Nazir Oqtay Şirəliyev TSEK-ə Forma - 88 Göndərilməsini Qadağan Edib - Manevr - Az

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 4

Nazir Oqtay Şirəliyev TSEK-ə forma -88

göndərilməsini qadağan edib?


Tarix: 18-11-2019 15:12     Baxış: 41 860 A- / A+
7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərovanın növbəti özbaşınalığı

Səhiyyə müəssisələrinin “piştaxta bazarı”na çevrilməsi, az qala adi sidik-qan analizi verməyə
xaricə üz tutulması bu günün mövzusu deyil. Bu “bazar”da poliklinikaların özəl özbaşınalıq,
korrupsiya payı lap çoxdandandan gündəmdədir.

ödənişli arayış verməkdən özgə bir funksiyası da
Faktiki olaraq poliklinikaların ayrı-ayrı məqsədlər üçün
yoxdur . Ödənişin məbləği isə 5 manatdan 5 min manata kimi dəyişir. Bəli, ƏƏSMN yanında Tibbi Sosial
Ekspertiza Mərkəzinə (TSEK) əlilliyin müəyyən edilməsinə “forma -88” arayışının göndərilməsi bəzən 5
min manatdan da baha başa gəlir. ..

7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərovanın 3 ildir ağır ürək-tənəffüs çatmazlığı, şəkərli diabet
,vərəm xəstəsi olan yataq xəstəsinin (Bədəlov Zahid Xanmalı oğlu ) arayışını ƏƏSMN yanında TSEK-ə
göndərməkdən imtinasına Ombudsmandan tutmuş bütün dövlət qurumları, hüquq mühafizə orqanları və
4-cü hakimiyyət-media reaksiya verib. Di gəl, hələ də xəstənin sənədləri ƏƏSMN -ə göndərilmir. Baş
həkim Ombudsmana, dayısının evində 30 ildir qeydiyyatda olan xəstənin “ qonaq “ kimi poliklinikada
uçota götürüldüyü, Xətai prokurorluğuna yataqdan arayış almağa gəlmədiyi nağılını uydurub və hər iki
qurumu nağılına necə inandırıbsa, hələ də tibb müəssisəsinin həkimin uçotunda olan xəstəyə xidmətdən
imtinasına hüquqi qiymət verilməsi bir yana, heç “forma -88” -in ƏƏSMN -ə göndərilməsi də təmin
olunmur! (?). Onu da vurğulayaq ki, Səhiyyə Nazirliyinin özü bir neçə dəfə müvafiq tibbi rəy hazırlayıb
Bakı Baş Səhiyyə İdarəsiniə (BBSİ) xəstənin sənədlərini ƏƏSMN -ə göndərməyə göstəriş versə də, BBSİ
rəisi Nelli Veysova və 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərova rəhbərliyin göstərişlərini heçə
sayıblar.

Bu günlərdə 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərovanın “forma-88” üzrə “ daha bir özbaşınalığı
üzə çıxıb. 1992-ci ildən 1999-cu ilə kimi 7 il hərbi xidmət əlili olan İlham Ağa-Hüseyn oğlu Ağayevin
əlilliyinin bərpası üçün bu ilin iyulunda və sentyabrında iki dəfə 88 saylı arayış ƏƏSMN yanında TSEK-ə
göndərilsə də , heç bir əsas olmadan imtina edilib ki, xəstənin müalicəyə ehtiyacı var. Qohumlarının
köməyi ilə ƏƏSMN yanında TSEK-ə aparılan xəstənin əyani ekspertizası ona əlillik dərəcəsinin təyin
edilməsinə əsas verdiyindən, 3-cü dəfə poliklinikadan göndəriş verilməsinin vacibliyini vurğulayıblar. Di
gəl, 3 aydır baş həkim Şəlalə Səfərova “daş atıb , başını tutur” ki, Səhiyyə Nazirliyi ,şəxsən nazir Oqtay
Şirəliyev 3-cü dəfə “forma-88” arayışının verilməsini qadağan edib! ? Nə ƏƏSMN -in tövsiyəsini, nə
xəstənin ağır durumunu vecinə alan baş həkim Şəlalə Səfərovanı , görəsən, özbaşınalıqdan kim, hansı
hipokrit sığortalayıb? 7 il hərbi xidmət əlili olan İlham Ağayev 1999-cu ildə dolanışıq ucbatından Rusiyada
yaşayan qardaşımın yanına gedib və gəlib -qayıtmaq olduqca böyük xərc tələb etdiyindən növbəti 3 ilin
“əlillik testi”ndən keçməməsi nədəni ilə əlilliyi ləğv olunub. İndi isə ƏƏSMN yanında TSEK əlilliyi bərpa
etməkdə problem olmadığını bildirib, di gəl yeganə problem 7 saylı poliklinika və baş həkimi Şəlalə
Səfərovanın özbaşınalığındadır. Ağır qapalı kəllə-beyin travması, asteno-nevrotik sindrom, tez-tez (8-9
dəfə ) təkrarlanan generalizə olunmuş tonik -klonik epileptiform -ürəkgetmə tutmaları , astenik labil
ensefalopatiya.... Diaqnozun özü elə vərəqin yarısını tutur və NK-nın “Əlilliyin müəyyən edilməsi
meyarlarına dair” Əsasnaməsinin tələbinə uyğun olaraq hətta 1-ci dərəcəli əlillik təyin edilməsi üçün
əsasdır.

Tibb və sosial ekspertiza həkim-ekspertləri nə NK qərarını tanıyır , nə də əsasnamə. Tanınan arayışa


görə alınan qanunsuz ödənişdir. O da hamıya nəsib olmur. Ödəniş ala bilməyən həkim-ekspertlər
nazirdən tutmuş baş nazirə kimi “forma -88” verilməsinə qadağa qoymalarınaa əsaslanırlar.

Görəsən, “qadağa (əsasnaməsi)” haçağ götürüləcək?

Məğrur Bədəlsoy

You might also like