Dil Ünsiyyət Vasitəsi Kimi Insan Həyatında Çox Önəmlidir

You might also like

Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 2

Dil ünsiyyət vasitəsi kimi insan həyatında çox önəmlidir.

Münasibətlərin qurulmasında, insanın


cəmiyyətdə hər hansı bir mövqeyə sahib olmasında, ailədə, dostların çevrəsində, məktəbdə,
universitet auditoriyasında, işdə və iş karyerasının qurulmasında dilin, danışıq qabiliyyətinin
böyük önəmi var. Danışıq sanki insanın vizit kartıdır. İnsan danışarkən, istəsə də, istəməsə də öz
daxilini açmış olur.
 
Psixoloq Nəcəf Allahverdiyevin sözlərinə görə, danışıq qabiliyyətinin önəmli olmasına
baxmayaraq, insanların çoxu digərləri qarşısında danışmağa utanır, hətta qorxu hissi keçirir:
"İnsanların çoxunun qorxu və fobiyaları var. Bu fobiyalar insanda müxtəlif streslər və
komplekslər yaradır".
  
Həmsöhbətimizin dediyinə görə, insanlar arasında onların ən çox nədən qorxduqlarını araşdıran
təhqiqat maraqlı nəticələr verib. Belə ki, siyahıda ölüm qorxusundan tutmuş siçanlardan qorxuya
kimi, hündürlük qorxusundan tutmuş hörümçəklərdən qorxuya kimi verilib. "Qorxular arasında
birinci yeri ölüm qorxusu tutub. Bu da təbiidir. Belə ki, insanların çoxu ömürlərinin sona
yetməyindən qorxurlar. İkinci yeri isə nə qədər qəribə və gözlənilməz olsa da, toplum önündə,
insanlar qarşısında danışmaq qorxusu tutub", - deyən N.Allahverdiyev əlavə edib ki, insan
uşaqlıqdan yiyələndiyi bu qabiliyyəti qarşısında insanların sayı artdıqca, sanki, itirməyə başlayır:
"Onu tər basır, dili topuq vurmağa başlayır, dizləri əsir, həmişə dadına çatan əlləri isə ona kömək
etmək əvəzinə mane olmağa başlayır".
  
Bəzilərinin bu qorxunu hamıdan gizlətdiyini bildirən həmsöhbətimə görə, onlar ömrü boyu bu
qorxu ilə yaşayır: "Bəziləri isə öz gücləri ilə bu qorxuya qələbə çalmağa çalışırlar. Dünyada
çoxlu sayda kitab və məqalə bu qorxunu candan çıxarmağın üsullarını öyrətməyə cəhd edib.
Lakin bu hissi oxumaqla candan çıxarmaq çox çətindir".
  
Mütəxəssis diqqətə çatdırıb ki, əslində bu qorxunun qnoselogiyasında həm psixoloji, həm də
fizioloji faktorlar durur. Psixoloji faktorlar arasında isə əsas amillərdən biri özünə inam amilidir.
Bu amilin insanın inkşafı baxımından çox böyük təsiri var: "Misal üçün, məhşur şirkətlərin
birində şirkət sahibləri işçilərin böyük bir hissəsinin işə çox sönük yanaşmasını müşahidə
ediblər. Söhbət heç də bu işçilərin pis işləməsindən getmirdi, əksinə bu qrup işçi vaxtında işə
gəlir, boyunlarına düşən vəzifəni yerinə yetirirdilər. Lakin digər azsaylı bir qrup da vardı ki,
onlar öz işlərini görməklə yanaşı, həm də işə tam fərqli yanaşırdılar, onlar çox kreativ idilər.
Onların işə çox yaradıcı bir yanaşmaları vardı. Bu səbəbdən də şirkət sahibləri psixoloqlar və
sosioloqlardan ibarət bir alim heyəti dəvət edir ki, bu məsələni aydınlaşdırsınlar. Apardıqları
təhqiqat nəticəsində məlum olur ki, kreativ insanları qeyri-kreativ insanlardan fərqləndirən cəhət
ondan ibarətdir ki, onlar öz kreativliklərinə inanırmışlar. Bir bu amil bəs edir ki, insan kreativ
olsun".
  
