Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 120

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

HACI FİRUDİN QURBANSOY

AZƏRBAYCANA
GÖNDƏRİLƏN
PEYĞƏMBƏRLƏR
monoqrafiya

Bakı 2017
Rəyçilər:
Fəridə xanım Əzizova, elmlər doktoru
Mahirə xanım Quliyeva, elmlər doktoru

Məsləhətçi:
Vasim Məmmədəliyev, akademik

Üz qabığındakı foto Həmidrza Rezainindir

Monoqrafiyadan Azərbaycanşünaslıq, Peyğəmbərlər tarixi və


Multikulturializm fənlərindən dərs vəsaiti kimi müəllimlər, doktorant,
magistr və bakalavr mərhələsində təhsil alan tələbələr istifadə edə bilər.
Kitab həm də geniş oxucu kütləsi üçün nəzərdə tutumuşdur.

Bu nəşrin gerçəkləşməsində müstəsna rolu olan möminə xatun Fəridə


xanıma dərin ehtiramlarımı bildirirəm. Müəllif
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

KİTABIN İÇİNDƏKİLƏR

Ön söz 4
Azərbaycan məmləkəti (ruhani-sakral sfera) 6
Azərbaycana göndərilən Peyğəmbərlər 10
İbrahim 25
Nuh 56
İdris 63
Xızır 66
İlyas 85
Hənzələt ibn Süvfan 89
Cərcis 92
Son söz 98
3
Əlavə 102
İstifadə olunan ədəbiyyat 117
ÖN SÖZ

ÖN SÖZ
Insan ruh və bədəni birləşdirən canın vəhdətindən canlanır. Ünsür-
lərə gərə, bədən özlüyündə nəm torpaq, ruh od, can havadır. Bədən canla
birgə bu dünyanın ləzzətlərinə, ruh isə ilahi bilgilərə can atır. Allah yaratdığı
heç bir insanı başlı-başına buraxmayıb. Eyni zamanda hər bir fərd faili-mux-
tardır, yəni öz hərəkətlərində azaddır; istər çətin və şərəfli Allah yolunu
4 seçər, istər asan və ləyaqətsiz iblis prospektini. Bu məsələni aydınlaşdırmaq
üçün zaman-zaman tayfa, xalq, millət və qövmlərin hər birinə öz dillərində
danışan Peyğəmbərlər göndərilib.
14 IBRAHİM ‫ سورة إبراهيم‬surəsinin 4-cü ayəsində buyurulur:

‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ِ ْ‫للا الرَّ ح‬
ّ ٍ ‫َو َما أَرْ َس ْل َنا مِن رَّ س‬
ِ ‫ُول إِالَّ ِبل َِس‬
‫ان َق ْو ِم ِه لِ ُي َبي َِّن َل ُه ْم َفيُضِ ُّل للاُ َمن َي َشاء‬
(və ma ərsəlna min-Rəsulin illa bi-lisani qəvmihi liyubəyyinə ləhum
fəyuzillul – lahu mən-yəşa-u və yəhdi mənyəşau)
Tərcüməsi: Onlara yaxşıca anlada bilməsi üçün öz qövmünün di-
lindən başqa bir dildə danışmayan heç bir Peyğəmbər göndərmədik
ki, Allahın çağırışını onlara çatdırsın, Allah hər kimi istərsə azdırar,
hər kimi istərsə yol göstərər.
Əbu Zərdən (r.a.) rəvayət edilən "Cənabi – Haqq hər Peygəmbəri
öz millətinin dili ilə göndərmişdir" (Təfsiri-İbni-Kesîr, 2:522.) məalındakı
hədisi – şərif bu ayəni təfsir edir.
Bu məsələ ilə bağlı başqa bir ayədə, 10 YUNİS ‫ يونس سورة‬surəsinin
47-inci ayəsində buyurulur:
ÖN SÖZ

‫ِيم‬
ِ ‫من الرَّ ح‬ِ ْ‫للا الرَّ ح‬ِ ّ ‫ِبسْ ِم‬
َ ‫َولِ ُك ِّل أ ُ َّم ٍة رَّ سُو ٌل َفإِ َذا َجاء َرسُولُ ُه ْم قُضِ َي َب ْي َنهُم ِب ْالقِسْ طِ َو ُه ْم الَ ي ُْظ َلم‬
‫ُون‬
(va li-külli ummətin Rəsulun fəizə caə Rəsuluhum ğuziyə bəynahum
bil-qistu va hum la yüzləmun )
Tərcüməsi: “Hər ümmətin bir Peyğəmbəri vardır, onlara Peyğəm-
bər gəldiyi zaman aralarında ədalətlə hökm olunar və ümmətə zülm
edilməz.”
Bu məntiqdən , dilimizdə danışan peyğəmbərin də gəldiyi anlaşılır.
Qədim qaynaqlarda “Allah” sözü türkcə “ Tenqri”/“Tanrı”/“Taarı” və
“İrab”, müqəddəs məfhumunu bildirən “ıduk” sözündəki “ıd”–
göndərmək mənasını bildirir. Şumer dilində tenqri Din.Gir. (dingir)
kimi yazılırdı.
Qədim türk dilində “elçi”, “Peyğəmbər” isə “yalavac” adlanırdı. “Tanrı
kələfini//kələyini kəssin” (Allah göylə rabitə olan ipini qırsın)- çox qədim
dövrlərə aid qarğışda “Allah” əvəzinə “Tanrı” sözü işlənib. İndi dilimizdə
“ac-yalavac” şəklində qalan söz birləşməsi camaatın öz Peyğəmbərinə mü-
nasibətini əyani əks etdirir (nədənsə, son onilliklərdə “Allah” əvəzinə “tanrı”
demək yaman dəb düşüb) İmişli bölgəsində Arazboyu düzənlikdə Yalavac
adlı kənd mövcuddur. 1933-cü ildə bu oykonim Talavaclı kimi qeydə alı- 5
nıb. Düşünürük ki, doğrusu elə Yalavaclı olmasıdır. XIX yüzillikdə Yalavac
adlı Şabran düzündə qışlaq olmuşdu. Yusif Xas Hacib Balasaqunlu ‫يوسف‬
‫ خاص حاجب البالساغوني‬‎(1015-1070) ömrünün son iki ilində yazdığı “Qu-
datqu-biliq” (Səadətli olmaq elmi) poemasındakı “Mühəmməd yalavac –
xəlayiq başı” misrasında Peyğəmbərimizin İslam xalqlarının başçısı olduğu
söyləyir.
Qurani Kərimin məntiqindən bəlli olur ki, qədim tarix boyu Azərbay-
can xalqına da çoxsaylı Peyğəmbər göndərilmiş və onlar öz missiyalarına
uyğun, insanları doğru olan Allah yoluna yönəltməyə çalışmışlar. Bir neçə
elm sahəsində doktorluq dissertasiyaları üçün mövzu ola biləcək bu sahə-
ni araşdırıb tamlığıyla üzə çıxarmaq işi, ancaq Ön və Orta Asiyanın ölü
və işlək dillərini mükəmməl bilən şərqşünas-dinşünas alim kollektivinin
çoxillik əlaqəli tədqiqatı sayəsində mümkündür.
Biz yığcam şəkildə olan araşdırmamızın ilkin materiallarını “Bizim əsr”
qəzetinin 9, 16, 23 fevral 2003 – cü il tarixli saylarında çap etdirib xalqı-
mızın reaksiyasını gözlədik. Hətta başqa qəzetlər də bu materialları olduğu
kimi çap etdilər (“İslam press” qəzeti, 21 may, 2004). Lider tv-də xüsusi
layihə ilə verilişlər silsiləsi hazırlandı. Hər tərəfdən ancaq alqışlar gəldi, bu
AZƏRBAYCAN MƏMLƏKƏTİ

materialları bütöv kitab kimi görmək istədiklərini bildirdilər. Mən də, hər
yerdə məsələnin mahiyyətini söylədim, ancaq üzümün suyunu töküb heç
kəsdən sponsor olmağı xahiş etmədim.
...Ona görə də, bu nəşr 14 ildən sonra işıq üzü gördü. Bunun Uca Allahı-
mızın sınağı olduğunu bilirəm, hər işdə bir xeyir var, vaxt boşuna keçmədi,
əvvəllər mənə məlum olmayan yeni-yeni materiallar tapdım, onlardan isti-
fadə üçün imkan yarandı.

AZƏRBAYCAN MƏMLƏKƏTİ
(ruhani-sakral sfera)

“Azərbaycan” – dedikdə, təkcə Azətbaycan Respublikasının ərazisini


deyil, həm də indi ayrı-ayrı dövlətlərin sərhədlərində qalmış tarixi Azərbay-
can torpaqlarını nəzərdə tuturuq. Son üç yüzillikdə şərəfsizcəsinə pay-pü-
rüş edilərək lap kiçilən məmləkətimiz, əslində böyük bir coğrafiyanı əhatə
edirdi. Bu tarixi əraziyə göndərilən Peyğəmbərlər barəsində bəhs açacağiq.
6 İspaniyanın böyük surrealist rəssamı, heykəltəraş və kino rejissoru, ya-
zıçısı markiz Salvador Dali (Salvador Domingo Felipe Jacinto Dalí Domè-
nech, Marqués de Dalí y de Púbol 11.05. 1904 – 23.01.1989) 1943-cü
ildə çəkdiyi, indi ABŞ-ın Florida ştatındakı Sent – Pitersberq şəhərindəki
Salvador Dali muzeyində mühafizə olunan “Geopolitik uşaq” adlı rəsmin-
də Azərbaycanı xüsusi nəzərə çatdırır. Əsərində Dali Azərbaycanda çox
istedadlı İmran adlı rəssamın 1958-ci ildə doğulacağını bildirmək istəyib.
Salvador Dali ruhani təlqinlərin illüstrasiyalarını əks etdirən rəsmlərindən
birində Azərbaycanı xüsusi göstərməsi ölkəmizin yüksək səviyyəli mömin
şairlərinin, alimlərinin, şəhidlərinin bolluğuna görə sakral energetikasının
genişliyindən xəbər verir.
Azərbaycan tarix boyu yüksək ruhanilik sferası ilə, insanlarının iman-
lı olmasıyla fərqlənib. Təsadüfi deyil ki, təkcə Abşeron yarımadasında
Məhəmmədi, Fatmeyi və Hökmi-Əli kimi İslam Peyğembərinin, qızı və ən
yaxın arxadaşı, kürəkəninin adlarıyla bağlı kənd adları var. İslami irfanla il-
gili coğrafi məntəqələrimiz də az deyil; Xanəgah (dərvişlərin ibadətgahı),
Şıxlar (Şeyxlər), Şıxlı, Şıx-Xızı, PirAllahi (Allahlı qoca), Pir-Həsən, Pir-
Saqat (saqat-xəstə, şikəst),Pir-kəşkül (kəşkül- dərvişlərin gəzdirdikləri içi
nanə və ya reyhan yarpağı ilə dolu qab), Kəpənəkçi (dərvişlərin üst geyimi-
AZƏRBAYCAN MƏMLƏKƏTİ

ni hazırlayan dərzi) və s.
Qədəmgahlar, pirlər, ocaqlar, ibadətgahlar Azərbaycan ərazisinə elə
səpələnib ki, ruhani-sakral mühitdən kənar coğrafiyamız, demək olar ki,
qalmayıb.
Məmləkətimizin adı nəinki Yer kürəsində, hətta Yerdən kənarda, kos-
mosda da mövcuddur. Hər biri özlüyündə ayrıca kiçik planet sayılan as-
teroidlər sistemi Mars və Yupiter səyyarələri arasında çox sayda mövcud-
dur. Krım astrofizika rəsədxanasında kəşf olunmuş 2698 nömrəli asteroid
1971-ci ildən Azərbaycan adını daşıyır.
Qədimlik ilə müasirliyi vəhdətdə qoruyub inkişaf etdirən Azərbayca-
nın bir sıra məntəqələrində ilahi enerjinin birbaşa şüalandığını həssas ci-
hazların köməyilə asanlıqla təyin etmək mümkündür. Çox təəssüf olsun ki,
bu işlə bizim mütəxəssislər deyil, əcnəbi ölkələrdən göndərilmiş emissarlar
gizlicə məşğul olur. Belə məkanlar, əsasən müqəddəs ocaqlardır.
Bəzi “dinçi”lərin təkidilə və sırtıq dilənçilərlə rastlaşmamaq üçün çox
vaxt möminlər müqəddəs ocaqlara getməkdən həya edirlər. Bu bir qanu-
nauyğunluqdur ki, bütün dinlərdə, dünyanın hər yerində İblisin sadiq və
sevimli qulları məbədlərdə və onların əhatəsəndə olar. Qaraçı missiyalı bu
ruhu qara insanların əsas məqsədi heç də para toplamaq yox, qismən zəif
7
imanlarda çatlar yaradıb möminləri doğru olan Allah yolundan sapdırmaq-
dır. Hər şeydən üstün saydıqları pulu onlara verənlərdən əl çəkirlər. Başqa
sözlə, sədəqəsilə mömin, yarana biləcək xoşagəlməz ünsiyyətdən sığortala-
nır. Ruhlarını vaxtaşırı təmizləmək üçün Azərbaycandakı müqəddəs ocaq-
ları ziyarət etmək, özünü mömin bilən hər bir müsəlmanın borcudur.
Birinci imam, 656-661-ci illərdə dördüncü islam xəlifəsi olmuş İmam
Əli bin Əbu Talib (599-28.01.661) Peyğəmbərimizin rəhlətindən (8.04.
632) sonra iyirmi dörd illik xəlvətə çəkildiyi zaman Azərbaycana dəfələrlə
gəlib. Bu fikri təkzib etmək üçün apponentlərin əlində heç bir fakt yoxdur.
Əsl fakt isə budur ki, Sasani imperiyası içində olan Azərbaycanın həm coğ-
rafi mövqeyinin çoxşaxəliliyi, həm də insanlarımızın Allahpərəstliyi imamı
çox maraqlandırırdı.
İmam Əli türkləri yaxşı tanıyır, Ərəbistandan xeyli uzaq məsafədə
yerləşməyinə baxmayaraq, hətta əfqanlardan da xəbərdardı. Əbu Məhəm-
məd Əbd əl–Məlik ibn Hişam ibn Əyyub əl–Himyari əl–Maafiri ‫أبو محمد‬
‫ عبدالمالك ابن هشام‬‎‎‫ابن أيوب الحميري‬‎‎(ölümü 7 may 833) ‫السيرة النبوية‬‎‎ “Əs-Siy-
rət ün-nəbəviyyə” (Peyğəmbərin bioqrafiyası) əsərində İmam Əlinin şeir-
lərindən nümunə göstərir. Orada belə bir beyt var:
AZƏRBAYCAN MƏMLƏKƏTİ

‫بنا الُغدى َوودّوا لو ا َّننا يُظا ُع‬


‫كابل‬
ِ ‫ُتس َّد بنا ابوابُ ت ُر ك و‬
(Qahirə, 1955, I cild, səh.275)
Tərcüməsi:
“Düşmən gücümüzə boyun əyib qəhr olur,
Halbuki, onlar bizim Türk və Kabil qapılarına sığınmağımızı istərlər.”

Yəni, düşmənlərimiz bizi öz torpaqlarımızdan sıxışdırıb çıxarmaq və


çox uzaqda görmək istərdilər.
Xilafətin gələcək taleyi, Azərbaycana sahib olmaqdan çox aslıydı.
Volqaboyuna və Orta Asiyaya çıxış buradan daha əlverişliydi. Azərbayca-
nın şimalında yerləşən Albaniya dövlətinə imam xüsusi strateji maraqla ya-
naşırdı. Bunun əsas səbəbi o idi ki, atəşpərəstlərdən fərqli olaraq, albanlar
təkallahlı xristiyan idilər. Sonrası da, II Yezdigərdin oğlu, Alban hakimi II
Vaçaqan 487-510-cu illərdə Sasani imperiyasına başçılıq etmişdi. Təsadüfi
deyil ki, sonuncu Sasani şahənşahı III Yezdigərdin (632—651) qızı Şəhrə-
banunu imam Əli öz oğlu Hüseynə 651-ci ildə almışdı və bu xanım imam-
larımızın anası sayılır.
8 Qohumluq əlaqələri siyasətdə xüsusi önəm daşıyır. (Xristiyan ənənə-
sindən gələn adlar qoyulduğundan, Alban hakimlərinin adları indi qəribə
səslənir) Xristiyan dinindən olan Alban dövlətinin başçısı, 628 – 636-cı
illərdə şah olan Varaz GirkorMihraninin(Aranşah CavanşirMihraninin
qardaşı) qızı ilə Əli Əbu Talib evlənib, Komurad adlı oğlu olub. Komurad

Komuradın məqbərəsi
yeniyetmə ikən şəhid düşüb, Çuxur Qələbədə (Alban dövlətinin paytaxtı
Kabalanın (Qəbələnin) xarabalıqları qalan kənd) dəfn olunub. Onun şəhid
məzarı çətinliklə çıxılan, maşın yolu olmayan, at arabasının izləri qalan Ko-
murad Baba adlı dağda, pir kimi, günümüzədək təriqətindən asılı olma-
yaraq, bütün mömin zəvvarların ziyarət yerinə çevrilib. Köhnə məzar daşı
üzərindəki yazını müasir cilalanmış qara mərmərə kirill əlifbası ilə 1970-ci
AZƏRBAYCAN MƏMLƏKƏTİ

illərdə köçürüblər. (Bu məzarın fotosunu mənə lütfən təqdim etdiyi üçün
kinorejissor dostum Vüqar Kamranoğluya səmimi təşəkkürümü bildi-
rirəm)
Azərbaycanlılar baş verən ən əhəmiyyətli dini hadisələrin bilavasitə iş-
tirakçıları olub. Müslim Azərbaycani İmam Hüseynlə çiyin-çiyinə Kərbəla
çölündə islam düşmənlərinə qarşı son damla qanınadək döyüşüb, şəhidlik
mərtəbəsinə yüksəlib.
Görkəmli ərəb şairiƏbu Valid ibn Ubeydullah əl-Buhturi ət-Tənvixi ‫بو‬
820-897( ‫)الوليد بن عبيدهللا البحتري التنوخي‬Abbasilər xilafəti zamanıAzərbay-
can hakimi olmuş Məhəmməd ibn Yusifə 49 beytlik bir mədhiyyə yazıb.
Qəsidənin bu beytində azərbaycanlılara layiq olduqları ehtiramı bildirmək-
lə, Azərbaycan əhalisinin yüksək əxlaqi dəyərlərə malik olduğunu göstərib:

‫ً َو َمغِيبا‬،‫ار َم َم ْشهدَ ا‬ َ ‫يا أهْ َل َح ْو َز ِة ْأذ َر ِبي َج‬


ِ ‫ان األلى *** حا ُزوا ال َم َك‬
Tərcüməsi: “Ey Azərbaycan diyarının xeyirli övladları (mərhəmət-
li əhli), Olduqları və olmadıqları yerlərdə də yüksək əxlaqi dəyərlərə
sahib çıxmışlar.”
(Bu beyti mənə lütfkarlıqla təqdim etdiyi üçün, gənc alim Heybət Hey-
bətova dərin minnətdarlığımı bildirirəm.)
9
Əbu Valid ibn Ubeydullah əl-Buhturi ət-Tənvixinin nəzərindən qaçma-
yan azərbaycanlılara məxsus yüksək əxlaqi dəyərlərə malik olmaqlıq, heç
şübhəsiz ki, imanla, əqidə ilə sıx bağlıdır.
Qurani-Kərimdə behişt haqqında danışılarkən, orada təsvir olunan
iqlim və meyvələrin hamısı; xurma, üzüm, zeytun, nar, əncir, Azərbaycan-
da yetişir və ya əkilə bilər. Ölkəmiz cənnət məkanı kimi gözəl, energetik
baxımdan böyük ruhların inkişafı üçün dolu sferadır.

Qurani-Kərimin ilk nüsxələrindən biri


AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

Peyğəmbərlər miniatürü (merac)

10

AZƏRBAYCANA GÖNDƏRİLƏN
PEYĞƏMBƏRLƏR
Sami qövmündən olmayan Peyğəmbərlər haqqında islamşünaslığın
nəbilər tarixi sahəsində demək olar ki, heç nə yazılmadığından, 124000
Peyğəmbərdən Qurani-Kərimdə və Bibliyanın Əhdi-ətiq hissəsindəki ki-
tablarda da ancaq Fələstində olan yəhudi və ya yəhudiləşmiş Peyğəmbərin
nəsillərindən bəhs açılır.
Ən köhnə dini mətnlərdən müəyyən qismi fars dilinə çevrilərək 1818-
ci ildə Bombeydə nəşr olunan “Dəsatür” (“Desatir, the sacred writings of
the ancient Persian prophets, in the original longue”, 1818)“Qədim Fars
Peyğəmbərlərinin orijinal dildə müqəddəs mətnləri”adlı kitabda Zərdüşt-
dən öncə 12 Peyğəmbərin olduğu bildirilir. Kitab ingilis dilindəki ön söz
istisna olunmaqla, farscaya tərcümə dilindədir. Köhnə mətnərdən gətirilən
sitatlardakı sözləri isə dilimizin ən qədim lüğət fondu ilə müqayisədə ax-
tarmağımız dərin tədqiqat üçün mövzu olardı. Kitabın 309-cu səhifəsində
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

göstərilir ki, İrana göndərilən on beş Peyğəmbərdən birincisi ‫ مه آباد‬Məha-


bad,yaxud ‫ بزرگ آباد‬Bozorgabad (Böyükpərəst),sonuncusu Xızırdır. (bu

11

Desatur(Dəsturlar) kitabının 309-cu səhifəsi“Dəsatür” farsca


“dəstur” - yolgöstərici sözünün ərəbcələşmiş cəm halıdır.
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

sözdə ‫“ خ‬xa” hərfinin üstündəki nöqtənin qoyulmaması kitabda gedən


çoxsaylı orfoqrafiq xətalardan biridır.) “Məhabad” sözü “Yəzdanpərəst”
(Allahpərəst) deməkdir (səh.1). Bu kitab adlardan başqa çağdaş oxucuya
heç bir məlumat vermir və heç nəyi izah etmir. Ona görə də, bu mövzunu
genişləndirmədik. “Abad” sözü uçuq-söküksüz anlamında indi dilimizdə
ancaq ev-eşiklə, məkanla bağlı sözlərdə işlənməkdədir, “avadanlıq” sözü isə
“abadanlığ”ın təhrif olunmuş variantıdır. Buradakı “abad” sözü ərəbcə “əbə-
di”nin cəmi demək deyil. Farsca “abadan”, “abadə”, “abadi” sözləri “abad”la
bağlıdır. “Məhabad” sözü sonradan təhrifə uğrayaraq atəşpərəst məbəd xid-
mətçilərinə verilən ad kimi “maqabed//maqaped” olmuş və əsrlər sonrası
onu da başa düşməyib ərəbcə “möbidən möbid” şəklinə salmışlar. Xarır-
ladıram ki, Zərdüşt Peyğəmbərin vətəni Urmiyədə ən qədim zamanlardan
indiyədək Məhabad şəhəri mövcuddur. Bu toponomik vahidin Peyğəmbər
adı olduğunu isə, yəqin ki, az adam bilir.
Bibliyanın Əhdi-Ətiq hissəsində Yeşaya (İsaiya) Peyğəmbərin kita-
bında XIII bab, 17-inci şeirdə Allahın adından belə buyurulur: “Gümüşə
qiymət verməyən, qızılı sevməyən midiyalıları onlara qarşı qaldıracağam”.
Qızıl-gümüşə satılmayan babalarımızdan babillərə qarşı Allahın istifadə et-
12 məsi ya da Peyğəmbərimizdən gələn bir hədisi qüdsini saldı: “Ulu və Əziz
olan Allah deyir mənim Türk adını verdiyim və şərqdə yerləşdirdiyim bir
qədər əsgərim vardır ki, hər hansı bir qövmə qarşı qəzəbə gəlsəm, Türk əs-
gərimi o qövmün üstünə göndərirəm.”
Azərbaycan ərazisində tarix boyu çoxallahlıq və bütpərəstlik qərar tuta
bilməyib.Azərbaycan Allahın sevdiyi, seçilmiş bir məkandır. Azərbaycan
əhalisi zaman-zaman tarix boyu bəşəriyyətə göndərilən bütün səmavi ki-
tablara tapınmışlar. Tarix boyu göndərilən Peyğəmbərlər insanlara Haqq
sözü söyləyib, Allahın doğru olan yolunu göstərib. Günahların sonunda
əzab olduğunu hər an xatırladan Peyğəmbərlərə dünyapərəstlər (İblis yol-
çuları) həmişə istehza edərək gülüb, “hər nə varsa, bu dünyadadır, o biri
dünyada sümüklərinizdən başqa heç nə yoxdur” – deyiblər. Bu barədə Qu-
rani-Kərimdə Allah-Təala belə anladır:
43 ZUXRUF ‫ سورة الزخرف‬surəsinin 6-cı ayəsi:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ِ ْ‫للا الرَّ ح‬
‫ِين‬ َ
َ ‫َو َك ْم أَرْ َس ْل َنا مِن َّن ِبيٍّ فِي الوَّ ل‬
ْ
(va kəm ərsəlna min-nəbiyyin-fil-əvvəlin)
Tərcüməsi: “Biz sizdən əvvəlkilərə də neçə-neçə Peyğəmbərlər
göndərmişdik.”
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

7-ci ayə:
‫ِيم‬ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ُ‫ِيهم مِّن َّن ِبيٍّ إِ َّل كانوا ِب ِه َي ته ِْزؤ‬
َ ْ‫س‬ ُ َ ْ
ِ ‫َو َما َيأت‬
(vəma yətihim-min-nəbiyyən illa kanumbihi yəstəziun)
Tərcüməsi: “Onlara elə bir peyğəmbər gəlməzdi ki, ona istehza et-
məsinlər.”
Göndərilən Peyğəmbərlər, Allah yolundan dönən qövmə təsir etmək
istəyəndə, küfrə alışmış insanlar Haqqdan gələn nəbilərə nəinki təkcə isteh-
za edib, onlara həm də hörmətsizlik göstəriblər, hətta Peyğəmbərlərdən bir
çoxunu qətl etməkdən də çəkinməyiblər. Doğru yolu tanımaq istəməyən
xalqın nicatı olmaz. Allah öz cəzasını bir an da ləngitməz.
Таrix boyu insanlara həqiqət söylənmiş, Allah yolunun istiqaməti
şəxsi həyat nümunələri ilə göstərilmişdir. Günahın sonunda əzab olduğu-
nu hər an xatırladan Peyğəmbərlər səhv yoldan döndərmək üçün insanları
qorxutmuşlar.
35FATIR ‫ سورة فاطر‬surəsinin 24-inci ayəsi:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
‫خل فِي َها َنذِي ٌر‬ َ ‫اك ِب ْال َح ِّق بَشِ يرً ا َو َنذِيرً ا َوإِن مِّنْ أ ُ َّم ٍة إِل‬
َّ َ ‫إِ َّنا أَرْ َس ْل َن‬
(inna ərsəlnakə bil-Həqqi bəşirən və inmin ummatin illa xəla fiha nə-
13
zir)
Tərcüməsi: “Biz səni Həqqaniyyətlə elçiliyə göndərdik ki, muş-
tuluq verib saqındırasan və elə bir ümmət yoxdur ki, onun içindən
qorxudan bir Peyğəmbə rgəlib-getməsin.”
Аzərbaycandan olan Peyğəmbərlər mövzusu araşdırılmadığından,
məlumat çox azdır. Peyğəmbər hədislərini yaddaşlarda mühafizə edib söy-
ləmək ənənəsi bizdə ərəblərdəki kimi olmadığı üçün, Peyğəmbərlərimizin
heç birindən bir hədis belə rəsmi qaynaqlarda gəlib çıxmamışdır. Bu hədis-
lər ancaq folklorumuzda qalıb. Peyğəmbərlərin möcüzə və kəramətləri se-
hirli nağılların mövzusuna çevrilib. Onlardan eşidilən hikmətli hədislər isə
atalar sözü və zərb ül-məsəllərdə mühafizə olunaraq günümüzə gəlib çatıb.
Məhəmməd (s.ə.s.) Peyğəmdərin bir hədisi bu dediyimizə sübutdur:

‫إنَّ ِممَّا ْأد َر َك ال َّناسُ مِنْ َكالَ ِم ال ُّنبُوَّ ِة‬


َ ‫َإذا َل ْم َتسْ َت ِح َفاصْ َنعْ َما شِ ْئ‬
‫ت‬
(innə mimma ədrək ən-nasu min kəlami ən – nubuvvəti iza ləm təstəh-
fasnaə ma şittə)
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

Tərcüməsi:“İnsanların Peygəmbərlərdən öyrəndikləri sözlər-


dən biri də “Utanmadıqdan sonar istədiyini elə!” - sözüdür”. Bu
hədis dilimizdə “Utanmayandam sonra, oynamağa nə var ki?..” - atalar
sözünə çevrilmişdir.
Çox təəssüflər, Azərbaycana göndərilən Peyğəmbərlərin hədisləri
folklor içərisində elə əriyib qarışıb ki, onları biri-birindən ayırmaq,
demək olar, mümkün deyil. Məsələn, “Atalar üçdən deyib” – məsə-
li, heç şübhəsiz ki, Zərdüşt-İbrahim Peyğəmbərin sözüdür. Yer kürə-
si Günəşdən sonra Merkuri və Veneranın ardıyca üçüncü səyyarədir.
Ona görə də, Yerdə üçölçülük sistemi əsasdır. Bir də, həqiqəti üzə
çıxarmaq üçün iki əksin kəsişməsi olan üçüncü tezisi tapmaq lazım
gəlir. Zərdüşt üçlükdə, yəni, fikirlərdə, sözlərdə və əməllərdəki düz-
günlüyü təlim edib. Zərdüştün bu fikri orta fars dilinə tərcümə olu-
naraq “xumata”(xoş düşüncə), “xuxta”(xoş danışıq), “xvarşta” (xoş
işlər) şəklində bizə gəlib çatıb. Folklorumuzdakı bu inciləri layiqiycə
dürüst tədqiq edərək toplayıb nəşrinə nail olmaq imkanı folklorçula-
rımızdan ötrü dinsizliyin dövlət siyasəti olan zamanında çox məhdud
idi. İndisə bu məhdudiyyəti iqtisadi şərait yaradır.
Xatırladaq ki, Məhəmməd (ə.s.ə.)Peyğəmbərdən səhih, həsənə və
14
zaif qismində milyon yarımadək hədis qalıb və bunlar onun rəhlətin-
dən bir neçə əsr sonra toplanıb. Hər bir nəsil fəxr ilə yaşayıb ki, ulu
babalarından kimsə Rəsul-Allahdan hansısa cümləni eşidib. Hədisi
söyləyənlər kimdən eşitdiklərini cərgə ilə sadalayırdılar. Peyğəmbəri
uca tutmaq, onun hər bir sözünü ifadəsini, cümləsini qoruyaraq əziz
nemət kimi yeni nəsillərə ötürmək ənənəsi ərəblərdə çox güclü oldu-
ğu üçün Allah-Təala bəşəriyyətə Qurami-Kərimi ərəbcə göndərib. Hər
bir hədis, şübhəsiz ki, imanı artırıb gücləndirir, xalqı səhv yola düş-
məkdən qoruyur.
Tarixi sənədlərdən öyrənirik ki, Qurani Kərimin vahid bir mətn
halına düşməsi məsələsi Azərbaycan məmləkətilə birbaşa bağlı-
dır. Düzdür, Qurani-Kərim mətnlərinin bir yerə toplanması hələ
Peyğəmbərimizin sağlığında başlasa da, bu nüsxələr tam kanonik hal-
da, III xəlifə Əbu Amr Osman ibn Əffan əl-Umavi əl-Qüreyşi ( 574
– 17.06.656) zamanında gerçəkləşdi. Məşhur sərkərdə Hüzeyfə bin
əl-Yəman hicrətin 35-inci, miladi tarixin 657-ci ilində suriyalı və iraqlı
əsirlərdən ibarət ordunun başında Azərbaycanda döyüşən zaman şam-
lılar Übey ibn Kəəbin, kufəlilər Abdullah bin Məsudun, bəsrəlilər isə
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

Əbu Musa əl-Əşərinin tərtib etdiyi Quranı oxuyur, hərə öz nüsxəsinin,


öz qiraətinin düzgün olduğunu hesab edirdi.
Xəlifənin etibar etdiyi sərkərdə Hüzeyfə Azərbaycandan Mə-
dinəyə qayıtdıqdan sonra, Azərbaycanda gördüklərini Osman xəlifəyə
danışıb bu sahədə təcili bir iş görməyin vacibliyini xüsusi nəzərə çat-
dırdı. Bu dialoqda Azərbaycanın adı xüsusi vurğulanır.
Bir müddətdən sonra, xəlifə Osmanın xüsusi göstərişiylə, Zeyd
ibn Zabinin başçılıq etdiyi hafizlər heyəti Allah kəlamının vahid, də-
yişməz mətnini tərtib edib üzünü altı nüsxədə çıxartdılar; birini Mə-
dinədə saxlamaq şərtilə, digərlərini Şam, Kufə və Bəsrəyə göndərdilər.
Mətnlərin üzü köçürülərək çoxaldıldı vəAllahın müqəddəs Kita-
bında vəd edildiyi kimi, Qiyamət gününədək bir hərfi dədəyişmədən
baqi qalacağı şərtiylə zaman-zaman katib xəttatlar, mətbəələr vasitə-
silə artırılaraq bütün dünyaya yayıldı. Təkcə bu faktın özü kifayət-
dir ki, Azərbaycan məmləkətinin İslam sivilizasiyasındakı şərəfli yeri
unudulmasın.
İnsanların müəyyən zümrəsi nəfsinə tabe olub günahın cazibə gir-
dabına düşərək ruhunu İblisə təslim edən zəif məxluqlardır. Peyğəm-
bərlər insanları cəhənnəm əzabından çəkindirmək üçün bəşəriyyətə
15
xilaskar missiyasıyla göndərilirlər. Musəvilər onlara “Maşiax”, isavilər
qədim yunanca “Σωτήρ” (Soter), islamda “Mehdi”, batil dinlərdə;-
buddizmdə növbəti budda “Maytreya”, atəşpərəsti esxatologiyada
“Saoşyanta” adlı üçər mələk, bəhailikdə İbrahim, Musa, Budda, Zər-
düşt, İsa, Mühəmməd Peyğəmbərlər, hətta Krişnadan sonra Bab, Bə-
ha-ullah bu missiyanın daşıyıcılarıdır. “Peyğəmbər” fars dilində ‫پیغام‬
“peyğam” (xəbər) və ‫“ آور‬avər” (gətirən) sözlərinin birləşməsindən
yaranıb, elçi mənasını bildirir( farslar “pəyambər” deyir)
“Peyğəmbər” sözü XIX yüzillikdə savadlı, yolgöstərən anla-
mında da işlənib. Şeirlərində Qasım bəy Zakir deyirdi:

Belə gər olsa, cəmii – şüəra mürsəldir,


Ki, yazub hər biri bir cild, iki cald inşani.
Onların da genə var neçə ülul-əzmləri
Ənvəri, Sədiyü Cami, dəxi həm Xaqani.
Mən də Peyğəmbəri – namürsəliyəm Kolbasarın,
Ümmətim Tanyaqu Külqışlaqu Xızrısrani.
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

Qasım bəy Zakirə cavab olaraq Seyid Əzim Şirvanin də şeirlərində belə
bir bəndə rast gəlmək mümkündür:

Mən də Peyğəmbəri – namürsəliyəm Şirvanın,


Ki, gərək zahir edəm şənini hər zişanın.
Faş edəm rəmzini Haqqdan yetişən fərmanın,
Saqiya, yoxmu əyaqində meyi – rümmanın?
Şəhri qıl badə ilə cənnəti - ənvar bu gün.

