Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 5

Folklor Mədəniyyətin əsas qatı kimi

Folklore termini ingilis dilindən götürülmüş “folk” xalq,”lore” isə bilik,hikmət


anlamındadır.Ilk dəfə Tomson tərəfindən daxil edilmişdir.Folklor xalq
mədəniyyətinin mühüm bir tərkib hissəsi hesab olunur və öz növbəsində 3 əsas
istiqamətə ayrılır:
1.Xalq rəqs sənəti
2.Şifahi ağız ədəbiyyatı
3.Musiiq folkloru
Folklor şifahi ənənədə mövcud olan bir bilikdir.O,konsert,səhnə ifası üçün
deyil.Bütün dünya xalqlarının folklor yaradıcılığında,o cümlədən,şifahi-
praofessional yaradıcılıqda müasir anlamda səhnə ifaçılığı yoxdur.Folklorun,xalq
musiqisinin özünəməxsus ifaçılıq konteksti var. Folklor elmini peşəkar elmdən
fərqləndirən ən başlıca keyfiyyət folklor biliklərinin şifahi ənənəyə müncər
olunması, şifahiliyin bütün mövcudluq prinsiplərini özündə əks etdirməsi
ilə müəyyənləşir.Xalq musiqisi şifahi şəkildə,yaddaş vasitəsilə,özünəxas
ənənəvi ifaçılıq üsulları və mexanizmi ilə ötürülür və yaşayır.

Folklor janrları arxaik və çağdaş janrlar kimi iki yerə bölünür. Arxaik folklor
janrlarında sınamalar, ovsunlar, fallar, andlar, dualar, alqışlar və qarğışlar
geniş yer tutur. Ancaq bu bölgü şərtidir, folklor yaranma prosesi bütün tarix
boyu getdiyindən, bu janrlara da müntəzəm olaraq yeni-yeni örnəklər əlavə
olunur.

Bağlı olduğu hadisə və ya proses baxımından mərasim folkloru, əmək


nəğmələri ayırd edilir. Mərasim folklorunun özü də mövsüm mərasimlərini,
müxtəlif təbiət hadisələri ilə bağlı olan mərasimləri, məişət mərasimini, o
sıradan toy və yas mərasimlərini əhatə edir.

Zəngin Azərbaycan şifahi xalq ədəbiyyati dünyanın digər xalqlarının


folkloru arasında özünəməxsus yer tutur. Şifahi xalq ədəbiyyatının ilk
nümunələri – ibtidai insanların məişət, təbiət hadisələri, ovçuluq, əmək və
digər bu kimi məsələləri haqqında təsəvvürləri və bununla əlaqədər
keçirdikləri hisslərin tərənnümüdür. Bunlar qədim dövrlərdə yaranaraq,
dildən-dilə, ağızdan ağıza keçərək yaşamış və zənginləşmişdir. Folklor
nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücün parlaq əks
etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin
sınağından çıxmış əsərlərdir. Bu sənət inciləri janr əlvanlığı, dil-üslub
aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqımızın
insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi,
sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi
hadisələrə münasibəti geniş bədii əksini tapmışdır.
Bu hislərin ilk nümunələri isə əmək nəğmələridir. Folklorun digər formaları
– nağıllar, dastanlar hikmətli sözləri və s. nümunələrdir. Şifahi xalq
ədəbiyyatı kollektiv yaradıcılıq olduğu üçün xalqın çox hissəsinin arzu və
istəklərini, müxtəlif hadisələrə münasibətini, tərbiyəvi görüşlərini özündə
əks etdirir.
Azərbaycan folkloru janr zənginliyinə malikdir. Həyatı əks etdirmə
baxımından lirik, epik və drammatik növləri vardır. Bu ədəbi növlərin hər
birinə məxsus janrlar yaranmış, zaman-zaman zənginləşmişdir. Lirik və
epik folklor nümunələri daha geniş yayılmışdır. Müxtəlif ədəbi növlərin
janrlarında folklora xas olan ortaq cəhətlərlə yanaşı, məzmun və forma
baxımından fərqli xüsusiyyətlər də vardır. Epik folklor janrlarından nağıl,
xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər tarix boyu
qonşu xalqların folklor və klassik ədəbiyyatına güclü təsir göstərmişdir.
Lirik janrlardan bayatılarda xalq həyatının və məişətinin müxtəlif tərəfləri
bədii-emosional şəkildə əks olunmuşdur. Qədim türk xalqlarının
özünəməxsus poeziyası olmuş və bu poeziya türklərin milli vəzni
olan heca və ya "barmaq" vəznində yaradılmışdır. Müxtəlif şeir şəkillərində
heacaların sayı müxtəlif olsa da, epik süjetli uzun şeirlər və dastanlar əsas
etibarilə yeddihecalıq formada yaradılmışdır. Bu cür şeirlər insanın
yaddaşında daha yaxşı qorunub saxlanır. Azərbaycan folklorunun ən
zəngin janrlarından olan bayatıların da hər misrası yeddi hecadan ibarət
olur.
Lirik növdə bağlı olduğu hadisə və ya proses baxımından ən qədim janr
olan nəğmələr müxtəlif növlərə bölünür. Əmək prosesi ilə bağlı olan
holavar və sayaçı sözlər, mövsümi proseslərlə bağlı mövsüm nəğmələri,
müxtəlif mərasimlərlə bağlı olan toy və yas nəğmələri, qəhrəmanlarla
bağlılıq təşkil edən qəhrəmanlıq nəğmələri və son olaraq fərqli məişət
münasibətləri zəmnində yaranmış layla və oxşamalar.. Azərbaycan
folklorunun ən zəngin janlarından birini də bayatılar təşkil
edir. Bayatılar əsasən insanın lirik-fəlsəfi duyğularını yığcam poetik şəkildə
ifadə etməyə xidmət göstərir. Bu poetik formanın janr xüsusiyyətlərini
qeyd olunan janrlar da əsasən daşıyır — layla, nazlama, ağı, sayaçı
sözü, holavar, vəsfi-hal və s. örnəklər. Bundan başqa, bayatı-bağlama,
bayatı-deyişmə, bayatı-tapmaca kimi örnəklər də bu poetik formanın
daxilində özünə yer tutur. Bayatılar dörd misradan, hər misra yeddi
hecadan ibarət olur. Qafiyələnmə sistemi əsasən a-a-b-a şəklindədir.
Geniş yayılmış lirik folklor janrlarından birini də xalq mahnıları təşkil edir.
Bunlar konkret musiqi motivinə bağlı olan müxtəlif formalı poetik
mətnlərdir. "Aman nənə", "Ay lolo", "Sona bülbüllər", "Süsən sünbül" və s.
xalq mahnıları indi də müğənnilərin repertuarında qalmaqdadır. İfa tərzinə
görə xalq mahnıları arasında solo, xor və deyişmə-mahnılar seçilir.

