin şəxsin sığortaolunan statusu saxlanılır.

Maddə 15-14. Sığorta limiti

Xidmətlər zərfində nəzərdə tutulduğu təqdirdə, icbari tibbi sığorta müqaviləsinin qüvvədə olduğu
müddət ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sığorta
hadisələrinə görə verdiyi sığorta təminatının ümumi say həddi sığorta limitindən yuxarı ola
bilməz.

Maddə 15-15. İcbari tibbi sığorta üzrə sığorta ödənişi

15-15.1. Xidmətlər zərfinin baza hissəsində nəzərdə tutulmuş ilkin səhiyyə xidməti üzrə sığorta
ödənişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş qaydada tibbi ərazi bölməsinə təhkim olunmuş şəxslərin sayına əsasən ödənilir.
15-15.2. Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə tibbi xidmət göstərən tibbi ərazi
bölməsinə təhkim olunma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilir.

15-15.3. Xidmətlər zərfinin əlavə hissəsi üzrə sığortaolunanlara tibbi xidmətlərin göstərilməsi
üzrə ödənişlər xidmətlər zərfinə və tariflərinə uyğun olaraq tibbi xidmətlərin maliyyələşdirilməsi
haqqında müqavilədə qeyd olunmuş həcmdə ödənilir.

15-15.4. Sığorta ödənişlərinin həyata keçirilməsi şərtləri bu Qanunun 15-19-cu maddəsində


nəzərdə tutulan müqavilə ilə müəyyən edilir.

Maddə 15-16. İcbari tibbi sığorta üzrə sığorta ödənişindən imtinanın əsasları

15-16.0. İcbari tibbi sığorta müqaviləsi üzrə aşağıdakı hallarda müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) sığorta ödənişinin verilməsindən imtina edir:

15-16.0.1. xidmətlər zərfinə daxil olmayan tibbi xidmətlərin göstərilməsi ilə bağlı olduqda;

15-16.0.2. tələb mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda;

15-16.0.3. sığortaolunanın özü tərəfindən bilavasitə ödənilməli olduğu halda sığorta haqqının bu
Qanunda nəzərdə tutulan qaydada hər hansı bir hissəsi ödənilməmiş olduğu təqdirdə;

15-16.0.4. sığorta limiti tam olaraq istifadə olunduqda;

15-16.0.5. sığorta müqaviləsinin müddəti bitdikdə.

Maddə 15-17. Xidmətlər zərfinin tətbiqi dairəsi və strukturu

15-17.1. Xidmətlər zərfi ambulator-poliklinika şəraitində göstərilən tibbi xidmətləri və stasionar


şəraitdə göstərilən tibbi xidmətləri əhatə edir.

15-17.2. Xidmətlər zərfinin strukturu aşağıdakı qaydada müəyyənləşdirilir:

15-17.2.1. xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısı;

15-17.2.2. xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin tarifi;

15-17.2.3. azadolma məbləği;

15-17.2.4. sığorta limiti;

15-17.2.5. tibbi xidmətlərin göstərilməsi şərtləri.


15-17.3. Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər
zərfindən çıxarılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) tərəfindən müəyyən edilir.

15-17.4. Xidmətlər zərfi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən təsdiq edilir.

Maddə 15-18. Azadolma məbləği və gözləmə müddəti

15-18.1. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin
icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilməli
hissəsidir.

15-18.2. Azadolma məbləğinin tətbiq edildiyi tibbi xidmətlər müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən xidmətlər zərfi ilə müəyyən edilir.

15-18.3. Gözləmə müddəti sığorta hadisəsi nəticəsində yaranan itkilərin və dəyən zərərin icbari
tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilməsini nəzərdə tutan
müddətdir.

15-18.4. Gözləmə müddətinin tətbiqi qaydası və həmin müddətin şamil olunacağı şəxslərin
kateqoriyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən olunur.