XIX yüzillikdə yaşamış bu iki ünlü şairimiz qətiyyən peyğəmbərlik id-


diasında olmayıblar, sadəcə camaatın cahiliyyə dövründəki kimi yaşadığı
fikrini əyani göstərmək üçün bu üsulu seçiblər.
Yüzilliklər boyu İblis insanlarln qəlbinə girərək yalançı peyğəmbərlər
kimi zühurİblis
Yüzilliklər boyu etmişlər. Əhdi Ətiqqəlbinə
insanlarln kitablarında bu qəbildən
girərək yalançıolan Hananiah
peyğəmbərlər kimi z
Azur oğlu, Maahın oğlu Sedekiya, Xenaava
etmişlər. Əhdi Ətiq kitablarında bu qəbildən olan Hananiah Azur oğlu Sedekiya, Axav, Şemaiya,
oğlu, Maahın
Noadiyyə xanım, Nehelamityalı və Teodardın adlarına rast gəlinir.
Sedekiya, Xenaava oğlu Sedekiya, Axav, Şemaiya, Noadiyyə xanım, Nehelamityal
Məhəmməd Peyğəmbərin sağlığında Məsləmə adlı bir yalançı hətta ona
Teodardın adlarına rast gəlinir.
məktub da yazmmışdı ki, gəl biz iki Peyğəmbər, insanları düz yola hidayət
Məhəmməd edək. Peyğəmbərimiz sağlığında
Peyğəmbərin onun cavabında Məsləmə
yazmışdı:adlı bir yalançı
“Allahın hətta ona məktu
rəsulu Məhəm-
16
yazmmışdı ki, məddən
gəl bizyalançı
iki Peyğəmbər, insanları düzxanım
yolaSacah
hidayət edək. Peyğəmbə
Məsləməyə...”Bu cərgədə Əsəd, və başqalarını
onun cavabında yazmışdı:
göstərmək olar. “Allahın rəsulu Məhəmməddən yalançı Məsləməyə.
cərgədə Əsəd, xanım Sacah
İslamda və başqalarını
Peygəmbərlər, göstərmək
Allahın dünyadakıolar.
elçisi kimi qəbul edilir.
İslamda Peygəmbərlər, Allahın dünyadakı
124000 Peyğəmbərdən elçisi kimi
313 Peyğəmbər qəbul qalanları
mürsəldir, edilir. 124 000 Peyğəmbə
isə nəbi-
313 Peyğəmbər dir,mürsəldir, qalanları isə
yəni xəbər gətirənlərdir. nəbidir,
Birinci Adəm,yəni xəbər isə
124000-cisi gətirənlərdir.
Məhəmməd BirinciA
124000-cisi isəPeyğəmbərdir. Aşağıdakı cədvəldə olan
MəhəmmədPeyğəmbərdir. hərflər bu ikicədvəldə
Aşağıdakı Peyğəmbərin adla-hərflər bu
olan
rındandır. İstər sağ, istərsə də sol istiqamətdə hərfləri toplasaq,
Peyğəmbərin adlarındandır. İstər sağ, istərsə də sol istiqamətdə hərfləri toplasaq, “Adəm” və “A
“Məhəmməd” alınır.
və “Məhəmməd” alınır.
Əgər cədvələ diqqətlə baxılsa, yuxarıdakı ‫ ا‬əlif ‫“ هللا‬Allah”, aşağıdakı ‫ح‬

‫ا‬
‫د‬ ‫د‬
‫م‬ ‫م‬
‫م‬ ‫م‬
‫ح‬
Ərəb əlifbası ilə “Adəm” və “Məhəmməd” sözləri

CƏDVƏL 1. Ərəb əlifbası ilə “Adəm” və “Məhəmməd” sözləri

Əgər cədvələ diqqətlə baxılsa, yuxarıdakı ‫ا‬ əlif ‫ﷲ‬ “Allah”, aşağıdakı ‫ح‬ ha
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

ha ‫“ حشر‬həşr” sözü isə Qiyamət gününü biıdirir. Bu iki sözün ilk hərflərini
göstərməklə, insanlara xatırladılır ki, Allah külli-məxluqatı yaratdı, yaşatdı,
öldürdü. Həşr günü dirildib yenə bir yerə toplayacaq. Adəmdən Məhəm-
məd Peyğəmbərədək gələn bütün rəsullar elə eyni fikri insanlara xatırladıb.
Xoş o şəxsin halına ki, zəkalı olub söz anlayıb. Həyatını düz olan Allah yolu
istiqamətində qurub, şeytana aldanıb əyri İblis yoluna düşməyib. Belə in-
sanlar hər iki dünyada xoşbəxtdir. Əgər yerdə məişət əziyyətləri çəkibsə, bu
ona əziyyət vermək üçün yox, ruhunu qoruyub günaha düşməkdən çəkin-
dirmək üçündür. Hər halda o, son anda düz yaşadığı üçün peşimanlıq hissi
keçirməyib. Qiyamət günü də xoş müjdə aldığı üçün üzü güləcək, yəni o
biri dünyası da rəyicə olacaq.
Hər bir üfiqi xətt üzərində iki eyni hərif durur, onlar hər iki istiqamətdə
“dəmm” sözü yaradır. Bu sözün ərəbcədə iki mənası var; “söhbət” və “qan”
(“qan” mənasında 5 MAİDƏ surəsinin 3-üncü ayəsində ərzaq kimi haram
buyurulanlar sırasında keçir). Söhbət və qan sözlərindən məqsəd budur ki,
Peyğəmbərlərin söhbətinə əməl etmisənsə, qanın təmiz qalıb, qanqaralıq
olmayacaq.
Latın əlifbasıLatın əlifbası iləda,təxminən
ilə yazanda yazanda da, təxminən eyni nəticə
eyni nəticə alınır.
alınır.
ərin bu cür fövqəladə düzümü ilk və son Peyğəmbərlərin HaqqHaqq
Hərflərin bu cür fövqəladə düzümü ilk və son Peyğəmbərlərin olduğunu bir17
daha
olduğunu bir daha əyani göstərir.
i göstərir.
A
D D
Ə Ə
M M
M M
Ə Ə
H
Latın əlifbası ilə “Adəm” və “Məhəmməd” sözləri
CƏDVƏL 2. Latın əlifbası ilə “Adəm” və “Məhəmməd” sözləri
İslam Peygəmbərlərinin hamısını haqq saysa da, onların böyük bir qis-
mini musəvilik və isavilikdə qəbul etmirlər. İsa Peyğəmbər musəvilik tərə-
slam Peygəmbərlərinin böyük bir qismini musəvilik və isavilikdə qəbul etmirlər. İsa
findən, Mühəmməd Peyğəmbər isə hər iki din tarəfindən Peygəmbər kimi
əmbər musəvilik tərəfindən,
sayılmır. Baxmayaraq Mühəmməd
ki, bu Peyğəmbər
dinlərin hər ikisinin müqəddəsisə hər təhrif
kitabları iki din tarəfindən
əmbər kimi sayılmır.
olunmazdan öncəBaxmayaraq
Peyğəmbərimizinki, gələcəyinə
bu dinlərin hər işarələr
öncədən ikisininolunub.
müqəddəs kitabları
Bir hədisində
f olunmazdan Rəsul – Allah buyurub:gələcəyinə
öncə Peyğəmbərimizin “Mənim adımöncədən
Quranda “Muham-
işarələr olunub. Bir
məd”, İncildə “Əhməd”, Tövratda “Əhyəddir.”(Nebhânî, Yusuf. “Hüccetül-
ində Rəsul – Allah buyurub: “Mənim adım Quranda “Muhamməd”, İncildə
məd”, Tövratda “Əhyəddir.”(Nebhânî, Yusuf.Hüccetüllah ale'l-Âlemîn. ss. 108-112;
bî, es-Sîretü’l-Halebiye, 1:353; El-Envârü'l-Muhammediyye mine'l-Mevâhibü'l-
nniyye, s. 143)
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

lah ale’l-Âlemîn”. səh. 108-112; Halebî, es-Sîretü’l-Halebiye, 1:353; El-En-


vârü’l-Muhammediyye mine’l-Mevâhibü’l-Ledünniyye, səh. 143)
Çox ciddi təhriflərə məruz qaldıb təkallahlıqdan uzaqlaşdığı üçün, İs-
lam başqa kitabları deyil, ancaq dörd səmavi kitabı tanıyır. “Tövrat” Musa
Peyğəmbərə 1 ramazanda, “Zəbur” Davud Peyğəmbərə 7 ramazanda, “İn-
cil” İsa Peyğəmbərə 13 ramazanda, “Quran” Mühəmməd Peygəmbərə 27
ramazanda – Qədr gecəsində nazil olub. Bundan əvvəl “sühuf ” – səhifələr
adlanan yüz risalədən əllisi Şis Peyğəmbərə, otuzu İdris Peyğəmbərə, iyir-
misi İbrahim Peyğəmbərə göndərilib.
Bəs Peyğəmbərlər kimdir, hansı keyfiyyətlərə malikdir? Adi insanlar-
dan fərqli olaraq, onlar çox fəzilətli, möcüzə göstərən, nəfsinin hakimi, nə-
cib nəsildən çıxıb insanların arasında böyük hörmət yiyəsi olan, Allah tərə-
findən seçilib göndərilən şəxslərdir. Möcüzələri onlara Haqq dərgahından
gəldiyini göstərmək üçündür.
İslam dinində Peyğəmbərlərin üç sırası mövcuddur;
Nəbi (‫نبي‬‎- xəbəri çatdıran), cəm halında “ənbiya”. (ivritcə “nəvi” ‫‏נָבִיא‬
cəm halında “nəviim” ‫נְבִיאִ ים‏‬‎)‫ ‏‬Nəbiyullah (Allahın xəbər gətirəni) xalqına
Allahın əmr və yasaqlarını yetirir.
Rəsul (‫رسول‬‎- elçi) , cəm halında “rusul”. Rəsul-Allah (Allahın elçisi) o
18
nəbiyə deyilir ki, ona yeni qanun gətirən İlahi yazı verilsin. Bu şəriət yazıları
ya səhıfələr, ya da kitab ola bilər. Bütün rəsullar nəbidir, ancaq bütün nəbilər
rəsul deyil. Rəsullar bütün xalqlara öz dilində danışan şəxslərdən göndərilir.
Onlar arasında Nuh, İbrahim, Musa, Hud, Lut, İsmayıl, Saleh, Şüeyb, İlyas,
Yunus və İsa nümunə ola bilər.
Ulul-əzm(‫أولو العزم‬‎- ruhu, əzmi böyük). Bu adı çətinliklərə baxmaya-
raq, öz səbrinə, Allahın əmrinin icrasında dönməzliyinə görə qazananlar;
Adəm, Nuh, İbrahim, Musa, İsa və Məhəmməd Peyğəmbərdir. Bu altı
Peyğəmbər 124000 nəbinin içərisində deyilən keyfiyyətlərə görə xüsusi
fərqlənirlər.
Peyğəmbər məfhumu ərəbcədə, əsasən iki sözlə ifadə olunsa da, ən çox
‫“ رسول‬rəsul” sözündən istifadə edilir.
Seyid Əli İmad əd-Din Nəsimi Şirvani Süleyman Peyğəmbərin Bilqey-
sə məktubunu çatdırmaq üçün şanapipiyi elçi göndərdiyini belə deyir:
Hüdhüdü Bilqeysə rəsul eylədi,
Naməni göndərdi Süleymanımız.
Peyğəmbərləri, əsasən bu beş keyfiyyət fərqləndirir:
doğruculluq, Peyğəmbərlər ancaq doğru danışır;
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

əminlik, vicdanlı, namuslu, onları bütün işlərində təqlid etmək olar;


heç bir çətinliyə baxmayaraq, Allahın əmr və yasaqlarını insanlara çat-
dırmaq bacarığı;
zəka və anlaqlıq ən istedadlı adamlarla müqayisədə Peyğəmbərlərdə
daha yüksəkdir;
əxlaqı paklıq, məsumluq (günahsızlıq) Bütün Peyğəmbərlər günahlar-
dan ari olub.
Sonuncu Peyğəmbər Məhəmməd (s.ə.s.) əlavə olaraq daha beş keyfiy-
yətə malikdir:
bütün Peyğəmbərlərdən üstündür;
dünyadakı bütün insanlar və cinlər üçün göndərilib;
Peyğəmbərlər sırasında sonuncusudur;
bütün aləmlərə məxluqata rəhmət və mərhəmət kimi göndərilib;
onun vasitəsilə verilən qanunlar Qiyamət gününəcən qüvvədə qalır.
Məhəmməd Peyğəmbərin hədislərində Peyğəmbərlərə verilən daha bir
üstünlük barədə də danışılır: “Peyğəmbərlərin cəsədi çürüməz və torpaq
onları yeməz.” (Şeyx Səduq “İləl üş-şəraye” I c.,səh.80.)
“Şübhəsiz, Allah Peyğəmbərlərin cəsədini çürütməyi torpağa haram
edib.” (İbn Macə “Sünən”, I c., səh.345 və 524 )
19
İmam Cəfər Sadiq: “Şübhəsiz, Allah bizim(imamların) sümüyümüzü
çürütməyi torpağa, ətimizi yeməyi torpaqdakı həşəratlara haram edib.”
(Şeyx Səduq “Mən la yəhzuruhul-fəqih” Ic., səh.191)
Qurani- Kərimdə 25 Peyğəmbərin adı çəkilir:
Adəm,
İdris,
Nuh,
Hud,
Saleh,
Lut,
İbrahim,
İsmail,
İshaq,
Yaqub,
Yusuf,
Şüeyb,
Harun,
Musa,
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

Davud,
Süleyman,
Əyyub,
Zul-kifl,
Yunus,
İlyas,
Əlyəsa,
Zəkəriyya,
Yəhya,
İsa və
Məhəmməd (s.a.s.).
Bundan başqa, Quranda 4 şəxsiyyətdən;Üzeyir, Loğman, Xızır və
Zülqərneyndən də Peyğəmbər kimi danışılır. Təfsirçilərin əksəriyyəti-
nin qəbul etdiyi həqiqət budur ki, “elmi-ləduni”dən xəbərdar qoca Xızır
Peyğəmbərdir. Lakin, o dörd şəxsiyyətin Peyğəmbər olub-olmadığı möv-
zusu, hələ də müxtəlif təriqətlərdən olan dinşünaslar arasında ixtilaflıdır.
124000 Peyğəmbərdən Bibliyada ancaq Fələstinə göndərilənlər xatırlanır,
İslam sferasında da həmin Peyğəmbərlər ətrafında bəhs açılır, bu barədə
Qurani-Kərimdə deyilir:
20
40 ĞAFİR (başqa adıMÖMİN) ‫ سورة غافر‬surəsinin 78-ci ayəsi:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ْ َ
‫ُول ْن َيأ ِت َي ِبآ َيةٍإِل‬
ٍ ‫ناع َل ْيک ََو ِم ْن ُه ْم َم ْن َل ْم َن ْقصُصْ َع َل ْيک ََوماکا َنل َِرس‬ َ ‫َو َل َق ْدأَرْ َس ْلنا ُر ُسالً ِم ْن َق ْبلِکَ ِم ْنهُمْ َم ْن َق‬
َ ْ‫صص‬
ُ ْ َ ِّ ْ ُ َّ ْ َ
َ ‫ا ِبإِذنِالل ِهفإِذاجا َءأمرُالل ِهقضِ َي ِبال َحق َوخسِ َرهُنالِکَال ُمبْطِ ل‬
‫ون‬ َ َّ ْ َّ
(və ləqəd ərsəlna rəsulən-min qəblikə min –hum -mən qəsəsna əleykə
və minhum mənləm nəqsus əleykə va ma kanə li-rəsulin ənyətiyə bi-aya-
tin illa bi-iznillahi fə-iza caə əmrullahi quziyə bil-Həqqi və xəsirə hu-nalik
ə-mubtilun. )
Tərcüməsi: “Səndən əvvəl də Peyğəmbərlərdən göndərmişdik.
Onlardan sənə barəsində danışdıqlarımız da var, danışmadıqlarımız
da. Allahın izni olmadan heç bir peyğəmbər bir ayə belə gətirə bilməz.
Allahın əmri gələrsə,haqq ilə hökm verər və onda batilə qurşananlar
uduzmuş olar. ”

21 ƏNBİYA ‫ سورة األنبياء‬surəsinin 37-ci ayəsi:


‫ِيم‬ ِ ْ‫للا الرَّ ح‬
ِ ‫من الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
‫ُخلِ َق ْالِ ْنسا ُن ِم ْن َع َجل ٍَسأُريکُ ْمآيات ‏‬
ِ ُ‫ي َفال َتسْ َتعْ ِجل‬
‫ون‬
(Xuliqəl-insanu min əcəlin səəurikum ayati fəla təstəəcilun )
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

Tərcüməsi: “İnsan tələskinlik maddəsindən xəlq olunmuşdur.


Ayələrimi sizə göstərəcəyəm, məni tələsdirməyin”.
Qurani-Kərimdəki bu iki ayənin məntiqi ardıcıllığından belə nəticə
çıxarmaq olar ki, tələsmədən, ayıq şüurla baxılarsa, ayələrdə istənilən möv-
zuya uyğun işarələr tapmaq mümkündür.
Azərbaycan qədim diyardır, Şərqlə Qərbin elə bir coğrafi məkandadır
ki, bəşər kulturalogiiyası tarixinin düyün nöqtəsi sayıla bilər. Dünyada elə
bir qlobal hadisə baş verməmişdir ki, Azərbaycandan yan ötüb keçsin. Tə-
sadüfi deyil ki, xüsusi bir sivilizasiya yaradan Zərdüşt Azərbaycanın Urmiyə
vilayətində dünyaya gəlmiş, öz təlimi ilə qədim yunan fəlsəfəsinə, dünya
görüşünə, düşünmə tərzinə böyük təsir buraxmışdır.
Azərbaycana göndərilən çoxsaylı Peyğəmbərdən ancaq yeddisi barədə
danışmaqla, biz, bir qədər üzdən olan bu araşdırmamızda çalışmışıq ki, son-
rakı tədqiqata kömək ola biləcək ilkin məlumatı nəzərə çatdıraq.
Allahın seçib günahkar çəmiyyətə göndərdiyi Peyğəmbərlərin əsas bir
missiyası onları doğru olan yola yönəltməkdir.
Azərbaycana göndərilən Peyğəmərlər cərgəsini tərtib edərkən, biz
birinci növbədə danılmaz faktlara əsaslanmışıq. Məzarının Azərbaycanda
olması, hədis və başqa dini-elmi mənbə faktları əsasında yeddi Peyğəmbər
21
haqqında bu kitabda danışmışıq. Məzarının Azərbaycanda olmasına görə
Nuh və Cərcis Peyğəmbərlər haqqında bəhs açılıb.
Mirzə Hüseyn ən-Nəvari ət-Təbərsi əl Mutəvvəfi “Mustədrik ul-vəsail
va mustənbit ul-məsail” (Proqnoz vasitələri və icra məsələləri) adlı kitabı-
nın 1988-ci ildə nəşr olunmuş III cildi, 415-ci səhifəsindəki 3900/2 nömrə-
li izahda Xızır(s.ə.s.),İdris (s.ə.s.) və İbrahim (s.ə.s.) Peyğəmbərlərin Azər-
baycanla bağlılığı haqqında bir işarəni özündə ehtiva edən İmam Sadiqdən
(ə.s.) gələn hədisdən bəhs açılır. İmam Sadiq (ə.s.) ulu babası Məhəmməd
Peyğəmbərdən (s.ə.s.) Xızır (s.ə.s.) məqamı haqqında hədis söyləyib:
‫ وكان بيت إدريس الذي‬،‫كان بيت إبراهيم (عليه السالم) الذي خرج منه إلى العمالقة‬
‫ وفيه‬،‫كان يخيط فيه‬
‫ وفيه مناخ الراكب يعني الخضر (عليه‬،‫صخرة خضراء فيها صورة وجوه النبيين‬
‫)السالم‬
‫مستدرك الوسائل ومستنبط المسائل تأليف الحاج ميرزا حسين النوري الطبرسي‬
‫المتوفى سنة الطبع‬:
3900 \ 2‫ ص‬3 ‫ ج‬415‫ م‬١٩٨٨ - ١٤٠٨
(kan beyt İbrahim (əleyh əs-sələmə) əlləzi xuruc minh ilə əl-əmaliqati,
va kan beyt İdris əlləzi kan yəxit fihə, va fih səxrət xədərra fiha surat vucuh
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

an-nabiiyna, va fih munax ər-Rakib, yəni əl-Xizir (əleyh əs-sələm)


Tərcüməsi: “Bu İbrahim (s.ə.s.) Peyğəmbərin eviydi, hansı ki, ondan
ulular (İsmayıl Peyğəmbər - ərəblərin babası, İshaq – yəhudilərin babası)
törəndi, oradan gedəndə İdris (s.ə.s.) Peyğəmbərə ev oldu. Burada o xəyyat-
lıq (dərzilik) edirdi. Bu yaşıl qaya tamamən peyğəmbərlər surətindədir. Ora
Rakibin, yəni Xızırın(s.ə.s.) istirahətgahıdır.”
Dünyanın bir sıra məntəqələrində Xızır peyğəmbərin adı ilə bağlı mə-
kanlar mövcuddur. Bu bəlkə də, köməyə ehtiyacı olan adamlarımızın duası
ilə onun göründüyü məkanlardır ki, sonradan elə onun adı ilə də adlandı-

22

Bərmək dağındakı insan surətində olan Xızır məqamı


(foto Usta Ələkbəri Məmmədovundur.)
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

Bərmək dağındakı Xızır-Zində Ocağının kosmosdan görünüşü. Bu


təsvirdə də insan surəti var.
rılıb. Adların yerləşdiyi coğrafiya çox genişdir: Seylon adasında Xızır ma-
23
ğarası;
İranın Qum, Xəlici-Fars, Abadan, Bəndər-Abbas, Məqami-Xızır
məntəqəsində məscid və ziyarətgahlar;
Sibirdə Xizi qəsəbəsi;
Türküstanda-Səmərqənddə Xızır-İlyas kəndi;
Misirdə Xızır su quyusu;
İraqda –Bağdadda Xızır su quyusu;
Səudiyyə Ərəbistanında - Məkkə civarında Xızır su quyusu;
Suriyada-Şamda Xızır məqamı;
Livanda Xızır məqamı;
İsraildə Qüdsdə Məscidi - Əqsada Xızır qapısı; Xızır-İlyas kəndi;
Avropada Dunay çayının Qara dənizə töküldüyü yerdə və Prevezede
Xızır İlyas boğazı;
Kirımda Xızır İlyas ziyarətgahı;
Qırğızstanın cənubunda Naukat bölgəsi Oş vilayətindəki dağ Xızır
əleyhissəlamin adını daşıyır.
Əfqanıstanda yaşayan, həm Türk, həm də Əfqanca danışan Hazar (Xı-
zır) xalqı haqqında yalan etimalogiyaya görə, guya İskəndərin ordusundan
qalan min nəfərə görə (farsca “həzar” - min deməkdir), onlardan yaranan
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

xalq belə adlanıb. İskəndər tarixini yazan antik müəlliflər ordudan min nəfə-
rin oralarda qalması barədə heç işarə də verməyiblər. (Bax: Л.Темирханов
«Хазарейцы» Москва, «Наука», 1972, səh. 139)
Hindistanda, hətta Xızır (s.ə.s.) üçün məzar da qurublar.
Türkiyə Cümhuriyyətində Anadolu civarında Afyon Xıdırlık dağında
məqami-Xızır, Bingölde Xızır gölü , Çorumda Xızırlıq məhəlləsi, Xıdırlıq
Sultan Sandukası, Denizlidə Xıdırlıq Sultan ziyarətgahı, Konyada Xızır
düzü, Edirnede Tekiyyei-Hazreti-Xızıri - Dede Xünkar və Xıdırlıq asitane,
Hatayda Asi çayının yatağıındakı Xızır ziyarətgahı, İstanbulda Ayasofya da
daxil olmaqla digər məscidlərdəki Xızır məqamları, Kutahyada Xıdırlıq
təkkəsi, Sakızda Xızır-İlyas məqamı, Samsun – Ladikdə Xızırlıq ziyarətgahı,
Amasya- Merzifonda Xızırlıq təpəsi, Hızır-İlyas Camii, Hızır-İlyas Tekkesi,
Sivasda Ulu Cami sütunları Xızır dirəyi peyğəmbərimizə olan etiqaddan ya-
ranmışdır. Adı çəkilən bu məqamların heç birində insan surətində olan
qaya yoxdur!!! Xatırladırıq ki, bu ocaqdan başqa, Yaxın və Orta Şərqdə Xızır
(s.ə.s.) Peyğəmbərin adı ilə bağlı olan heç bir məkan insan surətində deyil.
Xzır-Zindədəki foto-təsvirdə insan surətinin əmmaməsi, alnı, qaşı, gözü, bur-
nu, bığ-saqqalı, sinəsi, hətta qayışının toqqası belə aydın görünür. İnsan surə-
tindəki coğrafi məkanları sonradan bütpərəstlik məntəqələrinə çevrilməkdən
ehtiyat edildiyi üçün bu hədis gizlilik missiyasını hələ də saxlamaqdadır.
24
Bərmək (Beşbarmaq) dağının Peyğəmbərlər surətində olduğunu
göstərən hədis bizə imkan verdi ki, İbrahim, İdris və Xızır Peyğəmbərlər
haqqında söz açaq.
Allah-Təalanın, imanlı adamlarının çoxluğuna görə sevib şərəfləndirdiyi
Azərbaycan torpağında möcüzəli yerlər çoxdur. Onlardan biri Azərbaycan-
dakı başqa hündür dağlardan öz ucalığı ilə fərqlənməyən, hətta bəzən qayaya
bənzədilən bir dağ bəşər tarixində önəmli yer tutur. Bakı-Siyəzən avtomobil
yolunun 95-ci kilometrində dəniz səviyyəsindən 445 metr yüksəklikdə yer-
ləşib hündürlüyü 500 metr olan bu dağ əzəmətlə ucalır. Beşbarmaq, ya Baş
Bərmək, və ya Bərmək dağı kimi tanınan bu müqəddəs yer —geoloqların
təbiriycə desək, “karbonat tərkibli breksiyalaşmış əhəngdaşlarından (dolo-
mitlərdən) ibarət qaya parçası “səhra aysberqi”ni xatırladır”. Xalqımız bura-
nı- üç peyğəmbərin məkanı kimi minilliklər boyunca əzizləyir, ehtiram və
ümidlərlə ziyarətinə gəlir.
Xızır və İlyas adlarının Xıdır-Əlləz şəklində qoşa çəkildiyi, Azərbaycan-
da da Xızı rayonu və onun vaxtılə tərkibində olmuş Ələz kəndlərinin möv-
cudluğu İlyas Peyəmbər haqqında da danışmağımıza imkan yaratdı.
Hənzələt İbn Süvfan Peyğəmbər haqqında danışarkən, təfsir kitabın-
dan verdiyimiz sitatla kifayətləndik.
İBRAHİM PEYĞƏMBƏR

25

İbrahim Peyğəmbər
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

İbrahim Peyğəmbərin Tövratda ivritcə ‫‏ַאב ְָרהָ ם‏‬‎, Avrȃhȃ́ m, qədim


yunanca Ἀβραάμ, latınca Abraham kimi keçir.
İbrahim Peyğəmbər “Xəlilullah”(Allahın dostu), “İmam” (böyük,
öncül), “Sıddıq” (doğrucul), “Hənif ” (təkallahlı, tövbəkar) adları ilə də
anılır.
Ona Allah tərəfindən 20 səhifə endirilib.
Ulul-əzm rəsul İbrahimin adı Qurani-Kərimdə 69 dəfə anılır. Atası
Azərlə ruhani münasibətlərdəki barışmazlıq Qurani-Kərimin 19 MƏRYƏM
surəsi 42-48; 21 ƏNBİYA surəsi 52-57; 26 ŞÜƏRA surəsi 69-82; 37
SƏFFAT surəsi 85-87; 43 ZÜHRUF surəsi 26-27; 60 MÜMTƏHİNƏ
surəsi 4-cü ayələrdə öz əksini tapır. Sadaladığımız ayələrin heç birində
Peyğəmbərin atasının adı çəkilmir. Qurani-Kərimdə təkcə bir ayədə bu ad
söylənir. Düşünürük ki, “Azərbaycan” sözünün bir etimologiyası da elə bu
ayədəki ad ilə əlaqədardır.
6 ƏNAM‫ سورة األنعام‬surəsinin 74-cü ayəsində buyurulur:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ِ ْ‫للا الرَّ ح‬
ٍ ‫ضالَ ٍل م ُِّب‬
‫ين‬ َ ‫اك َو َق ْو َم َك فِي‬ َ ‫َوإِ ْذ َقا َل إِب َْراهِي ُم ألَ ِبي ِه‬
َ ‫آز َر أَ َت َّتخ ُِذ أَصْ َنامًا آلِ َه ًة إِ ِّني أَ َر‬
(və iz qalə İbrahimu li-əbihi Azərə ətət-tə-xizu əsnamən alihətən. İnni
26 ərakə və qəvməkə fi zəlalin-mubin)
Tərcüməsi:“Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: "Sən
bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın
zəlalət içində görürəm!"
Fikir verilərsə, ayədəki “Azər” sözünün yazılışındakı ‫“ ز‬zə”, heç də ərəbcə
“od” mənası verən “adər” sözündəki ‫“ ذ‬zal” hərfi kimi deyil. “Məmləkətin
və 12 aydan birinin Azər adlanması məhz İbrahim Peyğəmbərin atasının
adı ilə əlaqədardır.” - fikri məntiqlidir. Azər bəyin məkanı anlamına gələn
“Azərbaycan” sözünün “odlar diyarı” şəklindəki məna yozumu doğru
olmaz . Sonu “can” ilə bitən məkan adı Midiyanın paytaxtı olmuş , indi
inzibati bölgüyə görə Azərbaycan ostanına (ərazisinə) aid olmasa da,
azərbaycanlıların çox sıx yaşayış yeri Hagmatana // Həmədan //Ekbatan //
Ağvatan yaxınlığında qədim arxeoloji materiallarla zəngin yer kimi tanınan
Nuşican məntəqəsinin adında mühafizə olunmuşdur. Midiya paytaxtının
adı mixi yazılarda “Ağ vatana” kimi yazılır:

“Ağvatan” sözü ağaların vətəni anlamına gəlir.


