Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 7

09.08.

2022, 16:05 “Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatların verilməsi üzrə inzibati reqlament”in təs…

 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 
 
 
AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ KO
Aktın növü
QƏRARI
Qəbul edildiyi tarix 18.01.2017
Qeydiyyat nömrəsi 1
“Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatların verilmə
Adı
reqlament”in təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə  
Qüvvəyə minmə tarixi 31.01.2017
Azərbaycan Respublikasının 220.010.000
Vahid hüquqi təsnifatı üzrə
indeks kodu
Hüquqi Aktların Dövlət 15201701180001
Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların 30.01.2017
Dövlət Reyestrinə daxil edildiyi
tarix
 
 
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər
göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli
Fərmanının 2-1-ci hissəsinə və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndinə əsasən Azərbaycan
[1]
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası
 
qərara alır:
 
1. “Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatların verilməsi üzrə inzibati reqlament” təsdiq
edilsin (əlavə olunur).
2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul
edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə
Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının İnformasiya texnologiyaları şöbəsinə (E.Məcidov), Əlillərin sosial
müdafiəsi siyasəti şöbəsinə (S.Abdullayev) və Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (İ.Qurbanov)
tapşırılsın ki, bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsinlər.
4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Ümumi şöbəsinə (L.Abdullayeva) tapşırılsın ki, bu Qərarın surətinin
çoxaldılaraq Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.
5. Qərarın icrasına nəzarət nazir müavini N.Məmmədova həvalə edilsin.
 
Kollegiyanın sədri                                                                          Səlim Müslümov
 
 

  Azərbaycan Respublikasının Əmək və Əhalinin


Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
2017-ci il 18 yanvar tarixli 1 nömrəli qərarı
ilə təsdiq edilmişdir
 
Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatların verilməsi üzrə inzibati reqlament
 
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı: Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatların verilməsi.
1.2. Elektron xidmətin məzmunu:
Bu elektron xidmət istifadəçinin özü ilə bağlı elektron informasiya sisteminə daxil edilmiş tibbi-sosial ekspert komissiyaları
tərəfindən keçirilmiş müayinə barədə məlumatların əldə edilməsini nəzərdə tutur.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

https://e-qanun.az/framework/34751# 1/7
09.08.2022, 16:05 “Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatların verilməsi üzrə inzibati reqlament”in təs…

1.3.1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında
Əsasnamə”nin 3.1.2-ci yarımbəndi;
1.3.2. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər
göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli
[2]
Fərmanının 2-1-ci hissəsi;
1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra
hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin
Siyahısı”nın 9.15-ci bəndi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial
ekspert komissiyaları haqqında” Əsasnamənin 3.1.1-ci və 3.1.3-cü yarımbəndləri, 4.16-cı bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti tələb olunan məlumatların informasiya sistemində emalı
müddətindən asılıdır.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Bu elektron xidmət vasitəsilə İstifadəçi tibbi-sosial ekspert komissiyaları
tərəfindən keçirilmiş əlilliyin qiymətləndirilməsi barədə məlumatları bu sistemdən əldə edir.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: İnteraktiv
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz
2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri: https://www.e-mlspp.gov.az; https://www.e-eesmn.gov.az; https://www.e-gov.az;
https://www.dxr.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. İnternet ünvanı: https://www.e-mlspp.gov.az; https://www.e-eesmn.gov.az; https:// www. e-gov.az;
http://www.mlspp.gov.az; http://www.eesmn.gov.az.
2.5.2. Elektron poçt: info@mlspp.gov.az ;
2.5.3. Telefon: 142
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətdən istifadə
etmək üçün sənəd tələb olunmur.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati proseduralar
3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.2.1. Sorğunun formalaşdırılması: Elektron xidmətdən istifadə üçün istifadəçi https://www.e-mlspp.gov.az, https://www.e-
eesmn.gov.az, https://www.e-gov.az, https://www.dxr.az internet ünvanlarından birinə daxil olur, portalın mövcud autentifikasiya
vasitələrindən istifadə etməklə “Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatların verilməsi”
elektron xidmətini seçir və əlilliyin qiymətləndirilməsi barədə məlumatları bu sistemdən real vaxt rejimində əldə edir.
3.2.2. Sorğunun qəbulu: İstifadəçi bu Reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulan prosedurlara uyğun xidmətə keçdikdə
elektron informasiya sistemi tərəfindən sorğu qəbul olunur.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi bu Reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulan
prosedurları keçmədikdə və ya səhv keçdikdə sorğu qəbul olunmur.
3.3.2. Sorğunun qəbulu: İstifadəçi bu Reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulan prosedurları düzgün keçdikdə sorğu
qəbul olunur.
3.4. Sorğunun icrası:
3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
3.4.1.1. Elektron xidmət tam avtomatlaşdırıldığından hər hansı inzibati əməliyyat mövcud deyil.
3.4.1.2. Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsuliyyət
daşıyır.
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti: Proses
istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun elektron informasiya sistemində emalı müddətindən asılıdır.
3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.
3.4.4. Hər bir inzibati prosedurun nəticəsi: Bu elektron xidmət vasitəsilə istifadəçiyə özü ilə bağlı elektron informasiya sisteminə
daxil edilmiş tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatlar (Əlavə
1) təqdim olunur.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.5.1. Nəzarətin forması: Elektron xidmətin işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən gündəlik nəzarətdə saxlanılır.
3.5.2. Nəzarətin qaydası:
3.5.2.1. Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi proqram təminatı vasitəsilə yoxlanılır, daxil olan
müraciətlərin təhlili nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, müraciətlərin tamlığı
və cavabların verilmə sürətinə dair, eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar elektron
informasiya sisteminin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.
3.5.2.2. Bu elektron xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən həyata keçirilir. Bu prosesdə yaranan texniki anlaşılmazlıqların aradan qaldırılması Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının İnformasiya texnologiyaları şöbəsi tərəfindən təmin edilir.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

