Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 10

Modal Verbs

Modal feillər hərəkət deyil hərəkətə münasibət bildirirlər.


Modal feillər aşağıdakılardır:
Can, could, to be able to, must, have /has to, should, may ,
might, ought to, need, dare, to be supposed to, to be allowed
to, had better
Modal fellər üçün xarekterik xüsusiyyətlər :
Cümlədə heç vaxt tək işlənmirlər, modal feillərdən sonra
əsas feil adi formada olmalıdır (to be able to/have to/has
to/had to/ought to istisna olmaqla)
Modal fellərin inkar və sual formaları do/did köməkçi felləri
vasitəsi ilə deyil,onların özləri vasitəsilə düzəlir
(have/has/had to istisna olmaqla)
Modal fellər 3-cü şəxsin təkində s/es sonluqlarını qəbul
etmirlər
Can /Could
Can – bilmək, bacarmaq kimi dilimizə tərcümə olunur.
Can- indiki zamanda, could isə keçmiş zamanda işlənir.
Can/ could- dan sonra to –suz feil gəlir.
Can/could sual və inkar formasını özü düzəldə bilir.
Təsdiq: She can ride a bike – O velosiped sürməyi bacarır
Sual : Can she ride a bike? – O velosiped sürməyi bacarır?
İnkar: She cant ride a bike – O velosiped sürməyi bilmir.
Can/ could sual cümlələrində xahiş, istək bildirə bilir.
Could –daha mədəni formada işlənir.
Can you help me ? –Mənə kömək edə bilərsən?
Could you help me , please?- Zəhmət olmasa, mənə kömək
edə bilərsiniz?
Keçmişdə Can/Could sadəcə ehtimal və bacarıq anlamında
istifadə edilir və təsdiqdə Could + Have + V3 ilə istifadə
edilir ancaq inkarda Can də istifadə edilir : He could have
been here half an hour ago - 1 saat əvvəl burada ola bilərdi
To be able to
To be able to- bilmək, bacarmaq mənasında işlənir.
To be able + to olmalıdır.
Can /could –dan fərqli olaraq to be able to bütün zaman
formalarında işlənə bilir.
İndiki : I am able to swim Gələcək: I shall be able to swim
Keçmiş: I was able to swim Bitmiş: I have been able to swim
To be able to sual və inkar formasını özü düzəldə bilir.
Təsdiq: She is able to ride a bike
Sual : is she able to ride a bike?
İnkar: She isnt able to ride a bike
Must
Must- malı, məli kimi dilimizə tərcümə olunur. Must –
vaciblik, məcburiyyət bildirir.
Must – indiki zamanda işlənir.
Must-dan sonra adi formada to-suz feil gəlməlidir.
Must öz sual və inkar formasını düzəldə bilir.
Təsdiq: She must read all books- O bütün kitabları
oxumalıdır.
Sual : Must she read all books- - O bütün kitabları
oxumalıdır?
İnkar: She must not read all books- O bütün kitabları
oxumamalıdır.
Must feilinin keçmiş zaman forması had to –dur.
Have / Has to
Have / has to – malı, məli deməkdir. Vaciblik bildirir. Must
–modal feilinin sinonimdir.
Have /has+ to olmalıdır.
Have / has to bütü zaman formalarında işlənə bilir:
İndiki: have /has to Gələcək: will have to
Keçmiş: had to Bitmiş: have had to/ had had to
Have/ has to- sual və inkar formasını öz düzəldə bilmir:
Indiki zamanda do/does –dan, keçmiş zamanda did, gələcək
zamanda will köməkçi feillərindən istifadə olunur.
Təsdiq : I have to tell him everything- Mən ona hər şeyi
deməliyəm.
Sual: Do I have to tell him everything?- Mən ona hər şeyi
deməliyəm?
İnkar: I dont have to tell him everything- Mən ona hər şeyi
deməyimə gərək yoxdur.
Should
Should- malı, məli deməkdir. Must/have to kimi vaciblik
bildirir, lakin bu vaciblik məsləhət xarakterlidir.
Should-dan sonra to-suz adi formada olan feil gəlməlidir.
Should –sual və inkarını özü düzəldə bilir.
Təsdiq : You should check it again- Sən onu yenidən
yoxlamalısan
Sual: Should you check it again?- Sən onu yenidən
yoxlamalısan?
İnkar: You shouldnt check it again – Sən onu yenidən
yoxlamamalısan.