Tiflisdə 1870-ci ildə nəşr olunan “1859-1864-cü illər məlumatına görə
İBRAHİM PEYĞƏMBƏR

Bakı quberniyasının yaşayış məntəqələri” adlı rusca kitab-siyahıya görə,


XIX yüzillikdə Azərbaycanın Cavad uyezdində “Ərbatan” adlı yer varmış.
Ceyranbatan, Ögbatan //Lökbatan) toponimlərindəki “batan” (batıb
qalmaq) sözü dilimizdən ərəbcəyə keçərək “vətən” şəklinə düşdüyünü
ehtimal etmək olar. “Ög”öymək felindəndir, təriflənən deməkdir.
Təriflənənlərin vətəni anlamına gələn “Ögbatan”ı başa düşmədən
“Lökbatan”la əvəz etmişlər. Guya lök dəvə deməkdir. Hansı dildə?
Ağa “ağ” sözündəndir, camaata isə “qara” deyirik. “Ağa” xalis türk
sözüdür, fars sözü deyil, çünki onlar ağ rəngə “sefid” deyir. “Qonaq-qara”
ifadəsindəki qara camaatı, qonaq isə "uçaraq" müvəqqəti qonan, sonra yenə
"uçub" gedəcək adamlar nəzərdə tutulur. Qonaq batıb qalmır, uçub gedir.
Zərdüştilik atəşpərəstlik (mitraizm) demək deyil. Babalarımız, parslar
kimi heç vaxt oda sitayiş etməmişlər. Peyğəmbərlər silsiləsi ilə gələn
İbrahim əleyh is-səlamın atasının adı pəhləvi əlifbası ilə “Azur” kimi
yazılırdı:

Atəşpərəstlik dinində bu söz müqəddəs” odu mühafizə edən ilahın adı


kimi qəbul edilib, Avestada isə od mənasını verir.
Musəvilikdə Adəm Peyğəmbərin cənnətdən qovulması, İsavilikdə İsa
27
Peyğəmbərin doğum ili, İslamda Məhəmməd Peyğəmbərin Məkkədən
Mədinəyə hicrətiylə hesablanan təqvimlərin qədim əsası var. Qədim
ənənəyə görə, peyğəmbərin adı təqvimdə təsbit olunurdu. Məsələn, qədim
türk təqvimində il iki qismə bölünürdü: Xızır (186 gündür, 6 maydan 7
noyabradək) və Qasım (179 gündür, 8 noyabrdan 5 maya qədər). Bizdə
unudulduğuna rəğmən, minilliklər keçməsinə baxmayaraq, “Azər” müasir
İran təqvimində də, ənənə üzrə 22 noyabrdan 21 dekabradək olan ay
kimi qalmaqdadır, Oxatan bürcünə müvafiqdir. Azər ayının Oxatan
bürcünü bildirməsi təsadüfi deyil, babalarımız azərilərin döyüşkən hərbcu
olmasından xəbər verir. Qəribə deyil ki, Azər ayı farsdilli iki xalqda;
əfqanlarda “lindəi”, kürdlərdə isə “sermauvez” adlanır. Bu onu aydın
göstərir ki, “Azər” sözünün ümumfars özülü yoxdur.
İlkin Avesta mətnlərinin Qədim türk əlifbasında olduğu ehtimal
edilir.Sonradan, anlaşılmır deyə, III yüzillikdə pəhləvicəyə tərcümə edilib.
Qədim Türk əlifbasında sait səslər əsasən yazılmırdı, samit hərfin şəklindən
bilinirdi ki, öndəki sait qalın, yoxsa incə samitdir. Məsələn, qalın saitdən
sonra gələn tək bir “t” samiti “at”, qalın saitdən sonra gələn “k” samiti
“ok”(ox) kimi oxunur.
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

O cümlədən, “Azər” sözü iki həriflə; “z” və “r” hərflərilə yazılır.


bu iki hərf çox asanlıqla həm “Azər”, həm də “zər” kimi oxuna bilər.
Belə çıxırki, Zərdüşt” sözü təhriflərə uğrayaraq bizə gəlib çatıb. “Azər daşt”/
“Zər daşt” / “Zər toşt” (Azərin saxladığı) şəklinə düşərək “Azərin oğlu”
mənasını itirib. Atası ilə ruhani konfrantasiyada durduğu üçün Zərdüştə
“Azərin oğlu” yox, “Azərin saxladığı” deyilməsi məntiqlidir. Belə bir izah
da mövcuddur ki, Zərdüşt sözü ulduz məfhumunu ifadə edən yunanca
“astra”, farsca “star” sözündən yaranaraq “Zər Tiştir” (Qızıl Tiştir), Sirius
mənasındadır. Bu ulduza qədim türklər Quruq, ərəblər isə Şira deyirlər.
Qurani –Kərimin 23 NƏCM surəsinin 49-cu ayəsində məkkəlilərin bir
vaxtlar sitayiş etdikləri bu ulduzun adı keçir.
Avestada Zaraθuštra, tacikcə Zarduşt, kürdcə Zerdeşt, farsca ‫زرتشت‬‎
—Zartoşt, yunanca Ζωροάστρης adı ilə onun Yaxın və Orta Şərqdə
Peyğəmbərliyi barədə farsdilli tarixi mənbələrdə çox bəhslər açılıb. Orta
yüzilliklərdə yaranan “Fərhənğe – farsi be – farsi” (farscadan farscaya
izahlı lüğət) əski farscadan yeni farscaya izahlı tərcümə lüğətlərindəki
“Zərtoşt” sözünün izahında onu, bir qayda olaraq, İbrahim Peyğəmbərlə
eyniləşdirirlər.
Yəhudi dinşünasları İbrahim Peyğəmbərə “Qədim pers bədəvisi” –
28 deyir. Bu xüsusilə kabbala (musəvilərin Allahşünaslıq elmi) elmini tədris
edən alim Mixael Laytmanın mühazirələrində aydın ifadə olunur. “Qədim
pers bədəvisi” söz birləşməsində İbrahim Peyğəmbərin Babilistandan deyil,
indiki İran İslam Cümhuriyyətində Qərbi Azərbaycan ostanıın mərkəzi
Urmiyə (Ur mu – bizim Ur) şəhərində dünyaya gəldiyini deməyə əsas
verir. Təyinetmə bizə aid deyil, Zərdüştün Azərbaycandan olduğunu orta
yüzilliklərdə Əl-Biruni, Əl-Balazuri, Əl-Qəzvini, Əl-Həməvi son zərdüşti
mənbələrini araşdıraraq bu qənaətə gəlmişlər, biz isə faktı təsdiqləyən
mənbəni göstəririk.
XII yüzillikdə yaşamış Azərbaycan şairi Mücir əd-Din Beyləqani ustad
Xaqani Şirvaniyə işarə etsə də, İbrahim Peyğəmbərin Azərbaycanla, xüsusən
Şirvanla bağlılığından söz açırdı:
‫می خواندش خویش زمانه براهیم خانه کن‬
‫تا خواند پور آزر شروان برادرش‬
(188 ‫ ص‬3‫) چاپ مصفا ج‬
Tətcüməsi: Özünü zəmanə Bərahimi (İbrahimi) sayırsansa, ev tik,
Qardaşını da Azər oğlu Şirvan kimi tanı.
Görünür, Mücir əd-Din Beyləqaniyə elə bir mənbə məlum idi ki, orada
Azərin Şirvan adlı oğlu, İbrahimin qardaşı olması yazılıbmış.
“Fərhənğe – farsi be – farsi” əlyazma kitabında
Zərdüşt sözünün izahı
İBRAHİM PEYĞƏMBƏR

29
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

Zərdüştilər Azərbaycanda bitən müqəddəs xaoma bitkisindən (latınca


adı: Ephedra equisetina Bge.) xüsusi ekstrat hazırlayıb içirdilər. Bu kol
dərman bitkisi farmakologiyada indi də geniş tətbiq edilir.
İbrahim Peyğəmbərin 77 yaşınadək Zərdüşt kimi yaşadığı ömrü barədə
Avestada az da olsa məlumata rast gəlinir. Onun ömrünün daha sonrakı
səhifələrindən Tövratda və Qurani-Kərimdə geniş bəhslər açılır.
Tövratın birinci Yaradılış kitabının 17-ci babı, 5-inci şeirində buyurulur:

30
N.K. Rerix “Zərdüşt” (1931)

“Daha sənə İbran deyilməyəcək. Bu gündən adın İbrahim olacaq.” Həmin


babın 15-ci şeirində buyurulur: “Allah yenə İbrahimə dedi: Arvadın Saraya
isə artıq SARAY demə. Bundan sonra onun adı Sara olacaq.” “Sara” ibranicə
“mələkə” anlamındadır. Əvvəlki adın türkcə Saray olması, zənnimizcə
yuxarıda deyənləri təsdiqləyən dil faktıdır. El mahnısında Saray adlı gəlini
sel aparması haqqında deyilir:
Apardı sellər Sarayı,
Bir ala gözlü balayı.
İndi bu mahnının necə təhrif olunduğu göz qabağındadır.
Peyğəmbərin İbrahim olmazdan öncəki həyatına dair Qurani-Kərimdə
işarə var.
21 ƏNBİYA ‫ سورة األنبياء‬surəsinin 51-ci ayəsində bu barədə deyilir:
‫ِيم‬ ِ ْ‫للا الرَّ ح‬
ِ ‫من الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
َ ‫َو َل َق ْد آ َت ْي َنا إِب َْراهِي َم ُر ْشدَ هُ مِن َق ْب ُل َو ُك َّنا ِبه َعالِم‬
‫ِين‬
(va ləqəd ətəyna Ibrahima ruşdəhu min qəblu va kunna bihi aliminə)
İBRAHİM PEYĞƏMBƏR

Tərcüməsi: “Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik


(peyğəmbərlik ehsan buyurmuşduq). Biz onu bilirdik.”
Ayədən göründüyü kimi, İbrahim Peyğəmbərin adı dəyişməmişdən
öncədə ona peyğəmbərlik verilmişdi. Ehtimal etmək olar ki, burada söz
onun Zərdüşt adı ilə tanındığı zamandan gedir. İçində alov olan cam
zərdüştiliyin rəmzidir. Qədim yəhudilərin gümüş sikkəsi olan şekelinin
üzərindəki alovlu camın təsvirləri bir fakt kimi fikrimizi təsdiq edir.
Rza İsfəhani “İran; əz Zərtoşt ta əğyamhayi-irani”, “İran; Zərdüştdən
ta iranlının qiyamlarınadək” (nəşriyyati-Elham, Tehran, 1366 hicri, 1987
miladi) adlımonumental monoqrafiyasında “Zərdüşt ya İbrahim?” problemi
(səh.39-44) əhatəsində mövcud mənbələrə istinadən gəzişmələr edir. O,
göstərir ki, Səid Nəfisi “Fərhəngnameyi-Parsi”(“Pars ensiklopediyası”)
əsərinin I cildi 395-ci səhifəsində yazır: “4-5 əsr əvvəl İranda meydana gələn
rəvayətlərə görə, İbrahim Peyğəmbərin haman Zərdüşt, Zənd kitabının
da ona aid olduğu qəbul edildi. Hətta bəzi məxəzlərdə İbrahimi Zərdüşt
yazıblar.”
Bəhram bin Fərhad “Şarestan” kitabında Zərdüştün adının İbrahim
olduğunu bildirir. “Bürhane-Qate”də göstərilir: “Zərdüşt suryanicə
İbrahim əleyh əs-səlamın adıdır.” Doktor Muin fikrini sübut etmək üçün
31
bir sıra faktlara müraciət edir ki, onlardan biri atəşin İbrahim Peyğəmbəri
yandırmamasıdır.
İbrahim=Zərdüşt bərabərliyini yəhudi təqvimi də sübut edir. Zərdüşt
və İbrahim Peyğəmbərin atası Azərin adı qədim İran təqvimində olduğu

Avestadan bit səhifə


AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

Zərdüşti incəsənət nümunələri


kimi, bu təqvimdə də var. 29 gündən ibarət “Adar” ayı Balıqlar bürcünə
32
müvafiqdir.
Bir də, Allahın insanlar arasından seçdiyi rəsullar gənclik yaşlarından
ruhani təbliğə başlayır, İbrahim Peyğəmbərsə ahıl vaxtında bu işlə məşğul
olur. Bəs o, cavanlığında kim idi? – sualına Tövratda cavab yoxdur.
Hər gün hər bir zərdüşti üçün beş vaxt vacib ibadət edilirdi. Bu
vaxtlarda 6 avazla 12 muğam üzərində gəzişmələr olunub 72 musiqi cümləsi
oxunurdu. Gündəlik dualar edilmək üçün sutkanın 24 saatı beş qismə -
gahlara ayrılırdı :
1. Havangah – sübh çağından günortayadək,
2. Rapitvingah – günortadan saat 15-ə qədər,
3. Üzəringah – günorta saat 15-dən günbatanadək,
4. Ayvusrutrimgah – günbatandan gecə yarısınadək,
5. Uşahingah – gecə yarısından sübhə qədər.

İslamda namazların bu gahlar vaxtlarda icra edilməsi təəccüb


doğurmur, axı Zərdüşt – İbrahim Peyğəmbərin tərtib etdiyi zamanlardır.
Xalqını, dünya ilə, dünyanı kainatla bir vəhdətdə görən zərdüştilər
dini ayinlər vaxtı sürud-dualar oxuyurdular. Yerdə olan bütün canlıları
İBRAHİM PEYĞƏMBƏR

kainatla bir vəhdətdə öyrənən Ulduz elmi əsasında qurulmuş musiqi


elminin müddəaları ilə bu duaların mətninin ideyaları bir-birinə tam
müvafiqdi. Muğam sistemimiz Allaha ibadət üçün yaradılmışdı. Yerlə
göyün vəhdətini təcəssüm etdirən muğamlarımız Zərdüşt prinsiplərinə
uyğun gəldiyindən, onun yaradıcısının da bu Peyğəmbər olduğuna
şübhə qalmır. Muğamlarımızın ulduz elminə uyğun kainatla həmahəng
yaranması, zərdüşti ruhani dini mətnləri ifa etmək üçün istifadə
olunması haqqında dəqiq elmi mülahizələr yürütmək olar. Bu barədə
Şeyx Nizami Gəncəvinin “İskəndərnamə” (İqbalnamə) dastanında söz
açılır:
‫مغنی ره باستانی بزن‬
‫مغانه نوای مغانی بزن‬
‫من بی نوارا بان یک نوا‬
‫گرامی کن و گرم تر کن هوا‬
( Nizami Gəncəvi “İqbalnamə” Bakı, 1947, səh.44)
Tərcüməsi: “Müğənni, qədim bir hava çal,
Muğlar kimi bir muğan havası çal.
Mən binəvanı o hava ilə
Əzizlə və havanı da qızdır. ”
33
(Nizami Gəncəvi “İskəndərnamə” (İqbalnamə) filoloji tərcümə,
Bakı, 1983, səh.463)
Şeyx Nizami bu beytlərində muğam sənətimizin Zərdüşt kahinləri
muğlarla bağlı olduğunu aydın göstərir. Muğam lap öncələr “müğani”
adlanırmış.
Seyid Əzim Şirvani Davud Peyğəmbərin Zərdüşt Peyğəmbərin yolu
ilə getdiyini, yəni dini mətnlərin muğam üstə oxunması münasibətiylə
söyləmişdi:
“Zəbur”i zəndxanlar eyləsin Davud tək əzbər,
O əlhan ilə kim, Zərdüşt oxurdu “Zənd-Zəndani”
Beytdə konkret olaraq, yəhudilərin zərdüşti musiqi motivi ilə
dini kitablarını qiraət etməsi göstərilib. Seyid Əzim iki əsr öncə təhsil
illərində və səyahətləri zamanı həm yəhidilərin həm də zərdüştilərin
dini rituallarını müşahidə etdiyindən, əminliklə bu beyti söyləyə bilirdi.
Zərdüştün son dərəcə kamil bir sistemlə düzdüyü muğamlarımız
barədə bir qədər ətraflı danışmaq istəyirəm ki, bunun necə böyük bir elmlə
yarandığı görünsün. Muğamlarımızın qədimliyini nəzərə çatdırmaqdan
ötrü Orta yüzilliklərdə alimlər Tarixi-ənbiya (Peyğəmbərlər tarixi) ilə
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

paralellər aparmışlar. Onların yekdil qənaəti belədir:


1. Rast – Adəm peyğəmbərin (s.ə.s.) sürgün həyatında behişt xiffəti
çəkib ağlamağından yaranıb.
2. Üşşaq – Nuh peyğəmbərin (s.ə.s.) adı Ərəb dilində “nauha”(müasir
təbirlə, “novhə”) əlacsız qalıb ağlamaq mənasındadir. Bu ad bir hadisə ilə
bağlıdır; Bir dəfə Peyğəmbər (s.ə.s.) hürən iti görüb dedi:
- Bu nə murdar heyvandır?!
İt adam kimi danışdı:
- Ey Allahın rəsulu, sən Allahın işinə qarışırsan. O, səni elə yaradıb,
məni də belə.
Nuh peyğəmbər dediyindən peşiman olub əlacsızlıqdan ağladı. Üşşaq
belə meydana gəldi.
3. Nəva – Davud peyğəmbərin (s.ə.s.) adı ilə bağlıdır. Onun hər oxuması
70 səsə çevrilir, nəinki insanlara, hətta heyvan və quşlara da bihuşedici təsir
göstərib özündən getdirirdi. Nəvada da, yaxşı oxuyan olsa, bu xüsusiyyət
var.
4. Hicaz – Süleyman peyğəmbərin (s.ə.s.) yüksək məqamına, şahlığına,
cah-cəlalına görə Allaha etdiyi təşəkkürdən meydana gəlib.
5. İraq – Əyyub peyğəmbər (s.ə.s.) 18 il sağalmaz xəstəlikdən əziyyət
34
çəkirdi. Bədəni yara-çora içindəydi. Yaralar hətta qurd basmışdı. Onun
qanını soran axırıncı qurd şişib yerə yıxılarkən elə dəhşətli ağrı qopdu ki,
Əyyub (s.ə.s.) sustalmadı, qurdu qaldırıb təzədən yaranın üstünə qoyub
dedi:
- Səni Allahım mənə əzab verməyə göndərib, niyə işini tamam görüb
qurtarmırsan?
Deyilənlər Allahın xoşuna gəldi, Əyyubu (s.ə.s.) tamam sağaldıb
cavanlaşdırdı. İraq muğamı bu sarsıntıları və sevinci ehtiva edir.
6. Hüseyni – Yaqub peyğəmbər (s.ə.s.) itmiş oğlu Yusifi (s.ə.s.) görəndə
elə sevindi ki, ağladı. Hüseyni üstündə şeir dedi. Bəzi araşdırıcılar isə bu
muğamın Kərbəla hadisələriylə bağlılığından, İmam Hüseynin (ə.s.)
şəhadətiylə əlaqəsindən söz açır.
7. Rəhavi – Məhəmməd peyğəmbər (s.ə.s.) Qurani-Kərimi bu muğam
üstündə oxuyurdu.
Musiqi elminin əsasını muğam ladları (asabi) təşkil edir. Muğamların
yaranması haqqında yekdil rəy belədir ki, 12 bürcün hərəkətindən bu
tərtibdə ustad Əflatun, eşitdiyi 12 ahəngi sistemləşdirib düzəltdiyi
tənbur alətində ifa etdi və bununla da 12 muğamın əsasını yaratdı.
İBRAHİM PEYĞƏMBƏR

Abbasilər sülaləsinin xəlifliyi (750 — 1258) zamanında Yunan


elmlərindən edilmiş tərcümələr onların alimlərini elə əfsanələşdirmişdi
ki, hər hansı bir sistemli elmi təlimə, ağıllı kəlama rast gələndə, onu
mütləq Yunan filosoflarından birinin adı ilə bağlayırdılar. Muğamların,
əlbəttə ki, nəinki Əflatuna (Platon m.ö. 427-347 ), ümumiyyətlə yunan
mədəniyyətinə heç bir dəxli yoxdur, yunan elm və mədəniyyətinin
Avestadan bəhrələndiyini nəzərə alsaq, bu fikri yazan orta yüzil
alimini çaşdığına görə bağışlamaq olar. Muğamlarınız mənşəyinə görə
Azərbaycan əsaslı olub kökləriiylə tarixin çox qədim qatlarına gedib
çıxır.
Zərdüştilərin min illər boyu ənənə üzrə, gün ərzində 12 muğam,
6 avaz üstündə 72 sürud (dua) oxuduğu məlumdur. Xatırladaq ki,
“nəğmə” sözünün cəmi “nəqamat”, “məqam” (an, duracaq yer) sözünün
cəmi “məqamat”, “muğam” sözünün cəmi isə “muğamat”dır. “Muğamat”
və “Muğan” sözlərinin bir “muğ” (Zərdüşt kahini) kökündən yaranması
isə heç bir şübhə doğurmur.
Muğamların yayıldığı ölkələrin 7 iqlimə (karşvar) bölünmə ənənəsi
Avestadan (Авеста.Душанбе, «Адаб», 1990 s.57-58 və 156) gəlir:
1. AREZAXİ - Şərq
35
2. SAVAXİ - Qərb
3. FRADADAFŞU - Şimali-Şərq
4. VİDADAFŞU - Şimali-Qərb
5. VORUBAREŞTİ - Cənubi Şərq
6. VORUCAREŞTİ - Cənubi-Qərb
7. XVANİRATA - Dünyanın mərkəzi hissəsi, əhalinin xoşnişinliyi
məkanı kimi Azərbaycan tanınırdı.
Azərbaycan muğamlarının fəsillər üzrə təsnifatı belədir:
1.YAZ – Maye, Üşşaq, Nəva, Mahur, Hüseyni, Rəhavi, Rəkəb
2.YAY – Çargah, Üzzal, Segah, Neyriz, Bayat
3.PAYIZ – Zirəfkənd, Bəstənigar, Humayun, Bayat
4. QIŞ – Gərdaniyyə, Mühəyyər, Mahur, Mübərriqə, Müxalif, Övc
5. XƏMSEYİ – MÜSTƏRİQƏ (Novruzdan qabaq 5 gün) – Zabul,
Segah, Pəncgah, Rast, Neyriz.
Muğamlarımızın 7 iqlim üzrə təsbit olunması xüsusi önəm daşıyır:
BİRİNCİ İQLİM – Sərəndib, Sumnat, Sahele-Bəhrxənd, Həbaşe,
Zəngibar, Sənaə, Ədən, Əmman. Bu iqlimə müvafiq muğam Zirəfkəndi -
Kuçek və Səfihandır. Qədimlərdə isə belə hesab olunurdu ki, Zəngulə bu
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

Mixi əlifbası ilə dini mətn yazılmış qayaüstü abidə


iqlimə daha çox uyğundur.
36
İKİNCİ İQLİM – Məkkə, Mədinə, Taif, İmamə, Katif, Hisar, Kasabe,
Hazvalə, Mekran, Çin, Hürmüz. Bu iqlimə müvafiq muğam Hüseynidır.
Qədimlərdə isə belə hesab olunurdu ki, Zirəfkəndi - Büzürg bu iqlimə daha
çox uyğundur.
ÜÇÜNCÜ İQLİM – Beytül – Müqəddəs, Kəssatin, Qazlan, Qaziyyə,
Təbəriyyə, Tərais, Dəməşq, Kirvan, İskəndəriyyə, Misr, Domyat, Əsğər,
Əhvaz, Kufə, Bağdad, Bəsrə, Firuzabad, Şiraz, Yəzd, İsfəfan, Şəhre-Zur,Tun,
Tabase-Kilak, Miya, Sircan, Makinabad, Urkənc, Multan. Bu iqlimə müvafiq
muğam Əbu Salik və Rəhavidır. Qədimlərdə isə belə hesab olunurdu ki,
Əraq və Hicaz bu iqlimə daha çox uyğundur.
DÖRDÜNCÜ İQLİM – Malatiyyə, Antakiya, Olsib, Tarsus, Bəlbek,
Azərbaycan, Hərran, Rake, Nardin, Ane, Mosul, Ərdəbil, Səncər, Ərcis,
Səlmas, Xoy, Mərənd, Naxçıvan, Təbriz, Marağa, Həmədan, Kuruh, Savə,
Qəzvin, Abə, Qum, Kaşan, Rey, Xarəzm, Əlamut, Talkan, Dilman, Amul,
Sari, Astrabad, Semnan, Damqan, Bistam, Səbzevar, Əsfərin, Nişapur, Tus,
Turşiz, Tun, Herat, Sərəxs, Faryab, Bəlx, Qabadiyan, Talkan, Bədəxşan,
Kəşmir. Bu iqlimə müvafiq muğam Əraq və Zirəfkəndi-Büzürgdür.
Qədimlərdə isə belə hesab olunurdu ki, Hüseyni və Rəhavi bu iqlimə daha
İBRAHİM PEYĞƏMBƏR

çox uyğundur.
BEŞİNCİ İQLİM – Rumiyyeyi – Kubra, Makid, Nisa, Omudiyyə,
Koniyyə, Qəysəriyyə, Sivas, Ərzan - ər - Rum, Samat, Əflat, Alan, Muğan,
Bərdə, Camkur(Şəmkir), Mahmudabad, Beyləqan, Bakı, Şirvan, Şamaxı,
Rus, Xarəzm, Kurkənd, Daran, Buxara, Səmərqənd, Nasaf, Keş, Xocənd,.
Bu iqlimə müvafiq muğam Nəva və Hicazdır. Qədimlərdə isə belə hesab
olunurdu ki, Əbu Salik və Sifahan bu iqlimə daha çox uyğundur.
ALTINCI İQLİM – Qustantiniyyə (İstanbul), Alan, Bulqar, Taraz,
Qaşqar, Almane, Xabalnə, Beşbalık, Qarakarum. Bu iqlimə müvafiq muğam
Rastdır. Qədimlərdə isə belə hesab olunurdu ki, Zirəfkənd bu iqlimə daha
çox uyğundur.
YEDDİNCİ İQLİM – Başqurd, Burcan, Bulqar, Şuşit, Saklab, Mişka,
Vazank, Visu, Yura, Batin-ər-Rum, Bacana, Vatirburuna. Bu iqlimə müvafiq
muğam Nəvadır. Qədimlərdə isə belə hesab olunurdu ki, Kuçek bu iqlimə
daha çox uyğundur. Sonradan, daha təkmil ifa yerinə görə, bu coğrafi
məkanların bir sırası xatirə kimi muğam guşələrinin adına çevrildi.
Zərdüştün tərtib etdiyi on iki (dəvazdəh) muğamımız Orta Asiya
xalqlarının qismən bəsit olan musiqisində tam halını mühafizə edə bilməyib
tən yarısını itirərək “Şeş makom” (altı muğam: Büzürg, Rast, Nəva, Dügah,
37
Segah, İraq) şəklinə düşdü.
Hər bir elmin nəzəri və əməli (tətbiqi) sahələri var. Orta yüzilliklərdə
musiqi elmimizlə musiqi sənəti paralel olaraq, yüksək səviyyədə idi.
Azərbaycanda musiqi elminin tətbiqi sahəsi XIX- XX yüzilliklərdə elmi-
nəzəri əsasdan ayrılmış, daha çox şifahi ənənə üzrə inkişaf etmişdi. Bu da,
kor-koranə ustad-şagird ötürmələrilə “xarab telefon effekti”ni gücləndirmiş,
nəticədə muğam dəstgahlarımız əsilliyindən uzaqlaşaraq bəsitləşmişdi.
XX yüzilliyin əvvəllərində Sadıqcanın adından verilən başabəla
(əslində1924-27-ci illərdə) “ tar islahatı”nda çıxarılan pərdələrə görə
muğam dəstgahlarında şöbə və guşələrə keçid ayaqlarının yeri dəyişmiş,
çaşqınlıq yaratdığından bir sırası ixtisar edilərək ifa olunmamışdı. Beləliklə,
12 möhtəşəm muğam kaşanəmizin indi xarabalıqları qalmışdır.
Göy sferalarının (fələklər) hərəkətiylə əlaqədar səyyarələrin bürclərdə
yerləşmə məqamı dəyişdikcə, insanın ruhunda və bədənində müəyyən
yeniləşmənin olduğunu Nücum elmindən xəbərdar təbiblər təyin etmişlər.
Bu sahəni Tibbi Təncim elmi öyrənir. Muğamların da insan səhhəti
və ovqatına təsiri araşdırılaraq Tibbi Təncim sistemiylə tarazlaşdırıldı.
Bürclərin erkək-dişi, yaş-quru, isti-soyuq məcaz təqsiminə müvafiq olaraq,
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

muğamların da bu əsasa uyğun gəldiyi aşkara çıxdı. XIV yüzildə yaşamış,


1354-cü ildə vəfat etmiş Azərbaycan alimi İbn əl-Xətib Ərbili (XVI
yüzilədək Ərbil vilayəti Səfəvi dövləti ərazisindəydi) bu məsələlərə daha
çox aydınlıq gətirmişdi. Sağlamlıq üçün, gələcəkdə ruhi fəsadların qarşıya
çıxmaması üçün, 9-10 yaşına qədər uşaqlara, sadəcə pentatonik musiqi
(pianonun qara klavişləri) dinlədilməsi məsləhət görülür.
Musiqiçilər məzac və xaraktercə başqa peşə sahiblərindən əsaslı surətdə
fərqlənirlər. Onların ədəb qaydalarına aid xüsusi fəsillər yazılıb. Kompüter
texnikasının bu günki mərhələsində bir sıra faktlar meydana çıxır. Səs,
ritm, melodiya, harmoniyanın, beynin sağ yarım kürəsinə, səs şiddətindəki
dəyişmələrlə birlikdə musiqiylə düşüncə qəliblərinin beynin sol yarım
kürəsinə təsiri elmə məlumdur. Musiqiçilərin beyninin orta qismində
körpü görünüşlü, təbiblərin “corpus callosum” adlandırdıqları bölgənin
daha artıq böyüdüyü nəzərə çarpır. Musiqi elminin qənaətinə görə, dəsgah
muğamlarının insana aşıladığı hisslər belədir:
1. Rast Muğamı: İnsana səfa, nəşə, rahatlıq gətirir.
2. Rəhavi Muğamı: İnsana bəqa, sonsuz əbədiyyət fikri aşılayır.
3. Kuçek Muğamı: İnsana ümid verir.
4. Büzürg Muğamı: İnsana cəsarət verir.
38 5. Sifahan (Isfahan) Muğamı: İnsana hərəkət qabiliyyəti, özünəəminlik
hissi gətirir.
6. Nəva Muğamı: İnsana ləzzət və fərəh gətirir.
7. Üşşaq Muğamı: İnsana gülüş hissi gətirir.
8. Zirgülə Muğamı: İnsana yuxu gətirir.
9. Saba Muğamı: İnsana qüvvət verir.
10. Əbu Salik Muğamı: İnsana qüdrət verir.
11.Hüseyni Muğamı: İnsana sükunət, rahatlıq gətirir.
12. Hicaz Muğamı: İnsana təvazökarlıq gətirir.
Xəstəliklərə təsir prizmasından muğamlarımız belədir:
Rast Muğamı: Sümüklər və beyinlə əlaqədardır. Çox yatmanın qarşısını
alır. Nəbz vurğusunu sürətləndirİr. Ağıl xəstələrinə yaxşı təsir edir.
Iraq Muğamı: Miningit, beyin, əsəb və ağıl xəstələrinə, çiyin, qol və
əllərə faydalıdır. Ləzzət verir, düşünmə və qavramadan ötrü yararlıdır.
Qorxunu aparır.
İsfahan Muğamı: Qızdırma xəstəliklərindən vücudu qoruma özəlliyi
var. Ənsə, boyun, çiyinlər və sol dirsək üçün faydalıdır. Özünə inam hissi
aşılayır, zəkanı açma və xatirələri təzələmə keyfiyyəti var.
Zirəfkənd Muğamı: Kürək ağrılarına, qəlb, cigər, köks, sağ çiyinə və
İBRAHİM PEYĞƏMBƏR

qulunca faydalıdır.
Büzürg Muğamı: Qulunç və beyin ilə ortaya çıxan şiddətli xəstəliklərə
yararlıdır. Gücü artırır. Boyun, boğaz, köks, cigər, qəlb və böyür üçün
yararlıdır.
Zirgülə Muğamı: Qəlb xəstəliklərinə, mədə və qara ciyər qızdırmasına,
miningit və beyin xəstəliklərinə faydalıdır. XIII əsrədək Hicaz muğamından
ayrılıb müstəqilləşmişdi. Beyin və ruh xəstəliklərinin müalicəsi üçün
faydalıdır. Xəyal və sirlər təlqin edir, yuxu gətirir.
Rəhavi Muğamı: Sağ çiyin, baş ağrıları, burun qaamaları, əyriliyi və
bəlğəmdən gələn xəstəliklərə, ağılın müalicəsinə faydalıdır.
Hüseyni Muğamı: Sümükləri, beyni və uşaq xəstəliklərini müalicə
etmək gücü var. Uroloji və cinsi sistemə, böyrəklərə təsir gücü çoxdur.
Təvəzökarlıq duyğusu verir. Zəif nəbz vurmanı yüksəldir, köks üçin bir sıra
xeyirləri var.
Nihavənd Muğamı: Qan dövranı, qarın, ayaq bölgələrinə xeyirlidir.
Qulunç, bel ağrısı və qan təzyiqi rahatsızlıqlarına faydalıdır.
Nəva Muğamı: Köksün sağ tərəfinə, böyrəklərə xeyri var. Üzüntünü
aparır və ləzzət verir. “Könül oxşayan muğam” adıyla tanınır.
Üşşaq Muğamı: Qəlb, ayaq rahatsızlıqları ilə nikriz (damar) ağrılarına
39
faydalıdır. Gülmə, sevinc, qüvvət və qəhrəmanlıq duyğuları verir. Qadın
xəstəliklərinə ve erkəklərdəki ayaq ağrılarına faydalıdır.
Əcəmi- Əşiran Muğamı: Sümük və beyin üçün faydalıdır. Yaradıcılıq
duyğusu və ilham verir. Durğun düşüncə və duyğuları canlandırır.
Qadınlarda doğuşu asanlaşdırır. Ana qarnındaki çocuğun yanlış duruşlarının
düzəlməsinə yardım edir. Ağrı, spazm aparma gücü var.
Segah Muğamı: Köklük, yuxusuzluq, yüksək nəbz, qəlb, cigər
rahatsızlıqlarına faydalıdır. Beyin neyronlarına faydası var. Mistik duyğular
gətirir.
Muğamlarımızın müxtəlif zaman kəsiyindəki ovqatlar və məzaclarla
həmahəngliyi də Zərdüşt tərəfindən dürüst müəyyənləşib. Azərbaycan
muğamlarının bürclər üzrə təsnifatı belədir:
1.Qoç – Üşşaq,
2. Buğa – Hüseyni,
3. Ekizlər – Rast,
4. Xərçəng – Əbu Salik,
5. Şir - Rəhavi,
6. Qız – Nəva,
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

7. Tərəzi – Büzürg,
8. Əqrəb – Sifahan,
9. Oxatan – Əraq,
10.Oğlaq – Zəngülə,
11. Dolça – Hicaz,
12.Balıqlar – Kuçek.
Səhhətin normal vəziyyətə qayıtması üçün, muğamlardan tədavü
vasitəsi kimi istifadə etmək ənənəsi, sonradan Abbasilər xanədanının
vəzirləri olan Bərməkilərin adı ilə sıx bağlıdır.
Azərbaycan muğamlarının gün ərzindəki ifa zamanlarını da Zərdüşt
təyin etmişdi:
1. GÜNƏŞİN ÇIXDIĞI ZAMAN – Üşşaq, Zabul, Övc, Rəhavi,
Novruzi-Ərəb
2. SƏHƏR AÇILANDA – Əraq, Hüseyni, Mahur, Gərdaniyyə
3. GÜNORTAYA QƏDƏR – Hicaz, Nəhoft, Humayun
4. GÜNORTA VAXTI – Segah, Məğlub, Gərdaniyyə
5. İKİ NAMAZ ARASI – Neyriz, Nişaburək, Çahargah, Hicaz, Kuçek
6. ƏSR VAXTI – Rəhavi, Bəstənigar, Şahnaz
7. ŞAM VAXTI – Üşşaq, Övc, Zabul
40
8. XİFTƏN VAXTI – Əbu Salik, Şahnaz, Səlmək, Rəkəb, Bayatı
9. GECƏ NAMAZI VAXTI – Şahnaz, Zəngülə, Hicaz
10. GECƏYARISI – Büzürg, Rəhavi
11. SÜBH VAXTI – Rast, Pəncgah.
Bundan əlavə, Azərbaycan muğamlarının səyyarələr üzrə təyinatı, hansı
not səsinə və həftənin hansı gününə uyğun gəlmə uyarlığı belədir:
1. ŞƏMS (Günəş), Həyatın başlanğıcını, Ata, kişi qohumları, ictimai
vəziyyəti göstərir. BAZAR gününün səhəri – Hüseyni, gecəsi – Əbu Salik
və Rəhavi muğamları ifa edilir. Bəzi kitablarda Günəşin Əraq muğamına və
lya notuna uyğunluqları barədə də qeydlər var.
2. QƏMƏR (Ay), Səhhəti təyin edir. Ana, qadın qohumları və
taleyi bildirir. BAZAR ERTƏSİ gününün səhəri – Rast, gecəsi – Əraq və
Zrəfkəndi-Büzürg muğamları ifa edilir. Bəzi kitablarda bu səyyarənin Nəva
muğamına və mi notuna uyğunluqları barədə də qeydlər var.
3. MƏRRİX (Mars), Müəssisə təşkilatları arasındakı yarışmaya, gənc
erkək qohumlarla münasibətlərə təsir edir. ÇƏHARŞƏNBƏ AXŞAMI
gününün səhəri – Üşşaq və Zəngülə, gecəsi – Nəva və Hicaz muğamları ifa
edilir. Bəzi kitablarda bu səyyarənin Üşşaq muğamına və si notuna uyğun
İBRAHİM PEYĞƏMBƏR

gəldiyi göstərilir.
4. ÜTARİD (Merkuri), İnsanın əqli və intellektual imkanlarına təsir
edir. ÇƏHARŞƏNBƏ gününün səhəri –Əbu Salik və Rəhavi, gecəsi
–Sifəhan və Zirəfkəndi-Kuçek muğamları ifa edilir. Bəzi kitablarda bu
muğamın Əbu Salik muğamına və fa notuna uyğun gəldiyi göstərilir.
5. MÜŞTƏRİ (Yupiter) , Şöhrəti, gəliri, var-dövləti bildirir. CÜMƏ
AXŞAMI gününün səhəri – Əraq və Zirəfkəndi-Büzürg, gecəsi – Hüseyni
muğamları ifa edilir. Bəzi kitablarda bu səyyarənin Zirəfkənd muğamına və
do notuna uyğun gəldiyi göstərilir.
6. ZÖHRƏ (Venera) , Sevgini, intim münasibətləri, həzzi, ailə üzvlərilə
münasibətləri, gənc xanım qohumlarla, bacılarla münasibəti göstərir.
CÜMƏ gününün səhəri – Nəva və Hicaz, gecəsi – Rast muğamları ifa
edilir. Bəzi kitablarda bu səyyarənin Rast muğamına və sol notuna uyğun
gəldiyi göstərilir.
7. ZÜHƏL (Saturn) , Yaşlı adamlarla əlaqəni göstərir. Vəsiyyət və
mirasdan, səhhət üçün təhlükələrdən xəbər verir. ŞƏNBƏ gününün səhəri
– Sifəhan və Zirəfkəndi-Kuçek, gecəsi – Üşşaq və Zəngulə muğamları ifa
edilir. Bəzi kitablarda bu səyyarənin Rəhavi (Rahab) – muğamına və re
notuna uyğun gəlməsi göstərilir. Çağdaş kosmo-musiqinin araşdırıcıları
41
hər səyyarənin öz səsini axtarıb tapmış, hətta onları internet saytlarında
qoymuşlar.
Qədim dövrdə Zərdüşt yaratdığı bu sistemi İbrahim Peyğəmbər olaraq
Babilistana, Fələstinə apardı. Dini mətnləri musiqinin müşaiyətiylə ifa
etmək ənənəsinin əsası burada qoyuldu. Sonradan Davud Peyğəmbərin
xoş avazla “Zəbur”u oxuması şairlərin zərb ül-məsəlinə çevtildi. Bu ənənə
musəvilikdən inersiya ilə isəviliyə keçdi. Kilsə musiqisinin əsasında yeni-
yeni bəstəkarlar ərsəyə gəldi. Avropada kilsə musiqisi əsasında bəstəçilik
XVII yüzildən başlayaraq sürətlə inkişafa başladı. Titanlar doğuldu. Onlar
şüuraltı ilə Zərdüştü dərk edir, musiqilərinin əlifbasını bu kişinin yaratdığını
duyurdular.
Təsadüfi deyil ki, Mozartın (Wolfgang Amadeus Mozart, 27.01.1756-
5.12.1791) “Zauberflöte” “Sehirli fleyta”(1791) operasında işıq və
müdrikliyi təcəssüm etdirən Zərdüşt obrazı var. 1896-cı ildə Fridrix
Nitşenin (Friedrich Wilhelm Nietzsche,15.10.1844-25.08.1900)“Also
sprach Zarathustra” “Zərdüştün buyurduqları”əsərindən vəcdə gələrək
Rixard Ştraus (Richard Strauss,11.06.1864-8.09.1949)eyniadlı simfonik
poemanı bəstələdi. Əsər yarım saatlıq pauzasız ifa olunan 9 fraqmentdən
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