Xronoloji baxımdan epik folklor janrlarından əfsanələr ilk öncə nəzərdən


keçirilir. Əfsanələri başqa epik janrlardan fərqləndirən başlıca əlamət –
onda fantastik element və hadisələrin iştirak etməsidir. Eyni əlamətin
daşıyıcısı olan sehrli nağıllardam fərqli olaraq, əfsanələrdə süjet bitkin
xarakter daşımayıb, yalnız bir fraqment şəklində olur. Təsvir etdiyi obyekt
və hadisənin məzmununa görə Azərbaycan folklorunda əfsanələrin
kosmoqonik, zoonimik, toponimik və etnonimik növləri vardır. Ən qədim
əfsanələr kainat, dünya və səma cisimlərinin yaranması ilə bağlı olan
örnəklərdir. Azərbaycan folklorunun janrları arasında əfsanə və
rəvayətlərdən sonra nağıllar epik növün ən geniş yayılmış örnəklərini təşkil
edir.
Atalar sözü və məsəllər də Azərbaycan folklorunun epik janrları arasında
geniş yayılmışdır. Xalqın uzun əsrlər boyu əldə etdiyi təcrübələrin
ümumiləşmiş yekunu, nəticəsi olan atalar sözü və məsəllər türk xalqları
arasında geniş yayılmış, bir çox hallarda cəmiyyətdə əxlaq kodeksini əvəz
etmişdir. Bu janrın ilk örnəkləri Mahmud Kaşğarinin "Divanü-Lüğat-It-Türk",
"Kitabi-Dədə Qorqud" kimi klassik yazılı abidələrdə özünə yer
tapmışdır. Oğuz tayfalarının müdrikliyini ifadə edən xüsusi atalar sözü
topluları – "Oğuznamə"lər də Azərbaycan folklorunun qiymətli
abidələrindəndir.
Azərbaycan folklorunun dramatik janrları xalq oyunları və meydan
tamaşaları ilə təmsil edilmişdir. Bunların ən səciyyəvi örnəyi kimi "Kosa-
Kosa" dramını göstərmək olar. İslamın qəbulundan sonra peyğəmbər
ailəsinə məxsus müqəddəslərin faciəsi mövzusunda xalq arasında geniş
yayılmış şəbihlər də xalq dramlarına daxildir.