May/might
May- modal feili dilimizə “ola bilsin ki, bəlkə” kimi tərcümə
olunur. May –modal feili icazə, mümkünlük, ehtimal
bildirir.
May- indiki zamanda işlənir.
Might- may keçmiş zaman formasıdır.
May /Might sual və inkar formasını özü düzəldə bilir.
Təsdiqdə : He may take the next train- O sonrakı qatara
minə bilər.
Sual: May I smoke here?- Burada siqaret çəkə bilərəm?
İnkar: You may not smoke here- Sən burada siqaret çekə
bilməzsən.
Hər iki modal feildən sonra to- suz feil gəlir.
Ehtimal :
Might ən az ehtimal olan vəziyyətlərdə istifadə edilir.
May isə 50% ehtimallı vəziyyətlərdə işlənir. Bu mənada
May təsdiq cümləsində can/could ilə eynilik təşkil edir.
Xahiş,İstək:
May və Might rəsmiyyət mənasında icazə,xahiş,istək
mənasında istifadə edilir.Might isə daha rəsmi bir üslubda
işlənir. May sual cümlələrində I və We ilə işlənir,amma
cavab verəndə və ya inkarda You ilə də işlənə bilər.

Ought to
Ought to – should modal feili ilə sinonimdir.
Ought to – məsləhət bildirir. Ought to Should-dan fərqli
olaraq to- ilə işlənir.
Ought+ to olmalıdır.
Ought to öz sual və inkarını özü düzəldə bilir.
Təsdiq: I ought to congratulate him- Mən gərək onu təbrik
edim.
Sual : Ought I to congratulate him?- mən onu təbrik
edimmi?
İnkar: You ought not to stay late- Gec qalmamalısan.
Need
Need- həm əsas feil, həm də modal feildir.
Dilimizə ehtiyacı olmaq, gərək kimi tərcümə olunur.
Əsas feili və modal feil kimi fərqləri:
Əsas feil kimi need – dən sonra to-lu feil, ing-li feil, isim,
əvəzlik gələ bilər.
Modal feil kimi need-dən sonra to-suz feil gəlməlidir.
Əsas feil kimi need zamana görə dəyişə bilir, yəni 3cü şəxsin
təkində s-lənə bilir.
She needs a black pen
Modal feil kimi need zamana görə dəyişmir.
She need go to doctor.
Əsas feil kimi need –sual və inkarını düzəldə bilmir.Köməkçi
feillərdən istifadə olunur.
She needs to buy bread She doesn`t need to buy bread
Does she need to buy bread
Modal feil kimi öz sual və inkarını düzəldə bilir.
He needn`t buy it
Need he buy it?
Dare
Dare- həm əsas feil, həm də modal feildir.
Dilimizə cürəti olmaq, cəsarəti olmaq kimi tərcümə olunur.
Əsas feili və modal feil kimi fərqləri:
Əsas feil kimi dare– dən sonra to-lu feil, ing-li feil, isim,
əvəzlik gələ bilər.
Modal feil kimi dare-dən sonra to-suz feil gəlməlidir.
Əsas feil kimi dare zamana görə dəyişə bilir, yəni 3cü şəxsin
təkində s-lənə bilir.
Modal feil kimi dare zamana görə dəyişmir.
Əsas feil kimi dare –sual və inkarını düzəldə bilmir.Köməkçi
feillərdən istifadə olunur.
Modal feil kimi öz sual və inkarını düzəldə bilir.
Təsdiq: She dare say this
Sual: Dare she say this?
İnkar: She dare not say this

Had better
Had better modal feili should modal feili ilə yaxınlıq təşkil
edir.
Had better- modal feilindən sonra to –suz feil gəlir.
İndiki zamandadır(had olmasına baxmayaraq).
Öz sualını inkarını düzəldə bilir.
Bir işin görülməsinin yaxşı olacağını qüvvətli bir xəbərdarlıq
və ya tövsiyə olaraq ifadə etmək üçün istifadə olunur.
Təsdiq: They had better choose cheaper hotel- Onlardaha
ucuz otel seçsələrdi yaxşı olar.
Sual: Had I better phone him?- Ona zəng etsəm yaxşı
olarmı?
İnkar: You had better not phone him.- Sən ona zəng etməsən
yaxşı olar.
*had better not
Had not better
Qeyd:
To be able to = can-bilmək, bacarmaq
To be allowed to =may- icazə verilməsi
To be permitted to=may-icazə verilməsi
Have got to= must/have to –malı, məli
To be obliged to=must/have to- məcbur olmaq
To supposed to- güman etmək
Diqqət olunacaqlar!
1. To-suz feillə işlənənlər:
Can, Could, Should, Must, May, Might, Need,
Dare, Had better
2. To –ilə işlənənlər:
Ought to, Have to, Has to, Had to, To be able to
3. To be able to :
Am /is /are able to am being able to
Was/ were able to have /has been able to
Will be /Shall be able to
4. Have /has/ had to yeganə modal feildir ki, öz
sual və inkarını düzədə bilmir.
Haven’t Have you to go?
Hadn’t Where Had you to come
Düzgün :
Don`t have to go Does she have to visit ?

You might also like