ibarətdir. Rusların müasir “Piknik”qrupunun repertuarında “Zərdüşt”adlı


mahnı var. İlya İlf və Yevgeni Petrovun qoşa müəllifi olduqları “12 stul” və
“Qızıl dana” əsərlərinin baş qəhrəmanı, türk əsilli Ostap Benderin “Sənin
əngini əzərdim, heyif ki, Zərdüşt izn vermir” – kəlamı məşhurdur. Bir fakt
kimi sadaladıqlarımızın əsl Zərdüştə çox az dəxli olduğuna baxmayaraq,
mənbəyə qayıdış instinktini büruzə verdiyi üçün maraqlıdır.
İndi, Avropa musiqisinin əsasının Azərbaycan muğamları olduğunu
onlardan heç kim etiraf etməsə də, kifayətdir ki, Azərbaycan muğamı
istənilən qitədə , ölkədə hətta ən zəif xanəndələrimizin ifasında səslənsin,
hamını məftun edəcək. Musiqi, din kimi ruhla bağlıdır, musiqi dinlə,
din musiqi ilə əlaqədardır. Əvvəlcə ancaq ibadət üçün istifadə olunan
muğamlarımızı sonrakı əsrlərdə kütləviləşdirdik. Orta yüzilliklərdə ən
hikmətli şeirləri muğam mətnləri kimi seçirdiksə, indi tutdu qatıq, tutmadı
ayran prinsipi əsasdır, kim nəyi istəyirsə onu da oxuyur.
İbrahim Peyğəmbər haqqında əldə olan çox az və mübahusəli
məlumatdan bunları öyrəniruk ki, o, təxminən 4200 il əvvəl, miladdan
öncə1568-ci ildə 1 martda (Tövrat, 21:5)Ur şəhərində Nuh Peyğəmbərin
nəslindən olan Azərin ailəsində dünyaya gəlib.(Nuh Peyğəmbərin məzarı
Azərbaycandadır, Ur şəhəri isə indiki Urmiyədir) Atasının adını yəhudi
42 mənbələrində Fərra və ya Terrah kimi də yazırlar. ‫“ף‬F” və ‫“ ת‬Th” səslərini
ifadə edən hərflər ivrit əlifbasının əlyazmalarında qismən oxşar olduğundan,
belə şaşqınlıq yaranıb. “Fərra”sözü işıq mənasını bildirir. Sonradan bu
söz “ziya” ilə əvəz olunsa da, dilimizdə indi də işlənən “fərli” və “fərsiz”
sözlərində öz mənasını saxlamaqdadır.
Zərdüştün atasına farslar Pouruşəsp deyirdi, o bütpərəstlər üçün
taxtadan bütyonan idi. Anasının adı Dayday idi, ərəb mənbələrində Ədna
kimi keçir, yəhudilərsə ona Amatleya deyir. Haldey mixi gilyazılarında
qadın adı “Amatsula” var. Bəlkə də elə bu addır. Farsdilli mənbələrdə Böyük
qardaşlarının adı Ratuşar və Ranquştar, kiçiklərininsə adı Notariqa və
Nivetiş idi. Zərdüşt dünyaya gələndə gülmüş, bununla da 2000 şər qüvvəni
həlak etmişdi.
Zərdüşt üç kərə evlənmişdi. Xvovi adlı birinci evləndiyi dul qadından
Urvatat-nara və Xvara-çitra adlı iki oğlu, qız aldığı iki xanımdan onun 4
övladı; İsad-vastra adlı, sonradan kahin olacaq oğlu, Freni, Triti və Poruçista
adlı üç qızı dünyaya gəlib. Bu Hindistandakı atəşpərəstlərin mühafizə etdiyi
məlumatdır.
Şahənşah Gəştəsp Zərdüştün dinini qəbul eylədi, bir atəşkədə düzəltdi.
Zərdüşt məbədə öz atasının adını, “Azərmehr Bərzin” qoydu. Belə bir xəbər
İBRAHİM PEYĞƏMBƏR

minilliklərdən gəlib çatıb ki, gətirdiyi dinin şahənşah Gəştəsp tərəfindən


qəbul olunması şərəfinə Zərdüşr Xorasan vilayətində, Xəzər sahilində
şahənşah Gəştəspin tikdirdiyi Azərmehr Bərzin adlı atəşkədənin qapısı
ağzında Hindistandan gətirdiyi bir sərv ağacı əkib onun gövdəsində bu
tarixi hadisəni qeyd edərək yazdı: “Ey Ağac, sən şahid ol ki, Gəştəsp
mənim dinimi qəbul eylədi.”İslama qədər zərdüştilər həmin nəhəng ağacın
ziyarətinə gələrdilər.Abbasilər sülaləsindən xəlifə Əbül – Fəzl Cəfər ibn
Muhəmməd əl –Mütəvəkkil Əliullah ibn əl- Mötəsimin ( ‫المتوكل على هللا جعفر‬
‫بن المعتصم‬‎821—861) əmrilə ağacı kəsib Bağdaddakı sarayının tikintisində
istifadə etdilər. Ağac qaldıqca, atəşpərəst zəvvarların yürüşünün qarşısını
almaq mümkün deyildi, mütləq kəsilməliydi. Diqqəti çəkən məqam odur
ki, düşmən münasibəti göstərib kəsilmiş ağacdan odun kimi də istifadə
edə bilərdilər, ancaq Zərdüştün müqəddəsliyinə şüuraltı inamla bunu
etmədilər, xəlifə sarayına layiq gördülər.
Orta Əsrlər İslam tarixçiləri Zərdüştün həyatı və şəxsiyyəti haqqında,
bizə gəlib çatmayan köhnə əlyazmalara əsaslanaraq müəyyən məlumat
vermişlər. Əbu Reyhan Biruni “Qanuni – Məsudi” adlı əsərində Faylakus
haqqında danışarkən, müəllimi Zərdüşt haqqında məlumat verir ki, o,
43

Nəqşi-Rüstəm qayasında miladın III əsrinə aid təsvir. Ahurəməzda şahlıq


əlamətlərini Sasanilər sülaləsinin qurucusu I Ərdəşirə təqdim edir.
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

Mamku (bəlkə də Maku) şəhərini salıb. Anası Anis Hindistandan Misirə


musəvi tarixiylə 3780-ci (miladdan öncə 1741-ci) ildə gəlib. Deyilən vaxt
Asur şahı Mamuyutsun zamanına təsadüf edir. Bu faktı əsas götürsək,
Zərdüştün tarixi 3700 ili haqlayır. Yunan, ərəb, yəhudi mənbələrində
göstərilən tarixlər bir-birilə uzlaşmır. Bunların hansının həqiqətə daha çox
uyğun gəldiyi problemini tarixçilərin öhdəsinə buraxıram.
“Şahnamə”nin başlanğıcında müəllifin yuxuda Zərdüştü görməsi,
ondan nəsihətlər almasını oxuyuruq. İslamın bu dövrdə geniş yayıldığı,
əsərin sifarişçisinin də qatı müsəlman olduğunu bildiyimizdə bu fakt
təəccüb doğurmaya bilmir. Müsəlmanlar zərdüştiləri natəmiz insanlar
kimi qəbul edir və onlarla izdivacı yolverilməz sayırlar. Bununla belə,
günümüzədək atəşkədələrin məscidlər əhatəsində mövcudluğu, bir daha
İslam dininin böyüklüyü, demokratliyi və humanizmi kimi izah oluna bilər.
X yüzillikdə ‫ محمد بن جرير بن يزيد بن كثير بن غالب‬Əbu Cəfər Muhəmməd
bin Cərir bin Yəzid bin Kəşir bin Qalib ət-Təbərinin (224-310/839-923)
yazdığı ‫“ تاريخ الرسل والملوك‬Tarix ər-rəsul vəl- muluk” (Peyğəmbərlər və
hökmdarlar tarixi) adlı 30 000 səhifəlik əsərində əsl müsəlman alimi kimi
Zərdüşt haqqında da danışır. Ona münasibəti, yumşaq desək, xoş deyil.
Bununla belə, ənənəvi faktları bir yerə toplaya bilməsi yaxşı mənada təəccüb
44
doğurur. Göstərilən faktlarda dürüstlük olmasa da, burada onları veririk.
Təbəri kitabının Üzeyir Peyğəmbərə aid olan hissəsində belə nəql edir:
“Peyğəmbərin bir şagirdi vardı, adına Zərdüşt bin Yunan deyərdilər. Çox
elm öyrənmişdi. Sehirbaz idi. Davud Peyğəmbərdən qalma dəmir geyimi
vardı, onu özüylə götürdü.
Bir gün elə bir iş gördü ki, Üzeyir Peyğəmbərin xoşuna gəlmədi. Onu
qovdu və bədduasında Zərdüştün cüzam xəstəliyinə tutulmasını istədi.
Duası yerinə yetdi. Tanrı onu cüzam mərəzinə mübtəla etdi.
Kitablarını götürərək Hindistana getdi. Bir il orada qaldı. Gəzdi. Çox
sehr öyrəndi. Çox oğlaq (çəpiş) dərisi aldı. Aşılanmış nazik çəpiş dərisi
yazılmaq üçün, o vaxt kağız kimi istifadə edilirdi. Yazılandan sonra onu
tumar kimi bükürdülər.
Sonra Babil ölkəsinə gəldi, orada bir quyu vardı, onun üstünə
gəldi(yəqin ki, Babilistanda sehr bilən Harut və Marut adlı iki mələyin
nəfslərini saxlaya bilməyıb, öyrənmək müqabilində özünü onlara təslim
edən gözəl bir qadına cadugərliyi təlim etdikləri üçün cəzalandırılıb
başıaşağı salındıqları quyu imiş). Orada çox şeylər öyrəndi. Sonra bir dağa
çıxdı. Bir illik azuqə alıb dağdakı mağaraya qoydu. Bir il orada qaldı, iki kitab
İBRAHİM PEYĞƏMBƏR

yazdı.Birinə “Zənd”, o birinə “Ust” (Avesta) adı verdi. Bu, Zəndin təfsiri idi.
İçində şərtlər qoydu. Kitaba çox şeylər yazdı. Əcəm diliycə təfsir eylədi. Elə
ki, tamamladı, dəvə yunundan bir don geydi. Bir dilbənd sarındı. Başını,
ağzını örtdü. Manqal içinə bir qədər köz qoydu. Hindistandan gətirdiyi
sərv ağacını götürdü. Səməndərdən bir yağ düzəltdi. Özünə sürtdü. Tilsim
eylədi ki, oda girsə, yanmasın.
Bir tilsimlə zəncir düzəltdi. O, dağa qalxdı. Bir küpdə sehrlə özünü
Bəlxə çatdırdı. Orada küpdən çıxdı (küp uçan aparatmış, küpəgirən
qarılarda varmış). Elə ki, səhər oldu, Gəştəsb divan qurdu.Zərdüştü görən
kimi soruşdu ki, – “Sən kimsən?”
Cavab verdi: – Peyğəmbərəm! Tanrı-Təala məni sənə və camaatına
göndərdi.
Gəştəsp soruşdu: – Dinin nə dinidir?
Xəbər verdi. Gəştəsp bəyəndi, qəbul eylədi. Dedi ki, “möcüzələrin
nədir?” Zərdüşt cavabında söylədi: “Mis əridin, köksümə tökün ki, bəlli
ola.”
Gəştəsp və bəylər od qalayıb mis əritdilər, Zərdüştün köksünə tökdülər,
yanmadı. Qat-qat, bir-biri üstünə ərinmiş misi köksünə axıtdılar. 45
Zərdüştə hamısı iman gətirdi. “Zənd” və “Ust”u onlara verdi.
İsfəndiyarın yanına gəldi. Zənciri onun qoluna bağladı. Bir tas su götürdü.
O qədər üzərinə sehr elədi ki, su qaraldı. İsfəndiyarı o suda çimdirdi. Tanrı-
Təala saxladı ki, o sudan gözünə girmədi. İsfəndiyar gözünü yummuşdu.
Yuyunandan sonra ona ox batmırdı, qılınc təsir etmirdi (Bu məqam
Təpəgözlə bağlı boyla müqayisə olunsa, maraqlı məsələlər ortaya çıxar).
Zərdüşt əvvəl odu götürdü. Dedi ki, “mən göyə çıxmışdım. Tanrını
Uçmaqda (Cənnətdə) gördüm. Bu kitabları yazdı, mənə verdi ki, səcdə
edəsiniz.Onunla məni görər və yanıma gələrsiz” – dedi. Gəştəsp qəbul
eylədi.
Zərdüşt gəlib Gəştəspə dedi: “Bir ev tikdir ki, qırx arşın uzunluğu,
qırx arşın eni, yüz arşın hündürlüyü olsun.” Gəştəsp onun dediyini yerinə
yetirdi.Zərdüşt yenə buyurdu ki, o evin içində qızıldan bir guşə düzəltdir.
Odu həmin qızıllı hücrədə qoydular. Evin içini şəkillərlə doldurdu.
Kəyumərsdən Gəştəspə qədər ətrafında olan bəylərə namələr göndərdi.
Hanısını öz dininə dəvət etdi. Hər kim ona müti idi, qəbul eylədi.
Deyilən hücrə tikilib tamam oldu. Rəisliyini Gəştəspin vəziri Caməspə
verdi. Bu işlərdən səkkiz il keçdi. TURANdan bir eıçi gəldi. Orada bir bəy
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

vardı, adına Ərcəsp deyərdilər. Çində bəylik almışdı. Hər il Gəştəspdən


xərac götürürdü. İndi onun elçisi xərac üçün gəlmişdi. Gəştəsp cavabını
verdi, könlünü təsəlli eylədi, yenə göndərdi və elçi getdi.
Zərdüşt Gəştəspə dedi: “Tanrı-Təala mənə belə bir əmr eylədi ki,
Gəştəsp daha Ərcəspə xərac verməməlidir.” Gəştəsp qəbul eylədi.
Ərcəspin bir divi vardı, ustad idi. Cadunu ondan öyrənmişdi. Elə ki,
div xəbər tutdu, Ərcəspin yanına gəldi. Xəbər verdi ki, bir xoca Gəştəspin
yanına gəlib onu dindən çıxartdı. Ərcəsp heyfsiləndi, dərhal Gəştəspə bir
məktub yazıb göndərdi. Məzmunu belə idi:
“Ey oğul, eşitdiyimə görə, dinini tərk etmisən. Bir caduya uymusan.
O, səni azdırır. Bu qədər müddətdə tapındığın dinini necə tərk edirsən?
Cəmşid şah ki, ulu dədəmizdir, hərgiz dinini tərk eyləmədi. Cahanı ədalətlə
doldurdu. İndi ki, sən dinindən keçdin, qorxuram sənə bir xətər toxuna.
Sən o kişinin oğlusan ki, Key-Xosrov tacını və təxtini ona vermişdi. Heç
ondan utanmazmısan?
Elə ki, sənin xəbərini mənə verdilər, ürəyim ağrıdı. Sənə bunca öyüd
verdin. Gərək bizə qarşı durmayasan. “Zənd”i və “Ust”u buraxıb tövbə
edəsən. Tanrı-Təala sənin suçundan keçsin, aqibət eyləsin.
Öyüdümü tutarsan, Tanrı tanıq olsun, sənə o qədər mal göndərərəm,
46
ruzigar mühəndisləri hesabından aciz qalarlar. Yox, əgər dönməzsən, dinim
haqqıı, səni ölüncə saymaram! O qədər turanlı göndərərəm ki, heç kimsə
görməmiş ola. İranı elə yıxaram ki, Rüstəm Turanı öylə yıxdı. Övlad və
əyalınızı əsir edərəm!...”
Təbəri daha sonra “Şahnamə”də əks olunan İran-Turan savaşlarını
ətraflı təsvir edir. Atəşpərəstliyin nə qədər qanlara bais olduğunu hadisələrin
dramatik inkişaflnda oxucusuna çatdırır. Ən sonda Əhəmənilər sülaləsinin
şahənşahı Kuruşun şahlığı zamanında Daniyal ~Peyğəmbərin İslamı
gətirməsini və zərdüştiliyə qalib olmasını deməklə fikrini tamamlayır.
Burada diqqəti ona çəkmək istəyirəm ki, 3-4 min öncə Araz çayının
adı “Erexş”, Kür çayı isə “Kuruş” kimi qeyd olunub. Bəs görəsən, niyə
Əhəməni//Ağamənis sülaləsi şahının adı ilə farscaya tərcümədə “divanə”
olan bizim çayın adı bir imiş? Burada türk elementləri axtarmaq məntiqli
olmazmı?
Mixi əlifbalı mətnlərdə Əhəməni yox, Ağamənis
yazılıb, tərcüməsi də “ağa mənəm” deməkdir.
Təbəri tarixində bizim üçün maraqlı olan məqam Zərdüştün əsərinin
hansı dildə yazmasına işarə etməsidir. O, “Zənd”in hansı dildə yazılmasını
İBRAHİM PEYĞƏMBƏR

söyləməsə də, əsərin izahı olan “Ust”un əcəmcə olduğunu yazır, axı əsəri
əcəm (ərəb olmayan, iranlı) şahına təqdim edəcəkdi. Mətndən bu iki əsərin
ayrı-ayrı dillərdə olduğu aşkara çıxır. Təbəri türklərə nifrətini Zərdüştə
münasibətdə də açıq bildirir. O, zərdüştiliyə yox, türkçülüyə nifrər edir.
Dünya tarixində möhtəşəm titanlar cərgəsində azərbaycanlı, əsili
Urmiyadan olan Zərdüşt insanların ruhani və zəka sferasına böyük təsir
edib. Ayrı-ayrı sivilizasiyalar onun təlimindən çox şey əxz ediblər. Onun
fəlsəfəsi, təqvimi, kosmoqoniyası, ədəbi min illərdir ki, araşdırılır. Musiqiyə
və poeziyaya Zərdüştün verdikləri hələ böyük tədqiqlər nəticəsində
meydana çıxacaq.
XX yüzilliyin ən istedadlı yazıçısı, repressiyaya uğramış işıqlı
mütəfəkkirimiz Yusif Vəzir Çəmənzəminli zərdüştiliyin tədqiqatına ən
samballı elmi məqalələr və “Qızlar bulağı” adlı roman həsr etmişdi. Son
onilliklərdə Zərdüşt Peyğəmbərə maraq çoxalıb. Bu sırada filologiya elmləri
doktoru Baloğlam Şəfizadənin tədqiqi xüsusi önəm daşıyır.
Azərbaycanlı Zərdüştün “Avesta”sı bəşər sivilizasiyasının mötəbər
əsərlərindən biridir. Təsadüfi deyil ki, 2000-ci ilin iyun ayında YUNESKO
baş konfransının XXX sessiyasında, nədənsə Özbəkstan Respublikasının
təqdimatıyla, dünya mədəniyyəti və din tarixində mühüm yer tutan
47
“Avesta”nın 2700 illiyini geniş bayram etmək qərara alındı. Nədənsə,
Xivədə “Avesta” muzeyi var, bizdə yox? Ciddi təhriflər təkallahlıq dinini
təbliğ edən Zərdüşdü öz kitabından imtina etməyə, İbrahim Peyğəmbərə
çevrilməyə məcbur etdi.
22 HƏCC ‫ سورة الحج‬surəsinin 17-ci ayəsində buyurulur:
‫ِيم‬ ِ ْ‫للا الرَّ ح‬
ِ ‫من الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
َ َّ َّ‫ِين أَ ْش َر ُكوا إِن‬
‫للا‬ َ ‫ُوس َوالَّذ‬َ ‫ارى َو ْال َمج‬ َ ‫ص‬ َ ‫ِين َوال َّن‬ َ ‫ِين آ َم ُنوا َوالَّذ‬
ِ ‫ِين َها ُدوا َوالص‬
َ ‫َّابئ‬ َ ‫إِنَّ الَّذ‬
َ َ ُ
‫للا َعلى ك ِّل شيْ ٍء ش ِهي ٌد‬َ َّ ْ َ
َ ّ‫َيفصِ ُل َب ْين ُه ْم َي ْو َم ال ِق َيا َم ِة إِن‬ ْ
(innə əl-ləzinə amənu va əl-ləzinə hadu va əs-sabiinə va ən-nəsara
va əl-məjusə va əl-ləzinə əşrəku innə Allahə yəfsilu bəynahum yəumə əl-
Qiyaməti innə Əllahə əla kulli şeyin şahidun)
Tərcüməsi: “Həqiqətən, Allah iman gətirənlər (müsəlmanlar),
yəhudilər, sabiilər (ulduzpərəstlər), xaçpərəstlər, atəşpərəstlər
və müşriklər arasında qiyamət günü (haqq ilə batili ayırd edərək)
hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir! (Onların
nə etdiklərini və nəyə layiq olduqlarını çox gözəl bilir!)”
Ayədə Allah müşriklər cərgəsində “əl-məcusə” – atəşpərəstlər sözünü
də işlədir. Halbuki, İbrahimin – Zərdüştün dini hənəf dini idi. Əldə olan
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

yazılı materiallara əsasən onu demək mümkündür ki, Qiyamət gününün,


cənnət və cəhənnəmin varlığı haqqında ilk məlumatı verən, beş vaxt ibadəti
rəsmləşdirən Zərdüşt Peyğəmbər olmuşdur.
Dininə atəşpərəstliyin əlavə edilib atəşin müqəddəsləşdirilməsinə etiraz
əlaməti olaraq miladdan öncə 11 aprel 1491-ci ildə, 77 yaş 40 günlüyündə
ikən Zərdüşt, getmək istəyən yaxın qohumları ilə birgə vətənindən ayrılıb,
Babilistana gəldi (vətəndə söz çıxardılar ki, guya onu türklər ödürüb, hətta
Savalan dağında rəmzi qəbir də düzəltdilər.). Babilistandan başlayaraq
insanlar arasında Hicaza, Fələstinədək təkallahlığı təbliğ etməyə başladı.
İlk növbədə geniş yayılan insan qurbanlarının ləğvi onun adı ilə bağlıdır.
İnsanlardan ilahlara qurban verənlər arasında Kambis, Kserks, I Varaxran
məşhurdur.Herodot birbaşa göstərir ki, bu fars ənənəsidir. Strimon çayını
uğurla keçdiyi üçün Kserks 9 oğlan və qızı diri-diri torpağa gömməyi əmr
etdi. Kserksın arvadı Amestrida yaşının ahıl çağına yetdiyi üçün Ana Yer
ilahəsinə təşəkkür əlaməti olaraq, 14 nəcib fars oğlunu diri-diri torpağa
basdırtdı. (Геродот, «История в девяти книгах»VII, 114, Москва,1972.
səh. 342). Elə bu adətə görə də, İbrahim Peyğəmbər oğlunu Allaha qurban
demişdi, 86 yaşı olarkən oğlu İsmayıl dünyaya gəldi. Miladdan öncə 1478-
ci il 10 zülhiccədə baş vermiş qurbanlığın qoçla əvəz olunması qissəsini
48
hamı bilir.
Ərəblərin ulu babası sayılan İsmayılın anası qibtli (misirli) Hacr
(ərəblərdə Hacər) idi. İbrahim Peyğəmbərin süryani (bu söz qədimdə
bizim ərazidə yaşayanlara şamil edilirdi) Saraydan İshaq adlı oğlu olur,
yəhudilər onun nəslindəndir.(Tövrat, I kitab,21:3) İbrahim Peyğəmbərin
Kantura (Tövratda – Qetura), əslində bir Türk xaqanının qızı olan Ke-
tü-rah adlı qadından dünyaya gələn altı oğlu (Tövratdakı adları: Zimran,
Yoqşan, Medan, Midyan, İşbaq, Şuah) Xorasan türklərinin babası sayılır
(Zekeriya Kitapçı “Türk varlığı” Türk dünyası araşdırmaları vəqfi, İstanbul,
1989, səh.264). Xatırladırıq ki, bu altı oğul İbrahim Peyğəmbərin daha
öncəki izdivacından idi.
Miladdan öncə 1393-cü ildə İbrahim Peyğəmbər dünyasını dəyişdi.
Bibliya,Tövrat, Yaradılış, 25;07-10: “İbrahım 175 il ömür sürdü. O, uzun
ömür yaşadı, qoca vaxtında son nəfəsini verərək ölüb əcdadlarına qoşuldu.
Oğulları İshaq və İsmayıl onu Mamre qarşısında olan Maxpela mağarasında,
hettli Sohar oğlu Yefronun tarlasında basdırdılar. O yeri İbrahim hettlərdən
satın almışdı. İbrahim və arvadı Saray orada basdırıldı.”
Azərbaycana göndərilən Peyğəmbərlər içərisində Zərdüşt haqqında
İBRAHİM PEYĞƏMBƏR

daha çox faktiki material var. Bu faktlar mübahisə doğuracaq qədər fərqlidir.
İrəc Zəbərdəstin (‫ )رباعی از آقای ایرج زبردست‬bu rübaisi indi İran İslam
Cümhuriyyətində çox məşhurdur:

‫زرتشت بیا که با تو امید آید‬


‫شب نیز صدای پای خرشید آید‬
‫تاریخ اگر دوباره تکرار شود‬
‫کعبه به طواف تخت جمشید آید‬

Tərcüməsi: Zərdüşt, gəl ki, səninlə ümid gəlir,


Gecəyarısı günəşin addım səsləri gəlir.
Tarix əgər təzədən təkrar olsa,
Kəbə Təxti-Cəmşidi təvafa gəlir.
İlk baxışdan qatı fars millətçiliyi üzərində qurulmuş və islama saymazlıq
kimi görünsə də, yaxşı baxılarsa, rübaidə İbrahım Peyğəmbərin hənəfilik
dinindən bəhs açılır. Zərdüştün İbrahim əleyh əs-səlama çevrilməsi baş
tutmazdı, Kəbəni o, təmir etməzdi, təvaf yeri də Təxti-Cəmşid olardı...
Miladdan öncə II yüzilliyin əvvəli, I yüzilliyin sonunda yaşamış yunan
filosofu Laertli Diogen “Məşhur filosofların həyatı, təlimi və kəlamları ”
49
adlı kitabının girişində filosof kimi təqdim etdiyi Zərdüştün yaşadığı dövr
haqqına maraqlı məlumat verir. O, yazırdı : “Bir çoxlarının qənaətinə görə,
fəlsəfə ilə ilk dəfə məşğul olanlar varvarlarda (yunan olmayanlarda) məhz
perslərdə (midiyalılarda) maqlar, babil və asurlarda haldeylər, hindlilərdə
himn sofistləri kelt və qallarda drud və semnofeylər idi. Bu barədə Aristotel
“Magiya haqqında” və Sotion “Varislik” adlı XXIII kitabında yazıb...
İlk maq olan Zərdüştdən Troyanın süqutunacan əflatunçu Hermodorun
“Elmlər haqqında” kitabındakı hesablamasına görə, 5000 il, Lidiyalı Ksenfın
hesabına görə isə, Zərdüştdən Kserksın çayı adlamasından 6000 il ötüb.
Zərdüştdən sonra Makedoniyalı İskəndərin Persiyanı dağıdana qədər
Ostan, Astrampsix, Qobri, Pazat kimi maq varislərin uzun siyahısı fəaliyyət
göstərib. Troya miladdan öncə 1184-cü ildə süqut edib. Hermodora görə
Zərdüştün zamanı 1184 + 5000 = 6184 il edir. Kserks çayı miladdan öncə
480-ci ildə keçib. Bu hesabla, 480 + 6000 = 6480 il 0lur. Yunan alimlərinə
görə, Zərdüştün tarixi 6184 və 6480 il arasında təxmin edilir.
Pəhləvicə olan Bundaxişn (XXXIII, 14) mətnində “çox ocaqlar
söndürən” ayamasıyla anılan Makedoniyalı İskəndər(m.ö.356- m.ö 323)
miladdan öncə 331-ci ildə Persiyanı işğal edib. Son araşdırmalara görə,
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

bu işğalın əsas səbəbi əsl Avestanı və onu bərpa edə biləcək zərdüştiləri
məhv etməkdi. O, dərs aldığı filosoflarından eşitmişdi ki, qədim yunan
elmləri və fəlsəfəsinin bütün şaxələri Avestanın əsasında yaranıb. İzi

50
Laertli Diogen “Məşhur filosofların həyatı, təlimi və kəlamları ” adlı
kitabın titul səhifəsi və Zərdüşt Peyğəmbərin təsviri

itirmək üçün mütləq Avesta məhv edilməliydi. Təsadüfi deyil ki, Zərdüşt
– İbrahim Peyğəmbər Avestasından törənən yunan fəlsəfəsi, Abbasilər
zamanında tərcümə edilərək, bumeranq effektiylə İslam fəlsəfəsinin əsası
oldu. Anası Olimpiada miladdan öncə 21 iyul 356-cı ildə İskəndəri doğan
gündə hədiyyə kimi Avestanın tam mətni saxlanan Artemida məbədini
Herostata yandırtmışdı. İskəndər Tisfun (Persopolis)şəhərindəki Fratadara
məbədini, Ağbatandakı Anahit məbədini bir neçə dəfə tar-mar edəndən
sonra, sütunların qızıl, damın gümüş örtüyünü də çıxartdırıb apartdı.
İskəndər Persiyanı tutandan sonra, kahinləri məhv etmək üçün maqların
pənah apardıqları Hindistana tərəf yürüdü. Miladdan öncə10.06.323-
cü ildə yarı yolda qara ciyərin serozundan öldü. O, ağılsız adam deyildi,
yunanların ən müdrik adamlarının əhatəsindəydi, niyə bəs var-dövlətli
Persiya ilə kifayətlənməyib əldə saxlaya bilməyəcəyi Hindistana tərəf yürüş
etdi? – sualına cavab aydın olur.
İBRAHİM PEYĞƏMBƏR

Hindistanda “pars” adlanan zərdüştilər yüz ilə yaxın dağlıq ərazidə


gizləndilər, sonra çox çətinliklə də olsa Fars körfəzinə çıxdılar. Bir gəmi
kirayələyib Diu (Div) adasına çıxdılar, burada 19 il yaşayıb Hindistandakı
Hucərat məntəqəsinə gəldilər. Yerli racla razılaşıb yerləşdikləri yerə
Xorasandakı Səncan şəhərinin adını verdilər (Е.А. Дорошенко
«Зороастрийцы в Иране» Наука, Москва 1982, səh.40).Bu vaxtacan
salamat qalan varis maqlar Zərdüştün yolunu təqib etdilər. Hindistanda
yaddaşlarından mətnləri yazıb saxladılar. Buraya özlərilə Zərdüşt
mədəniyyətini; təbabətini, musiqisini, elmini gətirdilər. Azərbaycan
muğamları hind musiqisi yozumunda Raqalara çevrildi. Yoqa sisteminin
Qafqazdan Hindistana getməsini polyak alimi Count Stefan Colonna
Walewski ABŞ– da 1955-ci ildə nəşr etdiyi ("The System of Caucasian
Yoga" by Pole Kont (Count) Stefan Colonna Walewski, published in USA
in 1955) “Qafqaz yoqası sistemi” adlı kitabda yazıb. Hindistanda zərdüştilik
bütpərəstliklə qarışdı. Sonradan hind sözləri də mətnə girərək onu həm
farslar, həm də əsl varislər üçün anlaşılmaz etdi.
Tövratın birinci Yaradılış kitabının XI babının 27-28-ci şeirlərdə
İbrahim əleyhissəlamın Ur şəhərindən olduğu göstərilir. Azərbaycandakı
Urmu Zərdüşt əleyhissəlamın vətənidir. Qədimdə bu ərazi “Ur”adlanlb, indi
51
“Urmiyə”dir. Peyğəmbər Fələstinə, getmiş, orada özünün və xanımının adı
dəyişmişdir. Avestaya farsların mitraizmi, atəşpərəstliyi əlavə etdiyi üçün
bundan çox narazı qalan Zərdüşt bu dinsiz ölkədə qalmayıb Babilistana
gedir. Bir sıra xalqların və Peyğəmbərlərin babasına çevrilir. Şəcərə üzrə
İbrahim (s.ə.s.) Məhəmməd (s.ə.s.)Peyğəmbərimizin 29-cu babasıdır.
Həmin şəcərə budur:

1.Xatəm ül-ənbiya Muhamməd,


2. Əbdullah,
3. Əbd ül-Mütəllib,
4. Haşim,
5. Əbd ül-Mənaf,
6. Quseyy,
7. Kilab,
8. Murrə,
9. Kaab,
0. Luveyy,
11. Ğalib,
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

12. Fəhr,
13. Malik,
14. Nəzr,
15. Kinanə,
16. Huzeymə,
17. Mudrikə,
18. Hz. İlyas,
19. Muzərr,
20. Nəzar,
21. Muədd,
22. Ədnan,
23. Əddəd(Əddər),
24. Humeysə,
25. Nəbt,
26. Həml,
27. Qeydar,
28. Hz. İsmail,
29. Hz. İbrahim,
30. Azər (Tarih),
52
31. Naxur,
32. Seru (Neru),
33. Ərğu,
34. Şalih,
35. Faliğ,
36. Hz. Abir (Hud),
37. Ərfehşəd,
38. Sam,
39. Hz. Nuh,
40. Ləmək,
41. Mətuşəlh,
42. Hz. Uhnuh(İdris),
43. Bərda (Barid),
44. Məhlail(Məhail),
45. Qiynan,
46. Ənuş,
47. Hz. Şiys,
48. Hz. Adəm.
İBRAHİM PEYĞƏMBƏR