Psixoloq qeyd edib ki, təhqiqatın növbəti mərhələsində şirkət sahibləri alimlərdən on nəfər qeyri-
kreativ işçinin kreativ etməsini istəyiblər: "Alimlər bunun da öhdəsindən asanlıqla gəlirlər. Belə
ki, 10 nəfərdən ibarət qrupa treninqlər keçirilir, onların özünə inamları bərpa edilir. Özünə
inamın gücünü başqa bir təcrübə də açıq-aşkar danışır. Təcrübə zamanı xüsusi sinif hazırlanır və
həmin sinifdəki yeni təyin olunan müəllimlərə elan olunur ki, siz məktəbin ən yaxşı
müəllimlərisiniz. Və sizin şagirdləriniz də ən seçilmiş şagirdlərdir. Biz ilin sonunda nəticələri
müqayisə edəcəyik. Bələliklə, bir il keçir və şagirdlər imtahanlarını verirlər. Onların qiymətləri
çox yüksək səviyyəli olur. Təcrübəni keçirən alimlər sonda yenə də həmin sinfin müəlimlərini
toplayır və onlara maraqlı bir faktı açıqlayırlar - siz heç də ən yaxşı müəllimlər deyilsiz, biz
sizləri təsadüfi seçki nəticəsində toplamışdıq və heç şagirdləriniz də yaxşı seçilməyib. Onlar da
təsadüfi seçki nəticəsində müəyyənləşiblər və aralarında həm yaxşı, həm orta, həm də pis
oxuyanlar var. Amma siz müəllimlər, həm özünüzün, həm də şagirdlərin ən yaxşı olmasına
inandıqdan sonra şagirdlər gözəl nəticə əldə edib".
 
Qorxu amilinin fizioloji dayaqlarına gəlincə, N.Allahverdiyev qeyd edib ki, bu, insan
orqanizminin qıcıqlandırıcı amilə qarşı tam adekvat bir reaksiyasıdır: "Yəni, insan hələ qədim
vaxtlardan hər hansı qorxu faktoru ilə üzləşəndə onun daxilində bir həyacan siqnalı yaranır və bu
siqnal insan bədənində böyrəküstü vəzilərdən adrenalinin ifrazı ilə nəticələnir. Öz-özlüyündə bu
proses insanın mobilizə edilməsinə, yüksək enerji əldə etməsinə xidmət edir və həyacanı yaradan
amilə qarşı mübarizədə köməkçi funksiya daşıyır".
 
Onun sözlərinə görə, toplum önündə çıxışdan əvvəl insan orqanizmində həyacanlanma və
adrenalin ifrazı baş verir: "Amma çıxış zamanı bu adrenalin xərclənmədikdə xeyir vermək
əvəzinə ziyan verir. Əlbəttə, müəyyən miqdarda bu adeanlinin olması köməkedici bir faktordur,
insanın qüvvələrini konsolidə edir, məsuliyyət hissini artırır, lakin bu maddənin qanda çoxluğu
əks effekt verməyə başlayır. Nəticədə insan gözəl çıxış etmək əvəzinə, birtəhər bir neçə sözü
deyib, işgəncədən qurtarıbmış kimi, yerinə qayıdır".
 
Psixoloq bildirib ki, ictimai çıxışlar zamanı qorxunu itirmək üçün danışmaq lazımdır:
"Danışmağa isə qorxu qoymur. Təəssüf olsun ki, nəzəri bilgilər və qorxu faktorunun
qnoseologiyasını bilmək müəyyən qədər kömək etsə də, yetərli olmur. Necə ki, velosiped
sürməyi öyrənmək üçün velosiped sürmək lazımdır. Yaxşı danışmaq üçün də danışmaq lazımdır.
İnsan velosipedin necə sürülməsi haqda çox sayda kitab oxuya bilər, internetdən məlumatlar
oxuya bilər, ona çoxlu sayda məsləhət də verə bilərlər, amma özü oturub sürməsə, xeyri yoxdur,
özü sürməli, yıxılmalı və öyrənməlidir".
  
Onun dediyinə görə, həyatda praktika, yəni toplum qarşısında qorxduğu halda danışmaq çoxları
üçün çox çətin və mürəkkəbdir: "Bunun üçün xüsusi treninqlərə getmək olar. Treninqlərdə insan
oyun formasında danışmalı olur, bu danışıq zamanı buraxılan səhvlər və yanlışlıqların nəticə
baxımından təsiri olmasa da, öyrənmək üçün çox önəmlidir".

You might also like