Maddə 15-19. Tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilə

Tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilənin nümunəvi forması müvafiq icra


hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 15-20. Subroqasiya hüququ

15-20.1. Bu Qanunun məqsədləri üçün subroqasiya hüququ sığortaolunan üçün sığorta ödənişi
həyata keçirilmiş olduğu təqdirdə, sığortaolunana dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü
şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişin həyata keçirilməsini təşkil
etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) istifadə etmək
hüququdur.

15-20.2. Xidmətlər zərfinin baza hissəsinin şamil edilmədiyi şəxslərə xidmətlər zərfinin baza
hissəsində nəzərdə tutulan tibbi xidmətlər göstərildikdə, həmin şəxslərin eyni risklərdən
sığortalanmasını nəzərdə tutan digər sığorta müqaviləsinin mövcud olduğu hallarda, icbari tibbi
sığorta üzrə sığorta ödənişini həyata keçirmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) həmin müqavilənin tərəfi olan sığortaçıya qarşı sığorta ödənişi miqdarında
subroqasiya hüququndan istifadə etmək hüququna malikdir.

15-20.3. Xidmətlər zərfinin baza hissəsinin şamil edilmədiyi şəxslərə xidmətlər zərfinin baza
hissəsində nəzərdə tutulan tibbi xidmətlər göstərildikdə, həmin şəxslərin eyni risklərdən
sığortalanmasını nəzərdə tutan digər sığorta müqaviləsinin mövcud olmadığı hallarda, müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tibb təchizatçısı və ya tibbi ərazi
bölməsi tərəfindən göstərilən tibbi xidmətin dəyərini həmin şəxsdən tələb etmək hüququna
malikdir. Xidmətlər zərfinin baza hissəsinin şamil edilmədiyi şəxslərin əhatə dairəsi müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 15-21. İcbari tibbi sığorta fondu

15-21.1. İcbari tibbi sığortanın maliyyə mənbələri icbari tibbi sığorta fondunda cəmləşdirilir və
aşağıdakı məqsədlər üçün istifadə edilir:

15-21.1.1. icbari tibbi sığorta ödənişlərinə;

15-21.1.2. bu Qanunda nəzərdə tutulmuş qaydada ehtiyatların yaradılmasına;

15-21.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) idarəetmə və
fəaliyyət xərclərinin (o cümlədən, saxlanma xərclərinin və işçilərin əməkhaqlarının)
maliyyələşdirilməsinə (icbari tibbi sığorta fondunun gəlirlərinin 2 faizindən artıq olmamaqla).

15-21.2. Bu Qanunun 15-21.1-ci maddəsində nəzərdə tutulan icbari tibbi sığorta fondunun
büdcəsi hər il üçün qanunla təsdiq olunur.

15-21.3. İcbari tibbi sığorta fondunun sərbəst vəsaitləri müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən yerli maliyyə bazarında investisiyaya yönəldilə bilər.
İcbari tibbi sığorta fondunun vəsaitlərinin sərbəst vəsaitlərə aid edilməsi və həmin vəsaitlərlə
investisiya əməliyyatlarının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

15-21.4. İlin sonuna icbari tibbi sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin
xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Maddə 15-22. İcbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması

15-22.1. Sığorta ehtiyatları icbari tibbi sığorta üzrə sığorta ödənişlərinin həyata keçirilməsi üçün
öhdəliklərin məcmusuna uyğun olaraq formalaşdırılır.

15-22.2. Sığorta ehtiyatları makroiqtisadi risk ehtiyatlarına və cari ehtiyatlara bölünür.

15-22.3. Makroiqtisadi risk ehtiyatları icbari tibbi sığortaya makroiqtisadi təsir risklərinin aradan
qaldırılması və ya təsir dərəcəsinin aşağı salınması məqsədilə yaradılır. Makroiqtisadi risk
ehtiyatları icbari tibbi fondunun gəlirlərinin 4 faizi həcmində təşkil edilir.