Kamil Mirasın “Tecrid-i Sarih Tercemesi” nin IX cildinin 217-ci


səhifəsində “Qüreyş” adının haradan qaynaqlandığı göstərilir. “Cümhuri
- üləma”adlanan İslam alimlərindən bir çoxunun ortaq görüşünə görə,
“Qüreyş” Peygəmbərimizin 13-cü dədəsi olan Nazrın ismidir. Qəbilə öz
adını buradan almışdır.
Cəvad Müfərrid Kohlanın “Gozareşe-zadqahe-Zərtoşt və tarixe-
əsatire-İran” ,“Zərdüştün doğum məkanının keçmişi və İranın əsatir tarixi”
(intişarate-Negin,Tehran,1375 hicri, 1996 miladi) adlı kitabının 48-49-cu
səhifələrində oxuyuruq ki, avestaşünas böyük alim Pur Davud Avestanın
mətlərindən sitat gətirərək onun Azərbaycandan olduğunu sübüta yetirir.
Göstərilir ki, Bəndhuşənin 20-32-ci bəndində və Vəndidadın 4 və 11-ci
fəqərələrində adı keçən Darəcə//Dəricə çayının sahilindəydi Zərdüştün
atası Puruşəspin evi. Bu çayın sahilində Zərdüşt ilk ayinləri icra edib.
Çay Azərbaycana məxsus Marağa şəhristanındadır, Səhənd dağından
mənbəyini götürür, Muğancıqdan axıb keçir.
Əbu Səid Əhməd ibn Məhəmməd ibn Əbdül-Cəlil əs-Sicizi (950-
1025) “Kitab Zarəduşt fi suvər dərəcat əl-fələk” (Fələk dərəcələrinin
surətləri haqqında Zərdüşt kitabı) adlı ərəb dilində bir tərcümə əsərinin
müəllifidir. Əsərin adından da göründüyü kimi, Zərdüştün təhrif olunmuş
53
“Avesta”sından başqa Ulduz elminə dair kitabı da varmış, əs-Sicisi, sadəcə
onu ərəb dilinə tərcümə edib. İbrahim Peyğəmbərə endirilən 20 səhifənin
mətni isə əldə deyil. Müqəddəs kitabların içində əriyib-itib. Avesta ilə bu
mətnlərin qarışılıqlı tutuşdurma təhlilindən çox maraqlı məqamlar ortaya
çıxardı. Zərdüşt dini ilə İsaviliyi birləşdirib təzə din yaradan Mani indiki
İraqın ərazisində qalan Azərbaycandandır. Mani Çin rəssamlarından bu
sənəti kamil öyrənib özünün “Ərjəng” // “Ərtəng”//Ərtək (Kişi kimi)
adlı nəzmlə, dördlüklər formasında yazdığı dini kitabına özü illüstrasiyalar
çəkib. Bu dördlüklər musiqiylə ifa olunurduğundan sonradan “Mahnı”
sözünü yaradıb, buna Türkiyə türkcəsində "Mani" deyirlər.
Böyük şairimiz Nəsimi Şirvaninin farsca divanında Mani xatırlanır:
‫خیالت نیست ان صورت که در فکر آورد مانی‬
‫چه صورت نقش می بندد در این اندیشه مانی را‬
(İmad əd-Din Nəsimi Şirvaninin farsca divanı, səh.28)
Tərcüməsi: “Maninin fikrinə gətirdiyi surət xəyal deyil,
Bu əndişəyə Mani hansı surətlə bağlansın?!.”
Maninin adına geniş coğrafiyada rast gəlmək olur. Məsələn, bu ad
yunanca Μανιχαϊσμός, çincə 摩尼教, pinin : móníjiào) kimi səslənir.
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

Həyy – ərəbcə canlı deməkdir, miladın III yüzilliyində suriya ərəbləri Mani
adına böyük məhəbbətlə bu sözü qoşmaqla ( ‫ܡܐܢܝܚܝܐ‬, Mānī ḥayyā’)
“həmişə diri Mani” demək istəyiblər.
Maninin dini təlimi isavilik, zərdüştilik, bir qədər də bütpərəstlik
özüllüdür. Hansı ölkənin ərazisində təbliğ olunurdusa, onlardan da bu
təlimə əlavələr olunurdu.
Tövhid dinlərinin heç biri bu təlimi rəsmi şəkildə qəbul etmir. Roma və
Sasani imperiyalarının ərazisində bu təlimlə mübarizə aparıblar. Miladdan
öncə 297-ci ildə Roma imperatoru Diokletian xüsusi fərmanla Maniçiliyə
qarşı meydan açdı. Xristiyan imperatorlar da 326, 372 və 361 – 383-cü
illərdə bu fərmandan verdilər.
IV yüzillikdə Maniçilik Avropada iflasa uğradı. Sasanilərin onları
kəskin təqibinə görə mərkəzlərini Səmərqəndə köçürdülər. VII—VIII
yüzilliklərdə Maniçilik Çinə nüfuz etdi. 762- ci ildə Uyğur dövlətinin başçısı
Begyu –Kağan bu dini qəbul etdi. 640-cı ildə bu kağanlıq rəsmi şəkildə
dağıdılanadək dövlətin əsas dini inancı sayıldı. Maniçilik Monqolustana,
Cənubi Sibirə də sürətlə yayıldı. IX yüzillikdən Çində onları təqib
etməyə başladılar. İslam dövlətlərində də bu eynilə təkrar olundu. Bütün
54 bunlara baxmayaraq, Türküstan və Çində XIV yüzilliyədək Maniçilik dini
qurumları fəaliyyət göstərirdi. Bu təlim daosizmə böyük təsir göstərdi və
buddizmin bir təriqəti kimi Cənubi Çində XVII yüzilliyin ilk yarısınadək
tanındı.Yeganə məbədləri Futszyanidə qalıb.
Təkallahlığı təlim etmədiyinə görə, biz Mani haqqında mövzunu
genişləndirib xüsusi bəhs açmadıq.
İBRAHİM PEYĞƏMBƏR

Zərdüşti Peyğəmbər 55

Zərdüşti toyu
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

56

Naxçıvanda Nuh Peyğəmbərin məqbərəsi


NUH Peyğəmbər
Bibliyadakı adı Noydur. “Ağlamaq” mənasını verir, ərəbcə “növhə”
də bu sözlə bir kökdəndir. Nuh Peyğəmbər (ivritcə ‫‏נ ֹחַ‏‬‎, Nо́ах — Tövratın
birinci Yaradılış kitabındakı 5-inci bab 29-uncu şeirdə bu adın sakitləşdirən
mənası olduğu qeyd edilib, qədim yunanca Νῶε, ərəbcə ‫نوح‬‎) —. Hz.
Adəm, Hz. Şiys, Ənuş, Qiynan, Məhlail(Məhail), Bərda (Barid),
Hz. Uhnuh(İdris), Mətuşəlh, Ləməkdən gələn şəcərənin onuncu
peyğəmbəridir. Ulul-əzm rəsul Nuh Qurani-Kərimdə 43 dəfə xatırlanır,
71-ci surə onun adınadır. Dünyanın yaradılışından hesablanan tarixlə,
miladdan öncə 1056-2006-cı illər arasında da yaşadığı ehtimal edilir.
Musəvilərin hesabına görə, Nuh Peyğəmbər Adəmin yaranmağından
hesablanan tarixlə 729-cı ildə (m.ö.4490-cı il) dünyaya gəlib, 950 il yaşayıb,
miladdan öncə 3540-cü ildə Naxçıvanda vəfat edib. Sim, Xam və Yafəsin
atasıdır. Bu üç oğlundan irqlər və qövmlər törəyib. Yafəs (ivritcə ‫‏יפת‏‬‎Yafət,
latınca Iapheth, ərəbcə ‫يافث‬‎ Yafis, yunanca Ιάφεθ) türklərin ulu babası
sayılır. Bu məntiqlə, ilkin türklərin Azərbaycanın Naxçıvan bölgəsindən
çıxdığını deməyə tam haqqımız var.
NUH PEYĞƏMBƏR

Nuh Peyğəmbərin miniatür şəkli


Azərbaycan torpağının çoxsaylı əhalisi ilə ən qədim zamanlardan
mədəni ərazi kimi mövcud olması, bura Peyğəmbərlərin göndərilməsi
məntiqi bir gerçəklidir. “Əshabi – Kəhf ”(mağara adamları) adlanan 57
müqəddəs yerin, təfsirçilərin təfsirinə görə, daha çox uyğun gələn ərazinin
Naxşıvanda olması faktının özü də maraq doğurur.
İkinci ayın 17-sindən başlayan tufan 40 gün 40 gecə aramsız yağışla
müşaiyiət olundu, ancaq 150 gün sonra, su asta-asta çəkildi. VII ayın
17-sində gəmi Gəmiqayada ilişibAğrı dağda dayandı. Sonrakı kitablarda
mələklərin Adəmin qız övladılarıyla əlaqələrindən nefilim adlanan
tayfanın yaranması, bununla da insanlar arasında sosial ədalətin və əxlaqın
pozulması, müharibələrin, cadugərliyin artması tufanın əsl səbəbi kimi
göstərilir.
Tufana hazırlıq üçün gəmisini Nuh (s.ə.s.) Peyğəmbər 500 yaşı
olandan 600 yaşınadək hazırladı. Tövratın birinci kitabı Yaradılışda IX
bab 29-uncu şeirdə göstərilir ki, tufandan sonra o, daha 350 il yaşayıb
950 yaşında vəfat etdi. Nuh (s.ə.s.) Peyğəmbərin məzarının Naxçıvanda
olmasını, müəllifi müsəlman olmayan mənbələr də təsdiq edir. Özlərini
dünyanın ən qədim və mədəni xalqı sayan bədnam qonşularımız köhnə
“tarixçi”lərinin olmasına rəğmən, nədənsə, XIII yüzildən başlayaraq, Nuh
Peyğəmbərin Naxçıvandakı, arvadı Noyemzarın Mərənddəki məzarlarına
iddialı olmuşlar. Bəzi üzdəniraq alimlər əsl Azərbaycan mahalı olan
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

Mərəndi erməniləşdirib “mar and”- ana buradadır, yəni bəşəriyyətin anası


kimi verməyə cəhd göstərirlər. Onlar unudurlar ki, Qurani-Kərimdə Nuhun
zövcəsi xəyanətkar kimi lənətlənib, o bəşəriyyətin anası ola bilməz. Bir də
bəşəriyyətin anası məgər Həvva nənə deyil?!.
XVIII yüzil katolikosu Qazar I Caxkeçi (1737-1751) “Arzuolunan
cənnət” adlı əsərində Azərbaycandakı Naxçıvanın tufandan sonra dünyada
salınan ilk şəhər olduğunu, Nuh özü saldığı bu şəhərdə arvadı Nouemzar
ilə yaşadığını göstərir.
1840 – cı illərdən başlayaraq Tiflisdə hər il nəşr olunan"Кавказский
календарь" Qafqaz təqviminin 1849-cu ilə aid olan kitabında Nuh
Peyğəmbərin qəbrinin Naxçıvanda, arvadının qəbrininsə Mərənddə olduğu
barədə qeydlər var.
XIX yüzil rus tədqiqatçısı Şopen "Состояние Ереванской губернии
после ее присоединения к Российской империи" (Rus imperiyasına
ilhaqdan sonra İrəvan quberniyasının vəziyyəti) adlı tədqiqində Nuh
Peyğəmbərin məzarı ilə bağlı rəvayətlərdən də söz açır.
"Материалы по исследованию истории и культуры народов и
племен Кавказа" (Qafqazın xalq və tayfalarının tarixi və mədəniyyəti üzrə
araşdırma materialları) adlı çoxcildli toplunun 1882-ci ilə aid olanı Nuh
58
Peyğəmbərin məzarını yerli-yerində təsvir edir. Orada deyilir ki, məzar
şəhərin cənub hissəsində qədim qala yaxınlığındadır, ilk dəfə mağarada
dəfn olunarkən üzərində məqbərə (mətndə kilsə) ucaltmışdılar. Göstərilir
ki, məqbərənin dar dəliyindən daşı bayıra ata bilənin arzuları müstəcəb
olacaqmış.
İngilis diplomatı ser Wilyam Auzley 1810-1812-ci illərdə Qafqazda
diplomatik missiyasında olarkən, Nuh Peyğəmbərin, anasının və arvadının
qəbrləri haqqında eşitdiklərini yazır və oraları ziyarət etməkdən çəkinir.
Moritz von Kotsepun 1817-ci ildə Persiyada islam düşməni general
Yermolovu qəbul edərkən söyləmişdi: “Buranın hər bir küncündə hər kəs
Nuhun məhz burada qərar tutmasını deməyi özləri üçün şərəf işi hesab
edir.”
1817-1820-ci illərdə ölkəmizdə olan ingilis arxeoloqu və rəssamı
Robert ker Portr (1777-1842)Mərəndin Nuh Peyğəmbərin arvadı
Marianın adından törəndiyini qeyd edir.
Alman alimi və memarı Eduard Jacobsthal (1839-1902)
Martin Hartmann ilə birgə 1899-cu ildə Berlində “Mittelalterliche
backsteinbauten zu Nachtschewân im Araxesthale. Aufgenommen und
NUH PEYĞƏMBƏR

dargestellt”(Naxçıvanda Arazboyunda orta yüzilliklərin kərpic tikililəri)


adlı kitab nəşr etmişlər. Kitabda Nuh əleyhissəlam və onun arvadı haqqında
maraqlı qeydlər mühafizə olunub. Kitabın 10-uncu səhifəsində göstərilir
ki, Naxçıvandan Təbrizə gedən yolda Matante (yəqin ki, Mərənd) adlı
yerdə Nuhun arvadının qəbri qalmaqdadır.
Qurani-Kərimin 66TƏHRİM ‫ سورة التحريم‬surəsinin 10-uncu ayəsində
bu qadının xəyanətkarlığı haqqında buyurulur:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
‫ْن مِنْ عِ َبا ِد َنا‬
ِ ‫ت َعبْدَ ي‬ َ ْ‫وح َو ِام َْرأَ َة لُوطٍ َكا َن َتا َتح‬ َ َ ‫ِين َك َف ُروا ا‬
ٍ ‫ِمْرأ َة ُن‬
َّ ‫ب‬
َ ‫للاُ َم َث ًل لِّلَّذ‬ َ ‫ض َر‬
َ
‫ِين‬
َ ‫ار َم َع الدَّا ِخل‬ َّ َ ُ ْ ً
َ ‫للا ش ْيئا َوقِي َل ادخل الن‬ َ َّ ْ ْ َ َ َ َ َ َ
ِ ‫ْن فخانتا ُه َما فل ْم يُغ ِن َيا َعن ُه َما م َِن‬ ِ ‫صال َِحي‬ َ
(Zərəbə Allahu məsələn lilləzinə kafəru aimratə Nuhin va aimrata
Luţin kanəta təhtə əbdəyni min ibadina salihəyni fəxanətahuma fələm
yuğniya ənhumə minə Allahi şəyan va ğilə ədxula ən-narə maa əd-
daxilinə)
Tərcüməsi: Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal
çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında
idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan
(Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: "(Başqa)
girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!" - deyildi.)
59
Ayədən aydın göründüyü kimi, cəhənnəmlik olan xəyanətkar qadının
məzarını ziyarət etmək, müqəddəs kitaba və İslam əxlaqına qarşı çıxmaq
olardı. Bu ayədən xəbərsiz olan məlumatsız müsəlmanlar xristiyanlarlan
geri qalmamaq üçün Peyğəmbər qadının məzarını ziyarətə gəlmişlər.
Rusların İslam Şərqinə qarşı siyasətində natəmiz bir vasitə kimi
ermənilərdən həmişə istifadə olunub. Bundan ötrü “волей матушки
Екатрины”(Yekatrina ananın istəyilə) yəni, II Yekatrinanın xüsusi əmriylə
1780-ci ildə Rostov-Don vilayətindən ermənilər Naxçıvana köçürüldü.
Bu qadın olmasaydı, ermənilər üçün çar imperiyasının paytaxtında
Лазеревский Институт Восточных Языков yaradılmazdı. Onlar da
150 il ərzində saxta yolla latın, yunan və Yaxın Şərq dillərində böyük
ermənistan haqqında xülya qeydlərini etdirib sonra bunu tarixi fakt
kimi üzə çıxarmazdılar (Ekspertiza yoxlaması aparılarsa, saxtakarlıq həm
kağız-mürəkkəb materialında, həm də mətnin dil-üslub məsələlərində
açıq aşkar-aydınlaşar). Urartu yazılarını da “ermənicə” oxumazdılar.
Türklərə qarşı düşmənlik siyasəti cəbhəsində çar dövrü rusların təhrikiylə
ermənilər qaraçı, yəhudi və yunanlarla birgə fəaliyyət göstərirdi. Həmin
saxtakarlıq da bu bandanın işidir.
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

“Naxşıvan”ın “Nuh çıxan” sözündən alındığı məlumdur. Vlkipediyada


bu barədə və Nuh Peyğəmbərin məzarı ilə əlaqədar maraqlı material var:
“Naxçıvanla bağlı olduğu iddia edilən və burada geniş yayılmış “Nuh tufanı”
əfsanəsində göstərilir ki, Nuh peyğəmbər yer üzünü su basacağı barədə
Tanrıdan xəbər alaraq bir gəmi düzəltmiş, öz ailəsini və hər canlıdan bir cüt
götürüb gəmiyə doldurmuşdu. Səfər zamanı gəmi Naxçıvanın şərqindəki
İlandağa, ordubaddakı Ələngəz dağına və Araz çayı sahilindəki Kəmki
dağılarına toxunub keçmiş, Gəmiqayada quruya oturmuşdu. Nuh peyğəmbər
gəminin toxunduğu dağlara ad vermişdi. Əfsanəyə görə, Nuhun gəmisi
Gilançayın yuxarı axarındakı, Gəmiqaya adlı yerdə lövbər salmışdır. Rəvayətə
görə, gəminin qalıqları indi də buradakı “Ayı çuxuru” adlı yerdə qalmaqdadır.
Digər bir rəvayətə görə isə Nuhun və qarısının qəbirləri də Naxçıvandadır.
Bu əfsanə Nuh tufanı haqqında qədim şumer və yəhudi əfsanələri ilə bu
və ya digər dərəcədə səsləşir. Tədqiqatçı R. Sultanovun fikriycə, tufan Ağrı
dağında vulkan püskürməsi ilə əlaqədar Dəclə və Fərat çaylarının daşması
nəticəsində baş vermişdir. Deməli Ağrı dağına yaxın olan Araz çayında,
daha doğrusu Naxçıvanın özündə də güclü daşqın olmuşdur. Ə. Hüseyni isə
Gəmiqayada Nuh peyğəmbərlə bağlı qədim yazı olduğunu qeyd etmişdi.
Ümumilikdə Nuh əfsanəsi e.ə. II minilliyin ortalarında şumerlər tərəfindən
60 ilk dəfə yazıya alınmışdır. Bir sıra tarixçi və coğrafiyaşünasların fikrincə bu,
Naxçıvan şəhərinin salındığı tarixlə (e.ə. 1539) eyni dövrə təsadüf edir.
Naxçıvanda Nuhdaban adlı qədim kəndin xarabalıqları, Nəhəcir
(güman ki, Nuhəcir) dağı və kəndi indi də qalmaqdadır. Erməni tarixçisi
M. Çamçıyan, XVI əsr ərəb coğrafiyaşünası Əl-Əşrəfi də Nuhun gəmisinin
və qəbrinin Naxçıvanda olduğunu qeyd edirlər. Tanınmış Azərbaycan
rəssamı Bəhruz Kəngərli yağlı boya ilə “Nuhun qəbri” rəsmini çəkmişdir.
Əsər hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılmaqdadır.
Böyük vətənpərvər rəssam bir neçə dəfə, müxtəlif illərdə bu abidənin
rəsmini rənglərlə əks etmişdi. Sovet dövründə abidə baxımsızlıq ucbatından
sökülmək dərəcəsində pis vəziyyətdə olub. Nuh peyğəmbərin ziyarət edilən
məzarı olan həmin yerdə indi əzəmətli türbə inşa edilib.
Elmi araşdırmalar nəticəsində Nuh peyğəmbərin məzarüstü türbəsinin
yeri təyin olunub, aparılan arxeoloji qazıntı zamanı türbənin özülü, naxış
elementləri tapılaraq bərpa işlərinə başlanılıb. Türbə 3 hissədən - sərdabədən,
yerüstü məqbərədən və konusvari örtükdən ibarətdir. Bərpa zamanı kərpic,
kaşı və müxtəlif naxış elementlərindən istifadə edilib.
Türbənin hündürlüyü 15 metr 50 santimetr, eni isə 7 metr 50
santimetrdir. Nuh peyğəmbərin məzarüstü türbəsi 8 guşəlidir. Türbənin
NUH PEYĞƏMBƏR

özülü tapılarkən 8 guşəli və girişinin qərb istiqamətdən olduğu


müəyyənləşdirilib.Ona görə də bərpa zamanı türbənin əvvəlki görkəminin
yaradılmasına ciddi diqqət yetirilib.

Bəhruz Kəngərli “Nuh Peyğəmbərin məzarı”


«Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa
edilməsi haqqında» Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin
2006-cı il 28 iyun tarixli sərəncamından sonra Naxçıvan şəhərində türbə
Muxtar Respublikanın Nazirlər Kabineti yanında Elmi-Bərpa İstehsalat
İdarəsi tərəfindən bərpa edilib. Bərpa zamanı kərpic, kaşı və müxtəlif naxış
elementlərindən istifadə edilib.
Bütün bəşəriyyətə Allah – Təala Adəm və Nuh Peyğəmbərlər vasitəsilə
7 yasaq göndərdi:
61
Birinci yasaq – bütpərəstlikdir, ancaq tək olan Allaha inam olmalıdır.
İkinci yasaq – küfrdür, Allaha etiqad edilməlidir.
Üçüncü yasaq – öldürməkdir, insan həyatına ehtiram olunmalıdır.
Dördüncü yasaq – şəhvətə uymaqdır, ailəyə hörmət qoyulmalıdır.
Beşinci yasaq – oğurluqdur, yaxınların əmlakına xor baxılmamalıdır.
Altıncı yasaq – canlı cəmdəyi yeməkdir, canlılara şəfqət göstərilməlidir.
Yeddinci yasaq – məhkəmələrdəki ədalətsizlikdir.

Tövratda, Musa Peyğəmbərin şəriətində bu yasaqlar çoxalıb on oldu.


AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

62
İDRİS PEYĞƏMBƏR

İDRİS Peyğəmbər
Bibliyadakı adı Yenoxdur, Həzrəti Uhnuh kimi də tanınır. O, Adəm 63
Peyğəmbərdən sonra merac etmiş ikinci Peyğəmbərdir. Adəm Peyğəmbərin
yeddinci nəslindəndir. Misirin Memfis şəhərində anadan olub. Gizli
elmləri öyrəndiyi üçün ona “Hirmis əl-Həramisə” (Hermeslərin ən dahisi)
deyirdilər. Belə fikir var ki, o Misirə Babildən gəlib. İlk dəfə Nil çayını
görəndə heyrətini saxlaya bilməyib demişdi: “Babalyun!” Bu sözü hərə bir
cür yozur,“Vəbal yu” da ola bilər.
İdris Peyğəmbər 188 şəhər salıb, ər-Ruxada astranomiyanı öyrənib.
Onun bir neçə hədisi ərəbdilli ruhaniyyat kitablarında gəlib çatıb:
1. Allahın hər yaratdığına əliaçıq və xoşniyyət olmaqdansa, Ona şükr
etmək daha yaxşıdır.
2. Əgər Allah hüzurunda ibadətdəsənsə, sənin düşüncələrin səmimi və
pak olmalıdır.
3. Hikmət – ruhun həyatıdır.
4. İnsanların malik olduqları nəsnələrə görə paxıllıq çəkmə. Bu
şeylərdən yaranan sevinc keçərgidir.
5. Lazım olduğundan artığa tamah salmağımızdan başqa heç nə bizi
məcbur edə bilməz ki, özümüzü varlı hesab edək.
İdris Peyğəmbər 365 yaşında Allahın dərgahına aparılıb. Dörd əbədi
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

diridən biri və “Matatron” rütbəsi almış yeganə Peyğəmbərdir. Tövrata


görə, bu çox böyük ilahi rütbədir, Allahın taxtı yanında durmağa icazəsi var.
Yazının, əlifbaların, astranomiya, astralogiya, kosmoqrafiya, metereologiya
elmlərinin yaradıcısı və dərziliyi icad edən bu Peyğəmbərdir.
Qurani-Kərimdə iki dəfə 19 MƏRYƏM və 21 ƏNBİYA surələrində
xatırlanır.
19 MƏRYƏM‫سورة مريم‬surəsinin 56-57-ci ayələri:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ِ ْ‫للا الرَّ ح‬

‫ان صِ ِّدي ًقا َّن ِب ًّيا‬ َ ‫يس إِ َّن ُه َك‬ ِ ‫َو ْاذ ُكرْ فِي ْال ِك َتا‬
َ ‫ب إِ ْد ِر‬
(Va əzkur fī əl-Kitābi Idrīsa innəhu kanə sıddığan Nabiiyən)
Tərcüməsi: “Kitabda (Qur’anda) İdrisi də yad et! O, həqiqətən,
büsbütün doğru danışan kimsə (siddiq) - bir peyğəmbər idi.”
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ِ ْ‫للا الرَّ ح‬
‫َو َر َفعْ َناهُ َم َكا ًنا َعلِ ًّيا‬
(Va rəfanahu məkanan aliyyən)
Tərcüməsi: “Biz onu yüksək bir məqama (Cənnətə, yaxud
dördüncü göyə) qaldırdıq.”
21 ƏNBİYA ‫ سورة األنبياء‬surəsinin 85-86-cı ayələri:
64
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ِ ْ‫للا الرَّ ح‬
‫ين‬ َ ‫َّاب ِر‬ِ ‫يس َو َذا ْال ِك ْف ِل ُك ٌّل م َِّن الص‬ َ ‫َوإِسْ مَاعِ ي َل َوإِ ْد ِر‬
(va Isməila va Idrisa va Zə əl-Kifli kullun mina əs-sabirinə)
Tərcüməsi: “İsmaili, İdrisi və Zülkifli də (yad et)! Onların hər biri
səbr edən kimsələrdən idi.”
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ِ ْ‫للا الرَّ ح‬
‫ِين‬ َ ‫َوأَ ْد َخ ْل َنا ُه ْم فِي َرحْ َم ِت َنا إِ َّنهُم م َِّن الصَّالِح‬
(va əzxəlnahum fī Rəhmətina innəhum minə əs-salihīnə)
Tərcüməsi: “Biz onları mərhəmətimizə qovuşduqduq (peyğəmbər
etdik). Onlar, doğrudan da, saleh bəndələrdən idilər.
Peyğəmbərlər tarixindən bilirik ki, İdris Peyğəmbər astranomiya və
astralogiyanın banisi hesab edilir. Astranomiya elminin tarixi köklərini
araşdırarkən, bir maraqlı fakt nəzərimizi cəlb etdi. Tarix üzrə fəlsəfə doktoru
Nazilə xanım Sultanovanın “Российский научный журнал” №1(39) 2014
dərgisinin 71-75-ci səhifələrində “Зодиак и Баку” adlı Azərbaycanda
ulduz elminin qədim zamanlardan mövcud olması barədə özündə maraqlı
faktları toplayan məqaləsi dərc edilib. Məqalədən öyrənirik ki, İsveç alimi
Karl Qotlib Şvarts (1757-1824) “Le Zodiaque” (“Zodiak”) adlı traktatını
İDRİS PEYĞƏMBƏR

Parisdə iki dəfə: 1807-1809-cu illər arası nəşr etdirib. Şvarts özünəməxsus
metodla apardığı hesablamalarla indi tanıdığımız Zodiak bürclərinin
harada və nə vaxt tərtib olunması faktını sübut edə bilib. Onun qənaətinə
görə, bürclər vahid kompleks kimi 40-cı Şimal en dairəsində yerləşən Xəzər
sahilində, Bakıda müşahidəçi astronom tərəfindən miladdan öncə2800-
1400-ci illərdə sistemə salınıb.
Şvartsın bu ideyası ilə Qrinviç Kral Rəsədxanasının astronomu
Edvard Maunler (1851-1928) də şərikdir. Şvartsa görə, bürcləri təşkil
edən “dibsizliyin” (boşluğun) ölçüsü açar kimi qırxıncı en dairəsinə uyğun
gəlir. Dibsizliyin radiusu qırx dərəcə müəyyənləşib. Şvarts kitabında Bakı,
Babil, Qədim Yunan, Qədim Misir, Qədim Hindistan, Şumer və Minoy
sxemlərini analiz edərək öz qənaətini sübuta yetirib. O vaxt Bakıdan bürclər
necə görünübsə, ən qədim ulduz xəritəsində də elə çəkilib. Müxtəlif baxış
nöqtələrindən fincanın ağzı tam dairə, ellips və ya düz xətt kimi də görünə
bilər. Qeydə alınmış qədim ulduzların yerdüzümü, Yer kürəsinin başqa
yerindən yox, məhz bizim ərazidən elə görünüb.

65
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

66

XIZIR Peyğəmbər
Azərbaycana göndərilən Peyğəmbərlər içində Xızır Peyğəmbərin
müstəsna yeri var. Bu əbədiyaşar Peyğəmbərin yaşadığı ev, onun adı ilə
bağlı Xızı və çox da uzaqda olmayan Əlləz kəndləri Azərbaycandadır. Xızır
Peyğəmbər haqqında Qurani-Kərimdə ayələr də mövcuddur.
27 NƏML‫ سورة النمل‬surəsinin 40-cı ayəsində buyurulur :
‫ِيم‬ ِ ْ‫للا الرَّ ح‬
ِ ‫من الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ًّ‫ب أَ َنا َءاتِيك ِب ِه َق ْب َل أَن َيرْ َت َّد إِ َليْك طرْ فُك َف َلمَّا َر َءاهُ مُس َتقِرا‬
ِ ‫َقا َل الَّذِى عِ ندَ هُ عِ ْل ٌم م َِّن ْال ِك َت‬
ْ ُ َّ ُ ْ َ َ ُ َ ُ
‫ضل َربى لِ َي ْبل َونى َء أشك ُر أ ْم أكفر َُو َمن ش َك َر َفإِن َما َيشك ُر لِ َنفسِ ِه َو َمن َك َف َر‬ ِ ‫عِ ندَ هُ َقا َل َه َذا مِن َف‬
‫َفإِنَّ َربى َغنىٌّ َك ِري ٌ‏م‬
(qalə əl-ləzi indəhuilmunminəl-Kitabi əna ətikə bihi qəbləən yərtəddə
iləykətərfukə fələmma rahumustəqirrənindəhu qalə həza min fazli Rabbi
liyəbluvani əşkuru əm əkfuruvamən şəkərə fainnəma yəşkuru linəfsihi va
mən kəfərə fainnə Rabbi Ğəniyun Kərimun)
Tərcüməsi: “Kitabdan (Lövhi-Məhfuzdan, ya səmavi kitablardan)
bir qədər elmi olan birisi dedi: «Mən onu sən göz qırpmadan öncə və
XIZIR PEYĞƏMBƏR

ya sənin bir şeyə baxışın həmin şeyin surətini beyinə ötürməmişdən


öncə, sənin yanına gətirərəm». Beləliklə, elə ki, onu öz yanında hazır
durmuş gördü, dedi: «Bu (istəyin o saat yerinə yetirilməsi, ya belə
bir şəxsin mənim ümmətimdə olması) Rəbbimin fəzlindəndir və
məni yoxlamağı üçündür ki, görsün şükürmü edirəm, ya nankorluq
(naşükürlük)? Və kim şükr etsə, öz xeyrinə şükr edər və kim naşükürlük
etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil
Qənidir və kərəm sahibi Kərimdir.”
“Kitabdan xəbərdar olan kişi” bir sıra təfsirçilərin rəyinə görə, Xızır
əleyhis-səlamdır.
18 KƏHF ‫( سورة الكهف‬Mağara) surəsinin, 64-cü ayəsində ‫َعلَّ ْم َناهُ مِن لَّ ُد َّنا‬
‫“ عِ ْلما‬əlləmnahu min ladunna ilma”(gizliu elm öyrətdiyimiz bəndələrdən
birindən elm öyrən) – Allah hökmü ilə yola çıxan ulul-əzm Peyğəmbər
Musa çoxlarının nəbi kimi qəbul etmədiyi Xızır Peyğəmbərlə görüşüb.
Şeyx Məhəmməd ibn Həsən Hürr Amilinin “Cəvahir us-saniyyə fi əhadis il-
qüdsiyyə”(Qüdsi hədislərin ikinci cəvahiri) əsərində, 111-ci hədisdə Əli ibn
İbrahim ibn Haşimin təfsirindən rəvayət edir ki, “ Əbu Əbdi-Əllah əleyhis
səlam belə buyurdu: Allah Musa ilə danışıb lövhələri ona nazil etdikdən
sonra, Musa Bəni-İsrail qövmünə qayıdıb minbərə çıxdı və xalqına xəbər
67
verdi ki, Allah Onunla danışmış, “Tövrat”ı nazil etmişdir. Sonra öz ürəyində
dedi: “Allah məndən də elmli bir şəxs yaratmamışdır!”
Allah Cəbrailə buyurdu: “Musanın yanına get, çünki, o, həlak olmaq
üzrədir. Ona de ki, iki dəryanın qovuşduğu yerin sahilində böyük bir daş
vardır. O daşın yanında səndən də bilikli bir kişi vardır, Onun yanına gedib
elmini öyrən”. Sonra Cəbrail Musanın yanına nazil olub hadisəni Ona xəbər
verdi.”
Qurani- Kərimdə birbaşa olaraq Xızır peyğəmbərin adı çəkilməmişdır,
ondan " ً ‫ َعبْداً مِنْ عِ بادِنا آ َتیْناهُ َرحْ َم ًة مِنْ عِ ْندِنا َو َعلَّ ْمناهُ مِنْ َل ُد َّنا عِ ْلما‬ünvanıyla söz
açılır; onun gizli elm bilicisi və Allahın seçdiyi bəndəliyi açıqlanır. Bir çox
rəvayətlər onu "Xızır" adıyla tanıtdırmışdır. Qurani-Kərimdə Xızırın (ə.s.)
Musa (ə.s.) və Zülqərneynlə bağlı hekayəti 18KƏHF surəsinin 60-92-ci
ayələrində öz əksini tapıb.
60-ıncı ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ِ ْ‫للا الرَّ ح‬
َ َ َ ‫َوإِ ْذ َقا َل م‬
ِ ‫ُوسى لِ َف َتاهُ َل أَب َْر ُح َح َّتى أَ ْبلُ َغ َمجْ َم َع ْال َبحْ َري‬
ً ‫ْن أ ْو أ ْمضِ َي ُحقُبا‬
(va iz qalə Musa lifətahu la Əbrahu hətta əbluğa majmə əl-bəhrayni auv
əmziya huğuban)
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

Tərcüməsi: “(Ya Rəsulum!) Yadına sal ki, bir zaman Musa öz gənc
dostuna (xidmətində olan Yuşə ibn Nuna) belə demişdi: “Mən (Xızırla
görüşmək üçün) iki dənizin qovuşduğu yerə çatmayınca və uzun müddət
gəzib dolanmayınca (bu səfərdən) geri dönməyəcəyəm!”
61-ci ayə:
‫ِيم‬ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّح‬ ِ ّ ‫ِبسْ ِم‬
ً‫َف َلمَّا َب َل َغا َمجْ َم َع َب ْين ِِه َما َنسِ َيا حُو َت ُه َما َفا َّت َخ َذ َس ِبي َل ُه فِي ْال َبحْ ِر َس َربا‏‬
(fələmmā bələğə məcm bəynihima nəsiya hutəhuma fa əttəxəzə sabiləhu fī
əl-bəhri sərəban)
Tərcüməsi: “Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda (yeməyə
götürdükləri) balığı unutmuşdular, balıq isə (dirilib suya atılmış) dənizdə
bir yarğana tərəf üz tutmuşdu.”
62-inci ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّح‬ ِ ّ ‫ِبسْ ِم‬
‫صبا ً‏‬ َ ‫َف َلمَّا َج َاو َزا َقا َل لِ َف َتاهُ آ ِت َنا َغدَاء َنا َل َق ْد َلقِي َنا مِن َس َف ِر َنا َه َذا َن‬
(fələmma cavəza qalə lifətahu ətina ğəza əna ləqədləğina min səfərinā haza
nəsəban)
Tərcüməsi: “Onlar (iki dənizin qovuşduğu yerdən) keçib getdikləri
zaman (Musa) gənc dostuna dedi: “Nahar yeməyimizi gətir. Bu səfərimiz
68
bizi lap əldən saldı!”. Ayədə göstərilən gənc dost Yusif Peyğəmbərin nəvəsidir.
63-üncü ayə:
‫ِيم‬ ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّح‬ ِ ّ ‫ِبسْ ِم‬
َ‫ْطانُ أَنْ أَ ْذ ُك َرهُ َوا َّت َخذ‬ َ َ‫ُوت َو َما أ‬
َ ‫نسانِي ُه إِ َّل ال َّشي‬ َ ‫يت ْالح‬ ُ ِ‫ْت إِ ْذ أَ َو ْي َنا إِ َلى الص َّْخ َر ِة َفإِ ِّني َنس‬
َ ‫َقا َل أَ َرأَي‬
ً‫َس ِبي َل ُه فِي ْال َبحْ ِر َع َجبا‏‬
(qalə əraytə iz əvayna ila əs-səxrəti fainni nəsituəl-hutə va ma ənsanihu illa
əş-şayţanu ən əzkurahuva əttəxəza səbiləhu fī əl-bəhri əcəban)
Tərcüməsi: “O isə: “Görürsənmi, biz (həmin yerdə) qayanın yanında
gizləndiyimiz zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı
mənə yalnız Şeytan unutdurdu. (Balıq dirilib) əcaib bir şəkildə dənizə
yollanmışdır!” – deyə cavab verdi.”
64-üncü ayə:
‫ِيم‬ ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّح‬ ِ ّ ‫ِبسْ ِم‬
ً‫صصا‏‬ َ
َ ‫ار ِه َما ق‬ ِ ‫َقا َل َذل َِك َما ُك َّنا َنب ِْغ َفارْ َتدَّا َع َلى آث‬
َ
(qalə zəlikə ma kunna nabği fartazza əlá asarihima ğəsəsan)
Tərcüməsi: “(Musa: ) “Elə istədiyimiz də (axtardığımız da) budur!” –
dedi və onlar öz ləpirlərinin izinə düşüb gəldikləri yolla geri (iki dənizin
qovuşduğu yerə) qayıtdılar.”
XIZIR PEYĞƏMBƏR