https://e-qanun.az/framework/34751# 2/7
09.08.2022, 16:05 “Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatların verilməsi üzrə inzibati reqlament”in təs…

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı inzibati qaydada və məhkəməyə
şikayət edə bilər.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati qaydada verilən şikayət ərizəsi
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun 6-cı
maddəsinə, məhkəmə qaydasında verilən şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45-ci və 46-cı
maddələrinə uyğun olmalıdır.
3.6.3. Şikayətin baxılma müddəti: İnzibati qaydada verilən şikayətə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tələbləri nəzərə alınmaqla ən geci 15 iş günü, əlavə
öyrənilməsi və yoxlanılması tələb olunduğu halda ən geci 30 iş günü müddətində baxılır. Məhkəmə qaydasında verilən şikayətə
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
 

 
  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi Kollegiyasının 2017-ci il 18 yanvar tarixli 1 nömrəli
qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları
tərəfindən keçirilmiş müayinə barədə məlumatların verilməsi üzrə
inzibati reqlament”ə 1 nömrəli Əlavə
 
 

TİBBİ-SOSİAL EKSPERTİZA QİYMƏTLƏNDİRİLMƏSİ BARƏDƏ

                                                                             M Ə L U M A T
            Çıxarışın nömrəsi:                                                                                                                                                                                                        

Əlilliyi qiymətləndirilən şəxs barədə məlumat

            Şəkil Soyadı:     Adı:                                               Atasının adı:


Cinsi:
Vətəndaşlığı:
Şəxsiyyətini təsdiq edən sənədin

adı: seriyası və nömrəsi:

                verildiyi tarix: sənədi verən orqanın adı:

 FİN:
      Doğum tarixi:
      Qeydiyyatda olduğu ünvanı:

Əlaqə telefonu:               (Ev)         


(Mobil)

Qiymətləndirilmə barədə məlumat

İlkin və ya təkrar olması barədə məlumat:

Əlillik qrupu:

Səbəb:

Qiymətləndirilmə tarixi: 

Növbəti qiymətləndirilmə

tarixi:

Əmək qabiliyyətinin itirilməsi:

TSEK-in diaqnozu: 

Əlilliyin müəyyən olunması meyarı: 


Əmək zəmanəti barədə:

Təyinatın tarixi:

Tibbi-sosial yardım və reabilitasiya vasitələri:

* Ştrix kodlar arayışın sistem nömrəsini əks etdirir

Elektron sənədin doğruluğunu www.e-gov.az portalında  Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın

verilməsi  xidməti vasitəsi ilə yoxlaya bilərsiz

 
 
 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

https://e-qanun.az/framework/34751# 3/7
09.08.2022, 16:05 “Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatların verilməsi üzrə inzibati reqlament”in təs…

 
1.            26 sentyabr 2017-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların
Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il)
 
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
 

[1]
26 sentyabr 2017-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların
Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il) ilə Qərarın preambulasında
“Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.
 