15-22.4. Cari ehtiyatlar icbari tibbi sığortada cari öhdəliklərin təmin edilməsi məqsədilə
yaradılır. Cari ehtiyatlar icbari tibbi sığorta fondunun gəlirlərinin 6 faizi həcmində təşkil edilir.
15-22.5. Bu Qanunun 15-22.3-cü və 15-22.4-cü maddələrində nəzərdə tutulan ehtiyatlardan
istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.

Maddə 15-23. İcbari tibbi sığorta üzrə tibbi xidmətlərin tarifləri

15-23.1. İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tarifləri müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

15-23.2. İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması
qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilir.

Maddə 15-24. İcbari tibbi sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət

15-24.1. İcbari tibbi sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

15-24.2. İcbari tibbi sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, sığorta haqqı üzrə
yaranmış borcların alınması, icbari tibbi sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin
hesablanması və artıq ödənilmiş sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının
Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

Maddə 15-25. İcbari tibbi sığorta üzrə uçot və hesabat

15-25.1. İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim olunması
qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilir.

15-25.2. Tibb təchizatçısı və ya tibbi ərazi bölməsi tərəfindən icbari tibbi sığorta çərçivəsində
göstərilmiş tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

IV-V fəsil. İcbari tibbi sığorta üzrə göstərilən tibbi xidmətlərə nəzarətin həyata keçirilməsi

Maddə 15-26. Tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarət

15-26.1. İcbari tibbi sığorta çərçivəsində və bu Qanunun 15-19-cu maddəsində nəzərdə tutulan
müqavilənin şərtlərinə uyğun olaraq göstərilən tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə
və şərtlərinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən həyata keçirilir.

15-26.2. İcbari tibbi sığorta çərçivəsində və bu Qanunun 15-19-cu maddəsində nəzərdə tutulan
müqavilənin şərtlərinə uyğun olaraq göstərilən tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə
və şərtlərinə nəzarət iqtisadi ekspertiza və tibbi xidmətin keyfiyyətinin ekspertizası vasitəsilə
həyata keçirilir.
15-26.3. İqtisadi ekspertiza göstərilmiş tibbi xidmətin müddətlərinin və həcminin, o cümlədən
tibb təchizatçısı və ya tibbi ərazi bölməsi tərəfindən hesablanmış sığorta ödənişi məbləğinin tibbi
xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilənin şərtlərinə, ilkin tibbi sənədlərə və tibb
təchizatçısının və ya tibbi ərazi bölməsinin hesabat sənədlərinə uyğunluğunu müəyyən edir.
İqtisadi ekspertizanın aparılması və nəticələrinin rəsmiləşdirilməsi qaydası, habelə ekspertizanı
aparan ekspertlərə dair tələblər, ilkin tibbi sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

15-26.4. Tibbi xidmətin keyfiyyətinin ekspertizası tibbi xidmətlərin vaxtında göstərilib


göstərilməməsinin, o cümlədən profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarının
düzgün seçilib-seçilməməsinin, habelə tibbi xidmətin göstərilməsi zamanı yol verilən
pozuntuların aşkar edilməsi məqsədilə aparılır. Tibbi xidmətin keyfiyyətinin ekspertizasının
aparılması və nəticələrinin rəsmiləşdirilməsi qaydası, habelə ekspertizanı aparan ekspertlərə dair
tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilir.

Maddə 15-27. İcbari tibbi sığorta üzrə məlumat bazası

15-27.1. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların elektron qaydada həyata
keçirilməsinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) tərəfindən icbari tibbi sığorta üzrə məlumat bazası (elektron informasiya ehtiyatı)
yaradılır.

15-27.2. İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının)
formalaşdırılması və istifadə qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya
ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısı, həmin
məlumatlara buraxılış dərəcəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilir.