65-inci ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ً‫َف َو َجدَ ا َعبْداً مِّنْ عِ َبا ِد َنا آ َت ْي َناهُ َرحْ َم ًة مِنْ عِ ن ِد َنا َو َعلَّ ْم َناهُ مِن لَّ ُد َّنا عِ ْلما‏‬
(fəvəcəda əbdan min ibadina ətəynahu rəhmətənminə indina va
əllamnahu min lədunna ilman)
Tərcüməsi: “(Musa və Yuşə orada) Öz dərgahımızdan mərhəmət
(peyğəmbərlik və vəhy, yaxud ilham və kəramət) əta etdiyimiz
və Öz tərəfimizdən elm (qeybə dair bəzi biliklər) öyrətdiyimiz
bəndələrimizdən birini (Xızırı) tapdılar.”
66-ıncı ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
‫مْت ُر ْشداً‏‬ َ ِّ‫ُك َع َلى أَن ُت َعلِّ َم ِن ِممَّا ُعل‬ َ ‫ُوسى َه ْل أَ َّت ِبع‬َ ‫َقا َل َل ُه م‬
(qalə ləhu Musa həl Attabiuka əla ən tuəlliməni mimma ullimtə ruşdən)
Tərcüməsi: “Musa ondan soruşdu: “Öyrədildiyin doğru yolu
göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?”
67-inci ayə:
‫ِيم‬ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
‫صبْراً‏‬ َ ‫ِي‬ َ ِ‫َقا َل إِ َّن َك َلن َتسْ َتط‬
َ ‫يع َمع‬
(qalə innəkələn təstətəə maiyə səbrən)
69
Tərcüməsi: “(Xızır) belə cavab verdi: “Sən mənimlə bir yerdə
olsan (görəcəyim işlərə) əsla dözə bilməzsən. (Sənin onlara səbrin
çatmaz, çünki mən batini elmlə iş görürəm. Sənin bildiyin isə ancaq
zahiri elmdir. Sən peyğəmbər olduğun üçün mən zahirən qadağan
olunmuş bir iş gördükdə ona etiraz edib əleyhimə çıxacaqsan).”
68-inci ayə:
‫ِيم‬ ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ً‫ْف َتصْ ِب ُر َع َلى َما َل ْم ُتح ِْط ِب ِه ُخبْرا‏‬ َ ‫َو َكي‬
(va kəyfə təsbiru əla ma ləm Tuhit bihi xubrən)
Tərcüməsi: “Axı sən bilmədiyin (batininə, mahiyyətinə bələd
olmadığın) bir şeyə necə dözə bilərsən?”
69-uncu ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ً‫ص ِابراً َو َل أَعْ صِ ي َل َك أَمْرا‏‬ َ ُ‫للا‬ َّ ‫َقا َل َس َت ِج ُدنِي إِن َشاء‬
(qalə sətəciduni in şaə Allahu səbirən va la əsi ləkə amrən)
Tərcüməsi: “(Musa) dedi: “İnşallah, səbrli olduğumu görəcəksən.
Sənin heç bir əmrindən çıxmayacağam!”
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

70-inci ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ً‫ِث َل َك ِم ْن ُه ِذ ْكرا‏‬ َ ‫َقا َل َفإِ ِن ا َّت َبعْ َتنِي َف َل َتسْ أ َ ْلنِي َعن َشيْ ٍء َح َّتى أُحْ د‬
(qalə faini əttəbatəni fəla təsəlniən şəyin hətta uhdisə ləkə minhu
zikrən)
Tərcüməsi: “(Xızır: ) “Əgər mənə tabe olacaqsansa, səbəbini sənə
izah etməyincə məndən heç bir şey haqqında soruşma!” – dedi.”
71-inci ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ً‫ت َشيْئا ً إِمْرا‏‬ َ ‫انط َل َقا َح َّتى إِ َذا َر ِك َبا فِي ال َّسفِي َن ِة َخ َر َق َها َقا َل أَ َخ َر ْق َت َها لِ ُت ْغ ِر َق أَهْ َل َها َل َق ْد ِج ْئ‬ َ ‫َف‬
(fantalağa hətta iza rəkiba fī əs-səfīnəti xərəqəha qaləəxəraqəaha
lituğriqə əhləhaləqəd citəşəyən imrən)
Tərcüməsi: “Bundan sonra onlar durub yola düşdülər. Gəmiyə
mindikləri zaman (Xızır) onu deşdi (gəminin bir-iki taxtasını sındırıb
çıxartdı). (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü
gəmini deşdin? Doğrusu, (günahı) böyük bir şey etdin (olduqca çirkin
bir iş gördün)”.
72-inci ayə:
70
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ً‫صبْرا‏‬ َ ‫ِي‬ َ ‫يع َمع‬َ ِ‫َقا َل أَ َل ْم أَقُ ْل إِ َّن َك َلن َتسْ َتط‬
(qalə aləm əqul innakə lən təstətea məiya səbrən)
Tərcüməsi: “(Xızır) belə cavab verdi: “Sənə demədimmi ki,
mənimlə bir yerdə olanda (görəcəyim işlərə) əsla dözə bilməzsən?”
73-üncü ayə:
‫ِيم‬ ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ً‫يت َو َل ُترْ ِه ْقنِي مِنْ أَم ِْري عُسْ را‬ ُ ِ‫َقا َل َل ُت َؤاخ ِْذنِي ِب َما َنس‬
(qalə lə tu uəxiznī bima nəsitu va lə turhiqnī min əmri usraən)
Tərcüməsi: “(Musa) dedi: “Unutduğum bir şeyə görə məni
danlama və məni öz işimdə (sənə tabe olmaqda) çətinliyə salma!”
74-üncü ayə:
‫ِيم‬ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
‫ت َشيْئا ً ُّن ْكراً‏‬ َ ‫س لَّ َق ْد ِج ْئ‬ ٍ ‫ت َن ْفسا ً َز ِكي ًَّة ِب َغي ِْر َن ْف‬ َ ‫انط َل َقا َح َّتى إِ َذا َل ِق َيا ُغ َلما ً َف َق َت َل ُه َقا َل أَ َق َت ْل‬
َ ‫َف‬
(fantələqa hətt iza ləqiya ğulamən fəqətəlahu qalə əqətəltə nəfsən
zakiyətən biğayri nəfsin ləqəd citəşəyən nukrən)
Tərcüməsi: “Yenə getdilər, nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda
(Xızır) dərhal onu öldürdü. (Musa) dedi: “(Heç bir günah iş tutmayan,
buna görə də qisasa layiq olmayan) pak (məsum) bir canamı qıydın?
Doğrudan da, çox pis bir şey etdin (çox pis bir iş gördün)”.
XIZIR PEYĞƏMBƏR

75-inci ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ِ ْ‫للا الرَّ ح‬

‫صبْراً‏‬ َ ‫يع َمعِي‬ َ ِ‫َقا َل أَ َل ْم أَقُل لَّ َك إِ َّن َك َلن َتسْ َتط‬
(qalə aləm aqul ləkəinnakə lən təstətia maiya səbrən)
Tərcüməsi: “(Xızır) yenə belə cavab verdi: “Sənə demədimmi ki,
mənimlə birlikdə olanda (edəcəyim əməllərə) əsla dözə bilməzsən?”
76-ıncı ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ً‫ت مِن لَّ ُد ِّني ع ُْذرا‏‬ َ ‫صا ِح ْبنِي َق ْد َب َل ْغ‬َ ‫َقا َل إِن َسأ َ ْل ُت َك َعن َشيْ ٍء َبعْ دَ َها َف َل ُت‬
(qaləin saltukən şəyin bədəha fəla tusāhibni qəd bəlağtə min lədunnī
uzrəən)
Tərcüməsi: “(Musa) dedi: “Əgər bundan sonra səndən bir
şey barəsində xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə.
(Hərəkətlərinə etiraz etdiyim, səni qınadığım üçün) sən artıq mənim
tərəfimdən üzrlüsən (məni atıb getməyə haqqın vardır)”.
77-inci ayə:
‫ِيم‬ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
‫ُض ِّيفُو ُه َما َف َو َجدَ ا فِي َها ِجدَ اراً ي ُِري ُد‬ َ ‫انط َل َقا َح َّتى إِ َذا أَ َت َيا أَهْ َل َقرْ َي ٍة اسْ َت ْط َع َما أَهْ َل َها َفأ َ َب ْوا أَن ي‬
َ ‫َف‬
71
َ ‫ت َل َّت َخ ْذ‬
ً‫ت َع َل ْي ِه أَجْ را‏‬ َ ‫أَنْ َين َقضَّ َفأ َ َقا َم ُه َقا َل َل ْو شِ ْئ‬
(fantələqa hətta iza ətəya əhlə qəryətin əstatəma əhləa faabavən
yuzəyyifūhuma fəvəcəda fīha cizarən yuridu ən yənqazza faqaməhuqalə
ləvşitələttəxəztə əlayhi əcrən)
Tərcüməsi: “Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət
əhlinə yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq
etmək (Musaya və Xızıra yemək vermək) istəmədi. Onlar orada
yıxılmaq (uçulmaq) üzrə olan bir divar gördülər. (Xızır) onu düzəltdi.
(Musa) dedi: “Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir
muzd (çörək pulu) alardın. . .”
78-inci ayə:
‫ِيم‬ ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
‫صبْراً‏‬ َ ‫يل َما َل ْم َتسْ َتطِ ع َّع َل ْي ِه‬ ِ ‫ِك َسأ ُ َن ِّب ُئ َك ِب َتأْ ِو‬ ُ ‫‏ َقا َل َه َذا ف َِر‬
َ ‫اق َب ْينِي َو َب ْين‬
(qalə haza firaqu bəynī va bəynikə saunəbbiukə bitavili ma ləm təstəti
əlayhi sabrən)
Tərcüməsi: “(Xızır) dedi: “Bu artıq mənimlə sənin aranda ayrılıq
vaxtıdır. (Zahirən naməqbul olduğunu gördüyün üçün) dözə bilmədiyin
şeylərin yozumunu (batinini, iç üzünü) sənə xəbər verəcəyəm!”
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

79-uncu ayə:
‫ِيم‬ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ٌ‫ان َو َراءهُم َّملِك‬ َ ‫دت أَنْ أَعِ ي َب َها َو َك‬ ُّ ‫ون فِي ْال َبحْ ِر َفأ َ َر‬ َ ُ‫ِين َيعْ َمل‬ َ ‫ت لِ َم َساك‬ ْ ‫أَمَّا ال َّسفِي َن ُة َف َكا َن‬
ً‫َيأْ ُخ ُذ ُك َّل َسفِي َن ٍة َغصْ با‏‬
(əmma əs-səfinatu fəkanət liməsakinə yəməlunə fī əl-bəhri farəsu ən
əībəha va kanə vərahumməlikun yaxudhu kullu səfīnətin ğasbən)
Tərcüməsi: “Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə
yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin
adamların arasında (yaxud qabağında) hər bir saz gəmini zorla ələ
keçirən bir padşah var idi.”
80-inci ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ً‫ط ْغ َيانا ً َو ُك ْفرا‏‬ ُ ‫ْن َف َخشِ ي َنا أَن يُرْ ِه َق ُه َما‬ ِ ‫ان أَ َب َواهُ م ُْؤ ِم َني‬
َ ‫َوأَمَّا ْال ُغ َل ُم َف َك‬
(va əmmā əl-ğulāmu fəkanə əbəvahu muminəyni fəxəşina ən
yurhiqəhuma tuğyanaən va kufrən)
Tərcüməsi: “Oğlana gəldikdə, onun ata-anası mömin kimsələr
idi. (Mən onun alnına baxıb gördüm ki, həddi-buluğa yetişəndə
kafir olacaq) buna görə də biz (onun böyüyəndə) ata-anasını da (öz
72 arxasınca) azğınlığa və küfrə sürükləməsindən qorxduq.”
81-inci ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ً‫ب رُحْ ما‏‬ َ ‫َفأ َ َر ْد َنا أَن ُي ْب ِد َل ُه َما َر ُّب ُه َما َخيْراً ِّم ْن ُه َز َكاة َوأق َر‬
ْ َ ً
(faərədna ən yubdiləhuma Rabbuhuma xeyrən minhu zəkatən va
əqrəba ruhmən)
Tərcüməsi: “və Rəbbinin onun əvəzində onlara daha təmiz və
(ata-anasına qarşı) daha mərhəmətli olan başqa bir övlad verməsini
istədik.”
82-inci ayə:
‫ِيم‬ ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ً ‫صالِحا‬ َ ‫ان أبُو ُه َما‬ َ َ ‫ان َتحْ َت ُه َكن ٌز لَّ ُه َما َو َك‬َ ‫ْن فِي ْال َمدِي َن ِة َو َك‬ ِ ‫ْن َيتِي َمي‬ِ ‫ان لِ ُغ َل َمي‬َ ‫َوأَمَّا ْال ِجدَ ا ُر َف َك‬
َ
‫ِّك َو َما َف َع ْل ُت ُه َعنْ أم ِْري َذل َِك‬ َ ‫نز ُه َما َرحْ َم ًة مِّن رَّ ب‬ َ ‫ش َّد ُه َما َو َيسْ َت ْخ ِر َجا َك‬ ُ ‫ُّك أَنْ َي ْبلُ َغا أ‬
َ َ ‫َفأ َ َرادَ َرب‬
‫صبْراً‏‬ َ ‫َتأْ ِوي ُل َما َل ْم َتسْ طِ ع َّع َل ْي ِه‬
(va əmma əl-cidaru fəkanə liğulaməyni yətiməyni fīəl-mədīnəti va
kanətəxtəhu kənzun ləhuma va kanə əbuhuma salihan farad Rəbbukəən
yəbluğa əşuddəhuma va yəstaxrica kənzəhuma rəhmətən minRəbbikə va
mā fəəltuhu ən əmrīzəlikə tavīlu ma ləm təsti əleyhi sabrən)
XIZIR PEYĞƏMBƏR

Tərcüməsi: “Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın


idi. Altında onlara çatası bir xəzinə vardı. Onların atası əməlisaleh (bir
adam) idi. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən
bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. (Ya
Musa!) Mən bunları öz-özümdən etmədim (yalnız Allahın əmrini
yerinə yetirdim). Sənin səbr edib dözə bilmədiyin şeylərin yozumu
(batini mənası) budur!”
83-üncü ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ً‫ْن قُ ْل َسأ َ ْتلُو َع َل ْي ُكم ِّم ْن ُه ِذ ْكرا‏‬
ِ ‫َو َيسْ أَلُو َن َك َعن ذِي ْال َقرْ َني‬
(va yəsəlunəkəən zi əl-qərnəyniqul satlū əleykum minhu zikrən)
Tərcüməsi: “(Ya Rəsulum!) Səndən Zülqərneyn barəsində
soruşarlar. De: “Onun barəsində sizə bir hekayət (bəzi xəbərlər)
söyləyəcəyəm!”
84-üncü ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ً‫ض َوآ َت ْي َناهُ مِن ُك ِّل َشيْ ٍء َس َببا‏‬ ِ ْ‫إِ َّنا َم َّك َّنا َل ُه فِي ْالَر‬
(i nnə məkkənna ləhu fī əl-ərzi va ətəynahu min kullişeyin səbəbən)
Tərcüməsi: “Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik
73
və hər şey verdik (hər şeyin yolunu ona öyrətdik).”
85-inci ayə
‫ِيم‬ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
َ
‫َفأ ْت َب َع َس َببا ً‏‬
(faatbə səbəbən)
Tərcüməsi: “O, (məğribə çatmaq üçün) yola çıxdı. (Tövbə qapısı
məğribdə olduğuna görə səfərini oradan başladı).”
86-ıncı ayə:
‫ِيم‬ ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
َ‫ْن َح ِم َئ ٍة َو َو َجدَ عِ ندَ َها َق ْوما ً قُ ْل َنا َيا ذا‬ َ ‫‏ َح َّتى إِ َذا َب َل َغ َم ْغ ِر‬
ِ ‫ب ال َّش‬
ٍ ‫مْس َو َجدَ َها َت ْغرُبُ فِي َعي‬
ً‫ِيه ْم حُسْ نا‏‬ َ َّ َ
ِ ‫ب َوإِمَّا أن َتتخِذ ف‬ ِّ ُ َ
َ ‫ْن إِمَّا أن ت َعذ‬ ْ
ِ ‫ال َقرْ َني‬
(hətta iza bələğə mağribə əş-şəmsi va cədəha təğrubu fī eynin həmiətin
va vəcədəindəha qəvmənqulna ya za əl-qərnəyni imma əntuəzziba va imma
ən təttəxizə fīhim husnən)
Tərcüməsi: “Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu
qara palçıqlı bir çeşmədə (lehməli bir suda) batan gördü. O, çeşmənin
yanında (Allahı tanımayan, kafir) bir tayfa da gördü. Biz ona belə
buyurduq: “Ya Zülqərneyn! Sən onlara (imana gəlməsələr) əzab da verə
bilərsən, (haqq yola dəvət edib) onlarla yaxşı rəftar da edə bilərsən!”
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

87-inci ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
َ ‫َقا َل أَمَّا َمن َظ َل َم َف َس ْو‬
ً‫ف ُن َع ِّذ ُب ُه ُث َّم ي َُر ُّد إِ َلى َر ِّب ِه َفي َُع ِّذ ُب ُه َع َذابا ً ُّن ْكرا‏‬
(qalə əmmamən zələmə fasəvufə nuəzzibuhu summə yurəddu ilá
Rəbbihi fəyuəzzibuhu əzābən nukrən)
Tərcüməsi: “O (İsgəndər) belə cavab verdi: “Zülm (küfr) edənə
əzab verəcəyik. Sonra o, Rəbbinin hüzuruna qaytarılacaq. (Rəbbi də)
ona (Cəhənnəmdə) görünməmiş bir əzab verəcəkdir!”
88-inci ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ً‫صالِحا ً َف َل ُه َج َزاء ْالحُسْ َنى َو َس َنقُو ُل َل ُه مِنْ أَمْ ِر َنا يُسْ را‏‬ َ ‫َوأَمَّا َمنْ آ َم َن َو َع ِم َل‬
(va əmma mən amənə va əmilə salihən fəlahucəzaən əl-husna va
sənəqulu ləhu min amrina yusrən)
Tərcüməsi: “İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat
(Cənnət) gözləyir. Biz ona asan bir şey əmr edəcəyik!” (Onu Allaha
yaxınlaşdırmaq üçün bacardığımız hər şeyi – oruc, namaz, zəkat, cihad
və s. öyrədəcək, gücü çatmayan bir işi isə görməyə vadar etməyəcəyik).”
89-uncu ayə:
74
‫ِيم‬ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ً ‫ُث َّم أَ ْت َب َع َس َببا‬
(summə ətba səbəbaən)
Tərcüməsi: “Sonra o, başqa bir yola (məşriqə) tərəf üz tutub getdi.”
90-incı ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
‫مْس َو َجدَ َها َت ْطلُ ُع َع َلى َق ْو ٍم لَّ ْم َنجْ َعل لَّهُم مِّن ُدو ِن َها سِ ْترا‬ ِ ‫َح َّتى إِ َذا َب َل َغ َم ْطل َِع ال َّش‬
(hətta izabəlağə matliə əş-şəmsi vacədəha talu əla qavmin ləm nacəl
ləhum min duniha sitrən
Tərcüməsi: “Nəhayət, günəşin çıxdığı yerə çatdıqda onu bir qövm
üzərində doğan gördü ki, onlardan ötrü ona (günəşə) qarşı heç bir
sipər yaratmamışdıq. (Yalnız günəşin özü onlar üçün sipər idi).”
91-inci ayə:
‫ِيم‬ ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ً‫َك َذل َِك َو َق ْد أَ َح ْط َنا ِب َما َلدَ ْي ِه ُخبْرا‬
(kəzəlikə va ğəz əhatna bima lədəyhi xubran)
Tərcüməsi: “(Zülqərneynin qüdrət və səltənəti, səyahəti) belə idi. Biz
hələ onun yanında daha nələr olduğunu da bilirik. (Zülqərneynin qüdrətini,
nə qədər əsgərlə səfərə çıxdığını Allahdan başqa heç kəs dəqiq bilməz).”
XIZIR PEYĞƏMBƏR

92-inci ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ِ ْ‫للا الرَّ ح‬
ً ‫ُث َّم أَ ْت َب َع َس َببا‬
(summə ətba səbəbaən)
Tərcüməsi: “Daha sonra o (Zülqərneyn) başqa bir yola (cənubdan
şimala) üz tutub getdi.”
(Tərcümə akademiklər Z.Bünyadov və V.Məmmədəliyevindir.)
83-cü ayəyə qədər Musa (s.ə.s.) ilə görüş kifayət qədər yığcam, işarələrlə
bəyan edilirsə, sonrakı ayələrdə Zülqərneyndən söhbət açılır (İskəndərdən).
Xızırla (ə.s.) görüşündən birbaşa söhbət açılmasa da, Zülmət məkanı, qara
palçıqlı məkan dedikdə Dirilik suyunun olduğu Xızır-Zində ocağı göstərilir.
Buradan indi çox da uzaqda olmayan Dərbənd Ocağın şimalında yerləşir.
Novruz bayramında Xızır (s.ə.s.) xatırlanır. Novruz bayramında
səməni cücərtmək Xızır əleyhis-səlamdan qalma adətdir. Adəm əleyhis-
səlam cənnətdən buğdaya görə çıxarılmışdı, buğda bəşər övladının əsas
qidasıdır.Səməni yaşıllığı, xeyir-bərəkəti, Xızır əleyhis – səlama hörmət
və rəğbəti rəmzləşdirir. “Səməni”- sanskritcə “sumani”dən yox, “çəmən”
sözündəndir. “Səhih əl-Buxari” kitabının 3402-ci (müxtəsərindəki nömrə
1359) hədisində Əbu Hüreyrədən nəql olunur ki, Peyğəmbər (s.ə.s.)
75
əl-Xızır haqqında buyurdu: “O, ağ, məhsulsuz yerdə əyləşirdisə, arxa
tərəfindəki yerlər yaşıllaşırdı”.
Hər zaman atlı, mobil gücə malik Türklərin Avro-Asiyadan Amerika
materikinə keçməsi, orada mədəni izlərini qoyması indi heç kəsi
təəccübləndirmir. Yaşıllığın himayədarı Xızır (s.ə.s.) ən qədim zamanlardan
bəri bütün dünyaya öz lütfünü yayır. Bu fakt da çox maraq kəsb edir ki,
yeddi min əvvəl Cənubi Amerikada yaşamış Qədim Mayyalıların heoroqlif
yazılarında işarəsi “yaş” kimi oxunur “böyük yaşıl yarpaq, zoğ”
mənasını verir.
işarəsi isə həm Günəş, həm də sutka mənasında olan “kin”(gün)
sözüdür.
Yeni ilin ilk gününə “Yaşıl gün” mənasına gələn “yaş kin”-de-
yiblər.
(Bu barədə daha çox məlumat almaq üçün bax: Кнорозов Ю.В.
«Письменность индейцев Майя»,Москва,1955, Кнорозов Ю.В.
«Система письма древних Майя»(опыт расшифровки),Москва,1955,
Кнорозов Ю.В. «Иероглифические рукописи Майя», Ленинград,1975)
İlin ilk günü yaşıllıqla başlayırsa, bu bizim Novruz ənənələrilə sıx səsləşir və
Xıdır əlləz mədəniyyətindən xəbər verir.
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

Tarix boyu müxtəlif Türk xalqları onu Kökçin-Sakal, Göy saqqallı,


Altın sakallı Ay koca, Ak sakallı, Qoca Xızır, Xızır-Bay, Xızır-Beg, Xızır-Çora
adlandırmışlar. (Türk mitol.IIc,s.89-92). Kirqız Ata, Kıdır Ata, Xızır Xoca
adları da ona məxsusdur. “Xızır” adının ilk variantına miladdan öncə III
minilliyə aid Şumer-Akkad ədəbiyyatında Qədin Səmavi Sühufların poetik
təfsiri olan “Gilqamış” (Gi-il-qa-meş) dini-mənqəbəvi
dastanında rast gəlinir. Qədim Şumercə “Utnapiştim” (Ut-na-piş-tim)
və ya (Uta-na-piş-tim) şəxs adındakı ut/
od anlamındadır. 4000 ildən artıq yaşı olan Şumerə məxsus bu ad “Oduna
bişdim” kimi tərcümə oluna bilər.Yaxınlığındakı adamlar onun istiliyini hiss
etdiyi üçün ona bu cür ad vermələrində qəribə heç nə yoxdur. Çox enerjili
olan bu şəxs Xızır (ə.s.) ola bilər.
Peyğəmbər Zəkəriyyənin(ə.s.) kitabında Xızır (ə.s.) “Pöhrə”, Rəsulallah
Məhəmmədin(s.ə.s.) hədislərində isə “Rakib” – atlı , imamların hədislərində
isə “Həyat” adını daşıyır.
Xızır adı xalqımızın ən dəruni ruhani təsəvvürlərində qədim
zamanlardan bəri kök saldığı üçün, ölkəmizdəki bir sıra məkan və
məqamlarda təsbitləşmişdir. Külək (Xızrı/Xəzri), ağac (Xıdr/Qədr/Kedr),
dəniz (Xəzər), yer (Xızı), dağ (Baba), ocaq (Xıdır-Zində, Diri Baba) adları
76
heç şübhəsiz ki, qayamət gününədək diri qalacaq Xızır peyğəmbərin adı ilə
əlaqədardır. Dörd ünsürün hər birində; ocaq(od), dəniz(su), külək(hava),
dağ, məkan(torpaq) Xızır əleyhissəlamın adı qalmışdır. Daha dərin zaman
qatlarına gedən ağac kultunda da onun adı var.
Musa(s.ə.s.) Xıdır-zində Ocağında.Təbrizdə Doktor Cavad Heyəyin
nəşr etdiyi “Varlıq” dərgisinin hicri-şəmsi tarixiylə 1378-ci il IV sayında
doktor Hüseyn Fəzlullahi Vəhid “Aya, həzrəti-Musa (ə.) be Azərbaycan
amədə bud?” (Görəsən həzrəti-Musa əleyhissəlam Azərbaycana gəlib?) -
sualına tarixi qaynaqlara söykənərək müsbət cavab verir.
Peyğəmbərlərin tarixini yazan islamşünas müəlliflərimizin bir sırası
görünür ki, dahi alim və böyük şairimiz Abbasqulu Ağa Bakıxanovun
“Gülüstani-İrəm”indən o qədər də məlumatlı deyillər, yoxsa onu yəhudi
peyğəmbərləri kimi təqdim etməzdilər. Niyə Xızır(s.ə.s.) yəhudilərdən
deyil?-sualına danılmaz arqumentlər:
1.Toplum halda yaşayan yəhudilər o vaxt dünyanın hər yerinə
səpələnməmiş, sayları da indiki qədər çox deyildi. Alimlərin son
hesablamalara görə, Musa Peyğəmbər altı yüz min nəfərlə dörd saat ərzində
yeddi kilometrlik Qırmızı dənizi keçib Misirdən çıxaraq Fələstinə gəlmişlər.
XIZIR PEYĞƏMBƏR

Qırx il müddətində Müsa əleyhis-səlam yəhudiləri səhrada dolaşdıraraq


köləliyi bir nəslin psixologiyasından çıxarmağa cəhd etmişdi. Bu müddət
ərzində Musa əleyhis–səlam on iki nəsildən olan yəhudilərin hər birini,
şəcərəsi ilə birgə ad-ba-ad tanıyırrdı. Nə “Tövrat”da, nə də onun təfsiri olan
“Talmud”da Xızırın (s.ə.s.) şəcərəsi barədə bir cümlə belə məlumat yoxdur.
Halbuki, o qədər də tarixi əhəmiyyət daşımayan şəxslərin adı çəkilərkən,
şəcərə üzrə kimlərin övladı olduğu çox səliqə ilə sadalanır.

77
Miniatürdə Xızır (s.ə.s.) ilə Musanın (s.ə.s.) görüşü təsvir olunub
2.Əgər Xızır(s.ə.s.) yəhudi olsaydı, Musa(s.ə.s.) onun haqqında yaşlı
yəhudilərindən eşidər, daha onu tapmaq üçün uzaq və üzüntülü yol keçib
Xıdır-zində Ocağına gəlib çıxmazdı. Qurani-Kərimdə təsvir olunan məkan
eynilə indiki əraziyə uyğun gəlir. Yaxınlıqdakı qonaqsevməz kənd əhli də,
hələ ki, xasiyyətini dəyişməyib. Xızır (s.ə.s.) yaşlı olmasına baxmayaraq,
yanında qəmə gəzdirmiş, yeniyetmə uşağı vurub öldürmüşdü. Bu dəli-
doluluq adəti indi də, yəhudilərdən fərqli olaraq, yerli camaata daha çox xas
xüsusiyyət kimi qalmaqdadır.
A.Bakıxanov “Gülüstani-İrəm”ində yazırdı: “Məsalikül - məmalik ,
Məcməül-büldan müəllifləri və sair tarixçilər yazırlar ki, Quranda adı çəkilən
Məcməül-bəhreyn (iki dəniz qovşağı) Şirvan vilayətində olmuşdur. Musa
və Xızır peyğəmbərlərin səxrəsi (qayası) da oradadır.Adına və əlamətlərinə
görə, bu qaya Xızır- zində ola bilər.
Bakıdan Türkmən sahillərinə quru yol getdiyi xalq arasında çox
məşhurdur. Dənizin Şərq sahillərində yaşayan əhali, at belində buraya
(Bakıya) çapqına gələrmiş. Bakı şəhəri qarşısında , dəniz içərisində indi də
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

görünən bürclardan, hasarlardan, qəbir daşlarından və tarixçilər tərəfindən


bu şəhərin keçmiş vəziyyəti haqqında yazılan təsvirlərdən məlum olur ki,
dörd-beş yüz il bundan əvvəl abad olan yerlər indi su altında qalmışdır.
Ehtimal ki, bir zamandan sonra bu yerlər yenə zahirə çıxsın” (Gülistani –
İrəm, Bakı, 1958, s.37)
A.Bakıxanov, vaxtı ilə Xəzərin içindən Türkmənistana quru yol
olduğunu xatırlatmaqla, dənizin iki yerə ayrılmasını, Xıdır-zində ocağı
tərəfdə suların qovuşduğunu söyləməklə, haqlı olaraq məhz buranın
Qurani-Kərimdəki iki dəniz qovuşuğunun olduğunu nəzərə çatdırmışdı.
Ocaqdan çox da uzaqda olmayan qədim tarixə malik yerdə indi Xızı şəhəri
yerləşir. Xıdır-zində Ocağına yaxın, dağların əhatəsində Ələz kəndi qərar
tutur. Bu ad “İlyas” (Əlyəz/Ələz) sözünün danışıq dilində təhrif olunmuş
şəkli sayıla bilər. Hətta indinin özündə öz abadlığı ilə fərqlənməyən Yuxarı
Ələz kəndində üzərində tikilmə tarixi yazılmayan və mahalda oxşarı
olmayan qədim bir bulaq tikilisi qalmaqdadır. Bu, Su kultuna – İlyasa
(s.ə.s) əcdadlarımızın xüsusi qayğısından xəbər verir. Kənd çox qədimdir,
Yuxarı və Yanıq Ələz adları ilə iki kənd şəklinə düşüb. Xatırladaq ki, Türkiyə
türkləri Xıdır-İlyasa “Hıdır-Ellez ”- deyir (Müasir Türkiyə türkcəsindən
“x” və “ə” səsləri 1926-cı ildə baş verən əlifba islahatı zamanı erməni Akop
78
Dilaçar (45 il Türk Dil qurumuna rəhbəri olub) tərəfindən çıxarılmış, bu
səslər dildə olsa da, qrafik şəkli hələ də bərpa edilməyib.
1850-1856-cı illərdə Şirvandaki Şeyx Nəsir kəndi sürüşməyə məruz
qalıb çökdüyü üçün, əhalisinin demək olar ki, hamısı məhz Ələz kəndinə
köçdü. XII yüzillikdə Şirvanda Nəsriyyə təriqətinin əsasını qoyan Şeyx
övladları Xızı-Bərmək mahalının Ələz kəndində qərar tutdu. İnzibati
bölgüyə görə, indi Xızır-zində ocağı və Ələz kəndləri keçən əsrin 30-cu
illərində yaranmış Siyəzən rayonuna inzibati baxımdan aid olsa da, köklü
sakinlərin qohum-əqrəba cəhətdən əlaqələri Xızı-Bərmək mahalı ilə daha
sıxbağlıdır.
Xızır-zındə ocağının zirvəsindən Xızı ovuc içi kimi aydın görünür.
Xızının köklü əhalisi Xızır (s.ə.s.) övladlarından sayılır. Onlardan IX
yüzillikdə yaşamış dünya şöhrətli alimi göstərə bilərik; münəccim,
məntiqşünas və tarixçi Məhəmməd ibn əl-Cəhm əl-Bərməki Bağdadda
xəlifə əl-Məmun və əl-Mötəsimin saraylarında çalışıb, şahların həyatından
tarixi əsərlər yazıb (Г.П.Матиевская, Б.А.Розенфельд «Математики
и астрономы мусульманского средневековья и их труды (VIII-XVII
в.в.)», Москва, Наука, 1983, IIc. s.47).
XIZIR PEYĞƏMBƏR

Şəhadət verən bitki. Müxtəlif keyfiyyətlərinə görə, botaniklərin


“Gramineae” dənlilər ailəsidən “Zea mays” adlandırdıqları bu bitki hər dildə
bir cür səslənir; formasına görə ona azərbaycanca “qarğıdalı” (qarğı dalı -
qamış budağı), dənəvərliyinə görə ərəbcə “zurətun”, farsca “zorrət”, gürcücə
“simindi”, çıxdığı ölkəyə görə ingiliscə “İndian corn” və Türkiyə türkcəsində
“Mısr” deyirlər. Hətta uzaq Çin dövləti ərazisində Uyğurustanda yaşayan
müsəlman uyğurlar qarğıdalı çörəyini ərəbcədən aldıqları sözlə “zağra”-
adlandırır. “Kişi jutida polu yeqiçə, öz öyündə zağra yə”- (Adam qürbətdə
plov yeyincə, öz evində qarğıdalı çörəyi yeyə).-onların Ata sözlərindəndir.
Qarğıdalıya Xızı-Bərmək mahalının camaatı “peyğəmbəri” deyir. Bu
bitkini Türkiyədə “Mısr” ona görə adlandırırlar ki, birinci dəfə Misirdən
gətirilib. Musa əleyhis – səlam taifəsi ilə birgə Misirdən çıxarkən özü ilə
qarğıdalı dəni də götürmüşdü.
Xıdır-zində ocağı əzəmətiylə göründüyü magistral yolda, məscidin və
ehsanlıq su bulaqlarının qarşısında bişmiş qarğıdalı satan uşaqlar müştəriyə
ləzzətli “peyğəmbəri” təklif edir.
O vaxta qədər bu ərazilərdə qarğıdalı yetişmədiyindən, Musa əleyhis
– səlamın gətirdiyi təzə bitkiyə “Peyğəmbəri”- demişlər. Musa əleyhis –
salamın doğurdan da, Azərbaycan ərazisinə gəlməsinin həqiqiliyinə qarğıdalı
bitkisi öz adı ilə canlı olaraq şahidlik etməkdədir. Bu fakt bir daha sübut 79
edir ki, Xızır (s.ə.s.) peyğəmbərin məqamı Bakı-Siyəzən yolunun 95-ci
kilometrində yerləşən Beşbarmaq (əslində Bərmək) dağındakı Xızır-Zində
(Diri Xızır) ocağındadır. Azərbaycana göndərilən Peyğəmbərlər sırasında
Musa Peyğəmbər haqqında ayrıca bəhs açmamağımızın səbəbi, onun bura
peyğəmbərlik missiyasıyla yox, öyrənmək arzusu ilə gəlməsidir. (Onun
məzarının yerini ərazimizdə axtarmaq nəticə verərdi).
“Hər gecəni
Qədr bil,
Hər qocanı
Xıdır bil.”
-deməklə, ulularımız cavanlara Qədr gecəsində olduğu kimi sidq ürəklə,
yorulmadan, usanmadan Allahın səni eşitdiyindən əminliklə ibadət etməyi,
adi qoca qiyafəsində dolaşan Xızır Peyğəmbərlə görüşməkçün isə bütün
qocalara ehtiram göstərməyi məsləhət bilib.
Xızır (s.ə.s.) Yaxın və Orta Şərq xalqlarına, o cümlədən Türk qövmünə
göndərilmiş ölümsüz Peyğəmbərdir. Azərbaycandan olan peyğəmbərlər
arasında haqqında kifayət qədər folklorlaşmış material olanı da odur. Yaxın
və Orta Şərqdə Xızır daha çox məşhurdur. Zamanlar arasında gəzərgi
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

Peyğəmbər sayılan Xızırın (s.ə.s.) gələcəyə gedə bilmək kəraməti var.