Sovet hakimiyyəti illərində Azərbaycanda bir sıra məcmuələrdə musiqi


folkloru toplanmışdır. Bakıda 20-ci illərdə "Nəğmə kitabçası" 1927-ci ildə
"Azərbaycan türk xalq mahnıları", həmin ildə "Azərbaycan rəqs havaları",
1936-cı ildə "Rast", "Zabul" və "Dügah" dəstgahlarının, həmin ildə "50
Azərbaycan xalq mahnısı", 1938-ci ildə "Azərbaycan aşıq mahnıları",
1954-cü ildə "Azərbaycan xalq mahnıları" məcmuələri çapdan çıxdı. Bu
cür məcmuələr sonralar da yenidən nəşr olunmaqdadır və bu proses
bugünədək davam etdirilir.Azərbaycan xalq mahnıları 1956-58-ci illərdə 2-
ci cildi ilk dəfə nəşr olunmuş və daha sonra təkrar nəşrlərdə həyata
keçirmişdir.50ci illərdə həmçinin xalq rəqs musiqisinin nümunələri
toplanılır və kiçik məcmuələr şəklində işıq üzü görür.Bu sahədə Zakir
Bağırov,Məmmədsaleh İsmayılov,Seyid Rüstəmov,Tofiq Quliyev iştirak
edirlər.1965-66-cı illərdə Bayram Hüseynlinin “Azərbaycan Xalq Rəqs
melodiyaları”məcmuəsi iki dəftərdə çap olunur.Birinci dəftərə Naxçıvan
yallıları,ikinci dəftərə isə Lənkəran,Masallı zonasının halayları daxil
edilmişdir.Daha sonra Əhməd İsazadə və Nəriman Məmmədovun iki not
məcmuəsi meydana gəlir.Birincisi 1934-cü ildə “Azərbayxan Xalq
mahnıları və Oyun havaları”,1975-ci ildə isə “Xalq mahnıları və Oyun
havaları”.Nisbətən gəv nəsilin nümayəndələri Tariyel Məmmədov əvvəlcə
aşıq yaradıcılığının həsr olunmuş “Koroğlu havaları” kitabını 1984-cü
ildə,1988-ci ildə isə “Azərbaycan aşıqlarının ənənəvi havaları” kitabını
yaradır.Son 2 kitabda aşıq havalarının not yazıları ilə yanaşı onların
təhlillərinə də böyük yer ayrılmışdır.80-ci illərin sonlarından başqa
respublikamızda yaranmış müharibə vəziyyəti ilə əlaqədar toplama işləri
demək olar ki,dondurulur.Bununla da demək olar ki,Azərbaycan
Etnomusiqişünaslığının və Xalq musiqi toplamalarının ikinci dövrü başa
çatır.Xalq musiqi toplamalarının yeni dövrü XXI əsrə təsadüf edir.Daha
doğrusu,XX əsrin son illərində,1999-cu ildə Macarıstanlı etnomusiqişünas
Yanos Sipos Azərbaycandaa böyük ekspediyası həyata keçirilir.Və
topladığı çox saylı materiallar əsasında yazdığı kitab 2004-cü ildə
Budapeşdə ingilis dilində çap olunur.Onun tərcüməsi isə 2006-cı ildə
Azərbaycan dilində meydana gəlir.XXI əsr bir neçə cəhətdən folklor
toplamaları işində əlamətdar olmuşdur.Birinci müstəqillik dövrü,ikinci
qlobollaşma,üçüncü kompyuter texnologiyalarının meydana gəlməsi,4-cü
Beynəlxalq əlaqələrin genişləndirilməsidir.XX əsrdə həyata keçirilmiş
folklor araşdırmalarından Rauf Bəhmənlinin “Rəqs musiqisi” məcmuəsi
nümunəsini xüsusi qehd etmək lazımdır.O,əvvəla iştirakçı müşahidəçiləri
metodunu tətbiq etmiş ,yəni araşdırdığı nümunələri moqnitafona
yazmaqla bərabər tar alətində çalmağı öyrənir.Onun 2002-ci ildə çıxmış
“Azərbaycan Xalq Rəqsləri”kitabında 150.2021-ci illərdə çap olunmuş
“Azərbaycan Qədim Xalq rəqsləri” 384 rəqs melodiyası,o cümlədən,100
yallı nümunəsi özünə yer almışdır.Xalq mahnı yaradıcılığı sahəsində Ellada
Dadaşova və Siyavuş Kəriminin tərtib etdikləri məcmuə də xüsusi qeyd
olunmalıdır.Burada əvvəlki not məcmuələri ilə yanaşı bəzi yeni nümunələrə
də yer verilmişdir.Yeni əsrdə Aşıq Musiqi Sahəsində də məcmuələrə
meydana gəlmişdir.

İstifadə olunmuş ədəbiyyat:


Ariz Abduləliyev “Musiqi dünyası” kitabı 3-4,Bakı,2004
Fəttah Xalıqzadə mühazirə nümunələri
Sayqatrafiya:
https://az.m.wikipedia.org/wiki/Folklor
https://az.m.wikipedia.org/wiki/Az%C9%99rbaycan_folkloru

You might also like