[2]
26 sentyabr 2017-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların
Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il) ilə “Tibbi-sosial ekspert
komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatların verilməsi üzrə inzibati reqlament”in 1.3.2-ci yarımbəndində “Dövlət orqanlarının” sözlərindən
sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.
 
 
AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ KO
Aktın növü
QƏRARI
Qəbul edildiyi tarix 18.01.2017
Qeydiyyat nömrəsi 1
“Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatların verilmə
Adı
reqlament”in təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə  
Qüvvəyə minmə tarixi 31.01.2017
Azərbaycan Respublikasının 220.010.000
Vahid hüquqi təsnifatı üzrə
indeks kodu
Hüquqi Aktların Dövlət 15201701180001
Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların 30.01.2017
Dövlət Reyestrinə daxil edildiyi
tarix
 
 
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər
göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli
Fərmanının 2-1-ci hissəsinə və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndinə əsasən Azərbaycan
[1]
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası
 
qərara alır:
 
1. “Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatların verilməsi üzrə inzibati reqlament” təsdiq
edilsin (əlavə olunur).
2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul
edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə
Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının İnformasiya texnologiyaları şöbəsinə (E.Məcidov), Əlillərin sosial
müdafiəsi siyasəti şöbəsinə (S.Abdullayev) və Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (İ.Qurbanov)
tapşırılsın ki, bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsinlər.
4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Ümumi şöbəsinə (L.Abdullayeva) tapşırılsın ki, bu Qərarın surətinin
çoxaldılaraq Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.
5. Qərarın icrasına nəzarət nazir müavini N.Məmmədova həvalə edilsin.
 
Kollegiyanın sədri                                                                          Səlim Müslümov
 
 

  Azərbaycan Respublikasının Əmək və Əhalinin


Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
2017-ci il 18 yanvar tarixli 1 nömrəli qərarı
ilə təsdiq edilmişdir
 
Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatların verilməsi üzrə inzibati reqlament
 
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı: Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatların verilməsi.

https://e-qanun.az/framework/34751# 4/7
09.08.2022, 16:05 “Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatların verilməsi üzrə inzibati reqlament”in təs…

1.2. Elektron xidmətin məzmunu:


Bu elektron xidmət istifadəçinin özü ilə bağlı elektron informasiya sisteminə daxil edilmiş tibbi-sosial ekspert komissiyaları
tərəfindən keçirilmiş müayinə barədə məlumatların əldə edilməsini nəzərdə tutur.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında
Əsasnamə”nin 3.1.2-ci yarımbəndi;
1.3.2. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər
göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli
[2]
Fərmanının 2-1-ci hissəsi;
1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra
hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin
Siyahısı”nın 9.15-ci bəndi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial
ekspert komissiyaları haqqında” Əsasnamənin 3.1.1-ci və 3.1.3-cü yarımbəndləri, 4.16-cı bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti tələb olunan məlumatların informasiya sistemində emalı
müddətindən asılıdır.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Bu elektron xidmət vasitəsilə İstifadəçi tibbi-sosial ekspert komissiyaları
tərəfindən keçirilmiş əlilliyin qiymətləndirilməsi barədə məlumatları bu sistemdən əldə edir.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: İnteraktiv
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz
2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri: https://www.e-mlspp.gov.az; https://www.e-eesmn.gov.az; https://www.e-gov.az;
https://www.dxr.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. İnternet ünvanı: https://www.e-mlspp.gov.az; https://www.e-eesmn.gov.az; https:// www. e-gov.az;
http://www.mlspp.gov.az; http://www.eesmn.gov.az.
2.5.2. Elektron poçt: info@mlspp.gov.az ;
2.5.3. Telefon: 142
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətdən istifadə
etmək üçün sənəd tələb olunmur.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati proseduralar
3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.2.1. Sorğunun formalaşdırılması: Elektron xidmətdən istifadə üçün istifadəçi https://www.e-mlspp.gov.az, https://www.e-
eesmn.gov.az, https://www.e-gov.az, https://www.dxr.az internet ünvanlarından birinə daxil olur, portalın mövcud autentifikasiya
vasitələrindən istifadə etməklə “Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatların verilməsi”
elektron xidmətini seçir və əlilliyin qiymətləndirilməsi barədə məlumatları bu sistemdən real vaxt rejimində əldə edir.
3.2.2. Sorğunun qəbulu: İstifadəçi bu Reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulan prosedurlara uyğun xidmətə keçdikdə
elektron informasiya sistemi tərəfindən sorğu qəbul olunur.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi bu Reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulan
prosedurları keçmədikdə və ya səhv keçdikdə sorğu qəbul olunmur.
3.3.2. Sorğunun qəbulu: İstifadəçi bu Reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulan prosedurları düzgün keçdikdə sorğu
qəbul olunur.
3.4. Sorğunun icrası:
3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
3.4.1.1. Elektron xidmət tam avtomatlaşdırıldığından hər hansı inzibati əməliyyat mövcud deyil.
3.4.1.2. Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsuliyyət
daşıyır.
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti: Proses
istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun elektron informasiya sistemində emalı müddətindən asılıdır.
3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.
3.4.4. Hər bir inzibati prosedurun nəticəsi: Bu elektron xidmət vasitəsilə istifadəçiyə özü ilə bağlı elektron informasiya sisteminə
daxil edilmiş tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatlar (Əlavə
1) təqdim olunur.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.5.1. Nəzarətin forması: Elektron xidmətin işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən gündəlik nəzarətdə saxlanılır.
3.5.2. Nəzarətin qaydası:
3.5.2.1. Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi proqram təminatı vasitəsilə yoxlanılır, daxil olan
müraciətlərin təhlili nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, müraciətlərin tamlığı
və cavabların verilmə sürətinə dair, eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar elektron
informasiya sisteminin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