Təsadüfi deyil ki, bir-birindən yüzilliklər zaman məsafəsi olan Musa (s.ə.s.)
ilə Zülqərneynlə görüşmüş, onlara yol göstərmişdi.
Bir sıra tədqiqatçıların yekdil olmayan təsdiqlərinə görə, “Xızır” adı
“xız” – od sözündəndir. Hələ ki, bu mübahisələrin son elmi nəticəsi yoxdur.
“Xızır” adıyla bağlı coğrafi ərazilərimiz mövcuddur. “Xızı” sözü
“Xızır”dan dilçilərin “elision” adlandırdıqları səsdüşümü hadisəsiylə
yaranıb (Çətin tələffüz olunan səslər sözün sonunda sönük deyilir, nəhayət
həmin səsin düşməsi hadisəsi baş verir). Azərbaycan Respublikası Milli
Arxiv İdarəsinin Tarix Arxivində qorunan iki yüz ilə yaxın yaşı olan məscid
kitablarında “Xızı”kəndinin adı “Xızır”sözündəki z (zad) hərfilə yazılıb.
(Xatırladıram ki, ərəb əlifbasında dörd cür yazılan “z” hərfi var). Xəzər
dənizi adının “Xızır”dan əmələ gəlməsi heç bir şübhə oyatmır. Nizami
Gəncəvi Xəzərin adını “Xızran” yazır.
Azərbaycanda Xızır Peyğəmbərə böyük məhəbbət olduğundan, burada
bir sıra məntəqələrdə; Ağdam bölgəsində dağ və kənd Xıdırlı adını daşıyır.
Bu adla Qubadlıda da, Salyanda da kənd agları mövcuddur. Culfanın Yaycı
kəndindəki pirdə Xızır Peyğəmbərin atının nalının izi düşmüş qara daş
var. İnanıram ki, Allah-Təala bizə tezliklə o qüdrət və qüvvəni verəcək ki,
80
torpaqlarımızı əzəli və əbədi düşmənlərimizin istilasından xilas edə bilək.
Əbül-Qasim Übeydulah ibn Abdullah İbn Xurdadbeh ‫ابوالقاسم عُبیدهللا‬
ْ ْ‫“ بن عبدهللا ِابْن ُخر‬Kitab ül-məsalik
‫) كتاب المسالك والممالك‬912 — 820( ْ‌‫داد ِبه‬
vəl-məmalik” (Yollar və məmləkətlər kitabı) adlı kitabında yazırdı: “Musa
(ə.s.) haqqındakı qissələrdə deyilir: “görürsənmi, biz qayaların arxasında
daldalananda, balığı unutmuşduq, dirildi.” Bu qaya Şirvan qayasıdır, dəniz
isə Gilan (Xəzər) dənizidir. Kənd Bacarvan kəndi, “Rastlaşanda qulamı
öldürdüyü” kənd isə Xayzandır.” (Ибн Хордадбех «Книга путей и
стран» Баку, «Элм» 1988, s.109). Görünür, indiki Siyəzənin o vaxtkı adı
Xayzan olub.
Xıdır-Ələz bayramı 6 may ərəfəsində keçirilir. Şirvanda Xıdır-Əlləz
bayramının Novruzdan qabaq keçirilmə ənənəsi indi də yaşayır. Bütün
Abşeronda olduğu kimi,hər il Buzovnada şənliklər xüsusi təmtəraqla
keçirilir. Ötən əsrin 80-inci illərində bu ənənəni bərpa edən axund Hacı
Soltan elin böyük məhəbbətinə layiqdir.
Böyük türkşünas alim Vladimir Aleksandroviç Qordlevski (1876—
1956) əsərlərinin IV cildində (Moskva, “Nauka”, 1968, s.89)Xızır gününün
köhnə stillə 23 apreldə, indiki vaxtla 6 mayda Türkiyədə təntənələrlə qeyd
XIZIR PEYĞƏMBƏR

olunduğunu yazır. Bu gün hamı əlindəki cari işləri atıb gəzməyə çıxardı.
“Əgər hamilə qadın bu gün bir işlə məşğul olsa, uğaq eybəcər doğular” –
deyə iş görülməzdi. Hətta xəmir də yoğrulmazdı. Ağac kəsilməzdi. Qızlar
qızılgül əkərdi ki, gül kimi gözəl olsunlar.
Xızır Peyğəmbərin övladları sayılan kökənli xızılıların əqidəsiycə, baba
günahkar gözlərə görünməz. O, çətinə düşən, ömrü tamam olmamamış
insanlara ilahinin göndərdiyi qüvvə kimi kömək edir. Bu məqam nağıl və
dastanlarımızda geniş təsvir olunub.
Xızır Peyğəmbəri bəsirət gözü ilə görmək üçün yaşı keçmiş dağlılar
arasında indi də belə bir inam yaşayır ki, qırx gün ərzində beş vaxt namazdan
sonra, Əsmayi-Hüsnadakı Allahın gözəl adlarından beşinə müraciət olunan
bu duanı oxumaq lazımdır: “Hüvəl – Əvvəlü vəl – Axirü Zahirü vəl – Batinü
hüvə bikülli şeyin Alim”.
Folklor nümunələri. Xızı mahalında belə bir rəvayət dolaşmaqdadır ki,
bir gənc çox korafəhm idi. Gördüklərindən bir nəticə çıxara bilmirdi. Ona
məsləhət görürlər ki, 40 gün müddətində namazlardan sonra həmin duanı
oxusun, belə də edir. Qırx birinci gün çöldə tək-tənha gəzişərkən qarşısına
qoca bir kişi çıxır. Soruşur ki, a bala, bu çölü biyabanda nə gəzirsən?
– Xızır babanı axtarıram, ancaq əlamətlərini bilmirəm.
81
– Əlamət deyəndə ki, deyirlər bir az mənə oxşayır.
Qoca onun key-key baxdığını görür, yerdən bir daş götürüb deyir:
– Bax, a bala, dediyin adam sıxsa, bax beləcə, görürsən, daşın suyu
çıxacaq.
Gənc maraqla daşdan damcılanan suya baxır. Qoca korafəhm gəncdən
sotuşut:
– Neynirsən Xızır babanı?
–Söz soruşacaqdım.
– Nə soruşacaqdın ki?
– Mənə dedilər ki, ondan soruşum görüm, niyə beləyəm? Ağıllı
olmaqçün mən nə eləməliyəm?
– Sən çalış ki, a bala, beynini dolaşıq fikirlərlə doldurmayasan. Səni
maraqlandıran ancaq bir məsələ barədə düşünəsən. Onda zehnin açılar,
fəhmin itiləşər.
– Çox sağ ol, baba, mən məsləhəti Xızır babadan almaq istərdim...
Qoca o dəqiqə yox olur. Gənc başa düşür ki, bayaq onunla söhbət etdiyi
qoça elə Xızır baba imiş. Onun dediklərini xatırlayıb ömrü boyu əməl edir,
ağlı başına gəlir...
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

Hər il ana olmaq istəyən qadınlar üçün burada zarafatyana mani


(“mahnı” bu sözün təhrif olunmasıdır) qoşulub:
Biri qoynumda,
Biri boynumda.
Birini də sən yetir,
Ya Xıdır-Zində!
Bu mahalda ağız-ağız dolaşan bir nağılı qələmə aldıq:
Nağıl. “Qaranlıq dünyada bir bulaq axır, suyundan içən heç vaxt ölmür.
Xızır baba o dirilik suyundan içdiyiçün həmişə diridir. Xızır baba hər adamın
gözünə görünməz. Onu görmək üçün gərək lap yaxşı adam olasan, heç kəsi
özündən incik salmayasan. Babanı kim görsə, ondan nə istəsə, yerinə yetər.
Qədim zamanların birində qəddarlığıyla ad çıxaran bir xan vardı. O da
bilirdi baba arzuları yerinə yetirəndir. İstəyirdi onunla görüşsün, ürəyiyumşaq,
insanların nifrət etməyəcəyi yaxşı adamlardan birinə çevrilsin.
Odur ki, əmr verib car çəkdirdi: “Gərək Xızır babanı tutub yanıma
gətirəsiniz! Kım bu işi bacarsa, ənam alacaq!”
Xızır baba bu ötkəm xanın əmrindən əsəbiləşdiyindən o həndəvərdə heç
kəsin gözünə görünmürdü. Xan da günü-gündən ənamın miqdarını artırırdı.
Bir çətən külfəti olan çox kasıb, üstəlik də kiçikboylu bir kişinin uşaqları
82
üç gün idi ki, aclıqdan səssizcə ağlayırdı. O, bu əmri eşidib ənam almaq fikrinə
düşdü. Kişi xanın hüzuruna gəlib dedi:
– Mənə 40 gün möhlət ver, Xızır babanı sənin hüzuruna gətirim! Ancaq
bir şərtlə ki, bu müddət ərzində uşaqlarıma o qədər ərzaq göndərməlisən ki,
aclıqlarını unutsunlar.
Xan razılaşdı. Kişi bu 40 gün ərzində uşaqlarına baxıb sevindi ki, yanaqları
payız alması kimi qızarıb. Qırx birinci gün xanın hüzuruna gəlib dedi:
– Xan sağ olsun, əmr elə boynumu vursunlar! Yalan danışmışam. Mən nə
karəyəm ki, babanı sənin hüzuruna gətirəm?
40 gün intizarla gözləyən xanın başına elə bil bir qazan qaynar su töküldü.
Qəzəbindən elə qışqırdı ki, hamı sarayın şüşələri kimi tir-tir titrədi. Onun üç
vəziri vardı. Üzünü vəzirlərinə tutub soruşdu:
– Deyin görüm, buna necə cəza verək?
Birinci vəzir dedi:
– Onu 40 yerə parçalatdırıb hər parçasını bir qəssabın çəngəlinə
keçirmək lazımdır ki, bilsin xanı 40 gün bihudə intizarda saxlamaq nə
deməkdir.
İkinci vəzir dedi:
XIZIR PEYĞƏMBƏR

– Onun dərisini soydurub içinə saman təpitmək gərəkdir. Bu ədalətli


cəza başqalarına da görk olar ki, xana yalan danışmaq olmaz!
Üçüncü vəzir dedi:
– Xan sağ olsun, bu kişi yalan danışıb. Düzdür, yalan danışmaq yaxşı
iş deyil. Bilmək lazımdır ki, yalanı niyə danışıb? O, məcbur olub. İstəyib
ki, uşaqları acından ölməsinş. Sağ-salamat buraxın getsin uşaqlarının
yanına, ölüncə də sənə duaçı olsun.
O biri vəzirlər yerlərini xanın yanında şirin salmaqdan ötrü dedilər:
– Yox, xanı aldadanı cəzasız buraxmaq olmaz!
Bu vaxt gözlənilmədən ağsaqqal, ağ saçlı, ağ geyimli bir qoca mübahisə
gedən meydanda peyda oldu. Onun üzündən nur yağırdı. Hamı heyrətlə
ona tərəf baxdı. Qoca dilləndi:
– Hər kəs sənətinə görə danışar...
Xan kişidən soruşdu:
– Qoca, kimsən, nəçisən? Bura necə gəldin ki, heç kəs səni görmədi?
Dediyin sözün mənası nədir?
– Sözümün canı odur ki, birinci vəzirin əvvəllər qəssab olub. Ət
doğramaqdan, kəsib-asmaqdan başqa əlindən iş gəlmir.
Birinci vəzir qocanın sözünü təsdiqlədi. Qoca davam etdi:
83
– İkinci vəzirin yorğansırıyan olub. Əlindən başqa iş gəlməz.
İkinci vəzir də qocanın sözünü başını yüngülcə yırğalamaqla
təsdiqlədi.Qoca sözünə davam etdi:
– Üçüncü vəzirin isə əvvəllər kasıb bir kişinin oğlu idi, ağlının
itiliyinə görə bu mərtəbəyə qalxa bilib. Ona görə də vəzirlərin hər birisi öz
sənətlərinə uyğun danışdı. Axtardığın Xızır baba mənəm, bu kasıb kişiyə
görə gəldim ki, yalançı çıxmasın. İndi sən buyur görək nə deyirsən? Xan
babadan xahiş etdi:
– Xızır baba, elə et ki, mən də yaxşı adamlardan olum. Heç kəsə
yamanlıq eləməyim.
Xızır baba gülümsəyib dedi:
- Bunu hər kəs istəsə eləyə bilər. Yaxşı adam odur ki, yaxşı adamı
yaxşı, pis adamı pis tanısın. Pis adamı yaxşı bilən yaxşı adam ola bilməz.
Sözünü bitirən kimi baba yox oldu. Xan ürəyində bir yüngüllük, işıq
hiss etdi. Əhatəsindəki qəlbiqara vəzirlərini qovdu, üçüncü vəziri əzizlədi.
Kasıb kişi daha kasıb olmadı.” Bu nağılı indi də qocalar nəvələrinə
danışır...
Məhəmməd Peyğəmbərdən belə bir hədis gəlib: “Hər kəs elmi sevsə,
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

ona cənnət vacib olur. Allah-Təala ondan razı qalır. Onun bədənini qəbrdə
qurdlar yemir, Cənnətdə Xızır Peyğəmbər onunla yoldaş olur.”
Xızır Peyğəmbər Orta Asiya müsəlmanları arasında yaşıllığın hamisi
kimi tanınır. Orada tez-tez deyirlər: “Bax, gör, necə yaşıllıqdır? Buradan
Xızır keçib!” Onun adı gələndə salavat çevrirlər.
Xızır Peyğəmbər ağsaqqal səyyah kimi təsəvvür edilir. Dünya
mifologiyasını araşdıran bəzi alimlərin rəyinə görə, ona qədim zamanlarda
yaşıllığın hamisi kimi etiqad bəslənib.
Qırğızıstanın cənubunda Oş vilayəti Naukat rayonunda qayalı dağa
zəvvarlar tez- тез gəlir. Bu dağın adı Xızır ata//Kıdır ata//Qırqız ata kimi
tanınır. Üç tərəfdən meşələrlə əhatə olunub dişvari zirvəsi göyə ucalır. Orada
qaplanlar yaşayır. Bu dağ haqqında çoxsaylı əfsanələr söylənir. Ziyarətçilər
çətinliklə dağ cığırlarından keçməli olur, dağ xəstəliyi və şaxta ilə rastlaşır.
Xızır Peyğəmbərə dua etmək istəyi onları yoldan döndərə bilmir.
Burada “adrışman” (üzərlik) adlı müqəddəs sayılan bitkini onun
şərəfinə yandırmağa “ısrık” deyirlər. Adrışman dağətəyi və səhra yerlərdə
bitir. Deyirlər ki, ısrık zamanı oxunan dua qəbul olunur, tüstüsü insanları,
mənzili, pəyələri bəd ruhlardan təmizləyir.
Hindistanda balığın üstündə durmuş şəkildə təsəvvür edilən Xızır
84
Peyğəmbərin orta barmaqları bir-birinə dəri pərlə yapışıqlıdır. Çətin keçilən
dağ cığırlarında “Ya Xıdır-Zində” – deyə onu köməyə çağırırlar.
Qurani-Kərimin KƏHF surəsində ətraflı bəhs edilən Xızır və Musa
Peyğəmbərlərin görüşünə yazılan təfsirlərin hamısında ölümsüz Xızırın
daha imanlı, daha fəhmli olduğuna görə Allahın gizli elmlərindən
məlumatlandığı anlaşılır. Bu mükafatı Allah-Təala kitab endirdiyi ulul-
əzm Peyğəmbər Musaya nəsib etməyib. Əgər Musa Peyğəmbərin tarixi ilə
Makedoniyalı İskəndərin zamanını müqayisə etsək, dörd min ildən artıq
zaman məsafəsinin olduğunu görərik. Qurani-Kərimin deyilən surəsində
Xızır Peyğəmbər onların hər ikisi ilə görüşür. Bu onu göstərir ki, Allah-
Təala Xızırın ölümsüzlüyünü nəzərimizə çatdırır. Bütün həyatı boyu
Xızır Peyğəmbər nəbilərin, imamların, irfan böyüklərinin və başqa Allah
dostlarının yolgöstəricisi olub.
İLYAS PEYĞƏMBƏR

İLYAS Peyğəmbər
Türk xalqlarının Əlləz adlandırdıqları Peyğəmbərin Bibliyadakı
adı İlyadır, ərəblərsə ona İlyas deyir. Süleyman Peyğəmbər dünyasını
85
dəyişəndən sonra, dövləti İuda və İsrael adlı iki qismə parçalanır. İnsanlar
Musa Peyğəmbərin gətirdiyi dini unudub bütpərəstliyə doğru gedən vaxt
onlara İlyas Peyğəmbər göndərilir. Bir Peyğəmbər kimi miladdan öncə 874-
841-ci illərdə 33 il fəaliyyətdə olmuşdu.
Qurani-Kərimdə İlyas Peyğəmbəri iki surədə anılır; 6 ƏNAM surəsinin
85-ci və 37 SƏFFAT surəsinin 123-132-ci ayələrində Allah-Təala onu gah
“İlyas”, gah da “İl Ya-Sin” kimi xatırladır.
6 ƏNAM ‫ سورة األنعام‬suəsinin 85-ci ayəsində buyurulur:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ِ ْ‫للا الرَّ ح‬ِ ّ ‫ِبسْ ِم‬
‫اس ُك ٌّل م َِّن الصَّالِحِين‬ َ ‫يسى َوإِ ْل َي‬
َ ِ‫َو َز َك ِريَّا َو َيحْ َيى َوع‬
(va Zəkəriyyava Yəhyava İsava İlyasə kullun min əs-salihīnə)
Tərcüməsi: “Zəkəriyyəni, Yəhyanı, İsanı və İlyası da
(mükafatlandırdıq).Hamısı əməlisalehlərdən idilər.”
37 SƏFFAT ‫ سورة الصافات‬surəsinin 123-132-ci ayələri:
123-cü ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ِ ْ‫للا الرَّ ح‬ِ ّ ‫ِبسْ ِم‬
َ ‫اس َلمِنْ ْالمُرْ َسل‬
‫ِين‬ َ ‫َوإِنَّ إِ ْل َي‬
(va innə İlyasə ləminə əl-mursəlinə)
Tərcüməsi: “Şübhəsiz ki, İlyas da elçilərimizdəndir.”
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

124-cü ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
‫ون‬ َ ‫إِ ْذ َقا َل لِ َق ْو ِم ِه أل َتتق‬
ُ َّ َ َ
(iz qalə liqəvmihi əla təttağunə)
Tərcüməsi: “Bir zaman o öz qövmünə demişdi: “məgər
qorxmursunuz?”
125-inci ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
َ ْ
َ ‫ُون أحْ َس َن الخالِق‬
‫ِين‬ َ َ ‫أَ َت ْدع‬
َ ‫ُون َبعْ ًل َو َت َذر‬
(Atədunə balan va tazarunə əhsənə əl-xaliqīnə)
Tərcüməsi: “Siz yaradanların ən yaxşısını qoyub niyə Bəələ
yalvarırsınız?”
Ayədəki “Bəəl” sözü cahil camaatın səcdə etdiyi bütə verilən addır.
126-ıncı ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
‫ِين‬ َ ْ
َ ‫للا َر َّب ُك ْم َو َربَّ آ َبا ِئك ُم الوَّ ل‬
ُ َ َّ
(əllahə Rəbbəkum va Rəbbə abaikumu əl-əvvəlinə)
Tərcüməsi: “Həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbi
86
olan Allahımı tərk edirsiniz?”
127-inci ayə:
‫ِيم‬ ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
‫ُون‬ َ ‫ضر‬ َ ‫َف َك َّذبُوهُ َفإِن ُه ْم لم‬
ْ‫ُح‬ َ َّ
(fəkəzzəbuhu fainnəhum ləmuzərunə)
Tərcüməsi: “Onu yalançı saydılar. Ona görə də, hamısı Cəhənnəmə
gətiriləcəkdir.”
128-inci ayə:
‫ِيم‬ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
‫ين‬ َ ِ‫للا ْالم ُْخ َلص‬ ِ َّ َ‫إِ َّل عِ َباد‬
(illa ibadə Allahi əl-muxləsinə)
Tərcüməsi: “Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.”
129-uncu ayə:
‫ِيم‬ ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
‫ين‬ ْ
َ ‫َو َت َر ْك َنا َعل ْي ِه فِي الخ ِِر‬ َ
(va tərəkna əleyhi fī əl-axirinə)
Tərcüməsi: “Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq.”
130-uncu ayə:
İLYAS PEYĞƏMBƏR

‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ِ ْ‫للا الرَّ ح‬
‫ين‬ َ ِ‫َس َل ٌم َع َلى إِ ْل يَاس‬
(səlamun əla il Ya -Sin )
Tərcüməsi: “İlyasinə salam olsun!”
131-inci ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ِ ْ‫للا الرَّ ح‬
‫ِين‬ ْ
َ ‫إِ َّنا َك َذل َِك َنجْ ِزي المُحْ سِ ن‬
(innə kəzəlikə naczi əl-muhsininə)
Tərcüməsi: “Həqiqətən, Biz yaxşı iş görənləri belə
mükafatlandırırıq.”
132-inci ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ِ ْ‫للا الرَّ ح‬
‫ِين‬ ْ
َ ‫إِ َّن ُه مِنْ عِ َبا ِدنا الم ُْؤ ِمن‬
َ
(innəhu min ibadina əl-mumininə)
Tərcüməsi: “Həqiqətən, O, Bizim mömin qullarımızdandır. ”
“Peyğəmbərə 40 sual” adlı kitabda Məhəmməd Peyğəmbər yəhudi
alimlərinin iyirmi dördüncü və iyirmi doqquzuncu sualına cavab verərkən
İlyas Peyğəmbər haqqında söyləmişdi ki, İlyas Peyğəmbərə gəldikdə, o,
ancaq quruda gəzir. İldə bir dəfə Həcc ziyarəti vaxtı Məkkəyə gəlir. Buraya 87
gələndə Xızır ilə görüşür.
Günlərin birində kafirlər İlyas Peyğəmbəri öldürmək istəyirlər. Bunu
xəbər tutan Peyğəmbər kafirlərdən qaçıb bir il dağlarda gizlənir və orada
Allaha dua etməklə gününü keçirir. Uzun müddət pəhriz saxladığına görə
əldən düşür.
İlyas Peyğəmbər şəhərə yollanır və bir qadına qonaq olur. Onun evində
ibadətlə məşğul olmağa başlayır. Əminə adlı həmin dul qadının Yunis adlı
yeganə uşağı yeddi yaşında qəfildən vəfat edir. Belə bir dərdə dözə bilməyən
Əminə ağlayıb fəryad qoparır. Gecənin bir hissəsində İlyas Peyğəmbər
Allaha dua edərkən, fəryad qoparan ananın adını dilinə gətirir. Onun
dərdinə əlac diləyir. Allah Peyğəmbərin səsini eşidir. Sonradan Peyğəmbər
olacaqYunisə yenidən həyat bəxş edilir.
İlyas Peyğəmbərə əl-Yəsə (Yelisey) adlı bir nəfər xidmət göstərib onu
həmişə müşayiət edirmiş. Bununla bahəm o, İlyasın hərəkətlərini daim
izləyirmiş.
Günlərin birində Peyğəmbər heç bir səbəb olmadan göyə üz tutub: –
Xudaya, sən məni düşmənlərimin fitnə-fəsadından qoru! – deyə dua edir.”
Allah-Təala onun səsini eşidir. Xəbər göndərir ki, sənin duanı eşitdim. Sən
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

səhraya get! Orada qarşına bir at çıxacaq. Ata min kafərlərin əlindən canını
qurtar.
İlyas Peyğəmbər həmən gün Allahın buyuruğu ilə səhraya gedir.
Qarşısına çıxan atı minir və səhradan uzaqlaşır. Onun izinə düşən əl-Yəsə
arxadan qışqırır: – Ay Allahın elçisi, bəs mənə heç nə vermədən burada
qoyub hara gedirsən?
At xeyli aralandığına görə İlyas onun səsini eşitmir və heç bir cavab da
vermir. Göydən əl-Yəsənın qarşısına kiçik bir xalça düşür. Elə bir xalça ki,
üstündə müsəlmanlar namaz qılırlar. Həmin gün əl-Yəsəyə namazlıq xalça
ilə bərabər Peyğəmbərlik də verilir.
Allah-Təala İdris Peyğəmbərə mələk təbiəti vermiş, bir mələk kimi
yerə göndərmişdi. Bəzi kitablarda onun Baalbək (Günəş şəhəri) şəhərində
öldüyünü yazırlar. Bəzi kitablarda isə onun ölümsüzlüyündən danışılır. O,
Allaha daimi ibadətdədir, Qiyamət gününəcən ibadət edəcək və Allahın
buyuruğu ilə köməksiz adamların əlindən tutacaq. Dilimizdə folklor
nümunəsi kimi iki cümlə qalıb. “Nə dərin dəryaya gir, nə Xıdır, Əlləz çağır!”
– hikməti insanları ayıqlığa, hərəkətlərini ölçüb-biçməyə səsləyir.
“El yatıb Elləz qalxıb” el misalında elin dərdini çəkən Peyğəmbərin
fəaliyyəti işıqlanıb. Əvvəllər Xızı, indi Siyəzən bölgəsinində qədimlərdə
88
bir olmuş iki kənd bu Peyğəmbərin adını daşıyır. Yuxarı Əlləz və Yanıq
Əlləz kəndləri bu kəndin qədimliyindən xəbər verir. Çox təəssüf ki, rəsmi
sənədlərdə kəndin adı bir “l” hərfilə yazılır. Bu kənddə yerləşən bulaqların
yeraltı mərtəbəli memarlıq həlli başqa heç bir yerdə rast gəlinmir Kəndin
koordinatları: 40°57′45″ şm. e.48°57′54″ ş. u. və 40°57′45″ şm. e. 48°57′54″
ş. u.
Saat qurşağı: UTC+04:00
HƏNZƏLƏT İBN SÜVFAN PEYĞƏMBƏR

89

HƏNZƏLƏT İBN SÜVFAN Peyğəmbər


Bu Peyğəmbər haqqında məlumat demək olar ki, yox yerindədir. Dinlər
tarixi ilə bağlı ərəbdilli məxəzlərdə adı epizodik və nadir halda çəkilir. Bu iki
ayə, sanki Azərbaycana göndərilən Hənzələt ibn Süvfanın həyatı haqqında
deyilib:
37 СƏFFAT ‫ سورة الصافات‬surəsinin 71-72-inci ayələrində buyurulur:
71-inci ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
‫ين‬ ِ ‫َو َل َق ْد أَرْ َسلنا ف‬
َ ‫ِيهم مُّنذ ِِر‬ َ ْ
(və ləqəd ərsəlna fihim – munzurun)
Tərcüməsi: “Və biz aralarına çəkindirənlər göndərdik.”
72-inci ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
‫ين‬ َ ‫ان َعا ِق َب ُة ْالم‬
َ ‫ُنذ ِر‬ َ ‫ْف َك‬ ُ ‫َف‬
َ ‫انظرْ َكي‬
(fənzur kəyfə kanə aqitəbul - munzirin)
Tərcüməsi: “Bir gör o qorxudanların halı necə oldu.”
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

1937-ci ildə ahıl yaşında həbs olunaraq müəmmalı şəkildə qətl edilən,
Bakının Qala (Şüvəlan) kəndindən olan Mir Məhəmməd Kərim nəcl ül-
Hacc Mir Cəfər Ələvi ül - Hüseyni əl –Musəvi əl– Bakuvi XIX yüzillikdə
yetişən ən yüksək səviyyəli say-seçmə alımlərimizdəndir. O. Məkkə və
Mədinədə mükəmməl ruhani təhsili alıb. Ən qədim əlyazma nüsxələrindən,
tələbə olan vaxt tutduğu konspektləri əsasında yazdığı, Hacı Zeynalabidin
Tağıyevin vəsaiti hesabına 1904-üncü ildə çap olunmuş Qurani-Kərimin
üçcildlik təfsiri sonradan, özündə nadir faktları ehtiva edən mükəmməl
İslam ensiklopediyasına çevriləcək, islam mənƏviyyatını öyrənmək istəyən
oxucular və tədqiqatçılar üçün etibarlı məxəz olacaqdı.
25 FÜRQAN ‫ سورة الفرقان‬surəsinin 39-cu ayəsinə buyurulur:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ِ ّ ‫ِبسْ ِم‬
َ ً َ ‫َو َعا ًدا َو َثمُودَ َوأَصْ َح‬
‫اب الرَّ سِّ َوقُرُونا َبي َْن ذل َِك َكثِيرً ا‬
(Və Adən və Səmudə və əshab ər-Rəssu və qurunən bəynə zalikə kəsira)
Tərcüməsi: “Və Ad və Səmud və Rəss əhalisini və onların arasında
olan şoxlu nəsilləri (cəzalandırdıq)”
Mir Cəfər Ələvi Hüseyn Musəvi Bakuvinin üç cildlik “Кitab – Kəşf ül –
Həqayiq ən – Nükət ül – ayat vəd – dəqayiq" (Həqiqətlərin kəşfi, ayələrin
(gizli) nöqtələri və dəqiqliyi kitabı) Qurani-Kərimin dilimizdəki ən samballı
90 təfsiri kitabında bu ayəni aydınlaşdırarkən, Hənzələt ibn Süvfanın adını
çəkir. Görünür, indi istifadəsi çətin ələ gələn köhnə ərəbdilli mənbələrdən
alindiği üçün, bu Peyğəmbərin adı ərəbləşdirilmişdi. Əsl adının nə olduğunu
araşdırmağı sonrakı tədqiqatçıların öhdəsinə buraxıram. Kitabda ayə belə
tərcümə və təfsir olunur:“Ad, Səmud, Rəss camaatı və onların arasında
çox camaatı Peyğəmbərləri təkzib etmək səbəbinə həlak edib axirətdə
əziyyət verən əzab onlardan ötrü hazır etmişik. "Cəzalanan Ad və Səmud
xalqlarıhaqqında əvvəlki surələrdə ətraflı danışan təfsirçi – alim "Rəss"sözü
haqqında yazırdı:
"Rəss" həmən məşhur Araz nəhridir (çayıdır) ki, Qafqaziyyədə cari
olub (axıb), Kür nəhrinə qarışıb Xəzər dənizinə tökülür. Allah-Təala
onlara Hənzələt ibn Süvfan adlı bir şəхsi, cənabi-İsa və cənabi-Мəhəmməd
arasında Peyğəmbər göndərdi. Onlar Sənubər (indi ona "yolka" deyirlər)
ağacına sitayiş edirdilər. Hənzələt onları Allaha –Təala tərəfə dəvət etsə
də, onu təkzib edirdilər. Аxırda onu tutub həmin nəhrin içində bir təng
(dar) və dərin quyu qazıb oraya - Peyğəmbəri quyuya saldılar. Quyunun
ağzını möhkəm bağlayıb suyu üstündən cari etdilər. Allah-Təala onların bu
əməlinə görə asimandan bir saiğə (ildırım) göndərib onları həlak etdi. (II
cild, səh.640 )
HƏNZƏLƏT İBN SÜVFAN PEYĞƏMBƏR

26 ŞÜƏRA ‫ سورة الشعراء‬sуurəsinin 207-inci ayəsində buyurulur:


‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
ِ ْ‫للا الرَّ ح‬
َ ‫َو َما أَهْ َل ْك َنا مِن َقرْ َية إِل ل َها مُن ِذر‬
‫ُون‬ َ َّ ٍ
(və mа əhləkna min qəryətin illa ləha munzirun)
Tərcüməsi: “Biz heç bir məmləkəti ora peyğəmbərlər göndərmə-
dən həlak etmədik.”
Qurani-Kərimin bu ayəsi təfsirdəki həqiqəti təsdiqləyir. Arxeoloqlar
“Kür-Araz mədəniyyəti”nə aid ərazidə qazıntı işləri aparmış, bu yerlərin
erkən tunc dövrünə uyğunluğunu tapdıqları konkret materiallarla sübut
etmişlər. Qafqazın çox böyük hissəsi, müasir İran İslam Cümhuriyyətinin
şimal-qərb rayonları, Kiçik Asiyanın şərq hissəsi bu mədəniyyətin
daşıyıcısıdır. Kür-Araz arası ərazi ilkin mədəniyyətin vətəni kimi qəbul
edilib.
Sənubər ağacına pərəstiş edənlər batil inanclarla ruhlarını pozub ağac
budaqlarına rəngli sapları, parça kəsiklərini bağlayır, arzularının həyata
keçməsi üçün dua etmişlər. Azərbaycandan bu adət Avropaya keçmiş,
1937-ci ildən başlayataq, bumeranq kimi hərlənib Şaxta baba və Qarqız
ilə yenidən Azərbaycana qayıdıb. 1937-ci ildə keçmiş sovetlər ittifaqında
uzun müddət kilsənin yasağı ilə keçirilməyən yeni il şənlikləri yenidən öz
91
məcrasına düşdü. Hər il Azərbaycanda da bu bayram uşaqları sevindirir.
Müxtəlif ocaqlardan gətirilmiş parça zolağı və ya qalın sapları biləklərinə
bağlayıb, ondan imdad gözləyən cahil cavanlarımızı az görmürük. Özü
çürüyüb düşməlidir – deyə uzun müddət biləyə bağlı qalan bu parçalar
adama xəstəlik gətirən infeksiya mənbəyindən başqa bir şey deyil. Bu batil
inancın dinə heç bir dəxli yoxdur. Elə Hənzələt ibn Süvfan da məhz buna
görə mübarizə aparırdı.İsa və Məhəmməd Peyğəmbərlərin zamanı arasında
göndərilən Hənzələt ibn Süvfanın III-V əsrlərarasında yaşadığını ehtimal
etmək olar.
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