Maddə 15-28. İcbari tibbi sığorta üzrə göndəriş sisteminin tətbiqi

15-28.1. Sığortaolunanların xidmətlər zərfinin əlavə hissəsi çərçivəsində ambulator-poliklinika


müəssisələrində göstərilən tibbi xidmətlərdən, habelə laborator, instrumental müayinələrdən
istifadəsinə ilkin səhiyyə xidmətlərini göstərən tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin
göndərişinə əsasən yol verilir.

15-28.2. Sığortaolunanların xidmətlər zərfinin əlavə hissəsi çərçivəsində stasionar tibbi


xidmətlərdən istifadəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən tibb
təchizatçısının və ya tibbi ərazi bölməsinin, habelə ambulator-poliklinika müəssisəsinin
göndərişinə əsasən yol verilir.

15-28.3. İlkin səhiyyə xidmətinə müraciət etmədən birbaşa ambulator-poliklinika müəssisəsinə


və ya laborator, instrumental, habelə stasionar tibbi xidmətlərdən istifadə edildikdə sığortaolunan
tibb təchizatçısına və ya tibbi ərazi bölməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə xidmət haqqı ödəməlidir.
Maddə 15-29. Növbəlilik rejimi

15-29.1. Xidmətlər zərfində nəzərdə tutulduğu təqdirdə, xidmətlər zərfinin əlavə hissəsinə daxil
olan tibbi xidmətlərdən istifadə edilməsi növbəlilik rejimi əsasında həyata keçirilir.

15-29.2. Bu Qanunun 15-29.1-ci maddəsində nəzərdə tutulan növbəlilik rejiminin tətbiqi qaydası
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;

1.18. 16-cı maddə üzrə:

1.18.1. birinci – beşinci hissələr müvafiq olaraq 16.1-ci – 16.5-ci maddələr hesab edilsin;

1.18.2. 16.2-ci maddədə “müəssisəsi” sözü “təchizatçısı” sözü ilə əvəz edilsin, “tibbi sığorta”
sözlərindən əvvəl “könüllü” sözü əlavə edilsin;

1.18.3. 16.3-cü maddədə “müəssisələri” sözü “təchizatçıları” sözü ilə əvəz edilsin və hər iki
halda “tibbi sığorta” sözlərindən əvvəl “könüllü” sözü əlavə edilsin, “tibbi sığorta təşkilatı”
sözləri “sığortaçı” sözü ilə əvəz edilsin;

1.18.4. 16.4-cü maddədə “Tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə tibbi
sığorta təşkilatı” sözləri “Könüllü tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə
sığortaçı” sözləri ilə əvəz edilsin;

1.19. aşağıdakı məzmunda 16-1 – 16-3-cü maddələr əlavə edilsin:

“Maddə 16-1. Sənədlərin saxlanması qaydası və müddəti

16-1.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), tibb təchizatçıları və
tibbi ərazi bölmələri sığorta statistikasını, sənədlərin uçotunu aparmalı və sənədlərin
saxlanmasını təmin etməlidirlər.

16-1.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), tibb təchizatçıları və
tibbi ərazi bölmələri tərəfindən həyata keçirilən sığorta əməliyyatlarına dair sənədləri, habelə
belə əməliyyatlar üzrə elektron daşıyıcılarda olan məlumatları müvafiq hüquq münasibətlərinə
xitam verildikdən sonra ən azı beş il müddətində saxlamalıdırlar.

Maddə 16-2. İcbari tibbi sığortanın və dövlət proqramlarının qarşılıqlı əlaqəsi

Dövlət proqramları vasitəsilə maliyyələşən tibbi xidmət növlərinə icbari tibbi sığorta şamil
edilmir.

Maddə 16-3. Cərimələrin və faizlərin istifadəsi qaydası

Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar


Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən və faizlərdən toplanan vəsaitin 25 faizi müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)
maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan
istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən olunur.”.

Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il.

You might also like