https://e-qanun.az/framework/34751# 5/7
09.08.2022, 16:05 “Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatların verilməsi üzrə inzibati reqlament”in təs…

3.5.2.2. Bu elektron xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən həyata keçirilir. Bu prosesdə yaranan texniki anlaşılmazlıqların aradan qaldırılması Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının İnformasiya texnologiyaları şöbəsi tərəfindən təmin edilir.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı inzibati qaydada və məhkəməyə
şikayət edə bilər.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati qaydada verilən şikayət ərizəsi
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun 6-cı
maddəsinə, məhkəmə qaydasında verilən şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45-ci və 46-cı
maddələrinə uyğun olmalıdır.
3.6.3. Şikayətin baxılma müddəti: İnzibati qaydada verilən şikayətə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tələbləri nəzərə alınmaqla ən geci 15 iş günü, əlavə
öyrənilməsi və yoxlanılması tələb olunduğu halda ən geci 30 iş günü müddətində baxılır. Məhkəmə qaydasında verilən şikayətə
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
 

 
  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi Kollegiyasının 2017-ci il 18 yanvar tarixli 1 nömrəli
qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları
tərəfindən keçirilmiş müayinə barədə məlumatların verilməsi üzrə
inzibati reqlament”ə 1 nömrəli Əlavə
 
 

TİBBİ-SOSİAL EKSPERTİZA QİYMƏTLƏNDİRİLMƏSİ BARƏDƏ

                                                                             M Ə L U M A T
            Çıxarışın nömrəsi:                                                                                                                                                                                                        

Əlilliyi qiymətləndirilən şəxs barədə məlumat

            Şəkil Soyadı:     Adı:                                               Atasının adı:


Cinsi:
Vətəndaşlığı:
Şəxsiyyətini təsdiq edən sənədin

adı: seriyası və nömrəsi:

                verildiyi tarix: sənədi verən orqanın adı:

 FİN:
      Doğum tarixi:
      Qeydiyyatda olduğu ünvanı:

Əlaqə telefonu:               (Ev)         


(Mobil)

Qiymətləndirilmə barədə məlumat

İlkin və ya təkrar olması barədə məlumat:

Əlillik qrupu:

Səbəb:

Qiymətləndirilmə tarixi: 

Növbəti qiymətləndirilmə

tarixi:

Əmək qabiliyyətinin itirilməsi:

TSEK-in diaqnozu: 

Əlilliyin müəyyən olunması meyarı: 


Əmək zəmanəti barədə:

Təyinatın tarixi:

Tibbi-sosial yardım və reabilitasiya vasitələri:

* Ştrix kodlar arayışın sistem nömrəsini əks etdirir

Elektron sənədin doğruluğunu www.e-gov.az portalında  Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın

verilməsi  xidməti vasitəsi ilə yoxlaya bilərsiz

https://e-qanun.az/framework/34751# 6/7
09.08.2022, 16:05 “Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatların verilməsi üzrə inzibati reqlament”in təs…

 
 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI


 
1.            26 sentyabr 2017-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların
Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il)
 
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
 

https://e-qanun.az/framework/34751# 7/7

You might also like