92

CƏRCİS Peyğəmbər
Azərbaycana göndərilən Peyğəmbərlər arasında Cərcis (yunanca,
ΆγιοςΓεώργιος, yunanca γεωργός — əkinçi sözündəndir) Peyğəmbər
haqqında Bibliyanın kitablarında heç nə yoxdur və ola da bilməzdi, çünki
Əhdi-Cədid miladın I yüzilliyinin birinci yarısının mühiti ilə bitir.
Ərəb dilində “g” səsi və əlifbasında bu səsi ifadə edən hərf olmadığı
üçün “Georgos” “Cərcis”ə çevrilmişdir. Cərcis Peyğəmbər III yüzillikdə İsa
(s.ə.s.)Peyğəmbərin təlimini yaymaq üçün göndərilib. Xristiyan aləmində
onu müqəddəs əzabkeşlər sırasında anırlar. Əlindəki nizə ilə atın üstündən
qanadlı əjdahanı öldürən ikona təsvirləri rəmzi şəkildə onu əks etdirir.
Xatırladaq ki, indi də işlətdiyimiz “qəpik” sözü rusca “копейка” sözündəndir.
XIX yüzillikdə şair və yazıçılarımızın əsərlərində “qəpək” şəklində də
işlənmişdir. İvan Qroznının vaxtında kəsilmiş rus mis sikkələrinin üstündə
təsvir olunan atlı Cərcis Peyğəmbərin əjdahanı öldürərkən əlində tutduğu
nizəyə (копье) görə belə adlanmışdı, “manat” sözü isə gümüş pulların
üstündə yazılan “монета” sözündən yaranıb. Keçmiş sovetlər birliyində
CƏRCİS PEYĞƏMBƏR

Cərcis Peyğəmbərin məzarı


yalnız Türkmənistanla Azərbaycanda pul vahidi kimi həmin sözlərdən
istifadə edilir. Cərcis Peyğəmbər Kappodokiyada(yunanca Καππαδοκία,
latınca Cappadocia, türkcə Kapadokya, farsca ‫ کاپادوکیه‬qədim farsca 93
“Huv-əspə-dahyu”-“ən gözəl atlar diyarı” söz birləşməsindən yaranıb.
Çağdaş Türkiyə Cümhuriyyətinin Nevşehr, Kayseri, Aksaray və Niqde
məntəqələri) yunan əsilli xristiyan dinli roma hərbçisi Gerontinin ailəsində
dünyaya gəlib.
Anası Fələstin Suriyasında mülkləri olan Polixroniya adlı sərvətli
xanımdı. Atası öləndən sonra Suriyaya gəlirlər. Atası kimi hərbi işdə
fiziki gücü və qorxmazlığı ilə fərqləniən Cərcis Peyğəmbər imperator
Diokletianın sevimli minbaşçısı olur.
20 yaşı olarkən anasını itirib və böyük sərvətin varisinə çevrilir. Sarayda
yüksək mənsəb tutmaq qəsdiylə imperatora yaxın çevrəyə düşmək istəyir.
Xristiyanların təqib edilməsini görüb fikrindən daşınır. Sərvətindən imtina
edir, onu yoxsullar arasında bölüşdürüb çoxallahlı bütpərəst imperatorun
qarşısında özünü xristiyan adlandırır. Onu həbs edərək əzab verirlər.
20.10. 284-cü ildən 1.05.305-ci ilədək imperator olmuş Qay Avreli Valeri
Diokletian (latınca Gaius Aurelius Valerius Diocletianus, körpə vaxtı
adı — Diokl, latınca Dioclus 245- 3.12.313) Cərcis Peyğəmbəri 305-
ci ildə Nikomidiyada 8 gün dəhşətli əzablar verərək başını bədənindən
üzdürür. Öldü deyə, əl çəkirlər, ancaq sağ qalır, o da İsa (s.ə.s) Peyğəmbərin
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

möcüzəsini təkrar edir. Yenə də təbliğatının davamı üçün Qafqaza gəlir,


nəhayət Beyləqanda, Albaniyada vəfat edir.Cərcis Peyğəmbərin məzarının
Beyləqanda olması təsadüfi deyil. O vaxt Aran qala adlanan Beyləqan
Albaniyanın Qəbələdən sonra ən inkişaf etmiş şəhəri idi.
IV yüzildən başlayaraq, Roma imperiyasınin şərqində; əvvəl Suriya
və Fələstində, sonra, V-VI əsrlərdə bütün imperiyada Cərcis Peyğəmbərə
həsr olunmuş kilsələr meydana gəlir. İndi İsraildə yerləşən, o vaxt Lidda
adlanan vətənində də Peyğəmbərin məzarı mövcuddur, Qüds pravoslav
kilsəsinin Yunan Patriarxiyasının nəzdindəki Müqəddəs əzabkeş Georgi
kilsəsindədir. Həmin kilsədə cəsədin bir hissəsilə yanaşı, ona əzab vermək
üçün vurulmuş zəncirlər də mühafizə edilir. Bu əsl məzar deyil.

94

Məqbərədə daim hərəkətdə olan zəncir

Xatırladaq ki, Peyğəmbərin Beyləqandakı məqbərəsində, gümbəzin


düz mərkəzində yerdən 3-4 metr aralıda həmin zəncirin əsli asılıb. Heç bir
hərəkətverici qüvvə olmadan zəncir saat kəfkiri kimi daimi hərəkətdədir.
Hər kəs duasının qəbul olub-olmayacağını öz-özünə daim hərəkətdə
olan zəncirə görə təyin edə bilir. Bir kəlağayı zəncirə tərəf atılır. Bu vaxt
zəncirin hərəkət sürəti artır. Zəncir onu tutub bir neçə saniyə saxlayırsa,
dua müstəcəb olacaq. Əgər zəncir kəlağayını "tutmasa", demək dua yerinə
yetməyəcək. Bu bir möcüzədir. Eyni kəlağayını müxtəlif niyyətli adamlar
CƏRCİS PEYĞƏMBƏR

atır, zəncir hansınısa tutub saxlayır, hansinisa itələyir. Burada nə havanın


axın sürəti, temperaturu, nə də zəncirin hərəkət istiqamətinə uyğun
tullama bucağı heç bir rol oynamır. Cərcis Peyğəmbərin məzarı Beyləqanda
iqlimdən asılı olmayaraq hər gün zəvvarlarla dolu olur.
Dərbəndin Calqan kəndində qayalar içində, iddia edirlər ki, buradakı
kilsədə Cərcis Peyğəmbərin "məzarı" yerləşir. Bədnam qonşularımız da
XIII əsrdə Maqnitli monastrında bu qəbirdən birini düzəldiblər. Guya,
katalikos Nerses (353-373) gedib "peyğəmbərin skleti"nin müəyyən
hissələrini gətirib. Gürcülər də bu "sklet"dən bir qədər özlərinə
götürəndən sonra yerdə qalıb çənə, kəllə, qulaq və bir qədər də qan
qurusu. Qulaq da yəqin ki, onların qulağıkəsik milli qəhrəmanından
Müğni kəndindəki monastra hədiyyə edilib... Yalan ondan bilinir ki,
katalikos qəbri açdırıb sümükləri Qüdsdəki yunan kilsəsindən alıb.
Əvvəla, Peyğəmbərlərin cəsədləri çürüməz, deməli sümüklər onun deyil.
Sonra da, onlar necə ruhanidir ki, öz müqəddəslərinin sümüklərini pay-
pürüş edir?!. Məgər bu ruhanilər məada, yəni Allahın Qiyamət günü
insanları yenidən diriltməyinə inanmır?
Cərcis Peyğəmbər elə yüksək səviyyədə sevilirdi ki, romalılar hətta
onu cahiliyyə dövrünün müqəddəsi Dionisilə eyniləşdirirdılər.
Serbiya, Bolqarıstan və Makedoniyada yağış yağdirmaq üçün indi 95
də ona dualar oxuyurlar.
Öz adını bu Peyğəmbərdən alan Gürcüstan, şərdən, quraqlıqdan
ona sığınır, uğurlu ov, bol məhsuldarlığa və səhhətə görə ona dualar
oxuyurlar.
Avropada ona “Corc” deyirlər, zəhərli ilanlardan, yoluxucu
xəstəliklərdən xilas üçün adına şam yandırırlar. Avropa alimləri Cərcis
Peyğəmbərin İslam aləmindəki mövqeyini müəyyənləşdirərkən,
onun “Circis”, “Girgis” və “əl-Xudu” adlandığını yazır, beləliklə, Xızır
Peyğəmbərlə eyniləşdirməyə çalışırlar, ümumiyyətlə, İslami tarix
elminə bir qədər kinayə ilə yanaşır, mifləşdirmədə təqsirləndirirlər.
Fikir verilirsə, xristiyanlar müsəlmanlardan fərqli olaraq Cərcisə
“Peyğəmbər” yox, müqəddəs əzabkeş deyir.
Cərcis Peyğəmbərin həyatı barədə yazılanlar VIII yüzillikdə
ərəbcəyə tərcümə edilmişdi. X yüzillikdə Təbərinin yazdığı ‫تاريخ الرسول‬
‫“ والملوك‬Tarix ər-rəsul vəl- muluk” (Peyğəmbərlər və hökmdarlar tarixi)
adlı əsərində Cərcis Peyğəmbər haqqında da danışır. Təbəri məlumat
verir ki, o, İsa Peyğəmbərin dinini təbliğ edirdi. Sasanilər sülalələsinin
dördüncü şahı Ərdəşir Babəkan (224—239) zamanında Cərcis
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

Peyğəmbər bizim diyara gəlmişdi. Bu vaxt Alban hökmdarı Qoçaq Vaçaqan


(276—293), 304-cü ildə isə hökmdar Vaçe (302—309 ) idi.

96

Cərcis Peyğəmbərin ikonası

Peyğəmbərin öz əqidəsində möhkəm dayanmasını Təbəri xüsusi


rəğbətlə qələmə alıb. O, yazırdı ki, Peyğəmbər ilk dəfə tacir kimi fəaliyyət
göstərir, əldə etdiyi mənfəəti yoxsullar arasında ədalətlə bölüşdürürdü.
Adamları özünə ibadət etməyə məcbur edən Məlik Dadian (Diokletian )
deyilən zalım hökmdardan çəkinmədən onunla üzləşmişdi. Allahın hökmü
ilə dörd dəfə ölümdən qurtulmuş, insanlara imanın və əyani şəkildə inamın
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

üstünlüklərini nümayiş etdirmişdi.


Bu barədə "Peyğəmbərə (s.ə.s.) verilən 40 sual" adlı kitabda ərtaflı
bəhs açılır. Otuz ikinci suala cavab olaraq Rəsul-Allah buyurdu: “Dörd dəfə
ölüb sonra dirilən adamın adı Cərcisdir.”
Həyatı möcüzələrlə dolu olan Cərcis Peyğəmbərin çoxsaylı
məzarlarından təkcə Azərbaycanda olanında möcüzə və kəraməti hər kəs
hər gün görə bilər.

97

Cərcis Peyğəmbərin məzarı yanında VIII yüzilliyə aid kufi xəttilə


yazılmış kitabə
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

SON SÖZ
Allah Təala heç nəyi əyləncə üçün oyun-oyuncaq qismində yaratmayıb.
Əgər biz nəyisə oyun kimi görürüksə, bu bizim kamilliyimizdən irəli gəlmir.
Əsl həqiqət kimi hər yaradılışda bir hikmət var. Qurani Kərimin 44 DUXAN
‫ سورة الدخان‬surəsinin 38-39-cu ayələrində bu barədə buyurulur:
38-inci ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
‫ين‬ َ َ ْ
َ ‫ض َو َما َبين ُه َما لعِ ِب‬ َ ْ‫ت َو ْالَر‬ ِ ‫َو َما َخ َل ْق َنا ال َّس َم َاوا‬
(va ma xələqna əs-səmavati vəl-arza va ma bəynahuma la ibinə)
Tərcüməsi: “Biz göyü, yeri və onların arasında olanları əyləncə
üçün və əbəs yerə yaratmadıq.”
39-uncu ayə:
‫ِيم‬
ِ ‫من الرَّ ح‬ ِ ْ‫للا الرَّ ح‬ ِ ّ ‫ِبسْ ِم‬
‫ُون‬ َ ‫َما َخ َل ْق َنا ُه َما إِ َّل ِب ْال َح ِّق َو َلكِنَّ أَ ْك َث َر ُه ْم َل َيعْ َلم‬
(ma xəlaqnahuma illa bil-Həqqi va lakinnə əksərəhum la yələmunə)
Tərcüməsi: “Biz onları əsl həqiqət kimi yaratdıq, lakin çoxları
bunu bilmir.”
İlahi hikmətləri insanların çox qisminin dərk edə bilmədiyindən
98 cəmiyyətlər, tayfalar, xalqlar arasında anlaşılmazlıq yaranır, Haqqın
yolundan sarpmalar gündəmə gəlir. Ona görə də, Allah Təala onları düz
yola qaytarmaq üçün hər xalqın öz içindən Peyğəmbərlər seçib göndərir.
İlahi məntiq adi məntiqdən fərqlənir, hətta bəzən başa düşülmədiyindən
adi məntiqlə rədd edilir. İlahi hikmətləri incələyib nədən nə törəndiyini
insanlara izah edən bu seçilmiş elçilərin sonuncusu Məhəmməd
Peyğəmbərdir.
Adi məntiqlə dərk edilməyən, elmi qanunlardan sarpmalar insanın
dünyagörüşünə təsirsiz keçmir. Bizim diyarda Yanardağ, Yanarsu təbiət
möcüzələri kimi qəbul edilir. Bəs bu “təbiət möcüzələri”ndən niyə bizimlə
qonşu olan ərazilərdə yoxdur? Yer kürəsində çox az yerdə rast gəlinən və
bizim Hacıkənddə də baş verən möcüzə: dağ yolunda maşının sürücüsüz
üzüyuxarı öz_özünə hərəkət etməsi faktı elmə məlum olan heç bir qanunla
izah edilə bilinmir.
İsrailin Qüds şəhərində “Ümumdünya cazibə qanuna gülən qaya”
(bu qanunu Nyuton 1666-cı ildə kəşv edib) adlandırdığımız bir qaya var.
Nə qədər möcüzəli olduğuna baxmayaraq, onu turistlərə göstərmirlər.
Bu qayanın üzərindəcə İbrahim (s.ə.s.) Peyğəmbər oğlu İsmayılı qurban
kəsmək istəyirdi. Digər bir əlamətdarlığına görə, 620-ci ilin Rəcəb
SON SÖZ

Ümumdünya cazibə qanuna gülən qaya


ayının 26-dan 27-nə keçən əl-İsra vəl-Mirac (‫إلسراء والمعراج‬‎‎) gecəsindən
xatirə kimi Allah-Təala min tonlarla çəkisi olan qayanı Ümumdünya cazibə
qanunun əksinə olaraq, yerə düşməyə qoymur. Həmən gecə bəşəriyyətin 99
sonuncu Peyğəmbərinin (s.ə.s.) meracı baş tutub. (53 NƏCM ‫سورةالنجم‬
surəsinin 6-18 ayələrində Peyğəmbərimizin (s.ə.s.) meracı haqqında geniş
danışılır.)
Havadan asılı əsl qayayanı heç kəsə göstərmədən, onun “dublikat”ını
“həcəri-müəlləq” – havadan asılı daş adlandıraraq Qüdsdə “Qübbət üs-
saxra” (qaya qübbəsi) adlı məsciddədir - deyirlər. Gələn zəvvarlara oradakı
qaya üçün də deyilir ki, bu qaya üzərindən Peyğəmbərimiz (s.ə.s.) göyə,
meraca qalxmışdır. Bu qayanın ən enlı yeri 18 m, ən dar yeri isə 13,5 m-dir.
Qayanın içinə 11 pilləli piləkan ilə enmək olar. Qalanın içi 4,5x4,5x1,5m
ölçüsündədir. Əgər oradan tavana baxılarsa, onun havadan asılı olduğu
təəssuratı yaranır, buna görə də “həcəri-müəlləq” adını alıb.
Yer kürəsi kimi dayaqsız, havadan asılı vəziyyətdə qalan şəklini
gördüyünüz qaya insanlara bəzi hikmətləri açmaq üçündür. Birincisi, təkcə
bu qaya, Yer kürəsi qədər bəşəriyyət üçün əhəmiyyətlidir; biri fiziki bədən,
digəri ruh üçün.
Heç bir aerodinamik vasitə olmadan Peyğəmbərimizin meracı
Ümumdünya cazibə qanuna ziddir, həmin qanuna tabe olmamaq elə bu
qayaya da aiddir.
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

Peyğəmbərimizin meraca Qüdsdən getməsinin hikməti budur ki,


gələcəkdə meracın olmadığı barədə ən çox danışanlar yəhudi alimləri
olacaq. Qayanın havadan asılı qalmasının hikməti həm də ondadır ki,
insanlar merac hadisəsini adi məntiqlə inkar edəndə bu qayaya baxsın, axı
Allahın möcüzələrini anlamaq üçün adi məntiq kifayət etmir.
Biz bütün dinlərə hörmətlə yanaşır, multikulturalizmin tələblərini
səliqə ilə yerinə yetiririk. Avropanın qabaqcıl və inkişaf etmiş ölkələrinin
liderlərindən A. Merkel, D. Kemeron, N. Sarkozi multikulturalizm
siyasətinin öz məmləkətlərində iflasa uğradıqlarını 2010-cu illərdə bəyan
etsələr də, Azərbaycan tarix boyu ərazisində yaşayan insanlara milliyətindən
asılı olmayaraq qonşuluq şəraitində yaşayan bir ölkə olmuşdur.
1095-ci ildə Klermon kilsəsində Papa II Urbanın “Qüdsdə İsa
Peyğəmbərin “tabut”unu müsəlmanlardan alıb azad etmək və Bizans
imperiyasında “kafir”lərin xristiyanlara zülmünə qarşı kömək” – bəhanə
çağırışıyla 1096-cı ildə birinci Səlib yürüşü başladı. Hamı bilir ki, müsəlmanlar
heç vaxt kitabı olan təkallahlı dinlərə qarşı olmamış, hətta onlara müsəlman
vətəndaşlarından daha böyük imkanlar yaratmışlar. Bunlara baxmayaraq,
İslamın keşiyində kişi kimi duran səlcuqlulara qarşı bütün Avropa birləşdi.
1098-cı ildə bu xaç yürüşləri zamanı ərəb fatimilər ingilislərin fitvasıyla
100
müsəlman qardaşları türk səlcuqlulara xəyanət edib onları arxadan vurdu,
səlibçilərin işini asanlaşdırdılar. Səlibçilər Qüdsü ələ keçirib oradakı
müsəlmanların hamısını qətl etdilər. Birinci xaç yürüşü 1099-cu ilədək
çəkdi. Türklər güclərini toparlayıb bir daha ərəblərə etibar etmədikləri üçün
səlibçilər güclü müqavimətlə üzləşərək böyük itkilərlə geti çəkildiklər. (II
yürüş (1147 - 1149), III yürüş (1189 - 1192), IV yürüş (1202 - 1204) , V
yürüş (1217 - 1221), VI yürüş (1228 - 1229), VII yürüş (1248 - 1254) , VIII
yürüş 1270-çi il ) 184 ildə 8 dəfə yürüş oldu. Bu rəsmi tarixdir. Qeyri-rəsmi
tarixdə Səlib yürüşləri heç vaxt səngiməmiş və günümüzədək müxtəlif forma
və metodlarla davam etməkdədir.
1918-ci ildə ingilislər müsəlmanlar arasında etimadsızlığı dərinləşdirdi. I
Dünya müharibəsində ərəblərin yenidən türklərə xəyanətinin nəticəsi olaraq,
ölkələrini qərblilərə peşkəş verdilər. Bu xəyanətdən sonra ingilis orduları
müqəddəs torpaqlara; Qüds, Məkkə, Mədinəyə hökm edəcək şəkildə
Ərəbistanda söz sahibi oldular. Daha sonra ingilis, fransız və amerikalılar
Iraq, Suriya, Fələstin, Misir, Liviya, Əlcəzayir və Tunisi, bu ölkələrin sahib
olduğu zənginlikləri öz aralarında bölüşdülər. Rusların müdaxiləsini bəhanə
edərək Qafqaza əl atdılar, ancaq burada çox duruş gətirmədilər. 700 illik İslam
SON SÖZ

mədəniyyət ocaqı olmuş Əndəlüsda bir müsəlmanı belə sağ saxlamadılar


Xristiyanlar düşmənlik fikirlərindən heç bir vaxt qətiyyən əl çəkməmişlər.
İndi siyasət dəyişib, “İslama yardım” adı ilə “ərəb baharı” təşkil olunur,
İslama dəxli olmayan super ölkələrdə İŞİDi yaradaraq məhv etmək
istədikləri ölkələrə atır, satqın başçıların dəstəklədiyi mübarizə bəhanəsiylə,
əhalisini didərgin salıb oranı xarabazarlığa çevrirlər. Dünyanın gözəl
məkanları olmuş ərəb ölkələrinin müasir mənzərəsinə baxmaq kifayət edər
ki, barbarların kimlər olduğunu əyani görəsən.
12 fevral 2016-cı ildə Kubanın paytaxtı Havana şəhərində bütün
rusların patriarxı Kirill ilə Roma papası Fransisik görüşüb. İki saat yarımlıq
söhbətdən sonra, birgə deklorasıya imzaladılar. Bu iki xristiyan ruhanisi
çox gözəl bilirdi ki, dünyanın heç bir yerində müsəlmanlar xristiyanları
dininə görə sıxışdirmır. Buna baxmayaraq, həmin deklorasiyanın 8-inci
paraqpafında deyilir: “Bizim nəzərlərimiz ilk növbədə dünyanın o
nöqtələrinə yönəlir ki, orada xristiyanlara əziyyət verilir.Yaxın Şərqin
və Şimali Afrikanın bir sıra ölkələrində qardaş və bacılarımız İsa naminə
ailəliklə, kənd və şəhərlərlə məhv edilir.” Bu ruhani böyükləri ağ yalan
sənədi hazırlamaqla, görəsən Allahdan qorxmur? Deklorasiya, bütövlükdə
Səlib müharibəsinin sənədidir. Polşanın katolik ruhani nümayəndələrinin
101
yekdil rəyicə, “əgər xristiyanların xilas edilməsi barədə məsələ qaldırılırsa,
biz ümumi cəbhəyə ümid edə bilərik.”
Biz Azərbaycan milləti olaraq, əgər ərazimizə təcavüz etməyibsə,
heç bir qeyri-müsəlmana düşmən gözü ilə baxmamışıq. Azərbaycanın
ərazisində yaşayıb milli azlıqda qalan xalqların hamısı müasir Azərbaycanın
ayrılmaz vahid tərkib hissəsidir. Milli adət-ənənələri, dilləri, memarlığı,
dini məbədləri və məişət qaydalarının müxtəlif olmasuna baxmayaraq,
Azərbaycanda öz ilkinliklərini bu günə kimi qoruyub saxlayıblar. Müasir
Azərbaycan həyatının bütün spektrlərində, dövlət quruculuğunda,
diplomatiyada, siyasətdə, mətbuatda, hərbi işdə bu dostluq və həmrəylik
həmişə olub və olacaq. Papa ilə patriarxın imzaladığı deklorasiyanın qəbul
edildiyi 2016-ci il Azərbaycanda “Multikulturializm ili” elan olunması
bunun bariz nümunəsidir!..
P.S. Azərbaycana göndərilən Peyğəmbərlər haqqında tarixin hələ
açılmamış qatlarında, adi məntiqlə izah olunmayan kifayət qədər çox
məlumat var. Bu mövzu öz tədqiqatçılarını gözləyir. Yəqin ki, əlində
tutduğun kitabdan daha yaxşısını sən yazacaqsan.
Bildiyim bu qədərdir, daha doğrusunu Allah bilər.
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

ƏLAVƏLƏR

102

Qədim Türk yazılarına nümunə


AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

103
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

104

XVII əsr Azərbaycan alimi Mir Məhəmməd Möminin “Töhfeyi-hə-


kim Mömin”daşbasması çap kitabından verdiyimiz bu səhifələrdə bir
sıra gizli xətt növləri var.
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

Gənc oxucu, hərflərə diqqətlə bax, bizim şəkərbura naxışlarına


bənzəmirmi?
Oxşarlıq tapa bildinmi? Şəkərburaların üzərinə indi də ev adamlarının
adını yazirlar ki, novruz onların həyatına şirinlik gətirsin. Deməli, şəkərbura
naxışları, əslində gilyazıları imiş...
Yastı gili şəkərbura kimi eynilə ovuc içinə götürür, maqqaş əvəzinə
iti ucu müxtəlif ölçülü dörd qamış qələmlə yazırdılar. Yazırdılar deyəndə ki,
qamışı yumşaq gilə batırıb çəkirdilər, izi düşürdü. Sonra mətn yazılmış gili
kölgədə qurudur və xüsusi təndirdə yüngülcə bişirirdilər. Əgər mətn böyük
olurdusa, yaş gilləri bir-birinə calayandan sonra bütöv mətni bişirirdilər.

Babil və Asur gilyazılarının mixi (mıxaoxşar) əlifbası

(Mənbə: Rowlinson “Journal of the Royal Asiatic Society” 1851,


vol.XIV.) Moskvada Lenin adına kitabxanın Ximki qəsəbəsində olan
korpusunda saxlanılır. 105
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

106
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

107
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

108
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

109
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

110
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

111
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

112
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

113
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

114
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

115
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

116

İbrahim Peyğəmbərin həyatı ilə bağlı xəritə


AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT


Farsca
1. ‫ علی اکبر جعفری‬- ‫کتاب زرتشت و دین بهی‬
2. 1353 ‫ علی اکبر جعفری‬- ‫کتاب پیام زرتشت‬.

Ərəbcə
1. ‫ بدون تاريخ‬،‫ مكتبة الرياض الحديثة‬.‫ النبوات‬،‫ابن تيمية‬.
2. ‫لسان العرب‬،‫ابن منظور‬.
3. ‫م‬1988 ‫ القاهرة‬.‫ في رحاب القرآن‬،‫محمد شامة‬.
4. 1‫ ج‬،‫مجرد تنجيم‬
5. ‫م‬1971 ‫رسالة في الالهوت والسياسة سبينوزا ترجمة حسن حنفي القاهرة‬

İngiliscə
1. prophet – definition of prophet by the Free Online Dictionary, Thesaurus
and Encyclopedia
2. prophet – Definition from the Merriam-Webster Online Dictionary
3. "Ruff sees more rough times ahead – MarketWatch". Retrieved 2009-04-09.
4. Rushe, Dominic (2008-10-26). "Nouriel Roubini: I fear the worst is 117
yet to come – Times Online". The Times. London. Retrieved 2009-04-09.
...after making a series of uncannily accurate predictions about the global
meltdown, Roubini has become the prophet of his age...
5. p.1571, Alcalay. A more accepted translation of this Hebrew word is
derived from an Akkadian word "nabu," meaning to call. The Hebrew "navi"
has a passive sense and means "the one who has been called" (see HALOT,
p.661).
6. Deuteronomy 18:18
7. Genesis 20:7
8. cf. “If anyone comes to me and does not hate father and mother, wife
and children, brothers and sisters--yes, even their own life--such a person
cannot be my [Christ] disciple.” (Luke 14:26)
9. All the Parables of the Bible, Herbert Lockyer, Zondervan, 1963.
10. Jeremiah 35:13–16, The Jewish Study Bible, Oxford University Press,
2004
11. Commentary on Jeremiah 35, The Jewish Study Bible, Oxford
University Press, 2004
12. Jeremiah 13, The Jewish Study Bible, Oxford University Press, 2004
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

13. Commentary on Jeremiah 13, Jeremiah, The Anchor Bible, Doubleday,


1984
14. Jeremiah, Lamentations, Tremper Longman, Hendrickson Publishers,
2008.
15. The Jewish Study Bible, Oxford University Press, 2004
16. Commentary on Jeremiah, The Jewish Study Bible, Oxford University
Press, 2004
17. Isaiah (Commentary), John Goldingay, Hendrickson, 2001
18. Commentary on Isaiah 6:8–13, The Jewish Study Bible, Oxford
University Press, 2004
19. ’’Jeremiah (Prophet)’’, The Anchor Bible Dictionary Volume 3,
Doubleday, 1992
20. Whether or not the Church of Jesus Christ of Latter-day Saints is
considered a Christian denomination is subject to dispute, see Mormonism
and Christianity.
21. Wheeler, Brannon M. (2002-06-18). Prophets in the Quran: an
introduction to the Quran and Muslim exegesis. Comparative Islamic
studies. Continuum International Publishing Group. p. 8. ISBN 978-0-8264-
4957-3. Retrieved 2011-01-29. There are 25 prophets mentioned by name
118
in the Quran [...] Among those mentioned by name are: Adam(mentioned
25 times by name), Idris (1), Noah (43), Hud (7), Salih (10), Abraham
(69), Ishmael (12), Isaac (17), Jacob (16), Lot (27), Joseph (27), Shuayb
(11), Job (4), Dhu al-Kifl(2), Moses (137), Aaron (20), David (16),
Solomon (17), Elijah (1), Elisha (2), Jonah (4), Zechariah (7), John (5),
Jesus (25), Muhammad (4).
22. The Bible; containing both the Old and New Testaments (see Biblical
narratives and the Qur'an)
23. Chambers 21st Century Dictionary. p. 1111
24. Beyond the Written Word: Oral Aspects of Scripture in the History of
Religion, William A. Graham, William Albert Graham – 1993, p93
25. The militia – Page 100, James B. Whisker – 1992 "The work of
Mohammed (569–632), commonly called the Prophet, the Koran was
revealed in a series of visions over a period of many years beginning in 610"
26. Tafsir Ibn Kathir Juz’ 26 (Part 26): Al-Ahqaf 1 To Az-Zariyat 30,
Muhammad Saed Abdul-Rahman – 2009
27. Hutter, Manfred (2005). "Bahā'īs". In Ed. Lindsay Jones. Encyclopedia
of Religion. 2 (2nd ed.). Detroit: Macmillan Reference USA. pp. 737–740.
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

ISBN 0-02-865733-0.
28. Cole, Juan (1982). "The Concept of Manifestation in the Bahá'í
Writings". Bahá'í Studies. monograph 9: 1–38.
29. https://www.ewtn.com/padrepio/man/biography2.htm, retrieved
June 10th 2016
30. http://www.ewtn.com/library/MARY/ALEXDRIN.HTM, retrieved
June 10th 2016
31. https://www.ewtn.com/fatima/sixth-apparition-of-our-lady.asp,
retrieved June 10th 2016
32. http://www.michaeljournal.org/kibeho.htm, retrieved June 10th 2016
33. "The Watchtower, Number 7, Vol. XCIII". 1972-04-01. Retrieved 2009-
09-12.
34. Keep Yourselves in God's Love, 2008 Watch Tower, page 209, "Today,
prophesying would apply to any Bible-based teaching that a Christian
minister does."
35. “Would That All Were Prophets!”, Awake!, Watch Tower, June 8, 1986,
page 9, "True Christians are prophets in that they teach others God’s Word"
36. The Watchtower 1 January 1969
37. Reasoning From the Scriptures p.136
119
38. Weaver, C. Douglas (2000). The Healer-Prophet: William Marrion
Branham (A study of the Prophetic in American Pentecostalism). Mercer
University Press. p. 173. ISBN 978-0253202215.
39. Larson, Bob (2004). Larson's Book of World Religions and Alternative
Spirituality. Tyndale House Publishers. p. 79. ISBN 0-8423-6417-X.
40. PCG Information, 'That Prophet'
41. The Riddle of That Prophet
42. "My Claim to Promised Messiahship". Review of Religions.
43. oyasama
44. GodDiscussion.com "God's Latest Prophet to Deliver the New Message"
September 7, 2011 Retrieved September 20, 2012

Rusca
1. Бируни А.Р. Избранные произведения. Том 1. Памятники минувших
поколений. Перевод и примечания М.А. Салье. Оформление И.И.
Икрамова. (Ташкент: Издательство Академии наук Узбекской ССР,
1957. - Академия наук Узбекской ССР. Институт востоковедения)
2. Д. Менан. «Парсы. История зороастрийской общины Индии».
AZƏRBAYCANA GÖNDƏRİLƏN PEYĞƏMBƏRLƏR

Париж, 1898
3. А. Джексон. «Зороастр, пророк древнего Ирана». Нью-Йорк, 1899
(часть книги переведена на русский язык А. Погодиным в 1903)
4. Л. Х. Миллз. «Зороастр и греки». Оксфорд, 1903-1904
5. Л. Х. Миллз. «Зороастр, Ахемениды и Израиль», 1905-1906
6. В. Миллер. «Зороастр и его учение». («Мир Божий», май 1892.)
7. А. Погодин. «Религия Зороастра». Спб., 1903
8. Аверинцев С.С. Георгий Победоносец // Мифы народов мира.
Энциклопедия. Т.I. М., 1980.
9. Герб //Энциклопедия. Изд-во Брокгауз и Ефрон. Т.VIII (15). СПб.,
1892. Герб //Москва. Энциклопедия. М., 1998. С.209.
10. Ермолин Е.А. Символы русской культуры. Х-XVIII вв. Яросавль:Изд-
во ЯГПУ, 1998.
11. Иванов В.В. Конь. Мифы народов мира. Энциклопедия. Т. I. М.,
1980.
12. Кирпичников А. Георгий святой, великомученик, победоносец //
Энциклопедия. Изд-во Брокгауз и Ефрон. Т.VIII (15). СПб., 1892.
13. Плюханова М.Б. Сюжеты и символы Московского царства.
СПб:Акрополь, 1995.
120
14. Князький И. Император Диоклетиан и закат античного мира. —
Алетейя, 2010. — 144 с. — (Античная библиотека.Исследования). —
1000 экз. — ISBN 978-5-91419-310-9.
15. Стивен Уильямс. Диоклетиан. Реставратор Римской империи /
Переводчик Ирина Хазанова. — М.: Евразия, КЛИО, 2010. — 368 с.
— (Clio). — 2000 экз. — ISBN 978-5-91852-058-1, 978-5-906518-17-0
16. Новицкая К. И., Некоторые вопросы аграрной политики начала
Домината, «Вестник древней истории», 1961, № 4;
17. Архангельский С. И., Указ Диоклетиана о таксах, Нижний Новгород,
1928;
18. Диоклетиан // Энциклопедический словарь Брокгауза и Ефрона : в
86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
19. Панченко К. А. Почитание вмч. Георгия Победоносца в исламе //
«Православная энциклопедия», X том

You might also like